elmi redaktoru: İqtisad elmləri doktoru, professorlib.bbu.edu.az/files/book/198.pdfbeynəlxalq...
TRANSCRIPT
Elmi redaktoru: İqtisad elmləri doktoru,
professor Mirdamət Sadıqov
Rəyçilər: Hafiz Məhərrəm oğlu Musayev
İqtisad elmləri doktoru M.M.Bağırov İqtisad
elmləri namizədi,dosent E.Ə.Balayeva
Ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.M.Məmmədov, lVI.K.Ramazanov.
Beynəlxalq iqtisadi təşkilatlar (Ali məktəblər üçün dərslik).
Bakı, Çaşıoğlu, 2010. - 384 səh.
Kitabın strukturu Azərbaycan Respublikası Təhsil nazirliyi
tərəfindən təsdiq olunmuş Dövlət təhsil standartına tam uyğundur.
Dərslikdə beynəlxalq iqtisadi, iqtisadi inteqrasiya, maliyyə,
valyuta-kredit təşkilatlannın funksiyaları, məqsəd və vəzifələri, onların
dünya iqtisadiyyatının inkişafındakı rolu ətraflı şəkildə təhlil olunur.
Dərslik iqtisadiyyatın müxtəlif ixtisasları üzrə təhsil alan
tələbələr, magistr və doktorantlar, müəllimlər, iqtisadçılar, eləcə də
baxılan məsələlərlə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-27-188-1
© Ə.H.Ələkbərov, M.Ə.Vəliyev, S.M.Məmmədov, M.K.Ramazanov, 2010
MÜNDƏRİCAT
Giriş.
Fəsil 1. Beynəlxalq təşkıladann və beynəlxalq iqtisadi təşkilatlann yaradılması ............................... 9
1.1 Beynəlxalq iqtisadi təşkilatların formalaşmasının əsasları .......... ............................................................................... 9 1.2. İqtisadi münasibətlərin beynəlxalq -hüquqi tənzimlənməsi 14 1.3. Beynəlxalq təşkilatların və beynəlxalq iqtisadi
təşkilatların təsnifatı...................................................... 16 1.4. Beynəlxalq təşkilatlann iqtisadi fəaliyyətinin
ümumi xarakteristikası.................................................. 21 Fəsil 2. Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış idarə və təşkilatları...................................................................................... 25
2.1. BMT-nin yaradılması ................................................... 25 2.2. BMT-nin İqtisadi və Sosial Şurası ............................... 31 2.3. İqtisadi və Sosial Şuranın Avropa
iqtisadi Komissiyası (AİK) ........................................... 39 5^ 2.4. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (YUNK-
TAD) .................................................................................... 43 ^2.5. Sənaye inkişafı üzrə BMT-nın idarəsi (YUNİDO) 47
2.6. Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı (PROON) ........................................... 49
i- 2.1. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) 50 2.8. BMT-nin Regional İqtisadi Komissiyaları ................... 50
i/ 2.9.Tariflər və Ticarət üzrə Baş saziş. Ümumdünya ticarət təşkilatı ......................................... 52
^ 2.10. Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında BMT-nin Konvensiyası ................................. 68
2.11. Ümumdünya Ticarət təşkilatı və Azərbaycan ........... 76 2.12. Ümumdünya turizm təşkilatı ...................................... 79
Fəsil 3. Beynəlxalq iqtisadi əlaqələr sistemində
beynəlxalq təşkilatlar.................................................. 83
3.1. İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (İƏİT) fəaliyyəti............................................................ 83
3.2. Avropa Şurasının fəaliyyətinin xüsusiyyətləri ............. 93
3.3. Britaniya millətlər birliyi ............................................ 96 3.4. Şimal Əməkdaşlığı (Nordic Cooperation) ölkələri. 100 3.5. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ................................................................................. 101 3.6. İslam Konfransı Təşkilatı (İKT) ................................... 104 3.7. .............................................................................. Neft ixrac edən ölkələrin təşkilatı (OPEK) ................................... 107 3.8. .............................................................................. Neft ixrac edən Ərəb təşkilatı (OAPEK) ..................................... 112
Fəsil 4. Regional iqtisadi inteqrasiya təşkilatları .......................... 114 4.1. İqtisadi inteqrasiyanın nəzəriyyəsi və məzmunu.... 122 4.2. İqtisadi inteqrasiya modelləri və konsepsiyası............ 126 4.3. İqtisadi inteqrasiyanın formaları və növləri ................ 131 4.4. Beynəlxalq iqtisadi inteqrasiyanın mahiyyəti,
məqsədi və əsas əlamətləri .......................................... 137 4.5. Ölkələr səviyyəsində inteqrasiya birliklərinin '
təkamülü ........................................................................ 142 4.6. Azad ticarət haqqında
Amerika - Kanada - Meksika sazişi .............................. 151 4.7. Cənub Yanmkürəsi ölkələrinin (Cənub Konusu) ümumi
bazan (MERKOSUR) .................................................... 161 4.8. Asiya - Sakit okean iqtisadi əməkdaşlığı ...................... 163 4.9. And qrupu ..................................................................... 169 4.10. Asiya - Sakit okean regionunda inteqrasiya
prosesləri ....................................................................... 171 4.11. Ərəb ölkələrində inteqrasiya prosesləri ...................... 183 4.12. Afrikanın inteqrasiya birlikləri ................................... 189 4.13. Müstəqil dövlətlər birliyi ölkələrinin inteqrasiyası 201 4.14. Avropa iqtisadi birliyi. Avropa ittifaqı: təkamülü,
siyasəti ......................................................................... 209 4.15. Avropa iqtisadi birliyinin əsas prinsipləri ................. ...212
‘ 4.16. Avropa İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi ........................................................... 213
4.17. Qərbi Avropa iqtisadi inteqrasiyasının inkişaf mərhələləri ..................................................... 216
4.18. Avropa ittifaqının idarə olunması ............................... 225 4.19. Avropa ittifaqı ölkələri iqtisadiyyatının müasir vəziyyəti 228 4.20. Avropa ittifaqı inteqrasiyasının maliyyə təminatı 233 4.21. Avmpa ittifaqı məkanı (AİM) haqqında
Aİ-AATA müqaviləsi ................................................. 237
mmmmmmmmmm ....... .. ...... .. . : 4.22. Şengen Sazişi (razılaşması.) Şengen Sazişi ölkələri.. 239 4.23. Aİ-nin genişləndirilməsi. 15-dən 27-yə ...................... 241 4.24. Avropa iqtisadi Birliyindən
Avropa ittifaqına doğru təkamül ................................. 247 4.25. Avropa Azad Ticarət Assosiasiyası (European Free Trade Association) ........................................ 250 4.26. Azərbaycan-GUAM ................................................... 253 4.27. Azərbaycan - Qara Dəniz iqtisadi əməkdaşlıq
təşkilatı .......................................................................... 260 Fəsil 5. Müasir dövrdə beynəlxalq valyuta - maliyyə münasibətləri
......................................................................................................... 267 5.1. Dünya valyuta sistemi ................................................... 267 5.2. Dünya valyuta sisteminin inkişaf mərhələləri .............. 270 5.3. Bretton - Vuds valyuta sistemi ...................................... 277 5.4. Müasir dünya valyuta sistemi. Yamayka
konfransı ........................................................................ 283 5.5. Avropa valyuta sistemi ................................................. 287 5.6. Valyuta bazarları və onun quruluşu .............................. 295 5.7. Dünya qiymətli kağızlar bazarı ..................................... 300 5 .8.Valyuta kursları ............................................................... 302 5.9. Valyutaların xüsusiyyətləri ........................................... 309 5.10. Beynəlxalq maliyyə mərkəzləri .................................. 312 5.11. Ofşor maliyyə mərkəzləri ........................................... 316
Fəsil 6. Beynəlxalq maliyyə-kredit təşkilatları ........................ 322 6.1. Dünya Bankı ................................................................. 322 6.2. Avropa yenidənqurma və inkişaf bankı ................ ... ... 334 6.3. Beynəlxalq hesablaşmalar bankı (Bazel bank, İsveçrə) ....... .. ..................................................................................... 338 6.4. İslam l^ankları .............................................................. 343 6.5. Asiya klirinq ittifaqı ...................................................... 350 6.6. Beynəlxalq valyuta fondu (BVF) .................................. 357 6.7. Dünya Valyuta sistemi üzərində BVF-nun nəzarəti ................................................................................................ 370 Ədəbiyyat ............................................................................... 377 Rus dilində .............................................................................. 378
GİRİŞ
Müasir qloballaşmış dünyanı beynəlxalq təşkilatlarsız və
beynəlxalq iqtisadi təşkilatlarsız təsəvvür etmək mümkün deyil. Ölkələr
(onların kompaniyalan) bir-biri ilə ticarət əməliyyatlarını həyata keçirir,
müqavilə bağlayır,müxtəlif qəbildən olan işlərin görülməsi, əmtəə və
xidmətlərin ticarəti, obyektlər tikintisi,müəssisələrin satın
alınması,borclar,kreditlər verilməsi və şairənin həyata keçirilməsinin
ümumi qaydalan barədə razılığa gəlirlər. Bütün bu fəaliyyətlərin ən
sadəsindən tutmuş, ən mürəkkəbinə qədər hər birində iştirakçı qismində
çoxlu sayda ölkə və kompaniyalar iştirak edir ki, bu da onlann iki tərəfli
və çoxtərəfli beynəlxalq əməkdaşlığının məzmununu təşkil edir. Belə
əməkdaşlıq prosesində müvafiq qaydalar işlənilir ki,onlar da çox
hallarda əsrlər boyu formalaşmış adət və ənənələrə əsaslanır.
Bu qaydalar beynəlxalq hüququn subyektləri arasında
bağlanılan müqavilələrlə birlikdə beynəlxalq hüququn mənbələrindən
birini təşkil edir və bunlar da beynəlxalq konvensiyalar adlandınlırlar.
Belə konvensiyalar da bir qayda olaraq beynəlxalq iqtisadi
hüquq çərçivəsində beynəlxalq iqtisadi təşkilatlar tərəfindən işlənilib
qəbul olunurlar. Beynəlxalq iqtisadi hüquq iqtisadi münasibətlər
sahəsində dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında
münasibətləri tənzimləyən prinsip, norma və ümumi qəbul olunmuş
qaydaların məcmusudur. İqtisadi hüquq çox böyük özünə məxsusluğu
ilə fərqlənir. Ona görə ki,onun mənbəyi müstəsna olaraq yalnız müqavilə
bazası deyil, həm də Birləşmiş Millətlər Təşkilatı və onun idarələri,eləcə
də digər beynəlxalq iqtisadi təşkilatlar tərəfindən işlənilən sənədlərdir.
Məsələn, Baş Assambleyanın və yaxud onun idarələrinin dövlətlər
tərəfindən ratifikasiya olunmuş tövsiyələri beynəlxalq hüququn adi
normasına çevrilir. Hətta ratifikasiya etmədikləri halda belə, dövlətlər
onlan nəzərə almağa üstünlük verirlər. Beynəlxalq valyuta fondu və
Dünya bankının maliyyə-iqtisadi sahədə ki,tövsiyələri bir çox ölkələr
üçün onların öz milli qanunlanndan mühüm hesab olunur.
Ona görə də beynəlxalq iqtisadi münasibətlərin müasir
sisteminə bu və ya digər dərəcədə təsir göstərən beynəlxalq iqtisadi
təşkilatların fəaliyyətinin xüsusiyyətləri və mexanizminin,eləcə də
onların işləyərək ümumi qaydalar kimi dövlətlərə təqdim etdikləri hüquq
normalarının dəqiq öyrənilməsi mühüm əhəmiyyətli məsələlərdəndir.
Bu nöqteyi-nəzərdən ali ixtisas təhsilinin Dövlət standartı
əsasında hazırlanmış dərslik böyük əhəmiyyət kəsb edir.
Kitabın birinci fəsili beynəlxalq əməkdaşlığın
əlaqələndirilməsində beynəlxalq iqtisadi təşkilatlara və onların
formalaşdınimasının nəzəri konseptual əsaslanna həsr olunmuşdur.
Bu fəsildə beynəlxalq iqtisadi təşkilatların formalaşmasının
əsasları izah olunur, iqtisadi münasibətlərin beynəlxalq-hüquqi
tənzimlənməsi məsələləri şərh edilir. Beynəlxalq təşkilatların və
beynəlxalq iqtisadi təşkilatların təsnifatına baxılır, onların iqtisadi
fəaliyyətinin ümumi xarakteristikası verilir.
İkinci fəsildə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış
idarə və təşkilatlarının fəaliyyətinə baxılır. Burada BMT-nin
yaradılması,onun İqtisadi və Sosial Şurası,regional iqtisadi
komissiyaları,ixtisaslaşmış təşkilatlarının və xüsusi səlahiyyətli
qurumlarının fəaliyyəti,idarə olunma qaydaları,ölkələr arasında
beynəlxalq iqtisadi münasibətlərin dərinləşməsində onların əhəmiyyəti
geniş təhlil olunur.
Burada iqtisadi və Sosial Şuranın Avropa İqtisadi
Komissiyasının, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının, Sənaye
inkişafı üzrə idarəsinin, İnkişaf proqramının, Ərzaq və kənd təsərrüfatı
təşkilatının səlahiyyətləri və fəaliyyət istiqamətləri geniş şəkildə şərh
olunur, .dünya iqtisadiyyatı və BİM-in inkişafında onların rolu göstərilir.
Tariflər və Ticarət üzrə Baş sazişin - Ümumdünya ticarət təşkilatının
fəyaliyyətinə baxılır. Vyana Konvensiyası təhlil olunur.
Növbəti fəsil l“Beynəlxalq iqtisadi əlaqələr sistemində
beynəlxalq təşkilatlar adlanır”. Burada İqtisadi əməkdaşlıq və inkişaf
təşkilatı,Avropa Şurası, Britaniya millətlər birliyi. Şimal Əməkdaşlığı
ölkələri birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam
Konfransı təşkilatı,Neft ixrac edən ölkələrin təşkilatı (OPEK), Neft ixrac
edən ölkələrin Ərəb təşkilatı kimi iqtisadi təşkilatlann quruluşu,yaranma
zərurəti və
8
dünya iqtisadiyyatının inkişafında onların əhəmiyyəti təhlil olunur.
Dördüncü fəsildə regional və sub-regional iqtisadi inteqrasiya
təşkilatlarının yaradılması, onların fəaliyyət istiqamətləri, regionun və
bütövlükdə dünya iqtisadiyyatının inkişafında onlann əhəmiyyəti
məsələləri ətraflı şərh olunur. Fəsildə Avropa ittifaqı, NAFTA, ASEAN,
və s. kimi iri inteqrasiya birliklərinin fəaliyyətinin araşdırılmasına xüsusi
yer ayrılır.
İqtisadi inteqrasiyanın nəzəriyyəsi, modelləri və konsepsiyası
təhlil olunur. Burada iqtisadi inteqrasiyanın nəzəriyyəsi və məzmunu,
inteqrasiya modelləri və konsepsiyası, iqtisadi inteqrasiyanın formaları
və növlərinə baxılır. Beynəlxalq iqtisadi inteqrasiyanın
mahiyyəti,məqsədi və əsas əlamətləri təhlil olunur.
Bu fəsildə dünyada ən mükəmməl iqtisadi inteqrasiya birləşməsi
olan Avropa ittifaqına xüsusi diqqət yetirilir. İttifaqın yaranma səbəbləri
və şəraiti, təkamülü, iqtisadi siyasəti, inkişaf mərhələləri, ittifaq
ölkələrinin iqtisadiyyatının müasir vəziyyəti, maliyyə təminatı,
genişləndirilməsi məsələləri ətraflı şərh olunur.
Azərbaycan Respublikasının GUAM və Qara Dəniz iqtisadi
əməkdaşlıq təşkilatında rolu təhlil olunur.
Beşinci fəsildə müasir dövrdə beynəlxalq valyuta münasibətlərinə
baxılır. Dünya valyuta sistemi və onun inkişaf mərhələləri təhlil
olunur.Məlum olduğu kimi dünyanın müxtəlif ölkələri arasında maliyyə
münasibətləri digər bərabər şərtlər daxilində, milli valyutaların dəyişmə
kurslarına əsaslanır. Bununla əlaqədar olaraq valyuta kurslannm
formalaşmasına təsir edən amillər və səbəblər aydınlaşdırılır. Dünya
valyuta və qiymətli kağızlar bazarlarının fəaliyyəti, quruluşu təhlil
olunur.
Beynəlxalq maliyyə mərkəzləri və ofşor maliyyə mərkəzlərinin
fəaliyyət istiqamətlərinə baxılır.
Sonuncu fəsildə beynəlxalq maliyyə kredit təşkilatlarının
fəaliyyəti geniş şəkildə təhlil olunur və onların dünya ölkələri arasında
iqtisadi əlaqələrin genişləndirilməsi və dünya təsərrüfatının inkişafına
təsiri aydınlaşdırılır.
-V-"'. .........
FƏSİL 1. BEYNƏLXALQ TƏŞKİLATLARIN VƏ
BEYNƏLXALQ İQTİSADİ TƏŞKİLATLARIN YARADIL-
MASI
1. 1 Beynəlxalq iqtisadi təşkilatların formalaşmasının əsasları
Müvafiq olaraq iqtisadi hüququn bazasında bütün ölkələrin
iqtisadi münasibətlərinin beynəlxalq tənzimlənməsi həyata keçirilir. Bu
və ya digər beynəlxalq normalardan asılı olaraq bu tənzimlənmə
müxtəlif səviyyələrdə baş verir: a) ümumi (universal), b) regional, c)
iki tərəfli. Universal normalar bütün subyektlərin münasibətlərini
tənzimləməklə ümumi beynəlxalq hüququ təşkil edir. Beynəlxalq
hüquqi normalar dispozitiv və imperativ (qəti) xarakterli olurlar.
Birinci halda beynəlxalq normalar ölkənin davranışının ümumi
qaydalanm müəyyənləşdirir, konkret hərəkətləri isə onlar özləri təyin
edirlər; ikinci halda, yəni imperativ normalarda dövlət həmin
normaların tələblərini sözsüz yerinə yetirməyə borcludur. Bu normalara
BMT-nin Baş Assambleyasının müqavilə və qətnamələri daxildir.
Ümumi halda belə qəbul olunmuşdur ki, BMT-nin Nizamnaməsim
təkzib edən istənilən müqavUə etibarsızdır və heç bir dövlət ona
istinad edə və onun imtiyazlarmdan istifadə edə bUməz. Bu
tənzimləmədə mühüm rol bütöv bir qrup beynəlxalq iqtisadi təşkilatlara
məxsus olur.
t İqtisadi münasibətlərin tənzimlənməsində beynəlxalq iqtisadi
təşkilatların qarşısında duran əsas məsələlər aşağıdakılardır:
-dünyanın bütün regionlarında sabit və dayanıqlı iqtisadi
inkişafın təmin olunması. Maliyyə sferasının dünya konyunkturasının
dəyişməsinə və xarici siyasi amillərin təsirinə daha həssas olduğundan
bu sahəyə xüsusi diqqət yetirilməlidir; iqtisadi əməkdaşlığın çoxnövlü
formalarından istifadə etməklə ölkələr arasında iqtisadi əməkdaşlığın
inkişafına köməklik göstərilməlidir;
-ticarət-iqtisadi əməkdaşlıqda ayrı-seçkiliyin tamamilə aradan
qaldırılmasına yardım etmək;
-inkişaf etməkdə olan və yeni kapitalist ölkələrində fərdi
sahibkarlığın inkişafına hərtərəfli köməklik göstərmək;
-beynəlxalq iqtisadi əməkdaşlığın iştirakçısı olan ölkələrin
makroiqtisadi siyasətlərinin razılaşdırılması. Bu çox çətin məsə-
10 _____________ ^ /■ ' .
lədir. Ölkələrin iqtisadiyyatlarının “keyfiyyətinə” görə biri- birindən
əsaslı şəkildə fərqlənməsi ilə əlaqədar olaraq, hələ uzun illər ərzində
onların iqtisadi siyasətinə vahid yanaşmanın tətbiqi mümkün
olmayacaqdır.
Qlobal inteqrasiya proseslərinin təsiri altında ölkələrin qarşılıqlı
əlaqəsi və dünyanın funksional bütövlüyü ayrı-ayrı ölkələrin
fəaliyyətlərinin əlaqələndirilməsini və razılaşdırılmasmı tələb edir. Bu
funksiyanı xüsusi təşkilatı-formaya malik olan müxtəlif beynəlxalq
təşkilatlar yerinə yetirirlər.
'‘Beynəlxalq təşkilatlar- həyat fəaliyyətinin müxtəlif
sahələrində ümumi məqsədlərə nail olunması üçün milli cəmiyyətlərin
birləşməsidir. Onlar müəyyən dövr üçün yaradılır və ya daimi əsasda
fəaliyyət göstərirlər.
Ənənəvi olaraq belə qəbul olunmuşdur ki, beynəlxalq təşki-
latlann başhca əlaməti müvafiq funksiyalara və fəaliyyət
qaydalarma malik olmalandu*. Bir qayda olaraq onlar beynəlxalq
müqavilələr əsa- smda yaradıhr. Bu müqavilələr ayn-ayn məsələlərin
həllinə aid olan bir sıra sazişlərlə tamamlamr. Bu sazişlərdə təşkilatm
məqsədi, qarşısında duran məsələlər, orqanlanmn fəaliyyət konsepsiyası
və quruluşu, iş qaydası, onun üzvlərinin hüquq və vəzifələri əks olunur.
‘Beynəlxalq təşkilatlar Öz səlahiyyətlərini aşa bilməzlər. İqtisadi
əməkdaşlıq sahəsində beynəlxalq iqtisadi təşkilatlar, çox mühüm
iqtisadi problemlərin həll edilməsi məqsədilə yaradılır. Bunlardan
mühümləri aşağıdakılardır;
-ticarət məhdudiyyətlərinin aradan qaldırılması;
-texnoloji və ekoloji tərəqqiyə nail olunması üçün vəsaitlər
ayniması;
-valyutaların sabitləşdirilməsi və onların dönərliyinə nail
olunması;
-əmək şəraitinin və əmək münasibətlərinin yaxşılaşdırılmasının
stimullaşdırılması;
-bütün sahələrdə ayrı-seçkiliyin aradan qaldırılması və s.
Beynəlxalq təşkilatların əsas funksiyalarına aşağıdakılar aiddir:
-nəzarət
-təşkilati
-tənzimləmə
-məlumat
II
-müşahidə
-iqtisadi əməkdaşlığa yardım.
Ümumi şəkildə onların idarəetmə mexanizminə aşağıdakılar
daxil olur:
-sessiyalar -konfranslar -işçi orqanları -köməkçi orqanlar.
Beynəlxalq təşkilatlar içərisində mühüm rolu beynəlxalq iqtisadi
təşkilatlar oynayırlar. Bu təşkilatlar beynəlxalq müqavilə
münasibətləri əsasmda beynəlxalq iqtisadi əməkdaşhğm təşkili və
həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətlə məşğul olurlar.
Tarixən hələ XIX əsrdə bu qəbildən olan müxtəlif komissiyalar,
komitələr, ittifaqlar və assosiasiyalar meydana gəlmişdi. Misal kimi
1874- cü Udə yaradılmış Ümumdünya poçt ittifaqım, 1875- ci ildə
yaradılmış Beynəlxalq dəmir yolu konqresləri assosiasiyasım və s.
göstərmək olar.
Hazırda fəaliyyət göstərən beynəlxalq təşkilatlar həm kəmiyyət,
həm də keyfiyyətcə dəyişmişlər. Hazırda 3000-dən çox beynəlxalq
təşkilat fəaliyyət göstərir. 1 Dünyada az və ya çox dərəcədə iqtisadi
problemlərin həlli ilə məşğul olan 100-dən çox beynəlxalq təşkilat
vardır. Onlar öz tərkiblərinə, miqyasına, funksiyalarına, eləcə də dünya
iqtisadiyyatına təsir dərəcəsinə görə fərqlənirlər. İstənilən formalı
beynəlxalq təşkilat özünün fəaliyyət dairəsinə daxil olan müxtəlif
problemlərin həlli ilə məşğul olmalıdır. Hazırda hər il iqtisadi və digər
problemlərin həlli üçün 1000- dən çox beynəlxalq konfrans keçirilir. Bu
konfranslar beynəlxalq müqavilələrin işlənilməsi və qəbul olunması,
müxtəlif aktlann bağlanması, beynəlxalq münasibətlərin konkret
sahəsində əməkdaşlıq prinsiplərinin təsis olunması məqsədilə həyata
keçirilir.
Müharibədən sonra, xüsusilə də son 20-30 il ərzində beynəlxalq
iqtisadi münasibətlərin inkşafı onun çoxtərəfli tənzimlənməsini təmin
edən struktur və mexanizmlərin formalaşdmlması və inkişaf etdirilməsi
zərurətini meydana gətirdi. Belə mexanizmlərin meydana gəlməsi və
fəahyyət göstərməsi yalnız beynəlxalq iqtisadi münasibətlərin
müvəffəqiyyətlə inkişafmm ilkin şərti deyU, həm də bütövlükdə
beynəlxalq ticarətin və iqtisadi mübadilənin, xarici-iq- tisadi əlaqələrin
və BİM-in həyata keçirilməsinin tərkib hissəsidir.
12
Beynəlxalq iqtisadi münasibətlərin çox tərəfli tənzimlənməsi
sisteminin formalaşdırılması yalnız ikinci dünya müharibəsindən sonra
özünün fəal inkişafına qədəm qoydu və praktiki planda öz aralarında sıx
əlaqədə olan beynəlxalq iqtisadi təşkilatların yaradılması və müvafiq
sazişlərin imzalanması ilə özünü göstərdi. Beynəlxalq iqtisadi əlaqələrdə
mövcud olan çətinliklərin aradan qaldırılması üçün bir sıra cəhdlər
göstərildi. Bu cəhdlərin nəticəsində 1920- ci ildən 1933- cü ilədək beş
ümumdünya iqtisadi konfrans keçirildi. Belə ki, 1920- ci ildə
Brüsseldə maliyyə məsələləri və xarici ticarət üzrə konfrans; 1922-ci
ildə Qe- nuyada Avropanın iqtisadiyyatının bərpa olunması və
himayədarlığın azaldılması; 1927 və 1930- cu ildə Cenevrədə
himayədarlıq və gömrük tənzimlənməsi problemləri üzrə; 1933-cü ildə
Londonda milli-valyutaların sabitləşdirilməsi və ticarət -siyasi sahədə
məhdudiyyətlərin aradan qaldırılması məsələləri üzrə konfranslar
keçirildi.
Qeyd etmək lazımdır ki, bu konfranslar onun iştirakçılarının
üzərinə hər hansı bir öhdəlik qoyulmasını nəzərdə tutan sazişlərin
imzalanması ilə nəticələnmədi.
BİM-in çoxtərəfli tənzimlənməsində keyfiyyətcə yeni mərhələ
bilavasitə BMT-nin yaradılması ilə əlaqədar olmuşdur. BMT-nin
yaradılması yalnız beynəlxalq əməkdaşlığın, o cümlədən, onun iqtisadi
sahədə əsasverici prinsiplərinin formalaşdırıl- masma imkan vermədi,
həm də BİM-in konkret bölmələrinin təhlili, monitorinqi və
tənzimlənməsini həyata keçirən bir sıra təşkilat və strukturların
yaradılması üçün ilkin şərtləri təmin etdi. İkinci dünya müharibəsi sona
çatdıqdan sonra ilk illərdə yaradılan iqtisadi institut və təşkilatlar
sırasına 1944-cü ildə yaradılmış Beynəlxalq valyuta fondunu, 1945- ci
ildə yaradılmış Beynəlxalq yenidənqurma və inkişaf bankını, eləcə də
1948-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş Ticarət və tariflər üzrə
Baş sazişi (TTÜBŞ-QATT) aid etmək olar. BMT-nin Nizamnaməsində
digər məsələlərlə yanaşı iqtisadi, sosial, mədəni və humanitar sahələrdə
problemlər üzrə əməkdaşlığın həyata keçirilməsi də yer almışdır.
Beynəlxalq müqavilələr əsasında yaradılmış beynəlxalq iqtisadi
təşkilatlar həm ayrı-ayrı dövlətlərlə, həm də digər beynəlxalq
təşkilatlarla müxtəlif xarakterli sazişlər bağlamaq səla
13
hiyyətinə malikdir. Beynəlxalq iqtisadi təşkilatlar istənilən inzibati və
məhkəmə müdaxiləsindən toxunulmazlıq hüququna malikdirlər.
Müxtəlif beynəlxalq iqtisadi təşkilatlar onun iştirakçılarının
bağladıqlan saziş əsasında müəyyən məqsədlər üçün yaradılır. Hər bir
beynəlxalq iqtisadi təşkilatın fəaliyyəti onun nizamnaməsi ilə
reqlamentləşdirilir. Müasir qloballaşma şəraitində beynəlxalq əmək
bölgüsünün dərinləşməsi, birbaşa istehsal, elmi-texniki, ticarət sahəsində
əməkdaşlığın güclənməsi beynəlxalq iqtisadi təşkilatların əhəmiyyətini
və rolunu daha da gücləndirir.
Beynəlxalq iqtisadi təşkilatlar ticarət və iqtisadiyyat sahəsində
dövlətlərarası çoxtərəfli münasibətlərin tənzimlənməsinin mühüm
vasitəsidir. Bunun üçün onların razılaşdırmış məqsədi, özünün daimi
orqanları, təşkilatı normaları, o cümlədən nizamnamələri, qərar qəbulu
qaydası və s. vardır. Beynəlxalq tənzimləmədə təsir üsulları
aşağıdakılardır:
-beynəlxalq təşkilatların işləyib qəbul etdikləri və bütün üzv
dövlətlər üçün məcburi olan qətnamə və direktivlər;
-hökümətlərarası səviyyədə bağlanılan çox tərəfli sazişlər;
-regional səviyyədə razılaşmalar, məsləhətləşmələr və əməkdaşlıq.
Tənzimləmə bütövlükdə maraqlı dövlətlər arasında dünya
təsərrüfat əlaqələrinin daha da gücləndirilməsinə yönəldilmişdir.
Müasir dövrdə iqtisadi əməkdaşlığın çox tərəfli
tənzimlənməsinin əsas istiqamətləri aşağıdakılardır:
-maraqlı dövlətlər tərəfindən ticarət-iqtisadi münasibətlərin
müqavilə hüquqi əsaslarının yaradılması;
- ticarət-iqtisadi və siyasi vasitələr kompleksinin milli səviyyədə
tətbiq olunması yolu ilə dünya təsərrüfat əlaqələrinə təsir vasitələrinin
tətbiqi barədə razılaşmaların işlənilməsi;
-iqtisadi siyasətin ayrı-ayrı alətlərinin istifadə olunması imkanları
və çərçivəsinin müəyyənləşdirilməsi;
-üzv dövlətlər, onlann birlikləri və qruplaşmalan arasında baş
vermiş mübahisələrin həll olunması və razılaşmaların əldə edilməsinə
köməklik edən beynəlxalq institutların formalaşdınl- ması və daha da
inkişaf etdirilməsi;
-ticarət -iqtisadi əlaqələrin təşkili sahəsində təcrübə və məlumat
mübadiləsi.
14 ^ :
j L ' , u ■.::l\..i 1.2. İqtisadi münasibətlərin beynəlxalq-hüquqi
tənzimlənməsi
Dünya iqtisadiyyatında inteqrasiya prosesinin ölkələrarası və
sahələrarası ixtisaslaşma, kooperativləşmə və kooperasiya əlaqələrinin
güclənməsi, təmərküzləşmə səviyyəsinin 5mksəlməsi və bu kimi digər
amillər beynəbcalq əməkdaşlığın və iqtisadi münasibətlərin
beynəlxalq-hüquqi tənzimlənməsini zərurətə çevirir.
Dünya təsərrüfat sisteminə daxil olan ölkələr, onların müxtəlif
səviyyəli kompaniyaları biri-biri ilə əmtəə və xidmətlərin alqı-satqısı,
müxtəlif obyektlərin tikintisi, müəssisələrin satın alınması, müxtəlif
kreditlər, borclar verilməsi, birbaşa xarici investisiyalar qoyulması və
sairə barədə müxtəlif məzmunlu sövdələşmələr bağlayır və onların
həyata keçirilməsinin ümumi qaydaları haqqında razılığa gəlirlər. Bəzən
bir çox ölkə və kompaniyaların iştirak etdiyi həm sadə, həm də
mürəkkəb xarakterli belə fəaliyyətin həyata keçirilməsi ikitərəfli və
çoxtərəfli beynəlxalq iqtisadi əməkdaşlıqda özünü göstərir və belə
əməkdaşlıq prosesində əsrlər boyunca təşəkkül tapmış adət və ənənələrə
əsaslanan müvafiq qaydalar hazırlanır. Beynəlxalq hüququn subyektləri
arasında bağlanılan müqavilələrlə bərabər bu qaydalar beynəlxalq
hüququn mənbələrindən biri hesab olunur və bunları beynəlxalq
konvensiyalar adlandırırlar.
Beynəlxalq iqtisadi hüquq - iqtisadi münasibətlər sahəsində
dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında
münasibətləri tənzimləyən prinsiplər, norma və ümumi qəbul olunmuş
qaydaların məcmusudur. Hüququn digər növlərindən fərqli olaraq
iqtisadi hüquq özünün fərqli xüsusiyyətlərinə malikdir. Bu onunla
əlaqədardır ki, onun mənbəyi müstəsna olaraq yalnız müxtəlif ölkələrin
hökumətləri arasında bağlanan müqavilə bazası deyil, eləcə də BMT və
onun təşkilatları, müxtəlif regional iqtisadi təşkilatlar tərəfindən
işlənilmiş sənədlər, həm də adət və ənənələrdir. Qeyd etmək lazımdır ki,
iqtisadi hüquqda adət və ənənələr o qədər mühüm rol oynamır və
onlardan istifadə edilməsi məhdud xarakter daşıyır. Bu da,' beynəlxalq
ticarət sahəsində milli və beynəlxalq qanunvericiliyin müntəzəm olaraq
təkmilləşməsi ilə əlaqədardır. Məsələn, BMT-nin Baş Assambleyasının
və ya onun ticarət və inkişaf üzrə Komissiyasının (YUNKTAD) ha
zırladığı və dövlətlər tərəfindən təsdiq olunmuş tövsiyələr beynəlxalq
hüququn adi normasına çevrilir. Həmin normalan təsdiq etməmiş
dövlətlər belə, beynəlxalq iqtisadi münasibətləri həyata keçirərkən onları
nəzərə almağa üstünlük verirlər.
Beynəbcalq Valyuta Fondunun və Dünya Bankımn maliyyə-iq-
tisadi sahədəki siyasətləri çox vaxt mübahisəli xarakter daşısa da, bir çox
dövlətlər öz milli qanunlanna nisbətən onlan daha mühüm hesab edirlər.
Ona görə də hətta iqtisadçı olmayanlara belə beynəlxalq iqtisadi
təşkilatların fəaliyyətinin mexanizm və xüsusiyyətlərini, eləcə də onlann
işləyib təklif etdiyi ümumi hüquqi normalan tam anlamaq zəruridir. Ona
görə ki, onlar mütləq bu və ya digər formada beynəlxalq iqtisadi
münasibətlərə öz təsirini göstərir.
Müvafiq olaraq, yuxarıda qeyd edilənlər onu göstərir ki, dünya
təsərrüfat sisteminə daxil olan ölkələrin iqtisadi münasibətlərinin
beynəlxalq tənzimlənməsi beynəlxalq iqtisadi hüquq əsasında həyata
keçirilir. Bu və ya digər beynəlxalq normadan asılı olaraq bu tənzimləmə
müxtəlif səviyyəli xarakter daşıyır: a) ümumi (universal); b) regional; c)
ikitərəfli.
Universal iqtisadi hüquq normaları — bütün iqtisadi
subyektlərin münasibətlərini tənzimləməklə, ümumi beynəlxalq iqtisadi
hüququ təşkil edən normalardır.
Beynəlxalq iqtisadi hüquq normaları iki növə bölünür:
1) dispozitiv xarakterli;
2) qəti xarakterli.
Dispozitiv xarakterli beynəlxalq iqtisadi hüquq normaları —
ölkələr üçün məcburi xarakter daşımayan hüquqi normalardır. Bu halda,
beynəlxalq norma ölkənin davranışının ümumi qaydalarını
müəyyənləşdirir, konkret fəaliyyət qaydasını isə onlar özləri müstəqil
olaraq müəyyən edirlər.
Qəti xarakterli beynəlxalq iqtisadi hüquq normalan — tələbləri
dövlətlər tərəfindən sözsüz yerinə yetirilməli olan iqtisadi hüquqi
normalardır. Bunlann sırasına BMT-nin Baş Assambleyasının sazişləri
və qətnamələrini daxil etmək olar. Ümumiyyətlə, beynəlxalq təcrübədə
belə qəbul olunmuşdur ki, BMT-nin Nizamnaməsini tək- zib edən
istənilən saziş etibarsızdır. Ona görə də heç bir dövlət belə sazişlərə
istinad və onun üstünlüklərindən istifadə edə bilməz.
BİM-in beynəlxalq hüquqi tənzimlənməsinin əsas məqsədi
aşağıdakılardır:
16
- dünyanın bütün regionlannda sabit və dayanıqlı iqtisadi artımın
və inkişafın təmin edilməsi. Bu, xüsusilə maliyyə sahəsini əhatə edir. Bu
onunla əlaqədardır ki, maliyyə sahəsi dünya konyunkturasının
enib-qalxmasına, xarici siyasi amillərin təsirinə daha həssasdır və bunlar
dünya bazarına dərhal öz təsirini göstərir;
- BİM-in müxtəlif formalarından istifadə etməklə ölkələr arasında
iqtisadi əməkdaşlığa köməklik etmək;
- ticarət-iqtisadi əməkdaşlıqda ayn-seçkiliyin tamamilə aradan
qaldırılması;
- inkişaf etməkdə olan və sənaye ölkələrində fərdi sahibkarlığın
inkişafına bütün vasitələrlə köməklik göstərilməsi;
- dünya iqtisadi əməkdaşlığının iştirakçısı olan dövlətlərin
makroiqtisadi siyasətlərinin razılaşdırılması.
Bunlann hər biri ölkələrin iqtisadi durumundan asılı olaraq tətbiq
olunur.
1.3. Beynəlxalq təşkilatların və beynəlxalq
iqtisadi təşkilatların təsnifatı
XX əsrdə baş verən müharibələr, kəskin kataklizmlər (dağıdıcı
çevrilişlər) göstərdi ki, bütün dünya birliyi öz səylərini birləşdirməsə
dünya sivilizasiyasının məhvi labüddür. O, yeni istilik- nüvə
müharibələri və qlobal terror aktlan nəticəsində baş verməsə belə, ətraf
mühitin dağılması və qlobal ekoloji fəlakətlər nəticəsində reallaşa bilər.
Bunun qarşısını yalnız bütün bəşəriyyətin təcili və yüksək səviyyədə
əlaqələndirilmiş fəaliyyəti nəticəsində almaq olar.
İkinci dünya müharibəsindən sonra qeyd edilən qlobal
problemlərin həll edilməsi üçün dünya ölkələri öz səylərini birləşdirərək
beynəlxalq təşkilatlar yaratmağa başladılar.
Məlum olduğu kimi, dünyanın qloballaşmasının ilk modeli məhz
birinci dünya müharibəsindən sonra dağılmağa başladı. Bunun nəticəsi
olaraq yeni kataklizmlərin qarşısının alınması məqsədilə Fransa və
Böyük Britaniyanın təşəbbüsü ilə 1919-cu ildə Millətlər Birliyi
beynəlxalq təşkilatı yaradıldı. Yaradıldığı vaxt onun tərkibinə 30 dövlət
daxil oldu. ABŞ bu təşkilata daxil olmadı. Almaniya və İtaliya gələcək
təcavüzkar müharibəyə hazırlaşmaları ilə əlaqədar olaraq 1934-cü ildə
təşkilatdan çıxdıq
17
dan sonra SSRİ bu təşkilata daxil oldu, lakin, 1939-cu ildə Finlandiyaya
təcavüz etdiyinə görə təşkilatdan xaric edildi. Millətlər Birliyi öz
məqsədinə nail ola bilmədi və elə həmin ildə öz fəaliyyətini dayandırdı.
İkinci dünya müharibəsi başlandı.
Müharibə qurtardıqdan sonra qalib-hökmran dövlətlər yenidən
ölkələr arasında münasibətləri tənzimləmək və dünya problemlərini həll
etmək iqtidanna malik beynəlxalq təşkilat yaratmağa təşəbbüs
göstərdilər. 1945-ci ildə Birləşmiş Millətlər təşkilatı yaradıldı. Hazırda
beynəlxalq təşkilatlar sistemində 4 mindən çox təşkilat vardır və
onlardan da 300-dən çoxu hökumətlərarası təşkilatlardır.
Beynəlxalq təşkilatları bir neçə prinsip üzrə bölmək olar:
1. Dövlətlərarası (hökumətlərarası) və qeyri-dövlət
təşkilatları. Beynəlxalq təşkilatların böyük əksəriyyəti-qeyri-dövlət
təşkilatlarıdır. Onların arasında çoxlu sayda müxtəlif assosiasiyalar,
ittifaqlar və fondlar vardır.
2. Bütün dövlətlər üçün açıq olan beynəlxalq təşkilatlar -
bütün dövlətlərin daxil olması üçün açıq olan təşkilatlardır.
3. Universal beynəlxalq təşkilatlar - çox profilli beynəlxalq
problemlərin həlli ilə məşğul olan təşkilatlardır.
4. İxtisaslaşmış beynəlxalq təşkilatlar - regional və sahəvi
xarakterli beynəlxalq təşkilatlardır.
5. Ümumi səlahiyyətli beynəlxalq təşkilatlar - dünya ölkələri
arasında siyasi, iqtisadi, sosial və mədəni münasibətləri əhatə edən
təşkilatlardır.
6. Xüsusi səlahiyyətli beynəlxalq təşkilatlar - dünya ölkələri
arasında müəyyən bir sahədə əməkdaşlığı həyata keçirən təşkilatlardır.
(məs., Ümumdünya Poçt İttifaqı, Beynəlxalq Əmək Təşkilatı,
Ümumdünya Səhiyyə Təşkilatı, Atom enerjisi üzrə beynəlxalq agentlik
və s.)
7. Dövlətlərarası təşkilatlar - iki və ya daha çox dövlətin ümumi
maraqlarına səbəb olan məsələlərin həlli məqsədilə həmin dövlətlər
tərəfindən yaradılan təşkilatlardır.
8. Dövlətlərüstü təşkilatlar - qəbul etdikləri qərarların yerinə
yetirilməsi təşkilatın üzvü olan dövlətlərin bütün hüquqi və fiziki
şəxsləri üçün məcburi olan təşkilatlardır, (məs, Aİ-nin qərarları İttifaqa
daxil olan ölkələrin bütün şəxsləri üçün məcburidir)
9. Qapab beynəlxalq təşkilatlar - üzvlüyünə qəbul yalnız ilkin
təsisçilərin dəvəti ilə həyata keçirilən təşkilatlardır (məs. NA'İ'O'
18
Beynəlxalq iqtisadi münasibətlərin çoxtərəfli tənzimlənməsi
sisteminin formalaşması İkinci dünya müharibəsindən sonra daha fəal
mərhələyə qədəm qoymuşdur. Bu özünü praktiki planda BİM-in konkret
sahəsini tənzimləyən və öz aralarında çox sıx əlaqədə olan beynəlxalq
ticarət və iqtisadi təşkilatların yaradılması üçün müvafiq sazişlərin
imzalanmasında göstərdi.
Hələ bu təşkilatlar formalaşdınlana qədər beynəlxalq ticarət və
iqtisadi münasibətlərin nizama salınması mexanizminin işlənməsi,
beynəlxalq iqtisadi mübadilənin müvəffəqiyyətlə həyata keçirilməsini
məhdudlaşdıran süni maneələrin aradan qaldırılması məqsədilə dövlətlər
tərəfindən dəfələrlə ciddi cəhdlər olmuşdur. Bu cəhdlər özünü
1920-1933-cü illər arasında beş iqtisadi konfransın keçirilməsində
göstərmişdir. Belə ki, 1920-ci il-də Brüsseldə xarici ticarət və maliyyə
məsələləri, 1922-ci ildə Genuyada Avropanm iqtisadiyyatının bərpa
edilməsi və himayədarlığın azaldılması, 1927 və 1930-cu illərdə
Cenevrədə himayədarlıq problemləri və kömrük sisteminin hüquqlannm
məhdudlaşdıniması və 1933-cü ildə Londonda milli valyutalann
sabitləşdirilməsi və ticarət siyasəti sahəsində məhdudiyyətlərin aradan
qaldıniması üzrə iqtisadi konfranslar keçirilmişdir. Lakin bu
konfransların keçirilməsi onlann iştirakçılanmn xarici iqtisadi əlaqələr
sahəsində hər hansı bir konkret təəddüdlər götürmələri ilə nəticələnmədi.
Bu da onunla əlaqədar olmuşdur ki, həmin dövrdə beynəlxalq əmək
bölgüsü sisteminin inkişafı zəif olmuş, dövlətlər arasında sıx qarşılıqlı
əlaqələr olmamışdır.
1919-cu ildə yaradılmış Millətlər Birliyi adlanan beynəlxalq
təşkilatın iqtisadiyyat komitəsinin, muxtar orqanlanmn (məsələn.
Beynəlxalq Əmək Təşkilatının — BƏT) çoxtərəfli iqtisadi tənzimləmə
problemləri üzrə göstərdikləri təşəbbüslər də müsbət nəticə vermədi.
BİM-in çoxtərəfli tənzimlənməsi sisteminin inkişafı BMT- nin
yaradılması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. BMT-nin
yaradılması nəinki yalnız beynəlxalq əməkdaşlığın - o cümlədən iqtisadi
sahənin əsasını təşkil edən prinsiplərin forma- laşdırılmasına imkan
yaratdı, həm də BİM-in konkret bölmələrində tənzimləməni, təhlili və
monitorinqin keçirilməsini təmin edən bir sıra beynəlxalq iqtisadi
təşkilatların yaradılması üçün ilkin şərtləri təyin etdi.
İlk dəfə yaradılmış beynəlxalq iqtisadi təşkilatlar sırasına
Bretton-Vuds konfransı əsasında 1944-cü ildə yaradılmış Beynəl
....................... 19
xalq Valyuta Fondu (BVF), hazırda Dünya Bankı qrupunun özəyini
təşkil edən, 1945-ci ildə yaradılmış Beynəlxalq Yenidənqurma Və
İnkişaf Bankı (BYİB), eləcə də 1 yanvar 1948-ci ildə qüvvəyə minmiş
Tariflər və ticarət üzrə baş saziş (TTÜBS) daxildir.
Beynəlxalq təşkilatları fəaliyyət istiqamətlərinə, tənzimləmə
obyektlərinə və təşkilati prinsipinə görə təsnifləşdirsək, onda beynəlxalq
iqtisadi təşkilatları aşağıdakı qruplara bölmək olar:
1. Kompleks - kompleks iqtisadi, siyasi, sosial və ekoloji
problemlərin həlli üçün təsis edilmiş təşkilatlardır. Buraya BMT
sistemində olan iqtisadi təşkilatlar, İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı (İƏİT), Avropa İttifaqı, İslam Konfransı Təşkilatı və s. aiddir;
2. Maliyyə - dünya maliyyə bazarım və beynəbcalq maliyyə-kredit
münasibətlərini tənzimləyən təşkilatlardır. Buraya BVF, Dünya Bankı
qrupu, İslam İnkişaf Bankı və s. təşkilatlar daxildirlər;
3. Dünya əmtəə bazarlarını və beynəlxalq ticarət münasibətlərini
tənzimləyən təşkilatlar (ÜTT, OPEK, YUNKTAD və s.)
4. Regional beynəlxalq iqtisadi təşkilatlar (Aİ, NAFTA, GUAM və
s.)
Bundan əlavə dünya təsərrüfat sistemində tənzimləməni həyata
keçirən beynəlxalq iqtisadi təşkilatları əsas iki prinsip üzrə
təsnifləşdirmək olar: təşkilati prinsip üzrə və çoxtərəfli tənzimlənmə
dairəsi üzrə.
Beynəlxalq iqtisadi təşkilatların təşkilati prinsip üzrə
təsnifləşdirilməsi - təşkilatın BMT sistemində iştirak etməsi və ya
etməməsini müəyyənləşdirir, eləcə də təşkilatın fəaliyyətinin məqsədini
və ixtisaslaşmasını nəzərdə tutur. Belə yanaşma tərzində beynəbcalq
iqtisadi təşkilatlan aşağıdakı qruplara bölmək olar:
— BMT sistemində beynəlxalq iqtisadi təşkilatlar;
— BMT sisteminə daxil olmayan beynəbcalq iqtisadi təşkilatlar;
— regional iqtisadi təşkilatlar.
Çox tərəfli tənzimləmə dairəsi üzrə beynəlxalq iqtisadi təşkilatların
təsnifləşdirilməsi onların aşağıdakı qruplara bölünməsini nəzərdə tutur:
— dünya təsərrüfat sisteminin sahələrini, iqtisadi və sənaye
əməkdaşlığını tənzimləyən beynəlxalq iqtisadi təşkilatlar;
- dünya təsərrüfatının tənzimlənməsi sistemində regional iqtisadi
təşkilatlar;
20 i'
-dünya ticarətinin tənzimlənməsi sistemində beynəlxalq iqtisadi
təşkilatlar,
- sahibkarlıq fəaliyyətini tənzimləyən beynəlxalq və regional iqtisadi
təşkilatlar;
- beynəlxalq təsərrüfat əlaqələrinin inkişafına yardım edən beynəlxalq
qeyri-hökumət təşkilatlan və birlikləri.
Birinci dörd kateqoriyaya daxil olan bütün beynəlxalq və regional
təşkilatlar hökumətlərarası təşkilatlardır və onlar həm də dövlətlərarası
və ya çoxtərəfli təşkilatlar da adlandırılırlar. Bununla yanaşı təsnifata
dünya təsərrüfat əlaqələrinin inkişafına köməklik göstərən
qeyri-hökumət beynəlxalq iqtisadi təşkilatları da daxil edilmişdir.
Beynəlxalq iqtisadi təşkilatların ən mühüm funksiyası ticarət və
iqtisadiyyat sahəsində dövlətlərarası çoxtərəfli münasibətlərin
tənzimlənməsidir. Onlardan hər birinin özünün konkret məqsədi, daimi
orqanlan, təşkilati formalan, qərar qəbul edilməsi prosesinin xüsusi
qaydası və üsulu vardır. Onlar öz nizamnamələrinin onlara verdiyi
səlahiyyət daxilində fəaliyyət göstərirlər. Beynəlxalq tənzimləmədə
qarşüıqh təsir üsulları beynəlxalq təşkilatlar tərəfindən işlənib qəbul
olunmuş qətnamə və direktivlərdir və həmin qərarlar təşkilatın üzvü olan
dövlətlər üçün məcburidir.
Ümumiyyətlə, tənzimləmə maraqlı dövlətlər arasında dünya
təsərrüfat əlaqələrinin daha da inkişaf etməsinə yardım etmək məqsədilə
müəyyən zəmin yaratmağa yönəlmiş olur.
Müasir şəraitdə iqtisadi əməkdaşlığın çoxtərəfli tənzimlənməsinin
əsas istiqamətlərinə aşağıdakılar daxildir:
-əsas prinsip və normalar da daxil edilməklə maraqlı dövlətlər tərəfindən
iqtisadi-ticarət əməkdaşlığının müqavilə-hüquqi əsaslarının yaradılması;
-iqtisadi siyasətin ayrı-ayrı alətlərinin istifadə olunması çərçivəsi və
imkanlarının müəyyənləşdirilməsi;
-iştirakçı ölkələr, onlann birlikləri və qruplaşmalan arasında baş verən
mübahisəli problemləri həll etmək, razılaşmalann əldə olunmasına
yardım etmək məqsədilə beynəlxalq institutların formalaşdınl- ması və
daha da inkişaf etdirilməsi;
-ticarət-iqtisadi əlaqələrin təcrübəsi və digər maraqlı məsələlər barədə
məlumat mübadiləsi.
Hazırda dünyada bu və ya digər dərəcədə iqtisadi problemlərin
həlli ilə məşğul olan 100-dən çox beynəlxalq təşkilat vardır.
21
Onlar tərkiblərinə, funksiyalarına, eləcə də beynəlxalq iqtisadiyyata təsir
dairələrinə görə müxtəlifdirlər.
1.4. Beynəlxalq təşkilatların iqtisadi
fəaliyyətinin ümumi
xarakteristikası.
^Beynəlxalq iqtisadi təşkilatlar ticarət və iqtisadiyyat sahəsində
dövlətlərarası çoxtərəfli münasibətlərin tənzimlənməsinin mühüm
alətidir. Bu təşkilatların hər biri özünün nizamnaməsinə uyğun olaraq
fəaliyyət göstərir, özlərinin razılaşdınirmş məqsədləri, daimi icraedici
orqanları, təşkilati formalan, qərar qəbulunun xüsusi qaydalan, üzvlüyün
statusu, yeni üzvlərin qəbul qaydalan və s. vardır. Beynəlxalq
tənzimləmədə qarşılıqlı təsir üsullan təşkilatlar tərəfindən onlann
prosedur qaydasına uyğun olaraq qəbul olunmuş qətnamə və
direktivlərdir ki, onlar da həmin təşkilatlann üzvləri üçün mütləq
xarakter daşıyır.
jiökumətlərarası səviyyədə bağlanılan çoxtərəfli sövdələşmələr,
eləcə də regional səviyyədə və qeyri hökumət təşkilatlarında
razılaşmalar üzrə dövlətlər arasında məsləhətləşmələr aparılır.
Tənzimləmə müəyyən bir problemin həllində qarşılıqlı marağı
olan dövlətlər arasında dünya təsərrüfat əlaqələrinin sonrakı inkişafına
təkan verən müəyyən şərtlərin yaradılmasına yönəlmiş olur. İMüasir
şəraitdə çoxtərəfli iqtisadi əməkdaşlığın tən- zimləniməsinin əsas
istiqamətlərinə aşağıdakıları aid etmək olar: -maraqlı dövlətlər
tərəfindən ticarət-iqtisadi əlaqələrin hüquqi müqavilə əsaslarının
yaradılması. Buraya bütün mühüm prinsip və normalar daxil olmalıdır;
-milli səviyyədə dünya təsərrüfat əlaqələrinə təsir edən
ticarət-iqtisadi və siyasi vasitələrin tətbiq olunması barədə razılaşmaların
işlənilməsi. İqtisadi siyasətin ayrı-ayrı alətlərinin istifadə olunması
imkanları və çərçivəsinin müəyyənləşdirilməsi;
-iştirakçı dövlətlər, onların birlikləri, iqtisadi qruplaşmalar
arasında baş verəcək mübahisəli problemlərin həllində razılaşma- lann
əldə olunmasına köməklik edən beynəlxalq institutlann for-
malaşdınlması və inkişaf etdirilməsi;
-ticarət-iqtisadi əlaqələrin təşkili təcrübəsi və məlumat mübadiləsinin
həyata keçirilməsi;
-iştirakçı dövlətlər arasında gömrük prosedurlanmn sadələşdirilməsi;
-iştirakçı dövlətlərin iqtisadi sahədə qanunvericilik bazasımn
təkmilləşdirilməsi.
\ Beynəlxalq təşkilatlar arasında əsas iki tipi ayırırlar:
-hökumətlərarası və qeyri hökumət təşkilatları. Onlardan hər ikisi də
dövlətlərin həyatın müxtəlif sferasında təmasda olmalarına imkan
yaradır.
A Beynəlxalq hökumətlərarası təşkilatlar beynəlxalq hüquq nor-
malarma uyğun yaradılır və ayn-ayn dövlətlərin və bütövlükdə
beynəlxalq birliyin maraqlanna toxunmamalıdır. Onlann yaradılmasının
əsasında beynəlxalq müqavilələr (konvesiyalar, razılaşmalar, protokollar
və s.) durur. Belə müqavilələrin tərəfləri müstəqil dövlətlər olur, amma
son vaxtlarda beynəlxalq təşkilatlann iştirakçıları kimi həm də
hökumətlərarası təşkilatlar da çıxış edirlər.
İstənilən beynəlxalq təşkilatın yaradılmasının məqsədi bu və ya
digər sahədə dövlətlərin səylərinin birləşdirilməsidir. BMT bütün
sahələrdə dövlətlərin fəaliyyətlərini əlaqələndirir və onlar arasında
vasitəçi rolunu oynayır.
' Beynəlxalq qeyri-hökumət təşkilatları hökumətlərarası sazişlərlə
təsis olunmurlar. Belə təşkilatlar heç olmazsa, bir dövlət tərəfindən
tanınmalı və öz fəaliyyətini ən azı iki dövlətdə həyata keçirməlidir. Bu
növ təşkilatlar təsis sənədləri əsasında yaradılırlar. Hazırda dünyada 8
mindən çox belə təşkilat fəaliyyət göstərir. Beynəlxalq qeyri-hökumət
təşkilatları müasir beynəlxalq münasibətlərin bütün aspektlərində fəal
rol oynayırlar.
İstənilən növ beynəlxalq təşkilatlar öz fəaliyyətləri sahəsində
müxtəlif problemlərin həllinə çalışmalıdırlar.
Hazırda beynəlxalq müqavilələrin işlənilməsi və qəbulu,
normativ aktların qəbulu, konkret sahədə beynəlxalq münasibətlər
sahəsində əməkdaşlıq prinsiplərinin işlənilməsi, iqtisadi və digər
problemləri həll etmək məqsədi ilə ildə mindən çox beynəlxalq konfrans
keçirilir.
Dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi sahəsində bütün
beynəlxalq iqtisadi təşkilatların təsnifatı 1, 2 və 3 saylı sxemlərdə
verilmişdir.
23
Beynəlxalq təşkilatlar (BT) I , '
Kompleks xarak-
terli
BT-br
BMT sistemində
BT-lor
Maliyyə yö-
nUmlii BT-lər
DQnya bankı ___ qrupu
BVF
İƏİT sistemində
BT-lər
— Avropa Şurası
Beynəbtalq
Hesablaşmalar
Bankı (BHB)
ATƏT
İslam İnkişaf
Bankı (İİB)
İslam Konfransı
Təşkilatı
Avropa Yeni-
dənqurma və
İnkişafı bankı
_ ÜTT/QATT
J Ticarət yönümlü
BT
BMT-nin ticarət
və inkişaf üzrə
konfransı
(YUNKTAD)
Regional BT-lər
Aİ
NAFTA
ATES
MERKOSURİ-
I MDB |—
OPEK
Ayn-ayn bazarlar
üzrə BT-lər
Qara Dəniz
İqtisadi
Əməkdaşbq
1'əşkilatı
GUAM
Sxem № 1. Beynəlxalq təşkilatlar sisteminin quruluşu.
Sxem № 2. Beynəlxalq iqtisadi təşkilatların təsnifatı
(BMT sisteminə daxil olanlar nəzərə alınmaqla)
25
FƏSİL 2. BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI VƏ ONUN İXTİSASLAŞMIŞ İDARƏ VƏ TƏŞKİLATLARI
2.1. BMT-nin yaradılması
Şübhəsiz ki, BMT beynəlxalq təşkilatlar arasında mərkəzi yeri tutur
və onun dünya iqtisadiyyatının inkişafındakı rolu o qədər böyükdür ki,
onu qiymətləndirmək çox çətindir.
Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə əlaqədar ilk addım
12 iyun 1941-ci ildə imzalanmış Bəyannamə ilə atılmışdır. Elə həmin
ilin avqustunda ABŞ-ın Prezidenti T. Ruzvelt və Böyük Bri- taniyanm
Baş naziri U.Çörçill Atlantik xartiyası adı ilə məşhur olan sənəd də
beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün beynəlxalq
əməkdaşlığın prinsiplərinin məcmusunu təklif etdilər.
BMT müasir dövrün ən iri, universal və mötəbər beynəlxalq
təşkilatıdır. O, bəşəriyyəti narahat edən baş siyasi problemləri həll edir.
BMT-nin siyasi fəaliyyəti, dünya siyasəti ilə bilavasitə bağlı olan iqtisadi
və siyasi məsələlərlə qmlmaz əlaqələrə malikdir.
BMT-nin yaradılması əvvəlcədən müzakirə olunaraq qəbul
olunmuş aşağıdakı sənədlər əsasında həyata keçirilmişdir:
— 1942-ci ilin yanvar ayında Almaniya-İtaliya-Yaponiya
faşizminə qarşı vuruşan 26 dövlət Atlantik xartiyasını müdafiə
etdiklərini bildirərək. Birləşmiş Millətlər Bəyannaməsi adı ilə
imzaladıqları məşhur Vaşinqton Bəyannaməsi. İlk dəfə olaraq bu sənəd
də Prezident T. Ruzvelt tərəfindən təklif olunmuş “Birləşmiş Millətlər”
adı işlənilmişdir.
— 1943-cü ildə SSRİ, Böyük Britaniya, ABŞ və Çin xarici işlər
nazirləri tərəfindən imzalanmış Moskva Bəyannaməsi. Bu sənəddə
bütün sülhsevər dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan,
beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq məqsədilə ümumi bir
beynəbcalq təşkilatın yaradılmasının zəruriliyi qeyd olunurdu.
— 1 dekabr 1943-cü ildə üç müttəfiq dövlətin — ABŞ, SSRİ və
Böyük Britaniyanın hökumət başçılarının Tehran Konfransı.
1945-ci ildə Krımda (Yaltada) keçirilmiş konfransın qərarı. Bu
qərarda göstərilirdi ki, BMT-nin əsas fəaliyyət prinsipini nəzərdə tutan
Nizamnaməsi işlənilsin.
Elə bu Konfransda ABŞ və Böyük Britaniya 1944-cü ildə ikinci
cəbhə açılana qədər SSRİ-nin Almaniyaya qarşı təkba
26
şına müharibə aparmasına hörmət əlaməti olaraq Ukrayna SSR və
Belorusiya SSR-nin BMT-yə üzv olmalarına razılıq verdilər.
— İlk dəfə olaraq BMT-nin ümumi şəkildə təsvir edilmiş konkret
konturlannm müəyyənləşdirdiyi ABŞ-ın Vaşinqton şəhərinin
Dumbarton-Oks malikanəsində keçirilmiş konfrans (1943).
— SSRİ, ABŞ, Böyük Britaniya və Çin hökumət
nümayəndələrinin iştirakı ilə BMT-nin Nizamnaməsinin qəbul olunduğu
26 iyun 1945-ci il San-Fransisko konfransı. 24 oktyabr 1945-ci ildə
SSRİ, ABŞ, Bö^k Britaniya, Çin və digər ölkələr BMT-nin
Nizamnaməsini ratifikasiya etdilər. Beləlikə, 24 oktyabr 1945-ci il
tarixə BMT-nin yarandığı gün kimi daxil oldu.
I BMT-nin Nizamnaməsində bəyan edilmiş əsas məqsədlər:
beynəlxalq sülhün və təhlükəsizliyin qorunması; bərabərlik və xalqlann
öz müqəddaratını həll etmək prinsipi əsasında millətlər arasmda dostluq
münasibətlərinin inkişaf etdirilməsi; beynəlxalq iqtisadi, sosial, mədəni
və humanitar xarakterli problemlərin həllində əməkdaşlığın həyata
keçirilməsi; insan hüquqlan və əsas azadlıqlanna hörmət etmək; bu
məqsədlərə nail olunması üçün müxtəlif ölkələrin səylərinin
uzlaşdıniması üzrə mərkəzi orqan funksiyasını yerinə yetirmək.
^ BMT bütün bəşəriyyətin qarşılaşdığı problemlərin həll olunduğu
mərkəz rolunu oynayır. BMT-nin fəaliyyəti BMT sistemini təşkil edən
30-dan çox onunla əlaqəli təşkilatın birgə səyi ilə həyata keçirilir. BMT
ümumdünya hökuməti deyil və qərarlar qəbul etmir. Lakin o, beynəlxalq
münaqişələrin həlli üçün vəsait ayınr və dünyanm hər bir «vətəndaşının»
marağma toxunan məsələlər üzrə siyasət hazırlayır. BMT-nin üzvü olan
bütün dövlətlər - böyüklüyü və kiçikliyindən, varh və kasıb olmasmdan,
müxtəlif sosial sistemlərə aidliyi və müxtəlif siyasi fikirli olmalarından
asılı olmayaraq hamısı eyni hüquqa malikdir.
Hazırda dünya birliyinin 192 dövləti BMT-nin üzvüdür. BMT- nin
üzvü olan dövlətlərin siyahısı 1 saylı cədvəldə verilmişdir.
Cədvəl 1. BMl f-nin üzvü olan dövlətlər
Ölkə /daxil olma
tarixi
Ölkə /daxil olma
tarixi
Ölkə /daxil olma tarixi
1 2 3 Avstraliya - 1945 İran - 1945 Portuqaliya -1955
Avstriya — 1955 İrlandiya — 1955 Rusiya -1945
27
Azərbaycan - 1992 İslandiya - 1946 Rumıniya -1955
Albaniya - 1955 İspaniya — 1955 Salvador - 1945 Əlcəzair -1962 İtaliya - 1955 San-Marino -1992
Anqola - 1976 Yəmən - 1947 San-Tome və Prinsipi —
1975 Andorra - 1993 Kabo-Verde-1975 Səudiyyə Ərəbistan 1945
Antiqua və Barbuda
-1981
Qazaxıstan - 1992 Şimali Koreya - 1991
Ermənistan -1992 Kamerun - 1960 Seyşel adaları -1976
Əfqanıstan - 1946 Kanada-1945 Seneqal - 1960 Baham adalan -1973 Qətər - 1971 Svazilend - 1968
Argentina - 1945 Kamboca - 1955 Sent-Vinsent və Qre-
nadin - 1980
Banqladeş - 1974 Keniya - 1963 Sent-yusiya -1979
Barbados -1966 Kipr - 1960 Sinqapur - 1965
Bəhreyn - 1971 Çin - 1945 Suriya - 1945
Belarus - 1945 Kolumbiya - 1945 Slovakiya -1993 Beliz- 1981 Kamor adaları -
1975
Sloveniya -1992
Belçika - 1945 Konqo - 1960 Solomon adalan -1978 Benin - 1960 Kosta-Rika-1945 Somali - 1960
Bolqarıstan— 1955 Kot-de-ivuar -1960 Sudan - 1956
Boliviya - 1945 Küveyt -1963 Surinam - 1975
Bosniya və
Herseqovina — 1992
Qırğızıstan - 1992 ABŞ - 1945
Botsvana -1966 Laos - 1955 Serra-Leone - 1961
Braziliya - 1945 Latviya - 1991 Tacikistan - 1992
Bruney Darussalam -
1984
Lesoto — 1966 Tailand - 1946
Burkino - Paso -1960 Liberiya — 1945 Tanzaniya -1961
Burundi - 1962 Livan — 1945 Toqo - 1960 Butan - 1971 Liviya - 1955 Trinidad və Tobaqo -
1962 Vanuatu - 1981 Litva - 1991 Tunis
Böyük Britaniya - Lixtenşteyn - Türkmənistan - 1992
28 i ■ -
1945 1990
Macarıstan — 1955 Lyüksemburq - 1945 Türkiyə - 1945
Venesuela - 1945 Mavrikiya -1968 Uqanda -1962
Vyetnam - 1947 Mavritaniya -1961 Özbəkistan - 1992
Qabon - 1960 Madaqaskar -1960 Ukrayna -1945 Haiti - 1945
Makedoniya - 1993
Mikroziya Federativ
Ştatları - 1991 Qayana - 1966 Malavi-1964 Fici -1970
Qambiya - 1965 Malaziya - 1957 Filippin - 1945 Qana - 1957 Mali-1960 Finlandiya -1955
Qvatemala — 1945 Maldiv adaları -
1965
Fransa -1945
Qvineya —1958 Malta - 1964 Xorvatiya -1992
Qvineya-Bissau - 1974
Marokko — 1956 Mərkəzi Afrika
Respublikası - 1960 Almaniya - 1974 Marşalı adaları -
1991
Çad -1960
Honduras - 1945 Meksika - 1945 Çex Respublikası - 1993
Qrenada - 1973 Mozambik - 1975 Çili -1945
Yunanıstan - 1945 Moldova - 1992 İsveç -1946
Gürcüstan - 1994 Monako - 1993 Şri-Lanka -1955
Danimarka Monqolustan - 1961 Ekvador - 1945
Cibuti- 1977 Myanma (Birma) -
1948
Ekvatorial Qvineya -
1968
Dominikan
Respublikası - 1945
Namibiya - 1990 Eritreya -1993
Dominik — 1976 Nepal - 1955 Estoniya - 1991 Zair-1960 Niqer- 1990 CAR - 1945
Zambiya - 1964 Niderland - 1945 Cənubi Koreya -1991
Samoa - 1976 Nikaraqua -1945 Yamayka - 1962
Zimbabve - 1980 Yeni Zellandiya -
1945
Yaponiya - 1956
29
İsrail - 1949 Norveç - 1945 Yaponiya - 1956 Hindistan - 1945 BƏƏ- 1971 Tonqa-1999
İndoneziya — 1950 Paraqvay - 1945 Kribati-1999
İordaniya - 1955 Peru - 1945 Nauru-1999
İraq - 1945 Polşa - 1945 Kuba-1945
Oman -1971 Pakistan -1947 Palau-1994
Panama-1945 PapuaYeni
Qvineya-1975
Ruanda -1962
Timor-Leşti-2002 «San-Kits» Nevis -
1983
Tuvalu-2000
Uruqvay -1945 Serbiya -2000 Çernoqoriya -2006 Misir-1945 Nigeriya-1960 Efiopiya-1945
BMT-nin əsas altı orqanı aşağıdakılardır: 1. Baş Assambleya; 2. Təhlükəsizlik Şurası; 3. İqtisadi və Sosial Şura; 4. Qəyyumluq Şurası; 5. Beynəlxalq Məhkəmə; 6. Katiblik. — BMT-nin Baş Assambleyası - hər biri bir səs hüququna malik
olmaqla, BMT-nin üzvü olan bütün dövlətlərin nümayəndələrindən ibarət məşvərətçi orqandır. Baş Assambleya BMT-nin baş orqanıdır. O, təşkilatın nizamnaməsi çərçivəsində istənilən məsələni həll etmək səlahiyyətinə malikdir.
O, sülhün və təhlükəsizliyin qorunması işində əməkdaşlığın ümumi prinsiplərinə baxır; iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığa köməklik göstərmək məqsədi ilə tədqiqatlar təşkil edir və tövsiyələr verir; Təhlükəsizlik şurasının, Qəyyamlıq şurasının, Katiblik və Beynəlxalq Məhkəmənin fəaliyyəti üzərində nəzarəti həyata keçirir; Katibliyin və Beynəlxalq Məhkəmənin əməkdaşlarının vəzifəyə təyin olunmaq qaydalarını müəyyənləşdirir.
Baş Assambleya iqtisadi xarakterli mühüm, həlledici problemlərin müzakirə olunduğu ali forumdur. Baş Assambleyanın qəbul etdiyi qətnamələr onun üzvləri üçün məcburi olmasa da, o dünya siyasətinə və beynəkalq hüququn inkişafına əsaslı təsir göstərir. İqtisadi məsələlər üzrə bütün beynəlxalq konvensiyaları son olaraq Baş
30
Assambleya təsdiq edir. Baş Assambleya fəaliyyət göstərdiyi müddət ərzində 10 mindən çox müxtəlif qətnamələr qəbul etmişdir. Onun tərkibində iqtisadi problemlərlə aşağıdakı strukturlar məşğul olurlar:
1. İqtisadi və maliyyə məsələləri üzrə komitə — Baş Assambleyanın plenar iclaslarına qətnamələri hazırlayır.
2. Beynəlxalq ticarət hüququ üzrə BMT-nin komissiyası — YUNSİTRAL — beynəlxalq ticarətdə hüquqi normaların vahid şəklə salınması və harmonlaşdırılması ilə məşğul olur.
3. Beynəlxalq hüquq üzrə komissiya — beynəlxalq hüququn inkişaf etdirilm^i və qüvvədə olan qanunlann sistemə salınması ilə məşğul olur.
4. İnvestisiyalar üzrə komitə — BMT-nin nəzarəti altında olan vəsaitlərdən investisiyalar yerləşdirilməsinə köməklik göstərməklə məşğul olur.
BMT sisteminin quruluşu 4 saylı sxemdə verilmişdir.
Baş Assambleya İqtisadi və Sosial Şura
(BA/İSŞ)
Ticarət və inkişaf üzrə BMT-nin Konfransı (YUNKTAD) Cenevrə. İsveçrə)
BMT-nin inkişaf proqramı (PROON) (Nyu-York. ABŞ)
Ətraf Mühit uzro Proqram (YUNEP) (Nayrobi,
Keniya)
Ümumdün^a Ərzaq Şurası (ÜƏŞ)
(Roma. İtaliya)
Birləşmiş Millətlər Təşkilatı
Beynəlxalq Ticarət Hüququ Üzrə Komissiya
(YUNSİTRAL)
— İqtisadi və Sosial Şurası
Dünya Ərzaq Proqramı (DƏP) (Roma. İtaliya)
Beynəlxalq Ticarət Mərkəzi (BTM) YUNKTAD (Cenevrə, İsveçrə)
Sxem № 4 BMT sisteminin
quruluşu
Muxtar təşkilatlar
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) (Roma. İtaliya)
BMT-nin Yenidənqurma və
İnkişaf bankı (BYİP] (Vaşinqton. ABŞ)
Xüsusi idarələr
Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik
(MAQATE)
Ümumdünya Turizm Təşkilatı
Milli Aviasiya Üzrə Beynəlxalq Təşkilat
(İKAO)
Beynəlxalq İnkişaf As.samblcyası (BİA)
Kənd To.sərrüfatının İnkişafı _______
Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
Beynəlxalq Əmək Təşkilaiı (BƏT)
Beynəlxalq Valyuta Fondu (BVF)
Beynəlxalq Dənizçilik Təşkilatı (BDT)
Elektrorabitə Beynəlxalq İttifaqı
İnvestisiyalara Təminat Verilməsi Üzn> Çoxtə- rəfli Agentlik (İTBA)
Əqli Mülkiyyət Ümumdünya Təkilatı
(ƏMÜT)
Sənaye İnkişafı Üzrə BMT-nin Təşkilatı
(YUNİDO)
Ümumdünya Ticarət Təşkilatı (ÜTT/QATT)
31
2.2 BMT -nin İqtisadi və Sosial Şurası (İSŞ)
^'BMT-nin fəaliyyətində siyasi problemlərin rolunun artması ilə
yanaşı, iqtisadi məsələlərin həllidə mühüm yer tutur və bu özünü hər
şeydən əvvəl BMT-nin iqtisadi funksiyalarının genişlənməsində
göstərir. Dünya ölkələrinin iqtisadi münasibətlərində və beynəlxalq
əmək bölgüsündə baş verən proseslərin mürəkkəbləşməsi, dünya
iqtisadiyyatında meydana çıxan problemlərin dərinləşməsi, beynəlxalq
iqtisadi əməkdaşlığın getdikcə genişlənməsi ilə əlaqədar olaraq BMT-
nin iqtisadi fəaliyyətinin əhəmiyyəti daha da artır.
j[BMT-mn Nizamnaməsinin 1-ci maddəsində beynəlxalq
əməkdaşlığın (o cümlədən iqtisadi sahədə) məqsədi ümumiləşdirilmiş
şəkildə belə formalaşdırılmışdır: “iqtisadi, sosial... xarakterli
beynəlxalq problemlərin həllində beynəlxaqi əməkdaşlığın həyata
keçirilməsi...”. Nizamnamənin IX və X fəsilləri bütövlükdə iqtisadi və
sosial əməkdaşlığa həsr olunmuşdur. Məsələn, 55-ci maddə BMT
çərçivəsində iqtisadi əməkdaşlığın konkret məqsədlərini
müəyyənləşdirir: “sülh və dostluq münasibətləri üçün zəruri olan
sabitlik və əmin - amanlıq şəraitinin yaradılması”, “həyat səviyyəsinin
yüksəldilməsi və əhalinin tam məşğulluğuna nail olunması”, “iqtisadi
və sosial tərəqqi və inkişafa köməklik göstərilməsi”. (Nizamnamənin
2-ci maddəsində beynəlxalq əməkdaşlığın ümumi prinsiplərinə aid
göstərilmiş bütün hallar iqtisadi sahədə əməkdaşlığada şamil edilir.
f Birləşmiş Millətlər Təşkilatının ən mühüm vəzifələrindən
biri həyat səviyyəsinin daha yüksək səviyyəsinin təmin olunmasına
köməklik göstərilməsi, sosial-iqtisadi tərəqqi və inkişaf üçün şəraitin və
tam məşğulluğun təmin olunmasıdır. BMT sisteminin fəaliyyətinin
70%-i bu məsələlərin yerinə yetirilməsi ilə əlaqədardır. Bu fəaliyyətin
əsasında o inam durur ki, dilənçiliyin aradan qaldırılması və insanların
həyat səviyyəsinin yüksəldilməsi bütün dünyada dayanıqlı sülhün təmin
olunmasının rəhnidir.
BMT sistemi bütövlükdə sosial-iqtisadi məqsədlərə nail
olunmasına köməklik göstərilməsi üçün çoxtərəfli fəaliyyətlə
32
məşğul olur. Onun ixtisaslaşmış idarələrinin mandatı praktiki olaraq
sosial-iqtisadi fəaliyyətin bütün sahələrini əhatə edir. Bu idarələr
dünyanın bütün ölkələrinə texniki kömək göstərir və onlara digər
formalarda praktiki yaradımlar edir.
1 BMT idarələrinin quruluş sistemi çox mürəkkəbdir və onlardan
çoxu iqtisadi problemlərlə məşğuldur. Bütövlükdə BMT tərəfindən
həyata keçirilən iqtisadi fəaliyyəti dörd istiqamətə ayırmaq olar:
bütün ölkələr üçün ümumi olan qlobal iqtisadi problemlərin
həlli;
- müxtəlif sosial - iqtisadi inkişaf səviyyəsi olan ölkələr
arasında iqtisadi əməkdaşlığa köməklik etmək;
inkişaf etməkdən olan ölkələrin iqtisadi inkişafına yardım
etmək;
regional iqtisadi inkişaf problemlərinin həlli.
BMT çərçivəsində iqtisadi əməkdaşlıqla onun altı əsas
orqanından üçü məşğul olur: Baş Assambleya, İqtisadı və Sosial
Şura, Katiblik.
BMT-nin Katibliyi BMT-nin iqtisadi əməkdaşlıq orqanlan
sistemində üçüncü əsas həlqədir. Bu, BMT sisteminə daxil olan
institutların normal fəaliyyətini təmin edən inzibati-icra orqanıdır.
Katibliyin əsas vəzifəsi - konkret tapşırıqlann yerinə yetirilməsidir.
Katibliyin mərkəzi aparatı əməkdaşlannın böyük əksəriyyəti iqtisadi
məsələlərlə məşğul olan xidmətlər üçün işləyir. BMT-nin iqtisadi
aparatına bir neçə bölmə daxildir və onlardan da ən görkəmlisi İqtisadi
və Sosial Şura üzrə Departamentdir.
Biləşmiş Millətlər Təşkilatı dayanıqlı inkişafın təmin olunması,
qadınların vəziyyətinin yaxşılaşdırılması, insan hüquqlarına riayət
edilməsi, ətraf mühitin qorunması kimi hakim mövqə tutan sahələrdə
yeni məsələlərin müəyyənləşdirilməsi üçün işləri davam etdirir, eləcə də
onların həyata keçirilməsi üçün proqramlar hazırlayır.
2000-ci ilin sentyabrında minilliyin Sammitində dünya liderləri
Minilliyin Bəyannaməsini təsdiq etdilər.
I /;'. ■'-; .J _____ __ 33
Bəyannamədə aşağıdakı mühüm məsələlər qeyd
olunmuşdur: 1) dilənçiliyin və aclığın ləğv olunması; 2) hamı üçün
ibtidai təhsilin təmin olunması; 3) cinsi bərabərliyin təmin olunması,
qadınların hüquq və imkanlarının genişləndirilməsinə köməklik
edilməsi; 4) uşaq ölümünün səviyyəsinin aşağı salınması; 5) analığın
qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması; 6) İDS, malyariya
(qızdırma, isitmə) və digər xəstəliklərə qarşı mübarizə; 7) inkişaf
məqsədilə qlobal tərəfmüqabilliyinin inkişaf etdirilməsi; 8) bir sıra
məqsədli göstəricilərin əldə edilməsi yolu ilə 2015-ci ildə ekoloji
dayanıqlığın təmin olunması. Xüsusilə də nəzərdə tutulmuşdur ki, gündə
bir dollardan az gəliri olan insanların xüsusi çəkisi iki dəfə azaldılsın.
BMT-nin səyi nəticəsində həqiqətəndə əhalinin bu təbəqəsinin
xüsusi çəkisi getdikcə azalır. Regionlar üzrə bu aşağıdakı cədvəldə ki,
kimidir.
Ölkə və regionlar
Gündəlik gəliri 1
dollardan az olan
əhalinin sayı mln.
nəfər
Gündəlik gəliri 1
dollardan az olan
əhalinin ümumi
əhalidə payı, %
1990 1999 2015* 1990 1999 2015*
Qərbi Asiya və Sakit 486 279 80 30.5 15.6 3.9 okean regionu ölkələri
Çin daxil edilmədikdə 110 57 7 24.2 10.6 1.1
Avropa və Mərkəzi 6 24
7 1.4 5.1 1.4
Asiya
Latın Amerikası və 48 47
11 Karib hövzəsi regionu 57 11.1 7.5
Yaxın Şərq və Şimalı
Amerika 5 6 8 2.1 2.2 2.1
Cənubi Asiya 506 488 264 45 36.6 15.7
Saxaradan kənar 241 315 404 47.7 49 46
Cənubi Afrika
34
Cəmi 1292 1169 809 29.6 23.2 13.3 Çin daxil edilmədikdə 917 945 735 28.5 25 15.7
* Proqnoz
Mənbə: World Development İndicators 2003. World Bank. P.5
Ümumiyyətlə minilliyin Bəyannaməsi 18 məsələ və 48
göstəricini özündə birləşdirir.
BMT-nin Baş Assambleyasının yüksək səviyyədə dövlət və
hökumət başçılarının iştirakı ilə 2005 - ci ilin sentyabnnda keçirilən
sessiyasının plenar iclasında BMT-nin Minilliyin Bəyannaməsində
nəzərdə tutulan bütün öhdəliklərin yerinə yetirilməsi sahəsində əldə
edilən naiUiyyətiərin müzakirəsi həyata keçirildi.
Beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi
baxımından BMT-nin İqtisadi və Sosial Şurası və onun himayəsi altında
fəaliyyət göstərən təşkilatların fəaliyyəti iqtisadi və sosial problemlərin
yüksək ixtisaslaşmış səviyyədə müzakirə edilməsi üçün dövlətlərin
ixtisaslaşmış məsul forumudur. Bu problemlər üzrə İSŞ BMT-nin bütün
fəaliyyətini əlaqələndirir.
İSŞ 1946-cı ildə yaradılmışdır və BMT-nin Baş Assambleyası
tərəfindən BMT-nin üzvü olan dövlətlərdən 54-ü onun üzvüdür. Həm də
Təhlükəsizlik Şurasının 5 daimi üzvü İSŞ-nın dəyişməz üzvləridir.
İSŞ-nın Ali orqanı - Şuranın sovetidir. Sovet 3 il müddətinə seçilir və
onun ildə üç sessiyası keçirilir:
— payız sessiyası — sosial-hüquqi və humanitar məsələlər üzrə;
— yay sessiyası — iqtisadi və sosial məsələlər üzrə;
— xüsusi sessiya — təşkilati məsələlər üzrə.
Regionlar üzrə sovetin üzvləri aşağıdakı qaydada bölünür:
Afrika 14 yer. Latın Amerikası 10, Asiya 11, Qərbi Avropa 13, Şərqi
Avropa 6 yer. Hər il sovetin üzvlərinin V? təzələnir.
İSŞ-nın və onun köməkçi orqanlarının məşğul oduqları baş
məsələlər aşağıdakılardır:
1) iqtisadi, sosial, mədəniyyət, təhsil və səhiyyə sahəsində
tədqiqatların aparılması, fundamental icmal məruzələrin və digər
nəşrlərin hazırlanması və bu məsələlər üzrə Baş Assambleyaya, İSŞ-nın
üzvlərinə və digər ixtisaslaşmış maraqlı idarələrə tövsiyələr (rəylər)
hazırlanması; bu BMT-nin Universiteti
35
(BMTU, 1972-ci il), BMT-nin tədris və Elmi-Tədqiqat İnstitutu
(YUNİTAR, 1965-ci il) tərəfindən həyata keçirilir;
2) beynəlxalq ticarətin vəziyyəti; BMT-nin Ticarət və İnkişaf Üzrə
Konfransı (YUNKTAD), eləcə də Beynəlxalq Ticarət Hüququ üzrə
Komissiya tərəfindən (YUNSİTRAL) öyrənilir və əlaqələndirilir;
3) ətraf mühitin qorunması problemi; ətraf mühitin qorunması
proqramı (YUNEP) və təbii fəlakətlər olduqda kömək göstərilməsi üzrə
BMT Əlaqələndiricisinin Bürosu (YUNDRO, 1972) çərçivəsində həll
olunur;
4) inkişaf etməkdə olan ölkələrə elmi-texniki və iqtisadi kömək;
BMT-nin inkişaf proqramı çərçivəsində (BMTİP, 1966-cı il) inkişaf
etməkdə olan ölkələrin sənaye inkişafı üzrə Komissiyası (YUNİDO,
1967-ci il) və kənd təsərrüfatının inkişafı beynəlxalq fondu tərəfindən
həyata keçirilir;
5) ərzaq problemlərinin müxtəlif aspektləri; problemin həlli
Dünya ərzaq proqramının, Ümumdünya ərzaq komitəsinin. Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının səlahiyyətlərinə daxildir;
6) sosial-iqtisadi statistika prolemləri; Statistika komissiyası
tərəfindən həll olunur;
7) demoqrafiq problemlər; BMT-nin Əhali Üzrə Fondu
(YUNFPA, 1967-ci il), Beynəlxalq Əmək Təşkilatı, Qaçqınların İşləri
Üzrə Ali Komissarın İdarəsi, BMT-nin Uşaq Fondu (YU- NİSEF,
1946-cı il) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST,
1946- cı il) çərçivəsində həll olunur;
8) təbii sərvətlər proqramı; Təbii sərvətlər komitəsi (1970-ci il).
Yeni və bərpa olunan enerji mənbələrinin mənimsənilməsi və istifadəsi
üzrə komitə tərəfindən həll olunur;
9) regional əməkdaşlıq;
10) yaşayış məntəqələrinin problemləri;
11) maliyyə ehtiyatlarının səfərbər olunması və istifadəsi;
12) inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında dövlət,
kooperativ və şəxsi bölmələrin nisbəti və rolunun təhlili;
13) proqram xarakterli sosial-iqtisadi məruzələrin tərtib olunması
və onların həyata keçirilməsi üzərində nəzarət;
14) BMT-nin beynəlxalq strategiyasının işlənilib hazırlanması.
İSŞ aşağıdakıların fəaliyyətini əlaqələndirir;
- daimi komitələrin (iqtisadi-sosial və s.)
- funksional komissiya və alt komissiyalann, regional iqtisadi
təşkilatlann;
- BMT-nin ixtisaslaşmış idarələrinin.
İqtisadi və Sosial Şuranın quruluşu. İqtisadi və Sosial Şura
BMT-nin 14 ixtisaslaşmış idarəsinin, 10 funksional komissiyanın və 5
regional komissiyanın fəaliyyətini əlaqələndirir. BMT sisteminə daxil
olan təşkilatlara və üzv dövlətlərə proqram xarakterli tövsiyələr verir.
BMT-nin İSŞ-sı öz Nizamnaməsinə uyğun olaraq həyat
səviyyəsinin yüksəldilməsinə köməklik göstərilməsi, əhalinin tam
məşğulluğunun təmin edilməsi, iqtisadi və sosial tərəqqi üçün şərait
yaradılması; sosial-iqtisadi və səhiyyə sahəsində beynəlxalq
problemlərin həlli üçün üsullann aşkara çıxarılması; mədəniyyət və
təhsil sahəsində beynəb^q əməkdaşhğa köməklik göstərilməsi; insan
hüquq və əsas azadlıqlannm həvəsləndirilməsi məsələlərinin həllinə
məsuliyyət daşıyır.
BMT-nin sistemində olan insan və maliyyə ehtiyyatlarının 70%-i
İSŞ-nın sərəncammdadır.
İSŞ-nın orqanlannın qlobal sosial-iqtisadi proseslərin dinamikası
və miqyası haqqında zəruri məlumatlann alınması və işlənil- məsindəki
böyük əhəmiyyətini nəzərə alaraq onlardan bəzilərinin fəaliyyət
istiqamətlərinə baxaq.
1. Əhali üzrə komissiya — 1946-cı ildə BMT-nin üzvü olan
ölkələrə demoqrafiya və əhali statistikası sahəsində köməklik
göstərilməsi məqsədi ilə yaradılmışdır. Komissiyanın icraçı-sə-
rəncamçı orqanı olan Katiblik aşağıdakı əsas funksiyaları yerinə yetirir:
- əhali məsələləri üzrə BMT-nin nəşrlərini hazırlayır və yayır;
- BMT-nin əhali problemləri ilə məşğul olan regional komis-
siyalannın fəaliyyəti üzərində metodik rəhbərliyi həyata keçirir;
- əhalinin sayının dəyişməsini qiymətləndirir və proqramlaşdırır.
2. Statistika komissiyası — 1946-cı ildə yaradılmışdır və
aşağıdakı funksiyaları yerinə yetirir:
- statistik məlumatların beynəlxalq müqayisə edilməsi
səviyyəsinin yüksəldilməsi;
- beynəlxalq miqyasda statistik məlumatların toplanması,
işlənilməsi və çap olunması barədə tövsiyələr verilməsi;
A—* ■ M j l> t » J —• i • W»''v4 i -i İ 37
- statistik müşahidənin apanimasının metodoloji məsələlərinin
işlənilməsi.
Statistika komissiyası BMT-nin üzv-ölkələrində statistika
xidmətlərinin inkişafı məsələlərinə baxır, statistik rəqəmlərin
toplanılması, işlənilməsi, təhlili və yayılmasının standart üsullarını
hazırlayır. Onun mühüm nəşrləri arasında «BMT-nin Statistik illiyi»,
«Demoqrafıq illik», «Milli hesablar sistemi illiyi», «BMT-nin sənaye
statistikası illiyi» və s. vardır.
3. Transmilli şirkətlər üzrə komissiya — dövlətlərarası
komissiyası olmaqla İSŞ-nın 1974-cü ildə keçirilən 57-ci sessiyasının
qərarı ilə yaradılmışdır. 48 dövlət komissiyanın üzvüdür və üzv -
dövlətlər çox geniş coğrafiyanı əhatə etməklə üç il müddətinə seçilir.
Bu Komissiya BMT sistemi çərçivəsində aşağıdakı əsas
funksiyaları yerinə yetirir:
— İSŞ-ya TMŞ-in «davranış kodeksinin» işlənilməsində kömək
göstərir;
— TMŞ-in fəaliyyəti ilə əlaqədar məsələlərə hərtərəfli baxılması
üçün forum rolunu oynayır;
— BMT-nin TMŞ-lər üzrə İnformasiya və tədqiqat mərkəzinin
işini istiqamətləndirir;
— TMŞ-nin fəaliyyətinin spesifik aspektləri və ümumi
problemləri üzrə nəşrlər hazırlayır;
— TMŞ-nin fəaliyyət problemləri, onların «qəbul» edən ölkələrlə
qarşılıqlı əlaqəsi barədə tədqiqatlar təşkil edir, məruzələr hazırlayır,
seminarlar keçirir.
4. İnkişaf məqsədilə planlaşdırma komitəsi — 1965-ci ildə
yaradılmışdır. Əsas funksiyaları:
- inkişaf etməkdə olan ölkələrə məlumatların verilməsi
problemlərinin təhlili və tədqiqi;
- planlaşdırma və proqramlaşdırma sahəsində əsas beynəlxalq
istiqamətlərin öyrənilməsi;
- iqtisadi inkişaf problemləri üzrə İSŞ-yə rəylər hazırlamaq.
5. Təbii sərvətlər üzrə komitə — 1970-ci ildə yaradılmışdır və
aşağıdakı funksiyalara malikdir:
- BMT üzvü olan ölkələrin təbii sərvətlərinin öyrənilməsi üzrə
məsləhətçi xidmətlər göstərmək;
38
- təbii sərvətlər sahəsində problemlərin və dəyişmə meyllərinin
öyrənilməsi;
- təbii sərvətlərə aid məruzələrin təhlili və elmi
qiymətləndirilməsi.
İSŞ-nm idarələri göstərilən vacib funksiyaları yerinə yetirir
və onlar BMT-nin vacib atributlarıdır.
İSŞ-ın tərkibində iqtisadi məsələlərlə məşğul olan komissiyalar,
komitələr, xüsusi qruplar fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
Funksional komissiyalar:
• Statistika komissiyası;
• Əhali və inkişaf üzrə komissiya;
• Sosial inkişaf komissiyası;
• İnsan hüquqları üzrə komissiya;
• Qadınların vəziyyəti üzrə komissiya;
• Narkotik vasitələr üzrə komissiya;
• Cinayətkarlığın qarşısının alınması və cinayət hüququ
komissiyası;
• Elm və texnika üzrə komissiya;
• Dayanıqlı inkişaf üzrə komissiya;
• Transmilli şirkətlər üzrə komissiya.
Regional komissiyalar:
• Avropa İqtisadi Komissiyası (AİK) — 1947-ci ildə yaradılıb,
tərkibinə 55 ölkə daxildir;
• Latın Amerikası və Karib Hövzəsi Üzrə Komissiya
(EKLAK) — 1948-ci ildən mövcuddur, 55 ölkəni birləşdirir;
• Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyası (ES-
KATO) — 1997-ci ildən fəaliyyətdədir, 51 ölkə daxildir;
• Qərbi Asiya İqtisadi və Sosial Komissiyası (QAİSK) —
1973-cü ildə yaradılıb, 13 dövlət üzvüdür;
• Afrika İqtisadi komissiyası — 1958-ci ildən fəaliyyət göstərir,
53 ölkə onun tərkibinə daxildir.
İSŞ-nm regional komissiyalarının məqsədi dünyanın müvafiq
regionunda iqtisadi və texnoloji problemlərin öyrəilməsi, region
dövlətlərinin iqtisadi və sosial inkişafına yardım göstərmək məqsədilə
tədbirlər və vəsaitlər hazırlanmasıdır. Bu, region daxili ticarətin və
iqtisadiyyatın sahələrinin köklü məsələlərinin həll olunması üçün
onların fəaliyyətlərinin əlaqələndirilməsi və siyasətlərinin
razılaşdırılması yolu ilə həyata keçirilir.
Daimi Komitələr:
• Proqram və əlaqələndirmə üzrə komitə;
• Yaşayış məntəqələri üzrə komitə;
• Qeyri-hökumət təşkilatları üzrə komitə;
• Hökumətlərarası idarələrlə danışıqlar üzrə komitə.
Birləşmiş Millətlər Təşkilatının İSŞ ilə əlaqəli olan orqanları:
• Narkotiklərə nəzarət üzrə Beynəlxalq komitə;
• Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq
tədris və elmi-tədqiqat institunun hamilik şurası;
• Əhali sahəsində BMT-nin mükafatının verilməsi üzrə komitə.
Azərbaycanın xarici siyasətində onun 1992-ci ildən üzv olduğu
BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi
yanaşılır. Yuxarıda adı çəkilən BMT TŞ-nm Ermənistan-Azərbaycan
münaqişəsinə dair qətnamələri ilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin
ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımını da qeyd
etmək lazımdır. Azəbaycan — BMT münasibətləri çərçivəsində ölkəyə
müxtəlif layihələrlə bağlı yardım göstərən BMT-nin İnkişaf Proqramının
oynadığı mühüm rolu da misal göstərmək olar. Bundan əlavə, UNESKO,
UNİSEF və BMT-nin digər xüsusiləşmiş təşkilatlarının fəaliyyəti də
diqqətdən yayınmamalıdır.
2.3. İqtisadi və Sosial Şuranın
Avropa İqtisadi Komissiyası
(AİK)
Avropa iqtisadi komissiyası İSŞ-nm struktur bölməsi kimi —
1947- ci ildə müharibə nəticəsində zərər çəkmiş ölkələrə təcili və
səmərəli yardım göstərmək məqsədi ilə yaradılmışdır. Yarandığı vaxt
AİK müvəqqəti orqan kimi 5 il müddətinə təşkil olunmuşdur. 1951-ci
ildən AİK BMT-nin daimi orqanı statusunu aldı. AİK-nın rəhbər
orqanı — onun illik sessiyasıdır. AİK-in katibliyi Cenevrədə yerləşir.
AİK-mn tərkibinə, demək olar ki, bütün Avropa ölkələri, keçmiş
SSRİ-i respublikalan, eləcə də ABŞ, Kanada və İsrail kimi dövlətlər də
daxildir. Qeyd etmək lazımdır ki, AİK-in fəaliyyətinin bir çox
istiqamətləri regional səviyyədə iqtisadi əməkdaşlığın çoxtərəfli tənzimlənməsinin norma və mexanizmlərinin işlənilməsinə aiddir.
40
AİK-nın tərkibində kənd təsərrüfatı, kömür, mənzil məsələsi və tikinti,
kimya sənayesi, daxili nəqliyyat, qara metallurgiya, meşə materialları,
xarici ticarət üzrə komitələr, Avropa statistikləri konfransı, ətraf mühit
problemləri üzrə üzv ölkələrin baş məsləhətçilər institutu fəaliyyət
göstərir.
AİK-in fəaliyyətinin təşkilati-funksional quruluşu 5 saylı sxemdə
verilmişdir.
AİK-in fəaliyyətində əsas istiqamətlər aşağıdakılardır:
- ticarətin inkişafına köməklik göstərilməsi;
- uzunmüddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma;
- elmi-texniki əməkdaşlıq;
- ətraf mühitin qorunması;
- region daxili ticarət siyasətinin prinsip və yanaşmalarının
işlənilməsi;
- beynəlxalq ticarət təcrübəsinə aid bir sıra məsələlərin
tənzimlənməsi;
- beynəlxalq standartlar;
- qayda və sazişlərin hazırlanması;
- məhsulun sertifikatlaşdırılması məsələlərinin razılaşdırılması və
s. AİK-in fəaliyyətində getdikcə daha çox əhəmiyyət kəsb edən məsələ
regional səviyyədə tənzimləyici xarakterli beynəlxalq hüquqi sənədlərin
hazırlanmasıdır. Bu sənədlər səlahiyyətli orqanlar tərəfindən təsdiq
olunduqdan sonra yerinə yetirilmək üçün mütləq xarakter alır. AİK-in
bir təşkilat kimi üzv ölkələrin hökumətlərinə rəsmi tövsiyələr vermək
hüququna malik olmasına baxmayaraq, onun bir sıra sənəd və qərarları
məsləhət xarakteri daşıyır.
Komissiyanın fəaliyyətində marketinq də daxil olmaqla ticarət
sahəsində əməkdaşlıq, xarici ticarətə aid qanun və reqlamentlərin xəbər
verilməsinin çoxtərəfli sisteminin yaradılması, statistik
nomenklaturaların ahəngləşdirilməsi, sənaye, elmi-texniki, ətraf mühitin
qorunması sahəsində əməkdaşlığın inkişafı və s. məsələlər
müvəffəqiyyətlə həll olunur. AİK-nin fəaliyyətində xüsusi rol keçid
iqtisadiyyatı olan dövlətlərin institusional və qanunçuluq bazasının
əsaslannın yaradılması üzrə əməkdaşlığa ayrılır.
41
İqtisadi və Sosial Şuranın funksional-quruluş modeli şağıdakı
kimidir.
42
AİK-in fəaliyyətinin ən üstün istiqaməti ticarət-iqtisadi əməkdaşlıqdır. Bu istiqamətdə iş birinci növbədə ticarətin inkişafı üzrə komitədə cəmləşdirilmişdir. Özünün illik sessiyalarında komitə aşağıdakı məsələləri müzakirə edir:
- regiondaxili və regionlararası ticarət siyasəti də daxil olmaqla dövlətlərin ticarət-iqtisadi sahədə qarşılıqlı əlaqəsi;
- iqtisadi əməkdaşhq və ticarət barədə uzunmüddətli sazişlər və razılaşmalar;
- ticarətin inkişafı qarşısında duran maneələrin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üsulları;
- sənaye əməkdaşlığı sahəsində müqavilə və sazişlərin bağlanılması təcrübəsi və s.
BMT-nin, eləcə də bir sıra digər beynəlxalq təşkilatlann struktur bölmələrində olduğu kimi, AİK-də bazar iqtisadiyyatına keçid mərhələsində olan ölkələrə müxtəlif formalı köməklər göstərir.
AİK ilk növbədə iqtisadiyyata, ticarətə, keçmiş sosialist ölkələri üzrə problemlərə aid olan müvafiq məlumatları cəmləşdirir və təhlil edir. O, keçid iqtisadiyyatlı ölkələr üçün müşavirə və seminarlar keçirir. Bunlar özəlləşdirmə, sahibkarlıq (kiçik və orta biznesin problemləri də daxil olmaqla), xarici investisiyaların cəlb olunması, kadrlann hazırlanması və yenidən hazırlanması, milli iqtisadi və xarici iqtisadi rejimlərin beynəlxalq standart və tələblərə uyğunlaşdıniması kimi problemlərə həsr olunur. Bu işlər BMT-nin digər bölmələri ilə qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir.
Sxem № 5 AİK - in fəaliyyətinin təşkilatı - funksional quruluşu.
43
2.4. BMT-nin Ticarət və İnkişaf Üzrə Konfransı (YUNKTAD)
I Beynəlxalq iqtisadi münasibətlərin çoxtərəfli tənzimləmnəsi ilə
sıx əlaqədə olan məsələlərin həllində xüsusi yeri BMT-nin Ticarət və
İnkişaf Üzrə Konfransı tutur. Konfrans BMT-nin daimi orqanı kimi Baş
Assambleyanın 1964-cü ilin sonunda Cenevrə şəhərində keçirilən
yığıncağında təsis olunmuşdur.
Konfransın fəaliyyətində BMT-nin üzvü olan bütün dövlətlər və bir
sıra beynəlxalq təşkilatlar iştirak edirlər. YUNKTAD- ın ali orqanı
onun sessiyası və Ticarət və inkişaf üzrə Şurasıdır. Sessiya dörd ildə bir
dəfə keçirilir. Şura ildə iki dəfə toplanır. YUNKTAD-ın cari fəaliyyəti
işçi komitələr və Katiblik vasitəsilə həyata keçirilir. Təşkilatın
mənzil-qərargahı Cenevrədə yerləşir. YUNKTAD-ın yaradılması
müstəmləkəçilikdən azad olmuş, inkişaf etməkdə olan ölkələrin «ədalətli
əsaslarla» dünya ticarət sisteminə inteqrasiya olunmağa cəhd etmələrini
əks etdirirdi.
'YUNKTAD-ın yaradılmasının əsas ideyası (məqsədi) inkişaf
etməkdə olan ölkələrin iqtisadi artımına imkan yaradılması, ticarət
siyasətinin formalaşdırılması və həyata keçirilməsi, eləcə də dünya
iqtisadiyyatı və ticarətinin inkişaf meyllərinin təhlili olmuşdur.
YUNKTAD-ın ayrıca nizamnaməsi yoxdur. Onun funksiyası,
məqsədi, təşkilatı quruluşu və fəaliyyəti ilə əlaqədar olan bütün
prosedurlar BMT-nin Baş Assambleyasının 30 dekabr 1964-cü il tarixli
1995 (XXİ) saylı qətnaməsində əks olunmuşdur.
Hazırda 194 dövlət, o cümlədən Azərbaycan Respublikası
YUNKTAD-ın üzvüdür.
YUNKTAD-ın işi əsas üç istiqamətdə qurulur:
Birinci — YUNKTAD-ın dörd ildə bir dəfə keçirilən sessiyasında
və Ticarət və inkişaf üzrə şuranın ildə bir dəfə keçirilən sessiyasında üzv
— ölkələrin nümayəndələri ilə aktual məsələlərin müzakirəsi və
danışıqların aparılmasıdır. Belə danışıqların nəticəsi bir qayda olaraq
konkret məsələlər üzrə siyasi konsensusun əldə edilməsini əks etdirən
müxtəlif qətnamələr, bəyannamələr və digər rəsmi sənədlərin qəbul
olunması ilə başa çatır.
İkinci — həm danışıqlarda iştirak edən nümayəndələr, həm də
maraqlı tərəflər üçün icmalların hazırlanması, tədqiqatlar apa-
44
nlması və digər materialların hazırlanması üzrə məlumat — analitik
işlərin yerinə yetirilməsidir.
Üçüncüsü — inkişaf etməkdə olan ölkələrə, son vaxtlarda isə həm
də keçid iqtisadiyyatı olan ölkələrə texniki kömək proqramlarının
işlənilib həyata keçirilməsidir.
YUNKTAD-ın əsas funksiyaları kimi aşağıdakılar
müəyyənləşdirilmişdir:
- beynəlxalq ticarətin — əsasən də müxtəlif inkişaf səviyyəsində
olan ölkələr arasında — həvəsləndirilməsi;
- beynəlxalq ticarət və iqtisadi inkişafın digər müvafiq
problemlərinə dair prinsip və siyasətin müəyyənləşdirilməsi;
- beynəlxalq ticarət və iqtisadi inkişaf sahəsində BMT sistemi
çərçivəsində digər idarələrin fəaliyyətinin əlaqələndirilməsinə yardım
edilməsi;
- ticarət sahəsində hökumətlərin və regional iqtisadi qrupların
siyasətlərinin razılaşdırılmasmm həyata keçirilməsi.
Konfransda təmsil olunan hər bir dövlət 1 səsə malikdir və qərarlar
səsvermədə iştirak edənlərin 2/3 səs çoxluğu ilə qəbul olunur.
YUNKTAD-ın büdcəsi — 50 milyon ABŞ dollar təşkil edir və bu
vəsait BMT-nin büdcəsindən ayrılır. Bundan əlavə müxtəlif təşkilatlar
tərəfindən YUNKTAD-ın büdcəsinə hər il 25 milyon dollar ayrılır.
YUNKTAD-ın fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətlər
arasında ticarət və iqtisadi münasibətlərin tənzimlənməsidir. Bu sahədə
fəaliyyətin əsas nəticəsi “Beynəlxalq ticarət münasibətləri və ticarət
siyasətinin prinsip”lərinin işlənilməsi olmuşdur. Bun- lann arasında
aşağıdakıları ayırmaq olar:
- inkişaf etməkdə olan ölkələrə xüsusi güzəştlər tətbiq edərkən
ticarətdə imtiyazlı rejimin universal tətbiqi;
- üçüncü ölkə mallarının iqtisadi qruplaşmaların bazarlarına
çıxışının asanlaşdırılması;
- idxalçı və ixracçıların maraqlannm təmin edilməsi üçün xammal
bazarlannın tənzimlənməsi və sabitləşdirilməsi;
- bütün sahələrdə inkişaf etməkdə olan ölkələrə hərtərəfli kömək
göstərilməsi.
45
Bu prinsiplər 1976-cı ildə YUNKTAD tərəfindən işlənilmiş
“Dövlətlərin iqtisadi Hüquq və Vəzifələri Xartiyası”nın əsasını təşkil
edir.
Konfransın siyasi tövsiyələri sırasından aşağıdakıları qeyd etmək
olar:
milli və beynəlxalq səviyyədə “optimal idarəetmə” sahəsində
dialoqun keçirilməsi təklifi; iqtisadi inkişafın məqsədlərinin həyata
keçirilməsində bazarın rolu; yoxsulluq probleminin yüngülləşdirilməsi;
insan ehtiyatlanmn inkişafı məsələləri; inkişafın mühüm amili kimi
demokratiya və insan hüquqlan məsələsi.
YUNKTAD-ın sessiyası nazirlər səviyyəsində çağırılır. Sessiyalar
arasında daimi fəaliyyətdə olan orqan Ticarət və İnkişaf üzrə Şuradır.
1997-ci ildən Şuranın işçi orqanı rolunu üç komissiya oynayır: əmtəə və
xidməüərin ticarəti üzrə; investisiya, texnologiya və maliyyə məsələləri
üzrə; sahibkarlıq və biznes məsələləri üzrə. Şura hər il öz fəaliyyəti
barədə BMT-nin BA-na məruzə təqdim edir.
1964 - 2004 - cü illər ərzində YUNKTAD-m 11 sessiyası
keçirilmişdir:
1- ci sessiya - 1964 (Cenevrə);
2- ci sessiya - 1968 (Dehli);
3- cü sessiya - 1972 (Santyaqo, Çili);
4- cü sessiya - 1976 (Nayrobi, Geniya);
5- ci sessiya - 1979 (Manila, Filippin);
6- cı sessiya - 1983 (Belqrad);
7- ci sessiya - 1987 (Cenevrə);
8- ci sessiya - 1992 (Kartaxena, Kolumbiya);
9- cu sessiya - 1996 (Midrand, CAR);
10- cu sessiya - 2000 (Bankonq, Tailand);
11- ci sessiya — 2004 (San-Paula, Braziliya).
YUNKTAD-ın sessiyası inkişaf etməkdə olan ölkələrin iqtisadi
cəhətdən geridə qalmasının aradan qaldırılması kontekstində beynəlxalq
ticarətin aktual problemlərinin həll olunduğu dövlətlərarası iqtisadi
forumdur. Qəbul olunan qərarlar tövsiyə xarakteri daşıyır.
YUNKTAD-ın quruluşu aşağıdakı sxemdə verilmişdir.
46 •W‘< » V -r-'-tv i'll* C>rr»ly»ı>iıviy’ »
BMT-nin BA
YUNKTAD
Ticar İnkişaf
3t və
'Üzrə
Əmtəə,
Xidmətlər və
Xammal Ticarəti
Üzrə komissiya
İnvestisiyalar, Texnologiya-
lar və Maliyyə Məsələləri
Üzrə komissiya
Sahibkarlıq və
Biznes üzrə
komissiya
Sxem № 6. YUNKTAD-ın fəaliyyətinin təşkilinin quruluşu
YUNKTAD-ın fəaliyyətində iki mərkəzi istiqamət vardır:
1) dünya xammal və aqrar bazarında inkişaf etməkdə olan
ölkələrin mövqeyinin möhkəmləndirilməsi;
2) inkişaf etməkdə olan ölkələrin əmtəə ixracı strukturunda
mövcud uyğunsuzluğun (tənasübsüzlüyün) tədricən aradan qaldırılması.
YUNKTAD-ın fəaliyyəti nəticəsində ticarətdə imtiyazlı rejim, zəif
inkişaf etmiş ölkələrin borclarının aşağı salınması, dəniz daşımalarının
tənzimlənməsi və s. sahəsində bir sıra mühüm sazişlər qəbul
olunmuşdur.
BütövlükdəYUNKTAD-ın fəaliyyətinin təhlili göstərir ki,
təşkilatın bir çox qərar və sənədləri tövsiyə xarakteri daşı- sada,onun bir
sıra konkret və praktiki əhəmiyyəti olan nailiyyətləri də vardır. Onların
arasında:
1) Preferensiyamn ümumi sistemi haqqında saziş (1971). İnkişaf
etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə ildə 70 milyard ABŞ dolları həcmində güzəştli ixrac rejimini nəzərdə tutur.
2) İnkişaf etməkdə olan ölkələr arasında imtiyazlı (prefe- rensial)
qlobal ticarət sistemi haqqında saziş (1989).
3) Kakao, şəkər, kauçuk, hind kəndiri və ondan məmulatlar, tropik
ağac, qalay, zeytun yağı və taxıl da daxil olmaqla onlar üzrə beynəlxalq
əmtəə sazişləri.
4) Xammal üzrə hökumətlərarası tədqiqat qrupu (dəmir filizi,
volfram, mis və nikel). Bu qrupun işində həm istehlakçı ölkələr, həm də
istehsalçı ölkələr iştirak edir.
5) Xammal ehtiyatının beynəlxalq bufer zonalarının
maliyyələşdirilməsinin təmin edilməsi məqsədilə ümumi xammal
əmtəələri üçün fondun yaradılması, eləcə də ayrı-ayrı xammallar üçün
tədqiqatların və işləmələrin həyata keçirilməsi (1989).
6) İnkişaf etməkdə olan ölkələrin borclarını ödəmə şərtlərinin
yumşaldılması (50-dən artıq inkişaf etməkdə olan ölkə 6,5 milyard
dollardan çox borcu ödəməkdən azad oldular).
7) Borcların restrukturizasiyası sahəsində beynəlxalq fəaliyyətin
Rəhbər prinsiplərinin hazırlanması (1980).
8) Nisbətən zəif inkişaf etmiş ölkələr üçün fəaliyyət proqramı üzrə
iki saziş (1981 və 1990) və s.
Beləliklə, göründüyü kimi, YUNKTAD-ın fəaliyyəti beynəlxalq
ticarətin çoxtərəfli tənzimlənməsi sisteminin formalaşdırılması və
inkişafında (dövlətlərin qarşılıqlı iqtisadi fəaliyyətlərinin bir sıra qarışıq
sahələri də daxil olmaqla), eləcə də fərdi sahibkarlıq strukturlarının
inkişafında mühüm rol oynayır. Bu rol həm də YUNKTAD-ın QATT
(TTÜBS)/ÜTT, eləcə də BVF və Beynəlxalq yenidənqurma və inkişaf
bankı ilə əlaqələrdə də özünü göstərir ki, bu da bu təşkilatların inkişaf
etməkdə olan ölkələrin ehtiyac və tələbatlarının uçota alınmasına şərait
yaradır.
2.5. Sənaye inkişafı üzrə BMT-nin
idarəsi (YUNİDO)
YUNİDO - BMT-nin ixtisaslaşdırılmış idarəsidir. Bu idarənin
məqsədi - milli və beynəlxalq ehtiyatları səfərbər etmək yolu ilə inkişaf
etməkdə olan ölkələrin sənayeləşdirilməsi, onların sənayesinin
inkişafına köməklik etmək üzrə proqramların həyata keçirilməsidir.
YUNİDO - 1968-ci ildə təsis edilmişdir.
48
Ali orqanı iki ildə bir dəfə çağırılan Baş konfransdır. Əsas iki rəhbər
orqanı var: sənaye inkişafı üzrə Şura və Proqram və büdcə məsələləri
üzrə komitə . YUNİDO -nun mənzil qərargahı Vyana şəhərində yerləşir.
Dünya təcrübəsində bu təşkilatın fəaliyyəti BMT-nin BA- nın
xüsusi qətnaməsi ilə operativ və köməkçi fəaliyyətlərə bölünür.
Operativ fəaliyyətə aşağıdakı fəaliyyət növləri daxil edilir:
- müasir inkişaf mərhələsində ölkənin siyasi, iqtisadi, maliyyə
vəziyyəti nəzərə alınmaqla, ölkələrə sənayeləşmə proqramlarının
hazırlanmasında konkret kömək göstərilməsi və tövsiyələrin işlənilməsi;
- sənaye və digər nəhəng obyektlərin səmərəliliyinin
əsaslandırılması üzrə elmi-tədqiqat işlərinin təşkili və bilavasitə yerinə
yetirilməsinə köməklik göstərilməsi;
- zəif inkişaf etmiş ölkələrdə istehsalın idarə olunması və
inkişaf məsələləri üzrə xüsusi orqanların yaradılması və onların himayə
edilməsi;
- xammal ehtiyatları və şairənin istifadəsi üzrə konkret
layihələrin həyata keçirilməsinə texniki kömək göstərilməsi.
YUNİDO-nun köməkçi funksiyası özündə məlumatların
toplanması, işlənilməsi, ümumiləşdirilməsi, nəşr edilməsi və
yayılmasını birləşdirir.
1986-cı ilin əvvəlindən YUNİDO BMT-nin ixtisaslaşmış
idarəsi statusunu almışdır. Bu islahat inzibati, maliyyə, kadr müstəqilliyi
və digər təşkilati məsələlərə toxundu. Lakin öz məğzi etibarilə təşkilatın
fəaliyyəti, onun məqsədi, prinsipləri, fəaliyyətini həyata keçirməyin əsas
istiqamətləri dəyişməz qaldı. Hazırda YUNİDO özünün məxsusi daimi
büdcəsinə malikdir. Bu büdcə üzv-ölkələrin məcburi ödədikləri
haqlardan formalaşır və başlıca olaraq katiblik aparatının saxlanılması
üçün nəzərdə tutulur. »YUNİDO-nun həyata keçirdiyi operativ
fəaliyyətin maliyyələşdirilməsi əsasən BMT-nin inkişaf proqramının
vəsaitləri və YUNİDO-nun sənayenin inkişafı fondunun hesabına həyata
keçirilir. Fondun vəsaiti təşkilata üzv-ölkələrin könüllü ödədikləri
haqlardan əmələ gəlir.^YUNİDO-nun fəaliyyəti dünyanın inkişaf
etməkdə olan ölkələrinə köməklik göstərilməsinin həyata keçirilməsinə
yönəldilmişdir (əsasən Afrika ölkələrinin).
YUNİDO 168 ölkəni özündə birləşdirir.
49
2.6. Birləşmiş Millətlər Təşkilatının
inkişaf proqramı (PROON)
BMT-nin inkişaf proqramı BMT-nin BA-nm köməkçi orqanı
olmaqla BMT sisteminin ən iri təşkilatıdır, PROON beynəlxalq
proqramlar üzrə çoxtərəfli və çoxsahəli iqtisadi və texniki yardımları
maliyyələşdirir. Bu təşkilatın da fəaliyyəti inkişaf etməkdə olan
ölkələrdə iqtisadiyyatın mühüm sahələrinin himayə edilməsinə
yönəldilmişdir. PROON 1965-ci ildə yaradılmışdır. PROON-un
rəhbər orqanı İdarəedicilər şurasıdır. Şuranın ildə iki sessiyası keçirilir.
Sessiyalar arası müddətdə təşkilata rəhbərlik mənzil qərargahı
Nyu-Yorkda yerləşən Katiblik tərəfindən həyata keçirilir.
PROON-un fəaliyyəti yalnız hökumətlər tərəfindən göstərilən
könüllü ödəmələr hesabına maliyyələşdirilir. Təşkilatın büdcəsinin
həcmi qəti müəyyənləşdirilmir və o, ildən-ilə dəyişir. Bu da ona görə baş
verir ki, könüllü ödəmələrin əvvəlcədən planlaşdmlması praktiki olaraq
mümkün deyil. Lakin buna baxmayaraq, onun büdcəsi 1 milyard
dollardan az olmur və donor - ölkələr tərəfindən daimi olaraq artırılır.
Donor - ölkələr sırasına əksər inkişaf etmiş ölkələr və iri inkişaf etməkdə
olan ölkələr daxildirlər.
Hazırkı dövrdə PROON-un fəaliyyəti əsas altı istiqamət
üzərində cəmləşdirilir: yoxsulluqla mübarizə; idarəetmə fəaliyyətinin
inkişafı; inkişaf etməkdə olan ölkələr arasında müxtəlif sahələrdə texniki
əməkdaşlıq; ətraf mühitin qorunması; təbii sərvətlərdən səmərəli istifadə
olunması və qadınların inkişafda iştirakı; məxsusi inkişaf məqsədilə
istehsal texnologiyası səviyyəsinin yüksəldilməsi. PROON bu
problemlər üzrə qlobal forumlar təşkil edir. Bunların sırasından 1992-ci
ildə Rio-De-Janey- roda ətraf mühitin problemləri üzrə Forumu, 1994-cü
ildə Qahirədə əhali və inkişaf üzrə, 1995-ci ildə Kopenhagendə sosial
inkişaf üzrə keçirilən və bir sıra digər forumları göstərmək olar. Hazırda
proqramın fəaliyyəti 150-dən çox ölkəni əhatə edir və 7000-ə yaxın
layihə həyata keçirilir.
PROON-un himayəsi altında suvarma, balıqçılıq, meşə
massivlərinin qorunması və bir sıra digər sahələrdə konkret iri layihələr
həyata keçirilmişdir.
50
2.7. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
^ BMT-nin ixtisaslaşmış mühüm idarələrindən biridir. Başlıca
məqsədi kənd təsərrüfatına kapital qoyu41uşuna, aqrar islahatlara,
inkişaf etməkdə olan ölkələrə yeni texnologiyaların verilməsinə
köməklik etməkdir. Onun məşğul olduğu məsələlər sırasına kənd
təsərrüfatı məsələləri üzrə hökumətlərarası təşkilatlann işinin, eləcə də
əhalinin kənd təsərrüfatı məhsullan ilə təminatının yaxşılaşdıniması
məqsədilə fərdi və kollektiv səylərin əlaqələndirilməsi də daxildir. FAO
1945-ci Üdə yaradılmışdır. Ali orqanı iki ildə bir dəfə çağrılan
Konfransdır. Təşkilatın mənzil qərargahı Romada yerləşir. FAO inkişaf
etməkdə olan ölkələrə kənd, meşə və balıqçılıq sahəsində köməklik
göstərir. Bu kömək həm maddi, həm də qeyri-maddi xarakter daşıyır.
İnkişaf etməkdə olan ölkələrə ərzaq məhsulları göndərilir, kənd
təsərrüfatı istehsalının inkişafı, ixtisaslı kadrlar hazırlanması sahəsində
onlara texniki köməklik göstərilir, kömək alan üzv ölkələr üçün
tövsiyələr hazırlanır və s. FAO-nun himayəsi altında 1996 və 2002-ci
illərdə ərzaq problemi üzrə ümumdünya forumları keçirilmişdir.
Kənd təsərrüfatının inkişafının beynəlxalq fondu inkişaf
etməkdə olan ölkələrdə kənd təsərrüfatını kreditləşdirir.
2.8. BMT-nin regional iqtisadi komissiyaları
Afrika üçün BMT-nin iqtisadi komissiyası. Komissiya 1958-ci
ildə yaradılmışdır. Komissiyanın məqsədi - bütövlükdə Afrika qitəsinin
inkişaf problemlərinin təhlili və öyrənilməsi. Afrika xalqının inkişafına
zəruri köməyin göstərilməsidir. Təşkilatın ali orqanı Komissiyanın
sessiyasıdır. Sessiyalararası dövrdə komissiyanın işinə rəhbərliyi
İcraiyyə Komitəsi həyata keçirir. Komissiyanın 4 subregional bölməsi
var: Şimali Afrika üçün - Tan- jer ş, (Mərakeş), Qərbi Afrika üçün -
Niamel ş.(Niger), Şərqi Afrika üçün Lusake ş. (Zambiya), və Mərkəzi
Afrika üçün - Kinşas ş. (Zair). Afrika iqtisadi komissiyasının əsas
məsələsi regionun iqtisadi inkişafı üzrə tədbirlərin hazırlanması və
üzv-ölkələrin sorğusu əsasında məsləhətçi xidmətlərin göstərilməsidir.
Son dövr
lərdə komissiya öz səlahiyyət dairəsini genişləndirmişdir. Belə ki, o
quraqlığa qarşı mübarizə, suvarma sahəsində layihələrin hazırlanması,
kadr hazırlanması məsələlərində də region ölkələrinə köməklik göstərir.
Son dövrlərdə Komissiyanın büdcəsi digər komissiyalarla müqayisədə
xeyli çoxalmışdır.
BMT-nin Latın Amerikası və Karib hövzəsi üçün komissiyası
- (LAKHK) - 1948-ci ildə yaradılmışdır. Ali orqan ildə bir dəfə çağırılan
sessiyasıdır. Sessiyalar arasındakı müddətdə LAKHK -nı Latın
Amerikasının 40 üzv-ölkəsinin, eləcə də ABŞ, Kanada, Böyük Britaniya,
Fransa, İspaniya və Niderlandın da nümayəndələrinin daxil olduğu
Komitə idarə edir. LAKHK-m tərkibində aşağıdakı daimi orqanlar
fəaliyyət göstərir: Mərkəzi Amerika ölkələrinin İqtisadi Əməkdaşlığı
Komitəsi; Karib Rayonu Ölkələrinin İnkişaf və Əməkdaşlıq Komitəsi;
Ticarət Üzrə Komitə; Hökumət Ekspertləri komitəsi.
Asiya və Sakit okean regionu üçün iqtisadi və sosial
komissiya - Bu komissiya BMT-nin regional orqanı kimi 1947-ci ildə
yaradılmışdır. Komissiyanın ali orqanı onun illik sessiyasıdır.
Komissiyanın katibliyi Banqhokda yerləşir. Asiya və Sakit okean üçün
iqtisadi və sosial komissiyanın üzvləri ABŞ, Niderland, Böyük
Britaniya, Fransa kimi nəhəng ölkələr də daxil olmaqla regionun əksər
ölkələridir.
Komissiyanın Dehlidə keçirilən 50-ci sessiyasında «XXI əsrin
astanasında Asiya-Sakit okean regionunda regional iqtisadi
əməkdaşlığın möhkəmləndirilməsi haqqında» Bəyannamə qəbul
olunmuşdur.
Qərbi Asiya üçün iqtisadi və sosial komissiya (QAİSK) -
Komissiya 1974-cü ildə yaradılmışdır. Onun tərkibinə regionun 14
dövləti daxildir. Bu komissiyanın ali orqanı iki ildə bir dəfə çağrılan
plenar sessiyasıdır. QAİSK-nın katibliyi aşağıdakı şöbələrdən ibarətdir:
planlaşdırma, sənaye, kənd təsərrüfatı və s. Katiblik Bağdadda yerləşir.
Qeyd etmək lazımdır ki, regionda iqtisadi əməkdaşlığın inkişafı
burada mövcud olan siyasi sabitlikdən asılıdır. Komissiyanın qarşısına
qoyduğu əsas məsələ - regionda iqtisadi əməkdaşlıq üçün əlverişli
şəraitin yaradılması, iqtisadi münasibətlərin möhkəmləndirilməsi,
texniki xarakterli tədqiqatların aparılması və sairədir.
Digər komissiyalara nisbətən büdcəsi çox azdır.
52
Latın Amerikası sərbəst Ticarət Assosiasiyası (LAFTA) -
I960-C1 ildə yaradılıb. Üzvləri - Argentina, Braziliya, Çili, Meksika,
Paraqvay, Peru, Uruqvay, Kolumbiya, Ekvador, Venesue- la və
Boliviyadır.
1980-cı ildə öz fəaliyyətini dayandırdı və həmin ölkələr Latın
Amerikası İnteqrasiya Assosiasiyasını - İAİA - yaratdılar. İAİA-nın
məqsədi ölkələr arasında bütün tarif və qeyri-tarif məhdudiyyətlərini
ləğv etmək və tədricən ümumi bazar yaradılmasına doğru irəliləməkdir.
2.9. Tariflər və Ticarət Üzrə Baş Saziş.
Ümumdünya Ticarət Təşkilatı
Məlum olduğu kimi, XX əsrin birinci qərinəsində milli
hökumətlərin birtərəfli qaydada tətbiq etdikləri himayədarlıq hərəkətləri
(siyasəti) dünya ticarətinin imkanlarını əsaslı şəkildə
məhdudlaşdırmışdı. Ona görə də'ticarətin beynəlxalq tənzimlənməsinin
vahid norma və qaydalar əsasında həyata keçirilməsi obyektiv tələbata
çevrilmişdi.
Həmin dövrdə'beynəlxalq ticarətin əsasını ikitərəfli ticarət
müqavilələri təşkil edirdi. *Bunun çatışmayan cəhəti ondan ibarət idi ki,
bu müqavilələr ikitərəfli ticarətə aid olan əmtəələrin dar no-
menklaturasını əhatə edirdi. Belə müqavilələrin bağlanmasının nəticəsi
gözlənilməz olurdu: bundan öz tərəflərindən heç bir güzəştə getməyən
üçüncü tərəfin istehsalçıları uduş əldə edirdilər.
^İkinci Dünya Müharibəsindən sonra dünya ticarət strategiyasının
qlobal əlaqələndirilməsini təmin edən beynəlxalq ticarət təşkilatının
yaradılması məqsədilə bir sıra cəhdlər göstərilmişdir.
Havanada beynəlxalq ticarət təşkilatının yaradılması ilə bağlı
keçirilən danışıqlar ABŞ-la Qərbi Avropa ölkələri arasında ciddi fikir
ayrılığının olduğunu aşkar etdi. Fikir ayrılığından ən mühümü
iştirakçı - ölkələrə ayrılan səslərin sayı ilə bağlı idi. Avropalılar təklif
edirdilər ki, «bir ölkə - bir səs» prinsipi əsas götürülsün. Həmin dövrdə
dünya ticarətinin təqribən 40%-ni öz əlində cəmləşdirilmiş ABŞ isə
təklif edirdi ki, səslər ölkənin dünya ticarətindəki payına mütənasib
olaraq bölünməlidir. Lakin ABŞ məqsədinə nail ola bilmədi və ona görə
də ABŞ Konqresi
53
danışıqlar prosesində imzalanmış sazişi ratifikasiya etməkdən imtina
etdi.
Sazişin tariflərə həsr olunmuş bölməsi üzrə Cenevrədə xüsusi
danışıqlar keçirildi. Danışıqlar nəticəsində dünyanın 23 ölkəsi
tərəfindən 30 oktyabr 1947-ci ildə Tariflər və Ticarət üzrə müvəqqəti
saziş imzalandı və bu QATT adını aldı. Saziş 1 yanvar
1948- ci ildən qüvvəyə mindi. Ümumi sazişin mətni mühüm ticarət
qaydalarını, xüsusilə də ayrı-seçkilik (ögey-doğmalıq) əleyhinə olan
qaydaları müəyyənləşdirmişdir.! QATT üzv-dövlətlər arasında
qarşılıqlı ticarətin prinsipləri, hüquq normaları, həyata keçirilmə və
dövlət tənzimlənməsi qaydalarını özündə birləşdirən çoxtərəfli
beynəlxalq sazişdir.
Dünyanın əksər ölkələri QATT-ın üzvləri idilər. 2005-ci ildə
müxtəlif səviyyələrdə dünyanın 160 ölkəsi QATT-ın üzvü olmuşdur. Bu
beynəlxIq təşkilatın fəaliyyət dairəsi dünya ticarətinin 80%-dən çoxunu
əhatə edirdi. QATT 1947-ci ildən 1995-cü ilədək fəaliyyət göstərmişdir.
1947-ci ildən 1994-cü ilədək ^GATT gömrük tariflərinin aşağı salınması
və başqa ticarət maneələrinin olmalarına baxmayaraq ,onların mütəmadi
olaraq müzakirə olunduğu forum olmuşdur. 1 yanvar 1995-ci ildən öz
işinə QATT-ı da cəlb etmiş Ümumdünya ticarət təşkilatı fəaliyyətə
başladı. Lakin bunlar müxtəlif təşkilatlar olmalarına baxmayaraq, 1995-ci
ilin sonunadək paralel olaraq fəaliyyət göstərdilər. QATT-ın üzvləri
ÜTT-na üzv olmağa başladılar və 1 yanvar 1996-cı ildə QATT öz
fəaliyyətini dayandırdı və həmin vaxtdan yalnız ÜTT fəaliyyət göstərir.
Hazırda dünya ticarətinin 90- 95 faizini QATT\ÜTT tənzimləyir.
QATT ikili statusa malik təşkilat olmuşdur. Bir tərəfdən o,
beynəlxalq təşkilat, digər tərəfdən isə üzv-dövlətlər arasında qarşılıqlı
ticarətin prinsipləri, hüquqi normaları, həyata keçirilmə və dövlət
tənzimlənməsi qaydalarını özündə birləşdirən çoxtərəfli beynəlxalq
sazişdir.’l QATT-ın digər beynəlxalq təşkilatlardan fərqli cəhəti onun
çevik xarakterli olmasından ibarət olmuşdur. Belə ki, onun üzvləri
bütün hallarda razılığa gələn tərəf qismində çıxış etmişlər. QATT-a
daxil olan hər bir dövlət öz üzərinə ticarət sistemini yenidən qurmaq
öhdəliyini götürürdü.
QATT çərçivəsində danışıqların birinci raundunun nəticəsi
dünya ticarətinin 1/5 hissəsinə (1940-cı ilin axırlarında 10 mil
yard dollar) aid edilən və beynəlxalq statusa malik 45 min tarif
qaydalarının işlənməsi olmuşdur. Məhz bu tarif qaydaları tarif və
ticarət üzrə Baş saziş adını almış və 1948-ci ilin yanvar ayından
qüvvəyə minmişdir.
1960-cı ilin ortalarına qədər QATT-m üzvü olan ölkələrin 2/3 -si
iqtisadi inkişafın ilkin mərhələsində olmuşdur və tam aydındır ki, inkişaf
etməkdə olan ölkələr təşkilatın bərabərhüquqlu üzvü olmağa çalışırdılar.
QATT-ın prinsipləri. QATT-ın əsasını təşkil edən maddələr də
müəyyən ziddiyyətlərin və çətinliklərin olmasına baxmayaraq, onlar
hamısı müəyyən prinsiplərə əsaslanırlar.
Birinci və başlıca prinsip ticarət güzəştlərinin qarşılıqlı olması
prinsipidir. Bu prinsip daha əlverişli ticarət rejimində öz əksini tapır.
Bu rejimə müvafiq olaraq, öz aralarında müqavilə bağlamış
ölkələr üçüncü ölkələrə şamil edilən istənilən güzəşt və imtiyazları
avtomatik olaraq biri-birinə də şamil edirdilər. Burada güzəştlər və
imtiyazlar gömrük müdafiəsinin ölçüsünə, yəni gömrük rüsum
dərəcələrinə aid edilir. İstənilən üstünlük, imtiyaz, güzəşt deyəndə
gömrük müdafiəsi vasitələri ilə əməliyyatlar nəzərdə tutulur.
Təcrübədə daha əlverişli rejim (TƏR) - bu aşağıdakılarla
xarakterizə olunur: ikitərəfli məsləhətləşmələr və danışıqlar yolu
ilə ölkələr əmtəələrlə ticarətdə gömrük güzəştlərinin verilməsi barədə
razılığa gəlirlər. Belə bir saziş imzalanandan sonra həmin güzəştlər
avtomatik olaraq qalan bütün ölkələrə şamil edilir; bundan sonra
ölkələrin hərəkətləri qeyri ayrı-seçkilik prinsipi üzrə qurulur. Bunun
tələbinə uyğun olaraq QATT-da iştirak edən istənilən dövlətə ticarətdə
əlverişsiz şərtlər tətbiq oluna bilməz.
Ticarətdə əlverişli rejimin məğzi ondan ibarətdir ki, gömrük
rüsumlarının ləğvi və ya aşağı salınması, hətta bu aşağı salınma birtərəfli
qaydada həyata keçirilsə belə, bütün iştirakçı tərəflər üçün xeyirlidir.
QATT-ın sənədlərində nəzərdə tutulan əlverişli rejimdən icazə
verilən kənara çıxmalar qəti olaraq qeyd olunmuşdur. Bunlardan
mühümləri aşağıdakılardır;
55
- QATT təşkil olunana qədər istifadə olunmuş preferensi- yaların
(üstünlüklərin, imtiyazların) davam etdirilməsinə icazə verilməsi;
- ticarətdə güzəştli rejim dairəsindən gömrük ittifaqları
yaradılarkən və yaxud sərhədyanı ticarət sazişləri çərçivəsində verilmiş
gömrük güzəştlərinin ləğv edilməsi;
- ümumi preferensiya (imtiyaz) sistemi çərçivəsində inkişaf
etməkdə olan ölkələr xarici ticarət sahəsində xüsusi güzəştlər alırlar;
burada daha zəif inkişaf etmiş ölkələrə tətbiq olunan gömrük - tarif
güzəştləri xüsusi yer tutur.
İri ölkələr birtərəfli qaydada əlverişli rejimin fəaliyyət dairəsinə
müəyyən məhdudiyyətlər tətbiq etdilər. Bu sahədə ABŞ xüsusilə
fərqləndi. ABŞ qanunçuluğu Amerika prezidentinə hüquq verirdi ki,
milli iqtisadiyyat üçün əsaslı çətinliklər meydana çıxdıqda güzəştləri
ləğv etsin. Bundan əlavə, idxal olunan xarici əmtəələrin payının artımı
milli sənayenin zərərə düşməsinin artımı ilə əlaqəli olduqda, hökumətə
rüsumların artırılması və əmtəənin güzəştli rejimdən çıxarılması
barədə qərar qəbul etmək hüququ verilmişdi.
Əgər Baş sazişdə ticarətdə gömrük tariflərinin dəyişdirilməsinə
tənzimləmə vasitəsi kimi müəyyən şərtlərlə də olsa, icazə verilirsə də,
kəmiyyət məhdudiyyətləri və kvotaların tətbiqi rədd edilir. Bunlara
yalnız tədiyyə balansının müvazinətinin tarazlaş- dırılmasmın təmin
edilməsi və milli təhlükəsizliklə əlaqədar olan hallarda icazə verilir. Əgər
hər hansı bir ölkə kəmiyyət məhdudiyyətlərindən istifadə etmək
məcburiyyəti qarşısında qalarsa, onda o bunu ölkələrə münasibətdə
seçmə qaydasında deyil, bütün iştirakçı-ölkələrə qarşı tətbiq etməlidir.
Nəhayət QATT-ın mühüm prinsipi birtərəfli hərəkətlərin qəbul
edilməsinə yol verilməməsidir. Milli bazarın qorunması barədə qərar
çoxtərəfli məsləhətləşmələrdən sonra qəbul edilməlidir.
Buna baxmayaraq, iştirakçı ölkələr öz maraqlarını beynəlxalq
razılaşmalardan üstün tutaraq bu normaları dəfələrlə pozmuşlar.
QATT-ın praktiki fəaliyyəti: Sazişin mətnini imzalamış
ölkələrin qarşılıqlı razılaşmasına əsasən təşkilatı mexanizm - Katiblik
yaradılmışdır. Katibliyin məqsədi - beynəlxalq ticarət təc
56 .' * . - ‘1' J; V /: ••• •;V’ K:' ■:/ ( f yf f ö >
rübəsində QATT-ın əsas prinsiplərinin həyata keçirilməsi olmuşdur.
Katiblik Cenevrə şəhərində yerləşirdi. Bu orqanın fəaliyyəti
konfrans-sessiya çərçivəsində həyata keçirilirdi. Bir qayda olaraq
sessiyalar üzv-ölkələrin yüksək vəzifəli məmurlarının görüşü ilə
başlayırdı, sonra isə raundlar adını almış danışıqlar həyata keçirilirdi..
Belə raundlar içərisində 1973-1979-cu illərdə keçirilmiş Tokio raundunu
və 1983-cü ildən 1994-cü ilədək davam edən Uruqvay raundunu xüsusi
qeyd etmək lazımdır. Bu raundlar müzakirə olunan məsələlər dairəsinin
genişliyi və qey- ri-tarif maneələri məsələlərinin müzakirə olunması ilə
əlaqədar olaraq xüsusi əhəmiyət kəsb edir.
QATT çərçivəsində keçirilən danışıqlar 2 saylı cədvəldə
verilmişdir.
QATT-ın fəaliyyətində əsas əhəmiyyət kəsb edən məsələ
gömrük rüsumlarının ləğv edilməsi, yaxud aşağı salınması olmuşdur.
1945-1947-ci illərdə inkişaf etmiş ölkələrdə gömrük rüsumlarının orta
kəmiyyəti 40-60%, hətta bəzi əmtəələr üzrə (məsələn, kimya sənayesi
məhsulları üzrə) 70-90% təşkil edirdi. QATT-ın gömrük rüsumlarının
aşağı salınması üzrə daimi fəal işinin nəticəsində gömrük maneələrinin
aradan qaldırılması hesabına bu kəmiyyət 3-5%-dək endirildi.
Ticarət maneələri dinamik şəkildə ləğv olunurdu. Gömrük
maneələrinin aradan qaldırılması üzrə Uruqvay raundu çox radikal oldu.
Bir sıra əmtəələr üzrə rüsumlar, ümumiyyətlə, ləğv olundu. Bu, o
əmtəələrə şamil edilmişdir ki, onlar üzrə ABŞ ən rəqabət qabiliyyətli
ölkə idi (tikinti və tibbi avadanlıqları, əczaçılıq məmu- latlan, kənd
təsərrüfatı mallan, sement, pivə, mebel).
Cədvəl № 2. QATT çərçivəsində aparılmış ticarət danışıqlarının siyahısı.
Danışıqların
başladığı və
aparıldığı yer
İllər Danışıqların əsas məzmunu
Cenevrə (İsveçrə) 1947 Gömrük tariflərinin aşağı
salınması Annesi (Fransa) 1949 Gömrük tariflərinin aşağı
salınması
57
Torki (İngiltərə) 1950 Gömrük tariflərinin aşağı sa-
hnması Cenevrə 1956 Gömrük tariflərinin aşağı
salınması
Cenevrə 1960-1961
(Dillo
raundu)
Gömrük tariflərinin aşağı
salınması
Cenevrə 1964-1967
(Kennedi-
raundu)
Tariflərin aşağı salınması,
anti-dempinq kodeksinin
işlənilməsi
Tokio (Yaponiya)
Danışıqlar
Cenevrədə keçirildi
1973-1979
(Tokio-
raundu)
Tariflərin aşağı salınması,
qeyri-tarif maneələri sahəsində
QATT-ın səlahiyyətlərini
genişləndirən və gücləndirən
kodeksin işlənilməsi
Punta-del-Este
(Uruqvay).
Danışıqlar
Cenevrədə keçirildi
1986-1994
(Uruqvay
raundu)
Gömrük maneələrinin
azaldılması, QATT-ın fəaliyyət
mexanizminin
təkmilləşdirilməsi, Ümumdünya
ticarət təşkilatının yaradılması
barədə saziş; xidmətlər ticarəti
üzrə Baş sazişin işlənilməsi
(QATC)
Subsidiyalar və antidempinq rüsumlan danışıqlann ən çətin
bəndini təşkil edirdi. Təklif olunmuşdur ki, birbaşa ixrac subsidiya-
larmın istifadə olunması qadağan olunsun. Amma burada Aİ
ölkələrindən kənd təsərrüfatı məhsullannın ixracına müstəsna hal tətbiq
olunaraq, birbaşa dotasiyalara icazə verildi.
Tokio raundunda qəbul olunmuş “Ticarətdə texniki maneələr
üzrə Kodeks”də standartlann və texniki maneələrin, nişanlama,
sertifikatlaşdırma və əmtəənin sınaqdan keçirilməsi kimi ayn-seçkilik
məsələlərinin aradan qaldırılmasının həlli qoyulmuşdu. Qeyd
olunmuşdur ki, texniki maneələr ticarətin inkişafına mane olmamalıdır
və buna milli məhsullara qoyulan tələblərin eyni ilə xarici məhsullara da
tətbiqi yolu ilə nail oluna bilər.
58
İştirakçı ölkələr öhdələrinə götürdülər ki, xarici əmtəələrə
münasibətdə xüsusi standartlar tətbiq etməsinlər, ölkədə keçirilən
sınaqları mümkün qədər beynəlxalq standartlara uyğun aparsınlar.
Təklif olundu ki, milli standartlar dəyişdikləri təqdirdə bu barədə digər
üzv-dövlətləri məlumatlandırsınlar.
QATT çərçivəsində Tokio raundunun gedişindəki danışıqlarda
əsas diqqət mürəkkəb - qeyri-tarif maneələrinin, əsasən də aşağıdakı
beş istiqamət üzrə aradan qaldınimasına yönəldilmişdi:
- sənaye standartları;
- dövlət satınalmaları;
- subsidiyalar və kompensasiya (əvəzi ödənilmə) rüsumları;
- lisenziyalaşdırma;
- gömrük qiymətləndirilməsi.
Bu istiqamətlərin hər biri üzrə Tokio raundunun iştirakçıları
QATT-ın üzvü olan ölkələrin davramş Kodeksinin qəbul olunması
razılığına gəldilər.
QATT- m fəaliyyətində yeniliklərdən biri də Uruqvay
raundu çərçivəsində xidmətlər sahəsində ticarətin liberallaşdırılması
barədə danışıqların başlanması oldu. Buraya rabitə, proqram təminatı,
EHM-na xidmət və onların təmiri, lizinq və maliyyə üzrə xidmət növləri
daxil idi.
QATT-ın Uruqvay raundu 1986-1994-cı illərdə keçirilmiş çox
geniş və əhatəli ticarət danışıqları idi. Uruqvay raundunun beynəlxalq
ticarətin inkişafında əhəmiyyətini göstərmək üçün onun gedişində
müzakirə olunan əsas məsələlərin siyahısına baxmaq kifayətdir:
- tariflərin getdikcə ixtisar olunması;
- qeyri-tarif tədbirləri;
- tropik əmtəələrlə ticarətin tənzimlənməsi;
- təbii sərvətlər bazasında istehsal olunan məhsullar;
- toxuculuq və paltar;
- kənd təsərrüfatı;
- subsidiyalar və kompensasiya tədbirləri;
- mübahisələrin tənzimlənməsi haqqında Memorandum;
- əqli mülkiyyət hüququnun ticarəti barədə saziş;
- investisiya fəaliyyətinin ticarəti barədə saziş;
- ÜTT-nın yaradılması barədə saziş;
- Xidmətlərlə Ticarəti barədə Baş saziş (QATC)
Uruqvay raundu, qeyd olunanlarla yanaşı, xidmət sahəsində
ticarətin qaydalarını yaratmış, habelə əqli mülkiyyətlə əlaqədar
mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı məsələləri nəzərdən
keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş qrafıkləri) ibarət
30.000 səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və
xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi
üzvlər tərəfindən hazırlanmışdır.
Uruqvay raundunun gedişində belə bir razılıq əldə edilmişdir ki,
«boz sonalara» (toxuçuluq, kənd təsərrüfatı, polaq, aviasiya texnikası)
münasibətdə qeyri-tarif tədbirlərinin tətbiqindən imtina olunsun.
QATT-ın fəaliyyətinin nəticəsini qiymətləndirərkən, qeyd etmək
lazımdır ki, beynəlxalq ticarət dünya istehsalına nisbətən daha yüksək
sürətlə inkişaf etməyə başladı. Əgər 1950-ci ildə dünya istehsalının
11%-i əmtəə və xidmətlərin payına düşürdüsə, 1990-cı ilin əvvəllərində
bu 21%, hazırda isə -25-27 % təşkil edir.
1993-cü ilin dekabrında Uruqvay raundunun yekun sənədi
hazırlandı, bu sənədə bütün əvvəlki danışıqların nəticələri daxil edildi və
QATT-ın bazasında Ümumdünya Ticarət Təşkilatının yaradılması
qərara alındı.
60
Ümumdünya Ticarət Təşkilatı
Yerləşdiyi ölkə:
Təsis olunması: Kim
tərəfindən: (1986-1994)
Üzvlük:
Büdcə:
il üçün)
Katibliyin ştatı:
Cenevrə, İsveçrə'
1 yanvar 1995-ci il
Uruqvay Danışıqlar Raundu
148 ölkə (13 oktyabr 2004) ^ 169 milyon İsveçrə frankı (2005-ci
630 nəfər
Ümumdünya ticarət təşkilatı-daimi fəaliyyətdə olan beynəlxalq
təşkilatdır. QATT-dan fərqli olaraq o, BMT sisteminin ixtisaslaşmış
idarəsidir^.
Ümumdünya Ticarət Təşkilatı təşkilat və eyni zamanda hüquqi
sənədlər kompleksi olmaqla əmtəə və xidmətlərin beynəlxalq ticarəti
sahəsində hökumətlərin hüquq və vəzifələrini müəyyənləşdirir.
Ümumdünya Ticarət Təşkilatı dünya ticarətini tənzimləyən
beynəlxalq universal mexanizmdir. ÜTT qlobal ticarət - iqtisadi
diplomatiyanın aləti olmaqla beynəlxalq iqtisadi münasibətlər
sistemində müstəsna mühüm rol oynayır. ÜTT-da iştirakçı -dövlətlərin
sayı 132-dir. 31 ölkə, o cümlədən Çin, Rusiya Federasiyası, Səudiyyə
Ərəbistanı, Azərbaycan təşkilata üzv olmaq üçün danışıqlar aparırlar.
Keçmiş SSRİ respublikalarından Qırğızıstan, Ukrayna və Gürcüstan
ÜTT-nın üzvüdür. ÜTT -nın üzvləri arasında 32 inkişaf etmiş ölkə, 100
inkişaf etməkdə olan ölkə vardır. Dünya ticarətinin 90%-i ÜTT
üzvlərinin payına düşür və bu 3 saylı cədvəldə verilmişdir
' ÜTT-nın internet saytı
^ World Trade Report. 2005. P,219-da olan məlumata görə, ÜTT-nın
tərkibində 2004-cü ilin sonunda iştirakçı ölkələrin sayı 132 olmuşdur. 148 bu
və ya digər formada təşkilata daxil olan ölkələrin sayıdır.
^ Bu paraqrafdakı məlumatlar ÜTT-nın httpı/www.wto.org İnternet
səhifəsindən götürülmüşdür
61
Cədvəl № 3. ÜTT üzvlərinin tərkibi və dünya ixracında onların yeri (2005-ci il)
Dünyanın
regionları
İştirakçı-
üzv
ölkələrin
sayı
ÜTT-na üzv
olmaq üçün
ərizə vermiş
ölkələrin sayı
Potensial
iştirakçıların
sayı
Cəmi 132 (90,6%) 31 (8,4%) 22 (1,0%)
O cümlədən: Afrika 41 (1,8%) 4 (0,2%) 8 (0,2%)
Şimal və Cənubi
Amerika 33 (19,9%) 1 (0,0%) 1 (1,0%)
Asiya - Sakit okean
regionu 28 (30,0%) 10 (6,2%) 11 (0,7%)
Avropa və MDB 30 (44,3%) 16 (2,0%) ____ ıM _____
Mənbə: World Trade Report. 2005.P.219 * Mötərizədə regionların
dünya ixracında payı göstərilmişdir.
ÜTT əlbəttə QATT-la müqayisədə başqa təşkilat deyil. ÜTT-nın
yaradılması barədə sazişə müvafiq olaraq o, QATT-ın varisi olsa da,
ÜTT çərçivəsində tənzimlənin məsələlərin dairəsi daha geniş olmaqla
daha mürəkkəb və məsul vəzifələrin həllini qarşısına məqsəd
qoymuşdur. ÜTT-nın yaradılması barədə Sazişin 1-ci maddəsində
göstərilir ki, təşkilata o ölkələr üzv ola bilərlər ki, onlar QATT-ın
Uruqvay raundunun bütün nəticələri ilə heç bir müstəsnalıq olmadan razı
olmalı və onu qəbul etməlidirlər.
Qısaca desək, Ümumdünya Ticarət Təşkilatı millətlər arasında
ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq
təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal
olunan şəkildə və azad aparılmasını təmin etməkdir.
ÜTT haqqında Sazişə müvafiq olaraq ÜTT-nın məqsədi -
beynəlxalq ticarətin liberallaşdırılması və onun dayanıqlı əsasını
yaratmaqla, iqtisadi artım və inkişafa, eləcə də insanların rifah halının
yüksəldilməsinə nail olmaqdır. Buna qismən ticarət qaydaları və
sazişlərinin işlənilməsi qismində əmtəə və xidmətlər üzrə ticarətin daha
da liberallaşdırılmasma yönəldilmiş danışıqlar yolu ilə nail olunur.
İÜTT-nın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardu*:
- ÜTT-nın hüququ əsasını təşkil edən çoxtərəfli ticarət
sazişlərinin tətbiqi və qərar qəbulu üzərində nəzarət;
- çoxtərəfli ticarət danışıqlannın keçirilməsi üçün forum rolunu
yerinə yetirmək;
- üzv-ölkələr arasında ticarət mübahisələrinin tənzimlənməsi;
- üzv-ölkələrin ticarət siyasətinin müşahidəsi;
- texniki yardım və treyninq proqramları vasitəsilə inkişaf
etməkdə olan ölkələrə ticarət siyasəti məsələlərində dəstək vermək;
- beynəkalq ticarət mexanizmi və ticarət siyasətinin istifadə
olunması və inkişaf məsələləri üzrə məlumatlarm toplanması,
öyrənilməsi və təqdim olunması;
- digər beynəlxalq təşkilatlarla əməkdaşlıq.
ÜTT beynəlxalq ticarət siyasətinin bütün sferasını və beynəlxalq
kommersiya praktikasının əsas hissəsini sazişlərlə əhatə edir. Bunlara
aiddir:
- gömrük tarif tənzimlənməsi;
- antidempinq tənzimlənməsi və kompensasiya (qarşılıqlı
əvəzləşdirmə) rüsumları;
- sudsidiya və kompensasiya tədbirləri;
- qeyri-tarif məhdudiyyətləri;
- idxal və ixracın miqdarının tənzimlənməsi və
lisenziyalaşdırılması, idxal və ixracın qadağan olunması;
- dövlət ticarət müəssisələrinin fəaliyyəti;
- gömrük ittifaqları və azad ticarət zonaları;
- gömrük sənədləşməsi, daxili ticarət sənədlərinə olan tələblər;
- daxili ticarətə aid olan vergilər, yığımlar, qaydalar;
- ticarətdə müdafiə tədbirləri;
- ticarətdə texniki maneələr;
- sanitar və fıtosanitar tədbirlər;
- əmtəənin mənşəyi qaydaları;
- xidmətlərlə ticarət;
- saxta əmtəələrlə ticarət də daxil olmaqla əqli mülkiyyətin
müdafiəsinin ticarət aspektləri.
Beynəlxalq ticarət və ticarət siyasəti sahəsində ÜTT-nin mühüm
prinsipləri aşağıdakılardır:
63
1. Ticarətdə ən əlverişli rejim prinsipi, yaxud ayrı-seçkiliyin
olmaması prinsipi. Bu prinsip tələb edir ki, digər bir ölkədə meydana
gəlmiş, istənilən başqa bir ölkə üçün nəzərdə tutulmuş istənilən əmtəə
üzrə tətbiq olunan üstünlük, imtiyaz, güzəşt ləngidil- mədən və
qeyd-şərtsiz olaraq digər iştirakçı-ölkədə istehsal olunan, yaxud da digər
bütün iştirakçı-ölkələr üçün nəzərdə tutulmuş əmtəələrə də aid
edilməlidir.
Milli rejim prinsipi. Bu prinsip müəyyənləşdirilir ki,
iştirakçı-ölkələr daxili vergi və yığımlar sahəsində milli əmtəələrə tətbiq
etdiyi rejimi xarici mənşəli əmtəələrə də tətbiq etsin. Bu həm də ticarəti
tənzimləyən milli qanunlara, sərəncam və qaydalara da şamil edilir.
Milli sənayenin müdafiəsi prinsipi. Nəzərdə tutulur ki, ölkə
gömrük tariflərinə əsaslanmaqla həyata keçirdiyi siyasətdən yalnız öz
milli sənayesinin inkişafı naminə istifadə edə bilər. Burada kəmiyyət
məhdudiyyətləri (kvota), standartlar və s. daxil olmaqla digər ticarət
-siyasi tədbirlərdən istifadə olunması yolverilməz hesab olunur.
Ticarətin sabit əsasının yaradılması prinsipi. Tərəflər arasında
razılığa gəlmiş tarif səviyyəsinin gözlənilməsi mütləq təmin olunmalıdır.
Bu nəzərdə tutur ki, tariflər çoxtərəfli danışıqlar nəticəsində aşağı
salınmalıdır və sonradan o, artırıla bilməz.
Bərabərlik və demokratiklik prinsipi nəzərdə tutur ki, əgər
ÜTT-nın üzvlərindən biri, digərinə nisbətən aşağı tarif dərəcəsindən
istifadə etmək imkanı əldə etmişdirsə, onda bu dərəcə digər bütün
üzvlərə də təklif olunacaqdır. Bu prinsipin xüsusi əhəmiyyəti ondan
ibarətdir ki, əgər bir kiçik qrup ölkə qarşılıqlı fəaliyyət barədə müqavilə
bağlayırlarsa, bundan müsbət səmərəni təşkilatın bütün üzvləri hiss
edəcəklər. ÜTT-nın xüsusi yanaşmalara aid olan qaydalannda, kasıb
ölkələrə kömək göstərilməsi proqramı çərçivəsində, ticarət
tərəf-müqabillərinə münasibətdə ticarət maneələrinin azaldılması kimi
müstəsnalıq da nəzərdə tutulur. Xüsusi münasibət prinsipinin
gözlənilməsi bütün ticarət tərəf-müqabilləri üçün bərabər tariflər
zonasını yaradır ki, bu da ölkələrə imkan verir ki, onlar əmtəələri daha
yüksək ixtisaslaşmış istehsalçılardan alsınlar.
Ədalətli rəqabətə kömək prinsipi. Bu prinsip subsidiyaların
azaldılması və dempinqin yolverilməzliyini nəzərdə tutur.
64
ÜTT-da qəbul olunan sənədlər iştirakçı-ölkələr tərəfindən
imzalanmalıdır. Bu sənədlər sırasından aşağıdakılan göstərmək olar:
- İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında
Saziş (TRİPS);
- Mühafizə tədbirləri haqqında Saziş;
- Ticarət siyasətinin icmalı mexanizmi;
- Xidmətlərlə ticarət haqqında Baş Saziş (GATS);
- Mübahisələrin həll edilməsi qaydaları və prosedurlan haqqında
razılaşma
Bunlarla yanaşı üzv ölkələr tərəfindən imzalanması məcburi
olmayan sazişlər də var ki, buraya mülki aviatexnika ilə ticarət haqqında,
dövlət satınalmaları haqqında, süd məhsulları haqqında və sair sazişlər
daxildir.
ÜTT-nın əsas funksiyaları təşkilat çərçivəsində bağlanan
beynəlxalq ticarət müqavilələrinə nəzarət etmək, bu müqavilələrin
hazırlanması və həyata keçirilməsi üçün şərait yaratmaq, meydana çıxan
mübahisələrin beynəlxalq hüquq normaları və təşkilatın nizamnaməsi
əsasında həllinə nail olmaq, üzv dölətlə- rin ticarət siyasətinin
uyğunlaşdırılmasına kömək etmək və nəhayət, dünyanın aparıcı
beynəlxalq təşkilatları ilə əməkdaşlıq etməkdir.
Göstərilən fuksiyalar təşkilatın üç əsas məqsədinin reallaşmasına
yönəldilmişdir. Birinci məqsəd təbii ki, beynəlxalq ticarətin maneəsiz,
qəbul olunmuş normalar və qaydalar əsasında həyata keçirilməsidir.
ÜTT-nin ikinci məqsədi üzv-ölkələr arasında ticarətin həyata keçirilməsi
üçün beynəlxalq müqavilələrin bağlanmasında vasitəçi rolu
oynamaqdan ibarətdir. Üçüncü məqsəd bu zaman meydana çıxan
mübahisələrin ədalətlə, hüquqi çərçivədə həll olunmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, bu üç məqsəd ilk dəfə üzv ölkələrin baş
nazirlərinin 1994- cü il «Uruqvay raundu»nda qəbul etdikləri
bəyannamədə səslənmişdir. Bəyannamədə, eyni zamanda
vurğulanmışdır ki, bu məqsədlər beynəlxalq iqtisadiyyatın inkişafına,
sərmayələrin qoyulmasına, yeni iş yerlərinin açılmasına, ümumilikdə
bütün dünya xalqlarının rifahına xidmət edir.
65
ÜTT-nın təşkilati quruluşu və təşkilatda
qərarların qəbulu
ÜTT - demokratik təşkilatdır. Təşkilatda qərarlar bütün üzvlər
arasında müzakirə edilir və bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu
adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərarların
qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib,
ÜTT-nın sələfi olan QATT-da isə çox nadir hallarda olmuşdur. ÜTT-nin
qərarları bütün üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya
olunmalıdır.
Ticarət sahəsində ziddiyətlərin və fikir aynlıqlanmn aradan
qaldmlması, saziş və bəyanatlann interpretasiyası və ölkələrin ticarət
siyasətlərinin onlara uyğunluğu ÜTT-nin mübahisələrin nizamlanması
prosesi çərçivəsində həyata keçirilir. Beləliklə, mübahisələrin siyasi və
hərbi münaqişələrə keçməsi riski azalır.
Əmtəə, xidmətlər, əqli mülkiyyət sahələrini əhatə edən sazişlərin
müzakirəsi və öhdəliklərdən azad olunma V4 səs çoxluğu ilə qəbul
olunur.
Yeni üzvlərin qəbul edilməsi, eyni zamanda iştirakçıların hüquq
və öhdəliklərinə toxunmayan düzəlişlərin qəbulu üçün V3 səs çoxluğu
tələb olunsa da, təcrübə göstərir ki, bu halda da konsensus prinsipi əsas
götürülür.
Təşkilatm strukturu: Nazirlər Konfransı təşkilatın ali qərar
qəbuledici orqanı hesab olunur. Bütün üzv ölkələrin təmsil olunduğu
Nazirlər Kofransı Uruqvay raundu sazişləri ilə bağlı yaranan
problemlərin müzakirəsi üzrə qərarlann qəbul edilməsi məqsədilə ən azı
iki ildə bir dəfə çağırılır. Nazirlər Konfransı təşkilatın baş direktorunu
təyin etmək, müvafiq komitələri təsis etmək, təşkilata yeni üzv qəbul
etmək və sairə bu kimi mühüm səlahiyyətlərə malikdir.
İndiyə kimi beş belə konfrans (1996-cı ilin dekabrında
Sinqapurda, 1998-ci ilin mayında Cenevrədə, 1999-cu ilin dekabrında
Sietldə, 2001-ci ilin noyabrında Dohada, 2003-cü ilin sentyabrında
Kankunda) keçirilib.
Baş Şura - Nazirlər Konfransına tabe olan bu qurum cari işlərin
yerinə yetirilməsinə cavabdehdir. Üzv-ölkələrin səfirləri və ya
nümayəndəliklərinin başçıları ilə təmsil olunduqları Baş Şura
Cenevrədə yerləşən qərargahda ildə bir neçə dəfə toplanır.
66
Baş Şuranın funksiyalarına çoxtərəfli ticarət sazişlərinin və Nazirlər
Konfransının qərarlarının yerinə yetirilməsinə nəzarət, mübahisələrin
həll edilməsi və ticarət siyasətinin dövri icmalının həyata keçirilməsi
daxildir. Bununla yanaşı, Baş Şura Ticarət siyasətini həyata keçirən
Qurum və Mübahisələrin həlli Qurumu kimi də toplanır.
Əmtəə Ticarəti üzrə Şura - Baş Şuraya tabe olan bu qurum
təşkilatın prinsiplərinə riayət olunmasına və QATT - 1994 Sazişinin
həyata keçirilməsinə nəzarət edən 14 ixtisaslaşmış komitənin
fəaliyyətinə rəhbərlik edir.
Xidmət Ticarəti üzrə Şura - QATS Sazişinin həyata
keçirilməsinə nəzarət edir. Şuranın tərkibinə iki komitə daxildir.
İntellektual Mülkiyyət Hüquqlarının Ticarət aspektləri üzrə
Şura (TRİPS) - Əqli mülkiyyət hüququnun ticarəti barədə sazişin yerinə
yetirilməsinə nəzarət edir.
Bir sıra ixtisaslaşmış komitələr, işçi qruplan və işçi partiyalan da
fəaliyyət göstərirlər ki, onlar da fərdi sazişlərə və ətraf mühit, inkişaf,
üzvlük sənədləşmələri və regional ticarət sazişləri kimi sahələri əhatə
edən məsələlərlə məşğuldurlar.
Katiblik - təşkilatın icraçı orqanı hesab olunur. Katibliyə
Nazirlər Konfransı tərəfindən təyin edilən baş direktor rəhbərlik edir.
Cenevrədə yerləşən katibliyin təxminən 630 əməkdaşı var. Katibliyin
əsas vəzifəsi - müxtəlif şuralara, komitələrə, inkişaf etməkdə olan
ölkələrə texniki yardım göstərmək və dünya ticarətinin təhlilini həyata
keçirmək, ÜTT-nin fəaliyyəti barədə məlumatları ictimaiyyətə və
mediaya çatdırmaqdır. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan
sonra Katiblik digər beynəlxalq bürokratik təşkilatlardan fərqli olaraq ,
artıq qərar vermək səlahiyyətinə malik deyil.
Bununla yanaşı, KatibUk mübahisələrin həlli prosesində bəzi
məsələlərə hüquqi dəstək verir və UTT-yə üzv oirnaq niyyətində olan
hökumətlərə məsləhət xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169
milyon İsveçrə frankı təşkil edir.
Ümumdünya ticarət təşkilatı QATT tərəfindən qəbul olunmuş
bütün sazişlərə əməl edir. Lakin qeyd etmək lazımdır ki, bu sazişlər
mütəhərrik xarakter daşıyır və daimi olaraq ÜTT-nm bölmələri
tərəfindən təkmilləşdirilir. Təşkilat qanun
67
verici orqan deyil. ÜTT ölkələrə imkan yaradır ki, bilavasitə forum
vasitəsilə mütəşəkkil qaydada danışıqlar aparsınlar.
1995-ci ildən etibarən yenilənmiş QATT əmtəə ticarəti üçün
ÜTT-nin çərçivə sazişinə çevrilmişdir. Baş sazişə kənd təsərrüfatı və
toxuculuq sənayesi kimi sahələr, eləcə də dövlətin ticarət etdiyi mallar
üçün qəbul olunmuş standartlar, subsidiyalar və dempinq əleyhinə
tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr və düzəlişlər qəbul
edilmişdir.
Xaricdə biznes qurmağı planlaşdıran banklar, sığorta və
telekommunikasiya şirkətləri, turizm operatorları, otel şəbəkələri və
nəqliyyat şirkətləri indi əvvəllər yalnız mallara tətbiq olunan, daha azad
və daha ədalətli ticarət prinsiplərindən istifadə edirlər.
Bu prinsiplər yeni xidmətlərin ticarəti haqqında Əsas Sazişdə öz
əksini tapmışdır. ÜTT üzvləri QATS çərçivəsində həm də fərdi
öhdəliklər götürərək öz ölkələrində hansı xidmətin xarici müsabiqə üçün
açıq olduğunu və həmin bazarların nə qədər şəffaf olduğunu bəyan
ediblər.
ÜTT-nin əqli mülkiyyət hüququnun ticarəti barədə sazişi
ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan sərmayə barədə
qaydaları əks etdirən sənəddir. Həmin qaydalar müəllif hüquqlan,
patentlər, ticarət markaları və malları eyniləşdirmək üçün istifadə olunan
coğrafi adlar, sənaye firmaları, sxemlər və ticarət sirləri kimi
açıqlanması mümkün olmayan informasiyanı - əqli mülkiyyəti ticarət
prosesində necə qorumağı müəyyənləşdirir.
ÜTT-nin ticarət mübahisələrinin «Mübahisələrin həlli üzrə
Anlaşma» çərçivəsində həll olunması qaydalarının qüvvəyə minməsi və
bununla da ticarətin asanlaşdırılmasını təmin etmək baxımından çox
mühümdür. Ölkələr özlərinin sazişlərlə çərçivə- lənən hüquqlarının
pozulduğu qənaətinə gəldikdə, mübahisə predmetini ÜTT-yə
ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər tərəfindən
çıxarılan qərar sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən
öhdəliklərin təfsiri əsasında çıxarılır.
Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin
məqsədi şəffaflığın artırılması, ölkələrin qəbul etdikləri ticarət
siyasətinin daha yaxşı qavranılmasma nail olmaq və onun təsirini
müəyyənləşdirməkdir. Bununla yanaşı, bir çox üzvlər nəzərdən
keçirməni onların siyasətinə konstruktiv cavab reaksiyası kimi qəbul
edirlər.
68
ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf edən və ya
zəif inkişaf etmiş ölkələrdir. ÜTT-nın bütün sazişləri onlar üçün xüsusi
şərtlərə malikdirlər, o cümlədən razılaşma və bəyanatlann tətbiqi üçün
aynimış daha uzun müddət, onların ticarət imkanlan- nın artırılması üçün
tədbirlər, UTT-nın bütün üzvlərini onlann ticarət maraqlarını müdafiə
etməyə məcbur edən şərtlər, habelə ÜTT üçün infrastrukturun
yaradılmasına, mübahisələrin həllinə və texniki standartların tətbiqinə
dəstək olmaqdır.
1997- ci ildə zəif inkişaf etmiş ölkələr üçün ticarət təşəbbüsləri
və texniki yardım üzrə yüksək səviyyəli görüş altı hökumət- lərarası
agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların ticarət
qabiliyyətinin artırılmasına yardım məqsədini güdən «inteqrasiya
olunmuş çərçivə», habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə
sazişlərlə nəticələnmişdir.
ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi zəif inkişaf etmiş ölkələr
üzrə alt-komitənin köməkliyi ilə inkişaf etməkdə olan ölkələrin xüsusi
ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, inkişaf
etməkdə olan ölkələrin qlobal ticarət sistemində iştirakının
artırılmasıdır.
ÜTT inkişaf edən ölkələrə ildə 100-ə qədər texniki əməkdaşlıq
missiyaları təşkil edir. Orta hesabla hər il Cenevrədə hökumət rəsmiləri
üçün üç ticarət siyasəti kursu təşkil olunur. Xüsusi diqqət Afrika
ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın
bütün regionlarında təşkil olunur. Bununla yanaşı, mərkəzləşdirilmiş
planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə olan
dövlətlərin rəsmiləri üçün də Cenevrədə treyninqlər təşkil olunur.
2.10. Əmtəələrin beynəlxalq alqı-satqı
müqavilələri haqqmda BMT-nin konvensiyası
(Vyana Konvensiyası)
Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında
BMT-nin konvensiyası BMT-nin beynəlxalq ticarət hüququ üzrə
Komissiyası (YUNSİTRAL) tərəfindən beynəlxalq alqı-satqı
sövdələşmələrinin bağlanma şərtlərinin vahid şəklə salınması məqsədilə
işlənilmişdir. Burada həm də, beynəlxalq alqı-satqı müqavilələrinin
bağlanılması və icra edilməsinin bir formalı tən
zimlənməsinin yaradılması ilə əlaqədar olaraq milli qanunvericiliklərdə
olan əsaslı ziddiyyətlərin aradan qaldırılması nəzərdə tutulmuşdur.
Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında
BMT-nin Konvensiyası BMT-nin BA-nın 16 dekabr 1978-ci il tarixli
qətnaməsinə müvafiq olaraq 1980-ci ildə Vyana şəhərində çağu*ılmış
konfransda qəbul olunmuşdur. Ona görə də Konvensiya Vyana
konvensiyası adını almışdır. Konfransda 62 dövlət, o cümlədən 22 inkişaf
etmiş və 29 inkişaf etməkdə olan ölkə iştirak etmişdir. Vyana
konvensiyası 1964-cü ildə qəbul olunmuş Haaqa konvensiyasını əvəz
etmək üçün nəzərdə tutulmuşdur. Vyana konvensiyası 1 yanvar 1988-ci
ildən qüvvəyə minmişdir. Hazırda 50 dövlət konvensiyanın
iştirakçısıdır.
Vyana konvensiyası əmtəələrin beynəlxalq alqı-satqısını
tənzimləyən vahid şəklə salınmış qaydaları birləşdirməklə, beynəlxalq
ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına yardım etməyi
nəzərdə tutur.
Xarici ticarətdə (eləcə də daxili ticarətdə) alqı-satqı üzrə istənilən
sövdələşmə tərəflərin iqtisadi, maliyyə, maddi, hüquqi və təşkilati
məsələlər üzrə müəyyən hüquq və vəzifələrini nəzərdə tutur. Bunlardan
ən əsasları satıcının (ixracçının) və alıcının (idxalçının) əmtəənin
çatdırılması üzrə vəzifələrini qəti müəyyən edir, əmtəənin satıcıdan
alıcıya keçərkən onun təsadüfi məhv olması, yaxud zədələnməsi ilə
əlaqədar riskin keçməsi anını müəyyən edir, ödəmə qaydalarını
qabaqcadan şərtləşdirir.
Vyana konvensiyası sövdələşmələrin hazırlanması,
razılaşdırılması, sənədləşdirilməsi və sonradan onun yerinə yetirilməsi
ilə əlaqədar proseduraları qaydaya salır.
Konvensiya normativ xarakter daşıyır, yəni onda olan
müddəalar hüquq normalarıdır, lakin bununla yanaşı, o, dispo- zitiv
xarakter daşıyır. Bu, o deməkdir ki, tərəflər bağladıqları müqavilədə
onun istənilən müddəasından kənara çıxa, yaxud onun fəaliyyətini
dəyişdirə bilər.
Konvensiya yalnız beynəlxalq xarakterli müqavilələrə tətbiq
olunur. Beynəlxalq təcrübədə onun müddəaları müqavilə şərtlərini
formalaşdırarkən o hədd də tətbiq oluna bilər ki, ölkələrin milli
qanunvericiliyinin normaları ilə ziddiyyət təşkil etməsin.
Konvensiyanın normaları yalnız Konvensiyanın iştirakçısı
70 ......... :J
olan dövlətlərin ərazisində deyil, həm də Konvensiya da iştirak
edib-etməməsindən asılı olmayaraq digər dövlətlərin ərazisində də tətbiq
olunur.
Vyana konvensiyası:
- əmtəələrin beynəlxalq alqı-satqı müqavilələrinin bağlanması və
istifadə olunmasının vahid formada tənzimlənməsi qay- dalannı özündə
birləşdirir və əsasən milli qanunvericiliklərdə olan əsaslı ziddiyyətləri
aradan qaldırmağa imkan yaradır;
- kommersiya danışıqlarının ucuzlaşdırılması,
yüngülləşdirilməsi və tezləşdirilməsinə kömək edir. Bu da onunla
əlaqədardır ki, konvensiyanı tətbiq edərkən xarici qanunvericiliyin və
onun tətbiqi təcrübəsinin öyrənilməsinə ehtiyac qalmır;
- müqavilə tərəflərin öz hüquq və vəzifələrini birmənalı başa
düşmələrinə ilkin şərtləri müəyyənləşdirir;
- güclü tərəf-müqabilinin zəif tərəf-müqabilinə müqavilə
bağlanarkən birtərəfli qaydada özünə əlverişli olan şərtləri qəbul etməyə
vadar etməyi aradan qaldırır ki, bu da beynəlxalq ticarətdə qeyri-bərabər,
ayrı-seçkilik münasibətlərinin aradan qaldırılmasında mühüm
əhəmiyyətə malikdir;
- müqavilə üzrə alıcı və satıcının əsas öhdəliklərini müəyyən
edir;
- Konvensiyada iştirak etməyən dövlətlərlə münasibətdə tərəflər
arasında mübahisə baş verdikdə onu tənzimləyir;
- alqı-satqı müqavilələrində Konvensiyanın müddəalarının şamil
edilmədiyi obyektlərin siyahısını müəyyənləşdirir;
- konvensiyanın tətbiq olunmadığı müqavilələrin əlamətlərini
müəyyənləşdirir.
Vyana konvensiyası dörd hissədən və 101 maddədən ibarətdir.
Dohada beynəlxalq konfrans (Katar -2001) - ticarət danışıqlarının yeni raundu.
Dohada hərtərəfli ticarət danışıqları üzrə konfransın gündəliyinə
aşağıdakı məsələlər daxil edilmişdir:
- dünya ticarətinin daha da liberallaşdırılması məqsədilə ticarət
proseduralarının sadələşdirilməsi zərurəti;
- universal ticarət sisteminin yaradılması imkanları və texniki
köməyin gücləndirilməsi;
71
- ölkənin iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla milli
bazarların hansı həddə çatdırılması imkanlarının müəyyənləşdirilməsi;
- kənd təsərrüfatında himayədarlığın məhdudlaşdırılması;
- ticarətdə gömrük maneələrinin getdikcə azaldılmasının
zəruriliyi.
Dohada yuxarıdakı müddəaları özündə birləşdirən beynəlxalq
ticarətin inkişaf proqramı qəbul olundu.
Qeyd olunan proqram aşağıdakı fəaliyyətləri nəzərdə tutur:
qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və iqtisadi mühit, subsidiyalar və
antidempinq kimi ÜTT qaydalan, investisiyalar, rəqabət siyasəti,
ticarətin asanlaşdınlması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət,
habelə UTT-nın hazırki razılaşmalanmn tətbiqi zamanı ölkələrin
üzləşdikləri çətinliklərin yüngülləşdirilməsi kimi onlann inkişafına
istiqamətlənmiş bir sıra digər məsələlər.
Bu konfrans Doha raundunun başlanğıcı adlandırıldı, ona görə ki,
konfransda beynəlxalq ticarət sahəsində sonrakı illərdə həll edilməsi
zəruri olan əsas məsələlər tərtib edildi. QATT Ümum- dünya ticarət
təşkilatına çevrildikdən sonra beynəlxalq ticarətin əsas məsələlərinə həsr
olunmuş birinci beynəlxalq Doha konfransında inkişaf etmiş və inkişaf
etməkdə olan iki qrup dövlət arasında son dərəcə güclü ziddiyyətlərin
olması aşkara çıxdı. Bu konfrans çərçivəsində bu ziddiyyətldər öz həllini
tapmadı. Qərara alındı ki, nəzərdə tutulmuş problemlər ÜTT-nın gələcək
Kankun konfranslannda həll olunsun.
ÜTT-nın Monterreda (Meksika, 2002) keçirilən nazirlər
konfransı beynəlxalq ticarət sahəsində investisiya proqramlarının
maliyyələşdirilməsi məsələlərinə həsr olunmuşdu və Konfransın yekun
sənədi kimi «Monterra Konsensusu» imzalandı. Bu sənədə uyğun
olaraq varlı ölkələr tərəfindən əlavə olaraq «ticarətə kömək»
göstərilməsi nəzərdə tutulurdu; bundan əlavə kof- ransda ÜTT-nın yeni
qaydalarının tətbiq olunması razılaşdırıldı.
«Monterra Konsensusu» çox ümumi xarakterə malik olsa da, bu
sənəd də bir sıra mühüm pozitiv müddəalarda vardır. Onda göstərilir ki,
Doha raundunun gündəliyinə beynəlxalq ticarətin inkişafına daxil edilən
məsələlər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər
tərəfindən məsələnin həlli
72
üçün fəaliyyət göstərilməsini tələb edir. Faktiki olaraq Dohada dünya
ticarətinin problemlərinə baxılarkən yoxsulluqla mübarizəyə daha
böyük əhəmiyyət verilmişdir. Bu nöqteyi-nəzərdən inkişaf etməkdə
olan ölkələrə güzəştlər verilməsi mühüm əhəmiyyət kəsb edir. Aydındır
ki, bu güzəştlər Aİ və ABŞ tərəfindən inkişaf etməkdə olan ölkələrə
verdikləri və verəcəkləri nəzərdə tutulan imtiyazlarla əlaqədardır.
«Monterra Konsensusu»nda göstərilirdi ki, aşağı gəlir
səviyyəsi olan ölkələrdə inkişafın və ticarətin stimullaşdıniması, tica-
rət-iqtisadi inkişafın bir çox istiqamətlərində fəal işlər görülməsini
nəzərdə tutur. Burada hakim mövqe tutan problem daxili siyasətin
islahatlar yolu ilə dəyişdirilməsində birinci dərəcəli məsələlərin ardıcıl
düzülməsi və ticarət maneələrinin tədricən azaldılması ilə daha kəskin
xarakter alan rəqabət qabUiyyətliliyinin yüksəldilməsidir.
Konsensusda həm də bütün ölkələrin əmtəə və xidmətlər
bazarına daha tez daxil olmalan istiqamətində fəaliyyət göstərilməsinin
zəruriliyi bəyan edildi. Burada mühüm əhəmiyyət kəsb edən məsələ
qanunvericilik prosesidir. GöstərUirdi ki, qanunlann hazu*- lanması
prosesində elə yanaşmadan istifadə etmək lazımdır ki, ölkələr
arasındakı əsaslı fərqlər nəzərə alınsın. Burada əsas diqqət ona
yetirilməlidir ki, ticarətin inkişafına hansı amillər - daxili siyasət,
infrastrukturanın zəif inkişaf etməsi və ya digər əngəlliklər daha çox təsir
göstərir.
i 'ii iiT 73
Ütt-Nın Kankun Beynəlxalq Konfransı
(Meksika, 2003)
Konfransın işi hər şeydən əvvəl inkişaf etmiş və inkişaf etməkdə
olan iki qrup dövlətin barışmaz mövqelərinin yaxınlaş- maması
nəticəsində müvəffəqiyyətsizliklə başa çatdı. Əsas əngəl üç qrup məsələ
ilə əlaqədar idi.
Birinci qrupa - dünya ölkələri arasında kapital və əmtəələrin
azad hərəkəti, inkişaf etmiş ölkələrin TMŞ-nın və TMB-nın qlobal
investisiya fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar həll edilməsi
zəruri olan məsələlər daxil idi. Bunların həlli isə beynəlxalq ticarətin
liberallaşdırılmasında həlledici mexanizm kimi, daha liberal tarif
sisteminin qəbul olunması ilə mümkündür.
İkinci qrup - bu qrupa daxil olan məsələlər ölkələrin kənd
təsərrrüfatı və subsidiyalaşdırma siyasətlərini əhatə edir. Konfransın
gedişində bir çox inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdə
kənd təsərrüfatı istehsalçılarına dövlət subsidiyala- rınnm verilməsinin
ləğv olunmasını tələb etdilər. Bu məsələ öz həllini tapa bilmədi. Çin,
Hindistan, Braziliya və CAR başda olmaqla 20 inkişaf etməkdə olan
ölkənin daxil olduğu blok Aİ və ABŞ-dan tələb etdilər ki, inkişaf etmiş
ölkələrin bazarları inkişaf etməkdə olan ölkələrin aqrar məhsulları üçün
açıq elan olunsun.
Üçüncü qrupa - ABŞ-nın pambıq istehsal edən şirkətlərinin
dövlət tərəfindən subsidiyalaşdırılması ilə əlaqədar olan məsələlər daxil
idi. Amerikanın bu siyasətinə qarşı bir çox ölkələr, əsasən də Hindistan
və Braziliya çox kəskin çıxış etdilər. (ABŞ- da bu sahə ilə məşğul olan
hər bir fermer təsərrüfatına ildə 100 min dollar subsidiya verilir). Aİ hər il
Yunanıstan və İspaniya pambıqçılıq təsərrüfatlarına 700 milyon avro
subsidiya verir. Bunun da nəticəsində pambığın dünya qiyməti son 30
ildə ən aşağı səviyyəyə düşmüşdür. Bundan da ən çox ziyana düşən
inkişaf etməkdə olan ölkələrin pambıq istehsalçılarıdır. Mütəxəssislərin
fikrincə, ABŞ, Qərbi Avropa və Yaponiya hökumətləri hər il özlərinin
kənd təsərrüfatı istehsalçılarını himayə etmək üçün 300 milyard dollar
ayırırlar. Bu da inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı
məhsulları istehsalçılarının rəqabətə davam gətirmədiklərinə görə
kütləvi surətdə müflisləşmələrinə gətirib çıxarır.
74 _ ___ __ ı;
ÜTT-nın 2005-ci ilin axırında keçirilən Honkonq konfransı da
beynəlxalq ticarət sahəsində inkişaf etmiş ölkələr və inkişaf etməkdə
olan ölkələr arasında olan ziddiyyəti aradan qaldıra bilmədiyindən
nəticəsiz başa çatdı. Burada həll olunmayan əsas məsələlər birinci
aqrar siyasət, ikinci isə beynəlxalq ticarət sahəsində tarif sisteminə yeni
yanaşma ilə əlaqədar idi.
ÜTT-nin qlobal tarif siyasəti. Tariflərin hesablanması.
Tariflər birləşdirilmiş tariflər Şurasının məlumatlar bazasından (CTS)
alınmış informasiyalar əsasında hesablanır. Bu halda, həm də ÜTT-nin
İnteqrasiya olunmuş məlumatlar bazasında (İDB), eləcə də
YUNKTAD-ın Ticarət məlumat analitik sistemində (TRAINS) olan
məlumatlardan istifadə olunur. 2004-cü ilin əvvəlinə ÜTT-nin əksər
üzvləri tariflərin hesablanması sahəsində öz öhdəliklərini tamamilə
yerinə yetirdilər. ÜTT-nin bir sıra üzvlərinə, əsasən də yaxın vaxtlarda
üzv olmuş ölkələrə tariflərin hesablanması və bir sıra digər öhdəliklərin
yerinə yetirilməsi işini 2010-cu ilədək başa çatdırmaları tövsiyə olundu.
Hazırda qəti müəyyənləşdirilmiş rüsumlar üzrə tarif parametrləri
ÜTT-nm üzvü olan 132* ölkə üzrə həyata keçirilir.
Qanunla müəyyənləşdirilmiş rüsumlar üçün tarif parametrlərinin
mənbəyi ÜTT-nm inteqrasiya olunmuş məlumat bazasıdır (İDB).
ÜTT-nin üzvləri tərəfindən təqdim olunmuş məlumatlara əsasən bu baza
özündə rüsumların cari müəyyənləşdi- rilməsini, ən əlverişli ticarət
rejimindən istifadə edən ölkələr üçün rüsumları və idxal statistikasını
birləşdirir.
TRAİNS məlumatlar bazasında ÜTT-yə üzv olmayan dövlətlərin
tariflər, qeyri-tarif məhdudiyyətləri və ticarət haqqında məlumatları
toplanılır. Tariflər üzrə məlumatlar tarif po- zisiyası səviyyəsində milli,
dövlətlərarası və digər mümkün mənbələrdən əldə edilir.
Tariflərin aşağı salınması və onların tətbiqi ilə əlaqədar beş
təklifin şərhinə baxaq:
1) Çin tərəfindən təklif olunmuş İsveçrə düsturu - şəxsi
tariflərin orta səviyyəsinə əsaslanmaqla, hər bir ölkə üçün
ayrıca tariflərin qurulmasını nəzərdə tutur. Bu düstu-
' Aİ-nin üzvlərinə bir ölkə kimi, eləcə də İsveçrə və Lixtenşteynə də bir ölkə
kimi baxılır.
N
75
run tətbiqi ilə əlaqədar olaraq bütün tariflər ilkin səviyyədən
aşağı olacaqlar. Daha yüksək tarif dərəcəsi olan ölkələrdə
onların orta səviyyəsi daha aşağı tarif dərəcəsi olan
ölkələrdəkinə nəzərən faiz nisbətində daha çox aşağı
düşəcəkdir.
2) Aİ-nin təklifi - tariflərin qruplara bölünməsi yolu ilə daha
yüksək qruplara tariflərin daha mütənasib qaydada ixtisara
salınması vasitəsilə tariflərin bölünməsinin
məhdudlaşdırılmasma yönəldilmişdir. Müəyyən səviyyədən
aşağı olan tariflər müzakirə olunmalıdırlar. Belə ki, 2 faizli
göstəricisi sıfıra endirilməlidir.
3) Tariflərin hind konsepsiyası - mütənasib qaydada bütün
tariflərin aşağı salınmasını nəzərdə tutur. Buraya müzakirə
üçün nəzərdə tutulmuş bütün kəmiyyətlər daxil edilir.
İnkişaf etməkdə olan ölkələrdə tariflərdə mütənasib
qaydada ixtisar olunmalar inkişaf etmiş ölkələrin
göstəricilərinin 2/3-ni təşkil edəcəkdir.
4) Tariflərin ixtisar olunması üzrə Amerika yanaşması - 5
faizli və aşağı dərəcə ilə tutulan bütün tariflər sıfıra
endirilməlidir. Maksimum dərəcəsi 0,08 olan İsveçrə
düsturu bütün qalan tariflərə şamil olunur. Gömrük tarifləri
ilə əlaqədar olanlar istisna olmaqla, tətbiq olunan dərəcələr
bütövlükdə əsas kimi istifadə olunur. Bu yanaşma 2015-ci
ilədək sıfır dərəcəsinə endirilməli və bütün tariflər üçün
2010-cu ildə qüvvəyə minməlidir.
5) ÜTT-nm ticarət üzrə Komitə sədrinin təklifi - hər bir
ölkənin orta tarifinə bərabər olan, ən maksimum pa-
rametrli İsveçrə düsturunun istifadə olunmasını özündə
birləşdirir. Qeyd etmək lazımdır ki, bu təklif dəniz
məhsulları, ayaqqabı, dəri məmulatları, nəqliyyat
vasitələrinin hissələri, toxuculuq məhsulları və paltar kimi
əmtəələr üzrə tariflərin sıfıra qədər ixtisar olunmasını
nəzərdə tutur.
Bu düsturların hər birində həlledici həlqə, dərəcələrin baza
tarifləri əsasında seçilməsidir. Ənənəvi olaraq QATT/ÜTT sistemi
sonrakı danışıqlar üçün baza kimi mütləq mövcud olan gömrük
dərəcələrdən istifadə edir.
76
2.11. Ümumdünya Ticarət
Təşkilatı və Azərbaycan
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü
perspektivləri böyük ictimai maraq doğuran, mətbuatda tez-tez
işıqlandırılan məsələlərdən biridir. Azərbaycan bu təşkilata daxil
olmaqla nə qazanacaq, hansı öhdəliklər götürəcək, hansı hüquqlarını
təşkilatla bölüşəcək, təşkilata üzvlük ölkəmizin inkişafına, xalqımızın
rifahına necə təsir edəcək - bunlar ölkəmiz və vətəndaşlarımız üçün
taleyüklü məsələlərdir. Bu məsələlərə aydınlıq gətirmək üçün ilk
növbədə ÜTT-nin fəaliyyətini, üzv ölkəlirin təcrübəsini öyrənmək,
yalnız bundan sonra müəyyən fikir söyləmək olar.
Bununla əlaqədar olaraq AMEA-nm akademiki Z.Sə- mədzadə
haqlı olaraq demişdir: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına
daxil olmasına tələsmək lazım deyil. Bu prosesdə tələsmək Azərbaycana
baha başa gələ bilər. Bu prosesə dövlət başçısı da xüsusi diqqət yetirir .
Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olmaqla Azərbaycanın bütün
problemləri həll olunmayacaq. Bu prosesdə ciddi hesablama və
araşdırmalar aparmalıyıq ki,hansı mərhələdə hansı şərtlərlə Azərbaycan
Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır. Əgər təşkilata tələsik
daxil olsaq, Azərbaycanın dirçəlməkdə olan iqtisadiyyatına böyük zərbə
vura bilərik. Biz çalışmalıyıq ki, bu prosesin bütün mərhələlərində
rəqabətə davamlılığı artıraq. Prezident İlham Əliyev də bütün
çıxışlarında deyir ki, rəqabətə davamlılığı artırmaq üçün bütün
imkanlardan istifadə etməliyik. Bu məsələni həll etsək,Ümumdünya
Ticarət Təşkilatına daxil olmaqla bizim itkilərimiz az ola bilər.”
Hazırda dünya ölkələrinin 132-si ÜTT-mn üzvüdür və
ümumdünya ticarətinin 95 faizdən çoxu məhz onlann payına düşür.
Yalnız bu fakt göstərir ki, dünyanın sənayecə inkişaf etmiş ölkələrinin
hamısı ÜTT-mn üzvüdür. Deməli, Azərbaycamn bu təşkilatın üzvü
olması, ən azı dünyanın qüdrətli ölkələri ilə bir klubda təmsil olunması
deməkdir. ÜTT üzvü olan ölkələrin təcrübəsi göstərir ki, bu üzvlük ixrac
və idxalı genişləndirməyə, hər iki istiqamətdə sərfəli seçim etməyə,
iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə iqtisadi münasibətləri
genişləndirməyə, milli maraqlann müdafiəsi məqsədilə
77
təşkilatın imkanlanndan istifadə etməyə, beynəlxalq ticarət qayda- lannın
hazırlanmasında, müqavilələrin bağlanmasında iştirak etməyə və
nəhayət, investisiya mühitini əlverişli etməyə və investisiya- lann
həcmini genişləndirməyə imkan verir. Odur ki, Azərbaycanın ÜTT-yə
üzvlüyünün alternativinin olmaması bu gün heç kimdə şübhə
doğurmamalıdır. Ancaq bütün bunlarla bərabər, ÜTT xeyriyyə fondu da
deyil və təşkilata qəbul olunmağın müəyyən şərtləri və məhdudiyyətləri
də var. Məsələn, əsas şərtlərdən biri ixracın əmtəə tərkibi ilə bağhdır.
ÜTT üzv ölkələrin ixrac etdiyi əmtəənin mütləq əksəriyyətinin
xammaldan ibarət olmasının tamamilə əleyhinədir. Burada qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikası hazırda UTT-nın bu tələblərinə
tam cavab vermir. Respublikamızın ixracatının əsasını neft və neft
məhsullan təşkil edir. Bunun da mütləq əksəriyyəti xammaldan və eneıji
daşıyıcılanndan ibarətdir. 2008-ci ilin göstəricilərinə görə neft və neft
məhsullanmn ixracatda payı 97 faiz - dən çox olmuşdur. Odur ki, ixracın
tərkibinin daha çox rəqabətə davamlı, geniş çeşidli məhsullarla
zənginləşdirilməsi hazırda respublika iqtisadiyyatının qarşısında duran
əsas məsələlərdən biridir.
Məlum olduğu kimi, Azərbaycan enerji daşıyıcılarından başqa
mədən suları, meyvə və tərəvəz məhsulları, dəniz sərvətləri ilə də zəngin
bir ölkədir. Aparılan təhlillər göstərir ki, ixracın əmtəə tərkibini məhz bu
məhsulların hesabına qısa müddətdə və dünya standartlarına uyğun
keyfiyyətdə dəyişmək olar. Qeyd etmək lazımdır ki. Prezident İlham
Əliyevin 2004-cü ilin fevralında imzaladığı «Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)» və
2009- 2013-cü illəri əhatə edən «Azərbaycan respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqrammı»nm məqsədlərindən biri də
budur.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, BMT-yə, Aİ, ÜTT və
yaxud hər hansı başqa beynəlxalq təşkilata qəbul olunmaq, dövlətin
səlahiyyətlərinin bir hissəsinin könüllü şəkildə həmin təşkilata verilməsi
deməkdir. Məsələn, ÜTT-yə qəbul olunmaqla ölkəmiz gömrük
rüsumlarmın həddinin müəyyənləşdirilməsi, beynəlxalq ticarətdə
qiymətlərin sərbəst təyin edilməsi, ümumiyyətlə xarici iqtisadi
siyasəti sərbəst həyata keçirmək sahəsində imkanlarının müəyyən
mənada məhdudlaşdırılması ilə barışmalı olacaqdır. Üzvlüyə qəbul
olunduğu təqdirdə Azərbay
78
can ÜTT üzvlərinin milli bazarımıza sərbəst daxil olmasına imkan
yaratmalı, gömrük və vergi rüsumlarına yenidən baxmalı, onları
ÜTT-nin standartlarına uyğunlaşdırmalı olacaqdır. Bununla da
bazarlarımızın keyfiyyətli və bahalı xarici mallar tərəfindən «işğalı»na
(bizim mallar hazırda onlarla rəqabət aparmaq qabiliyyətində deyil)
şərait yaradılacaqdır. Bu isə büdcə gəlirlərinin azalmasına (gömrük və
vergi rüsumlarının aşağı salınması hesabına) və daxili bazarda
qiymətlərin bahalaşmasına - dünya qiymətlərinə yaxınlaşmasına səbəb
olacaqdır. Deməli, bazarlarımızı qorumaq üçün əvvəlcədən qabaqlayıcı
tədbirlər görülməli, Azərbaycan mallarının keyfiyyəti rəqabətə davam
gətirəcək səviyyəyə qaldırılmalıdır. Bu isə bir gün, iki günün işi deyil,
böyük bir prosesdir və mərhələ-mərhələ getməlidir. Qeyd etmək
lazımdır ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən yeni iqtisadi siyasət strategiyasının əsas
prioritetlərindən biri də bundan ibarətdir.
Ümumdünya Ticarət Təşkilatı da bütün bu çətinlikləri,
problemləri nəzərə alaraq, ölkələri üzv qəbul etməni mərhələ- mərhələ
həyata keçirir. Birinci mərhələdə müraciət edən ölkəyə müşahidəçi
statusu verir. Hazırda müşahidəçi statusunda 30-dan yuxarı ölkə var
(buraya Rusiya, Çin kimi böyük ölkələr də daxildir) və onlar üzvlüyün
müxtəlif mərhələsindədirlər. MDB ölkələrindən Gürcüstan, Qırğızıstan,
Moldova və Ukrayna ÜTT -nin tam hüquqlu üzvüdürlər. Qeyd etmək
lazımdır ki, bu təşkilatda bütün qərarlar kimi, yeni üzvlərin qəbul
olunması da konsensus yolu ilə qəbul olunur. Deməli, Ermənistan bizdən
əvvəl təşkilatın üzvü olarsa, Azərbaycanın ÜTT üzvü olmaq məsələsi
problemə çevriləcəkdir. Odur ki, bu məsələdə düşmən ölkəni
qabaqlamaq Azərbaycan diplomatiyasımn qarşısında duran əsas
məsələləridən biridir. Qeyd etmək lazımdır ki, ümummilli liderimiz
Heydər Əliyevin müdrik uzaqgörənliyi sayəsində 1997-ci ildə ÜTT-yə
müraciət edilmiş, respublikamıza müşahidəçi statusunun verilməsi ilə
Azərbaycanın təşkilata üzv qəbul olunması prosesi artıq başlamışdır.
Sonrakı dövrdə ölkəmizin xarici ticarət rejimi haqqında memorandum
hazırlanmış və ÜTT-nın Katibliyinə təqdim edilmişdir. Avropa
birliyinin, ABŞ-m, Yaponiyanın, Avstraliyanın sorğularına cavablar
hazırlanmış və təşkilatın aidiyyətli qurumlarına təqdim olunmuşdur.
79
2.12. Ümumdünya Turizm Təşkilatı
Ümumdünya turizm təşkilatı (world tourizm organization)
turizm sahəsində hökumətlərarası təşkilatdır. Turizmin inkişafı üzrə
əməkdaşlığın yaradılması və saxlanılmasında həlledici və mərkəzi rol bu
təşkilata məxsusdur. Təşkilat 2 yanvar 1975-ci ildə yaradılmışdır.
Həmin gündə təşkilatın üzvlərinin əksəriyyəti - 51 ölkə - tərəfindən
qəbul olunmuş nizamnamə norma və qaydaları qüvvəyə minmişdir.
Ümumdünya Turizm Təşkilatı 1925- ci ildə yaradılmış rəsmi turizm
təşkilatlarının beynəlxalq ittifaqı qeyri - hökumət təşkilatının hüquqi
varisidir. Təşkilatın statusunun dəyişdirilməsi keçən dövr ərzində
beynəlxalq münasibətlərin yenidən qurulması ilə əlaqədar olmuşdur.
Təşkilatın nizamnaməsinin 1-ci bəndinin 3-cü maddəsinə uyğun olaraq
Ümumdünya turizm təşkilatının əsas məqsədi «iqtisadi inkişafa,
beynəlxalq qarşılıqlı anlaşmaya, sülh və firavanlığın təmin olunmasına
töfhə vermək, dinindən, dilindən, cinsindən və irqindən asılı olmayaraq
əsas insan hüquq və azadlıqlarına hörmət etmək və onu qorumaqdır».
1. Ümumdünya turizm təşkilatının fəaliyyətinin həlledici
istiqaməti aşağıdakı əsas prinsiplər üzrə inkişaf etməkdə olan ölkələrə
kömək göstərməkdir:
- turizmin inkişaf strategiyası (turizm siyasəti: regionların
xüsusiyyətləri nəzərə alınmaqla milli və xarici turizmin planlaşdırılması;
turizm sahəsinin milli iqtisadiyyatla əlaqəsi; perspektiv inkişafın
qiymətləndirilməsi);
- maddi - texniki və kadr təminatı siyasəti (turizm məhsulları
və xidmətin diversifikasiyası və inkişafı; nəqliyyatla təminatla qarşılıqlı
əlaqə; turizmə kapital qoyuluşu siyasəti; yeni texnologiyalardan istifadə
və s.);
- marketinq, yaxud turizm layihələrinin işlənilməsi (turizmin
coğrafiyası, uçotu və mövsümi inkişafı; marketinq və reklam üzrə
proqramların hazırlanması; sosialoji tədqiqatların aparılması; ekoloji
amillər nəzərə alınmaqla çoxməqsədli, qarışıq turizm proqramlan və
layihələrinin hazırlanması);
- kadrlarm öyrədilməsi və peşəkar kadrlarm hazu'lanması
(hökumət xidmətləri səviyyəsində təcrübə mübadiləsi; kütləvi peşələr
üzrə kadrlann öyrədilməsinə texniki kömək; turizmin xüsusiyyət
80
ləri və milli proqramlardan asılı olaraq kadrlann xüsusi hazırlanması;
ayn-ayn ölkələrdə tədris müəssisələrinin yaradılması);
- statistika (bütün səviyyələrdə təcrübə və mütəxəssis
mübadiləsi; turizm haqqında rəqəmlərin toplanması, təhlili və
yayılmasının öyrədilməsi; sorğuların keçirilməsi və işlənilməsinə
köməklik göstərilməsi);
- hökumət xidmətlərinin rolu və funksiyaları (milli turizm
rəhbərliyinin yaradılmasına kömək göstərmək; sənədlər mərkəzləri,
arxivlər və kitabxanalann yaradılması; kompyuteriəşdirmə);
- turist mübadiləsi və sənədləşdirilməsinin sadələşdirilməsi;
müvafiq müqavilə və razılaşmaların hazırlanması; müştərilərin
hüquqlarının müdafiəsi; turistlərin sığortalanması; inzibati - dövlət
xidmətləri, müştərilər və mehmanxana bölməsi arasında qarşılıqlı
fəaliyyət;
2. Turistlərin və turizm obyektlərinin təhlükəsizliyi və müdafiəsi
ilə əlaqədar problemlərin həlli; eləcə də turist mübadiləsi, getmələr və
gəlmələr prosedurasının asanlaşdırılması;
3. Özündə aşağıdakılan birləşdirən öyrətmə və peşə hazırlığı:
- turizm sahəsində məxsusi tədris-təhsil institutlannın forma-
laşdınlması və bərqərar olunmasında üzv ölkələrə kömək göstərilməsi və
stimullaşdıniması;
- kadrların öyrədilməsi və peşəkar kadrların hazırlanmasının əsas
aspektləri üzrə bilavasitə kömək göstərilməsi.
4. Turizmin nüfuzunun və hörmətinin, eləcə də onun məlumat
təminatının yüksəldilməsi.
5. Konfransların keçirilməsi, mədəni turizmin dünya atlasının
hazırlanması, milli valyutaların nisbətlərinin, turizm məhsulları və
xidmətlərə qiymətqoymanın öyrənilməsi.
6. Turizm sahəsində fəaliyyət göstərən üzv-ölkələrdə hər il
ümumdünya turizm gününün qeyd olunması.
Turizm sahəsi çoxlu sayda universal və ixtisaslaşmış təşkilatlar
tərəfindən tənzimlənir. Onlara aşağıdakılan aid etmək olar:
a) Universal xarakterli:
Turist agentliklərinin Ümumdünya agentliyi
(FUAAB\UFTAN);
- At idmanı turizminin Beynəlxalq federasiyası (FİTE);
- Beynəlxalq turistlər alyansı (AİT) və s.
b) İxtisaslaşmış xarakterli;
81
- Turizm agentliklərinin Ümumdünya federasiyası (VATA);
- İşgüzar məqsədlə turizmi təşkil edənlərin Beynəlxalq liqası
(İLSTA);
- Sosial turizm təşkilatlarmm Beynəlxalq federasiyası (İFPTO);
- Tələbə turizmi üzrə Beynəlxalq Konfrans (MKST);
- Turizm agentləri üçün xüsusi qatarların təşkili üzrə Beynəlxalq
Konfrans (KİTA);
- Beynəlxalq turizm akademiyası (AKİT);
- Bələdçilərin beynəlxalq klubu (İKT);
- Turizm və səyahətlər sahəsində tədqiqatlar üzrə Assosiasiya və
s.
Bütün bu sahələrdə həlledici tənzimləyici Ümumdünya Turizm
Təşkilatdır. Turizmin inkişafı üzrə bir sıra bəyannamələr məhz həmin
təşkilat tərəfindən qəbul olunmuşdur: Turizm haqqında Manila
bəyannaməsi (1980); Akapulko sənədi (1982); Turizm haqqında Xartiya
və turistin əxlaq kodeksi (Sofiya, 1985); Turizm üzrə Haaqa
bəyannaməsi (1989).
1999-cu ildə Ümumdünya Turizm Təşkilatının Santiya- qoda
keçirilən Baş Assambleyasında turizm etikasının qlobal kodeksi qəbul
olunmuşdur. Təşkilat dünyada turizmin gələcək inkişafına dair çoxsaylı
tədqiqatlar aparır və bu tədqiqatlarda:
- turizmin inkişafına təsir edən amillər təhlil olunur;
- sahənin gələcək ehtimal olunan variantları proqnozlaşdırılır və
inkişaf üsulları işlənilir.
Regionlar üzrə turistlərin gəlməsinin artım tempi 4 saylı cədvəldə
verilmişdir %:
Cədvəl №4'
Dövr (illər) Dünyada Avropada Asiyada Şərqi Asiya və
Sakit okean
1950-1970 9,9 10,9 9,9 18,1
1970-1980 5,7 5,3 3,8 14,7
1980-1990 4,7 4,1 4,3 9,6
1990-2000 3,8 2,7 4,6 6,8
2000-2010 3,5 2,5 3,5 6,5
' C.B. Фомишин. Международные экономические отношения: Ростов-
на-Дону.
«Феникс», 200
82
Corc Vaşinqton adına Universitetin Beynəlxalq turizm institunun
himayəçiliyi ilə dünyanın 21 ölkəsindən olan 90 ekspertin iştirakı ilə
keçirilən beynəlxalq turizm siyasəti Forumunda yeni minillikdə turizm
siyasətinin işlənilməsində əsas diqqət yetirilməli olan həlledici
istiqamətlər müəyyənləşdirildi ki, bu da turizmin inkişafının yeni
sxemini formalaşdırdı:
- turizmin inkişaf amilləri göstərildi - ətraf mühitin vəziyyəti;
- turizm mərkəzlərinin fiziki və sosial imkanlarından asılı olaraq
turizmin inkişafı üçün məhdudiyyətlər mövcuddur;
- turizm sosial-məsul sənaye kimi inkişaf etməli və vaxtaşırı baş
verən dəyişikliklərə reaksiya verməlidir;
- dünya əməkdaşlığında müxtəlif etnik qrupların mədəni
xüsusiyyətlərinin nəzərə alınması zəruridir;
- demoqrafik dəyişikliklər turizmin inkişaf səviyyəsinə və
təbiətinə güclü təsir göstərir;
- müxtəlif gəlir səviyyəsi və vərdişləri olan insanlar üçün
turizmin öz modeli tərtib olunmalıdır;
- vergilərin və digər xərclərin artdığı bir şəraitdə turizmin
infrastrukturunun inkişafı üçün iri məbləğdə investisiyalara zərurət artır.
BMT-nın Baş Assambleyası Ümumdünya turizm təşkilatına
qeyri-hökumət təşkilatı statusu vermişdir. Təşkilat İspaniyanın Madrid
şəhərində yerləşir.
. ........ /■■ . . ... ... 83
FƏSİL 3. BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
SİSTEMİNDƏ BEYNƏLXALQ TƏŞKİLATLAR
3.1. iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(İƏİT) fəaliyyəti (Organization for Economic Cooperation and Development - OECD)
Qeyd etmək lazımdır ki, İƏİT digər bir beynəlxalq təşkilatın,
məhz “Marşall planı”nın - İkinci Dünya müharibəsindən sonra ABŞ-ın
verdiyi iqtisadi köməkdən (o dövrdə 12 mlrd. ABŞ dolları) istifadə
etməklə Avropa ölkələrinin iqtisadiyyatının bərpası və inkişafı - həyata
keçirilməsi məqsədilə yaradılmış Avropa iqtisadi əməkdaşlığı
təşkilatınm varisidir. Avropa iqtisadi əməkdaşlığı təşkilatı öz qarşısına
qoyulan məqsədin həyata keçirilməsini başa çatdırdıqdan sonra, onun
fəaliyyətinin dünya iqtisadi inkişafının yeni problemlərin həllinə
(dünyada dayanıqlı iqtisadi artımın təmin olunması, beynəlxalq ticarətin
genişləndirilməsi üçün şəraitin yaradılması, inkişaf etməkdə olan
ölkələrin iqtisadi inkişafına köməklik göstərilməsi və sairə) cavab
verəcək istiqamətlərdə davam etdirilməsi məsələsi meydana çıxdı. Bu
məsələlərin həlli Avropa iqtisadi əməkdaşlığı təşkilatının mandatı
çərçivəsindən kənara çıxdığndan, müəyyən mənada siyasi, hüquqi və
təşkilatı formada onun varisi olacaq yeni bir təşkilatın-İqtisadi İnkişaf və
Əməkdaşlıq Təşkilatının yaradılması qərara alındı.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - azad bazar
iqtisadiyyatı və demokratiya prinsiplərini qəbul edən inkişaf etmiş
ölkələrin beynəlxalq iqtisadi təşkilatıdır. Təşkilatın mənzil qərarğahı
Paris şəhərindədir.
İƏİT - hökumətlər arası beynəlxalq iqtisadi təşkilatdır. İƏİT-nin təsis olunması ABŞ-ın təşəbbüsü ilə 14 dekabr 1960-cı ildə Parisdə imzalanmış konvensiya əsasında həyata keçirilmişdir. Konvensiya 30 sentyabr 1961-ci ildə bütün iştirakçı dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir.
İƏİT beynəlxalq iqtisadi münasibətlərin çoxtərəfli
tənzimlənməsinə bilavasitə təsir göstərən beynəlxalq təşkilatlar arasında
mühüm yer tutur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
84
BMT sisteminin tərkib hissəsi deyil, lakin o, öz fəaliyyətində BMT- nin
əsasverici prinsipləri və məsələlərini rəhbər tutur, onun bütün idarə və
təşkilatları, eləcə də aparıcı iqtisadi təşkilatlarla beynəlxalq ticarətin
çoxtərəfli tənzimlənməsi və inkişafı, kapital hərəkəti və BMT-in digər
elementləri ilə əlaqədar olan məsələlərdə sıx əməkdaşlıq edir.
İƏİT-in başhca məqsədi - dünya təsərrüfat sistemində baş verən
ziddiyyətlərin yüngülləşdirilməsi üçün iştirakçı-ölkələrin iqtisadi
siyasətinin uzlaşdınlmasıdır. O, həm də heç bir ayn-seçkilik qoyulmadan
çox tərəfli əsaslarla dünya ticarətinin genişləndirilməsi, maliyyə sabitliyi
və məşğulluq sahəsində sabitliyin saxlamiması məqsədilə uzlaşdınirmş
sij^asətin işlənilməsi ilə məşğul olur.
Hazırda İƏİT-in 31 ölkə - əsasən də inkişaf etmiş ölkələr
üzvüdür: Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan,
Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya,
İtaliya, Kanada, Lüksemburq, Meksika, Niderland, Yeni Zellandiya,
Norveç, Polşa, Portuqaliya, Koreya Respublikası, ABŞ, Türkiyə,
Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Yaponiya, Sloveniya,
Slovakiya. 2010-cu ilin may aymda Çili, Estoniya və İsraildə təşkilata
üzv qəbul olunmuşlar və bununlada təşkilatın üzvlərinin sayı 34-ə
çatmışdır. Bu dövlətlərin də əksəriyyəti Avropa ittfaqına üzv olan
dövlətlərdir. Təşkilatın işində ayrıca üzv hüququnda Avropa
ittifaqının Avropa Komissiyası da iştirak edir.
Avropa ittifaqı kimi İƏİT-də öz sıralarının genişləndirilməsinə
böyük əhəmiyyət verir, baxmayaraq ki. Təşkilat bu məsələyə çox ciddi
yanaşır.
1996-cı ildə keçmiş sovet respublikaları Rusiya, Estoniya,
Latviya və Litva İƏİT-ə üzv olmaq üçün ərizə verdilər. İƏİT bu ölkələri
üzvlüyə qəbul etməkdən imtina etdi.
2005-ci ilin iyul ayında İƏİT-in Baş katibi Donald Conson
“Financial Times” qazetinə verdiyi müsahibədə Təşkilatı Çin Xalq
Respublikasını İƏİT-yə qəbul etməyə çağırdı. Onun fikrincə əgər İƏİT
qlobal iqtisadiyyatın formalaşmasına təsir göstərən səmərəli təşkilat
kimi qalmaq istəyirsə, inkişaf etməkdə olan nəhəng dövlətlərin nəhəng
Təşkilata üzv olmaları zəruridir. O, bunu belə əsaslandırmışdır: ”Çin
dünyada polad istehsalı üzrə iri istehsalçı olmaqla, digər beynəlxalq
xammal bazarlarınada ciddi təsir
85
göstərir”. Conson dövlətləri üzvlüyə qəbul edərkən dövlətlərin siyasi
xüsusiyyətlərinin kənara qoyulmasına çağırdı: “Biz iqtisadi təşkilatıq və
ona görə də biz iqtisadi məsələlərlə məşğul olmalıyıq. Keçmişdə
İƏİT-də diktaturalar - Portuqaliya və İspaniya olmuşdur, Biz
Yunanstanda hərbi rejimlə iş görmüşük”. Çin artıq onun iqtisadiyyatının
İƏİT tərəfindən tədqiqatının aparılmasına dəvət olunmuşdur ki, bu da
adətən Təşkilata üzv olmaq üçün birinci addım hesab olunur.
16 may 2007 - ci ildə Parisdə İƏİT-in iki günlük yığıncağında
üzvlük barədə danışıqların başlanması üçün Rusiya, Estoniya,
Sloveniya, İsrail və Çili, İƏİT-in mümkün genişlənməsi barədə isə
Braziliya, Çin, Hindistan və Cənubu Afrika Respublikası danışıqlara
dəvət olundular.
Göründüyü kimi İƏİT-in üzvləri yalnız sənayect. yüksək
inkişaf etmiş ölkələr deyil. İƏİT özünün 2-3 iyun 1993-cü il tarixli
sessiyasında Təşkilatın bütün maraqlı dövlətlərlə qarşılıqlı əlaqəsi və
yeni üzvlərin qəbulu barədə xüsusi qərar qəbul etdi. Bu qərar prinsip
etibarilə Azərbaycan Respublikasınında İƏİT-ə tam hüquqi üzv
olmasına imkan yaradır.
İƏİT-in üzvlərinin sayının artırılması, eləcə də onun fəaliyyət
dairəsinə yeni məsələlərin daxil edilməsi (bu məsələlər arasında bazar
iqtisadiyyatına keçən ökələlərə kömək göstərilməsi mühüm yer tutur)
təşkilatın əhəmiyyətini daha da yüksəldir, Bİ M-in çoxtərəfli
tənzimlənməsi məsələsində onun imkanlarını artırır.
İƏİT-nin yaradılması barədə Konvensiyada göstərildiyi kimi,
onun səlahiyyətləri çox genişdir və özündə aşağıdakıları birləşdirir:
inkişaf proqramını həyata keçirən üzv-ölkələrin və digər ölkələrin
maksimum dərəcədə yüksək və dayanıqlı iqtisadi artımının əldə
edilməsi; məşğulluğun yüksəldilməsi; həyat səviyyəsinin yüksəldilməsi;
maliyyə sabitliyinin saxlanılması; dünya iqtisadiyyatının ümumi artımı;
beynəlxalq öhdəliklərə uyğun olaraq ayrı-seçkilik qoyulmadan dünya
iqtisadi mübadiləsinin inkişafına köməklik etmək. İƏİT-in fəaliyyətinin
mühüm hissəsi çirkli pulların yuyulması, vergi ödəmələrindən yayınma,
korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədardır. İƏİT-in
iştirakı ilə bəzi dövlətlər tərəfindən “vergi vahələrinin” yaradılması
86
təcrübəsinə son goyulmasına xidmət edəcək bir sıra mexanizmlər
işlənilmişdir.
İƏİT çox geniş analitik iş həyata keçirir, üzv-ölkələr üçün
tövsiyyələr hazırlayır, iqtisadi problemlər üzrə çoxtərəfli danışıqların
təşkilində platforma rolunu oynayır.
İƏİT vicdansız vergi rəqabəti aparan ölkələrin “qara siyahısını”
aparır. 2 aprel 2009-cu ildə İƏİT böyük iyrimilərin (G20) görüşünə
İƏİT-in qlobal forumu ilə müşahidə olunan beynəlxalq saviyyədə qəbul
olunmuş vergi standartlarının implementasiyası üzrə Cari məruzə
hazırladı. Bu məruzə istənilən vergi məsələlərində milli vergi
qanunçuluğunda şəxsi məlumatların və ya bank sirrinin qorunması
barədə müddəa olub-olmamasından asılı olmayaraq, milli vergi
qanunçuluğuna əməl edilməsinə məcbur etmək və inzibatçılıq məqsədilə
məlumat mübadiləsini həyata keçirilməsini nəzərdə tutur. O, həm də
məlumat mübadiləsi prosesinə cəlb olunmuş məlumatların məxfiliyinin
qorunmasını nəzərdə tutur.
Göstərilən məqsədlərə nail olunması üçün İƏİT-nin üzvü olan ölkələr öz üzərlərinə aşağıdakılan götürmüşlər: onlarda olan ehtiyatların fərdi və kollektiv əsasda optimal istifadə olnunmasınm təmin olunması; elmi-tədqiqatlarm və təhsilin həvəsləndirilməsi; maliyyə sabitliyinə nail olunmasına cəhd etmək; əmtəə və xidmətlərin cari ödəmələr və kapital qoyuluşlarının hərəkəti yolunda maneələrin aradan qaldılırması üçün zəruri tədbirlərin görülməsi; inkişaf etməkdə olan ölkələrə texniki və digər köməklərin göstərilməsi.
İƏİT-nin əsas məsələ və funksiyaları: - iştirakçı - ölkələrdə maliyyə sabitliyinin saxlanılması və iqtisadi
artımın stimullaşdırılmasma istiqamətlənmiş siyasətin formalaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsi;
- inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki kömək sahəsində iştirakçı - ölkələrin səylərinin razılaşdırılması və sti- mullaşdırılması;
- ayrı-seçkilik tədbirlərinin istifadə edilməsini istisna edən beynəlxalq ticarətin genişləndirilməsinə yardım edilməsi.
İƏİT-nin rəhbər orqanı onun şurasıdır. Şuraya hər bir üzv ölkədən bir nümayəndə daxil olur. Şura həftədə bir dəfə ya ölkələrin daimi nümayəndələrindən ibarət tərkibdə, yaxud da ölkələ
,,- V y . ................. 87
rin nazirlərindən ibarət tərkibdə toplanır. Qərar və qətnamələr bütün
üzvlərin qarşılıqlı razılığı əsasında qəbul olunur və məsləhət xarakteri
daşıyır. Ayrı-ayrı hallarda məcburi qərarlar qəbul olunur. Lakin bu
qərarlar səsvermədən imtina edən üzv-dövlətlərə və bu qərarın tətbiqinə
konstitusiyası yol verməyən dövlətlərə şamil edilmir. Şuranın tərkibinə
Avropa İttifağı Komissiyasının nümayəndəsi də daxildir. Şura ildə bir
dəfə lƏİT-nin iştirakçı-ölkələrinin xarici işlər, maliyyə və digər
nazirliklərinin rəhbərlərindən ibarət tərkibdə toplanır. Şura 1974-cü ildə
yaradılmışdır.
İcraiyyə Komitəsi - 14 nəfərdən ibarət tərkibdə təşkil olunur və
cari işləri həyata keçirir. Katiblik - inzibati və operativ işləri həyata
keçirir. Müzakirə üçün sənədləri, statistik materialları işləyir və
hazırlayır, müxtəlif iqtisadi və sosial məsələlər üzrə məruzələr nəşr edir.
İƏİT-nin tərkibində müxtəlif sahələr üzrə 20-dən çox
ixtisaslaşmış komitə fəaliyyət göstərir; iqtisadi siyasət, iqtisadiyyat və
inkişaf; ticarət; kapital hərəkəti; maliyyə bazarları; vergi siyasəti;
rəqabətə münasibətdə hüquq və siyasəti; istehlakçı siyasəti; turizm; dəniz
nəqliyyatı; beynəlxalq investisiyalar və çox- milli müəssisələr;
energetika siyasəti; sənaye; polad; elmi və texnoloji siyasət; informasiya,
kompyuterləşmə və kommunikasiya siyasəti; təhsil işləri; işçi qüvvəsi və
sosial siyasət; dövlət idarəedilməsi məsələləri; ətraf mühitin qorunması;
kənd təsərrüfatı; balıqçılıq; əmtəələr və s.
Komitələrdən hər birinin fəaliyyəti xarici - iqtisadi əlaqələr
dairəsində dövlətlərarası tənzimləmə prosesinə birbaşa və ya kifayət
qədər yaxın münasibəti olan məsələlərlə bağlıdır. Onlar arasında iqtisadi
siyasət üzrə komitə və iqtisadi vəziyyətin və inkişaf problemlərinin
öyrənilməsi komitəsi daha vacib əhəmiyyətə malikdir. Bunlardan
ikincisi, inkişaf etməkdə olan ölkələrə borclar, pul yardımları və digər
maliyyə köməyi göstərməklə məşğuldur. Bu komitənin fəaliyyət dairəsi
çərçivəsində inkişaf etməkdə olan ölkələrə münasibətdə İƏİT üzvlərinin
ümumi siyasəti hazırlanır və fikirləri həyata keçirilir, ikitərəfli və
çoxtərəfli əsaslarla maliyyə axını razılaşdırılır.
Ticarət üzrə komitə çoxtərəfli əsaslarla əmtəə və xidmətlərin
mübadiləsinin genişlənməsinə köməklik göstərmək problem-
88
ləri ilə məşğul olur. Onun ildə 3-4- dəfə keçirilən sessiyasında ticarət
siyasətinin aktual məsələləri, tədiyyə balansının vəziyyəti, idxalda
kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması, gömrük tariflərinin
aşağı salınması, antidempinq qanunçuluğunun tətbiq olunması və s.
məsələlər təhlil olunur.
Maliyyə və kredit axını da daxil olmaqla beynəlxalq maliyyə
bazarında vəziyyət,maliyyə bazarları, ödəmələr və vergi siyasəti bu
komitədə təhlil olunur. Kənd təsərrüfatı komitəsi kənd təsərrüfatı və
ərzaq məhsullarının ticarətinin aktual problemlərini öyrənir, İƏİT ikv
ölkələrin aqrar siyasətini təhlil edir.
İƏİT-nin maliyyələşdirilməsi təşkilatın üzvlərinin qoyduqları
vəsaitlər hesabına həyata keçirilir.
İƏİT çərçivəsində aşağıdakı muxtar təşkilatlar fəaliyyət göstərir.
(Cədvəl № 5)
Cədvəl № 5.
İƏİT sisteminə daxil olan təşkilatlar
№ Təşkilatın adı Üzv ölkələrin
sayı
Yarandığı
il
1. İƏİT 31 1961
2. «Böyük yeddilik qrupu»
(Böyük yeddiliyin müşavirəsi)' 7+1 1975
3. Beynəlxalq energetika 29 1974 agentliyi 29 1958
4. Atom enerjisi üzrə agentlik
5. Təhsil sahəsində yenilikçilik 31 1968 və tədqiqat mərkəzi 31 1962
6. İƏİT-nın inkişaf mərkəzi
İƏİT-in fəaliyyətində müxtəlif proqnoz-analitik və digər
materialların hazırlanması mühüm yer tutur. Bu materiallar bir qayda
olaraq özündə təşkilatın üzv-ölkələrində makroiqtisadi və sahələr
səviyyəsində iqtisadi tənzimləmənin həyata keçirilməsi barədə xülasə və
tövsiyyələri birləşdirir. Həm də xarici-iqtisadi
' 2009 - cu ilin iyul ayında “yeddillik qrupu”nun tərkibinə müşahidəçi
qismində 6 yeni ölkə -Çin, Hindistan, Cənubi Afrika Respublikası, Misir,
Braziliya və Meksika daxil edildilər.
89
əlaqələr və tənzimləməyə də şamil edilə biləcək bu tövsiyyələr bir qayda
olaraq üzv-ölkələr tərəfindən milli iqtisadi siyasətin işlənilməsi və həyata
keçirilməsində istifadə olunur.
İƏİT üzv ölkələrin əlaqələndirilmiş daxili və xarici iqtisadi
siyasətinin həyata keçirilməsi mexanizminin əsasmı İƏİT-in normativ
bazasını təşkil edən, konsensus əsasında qəbul olunmuş tövsiyə və
kodekslər təşkil edir. İƏİT-in dünyada tutduğu mövqeyi nəzərə alsaq,
onda belə hesab etmək olar ki, göstərilən normativ baza yalnız üzv
-dövlətlər üçün deyil, həm də digər dövlətlər və beynəlxalq təşkilatların
da fəaliyyətində mühüm rol oynayır.
İƏİT-nin mühüm normativ aktları arasında beynəlxalq iqtisadi
münasibətlərin çoxtərəfli tənzimlənməsi məsələsinə bilavasitə təsir edən
kapital hərəkətinin liberallaşdırılması Kodeksi və görünməz əməliyyatlar
Kodeksi böyük əhəmiyyət kəsb edir. Fəaliyyət göstərdiyi müddət ərzində
təşkilat tərəfindən 40-dan çox hüquqi cəhətdən yerinə yetirilməsi
məcburi olan qərarlar və 100-dən çox tövsiyələr hazırlanmışdır.
Beynəlxalq Energetika Agentliyi - 1974-cü ildən fəaliyyət
göstərir. Məqsədi - energetika sahəsində beynəlxalq əməkdaşlığı
stimullaşdırmaq və üzv-ölkələrin neft idxalından asılılığını azaltmaqdır.^
BEA İƏİT çərçivəsində muxtar təşkilatdır. Beynəlxalq
Energetika Agentliyinin fəaliyyətinin əsas istiqamətləri bunlardır:
-ekoloji amillər nəzərə alınmaqla kömürdən, təbii qazdan,
hidroenerjidən, nüvə enerjisindən, bərpa olunan enerji mənbələrindən
səmərəli istifadə etmək yolu ilə uzun müddətli əməkdaşlıq əsasında
üzv-ölkələrə müxtəlif enerji mənbələrinin inkişaf etdirilməsinə köməklik
göstərmək;
-ehtiyatlar yaratmaqla fövqəladə halların qarşısının alınması üçün
tədbirlərin həyata keçirilməsi; neft istehlakmın ixtisar olunması; neftdən
yanacağın digər növlərinə çevik keçmək imkanları; yerli enerji
istehsalının artırılması; daimi əsaslarla fövqəladə hallarda neftin
bölüşdürülməsi sistemini lazımı səviyyədə saxlamaq;
-dünya neft və energetika sahəsində texnologiyalar bazarlarının
tədqiqinin həyata keçirilməsi.
Nüvə Eneıjisi Üzrə Agentlik - 1958-ci ildə atom enerjisi üzrə
Avropa agentliyi kimi yaradılmışdır. Məqsədi - sülh məqsədləri
90
üçün atom enerjisinin inkişafı və istifadə edilməsi sahəsində
üzv-ölkələrin siyasətlərinin əlaqələndirilməsidir. Burada qeyd etmək
yerinə düşərdi ki , hazırda nüvə enerjisi istehsalınm 80 faizə qədəri nüvə
enerjisi üzrə agentliyə üzv olan dövlətlərin payma düşür.
Təhsil Sahəsində Yenilikçilik və Tədqiqat Mərkəzi - 1968-ci
ildə təhsil sahəsində tədqiqat fəaliyyətinin həvəsləndirilməsi və onun
inkişafma köməklik göstərilməsi məqsədilə təsis olunmuşdur.
İƏİT-nin İnkişaf Mərkəzi - İƏİT Şurasmm qəran ilə 1962-ci
ildə yaradılmışdır. Məqsədi - iqtisadi inkişaf sahəsində üzv-ölkələrin
bilik və təcrübəsinin birləşdirilməsidir. İqtisadi yardımın ümumi
siyasətini işləyir və həyata keçirir. İnkişaf etməkdə olan ölkələrin
tələbatından asıh olaraq əldə olan bilik və təcrübəni onlarm sərəncamına
yerir. Mərkəzin üzvləri İƏİT-ə üzv olan bütün dövlətlərdir.
İƏİT-də mühüm rolu ixtisaslaşmış komitə olan inkişafa yardım
komitəsi (İYK) oynayır. Onun funksiyasına aşağıdakılar daxildir:
üzv-ölkələrə, eləcə də inkişaf etməkdə olan ölkələrə kömək göstərilməsi;
inkişaf etməkdə olan ölkələrə verilə biləcək ehtiyatların zəruri həcminin
təmin edilməsi; ölkələrin dayanıqlı inkişafının təmin edilməsi və dünya
iqtisadiyyatında iştirak etmək üçün potensial yaratmalan məqsədilə
onlara köməklik edilməsi.
İƏİT-in - BƏT, YUNESKO, BVF, ÜTT, YUNKTAD kimi
beynəlxalq təşkilatlara rəsmi münasibətləri vardır.
Yeddilik qrupu (Böyük yeddiliyin müşavirəsi-“G7”) - iqtisadi
cəhətdən yüksək inkişaf etmiş 7 ölkə başçısının ali səviyyədə görüşüdür.
Buraya ABŞ, Fransa, Yaponiya, İtaliya, Kanada, Böyük Britaniya,
Almaniya daxildir. Rusiya Federasiyası 1997-ci ildən qrupun işində
siyasi problemlərin müzakirəsi zamanı iştirak edir.
İqtisadi problemlərin siyasi ciddiliyi “yeddiliyin”yığmca- ğmm
əsas məsələlərini əvvəlcədən müəyyənləşdirir:
-iqtisadiyyatın sağlamlaşdmlması yollan;
-eneıji problemləri;
-beynəlxalq ticarət;
-valyuta sisteminin sabitləşdirilməsi yollan;
-inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin münasibətləri.
Valyuta-maliyyə sahəsində olan problemlərin mürəkkəbləşməsi bu
qeyri-formal təşkilat çərçivəsində əlavə bir orqanın yara
V . 91
dılması zərurətini yaratdı. 1985- ci ildə Venesiyada maliyyə nazirləri və
mərkəzi bankların müdirlərinin daxil olduğu ayrıca qrup yaradıldı. Onun
vəzifəsinə qarşılıqlı uyğunlaşmaya xüsusi diqqət yetirməklə, hər bir
ölkənin illik iqtisadi inkişafının proqnozu və iqtisadi siyasətinin
məqsədlərinin müqayisəsi və təhlili daxildir.
Dünyanın yeddi apancı ölkəsinin dövlət və hökumət başçıla- nnın
və maliyyə nazirlərinin görüşü dünya iqtisadiyyatında əlaqələndirmənin
mexanizminin mühüm elementini təşkil edir. Bu görüşlərdə valyuta
kurslanmn sabitləşdirilməsi barədə razılıq əldə edilmiş (1985-ci ildə La
Plaza və 1987 - ci ildə Luvr sazişləri), kasıb ölkələrə və orta gəlir
səviyyəsi olan ölkələrə münasibətə dair borc strategiyası
işlənilmiş(1988- ci ildə Torontoda, 1989- cu ildə Parisdə, 1999-cu ildə
Kölndə, 2005- ci ildə Edinburqda), Şərqi Avropa ölkələrində istahatların
müdafiə edUməsi yollan müəyyənləş- dirilmişdir(Paris,1990) və sairə.
İƏİT sistemində Böyük Yeddiliyin müşavirəsi iqtisadi cəhətdən
ən güclü təşkilatdır. Böyük Yeddilik - (G-7) 1975-ci ildə Fransa
prezidenti V.Jickar d’Estenin təşəbbüsü ilə qlobal maliyyə və valyuta
məsələlərinin həll edilməsi məqsədilə yaradılmışdır. Lakin sonradan
qrupun funksiyası daimi olaraq genişlənməyə başladı və hazırda
hökumət başçılarının hər il keçirilən görüşündə qlobal problemlərin
bütün aspektləri üzrə müzakirələr apanlır. Hazırda böyük yeddiliyə daxil
olan ölkələr dünya ÜDM-nin 60%-ni istehsal edir ki, bu da həmin
ölkələrin dünya iqtisadiyyatının inkişafında böyük rol oynadığını
göstərir. 1997-ci ildə RF- nin də Böyük yeddiliyə daxil olması ilə
əlaqədar olaraq onu çox vaxt «Səkkizlər qrupu» adlandırırlar. Amma
«de-fakto» Rusiya hələlik bu nüfuzlu klubun tam hüquqlu üzvü deyil.
BİM-in çoxtərəfli tənzimlənməsi sisteminin inkişafı üçün
İƏİT-nin fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini göstərmək üçün
xüsusi qeyd etmək lazımdır ki, İƏİT-nin analitik tədqiqatlan və
işləmələri QATT-ın fəaliyyət dairəsinin genişləndirilməsinə səy
göstərilməsinə və çoxtərəfli ticarət danışıqlarının, xüsusən də Tokio və
Uruqvay raundu çərçivəsində müvəffəqiyyətlə həyata keçirilməsinə
güclü təkan verdi. Yəqin ki, İƏİT gələcəkdə də QATT/ÜTT sistemi ilə
əməkdaşlığı bütün sahələrdə, o cümlədən çoxtərəfli ticarət danışıqlannın
növbəti raundunun keçirilməsi məsələsində də daha da möhkəmləndirəcəkdir. Digər bərabər şərtlər
92
daxilində bu əməkdaşlığın inkişafı İƏİT-nin və QATT/ÜTT-nın
fəaliyyət dairəsinin genişlənməsi hesabına baş verir. Hər iki təşkilatın
mandatlarına uyğun olaraq onların təmas nöqtələrinin sayı artır,
qarşılıqlı fəaliyyət sahələri genişlənir. Bu, özünü əlalxüsus BİM-in
çoxtərəfli tənzimlənməsi sisteminin təkmilləşdirilməsi məsələsində
göstərir.
Uzun müddətdir ki, İƏİT xarici investisiyalar üzrə çoxtərəfli
saziş hazırlanması problemi ilə məşğul olur. Belə bir sazişin
imzalanması zərurəti onunla əlaqədardır ki, çox vaxt xarici
investorlar qəbul edən ölkədə müxtəlif investisiya maneələri,
ayrı-seçkilik rejimi, qeyri-müəyyənliklər və hüquqi tənzimləmənin
ziddiyyətli xarakteri ilə qarşılaşırlar ki, bu da investisiya qoyuluşlarına
mənfi təsir göstərir və son nəticədə iqtisadi inkişafı ləngidir.
Bu istiqamətdə birinci belə bir konkret addım 1976-cı ildə İƏİT
çərçivəsində “Birbaşa xarici investisiyalar üzrə əməkdaşlıq üçün
çoxtərəfli və regional vasitələr” adlı sənəd hazırlanarkən atılmışdır
(1992-ci ildə həmin sənəddə bir sıra dəyişikliklər edilmişdir). Göstərilən
sənəddə nəzərdə tutulan tədbirlər iqtisadi əməkdaşlıq və ədalətli rəqabət
üçün daha əlverişli ilkin şərtlərin yaradılması məqsədilə investorların və
qəbul edən ölkənin maraqlarının razılaşdırılmasmm prinsip və
qaydalarını özündə birləşdirir.
1995- ci ildən İƏİT çərçivəsində geniş əhatəli beynəlxalq
sənəd - investisiyalar üzrə çoxtərəfli saziş adlı daha mükəmməl sənəd
hazırlanır. Bu sənəd beynəlxalq investisiyalaşdurna sisteminin əsasını
qoymalı, investisiyaların liberallaşdınlması və onun müdafiəsi, eləcə də
mübahisələrin həllinin səmərəli mexanizminin işlənilməsini nəzərdə
tutur. Sənəd milli rejim prinsipinin qəbul olunması öhdəliyim qəti
müəyyənləşdirməli, mövcud məhdudiyyətləri, ayrı-seçkilik prinsipinin
tətbiqini aradan qaldırmalıqır.
Sənəd hüquqi cəhətdən mütləq xarakter daşımalıdır və ona
qoşulan bütün ölkələrə şamil olunmalıdır.
BMT və İƏİT sisteminə daxil olan beynəlxalq təşkilatlardan
əlavə sosial iqtisadi inkişafın bütün spektrləri ilə məşğul olan bir sıra
digər ümumi səlahiyyətli beynəlxalq təşkilatlar da
93
fəaliyyət göstərir. Belə təşkilatlardan bir neçəsi 6 saylı cədvəldə
verilmişdir.
Cədvəl № 6
Ümumi səlahiyyətli digər beynəlxalq təşkilatlar
TƏŞKİLATIN ADI ÜZV
ÖLKƏLƏRİN
SAYI
YARADILDIĞI İL
1.Avropa Şurası 40 1949 2. Millətlər Birliyi 53 1931
3.Şimal Əməkldaşlığı 5 1971
4.Ərəb Dövlətləri Liqası 22
1945
5.Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
(ATƏT)
55 1975
6.İslam Konfransı Təşkilatı
50 1969
3.2. Avropa Şurasının Fəaliyyətinin
Xüsusiyyətləri
19 sentyabr 1946-cı il tarixində Böyük Britaniyanın baş naziri
Uinston Çörçill Qərbi Avropa hökumətlərinin və parlamentlərinin
fəaliyyətinin ortaq koordinasiyası məqsədilə “Avropa Şurası” adlanacaq
beynəlxalq bir qurum yaratmağı təklif etdi. Bu ideya 1949- cu ilin
mayında Strasburq şəhərində (Fransa ) reallığa çevrildi.
Avropa Şurası (AŞ) (Concil of Europe) -geniş profilli hö-
kumətlərarası təşkilatdır.
Avropa Şurası 5 may 1949- cu ildə 10 dövlət (Belçika,
Danimarka, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç,
İsveç, Birləşmiş Krallıq) tərəfindən təsis olunub. 1949-cu ilin avqust
ayından isə Yunanıstan və Türkiyə də bu dövlətlərə qoşulub. Hazırda
İslandiya və Almaniya (1950), Avstriya (1956), Kipr (1961), İsveçrə
(1963), Malta (1965),Portuqaliya (1976), İspaniya (1977), Lixtenşteyn
(1978), San Marino (1988), Finlandiya (1989), Macarıstan (1990), Polşa
(1991), Bolqarıstan(1992), Estoniya, Lit
94
va, Sloveniya, Çex Respublikası, Slovakiya, Rumıniya (1993), An-
dorra (1994), Latviya, Albaniya, Moldova, Ukrayna , “Keçmiş Yuqoslav
Respublikası Makedoniya” (1995), Rusiya Federasiyası və Xorvatiya
(1996), Gürcüstan (1999), Ermənistan və Azərbaycan (2001), Bosniya
və Hersoqovina (2002), Serbiya və Çernoqoriya (2003) və Monako
(2004) AŞ-ın üzvüdürlər.
Avropa Şurası Avropa ittifaqı deyil. Bu iki təşkilat tamamilə
fərqlidir, lakin Avropa ittifaqmın bütün 27 dövlətinin hamısı Avropa
Şurasının üzvüdür.
Kanada, Müqəddəs Taxt-tac (Vatikan), Yaponiya, Amerika
Birləşmiş Ştatları və Meksika Avropa Şurasının dövlətləra- rası
qurumlarında müşahidəçi statusuna malikdirlər.
Strasburqda (Fransa) yerləşən Palais de İ Europe Avropa
Şurasının qərargahıdır.
AŞ-nın əsas fəaliyyət dairəsinə aşağıdakılar daxildir:
- insan hüquqları;
- kütləvi informasiya vasitələri;
- hüquq sahəsində əməkdaşlıq;
- sosial-iqtisadi məsələlər;
- səhiyyə, təhsil, mədəniyyət, idman və regional idarəetmə;
-ətraf mühit.
Avropa Şurasının fəaliyyəti konvensiya və sazişlərin
hazırlanmasına istiqamətləndirilmişdir ki, sonradan onların əsasında
üzv-dövlətlərin milli qanunvericiliyində dəyişikliklər edilir və onlar
vahid şəkilə salınırlar. AŞ-nın rəhbər və direktiv orqanı Şuraya daxil
olan üzv-dövlətlərin xarici işlər nazirlərinin və ya onların
nümayəndələrinin təmsil olunduğu Nazirlər Komitəsidir. Nazirlər
Komitəsi qərarverici qurumdur.
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) - qərar
qəbul etməyən məşvərətçi orqandır. AŞPA Avropa Şurasına daxil olan
üzv-dövlətlərin milli parlamentlərinin nümayəndələrindən ibarət
tərkibdə (315 əsas və 315 ehtiyat) təşkil olunur. Parlament Assambleyası
çərçivəsində aşağıdakı iqtisadi və sosial istiqamətləri əlaqələndirən
xüsusi komitələr yaradılmışdır:
- iqtisadi məsələlər və inkişaf məsələləri;
- kənd təsərrüfatı və kənd yerlərinin inkişafı;
- elm və texnika;
- sosial məsələlər;
95
- Ətraf mühit.
Avropa Şurası dövlətlərarası hüquqi əməkdaşlıq məsələləri üzrə
konvensiyalar hazırlayır və bu konvensiyalar onlan ratifikasiya etmiş
dövlətlər üçün məcburi xarakter alır. Sahibkarlıq fəaliyyətinin hüquqi
təminatına aid olan bu konvensiyalar sırasına cinayətkar fəaliyyətdən
əldə edilmiş gəlirlərin yuyulması, aşkara çıxa- nlması, götürülməsi və
müsadirə edilməsi haqqında konvensiyanı aid etmək olar. «Pompidu
qrupu» nazirlər səviyyəsində əməkdaşlığın intizam orqanı olmaqla
narkomanlıqla və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə
mübarizə məsələləri ilə məşğul olur. Bu qrupa 28 üzv-dövlət daxildir.
AŞ tərəfindən qəbul olunmuş Avropada canlı təbiətin və ətraf
mühitin saxlanılması üzrə Konvensiyası (bu Bem Konvensiyası adı ilə
məşhurdur) təbiətin qorunmasının bütün tərəflərini əhatə edir. O, 1982-ci
ildə qüvvəyə minmişdir və AŞ-nın üzvü olan əksər dövlətlər
tərəfindən,eləcə də Avropa Birliyi və bir sıra digər dövlətlər, o cümlədən
Afrika dövlətləri Seneqal və Burkino-Faso tərəfindən ratifikasiya
olunmuşdur.
AŞ-nin tərkibində yerli və regional hakimiyyətlər konqresi
fəaliyyət göstərir və bu da yerli və regional hakimiyyətləri təmsU ^ən
konsultativ qurumdur.
Regional planlaşmanın Avropa xartiyası regional
planlaşdırmanın qlobal, funksional və uzunmüddətli konsepsiyasını
işləmişdir. Burada əsas prioritet kimi: regionların sosial-iqtisadi inkişafı;
ətraf mühitin qorunması və torpaqların səmərəli istifadəsi ön plana
çəkilmişdir.
AŞ-nin Beynəlxalq qeyri-hökumət təşkilatları Konfransı AŞ-da
iştirakçılıq statusuna malik 400-ə yaxın qeyri-hökumət təşkilatını
birləşdirir.
Sosial sahədə Avropa Şurası sosial müdafiənin səviyyəsinin
yüksəldilməsi, məşğulluq sahəsinə kömək göstərilməsi, zəhmətkeşlərin
peşə hazırlığının artırılması və onların hüquqlarının müdafiəsini təmin
etmək niyyətindədir. Bununla əlaqədar 1997- ci ildə iki tövsiyə qəbul
olunmuşdur: 1) məşğulluq üzrə dövlət komissiyalarının yaradılması,
fəaliyyəti və rolu barədə; 2) kiçik və orta müəssisələrin inkişafı. AŞ
iqtisadiyyat, ekologiya və sosial problemlər barədə iştirakçı dövlətlərə
tövsiyələr verir. 1956-cı ildə AŞ yanında Sosial inkişaf fondu
yaradılmışdır və
96
bu inkişaf bankı qismində fəaliyyət göstərir. Fond investisiya
kreditlərinin 40%-ə qədərini aşağıdakı istiqamətlərin
maliyyələşdirilməsinə sərf edir:
- iqtisadi əlverişsiz zonalarda kiçik və orta müəssisələrdə iş
yerlərinin yaradılması;
- peşə hazırlığı üzrə proqramların həyata keçirilməsi;
- mənzil tikintisi və sosial infrastrukturanın yaradılması;
- ətraf mühitin mühafizəsi- təmizləyici qurğular, tullantıların
emalı;
-kənd rayonlarının müasirləşdirilməsi.
Avropa Şurasının fəaliyyətinin mühüm tərəflərindən biri də
istehlakçıların sağlamlığının qorunması sisteminin yaradılmasıdır. Bu
fəaliyyət çərçivəsində ərzaq məhsulları, dərman preparatları, kosmetik
vasitələr və onların qablaşdırılmasında istehlakçılar üçün təhlükəli olan
kimyəvi məhsullardan istifadə olunması üzərində nəzarətin
gücləndirilməsinin stimullaşdınl- ması sahəsində əsaslı tədbirlər həyata
keçirilir.
Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin
başlıca prioritetlərindən biridir. Bu səbəbdən Azərbaycan 2001-ci ildən
üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericilyinin
yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliyinin
demokratikləşdirilməsinə köməklik göstərən AŞ-nin Venesiya
Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi
sayılan İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə
Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixində
imzalamış, 15 aprel 2002-ci ildə isə onları ratifikasiya etmişdir.
Azərbaycan nümayəndə heyəti Avropa şurası çərçivəsində, ilk növbədə
bu təşkilatın Ermənistan - Azərbaycan münaqişəsinə dair ədalətli
mövqeyinin formalaşdırılması üçün məqsədyönlü və məhsuldar
fəaliyyətilə seçilir.
3.3. Britaniya Millətlər Birliyi
Millətlər birliyi (The Commonwealth). Bu qrupa Britaniya
imperiyasının keçmiş müstəmləkələri və dominionları da-
97
xildirlər. Hazırda birlik 53 müstəqil, suveren dövlətin könüllü
birləşməsindən ibarətdir. Bu dövlədər aşağıdakılaıdın Böyük Britaniya,
Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası,
Hindistan, Şri-Lanka, Qana, Malayziya, Sinqapur, Kipr, Nigeriya,
SerroLeona, Tanzaniya, Yamayka, Trinidad və Tobaqo, Uqanda,
Geniya, Zambiya, Kamerun, Mozambik, Namibiya, Malavi, Malta,
Qambiya, Botsvana, Qayana, Lesato, Barbados, Mavrikiy, Svazilend,
Nauru, Tonqa, Qərbi Samoa, Fidd, Banqladeş, Baham adalan, Qrenada,
Papau-Yeni Qvineya, Seyşel adalan, Solomon adalan, Tuvalu,
Dominika, Sent-Lyusiya, Kiribati, Sent-Vinsent və Qrenadina,
Zimbabve, Beliz, Antiqua və Barbuda, Maldiv Respublikası,
Sent-Kristofer və Nevis, Bruney, Vanuatu.
Birliyin üzvü olan hər bir dövlət özünün xarici siyasət kursunu
həyata keçirməkdə tam müstəqildir. Bu ölkələrin hamısı BMT-nin
üzvüdürlər. Böyük Britaniya və Birliyin daha ’’köhnə” üzvləri siyasi
məsələlərdə ABŞ-Ia birlikdə səs verirlər. Afrika-Asiyadan Birliyə daxil
olan dövlətlər adətən neytral mövqədən çıxış edirlər.
Bu birliyin məqsədi - əməkdaşlıq və qarşılıqlı kömək
göstərilməsidir. Birlik heç bir müqaviləyə əsaslanmır, yazılı şəkildə
konstitusiya aktı və ya nizamnaməsi yoxdur. Birliyin başçısı Böyük
Britaniyanın monarxı hesab olunur. Üzv-ölkələrin qarşılıqlı münasibəti
müstəqil, bərabərhüquqlu ölkələrin könüllü münasibətləri kimi 1931-d il
Vestminster qanunu ilə müəyyənləşdirilmişdir.
1971- ci ildə birliyin prinsipləri haqqında qəbul olunmuş
Bəyannamədə ümumi marağı olan ölkələrin birliyinin könüllü xarakteri
bir daha təsdiq olunaraq ,aşağıdakı ortaq əhəmiyyət kəsb edən məsələlər
göstərilmişdir: beynəlxalq sülhün və əmin-amanlığın saxlanılması; bütün
vətəndaşlar üçün bərabər hüquqlar; tərəqqinin təmin olunması üçün
beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi; ölkələrin rifah halındakı
uyğunsuzluğun aradan qaldırılması; vətəndaşlann demokratik və siyasi
proseslərdə iştirak etmək hüququ.
Britaniya MiUətlər Birbyinin fəaliyyətinin əsas istiqamətləri
aşağıdakdardu-;
- iqtisadi və siyasi əməkdaşlığın himayə edilməsi;
98
- Üzv ölkələrin iqtisadiyyatının dayanıqlı inkişafına yardım
edilməsi;
- məsləhətverici, məlumatverici və müvəkkillik funksiyalarının
yerinə yetirilməsi;
- aşağıdakı məsələlər üzrə konfransların, seminarların və digər
tədbirlərin həyata keçirilməsi: iqtisadi və sosial inkişaf, texnologiya,
elm, təhsil, peşə təhsili, insan hüquqları, demokratiya və sairə.
Birliyin iqtisadi əlaqələri. Birinci dünya müharibəsindən
sonra xarici ticarət sahəsində Böyük Britaniya himayədarlıq yolunu
seçdi. 1932-ci ildə Ottavada keçirilən imperatorluq konfransında
Britaniya imperiyasına daxil olan bütün müstəmləkə və dominionlar
üzrə imperiya daxili ticarətdə imtiyazlar sistemi işlənib hazırlandı.
1930-cu illərin axırında Kanada müstəqil ticarət siyasəti yürütməyə
başladı. İkinci dünya müharibəsindən sonra Kanadanın xarici ticarətdə
əsas tərəfmüqabili ABŞ oldu və ölkəyə kapital axını da ABŞ-dan
başladı. Lakin Ottava konfransında müəyyənləşdirilmiş gömrük
güzəştləri Böyük Britaniya və Birliyin digər üzv-ölkələri arasında xarici
ticarəti stimullaşdırmaqda davam edirdi.
1973-cü ildə Böyük Britaniyanın Avropa Birliyinin Ümumi
bazarına daxil olması ilə əlaqədar, onun Ümumi bazann tariflərini tətbiq
etməsi nəticəsində Böyük Britaniya MiUitlər birliyi çərçivəsində
xarici ticarətdə əksər güzəştlər ləğv olundu.
Əvvəllər funt sterlinq zonasında olmaq Birlik ölkələrinin ən
mühüm əlaqələndirici həlqəsi idi. Burada Kanadanın dolların təsir
zonasına keçməsi müstəsnalıq təşkil edirdi. Bu ölkələr özlərinin maliyyə
ehtiyatlarının böyük əksəriyyətini ingilis valyutasında saxlayır,
hesablaşmalarda funt sterlinqdən istifadə edir və öz valyutalarının
kursunu ona bağlayırdılar. Lakin 1967-ci ildə ingilis funt sterliqinin
devalvasiyasından sonra Birliyə üzv ölkələrin böyük əksəriyyəti öz
valyutalarının dəyərini aşağı salmadılar və 1970-ci ildə funt sterlinqin
qiyməti bir daha aşağı düşdükdən sonra, onlar öz ehtiyatlarını başqa
valyutalarda saxlamağa başladılar. Nəticədə 1973-cü ilədək ingilis
funtunun fəaliyyət zonası dağılmağa başladı və Böyük
99
Britaniyanın Ümumi bazara daxil olması ilə əlaqədar olaraq bu proses
sona yetdi.
Birlik ölkələri üçün Böyük Britaniya ikitərəfli texniki
əməkdaşlıq sahəsində tərəfmüqabili, eləcə də iqtisadi kömək və
investisiya mənbəyi kimi qalmaqdadır.
Cənubi-Şərqi Asiyanın az inkişaf etmiş ölkələrinə kömək
Kolombo planına müvafiq olaraq Birlik çərçivəsində yaradılmış
çoxtərəfli iqtisadi və texniki köməklə məhdudlaşmır. Eləcə də Birliyə
daxil olan Afrika ölkələrinə kömək məqsədli Planda mövcuddur.
Birlik ölkələri hökumət başçılarının görüşü iki ildə bir dəfə
keçirilir. Bu görüşlərdə beynəlxalq vəziyyət, regional problemlər,
iqtisadi, sosial, mədəniyyət məsələləri və Birliyin proqramları müzakirə
olunur. Qərar konsensus yolu ilə qəbul olunur. Maliyyə, ticarət, təhsil,
əmək və digər nazirlərin məşvərətçi və məsləhətverici görüşləri
mütəmadi olaraq keçirilir.
Birliyin üzvü olan ölkələr Birliyin İqtisadi məsləhətçi şurası da
daxil olmaqla iqtisadi məsələlər üzrə məlumat mübadiləsi üçün xüsusi
təsisatlar yaratmışlar.
Mərkəzi əlaqələndirici və hökumətlərarası baş struktur -Baş
katib tərəfindən rəhbərlik edilən katiblikdir. Baş katib və onun iqtisadi
məsələlər ,siyasi məsələlər və texniki əməkdaşlıq üzrə müavinləri
hökumət başçılan tərəfindən təyin olunurlar. Katiblik proqram- larm
işlənilməsi, konfranslar, seminarlar və digər tədbirlərin hazırlanması və
keçirilməsi ilə məşğul olur. Katiblik 300-ə qədər müxtəlif təşkilatlarla, o
cümlədən 200 qeyri-hökumət təşkilatı ilə əlaqə saxlayır.
Katibliyin fəaliyyəti beş müxtəlif büdcə/fond tərəfindən
maliyyələşdirilir: Birliyin elmi şurasının büdcəsindən aynlan vəsaitlər;
Birliyin büdcəsindən ayrılan maliyyə vəsaitləri; texniki əməkdaşlıq
Fondu hesabına; Birliyin Gənclər proqramı xətti ilə aynlan vəsaitləri;
texnologiyaların idarə olunması üzrə Məsləhətçi qrupun vəsaitləri.
Birliyin texniki əməkdaşlıq Fondu hökumətlərin könüllü ödədikləri
vəsaitlər hesabına maliyyələşdirilir. Bu, katibliyin inkişaf sahəsində işini
həyata keçirməsi üçün başlıca maliyyə mənbəyidir. Fond üzv-dövlətlərə
köməklik göstərir, ekspertlərin, məsləhətçilərin, müşavirlərin
xidmətlərini və milli kadrlar hazırlanması məsələlərini maliyyələşdirir.
100
3.4. Şimal əməkdaşlığı
(NORDIC COOPERATION) Ölkələri
Hazırda bu təşkilat özündə 1952-ci ildə əsası qoyulmuş Şimal
Şurasını və 1971-ci ildə təşkil olunmuş Şimal Nazirliklər Şurasını
birləşdirir. Beş dövlət Şimal Əməkdaşlığı Təşkilatmm üzvüdür:
Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiya. İqtisadi sahədə Şimal
əməkdaşlığı öz qarşısında aşağıdakı məsələləri qoyur:
- sərhədyanı əməkdaşlığa köməklik göstərilməsi və yerli
əhaliyə xeyir gətirən layihələrin həyata keçirilməsi;
- şimal ölkələrində istehsal olunan məhsulların keyfiyyəti və
rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə yardım etmək;
- ətraf mühitin qorunması və təbii ehtiyatların ekoloji dayanıqlı
istifadə olunmasının təmin edilməsi;
- məşğulluğun səviyyəsinin yüksəldilməsi, əmək şəraiti və
sosial təminatın yaxşılaşdırılması.
Təşkilat ekoloji siyasət və təbii sərvətlərdən balanslaşdınimış
istifadə, beynəbcalq cinayətkarhq və narkotiklərin qeyri-qanuni
dövriyyəsi, tədqiqatlar sahəsində siyasət məsələlərində Aİ ilə çox sıx
əməkdaşlıq edir. Şimal əməkdaşlığı çərçivəsində iqtisadi problemlərin
həlli Uə aşağıdakı təşkilatlar məşğul olurlar:
- Texnoloji və sənaye inkişafının Şimal fondu -texnoloji
inkişaf və innovasiyalann stimullaşdınlması ilə məşğuldur. Norveçin
paytaxtı Oslo şəhərində yerləşir.
- Şimal İnvestisiya Bankı - ŞİB - məqsədi bank şərtləri
əsasında borclar və təminat vermək yolu ilə şimal regionunun inkişafına
köməklik etmək, layihələrin maliyyələşdirilməsi və şimal ölkələrindən
ixracın inkişafına yardım göstərməkdir. Finlandiyanın Helsinki
şəhərində yerləşir.
- Şimal Layihə Fondu (Finlandiya, Helsinki) - məqsədi şimal
ölkələrinin sənayesinin rəqabət qabiliyyətliyinin və ticarətin inkişafının
yüksəldilməsi, regionda sənaye əməkdaşlığının inkişafına köməklik
göstərməkdir.
1962-ci ilə qədər Şimal şurasının fəaliyyəti onun Nizamnaməsi
ilə müəyyənləşdirilirdi. 1962-ci ildən bəri Helsinki müqaviləsi və Şimal
şurasının reqlamenti ilə müəyyənləşdirilir. Şimal şurasının vəzifələri
sırasına şimal ölkələri parlamentləri və höku
____ ___ ._, 101
mətləri arasında əməkdaşlığın himayə olunması da daxildir. Nazirlərin
Şimal şurası 1971-ci ildə Helsinki müqaviləsinə edilən güzəştlərə
müvafiq olaraq təşkil edilmişdir. Onun səlahiyyət dairəsinə şimal
ölkələrinin əməkdaşlığının idarə olunması daxildir. Bu Şimal Şurasına
təkliflər verilməsi və şuranın tövsiyələrinin həyata keçirilməsi yolu ilə
reallaşdınlır.
3.5 Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı (ATƏT)
(Organization For Security and
Cooperation İn Europe, Osce)
ATƏT Qərblə keçmiş SSRİ arasında dialoq aparmaq üçün
I975-Cİ ildə Helsinkidə yaradılmışdır. ATƏT üzv dövlətlər ara- smda
dialoqlar, danışıqlar apaniması, siyasi, iqtisadi və mədəni əməkdaşlığın
qaydaya salınması, eləcə də dövlətlərin öz siyasi iradələrini ifadə
etmələri məqsədilə formalaşdırılmışdır.
ATƏT-in əsasını təşkil edən sənəd 1 avgust 1975-ci Udə
imzalanmış Helsinki Yekun Aktıdır. O, iştirakçı-dövlətlər arasında
qarşılıqlı münasibətlər və əməkdaşlıq normalarını müəyyənləşdirən
binövrə prinsiplərini özündə birləşdirir və Təşkilatın əsas məsələlərinin
sayına uyğun olaraq üç bölmədən ibarətdir.
Birinci bölmə Avropa təhlükəsizliyi problemləri ilə bağlı
ümumi məsələlərə aiddir. İkinci bölmə iqtisadi, elmi-texniki
əməkdaşlığa, ekologiya və ətraf mühitin qorunması sahəsində
kooperasiya məsələlərinə həsr olunmuşdur. Üçüncü bölməyə humanitar
məsələlər və insan hüquqlarının qorunması problemləri daxil edilmişdir.
ATƏT-in digər beynəlxalq təşkilatlardan fərqi onun
universal xarakter daşımasıdır. Belə ki, Avropa təşkilatı olmasına
baxmayaraq onun iştirakçısı həmdə SSRİ, ABŞ və Kanada olmuş, əsas
binövrə maddələri isə Avropada təhlükəsizliyin təmin olunmasına
istiqamətlənmişdir.
ATƏT-in iqtisadi sahədə funksiyaları aşağıdakı müddəalarla
müəyyənləşdirilir:
1) bütün Avropanın dayanıqlı iqtisadi inkişafının təmin
olunması;
102 : . ■ ' . -İY/
2) beynəlxalq təşkilatlarla əlaqələrin və praktiki əməkdaşlığın
möhkəmləndirilməsi;
3) ətraf mühitin qorunması sahəsində real əməkdaşlıq;
4) Avropada sülhün və əməkdaşlığın, eləcə də insan
hüquqlarının fundamental şəkildə qorunmasının, iqtisadi və
sosial tərəqqinin və bütün Avropa xalqlarının xoş güzəranının
təmin olunması.
ATƏT hər bir vətəndaşın hüquqlarını müəyyənləşdirir və onlar
arasında mülkiyyət sahibi olmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq hüququnu təyin edir və qeyd edir ki, hər bir kəs özünün iqtisadi,
sosial və mədəni hüquqlarından istifadə etmək hüququna malikdir. 55
ölkə ATƏT -in üzvüdür. Yarandığı vaxt ATƏT- in üzvləri 33 Avropa
ölkəsi, ABŞ və Kanada olmuşdur. ATƏT strukturuna daxil olan alı
vəzifəli şəxslər Komitəsi ildə bir dəfə iqtisadi forum qismində öz
sessiyasmı keçirir. 1996-cı ildə Praqada keçirilən 4-cü forumda Avropa
biznes şurasmm yaradılması barədə qərar qəbul olunmuşdur.
ATƏT-in Daimi Şurası iştirakçı-dövlətlərin
nümayəndələrindən təşkil olunur və demək olar ki, ATƏT-in baş
icraedici orqanıdır. Şura ATƏT-in ərazi zonasında cari məsələlərin
vəziyyətini müzakirə etmək və müvafiq qərar qəbulu üçün həftədə bir
dəfə Vyananın “Hofburq” konqress- mərkəzində toplanır.
Xarici işlər nazirləri Şurası Ali səviyyədə görüşlər nəzərdə
tutulmayan illərdə toplanır. O, üç il müddətinə ATƏT - in Baş Katibini
seçir. Baş Katibin əsas funksiyası fəaliyyətdə olan sədrə təşkilatı
cəhətdən köməklik etməkdir. Katibliyin səlahiyyətləri aşağıdakıları
özündə birləşdirir: ATƏT-in missiya və layihələrini müdafiə etmək;
beynəlxaqi hökümət və qeyri- hökümət təşkilatları ilə əlaqələri həyata
keçirmək; iqtisadiyyat və ətraf mühitin qorunması sahəsində ATƏT-in
siyasətinin əlaqələndirlməsi.
Fakriki olaraq ATƏT-i Fəaliyyətdə olan sədr idarə edir.
Sədr bir illiyə seçilir və ATƏT-ə daxil olan ölkələrdən birinin Xarici
işlər naziri olur. Sədr Xarici işlər nazirləri Şurası tərəfindən Ali
səviyyədə qəbul olunmuş qərarların yerinə
103
yetirilməsinə bilavəsitə məsuliyyət daşıyır. O, həm də ATƏT-in
fəaliyyətinin həyata keçirilməsini əlaqələndirir.
ATƏT-in Parlament Assambleyası iştirakçı dövlərlərin
qanunverici hakimiyyətini təmsil edir və təqribən 300 deputatdan ibarət
olur.
Parlament Assamleyasmın əsas məqsədi parlament nəzarəti
və Avropa ölkələri deputatlarını Təşkilatın fəaliyyətinə cəlb etməkdir.
1991-ci ildə Romada ATƏT-in sülh və təhlükəsizlik haqqında
Bəyannaməsi qəbul olunmuşdur. Bəyannamədə göstərilir ki, bütün
Avropa ölkələrinin, eləcə də ABŞ və Kanadanın bir araya gəldikləri
ATƏT insan hüquqları, əsas azadlıqları, demokratiya, qanunçuluq,
təhlükəsizlik və iqtisadi azadlıq sahəsində Avropada yeganə forumdur.
ATƏT-in Birləşmiş Millətlər Təşkilatı ilə münasibətləri
BMT-nin Katibliyi ilə bağladığı və həmin sənədlə ona BMT-nin Baş
Assambleyasında müşahidəçi qismində iştirak etməsi barədə status
verilməsi haqqında çərçivə sazişinə əsasən qurulur.
BMT-nin Nizamnaməsi nöqteyi nəzərindən yanaşsaq, ATƏT
Avropada baş vermiş mübahisələri BMT-nin Təhlükəsizlik Şurasına
müraciət edilənə qədər sülh yolu ilə tənzimlənməsinə səy göstərməyə
borclu olan regional təşkilitdır.
Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən
yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri
olan ATƏT-in Helsinki Yekun Aktına 1992-ci, Paris Xartiyasına
1993-cü və Avropa Təhlükəsizliyi Xartiyasına 1999-cu ildə
qoşulmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsindəki
roluna görə, ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan
Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan
ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir və
bu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s.
daxildir.
104 3.6. islam Konfransı Təşkilatı (İKT)
İslam Konfransı Təşkilatının yaradılmasına təkan verən
amil bütün islam dünyasını dəhşətə gətirmiş bir sıra hadisələr olmuşdur.
Bunlardan ən əsası 1967-ci ildə ərəb-israil müharibəsində ki,
məğlubiyyət və Yerusəlimdə israil ekstremistləri tərəfindən Əl-Aksa
məsçidinin partladılması olumuşdur. Təşkilatın yaradılmasının əsas
təşəbbüskarları Səudiyyə Ərəbistanın kralı Feysəl Ben Bdeləziz və
Mərakəs kralı II Həsən olmuşdur.
1969- cu ildə İKT-ni aşağıdakı dövlətlər təsis etmişlər:
Əfqanistan, Əlcəzair, Çad, Misir, Qvineya, İndoneziya, İordaniya,
Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Marəkeş, Niger,
Pakistan, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Türkiyə,
Yəmən və Fələstin (Yasir Ərəfatın şəxsində). Sonradan aşağıdakı
ölkələrdə İKT- nin üzvlüyünə qoşulmuşlar: Bəhreyn, Oman, Qətər,
Serro- Leone, Suriya, Birləşmiş Ərəb Əmirliyi, Banqladeş, Burkino-
Faso, Kamerun, Qabon, Qambiya, Qvineya-Bisau, Uqanda, İrak, Komor
adaları, Maldiv adaları, Cibuti, Benin, Bruney, Nigeriya, Albaniya,
Azərbaycan, Qırğızıstan, Tacıkstan, Türkmənistan, Mozambik,
Qazaxstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot-d’ İvuar və s.
İslam Konfransı Təşkilatı 1969-cu ildə müsəlman ölkələri dövlət və hökumət başçılannm Rabat şəhərində (Mərakeş) keçirilən Konfransında yaradılmışdır. Onun nizamnaməsi 1972-ci ildə qəbul olunmuşdur. İslam Konfransı Təşkilatı regional təşkilat deyil. O, dünyanın müxtəlif yerlərində olan müsəlman ölkələrini birləşdirir. Nizamnaməsinə uyğun olaraq İKT-nin üzvləri yalnız müsəlman ölkələri ola bilərlər. Lakin bu o demək deyildir ki, İKT dini təşkilatdır. İKT - tipik beynəbcalq təşkilat olmaqla, onlara məxsus olan bütün səciyyəvi xüsusiyyətləri özündə birləşdirir. O, mühüm beynəlxalq məsələlər üzrə müsəlman ölkələrinin mövqeyinin yaxm- laşdınlması və onlann siyasətlərinin əlaqələndirilməsi məsələlərini həll edir.^Ümumi şəkildə İKT-nin məqsədi islam ölkələri arasında sosial, mədəni, iqtisadi və elmi sahələrdə əməkdaşlığı və beynəlxalq təşkilatlarda onlann birgə hərəkətini təmin etməkdir. Hazır-
105
da İKT-yə 60 müsəlman ölkəsi, o cümlədən keçmiş SSRİ respubli-
kalanndan Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan
daxildirlər. Rusiya Federasiyası İKT-nin işində müşahidəçi qismində
iştirak edir. Bəzi ölkələrin müsəlman icmalanmn, habelə bir sıra
beynəlxalq təşkilatlann nümayəndələri İKT yanında müşahidəçi
statusuna malikdirlər.
İslam Konfransı Təşkilatı BMT-dən sonra dünyada ən iri
beynəlxalq təşkilatdır. Hazırda İKT-yə daxil olan üzv-ölkələrdə dünya
əhalisinin beşdə biri, təzminən 1,5 mlrd adam yaşayır. Dünya neft
ehtiyatının 70%-i, qaz ehtiyatının isə 50%-ı İKT-yə üzv olan ölkələrdə
cəmləşmişdir. İKT-nin iqamətkahı müvəqqəti olaraq Yerusəlim azad
olunana qədər Ciddə şəhərində yerləşir. ^ h Geniş mənada İKT-nin
məqsədinə aşağıdakılar daxildir:
- iqtisadi, sosial, mədəni və elmi sahələrdə əməkdaşhğın
genişləndirilməsi;
- beynəlxalq təşkilatların işində iştirak edən İKT üzv-ölkə- ləri
arasında məsləhətləşmələrin keçirilməsi;
- müsəlman həmrəyliyinin gücləndirilməsi;
- milli müstəqillik uğrunda mübarizədə müsəlman xalqlarının
birləşdirilməsi;
- irqçilik və müstəmləkəçiliyin bütün forma və təzahürlərinin
ləğv olunmasına köməklik göstərilməsi;
- öz ərazisinin azad olunması uğrunda mübarizə aparan Fələstin
xalqına köməklik göstərilməsi.
- ədalətliliyə əsaslanan beynəlxalq sülhün və təhlükəsizhyin
qorunması üçün bütün zəruri tədbirlərin görülməsi;
- müqəddəs yerlərin qorunması.
İKT-nin Nizamnaməsində həm də təşkilata rəhbərliyin
aşağıdakı prinsipləri sadalanır: üzv-dövlətlərin tam barabər hüquqluğu;
öz müqəddaratını təyin etmə hüququnun gözlənilməsi, üzv-ölkələrin
daxili işlərinə qarışmamaq; hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü
və müstəqilliyinin qorunması; üzv-dövlətlər arasında baş verə biləcək
istənilən mübahisənin sülh vasitələri ilə (danışıqlar, vasitəçilik, barışıq
və arbitraj) tənzimlənməsi; Təşkilatın istənilən üzv-dövlətinin ərazi
bütövlüyü və ya onun siyasi müstəqilliyini təhlükəyə məruz qoya
biləcək istənilən çağırışı qəbul etməmək.
106 1’
Nizamnaməsində gösətirlən məqsədlərə nail olmaq üçün
İKT-nin konfransları keçirilir, ixtisaslaşmış komitələri fəaliyyət göstərir
və bir qayda olaraq komitələrin iclasları dövlət başçılarının sədrliyi ilə
keçirilir.
1972- ci ildə qəbul olunmuş nizamnaməyə görə, İKT-nin ali
orqanı üç ildə bir dəfə çağnlan dövlət və hökumət başçılarının
Konfransıdır. İKT -nin siyasi orqanı xarici işlər nazirləri Konfransı,
icraçı orqanı isə Baş katiblikdir. Konfransda dövlət və hökumət
başçıları İslam dünyasının birinci dərəcəli əhəmiyyət kəsb edən
siyasi-iqtisadi, sosial və dini problemlərini müzakirə edir, üzv
dövlətlərin bu istiqamətdə fəaliyyətlərinin əlaqələndirilməsini həyata
keçirirlər.lİKT-mn fəaliyyətində cari məsələlərin müzakirəsi üçün ildə
bir dəfə nazirlərin Konfransı çağırılır.
1980-ci ildə nazirlər Konfransı İKT Baş katibliyinin II nazirdən
ibarət tərkibdə daimi fəaliyət göstərən Nazirlər komitəsini
yaratmışdur. İKT çərçivəsində bir sıra daimi komitə və komissiyalar
fəaliyyət göstərir.
İKT-nin aşağıdakı ixtisaslaşmış idarələri fəaliyyət göstərir
(onlar Təşkilata daxildirlər, lakin onlarda üzvlük ayrıdır): İslam
inkişaf bankı İDB, 20 oktyabr 1975-ci ildə Ciddə də yaradılıb,
bankın kapitalı 6 mlrd islam dinarı miqdarmdadır (7.8 mlrd ABŞ
dolları), İslam elm, mədəniyyət və təhsil mərkəzi (İSESCO, Rabat),
İslam dövlətlərinin radio verilişləri təşkilatı (İSBO, iyul 1975,
Ciddə), Xəbərlərin islam beynəlxalq agentliyi (İİNA, mart 1972,
Ciddə).
İslam ölkələrinin statistik, iqtisadi və sosial tədqiqatları
Mərkəzi (1977, mənzil qərargahı Ankaradadır; cox maraqlıdır ki,
Mərkəz müsəlman əhalisindən ibarət olan ölkələrin dini, milli və sosial
tərkibi ilə əlaqədar tədqiqatlarla qətiyyən məşğul olmur və öz diqqətini
müstəsna olaraq iqtisadiyyata yönəldir). İslamın tarixi, mədəniyyəti və
incəsənətinin tədqiq Mərkəzi (1976-ci ilin may ayı, mənzil qərargahı
İstanbuldadır), İslam Texnologiya İnstitutu (aprel 1978, Dakar),
Ticarətin inkişafının İslam mərkəzi (yanvar 1981, Kasablanka), İslam
Hüquq Akademiyası (yanvar 1981, Ciddə), Niger İslam Universiteti
(noyabr, 1986), Uqanda İslam Universiteti (fevral, 1988)
................. ....... >07
üç daimi komitəsi vardır: iqtisadi və ticarət; sosial; mədəni. İKT-nin baş katibliyinə iki il müddətinə seçilən Baş katib rəhbərlik edir. İslam Konfransı Təşkilatı Birləşmiş Millətlət Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975- ci ildə BMT yanında müşahidəçi statusu almışdır. BMT-nin Baş Assambleyasının 36- cı sessiyasında “BMT ilə İKT arasında əməkdaşlıq haqqında “ qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.
Baş katibliyin tərkibində bir sıra şöbələr , o cümlədən sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri. Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr işləyir.
İKT yanında konfraslanmn qərarlan ilə yaradıhnış tam bir sıra müstəqil təşkilatlar fəalİ5^ət göstərir. Onlann fəaliyyətini Baş katiblik əlaqələndirir.
İslam Həmrəylik Fondu və İslam İnkişaf Bankı adlı iki maliyyə təşkilatı fəaliyyət göstərir.
1991-ci ildə İKT -yə üzv olduqdan sonra Azərbaycan bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmiş və İslam Konfransı Təşkilatı ilə mühüm önəm kəsb edən münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdan kimi çıxış edir, İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İTK-nin bu həyat əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilata münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.
3.7. Neft ixrac edən ölkələrin təşkilatı (OPEK) -
Organization of the Petroleum Exporting Countries (OPEC)
OPEK bir sıra neft ixrac edən ölkələrin 1960-cı ildə Bağdadda
keçirilən konfransında yaradılmışdır. Onun Nizamnaməsi 1961-ci ildə
təsdiq olunmuş və sonradan dəfələrlə ona yenidən baxılmışdır.
Nizamnamənin 7-ci maddəsinə uyğun olaraq onun tam hüquqlu üzvü
yalnız üzv-təsisçilər və üzv olmaq barədə verilmiş ərizələri təşkilatın
Konfransı tərəfindən bəyənilən ölkələr ola bilərlər. Mühüm miqdarda
xam neft ixrac edən və maraqları OPEK-in üzv -ölkələrinin maraqları ilə
üst-üstə dü
108 _________________________ i : :■ pet!. ':’t;; gİݧftİIİIa
şən istənilən digər ölkə yalnız o halda təşkilatın tam hüquqlu üzvü
ola bilər ki, onun qəbulu təsisçi-üzvlərin səsi də daxil olmaqla VA SƏS
çoxluğu ilə bəyənilsin.
Hazırda OPEK-in 12 dövlət üzvüdür. OPEK-in təsisçi-üzv
ölkələri aşağıdakı ölkələrdir: Venesuela, İran, İraq, Küveyt, Liviya və
Səudiyyə Ərəbistanı. Sonradan üzvlüyə daha 6 ölkə qəbul edilmişdir:
Əlcəzair, Qabon, İndoneziya, Qətər, Nigeriya, Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ). Təşkilatın yaradılmasının əsas məqsədi - neft
ixrac edən ölkələrin maraqlannın kollektiv müdafiəsidir. OPEK həm
də istehsalçılar üçün neftə sabit və ədalətli qiymətin təmin olunmasına,
istehlakçı ölkələrə neftin səmərəli, faydalı və müntəzən göndərilməsinə,
neft sənayesinə invertisiya qoyanlara ədalətli mənfəətin təmin
olunmasına çalışır.
OPEK-in məqsədinə aşağıdakı məsələlərin həlli daxildir:
- üzv-ölkələrin neft siyasətinin əlaqələndirilməsi və vahid şəklə
salınması;
- üzv-ölkələrin kollektiv və fərdi maraqlarının qorunması üçün
daha səmərəli üsulların müəyyənləşdirilməsi;
- dünya neft bazarında qiymətin sabitliyinin təmin edilməsi üçün
zəruri vasitə və üsullardan istifadə olunması;
- neft istehsalçılarına sabit gəlirin təmin edilməsi yolu ilə OPEK
ölkələrinin maraqlannın müdafiəsi;
- neft istehlakçıları olan ölkələri səmərəli yolla mütəmadi və
rentabelli neftlə təmin etmək
- investorların neft sənayesinə kapital qoyuluşlarından ədalətli
(insaflı) gəlir almalarının təmin olunması;
- ətraf mühitin qorunmasının təmin edilməsi;
- dünya neft bazarında sabitliyin təmin olunması məqsədilə
OPEK-in üzvü olmayan ölkələrlə əməkdaşlıq etmək.
1991-ci ildən başlayaraq OPEK Müstəqil neft ixracçıları təşkilatı
(İPEK), Avropa ittifaqı. Beynəlxalq energetika agentliyi kimi
təşkilatlarla əlaqələndirici görüşlərdə iştirak edir. Belə görüşlər
energetika, sənaye əməkdaşlığı, ekoloji problemlər, bazar
mexanizmindən istifadə olunması və dünya neft bazarının inkişafı
sahəsində məlumat mübadiləsi məqsədilə keçirilir.
OPEK öz inkişafında bir neçə mərhələdən keçmişdir.
-i, -i 109
1960-1970-ci illər. OPEK-in formalaşdırılması 5 neft hasil
edən inkişaf etməkdə olan dövlətlər tərəfindən, beynəlxalq iqtisadi və
siyasi həyatın müstəmləkəçilikdən azad olması və çoxlu sayda inkişaf
etməkdə olan yeni müstəqil dövlərlərin meydana çıxdığı şəraitdə baş
vermişdir. Həmin dövrdə keçmiş SSRİ və digər mərkəzləşdirilmiş
planlaşdırma sistemi olan ölkələr daxil olmadan dünya neft bazarında
“yeddi bacı” adlandırılan çoxmillətli kompaniyalar hökmranlıq edirdilər.
1968- ci ildə OPEK üzv-ölkələrdə neft siyasəti barədə deklarativ
bəyanat qəbul etdi. Bəyanatda bütün ölkələrin öz milli inkişafları
naminə təbii ehtiyatları üzərində daimi suverenliyini həyata keçirmək
hüquqları qeyd olunmuşdu. 1969-cu ildə OPEK-in üzvlərinin sayı artıq
10-a çatmışdı.
1970-1980-ci illər. Bu onillik ərzində OPEK beynəlxalq
aləmdə diqqəti cəlb edəcək səviyyəyə çatdı, onun üzv-ölkələri milli neft
istehsalı sahəsini öz nəzarətləri altına aldılar və dünya neft bazarında
xam neftə qiymətlərin müəyyənləşdirilməsində həlledici səsi öz
üzərlərinə götürdülər. Bu müddətdə 1973-cü ildə neft göndərilməsinə
ərəb embarqosunun qoyulması və 1979-cu il İran inqilabının başlanması
ilə əlaqədar olaraq neftin qiyməti əsaslı şəkildə artdı. 1975-ci ildə
Əlcəzairdə dövlət və hökumət başçılarının yüksək səviyyədə keçirilmiş
birinci görüşündən keçən müddət ərzində OPEK öz mandatını xeyli
genişləndirdi. OPEK kasıb ölkələrdə vəziyyəti müzakirə etdi və dünya
da iqtisadi inkişaf və sabitlik üçün beynəlxalq münasibətlərdə yeni
dövrün başlanılmasma çağırdı. Üzv-ölkələr inkişafın təkəbbürlü
(ambisioz) sosial-iqtisadi inkişaf proqramını qəbul etdilər. 1975- ci ildə
OPEK-in üzvlərinin sayı 15-ə çatdı.
1980-1990-cı illər. Bu onilliyin əvvəlində neftin istehsalının
artması ilə əlaqədar olaraq onun rekord səviyyəyə yüksəlmiş qiyməti
aşağı düşməyə başladı. Dünya neft bazarında OPEK ölkələrinin payı
əsaslı şəkildə aşağı düşdü, onların ümumi gəliri pik dövründə olan
səviyyənin üçdə birindən də aşağı endi. Onilliyin axırında qiymətlər
qalxmağa və dünya neft istehsalında OPEK-in payı bərpa olunmağa
başladı.
110
1990- 2000-ci illər. 1970 və 1980-ci illərdə qiymətlərin
dəyişməsi nisbətən daha mülayim xarakterli oldu. Həddindən artıq
volatillik və ümumi zəiflik nəticəsində qiymət bütün bu onillikdə hakim
mövqə tutdu, lakin Cənubi-Şərqi Asiyada baş vermiş iqtisadi enmələr və
1998-99-cu illərdə şimal yarımkürəsində qışın yumşaq keçməsi
qiymətləri aşağı salaraq 1986-cı il səviyyəsinə endirdi. Buna
baxmayaraq neft bazarının daha da inteqrasiya olunması, regionçuluq,
qloballaşma, rabitə və digər yüksək texnoloji istiqamətlərdə inqilablar
nəticəsində neftin qiyməti sabit şəkildə yüksəlməyə başladı.
2000- ci ildən hal-harıradək. Bu onilliyin əvvəlində OPEK-in
qiymət həddi mexanizmi xam neftə qiymətlərin sabitləşdirilməsi və
möhkəmləndirilməsinə kömək etdi. Lakin bazar qüvvələrinin
əlaqələndirilməsi, ehtikarlıq və bir sıra digər amillər 2004-cü ildə
vəziyyəti dəyişdi və bu da qiymətlərin artmasına və yaxşı təchiz olunmuş
neft bazarında volotilliyin yüksəlməsinə gətirib çıxardı. Neftin qiyməti
2008-ci ilin ortalarında rekord səviyyəyə qalxdı, lakin bundan sonra
dünyada baş vermiş qlobal maliyyə böhranı və iqtisadi enmələr
nəticəsində nisbətən aşağı düşməyə başladı. İqtisadi böhrandan çıxmaq
üçün qlobal səylər çərçivəsində neft sahəsinə könəklik göstərmək üzrə
OPEK məşhurlaşmağa başladı.
OPEK-in səbəti: OPEK-ın “səbəti” termini rəsmi olaraq 1
yanvar 1987-ci ildən tətbiq olunmağa başlamışdır. Hazırda “səbətin”
qiyməti neftin aşağıdakı növləri üzrə fiziki qiymətlərinin orta hesabı
(arifmetik) kəmiyyəti kimi hesablanır: Ərəb Light (Səudiyyə
Ərəbistanı), Bəsrə Light (İrak), Bonny Light (Nigeriya), Es Sider
(Liviya), Girassol (Anqola), İran Heavy (İran), Küveyt İxrac (Küveyt),
Merey (Venesuela), Murban (Birləşmiş Ərəb Əmirlikləri), Oriente
(Ekvador), Qətər Marin (Qətər), Saharan Blend (Əlcəzair).
OPEK-in “səbəti” üçün tarixi maksimum qiymət 3 iyul
2008- ci ildə qeydə alınmışdır: bir barel neftin qiyməti 140,73 ABŞ
dolları təşkil etmişdir.
Oriente (Ekvador) nefti “səbətə” 2008-ci ildə daxil edilmişdir.
2009-cu ildə “səbətdən” Minas (İndoneziya) nefti
_____ 111
xaric edilmiş, BCF 17 (Venesuela) nefti isə Merey (Venesuela) növü ilə
əvəz edilmişdir.
1861-ci ildə 2007-ci ilədək neftin mövcud olmuş qiymətləri
aşağıdakı qrafıkdə verilmişdir. Burada birinci əyri 2008-ci ildə ABŞ
dollarında inflyasiya nəzərə alınmaqla, 2-ci əyri isə inflyasiya nəzərə
alınmadan faktiki qiymətlərlə neftin barellə qiymətini əks etdirir.
Son beş ildə OPEK ölkələrinin gündəlik neft hasilatı orta
hesabla aşağıdakı kimi olmuşdur (min barellə):
Ölkə Kvota Hasilat
Hasilat
imkanı
Əlcəzair 894 1360 1430
Anqola 1900 1700 1700 Ekvador 520 500 500
İran 4110 3700 3750
İrak 1,481
Küveyt 2247 2500 2600 Liviya 1500 1650 1700
Niqeriya 2306 2250 2250
Qətər 726 810 850
Səudiyyə
Ərəbistanı 10099 8800 10500
BƏƏ 2444 2500 2600 Venesuela 3225 2340 2450
CƏMİ 31422 30451 32230
112
OPEIK-in ali orqanı onun Konfransıdır. Bu Konfrans üzv-döv- lətlərin neft sənayesi, emal sənayesi və ya energetika nazirləri tərəfindən başçılıq edilən nümayəndə heyətindən ibarət olur. Konfinnsm iclasları
ildə iki dəfə, bir qayda olaraq OPEK-in Vyana şəhərində yerləşən mənzil-qərargahmda keçirilir. Konfrans OPElC-in siyasətinin əsas istiqamətlərini və onun həyata keçirilməsinin yollan və vasitələrini müəyyənləşdirir, İdarəedicÜər şurası tərəfindən təqdim olunan məruzə və tövsiyələrə baxır, eləcə də büdcə üzrə qərarlar qəbul edir.
1976- cı ildə OPEK Beynəlxalq İnkişaf fondu (OPEK
fondu) yaratdı. OPEK-in fondu çoxtərəfli maliyyə institutu olmaqla, məqsədi OPEK-in üzvü olan ölkələr və digər inkişaf etməkdə olan ölkələr arasmda əməkdaşlığa köməklik göstərməkdir. Fondun
köməyindən fəaliyyətləri inkişaf etməkdə olan ölkələrə xeyir gətirən beynəlxalq institutlar və OPEK-ə daxil olmayan inkişaf etməkdə olan ölkələr istifadə edə bilərlər. Fondun üzvləri OPEK-in üzvü olan 12 ölkədir.
Neft ixracçıları kimi OPEK-də ən böyük rolu Səudiyyə Ərəbistanı, eləcə də İran, Küveyt, Venesuela, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri oynayır. Bu ölkələr bütövlükdə kvota və neftin qiymətinin sabit qalmasında, eləcə də status-kvonun saxlanılmasında maraqlıdırlar. Lakin 2003-2004-cü illərdə OPEK İraqın işğalı ilə əlaqədar hadisələrdən istifadə edərək neftin qiymətini artırdı və 2004-cü ildə neftin bir barelinin qiyməti 40 dollara çatdı. Həmin dövrdən başlayaraq qiymət artımı bu gün də davam etməkdədir. 2008-ci ildə neftin bir barelinin qiyməti orta hesabla 90 ABŞ dollarından aşağı olmamışdır.
Hazırda bu orta hesabla 65-75 dollardır.
3.8 Neft İxrac Edən Ərəb Təşkilatı (OAPEK) Organization of Arab Petroleum Exporting Countries (OAPEC)
Bu təşkilat 1968-ci ildə Küveyt, Liviya və Səudiyyə Ərəbistanının hökumətləri arasında bağlanmış saziş əsasında yaradılmışdır. Nizamnaməsinə uyğun olaraq, milli gəlirin mənbəyinin əsasını neft təşkil edən istənilən ərəb ölkəsi bu təşkilata üzv plmağa ərizə verə bilər. Sonradan Əlcəzair, Bəhreyn, Misir, İraq, Qətər, BƏƏ, Suriya və Tunis də bu təşkilata qoşuldular. OAPEK-in tərkibində hazırda 11 ölkə var.
_ 1 ' * _4İİ^* ft— . 113
OAPEK qarşısına məqsəd kimi aşağıdakıları qoymuşdur: - neft sənayesində iqtisadi fəaliyyətin müxtəlif sahələrində
əməkdaşlıq; - sənayenin neft sahəsində üzv-ölkələrin fərdi və kollektiv
maraqlarının müdafiəsi üçün yolların və vasitələrin müəyyənləşdirilməsi;
- ədalətlə və bərabərhüquqlu əsaslarla neft göndərilməsinin təmin edilməsi üçün üzv-ölkələrin səylərinin birləşdirilməsi;
- üzv-ölkələrdə neft sənayesinin inkişaf etdirilməsi üzrə kapitalın cəlb olunması və texniki təcrübənin verilməsi üçün əlverişli şəraitin yaradılması;
- BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar və OPEK -lə əməkdaşlıq.
OAPEK-in ali orqanı Nazirlərin Şurasıdır. O, bir qayda olaraq ölkələrin neft nazirlərindən ibarət tərkibdə təşkil olunur. Şura təşkilatın fəaliyyətinin siyasətini və əsas istiqamətlərini müəyyənləşdirir, direktiv qərarlar qəbul edir. Təşkilatın baş icra orqanı İcraiyyə Bürosudur. O, cari işlərin icra olunmasına, qətnamə və tövsiyələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Nazirlərin şurasının gündəliyini tərtib edir. Baş katib tərəfindən rəhbərlik edilən Katiblik inzibati funksiyaları yerinə yetirir. Katibliyin tərkibinə aşağıdakı departamentlər daxildir: maliyyə və inzibati məsələlər; iqtisadiyyat; texniki məsələlər; məlumat və kitabxana; neft məsələləri üzrə ekspertlər aparatı və enerji sahəsində Ərəb Tədqiqat Mərkəzi. Lakin OAPEK dünya neft siyasətində OPEK qədər real qüvvəyə çevrilə bilmədi.
114
FƏSİL 4. REGİONAL İQTİSADİ İNTEQRASİYA
TƏŞKİLATLARI
Satış bazarları və xammal mənbələri uğrunda dövlətləra- rası və
firmalararası rəqabət mübarizəsinin ciddi şəkildə güclənməsi, ərazi
cəhətdən bir-birinə bitişik ölkələrin öz iqtisadi inkişaf- lanm
sürətləndirmək məqsədi ilə özlərinin maddi-maliyyə, eləcə də istehsal
güclərinin kooperasiyasını yaratmaq məcburiyyəti qarşısında qoyur. Bu
onlara gömrük yığımlannda qənaət əldə etməyə, əlavə istehsal və
dövriyyə xərclərindən azad olmağa, dünya bazannda ümumi rəqiblərə
qarşı vahid qüvvə ilə çıxış etməyə imkan yaradır. Bunun nəticəsində
sadəcə olaraq milli dövlət maraq- lannm əlaqələndirilməsi deyil, həm də
onlann regional maraqlar səviyyəsinə qədər yüksəlməsi baş verir.
İnteqrasiya prosesi iki səviyyədə-qlobal və regional səviyyədə
inkişaf edərək, bir tərəfdən təsərrüfat həyatının beynəlmiləş- məsi, digər
tərəfdən isə ölkələrin regional əsasda iqtisadi cəhətdən yaxınlaşması ilə
xarakterizə olunur. Regional inteqrasiya istehsalın və kapitalın
beynəlmiləşməsi təməli üzərində inkişaf edərək, eyni zamanda dünya
bazarı sistemində müəyyən dərəcədə diver- gensiyanı (inkişaf
prosesində əlamətlərin bir-birindən fərqlənməsini), yəni daha qlobal
inkişafla yanaşı olan paralel meylləri əks etdirir. O, dünya bazannın
qlobal xarakterini təkzib etməsə də, müəyyən mənada bir qrup inkişaf
etmiş lider dövlətlər çərçivəsində onu birləşdirməyə cəhd göstərir.
Burada söhbət müxtəlif ölkələrin artan iqtisadi tələbatlannın ödənilməsi
üçün təsərrüfat əlaqələrinin yaxınlaşması, dünya kapitalizm sistemi
çərçivəsində ziddiyyətlərin dərinləşməsinin hərtərəfli
xüsusiyyətlərindən gedir. Bu ziddiyyətlərdən çıxış yolunun tapılması,
eləcə də milli təsərrüfat komplekslərinin beynəlmiləşməsinin
sürətlənməsi ilə əlaqədar məsələlərin həll edilməsinin mümkünlüyünü
müasir dövlətlər bilavasitə regional iqtisadi inteqrasiyada görürlər.
Regional komplekslər çərçivəsində yalnız dövriyyə sferası deyil, həm də
kapitalın dövr etməsinin mərkəzi mərhələsi, yəni texnoloji proseslər
nəticəsində istehsal və əmtəənin yaradılması beynəlmiləşir və
inteqrasiya olur. Nəticədə, məcmuu milli kapitalların bir-birinə qanş-
ması baş verir.
Müxtəlif inteqrasiya qruplaşmalarında inteqrasiyanın
səviyyəsindən asılı olaraq ticarət göstəriciləri çox güclü şəkildə diferen-
siallaşmışdır. 1980-2005-ci illər ərzində regional və ticarət qruplan üzrə
daxili ticarət göstəriciləri 7 saylı cədvəldə verilmişdir.
Beləliklə də, dünya təsərrüfatında qloballaşma prosesi
regionlaşma ilə nəticələnir. Regionlaşma-ölkələrin təsərrüfat
əlaqələrinin iqtisadi inteqrasiya (ecenomic integration) formasını
almaqla yaxınlaşmasıdır. Regional iqtisadi inteqrasiya dedikdə bir qrup
ölkənin təsərrüfat əlaqələrinin tədricən birləşməsi prosesi başa düşülür.
Bunun da nəticəsində yeni bütöv daxili birləşdirilmiş təsərrüfat
orqanizmi-beynəlxalq regional kompleks formalaşdırılır. Bu beynəlxalq
iqtisadi əlaqələrin keyfiyyətcə yeni formasıdır.
Cədvəl №7.1990-2004-cü illər ərzində regional və ticarət
qrupları üzrə daxili ticarət (ixrac, milyon dollarla)
Ticarət qruplan 1990 2000 2001 2002 2003 2005
AATA (4 ölkə)
782 831 906 925 957 1162
Aİ (12 ölkə) 981260 1418149 1406859 1469856 2080118
17%301
Avrozona (12 ölkə)
699971 946863 954450 1002845
1244222 1465792
And rupu (5 ölkə) 1312 5136 5444 5673 4781 6245
Mərkəzi Amerika
ölkələrinin ü- mumi
bazan (5 ölkə)
667 2418 2394 2598 2542 3339
KARİKOM (15
ölkə) 448 1050 1176 1276 1435 1884 Amerika azad
ticarət zonası 300700 855746 811264 788114 833627 957228 Latın Amerikası
inteqrasiya
assosiasiyası 13350 43345 41204 43094 40639 53055
116
MERK0SUR(4 ölkə)
4127 17910 15244 16544 12732 16721
NAFTA (3 ölkə)
226273 676441 639137 612965 651213 723610
Qərbi Karib
dövlətləri təşkilatı
(9 ölkə)
29 38 40 43 48 63
КОМЕСА (20 ölkə)
890 1272 1388 1497 1978 2619
Mərkəzi Afrika
ölkələrinin iqtisadi
birliyi (11 ölkə)
163
200
219 238 235 309
EKOBAC (15 ölkə)
1532 2885 2902 2987 2972 3910
Mano çayı hövzəsi
ölkələrinin it-
tifaqı(3 ölkə)
0 5 4 5 6 8
1- 2 3 4 5 6 7
Məqrib ölkələrinin
ərəb ittifaqı (4 ölkə) 34416 3851 1 34749 39186 44800 51500
ASEAN (11 ölkə)
27365 98059 87902 947760 100717 125531
Banqkok sazişi (6
ölkə) 2429 37895 40801 44470 70776 106251 İqtisadi
əməkdaşlıq təşkilatı
(21 ölkə)
1243 4495 4425 4756 7539 9496
ASOİƏ (22 ölkə)
901561 2262150 2075722 2169919 2419899 2955125
ODİƏT 1129 24722 23724 25599 35692 49740
MDB
(12 ölkə)
“ 28830 22819 26833 38550 43618
Cənubi Asiya
regional məkdaş-
lıq assosiasiyası
(CAAPK) 7 ölkə
863 2614 2827 2697 4773 5919
117
Fars körfəzi
ölkələrinin 6906 9234 9137 8861 9287 11165
əməkdaşlığı (6 ölkə)
Mənbə: UNCTAD. Trade and Development Report, 2006 Bu
halda “regional” anlayışı sadəcə olaraq bu və ya digər təşkilatın coğrafi
sərhədləri olması demək deyil. Burada regionda tarixən təşəkkül tapmış
mənafe birliyi, iqtisadi coğrafi, təsərrüfat, mədəni komplekslərin nəzərdə
tutulan oxşarlığı, demoq- rafiq quruluşu, etnik tarixi və digər amillər
nəzərdə tutulur. Bu mənafe birliyi zamanın tələbinə uyğun olaraq iri
siyasi-iqtisadi birliklərin təşkil edilməsinə real imkanlar yaradır.
Analitiklərin fikrincə “iri iqtisadiyyatın” üstünlüklərindən istifadə
etməklə yaradılan belə birliklər, yaxın gələcəkdə milli dövlətlərə
nisbətən BİM-in real və səmərəli subyektlərinə çevrilməklə, hazırda
dünyada mövcud olan qayda-qanuna nisbətən daha sabit qaydalar
yaratmağa qadirdirlər.
Son illərdə inteqrasiya prosesləri bütün qitələri əhatə etməklə,
çoxsaylı regional və subregional ticarət-iqtisadi qrupların yaradılmasına
gətirib çıxarmışdır. ÜTT-nın məlumatlarına görə 2007-ci ildə real
şəkildə həyata keçirilən 200-ə yaxın ticarət-iqtisadi saziş mövcud
olmuşdur ki, onlardan da 145-i 1994- cü ildən sonra qeyd olunmuşdur.
Dünya təsərrüfatının əsas regionlarında bir sıra iqtisadi
inteqrasiya təşkilatları 8 saylı cədvəldə verilmişdir.
Regional inteqrasiya ölkələrin iqtisadi qarşılıqlı əlaqələrinin digər
formalanndan bir sıra əsaslı əlamətlərə görə fərqlənirlər:
-üzv ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də istehsal
amillərinin hərəkətindəki məhdudiyyətlərin aradan qaldırılması;
-üzv ölkələrin cari və strateji iqtisadi siyasətlərinin uzlaşdırılması;
-milli qanunvericiliklərin, normativ-hüquqi aktların, iqtisadi
norma və standartların uyğunlaşdırılması və tətbiqi;
-milli istehsal proseslərinin bir-birinə qarşılıqlı şəkildə nüfuz
etməsi və şəbəkələşməsi;
118 '.V.: ^^ .y/';
-vahid standartların tətbiqi və istehsal prosesinin texnoloji
vəhdətinin təmin olunması məqsədilə analoji yeni texnika və
texnologiyaların tətbiqi;
-üzv ölkələr daxilində və digər regional birliklərlə beynəlxalq
ixtisaslaşma, kooperasiya, eləcə də təmərküzləşmə səviyyəsinin
yüksəldilməsi;
- ETTKİ-nin, innovasiya proseslərinin birgə maliyyələşdirilməsi;
- elmi-texniki nailiyyətlərin istehsala vaxtında tətbiqi imkanları;
- üzv ölkələrin iqtisadiyyatında proqressiv struktur
dəyişikliklərin həyata keçirilməsi;
- üzv ölkələr arasında baş verə biləcək ziddiyyətlərin milli
üstqurum orqanlarının köməkliyi ilə tənzimlənməsi;
- inteqrasiya məkanının genişliyi;
Regional inteqrasiya prosesi bütöv bir sistemin ayrı-ayrı
həlqələrini əhatə edir:
- ölkələr arasında xarici ticarətin liberallaşdırılması, istehsal
amilləri axınının birlik daxilində artımı, əmtəə, xidmətlər, pul kütləsi,
qiymətli kağızlar və şairənin bazar tədavülü -bu «səthi» və ya
«yumşaq» inteqrasiya (shallow integration) adlanır;
- həqiqi istehsal etmə -bu dərin inteqrasiyadır(deep
integration):
- firmalar, sahibkarlar ittifaqı, milli hökumətlər, beynəlxalq
hökumətlərarası və milli təşkilatlar səviyyəsində qərar qəbulu dairəsi;
Cədvəl№8. Dünya təsərrüfatının əsas regionlarında
bir sıra iqtisadi inteqrasiya təşkilatları.
№ Təşkilatın adı
Üzvlərin sayı Yaradıldığ
ı il
Təşkilatın yaradılmasının
ilk təşəbbüskarları
1. Avropa İttifaqı (İlkin
Avropa İqtisadi Birliyi) Al
27 1992/1957 Fransa, Almaniya
2. Avropa Azad Ticarət
Assosiasi- 4 1960
Böyük Britani-
ya
119
yası (AATA)
3. Mərkəzi Avropada
Azad Ticarət Zonası 7 1992
Macarıstan, Polşa, Çexiya, Slovakiya,
Sloveniya
4 Müstəqil Dövlətlər
Birliyi (MDB) 12 1991
Rusiya, Ukrayna, Belarusiya
5. Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı (OİƏT)
11 1992 Türkiyə
6.
Azad Ticarət Haqqında Şimali Amerika Sazişi
(NAFTA)
3 1994 ABŞ, Kanada
7. Asiya Sakit Okean iqtisadi əməkdaşlıq forumu (ASOIƏ) 22 1989
Avstraliya, Kanada, ABŞ, Yeni
ZeUandiya, (Cənubi Koreya, Yaponiya
8.
Cənubi-Qərbi Asiya dövlətlərinin assosiasiyası
(ASEAN)
9 1967
İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin
9. Cənubi Asiya regional əməkdaşlıq
assosiasiyası (SAAPK)
7 1985
Hindistan, Pakistan, Banqladeş
10. Latın Amerikası inteqrasiya
assosiasiyası (əvvəlcə Latin Amerikası azad ticarət assosiasiyası)
(LAİ)
11 198(V1960
Argentina, Boliviya, Braziliya, Çili,
Meksika
11. And qrupu və And paktı (AN- KOM)
5 1969
Boliviya, Venesuela
12. Karib birliyi və Karib
ümumi bazan. (KARİKOM)
15 1973 Bir sıra ada ölkələri
120
13.
Cənub Konusu ölkələrinin ümumi
bazarı (MERKOSUR)
4 1991 Argentina,
Braziliya, Uruqvay
14. Qərbi Afrika
dövlətləri iqtisadi birliyi (EKOBAC)
16 1975 Lagos, Syerro-
Leone
15. Qərbi və Şərqi
Afrikanın ümumi bazarı (КОМЕСА)
20 1994 Geniya, Madaqaskar və s.
16. Cənubi Afrika İnkişaf
birliyi (SADK) 11 1992 Anqola, Tanzaniya, Uqanda
17.
Mərkəzi Afrikanın gömrük və iqtisadi ittifaqı (YUDEAK)
6 1966 Misir, Küveyt,
Suriya
18. Ərəb iqtisadi birliyi
şurası (ƏİBŞ) 12 1964
19. Fars körfəzi Ərəb
dövlətləri əməkdaşlığı ittifaqı
6 1981 Səudiyyə
Ərəbistanı, Küveyt, Bəhreyn
20. GUAM 4 1997 Azərbaycan,
Ukrayna, Gürcüstan, Moldova
21. İqtisadi əməkdaşlıq
təşkilatı 21
İran, Türkiyə, Pakistan
- inteqrasiya birləşməsinin milli üstqurum orqanları tərəfindən
qərar qəbulu dairəsi.
İnteqrasiya prosesi bazar tədavülü prosesində çox asanlıqda
həyata keçirilir. Bilavasitə istehsal sahəsində isə inteqrasiya prosesi
nisbətən çətinliklə başa gəlir.
Regional inteqrasiya tamamilə konkret məqsədlər üçün həyata
keçirilir. Bu məqsədləri aşağıdakı kimi qruplaşdırmaq olar.
1) istehsalın miqyasının genişlənməsi hesabına bazar
imkanlarının artırılması və istehsal məsrəflərinin
azaldılması;
2) bütün istiqamətlər üzrə-ölkələr arasında iqtisadi və
121
siyasi əməkdaşlığın möhkəmləndirilməsi;
3) regional rəqabət üstünlüklərinin yaradılması hesabına üzv
ölkələrin dünya bazarında mövqeyinin
möhkəmləndirilməsi;
4) digər üzv ölkələrin xammal, maliyyə, əmək, texniki və
texnoloji ehtiyyatlarına geniş çıxış imkanları əldə edilməsi;
5) ciddi sosial problemlərin həlli (işsizliyin səviyyəsinin aşağı
salınması, əhalinin rifah halının yüksəldilməsi, inkişaf
səviyyələri birlik üzrə orta səviyyədən aşağı olan
rayonların inkişaf səviyyələrinin bərabərləşdirilməsi);
6) yüksək mənfəət əldə edilməsi.
Bir çox tədqiqatçılar keçən əsrin 90-cı illərində “inteqrasiyanın
süni canlanması” ilə əlaqədar olaraq BİM-də regionçu- luğun kəskin
surətdə intensivləşdiyini qeyd edirlər.
Ümumiyyətlə regionçuluq-bu və ya digər region
istehlakçılarının maraqları nöqteyi-nəzərindən mövcud problemlərə
baxılmasına və onların həllinə xüsusi yanaşmadır.
Regionçuluğun canlanması həm kəmiyyət, həm də keyfiyyət
formasında baş verir. Regionçuluğun kəmiyyətcə canlanması- yeni
regional sazişlərin sayının artırılması, mövcud müqavilələrin yenidən
bağlanması və s., keyfiyyətcə canlanması isə regional qarşılıqlı
təsərrüfat əlaqələrinin dərinləşməsi və inteqrasiyanın daha da inkişaf
etmiş kompleks formasının istifadə olunmasıdır. Bundan əlavə son
onilliyin təzahürlərindən biri «yeni regionçuluğun» yetişməsi,
«makroregionların» meydana gəlməsidir. Bunlara misal olaraq Şimali
Atlantika, Sakit okean, Av- roasiya və başqa regionlarda meydana gələn
regional birlikləri göstərmək olar. Regional inteqrasiya birlikləri arasında
əməkdaşlıq haqqında sazişlər imzalanması meylləri getdikcə güclənir.
Məsələn, Aİ ilə MERKOSUR arasında bağlanmış saziş əsasında
cənub-transatlantik azad ticarət zonasının formalaşdırılması həyata
keçirilir. Bu, artıq meqaregionçuluq deməkdir. 1995-ci ildən başlayaraq
ABŞ ilə Aİ arasında yeni transatlantik bazarının (New Transatlantig
Marketplace) yaradılması istiqamətində rəsmi səviyyədə danışıqlar
gedir.
122
4.1. İqtisadi İnteqrasiyanın Nəzəriyyəsi və Məzmunu
«Birləşmə» termini XX əsrin ikinci yansından sonra Qərbi Avropada gedən iqtisadi birləşmə prosesini əks etdirməklə, həmin dövrdən başlayaraq iqtisadi proseslərin təhlilinə tətbiq olunmağa başlamışdır. «Birləşmə» termini latın sözü olan «inteqratio»dan əmələ gəlmişdir və inkişaf prosesində ayrı-ayn hissələrin və ya elementlərin bir tam şəkildə birləşməsi mənasım verir. Bu termin sosial iqtisadi tədqiqatlara təbiət elmlərindən keçmişdir.
İqtisadi birləşmə beynəlxalq ticarətin və istehsal amillərinin beynəlxalq hərəkətinin qanunauyğun nəticəsi kimi meydana gəlmişdir. O, dünya təsərrüfat həyatının beynəlmiləşməsinin xüsusi mərhələsidir.
İqtisadi birləşmə meyllərinin meydana gələcəyini və inkişafını hələ iki yüz il bundan əvvəl bö)mk mütəfəkkirlər İ.Kant, A.Sen Simon, J.J. Russo, J.Pruddon söyləmişlər. Məsələn, gələcəkdə xalqlar arasında prinsipcə yeni bir münasibətlər sisteminin olacağını ilk ehtimal edənlərdən biri J.Kant olmuşdur. O, nəzərdə tuturdu ki, gələcəkdə təhlükəsizlik problemi hamı tərəfindən «bizim hər birimizin marağı xatirinə bütövlü)mn saxlanılmasının zəruriliyi»nin dərk edilməsi hesabına həll olunacaqdır. «Xalqların ittifaqı» ideyasını əsaslandırıb, dünyanın quruluşunun tamamilə yeni modelini təklif etməklə yanaşı, J.Kant eyni zamanda göstərmişdir ki, bu halda da beynəlmiləşmə prosesi ilə cəmiyyətin təşkili forması olan milli dövlətlərin saxlanılması prosesi arasında mütləq ziddiyyətlər olacaqdır. Mütəfəkkir bu ziddiyyətlərin həllini bəşəriyyətin təkamül prosesində görmüşdür.
Napoleonun Avropanı qılıncla birləşdirmək cəhdindən sonra daha bir baş tutmuş layihə - Yunamstan, İsveçrə, Belçika, Fransa və İtaliyanın daxil olduqları Latm Pul İttifaqı iqtisadi birləşmənin ilk modellərindən biri idi. Belə ki, ölkələrin ərazisində yüz il müddətində müasir avroya oxşar növdə ümumi valyuta azad şəkildə dövriyyədə olmuşdur (qızıl və gümüş pullar).
Müasir iqtisadi inteqrasiya birləşmələrinin yaradılması təcrübəsinə uyğun ideyalara XX əsrin ortalarında görkəmli alimlər A.Müller - Armak, V.Repke, C.Bayner, Y.Tinberqen, F. Perru, C.Mid, R.Friz, P.Striten, A.Striten və digərləri tərəfindən baxılmışdır. İqtisadi inteqrasiyaya tərif verərək A.Predal və X.Yunqen- son ümumiyyətlə inteqrasiyanı «hissələrin daha yüksək bütövlük şəklində çulğalaşdınlaraq uyğunlaşdırılmasıdır» formasında, iqti
sadi inteqrasiyanı isə «daxili bazarda mövcud olan münasibətlərə oxşar şəkildə bir neçə dövlət məkanının bir iqtisadi sahədə birləşdirilməsidir» kimi müəyyənləşdirmişlər. Lakin onların fəlsəfı-iqti- sadi izahları qismən birtərəfli xarakter daşıyır, A. Predal və X.Yurgensonun fikirlərinə görə «inteqrasiyanın rolu beynəlxalq mübadilədə olan bütün maneələrin aradan qaldırılmasma yönəldilməlidir». Y.Tinbergen belə hesab edir ki, inteqrasiya «iqtisadi fəaliyyətdə süni sədlərin aradan qaldırılması və razılaşdırılmış və ya vahid iqtisadi siyasətin elementlərinin məqsədəuyğun tətbiq olunmasıdır» ideyasını nəzərdə tutur'. B.Balassın fikrincə, inteqrasiya - inteqrasiya qruplannda birləşmiş iki və ya daha çox dövlətin rezidenti olub-olmamasından asılı olmayaraq bazar subyek- lərinin iqtisadi fəaliyyəti üçün bərabər şəraitin yaradılmasıdır.
Öz məğzi etibarı ilə B.Balassın təklif etdiyi konsepsiya^ beş formanı özündə birləşdirən inteqrasiya mərhələlərini qabaqcadan müəyyənləşdirmişdir (sxem №6):
- iştirakçı dövlətlər arasında ticarətdə kəmiyyət məhdudiyyətlərinin və gömrük rüsumlarının ləğv olunması ilə azad ticarət zonalarının yaradılması;
- üçüncü ölkələrlə ticarət əlaqələrində vahid rüsum dərəcələrinin təyin olunması ilə gömrük ittifaqının yaradılması;
- əmtəələrlə ticarətdə, kapital və əmək ehtiyatlarının hərəkətində məhdudiyyətləri aradan qaldırmaqla ümumi bazarın yaradılması;
- bütün yuxarıda deyilənlərdən əlavə milli iqtisadi siyasətin razılaşdırılması və bütün ayrı-seçkiliyin aradan qaldırılması;
- milli iqtisadi siyasətlərin vahid şəklə salınması və milli hakimiyyət üstqurum orqanlarının yaradılması ilə tam iqtisadi inteqrasiya.
E.Xaas, M.Biye, A.Filipp, Q.Mürdal, R.Smend, V. Xyert inteqrasiyanın məğzini ölkələr arasında iqtisadi və qanunvericilik tədbirlərinin razılaşdırılması və milli üstqurum orqanlarının köməkliyi ilə birgə iqtisadi siyasətin həyata keçirilməsində görürlər. A.Marşall inteqrasiyaya birləşən dövlətlərin hərəkətlərinin məcmusunu əhatə edən kompleks təzahür kimi baxır.
' Tinbergen. S.international Economic integration. Brüssel: Elsevier, 1954,
P.95
^ Balassa. B. The Theory of Economic integration. - London: George Alben &
Vnwin.LTD,1982, P.1-2
124 k,-
İqtisadi inteqrasiyanın zəruriliyi və imkanları barədə qızğın müzakirələr XX əsrin 60-cı illərinin sonu 70-ci illərinin axırlarında olmuşdur. Bu müzakirələrdə D.de Rujmon, R.Xaas, A.Bryuqmans, F.Kinskiy və digərləri kimi dünya şöhrətli alimlər iştirak etmişlər. Bu sahədə ən məşhur əsər Deni de Rujmo- nun işi hesab olunur. Onun fikirləri ənənəvi milli dövlətlərə matəm musiqisi (rekviem) kimi səslənir.
O, belə hesab edirdi ki, dövlət çərçivəsinin aradan qaldınl- masma bütün nöqteyi-nəzərdən bəraət qazandırılmalıdır. Milli dövlətlər qocalmışlar, eyni vaxtda həm həddən artıq kiçikdirlər, həm də həddən artıq böyükdürlər. Ona görə həddən artıq kiçikdirlər ki, onlar öz vətəndaşlannm təhlükəsizliyinə təminat verə və dünya işlərində fəal iştirak edə bilmirlər. Həddən artıq böyük ol- malan ilə əlaqədar onun tərkibinə daxil olan bütün regionlann inkişafını eyni dərəcədə təmin edə və vətəndaşlannm ölkənin ictimai həyatında səmərəli iştirak etməsinə imkan yarada bilmir.
İqtisadi inteqrasiya - bu sadəcə olaraq ölkələrin sosial -iqtisadi inkişafının müəyyən istiqamətləri üzrə vahid orqanizm şəklində birləşmələri deyil.
İqtisadi inteqrasiya - dünya təsərrüfat əlaqələrinin güclü şə- bəkələşməsi hesabına qarşılıqlı yaxınlaşma prosesidir. Həm də onun spesifikası ondan ibarətdir id, o regional - ərazi yaxınlığına əsaslanır və onun başlanğıc həlqəsi - ümumi sərhədi olan iki və ya daha çox ölkənin sərhədyanı əlaqələridir. Bu proses əvvəlcədən istehsalın iki əsas amilinin - əmtəələrin və əmək ehtiyatlannm hərəkəti ilə əlaqədar meydana gəlmişdir. Burada qeyd etmək yerinə düşərdi ki, müəyyən inteqrasiya əlaqələri ilə hələ qədim dünyada da qonşu dövlətlər bir-biri ilə bağlı olmuşlar. Lakin çox təəssüf ki, o dövrdə bu əlaqələr müharibələr nəticəsində əmələ gəlmişdir.
Beləliklə də, sərhədyanı ticarət və işçi qüvvəsinin miqrasiyası qonşu ölkələr arasında təsərrüfat əlaqələrinin intensivləşdi- rilməsi üçün kifayət qədər ciddi özək yaradır və iqtisadi inteqrasiyama ilkin amilləri hesab olunurlar. Göründüyü kimi, sərhədyanı ticarət iqtisadi inteqrasiyanın birinci amili, işçi qüvvəsinin miqrasiyası isə onun ikinci amilidir.
Üçüncü amil - böyük coğrafi kəşflərdən, sənaye inqilablarından, Böyük fransız inqilabından sonra formalaşmağa başlamış kapitaldır. Xarici ölkələrdə daha çox mənfəət əldə etməyə can atan, öz ölkəsində artıq olan sələm kapitalı təsərrüfat həyatının beynəlmiləşməsi prosesinə, dünya təsərrüfatının ilkin kons-
125
truksiyasınm formalaşdırılmasına və bunlara müvafiq olaraq inteqrasiya təzahürlərinin intensiv inkişafına güclü təkan verdi.
İnteqrasiya proseslərini nəzəri cəhətdən düşündükdə, görərik ki, o məhsuldar qüvvələrin fasiləsiz olaraq inkişafına əsaslanır. Bunun da ən başlıca forması beynəlxalq əmək kooperasiyasıdır. İstehsal amilləri olan əmək, kapital, işçi qüvvəsi, texnologiya və biliklərin beynəlmiləşməsi beynəlxalq əmək bölgüsünün təbii inkişafıdır.
Beynəlmiləşmə - cəmiyyətin texniki-iqtisadi təkamülünün
obyektiv və qanunauyğun nəticəsi olmaqla, milli sərhədləri iqtisadi
cəhətdən dəf edir, ticarətin, işçi qüvvəsinin, kapitalın beynəlxalq
hərəkətinə yardım edir, iqtisadi cəhətdən ölkələri birləşdirir və bununla
da iqtisadi inteqrasiyanın müəyyən pilləsinin yaradılmasını
müəyyənləşdirir.
Dövlətlərin iqtisadi sistemlərinin sərbəst yaxınlaşması prosesi
inkişaf edir, istehsal amillərinin artan həcminin nizamlanması üçün
zəruri olan qaydalar işlənilir.
Beynəlxalq və lokal (regional) əməkdaşlıq inkişaf edir. İlkin
olaraq regional əməkdaşlıq baş verir. Ona görə ki, ölkənin
sərhədlərindən kənarda, hətta ən sadə ticarət əməliyyatlan belə, birinci
növbədə yaxın qonşu olan dövlətlərlə həyata keçirilir. Bu momentlər ilk
güclü inteqrasiya prosesləri başlandıqda və son- ralar görkəmli alimlər
B.Balass və Q.Mürdal, eləcə də R.Lipsey, C.Vayner, R.Barr,
Z.Səmədzadə, Ş.Hacıyev və digər bir sıra sovet, rus və azərbaycan
alimləri tərəfindən tədqiq olunmuşdur.
Regional iqtisadi inteqrasiya prosesi qitə miqyaslı olmaqla
qlobal inteqrasiyanın bazasını təşkil edir.
İnteqrasiyanın ilkin sadə formasından fərqli olaraq müasir
inteqrasiya daha mütərəqqi xarakterli olmaqla, istehsal amillərinin
faktiki inteqrasiyası yolu ilə gedir, yaxud da güclü milli üstqurum
idarəetmə orqanları yaratmaqla, düşünülmüş şəkildə iqtisadi sistemlərin
inteqrasiya olunması prosesini stimullaşdırır. Həm də, bu proses onların
bir-birinə tam qarışması və birləşmiş bazarın subyektləri üçün vahid
qaydalar tətbiq etməklə, vahid regional iqtisadi sistem yaradılmasına
gətirib çıxarır.
4.2. İqtisadi İnteqrasiya Modelləri və Konsepsiyası
Məlumdur ki, iqtisadiyyatda əsas proseslər canlı təbiətin təkamülünü xatırladan iqtisadi təkamül qanunlan ilə şərtləndirilir və izah edilir. Özünün iqtisadi vəziyyətini möhkəmləndirmək uğrunda mübarizə ölkələri birliklər yaratmağa sövq edir. Bu halda ölkə daxilindən fərqli olaraq, birlik daxilində başqa qaydalar fəaliyyət göstərir. Birliyə daxil olan tərəf-müqabilləri digər ölkələrlə müqayisədə müəyyən imtiyazlar əldə edirlər. Lakin onlar bunun müqabilində tərəf-müqabillərinə münasibətdə öz üzərlərinə müəyyən Öhdəliklər götürürlər. Beləliklə də, göründüyü kimi, inteqrasiya formalarının yaradılması və inkişafı təkamül mübarizəsi vasitəsi ilə baş verir. Ona görə də, heç də təəccüblü deyil ki, təkamül bu prosesin tədrici inkişafını müəyyənləşdirir.
^ .1:- V. .......... . . 127
Ölkələrarası inteqrasiyanın təkamül forması ayrı-ayrı müəssisələr arasında olan inteqrasiya kimi sadədən və «yumşaqdan», daha mürəkkəb və qəti formaya keçir. Məsələn, müəssisələr arasında inteqrasiya onların strateji alyans yaratmalarından başlayır, sonra kartel, sindikatlar meydana gəlir və nəhayət trest və konsernlər yaradılır.
Bir qayda olaraq, iqtisadi inteqrasiya prosesi az və ya çox dərəcədə qarşılıqlı ticarətin liberallaşdırılmasmdan, əmtəələrin, xidmətin və kapitalın hərəkətinə olan maneələrin aradan qaldırılmasından başlayır. Sonra müvafiq şərtlər və tərəf-müqabil ölkələrin maraqları daxilində vahid iqtisadi, hüquqi və məlumat məkanına çevrilir. Bununla da, beynəlxalq iqtisadi münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır.
Müasir dövrdə iqtisadi əlaqələrdə inteqrasiya meylləri üstün mövqe tutur ki, bu da son nəticədə meqaiqtisadiyyatın və kifayət qədər nüfuzlu beynəlxalq iqtisadi təşkilatların meydana gəlməsinə səbəb olmuşdur.
«İqtisadi inteqrasiya» kateqoriyasının yuxarıda sadalanan çoxsaylı və müxtəlif müəyyənləşdirmə formalarına baxmayaraq, onlardan heç biri bu məsələni müfəssəl şəkildə şərh etmir. Bu da ictimai həyatın bütün tərəfinə bu və ya digər dərəcədə toxunan inteqrasiya proseslərinin mürəkkəbliyi və spesifik xüsusiyyətləri ilə əlaqədardır. Buna baxmayaraq inteqrasiyanın dürüst şəkildə aşağıdakı xüsusiyyətlərini ayırmaq olar:
- iqtisadi proseslərin dövlətlərarası və beynəlxalq səviyyədə tənzimlənməsi;
- inteqrasiya birliklərinə daxil olan dövlətlərin daxili iqtisadi şərtlərinin yaxınlaşdırılması, onların iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi;
- ümumi təkrar istehsal və idarəetmə orqanları quruluşuna malik regional beynəlmiləl təsərrüfat komplekslərinin bir- birindən asılı olmayan milli xalq təsərrüfatı komplekslərinin tədricən formalaşdırılması;
- region daxilində və beynəlxalq miqyasda əmtəələrin, xidmətlərin, işçi qüvvəsinin və kapitalın hərəkətinin dövlətlərarası məkanının genişləndirilməsi və cürbəcür iqtisadi və inzibati maneələrin aradan qaldırılması;
- milli üstqurum idarəetmə orqanlarının yaradılması.
128 J ____ '>.rf ’i}:M'!'f^i'-Ğı'.
Son dövrlərdə dünya təsərrüfatında mərkəzdənqaçma və mərkəzəqaçma meyllərinin güclənməsi müşahidə olunsa da, əksər mütəxəssislərin fikrincə birləşmə meylləri ayrılma meyllərinə nisbətən üstünlük təşkil edir. Ona görə də, bu gün inteqrasiya problemi daha böyük praktiki əhəmiyyət kəsb etdiyindən, o iqtisadçılarla yanaşı, hüquqşünaslar, tarixçilər və politoloqlar tərəfindən də diqqətlə öyrənilir.
Qeyd etmək lazımdır ki, inteqrasiya modellərinin müxtəlifliyinə baxmayaraq, onlar hamısı eyni tiplidirlər və kifayət qədər sadədirliər, lakin onların xarici tərtibatı müstəsna dərəcədə mürəkkəbdir.
Çox vektorlu inteqrasiya prosesi ideyası da o qədər cəlbedici deyil. Çox vektorlu inteqrasiya ideyası bir inteqrasiya qrupunun tərkibində digər bir inteqrasiya qrupunun fəaliyyət göstərməsini nəzərdə tutur. Çox vektorlu inteqrasiya - bu beynəlxalq əmək bölgüsünün qanunlarına və istehsal amillərinin bey- nəlmiləşməsinə uyğun inkişaf edən ümumdünya, qlobal inteqrasiyadır. Bunun inkişaf prosesi məlumat-texnoloji inqilabın yeni ı/ialğasının təsiri altında güclü şəkildə irəli gedir. Ümumdünya inteqrasiyası universal prosesdir və bu mənada o çox vektorlu- dur. Digər bir istiqamət inteqrasiyanın ilk forması olan - regional inteqrasiyadır. Nə vaxt ki, qonşu ölkələr onlardan bəzilərinin inkişaf səviyyəsindən asılı olmayaraq bir inteqrasiya qrupuna daxil olurlar, bu heç də özünü süni bir təzahür kimi göstərmir. Çünki iqtisadi inteqrasiya üçün qonşuluq amili, ümumi sərhədlərin olması keyfiyyətcə mühüm əhəmiyyət kəsb edir. Bu halda inteqrasiya qruplarının çox vektorlu xarakteri barədə danışmaq düzgün olardı.
1960-1970-ci illərdə iqtisadi inteqrasiya nəzəriyyəsinin hər tərəfli tədqiqatçıları olan sovet alimləri V.N.Şenayev, L.İ.QIuxa- rev, V.E.Rjbalkin və digərləri haqlı olaraq əsas diqqəti inteqrasiya üçün zəruri olan şərtlərə yönəltmişlər. Hər şeydən əvvəl söhbət inteqrasiya qruplanna daxil olan ölkələrin iqtisadi inkişaf səviyyəsinin təxmini bərabərliyindən gedir. Bu əsas şərt AİB-nin yaradıl- masmın ilkin mərhələlərini əhatə etmişdir. Eləcə də, İngiltərə başda olmaqla 12 ölkənin daxil olduğu Avropa Azad Ticarət Assosiasiyası (AATA) yaradılan zamanda bu şərtlər əsas götürülmüşdür. Hər iki halda inteqrasiyaya daxil olan ölkələr yüksək texniki iqtisadi yetginlik mərhələsində olmuşlar.
129
Sonrakı dövr ərzində artıq möhkəm və dayanıqlı iqtisadi birlik
şəklində inteqrasiya olunmuş ölkələr qrupu öz sıralanna aşağı inkişaf
səviyyəsində olan ölkələri də cəlb etməyə başladılar. Məsələn, ABŞ və
Kanada Meksikanı NAFTA-nın üzüvlüyünə qəbul etdilər; Avropa
ittifaqı iqtisadi inkişaf səviyyələri Aİ-na daixil olan 15 ölkənin inkişaf
səviyyəsini səciyyələndirən orta göstəricilərindən də xeyli aşağı olan 12
Şərqi Avropa ölkəsini öz sıralanna qəbul etdi.
Qeyd etmək lazımdır ki, inteqrasiyasının fərdi-korporativ modeli
üstünlük təşkil etdiyi hallarda inteqrasiya qruplaşmalarının deyilən
formada inkişafı mümkündür. O yalnız o halda real olur ki, onun
institusional və ya dövlətlərarası forması hakim mövqe tutmuş olur və
hakimiyyətin milli üstqurum orqanları iqtisadi cəhətdən hələ
«yetişməmiş» ölkələrin inteqrasiya birliyinə cəlb edilməsi prosesini
gücləndirmiş olur və bununla da onların səviyyəsini inteqrasiya
birləşməsinin ümumi səviyyəsinə çatdırmağa səy göstərir.
Lakin belə inkişaf inteqrasiya birləşmələrinin maraqları və
qarşılanna qoyduqlan məsələlərin həlli nöqteyi nəzərindən ölkələrin
iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsini mütləq şəkildə
nəzərdə tutmur. Məsələnin belə qoyuluşu beynəlxalq əmək bölgüsünün
ümumi meylləri ilə ziddiyyət təşkil edir. BƏB-in inkişafının obyektiv
meylləri nəzərdə tutur ki, inteqrasiya birləşmələri çərçivəsində hər bir
ölkənin üstünlüyündən maksimum dərəcədə istifadə olunsun, o
cümlədən təbii iqlim xüsusiyyətlərindən, təbii sərvətlərindən, istehsalın
konkret növünün inkişafına əlverişli təsir göstərən şərtlərdən və s. Bu
mənada «bərabərləşdirmə» anlayışı özünün müəyyən bir həddinə
malikdir və bu özünün optimal dərəcəsindən çıxdıqda, iqtisadi cəhətdən
zəif olan ölkə digər ölkələrin hesabına iqtisadi vəziyyətinin
«bərabərləşdiriləcəyini» gözləyir və özgəsinin hesabına dolanan ölkəyə
çevrilməklə müftəxor olur.
Digər bir tezisdə isə belə səslənir ki, ölkə iqtisadi yüksəliş
mərhələsində olduqda inteqrasiya prosesi daha müvəffəqiyyətlə inkişaf
edir. Bu ideya hələ heç nə demir, ona görə ki, aydındır ki, insanlar o vaxt
yaxşı yaşayırlar ki, onların ölkəsinin iqtisadiyyatı yüksəlişdə olur.
Burada bu dəlil əsas deyil, ona görə ki, istənilən iqtisadiyyatı daimi
olaraq yüksəliş mərhələsində saxlamaq olmaz. Ona görə ki, həm dünya
iqtisadiyyatı, həm də milli iqtisadiyyatlar daimi olaraq özlərinin enmə və
qalxma silsilələrinə malik olur. Vacib məsələ, baş vermiş iqtisadi və
digər ziddiyyətlərin fəal su
130
rətdə aradan qaldırılmasına köməklik edən səmərəli, ölçülüb-biçilmiş iqtisadi siyasətin olmasıdır. Yalnız belə olduqda digər ölkələri və onun xalqlarını özünə cəlb edən ölkələrin inteqrasiya «özəyi» yaradılır. Bu halda, digər ölkələr və onların xalqlan görürlər ki, birlik çərçivəsində onların ölkələri ilə müqayisədə birliyə daxil olan ölkələr daha böyük müvəffəqiyyət əldə etmişdir və belə qənaətə gəlirlər ki, onlar da birliyə daxil olsalar nailiyyətləri daha böyük olar.
İnteqrasiya nəzəriyyəsini öyrənərkən, burada bir sıra səhv şərhlərdən və mübaliğələrdən qaçmaq lazımdır. İnteqrasiya nəzəriyyəsinin banisi kimi Adam Smiti və digər klassikləri hesab etmək zəruridir. Bu onunla əlaqədardır ki, onlar beynəlxaq əmək bölgüsü nəzəriyyəsinin bir sıra mühüm müddəalarını irəli sürmüş və inkişaf etdirmişlər.
İqtisadi inteqrasiyanın Qərb məktəbi nümayəndələri öz təlimlərinin təməli kimi iki metodoloji yanaşmaya əsaslanırlar.
İnstitusional məktəb - (bu məktəbi yeni keynsçilik, struktur, yeni liberal istiqamətli nəzəriyyəçiləri birləşdirən məktəblər də adlandırırlar) - məktəbin nümayəndələri inteqrasiya prosesinə dövlətin qarışmasının və milli üstqurum institutlarının yaradılmasının zəruriliyindən çıxış edirlər. Bu məktəb Avropada təşəkkül tapmışdır və nəzəri cəhətdən dövlət xadimləri İ.Monne və R.Şuman tərəfindən əsəslandırılmışdır. Bu məsələ ilə əlaqədar olaraq Avropa və ABŞ-dan olan iqtisadçı-nəzəriyyəçilər Y.Tinbergen, B.Balass, Q.Mürdal, R.Puper və digərləri də nəzə- riyypnin əsaslandırılmasına və inkişafına öz töhfələrini vermişlər. Öz məğzi etibarı ilə bu məktəblər bir-birilə eynilik təşkil edir və bu istiqaməti tam əhatə edir.
İkinci məktəb bazar məktəbidir - bu məktəb ABŞ və Kanada iqtisadçıları arasında geniş yayılmışdır. Məktəbin əsas məğzi ABŞ və Kanada arasında olan və daim olaraq inkişaf edən inteqrasiya prosesindən irəli gəlir. Burada əsas məsələ inteqrasiya çərçivəsində Amerika seqmentinin üstünlük təşkil etməsi ilə ümumi bazar prinsiplərinə söykənən və dövlətin minimum müdaxiləsi ilə hər iki ölkənin güclü korporativ iqtisadiyyatının yaradılmasıdır. Bu forma 1940-1950-ci illərdə korporativ kapitalın zəif olması və çoxlu sayda kiçik dövlətlərin mövcudluğu üzündən istifadə oluna bilmədi.
131
Bütün bu deyilənlərə görə də dövlətin gücü və nüfuzunun fəal
şəkildə istifadə olunması hesabına inteqrasiyanın proqma- tik ideyaları
mütləq üstünlük əldə etmişdir. Burada Avropada inteqrasiya prosesinin
inkişafında keçmiş sosialist ölkələri düşərgəsinə daxil olan dövlətlərin
yaratdıqları və SSRİ-nin süqut etməsi ilə əlaqədar fəaliyyətinə xitam
verilmiş Qarşılıqlı İqtisadi Əməkdaşlıq Şurasının (QİƏŞ) rolunu da qeyd
etmək yerinə düşərdi. Sosialist ölkələrinin güclü inteqrasiya birləşməsini
yaratmalarından istifadə edən Avropa dövlətləri öz iqtisadi birliklərini
yaratmağa başladılar.
4.3. İqtisadi inteqrasiyanın formaları və növləri
XX əsrin inteqrasiya birləşmələrinin yaradılması təcrübəsi
göstərir ki, onlar əsas etibarı ilə iki baza prinsipi əsasında formalaşdırılır.
Bu prinsiplərdən biri dövlətin güclü təşəbbüskar rolu (buna klassik misal
kimi Avropa ittifaqının yaranması və inkişafını göstərmək olar); digər
prinsip-fərdi iri sahibkarlığın rolunun üstünlük təşkil etməsidir. Bu halda
demək olar ki, sözün əsl mənasında iri sahibkarlıq dövləti məcbur edir ki,
bu və ya digər ölkələrin inteqrasiya qrupları ilə yaxınlaşma yolunu
tutsun. (Məsələn ABŞ, Kanada və Meksika arasındakı müqavilə,
NAFTA).
İqtisadi inteqrasiyanm əsas iki növü mövcuddur.
1. inteqrasiyanın institusional növü;
2. inteqrasiyanm xüsusi korporativ növü.
İqtisadi inteqrasiyanın qlobal prosesi hər şeydən əvvəl qarışıq
xarakterə malikdir. Bu onunla əlaqədardır ki, qlobal iqtisadi
inteqrasiyaya bir tərəfdən inkişaf etmiş ölkələr və onların hökumətləri,
digər tərəfdən çox güclü transmilli şirkətlər və transmilli banklar, üçüncü
tərəfdən isə iri və mötəbər (nüfuzlu) beynəlxalq maliyyə-iqtisadi və
maliyyə təşkilatları və idarələri, eləcə də BMT-nin strukturları tərəfindən
təkan verilir.
Ümumilikdə götürdükdə inteqrasiyanın institusional növü
dövlətlərarası səviyyədə dövlətlərin təşəbbüsü ilə yaradılan və
fəaliyyətləri onlar tərəfindən tənzimlənən birləşmələrdir.
132
Bu növ inteqrasiyaya keçmiş Qarşılıqlı İqtisadi Əməkdalıq
Şurasını da aid etmək olar. Ona görə ki, bu təşkilat müstəsna olaraq
dövlətlərarası səviyyədə yaradılmışdı, baxmayaraq ki, onun əsas
məqsədi Şərqi Avropa ölkələrinin iqtisadi problemlərinin həlli
olmuşdur. İnkişaf etməkdə olan ölkələrin zonalarında regional
inteqrasiya qruplaşmalarının yaradılmasında dövlətin rolu əhəmiyyətli
dərəcədədir. Yəqin ki, bu da birinci növbədə onunla əlaqədardır ki,
inkişaf etməkdə olan ölkələrdə iri sahibkarlıq hələ formalaşma
mərhələsində olduğundan, onlar kifayət qədər təsir gücünə malik
deyillər.
Əhatə dairəsinə görə inteqrasiya birlikləri aşağıdakılara bölünür:
a) ikitərəfli inteqrasiya birlikləri - təcrübədə ən az yayılmış
inteqrasiya növüdür. Buna misal olaraq Avstraliya və Yeni Zellandiya
arasında olan sazişə əsasən fəaliyyət göstərən inteqrasiya birliyini
göstəmək olar; b) çoxtərəfli regional inteqrasiya - inteqrasiyamn ən
geniş yayıirmş formasıdır; c) kontinental - Latın Amerikası iqtisadi
inteqrasiyası (LAİİ), Afrika birliyi təşkilatı (ABT).
Hazırda dünya iqtisadiyyatında inteqrasiyanın həm qlobal, həm
də regional formaları dinamik şəkildə inkişaf edirlər.
İnteqrasiya prosesi ilə Avropa, Şimali Amerika, Hind-Sakit
okean regionları. Latın Amerikası, Afrika, Ərəb ölkələri zonası əhatə
olunmuşdur. Hər bir regional inteqrasiya qrupu özünün xüsusiyyətlərinə
malik olmaqla, yaradılma və fəaliyyət göstərmə mexanizminə malikdir.
Onlardan biri özünün həyat qabiliyyətü olmasını göstərir və iştirakçı
ölkələr öz xalqları üçün oradan xeyir götürür; digərləri ona daxil olan
ölkələrin hökumətlərinin mühüm müqavilə və sazişlər bağlamalanna
baxmayaraq yalnız formal olaraq mövcuddurlar.
Hazırda dünyada inteqrasiyanın yuxarıda sadalanmış formasında
70-dən çox regional iqtisadi inteqrasiya birlikləri mövcuddur. Təkcə onu
demək kifayətdir ki, 1947-1995-ci illər ərzində dünyada 60-dan çox
inteqrasiya birlikləri yaradılmışdır. Müstəsna hallar nəzərə alınmazsa,
dövlətlərarası inteqrasiya ya inkişaf etmiş ölkələr arşında, ya da inkişaf
etməkdə olan ölkələr arasında inkişaf edir.
Avropada fəaliyyət göstərən beynəlxalq regional iqtisadi
inteqrasiya təşkilatları aşağıdakılardır:
■JLİ К.у§ »tr U ^ ^ t r r / » İyt/fi i/t'- 133
1. Avropa İttifaqı (Aİ).
2. Avropa azad ticarət assosiasiyası (AATA).
3. Avropa iqtisadi məkanı (AİM).
4. Şimal şurası (ŞŞ) (Skandinaviya ölkələri).
5. Baltik dənizi dövlətləri Şurası (BDDŞ).
6. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT).
7. Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova Əməkdaşlıq
Təşkilatı (GUAM).
8. Müstəqil Dövlətlər Birliyi (MDB).
9. Vişeqrad qrupu, yaxud Azad Ticarət Haqqında Mərkəzi
Avropa Sazişi (SEFTA).
10. Azad Ticarət Baltik zonası.
11. Rusiya-Belarusiya İqtisadi ittifaqı.
Mərkəzi və Şərqi Avropa və Asiya dövlətlərinin regional
birlikləri:
1. Asiya-Sakit okean iqtisadi əməkdaşlığı (ASİƏ).
2. Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN).
3. Ərəb iqtisadi birliyi şurası (ƏİBŞ).
4. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT).
5. Azad ticarət haqqında Avro pa-Asiya sazişi - AvroAziş.
6. Mərkəzi Asiya ölkələri təşkilatı.
7. Azad ticarət haqqında Qazax-Qırğız-Özbək sazişi.
8. Şanxay əməkdaşlıq təşkilatı (ŞƏT).
Amerika iqtisadi birlikləri:
1. Şimali Amerika azad ticarət zonası (NAFTA)
2. Cənubi ümumi bazar (MERKOSÜR)
3. Mərkəzi Amerika ümumi bazarı (MAÜB)
4. Karib Birləşməsi və Karib ümumi bazarı (KARİKOM)
5. And qrupu
6. Şərqi Karib dövlətləri təşkilatı (ŞKDT)
7. Amerika dövlətləri təşkilatı (ADT)
Afrikanın inteqrasiya birliklərinə aşağıdakılar daxildir:
1. Afrika birliyi təşkilatı (ABT)
2. Mərkəzi Afrikanın gömrük və iqtisadi ittifaqı (YUDEAK)
134
3. Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi (EKOBAS)
4. Cənubi Afrika inkişaf birliyi (SADK)
5. Şərqi və Cənubi Afrikanın ümumi bazarı (КОМЕСА)
6. Qərbi Afrika iqtisadi və valyuta ittifaqı (UEMOA)
Burada göstərilən mötəbər dövlətlərarası beynəlxalq
təşkilatlardan bəziləri hələ inteqrasiyadan əvvəlki inkişaf pilləsində-
dirlər və birgə inkişafın əlaqələndirilməsinin ümumi məsələləri ilə
məşğul olurlar.
Təbii məsələdir ki, baxılan birliklər özlərinin dünya
iqtisadiyyatında tutduqları yerə görə eyni əhəmiyyətə malik deyillər.
Dövlətlərarası inteqrasiya birlikləri sistemi 7 saylı sxemdə
verilmişdir.
İqtisadi sistemin çox böyük sayda inteqrasiya modelləri,
ikitərəfli, çoxtərəfli razılaşmalar göstərir ki, inteqrasiya modellərinin
qurulmasında müəyyən standartlar mövcud deyil, burada çox şey
konkret ölkələrin siyasi və iqtisadi maraqları və mövcud situasiyadan
asılı olaraq müəyyənləşdirilir. Məsələn, Avropa ittifaqından fərqli olaraq
NAFTA-nın üzvü olan ölkələr gömrük ittifaqına keçməyi öz qarşılanna
məqsəd kimi qoymasalar da, ümumi bazarın müəyyən seqmentlərini -
investisiyaların liberal- laşdırılmasını, ətraf mühitin qorunması
sahəsində ümumi standartları və s. yaratdılar. Asiya-Sakit okean
əməkdaşlıq forumu daha ümumi xüsusiyyətlərə malikdir (o cümlədən
siyasi dialoq sahəsində). İqtisadi sahədə də məsələlər həddən artıq
ümumi şəkildə qoyulmuşdur: nəzərdə tutulur ki, 2020-ci ilə qədər azad
ticarət zonası yaradılmasının və kapitalın azad hərəkətinin əsasları
qoyulsun.
Çox vaxt iqtisadi inteqrasiyanın forması kimi ikitərəfli sazişlərə
istinad olunur. İki və ya bir neçə ölkə arasında əməkdaşlıq istənilən milli
iqtisadiyyatın fəaliyyət göstərməsi formasıdır, lakin bu hələ iqtisadi
inteqrasiya demək deyil. Hər bir ölkə əmtəə və xidmələri ixrac etməli və
öz növbəsində ölkə əhalisinə lazım olan əmtəələri alıb ölkəyə
gətirməlidir və s. Əməkdaşlığın bu formasını ölkələrin iqtisadi, ticarət,
investisiya qoyuluşlarının inkişafı sahəsində nailiyyətlər əldə etmək
məqsədi ilə imkanlarım birləşdirmək barədə qarşılarına qoyduqları
məsələlərdən fərqləndirmək lazımdır. Bu növ sazişlər 1983-cü ildə
Avstraliya
........ ■ . . .. - ......... . 135
və Yeni Zellandiya arasında bağlanmışdır və ona müvafiq olaraq
rüsumlar ləğv olunmuş, qeyri-tarif məhdudiyyətləri aradan qaldırılmışdır
(1990-cı illərin ortalarında) və s.
İnkişaf etməkdə olan ölkələr üçün imtiyazlı ticarət rejiminin
saxlanılması və ya müəyyən olunması mühüm əhəmiyyət kəsb edir.
Ticarət sahəsində Avropa ölkələri özlərinin keçmiş müstəmləkələri ilə
xüsusi münasibətlər qurur və qarşılıqlı ticarətdə onlara imtiyazlar
verirlər. Latın və Mərkəzi Amerikanın bir sıra ölkələri üçün ABŞ-la
qarşılıqlı ticarətdə güzəştli rejim tədbiq edilir.
Beynəlxalq təşkilatların hesablamalanna görə dünyada fəaliyyət
göstərən 70 müxtəlif regional inteqrasiya qrupları dünya ticarətinin 60
faizini həyata keçirirlər. Lakin,bu o demək deyildir ki, dünya iqtisadi
sistemi bu qruplar arasında «iki yerə» bölünmüşdür. Birincisi- onlardan
yalnız biri həm qruplaşma daxilində, həm də ondan kənarda
razılaşdırılmış iqtisadi siyasət yeritmək iqtidarına malikdir. İkincisi
ümumdünya (qlobal) inteqrasiya prosesi regional inteqrasiya qruplannın
üzərinə qoyulur. Bu planda NAFTA inteqrasiya qrupu bariz nümunə ola
bilər. Bu birlik formalaşdırılarkən tənzimləmə qaydaları kimi (ticarətin
li- berallaşdırılması, investisiyalar, əqli mülkiyyət hüququ və s.)
ÜTT-nın beynəlxalq normaları götürülmüşdür.
^vropada fəaliyyət göstərən Mərkəzi və Şərqi Avropa və Asiya
beynəlxalq regional təşkilatlar dövlətlərinin regional təşkilatlan
Avropa ittifaqı (Al)
Avrc^a azad ticarət
asso slasiyası (AAT
A) Avropa iqtisadi məkanı (AİM)
Şimal şurası (Skandinaviya
aikələri) (ŞŞ) __________
Baltik dənizi dövlətləri
şurası (BDDŞ)
Qara dəniz istisadi əməkdaş-
lıq təşkilatı (QDİƏT)
Gürcüstan, Ukrayna. Azaıbaycan,
Moldova amakdaşlx) taskilatı (GUAM)
Müstəqil dövlətlər birliyi
_______ (MDB)
Vişsqrad qnjpu, yaxud azad ticaret uqqında Maıkezi Avropa sazişi (SEETA)
Baltik azad ticarət zonası
Rusiya - Belarusiya iqtisadi
ittifaqı ________
^siya-Sakit okean istisadi
əməkdaşlığı (ASİƏ)
Cənubl-Şərql Asiya dövlətləri
assosiasiyası (ASEAN)
Ərəb iqtisadi birliyi şurası
(ƏİBŞ) ________________
İqtisadi əməkdaşlıq təşkilatı
(lƏT)____________________
l\zad ticarət haqqında Avropa-
- (Vsiya sazişi - AvroAziŞ
_ Mərkəzi Asiya ölkələri
təşkilatı ___________
_ (\zad ticarət haqqında
Qazax-qırğız-özbak sazişi
Şanxay əmekdaşlıq təşkilatı
gƏT) ____________________
Amerika iqtisadi birlikləri
, Şimali Amerika azad ticarət
zonası (NAFTA) ___________
Cənubi ümumi bazar
(MERKOSUR)
And qrupu (ANKOM)
Afrikanın iqtiqrasiya birlikləri
Şərqi Karib dövlətləri təşkilatı
l(ŞKDT) _________
Amerika dövlətləri təşkilatı
(ADT)__________________
Şərqi və Cənubi Afrikanın
ümumi bazarı (KOMESA)
Qərbi Afrika iqtisadi və
valyuta ittifaqı
(UEMOA)
Sxem 7. Dövlətlərarası
intearasiva birlikləri sistemi
Mərkəzi Amerika ümumi
bazan (MAÜB) Qərbi Afrika dövlətlərinin
iqtisadi birliyi (EKOBAS)
Karib birləşməsi və Karib
ümumi bazan (KARIKOM) Cenubi Afrika İnkişaf birliyi
(SADK)
Afrika birliyi təşkilata (ABT)
Mərkəzi Afrikanın gömrük və
iqtisadi ittifaqı (YUDEAK)
OJ o
f ■
Ç-. ç •, ' . w
r '
kW' ' V:.'
: j../- I
wy,
li: ^
137
4.4. Beynəlxalq iqtisadi inteqrasiyanın mahiyyəti,
məqsədi və əsas əlamətləri
İqtisadi inteqrasiya iqtisadi həyatın beynəlmiləşməsinin
bilavasitə təzahürü kimi özünü göstərir. Amma iqtisadi inteqrasiya və
beynəlmiləşmə eyni anlayışlar deyil. İqtisadi inteqrasiya ölkələr arasında
iqtisadi münasibətlər prosesinin kollektiv idarəedilməsini tələb etməklə
,özünü beynəlmiləşmənin daha yüksək dərəcəsi kimi göstərir.
Geniş mənada iqtisadi inteqrasiya - bir qrup dövlətlər
çərçivəsində beynəlxalq təsərrüfat komplekslərinin yaradılması və
fəaliyyət göstərməsi prosesinin dövlətlər və milli üstqurum idarəetmə
orqanları tərəfindən şüurlu şəkildə tənzimlənməsidir.
İqtisadi inteqrasiya təsərrüfat həyatının beynəlmiləşməsinin
əvvəlki formalarından aşağıdakılara görə fərqlənir:
1) ölkələr arasında beynəlxalq təsərrüfat əlaqələrinin daha
mürəkkəb və universal xarakterə malik olması;
2) müəyyən dövlətlər qrupu çərçivəsində iri iqtisadi
komplekslərin yaradılması;
3) iqtisadi əlaqələrin kollektiv milli üstqurum orqanları
tərəfindən tənzimlənməsi.
İqtisadi inteqrasiyanın müəyyən edilməsinə belə yanaşma
tədqiqatçılara imkan verir ki, beynəlxalq iqtisadi inteqrasiyanın bir sıra
mühüm əhəmiyyət kəsb edən ümumi əlamətlərini ayırsınlar:
- inteqrasiya milli təsərrüfatlar arasında dayanıqlı, dərin
əlaqələrin və əmək bölgüsünün elə bir inkişaf prosesidir ki, burada
ayn-ayn müəssisələr, sahələr, müxtəlif ölkələrin iqtisadi regionları
qarşılıqlı şəkildə uyğunlaşdınlır və bir-birini tamamlayır;
- inteqrasiya iqtisadi inkişaf səviyyəsinə görə yaxın olan ölkələri
əhatə etməklə, beynəlxalq təsərrüfat komplekslərinin təşkil olunmasına
gətirib çıxanr;
- tərkibinə daxil olan subyektlərin (təsərrüfat birliklərinin,
dövlətlərin) idarə edilməsi və fəaliyyət göstərməsi üzrə onların qarşılıqlı
əlaqələrini düşünülmüş və razılaşdırılmış qaydada tənzimlənməsini tələb
edən prosesdir. Bu halda tənzimləmə funksiyasını ayrı-ayrı ölkələrin
dövlət aparatları və dövlətlərarası institutlar yerinə yetirilər;
138 .. . _ ..... _ : ■.
-regional xarakterdə olması. İnteqrasiya qruplaşmasına daxil olan
ölkələrin coğrafi yaxınlığı, ümumi sərhədlərinin olması və tarixən
ölkələr arasında təşəkkül tapmış uzun müddətli iqtisadi əlaqələri;
- iqtisadi inteqrasiyanın əsasını dövlətin iqtisadi və sosial
funksiyası ilə tamamlanmış rəqabət və mənfəət alınması qaydalarına
söykənən bazar mexanizmi təşkil edir;
- milli istehsal proseslərinin bir-biri ilə şəbəkələşməsi və
qarşılıqlı təsirə malik olması;
- iştirakçı dövlətlərin iqtisadiyyatında dərin iqtisadi struktur
dəyişiklikləri;
- geniş şəkildə istehsal prosesində beynəlxalq ixtisaslaşma,
kooperativləşmə və kooperasiya;
- əlaqələndirilən iqtisadi strategiya və siyasətin işlənməsi.
Öz məzmununa görə regional inteqrasiya region ölkələrinin
təkrar istehsal proseslərinin qovuşması, şəbəkələşməsi və bir-birinə
nüfuz etməsidir.
İqtisadi inteqrasiya - mürəkkəb tarixi təzahür olmaqla, hər bir
halda özünün fərqli cəhətləri və xüsusiyyətlərinə malikdir. İnteqrasiyaya
iki nöqteyi-nəzərdən baxmaq lazımdır: həm iqtisadi kateqoriya, həm də
proses kimi. Xasbulatov R.İ. göstərir: «Dünyada heç yerdə vahid
təsərrüfat mexanizminin yaradılmasını nəzərdə tutan tam inteqrasiyaya
nail olunmadığından, beynəlxalq iqtisadi inteqrasiya iqtisadi kateqoriya
kimi hələ də kifayət qədər mücərrəd xarakter daşıyır»'.
Bununla yanaşı bu təzahürün məğzi ondan ibarətdir ki, özlərinin
aşağıdakı məqsədlərini bəyan edən dövlətlər müəyyən məqsədyönlü
hərəkətlərin yerinə yetirilməsi üçün birlik yaradırlar: 1) iqtisadi
qruplaşmanın təsis (təşkil) edilməsi; 2) ölkələrin iqtisadi cəhətdən
yaxmiaşmalan üçün əlverişli şəraitin yaradılması; 3) inteqrasiya
birləşməsinin yalnız ümumi məqsəd və vəzifələrinin deyil, eləcə də onun
qurulması mərhələlərinin müfəssəl planının hazırlanması, cəmiyyətin
konkret sosial məqsədlərə nail olması üçün ümumi iqtisadi, büdcə, vergi,
ticarət, investisiya siyasətlərinin kri- teriyasının müəyyən edilməsi.
Хасбулатов Р.И. Мировая экономика. M., 1994.C.572
139
Müasir dünyada müxtəlif vektorlu inteqrasiya meylləri inkişaf
edir. Bu o halda baş verir ki, bir inteqrasiya prosesi qlobal və ya
sərhədyanı xarakterli digər bir inteqrasiya birliyinə bağlanıhr. Çox vaxt
bu öz təzahürünü o halda alır ki, bir inteqrasiya birliyinin üzvü olan ölkə
digər birinin üzvlüyünə daxil olur, üçüncüyə üzv olmağa can atır və s. Bu
da o halda mümkündür ki, inteqrasiya birliyi yaxşı nəticə əldə edə bilmir.
Məsələn, AATA, MDB və s. Burada digər bir hal da mövcuddur:
regional iqtisadi birləşməyə daxil olan ölkə tezliklə bundan xeyir əldə
edəcəyinə ümid bəsləyir. Lakin onlar tam mənada nəzərdə tutmurlar ki,
onlar bunun üçün üzərlərinə müəyyən öhdəliklər götürməli, onu yerinə
yetirməli və yalnız bundan sonra iqtisadi, mədəni və siyasi səmərəni
güdməlidirlər.
İnteqrasiyanın müxtəlif vektorlu (bəzən də bunu çox qatlı
inteqrasiya adlandırırlar) xüsusiyyətləri yalnız çoxlu sayda regional
inteqrasiya birləşmələrinin olması ilə deyil, hər şeydən əvvəl bu prosesin
özünün xarakteri ilə müəyyənləşdirilir.
Birinci, müasir dünyada qlobal inteqrasiya güclü şəkildə inkişaf
edir. Belə inteqrasiyanın forması kimi bəzi hallarda lokal- inteqrasiya
çıxış edir. Buna misal olaraq ucsuz-bucaqsız geniş ərazidə yerləşən
Hind-Sakit okean regional birləşməsini göstərmək olar. Dünya
ticarətinin 60%-i, ümumdaxili məhsulun 57%-i bu inteqrasiyada birləşən
ölkələrin payına düşür. Göründüyü kimi, artıq bunu yalnız regional
inteqrasiya kimi deyil, daha mürəkkəb, qlobal təzahür kimi qəbul etmək
lazımdır; başqa bir proses bütün Qərb yarımkürəsini azad ticarət
zonasında birləşdirəcək «İki Amerika» layihəsidir;
İkincisi, ənənəvi regional inteqrasiya birləşmələri daha böyük
təkanla inkişaf edir. Bu sahədə həm keyfiyyət, həm də miqyas etibarilə
Avropa ittifaqı liderlik edir. Bununla yanaşı 1960-
1970- ci illərdə yaradılmış və onilliklər boyu yüksək səmərə verməmiş
Asiya, Afrika, Latın Amerikası ölkələrindəki inteqrasiya birliklərində
XXI əsrin əvvəllərindən birləşmə hərəkətləri canlanma yoluna qədəm
qoymuşdur.
İnteqrasiya proseslərinin başlıca iştirakçıları dünya
iqtisadiyyatının beynəlmiləşməsinin nəticəsi kimi inkişaf etmiş ölkələrin
xüsusi kapitalı, onların transmilli şirkətləridir.
140 <> .■ MU^^'tt/tüİjOf ı> i l i x - , tz/rv t-ifiij'Xi V,- ı^yrıirirVik* at i tfHinimi ^
İnteqrasiya birləşmələrinin yarandıqlan vaxtdan müvəffəqiyyətlə
fəaliyyət göstərmələri üçün birinci növbədə aşağıdakı məsələlər həll
olunmalıdır:
- ölkələr arasında iqtisadi əlaqələri tənzimləmək məqsədilə
dövlətlərarası orqanlar sisteminin yaradılması;
- azad ticarət zonalarının, gömrük ittifaqlarının, ümumi bazarın
yaradılması;
- makroiqtisadi proseslərə dövlətlərarası müdaxilə. Bu müdaxilə
artım templəri, istehsalın yerləşdirilməsi və strukturu, elm və texnikanın,
təhsilin, valyuta-maliyyə münasibətlərinin tənzimlənməsilə əlaqədar
olur;
- mikrosəviyyədə- müxtəlif ölkələrin müəssisələri, firmaları və
inhisarları arasında geniş əlaqələrdən və sazişlərdən istifadə olunması.
İnteqrasiya mexanizminin fəaliyyət göstərməsinin xüsusi
qanunlar sistemi hər bir iştirakçı ölkə üçün yerinə yetirilməsi məcburi
olan milli üstqurum səviyyəsi qanunları ilə təsbit edilir.
İqtisadi inteqrasiya beynəlxalq əməkdaşlıq sahəsində əvvəllər
mövcud olan bu və ya digər formadan daha yüksək olduğundan, digər
bərabər şərtlər daxilində onun gətirdiyi iqtisadi səmərə də böyük olur.
Bu iqtisadi səmərə inteqrasiya nəticəsində əldə edilən qazancdan əmələ
gəlir. Bunlar aşağıdakılardır:
-inteqrasiyaya girən ölkələrin bir-birinin maliyyə, əmək, maddi,
təbii ehtiyatlarına daha geniş çıxış əldə etmələri;
- birlik ölkələri daxilində işlənilmiş yeni texnika və
texnologiyalardan, «nou-hau»lardan birgə və ya ayrılıqda istifadə etmək
imkanlan;
- birliyin daha geniş tutumlu bazarı üçün həmcins məhsulların
istehsalının inkişaf etdirilməsi;
- iştirakçı ölkələri üçüncü ölkənin rəqabətindən qorumaq;
- iştirakçı dövlətlərə daha ciddi sosial problemlərin birgə həll
edilməsinə imkan yaradılması;
- iqtisadiyyatı nisbətən zəif inkişaf etmiş ölkənin iqtisadi
inkişafının birliyin «orta göstəricisi» ilə bərabərləşdirilməsi üçün
birliyin imkanlarından istifadə etməsi.
İqtisadi inteqrasiyanın məqsədi - milli iqtisadiyyatların
yaxınlaşması və iqtisadi problemlərin birgə səmərəli həllinin təmin
olunmasıdır. Bununla da ölkələrin milli xüsusiyyətlərinin müxtəlifliyi
dövlətlərin iqtisadi birliyinin müxtəlifliyinə səbəb olur.
141
Bu İqtisadi birliklər bir-birindən iştirakçıların sayı, insan və iqtisadi
potensialın məcmuu, iqtisadi siyasətin alətləri, dövlətləra- rası
orqanların səlahiyyətləri, təbii sərvətlərin bolluğu, mənəvi və mədəni
yaxınlıq və s. ilə fərqlənirlər.
İnteqrasiyanın əsas məqsədləri aşağıdakılar ola bilər:
1. Geniş miqyaslı iqtisadiyyatın üstünlüklərindən istifadə
etmək. Bu üstünlüklərə: bazarın ölçüsünün genişləndirilməsi, trans-
səhmlərə çəkilən xərclərin ixtisar olunması, birbaşa xarici investisiya
axınının güclənməsi daxildir.
2. Əlverişli xarici siyasi mühitin yaradılması. Bu məqsəd
Cənubi-Şərqi Asiya və Yaxın Şərq ölkələri üçün xüsusi ilə xarakterikdir.
Burada siyasi, hərbi, sosial və digər qeyri-iqtisadi sahədə qarşılıqlı
anlaşma və əməkdaşlığın möhkəmləndiriliməsi mühüm əhəmiyyətə
malikdir.
3. Ticarət siyasəti məsələlərinin həll edilməsi. Regional
inteqrasiyaya çoxtərəfli danışıqlar və Ümumdünya ticarət təşkilatı
çərçivəsində iştirak edən dövlətlərin mövqelərinin möhkəmləndirilməsi
üsulu kimi baxılır.
4. İqtisadiyyatın quruluşunun təkmilləşdirilməsinə yardım
etmək. Bazar iqtisadiyyatına keçən və yaxud köklü iqtisadi islahatlar
həyata keçirən ölkələrin, daha yüksək bazar yönlü iqtisadiyyatı olan
ölkələrin regional ticarət sazişlərinə qoşulmalarına bazar təcrübəsinin
verilməsinin mühüm kanalı kimi baxılır. Daha yüksək inkişaf etmiş
ölkələr öz qonşularının inteqrasiya prosesinə qoşulmalarına həm də
ona görə maraqlıdırlar ki, onların bazar iqtisadiyyatına keçmələri ilə
əlaqədar həyata keçirdikləri islahatlar sürətlənsin və orada iri həcmli
bazarlar yaradılsın.
5. Sənayenin gənc və mütərəqqi sahələrinin inkişafı himayə
edilməlidir. Belə ki, onlar üçün daha geniş və potensial regional bazar
meydana gələcəkdir. Bu məqsəd Latın Amerikası və Saxa- ranın
cənubundan yuxarıda yerləşən Afrika ölkələrinin inteqrasiya birlikləri
üçün aparıcı rol oynamışdır.
Beləliklə, inteqrasiya nəticəsində ayrı-ayrı ölkə qrupları öz
aralarında digər ölkələrə nisbətdə ticarət və istehsal amillərinin hərəkəti
üçün daha əlverişli şərait yaradırlar. Belə regional təsisatlar dünya
iqtisadiyyatı üçün müsbət amil kimi qiymətləndirilir. Bu şərtlə ki,
inteqrasiyaya daxil olmuş ölkələr öz aralarında
qarşılıqlı iqtisadi əlaqələri liberallaşdırmaqla, üçüncü ölkələrlə ticarət
şərtlərində əngəlliklər yaratmasın.
4.5. Ölkələr səviyyəsində inteqrasiya birliklərinin təkamülü
Təsərrüfat həyatmm beynəlmiləşməsi- beynəlxalq iqtisadi in-
teqrasiyanm başlıca maddi bazasıdır. Beynəlmiləşmə prosesinin özü
sadədən mürəkkəbə doğru inkişaf etdiyi kimi, inteqrasiyanın da inkişafı
həmin yolla gedir-onun sadə formasından, çox müvəffəqiyyətlə inkişaf
edən inteqrasiya forması olan Avropa ittifaqı kimi mürəkkəb formasma
qədər bir təkamül yolu keçir. Nə qədər İd, beynəlmiləşmə ilk vaxtlarda
dövriyyə dairəsini əhatə edirdi və beynəlxalq ticarətlə əlaqədar idi
(XVIII əsrin sonu -XX əsrin əvvəli), beynəlxalq inteqrasiyanın sadə
forması da beynəlxalq ticarətlə bağh olmuşdur.
XIX əsrin sonlarından başlayaraq kapitalın beynəlxalq hərəkəti
mühüm rol oynamağa başlayır. XX əsrin 80-cı illərindən bəri kapitalın
beynəlxalq hərəkəti xüsusilə intensiv və dinamik, onun miqyası isə
möhtəşəm (böyük) xarakter almışdır.
Təbiidir ki, məhsuldar qüvvələrin belə inkişafı beynəlxalq
iqtisadi inteqrasiyanı, onun formalarını mürəkkəbləşdirmiş və onların
təkamülünə öz güclü təsirini göstərmişdir.
Beynəlxalq iqtisadi inteqrasiyanın sadə formadan mürəkkəb
formaya doğru inkişafına, müə)o^ən mənada mərhələli inkişaf kimi
baxılır. Bu mərhələlərə aşağıdakılar aiddir:
-azad ticarət zonası(free trade zone);
-gömrük ittifaqı (custom union);
-vahid, yaxud ümumi bazar (common market);
-valyuta ittifaqı (monetary union);
-iqtisadi ittifaq (economic union);
-siyasi ittifaq (politican union).
İnteqrasiya prosesinin mərhələləri 9 saylı cədvəldə verilmişdir.
Qeyd etmək lazımdır ki, həm əvvəllər mövcud olmuş, həm də hazırda
fəaliyyət göstərən inteqrasiya təsisatlarından yalnız Avropa ittifaqı bu
mərhələlərin hamısından keçmişdir.
Müxtəlif ölkələrin iqtisadiyyatının daxili inkişafının sti-
mullaşdırılması nöqteyi-nəzərindən beynəlxalq inteqrasiyanın inkişaf
mərhələlərindən azad ticarət zonası və gömrük ittifaqı əsaslı təkamülə
məruz qalmışlar.
Bir sıra ölkələrdə azad ticarət zonaları, xüsusi iqtisadi zonalar,
gömrük zonaları, ofşor zonalar və s. əsaslı iqtisadi səmərə verir, əhalinin
həyat səviyyəsinin yüksəlməsinə kömək edir, regiona xarici kapitalı cəlb
edir. Burada həm inkişaf etmiş ölkələr qrupu (ABŞ, Böyük Britaniya,
Fransa, Almaniya, İtaliya, İrlandiya), həm də inkişaf etməkdə olan
ölkələr (bir sıra Asiya ölkələri, Türkiyə, Latın Amerikası, Çin,
Baltikyanı ölkələr) qrupuna aid çoxlu misallar gətirmək olar.
Cədvəl №9. İnteqrasiya prosesinin mərhələləri
İmtiyazlı ticarət
sazişləri
Azad ticarət zonası
Gömrük ittifaqı
Ümumi bazar
iqtisadi, valyuta və siyasi birliklərin tam inteqrasiyası
• Qarşı- • Qarşı- • Üçüncü • Bütün is- • İqtisadi si- lıqlı tica- lıqlı tica- ölkələrə tehsal a- yasətin hazır- rətdə ta- rətdə ta- münasi- millərinin lanması rif və di- rif və bətdə va- azad hərə-
gər ma- qeyri-ta- hid tarif kəti • Milli üst- neələrin rif ma- və qeyri- qurumları
azaldıl- neələri- tarif tən- • Ölkə tənzimləmə
ması nin ara- zimlən- başçıları- funksiyaları- dan qal- məsi nın, nazir- na malik döv-
• Üçün- dıniması lər Şurası- lətlərarası or-
cü ölkələ- nm. Katib- qan. rə müna- • Ölkələr • Nazir- liyin görüş-
sibətdə arasında lər və ka- ləri
milli ta- mal və tiblik sə-
riflərin xidmətlə- viyyəsin-
saxlanıl- rin azad də döv-
ması hərəkəti lətləra-
rası şura
• Dövlət- • Kiçik
lərarası dövlət
idarəetmə katibliyi
orqanlan
yaradıl-
mır.
Mənbə: Киреев A. Meəfc tapodnoe экономика.M.,1999, часть 1, cmp. 366
144
Azad ticarət zonası-ölkənin gömrük ərazisindən kənarda
yerələşən limanların əraziləri azad zona (azad ticarət zonası, azad
iqtisadi zona) adlanır. Bu anlayışın ümumi qəbul olunmuş təfsiri
məzmun etibarı ilə onun preferensial (güzəştli) zona olması deməkdir.
Azad ticarət zonası çərçivəsində əmtəə və xidmətlərin beynəlxalq
ticarəti prosesində gömrük və kəmiyyət məhdudiyyətləri aradan
qaldırılır. Belə zonalar hökumətlərarası sazişlər əsasında yaradılır və
müəyyən bir müddətdə bütün rüsumlar ləğv olunur, bu saziş əsasında
fəaliyyət göstərən firmalara vergi güzəştləri tətbiq olunur, digər qeyri
tarif məhdudiyyətləri aradan qaldırılır və s. Belə yanaşma Avropa ittifaqı
birliyinin fəaliyyətinin ilk mərhələsi üçün xarakterik olmuşdur. Azad
ticarət zonaları haqqında sazişlər, bir qayda olaraq rüsumların
qaldırılmasına qarşılıqlı maratoriya qoyulması prinsipinə əsaslanır.
Buna müvafiq olaraq tərəf-müqabilləri bir tərəfli qaydada gömrük
rüsumlarını yüksəldə və yeni ticarət maneələri tədbiq edə bilməzlər.
Bu növ inteqrasiyaya Macarıstan, Polşa, Slovakiya və Çexiya
tərəfindən yaradılmış təşkilatı misal göstərmək olar. 1992- ci ilin
dekabrında bu ölkələr Azad ticarət haqqında mərkəzi Avropa Sazişini
(SEFTA) imzaladılar. 1996-cı ildə Sloveniya da bu sazişə qoşuldu.
Azad ticarət zonasına daxil olan ölkələrin hər biri üçüncü
ölkəyə münasibətdə özünün müstəqil xarici ticarət siyasətini həyata
keçirə bilər. İnteqrasiyanın bu forması AATA, NAFTA, MERKOSUR,
ASEAN kimi birliklərdə tətbiq olunur.
Azad zonalara gətirilən əmtəələrdən gömrük rüsumu tutulmur,
orada qaldıqları müəyyən vaxt ərzində və reixrac olunduqda ixrac üçün
nəzərdə tutulan bütün rüsum, yığım və vergilərdən azad olunurlar.
Hazırda ABŞ-da 145, Qərbi Avropa ölkələrində 90, o cümlədən
İsveçrədə 26, İspaniyada 22, İtaliyada 11, Fransada 10, Finlandiyada 7,
Almaniyada 6 azad iqtisadi zona fəaliyyət göstərir. Ümumilikdə inkişaf
etməkdə olan ölkələrdə fəaliyyət göstərən 235 azad iqtisadi zona var.
Kanadada 3, Yaponiya və Avstraliyanın hər birində bir azad iqtisadi
zona fəaliyyət göstərir.
Dənizə çıxışı olmayan ölkələrdə, beynəlxalq razılaşmalara
müvafiq olaraq ən yaxm limanın ərazisi azad zona kimi istifadə olunur.
___ ________ 145
Gömrük ittifaqı-beynəlxalq iqtisadi inteqrasiyada növbəti
mərhələdir. Bu, iki və ya daha çox ölkənin ticarətdə şömrük rüsumunun
ləğv olunması barədə sazişə girmələridir, iqtisadi inteqrasiyanın bu
mərhələsi kollektiv himayədarlığın elə bil ki, bir formasıdır. Gömrük
ittifaqının azad ticarət zonasından əsas fərqi ondan ibarətdir ki,
burada ittifaqın üzvləri öz aralarında ticarət əməliyyatları zamanı yalnız
tarif və kvotaları aradan qaldırmır, həm də üçüncü ölkəyə münasibətdə
vahid xarici ticarət siyasətini həyata keçiririlər. QATT-in XXİV
maddəsinə əsasən gömrük ittifaqı bir neçə gömrük ərazisinin biri ilə
əvəz olunmasını nəzərdə tutur. Əgər azad ticarət zonası müəyyən
sahələrin birləşməsini təmin edir və inteqrasiya prosesini tənzimləyirsə,
gömrük ittifaqı rüsumsuz ticarətin mövcudluğunu təsdiq edir və onun
həyata keçirilməsini təmin edir. QATT-ÜTT-nın sənədlərində bu
anlayışların konkret fərqləri göstərilmir və razılığa gələn tərəflər
«oyunun qaydaları»nı özləri müəyyənləşdirirlər.
Gömrük ittifaqında ölkənin daxili sərhədlərində gömrük
xidməti ləğv olunur, onlann funksiyası isə vahid gömrük ərazisində
müvafiq xidmət orqanlarına verilir.
Gömrük ittifaqı əmtəə və xidmətlərin inteqrasiya daxili
rüsumsuz ticarətini və region daxilində onların tam sərbəst
yerdəyişməsini təmin edir. Bir qayda olaraq, gömrük ittifaqı xarici
ticarət siyasətinin həyata keçirilməsini əlaqələndirən daha yüksək inkişaf
etmiş dövlətlərarası orqanlar sisteminin yaradılmasını nəzərdə tutur.
Bu müvafiq nazirlərin iştirakı ilə dövri olaraq tez- tez keçirilən
yığıncaqlar formasında həyata keçirilir.
Vahid (ümumi) bazar -inteqrasiya birləşmələrinin daha yüksək
pilləsidir. Bu, gömrük ittifaqında olan şərtlərdən əlavə, həm də
iştirakçı dövlətlər daxilində bütün istehsal amillərinin azad hərəkəti üçün
bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutur. Ümumi bazarm
yaradılması ölkələrin milli qanunvericiliklərinin təkmilləşdirilməsini,
standartların yaxınlaşdınlma- sını, eləcə də inteqrasiyanın institusional
əsaslarının, birləşmə prosesinin ümumi idarəetmə orqanlarının inkişafını
nəzərdə tutur. Ümumi bazarın yaradılması yalnız azad ticarət zonaları və
gömrük ittifaqında nəzərdə tutulan məsələləri deyil, daha mürəkkəb və
həcmli məsələlərin həllini həyata keçirir: vahid iqtisadi və sahə siyasətinin həyata keçirilməsi (o cümlədən kənd tə
146 .
sərrüfatı və nəqliyyat); kapitalın, işçi qüvvəsi və informasiyaların sərbəst
hərəkət etməsi şərtlərinin təmin olunması; inteqrasiya prosesini
tənzimləyən ümumi institutların yaradılması. Lakin ümumi bazarın
yaradılması prosesi də o qədər hamar getmir. Buna, ümumi bazara
daxil olan dövlətlərin yeritdikləri iqtisadi siyasətdə ki, fərqlər mane
olur.
İnteqrasiya daxilində əlaqələndirmə iştirakçı dövlət və
hökumət başçılarının ildə 1-2 dəfə keçirilən sammitində və nazirlərin
daha tez-tez keçirilən görüşlərində həyata keçirilir. Məsələn, Aİ-da bu
Dövlət və hökumət başçılarının Avropa Soveti, Aİ- nın Nazirlər Şurası
və Aİ-nin Katibliyidir.
İqtisadi ittifaq. Ölkələrin vahid bazar yolunda inkişafı iqtisadi
ittifaqın yaradılmasına gətirib çıxanr. Bu forma iştirakçı- dövlətlər
arasmda olan iqtisadi və siyasi ziddiyyətlərin iqtisadi siyasətin
razılaşdırılması yolu ilə aradan qaldınimasını nəzərdə tutur. Aİ
çərçivəsində vahid kənd təsərrüfatı siyasəti həyata keçirilir, sənaye,
energetika, nəqliyyat, regional, sosial, elmi-texniki siyasət razılaşdırılır.
Belə bir inteqrasiyaya hələlik yalnız Avropa it- tifaqınm timsalında
nail olunmuşdur və bu 1993-cü ilin əvvəllərində başa çatmışdu*.
Bu mərhələdə inteqrasiya birliklərinə daxil olan dövlətlər vahid
iqtisadi, valyuta, büdcə, pul siyasətinin, vahid valyutanın tətbiqinin və
digər bir sıra məsələlərinin inteqrasiya qruplaşması daxilində milli
üstqurum orqanlan tərəfindən tənzimlənməsi üçün öz funksiyalarının bir
hissəsindən imtina edirlər. Bu üstqurum orqanlarma üzv ölkələrin
hökumətləri ilə razılaşmadan, təşkilata aid olan məsələlər barədə qərar
qəbul etmək hüququ verilir. Məsələn, Aİ-də belə bir hüquqa Avropa
ittifaqının Komissiyası malikdir.
Valyuta ittifaqı-vahid bankın yaradılması da daxil olmaqla, vahid
valyutanın tətbiqi ilə vahid regional valyuta sisteminin yaradılmasıdır.
Bu mərhələdə vahid valyuta kredit sisteminin təşəkkülü,
əlaqələndirilmiş makroiqtisadi siyasətin və s. razılaşdınlması təmin
edilir. Maastrix müqaviləsi qısa bir müddət ərzində Avropa iqtisadi
birliyində əvvəllər yaradılmış iqtisadi ittifaqı tamamlayan valyuta
ittifaqınm faktiki yaradılmasına gətirib çıxardı.
Tam iqtisadi və ya siyasi inteqrasiya -vahid bazar məkanının tamamlanmış iqtisadi və siyasi bütövlüyə çevrilməsidir. Bu,
‘^"'1 '‘7'*“*** 147
Ölkələr arasında sadəcə razılaşmanı deyil, üzv ölkələrin qanunçuluq
bazasının vahid şəklə salınması əsasında eyni, faktiki olaraq yeganə
iqtisadi siyasətin həyata keçirilməsidir.
Bu mərhələdə tədricən beynəlxalq iqtisadi və siyasi
münasibətlərin yeni çoxmillətli subyekti formalaşır, vahid federativ və
konfederativ dövlət yaradılmasına doğru hərəkət edilir.
Qeyd etmək lazımdır ki, ölkələr arasında tam inteqrasiya
ümumiyyətlə mümkün deyil. Belə ki, tam inteqrasiya vahid bir
dövlətin yaradılması deməkdir. Bu da, o halda mümkündür ki, tam
inteqrasiyaya daxil olmaq istəyən dövlətlər öz müstəqilliklərini itirsinlər.
Buna da nə dövlətlərin özləri, nə də həmin dövlətlərin vətəndaşları yol
verə bilməzlər.
Təcrübə göstərir ki, vahid iqtisadi məkanın yaradılması özü çox
çətin və mürəkkəb prosesdir. Beynəlxalq iqtisadi inteqrasiyanın yaranma
tarixi göstərir ki, regional inteqrasiyanın mərhələləri arasında, onlann
avtomatik olaraq həyata keçirilməsi üçün ciddi vahid qanunauyğunluq
yoxdur. Burada hər şey BİM-in konkret tarixi şəraitindən, inteqrasiyaya
daxil olmaq arzusunda olan dövlətlərin iqtisadi və siyasi maraqlarından
asılıdır.
İnteqrasiya birliklərinin inkişaf səviyyəsi 10 saylı cədvəldə
verilmişdir.
Regional iqtisadi komplekslərə qloballaşmanın seqment- ləşməsi
kimi deyil, onun mühüm tərkib hissəsi kimi baxmaq lazımdır.
Regionlaşma ticarətin liberallaşdırılması, beynəlxalq iqtisadiyyatda
bütün istehsal amillərinin sərbəst hərəkəti üçün əlavə imkanlar, yeni
stimullar yaradır və o, qloballaşmaya qarşı çağırışlardan biridir.
Digər tərəfdən sözsüz ki, qloballaşma və regionlaşma arasında
ziddiyyətlər də mövcuddur. Əgər regionlaşma ayrı- ayrı ticərət iqtisadi
qrupların xüsusiləşməsini gücləndirə, kollektiv himayədarlığı inkişaf
etdirsə də, o həm də ümumi qloballaşma prosesini ləngidə bilər.
QATT-in (TTBS) Uruqvay raundunda ÜTT-nın fəaliyyəti
beynəlxalq ticarət münasibətlərinin səviyyəsini yüksəltdi, yeni şəraitdə
tərəflərin qarşılıqlı əlaqəsini tənzimləyən qaydaları hazırladı. Regional,
subregional və qlobal səviyyələrin kombinasiyası dövlətlərin ÜTT
sisteminin normalarına əsaslanan açıq, ayrı-seçkiliyi nəzərdə tutmayan
siyasət yeritmələrinin ən vacib vasitə olduğunun zəruriliyini sübut edir.
QATT-in XXIV mad
148
dəsində göstərilir ki, inteqrasiya qruplarının yaradılmasının məqsədi
«digər iştirakçı dövlətlər arasında və həmin ərazidə ticarət əlaqələrində
yüngülləşdirmənin təmin olunmasıdır». Burada, həm də nəzərdə tutulur
ki, beynəlxalq regional sazişlərin məqsədi digər ölkələr üçün BİM
sahəsində əngəllər yaratmaq deyil, əksinə inteqrasiya qrupu üzvləri
arasında beynəlxalq ticarətin və BİM-in digər formalarının tədricən
mərhələlərlə irəlilədilməsi olmalıdır.
Cədvəl № 10. İnteqrasiya birliklərinin inkişaf səviyyəsi
Səviyyə Adı, yaranma
tarixi
Üzv ölkələr
1 2 3
İmtiyazlı
ticarət
sazişləri
İş birliyi və
əməkdaşlıq
haqqında Avropa
ittifaqı və keçmiş
SSRİ ölkələri
arasında saziş-1994
Avropa ittifaqı, Belarusiya,
Qazaxıstan, Rusiya və Ukrayna
Avropa ittifaqı ilə
assosiasiya haqqında
saziş 1991-1995
Bolqariya, Çexiya, Macanstan, Polşa,
Rumuniya, Slovakiya, Estoniya,
Latviya, Litva, Sloveniya.
Azad
ticarət
zonası
Avropa azad ticarət
assosiasiyası
(AATA)- 1960
Avstriya, Böyük Britaniya,
Danimarka, İsveçrə, Finlandiya,
İslandiya, Lixtenşteyn, Portuqaliya,
Norveç, İsveç. 1972-d ildə
AATA-dan Böyük Britaniya və
Danimarka, 1986-a ildə Portuqaliya,
1995-ci ildə Avstriya, Finlandiya və
İsveç çıxdılar. Baltika ATZ- 1993 Estoniya, Latviya, Litva
Vişeqrad dörd- lüyü-1990 Macarıstan, Polşa, Çexiya, Sloveniya
Mərkəzi Avropa azad ticarət zonası- 1992
Macarıstan, Polşa, Çexiya, Sloveniya, Slovakiya
149
Şimali Amerika
Azad Ticarət Zonası
NAFTA- 1994
Kanada, Meksika, ABŞ j
İqtisadi əlaqələrin genişləndirilməsi barədə Avstraliya, yeni Zellandiya ticarət sazişi-1993
Avstraliya, Yeni Zellandiya
Asiya Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı - ASOİƏT-1989
Asiya, Şimali və Cənubi Amerika- mn 2 iştirakçı ölkəsi, Avstraliya, Yeni Zellandiya, Bruney, Malayziya, Sinqapur, İndoneziya, Qvineya, Tailand, Filippin, Tayvan, Honq-Konq, Meksika, Çin, Cənubi Koreya, Yaponiya, ABŞ, Kanada, Çüi 1997-ci ildən Vyetnam, Peru və Rusiya Federasiyası.
Gömrük
ittifaqı
Mərkəzi Amerika ümumi bazarı (MAÜB)- 1961
Kosta-Rika, Salvador, Qvatemala,
Honduras, Nikaraqua
Ərəb ümumi bazarı (ƏÜB)-1964
Misir. İraq, İordaniya, Mavri- taniya,
Suriya, Yəmən
Ümumi
bazar
1. Latın Amerikasının inteqrasiya assosiasiyası-1960
Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru, Uruqvay, Venesuela, Paraqvay
2.Cənub yarımkürəsinin ümumi bazarı - MERKO- SUR-1991
Argentina, Braziliya, Uruqvay, Paraqvay
3.Karib birliyi və Karib ümumi ba- zarı-KARİKOM- 1973
Antiqua və Barbuda, Baham ada- lan, Barbados, Beliz, Dominika, Qayana, Yamayka, Montserrat, Sent-Kits, Qrenada, Surinam, Trinidad i Tobaqo, Sent-Lyusiya,
150
Sent Vinsent, Haiti. 4. And qrupu Boliviya, Kolumbiya, Ekvador, Peru,
Venesuela.
5.Fars körfəzi ərəb dövlətləri əməkdaşlıq ittifaqı. «neft altlığı»-1981
Bəhreyn, Küveyt, Oman, Qatar,
Səudiyyə Ərəbistanı, BƏƏ
6.Cənubi-Şərqi
Asiya ölkələrinin
assosiasiy ası,
ASEAN-1967
İndoneziya, Filippin, Bruney,
Sinqapur, Malayziya, Tailand, 1995-
ci ildən Vyetnam
iqtisadi İttifaq
1 .Avropa iqtisadi
birliyi AİB 1957,
1993 ildən Avropa
ittifaqı
Avstraliya, Belçika, Böyük
Britaniya, Danimarka, Almaniya,
Yunanıstan, İrlandiya, İspaniya,
İtaliya, Lüksemburq, Niderland,
Portuqaliya, Finlandiya, Fransa,
İsveçrə
2. İqtisadi birlik
Benilyuksl948 Belçika, Niderland, Lüksemburq
3.Müstəqil dövlətlər
birliyi, MDB - 1992 Azərbaycan, Belarusiya, Gürcüstan,
Qazaxıstan, Ermənistan, Qırğızıstan,
Moldova, Rusiya, Tacikistan,
Türkmənistan, Ukrayna, Özbəkistan
4.Ərəb Məqribi
İttifaqı-1989
Əlcəzair, Liviya, Mavritaniya,
Marokko, Tunis S.Qərbi Afrika
iqtisadi və valyuta
birliyi-1994
Benin, Burkino-Faso, Kot-de- İvar,
Mali, Nigeriya, Seneqal, Toqo
ö.Cənubi Afrika
İnkişaf birliyi
SADK-1973
Anqola, Botsvana, Lesoto, Ma- lavi,
Mozambik, Namibiya, Svazilend,
Tanzaniya, Zambiya və Zimbave,
CAR
7.Qərbi Afrika
ölkələrinin iqtisadi
birliyi.
Benin, Burkino Faso, Yaşıl Burun
adalan, Kot-divuar, Qambiya, Qana,
Qvineya, Qvineya-Bissau, Li-
151
EKOVAS-1975 beriya. Mali, Mavri, Niger, Nigeriya,
Seneqal, Serra-Leone, Taqo.
S.Mərkəzi Afrika
ölkələrinin iqtisadi
birliyi
11 üzv ölkə
4.6. Azad ticarət haqqında Amerika-Kanada-Meksika sazişi
(North American Free Trade Area-NAFTA)
Şimali Amerikanın bütün ərazisi azad ticarət haqqında Şimali
Amerika sazişi ilə əhatə olunmuşdur. Şimali Amerikada inteqrasiya
prosesinin fəallaşmasma yönəlmiş ilk rəsmi hərəkətin məqsədi Kanada
iqtisadiyyatının aparıcı sahələrinə ABŞ investisiyalarının
stimullaşdırılmasma yönəldilmiş «Ebbot Planı» olmuşdur. Bu plan
1947-ci ildə qəbul olunmuşdur.' Bundan sonra, 1959-cu ildə ABŞ və
Kanada Amerikanın standartlarının Kanadanın hərbi texnika istehsalına
tətbiq olunmasına imkan yaradan «Birgə hərbi istehsal barədə saziş»
imzaladılar.
XX əsrin 80-ci illərində Avropa və Asiyada güclənən
inteqrasiya prosesləri NAFTA-nm yaradılması barədə
məsələnin əhəmiyyətini daha da artırdı. Belə ki, aydın oldu ki,
Avropanın birləşməsinə cavab Amerikanın və onun bir hissəsi kimi
Şimali Amerikanın birləşməsi zəruridir. Əgər, Avropa ittifaqında
inteqrasiya prosesləri yuxarıdan aşağıya
(hökumətlərdən və dövlət orqanlarından) həyata keçirilirdisə. Şimali
Amerikada bu aşağıdan yuxarıya, yəni mikrosəviyyədə
əməkdaşlıqdan (Amerika və Kanada korporasiyaları arasında)
makrosəviyyədə əməkdaşlığa doğru baş verirdi.
Avropa ittifaqından fərqli olaraq NAFTA öz qarşısında
dövlərlərüstü inzibati orqanların yaradılmasını, eləcə də yeni
qanunvericiliyin işlənilməsini məqsəd kimi qoymamışdı. NAFTA
beynəlxalq hüquq çərçivəsində yalnız beynəlxalq ticarət sazişidir.
ABŞ və Kanada arasında ikitərəfli münasibətlərin inkişafının
ikinci mərhələsi avtomobil istehsalı məhsulları üzrə ticarətin
'Милейковский А. Г. Англо-американские противоречие в Канаде после
второй мировой войны . М,1956
152 İ
liberallaşdınlması haqqında 1965-ci ildə bağlanan saziş oldu və bu saziş
də öz növbəsində digər bir çox sahələrdə inteqrasiya prosesini
stimullaşdırdı.
ABŞ-ın Kanada ilə ticarət-siyasi birlik yaratması 1970-ci
illərin sonundan Vaşinqton tərəfindən daha fəal şəkildə həyata
keçirilməyə başladı. İlkin olaraq danışıqlar ABŞ, Kanada, Meksika
arasında üç ölkənin eneıji ittifaqımn yaradılmasmdan gedirdi.' Lakin
konqres 1979-cu ildə «Ticarət Sazişləri Haqqında» qanunda ABŞ
prezidentinin ünvanına direktiv qəbul edərək təklif etdi ki. Şimali
Amerika azad ticarət zonasının yaradılması perspektivini öyrənsin.
1988-ci ilin sentyabrında çox çətin keçən üç illik danışıqlardan
sonra Amerika ilə Kanada arasında azad ticarət haqqında saziş
imzalandı (CUSFTA). Sazişə müvafiq olaraq yaxın on il ərzində ABŞ
ilə Kanada arasında azad ticarət zonasının formalaşdırılması nəzərdə
tutulurdu. Bu on il ərzində iki ölkə arasında ticarət- istehsal əlaqələrinin
dinamikası xüsusi vüsət aldı. Bu müddət ərzində ABŞ-da Kanadanın
işgüzar dairələrinin dəstəyi ilə ikitərəfli sazişin imkanları öyrənilərək,
Meksikanın da sazişə cəlb olunmasına baxıldı.
-Ətraf mühitin qorunması sahəsində əməkdaşlıq haqqında
Şimali Amerika sazişi (1993). Ətraf mühitin qorunması üzrə Şimali
Amerika sazişində (North American Agreement on Ecological
Cooperation - NAAEC) ekoloji standartlar, onlar üzərində nəzarət
qaydaları müəyyənləşdirilərək, mübahisələrin həlli mexanizmi
işlənilmişdir. 1993-cü ildə NAFTA-nın ekoloji əməkdaşlıq üzrə
Komissiyası təsis olunmuşdur. Komissiya daxilində bölmələr üzrə işçi
qruplar fəaliyyət göstərir. Bunlara təhlükəli məhsulların nəql edilməsi,
flora və faunanın qorunması, ətraf mühitin çirklənməsi və sairə üzrə işçi
qrupları misal göstərmək olar. Beynəkalq təcrübədə ekologiyanın
qorunması ilə əlaqədar belə tədbirlərin həyata keçirilməsinə çox az rast
gəlinir və bunu beynəlxalq əməkdaşlığın ən əhəmiyyətli
nümunələrindən biri kimi göstərmək olar.
-Əməyin mühafizəsi üzrə əməkdaşlıq haqqında Şimali
Amerika sazişi (North American Agreement on habour Coope-
ration-NAALC, 1994). Bu saziş çox mühüm əhəmiyyət kəsb edir.
Onun giriş hissəsində göstərildiyi kimi saziş «həyat stan-
' CyxcHKO B.B. MoHonojiHCTHHecKHH KanHian KaHaaw. M. 1964
: ___________ __ 153
dartlarmın və məşğulluğun, eləcə də əmək şəraitinin
yaxşılaşdırılmasının yeni imkanlarının» yaradılmasına yönəldilmişdir.
O, həm də NAFTA-nın müxtəlif regionlarında zəhmətkeşlərin
hüquqlarının artırılması və onların müdafiəsini də nəzərdə tutur. Qəbul
olunmuş qərarların və sazişin prinsiplərinin yerinə yetirilməsinə məsul
olan icraçı institut əmək əməkdaşlığı üzrə üç tərəfli komissiyadır.
Hər üç ölkə tərəfindən sazişlərin yerinə yetirilməsində olan
pozuntuların tədqiq olunması, eləcə də əlaqələrin inkişafı, hər bir
ölkənin siyasətinin və hərtərəfli əlaqələrinin təhlili üçün Milli inzibati
xidmət yaradılmışdır.
-NAFTA ölkələri arasında qarşılıqlı kömək, dövlətlərarası
münaqişə və mübahisələrin həlli mexanizmi haqqında saziş. Məlum
olduğu kimi ölkələrarası ticarət də münaqişə və mübahisələrin həllinin
xüsusi mexanizminin işlənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu
məqsədlə NAFTA daxilində yaradılmış xüsusi komissiya dövlət-
lərarası münaqişə və mübahisələrin həllində və yeni münasibətlərin
tənzimlənməsi sahəsində böyük səlahiyyətlərə malikdir. Bu mexanizm
özündə hərtərəfli işlənmiş əsasnaməni, o cümlədən qitə ticarəti və
maliyyə sahəsində arbitraj normalarını da birləşdirir. ABŞ və Kanada
analitikləri göstərirlər ki, bu yenUikçilik təcrübəsi şübhəsiz ki, NAFTA
üçün işlənilmiş bir sıra ilkin qayda və əsasnamələrdə dəyişikliklərə
gətirib çıxarmışdır. Bu da birliyin yaradıldığı ilkin mərhələdə tərəflərin
yeni kontinental iqtisadi sistemində bir sıra məsələləri düzgün
qiymətləndirə bilmələri ilə əlaqədar olmuşdur. NAFTA tərəfindən
münaqişə və mübahisələrin həlli məqsədi ilə yaradılnuş mexanizm üç
ölkə hökuməti tərəfindən qərar qəbulu prosesinə əsaslı şəkildə təsir
göstərdi. Buraya, o cümlədən ticarətdə ayn-seçkilik hərəkətlərinin
aradan qaldıniması, rüsumlann qoyulması, dempinq tədbirləri və s.
daxildir.
Azad ticarət zonası haqqında Şimali Amerika sazişi çox geniş
miqyaslı xarakterə malikdir və bu sazişi imzalayarkən hər bir ölkə
müəyyən xeyir əldə edəcəyinə ümid bəsləyirdi. Saziş beynəlxalq ticarət,
maliyyə münasibətləri, istehsal sahəsi, işçi qüvvəsinin miqrasiyası,
kapitalın azad hərəkəti, investisiya fəaliyyəti, mənfəət və gəlirlərin
qeyri-məhdud miqdarda ixracı və s. kimi çox mühüm məsələləri həll
edir. Sazişə daxil olan hər bir ölkə əmtəələrinin satış bazarının
genişləndirilməsi, istehsal məsrəflərinin aşağı salınması.
154
müasir istehsal sahələrində mənfəət normasının artırılması, milli
istehsalın səviyyəsinin müasir tələblərə çatdırılması, işsizlik
məsələlərinin yumşaldılması, qitə üzrə daha geniş inteqrasiyaya nail
olunması və s. kimi üstünlüklər əldə etdi.
Şimali Amerika azad ticarət zonası haqqında üç ölkə tərəfindən
1992-ci ildə imzalanmış saziş ölkə parlamentləri tərəfindən ratifikasiya
olunduqdan sonra, 1994-cü ilin yanvar ayından qüvvəyə mindi.
NAFTA-nın məqsədi müqavilənin 102-ci maddəsində
müəyyənləşdirilmişdir və aşağıdakılardan ibarətdir:
-qarşılıqlı ticarətdə olan maneələrin aradan qaldırılması və
ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti;
-azad ticarət zonası (ATZ) çərçivəsində rəqabətin ədalətli
şərtlərinin müəyyənləşdirilməsi;
-iştirakçı ölkələrdə investisiya imkanlarının əhəmiyyətli
dərəcədə artırılması;
-hər bir ölkədə əqli mülkiyyət hüququnun zəruri və səmərəli
müdafiəsinin təmin olunması;
-mübahisə və narazılıqların tənzimlənməsi üçün bu sazişin
tətbiqi və səmərəli yerinə yetirilməsi;
-gələcək çoxtərəfli regional əməkdaşlığın perspektivinin
yaradılması;
-ətraf mühitin qorunması və ekoloji fəlakətlərin birgə aradan
qaldırılması.
Ölkələr arşında tarif maneələrini aradan qaldırmaq üçün
NAFTA dörd mərhələdən ibarət xüsusi proqram nəzərdə tutur. Birinci
mərhələdə, tarif məhdudiyyətlərinin bir hissəsi dərhal ləğv olundu;
İkinci mərhələdə -5 il ərzində; Üçüncü mərhələdə-10 il ərzində və
uzun müddətli dördüncü mərhələdə 15 il ərzində bütün tarif
maneələrinin ləğvi nəzərdə tutulurdu və bu proqram demək olar ki,
yerinə yetirilmişdir.
Birinci mərhələdə ABŞ müqaviləyə uyğun olaraq Meksikanın
ixracına (neft ixracından başqa) rüsumların 84 faizini, Kanada mallanna
isə 79 faizini ləğv etdi. Öz növbəsində Meksika, Amerika mallarına
rüsum tariflərini 43 faiz, Kanada mallarına isə 41 faiz aşağı saldı və
bunların 80 faizi maşın və avadanlıqlar, elektron hissələr, nəqliyyat
vasitələri və kimyəvi məhsullardır.
155
İkinci mərhələdə ABŞ və Kanada 1200 növdə Meksika
əmtəələrinə rüsumlan ləğv etdilər. Meksika da öz növbəsində 2500 növ
məhsula rüsumlan ləğv etdi və bu da ABŞ və Kanadanın ixracımn
müvafiq olaraq 18-19 faizini təşkil edir.
Üçüncü mərhələdə ABŞ və Kanada Meksikanın «neft ixracına»
tarifləri müvafiq olaraq 12 və 7 faiz, Meksika isə Amerika və Kanadanın
ixracına tarifləri 48 faiz aşağı saldılar.
Nəhayət uzun müddətli dördüncü mərhələdə üç ölkənin hər biri,
xüsusilə zəruri əmtəələrə-taxıl, quru süd, noxud-Meksika üçün; süd
məhsulları və quşlar Kanada üçün; meyvə və tərəvəz ABŞ üçün -idxala
qalan 1 faiz tarifi də ləğv etməlidirlər.
Meksika hökumətinin fikrincə, qarşılıqlı ticarətdə tarif
maneələrinin aradan qaldırılması Meksika-istehsalçıları üçün dayanıqlı
sahibkarlıq mühitinin yaradılmasına və səmərəli investisiya qərarlarının
qəbul olunmasına imkan yaratdı.
NAFTA-nın Meksika üçün ən mühüm nailiyyəti ondan ibarət
olmuşdur ki, o Meksika mallarının ABŞ və Kanada bazarına idxalında
olan ayrı-seçkilik münasibətlərini tam aradan qaldırmışdır. Eyni
zamanda Meksikaya idxal lisenziyasının ləğv olunması bu ölkəyə ABŞ
və Kanadadan mal ixracının həcminin və səmərəliliyinin yüksəlməsinə
səbəb olmuşdur.
Bu sazişin əsasında 1988-ci ildə azad ticarət haqqında ABŞ-la
Kanada arasında bağlanmış saziş dururdu. ABŞ-m keçmiş prezidenti
B.Klintonun sözlərinə görə Şimali Amerika azad ticarət zonası «Amerika
qitəsində yaşayan bütün xalqlann-700 milyon əhalinin firavanlığına
gətirib çıxarmaqla, bütün Latın Amerikasının bir ticarət vahidində
birləşməyə doğru irəliləyişinin əsası olmuşdur”.
Saziş hazırlanarkən ona daxil olan ölkələrdən hər biri
NAFTA-nın potensialına müxtəlif tərəflərdən yanaşırdılar.
Amerika Birləşmiş Ştatları üçün azad ticarət haqqında Şimali
Amerika sazişi ABŞ-ın yalnız iqtisadi deyil, həm də geopo- litik gücünün
artırılmasına xidmət edir. Bu saziş ABŞ-ın geniş miqyaslı məqsədlərinə
nail olması üçün onun strateji siyasətinin tərkib hissəsidir. Bu strateji
məqsədlər sırasına aşağıdakılar daxildir: amerikanın əmtəə və
xidmətlərinin sərbəst hərəkəti, əqli mülkiyyətin müdafiə hüququ, rəqabət
qabiliyyətliliyinin yüksəlməsi, ABŞ-ın yüksək texnologiyası və
investisiyalarının Meksi
156 ^ ® ^ m}l '0-
kanın ucuz işçi qüvvəsi və hər iki ölkənin zəngin təbii sərvətləri ilə
birləşməsi nəticəsində yeni regional müqayisəli üstünlüklərdən istifadə
edilməsi və s.
Meksika üçün NAFTA ölkədə müvəffəqiyyətli iqtisadi
islahatların həyata keçirilməsi və iqtisadiyyatın modernləşdirilməsi üçün
zəruri idi. Keçmişdə Meksika əsasən neft ixracından asılı olan ölkə idisə,
bu gün artıq o sənaye məmulatlarının ixracçısına çevrilmişdir ki, bu da
onun dayanıqlı iqtisadi inkişafını təmin edir.
Danışıqların gedişində Meksika dünyada ən iri həcmli bazar
olan Amerika bazarına etibarlı çıxışın təmin olunmasına, xarici
investisiyalar axınının artırılmasına (Meksika kapital qoyuluşlarının geri
qaytarılması da daxil olmaqla), eləcə də ABŞ bazarının himayədarlıq
yolu ilə müdafiə olunması səviyyəsinin aşağı salınmasına nail oldu.
NAFTA-nm tələblərinə uyğun olaraq, kapital hərəkətinin
liberallaşdırılması üzrə həyata keçirilmiş çox saylı tədbirlər investorlara
və onların davranışına pozitiv təsir göstərdi. Hər üç ölkədə həm
qarşılıqlı, həm də Amerika qitəsindən kənar Avropa itifaqından,
Yaponiya, Çin və digər ölkələrdən kapital axını nəticəsində işgüzar
canlama daha da jniksəldi. Meksikaya xarici investisiya axınının həcmi
çox sürətlə artmağa başladı. Eyni zamanda Meksikada yerli firmaların
ABŞ və Kanada firmaları ilə, əsasən də kənd təsərrüfatı sahəsində
rəqabət aparacağının çətin olacağı barədə ehtimallar özünü doğrultdu.
Əlbəttə, Meksika NAFTA-ya daxil olmaqla əhəmiyyətli dərəcədə xeyir
əldə etdi. Bu, xarici investisiyaların, birinci növbədə isə ABŞ-dan daxil
olması hesabına baş verdi. Belə ki, Meksika 1990-cı illərdən başlayaraq
istehsalın inkişafı üçün birinci dərəcəli əhəmiyyət kəsb edən birbaşa
xarici investisiyaların həcminə görə Latın Amerikasının aparıcı ölkələri
sırasında öncül yerlərdən birini tutur. Əgər 1986-1993-cü illərdə ölkəyə
orta hesabla ildə 3,2 milyard dollar birbaşa xarici investisiya daxil
olurdusa, 1994-2007-ci illərdə bu göstərici ildə təqribən 9,5 milyard
dollardan aşağı olmamışdır.
2001- ci ildə Amerika iqtisadiyyatında baş vermiş böhranla əlaqədar
olaraq 2002-ci ildə Meksika iqtisadiyyatına Amerika investisiyaları 1,5
milyard dollara qədər azalmış, lakin 2003-cü ildə bu
____________ 157
rəqəm 4,6 milyard dollar, 2004-2007-ci illərdə isə orta hesabla 12,5
milyard dollar təşkil etmişdir*.
Bununla yanaşı, NAFTA-nm fəaliyyətində iştirak etmək
Meksikanın üzərinə bir sıra öhdəliklər də qoymuşdur. Kənd təsərrüfatı
məhsullan üzrə Meksika hər iki ölkə ilə ayrılıqda ikitərəfli sazişlər
bağlayır. Bununla o. Şimal tərəf-müqabillərinin özlərinin yüksək
texnoloji məhsulları ilə Meksika bazarına daxil olmasını asanlaşdırır.
Meksika Amerikanın və Kanadanın kompyuterlərinə qoyduğu 20 faizlik
rüsumu tamamilə ləğv etdi. Digər ölkələrdən anoloji məhsula qoyulan
rüsum qüvvədə qalır. Sonrakı 10 il ərzində Meksika avtomobillərin
idxalına qoyulan məhdudiyyətlərin çoxunu ləğv etdi və bu da
Amerikanın avtomobil şirkətlərinə satış həcmini artırmağa imkan verdi.
Bundan əlavə, Meksikada 1994-cü ildə xarici investorların
imkanlarını genişləndirən qanun qəbul olundu. Sənayenin və kənd
təsərrüfatının bir çox sahələrində xaricilərə istənilən nisbətdə kapital
qoymağa icazə verilir. Lakin bununla yanaşı enerji daşıyıcılarının,
radioaktiv filizlərin axtarışı və hasilatında, nəqliyyat və kommunikasiya
infrastrukturunda xaricilərin pay qoymaqla iştirakı hələlik məhdud
xarakter daşıyır.
Cədvəl №11
İştirakçı
ölkələr Əhalisi
mln. nəfər
ÜDM
milyard
dollar
Adamba
şına
ÜDM
İxrac
milyard
dollar
İdxal
milyard
dollar
Kanada 27,4 493,6 20710 150,5 153,7 Mek sika 89,5 329,0 3470 42,8 52,7
ABŞ 255,0 5920,2 23240 640,5 670,1
Mənbə: M. Э0 ,Учебник. под редакцией проф.Н.Н.Ливенцева
М.2008
Meksika həm də bank və sığorta sistemində də xaricilərin iştirakına
məhdudiyyət qoyulmasının aradan qaldınlması barədə
' UNCTAD. World investment Report 2005: Transnational Corporation and
the internalization of Rand D. Annex table B. 1 New York, Geneva, 2005; 2007.
158
Öhdəlik götürmüşdür. Belə gözlənilirdi ki, bu məhdudiyyətlər ləğv
olunduqdan sonra Amerika və Kanadamn maliyyə kapitah Meksikanın
bank sistemini tamamilə zəbt edəcəkdir. Lakin bu hal baş vermədi.
Əksinə, Meksikanın bank sisteminin real surətdə möhkəmlənməsi üç
ölkənin bank sistemi arasında əlaqələri gücləndirir.
NAFTA ilə saziş imzalamaqda Kanadanm marağı yalnız
SUSFTA-nın üstünlüklərini saxlama imkanları ilə əlaqədar deyil, həm
də onun bir sıra müddəalarının modifıkasiyası, eləcə də öz əmtəələrinin
Meksikanın, gələcəkdə isə bütün Latın Amerikası ölkələrinin yüksək
potensial imkanları olan bazarlarına etibarlı çıxışının təmin edilməsi ilə
bağlı olmuşdur.
NAFTA-iki yüksək inkişaf etmiş ölkə ilə inkişaf etməkdə olan
ölkə arasında bağlanmış ilk sazişdir. Özünün iqtisadi potensialına görə
ABŞ dünyada birinci yeri tutur. Üç ölkədə istehsal olunan ÜDM-un 85
faizi onun payına düşür. Kanada inkişaf səviyyəsinə görə dünyada 6-7-ci
yerlərdə durur. Meksika isə hətta ikinci onluğa belə düşmür (cədvəl
№11).
NAFTA-dünyada ən iri ticarət birləşməsidir. NAFTA
iştirakçıları dünya ümumi daxili məhsulunun 32,3 faizi qədər, yəni 13,7
trilyon dollarlıq məhsul istehsal edirlər. Dünya ümumi daxili
məhsulunun 26,7 faizini istehsal edən Avropa iftifaqı NAFTA-dan xeyli
geridə qalır. Əgər Avropa ittifaqının 15 üzvünün istehsal etdiyi ÜDM-un
həcminə Aİ-nin tərkibinə 2004- cü ildə daxil olmuş 10 yeni üzvünün və
2007-ci ildə daxil olmuş 2 yeni üzv ölkəsinin istehsal etdikləri ümumi
daxili məhsulu da əlavə etsək, onda dünyanın ümumi məhsulunda
Aİ-nin payını xarakterizə edən bu rəqəm 8,2 trilyon dollardan 8,6 trilyon
dollara çatacaqdır. Dünya ticarətinin həcminə gəldikdə isə şəksiz lider
Avropa ittifaqıdır. Dünya ixracının 37,3 faizi, idxalının isə 39,4 faizi
onun payına düşür. NAFTA üzrə isə bu göstəricilər müvafiq olaraq 18,8
və 24,7 faiz təşkil edir. NAFTA dünyada Aİ-dən sonra idxal həcminə
görə ikinci, ixrac həcminə görə isə üçüncü yeri tutur.
Sazişin müvəffəqiyyətlə yerinə yetirlməsi üçün NAFTA- nm
institusional strukturları yaradılmışdır. Bunlara aşağıdakılar daxildir:
-Azad ticarət üzrə Komissiya (ATK);
-Katiblik;
-Əmtəə ticarəti üzrə komitə;
-Kənd təsərrüfatı məhsullarının satışı üzrə komitə; -Sanitar və
fıtosanitar nəzarəti üzrə komitə;
-Standartlar üzrə komitə;
-Kiçik biznes üzrə komitə;
-Maliyyə xidmətləri üzrə komitə;
-Əmtəələrin mənşəyinin təyin edilməsi barədə işçi qrup; -Kənd
təsərrüfatının subsidiyalaşdırılması üzrə işçi qrup; -Ticarət və
rəqabət üzrə işçi qrup.
Sxem № 8. Regional ticarət qruplarının ÜDM-nun həcmi və dünya ÜDM-da onların payı
16000
14000
12000
10000
8000
6000
4000
2000
32,3%;
NAFTA
26,7%
25%
10%
Asiya Digar öİKdlər
NAFTA-nın mərkəzi idarəetmə orqanı üzv ölkələrin ticarət
nazirləri səviyyəsində yaradılan azad ticarət üzrə komissiyadır.
Komissiya sazişin yerinə yetirilməsinə nəzarət edir və onun təvsiri
zamanı baş verən mübahisələrin həll olunmasına köməklik göstərir.
Komissiya həmçinin 30 komitə və işçi qrupun fəaliyyətinə nəzarət edir.
Komissiyanın iclası ildə bir dəfə keçirilir.
160
NAFTA çərçivəsində mübahisələrin həlli üç mərhələdən
ibarət həyata keçirilir:
-mübahisələrin tərəfləri təmin edə biləcək formada həll
edilməsi üçün danışıqların aparılması;
-əgər danışıqların birinci raundu ərzində razılığa gəlinməsə
mübahisənin həlli baxılmaq üçün ATK-ya verilir;
-əgər komissiya mübahisəni həll edə bilməsə, onda onun həlli
tərkibinə 5 nəfərin daxil olduğu və mübahisənin ədalətli həllinə təminat
verən xüsusi mütəxəssislər qrupunun baxılmasına verilir.
Qeyd etmək lazımdır ki, Avropa ittifaqından fərqli olaraq
NAFTA-da milli üstqurum strukturları və inteqrasiyanın qarşılıqlı
əlaqələrinin dəqiq tənzimlənməsi forması yoxdur.
NAFTA çərçivəsində hər üç dövlət özünün xarici ticarət
qanunçuluğunu qüvvədə saxlayır. NAFTA-da gömrük ittifaqının
yaradılması nəzərdə tutulmamışdır.
Məlumdur ki, ABŞ və Kanada dünyada ticarət üzrə ən iri
tərəf-müqabilləridirlər. Gündəlik olaraq bu dövlətlərin sərhədlərindən
hər iki tərəfə 2 trilyon dollarlıq əmtəə və xidmətlər keçirilir. Bu o
deməkdir ki, bu ölkələr arasında ticarət münasibətləri tam yetginlik
səviyyəsindədir.
1990-2007-ci illər ərzində ABŞ-a Meksikadan ixrac olunan
əmtəələrin həcmi 8 dəfədən çox artmışdır. Bu da azad ticarət zonası
yaradılmasının birbaşa nəticəsidir.
İllər keçdikcə iqtisadçılar NAFTA-nın fəaliyyətini təhlil edərək
onun yaradılması nəticəsində əldə edilən müvəffəqiyyətlərlə yanaşı, zəif
cəhətlərini də müəyyənləşdirmişlər. Onlar belə nəticəyə gəlmişlər ki, bu
ittifaqdan ən çox udan Amerika olmuşdur. Həm kanadalılar, həm
də meksikalüar Amerikaya irad tuturlar ki, o ticarətin müdafiəsi üzrə
tədbirlərin tətbiq olunması ilə əlaqədar olaraq birgə rejimin
işlənilməsinə-yəni antidempinq və kompensasiya rüsumlarına maneçilik
törədir. Ottavanın fikrincə bu Kanada əmtəə və xidmətlərinin Amerika
bazarına daxil olması üçün əsas maneədir.
Meksika Amerika tərəfini təqsirləndirir ki, o sazişin tələbinə
uyğun olaraq Meksika hökumətindən öz fermerlərinə ənənəvi kömək
göstərməkdən imtina etməyi tələb etsə də, Amerika hökuməti öz
fermerlərinə mühüm miqdarda maliyyə-kredit köməyi gös
161
tərir. Bu da birləşmiş bazarda rəqabətə davam gətirməyən çoxlu sayda
Meksika firmalaranın müflisləşməsinə səbəb olur.
Bunlara baxmayaraq, NAFTA dünyada mövcud olub böyük
uğur əldə edən regional birlikdir.
4.7 Cənub Yarımkürəsi Ölkələrinin (Cənub Konusu)
ümumi bazari (Merkosur)
MERKOSUR - Argentina, Braziliya, Paraqvay və Uruqvayı
özündə birləşdirən gömrük ittifaqıdır. 1996-a ildən Boliviya və Çili
MERKOSUR-un assosiasiya olunmuş üzvləridir. MERKOSUR kifayət
qədər böyük iqtisadi təşkilatdır. IVBERKOSUR çərçivəsində Latın
Amerikası və Karib hövzəsi əhalisinin təqribən 55,3‘V<)-i (212 milyon
nəfərdən çox), birbaşa xarici investisiyalann 40yo-i, region ölkələrinin
xarici ticarətinin 33*M)-i cəmləşmişdir. Regionun Ümumi daxili
məhsulunun 41%-i (təxminən 800 mlrd, dollar) MERKOSUR
ölkələrində istehsal olunur. Təşkilat ölçüsü və iqtisadi potensialına
görə Aİ-din sonra ikinci gömrük ittifaqı, Aİ və NA FTA-dan sonra isə
üçüncü azad ticarət zonasıdır.
MERKOSUR-un hüquqi əsasmı 1991-ci ildə bağlanmış
Asunson müqaviləsi təşkil edir. MüqavUə təşkilata üzv-ölkələr
arasmda bütün gömrük yığımlarmın ixtisar edüməsi və ya tamamilə
aradan qaldırılması, eləcə də qalan bütün dünyaya münasibətdə vahid
gömrük siyasətinin həyata keçirilməsini strateji məqsəd kimi
müəyyənləşdirmişdir.
MERKOSUR 1995-ci ildən bir sıra hallar istisna olmaqla
gömrük ittifaqı kimi fəaliyyət göstərir: iştirakçı ölkələr
MERKOSUR-un vahid gömrük nomenklaturasına daxil olan əmtəə
çeşidlərinin 85%-ni əhatə edən idxal əmtəələrinə vahid xarici
gömrük tarifini tətbiq etdi. Gömrük tarifləri sıfırdan tutmuş əmtəənin
dəyərinin 20%-nə qədər intervalda dəyişir.
Hər bir iştirakçı ölkəyə tarifləri 2006-ci ilin vahid səviyyəsinə
gətirilməsi olan 300 əmtəəyə müstəsna hal kimi vahid gömrük tarifindən
kənara çıxmağa icazə verilmişdir. MERKOSUR daxilində vahid
Gömrük Kodeksi, nomenklaturası, gömrük prosedurasuun
162
normalan, investisiyaların qarşılıqlı müdafiə və həvəsləndirilməsi və
digər normativ aktiar qəbul olunmuşdur.
Makroiqtisadi monitorinq üzrə uzlaşdırılmış iqtisadi siyasət
bilavasitə, İşçi qrupu mexanizmi vasitəsilə həyata keçirilir.
İqtisadi inteqrasiyanm inkişafı siyasi məsələlərdə də
MERKOSUR-un üzv-ölkələri arasında əlaqələrin genişlənməsinə gətirib
çıxardı. Birinci dərəcəli əhəmiyyət kəsb edən məsələlərdən biri
iştirakçı ölkələrdə demokratiyanm müdafiəsi və onun inkişafına
köməklik göstərilməsidir.
MERKOSUR çərçivəsində inteqrasiya prosesi humanitar
sahələri də əhatə edir. Fiziki şəxslərin iştirakçı ölkələrin sərhədlərin
keçərkən rəsmiyyət məsələləri sadələşdirilmiş, birgə sərhəd-gömrük
məntəqələri yaradılmış, ibtidai və orta təhsil haqqında sənədlərin
qarşılıqlı tanınması barədə saziş imzalanmış, Argentina məktəblərində
portuqal dilinin, Braziliya məktəblərində isə ispan dilinin öyrənilməsi
məcburi fənn kimi tədris planlarına daxil edilmişdir.
2003- cü il zirvə görüşündə makroiqtisadi vergi və valyuta
siyasətlərinin uzlaşdırılması və dərinləşdirilməsi barədə razılıq əldə
edilmiş, orta müddətli perspektivdə mükəmməl ümumi bazarın
formalaşdırılması niyyəti ifadə olunmuş və Amerika dövlətlərarası
azad ticarət zonasının (ADAATZ) yaradılması məsələrində vahid
mövqedən çıxış edilməsi qərara alınmışdır.
Xarici siyasət sahəsində MERKOSUR Avropa ittifaqına, And
qrupuna münasibətdə və ADAATZ-nın yaradılması məsələsində vahid
blok şəklində çıxış edir. 2002-ci il zirvə görüşündə And qrupu ilə 31
dekabr 2003-cü ildə azad ticarət zonasının yaradılması bir daha təsdiq
olundu və bu artıq həyata keçirilmişdir. MERKOSUR Aİ ilə ticarətin
liberallaşdırılması barədə də vahid siyasət yürüdür. Azad ticarət barədə
müqavilə bağlanılması üçün danışıqlar aparılır. Azad ticarət zonası
yaradılması imkanlarına yönəldilmiş əlaqələr ABŞ-da həyata keçirilir.
Regiondan xaricdə olan tərəfmüqabilləri, o cümlədən bunlardan
ən mühümü olan Aİ ilə də əlaqələr intensiv şəkildə
... . 163
İnkişaf etdirilir. Bu iki inteqrasiya təşkilatı arasında illik əmtəə
dövrüyyəsinin miqdarı 45 mlrd, dollardan artıqdır.
MERKOSUR-un Rusiya, Avstraliya, Yeni Zelandiya, Çin,
Hindistan, Yaponiya və Cənubi Afrika Respublikası ilə əlaqələri fəal
şəkildə inkişaf edir.
MERKOSUR-un Ali rəhbər orqanı ölkələrin xarici işlər və
iqtisadiyyat nazirlərindən təşki olunmuş Ümumi bazarın Şurasıdır.
Şuranın qərarlarına zirvə görüşlərində baxılır.
İcra orqanının funksiyalar Ümumi bazarın Qrupunun
(ÜBQ) üzərinə qoyulmuşdur. Əməkdaşlığın konkret istiqamətləri üzrə
ÜBQ-nun yanında 14 işçi alt qrupu və gömrük ittifaqı çərçivəsində
vəzifəsi ümumi ticarət siyasətinin həyata keçirilməsinin təmin etmək
olan Ticarət komissiyası fəaliyyət göstərir.
MERKOSUR-un idarə etmə orqanları sisteminə eləcə də
milli parlamentlərin nümayəndələrindən ibarət Birgə parlament
komissiyası, tərkibinə ən nüfuzlu sahibkarların, həmkarlar
təşkilatlarının və üzv-ölkələrin digər ictimai təşkilatlarının
nümayəndələri daxil olan Məsləhətçi sosial-iqtisadi forumda daxildir.
İlk dövrlərdə Ümumi bazarın strukturunda milli üstqurum
orqanlarının yaradılması planlaşdırılmırdı. Lakin buna baxmayaraq
iqtisadi sahədə mübahisəli məsələlərin həlli məqsədilə 2002-ci ildə
Arbitraj məhkəməsi yaradıldı və buna MERKOSUR-un ilk milli
üstqurum orqanı kimi baxmaq olar.
Ümumi bazarın Şurasına və ÜBQ-na rəhbərlik növbə ilə hər
yarım ildə bir dəfə dəyişilməklə iştirakçı-ölkələr tərəfində həyata
keçirilir.
4.8. Asiya Sakit okean iqtisadi əməkdaşlığı (AStƏ)
Asiya-Sakit okean iqtisadi əməkdaşlığı forumu 1989-cu ildə
hökumətlərarası assosiasiya kimi yaradılmışdır. Təşkil edildiyi 1989-cu
ildə Sakit okean hövzəsinin 6 inkişaf etmiş ölkəsini-Avstraliya, Kanada,
Yeni Zellandiya, ABŞ, Cənubi Koreya, Yaponiya və Cənubi-Şərqi Asiya
dövlətləri assosiasiyasının 6 inkişaf et
164
məkdə olan ölkəsini Bruney, İndoneziya, Malayziya, Sinqapur, Tailand
və Filippini birləşdirirdi. 1997-ci ildə artıq Sakit okean regionunun bütün
ölkələri ASİƏ-nin üzvü idilər: Honq-Konq (1993), ÇXR (1993),
Meksika (1994), Panya-Yeni Qvineya (1994), T ay van (1993), Çili
(1995).
1998- ci ildə Rusiya, Vyetnam və Peru da ASİƏ-na üzv oldular
və həmin vaxtda forumun tərkibinin genişlənməsinə 10 illik maratoriya
qoyuldu. ASİƏ-na daxil olmaq üçün Hindistan və Monqoliya ərizə
vermişlər.
1990-cı ildən ASİƏ üzv ölkələrin ticarət, investisiya və maliyyə
sahəsində səylərini əlaqələndirən mürəkkəb milli üstqurum institutuna
çevrilmişdir.
ASİƏ-nin bəyan edilən məqsədlərinə Asiya-Sakit okean
regionu (ASOR) ölkələrinin dinamik iqtisadi inkişafının müdafiə
olunması və danışıqlar mexanizmi vasitəsilə bu sahədə liberallaşdırma
üzrə fəaliyyətin həyata keçirilməsi daxildir. ASİƏ-nin əsas təyinatı
regional ticarət və investisiya qaydalarının müəyyənləşdirilməsidir.
Baxmayaraq ki, ASİƏ özünün nizamnaməsinə malik deyil və
formal olaraq konsultativ xarakter daşıyır, faktiki olaraq onun işçi
orqanları çərçivəsində regional ticarətin, maliyyə və investisiya
fəaliyyətinin həyata keçirilməsi qaydaları işlənilir, müxtəlif sahələrdə
əməkdaşlıq məsələləri üzrə sahə nazirlikləri və ekspertlərinin görüşləri
keçirilir. Belə orqanlar sırasına ticarət və investisiya üzrə Komitə,
İqtisadi Komitə, investisiyalar, sənayedə elmi-tədqiqat işləri və
texnologiyalar, telekommunikasiya, nəqliyyat, insan ehtiyyatlarmm
inkişafı, enerji sahəsində əməkdaşlıq, ticarət və investisiya siyasəti,
dəniz ehtiyyatlarmm saxlanılması, balıqçılıq, turizm üzrə işçi qruplar,
kiçik və orta sahibkarlıq üzrə qrup, eləcə də təhsil fondu daxildir.
ASİƏ ölkələrinin dünya ticarətində payı 40 faiz və qızıl
valyuta ehtiyyatlarmda 80 faiz təşkil edir.
ASİƏ-nin strukturlaşması, büdcə sahəsində qarşılıqlı iqtisadi
əməkdaşlığın dərinləşməsi üzrə layihələrin işlənilməsi, bu regionda
əmtəə və xidmətlər üzrə azad ticarət zonasının yaradılmasını gündəmə
gətirdi. Bununla əlaqədar olaraq 1994-cü Udə Bo- qor zirvə
toplantısmda ASİƏ-na daxil olan inkişaf etmiş ölkələr üçün 2010-cu,
inkişaf etməkdə olan ölkələr üçün isə 2020-ci ildə
165
əmtəə, xidmətlər və investisiyanın sərbəst hərəkəti üçün azad ticarət
zonalannın yaradılmasının məqsədləri müəyyənləşdirildi.
Bu prosesin “birtərəfli razılaşma” əsasında həyata keçirilməsi
nəzərdə tutulur. Bu qərar ASİƏ-nin bəyannaməsində əks olunmuşdur.
Qoyulan məsələlərin həllinə nail olunması üçün forumun işlənilmiş
vahid planı yoxdur. Hər bir ölkə iqtisadiyyatın müxtəlif sahələri, o
cümlədən ticarətin liberallaşdırıl- ması sahəsində belə planların
işlənilməsini müstəqil şəkildə həyata keçirir. Lakin belə bir qərar qəbul
edilmişdir ki, hər il iqtisadi vəziyyətin icmal şəkildə müzakirəsi həyata
keçirilsin.
Birinci belə bir icmal məruzə ASİƏ-ın 1997-ci ilin noyab- nnda
Vankuverdə ali səviyyədə keçirilən görüşündə müzakirə edilmişdir.
Məruzənin konsepsiyası ticarət güzəştləri strategiyasından fərqli olaraq,
ticarətin liberallaşdınlmasmın “Asiya strategiyası” adlandınimışdır.
Asiya strategiyasına müvaflq olaraq ASİƏ-də gömrük maneələrinin
azaldılması ÜTT-da əldə edilmiş razılaşma əsasında həyata
keçiriləcəkdir. Belə bir inkişaf üçün artıq əvvəlki illərdə əsas
yaradılmışdır. Belə ki, 1988-2000-ci illər ərzində ASİƏ ölkələri arasında
idxalın orta tarifi 15,4 faizdən 9,3 faizə endirilmişdir ki, bunun da
nəticəsində qarşılıqlı ticarətin həcmi sürətlə artmağa başlamışdır.
ASİƏ çərçivəsində xidmətlərin qarşılıqlı ticarətində olan
maneələrin aradan qaldırılması üçün real addımlar atılır, ticarət və
texniki standartların vahid şəklə salınması qaydaları işlənilir. 2005-ci
ildə dövlət başçılarının toplantısının tövsiyələrində də ASİƏ-ın iştirakçı
dövlətləri arasında ticarət-iqtisadi maneələrin aradan qaldırılmasının
zəruriliyi göstərilmişdir.
Bir sıra ölkələr, məsələn ASİƏ-ın yaradıcılarından və əsas
fəaliyyətdə olan subyektlərindən biri ABŞ hesab edir ki, birliyin
bugünkü durumu üzv ölkələrin marağına cavab vermir. ABŞ-ın
fikrincə, ASİƏ-ın daha da inkişaf etməsi üçün aşağıdakıların həyata
keçirilməsi zəruridir: müəyyən səlahiyyətli təsir mexanizmi
yaradılmalıdır; hər bir ölkənin müstəqil qərar qəbul etməsi prinsipindən
imtina edilməlidir; inteqrasiya prosesinin çərçivəsi ciddi şəkildə
müəyyənləşdirilməlidir; qəbul olunan qərarlar mütləq yerinə
yetirilməlidir. Həqiqətən də ABŞ-ın bu təklifləri həyata keçirilərsə, onda
ASİƏ ona daxil olan ölkələnin real inteqrasiya qruplaşmasına çevrilə
bilər. ABŞ inadkarlıqla
166 _________ _ ■ vVİO:;»"' ■ -i
ASİƏ haqqında saziş çərçivəsində ticarətin tam liberallaşdırıl- masının
həyata keçirilməsi xəttini yeridir.
Hətta ASİƏ çərçivəsində nail olunmuş xarici-iqtisadi əlaqələrin
liberallaşdırılmasmın hazırkı səviyyəsi belə, ABŞ-ın xarici ticarətinin
artımına gətirib çıxarmışdır. Belə ki, ASİƏ ölkələrinə ABŞ-ın ixracının
payı 1986-cı ildəki 51 faizdən, 2005-ci ildə 76 faizə, 2007-ci ildə isə 78
faizə çatmışdır. Bundan əlavə regionda Amerika şirkətlərinin investisiya
fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır.
ASİƏ-nin gələcəyi barədə ABŞ-a qarşı çıxış edən opo-
nentlərdən biri Çindir. Burada Çin yalnız Amerika şirkətləri tərəfindən
rəqabətlə qarşılaşacağı ilə deyil, həm də özünün bazarlarının ABŞ-ın
təcavüzkar siyasətindən qorunmamasından eh- tiyyat edir. Çin tərəfi
ASİƏ çərçivəsində tarif və qeyri-tarif maneələrinin ləğv olunmasının
XXİ əsrin birinci on illiyinin axırında həyata keçirilməsini zəruri hesab
edir. Çin öz iqtisadiyyatını dinamik inkişaf etdirərək ASOR-da hakim
mövqe tutmaqla, ABŞ və Yaponiyanı sıxışdırmağa cəhd göstərir.
Yaponiyanın çox vaxt ABŞ-ın ardıcıl tərəfdarı və tərəf-müqabili kimi
çıxış etməsinə baxmayaraq, o ABŞ-ın nəinki regionun, hətta
Yaponiyanın öz iqtisadiyyatında da təsirindən ehtiyyat edir.
ASOR-nun perspektiv inkişafı nöqteyi nəzərindən bir qayda
olaraq ASİƏ-nm inkişafının üç variantına baxılır:
Birinci variant onu nəzərdə tutur ki, ASİƏ Boqor
bəyannaməsində nəzərdə tutulan yolla gedəcəkdir, yəni o özünün hazırkı
statusunu dəyişmədən, təşkilat kimi deyil, forum kimi fəaliyyət
göstərəcəkdir.
İkinci ən çox ehtimal olunan variant. Sakit okean hövzəsində
iqtisadi sahədə qarşılıqlı münasibətlərlə əlaqədar problemləri həll etmək
üçün, ASİƏ-ın forum rolunu oynayacağını təsbit edir. Bu halda güclü
analitik aparatın formalaşdırılması hesabına forumun fəaliyyətinin daha
məqsədyönlü xarakter alacağı nəzərdə tutulur. Düzdür, bu halda
indiyədək əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin gedişi
barədə mübahisələr yarana bilər ki, bunu da nizamnamə xarakterli bir
sıra dəyişikliklərlə aradan qaldırmaq olar.
Üçüncü variant, ABŞ və Qərbi Avropada himayədarlıq
əhval-ruhiyyəsinin üstünlük təşkil edəcəyi imkanlan ilə əlaqədardır
.... :. . _ _ _ ........ . i6?
ki, bu da dünya iqtisadiyyatının sürətlə liberallaşmasına maneçilik
törədəcək və iqtisadi əlaqələrin qlobal sisteminin regional bloklara
parçalanması təhlükəsini yaradacaqdır. Bu halda Asiyada ASEAN
çərçivəsində azad ticarət zonalarının yaradılması və ya əməkdaşlığın
genişləndirilməsi mühüm əhəmiyyət kəsb edəcəkdir. Bu da əsas
etibanilə bunlann Asiyadan olan iştirakçıları arasında baş verəcəkdir.
1996- cı ildə Manilada ASİƏ-ın inkişafı ilə əlaqədar Ba- qorda
qoyulan məqsədlərə nail olunmasına yönəldilmiş proqram qəbul olundu.
Proqram aşağıdakı üç istiqaməti müəyyənləşdirir:
1. razılaşdırılmış sxem üzrə fərdi fəaliyyət planının işlənilməsi
və yerinə yetirilməsi;
2. kollektiv fəaliyyət planının həyata keçirilməsi;
3. iqtisadi və texniki əməkdaşlıq (EKOTEK).
EKOTEK-in başlıca məqsədi üzv ölkələrin yekdilliliyinə
nail olunması üçün perspektivdə onlann iqtisadi inkişaf səviyyəsində,
adambaşına düşən gəlirdə, texniki və texnoloji potensialında olan
fərqlərin aradan qaldınimasıdır.
Fəaliyyət göstərdiyi 19 il ərzində ASİƏ konsultativ orqandan
üzv ölkələrin xarici ticarət siyasətinin liberallaşdırıl- ması, ASOR-da
əmtəə və kapitalın axının həcminin artırılması üzrə dinamik alətə
çevrilmişdir.
ASİƏ-da ticarət və investisiyanın liberallaşdırılması
könüllülük və üzv ölkələri bir-biri ilə qarşılıqlı öhdəliklərə bağlamamaq
prinsipi üzrə həyata keçirilir. Hər bir ölkə özünün fərdi liberallaşdırma
proqramını işləyir və onu ASİƏ-nm orqanları və ayrı-ayrı ölkələrin
kollektiv təzyiqi altında özünün tələbatı və imkanları daxilində yerinə
yetirir. Belə ki, hər bir fərdi liberallaşdırma planı danışıqlar çərçivəsində
razılaşdırılır.
Ticarətin liberallaşdu*ılması sahəsində ASİƏ fəaliyyətinin
əsasım daha yüksək inkişaf etmiş ölkələrin az inkişaf etmiş ölkələrə
qarşı ayrı-seçkiliyinin minimumlaşdırılması, eləcə də üzv olmayan
dövlətlərin ayrı-seçkiliyinin aradan qaldırılması iqtidarında olan fərdi
fəaliyyət planları təşkil edir.
ASİƏ-nm hazırki iqtisadi və texniki əməkdaşlığı dörd
istiqamətdə həyata keçirilir: 1) ekspert və informasiya mübadiləsi; 2)
texnologiyaların, ixtisas biliklərinin səviyyəsinin yüksəldilməsi üzrə
proqramların hazırlanması, infrastrukturanm yara
168
dılması; 3) qısa müddətli planda makroiqtisadi problemlərin həllində
iqtisadi siyasətin əlaqələndirilməsi; 4) tədiyyə balansının tənzimlənməsi.
Ticarət və investisiyanın liberallaşdırılmasınm vacib aləti kimi
ən uğurlu strategiya ASİƏ ölkələrində azad ticarət zonalarının iki
tərəfli və çox tərəfli intensivləşdirilməsi ideyası olmuşdur.
Baqorda qoyulan məqsədlərə nail olunması üçün ASİƏ-nin
strategiyalarmdan biri də gömrük əməliyyatlan, standartlar və keyfiyyət
sertifikatlan, sahibkarlann sərbəst yerdəyişməsi sahəsində ticarətə
yardım edilməsi konsepsiyasıdır.
İqtisadi inteqrasiyanın aləti kimi ASİƏ-nın özünün müsbət və
çatışmayan tərəfləri vardır. Əsas üstünlükləri; iqtisadi inkişafın
müxtəlif səviyyəsinin nəzərə ainmasına imkan verən birtərəfli əsasda
ticarətin və investisiyanın liberallaşdırılması; qarşılıqlı iqtisadi
əməkdaşlığın dərinləşməsinə köməklik göstərilməsi; mübahisəli siyasi
məsələlərin həll edilməsi.
Əsas şübhə doğuran məsələ ABŞ və Yaponiya liderlərinin
əleyhinə çıxış etdikləri birtərəfli və qarşılıqlı əlaqəsiz liberallaşdırma
prinsipidir. Bu prinsip ASİƏ üzvlərinin əksəriyyəti üçün qəbul edilən
olsa da, onun səmərəliliyi hələ sübut olunmayıb. Bununla əlaqədar
olaraq bir çox ekspertlər preferensial (imtiyazlı) əsaslı iqtisadi
inteqrasiyaya keçilməsini təklif edirlər. Buna da ölkələr arasında kənd
təsərrüfatı məhsulları (Asiya ölkələri) və ekoloji məhsullarla (ABŞ)
əlaqədar olan fikir ayrılıqları mane olur. Əgər bu fikir ayrılıqlarını
aradan qaldırmaq mümkün olarsa, onda ASİƏ-da mümkün inteqrasiya
ssenarisi preferensial ticarət blokunun yaradılması olar.
Yuxarıda deyilənlərlə əlaqədar olaraq Asiyada inteqrasiya
prosesinin gedişinə yekun vuraraq aşağıdakı xüsusiyyətləri qeyd etmək
olar:
-son dövrlərdə dünya iqtisadiyyatında ASOR ölkələrinin xüsusi
çəkisinin sürətlə artması müşahidə olunur. Dünya ÜDM- nun 60 faizi bu
ölkələrin payına düşür. Region daxili ticarət və investisiya axını üstün
templə artır. Əgər 1960-cı illərdə bu regionun ölkələri xarici ticarətdə
Avropaya istiqamətlənmişdilərsə, XXI əsrin əvvəllərindən qarşılıqlı
ticarət dövriyyəsinin kəskin artımı müşahidə olunur.
iii
bm 169
-bu dinamikanın saxlanılması və dünya iqtisadiyyatında baş
verən texnoloji və maliyyə amillərinin təsirinə vaxtında uyğunlaşmaq
üçün ASOR-nun bir çox inkişaf etməkdə olan ölkələri dövlətin
tənzimləyici rolunda dəyişikliklərdə daxil edilməklə iqtisadi islahatlar
keçirilməsi yolunu tutur, bank sahəsində dəyişikliklər aparılır, xarici
ticarəti və xarici investisiyalan liberal- laşdırılır. Latın Amerikasından
fərqli olaraq Cənubi-Şərqi Asiyada ticarətin liberallaşdırılması tamamilə
ayrı-seçkilik olmadan həyata keçirilir və bu region daxili ticarətin
yüksək sürətlə artmasına imkan yaradır.
4.9. And Qrupu
And qrupu Kartaxen sazişi əsasında tərkibinə Boliviya,
Kolumbiya, Peru, Çili (1976-cı ildə qrupun üzvlüyündən çıxmışdır) və
Ekvador daxil olmaqla 26 may 1965-ci ildə yaradılmışdır. 1973-cü ildə
Venesuela bu qrupun üzvlüyünə daxil olmuşdur.
And qrupu əhalisi 115 milyon nəfərə yaxın olmaqla 4.8 mln. kv.
km ərasini əhatə edir. Onun məcmuu ictimai məhsulu 300 mlrd, dollara
yaxındır.
Kartaxen müqaviləsi ümumi bazarın yaradılmasını, xarici
kapitala münasibətdə iqtisadi siyasətin uzlaşdırılmasını, istehsal
sahələrinin və infrastrukturun inkişafının bilavasitə birgə
proqramlaşdırılması, daxili və xarici maliyyə ehtiyatlarının səfərbər
olunması, qrupun daha az inkişaf etmiş ölkələri olan Boliviya və
Ekvadora xüsusi güzəştlərin edilməsi kimi məsələlərin həllini nəzərdə
tutur.
And qrupunun məqsədləri inteqrasiya və sosial-iqtisadi
əməkdaşlıq vasitəsilə iştirakçı-ölkələrin inkişafına köməklik etmək,
iqtisadi artımın sürətləndirilməsi və məşğulluğun təmin olunması. Latın
Amerikası ümumi bazarının yaradılmasıdır. And qrupunun fəaliyyətinin
əsas istiqamətləri bunlardır:
- vahid iqtisadi siyasətin işlənilməsi, həyata keçirilən
layihələrin əlaqələndirilməsi;
- qanunçuluğun harmonlaşdırılması: And qrupu
çərçivəsində qəbul olunan hüquq normalarının
170
tətbiqinə nəzarətin həyata keçirilməsi və onların vahid
şəkildə təfsiri;
- köməkçi orqanlar vasitəsilə regionlar və And qrupunun
orqanları arasında sıx qarşılıqlı əlaqənin yaradılması;
And əmək institutu və fərdi sahibkarlar ittifaqı.
And qrupu çərçivəsində aşağıdakılar yaradılmışdır:
- And inkişaf korporasiyası. O, həm inkişaf bankı, həm
investisiya bankı və həm də iqtisadi və maliyyə yardımı
agentliyi qismində fəaliyyət göstərir;
And ehtiyat fondu-tədiyə balansının tarazlığının təmin
olunması, maliyyə və valyuta siyasətinin uzlaşdırılması
üçün üzv-ölkələrin valyuta ehtiyatının bir hissəsi üzərində
sərəncam verir;
- Telekommunikasiya komissiyası Assosiasiyası -
əməkdaşlığın dərinləşməsi, regionda
telekommunikasiya xidmətinin inkişafına köməklik etmək
məqsədilə istifadə olunur.
1990-cı ildə “And strategiyası” qəbul olunmuş və bu sənəddə
əsas üç məqsəd qarşıya qoyulmuşdur: And iqtisadi məkanının inkişafı;
And qrupu ölkələrinin beynəlxalq əlaqələrinin dərinləşdirilməsi; Latın
Amerikasının birliyinə tövhə vermək. Elə həmin ildə qəbul olunmuş
“Sülh aktı” həlli mühüm olan məsələlər kimi aşağıdakıları irəli sürdü:
And ölkələrinin inteqrasiya prosesinin dərinləşməsi; And ümumi
bazarının yaradılması üçün azad ticarət zonasının, gömrük ittifaqının
təşkili və digər tədbirlərin həyata keçirilməsi.
And qrupu inkişaf etməklə olan ölkələrin inteqrasiya tarixində
xüsusi şöhrət qazandı. Bu şöhrət ondan ibarət idi ki, ilk dəfə olaraq bütöv
bir qruplaşma çərçivəsinda xarici inhisarların təsir dairəsinin
məhdudlaşdırılmasına cəhd edildi. Bu hərəkət qrupun fəaliyyətinin ilk
illərində həyata keçirilməyə başladı və buna rəhbərlik edən Çili (Xalq
birliyi hökuməti dövründə), Boliviya və Peru idi. Bu istiqamətdə əsas
tədbir vasitəsi rolunu TMK-ın fəaliyyəti üzərində nəzarəti
müəyyənləşdirməyə xidmət edən “Xarici kapitala, ticarət markasına,
patent və lisenziyaya
171
münasibətdə ümumi rejim” adlı sənəd oynadı. Bu tədbirlər 1974- cü
ildən sonra yaradılan xarici müəssisələrin milli və ya qarışıq
müəssisələrə çevrilməsini stimullaşdırdı. Belə müəssisələr təsis
olunarkən səhmlərin 15%-dən az olmayan hissəsi həmin müəssisənin
yerləşdiyi dövlətə verilir.
Ümumi rejimin ən mühüm müddəası ondan ibarət oldu ki, o,
xarici kompaniyaların əldə etdikləri mənfəətin ölkədən çıxarılmasına
məhdudiyyət qoydu. Birbaşa investisiyaların qeydiyyata alınmış
məbləğinin hər il 14%-nin xaricə keçirilməsinə icarə verilirdi.
Eyni zamanda xarici kapitalın qoyula biləcəyi sahələr də
məhdudlaşdırıldı. Onun sığorta, daxili ticarət, nəqliyyat, kütləvi
informasi vasitələri kimi sahələrə qoyulmasına imkan verilmirdi.
And qrupunun ali orqanı üzv-ölkələrin səfirlərindən ibarət,
səlahiyyət müddəti bir il olan Kartaxen sazişinin Komissiyasıdır.
Komissiyanın sədri əlifba sırası ilə təyin olunur. Hansı ölkə
Komissiyanın sədridirsə həmin ölkənin nümayəndəsidə qrupun
prezidenti olur. Bir qayda olaraq Komissiya ildə üç dəfədən az
olmayaraq sessiya keçirir. Bu sessiyalarda əməkdaşlığın əsas
istiqamətləri müəyyənləşdirilir, iqtisadi inkişaf və gömrük siyasətinin
əlaqələndirilməsi üzrə proqram təsdiq olunur.
Xarici işlər nazirlərinin Şurası - siyasi əməkdaşlıq orqanı - And
qrupunun dünya meydanında fəaliyyətini əlaqələndirir. Üzv-ölkələrin
qanunverici məclisinin deputatlarından təşkil olunmuş And parlamenti
Konsultativ (məsləhətçi) orqan qismində fəaliyyət göstərir. Mübahisəli
məsələləri And məhkəməsi həll edir. Konkret məsələlər üzrə tövsiyyələr
hazırlamaq məqsədilə şuralar yaradılmışdır: plan, valyuta, maliyyə,
vergi və sairə.
4.10. Asiya-Sakit okean regionunda inteqrasiya prosesləri
Hazırda Asiya-Sakit okean regionunda geniş miqyaslı
inteqrasiya prosesləri həyata keçirilir və bu müasir formada ən dinamik inkişaf edən və perspektivli inteqrasiya olunacaq
172
region hesab olunur. Asiya-Sakit okean regionu özündə Sakit okean
hövzəsinin qərbində, cənubunda, eləcədə şərqində yerləşən inkişaf etmiş
və inkişaf etməkdə olan ölkələri birləşdirir.
Asiya-Sakit okean regionu ənənəvi olaraq beynəlxalq iqtisadi
inteqrasiyanın üçüncü mərkəzi hesab olunur və bu region 1990-cı ildən
yüksək inteqrasiya meylləri ilə fərqlənir. Bu regionda əsas inteqrasiya
amilləri aşağıdakılardu*:
-iqtisadi inkişafın yüksək artımı;
-regionun dünya iqtisadi artımının həlledici mərkəzinə
çevrilməsi;
-iqtisadi qarşılıqlı əlaqənin və qarşılıqlı tamamlamanın
yüksəlməsi;
-Avropa ittifaqının təsirinə qarşı dayanma meylləri. Hazırda bu
regionda dünya əhalisinin 40%-i yaşayır, dünya ticarətinin 40%-i bu
ölkələrin (Kanada, ABŞ, Meksika, Yeni Zellandiya, Avstraliya,
Papua-Yeni Qvineya, Bruney, İndoneziya, Malayziya, Sinqapur,
Tailand, Filippin, Cənubi Koreya, Tayvan, Honkonq, ÇXR, Çili,
Yaponiya) payına düşür və 2020-ci ildə bunun 50%-dən artıq olacağı
proqnozlaşdırılır. İndi ümumdünya məcmuu məhsulunun yarısından
çoxu bu regionda istehsal olunur. Bu da, birinci növbədə regionun yeni
sənaye ölkələrinin (YSÖ) və ASEAN-a üzvü olan ölkələrin, xüsusən də
ÇXR, Yaponiya, Avstraliya və ABŞ-ın iqtisadiyyatlarının inkişafı ilə
əlaqədardır. ASEAN-a daxil olan əksər dövlətlərin və YSÖ-nin
ÜDM-nun artım tempi iki rəqəmli ədədlə ifadə olunmaqla, bu göstərici
orta dünya artımını 2,5-3 dəfə üstələyir.
Asiya-Sakit okean regionunda (ASOR) 44 subregional
qruplaşmalar fəaliyyət göstərir və hazırda 30-a yaxın belə blokların
yaradılması barədə danışıqlar apanlır. Bunlann da ən səmərəliləri iki
tərəfli azad ticarət zonaları, Cənubi-Şərqi Asiyada ASEAN, Avstraliya
və Yeni Zellandiya azad ticarət zonası. Sakit okean hövzəsinin
cənubunda sakit okean adalannm forumudur.
Asiya-Sakit okean hövzəsində inteqrasiya prosesinin
xarakterik əlamətlərindən biri iqtisadi artım zonalarının
yaradılmasıdır. Bu zonaların əsas məqsədi aşağıdakılardır:
a) istehsal amillərindən-kapital, təbii sərvətlər, insan ehtiyatlan,
əmtəə, xidmətlər- birgə istifadə etməklə coğrafi cəhətdən yaxın olan üç və ya daha çox ölkənin iqtisadi inkişafına nail olmaq;
b) yeni iş yerlərinin yaradılması, zəif inkişaf etmiş regionların
inkişaf səviyyəsinin qaldırılması hesabına əhalinin həyat səviyyəsinin
yüksəldilməsi;
c) qonşu dövlətlərlə iqtisadi, siyasi və mədəni əlaqələrin yax-
şılaşdınlması.
İqtisadi artım zonalarının yaradılması konsepsiyasının
əsasında iqtisadi, tarixi-mədəni və coğrafi amillər, siyasi mülahizələr
durur. Yaradılmış iqtsadi artım zonaları əsas diqqəti inf-
rastrukturanm, sənaye istehsalının, kənd təsərrüfatı və turizmin
inkişafına yönəldir. Bu zonaların üç modeli mövcuddur: cənub qütbü
artımı-Sinqapur, Malayziya və İndoneziya daxil olmaqla cənub
zonasının artımını nəzərdə tutur; infrastruktura və təbii ehtiyyatların
birgə inkişafı- Sinqapur, Malayziya və Tailand daxil olmaqla şimal artım
zonası; coğrafi yaxınlığın üstünlüklərindən istifadə etmək və qarşılıqlı
geosiyasi maraqları geoiqtisadi maraqlarla əvəz etmək.
ASOR-da 11 iqtisadi artım zonası fəaliyyət göstərir.
ASOR inteqrasiya yaxınlaşmalan regionda üfuqi əmək
bölgüsünün formalaşmasına yardım etmiş, TMŞ-in intensiv kapital qo-
yuluşlan nəticəsində mümkün olmuşdur. Qərbi Asiyanm bütün ba-
zarlannda hakim mövqeni Yaponiya TMŞ-i tutur.
ASOR çərçivəsində ən yüksək təsir dairəsinə malik olan
qruplaşma Cənubi-Şərqi Asiya ölkələri assosiasiyasıda* (ASEAN).
Bu təşkilat 1967- ci ildə Bankonq deklorasiyası əsasında İndoneziya,
Malayziya, Sinqapur, Tailand, və Filippindən ibarət tərkibdə
yaradılmışdır. Hazırda Mayami, Bruney, Laos, Vyetnam və Kamboca da
bu təşkilatın üzvləridirlər. Beləliklə, ASEAN hazırda Cənubi-Şərqi
Asiyanm həm kontinental, həm də ada ölkələrini özündə birləşdirir.
Buraya yüksək inkişaf mərhələsində olan və beynəlxalq mübadilədə
iştirak edən «Asiya pələngləri», eləcə də ləng inkişaf edən və kifayət
qədər qapalı qalan ölkələr daxildirlər.
ASEAN ölkələri çox böyük həcmli bazara, tayı-bərabəri
olmayan nadir təbii sərvətlərə və əhəmiyyətli sayda əmək ehtiyyatla- nna
malikdirlər. Onlann payına dünya neft istehsalının böyük bir hissəsi, mis
istehsahnın 60, qalay və hind qozu ləpəsinin 67, palma yağının 83, təbii
kauçukun isə 85 faizi düşür.
ASEAN-nm yaradılmasuun məqsədi-ölkələrin birgə qərann- da elan edildiyi kimi, üzv ölkələrin sosial-iqtisadi inkişafına yardım
174
etmək, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşhq və elmi tədqiqat
işlərinin həyata keçirilməsidir. ASEAN ölkələrinin ölkə başçı- lanmn
1976-cı ildə keçirilən birinci toplantısında Cənubi-Şərqi Asiyada
Dostluq və Əməkdaşlıq haqqında Müqavilə və Assosiasiyamn öz
fəaliyyətində rəhbər tutduğu əsas sənəd olan ASEAN-ın Deklo- rasiyası
qəbul edilmişdir. ASEAN-ın Deklorasiyası təntənəli surətdə elan
etmişdir ki, üzv ölkələr regional və dünya iqtisadi münasibətlərinin
mühüm məsələ və problemləri üzrə ümumi bir mövqedən çıxış
edəcəklər. ASEAN subregion miqyasında problemlərin həlli üçün
proqramlaşdınimış bir qruplaşma kimi, onun üçün «dansqal» olan
çərçivədən kənara çıxmağa çalışır.
ASEAN-m 1976-cı il Deklorasiyası regiondan kənar dövlətlərin
1987-ci ildə Assosiasiyaya qoşulmaq imkanlanna icarə verilməsini
nəzərdə tuturdu. Bu Deklorasiya Assosiasiya ölkələrinin qarşılıqlı
münasibətinin hüquqi təşkil edir.
ASEAN-in (Association of Southeast Asian Nations)
Cənubi-Qərbi Asiyada dostluq və əməkdaşlıq haqqında ikinci
həmrəylik Deklorasiyası (Bəyannaməsi, ^^Baluya razılaşması-2”)
2003-cü ildə qəbul olunmuşdur.
Assosiasiyanın ilkin rolu iqtisadi məsələlərdən çox, siyasi
məsələlər olmuşdur. Fəaliyyət göstərdiyi ilk vaxtlarda onun üzv-ölkələri
arasında bağlanmış ən mühüm razılaşma məhz siyasi və təhlükəsizlik
sahəsində olmuşdur. 1971-ci ildə bağlanmış Deklorasiya
Cənubi-Şərqi Asiyanı sülh, azadlıq və neytrallıq zonası elan etmişdi.
Dostluq və əməkdaşlıq haqqında Müqavilə regionda beynəlxalq
münasibətlərin özünə məxsus kodeksi olmaqla, BMT-nin
Nizamnaməsinə tam uyğundur. ASEAN-ın Deklorasiyaları digər
tərəfdən Assosiasiya daxilində siyasi, iqtisadi və funksional sahələrdə
əməkdaşlığın prinsiplərinidə özündə birləşdirir.
Assosiasiyanın fəaliyyətinin təşkilati-hüquqi əsasmın
möhkəmləndirilməsi məqsədilə 2004-cü ildə ASEAN-ın
Nizamnaməsinin işlənilməsi barədə qərar qəbul olundu. 20 noyabr
2007-ci ildə Assosiasiyanın 40 illiyinə həsr olunmuş Sinqapurda
keçirilən 13-cü zirvə görüşündə “onluğun” liderləri tərəfindən
ASEAN-ın Nizamnaməsi imzalandı. 13-cü zirvə görüşünün
qedişində 2015-ci ilədək ASEAN İqtisadi ittifaqının
175
yaradılmasının Planı imzalandı. Sənəddə ticarət, gömrük-tarif,
investisiya, maliyyə, rəqabət, istehsal, eləcə də xidmət və məşğulluq
sahəsində siyasətlərinin harmonizasiyası üçün kompleks tədbirlər
nəzərdə tutulur.
Iqtidasiyyat sahəsində Assosiasiyaya daxil olan ölkələr
2002- ci ilin 1 yanvardan qüvvəyə minmiş Azad ticarət zonasının
yaradılması haqqında Saziş, ASEAN-ın investisiya sxemi (AİA) və
ASEAN-ın Sənayə əməkdaşlığı haqqında sxem (AİKO) daxilində
Cənubi-Şərqi Asiya subregionunda qarşılıqlı fəaliyyət və liberallaşdırma
xəttini yeridir.
Zirvə görüşündə həmçinin enerji, ekologiya, iqlim dəyişməsi və
dayanıqlı inkişaf məsələləridə müzakirə olunmuşdur.
2007-ci il 9-15 yanvar tarixlərində Filippinin Sabu şəhərində
ASEAN-ın XII zirvə görüşü keçirilmişdir. Zirvə görüşünü iştirakçıları
aşağıdakı razılığa gəldilər:
1) Miqratlar da daxil olmaqla bütün əhali qruplarının
sosial-iqtisadi inkişafına köməklik göstərilməsi;
2) Terror çağırışlarına qarşı mübarizə aparmaq; Koreya
yarımadasının nüvə silahından azad olmasına fəal köməklik
etmək;
3) Vahid enerji sisteminin yaradılması və Trans- ASEAN qaz
kəmərinin tikintisi də daxil olmaqla ASEAN çərçivəsində
enerji kooperasiyasını inkişaf etdirmək.
Bu gün ASEAN 570 milyon əhalisi olan, illik məcmuu ümumi
daxili məhsulu 1,1 trilyon ABŞ dolları, xarici ticarət dövrüyyəsi 1,4
trilyon ABŞ dolları olan, orta ümumdünya iqtisadi artım tempindən
yüksək iqtisadi artım tempinə malik olmaqla, Asiya-Sakit okean
regionunda inteqrasiya prosesinin mərkəzidir.
ASEAN-ın ali orqanı üzv ölkələrin dövlət və hökumət
başçılarının üç ildə bir dəfə keçirilən konfransıdır. Mərkəzi rəhbər
orqanı-xarici işlər nazirlərinin illik görüşləridir. Assosiasiyanın daimi
komitəsi həmin vaxt ASEAN-ın sədri olan ölkənin xarici işlər naziri və
digər ölkələrin səfirlərindən ibarət tərkibdə fəaliyyət göstərir. İqtisadi
əməkdaşlıq barədə qərarlar Assosiasi
176 _____________ fi
yanın üzvü olan dövlətlərin iqtisadiyyat nazirlərinin müntəzəm olaraq
keçirilən görüşlərində qəbul olunur. Təhsil, enerji, səhiyyə, elm və
texnologiya, ədliyyə, ətraf mühitin mühafizəsi nazirlərinin görüşləri
zəruri hallarda müvafiq komitələr tərəfindən təşkil olunur. ASEAN-ın
neft üzrə Şurası, gəmi sahibləri Assosiasiyası, Bank Şurası, Maliyyə
korporasiyası və s. ixtisaslaşmış təşkilatları da fəaliyyət göstərir.
ASEAN-ın Katibliyinə rəhbərlik hər üç ildən bir dəyişdirilən baş katib
tərəfindən həyata keçirilir. ASEAN-ın katibliyi Cakartada yerləşir. Baş
Katib 5 il müddətinə təyin edilir. Katibliyin əməkdaşları bütün region
üzrə açıq müsabiqə yolu ilə seçilirlər.
Assosiasiyanın cari işlərinin əlaqələndirilməsi və qərarlarının
hazırlanması üçün ASEAN-ın üzvü olan hər bir dövlətin özünün katibliyi
olur və bu katibliyə baş direktor rəhbərlik edir. Üzv ölkələrin diplomatik
nümayəndələrinin başçılarından ibarət olan 11 komitə üçüncü ölkənin
paytaxtında ASEAN-ın xarici əlaqələrinin həyata keçirilməsinə
köməklik edir: Bonnda, Brüsseldə, Vaşinqtonda, Vellinqtonda,
Cenevrədə, Kanberrada, Londonda, Ottavada, Parisdə, Seulda və
Tokioda. ASEAN vahid təşkilat kimi, digər ölkələr və ticarət iqtisadi
qruplaşmalarla rəsmi münasibətlər qurur. ASEAN-ın tərkibində 11
ixtisaslaşmış komitə fəaliyyət göstərir. Bu komitələr tərəfindən
iqtisadiyyat və ticarət nazirlərinin, hüquq-mühafizə orqanları
rəhbərlərinin görüşlərin də daxil olmaqla ildə 300-dən çox tədbir
keçirilir.
Beləliklə, Assosiasiya tərəfindən həll olunan iqtisadi və
siyasi problemlər onun aşağıdakı xüsusiyyətlərini aşkara çıxardı:
1. ASEAN çərçivəsində regiondaxili ticarət artsa da, o hələ
məcmuu ticarət dövriyyəsində həlledici xüsusi çəkiyə malik
deyil;
ASEAN-nın Asiya regionu və digər inkişaf etməkdə olan
ölkələrə əmtəə ixracı 11 saylı cədvəldə verilmişdir. Cədvəldən
göründüyü kimi, ASEAN-nın Asiya ölkələrinə və digər inkişaf etməkdə
olan ölkələrə bütün əmtəələr və hazır məhsullar üzrə ixracı əyri xətli
xüsusiyyətə malikdir. Əgər 1960-cı ildə bütün əmtəələr üzrə ixrac
ASEAN-ın ümumi ixracında 11,8 faiz təşkil etmişdirsə, bu 1990-cı ildə
4,8 faiz təşkil etmiş və sonra çox az artaraq 2005- ci ildə 9,1 faiz təşkil
etsə də, 1980-cı ilin səviyyəsindən aşağı olmuşdur. Hazır məhsul üzrə bu
göstərici müvafiq olaraq 2,8, 7,2
177
və 9,7 faiz təşkil etmişdir. ASEAN ölkələri daxilində bu artım nisbətən
dinamik xarakter daşımışdır.
Bu, iqtisadi səbəblərlə, birinci növbədə ASEAN-a daxil olan
bütün ölkələrdə daxili əmək bölgüsünün səviyyəsinin aşağı olması ilə
əlaqədar olmuşdur. Belə ki, ayrı-ayrı sahələrin və rayonların inkişafının
«mənbəyi» milli bazara nisbətən xarici bazarla daha çox əlaqəli
olmuşdur.
Cədvəl №12.
ASEAN-nın Asiya regionu və digər intkişaf etməkdə olan ölkələrə
əmtəə ixracı, 1970-2005-ci illər (faizlə).
Asiya öl-
Ümumi ixracda İEOÖ- in
payı %-lə
Dəyər ölçüsündə illik orta artım
%-lə kələri və 1970 1980 1990 2000 2003
ASEAN 1970 1980 1990 2001 2005 / / / / / 1980 1990 2000 2003 2005
Asiya
Asiyanın
digər
İEOÖ-rə
ixracı
Bütün
əmtəələr
9,7 11,8
4,8 8,4 9,1 29,8 -2,2
15,5 5,9 7,4
Hazır
məhsullar
18,7 2,8
7,2 8,9 9,7 21,2
9,9 13,7 4,6 6,2
XAM
MAL 6,2 11,2 0,1 6,8 8,2
34,7 -26,3 41,2 7,4 8,8
ASEAN
Daxili ix-
rac
Bütün
əmtəələr 22,0 21,0
58,2 63,2 65,5 26,2 20,2
15,4 14,5 16,5
Hazır
məhsullar
27,0 32,0 68,1
71,1 73,1 28,0 28,2 16,8
17,5 18,4
XAM
MAL
19,5 16,8
39,5 42,4 47,8 25,2 8,2
7,4 5,4 6,8
178 Ə. ^{И-ук()^гоу. M.İ-). f'k S. и/. A-f.mmı.-}(hv
Mənbə. UNCTAD. Trade Development Report. 2005 World
Economic Outlook. January 2006
2. Kifayət qədər geniş xarakter almış regional və sahəvi
qeyri-mütənasiblik.
Bu problemləri həll etmək çətin olsa da, onlarm həll
olunmamasını düşünmək düzgün deyil. Onlar ölkələrin iqtisadi
siyasətində üstün istiqamətləri təşkil etmirlər. Cənubi Koreya,
Malayziya, Tailand kimi ölkələr kifayət qədər əsaslı olaraq belə hesab
edirlər ki, müasir sənayenin dünya bazanna yönəlmiş dar sahələrinin
inkişafını himayə etmək zəruridir. Bununla yanaşı ASEAN ölkələri və
bütövlükdə Asiya regionu ölkələri arasında ticarət-iqti- sadi, maliyyə və
digər proseslər intensiv olaraq inkişaf edir.
XX əsrin 60-cı illərinin ortalarında ASEAN-nın
formalaşdırılması Cənub-Şərqi Asiyada hərbi siyasi vəziyyətin
sabitləşməsini əks etdirirdi. 70-ci illərin ortalarında hərbi siyasi amil
iqtisadi sahədə qarşılıqlı əlaqələrin yaradılmasına kömək etdi. Baliyek-1
Bəyannaməsi ilə təsbit edilmiş qarşılıqlı ticarətin libe- rallaşdırılması
planı yalnız 70-ci illərin ortalarından, yəni Assosiasiyanın
yaradılmasından 10 il keçdikdən sonra yeinə yetirilməyə başladı. Bu
ləngimənin də bir sıra obyektiv səbəbləri var idi: ölkələrin iqtisadi
inkişaf səviyyəsindəki fərqlər; üçüncü ölkələrlə xarici-iqtisadi
əlaqələrdən asılılıq; iqtisadiyyatın və ixracın təxminən oxşar strukturu.
Bunun nəticəsində ASEAN ölkələrinin ixracının əsasını təşkil edən təbii
kauçuk, düyü, palma yağı, qalay və bir sıra digər əmtəələri dünya
bazarına göndərənlər arasında rəqabət kəskinləşməyə başladı.
1977- ci Udə imtiyazh ticarət zonasının yaradılması barədə
qərar qəbul edilir-ASEAN Preferential Trade Agreement (ASEAN
PTA). İlkin olaraq imtiyaz 20, sonra 71 və yalnız 80-a illərin axınn- da
12700 əmtəə növünə şamil edildi. İmtiyazh ticarət zonasına daxil edilən
əmtəələrin böyük əksəriyyəti heç qarşılıqlı əmtəə mübadiləsinin
obyektləri deyildi. Buraya qarşılıqlı əmtəə mübadiləsinə aid olan
əmtəələrin yalnız 5 faizi daxil edilmişdi.
ASEAN-ın gündəliyində duran mərkəzi məsələlərdən biri üzv
ölkələr arasında gömrük rüsumlarını aşağı salmaq yolu ilə əmtəə və
xidmətlərin mübadiləsinin stimullaşdırılması, qarşılıqlı ticarətin və
investisiyaların həvəsləndirilməsidir. Səmərə burada da kifayət qədər
məhdud oldu. Bu mərhələdə Assosiasiyanın
heyH^iijgıIifwrmiäi. hftimxüPMhr 179
müvafiq orqanları ASEAN çərçivəsində Aİ-də olduğu kimi vahid xarici
gömrük tariflərinin tətbiqinə baxmırlar. Burada ən böyük diqqət Şərqi
Asiyanın geniş coğrafi məkanında ticarətin liberallaşdırılması planına
yönəldilir. ASEAN ölkələrinin xarici ticarətinin ümumi həcmində
Assosiasiya daxili ticarətin payı əsaslı dəyişikliklərə məruz
qalmamışdır. Xarici ticarətin əsas hissəsi ASEAN-a daxil olmayan
ölkələrlə (ABŞ, Yaponiya, Çin, Qərbi Asiya ölkələri) həyata keçirilir.
ASEAN-a daxil olan və Asiya Sakit okean regionunun bir sıra
ölkələrinin inkişafını xarakterizə edən göstəricilər 13 saylı cədvəldə
verilmişdir.
Cədvəl №13 ASEAN və ASOR-un bir sıra ölkələrinin inkişaf göstəriciləri.
Göstərici
lər
İndo
neziya
Sinqa
pur
Tai
land
Filip
pin Çin
Cənubi
Koreya
Ümumi daxili
məhsulun
artımı, %-lə
1990-1996 7,2 5,7 4,8 4,3 10,4 6,5
1997 4,6 7,8 -0,4 5,2 8,8 5,5
1998 -18,4 0,2 -7,0 1,2 7,6 -6,0
2000-2004 3,3 3,6 3,4 3,5 9,8 4,7
2005 3,6 4,6 5,3 4,6 9,2 6,7
Qızıl valyuta
ehtiyatlan,
mlrd, dollar
19,0 62,2 26,6 8,45 144,6 46,91
Xarici
borclar
mlrd.dollar
138,0 3,04 594 70,3 12,4 45,5
Adambaşına
gəlir, dollar
3500 22900 5300 2530 2500 13000
İxrac
mlrd.dollar 53,4 119,0 53,3 29,5 181,0 132,0
180
Cədvəldə ASEAN-ın təsisçiləri olan ölkələrdən bəziləri və
regionda bütün iqtisadi proseslərə güclü təsir göstərən ÇXR-nın
göstəriciləri öz əksini tapmışdır.
ASEAN-ın ali rəhbərlərinin 1998-ci il ilin dekabrında ən yüksək
səviyyədə keçirilən sammitində belə bir yekdil fikir səslənmişdir ki,
biznesdə ehtimadın bərpa olunması, Asiya qitəsində 1997-1998- ci
illərdə baş vermiş iqtisadi böhranın aradan qaldınlması və iqtisadi
inkişafın təmin edilməsi məqsədilə xidmətlərin region daxili ticarətinin
stimullaşdınbnası üçün daha ciddi siyasət həyata keçirilməli, regionun
investisiya cəlbediciliyinin yüksəldibnəsi məqsədilə qısa müddətli
tədbirlər qəbul olunmab, ASEAN ölkələrinin sənaye sahəsində
əməkdaşlığı genişləndirilməlidir.
Daxili və xarici iqtisadi və siyasi reallığın dəyişməsi Cə-
nubi-Qərbi Asiya ölkələrinin iqtisadi yaxınlaşmasının dərinləşməsinə
gətirib çıxardı. 1992-ci ildə dövlət başçılarının sammitində ASEAN
ölkələri 10 il ərzində, yəni 2003-cü ilədək azad ticarət zonası AFTA
(ASEAN Free Trade Agreement) yaratmağı qərara aldılar və hazırda bu
zona fəaliyyət göstərir.
AFTA-nın strateji məqsədi ticarət maneələrinin aradan
qaldırılması, xarici investisiyaların cəlbediciliyinin artırılması, regionda
iqtisadi səmərəliliyə nail olunması əsasında üzv ölkələrin rəqabət
qabiliyyətliliyinin yüksəldilməsidir. AFTA-nın fəaliyyətinin əsas
istiqamətləri özündə aşağıdakıları birləşdirir:
1. sənaye və kənd təsrrüfatı məhsullarına rüsum
dərəcələrinin 0-5 faizədək azaldılması;
2. ASEAN-ın bütün üzv ölkələri üçün ümumi səmərəli
imtiyazlı tariflərin tətbiqi (SEPT);
3. beynəlxalq normalara uyğun olaraq milli standartların
işlənib tətbiq olunması;
4. sənaye məhsullarının qarşılıqlı ticarətində kəmiyyət
məhdudiyyətlərinin aradan qaldırılması;
5. keyfiyyət sertifikatlarına münasibətdə qarşılıqlı qəbul
etmə prinsipinin tətbiqi;
6. makroiqtisadi siyasətin əlaqələndirilməsi.
Bu proqramda ASEAN-ın ilkin üzvləri İndoneziya, Malayziya,
Filippin, Tailand, Sinqapur, eləcə də Assosiasiyaya 1984-cü ildə üzv
olmuş Bruney iştirak edirdi. Bu işin tezləşdirilməsi yeni aralıq
məqsədin-2000-ci ilədək ASEAN daxilində ticarətin 90 fai
181
zinin 0-5 faizli rüsum dərəcəsi ilə həyata keçirilməsini nəzərdə tuturdu.
Bu müddətədək üzv ölkələrdə ticarətin liberallaşdıniması səviyyəsi
müxtəlif ola bilərdi, lakin bu 85 faizdən aşağı olmamalı idi. Bu başlıca
məqsəd yerinə yetirildi. Qarşılıqlı ticarətin tam libe- rallaşdırılmasının
2010-cu ilədək başa çatdırılacağı nəzərdə tutulur. Həm də, Assosiasiyaya
üzv olan dövlətlər bu müddətdə qarşılıqlı xarici ticarətdə tarif
dərəcələrini sıfıra endirmək niyyətində olduqlarını bildirmişlər.
AFTA-nın mühüm istiqamətlərindən biri də xidmətlər üzrə azad
ticarət zonasının yaradılrnasıdır. 1994-cü ildə xidmətlər üzrə
ASEAN-nın çərçivə sazişi imzalandı. ASEAN (Framwork Agreement
on Servises (AFAS). AFAS-ın əsas məqsədi-xidmətlər üzrə azad ticarət
zonasının yaradılması və bu sahədə bütün maneələrin ləğv edilməsidir.
2020-ci ildə xidmət sahəsinin tam liberallaşdırılacağı nəzərdə tutulur.
1998-ci ildə ASEAN ölkələri ümumi istehlakçı bazarı yaratmaq
əsasında xarici investisiyaların axınını gücləndirmək məqsədi ilə
ASEAN-ın investisiya zonasının yaradılması barədə razılaşma
imzaladılar.
İnvestisiya zonası 5 istiqamət üzrə yaradılır:
1. bir sıra müstəsnalıqlar saxlanılmaqla 2010-cu
ilədək milli investisiya rejiminin ASEAN-a üzvü olan
ölkələrə, 2020-ci ilədək isə üçüncü ölkədən olan investorlara
şamil edilməsi;
2. 2010-cu ilədək iqtisadiyyatın bütün sahələrinin
üzv ölkələrin investorları üçün, 2020-ci ilədək isə bir sıra
məhdudiyyətlər saxlanılmaqla Assosiasiyaya daxil olmayan
ölkələrin investorları üçün açıq elan edilməsi;
3. ASEAN daxilində kapitalın hərəkətinin,
ixtisaslı işçi qüvvəsinin miqrasiyasının və texnologiyaların
verilməsinin stimullaşdırılması;
4. investisiya əməkdaşlığı proqramlannm
əlaqələndirilməsi;
5. investisiya proqramlanmn həyata keçirilməsi
üçün sahibkarlıq bölməsinə geniş sərbəstlik verilməsi.
ASEAN ölkələrindən hər biri həm ASEAN-a üzv olan ölkələrin,
həm də üzv olmayan, lakin müəyyən tələblərə cavab verən ölkələrin
emal sənayesinə investisiya qoymaq barədə 1 yan
182
var 1999-cu il tarixdən, 31 dekabr 2001-ci il tarixədək sifariş verildikdə
və bu layihə bəyənildiyi təqdirdə onlara aşağıdakı güzəştlərin tətbiq
olunacağına zəmanət verilirdi:
- ən azı üç il müddətinə korporativ gəlirlərdən ümumiyyətlə vergi
ödəməkdən azad olunmaq və ya investisiya vergi dərəcəsinin 30 faiz
aşağı salınması;
- 100 faizli xarici mülkiyyətə icazə verilməsi;
- istehsal təyinatlı əmtəələrin rüsumsuz idxalı;
- daxili bazarların açılması;
- ən azı 30 il müddətinə sənaye məqsədi ilə istifadə olunması
üçün icarəyə götürülməsinə icazə verilməsi;
- xarici işçi qüvvəsinin muzdla işə qəbul olunması.
Qeyd etmək lazımdır ki, ASEAN ölkələrinin iqtisadi siyasət
sahəsində bu və ya digər hərəkətləri Assosiasiyanın böhran
vəziyyətindən çıxmasında, onun regional və dünya mövqeyinin bərpa
olunmasında mühüm rol oynamışdır.
Son dövrlərdə ASEAN məkanında ən fəal fəaliyyət göstərən
Yapon investorlarıdır. Onlar burada həm real bölmədə, həm də maliyyə
bölməsində öz kapitallarım artırırlar. Bu sahədə onunla Çin güclü
rəqabət aparır. Təkcə İndoneziyada son 10 ildə Yapon investisiyalarının
həcmi 10 milyard dollardan çox olmuşdur. Cənubi-Şərqi Asiyada Yapon
kompaniyalan ilə yanaşı ABŞ, Qərbi Avropa, Cənubi Koreya şirkətlər də
müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
ASEAN ölkələrində məhkəmə sistemindəki nöqsanlara,
səhmdarlann, xüsusilə də xarici səhmdarlann hüquqlarmm zəif müdafiə
olunmasına, korrupsiyaya qarşı az səmərəli mübarizə aparılmasına və
digər problemlərə baxmayaraq ASEAN ölkələrinin iqtisadiyyatı və
inteqrasiya prosesi müvəffəqiyyətlə inkişaf edir.
Son dövrlərdə ASEAN daxilində bir sıra başlıca prinsiplərdən
imtina edilməsi barədə çıxışlar güclənir. Məsələn, Filippinin fəal
müdafiəsi ilə Tailand bütün qruplaşmanın marağına toxunan “onluğun”
ayrı-ayrı üzvlərinin daxili siyasi problemlərinin müzakirəsinə “qadağa”
qoyulmasının aradan qaldırılması uğrunda çıxış edir.
Assosiasiya çərçivəsində qərar qəbulunun konsensus yolu ilə
qəbul olunması prinsipinin ləğv olunmasını da tələb
BevfiMxaki: iüitiadi rminasld^hr 183
edənlər vardır. Onlar bunu belə əsaslandırırlar ki, müasir dövrdə insan
hüquqlarının qorunması son dərəcə hər bir ölkənin daxili işi
olmadığından, bu humanitar məsələlərin baxılmasına maneçilik törədir.
XX əsrin 70-ci illərində Assosiasiya arasında dünyanın fəal
iqtisadi və siyasi əlaqədə olan aparıcı dövlətləri ilə, birinci növbədə isə
Asiya-Sakit okean regionu dövlətləri ilə dialoq sistemi yaradıldı.
ASEAN-la tam miqyaslı dialoq tərəfmüqabilləri 9 ölkə (Avstraliya,
Hindistan, Kanada, Çin, Yeni Zelandiya, Koreya Respublikası, Rusiya,
ABŞ, Yaponiya), eləcə də Aİ, PROON-dur. Dialoq üzrə Assosiasiyanın
bölmə tərəfmüqabili Pakistandır.
ASEAN-ın öz silahlı qüvvələri var və onlar birgə hərbi təlim
keçirlər. 1994-cü ildə ASEAN-a üzv-ölkələrin xarici işlər nazirlərinin
27-ci konfrasında ASEAN-ın bayrağı qəbul olundu.
4.11. Ərəb ölkələrində inteqrasiya prosesləri
1960-cı ildən başlayaraq ərəb ölkələri müxtəlif inteqrasiya
təşkilatları və qrupları yaratmağa başladılar.
Regionda demək olar ki, daimi hökm sürən geosiyasi
qeyri-sabitlik BİM-də müsbət dəyişikliklərin həyata keçirilməsini
ləngidir. Hətta iş o dərəcəyə çatıb ki, regionda olan zəngin təbii qaz və
neft ehtiyyatmdan tam istifadə etmək çətinləşib.
Ərəb ölkələri zonasında aşağıdakı beynəlxalq və regional
inteqrasiya təşkilatları yaradılmışdır:
-Ərəb dövlətləri liqası-19 ölkə daxildir;
-Ərəb Məqribi (ərəb dilindən tərcümədə Məqrib Qərb
deməkdir) ittifaqı-(ƏMİ) Əlcəzair, Tunis, Marokko, Mavrita- niya,
Liviya və Qərbi Saxara. İttifaqa daxil olan 6 ölkə birlikdə Böyük Məqribi
təşkil edir.
- Ərəb Əməkdaşlığı İttifaqı-Misir, İraq, İordaniya, Yəmən;
Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı İttifaqı- Səudiyyə
Ərəbistanı, Küveyt, Bəhreyn Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman
1989-cu ilin fevral ayında Mərakeşdə Şimali Afrikanın dövlət
başçılarının ikinci görüşündə Ərəb Məqribi ittifaqının
184
(ƏMİ) yaradılması bəyan edildi. ƏMİ-nın tərkibinə Əlcəzair, Liviya,
Mavritaniya, Marokko və Tunis daxil oldu və onlar üç əsas müqavilə
imzaladılar. İttifaqın yaradılması barədə müqavilə; onun təsis olunması
barədə bəyannamə; Məqrib komissiyasının işinin yekunu barədə
qətnamə.
Ərəb Əməkdaşlığı İttifaqı. 16 fevral 1989-cu ildə Bağdadda
dörd dövlət başçısının (Misir, İraq, İordaniya və Yəmən Ərəb
Respublikası) konfransında Ərəb Əməkdaşlığı İttifaqının (ƏƏİ)
yaradılması elan olundu. İttifaqın birgə bəyannaməsində deyilirdi ki,
«Yeni birlik Ərəb dövlətləri liqasını əvəz etmir, müstəsna olaraq onun
çərçivəsində fəaliyyət göstərir».
Yeni təşkilatın məqsədi ona daxil olan ölkələrin sosial-iqtisadi
səviyyəsinin yüksəldilməsi, bir-birinin daxili işlərinə qarışmamaq
prinsipi əsasında onlar arasında əməkdaşlığın fəallaşdı- rılmasıdır.
ƏƏİ yaradılarkən xüsusi olaraq nəzərə çatdırılmışdı ki. İttifaqın
fəaliyyəti iqtisadi xarakterli olmaqla, iqtisadi planların
əlaqələndirilməsinə və daxili bazarların birləşdirilməsinə
yönəldilmişdir. Üzv ölkələr bilirdilər ki, onların niyyəti birləşən
dövlətlərin sənaye sahəsi də daxil olmaqla iqtisadi inteqrasiyasını
sürətləndirmək, eləcə də siyasi və hərbi sahədə öz fəaliyyətlərinin
əlaqələndirilməsini gücləndirməkdir.
•^ƏƏİ-nin yaradılmasına üzv-ölkələrdə iqtisadi və sosial inkişaf
səviyyəsində olan müəyyən uyğunluqlar və həmin dövrdə bu ölkələr
arasında ciddi fikir ayrılığının olmaması səbəb olmuşdur. Lakin bu birlik
uzun müddət fəaliyyət göstərmədi. 1990-cı ildə baş vermiş İraq-Küveyt
böhranı (müharibəsi) regionda qüvvələr nisbətində ciddi dəyişikliklərə
səbəb oldu. Misir çoxmillətli qüvvələr tərkibində İraqa qarşı hərbi
əməliyyatlarda iştirak etdi, digər ölkələr isə İraqı müdafiə mövqeyində
durdular.
2001-ci ilin dekabrında Omanın Maskata şəhərində Ali Şuranın
sessiyasında regional iqtisadi ittifaq haqqında yeni sə- nəd-Fars
körfəzinin Ərəb ölkələri arasında iqtisadi saziş təsdiq olundu. Bu
sənəd həmin ölkələr arşında 1981-ci ildə imzalanmış Vahid İqtisadi
sazişi əvəz etdi. Yeni müqavilə 1 yanvar 2003-cü ilə qədər Gömrük
iftifaqı barədə saziş imzalanmasını, 53 adda əmtəədən başqa, digər
əmtəələr üçün Fars körfəzinin Ərəb dövlətləri
.... ■_ İ ' ...^85
əməkdaşlığı ittifaqına daxil olmayan ölkələrdən idxal olunan mallara 5
faizlik standartlaşdırılmış gömrük rüsumunun tətbiqini nəzərdə tuturdu.
2002-ci ilin iyun ayında maliyyə nazirlərinin yığıncağında qərara alındı
ki, daimi əsaslar üzrə Gömrük ittifaqı üç illik müddət başa çatdıqdan
sonra qüvvəyə minəcəkdir. Bu müddət ərzində gömrük yığımları
əmtəənin nəzərdə tutulduğu son məntəqədə ödəniləcəkdir. 2002-ci ilin
dekabrında qruplaşma çərçivəsində gömrük ittifaqının yaradılması
haqqında saziş işləməyə başladı. Bütün xarici mallara şamil edilən 5
faizlik vahid xarici gömrük tarifi müəyyənləşdirildi (tütün
məmulatlarından başqa bu əmtəələrə rüsum 100 faiz həcmində).
Qruplaşma daxilində isə ticarət rüsumsuz əsasda həyata keçirilir.
Beləliklə, burada 2010-cu ildə valyuta və iqtisadi ittifaqa nail olunacağı
perspektivi tam real görünür. Fars körfəzi Ərəb ölkələri arasında iqtisadi
müqavilə, həm də 1 yanvar 2010-cu ildən vahid valyutaya-Körfəz
dinarına keçilməsini nəzərdə tutur.
Fars körfəzi Ərəb dövlətləri əməkdaşlığı İttifaqı
(FKƏDƏİ). 1981-ci ilin may ayında yaradılmışdır. İttifaqın əsas
məqsədləri arasından aşağıdakılan ayırmaq olar: iqtisadiyyat və
maliyyə, ticarət, gömrük xidməti və kommunikasiya, təhsil və
mədəniyyət, sosial sahə və səhiyyə, informasiya və turizm,
qanunvericilik və idarəetmə sahəsində fəaliyyətin vahid normasının
işlənib hazırlanması. Müxtəlif sahələrdə-sənaye, ərzaq təminatı, ətraf
mühitin qorunması, elmi texniki tərəqqiyə kömək göstərilməsi, birgə
elmi-texniki mərkəzlərin yaradılması, birgə layihələrin həyata
keçirilməsi xüsusi olaraq qeyd edilmişdir.
İttifaqın Ali rəhbər orqanı-dövlət və hökumət başçıları
arasından seçilən Ali sovetdir. Bu Sovet növbə ilə, əlifba qaydasında hər
bir üzv ölkədən seçilir və ildə bir dəfə toplanır. Ali Sovet FKƏDƏİ-nın
strategiyasını işləyir, onun fəaliyyətinin magistral istiqamətlərini
müəyyənləşdirir, Sovetin işçi orqanları tərəfindən baxılmaq üçün ona
təqdim olunmuş zəmanət və təklifləri ya təsdiq edir, ya da rədd edir.
Ali Sovet vizasız gediş-gəliş, ölkə vətəndaşlannın sərbəst
pərakəndə satışla məşğul olması və s. kimi bir sıra mühüm qərarlar qəbul
etmişdir. 1990-cı illərin əvvəllərində ittifaq çərçivəsində vahid enerji
sistemi layihəsi hazırlandı. Bu layihənin birinci mərhələsi Səudiyyə
Ərəbistanı, Bəhreyn, Küveyt və Qətərin, ikinci mərhələsi
186 [ ■ :'v. SiAİ.AJ?iiUnı7£^
Oman və BƏƏ-nin eneıji sistemlərinin birləşməsini və sonra onla- nn
hamısının birləşərək vahid eneıji sisteminin yaradılmasını nəzərdə
tuturdu. Layihənin dəyəri 6 milyard dollar təşkil etməklə, vahid enerji
sisteminin 2007-2010-cu illərdə istifadəyə veriləcəyini nəzərdə tutur.
FKƏDƏl ölkələrinin birgə fəaliyyətinin inkişafı əsasında və
digər bir sıra istiqamətlərdə 1999-cu ildə Ər-Riyad da Ali sovet
çərçivəsində 1 mart 2005-ci ildə Gömrük ittifaqının yaradılması
barədə müqavilə bağlanıldı. Eyni zamanda FKƏDƏİ Gömrük
ittifaqının fəaliyyət göstərməsi üçün şərait yaradılması ilə yanaşı, Fars
körfəzi Ərəb dövlətlərinin ümumi bazannm formalaşdırılması
istiqamətində də cəhd göstərdi. Bu məqsəd ölkələrin ticarət nazirlərinin
1992-ci ilin may ayında keçirilən yığıncağında üstün istiqamət kimi
qarşıya qojmImuşdur.
FKƏDƏİ dövlətləri öz ölkələrinin iqtisadi inkişafımn milli
planlaşdırılmasının əlaqələndirilməsi və uyğunlaşdınimasının zəruriliyi
barədə razılığa gəldilər. Burada sosial-iqtisadi inkişafın dövlət planının
razılaşdırılması (bu inkişafa xüsusi bölmənin vəsait qoyma imkanlarının
artırılması da daxil edilməklə) regionlar səviyyəsində planların qarşılıqlı
uzlaşdırılması, inteqrasiya prosesinin gücləndirilməsinə köməklik
göstərilməsi nəzərdə tutulur.
Avropaya meylliHk. Şimali Afrika (Məqrib) son 200 ildə
Avropanın güclü təsiri altında olmuşdur. Yalnız ikinci dünya
müharibəsindən sonra milli azadlıq hərəkatının güclənməsi xəyalpərəst
bir İdeyaya-Böyük Məqrib planının təntənəli bəyan edilməsinə gətirib
çıxardı. Lakin bu plan tezliklə uğursuzluğa düçar olduğundan, bu
ölkələri yenidən Avropa ilə ənənəvi əməkdaşlığa diqqəti artırmağa vadar
etdi. Bu həm də onunla əlaqədar idi ki, bu ölkələrdən çıxmış 5 milyon
insan Avropada yaşayır və onlar öz ölkələrinin Avropa ilə daha sıx
əməkdaşlıq etmələrinə maraqlıdırlar.
Avropa ilə Məqrib ölkələrinin müasir əməkdaşlığı 1995-ci
ildə Barselonada imzalanmış Aralıq dənizi tərəf-müqabilliyi sazişi
əsasında həyata keçirilir. Bu saziş çoxtərəfli səviyyədə Avropa ittifaqını
Aralıq dənizinin Cənub və Qərbində yerləşən 12 ölkə ilə birləşdirir. Bu
ölkələr Misir, Əlcəzair, İsrail, İordaniya, Livan, Malta, Marokko,
Fələstin, Türkiyə, Tunis, Suriya və
\B^ynıf{xaig jqtlmdiı mümsib^Tİ^^^r 187
Kiprdir. Tərəf-müqabilliyin məqsədlərindən biri 2015-ci ilədək azad
ticarətə nail olunmasıdır.
Tamamilə aydındır ki, Məqrib ölkələri ilə Aİ arasında
əməkdaşlıq birinci növbədə iqtisadi və humanitar sahələri əhatə etməklə,
Aİ-nin planına uyğun həyata keçiriləcəkdir. Ərəb Məqribi ittifaqı
ölkələrinin liderləri bu ittifaqa Avropaya inteqrasiya istiqamətində
irəliləməkdə bir üsul və vasitə kimi baxırlar.
Bunlardan əlavə digər bir sıra ərəb inteqrasiya təşkilatları da
fəaliyyət göstərirlər ki, onlara da aşağıdakılar aiddir: (cədvəl № 14)
-24 müsəlman ölkəsini, eləcə də Qvineya, Qambiya,
İndoneziya, Kamerun, Mali, Çad və Nigeri birləşdirən İslam İnkişaf
Bankı (İİB). Bu təşkilat 1974-cü ildə yaradılıb. İİB-nın məqsədi
aşağıdakı kimi müəyyənləşdirilmişdir: iştirakçı dövlətlərin istehsal
müəssisələri və layihələrinin səhmdar kapitalında iştirak etmək; iqtisadi
və sosial infrastruktur layihələrinə kapital qoyuluşunun həyata
keçirilməsi; ictimai və xüsusi bölmənin maliyyələşdirilməsi. Bundan
əlavə bank ixtisaslaşmış fondlar da yarada bilər. Bankın vəzifələrinə
həmçinin iştirakçı ölkələrin xarici ticarətinin maliyyələşdirilməsi,
texniki yardım almaqda və kadr hazırlığında onlara köməklik göstərmək
də daxildir.
-1961-ci ildə yaradılmış iqtisadi inkişafın Küveyt fondu-
sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədləri üçün Ərəb,
Asiya və Afrika ölkələrinə güzəştli borclar verir.
-Ərəb ölkələrinin iqtisadi inkişaf fondu. 1971-ci ildə
Abu-Dabidə yaradılıb. Fond Ərəb ölkələrində infrastrukturun, sənaye və
turizmin inkişafının maliyyələşdirilməsi ilə məşğul olur.
-1974-cü ildən fəaliyyətdə olan Səudiyyə inkişaf fondu-
praktiki olaraq qərb meyilli inkişaf etməkdə olan bütün ölkələrə kömək
göstərməyi qarşısına məqsəd qoymuşdur.
-Afrikanın iqtisadi inkişafı Ərəb bankı və Afrika üçün Ərəb
fondu-Səudiyyə Ərəbistanı və bir sıra digər neft hasil edən Ərəb
dövlətlərinin vəsaiti hesabına fəaliyyət göstərir.
188
Cədvəl №14
Təşkilatın adı
Yerləşdiyi
ölkə
Yaradıldığı
il
Ərəb ölkələri teleradio verilişləri
ittifaqı
Tunis 1955
Ərəb dövlətləri liqasının təhsil,
mədəniyyət və elm təşkilatları
Tunis 1964
Xam torpaqların öyrənilməsi üzrə ərəb
mərkəzi
Suriya 1968
Kənd təsərrüfatı inkişafı ərəb təşkilatı Sudan 1970
Sənaye inkişafı və dağ mədən-sənayesi
üzrə ərəb ölkələri təşkilatı Marokko 1978
Ərəb inzibatı təşkilatı Misir 1961
Ərəb əmək təşkilatı Misir 1965
Atom enerjisi üzrə ərəb ölkələri şurası
Tunis 1988
Ərəb ölkələri Daxili İşlər Nazirlərinin
şurası
Tunis 1964
Peyk rabitəsi Ərəb ölkələri təşkilatı Səudiyyə
Ərəbistanı 1976
Ərəb Elm və texnologiya akademiyası
Misir 1975
Kənd təsərrüfatının inkişafı və
investisiyalar üzrə Ərəb kollegiyası Sudan 1971
Mülki aviasiya Ərəb assosiasiyası Marokko 1968
Afrikanın iqtisadi inkişafı üzrə Ərəb
bankı
Sudan 1973
Ərəb iqtisadi birliyi şurası Misir 1964
İqtisadi və sosial inkişafın Ərəb fondu Küveyt 1968
İnvestisiyalara təminat Ərəb ölkələri
arası korporasiya
Küveyt 1970
Neft ixrac edən ərəb ölkələri təşkilatı
(OAPEK)
Küveyt 1968
Ərəb Valyuta fondu BƏƏ 1978
189
4.12. Afrikanın inteqrasiya birlikləri
Afrikada inteqrasiya prosesləri onun dünya təsərrüfatı
sistemindən asılı vəziyyətdə olduğu halda həyata keçirilir. Bu da, təbii
olaraq müəyyən dərəcədə ölkələrdə aparılan islahatların, regional
inteqrasiyanın forma və məzmununa öz təsirini göstərir.
Afrika qitəsində iqtisadi inteqrasiya bir neçə iqtisadi ittifaqlar
çərçivəsində həyata keçirilir və onlardan hər biri üzv ölkələrin
subregional ərazi birlikləri hesab olunurlar.
Afrikada bu və ya digər dərəcədə səmərəli fəaliyyət göstərən
aşağıdakı inteqrasiya birlikləri mövcuddur:
1. Qərbi Afrikada:
-Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi-(The Ekono- mic
Communitu of west Afrikan States-EKOBAC);
-Qərbi Afrika iqtisadi birliyi-(West African Ekonomic
Community - CEAO);
-Mano çayı hövzəsi ölkələrinin ittifaqı-(Mano River
Union-MRU);
-Qərbi Afrika iqtisadi və valyuta ittifaqı -(de İ’Union
Economique et Monétaire Quest Africanca - UEMOA);
2. Qərbi və Cənubi Afrika:
-Qərbi və Cənubi Afrikanın ümumi bazarı (Common Market for
Eastern and Southern Africa -КОМЕСА);
Bu əvvəlki imtiyazlı ticarət zonasının bazasında yaradılmışdır.
-Hind okeanı ölkələri komissiyası -(The Indian Ocean
Commitetee - İOC);
-Qərbi Afrika birliyi -(East afrikan Communitu-EAC);
-Cənubi Afrika inkişaf birliyi -(Southern African Development
Community-SADK);
3. Mərkəzi Afrika:
- Mərkəzi Afrika iqtisadi və gömrük ittifaqı -(Central African
Custom and Economic Union-UDEAC);
- Mərkəzi Afrika dövlətlərinin iqtisadi birliyi -(The Economic
Community of Central African states - ECCAS);
- Böyük dəniz ölkələrinin iqtisadi birliyi - (The Economic
Community of the Great Lakes Countries-CEPGL),
190
4. Kontinental təşkilatlar:
-CEPGL-m bazasında Mərkəzi Afrika dövlətlərinin İqtisadi
birliyi yaradılmışdır (ECCAS).
5. Şimali Afrika: Şimali Afrikanın ərəb ölkələri Afrika birliyi
təşkilatı və digər bir sıra qurumların tərkibinə daxildirlər, lakin onlar
əsasən Ərəb dövlətləri inteqrasiya qruplannm fəaliyyətində iştirak
edirlər.
Qərbi Afrika ölkələrinin inteqrasiya prosesinə ilkin təkam,
idxalı əvəz edən sənayeləşdirmə (İƏS) strategiyası çərçivəsində həyata
keçirilən proqramı verdi. Bir çox ölkələrdə proqrama əsasən dövlət
bölməsinin müəssisə və təşkilatlan cəlb olunmuşdu. Qanada proqranun
yerinə yetirilməsi gedişində əksər istehsal və satış müəssisələri
milliləşdirildi. Bir sıra hallar da, dövlət şəxsi xarici kompaniyalarla
tərəf-müqabili olurdu. Məsələn, Nigeriyada əksər xarici banklar dövlətin
iştirakı ilə müştərək qaydada yaradılmışdı. Lakin bu proqram da Qərbi
Afrika ölkələrinin iqtisadiyyatında əsaslı dönüş yarada bilmədi.
Ölkələr yenə də kapitalın xaricdən həm pul, həm də maddi
şəkildə daxil olmasından asılı idilər. Ona görə də milli iqtisadiyyatın
xarici kapitaldan asılılığını bilavasitə baza sahələrinin inkişafı əsasında
aradan qaldırmaq, daha səmərəli istifadə olunması məqsədilə regionun
potensial imkanlarını birləşdirmək, eləcə də birgə təsərrüfat
proqramlarının həll edilməsinin zəruriliyi Qərbi Afrika ölkələri üçün
iqtisadi inteqrasiyaya doğru irəliləməyin əsas amilinə çevrildi.
Qərbi Afrikada çox saylı dövlətlərarası (dövlət və qeyri -
dövlət) təşkilatlarının yaradılmasına baxmayaraq, onların əksəriyyəti
zəif idarə olunur və səmərəsiz işləyir.
Bunlardan hazırda səmərəli fəaliyyət göstərənlərinin üzərində
dayanaq.
Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi (EKOBAC).
Qərbi Afrika dövlətlərinin iqtisadi birlik haqqında Müqaviləsinə uyğun
olaraq 1975-ci ildə yaradılmışdır. Müqavilə 1976-cı ildən qüvvəyə
minmişdir. Müqavilə iqtisadi sahə ilə yanaşı həm də, siyasi sahədə
əməkdaşlığı nəzərdə tutur. Bu müqavilə və 1980-cı ildə bağlanılmış
Laqos yekun aktına görə nəzərdə tutulurdu ki, 2000-ci ilədək Afrika
iqtisadi birliyi yaradılsın. EKO- BAC-ın yaradılması barədə
müqavilənin müqəddiməsində əsas
191
məqsəd kimi göstərilir ki, EKOBAC-ın əsas məqsədi-vətəndaşların
həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə təşkilata daxil olan
ölkələrin iqtisadi və sosial inkişafının sürətləndirilməsi, gücləndirilməsi
və stimullaşdırılmasıdır.
EKOBAC ölkələrinin müqaviləsinə 1992-ci ildə 30 yeni
protokolla əlavələr və yeniliklər edildikdən sonra, inteqrasiyanm
başlıca məqsədləri qismində aşağıdakılar müəyyənləşdirilmişdir:
-regional bazarın genişləndirilməsi;
-bilavasitə istehsal inteqrasiyası vasitəsilə sənaye və kənd
təsərrüfatı siyasətinin uzlaşdırılması;
-ticarətin genişləndirilməsi məqsədi ilə valyuta və maliyyə
sahəsində inteqrasiyanm inkişafı;
-yaşamaq hüququ və sahibkarlıq fəaliyyətinin azad həyata
keçirilməsi də daxil olmaqla, vətəndaşların azad yerdəyişməsinin təmin
olunması;
Beləliklə, EKOBAC -a mərhələli olaraq gömrük ittifaqına,
sonra da ümumi bazara aparan çoxpilləli proses kimi baxmaq olar.
EKOBAC -m fəaliyyətinin əsas istiqaməti-ümumi bazar, iqtisadi və
valyuta ittifaqımn yaradılması, valyuta əməkdaşlığının həyata
keçirilməsi və regional ticarətin liberallaşdınimasıdır.
EKOBAC -ın tərkibinə aşağıdakı 16 ölkə daxildir:
Benin, Burkino-Faso, Kot-de-İvuar, Yaşıl Burun adası,
Hambiya, Qana, Qvineya, Qvineya-Bissau, Liberiya, Mali, Mavritaniya,
Niger, Nigeriya, Seneqal, Syerra-Leone, Toqo.
Qərbi Afrika özünün təbii sərvətləri (neft, qaz, dəmir filizi,
boksitlər, marqans, fosfatlar və s.) ilə zəngindir və bunlar
sənayeləşdirmə prosesinin sürətləndirilməsi üçün istifadə oluna bilər.
Eyni zamanda regionun bir sıra ölkələri (Benin, Qvineya- Bissau,
Liberiya, Mali, Niger, Toqo və s.) dünyada ən aşağı iqtisadi inkişaf
səviyyəsi olan ölkələr sırasına daxildirlər.
Region ölkələrinin makroiqtisadi göstəricilərinin müqayisəsi
aşağıdakı nəticələrə gəlməyə imkan verir. Birinci, əksər ölkələr əhalinin
artım sürətindən yüksək olan kifayət qədər dayanıqlı iqtisadi artım
sürətinə nail olmuşdur. İkincisi, bir çox ölkələrdə ÜDM-da ixracın
dəyəri idxalın dəyərindən aşağıdır. Məğz etibarilə bu o deməkdir ki, ölkə
zəruri miqdarda idxalın dəyərini ödəmək üçün kifayət qədər valyuta
ehtiyatına malik deyil. Üçüncü -ölkələrdə məcmuu daxili
investisiyalarda xarici
192 ____________
kapitalın payı cüzi miqdardadır. Qərbi Afrika ölkələri içərisində
məcmuu daxili investisiyalarda yalnız Nigeriyada birbaşa xarici
investisiyalar 20%, Qanada isə 10% təşkil edir. Qərbi Afrika
ölkələrindən Nigeriyada neft emalı da daxil olmaqla emal sənayesi
iqtisadiyyatda aparıcı mövqe tutur.
Afrika ölkələrinin inteqrasiya prosesində aparıcı amilləri təhlil
edərək aşağıdakı nəticəyə gəlmək olar:
Birinci-ölkələr iqtisadi fəaliyyətlərində öz problemlərini
qarşılıqlı ödəmə və hesablaşmalar yolu ilə valyuta ittifaqlan çərçivəsində
həll etməyə çalışırlar.
İkincisi-hazırda region ölkələri arasında iqtisadi əlaqələr az
səmərəli olsa da mühüm rolu ölkələrarası regional ticarət oynayır.
Üçüncü-regional iqtisadi inteqrasiyada sistem yaradan amil
kimi milli şəxsi kapital tədricən fəallaşır. Buna misal olaraq regionda
qiymətli kağızlar bazarının təşəkkülünü və inkişafını göstərmək olar.
Nəhayət, Afrika ölkələrində həyata keçirilən iqtisadi
inteqrasiya prosesində regional ticarətin liberallaşdırılması, gömrük və
vergi rejiminin harmonlaşdırılması, eləcə də xarici kapital üçün əlverişli
və güzəştli şərait yaradılması şübhəsiz ki, müsbət rol oynayır.
Afrika ölkələri dünya təsərrüfatının və valyuta maliyyə
sisteminin «əyalətində» yerləşdiyindən, onların xarici aləmə
münasibətlərində valyuta ticarəti və valyuta maliyyə məsələləri həlledici
əhəmiyyət kəsb edir. Hazırkı dövrdə bütün investorlara eyni münasibət
olmaqla, investisiya rejiminin liberallaşdırıl- ması, onların hüquqlarının
müdafiəsi, siyasi və digər zərərlərə görə kompensasiyaların verilməsi,
mənfəətin transferi, kapitalın qaytarılması və s. barədə fəal tədbirlər
həyata keçirilir.
Baxılan qrupda həm regional, həm də milli səviyyədə büdcə
üzərində nəzarət üçün instutusional mexanizm yaradılmışdır. Bu,
ölkələrin maliyyə, xarici və daxili ticarət, xarici işlər, inteqrasiya
məsələləri ilə məşğul olan nazirləri, mərkəzi bankların sədrləri ilə birgə
EKOBAC -ın konvergensiyası üzrə şuranın işində iştirak edirlər. Bu şura
çoxtərəfli əsaslarla milli iqtisadi siyasət üzərində nəzarəti həyata
keçirməyə müvəkkil edilmişdir.
EKOBAC -ın Texniki komitəsi on altı ölkənin ümumi mərkəzi
bankının strukturunu və normativ əsaslarını işləyib ha
193
zırlayır. Texniki komitə əsasən milli mərkəzi bankların və nazirliklərin
aparıcı iqtisadçılarından ibarət tərkibdə təşkil olunur.
Əgər EKOBAC valyuta ittifaqım yaradarsa, onda bu
dövlətlər arasında ticarət həcminin artmasına, ümumi planda isə regional
inteqrasiyanın inkişafına gətirib çıxara bilər. Mütəxəssislərin fikrincə
valyuta ittifaqının yaradılması üzv ölkələr arasında ticarət həcminin üç
dəfə artmasına səbəb ola bilər.
2001-ci ildə Akkrada EKOBAC Qərbi Afrika valyuta
institutunu açdı. Ümumi mərkəzi bank rolunu oynamaq məqsədilə
yaradılmış bu təşkilat 2002-ci ildən fəaliyyətə başlamışdır.
Əgər valyuta ittifaqı uzaq gələcəkdə inflyasiyanın qarşısını ala
bilsə və altı ölkədə valyutanın dəyişmə kursunu sabitləşdirsə, bunlar
sahibkarlığın inkişafı üçün sabit şərait yaratmağa imkan verər. Öz
növbəsində maliyyə sabitliyi ölkədən kapital axını təhlükəsini aşağı salar
və ölkəni xarici investisiyalar üçün daha cəlbedici edər. Bundan əlavə
ticarət və digər ödəmə əməliyyatlarına kömək etməklə, valyuta ittifaqı
EKOBAC üçün vahid bazar formalaşdırmağa köməklik edər. Region
daxili əməliyyatlarda vahid valyutanın istifadəsi ona qənaət olunmasına,
möhtəkir transsərhəd əməliyyatlann ixtisarına gətirib çıxarar. Bundan
əlavə EKOBAC regionunda hazırda dövriyyədə olan doqquz valyutanın
əksəriyyəti dönərli deyil. Ona görə də müəssisələr dollar və avro kimi
valyutalardan istifadə etmək məcburiyyəti qarşısında qalırlar. Ona görə
də planlaşdırılan ümumi dönərli valyutadan istifadə olunması EKOBAC
çərçivəsində ticarət və digər işgüzar əməliyyatlarda üçüncü valyutadan
istifadəyə son qoyar və regional inteqrasiyanın simvoluna çevrilər.
Şərqi və Cənubi Afrika ölkələri aşağıdakı ticarət iqtisadi
təşkilatlarına daxil olurlar:
-İmtiyazlı ticarət zonasının yerinə 1994-cü ildə yaradılmış
КОМЕСА;
-1989-cu ildə əsası qoyulmuş Hind okeanı ölkələri komissiyası;
-Qərbi Afrika birliyi-QAB, 1999-cu ildə əsası qoyulmuşdur;
-Cənubi Afrika inkişaf birliyi-CADK, 1992-ci ildə
yaradılmışdır.
КОМЕСА Qərbi və Cənubi Afrika dövlətlərinin imtiyazlı
zonasının varisi kimi Qərbi və Cənubi Afrika ölkələrinin
194
ümumi bazarının yaradılması haqqında 1994-cü ildə imzalanmış
müqavilə əsasında yaradılmışdır.
KOMECA-nın yaradılması haqqında müqavilədə onun iqtisadi
birliyə çevriləcəyi imkanları nəzərdə tutulur. KOMECA- nın tərkibində
20 üzv ölkə var: Anqola, Burindi, Zair, Zambiya, Zimbabve, Geniya,
Komor adaları, Ruanda, Svazilend, Sudan, Tanzaniya, Uqanda, Eritreya,
Efiopiya və.s.
КОМЕСА əsas məsələ kimi öz qarşısına aşağıdakıları
qoyur:
-istehsal və marketinq strukturlarının daha da balanslaş-
dırılması və həmahəng inkişaf yolu ilə dayanıqlı iqtisadi artıma və
inkişafa nail olunması;
-ümumi bazarın iştirakçı dövlətləri arasında əməkdaşlığın
stimullaşdırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi
məqsədilə iqtisadi fəallığın inkişafına və birgə makroiqtisadi
proqramların yerinə yetirilməsinə köməklik etmək;
-inkişafa nail olunmasının əldə edilməsi üçün biznesin
həvəsləndirilməsi və elmi-texniki nəaliyyətlərin tətbiqi də daxil olmaqla
xarici transsərhəd və yerli investisiyalara əlverişli şərait yaradılması;
-КОМЕСА ilə digər regional və beynəlxalq təşkilatlar arasında
münasibətlərin möhkəmləndirilməsi;
-Afrika iqtisadi birliyinin məqsədlərinin həyata keçirilməsinə
köməklik etmək.
KOMECA-nın fəaliyyət dairəsi aşağıdakı sahələrdə
əməkdaşlığı əhatə edir:
ticarətin və inkişafın liberallaşdırılması; qeyri-tarif
maneələrinin aradan qaldırılması, üçüncü ölkədən idxal
olunan əmtəələrə ümumi xarici tariflərin tətbiq edilməsi;
ticarətdə güzəştli rejimin müəyyənləşdirilməsi; ümumi
bazar çərçivəsində gömrük əməkdaşlığı, gömrük
prosedurlarının uyğunlaşdırılması; valyuta - maliyyə
əməkdaşlığı: ödənişlərin qaydaya salınması, Qərbi və
Cənubi Afrika ölkələrinin vahid valyutasının yaradılması,
valyuta və vergi siyasətinin razılaşdırılması, valyuta
dönərliliyinə nail olunması, bank fəaliyyətinin və kapital
bazarının inkişafı;
195
sənayenin və energetikanın, nəqliyyat və rabitə-
nin,telekommunikasıyanın, radio və televiziyanın, kənd
təsərrüfatı və kənd rayonlarının inkişafında, təbii sərvətlərin
istifadəsində, ətraf mühit və canlı təbiətin qorunmasında
əməkdaşlıq;
- kompleks informasiya sisteminin yaradılması;
investisiyaların stimullaşdırılması və müdafiəsi, ikiqat vergi
tutulmasının aradan qaldırılması.
Cənubi Afrika İnkişaf Birliyi-inkişafın əlaqələndirilməsi üzrə
Cənubi Afrika konfransını əvəz etmək məqsədilə 1992-ci ildə
yaradılmışdır.
Birlik qarşısına aşağıdakı məqsədləri qoymuşdur: -iqtisadi
inkişafa və artıma nail olunması. Cənubi Afrika xalqlarının həyat
səviyyəsinin və onun keyfiyyətinin yüksəldilməsi, regional
inteqrasiyanın inkişafına kömək etmək;
-siyasi institutların möhkəmləndirilməsi;
-kollektiv özünü təminat əsasında inkişafa yardım etmək: -milli
və regional proqramların qarşılıqlı tamamlanmasının əldə olunması;
-regional ehtiyyatlardan səmərəli istifadə olunması və ətraf
mühitin qorunması.
Birliyin tərkibinə 11 dövlət-Anqola, Botsvana, Zambiya,
Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Svazilend, Tanzaniya
və CAR daxildir. 2001-ci ildə bu dövlətlər Qərbi və Cənubi Afrika
regionunda azad ticarət haqqında sazişi bəyəndilər. Nəzərdə tutulur ki, 8
il ərzində tariflərin 85 faizi ləğv olunacaq və 12 il ərzində tamamilə
aradan qaldırılacaqdır. Saziş 2001-ci ilin sentyabrından qüvvəyə mindi.
CADK-m başhca məsələsi-regional inkişafın üstün
istiqamətlərinin müəyyən edilməsi əsasında inteqrasiya prosesinin
sürətləndirilməsi, ehtiyatlann səfərbər edilməsinə köməklik
göstərilməsidir.
Aİ ilə CADK arasında xarici ticarət, regional inteqrasiya,
ticarət, iqtisadiyyat, investisiya, ətraf mühitin qorunması, elm və texnika,
turizm və mədəniyyət kimi sahələr də əməkdaşlıq barədə razılıq əldə
edilmişdir.
Mərkəzi Afrika Gömrük və İqtisadi İttifaqı (UDEAC)-
1964-cü ildə Brazzavildə imzalanmış müqavilə əsasında 1966-cı ildə yaradılmışdır.
196
Təşkilatın məqsədi özündə aşağıdakıları birləşdirir:
-üzv dövlətlərin ittifaqının, onların müstəqilliyinin və regional
həmrəyliyinin möhkəmləndirilməsi;
-mərhələli şəkildə Mərkəzi Afrika ümumi bazarının
yaradılması və inkişaf etdirilməsi;
-Afrika birliyinin möhkəmləndirlməsi və sosial-iqtisadi
inkişafa köməklik göstərilməsi.
UDEAC (YUDEAK) öz fəaliyyətində səylərini gömrük
məsələləri, iqtisadiyyat, əməkdaşlıq və inkişafın infrastrukturunun
yaradılmasında cəmləşdirir.
YUDEAK ekvatorial gömrük ittifaqının varisidir. Onun
tərkibində altı dövlət vardır: Qabon, Kamerun, Konqo, MAR, Çad və
Ekvatorial Qvineya.
İttifaqın məqsədinə-mərhələli olaraq Mərkəzi Afrika
ölkələrinin ümumi bazarının yaradılması və inkişafı, eləcə də real olaraq
fəaliyyət göstərən ümumi bazarın möhkəmləndirilməsi daxildir.
1994- cü ildə Mərkəzi Afrikanın iqtisadi və valyuta ittifaqının
yaradılması barədə qərar qəbul olundu. YUDEAK Mərkəzi Afrikada
investisiyalar üçün Forum yaratdı. Forumun məq- sədi-beynəlxalq
tərəf-müqabilləri ilə birlikdə iqtisadi layihələrin yerinə yetirilməsinə
köməklik etməkdir.
YUDEAK-a daxil olan 6 ölkənin Mərkəzi Afrika iqtisadi və
valyuta birliyinin (CEMAC) yaradılması haqqında imzaladıqları
müqavilə 1999-cu ildə qüvvəyə mindirildi. Bu müqavilə iqtisadi
əməkdaşlığın aşağıdakı əsas istiqamətlərini özündə birləşdirir:
a) valyuta əməkdaşlığı;
b) ümumi bazarın və gömrük ittifaqının yaradılması;
c) iqtisadi siyasətin uzlaşdırılması;
d) fıskal siyasətin konvergensiyası;
e) iqitsadiyyatm bölmələri üzrə proqramların razılaşdırılması.
Bu birlik faktiki olaraq Mərkəzi Afrikada fəaliyyət göstərən
iqtisadi ittifaqı (YUEAK), Valyuta ittifaqı (YUMAK), Birliyin
Məhkəməsi, Birliyin Parlamentinin birləşməsindən ibarətdir.
197
CEMAC'in fəaliyyət göstərilməsinin hüquqi bazasını təşkil
edən əsasverici sənədlər bunlardır:
Birliyin yaradılması barədə üzv-dövlətlərin başçıları
tərəflndən imzalanmış müqavilə (Mərkəzi Afrikanın
bütün 6 ölkəsinin parlamentləri tərəfindən müxtəlif
vaxtlarda ratifikasiya olunmuşdur). Müqavilə 5 maddədən
ibarət olmaqla Birliyin məqsəd və vəzifələrini, onun əsas
təşkilatlan və idarəetmə orqanlarını müəyyənləşdirir;
Müqaviləyə 1996-ci ildən imzalanmış əlavə. Birliyin əsas
idarələri və idarəetmə orqanlarının fəaliyyət istiqamətlərini
dəqiqləşdirir və tamamlayır;
- Müvafiq olaraq YUEAK, YUMAK və Birliyin
Məhkəməsinin fəaliyyətini qaydaya salan Üç Saziş.
Parlamentin fəaliyyətini nizama salan Saziş də qəbul olunmuş
və 2000-ci ildə Parlamentlərarası Komissiyanın birinci sessiyası
keçiilmişdir.
Birliyin yaradılması barədə Müqavilə bir sıra ixtisaslaşmış
orqanların CEMAC-ın tərkibinə keçməsi faktını təsdiq etdi; Mərkəzi
Afrika ölkələri Bankı (BEAK), Mərkəzi Afrika ölkələrinin Bank
Komissiyası (KOBAK), İnkişaf məqsədilə maliyyələşdirmə institutu
(qurumu). Bunlardan hər birinin fəaliyyəti xüsusi saziş və ya statutla
müəyyənləşdirilir.
Müqavilə üzrə Mərkəzi Afrika iqtisadi və valyuta birliyinin
aşağıdakı idarəetmə orqanları təsis olunmuşdur: Dövlət başçılarının
Konfransı, Nazirlər Şurası, İcraçı katiblik, Dövlətlərarası komitə.
Birliyin Ali orqanı - dövlət baçşılanmn Konfransıdır. Konfras
Birliyin və onun idarələrinin fəaliyyətinin əsas istiqamətlərini
müəyyənləşdirir.
Hər bir üzv-ölkədən iki nazirin daxil olduğu Nazirlər
Şurası YUEAK və YUMAK-m fəaliyyətini idarə edir. Nazirlər Şurası
öz maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ondan tələb olunan
tədbirləri həyata keçirməkdən imtina edən istənilən dövlətə qarşı ciddi
sanksiyalar tətbiq edə bilər.
icraçı katiblik - Birliyin əsas fəaliyyətini əlaqələndirir,
Müqaviləyə müvafiq olaraq Birliyin müxtəlif orqanları tərəfindən
işlənilmiş normativ aktlara və Müqavilənin müddəalarının üzv-ölkələr,
onların fiziki və hüquqi şəxsləri tərəfindən həyata keçirilməsinə nəzarət
edir.
Katiblik üçüncü şəxslərlə münasibətlə Birliyi məhkəmə
orqanlarında təmsil edir. Birliyin idarə etmə orqanlarına təkliflər
təqdim edir.
YUEAK-ın fəaliyyətini qaydaya salan Saziş aşağıdakı
məsələləri əks etdirir: milli iqtisadiyyatların müvəffəqqiyyətli
göstəricilərindən birgə istifadə edilməsi, üzv-ölkələrin iqtisadi
siyasətlərinin razılaşdırılması; sahibkarlıq fəaliyyətinin inkişafı üçün
əlverişli mühitin yaradılması, hüquq normalarının uyğunlaşdırılması
vasitəsilə milli iqtisadiyyatların rəqabətqabiliyyətliyinin yüksədilməsi;
vahid bazarın yaradılması, insanların, kapitalın, əmtəə və xidmətlərin
azad şəkildə yerdəyişməsi prinsiplərinin, eləcə də, iqtisadiyyatın ayrı-
ayrı sahələrində dövlətlərin əlaqələndirilmiş siyasətlərinin həyata
keçirilməsi.
YUEAK vasitəsilə CEM AC ölkələrində iqtisadiyyatın
aşağıdakı sahələrində də dövlətlərin siyasətlərinin əlaqələndirilməsi
nəzərdə tutulur: ali təhsil və peşə hazırlığı, kənd təsərrüfat və
kommunikasiya, infrastruktura, turizm və s.
CEM AC çərçivəsində 1994-cü ildən həyata keçirilən vergi
və gömrük islahatı Birliyin daha da möhkəmlənməsi məqsədini güdür.
Bunun üçün YUEAK vasitəsilə vahid vergi siyasətinin həyata
keçirilməsi, rəqabətin vahid qəbul olunması, investisiya rejiminin,
müəssisə və firmaların təsis olunması qaydalarının sadələşdirilməsi.
YUMAK-in fəaliyyətini qaydaya salan Saziş aşağıdakı
prinsiplərə söykənir: vahid franko-KFA valyutasının
mövcudluğu, büdcə, valyuta, bank və maliyyə sahələrində üzv- ölkələrin
siyasətlərinin uzlaşdırılması.
Birliyin Məhkəməsinin məqsədi - Birliyin fəaliyyəti və onun
büdcəsinin yerinə yetirilməsi üzərində hüquqi nəzarətin həyata
keçirilməsidir. Məhkəmə CEMAC-ın əsas sənədlərinin
199
müddəalarının pozulması, Birliyin bu sənədlərinin və hüquqi aktlarının
təfsirində olan mübahisələlər, eləcə də Birliklə onun idarələri arasında
olan mübahisələr üzrə qərarlar qəbul edir. Məhkəmə özünün muxtar
büdcəsi olan müstəqil idarədir və qərarı Birlik adından qəbul edir.
Məhkəmə Hüquq palatasından və Hesablama palatasından
ibarətdir.
Hüquq palatası dövlət başçılarının Konfransı tərəfindən təyin
olunan 6 hakimdən ibarət tərkibdə təşkil olunur. Hakimlərin seçilməsi
meyarları-müstəqillik, mənəvi siması, doğruluq, hüquq və iqtisadiyyat
sahəsində yüksək vəzifələrdə xidmət təcrübəsidir.
Hesablama palatası da həmin prinsip üzrə seçilən altı nəfərdən
ibarət olur. Palata Birliyin büdcəsinin yerinə yetirilməsini yoxlayır,
milli hesablama palatası ilə birlikdə üzv- dövlətlərin büdcəsinin yerinə
yetirilməsi üzərində nəzarəti həyata keçirir. Palata CEMAC çərçivəsində
çoxtərəfli əsaslarda makroiqtisadi siyasət üzərində nəzarət həyata
keçirilərkən istifadə olunan statistik rəqəmlərin doğruluğunu təmin edir.
Birliyin strukturanda aşağıdakı ixtisaslaşmış orqanlar
fəaliyyət göstərir:
inkişaf naminə maliyyələşdirmə institutu (Brazzavil,
Konqo).
tətbiqi texnologiyalar cə çoxsahəli təhlil üzrə Subregional
institut, (Librevil, Qabon), tətbiqi iqitisadiyyat və statistika
Ali institutu, (Yaunda, Kamerun).
gömrük işi üzrə dövlətlərarası məktəb, (Malabo). iri
buynuzlu mal-qara, ət və balıq məhsulları üzrə iqtisidi
birlik, (Çad).
Afrikada regional qruplaşmalann ümumi əmtəə dövriyyəsində
regiondaxili ümumi ticarətin payı 15 saylı cədvəldə verilmişdir.
Cədvəldən göründüyü kimi, 2000-2006-cı illər ərzində
inteqrasiya qruplannda regiondaxili ticarətdə müəyyən artım vardır.
Lakin bu inteqrasiya meyllərinin gücləndirilməsi üçün tamamilə kifayət
deyil. 2001-ci il böhrarundan sonra qitədə bloklar daxili ticarət
canlanmağa başladı və inteqrasiya prosesləri də möhkəmləndi.
200
Keniya, Tanzaniya və Uqanda prezidentləri Qərbi Afrika
ümumi bazannın yenidən yaradılması istiqamətlərində mühüm addım
ataraq, 2004-cü ildə regionda gömrük rüsumlarmın ləğv olunması
barədə müqavilə imzaladılar. Bununla regional inteqrasiyanın
dərinləşməsi yenidən reallığa çevrildi.
Beləliklə, yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki,
Afrika ölkələri iqtisadiyyatmm aşağı səviyyədə olması, regional
iqtisadi inteqrasiya proseslərinin inkişafını ləngidir, daxili məsələlərin
həlli üçün birgə səylərin istifadə olunmasına maneçilik törədir. Eyni
zamanda, aydındır ki, bu qitədə inteqrasiya proseslərinin inkişafı və
dərinləşməsi zəruridir. Çünki ,bunu beynəlxalq əmək bölgüsünün
qanunauyğunluqları, milli təsərrüfatın tələbatları gündəmə gətirir.
Tamamilə aydındır ki, intensiv dövlət müdaxiləsi olmadan Afrikada
inteqrasiya prosesi mütərəqqi perspektivə malik ola bilməz.
Cədvəl №15. Afrikada regional qruplaşmalarm ümumi əmtəə
dövriyyəsində regiondaxili ümumi ticarətin payı (faizlə), 1980-
2004- cü illər
№ İnteqrasiya
qruplaşmalar 1980 1990 1995 2000 2006
1. Böyük Göl Ölkələrinin
iqtisadi birliyi
(CEPGL)
0,1 0,5 0,5 0,8 1,2
2. Qərbi və Cənubi
Afrikanın ümumi
bazarı (KOMESA)
5,7 6,3 6,0 4,8 7,2
3. Mərkəzi Afrika
Ölkələrinin iqtisadi
birliyi (ECCAS)
1,4 1,4 1,5 0,9 3,1
4. Qərbi Afrika
Ölkələrinin iqtisadi
birliyi (EKOBAC)
9,6 8,0 9,0 9,6 11,6
5. Mano çayı hövzəsi
ölkələrinin ittifaqı
(MRU)
0,8 0,0 0,1 0,6 1,8
6. Cənubi Afrikanın 0,4 3,1 10,8 11,9 12,3
^ v - r: v; ^. v f 201
inkişafı birliyi (SADC)
7.
Mərkəzi Afrika
ölkələrinin iqtisadi və
valyuta birliyi
(CEMAC)
1,8 2,3 2,1 1,2 2,6
8. Qərbi Afrika iqtisadi və
valyuta ittifaqı
(UEMOA)
9,9 12,1 10,3 13,0 16,5
9.
Məqrib ölkələrinin ərəb
ittifaqı (UMA) 0,3 2,9 3,8 2,2 3,8
4.13. Müstəqil dövlətlər birliyi (MDB) ölkələrinin inteqrasiyası
1991- ci ildə SSRİ dağıldıqdan sonra onun tərkibinə daxil olan
respublikaları postsovet dövlətləri adlandırırlar. Məlum olduğu kimi,
sovet dövründə bu respublikalar arasında inteqrasiya təsərrüfatçılığm
bazardan kənar üsullarının köməkliyi ilə həyata keçirilirdi. Hazırda isə,
bu dövlətlər arasında inteqrasiya prosesinin bazar iqtisadiyyatı şəraitində
yeni, bərabər və qarşılıqlı faydalı əməkdaşlığının formaları axtarılır.
Hazırda bu ölkələr qarşısında duran əsas problemlər
aşağıdakılardır:
-bazar iqtisadiyyatına yönəlmiş islahatların sürətləndirilməsi;
-iqtisadiyyatın liberallaşdmlması və onun açıqlıq dərəcəsinin
yüksəldilməsi;
-struktur makroiqtisadi yenidənqurmanın həyata keçirilməsi;
-dövlət əmlakının özəlləşdirilməsi;
-demokratik vətəndaş cəmiyyətinin formalaşdırılması.
Sovet dövründə mövcud olmuş vahid iqtisadi məkan, tarixən
təşəkkül tapmış əmək bölgüsü, vahid energetika, nəqliyyat, rabitə,
telekommunikasiya sisteminin fəaliyyət göstərməsi, neft və qaz nəqlinin
ümumi sisteminin culğalaşması, vahid texniki standartlar. Al-də
olduğundan da möhkəm iqtisadi inteqrasiyanın və qarşılıqlı
əlaqənin olması bu dövlətləri yeni əməkdaşlıq
202
prinsipləri əsasında birləşməyə vadar edir. Bütün bu əlamətlərin nəticəsi
olaraq 21 dekabr 1991-ci ildə Alma-Atada keçirilən iclasda yeni bir
qurum - Müstəqil Dövlətlər Birliyi yaradıldı. Lakin, demək olar ki, bu
birliyin yaradılmasının təməli Minskdə Rusiya Federasiyası, Belarusiya
və Ukrayna tərəfindən imzalanmış 8 dekabr 1991-ci il tarixli sazişlə
qoyulmuşdur. Hazırda MDB-nin tərkibində 12 dövlət vardır:
Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan,
Türkmənistan, Özbəkistan, Rusiya, Belarus, Ukrayna və Gürcüstan
(Gürcüstan Respublikası MDB-yə 1993-cü ildə daxil olmuşdur). Bu
ölkələrin iqtisadi inteqrasiyasının başlıca məqsədi dövlətlərarası
əmək bölgüsünün, istehsalın ixtisaslaşması və kooperasiyasının
üstünlüklərindən istifadə etməklə, ölkələrin ümumi strateji və cari
maraqlarına nail olmaqdır. Alma-Ata Bəyənnaməsində belə bir müddəa
təsbit olunmuşdur ki, təşkilatın iştirakçılarının qarşılıqlı fəaliyyəti
Birliyin paritet əsasında formalaşdırılmış əlaqələndirici təsisatları
vasitəsilə bərabər hüquqluluq prinsipi əsasında həyata keçiriləcəkdir.
Alma-Ata görüşü postsovet məkanında mühüm bir dönüş
nöqtəsi oldu. Belə ki, bu görüş SSRİ-nın mövcüdluğunun dayandırılması
faktını təsdiq edərək, keçmiş SSRİ republikalannm suveren dövlətlərə
çevrilməsi prosesini başa çatdırdı.
2005- ci ilin avqust ayında Türkmənistan MDB-nin həqiqi
üzvlüyündən çıxdı və Birlikdə müşahidəçi-üzv statusunu aldı. 12 avqust
2008-ci ildə Gürcüstan Respublikası MDB-dən çıxdığını elan edərək, 18
avqust 2009-cu ildə MDB-ni rəsmi olaraq tərk etdi. Keçmiş SSRİ
respublikalarından Latviya, Litva və Estoniya ümumiyyətlə MDB-yə
daxil olmadılar.
MDB dövlət başçıları şurası tərəfindən 22 yanvar 1993- cü ildə
Birliyin Nizamnaməsi qəbul olundu. Nizamnamə MDB- nin
funksional fəaliyyəti və təşkilinin əsaslarını müəyyənləşdirir. 1996-cı
ilin yanvar ayında birliyin emblemi və bayrağı haqqında əsasnamə qəbul
olundu.
MDB-nin Nizamnamə məqsədi və fəaliyyət istiqamətləri kimi
aşağıdakılar nəzərdə tutulmuşdur :
- siyasi, iqtisadi, ekoloji, humanitar, mədəniyyət və
digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi;
203
- ümumi iqtisadi məkan, dövlətlərarası kooperasiya və
inteqrasiya əsasında iştirakçı-dövlətlərin hərtərəfli və
balanslaşdırılmış iqtisadi və sosial inkişafı;
azad ticarət zonaları yaradılması vasitəsilə iqtisadi sahədə
bərabər hüquqlu və qarşılıqlı səmərəli tərəfmüqabilliyinin
inkişaf etdirilməsi; beynəlxalq hüquq normaları və
ATƏT-in ümumi qəbul olunmuş sənədlərinin tələblərinə
müvafiq olaraq əsas insan azadlıqları və hüquqlarının təmin
olunması;
beynəlxalq münaqişələrin tənzimlənməsi sahəsində MDB
ölkələrinin BMT və digər beynəlxalq təşkilatlarla sıx
əlaqəsinə nail olunması; iştirakçı-dövlətlərin vətəndaşlarına
Birlik daxilində azad şəkildə təmasda olmalarına,
əlaqə
yaratmalarına və yerdəyişmələrinə köməklik etmək;
- qarşılıqlı hüquqi kömək göstərilməsi və hüquqi
münasibətlərin digər sahələrində əməkdaşlıq;
Birlik ölkələri arasında münaqişə və mübahisələrin sülh
yolu ilə həlli və s.
Qısa müddət ərzində (1992-1993-cü ilin əvvəlləri) Birliyin
təşkilati quruluşu formalaşdırıldı -Dövlət başçıları şurası. Hökumət
başçıları şurası, MDB-nin parlamentlər arası Assambleyası. 1993-cü
ildən Minsk şəhərində İcraedici Katiblik fəaliyyət göstərir. Xarici işlər
nazirləri Şurası, MDB ölkələri müdafiə nazirlərinin Şurası, neft və qaz
üzrə Hökumətlərarası şura, iqtisadiyyatın digər sahələrinin rəhbərlərinin
daxil olduğu sahə Şuraları və digər qurumlar yaradılmışdır. Ümumilikdə
Birlikdə 70-ə yaxın dövlərlərarası (hökumətlərarası) əlaqələndirici və
məsləhətverici orqan fəaliyyət göstərir.
1994- cü ilin mart ayında BMT-nin Baş Assambleyası
MDB-yə müşahidəçi statusu verdi.
MDB-yə üzv olan dövlətlər və bunulda bağlı bir sıra məlumatlar
aşağıda verilmişdir.
204
MDB-nin
MDB-nin yaradılması MDB-nin yaradılması barədə sazişə lSlİ7amnfl
Üzv-dövlət barədə sazişi 8
dekabr 1991
əlavə olunan 21
dekabr 1991-ci məsini
təsdiq
etməsi
təsdiq etməsi tarixi il tarixli protokolu təsdiq etməsi
Azərbaycan imzalamayıb 24 sentyabr 1993 14 dekabr
1993
Ermənistan 18 fevral 1992 18 fevral 1992 16 mart 1994
Belorus 10 dekabr 1991 10 dekabr 1991
18 yanvar
1994
Qazaxstan
23 dekabr 1991 23 dekabr 1991 20 aprel 1994
Qırğıstan imzalamayıb 6 matr 1992
12 aprel 1994
Moldova 8 aprel 1994 8 aprel 1994 27 iyun 1994
Rusiya 12 dekabr 1991 12 dekabr 1991
20 iyul 1993
Tacikistan imzalamayıb 26 iyun 1993 4 avqust 1993
Türkmənstan imzalamayıb 26 dekabr 1991
imzalamay
ıb
Özbəkistan 4 yanvar 1992 4 yanvar 1992
9 fevral 1994
Ukrayna 10 dekabr 1991 10 dekabr 1991
imzalamay
ıb
Gürcüstan
imzalamayıb 3 dekabr 1993 19 aprel 1994
Monqolstan MDB-nin müşahidəçi
qismində iştirak edir.
bir sıra strukturlarında
205
Əfqanistan hazırda MDB-nin Parlamentlərarası
Assambleyasında müşahidəçi kimi iştirak edir. O, 2008-ci ildə MDB-yə
daxil olmaq barədə niyyətini elan etmişdir.
MDB dövlətlərinin qarşılıqlı münasibətlərinin tənzimlənməsində
keyfiyyətcə yeni mərhələ 1993-cü ilə İqtisadi ittifaqın yaradılması
barədə imzalanmış müqavilə oldu. Bu müqavilə inteqrasiyanın uzun
müddətli məqsədlərini müəyyənləşdirdi. MDB ölkələrinin
uzunmüddətli inteqrasiyasının məqsədi-mərhə- ləli şəkildə əmtəələrin,
xidmətlərin, kapitalın və işçi qüvvəsinin ümumi bazarının
yaradılmasıdır.
İqtisadi ittifaqm yaradılması barədə müqavilə aşağıdakdan
nəzərdə tutur:
-əmtəələrin, xidmətlərin, kapitalın və işçi qüvvəsinin ölkələr
arasında sərbəst hərəkəti;
-pul-kredit münasibətləri, büdcə, qiymət və vergitutma, valyuta
məsələləri və gömrük rüsumları barədə razılaşdınimış siyasətin həyata
keçirilməsi;
-azad sahibkarlığın və investisiyaların həvəsləndirilməsi, istehsal
kooperasiyasının himayə edilməsi, sahələr və müəssisələr arasında bir
başa əlaqələrin yaradılması;
-təsərrüfat qanunçuluğunun razılaşdırılması.
Beləliklə, ümumi bazarın yaradılması qəti müəyyənləşdirilmiş və
inteqrasiyanın daha yüksək pUləsinə-valyuta və iqtisadi ittifaqa
keçilməsi məqsədi qarşıya qoyulmuşdur. Bu məsələlərin həyata
keçirilməsi üçün kollektiv işçi orqan -İqtisadi İttifaqın Dövlətlərarası
İqtisadiyyat Komitəsi yaradılmışdır.
1994-cü ilin dekabrında yaradılan bu komitənin məqsədi-MDB
ölkələri arasında təsərrüfat əməkdaşlığının gücləndirilməsidir.
MDB-nin Nizamnaməsinin iqtisadi, sosial və hüquqi
sahəsində əməkdaşlığa həsr olunmuş bölməsində razılaşdırılmış iqtisadi
siyasətin aşağıdakı ümumi istiqamətləri göstərilmişdir:
-bazar münasibətləri, əmtəələrin, xidmətlərin, kapitalın və işçi
qüvvəsinin sərbəst hərəkətinin bazasında ümumi iqtisadi məkanın
formalaşdırılması;
-sosial siyasətin əlaqələndirilməsi ilə əlaqədar olaraq sosial
gərginliyin azaldılması məqsədilə birgə sosial qurumların yaradılması;
-nəqliyyat və rabitə, eləcə də energetika sisteminin inkişafı;
206
-maliyyə-kredit siyasətinin əlaqələndirilməsi;
-üzv ölkələrin ticarət iqtisadi əlaqələrinin inkişafına köməklik
göstərilməsi;
-investisiyaların həvəsləndirilməsi və qarşılıqlı qorunması;
-sənaye məhsullarının standartlaşdırılması və sertifikatlaş- dırılmasına
yardım edilməsi;
-əqli mülkiyyət hüququnun qorunması;
-ümumi informasiya məkanının inkişafına köməklik
göstərilməsi;
-təbiətin qorunması üzrə birgə tədbirlərin həyata keçirilməsi,
iqtisadi fəlakətlərin və digər fövqalədə halların aradan qaldırılmasında
qarşılıqlı köməyin göstərilməsi;
-elm və texnika, təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində
birgə layihə və proqramların həyata keçirilməsi.
Dövlətlərarası iqtisadiyyat komitəsinin qiymətləndirməsinə görə
MDB ölkələrinin sənaye potensialı dünya sənaye potensialının 10
faizini, təbii sərvətlərin əsas növlərinin ehtiyyatının 25 faizinə yaxınını,
ixrac potensialın isə 45 faizini təşkil edir. MDB ölkələrinin əqli
mülkiyyət formasında istifadə olunmuş elmi-texniki potensialı hazırda
550 milyard dollar miqdannda qiymətləndirilir. Qeyd etmək lazımdır ki,
digər iqtisadi qruplaşmalara nisbətən MDB-nin inteqrasiya yolu ilə
sürətlə irəliləməsi üçün daha əlverişli imkanları vardır. Bu, hər şeydən
əvvəl əmək bölgüsünün döv- lətdaxili və sahələrarası prosesində əmələ
gəlmiş, həm ölkələr arasında qarşılıqlı asılılıq, həm də xalq təsərrüfatı
kompleksləri arasındakı hərtərəfli əlaqələrlə bağlıdır.
Bu deyilən üstünlüklərə baxmayaraq, bu iqtisadi məkanda faktiki
olaraq inteqrasiyaya tam əks olan proseslər müşahidə olunmaqdadır:
qarşılıqlı ticarətdə kvotalar, lisenziyalar və digər maneələr tətbiq olunur,
gömrük və sərhəd məntəqələri quraşdırılır və s. Bu, əsaslı şəkildə siyasi
və iqtisadi səbəblərlə əlaqədardır-bazar iqtisadiyyatına müxtəlif sürətlə
keçid, iqtisadi islahatların keçirilməsinin müxtəlif xarakteri, tempi və
üsulları, xammal və ərzaq təminatmdakı müxtəliflik, ixtisaslı işçi
qüvvəsi və s. Vəziyyəti 1990-cı illərin əvvəllərində birliyin bütün
ölkələrində baş vermiş iqtisadi böhran daha da kəskinləşdirdi. Təkcə onu
demək kifayətdir ki, 1992-1994-cü illər ərzində MDB ölkələri üzrə
ümumi daxili məhsul 39 faiz, sənaye məhsulu istehsalının
həcmi 44 faiz azalmışdı. Bu dövrdə əsas fondlara investisiya qoyuluşu
ölkələr üzrə 50-90 faiz aşağı düşmüşdü.
İnteqrasiya qruplaşması kimi MDB-nin mütəşəkkiUiyini və
uzun müddətə onun səmərəli fəaliyyətini təmin edə biləcək aşağıdakı
tədbirləri qeyd etmək olar:
-MDB ölkələrinin dünya təsərrüfat münasibətlərində yerinin,
onun digər ölkələrin inteqrasiya qruplaşmalan ilə qarşılıqlı əlaqəsinin
müəyyənləşdirilməsi;
-üçüncü ölkə və digər dövlətlərarası ittifaqlar tərəfindən ona qarşı
olan ayrı-seçkilikdən, vicdansız rəqabətdən, iqtisadi və hüquqi
məhdudiyyətlərdən və digər təhlükələrdən kollektiv müdafiə olunması;
-iqtisadiyyatın strukturunun yenidən qurulmasının geniş şəkildə
əlaqələndirilməsi və perspektivdə bütün ölkələrin birlikdə və hər bir
ölkənin ayrılıqda iqtisadi potensialının artırılması;
-əmtəə və xidmətlər istehsalının texniki-texnoloji əsaslarının
təkmilləşdirilməsində sıçrayışın təmin edilməsi, mürəkkəb elmi-texniki
və konstruktor işləri layihələrinin birgə həyata keçirilməsi, kollektiv
elmi-texniki və təhsil potensialının genişləndirilməsi;
-iri ekoloji proqramların işlənilməsi və həyata keçirilməsi;
-ərzaq təminatı proqrammın işlənilməsi və həyata keçirilməsi;
-işlək azad iqtisadi zonaların yaradılması;
-gömrük ittifaqının iş qabiliyyətliliyinin təmin edilməsi və vahid
gömrük rüsumlarının tətbiq olunması;
-vergi, valyuta-maliyyə qanunvericiliklərinin uyğunlaşdı-
rılması;
-MDB ölkələrində korrupsiyanın qarşısının alınması.
Ümumiyyətlə, MDB hələlik özünü həyat qabiliyyətli inteqrasiya
birliyi kimi göstərə bilmir. Mərkəzdənqaçma meylləri üstünlük təşkil
edir. Ümumi bazar ideyası kağız üzərində qal- mışdırır. 1994-cü ildə
azad ticarət zonasının yaradılması barədə müqavilə də həyata keçirilmir.
1995- ci ildə Rusiya, Belarus və Qazaxıstan arasında gömrük
ittifaqı yaradıldı və sonradan bu ittifaqa 1996-cı ildə Qırğızıstan və
1999-cu ildə Tacikistan da qoşuldular. Bu ittifaq çərçivəsində
multivalyutalı (çoxvalyutalı) əsasda ödəmə ittifaqı yaradılmışdır ki, bu
da təşkilatçıların fikrincə tədricən valyuta ittifa-
208 ■■ V.
qına çevrilməlidir. Burada qeyd etmək lazımdır ki, MDB miqyasında da
ödəmə ittifaqı yaradılmışdı, lakin o işləmədi. Bunlarla yanaşı,
inteqrasiyanın güclənməsinə mane olan digər səbəblər də mövcuddur.
Hər şeydən əvvəl qeyd edək ki, MDB ölkələrinin əksəriyyəti hələ də
sistemli sosial-iqtisadi böhran içindədir, onlarda iqtisadi və sosial
münasibətlərin islahatı tədricən həyata keçirilir, idarəetmənin
demokratik əsasları yaradılır. Ölkələrin sosial-iqtisadi inkişaflarında
həyata keçirilən iqtisadi və siyasi islahatların istiqamətində və tempində,
xarici-siyasi və xa- rici-iqtisadi səmtləşmələrində əsaslı fərqlər
mövcuddur. Bunlar da dövlətlərarası və milliətlərarası münaqişələrin
tənzimlənməsində inteqrasiya prosesi üçün əlverişli daxili və xarici
siyasəti təmin etməyən amillərdir. Bütün bu deyilənlər həm də azad
ticarət zonasının yaradılmasına da imkan vermir.
MDB klub formasında yaradıldığından orada qərar qəbulu
tam konsensus əsasında, nümayəndəlik isə «bir ölkə bir səs» prinsipi ilə
həyata keçirilir. Ona görə də birlik çərçivəsində qərar qəbulu çox
çətindir və istənilən qərarı təcrid etmək isə çox asandır.
MDB çərçivəsində inteqrasiyanın yerində sayması obyektiv
olaraq ayrı-ayrı ölkələrin texniki-iqtisadi xüsusiyyətlərindəki,
ziddiyyətlər, iqtisadi inkişaflarının üstün istiqamətlərindəki, fərqlərlə
əlaqədardır.
Ölkələr arasında ticarət daimi olaraq ixtisar olunur. Ölkələr
MDB-dən kənarda yeni-yeni tərəf-müqabilləri tapırlar və özlərinin
xarici-iqtisadi siyasətini onlara yönəldirlər.
Lakin bütün bu deyilənlərə baxmayaraq, hələ MDB-nin
inteqrasiyasına “matəm musiqisi» çalmaq tezdir. MDB-nin həyat
qabiliyyətli bir qurum kimi fəaliyyət göstərməsi əsasən Rusiyadan
asılıdır. Əgər MDB yaradılan vaxtdan Rusiya transformasiya yolunda
müvəffəqiyyətli inkişaf prosesini dinamikləşdirən iqtisadi mühərrik
rolunu oynasaydı, ola bilərdi ki, MDB daxilində inteqrasiya prosesi
tamamilə müsbət istiqamətdə inkişaf etsin. Bunun üçün 0 cazibə amili
rolunu oynamalı, onunla əməkdaşlığın açıq-aşkar səmərəli olduğunu
göstərməli idi. Belə ki, təxmini olaraq Qərbi Avropada inteqrasiya
prosesi belə inkişaf etmişdi. Qərbi Avropada Fransa və Almaniya digər
Avropa ölkələri üçün güclü cazibə qüvvəsi rolunu oynadılar. Digər
dövlətlər öz iqtisa-
209
diyyatlannı sürətlə inkişaf etdirən və öz vətəndaşları üçün çiçəklənən
həyat təmin edən bu nəhəng dövlətlərlə yaxınlaşmağın açıq xeyirli
olmasını gördülər və beləliklə də Avropa inteqrasiyasının özülü
yaradılmağa başladı.
Lakin MDB daxilində Rusiya Avropada Fransa və Almaniyanın
rolunu oynaya bilmədi. O daimi olaraq ölkələrə ikili standartlarla
yanaşdı. Dövlətlərarası münaqişələri həll etmək əvəzinə, digər yolu
tutdu. Azərbaycan, Gürcüstan və Moldova ərazilərində ki, separatçılığı
aradan qaldırmağa cəhd etmədi. Bütün bunlar və bu kimi digər amillər
MDB-ni inkişaf etməyə qoymadı.
4.14 Avropa iqtisadi birliyi - AİB - Avropa ittifaqı (Aİ):
təkamülü, siyasəti
İdeal vəziyyətdə götürsək, Avropa İttifaqını bir dövlətin
təsərrüfatı hesab etmək olar. O, qarşılıqlı əlaqə prosesinin bütün
mərhələlərini keçməklə yaradılmış inteqrasiya növünün ən yüksək
inkişaf etmiş təşkilati formasıdır.
Bizim eranın əvvəllərində müasir Aİ-nin bütün ərazisi Roma
imperiyasının hakimiyyəti altında idi. Roma imperiyası dağıldıqdan
sonra onun yerini katolik kilsəsi tutmağa cəhd etdi və XVI əsrə qədər
Avropa xalqlarını Papanın vahid mənəvi hakimiyyət altında saxladı. IX
əsrin əvvəllərində dağınıq halda olan Avropa xalqlarını birləşdirməyə
Böyük Kari cəhd göstərdi. Bundan yeddi əsr sonra digər V Kari demək
olar ki, bütün Qərbi Avropanı özünün hökmranlığı altında birləşdirdi.
V Karlı (İspan) bu gün də Avropada müasir inteqrasiyanın
atası hesab edirlər. XIX əsrin əvvəllərində kontinental Avropa qısa
bir müddət ərzində Napaleonun hakimiyyəti altında Fransa
imperiyasının tərkibində oldu. Avropanın birləşdirilməsinin birinci
layihəsi XIII-XV əsrlərə aiddir və bu ideya fransız kral prokuroru
P.Dyu Buaya və Çex kralı Y.Podebraduya məxsusdur. Belə layihələr
ingilislər U.Penn və C.Beller, fransız Ş.de Sen-Pyer və V.Hüqo və
digərləri tərəfindən də təklif olunmuşdur. XX əsrdə müharibələrarası
dövrdə avropalılıq Avstriya qrafı «Pan-Avropa» kitabının müəllifi
R.Kudenhove-Kaleqriyə və Fransanın xarici işlər naziri A.Briananm
adları ilə bağlanılır.
210 ________ V ^ ^
Müharibədən sonrakı dövrdə Avropa evi ideyası tez-tez Ş.de Qoll və
L.Erqarq tərəfindən səsləndirilmişdir. Lakin, həmin dövrlərdə
Avropanı birləşdirmək cəhdləri baş tutmamışdı.
XX əsrdə görünməmiş dəhşətli müharibə və inqilablar qitəni
demək olar ki, hissələrə böldü. İkinci dünya müharibəsi nəticəsində baş
vermiş dağıntılar Avropa ölkələri liderlərini belə bir qənaətə gətirdi ki,
əməkdaşlıq və ümumi güc Avropada çiçəklənmənin, sabitliyin və
sülhün təmin edilməsinin ən yaxşı üsuludur. Bu proses Fransanın
xarici işlər naziri Robert Şumanm 9 may 1950-ci ildə ki, nitqi ilə
başlandı. Robert Şuman təklif etdi ki, köhnə incikliklər unudulmalı,
millətlərin qalib və məğlublara bölünməsinə son qoyulmalı və
Avropanın birləşdirilməsi istiqamətində birinci konkret addım kimi
Fransa və Almaniya Federativ Respublikasıma kömür və
poladtökmə sənayesi birləşməlidir. Həmin vaxtdan 9 may Avropa
günü kimi qeyd olunur.
Burada müharibədən dərhal sonra avropanm birliyini
stimullaşdıran Marşalı planım da qeyd etmək lazımdır. Bu plan eyni
zamanda hərbiləşmə ilə əlaqədar olaraq Amerika iqtisadiyya- tındakı
böhranı aradan qaldırdı və bir sıra Avropa ölkələrinin sosializm
düşərgəsinə qoşulmasının qarşısını aldı.
Marşalı plamna görə Avropa ölkələrinə bir sıra siyasi öhdəliklər
əvəzində dağdmış iqtisadiyyatlarının bərpası üçün verilən 12.5 milyard
dollar kömək o dövr üçün çox böyük məbləğ idi. Lakin, Marşalı plamnı
ideallaşdırmaq da lazım deyil. Ona görə ki, o, Qərbi Avropa ölkələrinin
tərəqqisinə gətirib çıxarmadı.
R.Şuman Fransa və AFR-in iqtisadi inteqrasiya olunması
layihəsi üzərində işi, o dövrdə Fransa hökümətində planlaşdırma
məsələləri üzrə baş komissar vəzifəsində işləyən məşhur iqtisadçı
professor J.Monneyə tapşırdı.
J.Moıme aşağıdakı məqamlarm mühümlüyündən çıxış
edirdi:
- siyasi inteqrasiya problemi qeyri-müəyyən müddətə təxirə
salınmalı, bütün güclər və qərbi-avropalıların birləşmə potensialı iqtisadi
inteqrasiyaya yönəlməlidir;
- Qərbi Avropa ölkələri üçün xarakterik olan bir sıra iri və
konkret problemlər aynimah və onlarm həlli üçün milli üstqurum
mexanizmi işlənilməlidir;
- gələcək birlik çərçivəsində vahid gömrük qaydaları işlənilməli
və o, qanunvericilik qaydasında sənədləşdirilməlidir;
211
- bu problemlərin həlli Avropanın inteqrasiya potensialının
tədricən genişləndirilməsinə imkan yaradacaqdır.
Monnenin qrupunun işi 1950-ci ilin aprel ayının axırında
başa çatdı. Bu, Fransa və Almaniyanın əməkdaşlığını əks etdirən
Momerandum xarakterli konkret şərtlərdən ibarət olan qısa sənəd idi.
Şuman sənədi bəyəndi və onun həyata keçirilməsi üçün fəaliyyətə
başladı. Sənəd Almaniyanın Kansleri
K.Adenaura təqdim olundu və kansler layihəni müdafiə etdi. Söhbət
konkret olaraq iki ölkənin kömür və poladtökmə sənayesinin birgə
idarə olunmasından gedirdi. Şumanın bəyannaməsində Avropanın
gələcəyinin qurulmasının aşağıdakı prinsipləri nəzərdə tutulurdu:
- birləşmiş Avropanın qurulması birdəfəlik akt deyil, onun bütün
iştirakçılan üçün mühüm olan konkret lokal məsələlərin həyata
keçirilməsi əsasında, vaxt etibarilə uzun bir prosesdir;
- Fransa və Almaniya arasında uzun müddətli əməkdaşlıq
bütövlükdə iqtisadiyyat, maliyyə, texnologiya sahəsində əməkdaşlığa
çevrilir;
- əsas məqsəd fransız-alman kömür və polad sənayesinin idarə
olunması və təşkilində konkret nəticələrin əldə olunması və bundan
sonra bu sahələrə birgə ali orqan tərəfindən rəhbərlik
edilməsidir-Avropa Kömür və Polad Birliyi (AKPB).
-Birliyin rəhbər orqanları tərəfindən qəbul olunmuş qərar hamı, o
cümlədən yeni qəbul olunan üzvlər üçun imperativ (mütləq) xarakterə
malik olacaqdır. Birlik orqanlarının üzvləri ümumi razılıq əsasında təyin
olunmaqla müstəqil olacaqlar;
- iqtisadi maraqların birləşdirilməsi hər şeydən əvvəl həyat
səviyyəsinin yüksəldilməsi, məşğulluğun artırılması və Avropada
mükəmməl iqtisadi Birlik yaradılması yollarının genişləndirilməsinə
yönəldilmişdir.
Beləliklə, Avropanın gələcək birləşməsində həlledici rol
oynayan iki ölkə iqtisadi inteqrasiyanın əsasını təşkil edən prinsip və
yanaşmalar barədə razılığa nail oldular.
Artıq 20 iyun 1950-ci ildə Parisdə Monnenin sədrliyi ilə
hökümətlərarası komissiya işləməyə başlayır. Birliyin təşəbbüskarları
olan Fransa və AFR-dan başqa Belçika, Niderland, Lüksemburq
(Benilyüks ölkələri) və İtaliya da komissiyanın işində iştirak edirdilər.
Bunlar Avropa iqtisadi birliyinin (AİB)
2 1 2
(ümumi bazarın) əsasını qoyan altı ölkə oldu və 20 il ərzində bu
birliyi «altılıq» adlandırdılar.
Hökümətlərarası komissiyanın işinin nəticəsi olaraq 18 aprel
1951-ci ildə Avropa kömür və polad birliyinin (AKPB) yaradılması
barədə müqavilə imzalandı. Artıq 10 avqust 1952-ci ildə Monnenin
sədrliyi altında AKPB-nin ali rəhbər orqanı Lüksemburqda özünün
mənzil qərargahında işə başladı.
4.15. Avropa iqtisadi birliyinin əsas prinsipləri
Parisdə altı Qərbi Avropa ölkəsi nümayəndələrinin bir ilə yaxın
davam edən çətin danışıqları başlandı. Bütün iş bir məsələnin həllinə
həsr olunmuşdu: altı Qərbi Avropa ölkəsinin birgə konkret iqtisadi
proqramlarının tənzimlənməsi məqsədilə müstəqil milli üstqurum
institutlarının yaradılması.
Birliyin ali rəhbər orqanının müstəqil olmasına Monne və
onun silahdaşları yeni dövlətlərarası iqtisadi inteqrasiya sisteminin özül
(bünövrə) prinsipləri kimi baxırdılar. Ona görə də «altılar» birliyinə
AKPB-nin ali rəhbər orqanının fəaliyyət prinsipi şamil edildi. İlkin
olaraq Fransa və AFR-nm metallurgiyasının idarəetmə orqanı yaradıldı.
Burada aşağıdakılar göstərildi:
- Rəhbər orqanın üzvləri «altılar»m hökumətlərinin razılığı ilə
təyin olunurlar. Lakin, onlar öz ölkələri və hökumətlərinin
nümayəndələri (məmurları) deyillər və Birliyin üzvü olan ayrı-ayrı
dövlətlərin göstəriş və təlimatlarına əməl etməməlidirlər (bu rəhbər
orqanın milli üstqurum prinsipidir).
- Birliyin maliyyə müstəqilliyi Birlik institutlarının məxsusi
vəsaitlərindən yaranan vergilər hesabına təmin olunur.
- Ali rəhbər orqan müstəsna olaraq Parlament
Assambleyasına (hazırda Avropa Parlamenti) hesabat verir. Parlament
Assambleyası ali rəhbər orqana etimadsızlıq göstərmək hüququna
malikdir.
- Birliyin idarə olunmasında ali rəhbər orqanın güclü bürokratik
aparata çevrilməsinə yol verməmək üçün Monne altı ölkə hökumətini
təmsil edən Nazirlər Soveti yaratmağı təklif etdi. Nazirlər Soveti
dolayısı ilə ali rəhbər orqanın fəaliyyətinə nəzarəti həyata keçirməklə
yanaşı, eyni zamanda ümumi bazarın hər
215
bir iştirakçısının maraqlarını təmin etməlidir. Nazirlər Sovetinin
səlahiyyətləri qərar qəbulu prosesində olduğu kimi, cox ciddi şəkildə
dairələnmişdi: qərar qəbulu sadə səs çoxluği; ilə qəbııı oluna bilərdi.
Nazirlər Soveti təşəbbüs hüququna malik deyıia: Beləliklə. Nazirlər
Soveti də Birlik orqanlarının fəaliyyətim təcrid etməklə, inteqrasiya
prosesinin inkişafına mane olmaq iqtidarına malik deyildi.
- Monneyə bütün altı Avropa ölkəsini, Birliyi təşkil edən
ölkələrin dövlətlərinin bərabərliyi prinsipi ilə razılaşdırmağa
inandırmaq nəsib oldu. Bu çox çətin məsələ idi. Ölkələrıu müxtəlif
sosial-iqtisadi inkişaf səviyyələri, onların siyasi «çəkisi», müharibələrin
yaralan və digər psixoloji amillər dövlətiərir bərabərlik prinsipinin qəbul
olunmasını əlçatmaz məsələyə döndərirdi Lakin, Monne buna nail oldu.
Yenə də həlledici rolu Fransh v - Qərbi Almaniya oynadılar. Lakin.
Birliyin pioneri kimi Fransa və onun çox mötəbər nazın Şuman çıxış
etdilər. Burada Mon- nenin 4 aprel 1951-ci ildə AFR-nın kansleri
Adenauerlə görüşü də mühüm rol oynadı və bərabərlik prinsipinə
Adenauenn m-- lığı alındı.
- AİB-nin formalaşdırıldığı ilk vaxtdan AİB-nin bütün
iştirakçılarının maraqlarının uyğunlaşdırılmasına imkan verən maliyyə
(maddi) yardımı prinsipi qəbul olundu.
Lakin bütün bu deyilənlər o demək deyildir ki. Avropa
inteqrasiyasının inkişafı hamar yolla getmiş və öz yolunda millətç;
qüvvələrin müqaviməti və digər siyasi maneələrlə qarşılaşmamışdır.
Avropada ziddiyyətlərin kəskinləşməsi Avropa müdafiə birliyi barədə
bağlanmış müqavilənin iflasına gətirib çıxardı. Belə ki, 30 avqust
1954-cü ildə Fransa parlamenti həmin layihəni rədd etdi. Lakin,
Avropada iqtisadi inteqrasiya ideyası demək olar ki, bütün siyasi
qüvvələr və xalqlar tərəfindən qəbul olundu və heç bir maneə artıq
Şuman planının həyata keçirilməsi prosesini dayandıra bilməzdi.
4.16. Avropa İqtisadi Birliyinin yaradılması
haqqında Roma müqaviləsi
Keçən əsrin 50-ci illərinin ortalarında Şuman və Monne- nin özül
təşkil edən prinsipləri əsasında Avropada inteqrasiya
214
prosesinin dərinləşməsində Belçika, Niderland və Lüksemburqun
liderləri xüsusi fəallıq göstərdilər. Bu ölkələrin məşhur siyasi xadimləri
olan P.A.Spaaka, Y.Bayer və C.Bexanm təşəbbüsü ilə 1955-ci ilin iyun
ayında İtaliyanın Messine şəhərində Birliyin inkişafı üzrə
Beynəlxalq konfrans çağırıldı. Burada müzakirə olunan əsas məsələ
AKrä-nin prinsipləri əsasında 1950-ci illərdə Qərbi Avropada yüksək
sürətlə inkişaf edən və xalq təsərrüfatının çox mühüm sahəsi olan atom
energetikasının birləşdirilməsi probleminin həlli idi. Göründüyü kimi,
yenə də sənayenin aparıcı sahəsinin birləşdirilməsi ideyası əsas
götürülmüşdü. Monnenin «konkret addımlar» prinsipi özünün yeni
inkişafını aldı. Bu zaman Suveyş böhranı və Macarıstandakı üsyanın
yatırılması Avropa ölkələrinə göstərdi ki, onların pərakəndəliyi qitədə
sülhə ən böyük təhlükədir. Ona görə də bunlar kimi siyasi hadisələr
Avropanın birləşməsinin sürətləndirilməsinə təkan verən yeni bir güclü
amillər oldular.
25 mart 1957-ci ildə Roma şəhərində altı Avropa ölkəsinin
səlahiyyətli nümayəndələri tərəfindən Avropa iqtisadi birliyinin
yaradılması haqqında Roma müqaviləsi imzalandı. Avropa kömür və
polad birliyinin idarə olunması prinsipləri əsasında Avropa atom
enerjisi birliyi yaradıldı (25 mart 1957). Bu hər iki struktur sanki
Avropa iqtisadi birliyinin birinci mərtəbəsini təşkil etdilər. Ali rəhbər
və idarəedici orqan Birliyin Komissiyası adlandırıldı; Parlament
Assambleyası Avropa Parlamentinə çevrildi; Avropa məhkəməsinin
funksiyaları genişləndirildi. Nazirlər Sovetinin səlahiyyətləri
dəyişdirilmədi. AİB-nin mənzil qərargahı Brüsseldə və Lüksemburqda
yerləşdirildi.
Roma müqaviləsində bəyan edilirdi ki, AİB orqanlarının
fəaliyyət dairəsi kənd təsərrüfatı, ticarət, gömrük qaydalarının
tənzimlənməsi, sosial məsələlər, elmi-texniki tədqiqatlar və təhsil, ətraf
mühit sahəsində siyasət, üçüncü dünya ilə əməkdaşlıq haqqında
yeridilən ümumi siyasət hesabına genişləndiriləcəkdir. Tam əminliklə
demək olar ki, müharibədən sonra Avropanın güclü inkişafı və
çiçəklənməsi, onun dünyanın aparıcı iqtisadi güclərindən birinə
çevrilməsi Qərbi Avropa ölkələrinin çox sıx inteqrasiyaya girmələri ilə
əlaqədar olmuşdur. Eyni zamanda bəyan olunmuşdur ki, AİB qapalı
təşkilat deyil və onun qapıları Birliyin məqsəd və vəzifələrini
bölüşdürən, AİB çərçivəsində qə
215
bul olunmuş bütün müqavilə və təsis sənədlərini sözsüz qəbul edən digər
Avropa ölkələri üçün açıqdır,
AİB orqanlarının bütün sənədləri birliyin işçi dilləri olan
aşağıdakı 20 dilə tərcümə olunur: ispan, dat, alman, yunan, ingilis,
fransız, italyan, holland, portuqal, fın, isveç, çex, eston, latış, litov,
macar, malta, polyak, slovak və sloveniya.
Avropa İqtisadi Birliyi 1957-ci ildə üç regional təşkilatın
birləşməsi nəticəsində yaradılmışdır:
1) Avropa kömür və polad birliyi (1951)
2) AİB-nin yaradılması barədə 1957-ci il Roma müqaviləsi;
3) Avropa atom enerjisi birliyi - AVRATOM (1957).
AİB-nin meydana gəlməsinin məqsədi ümumi bazarın
yaradılması və bu əsasda iqtisadi sabitliyin və həyat səviyyəsinin
yüksəldilməsi olmuşdur. AİB haqqında Müqavilə aşağıdakı tədbirlərin
ardıcıl olaraq həyata keçirilməsini müəyyənləşdirdi:
1) birlik daxilində əmtəələrin hərəkəti yolunda gömrük rü-
sumlanmn, idxal və ixracda kəmiyyət və digər ticarət
məhdudiyyətlərinin aradan qaldırılması;
2) ümumi gömrük tarifinin və üçüncü ölkələrə münasibətdə
vahid gömrük siyasətinin tətbiqi;
3) istehsal amillərinin sərbəst hərəkəti, AİB ərazisində azad
şəkildə filialların yaradılması və iştirakçı-ölkələr arasında xidmətlərin
azad ticarəti;
4) ümumi aqrar və nəqliyyat siyasətinin həyata keçirilməsi;
5) valyuta ittifaqının yaradılması;
6) iştirakçı-ölkələrin iqtisadi siyasətlərinin əlaqələndirilməsi və
tədricən yaxmiaşdırılması;
7) vergi qanunvericiliyinin vahid şəklə salınması;
8) ümumi bazar üçün əhəmiyyət kəsb edən dövlət daxili hüquq
normalarının təkmilləşdirilməsi
9) «ümumi bazarda» rəqabət qaydalarının müəyyənləşdirilməsi.
Aİ-nin fəaliyyət mexanizmi hər şeydən əvvəl idarəetmənin
siyasi-hüquqi sisteminə əsaslanır.
216
4.17. Qərbi Avropa iqtisadi inteqrasiyasının inkişaf mərhələləri
Avropa iqtisadi birliyinin yaradılması haqqında 25 mart
1957-ci il tarixli Roma müqaviləsi tədricən tam gömrük ittifaqının
yaradılmasını, əmtəə, kapital, işçi qüvvəsi və xidmətlərin üzv
ölkələr-arasında sərbəst hərəkət etməsində olan maneələrin aradan
qaldınimasını, eləcə də ümumi kənd təsərrüfatı və nəqliyyat siyasətinin
müəyyənləşdirilməsini nəzərdə tuturdu. Bundan əlavə, müqavilə üzrə
Avropa İnvestisiya Bankı və Avropa Sosial Fondu yaradıldı ki,
onların da fəaliyyəti Birliyin iqtisadi inkişafını əlaqələndirməyə və ona
kömək göstərməyə yönəldilmişdi.
Avropa iqtisadi birliyinin təkamül mərhələlərindən asılı olaraq
bu məqsədlər tədricən həyata keçirilirdi.
AİB-nin təkamülündə birinci mərhələ-azad ticarət zonasının
yaradılması mərhələsidir və bu 1958-1966-cı illəri əhatə edir. Bu
mərhələdə Roma müqaviləsində nəzərdə tutulduğu kimi birlik daxilində
gömrük rüsumları və əmtəələrin hərəkəti yolunda digər maneələr aradan
qaldırıldı. 1961-ci ildə Birlik daxilində sənaye mallarına bütün xarici
ticarət kvotaları (miqdar məhdudiyyətləri) ləğv olundu. Bundan əlavə
1962-ci ildə vahid kənd təsərrüfatı siyasəti (VKTS) həyata keçirildi.
Bu siyasətin qəbul olunması həmin mərhələnin çox ciddi nailiyyəti idi.
1950-ci illərdə «altılığın» kənd təsərrüfatı özünün tarixi səviyyəsi və
səmərəliliyinə görə digər sahələrdən geri qalırdı. Ümumi bazarın
yaradılması ilə əlaqədar olaraq kənd təsərrüfatının modernləşdirilməsi,
onun inteqrasiya prosesinə daxil edilməsi, bu sahənin tənzimlənməsini
qaydaya salan milli üstqurum mexanizminin yaradılması, aqrar
himayədarlığın milli sisteminin vahid ümumav- ropa sistemi ilə əvəz
edilməsi məsələləri ortaya çıxdı.
Vahid kənd təsərrüfatı siyasəti üç fundamental prinsipə
əsaslanır:
Birinci-bazarın birliyidir. AİB yaradılana qədər hər bir ölkənin
kənd təsərrüfatı bazarının tənzimlənməsi üçün öz qaydaları var idi.
Ümumi bazarın formalaşdırılması zamanı bütün bu qaydalar vahid
qayda və normalarla əvəz olunmalı idi. Bu gün Avropa ittifaqı
ölkələrində bütün kənd təsərrüfatı məhsullarının 98 faizi vahid
qaydaların təsiri altına düşür.
217
İkincisi-bu Birlik ölkələrində istehsal olunan məhsullara
münasibətdə imtiyazlardır (preferensiyalardır). Vahid aqrar siyasətin
bu prinsipi ən başhca prinsipdir. Ona görə ki. o kənd təsərrüfatı
məhsul- lannın ümumi bazannı ucuz idxaldan qoruyur və fermerlərin
sabit gəlir götürməsinə təminat verir. Birliyin kənd təsərrüfatı üçün əsas
təhlükə o ölkələrdən idxal olunan məhsullardan əmələ gəlir ki, orada
istehsal xərcləri aşağıdır və fermerlər dövlət tərəfindən iri miqyaslı
kömək alır və himayə olunurlar. Aqrar inteqrasiya siyasətinin əsasında
Aİ-nin üçüncü ölkələrə münasibətdə ümumi ticarət-siyasi maneələri
durur. Bunun məğzi ondan ibarətdir ki, birlik ölkələrinə kənd
təsərrüfatı məhsullan gətirilərkən rüsumlar və yaxud kompensasiya
(müvazinətləşdirmə) yığımlan tutulur. Onlar «Yaşd Avropa- nuı»
daxili qiymətləri ilə ərzaq məhsullan göndərənlərin daha aşağı
qiymətləri arasındakı fərqi aradan qaldırmaq üçün tətbiq olunurlar.
VKTS kənd təsərrüfatı məhsullannm istehsalçılanna öz məhsulla- nm
orta dünya qiymətindən 30% baha satmağa icazə verir. Kənd təsərrüfatı
məhsullannm üzv ölkələrinə idxalından əldə edilən yığım- lann 90%-i
Birliyin ümumi büdcəsinə yönəldilir. Göründüyü kimi. Birliyin vahid
aqrar siyasəti dolayısı ilə üçüncü ölkələrdən ərzaq məhsullan
göndərənlərin hesabına maliyyələşdirilir.
VKTS-nin üçüncü prinsipi-maliyyə həmrəyliyi prinsipidir.
Bu prinsipə uyğun olaraq AİB-in həm idxalçı, həm də ixracçı ölkələri
vahid aqrar siyasətin yükünü birlikdə çəkirlər. 1962-ci ildə kənd
təsərrüfatının himayə edilməsi və istiqamətləndirilməsi üzrə Avropa
Fondu yaradıldı (FEOQA). Kənd təsərrüfatının inteqrasiya prosesinə
daxil edilməsi bu sahənin inkişafında istehsalının təmərküzləşmə və
ixtisaslaşma səviyyəsinin yüksəldilməsini və kapital yığımının
sənayedəki səviyyəyə qaldırılmasını tələb edirdi. Bunların həyata
keçirilməsi üçün VKTS-nın maliyyələşdirilməsi məqsədilə
dövlətlərarası xüsusi fond yaradıldı. FEOQA-ya rəhbərlik kənd
təsərrüfatının struktur məsələləri üzrə fondun Daimi Komitəsinin
köməkliyi ilə Avropa ittifaqının Komissiyası tərəfindən həyata keçirilir.
FEOQA-nın vəsaitləri iki əsas istiqamətə bölünür: himayəetmə və
istiqamətləndirilmə. FEOQA-nm vəsaitlərinin 90%-i himayəetmə
fonduna ayrılır və 1962-ci ildə tətbiq edilmiş daha yüksək vahid kənd
təsərrüfatı qiymətlərinin saxlanılmasına, eləcə də Birliyin aqrar
məhsullannm ixracına maddi yardım edilməsinə sərf olunur. Fondun
vəsaitinin 75%-i süd məh-
218
sullan, şəkər və taxıl bazarının sabit saxlanılmasına xərclənilir.
İstiqamətləndirmə fondu təsərrüfatların möhkəmləndirilməsi, kənd
təsərrüfatı istehsalının həvəsləndirilməsi və onun aqrar quruluşunun
dəyişdirilməsinə, yəni aqrar-sənaye komplekslərinin inkişafına sərf
olunur.
FEOQA öz vəsaitlərini Aİ-nm ümumi büdcəsindən götürür.
Fonda həm də kənd təsərrüfatı məhsullarının idxalçılann- dan tutulan
kompensasiya yığımları da daxil olur. Bu yığımlar birlik daxilində
müəyyən olunmuş təminatlı «müdafiə qiymətləri» ilə, bu əmtəələrin
nisbətən aşağı dünya qiymətləri arasındakı fərq kimi müəyyənləşdirilir.
Təminatlı qiymət-Avropa ittifaqında anbara yığılan və yaxud ixrac
olunan artıq məhsulun alınması zamanı tətbiq olunan qiymətlərdir.
Fondun hesabına ixracçılar daxili və dünya qiymətləri
arasındakı fərq qədər pul yardımı alırlar. Fondun vəsaitlərinin əsas
hissəsini kənd təsərrüfatı məhsullarının ixracçıları alırlar. Maliyyənin
böhranlı vəziyyəti ilə əlaqədar olaraq VKTS Aİ ölkələri arasında
dəfələrlə fikir ayrılığına səbəb olmuşdur. Aİ-yə yeni üzvlərin daxil
olması ilə əlaqədar olaraq, gözlənildiyi kimi Avropanın kənd
təsərrüfatında vəziyyət mürəkkəbləşir. Almaniya və daha yüksək
dərəcədə Böyük Britaniya təkid edirlər ki, Al-nin vahid büdcəsindən
kasıb ölkələrə, o cümlədən İspaniya və Polşaya ayrılan dotasiyaların
miqdarı Aİ-nin ÜDM-nun bir faizindən artıq olmasın (ildə 117 milyard
avro). Bu da o deməkdir ki. Polşa və İspan fermerləri 2000-ci ildə
Nitsada bağlanmış müqavilədə nəzərdə tutulduğundan az yardım
alacaqlar.
Ətraf mühit, heyvanların saxlanılması və gigiyena məsələləri
sahəsində standartların yaxşılaşdırılması üzrə milli proqramların tətbiqi
məqsədilə dövlət köməkliyinin bəzi növləri Avropa Komissiyasının
razılığı olmadan veriləcəkdir. Bunlar arasında:
-fermerlər üçün investisiya köməyinin həcmi 40 faizə,
əlverişsiz sahələrdə 50 faizə və gənc fermerlərə əlavə olaraq 10 faizə
çata bilər;
-kənd yerlərinin və ənənəvi binaların qorunması üçün xərclər
meydana çıxdığı hallarda, kömək 100 faiz ola bilər;
219
-vaxtından əvvəl pensiyaya çıxdıqda, öz vəziyyətlərini
möhkəmlətmək üçün gənc fermerlərə 30 min avro həcmində kömək
göstərilə bilər;
-iri buynuzlu mal-qara yetişdirilən halda idarəetmə xərclərinin
100 faiz ödənilməsi;
-sığorta haqqının ödənilməsinə kömək;
-yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının sti-
mullaşdırılması, eləcə də fermerlərin və kənd təsərrüfatı fəhlələrinin
öyrədilməsi və yenidən öyrədilməsi üçün, üç il ərzində hər bir adama 100
min avroya qədər kömək göstərilə bilər.
1963-cü ildə Yaunda sazişinin bağlanılması ilə əlaqədar olaraq
Əlcəzair, Morokko, Tunis, Misir, İordaniya, Livan və Suriya AİB ilə
assosiasiya üzrə əlaqəyə girdilər. Bu o demək idi ki, onlar AİB ölkələrinə
rüsumsuz olaraq sənaye və ənənəvi kənd təsərrüfatı malların gətirə
bilərlər.
1965-ci ildə 3 Avropa Birliyi (AKPB, AVROATOM, AİB)
öz icraedici orqanlarını birləşdirmək barədə qərar qəbul etdilər.
İkinci mərhələ - Gömrük İttifaqının formalaşdıniması
mərhələsidir və 1968-1986-cı illəri əhatə edir. Bu mərhələdə Aİ-nin
fəaliyyət dairəsinin genişləndirilməsi həyata keçirilir. Məqsədyönlü
aqrar siyasətə ətraf mühitin qorunması, elmi-tədqiqatlar və texnoloji
inkişaf haqqında vahid siyasət də əlavə edilir.
Bu mərhələdə birgə elmi-texniki siyasət kömür, metallurgiya
sənayesi və nüvə energetikasında cəmləşdirilmişdir. 1984- 1987-ci illər
üçün elmi-texniki fəaliyyətin orta müddətli planlaş- dırılmasının həyata
keçirilməsinin kompleks «çərçivə» proqramı qəbul olundu. Bu proqram
çərçivəsində 1985-ci ildən Avropa ölkələrinin geniş miqyaslı çox
məqsədli müstəqil “Evrika” əməkdaşlıq proqramı həyata keçirilir.
1971- ci üdə Avopa Azad Ticarət Assosiyasiyası (AATA) ilə
Aİ arasında azad ticarət zonası yaradılması barədə müqavilə
imzalandı. 1975, 1979 və 1984-cü illərdə qəbul olunmuş Lomey
konvensiyası əsasında Aİ ilə assosiasiya əlaqəsinə girən inkişaf etməkdə
olan ölkələrin sayı 20-dən 66-ya çatdırıldı.
1971- ci ildə Bretton-Vuds sisteminin iflasının dalınca qəti
müəyyənləşdirilmiş valyuta kursunun ləğv edilməsi ilə əlaqədar olaraq,
«birlik ümumi iqtisadi və maliyyə siyasətini” əlaqələndirməyə
220
cəhd etdi. Birlik 1972-ci ildə Aİ-nin bir sıra ölkələrinin val)nıtalan- nın
müəyyən həddə qədər birgə üzmə kursu tətbiq edildi.
1979-cu ildə özündə yeni kredit sistemi və valyuta bazarlarına
müdaxiləni birləşdirən Avropa valyuta sistemi yaradıldı. Bu sistem
birlik daxilində maliyyə əlaqələndirilməsinin gücləndirilməsi və
maliyyə sabitliyinin möhkəmləndirilməsi sistemi olmalı idi. Fəaliyyət
mexanizmi sonradan dəfələrlə təshih edilmiş (düzəldilmiş) valyuta
inteqrasiyası regional inteqrasiyanın irəli getməsində vacib addım və
hazırki iqtisadi və valyuta ittifaqına bir pillə oldu.
1978- ci ildə yaradılıb, 1979-cu ildən fəaliyyətə başlayan
Avropa valyuta sistemi (AVS) 3 elementə əsaslanırdı: a) Avropa
hesablaşma Valyuta Vahidi-EKYU (ECU-Europear Currency Unit);
b) «Avropanın valyuta ilanı» sistemi, yəni bir tərəfdən Aİ ölkələrinin
valyutalarını bir-birinə sıx bağlamaq mexanizmi (kənara çıxmaq 1,25
faizi aşmamalıdır), digər tərəfdən dollara nisbətdə birgə enib-qalxma
(kənarlaşma 2,25 faizdən çox olmamalıdır); c) iştirakçı ölkələrin qızıl
valyuta ehtiyyatlarmm bir hissəsinin (20 faiz) birləşdirilməsi hesabına
valyuta əməkdaşlığı üzrə Avropa fondunun yaradılması. Bu fond
dəhlizli üzən valyuta kursları sistemi çərçivəsində klirinq ittifaqı
qismində fəaliyyət göstərmək məqsədilə yaradılmışdı. 1973-cü ildə
Böyük Britaniya, Danimarka və İrlandiyanın Aİ-na daxil olmalan ilə
əlaqədar birliyin tərkibinin birinci genişlənməsi baş verdi.
Bunlarla yanaşı, bu mərhələdə birliyin fəaliyyətində bir sıra
ziddiyyətlər və ciddi çətinliklər də olmuşdur, inteqrasiya qruplaşması
ciddi böhranı aradan qaldırmalı oldu. Qərbin digər ölkələrinə nisbətən
zəif artım tempi, ən yüksək işsizlik səviyyəsi, tərəf-müqabil ölkələr
arasında “ticarət müharibələri^’, «avroskle- roz», «avropessimizm»
sindromlarını əmələ gətirdi.
Danimarka, İrlandiya Respublikası və Böyük Britaniya
1972- ci ildə bağlanmış Brüssel müqaviləsi təsdiq edildikdən sonra
AİB-yə qoşuldular. Yeni üzvlüyə qəbul olunmuş bu üç ölkə tərəfindən
müəyyən bir keçid dövründən sonra 1978-ci ildə VKTS-də onlar
tərəfindən qəbul olundu. Aİ-da iriteqrasıya mexanizminin inkişafı
davam edirdi. 1981-ci ildə Aİ-nin yeni genişlənməsi baş verdi.
Yunanıstan onun tərkibinə daxil oldu. 1986-cı ildə Portuqaliya və
İspaniya da Birliyə daxil oldular.
221
Üçüncü mərhələ-ümumi bazarın yaradılması mərhələsidir və
1987-1992-ci illəri əhatə edir. 1985-ci ildə Avropa Birliyi Komissiyası
“Ağ Kitab” adı altında sənəd yaydı. Sənəddə deyilirdi ki, Roma
müqayiləsi imzalandıqdan dərhal sonra gömrük rüsumlarının ləğv
olunmasına baxmayaraq, Avropa birliyinin vahidliyi nə vətəndaşlar, nə
də iqtisadi strukturlar üçün yetərli deyil. Üzv-ölkələr arasında sərhədlər
və çoxsaylı ticarət maneələri qalmaqdadır. İnzibati formallıqlar-gömrük
nəzarəti, müxtəlif ölkələrdə texniki spesifikasiyaların və normaların
müxtəlifliyi, bir sıra sahələrdə himayədarlıq, müəssisələrə milli
səviyyədə olduğu kimi Aİ səviyyəsində də fəaliyyət göstərməyə
maneçilik törədən məhdudiyyətlər üzv ölkələrin iqtisadi inkişafını
ləngidir və bu neqativ hallar Birliyə ildə bir neçə milyard EKYU-yə başa
gəlir.
Bu da, Aİ ölkələrinin beynəlxalq rəqabət qabiliyyətliliyini ciddi
şəkildə aşağı salır, lazımi qaydada texnoloji və təşki- lati yenilikçiliyi
stimullaşdırmırdı.
Bu mərhələdə Aİ-nin islahatlar yolu ilə dəyişdirilməsinin
başlıca məqsədi 1987-ci ildə qüvvəyə minmiş Vahid Avropa Aktmda
(VAA) göstərildiyi kimi, özünəməxsus bütöv “avroiqtisadiyyat”- yəni
vahid daxili bazar yaratmaq olmuşdur. VAA və 1985-ci ildə
imzalanmış «Wite Paper» (Ağ kitab) sənədinə əsasən, 1992-ci ildə
Aİ əmtəə və istehsal amillərinin hərəkəti yolunda qalan bütün maneələri
ləğv etdi. Aİ-nin vahid daxUi bazarı «əmtəə, kapital, xidmət və mülki
şəxslərin sərbəst hərəkətinin təmin edildiyi daxili sərhədsiz məkandır».
1992-ci ilin axırına Aİ-nin vahid daxili bazan- nın yaradılması haqqında
proqramın qəbul olunması və həyata keçirilməsi bu mərhələdə
inteqrasiya prosesinin ən görkəmli nail- liyyəti oldu. Vahid daxili
bazarm yaradılması məsələsi əsasən 1 yanvar 1993-cü ildə həll olundu.
İnteqrasiya prosesi dönməz xarakter aldı. Vahid daxili bazarın
yaradılması 31 dekabr 1992-ci ilə nəzərdə tutulmuşdu.
Bazarın yaradılması ilə əlaqədar ölkələr arasında aşağıdakı
məqsədlərə nail olunmuşdur:
-əmtəə və xidmətlərlə qarşılıqlı ticarətdə bütün tarif və
qeyri-tarif məhdudiyyətləri aradan qaldırıldı, Aİ daxilində kapitalın
dövlətlərarası hərəkətindəki məhdudiyyətlər ləğv olundu, maliyyə
lisenziyalarının qarşılıqlı tanınması tətbiq olundu;
222
-üçüncü ölkələrdən sənaye mallarının idxalına qoyulan milli
məhdudiyyətlər aradan qaldırıldı;
-standartlara texniki tələblər minimallaşdırıldı, sınaqlann
nəticələri və sertifikatların qarşılıqlı tanınması tətbiq olundu;
-dövlət tədarükü bazarları Aİ-nin digər ölkələrinin firmaları
üçün açıldı.
Bu müddətdə A İ ölkələri energetika, nəqliyyat, sosial və
regional inkişaf məsələləri üzrə vahid siyasət yeritməyə keçdilər;
-1991-ci ildə Aİ ilə AATA-nın 3 ölkəsi arasında Vahid Avropa
iqtisadi məkanının yaradılması barədə müqavilə imzalandı.
Dördüncü müasir mərhələ-Aİ-nin bütün təsərrüfat sisteminin
formalaşdırılması -iqtisadi, valyuta və siyasi ittifaqa keçid mərhələsidir.
1993-cü ildən indiyədək olan dövrü əhatə edir.
AİB-Aİ-mn Maastrix sessiyası-1991-ci ilin dekabrında
AİB-nin Hollandiyanın Maastrix şəhərində keçirilən sessiyası Avropa
ittifaqı haqqında hazırlanmış müqavilənin mətnini bəyəndi (bu müqavilə
Avropa ittifaqı haqqında Maastrix müqaviləsi adlandırılır) və 7 fevral
1992-ci ildə elə həmin şəhərdə müqavilənin bütün üzv-dövlətlər
tərəfindən imzalanması mərasimi oldu. Müqavilə 1 noyabr 1993-cü
ildən qüvvəyə mindi və AİB-nə yeni ad - Avropa ittifaqı adı verildi.
Müqa^ənin maddələrinə uyğun olaraq vahid Avropa
vətəndaşlığı qəbul olundu, siyasi ittifaq (ümumi xarici siyasət və daxili
işlər və ədalət mühakiməsi sahəsində siyasət) yaradıldı, eləcə də iqtisadi
və valyuta ittifaqı təsis edildi.
Maastrix müqaviləsi «kommunitar hüquqa» yeni bir anlayış,-
İqtisadi və valyuta ittifaqı (İVİ) terminini gətirdi və onu izah etdi.
Müqavilə İVİ-nin yaradılmasının konkret vaxtını, mexanizmini və
mərhələlərini, eləcə də milli pul vahidlərini əvəz edəcək ümumi regional
valyutamn tətbiq olunması qaydalannı müəyyənləşdirdi.
Bunun üçün üç mərhələnin keçilməsi nəzərdə tutulurdu:
1- ci mərhələ- 1990-1993-cü illər-ittifaqa üzv olan bütün
ölkələrin valyutalan Avropa valyuta sistemi çərçivəsində birgə üzmə
kursuna daxil edilirlər və valyuta məhdudiyyətləri ləğv olunur;
2- ci mərhələ-1994-1998-ci illər-Avropa valyuta institutu
yaradılır və makroiqtisadi siyasətin əlaqələndirilməsi gücləndirilir;
3- cü mərhələ-valvuta kurslarımn qarşılıqlı təsbit edilməsi,
vahid valyutanın tətbiqi və vahid Avropa mərkəzi bankının qurulması.
. 223
Sessiya aşağıdakı baxışlar nöqteyi-nəzərindən çox mühüm
əhəmiyyətə malikdir: birincisi, sessiya Aİ-na yeni üzvlərin daxil (o
cümlədən keçmiş qərb blokunun üzvü olan dövlətlərin) olması
kriteriyasmı müəyyənləşdirdi. Burada həm də qərara alındı ki, İsveç,
Norveç, Finlandiya və İsveçrə ilə onların Aİ-na üzv qəbul olunmaları ilə
əlaqədar danışıqlara başlanılsın.
Maastrix müqaviləsinin «F» maddəsinə uyğun olaraq Avropa
ittifaqına daxil olmağın əsas şərtləri 16 saylı cədvəldə verilmişdir.
Maastrix müqaviləsinin
Cədvəl 16.
maddəsinə uyğun olaraq
Şərtlər Tələblərin məzmunu
Demokratik rejim və insan hüquqlarının
gözlənilməsi
-insan hüquqlannm qorunmasının konstitusiya və hüquqi tərəflərinin işləmlməsi; sosial strukturun çoxtərəfliliyi və mülkiyyət formasının aşkarlığı; -ölkə qanunlanmn beynəlxalq hüquq norma- lanna uyğunluğu; milli və sosial əlamətlərə görə təqiblərə yol verilməməsi; vicdan azadlığı; ölüm hökmünün ləğvi; qanunun aliliyi; əmək və mənzil hüququ.
İttifaqın hüquqi, iqtisadi və siyasi sisteminə
qoşulmaqla əlaqədar nəzərdə tutulan
öhdəliklərin yerinə yetirilməsi
-iqtisadiyyatın dövlət və xüsusi bölməsində adekvat hüquqi və inzibati quruluşa uyğun rəqabətqabiliyyətli bazar iqtisadiyyatının olması; -ümumi xarici siyasətə və müdafiə siyasətinə qoşulma.
Acquis-ə (ittifaqın bu gün təşəkkül tapmış
bazar sisteminə) qoşulması
Maastrix müqaviləsi də daxil olmaqla, təsis müqavilələrinin məzmunu, prinsipləri və məqsədlərinin müdafiə olunması və yerinə yetirilməsi; -bu müqavilələrin həyata keçirilməsi üçün qəbul olunmuş qanunçuluq bazasının tələblərinin yerinə yetirilməsi; -İttifaqın fəaliyyəti ilə əlaqədar cəmiyyət üzvləri arasında olan beynəlxalq sazişlərin yerinə yetirilməsi.
224
İkincisi-sessiya iqtisadi və valyuta ittifaqı çərçivəsində tək
pul-valyuta vahidininin yaradılması məsələsini qarşıya qoydu;
Üçüncüsü-sessiya rəsmi olaraq elan etdi ki, Avropa iqtisadi
birliyinin formalaşdınimasmın əsas məsələləri başa çatmışdır və onun
inkişafında yeni mərhələ başlayır.
Elə həmin vaxt müəyyən edildi ki, İqtisadi və valyuta ittifaqının
qurulması üç mərhələdə həyata keçirilməlidir və sonuncu mərhələ
1999-cu ildən gec olmayaraq başa çatmalıdır. Məlum olduğu kimi
birinci mərhələ hələ 1990-cı ilin iyun ayında Aİ ölkələrində kapitalın
hərəkəti üzərindən nəzarət götürüldükdə həyata keçirilməyə
başlanmışdı. İkinci mərhələ 1994-1997-ci illəri əhatə edirdi və
sonradan bu 1999-cu ilədək uzadıldı. Bu iki mərhələdə Aİ qarşısında
duran başlıca məsələ ölkələrin iqtisadi göstəricilərinin yaxşılaşdırılması.
Birliyin üzvü olan az inkişaf etmiş ölkələlə- rin iqtisadi göstəricilərinin
artınlaraq daha yüksək inkişaf etmiş ölkələrin göstəricilərinə
bərabərləşdirilməsi olmuşdur. Bununla əlaqədar olaraq, daha az inkişaf
etmiş ölkələrə köməklik göstər- mək-İspaniya, Portuqaliya, Yunanıstan
və İrlandiya-onların inkişaf layihələrini maliyyələşdirmək məqsədilə
Həmrəylik fondu yaradıldı və 1997-ci ildə Birliyin struktur fondları
vasitəsilə onların maliyyələşdirilməsinə ayrılan vəsait 2 dəfədən çox
artırıldı. 1995-ci ildə Finlandiya, Avstriya və İsveç Avropa ittifaqına
daxil oldular və beləliklə iitifaqın üzvlərinin sayı 15-ə çatdı.
İkinci mərhələnin başlanğıcında yeni bir orqan-Avropa
valyuta institutu (AVİ) yaradıldı. Bu orqanın məqsədi valyuta və
maliyyə idarəetməsi ilə məşğul olmaq, eləcə də üçüncü-yekun mərhələ
üçün institusional çərçivələri hazırlamaq idi. Aİ üzv-ölkələrinin hazırhq
səviyyəsindən asılı olaraq üçüncü mərhələdə qarşıya qoyulan
məsələləri həll etmək üçün Avropa Mərkəzi Bankı təsis edildi və
avronun vahid Avropa valyutası kimi tətbiqinin prosedurası
müəyyənləşdirildi. Burada böyük çeviklik göstərildi: əgər ayrı-ayrı
ölkələr vahid valyutanın tətbiqinə hazır olmasalar, onun tətbiqi müddəti
daha gec müddətə keçirilə bilər. Elə həmin vaxt belə bir yekun qərar
qəbul olundu ki, 2002-ci ildə hesablaşma pul vahidi kimi ^^avro”
tətbiq olunsun.
Maastrix müqaviləsi Aİ-na aşağıdakı funksiyaları verdi:
1) vahid iqtisadi siyasətin həyata keçirilməsinin
əlaqələndirilməsi və ona nəzarət;
225
2) qanunçuluğun və hüquq qaydalannin müdafiə edilməsi;
3) azad və ədalətli rəqabət əsasmda vahid bazarm yaradılması;
4) vahid valyutanın yaradılması və idarəedilməsi;
5) vətəndaşların fundamental hüquq və azadlıqlarının
müəyyənləşdirilməsi və inkişafı;
6) birgə xarici siyasətin idarə olunması;
7) ümumi müdafiə siyasətinin formalaşdırılması
1 yanvar 1993-cü ildən vahid iqtisadi məkanda əmtəələrin,
kapital və işçi qüvvəsinin azad yerdəyişməsi həyata keçirilməyə
başlamışdır. Məlum olduğu kimi, açıq iqtisadiyyat, məhsuldar
qüvvələrin səmərəli yerdəyişməsi, eləcə də azad yerdəyişmə imkanları
sosial imkanlann bərabərləşməsinə kömək edir. Aİ-nin vətəndaşları
istənilən üzv ölkələrdə işləyə, oxuya və pensiyaya çıxa bilərlər. Təhsil
haqqında diplom istənilən ölkədə etibarlıdır.
4.18. Avropa ittifaqının idarə edilməsi
Aİ üzv ölkələri arasında baş verə biləcək ziddiyyətlərin aradan
qaldırılması üçün Roma müqaviləsində nəzərdə tutulduğu kimi, birliyin
qarşısında duran məsələlərin həll edilməsi məqsədilə ölkələr öz
hüquqlarının bir hissəsini könüllü olaraq milli üstqurum
orqanlarma verirlər.
Aİ-nin fəaliyyət göstərməsi mexanizmi hər şeydən əvvəl həm
ümumi və ya dövlətlərarası orqanlann, həm də milli dövlət
tənzimlənməsi elementlərinin daxil olduğu siyasi-hüquqi idarəetmə
sisteminə əsaslanır. İnteqrasiyanın institusional mexanizminin forma-
laşdınlmasının belə ikili prinsipi ayn-ayn üzv dövlətlərin maraqlan ilə,
bütövlükdə Aİ-nin maraqlan arasında balansın gözlənilməsinə köməklik
edir. Burada Aİ-nin institutlan ilə milli hökumətlər arasında
səlahiyyətlərin dərin bölgüsü həyata keçirilir.
Məcmuu halda götürdükdə Aİ-nin idarəetmə mexanizmi milli
üstqurum idarəetməsinin nadir sistemidir. Buna yol verən əsas amil
Aİ-nin özünün üzv ölkələrdən asılı olmayan büdcəsinin olmasıdır.
Yəqin ki, bu idarəetmə sisteminin əsas elementləri digər inteqrasiya
qruplaşmalan tərəfindən iltibas ediləcəkdir.
Aİ-nin dövlətlərarası əsas idarəetmə orqanları aşağıdakılardır;
-Avropa Parlamenti-Aİ-nin ali səlahiyyətli,
məsləhətçi-müşahidəçi orqanıdır. Üzv dövlətlərin milli parlamentləri ilə
oxşar
226
səlahiyyətlərə sahib olan Avropa Parlamenti Avropa xalqlarının siyasi
iradəsini təmsil edir. Avropa Parlamenti 1979-cu ildən 5 illik
müddətə Aİ üzv ölkələrinin vətəndaşlarının birbaşa ümumi səsverməsi
yolu ilə seçilir. 1999-2004-cü illərdə parlamentə 15 ölkədən seçilən
deputatların sayı 626 nəfər olmuşdur. Hazırda Avropa ittifaqına üzv olan
ölkələrin sayının artması ilə əlaqədar olaraq seçilən deputatların sayı da
artırılaraq 732-yə çatdırılacaqdır. Qərar qəbulu üzrə parlamentin
səlahiyyətləri Aİ haqqında müqavilədə müəyyən edilmişdir. Avropa
Zirvəsi və Parlament birlikdə bir sıra mühüm məsələlər üzrə qərar qəbul
edirlər. Seçilməyə başladığı 1979-cu ildən bəri Avropa Parlamentinin
hüquqları xeyli genişləndirilmişdir. Onun əsas funksiyası Avropa
Komissiyası üzvlərinin təyin olunması və təsdiq edilməsi, Nazirlər
Şurası və Avropa Komissiyasının fəaliyyətinə nəzarət etmək və Aİ-nin
büdcəsini təsdiq etməkdir. Aİ-yə yeni üzvlərin qəbul edilməsi barədə
müqavilə və üçüncü ölkələrlə sazişlər bağlanarkən onların parlament
tərəfindən bəyənilməsi mütləqdir. Aİ-nin büdcəsi üzv dövlətlərin
ÜDM-nun 1,2-1,3 faizinin üzvlük haqqı kimi keçirilməsindən və özünün
məxsusi vəsaitlərindən formalaşdınlır.
Avropa Zirvəsi- Aİ-nin direktiv orqanıdır, onun tərkibinə üzv
ölkələrin dövlət və hökumət başçıları daxil olur. Onun yaradıldığı
1974-cü ildən bəri ildə iki dəfədən çox olmayaraq sessiyası keçirilir,
Avropa Zirvəsi inteqrasiya quruculuğunun hakim mövqe tutan
məsələləri üzrə qərar qəbul edir, inkişafın əsas istiqamətlərini
müəyyənləşdirir.
Aİ-nin Nazirlər Şurası -üzv ölkələrin hər birindən bir nazir daxil
olmaqla və siyasi qərarlar qəbul edən orqandır və qəbul etdiyi qərarlara
görə də məsuliyyət daşıyır. Nazirlər Şurası real hakimiyyət
səlahiyyətlərinə malikdir və Aİ-nin qanunvericiliyinin bütün aspektləri
üzrə son qərarı o qəbul edir. Müzakirə olunan məsələdən (maliyyə,
kənd təsərrüfatı, ekologiya və s.) asılı olaraq Şura milli hökumətlərin
sahə nazirləri səviyyəsində toplanır. Şuranın qərarı milli
qanunvericiliklərə daxil edilir və mütləq xarakter daşımaqla,
reqlamentə və direktivə bölünür. Direktiv qərarlar-məcburi
qanunvericilik aktları olmaqla, yerinə yetirilmə üsullarının seçilməsinin
milli dövlətlərin öhdəsinə buraxıldığı qərarlardır. Şurada qərar səs
çoxluğu ilə qəbul olunur, lakin siyasi cəhətdən daha həssas məsələlər
üzrə (məsələn, yeni
- - V ' J ' - v . . . . . 22 7 üzvlərin qəbulu) konsensus tələb olunur. Son dövrlərdə 2001-ci il Nitsa
müqaviləsinə uyğun olaraq aparılan institusional islahatlar çərçivəsində
böyük əksər səs çoxluğu ilə qəbul olunan qərarların dairəsi
genişləndirilmiş və veto hüququ nisbətən məhdudlaşdırılmışdır.
Nitsa müqaviləsi Aİ-də səsvermə praktikasına ikili çoxluq
prinsipini daxil etmişdir ki, bu da ittifaqın şərqə doğru genişlənməsi
prosesini «Böyük dördlük» (Almaniya,Böyük Brita- niya,Fransa və
İtaliya) ölkələrinin nəzarətdə saxlamalarına imkan verir. Prinsipin
məğzi ondan ibarətdir ki, burada “Bəli” səsi o ölkələrinki, hesab
olunur ki, onların əhalisinin sayı Aİ-nin ümumi əhalisinin azı 62 faizini
təşkil etsin.
Nazirlər Şurasına onun iclasları arasında operativ məsələlərlə
məşğul olan Daimi Nümayəndələr Komitəsi köməklik edir.
Avropa Komissiyası-baş idarəedici orqandır və Aİ-nin
yaradılması barədə müqavilənin yerinə yetirilməsinin gözlənilməsinə
məsuliyyət daşıyır. Onun səlahiyyətləri qanunvericilik təşəbbüsündən
və Aİ institutlarının və müqavilənin şərtlərinin düzgün yerinə
yetirilməsinə nəzarətdən ibarətdir. Komissiya səlahiyyətli funksiyalara
malikdir, üçüncü ölkələrlə danışıqlar prosesində vasitəçi qismində çıxış
edir, baxmayaraq ki, müqavilələr parlamentlə məsləhətləşmələrdən
sonra Şura tərəfindən bağlanılır. Maliyyə sahəsində Komissiya Aİ-nin
büdcəsinin layihəsini tərtib edir, onu və müxtəlif fondları idarə edir.
Komissiya çox aşkar şəkildə ifadə edilən milli üstqurum əlamətlərinə
malikdir. Onun üzvləri milli hökumətlər tərəfindən təyin olunurlar, lakin
öz fəaliyyətlərində tamamilə onlardan asılı deyillər. Onlardan hər biri
Aİ-nin siyasətinin müəyyən dairəsi üçün məsuliyyət daşıyır və müvafiq
departamentə (Baş Direktorluq) başçılıq edir. Hazırda yeni üzv ölkələrin
hesabına komissiya üzvlərinin sayı 30 nəfərədək artırılmışdır.
Komissiya hər hansı bir üzv dövlət tərəfindən müqavilə şərtlərinin və Aİ
qərarlarının pozulması barədə məsələ qoya və işi Avropa Məhkəməsinə
verə bilər.
Avropa Məhkəməsi-Aİ-nin müxtəlif orqanlarının fəaliyyətinin
onun əsas müqavilə şərtləri və prinsiplərinə uyğun olub-olmamasına
nəzarət edir. Aİ-nin Ali Məhkəmə instansiyası olmaqla İttifaqın
qanunçuluğunun bir formalı təfsirini təmin edir. Avropa Məhkəməsi
üzv-dövlətlər arasında, onlarla Aİ arasında.
228
Aİ-nin institutları arasında, eləcə də Aİ ilə fiziki və hüquqi şəxslər
arasında olan ixtilaflara (ziddiyyətlərə, fikir aynlıqlanna) baxır və onları
tənzimləyir. Beynəlxalq müqavilələr barədə rəylər verir, milli
məhkəmələr tərəfindən ona verilmiş işlərin ilkin dinləmələrini keçirir.
Ali Maliyyə Məhkəməsi-Lüksemburqda yerləşən Ali Maliyyə
Məhkəməsi 1975-ci ildə yaradılımşdır. Funksiyası Avropa ittifaqı
büdcəsinin nəzərdə tutulmuş qaydada və məqsədlərə görə istifadə
olunmasının təmin edilməsidir.
Auditorlar palatası (Hesablama palatası)-Aİ-nin bütün gəlir və
xərclərini yoxlamaq məqsədilə 1975-ci ildə yaradılmışdır.
Bunlardan əlavə valyuta ittifaqının aşağıdakı yeni institutları
yaradılmışdır: Mərkəzi Bankların Avropa sistemi; Avropa Mərkəzi
Bankı; İqtisadi və Maliyyə komitəsi.
Avropa ittifaqının idarəetmə institutları 9 saylı sxemdə
verilmişdir.
2009- cu ilin noyabr ayında Aİ-də idarəetmənin daha
da təkmilləşdirilməsi,inteqrasiya prosesinin dərinləşdirilməsi məqsədilə
Prezident və Xarici İşlər naziri vəzifələri təsis edil- mişdir.Avropa
İttifaqının ilk Prezidenti vəzifəsinə Hervan Van Rompey (Belçika),
Xarici işlər naziri vəzifəsinə isə Baronessa Ketrin Eşton (Bö5dik
Britaniya) seçilmişlər.
4.19. AVROPA İTTİFAQI ÖLKƏLƏRİ İQTİSADİYYATININ
MÜASİR VƏZİYYƏTİ
Aİ-nin iqtisadiyyatının müasir vəziyyəti inkişaf mərhələsindədir.
Baxmayaraq ki, Aİ-nin enerji və xammal ehtiyatları o qədər də zəngin
olmamasına baxmayaraq, onun iqtisadi potensialı çox böyükdür. Avropa
ittifaqına daxil olan ölkələrin iqtisadi potensialı ABŞ və Yaponiyanın
iqtisadi potensialının cəmi qədərdir. Dünya sənaye istehsalı və elmi-
texniki tərəqqinin 1/3 - i, patent fondunun 25%-i, dünya ticarətinin
25%-dən çoxu Aİ-nin payına düşür. İxrac olunan məhsulların həcminə
görə Aİ ABŞ-dan irəlidədir, idxalları isə demək olar ki, eyni həcmdədir.
Tədricən Aİ dünya birliyinin subyekti kimi vahid ölkəyə çevrilir.
Aİ-nin əksər ölkələri çox açıq şəkildə ixrac yönümlüdür.
229
Aİ ölkələrində əmtə ixracının ÜDM-a nisbəti 30% təşkil edir ki, bu da
ABŞ və Yaponiyanın müvafiq göstəricisindən üç dəfə çoxdur. Amma
geyd etmək lazımdır ki, bu ölkələrin xarici ticarətinin 70%-i Aİ daxilində
həyata keçirilir. Məsələn, NAFTA daxilində bu göstərici cəmi 40%
təşkil edir.
Aİ dünya birliyinin müstəqil iqtisadi və siyasi subyekti kimi
çıxış edir. O, dünyanın 130-dan çox ölkəsi Uə diplomatik əlaqə
qurmuşdur. Avropa ittifaqı İƏİT-nın işində fəal iştirak edir, BMT-də
müşahidəçi statusuna malikdir. İnkişaf etməkdə olan ölkələrə göstərilən
köməyin əksər hissəsi Aİ tərəfindən verilir.
Al-nin Prezidenti
Məhkəməsi
Avropa Zirvəsi
Avropa siyasi
əməkdaşlığı
Ombudsman
Aİ-nin idarə edilməsinin
1^ --- baş orqanları —►
1 r
r Hakimiyyətin əsas
mərkəzləri -
► Məsləhətçi təşkilatlan
> Köməkçi İdarələr
Nazirlər
> Daimi
Müxtəlif komitə, Şurası nümayəndələr -
► komissiya və alt
komitəsi komissiyalar
Aİ-nin Komissiyası
Sosial iqtisadi -
► Maliyyə
tənzimlənməsi orqanlan komitə
Avropa Parlamenti
-►
Bölgələr komitəsi
Auditorlar
palatası
Avropa investi-
siya bankı
Avropa mərkəzi
bankı və Avropa
Pul İnstitutu
Sxem 9, Avropa İttifaqmm idarəetmə institutları.
Aİ ölkələrinin ÜDM-nun 5%-i kənd təsərrüfatının, 30%-i sənayenin,
65%-i isə xidmət sahəsinin payına düşür. Qeyd et
mək lazımdır ki, Aİ-yə daxil olan ölkələrin hamısının iqtisadiyyatı eyni
quruluşa malik deyil. Məsələn, Böyük Britaniyada ÜDM-un 2%-ni kənd
təssərrüfatı verirsə, Yunanıstanda bu 15%-dən çox təşkil edir.
Aİ-nin ÜDM-nün 70%-dən çoxunu Avropa ittifaqının dörd
aparıcı ölkəsi - Almaniya, Böyük Britaniya, Fransa və İtaliya verir. Ona
görə də ittifaqın iqtisadiyyatının quruluşunu və inkişaf meyllərini məhz
bu ölkələr müəyyənləşdirir.
Hazırda Aİ-də sənaye istehsalının təşəkkül tapmış quruluşu
aşağıdakı kimidir:
Cədvəl № 17
№ Sənayenin sahələri Xüsusi çəkisi, %
1. Yeyinti sənyasi 13,0
2. Kimya sənayesi 11,0 3. Elektrotexnika sənayesi 10,0 4. Toxuculuq və tikiş sənayesi 10,0 5. Maşınqayırma 9,5
6. Avtomobil istehsalı sənayesi 9,0
7. Kompyuter istehsalı 2,0
8. Digər sahələr 16,5
Aİ-nin energetika bölməsi əsasən idxaldan asılıdır. Belə ki,
enerji daşıyıcılarının 40%, digər xammallann isə 75%-i idxal olunur.
Yalnız Böyük Britaniya Şimal dənizində neft və qaz hasilatını
genişləndirməklə öz tələbatını tamamilə ödəyir və hətta onları digər
ölkələrə ixrac edir. Bu bölmədə ingilis-holland Royal Dutsh/Shell və
British Petroleum şirkətləri dünyada lider hesab olunurlar.
Almaniya enerji daşıyıcıları sahəsində əsasən çox baha başa gələn
kömür istehsalına üstünlük verir. Hökumət ildə bu sahəyə büdcədən külli
miqdarda pul vəsaiti ayınr. Fransa energetikasında üstünlük atom
elektrik stansiyalanna verilir. Onların ölkənin elektrik enerjisinin 70%-ni
hasil edirlər.
Aİ çərçivəsində metallurgiya sənayesi ənənəvi olaraq böyük
dəmir filizi ehtiyatlarına malik filiz yataqları olan Almaniya, Böyük
Britaniya, Belçika və Lüksemburqda inkişaf etmişdir. Aİ dünya çuqun istehsalının 18, polad istehsalının isə 20%-ə
231
yaxınını verir. Aİ-da istehsal olunan metalın 40%-i İtaliya
metallurgiya sənayesinin payına düşür.
Yeyinti sənayesi Aİ ölkələrinin hamısında yaxşı inkişaf
etmişdir. Üzv-ölkələrin ÜDM-da kənd təsərrüfatının xüsusi çəkisinin az
olmasına baxmayaraq, Aİ-nin aqrar-sənaye kompleksi ÜDM-un
25%-ni verir.
Kimya sənayesində ənənəvi olaraq öncül yerləri Almaniya,
Fransa və İtaliya tutur. Əczaçılıq sənayesinin inkişafı üzrə dünyada lider
mövqe Aİ- yə məxsusdur.
Yüngül sənaye İtaliya, İspaniya, Portuqaliya və Yunanıstan
iqtisadiyyatında mühüm yer tutur. Toxuculuq sənayesində İtaliya,
ayaqqabı istehsalmda İspaniya və Portuqaliya liderlik edirlər.
Maşınqayırma sənayesi Aİ-nin bütün apancı ölkələrində və
kiçik şimal ölkələrində inkişaf etmişdir. Dəzgahqayırmada liderlik
AFR, Böyük Britaniya və İsveçin əlindədir. Gəmiqayırma sənayesində
Almaniya (dünyada üçüncü yeri tutur), Danimarka, İspaniya və
Böyük Britaniya (müvafiq olaraq dünyada 6,7,8 -ci yerləri tuturlar) öz
mövqelərini qoruyub saxlayırlar. Avropanın avtomobil sənayesi
müəssisələri dünyada böyük paya malikdirlər: «Folsfagen» - 7,9%
(dünya avtomobil bazannda xüsusi çəkisi), yaxın vaxtlarda yaradılmış
alman - amerika konserni «Daymier - Krayslen> - 7,4%, «Fiat» (İtaliya) -
5,3^^), «Pejo-Sitroon» (Fransa) - 3,9*^. Bahalı avtomobillər bazannda
İsveçin «SAAB» və «Volvo» şirkətləri öz mövqelərini qoruyub
saxlayırlar. Aviakosmik sənayedə Fransa və Böyük Britaniya
liderdirlər. Bu sahədə ümumi Avropa miqyaslı reaktiv təyyarələr
istehsalı üzrə «Airbus» və raket daşıyıcılan üzrə «Arian» konser- sumlan
müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Telekommunikasiya və informasiya texnologiyaları sahəsində
Aİ uzun müddət ABŞ və Yaponiyadan geridə qalırdı. Son dövrlərdə bu
sahə çox dinamik və yüksək inkişaf mərhələsindədir. Aİ dövlətləri
kifayət qədər səmərəli işləməyən bir sıra dövlət şirkətlərini
özəlləşdirdilər. Nəticədə, Deutshe Telekom 40 min əlavə iş yeri açdı,
telefon danışıqlannın qiyməti aşağı salında. Deutshe Telekom və
Telekom İtalianm birləşməsi nəticəsində Amerika və Yaponiya
operatorlan ilə bərabər şəraitdə rəqabət aparmağa qadir, güclü
telekommunikasiya imperiyası yaradıldı. Mobil telefonlar bazarmda
liderlik Nokia (Finlanfiya) və Vodafone) (Böyük Britaniya)
kompaniyalarının əlindədir.
232
Xidmət sahəsində Fransada, İtaliyada, Böyük Britaniyada,
İspaniyada və Yaponiyada turizm mühüm rol oynayır. Fransa ildə 70
milyon nəfər, İtaliya və İspaniyanın hər biri 50 milyon nəfərdən çox
turist qəbul edir. Bö}mk Britaniyada turizm sahəsində əmək
qabiliyyətli əhalinin 7%-i məşğul olur və ildə ölkəyə 12 milyard dollar
gəlir gətirir. Fransa və Danimarkada əmtəə və xidmətlərin ixracından
əldə edilən gəlirin 12%-i, İtaliya və İsveçrədə - 20%-dən çoxu, İspaniya
və Avstriyada 35%-i turizmdən əldə edilir.
Aİ-nin bütün qabaqcıl ölkələrində nəqliyyatın infrastrukturu
çox yüksək səviyyədə inkişaf etmişdir. La-Manş tuneli Böyük
Britaniyanı kontinental Avropa ilə birləşdirir. British Auıvais dünyanın
ən iri aviakompaniyasıdır, ingilis aeroportu Heatrow - planetin ən iri
təyyarə planetidir. Avropanının digər ən iri təyyarə li- manlan
Almaniyanın Frankfurt, Dyusseldort, Münxen səhərlərin- dədir. Ən
yaxşı avtomobil yollan Almaniyadadır.
Aİ ölkələrinin elm sahəsində də nailiyyətləri böyükdür.
Avropa fundamental elmlər, bitexnologiya, kosmik proqramlar,
təyyarəqayırma, yüksək sürətli qatarlar, atom energetikası, rabitə
vasitələri və s. sahəsində dünyada aparıcı yeri tutur. Amma buna
baxmayaraq, Aİ dövlətləri elmi kifayət qədər
maliyyələşdirmədiklərindən elmi-layihə axtarışları Avropa və Yaponi-
yadakındın geri qalır.
Avropa İttifaqının ümumi iqtisadi modeli ABŞ-ın və
Yaponiyanın iqtisadi modelindən əsaslı şəkildə fərqlənir . Aİ iqtisadi
modelin fərqləndirici cəhətləri aşağıdakılardır:
1. Aİ-də əksər ölkələrin iqtisadiyyatının mühüm xüsusiyyəti
iqtisadiyyatda dövlətin fəal rolu və bazarın dövlət tərəfindən kifayət
qədər ciddi tənzimlənməsidir. Bu da Aİ-nin ÜDM- da büdcə xərclərinin
yüksək olması (50-ə qədər) ilə əlaqədardr.
2. ABŞ və Yaponiya iqtisadiyyatından fərqli olaraq Aİ
ölkələrində dövlət bölməsinin xüsusi çəkisi böyükdür. Aİ ölkələri
yalnız bazarın tənzimləyicisi kimi deyil, həm də fəal sahibkar qismində
çıxış edirlər.
3. Aİ-nin iqtisadi modeli sosial yönümlü xarakter daşıyır.
Bu özünü müxtəlif sosial fondların olmasında göstərir.
4. Aİ-yə özünə məxsus kifayət qədər səmərəli xarici-iqti-
sadi model xarakterikdir. Bu model bir sıra bazarlarda Avropa
______ 233
mallarının rəqabət qabiliyyətli olmamasını müvazinətləşdirir. Aİ-də
maya dəyəri dünya qiymətlərindən əsaslı şəkildə yüksək olan kənd
təsərrüfatı, hasilat sənayesi məhsullarına geniş şəkildə dövlət köməyi
göstərilir.
4.20 Avropa ittifaqı inteqrasiyasının
maliyyə təminatı
Qeyd edildiyi kimi, Aİ-nin özünün üzv ölkələrdən asılı olmayan
müstəqil büdcəsi var. 1957-ci il Roma müqaviləsinin 199-cu maddəsində
Aİ üçün iştirakçı -ölkələrin iqtisadiyyatının milli üstqurum orqanları
vasitəsilə tənzimlənməsinin vacib aləti kimi ümumi büdcənin
yaradılması nəzərdə tutulmuşdur.
Aİ-nin büdcəsinin həcmi Avropa Zirvəsi və Avropa
Parlamenti tərəfindən təsdiq olunur.
Büdcənin gəlir hissəsi bu mənbələrdən formalaşır:
1) aşağıdakılardan əmələ gələn məxsussi vəsaitlər;
a) idxal rüsumları - idxal edən ölkədə kənd təsərrüfatı
məhsullarının qiymətləri ilə xarici bazardakı qiymətlər arasındakı fərqin
müvazinətləşdirilməsindən əmələ gələn məbləğdən:
b) Avropa kömür və polad birliyinin rüsumları istisna olmaqla
ümumi gömrük tarifi üzrə gömrük rüsumlarından;
c) ƏDV və digər vəsaitlərin müəyyən hissəsinin
köçürmələrindən.
2) Aİ üzv ölkələrinin köçürdükləri vəsaitlərindən. Hər bir
ölkə ÜDM-nun 1,2 - 1,3%-ni Aİ-nin büdcəsinə köçürür.
Hazırda Aİ-nin ümumi büdcəsi 120 milyard avrodan çoxdur.
Aİ-nin xərcləri üzərində nəzarət və ümumi maliyyə idarə edü-
məsi Auditorlar (Hesablama) Palatası tərəfindən həyata keçirilir.
Aİ-nin büdcə xərcləri təqribi olaraq aşağıdakı qaydada bölünür
(%):
İnzibati təsərrüfat xərcləri - 4,6
İqtisadi siyasətlərin həyata keçirilməsinə :
Vahid kənd təsərrüfatı - 66,5
Regional - 7,5
Sosial - 6,7
Energetika - 0,37
234
Sənaye - 0,15
Elmi-texniki işlər - 3,5
İnformasiya və ətraf mühitin qorunması - 0,08
İnkişaf etməkdə olan ölkələrə kömək - 2,2
Aİ üzv - ölkələrinə kompensasiya ödəmələri - 8,4
Aİ-nin fəaliyyətinin maliyyə təminatında inteqrasiyanın
sosial-iqtisadi strategiyasının həyata keçirilməsinə xidmət edən
aşağıdakı xüsusi struktur fondları mühüm rol oynayır.
1) Regional inkişaf fondu (RİF) - bu fond sosial-iqtisadi
inkişafda nisbətən geridə qalmış və ya sənayedə struktur böhranlardan
ziyan çəkmiş rayonlara köməklik göstərir;Stabeks (ixracdan əldə edilən
gəlirlərin stabilləşdirilməsi fondu) və Sis- men (hasilat sənayesinin
stabilləşdirilməsi fondu) fondlarına maliyyə yardımı ayırır, iqtisadi
islahatlar keçirən ölkələrə, qaçqınlara köməklik göstərir.
2) Sosial fond (SF) - işçi qüvvəsinin yenidən ixtisaslaşmasını,
eləcə də gənclərin peşələrə yiyələnmələrini maliyyələşdirir;
3) Kənd təsərrüfatı sahəsində təminat və kənd təsərrüfatına
yönəlmə fondu (FEOQA) - Aİ-nm vahid aqrar siyasətinin həyata
keçirilməsini maliyyələşdirir;
4) Həmrəylik fondu;
5) Avropa İnvestisiya bankı - başlıca təyinatı Aİ üzv
ölkələrinin iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsinə yardım
etməkdir. Bu ,İttifaqın nisbətən zəif inkişaf etmiş ölkələrində dövlət
strukturları layihələrinin maliyyələşdirilməsi, eləcə də nəqliyyat, rabitə,
ətraf mühitin qorunması, energetika sahəsində ümumavropa miqyaslı
layihələrə kömək edilməsi yolu ilə həyata keçirilir. Avropa investisiya
bankı həmçinin Aİ ilə əməkdaşlıq haqqında müqaviləsi olan assosasiya
olunmuş ölkələrə borclar da verir.
Aİ-də regional inkişafa yardım göstərilməsi altı əsas istiqamətdə
cəmləşdirilmişdir:
1. Adambaşına düşən ÜDM Aİ üzrə həmin göstəricinin 75%-dən
az təşkil etdiyi və yaxud digər spesifik səbəblər (uzaq, əlçatmaz, dağlıq
və s.) olan regionlar.
2. Struktur böhranlar hiss edilən, Aİ üzrə orta göstəricidən yuxarı
ümumi və sənaye işsizliyi olan regionlar.
- ' -;v • ■ . . . _ 235
3. Əsasən gənclər arasında və ümumiyyətlə işsizliyin durğun
vəziyyətdə olduğu regionlar.
4. Texnoloji işsizlik olan regionlarda.
5a. İstehsalda struktur irəliləyişlər çətin həyata keçirilən kənd
(balıqçılıq) rayonları;
5b. Yüksək işsizlik səviyyəsi, aşağı gəlir və əhalinin getməsi
müşahidə olunan kənd rayonları;
6. Əhali hər kv. km-ə 8 nəfərdən az olan regionlar (Finlandiyanın
Şimalı və İsveç).
Aİ-nin vəsaiti bölüşdürülərkən maddi (pul) yardımı verilməsi
prinsiplərindən istifadə olunur.
Bir sıra iqtisadçıların fikrincə Aİ əsas diqqəti ETTKİ-
nə,texnologiyalara, elmi nailiyyətlərin mübadiləsinə deyil, kənd
təsərrüfatı və geridə qalmış regionlara yönəltməklə səhv yol tutmuş olur.
Aİ-nin sonuncu genişlənməsi ilə əlaqədar olaraq Aİ-nin
büdcəsinə yenidən baxılmışdır. Belə qərara alınmışdır ki, büdcənin gəlir
hissəsinin formalaşdırılması qaydası nisbətən dəyişdirilsin.
Aİ-nin 2002-2006-cı illər üçün maliyyəsi 18 - saylı, yardım
etmək üçün vəsaitlərin istiqamətləri və ölkələr üzrə bölgüsü isə 19 saylı
cədvəldə verilmişdir.
Cədvəl№18. Aİ-nin 2002-2006-CI illər üzrə maliyyəsi
2002-ci ilin qiymətlərində (mln. Avro)
2002 2003 2004 2005 2006 1 .Kənd təsərrüfatı (ÜKTS) 46587 46449 45377 44497 44209 41992 4143 40761 39870 39572
0 cümlədən kənd yerlərinin
inkişafı
4595 4606 4616 4627 4636
2. Struktur əməliyyatlar 33638 33308 32998 32735 31955
Struktur fondlar 30489 30519 30316 30053 29278
Həmrəylik fondu 2789 2789 2682 268 2677
3. Siyasətin daxili
istiqamətləri
6558 6676 6793 6910 7038
236
4. Xarici səhmlər 4873 4884 4895 4905 4916 5. İnzibati xərclər 5012 5119 5225 5332 5439
6. Ehtiyatlar 676 426 426 426 426
Pul ehtiyatları 250 - - - -
Fövqəladə kömək
göstərilməsi üçün ehtiyatlar
213 213 213 213 213
Borc təminatlan üzrə
ehtiyatlar
213 213 213 213 213
7.Aİ-yə daxil olmağa
hazırlığa kömək
3328 3328 3328 3328 3328
Kənd təsərrüfatı 555 555 555 555 555
Hazırlığın struktur alətləri 1109 1109 1109 1109 1109
PHARE (namizəd-ölkələr) 1664 1664 1664 1664 1664
Maliyyələşmənin yekun
məbləği
100672
100190
99042
98133 97311
Ödənilməli məbləğ 100078
100795
97645
95789 95217
Ödənilməli məbləğ (ÜDM%) 1,0 1,0 1,02
0,97 0,95
Al-yə daxil olarkən
ödənilməli olan məbləğ
4397 7125 9440 12146 15097
Kənd təsərrüfatı 1698 2154 2000 3109 3608
Digər xərclər 2699 4971 6840 9037 11489 Ödənilməli məbləğ 1014
75 107920
107085
107000 110314
Ödənilməli məbləğ (ÜDM%)
1,14 1,15 1,12
1,09 1,09
Nəzərdə tutulmayan xərclər
(ÜDM - %)
0,13 0,12
0,15 1,11 0,18
At şəxsi vəsaitləri mak. həddi
(ÜDM %)
1,27 1,27 1,27 1,27 1,27
Mənbə: European Commission. General Report on the Activities of the
European Union, 2001. Brussels, Luxemburg, 2002. P. 356
Cədvəl №19 Ai-nın regional inkişafa yardım etmək üçün vəsaitlə-
rin istiqamətlər və ölkələr üzrə bölgüsü
(2000 - 2003, milyon EKYÜ)
Ölkələr İ s t i q a m ə t l ə r AK
proqram
Cəmi
1 2 3 və 5a 5b 6 Avstriya 162 99 387 380 403 143 1574
Belçika 730 342 465 195 77 287 2096
Böyük Britaniya
2360 4581 3377 450 817 1570 13155
Almaniya 13640 1566 1942 1143
1227
2206 21724
Yunanıstan 13980 1151 15131
Danimarka 119 301 267 54 102 843
İrlandiya 5620 483 6103
İspaniya 26300 2416 1843 446 664 2774 34443
İtaliya 14860 1463 1715 814 901 2774 34443
Lüksemburq 15 23 40 8 20 104
Niderland 150 650 1072 165 150 421 2615
Portuqaliya 13980 1058 15038
Fransa 2190 3774 3203 1933
2238
1601 14938
Finlandiya 179 336 347 190 150 1652
İsveç 157 509 204 135 125 1377
Cəmi 93972 15360
15180
9616
6862
14051 153038 % 67,7 lU 10,9 5,0 4,9 40,0 100,0
4.21 Aİ-AATA (Avropa Azad Ticarət Assosiasiyası) arasında müqavilə
«Avropa iqtisadi məkam» anlayışı 1992-ci ilin may ayında A İ
ilə A ATA arasında Avropa iqtisadi məkanının yaradılması barədə
Müqavilə hazırlanarkən daha da aktuallaşdı. Bu vaxta qədər Avropanın
bu iki iqtisadi qruplaşması arasında münasibət 1977-ci ildə qüvvəyə
minmiş Sənaye məhsullannm ticarəti üzrə azad iqtisadi zona haqqında
Müqavilə ilə artıq tənzimlənmişdi (ATZ AİB - AATA, 1977) - AİM-nın
yaradılmasından çox keçməmiş əvvəlcə AATA-na daxil olan üç ölkə -
Avstriya,Finlandiya və İsveç Aİ-na daxil oldular. Bununla da AATA da
dörd ölkə - İsveçrə,
238
Norveç, İslandiya və Lixtenşteyn qaldılar. Bu baxımdan belə hesab
etmək olardı ki, AİM-mn yaradılması haqqında Müqavilə məhdud
əhəmiyyətə malikdir. Lakin bu ilk görünüşdən belədir. Belə ki, kifayət
qədər ciddi və dayanıqlı mövqeyə malik olan bu «qədim» Avropa
ölkələri «Aİ-nın siyasəti ilə qovuşmayan» iqtisadi siyasət həyata
keçirərkən ümumavropa iqtisadi siyasətinə əsaslı şəkildə disbalans gətirə
bilərdilər. Məhz buna görə də hər iki qruplaşmada bu Müqaviləyə və
eləcə də müxtəlif dövrlərdə onlar arasında bağlanmış digər sahəvi
sazişlərə böyük əhəmiyyət verilir. AİM haqqında Müqaviləyə uyğun
olaraq onun formalaşdırılması və fəaliyyət göstərməsi üçün AİM-nm
idarəetmə orqanlan yaradıldı ki, onlara da aşağıdakılar daxildir:
- Ali siyasi orqan kimi AİM-nm Şurası. Onun vəzifəsi AİM- də
əməkdaşlıq və inkişaf məsələlərinin əsasını təşkil edən strateji qərarlann
qəbul edilməsidir. Bu şura iştirakçı dövlətlərin hökumətlərinin, eləcə də
Aİ Komissiyasının nümayəndələrindən ibarət tərkibdə təşkil olunaraq
fəaliyyət göstərir.
- AİM-nın Birləşmiş komitəsi - icra orqanı olmaqla, AİM- mn
cari fəaliyyətinin təşkilinə cavabdehdir. Bu komitə İsveçrədən başqa
AATA-nm bütün ölkələrinin və Aİ-nın nümayəndələrindən ibarət
tərkibdə təşkil olunur.
- AİM-nm Birləşmiş parlament komitəsi - AİM-nm Birləşmiş
komitəsinə rəy və tövsiyələr verir. Buraya AATA -ya daxil olan
ölkələrin milli parlametlərindən 33 deputat və Avropa parlamentindən
33 deputat daxil olur.
- AİM-nm məsləhətçi komitəsi - hər iki tərəfin «sosial
tərəf-müqabillərinin» (dövlətlər, sahibkarlar ittifaqları və həmkarlar
təşkilatları) nümayəndələrindən ibarət olur. Hər birindən 30 nəfər
olmaqla AATA-nm Məsləhətçi komitəsi və Aİ-nın İqtisadi və sosial
komitəsinin nümayəndələri daxil olurlar. O, qarşılıqlı maraq doğuran
məsələlər üzrə məruzələr və rəylər hazırlayıb baxılmaq üçün Birləşmiş
Komitəyə verir.
AİM haqqında müqavilənin tələblərinin gözlənilməsi və yerinə
yetirilməsinə nəzarət və yoxlama Aİ tərəfindən Aİ-nin Komissiyası və
Aİ-nin Məhkəməsi, AATA tərəfindən isə bu məqsədlə yaradılmış
nəzarət Orqanı və AATA-nın Məhkəməsi tərəfindən həyata keçirilir.
Bütövlükdə AİM-də əmtəələrin, xidmətlərin, kapital və işçi
qüvvəsinin azad hərəkəti kifayət qədər tam həyata keçirilir. Həm də,
sənaye mallarının qarşılıqlı ticarətində və investisiya siyasətində
iqtisadiyyatın qarşılıqlı çulğalaşması və bir-birinə qarışması daha dərinə
getmişdir. Beynəlxalq ticarət, kapital və işçi qüvvəsinin inkişafında bu
möhtəşəm tədbirlər və ya istiqamətlər hər iki qruplaşmaya daxil olan
ölkələrin yüksək səviyyədə açıq iqtisadiyyatının yaradılmasına yardım
etdi, Avropa daxili ticarətin yüksəlməsi və kapitalın ekspansiyası sənaye
istehsalının və qitə əhalisinin gəlirlərinin artmasında yeni mərhələnin
başlanmasına gətirib çıxardı.
4.22 Şengen Sazişi (razilaşmasi) Şengen Sazişi Ölkələri
Şengen sazişi - “Avropa ittifaqının bir sıra ölkələri arasında
gömrük pasport nəzarətinin ləğv olunması haqqında” razılaşmadır.
Pasport və gömrük nəzarətinin ləğv olunması barədə Şengen
sazişi ilk dəfə olaraq 14 iyun 1985-ci ildə 5 Avropa dövləti (Belçika,
Niderland, Lüksemburq, Fransa, Almaniya) tərəfindən Lüksemburqda,
Şengen kəndinin yaxınlığında gəmi ilə gəzinti zamanı imzalanmışdır.
Saziş 26 mart 1995-ci ildə qüvvəyə minmişdir. Həmin vaxta qədər artıq
İspaniya və Portuqaliyada həmin sazişə qoşulmuşdular.
Sonradan 2007-ci ilə qədər Şengen sazişinə Avstriya,
Danimarka, Finlandiya, İslandiya, İtaliya, Yunanstan, Norveç, İsveçdə
qoşuldular və bununlada Şengen sazişində iştirak edən ölkələrin sayı
15-ə çatdı.
21 dekabr 2007-ci ildə daha 9 ölkə Şengen sazişinə qoşuldu:
Polşa, Çex Respublikası, Macarstan, Slavakiya, Sloveniya, Malta,
Estoniya, Latviya və Litva. 12 dekabr 2008-ci ildə İsveçrədə Şengen
zonasına daxil oldu. Bu gün bu sadalan 25 ölkə Şengen zonasını təşkil
edir.
2010- cu il ərzində Bolqariya, Kipr və Rumıniya Şengen
zonasına daxil olmaq üçün namizəd ölkələrdir.
240
Böyük Britaniya və İrlandiya Şengen sazişini imzalamaqlarına
baxmayaraq hələlik Şengen sazişindən kənarda qalmışlar. Bunun da
səbəbi ondan ibarətdir ki, bu ölkələrdə pasport nəzarəti tam ləğv
olunmamışdır. Bolqariya, Kipr və Rumıniyada da pasport nəzarətinin
ləğv olunmasının gələcəkdə həyata keçiriləcəyi planlaşdırılır.
1997- ci il Amsterdam müqaviləsinə əlavə olunmuş Şengen
protokoluna əsasən Danimarka xüsusi statusa malikdir. Bu da ondan
ibarətdir ki, Danimarka Şengen əməkdaşlığında Amsterdam müqaviləsi
imzalanana qədər olan həcmdə iştirak edir.
Daxil olma tarixlərində göstərilməklə bu gün Şengen sazişinə
daxil olan ölkələr aşağıdakılardır:
Avstriya (01.12.1997)
Belçika (26.03.1995)
Macarstan (26.12.1997)
Almaniya (Yuxarı Reyndə Büsengensiz) (26.03.1995)
Yunanstan (Afonasız) (26.03.2000)
Danimarka (Qrenlandiya və Farer adaları daxil olmamaqla)
(25.03.2001)
İslandiya (25.03.2001)
İspaniya (26.03.1995)
İtaliya (Levinqo anklavı daxil olmamaqla) (26.10.1997)
Latviya (21.12.2007)
Litva (21.12.2007)
Lüksemburq (26.03.1995)
Niderland (26.03.1995)
Fransa (26.03.1995)
Malta (21.12.2007)
Norveç (Şpitsberqen və Ayı adaları daxil olmamaqla)
(25.03.2001)
Polşa (27.12.2007)
Portuqaliya (26.03.1995)
Slovakiya (21.12.2007)
Sloveniya (21.12.2007)
Finlandiya (25.03.2001)
Çex Respublikası (21.12.2007)
241
İsveçrə (21.12.2007)
İsveç (12.12.2008)
Estoniya (21.12.2007)
4.23. Avropa İttifaqının genişləndirilməsi
15-dən 27-yə
1 may 2004-cü ildə Avropa İttifaqının tarixində ən iri genişlənmə baş
verdi və Qərbi Avropanın 8 ölkəsi: Macarıstan, Latviya, Litva, Polşa,
Slovakiya, Sloveniya, Çexiya, Estoniya və Aralıq dənizinin iki ölkəsi -
Malta və Kipr (onun yunan hissəsi) Respublikası Aİ-yə tam hüquqlu
üzvü qəbul olundular.
Əvvəlki dörd genişlənmədən (1973, 1981, 1986 və 1995-ci
illər) sonra Aİ üzvlərinin sayı altıdan 15-ə çatmışdı. 2004-cü ildəki
genişlənmədən sonra Aİ üzv ölkələrinin sayı 25-ə çatdı. 2007-ci ildə
Rumıniya və Bolqarıstan Aİ-na üzv qəbul olundular. Hazırda Aİ özündə
Avropanın 27 ölkəsini birləşdirir.
Cədvəl № 20
Aİ-nin genişləndirilməsi 20 saylı cədvəldə verilmişdir.
Avropa ittifaqının genişləndirilməsi
Təsisçi
ölkələr
(1957-dü)
1-d
genişlən
mə
(1973KÜ
İ1)
2-d
genişlən
mə
(1981-dü
)
3-cügaıiş
- lənmə
(19860
il)
4-cü
genişlən
mə
(19950
fl)
5dgenişlə
nmə
(2004-cü
il)
6o
genişlənm
ə (2007-ci
ü) Belçika Böyük
Britaniya
Yuna
nıstan
İslandiya Avstriya Macarıs
tan
Rumı
niya Fransa Dani
marka
Portu
qaliya
Finlan
diya
Kipr Bolqa
rıstan Alma
niya
İrlan-
diya
İsveç Malta
İtaliya Latviya
Lük
sem
burq
Litva
Nider
land
Polşa
242 Slovakiy
a
Sloveniya
Çexiya
Estoniya
Aİ-nin belə genişlənməsini müşahidəçilər 52 il bundan əvvəl ümumi bazarın özünün yaradılmasının təməlinin qoyulması ilə müqayisə edirlər. Hazırda Avropa ittifaqı Avropa ərazisini 34%-ni, əhalisinin 30%-ni birləşdirərək 480 milyon nəfər istehlakçısı olan böyük bir bazara çevrilmişdir.
Aİ-nin genişləndirilməsinin bir sıra göstəriciləri 21 saylı cədvəldə verilmişdir.
Aİ-nin genişlənməsindən bir çox inteqrasiya makroiqtisadi göstəricilərinin yaxşılaşacağı gözlənilir:
- ticarət sahəsində səmərə - o cümlədən gömrük maneələrinin aradan qaldırılması hesabına ticarət xərclərinin aşağı salınması;
- Aİ-nin daxili bazarında səmərə - əmək məhsuldarlığının yüksəldilməsi, qiymət rəqabətinin kəskinləşməsi;
- istehsal amillərinin hərəkəti ilə əlaqədar səmərə - Qərbin mərkəzi və Şərqi Avropa ölkələrinə birbaşa investisiyalarının artması, Aİ-nin şərq ölkələrindən qərb ölkələrinə işçi qüvvəsinin miqrasiyası və s.
Qeyd etmək lazımdır ki, Aİ-yə müxtəlif inkişaf səviyyələrinə malik olan yeni üzvlərin qəbul olunması Aİ-nin fəaliyyətinin səmərəliliyini müəyyən dərəcədə aşağı sala bilər.
Cədvəl №21. Aİ-nin genişləndirilməsinin bir sıra göstəriciləri
1958- ci
il
1973-
cü il
1981- ci
il
1986- cı
il
1995
-ci il 2004-
cü il
2007- ci
il
Ərazi (Min.kv.m)
1,167 1,524 1,658 2,252 3,234 5,411
Əhali
(mln.nəO
185 273 287 338 370 456
Uzv-ölkə-
lərin sayı 6
9 10 12
15 25
dJt, :iJü J --*■ -“‘T * ■ 243
Rəsmi
dillərin
sayı
4
6
7 9
11 20 22
ABK
komissarları
nın sayı
9 13 14 17 20 30 32
Bunun baş verməməsi üçün Aİ bir sıra islahatlar, o cümlədən İttifaqın orqanlarının, qərar qəbulu mexanizminin, struktur fondların, kənd təsərrüfatı siyasəti, regional siyasət və şairənin təkmilləşdirilməsi üzrə islahatlar həyata keçirir.
Genişlənmə ilə əlaqədar olaraq belə bir mühüm prinsipi rəhbər tutur: «Bütün genişlənmələrdə əldə edilmiş inteqrasiya səviyyəsi saxlanılır». Son dövrlərdə Aİ-ya qəbul edilən üzvlərin iqtisadi inkişaf səviyyəsi Aİ üzrə ümumi göstəricidən xeyli aşağıdır. Bu aşağıdakı cədvəldən də görünür.
Cədvəl №22
Avropa İttifaqı - 15 100
Polşa 39
Çexiya 60
Slovakiya 46 Macarıstan 49
Slovakiya 68
Rumıniya 27
Bolqarıstan 23 Litva 31
Latviya 27 Estoniya 38
Mənbə: Financial Times. 2000. 15 fevr.
2003- cü ilin yekununa görə 10 namizəd ölkədə adambaşına düşən orta
illik ÜDM Aİ-15 -in orta səviyyəsinin 40yo-ni təşkil edir.
16 aprel 2003-cü ildə Afinada on namizəd ölkə ilə Aİ arasında
ittifaqa üzv olmaq barədə bağlanmış müqaviləyə uyğun olaraq həmin
ölkələr ümumxalq referendumu keçirdilər. Refe
244
rendumda əhalinin böyük əksəriyyəti Aİ- yə daxil olmağın lehinə səs
verdilər. Afina bəyannaməsində deyilirdi: «Bizim nailiyyətlərimiz
nadirdir. Belə bir İttifaq bizim qitənin xırdalanmasına və yüz illərlə
davam edən münaqişələrə son qoymaq üçün qətiyyətimizi əks etdirir. Bu
ittifaq özündə bizim əməkdaşlığa əsaslanan yeni gələcəyə can
atmağımızı, müxtəlifliyə və qarşılıqlı anlaşmaya hörmətimizi təcəssüm
etdirir».
Namizəd ölkələrin Aİ-na üzv olması bir neçə mərhələdə həyata
keçirilmiş və on beş il ərzində yerinə yetirilmişdir.
1990-cı illərin əvvəllərində bu ölkələrlə Aİ arasında «Avropa
sazişi», və ya «Assosiasiya haqqında saziş» imzalandı və ilk olaraq bu
sazişi Macarıstan, Polşa, Çexiya və Slovakiya imzaladılar. Sonradan bu
saziş bütövlükdə Sloveniya, Rumıniya, Bol- qaristan, Litva, Latviya və
Estoniya tərəfindən də imzalandı. Sazişdə mərkəzi yeri 10 il ərzində
həm həmin ölkələrin özləri, həm də bu ölkələr də Aİ arasında azad ticarət
zonasının yaradılması, eləcə də siyasi dialoqun inkişafı, qanunların
yaxınlaşdı- rılması, iqtisadiyyat və maliyyə sahəsində əməkdaşlıq
nəzərdə tutulurdu.
Avropa sazişi Aİ-nin yaradılması barədə Roma müqaviləsinin
238-ci maddəsinin tələblərinə uyğun olaraq bağlanmışdır. Saziş siyasi,
ticarət - iqtisadi, hüquqi və institusional bölmələrdən ibarətdir.
Siyasi bölmədə Mərkəzi-Şərqi Avropa ölkələri (MŞAÖ) öz
üzərinə insan hüquqlarına hörmət etmək, o cümlədən milli azlıqların
hüquqlarını, qanunun aliliyi əsasında demokratiyanın inkişafını təmin
etmək və bazar iqtisadiyyatının formalaşmasına doğru irəliləməyi
öhdəlik kimi götürdülər. Bu öhdəliklərin pozulduğu halda Avropa
sazişinin fəaliyyəti dayandırıla bilərdi.
Hüquqi bölmədə - MŞAÖ -nın qanunçuluğunun Avropa hüquqi
ilə vahid şəklə salınması, eləcə də texniki qayda və standartların Aİ-nm
normaları ilə yaxmiaşdırılması nəzərdə tutulurdu. Lakin hazırda Aİ-nm
özündə işsizliyin səviyyəsinin 10% yaxın olması ilə əlaqədar «işçi
qüvvəsinin sərbəst hərəkəti» müddəası müvəqqəti olaraq sazişdən
çıxarılmışdır.
Kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində - «şürüş-
kən» idxal yığımları və kvotalar saxlanıldı.Sənaye məhsulları üzrə polad, kömür, toxuculuq malları istisna olmaqla bütün əm
V:. vA';:-J/ ; __ _______ 245
təələr üzrə azad ticarət rejimi tətbiq olundu. Hazırda bu məhsullar üzrə də ticarət liberallaşdınimış, toxuculuq malları sahəsində kvota aradan qaldırılmışdır.
İkinci mərhələdə - 1993-cü ilin iyun ayında Aİ Kopenha- gendə yeni iqtisadi genişlənməyə siyasi start verərək «Kopenhagen kriteriyası»nı müəyyənləşdirdi. Bu kriteriyaya görə Aİ-yə daxil olmaq üçün potensial üzv-ölkələr aşağıdakı şərtləri yerinə yetirməli idilər:
- demokratiyaya təminat verən, insan hüquqlanm qoruyan, qanunun aliliyini təmin edən və azlıqlan qoruyan institutlann sabitliyi təmin olunmalıdır;
- İttifaq daxilində rəqabət təzyiqinə uyğunlaşma qabiliyyətinə malik olan səmərəli bazar iqtisadiyyatına malik olmaq;
- siyasi, iqtisadi və valyuta ittifaqının məqsədlərinə tərəfdar olmaqla, Aİ qanunçuluğunun əsasını təşkil edən ümumi qaydalar, standartlar və siyasətin həyata keçirilməsi.
Qeyd etmək lazımdır ki, MŞAÖ tərəfindən bu kriteriya- lardan heç biri yerinə yetirilməsə də onlar Aİ-na üzv qəbul olundular.
Üçüncü mərhələdə - 1997-ci ilin dekabr ayında Aİ-nın Lüksemburqda keçirilən sessiyasında həmin ölkələrin Aİ-yə daxil olmaları barədə danışıqlara başlanması qərara alındı. Danışıqların gedişi aşağıdakı qaydada həyata keçirildi: əvvəlcə Avropa Komissiyası öyrənməli idi ki, bu ölkələrin qanunları və hüquqi bazası Aİ-nın qanunları və hüquqi bazası ilə uzlaşırmı? İkinci addım AK və Nazirlər Şurası namizəd ölkələrlə birlikdə bu ölkələr üçün fərdi konsepsiya işləməli idilər.
Aİ-nın Lüksemburq zirvə toplantısında namizəd-ölkələrə maliyyə köməyi göstərilməsinin prinsipləri işlənildi.
Aİ üzv ölkələrin tərkibi 23 saylı cədvəldə verilmişdir. • Azərbaycan - Avropa Birliyi Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən
çıxış edən Azərbaycan Avropa ittifaqı ilə çoxsahəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycanın Aİ ilə münasibətləri TACİS, TRASECA və s. kimi müxtəlif proqramlar çərçivəsində inkişaf etdirilir. I996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanmışdır. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərma
yələrin qorunmasını nəzərdə tutur. 2004-cü ildə Avropa ittifaqının şərqə doğru genişləndirilməsilə Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq, «Genişləndirilmiş Avropa» təşəbbüsü çərçivəsində Aİ-nin «Yeni qonşuluq siyasəti»nə daxil edilmişdir. Bu isə ölkəmizin Avropa ittifaqı ilə əməkdaşlığı daha da inkişaf etdirərək yeni keyfiyyət mərhələsinə qaldırması üçün zəmin yaradır.
Cədvəl №23. Avropa ittifaqı ölkələrinin tərkibi
Ölkə Daxil olduğu il Ərazisi
kv.km Əhalisi mln.nə- fər
Belçika 1957 30518 10346
Almaniya 1957 357021 83029
İtaliya 1957 301322 57998
Lüksenburq 1957 2586 0.454
Niderland 1957 41532 16195
Fransa 1957 547030 60181
Böyük Britaniya
1973 244820 60095
Danimarka 1973 43094 5388
İrlandiya 1973 70285 3931
Yunanıstan 1981 131957 11018
İspaniya 1986 505990 40683
Portuqaliya 1986 92391 10409
Avstriya 1985 83858 8188
Finlandiya 1985 338145 5207
İsveç 1985 49964 8943
Macarıstan 2004 93030 10045
Kipr 2004 9250 772
Latviya 2004 64589 2349
Litva 2004 65200 3593
247
Malta 2004 316 400
Polşa 2004 312685 38668
Slovakiya 2004 48845 5430 Sloveniya 2004 20253 1936
Çex Respublikası 2004 78866 10250
Estoniya 2004 45226 1409
Bolqarıstan 2004
Rumıniya 2004
4.24 Avropa iqtisadi birliyindən
Avropa ittifaqına doğru təkamül
1957-ci ildə AİB və 1960-cı ildə Böyük Britaniyanın himayəsi
altında A AT A yarandıqları gündən aralarında gizli mübarizə gedir.
Hələ bu mübarizənin ilk mərhələlərindən A ATA uduzmağa başladı.
Bunun da səbəbi ondan ibarət idi ki, assosiasiya öz qarşısına konkret
məqsəd kimi vahid Avropa bazarının yaradılmasını qoymamışdı.
Bununla əlaqədar olaraq tezliklə AATA-nm üzvləri Böyük Britaniyanın
özü də daxil olmaqla AİB-nə üzv olmaq üçün növbəyə durmağa
başladılar.
1972- ci ildə AATA-nm üzvləri olan Danimarka, İrlandiya və Böyük
Britaniya, bir az sonra Yunanıstan, İrlandiya və Portuqaliya AİB-nə
qoşuldular.
1 dekabr 1975-ci ildə Roma sessiyasında Avropa Zirvəsi birbaşa
ümumi səsvermə yolu ilə Avropa Parlamentinin təşkili barədə son
qərar qəbul etdi. Bu parlamentin təşkili bundan əvvəl Parisdə Birliyin
dövlət və hökumət başçılarının zirvə görüşündə bəyənilmiş prinsip
əsasında həyata keçirilməli idi. Elə Romada birinci seçkilərin keçirilmə
vaxtı 1978-ci ilin payızına təyin edilsə də, sonradan bu 7-10 iyun
1979-cu ilə keçirildi. Beləliklə, baxmayaraq ki. Parlamentin seçilməsi
birinci müqavilə ilə müəyyən olunmuşdu, amma bu layihənin yerinə
yetirilməsi 25 il çəkdi. Avropa Parlamentinin paytaxtı Strasburq şəhəri
oldu.
248
29 dekabr 1975-ci ildə Belçikanın Baş naziri L.Tindesman Paris
zirvə görüşündə ona verilmiş tapşırıqla əlaqədar olaraq AİB
hökumətlərinin müzakirəsinə Birliyin gələcək inkişafı barədə məruzə
təqdim etdi. L. Tindesmanın təklif etdiyi məruzənin əsas ideyası
bunlardan ibarət idi:
- İqtisadi və valyuta ittifaqının möhkəmləndirilməsinin
zəruriliyi;
- Ümumi xarici siyasətin həyata keçirilməsi;
- Ümumi Avropa sosial və regional siyasətinin həyata
keçirilməsi;
- Ümumi sənaye siyasəti;
- Birliyin rəhbər orqanlarının tənzimləyici rolunun əsaslı şəkildə
gücləndirilməsi.
Lakin Avropa Zirvəsi bu mərhələləri müzakirə etməyə
tələsmirdi. Yalnız özünün 1979-cu ilin aprelindən dekabrınadək
keçirilən sessiyalarında Avropa valyuta sisteminin (AVS) yaradılması
barədə qərar qəbul etdi. 9-lOdekabr 1979-cu ildə Paris sessiyasında
AVS-nın fəaliyyətə başlaması barədə qərar qəbul etdi.
1984-cü ildə Avropa Parlamenti Birliyin sonrakı inkişafına
yönəldilmiş çox möhtəşəm bir addım ataraq Avropa ittifaqı
yaradılmasının layihəsini qəbul etdi. Bunun əsasında Avropa
Komissiyası Birlik miqyasında daxili bazarın yaradılmasının konkret
proqramını əks etdirən «Ağ kitabı» işləyib hazırladı. 1986-cı ildə
AİB-nın iştirakçısı olan ölkələr Vahid Avropa aktını imzaladılar ki,
bu da Roma müqaviləsini bütöv bir konkret sazişlər bloku ilə tamamladı.
Bu sazişlərdə Qərbi Avropada deniş, azad və sərhədləri olmayan ümumi
bazarın yaradılması barədə konkret təkliflər nəzərdə tutulurdu. «Ağ
kitabda» 279 konkret direktiv göstərişlər vardır ki, onlardan da çoxu
özünün həyata keçirilmə və nəzarət mexanizmi olmaqla proqram
göstərişi kimi yerinə yetirilmə mərhələsindədir.
Vahid Avropa aktına daxil olan sazişlərin mühüm tərəfi ondan
ibarət olmuşdur ki, beynəlxalq təşkilatlar çərçivəsində çox böyük
əhəmiyyət kəsb edən məsələlər barədə qərarlar qəbul edilməsində
prosedur məsələlərin həllinə böyük diqqət yetirilir.
AİB - Aİ-nın müvəffəqiyyətli inkişafın mühüm tərəfi həmişə
qanunvericilik bazası olmuşdur. Buraya həm də parlament tərəfindən
təsdiq olunmalı o müqavilə və sazişlər də daxildir ki, onlar həm milli
parlamentlər, həm də Avropa parlamenti tərə-
249
fındən vaxtında təsdiq edilməlidir. Avropa Zirvəsinin Rodos
sessiyasında (3-4 dekabr 1988-ci il) qeyd olundu ki, vahid bazarın
yaradılması üçün zəruri olan qanunçuluq bazasının 50%-i artıq
hazırlanmışdır. Birliyin komissiyasının proqramına daxil edilmiş
təkliflərin 90%-i baxılmaq üçün Avropa Zirvəsinə təqdim olunmuş və
onlardan 40%-i qəbul olunmuşdur. Bunların da 70%-i texniki
maneələrlə, yəni gömrük xidmətləri və maliyyə xidməti də daxil
olmaqla, əmtəə və xidmətlərin standartlarının uyğunlaşdırılmasmın
zəruriliyi ilə əlaqədar olan təkliflərdir. Aİ- nin 8 ölkəsi üçün kapital
bazarının tam liberallaşdırılması 1 iyul 1990-cı ildə bəyan olunmuşdu ki,
bu da iqtisadi ittifaqın yaradılması yolunda həlledici addım olmuşdur.
Eyni zamanda bu addım Birliyin vahid ümumi şərtləri, qanunvericilik
aktları, standartları, gömrük rüsumları, yığımları və s. fəaliyyət göstərən
maliyyə zonasının yaradılması üçün güclü ilkin zəmin olmuşdur.
İttifaq regional siyasətə xüsusi diqqət yetirir. Məlum olduğu kimi,
Aİ-nın 15 ölkəsinin hər biri müxtəlif inkişaf səviyyəsinə malik idi.
Onların bəzilərində iqtisadi cəhətdən geridə qalmış, zəif inkişaf etmiş və
ya tənəzzül vəziyyətində olan və onların ümumavropa səviyyəsinə
qaldırılması üçün xüsusi yanaşma tələb edən rayonlar var idi və indi də
qalmaqdadır. Bu şəraitlə əlaqədar olaraq 1989-cu ilin yanvarında yeni
struktur qaydalar qəbul olundu. Bunun məqsədi Birliyin müxtəlif ölkə və
regionlarının iqtisadi inkişaf səviyyəsini tarazlaşdırmaq, ərazi uyğun-
suzluğunun aradan qaldırılması olmuşdur. Belə regional siyasətin
həyata keçiriməsində həlledici rol İttifaqın regional inkişaf üzrə
Avropa fonduna, Avropa sosial fonduna, Avropa həmrəylik
fonduna və Aralıq dənizi inteqrasiya proqramlarına ayrılmışdır. Ən
çox vəsait Aralıq dənizi ölkələrinə və İrlandiyaya yönəldilirdi ki, bu da
əsas donorlar olan böyük ölkələrin narazılığına səbəb olurdu. Buna
baxmayaraq, hər dəfə baş qaldıran mübahisələr həll olunurdu, ona görə
ki, istənilən mübahisə zamanı AİB - Aİ-nın üzvü olan heç bir ölkə
özünün Birliyin tərkibinə daxil olmasını şübhə altına almırdı.
Bütün bu görülən tədbirlərlə əlaqədar olaraq Maastrix sessiyası
rəsmi şəkildə elan etdi ki. Birliyin formalaşdırılması üzrə əsas
məsələlər həll olunaraq başa çatdırılmışdır. Avropa iqtisadi birliyi
Avropa ittifaqı adlandırıldı.
250
4.25. Avropa Azad Ticarət Assosiasiyası
(European Free Trade Association)
Özündə Avstriya, Böyük Britaniya, Danimarka, Norveç,
Portuqaliya, İsveç və İsveçrəni birləşdirən Avropa Azad Ticarət
Assosiasiyasının (AATA) yaradılması barədə Saziş 20 noyabr
1959-cu ildə imzalanmışdır. Tezliklə 1961-ci ildə Finlandiya AATA
ilə sıx əlaqə yaratdı və 1986-ci ildə onun tam hüquqlu üzvü oldu.
İslandiya Assosiasiyanın tərkibinə 1970-ci ildə, Lixtenşteyn isə
1991-ci ildə daxil oldular. 1991-ci ilə qədər AATA-da Lixtenşteynin
maraqlarını İsveşrə təmsil edirdi.
Bu ölkələrin 1 Avropanın sərhədindən kənarda olan
müstəmləkələri də Assosiasiyanın üzvü ola bilərdilər. AATA- nın
yaradılması barədə Sazişə müvafiq olaraq istənilən müstəqil dövlət
AATA-ya üzv olmaq üçün ərizə verə bilər.
Sonradan biri-birinin ardınca Assosiasiyanın bəzi üzvləri onun
tərkibindən çıxaraq Avropa İqtisadi Birliyinin (hazırda Aİ) üzvlüyünə
daxil oldular. 1972-ci ildə Böyük Britaniya və Danimarka, 1986-cı
ildə Portuqaliya, 1995-ci Udə isə Fimandiya, Avstriya və İsveç A AT
A-dan çıxdüar. Hazırda Assosiasiyanm üzv kimi İslandiya, Norveş,
İsveçrə və Lixtenşteyn qalu*.
1950-1960-ci illərin hüdudlarında Böyük Britaniyanın Fransa
və AFR ilə apardığı rəqabət onun Avropa İqtisadi Birliyinə üzv olmasını
qeyri-mümkün edirdi. Avropada ikinci inteqrasiya birliyi olan
AATA-nın yaradılması müəyyən mənada bu rəqabəti əks etdirirdi.
Avropa Azad Ticarət Assosiasiya 3 may 1960-cı ildə AİB- yə
alternativ kimi ona birləşə bilməyən və ya birləşmək istəməyən Avropa
dövlətləri üçün yaradılmışdır. Bu dövlətlər Avropa ümumi bazarının
yaradılması planını həddən artıq lovğalıq hesab edirdilər.
AATA haqqında Konvensiya yeddi dövlət: Böyük Britaniya,
Danimarka, Norveç, İsveç, Avstriya, İsveçrə və Portuqaliya tərəfində 4
yanvar 1960-cı ildə Stokkolmda imzalandı.
Stokkolm konvensiyası sonradan Vaduts konvensiyası ilə əvəz
olundu. Bu Konvensiya, üzv-ölkələr arasmda gömrük rüsumlarının
251
aşağı salınması və kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması
hesabına ticarətin liberallaşdınlmasını nəzərdə tuturdu.
AATA Avropa İqtisadi Birliyinə nisbətən daha sadə məsələlərin
həllini nəzərdə tuturdu. Stikkolm Konvensiyasına müvafiq olaraq
AATA-nın gömrük siyasəti yalnız sənayə mallarına şamil edilirdi.
AATA ölkələrə üçüncü ölkədən idxal olunan ərzaq məhsullarına vahid
tarif tətbiq etməyib, milli gömrük tariflərini saxladılar və bununla da
üzv-ölkələr müstəqil ticarət siyasəti həyata keçirirdilər.
Yaradılması barədə Sazişdə AATA dörd əsas məqsədi
bəyan etdi: 1) AATA üzv-ölkələrində tam məşğulluğun saxlanılması; 2)
üzv-ölkələr arasında qarşılıqlı xammal göndərilməsində
əyintilərə yol verməmək; 3) təşkilatın üzvləri arasında ədalətli rəqabətin
təmin olunması; 4) ticarət maneələrinin azaldılması yolu ilə dünya
ticarətinin inkişafı. Lakin AATA-nın yaradılması barədə bu Sazişdə
Gömrük ittiqafıqı və ya Ümumi bazar yaradılması barədə niyyət əks
olunmamışdı.
AATA-nın sonrakı fəaliyyəti Böyük Britaniyanın 1968- ni ilin
sonunda idxal məhdudiyyətləri qoyması və 1970-ci ilin ortalarında onun
Ümumi bazara üzv olmaq istəməsi barədə təkrar müraciət etməsi ilə
əlaqədar altında təhlükə qaldı.
1970- ci illərin əvvələrində AATA çərçivəsində azad ticarət
zonasının yaradılması başa çatdı. AATA, həmin dövrə qədər yaradılmış
azad ticarət assosiasiyalarından ən məşhuru və əhəmiyyətlisi oldu. Belə
bir ideya nəzərdə tutulurdu ki, bu təşkilat inteqrasiyanın daha inkişaf
etmiş formasına yüksəldilərək iqtisadi ittifaqa çevrilsin.
Lakin bu ideya həyata keçirilə bilmədi. Amma Avropada azad
ticarət zonasının yaradılması planının həyata keçirilməsinə nail olundu.
Buna baxmayaraq AATA ölkələrində inteqrasiya prosesi üzv-ölkələrin
iqtisadiyyatına onunla rəqabətdə olan AİB qədər səmərəli təsir göstərə
bilmədi. Böyük Britaniya və AATA-nın digər üzv-ölkələri belə
birdilemma qarşısında qalmışdılar: ya AATA-ni
möhkəmlətmək, ya da AİB-ə birləşməyə çalışmalı. AATA çərçivəsində
Böyek Britaniya Millətlər Birliyi ölkələrindən
252 •i?»; Д,'- uj U
əmtəə idxal edib, onu AATA-nin digər üzvlərinə satmaqla üzv- ölkələr
üçün ümumi tarifdən veyri əldə edirdi. AİB-in sürətli inkişafı onun
sürətli inkişaf ticarət tərəfmüqabili kimi ABŞ və Avstraliya, Kanada və
Yeni Zelandiya kimi Millətlər Birliyi ölkələri üzərində deyil və yalnız
Avropa üzərində cəmləşdirilməsi ilə əlaqədar olaraq Böyük Britaniya
AİB-ə üzvlüyə qəbul edilməsini xahiş etdi. Lakin bu danışıqlar
Fransanın mənfi mövqeyi nəticəsində 1963-cü ilin yanvarında nəticəsiz
başa çatdı və bu yenidən AATA-nın fəaliyyətinin canlanmasına səbəb
oldu. 1 yanvar 1967-ci ildə üzv-ölkələr (Portuqaliyadan başqa) arasında
sənaye məhsulları ilə ticarətdə bütün gömrük rüsumları və kəmiyyət
məhdudiyyətləri ləğv olundu. Bir ildən sonra AATA ilə Finlandiya
arasında gömrük rüsumları ləğv olundu.
1972-ci ildə Böyük Britaniya və Danimarkanın AATA- dan
çıxmaları bu təşkilatı əsaslı şəkildə zəiflətdi və qalan üzv- ölkələri
məcbur etdi ki, Assosiasiyanın üzv-ölkələrinin ticarət üzrə əsas
tərəfmüqabili olan AİB-lə iqtisadi münasibətlərin tənzimlənməsi
yolarını axtarsınlar. Çətin danışıqlar nəticəsində AATA-nın bütün
üzvləri, eləcə də Finlandiya AİB-lə Sənaye malları üzrə azad ticarət
haqqında saziş bağladılar. Bu saziş
1973- cü ildə qüvvəyə mindi. Bu saziş əsasında gömrük rüsumlarının
qarşılıqlı şəkildə aşağı salınması həyata keçirildi və gömrük rüsumları 1
iyul 1977-ci ildən tamamilə ləğv olundu. Bunun nəticəsində Qərbi
Avropada tərkibinə AATA və AİB ölkələrinin daxil olduğu azad ticarət
zonası yaradıldı. 1984-cü ildə AATA və AİB vahid təsərrüfat məkanının
yaradılması və əməkdaşlığın iqtisadi, valyuta və sənaye siyasəti, ETTKİ,
ekologiya, balıqçılıq, nəqliyyat və qara metallurgiya sahələrinə də şamil
edilməsi barədə saziş bağladılar. 1992-ci ili may ayında AATA və AİB
Vahid iqtisadi məkan (insanların, əmtəə, xidmət və kapitalın sərbəst
yerdəyişməsi) barədə saziş bağladılar.
AATA-nın qalan üzv-dövlətləri (İslandiya, Norveç, İsverçrə və
Lixtenşteyn) Stokkolm sazişinin tam yerinə yetirilməsi üzərində
nəzarətin həyata keçirilməsini davam etdirirdilər. AATA-yə daxil olan
dövlətlər Mərkəzi və Qərbi
?.V. :; 253
Avropa ölkələri, o cümlədən Bolqariya, Polşa, Rumıniya, Slovakiya və
Çex Respublikası ilə azad haqqında müqavilə imzalamışlar. Anoloji
müqavilə Baltika dövlətləri ilə də imzalandı. Bunların məqsədi
Avropanın bu hissəsində ticarət əlaqələrinin stimullaşdırılması yolu ilə
islahatlara kömək etmək idi. Bu sazişlər sənaye malları və emal olunmuş
kənd təsərrüfatı məhsularma aid idi.
Avropa Azad Ticarət Assosiasiyasının təsisatlar. Kvropa
Azad Ticarət Assosiasiyasını AATA-nın Şurası idarə edir. Şura ayda
iki dəfə nazirlər və ya daimi nümayəndələr səviyyəsində toplanır. Öz
fəaliyyətini o, bir neçə komitə vasitəsilə həyata keçirir: gömrük
ekspertləri, ticarət ekspertləri, iqtisadi komitə (bu komitəyə hər bir
üzv-dövlətdən beş nəfərə qədər olmaqla sahibkarların və həmkarlar
təşkilatlarının nümayəndələri daxil olur), parlament üzvləri komitəsi,
büdcə komitəsi və sairə. Vaxtaşırı çağırılan ekspert qrupları xüsusi
məsələlərə baxır. Şura AATA-nın yaradılması barədə
Konvensiyanın yerinə yetirilməsinin gedişinə nəzarət edir, iştirakçı
ölkələrin hökumətləri üçün tövsiyyələr hazırlayır.
Baş katib tərəfindən rəhbərlik edilən Katiblik Şuraya,
komitə və ekspert qruplarına köməklik göstərir. Katibliyin altı şöbəsi var
və onlar ticarət, iqtisadiyyat, inteqrasiya, mətbuat və informasiya və
digər məsələlərlə məşğul olurlar. AATA-nın Katibliyi Cenevrədə
(İsveçrə) yerləşir.
1992-ci ildə Aİ ilə AATA arasında bağlanmış Sazişlə əlaqədar
olaraq AATA-nın daha iki orqanı: Nəzarət orqanı və AATA-nın
Məhkəməsi yaradıldı. Nəzarət oqranm mənzil qərargahı Brüsselde
yerləşir (Avropa Komissiyasının mənzil qərarhagında Brüsseldədir),
AATA-nın Məhkəməsidə Avropa Məhkəməsi kimi Lüksemburqda
yerləşir.
4.26. Azərbaycan - GUAM
GUAM keçmiş SSRİ məkanında baş verən proseslərin
qiymətləndirilməsi nəticəsində iqtisadi və təhlükəsizlik məsələləri üzrə
mövqeləri üst-üstə düşən 4 dövlətin (Gürcüstan, Ukray
254 -'1*'*' ı'r u£ı * '
na, Azərbaycan və Moldova) birliyidir. Birliyin fəaliyyətinin əsasında
şəffaflıq və aşkarlıq prinsiplərinə uyğun üzv ölkələrin qarşılıqlı
əməkdaşlığı durur.
10 oktyabr 1997-ci ildə Strasburq şəhərində Gürcüstan, Ukrayna,
Azərbaycan və Moldova prezidentlərinin görüşündə GUAM adlı siyasi-
məsləhətləşmə forumu yaradılmışdır. Strasburq Bəyannaməsi GUAM
ölkələri arasında siyasi və digər əməkdaşlıq səviyyəsini yüksəltmək,
keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə baş verən əsas məsələlər
və proseslər üzrə mövqelərini uzlaşdırmaq, onların bir təşkilat
çərçivəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə yaradılmışdır.
24 aprel
1999- cu il tarixdə Vaşinqtonda üzv dövlətlərin dövlət başçılarının
sammiti zamanı GUAM-a Özbəkistan Respublikası da qoşuldu.
Beləliklə, birlik genişləndirilərək 5 ölkəni əhatə etmiş və GUÖAM
adlandırılmışdır. Təşkilatın məqsədi sosial iqtisadi inkişafa, ticarət
əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə yardım
etməklə, üzv ölkələrin təhlükəsizlik məsələləri də daxil olmaqla onların
sıx əməkdaşlığına nail olunmasıdır. Bu qurum həmçinin üzv ölkələrin
nəqliyyat - kommunikasiya sisteminin və onların ərazisində yerləşən
müvafiq infrastrukturların GUAM-ın maraqlarına uyğun inkişafı və
səmərəli istifadə olunması ilə də məşğul olur. GUAM-ın digər vəzifəsi
bütün fəaliyyət sahələrində regional təhlükəsizliyin
möhkəmləndirilməsi, elm, mədəniyyət və humanitar sahələrdə
münasibətlərin inkişafı məsələləridir. Təşkilat 2003-cü ilin
dekabrından BMT-in Baş Məclisində müşahidəçi statusuna malikdir. 7
iyun 2001-ci ildə Ukraynanın Yalta şəhərində GUÖAM-nın üzvü olan
ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü keçirilib. Görüşdə
GÜAM-nm təşkilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət
qəbul olunmuşdur. Sammitdə üzv ölkələrin prezidentləri Yalta
xartiyasını imzalanmış və bu sənəddə təşkilatın statusu, funksional
sistemi, o cümlədən sədrlik məsələsi öz həllini tapmışdır.
GUÖAM-nın Yalta sammiti bu regional birliyin
formalaşmasında yeni bir mərhələ olmuşdur. Sammit zamanı GUÖAM
çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri, xüsusi ilə
üzv ölkələrin ərazilərindən keçən, o cümlədən Avropa - Qafqaz - Asiya
nəqliyyat dəhlizinin (TRASEKA), nəqliyyat kommunika-
___ 255
siyalan infrastrukturunun inkişafı, səmərəli fəaliyyəti və
təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Sammitin nəticələri əsasında GUÖAM-ın Yalta Xartiyası,
Konsulluq məsələləri üzrə qarşılıqlı yardımın təqdim edilməsi haqqında
GUÖAM ölkələrinin Konvensiyası imzalanıb. Dövlət başçıları GUÖAM
çərçivəsində azad ticarət zonasının yaradılması haqqında saziş layihəsi
üzərində işin bitirilməsinin vacibliyini qeyd ediblər.
GUÖAM-ın növbəti sammiti də Yaltada 20 iyul 2002-ci il
tarixində keçirilib. Bu Yalta görüşü «GUÖAM-ın üzvü olan dövlətlər
arasında azad ticarət zonası yaradılması haqqmda saziş» və
«Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinəyətlər ilə
mübarizə sahəsində GUÖAM-a üzv olan dövlətlərin hökumətləri
arasında saziş»in imzalanması ilə nəticələnmişdir. Üzv ölkələr arasında
əməkdaşlığın daha da sürətləndirilməsi strategiyasını dəstəkləyən
GUAM çərçivəsində hazırda beynəlxalq maliyyə təşkilatları tərəfindən
iki proqram maliyyələşdirilir. Bunlardan birincisi, TASİS çərçivəsində
regional fəaliyyət proqramına əsasən Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin (TRASEKA) gələcək inkişafına yönələn bir sıra layihələrin
həyata keçirilməsini nəzərdə tutur. Qeyd edilməlidir ki, bütün GUAM
ölkələri TRASEKA proqramının iştirakçılarıdır. İkincisi isə 23 dekabr
2002-ci il tarixli GUÖAM-ABŞ bəyanatına müvafiq olaraq, ABŞ
tərəfinin GUÖAM ölkələri üçün ticarət və daşımalarda, sərhəd və
gömrük nəzarətinin təmin edilməsində, terrorçuluq, mütəşəkkil
cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizədə yardım üzrə
proqram layihəsidir. Layihə üzv ölkələrin sərhəd infrastrukturlarının
təkmilləşdirilməsi, o cümlədən lazımi tikinti işlərinin aparılması,
buraxılış məntəqələri üçün müvafiq avadanlığın alınması, işçi heyəti
üçün təlimlərin keçirilməsi və Dünya bankının konsessiya kreditlərinin
alınmasına dair təkliflərin hazırlanmasını nəzərdə tutur.
Layihənin həyata keçirilməsinin məqsəd və mexanizimləri 4 iyul
2004-cü il tarixində Yaltada imzalanan ticarət və daşımalara yardım
layihəsinin həyata keçirilməsinə dair Memorandumda əks etdirilib.
2005-ci ilin may ayında Özbəkistan prezidenti İ.Kərimov
GUÖAM-ın o dövrdəki sədri Moldova prezidenti V.Voroninə
256 ■ X- 'SI'
məktub göndərərək təşkilatı tərk etmək niyyətində olduğunu bəyan edib.
Bunun səbəbini isə ölkənin coğrafi mövqeyinin belə bir əməkdaşlığa
imkan verməməsi ilə izah edilmişdir.
GUAM-ın formalaşması və inkişafında xüsusi xidmətləri olan
Azərbaycan Prezidenti Heydər Əliyev təşkilat çərçivəsində olduqca
əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton, 7 iyun
2001-ci il və 20 iyul 2002-ci il tarixli Yalta Zirvə görüşlərində şəxsən
iştirak edib.
22 may 2005-ci il tarixində GUAM -m Kişinyovda keçirilmiş
Zirvə Toplantısı təşkilata üzv olan dörd dövlətin hər birinin demokratik
cəmiyyət qurulması, Avropaya inteqrasiya, dayanıqlı iqtisadi inkişaf,
regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair yekdil fikirdə
olduqlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında
beynəlxalq təşkilatın yaradılması zərurətini qeyd edərək, bunun
reallaşdınlması üçün GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq
tapşırıqlar vermişlər.
Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində
GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, bu
toplantıda 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və
İqtisadi inkişaf naminə Təşkilat -GUAM təsis olunmuşdur. Kiyev Zirvə
Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər.
GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar
olunması, davamlı sosial - iqtisadi inkişafın təmini, beynəlxalq və
regional təhlükəsizliyin qorunması, Avropaya sıx inteqrasiya, üzv
dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının
genişləndirilməsi Təşkilatın başlıca məqsədləridir.
Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə
Toplantısında qəbul olunmuş «Demokratiya və İqtisadi inkişaf
naminə Təşkilat - GUAM-ın yaradılması haqqında Kiyev Dekla-
rasiyası»nda aşağıdakı məsələlərin vacibliyi qeyd olunmuşdur:
Demokratiyanın - möhkəmləndirilməsi, əsas insan hüquq və
azadlıqlarının qorunması, dövlətlərdə iqtisadi inkişafının və siyasi
sabitliyin təmin olunması, təşlükəsizliyin qorunması;
GUAM dövlətlərinin davamlı sosial-iqtisadi inkişafı məqsədilə,
dinamik iqtisadi artım və ətraf mühitin mühafizəsi vasitəsi ilə qarşılıqlı
əlaqələrinin gücləndirilməsi;
257
Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə təhdidlər törədən və
regionun iqtisadi inkişafını çətinləşdirən, Avropaya inteqrasiya
prosesinə əngəllər törədən həll olunmamış münaqişələrin nizamlanması
məqsədilə fəal əməkdaşlıq;
Beynəlxalq terrorçuluq, ekstremizm və aqressiv separatizmin
bütün növlərinə və onlarla bağlı olan digər mənfi hallara qarşı mübarizə
sahəsində əməkdaşlığın gücləndirilməsi;
İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın
dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata
keçirilməsi.
GUAM təşkilatına daxil olan dövlətlərin əməkdaşlığının real
nəticəsi kimi Virtual mərkəz və Dövlətlərarası İnformasiya - Təhlil
Sistemi (VM\DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY)
layihəsi həyata keçirilməkdədir. TNY ticarət və nəqliyyat sahəsində
əlaqələrin genişləndirilməsi və intensivləşdi- rilməsi, VM\DİTS
məlumat mübadiləsi isə ticarət və nəqliyyatın inkişafına, onun effektiv
və təhlükəsiz fəaliyyət göstərməsinə yardım etmək məqsədilə həyata
keçirilir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramının əsas
elementləri hesab olunmaqla bir-birini tamamlayır və onların paralel
şəkildə həyata keçirilməsi nəzərdə tutulur. VMNDİTS layihəsi
çərçivəsində hər bir GUAM dövlətində Milli İnformasiya-Təhlil
Mərkəzi və İşçi qruplar yaradılmışdır.
Kiyev Zirvə Toplantısında qəbul olunmuş «Demokratiya və
İqtisadi İnkişaf naminə Təşkilat - GUAM dövlət başçılannın
münaqişələrin nizamlanması üzrə Birgə Bəyannamə» sində aşağıdakı
əsas məqamlar öz əksini tapnuşdır:
GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız
dövlətlərin suveren hüququnun qorunması, ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında
həyata keçirilə bilər və bu GUAM çərçivəsində əməkdaşlığın üstün
istiqamətlərindən hesab edilir;
Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz;
Separatçılıq və dezinteqrasiya perspektivsizdir. Güc tətbiqi, etnik
təmizləmə və ərazi işğalı universal ümumdünya və Avropa dəyərlərinə,
sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir;
258
Nəzarət olunmayan ərazilərin məxsus olduqları dövlətlərə -
reinteqrasiyası, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaları
və müxtəlif etnik qrupların dövlətlərin beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamaları, vətəndaş
cəmiyyətinin inkişafı, bu ərazilərdə dağıdılmış infrastrukturun bərpa
edilməsi və həmçinin kommunikasiyaların bütün tərəflərin maraqları
naminə istifadə edilməsi yolu ilə GUAM dövlətlərinin ərazilərindəki
münaqişələrin həllində bu dövlətlərin və beynəlxalq ictimaiyyətin
səylərinin birləşdirilməsi;
Köçkün düşmüş əhalinin öz yurdlarına geri qayıtması və etnik
icmaların sülh şəraitində birgə yaşamaları məqsədilə münaqişə
zonalarının hərbisizləşdirilməsi və bu zonalarda BMT və ATƏT
çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi vasitəsilə
təhlükəsizliyin təmin olunması;
GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın
müddəalarının həyata keçirilməsi məqsədilə konkret tədbirlərin
hazırlaması.
GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli
məqsədilə bir sıra tədbirlər görməkdədirlər. Belə ki, onların BMT və
digər beynəlxalq təşkilatlarda birgə mövqedən çıxış edərək,
məqsədyönlü şəkildə fəaliyyət göstərmələri üçün razılaşma əldə
olunmuşdur. Bu istiqamətdə aparılan işlərin nəticəsi kimi «GUAM
ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə,
təhlükəsizlik və inkişafa təsiri» adlanan təklifləri BMT-nin 61-ci
sessiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr 2007-ci il tarixində
bu bənd altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT-nin Baş
Assambleyasında rəsmi sənəd kimi yayılmışdır.
GUAM-da Azərbaycanın Sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə
Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə Top-
lantısınadək davam etmişdir.
«GUAM: qitələri birləşdirərək» şüarı altında keçirilmiş Bakı
Zirvə Toplantısı Təşkilatın inkişafının uzunmüddətli prioritetlərini
müəyyən etmiş, onun instutusional quruluşunu möhkəmləndirmiş və
tərəfdaş ölkələrlə «GUAM» formatında əməkdaşlığın üstünlüklərini
nümayiş etdirmişdir. Azərbaycanın Respublikasının Sədrlik
proqramında əksini tapmış bu strateji istiqamətlər Təşkilatın
2007-2008-ci illər üçün fəaliyyət istiqamətlə
. ■ ;■ ............... 259
rinin əsasını təşkil etmişdir. Azərbaycanın Sədrliyi üzv dövlətlərin və
Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq
mövqeyinin möhkəmlənməsi və Təşkilatın keyfiyyətcə yeni inkişafı ilə
yadda qalmışdır.
Bakı Zirvə Toplantısının əsas ideyasım təşkil edən regionda
ümumi inteqrasiya və təhlükəsizlik məkammn yaradılması ideyası
Azərbaycanın başlıca vəzifəsi idi. Bu dövrdə Azərbaycanın qarşısına
qoyduğu başlıca strateji istiqamət GUAM-ın regional əhəmiyyətinin
yüksəldilməsi və ona beynəlxalq dəstəyin gücləndirilməsi, üzv
dövlətlərin ümumi maraqlanmn uyğunlaşdıniması və Təşkilat daxilində
əməkdaşlıq sisteminin inkişaf etdirilməsi olmuşdur.'
Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası Təşkilat
çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini
müəyyənləşdirən GUAM-ın sahəvi Əməkdaşlığının İnkişaf
Strategiyasını qəbul etmişlər . Azərbaycanın bir illik Sədrliyi kifayət
qədər səmərəli və fəal olmuşdur.
Fəallığının bariz nümunəsi kimi Bakı Zirvə Toplantısından sonra
2007-2008-ci illər ərzində keçirilmiş Nyu-Yorkda GUAM Xarici İşlər
Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa
görüşlərini, GUAM+formatın- da Vilnüsdə GÜAM-m onilliyinə həsr
olunmuş Zirvə Toplantısını, Vaşinqtonda GUAM-ABŞ görüşünü,
Madriddə GUAM XİNŞ-in növbəti iclasını, Tokioda GUAM-Yaponiya
görüşünü, «GUAM ərazisində uzadılmış münaqişələr və onların
beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri» adlı qətnamə layihəsinin
BMT-nin Assambleyasında yayılmasını, GUAM-Aİ əlaqələrinin
gücləndirilməsi üçün «GUAM-ın Aİ-də dostları qrupu» formatında
GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin ekspertləri
səviyyəsində görüşü, GUAM-Avropa Şurası görüşünü, GUAM
dövlətlərinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları,
«GUAM-tranzit» və Bakıda «GUAM-ın inkişaf strategiyası» beynəlxalq
konfranslarını və digər tədbirləri göstərmək olar.
Azərbaycanın Sədrliyi müddətində Təşkilatın fəaliyyətinə dair
ətraflı məlumat Batumi Zirvə Toplantısında GUAM Döv-
' http;\\ www.mfa.gov.az\index.php?option=com_con-
tenl&task=view&id=545&İtemid= 1
260 J il'i-VM"'■<i*itLjı^••
lət Başçıları Şurası tərəfindən təsdiq olunmuş hesabatda öz əksini
tapmışdır!
Azərbaycan Prezidenti Heydər Əliyev GUAM-a üzv olan
ölkələrin birgə əməkdaşlığının əhəmiyyətindən söhbət açarkən demişdir;
«Biz GUÖAM çərçivəsində əməkdaşlığı dövlətlərimizin suverenliyi
və müstəqilliyinin möhkəmlənməsinə, onların sabit inkişafının
təmin olunmasına və xalqlarımızın rifahının yüksəlməsinə, dünya
sisteminə inteqrasiyaya kömək etməli olan mühüm amil kimi
qiymətləndiririk».
4.26. Azərbaycan - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
V25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan,
Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya,
Rusiya, Türkiyə və Ukraynanın dövlət və hökumət başçıları tərəfindən
Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin
(İstanbul Bəyannaməsi) imzalanması nəticəsində yaradılmışdır.
İstanbul Bəyannaməsi ilə bərabər həmin gün bu 11 ölkənin dövlət və
hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanıb. İstanbul
Bəyannaməsi Qara Dəniz Əməkdaşlığının prinsiplərini, əsaslarını,
istiqamətlərini və ilkin mexanizmlərini təsbit edib. Bosfor Bəyanatı isə
İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün
vacibliyinin ümumi cizgilərini özündə əks etdirmişdir.
5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət
başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
(QDİƏT) nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə
qüvvəyə minməsi ilə əməkdaşlıq mexanizmi təşkilat statusu əldə edib.
2004- cü ilin aprelində Serbiya və Çernoqoriyanın da təşkilata
üzv qəbul olunması ilə əlaqədar QDİƏT-nın üzv dövlətlərinin sayı 12-yə
çatmışdır.
Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası ,
İsrail, Polşa, Slovakiya, Tunis, İtaliya, Avstriya Respublikası və Fransa
QDİƏT-də müşahidəçi statusuna malik dövlətlərdir. Müşahidəçilik
müddəti 2 ildir.
261
Üzv ölkələrin təşkilat çərçivəsində fəaliyyətlərinin
əlaqələndirilməsi QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən
həyata keçirilir. Katiblik İstanbul şəhərində yerləşir və onun vəzifəsi
QDİƏT-in işini təşkilati cəhətdən təmin etməkdir. Baş katib vəzifəsi 3
illik müddət üçün (yenidən seçilmək hüququ ilə) nəzərdə tutulur.
QDİƏT Xarici İşlər Nazirləri Şurasının 30 aprel 2004-cü il
tarixində Bakıda keçirilmiş 10-cu iclasında Azərbaycan Respublikasının
nümayəndəsi Baş katibin müavini vəzifəsinə seçilib.
Təşkilatın ali orqanı xarici işlər nazirləri şurasıdır (XİNŞ).
Şura təşkilatm əsas qanunverici orqanıdır.Şuranm iclasları 6
ayda bir dəfədən az obnayaraq, əməkdaşlığın nəticələrinin təhlili və
yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçirilir. Hər üzv ölkə 6
ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz
ölkəsinin ərazisində XİNŞ-in iclasım keçirir. Müvafiq ölkənin xarici
işlər naziri sədrlik etdiyi dövrdə QDİƏT-in fəaliyyətinin
əlaqələndirilməsini həyata keçirir. 2003-cü ilin aprelində sədrlik
Azərbaycanda olub. 2003-cü il 31 oktyabr tarixində Bakıda keçirilən
QDİƏT XİNŞ-in iclasında üzv dövlətlərin xahişi ilə Azərbaycan növbəti
6 ay üçün də (noyabr 2003 aprel 2004) sədrliyi öz üzərinə götürüb.
QDİƏT strukturuna aid olan orqanlardan biri də QDİƏT üzv
ölkələrinin xarici işlər nazirliklərini təmsil edən Yüksək vəzifəli şəxslər
komitəsidir. Komitənin vəzifələrinə köməkçi orqanlann fəaliyyətini
nəzərdən keçirmək, Şuranın qərarlannın və tövsiyələrinin həyata
keçirilməsini dəyərləndirmək, həmçinin müvafiq təkliflərin Şuraya
təqdim edilməsindən, eləcə də QDİƏT-in illik büdcəsini Şuranın
təsdiqinə təqdim etməkdən ibarətdir.
I QDİƏT-in fəaliyyəti əsasən aşağıdakı İşçi qruplar vasitəsilə
nəyata keçirilir: təşkilati məsələlər üzrə; ticarət və iqtisadi inkişaf üzrə;
bank və maliyyə məsələləri üzrə; statistik və iqtisadi məlumatların
mübadiləsi üzrə;
səhiyyə və əczaçılıq üzrə; nəqliyyat; fövqəladə hallar üzrə;
cinayətkarlığa qarşı mübarizə üzrə; rabitə üzrə; energetika üzrə; elm və
texnologiya məsələləri üzrə; ətraf mühitin qorunması məsələləri üzrə;
kənd təsərrüfatı və aqrar - sənaye məsələləri üzrə; turizm sahəsində
əməkdaşlıq üzrə; kiçik və orta müəssisələr üzrə.
QDİƏT çərçivəsində əlaqələrin inkişafı və maliyyə
məsələlərinin həll edilməsini nəzərdə tutan Qara Dəniz Ticarət və İn
262
kişaf Bankı (QDTİB) artıq uğurla fəaliyyət göstərir. Bankın nizamnamə
kapitalı 1 milyard ABŞ dollarından artıqdır. Bank üzv ölkələrdə struktur
islahatların aparılması və bazar iqtisadiyyatının tələblərinə uyğun
infrastruktur islahatlarına maliyyə yardımları həyata keçirir.
Azərbaycan Respublikasının QDİƏT-də iştirakının əsas
məqsədləri təşkilatın əhatə etdiyi Qara dəniz regionunda xüsusi rola
malik olduğunu sübut etmək və bu rolu möhkəmləndirmək, regiona
mütərəqqi qurucu münasibət bəslədiyini göstərmək, Avropaya
inteqrasiya siyasətini bütün istiqamətlərdə - Qara dəniz vasitəsilə
Xəzərin karbohidrogen ehtiyatlannm qərb istiqamətində nəqlini təmin
etmək, Azərbaycanın tranzit potensialını gücləndirmək, regionun aparıcı
dövlətləri ilə çoxtərəfli tərəfdaşlıq mexanizmi qurmaq və bununla da,
strateji milli maraqlan qoruyub inkişaf etdirməkdir.^
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
QDİƏT-in regional iqtisadi təşkilat kimi formalaşaraq inkişaf etməsində
xüsusi xidmətləri olub. O, 30 iyun 1995-ci ildə təşkilata üzv olan
ölkələrin dövlət və hökumət başçılanmn Buxarest, 25 oktyabr
1996- cı ildə Moskva, 25 iyun 2002-ci il İstanbul (təşkilatın 10 illik
yubileyinə həsr edilib) zirvə görüşündə şəxsən iştirak edib.
Azərbaycan QDİƏT çərçivəsində indi də fəal iştirak edir. Bu
özünü xüsusən onun QDİƏT-in ali orqanı olan XİNŞ-ə sədrlik etdiyi
dövrdə göstərib. Belə ki, Azərbaycanın müqayisəli üstünlüklərə malik
olduğu enerji (18-19 sentyabr 2003-cü il ), nəqliyyat (1-3 oktyabr
2003-cü il ) və turizm (25-26 sentyabr
2003- cü il) sahələri üzrə təşkilatın müvafiq nazirlər səviyyəsində
Bakıda iclasları təşkil edilib və ekspertlər səviyyəsində bir sıra görüşlər
keçirilib. Enerji və nəqliyyat nazirlərinin toplantısının nəticəsi kimi
müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş Bakı
bəyanatları qəbul edilib. Azərbaycanın sədrliyi dövründə QDİƏT-in
tarixində ilk dəfə olaraq yeni dövlət- Serbiya və Çernoqoriya üzvlüyə
qəbul olunub.
Azərbaycanın sədrliyi dövründə Qara dəniz regionunda ticarətin
asanlaşdırılması, Qafqazda arıçılığın inkişaf etdirilməsi üzrə layihələrin
təməli qoyulub.
Bəyannamənin müddəalanna müvafiq olaraq Qara dəniz
regionunda QDİƏT-in təhlükəsizik və sabitliyin təmin olunmasına
verə biləcəyi töhfəni müzakirə etmək məqsədilə Xüsusi işçi qrupu
yaradılıb. 2004-cü ilin iyun ayında Afinada keçirilən iclasda bu qrup
tərəfindən sözügedən işçi sənəd hazırlanıb. ^
25 iyun 2004-cü il tarixində İstanbulda QDİƏT Xarici işlər
nazirləri Şurasmın fövqəladə iclası keçirilib. İclasda «QDİƏT-in
regional təhlükəsizlik və sabitliyə töhfəsinə dair bəyannamə» qəbul
edilib.
2004- cü ildə keçirilmiş digər mühüm tədbir-3 dekabrda
Afinada QDİƏT-in üzvü olan dövlətlərin Daxili işlər nazirlərinin iclası
olub. Toplantıda Moldova istisna olmaqla QDİƏT-in 11 üzvü
«QDİƏT-in üzv- dövlətləri arasında cinayətkarbqla, xüsusilə onun
mütəşəkkil formaları ilə mübarizə sahəsində əməkdaşlıq üzrə» və
«Terrorçuluqla mübarizə üzrə Əlavə Protokol»u imzalayıb, həmçinin,
«İnsan alveri ilə mübarizə üzrə üzv dövlətlərin Daxili işlər nazirlərinin
Birgə Bəyanat»! qəbul edilib. Azərbaycan tərəfi bu protokolu müvafiq
qeyd-şərt və bəyanatla imzalayıb.
Azərbaycan bölgədə coğrafi mövqeyinin əlverişliliyi və
karbohidrogenlə zəngin olması ilə əlaqədar və bu strateji üstünlüyünü
həm öz, həm də ümumregion maraqları naminə inkişaf etdirmək
məqsədilə QDİƏT-in nəqliyyat və enerji üzrə işçi qruplarında
əlaqələndiriciliyi öz üzərinə götürüb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev QDİƏT-in
prespektiv imkanlarını xarakterizə edərək demişdir: «Qara dəniz
regionunda çox mühüm nəqliyyat arteriyaları sistemi vardır və hər hansı
birgə layihənin müvəffəqiyyətlə həyata keçirilməsi kommunikasiyaları
inkişaf etdirmək sahəsində əməkdaşlıqdan asılıdır. Bu baxımdan
«Şərq-Qərb» və «Şimal-Cənub» dəhlizlərini yaratmaq yolu ilə müasir
tranzit Avrasiya nəqliyyat şəbəkəsinin formalaşdırılması fəaliyyətimizin
prespektivli istiqamətlərindən biridir.Həmin dəhlizlər nəticə etibarilə
Qara dəniz regionunun bütün ölkələrinin nəqliyyat infrastrukturunu
birləşdirməli və Milli infrastrukturlann Transavropa nəqliyyat sisteminin
müvafiq qov- şaqlanna inteqrasiya edilməsi prespektivini açmalıdır».
QDİƏT-in nəqliyyat sahəsində fəaliyyəti Nəqliyyat üzrə işçi
qrupu vasitəsilə həyata keçirilir.
QDİƏT-in Nəqliyyat üzrə işçi qrupunun iclasında aşağıdakı
məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur:
264 . . .
-tərəfləri müvafiq məlumatlarla təmin etmək məqsədilə QDİƏT-ə
daxil olan ölkələr arasında vahid informasiya bazasmın yaradılması;
-avtomobil daşınmalarında rüsumların alınmasının və gömrük
xidmətlərinin sadələşdirilməsi;
-sərhədlərdə maneələrin aradan qaldırılması;
-QDİƏT çərçivəsində dövlət və özəl sektorlar arasında
tərəfdaşlıq;
-peşəkar sürücülərə vizaların verilməsi prosedurunun
sadələşdirilməsi;
-“TRASEKA“ Hökümətlərarası Kommisiyası ilə QDİƏT
arasında qarşılıqlı anlaşma haqqında “Memorandum və Rumıniya
tərəfinin təqdim etdiyi “Qara dənizdə kiçik məsafəli daşınmalarda
gəmiçiliyin inkişafı “layihələri;
-Qara dəniz regionunda dəniz nəqliyyatının inkişafı;
-QDİƏT üzr dövlətlərində gəmi təmiri və gəmiçilik siyasəti kimi
məsələlərə yardım etmək məqsədilə Qara Dəniz Regionu Gəmi istehsal
və Təmir Edənlər Assosiasiyası (BRASS),Qara Dəniz Beynəlxalq gəmi
sahibləri Assosiasiyası (BİNSA),Qara Dəniz və Azov Limanlan
Assosiasiyası (BAS- PA) tərəfindən hazırlanmış”Gəmi
istehsalı,daşınma və gəmi təmirin inkişafı sahəsində tövsiyələrə dair”
Memorandum layihəsinə baxılması.
2005- ci il yanvarın 26-27 -də Salonikidə (Yunanıstan)
QDİƏT üzvldövlətlərinin nəqliyyat üzrə İşçi Qrupunun növbəti iclası
keçirilmişdir. İclas zamanı intermodal nəqliyyat şəbəkələrinin
genişləndirilməsi, Dəniz yollannm layihəsi, dəniz nəqliyyatının
intermodal nəqliyyat şəbəkəsində rolu və perspektivləri, limanların
inkişafı,Avrasiya Nəqliyyat Birləşmələri, QDİƏT ölkələrinin nəqliyyat
üzrə əsas beynəlxalq Konvensiyalarda işti- rakı,avtomobil yük
daşınmalarının sadələşməsinə dair Memo- randumu,QDİƏT regional
nəqliyyat şəbəkəsinin yaxşılaşdırılması üçün investisiya tələbatı və s.
məsələlər nəzərdən keçirilmiş və razılaşdırılmışdır. Həmçinin ,QDİƏT
ilə Avropa ittifaqı arasında əməkdaşlıq perspektivləri geniş müzakirə
olunmuş və nəqliyyat sahəsində prioritet regional layihələrin müəyyən
olunması prinsipləri BMT-nin Trans-Avropa avtomobil və dəmir yolları
şəbəkələrinə əsaslanmışdır. İclasa qədər olan dövrdə Azərbayca
265
nın bu işçi Qrupundan əlaqələndirici funksiyasını həyata keçirdiyini
nəzərə alaraq, göstərdiyi səmərəli fəaliyyətə görə Azərbaycan tərəfmə
minnətdarlıq bildirmişdir. Rumıniya nümayəndə heyətinin təklifi və
rotasiya prinsipi əsas götürülərək ,növbəti dövr üçün İşçi qrupunda
əlaqələndirici funksiyası Rumıniya tərəfinə həvalə edilmişdir.
2005- ci ilin 6-7 iyul tarixlərində İstanbul şəhərində “Yük və
sərnişin daşıyıcıları üçün diplomların, sertfikatların və digər rəsmi
ixtisaslaşma sənədlərinin qarşılıqlı tanınmasına dair” Saziş layihəsi üzrə
xüsusi mütəxəssislər qrupunun iclası keçirilmişdir. Müzakirəyə
çıxarılmış Saziş layihəsi barədə iclas iştirakçılarının (əsasən, Rumıniya
və Yunanıstan nümayəndələrinin ) mövqelərinin müxtəlif olması
səbəbindən qərara alınmışdır ki,QDİƏT üzv -dövlətləri tərəfindən
Kişinyov şəhərində keçiriləcək QDİƏT -in Xarici İşlər Nazirlər
Şurasının təqdim edilməsi məqsədilə sentyabr ayının 15-dək QDİƏT -in
Katibliyinə məlumat verilsin.
Qeyd edildiyi kimi. Nəqliyyat üzrə İşçi Qrupunun fəaliyyətinin
əsas istiqamətlərindən biri də QDİƏT regionunda infrastrukturun
inkişafıdır. Bunun nəticəsi olaraq, Trans-avropa nəqliyyat şəbəkələrinin
QDİƏT infrastrukturları vasitəsilə gələcəkdə Trans-Asiya nəqliyyat
şəbəkələrinə birləşdirilməsində Qars - Axalkalaki -Tiflis -Bakı dəmir
yolu bağlantısı layihəsinin həyata keçirilməsi vacib əhəmiyyətə
malikdir.
2005-ci ilin 7-10 noyabr tarixlərində Türkiyə Respublikasının
İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
çərçivəsində Nəqliyyat üzrə İşçi Qrupunun iclası keçi- rilmişdirİ İclasın
gündəliyinə Rumıniya tərəfindən təqdim edilmiş “2005-2007- ci illər
üzrə Tədbirlər Planı” layihəsinin qonşu ölkələrə və regionlara əsas Trans
-Avropa nəqliyyat xətlərinin uzadılması üzrə Yüksək Səviyyəli Qrupun
tədbirlərinin ,Qara Dəniz regionunun sərhəd keçidlərində
infranstrukturun təkmilləşməsi üzrə tədqiqatlann aparılmasının,
“Avtomobil nəqliyyatı ilə yük daşımalannm sadələşdirilməsi üzrə
anlaşma Memorandumu ”nun , “Yük və sərnişin daşıyıcıları üçün
diplomların, sertifıkatlann və digər rəsmi ixtisaslaşma sənədlərinin
qaşıhqlı tanınmasına dair Saziş” layihəsi üzrə görülmüş işlərin Qara
Dəniz dairəvi avtomobil yolu Konsepsiyasının müzakirə edilməsi və
digər məsələlər da-
266 _____________
xil edilmişdir. İclasa, QDİƏT -in 2005 -ci il 23 aprel tarixində
Yunanıstanda keçirilmi QDİƏT üzv -dövlətlərinin xarici işlər nazirləri
görüşünün qərarına əsasən, 2005-2007 -ci illər ərzində əlaqələndirci
təyin edilmiş Rumıniyanın Tikinti, Nəqliyyat və Turizm Nazirliyinin
nümayəndəsi sədrlik edirdi.
2006- cı il 13-15 mart tarixlərində Buxarest şəhərində QDİƏT
üzv dövlətlərinin Nəqliyyat üzrə İşçi Qrupunun QDİƏT Nəqliyyat
Nazirlərinin görüşü keçirilmişdir. Görüş zamnı “QDİƏT regionunda
nəqliyyat şəbəkələrinin Trans -Avropa nəqliyyat şəbəkələri ilə
birləşdirilməsi , “Dəniz magistralları” konsepsiyasının inkişafına dair
Anlaşma Memorandumu, Avropa Komissiyası nəzdində yaradılmış
Yüksək Səlahiyyətli Qrupun fəaliyyəti, QDİƏT regionunda avtomobil
danışmalarının sadələşdirilməsinin dair Anlaşma Memorandumu və
digər məsələlər müzakirə edilmişdir.
267
Fəsil 5. MÜASİR DÖVRDƏ BEYNƏLXALQ
VALYUTA - MALİYYƏ
MÜNASİBƏTLƏRİ
5.1 Dünya Valyuta Sistemi
Beynəlxalq valyuta - maliyyə münasibətlərində mərkəzi yeri
valyuta tutur. Valyuta-əmtəə və xidmətlərin dəyərinin kəmiyyətcə
ölçülməsi üçün istifadə olunan pul vahididir. Daha geniş mənada valyuta
qrupuna aşağıdakılar aiddir: müxtəlif dövriyyə vəsaitləri - sikkələr,
banknotlar (bank tərəfindən buraxılmış müxtəlif faizsiz bank biletləri),
xəzinədarlıq biletləri, ödəmə sənədləri - çeklər, veksellər, akkreditivlər,
qiymətli kağızlar, səhmlər, istiqrazlar və sairə, qiymətli metallar və digər
bir sıra dəyərlilər.
Əmtəə və xidmətlərin beynəlxalq ticarəti, beynəlxalq elmi-
texniki və istehsal əməkdaşlığı, kapitalın beynəlxalq hərəkəti kimi
beynəlxalq iqtisadi münasibətlərin həyata keçirilməsi müxtəlif ölkə
subyektləri arasında qarşılıqlı pul tələbləri və öhdəliklərinin meydana
çıxmasına səbəb olur.
Valyuta münasibətləri - milli təsərrüfatlar arasında ödəmə
hesablaşma əməliyyatlarını müəyyənləşdirən pul münasibətlərinin
məcmusudur.
Valyuta münasibətləri BİM-in vəziyyətindən asılı olur. BİM-in
istənilən formada dəyişməsi valyuta münasibətlərinə təsir edir, lakin əks
meyllər də mövcuddur. Ölkələr arasında baş verən valyuta
münasibətlərini tənzimləmək üçün valyuta sisteminin yaradılması
zəruridir.
Valyuta sistemi - dünya bazarının inkişafı və təsərrüfat həyatının
beynəlmiləşməsi əsasında dünya təsərrüfatının subyektləri arasında
təşəkkül tapmış pul - kredit münasibətlərinin məcmusudur. Həm də bu,
beynəlxalq müqavilələr və dövlət - hüquq normaları ilə qəbul edilmiş
olmalıdır.
Beynəlxalq mübadilədə hansı ölkəni təmsil etməsindən asılı
olaraq valyutalar milli, xarici və kollektiv valyutalara bölünür. Milli
valyuta - hər hansı bir ölkənin pul vahididir. Valyuta ehtiyatları.
268 ' \ )V. Ə:‘^-'b/^yr.>>;[‘M
valyuta paritetləri*, milli valyutanın kursu və onun fəaliyyət qay- dalan,
milli valyuta və qızılın fəaliyyət formalan, valyutanın dö- nərlilik şərtləri,
beynəlxalq hesablaşmalarda kredit alətlərindən istifadə mexanizmi milli
valyuta sistemini əmələ gətirir.
Milli valyuta və ya pul sistemi - müvafiq milli qanunvericilik
əsasında həmin dövlətin ərazisində valyuta münasibətlərinin təşkili
formasıdır. Bu sistem dünya valyuta sisteminin bir hissəsi olmaqla,
müvafiq maliyyə, ticarət və digər mexanizmlər vasitəsilə onunla
qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərir.
Milli valyuta sistemi aşağıdakı funksiyaları yerinə yetirir:
- valyuta ehtiyatlarmm formalaşdırılması və istifadə olunması;
- ölkənin xarici-iqtisadi əlaqələrinin təmin olunması;
-milli təsərrüfatın fəaliyyət göstərməsi üçün optimal şəraitin
yaradılması.
Xarici valyuta - başqa dövlətlərin pul nişanlan, eləcə də xarici
pul vahidləri ilə ifadə olunmuş kredit vəsaitləri və ödəmələrdir.
Dünya və regional valyuta sistemləri beynəlxalq xarakter daşıyır
və milli iqtisadiyyatların subyektlərinin fəaliyyətlərinin nəticələrinin
qarşılıqlı mübadiləsinə xidmət edir.
Regional valyuta (kollektiv valyuta) - müəyyən dairəyə daxil
olan dövlətlər və təşkilatlar arasında hesablaşmalar üçün istifadə olunan
süni surətdə yaradılmış beynəlxalq valyutadır.
Regional valyuta sistemi - müəyyən bir regionun dövlətlə- rarası
müqavilələrlə bağlı olan bir sıra dövlətlərinin valyuta münasibətlərinin və
dövlətlərarası maliyyə -kredit institutlarının yaradılması formasıdır.
Regional valyuta sisteminin bariz nümunəsi Avropa valyuta sistemidir.
Dünya valyuta sistemi - (DVS) dövlətlərarası çoxtərəfli
müqavilələrlə təsbit edilmiş və beynəlxalq valyuta -kredit və maliyyə
təşkilatları tərəfindən tənzimlənən beynəlxalq valyuta münasibətlərinin
təşkili formasıdır.
DVS bir tərəfdən valyuta münasibətlərini, digər tərəfdən isə
valyuta mexanizmini özündə birləşdirir.
DVS valyuta bazarları, institutlan, işgüzar adətlər, qanunvericilik
normaları və valyutaların mübadilə - dəyişmə kurslann-
* Valyuta pariteti - müxtəlif ölkələrin valyutaları arasında qızıl hesabı ilə
nisbətdir.
269
dan ibarət olur. Valyutaların mübadilə dəyişmə kurslan valyuta- lann
həlledici xüsusiyyətlərini müəyyənləşdirməklə, valyuta sisteminin
hakim mövqe tutan elementidir.
Valyuta mexanizmi - həm milli, həm də beynəlxalq səviyyədə
hüquqi normalar və onları təşkil edən elementlər şəklində özünü göstərir.
DVS-m əsas funksiyalan kimi aşağıdakılan göstərmək olar:
- dünya təsərrüfatı çərçivəsində ödəmə - hesablaşma
dövriyyəsinin təmin olunması;
- normal təkrar istehsal prosesinin və istehsal olunan məhsulların
satışının fasiləsiz həyata keçirilməsi üçün zəruri şəraitin təmin olunması;
- milli valyuta sistemləri rejiminin əlaqələndirilməsi və qaydaya
salınması;
- valyuta münasibətləri prinsiplərinin standartlaşdırılması və
vahid şəklə salınması.
Müasir DVS hər hansı bir xüsusiləşmə kimi deyil, milli və
beynəlxalq valyuta sistemlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyəti
nəticəsində formalaşır. Təsərrüfat həyatının beynəlmi- ləşmə
səviyyəsinin yüksəlməsi ilə valyuta sistemləri arasında sərhəd aradan
götürülür.
Milli və beynəlxalq valyuta sistemi bir sıra oxşar elementlərdən
ibarətdir. Lakin bu sistemlərin müxtəlif məsələləri, funksiyalan və
fəaliyyət şərtləri onlann elementlərinin üzərinə müəyyən spesifik
xüsusiyyətlər qoyur (Cədvəl № 24).
Beynəlxalq valyuta fondunun 2007-ci il üçün illik hesabatında
ABŞ dolları, avro və iyen dünyanın üç əsas valyutası kimi göstərilmişdir.
Konkret sövdələşmələr də hesablaşma vasitəsi kimi hansı valyutanın
götürülməsi bir sıra amillərdən, o cümlədən hansı əmtəənin alqı-satqı
obyekti olmasından asılıdır. Belə ki, dünya bazarında enerji
daşıyıcılarının qiyməti müstəsna olaraq ABŞ dolları ilə müəyyən edilir.
Taxılın qiyməti də əsasən ABŞ dolan ilə təyin edilir, ona görə ki, dünya
taxıl ixracının 50%-dən çoxu ABŞ-m payına düşür. Beynəlxalq ticarətdə
ən çox istifadə olunan ABŞ dollarıdır. Dünya ticarətinin yarıdan çoxu
ABŞ dolları vasitəsilə həyata keçirilir. İkinci yerdə avrodur. Dünya
ticarət dövriyyəsinin 28%-i avro, 4% - ieyena, 6% - funt sterlinq
vasitəsilə apanlır.
270
5.2. Dünya Valyuta Sisteminin
inkişaf mərhələləri
Dünya valyuta sistemi öz inkişafında bir neçə mərhələdən
keçmişdir. Bu mərhələlərin hər birinin özünə məxsus xüsusiyyətləri
vardır. Lakin onlardan heç biri ardıcıl surətdə digərinə keçməmiş və
varislik olmamışdır. Beynəlxaq mübadilə milli məkanlar, milli pul
vahidləri arasında münasibətlərin yaranması və həyata keçirilməsini
tələb edirdi.
İqtisadi ədəbiyyatlarda valyuta sisteminin inkişafım 4
mərhələyə bölürlər:
1. Paris valyuta sistemi (1816-1914-cü illəri əhatə edir)
2. Genuya valyuta sistemi (1922-1944-cü illər)
3. Bretton-Vuds valyuta sistemi (1944-1976-cı illər)
4. Yamayka valyuta sistemi (1976-1978-ci illərdən hal-
hazıradək)
İlkin olaraq mübadilə prosesi qızıl standartının köməkliyi ilə
həll olunurdu. Birinci valyuta sistemi XIX əsrdə baş verən sənaye
inqilabı nəticəsində və beynəlxalq ticarətin qızıl-sikkə formasında
həyata keçirilməsi əsasında kortəbii olaraq formalaşmışdı. Bu, dünya
valyuta sisteminin fəaliyyətinin əsas prinsiplərinin razılaşdırılması
barədə danışıqların Paris şəhərində keçirilməsi ilə əlaqədar olaraq Paris
valyuta sistemi adlandınhr. Bu dövrdə milli və beynəlxalq valyuta
sistemləri tamamilə eyni olduqlarından, yalnız qızıl dünya pulu rolunu
oynayırdı və ödəmələr qızılın çəkisi ilə qəbul olunurdu.
C.K. Helbreytin yazdığına görə yeganə dünya pulu kimi qızıl
standartının hüquqi cəhətdən möhkəmləndirilməsi 1867-ci ildə Paris
konfransında baş vermişdir.
Bir çox digər müəlliflər də beynəlxalq qızıl standartının tam
(klassik) həyata keçirilməsini bu tarixə yaxın vaxtlara aid edirlər.
Qızıl standartı - dövriyyədə qızıl sikkələrin olduğu və qızılın
ümumi ekvivalent rolunu oynadığı pul sistemidir. Bu, pul dövriyyəsinin
təş- kilinm elə sastemklir ki, ölkələrin pul vahidlərinin dəyəri rəsmi
olaraq müəyyən miqdar qızıl səviyyəsində müəyyənləşdirilir. I^ isə qızıl
sikkə və ya banknot formasında olur və müəyyənləşdirilmiş kurs üzrə ilk
tələbdən qızıla dəyişdirilir. Tam qızıl standartının fəaliyyəti üçün iki əsas
şərtin yerinə yetirilməsi zəruri olmumur;
1) milli valyutanı müəyyən tariflə istənilən miqdarda qızıla
dəyişmək barədə rəhbər pul-kredit idarələrinin öhdəliyi; 2) ayn-ayn
şəxslərin qızılı idxal və ixrac elmək hüququnun olması. Tarixən qızıl
standartının üç forması olmuşdur.
- qızıl sikkə standartı - qızıl sikkələrin fəal dövriyyədə olması,
dövlətin isə onu azad şəkildə satmasıdır;
- qızıl külçə standartı - bu halda qızıl sikkələr dövriyyədə
olmur, azad şəkildə sikkələr kəsilir, pul-kredit idarələrinin
vəzifəsi isə qızıl külçələri satmaqdan ibarət olur;
Cədvəl № 24. Milli və dünya valyuta sisteminin əsas elementləri'
№ Milli valyuta sistemi Beynəlxalq valyuta sistemi
1 2 3
1 Milli valyuta vahidi Ehtiyat valyutalar və beynəlxalq
hesablaşma valyuta vahidləri
2 Milli valyutanın dönərliyi
şərtləri
Valyutalann qarşılıqlı dönərliliyi
şərtləri
3 Milli valyutanın pariteli
Valyutanın paritetlərinin vahid
şəklə salınması rejimləri
4 Valyuta kursu rejimi Valyutaların kursları rejimlərinin
nizama salınması
5 Valyuta məhdudiyyətlərinin
olması və yaxud olmaması Valyuta məhdudiyyətlərinin
dövlətlərarası tənzimlənməsi
6
Beynəlxalq kredit
vəsaitlərinin tədavüldə
istifadə olunmasının
tənzimlənməsi
Beynəlxalq kredit vəsaitlərinin
tədavüldə istifadə olunmasının
vahid şəklə salınması
7 Ölkədə xarici - iqtisadi
hesablaşmaların
tənzimlənməsi
Beynəlxalq hesablaşma
formalarının vahid şəklə salınması
8 Milli valyuta bazarının Dünya valyuta bazarının
' Международные валютно - финансовые отношения.
Под.ред.Л.Н.Красавиной.M.,
272
rejimi rejimi
9 Milli qml bazanmn rejimi Dünya qızıl bazarının rejimi
10 Ölkənin likvidliyinin tərkibi
və strukturu
Beynəbcalq valyuta likvidliyinin
dövlətlərarası tənzimlənməsi
11
Ölkənin valyuta
münasibətlərini
tənzimləyən milli dövlət
orqanları
Dövlətlərarası valyuta
tənzimlənməsini həyata keçirən
beynəlxalq təşkilatlar
- qızıl valyuta standartı - mövcud qızıl standartı əsasında
pul-kredit idarələri milli pulu xarici valyutaya dəyişirlər.
Qızıl sikkə standartı - Paris valyuta sisteminin əsasında qızıl
standartının klassik forması, yəni qızılın və qızıl sikkənin pul qismində
istifadə olunması dururdu. Bu sistem Almaniya, İtaliya, Fransa, Norveç,
Hollandiya, Danimarka və İsveçdə hakim mövqe tuturdu. XIX əsrin
90-cı illərində Rusiya, Yaponiya, ABŞ da bu sistemə qoşuldular. Böyük
Britaniya digər ölkələrdən əvvəl (1816-cı ildə) qızıl valyutaya
keçmişdir. Müəyyənləşdirilmişdir ki, istənilən subyekt 4,2474 funt
sterlinqi 1 troy unsiya (31,1035 qram, lakin əsasən bütün ədəbiyyatlarda
31,1 qram göstərilir) təmiz qızıla dəyişə bilərdi. Bir funt sterlinqin rəsmi
qızıl tutumu qızıl paritet^ adlanırdı və 7,3229 qram təmiz qızıl təşkil
edirdi.
Hələ bimetal dövründə 1873-cü ildə ABŞ-ın pul vahidi qızıl
dollar idi. Qızılın dollar qiyməti 20,67 amerika valyutası vahidi 1 troy
unsiya qızıla bərabər müəyyənləşdirilmişdi. Beləliklə, bir dol- lann qızıl
pariteti 1,5047 qram təmiz qızıl miqdannda müəyyənləşdirilmişdi.
Bununla da həmin dövrdə ingilis funt sterlinqi ilə ABŞ dollan arasında
rəsmi kurs aşağıdakı qaydada olmuşdur:
4,2474f.st/1 tr.unsiya- 20,67 ABŞ dol./l tr.unsiya I f . s t - 20f67 ABŞdollar. 1 tr unsiya/= 4,8665 ABŞ dollan
Deməli, 1 ABŞ dollan 0,2055 funt sterlinqə və ya 1 funt sterlinq
4,87 ABŞ dollarına bərabər olmuşdur.
Birinci dünya müharibəsinə qədər, həm də Azərbaycan əra-
‘ Paritet - müxtəlif ölkələrin valyutaları arasında qızıl hesabı ilə nisbətdir. O,
valyuta kurslannın formalaşdırılmasının əsasını təşkil edirdi və 1978 - ci ildə
BVF tərəfindən ləğv edildi.
273
zisində dövriyyədə olan rus qızıl valyutası 1 ingilis funt sterlinqinə görə
9 rubl 46 qəpik, 1 ABŞ dollarına görə isə 1 rubl 94 qəpik dəyərində
qiymətləndirilirdi.
Qızıl valyuta əsasən əhalinin həyat səviyyəsi yüksək olan və
gündəlik alqı-satqının həcmi böyük olan ölkələrdə geniş istifadə
olunmuşdur.
Paris valyuta sistemi birinci dünya müharibəsinə qədər
fəaliyyətdə oldu. Qızıl sikkə standartının xarakterik xüsusiyyətləri
aşağıdakılardan ibarət idi: əmtəələrin qiymətlərinin qızılla hesablanması,
qızıl pulların dövriyyədə olması və dövlət sikkəxanaları tərəfindən
istənilən sahib üçün onların qeyri-məhdud miqdarda zərb edilməsi
(kəsilməsi); nominal üzrə kredit pulların azad şəkildə qızıl sikkələrə
dəyişdirilməsi; qızılın idxal və ixracına məhdudiyyətin olmaması; daxili
bazarda qızıl sikkələrlə yanaşı məcburi kursla dövlət kağız pullannm da
dövriyyədə olması.
Paris valyuta sistemi dünya pulu kimi yalnız qızılı qəbul
edirdi.
Qızıl sikkə sisteminin əsas prinsipləri aşağıdakdar olmuşdur:
1) milli pul vahidlərinin qızıl tutumu müəyyən edilirdi;
2) qızıl dünya pulu funksiyasını yerinə yetirməklə, ümumi
ödəmə vasitəsi idi;
3) emissiya mərkəzi banklann dövriyyədə olan banknotlan azad
şəkildə qızıla dəyişdirilirdi. Mübadilə onlann qızıl tutumu əsasında
həyata keçirilirdi.
4) valyuta kurslan sikkə paritetindən «qızıl nöqtə» həddində ±1%
kənara çıxa bilərdi, yəni qəti şəküdə müəyyənləşdirilmiş val- yuta. kursu
mövcud idi.
5) beynəlxalq dövriyyədə qızıldan əlavə ingilis funt sterlinqi də
qəbul olunmuşdu;
6) milli qızıl ehtiyatı ilə daxili pul təklifi arasında ciddi nisbət
gözlənilirdi;
7) tədiyə balansının kəsiri qızılla bağlanırdı;
8) emissiya institutları özlərinin qızıl ehtiyatlarının həcmini
nəzərə almadan emissiya biletləri buraxa bilməzdi;
9) qızıl dünya bazarında azad şəkildə satılırdı;
10) əsas məqsədi valyutaların sabitliyi və xarici müvazinətinin
saxlanması olan tənzimləmə siyasəti həyata keçirilirdi.
Bütün sistemlər kimi qızıl standartı sisteminin də bir sıra
üstünlükləri və qüsurları mövcud idi. Bugünkü gün nöqteyi-nəzərin
274 JL; tle.? .t
dən onun ən böyük üstünlüyü valyuta kurslannm həm ölkə daxilində,
həm də onun sərhədlərindən kənarda sabit saxlanılmasının təmin edilə
bilməsi idi. Qızılın transmilli axını beynəlxalq ticarətin inkişafı və artımı
üçün əlverişli şərait yaradırdı.
Qızıl standartının qüsurları: birinci-dünya iqtisadiyyatmda
dövriyyədə olan pul kütləsini qızılın hasilatı və istehsalından asıh
vəziyyətə salmışdı. Yeni qızıl mədənlərinin açılması və qızılın
istehsalının artımı transmilli inflyasiyaya gətirib çıxarırdı. Əksinə,
qızılın istehsalı dünya əmtəə istehsalının real həcmindən geridə
qalırdısa, qiymətlərin ümumi aşağı düşməsi müşahidə olunurdu.
XX əsrin əvvəllərində ABŞ və Fransanın iqtisadi gücü artmağa
doğru meyl etdi və bu Böyük Britaniyanın mövqeyini sarsıtmağa
başladı. Birinci dünya müharibəsi dövründə ABŞ-dan başqa digər
dövlətlər də banknotların qızıla dəyişdirilməsini dayandırdı və qızıl
standartı sistemi dağılmağa başladı. Daxili dövriyyədən qızıl çıxarıldı və
qızıla dəyişdirilə bilməyən kağız banknotlarla əvəz edildi. Beynəlxalq
ödəmələrdə ölkələr arasında qızılın sərbəst hərəkəti qadağan olundu.
Sonradan qızıl pullar zərb olunmadığından inkişaf etmiş
ölkələrdə qızıl-külçə standartı, yəni qızıl standartının qısaldılmış
forması tətbiq olunmağa başladı. Bu sistem onunla fərqlənirdi ki, pul
vahidi müəyyən miqdar qızıla bərabərləşdirilsə də, artıq qızıla deyil,
standart çəkiyə (12,5 kq) malik olan qızıl külçəyə dəyişdirilirdi.
Beləliklə, qızıl artıq daxili pul dövriyyəsində istifadə olunmurdu, yalnız
beynəlxalq hesablaşma və ödəmələrdə tətbiq olunurdu. Bu mübadilənin
həyata keçirilməsi üçün banklara kifayət qədər böyük pul məbləği
təqdim etmək lazım gəlirdi. Belə bir vəziyyət iri pul kütləsinin
beynəlxalq və topdansatış dövriyyəsindən sıxışdırılıb çıxarılmasına
gətirib çıxarırdı. Böyük Britaniyada qızıl-külçə standartı 1925-ci ildən
1932-ci ilədək istifadə olunmuşdur. Lakin onun bir çox elementləri
ikinci dünya müharibəsi başlanana qədər (1939-cu il) saxlanılmışdı.
Qızıl standartı istehsalda, xarici - iqtisadi əlaqələrdə, pul
tədavülündə, tədiyə balansında və beynəlxalq hesablaşmalarda müəyyən
dərəcədə avtomatik tənzimləyici rolunu oynadı. Bununla yanaşı,
tədricən beynəlxalq hesablaşmalarda qızılla bərabər funt sterlinq və ABŞ
dolları da istifadə olunmağa başladı. Beləliklə də qızıl-deviz standartı
meydana çıxdı.
Birinci dünya müharibəsinin qurtarması və xarici-iqtisadi
əlaqələrin bərpa olunması beynəlxalq valyuta sisteminin yeni
prinsiplərinin işlənməsinin zəruriliyini meydana çıxardı. Beləliklə,
beynəlxalq valyuta sisteminin inkişafında ikinci mərhələ başlandı.
Genuya valyuta-pul sistemi - qızıl-deviz sistemi (1922-1944-
cü illər) - Birinci dünya müharibəsi qızıl standartı sisteminə güclü zərbə
endirdi və Genuya valyuta - pul sisteminin meydana gəlməsinə səbəb
oldu. Bunun əsası ABŞ, Böyük Britaniya və Fransanın himayəsi ilə
1922-ci ildə Genuyada (İtaliya) keçirilən Beynəlxalq konfransm
qərarı ilə qoyuldu, iqtisadi və maliyyə məsələləri üzrə keçirilən bu
konfransda qeyd olunmuşdu ki, kapitalist ölkələrinin qızıl ehtiyatı xarici
ticarət və digər əməliyyatlar üzrə hesablaşmala- nn nizama salınması
üçün kifayət deyil. Bu konfransda ABŞ istisna olmaqla dünyanın bütün
apancı fövqəlbəşər dövlətlərinin daxili dövriyyəsindən qızıl standartı
çıxanldı, digər dövlətlərin (Böyük Britaniya və Fransa, Almaniya və
İtaliyanın) kağız pullarının qızıla dəyişdirilməsi dayandırıldı. Avropa
ölkələrində hərbi xərclərin çoxalması ilə əlaqədar pul kütləsinin kəskin
şəkildə artması milli hökumətləri milli valyutaların qızıla
dəyişdirilməsini dayandırmağa məcbur etdi.
Konfransda qızıldan və ingilis funt sterlinqindən başqa,
beynəlxalq hesablaşmalarda ABŞ dollarının da istifadə olunması
tövsiyə olundu. Beynəlxalq ödəmə vasitəsi rolunu yerinə yetirmək üçün
təklif olunmuş hər iki valyuta deviz' adını aldılar. Əksər ölkələr
Almaniya, Avstraliya, Danimarka, Norveç və s. qızıl-deviz sistemini
qəbul etdilər.
Sonrakı illərdə London və Paris yığdıqları çox iri məbləğdə funt
sterlinq vasitəsilə qızıl standartına qayıtmaq üçün güclü səy göstərdilər.
Böyük Britaniya özünün maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar
olaraq 1931-ci ildə kağız puUarm qızda dəyişdirilməsi öhdəliyindən
qəti olaraq imtina etdi.
1929-1933-cü illərdə dünya iqtisadiyyatında baş vermiş böhranla
əlaqədar kağız pullar kəskin şəkildə qiymətdən düşməyə başladı. Hissəvi
də olsa qızıl standartına qayıtma cəhdləri qəti olaraq iflasa uğradı -
bütün ölkələrin daxili dövriyyəsində qızd standartı aradan
götürüldü.
' Deviz - xarici ölkəlordo xarici valyuta ilə ödənilməli olan veksel
276
Müharibə nəticəsində nəhəng maliyyə mərkəzinə çevrilmiş və
dünya valyuta bazarlarında Böyük Britaniyanın yerini tutmuş ABŞ
192^1933-cü Ölərində baş vermiş böyük tənəzzülün təzyiqinə davam
gətirə bOmədi və 1933H;Ü Odə öz valyutasınm qızılla əlaqəsini ləğv etdi.
Lakin 1934-cü ildə İngiltərənin ardınca ABŞ-da dolların devalvasiyasını
həyata keçirərək valyuta ilə qızılın əlaqəsini xeyli aşağı səviyyədə də
olsa bərpa etdi: dolların kursu əvvəlki kursun 54% miqdarında
müəyyənləşdirildi. (1 troy unsiya qızılın qiyməti 20,67 dollardan 35
dollara qaldınidı).
Qızıl-deviz sisteminin məğzi ondan ibarət idi ki, bir çox ölkələrin
mərkəzi banklan öz banknotlannı qızıla deyil, devizə dəyişirdilər. Deviz
qismində banknotlar, veksellər, digər ölkələrin çekləri qəbul olunurdu ki,
bunlar da qızıla dəyişdirilmiş hesab olunurdular (devizlər qızd külçələrə
dəyişdirilirdUər). Beləliklə, milli valyutalann qızıla dəyişdirilməsinin iki
əsas üsulu formalaşdınidı:
- birinci-deviz rolunu oynayan valyutalar (funt-sterlinq və ABŞ
dolları) üçün birbaşa;
- ikinci-dolayısı ilə - bu sistemin qalan bütün valyutalan üçün.
BVS-nin bu formasında azad üzən valyuta kursu prinsipindən
istifadə olunurdu.
Qızıl - deviz sisteminin yayılması bir ölkənin digərindən
asılılığını möhkəmləndirdi və funt sterlinq və dollar bir sıra vaİ3nıta-
ların əsasını təşkil etdilər.
Amma qızıl standartlarının deviz forması uzun müddət fəaliyyət
göstərə bilmədi.
1929-1933-cü il dünya böhranları bu sistemi tamamilə dağıtdı.
1931-ci ildə Böyük Britaniyanın qızıl standartını ləğv edib, funt sterlinqi
devalvasiya etməsi iqtisadi və valyuta münasibətlərində İngiltərədən
asılı olan bir sıra Avropa ölkələri, eləcə də Hindistan, Malaziya və
Misirin valyutalarının iflasa uğramasına gətirib çıxardı.
Sonradan bu sistem Yaponiyada və 1936-cı ildə Fransada ləğv
olundu. 1933-cü ildə ABŞ-da banknotlarm qızıla dəyişdirilməsi
dayandırıldı və qızılın ixracı qadağan olundu.
İkinci dünya müharibəsi beynəlxalq pul-iqtisadi
münasibətlərində tam hərc-mərclik yaratdı. Beynəlxalq ticarətin və
beynəlxalq maliyyə münasibətlərinin özlərinin əsası dağıldı.
'* L' - 'b J ' 277
5.3. Bretton - Vuds Valyuta
Sistemi -(1944-1976-cı illər)
1944-cü ildə BVS - nin təkamülündə yeni bir mərhələ başlandı.
İkinci dünya müharibəsindən sonra qalib ölkələr qarşısında beynəlxalq
iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulması ilə əlaqədar
mürəkkəb məsələ meydana çıxdı. Az da olsa beynəlxalq ticarətin və
beynəlxalq maliyyənin milli üstqurum orqanları vasitəsilə
tənzimlənməsi, bir çox ölkələrin borc öhdəliklərinin qaydaya salınması
və digər məsələlər yeni bir sistemə keçilməklə, beynəlxalq səviyyədə
razılaşdınimasmı, eləcə də milli üstqurum səviyyəsində
əlaqələndirilməsini təkidlə tələb edirdi.
1944-cü ilin iyul ayında Amerikanın Bretton-Vuds şəhərində
keçirilən konfransda yeni beynəlxalq valyuta sistemi yaradıldı. Bu
sistem qızıla və iki devizə - funt sterlinq və ABŞ dollarına
əsaslanırdı. Axırıncılara əsas rol ayrıldığından bu sistem qızıl- valyuta
standartı adını almışdı. Bu standart yalnız beynəlxalq valyuta
sisteminə aid idi, daxili pul sistemləri xırdalanmayan kredit pulları
əsasında fəaliyyət göstərirdi.
Bu sistemin məğzi onun müəyyən edilmiş valyuta kursu
sisteminə əsaslanmasıdır. Bu ideyanın arxitektorlarının (o cümlədən
Keynsin) fikrincə, valyuta kursunun sabit olması və çox az
(əhəmiyyətsiz dərəcədə) qalxıb-enməsi bütün dünya, birinci növbədə isə
aparıcı kapitalist ölkələrinin pul sisteminin dayanıqlığını təmin
etməlidir. Bretton-Vuds konfransının iştirakçıları burada eyni zamanda
Beynəlxalq valyuta fondunu (BVF) yaratdılar. BVF-nun
nizamnaməsini təsdiq edən konfrans iştirakçıları yeni valyuta sisteminin
yaradılmasını hüquqi cəhətdən sənədləşdirdilər və onun əsas prinsip və
məsələlərini formalaşdırdılar. Sistemin mühüm cəhəti ondan ibarət
oldu ki, milli valyutalarm kursu dollarla müəyyən edildi (1 troy
unsiya - 31,1 qram 35 dollar dəyərində). Valyutaların dollara nisbətən
(həm də qızıla) bu və ya digər tərəfə azad şəkildə pariteti 0,75%
qalxıb-düşə bilərdi. Milli valyutanın kursu bu həddə çatdıqda bu
sistemin iştirakçısı olan dövlətlərin dövlət banklan öz ehtiyatlannda olan
dollan satmaqla öz valyutasını almağı və beləliklə öz valyutasının
kursunu qaldırmağı öhdələrinə götürdülər. Belə mexanizm ölkə
daxilində maliyyə sabitliyini təmin edirdi. O cümlədən, kreditlərə
dayanıqlı faiz dərə
278
cələri sabit saxlanılırdı ki, bu da ölkəyə xarici kapital axınının şərtlərini
formalaşdırır və bütövlükdə iqtisadi inkişaf üçün qənaətbəxş işgüzar
konyunktura yaradırdı.
Bretton-Vuds sistemi aşağıdakı prinsiplərə əsaslanırdı:
1. Qızıl dünya pulu funksiyasını saxladı. Qızılın pul
vahidlərinin beynəlxalq ölçü vahidi olması rolu bərpa olundu. Qızıl həm
də beynəlxalq ehtiyatların başlıca forması, tədiyə balansının kəsirinin
bağlanmasının axırıncı vasitəsi elan olundu.
2. İştirakçı ölkə ehtiyat valyutamn kursuna uyğun öz
valyutasının əmtəə mübadilə kursunu müəyyənləşdirməlidir.
Bretton-Vuds valyuta sistemində qızıl və dollar eynilə mühüm yerləri
tutdular və bununla da qızd-valyuta standartmdan kənara çıxdaraq
dollar stan- dartma keçildi. Qızılın dollarla qiymətinin qəti
müəyyənləşdirilməsi və bütün valyutalann dollara balanılması valyuta
kurslanmn möhkəm təsbit edilməsinə imkan yaratdı. Ən zəruri hallarda
çoxtərəfli məsləhətləşmələrdən sonra kursun birdəfəlik təsbit edilməsi
həyata keçirilə bilərdi.
Bu dövrdə ABŞ dollarının digər valyutalara münasibətdə irəli
çıxmasının səbəbləri ABŞ-ın dünya kapitalizm ölkələri arasında sənaye
məhsulları istehsalında və dünya əmtəə mübadiləsində böyük xüsusi
çəkiyə (müvafiq olaraq 56% və 24%) malik olması, uzun müddət ərzində
xarici ticarət və qeyri-ticarət hesablaşmalarında daxil olmaların
xərclərdən çox olması, amerikanın əmtəələrinə və pul vahidinə tələbatın
artması, qızıl ehtiyatlarının üstün dərəcədə ABŞ xəzinədarlığında
toplanması, iki dünya müharibəsi arasında beynəlxalq hesablaşmalarda
dollardan geniş istifadə olunması olmuşdur.
3. BVF-nun icazəsi olmadan qəti müəyyənləşdirilmiş valyuta
kursunun valyuta paritetindən kənarlaşması ±1% həddindən kənara
çıxa bilməzdi;
4. Valyuta kurslarının dəyişməsi bilavasitə devalvasiya və
revalvasiya vasitəsilə həyata keçirilir;
5. Qızılla yanaşı eyni zamanda ehtiyat valyutalar - ABŞ
dolları və ingilis funt sterlinqi istifadə olunur;
6. Hər bir milli pul vahidi qızıl və dollarda valyuta parite-
tinə malikdir;
7. ABŞ xəzinədarlığı tərəfindən ehtiyat valyutaların qızıla
dəyişdirilməsinin mütləq rəsmi kursu müəyyənləşdirilmişdi: 1
troy unsiya qızıl (31,1 qram) 35 dollara, və ya 1 dollar 0,88571 qram
qızıla. Faktiki olaraq bu 1934-cü ildə qızılın müəyyən olunmuş
qiymətinin möhkəmləndirilməsi idi.
8. Valyuta münasibətlərinin tənzimlənməsi BVF və
Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB) kimi beynəlxalq
valyuta-kredit təşkilatları tərəfindən həyata keçirilir.
9. Bretton-Vuds sisteminin mühüm təşkil edici struktur
elementləri BVF və BYİB-dir.
1947-ci ildən başlayaraq 70-ci illərin əvvəllərinə qədər ABŞ
dünya bazarında qızılın qiyməti aşağı düşdükdə onun qiymətini
müvazinətləşdirmək üçün qızıl alır və qızılın qiyməti yol verilən həddən
yuxarı qalxdıqda onu satırdı. Belə bir müdaxilənin təyinatı, ABŞ-m
təkcə ayrı-ayrı ölkələrin tədiyə balansını himayə etmək deyil, hər şeydən
əvvəl beynəlxalq hesablaşmaların tənzimlənməsi olmuşdur.
Lakin bu niyyətlərdən asılı olmayaraq, təcrübədə qızılın belə
qiyməti qızılın gələcəkdə beynəlxalq hesablaşmalardan «yuyulmasını»
(beləliklə də qızıl daha çox fərdi kommersiya bazarlarına «axırdı») və
onun dollar ehtiyatları ilə əvəz edilməsini stimullaşdırırdı. Belə meyl
açıq-aşkar surətdə XX əsrin 60-cı illərin axırınacan davam etmişdi.
(Cədvəl № 25)
Cədvəl № 25 Beynəlxalq
ehtiyatlar (%-lə payı)
İllər Qızıl Xaıid valyuta
BVF-nun payı SDR
1948 69,7 27,1 3,2 - 1952 69,1 27,4 3,5 - 1956 65,5 30,6 4,0 - 1960 63,1 30,9 6,0 -
1964 58,3 33,9 7,7 -
1968 50,3 41,4 8,4 -
1972 24,5 65,3 4,3 5,9 1974 20,0 70,0 5,0 5,0
Müharibədən sonra Bretton-Vuds valyuta sisteminin
prinsiplərinin formalaşdırıldığı dövrdə, Böyük Britaniya funt
sterlinqinin
280
qızıla dəyişdiriləcəyi qədər qızıl ehtiyatına malik olmadağından funt
sterlinqin deviz valyutası funl^iyasından imtina etdi.
Beləliklə, Bretton-Vuds valyuta sistemi dollan imtiyazlı
vəziyyətdə qoydu və bu da ABŞ-a iqtisadi və siyasi üstünlük verdi.
Demək olar ki, xarici ticarət hesablaşmaları inhisarçı qaydada dollarla
ifadə olunurdu.ABŞ tədiyə balansının kəsirini özünün milli valyutası
hesabına bağlaya bilərdi. Digər istənilən ölkə isə tədiyə balansı kəsirlə
bağlandığı halda özünün qızıl ehti- yatlannı xərcləməli, daxili tələbatı
azaltmalı, ixracı artırmalı idi.
Qərbi Avropa ölkələrinin ikinci dünya müharibəsi dövründə
dağıdılmış iqtisadiyyatının bərpa olunması dünya iqtisadiyyatında
vəziyyəti tədricən dəyişdirməyə başladı. AİB ölkələri və Yaponiyanın
iqtisadi mövqeyinin güclənməsi dünya bazannda ABŞ-ın rəqabət
qabiliyyətliliyini aşağı saldı. Bununla yanaşı daha çox ölkə müstəqil
şəkildə dünya bazanna çıxmağa başladı.
1960-cı illərin ikinci yarısı ABŞ iqtisadiyyatı üçün bütövlükdə
əlverişsiz oldu. Əmək məhsuldarlığı aşağı düşməyə başladı, xarici ticarət
kəsirinin miqyası (xüsusilə Yaponiya ilə ticarətdə) yüksəldi, inflyasiya
və işsizlik artdı. Dolların dayanıqlığı getdikcə daha çox şübhə
doğurmağa başladı. Məsələn, Fransa Bankı dollara baş ehtiyat valyutası
kimi baxılmasından imtina etdi və dolların bazar dəyərindən asılı olaraq
Fransanın valyuta ehtiyatlarının yenidən hesablanmasını apardı, yəni bu
o demək idi ki, qabaqcadan heç kəslə razılaşmadan məxfi qaydada
Amerika valyutasının devalvasiyasını həyata keçirdi.
Dollann həcaninin artması qeyri-sabitləşdirid səmərə ilə böyük
dollar bazarlannın anələ gəlməsinə şərait yaratdı. Dollann qızda
çevrilməsi arüq təmin olunmurdu və bu prosesin bərpa olunması
qeyri-mümkün idi. Bu özünü ABŞ-ın qızd ehtiyatlannın getdikcə
azalmasında göstərirdi. Əgər 1949-cu ildə AB^m qızd ehtiyatı 22 min ton
(k^talizm dünyasının qızd ehtiyatınm 70%-i) idisə, o durmadan azalaraq
arüq 1960a illərin axınnda 15,8 min ton (44%),
1971- d ilin sonunda isə cani 8,6 min ton (21%) təşkil edirdi. Dollann
böhranı ABŞ hökumətini məcbur etdi ki, 1971-d din avqust ayından
idxala 10% gömrük rüsumu tətbiq etsin. 15 avqust 1971-d Üdə ABŞ
hökuməti birtərəfli qayda da BVF də sazişi pozaraq dollann qızda
dəyişdirilməsi qaydasından imtina etdi. 60-a illərin ortalann<^ qəti
müəyyənləşdirilmiş valyuta kuısu ölkəbrin maraqlarına cavab vermirdi
və dünya ticarətinin inkişafinı ləngidirdi.
Bununla da, göründüyü kimi, Bretton-Vuds valyuta sis-
281 temi dünya təsərrüfatının tələblərinə uyğun gəlmirdi. XX əsrin 60-cı
illərinin axırı 70-ci illərin əvvəllərində dünya iqtisadi sistemində yeni
böhran baş verdi. 1971-ci ildə BVF valyuta kurslarının paritetdən
kənarlaşması həddini ± 2,5% -ə qaldırdı. Bir il sonra qəti
müəyyənləşdirilmiş kurs sistemi iflasa uğradı.
Qızılın kursuna uyğun olaraq qiyməti sabit və möhkəm valyuta
kimi qəti müəyyənləşdirilmiş dollara olan inam sarsılırdı. Maliyyə
böhranı başlanırdı. Bundesbank məcburiyyət qarşısında qalaraq dünya
valyuta bazarını həddindən çox bürümüş artıq dollarları almağa başladı.
Alınan dolların miqdarı 1 saat ərzində 1 milyard dollara çatdıqda,
bank müəyyənləşdirilmiş kursla dolların alınmasını dayandırdı və həmin
gün, yəni 5 may 1971-ci ildə alman markasının «azad üzən» kursunu
elan etdi. Bunun ardınca Danimarka hökuməti valyutasının «azad
üzən» kursunu elan etdi. Avstriya və İsveçrə isə öz valyutalarını
revalvasiya etdilər. 15 avqust 1971-ci ildə ABŞ dolları qızıla
dəyişməyi dayandırdı və valyutanın «azad üzən» kursunu elan etdi.
1971-ci ilin dekabr ayınadək Smitson sazişi bağlanana qədər
dollann «azad üzən» kursu davam etdi. Bu sazişin mühüm tərəfləri
aşağıdakılar idi:
1. ABŞ qızılın 1 unsiyasının qiymətini 38 dollara qaldırdı, lakin
dolların qızıla dəyişdirilməsini bərpa etmədi.
2. Digər ölkələrin valyutaları qızıla nisbətdə orta hesabla 12%
revalvasiya olundu.
Amerika hökuməti bu sazişi tarixi qərar kimi qiymətləndirərək
onu alqışladı.
Bretton-Vuds valyuta sisteminin fəaliyyətdə olan mexanizminin
uyğunlaşdırılması cəhdi ona gətirib çıxardı ki, hesablaşmalar üçün
1969-cu ildə BVF- nin «xüsusi əvəzetmə hüququ» (XƏH- buna
BVF-nın hesablaşma valyutası da deyilir) tətbiq edildi və qızıl-deviz
standartı xüsusi əvəzetmə hüququ ilə əvəz olundu. 1971- ci ildə ABŞ
hökuməti rəsmi olaraq qızıl külçənin qızıla satılmasını dayandırdı.
1970-1971-ci illiərdə məcburi qaydada dövlət qiymətli kağızların faiz
dərəcəsini yol verilən həddən aşağı 8%- dən 3,3%-dək saldı. 1971-ci ilin
may ayında Bretton-Vudsun əsas iştirakçıları Qərbi Almaniya
markasının və Hollandiya quldeni- nin kursunun azad şəkildə
qalxıb-enməsinə icazə verilməsi ba
282
rədə qərar qəbul etdilər. Qərann qəbulu həmin ölkələrdə iqtisadiyyatın
dinamik inkişafı və maliyyə vəziyyətinin xüsusilə dayanıqlı olması ilə
bağlı, bu ölkə valyutalannm kurslannın açıq-aşkar aşağı olması ilə
əlaqədar idi. Beləliklə, müharibədən sonrakı valyuta sisteminə yenidən
baxılması prosesi onun dağılması ilə nəticələndi və bununla da qızıl
standartı dövrünə qəti olaraq son qoyuldu. Burada söhbət bu sistemin
bütövlükdə iflasa uğramasından deyil, onun ayrı-ayrı həlqələrinin
sökülüb, yenidən təkmil şəkildə qurulmasından gedir və bu proses Aİ
ölkələrinin əksəriyyətinin milli valyutalarının avro ilə əvəz edilməsindən
sonra da davam etdirilir.
1972- ci ildə dünya valyuta sistemində islahatların keçirilməsi
üzrə Komitə formalaşdırıldı. Komitənin vəzifəsinə DVS- nin, yeni
prinsiplərininin işlənilməsi və razılaşdırılması məsələləri daxil idi.
Valyuta sistemi dairəsində ziddiyyətlərin aradan qaldırılması üçün yollar
axtarılmağa başlandı. BVF-nun idarəe- dicilər Komitəsi bu məsələyə
baxaraq problemin həllinin aşağıdakı tərəflərini qeyd etmişdir:
- BVF çərçivəsində əməkdaşlıq və məsləhətləşmələrə əsaslanan
dünya valyuta sisteminin olmasının zəruriliyi;
- müsbət və mənfi saldosu olan ölkələr üçün öhdəliyin ek-
vivalentliyinin təmin olunması;
- üzmə imkanlarını istisna etmədən sabit və qaydaya salınmış
sistemin yaradılması;
- əsas ehtiyat valyuta kimi xüsusi əvəzetmə hüququnun rolunun
möhkəmləndirilməsi;
- valyutaların ümumi dönərliyi və ehtiyat valyutalarda
balansların konsolidasiyası (qısa müddətli təəhhüdün uzun müddətli
təəhhüdə çevrilməsi);
- kapitalın qarışıq hərəkəti üzərində nəzarət imkanları;
- inkişaf etməkdə olan ölkələrin özlərinə xas problemlərinin
uçotu və bunun xüsusən də təmiz ehtiyatların onların xeyrinə
transferinin artırılması yolu ilə həyata keçirilməsi.
283
5.4. Müasir Dünya Valyuta Sistemi. Yamayka Konfransı
1970-ci illərin birinci yarısı ərzində dünyanın aparıcı ölkələrinin
hökumətləri, eləcə də beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri
(BVF, BYİB, beynəlxalq hesablaşmalar Bazel bankı və s.) 1944-cü ildə
yaradılmış valyuta sisteminə alternativ valyuta sisteminin təşkil
olunması məsələsi üzərində düşünməyə başladılar. Bu, əsasən onunla
əlaqədar idi ki, Bretton -Vuds valyuta sistemi dünya iqtisadiyyatı və
maliyyəsinin son dərəcə bey- nəlmiləşməsi və onların qloballaşması
prosesinin geniş şəkildə başlaması ilə əlaqədar olaraq meydana çıxmış
yeni şəraitdə «işləyə» bilmirdi. Bu məsələ öz həllini BVF çərçivəsində
1976-cı ildə Yamaykanın Kinqston şəhərində 20 ölkənin hökumət
nümayəndələrinin iştirakı ilə keçirilən konfransda tapdı. Dünya valyuta
sisteminin inkişafmın müasir dövrü məhz Yamayka konfransı ilə
başlandı. Konfransda dünya valyuta sisteminin islahat yolu ilə
dəyişdirilməsi barədə razılıq əldə edildi. Konfrans iştirakçıları Yamayka
sazişini qəbul etdilər və bu saziş hüquqi cəhətdən BVF-nun
nizamnaməsinə «əlavə» kimi sənədləşdiril- məklə, 1978-ci ilin yanvar
ayından qüvvəyə mindirildi. Həmin vaxtdan Yamayka valyuta sistemi
adını almış sistemin prinsipləri fəaliyyətə başladı.
Yamayka sazişinin məzmunu. Saziş əsasında yaradılmış bu
sistemə uyğun olaraq valyuta münasibətləri aşağıdakı prinsiplərə
əsaslanır:
1) Bretton-Vudsda yaradılmış idarələr (BVF,BYİB, və yaxud
Dünya Bankı) beynəbcalq tənzimləyici idarə qismində özlərinin milli
üstqurum xarakterli fəaliyyətlərini genişləndirir və möhkəmlədir;
onların rolu əsash şəkildə yüksəldilir;
2) aşağıdakılar ləğv olunur: qızıl pariteti-valyutaların qızıla
bağlılığı; milli pul vahidlərinin qəti müəyyənləşdirilmiş qızıl təminatı və
qızılın rəsmi qiyməti; qızılın şəxsi məqsədlər üçün istifadəsinə
məhdudiyyətlər;
3) qızıl adi əmtəəyə çevrilir və BVF-nun Nizamnaməsindən
çıxarılır. Rəsmi olaraq qızıl standartı və qızılın dünya pulu funksiyası
ləğv olunur. Mərkəzi banklara icazə verilir ki, qızılı «azad»ba- zar
qiyməti ilə satsınlar və alsınlar.
284
4) ölkələr arasında valyuta münasibətləri onların milli pul
vahidlərinin üzən kursuna əsaslanır. Bu halda kursların qalxıb- enməsi
aşağıdakı amillərlə şərtləndirilir: a) daxili bazarda valyutanın alıcılıq
qabiliyyəti; b) beynəlxalq bazarda milli valyutalara tələb və təklifin
nisbəti.
5) BVF-nun rəhbərliyinin qərarı ilə hələ 1969-cu ildə praktiki
fəaliyyətə başlamış kollektiv valyuta vahidi - «xüsusi əvəzetmə
hüququ» (XƏH) (special Drawing Rights - SDR) həm qızıla, həm də
dollara alternativ olmaqla, beynəlxalq valyuta sisteminin baş ehtiyat
aktivi hesab edilir. Baxmayaraq ki, bu gün bu valyuta vahidi müasir
valyuta sisteminin ehtiyat aktivinin bir maddəsi kimi qalır, amma
obyektiv olaraq o «qızılın əvəze- dicisi» ola bilmədi. Qızıl-qızıl olaraq
qalır və o hələ uzaq gələcəkdə də elə də qalacaqdır. SDR beynəlxalq şərti
haqq-hesab pul vahidi olmaqla, beynəlxalq ödəmə və ehtiyat vəsaiti kimi
çıxış edə bilər. SDR-ın emissiyası BVF tərəfindən həyata keçirilir. SDR
xüsusi hesablarda yazılmaqla BVF-nun hesablaşma vahidi qismində
nağd olmayan beynəlxalq hesablaşmaları həyata keçirmək üçün istifadə
olunur. SDR-in funksiyasına aşağıdakılar daxildir: tədiyə balansının
müvazinətləşdirilməsi; rəsmi valyuta ehtiyatlarının artırılması; milli
valyuta dəyərinin müqayisə olunması.
6) Ehtiyat valyuta kimi ABŞ dolları, AFR markası, funt sterlinq,
İsveçrə frankı, yapon iyeni, fransız markası rəsmi şəkildə qəbul olunur.
7) Valyuta kurslarmm enib-qalxmasının həddinə məhdudiyyət
yoxdur. Valyuta kursu tələb və təklifin təsiri altında formalaşır.
8) Dövlətlərə valyuta kursu rejiminin müstəqil şəkildə
müəyyənləşdirilməsinə icazə verilir. Dünya valyuta sistemində valyuta
kurslarının rejimi aşağıdakı qaydada da müəyyənləşdirilmişdir:
a) üzən kurs 98 valyuta, onlardan:
- verilmiş parametlər hesaba alınmaqla 3
- tənzimlənən üzən - 36
(Azərbaycan, Rusiya, Yeni sənaye ölkələri və keçid iqtisadiyyatlı
ölkələr)
- azad üzən - 56 (bütün sənaye ölkələri)
b) təsbit edilmiş (qəti müəyən edilmiş) - 67 vayuta
285
- ABŞ dollarına- 23
- digər valyutalara - 20
- SDR-ə (XƏN)- 4
- valyuta çantasına- 20
c) qarışıq üzən - 4
9) Mərkəzi banklar öz valyutasının təsbit olunmuş parametrlərini
saxlamaq üçün bazarın işinə qarışa bilməz. Lakin o, valyutanın kursunun
sabitləşdirilməsi üçün valyuta müdaxiləsi həyata keçirilə bilər.
10) BVF ölkələrin valyuta kursları sahəsində siyasətləri üzərində
müşahidə aparır.
11) Qapalı valyuta bloklarının yaradılması qanuniləşdiril- di və
onlar beynəlxalq valyuta sisteminin tam hüquqlu üzvləri hesab
olundular.
Valyuta kurslan sisteminin təhlili 27 saylı cədvəldə verilmişdir.
Bütün bunlar BVF-in yeni Nizamnaməsində öz əksini tapmışdır.
Bunlarla yanaşı yeni nizamnamə qızılın ehtiyat rolunu təkzib etmir və
maraqlı ölkələrə onun rəsmi ehtiyatını saxlamağa və artırmağa imkan
verir. Bu da o deməkdir ki, qızıl hələ də mərkəzi bankların mühüm pul
aktivi kimi qalmaqdadır. (Cədvəl № 26)
Dünyanın aparıcı ölkələrində qızıl hasilatının miqdarı
26 saylı cədvəldə verilmişdir. ^ Cədvəl № 26.
Ölkələr Ümumi
ehtiyatı
%
İllər
1995 1996 1997 1998
% ton % ton % ton % ton
Cəmi 100,0 100 2104,'^
100
2143,6 100 2284,0
100 2312,7
O
cümlədən:
Cənubi
43,0 24,8 522,4 23,0 494,6 21,5 492,5 20,4 473,8
С.В.Фомишин. Международные экономические отношения. Ростов -
на - Дону. «Феникс»2006
286
Afrika
Respubli
kası
ABŞ 10,0 14,8 313,0 14,5 312,0 14,7 338,0 17,0 362,6
Rusiya 9,6 6,2 131,9 5,7 123,4 5,3 123,0 4,0 85,6
Kanada 4,3 7,1 150,9 7,7 166,4 7,5 171,4 7,1 165,9
Avstriya 2,2 12,0 253,5 13,5 289,5 13,6 311,0 13,4 310,9
Cədvəl № 27. Valyuta kursları sisteminin müqayisəli təhlili.
Prinsipləri Üstünlükləri Qüsurlan (çatışmayan cəhəüəri
1 2 3
Qızıl standartları sistemi
Hər bir valyuta qızılm
çəkisi ilə
müəyyənləşdirilir. Hər
bir valyutanın qızüda
dönərliyi həm ölkə
daxilində, həm də onun
sərhədlərindən kənarda
təmin olunur. Külçələr
pullara azad şəküdə
dəyişdirilir. Qızıl azad
şəkildə idxal və ixrac
olunur
Valyuta kursunun
sabitliyinin təmin
olunması Tədiyə
balansının uzun
müddətli tarazlığının
təmin olunması
İqtisadi sistem
daxilində
qiymətlərin
səviyyəsinin
sabitliyi
Pul kütləsinin qızıl
istehsalından asılılığı
Müstəqil kredit-pul
siyasətinin həyata
keçirilməsinin
qeyri-mümkünlüyü
Bretton - Vuds sistemi
Hər bir ölkə tərəfindən
ya qızıla münasibətdə,
yaxud da digər valyuta
vasitəsilə qəti
müəyyənləşdirilmiş
paritetin təyin edilməsi.
Onların dəyişməsi
yalnız müstəsna hallarda
mümkündür
Valyutaların
dönərli olması
Ödəmələrin
azad və
çoxtərəfliliyi
Xaricdə dollar ehtiy-
yatlanmn yığılması və
çox böyük qeyri-
sabitləşdirici səmərə
ilə avro-dollar baza-
nnın inkişafı. ABŞ-ın
tədiyə balansının
kəsirinin artması
287
Müasir sistem A. Azad üzən
Valyuta vahidlərinin
dəyər ölçüsü kimi
qızılın funksiyasının
aradan qaldırılması.
Valyuta kurslarının
bazar tərəfindən
müəyyənləşdirilməsi
Valyutalar barədə
ölkələr tərəfindən öz
seçimlərinə görə
sərbəst qərar qəbul
olunması. Valyuta
münasibətləri və
razılaşmalarının
sadələşdirilməsi
İqtisadiyyatın
tarazlığının pozulması.
Dünya bazarında faiz
dərəcələrinin yüksəlməsi.
Xammal və enerjiyə
qiymətlərin sabit
olmaması
B. Tənzimlənən
Valyutanın kursunun
qalxıb-enməsi
sisteminin
sabitləşməsi
Dünya
iqtisadiyyatının
tarazlığa qaytarılması
İqtisadi situasiya
üzərində nəzarət
imkanları
Dünya iqtisadi sisteminin
sabit paritet sisteminə
qaytarılmasına hazır
olmamaq.
5.5. Avropa Valyuta Sistemi
1957-ci ildə AİB yaranan dövrdən vahid Avropa valyutası və
vahid Avropa valyuta-maliyyə sisteminin yaradılması prosesi daimi
olaraq inkişaf mərhələsində olmuşdur. Avropa üçün bu mühüm
əhəmiyyət kəsb edən məsələ AİB-Aİ-nin bütün təkamül mərhələlərində
onun siyasətinin ana xəttini təşkil etmişdir.
Avropa valyuta sistemi (AVS) - Avropa iqtisadi inteqrasiyası
çərçivəsində milli valjmtalann fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn
iqtisadi münasibətlərin məcmusudur. AVS dünya valyuta sisteminin
mühüm tərkib hissəsidir. AVS Avropa bazarlarım kredit ehtiyatları
ilə təmin etmək və dünya bazannm tələbatlanna xidmət etmək
funksiyasım yerinə yetirir. Al-nin yaradılmasında AVS-nin rolu əhalinin
pul xidmətləri göstərilməsinə artan tələbatımn təmin olunmasından
ibarət olmuşdur (370 milyon nəfərdən çox adama xidmət göstərilir).
AVS artıq mövcud olan dövlətlərarası valyuta tənzimlənməsi
elementlərinin əsasında fəaliyyət göstərməyə başlamışdır («Avropa
valyuta ilanı», Avropa valyuta əməkdaşlığı fondu,
288
Avropa hesablaşma vahidi) AVS 13 mart 1979-cu ildən aşağıdakı
məqsədlər üçün fəaliyyətə başlamışdır:
- iqtisadi inteqrasiyanın sürətli inkişafına köməklik edilməsi;
- Aİ daxilində yüksək dərəcədə valyuta sabitliyinin bərqərar
edilməsi;
- Aİ bazarını dolların ekspansiyasından mühafizə etmək;
- beynəlxalq iqtisadi və valyuta münasibətlərinə sabitləşdi- rici
təsir göstərmək.
AVS-nə gedən yol çox uzun olmuş, özünün inkişafında bir sıra
mərhələlərdən keçərək vahid Avropa valyutasının - avronun
yaradılması ilə başa çatmışdır. Əvvəlcə vahid Avropa valyutası
qismində EKYU olmuşdur.
EKYU (frans. ECU) - Fransamn qədim qızıl və gümüş sikkəsi
olmuşdur. 1979-cu ildən AİB ölkələri tərəfindən hesablaşma vahidi kimi
qəbul olunmuşdur. İlkin olaraq o, 9 Avropa ölkəsinin valyutasına
əsaslanırdı. Bu ölkələr onun təmin edilməsi üçün 2800 ton qızıl və dollar
aktivlərini depozitə qoydular. AİB-nin valyutası qızıl stan- dartmın iflası
və Bretton-Vuds valyuta sistemində baş verən böhrandan sonra
işlənilməyə və tətbiq edilməyə başladı.
EKYU - AİB-nin 12 aparıcı ölkəsinin valyutasına əsaslanan şərti
kollektiv valyutadır. EKYU tədricən hesablaşma vahidindən demək olar
ki, real pula - beynəlxalq hesablaşmaların tənzimlənməsi alətinə
çevrildi. Amma EKYU-nun yaradıcıları ona yalnız hesablaşma vahidi
kimi deyil, Birləşmiş Qərbi Avropanın ehtiyaclarını ödəmə qabiliyyətinə
malik olan gələcək valyuta sisteminin nümunəsi kimi baxırdılar.
EKYU-də hər bir valyutanın çəkisi AİB-nin üzvü olan dövlətin
AİB-nin ümumi milli məhsulunda və Birlik daxilində ixracının payı ilə
müəyyənləşdirilirdi. Ona görə də EKYU-də ən yüksək çəkili valyuta
(EKYU-nun 1/3) - alman markası idi. Hələ
1995- ci ildə Avstriya, İsveçrə, Finlandiya EKYU çantasına daxil
deyildilər. Faktiki valyuta kurslan müəyyənləşdirilmiş sərhədlərdən
±2,25 kənara çıxa bilərdi. 1993-cü ilin avqustundan valyuta
problemlərinin kəskinləşməsi ilə əlaqədar olaraq kursun qalxıb- enmə
çərçivəsi ± 15%-dək yüksəldildi. (Bu «avropa valyuta ilanı» adım
aldı). İngUtərə və İsveç yeni valyuta sisteminin yaradılmasında iştirak
etməkdən imtina etdilər. Amma Aİ-nin yaradılma
i V' 289
sında şübhəsiz iştirak edəcəklərini bəyan etdilər.
Aİ-da Mərkəzi Bank tərəfindən valyuta müdaxiləsi ilə əlaqədar
olaraq ölkələrə tədiyə balansının kəsirinin bağlanması üçün kreditlər
verilməsi yolu ilə dövlətlərarası regional valyuta tənzimlənməsi həyata
keçirilirdi.
Valyuta müdaxiləsi - dövlət orqanları tərəfindən milli valyutanın
alqı-satqısı yolu ilə onun kursuna təsir etmək məqsədilə mərkəzi
bankların valyuta bazarında əməliyyatlara müdaxilə etməsidir. Avropa
valyuta sisteminin tənzimlənməsi və EKYU- nun emissiyası 1994-cü ilə
qədər Avropa valyuta əməkdaşlığı fondu tərəfindən, 1994-cü ildən sonra
isə Avropa valyuta institutu tərəfindən həyata keçirilmişdir.
Ayrı-ayrı ölkələrin öz valyuta kurslarını müəyyən bir diapazon
çərçivəsində saxlaya bilmədikləri halda, valyuta kursları devalvasiya və
revalvasiya yolu ilə tənzimlənirdi və bununla da ayn-ayn valyutalar üçün
EKYU-un norması dəyişdirilirdi.
Avropa iqtisadiyyatının müvəffəqiyyətli quruluşu Avropada
inteqrasiya olunmuş valyuta zonasının formalaşdınlması- nm maddi
əsasını yaratdı. Məlum olduğu kimi o, iki elementin birləşməsini nəzərdə
tuturdu: 1) təsərrüfat subyektləri və fərdi şəxslərin valyuta ilə
əməliyyatlarının, əmtəə və xidmətlərin satılması və alınmasının həyata
keçirilməsi məqsədilə azad şəkildə dəyişdirilə bilən (konvertasiya edilə
bilən) milli valyutaların tətbiq edilməsi; 2) milli valyutaların
müəyyən sabitliyinin təmin olunması («ilan», «dəhliz» və s.
həddində). Bu məsələ bütövlükdə kollektiv pul vahidi olan EKYU-nun
yaradılması ilə həll olundu. Amma EKYU pul vahidinin əsas
əlamətlərinə cavab vermədiyindən onu valyuta hesab etmək olmazdı.
Burada söhbət əsasən onun aşağıdakı funksiyalarından gedir ki, onları da
EKYU yerinə yetirə bilmirdi: a) ödəmə vasitəsi; b) yığım vasitəsi; c)
hesablaşma vasitəsi (əmtəənin dəyəri pul vahidinin köməkliyi ilə
müqayisə olunur).
Ödəmə vasitəsi mütləq qaydada əmtəə və xidmətlərin dəyərinin
ödənilməsi üçün qəbul olunmalıdır. Bu mənada EKYU banknot deyildi,
onun ödəmə üçün qəbul olunması öhdəliyi yox idi. Amma bu pul
vahidində istiqrazlar bazarı, valyuta və pul bazarı təşəkkül tapmışdı.
EKYU özünü «çanta» pul vahidi kimi göstərirdi. Elan olunmuş
məsələlər daxilində EKYU özünü doğ
290
ruldurdu. Lakin bu Aİ-nın inteqrasiya prosesinin genişləndirilməsi
məqsədilə üzv ölkələrin qarşısında qoyulan məsələlərin həlli üçün
kifayət deyildi. Maastrix müqaviləsi ratifikasiya olunub fəaliyyətə
başladığı 1 noyabr 1997-ci ildən uzun müzakirələrdən sonra EKYU-nu
əvəz edəcək ümumi valyutanın «avro» adlandırılması qərara alındı.
Özünün maliyyə-təsərrüfat potensialına görə təşəkkül tapmış
«avro zonası» çox fəal şəkildə beynəlxalq təsərrüfat dövriyyəsinə daxil
olmuş qapalı olmayan, nəhəng maliyyə-valyuta bazandır.
Valyuta çantası kimi müəyyənləşdirilmiş «avro» tam dəyərli
beynəlxalq valyutanın bir çox xüsusiyyətlərinə malikdir. Belə ki, o, ölçü
etalonudur və Avropa valyuta sistemi daxilində ona nəzərən hər bir
Avropa valyutasının pariteti və kursu elan olunur. Bundan əlavə, avro
bilavasitə Avropa hesablaşma vahididir. Avro-nun emiteti 1 iyun
1998-ci ildə yaradılmış və Frankfurt - na - Maynada yerləşən Avropa
Mərkəzi Bankıdır (AMB).
Avronun tətbiq edilməsi iki mərhələdə həyata keçirilmişdir.
Birinci mərhələ - 1 yanvar 1999-cu ildən 1 yanvar 2002-ci ilə qədər
olan dövrü əhatə edir. 1 yanvar 1999-cu ildə on bir ölkənin milli
valyutasının kursu avroya nisbətən qeyd olundu. Bu kurslar üzrə həm
valyuta ittifaqı daxilində, həm də onun hüquqlarından kənarda bütün
maliyyə və digər aktivlərin denominasiyası və hesablanaraq başqa
vahidlərlə ifadə olunması həyata keçirildi. Bu mərhələnin xüsusiyyəti
ondan ibarət idi ki, bu dövrdə avro yalnız nağdsız hesablaşmalarda
tətbiq olunurdu və paralel olaraq milli valyutalar fəaliyyət göstərirdilər.
Aşağıdakılar mütləq avro vasitəsilə həyata keçirilirdi: maliyyə
bazarlarında əməliyyatlar, banklararası hesablaşmalar və dövlət qiymətli
kağızlarının emissiyası. İkinci mərhələ 1 yanvar 2002-ci ildən 2 iyul
2002- ci ili əhatə edir. Bu dövrdə avro şəklində bütün banknotlar və
sikkələr dövriyyəyə buraxılır və milli pul nişanları ilə paralel 6 ay
ərzində istifadə olunur. Milli pul vahidləri 1 iyul 2002-ci ildən öz
statusunu itirirlər.
Nağd olaraq 12 milyard həcmində nominal dəyərdə 500, 200,
100, 50, 20, 10 və 5 avro, eləcə də 70 milyard sikkə həcmində nominal
dəyərdə 2 və 1 avro və 50, 20, 10, 5, 2 və 1 sentlik pullar dövriyyəyə
buraxılır. Əldə qalan milli valyutaları hələ bir neçə il ərzində avroya
dəyişmək olar.
291
Avro zonasına bu dövrdə Aİ-nin 15 üzvündən 11-i daxil oldu:
Avstriya, Belçika, Almaniya, Hollandiya, İspaniya, İrlandiya, İtaliya,
Lüksemburq, Portuqaliya, Finlandiya, Fransa. Avro zonasına qoyulan
kriteriyalara cavab vermədiyinə görə Yunanıstan, ölkə konstitusiyasına
zidd olduğuna görə Danimarka, İsveç və Böyük Britaniya avro zonasına
daxil olmaqdan imtina etdilər. Bu dövlətlərlə «avro zonasında»
hesablaşmalar üçün xüsusi mexanizm yaradıldı. Avro zonasına daxil
olmayan ölkələrin valyutaları üçün avroya nisbətdə tərəddüdlərinin amp-
litudası ± 15% olmaqla «lövbər» kursu müəyyənləşdirildi. Bu
hesablaşma mexanizmi daxilində valyuta kursu siyasəti Avropa Mərkəzi
Bankı ilə məsləhətləşdikdən sonra Aİ-nin Avropa Zirvəsi tərəfindən
əksər səs çoxluğu ilə (3/4) müəyyənləşdirilir.
Aparıcı dünya valyutası olmaq üçün avro özünün ehtiyatı
qismində Aİ-na daxil olan 27 ölkənin iqtisadi potensialına əsaslanan
kifayət qədər maliyyə-iqtisadi imkanlara malikdir.
İqtisadçılar hesab edirlər ki, avro aşağıdakılara imkan
yaradacaqdır:
- Avropada iqtisadi artıma yeni təkan verəcəkdir;
- dünyada Aİ-nin təsərrüfat və ticarət mövqeyini
möhkəmləndirəcək;
- bir valyutadan digər valyutaya çevrilməsində olan xərclərin
aradan qaldırılmasına imkan verəcəkdir;
- BVS-də Aİ-nin vahid valyutasının rolunu yüksəldəcəkdir;
- qəti faizlərlə iri qiymətli kağızlar bazarının yaradılmasına
imkan verəcəkdir;
- daha səmərəli antiinflasiya siyasəti yürütməyə imkan
yaradacaqdır. «Avro zonasında» inflyasiya orta hesabla 1,5-2M> -dən
çox deyil;
- Aİ üçün vergi islahatını yüngülləşdirəcəkdir.
Aİ-də avroya keçidlə əlaqədar Aİ iqtisadi inkişafı əlavə
stimullaşdırmaq qabiliyyəti olan güclü və möhkəmləndirilmiş zonaya
çevriləcək və avro həm amerika dolları, həm də yapon iyeni ilə bərabər
dərəcədə rəqabət aparacaqdır. Bir sıra analitiklər hesab edirlər ki, orta
müddətli perspektivdə beynəlxalq ticərətdə valyuta hesablaşmalarının
1/3-i avro ilə aparılacaqdır. Bu özünü praktikada doğruldur. Hətta
OPEK-ə daxil olan neft ixrac edən bir sıra ölkələr neft satışında
hesablaşmaların avro ilə aparılmasını təklif edirlər.
Avropa ölkələrinin mərkəzi bankları tərəfindən Amerika
valyutasının əvəz edilməsi geniş şəkil alır. Avro dünya valyuta bazarında
mübadilə əməliyyatlarının 28%-nə (dollar 46%) xidmət edir, beynəlxalq
ticarətdə hesablaşmalann 22%-i (dollar 59%) avro ilə həyata keçirilir.
Yeni valyuta sisteminin iştirakçüanna olan tələblər. Yeni
Avropa valyutasını qəbul edən və təsdiq olunmuş plan-qrafikə uyğun
olaraq onu dövriyyəyə buraxmaq niyyətində olan ölkələr üçün çox dəqiq
tələblər və kıiteriyalar forma]aşdu*ıbmşdır. Bu kriteriyalar sı-
rasma inflyasiyanın səviyyəsi, faiz dərəcələri, dövlət büdcəsinin kəsiri,
valyuta kurslanmn dəyişməsinin hədləri, dövlət borcunun ölçüsü
(ÜDM-da %-lə) və iqtisadiyyatın müasir vəziyyətini və onun
perspektivini xarakterizə edən bir sıra göstəricilər daxildirlər. Bu
kriteriyalar Kopenhagen kriteriyalar adlamr.
Bunların hər birinə ayrılıqda nəzər yetirək.
İnflyasiyanın illik səviyyəsi. Onun orta səviyyəsi qiymətin ən
çox sabit olduğu üç ölkənin orta səviyyəsinin 1,5%-dən çox
olmamalıdır. O, ümumavropa istehlak qiymətləri əmsalından asılı olaraq
təshih edilə bilər.
Faiz dərəcələrinin səviyyəsi. Üzv ölkələrin uzun müddətli
dövlət istiqrazlarının orta gəlir səviyyəsi müvafiq orta səviyyəni, ən
aşağı inflyasiya səviyyəsi olan azı üç ölkənin bir il ərzində olan
səviyyəsinin 2% -dən çox olmamalıdır.
Dövlət büdcəsinin kəsir səviyyəsi. Büdcənin illik kəsiri
ÜDM-un 3%-dən çox olmamalıdır.
Valyuta kurslarınm qalxıb-enmə həddi. İki il ərzində milli
valyutaların dəyişmə kursu Avropa valyuta sistemində fəaliyyət
göstərən enib-qalxma həddindən kənara çıxmamalıdır (±15%).
Dövlət borcunun miqdarı (ölçüsü). Bu ölçü bazar
qiymətlərində ÜDM-un 60%-dən çox olmamalıdır.
Yuxarıda deyilən göstəricilərdən hər biri həlledici əhəmiyyət
kəsb edir və ona görə də təcridedici rol oynayırlar.
«Avro zonası»nda iştirak etmək üçün kriteriyaların (Kopenhagen
kriteriyalarmm) yerinə yetirilməsi 28 saylı cədvəldə verilmişdir.
293
Cədvəl № 28.
Kopenhagen kriteriyaları
Dövlət
büdcəsinin
kəsiri
(ÜDM-
da%)
Dövlət
borcu
(ÜDM-
da %)
İnf
lya
siya
səviy
yəsi (%)
AVS-də
valyuta
kurslarının
qalxıb-enmə
hədlərinin
gözlənilməsi
Uzun
müddətli
kreditlər
üzrə faiz
dərəcələri
(%)
Buraxılış
krite- riyası
3,0 60,0 2,7 hə 7,8
Avstri
ya 2,5 66,1 1,1 hə 5,6
Belçika 2,1 122,2 1,4 hə 5,7 Almani
ya 2,7 61,3 1,4 hə 5,6
İrlandi
ya -0,9 66,3 1,2 hə 6,2
İspani- 2,6 68,8 1,8 hə 6,3
.
İtaliya
2,7 121,6 1,8 hə 6,7 Lüksem
burq -1,7 6,7 1,4 hə 5,6
Nider
land 1,4 72,1 1,8 hə 5,5
Portuqa liya
2,5 62,0 1,8 hə 6,2
Finlandi
ya 0,9 55,8 1,3 hə 5,9
Fransa 3,0 58,0 1,2 hə 5,5
Mənbə: С.В.Фомишин. Международные экономические
отношения. Ростов-на-Дону «Феникс», 2006.
Avropa vahid valyuta sisteminin fəaliyyət göstərməsini təmin edən institutlar. Maastrix müqaviləsi əsasında AVS-nə üzv-
294
dövlətlərin Avropa mərkəzi banklar sistemi (AMBS) yaradıldı və səmərəli fəaliyyət göstərməkdə davam edir. Bu təşkilat aşağıdakı
funksiyaları yerinə yetirir: - Aİ-nin valyuta siyasətini müəyyənləşdirir və həyata kçirir; - beynəlxalq valyuta əməliyyatlarını həyata keçirir; - üzv-dövlətlərin xarici valyuta ehtiyatlarını rəsmi olaraq saxlayır
və onları idarə edir; - ödəmə sisteminin fəaliyyət göstərməsinə yardım edir. Avropa Mərkəzi bankı (AMB). AMBS-nın qarşısında duran
məsələlərin müvəffəqiyyətlə həll edilməsində AMB mühüm rol oynayır. O, bu missiyanı ya Nizamnaməsinə müvafiq olaraq müstəqil şəkildə, ya da milli mərkəzi banklar vasitəsilə həyata keçirir. AMB-nın kapitalı
iştiakçı ölkələrin demokrafık və iqtisadi vəziyyətindən asılı olaraq onların mərkəzi milli banklan tərəfindən formalaşdırılır. Bu halda həlledici göstərici qismində avro zonasının hər bir ölkəsinin əhalisi və Aİ-nin ÜDM-da hər bir ölkənin ÜDM-nun xüsusi çəkisi götürülür. AMB-də mərkəzi milli bankların müəyyən miqdarda valyuta ehtiyatları toplanmışdır. AMBS-də gəlirlərin ümumi miqdarı həmin qaydada iş- tiakçı - ölkələrin bankları arasında bölüşdürülür. AMB Aİ-yə üzvü olmayan əsas ölkələrin valyutalarının kursunun avroya nisbətən həddən artıq və nizamsız qaydada qalxıb-enməsinin qarşısını almaq üçün valyuta bazarlarına müdaxilə etmək imkanlarına malikdir. Bunun üçün AMB-nın Nizamnaməsinə uyğun olaraq avro zonasına daxil olan ölkələrin milli emissiya bankları özlərinin 99,6 milyard avro miqdarında olan qızıl ehtiyatlarını və 227 milyard avrodan çox valyuta ehtiyatlarını ona vermişlər. Mərkəzi qərargahı Frankfurt-na-Maynda yerləşən Avropa Mərkəzi bankını artıq dünyada London və Nyu-York analoqlarına uyğun olaraq Avrositi və ya Manxetten adlandırırlar. Bu şəhərdə ən iri alman bankları, eləcə də xarici ölkələrin yüzdən çox maliyyə institutlarının nümayəndəlikləri yerləşir. AFR-ın birja dövriyyəsinin 80%-i bu şəhərdə həyata keçirilir, əhalinin hər on nəfərindən biri bank sahəsində çalışır.
Avropa valyuta institutu (AVİ). Bu təşkilat vahid valyuta sistemində çox mühüm rol oynamaqla, AMBS-nın Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Onun vəzifələri aşağıdakılardu*:
- milli mərkəzi banklar arasında əməkdaşlığın möhkəmləndirilməsi;
■■ ■ 295
- qiymətlərin sabit saxlanılması məqsədilə üzv dövlətlərin
valyuta siyasətinin əlaqələndirilməsi;
- Avropa valyuta sisteminin fəaliyyəti üzərində nəzarətin həyata
keçirilməsi;
- valyuta siyasətinin istiqamətləndirilməsi və onun alətlərinin
istifadə olunması ilə əlaqədar müntəzəm olaraq məsləhətləşmələrin
keçirilməsi.
Göründüyü kimi, avronun fəaliyyət göstərməsi üçün güclü
şaxələnmiş institusional əsas yaradılmışdır. Avro zonada qiymətlərin
sabit saxlanılması və ümumi pul-kredit siyasətinin həyata keçirilməsi
üçün AMB-nın və mərkəzi milli banklann müstəqil şəkildə fəaliyyət
göstərmələri barədə razılıq əldə edilmişdir.
5.6. Valyuta bazarları və onun quruluşu
Hər bir müstəqil dövlət ölkənin mərkəzi banklan və ya hök uməti tərəfindən müvəkkil edilmiş digər orqanlar tərəfindən buraxılan və mühüm dövlət atributlarından biri olan, öz valyutasına malik olur. Ölkə daxilində bütün əməliyyatlar bu valyutadan - pul vahidindən istifadə etməklə həyata keçirilir. Xaricdən hər hansı bir əmtəənin alınması zərurəti yarandıqda ölkə valyutası əmtəə istehsalçısı olan ölkənin valyutasına dəyişdirilir. Bu dəyişmə əməliyyatlarını həyata keçirmək üçün valyuta bazarı meydana çıxır və bu bazar birinci növbədə beynəlxalq ticarətin tələbatlarının təmin olunması məsələlərini həll edir.
Valyuta bazarı maliyyə bazarının ən böyük hissəsi hesab olunur və dünya maliyyə bazarının bütün seqmentlərinin qarşılıqlı əlaqəsinin təmin olunmasında vacib rol oynayır. Valyuta bazarında xarici valyuta ilə əlaqədar olan istənilən əməliyyat həyata keçirilir.
Valyuta bazarı - xarici valyutaların və xarici valyutada ifadə olunmuş ödəniş sənədlərinin alınması, satılması və mübadiləsinin həyata keçirilməsi üzrə fəaliyyət göstərən bazardır. Xarici valyutada ifadə olunan sənədlər sırasına çeklər, veksellər, teleqraf və poçt köçürmələri, akkreditivlər daxildir. Dünya valyuta bazarına inteqrasiya olunmuş milli valyuta bazarı ölkə daxilində pul axınının hərəkətinə xidmət edir. Beynəlxalq valyuta bazadan çox böyük sayda ayrı-ayrı regionlarda, beynəlxalq ticarət mərkəzlərində və valyuta - maliyyə əlaqələrində məhdudlaşdırılmış milli bazarları özündə birləşdirir.
296
Başqa sözlə desək, valyuta bazarı maliyyə ehtiyatlarının alqı-satqısının həyata keçirilməsinin özünə məxsus qiymətlə tənzimləndiyi pul (valyuta) bazarıdır. Qiymətin tənzimlənməsi faiz dərəcəsinin səviyyəsi vasitəsilə həyata keçirilir.
Pul təklifi - əsas pul aqreqatları ilə təqdim olunmuş bütün maliyyə aktivlərinin cəmidir. Burada pula olan tələbat transsəhm və ehtikar ehtiyacdan formalaşır. Transsəhm ehtiyacı-pulun dövriyyə vasitəsi funksiyasını yerinə yetirməsi tələbatından formalaşır (bu sövdələşmələrin həyata keçirilməsi üçün zəruri olan vasitələrdir). Ehtikar ehtiyac - pulun digər maliyyə aktivlərinin alınması məqsədilə istifadə olunmasıdır (iqtisadi nəzəriyyədə «ehti- karlıq» «ajiotaj», yəni ehtikar məqsədilə bazarda (birjada) qiymətli kağızların qiymətlərinin süni surətdə aşağı salınması və ya artınlması mənasını verir).
Pula olan ümumi tələbat faiz dərəcəsinin ümumi səviyyəsindən və ümumi milli məhsulun nominal həcmindən asılı olur. Valyuta
bazarının əsas iştirakçıları əmtəə və xidmətlərin idxalçıları və ixracçıları, əhali, transmilli banklar, kommersiya bankları, mərkəzi banklar, sənaye-ticarət və maliyyə kompaniyaları, bynəlxalq və regional təşkilatlar, fond bazarının milli və xarici iştirakçıları, eləcə də brokerlər və maliyyə dilerləridir. Valyuta bazarının quruluşu 10 saylı sxemdə verilmişdir.
Valyuta bazanna çıxarkən iqtisadi subyektlər müxtəlif məqsədlər güdürlər:
- beynəlxalq hesablaşmaların fasiləsiz olaraq həyata keçirilməsi; - valyuta ehtiyatlarmm strukturunun dəyişməsi və ehtiyatla- nn
artınlması; - müxtəlif borc öhdəlikləri üzrə valyuta kursları və faiz dərəcələri
arasında fərq hesabına mənfəət əldə edilməsi; - valyuta və kredit təhlükəsindən sığortalanmaq; - valyuta siyasətinin həyata keçirilməsi; - beynəlxalq kreditlərin alınması.
Valyuta bazarında konyunktura hər şeydən əvvəl həmin anda xarici valyutaya olan tələb və təkliflə müəyyənləşdirilir. Valyuta təklifi ixracçılar tərəfindən olur. Valyutaya tələbat idxalçılardan, fiziki və hüquqi şəxslərdən asılı olur.
297
Sxem № 10 Valyuta bazarının quruluşu
Beləliklə, valyuta bazarının ən birinci mühüm məsələsi
beynəlxalq iqtisadi münasibətlərə xidmət etməkdir.
İxracçılar xaricdə əmtəə və xidmətləri və onların satışından əldə
edilmiş valyutanın bir hissəsini bazarda satır. Xarici valyuta ilə satılan
əmtəələri almaq üçün onların satdıqları valyutanı idxalçılar alır. Bundan
əlavə əhalidə xaricə getmək, bir sıra hesablaşmaları aparmaq, bəzən də
bizim ölkədə olduğu kimi yığıb saxlamaq üçün valyutanı ahb-satırlar.
Əhali, idxalçı və ixracçılar valyutaları kommersiya bankları vasitəsilə
satırlar.
Valyuta bazarı eyni zamanda bütün maliyyə sisteminin mərkəzi
həlqəsi, onun vəziyyətini səciyyələndirən indikatordur. Aparılan
əməliyyatların həcminə görə o maliyyə bazarının digər seqmentlərini
xeyli geridə qoyur. Valyuta bazarında hazırda gündəlik sövdələşmələrin
həcmi 2 trilyon dollardan çox təşkil edir. Müqayisə üçün onu demək
kifayətdir ki, bu göstərici dövlət və fərdi istiqraz bazarında 1 trilyon
dollara yaxın, səhm bazarında isə 200 milyard dollara yaxın təşkil edir.
Xarici valyutalarla əməliyyatlar aparılması ilə məşğul olan
nəhəng banklar dünyanın 14 aparıcı maliyyə mərkəzləri
298 _ _ ■ •
olan London, Nyu-York, Tokio, eləcədə Frankfurt - na - May- ne, Paris,
Sinqapur, Honq-Konq, Havay adaları, Lüksemburq, Sürix, Panama,
Baqam adaları, Antil adaları, Kayman adaları və digər şəhərlərdə
yerləşirlər.
Dünya maliyyə mərkəzləri - beynəlxalq valyuta, kredit, maliyyə
əməliyyatlarını, qiymətli kağızlar və girovlarla (təminatlarla
əməliyyatları) həyata keçirən bankların və ixtisaslaşmış maliyyə-kredit
təşkilatlarının toplandığı yerlərdir.
Müasir dövrdə valyuta bazarları arasında sərhədlər demək olar ki,
götürülmüşdür və onlar özlərini milli, regional və dünya bazarının
məcmusu kimi göstərir. Lakin başlanğıcda valyuta bazarı milli valyuta
bazarı şəklində təşəkkül tapır.
Milli valyuta bazan ilk dəfə XIX əsrin ortalarında əsasən
sənayecə inkişaf etmiş ölkələrdə meydana gəlmişdir. Buna bir sıra
obyektiv amillər səbəb olmuşdur:
- BİM-in daimi olaraq inkişaf etməsi;
- bank kapitalının yüksək dərəcədə təmərküzləşməsi və
mərkəzləşdirilməsi;
- beynəlxalq valyuta sisteminin formalaşması;
- banklar arasında müxbir münasibətlərinin qurulması;
- beynəlxalq hesablaşmalarda kredit vəsaitlərinin geniş
yayılması;
- rabitə vasitələrinin yüksək inkişafı;
- cari hesablar üzrə valyuta məhdudiyyətlərinin olmaması.
Milli valyuta bazarı deyəndə - həmin ölkənin ərazisində
yerləşən bankların milli valyutaya münasibətdə həyata keçirdikləri
əməliyyatların məcmusu başa düşülür. Banklar valyuta xidmətini
rezidentlərə və həmin ölkədə olan qeyri-rezidentlərə göstərirlər. Daxili
milli valyuta bazarının əməliyyatlarına şirkətlərin öz aralarında
apardıqları əməliyyatlar da daxil olur.
Milli valyuta qanunçuluğunun liberallaşdırılması dərəcəsindən
asılı olaraq milli valyuta bazarları aşağıdakı formalarda mövcud ola
bilər: rəsmi, yarımrəsmi, «qara bazar».
Dünya valyuta bazarında ümumi beynəlxalq dövriyyənin 90%-i
ABŞ dolları, avro, yapon iyeni və funt sterlinqin payına düşür.
Beynəlxalq hesablaşmalar nağdsız formada həyata keçirilir.
Bununla yanaşı, dünya təsərrüfatının müxtəlif ölkələrində onların
mütəşəkkillik dərəcəsindən asılı olaraq müxtəlif növ val-
299
yuta bazarı təşəkkül tapır. Bu əlamət üzrə aşağıdakı valyuta
bazarlarını fərqləndirirlər:
- mütəşəkkil və ya birja valyuta bazarları;
- qeyri-mütəşşəkil və ya banklararası valyuta bazarları.
Mütəşəkkil valyuta bazarmda valyuta sövdələşmələrinin
yandan çoxu qeyri-kommersiya müəssisəsi kimi çıxış edən və ən başlıca
məsələsi müvəqqəti azad valyuta ehtiyatlannm səfərbər edilməsi və
müzaidələrin təşkili olan valyuta birjasında həyata keçirilir. Valyuta
birjalannın rolu valyuta kurslannın müəyyən edilməsindən və val-
yutalann sorğu kurslannın təsbit olunmasından ibarətdir.
Qeyri-mütəşşəkU valyuta bazarı - əsasən bilavasitə banklar
arasında aparılan birjadan kənar valyuta sövdələşmələrini özündə
birləşdirən bazardır. Bunu banklar arası valyuta bazan da adlandırırlar.
Sənayecə inkişaf etmiş ölkələrdə valyuta sövdələşmələrinin 90%-i bu
valyuta bazarında həyata keçirilir.
Valyuta bazarının növündən asılı olmayaraq valyuta
sövdələşmələrinin 85-95 faizi bilavasitə valyuta əməliyyatlarını
aparmağa müvəkkil edilmiş banklar və ya onların adından həyata
keçirilir. ABŞ-da belə hüquq bütün banklara, Fransa və Yaponiyada
xüsusi kredit - maliyyə idarələrinə, Azərbaycan Respublikasında valyuta
əməliyyatları aparmaq üçün səlahiyyət Mərkəzi bankdan Baş lisenziya
almış kommersiya banklarına verilmişdir.
Valyuta bazarının iqtisadiyyatda rolu özünü onun aşağıdakı
əsas funksiyaları vasitəsilə göstərir:
- kapitalın sərhəddən keçərək yerdəyişməsi ilə əlaqədar olan
əməliyyatları və xarici-ticarət əməliyyatlarını valyuta-kredit və
hesablaşma xidmətləri ilə təmin etmək;
- xarici ticarət hesablaşmalarının, kapital hərəkətinin və işçi
qüvvəsinin miqrasiyasının yüngülləşdirilməsi məqsədilə xarici
valyutanın alınması və satılmasının həyata keçirilməsi;
- klirinq əməliyyatlarının həyata keçirilməsi, yəni qarşılıqlı
tələblərin və öhdəliklərin qarşılıqlı hesablanması məqsədilə
hökumətlərarası sazişlərin bağlanması;
- banklar arası valyuta bazarının yaradılması;
- kursdakı fərqlər hesabına mənfəət əldə etmək məqsədilə
valyutaların almıb-satılması (ehtikarlıq);
- valyuta kursunun tələb və təklifin təsiri altında formalaşması;
300
- valyuta kurslarının zərərlərindən qorunmaq üçün mexanizm
yaradılması.
Dünya valyuta bazarı özünün hazırkı inkişaf mərhələsində bir
sıra yeni xüsusiyyətlər əldə etmişdir:
- valyuta bazarının beynəlmiləşməsinin artması müşahidə
olunur;
- valyuta əməliyyatları fasiləsiz olaraq növbə ilə dünyanın bütün
hissələrində gecə-gündüz həyata keçirilir. Şərqdən (Tokio, Syanqon və
s.) başlayaraq, sonra Avropaya (London, Paris, Frankfurt-na-Mayne,
Moskva və s.) və sonra Amerikaya (Nyu-York, Vaşinqton) keçir;
- valyuta əməliyyatlarının, beynəlxalq hesablaşma və kre-
ditləşmənin həyata keçirilməsi texnikası vahid şəklə salınır;
- valyuta bazarının təcili əməliyyatlar bölməsi sürətlə inkişaf
edir;
- elektron rabitə vasitələri geniş tətbiq olunur.
Hazırkı dövrdə valyuta bazarının iştirakçıları yuxarıda göstərilən
rabitə formalarından əlavə, həm də dilinq sisteminə malikdirlər. Ən
çox yayılmış və məşhur dilinq sistemləri «Röy- ter-dilinq»,
«Telereyt-dilinq»dir. Bu sistem üç və daha çox ekranla, fərdi
kompyuter və telekslə birləşdirilmiş klaviaturadır. Bu 2-3 saniyə ərzində
dünyanın istənilən bankı ilə əlaqə yaratmağa imkan verir və beləliklə
sövdələşmələrin daha əlverişli qiymətlə və tez həyata keçirilməsinə
şərait yradır. Müasir rabitə vasitələrinin köməyi ilə valyuta bazarları
həftənin 1-5-ci günləri gecə-gündüz açıqdır.
Valyuta bazanmn əsas alətləri bank köçürülmələri və aksept-
lər, akkreditivlər, çeklər, veksellər və depozit sertifıkatlandır.
5.7. Dünya qiymətli kağızlar bazarı (QKB)
Qiymətli kağızlar bazarı — valyuta bazarının bir hissəsidir.
Dünyanın ən iri maliyyə valyuta bazarıdır.
Dünya qiymətli kağızlar bazarı — pul vəsaitlərinin sahibləri ilə
onun istehlakçıları arasında sövdələşmələrin həyata keçirilməsinə imkan
yaradan mexanizmdir. Bu bazarda qısa müddətli kağızlarla ticarət həyata
keçirilir ki, bu da pul bazan adlanır. Uzun müddətli qiymətli
kağızlarla ticarət aparılan bazar istiqrazlar və səhmlər bazarı adlanır.
301
Qiymətli kağızlar buraxılması pul vəsaitlərinin səfərbər
edilməsinin mühüm vasitəsidir. Pul bazarının spesifikası ondan ibarətdir
ki, burada 1 gündən 365 günədək müddətə qısa müddətli əməliyyatlar
aparılır. Kapital bazarında isə əməliyyatlar 1 ildən artıq müddətə aparılır.
Dövr edə bilən və dövr edə bilməyən alətlərin bazarlarını da
fərqləndirirlər. Dövr edə bilən aktivlər — borc kağızları (veksel,
istiqrazlar) və pay kağızlarıdır (mülkiyyət kağızları və səhmlər). Emitent
tərəfdən buraxılan pullar cek olaraq ilkin bazarda yerləşdirilir, budan
sonra onlar ikinci bazarda (birjalar) dövr edirlər.
Dövr edə bilməyən kreditlər bazarı (depozitlər) banklara- rası və
müştəri bazarlarına bölünür.
Qiymətli kağızlar - öz sahibinə gəlir gətirən və ya əmlak
hüququnu təsdiq edən hüquqi sənəddir. Onlar qiymətli kağızları
buraxanla (emitenlə) bu kağızların sahibləri arasında qarşılıqlı
münasibəti müəyyənləşdirir.
Mülkiyyət hüququnun xarakterindən asılı olaraq aşağıdakı
qiymətli kağızları fərqləndirirlər.
- təqdim edənə aid qiymətli kağızlar - mülkiyyətçinin
hüququnun olmasını və həyata keçirilməsini təsdiq edən sənəddir
(istiqrazlar, səhmlər, varrantlar, konosament, çek və s.)
- adlı qiymətli kağızlar - qiymətli kağızların reyestr kitabında və
qiymətli kağızın məzmununda sahibinin adı yazılmış qiymətli kağızdır.
- orderli qiymətli kağızlar - onu təqdim etməklə onun sahibinin
mülkiyyət hüququnun təsdiq edilməsidir.
Əməliyyatlann xarakterindən və buraxılma məqsədindən asılı
olaraq qiymətli kağızın aşağıdakı növləri var:
- fond qiymətli kağızı - fond biıjalannda tədavüldə olan səhm və
istiqrazlardır.
- kommersiya qiymətli kağızları - müəyyən əmlak
sövdələşmələri və əmtəə dövriyyəsi prosesinə xidmət edən qiymətli
kağızlardır - veksellər, çeklər, konosamentlər, ambar və girov
şəhadətnamələri.
Fond qiymətli kağızı əsas və köməkçi qiymətli kağızlara bölünür.
Əsas fond qiymətli kağızı - sahibinin tələbləri və əmlak hüququ
göstərilən qiymətli kağızdır. Köməkçi fond qiymətli ka
302 .... V:-
ğızı bir qayda olaraq gəlir alınması qaydalan ilə əlaqədar şərtlər, tələblər
və əlavə hüquqlar göstərilən qiymətli kağızdır.
Köməkçi qiymətli kağıza aşağıdakılar daxildir - mütamadi olaraq
gəlir əldə etmək hüququ olan kuponlar və kupon almağa hüquq verən
talonlar.
Fond biqalannda iki kateqoriya qiymətli kağız tədavüldə olur:
- istiqrazlar - qəti müəyyənləşdirilmiş faiz dərəcəsi göstərilən
borc qiymətli kağızıdır.
- səhm - səhmdar kapitalda onun sahibinin bilavasitə payını
göstərən qiymətli kağızdır.
Qiymətli kağızları hüquqi şəxslər, dövlət və kommersiya
təşkilatları buraxırlar.
Qiymətli kağızın alıcılan hüquqi və fiziki şəxslərdir. Dövlət
qiymətli kağızları həm də büdcə kəsirini ödəmək üçün buraxılır.
Qiymətli kağızlar maliyyə aktivləridir, bazarda asanlıqla alınır və
satılır. İstiqrazlar - dövlət və firmalar tərəfindən borc öhdəliyi qismində
buraxılır, birjalarda bazar qiymətləri ilə alınır və satılır. İstiqrazlar qısa
müddətli - 10 il və uzunmüddətli 10 ildən yuxarı müddətə buraxıla
bilərlər.
İstiqrazlar adətən xarici istiqrazlara və avroistiqrazlara bölünür.
Xarici istiqraz - ölkənin valyutasında ifadə olunan və borclunun
ölkəsindən kənarda satılan istiqrazlardır.
Avroistiqrazlar - beynəlxalq bazarlarda satılan istiqrazlardır.
İstiqrazlar yerli hökumət orqanları tərəfindən sosial infrastruktura
obyektlərini, şəhər təsərrüfatını və digər bələdiyyə proqramlarını
maliyyələşdirmək üçün buraxıla bilərlər. Bunlar bələdiyyə istiqrazları
adlanır.
Korporativ istiqrazlar istehsalın genişləndirilməsi və modernləşdirilməsi məqsədilə buraxılan istiqrazlardır.
5.8. Valyuta kursları
Valyuta kursu - verilmiş ölkənin pul vahidinin digər ölkənin pul
vahidi və yaxud beynəlxalq hesablaşma valyuta vahidləri ilə ifadə
olunmasıdır.
Valyuta kurslarının müəyyənləşdirilməsi aşağıdakılar üçün
zəruridir: əmtəə və xidmətlərin beynəlxalq ticarətində valyutaların
dəyişdirilmə nisbətlərinin müəyyən edilməsi; kapitalın investisiya
303
və kredit şəklində hərəkəti zamanı; dünya əmtəə bazarlarında
qiymətlərin və müxtəlif ölkələrin dəyər göstəricilərinin müqayisəsi
üçün; firmaların, bankların, hökumətlərin və fərdi şəxslərin xarici
valyuta hesablannın yenidən qiymətləndirilməsi üçün.
Valyuta kursunun əsasında, xüsusən də təsbit edlmiş rejimdə
valyuta pariteti durur. Valyuta pariteti - qanunvericilik qaydasında iki
valyuta arasında nisbətin müəyyənləşdirilməsidir.
Qızıl sikkə standartında valyuta kursunun əsasını qızıl
pariteti, yəni iki valyutanın qızıl tutumu çəkisinə görə nisbəti təşkil
edirdi. Bu dövrdə valyutanın minimal kursu qızıl paritetindən bahalı
metalın ölkədən çıxarılmasına (ixracına) çəkilən xərc çıxılmaqla,
maksimal kursu isə paritetin üzərinə onun ölkəyə gətirilməsi (idxalı)
üçün çəkilən xərclərin əlavə olunması ilə müəyyənləşdirilirdi. Valyuta
kurslarının bu həddə qalxıb-enmələri qızıl nöqtələr adlandırılırdı
(müvafiq olaraq ixrac-aşağı nöqtə, idxal-yuxarı nöqtə).
Praktikada valyutaların kursu onların paritetləri ilə yalnız
təsadüfən və çox qısa vaxtda üst-üstə düşə bilər. Bu o vaxt ola bilər ki,
valyutaya olan tələb və valyuta təklifi öst-üstə düşsün. Val- yutamn
cari kursu ona olan tələb və təklifdən asılı olaraq müəyyənləşdirilir.
Əgər tələbatdan çox milli valyuta təklif olunursa, onda onun qiyməti
düşür və ya əksinə. Valyuta bazarında bu və ya digər valyutanın
tələbatdan ciddi şəkildə çox təklif edilməsi onun böhranına gətirib çıxara
bilər. Valyutanın böhran vəziyyəti bir sıra amillərlə əlaqədar ola bilər;
ixracın aşağı düşməsi; idxalın artması; idxal və ixrac qiymətləri arasında
nisbətin pisləşməsi; kapitalın ixracı; xarici borclar üzrə ödəmələr və s.
Əgər böhran ehtiyat valyutanı əhatə edərsə, onda bu zəncirvari
reaksiyaya səbəb olar və bütün dünya təsərrüfatını böhrana gətirib
çıxarar.
Bazarda valyutanın alıcı kursu və satıcı kursu bərqərar olur.
Satıcının kursu - bankların milli valyutanı xarici valyutaya satdıqları
kursdur. Alıcının kursu - bankların xarici valyutanı milli valyutaya
aldıqları kursdur.
Valyuta kurslarının inflyasiyanı nəzərə almaqla real və nominal
növlərini fərqləndirirlər. Nominal valyuta kursu - ən adi qaydada
valyuta nisbətlərinin ifadə olunmasıdır. Real valyuta kursu - bazis ilinə
münasibətdə hər iki ölkədə qiymətlərin səviyyəsinin dəyişməsi nəzərə
alınmaqla hesablanan kursdur. Nominal valyuta
304
kursu aşağıdakı düsturla real valyuta kursuna çevrilə bilər:
Er=E„ (Pd/Pf) Harda ki. Er - real valyuta kursu;
En - nominal valyuta kursu;
Pd - qiymətlərin daxili səviyyəsi;
Pf - digər ölkənin qiymət səviyyəsi. Valyuta
kurslarına qısa müddətli, orta müddətli və uzun müddətli bir sıra amillər
təsir edir ki, onlardan da aşağıdakıları göstərmək olar:
1. Qısa müddətli təsir amilləri:
- valyuta bazarlarına bank müdaxiləsi;
- valyuta bazarlanna dövlət müdaxiləsi;
- psixoloji.
2. Orta müddətli təsir amilləri:
- cari əməliyyatlar üzrə tədiyə balansının vəziyyəti;
- balansın saldosu, uzun müddətli kapitalın hərəkəti;
- depozitlər üzrə faiz dərəcələri;
- daxili qiymətlərin artım tempi;
- dövlət maliyyəsinin vəziyyəti.
3. Uzun müddətli təsir amilləri:
- dünya ticarətində ölkənin yeri və rolu;
- ÜMM-un uzun müddətli artım tempi;
- əmək məhsuldarlığının səviyyəsi.
Hazırda valyuta kursları qızıl tutumundan deyil, həm də digər
bir çox amillərdən asılıdır.
Bunlar aşağıdakılardır:
- valyutanın alıcılıq qabiliyyəti;
- ölkənin makroiqtisadi göstəriciləri - ÜMM, ÜDM və s.;
- inflyasiyanın səviyyəsi və gözlənilən inflyasiya;
- ölkənin tədiyə balansının vəziyyəti;
- valyuta siyasəti;
- faiz dərəcələrinin səviyyəsi;
- beynəlxalq ödəmələrin tezləşdirilməsi və ya ləngiməsi.
- valyuta bazarının konyunkturası;
- valyutaya etibar dərəcəsi;
- subyektiv amillər və s.
Hər bir valyuta sisteminin özünün müvafiq valyuta kursu rejimi, yəni
onun müəyyənləşdirilməsi və ölçülməsi mexanizmi
305
mövcud olur. Müəyyən olunmuş rejimdən asılı olaraq valyuta kursları
formalarının təsnifatı 29 saylı cədvəldə verilmişdir.
1. Təsbit olunmuş (qəti müəyyənləşdirilmiş) kurs - milli
valyutanın digər valyutaya və ya digər paritetə qəti şəkildə bağlanmış
olmasıdır. Bu halda ölkə hökuməti milli valyutanın kursunu digər
ölkələrlə razılaşma ilə və ya müstəqil şəkildə təyin edir. Bu halda valyuta
axınının nizama salınması üçün ciddi tədbirlərin müəyyənləşdirilməsi
zərurəti meydana çıxır. Əks təqdirdə tədiyə balansının tarazlığı daimi
olaraq pozulacaqdır. Təsbit olunmuş valyuta kursu bütün inkişaf etmiş
ölkələrdə 1944-cü ildə qəbul olunmuş və XX əsrin 70-ci illərinin
əvvəlləri- nədək istifadə olunmuşdur.
Cədvəl №29.
Təsbit edilmə qaydasından asılı olaraq valyuta kurslarının təsnifat
formaları
Valyuta kurslarının formaları Xüsusiyyətləri
1. Təsbit olunmuş (qəti
müəyyənləşdirilmiş) valyuta
kursları
- real təsbit olunmuş
- müqayisə ilə təsbit olunmuş
- dövlət tərəfindən müdafiə olunan
və valyuta kurslannm əsasını təşkil
edən rəsmi qaydada qeyd olunmuş
paritetin olmasını nəzərdə tutur;
- qızıl paritetinə əsaslanır və «qızıl
nöqtələrdən» müəyyən olunmuş
həddən kənara çıxır
- bunlara əsaslanır:
1) razılaşdırılmış etalon;
2) qızılın rəsmi qiymətinin şərti
müəyyən edilməsi.
Çevik valyuta kursları
- üzən (sərbəst qalxıb-enən)
- qalxıb-enən
- valyutanın rəsmi pariteti yoxdur;
- tələb və təklifdən asılı olaraq
ölçülür;
- tələb və təklifdən asılı olaraq
ölçülür, lakin mərkəzi bankların
valyuta müdaxiləsi ilə əlaqədar
düzəlişlər edilir.
306 . V;- '
Təsbit olunmuş valyuta kursu sahibkarlıq fəaliyyətinin
proqnozlaşdırılmasına, gələcək investisiya proqramlannm mən- fəətlilik
səviyyəsinin tənzimlənməsinə imkan verir. Praktiki olaraq bütün
sahibkarlar və bankirlər milli valyutanın təsbit olunmuş kursunu müdafiə
edirlər. Bu kurs uzunmuddətli və sabit xarici - iqtisadi əlaqələri olan
təşkilatlar üçün səmərəlidir. O, ölkə rəhbərliyinin öz siyasi «simasını»
qoruyub saxlamaq üçün çox əlverişlidir və hökumətin etibarlı və
davamlı iqtisadi siyasətinin olmasına dəlalət edir.
Bu kursun bir mühüm üstünlüyü də ondan ibarətdir ki, o xa-
rici-iqtisadi fəaliyyətdən daxil olmalann dəqiq proqnozlaşdınlma- sına,
uzun müddətli müqavilələrin, kommersiya sövdələşmələrinin həyata
keçirilməsinə şərait yaradır.
Təsbit olunmuş valyuta kursu milli hökumətlər qarşısında bir sıra
problemlər qoyur. Onlardan ən mühümü - xarici tarazlığın
saxlanılması, yəni valyuta kursunu sabit səviyyədə saxlamaq məqsədilə
xarici hesablaşmaların balanslaşdırılmasıdır.
Ölkənin siyasi və iqtisadi sisteminin sabit və möhkəm olmasının
dəlili olmaqla, valyutanın təsbit olunmuş kursu dövlətin düzgün
makroiqtisadi siyasəti olduğu şəraitdə fəaliyyət göstərə bilər.
Təsbit olunmuş valyuta kursu böyük miqdarda «ehtiyat»
valyutanın olmasını tələb edir ki, bu da baş verə biləcək disba- lansın
ləğv edilməsi üçün istifadə oluna bilər.
«Üzən» və «təsbit olunmuş» valyuta kurslan arasında seçim
hökumətin siyasi və iqtisadi prioritetlərinin nisbətindən asılıdır.
2. Valyuta şurası (komitəsi). Bu rejimdə milli valyutamn kursu
ölkədə olan valyuta ehtiyatlanna (əsasən dollar) münasibətdə
müəyyənləşdirilir. Məsələn, əgər ölkədə 500 milyard vahid milli valyuta
və 10 milyard dollar valyuta ehtiyatı varsa, bu rejimdə milli valyutanın
kursu 50 mlrd.v/dollar olacaqdır. Valyuta şurası rejimi Panama,
Bolqariya və Argentinada müvəffəqiyyətlə tətbiq olunur.
Bunun üstünlüyü milli valyutanın sabitliyinin yüz faizlik təmin
olunmasıdır. Lakin bu halda dövlət sabitlik xatirinə kursun manevr
imkanlarından məhrum olur.
3. «Üzən» valyuta kursu - milli valyuta kursunun tələb və
təklifdən asılı olaraq xarici valyutalara münasibətdə azad şəkildə
qalxıb-enməsidir.
307
Bu kursun üstünlüyü ondan ibarətdir ki, o, hökumətə
məşğulluğun təmin olunması və iqtisadi artım tempinin yüksəldilməsi
sahəsində nisbətən müstəqil milli iqtisadi siyasət yeritməyə imkan verir.
4. Tənzimlənən və ya «çirkli üzmə» - milli valyuta kursunun
müəyyən bir həddə çatanadək qalxıb-düşməsi və bundan sonra dövlətin
öz tənzimləyici vasitələrindən istifadə etməyə başlamasıdır.
5. Azad üzmə kursu - valyuta kursunun azad bazar
münasibətlərinin təsiri altında, tələb və təklifin tarazlığı əsasında
formalaşmasıdır.
Müasir dünya iqtisadiyyatında valyuta kurslarının müəy-
yənləşdirilməsinin qarışıq sistemi fəaliyyət göstərir. Əksər inkişaf etmiş
ölkələrin valyuta kurslarının əsasında tələb və təklifin fundamental
tarazlığı durur. Lakin, bu ölkələrin, mərkəzi bankları adətən valyuta
bazarına təsir göstərmək üçün müəyyən tədbirlər pörürlər.
İnkişaf etməkdə olan ölkələrdə müşahidə olunan əsas meyl azad
kursa keçməkdir. BVF-nin məlumatına görə ona daxil olan 182 ölkədən
yalnız 36 ölkənin, o cümlədən: ABŞ, Böyük Britaniya, Yaponiya,
Kanada, Yeni Zellandiya valyutaları, eləcə də avrozonanın üzvü olan 12
ölkənin vahid valyutası avronun kursu azad üzmə kursuna malikdir,
qalan 148 ölkənin milli valyuta kursları ya ciddi olaraq digər valyuta
kursuna bağlıdır, ya da məhdud üzmə kursuna malikdir. Lakin azad
üzən valyuta kursu demək olar ki, heç bir ölkədə yoxdur, əksər
inkişaf etmiş ölkələrin mərkəzi bankları valyuta bazarlarında iştirak edir
və kursun hərəkətini tənzimləyirlər.
6. Valyuta kursunun «təmiz üzməsi» - pul-kredit sisteminə
rəhbər (dövlət) orqanlar tərəfindən heç bir təsir olmadan üzən kursun
azad şəkildə dəyişməsidir.
7. Valyutu ilanı - bu sistem ilk dəfə olarq EKYU-nun
yaradılması ilə əlaqar meydana gəlmişdir. Sistem «Valyuta ilanı» və ya
«tuneldə ilan» adlanan kursu nəzərdə tuturdu. Belə ki, valyuta kursunun
zamana görə müəyyən bir hədd daxilində qalxıb-enməsi ilanın iki divar
arasında vurnuxmasına oxşayır. Bu halda valyuta kursu rəsmi
müəyyənləşdirilmiş paritet ətrafında enib-qalxır.
308 -- t'r?-rr:
ry.- .C'^
8. Pilləvari üzmə kursu - valyutanın kursu qalxıb-düşür,
«fundamental və struktur dəyişikliklər» baş verdikdə o, müəyyən bir
həddə çatır və tənzimlənmə üzrə adi maliyyə üsulları kifayət etmir və
ölkə devalvasiya etmək hüququ əldə edir.
9. İdarəedilən üzmə (bağlannuş, bənd edilmiş) kursu - bu
rejimdə ölkənin mərkəzi bankı həyata keçirdiyi valyuta siyasəti ilə
müəyyən valyuta kursunu saxlamağa çalışır. Hökumət çox vaxt valyuta
kursunu müəyyən həddə (məqsədli zona rejimi) saxlamaq barədə öz
üzərinə öhdəlik götürür. «İdarəedilən üzmə» sistemini Argentina,
Vyetnam, Hindistan, Paraqvay, Sinqapur, Tailand, eləcə də Azərbaycan,
Qazaxısan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Çex Respublikası
da daxil olmaqla BVF-nun üzvü olan 46 dövlət tətbiq edir. Beləliklə,
BVF-nun üzvü olan dövlətlərin xeyli hissəsi valyuta kursunun üzmə
rejimini seçmişlər.
BVF-nun üzvlərindən olan 90 ölkə formal olaraq təsbit olunmuş
valyuta kursunun müxtəlif variantlarını müəyyən ediblər.
10. Həddən artıq qaldırılmış kursu olan valyuta - bu halda
hesab olunur ki, valyutanın bu kursu onun taraz bazar kursunu aşır. Bir
qayda olaraq kursun qaldırılması və aşağı salınması konkret valyutanın
dünya ehtiyat valyutası ilə müqayisəsi vasitəsilə müəyyən olunur.
11. Aşağı salınmış kursu olan valyuta - bu o valyutadır ki, onun
pariteti tədiyə balansının qalığımn dayamqh artıqlığına gətirib çıxanr.
Məsələn, on illər ərzində ABŞ həmişə Yaponiyam qınayırdı ki, o iyenin
aşağı kursunun saxlanılmasına şərait yaradır. Hazırda belə iradlar Çin
yuanına qarşı ünvanlanır.
12. Forvard valyuta kursu - gələcəkdə forvard bazarında
satılmaq üçün valyutanın alındığı və satıldığı kursdur. Müxtəlif tarixlərə
müxtəlif kurslar uyğun gəlir, ona görə də gözləmə müddətindən asılı
olaraq forvard kursu mövcud kursdan aşağı və ya yuxarı ola bilər.
13. Valyuta kursunun bütün hallarında kursun dəyişmə
dinamikasından tədiyə balansının tənzimlənməsi üçün istifadə olunur.
Bu dəyişikliklər bir dəfəlik və ya müntəzəm ola bilər və devalvasiya və
ya revalvasiya (milli valyutanın kursunun həddən artıq qalxması)
formasını ala bilər.
14. Valyutamn devalvasiyası - onun qiymətinin digər valyu
',;j'< ?-! 309
talara münasibətdə aşağı salınmasıdır. Devalvasiya istehsalçıya
imkan verir ki, bir miqdar xarici valyuta üçün daha çox miqdarda
milli valyuta alsın. Milli valyutada əvvəlki qiyməti əldə etmək və
özünün şəxsi istehsal məsrəflərini ödəmək üçün istehsalçı öz əmtəə-
sini xarici bazarda daha ucuz qiymətə sata bilər. Devalvasiya nəti-
cəsində milli əmtəə xarici bazarda ucuz olur və onun ixracı asanla-
şır, əldə edlən xarici valyutanın miqdan azalır. Bununla yanaşı, id-
xal olunan mallar bahalaşır və bu əmtəələrin alınmasına xərclənən
milli valyutanın miqdan artır.
Devalvasiya tez-tez baş verən təzahürdür. Əvvəlcə belə hesab
edirdilər ki, devalvasiya - pul vahidinin qızıl tutumunun rəsmi şəkildə
aşağı salınmasıdır. Devalvasiyanın səbəbləri inflyasiya, tədiyə
balansının kəsirlə bağlanması, milli pul vahidinin alıcılıq qabiliyyətinin
aşağı düşməsi və sairədir ki, bu da axır nəticədə iqtisadiyyatın ümumi
vəziyyəti - artımı, yaxud onun enməsi (böhranı) ilə müəyyənləşdirilir.
Valyuta kursu Ölkənin dünya bazarında rəqabət qabiliyyətliliyini
qiymətləndirir. Əgər o yüksəlirsə (bir valyutanın digərinə münasibətdə
real qiymətdən düşməsi), bu o deməkdir ki, xaricdə əmtəə nisbətən
bahalaşıb və istehlakçılar yerli mal almağa üstünlük verirlər. Əgər o
azalırsa (real bahalaşma), deməli həmin ölkədə əmtəələr bahalaşır və
bununla da onların rəqabət qabiliyyətliliyi aşağı düşür.
15. Valyutanın revalvasiyası - bu devalvasiyadan fərqli olaraq
xarici valyutalara nisbətdə milli valyutanın kursunun qalxmasıdır.
Revalvasiya ixracın bahalaşmasına səbəb olur. Devalvasiya və
revalvasiya tənzimləmə üsulu kimi müxtəlif şəraitlərdə bütün ölkələr
tərəfindən tez-tez istifadə olunurlar. Onlar milli valyutanın real dəyərinin
enməsi, yaxud qalxmasına dolayı yolla şərait yaradırlar.
5.9. Valyutaların xüsusiyyətləri
Qeyd etmək lazımdır ki, milli pul vahidi olan valyuta özünün
daxili xüsusiyyətlərinə malikdir. Bu baxımdan valyuta - pul və ya
pul-valyuta aşağıdakılara bölünür:
a) tam dönmə qabiliyyətinə malik olan, yəni azad dönərli
valyuta - heç bir məhdudiyyət qoyulmadan dərhal digər valyu
310
talara çevrilə bilən və beynəlxalq ödəmə vasitəsi kimi qəbul edilən milli
pul vahididir. Tam dönərlHik o deməkdir ki, dövlət bütün ölkə
sakinlərinə və habelə qeyri rezidentlərə milli valyutanı istənilən digər
valyutaya məhdudiyyət qoyulmadan dəyişdirmələrinə imkan verir. Azad
dönərli valyuta digər valyutalara dəyişdirilərkən onun öz kursu
dəyişilməz qalır. Bu səbəbə görə azad dönərli valyutanı bəzən möhkəm
valyuta da adlandırırlar.
Möhkəm valyuta - adətən tam dönərli və nisbətən sabit dəyərli
valyutalardır.
Ölkələrin milli valyutalarının nə dərəcədə dönərli olması
BVF tərəfindən aşağıdakı məhdudiyyətlərin mövcud olub-olmaması
dərəcəsindən asılı olaraq müəyyən edilmişdir:
- ödəniş balansının cari əməliyyatlar hissəsində məhdudiyyətin
olub-olmaması;
- ixracatda tətbiq edilən valyuta məzənnəsinin idxala aid valyuta
məzənnəsindən fərqli olub-olmaması;
- idxal və ixrac əməliyyatları üçün bir çox valyuta məzənnəsinin
tətbiqi;
- kapital hərəkətinə məhdudiyyət qoyulması;
- xarici ölkələr də istifadə olunan valyutalara fərq qoyulması;
- BVF-na üzv olan və olmayan ölkələr arasında ikitərəfli ödəmə
müqavilələrinin olması;
- İdxalat üçün təminat verilməsi;
- İxracat gəlirinin milli mərkəzi banklarda toplanması zəruriliyi;
Hər hansı bir ölkə öz valyutasını dönərli valyutaya çevirmək
üçün aşağıdakı tədbirləri görməlidir.
1) Xarici ticarət tədiyə balansımn müvazinətini az-çox təmin
etməlidir;
2) Zəruri valyuta ehtiyatlannı yaratmalı və qoruyub
saxlamalıdır;
3) Müstəqil valyuta bazarını yaratmalıdır;
4) Real valyuta məzənnəsi siyasətini həyata keçirməlidir;
5) Milli pul və kapital bazarını mümkün qədər beynəlxalq
bazarlar ilə birləşdirilməlidir;
6) İdxalat məhdudiyyətləri və gömrük tariflərini minimuma
endirməklə ölkə iqtisadiyyatının xarici dünyaya açılmasını təmin
etməlidir.
b) qismən dönən və ya qismən dönərli valyuta - bir sıra
ölkələrin valyutalarına dəyişdirilən valyutalardır.
c) dönməyən (qapalı, dönərli olmayan) valyuta - bir ölkənin
hüdudları daxilində istifadə olunan valyutadır.
Bütün ölkələrdə xarici valyutaların qiymətləri valyuta
birjalarında müəyyən edilir, bu elan olunur və nəşr edilir.
Valyutalann qiymətinin təyin edilməsi - qüvvədə olan
qanunvericilik normalanna və müvafiq təcrübəyə uyğun olaraq xarici
valyutanın kursunun müəyyənləşdirilməsidir. Valyutanm qiymətinin
təyin edilməsini dövlət banklan və ya iri kommersiya bankları həyata
keçirirlər. Bu halda,birbaşa və ya dolayı üsullardan istifadə olunur.
Valyutanın qiymətinin təyin ediləmsinin bütün ölkələr (Böyük
Britaniyadan başqa) tərəfindən qəbul olunmuş birbaşa üsulunda - xarici
valyutanın pul vahidinin kursu müəyyən miqdarda milli valyuta vahidi
ilə ifadə olunur. Böyük Britaniyada qəbul olunmuş valyutanın
qiymətinin təyin olunmasının dolayı üsulu - valyuta vahidi kimi funt
sterlinqin götürülməsi və onun müəyyən miqdar xarici valyuta ilə ifadə
olunmasıdır.
Valyuta səbəti - milli və beynəlxalq valyutaların qiymətlərinin
müəyyən edilməsi üçün istifadə olunan valyutaların dəstidir. Valyuta
səbətini hesablayarkən «çəki» qismində konkret ölkənin, müvafiq ölkə
qruplarının ÜDM-da və xarici ticarət dövriyyəsində payı götürülür.
Milli valyutanın səmərəliliyinin mühüm göstəricisi nəticə
etibarilə milli təsərrüfatların səmərəliliyindən, bütün istehsal amillərinin
məhsuldarlığından asılı olan alıcılıq qabiliyyətidir. Milli valyutanm
alıcılıq qabiliyyəti daimi kəmiyyət deyil. Beynəlxalq müqayisəli analitik
tədqiqatlarda müxtəlif ölkələrin milli valyutasının alıcılıq qabiliyyəti
beynəlxalq qiymətlər əmsalının qurulması yolu ilə vahid əmtəə və
xidmətlər dəstinin milli qiymətlər səviyyəsinə nisbəti kimi
müəyyənləşdirilir.
Milli valyutanın kursunu saxlamaq üçün ölkənin mərkəzi
bankı dünya valyuta bazarında valyuta müdaxiləsini həyata keçirir. Bu
müdaxilə özünü emissiya funksiyasının beynəlxalq valyuta bazarında
milli valyutanm kursunun formalaşması prosesinə təsir vasitələrindən
biri kimi göstərir. Valyuta müdaxiləsinin həyata keçirilməsinin
mənbəyi xarici istiqrazlar, kreditlər, eləcə də valyutanm ölkə daxilində
yenidən bölüşdürülməsidir.
312
Beynəlxalq valyuta vahidləri və azad dönərli valyutalar ehtiyat
valyutaları təşkil edir ki, bu da ölkələr tərəfindən onların beynəlxalq
hesablarda olan borclarının tənzimlənməsi və ya milli valyuta üçün
ehtiyat valyuta qismində istifadə olunur.
5.10. Beynəlxalq maliyyə mərkəzləri
Son on illikdə dünya kapital hərəkətində və dünya maliyyə sistemində ən mühüm dəyişikliklər kapitalın transmilliləş- məsi, onun ölkələrarası şəbəkələşməsidir ki, bu da öz növbəsində maliyyə bazarlarının qloballaşmasına gətirib çıxarmışdır. Maliyyə bazarlarının qloballaşmasının bilavasitə nəticəsi isə ABŞ, Böyük Britaniya və Yaponiyada beynəlxalq maliyyə mərkəzlərinin formalaşması olmuşdur.
Beynəlxalq maliyyə-kredit mərkəzləri - nəhəng maliyyə qurumları olmaqla, dünya miqyasında iri həcmdə borc kapitalını cəmləşdirən və bölüşdürən təşkilatlardır. Beynəlxalq maliyyə mərkəzləri -beynəlxalq valyuta və kredit əməliyyatları aparan, qızıl, qiymətli kağızlar və digər aktivlərlə sövdələşmələr həyata keçirən iri bank və digər kredit-maliyyə institutlanmn cəmləşdiyi mərkəzlərdir.
Bu maliyyə-kredit institutları bütün beynəlxalq valyuta, kredit, emissiya və sığorta əməliyyatlarının böyük əksəriyyətini həyata keçirirlər.
Əvvəllər iqtisadçılar belə hesab edirdilər ki, belə maliyyə mərkəzlərinin formalaşması prosesi Frankfurt-na-Mayne, Paris və Sürix şəhərlərində də gedir. Lakin,onlar hələlik beynəlxalq maliyyə mərkəzlərinin aşağıda qeyd edilən tələblərinə cavab vermirlər:
- bazar, istehlak, yığım və investisiya agentlərinin fəaliyyəti sahəsində yüksək səviyyədə iqtisadi sərbəstlik;
maliyyə mərkəzinin yerləşdiyi ölkənin milli valyuta sisteminin dayanıqlığı və valyutanın sabitliyi;
- maliyyə mərkəzinin yerləşdiyi ölkədə maliyyə institutları və alətlərinin səmərəliliyi;
ölkənin yüksək iqtisadi inkişaf səviyyəsinin nəticəsi kimi fəal və mobil bazarlann (uzun və qısa müddətli bazarlar, sövdələşmələr bazan, fyuçers sövdələşmələri bazarı, əmtəə bazar- lan, qiymətli kağızlar bazan) olması;
Шгй, ' İ4.H' 313
- yerləşdiyi ölkədə istənilən növ sövdələşmənin həyata
keçirilməsinə və maliyyə-iqtisadi məlumatlarla təminata imkan verən
universal əlaqə vasitələrinin olması;
- müvafiq hüquqi bazanın və sosial mühitin mövcudluğu'.
Məsələn, Londonda maliyyə mərkəzinin formalaşması bir
neçə əsr ərzində mümkün olmuşdur. Belə mərkəzlərin təşkili üçün
Nyu-York və Tokioya isə 100 il tələb olunmuşdur. Əgər İkinci dünya
müharibəsi olmasaydı Berlində də belə bir maliyyə mərkəzi formalaşa
bilərdi.
Eyni zamanda, hazırda Honkonqda, Sinqapurda, Havay, Kayvan,
Antil adalarında, Bəhreyn, Panama və digər yerlərdə çox saylı ofşor bank
mərkəzləri meydana gəlmişdir ki, onlar da fəal səkildə beynəlxalq tranzit
maliyyə əməliyyatlarının həyata keçirirlər.
Aparıcı maliyyə mərkəzlərinin harada fəaliyyət göstərməsi həm
də aşağıdakı ilkin şərtlərlə əlaqədardır:
- həmin ölkənin yüksək iqtisadi inkişaf səviyyəsi;
- ölkənin dünya ticarətində fəal iştirakı;
- fəaliyyət qabiliyyətli milli kapital bazarı və bank sisteminin
olması;
- əlverişli coğrafi mövqeyi;
- liberal valyuta və vergi qanunvericiliyi.
Digər fikirlərə uyğun olaraq çoxlu sayda beynəlxalq maliyyə
mərkəzləri mövcuddur və onlar səmərəli fəaliyyət göstərirlər. Onların
arasında Nyu-York, London, Tokio, Sürik, Lüksemburq,
Franfurt-na-Mayne, Honkonq və s. göstərmək olar. Mütəxəssislərin
fikrincə, dünyada 13 iri maliyyə mərkəzi fəaliyyət göstərir ki, onlar da
əsasən inkişaf etmiş ölkələrdən olan xarici bankların filial və bölmələrini
əhatə edirlər. Bu maliyyə mərkəzlərini şərti olaraq üç qrupa bölmək olar.
Birinci qrupu - sənayecə inkişaf etmiş ölkələrin bank sistemləri
təşkil edir. Buraya ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya, İsveçrə,
Fransa, İtaliya, İspaniya, Avstriya, Hollandiya və Kanadanın bank
sistemləri daxildir.
İkinci qrup - özündə Asiya və Latın Amerikasının yeni sənaye
ölkələrinin. Cənubi Koreya, Çin, Braziliya, Argentina, Meksika və
Bax. МЭ и МЭО.Под редакцией Р.И. Хасбулатова . М., 2006,с. 494.
314 ...... ............ . ^ V . . - ' ‘ ' .-.'V-:
s., eləcə də, Hindistan və Yaxın Şərqin və Afrikanın bir sıra ölkələrinin bank sistemlərini birləşdirir.
Üçüncü qrup - özünün güclü bank sistemi və digər maliyyə idarələri olmayan inkişaf etməkdə olan ölkələrin ərazilərində TMB-in fəaliyyət göstərən filiallan ilə təmsil olunur. Buraya əsasən Amerika, İngilis və Kanada banklarının xidmət göstərdiyi Honkonq, Sinqapur, Karib hövzəsi ölkələri, Baqam, Kay- man və Antil adaları, eləcə də Yaxın Şərqdə neft dollarlan mərkəzi hesab edilən Bəhreyn və s. daxildir.
Beləliklə də, ofşor zonalara, o cümlədən Men adası, Kipr, Malta, eləcə də Lixtenşteyn və İrlandiyaya müstəqil dünya maliyyə mərkəzləri kimi baxılır'. Oz məğzinə görə onlar əllərində külli miqdarda kapital cəmləşdirmişlər. Belə ki, Niderlandm Antil adalan Aİ-nin yurisdiksiyası daxilində özünə məxsus rəsmi mərkəzdir. Burada 50-dən çox bank fəaliyyət göstərir və onlann ümumi aktivləri 65 milyard dollar miqdarmda qiymətləndirilir. Karib hövzəsində Böyük Britaniyamn müstəmləkəsi olan Kayman adasında 500-dən çox lisenziyalaşdınlrmş bank və 400 milyard dollardan çox bank və bank əmanəti olan 891 fond fəaliyyət göstərir. Bu halda adanın əhalisinin sayı cəmi 10 min nəfərə yaxındır.
Misal qismində beynəlxalq kommersiya da uzun bir tarixə malik Avropanın aparıcı maliyyə mərkəzi olan London maliyyə mərkəzini göstərmək olar. Bu mərkəzin geniş fəaliyyət dairəsi aşağıdakılarla
əlaqədardır: -əlverişli infrastrukturu; -sabit siyasi vəziyyət; -nisbətən az vergi ödəmə faizinin olması; -valyutanın dəyişmə kursu üzərində nəzarətin olmaması; -yaxşı hazırhqh və ixtisaslı işçi qüvvəsinin olması və digər
amillər. Belə hesab edilir ki, 1690-cı Udə İngUtərə bankmm və Kral
bir- jasımn yaradılması London maliyyə bazannm təşkilinin təməlini qoydu. Merkantilist ticarət-iqtisadi və maliyyə siyasəti, eləcə də XVIII əsrdə sənaye inqilabı ona gətirib çıxardı ki, London iki yüz ildən artıq bir müddətdə yeganə dünya maliyyə mərkəzi olmuşdur. Bu status Britaniya ünperiyasınm inhi^çı iqtisadi qüdrətinə və Brita-
МЭ и МЭО.Под редакцией Р.И. Хасбулатова . М., 2006,с. 495.
................... 315
niya qızıl standartına əsaslanırdı. Həmin dövrdə dünya valyuta (pul)
sistemində əsas pul vahidi rolunu funt sterlinq oynayırdı.
Son illərdə İngiltərədə maliyyə xidmətlərinin artım sürəti ümumi
daxili məhsulun artım sürətindən çox olmuşdur, Bö3mk Britaniyanın
xalq təsərrüfatında maliyyə sahəsinin payı təqribən 22 faiz təşkil edir. Bu
gün Sitidə 500-dən çox bank fəaliyyət göstərir. Müqayisə üçün deyək ki,
Nyu-York və Tokionun hər birində təqribən 300 bank vardır. London
dünya valyuta bazarında aparıcı yer tutur. Heç bir maliyyə mərkəzi
London maliyyə mərkəzi qədər cürbəcür valyuta dəstini təqdim edə
bilmir.
Nyu-York həm valyuta dövriyyəsinə, həm də orada dövr edən
valyuta vahidlərinin sayına görə valyuta ticarəti üzrə dünya
təsərrüfatında ən iri mərkəzdir. Nyu-York beynəlxalq bazarında valyuta
ticarəti həm vasitəçi, həm də öz hesabına hərəkət edən müstəqil
ticarətçilərin fəaliyyəti ilə həyata keçirilir. Amerikada Boston, Çikaqo,
San-Fransisko və Yeni Orleanda olan maliyyə mərkəzləri də fəaliyyət
göstərirlər.
ABŞ-ın maliyyə bazarlannı dünya maliyyə bazarlan ilə üç kanal
əlaqələndirir: maliyyə institutlan, transmilli korporasiyalar, qiymətli
kağızlar bazan.
Tokio maliyyə mərkəzi 1868-ci ildən Meydzinin intibah
dövründən formalaşmağa başlamışdır. Bu onunla əlaqədar olmuşdur ki,
həmin dövrdə Yaponiyanın hakim dairələri Qərbi Avropa ölkələrindən
və ABŞ-dan kapital, texnologiya və istehsal-idarəetmə təcrübəsi almağa
və onları iqtibas etməyə başladılar. 1878-ci ildə Tokio fond birjası
təşkil edildi və o, yalnız 1960- 1970-ci illərdə beynəlxalq fond birjası
statusunu qazandı. Bu o halda baş verdi ki, Yaponiya «yapon iqtisadi
möcüzəsi» nəticəsində dünyada ikinci sənaye fövqəlbəşər dövlət kimi
tanındı. Tokio beynəlxalq maliyyə mərkəzi son olaraq Yaponiyanın ən
iri xarici valyuta sahibinə çevrildiyi 1980-ci illərdən formalaşmağa
başladı. Elə həmin vaxt ölkə iyenin liberallaşmasını həyata keçirdi və öz
qapılarını xarici kapital axım üçün açdı.
Ümumilikdə götürdükdə dünya maliyyə mərkəzlərinin
atributları aşağıdakılardır:
- maliyyə-kredit təşkilatlarının inkişaf etmiş sistemi;
- maliyyə kapitalının əsaslı şəkildə təmərküzləşməsi; - əməliyyatların aparılması üçün liberal valyuta və vergi rejimi;
316
- həm müştərilər, həm də digər maliyyə mərkəzləri ilə qarşılıqlı
əlaqə sisteminin qurulması.
İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq maliyyə mərkəzləri
beynəlxalq valyuta-kredit sistemində nisbətən yeni təzahürdür. Lakin,
bu eyni zamanda dünya borc kapitalı bazarının inkişafının qanunauyğun
nəticəsi olmaqla, inkişaf etməkdə olan ölkələrin dünya təsərrüfatı
sisteminin quruluşuna və beynəlxalq əmək bölgüsünə daxil olmalarına
dəlalət edir. Hələ keçən əsrin 70-ci illərindən malliyyə mərkəzləri
arasında beynəlxalq maliyyə-kredit əməliyyatlarının növləri üzrə
ixtisaslaşma başlamışdır. Belə ki. Qərbi Avropa çərçivəsində London
maliyyə mərkəzi hər şeydən əvvəl avro valyuta, fond qiymətliləri, qızıl,
fyu- çers sövdələşmələri üzrə məşhurdur. Ənənəvi uzun müddətli
borclar üzrə Sürix və Frankfurt-na-Mayne maliyyə mərkəzləri
fərqlənirlər. Lüksemburq maliyyə mərkəzi orta müddətli və qısa
müddətli əməliyyatlar üzrə ixtisaslaşır.
Hazırda belə bir vəziyyət dünyanın başqa regionlarında da
təşəkkül tapmışdır. Sinqapur regionun fonq toplanması bazarı rolunu
oynayır. Honkonq sindikatlaşdırılmış kreditləşmə- nin iri bazarı kimi
məşhurdur. Bəhreyn qısa müddətli kreditlər, eləcə də valyuta, sığorta və
qızıl bazarları kimi Yaxın Şərqdə əsas mərkəz kimi çıxış edir. Latın
Amerikası ölkələrinə xidmət göstərməyə istiqamətlənmiş Kayman və
Bermud adalanndakı maliyyə mərkəzləri nəhəng beynəlxalq sığorta bazarlan kimi məşhurdurlar.
5.11. Ofşor maliyyə mərkəzləri
Ofşor mərkəzlər (off - shore - sahildən müəyyən məsafədə
yerləşən; ölkənin sərhəddindən kənar) - ərazisində müxtəlif növ işgüzar, istehsal, maliyyə-bank, ticarət və başqa xüsusi güzəştli rejim şərtləri fəaliyyət göstərən bütövlükdə ölkə və yaxud onun regionudur. Qısa desək, ofşor mərkəzlər birinci növb^ə ərazisində vergi ödənilməsi ilə əlaqədar güzəştlər olan regionlardır. Onun məğzi ondan ibarətdir
ki, burada kompaniyalara, banklara və digər təsərrüfatçılıq təşkilatlanna qanunvericilik səviyyəsində sənədləşdirilmiş vergi güzəştləri tətbiq olunur, eləcə də firmalann tezləşdirilmiş qeydiyyatı, maneəsiz maliyyə, ixrac-idxal fəaliyyəti həyata keçirilir, gü
317
zəştli (aşağı) tarif və rüsum dərəcələri tətbiq olunur, yaxud da onlar
ümumiyyətlə olmurlar. Bu qəbildən olan ölkələrdə və yaxud ərazilərdə
(zonalarda, mərkəzlərdə) fəaliyyət göstərən firma və banklara xüsusi
məxfilik qaydaları şamil edilir.
Ofşor bank mərkəzlərinin yaradılması 1960-cı illərdə Avropa
valyuta bazannm sürətli inkişafı ilə əlaqədar olaraq meydana çıxmışdır.
Bir çox ölkələr, xüsusən də kiçik ölkələr ofşor maliyyə mərkəzləri
yaradarkən məşğulluğun artıniması, maliyyə ehtiyatlanmn ölkəyə cəlb
olunması və s. kimi son dərəcə yerli problemləri həll etməyə can
atırdılar, ona görə də həmin ölkələr banklann, kompani- yalann və başqa
təşkilatlarm öz əməliyyatlanm həyata keçirmək üçün tələb etdikləri
bütün güzəştləri məmuniyyətlə onlara verirdilər.
Aşağıdakı bir sıra səbəblər ofşor bank mərkəzlərinin sürətli in-
kişafmı xüsusilə cəlbedici edirdi:
- maliyyə vəsaitlərinin hər iki tərəfə axınım tənzimləyən xüsusi
qaydalann olmaması;
- sazişlərin beynəlxalq əsası ölkənin daxili qanunçuluq bazasına
toxunmadan, xüsusi rejim şəraitində anklav tipli mərkəzlərin fəaliyyətini
asanlaşdmrdı;
- yaradılmış maliyyə mərkəzləri əsasında müasir rabitə vasitələri
və informasiya texnologiyalannm inkişafı;
- maliyyə mərkəzlərinin orada həyata keçirilən sövdələşmələrin
məxfiliyini təmin edən, yüksək daxili sosial-siyasi sabitlik, ölkənin
dayamqlı maliyyə sistemi və müvafiq işgüzar mühitdə fəaliyyət
göstərməsi;
- çox gediş-gəlişli su, hava, yerüstü beynəlxalq yoUann
kəsişməsində və yaxud onlann yaxınhğında yerləşməsi, eləcə də onlann
vasitəsilə beynəlxalq bazarlara çıxışın olması.
Ofşor maliyyə mərkəzlərinin əsasım banklar qoymuşdur. Onlar
maliyyə ehtiyatlanmn transformasiyası (formasım dəyişməsi) üçün
kanal rolunu oynamaq və eləcə də öz məqsədləri naminə «sakit
liman» tapmaq üçün bu fəaliyyətə əl atmışdılar. Birinci ofşor maliyyə
bazarları 196B-C1 illərdə - Asiyada (Sinqapur), Nassauda (Baham
adalan), Kay- man adalarında. Latın Amerikasında, Panamada; 1970-d
ülərdə -Bəhreyndə, Cənubi Şərqi Asiyada Filippində, Normand
adalarında, Avropada Şennonda; 1980-ci illərdə - ABŞ-da (Nyu-York,
Mayami, Los- Anjelos), İsveçrədə, Almaniyada, Niderlandda,
Belçikada, Kanadada (Toronto), Yaponiyada, Tayvanda (Taybey),
Honkonqda, 1990-a il
318 / \ Г-:.;:'
lərdə Hibraltarda, Kiprdə, Virgin adalarında, Mərkəzi Amerika ölkələrində, CAR və digər yerlərdə yaradılmışlar.
Ofşor bazar çərçivəsində fəaliyyət göstərən banklar və bölmələr son dərəcə beynəlxalq bank və başqa maliyyə əməliyyatlan ilə məşğul olurlar və onlara verilən güzəştlərin təbiəti də məhz bununla bağhdır. Bununla da, onlar «azad ticarət zonalan»ndan fərqlənir. Məlum olduğu kimi, «azad ticarət zonalan» ölkədə və ya həmin «zona»da əməliyyatlar aparmaq üçün yaradılırlar.
Ofşor maliyyə mərkəzləri bir sıra əsas əlamətlərə və fəaliyyət növünə görə fərqlənirlər. Hüquqi statusuna və fəaliyyət növünə görə onlan aşağıdab tiplərə (formalara) bölürlər:
Birinci tip: dünyanın üç apancı maliyyə mərkəzlərindən (Nyu- York, London və ya Tokio) biri ilə təşkilati və ya heç olmazsa hüquqi əlaqəsi olan mərkəzlərdir. Müvafiq olaraq, anklav ofşor maliyyə mərkəzləri bu арапа mərkəzləri və ya onlardan birini zəruri beynəlxalq maliyyə xidmətləri ilə təmin edir. Ofşorlar məhz bu məqsəd üçün açılır və yaxud da apancı maliyyə mərkəzləri özlərinin bank və ya bank bölmələrini ofşor mərkəzlərdə açırlar. Bu banklarda daxili
hesablardan aynca, xüsusi beynəlxalq hesablar müəyyənləşdirilir və güzəştli rejim yalnız bu xüsusi hesablara şamil edildiyindən onlar bütün məhdudiyyətlərdən azad olurlar.
İkinci tip: sazişlərin müstəsna olaraq qeyri-rezidentlər arasında bağlandığı mərkəzlərdir. Bu onunla əlaqədardır ki, onlarda daxili və xarici sazişlər birləşdirilmiş olur və bütün məhdudiyyətlərdən azaddır.
Ücüncü tip: banklar arasındakı sazişlərin ya ümumiyyətlə vergiyə cəlb olunmadığı, yaxud da vergi tutulması norması və digər ödəmələrin çox aşağı olduğu mərkəzlərdir.
İri ofşor mərkəzlərdə vergüər, vergi dərəcələri və bank faizləri 30 sayh cədvəldə verilmişdir.
Yuxanda qeyd olunan ofşor maliyyə mərkəzlərinin fəaliyyəti o səbəbə görə diqqəti cəlb edəndir ki, onlar bank sahiblərinə və on- lann bölmələrinə apardıqlan əməliyyatlann ən yüksək dərəcədə «məxfiliyi»
şəraitində maksimum vergi və digər güzəştlər verirlər. Ofşor mərkəzlərin bu xüsusiyyəti onlara imkan vermişdir ki, bu ofşor maliyyə mərkəzləri vasitəsilə 1990-cı illərdə transmilli korporasiyalar tərəfindən dünyamn müxtəlif regionlanna hədsiz dərəcədə böyük məbləğli maliyyə vasitələri köçürülmüşdür. Pul vəsaitlərinin əsas
sahibləri transmilli banklar olduqlarmdan ofşor mərkəzlər onlarm
nəzarəti altmda olur. Cədvəl JfQ30
Bank faizlərindən vergi növləri və dərəcələri
Orta
səviyyəd
ən gəlir
faizi
Kor
porativ
Mənfəətin
apaniması
və
repatriasiya
sı (vətənə
qaytarılmas
ı)
Bank
faizin
də
Royalti tipli
ödəmələrin
səviyyəsindən
faiz
Anqilya Vergilər yoxdur; yalnız qeydiyyat haqqı
Antiqua və
Bar- buda
25
40
40 25
Antil a- 34-44 27-34 — — —
Aruba 5-32 27-34 — —
Baham
adaları
Yox — — —
Barba- 25-40 40 15 15 15
Beliz 15-45 35 —
25 25
Bermud
adaları
Yox —
—
Britani
ya
Virqin a-
daları
3-20 15
Haiti 10-30 10-30 15 15 15
Hayana 33,3 35-45 15 25 25
Qvade-
lupa və
Martini-
ka
5-56,8 34 25 18 18
' M3 M30/ 2006 c/500 Qeyd; “—” işarəsi 0 deməkdir ki, mövcud deyil.
320 i , 'V. ‘İ-J. fA
Qviana
(Fransa) 5-56,8 34 25 18 18
Qrenada Yox 30-40 — — —
Domini
ka
20-40 30 15 25 25
Domini
kan
Respub
likası
15-30 30 30 15 30
Kayman
adaları
Yox —
— —
Mont- 5-20 20-30 — 20 20
Men 0-20 — — — —
Puarto- 9-38 22 25 17 1 17
Sent- 10-55 45 15 25 25
Sent-Kits
və Nevis
5-55 40 —
10 10
Surinam 18-50 35-45 25 —
Terks və
Kaykos
Yox —
—
Trinidad
və Toba-
qo
5-35 45 15 30 30
Yamay- 25 33,3 33,3 33,3 33,3
Ofşor maliyyə mərkəzləri rolunu Avropanın London, Paris,
Lüksemburq, Lixtenşteyn və ənənəvi olaraq İsveçrə bank mərkəzləri
oynayır. Bu onunla əlaqədardır ki, bu banklar tarixən ən etibarlı və ən
«qapalı» bank imicinə malik olmuşlar. Bu banklar dünyanın bütün
valyuta bazarlarında, o cümlədən, Avropa valyuta bazarında
əməliyyatlar həyata keçirirlər. Burada kapital öz ənənəvi yenidən bölgü
funksiyasını yerinə yetirərək, qeyri-rezidentlərin maliyyə fəaliyyətinin
tənzimlənməsinin güzəştli şərtlərindən asılı olaraq, kapitalın bir ölkədən
digərinə hərəkətinə imkan yaradır.
321
Xarici hüquqi və fiziki şəxslərlə əməliyyatlar üzrə ixtisaslaşmış
banklar və başqa maliyyə-kredit idarələri daxili bazann rezidentlərinin
hesablarından ayrılmış xüsusi hesablar bazasında onlarla əməliyyatlar
aparır. Bu halda xarici hüquqi və fiziki şəxslər vergi güzəştləri və digər
güzəştlərə malik olur, valyuta məhdudiyyətləri onlara şamil edilmir.
Bununla da, borc kapitalının daxili bazan xarici-beynəlxalq bazardan
təcrid olunur, kredit idarələri isə ölkənin iqtisadiyyatının tərkib hissəsi
hesab olunmurlar. Onlar həmin ölkənin ərazisində fəaliyyət göstərməklə,
həmin əraziyə münasibətdə qeyri-rezidentlərlə xarici əməliyyatlar
apanrlar. Lakin valyuta nəzarəti haqqında qaydaların imkan verdiyi
ayrı-ayrı hallarda rezidentlərlə də əməliyyat apara bilərlər.
Qeyd etmək lazımdır ki, əvvəllər beynəlxalq maliyyə mərkəzinin
yaranması üçün inkişaf etmiş milli bank sisteminin, iri fond birjalannm
və valyuta sabitliyinin olması zəruri idi. Hazırki dövrdə isə bunun üçün
çevik bank qanunvericiliyinin, xarici bank bölmələri və filiallannı açmaq
hüququnun, gəlirə verginin olmaması və ya güzəştli olması, bank və
birja əməliyyatlannm apanl- masınm sadələşdirilmiş prosedurunun və s.
olması kifayətdir.
322
Fəsil.6. BEYNƏLXALQ MALİYYƏ - KREDİT
TƏŞKİLATLARI
6.1. Dünya Bankı
Beynəlxalq maliyyə təşkilatları arasında mərkəzi yeri Dünya və
yaxud Ümumdünya bankı (World bank) qrupu tutur.
Dünya Bankı qrupuna aşağıdakılar daxildir:
1. Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB). İnkişaf
etməkdə olan nisbətən varlı ölkələrə kreditlər vermək
məqsədilə 1944-cü ildə yaradılmışdır.
2. Beynəlxalq inkişaf assosiasiyası (BİA); İnkişaf etməkdə olan
ölkələrə xüsusilə güzəştli şərtlərlə kreditlər vermək məqsədilə
1960-cı ildə yaradılmışdır.
3. Beynəlxalq maliyyə korporasiyası (BMK). Xüsusi bölməyə
köməklik göstərmək yolu ilə inkişaf etməkdə olan ölkələr də
iqtisadi inkişafa yardım etmək məqsədilə 1956-cı ildə
yaradılmışdır.
4. İnvestisiya təminatı üzrə çoxtərəfli agentlik (İTÇA).
Kommersiya təhlükələri ilə əlaqədar xarici investorlara
itkilərdən təminat vermək yolu ilə onları inkişaf etməkdə olan
ölkələrə investisiyalar qoymaq üçün həvəsləndirmək məqsədilə
1988-ci ildə yaradılmışdır.
5. İnvestisiya mübahisələrinin tənzimlənməsi üzrə beynəlxalq
mərkəz (İMTBM). Hökumətlərlə xarici investorlar arasında
mübahisələrin tənzimlənməsi və arbitraj araşdırmaları üzrə
xidmətlərin göstərilməsi yolu ilə beynəlxalq investisiya
axınının artırılmasına kömək məqsədilə 1966-cı ildə
yaradılmışdır.
6. Saxaradan Cənubda yerləşən Afrika ölkələrinə xüsusi
kömək fondu. 1985-ci ildə yaradılmışdır. Məqsədi iri struktur
islahatları proqramlarını həyata keçirməyə başlamış kasıb
Afrika ölkələrinə fövqəladə kömək göstərməkdir. Bu köməyi
fond sərəncamına verilmiş xüsusi vəsaitlər hesabına həyata
keçirir.
Bankın abunə kapitalının təqribən 90%-i bankın öhdəliklərinin
yerinə yetirilməsi üçün zəmanət fondunu yaradır. Qalan 10% kapital
nəğd şəkildə daxil edilməlidir və bununda 1%-i ABŞ dolları və ya qızıl
şəklində, 9%-i isə abunəçi ölkələrin
323
valyutaların ilə ödənilir. ABŞ dollarında daxil olmuş vəsait Bank
tərəfindən sərbəst şəkildə istifadə olunur. Digər valyutalarda daxil olmuş
kapitalın isə borc verilməsi üçün hansı üzv-ölkənin valyutası istifadə
olunacaqsa, həmin ölkənin razılığı alınmalıdır. Bir qayda olaraq belə bir
razılığın alınması heç vaxt çətin olmur.
Bankın borc verdiyi vəsaitin əksər hissəsi dünya kapital
bazarında fəaliyyət göstərən investorlardan daxil olur. Onlar bankın
istiqrazlarını alır və ya bank tərəfindən verilən borcların müəyyən
hissəsini öz üzərlərinə götürürlər. Əvəzetmə yolu ilə alınmış vəsaitlərə
əlavə olaraq Bank öz gəlirləri və əvvəllər verilmiş borcların qaytarılması
hesabına yeni kreditləşdirmə mənbəyi yaradır.
İlkin vaxtlarda BYİB borcları əsasən İkinci dünya
müharibəsində ən çox ziyan çəkən ölkələrə verirdi. Müharibədən sonrakı
bərpa dövrü başa çatdıqdan sonar, bankın əsas məqsədi üzv-ölkələrin
hökumətlərinə və az inkişaf etmiş ölkələrdə xüsusi müəssisələrə
müəyyən layihələr üzrə borc vermək olmuşdur. Borcları verməmişdən
əvvəl Bank layihənin əsaslı olub- olmamasını və ölkənin verilən krediti
ödəməsi üçün valyuta qazana bilməsi qabiliyyətini öyrənir.
BYİB-nin əməliyyat dairəsi adi kreditləşdirmə ilə müqayisədə
çox genişdir. Bankın əsas fəaliyyət istiqamətlərindən biri üzv-ölkələrə
texniki kömək göstərmək və məsləhətlər verməkdir. Bu məqsədlə Bank
həmin ölkələrə onun tələbatının ödənilməsi və tövsiyyələr hazırlanması
üçün görkəmli mütəxəssislərdən ibarət komissiya göndərir. Bankın
daimi ekspertləri iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi üçün
hökumətlərə köməklik göstərirlər. Bu sahədə Bank BMT-nın müxtəlif
idarə və təşkilatların ilə əməkdaşlıq edir. Belə layihələr problemlərin çox
geniş spektrini əhatə edir: işçi qüvvəsinin öyrənilməsindən tutmuş, kənd
yerləri və urbanizasiya rayonlarının ətrafında su təminatı və çirkab
suların tullantılarının ziyanının azaldılması texnologiyasına qədər qlobal
tətqiqatları əhatə edir.
Bütün bu təşkilatlar BMT sisteminə daxildirlər. Qrupa daxil
olan bütün təşkilatların əsas məqsədi inkişaf etməkdə olan ölkələrə
maliyyə yardımı göstərməkdir.
324
Beynəlxalq yenidənqurma və inkişaf bankı - Bretton-Vuds
konfransının qərarı əsasında 1944-cü ilin iyul ayında yaradılmış və
1945-ci ildə fəaliyyətə başlamışdır. Bankın üzvləri yalnız BVF- nun
üzvləri ola bilər. Hazırda 180 dövlət BYİB-na daxildir. Bu bank
qeyri-rəsmi şəkildə Ümumdünya bankı adlanır. O, 1947-ci ildə
BMT-nin ixtisaslaşmış idarəsi statusunu almışdır.
İlkin olaraq BYİB Avropanın müharibədən sonrakı dövrdə
bərpası üçün kapital ehtiyatlarının toplanması və yerləşdirilməsi ilə
məşğul olmuşdur. 1948-ci ildə bank Avropa bərpa proqramının həyata
keçirilməsinə başladı, amma tezliklə bankın baş məsələsi şəxsi kapitalı
məqbul şərtlərlə istifadə edə bilməyən üzv-dövlətlərə borclar verilməsi
yolu ilə onlara köməklik göstərmək oldu. Hazırda bankın əsas
fəaliyyət istiqamətləri aşağıdakılardır:
- inkişaf etməkdə olan ölkələrə istehsal məqsədləri, kənd
təsərrüfatı və kənd rayonlarının, eləcə də energetikanın inkişafı üçün
uzunmüddətli borcların və kreditlərin verilməsi; müvafiq hökumətlərin
borclarının ödənilməsinə təminat verilməsi; konkret layihələr üçün
borcların verilməsi;
- inkişaf etməkdə olan ölkələrə infrastrukturanın yaradılması
üçün borclann verilməsi: avtomobil və dəniz yollan, elektrik, rabitə,
şəhər limanlan, elektrik qurğulan tikintisi, eləcə də təhsilin və səhiyyənin
inkişafı və kadr hazırlığı. İnkişaf etməkdə olan ölkələrə belə borclar
adətən aşağıdakı şərtlərin gözlənildiyi halda verilir: TMŞ-ın fəaliyyəti
üçün əlverişli şəraitin yaradılması; milli valyutanın devalvasiyası, ixrac
üzərində nəzarətin liberallaşdıniması; istehlakçılara pul yardımı
verilməsinin ləğv olunması; xarici kapital əmanətçilərinin vergilərdən
azad olunması; onlara mənfəətin azad şəkildə ölkədən çıxarılmasına
icazə verilməsi; xarici kapitalın milliləşdirilməyəcəyinə təminat
verilməsi və s.
- inkişaf etməkdə olan ölkələrə aşağıdakı növlərdə texniki kömək
göstərilməsi: 1) borc və kreditlərin tərkib hissəsi kimi maliyyələşdirilən
texniki yardım; layihələrin hazırlanması fondu vasitəsilə
maliyyələşdirilən texniki yardım; 2) BYİB tərəfindən təqdim olunan,
lakin onun tərəfindən maliyyələşdirilməyən layihələrə texniki yardım.
Burada BYİB inzibati orqan qismində çıxış edir və buraya onun
rəhbərliyi altında həyata keçirilən layihələr daxil edilir; bu növə həm də
varlı inkişaf etməkdə olan
ölkələrə haqqı ödənilməklə olan texniki kömək proqramları daxildir,
məsələn neft hasil edən ölkələr və kənd təsərrüfatının inkişafı beynəlxalq
Fondu üçün; 3) inzibati büdcə hesabına göstərilən texniki köməklər.
- inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin mühafizəsi üzrə
layihələrin və bu ölkələrin bu sahədə fəaliyyətlərinin
maliyyələşdirilməsi. Bu halda BYİB həmin layihələrin həm sifarişçisi,
həm də himayəçisi qismində çıxış edir.
Bankın ehtiyatlan müxtəlif mənbələrdən, o cümlədən onun
üzvü olan 180 iştirakçı - dövlətin ayırdıqları vəsait hesabına
formalaşdırılır.
Əsas mənbə dünya maliyyə bazarında müxtəlif borc
öhdəliklərinin satılmasıdır. Burada bankın təminatçısı rolunu onun üzvü
olan dövlətlər oynayırlar. Bankın çox səmərəli və düşünülmüş maliyyə
siyasəti nəticəsində onun qiymətli kağızları dünyada ən etibarlı qiymətli
kağızlardan biri hesab olunur. Onlar pensiya fondları, sığorta şirkətləri,
digər banklar və fərdi şəxslər tərəfindən məmnuniyyətlə alınır. Digər
mənbə - səhmdar kapital, bölünməmiş mənfəət, eləcə də banka üzv olan
varlı dövlətlərinin ödəmələridir (vermələridir).
Bank öz əməliyyatları üzrə təhlükələri minimuma endirmək üçün
öz üzv ölkələrinə bodan onların hökumətlərinin zəmanəti ilə verir.
BYİB-nin verdiyi kreditlərə görə faiz dərəcələri hər altı aydan bir dəyişir
və adətən illik 7% təşkil edir. Borc almaq hüququna o ölkələr
malikdirlər ki, onlarda adam başına illik gəlir 5295 ABŞ dollarından
aşağıdır.
Hazırda bank bordan əsasən Afrika, Asiya, Latın Amerikası,
Karib hövzəsi. Şimali Afrika, Yaxın Şərq, Mərkəzi və Şərqi Avropa
ölkələrinə verir.
Bankın ən böyük səhmdarı olan 5 ölkənin ABŞ, Almaniya,
Yaponiya, Böyük Britaniya və Fransanın BYİB-dan borc almaq hüququ
yoxdur. Bankın əsas kapitalına dünya iqtisadiyyatının lideri olan
«yeddilər qrupu» tərəfindən nəzarət edilir. Bank tərəfindən verilmiş
uzunmüddətli kreditlərin ödənilməsinə 5 il möhlət verilməklə həmin
kreditlər 20 il müddətinə ayrılır.
BYİB-nin nizamnamə kapitalı 185 milyard dollardan
artıqdır. Bank onu təminat fondu kimi istifadə edərək, öz layihələri
üçün maliyyə bazarlarında ucuz (dəyəri aşağı olan) pulları borc alır.
BVF-dan fərqli olaraq BYİB əsasən şəxsi biznesi maliyyə-
326 ................. . •
ləşdirir. BYİB bir qayda olaraq layihələrin dəyərinin 30 faizinə qədərini
maliyyələşdirir. Ona görə də onun vəsaitlərini cəlb etmək üçün digər
maliyyə mənbələri də olmalıdır. XX əsrin 80-ci illərindən BYİB-nin
verdiyi kreditlərdə sosial inkişaf proqramları, əsasən də kasıbçılıqla
mübarizə böyük rol oynayır. Səhiyyə, təhsil, ailə planlaşdırılması və
kənd təsərrüfatının inkişafı məsələlərinə də ayrılan kreditlərin həcmi
artır. Xüsusi diqqət ətraf mühitin mühafizəsi və özəlləşdirməyə ayrılır.
BYİB-nin ali idarəedici orqanı İdarəedicilər şurasıdır. Şuranın
tərkibinə hər üzv ölkədən bir idarəedici (müdir) və onun bir müavini
daxil olur. Onun funksiyasma BYİB-nm ümumi siyasətinin
müəyyənləşdirilməsi, yeni üzvlər qəbulu və üzvlüyün dayandıniması,
nizamnamə kapitalımn miqdan barədə qərar qəbul edUməsi, mənfəətin
bölüşdürülməsi və digər beynəlxalq təşkilatlarla müqavüələr bağlamaq
daxildir. Bir qayda olaraq, idarəedici vəzifəsinə BYİB-na üzv olan
ölkələrin maliyyə nazirləri və ya ölkənin mərkəzi banklannm
rəhbərləri təyin olunurlar. İdarəedicilər şurası bir qayda olaraq BVF üə
birgə, ildə bir dəfə payızda illik sessiya keçirir. BYİB-mn icra orqam
Direktor- luqdur. Direktorluq dünya bankımn prezidentini seçir.
Dünya bankı- mn Prezidenti banbn işinə operativ rəhbərliyi həyata
keçirir. Bankın Prezident Direktorluğun iclaslannda sədrlik edir, lakin
səs vermədə iştirak etmir. O, yalnız o vaxt səs vermə hüququna malik
olur ki, hər hansı bir məsələnin həllində səslər tam yan bölünmüş olsun.
Bankın Prezidenti İdarəedicilər şurasının iclasında da iştirak edir, lakin
səs vermə hüququna malik olmur. Dünya bankının Prezidentinin
səlahiyyətləri həddən artıq böyükdür. O, vəzifəli şəxsləri və işçi heyətini
işə qəbul və işdən azad edir, təşkilati işləri və struktur islahatlan həyata
keçirir. Direktorluq yalnız o bordan təsdiq edib verə bilər ki, onun
məbləği və verilmə şərtləri prezident tərəfindən bəyənilmiş olsun.
Bretton-Vuds institutlan yaradılarkən qeyri-rəsmi şəkildə
razılaşma əldə edilmişdir ki, BYtB-mn direktoru amerikalı, BVF-nun
icraçı-direktoru isə avropah olmahdır. Direktorat 24 sərəncamçı
direktordan ibarət təşkil olunur. Onlardan 5 nəfəri ən çox səhmi olan
yuxanda göstərilən ölkələrdən olur. Qalan 19 nəfər idarəedidlər
tərəfindən digər üzv ölkələrin nümayəndələri arasmdan seçilir.
Bankın 4 xarici ofisi vardır ki, onlar da Paris, Brüssel, London və
Tokioda yerləşirlər. Bundan əlavə bütün borclu ölkələr də
' - -■V" '^ . 327
bankın daimi nümayəndəlikləri fəaliyyət göstərirlər. Bankın mənzil
qərargahı Vaşinqton şəhərində yerləşir və bankda hazırda 10 mindən çox
adam işləyir.
BYİB borcları, yuxarıda qeyd edildiyi kimi adam başına illik
gəliri 5295 dollardan aşağı olan ölkələrə verir. Adambaşına düşən gəlir
5295 dollardan çox olduqda ölkə BYİB-dan borc almaq hüququnu itirir
və Dünya bankının terminalogiyasına görə «kamal attestatı almış olur».
Beynəbcalq inkişaf assosiasiyası (BİA). BYİB-nın struktur
bölməsi olmaqla BYİB-nın rəhbərliyinin ümumi siyasəti çərçivəsində
müstəqil şəkildə fəaliyyət göstərən təşkilatdır. Assosiasiya
1969- cı ildə yaradılmışdır. O, formal olaraq BYİB-dan asılı deyil.
Lakin onun fəaliyyətinə BYİB-i tərəfindən nəzarət olunur. MYİB -nın
Prezidenti vəzifəyə görə eyni zamanda həm də BİA-nın Prezidentidir.
Hər iki təşkilat üçün rəhbər işçilərin eyni ştatından istifadə olunur,
ümumi illik hesabat tərtib olunur. Hazırda 160 dövlət, o cümlədən 28
inkişaf etmiş dövlət assosiasiyanın üzvləridirlər. BYİB-nin üzvü olan
bütün ölkələr BİA-nın üzvü ola bilərlər. Ölkələrin iqtisadi vəziyyətindən
asılı olaraq BİA-nın üzvləri iki kateqoriyaya bölünür. Birinci
kateqoriyaya inkişaf etmiş ölkələr, eləcə də Küveyt və Birləşmiş Ərəb
Əmirlikləri, ikinciyə isə inkişaf etməkdə olan ölkələr daxildirlər.
BİA yaradılarkən onun əsas məqsədi yeni yaradılan müstəqil
dövlətlərə intensiv maliyyə yardımı göstərmək olmuşdur. BİA- nın
qarşısına qoyduğu əsas məsələ müvafiq ölkələrin məhsuldar
qüvvələrinin inkişafı və iqtisadi artımının stimullaşdınimasıdır. O,
faizsiz kreditlər və qrandlar verilməsi yolu ilə kasıbçılığın səviyyəsinin
aşağı salınmasına çalışır.
BİA-nın İdarəedicilər şurası və Statistika şurası olmasına
baxmayaraq, o BYİB-mn idarəçiliyi altında olan vəkalətli fonddur.
BİA-mn fəaliyyətinin əsas istiqaməti ən kasıb və ən az ödəmə
qabiliyyəti olan ölkələrdə iqtisadi inkişaf məqsədilə layihələrin
kreditləşdi- rilməsidir. Kredit alan ölkələr 4 kriteriya üzrə seçilirlər:
1) ölkədə adambaşına düşən illik gəlir 1465 dollardan az
olmalıdır; 2) ölkə kifayət qədər iqtisadi, maliyyə və siyasi sabitliyə malik
olmalıdır ki, inkişaf məqsədilə uzunmüddətli kreditlər verilməsi özünü
doğrultsun; 3) ölkə tədiyə balansında ciddi
328
çətinliklərlə qarşılaşmış olsun; 4) ölkənin siyasəti iqtisadi inkişafa
yönəlmiş olsun. Faktiki olaraq BİA-nm ayırdığı kreditlərin böyük
əksəriyyəti adambaşına illik gəliri 905 dollar olan ölkələrə verilir.
2007-ci ildən bu məbləğ artırılaraq 1025 dollar müəyyən edilmişdir.
Xüsusi kömək çərçivəsində Cənubi Saxara- dan yuxarı az gəliri və
yüksək vergi dərəcələri olan Afrika ölkələrinə yardım həyata keçirilir.
BİA-nın kreditləri 35-40 il müddətində verilir. Birinci 10 il
güzəştli illər hesab olunur və bu müddət ərzində alınmış kreditin
ödənilməsi həyata keçirilmir. Hesablaşmalar hansı valyutada
aparılacaqsa kreditlər də o valyutada verilir. Kreditlərə görə faktiki
olaraq faiz tutulmur, lakin kreditin xərclənməmiş həcmindən illik olaraq
0,5% xidmət haqqı tutulur. Beynəlxalq ictimaiyyət BİA-nı kasıb
ölkələrə kömək göstərilməsi üzrə ən səmərəli təşkilat hesab edir.
Razılaşmaya müvafiq olaraq BİA verdiyi kreditlər üçün əmtəələrin
konkret ölkədən alınması barədə şərt qoya bilməz. Kreditlərin
xərclənməsi müzaidələr, hərraclar və s. yolu ilə həyata keçirilməlidir.
Assosiasiya öz vəsaitlərini beş mənbədən formalaşdınr: abunə
kapitalı və üzvlük haqları (30 mlrd, dollar), BYİB-nin təmiz mənfəətinin
bir hissəsinin köçürülməsi (1,6 mlrd, dollar), əvvəllər verilmiş kreditlərə
görə ödəmələr və BİA-nın təmiz gəlirləri (280 mln. dollar), İsveçrə
istiqrazları (51 mln dollar) və birgə maliyyələşdirmə əməliyyətlanndan.
Birinci mənbədən alınan vəsaitlər BİA-nm ehtiyatlarının 90%-i
təşkil edir və 33 dövlətdən, əsasən da inkişaf etmiş dövlətlərdən daxil
olur.
BİA-nm bu kateqoriyadan olan üzvləri abunə kapitalını
bütövlükdə köçürür və dönərli valyutada Assosiasiyaya əlavə vasait
ödəyirlər. İkinci kateqoriyaya daxil olan ölkələr ilkin üzvlük haqlarının
10%-ni azad dönərli valyutada, qalan 90%-ni və bütün əlavə haqlan və
ödəmələri isə özlərinin milli valyutasında həyata keşirirlər. BİA
tərəfindən aynlan vəsaitlər kredit adlandınhr. Bu da onu BYİB-nin
verdiyi borclardan fərqləndirmək məqsədi daşıyır.
BİA-da BYİB-mn üzvü olan bütün ölkələr üçün üzvlük açıqdır.
Bundan sonra növbəti 10 il üçün illik olaraq borcun 1%-i, qalan illərdə
isə borcun 3%-i miqdannda ödəmə həyata keçirilir.
329
BİA 39-u Afrikada yerləşməklə dünyanın 82 ən kasıb ölkələri
üçün nəhəng kömək mənbəidir. Yarandığı vaxtdan BİA- nın verdiyi
kredit və qrandlann ümumi məbləği 170 mlrd. ABŞ dollarından çox
olmuşdur. Həm də kreditlərin və qrandlann məbləği son illərdə orta
hesabla 7-9 mlrd. ABŞ dollan təşkil edir. Son üç ildə bu orta hesabla illik
9.1 mlrd, dollar təşkil etmişdir. Bu vəsaitində 50%-ə yaxını Afrika
ölkələrinə yönəldilir.
BİA müyyən olunmuş kredit əməliyyatı limitini ötən, lakin
BYİB-dən vəsait almaları üçün kifayət qədər kredit ödəmə qabiliyyəti
olmayan bir neçə kiçik ada dövlətlərinə də köməklik edir.
Hindistan, İndoneziya və Pakistan kimi ölkələr BİA tərəfindən
köməklik ala bilərlər. Eyni zamanda bu ölkələr kifayət qədər kredit
ödəmə qabiliyyətli olduqlanndan, həm də BYİB-dən də müəyyən qədər
vəsait ala bilərlər. Bu ölkələri «qarışıq» statuslu ölkələr adlandırırlar.
Hazırda BİA-nın vəsaitlərindən 82 ölkə istifadə edə bilər. Bu
ölkələrdə bütün inkişaf etməkdə olan ölkələrdə yaşayan əhalinin
təqribən yarısı, yəni 2,5 milyard insan yaşayır. Qiymətləndirmələrə görə
bu əhalinin 1,5 milyard nəfəri gündəlik 2 ABŞ dollanndan az vəsaitlə
yaşayırlar.
BİA-nın kreditləri ibtidai təhsil, səhiyyənin əsasının qoyulması,
su kəməri və kanalizasiya sistemi, ətraf mühitim qorunması, işgüzarlı
fəallığın yüksədilməsi, infrastruktur və institusional islahatlann həyata
keçirilməsi üçün ayrılır.
BİA iqtisadi inkişafa çox geniş əsasda diqqət yetirir və buna
aşağıdakılar daxildir:
əsaslandırılmış iqtisadi siyasət, kənd regionalannın
inkişafı, fərdi sahibkarlıq və davamlı ekoloji təcrübə;
insan kapitalına, təhsilə və səhiyyə investisiyalar,
xüsusəndə ASİD, isitmə və vərəmlə mübarizə; özül
xidmətlərinin göstərilməsi və dövlət vəsaitinə görə
borcluların potensialının genişləndirilməsi;
vətəndaş və silahlı münaqişələr və təbii fəlakətlərdən
sonra bərpa işləri;
330 ....... .......... , \ V' : v-Vv^;^:;'.№
beynəlxalq ticarətin və regional inteqrasiyanın
genişləndirilməsi.
BİA kasıbçılığın azaldılmasına yönəldimiş səmərəli təkliflərin
işlənilməsi üçün məlumat bazasının yaradılması məqsədilə analitik
tədqiqatlar aparır. İqtisadi artımın əsaslarının genişləndirilməsi üsulları
və yoxsul əhalini iqtisadi ağır vəziyyətdən qorumaq üçün hökumətlərə
tövsiyyələr verir.
BİA-nın büdcəsinin artırılması üçün hər üç ildən bir donor
ölkələrin konfransı keçirilir. BİA 14 çərçivəsində ən böyük məbləğdə
vəsait ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya, Fransa, İsveç,
İtaliya və Kanada tərəfindən köçürülmüşdür. Amma daha az varlı
ölkələr də BİA-nın büdcəsinə vəsait köçürürlər.
Borc yükünün azaldılması və qrandlarm verilməsi BİA-nın
vəsaitlərindən təkrar istifadənin ixtisar olunmasına gətirib çıxarmışdır.
Kasıb ölkələrin borc yükünün azaldılması üçün BİA tərəfindən
54 mlrd ABŞ dollan məbləğində vəsait aynimışdır. Bundanda 18 mlrd
ABŞ dollan yüksək borc səviyyəsi olan kasıb ölkələrin borclarına
münasibət Təşəbbüsü, 36 mlrd ABŞ dollan isə çoxtərəfli əsasda borc
yükünün yüngülləşdirilməsi proqramlan çərçivəsində aynimışdır.
Məlumatlara görə 1990-cı illərdə BİA-nın verdiyi kreditlərin
45% -i Afrika ölkələrinin, 25% - Cənubi Asiya, 14% - Şərqi Asiya, 5% -
Latın Amerikası və Karib hövzəsi ölkələrinin, 2% - i isə Yaxın Şərq və
Şimali Afrika ölkələrinin payına düşmüşür.
Beynəlxalq maliyyə korporasiyası (BMK). O, 1956-cı üdə
xüsusi olaraq inkişaf etməkdə olan ölkələrdə xüsusi bölməyə köməklik
göstərmək məqsədilə yaradılmışdır. Rokfeller komitəsinin
məruzəsinin şərhində xüsusi olaraq şərtləndirilir ki, «BMK özünün əsas
funksiyasım yerinə yetirərkən fərdi kapitala investisiyalarla rəqabət
apar- mamah, əksinə onu tamamlamalı və ona köməklüc
göstərməlidİD>’.
BMK faktiki olaraq BYİB-nm filialı olmaqla aşağıdakı
istiqamətlər üzrə ixtisaslaşır:
- dövlətlərdən heç bir təminat tələb etmədən üzv-ölkələrdə
bilavasitə fərdi kompaniyalara borclar verilməsi yolu ilə sahib-
Matecki B. The Establishment of the international Finanse Corporation and
United States Policy. A Case Study in international Organization. H., 1957. P.
42.
331
karlığın maliyyələşdirilməsi. Borclar 3-15 il müddətinə verilir.
Borclann ödənilməsi onların verildiyi valyutada həyata keçirilir. Bunun
12 ili güzəştli dövrdür. Özünün passivlərinin 80%-ni maliyyə
bazarlarından cəlb edir, 20%-ni isə BYİB-dan borc alır.
Maliyyələşdirdiyi layihələrdə BMK -nın payı 25-35% təşkil edir.
- öz məxsusi vəsaitləri hesabına hasilat və emal sənayesinə, kənd
təsərrüfatı, kommunal sahə, turizmin inkişafına investisiya qoyuluşu;
- infrastrukturanın inkişafı, ətraf mühitin qorunması layihələrinə
investisiya qoyuluşlan üçün xüsusi maliyyə vəsaitləri cəlb olunması.
BMK-nm ali orqanı İdarəedicilər şurasıdır. Onun tərkibinə
BYİB-nın İdarəedicilər şurasına daxil olan şəxslər daxildirlər. BYİB-nın
Prezidenti həm də BMK-nın Prezidentidir.
Cari əməliyyatları İcraçı direktorlar şurası həyata keçirir. Bİ
A-dan fərqli olaraq BMK-nın özünün ştat cədvəli vardır.
BMK öz layihələrini ildə 80-90 milyard dollar həcmində inves-
tisiyalaşdınr.
İnvestisiya təminatı üzrə çoxtərəfli agentlik (İTÜÇA). 1988-ci
ilin aprel ayında Dünya Bankımn fiUalı kimi yaradılmışdır. Onun
tərkibinə 154 ölkə daxildir. Yaradılmasının məqsədi - xarici
investisiyaların stimullaşdırılması yolu ilə üzv - dövlətlərin iqtisadi
inkişafına yardım etmək olmuşdur. Təşkilatın quruluşu Dünya bankı
qrupuna daxil olan digər təşkilatlarınkı ilə eynidir. BYİB-nın Prezidenti
İTÜÇA-nın də Prezidentidir. Agentlik üzv-ölkələrin milli
iqtisadiyyatlarına xarici investorların qoyduqları kapitala görə aşağıdakı
təhlükələrdən təminat verir:
-yerli valyutanın dönərli olmamasından; kapitahn olduğu ölkədə
ekspropriasiya (müsadirə) edilməməsindən; müharibə və vətəndaş
iğtişaşlarından; olduğu ölkədə kotragent tərəfindən müqavilə şərtlərinin
pozulmamasından;
- üzv ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə siyasi xarakterli
qeyri-kommersiya təhlükələrindən; bu da faktiki olaraq investisiyaların
siyasi təhlükələrdən sığorta olunması deməkdir.
Agentlik həm də inkişaf etməkdə olan ölkələrin hökumətlərinə
xarici investisiyaların cəlb olunması məsələləri üzrə maliyyə, iqtisadi və
hüquqi məsləhətlər verir.
Agentlik çərçivəsində investisiya marketinqi xidməti
yaradılmışdır ki, onun da məqsədi investorları zəruri xidmətlərlə
təmin
332
etmək üçün üzv-ölkələrə marketinq fəaliyyətində köməklik göstərmək,
investorlarla üzv-ölkələrin hökumətləri arasında əlaqələrin yaradılması
və möhkəmləndirilməsi, eləcə də xarici investorların cəlb olunması üçün
tədbirlərin həyata keçirilməsidir.
Hazırda agentlik 400-dən çox təminat verir ki, bu da ümumi
məbləği 5 milyard dollardan artıq investisiyanın təhlükələrdən
qorunması deməkdir. Təminat əsasən xarici, yaxud da birgə müəssisələr
tərəfindən həyata keçirilən layihələrə qoyulan investisiyalara verilir.
Agentliyin nizamnamə kapitalı 1 mlrd ABŞ dollarından artıqdır.
ITÜCA yaradılması barədə Konvensiya 11 oktyabr 1985-ci ildə Seuda
imzalanmışdır. Onun mənzil qərargahı Vaşinqton şəhərindədir.
ITÜCA-nın təminatı investorlan vəsaitlərin yerdəyişməsinin
məhdudlaşdıniması, müsadirə, mülki və hərbi çaxnaşmalardan, müqavilə
şərtlərinə əməl edilməməsi ilə əlaqədar təhlükələrdən qomyur. Lakin
kommersiya təhlükələri, məsələn müflisləşmə təhlükəsindən
sığortalanma həyata keçirilmir. Təminat verilərkən üstünlük aşağı gəlir
səviyyəsi olan ölkələrə, siyasi qeyri-sabitlik və ərazisində münaqişələr
olan ölkələrə, ekoloji və sosial əhəmiyyət kəsb edən layihələrə və
infrastrukturanın inkişafina yönəldilən inverstisiyalara verilir. Agentlik
həm də inkişaf etməkdə olan ölkələr arasında qoyulan investisiyalann da
sığortalanmasını həyata keçirir.
İTÜCA-in investisiya təminatına investisiya yönəldilən
ölkələrdə qeydiyyata alınmayan şəxsi firmalar da iddia edə bilərlər.
Təminat 3 ildən 15-20 il müddətinə verilir. Dünya bankının təminatından
fərqi olaraq Agentliyin verdiyi təminat üçün investisiyalaşdınlan ölkənin
hökumətindən qarşılıqlı təminat tələb olunmur.
İTÜCA kreditlər vermir və müstəqil inverstor qismində çıxış
etmir. Agentliyin təminatlan tütün və spitli içkilər istehsalma və azartli
oyunların təşkilinə şamil edilmir. Hazırda bir investisiya layihəsi üçün
təminatın maksimum miqdan 110 mb. ABŞ dollan, bir ölkə üçün isə 440
mln. ABŞ dollan təşkil edir. Birgə sığortalama və yenidən sığortalama
yolu ilə limit əsaslı şəkildə yüksələ bilər.
1998- ci ildən bəri İTÜCA ümumi dəyəri 17,4 mlrd. ABŞ
dollan olan 900 təminat vermişdir. Bu halda Agentlik 96 inkişaf etməkdə
olan ölkələrdə 50 mlrd. ABŞ dollan məbləğində birbaşa investisiya
yerləşdirilçəsinə köməklik etmişdir.
333
İnvenstisiya mübahisdlərinin tənzimlənınəsi üzrə beynəlxalq
mərkəz (İMTÜBM). 1966-cı ildə yaradılmış müstəqil beynəlxalq
təşkilatdır. O, 1965-ci ildə imzalanmaq üçün açıq elan edilmiş və 1966-cı
ildə qüvvəyə minmiş investisiya mübahisələrinin tənzimlənməsi üzrə
Konvensiya əsasında yaradılmışdır. Hazırda 145 dövlət onun üzvüdür.
İMTÜBM-in məqsədi onun üzv-ölkələrinin hökumətləri və dövlət
təşkilatlan ilə həm fərdi, həm də korporativ xarici investorlar arasında
olan mübahisələrin tənzimlənməsidir. Hökumətlər və xarici investorlar
arasında qarşılıqlı anlaşma və etibann möhkəmləndirilməsi vasitəsilə
İMTÜBM investisiya axınının artmasına köməklik edir.
Xarici investorlara məsləhət agentliyi - Ümumdünya bankının
bir bölməsidir. Məqsədi - üzv-ölkələrin hökumətlərini xarici investisiya
məsələləri üzrə məxfi məsləhətlərlə təmin etməkdir.
İqtisadi inkişaf institutu (İİİ) - Ümumdünya bankının tədqiqat
idarələrindən biridir. İnstitutun məqsədi milli iqtisadiyyatların idarə
olunması prosesinin səmərəliliyi nöqteyi-nəzərindən mütəxəssislərin
öyrədilməsi və dünya problemlərinin təhlili proqramlarının həyata
keçirilməsidir. İqtisadi inkişaf institunda maraqlı ölkələrdən gələcək
hökumət qulluqçuları təhsil alırlar. İqtisadi inkişaf institunun
proqramları əsas dörd istiqaməti əhatə edir: makroiqtisadi idarəetmə
və iqtisadi siyasət; ətraf mühitin mühafizəsi və təbii sərvətlər; insan
resursları və kasıbçılıqla mübarizə; qanunçuluq bazasının islahatları və
fərdi sahibkarlığın inkişafı. Həm də institutda təhsil və tədqiqat işləri
üçün təqaüdlərin verilməsi də nəzərdə tutulmuşdur.
Ümumilikdə götürdükdə fəaliyyət göstərdiyi müddət ərzində
Dünya bankı 140 ölkədə 6 mindən çox layihəyə kömək göstərmiş,
onların yerinə yetirilməsi üçün 350 milyard dollardan çox vəsait
xərcləmişdir. Öz fəaliyyətində bank bütün beynəlxalq iqtisadi
təşkilatlarla fəal əməkdaşlıq edir.
6.2. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
Avropa yenidənqurma və inkişaf bankı (European Bank of
Reconstruction and Development, EBRD) - bir sıra ölkələr və iki beynəlxalq
təşkilat tərəfindən Mərkəzi Avropadan tutmuş Mərkəzi
334
Asiyaya qədər 29 ölkədə bazar iqtisadiyyatı və demokratiyanın himayə
edilməsi məqsədilə yaradılmış investisiya mexanizmidir.
Bankın təşkili ideyası Mərkəzi və Şərqi Avropada siyasi
quruluş dəyişdikdən sonra keçmiş sosialist ölkələri düşərgəsinə daxil
olan ölkələrin bazar iqtisadiyyatına keçid şəraitində iqtisadiyyatda şəxsi
bölmənin yaradılması üçün köməyə ehtiyaclannm ödənilməsidir.
AYİB 1990-cı ildə Fransa Prezidenti V.Jıskar d’Estenin
təşəbbüsü ilə yaradılmış və 1991-ci ildən fəaliyyətə başlamışdır. Onun
təsisçisi 40 ölkə olmuşdur. Hazırda 57 ölkə AYİB-nm üzvüdür.
Bankın qarşısına qoyduğu əsas məsələlər aşağıdakılardır:
- öz əməliyyatlarını müstəsna olaraq Mərkəzi və Şərqi Avropada
həyata keçirmək;
- bu ölkələrdə demokratik institutların inkişafı və insan
hüquqlarına hörmətin təmin olunması;
- kommersiya bankı və inkişaf bankının funksiyalarının
birləşdirilməsi;
- Avropada ümumi durumun yaxşılaşdırılmasına köməklik
etmək.
AYİB-ı regionda ən iri investordur və o öz vəsaitlərini
ayırmaqla yanaşı, həm də əhəmiyyətli həcmdə birbaşa xarici
investisiyaları cəlb edir. Baxmayaraq ki, onun səhmdarları dövlətlərdir,
AYİB-ı bir qayda olaraq sərəncamında olan kapitalı özünün kommersiya
tərəfmüqabilləri ilə birlikdə başlıca olaraq şəxsi müəssisələrə qoyur. O,
bankların, müəssisə və kompaniyalann layihələrinin
maliyyələşdirilməsini həyata keçirir, vəsaitləri həm yeni istehsallara,
həm də fəaliyyətdə olan firmalara qoyur. AYİB özəlləşdirmə
prosesininə köməklik göstərilməsi və onlarda struktur yenidən-
qurmaların həyata keçirilməsi, eləcə də kommunal təsərrüfatının
təkminləşdirilməsi məqsədilə dövlət kompaniyaları ilə də əməkdaşlıq
edir. Bank sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şəraitin
yaradılması kursunun həyata keçirilməsi ilə bağlı region hökumətləri ilə
aralarında yaranmış sıx əlaqədən də istifadə edir.
BYİB kimi AYİB-də vəsaitləri istiqrazların emissiyası
hesabına cəlb edir. AYİB-in əməliyyatlarının özünə xas
xüsusiyyətləri vəsaitlərin şərqi Avropa ölkələrinin milli
valyutasında, o cümlədən Azərbaycan mantında cəlb etməsidir.
335
AYİB-in Nizamnaməsi onun fəaliyyətinin yalnız demokratiya
prinsiplərinə tərəfdar olan ölkələrdə həyata keçirilməsini nəzərdə
tutur. Ətraf mühit barədə qayğı onun çox etibarlı işləyən korporativ
idarəetmə sisteminin tərkib elementi olmaqla, bütün investisiya
əməliyyatlannda müzakirə obyekti olur.
Özünün bütün investisiya əməliyyatlarında Bank
aşağıdakılara əməl etməlidir:
ölkədə mükəmməl bazar iqtisadiyyatının bərqərar
olmasına kömək etmək, yeni keçid prosesinə
səmərəli təsiri təmin etmək; bazardan sıxışdınb
çıxarmamaq şərtilə, şəxsi investorlara köməklik
göstərmək məqsədilə təhlükəni öz üzərinə götürmək;
bank fəaliyyətinin həyata keşirilməsinin səmərəli
prinsiplərini tətbiq etmək.
Öz investisiyalarının köməkliyi ilə AYIB aşağıdakıların
həyata keçirilməsinə yardım edir:
struktur və sahəvi islahatların keçirilməsi; rəqabətin,
özəlləşdirmə və sahibkarlığın inkişafı; maliyyə
təşkilatları və hüquq sisteminin mölıkəmləndirilməsi;
etibarlı işləyən korporativ idarəetmə sisteminin
tətbiqi, o cümlədən təbiətin qorunması probleminin
həlli məqsədilə.
Bu məsələlər AYİB-nın yaradılması barədə Sazişin 1 -ci
maddəsində öz əksini tapmışdır.
AYİB-nm başhca vəzifəsi - Avropamn keçmiş sosialist
ölkələrinin bazar iqtisadiyyyatına keçmələrinə köməklik göstərilmasi,
eləcə də fərdi və sahibkarhq təşəbbüsünün inkişaf etdirilməsidir. Əsas
kre- ditləşmə obyektləri şəxsi firmalar, yaxud özəlləşdirilən dövlət
müəssisələri, eləcə də yeni yaradılan kompaniyalardır. Bankm
kreditləşmə üçün üstünlük verdiyi sahələr aşağıdakılardır; energetika,
telekommunikasiya, nəqliyyat, aqrobiznes, özəlləşdirmə.
Bankın fəaliyyətinin əsas istiqamətləri:
- fərdi və özəlləşdirilmiş müəssisələrin maliyyələşdirilməsi;
- infrastrukturanın inkişafı layihələrinin maliyyələşdirilməsi;
- konkret layihələr üzrə məsləhətçi-texniki köməyin
göstərilməsi.
336 a
Fərdi və özəlləşdirilmiş müəssisələrin maliyyələşdirilməsi
bankın Kommersiya departamenti tərəfindən həyata keçirilir. Bu
departament ərizələri bilavasitə kommersiya müəssisələrindən, yaxud
onların vasitəçilərindən qəbul edir. Konkret ölkəyə münasibətdə verilən
müvafiq təklifə bank tərəfindən bəyənilmiş strategiyaya əməl olunması
və onun ətraf mühitə təsiri nəzərə alınmaqla kommersiya üstünlükləri
tam qiymətləndirilməklə baxılır. Bir qayda olaraq bu proses layihə
haqqında məlumat alındıqdan sonra iki ay ərzində həyata keçirilir.
AYİB-mn kredit fəaliyyəti aşağıdakı maliyyələşmə növlərini
əhatə edir: kommersiya müəssisələri üçün maksimum 10 ilə,
infrastrukturanm inkişafı sahəsində olan layihələr üçün 15 ilə qədər
verilən kreditlər; nizamnamə kapitalına investisiyalar; borc
öhdəliklərinin alınması və onlara yazılmalarda iştirak etmək və onlara
təminat vermək.
Bank kommersiya müəssisələrinə və özəlləşdirilmiş dövlət
müəssisələrinə kreditləri dövlət təminatı tələb etmədən verir. Adətən
AYİB borc alanın ümumi xərclərinin bazar qiymətləri ilə 35%-ni
maliyyələşdirməyi öz üzərinə götürür. Bank tərəfindən verilən
kreditlərin ümumi həcmi 5 milyon avro həddində olur. Bankın birinci
növbədə kreditləşdirdiyi özəlləşdirmə, kommersiya, maliyyə inkişafı,
AES-nın təhlükəsizliyi, kənd təsərrüfatı, aqrobiznes, nəqliyyat,
telekommunikasiya, sosial sahə və ekologiyadır. Bankın mənzil
qərargahı Londonda yerləşir.
Banlun bütün işlərinə rəhbərlik, onun prezidenti başda olmaqla
Direktorlar şurası tərəfindən həyata keçirilir. Prezident və direktorlar
vəzifələri hər birinin maliyyə paylan nəzərə alınmaqla onun qurucuları
olan dövlətlər tərəfindən müəyyənləşdirilir.
Direktorlar Şurasının tərkibinə 23 direktor daxildir. Şura
fəaliyyətə ümumi rəhbərliyi və AYİB-nın direktiv sənədlərinin yerinə
yetirilməsini həyata keçirir.
AYİB-nın Prezidenti Direktorlar Şurasının göstərişi ilə Bankın
operativ fəaliyyətini həyata keçirir. Bankın ali rəhbər orqanı
İdarəedicilər Şurasıdır. Onun tərkibinə hər bir səhmdar öz idarəedicisini,
bir qayda olaraq maliyyə nazirini təyin edir. Bankın Prezidenti
İdarəedicilər Şurası tərəfindən əksər səs çoxluğu ilə 4 il müddətinə
seçilir, ikinci dəfə yenidən seçilə bilər.
337
Bankın layihələrinin iştirakçısı olan ölkə və təşkilatlar
bunlardır: Albaniya, Avstriya, Belçika, Kanada, Çex Respublikası,
Estoniya, Gürcüstan, Macarstan, İsrail, Qazaxstan, Lüksemburq,
Meksika, Mərakeş, Norveç, Rumıniya, Slovakiya Respublikası, İsveç,
Türkiyə, Birləşmiş Krallıq, Ermənistan, Azərbaycan, Bosniya və
Hersoqovina, Xorvatiya, Danimarka, Finlandiya, Almaniya, İtaliya,
Cənubi Koreya, Makedoniya, Moldova, Niderland, Polşa, Rusiya,
Sloveniya, İsveçrə, Türkmənistan, ABŞ, Avstraliya, Belorus, Bolqariya,
Kipr, Misir, Yunanstan, İrlandiya, Yaponiya, Qırğızstan, Malta,
Monqolstan, Yeni Zelandiya, Portuqaliya, Serbiya və Çernoqoriya,
İspaniya, Tacikistan, Ukrayna, Özbəkistan, Avropa ittifaqı, Avropa
investisiya bankı.
2004-cü ildə AYİB-ı ümumi dəyəri 4,1 mlrd, avro olan 129
layihəni maliyyələşdirmişdir. 1991-2008-ci illər ərzində bank Şərqi
Avropa ölkələrinə 2,2 min layihə üçün 33 mlrd, avro vermişdir. 2004-cü
ildə bankın mənfəəti 297,7 mln. avro olmuşdur. 2008-ci ildə bankın şəxsi
kapitalı 11,8 mlrdş avro təşkil etmişdir.
6.3. Beynəlxalq Hesablaşmalar Bankı (BHB)
(Bazel bank, İsveçrə)
(Bnak For International Settlements)
Bank Bretton-Vuds idarələri sisteminə daxil deyil. Orada o,
İsverrə bank xartiyası əsasında 1930-cu ildə Belçika, Böyük Britaniya,
Almaniya, İtaliya, Fransa, Yaponiya və ABŞ-ın bir qrup bankı tərəfindən
dövlətlərarası bank kimi yaradılmışchr. Sonradan Avstraliya,
Avstriya, Albaniya, Bolqariya, Macanstan, Yunams- tan, Danimarka,
İrlandiya, İslandiya, İspaniya, Kanada, Niderland, Norveç, Polşa,
Portuqaliya, Rumıniya, Türkiyə, Finlandiya, Çexiya, Slovakiya, İsveçrə,
CAR və digər ölkələrin mərkəzi bank- lannın BHB-na qoşulması
nəticəsində onun iştirakçılannm sayı artaraq 41-ə çatmışdır. Bank qızıl
valyuta əməkdaşlığının təşkilatçısı və iştirakçısı rolunda bir sıra Qərbi
Avropa ölkələrinin mərkəzi banklan üçün kommersiya
əməliyyatlaruun keçirilməsinin uyğun- laşduılması məqsədilə
yaradılmışdır. Hazırda bank beynəlxalq maliyyə əməliyyatlannm
həyata keçirilməsində, eləcə də valyuta kurs- lan siyasətində mərkəzi
banklarla sıx əməkdaşlıq edir.
Bankın məqsədləri aşağıdakılardır:
- mərkəzi banklar arasında əməkdaşlığa köməklik edilməsi;
338
- beynəlxalq maliyyə əməliyyatları üçün əlavə əlverişli şəraitin
təmin olunması;
- beynəlxalq maliyyə sazişlərinin bağlanmasında müvəkkil
edilmiş şəxs kimi tərəflərə kömək göstərilməsi.
Bank Birinci dünya müharibəsindən sonra təzminatın
(müharibədə məğlub olan tərəfin qalib tərəfə verdiyi müharibə xərci)
ödənilməsi ilə əlaqədar olaraq kreditor ölkələr arasında müxtəlif maliyyə
iddialannm tənzimlənməsinin həyata keçirilməsi üçün Yanq planı ilə
əlaqədar yaradılmışdır. Yanqın planı təzminatların ödənilməsi barədə
Dauesin planını əvəz etmək üçün işlənilmişdi və bunun həyata
keçirilməsini Beynəlxalq Hesablaşmalar bankı baş agent qismində öz
üzərinə götürdü. Bankın ilkin kapitalı 200 min səhmdən ibarət olmaqla
sponsor dövlətlərin mərkəzi bankları arasında bəraber qaydada
bölüşdürüldü. Onlar bu səhmləri özləridə ala və yaxud başqasına sata
bilərdilər. ABŞ-ın payı 9.9% təşkil edirdi. Ona görə ki, Amerika
hökuməti rəsmi qaydada öz nümayəndəsinə Almaniyadan təzminat
alınmasında iştirak etməyə icazə verə bilməzdi. Hökumətin əvəzinə
Amerikanın xüsusi bankları birlikdə kapital üçün səhmlərə ilkin
abunəçilərə təminat verdilər. Amerikanın payına düşən bütün səhmlər
Amerika bazarlannda satıldı və sonradan onun böyük hissəsi Avropa
səhmdarlan tərəfindən alındı. Yaponiyanın payı da bank qrupuna verildi
və BHB-in təsisçi ölkələrinin mərkəzi bankları tərəfindən alındı. ABŞ-da
Beynəlxalq hesablaşmalar bankının müxbir-bankı qismində
Nyu-Yorkun Federal ehtiyat bankı çıxış edir.
BHB-ı 1930-cu ilin may ayında (elə yarandığı ayda) Yanq planı
üzrə birinci borc vermə əməliyyatında 300 milyon dollar mənfəət əldə
etdi və onu Almaniya və kreditor hökumətlər arasında bölüşdürdü.
Birinci maliyyə hesabatı 30 iyun 1930-cu ildə dərc edildi. Özünün əsas
funksiyası olan Alman tənzimatlarının təyinatı üzrə verilməsi və
inkassalaşdırılmasından əlavə, BHB Nizamnaməsinin icarə verdiyi digər
funksiyalarında yerinə yetirdi: valyutaların müdafiəsi, depozit
əməliyyatları və mərkəzi bankların tapşınğı ilə köçürmələr, eləcə də
onlar arasında adi agent münasibətləri.
! t’ 339
İkinci dünya müharibəsi dövründə özünün əsas funksiyasına,
eləcə də onun aktivlərinin böyük bir hissəsinin Alman təzminatları təşkil
etməsinə görə BHB Almaniyada maliyyə vəziyyətini diqqətlə izləmək
məcburiyyətində idi.
BHB-nın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
- mərkəzi bankların - səhmdarların tapşırığı ilə əməliyyatların
həyata keçirilməsi;
- həm özünün xüsusi vəsaiti hesabına, həm də mərkəzi bankların
vəsaiti hesabına qızılın alınması, satışı, mübadiləsi və saxlanılması, eləcə
də mərkəzi banklardan borc alınması;
- veksellərin və digər birinci dərəcəli qısamüddətli öhdəliklərin
alınması, hesablanması, hesaba alınması və yenidən hesaba alınması;
- öz hesabına, eləcə də mərkəzi banklann hesabına xarici valyuta
və qiymətli kağızlann alınması və satılması (səlimlərdən başqa);
- mərkəzi banklara borclar verilməsi;
- mərkəzi banklardan vəsaitləri cari hesaba və əmanətə qəbul
etmək;
- İqtisadi inkişaf və Əməkdaşlıq təşkilatı ölkələrinin valyuta
kursları sisteminə təsir etmək.
BHB-nın nizamnaməsinə görə aşağıdakıların həyata
keçirilməsi qadağandır:
- təqdim etməklə ödənilən banknotları buraxmaq;
- köçürmə veksellərini akseptləşdirmək (ödəmək üçün qəbul
etmək);
- dövlət istiqrazlarını almaq istisna edilməklə, hökumətlərə borc
vermək;
- hər hansı bir müəssisə üzərində nəzarət etmək.
Bankın kapitalı. Bankın səhmdar kapitalı əsasən Avropa ölkələrinin
iri mərkəzi banklarına məxsusdur. BHB-nın ali orqanı
səhmdarlann ildə bir dəfə çağınlan ümumi yığıncağıdır. Səsvermədə
yalnız mərkəzi bankların nümayəndələri iştirak edirlər. İllik maliyyə
hesabatını da ümumi yığıncaq təsdiq edir.
BHB yaradıldıqdan sonra iştirakçı ölkələrin mərkəzi banklarına
icarə verildi ki, BHB-nin səhmlərinə məxsusi yazılmaq və onun öz
ölkələrində satışı arasında özləri seçim etsinlər. BHB- nin səhmlərinin
15%-i mərkəzi banklar tərəfindən alınmamışdır və
340
hazırda fərdi sahibkarlara məxsusdur. ABŞ-a aynimış səhmlər Federal
ehtiyat sistemi tərəfindən alınmadı və abunə yazılmaq yolu ilə bir qrup
kommersiya bankları arasında paylanıldı.
1930-cu üdə səhmlər Nyu-York şəhərinin Birinci milli bankının
(hazırda Sitibank, the First National Bank of the City of New York, now
Citibank), C. Pi. Morqan and Kompani (J. P. Mogen and Company)
sindikatının, Çikaqonun Birinci milli bankının (First National Bank of
Chicago) adlanna alınmışdı. 1930-cu ildə BHB Nyu-York şəhərinin
Birinci milli bankının öhdəsinə qoydu ki, o BHB-də amerikanın səhmləri
üzrə ehtibarlı şəxs vasitəsilə təmsil olunsun və səs vermədə iştirak etsin.
Fərdi sahibkarlar BHB-nin ümumi yığıncağında səs vermə hüququna və
ya nümayəndəliyə malik olmurlar.
Bankın idarə olunması Direktorlar şurası tərəfmdən həyata
keçirilir. Şuranın tərkibinə beş təsisçi Avropa ölkəsinin mərkəzi
bankının idarəediciləri daxil olur. Bu ölkələrdən hər biri şuraya öz
ölkəsinin maliyyə, sənaye və ya ticarət dairəsindən bir nümayəndə daxil
edir. Direktorlar şurasının üzvü vəzifəsini mərkəzi bankların
müdirlərindən başqa, digər hökumət üzvləri, qanunverici orqanın
nümayəndələri və ya dövlət məmurlan tuta bilməzlər.
Bundan əlavə Direktorlar Şurasının tərkibinə hər birindən bir
nəfər olmaqla həmin 5 ölkənin (Belçika, Fransa, Almaniya, İtalia və
Böyük Britaniya) mərkəzi banklarının sədrləri tərəfindən maliyyə
biznesi, sənaye və ticarət sahəsindən təyin olunmuş nümayəndə daxil
edilir. Beləliklə direktorların sayı 10 nəfər olur,
BHB-nın statusu nəzərdə tutur ki, bu 10 direktor kooptirasiya
qaydasında üzv-ölkələrin mərkəzi banklarının müdirləri arasından əlavə
direktor seçə bilər. Niderland, İsveçrə və İsveçin mərkəzi banklanmn
müdirləri uzun illərdir ki, kooptirasiya qaydasmda seçilmiş direktorlardır
və Direktorlar Şurasınm üzvüdürlər. BHB-nin Direktorlar Şurası 13
nəfərdən ibarət olur.
Şuranın sədri, onun müavinləri və BHB-nm prezidenti üç il
müddətinə Şuranın üzvləri arasından seçilirlər. BHB-nm aparatı özündə
əməliyyat idarəsini, valyuta - iqtisadiyyat idarəsini və katibliyi
birləşdirir. BHB dövlətlərarası qurum olmaqla səhmlərə görə divident
ödəyən səhmdar cəmiyyəti kimi kommersiya əsasında fəaliyyət
göstərir.
341
Bankın rəhbərliyi altında mərkəzi bankların rəhbərləri üçün
yığıncaqlar və məsləhətlər təşkil edilir, böhran vəziyyətində olan
valyutalara maliyyə köməyi göstərilməsi üçün birgə tədbirlər həyata
keçirilir.
Bu gün BHB dövlət və ya şəxsi transmilli institutlar arasmda
tələblərin qarşdıqb şəkildə hesaba alınması üzrə dünyamn iri maliyyə
mərkəzlərindən biridir.
1944-cü ildə Bretton-Vuds konfransında Beynəlxalq valyuta
fondu və Beynəlxalq yenidənqurma və inkişaf bankının yaradılması ilə
əlaqədar olaraq konfransın qətnaməsində BHB-nin ləğv olunması barədə
tövsiyyə əks olunmuşdu. Lakin BHB-nin ləğvi baş tutmadı. Bank 18
noyabr 1947-ci ildə bağlanılmış və sonradan Avropanın bərpası
proqramında iştirak edən bütün ölkələrin əsaslandıqları müharibədən
sonra Avropa daxili sazişə müvafiq olaraq işlənilmiş çoxtərəfli qarşılıqlı
hesablaşma Sazişi çərçivəsində texniki agent rolunu yerinə yetirməyə
başladı. BHB- nin fəaliyyəti kompensasiya sazişlərinin texniki olaraq
həyata keçirilməsindən ibarət idi.
1948-ci ildə Parisdə yerləşən Avropa iqtisadi əməkdaşlıq
təşkilatının (Organization for European Ekonomic Cooperation - OEEC)
və Avropanın bərpası proqramında iştirak edən Avropa ölkələrinin xahişi
ilə BHB Avropa daxili ödəmələr və qarşılıqlı hesablaşmalar haqqında
sonrakı sazişlər çərçivəsində texniki agent funksiyasını davam etdirməyə
razılıq verdi.
Bu saziş 16 oktyabr 1948-ci ildə Parisdə Avropanın bərpasında
iştirak edən 16 ölkənin hökumətləri, eləcə də Almaniyanın
İngilis-Amerika və Fransız zonaları və Triest şəhərinin azad zonasının
nümayəndələri tərəfindən inzalanmışdır.
Kapitalının artmasından asılı olaraq BHB mövcud olduğu
müddət ərzində özünün fəaliyyət istiqamətlərini əsash şəkildə
genişləndirmişdir.
BHB mərkəzi bankların bankıdır. Demək olar ki, Avropanın
bütün mərkəzi bankları, eləcə də ABŞ, Kanada, Yaponiya, Avstraliya və
Cənubi Afrikanın mərkəzi banklaln onun fəaliyyətində iştirak edir və ya
BHB ilə sıx əlaqədədirlər.
BHB valyuta ehtiyatlarının yerləşdirilməsində mərkəzi
banklara köməklik göstərir, beynəlxalq əməkdaşlıq üçün forum rolunu
oynayır, beynəlxalq kredit sazişlərinin həyata
342
keçirilməsində agent və ya ehtibar olunmuş şəxs qismində çıxış edir,
eləcə də çox əhatəli elmi-tədqiqatlar apanr.
Mərkəzi banklann ehtiyatlannı idarə etməklə BHB
investisiyalaşdırmanm ənənəvi formasını həyata keçirir. Mərkəzi
banklann kreditləşmə üçün tələb olunmayan vəsaitlərini dünya maliyyə
bazarlarında yerləşdirir, investisiyanın əsas forması kommersiya
banklarındakı depozitlər və ABŞ-inda xəzinə vekselləri daxil olmaqla
dövr edən qısa müddətli kağızların alınmasıdır. Bu əməliyyət hazırda
BHB-nin fəaliyyətinin əsasını təşkil edir. BHB mərkəzi banklardan
depozit qismində qəbul edilmiş vəsait hesabına digər mərkəzi banklarıda
kreditləşdirir.
BHB-in kredit əməliyyətları aşağıdakı formalarda ola bilər:
qızılla təmin olunmuş «svop» formasında; qızılla təmin olunmuş və
yaxud həmin məbləğdə, həmin ödənilmə müddəti ilə BHB-də
yerləşdirilmiş valyuta depozitləri üzrə kreditlər; «stend-bay» şərti ilə
kreditlər; avans və ya depozit formasında təmin olunmamış kreditlər.
Bundan əlavə BHB bu növlərin qanşıq formasından istifadə etməklə də
kreditlər verir. Lakin BHB hökumətlərə borclar vermək və onlara
müəyyən hesab növləri açmaq hüququna malik deyil. Daşınmaz əmlak
üzrədə əməliyyatlar apara bilməz.
Bundan əlavə BHB müntəzəm olaraq mərkəzi banklar üçün
iqtisadi, valyuta və digər məsələlərin təhlili üçün ekspertlərin yığıncağını
təşkil edir. O, pul və valyuta siyasəti və nəzəriyyəsi sahəsində tədqiqatlar
aparır. BHB-nin üzərinə həmçinin beynəlxalq maliyyə bazarında
vəziyyəti müşahidə etmək, 10 ölkə qrupu və İsveçrənin mərkəzi bankları
üçün məlumat bankının yaradılması, beynəlxalq bank işi sahəsində
statistik icmalın hazırlanması vəzifələri də qoyulmuşdur (10 ölkə qrupu
deyəndə Belçika, Kanada, Fransa, İtaliya, Yaponiya, Niderland, İsveç,
Böyük Britaniya, ABŞ və Almaniya nəzərdə tutulur. İsveçrə qrupun
işində iştirak edir).
Beynəlxalq təşkilat olmaqla BHB rəsmi qruplar üçün ehtibarlı
şəxs və deponentin (depozitə pul və ya qiymətli kağız qoyanm) bir sıra
flınksiyalanm yerinə yetirir. Məsələn, BHB Avropa ittifaqı ölkələrinin
mərkəzi banklarmın idarəediciləri Komitəsi (Committee of Govemors of
the European Communitu (EC) Central banks), Avropa valyuta
əməkdaşlığı fondu idarəediciləri Şurası (AVƏF - Board of Govemors
343
of the European Monetary Cooperation Fund), eləcə də mərkəzi
banklann idarəediciləri üçün sənədlər hazirlayan altkomitə və ekspert
qruplan üçün katiblik verir.
Bank İsveçrənin Bazel şəhərində yerləşir. Ona görə də onu Bazel
bankı da adlandırırlar.
6.4. İslam Bankları
İslam Bankı nədir? Niyə onlar islam bankı adlanırlar? Bu
suallara cavab vermək üçün islamın mənbəinə müraciət etmək zəruridir.
Müqəddəs Qurani-Kərimdə borc faizindən istifadə etmək sələmçilik
hesab olunur və «haram» elan edilir. Müsəlman hüququnun bu prinsipi,
digər islam prinsipləri ilə yanaşı islam banklannın özünə xas
xüsusiyyətlərini müəyyənləşdirir.
İnək surəsinin 275-ci ayəsində deyilir: «Sələm (müamilə,
faiz) yeyənlər (qiyamət günü) qəhrlərindən ancaq cin vurmuş (dəli) kimi
qalxarlar. Bunların belə olmalan: «Alış-veriş də sələm kimi bir şeydir!»
dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə
haram (qadağan) etmişdir...»
İslamı yaxşı bilənlər beynəlxalq bank sistemində əvvəlcədən
qəti müəyyən olunmuş faiz dərəcəsinin tətbiq olunmasını, kreditorlar və
borclular arasındaki münasibətləri ədalətsiz hesab edirlər. Hadisələri
əvvəlcədən demək mümkün olmadığı kimi, faiz dərəcələrimdə
əvvəlcədən müəyyənləşdirmək olmaz. Məgər insan əvvəlcədən Allahın
iradəsini duyub müəyyənləşdirə bilərmi?
1400 il bundan əvvəl Məhəmməd (s) peyğəmbərə vəhy
olunmuş Qurani-Kərimin insanlara bəxş edildiyi vaxtdan təsərrüfat və
maliyyə təcrübəsi çox böyük dəyişikliklərə məruz qalmasına
baxmayaraq, islam aləmi nadir formalı maliyyə təsisatlan yaratmışdır.
Bu təsisatlar bir tərəfdən bütün müasir tələblərə cavab verir, digər
tərəfdən isə müsəlman hüququ, o cümlədən şəriət hüququ normalarına
müvafiq fəaliyyət göstərirlər. Öz məğzinə görə islam maliyyə sistemi
özündə materialist (iqtisadi) və idealist (etik, dini) əsaslan
birləşdirmişdir.
İslam maliyyə sisteminin parlaq təcəssümü islam banklandu’.
İslam Bankı - fəaliyyəti şəriət normalar ilə ziddiyyət təşkil
etməyən və islam maliyyə idarəsi modelinə uyğun olan bankdır.
Keçən əsrin 70-ci illərində islam dininin yayıldığı bir sıra
344 ______ ’ _2 h\- Mt}fWĞ% 7İ.
dövlətlərdə spesifik bank institutları formalaşdınlmağa başladı. Onlann
əsasında müsəlmanlann müqəddəs kitabı, səmavi kitabların sonuncusu
və ən mükəmməli olan Qurani-kərimin ümumi konseptual əsasları
durur.
- İnsan əmlakın mülkiyyətçisi deyü (pul vəsaitləri, əmtəə,
daşınmaz əmlak və s.); o, Allalun izni ilə öz həyatı dövründə
resurslardan istifadə etmək hüququ alır(əmlak, maliyyə vəsaitləri və s.);
- bu vəsaitlər passiv olmamalıdırlar (xəzinə rolunu yerinə
yetirməməlidir), o fəal yaradıcı rol oynamalıdır, lakin onlar möhtə- kirlik
məqsədilə istifadə oluna bilməzlər (məsələn, kazinoda oynamaq),
törəmə maliyyə alətlərindən istifadə etmək qadağandır;
- hər bir müsəlmanın vəsaitləri və əmlakının başlıca təyinatı -
onun bütün cəmiyyətin xoşbəxtliyi naminə fəal şəkildə səmərəli istifadə
olunmasıdır;
- insanı istismar etmək, onu əməyə məcbur etmək, şantaj,
hədə-qorxu, və s. yollarla hər hansı bir hərəkəti həyata keçirməyə vadar
etmək qəti şəkildə qadağan olunur;
-müsəlmanın malik olduğu resurslan xərcləməsi, yaxud onları
mübadilə etməsi istismar aktı hesab olunmur, lakin onun iqtisadi
cəhətdən məqsədəuyğun istifadəsi və müvafiq olaraq əmlakın
istifadəsinə görə zəmanət verilmiş haqq nəzərdə tutulur (vəsait, maşın,
texnologiya, təcrübə).
Qeyd edilən bu əsaslı müddəalar müsəlman ölkələrində banklara
və bank funksiyasım yerinə yetirən digər təşkilatlara tamamilə şamil
edilir. Müsəlman banklannm digər bütün banklardan fərqi borc faizindən
imtina olunmasıdır. Qurani-kərimdə sələmlə pul vermək günah hesab
olunur. Bu onlara imkan verir ki, «pulun qiyməti»nin ənənəvi kriteriyası
bir çox, o cümlədən möhtə- kirlik təsirini daha adekvat- «kapitalın
səmərəliliyi» kateqoriyası ilə əvəz etsinlər. Bununla da borc
maliyyələşdirilməsi istisna olunur, ona görə ki, mənfəət norması ilə cəlb
olunan maliyyə vəsaitləri bilavasitə iqtisadiyyatın müvafiq bölməsinə
yönəldilir.
Bu deyilənlərdən belə bir təbii sual meydana çıxır: əgər pul
vəsaitlərindən istifadə olunmasına görə faiz almaq qadağan olunursa,
onda belə bank necə fəaliyyət göstərir? Axı o vəsaitləri tamamilə əvəzsiz
cəlb edib yerləşdirə bilməz.
Şəriət qanunlarına müvafiq olaraq borc verən öz pul vəsaitlərini
borc alana verməklə onun tərəfmüqabilinə çəvrilir və
!■' ,6 1 ‘"I '' -İ'}İ i' tUV\S‘^İ İM' 345
təsərrüfat fəaliyyətindən əldə edilən mənfəətin bir hissəsini almaq
hüququ qazanır və beləliklədə o, əslində inverstora çevrilir.
İslam bankının xüsusiyyətlərini tam dərk etmək üçün aşağıdakı
sadə modelə baxaq. Əmanətçi öz pulunu bankda yerləşdirir. Bank pul
vəsaitini bir sıra hallarda müəyyən layihələrin həyata keçirilməsinə
yönəldir (bir sıra hallarda bank bunu əmanətçi ilə razılaşır).
Müvəffəqiyyətli nəticə əldə edildikdə (müsbət nəticə, layihənin
mənfəətliyi) bank alınmış mənfəəti borclu və əmanətçi ilə bölüşür. Bu
halda mənfəətin miqdan əvvəlcədən məlum olmur, yalnız onun
sövdələşmələrin iştirakçıları arasında bölünməsi nisbəti məlum olur.
Əgər layihə özünü doğrultmasa, bank və əmanətçi zərəri borclu ilə
bölüşdürürlər.
Borclunun əsas borcu və ya hesablanmış faizi qaytara bilmədiyi
halda nə baş verir? Adətən bu halda adi bank kreditin və faizin
ödənilməsini tələb edir. Lakin bu üsul müsəlman qaydalarma zidd
olduğundan onlar islam bankında mümkün deyil. İslamın ardıcıllan belə
mühakimə edirlər: nəyə görə maliyyə uğursuzluğunda məsuliyyət yalnız
borc alanın üzərinə düşməlidir? Daha ədalətli olar ki, zərəri borc alan,
bank və əmanətçi öz aralannda bölüşdürsünlər.
Belə sxem qərb bankalnndan qaytanimamış pul vəsaitlərinə
görə təhlükənin bölüşdürülməsi barədə qəbul olunmuş qaydalardan
əsaslı şəkildə fərqlənir. İslam banklannda bu təhlükənin faktiki
daşıyıcıları bank və əmanətçilər olur. Ona görə də bütün sistemin
dayanıqlığı və sabitliyi, eləcə də əmanətçilər və tərəfmüqabilləri
tərəfindən ona olan etibar əlverişli bazar koyunkturasından asılı olur.
Qərb bank modelində bu tamamilə fərqlidir. Onlarda banklann və
əmanətçilərin marağı əsaslı şəkildə daha yüksək səviyyədə qorunur.
İslam bankındakı model sövdələşmələr üzrə tərəfmüqabilinin
seçilməsində bankın məsuliyyətini daha da artırır.
İslam bank sisteminin əleydarları təsdiq edirlər ki, bu
sistem həyat qabiliyyətli deyil və Yaxın Şərq ölkələrinə neft dollarlarının
axını sayəsində fəaliyyət göstərir. Ona görə də neft üçün elə birinci
əlverişsiz ildə onlar hamısı müflisləşəcəklər. Belə yanaşmanın müəyyən
mənada əsası olsada, bu şübhə doğurur. Həqiqətən də bu növ maliyyə
təsisatlarının yaranması və möhkəmlənməsinin əsas təkanverici səbəbi
keçən əsrin 75-85-ci
346
illərində baş vermiş neft böhranı oldu (neft ixrac edən ölkələr üçün neft
bumu). Lakin qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəlində neft və
neft məhsulları bazannda enmələr olduqda belə, islam bankı vəziyyətdən
şərəflə çıxdı. Bu da onunla əlaqədar oldu ki, banklar onlara etibar
olunmuş vəsaitləri səmərəli idarə etdilər.
Gənc islam bank sisteminin dayanıqlığı yalnız aktiv və
passivlərin ərəb müdrikliyi və qənaətkarlığı ilə idarə oinmasında deyil,
əsasən dindar adamların həyatlarının bütün aspektlərində öz dinlərinin
tələblərinə uyğun yaşamalarıdır. Mömin müsəlman öz pulunu harada
saxlanmasına etinasız deyil, o bir sıra hallarda müsəlmançılıq
qaydalarını pozmamaq üçün pul vəsaitini itirəcəyi təhlükəsini öz üzərinə
götürməyə və yaxud pulunu havayı verməyə razıdır. Məhz buna görədə
(dini-psixoloji amil) islam bank sisteminin “davamlılıq ehtiyatı” amili
yüksəkdir.
Beləliklə, hələ VII əsrdə Qurani-kərimin bazasında qurulmuş
iqtisadi nəzəriyyə öz inkişafını alır. Müsəlman etikasına bu və ya digər
dərəcədə əsaslı şəkildə İran, Pakistan və Sudan, qismən də Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və s. ölkələr əməl
edirlər.
Lakin yuxanda göstərilən prinsiplər təcrübədə kifayət qədər
müvəffəqiyyətlə digər ölkələrdə yaradılmış banklarda da istifadə olunur.
1975-ci ildə hökumətlərarası İslam İnkişaf bankı və birinci kommersiya
bankı «Dubay İslam bankı» yaradıldı. Onlar hər ikisi də müvəffəqiyyətlə
fəaliyyət göstərir və müxtəlif müsəlman ölkələrində inkişaf
proqramlannın həyata keçirilməsinə köməklik göstərirlər.
Hazırda dünyanın 35 ölkəsində islam prinsiplərini rəhbər tutan
banklar fəaliyyət göstərir ki, bu da adi banklara nisbətən onların rəqabət
qabiliyyətli olmalarına dəlalət edir. Təcrübə göstərir ki, dünyanın çox
məşhur «NBM» (IBM), «General Motors» (General Motors), «Alkatel»
(Alkatel) və s. kompaniyaları həmin banklara tez-tez müraciət edərək,
onların xidmətindən istifadə edirlər. «Çeyz Manxetten» (Chase
Manhatten), «Qoldmen and Saks» (Goldman and Sacs). «Cey Pi
Morqan», (J.P.Mor- qan) və digər nəhəng bank və kredit təşkilatlan
özlərinin struktur islam bölmələrini açırlar. Məşhur «Sitibenk»
(Citibank) 1997-ci ildə Bəhreyndə özünün qız bankı olan «Citi islamik
i..vestment benki» yaratmışdır. Bütün dünyada ümumi kapitalı 10
milyard
347
dollar və məcmuu aktivi 180 milyard dollar olan bu formada 200
maliyyə idarəsi fəaliyyət göstərir. Onlann illik təmiz mənfəəti 2,2
milyard dollar, aktivlərinin rentabelliyi 1%, banklar tərəfindən nəzarət
olunan kapitalın rentabelliyi - 19% təşkil edir.
Bəs islam bank idarələri öz fəaliyyətlərini hansı formada
həyata keçirirlər? Sistemin xüsusiyyətləri öz əksini məhz onların
fəaliyyətinin spesifik formalarında tapır. Müsəlman maliyyəçi və
hüquqşünaslarının müdrikliyi nəticəsində şəriət normalarına əks
olmayan, lakin bu halda həm də müasir iqtisadiyyatın tələblərinə cavab
verən çoxlu sayda maliyyə əməliyyatlan işlənilmiş və təcrübədə tətbiq
olunmuşdur. Müsəlman dininin qaydalan nöqtəyi-nəzərindən yalnız
qəbul ediləcək bank əməliyyatlannm həyata keçirilməsi üçün xüsusi
şəriət şurası yaradılır. Şura müəyyənləşdirir ki, bu və ya digər əməliyyat
“halaldır” və ya “haram”. Əvvəlcədən müəyyən edilmiş miqdarda gəlir
götürülməsi ilə əlaqədar istənilən əməliyyat, eləcə də donuzçuluq
müəssisələrinin, spirtli içkilər istehsalçılarının, qumarxana və
kazinoların, həm də verilmiş borc əvəzində faiz ödəmələri alan
müəssisələrin maliyyələşdirilməsi haramdır.
Bir qayda olaraq islam bankı öz müştərilərinə iki növ hesab
açmağı təkilf edir: cari hesab (bu bütün hallarda faizsizdir) və investisiya
hesabı (bu hesab üzrə gəlir bankın pul qoyduğu layihələrin
müvəffəqiyyətindən asılıdır).
İslam banklan öz fəaliyyətlərində bir sıra şəriət prinsiplərinə və
alətlərinə əsaslanırlar: a) mudaraba, b) muşarak, c) idcara, ç) sol-
yam, f) murabaha və sairə.
Mudaraba - bu zəmanətlə maliyyələşdirmədir. Bu halda bank bir
halda əmanətçilərin vəsaitləri ilə işləyərkən trast idarəe- dicisi kimi,
digər halda müştəri kimi çıxış edir (bu o halda olur ki, bankın
maliyyələşdirdiyi layihələrdən əldə edilən gəlirin bir hissəsi bankın və
onun əmanətçilərinin mənfəətini təşkil edir).
Müşarak - bu ortaqlığm elə bir növüdür ki, bu halda layihələrin
və ya sövdələşmələrin həyata keçirilməsi bankın və sahibkarın birgə səyi
ilə baş verir. Bu halda bank nəticəyə görə di- vident şəklində öz mənfəət
payını alır.
İdcara - lizinqin klassik növüdür.
Solyam - indiki kontraktasiya (təsərrüfat təşkilatlan və s. arasın
348
da olan müqavilə) müqavilələrini xatırladan və adətən kənd
təsərrüfatında istifadə olunan əməliyyatlarm avansla
maliyyələşdirilməsidir.
Murabaha - «bankm xərcləri üstəgəl əlavə qiymət artımı»
prinsipi üzrə ticarət əməliyyatlannın maliyyələşdirilməsi formasıdır.
İslam bankının fəalityyəinin məğzi ondan ibarətdir ki, o
maliyyə vasitəçisi funksiyasım ,o cümlədən komissiyon agenti rolunu
demək olar ki, iş axıra çatdınlana qədər həyata keçirir və yalnız
müvəffəqiyyətlə başa çatan layihələrdən mənfəət götürür. Bu halda,
əgər bank özünə məxsus vəsaitlərlə maliyyələşmədə hər hansı bir
formada iştirak etmirsə, bankm kapitalı təhlükəyə məruz qalmır. Təbü
ki, bu halda əmanətçilər qarşısında da heç bir öhdəlik əmələ gəlmir.
Mudaraba və Muşarakda müəyyənləşdirilənlərdən əlavə islam
banklarının bir xüsusiyyəti də vardır: adi bank borc almaq və borc
verməklə (başqa sözlə pulu alıb-satmaqla) məşğul olursa, islam bankı
əmtəələrin alımb-satılması Uə məşğul olur, pul isə bu əməliyyatlarda
yalnız xidməti (ölçü) funksiyasını yerinə yetirir. Bu da, dünya
ölkələrinin qanunçuluğunda və bank təcrübəsində yüz illərlə təşəkkül
tapmış qaydalarla ziddiyyət təşkil edir. Bu qaydalara görə banklar ticarət
və istehsal fəaliyyəti ilə məşğul ola bilməzlər. Onlar öz səylərini
əmanətlərin qəbulu və müəyyən faizlə borc verməkdə
cəmləşdirməlidirlər. Ona görə də islam bankları bu ziddiyyəti aradan
qaldırmağa çalışaraq, öz əməliyyatlarında borc verir və alır, eyni
zamanda dünya biznesində təşəkkül tapmış vəziyyəti nəzərə alaraq öz
filiallarını və bölmələrini açır.
Lakin nəzərdə tutmaq lazımdır ki, islam bankları şəriət normaları
və ənənəvi islam etikasına zidd olan əməliyyatlar və fəaliyyət
dairəsindən mənfəət götürmək fikrində olmurlar. İslam bankı
müştərini o qədər maliyyə vəziyyəti ilə deyil, nə qədər ki, onun
surəti (şəxsiyyəti) ilə qiymətləndirir.
Elm və bank dairələrinin bir sıra nümayəndələri
maliyyələşdirmənin islam modelinə inamsızhqla yanaşır və hesab
edirlər ki, islam bank işi prinsipləri bir oyundur. Onlar belə bir dəlil
gətirirlər ki, islam bankları mudaraba və muşarak prinsiplərindən
istifadə edərkən gəlir səviyyəsi təəccüblüdə olsa, qeyri-islam
banklannm faizlə kredit verdikdə əldə etdikləri gəlir səviyyəsinə bərabər
və ya demək olar ki, bərabər olur. Əslində onların tənqidləri həqiqətdən
uzaqdır.
349
Bütün yuxarıda deyilənləri yekunlaşdıraraq aşağıdakı
nəticələrə gəlmək olar:
bu gün müxtəlif qiymətləndirmələrə görə islam
banklarının sayı 200-dən artıq, onların məcmuu
aktivlərinin miqdarı isə 180 mlrd. ABŞ dollan təşkil
edir;
son bir neçə il ərzində Yaxın Şərqdə islam bank
bölməsi daha dinamik inkişaf edir, nəinki qeyri-
islam bank bölməsi. Onlann aktivlərinin artımı illik
10%-dən çoxdur.
islam bankları tədricən dünya maliyyə bazarında
daha fəal çıxış edir, nəhəng dünya banklan ilə
tərəfmüqabillik münasibətləri qurur, eləcə də
dünyanın inkişaf etmiş ölkələrində bir sıra münasib
layihələri maliyyələşdirir; nəhəng dünya bankları
xüsusi islam departamentlərini açırlar və bu amil də
islam maliyyə sisteminə marağın artmasını göstərir.
Mütəxəssislər islam bankının fəaliyyətini qiymətləndirərkən, belə
nəticəyə gəlirlər ki, bu banklann inkişafında əsaslı dəyişikliklər
gözləməyə dəyməz. Baxmayaraq ki, onlar dünya bank sistemində
müəyyən yer tuturlar. İslam bank modeli, bankla onun müştərisi arasında
qarşılıqlı əlaqədə yəqin ki, etik və mənəvi tərəfdən daha əhəmiyyətlidir.
Şübhəsiz ki, gələcəkdə sahibkarlığın etik- mənəvi tərəflərinə daha çox
diqqət yetiriləcəkdir.
İslam inkişaf bankı - regional inkişaf bankıdır. 1974-cü ildə
İslam təşkilatı konfransı tərəfindən yaradılmışdır. Hazırda 47 müsəlman
ölkəsini birləşdirir. Bankm yaradılmasınm məqsədi müsəlman ölkələri
və regionlarının iqtisadi inkişafına köməklik göstərməkdir. Bank
Qurani-kərimin sələmçiliyi rədd edən prinsiplərini əsas tutaraq faizlə
borc və kreditlər vermir. Bank çox cüzi «komisyon haqqı almaqla»
səhmlər almaq, yaxud borc vermək yolu ilə sənayenin inkişafı ilə
əlaqədar layihələri maliyyələşdirir. Bundan əlavə, bank iştirakçı ölkələrə
kömək etmək məqsədilə, idxalı maliyyələşdirmək üçün onlara zəruri
olan kreditlər verir.
350 ^ M'J.
6.5. Asiya Klirinq ittifaqı
Asiya klirinq ittifaqı beynəlxalq xüsusiyyətli əsas valyuta -
hesablaşma təşkilatlarından biridir .
Asiya klirinq ittifaqı 1974-cü ildə yaradılmışdır. Onun əsas
təsisçiləri Banqladeş, İran, Hindistan, Myanma, Neapol, Pakistan və
Şri-Lankadır. İttifaqın məqsədli təşkilat daxilində ticarət əməliyyatları
üzrə qarşılıqlı hesablaşma aparılması yolu ilə, iqtisadi əlaqələrin həyata
keçirilməsinin asanlaşdıniması və öz aralarında əməliyyatların saldosu
üzrə biri-birini kreditləş- dirməkdir. Bunlar imkan verir ki, qruplaşma
daxilində hesablaşmalar üzrə ödəmələrdə üzv-ölkələrə dönərli valyuta
xərclənməsində qənaət edilməsinə imkan yaradılsın. Qruplaşma
çərçivəsində çoxtərəfli klirinq hesablaşmaları ikitərəfli klirinq
hesablaşmaları ilə və çatışmayan əmtəələrin nağd valyuta ilə ticarəti ilə
uyğunlaşdırılır. İttifaq üzvlərinin tələblərinin qarşılıqlı nəzərə alınmasını
klirinq palatası həyata keçirir. Klirinq palatasının funksiyasını İran
Mərkəzi bankı yerinə yetirir.
Təşkilat bütün ölkələr, əsasən də Asiya klirinq ittifaqı üzv
dövlətlərinin ticarət tərəf müqabilləri üçün açıqdır. Təşkilatın yüksək
dərəcədə açıq olması xüsusiyyəti onunla əlaqədardır ki, o üzv-ölkələrin
təmiz iqtisadi maraqları əsasında yaradılmışdır.
Asiya klirinq ittifaqının kollektiv valyutası 1975-ci ildə
yaradılmış Asiya valyuta vahididir - AM YU. Onun pariteti SDR-ə bə-
rabərləşdirilir. AMYU iştirakçı dövlətlərin qarşılıqlı maliyyə
tələblərinin qiymətləndirilməsinin vahid şəklə salmmasma xidmət
edir.
Kreditor ölkələrin Paris klubu. Buraya «böyük yeddiliyə»
daxil olan dövlətlər, eləcə də Belçika, Niderland, İsveçrə daxildir. Bəzən
bu klubu «10-lar qrupu» da adlandırırlar. «10-lar qrupu»nun üzvləri
1962-ci ildə Parisdə BVF ilə borclar haqqında Baş saziş imzalanmış
ölkələrdir. «10-lar qrupu» nun əmələ gəlməsinin səbəbi bilavasitə
1956-cı ildə xarici borcların ödənilməsi problemi ilə əlaqədar baş vermiş
Argentina böhranı olmuşdur. «Qrup» yalnız Argentina ilə deyil, digər
ölkələrlə də borclar barədə danışıqlar aparan sənayecə inkişaf etmiş
ölkələrin özünə məxsus qeyri-formal təşkilatıdır.
Paris klubu dünya iqtisadiyyatı liderlərinin mühüm qeyri- formal
maliyyə birliyidir. Paris klubu London klubuna nisbətən
I": 351
daha bö)mk təsir dairəsinə malikdir. Paris klubu: Avstraliya, Avstriya,
Almaniya, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa,
Finlandiya, İsveç, İsveçrə, İrlandiya, İspaniya, İtaliya, Kanada,
Niderland, Norveç, Rusiya, Yaponiya ^mi 19 ölkənin
kreditor-banklannuı nümayəndələrini özündə birləşdirir.
Paris klubunun fəaliyyətinin baş ideyası açıq-aşkar ümidsiz
xarici borcları olan ən kasıb ölkələrə qayğı göstərməkdən ibarətdir,
ictimai fikir ən kasıb ölkələrin borclarının bir hissəsinin silinməsini tam
müdafiə edir. Hələ 1994-cü ilin dekabrında Paris klubu belə bir qərara
gəldiki ayrı- ayrı hallarda borcun 67%-ini silmək olar. 1995-ci ilin
fevralında belə bir güzəşt alan ilk ölkə Uqanda oldu. Hazırda maksimum
güzəşt 80%-ə qədər artırılmışdır. Maksimum güzəşt hamıya tətbiq
edilmir. Bunun üçün ölkə kasıb olmaqla bərabər, həm də fəal bazar
iqtisadiyyatı islahatları həyata keçirməlidir.
Paris klubu inkişaf etməkdə olan ölkələrə xüsusilə qayğı
göstərir. Yeganə təşkilatdır ki, istədiyi qədər borcu silə və istədiyi qədər
kredit verə bilər. Ona görə də inkişaf etməkdə olan ölkələrin iqtisadi
siyasəti Paris klubundan asılıdır.
Öz fəaliyyətində Paris klubu üç əsas prinsipi rəhbər tutur:
1) borcun ödənilməsi üzrə ödənişin dayandırılması üçün birbaşa
təhlükənin olması; 2) borcların restrukturizasiyasının
borclunun müəyyən iqtisadi siyasət yeridəcəyi ilə
şərtləndirilməsi; 3) ödənilməmiş borc yükünün kreditorlar arasında
bərabər bölüşdürülməsi.
Birinci iki prinsip Paris klubu tərəfindən borcun ödənilməsinin
köhnə şərtlərinə baxılmamışdan əvvəl borclu ölkə tərəfindən mütləq
yerinə yetirilməlidir. Üçüncü prinsip kreditorların mövqəyinə aiddir və o
mütləq şərt deyil.
Birinci prinsip nəzərdə tutur ki, borclu sübut etməlidir ki, o
xarici borcunu ödəməli olması barədə götürdüyü öhdəliyi yerinə
yetirmək iqtidarında deyil. Ona görədə, o hesab edir ki,kreditin
ödənilməsi şərtlərinə baxılması zəruridir. Bunuda görmək o qədər də
çətin deyil. Bir qayda olaraq kreditin ödənilməsində iri məbləğdə
ölkənin borcunun olması Paris klubu üçün kifayət qədər sübutdur ki,
təzliklə borc üzrə ödəmə
352
ümumiyyətlə dayandınlacaqdır. Bundan əlavə borcun ödənilməsinin
borclu ölkə üçün ciddi problem olduğunu aydınlaşdırmaq üçün Paris
klubu həmin ölkənin tədiyə balansının vəziyyəti barədə BVF-in
proqnozlarından istifadə edir.
İkinci prinsip borclar üçün borcun ödənilməsi şərtlərinin
yüngülləşdirilməsi (təxirə salınması, başqa vaxta keçirilməsi, möhlət
verilməsi, vaxtının uzadılması) ona yönəldilir ki, borclu iqtisadiyyatında
hərtərəfli islahatlar və deyişikliklər həyata keçirməklə borclu öz ödəmə
qabiliyyətliyini bərpa etsin. Ona görə də kreditor dövlətlər borcun
ödənilməsi qrafikinə yalnız o halda baxalar ki, borclu ölkələr BVF-nun
əlavə verdiyi borc hesabına makroiqtisadi dəyişiklər proqramını həyata
keçirsin. Kreditor dövlətlər bu amilə böyük əhəmiyyət verirlər. Bir
qayda olaraq borclann ödənilməsi şərtlərinə baxılması barədə belə bir
qeyd olur: “Bu protokolun müddəalan o vaxta qədər öz gücünü saxlayır
ki, X Respublikasmın əlavə borc almaq barədə BVF ilə razılaşması
vardır”.
Maliyyə çətinliyi ilə üzləşən borclunun nəinki yalnız rəsmi və
fərdi kreditorlar, həm də BVF qarşısında ödənilməmiş borclar üzrə çox
böyük məbləğdə borcu yığılıb qalmış olur. BVF-nin Nizamnaməsi belə
ölkələrə yeni kreditlər və borclar verilməsini və təbii ki, onlarla bu
məsələlərə dair hər hansı yeni bir razılaşmanın bağlanmasını qadağan
edir. Bu da öz növbəsində Paris klubuna daxil olan kreditor ölkələri belə
ölkələrlə maliyyə münasibətlərini tənzimləmə imkanından məhrum edir.
Bu qapalı dairədən çıxış yolu kimi Paris klubu xüsusi strategiya
hazırlamışdır. Bu strategiyaya uyğun olaraq borclu ölkə BVF-dən əlavə
kreditlər almaq istəyən ölkələrə olan tələblərə müvafiq olaraq
makroiqtisadi islahatlar proqramı həyata keçirməlidirlər. Belə
proqramları tədricən müvəffəqiyyətlə həyata keçirən ölkələr BVF-dən
maliyyə köməyi almaq hüququ qazanırlar. Bu hüquq mövcud borcların
ödənilməsinə yönəldilir. Kredit verilməsinin borcu ölkənin müəyyən
iqtisadi siyasəti həyata keçirməsi ilə şərtləndirilməsi ciddi hüquqi istilah
deyil. Bu prinsipin müəyyənləşdirilməsi hətta BVF və Dünya bankının
yaradılması haqqında müqavilədə də nəzərdə tutulmamışdır. Bir sıra
borclu ölkələr hətta iddia edirlər ki,
353
BVF-nin kreditlərinin müəyyən iqtisadi siyasətin yeridilməsi ilə
şərtləndirilməsi iqtisadi çətinliyi daha da dərinləşdirir.
Üçüncü prinsip ödənilməmiş borc yükünün kreditorlar
arasında bərabər bölüşdürüməsidir. Bu qaydanı həm də bərabər
şərtlər prinsipi adlandırırlar. Borc öhdəliklərinin yerinə yetirilməsi
şərtlərinə yenidən baxılması ilə əlaqədar olan bu prinsip problemlə
əlaqədar yükün kreditorlar arasında bərabər bölüşdürülməsini təmin
edir.
Göstərilən bu prinsip Paris klubu çərçivəsində danışıqlarda
iştirak etməyən kreditorlarada şamil edilir. Rəsmi kreditorlar istəmirlər
ki, güzəştdən istifadə edən borclu ölkə ondan digər kateqoriya
kreditorlar qarşısında olan borclarını ödəməyə sərf etsinlər.
Paris klubunda ölkələrin dövlət borcları üzrə problemlərin
tənzimlənməsi və ödəmələrə möhlət verilməsi məsələləri müzakirə
olunur. Klub daimi üzvlük nəzərdə tutmur, əksinə Paris klubu
çəriçivəsində danışıqlar prosesinin iştirakçıları borclu dövlətin hökuməti
və onun kreditorları olur. Ənənəvi olaraq Paris klubunun yığıncaqları
fransız xəzinədarlığının böyük məmurunun sədrliyi altında keçirilir.
Paris klubunda danışıqlar böyük məsrəflər tələb etmir, lakin bu
danışıqlar borclu ölkənin nümayəndələri üçün təhqiredici və
xoşagetməzdir. Bir qayda olaraq Paris klubunda danışıqlar bir gün
ərzində qurtarır. Lakin bəzən uzunmüddətdə çəkir. Klubun tarixində ən
qısa danışıq 1983-cü ildə Malavi nümayəndə heyəti ilə olmuş və cəmisi
bir saat ərzində razılaşma əldə edilmişdir. Bəzi hallarda danışqlar
nəticəsiz çatır.
Paris klubunun borcların restruktruzasiyası üzrə fəaliyyətini
müəyyən edən mühüm prinsip bütün kreditorların bərabər hüquqlu
olmasıdır. Paris klubunun xidmətinə müraciət edən borclu-ölkə saziş
bağlamamışdan əvvəl, klubdan borc almaq üçün BVF ilə saziş
imzalamalıdır və öhdəsinə götürməlidir ki, aldığı borcu mütləq BVF
tərəfindən bəyənilmiş iqtisadi proqramın həyata keçirilməsinə sərf
edəcəkdir. BVF-dən borc almağın mütləq şərti olan sabitləşdirmə
proqramı bir qayda olaraq borclu ölkədə milli ixracın artırılmasına
yönəlmiş olur. Kreditorlar bu proqrama borclu-ölkənin xarici borclarının
ödənilməsinin
354
bərpa olunmasının zəruri şərti kimi baxırlar.
Hazırda Paris klubunun 19 üzvü var və o cümlədən keçmiş SSRİ
respublikalanndan Rusiya Federasiyası da 1997-ci ildən klubun üzvüdür.
Klubun iclaslannda inkişaf etməkdə olan ölkələrin dövlət borcları
məsələləri müzakirə olunur. Onun yığıncaqlannda BVF, BYİB, İİƏT,
YUNİDO-nun müşahidəçiləri iştirak edirlər.
London klubu - 400-dən çox iri kommersiya kreditor -
banklarının qeyri-formal təşkilatı olmaqla onların birliyidir. Klubda
borclu ölkələrin xüsusi xarici borclarının tənzimlənməsi problemləri
müzakirə olunur. Şəxsi kommersiya banklan digər ölkələrə verdikləri
pul vəsaitini qaytarmaq üçün Paris klubunun imkanlarından istifadə edə
bilmirdilər. Ona görə də bu şəxsi institutlar problemin həlli məqsədilə
danışıqlar aparmaq üçün London klubunu yaratdılar. O, beynəlxalq borc
böhranının kəskinləşdiyi 1980-ci illərin əvvəllərində yaradılmışdır.
London klubu öz fəaliyyətini BVF ilə sıx əlaqələndirməklə və
«böyük yeddiliy»in zəmanəti ilə həyata keçirir. Ümumi fikrə görə
London klubu müstəsna olaraq şəxsi bankları təmsil etdiyindən, onunla
damşıqlar aparmaq Paris klubu ilə danışıqlar aparmaqdan daha çətindir.
London klubu - kreditorun hökumətinin təminatı olmadan
kommersiya bankları tərəfindən verilmiş kreditlərin ödənilməsi vaxtına
baxılması üçün forumdur (mərkəzdir). Belə danışıqlar borclular və
kommersiya kreditorları arasında çox vaxt Londonda keçirildiyinə görə
forum London klubu adını almışdır. Bu «klub» özündə kommersiya
banlarını birləşdirən qeyri-rəsmi orqandır və bu bankların borclulan
«üçüncü dünya» ölkələridir.
Paris klubu kimi London klubuda çalışır ki, bilavasitə
borcların ödənilməsi üzrə inkişaf etməkdə olan ölkələrin yükünü
azaltsın. Bu klublardan heç biri beynəlxalq təşkilat deyil. Onların
«üzvlük tərkibi» sabit deyil və onların rəsmi mandatı yoxdur. Hər bir
klub borcların baxılması əməliyyatının həyata keçirilməsi üçün özünün
qayda və prosedurasına malikdir. London klubunda kreditor-banklarına
maraqlarını ölkənin borcunun maksimum hissəsi payına düşən bankların
nümayəndələrindən ibarət tərkibdə təşkil olunmuş Konsultativ bank
komitəsi təmsil edir.
355
London klubu və Paris klubu arasında əsaslı fərqlər mövcuddur.
London klubu kommersiya strukturlarına verilmiş borcların
restrukturizasiyası ilə məşğul olursa, Paris klubu rəsmi kreditorlara
verilmiş borclara baxır. London klubunun daimi sədri və ya katibliyi
yoxdur və Paris klubundan fərqli olaraq onun proseduraları daha sərbəst
xarakter daşıyır. Ona görə də London klubunun yığıncaqlarının
keçirilməsinin tənzimlənməsi qaydası ölkədən asılı olaraq fərqlənir.
Belə çevik yanaşma London klubunun iş qaydasının izahını çətinləşdirir.
London klubunda borcların ödənilməsi müddətinə baxılmasının formal
çərçivəsinin olmaması, öz borclarını restrukturazasiya etmək istəyən
ölkələrə münasibətdə təhlükəni öz üzərinə götürən kommersiya bankaln
bu və ya digər ölkəyə borclar verən kommersiya bankalnnm maraqlarını
qorumaq üçün Konsultativ bank komitəsi yaradırlar. Baxmayarq ki,
London klubunda borcların restrukturizasiyasmda yüzlərlə bank iştirak
edə bilər, Konsultativ bank komitəsinin tərkibi 15 nəfərdən çox olmur.
Borclu ölkə ilə rəhbər komitə arasında əldə edilmiş razılaşma
ödənilməmiş borcların 90-95%-i payına düşən banklar tərəfindən
bəyənilməlidir. Bundan sonra həmin razılaşma rəsmi şəkildə imzalana
bilər. Beləliklə London klubunda borcların restrukturizasiyası borclu
ölkə üçün uzun sürən, yorucu və çox baha başa gələn bir üsula çevrilir.
Bundan fərqli olaraq Paris klubunda danışıqlar borclu ölkə üçün heç bir
əlavə məsrəflər şərt etmədən çox tez həyata keçirilir.
Bir qayda olaraq London klubu faiz ödəmələrinə baxmır. Paris
klubu isə həm əsas borcun, həm faizlərin məbləğinin ödənilməsi
məsələsinə baxır. London klubu Paris klubundan fərqli olaraq borclu
ölkədən ehtiyat kredit barədə Beynəlxalq Valyuta Fondu ilə saziş
bağlamağı tələb etmədən borcun ödənilməsi müddətinə baxa bilər.
Bunlardan əlavə beynəlxalq maliyyə-kredit və valyuta
münasibətlərində aşağıdakı regional banklar, fondlar və maliyyə
təşkilatları da fəaliyyət göstərirlər.
356
Regional Banklar
Avropa investisiya bankı;
Asiya inkişaf bankı;
Ərəb-Afrika beynəlxalq bankı;
Afrikanın iqtisadi inkişafı Ərəb bankı;
Afrika inkişaf bankı;
Mərkəzi Afrika dövlətlərinin inkişaf bankı;
Qərbi Afrika inkişaf bankı;
Karib inkişaf bankı;
Latın Amerikası ixrac bankı;
10. Amerika dövlətləri'arası inkişaf bankı;
11. Mərkəzi Amerika iqtisadi inteqrasiya
bankı;
Ərəb-Latın Amerikası bankı; 12
Regional Fondlar və Mlaliyyə Təşkilatları
1. Karib investisiya bankı;
2. And ehtiyat fondu;
3. Ərəb valyuta fondu;
4. İqtisadi və sosial inkişaf üzrə Ərəb fondu;
5. Afrika inkişaf fondu;
6. OPEK-in xüsusi fondu;
7. Afrika valyuta tədqiqatlan mərkəzi;
8. Mərkəzi Afrikanın valyuta ittifaqı;
9. Avropa valyuta sistemi;
10. Qərbi Afrika valyuta ittifaqı;
11. Qərbi Afrika klirinq palatası;
12. Fransız bankı zonası;
13. Karib investisiya korporasiyası;
14. And inkişaf korporasiyası;
15. Şimal investisiya bankı;
16. Amerika dövlətləri arası investisiya korporasiyası.
6.6. Beynəlxalq Valyuta Fondu (BVF)
BVF-nin əsas funksiyaları:
pul siyasəti sahəsində beynəlxalq əməkdaşlığa
kömək etmək;
I 357
dünya ticarətinin genişləndirilməsi; kreditləşdirmə;
pul dəyişmə kurslarının sabitləşdirilməsi; debitor
ölkələrə məsləhətlər verilməsi; beynəlxalq maliyyə
statistika standartlarının işlənilməsi;
beynəlxalq maliyyə statistikasının toplanması və nəşr
edilməsi.
Qlobal xarakterli çoxsaylı beynəlxalq institutlar sırasına birinci
növbədə Beynəlxalq valyuta fondu (International Mone- tary Fund)
aiddir. Beynəlxalq valyuta fondu 1947-ci ildə BMT- nin ixtisaslaşmış
idarəsi statusunu almışdır. BVF-nun yaradılması 1944-cü ildə ABŞ-m
Bretton - Vuds şəhərində valyuta maliyyə məsələləri üzrə keçirilən
Konfransda qərara alınmışdır. BVF 1945-ci ildə yaradılmışdır. BVF
1945-ci il yaradılmışdır pozulur. Onun yerinə yazılır.
BVF-nın konsepsiyasının işlənilməsinə çox mühüm töhfəni
Bretton-Vuds konfrasında Böyük Britaniya nümayəndə heyətinin
başçısı Con Meynard Keyns və ABŞ-ın maliyyə nazirliyinin yüksək
vəzifəli əməkdaşı Harri Dekster Uayt vermişlər. Sazişin son variantı
ilk dəfə olaraq 29 dövlət tərəfindən 27 dekabr 1945-ci ildə imzalandı.
Bu BVF-nın rəsmi yaradılması tarixi oldu. Bretton-Vuds sisteminin
bir hissəsi kimi öz fəaliyyətinə 1 mart 1947-i ildən başlandı. Elə həmin
ildə BVF- dən ilk krediti Fransa aldı.
İlkin olaraq BVF valyuta kurslarının müəyyənləşdirilməsi və
onlarda düzəlişlər edilməsi məqsədilə yaradılmışdı.
Bununla yanaşı 1944-cü ildə Bretton-Vudsda imzalanmış saziş
BVF-nun, eləcə də aşağıdakı məqsədlər üçün yaradılmasını nəzərdə
tuturdu (BVF-nun Nizamnaməsinin 1-ci maddəsi):
- beynəlxalq valyuta əməkdaşlığına imkan yaratmaq;
- beynəlxalq ticarətin tarazlaşdırılmış artımını və inkişafını
yüngülləşdirmək və bununla da məşğulluğun və real gəlirlərin yüksək
səviyyəsinə, eləcə də istehsal ehtiyatlarının inkişafına nail olunması;
- sabit valyuta mübadiləsinə kömək etmək və rəqabətlə əlaqədar
valyutaların qiymətdən düşməsinə yol verməmək;
358 : .V";....
- cari əməliyyatlar üzrə çoxtərəfli hesablaşmalar sisteminin
yaradılması üçün əlverişli şərait yaradılması və dünya ticarətinin
inkişafına maneçilik törədən valyuta mübadiləsi məhdudiyyətlərinin
ləğv edilməsi;
- milli və beynəlxalq rifaha zərər gətirə biləcək tədbirlərə əl
atmadan üzv-ölkələrə fondun ehtiyatları hesabına xarici tarazlığın
pozulmasının düzəldilməsi üçün imkan yaradılması;
- üzv-ölkələrin tədiyə balansının müvazinətinin pozulmasının
geniş miqyas almasını azaltmaq və məhdudlaşdırmaq.
Bütün bunları yekunlaşdıraraq, qısa şəkildə BVF-nun əsas
məqsədini aşağıdakı kimi ifadə etmək olar: BVF-nun əsas məqsədi
beynəlxalq valyuta əməkdaşlığının stimullaşdırılması, beynəlxalq
ticarətin tarazlaşdırılmış inkişafına köməklik edilməsi, üzv-ölkələrin
tədiyə balanslarında kəsirin aradan qaldırılmasında və valyuta
kurslarının sabitliyinə nail olunmasına yardım göstərilməsidir.
Bu gün BVF 150 milyard SDR, (Xüsusi əvəzetmə hüququ)' yəni
200 milyard dollardan çox kapitala malik, 182 dövlətin üzv olduğu iri
beynəlxalq təşkilatdır.
1960-cı illərin əvvəllərində qızıl hasilatının qeyri-adekvat artımı
ilə bağlı olaraq beynəlxalq likvidliyn artınimasının zəruriliyi ilə əlaqədar
diskussiyalar başlandı. BVF-nun 1967-ci ildə Rio-de-Janeyroda
keçirilən yığıncağında ilk dəfə xüsusi əvəzetmə hüququ (XƏH - SDR)
sxemindən istifadə olunması təklif olundu. 1969-cu ildə BVF-nun
üzvləri XƏH - SDR ilə işləməyə imkan yaratmaq üçün fondun
nizamnaməsinə əlavələr etmək barədə razılığa gəldilər. XƏH-na digər
valyutalara, məsələn dollara, yanaşılan kimi yanaşılmalıdır. XƏH-nun
kursu gündəlik olaraq bir neçə aparıcı dönərli valyutanın kursu üzrə
müəyyənləşdirilir. XƏH-nun ilk emissiyası 1970-ci ildə oldu. BVF
özünün əsas əməliyyatlarını XƏH - SDR-lə hesablayır.
BVF-nun nizamnaməsi 1976-cı ildə Yamaykanın Kinqston
şəhərində bağlanılmış Yamayka sazişindən sonra əsaslı dəyişikliklərə
məruz qaldı. Saziş beynəlxalq valyuta sistemində qızılın əhəmiyyətini
azaltdı, valyutaların üzən kursunu qəbul etdi.
SDR - Special Drawinq Rights - beynəlxalq hesablaşmaların əsas
vəsaiti.
359
XƏH - SDR-in qiyməti və onun tətbiq dairəsinə yenidən baxdı və inkişaf
etməkdə olan ölkələrin xeyrinə BVF-nıın qızıl ehtiyatlarının satılmasına
icazə verdi.
Yamayka sazişinə uyğun olaraq azad üzən kurs sisteminə
keçilməsi ilə əlaqədar olaraq BVF yalnız valyuta kurslarının vəziyyəti və
dünya valyuta sistemi üzərində nəzarəti həyata keçirir.
Təcrübədə BVF əsas üç məsələni həll edir:
- BVF-nun Nizamnaməsi ilə müəyyən olunmuş pozitiv valyuta
davranışı kodeksinin tətbiqinə nəzarət etmək (valyuta mübadiləsinin
sabitliyi, cari hesablaşmaların azad şəkildə həyata keçirilməsi,
ayrı-seçkiliyin olmaması, valyutaların dönərliyi, xarici tarazlıq),
xüsusilə də üzv-ölkələrin iqtisadi siyasəti üzərində «ciddi nəzarətin»
həyata keçirilməsi;
- lazımi iqtisadi siyasət vasitəsilə ödəmələrin tarazlığının
pozulmasının qarşısını almaq və ona düzəlişlər etməklə maliyyə
resurslarının verilməsi;
- valyuta sahəsində ölkələrin əməkdaşlığı və fəaliyyətlərinin
razılaşdırılması üçün özünü forum kimi göstərməsi.
BVF tərəfindən kreditlərin verilməsinin çox saylı qaydaları
fondun üzvlərinin onun ümumi resurslarına daxil olmalarına nəzarət
edir. Bütövlükdə bu qaydalar üzv-ölkələrə onların BVF-dakı kvotaya
uyğun olaraq müəyyən həddən artıq xarici valyuta almalarına
məhdudiyyət qoyur, lakin bu kəmiyyət bütün mövcud imkanlardan
istifadə edən dövlətlər üçün 440%-dək ola bilər. Bu imkanlara çıxışı
yalnız o ölkələr əldə edirlər ki, onlar BVF-nun tədiyə balansı, iqtisadi
artım, iş yerlərinin yaradılması, maliyyə sabitliyi, struktur islahatlar,
ödəmələr və ticarətin məhdudlaşdırılmamasma münasibətdə fondun
siyasəti ilə bağlı irəli sürdüyü şərtlərlə razı olsunlar. Borc alanın qəbul
edəcəyi şərtlər kreditlərin şərtləndirilməsi adlanır. Adi ehtiyat və ya
təminatlı kreditlərə əlavə olaraq, BVF tərəfindən ixracın müvəqqəti
tərəddüdlərinin aradan qaldırılması, xarici valyutanın ehtiyat hissələrinin
kreditləşdirilməsi, dörd il müddətinə qədər verilmiş orta müddətli
kreditlərin vaxtının uzadılması kimi məsələlərin maliyyələşdirilməsi
məqsədilə müvazinətləşdirmə sxemi üzrə də kreditlər verilir ki,
bunlar da iştirakçı üzv-ölkələrə tədiyə ba- lansmdakı kəsiri
balanslaşdırmağa və iqtisadiyyatda struktur islahatları həyata keçirməyə
imkan verir.
360
BVF-nun başlıca vəzifəsi beynəlxalq pul-kredit və maliyyə
sisteminin sabitliyinin təmin olunmasıdır ki, bunsuz da beynəlxalq
ticarətin mövcud olması mümkün deyil. Adətən bunlar ya ölkələrin
maliyyə nazirləri və ya mərkəzi banklarm rəhbərləri olurlar.
Hazırda beynəlxalq iqtisadiyyatda sabitliyin təmin olunması
məqsədilə BVF üç əsas funksiyanı yerinə yetirir: maliyyə sahəsində
qlobal nəzarət; ölkələrə texniki yardun; hökumətlərin sabitləşmə
proqramlarının kreditləşdirihnəsi.
Nəzarət funksiyası hər şeydən əvvəl - dialoq rejimində iqtisadi
siyasət məsələləri üzrə müntəzəm məsləhətləşmələr vasitəsilə tətbiq
olunur. Orta hesabla ildə bir dəfə fond üzv-ölkələrdə iqtisadi
vəziyyətin hərtərəfli qiymətləndirilməsini həyata keçirir. Bununla
əlaqədar ölkənin rəhbərləri ilə məsləhətləşmələr aparılır və onun
gedişində milli valyutanın kursunun sabitləşməsi və iqtisadi artıma
səbəb ola biləcək müxtəlif iqtisadi proqramların tətbiqi məsələləri
müzakirə olunur.
Nəzərə almaq lazımdır ki, beynəlxalq pul-kredit və maliyyə
sisteminin, beynəlxalq hesablaşmalar sisteminin və valyutaların dəyişmə
kurslarının sabitliyi təmin olunmadan beynəlxalq ticarət mövcud ola
bilməz.
Texniki kömək - ölkələrin səmərəli maliyyə-kredit siyasətini
işləmələri və həyata keçirmələri imkanlannm genişləndirilməsi
məqsədilə BVF tərəfindən pulsuz (əvəzsiz) olaraq həyata keçirilir. O,
bu- neçə istiqamətdə, o cümlədən vergi və pul-kredit siyasəti, valyuta
siyasəti, bank və maliyyə sistemində tənzimləmə və nəzarət, eləcə də
milli statistika indikatorlannın beynəlxalq standartlara yaxınlaşdı-
nlması məqsədilə milli statistika sahələrində də həyata keçirilir.
BVF-nun üzv-ölkələri tədiyə balansımn maliyyələşdirilməsində
çətinliklə qarşılaşdıqda, o vəziyyətin düzəldilməsi üçün ölkələrə güzəştli
şərtlərlə kredit ayınr. Bu maliyyə köməyi ,ölkələrə tədiyə balansının
problemlərini həll etməyə imkan yaradır. Beynəlxalq valyuta fondu
tərəfindən maliyyələşdirilən müvafiq proqramlar milli hökumətlər
tərəfindən fondla sıx əlaqəli şəkildə işlənilir. Fond tərəfindən bu
proqramlann yerinə yetirilməsinə maliyyə yardımı göstərilməsi məsələsi
isə, ölkənin işlənilmiş proqramı hansı dərəcədə səmərəli tətbiq
etməsindən asılı olaraq müəyyənləşdirilir.
Təşkilatın ali rəhbər orqanı Müdirlər Şurasıdır. Müdirlər
Şurasına hər üzv dövlətdən bir müdir və onun müavini daxil
l L/ T; ■'.. « J /.-}■':. * /^V
361
olur. Müdirlər Şurası ildə bir dəfə toplanır. Bu Şuranın tərkibində
müvəqqəti Komitə (24 üzv) yaradılır. Müdirlər Şurası öz
səlahiyyətlərinin müəyyən qisminin icrasını İcraiyyə Komitəsinə
tapşırır. Onun tərkibinə 24 icraçı direktor daxil olur. Bunlardan yeddisi
daha çox kvotaya malik dövlətlərdən (Almaniya, İngiltərə, Çin, Fransa,
Səudiyyə Ərəbistanı, ABŞ və Yaponiya) seçilir. Digər üzvlər regional
prinsip nəzərə alınmaqla təyin olunurlar. İcraiyyə komitəsi həftədə bir
neçə iclas keçirir.
Müdirlər Şurasında qərar adi səs çoxluğu ilə qəbul olunur.
Laldn operativ yaxud starateji xarakterU məsələlər üzrə xüsusi
çoxluqla, müvafiq olaraq üzv-ölkələrin səslərinin 70 və 85%-i ilə qəbul
olimur. Son dövlərdə ABŞ və Aİ-nin səslərinin xüsusi çəkisinin
azalmasına baxmayaraq onlar yenədə Fondun maksimum çoxluq tələb
edən (85%) hakim mövqe tutan qərarlannın qəbulunda əwəlİd kimi veto
qoya bilərlər. Bu da o deməkdir ki, ABŞ apancı qərb dövlətləri Uə
birlikdə BVF-də qərar qəbulu prosesinə nəzarət etmək imkanlarına
malikdir və ona görə də Fondun fəaliyyətini öz maraqlarına uyğun
istiqamətə yönəldə büər. Birgə fəaliyyət göstərdikləri təqdirdə inişaf
etməkdə olan ölkələr də onlara sərf etməyən qərarların qəbuluna yol
verməyə bilərlər. Lakin bu çox mürəkkəb məsələdir. 2004-cü ildə
Fondun rəhbərlərinin görüşündə belə bir fikir ifadə olunmuşdur ki,
“BVF-nin qərar qəbulu mexanizmində daha səmərəli iştrak etmələri
üçün inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin imkanlan
genişləndirilsin”.
BVF-nin İcraiyyə komitəsi 5 il müddətinə Fondun icraçı-
direktorunu (Executive Board) seçir və o. Fondun əməkdaşlarının
ştatına rəhbərlik edir (2009-cu ildə fondun 143 ölkədən olan
əməkdaşalrınm sayı 2478 nəfər olmuşdur.)
BVF-nin təşkilatı quruluşunda Beynəlxalq valyuta və maliyyə
Komitəsi (İnternational Monetary and Financial Committee).
1974-cü ildən 1999-cu ilin sentyabrınadək onun sələfi Beynəlxalq
Valyuta sistemi məsələləri üzrə müvəqqəti Komitə olmuşdur. O, BVF-ni
24 idarəedicisindən ibarət tərkibdə olur və ildə iki dəfə sessiya keçirir.
Bu Komitə İdarəedicilər Şurasının məşvərətçi orqanıdır və direktiv
qərarlar qəbul etmək səlahiyyətinə malik deyil. Buna baxmayaraq o,
mühüm funksiyalar yerinə yetirir: İcrayyə komitəsinin
362 _ __ ____ j ' -
fəaliyyətini istiqamətləndirir; BVF və dünya valyuta sisteminin
fəaliyyəti üçün strateji qərarlar hazırlayır; BVF-nın yaradılması barədə
Sazişin maddələrinə düzəlişlər edilməsi barədə İdarəedicilər Şurasına
təkliflər təqdim edir.
BVF həm müstəqil formada, həm də Dünya bankı və digər
beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində inkişaf etməkdə olan
ölkələr də yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş fəaliyyətlə də
məşğul olur. Güzətli kreditlər verilməsi yolu ilə göstərilən maliyyə
köməyi yoxsulluğun aşağı salınması və artımın stimullaşdırılması
proqramı (Poverty Reduktion and Growth Facility, PRGF), eləcə də
yüksək xarici borcları olan kasıb ölkələrdə borc yükünün aşağı
salınması (Heavity İndebted Poor Countries; Hİ PS initiative)
proqramına uyğun olaraq həyata keçirilir. Bu halda aşağı gəlir səviyyəsi
olan əksər ölkələrdə bu kömək yoxsulluğun ixtisar olunması üzrə baza
sənədinin (Poverty Reduktion Strategy Papers) əsasında yerinə
yetirilir
Sxem №11. BVF-nun idarəetmə orqanları
363
BVF-u səhmdar cəmiyyət prinsipi üzrə yaradılmışdır.
BVF-da hökmran mövqeni ABŞ tutur. Fondda ən çox səs hüququ
18,2% ABŞ-a məxsusdur. Fondun qərar qəbulunda səslərin 26,4%-i Aİ
ölkələrinə, ümumilikdə götürdükdə 24 sənayecə inkişaf etmiş ölkələr
BVF-də səslərin 59,6%-nə (ABŞ və Aİ-də daxil olmaqla), yerdə qalan və
üzvlərin böyük əksəriyyətini təşkil edən ölkələr isə səslərin yalnız
40,4%-nə malikdirlər.
BVF səslərin tərkibində ölkələrin payı aşağıdakı kimidir:
1) ABŞ-18,2%
2) Almaniya - 5,5%
3) Yaponiya - 5,5%
4) Böyük Britaniya - 4,9%
5) Fransa - 4,9%
6) Səudiyyə Ərəbistanı - 3,4%
7) İtaliya 3,1%
8) Rusiya - 2,9%
9) Digər ölkələr - 51,6%
BVF-də səslərin «ölçülmüş» sayı prinsipi həyata
keçirilir: üzv-ölkənin səsvermə yolu ilə Fondun fəaliyyətinə təsir
göstərmə imkanı onun kapitaldakı payı ilə müəyyənləşdirilir. Hər bir
dövlət kapitala ödədiyi haqqın miqdarından asılı olmayaraq 250 «baza»
səsinə, əlavə olaraq bu haqqın hər 100 min SDR-nə bir səsə malik olur.
BVF-nun kapitalı yazılma yolu ilə üzv dövlətlərin ödədikləri
haqlardan əmələ gəlir. Hər bir ölkə SDR-də ifadə olunmuş kvotaya malik
olur. Kvota aşağıdakıları müəyyənləşdirir:
- BVF-nun kapitalına üzv-ölkələrin yazıldığı məbləğ;
- fondun resurslarından istifadə etmək imkanları;
- ölkənin fondda malik olduğu səslərin sayı.
BVF-da hər bir ölkənin kvotasının miqdarı həmin ölkənin dünya
iqtisadiyyatı və ticarətindəki xüsusi çəkisi əsasında müəyyənləşdirilir.
BVF-nun mənzil qərargahı Vaşinqton şəhərində yerləşir.
BVF borclu ölkələr üçün mütləq xarakter daşıyan tövsiyələrində
ciddi monetar siyasəti rəhbər tutur. Onun adi tələblərinə aşağıdakı
doqquz kriteriya daxildir:
364
1. Borclunun makroiqtisadi siyasəti borcun əsas hissəsinin və
faizin ödənilməsinin başlıca amili olan tədiyə balansının aktiv
saldosunun təmin edilməsinə yönəldilməlidir.
2. Dövlət xərclərinin məhdudlaşdırılması hesabına daxili tələbat
sabitləşdirilməlidir.
3. Borclar istehsal sahəsinin maliyyələşdirilməsinə istifadə
olunmalıdır; borcun əsas hissəsi və faizlər istehsal sahəsində əldə edilən
mənfəət hesabına ödənilməlidir.
4. İnflyasiyanın qarşısının alınması və izafi dövlət xərclərinin
ixtisar olunması hesabına dövlət büdcəsinin kəsirsizliyinin (tarazlığının)
təmin olunması.
5. İnvestisiya qoyuluşu və sahibkarlığın inkişafına imkan verən
və dövlət xərclərini tam ödəyən vergilərin yığılmasını təmin edən
səmərəli vergi siyasətinin həyata keçirilməsi.
6. Pul dövriyyəsinin sabitləşdirilməsi; bu devalvasiyanın,
ayrı-ayrı hallarda isə pul islahatının keçirilməsini nəzərdə tutur.
7. Xalq təsərrüfatının rəqabət qabiliyyətliyinin yüksəldilməsi
vasitəsi kimi bazar mexanizmindən istifadənin maksimum dərəcədə
təmin olunması; qiymətlər və əmək haqqı üzərində nəzarətin ləğv
olunması; daxili bazara azad daxil olmanın və xarici əmtəələr tərəfindən
rəqabətin təmin olunması.
8. Uzunmüddətli inkişafın əsası kimi iqtisadiyyatın strukturunun
yenidən qurulmasının həyata keçirilməsi. Bu sahədə tədbirlər sisteminə:
sənaye müəssisələrinin qeyri-dövlətləşdiril- məsi və onların büdcə
hesabına maliyyələşdirilməsindən kredit- ləşmə yolu ilə
maliyyələşdirilməsinə keçilməsi; ixrac əmtəələrinin səmərəliliyini
yüksəldən vergi güzətləri və devalvasiya hesabına ixrac sahələrinin
inkişaf etdirilməsi; vergi ödəmələrinin səviyyəsinin aşağı salınması və
mənfəətin ölkədən çıxarılmasına təminat vermək yolu ilə birbaşa xarici
investisiyaların ölkəyə axınına köməklik göstərilməsi daxildir.
9. Siyasi hakimiyyətin sabitliyinin təmin olunması. Belə ki,
hakimiyyətin dəyişməsi borcları da daxil etməklə, xarici öhdəliklərin
yerinə yetirilməsi məsələsində varisliyə təsir edə bilər.
Kreditləşmənin şərtləri və məqsədindən asılı olaraq BVF
müxtəlif mexanizmlərdən istifadə edir. Kreditləşmənin adi
praktikasının məğzi ondan ibarətdir ki, borc götürən ölkə Fonddan öz
milli valyutası ilə özünə zəruri olan miqdarda valyuta vəsait
'V-'*’ * ;y< r; \dK*■ > 'I '''f' ■’
365
ləri alır. Borc müddəti bitdikdən sonra, əksinə geri alma həyata keçirilir.
Bir qayda olaraq əksər hallarda borc alan azad dönərli valyutası olmayan
ölkə olduğundan, bu əməliyyat adi kredit əməliyyatına çevrilir.
Əməliyyatın keçirilməsinə görə Fond sövdələşmənin məbləğindən 0,5
faiz komission haqqı aln*, faiz dərəcələri isə bazar kotirovkalarma
əsaslanır.
Fondun adi kredit mexanizmi aşağıdakıları birləşdirir:
- ehtiyat payları mexanizmi;
- kredit paylan mexanizmi;
- ehtiyat kreditlər haqqında saziş;
- təkrar və əlavə maliyyələşdirmə mexanizmi.
Ehtiyat payları mexanizmi - nəzərdə tutur ki, ölkə müəyyən
müddətə öz pulunu Fonddan götürür. Bu halda komission ödəmələri və
faizlərin hesablanması aparılmır. Yamayka sazişinə qədər üzv-ölkənin
BVE-dən kvotasının 25%-i həddində xarici valyutada götürdüyü
birinci hissəsi ^^qızıl”, 1978-ci ildən isə ehtiyat pay (Reserve
Tranche) adlanır. Ehtiyat pay üzv-ölkənin kvotasın miqdarının həmin
ölkənin milli valyutada Fondun hesabında olan məbləğindən artıq olması
kimi müəyyənləşdirir. Əgər BVF üzv-ölkənin milli valyutasının bir
hissəsini digər ölkəyə kredit şəklində verirsə, onda həmin ölkənin
ehtiyat payı müvafiq olaraq artır. Kredit sazişi çərçivəsində ölkə
tərəfindən Fondun üzvünə verilmiş borcun ödənilməmiş hissəsi onun
kredit mövqəyini əmələ gətirir. Ehtiyat pay və kredit mövqeyi
birlikdə BVF-nin üzv ölkəsinin ^‘ehtiyat mövqeyini” təşkil edir.
Kredit payları mexanizmi - Fondun ümumi ehtiyatlarından
istifadə etmənin mühüm kanalı hesab olunur. Ölkənin xarici valyutada
olan vəsaitləri onun tərəfindən hər biri bu vəsaitin 25 faizini təşkil
etməklə dörd tranşda götürülə bilər. Hər bir tranş kredit payına uyğun
olur. Hər bir kredit payının verilməsi müəyyən şərtlərin yerinə
yetirilməsi ilə şərtləndirilir. Üzv- ölkələrin özünün kredit payı
çərçivəsində BVF-nin kredit ehtiyatlarına çıxış məhduddur: BVF-nin
aktivlərində ölkənin valyutasının məbləği onun kvotasının 200%-dən
artıq ola bilməz kvotanın (abunə üzrə köçürülmüş 75%-də daxil
edilməklə). Beləliklə ölkənin özünün ehtiyat və kredit payından istifadə
etməsi nəticəsində BVF-dən ala biləcəyi kreditin maksimum
366 Li
həddi onun kvotasının 125%-i qədər ola bilər. Bu əsasda Fondun
ehtiyatları bir sıra hallarda onun Nizamnaməsində qeyd olunmuş həddən
çox istifadə olunur. Ona görədə “yuxarı kredit payı” (Upper Credit
Tranches) anlayışı BVF-in fəaliyyətinin ilkin dövrlərində olduğu kimi
yalnız kvotanın 75%-in deyil, birinci kredit payından çox olan məbləği
nəzərdə tutur.
Ehtiyat kreditlər haqqında saziş və ya «stend-bay» sazişi -
nəzərdə tutur ki, Fondun müəyyən makroiqtisadi tələblərini ödədikdən
sonra ölkə sazişdə nəzərdə tutulan məbləği sazişin qüvvədə olduğu
müddət də istədiyi vaxt ala bilər. Bu ,ölkə üçün BVF-nun kredit xəttini
açmasına ekvivalentdir. Bu o deməkdir ki, ölkə heç bir maneə olmadan
milli valyutanı dəyişməklə BVF- dən xarici valyuta ala bilər. Ölkənin
təklifi Fond tərəfindən bəyənildikdən sonra birinci kredit payı birbaşa
xarici valyutada alındığı halda, yuxarı kredit payı hesabına vəsait
ayrılması bir qayda olaraq ehtiyat kreditlər haqqında üzv-ölkələrlə
razılaşdırıldıqdan sonra həyata keçirilir. Stend-bay (Stend-by
Arrangements) sazişi 1952-ci ildən tətbiq olunur. XX əsrin 50-ci
illərindən 70-ci illərin ortasınadək stend-bay kreditləri barədə saziş bir il
müddətinə bağlanırdı, 1977-ci ildən başlayaq bəzi ölkələrin tədiyə
balanslarının kəsirinin artması ilə əlaqədar olaraq bu müddət 18 aya
qədər, hətta 3 ilədək uzadılmışdır.
Təkrar və əlavə maliyyələşdirmə mexanizmi - makroiqtisadi
problemlərlə əlaqədar olaraq tədiyə balansında olan çətinliklərin aradan
qaldırılması üçün orta müddətli proqramların kreditləşdi- rilməsini
nəzərdə tutur. Belə kreditlər üçün müraciət edərkən ölkə çətinliklərin
aradan qaldırılması və böhrandan çıxmaq üçün öz proqramını təqdim
etməlidir. Proqram Fond tərəfindən bəyənildiyi halda kredit verilir.
Əlavə maliyyələşdirmə mexanizmi təkrar maliyyələşdirmə
mexanizmindən onunla fərqlənir ki, o maliyyələşdirmənin öz şəxsi
vəsaitləri hesabına deyil. Fondun borc vəsaitləri hesabına həyata
keçirilməsini nəzərdə tutur.
Genişlənduilmiş kreditləşdirmə mexanizmi (Extended Fund
Facility, 1974-cü ildə tətbiq olunur) ehtiyat və kredit payını tamamlayır.
O, kvotaya nisbətən kreditlərin daha böyük miqdarda və daha uzuzn
müddətə verilməsi üçün nəzərdə tutulmuşdur. Ölkənin geniş
kreditləşdirmə mexanizmi çərçivəsində kredit
367
verilməsi üçün BVF-yə müraciət etməsinin səbəbi istehsal, ticarət və
ya qiymətlərdə əlverişsiz struktur dəyişikliklərinin olması ilə əlaqədar
tədiyə balansının tarazlığında ciddi pozuntunun olmasıdır.
Genişləndirilmiş kreditlər bir qayda olaraq üç il müddətinə, zərurət
olduqda 4 il müddətinə müəyyən hissələrlə (tranşlarla) yarim ildə bir
dəfə, rüblük və ya bir sıra hallarda aylıq olaraq köçürülür. Sten-bay və
genişləndirilmiş kreditlərin başlıca təyinatı BVF-nin üzv-ölkəsinə
makroiqdisadi sabitləşdirmə proqramlarının, yaxud da struktur
islahatların həyata keçirilməsinə köməklik etməkdir. Bu halda Fond
borclu ölkədən müəyyən şərtləri yerinə yetirməyi tələb edir, həm də bir
kredit payından digər kredit payına keçdikcə bu şərtlər daha da sərt olur.
Bəzi şərtlər kredit alınana qədər yerinə yetirilməlidir. Borc alan ölkənin
müəyyən maliyyə-iqtisadi tədbirləri həyata keçirəcəyi onun BVF-yə
göndərdiyi “Niyyət məktubunda” (Memorandum of Economic and
Financial Policies) qeyd olunur. Kredit alan ölkənin götürdüyü
öhdəlikləri yerinə yetirməsinin gedişinə vaxtaşırı nəzarəti müqavilədə
nəzərdə tutulmuş Reallaşdırmanm xüsusi məqsədli kriteriyası
(Performance criteria) üzrə həyata keçirilir. Bu kriteriyalar müəyyən
makroiqtisadi gösətəricilərə aid olduqda kəmiyyət şəklində, yaxud da
institusional dəyişiklikləri əks etdirdikdə struktural ola bilər. Əgər Fond
hesab etsə ki, ölkə krediti qoyulan məqsəd üçün istifadə etmir, öz
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu halda o kreditləşməni
məhdudlaşdıra və növbəti tranşın verilməsindən imtina edə bilər.
Beləliklə bu mexanizm BVF-yə imkan verir ki, o borclu ölkəyə
təzyiq göstərsin.
Dünya bankından fərqli olaraq BVF-nin fəaliyyəti nisbətən
qısamüddətli makroiqtisadi böhranların aradan qaldırılmasına yönəlmiş
olur. Dünya bankı yalnız kasıb ölkələrə kreditlər verir, BVF isə qısa
müddətli maliyyə öhdəliklərinin ödənilməsi üçün xarici valyutanın
çatışmazlığı ilə qarşilaşan istənilən üzv-ölkəsinə kredit verə bilər.
BVF-nin borclu-ölkəyə ünvanladığı öhdəlik məktubunda
göstərilən islahatlar proqramı bir qayda olaraq özündə aşağıdak
tələbləri birləşdirir:
368
pul kütləsinin artımını məhdudlaşdırmaq; dövlət
büdcəsinin kəsirinin ixtisar olunması; kreditlərin
verilməsi üzərində nəzarət, milli valyutanın
dəyişmə kursu siyasətinin
təkmilləşdirilməsi (söhbət devalvasiya yolu ilə
kursun süni surətdə qaldırılmasından gedir);
qiymətlər üzərindən nəzarətin götürülməsi, ticarət
balansının təkmilləşdirilməsi; dövlətin
iqtisadiyyat müdaxiləsinin
məhdudlaşdırılması.
Praktiki planda götərsək BVF-nin islahatlar proqramı
sosial ehtiyaclara (təhsil, səviyyə və s.) xərclərin bctisar olunması, ərzaq
məhsulları və digər zəruri əmtəə və xidmətlərin istehsalına dövlət
köməyinin ləğv edilməsi ilə bağlıdır. Belə proqramların yerinə
yetirilməsi bir çox hallarda qanşıqlığa və siyasi qeyri- sabitliyə gətirib
çıxarır. Belə ki, bu kimi sabitləşdirmə planların yerinə yetirilməsidə
borclu ölkənin hökuməti öz xalqın qarşı repressiv tədbirlər həyata
keçirməyə məcbur olur.
Dünya bankmı və Beynəlxalq Valyuta Fondunu müxtəlif
iqtisadçı alimlər və siyasətçilər tez-tez tənqid edirlər. Bunun çox
səbəblərini göstərirlər. Ən çox gətirilən arqument BVF-nin
fəaliyyətinin Amerika yönlu olması və böhran vəziyyətindən çıxmaq
üçün onun tövsiyyələrinin səmərəsizliyi göstərilir.
Nəzərdə tutmaq lazımdır ki. Fondun fəaliyyəti barədə
qərar qəbul edilməsi üçün səslər paya mütanasib qayda da bölünür.
Fondun qərarını təsdiq etmək üçün 85% səs çoxluğu olmalıdır. ABŞ
18%-ə yaxm səsə malikdir. Düzdür bu Fond da müstəqil qərar qəbul
etmək üçün kifayət deyil, lakin bu ABŞ-a imkan verir ki, Fondun
istənilən qərarını təcrid etsin. ABŞ Senatı Beynəlxalq Valyuta
Fonduna müəyyən hərəkətləri etmək, məsələn ölkələrə kredit ayırmağı
qadağan edən qanun layihəsi qəbul edə bilər.
BVF borcları bir sıra şərtlər irəli sürməklə verir: kapitalın
sərbəst hərəkəri, özəlləşdirmə (o cümlədən təbii inhisarların- dəmir yol
nəqliyyatı və kommunal xidmətlər), sosial proqramlara - təhsil, səhiyyə,
ictimai nəqliyyat və s. - hökumət xərclərinin minimumlaşdırılması və
hətta ləğv edilməsi və s.
-'C . ■ . . .1 . . . . . ' : ____ 369
Adi maliyyələşdirmə mexanizmlərindən əlavə xüsusi əvəzləş-
dirici mexanizmdə fəaliyyət göstərir. Əvəzləşdirici maliyyələşdirmə -
üzv-ölkələrdən asılı olmayan, xarici mühit amilləri ilə əlaqədar ixracdan
əldə edilən vəsaitlərin itkisi, bazar iqtisadiyyatına keçidlə bağlı
çətinliklərin qarşısının alınması. Fond tərəfindən bəyənilmiş islahatların
tempinin saxlanılmasına köməklik edilməsi və digər zərərlərin aradan
qaldırılmasına yönəldilmiş olur.
BVF-da həm də fövqəladə kömək mexanizmi də vardır. Bu
mexanizm təbii fəlakətlərdən ziyan çəkmiş ölkələrin tədiyə balansının
müvazinətləşdirilməsi üçün Fond tərəfindən onlar üçün əmtəələrin
tədarükü formasında həyata keçirilir.
6.7. Dünya valyuta sistemi
üzərində BVF-nun
nəzarəti Nizamnaməsinə müvafiq olaraq BVF dünya valyuta sisteminin
səmərəli fəaliyyətinin təmin olunması məqsədilə, üzv-ölkələrin valyuta
kursunun təhlili və monitorinqi də daxil olmaqla daimi olaraq müşahidə
aparmalı və ciddi nəzarəti həyata keçirilməlidir (firm «surveillance»).
Direktorluğun qərarına uyğun olaraq ölkələrin valyuta kursları
siyasətinin təhlilinin qiymətləndirilməsi xarici iqtisadi siyasətdə daxil
olmaqla, onun bütövlükdə iqtisadi vəziyyətinin hərtərəfli təhlilini
özündə birləşdirir. BVF ayrı- ayrı ölkələrin valyuta sistemi və siyasəti
üzərində nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirir.
İkitərəfli nəzarət (Courty or «Bilateral» Surveillance).
Nizamnamənin IV maddəsinin verdiyi səlahiyyət çərçivəsində Di-
rektorluq müntəzəm olaraq hər bir üzv-ölkə ilə onun iqtisadi və maliyyə
siyasəti üzrə məsləhətləşmələr aparır. Bu məsləhətləşmələr Fondun
əməkdaşlarının hesabatlarına əsaslanır və ikitərəfli nəzarət adlanır. Bu
nəzarətin köməkliyi ilə BVF ölkələrin bu sahədə siyasətlərinin zəif
tərəflərini aşkara çıxarır və ölkələrə düzə- lişverici tədbirlərin həyata
keçirilməsi barədə məsləhətlər verir.
Bu nəzarətin həyata keçirilməsi üçün IV maddəyə uyğun olaraq
ölkəyə Fondun missiyası (nümayəndələri) göndərilir. Bu missiya
hökumət və mərkəzi bankın nümayəndələri tərəfindən qarşılanır və
ölkədə mövcud olan iqtisadi və maliyyə məlumatlarını toplayır.
Məsləhətlər iqtisadiyyatda baş vemıiş cari (sonuncu) də
370
yişiklikləri, ölkə tərəfindən həyata keçirilən pul, fiskal və struktur
siyasətləri əhatə edir. Fondda müvafiq ölkədən olan direktor bir qayda
olaraq müşahidəçi qismində missiyanın tərkibində iştirak edir. Missiya
gördüyü işin nəticəsi olaraq yekun sənədi və ya memorandum
hazırlayır. Sənəddə aşkar olunmuş qüsurlar və təkliflər öz əksini tapır.
Sənəd milli hökumətlərdə qalır. Fondun mənzil-qərargahına qayıtdıqdan
sonra missiya ölkədə- ki, iqtisadi vəziyyət, ölkə hakimiyyəti ilə
müzakirələrin məğzi, eləcə də ölkənin siyasətinin qiymətləndirilməsi
barədə hesabat (report) hazırlayır.
Hesabat Fondun Direktorluğunda müzakirə olunur. Hökumətin
hesabat barədə fikirləri Fondda həmin ölkəni təmsil edən direktor
tərəfindən bildirilir. Direktor tərəfindən şərh olunan fikirlər iclasın sədri
tərəfindən cəmləşdirilərək yazılı rəy hazırlanır və bu ölkə ictimaiyyətinin
diqqətinə çatdırılır.
Regional nəzarət (Regional Surveillance). Ölkələr üzrə
ikitərəfli məsləhətləşmələrə əlavə olaraq BVF eləcə də regional
səviyyədə valyuta siyasətlərinə də baxır. O, müntəzəm olaraq Aİ,
Avropa Mərkəzi bankı, Qərbi Avropa valyuta fondu, Mərkəzi Afrikanın
valyuta cəmiyyəti və Karib hövzəsi valyuta ittifaqı kimi regional
institutlarla valyuta siyasətini müzakirə edir. BVF-nun nümayəndələri
«G7»(«G8»), «24-lər qrupu», Asiya-Sakit okean iqtisadi əməkdaşlıq
Forumu, Afrikanın inkişafı üçün yeni tərəf- müqabilliyi (the New
Partnership for Africa's Development), Körfəz ölkələri əməkdaşlıq
Şurası (the Gulf Cooperation Coun- cil), eləcə də Avropa ittifaqı ilə
assosiasiya olunmuş Məqrib ölkələrinin maliyyə nazirləri və mərkəzi
bankların rəhbərləri ilə valyuta siyasətinin müzakirələrində iştirak edir.
Qlobal (yaxud çoxtərəfli) nəzarət (Global or «Multilateral
Surmeillance»). BVF-nun Direktorluğu müntəzəm olaraq dünya
iqtisadiyyatı və dünya maliyyə bazarının inkişafı məsələlərini nəzərdən
keçirir. Nəzarət qismən Fondun əməkdaşları tərəfindən adətən ildə bir
dəfə hazırlanan «Dünya iqtisadiyyatının inkişafı haqqında Hesabat»a
(«Word Global Financial Stability Report») və ildə iki dəfə hazırlanan
«Qlobal maliyyə sabitliyi haqqında Hesabata» (Global Financial
Stability Report) əsaslanır.
Dünya iqtisadiyyatının inkişafı haqqında Hesabat yalnız onun
vəziyyətinin hərtərəfli təhlili deyil, həm də dünya regionları və ayrı-ayrı
ölkələrin iqtisadiyyatının hərtərəfli təhlilini özündə
371
əks etdirir. Hesabat BVF-nun Direktorluğunda ildə iki dəfə müzakirə
edilir və nəşr olunur. «Qlobal maliyyə sabitliyi haqqında Hesabat»ın
hazırlanmasına 2002-ci ilin mart ayından başlanmışdır. Bunun məqsədi
inkişaf etmiş və formalaşan maliyyə bazarlarının inkişafının vaxtında və
hərtərəfli təhlilinin həyata keçirilməsi və dünya maliyyə sisteminin
fəaliyyətində mümkün çatışmazlıqların aşkara çıxarılmasıdır.
Bu nəzarət forması Fond tərəfindən iqtisadi və maliyyə
böhranlarının qarşısının ahnmasının başlıca vasitəsidir. Son dövrlərdə
nəzarətin gücləndirilməsi üçün BVF bir sıra tədbirlər görmüşdür.
Fondun bu tədbirləri valyuta siyasəti və institusional islahatlar
keçirmək üçün ölkələrin həvəsləndirilməsinə yönəldilmişdir. Həyata
keçirilən tədbirlər ölkələrin iqtisadiyyatını xarici böhranlann təsir
amilləri və maliyyə sarsıntılarma qarşı daha dayanıqlı edir ki, bunlar da
öz növbəsində dünya maliyyə sisteminin sabitliyinə gətirib çıxara bilər.
1999- 2000-ci illərdə BVF dünya maliyyə sisteminin
möhkəmləndirilməsi strategiyası çərçivəsinə iki təşəbbüs (proqram)
irəli sürdü. Birinci təşəbbüs — standartlar və kodekslərə aiddir. BVF və
Beynəlxalq Yenidənqurma və İnkişaf bankı milli və beynəlxalq
iqtisadiyyatın sağlamlaşdırılması və sabitləşməsinə kömək edən
beynəlxalq səviyyədə qəbul olunmuş standart və kodekslərin ölkələr
tərəfindən yerinə yetirilməsinə qiymət verirlər. Bu təşəbbüsün həlledici
nəticəsi standartların və kodekslərin gözlənilməsi haqqında hesabat oldu
(Reports on the Observance of Standards and Codes-ROSCs).
Standartların və kodekslərin gözlənilməsi haqqında hesabat
ölkə tərəfindən BVF və BYİP-nın operativ fəaliyyətinə toxunan 12 sahə
və onlarla əlaqədar olan standartların yerinə yetirilməsinin
qiymətləndirilməsidir. Böyük bir hissəsi sonradan çap olunan bu hesabat
üç sferanı əhatə edir: şəffaflıq; maliyyə bölməsi üzərində nəzarət və
tənzimləmə; bazarın bütövlüyü (korporativ idarəetmə, mühasibat uçotu,
audit və ödəmə qabiliyyətli olmamaq).
İdarəetmə və qərar qəbulu əməliyyatları üzrə şəffaflıq
sahəsində mühüm yeri rəqəmlərin yayılması üzrə ölkələrin hesabatı,
fıskal şəffaflıq, eləcə də pul və maliyyə siyasətinin şəffaflığı tutur.
Bunun məğzi ondan ibarətdir ki, yaxşı və düzgün məlumatlandırılmış
ictimaiyyət qəbul edilən tədbirlər sahəsində hökumətin mə
372
suliyyətini artırır, obyektiv rəqəmlər və standartlara malik investorlar isə
kapitalın yerləşdirilməsinə daha da ehtiyatla yanaşırlar.
Burada BVF-nun həlledici aləti qismində BVF-nun statistik
təşəbbüsü və monetar, maliyyə və fıskal siyasətin kodeksi çıxış edir.
BVF-nun maliyyə tənzimlənməsi və nəzarət məsələsində
başlıca yeri maliyyə bölməsini əhatə edən standartlar tutur. Onlar bank
nəzarəti haqqında ölkələrin hesabat hazırlamalarını, qiymətli kağızlar
bazarının tənzimlənməsini, sığortalama üzrə nəzarəti və ödəmə
sistemini, çirkli pulların yuyulması və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutur.
Bazarın bütövlüyü (market integrity) sferasında korporativ bölmə
üçün standartlar fəaliyyət göstərir. Bu standartlar ölkələr üzrə
hesabatların hazırlanması və korporativ idarəetmənin
qiymətləndirilməsini, mühasibat uçotu və auditi, müflisləşmə sistemi və
kreditorların hüquqlarının müdafiəsini nəzərdə tutur. Bütün bu
məsələlərin qiymətləndirilməsində lider rolunu BYİB tutur.
İkinci təşəbbüs — maliyyə bölməsinin qiymətləndirilməsi
Proqramıdır (the Financial Sector Assessment Proqramm- FSAP). Bu
proqram mümkün sistemli təhlükələri də nəzərə almaqla, ölkələrin
maliyyə bölməsi institutlarının, onların siyasəti və uyğunlaşmalarının
hərtərəfli tədqiqini nəzərdə tutur. Bu proqram BVF-nun ölkələrin milli
maliyyə sistemləri üzərində nəzarətinin mühüm alətidir. Proqram
ölkələrin sorğusu əsasında BVF və BYİB tərəfindən həyata keçirilir və
banklar, qarşılıqlı fondlar, sığorta kompaniyaları, qiymətli kağızlar,
valyuta və pul bazarları da daxil olmaqla bütövlükdə ölkənin
valyuta-maliyyə sisteminin hərtərəfli tədqiqini özündə birləşdirir.
Yoxlama sferasına eləcə də maliyyə institutları və bazarlarını
əhatə edən ödəmə sistemi, tənzimləmə orqanları, nəzarət və
qanunvericilik sahələri də daxil olur.
Beləliklə, yoxlamanın (təftişin) nəticəsi ətraflı şəkildə «Maliyyə
bölməsinin sabitliyinin qiymətləndirilməsi» (a Financial Sector Stability
Assessment (report) hesabatında əks olunur. BVF və BYİB-nm
ekspertlər missiyası mərkəzi bankların nəzarət və təftiş üzrə milli
agentliklərinin və beynəlxalq standartlaşma təşkilatlarının ekspertləri ilə
birlikdə vəziyyəti qiymətləndirir. Bunun məqsədi üzv-ölkələri onların
maliyyə bölmə- lərindəki, çətin vəziyyətdən çəkindirmək, BVF, BYİB
və dünya
373
ictimaiyyətinə həmin ölkəyə müəyyən yardım göstərmək üçün köməklik
etməkdir.
2002-ci ildə BVF çirkli pulların yuyulması və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə bir sıra tədbirlər
həyata keçirməyə başladı. Həmin ilin iyul ayında Fond FATF-ın 40
tövsiyəsinə və 8 xüsusi tövsiyəsinə onun səmərəli fəaliyyəti üçün sahə və
onunla assosiasiya olunmuş bir qrup standartlan və kodeksləri əlavə etdi.
Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə tədbirləri sahəsində Azərbaycan Respublikasının maliyyə və
bank sistemində də bir sıra köklü tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin may ayında
imzaladığı «Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının
№1368 saylı 2001-ci il 12 sentyabr, №1373 saylı 2001-ci il 28 sentyabr
və №1377 saylı 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə
yetirilməsinin təmin olunmasına dair tədbirlər planı haqqında»
sərəncamda terrorçuluğa və terror fəaliyyətinin maliyyələşdirilməsinə
qarşı, terror aktı törədən və ya törətməyə cəhd göstərən fiziki və hüquqi
şəxslərin vəsaitlərinin və digər maliyyə aktivlərinin, yaxud iqtisadi
resurslarının dondurulması sahəsində tədbirlərin görülməsinə dair
müvafiq icra hakimiyyəti orqanlarına göstərişlər öz əksini tapmışdır.
1. Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
məsələsinin həlli 1989-cu ildə Parisdə «yeddiliyin» sammitində
yaradılmış FATF təşkilatının üzərinə düşür. Hazırda otuzdan çox dövlət
və iki beynəlxalq təşkilat onun üzvüdür. Bundan əlavə bu sahədə
Birləşmiş Millətlər Təşkilatı çərçivəsində yaradılmış digər bir təşkilatda
fəaliyyət göstərir.
FATF (The Financial Tack Forse on Money Laundering) -
pulların yuyulmasına qarşı mübarizə üzrə maliyyə tədbirlərinin
işlənilməsi üzrə qrupdur. 1990-cı ilin aprel ayında FATF kapitalın
yuyulmasının qarşısının alınması üzrə «40 tövsiyəsini» («40 Re-
commendations») nəşr etdi. 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş
vermiş dəhşətli terror hadisəsindən sonra FATF-ın fəaliyyəti
genişləndirilərək, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının
alınmasına qarşı mübarizəyə də yönəldildi. FATF özünün 40 tövsiyəsinə
əlavə olaraq terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə
əlaqədar 8 tövsiyəni nəşr etdi.
374
Cinayətkar fəaliyyətlə əldə olunmuş gəlirlərin aşkarlanması
məqsədi ilə 2001-ci ilin noyabrında «Valyuta tənzimlənməsi haqqında»
Qanuna dəyişikliklər edilmişdir. İlk dəfə olaraq, Azərbaycan
qanunvericiliyində 50.000 Amerika Birləşmiş Ştatları dolları
ekvivalentində respublika sərhədindən nəğd valyutanın keçirilməsi üçün
məbləğin həddi müəyyənləşdirilmişdir ki, bu hədd aşıldığı təqdirdə
gömrük orqanları 7 gün ərzində Mərkəzi Bankı və Vergilər Nazirliyini
məlumatlandırmalıdırlar.
1996- cı il «Azərbaycan Respublikasında bank və bank
fəaliyyəti haqqında» Qanununa müvafiq olaraq, hüquqi və fiziki
şəxslərin kredit təşkilatında yerləşdirdikləri pul vəsaitləri və digər
qiymətli əşyalanna yalnız mövcud qanunvericiliklə müəyyən edilmiş
qaydada məhkəmə orqanlannın qəranna əsasən həbs qoyula bilər. Həbs
qoyulmasına dair müvafiq qəran aldıqdan sonra kredit təşkilatı
gecikdirmədən hesab və əmanət (həbs qoyulmuş vəsaitlərin həcmində)
üzrə xərc əməliyyatlannı dayandınr. Kredit təşkilatında olan pul və digər
qiymətli əşyaların müsadirəsi məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü əsasında həyata keçirilir.
Bununla yanaşı, «Normativ-hüququ aktlar haqqında»
Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli Qanunun 34-
cü maddəsinə əsasən «Valyuta tənzimlənməsi haqqında» və
«Azərbaycan Respublikasında bank və bank fəaliyyəti haqqında» Qa-
nunlannın tələblərinə müvafiq qaydada göndərilmiş təlimatların yerinə
yetirilməsi bütün bank və kredit təşkilatları üçün məcburidir.
Həmçinin Azərbaycanın maliyyə-kredit sistemində beynəlxalq
prinsip və tövsiyələrin tətbiqi üzrə mərhələli şəkildə tədbirlərin
görülməsi davam edir.
Hazırda FATF-ın 40 tövsiyəsi nəzərə alınmaqla cinayət fəaliyyəti
ilə əldə olunmuş gəlirlərin anlayışların təfsiri, bu yolla qazanılmış
gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə aparacaq səlahiyyətli orqan
müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası göstərilən cinayət əməlinə qarşı
mübarizədə də beynəlxalq birliklə səmərəli əməkdaşlıq edir. Belə ki,
2000-ci ilin dekabr ayında Azərbaycan transmilli mütəşəkkil
cinayətkarlığa qarşı Birləşmiş Millətlər Təşkilatı Konvensiyasını,
2001-ci ilin noyabrında isə 1990-ci il «Cinayət fəaliyyətindən əldə
edilmiş gəlirlərin yuyulması, aşkarlanması, götürülməsi və müsadirəsi
haqqında» Avropa Konvensiyasını imzalamışdır.
375
Ədəbiyyat 1 .Səmədzadə Z. Möcüzəli Çin və Çin möcüzəsi/Ziqtisadiyyat 2000.-26 iyul-1 avqust. 1. Səmədzadə Z. İqtisadi islahatlar- sosial sarsıntılara yol verilməmişdir. iqtisadiyyat.-2000.-2-10 avqust. 2. Səmədzadə Z. “Dünya iqtisadiyyatnÇin “iqtisadi möcüzəsi”- Bakı: Gənclik,2001. 3. Axundov Ş.Ə. Beynəlxalq marketinq. Bakı, 2005. 4. Ələkbərov Ə.H., İbrahimov F.V.Menecment. Bakı, 2004 5. Ələkbərov Ə.H., Əlizadə A.Ə. Beynəlxalq marketinq. Bakı, 2008 6. Ələkbərov Ə.H., Vəliyev M. Ə., Məmmədov S.M. Beynəlxalq iqtisadi münasibətlər. Dərslik. Bakı, 2010 7. Əlirzayev Ə.Q. Azərbaycanın iqtisadi inkişafının konsepsiyası və proqramı. Bakı, 1999. 8. İqtisadi nəzəriyyə. Professorlar T.S.Vəliyev, Ə.P.Babayev və M.X.Meybullayevin redaktəsi ilə. Bakı, 1999. 9. İqtisadi təlimlər tarixi. Prof.M.Meybullayevin ümumi elmi redaktəsi ilə. Bakı, 2002. 10. Hacıyev Ş.H., Bayramov Ə.İ. Beynəlxalq iqtisadiyyat. Bakı, 2000. 11. Hacıyev Ş.H., Məmmədov M.Q. Beynəlxalq iqtisadi münasibətlər. Bakı, 2005. 12. Feyzullabəyli İ.Ə., İbişov E.İ., İsrafılov H.A. Beynəlxalq ticarət işi, Bakı, 2001. 13. Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və Beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1999 14. Kərimov C.,Hüseynov C.Beynəlxalq iqtisadi münasibətlər. Bakı, 1999 15. Xacə Nəsirəddin Tusi. Əxlaqi - Nasiri. Bakı, 1989. 16. Azərbaycanın statistik göstəriciləri. 2000-2008- ci illər: Bakı,Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. - Bakı. Səda, - 2000-2008 1. Məmmədov Z. Regionalarm iqtisadi inkişaf problem- ləri.(l995-2001-ci illər).-1- ci kitab (elmi red. Akademik Z. Səmədzadə). -Bakı,2007. 2. “Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid” mövzusunda beynəlxalq konfransına həsr edilmiş xüsusi buraxılış (Çin və Azərbaycan alimlərinin birgə təşkil etdikləri konfrans ). İqtisadiy- yat.-2001.-08-14 aprel.
376
Rus dilində
1. Международные экономические отношения. Под редакцией
профессора Н.Н.Ливенцева. М., 2008
2. Мировая экономика и международные экономические отношения.
Ростов - на - Дону. Феникс, 2001.
3. Мировая экономика и международные экономические отношения. В
двух частях Под редакцией члена - корреспондента РАН, профессора
Р.И.Хасбулатова, М.,2006
4. И.П.Гурова. Мировая экономика. М.,2008.
5. В.К.Ломакин. Мировая экономика. М., 2008.
6. С.В.Фомишин. Международные экономические отношения. Ростов -
на - Дону. Феникс, 2006.
7. Портер М. Международная конкуренция. М., 1993.
8. Рикардо Д. Начало политической экономии и налогообла- жения. М.,
1995
9. Самуельсон П.Экономика. М., 1964
10. Самуельсон П.,Нордхаус В. Экономика. М.,1997
11. К.Маркс, Ф.Энгельс. Капитал. М., 1964
12. С.Б.Огнивцев и др. Мировая экономика. М., 2001.
13. Петти В.Трактат о налогах и сборах. М.,2001.
14. Глобалистика: Энциклопедия. М., 2003.
15. Дюмулен И.И. Всемирная торговая организация.М.,2003.
16. Европейская Экономическая Комиссия ООН. Обзор
экономического положения Европы. 2005. №1 .ООН. Нью - Йорк;
Женева, 2007.
17. Перспективы развития мировой экономики. Институциональное
строительство. МВФ, Вашингтон, 2007.
18. Смит А. Исследование о природе и причинах богатства народов. Кн.
1-5. М.,1997
19. Экономический и Социальной Совет ООН. Обзор мирового
экономического и социального развития. Эжегодные доклады,
2000- 2007 гг. Женева.
20. ЮНКТАД. Доклад о торговле и развитии. 2005, 2006, 2007. ООН.
Нью - Йорк; Женева, 2005.
21. Американский ежегодник. М., 2005, 2007.
22. Архитектор Макроэкономики.Дж. М. Кейнс и его
макроэкономическая теория. Ростов н\д, 1997
23. Доклад о мировом развитии 2005, 2006, 2007. Изд-во Всемирного
банка. М., 2005, 2006, 2007.
377
24. Котелкин С.В. Международная финансовая система. М., 2004.
25. Лука К.Торговля на мировых валютных рынках. М., 2003.
26. Организация Обьединенных Наций. Основные факты. М., 2000.
27. Рот А., Захаров А., Златкис Б.Основы государственного
регулирования финансового рынка. М., 2003.
28. Мазурова Е.К. Международные экономические организации в
системе регулирования мирохозяйтвенных связей. М., 2003.
29. Потенциал и вызовы глобализации. Обзор МВФ. Нью-Йорк, 2001.
30. Клинов В.Г. Экономическая коныонктура. Факторы и меха- низи
формирования. М., МГИМО-Университет, 2003. В двух частьях.
31. Градобитова Л.Д. Теория международной конкурентоспособности
государств М.Портера. М.,1996.
32. Градобитова Л.Д. Транснациональные корпорации в современных
международных экономических отношениях. М,, 1996.
33. Ушаков И., Малаха И. «Утечка умов»- масштабы, причины,
последствия. М.,1996.
34. Европейский союз: справочник - путеводитель. М., 2004.
35. Костюнина Г.М. Азиатско - Тихоокеанская экономическая
интеграция. М., 2002.
36. Шемятенков В.Г. Европейская интеграция. М.,2004.
37. Буглай В.Б., Ливенцев Н.Н.Платежный баланс как абобщаю- щий
показатель мирохозяйственных связей. М.,2002.
38. Буторина О.В.Между народные валюты. Интеграция и
конкуренция. М.,2003.
39. Котелькин С.В. Международная финансовая система. М.,2004.
40. Моисеев С.Р. Международные валютно-кредитные отношения. М.,
2003.
41. Герчикова И.Н. Международные экономические организации:
регулирование мирохозяйственных связей и предпринимательской
деятельности. М.,2002.
42. Дюмулен И.Н.Международная торговля услугами. М.,2003.
43. Шреплер Х.А. Международные экономические организации.
Справочник. М.,1998.
44. Повалихина Т.И.История мировой экономики и международных
экономических отношений. Минск, 2007.
ƏləKbərov Əziz
Həmid oğiu
1946-cı ildə Qərbi
Azərbaycanın Basarkeçər rayo-
nunun Kəsəmən kəndində
anadan olmuşdur.
1970- 1972-ci illərdə SSRİ
EA-nm Mərkəzi İqtisadi Riyaziyyat
İnstitutunun aspirantı, sonradan isə
doktorantı olmuşdur.
1973- 1978-ci illərdə Dövlət Plan Komitəsinin İqtisadiyyat
institutunda şöbə müdiri işləmişdir. 1978-1994-cü illərdə AMEA- nın
Riyaziyyat və Mexanika institutunun XKB-da şöbə müdiri, direktorun
müavini və direktorun 1-ci müavini olmuşdur.
1994-1999-cu illərdə «Mars» SESB baş direktorunun 1- ci
müavini. Tətbiqi Problemlər institutunun direktoru vəzifələrində
çalışmışdır.
1999-cu ildən Odlar Yurdu Universitetində işləyir. Universitetin
«İqtisadiyyat və menecment» kafedrasının müdiri, professordur.
Yüzdən artıq elmi məqalə, tezis, bir neçə monoqrafiya, dərslik və
fənn proqramlarının müəllifidir.
SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsi tərəfindən ixtira
kimi qeydə alınaraq müəlliflik şəhadətnaməsi verilmiş 24 ixtiranın
müəllifidir.
Dəfələrlə SSRİ və Azərbaycan SSR-nin «Xalq təsərrüfatı
nailiyyətləri» sərgisinin iştirakçısı və mükafatçısı oişmuşdur.
Vəliyev Munir
Əhməd oğlu
1974- cü ildə Bakı şəhə-
rində anadan olmuşdur.
1992- ciildə
Azərbaycan
Dövlət İqtisad Universitetinə
daxil olmuş və 1998-ci ildə
həmin universiteti bitirərək,
iqtisadçı ixtisasına yiyələn-
mişdir. ADİU-ni bitirdikdən
sonra Vergi nazirliyi və bank sistemində işləmişdir. 1 O-dan artıq elmi
məqalənin və bir neçə fənn proqramının müəllifidir.
Hal-hazırda Odlar Yurdu Universitetində işləyir.
«Beynəlxalq iqtisadi münasibətlər» dərsliyinin müəlliflərindən
biridir.
Məmmədov Sabir
Məmməd oğlu
Sabir Məmməd oğlu Məm- mədov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndində anadan olmuşdur. 1979 - cu ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialına daxil olmuş, 1984-cu ildə Azərb- aycan Texnologiya İnstitutunun ye- yinti istehsalının texnologiyası fakültəsini bitirərək mühəndis-tex- noloq ixtisası almışdır. Sonradan Moskva şəhərində Moskva Dövlət
Sosialogiya Universitetinin hüquq fakültəsini bitirmişdir. 1984-cü ildən Naxçıvan MR Meyvə Tərəvəz Birliyində əmək fəaliyyətinə başlamışdır. İliç (indiki Şərur) rayon komsomol komitəsində işləmiş, həmin rayonun Konserv zavodunda laboratoriya müdiri, is- tehsalat üzrə direktor müavini vəzifələrində çalışmışdır. Sonradan Azərbaycan Standartlar Komitəsinin Şərur rayonu üzrə Dövlət Qə- bulu orqanının sədri, Naxçıvan Muxtar Respublikası Şəkər Şirkəti- nin baş direktorunun müavini, Neftçala Balıq kombinatının direktoru vəzifəsində çalışmışdır. 2006-cı ilə qədər Sabir Məmmədo- V Neftçala Rayonlararası DBMX-nin rəisi, daha sonra Xaçmaz və Sumqayıt Rayonlararası DBMX-nin rəisi vəzifəsində işləmişdir. İq- tisad elmləri üzrə fəlsəfə doktorudur.
Sabir Məmmədov eyni zamanda respublikanın və xarici ölkələrin bir sıra elmi jurnallarında nəşr olunmuş urbanizasiya mövzusunda yazılmış ondan artıq elmi məqalələrin müəllifidir. O, həmçinin «İntensiv urbanizasiya mühitində kənd təsərrüaftınm inkişafı məsələləri» haqqında nəşr olunmuş monoqrafiyanın müəllifi və «Beynəlxalq iqtisadi münasibətlər» adlı dərsliyin və bir neçə fənn proqramının müəlliflərindən biridir.
S.Məmmədov azad Qələmlər Cəmiyyətinin təsis etdiyi” «Qızıl əllər»” fəxri diplomuna, «Qafqaz MEDİA İctimai Birliyi» nin təsis etdiyi fəxri fərmana, «Cəsarətli Qələm» mükafatına və «Əsrin ziyalıları» Xeyriyyə ictimai birliyinin təsis etdiyi diploma layiq görülmüşdür.
Ramazanov Müşfiq
Köçəri oğlu
1973- cü ildə Qərbi
Azərbaycanın Krasnoselo
rayonunun Çaykənd kəndində
anadan olmuşdur.
1995-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin
“Uçot-iqtisad” fakültəsini fərq-
lənmə diplomu ilə bitirmişdir.
Həmin ildə Azərbaycan Milli
Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun “xalq təsərrüfatının
iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə aspiranturasına daxil
olmuşdur.
2004-cü ildə AMEA İqtisadiyyat İnstitutunda “Bazar iqtisadiyyatı
şəraitində inhisarsızlaşdırmanın əsas istiqamətləri” üzrə namizədlik
dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi
almışdır.HazırdaAMEA İqtisadiyyat İnstitutunun doktorantıdır.
1995-2008-ci ilə kimi müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarında
rəhbər vəzifələrdə çalışmışdır.
2008-ci ildən MTN Heydər Əliyev adına Akademiyasının
“İnzibati-idarəetmə” kafedrasında müəllim vəzifəsində çalışır. İyirmidən
artıq elmi məqalə, tezis, iki dərslik və bir neçə tədris proqramlarının
müəllifidir.