fənn: fəlsəfə mÜndƏrİcat mövzunun adı seminar-məşğələ

80
Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi” 1 nömrəli Bakı Tibb Kolleci 1 MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ MÖVZU 1 FƏLSƏFƏNİN PREDMETİ VƏ CƏMİYYƏTİN MƏNƏVİ İNKİŞAFINDA ROLU. MÖVZU 2 QƏDİM ŞƏRQDƏ VƏ AZƏRBAYCANDA FƏLSƏFİ FİKİR MÖVZU 3 ANTİK FƏLSƏFƏ. DÜNYA FƏLSƏFİ FİKRİN İNKİŞAFINDA ANTİK FƏLSƏFƏNİN ROLU. MÖVZU 4 ORTA ƏSRƏRDƏ ŞƏRQDƏ VƏ AZƏRBAYCANDA FƏLSƏFƏSİ FİKİR. MÖVZU 5 İNTİBAH VƏ YENİ DÖVR FƏLSƏFƏSİ MÖVZU 6 KLASSİK ALMAN FƏLSƏFƏSİ MÖVZU 7 AZƏRBAYCAN MARİFÇİLİK FƏLSƏFƏSİ. MÖVZU 8 FƏLSƏFƏDƏ VARLIQ VƏ MATERİYA PROBLEMİ MÖVZU 9 FƏLSƏFƏDƏ ŞÜUR PROBLEMİ MÖVZU 10 İDRAK NƏZƏRİYYƏSİ MÖVZU 11 DİALEKTİKANIN QANUNLARI. MÖVZU 12 DİALEKTİKANIN KATEQORİYALARI MÖVZU 13 FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ MÖVZU 14 CƏMİYYƏTİN MƏNƏVİ HƏYATI VƏ İCTİMAİ ŞÜUR MÖVZU 15 MÜASİR DÖVRÜN – QLOBAL PROBLEMLƏRİ MÖVZU 16 MƏDƏNİYYƏT FƏLSƏFƏSİ. MƏDƏNİYYƏT SİSTEMİNDƏ TƏBABƏT PLAN MÖVZU 17 CƏMİYYƏTİN HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ. XALQ VƏ ŞƏXSİYYƏT MÖVZU 18 FƏLSƏFİ FİKİRDƏ TƏRƏQQİ PROBLEMİ MÖVZU 19 DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ ÇOX MÜHÜM TARİXİ MƏRHƏLƏ MÖVZU 20 AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQİLLİYİ DAİMİ VƏ ƏBƏDİDİR

Upload: others

Post on 29-Oct-2021

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 1

MÜNDƏRİCAT

Mövzunun adı

Seminar-məşğələ MÖVZU 1 FƏLSƏFƏNİN PREDMETİ VƏ CƏMİYYƏTİN MƏNƏVİ İNKİŞAFINDA ROLU.

MÖVZU 2 QƏDİM ŞƏRQDƏ VƏ AZƏRBAYCANDA FƏLSƏFİ FİKİR

MÖVZU 3 ANTİK FƏLSƏFƏ. DÜNYA FƏLSƏFİ FİKRİN İNKİŞAFINDA ANTİK

FƏLSƏFƏNİN ROLU.

MÖVZU 4 ORTA ƏSRƏRDƏ ŞƏRQDƏ VƏ AZƏRBAYCANDA FƏLSƏFƏSİ FİKİR.

MÖVZU 5 İNTİBAH VƏ YENİ DÖVR FƏLSƏFƏSİ

MÖVZU 6 KLASSİK ALMAN FƏLSƏFƏSİ

MÖVZU 7 AZƏRBAYCAN MARİFÇİLİK FƏLSƏFƏSİ.

MÖVZU 8 FƏLSƏFƏDƏ VARLIQ VƏ MATERİYA PROBLEMİ

MÖVZU 9 FƏLSƏFƏDƏ ŞÜUR PROBLEMİ

MÖVZU 10 İDRAK NƏZƏRİYYƏSİ

MÖVZU 11 DİALEKTİKANIN QANUNLARI.

MÖVZU 12 DİALEKTİKANIN KATEQORİYALARI

MÖVZU 13 FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ

MÖVZU 14 CƏMİYYƏTİN MƏNƏVİ HƏYATI VƏ İCTİMAİ ŞÜUR

MÖVZU 15 MÜASİR DÖVRÜN – QLOBAL PROBLEMLƏRİ

MÖVZU 16 MƏDƏNİYYƏT FƏLSƏFƏSİ. MƏDƏNİYYƏT SİSTEMİNDƏ TƏBABƏT PLAN

MÖVZU 17 CƏMİYYƏTİN HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ. XALQ VƏ ŞƏXSİYYƏT

MÖVZU 18 FƏLSƏFİ FİKİRDƏ TƏRƏQQİ PROBLEMİ

MÖVZU 19 DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİNİN

MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ ÇOX MÜHÜM TARİXİ MƏRHƏLƏ

MÖVZU 20 AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQİLLİYİ DAİMİ VƏ ƏBƏDİDİR

Page 2: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 2

MÖVZU 1

FƏLSƏFƏNİN PREDMETİ VƏ CƏMİYYƏTİN MƏNƏVİ İNKİŞAFINDA

ROLU.

“Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, səhiyyə, təhsil və nəhayət ictimai

siyasi intibah yolunu tutmuşdur”.

Azərbaycan xalqı əsrlərdən bəri bəslədiyi arzusuna çatmış, böyük qurbanlar bahasına olsa da, dövlət

müstəqilliyi əldə etmişdir. Lakin milli istiqlaliyyət yoluna qədəm qoymuş Azərbaycan xalqı və

Azərbaycan dövləti çox ciddi çətinliklərlə üzləşməli olmuşdur. Onlar öz tarixinin çox ziddiyyətli, çətin

və mürəkkəb birdövrünü yaşayırlar.

Respublikanın iqtisadi və mədəni həyatında yaranmış çətinliklər, böhran təhsil sistemindən də yan

keçməmişdir.

Müdrik və dünya şöhrətli prezident Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik yollarında irəliləyən

Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində əsaslı

islahatlar həyata keçirilmiş, müəyyən nailiyyətlər qazanılmışdır. Humanitar fənnlərin, xüsusilə ictimai

elmlərin tədrisi sahəsində müəyyən işlər görülmüşdür.

İctimai elmlərin o cümlədən “Fəlsəfə” kursunun və digər fəlsəfi fənnlərin (“Dilşünaslıq”, “Etika”,

“Estetika”, “Sosiologiya”, “Politologiya” və s.) məzmunu və strukturu müasir tələblər əsasında yenidən qurulmuş, yeni proqramlar tərtib edilmiş, müxtəlif dərs vəsaitləri, mühazirə mətnləri, metodik

göstərişlər hazırlanmışdır.

18 oktyabr 2001– ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin 10 illiyi münasibəti ilə öz çıxışında demişdir ki, “10 il tarixi baxımdan

böyük müddət deyildir. Azərbaycanda bu qısa müddət ərzində demokratik hüquqi, dünyəvi dövlət qurulmuş, onun təsisatları yaradılmışdır. Azərbaycan iqtisadi islahatlar apararaq bazar iqtisadiyyatını

inkişaf etdirir. Ölkəmiz artıq intensiv inkişaf dövrünüyaşayır”.

Fəlsəfə nədir? Fəlsəfə bəşər sivilizasiyasının ən böyük nailiyyəti, insan biliyinin ən qədim növlərindən biridir.

Yer üzərində e.ə. III minillikdə rüşeymləri əmələ gələn fəlsəfənin məqsədi insanı əhatə edən dünyaya

münasibətilə əlaqədar qarşıya çıxan ciddi həyatı əhəmiyyət kəsb edən dünyagörüşü xarakterli

suallara cavab tapmaq cəhdindən ibarət olmuşdur. Sonralar fəlsəfə inkişaf edərək gerçəklikdə baş

verən rəngarəng hadisə, proses və qanunauyğunluqların mahiyyətinin mənimsənilməsində insana ən yaxın köməkçi olmuşdur.

“Fəlsəfə” yunan dilində fileo (sevirəm) və sofia (müdriklik, hikmət) sözlərinin birləşməsindən

əmələ gəlmişdir ki, mənası “hikmətsevərlik” deməkdir.

Fəlsəfə nədir? – sualı özlüyündə mürəkkəb və çoxmənalı olduğundan, hətta görkəmli zəka

sahibləri əsrlər boyu ona birbaşa cavab verə bilməmişlər. “Fəlsəfə” terminini ilk dəfə yunan

riyaziyyatçısı, mütəfəkkiri Pifaqor (e.ə. 580–500) işlətmişdir.

Fəlsəfə təbiət, cəmiyyət və insanın özünün inkişaf və dəyişməsinin ən ümumi qanunauyğunluqlarını

öyrədir. Fəlsəfə hər bir mütəxəssisə öz ixtisası sahəsində düzgün istiqamət götürmək və həyatda zəngin

dünyagörüşü mövqeyi tutmaq üçün lazımdır. Fəlsəfə insana dünyanı anlamaq, onun qanunlarını dərk edib,

əməli məqsədlər üçün onlardan istifadə etmək qabiliyyəti aşılayır. Həqiqi fəlsəfədə insanı həqiqi elmi,

materialist dünyagörüşü ilə möhkəm ideya inamı, mətin, iradə və yaradıcı fəallıqla silahlandırır.

Qədim dövrlərdə insanın gerçəkliyə münasibətini əks etdirən fəlsəfəyə elmlər kimi baxılmış,

bütün elmlərin inkişafı fəlsəfənin daxilində sintez halında olmuşdur. Kainatı, təbiət, cəmiyyət və insanı səciyyələndirən bütün elmi ideyalara fəlsəfə kimi baxılmışdır.

O, zaman fəlsəfənin predmetini bütün kainat, təbiət və cəmiyyət onların öyrənilməsi təşkil etmişdir.

XX əsr fəlsəfi cərəyanlarının (pozitivizm, ekzistensializm və s.) nümayəndələri iddia edirlər ki, insana mücərrəd fəlsəfi anlayışlar (varlıq, materiya, təfəkkür, şüur, kateqoriyalar və s.) haqqında

Page 3: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 3

deyil, insana gündəlik pozitiv biliklər verilməlidir, ümumi dünyagörüşü məsələləri ilə məşğul olmaq,

insanı gündəlik fayda götürməkdən məhrum edir.

Fəlsəfə insanın gerçəkliyə münasibətini ümumiləşdirmiş şəkildə əks etdirən ideyalar, prinsiplər və qanunauyğunluqlar haqqında təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi inkişaf qanunları haqqında

elmdir.

Fəlsəfənin elmlər sistemində xüsusi yeri vardır. Fəlsəfə elmi dünyagörüşü olmaqla metodoloji

səciyyə daşıyan humanitar elmdir.

Tarix elmi hər hansı cəmiyyəti, onun hadisə proseslərini, müəyyən tarixi dövr ərzində xronoloji

cəhətdən öyrənir. Tarix məhz həmin dövrün tarixidir.

Əgər Babək hərəkatı, Gəncə üsyanı və s. ancaq Azərbaycan tarixinə aid spesifik, tarixi

hadisələrdəndisə, Azərbaycanla məhdudlaşdırsa, tarixdə xalq kütlələrinin rolu, ictimai varlığın, ictimai

şüurun müəyyən etməsi və s. ən ümumidir, bütöv cəmiyyət hadisələridir, heç bir tarixi dövr və ölkə ilə

məhdudlaşmır.

Fəlsəfə xüsusi elmlərə yanaşma üsulu, dialektik metod və metodologiya, fəlsəfi idrak metodları

verir, onların düzgün elmi əqidə və dünyagörüşü istiqaməti götürmələrinə, konkret elm sahələrində çalışan ziyalıların həyatda fəal sosial mövqe tutmalarına kömək edir. Əgər fəlsəfə nəhəng, qol – budaqlı

ağacın gövdəsidirsə, xüsusi elmlər onun şaxələri qol budaqlarıdır.

Gövdə kəsildikdə qol – budaqların bütövlükdə ağacın yaşaması mümkün olmadığı kimi, şaxələr,

qol – budaqlar kəsilərsə, gövdə yaşaya bilməz.

Fəlsəfə və dünyagörüşü. Fəlsəfə ilə dinin ümumi və fərqli cəhətləri Dünyagörüşü, mürəkkəb,

yekcins olmayan, çoxcəhətli və zidiyyətli sosial–mənəvi və emosional – psixoloji fenomendir. Onun

elmi, fəlsəfi ümumbəşəri, milli, sosial – sinfi, siyasi, mənəvi, dini, estetik və s. çalarları vardır.

Dünyagörüşü insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat mövqeyini

istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanı əhatə edən dünya haqqında insanın özünə,

təbiətə və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər

idealar, baxış və inam prinsiplər sistemidir. Dünyagörüşü obyektiv dünyaya və orada insanın yeri və

roluna aid baxışlardır. Bunlar elə baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideal, idrak

və fəaliyyətini sərvət və meylini əsaslandırır və istaqamətləndirir. Dünyagörüşü təbiət, cəmiyyət və

təfəkkürün hadisə və prosesləri inkişaf və hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi,

siyasi, dini, ateist, əxlaqi, estetik və s. baxışların ifadəsidir. Dünyagörüşün obyektini bütövlükdə dünya

varlıq təşkil edir. Dünyagörüşün iki əsas sahəsi və ya aspekti vardır:

1. Təbii gerçəkliyə insan münasibətinin inikası olan təbii elmi ideyalar

2. Sosial ictimai gerçəkliyə insan münasibətlərini əks etdirən siyasi, iqtisadi, mənəvi baxışlar

Dünyagörüşü özünün inkişaf ardıcıllığı, inikas dərinliyi əsaslandırılmış olub – olmaması cəhətdən

ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: mifaloji, dini, elmi, fəlsəfi.

Mənəvi mədəniyyətin ilkin forması olan miflər özlərində ilkin elmi – bilikləri, dini inamları, siyasi baxışları, bədii, əxlaqi fəlsəfi təsəvvürləri birləşdirərək əks etdirmişlər.

Mif vahid universal dünyagörüşü və şüur forması olmuşdur. Mifik obrazlar əsasında bir sıra bədii

əsərlər, incəsənət, musiqi, heykəltaraşlıq nümunələri yaradılmışdır. Xristianlıq, islam, buddizm və başqa

dinlər mifoloji nümunələrlə zəngindir.

Dini dünyagörüşü dünyagörüşün ikinci tarixi növüdür, şüurun gerçəkliyi ümumiləşərək anlayışlar vasitəsilə əks etdirməsi məsələn, allah, ruh, axirət və s. arasında formalaşmışdır. Din ictimai şüurun ən

qədim formalarından biridir, gerçəkliyin inikası əsasında yaranmışdır.

Elmi dünyagörüşü təbii – elmi və sosial tarixi biliklərə dünyanın təbii – elmi mənzərəsinə

əsaslanan, gerçəklik hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi səbəblərinə istinad edərək dünya

haqqında, elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş ideya və prinsiplərinin məcmusudur.

Fəlsəfi dünyagörüşü – elmi dünyagörüşü növlərindən biridir, o bəzi cəhətlərə görə elmi

dünyagörüşü ilə qovuşur, bəzi cəhətləri isə ayrılır.

Elmi əsaslandırılması dərəcəsinə uyğun olaraq, hər bir dünyagörüşün iki səviyyəsi vardır:

Page 4: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 4

Dünyagörüşün adi şüur səviyyəsinə uyğun gələn, sağlam düşüncə, hissi obrazlı təfəkkürə, mifoloji

təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empiric – kütləvi səviyyəsi Məntiqi mühariməvi,

əsaslandırılmış anlayış və kateqoriyalara inikasa əsaslana elmi–nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın təbii – elmi nəzəriyyəsi buna misal ola bilər.

Dünyagörüşünün müxtəlif səviyyələrini əks etdirən, dünyaduyumlu, dünyanıqavrama,

dünyanıanlama kateqoriyaları vardır. İnsan idrakının əsasında duyğu, hiss üzvlərinin verdiyi məlumatlar,

seyr, müşahidə durduğu kimi, dünyagörüşünün əsasında dünyaduyumu durur.

Dünyanıqavrama – predmet və hadisənin hissi bütöv halında qavrama və təsəvvürlərin

məcmusudur, dünyanı dərketməyə aparan yoludur.

Duyma, qavrama nəticəsində alınmış, informasiyaların təhlili, yolu ilə anlayışlar müharimələr,

əqli nəticələr, ümumi nəzəri baxışlar yaradılır, beləliklə dünyanıanlama baş verir.

Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər əsasında biliklər sistemi, bəşəri sərvətlərlə əqidə fəaliyyət durur. Əqidə üçün meyar insan fəaliyyətidir.

Fəlsəfənin əsas məsələsi. Materializm və idealizm anlayışı Fəlsəfə nəzəri dünyagörüşüdür. Fəlsəfi dünyagörüşü və ya materialist meylli olmasından asılı

olmayaraq həmişə insana, onun dünya münasibətinə əsaslanır. İnsan fəlsəfi dünyagörüşün məhək daşıdır.

Dünya və insan insanın dünyaya münasibəti, özünün mahiyyəti, mənəviyyatı, xeyirxahlığı, bəşəri dəyərləri insan və gözəllik, ictimai tərəqqi və insan və s. fəlsəfi dünyagörüşün əzəli və əbədi

problemləridir. Elə buna görə də ən mütərəqqi fəlsəfə insan fəlsəfəsidir. İnsan azadlığı bu fəlsəfənin qayəsidir.

Dünyanın tacı şöhrəti insandır. Dünya insanla gözəldir, mənalıdır. Elə fəlsəfənin də əsas

məsələsini “insanın dünyaya münasibəti” təşkil edir.

Fəlsəfənin əsas məsələsi ilə demək olar ki, onun bütün predmetləri və hadisələri ya maddidir, ya

idealdır, mənəvidir.

Maddi hadisələrə obyektiv surətdə insan şüurundan kənarda və ondan asılı olmadan mövcud olan

hər şey (Yer üzərindəki predmetlər və proseslər, Kainatın saysız hesabsız cisimləri və s.) aiddir. İnsanın

şüurunda mövcud olan isə onun psixik fəaliyyəti sahəsini təşkil edir. (Fikirlər, hisslər, təsəvvürlər və s.)

bu ideal mənəvi sahəyə aiddir.

Fəlsəfənin əsas məsələsini ilk dəfə klassik şəkildə formula edən Hegel Georq Vilhelm olmuşdur.

Hegelə görə insan əvvəlcə təbiətin, eyni zamanda cins, yaş, irq və s. təbii fərqlərin təsiri altında yaşayır,

sonra isə fərd kimi müəyyənləşib özünü təbiətə qarşı qoyur, sadəcə düşüncədən özünü idrak və azad ruh

kimi yeni mərhələyə keçir. Sonra özünü hüquqda, mənəviyyatda və tarixdə tətbiq etməyə başlayır.

Lakin fərd özünü yalnız vətəndaşlıq cəmiyyəti, yəni dövlət şəraitində inkişaf etdirə bilər. Hegel “Hüququn fəlsəfəsi” əsərində dövləti şəxsiyyətdən, onun azadlıq və mülkiyyətindən yüksəkdə hesab

edir, guya dövlət vasitə deyil, məqsəddir. Fəlsəfə lüğətlərində böyük yer tutmuş Platon, Aristotel və Kantdan sonra fəlsəfənin ən nüfuzlu

nümayəndələrindən sayılmışdır. Fəlsəfənin əsas məsələsini “təfəkkürün varlığa şüurun materiyaya münasibətindən” ibarət

olduğunu təsdiqləyən filosoflar da insana, onun mənəvi dünyasına istinad edir, mənəvinin maddiyə

münasibətini əsas tuturdular. Mənəvinin maddiyə münasibəti məsələsi fəlsəfi dünyagörüşün başlıca məsələsidir. F.Engels “Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu” əsərində fəlsəfənin əsas

məsələsindən bəhs edərək yazmışdır.

“Bütün fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin böyük əsas məsələsi, təfəkkürün varlığa münasibəti

məsələsidir”.

Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki tərəfi olduğunu qeyd etmiş və göstərmişdir ki, nə ilkindir, nə əsasdır, müəyyən edilmişdir, nə törəmədir, ikincidir. Ruhmu təbiəti,

yoxsa təbiətmi ruhu, varlıqmı təfəkkürü, yoxsa təfəkkür varlığı müəyyən edir? Fəlsəfənin əsas məsələsinin ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti necədir? Dünya

və onun qanunları dərk edilə bilərmi? Birinci tərəf əsas məsələnin ontoloji, ikinci tərəf isə

Page 5: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 5

qnoseoloji aspektini ifadə edir. Materiyamı, yoxsa şüurmu ilkin əsas hesab etdiklərinə görə filosoflar iki əsas cərəyana mənsub

olmuşlar: Materialistlərə və idealistlərə.

Materiyanı birinci, şüuru ikinci hesab edən filosoflara materialistlər deyilir.Onların fikrincə

materiya əbədidir, onu heç kəs, heç zaman yaratmamışdır. Ruhu, şüuru birinci, materiyanı ikinci hesab

edən filosoflara idealistlər deyilir.

İdealizmin əsasən iki növü vardır: 1. Obyektiv idealism

2. Subyektiv idealizm

Obyektiv idealistlərə görə yəni Platondan başlamış yeni dövrün filosofu Hegelə qədər bütün

obyektiv idealistlər bütün dünyanın, maddi aləmin, “mütləq ideya”, “dünya ruhu” tərəfindən

yaradıldığını, dünyanın yaradılmasında onun təkan verdiyini söyləyirlər.

Subyektiv idealistlər, yəni XVIII əsrdə Berkli, Yum, Max və başqaları insan duyğularını maddi

aləmin əsası hesab edirdilər, dünyanı bu duyğuların məcmuyu hesab edirdilər. Həm obyektiv, həm də

subyektiv idealizm materiyanı ikinci törəmə saydıqlarından maddi aləm və onda baş verən hadisələrin

səbəblərini real gerçəklikdə, yəni onların özlərinə deyil, fövqəltəbii qüvvələrdə, ideyalar aləmində

axtardıqlarından onların arasında fərqyoxdur.

Hər ikisi son nəticədə dünya ruhuna, ilahi qüvvəyə müraciət edirdilər. Ona görə də idealizmi “incəlmiş din”, “dinşiliyə yol” adlandırmışlar.

Fəlsəfənin əsas məsələsinin ikinci tərəfinə, yəni dünya və onun qanunlarının dərk oluna

bilməsi məsələsinə münasibətdən asılı olaraq filosoflar üç qrupa bölünür:

1. Dünyanın dərk olunmasını etiraf edənlər. Bunlar dialektik materializm tərəfdarlarıdırlar

2. Dünya və onun qanunlarını şübhə altına alanlar. Skeptisizm. (D.Yum və başqaları)

3. Dünya və onun qanunlarının dərk olunmasını inkar edənlər. Bunlar aqnostizm tərəfdarlarıdır.

(İ.Kant və başqaları)

Kant göstərirdi ki, insan təbiətdən qanunlar almır, əksinə təbiətə qanunlar diktə edir. Əslində isə insan idrakı tədricən mütləq həqiqətə yaxınlaşmır. İnsan həqiqətə çatdıqca Kantın özünün idarəsinin

sonu çatır.

Fəlsəfə, elm və mədəniyyət. Fəlsəfənin funksiyaları və cəmiyyətdə rolu Fəlsəfənin

xüsusiyyətlərindən biri onun ictimai – tarixi xarakter daşımasıdır.

Fəlsəfi şüur da tarixən dəyişkən ictimai varlığın təsirindən formalaşmır və tarixi proseslə şərtlənir.

Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış həm də onun tərəqqisinin

meyarlarından birinə çevrilmişdir. Fəlsəfənin predmetində duran problemlərindən biri də fəlsəfənin

elmliyi məsələsi, elmlə fəlsəfənin aşkar və fərqli cəhətlərinin müəyyənləşdirilməsidir. Fəlsəfə ilə elm

arasında müəyyən fərqlər vardır, əgər fəlsəfə insana ümumiləşmiş dünyagörüşü verirsə müxtəlif elm

sahələri konkret bilik verir.

Fəlsəfə eyni zamanda ümumbəşəri məzmun daşıyır. Fəlsəfə bəşəri dəyərlərə istinad edir və özü

də bu dəyərlərin başlıca nümunələrindən biridir. Fəlsəfə xüsusi elm və dünyagörüşü kimi bir sıra

funksiyaları həyata keçirərək özünün cəmiyyətdə rolunu ifa edir. Həmin funksiyaları ontoloji,

praksioloji, idraki (qnoseoloji) metodoloji dünyagörüşü, aksioloji, ideoloji, qabaqgörənlik, tərbiyəvi,

tənqidi və s. kimi qruplaşdırmaq olar.

Fəlsəfə mövcüdatın əsası varlıq, materiya, şüur və s. kimi anlayışlar haqqında nəzəri müddəalarını

işləyib hazırlayarkən özünün ontoloji funksiyalarını (ontos – mövcudluq, loqos – təlim) yerinə yetirir.

İnsan fəaliyyəti haqqında təlim ilk fəlsəfə özünün praksioloji (yunanca fəaliyyət deməkdir) bəşəri

sərvətlər haqqında ideyaları isə aksioloji (mənası dəyər, sərvət deməkdir) funksiyasını həyata keçirir.

Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə istinad edir. O, gələcək haqqında

mükəmməl ideya prinsiplər müəyyən etməyə qabaqgörənliyə imkan verir. Fəlsəfənin bütün inkişaf tarixi

köhnəliyə qarşı yeniliyin qələbəsi uğrunda necə mübarizə etdiyinə və özünün tənqidi funksiyasını necə

həyata keçirdiyinə dair zəngin nəzəri və konkret material verir.

Page 6: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 6

MÖVZU 2

QƏDİM ŞƏRQDƏ VƏ AZƏRBAYCANDA FƏLSƏFİ FİKİR

I. Fəlsəfənin mənşəyi və inkişafının mərhələləri - Fəlsəfənin mənşəyi problemi son illərədək

tarixi və fəlsəfi ədəbiyyatda ziddiyyətli həll olunmuşdur. Burada iki istiqamət mövcud idi: birinci istiqamətdə

müstəmləkəçilik, ideoloji cərəyanın ideoloqlarının fikrincə, fəlsəfə Avropa ölkələri ilə Qədim Yunanıstan və Roma ilə

bağlı olmuşdur, buradan da Şərqə yayılmışdır.

İkinci istiqamətdə elmi – fəlsəfi fikir Şərq ölkələrində əmələ gəldiyi etiraf edilsə də fəlsəfənin bir elm kimi formalaşması inkişafı Qərb ölkələrinə Yunanıstan və Romaya aid edilirdi. (Şərq xalqlarının

ümumi mədəni geriliyi, çox hallarda köçəri həyat keçirmələri Şərq ölkələrində dövlətçiliyin inkişafa başlaması vəs.)

Bu isə əslində düzgün deyildir. Əgər quldarlıq cəmiyyəti, ibtidai icma cəmiyyətinə nisbətən

mütərəqqi mərhələdirsə meydana gələn fəlsəfə Şərq ölkələrində quldarlıq cəmiyyətinin məhsulu hesab

edilə bilər.

Buna görə də fəlsəfənin fəlsəfi fikrin Şərq ölkələrində xüsusilə Qədim Babilistan, Misir, Hindistan, Çin və s. ölkələrdə meydana gəldiyi şəksizdir.

Tarixi faktlar IV minilliyin sonu III minilliyin əvvəllərində klassik cəmiyyətin olduğunu təbii elmi

fikrin və fəlsəfi görüşlərin təşəkkül tapdığını tamamilə təsdiq edir.

Fəlsəfi fikrin inkişafı ilkin dövrü e.ə. I minillik hesab olunur. I minilliyin ortalarından bəşər

tarixində “əqli partlayışın”, “intelektual inqilabın” baş verdiyi qeyd olunur.

Quldarlıq ictimai münasibətlərinin, xüsusilə məhsuldar qüvvələrin təkmilləşdirilməsi inkişafı,

istehsalın qarşıya qoyduğu təlabat, ehtiyac nəticəsində baş vermişdir.

Qədim Misir və Babilistanda fəlsəfə - B.e.ə. IV minillikdə Qədim Misir ərazisində mövcud

olan quldarlıq quruluşu burada öz inkişafının yüksək mərhələsinə çatmışdır. Bu dövrdə bir sıra təbiət

elmləri – riyaziyyat, astronomiya, kosmologiya, təbiət və eləcə də fəlsəfə sahəsində ilk addımlar atıldı.

Günəş təqvimi yaradıldı. Nil çayının daşmasının və çəkilməsinin səbəbini öyrənmək cəhdi Qədim Misir

astronomiyasının yaranmasına və inkişafına təkan verdi. Çay ildə bir dəfə daşır və müəyyən müddətdən

sonra çəkilirdi. Buna uyğun olaraq əhali əkinçilikdə toxumun səpilmə vaxtını və məhsul yığma dövrünü

müəyyən edirdi. Nil çayı daşan zaman Misir səmasında ən parlaq ulduz Sirus görünürdü. Misirlilər

bürclərin fonunda Günəşin görünən rolunun müəyyən etmiş və onu on iki hissəyə bölmüşdülər ki, bu da

bizə məlum olan Zodiakı təşkil edirdi. Min beş yüz il ərzində Misirli astronomlar 373 Günəş və 832 Ay

tutulmasını qeydə almışlar. Səmanın daima belə seyr edilməsi nəticəsində ilk Misir təqvimi meydana

gəlmişdir. Bu təqvim əvvəllər hər biri 30 gündən ibarət olan 12 aya bölünürdü. Hər ilin əvvəlində ona

5 müqəddəs gün əlavə olunurdu. Bu da bir ilin 365 günə bərabər olmasının göstərir.

Dünya mədəniyyətinin nadir incilərindən sayılan və bir sıra sirrləri hələ də açılmamış, hər 2,5

tondan 54 tona qədər ağırlığında olan daş süxurlardan və qranitdən tilikmiş məşhur Misir ehramları

(piramidaları) məhz bu elmlərin sayəsində inşa edilmişdir.

Qədim sivilizasiya həmçinin Şumer–akkad mədəniyyəti b.e.ə. IV minillikdə Dəclə və Fərat

çaylarının arasında yerləşən ərazidə yaranmışdır. Elə buna görə də ona İkiçayarası (yunanca– Mesapotamiya) deyilir.

B.e.ə. III minillikdə İkiçayarasının şimal hissəsində akkadlar, cənub hissəsində isə şumerlər

məskən salaraq özlərinin müstəqil şəhər dövlətlərini yaratmağa başladılar. Tezliklə bu iki hissə bir

səltənət altında birləşdi. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun

yerində yeni bir dövlət yaradıldı. Babilistan bu dövlətin paytaxtı oldu. Beləliklə də şumerləri, akkadları,

əmmariləri, elariləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı. Hammurapinin

hökmranlığı dövründə (b.e.ə. 1792–1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın

ikinci çiçəklənmə dövrü Assurinin hakimiyyətə gəldiyi dövrə (b.e.ə. 612–538) təsadüf edir. Bu zaman

onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə Yeni Babilistan adlanır.

Qədim Babilistanda elm daha çox inkişaf etmişdi. Bunu bizim dövrümüzə

Page 7: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 7

qədər gəlib çatmış gil lövhələr sübut edir. Assuriya sultanı Aşşurbanipala məxsus kitabxanada 30 min

lövhə saxlanılırdı. Şumerlər cəbrin, həndəsənin əsasını qoymuşlar sonralar “Pifaqor teoremi” bunun

əsasında yaradılmışdır.

Şumerlər onluq və altı onluq sistemini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir:

1 saat 60 dəqiqə, 1 dəqiqə 60 saniyə.

Gündəlik praktik təcrübə, səma cisimlərini öyrənmək cəhdi Babilistanda astronomiyanın

yaranmasına və inkişafına səbəb oldu. Dünyada birinci olaraq ulduzlu səmanın ilk xəritəsini tərtib etmiş, Babilistan astronomu Selevska b.e.ə. II əsr dünyanın heliosentrik quruluşu haqqında məlumat vermişdir.

Onlar bir sıra təqvimlər yaratmışlar. Beləki təqvimə görə bir 29 və ya 30 gün, bir il 12 ay və 354 günə bərabərdir. Günəş təqvimi (Şəmsi təqvimi) mövcud idi. Bu təqvimə görə bir il 365 gün, 24 sutkaya

bərabərdir.

Qədim Babilistanda təbabət elmləri də inkişaf etmişdir. Ovsunla müalicə üsulundan başqa tədricən

peşəkar həkimlər də yetişirdilər. Babil həkimləri o dövrdə zökəmin, sınığın, dəri şişinin müalicəsini

bilirdilər. Onlar həmçinin ciyər, mədə - bağırsaq xəstəliklərini müəyyən etmişlər.

Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və göstərişləri məlumdur. “Nippur həkiminin

arayış kitabçası”-nda 15 müalicə qaydaları verilmişdir. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək gəlib çıxmışdır.

Bu dövrdə kənd təsərrüfatı, coğrafiya, tarix, hüquq elmlərinin inkişafına dair çoxlu məlumatlar

var. Bütün bu elmlərin yaranması və inkişafı nəticəsində ətraf aləmə dini – mifoloji baxış məntiqi olaraq

fəlsəfi baxışla əvəz olunmalı idi. Elə buna görə də bəzi təqvimçilərin, xüsusilə Avropamərkəzçiliyi cərəyanı nümayəndələrinin Qədim Şərqdə fəlsəfənin yarana bilməməsi iddiası böyük şübhə doğurur.

Dünya mədəniyyətinə bir qədər elmi biliklər bəxş edən Qoca Şərq nəyə görə ətraf aləmin, dünyanın fəlsəfi izahında geri qalmalı idi?

Şumer dastan və hekayələrində bir sıra fəlsəfi fikirlərə rast gəlmək olar. Bu əsərlərdə siyasət,

cəmiyyət və əxlaq normaları haqqında fikirlər söylənilir.

Qədim Hindastanda fəlsəfə - Hindistanda fəlsəfənin meydana gəlməsi təxminən e.ə. I

minilliyin ortalarına təsadüf edir ki, bu dövrdə də müasir Hindistan ərazisində kiçik dövlətlər yaranmağa

başlamışdır. Qədim Hind cəmiyyəti o dövrdə 4 qrupa (varnaya) bölünürdü: brahmanlar (rahiblər), kşatrilər

(hərbi aristokratiya), vayşilər (mülkədarlar, sənətkarlar, tacirlər) və şudralar (brahmanlar, kşatrilər və

vayşilərə tabe olan aşağı təbəqə).

E.ə I minilliyin VI – V əsrlərindən Hindistanda fəlsəfə artıq sistemləşdirilmiş şəkildə müəyyən

cərəyanlar anlayışlar formasında mövcud idi. Burada ən ümumi anlayışlar, varlıq, materiya, insan, həyat,

kainat haqqında əsasən dini – mifoloji, idealist səciyyə daşıyan fəlsəfi baxışlar, materialist fəlsəfədə

meydana çıxmışdır. Qədim Hind fəlsəfəsi fikri hakim brahmanizm dini təlimi və ona müxalif şəkildə

formalaşmış “Vedlər” də ifadə olunmuşdur. “Vedlər” allahların şərəfinə oxunan dini himnlərin və

mahnıların məcmusu idi. “Vedlər” əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan

haqqında və s. ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan “Vedlər”in

sonuncu hissəsini unanişadlar təşkil edir. “Vedlər”in əsas biliciləri və təbliğatçıları yüksək kastadan olan

brahman kahinləri hesabolunurdular.

Lakin qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə əlaqədar “Vedlər” in

təlimlərinin brahman kahinlərinin ayin və rituallarına, inamlarına etiraz edənlər də meydana gəlirdi.

Bunların sırasında brahmanizmə tənqidi yanaşan tramanları, acivikləri (naturalist – fəlsəfi təlim),

çaynizm və buddizmi qeyd etmək olar. Bu tənqidi dini – fəlsəfi cərəyanlar əsasında qədim dövr Hind

fəlsəfi sistemi olan sutrılar meydana çıxmışdı. Sutrılar fəlsəfi fikirləri yığcam zərb məsələlər,

aforizmlər, atalar sözləri şəklində ifadəsi idi.

Qədim Çində fəlsəfə - Çində də fəlsəfi fikrin meydana çıxması və inkişafı Babilistan, Misir,

Hindistan və başqa Şərq ölkələrinə uyğun olmuşdur. Buradan da istehsalın inkişafı quldarlığa keçilməsi

əqli əməklə məşğul olan xüsusi insanların – müdriklərin əmələ gəlməsi astronomiya, riyaziyyat, tibb və

s. elmlərin meydana çıxması fəlsəfənin yaranmasına imkan vermişdir.

E.ə. VI əsrdə Çin fəlsəfi məktəbləri Konfutsi, Lao–Tszı və başqa Çin filosofları meydana çıxıb fəaliyyət göstərirdilər. Konfusiançılıq e.ə. VI əsrdə Konfutsi və onun ardıcıllarının adı ilə bağlı

Page 8: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 8

formalaşmış, dini – fəlsəfi etik cərəyandır, görüşlər sistemidir. Yeni eranın ərəfəsində xüsusi dinə

çevrilmişdir. Əsas mənbəyi “Söhbətlər və mühakimələr” adlı kitab hesab olunur. Konfusiyaçılığın

məqsədi mövcud–üsul idarəsi, quldarlıq münasibətlərinin qoruyub saxlamağa xidməti olmuşdur

“Daosizm” qədim Çində əmələ gəlmiş fəlsəfi cərəyandır.(e.ə.IV–III əsr) eramızın II əsrində dinə

çevrilmişdir. Bu dini–fəlsəfi terminin əsasını qoyan Lao–Tsziyə görə bütün mövcudatın ilkin əsası və

mahiyyəti “dao”–dan ibarətdir. Bu təlim hər şeyin dao əsasında daxili zərurət və qanunauyğunluqla baş

verdiyini iqrar edir. Bu təlimə görə dünyada daonun olmadığı heç bir şey yoxdur. Bu təlim nəticə

etibarilə, fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətiribçıxarır.

Qədim Çində görkəmli filosof Mao–Tszının (468–376) adı ilə bağlı olan moizm fəlsəfi təlimi

olmuşdur. E.ə. V–III əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər

yayırdılar. Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış 51 fəsildən ibarət olan “Moizmin

traktatıdır”.

QƏDİM AZƏRBAYCANDA FƏLSƏFİ FİKİR.

II. Qədim dövr Azərbaycanda dini – fəlsəfi ideyalar - Azərbaycanlılar çox qədim tarixə

və zəngin mədəniyyətə malikdirlər. Onlar dünyanın ən sivilizasiyalı nisbətən mütərəqqi millətlərindən

biridir. Zəngin mədəni irs, bəşərilik və milliyi özündə vəhdət halında birləşdirən ənənələr, intelektual–

fəlsəfi sərvətlər humanist fəlsəfi dəyərlər, mənşəcə Oğuz türklərindən olan bu millətə məxsus başlıca

keyfiyyətlərdir. Zaqafqaziyanın, Yaxın və Orta Şərqin müəyyən ərazilərində məskən salmış ulu

əcdadlarımızın tarixi b.e.ə. III–II minilliklərə gedib çıxır. Bunu indiki Azərbaycan ərazisində aşkara

çıxarılmış ən qədim insan məskənlərindən biri olan Azıx mağarasının qalıqları, Xocalı – Gədəbəy,

Quruçay mədəniyyəti nümunələri çoxsaylı etnoqrofik materiallar sübut etməkdədir.

Daş alətlərdən başlayaraq dəmir alətlərin hazırlanmasına qədər uzun bir tarixi yol keçmiş, öz

yazılarına malik olmuş qədim Manna, Midiya kimi quldar dövlətlərin tərkibində yaşamış qədim azərbaycanlılar e.ə. IX əsrdən öz mədəni - fəlsəfi, iqtisadi, siyasi nailiyyətləri ilə folklor nümunələri ilə

bütün dünyada tanınmışdır.

Qədim Azərbaycanlılarda ətraf aləmə münasibətdə ümumi şərqə məxsus 4 ünsür ideyalar haqqında

kainatın 4 ünsürdən ibarət olması, bütün cisim və hadisələrin bu ünsürlərin birləşməsindən əmələ

gəlməsi haqqında təsəvvürlər güclü olmuşdur. (torpaq, su, od, hava, görünür ayın 4 həftəyə, ilin 4 fəslə,

səmtlərin 4 yerə bölünməsi haqqında təsəvvürlər bununla əlaqədar olmuşdur).

Qədim yunan tarixçisi Herodotun (e.ə. 490 - 425) “Tarix” əsərində məlumat verdiyi “Astiyaq və

Tomris” əfsanələri xalqımızın qədim və zəngin mifik mədəniyyətə malik olduğunu göstərir.

Midiya dövlətindən sonra Azərbaycanda yaşayan xalqlar Atropatena və Albaniya kimi dövlətlərin

tərkibində olmuşlar. Onları dini–mifoloji və fəlsəfi dünyagörüşünün əsasında “Avesta” da ifadə olunmuş

Zərdüştlük ideyaları durmuşdu. “Avesta” da qədim Azərbaycanda yaşayan xalqların dini – fəlsəfi,

mənəvi əxlaqi, ictimai və s. görüşləri əks olunmuşdur. Avestada zərdüştlük dini–mifik dünyagörüşün əsas

mənbəyidir.

Onun meydana çıxması e.ə. təqribən IX əsrə aid edilir. Ehtimal olunur ki, onun tamamlanması bizim eranın II əsrində başaçatmışdır.

Daha sonrakı dövrlərdə (e.ə. XII–VI əsrlər) zərdüştlikdə xeyir Allahı Hörmüzə (Ahura– Məzdaya)

pərəstişə əsaslanan məzdəilik Odu Hörmüzün yerdə təzahürü hesab edir, oda sitayişi kimi geniş yayırdı.

Orta əsr islam dünyasının böyük mütəfəkkiri Əbu Reyhan Biruninin, ingilis şərqşünası Ceksonun

fikrincə, Zərdüştlüyün banisi Zərdüşt Azərbaycanda Savalanın ətrafında doğulmuş, uşaq və gənclik illərini

orda keçirmişdir. Zərdüşt ömrünün ikinci yarısını Bakteriyada (Əfqanıstan) sürmüşdür. Zərdüştlük e.ə VII

– VI əsrlərdə dualist din kimi meydana gəlmişdir. Bu dinin müqəddəs kitabı “Avesta” Zərdüşt tərəfindən

yazılmışdır. “Avesta” 3 kitabdan ibarətdir. Vendidad, Yasna, Visperid. Avestanın fəlsəfi dualist xarakter

daşıyır. Avestaya görə dünyada maddi, həm də mənəvi olan hər şey xeyir və şər başlanğıca malik olmaqla

iki qismə ayrılır. Baş allah Ahura Mazda ( Hürmzad) xeyir qüvvələrini, Anhra Manyu (Əhriman) isə şər

qüvvələrini təmsil edir. “Avesta”da hava, od, su, torpaq

Page 9: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 9

müqəddəs hesab edilir. Bu kitabda Günəş, ay və ulduzlar ehtiramla qeyd olunur, müqəddəs. Hər bir

cisimdə ruhun olması fikri də mühüm yer tutur. Bütün təbiət canlı sayılır. Ruh bədənin ağasıdır, bədənin

mövcudluğunun əsas şərtidir.

Bütün psixi proseslər 3 mərhələdə bölünür. 1. Fikir. 2. Söz. 3. Əməl. Əvvəlcə fikir yaranır, sözlə

ifadə olunur və əmələ həyata keçirilir.

“Avesta”nın etikası maddi və mənəvi olanın təmizliyinə əsaslanır, bu iki sahədə təzahür edir. 1.

Fiziki təmizlik (bədən, geyim, ev – eşik təmizliyi). 2. Mənəvi təmizlik (əqidə və əməllərin saflığı). Zərdüştlüyün bütün fəlsəfəsi xeyir və şər qüvvələrinin mübarizəsi ətrafında cərəyan edir. Zərdüştə

görə düzgün və sağlam həyat tərzi dinc və halal əməklə məşğul olmaqdan ibarətdir. Zərdüştlük b.e.ə Buddizmə, e.ə Xristianlığa, sonra müsəlmanlığa bilavasitə təsir göstərə bilmişdir.

Zərdüştlüyün meydana gəlməsi, formalaşıb yayılmasının Azərbaycan torpağı və etnik birliyi ilə

əlaqəli olması, bu bölgənin ictimai siyasi həyatı, əxlaqi – etik normaları ilə bağlılığı bu qədim dini fəlsəfi

təlimin və onun haqqında fikri məmuniyyətlə qeyd etməyə əsas verir.

Page 10: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 10

MÖVZU 3

ANTİK FƏLSƏFƏ. DÜNYA FƏLSƏFİ FİKRİN İNKİŞAFINDA ANTİK

FƏLSƏFƏNİN ROLU.

Antik dövr fəlsəfəsi bəşəriyyətin fəlsəfi təfəkkürünün inkişafında ən mühüm mərhələni təşkil

edir. Qədim dövr fəlsəfəsi özünün klassik inkişafı formasına Antik dövr ölkələr olan - Yunanıstan və

Roma quldarlarlıq dövlətlərində çatmışdır.

Antik ölkələrdə fəlsəfə bütün bilik sahələrini əhatə edirdi. Elmi–biliklərə isnad edən fəlsəfə

əvvəlcə dini–mifoloji xüsusiyyətlərin tənqidi ilə, sadəlövh naturalist materialist meylin güclənməsi ilə,

həqiqətə can atması ilə səciyyələnmiş, inama əsaslanan dini–mifoloji baxışlardan fərqlənmişdir.

İlkin antik fəlsəfənin mərkəzində dünya binası, kainat necə qurulmuşdur? Kosmosu, insanı, varlığı,

“özü – özünün”dən çıxış edib izah etmək mümkündürmü? İnsan dünyanı dərk edib firavan yaşaya bilərmi?

Və s. kimi suallara cavab vermək cəhdi antik fəlsəfə güclü olmuşdur. Antik fəlsəfənin nümayəndələri

təbiətin, kosmosun, bütövlükdə dünyanın mahiyyətini tam vəhdət halında, bütöv şəkildə dərk etməyə

çalışmışlar.

Milet məktəbinin nümayəndələri olan Fales, Anaksimandr, Anaksimen (VI əsr) hər şeyin bütöv kainatın ilkin maddi əsasını su və havada Hefes məktəbinin nümayəndəsi Heraklin (544–483) isə odda

görür, dünyanın bu ünsürlərdən əmələ gəldiyini söyləyirdilər. Onlar fəlsəfəyə bütün mövcudatın səbəbləri və başlanğıcı haqqında elm kimi baxırdılar.

Bütün kainatın dəyişməz ilkin əsasını qəbul etməsələr də, ilkin naturfilosoflar, əslində kortəbii

dialektik təfəkkürə malik idilər.

Efesli Heraklinə görə bütün kainata hərəkətdə və vəhdətdə olan əksliklərin mübarizəsi kimi

baxılmalıdır. Sadəlövh dialektikanın banisi olan Heraklin qeyd edirdi ki, “Əmtəələr qızıla, qızıl da əmtəələrə mübadilə edildiyi kimi, hər şey atəşə, atəş də hər şeyə mübadilə olunur”.

Heraklit idrakın mərhələləri haqqında fikir söyləyirdi, duyğuları qəbul edirdi, təfəkkürün rolunu

qiymətləndirirdi. Onun fəlsəfi fikirləri qədim yunan quldarlıq cəmiyyətinin mütərəqqi tələblərinə uyğun

idi. “Təbiət haqqında”kı, əsəri onun böyüklüyünü bir daha sübut etmişdir.

E.ə. VI–V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsasları müxtəlif mövqelərdən həll edilirdi. Pifaqorçular bütün mövcudatın əsasına sayları qoyurdular. Parmenid isə

iddia edirdi ki, varlıq ancaq zəka ilə dərk olunandır, onları hiss üzvləri anlamaq olmaz.

Ksenofona və onun ardıcılları olan eleatçılara görə varlıq - həmişə mövcud olandır, əbədidir, o

fikirimizdə olduğu kimi təkdir, bölünməzdir, bölünən və çox müxtəliflik ancaq hissi dünyadır.

Eleat məktəbi nümayəndələrinə görə varlıq anlayışının məzmununa üç xüsusiyyət daxildir: a) varlıq

mövcuddur, vardır, qeyri – varlıq yoxluq isə mövcud deyildir, yoxdur; b) varlıq vahiddir, bölünməzdir,

təkdir; c) varlıq dərk olunandır, qeyri – varlıq yoxluq isə dərk olunmazdır, o, zəka üçün yoxdur, o,

mövcud deyildir. Antik fəlsəfə varlığın əsaslarının işlənilməsində “apeyrol” və “atom” haqqında

ideyaların mühüm əhəmiyyəti olmuşdur. Qədim yunan kortəbii materializmin böyük nümayəndəsi

determinizm və atomizm fəlsəfi təlimlərinin banisi Demokrit tərəfindən daha da inkişaf etdirilmişdir.

Demokrit müəllimi Levkin ilə birlikdə atomizmin əsasını qoymuşdur. Demokrit və onun tələbəsi

Epikür (341 – 270) iddia edirdilər ki, “dünya boşluqdan və atomlardan ibarətdir”. Atomlar boşluqda daim

hərəkət edirlər. Lakin onlara görə atomların özləri dəyişilməz, hərəkətsiz və bölünməzdir. Epikür hətta atomları ağırlıqlarına görə də fərqlənməyə çalışanlar maddi cisimlərin “atom

çəkisinə” görə də fərqlərinin sezmişdir. Demokrit tərəfindən irəli sürülən atomist materialist mənzərəsinə qarşı hələ sağlığında müəyyən

etirazlar olmuş, dialoqlar, mübahisələr, diskusiyalar aparılmışdır. Materialist “Demokrit xətti” nə müxalif mövqedən “Platon xətti” çıxış etmişdir. Platon (427 – 347) və onun ardıcılları dünyanın idealist

anlayışını əsaslandıraraq, varlığın əsasını maddi olmayan, cansız ideyadan ibarət hesab edirdilər. Maddi

varlığın obyektiv, hərəkətsiz, əbədi ideyadan əmələ gəldiyini söyləyirdilər. Platon yaşadığımız dünyanı keçici, fani, müvəqqəti aləm adlandırmışdır. Platonun əsl adı Aristokuldur. O,

Page 11: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 11

Afinada anadan olmuş, 80 il yaşamışdır. Əsərləri “Menon”, “Timey”, “Krimpton” və başqaları. Platon idealizmi ilk dəfə tənqid edən onun şagirdi Aristotel (384 – 322) olmuşdur. Aristotel

deyirdi: “Müəllimim Platon mənə əzizdir, lakin həqiqət ondan da əzizdir”. Platonun əsas çatışmayan

cəhəti, onun ideyaya müstəqil mövcudat kimi baxmasında, onu hissi aləmdən ayırıb, tənqid etməsində,

hərəkət və dəyişməni isə ancaq hissi aləminə konkret əşyalara aid etməsini görürdü.

Antik fəlsəfədə “materiya” kateqoriyası ətrafında mübahisələr, fikir plüralizmi olmuşdur. İlk dəfə

olaraq “materiya” anlayışını Platon işlədərək onu özünün dəyişməz, vahid hesab etdiyi “ideyaya” varlığa qarşı qoymuşdur.

Qədim yunan fəlsəfəsi nümayəndələri üçün onların idealist və materialist olmasından asılı

olmayaraq, digər ümumi cəhət isə onların kosmosçu, kosmosentrik olmaları təşkil edir. Onların hamısı

təbiəti, kosmosu vahid tam şəklində görürdülər. Bu mənada insana da təbiətin bir hissəsi kimi baxılırdı.

İnsana, onun həyatı ölümü və ölməzliyinə münasibət, onun təbiət və cəmiyyətdə yeri və rolunun

müəyyənləşdirilməsi problemi də antik fəlsəfədə mərkəzi yerlərdən birini tutmuşdur. Bu cəhətdən

qədim yunan sofistlərinin əməyi böyük olmuşdur. Sofistlərin əsas nümayəndələri Protaqor (490–420)

və Qorqiy (480–380) olmuşdur. Onlar insan biliyinin yoxlanması və təsdiqini tələb edir, kor–koranə

inamı qəbul etmir, dəlil və sübutları əsas götürürdülər. Sofistlər fəlsəfi–elmi biliyi kütləvi yayır, əhalini

marifləndirir, ilk dəfə olaraq təlim üçün qonarar alırdılar. Siyasi idarəçilikdə, məhkəmədə, siyasi

mübahisələrdə əhaliyə öz mövqeyini əsaslandırmaq sənətini öyrədir, nitq mədəniyyəti, ədəbi dil, dialoq

sənəti, üslubiyyət və s. təlqin edirdilər. Bütün bu proseslərin mərkəzində insan dururdu. Protaqor iddia

edirdi ki, “İnsan hər şeyin meyarıdır, ölçüsüdür” həmin şey mövcuddursa da mövcud deyilsə də insanla

ölçülür. “İnsana sevinc, razılıq gətirən hər şey yaxşı, xeyirdir, əzab - əziyyət gətirən hər şey pisdir,

şərdir”. Bütün idrakını sofistlər hiss orqanları ilə ölçürdülər, subyektiv hesab edirdilər. Sağlam adama

şirin gələn şey, xəstə adama acı gəlir. Deməli həqiqət nisbidir, obyektiv həqiqət əlçatmazdır. Sofistlər

relyativizm mövqeyindən çıxış edərək cəmiyyəti də (dövləti də) ədalətin və ədalətsizliyin meyarı hesab

edərək nisbi sayırdılar.

Sofistlərin nisbiliyi, relyativizmi sonralar böyük filosof Sokrat (470 – 399) tərəfindən ciddi tənqid

edilmişdir. Sokrat biliyin subyektlivliyi ilə yanaşı həqiqətin obyektivliyini sübut etməyə çalışırdı. İnsanı

gerçəkliyə və özünü dərketməyə çağırırdı. Onun insana müraciətlə dediyi “Özünü dərk et” müddəası

iki minə ilə yaxındır ki, fəlsəfi zərb – məsəl, aforizmi kimi səslənir. O, göstərirdi ki, bilik özü xeyirdir,

insanı xoşbəxtliyə aparan yoldur. Qeyri - əxlaqi hərəkətlərin səbəbini Sokrat həqiqəti bilməməklə,

biliksizliklə izah edirdi. Sokratın qəti əqidəsi belə idi ki, “ancaq xeyirxah adam xoşbəxt olmağa haqlıdır”.

Platonun fəlsəfi irsində, varlığın idealist izahı ilə yanaşı, insan, cəmiyyət, dövlət haqqında fəlsəfi

ideyalar mühüm yer tutmuşdur. Platona görə insan ancaq mənəvi dayaqların möhkəm olduğu bir cəmiyyətdə xoşbəxt ola bilər.

Platonda ideal dövlət yaradılması zərurəti haqqında da fikirlər diqqəti cəlb edir.

Platon etikasının əsasında mükəmməl insan ideyası dururdu. Zəkalı insan gözəlliyə, yüksək

xoşbəxtliyə, ideala can atır, ədalətlidir, həqiqətpərəstdir.

O, insanları üç növə ayırırdı: zəkalı, affektiv, hissiyatlı. Affektiv insan isə xeyirxah ehtiraslara

malikdir, cəsurdur, qorxmazdır, vəzifə borcunu yerinə yetirməyə cəhd edir.

Antik fəlsəfənin sonrakı inkişaf dövrü hesab olunan ellinizm mərhələsi (e.ə. IV əsrdən eramızın

V əsrinədək) Makedoniyalı İsgəndərin işğalları, nəhayət yunan şəhərlərinin Romanın təsirinə düşməsi

ilə əlaqədar başlamışdır.

Ellinizm mərhələsində diqqət ümumi deyil, fərd ayrı – ayrı adamlara yönəlmişdi. Bu dövrün fəlsəfi – etik fikrində stoiklərin, epikürçilərin insanın xarici aləmdən, xüsusilə sosial – siyasi mühitdən azad

olması, insan azadlığı baxışları mühüm yer tuturdu.

Həmin fəlsəfi cərəyanın nümayəndələri Zenon (333–262) Posidoni (II–I əsrlər), romalı Seneka (

5 - 65), imperator Mark Avreli (121–180) və başqaları olmuşdur. Stoiklər fəlsəfəyə elm kimi deyil,

həyat rolu, həyat müdrikliyi kimi baxırdılar. Onlara görə həqiqi müdriklik heç ölümdən də

qorxmamalıdır, ehtirassızlığı və sükunəti, daxili sakitliyi mənəvi ideal hesab edirdilər ki, onu da apati

adlandırırdılar.

Page 12: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 12

Sosial fəallıqdan çəkinmək Epikür (341–270), Romalı Lukretsi Kar (99 - 55) etikasında əsas yer

tuturdu. Onların etikası ümumi ictimai insana deyil, fərdə ayrıca insana istinad edirdi. Epikür qeyd

edirdi ki, real gerçək olan ayrıca, təcrid olunmuş atomlardı, ümumi tam kosmos isə ikincidir, atomların

toplusudur. Epikürə görə mənəvi xoşbəxtlik razı qalmaqdır, ruhi sakitlik qiyamsızlıqdır. Epikür və

Lukretsi Kar mövhumatın, köhnə dini ayinçilik ənənələrinin tənqidinə də xüsusi diqqət yetirmişdir. Onlar

qeyd edirdilər ki, insanın özü ilə birlikdə ruhu da ölür.

Page 13: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 13

MÖVZU 4

ORTA ƏSRƏRDƏ ŞƏRQDƏ VƏ AZƏRBAYCANDA FƏLSƏFƏSİ FİKİR.

Orta əsr fəlsəfəsinin xüsisiyyətləri - Feodal istehsal münasibətlərinin qərarlaşması yeni orta

əsr feodal münasibətinin formalaşmasına da səbəb oldu. Bu mədəniyyətin isə səciyyəvi xüsusiyyətini,

hər şeydən əvvəl, bütün ictimai şüur sistemində dinin, xüsusilə xristianlıq və islamın hakim mövqe tutması,

ictimai fəlsəfi, mənəvi fikrə əsasən öz təsirinə alması təşkil edirdi. Müxtəlif elm sahələri kimi, fəlsəfə

və teologiyanın “dinin xidmətçisinə” çevrilmişdi. Allahın dünyanı “heçdən xəlq etməsi” ideyası aparıcı

yerə getmiş kainatın teosentrik mənzərəsi dünyagörüşün əsas səciyyəsini təşkil etmişdir. Feodal, sosial

mühit teosentrik dünyagörüşün mövcudluğu şəraiti dini–idealist. Fəlsəfi cərəyanların möhkəmlənməsi

və inkişafına, dünyanın elmi mənzərəsini təsdiq edən bilik sahələrinin, materialist istiqamətli fəlsəfi

cərəyanların zəifləməsi və tənəzzülünə güclü təsir göstərmişdir.

Orta əsr mədəniyyəti və fəlsəfəsi üçün digər başlıca xüsusiyyəti, xristian və islam dinlərinin təbliğ

etdiyi teokratik ictimai quruluş ideyasına dünyanın teokratik mənzərəsi haqqında dini ehkamlara haqq

qazandırmaq üçün qədim dövrün fəlsəfi irsindən etmək cəhdləri təşkil edirdi. Bu məqsədə Platonun

idealist baxışlarından və Aristotelin məntiqi sübutlar haqqında təlimlərindən geniş istifadə edilirdi.

Həmin mövqe orta əsr Azərbaycan dini – idealist fəlsəfəsində də, məsələn, “kəlam” təlimində,

peripatetiklikdə, işraqilikdə, panteizmdə və s. güclü olmuşdur. Orta əsr Avropasında dini ehkamları,

Allah ideyasının qədim fəlsəfi ənənələr baxımından xüsusi universitet məktəbləri yaradılmışdır. Həmin

sözə bağlı öyrədilən dini – fəlsəfi təlim sxolastika, onun nümayəndələri isə sxolastiklər adlandırılmışdır.

Orta əsr mədəniyyətin və fəlsəfənin əsas cəhətlərindən birini də onun kreasionist (yaradıcı) səciyyə daşıması təşkil edirdi. Dini teosentrik fəlsəfi dünyagörüşü belə hesab edir ki, çoxallahlılıq və

bütpərəstlikdən fərqli olaraq, hər şeyə qadir, tək Allah dünyanı heçdən yaratmış, onu öz qüdrəti ilə də idarə edir. Orta əsr fəlsəfəsində (Şərqdə də, Qərbdə də) insan problemi də Allahın iradəsi əsasında

həll olunurdu.

Orta əsr fəlsəfəsində varlıq anlayışını da müxtəlif cür şərh etmişlər. Orta əsr sxolastikasını

sistemləşdirən Dominikan teoloq–filosof monax Akfinalı Foma (1225–1274) olmuşdur. O, qarşısına

xristian dini təlimini qədim yunan fəlsəfəsinin, xüsusilə Aristotelin ideyaları ilə qovuşaraq sağlam

düşüncə şəklinə salmaq, eklektik dini – fəlsəfi təlim yaratmaq məqsədi qoymuşdur. A.Fomaya görə

forma “qayda – qanun prinsipi”, ilkin əsasdır, materiya isə “varlığın zəif növü” keçici maddi cisimlərin

məcmusudur. A.Foma, insan – Allah İusus Xristosun timsalında maddi və idealın, insanı və ilahi

mahiyyətin vəhdətini təsdiqləməyə çalışır.

Orta əsr Azərbaycan fəlsəfi fikrinin xüsusiyyətləri - Orta əsrin lap əvvəllərində Yaxın

Şərqdə geniş yayılmış maniyçilik dini fəlsəfi ideyaları Azərbaycanda da olmuşdur.

Zərdüştlik, xristianlıq və buddizm dinlərinin təsiriylə formalaşmış maniyçiliyin banisi Mani

(214–276) olmuşdur. Maniyçilik III–IV əsrlərdə geniş vüsət almışdı. Bu dini fəlsəfi təlim dualist

səciyyə daşımış üçlü zaman sisteminə əsaslanmışdır.

1–ci zamanda varlığın iki, müstəqil, əbədi və bir–birinə zidd başlanğıcdan ibarət olduğu iddia olunur: xeyir və şər, işıq və qaranlıq.

2–ci zamanda bu iki başlanğıc birlikdə mövcud olur. İşığın xeyirin hakimi həyat anasını yaradır.

Həyat anası insanı dünyaya gətirir. Həmin insan qaranlıqla, cəhalətlə mübarizəyə girir, lakin əsir düşür.

İşığın hakimi bu zaman canlı ruhları yaradır, ruhlar şərlə vuruşub, insanları xilas edir, lakin mübarizədə

şər, qaranlıq işığı ləkələmişdir. Ona görə də işığın təmizlənməsi üçün işığın hakimi kosmosu yaradır.

Məhz bu təmizlənmə prosesindən sonra “üçüncü zaman” başlanır: bu xeyrin şər üzərində, işığın qaranlıq

üzərində qəti qələbəsi zamanıdır.

Qədim Azərbaycan ərazilərində quldarlığın zəifləməsi, Atropaten, Albaniya, Girdiman və başqa

dövlətlərdə tədricən feodal münasibətlərinin qərarlaşması xalqın dini–fəlsəfi görüşlərində də

dəyişikliklər əmələ gətirirdi.

Bu proses V–VI əsrlərdə Asiyada geniş yayılmış məzdəkilər hərəkatının ideologiyası olan

Page 14: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 14

məzdəkilədə ifadə olunmuşdur. Bu dini fəlsəfi təlim kəndliləri, şəhər yoxsullarını, ədalət uğrunda

bərabərsizliyin ləğvi uğrunda mübarizəyə çağırırdı. Məzdəkilər hərəkatı İran şahı “Xosrov”

tərəfindən yatırılsa da, o izsiz qalmadı, sonralar Orta Asiya və Zaqafqaziya xalqlarına təsir göstərirdi. IX əsrin əvvəllərində Azərbaycanda Babəkin başçılığı ilə Ərəb xilafətini lərzəyə salmış Xürrəmilər

hərəkatında məzdəkilər ideyalarının güclü təsiri aydın hiss olunurdu. Orta əsr

Azərbaycanın fəlsəfi ideyaları nə materialist, nə də idealist hesab etmək olmazdı.

Əhali tək Allaha, peyğəmbərliyə, Məhəmməd Əleyhüssəlamın Allahın rəsulu olmasına,

“Quranın” müqəddəsliyinə, axirətə, ruha və i. Inam və etiqada əsaslanmışdır. Bu fəlsəfə üçün “İkili həqiqət” baxımı daha aparıcı rol oynamışdır. (1–ci insan əqli, insan qəlbi)

Orta əsr Azərbaycanın fəlsəfi ideyaları çox hallarda Antik ölkə filosoflarının, xüsusilə Platon və

Aristotelin təsirində inkişaf etmişdir.

Bu dövr Azərbaycan filosoflarının dünyagörüşünün “peripatetik səciyyə” daşıması əsasən

Aristotelin təsiri ilə izah edilməlidir. Peripatetiklik – dünyagörüşün dualist səciyyəsindən irəli gəlirdi. Onları nə ardıcıl materialist, nə də tam idealist hesab etmək olmazdı. Azərbaycan filosoflarından

Bəhmənyar Azərbaycani, Eynəlqüzat Miyanəçi, Şihabəddin Sührəvərdi, Siracəddin Urməvi, Nəsrəddin Tusi və başqaları bu mövqedən çoxlu əsərlər yazılmışdı.

Bəhmənyar Azərbaycani (993–1066) - Orta əsrlərdə Azərbaycanda Yaxın və Orta Şərqdə

tanınmış, dünya şöhrəti qazanmış bir çox filosof, mütəfəkkirlər yetişmişdir. Onların içərisində

Bəhmənyar Azərbaycani daha məşhurdur. Bir çox mənbələrdə Zərdüştlük əqidəsinə malik azərbaycanlı

peripatetik filosof adlandırılmışdır. Sonralar Bəhmənyar İslam dinini qəbul edib. Harada anadan olması

haqqında məlumat yoxdur. Ehtimal olunur ki, Şamaxıda anadan olub. Mükəmməl təhsil almış, İbn–

Sinanın şagirdi və davamçısı olmuşdur.

Fəlsəfə elminin bütün sahələrinə (ontologiya, qnoseologiya, məntiq, etika və s.) və problemlərinə

dair Bəhmənyarın əsərlərinin özünəməxsus ideyaları vardır. Bu ideyalar onun “Təhsil kitabı”, “Məntiqə

dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Musiqi kitabı”, “Metofizika”, “Mövcudatın mərhələləri” əsərlərində öz əksini tapmışdır.

“Təhsil kitabı” məzmun dərinliyi ilə fərqlənir. Peripatetizm mövqeyindən çıxış edən Bəhmənyara

görə hər şeyin əsasını varlıq təşkil edir. Varlıq vacib və mümkün olmaqla iki yerə ayrılır. Ona görə

vacib varlıq mütləqdir, səbəbsizdir, əbədidir, zəruridir. Mümkün varlıq qeyri – mövcuddur, mövcudluğu

ancaq fərz edilir, o səbəb deyil, nəticədir. Bütün mövcud şeylər mümkün varlıq anlayışına aid edilir.

Bəhmənyarın fəlsəfi kateqoriyalar, idrak nəzəriyyəsi və s. haqqında bir çox ideyalarının müəyyən müasir əhəmiyyəti vardır.

Bəhmənyar məntiq və idrak problemlərinə dair zəngin fəlsəfi irs qoyub getmişdir. Bəhmənyara

görə insanın qəlbi, ruhu qeyri – maddidir, bədəni ətraf aləmi dərk etməyə və idarəetməyə imkan verir.

“Zəkalı ruh” fikrini əsaslandıraraq ona idrak vasitəsi kimi baxır. Bütün bu cəhətlərə görə

Bəhmənyar tarixdə, əsasən məntiqçi filosof kimi tanınmışdır.

Eynəlqüzat Miyanəçi (1099–1131) - Orta əsr Azərbaycan və bütün Şərqin ən görkəmli

mütəfəkkirlərindən biri də Eynəlqüzat Miyanəçi olmuşdur.

Təbriz yaxınlığında Miyanə şəhərində anadan olmuşdur. Həmədanda baş qazi olmuş, xalq işərisində

dərin hörmət qazanmışdır. O, kiçik yaşlarında təhsilə başlamış, zəmanəsinin bütün elmlərini öyrənmişdir. O, bütün dinlərə eyni nəzərlə baxan azadfikirli filosof idi. İdeyalarına görə 1128–ci ildə

həbs olunaraq Bağdada göndərilmişdir. Miyanəçi bir müddətdən sonra Azərbaycana qaytarılmış və 32 yaşında dərs dediyi mədrəsədə edam olunmuşdur.

Eynəlqüzat Miyanəçi yazdığı “Həqiqətlərin qaymağı”, “Müqəddimələr”, “Qəribin şikayətləri”

kitabında sufizm, panteist fəlsəfəni işləyib hazırlamışdır. Onun varlıq və idrak haqqında orjinal ideyaları

vardır.

Şihabəddin Sührəvərdi (1154 - 1191) - Şihabəddin Yəhya Sührəvərdi Orta əsr Azərbaycan

fəlsəfəsində mühüm yer tutur. Zəmanəsinin böyük filosofu və şairi olmuşdur. O, Zəncan yaxınlığında

Sührəvəd şəhərində anadan olmuşdur.

Marağada fəlsəfəni və müsəlman hüququnu dərindən öyrənmiş, Yaxın və Orta Şərq ölkələrini

Page 15: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 15

gəzmiş İsfahan, Diyarbəkr, Konya və s. şəhərlərdə olmuş, 1183–cü ildə Hələb şəhərinə gedib, orada

keçirilən disput məclislərində iştirak etmişdir. O, azadfikirlilikdə, dinsizlikdə ittiham olunmuş, ölümünə

fitva verilmişdir. Hələb qalasına salınmış 1191–ci ildə edam olunmuşdur. O, Şərqdə “Öldürülmüş filosof” adı ilə tanınmışdır.

Siracəddin Urməvi (1198–1283) - XIII əsr Azərbaycanın ən görəmli filosoflarından biri də

Siracəddin Urməvidir. O, ensiklopedik biliyə malik təbiətşünas alim, məntiqçi filosof və hüquqşünas

olmuşdur. Urmiya şəhərində anadan olmuş, Mosulda, Dəmşqdə, Konyada yaşamış baş qazi rütbəsinə

yüksəlmişdir. Müasirləri onu bütün elm sahələrinin bilicisi adlandırmışlar.

Onun bir çox fəlsəfi əsərləri vardır. Onlardan “Nurların doğuluşu”, “Hikmət incəlikləri”,

“Metodlar”, “Dialektika elminə dair traktat”, “Təhsil”, “Suallar” özünün fəlsəfi məzmun dərinliyi ilə

fərqlənirlər.

S. Urməvinin sosial–siyasi və mənəvi etik görüşləri daha maraqlı və əhəmiyyətlidir. O, insanın

hakim varlıq, Yer üzünün əşrəfi, yaranmışların ən mükəmməli hesab etmişdir.

Nəsrəddin Tusi (1201–1274) - XIII əsr Azərbaycanın görkəmli siması olan Xacə Nəsrəddin

Məhəmməd oğlu Tusi ensiklopedik alim, görkəmli filosof idi. O, astronomiya, riyaziyyat, optika,

minerologiya, məntiq, fəlsəfə, etika və başqa elmlərə aid dünya şöhrəti qazanmış əsərlərin müəllifidir.

Onun etika problemlərinə həsr olunmuş “Əxlaqi–Nasiri” adlı dünyada məşhur olan kitabı Azərbaycan

dilinə tərcümə edilib nəşr olunmuşdur.

Bundan əlavə “İqtibasın əsası”, “Mövcudatın bölgüsü”,“Risaleyi – fəlsəfi”,“İşarələr və qeydlər” və s. əsərləri mövcuddur.

Nəsrəddin Tusi 1201–ci ilin fevralın 17–də Tus şəhərində anadan olmuşdur. Həmədan

şəhərindəndir, azərbaycanlıdır. İlk təhsilini atası Məhəmməd İbn Həsəndən almış, sonralar Yaxın və

Orta Şərqin bir çox şəhərlərini gəzərək müasiri olduğu elmləri mənimsəmişdir.

Nəsrəddin Tusi 1274–cü ilin iyun ayında Bağdada səfər etmiş, orada vəfat etmiş və orada dəfn

edilmişdir. Nəsrəddin Tusinin fəlsəfi görüşlərinə Şərq fəlsəfə ənənələrinin, Antik fəlsəfənin, Aristotel,

Platon, Fales, İbn–Sina və başqa mütəfəkkirlərin güclü təsiri olmuşdur.

Onun fikrincə, varlığın əsasını 4 ünsürün vəhdəti təşkil edir. Od, su, hava, torpaq. O, belə güman

edirdi ki, maddə əbədidir, ancaq bir formadan başqasına çevrilir, yox olmur, itmir. Nəsrəddin Tusi digər

Şərq peripatetikləri kimi varlığı zəruri və mümkün olmaqla iki növə ayırırdı. Tusiyə görə zəruri varlıq heç

bir səbəblə bağlı deyil, o özü bütün varlıqların səbəbidir. Zəruri varlıq Allahdır, mümkün varlıq isə gerçək

aləmdir.

IX.XIII–XV əsrlərdə Azərbaycanda dini - fəlsəfi fikir. Panteizm, sufilik, hürufilik Orta əsrlərdə Azərbaycanda bir sıra dini – fəlsəfi cərəyan və təriqətlər də formalaşmışdır. Onların

müəyyən qismi xalis müsəlman ehkamlarının təbliğinə xidmət etməsələr də (məsələn, şiyəlik, islamilik

və s.) bəzilərinə islam ideyaları ilə Antik fəlsəfi müddəalar qovuşdurularaq yeni dini–fəlsəfi istiqamətdə

müəyyənləşdirilməyə çalışmışlar. Azərbaycanda panteizm, sufilik, hürufilik və s.

cərəyanlar geniş yayılmışdır. Panteizm Azərbaycan fəlsəfəsi tarixində müstəqil fəlsəfi cərəyan kimi o qədər geniş yayılmasa

da, panteist baxışlar dini – idealist səciyyədə, bəzən naturalist – materialist, sufilik və hürufilik ideya

çərçivəsində inkişaf tapmış, insanın gerçəkliyə münasibətinin formalaşmasına əhəmiyyətli təsir etmişdir.

Allahla dünyanın eyniləşdirilməsi ideyasını əldə edən “panteizm” ilk dəfə Qərbdə XIII əsrin

əvvəllərində meydana çıxmışdır.

Sufilik islam əsasında yaranmış dini – mistik fəlsəfi cərəyandır. Lüğəti mənası ərəb dilində “suf” sözündəndir ki, “yun” deməkdir. Sufilik XIII əsrdə İran və Suriyanın ərazisində meydana gəlmiş oradan Şərqə yayılmışdır. Bu cərəyanın nümayəndələri ilk dövrlərdə insanın, fərdin azad iradəsinin

olduğunu inkar edir, tərki – dünyalığı təbliğ edirdilər.

Sufiliyin əsasını misirli Zunnun əl–Misiri və bağdadlı Əbu Abdulla əl–Mühasibi qoymuşdur.

Sonralar Sufiliyi inkişaf etdirən Cüneyd (909–cu ildə vəfat etmişdir) həqiqətə qovuşmaq yolunu belə

müəyyən etmişdir: birinci mərhələdə “şəriət”–bütün müsəlmanlar üçün mənimsənilməli olan dini

Page 16: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 16

qanunlar, qaydalar, hüquqlar; ikinci mərhələdə sufi “təriqəti”–öz ifadəsini Allaha tabe etmək, müridlik;

üçüncü mərhələdə “həqiqət”–ilahi həqiqətə yetişmək, qəlbin işıqlanması vasitəsilə Allaha qovuşmaq.

Buradan aydın olur ki, qəlbi təmiz, saf olmayanların ilahi şölələnməsi, Allahla qovuşması qeyri–mümkün sayılır. Azərbaycanda orta əsrlərdə geniş yayılmış dini fəlsəfi bidətçilik cərəyanı hürufilik olmuşdur.

“Hürufilik–orta əsrlərdə (XIV əsrdə) Azərbaycanda, İranda, İraqda, Türkiyədə və müsəlman

Şərqinin bir sıra ölkılırində yayılmış bidətçilik cərəyanıdır. Əsası şiyə məzhəbinə məxsus olan Fəzlullah

Nəimi Astarabadi (1340–1401) tərəfindən qoyulmuşdur. Hürufilik təlimində başlıca fərqləndirici xüsusiyyət hərflərə mistik ilahi məna verilməsindən ibarətdir. Başlıca ideya isə Allaha məxsus

keyfiyyətlərin təcəssümü insanın ilahiləşməsi kainatın əbədiliyinin qəbul edilməsidir.

Hürufiliyə görə, şeylərin şüurda, sözlərdə mövcudluğu yeganə varlıq formasıdır. Onların sözdən

məhrum edilməsi, onların varlığını yox etməkdir. Deməli, ilahi söz, nitq – “Quran” bütün şeylərin

varlığının səbəbidir. Buradan belə nəticə çıxarılırdı: Allah insanda və sözdə (Quranda) təzahür edir. Buna

görə də insan surəti və sözləri ifadə edən ərəb əlifbası ilahi mahiyyəti əks etdirir.

Hürufi təlimi əsasən F. Nəimi, onun şagirdi Əli–ül–Əla, Seyid İshak, İmadəddin Nəsimi və

başqaları tərəfindən əsaslandırılmış və inkişaf etdirilmişdir. Hürufiliyi təbliğ edən əsərlərin çoxu bu

günə gəlib çatmışdır. Bunlardan “Böyük əbədiyyət”, “Kiçik əbədiyyət”, “Tacnamə”, “Eşqnamə”,

“Vəsiyyətnamə” (F. Nəimi); “Tövhidnamə” (Əli–ül–Əla); “Turabnamə”, “Torpaq haqqında kitab”,

“Tədqiqnamə” (S.İshak); şerlər divanı (İ. Nəsimi) və başqalarını xüsusi qeyd etmək olar.

Mahmud Şəbüstəri (1287–1320) - Fəlsəfi dini ideoloji zəmnində yetişmiş orta əsr

Azərbaycan filosoflarından biri Mahmud Şəbüstəri olmuşdur. Ərəb, fars dillərini, təbiətşünaslığı, fəlsəfə

elmlərini, ilahiyyatı dərindən öyrənmişdir. Aristotel, Platon fəlsəfəsinə və onların Şərqdəki

davamçılarına bələd olmuşdur. O, bütün aləmi vəhdəti vücud etmiş, göstərmişdir ki, insan təkcə Allah

ilə deyil, bütün aləm onun müxtəlif təzahürləri ilə eynidir, vəhdətdir. İnsan uzunmüddətli təkamülün

nəticəsidir.

Fəzlullah Nəimi (1340–1401) - Hürufizmin banisi Fəzlullah Nəimi orta əsr Azərbaycanın və

Şərqin ən görkəmli mütəfəkkirlərindən biri olmuşdur. O, əvvəlcə sufiliyə meyl etmiş, lakin tarixdə

hürufiliyin banisi kimi şöhrət qazanmışdır.

1386–cı ildən “Yeni vəhy”–i hürufiliyi təbliğ etməyə başlayıb. Onun ilk şagirdləri sənətkarlar və dərvişlər olmuşlar. Nəimi Şirvanda gizlənmişdir. Naxçıvan yaxınlığında Əlincə qalasına salınmış 1401–

ci ildə edam olunmuşdur.

Hürufiliyə görə Allahın təbiətdə, xüsusilə insanda təcəssümü başlıca ideyadır. Lakin hürufilər belə

hesab edirlər ki, Allah Fəzldə təcəssüm edib və s. Allahın timsalı kimi, o yer üzərində ədalətsizliyi aradan

qaldıracaq. Fəzlə görə Allah həm sözlərdə, sözlər isə səslərdə, səslər isə 28 ərəb 32 fars hərflərində

təcəssüm edir.

F.Nəimiyə görə dünya dərkediləndir və insan öz ilahi qüdrəti ilə onu dərk etməlidir. İnsan öz əqli,

idrakı səviyyəsi ilə Allahla qovuşa bilər. O, idrak prosesində nitqin, ruhun, təyinlərin roluna qiymət verirdi.

“Vəsiyyətnamə”, “Eşqnamə” kimi əsərləri vardır. “Eşqnamə” əsərinin əlyazması və şerlərinin bir

qismi MDB ölkələrində və Sankt–Peterburqda saxlanılır.

İmamədəddin Nəsimi (1369–1417) - Hürufiliyin və Nəimi fəlsəfi ideyalarının ən böyük

davamçısı və inkişaf etdirəni İmaməddin Nəsimi olmuşdur.

Şamaxıda anadan olub, Hələbdə edam olunub. İlk təhsilini Şamaxıda almış, din tarixini, fəlsəfəni,

məntiqi, astronomiyanı, riyaziyyatı dərindən öyrənmişdir. Görkəmli şair olmuş, ilk şerlərini X əsrdə

edam olunmuş Həllac Mənsur Hüseynin təsirindən Hüseynin təxəllüsü ilə yazmışdır. Nəiminin vəsiyyəti

ilə Təbrizə, Anadoluya gedərək hürufiliyi yaymış, buna görə də dəfələrlə həbs olunmuşdur. Ömrünün son

illərini Suriyada, Hələbdə yaşamışdır. Nəsimi Hələbdə “kafir”, “dinsiz” elan edilmiş, Misir sultanının

əmri və ruhanilərin fitvası ilə dinsiz elan olunmuş, diri – diri dərisi soyulmuşdur. Nəsimi insanı, təbiət,

həyat insan gözəlliklərini duymağa, ondan zövq almağa çağırırdı. Nəsimi yaradıcılığı ana dilimizdə

yaranan poeziyanın klassik nümunəsidir. O, Azərbaycan dilində yaranmış fəlsəfi qəzəlin banisidir.

Page 17: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 17

MÖVZU 5

İNTİBAH VƏ YENİ DÖVR FƏLSƏFƏSİ

I.İntibah, yeni dövr və maarifçilik fəlsəfəsinin inkişaf xüsusiyyətləri Bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində intibah dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu

fəlsəfə feodal ideologiyasına, kilsəyə qarşı mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması hər

şeydən əvvəl, feodalizm cəmiyyətinin içərisində, kapitalist istehsal münasibətlərinin meydana gəlməsi

ilə əlaqədar idi. Elm, sənət, fəlsəfə dinin, kilsənin təsirindən çıxıb müstəqilliyə can atırdı. Bu yeni sosial

– iqtisadi və mənəvi münasibətlər əsasən, Antik mədəniyyətin, elmi – fəlsəfənin bərpası, dirçəldilməsi

ideyaları da inkişaf edirdi. Bu dövrə isə “İntibah” dövrü deyilirdi. İntibah mədəniyyəti nümayəndələri

sxolastikaya, orta əsr dini fəlsəfəsinə qarşı ciddi etirazlarını bildirir, onları tam rədd edirdi.

İntibah mədəniyyətinin başlıca səciyyəsini humanizm ideyaları, insanın ləyaqət, şərəf və

bacarığının obyektiv və yüksək qiymətləndirilməsi təşkil edir. Orta əsrdə hakim mövqe tutmuş dinə görə,

varlığı Allah yaratmışdır.

İntibah mədəniyyəti yüksək humanist münasibəti, kainatın mərkəzinə insanı qoyması–

antrosentrizm mövqeyi öz ifadəsini bütün fəlsəfədə, ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda, xüsusilə Mikelancelo, Leonardo da Vinçi, Rafael, Petrarki, Dante və başqa əsərlərində tapmışdır. İnsan

ən ali varlıq səviyyəsinə yüksəldilir. İnsani gözəllik ilahi gözəllik kimi tərənnüm olunurdu.

İntibah dövrü fəlsəfəsi üçün təbiətin öyrənilməsinə qayıdış mühüm yer tutur. İntibah

naturfilosofları təbiəti, bir növ əsrarəngiz sirli bir varlıq, öz – özünün səbəbi, ilahi başlanğıca ehtiyacı

olmadan mövcudluq kimi səciyyələndirirdilər.

Dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixində Leonarda da Vinçi (1452–1519) böyük rol

oynamışdır. O, intibah dövrünün dahi rəssamı, böyük riyaziyyatçısı və mexaniki olmuşdur. Onun

dünyagörüşü cəmiyyətin feodalizmə qarşı çıxış edən mütərəqqi qüvvələrinin mənafeyini əks etdirirdi.

İntibah dövrü mədəniyyətinin ən böyük nümayəndələrindən biri də Nikolay Kopernik (1473– 1543)

olmuşdur. O, yerin kürə şəklində olması, öz oxu və Günəş ətrafında fırlanması, səma cisimlərinin

dövranı haqqında ideyalar irəli sürmüşdü. O, səma cisimləri ilə Yerin eyni qanunlar

əsasında fəaliyyət göstərdiyini, Yerin də planetlərdən biri olduğunu söyləmişdir.

İntibah mütəfəkkiri Cordano Bruno (1548–1600) isə kainatın maddi vəhdəti, orada çoxlu

aləmlərin olması, təbiətin sonsuzluğu, panteizm və əksliklərin üst – üstə düşməsi haqqında ideyaların

müəllifi kimi məşhur olmuşdur. Dünyanın heliosentrik mənzərəsi haqqında ideyanı inkişaf etdirən

Cordano Brunoya görə, kainatda məskunlaşmış aləmlər çoxdur. O, axirət dünyasını rədd edir, digər dini

ehkamları qəbul etmirdi. O, təqiblərə məruz qalaraq həbs olunmuş, 1600–cı ildə tonqalda yandırılmışdır.

Eksperimental–nəzəri təbiətşünaslığın xüsusilə klassik mexanikanın əsasını qoymuş Qalileo

Qaliley (1564–1642) intibah elminin böyük nümayəndəsi idi. O, dünyanın maddi vəhdəti yer və göy

cisimlərinin fiziki yekcinsliyi, təbiətin obyektiv qanunlarının mövcudluğu və dərkedilənliyi və s.

haqqında ideyalar irəli sürülmüşdü. O demişdir “mən ancaq bir şey bilirəm, yer fırlanır”.

İntibah dövrünün nümayəndələrindən biri də İ.Nyuton olmuşdur. İ.Nyutonun (1643 - 1727)

klassik mexanika qanunlarını, ümumdünya cazibə qanunlarını kəşf etməsi, səma cisimlərinin dövranı

nəzəriyyəsini işləməsi metafizik fəlsəfi istiqaməti daha da möhkəmləndirirdi.

Sxolastikaya, metafizikaya qarşı çıxan ingilis materialist filosofu Frensis Bekon (1561 –1626)

qeyd edirdi ki, fəlsəfə hər şeydən əvvəl praktik səciyyə daşımışdır, çünki əqli seyrçilik, sxolastika

vasitəsilə heç vaxt həqiqətə nail olmaq mümkün deyildir. Elmin, fəlsəfənin məqsədi insan nəslinə xeyir

gətirmək, insanın təbiət üzərində hakimiyyətinin artırmaq olmalıdır, odur ki, təcrübi, empirik faktorlara

əsaslandırılmalıdır. F.Bekon elmi idrak üçün vahid induktiv metodu əsas hesab edirdi

F.Bekonun mexaniki – materialist mövqeyini ingilis filosofu Tomas Hobbs (1588 –1679) davam etdirmişdir. Hobbsa görə materiya əbədidir, ayrı–ayrı cisimlər isə müvəqqəti. Hərəkətə cismin

yerdəyişməsi kimi baxır, onu həyatın, təbiətin və cəmiyyətin mövcudluğu şərti hesab edirdi. O, dini

Page 18: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 18

rədd edir, dinin elmlə bir araya sığa bilməməsi ideyasını müdafiə edirdi. Fransız filosofu Rene Dekart (1596–1650) zəkanı əqli idrakın əsasına qoyur, təcrübəyə ancaq

biliyin obyekti kimi baxırdı.

XVII –XVIII əsrlər fəlsəfəsində subyektiv idealist istiqamət, sensualizm baxışı Corc Berkli

(1685–1753) və David Yum (1711–1776) tərəfindən inkişaf etdirilmişdir. İngilis keşişi Berkli materiya

anlayışını ciddi tənqid edirdi. O, öz həmfikirlərinə müraciətlə deyirdi ki, əgər siz materiya anlayışını

təkzib edə bilməsəniz, onda ateizm və materializm öz - özünə aradan qalxacaqdır. O, deyirdi ki,

materiya anlayışı ümumidir, odur ki, yalandır, çünki materiya predmetlərin duyğu ilə qavranılan xüsusi

xassələrini verə bilmir. O, unudur ki, biz ümumiyyətlə materiyanı deyil, əvvəllər əşyanın ayrı – ayrı

xassələrini iyini, dadını, rəngini və s. qavrayırıq. İnsan duyğularından kənarda heç bir obyektiv reallığı

qəbul etmirdi. “Aləm mənim duyğularımdır. Mən varam kainat var, mən yoxam kainat da yoxdur”. O,

təcrübəyə əsaslanan emperik biliyin həqiqiliyini qəbul etmirdi, səbəbiyyətin obyektiv xarakterini rədd

edirdi.

I. Azərbaycan intibahının xüsusiyyətləri - Dünya mədəniyyəti tarixində Renessans və ya

intibah dövrü orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrünə, XIV–XVI əsrlərdə burjua

münasibətlərinin formalaşması mərhələsinə uyğun gəlir. İntibah mədəniyyətinin klassik formasını Qərbi

və Mərkəzi Avropa ölkələrinə aid edirdilər. İntibah mədəniyyətinin başlıca səciyyəvi xüsusiyyətləri

bunlardır: iqtisadi, sosial, mədəni həyatda bir oyanma, dirçəlişin baş verməsi, mədəniyyətin humanist–

bəşəri və dünyəvi xarakter daşıması, elmi – fəlsəfi fikirdə Antik mədəni və fəlsəfi irsin bərpa edilib

dirşəldilməsi, təbii – elmi, tibbi, sosial – tarixi fikirdə oyanmanın baş verməsi, incəsənət, heykəltaraşlıq,

musiqi, ədəbiyyat və s. sahələrdə misli görünməmiş nailiyyətlər qazanılması, humanizm, insan azadlığı,

hüquq bərabərliyi, sosial ədalət, vicdan azadlığı və s. uğrunda mübarizə. Elm və mədəniyyətin

yüksəlməsi, elmi–fəlsəfi fikrin dünyəviləşməsi və yüksəlməsi Antik fəlsəfənin dirçəldilməsi və i.a. Şərq

ölkələrinə xüsusilə Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda Avropadan daha əvvəllər (XII–XIV

əsrlərdə) mövcud olmuşdur.

Tarixi, ictimai–iqtisadi mərhələ baxımından İntibah dövrü Şərq ölkələrində (deməli

Azərbaycanda da) feodal münasibətlərinin, böyük feodal monarxiya dövlətlərinin formalaşması,

Azərbaycanda Eldəgizlər və Şirvanşahlar dövlətləri dövründə nisbətən dinc yaşayış tərzinin mövcudluğu

şəraitində istehsalın təkmilləşməsi, elm və mədəniyyətin inkişaf etdirilməsi, azərbaycanlıların vahid

milli etnos kimi formalaşmasının başa çatması və s. proseslərlə əlaqədar olmuşdur.

Bu dövrdə bütün Şərqdə olduğu kimi Azərbaycanda da elm, mədəniyyət, fəlsəfə korifeyləri

meydana çıxmış və dünyada tanınmışlar. Bu cəhətdən Ə.Bəhmənyar, S.Ürməvi, N.Gəncəvi, N.Tusi, İbn–Sina, İbn–Rüşd, Biruni, Fərabi kimi şəxsiyyətləri göstərmək olar.

Onlar nəinki Antik mədəniyyəti və fəlsəfəni dirçəltmiş, özləri yeni elmi – nəzəri kəşflər, ideyalar

irəli sürmüşlər ki, bunlar bu gündə ən dəyərli bəşəri – mənəvi sərvətlər hesab olunur. Rusiya İmperiyası

və bolşevik rejimi şəraitində Azərbaycanda da intibah mədəniyyəti lazımi səviyyədə araşdırılmamışdır. İntibah mədəniyyətinin xüsusiyyətlərindən birini fəlsəfənin, təbiətşünaslığın nailiyyətləri ilə

qovuşaraq varlıq, kainat, insan, idrakvə s. haqqında elmi mövqedən çıxış etməsi, bir növ dinin təsirindən uzaqlaşması təşkil edir.

Azərbaycan intibahına təcrid olunmuş halda deyil, ümumşərq, müsəlman intihabının tərkib

hissəsi kimi yanaşmaq lazımdır. Azərbaycan intibahı XI-XII əsrlərdə Şirvanşahlar və Atabəylər

dövlətləri şəraitində, ölkənin nisbi dinclik dövrü keçirməsi, təsərrüfat həyatının canlandırılması ilə də müəyyən dərəcədə bağlı olmuşdur. Bu vaxt Azərbaycanın həm cənubu, həm də şimalı inkişaf edirdi.

Təbriz, Şamaxı, Naxçıvan, Gəncə, Bakı və başqa şəhərlərdə ticarət, sənətkarlıq, memarlıq, tikinti və

s. daha çox sürətlə inkişaf edir, onlar siyasi, mədəni mərkəz rolunu oynayırdı. Şərq və Qərbi birləşdirən

ticarət yolları bu şəhərlərdən keçirdi. Azərbaycanda o vaxtlar, mis, dəmir, gümüş, qızıl çıxarılır və emal

olunurdu. Neft və duz emal olunurdu. Mədəniyyət inkişaf edirdi.

I. Nizami Gəncəvinin dünyagörüşü - Dünya mədəniyyəti tarixinə “Xəmsə” adı ilə beş böyük

poema, çoxlu lirik şerlər, mənzum hekayələr və s.vermiş Şeyx Nizami Gəncəvi (1141–1209) Azərbaycan

intibahının ən görkəmli nümayəndəsi, mütəfəkkir – filosofdur. Ərəb, fars dillərini

Page 19: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 19

mükəmməl bilmişdir. “Sirlər xəzinəsi” (1177), “Xosrov və Şirin”(1180), “Leyli və Məcnun” (1188),

“Yeddi gözəl” (1196) və “İsgəndərnamə” (1203). 20 min beyt həcmində olan şerlər divanında, çoxsaylı

qəzəl və qəsidələrində mənəvi saflığa, ədalətə, xeyirxahlığa, əməyə və s. çağıran idealları ilhamla

tərənnüm etmişdir. Nizami Gəncəvi varlıq, kainat, insan, idrak, cəmiyyət, əxlaq və s. məfhumlara

münasibətini ifadə edərək, onları idealist mövqedən mənalandırır, varlığın Allah tərəfindən yaranması

haqqında teoloji konsepsiyasını qəbul edirdi.

Dünyagörüşündə idealist olmasına baxmayaraq, o, öz azad fikirli ideyalarını təbliğ edirdi. N.

Gəncəviyə görə insan idrakının hüdudları genişdir, insan əqli fəaliyyətə, elmə, biliyə yiyələnməsi ilə

böyükdür, qüdrətlidir.

Onun fəlsəfi görüşlərində dialektika ünsürləri də vardır: hər şeyin dəyişməsi, itməməsi, başqa

formaya keçməsi, hərəkətdə mövcud olması və ziddiyətli xarakter daşıması onun əsərlərində tez - tez

rast gəlinən ideyalardır. “Suyun daim axdığı və dəyişdiyi kimi, dünyada heç bir dəyişməz şey yoxdur”

deyən mütəfəkkir hərəkət və dəyişməyə maddi, mənəvi və insani varlığın mövcudluq üsulu kimi baxırdı.

N.Gəncəvinin fəlsəfi görüşləri, əsasən onun “İqbalnamə”sində ifadə olunmuşdur. Nizami bu

əsərində Fales, Sokrat, Əflatun, Ərəstun, Hürmüz və başqaları kimi filosofların mövqelərini müqayisəli

təhlil edir. Hikmətdə hamıdan üstün” adlandırdığı Əflatunu (Platonu) təsdiq etsə də, Ərəstunu

(Aristoteli) öz fəlsəfi idealına daha yaxın hesab edirdi. O, öz zəmanəsinin təbiət elmlərinin

nailiyyətlərini dərindən mənimsəmişdir. Əsasən idealist mövqedən yanaşsa da N.Gəncəvinin ruh və

canın nisbətinə dair azad fikirli ideyaları müəyyən maraq doğurur.

Nizami Gəncəvinin ictimai – siyasi görüşünü, cəmiyyət haqqında baxışlarını səciyyələndirən əsas

cəhətlər bunlardır: a) monarxiya, teokratik dövlət üsul – idarəsini qəbul etsə də onda hökmdarın

cəmiyyəti ədalətlə idarə etməsinə, görkəmli rəhbər şəxsiyyətin sayəsində cəmiyyət üzvlərinin bərabər

hüquqlarının, maddi və mənəvi tələbatlarının ödənilməsinə inam güclü olmuşdur.

I. XIV–XVI əsrlərdə Azərbaycanda ictimai və dini fəlsəfi ideyalar XII–XIV əsrlərdə monqolların Azərbaycanı işğal etməsi nəticəsində ölkəmiz öz dövlət

müstəqilliyini itirdi. Bununla yanaşı Azərbaycanın elmi, fəlsəfi, ictimai fikrinin inkişafında XII əsrdə

müşahidə olunan intibah ənənələri də zəifləməyə başladı. Azərbaycanın görkəmli elm və sənət adamları

monqol saraylarına aparılırdı. Bu şəraitdə Azərbaycan Şərqə özünün bir sıra görkəmli elm və

mədəniyyət xadimlərini, filosof və mütəfəkkirlərini verə bilmişdir.

XV–XVI əsrlərdə xalqımız öz suverenliyi və istiqlaliyyətini bərpa etmək uğrunda mübarizə

aparmış, nəhayət Səfəvilər dövlətinin yaranması nəticəsində Azərbaycan yadellilərdən xilas ola

bilmişdir. Səfəvilər mərkəzləşmiş qüdrətli dövlət idi. O, xüsusilə şair, mütəfəkkir və siyasi xadim olan

Şah İsmayıl Xətainin dövründə (1501–1524) görkəmli siyasi, iqtisadi mədəni nailiyyətlər qazanmış,

beynəlxalq əlaqələr genişləndirilmişdi. Mədəniyyət xeyli inkişaf etmiş, Azərbaycan türkcəsi dövlət dili

səviyyəsinə yüksəldilmişdir. Şiyəlik rəsmi din elan olunmuşdur. XV–XVI əsrlər Azərbaycanın mənəvi

ideoloji həyatı islam dininin hakim mövqe tutması, müsəlman ilahiyyatının qədim fəlsəfi təlimlərlə

əlaqələndirilməsi, dini – mistik fəlsəfi təlimlərində inkişaf etməsi, dinlə panteizm idealist materialist

panteizm təmayülləri arasında mübarizənin davam etməsi və xüsusiyyətləri ilə səciyələnirdi. XVI əsrdə Səfəvilər dövlətinin paytaxtı Təbriz şəhərində nadir əlyazmalarından və miniatürlərlə

bəzədilmiş tarixi, elmi, fəlsəfi bədii əsərlərdən ibarət kitabxana yaradılmışdır. Məktəblərdə, şəriət, ilahiyyatla bərabər, astronomiya, tarix, fəlsəfə də öyrədilirdi. Əsrin əvvəlində Marağa rəsədxanası bərpa

edilmiş, oraya çoxlu təbiətşünas alim və filosof cəlbedilmişdi.

Beləliklə XIII–XVI əsrlərdə Azərbaycan ictimai fəlsəfi fikri, sosial – siyasi və mənəvi həyatda

olduğu kimi, mürəkkəb və ziddiyyətli bir yol keçmişdir.

Mövcud ictimai dini – fəlsəfi cərəyanların çoxu kifayət qədər ardıcıl olmamış, bir çox hallarda

dinlə elmi – fəlsəfə, idealizm materializm arasında tərəddüd etmiş və ya dualist mövqe tutmuşlar.

Bütün bu mürəkkəb və ziddiyyətli sosial – siyasi və mənəvi – ideoloji şəraitin mövcudluğuna baxmayaraq XIV–XVI əsrlərdə Azərbaycan Yaxın və Orta Şərq mədəniyyəti bir sıra görkəmli

mütəfəkkirlər vermişdir ki, onlardan biri də Məhəmməd Füzulidir.

Page 20: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 20

I.Məhəmməd Füzulinin fəlsəfi – etik görüşləri - Məhəmməd Süleyman oğlu Füzuli (1494

- 1556) orta əsr Azərbaycanın ən böyük şairi və alim - mütəfəkkiri olmuşdur. Mükəmməl təhsil almış

Azərbaycan türkcəsini, ərəb və fars dillərini mükəmməl bilmiş, həmin dillərin üçündə də əsərlər

yazmışdır. Ailəsi Azərbaycandan İraqa köçmüş, o, Kərbəla şəhərində yaşamışdır. O, müasiri olduğu

elmləri, dini - fəlsəfəni, məntiq, tibb, təbiətşünaslıq və b. elmləri mənimsəmişdir.

M.Füzulinin fəlsəfi - etik görüşlərini əks etdirən başlıca əsərləri bunlardır: “İdeyaların yüksəlişi”,

“Mətlə-ül-etiqad”, “Əyyaş və zahid”, “Şah və gəda”, “Yeddi cam”, “Şikayətnamə”, “Leyli və Məcnun”,

“Səhhət və mərəz” fəlsəfi mahiyyətli qəzəllər və qəsidələr və s. Füzulinin fəlsəfi görüşlərində, xüsusilə

məntiqində dialektika ünsürləri, mühakimlərin, anlayışların yaradılmasında müqayisə və ziddiyyətlərin

rolu haqqında fikirlər də az deyildir. Füzulinin qədim Şərq və Yunan fəlsəfəsinə dərindən bələd olduğu

üçün ərəb dilində yazdığı “Mətlə-ül-etiqad” əsərindən aydın görünür. O, bu əsərində Aristotel, Platon,

Empedokl, Demokrit və başqalqrının fəlsəfi fikirlərindən, Nizamın fəlsəfi irsindən tez - tez iqtibaslar

gətirir, müsəlman ilahiyyatı məsələlərini həmin fəlsəfi irs zəminində şərh edirdi. Maddi aləmin obyektiv

və insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul etsə də, Füzuli göstərirdi ki, maddi varlıq –

Allah tərəfindən yaradılmışdır.

Füzuli həyatın əsl mənasını əməkdə, zəhmətdə görür, taleyə, qəzavü – qədərə inanıb, əməkdən,

işləməkdən uzaqlaşanları tənqid edir, atanın övlad tərbiyəsi ilə uşaq ikən məşğul olmasını tələb edir.

Füzulinin fikrincə ancaq öz əməyi, çalışqanlığı ilə yüksək səviyyəyə çatanlar hər cür hörmət və

məhəbbətə layiqdirlər.

I.XVII – XVIII əsrlərdə Azərbaycanda dini – fəlsəfi fikir. Yusif Qarabaği XVI əsrin sonlarında Azərbaycanda mərkəzləşmiş Səfəvi dövləti feodal çəkişmələri, xarici

basqınlar nəticəsində 1590–cı ildə İran - Türkiyə müqaviləsi üzrə Azərbaycanın çox hissəsi Türkiyənin

təsir dairəsinə verilir. XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycanın ideoloji həyatında sünniliyin

təsiri güclənir, müsəlman ilahiyyatı geniş tətbiq olunur, şiyəlik təqib edilirdi. Sufiliyin dini - mistik

istiqaməti yenidən canlanmışdır.

1602–1639–cu illərdə fasilələrlə davam etmiş İran–Türk müharibələri Azərbaycanın iqtisadi,

siyasi həyatında olduğu kimi mənəvi ideoloji həyatını da ağır vəziyyətə salmışdır. 1639–cu il sülhünə

görə Türkiyənin məğlubiyyətindən sonra Azərbaycan yenidən İranın təsirinə düşmüşdür. XVII əsrin I

rübündə Azərbaycan Rusiya, İran, Tükiyənin müharibə meydanı idi. Bütün bunlar isə ölkəmizin ictimai

və mədəni tərəqqisinə ciddi mənfi təsir göstərmişdir.

XVIII əsrin II yarısında Azərbaycanda ayrı–ayrı xanlıqların yaranması mərkəzləşmiş dövlət

hakimiyyətinə son qoydu. Bu vaxtdan Azərbaycan İran təsirindən çıxdı, ölkə ərazisində müstəqil feodal

xanlıqları–kiçik dövlətlər yarandı: Qarabağ, Şəki, Şirvan, Gəncə, Bakı, Naxçıvan, Dərbənd, Təbriz,

Urmiya, Ərdəbil, Marağa, Xoy, Qaradağ və s. Bunlardan əlavə Azərbaycan ərazisində bir sıra sultanlıqlar

(İlısu, Ərəş, Qazax, Qutqaşen, Şəmşəddin) və məlikliklər (Dağlıq Qarabağda, Vərəndə, Gülüstanda və s.)

əmələ gəlmişdir. Onlar müvafiq xanlıqlara tabe olsalarda, çox hallarda müstəqil fəaliyyət göstərir,

çəkişmələr törədirdilər. Bütün çəkişmələr xarici dövlətlərin, xüsusilə Rusiyanın təsirini getdikcə

gücləndirirdi. Bu dövrdə xalqımızın mübarizə əzmini əks etdirən folklor nümunələri, tarixi və bədii

əsərlər meydana çıxırdı. XVII–XVIII əsrlərdə Yaxın və Orta Şərqdə tanınmış bir sıra Azərbaycan yazıçıları, alimləri,

filosofları, mütəfəkkirləri də yetişmişdir. Onlardan Qövsi Təbrizi, Saib Təbrizi, Məsihi, Rəcəbli Təbrizi, İsgəndər Mürşi, Yusif Qarabaği, Molla Pənah Vaqifi qeyd etmək olar.

Məsihi (Rüknəddin Məsud 1580–1656) XVII əsr Azərbaycan şairi və həkimi olmuşdur. Füzulidən

sonra Azərbaycan türkcəsində yazılmış ən böyük əsər olan “Vərqa və Gülşa” poemasının müəllifidir. O,

təbabətə dair “Müalicə qaydaları” adlı əsər yazmış, Səfəvilər sarayında həkimlik etmişdir.

XVII əsr Azərbaycan filosoflarından biri də Rəcəbli Təbrizi olmuşdur. O, mükəmməl təhsil almış öz sahəsinin, əsas bilik sahələrinə (astronomiya, riyaziyyat, coğrafiya, fəlsəfə, məntiq, tibb)

yiyələnmişdir. Onun “Vacib varlığın isbatı” və “Əsil əsas” kimi iki mühüm fəlsəfi əsəri bizə qədər gəlib çatmışdır. Vahid təxəllüsü ilə lirik–fəlsəfi şerlər də yazmışdır.

XVII əsr Azərbaycan mənəvi mədəniyyətinin ən görkəmli simalarından biri də filosof–

Page 21: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 21

mütəfəkkir Yusif Məmmədcan oğlu Qarabaği olmuşdur. 1645–ci ildə vəfat edib. Mükəmməl təhsil

almış, məntiqi filosof olmuşdur. Orta Şərqdə “Böyük axund” təxəllüsü ilə tanınmışdır. Səmərqənddə və

Buxarada dərs demiş, fars, ərəb dillərində məntiqə, fəlsəfəyə dair əsərlər yazmışdır. Başlıca fəlsəfi əsəri

“Xanəngah” dır. “Atomun şərhi haqqında traktat”, “Nur saraylarının şərhi olan nur mənzərələrinə

haşiyə”, “Vahid olan haqqında traktat” və bu kimi məntiq və fəlsəfəyə dair əsərləri vardır.

Yusif Qarabağiyə görə təbiət və insan arasında münasibət tək ilə cəm, hissə ilə bütöv (tam)

arasındakı münasibətə bənzəyir. Bunlar bir - birindən ayrılıqda mövcud olmadığı kimi, vahid bir tam

təşkil etdiyi kimi, bütöv varlıq da tamdır, vahiddir. Panteist Yusif Qarabaği Allahı insanın özündə axtarmaqla kifayətlənməyib, onu təbiətlə qovuşdurur, təbii hadisələrin içərisində əridirdi.

Dünyagörüşəndəki bütün ziddiyyətlərə, dini – mistik meyllərə baxmayaraq, Yusif Qarabağinin

fəlsəfi ideyaları Azərbaycanda XIX–XX əsrlərdə mütərəqqi fəlsəfi və ictimai – siyasi fikrin inkişafında

əhəmiyyətli rol oynamışdır.

Page 22: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 22

MÖVZU 6 KLASSİK ALMAN FƏLSƏFƏSİ

Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən

başlanır. XIX 70-ci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa çatır. Bu fəlsəfə yeni dövr fəlsəfi

fikrinin zirvəsini təşkil edir. Onun təşəkkülü hər şeydən əvvəl Almaniyada yaranmış iqtisadi və mədəni

şəraitlə bağlı idi. Bu dövrdə Almaniyada elm, mədəniyyət və incəsənət sahəsində bir sıra nailiyyətlər əldə

etmişdir. Fizika, kimya, biologiya sahəsində başqa ölkələrdə edilmiş kəşflər artıq burada məlum idi. Bütün

bunlar klassik alman fəlsəfəsinin nümayəndələrinə müsbət təsir göstərmişdir.

Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır.

Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır: Yohaun Herder, İmmaniel Kant,

Yohaun Fixte, Fridrix Şellinq, George Hegel, Lüdvinq Feyerbax.

Yohaun QOTFRİD Herder (1744 – 1803) fəlsəfi fikir tarixində o, “Dilin mənşəyi haqqında”

(1722), “Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar” (1784 – 1791”, “mahnılarda xalqların səsi” və s.

əsərləri ilə tanınmışdır.

Herder əsasən tarixin fəlsəfi məsələləri ilə məşğul olmuşdur. O özünün tarix fəlsəfəsində

bəşəriyyətin qanunauyğun şəraitdə humanimə gəlib çıxması ideyasına əsaslanmışdır. O insanı dünyanın

ən ali varlığı hesab edirdi. Herder yazırdı ki, insan iki aləmin, təbiət və “humanizm” aləminin qovşağında

dayanır. Humanizm insanın öz təbiətindəndir. İnsan həm də digər yaradılmışların dərdinə əzab -

əziyyətlərinə şərik olmak qabiliyyətinə, meylinə malikdir. Onun nöqteyi – nəzərincə humanizm həm də

insanın Allahı dərk etməyə çalışmasındadır.

İmmaniel Kant (1724 – 1804) dünya mədəniyyətinin, elmin, fəlsəfi fikrin inkişaf tarixində xidməti böyükdür. Kant XVIII əsrin ən görkəmli mütəfəkkirlərindən biri idi. Onun Günəş sisteminin nəhəng

qazdumanlıqlarından əmələ gəlməsi haqqında kosmoqoniya konsepsiyası indi də elmin ən fundamental ideyalarından biridr.

Metafizik təfəkkür metodunu tənqid edərək, nəinki kainatın quruluşu, həmdə onun əmələ gəlməsi

və inkişafı haqqında zəngin dialektik elmi müddəalar irəli sürmüşdür ki, o, həmçinin insan nəslinin, başqa

canlıların təbii mənşəyi haqqında da mühüm elmi fikir söyləmişdir.

İ.Kantın fəlsəfi görüşləri mürəkkəb və ziddiyətlidir. O, dualist dünyagörüşünə malik idi,

materializm və idealizm arasında kompramisə çalışırdı. Müəyyən mənada materialist olan Kant eyni

zamanda da subyektiv idealizmin böyük nümayəndəsi idi. O, gerçəkliyi insan şüurundan asılı olmayaraq

obyektiv “özündə şeylərdən”, ibarət hesab etməklə materialist mövqe tuturdu. Lakin o, bu mövqedə ardıcıl

deyildi. İddia edirdi ki, “dünya sirli”, “özündə şeylərdən”, onlar bizim üçün şeylərə çevrilə bilməz. Yəni

aqnostik mövqedən çıxış edərək, “özündə şeylərin”, dünya və onun qanunlarının dərk edilənliyinin

əleyhinə çıxırdı. O qeyd edirdi ki, insan təbiətə qanunlar “diktə edir”. Aqnostisizm Kantı idealizmə gətirib

çıxarırdı. O, belə hesab edirdi ki, idrak, bilik təcrübədən asılı deyil, ondan əvvəldir, şüur təcrübəyə

əsaslanır. Belə ziddiyətli mövqeyə görə Kantı həm materialistlər, həm də idealistlər ciddi tənqid edirdilər.

Kanta görə materiya maddi gerçəklik hadisələri obyektivdir, “özündə şey” olmaqla şüurdan asılı deyildir. O, maddi gerçəkliyin məkan – zaman daxilində mövcudluğunu qeyd etmirdi. Kanta görə məkan

zaman real deyil, idealdır.

İ.Kant belə hesab edirdi ki, varlıq, əxlaq, din və s. kimi fəlsəfi kateqoriyaların mahiyyəti sərhəddi

ancaq insan zəkasının imkanları əsasənda müəyyən oluna bilər. Kant idrak təlimində daha çox yeri

dialektikaya verirdi. Ziddiyyətə idrakın momenti kimi baxırdı. Kant dinlə elmi, materializm ilə idealizmi

barışdırmağa çalışır, bilik sahəsinin tətqiqi ilə məşğul olurdu ki, etiqada, dinə yer qalsın.

Kantın yaradıcılığını iki dövrə ayırırlar. Birinci dövrdə Kant əsasən təbii elmi problemlərlə məşğul

olmuş və bu sahədə fəlsəfəni substansional materialist həlli üzrə çox tutarlı ideyalar irəli sürmüşdür.

Məsələn, Günəş sisteminin yaranması haqqında, onun hipotezi həm meterialistcəsinə, həm də

dialektcəsinə söylənən ideyalar və mühakimələrlə zəngindir. Günəş sistemi ilk dumanlıqlardan təbii yolla

yaranıb, heç bir “ilk təkana” möhtac olmamışdır. (Kant daha bi dialektik hipotez söyləmişdir). Onun

rəyincə dənizlərin qabarması Yerin formalaşmasına ləngidici təsir göstərir və bu sistem əbədi

Page 23: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 23

deyildir, daimi olaraq aləmlərin biri məhv olur, digəri yaranır. Kantın yaradıcılığının ikinci dövrü XVIII əsrin 70-ci illərindən başlayır. Bu dövrdə Kant əsas

diqqətini idrak nəzəriyyəsi problemlərinin araşdırılmasına yönəldir. Kantın idrak təlimində

(qnaseologiyasında) mərkəzi yeri dərk edən insan onun fəaliyyəti estetik və dünyagörüşü durumlarının

təhlili tutur.

Kantın dediyi kimi insan özündən soruşmalıdır: “Mən nəyi bilirəm”. Kant deyirdi ki, biliklərin

ümumi əhəmiyyətliliyi və obyektivliyi olmadan elm mövcud ola bilməz. Kant xarici aləmdəki predmetləri dərk edilmək adlandırır. Onun rəyincə insan heç bir vaxt dərk edə bilməz. İdrak prosesində görüntülər

(hadisələr) pilləsində mahiyyəti aşkarlamaq pilləsinə yəni, “şey özündədor”, “şey bizim üçün” keçid mümkün deyildir. Kantın “ən ümumi təbiət tarixi və səma nəzəriyyəsi” (1755), “xalis zəkanın tənqidi”

(1788) və “mühakimə qabiliyyətinin tənqidi” (1790) kimi əsərləri səciyyəvidir.

Klassik alman fəlsəfəsinin digər bir görkəmli nümayəndəsi Hegel (1770 – 1831) olmuşdur.

Hegel obyektiv idealist idi. Hegelə görə “dünya ruhu” inkişaf edərək üç əsas pillədən keçir. Birinci

pillədən o “mütləq ideya” halında mövcud olur, zənginləşir. Sonra bu ideya öz əksinə çevrilərək maddi

aləmdə təzahürünü tapır. Təbiətə çevrilir. Üçüncü mərhələdə ideyanın başqa bir varlığı çıxır ki, bunu

Hegel cəmiyyət adlandırır. Hegel bu üç pillənin hər birinə ayrıca əsər həsr etmişdir. (“Məntiq elmi”

Təbiətin fəlsəfəsi”). Bu əsərlərində Hegel özünün dialektikasını inkişaf etdirir, həqiqətə bir proses kimi

baxır və fəlsəfəyə nisbi həqiqət anlayışını gətirir, varlıqla təfəkkürün eyniyyəti prinsipini əsaslandırır.

Təbiət sferasında Hegel keyfiyyət dəyişmələrini inkar etmişdir (Yeni növ heyvan və bitkilərin

yaranmasını). Bu onun dinə olan güzəşti idi. Cəmiyyət sferasında Hegel öz dövründəki Prussiya

monarxiyasını ictimai inkişafın ən yüksək mərhələsi hesab etmişdir. Klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də materialist, filosof Lüdviq

Feyerbax (1804 – 1878) olmuşdur. Feyerbax Hegelin tələbəsi olub və son Hegelçi kimi tanınmışdır.

Feyerbaxa onun yaratdığı fəlsəfi təliminə də bu baxımdan yanaşmalıyıq. Feyerbaxla öz müəllimi, ustadı

Hegel arasında fikir ayrılığı ilk öncə dinə münasibətdən başlamışdır.

Feyerbaxın dinə münasibəti “xristianlığın mahiyyəti” əsərində özünün ifadəsini tapmışdır. Onun

əqidəsinə görə din nə zəka, nə də həqiqətlə bir araya sığmazdır. Məhz bu tezis Feyerbaxın, Hegelin bütün

fəlsəfi sistemdən uzaqlaşmasını, imtina etməsi idi. Onun rəyincə, təbiətin dünya ruhunun məhsulu olması

haqqında Hegelin təlimi əslində təbiətin Allah tərəfindən yaradılması fikrinin ancaq rasional ifadəsidir.

“Ən yüksək mövcudat” olan Allah insanın öz varlığını fantastik əks etdirməsindən başqa bir şey deyildir.

Feyerbax demişdir ki, “Filosof təbiəti öyrənməklə bilik əldə edir. Təbiətin və ya insanın hüdudlarından

kənarda olan fəlsəfi sistem mənasızdır, heçnədir”. Feyerbax Hegeli tənqid edərkən onun fəlsəfəsindən

dialektikanı sezə bilməmişdir. Feyerbax metafizik olaraq qalmış və bu cəhət onun bütün yaradıcılığına

kölgə salmışdır. Feyerbaxın bu metafizikası insan haqqında təliminə təsir etmişdir. Onun insan haqqında

təlimi fəlsəfə tarixində antropoloji materializm kimi tanınır. Feyerbaxın əxlaq haqqında düşüncələri də

metafizikdir. O elə əxlaq təlimi yaratmaq istəyirdi ki, bütün dövrlər və bütün xalqlar üçün yararlı olsun.

Lakin o, insanın əxlaqi praktikasının cərəyan etdiyi şəraiti nəzərdən yayındırmışdır. O yeni din təklif edir.

Dini bəşəriləşdirmək istəyir. Dinin əsasında insanın insana sevgisini götürür. İnsanın özünü əxlaq

cəhətdən təkmilləşdirmək lazımdır ki, bunun əsasında cəmiyyət təkmilləşə bilsin. Buna baxmayaraq

Feyerbaxın etik təlimi özünün humanizminə və demokrarizminə görə çox mütərəqqi xarakter daşımışdır.

Feyerbaxla klassik alman fəlsəfəsi başa çatır.

Page 24: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 24

MÖVZU 7

AZƏRBAYCAN MARİFÇİLİK FƏLSƏFƏSİ.

XVIII əsrin sonu XIX əsrin ortalarınadək olan dövrdə Azərbaycan ictimai - fəlsəfi fikrinin

xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür.

Birincisi - bu dövrdə ictimai fikirdə Azərbaycanın işğal edilib, Rusiyaya birləşdirilməsində

ziddiyyətli meyllər, fəlsəfi fikirdə köhnə feodal ictimai münasibətlərini, milli ənənə, milli sərvətləri

qoruyub saxlamaq, digər tərəfdən ideoloji həyatda Rusiya ilə yaxınlaşmaq, təhsil və maarifin

dünyəviləşməsi baxışlarını təbliğ etmək, Avropa mədəniyyəti ilə tanış olmaq nəticəsində mənəvi ideoloji

fikirdə rus və avropapərəstlik meylləri yaranır və getdikcə güclənirdi.

İkincisi, bu dövrdə ictimai - fəlsəfi fikirdə islam ehkamçılığının, müsəlman ilahiyyatçılarının

güclü təsiri xüsusilə hiss olunmaqda idi.

Müsəlman ruhaniliyi elmin inkişafını dini təsirdə saxlamağa çalışır, orta əsr sxolastikasını, sufi

təriqət təlimlərini yenidən canlandırmağa cəhd göstərirdilər.

Üçüncüsü, XIX əsrdə XX əsrin əvvəllərində Azərbaycan ictimai - fəlsəfi fikrində maarifçilik

ideyaları da əmələ gəlmiş və getdikcə qüvvətlənmişdir. Maarifçilik ideyaları Azərbaycanda XIX əsrin

I rübündə təşəkkül tapmağa başlamışdır. Azərbaycanda maarifçiliyin öz inkişafına görə iki mərhələyə

bölmək olar: birinci mərhələ XIX əsr. Bu mərhələdə maarifçilik idealları feodal - təhkimçilik üsul -

idarəsinin maariflənməsi, dini - fanatizm mövhumat, cəhalətin feodal əsarətinin kəskin tənqid

edilməsi və aradan qaldırılması ilə ifadə olunurdu. Dünya görüşlərindəki müəyyən məhdudluq və

ziddiyyətlərə baxmayaraq A.A.Bakıxanov, M.F.Axundov, İ.B.Qutqaşınlı, H.B.Zərdabi, N.B.Vəzirov,

Q.B.Zakir və başqalarının ideyalarını Azərbaycan maarifçiliyinin birinci mərhələsinə aid etmək olar.

Azərbaycan maarifçiliyinin ikinci mərhələsi XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edir. Bu

dövrün maarifçiləri həyat proqramının daha qətiyyətli metodlarla həyata keçirməyə meylli olması ilə

fərqlənir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.Nemətzadə, Ü.Hacıbəyov, S.Ağamalı oğlu, N.Nərimanov və

başqaları ideyalarını ikinci dövrün radikal, inqilabi – demokratik maarifçiliyinə aid etmək olar.

Dördüncüsü, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai - siyasi fəlsəfi fikri üçün həm də realist

inqilabi demokratizm ideyaları xas idi.

Bu ideyaları maarifçiliyin ilkin dövrü nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət,

onların öz məqsədlərini həyata keçirmək yollarında praktiki vasitələrdən idi.

İlkin dövr maarifçiləri çıxış yolunu bütövlükdə cəmiyyət üzvlərinin maariflənməsində, mədəni

islahatların həyata keçirilməsində, soaial ədalətsizliyin ləğv edilməsində, demokratik azadlıqların

həyata keçirilməsini irəli sürürdü. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş, C.Məmmədquluzadə,

M.Ə.Sabir, Ü.Hacıbəyov, S.Ağamalı oğlu, Xuluflu, N.Nərimanov və başqa inqilabçı demokratizmin

başlıca nümayəndələri hesab etmək olar.

Beşincisi, XIX əsrin axırı, XX əsrin əvvəllərində Azərbaycan ictimai fəlsəfi fikri üçün səciyyəvi

cəhətlər mətbuatda, kosmoloji düşüncə, bioloji, tibbi və s. görüşlərdə elmi–realist ideyaları dövrün təbii – elmi yeniliklərinə doğru dönüşlərdən ibarətdir.

Bu dövrdə Azərbaycan ictimai fikrinin bir çox nümayəndələrini göstərmək olar. H.B. Zərdabi,

C.Məmmədquluzadə, N.Nərimanov, F.Köçərli, Ömər Faiq, M. Hadi və başqaları.

Altıncısı, XX əsrin əvvəllərində Azərbaycan ictimai – fəlsəfi fikri üçün ölkənin milli müstəqilliyi,

suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və müasirlik mənəvi prinsipləri ilə vəhdətdə

həyata keçirməsində görən xüsusi ideya - fəlsəfi cərəyanı xas idi. Bu cərəyanı xalqımızın milli mənlik

şüurunun oyanmasında, soy kökünə və mütərəqqi milli dəyərlərə qayıtmasında, müstəqil Azərbaycan

dövlətçiliyi ideyalarının yaradılması və reallaşmasında (1918– 1920–ci illərdə Azərbaycan Demokratik

Cümhuriyyəti) böyük mütərəqqi xidmətiolmuşdur.

Abbasqulu Ağa Bakıxanovun dünyagörüşü - A.A.Bakıxanov Azərbaycan mədəniyyəti

tarixində görkəmli şair, maarifçi – demokrat filosof, tarixçi alim, hərbi xadim və zəmanəsinin qabaqcıl

ziyalısı kimi daxil olmuşdur.

Page 25: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 25

A.A. Bakıxanov şair olmaqla yanaşı, elmi–tədqiqatla məşğul olmuşdur. Onun elmi məntiq

əsərlərində, psixologiya, fəlsəfə, dilşünaslıq, astronomiya, coğrafiya, tarix, etika, əxlaq və s. çoxlu

müasir dövrdə də əhəmiyyətini saxlayan ideyaları da vardır. O, 1831–ci ildə fars dilinin

qrammatikasına dair “Qanuni–Qüdsi” əsərini, 1841- ci ildə isə Azərbaycan tarixinin öyrənilməsində

təbiətşünaslığın əhəmiyyətini indi də saxlayan “Gülüstani – İrəm” əsərini yazmışdır. Bu əsər qədim

dövrdən 1813- cü il Gülüstan müqaviləsinədək olan böyük tarixi dövrdə Azərbaycan və Dağıstan

tarixindən bəhs olunur. A.A.Bakıxanovun dini, fəlsəfi, əxlaqi görüşləri onun “Riyaz-ül qüds”, “Təhzib-ül-

əxlaq”, “Kitabi nəsayeh”, “Eyni ülmizan”, “Kitabi əsgəriyyə” və s. əsərlərində və “Müşkatül - ənvar”

poemasında təhlil olunmuşdur.

Yazıçı filosof “Təhzibül - əxlaq” əsərinin “Maarifin rəmzləri haqqında” hissəsində kainat və ülviyyət

anlayışının fəlsəfi təhlilini vermişdir. O, yazırdı ki, kainat ancaq maddi varlıqdan ibarətdir, əşya və

maddənin haldan – hala düşərək dəyişməsi, mövcudda yoxluğun olmamamsını təsdiq edir.

A.A.Bakıxanov yazırdı: “Varlıqda yox olmaqlıq yoxdur; biz varlığın haldan–hala keçməsinə,

dəyişməsinə yox olmaq adını qoymuşuq, bütün şeylər məhv olar, bir şəkildən başqa şəkilə keçər, lakin,

yox olmaz. Bu varlığın özüdür.”

Məntiq və idrak problemlərinə münasibət A.A.Bakıxanovun fəlsəfi görüşlərində müəyyən yer

tutmuşdur.

Mirzə Fətəli Axundovun fəlsəfi görüşləri (1812–1878) - M.F.Axundovun fəlsəfi –

materialist dünyagörüşünün formalaşmasında qədim və orta əsr Şərq və Azərbaycan fəlsəfəsinin, Qərbi

Avropanın materialist filosoflarının xüsusən, Spinoza, Holbax və Feyerbaxın, XVIII əsrin digər fransız

maarifçiləri və rus inqilabçı demokratlarının müəyyən təsiri olmuşdur.

Axundovun siyasi görüşlərində hökmdarın xalqla bir olması, özünü xalqdan ayırmaması,

məsələlərinə mühüm əhəmiyyət verirdi.

Böyük mütəfəkkir, yazıçı, materialst və ateist filosof, maarifçi və inqilabçı demokrat olan M.F.Axundovun dünyagörüşü, Azərbaycan ictimai siyasi fəlsəfi fikir tarixində mühüm yer tutur. Onun

əsas xidməti bundan ibarət idi ki, o, din idealizm, cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda fəlsəfi materializm bayrağını ucaltmış, despotizm fanatizmə qarşı, demokratiya və hüquq bərabərliyi

uğrunda kəskin və ardıcıl mübarizə aparmışdır.

Həsən Bəy Zərdabinin təbii–elmi və fəlsəfi görüşləri (1842–1907) Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi – Azərbaycanın görkəmli maarifçi – demokratı,

materialist filosof mütəfəkkiri, təbiətşünas – darvinçi alimi, istedadlı publisist olmuşdur. 1842–ci ildə

olmuş, mükəmməl dünyəvi təhsil almışdır. 1861–ci ildə Tiflis qəza gimnaziyasını 1865–ci ildə Moskva

Universitetinin fizika – riyaziyyat fakültəsinin təbiət şöbəsini bitirmişdir. O, Azərbaycanda elmi –

materialist təbiətşünaslığın əsasını qoyan təbii – bioloji bilikləri geniş təbliğ edən ilk darvinist alimdir.

O, Darvin təliminə əsaslanaraq, üzvi aləmin, xüsusilə heyvan və insanın əmələ gəlməsini təbii obyektiv

qanunauyğunluqları izləmiş, bu sahədə təkamülün təbii seçmənin rolunu düzgün qiymətləndirmişdir.

Bütün cansız və canlı aləmin təbii seçmə yolu ilə əmələ gəldiyini, ilahi iradəyə ehtiyacı olmadığını

qətiyyətlə deyərək, tam materialist mövqedən çıxış etmişdir. Onun Azərbaycan dilində yazdığı “Torpaq,

su, hava”, “Barama qurdunun saxlanılması” və s. əsərlərində həmçinin “Əkinçi” qəzeti və başqa məcmua

qəzetlərdə təbiətşünaslığa və tibbə dair çap edilmiş çoxsaylı məqalələrində müxtəlif elm sahələrinə dair

materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır.

Maarifçi demokrat olan H.B.Zərdabinin cəmiyyətə baxışları ziddiyyətli olmuşdur. O, kəndli

ideoloqu idi. O, cəmiyyətdəki sosial ədalətsizlikləri, zülm və əsarəti şiddətli tənqid etsə də, ictimai

dəyişikliklər, inqilabi hərəkatlar və s. haqqında maraqlı fikirlər söyləsə də bütövlükdə cəmiyətə

baxışlarında idealizmdən uzaqlaşa bilməmiş, maarifin elmin yayılması yolu ilə cəmiyyət qurmağın

mümkünlüyünə inanmışdır. Bu da özünü, “Əkinçi” qəzetini nəşr etmək sahəsindəki fəaliyyətində daha

qabarıq göstərir. O, zəhmətkeş kütlələri xoşbəxtlik və tərəqqinin əsas amilini maariflənməkdə, elmdə

görmüş, təhsilin inkişaf etməsinə, həyatla əlaqəsinin möhkəmlənməsinə böyük əhəmiyyət vermişdir.

Page 26: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 26

Nəriman Nərimanovun fəlsəfi görüşləri (1870–1925) - Azərbaycan ictimai–fəlsəfi fikir

tarixində fəlsəfi ideyalar, özünün bütün ziddiyyətlərinə məhdudluqlarına baxmayaraq, N.Nərimanov,

S.Ağamalı oğlu, V.Xuluflu və başqalarının simasında dialektik və tarixi materializm səviyyəsinə yüksəlir.

N.Nərimanov qeyd edirdi ki, əhalinin maariflənməsi, dinin təsiri sosial ədalətə hər cür çağırmışlar,

cəmiyyətin ictimai münasibətlərindəki ziddiyyətləri məhv edib aradan qaldırıla bilməz. Onu yalnız həmin

ziddiyyətlərin mənbələrini məhv edəcək yeni bir cəmiyyət qurulması məhv edəcəkdir. O, Azərbaycan

xalqının müstəqilliyi və azadlığı uğrunda mübarizə işinə ömrünü həsr etmiş bu yolda əzab əziyyətə

dözmüşdür. Nəriman Nərimanov–“Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah”, “Bahadur və Sona”, “Pir” və s.

kimi bədii əsərlərində çoxsaylı məqalə, çıxış və məktublarında “Azadlıq haqqında bir neçə söz”,

“Diktatura nədir?”, “Əqidə”, “Fəhlələr və mədəniyyət”, “İki fəlsəfənin məhsulu” və s. xalqımızın tarixi

taleyi onun mənəvi – siyasi azadlığı, soaial – iqtisadi tərəqqisi dünyagörüşü, dini əqidəsi, vicdan azadlığı

haqqında və s. zəngin ictimai – siyasi fəlsəfi mənəvi görüşlərini ifadə etmişdir.

N.Nərimanov inqilabçı idi. Onun əqidəsinə görə xalqın azadlığı, sosial – siyasi iqtisadi tərəqqisi

ancaq fəhlə sinfi digər zəhmətkeş kütlələrin zülmə və istismara qarşı mübarizəsi, inqilabda qalib gəlməsi ilə yolu ilə mümkündür.

N.Nərimanov maarifçi, inqilabçı – demokrat əqidəli yazıçı idi. O, Azərbaycan ictimai – siyasi

fikrinin görkəmli nümayəndəsi idi, eyni zamanda Şərq despotizminin ən kəskin tənqidini vermişdir.

N.Nərimanov milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçi idi. O, Şərq millətinin azadlıq hərəkatları milli adət ənənə, mədəniyyət millətlərarası münasibətlər, milli hiss və milli psixologiya

sahəsində problemlərin bilicisi idi.

N.Nərimanov dialektik materialist filosof və bacarıqlı həkim idi. Təbiətşünaslığın nailiyyətlərinə,

tibb elminə, qabaqcıl fəlsəfəyə dərindən bələd olan N.Nərimanov elmi – materialist dünyagörüşünə

malikidi.

Dinləri, insanları və millətləri bir – birindən ayıran “uçurum - dərələr” adlandırırdı.

N.Nərimanovun fəaliyyətində bir həkim kimi, tibbi – elmi fikrin təbliği, səhiyyəyə dair biliklərin

yayılması sahəsində gördüyü çox faydalı işlər mühüm yer tutmuşdur. Onun “Tibb və İslam”, “Hamilə

qadın”, “Göz ağrısı traxoma”, “Xolera – vəba”və s. adlarla əhali arasında tibbi biliklərin kütləvi yayılması

məqsədi daşıyan çoxlu kitabçaları çap olunub yayılmışdır. Nəriman Nərimanovun fəaliyyəti çoxsahəli,

dünyagörüşü, yaradıcılığı rəngarəngdir.

Page 27: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 27

MÖVZU 8

FƏLSƏFƏDƏ VARLIQ VƏ MATERİYA PROBLEMİ

Varlıq fəlsəfənin ən fundamental və ən ümumi kateqoriyalarındandır. Varlıq haqqında insan təsəvvürləri mənşəcə çox qədimdir. Cəmiyyətdə əmələ gəldiyi ilkin

dövrlərdən gerçəklik, mövcudluq, varlıq haqqında mifoloji–dini təsəvvürlər olmuşdur.

Gerçəklikdə baş verən hadisələri – insanın doğulması, yaşaması, ölümü yaranma və yox olma hadisələri, təbiətdə xüsusilə bitki və heyvanlar aləmində baş verən proseslər və s. hamısı insanın gözü

qabağında baş verir.

İbtidai insan və ümumiyyətlə emprik bilik səviyyəsində yaşayan insan bütün bu hadisə və prosesləri

idarə edən varlıq, bütöv dünyanın varlığı və mövcudluğu haqqında təsəvvürlərə malik olur, özünün varlıq anlayışını formalaşdırır. Sonralar insanda fövqəltəbii varlıqlar, təbiəti də, cəmiyyəti də yaradan idarə edən

baxışlar formalaşır.

İnsanların hər cür fəaliyyəti ilkin şərtlərə, prinsiplərə əsaslanır. Bunlardan ən ilkini insanı əhatə

edən aləmin mövcudluğuna, varlığın təbii inamıdır. Hər bir fəlsəfi kateqoriya digər kateqoriyalardan heç

birinin əhatə etmədiyi xüsusi məzmunu ifadə edir. Varlıq kateqoriyasının xüsusiyyətini nəzərə

çarpdıraraq İ.Kant qeyd edirdi ki, o predmetin heç bir konkret xassəsini ifadə etmir. Bu kateqoriya

predmet və hadisələri, onların xassə və münasibətlərini vahid bir əlamət – “mövcud olmaq” əlaməti

əsasında birləşdirir. Bunlar heç bir yeni xassə aşkara çıxarmır, ya da onlara heç bir konkret xassə istinad

vermir.

Lakin fəlsəfi kateqoriyaların spesifikliyi ondadır ki, onlar predmet və hadisələr arasındakı konkret

əlaqələri deyil, ən ümumi universal əlaqələrinin–predmetlərin, hadisələrin, ideyaların mövcudlğunu

ifadə edir.

Sözün ən geniş mənasında son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı

olmayan gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır.

Varlıq – dünyanın real mövcudluğunun fəlsəfi məcmusu, təbiət və cəmiyyətin, maddi və mənəvi

aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır. Beləliklə varlıq kateqoriyası özündə

həm maddi, həm mənəvi ideal olanı əhatə edir. Varlığın növlərini belə qruplaşdırmaq olar:

1. Təbiət və ya maddi varlıq - Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki, onun iki

aspekti vardır: təbii mühit və insan əməyi ilə yaradılmış, “süni mühit” və ya “ikinci təbiət”.

Bunu insan şüurundan asılı olmayan təbii–maddi mövcudluq adlandırmaq olar.

2. Mənəvi və ideal varlıq - Buraya insanı əhatə edən mənəvi aləm, ideal mövcudluq,

mədəniyyət, elm, incəsənət, adət - ənənələr, ideoloji formalar məcmusu daxildir.

3. İctimai münasibətlərin sosial – siyasi strukturunun durduğu sosial – siyasi

varlıq - Buraya cəmiyyətin sosial strukturlarının, ictimai, siyasi, sinfi, milli və s. proseslərin idarə

edilməsi və s. bağlı insan fəaliyyəti sahələri daxildir.

4. İnsanın obyektiv real mövcudluğu və ya varlığı - Bunu iki qismə ayırmaq olar:

ictimailəşmiş insan – şəxsiyyət aləmi və fərdiləşmiş insan – fərd aləmi.

Varlıq kateqoriyası dialektik təbiətə malikdir. Bu dialektik təbiəti Hegel hərtərəfli şəkildə tədqiq

edərək aşkara çıxarmışdır. O, yazırdı: “Əgər biz dünyanı nəzərdən keçirərkən yalnız o, mövcuddur,”–deyib artıq heç nə əlavə etmiriksə, onda biz müəyyən olanı nəzərdən qaçırır, deməli mütləq dolğunluq

əvəzinə mütləq boşluq yaradırıq”.

Varlıq kateqoriyasının fəlsəfi anlayışı haqqında ilk fikir qədim yunan fəlsəfəsində Sokrata

qədərki, dövrünə aiddir.

O, dövr mütəfəkkirlərindən Poqrmenid varlıq dedikdə madi əbədi, mükəmməl Kosmosu nəzərdə tutmuş, Heraklit isə onu fasiləsiz qərarlaşan kosmos adlandırmışdır. Platon isə varlığı – həqiqi dünya

mövcudluğu kimi səciyyələndirir.

Aristotel varlığa forma və materiyanın vəhdəti kimi baxırdı.

Orta əsrlər ilahiyyatında (xristian, islam və s.) varlıq anlayışına ilahi məna verilir, “Allah –

Page 28: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 28

həqiqi varlıq”, “maddi və ideya vəhdəti isə”, qeyri – həqiqi, yaradılmış mövcudat adlandırılır. XVII–

XVIII əsr maarifçiliyində isə varlığa ancaq maddi təbii olanın aid edilməsi, mənəvi aləmin ona daxil

edilməməsi ideyaları üstün olmuşdur.

Orta əsr və sonrakı dövrdə Şərq və Azərbaycan fəlsəfəsində varlığa zəruri və mümkün varlıq kimi

iki hissəyə bölmüş zəruri varlıq bütün gerçəkliyin, mümkün varlığın səbəbi və ilkin substansional əsası

kimi baxmışlar.

Hegeldə isə “varlıq – mütləq ideyanın, ruhun “özü–özündən yüksəlməsi prosesi, obyektiv ideal

gerçəklikdir.

Marksist fəlsəfi konsepsiya varlığa birtərəfli olaraq, əsasən onun maddi – təbii tərəflərinin

obyektiv reallığı kimi baxırdı.

I. Materiya anlayışının formalaşması və mahiyyəti - Materiya haqqındakı təsəvvürlər

çox qədimdir. Həqiqi və rəngarəng aləmlər, varlıq və yoxluq əbədi və fani olan arasındakı fərqin kifayət

qədər müəyyən şəkil almış ifadəsinə Qədim Şərqin qorunub saxlanmış yazılı abidələrində rast gəlmək

mümkündür.

Materiya haqqındakı fəlsəfi təlim öz mənşəyinə görə qədim insanların zamanca başlanğıcı

olmayan, yəni heç kim tərəfindən yaradılmamış və bütün dəyişmə və çevrilmələrində həmişə özünə

bərabər qalan, heç vaxt yox olmayan, əbədi varlığın mövcudluğuna inamı ilə bilavasitə bağlıdır.

Dünyada mövcud olan hər şey zaman etibarilə başlanğıcı və sonu olmayan - əbədi varlığın – ilk

başlanğıcın – müxtəlif şəkil dəyişmələrindən başqa bir şey deyildir.

Qədim Milet fəlsəfi məktəbinin banisi Fales dünyanın ilk mütləq başlanğıcının əsasını suda,

Anaksimen havada, Heraklit və başqaları isə oddan ibarət hesab edirdi.

İlk başlanğıc kimi götürülən hər üç maddənin xarakterik cəhəti ondan ibarətdir ki, onların hamısı

insanlara məlum olan konkret predmetlərlə müqayisədə kifayət qədər qeyri–müəyyən struktura və xarici

görünüşə malikdir.

İlk başlanğıc kimi götürülmüş predmetin dəqiq strukturu və forması onun başqa cisimlərə

çevrilməsinə müqavimət göstərir. Digər tərəfdən isə o, fikirdə formaca tamamilə qeyri – müəyyən, mücərrəd reallıq kimi canlanır. Materiya o vaxt konkret əşyaya çevrilir ki, ona konkret struktur forma

verilir, deməli buna qədər o formaca qeyri – müəyyən varlıq kimi çıxış edir. Buna görə də bütün mövcudatın ilk tikinti materialı kimi götürülən ilk başlanğıclar elə

obyektlərdən seçilməli idi ki, onlar konkret predmetlərlə müqayisədə kifayət qədər qeyri – müəyyən formaya malik olsun.

İlk başlanğıc ideyası Qədim Yunan atomistlərinin təlimində öz ifadəsini tapır ki, əgər Milet fəlsəfəsində və Heraklitdə ilk başlanğıc formaca yəni kəmiyyətcə qeyri – müəyyən idisə, indi o

keyfiyyət qeyri – müəyyənliyi kəsb edir. Qədim yunan atomistlərinin mütləq varlıq konsepsiyası yunan fəlsəfəsinin iki nüfuzlu cərəyanının

milet və eley fəlsəfi ənənələrinin təsiri altında formalaşmışdır. Milet məktəbinin filosofları mütləq

əbədi varlığı “ilk başlanğıc” şəklində axtarırdılarsa, eley məktəbi əksinə, mütləq varlığı keçici, dəyişkən hissi predmetlər aləmində mövcud olmasını inkar edirdilər. Atomistlərə görə atomlar hisslərlə deyil,

yalnız zəka ilə dərk oluna bilərlər. Bu qarşıdurmanın aradan qaldırılması İntibah dövrü fəlsəfəsindən başlanır.

Materiya haqqındakı təsəvvürlərin inkişafında yeni dövrün xarakterik xüsusiyyəti diqqəti mütləq

varlığı bütün mövcudatın əsasını təşkil edən başlanğıc şəklində axtarmaq üzərində deyil, bu varlığın

ayrılmaz xassələrinin atributlarının axtarılıb tapılması üzərində cəmləşdirilməsidir. Dekarta görə

materiyanın bu əsas xassəsi uzunluqdur. Lokkun fikrincə “materiya ideyasız uzunluğa və sıxlığa malik

substansiyadan ibarətdir, belə substansiya olan hər yerdə materiya və onun mahiyyəti vardır”. Yeni dövr

materializminin banisi F.Bekon materiyanı hissi olaraq qavranıla bilən xassələrini “sadə təbiətlərin”

məcmusu hesab edirdi.

Materiya onun xassələri arasındakı qarşılıqlı münasibətin belə anlaşılması metafizik təfəkkürün

birtərəfliliyi, mexaniki məhdudluğu ilə şərtlənirdi.

Lakin bütövlükdə yeni dövr fəlsəfəsi üçün materiyanı xassələrin daşıyıcısı olan, kəmiyyət və

keyfiyyət cəhətdən mütləq qeyri – müəyyənliyi üzündən bizə naməlum qalan substrat şəkildə

Page 29: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 29

anlamaq meylli xarakterik idi. Belə mücərrəd varlığın qəbul edilməsi yeni dövr fəlsəfəsinin ruhuna

qətiyyən uyğun gəlmirdi, buna görə də daha adekvat konsepsiya ilə əvəz olnmasını tələb edirdi.

Bu da XVIII əsrin görkəmli fransız filosofu Holbax tərəfindən müvəffəqiyyətlə ödənildi.

Materiya kateqoriyasının mahiyyətini, ona əks olan kateqoriya ilə subyektlə münasibətini aşkara

çıxarmaqla aydınlaşdırmaq olardı. Bu münasibətin iki başlıca momenti vardır: 1) materiya subyektdən

kənarda, ondan asılı olmayaraq mövcuddur; 2) materiya subyektə təsir edərək onda duyğu oyadır. Holbax

tərəfindən materiyaya verilən tərif bu iki cəhəti özündə birləşdirir. Bizə münasibətdə materiya,

ümumiyyətlə, bizim hiss üzvlərimizə hansı yollasa təsir göstərən bütün şeylərdir”.

Sonralar dialektik materialist fəlsəfədə materiyanın belə tərifi meydana çıxmışdır.

“Materiya insana öz duyğuları ilə verilən, duyğularımızdan asılı olmayaraq mövcud olan və

duyğularımızda əks olunan, surəti alınan inkas edən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir

kateqoriyadır.

Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Maddilik və obyektiv reallıqla yanaşı,

materiyanın ən ümumi tükənməzlik, yaradılmazlıq, sonsuzluq, daim hərəkətdə olmaq, əbədilik və s. kimi fəlsəfi xassələrinin də olduğunu qeyd etmək olar.

Hərəkət - İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın inkişafı göstərirdi ki, dünyada mütləq

sükunətdə olan heç bir reallıq mövcud deyildir. Predmet və hadisənin sabitliyi, dayanıqlığı müvəqqəti

dayanıqlığın pozulmasına gətirib çıxarır. Predmet və hadisənin sabitliyi, dayanıqlığı müvəqqəti

dayanıqlığın pozulmasına gətirib çıxaran dəyişilmələr, arasıkəsilməz proses olduğundan obyektlərin

zəruri tərfləri kimi çıxış edən sükunət momenti nisbi dəyişiklik ilə mütləq xarakter daşıyır.

Dünyada olan bu dinamik baxış tarixən müxtəlif formalar olan fəlsəfi hərəkət konsepsiyasını

meydana gətirmişdir. Fəlsəfədə hərəkət dedikdə hər cür dəyişiklik başa düşülür.

Materializmə görə dünya yalnız materiyadan onun hallarından, xassələrindən ibarət olduğundan dəyişkənlik prosesindən kənarda mövcud olmadığından hərəkət materiyanın mövcudluq üsulu kimi başa

düşülür.

Milet məktəbi üçün hərəkət problemi mövcud deyildir, çünki dünyanın daxili fəallığı və

hərəkətliliyi heç bir sübuta ehtiyacı olmayan özlüyündə aydın bir fakt kimi təsəvvür olunurdu. İlk yunan

filosoflarının əsərlərində hərəkət termininə rast gəlmirik.

Məsələn: Anaksimandr dünyanın ilk başlanğıcını əbədi hərəkətdə olan varlıq kimi deyil, “qocalmayan”, “məhv olmayan” kimi xarakterizə edirdi.

Qədim yunan filosofu Heraklit isə “hərəkət”, “dəyişkənlik” kimi sözlər işlətmir, hər şeyin oda çevrilməsini ifadə edirdi.

Hərəkət və sükunət məsələsini ilk dəfə olaraq, Eley filisofları mübahisə predmetinə çeviriblər.

Eley fəlsəfəsi hərəkət məsələsini yunan mütəfəkkirləri qarşısına qoydular. Onlar ilk dəfə olaraq

hərəkətin mənbəyi kimi fundamental məsələ qaldırdılar. Onlar da ümumi dəyişkənlik prosesində

hərəkətin heç bir növünə aidetmirdilər. Hərəkət haqqında nəzəri təlimi yalnız Platon xüsusən Aristotel yaratdılar. Aristotel hərəkətə belə

tərif vermişdir: “Hər bir növdən olan varlıqla, gerçək varlıq fərqləndiyinə görə mən hərəkət dedikdə

imkan şəklində mövcud olanın həyata keçməsini başa düşürəm”.

Yeni dövrdə dünyanın mexaniki mənzərəsinin formalaşması, ilə əlaqədar olaraq, hərəkət

anlayışını mexaniki yerdəyişmə ilə əlaqələndirirdilər. XVIII əsrin fransız materialistləri hərəkət haqqında bir sıra mülahizələr söyləsə də bu XIX əsrin II

yarısında elm və fəlsəfədə kök salabildi.

F.Engels həmin dövrdə elm və təbiətşünaslığın nailiyyətlərini ümumiləşdirərək hərəkətin əsas

formalarının aşağıdakı təsnifatını vermişdir:

1. Mexaniki hərəkət

2. Fiziki hərəkət

3. Kimyəvi hərəkət

4. Bioloji hərəkət

5. Sosial hərəkət

Page 30: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 30

Ümumiyyətlə hərəkət formalarının keyfiyyət müxtəlifliyi materiyanın özünün keyfiyyətcə

müxtəlif struktur səviyyələrinə malik olması ilə şərtlənir.

Hərəkətin iki əsas tipini ayırd etmək olar. Birinci predmet və hadisədə baş verən dəyişikliklər

onun nisbi sabitliyini pozmur, obyekt və keyfiyyət müəyyənliyini saxlayır. Lakin predmetin

mövcudluğu əbədi olmadığına görə, o, gec – tez yox olub gedir, öz əsas keyfiyyətini itirərək, yeni

keyfiyyət kəsb edir. Predmetin bir keyfiyyət halından digərinə keçməsi, müşayiət olunan dəyişmələr

hərəkətin əsas ikinci tipini təşkil edir.

Məkan və zaman - Dünyada mövcud olan bütün predmet və hadisələrin müəyyən ölçüsü,

cisimlərin uzunluğu, eni, hündürlüyü vardır. Predmetlər bir – birinə müxtəlif vəziyyətlərdə yuxarıda,

aşağıda, sağda, solda yerləşirlər. Cisimlərin malik olduqları bu xassə və münasibətlər məkan

kateqoriyasının məzmununu təşkil edir. Predmet və hadisələrin nisbi sabitliyinin dayanıqlığının,

keyfiyyət bütövlüyünün ölçüsü vardır. Həmin ölçü predmetin prosesin mövcudluq, davametmə

müddətini ifadə edir və sürəklik adlanır. Cisim və hadisələr yerləşmələrinə görə bir – birilə müəyyən

münasibətdə olurlar.

Məkan və zaman varlığın materiyanın mövcudluğu formasıdır. Gerçəklikdəki bütün cisim və proseslər müəyyən məkan və zamanda mövcuddurlar.

Məkan – maddi cisimlərin və hadisələrin mühüm yer tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Zaman - isə cisim və hadisələrin müəyyən ardıcıllıq sürəkliklə

davam etməsini mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.

Məkan və zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan – zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonsuzluğunun vəhdətindən

məcmusundan yaranır.

Gerçəklikdəki bütün cisim hadisə və proseslər məkan – zaman xassələrinə malikdir. Məkanın üç

ölçüsü vardır: uzunluğu, eni, hündürlüyü.

Zamanın isə bir ölçüsü vardır: cisimlər ancaq zamanca keçmişdən gələcəyə doğru bir istiqamətdə hərəkət edə bilər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət

edir.

Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağa başladığı ilk dövrlərdə qədim

insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi kimi seçib ayıra bilmirdi.

Varlığın məkan və zaman xarakteristikası onunla tam bitişik şəkildə təsəvvür olunurdu. Məkan haqqında

təsəvvür anlaşılmasına ilk dəfə olaraq atomistlərin təlimində rastlaşırıq.

Demokrit məkanı boşluqla eyniləşdirərək, onun mövcudluğunu atomların mövcudluğu qədər real

hesab edirdi. Məkan və zaman kateqoriyaları vasitəsilə dünya insan təfəkküründə birbaşa vasitəsiz surətdə əks olunur.

İnsanın gündəlik həyatında, ictimai praktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə

hər şeydən əvvəl öz məkan və zaman xarakteristikaları vasitəsilə təzahür etdirir. Təsadüfi deyildir ki,

Hegel məkanı “təbiətin ilk və bilavasitə tərifi onun vasitələrindən məhrum fərqsizliyi” adlandırırdı. Məkan və zaman materiyanın müxtəlif struktur təşkili səviyyələrinə münasibətdə neytral qalmalıdır.

Materiyanın xassələrindəki hər hansı keyfiyyət dəyişmələri, məkan və zaman kateqoriyalarının

srtukturunda hər hansı dəyişiklik doğura bilməz. İlk baxışda bu nəzəriyyə nisbilik nəzəriyyəsinin və

müasir Kvant fizikasının verdiyi faktlar zidd görünə bilər.

Nisbilik nəzəriyyəsinə görə predmetik hərəkət istiqamətlərindəki ölçüsü və hadisələrin baş vermə

müddəti onların yerləşdiyi hesablama sisteminin hərəkət sürətindən asılıdır. Ümumi nisbilik nəzəriyyəsinə görə yüksək intensivlilik qravitasiya sahəsində zaman qravitasiya sahəsinin zəif olduğu

yerlərindəkinə nisbətən ləngiyir.

Nisbilik nəzəriyyəsinin banisi Eynşteyn belə hesab edirdi ki, zaman anlayışı ölçmə prosesindən

(saatlardan) kənarda məzmunsuz anlayışdır: hər hansı prosesin ölçmə əməliyyatından kənarda öz–

özlüyündə heç bir müddəti yoxdur. Bunun prinsipial əhəmiyyəti bundadır ki, zaman anlayışının məzmunu

yalnız ölçmə prosesində formalaşdığından, xarici aləmdə ona uyğun gələn obyektiv xarakteristika

mövcud deyildir. Deməli zaman kateqoriyasını ölçmə ilə eyniləşdirən nöqteyi nəzər özü fiziki deyil,

fəlsəfi məzmun daşıyır.

Page 31: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 31

MÖVZU 9

FƏLSƏFƏDƏ ŞÜUR PROBLEMİ

Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsələsi filosofları daim düşündürən ən

aktual problemlərdən olmuşdur. Şüur problemi çox mürəkkəb olub, hazırda yalnız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiətşünaslıq elmlərini, o cümlədən sosiologiyanın, psixologiyanın,

dilçiliyin, pedaqoqikanın, ali əsəb fəaliyyəti fiziologiyasının, kibernetikanın, informatikanın tədqiqat predmetinə çevrilmişdir.

Bəşəriyyət tarixində əldə edilmiş bütün maddi və mənəvi sərvətlər üçün insan şüuruna borcludur.

Şüurlu fəaliyyət nəticəsində insan ilk ibtidai daş alətlərdən başlamış, müasir mürəkkəb texnoloji

prosesərə qədər tərəqqi yolu keçmişdir, dünyanın təbii – elmi mənzərəsini yaratmışdır.

İnsan öz şüurluğu sayəsində ətraf aləmi dərk edərək təbiət və cəmiyyət qanunlarını

mənimsəməklə onlardan əməli məqsədlər üçün istifadə edir. Şüur sayəsində insan yer kürəsinin təbiətini öyrənmiş, üzünü kosmik fəzaya çevirmiş, oraya

uçmuş, Ayın və digər kosmik cisimlərin sahələrinə bələd olmağa başlamışdır.

Müasir dünya dinlərində də ruha etiqad, ruhun əbədiliyi, “ölməzliyi” haqqında təsəvvürlər yaşamaqdadır.

Lakin bunlar şüur (ruh) haqqında elmi biliyə malik olmayan insanın təsəvvürüdür, elmi–nəzəri

bilik deyildir. Elmi – materialist nəzəri baxış şüurun mahiyyətini başqa cür izah edir.

Şüurun mahiyyəti problemi indi də bir çox insanlara “sirli” olaraq qalır; Əgər şüur əbədi deyilsə,

insandan asılı deyilsə o, necə əmələ gəlir? İnsan beynində xarici qıcıq, siqnal informasiya şüura necə

çevrilir? Şüurla beyin arasında nə kimi qarşılıqlı münasibət vardır? Axı şüur olmadan heç bir yaradıcılıq,

real fəaliyyət ola bilməz? Şüurun inikası materiyanın ən ümumi xassəsi olması nə deməkdir və s. Bütün

bu suallara cavab vermək üçün insana şüur haqqında fizioloji, psixoloji, mənəvi, elmi – nəzəri bilik

lazımdır.

Fəlsəfə şüura “materiya birinci, şüur ikincidir, materiyadan törəmədir və onun funksiyasıdır”,

“gerçəkliyin fəal inikasından ibarət olan insan beynin funksiyasıdır”, “hərəkətdə olan materiyanın

xassələrindən biridir, “insanı əhatə edən gerçəkliyin”, yüksək təşəkkülü materiyanın, insan beyninin

xassəsidir.

Şüura “materiya inkişafının atributudur”, “fikirləşən ruhdur”, “materiyanın ən ümumi xassəsidir”, “ictimai şüur, ictimai varlığın inikasıdır” və s. kimi təriflər verilir.

Dar mənada şüur – materiyanın insan beyninin xassəsidir, gerçəkliyin ancaq insana məxsus

inikasıdır.

Geniş mənada şüur – bütöv mənəvi tamlıqdır, insan beyninin mərkəzi əsəb sisteminin

xarici aləmi əks etdirərkən əldə etdiyi bütün duyğu, qavrayış, təsəvvür, təfəkkür əqli nəticələr və s.

məcmusudur, insanın zəkası, ağlı, dərrakəsidir.

İnikasın təkamülü, cansız və canlı təbiətdə inikasın xüsusiyyətləri

Şüurun mahiyyətini səciyyələndirən bir sıra cəhətlər vardır: əsas xüsusiyyət şüurun materiyaya nisbətən ikinci olması ondan törəməsidir. Elm sübut edir ki, şüura malik insanın mövcudluğuna qədər

“tarix” uzun bir yol keçmiş, materiya inkişafının müəyyən mərhələsində materiyanın şüura malik bir

növü yaranmışdır.

Gerçəkliyin insan beynində surətləri, obrazları yaranmadan, heç şüur əmələ gələ bilməzdi. Bu

mənada şüurun inkişaf yolunu müəyyən etmək olar: “cansız materiyadan, canlı materiyaya və oradan da

düşünən materiyaya və ya insan beyninə”.

Şüurun əsas xüsusiyyətlərindən birini, onun insan beyninin xassəsi olması yəni yüksək təşəkküllü materiyanın xassəsi olması təşkil edir. Şüur materiyanın bütün təzahürlərinə deyil, ancaq insan beyninin

məhsuludur.

Şüurun əsas xüsusiyyətlərindən birini onun inikasın müxtəlif səviyyələri və növləri ilə

səciyyələnməsi təşkil edir. Əslində inikasın növləri ilə səciyyələnməsi təşkil edir. Əslində inikasın

növləri bunlardır: cansız təbiətdə inikasın növləri bunlardır: cansız təbiətdə inikas, canlı təbiətdə

Page 32: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 32

inikas və sosial inikas. Hər üç inikas növünün əsasında gerçəkliyin insan beynindəki inikası durur, bu

cəhətdən onlar ümumiləşir.

Cansız təbiətdə inikasa ancaq hava, günəş enerjisi, rütubət və s. təsirində cisimlərin “yaşamağa

uyğunlaşması”, aşınması, formasını dəyişməsi və s. aiddir. Cansız təbiətdə inikasın xüsusiyyəti odur ki,

təsir edən obyekt təsir olunanda heç bir fəallıq doğurmur. Məsələn, günəş enerjisi daima təsir edib, onu

qızdıra bilər, lakin daşda müəyyən fəallıq, hərəkət doğura bilməz. Güzgüdə, suda, hamar səthdə

cisimlərdə də inikas var, cismin surəti əks olunur, lakin burada da tam, daxili fəal inikas yoxdur.

Canlı təbiətdə isə inikasın müxtəlif səviyyələri vardır: qıcıqlanma səviyyəsi, hissiyat sahəsi, bu

səviyyədə duyğulanma vasitəsilə hissi əks reaksiya əsasında orqanizmdə görmə, eşitmə, toxunma, iy və

dad bilmə duyğularının fəaliyyəti ilə gerçəkliyə hissi münasibət formalaşır: sevinmək, kədərlənmək və

s. Duyğular obyektiv reallığın subyektiv surətləridir. Akademik Pavlov şüurun əmələ gəlməsi üçün

duyğuları insanla gerçəklik arasında qapı adlandırırdı. Onun fikrincə insan gerçəkliyi dərk etmək üçün

hökmən həmin qapıdan keçməlidir: neytrofizioloji inikas səviyyəsi, psixik – nəzəri inikas səviyyəsi.

İnsan ətraf aləmdə fəaliyyəti məqsədli istiqamətləndirir, əks olunan obyekt haqqında çoxlu informativ siqnallar alır.

Sosial inikas cəmiyyətdə baş vermiş ictimai–tarixi proseslərin, sosial əlaqə və münasibətlərin

insan beynində inikasından dolayı yaranan ideya, təsəvvür, baxış nəzəriyyəni əks etdirir. Sosial inikas

bütövlükdə ictimai varlığı əks etdirir.

Şüurun əsas xüsusiyyətlərindən biri də onun varlığa nisbətən, ikinci törəmə olsa da, varlığa fəal

dəyişdirici təsir etmək imkanına malik olmasıdır.

Bu, o deməkdir ki, şüur materiyanın inikası onun ümumi xassəsi olsa da, varlığa güclü təsir edir,

onun inkişafını sürətləndirir və ya ləngidir. Şüurun bu cəhətini nəzərə alaraq belə nəticəyə gəlinmişdir

ki, insan öz idrakı sayəsində gerçəkliyi dərk edir, təbiət qanunauyğunluqlarından istifadə edərək, onu öz

məqsədlərinə uyğun şəklə salır, “ikinci təbiəti”, “süni təbiəti” yaradır. Dialektik fəlsəfə insan şüurunun

belə fəal yaradıcı mahiyyətini, nəzərə alaraq qeyd edir ki, “İnsan şüuru obyektiv dünyanı nəinki əks

etdirir, həm də onu yaradır”.

Fəlsəfə tarixində şüur probleminə münasibət - Fəlsəfə tarixində şüura münasibətdə çox

müxtəlif mövqe və konsepsiyalar olmuş, heç də həmişə şüura materiyanın xassəsi, insan beyninin

funksiyası kimi baxmamışlar. Yalnız materialist konsepsiya hesab etmişdir ki, şüur materiyanın uzun

sürən təkamülünün nəticəsidir. Materiya, təbiət, həmişə mövcud olmuş, insan isə daha sonralar meydana

çıxmışdır. Şüur isə materiyanın yüksək inkişaf etmiş təzahürünün, insan beyninin xassəsi, məhsuludur.

Qədim fəlsəfənin materialist filosofları: Demokrit, Epikür, Lukretsi Kar və başqaları iddia

etmişlər ki, şüur insan bədənindən asılıdır. O, insanın anadan olması ilə meydana gəlmişdir. Əgər uşaqda

durmaq, hiss etmək zəifdirsə, fikirlər yoxdursa, bunlar hamısı bədənin təkmilləşməsi və inkişafı ilə

tədricən yaranır və inkişaf edir, təfəkkür meydana gəlir.

Platon isə xüsusi “İdeyalar aləmini”, “Maddi aləmə” qarşı qoymuş, birincini müəyyənedici hesab

etmişdir.

Platondan Hegelə qədər Fixte, Şellinq, Berkli və başqaları real gerçəkliyin şüurun asılı olduğunu

müxtəlif formalarda əsaslandırmağa çalışmışlar. C.Berkli şüurun müəyyənediciliyini, onun fəallığı ilə

əsaslandırırdı. Hegel şüuru “subyektiv ruh” adlandırsa da nəhayət onu “obyektiv ruhla” eyniləşdirirdi.

Yeni dövr filosoflarından olan T.Hobbsa görə şüur insan bədəninin daxili orqanlarının nəticəsidir.

XVII əsr fransız materialisti G.Helvetsi isə iddia edirdi ki, yaddaş qabiliyyətinin nəticəsidir,

şüurun mənbəyi maddi xarici aləmdir, vasitəsi isə duyğulardır.

XIX əsrdə şüura münasibətdə K.Foqt, L.Byuxner və Y.Moletott kimi fizioloq – təbiətşünasların adı ilə bağlı olan vulqar materializm mövqeyi də yayılmışdır. Onlar beyin kimi, şüuru da maddi hesab

edərək, onların hər ikisini maddiləşdirib, eyniləşdirirdilər.

Onlar deyirdilər ki, qaraciyər öd ifraz etdiyi kimi, beyin də şüur ifraz edir. Şüurla beynin

Page 33: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 33

eyniləşdirilməsi fikrini materialist filosof İ.Disgen (828–1898) ciddi tənqid edirdi. O, göstərirdi ki, ruh

stoldan, rəng səsdən fərqlənmirsə, onda bu şeylər bir – birindən nə ilə fərqlənirlər? Fikri maddi

adlandırmaq, materializmi idealizm ilə qarışdırmağa tərəf atılmış yanlış addımdır. Fikir şey deyildir onu görmək foto şəklini çəkmək olmaz. Fikir dünya predmetlərinin və hadisələrinin surətidir.

İnsanın heyvandan fərqi ondadır ki, insan fikirləşməyə yəni gerçəkliyi fəal əks etdirməyə, bu və ya

başqa məqsədləri irəli sürüb, bunların həyata keçirilməsinə qabildir.

Mənlik şüuru. Şüur və süni intellekt - Şüurun struktur komponentlərindən biri də

mənlik şüurudur. Bu dünyaya münasibətdə insanın fəal mövqü tutması, subyektin özü – özündən

ayrılması, öz məninin düzgün qiymətləndirmək qabiliyyəti, özünə kənardan baxıb, fəaliyyətini

qiymətləndirmək şüurudur. Onun ilkin forması öz hissiyatıdır. Mənlik şüurunun ikinci yüksək

formasının insanın özünün hansı ictimai cəmiyyətə mənsub olduğunu dərk etməsi səviyyəsidir. Mənlik

şüurunun yüksək forması “Mən” fenomeninin formalaşmasını təşkil edir. Mənlik şüuru

“özünüqiymətləndirmə”, “özünənəzarət” və “özünü dərketmədən” ibarətdir.

İnsanın özünü dərketməsi üçün “özünə kənardan başqalarının gözü ilə baxmağı” bacarması

lazımdır. Kənardan baxanda hər şeyi: qabiliyyət, bacarıq, gözəllik və daha dərindən dərk etmək olar. “Göz hər yeri görür, özündən başqa”.

Müasir dövrdə insan şüurunun funksiyalarını yerinə yetirir.

Əgər 50–ci illərdə kompüterlər saniyədə yalnız 100 min əməliyyat icra edirdilərsə, indi cəmi 30 ildən bir qədər artıq keçməsinə baxmayaraq baş vermiş kompüter inqilabı nəticəsində süni intellektin

imkanları olduqca artmışdır: indi onlar saniyədə trilyon əməliyyatı icra edə bilirlər. İndi maqnit diskin yaddaşının həcmi ən yaxşı bir kitabxananı ötüb keçir. Kompüterlər proqram əsasında xəstəliklərin dəqiq

diaqnoz verilməsinə kömək edir, məsul, iqtisadi, sosial qərarlar qəbul edir və s.

Mürəkkəb kompüter texnikasını yaradan və idarə edən insandır, o, insan şüuru və əməyinin məhsuludur. İnsanın emosional halı, həyəcanları, sevinci və kədər hissləri kompüterdə yoxdur. Odur ki,

müasir kompüter texnikası insanı əvəz edə bilməz.

Page 34: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 34

MÖVZU 10 İDRAK NƏZƏRİYYƏSİ

İdrak anlayışı, idrakın obyekti və subyekti - Dünyada insanın fəal istiqaməti götürməsi,

müvəffəqiyyətli fəaliyyət göstərməsi onun gerçəkliyi hansı dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik

insan şüurunda nə dərəcədə əks olunursa, insan da ona uyğun fəal olur, qarşısına məqsədlər qoyur və

məqsədyönlü fəaliyyət göstərir. Həmin prosesin qanunauyğunluqlarından gerçəkliyin məqsədyönlü

inikasından bəhs edən xüsusi elm sahəsi vardır: qnoselogiya. Buna görə də idraka fəlsəfənin predmeti

kimi baxılmalıdır.

İdrak nəzəriyyəsinin problemi fəlsəfənin meydana gəlməsi ilə birgə yaranmışdır. Qədim yunan

fəlsəfəsində idrakın təbiətini təhlil etməyin əsasını Demokrit, Platon, Aristotel epikürçilər skeptiklər

qoymuşlar. Sonralar F.Bekon, R.Dekart, C.Lokk, B.Spinoza, Q.Leybnits, İ.Kant, D.Didro, H.Helvetsi,

G.V.Hegel, L.Feyerbax, A.İ.Gertsen, N.Q.Çernışevski və başqa filosoflar idrak prosesinin təhlilinə

mühüm hədiyyə bəxş etmişlər. Fəlsəfə tarixində müxtəlif konsepsiyalar və baxışlar olmuşdur. Əvvəlki

materializmin nöqsanı onun metafizik xarakter daşımasıdır. Metafizik materialistlər idrak prosesinin

dialektik xarakterini anlaya bilməmiş, onun ziddiyyətli mahiyyətini, maddi dünyanın insan tərəfindən

dərk edilməsini, mürəkkəb bir proses kimi anlaya bilməmişlər. Bu filosoflar gerçəkliyin dərk edilməsini

qəbul etsələr də, orada obyektiv, mütləq və nisbi həqiqətin hissi və rasionalın nisbəti məsələlərini düzgün

qiymətləndirməmişlər. Eyni zamanda onlar idrakda ictimai praktika anlayışını təhlil edə bilməmişlər.

Onlar ən yaxşı halda onu təcrübə, eksperiment kimi anlamış, praktikanı bütöv idrak prosesinin əsası,

həqiqətin obyektiv meyarı və idrakın son məqsədi kimi anlaya bilməmişlər. XIX əsrə qədərki

qnoseologiyanın əsas məhdudluqlarından biri onun seyrçi olmasıdır. Obyektiv idealizmin

nümayəndələri, xüsusilə Hegel gerçəkliyin, onun qanunlarının dərk edilməsinin mümkünlüyünü qəbul

etsə də, onun təbiətini idealistcəsinə həll edirdi. O, gerçəkliyin qanun və qanunauyğunluqlarının mütləq

ideyadan asılı olmayan obyektiv mahiyyətini qəbul etmir, onları xalis təfəkkür və idrak qanunları kimi

təqdim edirdi. Lakin Hegel Kantın sirli “özündə şeylərini” qəbul etmir, onları ciddi tənqid edirdi.

Subyektiv idealizmin, xüsusilə aqnostsizmin bir sıra nümayəndələri (məsələn, D.Yum və başqaları)

idrakın imkanlarının məhdud olduğunu, müəyyən “çərçivə daxilində” olduğunu qəbul edir, dünyanın və

onun qanunlarının dərk edilməsinə şübhə ilə yanaşır, əsasən onu inkar edirdilər. Kant gerçəkliyin predmet

və hadisələrin obyektiv “özündə şey” olduğunu qəbul edirdi, onun dərk edilməsini, qanunların kəşf

edilməsinin mümkünlüyünü, “bizim üçün şeylərə” çevrilməsini inkar edirdi. Kantın fikrincə idrakın

imkanları məhduddur, onların mahiyyətini aşkara çıxarmaq imkanı yoxdur. Bir sözlə “şey özündələr”

dərk olunmazdır.

XX əsrin bəzi fəlsəfi cərəyanının nümayəndələri, neokantçılar, neotomistlər, məntiqi

pozitivistlər və başqaları belə bir ideyanı sübut etməyə şalışırlar ki, bizim biliklərimiz obyektiv

aləmininikası deyil, insan əqlinin subyektiv quraşdırmasıdır. Onlar varlıqla təfəkkür qanunlarının

eyniyyəti ideyasını rədd edirdilər. Müasir qabaqcıl fəlsəfəyə görə isə gerçəklik və onun qanunları

dərkediləndir. İdrak – obyektiv aləmin, təbiət, cəmiyyət və təfəkkürün predmet və hadisələrinin,

xassələrinin, keyfiyyətlərinin, tərəflərinin əlaqə və münasibətlərinin insan da şüurunda inikasıdır. İdrak

gerçəklik və onun qanunlarının dərk edilməsi haqqında təlimdir. İdrakı düzgün başa düşmək üçün

subyekt və obyekt anlayışlarını bilmək lazımdır.

Subyekt dedikdə idrakı və ya digər fəaliyyəti məqsədyönlü həyata keçirən ayrıca şəxsiyyət və ya

sosial qrup başa düşülür. Bu mənada insan idrakın subyekti, həm də obyekti ola bilər.

İdrakın pillələri, onların formaları və vəhdəti - İdrak bir yerdə durmur, o daim hərəkət

edir, inkişaf edir. “Canlı seyrdən abstrakt təfəkkürə və bundan praktikaya – həqiqəti dərk etməyin, obyektiv

reallığı dərk etməyin dialektik yolu belədir”.

İnsan idrakında gerçəkliyin dərk edilməsi uzunmüddətli, mürəkkəb bir prosesdir. Burada hissi və

məntiqi momentlər, praktik dəyişdirici və elmi – nəzəri fəaliyyət bir – birini əsaslandırır və tamamlayır.

İdrak adi – empirik səviyyədən elmi – nəzəri səviyyəyə yüksələnədək ziddiyyətli bir yol keçir.

Page 35: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 35

Bu mənada idrakın iki mərhələsi – hissi və məntiqi idrak bir – birindən fərqləndirilməlidir.

Hissi idrak – dünyanın dərk edilməsinin əsas, başlanğıc və ilkin mərhələsidir.

Hissi idrak insanla gerçəklik arasında əlaqə yaradır, gerçəkliyin hissi mənimsənilməsi imkanını

açır.

Hissi idrakın üç forması vardır: duyğu, qavrayış və təsəvvür. Predmetlər, insanın hiss

orqanlarına (görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma) təsir edərək onun şüurunda, hər şeydən əvvəl

müxtəlif duyğular (müəyyən, rəng, forma, iy, dad və s.) yaradır. Duyğu predmetin ayrı–ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin inikasıdır, onun yalnız bir konkret xassəsini əks etdirir.

Duyğular idrak prosesində bir sıra mühüm funksiyaları yerinə yetirirlər: a) idrakın əsası və

mənbəyi rolunu oynayırlar; b) obyektiv aləmin subyektiv obrazının alınmasına imkan verirlər; c)

insanın gerçəkliyi dərk etməsində yeganə “qapı” əhəmiyyəti kəsb edirlər; ç) xarici qıcığın, təsirin şüur

faktına çevrilməsini təmin edirlər, xarici qıcıq verən analizatorlarına təsir edir, onlar reseptorlar

vasitəsilə baş beyin qabığına ötürülür, orada duyğuya şüur faktına çevrilir; e) nəhayət, elementar

təsəvvürlərin əmələ gəlməsinin əsasını qoyurlar.

Duyğunun köməyilə bizim şüurumuzda predmet və hadisənin ayrı – ayrı xassələri həm də təcrid

olunmuş şəkildə əks olunur. Həmin predmetlər haqqında bütöv obraz isə hissi idrakın nisbətən daha

yüksək və mürəkkəb forması olan qavrayış vasitəsilə mümkündür. Məsələn, biz hər hansı bitkinin

formasını, rəngini, bütövlüyünü duyuruq. Qavrayış duyğuların, mexaniki cəmi deyil, bu predmet və

hadisələrin hissi obrazıdır, duyğuda əks olunan xassələrin, keyfiyytələrin, tərəflərin vəhdət halında

götürülmüş məcmusudur. Qavrayış – müşahidə nəticəsində əldə olunan maddi predmetin hissi bütöv

obrazıdır.

Maddi aləmin insan şüurunda hissi əksinin üçüncü forması təsəvvürdür. Predmetlərin hiss

orqanlarına təsiri kəsildiyindən sonra da insanın şüurunda yaranan qavrayış tamimilə yox olmur. Onun

izləri müəyyən müddət qalır, ona görə də insan bir müddət keçdikdən sonra bunları öz şüurunda bərpa

edə canlandıra bilir ki, buna da təsəvvür deyilir.

Təsəvvür - əvvəlcə qavranılan insan şüurunun bərpasıdır. Təsəvvürlər əsasında fikirlər, anlayışlar

əmələ gəlir. Məsələn, biz tanıdığımız adamı uzun illər görməsək də, onun surətini bərpa edə bilərik,

təsəvvürə gətirə bilərik. Memar gələcək binanın simasını nəinki tikilməzdən qabaq, hətta onun eskiz

rəsmindən də əvvəl təsəvvür təsəvvür edir. Bundan əlavə də insan öz təsəvvürlərində hissi obrazın

xarakterini geniş miqyasda dəyişdirə bilər. Ağ xalat geymiş həkim, yaxud od püskürən əjdaha təsəvvür

etməkdə heç kəs bizə mane olmur. Bütün bu hallarda təsəvvür qabiliyyəti böyüyüb xəyala keçir. Lakin

şüurda yaranan obrazlar nə qədər əfsanəvi olsalar da nəticə etibarilə keçmiş təcrübənin ünsürlərindən

əmələ gəlir.Məsələn, anadangəlmə korun ən zəngin xəyalı olsa da, o ağ xalat geymiş həkimi, yaxud

qırmızı qızıl gülü təsəvvürə gətirə bilməz. Təsəvvür dünyanın hissi inikasının ən yüksək formasıdır.

Hissi idrak vasitəsilə insan bütövlükdə gerçəkliyi deyil, onun ancaq müəyən tərəflərini, xüsusilə

müşahidə olunan, görünən cəhətlərini, konkret xüsusiyyətlərini dərk edə bilər. Hissi idrak şeylərin daxili

təbiətini onların mahiyyətini aşkara çıxara bilməz. Burada məntiqi təfəkkür onun köməyinə gəlir.

Məntiqi idrak mərhələsi – gerçəkliyin dərk edilməsinin yüksək keyfiyyət mərhələsidir, anlayışlar,

mühakimələr, ümumləşdirmələr, fərziyyələr, nəzəriyyələr vermək yolu ilə, gerçəkliyin dərk

edilməsidir, təfəkkür prosesidir. Məntiqi idrakın, təfəkkürün üç forması mövcuddur: anlayış, mühakimə

və əqli nəticə.

Anlayış, şeylərin, hadisələrin xarici cəhətlərini, əlaqəsini deyil, onların mahiyyətini, daxili

əlaqəsini ifadə edir. Anlayış təsəvvür və qavrayışların ümumiləşdirilməsi nəticəsində meydana gəlir.

Anlayışlar predmet və hadisələrin, onların ziddiyyətlərinin və inkişafının ən mühüm əlaqə və

münasibətlərini əks etdirən təfəkkür formasıdır. Anlayışlar məzmunca obyektiv, məntiqi formasına

görə isə universaldır, ümumidir. Məsələn, “varlıq”, “insan”, “idrak” anlayışları olunmaqla, hər bir

insanın başqa insanlardan fərqli xüsusiyyətləri, özünəməxsusluğu da ifadə olunur. Annlayışlar

əsasında mühakimələr, fikirlər, ideyalar və s. yaranır. Mühakimə nəyi isə iqrar və ya inkar edən

fikirdir. Mühakimədə təkcə ilə ümuminin dialektikası əks olunur. Məsələn, “qızıl – metaldır”

mühakiməsində qızıl təkcədir, metal ümumidir. “Qızılgül çiçəkdir”; “Materiya insan şüurundan asılı

olmayaraq mövcud olan obyektiv reallıqdır” və s. bütün bunlar mühakimədir. “Qar ağdır”; “O, üzmək

bilmir”; “Şir yırtıcı heyvandır”. Bunların hamısı mühakimədir. Mühakimələr cümlələr şəklində ifadə

Page 36: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 36

olunur.

Məntiqi təfəkkürün üçüncü forması - əqli nəticədir. Əqli nəticə - müəyyən mühakimələrdən

(müqəddimələrdən) yeni mühakimə (nəticə) alınmasıdır. Məsələn, insan yer ilə digər göy cisimləri

arasındakı məsafəni bilavasitə ölçməmişdir, lakin o əqli nəticə əsasında həmin məsafələri bilir.

Məlumdan naməluma keçilə bilməsinin obyektiv əsası təbiət və cəmiyyətədki qanunauyğunluqdur. Əqli

nəticə iki və ya daha artıq fikrin, mühakimələrin əsasında çıxarılan üçüncü fikirdir, nəticədir.

Mühakimələrin hər ikisi və ya biri yanlış olarsa düzgün əqli nəticəyə gəlmək mümkün deyildir.

Fəlsəfə tarixində hissi və məntiqi idrak məsələlərini bir – birindən ayırmaq, üstün tutmaq halları

da olmuşdur. Bəzi filosoflar – rasionalizm tərəfdarları (Dekart, Spinoza, Leybnits və s.) biliyimizin əsas

mənbəyini adamların əqli fəaliyyətlərində, zəkada görürdülər. Rasionalizm tərəfdarları, məntiqi

təfəkkürü, şüurun rolunu birtərəfli işlədərək, onu mütləqləşdirir, onu özünün mənbəyindən ayırırdı.

Onların qüsuru bundan ibarət idi.

Rasionalizm cərəyanının əksinə fəlsəfədə empirizm və ya sensualizm (Bekon, Lokk, fransız materialistləri Berkli, Yum, Avenarius və başqaları) cərəyanıdır. Onlar duyğuları idrakın yeganə

mənbəyi və əsası hesab edirdilər. Dialektik materialist fəlsəfə idrak prosesində hissi və məntiqi

vəhdətdə götürməklə qalmır, həm də dialektika, məntiq və idrakın eyniyyəti kimi mühüm ideyanı müdafiə edir, onların idrak prosesində də dialektikcəsinə düşünülməsini tələb edir.

Həqiqət haqqında fəlsəfi təlim - İdrakın məqsədi hissi və məntiqi təhlil əsasında gerçəkliyin

dərk edilməsi yolu ilə insanları gəqiqi biliklərə silahlandırmaqdan ibarətdir. Görək fəlsəfədə “həqiqət”

nədir?

Həqiqət dedikdə dialektik materialist fəlsəfə gerçəkliyin insan idrakında əsasən düzgün, doğru

inikasını, həmin dolğun inikasdan əldə edilən biliyi nəzərdə tutulur. Deməli, əgər biliklərimiz

gerçəklikdəki mövcud obyektin əlaqə və münasibətləri, qanunları düzgün əks etdirir, obyektiv varlığa

uyğun gəlmirsə, yanılmadır. Lakin, fəlsəfə tarixində heç də həmişə həqiqətə bir mənalı münasibət

olmamışdır. Hələ Aristotel hesab edirdi ki, həqiqət odur ki, həmin bilik insanı əhatə edən aləm haqqında

düzgün fikirlər söyləyir. Obyektiv idealist filosof olan Platon qeyd edirdi ki, maddi varlıq haqqında

biliklər həqiqət ola bilməz, ona görə ki, maddi dünya dəyişkəndir. Hegel isə həqiqəti biliyin mütləq

ideya dünya ruhuna uyğunluqdan ibarət hesab edirdi. Materialistlərin əksəriyyəti belə hesab edirdilər ki,

həqiqət biliklərimizin obyektiv maddi varlığa tam uyğun gəlməlidir. Yalnız insan praktikasından keçən,

insan fəaliyyətinə məqsədyönlülük verən, onu obyektiv zəruri biliklərlə silahlandıran biliklər – həqiqət

sayıla bilər. Buna görə fəlsəfədə praaktikaya idrakın əsası, başlanğıcı və məqsədi, həqiqətin meyarı kimi

baxılır. İdrak canlı seyrdən, müşahidədən başlanır, təfəkkürdən keçir, onun nəticələri isə praktikada

tələb olunub sınaqdankeçirilir.

Gerçəkliyi dəqiq və dolğun əks etdirmə səviyyəsinə ona uyğunluğu dərəcəsinə görə həqiqətlər də

müxtəlif olur. Bu mənada obyektiv mütləq və nisbi həqiqətləri bir – birindən fərqləndirmək lazımdır.

Obyektiv həqiqət vardırmı? Və ya obyektiv həqiqət nə deməkdir?

Müasir qabaqcıl fəlsəfə həmin suallara müsbət cavab verir: ümumiyyətlə bilik, həqiqət

subyektivdir, yəni insan idrakın məhsuludur. Lakin bu cəhət heç də həqiqətin obyektivliyini, obyektiv məzmun daşımasını inkar etməyə əsas vermir. Çünki həqiqət obyektivdir, dünyanın insan beynində

inikasıdır, o düzgündürsə həqiqətdir.

Obyektiv həqiqət – ayrı–ayrı fərdi insanlardan bütövlükdə bəşəriyyətdən asılı olmayaraq gerçəkliyi düzgün, obyektiv əks etdirən biliyə həqiqət deyilir. Obyektiv həqiqətə bəşəriyyət uzun sosial – tarixi və

idrakı təcrübə əsasında gəlib çıxmışdır. Obyektiv həqiqətlər praktikada tam təsdiq olunan bilikdir. 0

Məsələn, su 100 t–da qaynayıb buxara çevrilir; Yer – kürə şəklindədir; insan ictimai – şüurlu

varlıqdır; 28 May – Azərbaycanın istiqlaliyyət günüdür və s. Orta əsrlərdə insanlar belə hesab edirdilər ki, Yer mərkəzdir, Günəş və planetlər isə onun ətrafında fırlanırlar. Kopernik təlimi bu həqiqəti təkzib

etdi, sübut olundu ki, Günəş mərkəzdir, Yer və bütün planetlər onun öz oxu ətrafında fırlanırlar. Bu gerçəkliyin daha dolğun inikası idi, həqiqətə yaxın idi. Kepler sübut etdi ki, planetlər Günəş ətrafında

dairəvi deyil, ellipsvari hərəkət edirlər. Bu daha dolğun bilik idi. Həqiqət, deməli obyektiv həqiqət də tarixən inkişaf edir, hər bir yeni kəşflə daha da dəqiqləşir və təsdiqlənir.

Page 37: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 37

İdrakın müəyyən səviyyəsinə uyğun əldə edilən, tarixi şərait və təcrübədən asılı olaraq

təsdiqlənən, özünün müəyyən dəqiqliyi, dolğunluğu ilə fərqlənən biliyə nisbi həqiqət deyilir. Predmet

və hadisələr haqqında daha dolğun, dəqiq, hərtərəfli, gerçəkliyə tam uyğun biliyə isə mütləq həqiqət deyilir.

Mütləq həqiqətlə, nisbi həqiqətin fərqləri bununla əlaqədardır ki, biliklərin gerçəkliyə uyğunluğu

dərəcəsi, insan zəkasının gerçəkliyi bilməsinin dərinliyi eyni deyildir. Mütləq həqiqət obyektiv

həqiqətdir, gerçəkliyin mütləq dürüst inikasıdır.

Mütləq həqiqəti dərk etmək olarmı? Prinsipcə olar, çünki bir tərəfdən dərkedilməz şeylər yoxdur, digər tərəfdən isə insan zəkasının idrak qabiliyyətinin həddi yoxdur.

Hər bir ayrıca adamda, insanların ayrıca bir nəslində olan idrak imkanları müvafiq tarixi şəraitlə

istehsalın, elmin və eksperimental texnikanın müəyyən inkişaf səviyyəsi ilə məhduddur. Buna görə də

tarixən müəyyən olan hər bir mərhələdə insanın bilikləri nisbidir, bu biliklər labüd surətdə nisbi həqiqət

xarakteri alır. Nisbi həqiqət biliklərin gerçəkliyə natamam uyğunluğudur. Bu həqiqət bəşəriyyətdən asılı

olmayan obyektin nisbətən düzgün inikasıdır. İdrakın tərəqqisi ondan ibarətdir ki, insan nisbi həqiqətləri

dərk etməklə, mütləq həqiqəti də dərk edir. Məsələn, atom haqqında müasir təlimi götürək. Bu təlim

gerçəkliyə əsasən uyğundur, lakin bütövlükdə hər halda nisbi həqiqətdir. Axı biz deyə bilmərik ki, atom

axıradək, mütləq surətdə dərk edilmişdir. İnsan idrakı həm mütləq, həm də nisbidir. Ona görə nisbidir

ki, insan idrakı hər şeyi əhatə etmir, gerçəkliyin daim yeni – yeni tərəflərini aşkara çıxarır, sonsuz

inkişaf edir, dərinləşir. Ona görə mütləqdir ki, onda əbədi mütləq dürüst bilik ünsürləri vardır. Gerçəklik

dəyişdikcə, onun haqqında biliyimiz də dəyişilməlidir. Biliyin həqiqiliyi məkandan, zamandan, şəraitdən,

onun formalaşdığı başqa şərtlərdən asılıdır. Bu şərtlərin dəyişməsi ona gətirib çıxarır ki, həqiqi bilik

daha həqiqi olmur. Bu o deməkdir ki, abstrakt həqiqət yoxdur, həqiqət həmişə konkretdir.

Həqiqət obyektiv əlaqələri, şərtləri, məkanı, zamanı, tarixi xüsusiyyətləri hərtərəfli öyrənib

nəzərə almaq yolu ilə əldə edilir, çünki bir şəraitdə həqiqi olan şey, başqa bir şəraitdə yanlış ola bilər, həm də əksinə.

ELMİ İDRAK, ONUN FORMALARI VƏ METODLARI

Elm – idrakın spesifik məntiqi–nəzəri və ən yüksək formasıdır. Elm – gerçəkliyin insan şüurunda

dolğun əsaslandırılmış, qanun səciyyəsi daşıyan inikasdır. Elm ancaq praktik fəaliyyətdə maddiləşməklə

özünün həqiqət olduğunu təsdiq edir.

Elm – çox mürəkkəb idraki hadisədir, özünəməxsus spesifik xüsusiyyətlərə

malikdir: 1. Gerçəkliyi nisbi dolğun əks etdirməsi, həmişə həqiqətin əldə edilməsinə istiqamətlənməsi;

2. Dünyanın obyektiv inikasını verdiyinə görə obyektivliyi;

3. Gerçəklikdə, praktikada maddiləşməsi və təsdiq edilməsi;

4. Müəyyən dəlil və sübutlarla,təbii tarixi faktlara istinad edib əsaslandırılması, sübut edilməsi; 5. Xüsusi elmi dillə - anlayışlar, qanunlar, kateqoriyalar, mühakimə və məntiqi nəticələrlə ifadə

edilməsi və s.

Bu cür spesifik xüsusiyyətləri ilə elm dünyanın adi, bədii, dini və s. mənimsənilməsi formalarından fərqlənir.

Elmi biliyin strukturu elədir ki, o, insana dünyanın təkcə təbii elmi mənzərəsi haqqında

informasiya, bilik verməklə kifayətlənə bilməz. O, həmçinin insanın gerçəklikdəki düzgün elmi

dünyagörüşü mövqeyi seçməsinə kömək edir, biliyin əqidəyə çevrilərək fəaliyyət amilinə çevrilməsini

şərtləndirir, humanist mənəvi sərvət əhəmiyyət kəsb edir. Bütün bunlar “elmi idrakın forma və metodları

anlayışının” düzgün təhlil edilməsi rolu ilə mümkündür. Elə ümumi idrak metodları, formaları vardır ki,

onlar ən ümumidir, biliyin bütün səviyyələri, formaları üçün təsir gücünə malikdir, məsələn, müşahidə,

eksperiment, analiz – sintez, induksiya – deduksiya, fakt informasiya və s.

Lakin elə forma və metodlar vardır ki, onlar idrakın yalnız müəyyən konkret növü və

Page 38: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 38

səviyyəsinə aiddir, məsələn, gerçəkliyin adi, elmi, dini, bədii inikası vasitələri və metodları heç vaxt

ümumi ola bilməz, fərqlidirlər, spesifikdirlər.

Bütün elmi idrakın metodlarını şərti olaraq iki qrupa bölmək olar: 1) Ən ümumilik bildirən

materialist dialektik metod; 2) Bir neçə və ya bütün elmlər tərəfindən istifadə olunan ümumi metodlar.

(müşahidə və eksperiment, analiz və sintez, induksiya və deduksiya, tarixi və məntiqi, analogiya,

modelləşdirmə, formalaşdırma və s.); 3) Ancaq bir elm tərəfindən istifadə olunan xüsusi metodlar,

məsələn, riyazi induksiya.

İdrakın empirik səviyyəsinin əsas metodları bunlardır: müşahidə, eksperiment, model

eksperimenti. Müşahidə - gerçəklik hadisələrinin təbii halda seyr edilməsi yolu ilə qavranılması

metodudur. Eksperiment – subyektin öyrəndiyi obyektə fəal təsiri prosesidir, cihazların, qurğuların

köməyi ilə gerçəkliyin öyrənilməsi üsuludur. Eksperimentin bir növünü də, hazırda idrakda mühüm rol

oynayan model eksperimenti təşkil edir. Müşahidə, eksperiment və model eksperimentinə idrakın əsas

mənbəyi və hər iki idrak səviyyəsi üçün ümumi metod kimi baxılır.

Empirik səviyyədə əsas idrak formaları – elmi faktların müəyyənləşdirilməsi, aləmin qavranılması əsasında əldə olunan təsəvvürlər, ideyalar, fərziyyəvi mülahizələr, empirik qanunların

aşkar edilməsi və s.

Elmi – nəzəri səviyyədə isə spesifik idrak metodları bunlardır: abstraksiya, ümumiləşdirmə,

metodlaşdırma, modelləşdirmə, aksiomalaşdırma, hipotemik deduksiya, abstraktdan konkretə

yüksəlmə, tarixi və məntiqi, riyazi metodlar, sistem – struktur təhlil, müqayisə, analogiya və s.

Abstraksiya metodunda insan öyrəndiyi obyekti və onun xassələrini birdən – birə tam dərk edə

bilmir. İnsanın fikri bir anda obyektin bu və ya başqa tərəfini, xassəsini əhatə edir, öyrənir digər tərəf və

cəhətlərdən ayrılır, təcrid olunur.

Ümumiləşdirmə nəticəsində tədqiq olunan ümumi xassələri və əlamətləri müəyyənləşdirilir.

Ümumiləşmə xüsusi, az ümumi anlayış və mühakimələrdən ümumi və ən ümumi anlayış, mühakimə,

fərziyyə və nəzəriyyəsi yaradılması yolu ilə gedir.

Formalaşdırma elə idrak metodur ki, müəyyən obyekt öyrənilərkən onun formaları,

simvolları, maddi konstruksiyaları məzmundan ayrılıb ümumiləşdirilir, öyrənilir, ümumi məzmun

xassələri haqqında da nəticələrə gəlinir.

Elmi idrakın spesifik metodlarından biri də modelləşdirmədir. Hazırda elmin bütün sahələrində

bu metoddan daha geniş istifadə olunur. Məsələn, coğrafi xəritə ilə Yer kürəsi, fotoşəkil və onun əks

etdirdiyi obyekt oxşardır və s.

Hazırda elmi idrakda riyazi metodlardan da səmərəli istifadə olunur. Riyazi metodlardan təkcə

dəqiq – texniki elmlərdə deyil, həm də təbiət və ictimai elmlərdə də istifadə olunur. Sistem – struktur

təhlil – müasir elmi idrakın ən universal, kompleks metodlarından biridir. Həmin metod tələb edir ki,

tədqiq olunan obyekt əvvəlcə müəyyən sistem daxili əlaqə və münasibətlər şəraitində öyrənilsin, bütün

struktur ünsürləri kompleks təhlil edilsin, sistemlərarası əlaqə və münasibətlər dairəsində, yeri, rolu

müəyyənləşdirilsin.

Elmi nəzəri idrakın əsas formaları bunlardır: elmi fakt və problemin müəyyənləşdirilməsi,

ideyalar, prinsiplər və qanunların kəşf edilməsi, ehtimallar və fərziyyələr, nəzəriyyələr, təbii - elmi,

texniki və sosial bilik və s.

Elmi fakt və problemin müəyyənləşdirilməsi idrak üçün ilkin və zəruri şərtdir. Fakt problem subyektdən kənarda mövcuddur, obyektivdir, varlığın bir fraqmentidir. Elmi biliyin həqiqiliyi fakt və ya

problemin düzgün seçilməsindən asılıdır. “Fakt alim üçün havadır” (İ.P.Pavlov)

Elmi idrakın başlıca məqsədi və əsas forması elmi ideyalar, prinsiplər və qanunların kəşf

edilməsidir. Elm o vaxt həqiqi elm olur ki, onun özünəməxsus qanunları, prinsipləri olsun. Əgər qanunlar

aşkarda olsaydı, onda heç bir elmə axtarışa yer qalmazdı. Müxbirlər D.İ.Mendeleyevdən soruşanda ki,

“deyirlər Siz “elementlərin dövrü sistemi qanunu” nu yatarkən yuxuda kəşf etmisiniz, bu doğrudurmu?”

sualına o, çox narahat olaraq belə cavab vermişdir: “Mən həmin qanun üzərində bütün ömrüm boyu

işləmişəm”. Elmi idrakın ən yüksək formasını ehtimallar, fərziyyələr (hipotezlər) və nəzəriyyələr təşkil

edir. Güman, şübhə, qətiyyət – ehtimalı idrak üçün mühüm şərtlərdir. Həmin güman və ehtimallar

əsasında elmi fərziyyələr formalaşdırılır. Fərziyyə - faktlardan və əqli

Page 39: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 39

nəticələrdən meydana çıxan, dünyanın hələlik dərk olunmamış sahələrinə nüfuz etmək məqsədi daşıyan

idraki müəyyənlikdir, gümandır, qabaqcadan verilmiş ideyadır. Fərziyyənin reallaşması çox vaxt uzun

müddətli bir yol keçir, elmdə kosmik uçuşlar fərziyyəsinin reallaşması üçün 150 ilə yaxın bir dövr lazım gəlmişdir. Elmdə fərziyyənin əvəzsiz əhəmiyyəti vardır.

Nəzəriyyə anlayışı aləmin hər hansı sahəsində hər hansı hadisələr haqqında həqiqi, sınanmış

təsəvvürlər, ideyalar, prinsiplər nəzərdə tutulur. Nəzəriyyə həmçinin bilik verməklə yanaşı metodoloji

funksiyasını da yerinə yetirir, dünyagörüşü üçün zəmin yaradır, prinsiplər və qanunlar əsasında yaradılır.

Elmi idrak vasitələri vardır ki, onlar idrakın bütün sahələrində, empirik və nəzəri səviyyələrində eynilə fəal istifadə olunur, universal idrak metodları hesab edilirlər: analiz və sintez, induksiya və

deduksiya abstraktdan konkret yüksəlmə, tarixi və məntiqi və s.

Analiz və sintezl - ən ümumi idrak metodudur. İdrakda onlar qarşılıqlı vəhdətdə çıxış edir, biri digəri olmadan mümkün deyildir. Obyektin mahiyyətinə varmaq heç vaxt analizsiz, yəni fikrən tədqiqat

obyektini daxili struktur hissələrinə, tərəflərinə parçalayıb tədqiq etmək deməkdir. Sintez isə elə

metoddur ki, bunun vasitəsilə öyrənilən predmet və hadisəni təşkil edən tərəflər, xassələr haqqında əldə olunan bilik fikrən birləşdirilir və vəhdət, sintez halında götürülür. Sintezin gedişində bütövdə heç

bir ünsürün yeri və rolu aşkaraçıxarılır.

Predmet və hadisələrin tədqiqat metodlarından biri də induksiya və deduksiyadır. İnduksiya (latınca - yönəltmə deməkdir) fikrin ayrı – ayrı hadisələrdən ümumi nəticələrə doğru

hərəkəti prosesidir. İnduksiya yeni bilik əldə etmək imkanı verir, çünki əvvəllər əldə edilən bilik induksiya vasitəsi ilə yeni predmetlərə şamil edilir. Fikrin təkcədən ümumiyə doğru inkişafı

induksiyadır. Əksinə, fikrin ümumidən təkcəyə doğru inkişafı isə deduksiyadır. Bunlar idrakın vahid inkişaf yolunun iki tərəfi olub vəhdət təşkil edirlər.

İdrak prosesində induksiyanın rolu nə qədər böyük olsa da, deduksiyasız zəif və birtərəflidir.

İnduktiv nəticə ayrı–ayrı faktların ümumiləşdirilməsi nəticəsində alınır. Elmi idrakın zəruri və tamamlayıcı momenti kimi ümumidə təkcəni, konkreti axtarmaq metodu olan deduksiya da zəruridir.

Empirik qanunların izahında, induktiv yolla alınan nəticələrin yoxlanılmasında onun rolu böyükdür. Təkcə deduksiya induksiyanı deyil, həm də induksiya deduksiyanı tamamlayır.

Predmet və hadisələrin dərk olunması həm də elmi idrakın məntiqi və tarixi metodlarının köməyi

ilə həyata keçirilir. Bunlar idrakın inkişafı prosesində vəhdət təşkil edirlər.

Tarixi real predmet və hadisələrin, özünün hərəkətidir, məntiqi isə tarixinin inikasıdır. Məntiqi yanaşma olmadan tarixi yanaşma kordur, tarixsiz isə məntiqi məzmunsuzdur.

Elmi idrak metodlarından biri də abstraktdan konkretə yüksəlməkdir. Predmet və hadisələr

haqqında çoxcəhətli, hərtərəfli bilik konkret bilikdir. Bunların müəyyən bir tərəfinin bir və ya bir neçə

aspektinin dərk olunması isə abstrakt bilikdir. Konkret bilik ona görə mümkündür ki, predmet və

hadisələrin özləri müxtəlif cəhətlərin, xassələrin və s. vəhdətidir, məsələn, dildə sözün fonetika,

semantika, qrammatika cəhəti vardır. Elmin vəzifəsi predmet və hadisələrin bu müxtəlif cəhətlərini bir

vəhdət halında aşkara çıxarmaqdan ibarətdir.

Abstrakt bilik isə ona görə mümkündür ki, predmet və hadisələrin ayrı – ayrı cəhətləri, xassələri nisbətən müstəqildir. Buna görə də, idrak bir xassəni, bir cəhəti götürüb, digərlərini sərf – nəzər

etməkolar.

Cəmiyyətdə insan fəaliyyətində özünü göstərən xüsusi fəlsəfi təlim olan sosial idrak məşğul olur.

Sosial idrak – cəmiyyətin və insanın mahiyyətini, onların inkişaf və tərəqqisinin dərk edilməsi qanunauyğunluqlarını və əməli məqsədlər üçün onlardan istifadə olunması forma və metodlarını öyrənir.

Sosial idrakın obyektini cəmiyyətin və insanın, bütövlükdə ictimai hadisələrin dərk edilməsi qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.

Page 40: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 40

MÖVZU 11

DİALEKTİKANIN QANUNLARI.

Dialektikanın mənşəyi və mahiyyəti - Gerçəklikdə ümumi inkişaf və dəyişməni mütləq

mənada inkar edən heç bir fəlsəfi baxış və cərəyan olmamışdır. Lakin fəlsəfə tarixində inkişafın

mütləqliyi sonsuz və əbədiliyinə şübhə edən, onun mənbələri və hərəkətverici qüvvələrini fərqli,

ziddiyyətli mövqelərdən izah edən, inkişafın formaları və mərhələlərini müxtəlif tərzdə təhlil edən

cürbəcür fəlsəfi konsepsiyalar və cərəyanlar mövcud olmuşdur.

Dialektika, təbiətdə, cəmiyyətdə və təfəkkürdə baş verən dəyişmə inkişaf və əlaqələrin ən

ümumi səciyyəvi cəhətlərindən və qanunauyğunluqlarından bəhs edən xüsusi fəlsəfi təlimdir.

Dialektikada başlıca məsələ inkişaf ideyasıdır ki, onun da məzmununa a) inkişafın hər cür hərəkər və

dəyişkənlikdən fərqini; b) inkişafın mənbəyi və hərəkətverici qüvvələrini; c) inkişafın

formaları və növ müxtəlifliyini, inkişaf və perspektivlərinin müəyyənləşdirilməsi daxildir. Fəlsəfə təkcə varlıq və təfəkkürün, təbiət və insan, maddi və ideal və s. kimi mürəkkəb anlayışların

təbiətini öyrənməklə məhdudlaşa bilməz.

Gerçəklikdəki dəyişmə, inkişaf və qarşılıqlı əlaqələrin nisbəti, yeri və əhəmiyyəti, inkişafın ən

ümumi qanunauyğunluqları da elmi – nəzəri dəqiqliklə öyrənilməlidir. Bunsuz bitkin fəlsəfə elmi ola

bilməz. Əgər varlığın mahiyyətini ontologiya, qnoseologiya kimi fəlsəfi elmlər öyrənirsə, inkişafın

mahiyyətini, onun ən ümumi qanunauyğunluqlarını isə dialektika öyrənir. Ona görə dialektikaya qısa

şəkildə inkişaf, əlaqə və dəyişmə haqqında bitkin və hərtərəfli təlim kimi də tərif vermək olar.

Dialektika yunan sözü olub, mənası dialoq, söhbət aparmaq sənəti, mühakimə yürütmək deməkdir.

E.ə. V əsrin sonu IV əsrin əvvəllərində Yunanıstanın şəhərlərində (Milet, Hefes, Afina və s.)

xüsusi mübahisə etmək məclisləri, məktəblər fəaliyyət göstərirdi ki, onlarda iştirakçılar öz fikirlərini

əsaslandırmaq, özünün alternativ ideyalarını sübut etmək üçün bir–birinə suallar verir və bir sıra

məsələlərin həllində öz mövqelərini aşkarlamaqla çalışırdılar. Məhz belə mübahisələrdə həqiqətlər əldə

olunurdu.

Qədim yunan dialoq sənətinin böyük müəllimi Sokrat dialektikanı hətta bir – birinə zidd olan

rəylərin qarşılaşdırılması və reallaşdırılması yolu ilə həqiqətin aşkar edilməsi sənəti adlandırılmışdır.

Onun tələbəsi Platon isə dialektikaya analiz və sintez metodu vasitəsilə şox müxtəlif konkret fikirlərdən

ümumi anlayışlara yüksəlmək yolu ilə həqiqi mahiyyətə çatmaq sənəti kimi baxmışdır.

Sokrat belə hesab edirdi ki, dialoq, mübahisə etmək sənəti belədir ki, müzakirənin əvvəlində

həqiqət məlum deyil, lakin həqiqətin yaranması üçün getdikcə yeni – yeni bilik məlumat əldə edilir.

Həqiqətə bu yolla nail olmağı Sokrat evristik metod adlandırmışdır. İdeyaların, rəylərin toqquşması yolu ilə fikirdə ziddiyyətlər aşkar və həll olunaraq, ümumi rəy əsasında həqiqət qəbul olunur.

Dialektik inkişaf konsepsiyası - Varlıq və təfəkkürün bütün formalarında əlaqə dəyişmə və

inkişafın olduğu nəzəri və əməli olaraq çox qədimdən dərk edilmişdir. Lakin bu sahədə də dərk edilməmiş

və dərk edilmiş problemlər də vardır: dəyişməni anlamaq ziddiyyətli və çətindir, əlaqə və inkişaf

anlayışlarının mahiyyəti, “inkişaf ideyasının” məzmunu öyrənilsə də, tam açılmamışdır.

Dəyişiklik üçün müəyyən zaman tələb olunur ki, bu müddətdə hadisə, əşya, proses özünün müxtəlif

keyfiyyət və cəhətlərini itirsin, yenilərini qazansın. Gerçəklikdə heç də həmişə belə dəyişikliklər aşkar

hiss olunmur və ya onları hiss etməyə bir insan ömrü kifayət etmir. Odur ki, uzun zaman kainat, bitkilər

aləmi, canlılar, insan və s. dəyişməz hesab olunmuşdur. Dəyişkənlik ideyası sonralar qəbul olunmuşdur.

Dünyanın dəyişkənliyi haqqında ideyaların ilkin nümunələri qədim Çin, Hindistan, Yunanıstan kimi

ölkələrdə olmuşdur. Bu ölkələrdə dəyişmə və hərəkətin konkret formaları, növləri haqqında bilik

olmamışdır. Onlar ümumi bir ideyada yekdil olmuşlar: bizi əhatə edən dünya daim dəyişmə və hərəkətdə

mövcuddur.

Qədim fəlsəfədə dəyişmə və inkişaf ideyasını ilkin kəşf edən Heraklit belə hesab edirdi ki, varlıq daim hərəkətdə olan “yanar oddan” və ya “axar çaydan” ibarətdir. Onun fikrincə, bu dəyişkən, hərəkət

edən, dünyada əbədi heç nə yoxdur. Gerçəklikdə elə hadisə, əşya və proses vardır ki, onlarda

Page 41: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 41

nə qədər dəyişiklik, hərəkət baş versə də, onlar hər halda özlüyündə sabit qalır, “mahiyyətcə onlar

dəyişmirlər. Məsələn, yaşa dolduqca insan xarici görünüş cəhətdən orqanizmin fizioloji funksiyaları

etibarilə, habelə “daxili aləmi” cəhətdən dəyişilir, “başqalaşır”, amma bunlara baxmayaraq hər halda, “insan insan olaraq qalır”, mahiyyətcə dəyişmir.

Dəyişmə, hərəkət, inkişaf anlayışlarının mahiyyətinin dərk edilməsində çətinlik və ziddiyyət

qədim fəlsəfədə də olmuşdur. Qədim yunan filosofu Zenon mexaniki hərəkətin anlaşılmasının

çətinliyini təhlil etmişdir. Onun fikrincə, hər bir anda yaydan çıxan ox müəyyən nöqtədədir, sabitdir,

həmin yerdə sükunətdədir. Hərəkət, dəyişməni fasiləsiz hesab edinlərin əksinə olaraq, Zenon onları

fasiləli hesab edirdi.

Dünyanın inkişafı ideyasının formalaşmasında mühüm addımı Dekart atmışdır. Onun fikrincə,

Allah dünyanı yaradaraq ona impuls, təkan verdi, saata uyğun olaraq onu qurdu, hərəkətə gətirdi. Lakin

Dekartda inkişaf cəmiyyətə aid edilmirdi. Ancaq fransız maarifçi filosofları Volter və Russo tarixi

inkişaf ideyasını irəli sürmüş, cəmiyyətin inqilabi yolla yenidən qurulmasının mərhələlərindən bəhs

etmişdir. Kondorose isə ictimai inkişafa xas olan fasiləsiz tərəqqi ideyasını irəli sürmüşdür. Bu

mütəfəkkirlərin hamısı cəmiyyətin inkişafını mənəvi amillərdə (mənəvi, dini və s. ideyalarda)

axtarmışdır.

İnkişaf haqqında mükəmməl ideyanın formalaşması alman klassik fəlsəfəsi ilə bağlı olmuşdur.

İnkişaf ideyasını Günəş sisteminə və başqa ulduzlar aləminə tətbiq edən Kant həmçinin mənəviyyatın

inkişafı, insanın sosial inkişafı haqqında da dəyərli fikirlər irəli sürmüşdür. Buradan da xalqların və

mədəniyyətlərin tarixi inkişafına ardıcıl baxmaq cəhdləri meydana çıxmışdır. İnkişaf haqqında bitkin

konsepsiyasını ilk növbədə bəşəriyyətin tarixi inkişafı haqqında ideyanı, idealist, çərçivədə olsa da

Hegel vermişdir. Hegel inkişafın daxili, ziddiyyətli mahiyyətini, “öz inkişaf”, “öz hərəkət səciyyəsi

daşıdığını”, “inkarı – inkar” xarakterini”, “kəmiyyətin keyfiyyətə qarşılıqlı keçməsi prosesini” bəşər

inkişafının daxili impulslarını və s. aşkar etmişdir.

Hər cür inkişaf prosesində, əvvəllər olmayan hər hansı yenilik baş verir, inkişaf prosesi

qayıtmazdır, geri dönməzdir, bu prosesin özünün xüsusi mənbələri və özünəməxsus forması olur, o keçmişdən başlayıb indidən keçir və gələcəyə gedir, eyni zamanda inkişafın hər bir mərhələsi özündən

əvvəlki vəziyyətlə şərtlənir və öz növbəsində özündən sonrakı inkişafı şərtləndirir.

Dialektikanın inkişaf yolu. Dialektika və metafizika - Dialektikanın formalaşması uzun

bir tarixi yol keçmişdir. Dialektikanın tarixi formalarından qədim dövrün sadəlövh dialektikası, alman

klassik fəlsəfəsinin idealist dialektikası və materialist dialektikanı xüsusi qeyd etmək olar. Klassik alman

fəlsəfəsində, xüsusilə Hegel irsində idealist dialektika haqqında fəlsəfi təlim yaranmışdır. O, təbiət,

cəmiyyət və təfəkkürün mənəvi həyatı ilə bağlı daim hərəkət və inkişaf haqqında mükəmməl təlim

yartamışdır. O, tarixi inkişaf haqqında fikri təhlil edərək, onu “mütləq ideyanın”, “dünya ruhunun”

qanunauyğun inkişafı nəticəsi hesab edirdi. Hegelin “Məntiq” əsərindəki təhlilə əsasən predmet, hadisə

və proseslərdə dəyişmə və inkişafın təbiətini izah edərkən dialektika aşağıdakı zəruri tələblərə riayət

etməyi nəzərdə tutur: inkişaf edən cisim, hadisə və prosesin obyektivliyinin, yəni şüurumuzdan asılı

olmadığının “özündə şey olduğunun qəbul edilməsi, inkişaf edən hadisə, proses və əşyanın” öz hərəkəti”,

“öz inkişafı”, onda daxili ziddiyyət və meyllərin həllediciliyi, inkişafın mənbəyini, əksliklərin

mübarizəsini, inkişafda yanaşı mövcudluqdan daxili əlaqəyə qarşılıqlı təsirə keçilməsi, ali mərhələdə

ibtidainin müəyyən cəhət və tərəflərinin təkrarı, sanki ibtidaiyə qayıtma “inkarı–inkar”, məzmun və

formanın mübarizəsi formanın atılması, məzmunun dəyişilməsi, kəmiyyətin keyfiyyətə qarşılıqlı

keçməsi.

Materialist dialektika mənəvi münasibətlərin inkişafına maddi - ictimai münasibətlərin inikası

kimi baxmış, tarixi prosesə “öz – özünün səbəbi” kimi yanaşmış,materializmi cəmiyyət həyatına tətbiq

edərək, onu dialektika ilə vəhdətdə götürmüş, cəmiyyət inkişafının tərəqqi meylli qarşısıalınmazlığı

haqqında dialektik təlim yartamışdır.

Gerçəklikdəki çoxsaylı əlaqə və münasibətlərin, qarşılıqlı təsir və dəyişmənin, hərəkət və inkişafın

iki cür alternativ fəlsəfi anlaşılması üsulu vardır: metafizik təfəkkür üsulu gerçəklik hadisələri arasındakı qarşılıqlı əlaqə və təsiri zəif nəzərə alır, ayrı - ayrı hadisə və prosesləri, onların element və

xassələrini ayrılıqda öyrənir, onlar arasındakı qarşılıqlı şərtlənmə əlaqələrinə xüsusi

Page 42: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 42

əhəmiyyət vermir. Onlar bir biridən asılı olmayan müstəqil obyektlər kimi öyrənilir. Dialektik təfəkkür

anadangəlmə deyildir. Bu gerçəkliyin mənimsənilməsindən ibarət olan mədəniyyətin nailiyyətidir.

Dialektika təkcə nəzəri bilik deyil, həm də bacarıq, vərdiş, işgüzarlıq tələb edir. Dialektika heç də sadə

nəzəriyyə deyil, həm də yenini anlamağa, konkret şərait və problemi, onun müxtəlif çalarlarını

mənimsəməyə imkan verən yaradıcı metoddur. Bu metod yeninin aşkar və dərk edilməsi üçün daimi

axtarışlar aparmağı, çoxsaylı əlaqə və münasibətləri, keyfiyyətləri ayırd etməyi tələb edir.

Fəlsəfi ədəbiyyatda “obyektiv dialektika” və “subyektiv dialektika” terminləri də işlədilir. Bu cür

anlayışlar obyektiv zərurətdən deyil, insan şüurunun obyektiv dialektik əlaqə münasibət və

qanunuyğunluqları dərk etməsindən irəli gəlmişdir, gerçəklikdəki əlaqə, münasibət və inkişaf

qanunauyğunluqları obyektiv dialektik məzmun daşıyır. Bu obyektiv dialektika anlayışı ilə ifadə olunur.

Həmin dialektik əlaqə, münasibət, inkişaf qanunauyğunluqlarının insan idrakında inikası isə subyektiv

səciyyə daşıdığına görə “Subyektiv dialektika anlayışı ilə ifadəolunur”.

Qarşılıqlı əlaqə qarşılıqlı təsir haqqında dialektik təlim - Bütün bunlara əsasən

dialektikanı gerçəklik haddisələrinin bir–birilə qarşılıqlı əlaqəsi və qarşılıqlı şərtlənməsi haqqında təlim

adlandıranlar az deyildir. Çünki gerçəklikdə bir – birilə qarşılıqlı əlaqədə və təsirdə olmayan, təcrid

olunmuş halda mövcud olan heç bir hadisə yoxdur. Dünya özü bir–birilə qarşılıqlı əlaqədə olan çoxlu şey

və hadisələrin məcmusundan ibarətdir. Onlar qarşılıqlı təsirdə meydana çıxır, bir – birini şərtləndirir və

inkişaf edirlər. Bu prosesdə atom, canlı orqanizm, günəş sistemi, qalaktikalar, cəmiyyət və s. bir–birilə

əlaqəyə girir, şərtlənir və mövcud olurlar. Rus alimi K.A.Timiryazev bitkilərlə kainat və bəşəriyyətin

qarşılıqlı əlaqəsi haqqında dediyi sözlər yada düşür: “Bitki göylə yer arasında bir vasitəçidir. O, göydən

od oğurlamış Prometeydir. Onun oğurladığı günəş şüası sayrışan bir şüalıqda da, elektrik göz qamaşdıran

qığılcımında da yanır. Günəş şüası istər nəhəng buxar maşının əzəmətli nazik çarxını, istər rəssamın

fırçasını, istərsə də şairin qələmini hərəkətə gətirir.

Hərəkət, dəyişmə və inkişaf kimi əlaqələrin öyrənilməsi mühüm fəlsəfi elmi problemdir.

Əlaqələrin əhəmiyyəti haqqında qədim dünyanın böyük filosofu Aristotel demişdir ki, bədənin ayrı – ayrı üzvləri arasında əlaqədən kənarda ümumiyyətlə bədən yoxdur.

Dialektik materialist fəlsəfəyə görə bütövlükdə varlıq kimi, onun ayrı – ayrı konkret əlaqələri

arasındakı əlaqə də obyektivdir, bu əlaqələrdən kənarda heç bir təbiət, cəmiyyət və təfəkkür hadisəsi

mövcud deyildir, onları hamısı bir – biri üçün şərtdir. Əlaqələr çoxtərəfli xarakter daşıyır.

İnkişafda əlaqənin daxili və xarici formalarının da xüsusi rolu vardır. Daxili əlaqələr inkişafda

müəyyənedici, aparıcı, xarici əlaqələr isə təsiredici (sürətləndirici və ya ləngidici) əhəmiyyətə malikdir.

Bütün cisim və hadisələr yalnız əlaqədə deyil, həm də qarşılıqlı əlaqə və qarşılıqlı təsirdə

mövcuddur, bir–biri üçün şərtdir. Məsələn, cəmiyyətin mövcudluğu və inkişafı üçün iqtisadi, siyasi,

sosial – mənəvi və s. amillərin qarşılıqlı əlaqəsi, vəhdəti zəruridir. Bunsuz cəmiyyət mövcud ola bilməz.

Alman filosofu Höte demişdir ki, “Heç bir fenomen özlüyündə və özündən çıxış edərək izah edilə

bilməz”. Bu qanunauyğunluqlar gerçəklikdəki bütün təbiət, cəmiyyət və təfəkkür hadisələrinə eyni

dərəcədə şamil edilməlidir.

Gerçəklikdəki dəyişiklik universal səciyyə daşıyır, hər bir hadisəni əhatə edir. İnkişafda

dəyişkənlikdir, lakin xüsusi növ dəyişmədir. İnkişafda yeninin qarşısıalınmazlığı ilə şərtlənən bir

tərəqqi meyli, irəliləmə vardır, köhnəni yenini əvəz etməsi prosesi mövcuddur. Odur ki, inkişafın əsas

meyarı tərəqqidir. İnkişafda tərəqqi meyli əsas meyar kimi götürülsə də burada tərəqqi və tənəzzül özünü

vəhdət halında göstərir. İnkişafda tərəqqi ideyası kapitalizmin inkişafı ilə əlaqədar meydana çıxmış,

D.Viko, A.Tyurqo, İ.Qerder, J.Kondorse, K.Hegel və başqaları tərəfindən əsaslandırılmışdır. Onlar

cəmiyyət inkişafına aşağı, az təkmil formadan, yüksək, daha təkmil tərəqqi mərhələsinə keçilməsi kimi

baxırdılar.

Tərəqqi inkişaf edən sistemdə yeninin təkmilləşməsi və inkişafı üçün imkanların artması, ona

kömək edən amillərin əlaqəsi və təsirinin genişlənməsi, sabitləşməsi, möhkəmlənməsi, inkişaf etməsi və s. ifadə edir. Əgər inkişaf prosesində qeyd olunan amillər sabitliyini itirərsə, əlaqə və təsirini

zəiflədərsə, yeniliyin baş erməsi və möhkəmlənməsi üçün fəaliyyət meydanı zəifləyər və daralarsa

Page 43: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 43

həmin prosesi tənəzzül adlandırmaq olar. Dialektika inkişaf üçün tərəqqi və tənəzzül vəhdətini zəruri şərt hesab edir, çünki heç bir inkişaf

daim, xalis tərəqqi və ya xalis tənəzzüldən ibarət ola bilməz. Biri olmadan digəri yoxdur. Həyat və ölüm

sistemlərinin yaranması və məhv olması, yüksəlmə və enmə həmişə bir - birini izləmişdir.

Qanun və qanunauyğunluq

Gerçəklikdə predmet hadisə və proseslərin mövcudluğu və inkişafı onların arasındakı mühüm əlaqə

və münasibətlərlə şərtlənir. Predmet və hadisələrin bir – biri və daxili tərəfləri arasındakı ən mühüm

qarşılıqlı əlaqə və qarşılıqlı münasibətləri isə əsasən qanun və qanunauyğunluq anlayışını ifadə edir.

Çünki, bu anlayışların hər ikisi, obyektiv, mühüm və başlıca əlaqələri əks etdirir.

Hadisələr arasındakı ümumi qarşılıqlı əlaqələr qanunauyğun səciyyə daşıdığı üçün qanun da həmin zəruri və daxili mahiyyətli əlaqələri ifadə etdiyi üçün hər iki analyış “eyniləşir”. Qanunlar xüsusi

sistemlərdəki mühüm əlaqələri ifadə etdiyi, halda qanunauyğunluq daha geniş miqyaslıdır, ən ümumi mahiyyət kəsb edir, 2- cisi müəyyən bir qanunauyğunluq çoxlu qanunların fəaliyyəti təsirində həyata

keçirilir, çoxsaylı qanunların məcmusundan yaranır.

Məsələn, Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsi qanunnauyğunluğu çoxlu

iqtisadi, siyasi, hüquqi, sosial, mənəvi və s. qanunların birgə, kompleks fəaliyyəti nəticəsində həyata keçirilə bilər.

Qanun predmet və hadisənin mövcudluğu və inkişafını şərtləndirən obyektiv, ümumi təkrarlanan,

mahiyyəti, nisbi, sabit, zəruri daxili və ən mühüm əlaqə və münasibətləri əks etdirən fəlsəfi

kateqoriyadır. Qanun əlaqələrinin bir sıra spesifik xüsusiyyətləri vardır: a) qanun predmet və hadisələrdə

nisbi sabit və təkrarlanan əlaqə və münasibətdir, bir predmet və hadisəyə deyil, onların bir qrupuna deyil,

müəyyən bir sistemə və ya sistemlərə xas olan əlaqə və münasibətlərdir. Məsələn, enerjinin itməməsi və çevrilməsi qanunu, maddənin növlərinin çevrilməsi qanunu və

s. bütün maddi cisimləri əhatə edir.

Fəaliyyətinə görə qanunların iki növü vardır. Funksiya qanunları müəyyən zaman və məkan

daxilində mövcud olan cisim və hadisələr arasındakı mühüm və zəruri əlaqələri ifadə edən qanunlardır.

Məsələn, ümumdünya cazibə qanunu.

İnkişaf qanunları isə hadisələrin aşağı mərhələlərindən yüksəyə, sadədən mürəkkəbə doğru inkişafını ifadə edən, əlaqələri əks etdirən qanunlardır.

Fəaliyyət miqyasına qanunların üç növünü qruplaşdırmaq olar; Ən ümumi, ümumi və xüsusi.

Ən ümumi qanunlar təbiətdə, cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərən, gerçəkliyin bütün

sahələrinə aid olan ən ümumi əlaqə və münasibətləri əks etdirən qanunlardır. Dialektık fəlsəfənin üç

əsas qanunu (“Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi”, “Əksiklərin vəhdəti və

mübarizəsi qanunu”, “İnkarı–inkar” qanunu”) ən ümumi qanunlar adlandırmışdır.

Ümumi qanunlar obyektiv gerçəkliyin ancaq bir tərəfində, müəyyən sistem daxilində və

sistemlərarası fəaliyyət göstərən qanunlardır. Məsələn, ictimai, siyasi, mənəvi qanunlardır.

Xüsusi qanunlar isə gerçəkliyin ancaq müəyyən bir hissəsində elmin bu və ya digər sahəsində

fəaliyyət göstərən qanunlardır. Cisimlərin atom çəkisinə dair elementlərin dövri sistemi qanunu, bazisin

üstquruma nisbətən müəyyənedicilik, dəyər qanunu və s.

Qanun və qanunauyğunluqlar fəaliyyət təsiri dairəsinə görə dinamik və statistik olmaqla da iki növə ayırmaq olar.

Dinamik qanun və qanunauyğunluq bütöv predmet, hadisə və proseslər məcmusunun hər bir ayrıca ünsürü üçün təsir qüvvəsinə malik olan əlaqə və münasibətlərin əks olunmasıdır.

Statistik qanun və qanunauyğunluq isə bütöv hadisələr sistemi üçün təsir qüvvəsinə malik olan

qanunları ifadə edir ki, bu qanun və qanunauyğunluqlar bütövün hər biri ayrıca ünsürü üçün təsir

qüvvəsinə malik deyildir. Statistik qanunauyğunluqda bir çox hadisələr içərisində bir ümumi əlaqə,

əlamət müxtəlif şəkildə yayılmışdır.

Bu ümumi əlamət, qanunauyğunluq çoxsaylı hadisələr sistemində müxtəlif şəkildə təzahür edir, aşkara çıxarılır.

Page 44: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 44

Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə qarşılıqlı keçməsinin

dialektikası - Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi gerçəkliyin ən ümumi,

obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini və fəaliyyət mexanizmini başa düşmək üçün

“keyfiyyət”, “xassə”, “kəmiyyət”, “ölçü”, “sıçrayış” və s. anlayışları bir – birindən fərqləndirmək və

mənimsəmək lazımdır.

Məlimdur ki, gerçəklikdə çoxsaylı predmet və hadisələr vardır. Onlar nə qədər çox, bir–birinə

bənzər və mürəkkəb olsalar da əsasən biz onları qarışdırmır, bir – birindən fərqləndiririk. Ona görə ki,

onların hamısının spesifik, özünəməxsus fərqləndirici xüsusiyyətləri, xassələri keyfiyyətləri vardır.

Məsələn, metallardan dəmir, polad, mis, qızıl və s. kimi metallar ümumi xassələrə malik olsalar da

onların hər birinin ayrılıqda özünəməxsus atom çəkisi, elektriki keçirmə qabiliyyəti, hava və rütubətə

davamlılığı xassəsi, isitilik keçirmə qabiliyyəti və s. vardır.

Predmet və hadisələri bir – birindən fərqləndirən cəhət onların xassələıri və başlıcası isə onların

keyfiyyətləridir.

Keyfiyyət predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, məhz həmin predmet

edən saysız – hesabsız başqa predmetlərdən fərqləndirən ən başlıca cəhətdir, bütün mühüm xassələrin,

qabiliyyət və cəhətlərin məcmusudur.

Keyfiyyət predmetin müəyyənliyi və mənliyidir. Keyfiyyətini itirdikdə cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə çevrilmiş olur.

Xassə predmet və hadisələrin başqaları ilə qarşılıqlı münasibətlərində meydana çıxır. Xassə

predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətini əhatə edir. Məsələn, metalın bərkliyi,

ərimə temperaturu, elektriki keçirməsi, atom çəkisi və s. onun konkret xassələridir. Deməli, xassə

predmet və hadisənin ancaq bir cəhətini, konkret bir xüsusiyyətini bildirdiyi halda, keyfiyyət predmetin

bütövlüyünü ifadə edir. Cisim bütün xassələrini itirməsi, onun elə keyfiyyətinin itirməsi deməkdir.

“Alma” əgər dadını, iyini, görünüşünü, fiziki xassələrini və s. itirərsə, o artıq alma deyil lazımsız bir

əşya, tullantıdır. Keyfiyyət və xassə obyektivdir, cisim və hadisələrə daxilən xasdır, atributiv səciyyə

daşıyır. Kəmiyyət cisim və hadisələri fərqləndirən obyektiv dərəcədir.

Kəmiyyət predmet və əşyanın məkanda ölçüsünü, çəkisini, yerdəyişmə ardıcıllığını, böyüklüyünü,

həcmini sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini, intensivliyini, ümumiyyətlə miqdar

müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır. Bir qayda olaraq kəmiyyət rəqəmlə ifadə olunur, ölçü,

çəki, həcm və s.bildirir.

Ölçü kəmiyyət xassələrinin elə mövcudolma intervalıdır ki, həmin çərçivə daxilində mütləq

cismin keyfiyyəti də mövcud olur. Ölçü pozulduqda, cisim köhnə halında qala bilmir, o başqa cismə

çevrilir. Ölçü kəmiyyətlə keyfiyyətin vəhdətidir, onun pozulması kəmiyyət dəyişikliklərindən

keyfiyyətə keçilməsidir.

İnkişaf məhz kəmiyyət dəyişmələrinin müəyyən səviyyədə ölçünü pozması yeni keyfiyyət

dəyişikliklərinin qarşılıqlı bir – birinə keçməsindən ibarətdir. Bu inkişafın obyektiv dialektik qanunudur.

Bu inkişafın ona görə ən ümumi qanunudur ki, bütün real gerçəklikdə təbiətdə, cəmiyyətdə və təfəkkür prosesində fəaliyyət göstərir, inkişafı səciyyələndiri.

Kəmiyyət dəyişmələrinin ölçünü pozaraq müəyyən səviyyədə keyfiyyət dəyişmələri doğurması,

köhnə keyfiyyətdən yeni keyfiyyətə keçilməsi də düzxətli, birbaşa baş verən proses deyildir. Burada

kəsilməzlik və kəsilənlik, tədricilik və sıçrayışlı inkişaf formaları vəhdət halında özünü göstərir.

Kəsilməzlik (və ya fasiləsizlik, tədricilik) yavaş–yavaş baş verən, çox az nəzərə çarpan kəmiyyət

yığımı prosesidir. Bu mərhələdə mövcud olan artır, yaxud azalır, lakin keyfiyyət dəyişmir, cisim və hadisə köhnə halında qalır.

Kəsilənlik (və ya sıçrayışlı inkişaf) cisim və hadisənin keyfiyyətində dəyişiklik əmələ gəlir, köhnə

keyfiyyətin mövcudluğu sanki kəsilir, yeni keyfiyyət halına keçir, köhnə keyfiyyət artıq köhnə forma

və şəraitdə mövcud olabilmir.

Sıçrayış köhnə keyfiyyətdən, yeni keyfiyyətə keçid formasıdır, predmet və hadisənin açıq, sürətli keyfiyyət dəyişikliklərinin ifadəsidir. Keyfiyyət dəyişikliklərinin tədricən baş verməsi belə yenə

sıçrayışdır, çünki burada köhnə keyfiyyət halından yenisinə keçilir. Sıçrayışın iki növü vardır: tədrici (yavaş–yavaş) və ani, sürətlə (təcili, qəflətən) baş verən keyfiyyət dəyişikliklərini ifadə edən

Page 45: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 45

sıçrayışlar. Sıçrayışlar vaxt etibarilə qəflətən ani olaraq, bəzən on illərlə, milyon, milyard illərlə davam

edən bir müddət ərzində baş verə bilər. Məsələn, Yerdə insanın əmələ gəlməsi milyon illərlə davam edən

ən böyük keyfiyyət sıçrayıçıdır. Müəyyən bir sosial inqilab isə bir il müddətində və ya bir ay, bir neçə gün bir an içərisində baş verə bilər.

Əgər mikroproseslərdə sıçrayış ani, hətta bir neçə saniyədə baş verirsə, kosmik proseslərdə

milyard illəri əhatə edir.

Məhz bu cəhətlərə görə inkişafın təkamül və inqilab kimi iki formasını qeyd etmək olar. Təkamül tədrici kəmiyyət artımı mərhələsinə, inqilab isə keyfiyyət dəyişikliyi mərhələsinə sıçrayışlara

uyğundur. Təkamül mövcud olanın tədricən, kəmiyyətcə dəyişməni nəzərdə tutursa, inqilab mövcud

olanın əsaslı keyfiyyət dəyişkənliyidir, sıçrayışıdır. Onlar bir – birilə qarşılıqlı əlaqədardır və inkişaf prosesində biri digərinə keçə bilər.

Əksliklərin vəhdəti və mübarizəsi qanunu - Bu qanun ümumi hərəkət və inkişafın

səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir, “inkişaf nə səbəbə baş verir?” sualına

cavab verir.

Bu nöqteyi - nəzərdən materialist filosoflar “əksliklərin vəhdəti və mübarizəsi” qanununu

dialektikanın məğzi, özəyi adlandırmışlar. Həmin filosoflara görə cisim və hadisələrin bir – biri və daxili

tərəfləri arasındakı ziddiyyətlər, onların həll edilməsi və mübarizəsi hərəkət və inkişafın mənbəyi,

səbəbidir, bunsuz heç bir inkişaf baş verə bilməzdi. Bu mənada inkişaf “özinkişafdır”, hərəkət

“özhərəkətdir”, “əksliklərin vəhdəti və mübarizəsidir”.

Əksliklərin vəhdəti və mübarizəsi qanununu başa düşməkdən ötrü “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, “münaqişə” və s. anlayışların mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir.

Bu anlayışları iki mənada səciyyələndirmək olar: 1. “Əkslik” gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi

müəyyənlikdir, digər anlayışlar (“fərqlilik”, “ziddiyyət”, “münaqişə” və s.) isə əksliyin təzahür

xüsusiyyətləridir.

1. “Əkslik” ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və

barışmazlığı forması və təzahürüdür. Bu mənada “əkslik” fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib

əksliyə və münaqişəyə çevrilməsi prosesinin ifadəsi, ziddiyətin kəskin və yüksək dərəcəsidir.

Bir hadisədə onu həm ümumi hadisələrlə birləşdirərək “eyniləşdirən” eyniyyət cəhətləri həm də onları ümumidən ayıran fərqlilik vardır.

Eyniyyət predmet, hadisə və proseslərlə başqa predmet və onların öz daxili tərəfləri arasındakı

əlaqə və münasibətlərin məzmun və formaca, xassə və vasitə oxşar, ümumi eyniyyət təşkil edən

cəhətlərin ifadəsinə deyilir. Fərqlilik predmet, hadisə və prosesin daxili tərəf və meyllərini biri–

birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhətlərin ifadəsinə deyilir. Eyniyyət və

fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə bir – birinə keçə çevrilə bilərlər. Hadisələr

arasındakı müxtəliflik, fərqlilik cəhətləri, meylləri isə mütləqdir, onlar inkişaf edərək ziddiyyətə gətirib

çıxara bilərlər.

Ziddiyyət predmet, hadisə və proseslər onların daxili tərəfləri arasındakı fərqliliyin, dərinləşməsi,

kəskinləşməsidir. Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər. Məsələn, kapitalizmin ilkin

dövrlərində burjuaziya və fəhlə sinfi arasında mənafe əksliyi üzrə ziddiyyət və əksliyə, əkslik münaqişəyə

çevrilə bilər.

Predmet və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Aristotel qeyd edirdi ki, ola

bilməz ki, bir hadisəyə həm “hə”, həm də “yox” deyəsən. Müsbət və mənfi cəhətlər eyni hadisəyə daxilən

xas ola bilməz, “hə - hədir, yox – yoxdur”, başqa cür də ola bilməz. XVII–XVIII əsr metafizikləri də iddia

edirdilər ki, cisim və hadisələrdə heç bir daxili ziddiyyətlər yoxdur, onlar “özləri – özlərinin eynidir”.

Müasir metafiziklərin nümayəndələri predmet və hadisənin ziddiyyətli mahiyyətini qəbul etmir,

ziddiyyətlərin real mövcudluğunu rədd edir, onu ancaq fikirlərdə, təfəkkürdə ola biləcəyini söyləyir.

Əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və daxili tərəflə qarşılıqlı münasibətindən irəli gəlir: həyat və ölüm, müsbət və mənfi yük, təsir və əks təsir, maddələrin

Page 46: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 46

assimilyasiyası və dissimilyasiyası, siniflər mübarizəsi məhz bu obyektiv ümumi qanunauyğunluğu

ifadə edir.

Ziddiyyətlər müxtəlif və rəngarəngdir. Ayrı – ayrı konkret elmlər gerçəkliyin bu və ya digər

sahəsində hərəkətin bu və ya digər növündə təzahür edən ziddiyyətləri öyrənir, aşkar edir, onlardan əməli

məqsədlərlə istifadə olunması və həll edilməsi yollarını öyrənir. Fəlsəfə gerçəkliyin bütün sahələri üçün

ümumi olan universal ziddiyyətləri öyrənir. Həmin ən ümumi ziddiyyətləri daxili və xarici, əsas və qeyri

- əsas başlıca və başlıca olmayan, antoqanist və qeyri – antoqanist və s. kimi növlərə ayırmaq olar.

Daxili ziddiyyətlər predmet və hadisənin daxilində bir – birinə zidd və ya əks tərəflərin qarşılıqlı

təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir.

Xarici ziddiyyətlər müəyyən predmet və hadisənin başqa xarici predmet və hadisələrlə, təbii və

sosial mühitlə qarşılıqlı təsir münasibətlərini əks etdirən ziddiyyətlərdir. Daxili ziddiyyətlər mühüm və

aparıcıdır, inkişafın mənbəyidir, özhərəkətin səbəbidir. Lakin xarici ziddiyyət də fəaldır, ciddi təsir

gücünə malikdir, inkişafı sürətləndirə və ləngidə bilər. Məsələn, cəmiyyət inkişafı üçün daxili və aparıcı

ziddiyyət məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlərdir. Onu tənzim və həll

etmədən cəmiyyət yaşaya bilməz. Əsas ziddiyyət inkişafda aparıcı rol oynayan, həll edilməsi iləbir çox

başqa ziddiyyətlərin də həll edilib, aradan çıxmasına səbəb olan ziddiyyətə deyilir. Məsələn, canlı

orqanizm üçün maddələr mübadiləsinə girmək, orqanizm ilə mühit arasındakı ziddiyyətlər əsas

ziddiyyətlərdir. Qeyri - əsas ziddiyyət isə inkişaf üçün aparıcı olmasa da, müəyyən təsiredici

ziddiyyətlərdir. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas olsa da sosial –

siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin həll edilməsi, qeyri - əsas olsa belə çox əhəmiyyətli və

təsirlidir. Başlıca və başlıca olmayan ziddiyyətlər mahiyyət etibarilə əsas və qeyri - əsas ziddiyyətlərə

yaxındır, onlarabənzəyirlər.

Başlıca ziddiyyət, daxili və xarici, əsas və qeyri - əsas olmasından asılı olmayaraq, müəyyən zaman

daxilində birinci yerə çıxan həllini tələb edən ziddiyyətdir. Məsələn, bütün 1988-1993–cü illərdə bizim

müstəqil Azərbaycan Respublikası üçün başlıca ziddiyyət Ermənistanın törətdiyi təcavüzlə bağlı yaranan

müharibə və onunla bağlı problemlərdir. Bu zaman çərçivəsində isə bütün başqa ziddiyyətlər başlıca

olmayan ziddiyyətlərdir. Ziddiyyətlərin növlərindən birini də antoqanist ziddiyyətlər təşkil edir. Bunlar

təbiətdə bu və ya digər dərəcədə təzahür etsələr də əsasən ictimai və ya cəmiyyət ziddiyyətləridir,

cəmiyyətdəki müxtəlif ictimai sosial siyasi mənafeləri olan siniflər, soaial təbəqələr, qruplar, xalq və

millətlər, ictimai hərəkatlar, partiyalar və s.arasında mövcud olan qarşılıqlı əlaqə və münasibətləri əks

etdirən ziddiyyətlərdir.

İnkarı – inkar” qanunu - İnkarı – inkar dialektikasının ən ümumi qanunudur, gerçəklikdəki

inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. İnkarı – inkar

gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə və idrakda) fəaliyyət təsirinə malik olan, inkişafda

qarşısıalınmazlıq və varisliyi vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən

təkrarlandığı ifadə edən ümumi qanundur. İnkişaf prosesində inkar yeninin köhnənin əvəz etməsidir; ölüb

getməkdə olanın yeni yaranmaqda olanla əvəz olunmasıdır, köhnəlik zəminində yaranan yeninin tədricən

möhkəmlənməsi, inkişaf etməsi və qələbəsidir, eyni zamanda köhnənin bir çox cəhətlərinin

təkrarlanmasıdır. “İnkar” terminini fəlsəfəyə Hegel gətirmişdir, “inkarı–inkar” termini şəklində

işlədilmişdir. Lakin obyektiv idealist mövqeyində duran Hegel, bu qanunun fəaliyyət mənbəyini də

idealistcəsinə mənalandırmışdır. Hegelin dialektik sistemində inkişaf məntiqi ziddiyyətlərin əmələ

gəlməsi və aradan qaldırılmasındanibarətdir.

Bu mənada inkişaf köhnə mərhələnin daxilən inkar edilməsidir, sonra isə həmin inkar edən yeni də bir müddət inkşafdan sonra inkar olunur, inkarı – inkar baş verir. Bu qanunun məzmununa daxil olan bir

sıra məsələlər yeninin qarşısıalınmazlığı, köhnənin inkar edilməsi, inkişafda varislik əlaqəsi,

inkişafın düz xətt üzrə getməsi və s. fəlsəfə tarixində Hegeldən çox əvvəllər də məlum idi. İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, maddi hadisələrin inkişafının real

momentidir. Heç bir sahədə əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə bilməz. Yer qabığının inkişafı və formalaşması bir neçə geoloji dövrdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ

gələn hər bir yeni dövr köhnədən özünə zəmin götürərək əvəz etmiş, bu prosesin

Page 47: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 47

təkrarı üzrə inkarlı inkişaf baş vermişdir. Hər nəsil köhnə nəslin yaratdığı maddi və mənəvi sərvətlərdən

özünə faydalı olanı mənimsəmiş və ümumi varislik yaradaraq, köhnəni inkar edə - edə inkişaf etmişdir.

İnkarın anlaşılmasında münasibətdə dialektik və metafizik mövqe fərqləndirilməlidir.

İnkara metafizik münasibət, köhnənin mütləq məhv edilməsidir. İnkara dialektik münasibət isə

inkara köhnə ilə yeni arasında əlaqə momenti kimi, köhnədə yeni lazım olan keyfiyyətlərin

mənimsənilməsi kimi baxır.

Dialektikada köhnə inkar edilmədən yeninin meydana çıxması və bütövlükdə inkişaf prosesi

mümkün deyildir. İnkişaf mərhələlərlə davam edir ki, hər bir mərhələ özlüyündə üç yarım mərhələyə

bölünür: obyektiv çıxış nöqtəsi, onun öz əksliklərinə çevrilməsi və ya inkar, həmin əksliklərin də öz

əksliklərinə çevrilməsi. Dialektik inkar fasiləsizlikdə fasiləni, inkişafda varisliyi, yüksək mərhələdə

ibtidainin təkrarını ifadə edir.

Bu qanun həmçinin onu da göstərir ki, inkişaf prosesində köhnə içərisindən meydana çıxan yeni,

köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan mütərəqqi cəhətləri alıb,

mənimsədiyi kimi, onun zərərli meyl və ənənələrini də mənimsəyib nəsildən – nəslə verir. Belə nisbi

sabitlik üzündən köhnəlikdən tezliklə xilas olmaq mümkün olmur. Bu cəmiyyətdən böyük iqtisadi,

sosial, siyasi və mənəvi tədbirlər işləyib həyata keçirməyi, yeninin qəti qələbəsini təmin etməyi tələb

edir. Bu xüsusiyyətlərin hamısı həm təbiət, həm cəmiyyət, həm də idrak hadisələrnə ümumən xasdır,

gerçəklik üçün fəaliyyət təsirinə malikdir. Məsələn, kapitalizmdə xüsusi mülkiyyət əvvəlki quldarlıq və

feodalizmdəki kimi təkrar olunur, sanki geriyə qayıdılır, lakin bu tamam yeni keyfiyyətli xüsusi

mülkiyyətdir, ancaq istehsal alət və vasitələri üzərindəki xüsusi mülkiyyətdir, insanlar, işçi qüvvəsi

üzərində yox. Deməli, dialektikaya görə inkişaf düz xətlə deyil, “spiralabənzər” davam edir, burada ilkin

ana qayıtma, köhnənin təkrarı vardır, lakin bu qayıdış və təkrarlar daha yeni əsaslarla, daha dolğun,

zəngin baş verir. Yeni köhnəni tamamilə atmır, köhnədə mütərəqqi olanların hamısını mənimsəyir,

yaşadır və inkişaf etdirir. Əgər, varislik, köhnədən istifadə ənənələri olmasaydı, onda bəşəriyyətin

yaratdığı mədəniyyət nümunələri yazı, musiqi, heykəltaraşlıq nümunələri, elm, bədii ədəbiyyat və s. bir

kənara atılmalı, rədd edilməli idi. Hər gələn yeni nəsil özü üçün yeni mədəniyyət yaratmalı idi.

Beləliklə, inkarın dialektik anlayışına görə inkarı–inkar obyektivdir, inkişafda yeni köhnəni tam

inkar etmir, inkişaf da yeni öz dövrünü başa vurduqdan sonra bu gün inkar edən yeni özü də inkar olunur,

inkarı–inkar baş verir; inkarı–inkar, köhnənin mütərəqqi cəhətlərinin mənimsənilməsinin köhnə ilə yeni

arasında varislik əlaqəsini ifadə edir, bu qanun həmçinin onu da göstərir ki, inkşaf prosesində köhnə

içərisindən meydana çıxan yeni, köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan

mütərəqqi cəhətləri alıb mənimsədiyi kimi onun zərərli meyl və ənənələrini də “mənimsəyib” nəsildən–

nəslə verir.

Page 48: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 48

MÖVZU 12

DİALEKTİKANIN KATEQORİYALARI

Kateqoriyalar: mahiyyəti, əhəmiyyəti və təsnifatı - Ən ümumi əlaqələr və dəyişilmə,

inkişaf qanunları haqqında elm olan dialektikanın öz anlayışları, kateqoriyaları vardır.

Kateqoriyalar gerçəklikdəki obyektiv, universal və ümumi, müəyyən etmək struktur, sistemlilik və

s. əlaqə və münasibətləri ifadə edir. “Kateqoriya” yunan dilində mənası “fikir söyləmək”, “mülahizə

yürütmək”, “mühakimə etmək” və s. deməkdir. Fəlsəfi mənada kateqoriyalar real gerçəklikdə (təbiətdə,

cəmiyyətdə və təfəkkürdə) mövcud olan, obyektiv qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri əks

etdirən ən ümumi və fundamental anlayışlardır. Anlayışlar olmadan heç bir fikir söyləmək mümkün

olmazdı.

Məsələn, “varlıq”, “təfəkür”, “idrak”, “qanun”, “hərəkət”, “inkişaf”, “əlaqə”, “səbəb” və s. fəlsəfi

anlayışlar – kateqoriyalardır.

Kateqoriyalar real gerçəklikdə - təbiətdə, cəmiyyətdə və təfəkkürdə predmet, hadisə və

proseslərin dəyişmə və inkişafını şərtləndirən obyektiv, qanunauyğun və mahiyyətli əlaqə və

münasibət əks etdirən ən ümumi və fundamental fəlsəfi anlayışlardır. Kateqoriyalar haqqında ilk

mükəmməl fəlsəfi baxış Aristotelin “Kateqoriyalar” adlı traktatında verilmişdir.

Kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın xüsusi rolu olmuşdur. Kant

kateqoriyalara “özündə şeylər” dünyasının obyektivliyindən irəli gələn bir hadisə kimi deyil, subyektə,

təfəkkürə xas olan bir fenomen kimi baxmış, onları “mühakimənin, idrakın formaları” hesab etmişdir.

O, kateqoriyaların təsnifatını belə müəyyən etmişdir: keyfiyyət (gerçəklik, inkar, məhdudluq); kəmiyyət

(tək, cəm, bütöv, tam); münasibət (substansiya, xassə, səbəb, təsir və qarşılıqlı təsir); modallıq (imkan

və imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları gerçəklikdən ayırır, onlara təfəkkürün dəyişməz

formaları kimi baxırdı, onları obyektiv gerçəklikdən, təcrübədən asılı olmayan mühakimənin məhsulu

hesab edirdi.

Kateqoriyalar haqqında dialektik, obyektiv idealist baxışı Hegel əsaslandırmışdı. Onun fikrincə

kateqoriyalar daxili hərəkət və dəyişmə prosesinin əbədi atributu, anadangəlmə mütləq ideyalarıdır.

XIX–XX əsrlərdə burjua fəlsəfəsində kateqoriyalar haqqında xüsusi bir ideya, fikir söylənilmişdir. XX

əsr fəlsəfəsi kateqoriyaların obyektiv məzmununu qəbul etmir, onların arasındakı qarşılıqlı təsir və

çevrilməni rədd edir. (R.Karnap, O.Neyrat və s.)

Kateqoriyaların mahiyyəti və təsnifatı haqqında fikirlərini belə yekunlaşdırmaq olar: onların ümumi

təsnifini, növlərini belə qruplaşdırmaq olar.

a) Ontoloji və ya substansiv kateqoriyalar. Onlara materialist, idealist, dualist münasibətlər xasdır. “Varlıq”, “materiya”, “ideya”, “təfəkkür”, “şüur” və s. belə ontoloji kateqoriyalardır.

b) atributiv kateqoriyalar, bunlar ontoloji kateqoriyaların mövcudluğu formalarını və ya ayrılmaz, atributiv xassələrini təşkil edir, onların mahiyyət və mövcudluğunu şərtləndirir.

“Məkan”, “zaman”, “hərəkət”, “ziddiyyət”, “keyfiyyət”, “kəmiyyət”, “ölçü”, “hal” və s. atributiv

kateqoriyalardır. c) nisbət və ya relyativ kateqoriyalar. Onlara “cüt” kateqoriyalar da deyilir. Bunlar üçün

əsas əlamət odur ki, onlar ikitərəflidir (tək və ümumi, səbəb və nəticə, zərurət və təsadüf və s.) birinin

möcudluğu digərini də tələb edir, onlar ayrılıqda mövcud ola bilməzlər.

Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar - Tək, xüsusi və ümumi.

Hər bir əşya, hadisə və prosesdə yalnız onun özünəməxsus, onu başqalarından, hətta ona oxşar

hadisələrdən fərqləndirən bir sıra xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Vəli,

Məhəmməd və b.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s. vardır. Məhz bu

cəhətlər ilə o, başqalarından ayrılır.

Təkcə ayrılıqda götürülən predmet, hadisə faktdır. Tək – özünəməxsus keyfiyyət, zaman, məkan

və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən fərqlənən ayrıca götürüləni,

təkcəni səciyyələndirir. Tək ayrılıqda mövcud ola bilməz, bir adamın ölkədə, regionda, Yer kürəsində

yaşayan milyonlarla, insanlarla çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri vardır. Bütün insanların

ümumi anatomik–fizioloji quruluşu, psixik – şüurlu fəaliyyəti, sosial – ictimai

Page 49: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 49

əlaqələri vardır. Deməli, tək həm də ümumidir, tək ümumiyə aparan əlaqədən başqa ayrı cür mövcud

deyildir. Ümumi – odur ki, onun vasitəsilə ilə çoxlu tək – tək, ayrı – ayrı əşya, hadisə və proseslər

arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. Deməli, ümumi ayrıca götürülmüş xüsusi əşya,

hadisə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadə vasitəsi, məcmusudur, ümumi

təkin başqaları ilə eyni qrup, sinif və millətə mənsub olduğunu bildirən ümumi əlaqələrin sisteminin

ifadəsidir.

Gerçəklikdəki konkret real predmet təkdir; lakin mütləq tək predmet mövcud ola, yaşaya bilməz;

o, yalnız ümumidə, milyon tellərlə başqaları ilə əlaqə və vəhdətdə mövcuddur. Ümumi və tək arasında

möhkəm dialektik qarşılıqlı əlaqə vardır.

Bəs xüsusi nədir? Xüsusi – ümumi ilə təkcə arasında əlaqə formasıdır, təki ümumiyə aparan

əlaqədir, yoldur. Hər bir əşya, hadisə və prosesdə tək və ümumi arasındakı dialektik qarşılıqlı əlaqəni

“xüsusi” fəlsəfi kateqoriyası ifadə edir. Məsələn, bitki ümumini, taxıl xüsusini, arpa təki, canlı

ümumini, insan xüsusini, Həsən isə təki ifadə edir və s. “Qızılgül çiçəyi bitkidir”, “qızılgül – təkcə”,

“çiçək” – xüsusi, “bitki” isə ümumidir.

Hər bir predmetin yalnız ona aid olan xüsusi cəhətləri vardır. Müəyyən konkret adamın (Əlinin,

Həsənin və s.) təkrar olunmayan öz xüsusi cəhətləri, bacarıqları, vərdişləri, marağı və meylləri, yerişi, danışıq tərzi vardır. Məhz bunlar həmin adamın planetimizdə yaşayan başqa adamlardan ayırır.

Tək, xüsusi və ümumi arasındakı qarşılıqlı əlaqələrin düzgün mənimsənilməsinin həm nəzəri, həm

də ciddi ictimai – praktik əhəmiyyəti vardır.

Mahiyyət və təzahür – dialektikanın ən ümumi universal kateqoriyalarından biridir. Mahiyyət –

cisim, hadisə və prosesin müəyyənliyidir, mənliyidir, onu başqa cisim, hadisə və proseslərdən

fərqləndirən, onu məhz həmin cisim və hadisə edən başlıca keyfiyyətlərdir. Azərbaycan Respublikası

müstəqillik əldə etdikdən sonra onun mahiyyəti gündəlik, həyatımızın gerçəklik hadisələrində; 20

sentyabr 1994–cü ildə Azərbaycanın neft sənayesində yeni eranın başlanmasında, Azərbaycanın Avropa

Şurasına üzv qəbul olunmasında, iri şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsində, xəstələrə,

qocalıqda əlilliyə görə təqaüd verilməsində və s. ifadə olunur.

Təzahür – mahiyyətin, xarici ifadəsi, formasıdır. Təzahür – elə konkret cisim, hadisə və prosesdir

ki, onun vasitəsilə gerçəkliyin və onun müxtəlif tərəflərinin mahiyyəti, müəyyənliyi zahirən ifadə

olunur, təzahür edir. Mahiyyət təzahür vasitəsilə özünü göstərir. Mahiyyət və təzahür arasında möhkəm

qarşılıqlı təsir əlaqələri vardır. Dünyada dərk olunmayan və müxtəlif hadisələrdə təzahür etməyən, təcrid

olunmuş halda mahiyyət yoxdur. Elə təzahür (hadisə) də yoxdur ki, özündə mahiyyət haqqında bu və ya

digər informasiyanı daşımış olmasın. Mahiyyət ilə təzahür həm vəhdət təşkil edir, habelə bunlar bir –

birinə əksdir. Onların əksliyi gerçəklik predmetlərinin özlərinin daxili ziddiyyətlərinin ifadəsidir. Hər

bir elmi axtarış o zaman məqsədinə çatmış olur ki, tədqiq etdiyi təzahürlərin ifadə etdiyi həqiqi mahiyyəti

aşkara çıxarmış olur.

Struktur əlaqələri ifadə edən kateqoriyalar - Məzmun və forma – struktur əlaqələri ifadə

edən kateqoriyalardan biridir. Gerçəkliyin hər hansı bir obyekti məzmunla formanın vəhdətindən ibarətdir.

Dünyada ümumiyyətlə məzmun yoxdur və ola da bilməz, yalnız müəyyən şəkildə formalaşmış məzmun

vardır. Bu və ya digər cismi, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhətlərin, tərəflərin,

qabiliyyət, əlaqə və münasibətlərin məcmusuna məzmun deyilir. Forma isə məzmunun qurulması

qaydaları, məzmunun təşkili sistemi və strukturunun ifadəsidir, onun tərkib hissələri arasında əlaqə

vasitəsidir, həmin cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur, məzmunun ifadəsi və

təzahür vasitəsidir. Forma məzmunun zahiri ifadəsi deyil, ona daxilən xasdır. Görünüşün dəyişilməsi və

hətta itirlməsi məzmunda o qədər də dəyişiklik əmələ gətirmir. Məsələn, yazıçı İ.Şıxlının “Dəli Kür”

romanının üz qabığındakı kənd mənzərəsi, at, çay və s. onun məzmunundan xəbər versə də, onun

məzmununu tam ifadə etmir.

Canlı orqanizmin məzmunu maddələr mübadiləsi, qıcıqlanma, yığılma prosesləri və başqalarıdır, habelə bu proseslərin baş verdiyi orqanlar, toxumalardır. Orqanizmdə həyat proseslərinin cərəyan

etməsi qaydası, onun orqanları və toxumalarının strukturu canlı orqanizmin formasıdır. Məzmun və forma bir–birilə möhkəm qarşılıqlı əlaqə və təsirdədir; obyektiv vəhdət halındadır.

Page 50: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 50

Sosial inkişafda da məzmun və forma uyğunluğu tarazlığı tələb olunur. Eyni vahid məzmun müxtəlif

formalarda təzahür edə bilər. Məsələn, Azərbaycanın milli mədəniyyəti çoxsaylı və rəngarəng milli

musiqimizdə, rəssamlıq və heykəltaraşlıq əsərlərində, elmi–fəlsəfi, bədii və mənəvi irsimizdə, toxuculuq sənətmizdə, folklorumuzda və s. təzahür edir, xalqımızın, müasir dünyanın sivilizasiyalı

millətləri sırasında layiqli yer tutmasına imkan verir.

Struktur və element (ünsür) kateqoriyası – struktur əlaqələr sistemində mühüm əhəmiyyət kəsb

edir. Bu kateqoriya bir sıra fəlsəfi ədəbiyyatda “Sistem, struktur və element” şəklində də qeyd olunur. Çünki bu kateqoriya ümumi sistemlilik prinsipinə istinad edir və hər hansı strukturu və elementi

müəyyən yarımsistem, sistemdaxili və sistemlərarası əlaqələrdə götürür.

Sistemlilik prinsipi əsasən XIX əsrdə formalaşmışdır. Ona qədər elmi idrak və elementarizm

mövqeyindən əsasən hissələrdən tama doğru getmiş, tam hissələrin məcmusu kimi yanaşmışdır. Yalnız

təbiətşünaslığın inkişafı əsasında İ.Kant qeyd edirdi ki, “elm aqreqat deyil, sistemdir”. XIX əsrdə bəşər

cəmiyyəti və bioloji aləmin qanunauyğunluqlarının kəşf edilməsi əsasında sistemlilik prinsipi də qəbul

edildi.

Determinlik əlaqələrini ifadə edən kateqoriyalar - Determinlik fəlsəfənin ən qədim

prinsipi və konsepsiyasıdır. (latınca “determino” müəyyən edirəm deməkdir). Bu, maddi və mənəvi aləm

hadisələrinin obyektiv qanunauyğun qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı olması və qarşılıqlı

şərtlənməsi haqqında ən ümumi prinsipdir. Determinlik həmçinin gerçəklikdə baş verən dəyişiklik və

inkişafın səbəblərinin izah edilməsi üsuludur, hərəkətlərin daxili səbəb və şərtlənməsi haqqında fəlsəfi

təlimdir. Determinizm konsepsiyasının özəyini səbəbiyyət ideyası, bir hadisənin səbəb, başqasının

nəticədən ibarət olması, onların bir – birinə qarşılıqlı keçməsi müddəası təşkil edir. Determinizm

prinsipini inkar edən baxış isə fəlsəfədə indeterminizm adlanmışdır. İndeterminizm hadisənin inkişafının

qanunauyğunluğu və səbəblə şərtlənməsini inkar edir. Lakin gerçəklik indeterminizm baxışını təsdiqləmir.

Determinlik əlaqələri özünün əsas ifadəsini səbəblə nəticənin qarşılıqlı münasibətində daha qabarıq

şəkildə biruzə verir.

Səbəb və nəticə - Gerçəklikdə cisim və hadisələr arasında obyektiv səbəb – nəticə əlaqəsi

mövcuddur: səbəb olmayan heç bir nəticə; nəticə ilə bağlı olmayan heç bir səbəb yoxdur. Onlar dialektik

vəhdətdədir: biri digərinə çevrilə bilər. Səbəb özündən sonra müəyyən predmet və hadisənin əmələ

gəlməsinə imkan verən, müxtəlif predmet və hadisələrin qarşılıqlı əlaqəsini yaradan amilləri ifadə edən

fəlsəfi kateqoriyadır. Nəticə isə - səbəbin təsiri ilə əmələ gələn hadisəni ifadə edən kateqoriyadır. Səbəb

həmişə nəticədən əvvəl gəlir. Məsələn, ilin fəsilləri ardıcıl olaraq bir – birini əvəz etsə də, heç də bir –

birinin səbəbi deyildir. Səbəb o, hadisədir ki, nəticədən əvvəl gəslin və hökmən yeni bir hadisəni

(nəticəni) doğursun. Məsələn, Yerin Günəş və öz oxu ətrafında fırlanması, gecə - gündüzdən əmələ gəlir

və s.

Səbəbiyyət və hadisələrdəki determinlik əlaqəsi obyektivdir, universal səciyyə daşıyır.

Səbəbiyyətin obyektivliyini qəbul etməyən müəyyən baxışlar da vardır. Əgər indeterminizm, zərurəti və

səbəbiyyəti tam inkar edirsə, dini teoloji baxış səbəbiyyəti başqa mövqedən izah edir. Bu baxışa görə

(yunan dilində - “teleos”– məqsəd, “logos”–təlim deməkdir) dünyanın inkişafı əvvəlcədən ilahi qüvvənin

müəyyən etdiyi məqsədlərin həyata keçirilməsindən ibarətdir. Burada səbəbiyyət obyektiv

qanunauyğunluq deyil, ilahi məqsədə uyğunluq əsas şərtdir. Əslində isə hər şey təbii səbəblər və obyektiv

qanunauyğunluqlar əsasında baş verir. Səbəb – nəticə əlaqələrinin fəlsəfi mahiyyətini bilməsək belə,

əməli fəaliyyətdə biz yenə də onların tələbləri ilə işləyir nəticələr çıxarırıq.

Zərurət və təsadüf - Müəyyən şərait olduqda daxili qanunauyğun əlaqələrin fəaliyyəti

nəticəsində hökmən (mütləq) baş verən hadisəyə zərurət deyilir. Zərurət inkişaf edən cisim, hadisə və

prosesin daxili, qanunauyğun əlaqələrindən, mahiyyətdən əmələ gəlir. Zərurət obyektivdir, müəyyən

sistem hadisələr çərçivəsində nisbi sabit və əbədidir. Təsadüf isə müəyyən şərait daxilində baş verməsi

məcburi olmayan hadisədir, həmin şəraitdə baş verə də bilər, baş verməyə də bilər. Təsadüf cisim və

hadisənin daxili təbiətindən irəli gəlmir, sabit deyildir, müvəqqətidir. Həmin anda mövcud şəraitin deyil,

başqa hadisələr sisteminin fəaliyyəti nəticəsində meydana çıxır. Toxumun torpağa düşməsi ilə əlverişli

şəraitdə (su, hava, Günəş şüalarının təsiri və s.) cücərməsi, gövdə bağlaması və dən verməsi zərurətdirsə,

dolu vurub onu zədələməsi və ya məhv etməsi təsadüfdür. Çünki həmin anda dolu məhz

Page 51: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 51

bu ərazidə düşədə bilərdi, bilməyə də. Təsadüf səbəbsiz deyildir. Eyni bir hadisə eyni zaman daxilində

həm zəruri, həm də təsadüfü ola bilər. Dolunun bitkini məhv etməsi təsadüfdürsə, dolunun məhz həmin

ərazidəki atmosfer şəraitində baş verməsi zərurətdir. Metafizik təfəkkür metodunun bəzi nümayəndələri

yalnız zərurəti qəbul edir, həyatda baş verən hər şeyi zərurətlə bağlayır, təsadüfi tam inkar edirdilər.

İnsanlar zərurətin qarşısında acizdir, insan yalnız hadisələrin labüd qarşısıalınmaz gedişini fəaliyyətsiz

sürətdə gözləməlidir, onun “çalışıb–çabalaması əbəsdir”. Bu baxış, nəhayət fatalizmə gətirib çıxarır.

Fatalizmə görə dünyada baş verən bütün hadisə və proseslər zərurətin hakimiyyətinə tabedir, hər şey

əvvəlcədən müəyyən olunmuş yol ilə gedir.

Zərurətlə təsadüf arasında qarşılıqlı çevrilmə əlaqəsi vardır: müəyyən zaman daxilində zəruri olan,

başqa şəraitdə təsadüfü olur və əksinə. Təsadüf və zərurət təcrid olunmuş halda “xalis” şəkildə mövcud

ola bilməz. Tarixi prosesdə də zərurətlə təsadüfün münasibətində onların qarşılıqlı əlaqədə götürülməsi

mühüm şərtdir. Bu və ya digər ölkədə, zəruri şərait olduqda hökmən görkəmli tarixi şəxsiyyətlər meydana

çıxır. Lakin həmin görkəmli şəxsiyyətin məhz Napoleon, Hitler, Stalin və b. olması təsadüfdür. Həmin

təsadüflər də tarixi prosesdə müəyyən əhəmiyyətli rol oynayırlar.

İmkan və gerçəklik - İnkişaf üçün əsas şərt yeninin meydana çıxmasıdır. Yeni inkişafın irəliyə

doğru qarşısıalınmazlığını ifadə edən, hadisələrin zəruri və qanunauyğun əlaqələrindən yaranan, öz

imkan sərvət və vasitələri ilə indi meydana çıxan hadisə və prosesdir. Köhnə isə inkişafın tənəzzül

meylini ifadə edən, tarixi rolunu oynamış, öz imkan, sərvət və vasitələrinə sərf etmiş hadisə və prosesdir.

İnkişaf prosesində yeni ilə köhnənin mübarizəsində yenilik daim özünə yol açır, meydana çıxır, çünki

o hadisələr arasındakı obyektiv, qanunauyğun və zəruri əlaqələrdən doğur. Yenilik, öz–özünə, kortəbii

surətdə əmələ gəlmir, onun üçün şərait yaradılır, uğrunda mübarizə aparılır. Yeninin meydana çıxmasına

şərait yaradan həmin zəminə və ilkin əsasların məcmusuna imkan deyilir. Gerçəklik imkanın həyata

keçməsi, fəaliyyət göstərməsidir.

İmkan obyektiv qanunauyğunluqların fəaliyyəti təsirindən zəruri olaraq meydana çıxır. Müəyyən obyektiv şərait mövcuddursa, yenilik üçün lazım olan imkan da meydana çıxır və gerçəkliyə çevrilir.

Onun fəaliyyətini ləngitmək və sürətləndirmək olar, lakin obyektiv qanunauyğunluqlara əsaslandığı üçün qarşısını almaq olmaz.

İmkanlar mütərəqqi və mürtəce də ola bilər. Yeniliyin zəif olduğu, köhnəliyin üstünlüyü, ciddi

müqaviməti nəticəsində mürtəce imkan fəallaşır, yeniliyin inkişafı ləngiyir, müəyyən şəraitdə köhnə

ilə yeninin mübarizəsində köhnəlik qələbə çala bilər. Lakin bu hal hadisələrin irəliyə doğru, zəruri

inkişaf meylinə, mütərəqqi qüvvələrin mənafeyini ifadə etmədiyinə görə müvəqqəti səciyyə daşıyır,

gec – tez öz yerini yeniliyə verir.

Bundan əlavə real və abstrakt (formal) imkanları və imkansızlığı bir–birindən fərqləndirmək lazımdır.

Real imkan – elə imkandır ki, müəyyən konkret şəraitdə onun həyata keçməsi üçün real zəruri və

obyektiv zəmin vardır. Məsələn, SSRİ–nin dağılması və müstəqil milli respublikaların əmələ gəlməsi

məhz belə real imkanı ifadə edir. Abstrakt (formal) imkan isə elə imkandır ki, onun reallaması həyata

keçməsi müəyyən, mövcud tarixi şəraitdə mümkün deyildir. Məsələn, Günəş sistemi planetlərinin digər

böyük səma cisimləri ilə toqquşması abstrakt (formal) imkandır. İmkansızlıq heç zaman reallaşa

bilməyən hadisədir. Çünki onun obyektiv zəmini yoxdur, hadisələr arasındakı qanunauyğun, zəruri

əlaqələrdən irəli gəlmir. Real və abstrakt imkan arasındakı əlaqədən asılı olaraq onlar bir – birinə keçə

bilər. Əgər XIX əsrdə insanın kosmosa uçması abstrakt, qeyri – real idisə, XX əsr onu mümkün etdi,

reallığa çevirdi. Arzular həqiqətə, abstrakt imkanlar reallığa çevrilə bilər, bütün mürəkkəb, hətta ən çətin

problemlərin də həlli yolları tapılabilər.

Page 52: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 52

MÖVZU 13

FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ

Qədim yunan filosoflarından biri olan Diogen əlində fanar “insan” axtarıram demişdir. Yer

üzərində bütün maddi və mənəvi mədəniyyətin, ictimai formaların yaradıcısı və müəyyənedicisi insandır. Onun formalaşmasında bioloji, psixoloji və sosial amillər vəhdət təşkil etmişdir.

Lakin fəlsəfə tarixində heç də həmişə insanın mahiyyətinə bioloji, sosial və mənəvi–psixoloji

amillərin vəhdəti kimi baxmamışlar. Antik fəlsəfə insanı “mikrokosm” adlandıraraq ona kainatın bir

hissəciyi kimi baxmışdır. İslam, xristian və digər dini fəlsəfədə insana ruh və canın vəhdəti kimi

münasibət bəsləmişlər.

Materialist fəlsəfə isə insana biopsixososial varlıq kimi baxır, onu bəşər cəmiyyətinin yaratdığı ən qiymətli sərvət hesab edir.

Əmək nəticəsində insanda yeni sosial – insani keyfiyyətlər: dil, nitq, təfəkkür, ünsiyyət, əqidə,

inam, dünyagörüşü və s. formalaşmışdır. Psixoloji planda insanda ilkin instinktiv qabiliyyət formalaşıb

inkişaf etmişdir. Bu yolla da yeni bioloji növ olan “Homo sapiens” (ağıllı ictimai insan) – ictimai

münasibətlərə girən ağıllı insan əmələ gəlmişdir. Antropososgenez kompleks xarakter daşıyır və insan

probleminin öyrənilməsində bütün humanitar, təbiət və texniki elmlərin içərisində insanın sosial

təbiətini öyrənən elm – fəlsəfə aparıcı rol oynayır.

XIX əsrin II yarısında elm insani–bioloji təkamül nəticəsi hesab edirdi. Əsas diqqət insanla ən inkişaf etmiş heyvanlar arasında fərqlərin müəyyən edilməsinə verilmişdir. Heyvan müəyyən instinktiv

normalarla doğulur və öz davranışını müəyyən edir.

Tarixən müxtəlif cəmiyyətlərə və qruplara malik olan insanların davranış normaları, tərzləri çox müxtəlif olur, baxmayaraq ki, bioloji növ eynidir. Odur ki, insanın mənşəyi məsələsini ancaq bioloji

amillərlə izah etmək kifayət deyildir.

İnsanlar özlərini heyvanlardan hər şey üzrə fərqləndirə bilərlər: şüura görə, dinə görə və s.

Lakin bu fərqlənmə insanın özünə yaşayış vasitələri əldə etməsindən başlanır İnsanın heyvanlardan ayrılması da, cansızdan canlı varlıqların ayrılması qədər böyük sıçrayışdır.

Əgər antropoloqlar ağıllı insanın əmələ gəlməsini təkamül prosesi ilə izah edirlərsə, filosoflar onu

inqilabi sıçrayışla bağlayırlar. Elm sübut edir ki, bu uzunmüddətli prosesdir, o, birdəfəlik aktla əmələ

gələ bilməz. Burada antropogenez və sosiogenez qarşılıqlı əlaqədə olmuşdur. Həmin prosesin elm 3 -

3,5 milyon il müddətində uzandığını ehtimal edir.

Antropososigenezdə ailə münasibətlərinin formalaşması da müəyyən rol oynamışdır. Həmin

praktik proses isə heyvani sürüdən ibtidai qəbilə icmasına keçiddən başlanır, o, da ailə prosesinin

formalaşması ilə səciyyələnir. Bütün bu bioloji əlaqə münasibətlər “Neolit inqilabı” ilə nəticələndi:

ibtidai insan təbii sərvətləri yığıb toplamaqdan, ovçuluqdan, təsərrüfat fəaliyyətinə keçdi, (əkinçiliyə,

maldarlığa, sənətkarlığa) bununla da insanın formalaşması başa çatdı.

İnsan tarixi – fəlsəfi baxış - İnsan kimdir? Dünyada onun yeri və məqsədi nədir? Onun

cəmiyyətdə borcu, vəzifələri nədən ibarətdir? Qədim Misirdə, Çində, Yunanıstanda, Romada böyük

müdriklər həmişə bu suallara cavab axtarmışlar. Tarixi inkişafın sonrakı mərhələlərində mütəfəkkirlər

bu suallara müxtəlif mövqelərdən cavab vermişlər. Bəziləri insanı ağıllı, yaradıcı varlıq, bəziləri şüurlu

fəaliyyət göstərən varlıq, bəziləri emosiyaları təbəssümlü, əxlaqlı varlıq adlandırmışdılar. Bu cavablar

insanı müəyyən cəhətdən xarakterizə edir, lakin insan haqqında bütöv tərif vermir. Yunan sofisti

Protaqor demişdir: “Bütün şeylərin meyarı insandır”. Qədim yunan mütəfəkkiri Sokrata görə insan “xeyri dərk edən və yaradandır”. Sokrat insanı öz

– özünü dərk etməyə çağırır, ona “özünü dərk et” deyə müraciət edirdi. İnsanın imkanlarının məhdud

olduğuna görə, Allaha pənah gətirmək lazım gəldiyini xatırladırdı. İnsanda mötədilliyi, ağıllılığı, sözlə işin düz gəlməsini Demokrit ən yüksək vəziyyət elan edirdi. O, deyirdi ki, insan müdrikliyi aşağıdakı üç

bəhrəni verir: yaxşı düşünmək, yaxşı danışmaq, yaxşı hərəkət etmək. O, deyirdi ki, “İnsana lazım olan nə varsa, hamısını insan təbiətdə və özündə toplamalıdır”.

Qədim Yunanıstanın ensiklopedik mütəfəkkiri Aristotel fəlsəfəsində inasnın ümumi

Page 53: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 53

mahiyyəti, onun fərdi təbiəti ilə əlaqəli şəkildə tədqiq olunur. Aristotel belə hesab edirdi ki, insan

ictimai heyvandır. O, cəmiyyət yaradır və cəmiyyətdə yaşayır. İnsan haqqında təlimdə sosial – ictimai

motivlər intibah, yeni dövr və XVII–XIX əsrlər fəlsəfəsində xeyli güclənir. İnsanın şüurlu, zəkalı varlıq olmaq ideyasının təbliği bu dövr mütəfəkkirlərinin nailiyyəti hesab oluna bilər. Lametri “İnsan

– maşındır” adı verməklə onun ictimai təbiətini ön plana çəkir.

Holbaxa görə insan iki əsas meyllə, yəni özünü mühafizəyə və səadətə səyi ilə səciyyələnir. İnsan

haqqında fəlsəfi baxışların formalaşmasında XIX əsr alman klassik fəlsəfəsi, xüsusilə

Hegel və Feyerbaxın ideyaları mühüm bir mərhələ təşkil edir. Hegelin insan haqqında ideyaları da onun fəlsəfi sistemi və idealist dialektikası ilə şərtlənir.

Hegel insan ilə təbiətin keyfiyyət fərqini daim qeyd edir ki, bu özlüyündə müsbət cəhətdir.

Hegelə görə insan cəmiyyəti, bəşəriyyəti əsil “ruh səltənətidir”.

Feyerbax isə iddia ki, insan özünü duyğularda, fiziki varlıqda, təbiətlə vəhdətdə hiss edir. Müasir

qabaqcıl fəlsəfə insanı, təbiətin bir hissəsi kimi deyil, onu təbiətin ən yüksək məhsulu,

xüsusi biçimli bir təbii varlıq hesab edir. Ən yeni fəlsəfi konsepsiyalar insanı təkcə materiyanın yüksək forması kimi deyil, həmçinin materiyanın yüksək forması olan ictimai materiya kimi öyrənməyi lazım

bilir.

Fərd özü ictimai varlıqdır. İnsan konkret fərdlərin məcmusudur, təbiətin bir hissəsidir, insan

təbiətin məhsuludur, həm də ən yüksək ictimai məhsuludur.

İnsanda təbii (bioloji) və ictimai (sosial) vəhdət - İnsanda təbii, ictimai və mənəvi amillər

qarşılıqlı vəhdətdə təzahür edir, onun formalaşmasını və inkişafını şərtləndirir. İnsanın

biolojiləşdirilməsi və ya sosiolojiləşdirilməsi mövqeləri arasında fikir ayrılıqları vardır.

İnsanın formalaşmasında təbii, bioloji cəhətləri mütləqləşdirən irqçilik, sosial – darvinizm,

maltusçuluq və s. konsepsiyalar məhz biolojiləşdirmə mövqeyindən çıxış etmişlər. XVIII əsrdə ingilis

iqtisadçısı T.Maltus iddia edirdi ki, ictimai həyat fərdlərin yaşayış uğrunda mübarizəsidir. XIX əsrdə

Ç.Darvin isə insanın yetişməsində təbii seçmə və təkamülü əsas gütürmüşdür.

İnsanın mahiyyəti nədən ibarətdir? Sualına Azərbaycan Sovet Ensiklopediyası belə cavab verir:

“İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda edilənlərin vəhdətindən ibarətdir. İnsan şüurlu və

şəxsiyyət səviyyəsində spesifik qanunauyğunluqları olan sosial varlığa çevrilmişdir. İnsan fiziki, mifoloji

orqanizm kimi həyatda materiyanın ən yüksək mütəşəkkil formasıdır”.

İnsan şəxsiyyət olmaqla ictimai mahiyyətə çevrilir. Şəxsiyyət həmişə ictimai inkişaf, sosial münasibətlərin daşıyıcısına çevrilmiş insandır. İnsanı istiqamətləndirən və onu ətraf sosial–təbii

mühitlə bağlayan onun dünyagörüşüdür, mənəvi simasıdır, iradəsi və mənəviyyatıdır.

Müəyyən konkret şəraitdə mövcud olan, həmişə konkret mahiyyət daşıyan insan kollektiv

vasitəsilə cəmiyyətə məxsus olur, müəyyən sosial əlaqə və münasibətlərə girir. Kollektiv fərdi, insanı

cəmiyyətə bağlayır.

İnsanda bioloji prosesi pozan, onun təbii halına mənfi təsir edən, çoxlu texniki vasitələrin

yaradılması, kimyəvi proseslərlə hava, su, atmosferin çirkləndirilməsi, insanın əsəbi – stress vəziyyətinə düşməsinə, orqanizmin bir çox sahələrdə bioloji funksiyaların pozulmasına gətirib çıxarır. Odur ki,

bəşəriyyət özünü məhv etmək təhlükəsini dərindən hiss etməli, başa düşməlidir ki, insanda bioloji xüsusiyyətlərə belə laqeyd məsuliyyətsiz münasibət daha yolverilməzdir.

İnsan həyatının mənası. Həyat və ölüm - İnsan yeganə varlıqdır ki, özünün ölümünün baş

verəcəyini, həyatının müvəqqəti olmasını dərk edir. Odur ki, həyatın mənası, insan həyatının məqsədi

məsələsi onun qarşısında daha kəskin durur. Müəyyən cəmiyyət, kollektiv, ailədə birləşən insan “həyat

yolu tutur”, özünün məqsədli fəaliyyətini həyata keçirir. İnsan həyatının mənası xeyir və şər, ədalət və

ədalətsizlik, həqiqət və yalan arasında düzgün mövqe tutub məqsəd seçməkdən, həmin hərəkətlərə cavab

tapmaqdan ibarətdir. İnsan öz tarixi təcrübəsindən yəqin etmişdir ki, insan ölməzliyini ancaq özü qazana

bilər, fiziki cəhətdən olmasa da o mənən, mənəviyyatca ölümə qalib gələ bilər. Dinə görə insan

həyatının mənası, dini ehkamlara itaət etməyə və ayinləri icra etmək, onlara daxili inam bəsləmək,

Allaha, axirətə, taleyə etiqad etmək və s. ibarətdir. “Fərd – ictimai varlıqdır” – deyən Karl Marks insan

həyatının məna və məqsədini də ictimaiyyətlə, cəmiyyətlə bağlayır. Fərdin əsas keyfiyyətini cəmiyyətə

xidmətdə görürdü. L.N.Tolstoy insan həyatının mənası

Page 54: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 54

haqqında demişdir ki, insan heyvanlar içərisində heyvani canlı kimi, cəmiyyətdə isə onun bir üzvü kimi

mövcud ola bilər. Cəmiyyətin rifahı naminə işləməyən insan “heyvani şəxsiyyətdir”. İnsan ömrü, onun

uzunluğu məsələsi də təkcə bioloji məsələ deyildir, burada sosial – mənəvi amillərin ciddi təsiri vardır.

İnsan, ölüm və ölməzliyin qarşılıqlı nisbəti məsələsinə XX əsrin çərçivəsindən baxsaq, onda insan

yaşaya bilib – bilməməsi, bəşəriyyətin mövcudluq problemi öz həllini gözləyən bir nömrəli məsələ kimi

diqqəti cəlb edir. Hazırda ekoloji, demoqrafik siyasi və s. problemlərlə yanaşı insanlar elə dağıdıcı

vasitələrə malikdirlər ki, həmin dağıdıcı vasitələr bəşəriyyəti bir neçə dəfə məhv etməyə çatar. Deməli

bəşəriyyət belə qlobal təhlükəyə məruz qalmışdır. Belə qlobal təhlükənin qarşısı, ancaq insanların bütün

səylərinin birləşdirilməsi və birgə yolu ilə alına bilər. Belə bir vəziyyətdə qlobal təhlükəyə qarşı qlobal

vəhdət tələb olunur.

Page 55: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 55

MÖVZU 14

CƏMİYYƏTİN MƏNƏVİ HƏYATI VƏ İCTİMAİ ŞÜUR

Cəmiyyət 2 hissədən - maddi və mənəvi həyatdan ibarətdir. Əgər cəmiyyətdəki bütün maddi

nemətlərin istehsalı prosesi, insanların əmək fəaliyyətinin maddiləşməsi sahəsi, sosial - maddi yaşayış

tərzi, maddi - ictimai varlığı cəmiyyətin maddi həyatını təşkil edirsə, mədəni fəaliyyət dairəsi; təhsil, peşə,

elmi - texniki, bədii yaradıcılıq prosesi, əxlaqi - estetik və hissi psixoloji hərəkətlərin, davranışın,

mənəviyyatın, dünyagörüşün və s. məcmusu mənəvi həyatı təşkil edir. Mənəvi həyat tərzi, maddi yaşayış

üsulu, maddi - ictimai varlıq əsasında formalaşır və ona uyğun olur. Cəmiyyətin mənəvi həyatın ictimai

- iqtisadi quruluşu müəyyən edir. Odur ki, hər ictimai - iqtisadi formasiyaya uyğun mənəvi həyat olur.

“Cəmiyyətin mənəvi həyat” anlayışını, “ictimai şüur” anlayışı ilə eyniləşdirmək olmaz. Mənəvi həyat ən

ümumini ifadə edib, geniş əhatə dairəsinə malikdirsə, ictimai şüur onun tərkib hissəsidir, əhatə dairəsi

cəhətdən nisbətən məhduddur. Cəmiyyətin mənəvi həyatının heç də bütün tərkib hissələri - mədəniyyət, dünyagörüşü, adət -

ənənələr, təhsil, peşə fəaliyyyəti və s. ictimai şüur anlayışına aid edilə bilməz.

Dialektik sosial fəlsəfə cəmiyyət inkişafının hərəkətverici qüvvələri haqqında təlimi işləyib

hazırlayarkən, cəmiyyətin mənəvi həyatının inkişaf qanunauyğunluqlarını da, mənəvi münasibətlərin,

ictimai varlıqla ictimai şüurun dialektik əlaqəsini də müəyyən etmişdir. Bu fəlsəfəyə görə, iqtisadi -

istehsal münasibətləri ictimai inkişafın başlıca aparıcı amilidir. Lakin cəmiyyətin dəyişməsi və inkişafı

qanunauyğunluqlarını dərk etmək üçün təkcə maddi - iqtisadi amilləri bilməklə kifayətlənmək olmaz.

Bunun üçün cəmiyyətin mənəvi həyatının inkişaf xüsusiyyətlərini, ictimai şüurun, ictimai varlıqla

qarşılıqlı əlaqə və təsirini də nəzərə almaq lazımdır. Çünki insanlar maddi - iqtisadi fəaliyyətlərində siyasi

və əxlaqi ideyaları rəhbər tutur, elmi bilik baxışlar və nəzəriyyələr əsasında hərəkət edirlər.

İctimai şüur - ictimai varlığın inikasıdır, cəmiyyətin mənəvi həyatının başlıca hissəsidir. İctimai şüur - ictimai ideya və nəzəriyyələrin, siyasi, elmi, fəlsəfi, əxlaqi, bədii baxışların,

ictimai hiss, mənəvi keyfiyyətlərin məcmusudur. İctimai şüurun inikas obyekti - ictimai varlıqdır.

İctimai varlıq müxtəlif olduğu üçün onun inikası olan ictimai şüur da mürəkkəb struktura malikdir.

İctimai varlıq ictimai şüurdan asılı deyildir. İctimai şüur isə ictimai varlığı əks etdirir. İctiami şüurun mənbəyini, cəmiyyətin maddi həyatında, iqtisadi münasibətlərdə axtarmaq lazımdır.

İqtisadi münasibətlər dəyişildikdə siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini və başqa ideya, baxış və

nəzəriyyələr də dəyişilir. Bu dəyişmə kortəbii baş vermir, burada ictimai şüurun nisbi müstəqilliyi də

özünü göstərə bilir: ictimai şüur inkişafda ictimai varlıqdan geri qalır, ictimai şüur öz inkişafında ictimai

varlığı qabaqlaya da bilir. Bu o deməkdir ki, ictimai şüurun ictimai varlıqdan geri qalması mütləq deyil,

nisbidir, müəyyən şəraitlə bağılıdır, ictimai şüur öz inkişafında varisliyə malikdir. Varislik sahəsində

mənəvi sərvətlər nəsldən - nəslə verilir, ictimai şüurun, ideologiyanın gerçəkliyə fəal təsir göstərməsi

də onun nisbi müstəqilliyinin ifadəsidir. Qabaqcıl ideyaları rəhbər tutan kütlələr qarşısında duran ən

mühüm ictimai vəzifələri dərk edərək onları yerinə yetirməyə qadir olan başlıca qüvvədir.

İnkişaf prosesi həm də ictimai şüurun müxtəlif formaları arasında qarşılıqlı əlaqə və təsirdə davam edir (siyasi ideyalar, əxlaq, elm, incəsənət). Siyasi, hüquqi, fəlsəfi, dini, ədəbi və s. inkişaf iqtisadi

inkişafa əsaslanır.

Lakin bunların da hamısı bir - birinə həm də iqtisadi əsasa təsir göstərir.

İctimai şüurun strukturunda ictimai və fərdi şüurun qarşılıqlı münasibətinin düzgün

müəyyənləşdirilməsinin mühüm metodoloji və nəzəri - idraki əhəmiyyəti vardır.

İctimai və fərdi şüur dialektik qarşılıqlı əlaqədədirlər. Fərdi şüur həm də ictimai şüurdur. İctimai

mühitdən kənarda fərd yoxdur. Onun da şüuru ictimaidir. Lakin onların mühüm fərqləri də vardır.

Fərdi şüur - şəxsiyyətin mənəvi aləmidir, şəxsin baxışları, hissləri və vərdişlərinin məcmusudur. Fərdi şüur şəxsin mənlik şüurudur. Lakin fərdə obyektiv mühit də təsir edir.

Page 56: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 56

İctimai şüur - cəmiyyətin ən ümumi, qanunauyğun şüurudur. İctimai şüur, ictimai qanunları dərk

etmək yolu ilə yaranır. İctimai şüur fərdi şüur vasitəsilə gerçəkliyi dolğun əks etdirən, fərdlərin vasitəsilə

sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin ümumiləşdirilmiş, qanuniləşdirilmiş şüurudur.

İctimai şüur çox zaman adi kütləvi (və ya gündəlik) şüur adlandırılan şüuru da əhatə edir.

Adi - kütləvi (və ya gündəlik) şüur - insanların gündəlik həyat proeslərində,əmək - istehsalat,

ictimai - siyasi və mənəvi fəaliyyətlərində gerçəkliyə münasibətləri, öz vəziyyətləri haqqında əldə

etdikləri bilikləri və s. əhatə edir. Adi şüur gerçəkliyin nəzəri anlaşılması səviyyəsinə qalxabilmir.

Adi kütləvi şüurun əsas funksiyası faktlar əsasında əldə edilmiş biliyi praktik fəaliyyətə tətbiq etməkdən ibarətdir. Onun əsas mahiyyətini - praktik fəaliyyətini öyrənilməsini təşkil edir.

Adi kütləvi şüura əsasən aşağıdakılar daxildir: 1.Əmək fəaliyyətində insanların əldə etdikləri təcrübə;

2.Əmək prosesində əldə edilmiş əxlaq və davranış normaları;

3.Xalq yaradıcılığı;

4. Xalq təbabəti, təbii - tarixi biliklər.

5. Gündəlik birgə yaşayışdan əldə edilmiş adət - ənənələr.

İctimai şüurun müxtəlif formaları mövcuddur: siyasi ideyalar, hüquq, əxlaq, elm, din və s.

İctimai şüurun müxtəlif formaları arasında möhkəm, qarşılıqlı təsir qanunauyğunluğu təsir

göstərir.

İctimai şüur formalarının yeri, rolu, mövqeyi müxtəlifdir. Məsələn: feodalizmdə din,

kapitalizmdə - siyasət və s. cəmiyyətin mənəvi həyatına güclü təsir göstərmişdir.

Siyasi şüur - dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siyasi şüur – xalqın və

siniflərin dövlət hakimiyyətinə münasibətləri əsasında yaranan sosial - iqtisadi və ictimai - siyasi mövqe

və mənafeləri əks etdirən ideyaların, təsəvvürlərin məcmusudur.

Siyasi şüur - siyasi fəaliyyətdə, dövlət sənədlərinin irəli sürülməsində, dövlət çevrilişlərində,

sosial inqilabda və s. təzahür edir.

Sinfi mənafe obyektivdir və ona görə də cəmiyyətin bütün üzvlərini əhatə edir. Siyasi mənafe

cəmiyyətdəki bütün ümummilli, sosial. İqtisadi, sinfi, mənəvi məqsədləri mərkəzləşdirərək sintez halında ifadə edir. Odur ki, siyasi mənafe cəmiyyətdəki bütün ziddiyyətlərin və toqquşmaların

əsasındadurur.

Həmin mübarizədə ideoloji mübahisələr şəklində - şüur formaları da cəlb olunur, onlar siyasətin

təsirinə məruz qalır.

Hüquqi - şüurlu cəmiyyətdəki qəbul edilmiş rəsmi qanunlar və normaların mahiyyəti və həyata

keçirilməsi prosesində əldə edilmiş biliklərin, normaların məcmusudur.

Qanun və normalar cəmiyyətdə mövcud olan müəssisələrin, insanların və s. sosial - iqtisadi

fəaliyyətini rəsmi - hüquqi tənzim edir. Hüquq - müəyyən cəmiyyətdə siyasi qüvvələrin, bütövlükdə

xalqın iradəsini ifadə edən, dövlət tərəfindən bəyənilmiş qanunlardır. Hazırda respublikamızda qarşıda

duran mühüm iqtisadi, siyasi və sosial mənəvi vəzifələrin dərk edilib həyata keçirilməsi üçün insanların

hüquqi şüur səviyyəsinin əsaslı yüksəldilməsinə zəruri tələbat yaranmışdır. Əxlaqi şüur – müəyyən

cəmiyyətdə insanların bir - birinə, əmək kollektivinə, sinfə, dövlətə, millətə və bütövlükdə cəmiyyətə

münasibətdə əldə etdikləri davranış normaları, hərəkətlər, vərdişlər mənəvi ideya və hisslərin xüsusi

sistemi mənəvi təcəssümüdür.

Əxlaq - cəmiyyətdə insanların hərəkətlərini tənzim edən birgə yaşayış normalarının davranış

qaydalarının məcmusudur.

İnsanların mənəvi təkmilləşməsi, mənəvi münasibətlər sistemində insani prinsiplərin qərarlaşdırılması, bürokratizmə yol verilməməsi cəmiyyətin sosial - mənəvi tərəqqisinin mühüm

vasitəsidir.

Dini şüur - ictimai şüurun formalarından olmaqla, insanı onu əhatə edən təbii və sosial

gerçəkliyə münasibətinin mənəvi inikasının növlərindəndir.

Qədim dövrdə dinlər politeizm (çoxallahlılıq) formasında, sinfi - antoqonist formasiyalarda isə monoteizm (təkallahlılıq) formasında olmuşdur. Monoteist dinlər bunlardır: buddizm, iudaizm,

xristianlıq, islam.

Page 57: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 57

İudaizmi çıxmaqla (iudaizm - milli yəhudi dinidir) qalan üç din müasir dünya dinləri hesab olunur.

Dini şüurun başlıca ünsürü dini ideya və təsəvvürlər, onun nəzəri forması isə dini ideologiya və ya teologiyadır (ilahiyyat).

Respublikamızda Azərbaycan Ali Sovetinin 1991 - ci il avqustun 20 - də qəbul etdiyi “Dini etiqad

azadlığı haqqında” yeni qanuna əsasən vətəndaşlara vicdan azadlığı verilmişdir.

İqtisadi şüur - iqtisadiyyatın inkişaf qanunauyğunluqlarını onun təşkili və idarə olunması

formalardan daha yüksək elmi - nəzəri iqtisadi şüur səviyyəsi tələb edir. İnsanlarda bütövlükdə elmi,

iqtisadi təfəkkür formalaşdırılmalıdır.

Estetik (və ya bədii) şüur - ictimai şüurun formasıdır. Əmək bölgüsünün təkmilləşməsi ilə

müxtəlif sənətlər meydana çıxmışdır; rəssamlıq, heykəltaraşlıq və s.

Elmi şüur - bütün ictimai şüur formalarının intelektual səviyyəsini dərinləşdirərək onları

“elmləşdirir”. Hazırda elm - cəmiyyətin məhsuldar qüvvəsinə çevrilmişdir.

Elm - gerçəkliyin obyektiv inikasıdır, varlığı, anlayışlar, məntiqi nəticələr, mükəmməl

ümumiləşdirmələr əsasında formalaşan təlim və nəzəriyyələrlə, qanun və kateqoriyalarla əks etdirən

ictimai şüur formasıdır.

Elm müxtəlif sahələrdə, növlərdə formalaşmışdır; təbii - texniki elmlər, ictimai - cəmiyyət elmləri, humanitar elmlər (sosial mövcudluq olan insanı öyrənən elmlər), fəlsəfi elmlər.

Hər bir elmdə və ya elmi şüur formasında iki səviyyə - emprik və nəzəri səviyyələr bir - birindən

fərqlənməlidir.

Emprik səviyyə - müşahidə və eksperiment yolu ilə faktik materialların təhlili əsasında əldə

edilmiş kütləvi bilikdir.

Nəzəri - səviyyə - isə gerçəkliyin verdiyi materialların ümumiləşdirilməsi əsasında, sistem -

struktur təhlil və digər emi idrak metodları (induksiya, dedukdiya, analiz, sintez və s. ) vasitəsilə əldə

edilmiş ehtimallar, nəzəriyyələr, qanunlar, prinsiplər sistemidir.

Elmin ictimai məzmunu insanın həyatını və əməyini yüngülləşdirməkdən ibarətdir.

Page 58: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 58

MÖVZU 15

MÜASİR DÖVRÜN – QLOBAL PROBLEMLƏRİ

I. “Qlobal problem” anlayışı. Qlobal təhlükə və qlobal vəhdət Hazırda tarixin tərəqqisi bəşəriyyəti elə qlobal - sosial problemlər qarşısında qoymuşdur ki,

onların həll edilməsinin gecikdirilməsi bəşəriyyəti məhv edə bilər, dünya sivilizasiyasının nailiyyətlərini aradan qaldırır. Müasir dünya mürəkkəbdir, çoxcəhətlidir, dinamikdir.

İnsanın təbiətlə və cəmiyyətlə qarşılıqlı əlaqə və münasibətləri, onlardan daha çox mənfəət

götürmək hərisliyi olduqca kəskin və mürəkkəb, iqtisadi, sosial - mənəvi, siyasi, hərbi, müdafiə əhali,

təbiətin mühafizəsi və s. problemlər yaratmışdır ki, onlar da qlobal problemlər adlanır.

Deməli, müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və

ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır. Məsələn,

müasir dövrün qlobal problemlərinə misal olaraq: dünya istilik nüvə müharibəsinin qarşısını almaq və

bütün xalqların inkişafı üçün sülh şəraitinin təmin edilməsi, insanların həyat səviyyəsində getdikcə artan

iqtisadi təminat, işsizliyin, savadsızlığın aradan qaldırılması, sürətlə artan əhalinin maddi və mənəvi

tələbatının ödənilməsi, atmosferin, suyun məhvedici çirklənməsinin qarşısının alınması, ETİ– nin

dağıdıcı nəticələrinin aradan qaldırılması və s. göstərmək olar.

Səhiyyə, təhsil mənəvi tənəzzül və s. məsələlər də qlobal problemə çevrilə bilər. Bu problemlərin bir qismi əvvəllər də mövcud olmuşdur. Lakin onlar heç vaxt indiki kimi ümumi planetar səciyyə

daşımamışdır.

Alimlərin rəyinə görə həmin problemlər ETT–nin daha çox mənfəət götürmək məqsədlərinə tabe

edilməsinin, bəzən təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoymamasının, ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın baş alıb getməsinin,

müstəmləkəçilik siyasətinin, hərbləşmənin nəticəsidir.

Müasir dövrün qlobal problemləri - XX əsrin II yarısındakı sosial iqtisadi inkişafın və

ETT–nin kortəbiliyi və qeyri – bərabərliyinin təbii–tarixi nəticəsidir. İndiki qlobal problemlərin həlli

üçün ümumdünya miqyasında əməkdaşlıq fəaliyyəti zəruridir.

Qlobal təhlükə də bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürüdülməsini tələb edir. Tədqiqatçıların fikrincə heç də hər cür, miqyasca geniş hadisələri “qlobal” adlandırmaq olmaz. “Qlobal

problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur:” Birinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı meyarlarla müəyyən olunur:

1. Miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə

edən

2. Sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən

3. Ümumbəşər planetar, beynəlxalq səciyyə daşıyan

İkinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı kimi müəyyən olunur: 1. Hadisələr “qlobal xarakter” daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqqiyə mane olur

və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar.

2. Onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar. 3. Onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək, qovuşuq sosial – təbii və biososial mahiyyət

daşıyırlar.

4. Onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir.

Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar: 1. Planetar bəşəri təhlükə doğuran ictimai - iqtisadi, sosial - siyasi qlobal problemlər; müharibə və

sülh problemləri, hərbiləşmə, iqtisadi fəlakətlər, aclıq, işsizlik, əhali təbəqələri arasında iqtisadi təminat və gəlir fərqlərinin kəskin sürətdə artması və s.

2. Planetar təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizəsi və ondan səmərəli istifadə

edilməsində törədilmiş bəşəri problemlər: yeraltı və yerüstü sərvətlərin, dəniz və okeanların

sərvətlərinin tükənmək təhlükəsi, təbii, yaşayış vasitələrinin: su, hava, atmosfer və s. çirkləndirilməsinin

yararsız hala salınması, enerji mənbələrinin tükənmək təhlükəsi.

Page 59: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 59

3. Əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik mənəvi qlobal problemlər:

əhalinin sürətlə artması, yaşayış vasitələrinin zəif inkişaf etməsi

II. Qlobal müharibə və sülh problemləri - Hazırda insan özünü və bütün Yer kürəsini məhv

edəcək real dünya raket, nüvə müharibəsi təhlükəsi yaratmışdır. Odur ki, bütün dünyanın sülhsevər

qüvvələri sülhün, bəşəriyyətin yaşamasının təmin edilməsi uğrunda mübarizəyə qoşulmalıdır.

Müharibə dövlətlər, siniflər və xalqlar (millətlər) arasında aparılan mütəşəkkil silahlı mübarizədir,

həmin qüvvələr arasındakı əlaqə və münasibətləri ifadə edən siyasətin zor vasitəsilə silah gücünə həyata keçirilməsidir.

Müharibələr iki qrupa ayrılırlar: işğalçılıq və müdafiə müharibələri. İşğalçılıq məqsədi daşımayan,

öz ölkəsinin müdafiəsi naminə, azadlıq və istiqlaliyyət uğrunda aparılan müharibələr ədalətlidir. Bəzən

ədalətli müharibə ədalətsiz müharibəyə çevrilə bilər. Məsələn, Napaleon müharibələri əvvəlcə

Fransanın azadlığı, siyasi suverenliyinin təmin edilməsi uğrunda ədalətli müharibə idi, sonra isə o,

Fransanın sərhədlərindən kənara çıxmaqla başqa əraziləri zəbt etməklə ədalətsiz müharibəyə çevrildi.

Müharibələr yaradılmış maddi və mənəvi sərvətlərin məhv edilməsi ilə bağlı olduğundan, onların

qarşısının alınması, bəşəriyyətin bu bəladan xilas olması məsələsi həmişə mühüm dünyagörüşü və

fəlsəfi qlobal problem olmuşdur.

Yer üzərində ən qədim dövrlərdən 1980–cı ilə qədər 14550 böyük və kiçik miqyaslı müharibələr olmuşdur. Həmin müharibələrdə məhv olanların sayı 3,6 milyard nəfərdir. I və II Dünya müharibəsində

130 milyondan çox insan tələf olmuşdur.

Müasir elmi – texniki nailiyyətlərin hərbi məqsədlərə tabe edildiyi şəraitdə müharibələr daha

dağıdıcı xarakter alır.

Lakin bunun üçün bəşəriyyətin tarixi qanunauyğunluq və zərurəti düzgün başa düşməsi və

düzgün qərar qəbul edib onu həyata keçirməsi lazımdır. Bu məqsədlə hazırda istilik - nüvə müharibəsinin qarşısı alınmazdır. Elə bu dünya sülhsevər

qüvvələrin birgə fəaliyyəti, xüsusilə böyük dövlətlərin kifayət qədər olan hərbi potensialı müharibəyə

qarşı duymaq, dünyanın sülhsevər qüvvələri ilə birləşərək, sülhü qorumaq, müharibələrin qarşısını almaq

imkanı yaradır. Bütün insanlarda müharibə əleyhinə, sülhün təmin olunması uğrunda yeni siyasi

təfəkkür formalaşdırılmalıdır. Yeni siyasi təfəkkür işlənib hazırlanmalıdır ki, onun da başlıca tələbləri bunlardır:

1. İstilik nüvə müharibəsinin qarşısını almaq

2. Kosmosdan dinc məqsədlər üçün istifadə etmək

3. Müxtəlif sosial – iqtisadi quruluşu və siyasi sistemli ölkələrin dinc yanaşı yaşaması

4. Sürətlə silahlanmanın dayandırılması və tərkisilah

5. Beynəlxalq əməkdaşlıq prinsiplərinə əməl olunması

6. Sülhün və xalqlar təhlükəsizliyinin təmin olunması

Təbiət - cəmiyyət münasibətləri, müasir qlobal ekoloji problemlər Müsir qlobal problemlərin müəyyən qismi təbiət cəmiyyət, təbiət insan qarşılıqlı

münasibətlərindəki tarazlıq qanunauyğunluqlarının pozulması, təbiəti daha çox istismar etmək sahəsində

getdikcə güclənən insan fəaliyyəti nəticəsində baş vermişdir. Bunların müasir sosial və ETT şəraitində

meydana çıxmış “ekoloji böhran” adlandırmaq olar; insan öz mövcudluğunu təhlükə altına alır.

Hazırda təbiət insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü

formalaşdırılması zərurəti meydana çıxmışdır. Təbiət cəmiyyət qarşılıqlı münasibətləri sistemində

meydana çıxan, planetar səciyyə daşıyan və həll edilməsi zəruri və təxirəsalınmaz olan qeyd etdiyimiz

kəskin və mürəkkəb, həll edilməsi çətin olan ziddiyyətlərin məcmusu “qlobal ekoloji problemlər”

adlanır. Bu problemlərlə, xüsusilə təbiət və insanın qarşılıqlı münasibətlərinin qanunauyğunluqları ilə

xüsusi elmi - ekologiya məşğul olur. İnsan həmişə təbiəti daha dərindən dərk etməyə və bununla da öz

mövcudluğunu təsdiqləməyə cəlb etmişdir.

Təbiət - bəşər cəmiyyətinin mövcudluğu və inkişafını şərtləndirən təbii şəraitin məcmusu, ilkin

Page 60: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 60

əsası kimi çıxış edir. Məhz bu baxımdan insan təbiəti öz məqsədlərinə uyğun istiqamətləndirməyə

çalışır. Bu qanunauyğunluq, insanla təbiət arasındakı daimi maddələr mübadiləsi, ictimai istehsalı

tənzim edən mühüm qanundur: belə bir mübadilə olmadan insan həyatının özü də ola bilməzdi, cəmiyyət yaşaya bilməzdi.

İnsanla təbiət arasındakı maddələr mübadiləsinə girmək prosesi heç vaxt ziddiyyətlərsiz,

problemlərsiz olmamış, düz xətt üzrə getməmişdir.

“Demoqrafik partlayış” və onun həll edilməsi məsələləri - Əhlinin sosial - iqtisadi,

əmək və mənəvi fəaliyyəti olmadan cəmiyyət inkişaf edə bilməz. Lakin əhalinin maddi və mənəvi

tələbatının ödənilməsi nisbidir, çünki əhalinin sayının daim artması, müharibələr, sosial–iqtisadi

böhranlar, xəstəliklər və s. həmişə ölkə qarşısında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi ilə

əlaqədar mürəkkəb problemlər qoyur.

Həmin problemlər hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir. Bu, ən çox əhalinin sürətlə

artması və onların maddi və mənəvi tələbat mallarına olan ehtiyaclarının ödənilməsi arasında tarazlığı pozulması, dərin ziddiyyətlərin baş verməsi şəraitində meydana çıxır.

İndi Yer kürəsində təqribən 6 milyard əhali yaşayır. İndiki maddi və mənəvi sərvətlər səviyyəsində

həmin əhalinin yaşayış vasitələrinə tələbatların ödənilməsi çox ciddi problemlər “demoqrafik partlayış”

təhlükəsi doğuracaq. “Demoqrafiya” yunanca “xalq” və “yazıram” sözlərindən əmələ gəlmişdir. Bu

sözü ilk dəfə 1855–ci ildə fransız alimi A.Qiyar işlətmişdir. Hazırda “demoqrafiya” xüsusi elm

sahəsidir; cəmiyyətdə əhalinin strukturu, yerləşdirilməsi və inkişaf dinamikasının qanunauyğunluqlarını

öyrənir, əhali nəzəriyyəsini və siyasətini işləyir, hazırlayır, əhalinin təbiət artımı haqqında proqnozlar

verir və s.

Müasir dünyada 10 milyonlarla uşaq aclıq, baxımsızlıq üzündən ölür. Başlıca müasir qlobal

problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyəvi

maddələrin, dərmanların işlədilməsi, ağır informasiya axını və s. insan sağlamlığına, psixikasına

olduqca mənfi, dağıdıcı təsir edir.

Əhali artımı və onun yaşayış vasitələri ilə təmin edilməsi əhalinin fiziki və mənəvi sağlamlığının

və başqa məsələlər qədim dövrlərdən cəmiyyətşünas alimlərin, iqtisadçı, filosofların diqqətini cəlb

etmişdir. Bu məqsədlə əhali artımı ilə yaşayış vasitələrini tarazlaşdırılması başlıca ideya olmuşdur.

Maltusçuluq və yeni maltusçuluq cərəyanlarının nümayəndələri əhalinin yaşayış vasitələri ilə təmin

etmək üçün süni yollarla (müharibə, kütləvi xəstəlik, zəhərlənmə və s.) əhali artımının qarşısını almağı

göstərir. Onların fikrincə cəmiyyətdə insanların yaxşı olmayan vəziyyətini ictimai quruluşda deyil,

əhalinin sürətlə artmasında axtarmaq lazımdır.

Müasir burjua sosioloqları əhalinin sayını azaltmaq üçün xəstəlikləri “ən demokratik üsullar”

adlandırırlar. Lakin bəzi sosioloqlar Cenn Orr və başqaları bidirirlər ki, əhalinin yaşayış vasitələri ilə

təmin edilməsinə ümüdsizliklə yanaşmağa əsas yoxdur. Maddi nemətlər istehsalı ilə əhali artımı nisbəti

bəşər və dövrlər nəzarəti ilə tənzim edilməli, anarxiyaya yol verilməməlidir.

Gələcək: cəmiyyət inkişafının proqnozlaşdırılması problem - Real xoşbəxt gələcəyin

Yer üzündə, insanın əməyi və yaradıcı fəaliyyəti ilə qurulacağına inam insanı tərk etməmiş; onu daim fəal

mübarizəyə ruhlandırmışdır. Bu sahədə o real və xəyali qabaqgörənlik ideyalarına əsaslanmışdır.

Qabaqgörənlik gerçəklikdə mövcud olmayan lakin inkişaf prosesində özünün potensial imkanlarını biruzə

verən, obyektiv və subyektiv ilkin əsasları qərarlaşmaqda olan gələcək haqqında bilikdir. Gələcəyin

obyektiv və subyektiv potensial imkanları özünün maddi – texniki və social – iqtisadi şəraitdə müxtəlif

yeni ehtiyat mənbələrinin aşkar edilməsində, insan fəaliyyətində qarşıya qoyulmuş məqsəd aydınlığında,

sosial və siyasi qüvvələrin nisbətində və s. göstərməlidir. Qabaqgörənliyi qnoseoloji əsaslarını - ali əsəb

sisteminin fəaliyyəti onun bəzi formalarının gerçəkliyi qabaqlayaraq əks etdirməsi qabiliyyəti təşkil edir.

Bu əsaslar insan gerçəkliyi həm nəzəri, həm praktik dərk edir və bütöv bir epoxanı müəyyənləşdirməyə

dair qabaqgörənlik biliyi verəbilir.

Sosial qabaqgörənlik - cəmiyyət hadisələri inkişafın zəruri əlaqələrinin düzgün müəyyən

edilməsi, gələcəyi qabaqlayaraq təfəkkürdə əks etdirilməsidir. Sosial – qabaqgörənliyə dair çıxarılan nəticələrin düzgünlüyü, onların obyektiv ictimai varlığın

inkişaf qanunauyğunluqlarının dolğun əks etdirməsindən asılıdır.

Page 61: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 61

Odur ki, gələcək üçün hər hansı ideyanın həyata keçirilməsi üçün tam obyektiv və subyektiv ilkin

əsaslar maddi və mənəvi şəraitin yetişməsi vacibdir. Həmin şərait yetişdikdə gələcək ideyalarının

həyata keçirilməsi obyektiv zərurət olur, qarşısıalınmaz hal alır.

Dialektik fəlsəfə belə hesab edir ki, bəşəriyyət həmişə qarşısına həll edilməsi mümkün olan sosial

- siyasi məqsəd vəzifələr qoyur, vəzifə, ancaq onun üçün ilkin əsaslar yetişdikdə meydana çıxır. Gələcək

haqqında qabaqgörənlik ehtimalının doğruluğu və yanlışlığı da həmin biliyin ilkin əsasları hansı

səviyyədə dolğun əks etdirilməsindən asılıdır. Bilavasitə gələcək 20 - 30 il qabağı “dəqiq” görə bilir.

Müşahidə olunan uzaq gələcək isə daha çox ehtimali səciyyə daşıyır.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmada çoxsaylı elmi və xüsusi metodlardan məntiqi və

texniki vasitələrdən istifadə olunur.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanın məzmun və məqsədinə görə 4 əsas növə

bölmək olar: axtarıcı, normativləşdirici, xəbəredici proqnozlar.

Axtarıcı proqnozlar - bu günkü gerçəkliyin real faktik təhlili əsasında gələcəyi müəyyən etməkdir; Normativləşdirici proqnozlar - gələcək haqqında konkret inkişaf planı və proqramları yaratmaq

üçün tövsiyələr verməkdir.

Xəbəredici proqnozlar - isə gələcək haqqında təqdim olunmuş müəyyən ideyanın, kütlələrin, şüur

və əxlaqına təsirinin vaxtında qarşısının alınmasının məqsədilə xəbərdarlıq etməkdir. Gələcək haqqında

nəzəriyyələrin hazırlanmasında gələcəyin real perspektivlərinin müəyyənləşdirilməsində elmlərin

inteqrasiyası xüsusilə humanitar təbii - elmi və texniki biliklərin vəhdəti yeganə qabaqgörənlik təminatı

verə bilər.

Page 62: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 62

MÖVZU 16

MƏDƏNİYYƏT FƏLSƏFƏSİ. MƏDƏNİYYƏT SİSTEMİNDƏ TƏBABƏT PLAN 1. Mədəniyyətin mahiyyəti, məzmunu, struktur və funksiyaları.

2. Mədəniyyət sistemində təbabət. Həkim şəxsiyyətinin mədəniyyəti.

MƏDƏNİYYƏTİN MAHİYYƏTİ, MƏZMUNU, STRUKTUR VƏ FUNKSİYALARI

“Mədəniyyət” terminin kökləri latınca “cultura” sözünə gedib çıxır. Torpağın becərilməsi, əkin üçün

hazır vəziyyətə salınması, yəni təbii səbəblərin təsirindən fərqli olaraq insanın təsiri ilə ətraf mühitdə baş

verən dəyişiklikləri bildirir.

“Mədəniyyət” sözü Avropa sosial fikrində yalnız XVII əsrin ikinci yarısında bərqərar olsa da,

anlayışın təşəkkülü bütün bəşər tarixi ilə müşayiət olunur.

Qədim Yunanıstanda mədəniliyi, hər şeydən əvvəl, tərbiyəlilik kimi başa düşmüşdür. Tərbiyənin

olmamasını barbarlığın əlaməti kimi sayırdılar. Qədim Roma dövründə mədəniyyətin, sosial ukladı,

həmçinin şəxsi təkmilləşmə dərəcəsi olması haqqında təsəvvürlər meydana gəlir. İntibah dövründə

mədəniyyət insanın humanist ideallarına uyğunluq fenomeni kimi təsəvvür edilirdi. XVII əsrin Fransız

maarifçiliyi (Volter, Didro) mədəniyyətin məzmununu insan “zəkasının” inkişafı anlayışına müncər

edirdi. Millətin mədəniliyi, onların təsəvvürüncə, ictimai nizamın, quruluşunun və siyasi təsisatların ağıllı

qurulmasından ibarətdir, mədəniyyətin özü isə elm və incəsənət sahəsində nailiyyətlərin məcmusu ilə

ölçülür. İ.Kant mədəniyyətin nüvəsini insan zəkası ilə hissi barışdırmaq qabiliyyəti olan əxlaqı hesab

edirdi. Hegel mədəniyyət anlayışını insanın mənəvi azadlığı sahəsində axtarırdı. Herder mədəniyyəti insan əqlinin qabiliyyətlərinin mütərəqqi aşkarlanması kimi nəzərdən keçirmişdir.

Tədqiqatçılar müasir ədəbiyyatda mədəniyyətin yüzlərlə tərifini hesablamışlar. Mədəniyyətin

anlamı bu və ya digər definisiyanın əsasında duran fəlsəfi konsepsiyanın baza dəyərlərindən törəmədir.

Əgər mədəni – fəlsəfi baxışların əsasında dini müddəalar durursa, onda belə çıxış mövqeləri ona gətirib

çıxaracaq ki, hər bir mədəniyyət dini zəminə əsaslanmalı olacaq.Mədəniyyət dinin reallaşması vasitəsi

olacaqdır. Dünya mədəniyyəti sistemində bu və ya digər dinin aparıcı konkret tarixi rolundan danışmaq

düzgün olardı, lakin mədəniyyətin bütün çoxcəhətliliyini həmin mədəniyyətin tərkib hissəsi olan dindən

çıxarmaq yolverilməzdir. Bu müddəanı nəzərə alaraq mədəniyyəti dindarlıq formasına görə

fərqləndirirlər. Politeizmə (çoxallahlığa) və monoteizmə (təkallahlığa) əsaslanan mədəniyyətlər

mövcuddur. Mədəniyyətin təzahürlərindən, məsələn, xristian, islam, buddist mədəniyyətlərini göstərmək

olar.

Bundan əlavə, mədəniyyət təkcə filosofların, kulturoloqların deyil, həmçinin tarixçilərin,

etnoqrafların, arxeoloqların, sosioloqların, politoloqların diqqət mərkəzində duran predment kimi çıxış

edir.

Mədəniyyəti dərk edərkən, insan ondan hansısa asılı olmayan reallığı deyil, özünün mədəniyyət faktlarında təcəssüm edən mövcudluğunu dərk etmiş olur. Mədəniyyəti başa düşərək bəşəriyyət öz

varlığının mənası, özünün fəaliyyəti və özünün mühiyyəti kimi “əbədi məsələlərə” cavab verməyə cəhd etmək kimi arzularını reallaşdırmaq kimi üzə çıxır.

İnsan fəaliyyətinin nəticəsi kimi meydana gələn mədəniyyət, mürəkkəb, dinamik özüinkişaf edən

sistemdir.

Mədəniyyətin fəaliyyəti, onun üç tərkib hissəsinin-mədəniyyətin predmentlərinin, insan

fəaliyyətinin vasitələrinin və insan keyfiyyətlərinin vəhdətində təqdim etmək olar. Lakin mədəniyyətin

hansı tərəfini nəzərdən keçirsək, o, həmişə “insaniləşdiriləcəktir.” Arxeoloqlar hansı kəllə sümüyünü

tədqiq etsələr, onun dəyəri yalnız onun özlüyündə kəllə olmasında deyil, ona görə dəyərlidir ki, keçmiş

epoxaların insanın təfəkkürünü səciyyələndirir. İnsan fəaliyyətinin istənilən vasitəsi insanın mahiyyət

qüvvələrinin reallaşma dərəcəsini xarakterizə edir. Yalnız kulturoloji yanaşma çərçivəsində mənəviyyat,

azadlıq, humanizm kimi spesifik insani keyfiyyətlərin məzmununu başa düşmək

Page 63: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 63

mümkündür. Məhz bu anlayışlar ali dəyərlərini ifadə edir. Mədəniyyətin meydana gəlməsinin şəraiti və mahiyyət əlaməti azadlıqdır, yəni insanın fəaliyyəti

yalnız hər bir insan tərəfindən öz davranışının məqsəd və vasitələrinin sərbəst seçimi əsasında heyata

keçirilə bilər.

Humanizm – mədəniyyətin keyfiyyət meyarı, həqiqilik ölçüsü, onun daxili mahiyyətinin

göstəricisidir. Öz növbəsində mədəniyyət hadisənin zahiri əlamətini deyil, onun məzmununun

humanistliyi, ideal yönümlənmələrini və səylərini ifdadə edir. Mədəniyyət sistemində humanizm ideyaları

insanın özünə zəkalı, mənəviyyatlı və azad varlıq kimi hərəkətinin istiqamətini göstərən mənəvi

oriyentirlər kimi çıxış edir.

Mədəniyyət mürəkkəb, çoxsəviyyəli sistemdir. Belə qəbul edilmişdir ki, mədəniyyəti onun

daşıyıcılarına görə təsnif etmək lazımdır. Bundan asılı olaraq, dünya milli mədəniyyətlərini, həmçinin

müxtəlif sosial ümumiliklərin (şəhər, kənd, peşə, gənclər, ailə, ayrıca insanın) mədəniyyətlərini

fərqləndirirlər.

Ümumiyyətlə, mədəniyyəti xalq (qeyri-peşəkar) mədəniyyətə bölürlər. Mədəniyyət müxtəlif növlərə və cinslərə bölünür. Belə bölgünü vacib edən əsas insan fəaliyyətinin

müxtəlifliyinin nəzərə alınmasıdır.

Məzmununa və insana təsirinə görə mədəniyyəti bir sıra müxtəlif mütərəqqi, reqressiv, mürtəce

mədəniyyətlərə bölməyi təklif edirlər. Mədəniyyət insanı formalaşdıran başlanğıc kimi fərdi hən əxlaqi,

həm də əxlaqsız şəxsiyyət kimi tərbiyə edə bilər. Bu bir sıra obyektiv və subyektiv faktor və şərtlərdən

asılıdır. Bədii mədəniyyət cəmiyyətin, şəxsiyyətin mənəvi mədəniyyəti çərçivəsində həyata keçirilir.

Bədii mədəniyyəti mədəniyyətin xüsusi spesifik fenomeni kimi ayırmaqla biz onun insanın mənəviyyatı

sistemində xüsusi statusunu qeyd etmək istəyirik. Mədəniyyətin hər bir qatı öz spesifikasına, öz daxili

quruluşuna malikdir.

Maddi mədəniyyətin birinci sahəsinə maddi istehsalın nəticəsi olan predmentlər, həmçinin istehsalın texniki tərkib hissəsi aiddir. Bu elə bir şeydir ki, bunu “istehsal - texniki aspektlərini (texnoloji

mədəniyyəti) ehtiva edir.

İnsanın həyat fəaliyyətinin sahəsi olan təbabət, çox zaman mədəniyyətin bu sahəsindən asılıdır və

bəzən bu sahədəki işlərin vəziyyəti ilə şərtlənir. İstehsalın imkanları, sosial münasibətlərin durumu,

işçilərin texniki potensialının mövcudluğu və saxlanması, istehsala son elmi nailiyyətlərin tətbiq edilməsi

imkanı – bütün bunlar açıq şəkildə səhiyyənin vəziyyətində və insanların sağlamlığında əksini tapır.

Maddi mədəniyyətin ikinci sahəsi insanın öz intim həyatında davranışı vasitəsilə bağlıdır. İnsan nəslinin təkrar istehsalı mədəniyyəti müəyyən dərəcədə, fərdin ümumi mədəniyyətinin səviyyəsini

xarakterizə edir.

Mədəniyyətin başlıca funksiyası insani yaradıcılıq, yaxud humanist funskiyadır.

Ən mühüm funksiya kimi informasiya funksiyası, sosial təcrübənin ötürülməsi (translyasiyası) sayılır. Mürəkkəb sosial orqanizm, işarələr sistemi olan mədəniyyət nəsillərdən – nəsillərə, zamandan

– zamana, ölkədən – ölkəyə sosial təcrübəni ötürən yeganə mexanizmdir. Mədəniyyəti buna görə,

bəşəriyyətin sosial yaddaşı adlandırırlar.

Digər aparıcı funksiya idraki anoseloji funksiyadır. Özündə çoxlu nəsillərin ən yaxşı sosial

təcrübəsini cəmləşdirən mədəniyyət dünyada ən zəngin bilikləri toplamaq bacarığını və bununla da onun

dərki və mənimsənilməsi üçün əlverişli şərait yaratmaq qabiliyyətini əldə edir.

Mədəniyyətin requlyativ (normativ) funksiyası insanların ictimai və şəxsi fəaliyyətinin müxtəlif tərəflərinin növlərinin tənzimlənməsi ilə bağlıdır. Məhz məişət, əmək, şəxsiyyətlərarası münasibətlər

sahəsində mədəniyyət onların davranışlarını, hərəkətlərini, dəyər yönümləri seçimini müəyyən edir.

Semiotik, yaxud işarə funksiyası dildə reallaşır. Müvafiq işarələr sistemini öyrənmədən

mədəniyyəti başa düşmək, xüsusilə də onun nailiyyətlərini mənimsəmək qeyri – mümkündür. Belə ki, dil

(şifahi, yaxud yazılı)- insanların ünsiyyət vasitəsidir. Ədəbi dil milli mədəniyyətə yiyələnməyin ən

mühüm vasitəsidir. Musiqi, teatr, təsviri sənət kimi fenomenlərin xüsusi aləmini dərk etmək üçün spesifik

dillər lazımdır. Təbiət elmi fənləri (fizika, kimya, riyaziyyat, biologiya və s.) də öz işarə sistemlərinə

malikdirlər.

Dəyər, yaxud aksioloji funksiya mədəniyyətin ən mühüm keyfiyyət durumlarını əks etdirir.

Page 64: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 64

Dəyərlər sistemi olmaqla mədəniyyət insanda müəyyənləşmiş dəyər tələbatlarını və yönümlərini

formalaşdırır. Onların səviyyəsi və keyfiyyətinə görə çox zaman, bu və ya digər insanın

mədəniyyətliliyi barədə fikir söyləyirlər. Əxlaqi və intellektual məzmun, bir qyada olaraq, müvafiq qiymətləndirmənin meyarı kimi çıxış edir.

MƏDƏNİYYƏT SİSTEMİNDƏ TƏBABƏT. HƏKİM ŞƏXSİYYƏTİNİN

MƏDƏNİYYƏTİ.

Mədəniyyət anlayışınnın özünün mürəkkəbliyinə baxmayaraq real mövcudluğunu “üç üqnumda”

modallıqda təqdim etmək olar. Hər şeydən əvvəl, mədəniyyət insanın daxili keyfiyyətlərinin –

tələbatlarının, qabiliyyətlərinin, bacarıqlarının məcmusudur ki, bunlarında sayəsində, o, bilikləri,

dəyərləri, yönümlənmələri, idealları formalaşdırır. İkincisi, mədəniyyətin prossesual – fəaliyyətli aspekti

barədə mülahizə söyləmək mümkündür, çünki, insanın mənəvi məzmunu onun müxtəlif fəaliyyət

vasitələrində təzahür edir. Bu mənada çədəniyyət insan fəaliyyətinin təcəssüm qapdığı özünün predment

modallığına da malikdir. Bu, texnika, elm, incəsənət, fəlsəfə, din əsərləri siyasət və hüquq fenomenləri

ola bilər.

Bu üç aspektin hər birində təbabət mədəniyyətin bütün çalarlarının “reallaşdığı”, təzahür etdiyi,

insan fəaliyyətinin xüsusi növü kimi çıxış edir. Elmi ədəbiyyatda həkimin təfəkkür mədəniyyəti, təbabətdə dinin və incəsənətin, qarşılıqlı münasibətlər və davranış rolu problemləri nəzərdən keçirilir.

Predmet modallığı sahəsində mədəniyyət və təbabət ən müxtəlif altsistemlərində - “texnikanın

predmetləri- təbabət”, “məişət predmetləri – təbabət”, “sənət - əsərləri – təbabət”, “fəlsəfə əsərləri- -

təbabət”, “din fenomenləri – mədəniyyət” və s. ən ümumi əlaqələrə malikdirlər.

Burada “mədəniyyət – təbabət” sisteminə daxil oluna biləcək bütün elementlərin nəzərdən

keçirilməsi imkan xaricindədir; bunu hətta həmin sistemin moduslarından birinə peşəkar insanın, həkimin keyfiyyətlərinə nəzərən belə etmək çətindir. Həkim mədəniyyətinin tərkib elementləri olan fəlsəfi,

siyasi, əxlaqi keyfiyyətlər ayrıca predmet kimi nəzərdən keçirilə bilər.

Dünya mədəniyyəti tarixində həkimlik, bilik və vacib tibbi yardım göstərmək bacarığı ruh yüksəkliyi

ilə qəbul edilmiş, hətta ilahiləşdirilmişdir. Belə ki, qədim Misir mifologiyasında məhz Osiris allahı

insanlara elm, sənət, həkimlik sənətini öyrətmişdir. Qədim Hind mədəniyyətində biliklərin saqhibi

nadanlığa qalib gəlmiş Sira allahına etiqad edirdilər. Qədim Yunan mifologiyasında Titan Prometey

haqqında mifdə bu fikir təsbit olunmuşdur. Prometey nəinki insanlara ilahi odu ötürmüş, hətta onlara

müxtəlif sənət öyrətmiş, sirli bilik vermişdir və buna görə də allahlar tərəfindən cəzalandırılmışdır.

Təbabət, hər şeydən əvvəl bilik deməkdir. Həkimin cəmiyyətdə rolu nədən ibarətdir? Bu barədə

“təbabətin atası” Hippokrat obrazlı belə demişdir: “Filosof həkim Allaha bənzəyir, zira şeylərin

mahiyyətini dərk edir.”

Dünya mədəniyyəti tarixi sübut edir ki, həkimin məyi və sənətkarların fəaliyyəti həmişə yanaşı durmuş və çox zaman da bir şəxsiyyətdə təcəsümünü tapmışdır.

Empedokl həkimlik fəaliyyəti ilə yanaşı fəlsəfə, siyasət, poeziya ilə məşğul olmuşdur; o, yüksək

bədiiliklə seçilən “Təbiət haqqında” və “Saflaşma” poemalarını yazmışdır. Dövrümüzə və Empedoklun

450 şeri gəlib çatmışdır. Anatomiya və fiziologiyanın problemlərini o, bədii – obrazlı formada ifadə

etməyə çalışmışlar.

Aristotel – böyük filosof və həkimin - özünün “Metafizika”sında şəfa verənin sənətinin

böyüklüyü və vacibliyi barədə mülahizə yürüdərkən belə bir fikir söyləyir: “həkim xəstəni müalicə

etməzdən əvvəl, bu və ya digər xəstənin vəziyyətində konkret təzahürü mahiyyətinin spesifikasını

öyrənməlidir”. “Nəfs haqqında” əsərində insanın ruhi aləminə, psixoloji vəziyyətinə müraciət edir.

Tibbi təhsil almış və dünya şöhrəti qazanmış görkəmli yazıçılar içərisində Lui Bussenari, Konan Doyli, Albert Şveytseri, A.Çexovu, M.Bulqarovu, V.Dali göstərmək olar. Öz rübailərini yazan Ömər

Xəyyam həm də xəstələri müalicə edirdi. A.Çexov “Darıxdırıcı hadisə” əsərində təbabət professorunun oxuduğu mühazirənin gözəl təsvirini

verir və onu belə bir nəticə ilə başa çatdırır: “Heç bir idman, heç bir əyləncə və oyunlar heç

Page 65: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 65

zaman mənə mühazirə oxumaq qədər həzz verməmişdir. Yalnız mühazirədə mən öz ehtiraslarıma

qapılıram və başa düşürəm ki, ilham şairlərin uydurması deyildir, həqiqətən də mövcuddur.”

Çox adama məlumdur ki, Qalileyin atası çox istəyirdi ki, onun oğlu həkim olsun, Qalileyin özü Piza universitetinin tibb fakultəsində oxumuşdur. Heliosentrik sistemin banisi Kopernik riyaziyyatçı,

həkim olmuş, bədii ədəbiyyatdan tərcümələr etmişdir.

Həkimlər geniş dünyagörüşə malik olmuş, planetlər kəşf etmiş, enerjinin saxlanması qanunu

öyrənmişlər. Onlar kimyəvi elementləri öyrənir və yüksək səviyyəli bədii əsərlər yazır, öz öldürücü zəhəri təcrübədən keçirir, insan xəstəliyinin səbəbini aşkar etnək naminə sarı qızdırmadan ölmüş

xəstələrin paltarını geyirdilər. Təbabəti bürüyən romantizm haləti həkimlik diplomu olmayan, lakin insan

xəstəliyi ilə ürəkdən mübarizə aparan istedadlı insanları özünə cəlb edirdi.

Mədəniyyət insanın həyat fəaliyyəti vasitəsi, varlıq forması kimi özündə humanizm, azadlıq, zəka

və mənəviyyat daşıyan səy və davranışlarla xarakterizə olunur. Yalnız mədəniyyət məkanında insan

özündə yerləşən mahiyyət keyfiyyətlərini reallaşdıra bilər, humanist dəyərləri qəbul etmiş şəxsiyyət

kimi reallaşa bilər. Təbabət və mədəniyyət özünün bütün çalarları ilə bir – birilə bağlıdırlar, insanın

inkişafı onun keyfiyyətcə təşəkkülü kimi ümumi vəzifən həyata keçirirlər. Həkimin fəaliyyəti elə

səviyyəli şəxsi keyfiyyətlər tələb edir ki, bunlar təbabət praktikasının ali insani idealları həqiqəti, xeyri və

gözəlliyi təsdiq etmək metodları və formaları olsun.

Page 66: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 66

MÖVZU 17

CƏMİYYƏTİN HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ.

XALQ VƏ ŞƏXSİYYƏT

Şəxsiyyət anlayışı. Şəxsiyyət və cəmiyyətin qarşılıqı münasibəti - Bütövlükdə

cəmiyyətin subyekti əhalidir, xalq kütlələridir. Müəyyən tarixi inkişaf mərhələsində ictimai əlaqə və

münasibətlərə girən insanların fəaliyyəti olmadan cəmiyyət nə mövcud ola, nə də inkişaf edə bilməz.

Cəmiyyətin mövcudluğunun inkişafının əsas şərti əhalinin, xalq kütlələrinin əmək – istehsal, sosial –

siyasi və mənəvi fəaliyyətidir.

Məhz görkəmli şəxsiyyətlərin istiqamətverici rəhbərliyi ilə xalq kütlələrinin maddi istehsal və

sosial – siyasi inqilabi mübarizə fəaliyyəti cəmiyyətin, tarixi prosesin hərəkətverici qüvvələrini təşkil

edir.

Şəxsiyyət – ictimailəşmiş, sosial münasibətlərə girən, inkişaf etmiş insandır. “Şəxsiyyət” anlayışı

üçün başlıca cəhət bioloji, psixofizioloji deyil, sosial mahiyyətdir. Buna görə də dialektik materialist sosial fəlsəfə “Şəxsiyyət nədir?” sualına “ictimai münasibətlərin daşıyıcısı olan insan”, “sosial

münasibətlərin məcmusu olan insan”, “sosiallaşmış insan” kimi cavablar verir.

“Şəxsiyyət” anlayışına həm birgəyaşayış, həm də elmi kateqoriya kimi baxılmalıdır.

Bu anlayış: 1) sözün ən geniş mənasına, ictimai münasibətlərin və şüurlu fəaliyyətin daşıyıcısı olan subyekti,

müəyyən şəxsi və ya fərdi insanı bildirmək üçün işlədilir;

2) bu və ya digər cəmiyyətə və ya birliyə məxsus olan üzvü, nisbi sabit sosial əhəmiyyətli cəhətləri

ilə fərqlənən fərdi bildirir. Hər iki mənada bu anlayış “insanın bütövlüyünü”, “bütöv insan və ya sosial

– psixoloji siması olan şəxsiyyəti ifadə etmək üçün işlədilir.

Hazırda fəlsəfədə şəxsiyyət haqqında iki ümumiləşmiş konsepsiya mövcuddur: şəxsiyyət insanın funksional səciyyəsidir və şəxsiyyət insanın mahiyyət səciyyəsidir. Birinci, insanın cəmiyyətdə oynadığı

rolu, həyata keçirdiyi ictimai funksiyaları ifadə edir, burada daxili mahiyyət, insanın “öz mənəvi dünyası” deyil, zahiri fəaliyyəti ön plana çəkilir; ikinci isə insanın daxili mənəvi potensialını, xarakter və iradəsini,

mənlik şüurunu, mənəviyyatını ifadə edir.

Şəxsiyyətə münasibətdə hər iki konsepsiyanı vəhdət halında götürən müasir filosofların çoxu, düzgün olaraq, belə hesab edirlər ki, “Şəxsiyyət” onu təşkil edən üç cəhətin məcmusudur: biogenetik

qabiliyyət (imkan), sosial amillərin təsiri (mühit, şərait, normalar, tənzimedicilər) və onun psixo– sosial nüvəsi – “mən”i. Məhz bu əsasda şəxsiyyətin psixik xarakteri, fəaliyyət istiqaməti, təlabat və mənafeyi,

əqidə və dünyagörüşü formalaşır və inkişaf edir.

Lakin fəlsəfə tarixində insana, xüsusilə “sosial mahiyyətli insana” – şəxsiyyətə, onunla bağlı olan

suallara müxtəlif mövqelərdən cavablar vermişlər. Həmin mövqelər nə qədər müxtəlif olsa da, onlar bir

nöqtədə ümumiləşir, vahidləşirdilər: bütün bu baxışlar şəxsiyyətin əsas meyarı olan “ictimailəşmiş

insan”, “sosial münasibətlərin məcmusu olan insan” baxışını ya qismən, ya da tam inkar edir, qəbul

etmirdilər. Ən yaxşı halda şəxsiyyətə “fərdi varlıq”, “biofizioloji fərd” kimi baxırdılar. Şəxsiyyət üçün

əsas cəhəti təbii, fərdi, fitri, bioloji keyfiyyətlərdə axtarırdılar.

Şəxsiyyətin fəlsəfi problemi – insanı, onu əhatə edən dünyada nə kimi və necə yer tutur? Onun

ətraf aləmə və özünə münasibəti necədir? O özünü və dünyanı dərk edə və ona fəal təsir edə bilərmi?

İnsanın özünü dərketməsi və “mənlik şüuru” səviyyəsi necədir? Onun azad iradəsi vardırmı? Və s. kimi

mürəkkəb suallara elmi – fəlsəfi cavab verməyi tələb edir.

Qədim yunan fəlsəfəsində Sokratın insana müraciətində dediyi “Özünü dərk et!” ideyası ilə

şəxsiyyətin fəlsəfi təhlilinin əsasları qoyulmuşdur. Aristotel şəxsiyyətin “ictimailəşmiş varlıq” kimi səciyyələndirmişdir.

Yeni dövr, XVII əsr və maarifçilik fəlsəfəsində şəxsiyyətin əsasına zəka, mənəvi mahiyyət

üstünlük verilmirdisə, digər cəhətdən irrasionalizm mövqeyi təbliğ olunurdu. Bunlar isə insana dualist

münasibətdən irəli gəlir. Bu dövr fəlsəfəsində çox vaxt insanın öz – özünə münasibəti, özünü

dərketməsi ön plana çəkilir, şəxsiyyət “mən” lə eyniləşdirilirdi.

Page 67: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 67

Alman klassik fəlsəfəsinə, xüsusilə Kanta görə insanın özünü dərketməsi, “mənlik şüuru”

ifadəsində şəxsiyyətə çevrilir: bu yolla insan özünü başqa canlılardan fərqləndirir, öz “mən”–ini

yaradaraq onu mənəvi qanunlara tabe edir.

XIX əsr fəlsəfəsində də şəxsiyyətin əsasına mənəvi başlanğıc qoyulur. Burada insanın şəxsiyyət

kimi formalaşması üçün onun gerçəklik hadisələrində maddiləşməsi, cəmiyyətdən keçərək, cəmiyyət

vasitəsilə bütün kainatla əlaqələnməsi tələb olunur.

Şəxsiyyətin formalaşması üçün ona zəka, iradə, xarakter, emosiya, əmək, ünsüyyət və s. kimi

sosial – mənəvi keyfiyyətlərin məcmusu kimi yanaşılması zəruridir.

Alman klassik fəlsəfəsində xüsusilə Fixte və Feyerbax şəxsiyyətə sosial mahiyyət verməyə

çalışmışdır. Onlar belə hesab edirdilər ki, cəmiyyətdən təcrid olunmuş, müəyyən əlaqə və ünsiyyətə

girməyən insan, fərd mövcud ola bilməz. Başqa adamlarla sosial əlaqə və münasibətlərdə “insan insan

olur”, yəni şəxsiyyət kmi çıxış edir.

Müasir freydizmə görə şəxsiyyətin psixik strukturu “üç mərhələlidir”. Freydə görə “əsas mərhələ”,

ilkin başlanğıc, ən qüdrətli “O”–dur. Buraya bioloji impulslar, ehtiraslar, qeyri – şüuri emosiyalar və s.

aiddir. Bu qeyri – şüuri əsas üzərində şüurlu mərhələ yüksəlir – bu “mən”- dir. Nəhayət, üçüncü mərhələ

- “mən”- dən yüksəkdə duran” insan ruhu mərhələsi gəlir. İlk əsas isə psixik olan “ondan ibarətdir ki,

o da insanın bütün psixik fəaliyyətini müəyyən edir, onun hisslərini, etirazlarını, cəhdlərini, hərəkətlərini

idarə edir, deməli Freyd şəxsiyyətin sosial mahiyyətinin mənbəyini subyektiv idealizm mövqeyindən

həll edirdi, psixik olana istinad edirdi. Şəxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətlərin tarixən aşağıdakı

formalarda olmuşdur: 1) Onlar arasında şəxsi asılılıq münasibətləri. Bu forma kapitalizmə qədərki bütün

formasiyalar üçün xasdır. İbtidai cəmiyyətdə şəxsi asılılıq ənənəvi, yaşayış tərzi qaydalarına uyğun

formalaşmış, istismara əsaslanmırdı. Quldarlıq və feodalizmdə isə şəxsi asıllıq istismara əsaslanmış,

insan istehsaldan, cəmiyyətdən tam asılı şəklə salınmışdır; 2) Maddi - əşyavi asılılıq münasibətləri.

Kapitalizmdə şəxsi asılılıq qanun üzrə aradan qalxır, qanunla hamının hüquq bərabərliyi, söz, mətbuat,

seçmək azadlığı elan olunur. İnsanın qeyri – iqtisadi asılılığı ləğv olunur.

Lakin şəxs iqtisadi - əşyavi cəhətdən asılı vəziyyətə düşür; 3) Fərdiyyət azadlığı münasibətləri.

Sosializm cəmiyyətində kollektivçi şəxsiyyət tipi formalaşmışdır. Şəxsiyyət kollektiviçərisində əriyib

itmir, fərdilik öz rəngarəngliyini, zənginliyini saxlayır. Lakin bizim ölkəmizdə sosializm şəraitində

şəxsiyyətin əlaqəsinin qiymətləndirilməsinin humanist ölçüləri şəxsiyyətə pərəstiş, durğunluq illərində

inzibati – amirlik üsul - idarəçiliyi metodları əsasında pozulmuş, bu sahədə bir çox prinsiplər

deformasiyaya uğramış, Stallin repressiyası üzrə bir çox görkəmli şəxsiyyətlərə divan tutulmuşdur. Bu

hal 30–40–cı illərdə Azərbaycanda daha şiddətli şəkil almışdır.

Tarixi prosesdə xalq kütlələri və görkəmli şəxsiyyətlərin rolu - Materialist sosial

fəlsəfənin nümayəndələri və bir sıra mütərəqqi fikirli başqa nəzəriyyəçilər belə hesab edirlər ki, maddi

və mənəvi nemətləri istehsal etməsəydilər, cəmiyyət nə yarana, nə də inkişaf edə bilməzdi. Dialektik

materialist fəlsəfə xalq kütlələri dedikdə, həmişə zəhmətkeşləri – antoqanist sinfi cəmiyyətlərdə istismar

olunan kütlələri nəzərdə tutur. Xalq kütlələrinin əmək fəaliyyəti olmasaydı onlar istehsalı az müddətə belə

dayandırsaydılar, bəşəriyyət məhv olub gedərdi. Amma bunu belə başa düşmək lazım deyildir ki, tarixi

prosesin də heç bir rolu yoxdur. Əksinə, onların böyük rolu vardır. Bu rol ondan ibarətdir ki, görkəmli

şəxsiyyət tarixi prosesin zəruri əlaqələrini və qanunauyğun gedişini düzgün dərk etsin, kütlələrin

fəaliyyətini həmin mütərəqqi istiqamətə yönəltsin və onları məqsədəuyğun idarə etməyi bacarsın.

Şəxsiyyətin yetişməsinin başlıca amili ictimai mühit, onun müxtəlif sosial əlaqə və münasibətləridir. Məhz ictimai – tarixi şərait, sosial mühit şəxsiyyəti formalaşdırır.

Odur ki, şəxsiyyət tarixi prosesə müsbət və mənfi təsir etsə də, onu yarada bilməz. Tarixin həqiqi

yaradıcısı xalq kütlələridir. Xalq kütlələri tarixin yaradıcısı olmaq şərtilə üç amilə əsaslanır.

Birincisi, ona görə ki, məhz zəhmətkeş xalq kütlələrinin fəaliyyəti ilə maddi nemətlər istehsal olunur: yemək, geymək, mənzil və digər yaşayış vasitələri əldə edilir. Bunlar isə cəmiyyət inkişafının

başlıca amilidir.

İkincisi, ona görə ki məhz zəhmətkeş xalq kütlələrinin fəaliyyəti ilə ictimai tarixi hadisələr

Page 68: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 68

yaranır, inkişaf edir. Xalq kütlələrinin fəal iştirakı olmadan heç bir sosial – tarixi hadisə baş verə bilməz.

İnqilabçı xalq kütlələri yetişmədən, təkcə bir neçə rəhbərin olması şəraitində “tarixin lokomotivləri olan

sosial inqilab baş verə bilməz,” üçüncüsü, ona görə ki, məhz zəhmətkeş xalq kütlələrinin fəaliyyəti,

yaradıcılığı, mənəvi mədəniyyətin, incəsənətin, elmin və s. mənbəyidir. Xalqın yaradıcılığı, onun

folkloru, xalq təbabəti, təbiət haqqında biliklər, tibb elminin, biologiyanın, bədii ədəbiyyatın, incəsənətin

mənbəyi, əsasıdır.

Lakin xalq kütlələrinin maddi, sosial–siyasi və mənəvi fəaliyyəti o zaman böyük nailiyyət qazanır

ki, ona görkəmli şəxsiyyətlər, rəhbərlər düzgün istiqamət verir.

Bu və ya digər görkəmli şəxsiyyət müəyyən zəruri şərait olduqda meydana çıxır. Məsələn, XIX

əsrin 30 - 40–cı illərində Avropa ölkələrində tarixi şərait fəhlə sinfinin inqilabçı sinif kimi meydana

atmış, inqilabi proletar hərakat üçün zəmin yaratmışdır. Bu şərait, sosialist nəzəriyyəçiləri və inqilabi

hərakatın liderləri kimi görkəmli şəxsiyyətlərin meydana çıxmasını zəruri edirdi. Lakin həmin şəraitdə

görkəmli şəxsiyyətlərin deyil, məhz həmin şəxslər olması xalis təsadüfi səciyyə daşıyır.

Şəxsiyyət tipləri: fərd, fərdilik, kollektiv və cəmiyyət - Şəxsiyyət – içərisində yaşadığı

tarixi dövrün, ictimai – siyasi quruluşun, sosial mühütün məhsuludur. Buna görə də o, ümumiyyətlə

şəxsiyyət deyildir, konkret tarixi səciyyə daşıyır. Odur ki, şəxsiyyət tipləri ancaq müəyyən konkret tarixi

dövrün, mədəniyyətin, mənəvi tərəqqi və dünyagörüşün məhsuludur, antik, orta əsr, intibah, yeni dövr

və s. konkret tarixi dövrün və s. konkret – tarixi cəmiyyət tiplərinə uyğun şəxsiyyətlər də mövcud

olmuşdur.

Hər bir tarixi şərait “öz şəxsiyyətini” doğurur. Məsələn, XX əsr şəxsiyyəti keyfiyyətcə qədim orta

əsr, XVIII və XIX əsr şəxsiyyətlərindən əsaslı qaydada fərqlənir. İctimai – iqtisadi formasiyaların dəyişməsi və şəxsiyyət tipləri də dəyişir.

İlkin şəxsiyyət tipi ibtidai icmada formalaşmışdır. Burada şəxsiyyət üçün fərdilikdə çox, ümumilik keyfiyyətləri: ənənəyə sədaqət, qan qohumluğu, ümumi mənəvi normalar və s. əsas idi.

Quldarlıq və feodalizm cəmiyyətində fərqli sinfi, iqtisadi, sosial mənafelərin, xüsusi mülkiyyətin mövcudluğu şəraitində yeni şəxsiyyət tipi meydana çıxır. Burada şəxsiyyətə bir tərəfdən kollektivçilik

ənənələri, digər tərəfdən isə sinfi məhdudluq öz təsirini göstərir.

Burjua münasibətlərinin qərarlaşması ilə “azad iradəyə malik, özünü dünyanın ağası” hesab edən

yeni şəxsiyyət tipi də meydana gəldi. Sosializm şəraitində isə sosial – iqtisadi əsasını ictimai mülkiyyət

təşkil edən kollektivçi şəxsiyyət tipi xas idi.

Fərd də həmişə ictimai mövcudluqdur: yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd

sosiallaşaraq şəxsiyyətə çevrilir.

Mütləq mənada ayrıca fərd yoxdur, “ictimailəşmiş” kollektivin bir üzvü, tamın bir hissəsi kimi

sosial fərd vardır. Fərd cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri

və s. fərdi davranışda təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır. Fərdilik təkrarolunmazlıq kimi

qalır.

Cəmiyyət bütün canlı orqanizmlər içərisində ən yüksək mütəşəkkillikdir. İnsan həyatda nəyə nail

olmuşsa, nə kimi maddi və mənəvi sərvətlər əldə etmişsə, bunun üçün cəmiyyətə minnətdar olmalıdır. İnsan cəmiyyətdə kollektivlər vasitəsilə əlaqəyə girir

Kollektiv şəxsiyyətin özünəməxsusluğunu itirmir, onu qoruyur, fərdi təşəbbüsə geniş meydan

verir. İnkişaf edən orqanizm kimi kollektiv də müəyyən problemlərlə qarşılaşır, ziddiyyətləri həll etməli

olur.

Şəxsiyyət azadlığı. İnsan amili və şəxsiyyətin hərtərəfli inkişafı problemi. Hər bir ictimi – tarixi hərəkatın vüsəti oraya xalq kütlələrinin hansı səviyyədə cəlb olunmasından,

xalqın sosial – yaradıcı fəallığından asılıdır.

İnsanın sosial – yaradıcı fəallığının əsas göstəricisi onun azadlığı səviyyəsidir, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etməsi, onların kortəbii fəaliyyət təsirindən çıxmaq imkanı

azad və şüurlu surətdə həmin qanunauyğunluqlardan və əməli məqsədlərinə uyğun istifadə etmək

bacarığıdır. Ancaq belə insan azad və fəaldır.

Şəxsiyyət azadlığı fəlsəfənin ən mürəkkəb, çoxsahəli və ziddiyyətli problemlərindəndir. Bəzən

iddia olunur ki, cəmiyyətdə şəxsiyyət azadlığı onun sərbəst fəaliyyəti mümkün deyildir. Çünki

Page 69: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 69

cəmiyyət obyektiv ictimai qanunların fəaliyyət təsirindəndir, insan da bu qanunlardan asılıdır, ictimai

qaydaların ancaq icraçısıdır. Lakin biz ancaq zərurəti qəbul edir, şəxsiyyətin azad fəaliyyətini

görmürüksə, onda şəxsiyyətin məsuliyyət hissini, cavabdehliyini, vəzifələrini də qəbul etməməliyik. Bu

düzgün deyildir. Ona görə də fəlsəfə tarixində belə bir ümumi nəticə qəbul olunmuşdur: “Mədəniyyət

tarixində irəliyə atılan hər bir addım, insan azadlığına doğru atılmış addımdır”. Cəmiyyətdə şəxsiyyət

öz fəaliyyət məqsədini müəyyən etməkdə azaddır. Şəxsiyyət azadlığı cəmiyyətdəki sosial, siyasi, mənəvi

və s. azadlıqların mövcudluğu səviyyəsindən də çox asılıdır. İnsan, şəxsiyyət azadlığı uğrunda mübarizə

cəmiyyətin əsas hərəkətverici amillərindən biridir. Antoqanist cəmiyyətlərdə siyasi hakimiyyət iqtisadi

cəhətdən hökmran olan sinif və başqa ictimai qüvvələrin əlində olduğuna görə, orada şəxsiyyət iqtisadi

cəhətdən hökmran olan sinif və başqa ictimai qüvvələrin əlində olduğuna görə, orada şəxsiyət azadlığı

da hakim sinifin iradəsinə tabe edilmişdir. Məsələn, kapitalizmdə şəxsiyyətin sinfi, milli

mənsubiyyətindən asılı olmayaraq hüquq bərabərliyi, siyasi, mənəvi, hüquqi azadlıqları elan olunsa da

burjua demokratiyası şəraitində şəxsiyyətin həqiqi azadlığı məhduddur, axıradək həyata keçirilə bilmir.

Lakin indiki şəraitdə kapitalizm XX əsrin əvvəlindəki kapitalizm deyildir; bir çox kapitalist ölkəsində

zəhmətkeşlər həqiqi hüquq və azadlıqlar qazanmış, onların maddi və mənəvi tələbatlarının ödənilməsi

üçün şərait yaradılmış həyat səviyyəsi yüksəlmişdir.

İnsan amilini fəallaşdırmağın ən ümdə şərtlərindən biri əməyə birinci həyati zərurət kimi

münasibət bəsləməsinə nail olmaqdan ibarətdir; bundan başqa, müasir şəxsiyyət vətəndaşlıq mövqeyi və

siyasi şüura yiyələnməlidir. Bunsuz, insanın ağıllı təlabatı və mənafeyinin obyektivliyi təmin oluna bilməz, onun ictimai və şəxsi mənafeyini vəhdət halında birləşdirmək qeyri – mümkün olur.

İnsan amilinin fəallaşdırılması, şəxsiyyətin hərtərəfli inkişafı, öz – özünə baş verən, kortəbii bir

proses, ziddiyyətlərsiz, problemlərsiz bir hadisə deyildir. Burada daimi diqqət tələb edən, həll edilməsi

zəruri olan ciddi məsələlərvardır.

Page 70: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 70

MÖVZU 18

FƏLSƏFİ FİKİRDƏ TƏRƏQQİ PROBLEMİ

I. İctimai tərəqqi anlayışı - Tərəqqi bəşər cəmiyyətinin irəliyə doğru tarixi inkişafının zəruri,

istiqaməti meylidir. Bəşəriyyətin aşağıdakı mərhələlərdən yüksəyə inkişaf etdikcə daha da yetkinləşir,

tərəqqi edir.

Bəşəriyyət ibtidai sürüdən, qəbilədən indiki cəmiyyətədək uzun, ziddiyyətli yol keçmişdir. Lakin

bu inkişaf heç də səhvsiz getməmişdir. Bəzi ədalətli, mütərəqqi hərəkatlarda cəmiyyətin qabaqcıl,

mütərəqqi qüvvələri belə məğlub olur, tənəzzül edir. Lakin tərəqqi inkişafın mütləq meylidir, əbədi və

qarşısıalınmazdır.

Cəmiyyət inkişafında hər yeni mərhələ köhəyə nisbətən mütərəqqidir, ictimai tərəqqinin daha

yüksək mərhələsidir. Bu mənada bəşəriyyətin keçirdiyi beş ictimai – iqtisadi formasiyanı, ictimai

tərəqqinin mərhələləri adlandırmaq olar. Hər formasiya əvvəlkinə nisbətən həm məhsuldar qüvvələrin

yetkinliyi səviyyəsinə görə həm də istehsal münasibətləri və mənəvi münasibətlərin təkmilləşməsi

dərəcəsinə görə də mütərəqqidir.

Tarixlə az–çox tanış olan adam, mütərəqqi inkişafın qarşısıalınmazlığını, onun aşağı formalardan

yuxarıya doğru yüksəlməyinin asanlıqla dərk edir. Şübhəsiz “Homosapiens” (ağıllı insan) bioloji növ

kmi öz sələfləri olan pitekantron və niandertallara nisbətən təkamül nərdivanının yüksək pilləsində

durur. Tərəqqi texnikanın inkişafında daha aydın hiss olunur. Cəmiyyət inkişafı da aşağı, ibtidai, qəbilə -

tayfa münasibətlərindən hazırki sivilizasiyalı sosial – tərəqqiyə doğru uzun və qarşısıalınmaz bir yol

keçmişdir. Tərəqqi inkaredilməzdir, göz qabağındadır.

Müəyyən vaxtlarda nəinki tərəqqi ideyasını qəbul etməmişlər, hətta onu inkar etmişlər. Lakin

ümumi ictimai – tərəqqi ideyası, əsasən insanları həmişə düşündürmüş, onları tərk etməmişdir. Bu

ideyanın özünəməxsus uzun tarixi dünyagörüşü, idraki (qneseoloji), sosioloji (siyasi) və mənəvi –

emosional (psixoloji) aspektləri vardır. Çox qədim zamanlardan insanlar düşünmüşlər ki, onların

yaşadıqları cəmiyyətin tərəqqisi onları xoşbəxt edə bilərmi? Yoxsa, onları bədbəxtliklərmi gözləyir? Bu

nöqteyi – nəzərdən insanlar dünyagörüşcə gələcəyə ya nikbin münasibət bəsləmişlər. Bir sıra

mütəfəkkirlər ümumi ictimai tərəqqi ideyasını qəbul etməmiş, gələcəyə bədbin münasibətdə olmuş,

“xoşbəxtlik keçmişdə qaldı” deyərək idealizə etmiş, insanların geriyə - “qızıl əsrə” qayıtmağa

çağırmışlar. “Keçmiş də insanlar yoxsul da olsalar, bərabər və xoşbəxt olmuşlar” nəticəsinə gəlmişlər.

Onlar nəinki ibtidai bərabərlik cəmiyyətini, hətta quldarlığı da müasir dövrdən daha tərəqqi etmiş hesab

edirlər. İntibah dövrünü tərəqqinin zirvəsi adlandırmışlar. Bəzi antik mütəfəkkirlər (Olaton, Aristotel və

b.) tarixi prosesə əvvəlki dövrlərin mərhələsi, təkrari və ya dövranı kimi baxmışlar. Sonralar tərəqqi

ideyasını ən çox insan idrakına onu aşağıdan yüksək mərhələyə yüksəlməsinə aid etməyə başlamışlar.

Bekon, Dekart və başqaları idrakın inkişaf yolunu tərəqqidə görürdülər. Sonralar tərəqqi ideyasını XVIII

əsr maarifçilərindən A.Tyurqo, J.Kondorose və başqaları ictimai münasibətlər sisteminə aid etmiş,

ictimai tərəqqiyə cəmiyyətin mərhələli inkişafının ifadəsi kimi baxmışlar. Viko, Russo və başqaları isə

ilk dəfə tarixi tərəqqinin ziddiyyətli səciyyəsindən bəhs etmiş, tərəqqinin tarixi geriyə döndərilməsi,

“qızıl əsrə” qayıdış kimi mənalandırmışlar. Lakin tərəqqinin mahiyyətinin keçmişə qayıdışdan və ya

tarixi dövrandan ibarət olduğunu iddia edən baxışları Hegel ciddi tənqid etmişdir. Hegel tarixi inkişafı –

ayrı – ayrı konkret mərhələlərin bir – birini əvəz etməsindən ibarət olan vahid və qanunauyğun proses

hesab edirdi. Hegel insan azadlığını tarixi tərəqqinin əsas meyarı və göstəricisi hesab edirdi. Onun

fikrincə, azadlıq şüuru – tərəqqinin ölçüsü, meyarıdır.

Bütövlükdə XIX əsrdən tərəqqi ideyasının, yəni inkişafın yuxarıya qarşısıalınmazlığı, təbii– bioloji

təkamül, elmi – idrak və və cəmiyyət inkişafı üçün səciyyəvi olması qəbul edilmişdir. Bu ideya əsasında

“ictimai tərəqqi” anlayışı yəni cəmiyyətin, tarixi prosesin irəliyə doğru, qarşısıalınmaz inkişafı, həmin

prosesin obyektivliyi, qanunauyğunluğu mərhələləri birinin digərinə nisbətən yüksək və mütərəqqi

mərhələ olması əsaslandırılmışdır. Tarixən ictimai tərəqqinin iki növü qəbul edilmişdir: antoqanist və

qeyri – antoqanist ictimai tərəqqi növləri. Sosial tərəqqinin antoqanist sinfi mənafeləri olmayan

cəmiyyətlərdəki (ibtidai icma, sosializm), qeyri – antoqanist ictimai tərəqqi, antoqanist sinfi

Page 71: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 71

mənafeləri olan, istismar sosial ədalətsizlik, təzahürlərinin mövcud olduğu cəmiyyətlərdəki (quldarlıq,

feodalizm, kapitalizm) növü isə antoqanist ictimai tərəqqi hesab olunur. Lakin sosial tərəqqinin qeyri –

antoqanist növünün də öz ziddiyyətləri, problemləri vardır. Sosializmin müasir tənəzzülü bunu tam təsdiqetdi.

İctimai tərəqqinin meyarı problem - Dialektik sosial fəlsəfədə ictimai tərəqqi və onun meyarı

haqqında təlimin də əsasında tarixə dialektik – materialist münasibət haqqında baxış durur: bəşər tarixi

daim irəliləyən obyektiv, təbii – tarixi, qanuuyğun prosesdir, cəmiyyətin inkişafı gedişində istehsala olan

təlabat məhsuldar qüvvələri daim təkmilləşdirir, yeniləşdirir. Yeni məhsuldar qüvvələr öz xarakter və

səviyyəsinə uyğun yeni istehsal münasibətləri tələb edir. Həmin ziddiyyət sosial inqilab vasitəsilə həll

olunur, yeni ictimai quruluş meydana çıxır, bəşəriyyət tərəqqi eləyir,irəliləyir.

İctimai tərəqqinin əsasında yenə də əmək insanların istehsal və sosial dəyişdirici fəaliyyəti durur.

İctimai tərəqqinin nüvəsini, onu ən yüksək meyarını məhsuldar qüvvələrin, xüsusilə onun subyekti olan

insanın inkişafı səviyyəsi təşkil edir. İctimai tərəqqinin meyarını məhsuldar qüvvələrin texniki – iqtisadi

tərəfinin inkişafı baxımından deyil, məhsuldar qüvvələrin inkişafında elmin nailiyyətlərinin

maddiləşməsi, cəmiyyətin sosial – siyasi vəziyyəti, təhsil, səhiyyə, mənəvi tərəqqi, ictimai şüur və s.

baxımından yanaşılmalıdır. İctimai tərəqqinin həqiqi meyarı məhz istehsal üsulu özüdür. İstehsal üsulu

inkişafının hər mərhələsi, hər növü ictimai tərəqqinin də müəyyən növü və mərhələsinə uyğun gəlir, onlar

da bir – birindən iqtisadi, sosial, siyasi, mədəni və mənəvi yetkinlik səviyyəsinə görə fərqlənirlər.

Məsələn, ictimai tərəqqinin antoqanist növü quldarlıq, feodalizm və kapitalizm mərhələlərindən keçir,

onun qeyri – antoqanist növünə isə iki mərhələ - ibtidai icma və sosializm daxildir. Bunlar həmçinin

istehsal üsulunun növləri və mərhələləridir.

İctimai tərəqqinin meyarını müəyyən edərkən ona nisbi anlayış kimi baxmaq, burada “inkişafın

çoxamilliliyi” konsepsiyasına əsaslanmaq, məhsuldar qüvvələri əsas, başlıca, digər amilləri isə (ictimai

münasibətləri, mənəviyyatı, ictimai şüuru və s.) təsiredici mühüm kimi nəzərə almaq lazımdır.

Q.V.Plexanov “Tarixə minist baxışın inkişafı haqqında məsələyə dair” əsərində sosial tərəqqinin

meyarı, ona təsir edən amillər məsələsinə geniş yer vermişdir.

Q.V.Plexanov maddi istehsalı, xüsusilə məhsuldar qüvvələrin yetkinliyini sosial tərəqqinin əsas

meyarı hesab etsə də, ona tarixi inkişafın başlıca amili kimi baxsa da “çoxamilliliyə” daha üstünlük

verirdi. Onun fikrincə maddi amil aparıcı olsa da yeganə deyildir. Bir çox amillərin (maddi – texniki

tərəqqi, şəxsiyyət azadlığı, əqli yetkinlik, mənəvi saflıq və s.) qarşılıqlı təsiri nəzərə alınmalıdır.

Tərəqqi hərtərəfli olmalıdır. Antoqanist cəmiyyətlərdə isə, çox vaxt tərəqqi müəyyən sinifin xüsusi

məqsədlərinə tabe edildiyindən birtərəfli gedir. Tərəqqi çox vaxt özündə xeyirlə şəri, ədalətsizliklə

ədaləti birlikdə aparır. Özlüyündə mütərəqqi olan hadisə mürtəce, zərərli nəticələr də doğura bilmir.

Məsələn, adi silahlarla üz - üzə vuruşan insanların odlu silah əldə edib, uzaqdan gizli mürtəce, zərərli

nəticələr də doğura bilmir. Məsələn, adi silahlarla üz – üzə vuruşan insanların odlu silah əldə edib,

uzaqdan gizli mövqelərdən vuruşmağa keçməsi, odlu silahdan atəş açıb tək – tək adamları öldürməkdən

kütləvi qırğın silahlarına (atom, hidrogen silahlarına keçməsi və s.) tərəqqidirmi? Koroğlu odlu silahın

meydana çıxması ilə qılıncını yerə qoymuş, “kişilik dövrü qurtardı” demişdir.

Tərəqqi faydalı olanla, faydasızı birləşdirir, eyni zamanda dağıdıcı, mürtəce məqsədlərə xidmət

edir. Odur ki, hər tərəqqi bəşətiyyətin ağıllı, qanunauyğun, xeyirli məqsədlərinə tabe olunmalı, beynəlxalq nəzarət və əməkdaşlıq şəraitində inkişaf etdirilməlidir.

İctimai – tərəqqinin mərhələləri və onların tarixi prosesdə yeri - İctimai tərəqqinin

mərhələləri problemi də müasir sosial fəlsəfədə və sosiologiyada mübahisəli həll olunur. Hələ qədim

dövrlərdən cəmiyyət inkişafının ibtidaidən aliyə, aşağıdan yuxarıya doğru necə getdiyi, düzxətlimi, yoxsa

mərhələlimi olduğu, sadəcə təkrarmı, yoxsa dövran səciyyəsi daşıması məsələsi mübahisəli olmuşdur.

XVII–XIX əsrlərdə isə mübahisə əsasən həmin mərhələlərin necə müəyyən edilməsi, onlar

arasında keyfiyyət fərqinin olub – olmaması ətrafında getmişdir: keçmiş sadəcə təkrarmı olunur, yoxsa hər mərhələ öz mahiyyət etibarilə irəliyə doğru atılmış, yeni keyfiyyət addımıdır? Nəhayət

Page 72: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 72

mərhələli inkişaf hər bir yeni mərhələlənin köhnə zəmində əmələ gəlməsi və köhnəyə nisbətən yeni

keyfiyyət addımı olması qəbul edildi. Bu sahədə yenə də mübahisələr qalmışdır ki, bu mərhələlər

hansılardır və bir – birindən necə fərqlənir? Hələ vaxtilə Morqan və Engels tarixi prosesin belə

mərhələlərini insanların həyat tərzi və yaşayış üsulları, təbiətə təsiretmə vasitələri əsasında vəhşilik,

barbarlıq və mədəniyyət deyə üç hissəyə bölmüş, hər mərhələlənin də aşağı, orta və yüksək inkişaf

səviyyəsini qeyd etmişlər.

İctimai – iqtisadi formasiyaları tarixi tərəqqinin mərhələləri hesab edən marksist – leninçi

konsepsiyanı qəbul etməyən müasir burjua sosialogiyası və tarixi fəlsəfənin R.Aron, P.Sarokin və

başqaları kimi nümayəndələri cəmiyyət inkişafının mərhələlərini mədəniyyətin tarixi inkişafı ilə

əlaqələndirir, tarixi prosesin açarını, hərəkətverici amillərini insan idrakının dərketmə qabiliyyətində,

zəkanın yetkinliyi səviyyəsində, texniki təkmilləşmədə və s. axtarırlar. İngilis tarixçisi A.Toynbi “Tarixi

tədqiqatlar” əsərində qeyd edir ki, tarixi proses müxtəlif mədəniyyətlərin yaranması, inkişafı və məhv

olmasından ibarətdir. O, müxtəlif sivilizasiyalara əsasən tarixi mədəniyyət mərhələsinə bölürdü: Hind,

Çin, Yapon – Koreya, Uzaq Şərq, Ərəb, Vizantiya, Rus, Qərbi Avropa. O.Şpenqler isə “Avropanın süqutu”

əsərində tarixi – inkişafın ictimai – iqtisadi formasiyaların bir – birini əvəz etməsindən ibarət təbii –

tarixi obyektiv qanunauyğun proses olması ideyasını qəbul etmirdi, göstərirdi ki, cəmiyyət heç vaxt

sehrli bir dairədən çıxa bilmir, burada daim üç mərhələ bir – birini əvəz edir: yaranma, tərəqqi, tənəzzül.

ABŞ sosioloq – tarixçisi P. Sorokin qeyd edir ki, tarix həmişə köhnədir, öz – özünü təkrar edir.

Hər bir konkret mərhələni təşkil edən cəmiyyətin özünəməxsus məhsuldar qüvvələri və istehsal

münasibətləri vardır. Hər bir mərhələ xüsusi konkret bir cəmiyyətdir ki, marksizm onu ictimai – iqtisadi formasiya adlandırır.

İctimai – iqtisadi formasiya tarixi – inkişafın müəyyən mərhələsində duran özünəməxsus istehsal

üsuluna malik olan öz bazisi və üstqurumu ilə, maddi və mənəvi münasibətlərin spesifik tipi ilə

fərqlənən, özünəməxsus ailə, məişət və s. kimi ictimai hadisələrlə səciyyələnən xüsusi növ mütəşəkkil

cəmiyyətdir. İctimai – iqtisadi formasiyaların səciyyəvi xüsusiyyətlərinin təhlili geniş və mürəkkəb

problemdir, onun iqtisadi, sosial, siyasi, mənəvi məişət, hüquqi aspektləri vardır.

İbtidai icma və ya qəbilə - tayfa quruluşu ilkin formasiyadır, bu insanın meydana gəlməsindən

başlayaraq, quldarlıq cəmiyyəti formalaşanadək (e.ə. III minilliyədək) davam etmişdir. Quldarlıq və

köləlik - ilk sinifli ictimai – iqtisadi formasiyadır.

Quldarlığın əsas xüsusiyyətini istehsal qüvvələri və işçi qüvvəsi – qullar üzərində qul sahiblərinin tam xüsusi mülkiyyət təşkil edir.

Təhkimçilik quruluşunda və ya feodalizmdə istehsal alət vasitələri və torpaq üzərində

feodalların xüsusi mülkiyyəti mövcud idi. Təhkimli kəndlilər feodallara tərəfindən istismar olunurdu.

Təhkimli kəndlilər köhnə istismar şəraitində yaşaya bilmirdilər, kəndli üsyanları geniş vüsət alırdı.

Məhsuldar qüvvələrin inkişafı sürəti daha mütərəqqi istehsal münasibəti tələb edirdi.

Bu şəraitdə baş verən kəndli üsyanları və burjua inqilabları feodalizmin dağılması ilə nəticələndi. Ona nisbətən mütərəqqi quruluş olan kapitalizm ictimai - iqtisadi formasiyası qərarlaşdı.

Kapitalizm feodalizmə nisbətən mütərəqqi quruluş olsa da burjuada daxili antoqanist ziddiyyətlər

insanın insan tərəfindən istismarı, kiçik sosial qrup əlində cəmləşən xüsusi mülkiyyət qalırdı, burada onların ancaq tipi dəyişilmişdir. Kapitalizmdə sənaye çevrilişləri baş verdi, iri maşınlı

sənaye yarandı, texniki tərəqqiyə geniş meydan verildi.

Kapitalizmin inkişafının son mərhələsi olan imperializm “inqilabi şərait” doğurur. Nəhayət

kapitalizmi sosializm əvəz edir.

Sosializm – cəmiyyətin ictimai tərəqqisinin yeni mərhələsi, bəşəriyyətin mütərəqqi cəmiyyət

arzularının təcəssümüdür. Bu cəmiyyət sosial ədalətə əsaslanan insanın insan tərəfindən istismarına son

qoyan, mülkiyyətin xalqa məxsus olduğunu reallaşdıran bir cəmiyət olmalı idi. Lakin SSRİ – də qurulan

cəmiyyət sosializm prinsiplərini axıradək həyata keçirmədi, adamların sosial ədalətə dair arzularını

doğrultmadı.

Keçmiş SSRİ–də dövlət quruculuğunda sosialist – demokratik prinsiplərə məhəl qoymamışdır.

Millətlərarası münaqişələrin çoxu artıq qanlı müharibələrə çevrilmişdir. Hələ 1985–ci ilin aprelindən başlamış sosializmi təkmilləşdirmək və yeniləşdirmək, iqtisadi, sosial, siyasi və mənəvi həyat

Page 73: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 73

sahələrində demokratikləşmə və aşkarlıq əsasında dərin islahatlar həyata keçirmək uğrunda gedən

yenidənqurma xətti əslində özünü doğrultmadı. Artıq geriyə yol yox idi, sosializmi təkmilləşdirmək və

yenidən qurmaq mümkün deyildir.

Elmi – texniki inqilab və bəşəriyyətin tərəqqisi - Əsrimizin 50–ci illərində elmdə və

texnikada baş vermiş inqilabi keyfiyyətlərin dəyişikliklərinin ifadəsi olan sivilizasiyanın tərəqqisi üçün

əhəmiyyət kəsb edən elmi – texniki inqilab (ETİ) baş verdi. Tarixi tərəqqi prosesində məhsuldar

qüvvələrin inkişafı gedişində üç böyük inqilab olmuşdur:

Cəmiyyətin mövcudluğunu təmin edən maddi istehsalın meydana gəlməsi və ya keçmişin “aqrar

inqilabı” əl əməyindən maşınlı əməyə - texniki əməyə əsaslanan istehsala keçilməsi və ya XVIII əsrin sonu XIX əsrin əvvəllərində baş vermiş “sənaye inqilabı”.

Maşınlı istehsalatdan avtomatlaşdırılmış istehsala keçirilməsi və ya istehsal prosesində insanın

yeri və rolunun köklü qaydada dəyişilməsi. Bu üçüncü forma ETİ–dir

ETİ–nin mahiyyətindən bəhs edərkən belə düzgün nəticəyə gəlirlər: elmi – texniki tərəqqinin

müasir inkişaf mərhələsini əks etdirən ETİ (olmuş) elmin bilavasitə məhsuldar qüvvəyə çevrilərək maddi

istehsalın inkişafında köklü keyfiyyət dəyişikliyinin, gerçəkliyin obyektiv qanunauyğunluqlarının dərk

edilməsindəki keyfiyyət sıçrayışının baş verməsinin ifadəsidir. ETİ məhsuldar qüvvələr sistemində

keyfiyyət dəyişikliyi yaratmaqla bərabər istehsal münasibətləri sistemində də insanların həyat tərzində

də ciddi yeniləşmə əmələ gətirir, əmək məhsuldarlığını əsaslı qaydada yüksəldir, vaxta qənaət edir. Odur

ki, ETİ–yə təkcə elm və texnikanın inkişafında yeni hadisə kimi baxmaq olar, ona həm də mühüm

sosial hadisə, ictimai tərəqqi amili kimi baxılır.

Hazırda kompüterlər, atom enerjisi, kosmik raketlər, lazer şüaları, robot texnikası, ETİ–nin bu

nailiyyətləri – bütün müasir dünyanı, həyatın bütün sahələrini inqilabiləşdirir. Cəmiyyət ona nail

olmalıdır ki, ETİ–nin nailiyyətləri ilə humanist məqsədlər üzvü surətdə birləşdirilmiş olsun. ETİ–nin XX

əsrin ortalarında meydana çıxmasına təsir göstərən bir sıra sosial – iqtisadi amilləri belə qruplaşdırmaq

olar: ictimai tərəqqinin sürətlənməsi, məhsuldar qüvvələrin yüksək inkişaf səviyyəsi, istehsalın və

texnikanın sürətlə inkişafına ictimai tələbatın artması, elmin istehsal layihələrinin meydana çıxması,

ümumi təhsil, peşə və texniki hazırlıq səviyyəsinin yüksəlməsi, elmin istehsalla, texnika ilə qarşılıqlı

təsirinin güclənməsi və s.

Sosial – iqtisadi ilkin şərtlər, elmi texniki şərait olmadan müasir ETİ yarana bilməzdi. XIX əsrin

sonu XX əsrin əvvəllərində təbiətşünaslıqda baş vermiş inqilabda ictimai tərəqqinin inkişafına təkan verdi.

Əsrimizin 70–80–ci illərini mütəfəkkirlər “mikroelektron inqilabı” adlandırırlar. Super

kompüterlərin vasitəsilə (əsasən) əmək məhsuldarlığının artmasına imkan verən maddi və mənəvi

həyatın bütün sahələrinə: istehsal, təhsil və s. daxil olmuş, “süni intellekt” yaratmaq mümkün olmuşdur.

ETİ nə qədər qlobal və beynəlmiləl xarakter daşısada, o müxtəlif sosial–siyasi quruluşlar şərait baş verdiyindən, iqtisadi, sosial – mənəvi nəticələr doğurur. (Çernobel fəlakəti və s.) Odur ki, hər hansı

ictimai şəraitdə ETİ–yə münasibətdə onun məqsədli idarə olunub istiqamətləndirilməsi aktual vəzifə

olaraq qalır.

Lakin ETİ–nin törətdiyi dağıdıcı nəticələrin səbəbi ETİ deyil, cəmiyyətdə sosial mühitdə onun

tabe edildiyi məqsəd, ictimai istiqamətlənməsi müəyyən edir.

İnsan ETİ–nin dağıdıcı nəticələrinin qarşısını almaq üçün öz fəaliyyətini onların tənzim olunmasına yönəltmişdir. Lakin belə faydalı, pozitiv nəticələri ilə ETİ bəşəriyyətin mövcudluğu ilə

yanaşı müasir təhlükə altına alan sosial, siyasi, hərbi, mənəvi və s. nəticələr doğurur.

Bəşəriyyət öz gələcəyi naminə, ETİ–nin nailiyyətlərini humanist məqsədlərə istifadə

olunmasında, onun bütün cəmiyyətin rifahına və insanın hərtərəfli inkişafına xidmət etməsinə nail

olmalıdır.

Odur ki, cəmiyyətin özündə elə ümumxalq nəzarəti sistemi formalaşdırılmalıdır ki, orada ETİ–

nin nailiyyətlərindən cəmiyyətin ümumi mənafeyi naminə istifadə olunsun.

Page 74: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 74

MÖVZU 19

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİNİN

MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ ÇOX MÜHÜM TARİXİ MƏRHƏLƏ

Dünya azərbaycanlılarının I qurultayı 2001–ci ilin 9 - 10 noyabrında keçirilib. Qurultayda 1105

nəfər iştirak edirdi. Bunlar 36 ölkəni təmsil edirdilər. Azərbaycan Respublikasının prezidenti qurultayda böyük nitq söyləmişdir.

Dünya azərbaycanlılarının I qurultayı Müstəqil Azərbaycanın həyatında, bütün dünya

azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, azərbaycan

icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə, toplaşmış və

özlərinin I qurultayını keçirirdilər.

Biz Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun

illər Sovet İttifaqı kimi böyük dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla həmvətənlərimizlə

əlaqə saxlamaq mümkün olmadığı halda biz daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar

necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq.

1991–ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq

respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlığa arzularının yetişməsi,

1920–ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan

azərbaycanlılara öz əlaqələrimizi genişləndirək, onlarla həmrəylimizi bildirək və dünya

azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk

aylarında 1991–ci il dekabr ayının 31–də Dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar

qəbul etdik. O vaxtdan biz bu günü bayram kimi qeyd edirik. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin

və Azərbaycan xalqının milli azadlığının nəticəsidir.

Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan

çıxmış, yaşamış, öz mənliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli qüvvələr vermiş, dünya

sivilizasiyasının zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi

mərhumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi,

həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün həm də dünyanın müxtəlif ölkələrində

yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük şanlı - şöhrətli eyni zamanda

məşəqqətli yol keçmişdir. Azərbaycanın müstəqilliyi və 10 il müstəqil dövlət kimi yaşaması bizim

çoxəsrlik tariximizdə ən əhəmiyyətli, ən vacib, ən dəyərli bir hadisədir. Bizim üçün müstəqil

Azərbaycan üçün 10 il asan yol olmayıbdır. Biz Azərbaycanda yeni həyat qurmağa başlamışıq.

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması işinə başlamışıq. Azərbaycanın

iqtisadiyyatını dünya iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə inteqrasiya etmək bazar

iqtisadiyyatı sisteminə keçmək prosesinə başlamışıq.

Bunlar hamısı Azərbaycanın ağır və çətin bir şəraitdə yaşadığı zaman baş vermişdir. Hamımız yaxşı

bilirik ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən Ermənistan tərəfindən hərbi təcavüzə məruz

qalmışdır və 4 il idi ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edirdi. Azərbaycanın

alınmaz hissəsi olan Dağlıq Qarabağ bu illərdə demək olar ki, Azərbaycanın nəzarətindən çıxmış

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və onun ətrafında olan yaşayış məntəqələrinə də

təcavüzlər başlanmışdır. Məhz belə bir tarixi şəraitdə Azərbaycan öz dövlət müstəqilliyini elan etmişdir.

Belə bir şəraitdə müstəqil dövlət qurmaq çox ağır və çətin bir iş idi. Həm də Azərbaycan özünü müstəqil

dövlət elan etdikdən sonra Azərbaycanın həyatında çox mürəkkəb proseslər baş vermişdir. Ermənistanın

silahlı qüvvələri torpaq iddiası ilə çıxış edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini əlinə keçirmək

məqsədilə hərbi əməliyyatlara başladığı və ermənilərin hamısı bu amal ətrafında yumruq kimi birləşdiyi

bir halda təəssüf ki, bu Azərbaycanda olmamışdır. Çünki o illər Azərbaycanda bütün xalqı birləşdirib, səfərbər edib, torpaqlarımızı qorumaq və

Ermənistan silahlı qüvvələrinə lazımi cavab vermək əvəzinə hakimiyyət mübarizəsi getmiş, daxili

Page 75: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 75

çəkişmələr mövcud olmuş, ayrı – ayrı silahlı dəstələr meydan sulamışlarr. Bu da təbii ki, Azərbaycanın,

xalqın birliyini zəiflətmiş və nəhayət 1993–cü ildə Azərbaycan vətəndaş müharibəsi ilə üzləşmiş,

Azərbaycanın varlığı təhlükə altına atılmışdır və ölkəmizin parçalanması artıq başlanmışdır. Buna görə

də müstəqillik elan olunandan sonra Azərbaycanda dövlət quruculuğu işi çox zəif getmişdir. Bunlar

hamısı Azərbaycanda ictimai – siyasi sabitliyi pozmuş, xalqın rifah halını ağırlaşdırmışdır.

Beləliklə Azərbaycan torpaqlarının 20% Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüş, həm

Ermənistan ərazisindən çıxarılmış, həm də işğal olunmuş torpaqlardan çıxarılmış 1 milyondan artıq

azərbaycanlı indiyədək ağır vəziyyətdə çadırlarda yaşayır. Azərbaycan belə bir şəraitdə müstəqil dövlət kimi ilk illərini yaşamışdır.

Azərbaycanda ondan sonrakı dövr ictimai–siyasi sabitliyin yaranması dövrü olmuşdur. Biz ondan

sonra da 1994–cü ilin oktyabrında 1995–ci ilin martında hakimiyyəti silahla devirmək cəhdləri ilə

rastlaşdıq. Bunların qarşısı alındı, ancaq bunlar da Azərbaycana zərbələr vurdu.

Biz Ermənistan – Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin həll edilməsi ilə ciddi məşğul olaraq

1994–cü ilin mayında atəşkəs haqqında razılığa gəldik. İndi 7 ildən artıqdır ki, müharibə getmir, qan

tökülmüş, işğal olunmuş torpaqlardan çıxarılmış qaçqınlar, köçkünlər ağır vəziyyətdə yaşayırlar.

Azərbaycanın müstəqilliyinin 10 illiyini sonrakı mərhələsi ölkəmizin daxilində ictimai–siyasi

vəziyyəti sabitləşdirməkdən, Azərbaycanın dünyada mövqelərini möhkəmləndirməkdən, Azərbaycanın bir müstəqil dövlət kimi yaşatmaq və inkişaf etdirməkdən ibarət olubdur. Biz çox çətin ağır yollardan

keçərək ötən 10 il müddətində buna nail olmuşuq. Onun milli dövlət bayrağı, milli himni, milli gerbi var. Azərbaycan artıq, dünya birliyində özünə layiq yer tutubdur.

Azərbaycanda damokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan tarixdə ilk dəfə özünün

milli Konstusiyasını qəbul edibdir, azad seçkilər vasitəsilə

Milli Məclisin parlamentini, ölkənin prezidentini seçibdir. Azərbaycanda bütün sahələrdə

islahatlar həyata keçirilir.

Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur.

İndi biz tamamilə başqa iqtisadi siyasi sistem yolu ilə gedirik. Keçmişdəkiləri dəyişdirmək, onlardan

imtina etmək, yeni sistemdə iş qurmaq onu həyata keçirmək, bu ağır çətin bir prosesdir. Bu bizim keçid

dövrümüzdür və keçid dövrümüzün böyük problemləri var. Birincisi insanların şüurunda çox böyük

dəyişikliklər baş verməlidir. İkincisi yeni iqtisadi siyasət uğurla getməlidir. Bunun üçün isə gərək iqtisadi

şəraitdən yeni iqtisadi şəraitə keçid uğurlu olsun. Biz bütün bunlar üçün islahatlar həyata keçirirk. Siyasi

iqtisadi, sosial, humanitar sahələrdə bir çox islahatlar həyata keçirilmişdir və onların müsbət nəticələrini

əldə etmişik. Azərbaycan 1990–cı ildə başlamış iqtisadi tənəzzülün qarşısını 1995–96–cı illərdə ala

bilmiş, ondan sonrakı dövr isə Azərbaycanın həyatında inkişaf dövrü olmuşdur. Azərbaycanda

iqtisadiyyatın bütün sahələri inkişaf edib. Bu sahəıdə görülən işlər sırasında Azərbaycanın dövlət neft

sənayesinin xüsusi əhəmiyyəti var. Biz bu strategiyanın 1993–94–cü illərdə hazırlayıb həyata keçirməyə

başlamışıq, Azərbaycanın zəngin sərvətlərindən olan neft, qaz yataqlarının dünyanın böyük müasir

texnikaya, texnologiyaya malik olan neft şirkətləri ilə müştərək işlənməsi üçün 21 müqavilə

imzalanıbdır, xarici ölkələrdən 32 böyük neft şirkəti bu müqavilələrin iştirakçısıdır. Artıq biz

gördüyümüz işlərin neft strategiyasının real nəticələrini əldə etmişik. İki neft kəməri – biri şimal

istiqamətində Bakı–Novorossiysk, biri də qərb istiqamətində Bakı–Supsa yaranıbdır. Azərbaycan neftini

ixrac edir.

Son illərdə çox böyük layihə üzərində işləmişik və Azərbaycanın gələcəkdə hasil olunacaq böyük

həcmli neftinin dünya bazarında ixracı üçün Bakı–Tbilisi - Ceyhan neft kəmərinin inşasına artıq

başlanmışdır. Azərbaycanın zəngin “Şahdəniz” yatağından hasil olacaq qazın da Türkiyəyə ixracı üçün

lazımi müqavilələr imzalamışıq və qaz kəmərinin inşasına başlayırıq. Hamımız yaxşı bilirik ki,

Azərbaycan nefti dünyada məhşurdur. Hələ 150 il bundan əvvəl dünyada ilk dəfə sənaye üsulu ilə

Azərbaycanda neft hasil olub. Sonrakı illərdə neft hasilatı artıb, ancaq bu Azərbaycan xalqına məxsus

olmayıbdır. Bizim hasil etdiyimiz zəngin neft və qaz, yetmiş il Sovetlər İttifaqının ümumi iqtisadiyyatına

qatılıbdır. Biz bundan lazım olan bəhrələri götürməmişik. Azərbaycan çox mühüm bir coğrafi strateji

mövqeyə malikdir. Bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu

Page 76: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 76

baxımdan biz Avropa birliyi ilə başqa beynəlxalq təşkilatlarla müştərək işlər görürük. Avropa birliyinin

TASEKA proqramının həyata keçirilməsi, tarixi İpək yolunun bərpa olunması sahəsində Azərbaycan çox

işlər görmüşdür və biz bunun müsbət nəticələrini əldə edirik. Gələcəkdə də bu proqram, müsbət nəticələr

verəcəkdir. Böyük İpək yolunun bərpası, TASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar 1998–

ci ildə Azərbaycanda Avropa birliyi ilə beynəlxalq konfrans keçirildi. Şərqdə Yaponiyadan, qərbdə

İspaniya qədər olan 32 dövlətin 14 beynəlxalq təşkilatın nümayəndələri, bu konfransda iştiraketdilər.

Dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi, həm Azərbaycan üçün həm də bütün

dünya azərbaycanlıları üçün çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycanlılar dünyada gedən miqrasiya prosesi nəticəsində bir çox ölkələrə səpələnmişdilər.

Bu təbii bir prosesdir. Onun qarşısını almaq olmaz. Bəzi müxalifər dairələri bizi tənqid edirlər ki,

Azərbaycan əhalisinin xeylisi kənarda yaşayır. Çünki hər bir millət, hər bir xalq ancaq öz doğma

çərçivəsində milli məhdudiyyət şəraitində yaşaya bilməz. Əgər azərbaycanlılar bu proses nəticəsində

dünyanın bir çox ölkələrində məskunlaşıblarasa orda özləri üçün həyat qurublarsa bunlar hamısı

dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir.

Biz hesab edirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını

özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun–qaydaları ilə yaşamışdır və

istədiyi yol ilə getməlidir.

Biz indi böyük məmuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində - Avropada, Şimali

Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan

azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli

köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı azərbaycanlıları birləşdirən milli

mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mənəvi dəyərlərimizdir, mahnılarımızdır,

incəsənətimizdir, ədəbiyyatmızdır, musiqimizdir, xalqa mənsub olan adət - ənənələrdir. İnsan hansı

ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliyətini qoruyub saxlasın.

Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Azərbaycanlılıq aparıcı ideya kimi, həm

Azərbaycanda həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu

ideya ətrafında birləşməliyik. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev öz çıxışında qeyd

etdi ki, bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Prezident öz çıxışında

qeyd etdi ki, bu qurultay bizim qarşımızda duran vəzifələrin yerinə yetirilməsində çox böyük rol

oynayacaqdır, öz xidmətlərini göstərəcəkdir.

Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafeyinə uyğun olan müstəqil xarici siyasət aparır.

Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi,

ictimai, elmi, humanitar əlaqələr yaratmışıq. Ancaq Azərbaycan heç öz müstəqil siyasətindən geri

çəkilməyəcəkdir, onun müstəqil xarici siyasəti, Azərbaycan müstəqilliyinin əsas rəmzidir, əsas

göstəricisidir. Azərbaycan dünyanın bütün təşkilatlarının üzvüdür. Bu ilin əvvəlində Azərbaycan mötəbər

Avropa şurasının da üzvü seçilibdir. Bunlar Azərbaycanın xarici siyasətini eyni zamanda Azərbaycanın

həyatında aparılan demokratik dəyişikliklərin bütün sahələrdə tətbiq olunan islahatların məntiqi

nəticəsidir.

Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlət kimi dünyada öz yerini tutubdur. Ancaq bizim üçün

ən çətin problem Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. İşğal edilmiş torpaqlarımızın

azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. 1993–cü ildə BMT təhlükəsizlik

şurası Ermənistan silahlı qüvvələrini işğal etdiyi torpaqlardan qeyd–şərtsiz çıxması barədə 4 qətnamə

qəbul edilmişdir. Təhlükəsizlik şurasının 6 bəyanatı var, ancaq Ermənistan bunlara məhəl qoymur. 1996–

cı ilin dekabr ayında ATƏT–in Lissabon zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünün təmin

olunması və Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli haqqında çox əhəmiyyətli bir

sənəd qəbul edilmişdir. ATƏT–in tərkibində olan 54 dövlətdən 53-ü buna səs vermiş, təkcə Ermənistan

etiraz etmişdir. Ancaq təəssüflər olsun ki, bu mötəbər təşkilatın ATƏT–in zirvə görüşünün irəli sürdüyü

qərar yenə də Ermənistan tərəfindən qəbul olunmur. Biz məsələnin sülh yolu ilə həll etmək üçün daim

çalışırıq. Hələ 1993–cü ildə Ermənistan – Azərbaycan münaqişəsini həll etmək üçün ATƏT–in Minsk

qrupu yaranıbdır. Minsk qrupuna 1997–ci ilin əvvəlindən sonra üç böyük dövlət - Rusiya, ABŞ və Fransa

rəhbərlik edir. Biz ötən illər bu təşkilatla

Page 77: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 77

onun həmsədrləri ilə çox işlər görmüşük. 3 - 4 gün bundan öncə həmsədrlər Rusiyanın, ABŞ–ın və

Fransanın təmsilçiləri yenə bölgəmizdə olmuş bizimlə görüşüb danışıqlara aparılmış, Ermənistanda

olmuşlar. Biz bir daha bəyan etmişik ki, məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bunu

hər iki tərəfdən müəyyən kompromislər nəticəsində həll etmək olar. Ancaq bu beynəlxalq hüquq

normaları əsasında dünyada hamı tərəfindən tanınmış prinsiplər - ölkələrin ərazi bütövlüyü, suverenliyi

və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır.

Bu sahədə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var.

Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, diasporu yaşadıqları ölkədə

ümumiyyətlə beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu bizim diasporun formalaşmasının ilkin mərhələsidir. Hamımız çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın.

Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya

azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki azərbaycan icmaları da gəncdirlər.

Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycanlılığı yaşadacağıq, daimi, əbədi edəcəyik.

Page 78: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 78

MÖVZU 20

AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQİLLİYİ DAİMİ VƏ ƏBƏDİDİR

1991–ci il oktyabrın 18–də “Azərbaycan dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul

edilməsi ilə ölkəmizin tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlanmışdır. Tarixi baxımdan

çox qısa bir dövr olan bu dövr ərzində Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulmuş, onun

təsisatları yaradılmışdır.

On bir il Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi - nəzərdən az bir zamandır. Lakin

Azərbaycan xalqı bu illər ərzində böyük məsafə qət edibdir. On bir il müstəqil yaşamaq, yaratmaq, irəliyə getmək! Bu on bir ilin mənasının xalqımız üçün böyük əhəmiyyəti budur.

Bu illər ərzində Azərbaycan xalqı bəyan etdiyi demokratik, hüquqi, dünyəvi dövlət qurubdur, onun

təşkilatlarını yaradıbdır. Bu dövlətin yaşaması və inkişaf etməsi üçün çoxsaylı qanunlar qəbul edibdir.

Bazar iqtisadiyyatı yolu ilə gedərək bütün sahələrdə islahatlar aparılıb və bu islahatların nəticəsinə nail

olmuşuq. On bir il müddətində Azərbaycan dünya miqyasında özünə layiqli yer tutubdur, bütün

beynəlxalq təşkilatlarda təmsil olunubdur.

Azərbaycan bu on bir il müddətində çox ağır, çətin, keşməkeşli yol keçibdir. Azərbaycan xalqı

bütün sınaqlardan keçərək, bütün təhlükələrin qarşısını alaraq müstəqilliyini qoruyub, saxlayıb və daim

inkişaf edibdir. İndi bu on bir ili başa vurarkən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu

nailiyyətlərlə fəxr edə bilər. Azərbaycanın bütün dövlətçiliyi bütün dünyaya nümayiş etdirilibdir. Bu on

bir il içərisində bütün dünyaya nümayiş etdirmişik və sübut etmişik ki, Azərbaycan xalqının müstəqil

yaşamaq arzusu həmişə olmuşdur.

Azərbaycan dövlət müstəqilliyini bəyan edən zaman, yəni 1991–ci ilin oktyabr ayının 18–də çox

ağır, mürəkkəb bir dövr yaşayırdı. O, vaxt Azərbaycanda bəziləri Azərbaycanın müstəqil yaşamaq

imkanına şübhə edirdi, yaxud inanmırdı. Bəziləri nəinki istəmirdi, hətta buna mane olurdu. Azərbaycan

xalqının çox əsrlər ərzində qəlbində yaşatdığı istək və arzu bütün bunların hamısına qalib gəldi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdi və müstəqillik yolu ilə uğurla irəlilədi. Bu vaxt bir qrup

adamlar xalqın bu istəyinin, arzusunun qarşısını almaq istəyirdilər. Təsadüfi deyildir ki, 1991–ci ilin mart

ayının 7 - də Azərbaycanın Ali Sovetində SSRİ tərəfindən ortaya atılmış yeni bir tədbir, SSRİ–nin

qorununb saxlanılması haqqında referendumun keçirilməsi tədbiri müzakirə olunarkən, o vaxtkı

respublika rəhbərliyi nəyin bahasına olursa olsun, SSRİ–nin, Moskvanın bu arzusunu yerinə yetirmək

istəyirdi.

Ona görə deputatların bir qismi referendumun keçirilməsinin əleyhinə çıxdığı halda, tam

əksəriyyəti referendumun keçirilməsinin tərəfdarı oldu.

Martın 17–də referendum keçirildi və xalqın iradəsinə zidd olaraq, referendum nəticə verdi ki,

Azərbaycan əhalisi, seçiciləri SSRİ–nin saxlanılmasının tərəfdarıdır. Ancaq hadisələr çox sürətlə inkişaf

edirdi. Ümumiyyətlə, 1980–90–cı illərdə dünyada gedən proseslər, Avropada xüsusən Şərqi Avropa

ölkələrində gedən proseslər artıq SSRİ–nin ciddi laxladığını göstərirdi. Artıq onun yaşamaq

imkanlarının olmadığını göstərirdi. Martın 17–dən sonra SSRİ–nin dağılması ilə əlaqədar Moskvada 19

avqust hadisələri baş verdi, SSRİ dağıldı və bundan istifadə edən bütün müttəfiq respublikalar öz

istiqlaliyyətini bayan etdi və Azərbaycan da oktyabr ayının 18–də müstəqillik haqqında konstitusiya aktı

qəbul etdi. Ancaq təəssüflər olsun ki, Azərbaycanı o vaxt idarə edənlər bundan sonra da müstəqilliyə

inanmırdılar. Düşünürdülər ki, bəlkə hələ bu müvəqqəti bir şeydir, SSRİ yenə də bərpa olunacaqdır.

SSRİ–nin yenidən bərpasına xalq inanmırdı. Amma xalq çox ağır və gərgin proseslər içərisində yaşayırdı.

Bu isə Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ probleminin meydana çıxması və

Azərbaycanın daxilində ictimai – siyasi sabitliyin pozulması, Azərbaycan iqtisadiyyatının tənəzzülünün

başlanması ilə əlaqədar idi. Azərbaycan iqtisadiyyatının bəyan etməsindən və sonra keçən 11 ili bir neçə mərhələyə bölmək

olar. Birinci mərhələ oktyabrın 18–dən sonrakı dövr idi. 1992–ci ilin mart ayında Azərbaycanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı baş verdi. Bu hakimiyyət böhranı bir neçə ay davam etdi.

1992–ci ilin iyununda Azərbaycanda yeni prezident seçildi. Belə bir ağır vəziyyətdə,

Ermənistanla müharibə getdiyi bir zamanda, Azərbaycanın həyatında hərc – mərclik, xaos, özbaşnalıq

Page 79: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 79

hökm sürürdü və bunların da hamısının səbəbi hakimiyyətsizlik idi. Çünki istiqlaliyyət elan ediləndən

sonra, olan hakimiyyət özünü rahat hiss edə bilmirdi. Bu da hakimiyyətin səhnədən getməsi ilə qurtardı.

1992–ci ilin iyun ayında prezident seçildi, Xalq cəbhəsi hakimiyyətə gəldi, xalq onlara inandı, etimad

göstərdi. Ancaq onlar anlamadılar ki, Azərbaycanı bu ağır şəraitdə idarə etməyə qadir deyillər. Onların

bir illik hakimiyyət dövrü, demək olar ki, Azərbaycanda sürətlə gedən dağıdıcı, pozucu bir prosesə

çevrildi. 1993–cü ildə Azərbaycanda həm iqtisadi, həm siyasi böhran, həm də dövlət böhranı baş verdi.

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan

həm daxili qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi–strateji əhəmiyyətə malik olan,

böyük təbii sərvətləri olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Ermənistanın Azərbaycana etdiyi təcavüzün nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətlərə

uğraması, ikinci tərəfdən də daxili hakimiyyət çəkişməsi, hakimiyyət mübarizəsi 1992–ci ilin iyun

ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən xalq özü saldı.

Nə üçün 1992–ci ilin mart ayında dövlət böhranı baş verdi və hakimiyyət istefa verməyə məcbur

oldu? Çünki, xalq ona etimad göstərmədi. 1992–ci ilin iyun ayında xalq digər bir qüvvələrə etimad

göstərdi, inandı. 1993–cü ildə məlum hadisələr baş verdiyi zaman xalq həmin hakimiyyətin arxasında

durmadı, onu dəstəkləmədi. Bir ilin müddətində inamını itirdi və Azərbaycan böyük bir fəlakət qarşısında

qaldı.

1993–cü ildə Azərbaycan parçalanmış bir dövlət kimi, məhv olmaq təhlükəsi altında idi.

Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq

Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir “cümhuriyyət” yaratmağa

çalışdılar. Bu baş tutmadı. 1993–cü ildə xalqın tələbi ilə iyun ayının 9-da Heydər Əliyev Bakıya gəldi.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda vəziyyət müəyyən qədər normallaşdı. 1994–cü ilin

oktyabr ayında Azərbaycanda yenidən hakimiyyəti zorla, silah gücü ilə ələ almağa cəhd göstərdilər. Lakin

yenə də biz bu ağır vəziyyətdən çıxdıq. Xalq hər bir rayonda, hər bir şəhərdə onların qarşısını aldı.

1995–ci ilin mart ayında olan hadisə Surət Hüseynovun başladığı hərəkatın davamı idi. Bir çox

xarici ölkələrin ayrı – ayrı nümayəndələrinin dəstəyi ilə Azərbaycanda Xalq Cəbhəsi Hakimiyyəti

nümayəndələrinin dəstəyi ilə XTRD hakimiyyət uğrunda mübarizəyə başladı. Ancaq yenə Azərbaycanın

dövlətçiliyi, dövlətin qüdrəti yenə də xalqın Azərbaycan dövlətinə inamı bizi bu böyük xətadan qurtardı.

1995–ci ildə Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin o il Azərbaycanın ilk

Milli Məclisi seçildi. 1995–ci ildən sonra Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün müəyyən

imkanlar yaradıldı.

Özəlləşdirmə proqramı, onun hazırlanması həyata keçirildi. Dövlət quruculuğu sahəsində, idarəetmədə struktur dəyişikliklər əmələ gəldi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai– siyasi

fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutmuşdur. Heç də təsadüfi deyildir ki,

XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsəsən diqqəti cəlb edir.

XX əsrin əvvəlində Azərbaycan Respublikası dünyanın 30–dan çox ölkəsi ilə ali təhsil sahəsində

geniş miqyaslı əməkdaşlıq edir.

Səhiyyə sahəsində islahatlar keçirildi. Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində son on bir ildə əldə edilən nailiyyətlər möhtərəm Prezident Heydər

Əliyevin adı ilə bilavasitə bağlıdır.

Məhz ölkə başçısının yeritdiyi böyük siyasətin nəticəsində səhiyyə sahəsində də həyata keçirilən

islahatlar xalqın sağlamlığına dövlət səviyyəsində göstərilən müstəsna qayğı və diqqətin əsl mənada

parlaq nümunələri sayıla bilər. İndi Azərbaycan səhiyyəsinin uğurları təkcə respublikamızda, keçmiş

postsovet məkanında deyil, həm də inkişaf etmiş ölkələrdə o cümlədən, ABŞ, İngiltərə, Fransa,

Almaniya, Kanada, İtaliya və s. tərəfindən təsdiq edilir və qəbul olunur. 1991–ci ildən 1995– ci ilə qədər

ümumi daxili məhsul 58%, sənaye məhsulu 67%, kənd təsərrüfatı məhsulu 48% azalmışdı. Amma

1996–cı ildən 2001–ci ilə qədər ümumi daxili məhsul 57% artmışdı. Sənye məhsulu 20%, kənd

təsərrüfatı məhsulu 30% artmışdır. Əgər 1991–95–ci illərdə kapital qoyuluşunun

Page 80: Fənn: Fəlsəfə MÜNDƏRİCAT Mövzunun adı Seminar-məşğələ

Fənn: Fəlsəfə Şöbə: “Tibb bacısı işi”

1 nömrəli Bakı Tibb Kolleci 80

həcmi 43% azalmışdırsa, 1996–2001–ci illərdə 4 dəfə artmışdır. İqtisadiyyatı inkişaf etdirmək üçün hər

şeyə sərbəstlik verilmişdir. Bu gün Azərbaycan 120–dən çox ölkə ilə xarici ticarət aparır.

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc

Azərbaycan Respublikasının üzləşdiyi sosial – iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli

onun beynəlxalq aləmdəki mövqeyi, ayrı – ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən

qarşılıqlı faydalı əlaqələrin və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu

mənada Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin

formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin

tənzimlənməsi və inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan dövlətinin xarici siyasətinin çox vacib və əhəmiyyətli istiqamətlərindən biri də müasir

dünyanın yeganə fövqəl dövləti olan ABŞ ilə münasibətlərdir. Müstəqil Azərbaycanla bu ölkə arasında

daimi diplomatik münasibətlər 1992–ci ilin martın 18–də yaradılmışdır. Lakin, bu hələ ilk addım idi.

Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etibar qazanamaq,

Azərbaycanı layiqincə təqdim etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb

olunurdu. 1994–cü ilin sentyabr ayında məşhur “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm

başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərə yeni həm dönüş nöqtəsi oldu.

Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi çox

nüfuzlu həmfikirlər əldə etməsi Heydər Əliyev tarixi siyasətinin Avropa istiqamətinin çox mühüm

böyük uğuru oldu.

Özünün uzaq tarixi köklərə malik demokratik dövlətçilik ənənələri ilə seçilən Böyük Britaniya və

İrlandiya Birləşmiş Krallığı beynəlxalq münasibətlərə təsiretmə gücünə görə dünya siyasətinin

yönümünün müəyyən və beynəlxalq aləmin ən ümdə problemlərinin həllində xüsusi çəkisi olan ölkələr

sırasına daxil olduğundan Azərbaycan ilə bu ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq və dostluq

əlaqələri qurulmuşdur.

Yalnız Prezident Heydər Əliyevin Respublika rəhbərliyinə yenidən qayıtmasından sonra Azərbaycanın xarici siyasətində O cümlədən, dünyanın böyük və nüfuzlu dövlətlərindən sayılan Fransa

ilə münasibətlərdə də dönüş baş verdi.

Bu illərdə dövlət başçısı H.Əliyevin İrana, Türkiyəyə, Səudiyyə Ərəbistanı və Pakistana səfərləri

və apardığı danışıqlar çox əhəmiyyətlidir.

Azərbaycan Prezidenti yeni xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın

genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirir. Məhz buna görə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT), Avropa Şurası (AŞ),

Müstəqil Dövlət Birliyi, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Parlamentlərarası İttifaq (Pİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), kimi beynəlxalq

təşkilatlarin üzvü olmaqla bərabər Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlarda da fəal əməkdaşlıq edir.

Azərbaycan Prezidentinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun

ən mühüm uğurlarından biri də 2001–ci ilin əvvəlində tarixi əhəmiyyət daşıyan hadisə Azərbaycanın

Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qovuşması oldu. Beləliklə müstəqilliyimizin ilk on

ili ərzində Azərbaycan xalqı Prezident Heydər Əliyevin rəhbərliyi altında ən mürəkkəb və sərt maneələri

dəf etdi. Azərbaycanda demokratik hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti

formalaşmasında qətiyyətli addım atıldı. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi

həm ölkəmiz üçün, həm də bu təşkilat üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında demişdir ki: “İnsan cürbəcür

şəraitlərdə yaşaya bilər. Amma insan üçün, xalq üçün hər şeydən qiymətli, hər şeydən əziz müstəqillikdir,

azadlıqdır. Biz çox əsrlər bu azadlığın, müstəqilliyin arzusunda olmuşuq. Ötən on bir ildə

müstəqilliyimizi möhkəmləndirmişik, inkişaf etdirmişik, dönməz etmişik və gələcək nəsillərə bu

müstəqilliyi töhfə edirik və inanırıq ki, xalqımız bu müstəqilliyi heç vaxt əlindən verməyəcəkdir.

Müstəqil Azərbaycan yaşayır və bundan sonra da uzun illər yaşayacaq, əbədiyyətə qədər yaşayacaqdır”.