dunya olkelerinin siyasi cografiyasi muhazireler

134
1 DÜNYA ÖLKƏLƏRİNİN SİYASİ VƏ İQTİSADİ COĞRAFİYASI (Mühazirələr) Dr. ELNUR NƏSİROV Bakı 2008

Upload: enasir5640

Post on 05-Jul-2015

5.548 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

1

DÜNYA ÖLKƏLƏRİNİN

SİYASİ VƏ İQTİSADİ COĞRAFİYASI (Mühazirələr)

Dr. ELNUR NƏSİROV

Bakı 2008

Page 2: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

2Mövzu 1 və 2 Giriş............ ...........3 Mövzu 3. Azərbaycan............6 Mövzu 4. ABŞ. .......... ............26 Mövzu 5. Yaponiya .. ............50 Mövzu 6. Avropa Đttifaqı və Almaniya ... ...........58 Mövzu 7. Đngiltərə. ......... ..............75 Mövzu 8. Fransa . .......... .............84 Mövzu 9. Đtaliya.. .......... ...........88 Mövzu 10. Kanada.. .......... ...........93 Mövzu 11. Çin.. .......... .......... ...........98 Mövzu 12. Rusiya .......... .............103 Mövzu 13.

Türkiyə.. .......... ...........110

Mövzu 14. Đran.... .......... ..........113 Mövzu 15. Cənubi Koreya. .......... ....119 Mövzu 16. Səudiyyə Ərəbistanı ... ........... 124 Mövzu 17. Pakistan və Hindistan.. ............128

Page 3: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

3Mövzu 1 və 2.

Dünya Ölkələrinin Siyasi və İqtisadi Coğrafiyası Fənninə

GİRİŞ “Siyasi Coğrafiya” məfhunu, anlayışı “siyasi” və “coğrafiya” sözlərindən məydana

gəlməkdədir. Buna görə də bu sözlərin hər birinin ayrı-ayrılıqda mənalarını öyrəndikdən sonra birləşərək meydana gətirdikləri anlayışın mənasına keçəcəyik. “Siyasi” sözü ərəb mənşəli söz olub (s-y-s/س ي س) kökündən törəmişdir. Siyasətə dair, siyasətə aid (politic) mənasını ifadə edir. Siyasət sözü (;<=><) də eyni kökdən törəmişdir, təlim etmək, öyrətmək, məşq etdirmək, ipə-sapa yatırmaq kimi mənaları ifadə edir. Məsələn ərəb dilində “at təlimçisi”nə, yəni mehtərə “səyis” deyilir. Siyasət sözü dövlət işlərini nizama salmaq və icra etmək, yəni cəmiyyəti müyyən bir məcrada idarə etmək mənasını ifadə edir. Coğrafiya isə yerüzündə və ya onun bir hissəsində təbii, bəşəri və iqtisadi hadisələrin yayılışını, bunlar arasındakı münasibətləri səbəb və nəticə əlaqələrinə əsaslanaraq öyrənən ictimai elm sahəsidir.

Bu iki kəlmənin birlikdə meydana gətirdikləri “Siyasi Coğrafiya” isə bütün dünyada və ya müəyyən bir regionda yaxud ölkədə təbii, bəşəri və iqtisadi hadisələrin baş vermə prosesinə dövlət aparatı və siyasi hadisələrin təsirini, bu iki faktorlar qrupunun bir-biri ilə qarşılıqlı münasibətini öyrənən ictimai elm sahəsidir. Bu qısa tövsifdən sonra “siyasi coğrafiya”nın mövzusu və tədqiqat sahəsinə baxmaq olar. Siyasi Coğrafiya əslində bəşəri coğrafiyanın əhatə dairəsinə daxil olan elm sahəsidir. Mövzusu dövlət ilə üzərində mövcud olduğu yer, torpaq parçası arasındakı əlaqələri tədqiq etməkdir. Siyasi Coğrafiya bu əlaqələri tədqiq edərkən coğrafiya elminin prinsiplərinə əsaslanır. Hər hənsı bir dövlət müəyyən bir torpaq parçası üzərində mövcud olur. Vətən həmin torpaq parçasına deyilir. Daha doğrusu həmin torpaq parçası o dövlətin vətəndaşları üçün vətən hesab olunur. Belə həsab oluna bilməsi üçün həmin vətəndaşların o torpağı qorumağa və dəyərləndirməyə, istifadə etməyə çalışmasına ehtiyac duyulur. Bu baxımdan öz dövləti və vətəni olmayan insan təsəvvür etmək mümkündür, amma insansız bir dövlət və ya vətən təsəvvür etmək mümkün deyil.

Yerüzündə yaşayan insanların hamısı siyasi cəhətdən təşkilatlanmamış və öz dövlətlərini qura bilməmişdirlər. Məsələn şimal qütbündə qar kütləsindən düzəldilmiş evlərdə yaşayan eskimoslar və ya ekvatorial Afrikanın balta dəyməmiş meşələrində yaşayan piqmeləri1 buna nümunə göstərmək olar. Bəzi insan topluluqlarının, millətlərin isə yaşadıqları tarixi hadisələr paralelində siyasi şüurları inkişaf etmiş, siyasi cəhətdən təşkilatlanmış və öz dövlətlərini qurmuşdurlar. Məsələn türklər (azərbaycan türkləri də daxil olmaqla), ingilislər, almanlar, fransızlar, ərəblər, farslar, çinlilər, yaponlar, qismən də ruslar belə millətlər kateqoriyasına daxildirlər.

İnsanların siyasi cəhətdən təşkilatlanmasında, yəni dövlət qurmalarında üzərində yaşadıqları torpaq parçasının, yəni coğrafiyanın böyük rolu var. Müasir dövrdə texnoloji inkişafın ön plana çıxmasına baxmayaraq coğrafiyanın insanlara təsirini inkar etmək mümkün deyil. Çünki müasir texnologiya cəhətdən inkişaf etmiş dövlətlərin hamısı keşmiş dövrlərdə olduğu kimi bu gün də insan həyatı üçün ən əlverişli iqlimə sahib olan və orta qurşaq adlanan mülayim iqlimə sahib coğrafiyada yerləşir.

1 Piqmelər-dünyanın ən ibtidai və ən qısa boylu insanlarıdır.

Page 4: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

4Siyasi Coğrafiyanın tədqiqat sahəsinə daxil olan və sahədə tez-tez rast gəlinən iki mühüm

məfhum vardır: geopolitika və geostrategiya. Bu iki anlayışın siyasi coğrafiya ilə bir çox müştərək cəhəti olsa da, bir-birlərinə oxşar tərəfləri çox olsa da eyni mənanı ifadə etmirlər. Oxşar və fərqli cəhətlərini isə geopolitika və geostrategiya anlayışlarının mənalarını araşdırmaqla öyrənmək olar.

Geopolitika (ing: geopolitics) kəlməsinin mənası iqtisadi və siyasi coğrafiya göstəricilərinə görə xarici siyasət kursunun müəyyən edilməsidir. Yəni geopolitika dövlətin coğrafi xüsusiyyətləri ilə təqib etdiyi siyasi xəttə arasındakı əlaqələri tədqiq edən elm sahəsidir. Başqa sözlə desək geopolitika beynəlxalq siyasətdə coğrafi amillərin siyasi güc faktoru üzərindəki təsirini öyrənən elmdir. Geopolitika bu günün və gələcəyin siyasi qüvvəsi ilə siyasi məqsədi arasındakı əlaqəni fiziki və siyasi coğrafiyanı əsas götürərərk tədqiq edir. Geostrategiya, geoiqtisadiyyat və geomədəniyyətin hər biri geopolitikanın substansiyaları, aşağı vahidləridir.

Geostrategiya (ing: geostrategic) coğrafi amillərin ölkələrin hərbi strategiyası üzərindəki təsirlərini tədqiq edən elm sahəsidir. Başqa sözlə və qısaca desək geostrategiya yer, mövqe stretegiyasıdır. Geoiqtisadiyyat (geoeconomics) öyrənilən ölkənin coğrafiyası ilə iqtisadi gücü arasındakı əlaqələri təqdiq edir.

Geopolitika məfhumundan ilk dəfə isveçli politoloq Rudolf Kjellen istifadə etmişdi. R. Kjellen 1916-cı ildə qələmə aldığı “Staten som Lifsform” (The State as a Living Organism/Canlı Orqanizm Olaraq Dövlət) adlı əsərində ilk dəfə işlətməklə bu sözü siyasi lüğətə daxil etmişdi. R. Kjellen geopolitika kəlməsini açıqlayarkən hər hansı bir xalq ilə onun üzərində yaşadığı torpaq, yəni coğrafi məkan arasındakı əlaqədən, insanların tarix boyu üzərində dövlət qurduqları torpaqların əsas xüsusiyyətlərinə əhəmiyyət vermələrindən söz açmışdı. R. Kjellendən sonra geopolitika haqqında mülahizələr yürüdən tədqiqatçı alman general və politoloq Karl Haushofer olmuşdur. K. Haushofer 1924-cü ildə“Zeitschrift für Geopolitik” (Geopolitika Jurnalı) adlandırdığı məcmuəni nəşr etdirmişdi. Bununla da bu kəlmə və ifadə etdiyi məfhum, anlayış politoloqların və siyasi elmlər sahəsi tədqiqatçılarının ixtisas və maraq sahəsində özünə möhkəm yer tutmuş oldu. Lakin II dünya müharibəsinə qədər bu kəlmə və ifadə etdiyi məna üzərində ən çox tədqiqat aparnlar ABŞ politoloqları, strateqləri və siyasi tədqiqatçıları olmuşdur.

Geopolitika (geopolitics)-geostrategiya (geostrategic)-siyasi coğrafiya (political geography) arasındakı oxşar cəhət hər birinin əsas mövzusunun yerüzü, yəni dünya olmasıdır. Bu oxşarlığı təşkil edən hər üç sözdə “geo” yəni “yer” sözünün işlənməsidir. Bu bənzərliyə görə bəzən siyasi coğrafiya ilə geopolitika anlayışları səhv salınmış, biri digərinin yerinə istifadə edilmişdir. Bu kimi hallara bugün də rast gəlmək olur.

Lakin onu da qeyd etmək lazımdır ki, bu iki anlayışı və elm sahəsini bir-birindən kəskin xəttlərlə ayırmaq asan deyil. Belə ki, hər ikisinin tədqiqat sahəsi və tədqiqat mövzuları eynidir. Sadəcə hər ikisinin bu sahələrə və mövzulara tədqiqat obyekti olaraq münasibəti fərqlidir. Siyasi coğrafiya dünyanın fiziki, bəşəri və iqtisadi hadisələrini coğrafi nöqteyi-nəzərdən öyrənir, geopolitika isə siyasi coğrafiyadan siyasətin özünə keçərək bu amillərin siyasi hadisələrin bugününə və gələcəyinə təsirlərinə dair proqnozlar verir. Burada yuxarıda adlarını çəkdiyimiz fiziki coğrafiya, bəşəri coğrafiya kimi bəzi kəlmə və anlayışların mənalarına da aydınlıq gətirməyə ehtiyac var.

Page 5: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

5Fiziki Coğrafiya

Fiziki coğrafiya sadəcə dünyanın indiki vəziyyətini deyil yaranma və inkişaf mərhələlərini də öyrənən, bu sahədə əldə edilmiş məlumatları şərh edən, tədqiqat sahəsinə atmosferdən yerüzünə və yeraltına qədər olan bir çox mövzunun daxil olduğu ictimai elm sahəsidir. Fiziki coğrafiya torpağın xüsusiyyətini, əmələ gəlməsini və inkişaf prosesini öyrənən elm sahəsidir. Torpaqdakı fiziki, kimyəvi və bioloji prosesləri, bunların meydana gətirdikləri nəticələr bu elm sahəsinə aiddir.

Bəşəri və İqtisadi Coğrafiya

Bəşəri və iqtisadi coğrafiya insanların fəaliyyətləri və fəaliyyətlər nəticəsində meydana gələn hadisələri öyrənir. Bəşəri coğrafiya hər hansı bir coğrafi məkandakı əhalini, onların həmin coğrafiyaya yayılışını, yaş, cinsiyyət, fəaliyyət sahələri, məskunlaşma formalarını öyrənən elm sahəsidir. İqtisadi coğrafiya isə insanların yaşaya bilmələri üçün girişdikləri fəaliyyətləri (kənd təsərrüfatı, heyvandarlıq və sənaye), nəqliyyat, təbii sərvətlərin istismarı kimi mövzuları öyrənən elm sahəsidir.

Page 6: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

6

Mövzu 3. Azərbaycan

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat

Ərazisi 86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir. Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km Böyük göllər, km2 Sarısu - 67.0 Ağgöl - 56.2 Ağzıbirçala - 37.0 Mehman - 35.0 Böyükşor - 9.2 Hacıqabul - 8.4 Dünyada ən böyük göl -Xəzər dənizi sahəsi 400000 km2, dərinliyi-1025 m.

Ən yüksək dağ zirvəsi Bazardüzü - 4466 m.

Qonşuları Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km Böyük adalar km2 Pirallahı - 14.4 Çilov - 11.5 Xərə-Zirə - 3.5 Böyük-Zirə - 1.4 Böyük çaylar km Kür - 1515 Araz - 1072 Qanıx (Alazan) - 413 Qabırrı (İori) - 389 Samur - 216 Tərtər - 200

Əhali

2008-ci il iyul аyının 1-i vəziyyətinə ölkə əhаlisinin sаyı 8 676 min nəfər оlmuş və cаri ilin birinci yarısında 46,1 min nəfər və yа 0,5 fаiz аrtmışdır. Əhаlinin ümumi sаyındаn 4489 min nəfəri və ya 51,7 fаizi şəhər, 4187 min nəfəri (48,3 fаizi) kənd yerlərində yaşayır. Ölkə əhаlisinin 4281 min nəfərini, yахud 49,3 fаizini kişilər, 4395 min nəfərini və yа 50,7 fаizini isə qаdınlаr təşkil edir. Hаzırdа hər 1000 nəfər kişiyə 1027 nəfər qаdın düşür. Əhаlinin оrtа yаşı 32, doğulanda gözlənilən ömür uzunluğu isə 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda 75,1 yaş təşkil еdir. 2008-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 73,6 min, orta hesabla gündə 404 körpə dünyаyа gəlmiş və əhаlinin hər 1000 nəfərinə hеsаbı ilə dоğulаnlаrın sаyı 17 nəfər оlmuşdur. 2008-ci ilin yanvar-iyun aylarında 33,4 min nikаh və 3,9 min bоşаnmа qеydə аlınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqаyisədə əhаlinin hər 1000 nəfərinə hеsаbı ilə nikahların və boşanmaların sayının bir qədər azalması deməkdir.

Page 7: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

7Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 28, qadınlar arasında isə 24 yaş təşkil etmişdir.

Əhalinin sayı (ilin əvvəlinə)

İllər Cəmi əhalinin sayi, min nəfər

o cümlədən: Bütün əhaliyi görə, faizlə

şəhər kənd səhər kənd

2006 8436.4 4356.6 4079.8 51.6 48.4

2007 8532.7 4397.6 4135.1 51.5 48.5

2008 8629.9 4464.8 4165.1 51.7 48.3

SİYASİ SİSTEM

Bugünkü müstəqil Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmışdır. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir. Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə

Page 8: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

8mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti - Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.

Qanunverici hakimiyyət

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

İcraedici hakimiyyət

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır. Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir. İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir. Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.

Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Nəqliyyat

Page 9: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

9Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi fəaliyyət göstərir. Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir.

Məhkəmə hakimiyyəti

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir, onlarla qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilmişdir), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin

Page 10: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

10müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Konstitusiya Məhkəməsi qanunların və digər normativ hüquqi aktların, bələdiyyə və məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik iyerarxiasında özündən daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktlara uyğunluğunu yoxlayır, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə sorğu, müraciət və ya şikayət verə bilərlər:

Azərbaycan Respublikasının Prezidenti;

Azərbaycan Respublikasının Milli Məclisi;

Azərbaycan Respublikasının Nazirlər Kabineti;

Azərbaycan Respublikasının Ali Məhkəməsi;

Azərbaycan Respublikası Prokurorluğu;

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;

məhkəmələr;

ayrı-ayrı (fiziki və hüquqi) şəxslər;

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).

Xarici Siyasət

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur. Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub

Page 11: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

11olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısnda iştirak etmiş, onun sənədlərini imzalamışdır. 20 dekabr 1993-cu ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır. Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Mnsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk qrupunun Həmsədrləri aşğıdakılardır:

Stiven Mənn (ABŞ)

Anri Jakolen (Fransa)

Yuriy Merzlyakov (Rusiya)

Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir (ATƏT-in rəsmi saytında olan məlumata əsasən):

Page 12: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

12

1. ABŞ 2. Almaniya 3. Azərbaycan 4. Belarus 5. Ermənistan 6. İsveç 7. İtaliya 8. Niderland 9. Portuqaliya 10. Rusiya 11. Türkiyə 12. Finlyandiya 13. Fransa

1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmidir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.

18-19 noyabr 1999-cu ildə İstanbulda keçirlən ATƏT-in üzv ölkələrinin dövlət və hökumət başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.

Azərbaycan-Aİ

Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.

Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. Hazırda Azərbaycan Respublikasının Aİ yanında Daimi Nümayəndəsi vəzifəsini Fövqəladə və Səlahiyyətli Səfir Arif Məmmədov yerinə yetirir. Aİ-nin Azərbaycan Respublikasındakı Xüsusi Elçisi isə Antonuis de Vriesdir. 7 iyul 2003-cü il tarixində Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdiliməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olundu. Hal-hazırda bu vəzifəni Heyki Talvitye (Finlyandiya) icra edir.

Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir. Müqavilənin məqsədləri aşağıdakılardır:

- Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi;

Page 13: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

13- Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar

iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;

- Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq

2004-cü ilin 17-18 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on yeni üzvün qoşulması ilə əlaqədar olaraq TƏS-ə Əlavə Protokol imzalanmışdır.

TƏS-də nəzərdə tutulduğu kimi, Aİ-Azərbaycan Əməkdaşlıq Şurası (iclasları illik keçirilir) əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və Əməkdaşlıq Komitəsi (iclasları illik keçirilir) Şuraya tövsiyyələr verməklə kömək edir. Ticarət və İnvestisiya Məsələləri üzrə Alt Komitə isə Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir və TƏS əsasında ticarət, investisiya və iqtisadi əməkdaşlığa dair digər məsələləri müzakirə edir. 2004-cü ildə AB ilə Azərbaycan arasında Energetika və Nəqliyyat məsələləri üzrə ayrıca alt komitə təsis edilmişdir.

12 may 2004-cü il tarixində Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə (AQS) dair Strategiya Sənədini qəbul etmişdir. Sözügedən sənəddə Avropa Komissiyası (AK) Azərbaycan, Ermənistan və Gürcüstanın bu siyasətə daxil edilmələrini Avropa İttifaqı Şurasına tövsiyə edir. AK-nın tövsiyəsinə bu ilin iyunun 14-də Aİ-nin Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının iyunun 17-18-də Brüsseldə keçirilmiş iclası zamanı Azərbaycan, Gürcüstan və Ermənistanı qeyd edilən siyasətə daxil etməyi qərara almışdır.

Avropa İttifaqı TACİS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir. TACİS proqramı (MDB ölkələrinə texniki yardım) 12 keçmiş Sovet İttifaqı dövləti və Monqolustana texniki yardım dəstəyini təmin etmək üçün 1991-ci ildə yaradılmışdır. TACİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. TACİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri TRACECA və İNOGATE-dir.

TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüsseldə 1993-cü ilin mayında keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında təsis olunmuşdur. Bu təşkilatın məqsədi - qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və üzv dövlətlər arasında sonrakı regional əməkdaşlığı stimulə etməkdən ibarətdir.

Azərbaycan-NATO

1990-cı illərin əvvəllərindən etibarən, NATO-nun strukturlarında siyasi və hərbi dəyişikliklər prosesi başlandı. 1990-cı ilin iyulunda yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün London sammitində Dəyişilmiş Şimali Atlantika Alyansına dair London Bəyannaməsi, bir il sonra isə Roma sammitində yeni Strateji konsepsiya və Sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi. Nəzərdə tutulmuş əməkdaşlığın gələcək inkişafını istiqamətləndirən Şimali atlantika

Page 14: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

14əməkdaşlıq şurası (ŞAƏŞ) təsis edildi. ŞAƏŞ-nın ilk açılış görüşü 1991-ci ilin 20 dekabr tarixində keçirilmişdir. Azərbaycan Respblikası 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur.

NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir.

2005-ci ilin 4-9 aprel tarixində "Saloğlu" layihəsini müzakirə etmək məqsədi ilə NATO Beynəlxalq heyət və NATO Maddi Texniki Təchizat və Təminat Agentliyindən (NAMSA) nümayəndə heyəti Azərbaycana "feasibility study"-yə (ehtiyacın dəyərləndirilməsinə) səfər etmişdir. Səfər müddətində nümayəndə heyəti məsələ ilə məşğul olan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) görüşlər keçirmiş və sözügedən Agentliyin təşkili ilə Saloğluya səfər etmişdir. Səfər müddətində Azərbaycan Respublikası yüksək səviyyəli nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.

Azərbaycan və İslam Konfransi Təşkilati

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

İKT xarici işlər nazirlərinin 1993-cü ildə Karaçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında qətnamələr qəbul etmişdir. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" adlandırılmışdır. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbildən olan qətnamələrin adı dəyişilməz qalmışdır. Qeyd etmək lazımdır ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada keçirilmiş IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X konfransları eyni adlı qətnamələr qəbul etmişdir.

Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir. İslam İnkişaf Bankı (İİB) 1994-cü ildən etibarən hər il 2500 ədəd (son illər bu rəqəm ikiqat artmışdır) qurbanlıq qoyun cəmdəyi göndərir və bu yardımın respublikamıza daşınması

Page 15: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

15məsrəflərini də ödəyir. Əlavə olaraq İİB qaçqınlara humanitar yardım göstərilməsinə 500 min dollar və onlar üçün iş yerləri yaradılması məqsədi ilə dəzgah və avdanlığın alınmasına 1 milyon dollar vəsait ayırmışdır.

Respublikamızın sosial-inkişaf layihələrinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına İİB təmənnasız olaraq 142 milyon dollar ayırmışdır. İİB-in respublikamıza təqdim etdiyi güzəştli kreditin ümumi məbləği 74 milyon dollardan artıqdır.

Səudiyyə Ərəbistanının humanitar müəssisələri, Kral Fəhd adına yardım proqramı, Körfəz ölkələrinin bir sıra humanitar təşkilatlarının və fondlarının yardımı qeyd olunan sənədlər əsasında həyata keçirilir.

Azərbaycan və Avropa Şurasi

24 yanvar 1992-ci il - Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 10 noyabr 1994-cü il - Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə qəbul etmişdir. 3 fevral 1995-ci il - AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 17- 18 mart 1996-cı il - Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

İQTİSADİYYAT

Əsas sosial-iqtisadi göstəricilər 1) (milyon manat)

2000 2002 2003 2004 2005 2006 2007

Əhalinin sayı (ilin sonuna), min nəfər

8081.0 8202.5 8265.7 8347.3 8436.4 8532.7 8629.9

Ümumi daxili məhsul

4718.1 6062.5 7146.5 8530.2 12522.5 18746.2 25228.1

Sənaye məhsullarının ümumi həcmi

3639.5 4019.5 4982.1 5961.4 9290.5 15509.4 20277.4

Kənd təsərrüfatı məhsullarının ümumi həcmi

1072.6 1289.0 1386.0 1496.3 1752.1 1991.5 2346.3

Nəqliyyat sektorunda yük dövriyyəsi, mlyn. ton-km

15948 20277 22291 23283 26534 43294 77943

Page 16: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

16

Xarici ticarət dövriyyəsi, mlyn. $

2917.3 3832.9 5216.6 7131.4 8558.4 11639.8 11766.9

ixrac mlyn. $ 1745.2 2167.4 2590.4 3615.4 4347.2 6372.2 6058.3 idxal mlyn. $ 1172.1 1665.5 2626.2 3516.0 4211.2 5267.6 5708.6

Adambaşına düşən gəlirlər, manat

510.5 623.3 707.2 805.6 974.9 1219.2 1690.3

Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı, manat

44.3 63.1 77.4 99.4 123.6 149.0 214

Page 17: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

17

Page 18: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

18

Sənaye

Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995-2008-ci illərdə sənaye sahəsində əhəmiyyətli nəticələr əldə olunmuşdur. 1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı emal sənayesi də inkişaf edir. Son illərdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı

Page 19: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

19mənimsənilmişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın demək olar ki, aradan qalxmasına imkan yaratmışdır. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. Ölkə rəhbərliyi tarafindən həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrinin sayı 3 dəfə artmışdır. Hazırda sənaye səhəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur. Belə ki, sənaye məhsulunun ümumi istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 5.5 faizdən 2008-ci ildə 75 faizədək artmışdır.

Neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin inkişafının daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaradacaqdır. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar 2008-20012-ci illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcəkdir.

Elektrik enerjisi (milyon kVt.saat)

2000 2001 2002 2003 2004 2005 2006 Ehtiyatlar 20056 20612 21076 23722 24117 24954 26309 İstehsal 18699 18970 18701 21286 21744 22872 24543 İdxal 1357 1642 2375 2436 2373 2082 1766 Bölüşdürülmüşdür 20056 20612 21076 23722 24117 24954 26309 Ölkədaxili istehlak 16423 17086 16317 18407 18955 20043 21655 İtkilər 2770 2560 3834 4444 4154 4031 3775 İxrac 863 966 925 871 1008 880 879

Elektrik enerjisinin idxalı və ixracı

(milyon kVt.saat) 2000 2001 2002 2003 2004 2005 2006

İdxal* - cəmi 1357 1642 2375 2436 2373 2082 1766 o cümlədən: Rusiya 654 727 1279 1454 1376 1033 755 Gürcüstan - - 107 33 - - 54 Türkiyə 413 433 435 401 378 391 326 İran 290 482 554 548 619 658 631 İxrac* - cəmi 863 966 925 871 1008 880 879 o cümlədən: Rusiya 845 509 253 317 271 294 317 Gürcüstan 18 3 35 0.0 - - 20

Page 20: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

20

İran - 454 637 554 737 586 542

Kənd Təsərrüfatı

Azərbaycan üçün bugün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir (2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i, neft sektorunda isə cəmi 1%-i işləyirdi). Eyni zamanda bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir. 1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına, kəndin simasınının dəyişdirilməsinə ciddi təsir göstərmişdir. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş vermişdir. İri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılmış, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının sayı 1.208,7 min vahidlə xarakterizə edilir. Bu istehsalçıların 99,98 faizi özəl, 0,02 faizi isə dövlət təsərrüfatlarından ibarətdir. Bundan əlavə, 78.648 müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı ilə məşğul olan bağ evi təsərrüfatları mövcuddur. İxtisaslaşdırılmış kənd təsərrüfatı istehsalçılarının 66,8 faizi ailə kəndli, 32,8 faizi ev təsərrüfatları, 0,2 faizini isə kəndli (fermer) təsərrüfatları təşkil edir. 2006-cı ilin ÜDM-də kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsində yaradılan əlavə dəyərin xüsusi çəkisi 7,1% təşkil etmişdir . 2005-ci illə müqayisədə məhsul istehsalının həcmi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 0,9 faiz artmışdır, o cümlədən bitkiçilik üzrə məhsul istehsalının həcmində 0,8 azalma, heyvandarlıq məhsulları istehsalında 2,9 faiz artım müşahidə edilmişdir. Bitkiçilik üzrə məhsul istehsalının həcminin azaldılması əkin sahələrinin azalması hesabına baş vermişdir ( kartofun əkin sahəsi 5,4 faiz, bostan bitkilərinin əkin sahəsi 0,5 faiz, çay plantasiyalarının əkin sahəsinin 38,5 faiz azalmışdır). Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatlarına investisiya qoyuluşu 2005-ci illə müqayisədə 42 faiz artaraq 32, 3 mln manat təşkil etmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa çəkilən büdcə xərclərinin xüsusi çəkisi 3,5 faiz, 2005-ci illə müqayisədə isə 37,2 faiz artmışdır. Kənd təsərrüfatı istehsalçılarının mülkiyyətində və icarəsində olan torpaq sahələrinin mütləq kəmiyyəti 2324,2 min hektara bərabərdir. Onun 69,3 faizi ailə kəndli təsərrüfatlarının, 11,4 faizi ev təsərrüfatlarının və 2 faizi kəndli (fermer) təsərrüfatlarının sərəncamındadır. Kənd təsərrüfatı istehsalçılarının hər birinin, orta hesabla, 1,92 ha ümumi torpaq sahəsi mövcuddur.

Meşə ehtiyatları

İllər Ümumi

sahə, min hektar

ümumi ağac ehtiyatı, milyon kub.m

2005 8660 138.0

Page 21: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

21

2006 8660 139.0 2007 8660 140.0 2008 8660 140.5

İnvestisiya Mühiti

Müstəqillik illəri zamanı ölkəyə qoyulmuş investisiyaların ümumi həcmi 38 mlrd ABŞ dollarına yaxın olmuşdur, bunlardan 27 mlrd ABŞ dolları xarici investisiyalardı və bu regionda ən böyük göstəricidir. 2006-cı ildə Azərbaycana qoyulmuş investisiyaların həcmi 8,1 mlrd ABŞ dolları olmuşdur: bunlardan 37,8% daxili investisiyalardır, 62,2% isə xarici investisiyalardır.

Ölkənin liberal iqtisadi sistemi davamlı iqtisadi artım, özəlləşdirmə, sahibkarlığa yardım, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və genişmiqyaslı beynəlxalq neft-qaz layihələrin həyata keçirilməsi siyasətinə əsaslanır.

Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Bank Sistemi

Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikası Milli Bankı, ikinci pillədə kommersiya bankları və digər bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir. Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılamasına mühüm şərait yaratmışdır. 1 yanvar 2005-ci il tarixə Azərbaycanda 44 bank, 350 bank filailı fəaliyyət göstərir. Fəaliyyət göstərən banklardan 2-si dövlət kapitalının, 15-i isə xarici kapitalın iştirakı ilə təsis olunmuşdur. 1 yanvar 2005-ci il tarixə banklarla yanaşı respublikada 70 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlardan da 55-i kredit ittifaqlarıdır. Hal-hazırda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 2 milyard manatdan çoxdur.

Xəzər dənizi və neft

Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km, sahil xətttinin uzunluğu 6,5 min km (o cümlədən, 800 km-i Azərbaycanın ərazisində), sahəsi 370 min kv km. (1929-cu ildə isə sahəsi 422 min kv km- olmuşdur), dünya okeanı səviyyəsindən 28 metr aşağıdır. Ərazisində təqribən 50-dək ada və irili-xırdalı 130-dək bura tökülən çay vardır. Son 160 illik tarixində Xəzərin səviyyəsi 25,2 m. (1882) - 29,0 m. (1977) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, son 100 ildə isə 3,2 m. olmuşdur. 1975-95-ci illər ərzində Xəzərdə su səviyyəsinin qalxması nəticəsində 12,5 min kv. km ərazi su altında qalmışdır. Bu zaman Azərbaycanda 48450 ha. sahəni su basmış, 2 milyard dollar ziyan dəymişdir. Bakı buxtasında suyun altında qalmış

Page 22: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

22Karvansaray adasına, Lənkəranda su altında qalmış meşə qalığına əsasən belə nəticəyə gəlmək olar ki, hətta XII-XIII əsrlərdə Xəzərin səviyyəsi bugünkündən çox aşağı olmuşdur. 1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: "Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır". Göründüyü kimi haqqında danışdığımız Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. Lakin XIX əsrin ortalarından başlayaraq sənayedə daha mütəşəkkil rol oynayan neft region dövlətlərinin diqqətini kəskin şəkildə Xəzərə yönəltmişdir. Əsrlərlə Rusiyanın Qafqazda apardığı mübarizələrin əsasında elə Xəzər kimi böyük hövzəsinin sərvətlərinə sahib olmaq dururdu. Buna görə də son 150 il Xəzər tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan hissəsində 432 milyon ton neft, 318 milyard kubmetr qaz hasil edilmiş, 26 böyük yataqlar kəşf edilmişdir.

Lakin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər Xəzərin tarixində əsaslı dönüş yaradaraq əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı 10-dan artıq müxtəlif müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarmış, bu beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir. Elə buna görə də Xəzərin müasir tarixindəki ictimai-siyasi proseslərin öyrənilməsi mürəkkəb olduğu qədər də maraqlıdır.

XƏZƏRİN STATUSU PROBLEMİ

Azərbaycan 1980-ci illərin sonlarından etibarən Xəzər dənizinin öz sektorunda yerləşən neft yataqlarının işlədilməsi barədə xarici şirkətlərlə danışıqlar aparmağa başlamışdı. Uzun müddət müxtəlif səviyyələrdə davam etmiş danışıqlar 4 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” adlanan beynəlxalq müqavilənin imzalanması ilə nəticələnmişdir. Rusiya müqavilədəki payından (10%), İran isə ümumiyyətlə müqavilədə iştiraka dəvət edilmədiyi üçün məmnun qalmamışdı. Xəzərin statusunun problemə çevrilərək uzun illər boyu davam etməyə başlaması məhz bu dövrə təsadüf edir.

Məsələnin bugünə qədər öz həllini tapmamasının əsas səbəblərindən biri də tərəflərin (xüsusilə də Rusiya və İran) məsələni hüquqi müstəvidə deyil daha çox siyasi müstəvidə dəyərləndirməyə cəhd etmələridir. Türkmənistanın uzlaşmaz mövqeyi Rusiya və İranın mövqeyini gücləndirmişdir ki, bunu da Azərbaycan üçün arzuolunmaz bir hal kimi dəyərləndirmək mümkündür.

Xəzərin Coğrafi Xüsusiyyətləri

Xəzərin hüquqi statusu məsələsinə keçməmişdən əvvəl coğrafi xüsusiyyətlərini yada salmaqda fayda olacaqdır. Xəzər Rusiya federasiyası, Azərbaycan, İran, Türkmənistan və Qazaxstanla əhatə olunmuş su hövzəsidir. Uzunluğu 1204 km-dir və təqribən 371 min km2 sahəyə malikdir. Ortalama dərinliyi 180 m-dir (maksimum dərinlik 1000 m). Xəzər okeanlarla çay-kanal şəbəkələri xaric heç əlaqəsi olmayan duzlu su kütləsinə malikdir. Volqa və Don çaylarını bir-birinə bağlayan kanalar vasitəsiylə Xəzər Qaradəniz və Baltik dənizinə bağlanmışdır. SSRİ-nin mövcud olduğu dövrdə Xəzər Sovet və İran dənizi kimi qəbul edilmişdi. SSRİ-nin dağılmasından sonra isə

Page 23: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

23Xəzər beş dövlətin əhatəsində qaldı. Xəzərin hüquqi statusu ilə bağlı bu dövətlərin hər birinin, bəzən bir-birinə yaxın bəzən isə zidd, öz möqeyi var.

Azərbaycanın Mövqeyi

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olduğu üçün Xəzər sadəcə ətrafındakı dövlətlərin deyil eyni zamanda dünya siyasətinə istiqamət verən böyük dövlətlərin də maraq dairəsinə daxil olmuşdu. 1994-cü ildən etibarən Xəzərin hüquqi statusu siyasi bir problem olaraq gündəmə gəlmişdir. Azərbaycan, Qazaxstan və Türkmənistan öz hüquqi tezislərini irəli sürərkən Türkmənçay müqaviləsi (10 fevral 1828), Moskva Dostluq Müqaviləsi (28 fevral 1921), 27 avqust 1935-ci ildə bağlanmış SSRİ-İran müqaviləsi və Tehran Müqaviləsinin (25 mart 1940) artıq etibarsız olduğunu bildirmiş və digər dövəltlərin dəstəyinin qazanmağa cəhd etmişdilər.

Xəzərin göl olduğunu ilk dəfə Azərbaycan qəbul etmişdi. Belə halda Xəzər milli sektorlara bölünməli və ya müştərək istifadəyə açılmalı idi. Azərbaycan hökuməti Xəzərin milli sektorlara bölünməsinin tərəfdardır. Məsələn Viktoriya gölü Keniya, Tanzaniya və Uqanda arasında, Malavi gölü Malavi və Mozambik arasında, Böyük şimali Amerika gölü Kanada ilə ABŞ arasında, Titikaka gölü Boliviya ilə Peru arasında, Cenevrə gölü Fransa ilə İsveçrə arasında milli sektorlara bölünmüşdür. Beləcə də Xərəz sərhədyanı göl kimi ortaq xətt prinsipi ilə (median line) beş milli sektora bölünməli və hər sektorda da məxsus olduğu ölkənin qanunları mötəbər olmalı idi.

12 noyabr 1996-cı ildə beş dövlətin xarici işlər nazirləri Aşqabadda toplanaraq məsələni müzakirə etdilər. Bu müzakirələrdə üç ayrı tezis irəli sürüldü. Azərbaycan tərəfi Xəzərin milli sektorlara bölünməsini istəyirdi. Azərbaycanın Xİ naziri 1970-ci ildə SSRİ-nin Neft Sənayesi Nazirliyinin neft-qaz araşdırmaları aparmaq məqsədiylə Xəzəri milli sektorlara böldüyünü xatırlatmışdı və bunun əslində hüquqi dayanaq olduğunu bildirmişdi. Bu bölgüyə görə Xəzərin 19% Azərbaycanın, 16% Rusiyanın, 14% İran, 22% Türkmənistan və 29% Qazaxstanın payına düşəcəkdir.

Bu görüşlər davam edərkən Rusiya, İran və Türkmənistan Xəzərin mineral mənbələrinin müştərək istifadəsinə dair memorandum imzalamışdılar. Azərbaycan buna etirazını bildirmiş və belə bir işbirliyini dövlətlərin sadəcə öz sərhədlərinə yaxın ərazidə həyata keçirə biləcəklərini bəyan etmişdi.

Bu məsələdə Türkmənstanın Azərbaycanın əleyhinə siyasət yeritməsinin səbəbi Azəri, Kəpəz, Çıraq və Günəşli yataqlarıdır. 1949-1967-ci illərdə kəşf edilən və Xəzərin Azərbaycana aid hissəsində olan Neft daşları, Çıraq, Azəri və Kəpəz yataqları zəngin neft və qaz ehtiyatlarına sahibdir. Bunlaran son ikisinin ehtiyatları xeyli dərin qatlarda olduğu üçün uyğun qazma və işlətmə texnologiyalarının mövcud olmaması səbəbiylə uzun müddət işlədilməmişdi.

Azərbaycan ikinci bir təklif olaraq da Xəzərin “açıq dəniz” elan olunmasını irəli sürmüşdü. Açıq Dənizlər Konvensiyasının 2-ci maddəsinin tətbiqi münasib hesab edilmişdi. Dənizə sahili olan dövlətlərə nəqliyyat, ov, dənizin dibi ilə boru xətti və kabel çəkmək, üzərində uçuşların həyata keçirilməsi sərbəstliyi verən bu konvensiya 1958-ci ildə qəbul edilmişdi. Lakin Rusiya Xəzərin rəsmi olaraq açıq dəniz kimi qəbul olunmamasını bildirərək bu təklifi qəbul etməmişdi. Azərbaycan üçün maraqlı olan cəhət Xəzərin göl və ya dəniz olması deyil milli sektorlara

Page 24: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

24bölünməsi, status məsələsi həll olana qədər də hər bir dövlətin öz sektorundakı neft və qaz ehtiyatlarından istifadə edə bilməsidir. Azərbaycan Xəzərin sadəcə dibinin bölünməsi fikri ilə də razı deyil. Su kütləsi də milli sektorlara bölünməlidir.

Rusiyanın Mövqeyi

Rusiya hələ də Qafqaz regionunda siyasi və iqtisadi təsir gücünə sahibdir və Xəzərin statusunun müəyyən edilməsində mühüm rol oynayan dövlətdir. Rusiyanın bu mövzuda tutduğu mövqe öz dəyişkənliyi ilə diqqəti cəlb edir. Bu vaxta qədər Rusiya Xəzərin statusu ilə bağlı üç ayrı mövqe nümayiş etdirmişdir:

1-Klassik mövqe. Bu mövqedə olarkən Rusiya 1921-ci il Rusiya-İran və 1940-cı il SSRİ-İran müqavilələrini əsas götürərək hər bir dövlətin tək başına hegemon ola biləcəyi suların öz sahillərindən 10 mil məsafədəki ərazini əhatə etdiyini, yəni 10 millik sahil zolağını əhatə etdiyini, bu ərazinin balıqçılıq üçün istifadə edilə biləcəyini, bunun xaricində qalan sahələrin müştərək istifadəyə açıq olduğu fikrini müdafiə edirdi. Buna əsaslanaraq Rusiya Xəzərin qapalı su hövzəsi olduğunu söyləyir və 1982-ci il BM Dəniz Hüququ Müqaviləsinin Xəzərə tətbiq oluna bilməyəcəyini iddia edirdi.

2-Rusiya ilk dəfə 12 noyabr 1996-cı ildə Aşqabadda özünün klassik mövqeyindən əl çəkmişdi. Daha doğrusu bu mövqeyində bəzi dəyişikliklər etmişdi. Aşqabad iclasında Rusiyanın Xİ naziri Yevgeniy Primakov 10 millik sahil zolağında deyil, 40-45 millik sahil zolağında dövlətlərin hegemon ola biləcəyi fikrini bəyan etmişdi.

3-Rusiya Xəzərin sektorlara bölünməsinə etiraz etməkdən daşınmışdır. Lakin Xəzərin açıq dəniz hesab edilməsinə hələ də ciddi şəkildə etiraz edir. Bu da təbiidir. Çünki belə olacağı halda Volqa-Don və Volqa-Baltik kanalları da müştərək istifadəsi mövzusu gündəmə gələ bilər. Lakin Rusiya hələ də Xəzərin dibinin bölünməsinə, səthin isə müştərək istifadəsinə tərəfdardır. Bu Azərbaycan üçün çox əlverişsiz bir fikirdir. Çünki səthin bölünməyəcəyi təqdirdə bəzi yataqların işlədilməsi üçün Azərbaycan digər 4 dövlətin razılığını almaq məcburiyyətində qalacaqdır ki, bu da Azərbaycanın iqtisadi və siyasi mənafeyinə ziddir.

Bu məsələdə Rusiyanın mövqeyi vaxt keçdikcə yumuşamış və daha uzlaşmaçı bir mövqe nümayiş etdirməyə başlamışdı. Bu da təbiidir. Vaxt Rusiyaya göstərmişdi ki, iki ayağını bir başmağa dirəməklə heç bir şeyə nail olmaq mümkün deyil. Keçən illər ərzində Azərbaycan və Qazaxstan bir çox beynəlxalq layihələri həyata keçirməyi bacarmışdılar.

2001-ci ilin yanvarında Rusiya prezidenti V. Putinin Bakıya səfəri vaxtı iki dövlət arasında Xəzərin statusu ilə bağlı müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə dənizin dibi Azərbaycanın o vaxta qədər təklif etdiyi, lakin Rusiyanın qəbul etmədiyi şərtlərə görə, hər iki tərəfin milli mənafeləri qorunaraq bölünəcəkdi. Müqavilənin şərtləri Azərbaycana dəniz ticarətini inkişaf etdirmək, gəmilərini Rusiyanın daxili sularında sərbəst hərəkət etdirmək imkanlarını verirdi. Bundan başqa Transxəzər layihəsinin həyata keçirilməsi də mümkün olurdu.

Türkmənistanın Mövqeyi

Page 25: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

25Türkmənistan bu məsələdə tam türkmənvari siyasət güdmüşdü. Nə istədiyini özü də

bilmədən ağlayan uşaq kimi türkmən tərəfi ildə bir fikrə düşmüşdür. İlk dövrlərdə Türkmənstan Azərbaycan və Qazaxstanın mövqeyini dəstəkləyərək milli sektorlara bölünmə fikrini mənimsəyirdi. 1994-cü ildə transmilli bir şirkət qurulmasını və ayrı-ayrı dövlətlərin tək başına fəaliyyətlərinin məhdudlaşdırılmasını, daha sonra isə Rusiyanın 45 millik sahil zolağı prinsipini müdafiə etmişdi. 1997-ci ildə isə S. Niyazov rəsmən Azəri və Çıraq neft yataqlarına iddia irəli sürmüş və bunların Türkmənstana aid olduğunu bildirmişdi.

S. Niyazovun bu bəyanatından sonra AIOC (Azerbaijan International Operating Company) sədri Terry Adams Xəzərin milli sektorlara bölünməsi barədə Azərbaycan tərəfinin mövqeyini dəstəklədiklərini bildirmişdi. Niyazov daha bir diplomatik səhvə yol vermiş və Azəri yatağının Türkmənistan sektorunda yerləşdiyini demişdi. Bununla da o milli sektorların varlığını qəbul etmiş olurdu. Bundan başqa Türkmənistanın iddia etdiyi yataqlarla bağlı 1994-cü ildə müqavilə bağlanmış, 1997-ci ildən etibarən buralardan neft hasil edilməyə başlanmışdı. Başqa sözlə Türkmənstan öz iddiaları ilə baş-başa qalmışdı.

Türkmənstan iki yatağa ilişib qalaraq regionda gedən proseslərdən çox kənar qalmışdı. Üstəlik bu ölkənin məsələylə bağlı məqsədyönlü və ardıcıl siyasəti olmadığı üçün atacağı addımlar daha çox Moskva və Tehrana indekslənmiş hala gəlmişdi. Lakin son vaxtlar rəsmi Aşqabad bu məsələdə Moskva və Tehrana bel bağlamaqda səhv etdiyini dərk etmiş və daha uzlaşmaçı mövqe nümayiş etdirməyə başlamışdır.

Qazaxstanın Mövqeyi

Qazaxstanın mövqeyi əvvəldən bəri Azərbaycanın mövqeyi ilə paralellik göstərir. Lakin Qazaxstan daim ehtiyatı əldən verməyərək bu mövzuda Rusiya ilə zidləşməməyə çalışmışdı.

İranın Mövqeyi

İran Xəzərin statusu mövzusunda Azərbaycanın mövqeyinə ən çox etiraz edən dövlətdir. Əsrin müqaviləsində qərb dövlətlərinin ciddi etirazları səbəbiylə iştirak edə bilməyən İran 1995-ci ilin aprelində əsrin müqaviləsini tanımadığını bəyan etmişdi.

1998-ci ilin iyulunda Rusiya ilə Qazaxstan arasında Xəzərin şimal bölgəsinin dəniz dibinin bölünməsinə dair sazişi imzalanmışdı. İran Xİ nazirliyinin rəsmisi Mahmud Məhəmmədi İranın bu sazişi tanımadığını bildirmişdi. Tehran Xəzərin statusuna dair istənilən ikitərəfli müqaviləni tanımayacağını da bəyan etmişdir. İran beş sahil dövlətinin hər birinin ədalətli pay almalı olduğu fikrindədir. 1998-ci ilin avqustunda İran Xİ naziri Kamal Xərrazinin Bakıda apardığı danışıqlardan da müsbət nəticə çıxmamışdı.

İran Xəzərin hüquqi statusunun müəyyən edilməsində kondominimum (beş dövlət arasında bərabər bölünmə) prinsipini irəli sürür. İran dövlət neft şirkəti ilə Shell arasında Xəzərdə sismik tədqiqatlar aparılmasına dair razılaşma əldə olunub. İmzalanmış müqaviləyə Azərbaycan sektoruna düşən ərazilər də daxil edilib. İran bu təcavüzkarlığı kondominimum prinsipi ilə açıqlamağa çalışır.

Page 26: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

26

Mövzu 4.

ABŞ (Amerika Birləşmiş Ştatları)

Daxili və xarici siyasəti. Hökumət, idarətmə sistemi. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat. Enerji təhlükəsizliyi siyasəti.

Əsas ictimai və iqtisadi göstəricilər

Əhalisi (milyon) 290,8

Dil İngiliscə

İnzibati idarəetmə 50 ştat və bir federal dairədən ibarət federariv respublika

Ərazisi 9159 km2

Paytaxı Vaşinqton (Washington)

İri şəhərləri və əhalisi (2000-ci il aprel)

Nyu York (17,8), Los Anceles (11,8), Çikaqo (8,3), Baltimor (7,1), Filadelfia (5,1), Boston (4,1), Detroyt (3,9), Dallas (3,9), Hyuston (3,8)

Coğrafi xüsusiyyətləri ABŞ şimali Amerika qitəsində yerləşir. Ölkə şərqdən Atlantik okean, qərbdən Sakit okean, şimaldan Kanada, cənubdan isə Meksika ilə həmsərhəddir. Cəmi 12 248 km-lik quru sərhədlərinin 8,893 km-i Kanada, 3,326 km-i Meksika, 29 km-i isə Kuba ilədir. (ABŞ-ın Kuba ilə sərhəddi Quantanamo hərbi dəniz bazasının yerləşdiyi ərazidədir). Sahillərinin ümumi uzunluğu 19 924 km-dir. Ölkənin ən hündür nöqtəsi Mont Makkinli (Mount McKinley) 6 194 m, ən alçaq nöqtəsi isə Det Vallidir (Death Valley) 86 m.

İqlimi Əsasən mülayim iqlimə sahibdir, cənuba doğru tropik iqlimə çevrilir.

Təbii (yeraltı) sərvətləri Kömür, mis, qurğuşun, fosfat, uran, boksid, qızıl, dəmir, civə, nikel, gümüş, sink, neft, təbii qaz

Ümumdaxili məhsul 12 485

Page 27: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

27

HÖKUMƏT VƏ İDARƏETMƏ SİSTEMİ

Məlum olduğu kimi ABŞ 1776-cı ildə azadlıq və demokratiya kimi anlayışlar üzərinə qurulmuşdur. ABŞ-nın sahib olduğu idarəetmə sistemi bütün dünyada elastik və adaptativ bir sistem kimi tanınır. Demokratik ölkələr sırasında mövqe tutan ABŞ-nı konstitusiyalı federal respublika adlandırmaq da mümkündür. Bu üç anlayışın bir az açıqlanmağa ehtiyacı var.

(trilyon $)

Adambaşına milli gəlir (2004)

40 047 $

Page 28: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

28“Konstitusiyalı” sözü ilə ABŞ hökumətinin ölkənin ən ali qanunu olan Konstitusiyaya əsaslandığı ifadə edilir. Konstitusiya federal və ştat hökumətlərinin təşəkkülünü, strukturunu müəyyən etməklə yanaşı eyni zamanda bu qurumların səlahiyyətlərini də mühüm dərəcədə məhdudlaşdırır. “Federativ” kəlməsi ilə ölkədə bir milli (federal) və 50 ştat hökumətinin mövcudluğu bildirilir. “Respublika” xalqın hakimiyyəti, hegemoniyanı öz əlində saxladığı və bu səlahiyyətini seçdiyi təmsilçilər vasitəsiylə istifadə etdiyi üsuli-idarədir.

İlk baxışda ABŞ-nın hökumət və idarəetmə sistemi bəsit görünə bilər. Parlament qanun layihələrini hazırlayıb müzakirə edir və prezident də bunu təsdiq edir. Lakin daha dəqiq müşahidə qurumlararası qarşılıqlı münasibət və təsirlərin mövcud olduğu daha mürəkkəb bir sistemdən söhbət getdiyini meydana çıxarır. Respublika olduğu üçün Amerika idarəetmə sistemində əsas güc xalqın əlindədir. Ən azından amerikalılar belə iddia edirlər. Xalq əlindəki bu gücdən necə istifadə edir? Müəyyən vaxtlarda prezident, konqres üzvləri, müxtəlif ştat və yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə səs verərək. Bu seçilmişlər isə siyasi kursu müəyyən edib formalaşdırır, qanunlar hazırlayır və hökumətin gündəlik fəaliyyətini təftiş və idarə edirlər.

ABŞ-nın konstitusiyası amerikan hökumət sisteminin təməlidir. 1788-ci ildə qəbul edilmiş ABŞ konstitusiyası hökumətin üç ayrı orqanını (qanunverici, icraedici və məhkəmə), onların səlahiyyətini və fəaliyyət prosesinin müəyyən edir. Konstitusiyanın əsas xüsusiyyətlərindən biri güvvələr balansı sisteminin təminatçısı olmasıdır. Bu sistemdə güc üç orqan arasında bölünmüşdür. Hər bir orqan digərinin üzərində müəyyən ölçüdə səlahiyyət sahibidir. Məsələn, Ali Məhkəmənin hakimləri (məhkəmə hakimiyyəti) Senatın (qanunverici) təsdiqləməsiylə prezident (icraedici) tərəfindən təyin edilir. Eyniylə məhkəmə konqresdən keçirilib prezident tərəfindən imzalanaraq təsdiqlənmiş hər hansı bir qanunu konstitusiyaya zidd olması səbəbiylə ləğv edə bilər. Bu və digər güvvələr balansına əsaslanan sistemlər bir tək hökumət orqanının həddən artıq güc sahibi olmamasını təmin edir.

Hökumət sadəcə konstitusiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilir. Bu da konstitusiyanı xalqın, fərdlərin haqq və hüquqlarının qorunmasındakı əsas amilə çevirir. ABŞ konstitusiyasına edilmiş ilk on dəyişiklik “Hüquqlar Bəyannaməsi” adı ilə tanınır. Hüquqlar bəyannaməsi ifadə, mətbuat və din (vicdan) azadlıqları, məhkəmə heyəti tərəfindən mühakimə edilmə, haqsız axtarış aparılmasına məruz qalmama kimi hər bir amerikalının əsas hüquqlarını əhatə edir. Konstitusiya ölkədəki ən ali qanun mətni olaraq hökumətin, istənilən səvəyyədə, qanunverici və icraedici gücünə məhdudiyyətlər gətirir, onun bu səlahiyyətlərinin sərhədlərini müəyyənləşdirir. Konstitusiyaya zidd olan hər hansı bir qanunun bütünü və ya bir qismi ABŞ Ali məhkəməsi tərəfindən ləğv edilə bilər. Konstitusiyaya edilən dəyişikliklər konqres və senat üzvlərinin 3/2 tərəfindən təklif edildiyi və ştatların 4/3 tərəfindən qəbul edildiyi təqdirdə öz təsdiqini tapa bilər. Bu çox çətin bir prosesdir. ABŞ konstitusiyasının qəbul edildiyi tarixdən (1788) bəri cəmi 27 dəfə dəyişikliyə uğrayıb. Bu dəyişikliklərdən 16-sı 1800-cü ildən sonrakı tarixə təsadüf edir. Yəni 11-i konstitusiyanın qəbul edildiyi illərdə, formalaşma prosesində edilmişdir.

Federal Hökumət, Ştat Hökumətləri və Yerli Özünüidarəetmə Orqanları

Page 29: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

29Yuxarıda qeyd etdiyimiz kimi konstitusiya sadəcə federal hökumətin deyil, həm də ştat

hökumətlərinin struktur və səlahiyyətlərinin əsas cizgilərini də müəyyən edir. Bundan başqa hər bir ştatın, ştat daxilindəki yerli özünüidarəetmələri də əhatə edən, konstitusiyası var. Yerli özünüidarəetmələr deyiləndə hər şeydən əvvəl bələdiyyələr, şəhər, qəsəbə, məktəbətrafı ərazi, müyyən ərazidəki təbii sərvətlər və nəqliyyat şəbəkəsi kimi işləri idarə edən qurumlar başa düşülür.

Federal hökumətin səlahiyyətləri, fəaliyyət sahəsi ABŞ konstitusiyasının ona xüsusi olaraq verdiyi haqq və vəzifələrlə məhdudlaşmışdır. Bu vəzifələrdən ştatlar arasındakı ticari əlaqələri nizamlama, milli təhlükəsizliyin təmini, kapital qoyuluşuna təşviq, immiqrasiya və vətəndaşlığa qəbul edilmə kimi nizamlamalar və xarici ölkələrlə əlaqələr qurmanın sadalamaq olar. Lakin vaxt keçib zaman dəyişdikcə konstitusiya da dəyişən zəmanənin şərtlərinə uyğun olaraq şərh edilmiş və əlavələr edilmişdir. Bunun paralelində təbii ki, federal hökumətin səlahiyyətləri də dəyişmişdir. Federal hökumət ştatlardakı hökumətlərlə birgə işləyərək bəzi qanunlar və proqramlar hazırlayır. Təhsil, sosyal rifah, mənzil və ərzaq yardımı, daxili təhlükəsizlik, nəqliyyat, tibbi yardım, fövqəladə hallarda kömək göstərmək kimi xidmətləri ştatlar federal qanunlara əsaslanaraq, federal hökumətin yardımları ilə həyata keçirir. Bu da federal hökumətə ştatlar üzərində üstünlük qazandırır. Ştat hökumətləinin federal hökumətdən əsasən maliyyə aslılığı vardır. Yerli özünüidarəetmələrin fəaliyyəti hər bir ştatın konstitusiyasına görə müəyyənləşdirilir. Ştat hökumətlərinin siyasi kursu federal qanunlarla zidd olmamalıdır. Yerli özünüidarəetmələr ştat konstitusiyası və nizamnamələrə tabe olaraq fəaliyyət göstərirlər.

FEDERAL HÖKUMƏT

Federal hökumət üç ayrı orqandan ibarətdir. Hər bir orqanın konstitusyon gücü və məsuliyyəti dəqiq formada müəyyənləşdirilmişdir. Bu orqanlar qanunverici, icraedici və məhkəmə orqanlarıdır.

Qanunverici Hakimiyyət

Federal hökumətin qanunverici orqanı (ABŞ Konqresi) iki məclisdən təşəkkül tapmışdır. Senatorlar məclisi və Təmsilçilər məclisi. Hər hansı bir qanun layihəsi prezidentin imzalamasından əvvəl hər iki məclisdən də keçməlidir. Hər il konqresə minlərlə qanun layihəsi təqdim edilir, lakin bunlardan sadəcə bir neçə yüzü qanun şəklini alıb qüvvəyə minə bilir. Burada hər hansı bir qanunun qüvvəyə minənə qədər keçdiyi prosesə baxmaq yerinə düşəcəkdir.

1- Qanun layihəsi yazılıb hazırlanır. İstənilən senator və təmsilçi yeni qanun layihəsi hazırlaya bilər yaxud hər hansı bir ticarət birliyi və ya sıravi vətəndaş hər hansı bir qanun layihəsinin hazırlanmasını tələb edərək bu işdə iştirak edə bilər. Lakin məclisə təklif etmə işini hər hansı bir senator və ya təmsiçi etməlidir. Layihənin hazırlanma prosesində təşəbbüskarın öz həmkarlarının dəstəyini qazanması daha yaxşı olar. Çünki bu layihəni daha mötəbər hala gətirər.

2- Layihə Senata və ya Təmsilçilər Məclisinə, yaxud da hər ikisinə eyni vaxtda təqdim edilə bilər. Layihə nömrələnir, layihənin və dəstəkləyənlərin adı “Konqres Qeydləri” adlanan yazılı orqanda nəşr olunur.

Page 30: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

303- Parlamentarilər və senatorlar müvafiq komitəyə tapşırıq verirlər. Komitə sədri layihəni

müvafiq alt komitələrə də təqdim edə bilər. Komitə və alt komitə sədrləri təqdim edilən layihəni qəbul edib etməməkdə səlahiyyət sahibidirlər.

4- Alt komitə iclas çağırıb vəzifəli şəxslər və ya sıravi vətəndaşların arasından seçdiyi şəxsləri şahidlik üçün dəvət edə bilər. Şəxslər öz şəxsi mülahizələrini şifahi şəkildə və ya bəyannamə formasında açıqlayaraq layihəyə münasibətlərini bildirə bilərlər.

5- Bu qəbildən iclaslar sona çatandan sonra alt komitə layihəni tədqiq etmək üçün “xüsusi iclaslar” tərtib edir. Bu mərhələdə layihənin hüquq qaydalarına nə dərəcədə uyğun olduğu araşdırılır. Daha sonra isə layihənin ümumi komitəyə təklif olunub olunmaması haqda alt komitə üzvləri arasında səsvermə aparılır. Çoxluq təklif olunmamasına tərəfdar olarsa layihə ləğv edilir.

6- Ümumi komitə əgər istəsə alt komitədə davam etmiş prosesi eynilə təkrarlaya bilər. Layihə komitədə qəbul edilsə, komitə hansı məclisə bağlıdırsa, yəni Təmsilçilər məclisinə və ya Senata təqdim edilir.

7- Layihə Təmsilçilər məclisinə və ya Senata gətiriləndən sonra bütün parlamentarilər və ya senatorlar tərəfindən müzakirə edilə bilər. Bu müzakirələr vaxtı layihədə dəyişiklik edilə bilər və ya birbaşa səsverməyə qoyula bilər. Yaxud da yenidən baxılması üçün komitəyə geri göndərilə bilər.

8- Bir-birinə bənzər və ya eyni layihələr eyni vaxtda həm T.M-də həm də Senatda müzakirə edilə bilər.

9- Qanun layihəsi T.M-dən və ya Senatdan keçəndən sonra ABŞ prezidentinə təqdim olunur. Eyni qanun layihəsinin T.M və Senat versiyaları arasında fərqlər varsa bunlar aradan qaldırılmaq üçün T.M və Senatın sədrləri tərəfindən konfrans komitəsi qurulur. Konfrans iştirakçıları ortaq məxrəc müəyyən edərək müştərək qərara gələ bilməyəndə layihə ləğv edilir. Müştərək qərara gəlinəndə isə layihə yenidən hər iki məclisə göndərilir və heç bir dəyişiklik edilmədən səsə qoyulur.

Hər iki məclisdə konfrans komitəsinin layihəsi təsdiqlənsə layihə imzalanmaq üçün ABŞ prezidentinə təqdim edilir. Prezident ya layihəni imzalayaraq qanunlaşdırar ya da öz veto hüququndan istifadə edərək imzalamaqdan imtina edər. Əgər prezident konqres iclasları davam edərkən heç bir şey etməsə layihə 10 gün sonra qanun qüvvəsinə minər. Konqresin sonuncu iclası davam edərkən perzident heç bir şey etməsə layihə ləğv olunmuş hesab olunur.

Prezident layəyə veto qoyubsa konqres veto qərarının ləğvi üçün çalışa bilər. Veto qərarının ləğvi üçün həm T.M həm də Senat üzvlərinin səslərinin 3/2-sinə ehtiyac var. 3/2 səs çoxluğu əldə edilməsə leyihə ləğv olunmuş hesab edilir. Hər iki məclisdə bu səs çoxluğu əldə edilsə layihə qanun qüvvəsinə minir.

Qanunvericiliklə yanaşı ABŞ Konqresinin ən mühüm vəzifələrindən biri də icraedici hakimiyyəti təftiş etmək, üzərində nəzərati həyata keçirməkdir. Konqresdə icraedici hakimiyyətin fəaliyyət və işlərini qanunlara uyğun şəkildə görüb görməməsini müzakirə etmək üçün iclas təşkil oluna bilər.

Page 31: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

31Senat

• Konqresin “üst məclisi” kimi tanınan Senatda aparılan müzakirələrin T.M-dəkilərdən daha əhəmiyyətli olduğu kimi bir mülahizə mövcuddur.

• Senat 100 senatordan (hər ştatdan 2 senator) təşkil olunur.

• Senatorlar ümumi altı il fəaliyyət müddətinə sahibdirlər.

• Seçki prosesindən aslı olaraq senatorlar üç qrupa bölünürlər, bu üç qrupdan hər biri iki ildə bir seçkilərə gedirlər. Beləcə Konqresdə daim təcrübəli şəxslərin fəaliyyət göstərməsi təmin olunur.

• ABŞ prezidentinin köməkçisi Senatın sədri vəzifəsini icra edir və sadəcə səslərin tən yarı olduğu vaxtlarda səs verə bilir.

• Daha geniş qanunvericilik hüququna T.M ilə birlikdə sahib olsa da Senat özünəməxsus bəzi salahiyyətlərə sahibdir.

• Prezident tərəfindən Ali Məhkəmə, federal məhkəmələr hakimləri və icra aparatındakı mühüm postlara təyin edilmiş şəxslər vəzifələrini icra etməyə başlamazdan əvvəl Senat tərəfindən təsdiq edilməlidirlər.

• Senat perzident tərəfindən müzakirə edilən beynəlxalq müqavilələri təsdiq və ya rədd edə bilər.

• Prezident və ya Ali Məhkəmə üzvlərinə qarşı açılmış cinayət işlərində Senat əsas rol oynaya və məhkəmə jürisi kimi fəaliyyət göstərə bilər.

Təmsilçilər Məclisi

• “Xalqın Evi” adlandırılır.

• Əhalisinin sayına görə ştatlar arasında bölüşdürülən 435 təmsilçi yerindən təşkil olunur. Kolumbiya dairəsi, Amerikan Samoası, Guam, Porto Riko və ABŞ Virciniya adaları seçkisiz T.M-də təmsil olunma haqqına sahibdir.

• T.M-ndəki bütün parlamentarilər eyni vaxtda seçilirlər və iki il fəaliyyət göstərirlər.

• Hər bir parlamentari ştatdakı seçki dairəsi adlanan coğrafi ərazidən seçilir.

• T.M-də boş qalmış yerlər sadəcə xüsusi və ya ümumi bir seçki keçirilərək doldurula bilər.

• T.M üzvləri özlərinə sədr seçmək hüququna sahibdirlər.

T.M-Nin Senatla Müştərək Olmayan Bəzi Səlahiyyət Və Vəzifələri Belədir:

• T.M ABŞ prezidenti və Ali Məhkəmə hakimlərinə qarşı ittihamla çıxış edə bilər.

• Qazanc əldə etməklə bağlı bütün qanun layihələri ilk əvvəl T.M-nə təklif edilməlidir.

Page 32: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

32• Prezidentliyə namizəd seçkilərdə səslərin əksəriyyətini toplaya bilməsə prezidenti

T.M seçir. Belə halda hər bir ştat deleqasiyası sadəcə bir səs hüququna malikdir.

• T.M-nə də prezidentin köməkçilərindən biri sədrlik edir. Lakin iclasların əksəriyyətinə, gündəlik məsələlərin müzakirəsi üçün parlamentarilər özlərinin seçdiyi şəxs sədrlik edir.

İcraedici Hakimiyyət

İcraedici orqan federal hökumətin ən böyük orqanıdır. Bu orqana dörd illik fəaliyyət müddətinə seçilən prezident başçılıq edir. ABŞ-da prezidentlə yanaşı onun köməkçisi (vice president) də seçki ilə müəyyənləşdirilir. Ölüm, vəzifənin icrasının öhdəsindən gələ bilməmək, ittiham olunma və ya məhbusluğa görə vəzifədən kənarlaşdırılma hallarında prezidentin yerinə köməkçisi keçir. İcraedici hakimiyyətin səlahiyyətləri digər iki hakimiyyət orqanları ilə bərabər şəkildə paylaşılsa da ABŞ prezidenti hökumətdəki ən səlahiyyətli şəxsdir. ABŞ prezidentinin vəzifə və səlahiyyətlərini aşağıdakı kimi sıralamaq olar:

• Senat tərəfindən təsdiqlənmiş Ali Məhkəmə hakimləri və federal məhkəmə hakimlərinin təyin edilməsi.

• Senat tərəfindən təsdiq edilmiş nazirləri və dövlət qurumlarının başçılarının təyin edilməsi.

• ABŞ ordusunun ali başkomandanı olaraq fəaliyyət göstərmək.

• Dövlətin başçısı sifəti ilə çıxış etmək.

• Beynəlxalq səviyyəli müqavilələri və amerikan hindu qəbilələri ilə bağlanmış müqavilələri müzakirə etmək (bu müqavilələrin Senat tərəfindən təsdiqlənmiş olması şərtiylə).

• Konqresdən keçmiş qanun layihələrinə veto qoymaq.

• Federal məhkumları əvf etmək, məhkumiyyət müddətini azaltmaq və ya gecikdirmək.

Bu konstitusyon səlahiyyətlərlə yanaşı ABŞ prezidenti rəsmi olmayan və ya konstitusiyada açıqca qeyd edilməyən bir sıra səlahiyyətlərə də sahibdir. Prezident “icra qərarları” çıxartma hüququna sahibdir, bu qərarlar qanun hökmündə sayılır. “İcra qərarları”ndan əsasən aşağıda sadalanmış məqsədlər üçün istifadə olunur:

• Prezidentin siyasi gündəmini dəstəkləmək və ya tətbiq etmək üçün yeni proqramlar, vəzifələr və komissiyalar təşkil etmək.

• Konqresdən keçmiş qanunun tətbiqi və icrasına dair tədbirlər planı hazırlamaq.

• Federal hökumət işçilərinin məzuniyyət vaxtını təyin etmək.

“İcra qərarları” prezidentin siyasi proqramını həyata keçirmək üçün güclü bir vasitədir və onun doğurduğu güc Ali Məhkəmə tərəfindən təsdiq edilir. Konqres bir qanun çıxararaq “icra qərarı”nı ləğv edə və ya dəyişdirə bilər, lakin bu qanunun qüvvəyə minməsi üçün prezidentin

Page 33: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

33imzasına ehtiyac duyacaqdır. Preziden belə bir qanuna veto qoysa belə konqres bu qanunu yenidən qəbul edərək prezidentin imzasına ehtiyac olmadan da qüvvəyə mindirə bilər. Konstitusiya və mövcud qanunlara zidd olduğu düşünülən “icra qərarları”na məhkəmələr də etiraz edə bilərlər. Bütün bunlarla yanaşı prezident həm də üzv olduğu siyasi partiyanın sədridir. O, öz siyasi mülahizələrini dilə gətirmək, siyasi məqsədlərini gerçəkləşdirmək məqsədiylə prezidentlik postunun verdiyi etimaddan istifadə edərək ictimai rəyə və konqresdəki öz partiya nümayəndələrinə təsir göstərə bilər.

İcraedici hakimiyyətə bağlı olan nazirlik və qurumlar

Prezident və prezident köməkçisinin tabeçiliyində 15 nazirlik və çox sayıda qurum fəaliyyət göstərir. Bunların hamısı birlikdə bizə məlum olan “hökumət”i təşkil edirlər. Vəzifə və səlahiyyətlərinə qanunları icra və tətbiq etmək, eləcə də müxtəlif xidmətlər göstərmək daxildir. Vəzifə və səlahiyyət sahələri olduqca genişdir və hər bir amerikalının həyatına təsir edir:

Kabineti təşkil edən 15 nazirlik bunlardır:

• Kənd Təsərrüfatı nazirliyi (USDA-United States Department of Agriculture)

• Ticarət nazirliyi (DOC-Department of Commerce)

• Müdafiə nazirliyi (DOD- Department of Defense)

• Təhsil nazirliyi (ED- Department of Education)

• Energetika nazirliyi (DOE- Department of Energy)

• Səhiyyə və insani xidmətlər nazirliyi (HHS- D. of Health and Human Services)

• Daxili təhlükəsizlik nazirliyi (DHS- Department of Homeland Security)

• Mənzil tikintisi və şəhərsalma nazirliyi (HUD-Housing and Urban Development)

• Daxili işlər nazirliyi (DOI-Department of Interior)

• Ədliyyə nazirliyi (DOƏ-Department of Justice)

• Əmək nazirliyi (DOL-Department of Labor)

• Xarici işlər nazirliyi (DOS-Department of State)

• Nəqliyyat nazirliyi (DOT-Department of Transportation)

• Maliyyə nazirliyi (Department of Treasury)

• Veteranlar nazirliyi (VA-Department of Veterans Affairs)

Hər bir nazirliyi Senatın təsdiqindən sonra prezident tərəfindən təyin olunan nazir idarə edir. Nazirlər qanunlarla müəyyən edilmiş vəzifə və səlahiyyətləriylə bağlı mövzularda prezidentə tövsiyələr edə bilən Nazirlər Kabinetini təşkil edirlər. Nazirlərdən başqa digər ali icraedici orqanların səlahiyyətli şəxs və ya şəxslər də prezident tərəfindən kabinetə daxil edilə bilər. Belə şəxslər əsasən prezident köməkçisi, Ağ Ev baş katibi, büdcə idarəsinin direktoru, ətraf mühiti

Page 34: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

34qoruma idarəsinin direktoru, prezidentin milli təhlükəsizlik üzrə müşaviri, CIA direktoru (Central Intelligence Agency, MKI-Mərkəzi Kəşfiyyat İdarəsi, ЦРУ) kimi vəzifə sahibləri olur. Nazirliklərlə yanaşı bəziləri xeyli böyük olan müxtəlif icra orqanları, qurular və komitələr də vardır. Bunlardan ABŞ Poçt xidməti, Ətraf mühiti mühafizə idarəsi, NASA-nın (National Aeronautics and Space Administration-Milli Aeronavtika və Kosmos İdarəsi) adını çəkmək olar. Bu cür adminstrativ qurumlar xüsusiylə güclü qurumlardır. Bu qurumlara konqres tərəfindən əsasən iqtisadiyyatla əlaqəli müəyyən çətin texniki məsələlərin həll edilməsi üçün qaydalar müəyyən etmək və tətbiq etmək səlahiyyəti verilmişdir. Bunlar aşağıdakılardır:

• Kapital Bazarı və Birja Komissiyası (SEC- Securities and Exchange Commission)

• Federal Ticarət Komissiyası (FTC-Federal Trade Comission)

• Nüvə Nizamlama Komissiyası (NRC- Nuclear Regulatory Commission)

• Ərzaq və Dərman İdarəsi (HHS-yə bağlıdır/FDA- Food and Drug Administration)

• Federal Rabitə Komissiyası (FCC- Federal Communications Commission)

• Ətraf mühiti qoruma agentliyi (EPA-Environmental Protection Agency)

• Bərabər iş imkanları komissiyası (EEOC-Equal Employment Opportunity Commission)

• İş təhlükəsizliyi və sağlamlığı komissiyası (DOL-a bağlıdı/OSHA- Occupational Safety and Health Administration)

Bu qurumlar digər idari qurumlarla birlikdə dəmək olar ki, bütün istehsalçı və istehlakçılara təsir edə bilən qaydaları müəyyən edirlər. Komissiya üzvləri və qurum müdirləri Senatın təsdiqi ilə prezident tərəfindən təyin edilir. Bu qurumların müəyyən etdiyi qaydalar qanun hökmündə qərarnamələrdir. Lakin bu qaydalara məhkəmyə yoluyla etiraz etmək mümkündür və bu qaydaların konqres tərəfindən ləğv edilməsi də mümkündür.

Bu qurumlardan ən müstəqili Federal Rezerv Sistemidir. Qısaca “FED” (Federal Reserve System) adlandırılan bu system ölkənin milli (mərkəzi) bankıdır. Federal Rezervin idarə heyəti ölkənin maliyyə-pul siyasətini müəyyən etmək, faiz dərəcələrini tənzimləmək və maliyyə mənbələrini müəyyənləşdirməklə məşğul olur. FED tərəfindən verilən qərarlar ölkə iqtisadiyyatı, faiz dərəcələri, infilyasiya, məşğulluq və xarici ticarətə ciddi təsir edir. Bir çoxları FED idarə heyətinin sədrini prezidentdən sonra ən səlahiyyətli şəxs adlandırırlar.

Məhkəmə Hakimiyyəti

Məhkəmə konqresin qəbul etdiyi qanunlara edilən etiraz şikayətlərindən hər hansı bir fərdin federal qanunları pozması şikayətinə qədər bir çox sahədə edilən şikayətlərə baxmaq məcburiyyətindədir. Federal məhkəmələr ştat qanunlarının konstitusiyaya zidd olduğu düşünüldüyü təqdirdə bu qanunlar üzərində appelyasiya hüququna sahibdir. Bundan başqa federal məhkəmələrdə bir neçə ştat, bir neçə ştatın vətəndaşlarının və ya əcnəbilərlə bağlı işlərə də baxma səlahiyyətinə sahibdirlər. Məhkəmə orqanı Appelyasiya Məhkəməsi, federal bölgə məhkəmələri, iflas məhkəmələri və federal iddia məhkəmələri, Ali Məhkəmə və alt federal

Page 35: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

35məhkəmələrdən ibarətdir. Federal məhkəmələr ştat məhkəmələrindən appelyasiya üçün göndərilmiş cinayət işlərinə baxa bilər.

Məhkəmə hakimiyyəti digər iki hakimiyyətdən ayrıdır və müstəqildir. Sadəcə konstitusiyada göstərilən güvvələr balansına tabedir. Müstəqil federal məhkəməyə ədalətli və bərabərhüquqlu mühakimə üçün bütün vətəndaşlar ehtiyac duyurlar. Konstitusya məhkəmələrin müstəqilliyini iki formada dəstəkləyə bilər. Hər şeydən əvvəl federal hakimlər vəzifəyə ömürlük təyin olunurlar və vəzifədən azad edilmələrinə səbəb təşkil edə biləcək cinayət törətmədikləri müddətcə vəzifədən azad edilmirlər. “Vətənə xəyanət, rüşvət almaq və digər ağır cinayətlər” səbəbiylə konqresin qərarı ilə vəzifədən azad edilə bilərlər. İkincisi isə konstitusiya federal hakimlərin “vəzifə maaşlarının azalmayacağı” tələbi ilə çıxış edir. Yəni nə prezident, nə də konqres federal hakimlərin maaşlarını azalda və ya kəsə bilməz. Bu iki tədbir hakimlərin iqtidarlardan aslı olmadan qərar verə bilmələrini təmin edir. Lakin bugün ABŞ-da hakimlərin seçilməsi və vəzifəyə təyin olunmaları prosesi kifayət qədər siyasiləşmişdir. Ali Məhkəmə və alt məhkəmə hakimləri prezident tərəfindən təyin olunur və sadəcə Senatın təsdiqindən sonra vəzifəyə başlayırlar. Ali Məhkəmədə doqquz hakim fəaliyyət göstərir. Bu sayı qanun müəyyən edir. Alt federal məhkəmələr Konqres tərəfindən qurulur. Bu məhkəmələrin səlahiyyət dairəsini, hakimlərin sayını və büdcəsini Konqres müəyyən edir. Bütün federal hakimlərin ömürboyu vəzifələrini icra etmələri üçün Senat tərəfindən təsdiqlənmələrinə ehtiyac var. Lakin prezident Konqres tətildə olduğu vaxt müvəqqəti olaraq hakim təyin edə bilər. Federal sülh məhkəmələri zaminə çıxma haqqının miqdarı, həbs qəti imkan tədbiri seçmə və kiçik cinayətlər kimi işlərə baxırlar. Federal sülh məhkəmələrinin hakimləri Federal Bölgə Məhkəməsi hakimləri tərəfindən səkkiz illik müddətinə vəzifəyə təyin edilirlər.

Hökumətin Fəaliyyətinə Təsir Göstərə Bilən QHT-lər və Digər Qurumlar

ABŞ hökumət sistemi açıq sistemdir. Vətəndaşların birbaşa iştirak etdiyi müzakirlərlə yanaşı müxtəlif mənfəət qrupları, qurum və quruluşlar da bu sistemə təsir göstərə bilirlər. Bu kimi qurum və təşkilatlar uzun illərdən bəri fəaliyyət göstərərək təkmilləşmiş və böyümüşdürlər.

Media

Özəl sektora məxsus olan ABŞ-ndakı media qurumlarına həkumət senzura tətbiq edə bilməz. Ölkədə hökumətin siyasi kursunu tənqid edən və ya dəstəkləyən, bu barədə müxtəlif fikirlərin səslənməsinə şərait yaradan müstəqil qəzet, jurnal, telekanal, radio kimi media vasitələrindən ibarət güclü bir mətbuat ənənəsi mövcuddur. Media ən azından üç əsas funksiyanı icra edərək hökumətin siyasi kursuna təsir göstərə bilir.

Əvvəla siyasətçilər geniş media sektoru tərəfindən daim təftiş edilir. Vəzifəli şəxslər, məmurlar, bürokratlar peşə fəaliyyətlərinin, hətta özəl həyatlarında danışdıqları hər hansı bir sözün mediada öz əksini tapa biləcəyini bilirlər. Buna görə də ictimai rəydə mənfi fikir yarada biləcək söz və fəaliyyətlərdən uzaq dururlar. İkincisi media ictimaiyyəti məlumatlandırmaq üçün həqiqətləri bildirir və hökumətin siyasi kursu ilə əlaqədar məsələlər haqqında müstəqil analizlər, dəyərləndirmələr aparır. Üçüncüsü media jurnalistlərə (eləcə də onların oxucu, dinləyici və tamaşaçılarına) öz fikirləri ilə digər insanlar təsir edə bilmə fürsətini verir. Media vəzifə və

Page 36: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

36səlahiyyət sahibi şəxslərin fəaliyyətlərini daim ictimai rəyə təqdim edir, vətəndaşları mövcud problemlərdən agah edir, məqsədyönlü şəkildə müəyyən bir şəxsin namizədliyini və siyasi kursunu dəstəkləyərək siyasi həyata birbaşa və ya ictimai rəyi formalaşdıraraq dolayı yolla təsir göstərə bilir.

Xüsusi Maraq Qrupları/Qeyri Hökumət Təşkilatları (QHT)

Xüsusi maraq qrupları özəl sektora bağlı təşkilatlardır. Bu təşkilatlardan bəziləri ümumi bir məqsəd ətrafında birləşərək uzun illərdən bəri məqsədyönlü iş aparan təşkilatlardır. Bəziləri isə sadəcə hər hansı bir siyasi təklifi müdafiə etmək, dəstəkləmək üçün müvəqqəti olaraq qurulan təşkilatlardır. Köklü, siyasi keçmişə sahib təşkilatlardan ətraf mühitin qorunması, azlıqların hüquqlarının qorunması, azad ticarət siyasətini dəstəkləyən məşhur təşkilatları nümunə göstərmək olar.

İctimai-Siyasi Araşdırma Təşkilatları və Tədqiqat Mərkəzləri

Bəzən “düşüncə quruluşları” (think tank) adlandırılan bu təşkilatlar əsaslı tədqiqatlar aparır, kitab və məqalə nəşr edir, ictimai siyasətlə əlaqəli raportlar hazırlayır. Bu təşkilatlardakı mütəxəssislər əsasən Konqresə şahidlik, mütəxəssis rəyi üçün çağırılır və nəşr etdikləri araşdırmalar müxtəlif şəxslər tərəfindən öz arqumentlərini dəstəkləmək məqsədiylə istifadə olunur.

Belə təşkilatların bəziləri liberallar və ya mühafizəkarlar olaraq müxtəlif siyasi kursları dəstəkləyir, bəziləri ictimai siyasətlə bağlı problemləri araşdıran mötəbər mənbələr kimi tanınır. Belə düşüncə qurumları arasında Brookings İnstitutu, Heritage Fondu, Cato İnstitutu, Amerikan Təşəbbüs İnstitutu, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi, Rəqabətçi Təşəbbüs İnstitunun adlarını çəkmək olar2.

Ticarət İttifaqları

Ticarət ittifaqları müəyyən bir sector və ya peşə sahəsinin mənafeyini müdafiə edən, üzvlük sisteminə sahib təşkilatlardır. Belə təşkilatlar üzvlərinin fikirlərini, narahatlıqlarını qanunverici, icraedici orqanlarda fəaliyyət göstərən siyasətçilərə çatırırlar. Daha əhəmiyyətlisi isə bu təşkilatlar yeni siyasi proqramlar, qaydalar və təkliflərlə bağlı öz üzvlərini məlumatlandırır və bu haqda üzvlərini maarifləndirir.

Fəhlə Sindikatları

Fəhlə sindikatlarının əsas işi işəgötürənlərlə aparılan danışıqlarda öz üzvlərini təmsil etmək olsa da sindikatlar hökumətin siyasətinə təsir etmək baxımından olduqca əhəmiyyətli rol oynayır. Ticarət, ətraf mühit və işyerində təhlükəsizlik, səhiyyə xidməti və digər bu kimi mühüm mövzularla bağlı aparılan danışıqlar vaxtı öz üzvlərinin adından çıxış edən sindikatların verdiyi məlumatlar nəzərə alınır. Fəhlə sindikatları seçkilərdə hər hansı bir namizədi dəstəkləmək, səsvermədə öz üzvlərini istiqamətləndirmək və kütləvi nümayişlər təşkil etmək kimi imkanları ilə əhəmiyyətli bir qurum olduğunu göstərir. Az sayıda şirkəti təmsil edən ticarət ittifaqları və 2 ABŞ-ndakı düşüncə quruluşları ilə əlaqəli daha ətraflı məlumat üçün http://www.unc.edu/clpa/usthinktanks.htm, saytına müraciət edə bilərsiniz.

Page 37: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

37dərnəklərindən fərqli olaraq fəhlə sindikatları eyni zamanda seçici olan on minlərlə, yüz minlərlə fəhləni təmsil edirlər.

Fərdlər və Özəl Şirkətlər

Vətəndaşlar və şirkətlər hökumətə öz səslərinin eşitdirmək üçün koalisiya və ya maraq qrupları qura bilər və hökumətin siyasi kursuna təsir etmək üçün müxtəlif tədbirlər keçirə bilərlər. Bu tədbirlər ən müxtəlif formada, məsələn seçkilər nəticəsində seçilmiş vəzifəli şəxsə yazamaq, yerli qəzetlərin baş redaktorlarına məktub yazmaq, imza kampaniyaları təşkil etmək, proqramların müzakirə edildiyi iclaslarda iştirak etmək və.s.

Ticari fəaliyyətlərin böyük əksəriyyətinə hökumətin siyasi kursu təsir etdiyi üçün Vaşinqtondakı bir çox ticari-iqtisadi qurum öz mənafeyini müdafiə etmək üçün hökumətlə müxtəlif səviyyəli əlaqələr qurmuşdur. Belə şirkət təmsilçilərinin əsas işi hazırlanan qanun layihələrinin, qərarların təmsil etdikləri quruma və ya qurumlara necə təsir edəcəyi barədə siyasətçiləri məlumatlandırmaqdır. Bu təmsilçilərin başqa vəzifələri də var:

• İşəgötürənlərin özləri üçün məqbul olan qanun və siyasi tədbirləri bilmələrini təmin edirlər. Bu şəxslərin qanun çərçivəsində hərəkət etmələrinə kömək edirlər.

• Təklif edilən qanunun göstərə biləcəyi nəticələr barədə öz mütəxəssis rəylərini bildirərək layihəni hazırlayanların daha ədalətli qanun çıxarmalarına kömək edirlər.

Ştat Hökumətləri və Yerli Özünüidarəetmə İttifaqları

Federal hökumtin siyasi kursu ştat hökumətləri və yerli özünüidarəetmələrə (YÖİ) böyük ölçüdə təsir edə bildiyi üçün ştat, bələdiyyə və s. regional idarəetmələr öz mövqelərini qorumaq məqsədiylə ittifaqlar qurmuşdurlar. Bu kateqoriyaya daxil olan böyük qruplardan bəziləri bunlardır:

• Milli qubernatorlar ittifaqı

• Milli ştat məclisləri ittifaqı

• Milli ştat paytaxtları ittifaqı

• Beynəlxalq şəhər idarəçiləri ittifaqı

• ABŞ bələdiyyə rəisləri ittifaqı

Bu təşkilatlar xüsusilə federal nəqliyyat, vergi, ətraf mühit, təhsil və sosial siyasət kimi mövzularda təsir qüvvəsinə sahibdirlər. Paytaxtdakı siyasətçilər əyalətlərdəki yaşayış məntəqələrində federal səviyyədə dəstəklənən mənzil təminatı, ərzaq və səhiyyə xidmətləri kimi proqramların necə daha yaxşı şəkildə formalaşdırıb icra edilə biləcəyiylə bağlı əsasən ştat hökumətləri və YÖİ orqanlarının məsləhət və tövsiyələrini dinləyirlər.

Siyasi Partiyalar

Page 38: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

38ABŞ-nda ölkə çapında iri hesab ediləbiləcək iki böyük partiya fəaliyyət göstərir Demokrat

Partiya və Respublikaçılar Partiyası. Digər kiçik partiyalarla birlikdə bu iki siyasi təşkilat amerikan siyasi sisteminin mühüm ünsürləridir. Siyasi partiyalar dövlət vəzifələri üçün namizədliklər irəli sürür və siyasi kampaniyalar üçün maddi vəsait toplanmasına yardım edirlər. Aşağıdakılar da siyasi partiyaların fəaliyyət dairəsinə daxildir:

• Seçicilərin maarifləndirilməsi proqramları hazırlamaq

• Rəy sorğusu, ictimai fikir araşdırması aparmaq.

• Səlahiyyətli şəxslər və fəaliyyətləri haqqında seçiciləri məlumatlandırmaq.

Bəzən kiçik partiyalar mütəşəkkil qaydada birləşərək iqtidardakı partiyaya qarşı fəal müxalifət yarada bilirlər.

Əcnəbi Ölkə Hökumətləri və Çoxmillətli Təşkilatlar

Texniki olaraq ABŞ hökuməti sadəcə amerikan xalqı qarşısında məsuliyyət daşıyır. Bununla yanaşı xarici ölkələrin hökumətlərinin də ABŞ-ndakı siyasi hadisələrə təsir göstərə bilməsinin müxtəlif yolları mövcuddur. Məsələn müqavilələr bağlanandan sonra bu müqavilələr ABŞ-nda qanun hökmündə olur. Bu müqavilənin şərtləri müzakirə edilərkən, əcnəbi hökumətlər dolayı yolla ABŞ-nda qüvvəyə minəcək bir qanunun formalaşmasına təsir göstərmək imkanı əldə etmiş olur.

Xarici ölkələrin hökumətləri və beynəlxalq təşkilatlar birbaşa və dolayı yola ABŞ-na təsir göstərmək imkanlarına sahib olurlar. Buna missal olaraq ticari anlaşmazlıqları göstərmək olar. Xarici ölkə hökumətləri ABŞ-ndan etdikləri idxalata gömrük rüsumu tətbiq etmək səlahiyyətinə sahibdir. Xarici ölkə hökumətləri ABŞ-ndan sənaye və kənd təsərrüfatı mallarının alışını qəsdən dayandıraraq bundan zərər görən ticari-iqtisadi qurumların ABŞ hökumətini yeritdiyi siyasətə düzəliş etməsini təmin edə bilirlər. Xarici ölkə hökumətləri ABŞ-ndakı səfirlikləri vasitəsiylə də ictimaiyyətlə əlaqələr istiqamətində iş apara bilərlər. Lakin federal hömumətdə vəzifə tutmaq istəyən namizədlərin kampaniyalarına maliyyə dəstəyi verə bilməzlər.

ABŞ Hökumət Sisteminin Digər Bənzəri Hökumət Formaları ilə Oxşar və Fərqli Cəhətləri

ABŞ dünyadakı yeganə konstitusiyalı federativ respublika deyil. Bir çox konstitusiyalı, demokratik respublikalar mövcuddur və ABŞ kimi uzun müddətdən bəri demokratik təmsil, hüququn üstünlüyü və konstitusyon himayə tezislərinə sahibdirlər.

ABŞ-nın digər bəzi köklü demokratik rejimlərdən ən mühüm fərqlərindən biri hökumət başçısının rolu və seçilməsidir. Parlamentar sistemlərdə parlament tərəfindən seçilən başnazir hökumətə başçılıq edir. Bu başnazir əsasən səslərin çoxunu toplaya bilmiş siyasi partiya və ya koalisiyanın lideri olur. Başnazir parlament üzvləri arasandan seçdiyi şəxsləri təşkil etdiyi kabinetdəki nazir postlarına təyin edir. Dövlətin başında isə kral və ya seçkilərlə vəzifəyə gəlmiş prezident olur.

ABŞ-ında isə prezident həm hökumətin həm də dövlətin başçısıdır. Prezident qanunverici məclisdən ayrıca seçilir. Prezident qanunverici məclisdə ən çox deputat yerinə sahib olan

Page 39: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

39partiyanın üzvü ola da olmaya da bilər. Prezident qurduğu nazirlər kabinetinə nazirləri konstitusiyaya görə konqres üzvləri arasından təyin edə bilməz.

İki partiyalı system ABŞ-ın fərqli cəhətlərindəndir. Digər demokratik rejimlərdəki kimi parlament üzvləri bir neçə, on və ya daha çox partiyanın deyil sadəcə iki partiyanın birinin üzvüdürlər. Bu isə mənimsənmiş siyasi xəttin uzun müddət dəyişmədən davam etməsini asanlaşdırır. Bundan başqa koalisiya qurmaq, bundan meydana gələn hökumət böhranları kimi problemlər də aradan qalxır. Bundan başqa T.M-nə keçirilən seçkilər tək üzvlü seçki sisteminə əsaslanır. ABŞ-ında parlament seçkilərində nisbi təmsil sistemi yoxdur.

Digər mühüm bir fərq isə ABŞ-da seçilmişlər konstitusiya ilə müəyyən olunmuş müddət ərzində vəzifələrini icra etidlər. Digər parlamentar sistemlərdə olduğu kimi iqtidarda olan partiya istədiyi vaxt yeni seçkilərə gedə bilmir və ya parlamentdən etimadnamə ala bilməyəndə yeni seçkilərə gedilmir.

ABŞ qanuvericilik sistemi əsasən klassik İngilis hüquq sisteminə əsaslanır. Cinayət məhkəmələrində müttəhimlər ictimaiyyətə açıq formada jüri tərəfindən mühakimə olunma və vəkil tərəfindən müdafiə olunma hüququna sahibdirlər. ABŞ Ali Məhkəməsinin yeni çıxarılan hər hansı qanunu konstitusiyaya zidd olduğunu bəyan etmə və ləğv etmə səlahiyyəti var.

İQTİSADİYYAT

ABŞ özünün 290 milyonluq əhalisi və 12,5 trilyon dollarlıq ümumdaxili məhsulu ilə dünyanın ən böyük və ən əhəmiyyətli iqtisadiyyatlarından birine sahibdir. Dünyadakı ən böyük bazara sahib olma və ən böyük idxalatçı olmaq kimi xüsusiyyətləri ilə yanaşı ABŞ həm də ən böyük kapital mənbəyi və ən çox kapital cəlb edən ölkəsidir. ABŞ-ında adam başına düşən milli gəlir 40 min dollardan çoxdur.

“Yeni İqtisadiyyat” anlayışı çərçivəsində texnoloji yeniliklər, qloballaşmanın uzun mərhələdə məhsuldarlığı artıracağı və istehsal artışını daimi hala gətirəcəyi kimi proqnozlara baxmayaraq ABŞ iqtisadiyyatı bir sıra ciddi problemlərlə üz-üzədir. İşsizlik nisbətinin 5% faizi aşması, dolların dəyərini itirməsi, cari ticarət kəsirinin 600 milyard dolları keçməsi, büdcə kəsiri, hissə sənədi qiymətlərinin artması və.s bu kimi amillər ABŞ iqtisadiyyatı üçün ən böyük təhlükə mənbələridir.

İqtisadi Göstəricilər3

2004 2005 2006 2007

ÜDM real artış nəsbəti 4,2 3,5 2,8 2,5

Sabit kapital qoyuluşu artış nisbəti

9,7 8,1 4,8 3,7

3 E/U- Economist Intelligence Un it, United States of America, Country Report, Mart 2006

Page 40: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

40

Sənaye istehsalı artış nisbəti

4,1 3,2 2,6 2,6

İşsizlik 5,5 5,1 4,9 5,1

İnfilyasiya (istehlak) 2,7 3,4 3,8 2,8

Əmtəə İxracatı (milyard $) 807,5 894,1 991,0 1 081,7

Əmtəə İdxalat (milyard $) 1 472,9

1 678,7c

1 831,8

1 920,3

Təbiət və Təbii Sərvətlər

ABŞ ərazisinin 5% şəhər və yollardan, 26% əkinə yararlı torpaqlardan, 20% meşələrdən və 21% isə digər sahələrdən ibarətdir. ABŞ topoqrafiyası çox zəngindir. Ölkədə müxtəlif iqlim qurşaqları, çöllər, dağlar, meşəlik ərazilər mövcuddur. Miçiqan və Superior gölləri cəmi 50 min km2 sahəni əhatə edir. Missuri (4090 km) və Missisipi (3770 km) çayları isə ölkədəki ən iri çaylardır.

ABŞ təbii fəlakətlərin ən çox ziyan vurduğu ölkələrdən biridir. Florida və ətraf ərazilər tropik fırtınaları, Kaliforniya və qərb sahilləri zəlzələləri ilə məşhurdur. Qərb ştatlarındakı ən böyük meşə yanğını 2000-ci ildə baş vermiş və 560 min hektar meşə ərazisi yanmışdı. Mərkəzi ştatlarda ən çox müşahidə olunan təbii fəlakət qasırğalardır. Şərq sahillərində ciddi susuzluq problemi mövcuddur.

ABŞ kömür, mis, qurğuşun, fosfat, uran, boksid, qızıl, dəmir, civə, nikel, gümüş, sink, neft, təbii qaz kimi yeraltı sərvətlərlə zəngindir.

ABŞ-da suyun və havanın təmizliyi nisbəti son illərdə yaxşıya doğru dəyişməyə başlamışdı. Təbiəti qoruma şüurunun inkişaf etməsi havanın, suyun çirklənməsinin qarşısının alınmasında və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasında əhəmiyyətli rol oynamışdır. ABŞ havanın çirkləndirilməsinin qarşısının alınması üçün nəzərdə tutulmuş Kyoto Protokolunu imzalamış ilk dövlətlərdən olsa da hal-hazırda bu protokoldan imtina etmişdir. ABŞ dünya əhalisinin 5%-dən daha azına sahib olsa da dünyadakı ümumi karbondioksid qazının 25% ABŞ tərəfindən atmosferə buraxılır.

Enerji

ABŞ dünyanın ən böyük enerji istehsalçısı, istehlakçısı və idxalatçısıdır. ABŞ neft ehtiyatlarına görə dünyada 12-ci, təbii qaz ehtiyatlarına görə 6-cı, kömür ehtiyatlarına görə isə 1-ci yerdədir. İdxal etdiyi enerjinin 80% neft və neft məhsullarından ibarətdir. 1990-cı ildə gündəlik xam neft idxalı 6 milyon barreldən az ikən 2003-cü ildə bu rəqəm 12,2 milyon berrelə çatmışdır.

Page 41: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

41Bunun səbəblərindən biri də son 20 ildə ölkədaxili neft istehsalının azalmasıdır. 2003-cü ildə ABŞ-da gündəlik neft istehsalı 7,9 barrel olmuşdur.

Təbii qaz istehsalına görə ABŞ dünyadakı təbii qaz istehsalının artış sürətindən xeyli geri qalır. Əsas təbii qaz istehsalçısı ştatlar Texas, Oklahoma, Nyu Mexiko, Luisiana, Vyominq, Kolorado, Alyaska, Kanzas, Kaliforniya və Alabamadır. Meksika körfəzində sahilə yaxın yerlərdə dənizin dibinin dərin qatlarında neftlə yanaşı təbii qaz yataqları da mövcuddur. ABŞ idxal etdiyi təbii qazın 90%-ni Kanadadan alır.

Elektrik enerjisi istehsalçısı şirkətlər xam maddə olaraq neft və neft məhsullarına deyil kömür və nüvə yanacağına üstünlük verirlər. Nüvə reaktorlarının təhlükəsiz olmaması faktı kömürü ön plana çıxarmışdır. İstehsal olunan illik cəmi 3,8 trilyon kilovat saat elektrikin 53% kömür, 15% təbii qaz, 3% isə neft istifadə edilərək əldə edilir. AES-lərin payına 21%, SES-lərin payına isə 7% düşür. FERC (Federal Enerji Nizamlama Komissiyası) elektrik enerjisinin nəqli və paylanmasına nəzarət edir. Bu sahədə, yəni elektrikin nəqli və paylanmasında özəl şirkətlər arasında güclü rəqabət və mübarizə hökm sürür.

2003-cü ildə ABŞ-nda 972 milyon ton kömür istehsal olunub. ABŞ enerji ehtiyacının 3/1-ni kömürlə təmin edir və 250 illik kömür ehtiyatlarına sahibdir. Kömürün yarıdan çoxu Vest Virciniyada (Kentuki) istehsal olunur.

Nəqliyyat

Dünyadakı havayolları nəqliyyatının 50%-I ABŞ-dakı ölkədaxili sərnişindaşımanın payına düşür. Ölkə ərazisinin genişliyi sərnişinlərin daha çox havayollarına üstünlük verməsinə səbəb olmuşdur. 11 sentyabr hadisəsi və digər böhranlar havayolları şirkətlərinin ciddi maliyə böranı ilə üzləşməsinə səbəb olmuşdur. ABŞ-nda fəaliyyət göstərən havayolları şirkətləri ciddi təhlükəsizlik qaydalarına riayət etmək məcburiyyətindədirlər. 2003-cü ildə ABŞ-nda havayolları 593 milyon sərnişin daşımışdır. 1993-2003-cü illərdə sərnişin sayında 3% artış olmuşdur. Ən iri havayolu şirkətləri arasında Atlanta-Hartsfield (38,2 milyon sərnişin), Chicago-O'Hare (30,8 milyon sərnişin), Dallas-Fort Worth (24,5 milyon sərnişin) ve Los Angelesin (20,9 milyon sərnişin) adını çəkmək olar.

ABŞ-da avtomobil satışlarında son illər ərzində sürətli artış qeydə alınmışdır. 1980-2002-ci illər arasında illik avtomobil satışı 104,6 milyondan 229,6 milyona çatmışdır. ABŞ-da sərnişindaşımada 135,9 milyon ədəd avtomobildən istifadə olunur. Dəmiryollar daha az seçilən nəqliyyat vasitəsidir. Əsasən yaxın şəhərlər arasındakı sərnişindaşıma dəmiryolları vasitəsiylə həyata keçirilir. Federal hökumət bu sektorun inkişafı üçün iş aparır. Federal hökumətin dəstəyi ilə Boston-Nyu York-Vaşinqton xəttində dünyanın ən sürətli qatarı olan “Acela” fəaliyyət göstərir.

Rabitə

ABŞ dünyadakı ən yüksək inkişaf etmiş telekommunikasiya sektoruna sahibdir. Ölkədəki mənzillərin 94%-inə telefon xətti çəkilmişdir. 2004-cü ildə ölkədə 169 milyon mobil telefon abunəçisi var idi. 1996-cı ildə çıxarılan telekommunikasiya qanunu bu sahədə rəqabəti

Page 42: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

42gücləndirmək məqsədi güdürdü. Bu sahədə 4390 şirkət fəaliyyət göstərir və rabitə bazarında ümumi gəlir 293 miyard $-dır.

İnformasiya Texnologiyaları

ABŞ informasiya texnologiyaları sahəsində də qabaqcıl firmaları ilə dünyada liderdir. Xüsusən kompüter istehsalı (Dell, Hawlett-Packard və IBM), proqramlaşdırma (Microsoft, Oracle) və internet xidmətlərində (AOL, Microsoft/MSN) güclü şirkətlərə sahibdir. 2004-cü ildə ev və işyerlərində internet istifadəçilərinin sayı əhalinin 68%-ni təşkil edirdi. 2005-ci ilin ortalarında ümumi istifadəçilərin 60%-ni evdən internetə qoşulanlar təşkil edirdilər.

Mətbuat-TV

1980-2003-cü illər ərzində ABŞ-da TV abunəçilərinin sayı 16 mln-dan 74 milyona çatmışdır. Ölkədə 50-yə yaxın televiziya stansiyası fəaliyyət göstərir. Bu sektorda ABC, CBS, NBS, Fox, WB, UPN kimi şirkətlər böyük paya sahibdirlər. Ölkədə nəşr olunan 10 min qəzetin 7440-ı həftəlik, 913-ü bazar günləri, 1457-si isə gündəlik çıxan qəztlərdir. 1985-ci ildə 62,8 milyon olan ümumi tiraj, 2002-ci ildə 55,2 milyona enmişdir. The New York Times, The Washington Post, Los Angeles Times və Wall Street Journal həm öldə daxilində həm də ölkədən xaricdə tanınmış qəzetlərdir. ABŞ-da media sahəsində aşkar olmayan inhisarçılıq mövcuddur.

Xarici Ticarət

ABŞ-nın xarici ticarəti (əmtəə bazarı/milyard $)

2001 2002 2003 2004 2005

İdxalat 718,7 682,4 713,4 807,5 894,1

İxracat 1 145, 9 1 164,7 1 260,7 1 472,9 1 678,7

Cari kəsir -389,5 -475,2 -519,7 -668,1 806,5

İdxalat və ixracat həcmi baxımından ABŞ dünyada birinci yeri tutur. Belə demək mümkündürsə bu ölkə bir ticarət nəhəngidir. Dünyadakı ən liberal ticari şəraitə və kapital qoyuluşu rejiminə sahib olkə olmaqla yanaşı ABŞ bazarına giriş ciddi şərtlər və qaydalarla tənzimlənir.

Son illərdə xarici ticarət kəsirinin artmasında neftin qiymətinin və Çindən edilən idxalatın artması mühüm rol oynamışdır. 2005-ci ildə ölkədə idxalat 12,3%, ixracat isə 9,7% artış göstərmişdir. ABŞ son illərin xarici ticarət kəsiri sürətlə artan ölkələrindən biridir. Lakin burada müəyyən xırdalıqlar var ki, onlar nəzərə alındıqda ABŞ-ı idxalatçı yox, ixracatçı ölkələr sırasına qoymaq lazım gələcəkir. Məsələ burasındadır ki, bu sahə manipulyasiyaya həddən artıq açıq olan bir sahədər. Xüsusiylə də əgər söhbət ABŞ kimi nəhəng siyasi-hərbi gücdən gedirsə. İdxal kvotalarını artırmaqla ABŞ bəzi ölkəlin bazarlarının öz şirkətləri üçün açılmasını təmin edir. Beləcə oraya ABŞ kapitalı daxil olur. Bundan başqa məlum olduğu kimi xarici ticarət statistikasına maliyyə, əyləncə, proqramlaşdırma kimi sahələr daxil edilmir. Yəni ABŞ iqtisadiyyatının xarici

Page 43: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

43ticarəti hesablanarkən məsələn ABŞ şirkətlərinin xarici ölkələrdə üstülük əldə etdikləri kino, marketlər, bank/maliyyə, kredit kartları, proqramlaşma kimi sahələrdən gələn gəlirlər hesablanmır. Bundan başqa ABŞ-a əmtəə idxal edən şirkətlərin yarıya yaxını elə ABŞ şirkətləridir. Yəni enerji və işçi qüvvəsinin ucuz olduğu ölkələrdə şirkət açan ABŞ firmaları orada daha ucuza istehsal etdikləri əmtəəni öz ölkələrinə “ixrac” edirlər. Bu şəkildə edilən idxalat ümumi idxalatın 50%-ini təşkil edir.

ABŞ-nın üzv olduğu beynəlxalq iqtisadi qurumlar bunlardır:

Dünya Ticarət Təşkilatı (WTO-World Trade Organization), Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA-North American Free Trade Agreement), Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC-Asia-Pacific Economic Cooperation), Beynəlxalq Maliyyə Təşkilatı (IFC-International Finance Corporation), Beynəlxalq Valyuta Fondu (IMF- International Monetary Fund), Beynəlxalq İnkişaf Bankı (IDB-International Development Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD- European Bank for Reconstruction and Development), Asiya İnkişaf Bankı (AsDB-Asian Development Bank), Amerika Ölkələri İnkişaf Bankı (IADB-Inter-American Development Bank), Beynəlxalq Ticarət Palatası (ICC-International Chamber of Commerce), Birləşmiş Millətlər Sənaye Əməkdaşlığı Təşkilatı (UNIDO- United Nations Industrial Development Organization), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD- Organisation for Economic Co-operation and Development). ABŞ 2001-ci ildən bəri başda NAFTA olmaq üzrə 270-dən artıq ticarət müqaviləsi bağlamışdır. ABŞ qloballaşma prosesinin mühüm bir amili olaraq azad ticarəti dəstəkləyən ölkədir. FTAA (Free Trade Area of the Americas) ABŞ-ın hal-hazırda ən çox dəstəklədiyi layihədir. FTAA şimali və cənubi Amerika qitələrindəki 34 ölkəni əhatə etən azad ticarət bölgəsiylə bağlı iqtisadi layihədir. ABŞ-ın ən əsas xarici ticarət partnyorları Kanada və Meksikadır. Son illərdə Çin də ön sıralara doğru yüksəlməkdədir.

Həyat Standartı və Daxili Bazarın Həcmi

ABŞ statistika bürosunun (U.S. Bureau of the Census) proqnozlarına görə ölkə əhalisi davamlı olaraq artacağı və 2050-ci ildə 394 milyona çatacağı gözlənilir. ÜDM-un böyük bir hissəsi şəxsi istehlak xərclərinə sərf olunduğu və özəl sektordakı sabit kapital qoyuluşlarının istehlak rəqəmlərindən daha az olduğu ABŞ-da adam başına düşən milli gəlir 40 min $-dan çoxdur. ABŞ-da ərzaq və tekstil sektorunun həcmi daim genişləyir. Amerikalı istehlakçılar isə markadan daha çox keyfiyyət və qiymətə fikir verirlər. Bu da istehsalçı şirkətlər üçün avantaj təşkil edir. Amerikalıların öz istehlakçı hüquqlarını yaxşı bilmələri və bu hüquqlarını ciddi-cəhdlə qormaları da bu ölkənin başqa bir müsbət xüsusiyyətidir. Sənaye istehsalında ölkənin şimali-şərqinin üstünlüyü 1990-cı illərdən sonra azalmağa başlamışdır. Məhsuldarlığın ağır sənaye sektorundan yüngül sənayeyə keçməsi qərb və cənub ştatları da iqtisadi cəhətdən daha çox inkişaf etməyə başlamışdırlar.

ÜDM-lu Fransanınkına bərabər olan Kaliforniyadan sonra sıra ilə Nyu York, Texas, Florida və İllinois gəlir. 1997-2001-ci illərdə iqtisadiyyatı ən sürətlə böyüyən ştatlar Delaver (7,1%), Nyu Mexiko (4,9%), Viominq (4,1%), Vermont (3,8%), Arizona (3,3%), Merilənd (2,6%), Virciniya (1,9%), Nevada (1,9%), Florida (1,8%) və Texasdır (1,5%). İqtisadi böyümə sürətinə görə nisbətən geri qalan ştatlarda həm əhali artımı zəifdir, həm də inkişaf etmiş texnologiyaya keçməyərək kənd

Page 44: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

44təsərrüfatı və sənaye sektoru ənənəvi üsulla davam etməkdədir. Miçiqan, İndiana, Nyu Hempşir, şimali Karolina, Missisipi, Alyaska, Ohayo, Minesota, Aydaho, Ayova və Arkanzas ÜDM-u ən zəif inkişaf edən ştatlardır.

Asiya və Latın Amerikalı immiqrantların Kaliforniya, Texas və Floridada daha çox məskunlaşması, üstəlik bu ştatlara miqrasiyanın artması kimi amillərin iqtisadi inkişafın ölkənin qərb və cənubuna keçməsinə böyük təsiri olmuşdur. 1990-cı illərdə ABŞ-nda doğulmuş vətəndaşların 40% bir ştatdan digərinə miqrasiya etmişdir. Vaşinqton, Oreqon və cənub ştatlarına miqrasiyanın artması əsasən bu ştatlarda əmək haqqı və ödəmələrin daha yüksək olması, iqtisadi imkan və karyera qurmaq üçün daha əlverişli olması səbəbiylə izah olunmuşdur. Amerikalı istehlakçılar əsasən tekstil, geyim əşyaları və ev aksesuarlarına pul xərcləyirlər.

Xarici Kapital

ABŞ iqtisadiyyatına ən çox kapital qoyan ölkələr sıra ilə İngiltərə, Yaponiya, Hollandiya, Almaniya və Kanadadır. Əsasən yüngül, yeyinti, kimya sənayelərinə, bunlarla yanaşı topdan və pərakəndə ticarət sahələrinə xarici kapital qoyulur. 1980-ci illərdən etibarən ABŞ iqtisadiyyatına xarici kapital qoyuluşu sürətlə artmışdır. 1990-1996-cı illərdə ABŞ-a gələn xarici kapital 132%, ABŞ-dan xarici ölkələrə qoyulan kapital isə 109% artmışdır. 2003-cü ildə ABŞ iqtisadiyyatına qoyulan xarici kapitalın həcmi 2,4 trilyon $, xarici ölkə iqtisadiyyatlarına qoyulan ABŞ kapitalının həcmi isə 2,7 trilyon $ olmuşdur. 2003-cü ildə qiymətli kağızlar bazarında qoyulan xarici kapital 3,9 trilyon $, ABŞ-ndan xarici ölkələrin qiymətli kağız bazarlarına qoyulan kapital isə 2,5 trilyon $ olmuşdur.

Xarici ölkə iqtisadiyyatlarına kapital qoyan əsas amerikon firmaları arasında aşağıdakıların adlarını çəkmək olar: Abbot Labs, Americanlife, Arthur Andersen, Bausch and Lamb, Bechtel, Cisco Systems, Chase Manhattan Bank, Citibank, Citicorp, Coca Cola, Colgate Palmolive, Compaq, Dupont, Fedex, Ford, General Electric, HP, Hilton Hotels, Intel, Əohnson and Əohnson, Kodak, Kraft, Lockeed Martin, McDonald's, Microsoft, Motorola, NCR, Pepsi, PPG Industries, Sun Microsystems, Texaco, UPS, Wamer Bros, 3M.

ABŞ-nın Geopolitik Hədəfləri və Vasitələri4

Soyuq müharibənin super dövlətlərindən biri olan SSRİ-nin dağılması dünyadakı güvvələr balansında ani dəyişikliyə səbəb olmuşdu. ABŞ bütün dünyaya özünün üstün siyasi, hərbi, iqtisadi gücünü sübut etdirdi. Dünyanın ən güclü dövləti olmaq əlbəttə ki, məsuliyyətli bir iş idi. ABŞ bu missiyanı yerinə yetirə biləcək imkan və qabilyyətə nə dərəcədə sahibdir. Hal-hazırda ABŞ özünün daxili siyasi sabitliyi, hərbi qüvvəsi, yüksək texnologiyalara əsaslanan sənayesi və istehsal potensialı, sahib oluğu və nəzarət etdiyi təbii sərvətlər, müttəfiqlərinin dəstəyi ilə bu missiyanı yerinə yetirə biləcək güvvəyə sahib olduğunu göstərir. Ən az 2010-cu ilə qədər də bu mövqeyini qoruya biləcəyi təxmin edilir.

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasının üç əsas hədəfi var. Bunları belə sıralamaq olar:

4 Mətndəki “terror, terrorçu, fundamentalizm, separatçılıq, cinayətkarlıq, təcavüzkarlıq, stretejik hədəf, məqsədlər, vasitələr” və.s bu kimi terminlər müəllifin şəxsi mülahizələri deyil ABŞ hökumət rəsmilərinin tövsif və tərifləridir.

Page 45: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

45• ABŞ-nın təhlükəsizliyini zəmanət altına almaq.

• ABŞ-ndakı iqtisadi rifah səviyyəsini qorumaq.

• Xarici ölkələrdə demokratiyanın və demokratik qurumların yerləşib möhkəmlənməsini təmin etmək.

Soyuq müharibədən sonrakı dövrdə ABŞ-nın ehtimal olunan böran və təhlükələrlə bağlı dəyərləndirmələrini qısaca belə sıralamaq olar:

• Regional etnik böhranlar və toqquşmalar.

• Terrorizm.

• Kütləvi qırğın silahlarının təcavüzkarlığa meylli dövlətlərin və ya terror qruplarının, cinayət qruplaşmalarının əlinə keçməsi.

• Narkotik maddələrin dövriyyəsi.

• Beynəlxalq mütəşəkkil cinayətkarlıq.

Təbii sərvətlərlə zəngin olan, müstəsna geostrateji və geosiyasi əhəmiyyətə malik olan Avrasiya coğrafi məkan olaraq ABŞ-nın xarici siyasətində mühüm yer tutur. Təsadüfi deyil ki, yəhudi mənşəli amerikalı siyasət nəzəriyyəçisi Zbiqnev Brzezinski “Avrasiyaya hakim olan dünyaya hakim olar” demişdi. Z. Brzezinki “Böyük Şahmat Taxtası, Amerikanın Birinciliyi və Bunun Geostrateji Zəruriliyi”5 adlı kitabında ABŞ-nın Avrasiya siyasətini beş əsas maddədə toplayaraq belə deyir: 1- Amerika Avropanın gələcəyini necə görür və necə bir Avropanı dəstəkləməlidir?

2- Necə bir Rusiya ABŞ-nın mənfəətlərinə uyğun olardı və ABŞ bu mövzuda nə edə bilər?

3- Avrasiyanın mərkəzindən yeni bir “Balkan”ın meydana gəlməsi ehtimalı nə qədərdir və ABŞ bundan meydana gələ biləcək riskləri minimizə edə bilmək üçün nələr etməlidir?

4- Çin uzaqşərqdə hansı rolu öz üzərinə götürməyə təşviq edilməlidir və bunun ABŞ, eləcə də Yaponiya üçün nəticələri nə ola bilər?

5- Avrasiyada hansı yeni koalisiyalar, ittifaqlar meydana gələ bilər? Bunlardan hansıları ABŞ-nın mənafeyi üçün nə qədər təhlükəli ola bilər? Bu qəbildən olan təhlükələrin qarşısını almaq üçün nə edilməlidir?

Müəllif Türkiyə və region ölkələrini dəyərləndirərəkən yazır: “Türkiyə Qaradəniz bölgəsində sabitliyin qorunmasındakı rolu ilə, buradan Aralıq dənizinə keçişi nəzarət etməklə, Rusiyaya qarşı Qafqazda balans təşkil etməklə, İslam fundamentalizminə qarşı mövqeyi ilə və cənubdakı dayaq nöqtəsi olmaqla NATO-ya xidmət edir. Türkiyənin istiqrarsızlaşması Balkan yarımadasının cənubunda münaqişə ocaqlarının qızışması, Qafqazdakı yeni müstəqillik qazanmış dövlətlərin yenidən Rusiyanın nəzarəti altına düşməsi səbəb ola bilər. ABŞ cənubi Qafqaz və Orta

5 Zbigniej Brzezinski, “The Grand Chessboard: American Primacy and its Geostrategic Imperatives”.

Page 46: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

46Asiyada sabitliyin qorunması üçün Türkiyəni yadlaşdırmamağa çalışmalı və ABŞ-İran əlaqələrinin nizamlanması, stabilləşməsi məsələsində bu ölkənin rolunu artırmağın yollarını axtarmalıdır. Türkiyə Avropa İttifaqına üzv olmaq məsələsində özünün kənarlaşdırıldığını hiss edəcəyi təqdirdə daha İslamçı olacaq, böyük ehtimalla bunun inadına NATO-nun genişləməsinə maneələr törətməyə çalışacaq, Orta Asiyadakı dünyəvi rejimlərin dünya ilə bütünləşməsi yolunda daha az addım atacaqdır. Buna görə də ABŞ Türkiyəni Aİ-na üzvlüyə təşviq etməli, bu istiqamətdə Avropaya təsir mexanizmlərindən istifadə etməli və Türkiyə ilə əlaqələrini daim bir Avropa dövləti kimi qurmalıdır”.

Belə görünür ki, ABŞ Z. Brzezinskinin nəzəriyyə və ehtimallarını eyniylə tətbiq edir. Son illərdə Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının qərbə daşınmasında Türkiyə transit ölkə kimi özünün coğrafi və siyasi əhəmiyyətini daha da artırmışdır.

ABŞ-nın Enerji Siyasəti, Bəyanatlar və Həqiqətlər6

ABŞ-nın 2001-ci ildə açıqladığı enerji siyasəti neftin qiymətinin sabit saxlanması və ABŞ-ın idxal neftdən aslılığının azaldılmasını nəzərdə tuturdu. İraq müharibəsinə ictimai rəyin dəstəyini qazandırmaq üçün Buş adminstrasiyası bu müharibəni terrorizm və milli təhlükəsizlik amillərinin zəruri qıldığını bildirməklə yanaşı ABŞ-ın ucuz neftə olan ehtiyacını təmin etmək məqsədi daşıdığını da bəyan etmişdi. Lakin faktlar onu göstərdi ki, İraq müharibəsindən sonra neft ucuzlaşmadı,

əksinə 20 $-dan 30 $-a qalxaraq bahalaşdı. 2006-cı ildə bir barel neftin qiyməti artıq 70 $ çatmışdı. Hal-hazırda bir barrel neftin qiyməti 135-140 $ arasında dəyişir. Bu fakt istər istəməz zehinlərdə “ABŞ-ın bəyan etdiyi enerji siyasəti xaricində, açıqlamadığı, gizli saxladığı, lakin tətbiq olunan başqa bir enerji siyasətimi var?” sualının meydana gəlməsinə səbəb oldu.

Əslində ABŞ keçmişdən bəri öz enerji siyasətinin ucuz neft qiymətlərindən yana olduğunu bəyan etsə də neft istehsalçısı ölkələrlə əlaqələrində bunun əksinə addımlar atdığı müşahidə olunmuşdur. Çünki ucuz neft ABŞ-ın idxal neftdən olan aslılığını azaltmır, əksinə artırır. Bunun iki əsas səbəbi var. İdxal neftin ucuz olması Amerikadakı neft istehsalını bahalı hala gətirir və bu da öz növbəsində işlədilən yataqların bağlanmasına səbəb olur. Bu isə ABŞ-ın özün neft ehtiyacını xarici mənbələrdən təmin etməsi ilə nəticələnir. Bundan başqa ucuz netf idxalı daxili bazarda neft və neft məhsulları istehlakına təkan verir və bu isə daha çox neft idxal edilməsi ilə nəticələnir. Ucuz neft uzun müddətdən bəri ABŞ siyasi dairələrinin gündəmində olan enerji mənbələrinin

6 Şəkildə dünya neftini əmən məxluqun qucağında təsvir olunmuş ağlayan çağanın üzərində “My embryo was’nt experimented on by neocon warmongers” yazılıb. Yəni mənim rüşeymim üzərində müharibə qızışdırıcı neo-conlar təcrübə aparmadılar.

Page 47: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

47növlərinin artırılması, alternativ enerji mənbələrinin yaradılması ilə bağlı proqramın həyata keçirilməsini də ləngidir.

Bu nöqteyi-nəzərdən də ABŞ ucuz neft siyasətini mənimsəməməlidir. Araşdırmalar neftin qiyməti ilə ABŞ-ındakı neft istehsalı arasında tərs mütənasiblik olduğunu meydana çıxarmışdır.

Bütün bunlar ABŞ-ının Orta Şərqdəki neft mənbələriylə bağlı siyasətinin rəsmi bəyanatlarda açıqlandığı kimi ucuz neft əldə etmək məqsədi güdmədiyini meydana çıxarır. Əksinə neftin baha olması məqsədəuyğundur. Strateji əhəmiyyət daşıyan enerji mənbələrinin rəqib güclərin əlinə keçməsinə mane olmaq, hətta lazım gəldikdə birbaşa nəzarətə götürmək isə ABŞ-nın enerji siyasətinin başqa bir mühüm cəhətidir.

Sadalananlar səbəblərin hamısı deyil. Keçmişdən bəri Amerikan neft şirkətləri dünya neft bazarındakı üstün mövqelərini qorumaqdadırlar. O da aydındır ki, ABŞ dünyadakı mühüm ereji mənbələrinə nəzarət edən gücün dünya siyasətini də istiqamətləndirəcəyi gerçəkliyini əsas götürmüşdür. Zəngin enerji mənbəlirən nəzarət etmək ABŞ-nın milli təhlükəsizlik siyasətinin əsas məqsədlərindən biridir.

1998 və 1999-cu illərdə enerji qiymətlərinin azalması ABŞ-nın daxili enerji istehsalının azalmasına səbəb olmuşdu ki, bu da 200 min vətəndaşın işsiz qalması ilə nəticələnmişdi. Halbuki 1970-ci illərdəki qiymət artışları ABŞ-da yerli enerji mənbələrinə yönəlmə meylini və enerji istehsalını xeyli artırmışdı. Neftin qiymətinin ucuz olması dünya enerji bazarında ABŞ-nın ucuz neft hasil edən ölkələr qarşısındakı geri çəkilməsiylə də nəticələnir. Belə ki, İran körfəzi ətrafındakı ölkələrdə 1 barrel neftin hasil olunması 5 $ başa gələrkən, ABŞ-nda bu 10 $-dan bir az artığa başa gəlir. Bu nəzərə alaraq deyə bilərik ki, ABŞ-dakı neft yataqlarını işlətmək gəlirli bir iş olmaqdan çıxır, bu da öz növbəsində amerikalı neft hasilatçılarının enerji bazarında mövqelərini itirməsinə səbəb olur. 1973-cü il böhranında neftin qiymətinin 3 $-dan 15 $-a qalxdığını, 1981-ci il İran-İraq müharibəsində 39 $, 1991-ci ildə İraqın Küveyti işğalı ABŞ liderliyindəki koalisiyanın İraqa hərbi müdaxiləsi ilə 41 $, 1999-cu ildə 10 $-dan bir az baha olan neftin qiymətinin 11 sentyabr 2001 hadisəsindən sonra ani qalxışa keçdiyini yada salmaq yerinə düşəcəkdir.

2003-cü ildə ABŞ-ın İraqı işğalından bəri amerikan neft şirkətləri dünyadakı ən varlı firmalar siyahısında zirvəyə yüksəlmişdirlər. İşğal altındakı İraqda işə başlayan neft şirkətləri dünyanın ən varlı 20 firması arasındadır. ABŞ-nda nəşr olunan “Fortune Global 500” jurnalında dərc olunmuş siyahıda BP, Exxon/Mobil, Royal Dutch Shell kimi neft şirkətlərin hər gün on milyonlarla dollar gəlir əldə etdikləri göstərilir7.

7 Daha ətraflı məlumat üçün bu sayta müraciət edə bilərsiniz: http://money.cnn.com/magazines/fortune/global500/2005/index.html

Page 48: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

48

Bu firmaların gündəlik qazancları belədir:

Exxon Mobil: 116.6 milyon $

Royal Dutch Shell: 77.7 milyon $

British Petroleum (BP): 77.7 milyon $

ConocoPhillips: 43.1 milyon $

Dünyada cəmi 1 trilyon 208,2 milyard barrel xam neftin olduğu təxmin edilir. Ən çox neft ehtiyatları Orta Şərq ölkələrinin payına düşür.

Neft ehtiyatları (milyard barrel):

Səudiyyə Ərəbistanı: 264,3

İran: 137,5

İraq: 115

Küveyt: 101,5

Birləşmiş Ərəb Əmirlikləri: 97,8

Venesuela: 80

Rusiya: 79,5

Liviya: 41,5

Qazaxıstan: 39,8

Xam neft istehsalı (milyon ton)

Page 49: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

49Səudiyyə Ərəbistanı: 514,6

ABŞ : 311,8

İran : 209,8

Meksika : 183,1

Neft İstehlakı (milyon ton)

ABŞ: 938,8

Çin : 349,8

Yaponiya: 235

Rusiya : 128,5

Almaniya: 123,5

Cəmi: 3.889,8

Page 50: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

50

Mövzu 5. Yaponiya

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat.

Əsas ictimai və iqtisadi göstəricilər

SİYASİ SİSTEMİ

Yaponiyada konstitusiya 3 noyabr 1946-cı ildə qəbul edilmiş və 3 may 1947-ci ildən etibarən qüvvəyə minmişdir. Konstitusiyada yapon xalqı demokratik quruluş və sülh ideyalarını dəstəkləməyə söz verir. Yapon konstitusiyası belə başlayır: “Biz yapon xalqı, daim diktatura və

Əhalisi (milyon) 127,5

Dil Yaponca

Ərazisi 377,8 km2

İri şəhərləri və əhalisi (2000-ci il aprel)

Tokio (paytaxt/8,5), Yokohama (3,6), Osaka (2,6), Naqoya (2,2), Sapporo (1,9), Kyoto (1,5)

Dövlət quruluşu Konstitusiyalı moraxiya. 3 may 1947-ci ildən etibarən

Coğrafi xüsusiyyətləri Sakit okeanın şimalında, Avrasiya materikinin şərqində yerləşən Yaponiya dörd böyük, 500 orta və 3000 kiçik ada üzərində yerləşir. 4 böyük ada : Hokkaido, Honşu, Kiyudiyu və Sihoku. Ölkənin şimaldan cənuba cəmi uzunluğu 2400 km-dir. Ölkə ərazisinin 80 % dağlıqdır. Ölkədə 60-ı fəal 223 vulkan var.

İnzibati idarəetmə Yaponiya 47 inzibati idarə vahidinə bölünür.

Ümumdaxili məhsul (trilyon $)

4 370,6

Adambaşına milli gəlir (2004)

35 836 $

Page 51: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

51təssübkeşliyin, zülm və əsarətin dünyada aradan qaldırılması və sülhün qorunması üçün mübarizə apararaq, beynəlxalq aləmdə şərəfli yer tutmaq arzusunayıq”. Yapon konstitusiyasına görə:

- İmperator yapon xalqının birliyinin və yapon dövlətinin simvoludur. Hegemon güc xalqın əlindədir.

- Yaponiya qəti olaraq müharibə əleyhdarıdır. Siyasi, hərbi gücü digər millətlərlə münaqişəydə istifadə edilməsini rədd edir.

- Əsas insan hüquqları əbədi və toxunulmaz olaraq zəmanət altına alınmışdır.

- Köhnədən fəaliyyət göstərən Əsilzadələr Məclisinin yerinə, üzvləri xalq tərəfindən seçilən Senat və Təmsilçilər Məclisi fəaliyyət göstərir. Senat T.M-dən daha üstündür.

- İcraedici hakimiyyət tam olaraq Nazirlər Kabinetinə aiddir. N.K-i parlamenti Senat və T.M-dən ibarət olan parlament qarşısında məsuldur.

- İmperatorun səlahiyyətləri konstitusiya ilə məhdudlaşdırılmışdır. Parlament tərəfindən müəyyənləşdirilmiş başnaziri və başprokuroru imperator təyin edir.

- İmperator xalqın adından qanunları və müqavilələri qüvvəyə mindirmək, parlamentin iclasını çağırmaq, N.K-nin tövsiyə etdiyi şəxsləri şərəf ordeni ilə təltif etmək hüququna sahibdir.

Yaponiya 47 inzibati ərazi vahidinə ayrılmışdır. Vilayətlər, şəhərlər, qəsəbələr və kəndlər yerli idarəetmə orqanları tərəfindən idarə edilir. Vilayət valiləri, şəhər, qəsəbə və kənd bələdiyyə rəisləri, yerli məclis üzvləri xalq tərəfindən seçilir.

İmerator Ailəsi

Hal-hazırda Yaponiyanın imperatoru Akihitodur. Akihito 23 dekabr 1933-cü ildə Tokioda anadan olmuşdur. Atası imperator Hirohito, anası imperatriçə Naqakodur. Akihito ailənin böyük oğlu idi. Vəliəhd şəhzadə Akihito 1952-ci ildə Qakuşuin litseyini, 1956-cı ildə isə Qakuşuin Universitetini bitirmişdir. 1959-cu ilin aprelində hazırda imperatriçə olan Miçiko ilə evlənmişdi. 7 yanvar 1989-cu ildə Akihito atasının ölümündən sonra Yaponiyanın imperatoru olmuşdu. II dünya müharibəsindən sonra Yaponiyada əsilzadəlik ləğv edilmişdi. Əsilzadə sifətini və titulunu sadəcə imperator ailəsi üzvləri daşıya bilərlər. İmperator ailəsinin qadın mənsubları evlənib ailə qurandan sonar imperator ailəsinin üzvü hesab olunmurlar.

Siyasi Partiyalar

Yaponiyanın ilk siyasi partiyası olan Aikoku Koto (Vətənpərvərlər Partiyası) 1874-cü ildə qurulmuş və quruluşundan qısa müddət sonra konstitusyon rejimə keçid tələbi ilə çıxış etmişdi. Bu hadisədən 16 il sonra 1 iyul 1890-cı ildə ümumxalq səsverməsi keçirilmiş və meydana gətirilən parlament ilk iclasını həmin ilin 29 noyabrında keçirmişdi. Sonrakı illərdə ölkənin daxili məsələlərində siyasi partiyaların rolu getdikcə artmışdı. Lakin II dünya müharibəsi ərəfəsində bütün dünyda olduğu kimi Yaponiyada da millətçilik geniş yayılmışdı. Bu da partiyaların siyasi həyatdakı rolunun azalmasına və nəhayət tamamilə aradan qaldırılması ilə nəticələnmişdi.

Page 52: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

52Hal-hazırda Yaponiyada 7 siyasi partiya aktiv fəaliyyət göstərir: Liberal Demokratik

Partiya (LDP), Demokratik Yaponiya Partiyası (DYP), Yapon Sosialist Partiyası, Komeito Partiyası, Demokratik Sosialist Partiya, Yapon Kommunist Partiyası və Birləşmiş Sosial Demokrat Partiya.

Hal-hazırda iqtidarda olan mühafizəkar LDP 1955-ci ildə iki mühafizəkar partiyanın birləşməsi nəticəsində meydana gəlmişdi və həmin vaxtdan bəri də fasiləsiz iqtidarda qalmışdı. LDP-nin sədri T.M və Senatdakı partiya üzvləri tərəfindən iki illik müddətə seçilir. Dördən artıq namizəd sədrlik iddiasında olanda partiya üzvləri arasında ümumi səsvermə keçirilir və bu səsvermədə ən çox səs toplamış üç namizəddən birini parlamentdəki partiya üzvləri LDP-yə sədr seçirlər. Bir şəxs sadəcə iki dəfə sədrlik postuna seçilə bilər.

Yaponiya Sosialist Partiyası 1945-ci ildə yapon zəhmətkeşlərini birləşdirən bir sıra partiyaların birləşməsi nəticəsində yaranmışdır. YSP 1951-ci ildə sol və sağ olaraq iki yerə parçalanmışdır. 1955-ci ildə sol və sağ qruplar yendən birləşmişdilər. YSP qüvvədə olan konstitusiyanı dəstəkləməklə yanaşı öz proqramına “sülhpərvər və demokratik inqilab” yolu ilə ölkədə sosializmin bərqərar etməyi daxil etmişdir.

Komeito (Təmiz Hökumət Partiyası) dini partiyadır. Budizmin “Niçiren Şoşu” məzhbi mənsublarının qurduqları Soka Qakkai cərəyanının siyasi qolu olan Komeito 1964-cü ildə qurulmuşdur. 1967-ci il seçkilərində Komeito parlamentdə 25 deputat yeri qazana bilmişdi. İlk siyasi uğurlardan sonra partiya dini şüarlardan əl çəkərək humanist sosializm prinsiplərini mənimsədiyini açıqlamışdı.

Demokratik Sosialist Partiyası 1960-cı ildə YSP-dən ayrılan bir qrup siyasətçi tərəfindən qurulmuşdur. Partiya öz nizamnaməsində məqsədini demokratik üsulla sosialist cəmiyyətin qurulması, xalqı kapitalist və totalitar rejimdən qorumaq olaraq açıqlayır.

Yaponiya Komunist Partiyası 1922-ci ildə, bolşevizmin dəb olmağa başladığı dövrdə, gizli cəmiyyət olaraq qurulmuşdu. II dünya müharibəsindən sonra isə sərbəst partiya kimi fəaliyyətə başlamışdı. YKP özünü “demokratik sosialist inqilabçı” partiya kimi tanıdır.

Birləşmiş Sosialist Demokratik Partiya 1978-ci ildə yeni və liberal sosializm şüarı ilə qurulmuşdur. İcraedici Hakimiyyət

İcra səlahiyyəti başnazir və ən çox 20 nazirdən ibarət olan, sadəcə parlament qarşısında hesabat verən nazirlər kabinetinə məxsusdur. Başnazir parlament üzvü olmalıdır. Başnazir əksəriyyəti parlament üzvləri və sivil olmalı olan nazirləri təyin etmə və vəzifədən azad etmə səlahiyyətinə sahibdir.

T.M hökumətə etimad sənədini təsdiqləməsə və ya etimadsızlıq sənədini təsdiqləsə, əgər bundan sonrakı 10 gün ərzində T.M buraxılmayıbsa, nazirlər kabineti istefaya gedir.

1988-ci ildən bəri Yaponiyada 12 nazirlik və 32 dövlət təşkilatı, bu təşkilatlarda cəmi 1 milyon 180 min nəfər fəaliyyət göstərir. Bunlardan 273 mini milli müdafiə qüvvələrində xidmət edirlər. Bundan başqa konstitusyon qurum olaraq dövlət hesablama palatası da fəaliyyət göstərir.

Məhkəmə Hakimiyyəti

Yaponiyada qanunverici və icraedici hakimiyytə sahib olan hökumətdən aslı olmayan, tam müstəqil fəaliyyət göstərən hüquq sistemi fəaliyyət göstərir. Yapon hüquq sistemində Kassasiya

Page 53: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

53məhkəməsi8 (court of cassation, court of appeal), 8 ali məhkəmə, bütün vilayətlərdə (Hokkaido xaric) 4 məhkəmə və bir jürisiz məhkəmədən ibarət əyalət məhkəmələri fəaliyyət göstərir.

Kassasiya məhkəməsində bir baş hakim və 14 hakim fəaliyyət göstərir. Başhakim nazirlər kabineti müəyyən edilir və imperator tərəfindən vəzifəyə təyin edilir. Digər 14 hakimi isə nazirlər kabineti təyin edir. Bu təyinlər təyinlərdən bir sonrakı T.M-nə seçkilərin paralelində aparılan referandumda ümumxalq səsverməsinə təqdim edilir. On il sonra proses yenidən təkrarlanır. Kassasiya məhkəməsi kanun, nizam-intizam, sabitlik, rəsmi dövlət işlərinin konstitusiyaya uyğun ararılıb aparılmadığı kimi problemlərin öz həllini tapdığı orqandır.

Milli Təhlükəsizlik

II dünya müharibəsi Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə ABŞ hərbi hava qüvvələrinin atom bombası atması ilə sona çatmışdır. Yaponiya atom bombasının atıldığı, nüvə silahının təsirini birbaşa yaşamış bir ölkədir. Bu Yaponiyanın milli təhlükəsizlik konsepsiyasını formalaşdıran ən mühüm amillərdən biridir. Ölkənin konstitusiyasında da öz əksini tapan bu tarixi fakt Yaponiyanı öz qonşuları üçün heç vaxt təhlükə mənbəyinə olmamaq, sadəcə müdafiə məqsədli hərbi güvvəyə sahib olmaq məqsədlərini mənimsəməyə məcbur etmişdi. Nüvə silahına sahib olmamaq, istehsal etməmək, ölkəyə gətirilməsinə icazə verməmik prinsipləri yapon milli təhlükəsizliyinin üç təməl əsasını təşkil edir. Qüvvədə olan təhlükəsizlik proqramının digər üç əsası isə belədir: Qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik müqaviləsinə əsaslanaraq Yaponiya-ABŞ müttəfiqliyini davam etdirmək, beynəlxalq siyasi vəziyyətin sabitləşdirilməsi istiqamətində aktiv diplomatiyanı davam etdirmək, ölkənin müdafiə qüvvəsini daim müasirləşdirmək.

Beynəlxalq arenada sülhün bərqərar olmasından danışsa da Yaponiya ABŞ-ın Orta Şərqdəki işğalçılıq fəaliyyətləinə öz hərbi qüvvələriylə dəstək verən dövlətlərdən biridir. Lakin Yaponiyadakı son parlament seçkilərində LDP-nin uğursuzluğu müxalif DYP şansını artırmışdır. Bir sonrakı seçkilərdə DYP üstünlüyü ələ alsa böyük bir ehtimalla müxalifətdəki çıxışlarına sadiq qalaraq ABŞ-la aktiv əməkdaşlıq siyasətini dayandıracaqdır. Lakin hazırki yapon başnazir Yasuo Fukudo da deyəsən ənənəvi “ABŞ-nın yanında olma” siyasətində dəyişikliyin zəruriliyini anlayır. 2008-ci ilin iyul ayında Afqanıstanda ABŞ və NATO qüvvələrinin bu ölkədəki azadlıq hərəkatı qarşısında çətin vəziyyətə düşməsi Y. Fukudonu Yaponiyanın Əfqanıstana hərbi hava qüvvələri və canlı qüvvə göndərmək vədindən daşındığını açıqlamaq məcburiyyətində qoydu. Xəbər agentlikləri bunu «Yaponiyanın gözü qorxdu» başlığı ilə yaymışdılar. Hal-hazırda yapon hərbi qüvvələri Hind okeanındakı ABŞ və NATO qüvvələrinə aid hərbi dəniz qüvvələinin yanacaqla təmini işini öz öhdəsinə götürmüşdür.

İQTİSADİYYAT

2002 2003 2004 2005 2006

İqtisadi böyümə nisbəti (%) -0,3 1,4 2,6 2,4 2,1

İxracat (milyard $) 395,6 449,1 539,0 554,6 598,5

8 Court of cassation.

Page 54: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

54

İdxalat (milyard $) 301,8 342,7 406,9 458,4 517,8

İnfilyasiya 0,0 -0,3 0,3

Təbii Şərait, Infrastruktur, Əhali

Yaponiya əhalisi, Hokkaido adasında yaşayan 24-25 minlik Ainu adlanan etnik qrup xaric, homogen xarakterə sahibdir. Bundan başqa II dünya müharibəsi vaxtı ucuz fəhlə qüvvəsi kimi ölkəyə gətirilmiş və bugün sayıları təxminən 700 min olan koreyalı da Yaponiyada yaşayır. Bu koreyalılar 1970-ci illərdə Yapon vətəndaşlığına qəbul ediləndən sonra yaponlarla bərabərhüquqlu sayılmışdılar. Ölkə əhalisinin 99 %-i yapondur. Yaponiyada da digər OECD (Organisation for Economic Co-operation and Development) üzvü ölkələr kimi yaşlı əhali üstünlük təşkil edir.

Yaponiyada orta uzunömürlülük kişilərdə 74, qadınlarda 84 ildir. Qidalanma və səhiyyə xidmətinin yaxşı olması uzunömürlülüyə müsbət təsir göstərir. Lakin bu ÜDM-dakı səhiyyə xərclərinin artmasına da səbəb olur. 2005-ci ildə əhalinin 13,8 % 0-14 yaş, 66,2 % 15-64 yaş və 20,0 % 65 və yuxarı yaş qruplarına daxil idi.

Şimaldan cənuba doğru endikcə Yaponiyanın iqlimində müxtəliflik gözə çarpır. Ölkənin 70 % məskunlaşağa əlverişsiz dağlıq ərazidən ibarətdi. Buna görə də Yaponiyada daşınmaz əmlak və ərazi qiymətləri xeyli bahadır. Ölkənin iqlimi hava və dəniz nəqliyyatı üçün çox əlverişli olmadığı üçün quru yollarında nəqliyyat daha çox inkişaf etmişdir. Sürət qatarları ilə nəqliyyat üstünlük təşkil edir.

1970-ci illərdəki neft böhranı Yaponiyanı enerji təhlükəsizliyi çərçivəsində bəzi tədbirlər almağa məcbur etmişdi. Ölkənin təbii qaza olan ehtiyacı getdikcə artmaqdadır. Yaponiyanın təbii qaza olan ehtiyacını əsasən İndoneziya təmin edir. Yaponiyanın kömür ehtiyatları getdikcə azalmaqdadır. Üstəlik ölkənin coğrafi vəziyyəti və relyefi idxal kömürün yerli kömürdən daha ucuza başa gəlməsinə səbəb olur. Yaponiya OECD ölkələri arasında enerjinin ən baha olduğu ölkədir. Bunun əsas səbəblərindən biri də infrastrukturun Yaponiyada xeyli baha başa gəlməsidir. Zəlzələləri ilə məşhur olan Yaponiya zəlzələyə dözümlü enerji istehsal stansiyaları və ötürücü xəttlər tikmək məcburiyyətində qalır.

II Dünya Müharibəsindən Sonra Yapon İqtisadiyyatı

Yaponiyanın II dünya müharibəsindən bugünə qədər olan uğurlu iqtisadi inkişafını qısaca belə xülasə etmək olar ; 1945-1955-ci illərdə müharibənin vurduğu ziyanın aradan qaldırılması, 1972-ci ilə qədərki dövrdə sürətli iqtisadi böyümə, 1973-cü ildən sonra yavaş, lakin stabil iqtisadi inkişaf, 1980-ci illərdə yapon iyeninin qiymətlənməsi və.s.

Müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatında liberallaşma prosesi başlamış, kənd təsərrüfatı və sənaye sahəsində islahatlar aparılmışdı. Bu dövrdən qısa müddət sonra Koreyada müharibənin başlanması ilə Yaponiya ABŞ-ın ehtiyac duyduğu hərbi ləvazımatı istehsal etməklə 1951-ci ildə II dünya müharibəsindən əvvəlki iqtisadi vəziyyətinə qayıda bilmişdi. Müharibədən sonrakı 25 il ərzində Yaponiya dünyanın ən sürətlə böyüyən iqtisadiyyatına sahib olmuş, adambaşına düşən illik gəlirinə görə dünyanın ilk 7 ölkəsindən birinə çevrilmişdi.

Page 55: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

551973-cü ilin oktyabrında baş verən neft böhranı bu sürətli iqtisadi böyüməyə son

qoymuşdu. 1975-1987-ci illər yapon iqtisadiyyatı üçün durğunluq (illik təqribi 4 % böyümə) illəridir. Lakin sənaye və istehsal texnologiyalarının inkişafı, bununla yanaşı xidmət sektorundakı böyümə bu durğunluq illəri hesab olunan dövrdə belə iqtisadi dinamizmin itməməsinə səbəb olmuşdu.

Kənd Təsərrüfatı

Kənd təsərrüfatının Yaponiya iqtisadiyyatındakı rolu vaxt keçdikcə azalmaqdadır. 2004-cü ildə kənd təsərrüfatının ÜDM-içindəki nisbəti 1,7 %-dir. Kənd təsərrüfatı sahəsindəki istehsal xərcləri dünya ölkələri ilə müqayisədə xeyli yüksəkdir. Lakin buna baxmayaraq Yaponiyada kənd təsərrüfatı himayə edilməkdədir. Nokyo Group adlanan firma Yaponiyadakı kənd təsərrüfatı lobbisidir. Bu firma ölkənin ən iri banklarından biri olan «Norinçukin»-in sahibidir. Yaponiya ərazisinin 70 % meşələrlə örtülü olsa da yaponlar meşə təsərrüfatı məhsullarına olan ehtiyacın 80 %-ni idxalla təmin edirlər. Erroziya Yaponiyanın ciddi problemlərindən biri olduğu üçün meşə sahələri ciddi qoruma altına alınmışdır. Hətta yeni meşə massivlərinin salınması fəaliyyəti aparılır. Yaponiya iqtisadiyyatında mühüm yer tutan balıqçılıq ətarf mühitin qornması, beynəlxalq anlaşmazlıqlar kimi səbəblərdən ötrü azalmağa doğru üz tutmuşdur. Buna baxmayaraq dəniz məhsulları yapon istehlakçısının süfrəsində birinciliyi hələ də qoruyur. Ada dövləti olmasına baxmayaraq Yaponiya dünyadakı ən böyük dəniz məhsulları idxalatçısıdır. Süni balıqçılıq göllərinin qurulması dövlət tərəfindən təşviq edilir.

Sənaye

Metallurgiya: Yaponiya metallurgiya sahəsində dünya ilk yerlərdən birini tutur. Yaponiyanın mühüm metallurgiya sənayesinə sahib olması bu ölkədə avtomobil və maşınqayırma sektorlarının inkişafına təkan vermişdir.

Elektronik cihaz istehsalı: Elektrik və elektronik cihaz istehsalı yapon sənayesinin qabaqcıl sahəsidir. Bu sahədə (televiziya, radio, video, hesablama maşınları, kompüter, telekommunikasiya cihazları və.s) istehsalla məşğul olan firmalar eyni zamanda elektronika inqilabının yaradıcıları olmuşdurlar. Daxili bazar artıq bu istehsal sahəsinə doymuşdur. Texnoloji yeniliklər, yeni icadlar bu sənaye sahəsinin prioritetinə çevrilmişdir. SONY, Matsushita, NEC, Fujitsu, Hitachi, Toshiba və s. yapon firmalarını öz məhsulları ilə bütün dünyada məşhurdurlar.

Avtomobil Sənayesi : Yaponiya minik avtomaşınlarının istehsalında da dünyada ilk sıralarda yer tutmaqdadır. Ölkə ixracatında avtomobil sənayesi məhsulları mühüm yer tutur. Toyota və Nissan ABŞ-ın General Motorsu (GM) ilə birlikdə dünyadakı 3 ən böyük istehsalçılardır. Mazda və Honda isə illik 1 milyon ədəddən çox istehsala sahibdirlər.

Yaponiyanın üzv olduğu bəzi beynəlxalq təşkilatlar: APEC (Asia-Pacific Economic Cooperation), AsDB (Asian Development Bank), ASEAN (Association of Southeast Asian Nations), AG (Australia Group), CERN (European Organization for Nuclear Research), EBRD (European Bank for Reconstruction and Development), ESCAP (Economic and Social Commission for Asia and the Pacific), IADB (Inter-American Development Bank), IBRD (International Bank for Reconstruction and Development), ICC (International Chamber of Commerce), IFAD

Page 56: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

56(International Fund for Agricultural Development), IMF(International Monetary Fund), OECD (Organisation for Economic Co-operation and Development), WTO (World Trade Organization).

YAPONİYANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ

Çin və Hindistanın qlobal iqtisadi güc olaraq inkişafı, ABŞ-nda enerjiyə olan tələbatın gündən günə artması və əsas enerji istehsaçılarının yerləşdiyi coğrafiyadakı qeyri-sabitlik beynəlxalq enerji bazarına öz mənfi təsirini göstərməkdədir. Hal-hazırda dünyada ən çox enerji istehlak edən dörd başlıca dövlət var: ABŞ, Çin, Hindistan və Yaponiya. Çin və Hindistan son 10-15 ildə böyük enerji istehlakçısına çevrilmişdirlər. O vaxta qədər Yaponiya Asiya qitəsindəki enerji istehlakının 60 %-inə sahib olmaqla birinci yerdə idi.

Yapon elm və dövlət xadimlərinin “paradigm shift” (paradiqma dəyişməsi) adlandırdıqları nəzəriyyədə beynəlxalq enerji bazarındakı qeyri-sabitliyin ölkənin milli təhlükəsizliyinə xələl gətirəbiləcək səviyyəyə çatdığını bildirilmişdi. Yəni Yaponiya bundan sonra enerjini sadəcə bir əmtəə olaraq deyil, beynəlxalq strategiyasının və milli inkişaf proqramının bir hissəsi olaraq görəcəkdir. Buna görə də Yaponiyanın uzun müddətə hesablanmış milli strategiyası özünün enerji təhlükəsizliyini və iqtisadiyyatı sürətlə böyüyən Çinin enerjiyə olan tələbinin də qorxunc şəkildə artmasını nəzərə alaraq Yaponiyanın yenilikçi enerji texnologiyası istehsal (innovative energy technology incubator) edən ölkəyə çevrilməsini planlayır.

Bu hələ ki, bir layihədir. Hal-hazırda isə Yaponiya sənayesi özünün enerjiyə olan tələbinin yarısını neftlə təmin edir və 1980-ci illərdə bu ehtiyacın 70 % Orta Şərq ölkələrindən idxal edilirdisə, indi bu rəqəm 90 %-dir. Çin, Hindistan və İndoneziyanın ildən ilə artan enerjiyə olan tələbi və Yaponiyanın enerji mənbələri sarıdan “kasıblığı” Yaponiyanın milli təhlükəsizliyinə ciddi şəkildə xələl gətirəcəyi aşkardır. SSRİ-nin dağılmasına ən çox sevinən dövlətlərdən biri də Yaponiya olmuşdur. İki ölkə arasındakı adalar problemindən başqa, Yaponiya yeni enerji mənbələrinə yolunun açılacağına da ciddi ümidlər bəsləmişdi. Lakin Çin bu işdə Yaponiyanı qabaqladı. Coğrafi yaxınlıq və ən əsası ABŞ-la müttəfiq olmaması Çinin işini asanlaşdırmışdı.

2002-ci ildən bəri xam neftin qiymətinin dayanmadan artması Yaponiyanın Orta Asiyaya olan marağını artırmışdı. 1991-ci ilə qədər Yaponiyanın Orta Asiya ilə demək olar ki, heç bir əlaqəsi olmamışdı. Yaponiya Orta Şərq neftinə olan ehtiyacını azaltmaq istəyirdi. Şərti olaraq “southern route” (cənub marşrutu) adlandırılan bu layihədə Çin və Rusiya ərazisinə girmədən, Əfqanstan və Pakistan vasitəsiylə Hind okeanına enən boru xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qazaxıstan özünün 39,8 mlrd barrel neft və 106 trilyon m3 təbii qaz ehtiyatları ilə dünya ölkələri arasında ilk 10-luğa daxildir. Bununla yanaşı Qazaxıstan həm də zəngin uran yataqlarına malikdir. Bu ölkə uran ehtiyatlarına görə dünyada 4-cü yerdədir. 2006-cı ilin avqustunda JBIC (Japan Bank for International Cooperation) ilə Kazatoprom (Qazaxıstan Atom Sənayesi) arasında uran layihəsiylə bağlı kredit sazişi bağlanmışdır. Lakin bu sahədə də Yaponiya ciddi rəqabətlə rastlaşmışdır. SSRİ-nin dağılmasından sonra Orta Asiya ABŞ, Rusiya və Çin kimi üç nəhəngin maraq dairəsinə daxil olmuşdu. Bunlardan ikisi birbaşa bu regionla həmsərhəddir. Türkiyə, İran, Hindistan və Pakistan kimi bu bölgədə maraqları olan dövlətləri də nəzərə alsaq rəqiblərin kifayət qədər güclü olduğunu görə bilərik.

Page 57: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

572004-cü ildə Yaponiyanın Orta Asiya siyasətinin yeni mərhələsi başladı. Həmin ilin

avqustunda başladılan “Orta Asiya+Yaponiya” proqramı çərçivəsində regional əməkdaşlıq, terrora qarşı birgə mübarizə, narkotiklərin qanunsuz daşınması, su və eneji mənbələri, ticarət və ətraf mühitin qorunması məsələləri müzakirə edilmişdi. Bu proqramın həyata keçirilməsində JICA (Japan International Cooperation Agency) mühüm rol oynamışdı. Ümumiyyətlə bu qurum Orta Asiya respublikaları ilə Yaponiya arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında həlledici rol oynamaqdadır. 2006-cı ildə Yaponiya başnaziri D. Koizumi regiona səfər etmiş, Qazaxıstan və Özbəkistan prezidentləriylə görüşmüşdü. Bu görüşlər müsbət nəticələnmişdi. Özbəkistan da Yaponiyaya uran satılmasına müsbət cavab vermiş, bir sıra müqavilələr imzalanmışdı.

Yaponiyanın İnpex şirkəti Qazaxstanda hasil edilən neftin 8,33%-nə sahibdir. İtochu və İnpex şirkətləri BTC-nin (Bakı-Tiflis-Ceyhan) inşasında iştirak etmişdirlər və bu layihədə hər birinin payı 3,4% və 2,5%-dir. Bundan başqa JBIC BTC-nin tikintisnə 580 milyon $ kredit ayırmışdır. Yaponiyanın Orta Asiya respublikalarının hər birinə ayırdığı kredit 1993-cü ildə 100 milyon $, 1998-ci ildə isə 300 milyon $ olmuşdur. Hal-hazırda isə bu rəqəmləri belə sıralamaq olar:

Qazaxstan 690 milyon $

Özbəkstan 405 milyon $

Qırğızıstan 240 milyon $

Türkmənstan 123 milyon $

Beləcə Yaponiyanın region ölkələrinə qoyduğu kapitalın ümumi miqdarı 1,5 milyard $ çatmışdır. Yaponiya ictimai-mədəni sahədə də Orta Asiya ilə əlaqələrini möhkəmləndirməyə çalışmaqdadır. Yaponiya Təhsil Nazirliyi JICA tərəfindən dəstəklənən proqramlar çərçivəsində region ölkələri vətəndaşları üçün Yaponiya unversitetlərində magistr və doktorluq təhsili alma imkanları təqdim etmiş, 35 yaşına çatmamış dövlət məmurları üçün uzun müddətli staj proqramları tərtib etmişdi. Region ölkələrində açılan Yapon Mədəniyyət Mərkəzlərində pulsuz yapon dili kursları, yapon ədəbiyyatı və mədəniyyətini öyrənmə dərsləri tərtib edilmişdi. Regionda Yaponiyanın stratejik planlarına ən böyük manelərdən biri də Rusiya və Çinin liderlik etdikləri “Şanxay Əməkdaşlıq Təşkilatıdır”.

Page 58: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

58

Mövzu 6. Avropa İttifaqı

İttifaqın tarixinə baxış. Genişlənmə siyasəti. Aİ-nda ümumi iqtisadi vəziyyət. Enerji təhlükəsizliyi siyasəti.

Avropa İttifaqının tarixinə baxış

Vahid Avropa ideyası dərin tarixi köklərə sahibdir. Roma imperiyası, Müqəddəs Roma-German imperayisı, Napoleon və Hətlerin ekspansiyası müəyyən mənada bu ideyanın həyata keçirilməsi yolunda atılmış addımlar idi. Lakin bu addımların heç biri istənilən uğuru qazana bilməmişdi. Yəqin ki, bunda əsas maneəni işin silahlı toqquşma, müharibə yolu ilə həll edilməsi təşkil etmişdi.

Bu istiqamətdə müharibəsiz atılmış ilk addım 18 iyul 1932-ci ildə Hollanıdiya, Belçika və Lüksemburqun bağladıqları Ouchy Müqaviləsidir. Bu qərbi Avropada gerçəkləşdirilmiş ilk iqtisadi birliyin meydana gəlməsi idi. Bu tarixdən etibarən Beneluks ölkələri adlandırılan bu ölkələr Ouchy müqaviləsi ilə gömrük ittifaqı qurmuşdular. Lakin II dünya müharibəsi bu prosesi dayandırdı. II dünya müharibəsindən sonra bu müharibədə iştirak etmiş dövlətlər kömür və polad sənaye sektorlarına müştərək nəzarətin II dünya müharibəsi kimi yeni bir fəlakətin qarşısını ala biləcəyi düşüncəsiylə “Avropa Kömür və Polad Birliyi”ni (ECSC- European Coal and Steel Community) qurdular. Bu birlik 18 aprel 1951-ci ildə Belçika, Almaniya, Fransa, Hollandiya, Lüksemburq və İtaliya arasında bağlanmış Paris Müqaviləsi ilə qurulmuşdu. Adı çəkilən ölkələrin iştirakı ilə 25 mart 1957-ci ildə Roma müqaviləsi bağlanmış və “Avropa Atom Enerjisi Birliyi” (European Atomic Energy Community-EAEC) adlanan yeni birlik qurulmuşdu. Həmin tarixdə Avropa İqtisadi Birliyi (AİB/ EEA-European Economic Association) də qurulmuşdu. 1958-ci ildə qüvvəyə minən Roma müqaviləsi əvvəlcə gömrük ittifaqı, yəni əmtəələrin gömrük rüsumu ödənmədən üzv ölkələr arasında sərbəst daşınması və satılmasını nəzərdə tuturdu. Gömrük ittifaqının ideya müəllifləri Fransa Dövlət Planlama Təşkilatının sədri Jean Monnet və xarici işlər naziri Robert Schuman idi. Bu iki bürokrat və həmkarlarının birgə hazırladıqları sənəd Robert Schuman tərəfindən 9 may 1950-ci ildə elan edilmişdi. Bu sənəd sonralar “Shuman Bəyannaməsi” adlandırılacaq və 9 may “Avropa günü” kimi qeyd olunacaqdı.

Lakin Roma müqaviləsi sadəcə gömrük birliyini deyil kənd təsərrüfatı, nəqliyyat, sərbəst rəqabət kimi bir çox sahələrdə müştərək siyasi kursların müəyyən edilməsi, iqtisadi siyasət sahəsində yaxınlaşma, valyuta birliyi, müştərək xarici siyasət və təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Bu qeyd olunan məqsədləri həyata keçirmək üçün daha sonralar bağlanmış müqavilələrlə mərhələli yol seçilmişdir. Bunlardan, haqqında aşağıda daha ətraflı məlumat verəcəyimiz, Maastricht müqaviləsini9 (1992), Amsterdam müqaviləsini (1999) və Nice müqaviləsini (2003) sadalamaq olar.

9 Bu müqavilə mövcud Avropa Đttifaqını quran müqavilə hesab olunur.

Page 59: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

59Vahid Avropa ideyası özü ilə birlikdə bir sıra problemləri də gətirmişdi. Hər şeydən

əvvəl bu birliyin qoca qitənin böyük dövlətlərinin rəqabəti və üstünlük yarışı şəraitində yarandığını demək yerinə düşəcəkdir. Vahid Avropaya gedən yolun təməlinin fransızlar tərəfindən qoyulması hər halda ingilisləri məmnun etməmişdir ki, İngiltərə 1959-cu ildə sırf iqtisadi məqsədlər daşıyan və beynəlxalq səviyyədə müyyən mənada AİB-i balansalyacaq EFTA-nın (Eurepean Free Trade Association-Avropa Sərbəst Ticarət Cəmiyyəti) qurulmasına liderlik etmişdi. Lakin İngiltərənin bu təşəbbüsü istənən nəticəni vermədi. Çünki II dünya müharibəsindən sonra İngiltərə öz müstəmləkələrini, yəni ucuz xammal və əmtəə satış bazarını itirmişdi.

EFTA-nın qurucu üzvləri olan İngiltərə və Norveç 9 və 10 avqust 1961-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət etdilər. Onlardan bir neçə gün əvvəl 31 iyulda isə İrlandiya müraciət etmişdi. Lakin Fransa prezidenti de Gaulle 1963-cü ilin yanvarında mətbuata verdiyi bir açıqlamada İngiltərənin üzvlük məsələsinədki səmimiyyətinə şübhə ilə baxdığını bildirmişdi. Bundan bir neçə gün sonra müraciətçi dövlətlərlə aparılan müzakirələr təxirə salınmışdı. İngiltərə 11 may 1967-ci ildə yenidən Aİ-na üzvlük üçün müraciət etmiş, onun ardınca İrlandiya, Danimarka və Norveç də müraciət etmişdilər. Lakin İngiltərənini bu təşəbbüsü də de Gaulle maneəsinə ilişmişdi. Nəhayət 30 iyun 1970-ci ildə Lüksemburqda namizəd ölkələrlə müzakirələr başlamış və Danimarka, İrlandiya və İngiltərə 1 yanvar 1973-cü ildə Aİ-na üzv olmuşdular.

Aİ-nın ikinci və üçüncü genişlənmə mərhələləri Yunanıstanın “Polkovniklər Xuntası”ndan (1967-1974), İspaniyanın “Franko Rejimi”ndən (1939-1975) və Portuqaliyanın “Salazar Rejimi”ndən (1932-1968) qurtulmasından sonrakı dövrdə bu ölkələrdə demokratik rejimlərin bərqərar edilməsiylə olmuşdur. Bu ölkələrin Aİ-na üzlük müraciətləri bu ölkələrdə demokratik rejimi qorumaq istəyi kimi siyasi səbəblərlə müsbət qarşılanmış və qısa müddətdə Aİ-na üzlükləri təmin edilmişdi.

Page 60: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

60

Page 61: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

61

1990-cı ildə sabiq Almaniya Demokratik Respublikası da Almaniya Federativ Respublikasının bir hissəsi olaraq Aİ-na birləşdi. 2002-ci ildə on iki üzv ölkə pul vahidi olaraq “avro”nu qəbul etdilər. Hal-hazırda avro 15 ölkənin pul vahididir.

2004-cü ildə Romada əvvəlki illərdə bağlanmış bütün müqavilələri tək bir sənəddə ehtiva edən Avropa İttifaqı Konstitusiyasının hazırlanmasını nəzərdə tutan müqavilə bağlandı. Lakin bu konstitusiya layihəsi Fransa və Hollandiyada təşkil olunmuş ümumxalq səsverməsindən keçmədiyi üçün digər ölkələrdə ictimai rəyin təsdiqinə təqdim belə olunmadan təxirə salındı. Aİ konstitusiyası müəyyən dəyişikliklər edilərək yenidən Aİ ölkələri ictimai rəyinə təqdim etmək qərarına gəlindi. Bu qərar 18-19 oktyabr 2007-ci ildə Lissabonda keçirilmiş sammitdə alındığı üçün Lissabon Müqaviləsi kimi tanınır. Bu müqaviləyə görə Aİ-nın yeni konstitusiya layihəsi olan 250 səhifəlik sənəd Aİ-na üzv olan bütün ölkələrin parlamentlərində və ya referandumlarda səsverməyə qoyulacaqdır.

Aİ-na 27 ölkə üzvdür: Almaniya, Avstriya, Belçika, Bolqarstan, Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Cənubi Kipr, Latviya, Litva, Lüksenburq, Macarsıtan, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və Yunanıstan. Üç ölkə namizəddir: Xorvatiya, Makedoniya, Türkiyə. (Albaniya, Bosnya-Hersoqovina, Qaradağ və Serbiya da namizəd ölkə kimi tanınır. Yaxın keçmişdə Kosovaya da bənzər status veriləcəyi gözlənilir).

Aİ-na üzv ola bilmək üçün namizəd ölkə “Kopenhagen Meyarları”na10 tam sahib olmalıdır. Bu meyarlar 1993-cü ildə Kopenhagen liderlər sammitində tərtib olunan sənəddə öz əksini tapdığı üçün belə adlanır. Bu meyarları qısaca belə xülasə edə bilərik: Hüququn aliliyinə və insan hüquqlarına hörmətlə yanaşan sabit demokratiya, Aİ-na üzv ölkələrlə rəqabət edə biləcək səviyyədə möhkəm təməllərə əsaslanan iqtisadiyyat və Aİ qanunlarını ilə birlikdə üzvlük şərtlərini qəbul etmək. Namizədliyini irəli sürən ölkənin bu kriteriyalara əməl edib etmədiyini müəyyənləşdirmək şuranın vəzifəsidir.

10 Vəya Kopenhagen Kriteriyaları.

Page 62: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

62İsveçrə, İslandiya, Lixtenşteyn və Norveç Aİ-na üz olmamışdırlar. Buna baxmayaraq bu

dövlətlər bir çox iqtisadi və hüquqi nizamlamaları həyata keçirərək üzv olmadan Kopenhagen meyarlarına uyğunlaşmışdırlar. İslaniya, Lixtenşteyn və Norveç Avropa İqtisadi Məkanı (European Economic Area-EEA) vasitəsi ilə müştərək bazara (Common Market-CM) üzv olmuşdular. Avropanın beş kiçik dövləti olan Andorra, Monako, San-Marino, Lixtenşteyn və Vatikanla bu ölkələrin valyuta olaraq avronu qəbul etmələri istiqamətində iş aparılır.

Aİ-nın Coğrafiyası

Aİ-nın ərazisi Avropa qitəsi xaricindəki bəzi torpaqlar daxil və qitədəki bəzi torpaqlar xaric olmaqla üzv 27 ölkənin ərazilərinin cəmindən ibarətdir. Aİ-nın sərhədləri bütün Avropa qitəsini əhatə etmir, çünki qitədə yerləşmələrinə rəğmən İslandiya, Norveç və İsveçrə kimi ölkələr ittifaqa daxil deyillər. Bununla yanaşı bəzi üz ölkələrin torpaqlarını bir qismi də ittifaq xaricində hesab olunurlar. Məsələn Danimarkanın Faroe adaları, Britaniyanın Manş adaları ittifaqa daxil deyillər. Aİ-na üzv olan ölkələrin qitə xaricindəki bəzi əraziləri isə ittifaqa daxil hesab olunur. Azor adaları, Kanar adaları, Fransız Gvineyası, Guadeloupe, Madeira, Martinique, Reunion, St. Barthelemy və St. Martin.

Aİ-nın ərazisi, yəni üzv ölkələrin ərazilərinin cəmi 4 422 773 km2-dir. Aİ, bir ölkə kimi qəbul ediləcəyi təqdirdə, ərazisinə görə dünyada 7-ci yeri tutur. Aİ-ndakı ən hündür nöqtə Alp dağlarındakı Mont Blankdır (4807 m). Aİ Kanadadan sonra dünyada ən uzun sahillərə sahib ölkədir (cəmi 69 347 km). Aİ-na üz ölkələr birlikdə 21 ittifaq üzvü olmayan ölkə ilə həmsərhəddirlər.

İDARƏETMƏ

Aİ-nın mövcud strukturu yarandığı tarixdən bəri bağlanmış bir çox müqavilələr və sazişlərlə yaranmışdır. Bu müqavilə və sazişlər yeni əlavələr, dəyişikliklərlə təkmilləşdirilmiş və bir çox dəfə yenilənmişdir. Bu tip siyasi sənədlər vasitəsiylə ittifaqın siyasi məqsəd və məramlarını

Page 63: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

63müəyyən edilmiş və qanunun qüvvəsi hesabına bu məqsəd və məramlara çamaq üçün bir sıra qurumlar yaradılmışdır. İttifaqdaxili müqavilə və sazişlər üzv ölkələrə və vətəndaşlarının həyatına birbaşa təsir edir və bu da ittifaqın siyasi leksikonunda “birbaşa təsir” sözüylə öz əksini tapır. Üzv ölkələrdəki məhkəmələr, üzvlüyün gətirdiyi şətlərdən biri kimi, Aİ hüququna uyğun hərəkət edirlər. Üzv ölkələrin hər hansı birisində mövcud qanun Aİ hüququnda mövcud olan bir müddəa ilə ziddiyət təşkil etsə Aİ qanunları əsas götürülür. Aİ başda Avropa İttifaqı Şurası (Council of the European Union), Avropa Komissiyası (European Commission) və Avropa parlamenti (European Parliament) olmaqla müxtəlif qurumlar tərəfindən idarə olunur.

Üç Sütun

Aİ hər biri “sütun” adlanan sahələrə bölünmüş olaraq tövsif edilir. Avropa İttifaqı təlimatnamələri (directive, instruction) birinci sütunu təşkil edir, ikinci sütun olaraq xarici işlər və təhlükəsizlik siyasəti nəzərdə tutulur. Üçüncü sütunda isə ədliyyə və daxili işlərlə əlaqəli mövzulara baxılır. Amsterdam və Nice müqavilələrinə edilmiş son dəyişiklik və əlavələrlə bu üçüncü sütuna sadəcə təhlükəsizlik qüvvələri və ədliyyə sahəsində əməkdaşlıq daxildir. Bu çərçivədə ikinci və üçüncü sütunlar

dövlətlər arasında cərəyan edən proseslər kimi də başa düşülə bilər. Çünki Komissiya, parlament və Ədalət məhkəməsi kimi qurumlar belə proseslərdə demək olar ki, iştirak etmirlər. Aİ-nın apardığı tədbirlərin əksəriyyəti birinci sütunun əhatə dairəsində həyata keçirilir. Bu tədbirlərin əksəriyyəti isə iqtisadi mövzularla bağlı olur.

Komissiya

Avropa Komissiyası Aİ-nın icraedici orqanı kimi fəaliyyət göstərir və əsasnamələrin ittifaq daxilində hər gün tətbiq edilməsinə nəzarəti həyata kerçir. Bu qurum eyni zamanda Avropaya inteqrasiyanın mərkəzi kimi də fəaliyyət göstərir. Hal-hazırda 27 üz ölkənin hər birindən göndərilmiş bir komissiya üzvündən mütəşəkkildir. Komissiyaya seçiləcək bütün üzvlərin və komissiyaya sədrlik edəcək üzvün namizədliyi Avropa İttifaqı Şurası tərəfindən irəli sürülür. Komissiya sədrinin təyininin və ümumilikdə komissiya kabinəsinin mötəbər sayılması üçün parlamentin təsdiqinə ehtiyac var.

Parlament

Avropa parlamenti Aİ-nın qanunverici orqanının iki qismindən biridir. Digəri Avropa (İttifaqı) Şurasıdır. Parlamentdə 785 parlamentari Aİ vətəndaşları tərəfindən hər beş ildən bir seçilirlər. Bütün parlamentarilər öz ölkələrində ümumxalq səsverməsiylə seçilmələrinə baxmayaraq Aİ parlamentində mənsub olduqları ölkə və millətə görə deyil sahib olduqları siyasi fikirlərinə görə qruplaşırlar. Hər bir üzv ölkə əvvəlcədən məlum olan sayıda parlamentarini parlamentə göndərir. Parlament və Şura ahəngdarlıqla qanunvericilik işlərinini görürlər. Bəzi mühüm siyasi addımları müştərək qərarvermə mexanizmindən istifadə edərək atırlar. Parlamentin və Şuranın ahəngdarlıqla müştərək işləməsi məsələsi hələ ki, tam olaraq təsdiqlənib

Page 64: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

64qüvvəyə minməmiş Lissabon Müqaviləsində yenidən nizamlanmış, genişləndirilmiş, yeni maddələr əlavə edilmişdir. Parlament Aİ Komissiyasının və Aİ büdcə komissiyasının aldığı qərarları ləğv etmə və ya tənqid etmək səlahiyyətinə sahibdir. Parlamentin sədri eyni zamanda Aİ parlamentinin beynəlxalq səviyyədə təmsilçisidir. Sədr və sədrin müavinləri hər 2,5 ildə bir parlamentarilər arasından seçilir.

Avropa İttifaqı Şurası

AİŞ Aİ-nın qanunverici orqanının ikinci yarısıdır. AİŞ hər bir üzv ölkədən təmsilçilərin, əvvəcədən müəyyənləşdirilmiş sahələrə görə, vəzifələrə təyin edildikləri təşikalatlanmış bir platformadır. AİŞ-nın bir çox alt qurumları fəaliyyət göstərir, buna baxmayaraq bu qurum bütöv bir qurum kimi tanınır. Qanuverici fəaliyyətlə məşğul olmaqla yanaşı AİŞ Aİ-nın müştərək xarici işlər və təhlükəsizlik siyasətini formalaşdıran və idarə edən qurumdur.

AİŞ-na sədrlik vəzifəsi 27 üzv ölkənin hər birinin növbə ilə altı aylıq müddətə öhdəsinə götürdüyü bir vəzifədir. Bu altı aylıq müddət ərzində sədrlik vəzifəsini aparan ölkənin təmsilçisi bütün iclas və görüşlərin əksəriyyətinə rəhbərlik edir. Dövri sədrlik vəzifəsini icra edən ölkə ittifaqla bağlı müəyyən yeniliklər, ittifaqın genişlənməsiylə bağlı mövzular və ya xarici ölkələrlə əlaqələr kimi sahələrdə, məhdudlaşdırılmış bir səlahiyyət çəçivəsində, fəaliyyət göstərə bilər. İngilis dilində “European Council” adı ilə tanınan bu qurum, daha çox insan hüquqları, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən və bütün Avropa ölkələri üçün açıq olan “Council of Europe” (Avropa Şurası) ilə səhv salınmamalıdır.

Dövlət və Hökumət Başçıları Sammiti

Aİ-na üzv ölkələrin ən yüksək dərəcəli siyasi liderlərinin toplandıqları qurum, bir sədr və hər üzv ölkənin bir təmsilçisindən ibarət Liderlər Zirvəsidir. Bu zirvə iclaslarında ölkələrin prezidentləri və ya başnazirləri iştirak edirlər. LZ hər il ən az 4 iclas tərtib edir və hər iclasa dövri olaraq AİŞ-na sədrlik edən ölkənin təmsilçisi sədrlik edir.

Məhkəmələr

Aİ-nın ədliyyə sistemindəki ən böyük məhkəmə “Birinci İnstansiya Məhkəməsi”dir (Court of First Instance). Lakin Avropa Ədliyyə Məhkəməsi (European Court of Justice) və Lissabon Müqaviləsi BİM-nin adını “Ali Məhkəmə” olaraq dəyişdirilməsini nəzərdə tutmuşdur. AƏM və BİM birlikdə bağlanmış müqavilələrlə Aİ-nın hüquq sistemini dəyərləndirir və icra edir. BİM Aİ-nın digər məhkəmələrindən əvvəl əsasən birbaşa olaraq fiziki və ya hüquqi şəxslər tərəfindən edilən şikayətlərə baxır. AƏM isə Aİ-na üzv ölkələr və Aİ-nın digər qurumları ilə bağlı işlərə baxır. BİM-nin qərarları ilə əlaqədar olaraq AƏM-nə appelyasiya şikayəti verilə bilər. Aİ-na üzv ölkələrdəki yerli məhkəmələr Aİ hüququna uyğun olaraq hərəkət edirlər. Bağlanan müqavilələrlə üzv ölkələrin yerli məhkəmələri ilə Aİ məhkəmələri arasındakı əməkdaşlıq artırılır və təkmilləşdirilir.

Siyasət

Aİ-nın daha çox maraq göstərdiyi mövzu Avropaya inteqrasiya və Aİ-nın genişlənməsidir. İttifaq ölkələrinin xarici siyasətindəki əsas gündəm maddəsi və müzakirə mövzusu ittifaqın

Page 65: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

65sərhədlərinin daha da böyüdülüm böyüdülməyəcəyi məsələsidir. Müzakirə və mübahisələr isə daha çox yeni üzv olmuş ölkələrdə demokratik vəziyyətin yaxşılaşması və yeni üzvlərin ittifaqın iqtisadi vəziyyətinə göstərdikləri təsir ətrafınada aparılır. 2004-cü ildə on ölkənin Aİ-na daxil olması çoxdan bəri üzv olan ölkələrdə Aİ-nın sərhədlərinin daha da genişləndirilməsinin ittifaqın ictiami və iqtisadi həyatına müsbət təsir göstərməyəcəyi fikrinin üstünlük qazanması ilə nəticələnmişdi. Hal-hazırda ən mühüm müzarikər mövzularından biri isə çoxdan bəri namizəd olan Türkiyənin üzvlük məsələsidir. Başda Fransa olmaqla bir sıra ittifaq üzü dövlətlər Türkiyənin üzvlük məsələsinə mənfi münasibət bəsləyirlər. Fransa prezidenti N. Sarkozi Aİ-na üzvlük yerinə Türkiyəyə Aralıq dənizi hövzəsi ölkələri çərçivəsində əməkdaşlığı təklif etmişdir. Əlbəttə ki, bu Aİ-na üzvlüyə alternativ ola bilməz və təbii ki, Türkiyə də bunun fərqinə varır. Buna görə də Fransa prezidentinin bu təklifi Türkiyənin siyasi dairələrində məmnunluqla qarşılanmamışdı. Türkiyə hal-hazırda Aİ-na üzv olan bir sıra keçmiş SSRİ və Varşava Paktı ölkələrindən daha əvvəl namizədliyini irəli sütmüşdür. Türkiyənin Aİ-na üzvlük məsələsi Aİ-nın özü üçün bir imtahan prosesidir deyə bilərik. Türkiyənin Aİ-na üzv olması Aİ-nın bir xristian klubu olmadığına sübut ola bilər. Olmaması isə Türkiyəyə Avropanın quyruğunda sürünməkdən çıxıb şərq ölkələrinin lokomotivinə çevirilmə şansı verəcək.

Ədalət, azadlıq və təhlükəsizlik

Aİ-nın daxili işlər və ədliyyə sahəsində sahib olduğu səlahiyyətlərin böyük bir qismi 1985-ci ildə Aİ üzvü 5 ölkə arasında sərhəd yoxlamalarının mərhələli azaldılmasını nəzərdə tutan “Schengen Müqaviləsi”11nə əsaslanır. Lakin sərhəd yoxlamalarının azaldılması səbəbiylə bir sıra problemlər meydana çıxmışdır. Üzv ölkələr bu kimi problemləri eləcə də qanunsuz immiqrasiya, mültəcilər, cinayətkarların yaxalanması kimi problemlərin aradan qaldırılması və Schengen müqaviləsindən irəli gələn tələbləri yerinə yetirmək üçün bir çox tədbirlər görmüşdürlər. Bu tədbirlərdən biri də Maastricht Müqaviləsidir (07 fevral 1992). Maastricht müqaviləsi Aİ-nın təhsil, səhiyyə, mədəniyyət, ətraf mühitin qorunması kimi məsələlərinə dair hökmləri ehtiva etməklə yanaşı vahid valyuta və vahid milli bank sisteminə keçid kimi mövzulara da toxunmaqdadır. Müqavilədə həmçinin üzv ölkə vətəndaşlarının Aİ daxilində sərbəst səyahət hüququnu müdafiə edən və “Aİ vətəndaşlığı” ilə təmin edilməsini nəzərdə tutan maddələr mövcuddur.

İqtisadiyyat

Qurulduğu tarixdən bəri Aİ-na üzv dövlətlər müştərək bazar (CM) fikrini mənimsəmiş və bunu inkişaf etdirmişdirlər. 2008-ci ildən etibarən Aİ-na üzv on beş dövlət vahid valyutaya, avronunu istifadəsinə keçmişdirlər. Aİ-nın ÜDM-u 16,8 trilyon $-dır ki, bu da dünya ölkələri ÜDM-nun 31%-ni təşkil edir. Aİ ÜDM-una görə dünya ölkələri arasında birinci yeri tutur. Aİ dünyanın ən böyük ixtacatçısı, ikinci ən böyük idxalatçısı, Hindistan və Çin kimi ölkələrin də ən

11 Schengen I müqaviləsi 14 iyun 1985-ci ildə Fransa, Almaniya (AFR-Qərbi Almaniya) və üç Beneluks (Belçika, Hollandiya, Lüksemburq) ölkəsi arasında bağlanmışdı. Bu müqavilə 19 iyun 1990-cı ildə imzalanan “Schengen müqaviləsinin Tətbiqi Konvensiyası” ilə qüvvəyə minmişdir. Schengen Almaniya, Lüksemburq və Fransa sərhəddinin kəsişdiyi yerdə yerləşən qəsəbənin adıdır. Bu müqavilə faktiki olaraq 26 mart 1995-ci ildən etibarən tətbiq olunmağa başlamışdı. 1990-cı ildə Đtaliya, 1992-ci ildə Portuqaliya, Đspaniya, 1995-ci ildəAvstriya, 1996-da Danimarka, Finlandiya, Đslandiya, Norveç, Đsveç, 2004-cü ildə cənubi Kipr, Çexiya, Estoniya, Macarstan, Litva, Latviya, Malta, Sloveniya, Slovakiya, Đsveçrə bu müqaviləyə qoşulmuşdurlar.

Page 66: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

66böyük ticarət partnyorudur. Gəlirlərinə görə dünyanın ilk 500 ən böyük iqtisadi qurumundan 163-nün mərkəzi Aİ-nın sərhədləri daxilinə yerləşir. 2007-ci ilin may ayına aid göstəricilərdə işsizlik 7%, infilyasiya isə 2,2% olmuşdur. 2007-ci ildə Aİ-nın büdcəsi 120,7 milyard € olmuşdur. 2007-2013-cü illər üçün büdcə xərcləri ümumi olaraq 864,3 milyard € nəzərdə tutulur. Aİ büdcəsindən ən böyük pay Müştərək Kənd Təsərrüfatı Proqramına ayrılır (ümumi büdcənin 45 %). 30%-i Regional İnkişaf Proqramına, 8%-i xarici işlər proqramlarına, 5 % idari xərclərə və 5 % də tədqiqatlara ayrılmışdır.

İnfrastruktur

Aİ Trans-Avropa Şəbəkələri (Trans-European Networks-TEN) kimi öz sərhədləri daxilində ölkələrarası infrastruktur xidmətlərinin inkişaf etdirməyə çalışır. TEN layihəsi çərçivəsində La-Manş tuneli, Mont Cenis tuneli, Oresund körpüsü, Brenner tuneli kimi inşaatlar davam etdirilir. 2010-cu ilin sonunda Aİ-nda nəqliyyat şəbəkəsinin ümumi uzunluğu quru yolları 75 200 km, dəmiryolları 78 000 km, 330 havalimanı, 270 dənizlimanına çatdırılması nəzərdə tutulur. Aİ-nın layihələşdirdiyi digər bir infrastruktur proqramı da “Qalileo Peyk Naviqasiya Sistemi”dir (GSNS-Galileo Satellite Navigation System). Bu qlobal peyk marşrut sistemidir. Sistemin 2010-cu ilə qədər hazırlanıb Avropa Kosmos Agentliyi (ACA) tərəfindən kosmosa göndərilməsi nəzərdə tutulur.

Təhsil və Tədqiqat

Təhsil və elmi tədqiqatlar sahəsində Aİ-nın vəzifəsi bu sahələrdəki milli proqramların dəstəklənməsi ilə məhdudlaşır. İttifaqın təhsil sahəsindəki fəaliyyəti 1990-cı illərdə tələbə mübadiləsi və tələbələrin xaricdə təhsil almasını asanlaşdıran proqramların tərtib edilməsindən ibarət olmuşdur. Belə proqramların ən nəzərə çarpanı 1987-ci ildən etibarən tətbiq edilməyə başlanan universitet tələbələrinin mübadiləsi proqramı olan “Erasmus”dur. Bu proqram çəçivəsində 20 il ərzində beynəlxalq səviyyədə 1,5 milyon universitet və kollec tələbəsi xarici ölkələrdə təhsil almaq imkanı tapmışdırlar. Aİ-nın təhsil sahəsindəki yeniliklərə verdiyi digər bir töhfə də Boloqna Prosesini dəstəkləməsi olmuşdur. Aİ Fransanın Cadarache şəhərində qurulması planlanan Beynəlxalq Termonüvə Təcrübə Reaktoru (ITER) layihəsinin gerçəkləşdirilməsi istiqamətində də mühüm addımlar atmışdır. Bu layihə Avropada enerji istehsalı sahəsində irəliyə atılmış böyük addım olacaqdır.

Əhali

2007-ci ilin yanvar ayı göstəricilərinə görə Aİ-nın əhasi 495,1 milyon olmuşdur. Avropa qitəsində yaşayan əhalinin ümumi sayı isə 710 milyondur. İmmiqrasiya Aİ-nda əhalinin artışına böyük təsir göstərən amildir. Aİ dünya əhalisinin 7,3%-nə sahibdir. Əhalinin sıxlığı 1 km2 114 nəfərdir. Aİ-nda əhalisinin sayı 1 milyonu keçən 16 şəhər var. Aİ vətəndaşlarının 3/1-i bu 16 şəhərdə yaşayır. Ümumiyyətlə isə ittifaq əhalisinin 80% şəhərlərdə yaşayır.

Enerji Təhlükəsizliyi

Aİ istehlak etdiyi neftin 82% və təbii qazın 57% idxal edir. Enerji təhlükəsizliyi Aİ-nın gündəmindəki ən mühüm məsələdir deyə bilərik. Rusiya ilə Ukrayna arasında baş vermiş enerji böhranı Aİ ölkələrinə gedən rus qazının 40%-nin kəsilməsi ilə nəticələnmişdi. Bu rus enerjisinin

Page 67: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

67alternativləri haqqında düşünülməsi ilə nəticələndi. Beynəlxalq Energetika Agentliyi (IEA) ilə Vaşinqton rəsmiləri Aİ-na rus enejisindən həddən artıq aslı olması ilə bağlı xəbərdarlıq etdilər. Ukrayna böhranından sonra Rusiyanın Qazprom və Transneft şirkətlərindən gələn bəyanatlar Aİ ölkələrinin narahatlığını artırmışdı. Aİ zəruri təcili tədbirlər görməyə başladı. İngiltərə hüquqi dəyişikliyə gedərək “Centrica”nın (British Gas Co) Qazprom tərəfindən satın alınmasına mane oldu. Qasprom da Avropadakı kapital qoyuluşu sahələrinin daralacağı təqdirdə satdığı əmtəəni şimali Amerika, Çin, cənubi Koreya kimi yeni bazarlara istiqamətləndirəcəyini bildirən bəyanatla çıxış etdi. Aİ bunu hədələmə kimi qəbul etmişdi. Qazpromun ardınca Transneft rəsmiləri də bənzər bəyanatla çıxış etmişdilər.

Qazprom əslində tamamilə iqtisadi sahəyə aid olan bu mübahisələrin siyasi platformaya daşınmasının və Avropa bazarındakı payının məhdudlaşdırılmağa çalışılmasının mənfi nəticələr verəcəyini bildirməyi də unutmamışdı.

Aİ istehlak etdiyi təbii qazın 26%-ni Qazpromdan almaqdadır. İdxal edilən xam neftin 25 %-ni də Rusiyadan alınır. Aİ-nın neft və təbii qaz sahələrindəki xaricdən aslılığı 2030-cu ildə 50%-dən 70%-ə çıxacağı, Çin və Hindistan kimi iqtisadiyyatı nəhəngləşməyə doğru üz tutmuş ölkələrin tələbatının isə iki qat artacağı proqnozlaşdırılır.

Xüsusiylə də Fransa, Almaniya və İtaliyanın təbii qaza olan ehtiyaclarının 30%-ni Qazpromdan aldıqları qazla təmin etmələri səbəbiylə bu ölkələr Rusiyadan daha çox enerji aslılığındadırlar. Aİ-na yeni üzv olmuş şərqi Avropa ölkələri isə 90%-dən daha artıq bir nisbətlə Rusiyadan enerji aslılığındadırlar. Bütün bunlar alternativ eneji mənbəlir haqqındakı düşüncələrə sürət qazandırmışdır. Məsələn Aİ üzvü olmayan ixracatının yarısını neft və neft məhsulları təşkil edən Norveç şimal qütbünə yaxın olan Barens dənizindəki yataqlardan istifadə edə biləcəyini bildirmişdir. Bu dənizə sahilləri olan İsveç, Finlandiya və Rusiya da buradakı neft axtarışı işində Norveçlə əməkdaşlıq edə bilər. Barensdə yeni neft yataqları kəşf edilmişdi, lakin ətraf mühitin qorunması dərnəklərinin etirazları nəticəsində Norveç kəşfiyyat işlərini yarıda qoymalı olmuşdu. Avropa üçün digər bir alternativ isə Türkmən qazı ola bilər. Lakin burada da ciddi bir “rus maneəsi” ilə qarşılaşırlar. Çünki Rusiya 2020-ci ilə qədər Türkmənstanın ixrac etdiyi qazın satın almışdır.

Problemin digər bir həlli yolu olaraq da nüvə enerjisi görülür. Aİ-ında bu alternativ daha çox müzakirə edilir. Çernobl faciəsinin üzərindən cəmi 20 il keçməsinə baxmayaraq mövcud vəziyyət bu alternativi təcili və mühüm bir məsələ kimi gündəmə gətirmişdir. İngiltərə, Fransa, Baltik ölkələri, Rumıniya, Bolqarstan və Ukrayna özlərinin nüvə enerjisi istehsal həcmlərini artırmaq barədə düşünürlər. Lakin ictimaiyyəti buna inandırmaq elə də asan iş deyil. İctimai rəy sorğuları ittifaq əhalisinin sadəcə 12 % bu fikri dəstəkləyir. Almaniyanın ittifaqdan ayrı olaraq Rusiya ilə ikili münasəbətlərindən istifadə etməsi də Aİ-nda narahatlıqla qarşılanmışdı. Almaniya ilə Qazprom arasında bağlanmış müqaviləyə görə Baltik dənizinin dibi ilə çəkiləcək boru xətti vasitəsiylə Rusiya Almaniyaya təbii qaz ixrac edəcəkdir. Bu layihəni xüsusən Baltik ölkələri ilə Polşa etirazla qarşılamışdılar. Çünki belə olacağı təqdirdə onlar həm tranzit keçiş haqqından məhrum olacaq, həm də enerji təhlükəsizliklərinə ciddi xələl gətirilmiş olacaq. Belə ki, Rusiya Almaniya kimi digər Avropa ölkələrinə qaz nəqlini dayandırmadan Polşa və ya Belorusa qəz

Page 68: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

68nəqlini dayandıra bilmə imkanına sahib olacaqdır. Hətta polyak müdafiə naziri Radek Sikorski bunu 1939-cu ildə Stalinlə Hitlerin bağladıqları müqavilə ilə müqayisə etmişdi. Həmin vaxt Almaniya Polşanı SSRİ ilə öz arasında bölmüşdü. Almaniyanın Rusiya ilə ikili münasibətlərindən istifadə edərək belə bir addım atması ciddi enerji porblemləri ilə üz-üzə qalmış digər ittifaq ölkələrini qəzəbləndirir. Üstəlik belə həssas bir məsələdə Almaniyanın tək başına öz mənafeyini düşünərək hərəkət etməsi bu ölkənin Aİ-na sədaqəti haqqında düşünməyə də vadar edir. Üstəlik son illərdə Almaniya II dünya müharibəsindən sonrakı dövrdə xarici siyasət sahəsindəki passiv vəziyyətdən çıxaraq daha aktiv və daha geniş çaplı xarici siyasət kursu mənimsəmişdir. Almaniya həm Aİ içində həm də Aİ xaricində “tək başına” önəmli bir amilə çevrilmək istəyir.

Qazpromun Almaniya ilə bağladığı müqavilə Rusiyanın siyasi baxımdan mövqeyini gücləndirməklə yanaşı Avropa bazarından daha böyük pay qoparması ilə də nəticələnəcək. 300 milyard $ kapitala sahib olan Qazprom ExxonMobildən sonra dünyada ikinci yeri tutur. Yarı özəl bir şirkət olan Qazprom Rusiyanın təbii qaz ehtiyatlarının 60%-nə nəzarət edir. Qaz boru kəmərlərinin isə hamısına sahibdir.

Lakin burada bir şeyi də xatırlatmaq yerinə düşəcəkdir. Rusiya qərbin dediyi kimi Avropanı qazla şantaj etsə də Avropanın ona ehitacı olduğu qədər Rusiyanın da Avropaya ehtiyacı var. Çünki hələ ki, Çin və Hindistan bazarı zəmanət altına alınmayıb. Yəni Rusiya öz qazını Avropaya satmaq məcburiyyətindədir.

Nəticə etibarı ilə nüvə enerjisi üzərində ən çox düşünülən alternativə çevrilməkdədir. Bununla yanaşı azad rəqabət qaydalarına ədalətlə riayət edilməsi də gündəmdədir.

Almaniya Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat.

Ümumi məlumat

Almaniya Federativ Respublikası (Bundesrepublik Deutschland) Avropa qitəsinin məkəzi-qərbində yerləşir. Şimaldan Şimal dənizi, Danimarka, Baltik dənizi, şərqdən Polşa və Çexiya, qərbdən Lüksemburq, Belçika, Hollandiya, Fransa, cənubdan isə Avstriya və İsveçrə ilə əhatə olunmuşdur. Almaniya Federativ Respublikası 16 federal vilayətdən ibarətdir. Paytaxtı Berlin şəhəridir. Almaniya Aİ-nın qurucu ölkələrindən biridir. 82,5 milyon əhalisi ilə bu cəhətdən Aİ-nın ən böyük dünyanın isə 13-cü ölkəsidir. Əhalisinin 8,9%-ni əcnəbilər təşkil edir. 357 min km2 ərazisi ilə dünyanın 61-ci ən böyük ölkəsidir. Adambaşına milli gəliri 27 600 $.

Siyasi Sistem

AFR-nın siyasi sistemi alman tarixindəki ikinci demokratik sistemdir. Federal Respublika ideyasının müəllifləri Parlamentar şurada (Parlamentarischen Rat) toplanaraq keçmişdəki hadisələrdən çıxarılan nəticələrin işığında yeni Əsas Qanun (Das Grundgesetz) adlandırdıqları yeni konstitusiyanı hazırladılar. Bu konstitusiya daha sonra şərqi və qərbi Almaniyanın 1990-cı ildə birləşməsindən sonra vahid Almaniyanın da konstitusiyası oldu. Keçmişdə baş verən bu əsas

Page 69: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

69hadisələr isə Veymar Respublikasının uğradığı müvəffəqiyyətsizlik və natsional-sosializmin gətirdiyi fəlakətlər idi. AFR-i II dünya müharibəsinin övladı adlandırsaq yanılmarıq. Demokratiya 1949-cu ildə iki yerə bölünmüş Almaniyanın qərbində bərqərar edilməyə çalışıldı. Lakin Əsas Qanunda hazırlandığı ilk gündən etibarən “öz taleyini azad şəkildə təyin edərək” birləşmə öz əksini tapmışdı. II alman demokratiyası uğur qazana bildi. Bunun bir sıra səbəbləri var idi.

Əsas Qanun (Das Grundgesetz)

Əsas Qanun qanunvericiliyi konstitusyon rejimə, dövlət idarəçiliyini isə hüquqa və qanunlara əsaslandırmışdır. Əsas Qanunun 1-ci maddəsinin bu mətn içində xüsusi yeri var. Bu maddə insan şərəf və ləyaqətinə xüsusi əhəmiyyət verir. İnsan şərəf və ləyaqətinə hörmətlə yanaşmanı konstitusyon konstitusyon rejimin ən ali dəyəri olaraq elan edir. Qanun çərçivəsində sərbəst toplaşmaq, insanların qanun qarşısında bərabərliyi, mətbuat-media azadlığı, təşkilatlanma azadlığı və ailənin qorunması tezisi kimi digər təməl insan huquqları da Əsas Qanunda öz əksini tapmışdır.

Əsas qanuna görə Almaniyada iqtidar təmsili demokratiya ilə müəyyənləşdirilir. Almaniya hüquq dövlətidir. Dövlət vəzifələrinin bütün icra fəaliyyətləri məhkəmə nəzarətindədir. Əsas Qanun Federal Dövləti (Bundesstaat) konstitusyon prinsip kimi qeyd edir. Yəni iqtidar gücü bir-biri ilə əlaqəli bir sıra vilayətlər və mərkəzi dövlət arasında bölünmüşdür. Əsas Qanuna görə Almaniya sosial dövlət (Sozialstaat) prinsipini də mənimsəmişdir. Yəni insanların işsizlik, əlillik, xəstəlik və yaşlılıq kimi vəziyyətlərində onlara, insan ləyaqətinə yaraşan formada, maddi cəhətdən təmin etmək.

Siyasi Partiyalar

Əsas Qanuna (ƏQ) görə siyasi partiyaların əsas vəzifəsi xalqın siyasi iradəsinin formalaşması və öz əksini tapmasının təşkil olunmasında rol oynamaqdır. Siyasi postlar üçün namizədlərin müəyyənləşdirilməsi və seçkiqabağı kampaniyaların təşkil olunması siyasi partiyalar üçün konstitusiyanın tələbidir. Seçkiqabağı kampaniyaların təşkili üçün siyasi partiyalara maddi yardım nəzərdə tutulur. Bugün bir sıra demokratik rejimlərdə görülən bu icraat ilk dəfə AFR tərəfindən tətbiq olunmuşdur. Demokratiya anlayışı şübhəli olan siyasi partiyalar federal hökumətin tələbi ilə ləğv və qadağan oluna bilər. Belə bir qərarı isə sadəcə Federal Konstitusiya Məhkəməsi verə bilər. Almaniyanın partiyalar sistemi qəliz deyildir. Federal Parlamentə 1949-1983-cü illərdə eyni partiyalar təmsil olunmuşdular. Hal-hazırda Almaniyada 6 siyasi partiya fəaliyyət göstərir: 1. Almaniya Sosial Demokrat Partiyası (SPD), 2. Xristian Demokratik İttifaq (CDU), 3. Xristian Sosial İttifaq (CSU), 4. Azad Demokrat Partiya (FDP), Yaşıllar (Die Grünen), Sol Partiya (Die Linke)12.

Seçki Sistemi

Alman seçki sistemi hər hansı bir partiyanın tək başına iqtidara gəlməsini çətinləşdirir. 65 illik keçmişdə bu sadəcə bir dəfə baş vermişdir. Partiyalar arasında ittifaqlar qurlur. Seçicilər səs verməyi düşündükləri partiyanın hansı partiya ilə koalisiyaya gedə biləcəyini əvvəlcədən

12 Partiyalar üzv sayılarının çoxluğuna görə sıralanıb.

Page 70: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

70bilməlidirlər. Buna görə də partiyalar seçkilərdən əvvəl hansı partiya ilə ittifaq qurduqlarını açıqlamalıdırlar.

Federal Məclis (Der Bundestag)

Federal Məclis (FM) Almaniyanın parlamentidir və alman xalqının seçilmiş təmsilçiliyidir. Cəmi 598 millətvəkili yerinin yarısı partiyaların federal əyalətlərdə irəli sütdükləri namizədlər arasından seçilənlərə, digər yarısı isə 299 seçki dairəsindən seçilən şəxslərə verilir. FM-də millətvəkili yerlərinin həddən artıq ayrılmasının qarşısın almaq və blokların yarana bilməsi üçün 5% maneəsi adlandırılan baraj tətbiq edilir. Yəni FM-də təmsil olunmaq üçün hər bir partiya səslərin ən az 5%-ni toplaya bilməlidir.

Millətvəkilləri (fachausschüsse) birləşərək məclis qruplarını formalaşdırırlar və öz aralarından bir məclis sədri seçirlər. FM-in vəzifəsi Federal Kansleri (başnazir) seçmək və apardığı siyasi kursu dəstəkləyərək vəzifədə qalmasını təmin etməkdir. FM etimadnamə verməyərək kansleri vəzifədən uzaqlaşdıra bilər. Almaniyada kansler seçilir. İngiltərə və ya digər parlamentar demokratiyalarda isə dövlət başçısı tərəfindən təyin edilir. Digər parlamentar demokratiyalarda əksər hallarda başnazir millətvəkili yerlərinin çoxunu qazanmış partiyanın lideri olur. Millətvəkillərinin FM-dəki digər vəzifəsi qanunvericilik fəaliyyətidir.

18 sentyabr 2005-ci ildə FM-ə keçirilən seçkinin nəticəsi

1949-cu ildən bəri FM-də 8400 qanun layihəsi müzakirə edilmiş, 6000-dən çox layihə təsdiq edilərək qanunlaşdırılmışdır. Bunların əksəriyyəti qanunlara edilən düzəliş və əlavələrdir. Layihələrin böyük əksəriyyəti federal hökumət tərəfindən təqdim olunur. Parlamentin özünün və ya Federal Şuranın da qanun təklifi ilə çıxış edmək hüququ var. Alman parlamenti ilə ingilis parlamentini müqayisə etsək deyə bilərik ki, İngiltərədən fərqli olaraq Almaniyada parlament hökumət siyasəti kursu və qanun layihələri ətrafında mübahisələrin yaşandığı bir yer deyil. Alman parlamenti əsasən stabil işləyən bir qurumdur. FM daha çox ABŞ Konqresiylə müqayisə etmək yerinə düşərdi. FM-in başqa bir vəzifəsi isə hökumətin fəaliyyətini təftiş və nəzarət etməkdir.

Page 71: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

71Federal Prezident (Der Bundespräsident)

Feoedam Prezident (FP) dövlətin başçısı olaraq AFR-nı xarici aləmdə təmsil edir, hökuməti üzvlərini, hakimləri və yüksək çinli bürokratları vəzifəyə təyin edir. Qanunlar FP-in imza ilə qüqvvəyə minir. Hökuməti yəni nazirlər kabinetini vəzifədən azad etmək və parlamenti buraxmaq hüququna da sahibdir. ƏQ-a görə FP parlamentin qəbul etdiyi qanunlara veto qoyma hüququna sahib deyil. Bir şəxs FP vəzifəsinə beş il müddətinə 2 dəfə seçilmək hüququna sahibdir. FP-i Federal Assambleya (Federal Baş Məclis) tərəfindən seçilir. Federal Assambleya üzvlərinin bir qismi FM üzlərindən, bir qismi isə 16 federal əyalətin parlamentlər tərəfindən seçilən nümayəndələrdən ibarət olur. FA üzvlərinin sayı FM üzvlərinin sayı ilə eyni olur.

Federal Kansler və Federal Hökumət (Der Bundeskanzler/Die Regierung)

Federal Kansler (FK) federal hökumətin seçilən yeganə üzvüdür. Əsas Qanun FK nazirləri təyin etmə, onların sayını və səlahiyyət sahələrini təyin etmə hüququ verimşdir. Hökumətin siyasi kursu da FK tərəfindən müəyyən edilir. FK prezident üsuli-idarəsinə sahib ölkələrdə prezidentin sahib olduğu səlahiyyətlərə sahibdir. 1949-cu ildə ƏQ-da FK-in hüquq və səlahiyyətləri müəyyən edilərkən əsasən İngilis başnazirlik institutu nümunə götürülmüşdü. FK-lə İngiltərə başnaziri eyni hüquq və səlahiyyətlərə sahib olsa da İngiltərə başnaziri daha çox iqtidar sahibidir. Çünki ingilis seçki sistemi elə qurulub ki, İngiltərədə həmişə sadəcə bir partiya iqtidara gələ bilir, yəni ingilis təmsəli demokratiyası ən gülü partiyanı dəstəkləyir. FM-də isə heç bir partiya mütləq çoxluğu əldə edə bilmir. Başqa sözlə FK seçkilər vaxtı mütləq başqa bir partiya ilə koalisiyaya getmək məcburiyyətindədir. Bu isə əlbəttə ki, iqtidarın verdiyi gücün paylaşılması, bölünməsi deməkdir.

Federal Dövlət (Der Bundesstaat)

Bütöv bir təşəkkülə sahib olan Almaniya federal Dövləti mərkəzi dövlət aparatı və 16 əyalətdən ibarətdir. Əsas Qanun təfərrüatlı bir səlahiyyət bölgüsü ilə hansı işlərin federal hökumətə, hansıların da əyalət hökumətlərinə aid olduğunu müəyyənləşdirmişir. İctimai idarəetmə əsasən federal qanunlarla icra edilir. Əyalət hökumətləri əsasən federal hökumətin siyasi kursunun həyata keçirilməsinə yardım edən qurumlar kimi fəaliyyət göstərirlər. Yəni alman federal əyalətləri digər federativ dövlətlərdəki qədər geniş səlahiyyətlərə sahib deyillər. Buna görə də AFR-na unitar federativ dövlət də deyirlər. Federal əyalətlər əsasən üç mövzuda tam səlahiyyət sahibidirlər 1. Ali məktəblər də daxil olmaqla təhsil müəssisələri, asayiş (polis xidməti) və yerli özünüidarəetmələr.

Federal Şura (Der Bundesrat)

Federal Şura (FŞ) əyalətlərin təmsil edildiyi məclisdir. FM-lə yanaşı bir növ parlamentin ikinci palatasıdır. Hər bir federal qanun FŞ-da da müzakirə edilməlidir. FŞ digər federasiyalardakı adətən senat adlanan palata ilə eyni funksiyanı yerinə yetirir. FŞ-ya sadəcə əyalət hökumətlərinin təsliçiləri üzv ola bilərlər. FŞ-da fedrativ əyalətlərin səs nisbəti əhalisinin sayına görə müəyyən edilir. Əhalisi ən az olan əyalət Bremen (Land Bremen-660 min), ən çox olan isə şimali Vestfalendir (Land Nordrhein-Westfalen-18 milyon).

Page 72: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

72FM-də qəbul edilmiş istənilən qanunun qüvvəyə minməsi üçün FŞ-nın təsdiqinə ehtiyac

var. Deməli FŞ ən az FM qədər qanunvericilik səlahiyyətinə sahibdir.

Federal Konstitusiya Məhkəməsi (Das Bundesverfassungsgericht)

ƏQ Federal Konstitusiya Məhkəməsinə (FKM) demokratik yollarla qəbul edilmiş istənilən qanunun ƏQ-na zidd olduğunu qənaətinə sahib olduğu təqdirdə həmin qanunun icrasını dayandıra bilmə səlahiyyəti vermişdir. Lakin FKM sadəcə iddia qaldırıldığı təqdirdə işə baxa bilər. Federal prezident, FM, FŞ, federal hökumət kimi federal orqan və qurumların, eləcə də millətvəkillərinin və ya FM dəki ayrı-ayrı qruplar belə bir iddia qaldırma hüququna sahibdir. Bundan başqa ƏQ istənilən vətəndaşa, dövlət orqanlardan hər hansı birinin icra fəaliyyəti ilə təməl insan hüquqlarının pozulduğunu düşündüyü təqdirdə, “konstitusiyaya zidlik iddiası” ilə FKM-nə şikayət etmə haqqı vermişdir. Hər il minlərlə vətəndaş Almaniyada FKM-nə bu kimi iddialarla müraciət edir. Lakin məhkəmənin edilən şikayətlər arasından sadəcə təməl insan hüquqlarının pozulması faktlarını göstərən şikayətləri seçmə haqqı var.

İQTİSADİYYAT

Dünyanın ən güclü iqtisadiyyatlarından biri olan alman iqtisadiyyatı ABŞ və Yaponiyadan sonra böyüklüyünə görə dünyada 3-cü yeri tutur. 82,5 mln əhalisiylə Almaniya həm də böyük bir (Aİ-nın ən böyük) istehlak bazarıdır. 2004-cü ildə Almaniyada ÜDM 2,2 trilyon €, adambaşına milli gəlir isə 26 856 € olmuşdur. 734 milyard € ixracat həcmi ilə Almaniya bu sahədə “dünya çempionu” olmuşdur. İxrac mallarının 84% sənaye istehsalıdır.

Almaniya öz rifah səviyyəsi və həyat standartları ilə də yüksək inkişaf əldə etmişdir. Bir fəhlənin orta əmək haqqı 2500 € olan Almaniyada müqaviləli-maaşlı işçilərin orta əmək haqqı 3400 €-dur. Almaniya qiymətlərin sabitliyi ilə də məşhurdur, 2004-cü il istehlakçı infilyasiyası cəmi 1,7 % olmuşdur.

Almaniya iqtisadiyyatının ən ciddi problemlərindən biri işsizlikdir. 2005-ci ildə Almaniyanın şərq əyalətlərində işsizlik 17%, qərb əyalətlərində isə 9,4% olmuşdur. Almaniya

Page 73: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

73özünün yüksək göstəriciləri ilə xarici investisiyaları da özünə cəlb edir. 2003-cü ildə Almaniyaya 367 milyard $ xarici investisiya daxil olmuşdur.

Bütün qərb ölkələrində olduğu kimi Almaniya sənayesi də uzun illərdən bəri struktur dəyişkiliyi aparmaqdadır. Son illərdə liderlik sənaye sektorundan xidmət sektoruna keçməkdədir. Buna baxmayaraq sənaye sektoru hələ də Almaniya iqtisadiyyatının aparıcı sektorudur. Almaniyada sənaye sektoru İngiltərə və ABŞ-dan daha geniş bir təməl üzərində ucalır. Almaniya əhalisinin 8 milyonu bu sektorda işləyir. Almaniyada sənayenin ən mühüm sektorları sıra ilə belədir: 1. avtomobil sənayesi (227 milyard € gəlir, 770 min işçi), 2. maşınqayırma sənayesi (124 milyard €, 868 min işçi), 3. kimya sənayesi (113 milyard €, 429 min işçi). Ənənəvi sənaye sahələrindən olan metallurgiya və tekstil sənayesinin həcmi azalmağa doğru gedir. Bu isə bu sahələrdə dünyadakı rəqabət şəraitinin kəskinləşməsi ilə əlaqədardır. Yəni inkişaf etməkdə olan ölkələrdə daha ucuz işçi qüvvəsi kimi amillərlə bu sənaye sahəsi daha cazib hala gəlmiş və rəqabət gücü qazanmışdır. Alman iqtisadiyyatı məsələn Siemens kimi beynəlxalq səviyyədə böyük qurumlara sahib olsa da milli iqtisadiyyat daha çox sayıları on minlərlə olan kiçik və orta biznes qurumlarla (işçilərinin sayı 500-dən az olan şirkətlər) rəqabət gücünü artırır.

Xarici Ticarət

Almaniya iqtisadiyyatlı ixracata əsaslanan kursu ilə sərbəst bazarlara çox böyük əhəmiyyət verir. Almaniyanın ən mühüm ticarət portnyorları Fransa, ABŞ və İngiltərədir. 2004-cü ildə Fransaya 75 milyard €, ABŞ-na 65 milyard € və İngiltərəyə 61 milyard €-luq əmtəə və xidmət ixrac edilmişdir. Aİ-nın genişlənməsi bir mənada Almaniyanın ixracat həcminə də müsbət təsir göstərmişdir. Xüsusən də Almaniya sənayeçiləri istehsal sahələrini ucuz işçi qüvvəsinin cazibliyindən ötrü şərqi Avropa ölkələrinə köçürməyə başlamışdılar. Məsələn alman firmalarında 1990-cı ildə keçmiş Varşava paktı ölkələrindən olan fəhlələrin sayı sıfır ikən 2002-ci ildə bu say 830 min nəfərə çatmışdır. Bunun paralelində alman ixracatının 10% də bu ölkələrə edilir. Dünyanın yüksəlməkdə olan iki iqtisadi gücü, Çin və Hindistanın da alman iqtisadiyyatındakı rolu günbəgün artmaqdadır. 2004-cü ildə Almaniya Çinə 21 milyard €-luq əmtəə və xidmət ixrac etmiş və bu ölkədən 32 milyard € idxalat etmişdir. Eyni ildə Hindistana 3,2 milyard € ixrac, bu ölkədən isə 3 milyard €-luq idxal etmişdir.

Xarici Siyasət

II dünya müharibəsindən sonra inkişaf edən və möhkəm təməllər üzərində bina edilən alman xarici siyasətinin istiqaməti ölkənin dünyadakı yeni nizama uyğunlaşmasını təmin etmişdir. Xarici siyasətdə geniş konsensus axtarılması və müəyyən mövzularda ardıcıllıq prinsipinin mənimsənməsi alman siyasi mədəniyyətində mühüm yeri tutmuşdur. Almaniyanın ilk federal kansleri Konrad Adenauer dövründən bəri transatlantik müttəfiqlik, Avropadaxili inteqrasiya, xoş qonşuluq əlaqələri və Almaniya üçün çox çətin məsələlərdən biri olan İsraillə barışıma prosesi alman xarici siyasətinin təməl daşlarıdır deyə bilərik. Əgər nəzərə alsaq ki, Almaniya 2 dünya müharibəsinin əsas aktyorlarından biri olmuşdur və hər iki müharibə də Almaniya üçün fəlakətlə bitmişdir, buna əlavə olaraq soyuq müharibə dövründə dünya siyasətinin gərgin atmosferdə davam etdiyi bir dövrdən keçərək müasir dövrə gəlmişdir AFR-nin necə çətin bir yol keçdiyini dərk etmək olar. 60-cı illərdən bəri, xüsusiylə də Villi Brandtın prezidentliyi dövründə (1969-1974)

Page 74: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

74Almaniyanın qərbyönlü siyasi kursu möhkəmcə mənimsəməsi, bununla yanaşı Polşa və digər Varşava paktı ölkələriylə əlaqələrini də yaxşı səvəyyədə tuta bilməsi, müasir dövrdə isə Rusiya ilə stratejik müttəfiqlik əlaqəsinin qorunub saxlana bilməsi alman diplomatiyasının uğurlarından xəbər verir.

Təhsil

Almaniyada 372 ali təhsil müəssisəsi mövcuddur ki, bunlarında 102-si universitetdir. Almaniyada təqribən 2 milyon ali təhsil alan tələbə vardır. Bunların 48% qız tələbələrdir. Almaniyada ali təhsil hələ də böyük ölçüdə pulsuzdur. 2007-ci ildən etibarən bəzi federal əyalətlərdəki universitetlərdə hər semestr 500 € ödəniş tələb olunur. Almaniyanın ali təhsil müəssisələrində 246 min əcnəbi tələbə təhsil alır. Xaricdən tələbə qəbuluna görə alman universitetləri ABŞ və İngiltərədən sonra 3-cü yeri tutur. Bu ölkədə tələbələrin 97% dövlət təhsil müəssisələrində təhsil alırlar.

Page 75: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

75

Mövzu 7. İngiltərə

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat.

Ölkənin rəsmi adı

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (BK)

United Kingdom of Great Britain and Northern Ireland (UK)

Əhalisi 59,2 milyon (2002-ci il)

Ərazisi 244 100 km2

Dili İngili, velş, qaller

Böyük şəhərləri London (paytaxt), Burmingham, Leeds, Glasgow, Sheffield

Təbii sərvətləri Kömür, neft, təbii qaz

2000 2001 2002 2003 2004

ÜDM (milyard $) 1,438.2 1,431.4 1,564.9 1,798.0 2,109.5

İqtisadi böyümə (%)

3.9 2.3 1.8 2.2 3.2

İnfilyasiya (%) 0.8 1.2 1.3 1.4 1.2

İxracat (milyard $) 284.4 273.7 279.9 307.0 340.1

İdxalat (milyard $) 334.2 332.1 350.1 384.3 443.4

Avropa qitəsinin şimali-qərbində yerləşən Britaniya adalarının ümumi ərazisi 242,5 min km2 sahəyə malikdir. Bu adaların ən böyüyü Böyük Britaniya (BB) adası, ərazisinə görə ikincisi isə Böyük Britaniyanın qərbində olan, üzərində İrlandiya respublikası və şimali İrlandiyanın mövcud olduğu İrlandiya adasıdır.

BB adasının şimal hissəsində Şotlandiya yerləşir. Şotlandiyanın qərbində Hebrides ada qrupu, şimali-şərqində isə Orkney və Shetland adaları yerləşir. Bu adaların hamısı İngiltərəyə aiddir. İngiltərə ilə Fransa arasında yerləşən Channel adaları ilə İrland dənizindəki Man adası BK-a aiddir.

Page 76: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

76

244,1 min km ərazisi olan BK-da İngiltərə 130,4 min km2, Şotlandiya 78,8 min km2, Qaller 20,8 min km2, şimali İrlandiya isə 14,1 min km2 əraziyə sahibdir. 7,4 milyon əhalisi ilə London ən böyük şəhərdir. Brimingham 990 min, Leeds 717 min, Glasgow 577 min və Sheffield 512 min əhalisi var. Ölkə ərazisinin 71%-ni əkinə yararlı və otlaq ərazilər təşikli edir, 10 % meşəlik, 19 % üzərində isə şəhərlər yerləşir.

2001-ci il siyahıyaalma nəticələrinə görə ölkə əhalisinin sayı 58,8 nəfər olmuşdur. Təbii artımın az olması ölkə əhalisinin sürətlə yaşlanmasına səbəb olur. 2001 nəticələrinə görə əhalinin 60 və yuxarı yaş qrupuna daxil olanların (21%) sayı 16 və aşağı yaş qrupuna daxil olanlardan (20%) daha çox olmuşdur. Digər qərbi Avropa ölkələrində olduğu kimi İngiltərədə də gələcək on ildə təqaüdçü əhalinin işləyən əhaliyə yük olması gözlənilir. Son illərdə immiqrasiyanın səviyyəsi də artmışdır. İngiltərəyə daimi yaşamaq üçün köçüb gələnlərin əksəriyyəti Aİ xaricindəki ölkələrin vətəndaşlarıdır. İngiltərədə media və yerli əhalinin immiqrasiyanın artmasına münasibəti pisdir. BK əhalisinin 90% şəhərlərdə yaşayır.

Mülayim dəniz iqliminə sahib BK-da, şimali Şotlandiyanın dağlıq ərazisi, Qaller və İngiltərənin şimalınakı bəzi rayonlar istisna olmaqla, bütün torpaqları kənd təsərrüfatı üçün əlverişlidir. BK özünün neft, təbii qaz və kömür yataqları ilə Aİ-nın enerji mənbələri sarıdan ən zəngin ölkəsidir. Buna baxmayaraq 1980-ci illərdə öz mənbələri ilə öz enerji tələbatını təmin edə bilən BK hal-hazırda enerji idxal edən ölkələrdən birinə çevrilmişdir.

Page 77: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

77

1999 2000 2001 2002 2003

Təbii qaz hasilatı (milyon m3)

1 152,2 1 260.2 1 230.5 1 204.7 1 075.5

Xam neft hasilatı (milyon ton)

128,3 117,9 108,4 107,4 97,8

Kömür hasilat (1 000 ton) 37 077 31 197 31 929 29 991 28 234

Elektrik (trilyon gigawatt saat)

338,12 345,73 352,99 350,64 353,32

İstehsal edilən elektrik enerjisinin 3/2 hissəsi kömür və təbii qazdan əldə edilir. İngiltərədə alternative enerji mənbələrinin araşdırılması sahəsində hökümət səvəyyəsində iş aparılır və 2010-cu ildə ererjinin 10% alternative mənbələrdən təmin edilməsi planlaşdırılır.

SİYASİ SİSTEM

BK dörd dövlətin birləşməsindən meydana gəlmişdir: İngiltərə, Şotlandiya, Qaller və şimali İrlandiya. Krallığa bağlı olan irili xırdalı bir çox adalır var. Wight adası, Lundy, Scilly adaları, Anglesey adası, Hebrid adaları, Orkney adaları və Shetland adaları bunladan bəziləridr. Adam adası və Lamanş adaları (Wersey, Guernsey, Alderney və Sark) coğrafi baxımdan krallığa bağlı olsa da rəsmi olaraq xüsusi statusa malikdirlər. Rəsmi olaraq BK bir hissəsi deyillər, ancaq ondan aslıdırlar (Dependencies of the Crojn). Bu adalar Aİ-na da daxil deyillər. BK imperiya dövründə çox geniş coğrafiyanı əhatə etməsi səbəbiylə „günəş batmayan imperiya“ adlanırdı.

Kral ailəsi

Monrax: Kraliça II Yelizaveta13 (Elizabeth II). Şəhzadə Filiplə evlidir. BK-ın mornarxı rəsmi olaraq eyni zamanda ingilis millətlər cəmiyyətinə bağlı olan (Kanada və Avstraliya da daxil olmaqla) bəzi ölkələrin də dövlət başçısı sayılır. Yelizaveta və Filipin oğlu vəliəhd şəhzadə Çarlz taxtın varisidir. Ondan sonra isə Vilyam ilə Diananın oğulları olan Viliyam və Harri taxtın varisidirlər. Kral ailəsinin digər üzvləri Filiplə Yelizavetanın digər övladları şəhzadə Ənn, şəhzadə Endryu, şəhzadə Edvarddır. BK-da hökmdarlıq, cinsiyyət fərqi olmadan, sadəcə qan qohumluğuna əsaslanaraq valideyndən övladına keçir. Evlilik yolu ilə kral və ya kraliça olmaq mümkün deyil. Məsələn hazırki kraliçanın həyat yoldaşı Filip kral deyil şəhzadə titulu daşıyır.

13 Đngiltərə kraliçası II Yelizaveta (Elizabeth Alexandra Mary) Sadəcə Đngiltərənin deyil eyni zamanda Kanada, Avstraliya, Yeni Zellandiya, Yamayka, Barbados, Bahama adaları, Papua Yeni Qvineya, Solomon adaları, Tuvali, St. Lusiya, St. Vincet və Qrenadin, Antiqua və Barbuda, Beliza və St. Kitts və Nevisin də kraliçası hesab olunur. Yəni 16 (Commonwealth-Đngilis Millətlər Cəmiyyəti) ölkənin kraliçasıdır. Bir vaxtlar CAR, Pakistan və Şri-Lankanın da kraliçası idi.

Page 78: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

78Qanunverici Hakimiyyət

Dünyanın ən qədim parlamentlərindən biri olan ingilis parlamenti iki palatadan ibarətdir: üzvləri beş il müddətinə seçilən İcmalar palatası (House of Commons) və Lordlar palatası (House of Lords). Lordlar palatasının üzvləri hökumət və monarx tərəfindən ömür boyu fəaliyyət göstərmək üzrə təyin olunurlar. Keçmişdə isə bu palatanın üzvləri əsilzadələr olurdular və üzvlük isri ötürülürdü. Məşrutiyyət (parlametli monarxiya) üsuli-idarəsinə sahib olan BK-da hökumətin başçısı başnazir, dövlətin başçısı isə kral(içə)dır. Monarxın dövlət başçılığı daha çox simvolik xarakter daşıyır. Qanunvericilik hüququ tamamilə parlamentə aiddir.

İngiltərə parlamentar rejimin meydana gəldiyi və hələ də davam etdiyi ölkədir. İngilis parlamentarizminə „Westminster modeli“ də deyilir. İngiltərədə tətbiq edilən bu modeldə qanunvericilik hüququ xalqın təmsilçisilərinin meydana gətirdiyi qanunverici orqana aiddir. Bu hüquq, bu güvvə digər heç bir qurumla bölüşülmür. Sərbəst və azad seçkilər nəticəsində xalqı təmsil etmə hüququna sahib olmuş millətvəkilləri xalqın adından siyasi qərar alama hüququna sahib yeganə heyətdirlər. Bu heyət, yəni millətvəkilləri sadəcə xalq qarşısında cavabdehdirlər. Seçkidən seçkiyə meydana gələn bu cavabdehlik seçicilərin səsverib verməməsiylə təzahür edir. Yəni xalq siyasi sistemə birbaşa təsir mexanizminə sahib deyil.

İngiltərədəki parlamentar rejimin (Westminster sistemi) dəqqətə dəyər cəhətləri bunlardır:

- Qanunverici orqan iki məclisdən ibarətdir. Alt məclis (İcmalar palatası) siyasi hegemoniyanın əsas sahibidir.

- Partiya hökuməti sistemi mövcuddur. İcraedici hakimiyyətə sahib olan başnazir, nazirlər kabineti qanunverici hakimiyyətlə sıx şəkildə bir-birlərinə bağlıdırlar.

- Bu rejim iki partiyalı sistemə əsaslanaraq işləyir.

- Mərkəzi və unitar idarəetmə sistemi hakimdir.

- Bu sistemdə yazılı bir konstitusiya mətni yoxdur.

1949-cu ildən Lordlar Palatasının səlahiyyətləri parlament tərəfindən qeyri-maliyyə qanun layihələrinin qəbulunun növbəti sessiyaya keçirilməsi hüququ ilə məhdudlaşdırılıb. Buna görə də parlamentin işindən danışarkən adətən İcmalar Palatasının işi nəzərdə tutulur. İcmalar Palatasında 650 yer var Ancaq iclas zalında cəmi 437 oturacaq var və ənənələrə hörmət edərək əlavə oturacaq qoyulmur. Bundan başqa, parlament palatalarındakı yerlər nadir hallarda dolu olur - iclasa gəlmə azaddır. Yetərsay İcmalar Palatasında 40 nəfər, Lordlar Palatasında 3 nəfərdir. Bununla belə, ciddi partiyadaxili intizam səsvermənin başlanğıcında deputatların iştirakını təmin edir. İl boyunca parlament orta hesabla 175 iclas keçirir. Səsvermə qədim vaxtlarda olduğu kimi baş verir: deputatlar zaldan haçalaşan dəhlizə çıxırlar; kim lehinə səs verirsə sola dönür, kim əleyhinədirsə sağa gedir.

Parlament qanunlar qəbul edir, onları həyata keçirən hökuməti formalaşdırır və ona nəzarət edir, eləcə də ali məhkəmə hakimiyyəti sayılır. Parlament hökuməti istefaya çıxmağa məcbur edə, hökumətin irəli sürdüyü qanun layihəsinə səs verməyə, hökumət proqramlarını

Page 79: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

79maliyyələşdirməkdən imtina edə bilər. Göründüyü kimi, hökumət bütünlüklə parlamentin hakimiyyəti altındadır. Ancaq deputatlar baş nazirin icra hakimiyyətinin üzərində öz nəzarətini qiymətləndirərkən çox gerçəkcildirlər.

Qanun layihəsi parlamentə baxılmaq üçün təqdim olunmazdan öncə onun müəllifləri onu fəaliyyəti ictimai həyatın həmin sahəsi ilə bağlı olan ictimai təşkilatlarla müzakirə etməlidir. Məsələn, ətraf mühitin qorunması üzrə qanun layihəsinin müzakirəsində ekoloəi hərəkatın nümayəndələri ilə məsləhətləşmələr aparılır və s. Elə bu mərhələdəcə qanun layihəsi ictimai təzyiq altıvda köklü dəyişikliklərə uğraya bilər. Növbəti mərhələdə 24 yüksək ixtisaslı hüquqşünas qanun layihəsini dəqiq şəkildə formalaşddırır, qanunda heç bir boşluq, sərbəst yozum üçün yer qoymurlar. Sonra qanun layihəsi parlamentə verilir, burada onun müzakirəsi tanışlıq məqsədli birinci oxunuşdan başlayır. İkinci oxunuş mahiyyətə dair müzakirənin başlanğıcıdır. Palata bütövlükdə əleyhinə olmazsa, qanun layihəsi incəliklə təhlil üçün daimi komissiyalara verilir və burada razılaşdırılmış düzəlişlər və dəyişikliklər aparılır. Bundan sonra mətn üzərində işin kedişi haqtında məruzə edilir və yeni düzəlişlər aparılır. Nəhayət, üçünçü oxunuş birbaşa səsvermədən qabaq olur, bu zaman qanun layihəsi bütünlükdə qəbul edilir. İngiltərədə qanun savadlı siyasətşünasın düşüncəsində doğulmayır. Yeni bir qanunun yaradılması cəmiyyətin qarşısına yaranmış yeni bir problemin nizama salınmasına tələbatı kimi meydana çıxır. Hər hansı problemin sosial müstəvidə öz yerini alması ilə mətbuatda bu problemin qanunvericiliklə həllinin gərəkliyi haqqında səslər ucalmağa başlayır. Problem ətrafında formalaşdırılan ictimai rəy millətvəkillərini qanunvericilik təşəbbüsü ilə çıxış etməyə, bu problemə dair konkret qanun layihəsi ilə çıxış etməyə vadar edir. Bu qanun layihəsinin kütləvi məlumat vasitələrində müzakirəsinə cəmiyyətin bütün maraqlı təbəqələri və həmin sahə üzrə ekspertlər qoşulur və ya rədd edilir.

Daha sonra qanun layihəsi Lordlar Palatasına ötürülür; onun öz dəyişikliklərini etmək və hətta qanunun qəbulunu bir il təxirə salmaq hüququ var. Aydındır ki, bu qədər mötəbər İcmalar Palatasının özü idarəetməni həyata keçirə bilməz, ona görə də özünün qanunvericilik funksiyalarının bir bölümünü icraedici hakimiyyətə verir. Adətən, bu hansısa qanunun qəbul edilməsindən sonrakı idarəetmə mexanizminin dəqiqləşdirilməsi məsələləri olur. Ancaq bu zaman nazirliklərin qəbul etdiyi çoxlu sənədləri parlament təsdiq etməlidir. Bütün il boyunca parlament 100-ə yaxın qanun qəbul edir. Onların qüvvəyə minməsi bəzən qəsdən lənkidilir, çünki hökumət əhaliyə qanunları dərk etmək üçün vaxt verilməsini gərəkli sayır. Axı onlar Britaniyada hakimiyyətin adamları idarə etməsini asanlaşdırmaq üçün deyil, insanların daha rahat yaşamasından ötrü qəbul edilir.

İnzibati İdarəetmə

Böyük Britaniya və İrlandiya tarixi bir ənənə olaraq qraflıqlara (county/counties) bölünmüşdür. Bu inzibati ərazi bölgüsü ənənəvi mərasimlərdə daha çox görülür. Hər bir qraflığa BK-ın monarxı tərəfindən təmsilçi lord (Lord-Lieutenant) təyin olunur və bu şəxslər rəsmi mərasimlərdə monarxın təmsilçisi olaraq dövlət protokoluna rəhbərlik edir. Bu tarixi ənənəyə müasir dövrün tələblərinə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir ki, bu da əslində məsələni daha qarışıq hala salmışdır. BK İngiltərə, Şotlandiya, Qaller və şimali İrlandiyanın birləşməsindən meydana gəlmişdir. Bu ölkələrin hər birində yerli idarəetmə bir-birindən fərqlidir. İngiltərə

Page 80: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

80vilayəti doqquz inzibati ərazi vahidinə bölünür (Government Office Regions). London və ətraf ərazilərin (Greater London-GL) idarəsi üçün verilmiş xüsusi qanuna görə xalq tərəfindən seçilmiş bələdiyyə rəisi və şəhər məcləsi fəaliyyət göstərir. GL 19 rayona (London boroughs) bölünür. Bunlardan biri tarixi London şəhəridir (City of London).

İngiltərə vilayətində iki cür inzibati idarə vahidi mövcuddur: tək idarə vahidi (unitary) və cüt idarə vahidi (binary). Tək idarə vahdli digər Avropa ölkələrindəki bələdiyyə idarələrinə oxşayır və adları çox müxtəlifdir: şəhər (city), rayon (borough), krallıq rayonu (royal borough) və ya mahar (district). Tək idarə vahidini mer, bələdiyyə rəisi (mayor) idarə edir. Cüt idarə vahidində isə alt və üst idarələr fəaliyyət göstərir. Üstdə qraflıq məclisi, altda isə mahal idarələri fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, bu xeyli qarışıq bir sistemdir.

Qaller (Wales) vilayətini Qaller assambleyası (National Assembly of Jales) idarə edir. Bu məclis məhdud idarəetmə səlahiyyətlərinə sahibdir. Qallerdə 22 ayrı inzibati ərazi vahidi var. Bunlardan 9-u qraflıq (county), 10-u qraflığa bağlı mahal və 3-ü şəhərdir.

Şotlandiya vilayətinin idarəetmə mexanizminin zirvəsində Şotlandiya parlamenti (Scottish Parliament) və Şotlandiya icraiyyə hakimiyyəti (Scottish Executive) dayanır. Şotland idarətməsi qısaca Holyroyd adlanır və Edinburqda yerləşir. Şotlandiya 9 mahala bölünür (council areas).

Şimali İrlandiyanı şimali İrlandiya hökuməti, seçkilərlə müəyyən edilən və Stormont adlanan məclis idarə edir. Keçmiş dövrlərdə bir neçə dəfə Stormontun səlahiyyətləri BK mərkəzi hökuməti tərəfindən əlindən alınmışdı. Şimali İrlandiya icma (community) adlanan 26 inzibati ərazi vahidinə bölünür.

İQTİSADİYYAT

II dünya müharibəsindən sonrakı dövrdə İngiltərədə əmtəə istehsalı yüksək həddə çatmışdı. Lakin sonrakı dövrlərdə əmtəə istehsalı ixracata paralel olaraq azamışdı. 1980-ci illərdən etibarən isə ölkə iqtisadiyyatında daim böyük bir ticarət kəsiri öz mövcudiyyətini qoruyur. 1980 və 1990-cı illərən əvvələrində baş vermiş iqtisadi durğunluq da əmtəə istehsalı sektorundakı bu kiçilməyə öz təsirini göstərmişdi. Bu iki böhranla əmtəə istehsalı sektorunun həcmi və bu sektorda işlə təminatın həcmi ciddi şəkildə azalmışdı. Hətta böhran sona çatandan sonra belə bu sektorda müsbətə doğru inkişaf müşahidə olunmamışdı. İxracatçılar üçün mühüm sayılan bir digər problem də ingilis valyutasının həddən artıq dəyərli olmasıdır.

Tekstil və bənzəri ənənəvi sənaye sektorları İngiltərədə öz əvvəlki əhəmiyyətini itirərkən elektrik və optik cihazlar, sintetik məmulatlar və kimyəvi maddələr istehsalı kimi sektorlar ölkənin beynəlxalq bazarda rəqabət gücünü artırır.

Əcnəbi investisiyalar daha çox avtomobil istehsalı sahəsinə qoyulur və bu iştə yapon, amerikan və alman sərmayədarlar daha aktivdirlər. 2002-ci ildə ölkədə 1,8 milyon avtomobil istehsal edilmişdir. Bu 1984-cü ildəkinin iki qatından bir az artıq deməkdir. İngiltərə Almaniya, Fransa və İspaniyadan sonra Aİ-nın dördüncü ən böyük avtomobil istehsalçısı ölkəsidir.

Lakin İngiltərə vaxt keçdikcə xarici kapital üçün cazibə mərkəzi olmaqdan çıxmaqdadır. Belə ki, 2003-cü ildə Aİ ölkələrinə istiqamətlənmiş xarici kapitalın sadəcə 5% ingilis iqtisadiyyatına

Page 81: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

81qoyulmuşdur. Halbuki bu rəqəm 1998-ci ildə 29% idi. Bu həm də avronun döriyyəyə girdiyi ildir. İngiltər avro məkanına daxil olmayaraq öz milli valyutasını işlətməyə davam etmişdir.

Məhsuldarlıqdan və iqlim şəraitindən aslı olaraq İngiltərə özünün ehtiyacı olan kənd təsərrüfatı məhsullarının 3/2-ni istehsal edə bilir. Ölkənin sahib olduğu mülayim iqlim və müntəzəm yağıntı sayəsində istehsal sezonunun müddəti uzanır və kənd təsərrüfatı məhsullarındakı çeşid müxtəlifliyi artır.

Kənd təsərrüfatı sektoru, meşəçilik və balıqçılıqla birlikdə ölkə ÜDM-nun sadəcə 1%-ni təşkil edir. Bu sektorda ölkə əhalisinin cəmi 2% işləyir. Digər Aİ ölkələrində bu rəqəm ortalama 5%, digər inkişaf etmiş ölkələrdə isə daha artıqdır.

2002-ci ildə meşələr ölkə ərazisinin 10%-ni əhatə (2,8 ha) etməkdə idi. İngiltərə bu rəqəmdə də digər Aİ ölkələrindən geri qalır. Meşə təsərrüfatı məhsullarının 85% idxal olunur. Lakin İngiltərə bu sahədə istehsal həcmini hər il artırı. 2001-ci ildə bu rəqəm 10,7 milyon m3 olmuşdur. 2020-ci ilə qədər 15 milyon m3 çatdırılması düşünülür.

İnfrastruktur

İngiltərədə quru yolu nəqliyyatı yeni investisiyaların olmaması səbəbiylə digər inkişaf etməş ölkələrlə müqayisədə orta səviyyədədir. Hökumət bu sahəyə xüsusi diqqət ayırmışdır. 2000-2010-cu illəri əhatə edəcək və 180 milyard ₤ xərclənəcək proqramla bu problem əsaslı surətdə həll ediləcəkdir.

İngiltərədə ictimai nəqliyyatın səviyyəsi qənaətbəxş deyil. Buna görə də əhali şəxsi avtomobilə daha çox üstünlük verir. 1950-ci illərdən bəri şəxsi avtomobildən istifadənin səviyyəsi artmış, dəmiryollarından istifadə səviyyəsi isə olduğu kimi qalmışdır. Avtobus kimi nəqliyyat vasitələrinin istifadəsi isə azalmışdır.

İngiltərədə yeni investisiyaların olmaması səbəbiylə aşağı səviyyəyə enən digər bir nəqliyyat sahəsi də dəmiryollarıdır. Londonu şəhərətrafı yaşayış məskənlərinə bağlayan dəmiryollarında gedişhaqqının baha olması bu nəqliyyat vasitəsinə tələbi azaltmışdır. 1996-cı illərdə dəmiryollarının özəlləşdirilməsi də bu sahədəki problemləri aradan qaldırmamışdır. Lakin hökumətin dəmiryollarında yük daşımalarının həcmini artırmağa yönəlik fəaliyyəti öz nəticəsini vermişdir. 1990-cı illərin ortalarında 13 milyard ton olan bu rəqəm 2003-cü ildə 18,7 milyard tona çıxmışdır. Özəlləşdirmədən sonra bu sahədə 25 şirkət fəaliyyət göstərməyə başlamışdır.

Havayolları ölkənin nisbətən kiçik olması səbəbiylə daxili səfərlərdə çox istifadə edilmir. Buna baxmayaraq İngiltərədə bir neçə beynəlxalq hava nəqliyyatı mərkəzi mövcuddur. Ölkənin ən böyük hava limanı olan Londondakı Heathrow eyni zamanda beynəlxalq sərnişin nəqliyyatında dünyadakı ilk yerlərdən birini tutur. 1987-ci ildə özəlləşdirilən İngilis Havayolları (British Airjays) dünyanın ən böyük havayolu şirkətlərindən biridir.

Bir vaxtlar dünyanın ən böyük donanmasına sahib olan İngiltərə bu sahədə rəqabət gücünü itirərək inkişaf etməkdə olan ölkələr qarşısında geri çəkilməli olmuşdur. Dünya ticarət donanmasının sadəcə 2% İngiltərəyə məxsusdur.

Page 82: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

82Telekommunikasiya

İngiltərə Aİ ölkələri arasında telefon xidmətini özəlləşdirən ilk ölkələrdən biridir. Dövlət inhisarı olan British Telecom 1984 və 1991-ci ildə iki mərhələdə özəlləşdirildi. Ingiltərə Avropanın ən güclü mobil telefon sektoruna sahibdir. Dünyanın ən böyük mobil telefon şirkəti olan Vodafone ingilis şirkətidir.

2003-cü ildə İngiltərədə 30 milyondan artıq internet istifadəçisi olmuşdur. Bu isə əhali nisbətinə görə dünyada birinci yer deməkdir. 2003-cü ilin sonunda İngiltərədəki mənzillərin 49%-nə (12,1 milyon mənzil) internet daxil olmuşdur.

Maliyyə-Bank Sektoru

London Nyu York və Tokio ilə birlikdə dünyadakı üç böyük maliyyə mərkəzindən biridir. Xarici ölkələrə kreditlər, beynəlxalq istiqraz ixracı və ticarəti, valyuta və hissə sənədi ticarəti ilə ölkə dünyadakı bir çox maliyyə bazarına liderlik edir. Dünyada ən çox əcnəbi maliyyə qurumunun fəaliyyət göstərdiyi şəhər Londondur. 2003-cü ildə Londonda 450 xarici bank fəaliyyət göstərmişdir. LSE (London Stock Exchange/London Birjası) Nyu York və Tokiodan (NYSE & TSE) sonra üçüncü ən böyük daşınan əmlak birjasıdır. Dünyanın ən iri maliyyə qurumlarından olan Abbey, Alliance & Leicester, Barclays, Bradford & Bingley, HSBC Holdings, HBOS, Lloyds TSB, Northern Rock, RBS Group, Standard Chartered kimi bankların mərkəzi ofisləri İngiltərədə yerləşir.

Xarici Ticarət

Dünya Bankının dəyərləndirməsinə görə dünyanın dördüncü iqtisadiyyatına sahib olan İngiltərə dünya əmtəə və xidmət ticarətində də ən üst yerlərdən birini tutur. Dünya Ticarət Təşkilatının (WTO) 2003-cü il statistikasına görə İngiltərə DTT-na üzv ölkələr arasında əmtəə ticarətinin həcminə görə 388 milyard $ idxalatı ilə beşinci, 304 milyard $ ixracatı ilə altıncı yeri tutur. Bu isə dünya əmtəə idxalatının 5%, ixracatının isə 4%-nin İngiltərənin payına düşdüyü deməkdir.

milyard $

2000 2001 2002 2003 2004

İxracat 284,4 273,7 279,9 307,0 340,1 İdxalat 334,2 332,1 350,1 384,3 443,4 Balans -49,8 -58,4 -70,2 -77,3 -103,3

Həcm 618,6 605,8 630,0 691,3 783,5

Xidmət sektorunda isə İngiltərə 112 milyard $-lıq xidmət idxal edir, 130 milyard $-lıq xidməti isə ixrac edir. Bu göstəricilərinə görə isə ölkə dünyada 2-ci yeri tutur. Bu isə dünya xidmət idxalatının 6%, ixracatının isə 7%-nin İngiltərənin payına düşdüyü deməkdir. DTT-nın

Page 83: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

83statistikasına görə 2003-cü ildə İngiltərənin istər əmtəə, istərsə də xidmət sektorundakı həm ixracat həm də idxalatı artmışdır.

Dünyanın 4-cü ən böyük iqtisadiyyatına sahib olmasına baxmayaraq İngiltərənin iqtisadiyyatı durğunluq dövrünü yaşayır. Xarici ticarətdəki kəsir hər keçən il artmaqdadır. Ərzaq, xammal (neft istisna), geyim, ayaqqabı, elektrik cihazları və nəqliyyat vasitələri kimi məhsullarda İngiltərə idxalatçıdır. İngiltərə nəft məhsulları, kimyəvi maddələr, tütün məhsulları, viski kimi alkoqollu içgilərin isə ixtacatçısıdır. Ölkənin xarici ticarət kəsiri 2003-cü ildə 46 milyard ₤ olmuşdur. Bu isə ÜDM-nin 4,2% bərabərdir

Page 84: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

84

Mövzu 8. Fransa

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat

Ölkənin adı Fransa Respublikası

Ərazisi 551,500 km2

Əhalisi 63,473,140

ÜDM (2001) 1.51 trilyon $

Adambaşına milli gəlir (2001)

25,400 $

İşsizlik (2001) 8.9 %

İxracat (2001) 293.3 milyard $

İdxalat 292.6 milyard $

Xarici borc (1998) 106 milyard $

SİYASİ SİSTEM və KONSTİTUSYON QURUMLAR

Fransanın indiki konstitusiyası 1958-ci ildə qəbul edilmişdir və “Respublika və ittifaq konstitusiyası” adlanır. Konstitusiyanın 1-ci maddəsinə görə respublika ərazisində və dənizlərdəki torpaqlarda yaşayan xalqlar azad iradələri ilə ittifaq qurmuşdurlar. 2-ci maddəyə görə isə Fransa unitar, bölünməz, sekulyar, demokratik və sosial respublikadır.

Prezident

Konstitusiyanın 5 və 6-cı maddələrinə görə Fransa prezidenti ümumxalq səsverməsi yolu ilə səslərin çoxunu toplayaraq seçilir. Prezident konstitusiyanın hökmlərinə riayət edilməsinə, dövlət qurumlarının iş prosesinə, milli istiqlaliyyətin və ərazi bütövlüyünün qorunmasına nəzarət edir. Prezident eyni zamanda dövlətlərarası müqavilə və sazişlərdən irəli gələn tələblərə əməl edilməsinə də nəzarəti həyata keçirir. Prezident postunun boş qalması halında onun səlahiyyətlərini senat sədri icra edir, xəstəlik, səyahət və s. bu kimi hallarda prezidenti başnazir əvəz edir. Bu isə sadəcə prezidentin yazılı təklifi ilə ola bilir.

Page 85: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

85Preziden başnaziri təyin edir və onun təşkil etdiyi hökuməti, nazirlər kabinetini təsdiq

edir. Başnazirin təklifi ilə də hökuməti istefaya göndərə bilir. Prezident başnazir və parlamentin sədri ilə məşvərətdən sonra parlamenti buraxma səlahiyyətinə sahibdir. Lakin o, bu səlahiyyətindən parlament seçkilərinin keçirildiyi il istifadə edə bilməz.

Qanunlar prezidentin təsdiqindən sonra qüvvəyə minir. Prezident konstitusiyaya zidd olduğunu düşündüyü qanunu Konstitusiya Məhkəməsinə göndərə bilər. Prezidentin vəzifə və səlahiyyətləri konstitusiyanın 13-15 və 17-18-ci maddələrində yazılmışdır. Prezidentin bunun xaricindəki məsələlərlə bağlı qərarları başnazir və lazım gəldikdə müvafiq nazir tərəfindən imzalanmalıdır. Prezidentə qarşı sadəcə vətənə xəyanət iddiası ilə məhkəmə işi açıla bilər.

Qanunverici Hakimiyyət

Fransa pralamenti iki palatalı olub Milli Məclis (Assemblée Nationale) və Senatdan ibarətdir. Milli Məclisin 557 üzvü 5 illik müddətə ümumxalq səsverməsi ilə, seçki yolu ilə seçilirlər. 331 senator isə dolaylı seçkilərlə müəyyənləşdirilirlər. Yəni bələdiyyə məclisi üzvləri, vilayət məclisi və s. regional məclis üzləri arasından 9 il müddətinə (2010-cu ildən etibarən 6 il məddətinə seçiləcəklər) seçilirlər. Senat üzvləri həm Fransada həm də ölkə xaricində məskunlaşmış fransızları təmsil edirlər. Normal fəaliyyəti xaricində parlamentin fövqəladə iclasları prezidentin təklifi ilə açılır və bağlanır. Hal-hazırda Fransa 5-ci respublika dövrünü yaşayır. İki palatalı məclis Fransada 3-cü respublika dövründən (1870-1940 ) bəri fəaliyyət göstərir. Parlamentin qanunvericilik və hökumətə nəzarəti həyata keçirmə sahilərindəki səlahiyyətləri 1958-ci il konstitusiyası ilə məhdudlaşdırılmışdır. Konstitusiyanın 34-cü maddəsi parlamentin vəzifə və səlahiyyətlərini, yəni hansı sahələrdə qanun çıxara biləcəyi müəyyənləşdirir. Bunları bu şəkildə sadalaya bilərik: fərdi hüquq və azadlıqlar, milli müdafiə məsələləri, cinayətlər, cəzalar, əvf etmə, mühakimə, istintaq, hakimlərin statusu, seçkilərlə bağlı qanunlar, özəlləşdirmə, dövlətləşdirmə (istimlak), sosial müdafiə, vergilər, pul çapı və s. Digər məsələlərlə bağlı nazirlər kabineti qanun hökmündə qərarnamə çıxararaq qüvvəyə minməsini təmin edə bilər. Bir sıra məsələlərdə isə hökumət qərarnamə çıxararkən parlamentdən izn almalıdır. Əgər ərarnamələrlə nizamlanacaq hər hansı bir məsələ ilə bağlı parlament qanun çıxarsa, yəni parlamentin hökumətin səlahiyyət sahəsinə girməsini, hökumət bunu Konstitusiya Şurasına şikayət edə bilər.

İcraedici Hakimiyyət

Başnazir hökuməti idarə edir, milli müdafiə məsələlərini nizamlayır, sivil və hərbi vəzifələrə təyinlər edir, qanunların icra edilməsini təmin edir, qanun təklifi ilə çıxış edə bilir, konstitusiyaya zidd olduğunu düşündüyü qanunların araşdırılması üçün Konstitusiya Şurasına müraciət edə bilir. Başnazir lazım gəldikdə dövlət şuraları və komitələrinin iclaslarına, prezidentin yerinə, sədrlik edə bilər. Nazirlər kabinetinin iclaslarına isə prezident sədrlik edir, başnazir bu iclaslara sadəcə prezidentin xüsusi icazəsi ilə sədrlək edə bilər. Başnazir Milli Məclisə hökumətin fəaliyyətinə dair etimadnamə tələbi ilə müraciət edə bilər. Əgər MM etimadnaməni təsdiq etməsə başnazir və nazirlər kabinetinin istefası məsələsi gündəmə gətirilə bilər.

Page 86: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

86Məhkəmə Hakimiyyəti

Fransada məhkəmə hakimiyyətinin müstəqilliyinin zəmanətçisi prezidentdir. Hakimlər Ali Şurası hakimlərin müstəqilliyinə xələl gətirə biləcək halların qarşısını almaqla məşğul olur. Ali Ədalət Məhkəməsinin üzvləri isə Milli Məclis və Senat üzvləri arasından seçilir. AƏM başda prezident olmaqla yüksək çinli bürokratların mühakimə edildiyi məhkəmədir. Hüquq və cinayət məhkəmələri, bunlardan üstdə Appelyasiya məhkəmələri fəaliyyət göstərir. Ən ali mühakimə orqanı isə Kassasiya Məhkəməsidir (Cour de Cassation). Bundan başqa dövlət strukturları daxilində baş verən anlaşmazlıqlarla əlaqəli işlərə baxan Dövlət Şurası (Conseil d'état) fəaliyyət göstərir.

Konstitusiya Şurası

Konstitusiya Şurası 9 üzvdən ibarətdir. Bu 9 üzv 9 il müddətinə seçilir. Bunlardan üçünü prezident, üçünü Milli Məclis sədri və digər üçünü də Senat sədri təyin edir. Şuranın sədrini prezident seçir. Şura prezident seçkilərinin və referandumların qanuni üsula uyğun keçirlməsinə, senator və millətvəkili seçkilərində etiraz və şikayətlərə baxılması və hazırlanan qanunların konstitusiya ilə ziddiyyət təşkil etməməsinə nəzarəti həyata keçirir. Şuranın qərarlarına bütün idari və məhkəmə orqanları tabe olmaq məcburiyyətindədirlər. 1974-cü ildə konstitusiyaya edilən dəyişikliklə KŞ-nın səlahiyyətləri artırılmış və qurum konstitusiya məhkəməsi kimi fəaliyyət göstərməyə başlamışdı.

Əhali

63.4 milyon əhalisi olan Fransada uzun ömürlülük kişilərdə 76,7, qadınlarda isə 83,7-dir. Fransa İrlandiya ilə birlikdə təbii artıma görə Aİ ölkələri arasında ən üst yerlərdən birini tutur. Ölkədə hər qadına 2 uşaq düşür. 10 milyon nəfər isə 65 və yuxarı yaş qrupuna daxildir. Fransada əhalinin artımına immiqrasiya da ciddi təsir edir. Hər il ölkəyə 150 min immiqrant gəlir. Bunların əksəriyyəti şimali Afrika ölkələri, İspaniya və İtaliya vətəndaşlarıdır. Ölkə əhalisinin 73% şəhərlərdə yaşayır. Paris və ətraf rayonlarda əhalinin 16% yaşayır. Parisdən sonra ən iri şəhərlər Lion, Marsel, Lil, Bordo və Tuluzadır.

İQTİSADİYYAT

Fransada işləyənlərin 11% kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Kənd təsərrüfatından əldə olunan gəlir milli gəlirin 13% təşkil edir. İxracatdan əldə olunan gəlirin 22% də kənd təsərrüfatının payına düşür. Fransada kənd təsərrüfatı üçün ayrılmış torpaqlarda əsasən şəkər çuğunduru, taxıl və kartof becərilir. Fransa Avropa İqtisadi Təşkilatına üzv ölkələr arasında ən çox şəkər çuğunduru, şərab, ət və süd istehsal edən ölkədir. Fransa mühüm taxıl ixtarcatçısıdır. Ölkədə illik 30 milyon ton buğda, 10 milyon ton arpa, 29 milyon ton şəkər çuğunduru, 14 milyon ton qarğıdalı və 8 milyon ton kartof hasil olunur. Meşə məhsullarının istehsalı fransız iqtisadiyyatında ən mühüm yerlərdən birini tutur. Ölənin 22% meşə massivləri ilə örtülüdür (15 milyon ha). Ölkədə istehlak edilən enerjinin 7% kömür, 43% neft, 20% təbii qaz və 30% elektrik enerjisidir. Fransa enerji cəhətdən xarici mənbələrdən aslıdır.

Page 87: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

87.

Elektrik enerjisi istehsalı (2000) 513.924 milyard kwh

Elektrik enerjisinin istehsalının mənbələri

Kömür və s. fosillər 9,55%, su 12,98%, nüvə 76,74%, digər mənbələr 0,73%

Elektrik enerjisinin istehlakı (2000) 408.514 milyard kwh

Elektrik enerjisinin ixracatı (2000) 73.172 milyard kwh

Elektrik enerjisinin idxalatı (2000) 3.737 milyard kwh

Fransa dəmir filizi hasilatına görə dünyada 3-cü yeri tutur. Çerburq-Marsel xəttinin şərqi, Paris ətrafı, Alp dağları və Marsel yüngül və ağır sənaye zonaları kimi tanınır. Tekstil, nəqliyyat vasitələri, maşınqayırma, yeyinti, elektrik cihazları kimi sənaye sahələri yüksək inkişaf etmişdir. Fransa dünyanın mühüm avtomobil, silah, hərbi təyyarə, şərab, buğda, süd məhsulları və kimyəvi maddə istehsalçılarından biridir.

Fransanın əmtəə və xidmət ixrac etdiyi əsas ölkələr (2000): Aİ ölkələri % 61 (Almaniya % 14, İngiltərə % 10, İspaniya 9%, İtaliya % 9, Beneluks ölkəleəri % 8), ABŞ % 9.

Fransanın əmtəə və xidmət idxal etdiyi əsas ölkələr (2000): Aİ ölkələri % 63 (Almaniya % 17, Beneluks ölkələri % 10, İtaliya % 9, İngiltərə % 8), ABŞ % 7.

2006-cı ildə Fransa xaricdən 5,74 milyard dəyərində silah sifarişi almışdır. 2005-ci ildə isə Fransa 4,03 milyard -luq silah ixrac etmişdir. Fransa silah sənayesi dünyanın 82 ölkəsinə silah ixrac edir. İxrac olunan silahın 29% Orta və Yaxın Şərq ölkələrinə, 25% Asiya ölkələrinə, 13% isə Aİ ölkələrinin payına düşür. Silah ixracatında həcmin artmasına baxmayaraq 2006-cı ildə dünya silah ixracatında Fransanın payı 8%-dən 6%-ə düşmüşdür. Silah ixracatında Fransa ABŞ, İngiltərə və Rusiyadan sonra 4-cü yerdədir.

Page 88: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

88

Mövzu 9. İtaliya

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat

Ərazisi 301.336 km²

Əkinə yararlı ərazisi 141.628 km² (% 47)

Meşəlik ərazi 111.494 km² (% 37)

Əhali 57.321.070 (Roma şəhərinin əhalisi: 2.818.021)

Əhalinin təbii artım tempi % -0,03

ÜDM 1,301 milyard Euro €

ÜDM-un sektoral bölgüsü Kənd təs. % 2,6; sənaye % 22,4; xidmət % 75

İşsizlik nisbəti % 8,3

Adambaşına milli gəlir 21.780 €

Valyuta ehtiyatı 50,1 milyard €

İqtisaid böyümə tempi % 0,3

İnfilyasiya % 2,2

İxracat (2004) 252,6 milyard €

Əsas ixtracat partnyorları Almaniya, Fransa, ABŞ, İngiltərə, İspaniya, Türkiyə, RF, Çin, Yaponiya

İdxalat (2004) 252,3 milyard €

Əsas idxalat partnyorları Almaniya, Fransa, İspaniya, ABŞ, RF, Çin, Yaponiya

Turizmdən əldə edilən gəlir (2004) 25,6 milyard €

SİYASİ SİSTEM

Prezident

İtaliya 20 vilayətdən ibarət parlamentar respublikadır. İtaliya konstitusiyasına görə prezident (Palazzo Del Quirinale) milli birliyin təmsilçisi və dövlətin başçısıdır. Parlamentin (iki palatanın birgə) iclasında yeddi illik müddətə seçilən prezident hüquqi cəhətdən məsuliyyət daşımır, vətənə xəyanət xarici heç bir şeylə prezidenti ittiham etmək olmaz. Qanuna görə prezident ayrı-ayrı nazirliklərin işlərinə dair qərarların icrası üçün müvafiq nazirin imzasına ehtiyac duyur. Qanunvericilik aktları başnazir tərəfindən imzalanaraq qüvvəyə minir.

Prezident parlament palatalarının sədrlərinin fikrini öyrənəndən sonra palatalardan birini və ya hər ikisini eyni vaxtda buraxma, yeni parlament seçkilərinin vaxtını təyin etmə səlahiyyətinə sahibdir. Prezident başnazirin təklifi ilə nazirləri təyin edə bilər. Qanun layihələrinin parlamentə göndərilməsinə icazə vermək də prezidentin səlahiyyətləri daxilindədir. Bundan başqa yüksək

Page 89: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

89çinli dövlət məmurlarını təyin etmək, qanun hökmündə qərarnamələr çıxarmaq, referandum təşkil etmək, parlamentin təsdiq etdiyi bəynəlxalq müqavilələri təsdiq etmək, parlamentin razılığı ilə müharibə elan etmək, əvf fərmanı çıxarmaq, müxtəlif titul və dövlət nişanları ilə təltif etmək də prezidentin səlahiyyətləri daxilindədir.

Qanunverici hakimiyyət

İtaliya iki palatalı məclisə sahibdir. Senat və Milli Məclisin vəzifə və səlahiyyətləri bir-biri ilə demək olar ki, eynidir. Qanunlar qüvvəyə minmək üçün hər iki məclisdən də keçməlidir. Bu iki palata vaxtaşırı müştərək iclaslar da keçirirlər. Hər iki məclisin üzvləri seçki yolu ilə müəyyən olunurlar.

Senat: Monarxiya dövründə senat üzvləri birbaşa kral tərəfindən təyin olunurdu. Hal-hazırda isə hər 5 ildə bir İtaliya senatına seçkilər keçirilir. Senator seçkilərində 25 yaşdan yuxarı vətəndaşlar səsvermə hüququna malik olurlar. Senatorluğa namizədlər isə 40 yaşını tamamlamış olmalıdırlar. Konstitusiyaya görə cəmi 315 senator seçilə bilər. Lakin bəzi hallarda prezident lazım bildiyi elm adamları və mütəxəssisləri də senator təyin edə bilir.

Milli Məclis: Bu məclisin 630 üzvü, yəni millətvəkilləri də 5 ildə bir keçirilən ümumxalq səsverməsi ilə seçilirlər. Ölkə 32 seçki dairəsinə bölünmüşdür. Hər dairədən, proporsional qaydada, 4-dən 50 nəfər arasında millətvəkili seçilə bilər. Milli Məclis seçkilərində səs verə bilmək üçün 18, namizəd ola bilmək üçün isə 25 yaşı tamamlamaq lazımdır.

İcraedici Hakimiyyət

1990-cı illərdən sonra İtaliyada dövlət idarəetməsi sahəsində köklü islahatlar aparılmışdır. Demək olar ki, icraedici aparatın bütün sahələrdə dəyişikliklər edilmişdir. Əsas məqsəd idarə edənlərlə idarə edilənlər arasındakı əlaqənin yenidən nizamlanması idi. Aİ-na üzvlük də İtaliyanın vətəndaş-dövlət əlaqələrində yenidən nizamlamalar aparmağa sövq etmişdi. Struktur dəyişikliklərə də yer verilmişdi. Nazirliklərin sayı azaldılmış, ləğv edilən nazirliklərin səlahiyyətləri yerli idarəetmə orqanlarına verilmişdi. İslahatlar dövründə keçirilmiş 8 referandumdan 5-i dövlət idarəetmə aparatında struktur dəyişikliklərə həsr edilmişdi.

İtaliyada parlamentar hökumət sistemi fəaliyyət göstərir. Hökumət parlamentin etimadnaməsinə əsasən fəaliyyət göstərir və onun qarşısında cavabdehlik daşıyır. Hökumət başnazir və nazirlərdən ibarət olur. Başnazir prezident tərəfindən, nazirlər isə başnazirin təklifi ilə prezident tərəfindən təyin edilir. Senat və Milli Məclisin müştərək iclasında qəbul edilən etimadnamə ilə hökumət öz işinə başlayır. İtaliyada iqtidar hökumət və digər güc mərkəzləri arasında bölüşdürülmüşdür. Bu heç kimin tək başına iqtidar gücünü öz əlində toplaya bilməməsi üçündür. Qanunların dölət idarəetməsini bu şəkildə tənzimləməsi səbəbiylə İtaliyada daim koalisiya hökumətləri vəzifə başında olur.

Məhkəmə hakimiyyəti

İtaliyada məhkəmələrin müstəqilliyi konstitusiyanın 104-cü maddəsi ilə zəmanət altına alınmışdı. Məhkəmə hakimiyyətinin idari strukturunun nizamlanması Ədliyyə nazirliyi tərəfindən həyata keçirilir. Məhkəmə sisteminə nəzarəti Ali Məhkəmə Şurası həyata keçirir. Bu şuraya prezident rəhbərlik edir. Konstitusyon mühakimə işini İtaliyada Konstitusiya Məhkəməsi həyata keçirir. Çıxarılan qanunlara və qanun hökmündəki qərarnamələrə nəzarəti də bu qurum həyata

Page 90: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

90keçirir. Prezident, başnazir və nazirləri bu məhkəmə mühakimə edə bilər. Bundan başqa ölkədə hüquq və cinayət məhkəmələri də fəaliyyət göstərir. Ölkədə Appelyasiya məhkəməsi və büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirən məhkəmə də fəaliyyət göstərir.

İQTİSADİYYAT

İtaliya iqtisadiyyatı 2000-ci ildə gözlənildiyindən daha yüksək göstəricilər nümayiş etdirmiş, lakin 2001-ci ildən etibarən ÜDM-un adambaşına düşən həcminin sürətlə azalmağa başladığı müşahidə olunmuşdur. 2002-ci ildə isə bütün avro məkanında olduğu kimi İtaliyadada iqtisadi durğunluq baş vermişdi. 2003-cü ildə isə ÜDM-da gözləniləndən çox aşağı bir artış nisbəti müşahidə olunmuşdu (0,3%). Bundan sonrakı dövrdə ÜDM-un neqativ (-) mərhələyə qədəm qoyması iqtisadi durğunluğun davam etdiyini göstərmişdi.

Milyon € 2000

2001

2002

2003

ÜDM 1.166.548 1.220.147 1.258.349 1.300.926

Kənd təs. 27.131 28.132 28.068 28.015

Sənaye 342.797 357.492 361.531 367.841

Xidmətlər 760.868 803.132 837.902 876.385

ÜDM artış həcmi

İllər (%)

2001 1,6

2002 0,5

2003 0,3

İtaliya dünya ölkələrinin ümumi ixracatında 4,5% paya sahib olaraq yüngül-yeyinti sənayesi mallarının ixracatına görə dünyada 6-cı yeri tutur. İtaliya 42,7 milyard € istehsal həcmi ilə dünyada Çindən sonra ikinci tekstil ixracatçısı ölkədir. Bu sahədə İtaliya dünya ixracatında 7%-lik paya sahibdir. İtaliyada istehsalatın 35% ixrac edilir. Geyim sənayesi məhsullarında 34,5 milyard € istehsal həcminə sahib olan İtaliya bu sahədəki istehsal edilən əmtəənin 23% ixrac edir və dünya ixracatında 8% sahibdir. Bu sahədədə İtaliya Çindən sonra dünya ikincisidir. İtaliyanın ümumi ixracatı içində tekstil və geyim sənayesi məhsulları 10,3 % paya sahibdir. Ayaqqabı və dəri məhsullarında İtaliya 30,1 milyard € istehsal həcminə malikdir. İtaliya dünyanın ikinci ayaqqabı

Page 91: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

91ixtacatçısı ölkədir. Bu sektorda dünya ticarətinin 15% əlində tutan İtaliya 2003-cü ilin ilk on ayında 10,7 milyard €-luq ayaqqabı və dəri məmulatı ixrac etmişdir. Digər sahələrdə olduğu kimi bu sahədə də İtaliyada artıq istehsal problemi var. İtaliya hal-hazırda uzaq şərq ölkələrindən çox miqdarda ayaqqabı və dəri məmulatı idxal edir.

Mebel istehsalında 44,2 milyard € istehsal həcminə sahib olan İtaliya bu sahədə dünya ticarətində 7,7% paya sahibdir. Kanada və Çindən sonra İtaliya mebel və meşə sənayesi məhsullarının ixtarcatına görə dünya üçüncüsüdür. Bu sahədə ümumi istehsalın 24% ixrac edilir.

Maşınqayırma və cihazqayırmada İtaliya 67,5 milyard $ istehsal həcmi ilə Almaniya, ABŞ və Yaponiyadan sonra bu sahədə dünyanın dördüncü ən böyük istehsalçısı və ixracatçısıdır. Avtomobil sənayesinə görə 65,3 milyard € istehsal həcmi ilə İtaliya dünyadakı ilk sıralardan birini tutur. Lakin bu sahədə İtaliya rəqabət gücünə görə Almaniya, Fransa, ABŞ, Yaponiya, İngiltərə və hətta İspaniyadan geri qalır. Bu sektorda İtaliya 30 milyard € ixracat və 40 milyard $ idxalata sahibdir. Təqribən 10 milyard $ ticarət kəsiri var.

İnvestisiya mühiti

İtaliyanın xarici ölkələrdəki investisiyalarının ümumi həcmi 162,5 milyard €-dan çoxdur. 2003-cü ildə xarici ölkələrə cəmi 8 miyard € investisiya qoyulub. 2004-cü ilin ilk 8 ayında bu rəqəm 13,2 milyard €-ya çatmışdır. Xarici ölkələrə qoyulmuş investisiyaların 12,5 milyard €-su Aİ ölkələrinin payına düşür.

İtaliya iqtisadiyyatına qoyulan xarici kapitalın ümumi həcmi 116,1 €-ya çatmışdır. 2002-ci ildə 15,4 milyard €, 2003-cü ilin ilk 11 ayında isə 11,8 miyard € xarici kapital ölkə iqtisadiyyatına qoyulmuşu. İtaliya iqtisadiyyatına qoyulan kapitalın 85% Aİ ölkələrinin payına düşür. Aİ ölkələrindən sonra ən böyük paya ABŞ və İsveçrə sahibdir.

İtaliyanin əmtəə və xidmət ixrac etdiyi ölkələr (İlk 20 Ölkə)

Ölkə yanvar-oktyabr 2003 yanvar-oktyabr 2004

milyon € % milyon € % 1 Almaniya 30,605.5 14.0 30,843.6 13.5 2 Fransa 27,118.2 12.4 28,001.1 12.3 3 ABŞ 18,596.7 8.5 18,516.5 8.1 4 İspaniya 15,232.4 7.0 16,134.5 7.1

5 Birləşmiş Krallıq

15,312.9 7.0 15,669.7 6.9

6 İsveçrə 8,252.4 3.8 9,541.0 4.2 7 Belçika 5,822.7 2.7 5,676.2 2.5 8 Avstriya 5,021.0 2.3 5,447.1 2.4 9 Hollandiya 5,244.9 2.4 5,241.6 2.3

10 Yunanstan 4,614.3 2.1 5,113.8 2.2 11 Türkiə 3,910.9 1.8 4,748.3 2.1

Page 92: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

92

12 Polşa 3,832.4 1.8 4,046.1 1.8 13 Rusiya 3,211.1 1.5 3,984.0 1.7 14 Çin 3,151.4 1.4 3,680.5 1.6 15 Yaponiya 3,687.3 1.7 3,616.9 1.6 16 Rumıniya 3,303.2 1.5 3,543.4 1.6 17 Portuqaliya 2,646.7 1.2 2,664.6 1.2 18 Hong Kong 2,278.8 1.0 2,457.8 1.1 19 İsveç 2,200.3 1.0 2,264.4 1.0 20 Macarstan 2,430.2 1.1 2,176.2 1.0

İtaliyanin əmtəə və xidmət idxal etdiyi ölkələr (İlk 20 Ölkə)

Ölkə yanvar-oktyabr 2003 yanvar-oktyabr 2004

milyon € % milyon € % 1 Almaniya 38,024.3 17.7 40,412.1 17.8 2 Fransa 24,023.6 11.2 24,311.0 10.7 3 Hollandiya 12,299.5 5.7 12,896.2 5.7 4 İspaniya 10,139.9 4.7 10,355.4 4.6 5 Belçika 9,177.1 4.3 10,042.1 4.4 6 Çin 8,198.2 3.8 10,009.7 4.4

7 Birləşmiş Krallıq

10,298.6 4.8 9,432.4 4.2

8 ABŞ 8,847.8 4.1 8,122.0 3.6 9 Rusiya 6,885.0 3.2 8,076.6 3.6 10 İsveçrə 7,677.0 3.6 7,709.7 3.4 11 Avstriya 5,822.6 2.7 5,779.1 2.5 12 Liviya 4,365.8 2.0 5,057.4 2.2 13 Yaponiya 4,418.5 2.1 4,702.6 2.1 14 Əlcəzair 3,846.3 1.8 3,823.6 1.7 15 İrlandiya 3,337.8 1.5 3,382.6 1.5 16 Rumıniya 3,256.5 1.5 3,333.0 1.5 17 Türkiyə 2,807.5 1.3 3,215.4 1.4 18 İsveç 2,830.0 1.3 2,913.8 1.3 19 Polşa 2,186.8 1.0 2,825.8 1.2 20 Cənubi Koreya 2,122.2 1.0 2,567.8 1.1

Page 93: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

93

Mövzu 10. Kanada

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat.

Köhnə adı Kanada Dominionu olan Kanada şimali Amerika qitəsinin ən şimalında yerləşən ölkədir. Kanada 10 ştat və 3 mahaldan ibarət olan, konstitusiyalı monarxiya ilə idarə olunan, 1867-ci ildə qəbul olunmuş konfederasiya qanunu ilə qurulmuş bir dövlətdir. Paytaxtı Ottava şəhəridir. Köhnə fransız və ingilis koloniyası olan Kanada həm Frankofon, həm də İngilis Millətlər Cəmiyyətinə üzvdür. Ölkə ərazi baxımından dünyada, Rusiyadan sonra, ikinci böyük ölkəsidir. Kanada texnologiyalar baxımından inkişaf etmiş bir ölkədir. Kömür və s. kimi fosil yanacaq yataqları, nüvə enerjisi istehsalı və SES-ları ilə enerji cəhətdən özünü təmin imkanına malik ölkədir. İqtisadi cəhətdən inkişaf etməsinə rəğmən Kanada ənənəvi olaraq təbii sərvətlərin istismarına əsaslanan iqtisadiyyata malikdir. Kanada öz gölləri ilə də dünayada məşhurdur, dünya göllərinin ümumi səthinin 60% bu ölkənin payına düşür. Ərazisi çox geniş olsa da əhalisi elə də çox deyil. 32 milyon əhalisi olan Kanadada 1 km2 3 nəfər düşür. Ölkə soyuq iqlimə sahibdir, qışda tempraturun -30°C - -40°C-yə qədər düşdüyü yerlər az deyil.

SİYASİ SİSTEM

Kanada konstitusiyalı monarxiya üsul-idarəsi ilə idarə olunan bir ölkədir. Kraliça II Yelizaveta14 dövlətin başçısıdır və onu Kanadada bu ölkənin başnazirinin tövsiyəsi ilə təyin edilən bir canişin təmsil edir. Kanadanın Commonwealth ölkələri arasında xarici və daxili siyasətdə tam müstəqilliyə sahib olan bir ölkə olduğu 1931-ci ildə westminster qanunnaməsiylə təsdiq edilmiş 1926-cı il Balfour düzəlişiylə tanınmışdır.

1982-ci ildə hazırlanmış haqq və azadlıqlar xartiyası (Charter of Rights and Freedoms) Kanadanın konstitusiyasıdır. 1982-ci ilə qədər isə ölkədə Britaniya Şimali Amerika Qanununa görə idarə olunurdu. Bu isə İngiltərəyə Kanadada çıxarılan istənilən qanuna veto qoymaq və ya İngiltərədə Kanadaya təsir edə biləcək qanunlar qəbul etək imkanı verirdi. Hal-hazırki konstitusiya mətnini isə (Charter of Rights and Freedoms) nə parlament nə də ştatların qanunverici hakimyyətləri tərəfindən dəyişdirə bilməz. Bərabərlik, sərbəst səyahət azadlığı, fikri ifadə, cəmiyyət və təşkilat qurmaq, sərbəst toplaşmaq kimi hüquqlar Charter of Rights and Freedoms-un əhatə etdiyi hüquqlardan bir neçəsidir.

Kanadada 10 ştat hökuməti və üç şimal mahalı hökumətindən ibarət federal bir hökumət sistemi mövcuddur. Ştatlar vergilər, səhiyyə xidməti, təhsil, bələdiyyələr, vətəndaşlıq, mülkiyyət

14 Đngiltərə kraliçası II Yelizaveta (Elizabeth Alexandra Mary) Sadəcə Đngiltərənin deyil eyni zamanda Kanada, Avstraliya, Yeni Zellandiya, Yamayka, Barbados, Bahama adaları, Papua Yeni Qvineya, Solomon adaları, Tuvali, St. Lusiya, St. Vincet və Qrenadin, Antiqua və Barbuda, Beliza və St. Kitts və Nevisin də kraliçası hesab olunur. Yəni 16 (Commonwealth-Đngilis Millətlər Cəmiyyəti) ölkənin kraliçasıdır. Bir vaxtlar CAR, Pakistan və Şri-Lankanın da kraliçası idi.

Page 94: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

94kimi mövzularda geniş səlahiyyətə malikdirlər. Üç mahal isə ştatlarla eyni statusa malik olmayıb federal hökumət tərəfindən idarə olunur.

İcraedici hakimiyyət başnazir və nazirlər kabinetinə məxsusdur. Başnazir parlamentin icmalar palatasında ən çox millətvəkili yeri qazanmış partiyanın lideri olur. Qanunverici hakimiyyət İmalar palatası ilə Senatdan ibarət parlamentə məxsusdur. İcmalar palatası üzvləri seçkilərlə müəyyən edilən federal qanunverici orqandır. 301 üzvü olur və bu palataya seçkilər hər 4 ildə bir keçirilir.

Senatda 105 senator fəaliyyət göstərir. Senatda ictimai, iqtisadi, siyasi məsələlər də gündəmə gətirilmir və qanunvericilik səlahiyyəti də xeyli məhduddur. Senatorları başnazirin tövsiyəsi ilə kraliçanın canişini təyin edir.

Konstitusiya Məhkəməsi Kanadanın ən ali məhkəmə orqanıdır. Ştat və federal səviyyədə appelyasiya iddialarına baxır. Bundan başqa federal hökumət tərəfindən qurulan Federal Məhkəmə fəaliyyət göstərir. Hər bir ştatda isə həm ştat və həm də federal səviyyədə olan iddialar baxan məhkəmələr fəaliyyət göstərir.

İrili-xırdalı bir çox siyasi partiya ilə yanaşı Kanadada iqtidar uğrunda ənənəvi olaraq iki partiya, Liberallar və Mühafizəkarlar partiyaları mübarizə aparır. Yeni Demokratik Partiya (Nej Democratic Party), Kanada İslahatı Mühafizəkarlar İttifaqı (Canadian Reform Conservative Alliance), Blok Quebek (Bloc Quebec) kimi siyasi partiyalar da Kanadanın tanınmış siyasi partiyalarıdır.

Federal Hökumət

Kanada parlamentar demokratiya və konstitusiyalı monarxiya ilə idarə olunan federasiyadır. Dövlətin başçısı və hökmdarı “Kanada Kraliçası” sifəti ilə II Yelizavetadır. Kraliçanı Kanadada canişin təmsil edir. Bu vəzifəyə əksər hallarda təqaüddə olan kanadalı siyasətçilərdən biri başnazirin tövsiyəsi ilə kraliça tərəfindən təyin edilir. Canişin siyasi fiqur sayılmır və səlahiyyətləri də məhduddur. O, İcmalar palatası və Senatın tərtib etdiyi qanunnamələrin kraliça tərəfindən təsdiq edilməsini təmin edir, dövlətə aid rəsmi sənədləri imzalayır, parlament iclaslarının rəsmi açılış və qapanış mərasimlərinə başçılıq edir və.s. İstər kraliça istərsə də canişinin səlahiyyətləri xeyli məhdud olub əsasən simvolik fiqurlardır. Canişin başnazrin tövsiyələri ilə fəaliyyət göstərir.

Qanunverici hakimiyyət

Qanunverici hakimiyyət İcmalar palatası ilə başnazirin tövsiyəsi ilə canişin tərəfindən təyin edilmiş senatorların fəaliyyət göstərdiyi Senatdan ibarətdir. Senatda 105 senator olur. Bunların 24 Ontario, 24 Quebek, 24 dəniz ştatlarından (10 Yeni Şotlandiya, 10 Yeni Bransvik, 4 şəhzadə Edvard adası) 24 qərb ştatlarından (Manitoba, Britaniya Kolumbiyası, Saskatçvan, Alberta-nın hər birindən 6), 6 Newfoundland və Northwest Territories, Yukon, Nunavut-un hər birindən 1 senator.

Page 95: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

95Kraliçanin canişini simvolik olaraq başnaziri təyin edir. Başnazir əsasən İcmalar

palatasında ən çox millətvəkili yeri qazanmış partiyanın sədri olur. Daha sonra başnazir İcmalar palatası və Senatın öz partiyasından olan üzvləri arasından nazirlər təyin edərək hökuməti qurur.

Quebek ştatının əhalisinin 85% fransızca danışan əhalidən ibarətdir. Bu ştat özünün separatçı meyyləri ilə tanınır. Bu ştatı təmsil edən Quebecois Partiyası separatçı, Quebek Liberal Partiyası isə federalistdir.

07 iyul 1969-cu ildə Kanadada iki dil rəsmi dövlət dili kimi qəbul olunmuşdur, ingilis və fransız dilləri. Bununla da kanadalılar dünya ictimaiyyətində federal səviyyədə iki dilli və çox mədəniyyətli bir xalq kimi tanındılar. Kanada konstitusiyasına görə:

• İngiliscə və fransızc rəsmi dil kimi bərabərdirlər.

• Parlamentin iclaslarında hər iki dildə çıxış və müzakirə etmək olar.

• Qanunlar hər iki dildə yazılmalıdır.

• Məhkəmələrdə hər iki dildə iş aparıla bilər.

• Hər bir vətəndaş dövlətdən bu iki dildən birində xitdmət tələb etmə haqqına sahibdir.

• Vətəndaşların iki dildən birində təhsil almaq hüququ var.

Quebek ştatının rəsmi dili fransızcadır. Quebek, Ontario, New Brunswik və Manitoba fransızcanın ən çox danışıldığı ştatlardır. 2001-ci il siyahıyaalmasında 6,8 milyon kanadalı fransızcanın ana dili olduğunu bildirmişdi. Bunların 85% Quebekdə yaşayır. Ana dilim ingiliscədir deyənlərin sayı isə 17,7 milyon nəfər olmuşdu. 5,4 milyon kanadalı isə ana dilinin iki rəsmi dildən başqa dil olduğunu bildirmişdi. Bunların böyük əksəriyyəti immiqrantlardır. 853 min nəfərin ana dili çincə, 469 min nəfərin ana dili isə italyancadır. Bundan başqa Kanadanın həqiqi sakinləri, əsl kanadalılar olan yerlilər vardır ki, onlar indi azlıqdadırlar. Yerlilərdən 73 min nəfəri cri, 29 min nəfəri inuktitut, 48 min nəfəri isə ojibve dilində danışır (cəmi 150 min).

İQTİSADİYYAT

Kanada yüksək rifah səviyyəsinə çatmış, iqtisadi inkişaf cəhətdən dünyanın qabaqcıl ölkələrindən biridir. İqtisadi vəziyyət, rifah və bizneş mühitinə görə Kanada daha çox ABŞ-a oxşayır. II dünya müharibəsindən sonra emal sənayesi, mədən qazıma və xidmət sektorları bu ölkədə sürətlə inkişaf etmişdi. Enerji ehtiyatlarına görə özünü təmin etməyə qadir olan Kanadanın qərb ştatları təbii qaz yataqları ilə zəngindir. 1989-cu ildə ABŞ-la Kanada arasında Sərbəst Ticarət Müqaviləsi (FTA-Free Trade Agreement) bağlanmış, 1994-cü ildə Meksikanın da bu müqaviləyə qoşulması ilə NAFTA (North America FTA), şimali Amerika sərbəst ticarət müqaviləsinə dönmüşdü. Bu müqavilə Kanadanın iqtisadi inkişafına kömək etmişdi. Lakin digər yandan da bu və bənzəri müqavilələrlə Kanada iqtisadiyyatı ABŞ iqtisadiyyatına üzvi surətdə bağlanmışdı. Belə ki, 2001-ci ildə ABŞ iqtisadiyyatında geriləmə başlayan kimi bu Kanada iqtisadiyyatına da öz

Page 96: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

96təsirini ciddi şəkildə göstərmişdi. Lakin təbii sərvətlərlə zəngin olan Kanada vəziyyətini daha tez düzəldə bilmiş və G7 ölkələri arasında iqtisadi böyüməsi ən çox olan ölkəyə çevirlmişdi.

Digər problem isə “beyin köçü” də deyilən intellektual potensiyalı yüksək olan vətəndaşların yuksək maaş və aşağı vergi səvəyyələrindən ötrü ABŞ-a köçüb getməyə üstünlük vermələridir. Bununla yanaşı Kanadaya da Avrasiya ölkələrindən “beyin köçü” gəlməyə davam edir. Lakin Kanadaya gələn intellektual potensiyalı yüksək olan immiqrantlar layiq olduqlarından daha aşağı maaşla və çox vaxt “çirkli” işlərdə işləməyə məcbur qalırlar.

2003-cü ilin ilk 9 ayında ixracatın səviyyəsi əvvəlki illərə nisbətən düşsə də son 3 ayında artaraq 3,2% çatmışdır. Lakin ixracatdakı ümumi düşmənin qarşısını ala bilməmişdi. Son 3 aydakı artışın əsas səbəbi isə ABŞ-da avtomobil ehtiyat hissələrinə olan ehtiyacın idxalatı artırması olmuşdu. Artışa təkan verən digər amillər isə neft və təbii qaz kimi enerji daşıyıcılarına qış mövsümündə ehtiyacın artması olmuşdur. Son beş ildə isə Kanadada ixracat 413 milyarddan 380 milyard Kanada dollarına düşmüşdür. Kanada dollarının ABŞ dolları qarşısında möhkəmlənməsi də ixracata mənfi təsir edən amillərdən biri olmuşdur. Bundan başqa ABŞ Kanadadan idxal edilən meşə təsərrüfatı mallarının kvotasını da azaltmışdır.

İxracatda ilk 10 ölkə

milyon $ 1999 2000 2001 2002 2003

ABŞ 207,335 241,909 227,161 219,929 233,803

Yaponiya 5,770 6,251 5,386 5,327 5,771

İngiltərə 3,249 3,869 3,267 2,822 4,111

Çin 1,793 2,490 2,754 2,630 3,325

Almaniya 1,625 2,124 1,892 1,882 2,027

Meksika 1,085 1,370 1,779 1,541 1,571

Fransa 1,272 1,280 1,402 1,275 1,544

C. Koreya 1,339 1,573 1,303 1,284 1,364

Belçika 1,266 1,433 1,248 1,221 1,270

İtaliya 972 1,175 1,067 948 1,211

Cəmi 225,706 263,473 247,258 238,859 255,996

Digər ölkələr 13,492 14,745 13,700 13,555 15,604

YEKUN 239,198 278,218 260,958 252,414 271,600

İdxalatda ilk 10 ölkə

milyon $ 1999 2000 2001 2002 2003

ABŞ 145,082 154,630 140,975 139,034 144,940

Çin 6,024 7,604 8,217 10,188 13,250

Page 97: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

97

milyon $ 1999 2000 2001 2002 2003

Yaponiya 10,121 11,185 9,454 9,820 9,866

Meksika 6,418 8,120 7,829 8,109 8,687

İngiltərə 5,456 8,771 7,567 6,199 6,466

Almaniya 4,677 5,234 5,166 5,282 6,163

C. Koreya 2,404 3,556 2,974 3,098 3,644

Fransa 3,578 2,802 3,557 3,729 3,558

İtaliya 2,437 2,471 2,600 2,827 3,292

Norveç 1,714 2,940 2,263 2,505 3,078

Cəmi 187,911 207,313 190,602 190,790 202,943

Digər ölkələr 27,724 33,050 30,990 31,273 36,063

YEKUN 215,635 240,363 221,591 222,064 239,006

Page 98: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

98

Mövzu 11. Çin

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat

Dövlətin adı Çin Xalq Respublikası (ÇXR) Ərazisi 9 561 000 km2 , (10% əkinə yaralı,

30% otlaqlar, 15% meşəlik və çöllük)

Əhalisi 1,3 milyard (2000), 1,488 milyard (2020 təxmini)

Üsul-idarəsi Tək partiyalı kommunist sistem Quru sərhədləri Şərqdən başlayaraq Koreya Xalq

Resp, Makao, Laos, Birma, Viyetnam, Hindistan, Butan, Nepal, Pakistan, Əfqanstan, Tacikstan, Qırğızıstan, Qazaxstan, Monqolstan Xalq Resp, Rusiya. Quru sərhədlərinin cəmi uzunluğu 20 min km-dən artıq.

Dəniz sərhədləri Şərqi və cənubi Çin dənizləri həmsərhəddir. Cəmi 18 min km sahil zolağına malikdir.

Böyük şəhərləri Pekin (paytaxt-7,61mln), Çonqqing (6,61 mln), Şanxay (9,86 mln), Tiancin (5,33 mln), Quanqçou (4.36 mln).

Adam başına milli gəlir (2008) 2574 $ 2001 2002 2003 2004 2005 ÜDM ($) 1 159,0 1 303,6 1 470,7 1 720,4 1913,9 ÜDM artış tempi (%) 7,5 8,0 9,3 9,4 9,3 İnfilyasiya (təqribi %) 0.7 -0.6 1.2 3.9 1,8

İxracat (milyard $) 266,1 325,7 438,3 593,4 752,8 İdxalat (milyard $) 232,1 281,5 393,6 534,4 633 Valyuta ehtiyatları (mlrd $)

215,6 291,1 408,2 614,5 806

Xarici borcu (milyard $) 170,1 168,3 193,6 228,8 241,0

Page 99: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

99

Coğrafiya və Əhali

Çin ərazisinə görə dünyanın üçüncü ən böyük ölkəsidir. Ölkə ərazisinin 3/2-si dağlıqdır. Daha doğrusu bu ərazi dağlar, təpələr və yaylalardan ibarətdir. Ölkənin 33% dağlıq, 26% yaylalar, 19% su hövzələri, 12% ovalıq, 10% təpəlik ərazilərdən ibarətdir. Çinin ərazisi qərbdən şərqə doğru amfiteatr, yəni yuxarıdan aşağıya enən formadadır. Bunu bu şəklidə təsəvvür etsək amfiteatrın ən hündür pilləsi 4000 m-dən hündürdür. Tibet yaylası dünyanın dam örtüyü də adlandırırlar. Ən alçaq hissəsi isə əsasən dəniz sahillərinə yaxın yerlərdir ki, 200 m-ə qədər dəniz səviyyəsindən aşağıdır.

Çin 1,3 milyard əhalisi ilə dünyanın ən çox insan yaşayan ölkəsidir. Çin eyni zamanda milli mənsubiyyətlər cəhətdən də xeyli zəngindir, ölkədə 56 etnik qrup yaşayır. Ölkə əhalisinin 92% Xan etnik qrupuna mənsubdur. Geri qalan 8%-i isə 55 etnik qrup təşkil edir. Bunlardan 18-inin sayı 1 milyondan artıqdır. Çində uyğur, tarar, qırğız, qazax, tacik, özbək kimi türk və müsəlman millətlər də var.

SİYASİ SİSTEM

Çin Xalq Respublikası (ÇXR) fəhlə sinifinin liderliyində və fəhlə-kəndli ittifaqına əsaslanan xalqın demokratik diktatorluğu ilə idarə olunan sosialist dövlətdir. Sosializm ÇXR-nın təməlidir. Ən azından Çini idarə edənlər belə iddia edirlər.

ÇXR-nın qurulmasından əvvəl “Çin Xalq Siyasi Şurası Konfransının Müştərək Proqramı” adlı sənəd 1949-1954 Çinin müvəqqəti konstitusiyası olmuşdur. Daha sonrakı 1954, 1975, 1978 və 1982-ci illərdə ÇXR-nda 4 konstitusiya qəbul edilmişdir. 4 dekabr 1982-ci ildə 5-ci Çin Xalq Məclisinin 5-ci Ümumi Qurultayında səsverməyə qoyularaq qəbul olunan konstitusiya hal-hazırda qüvvədədir və 138 maddədən ibarətdir.

Xalq Məclisi Sistemi

Xalq Məclisi Sistemi ənənəvi və tarixi köklərə malik bir qurumdur. Xalq Məclisi Sistemi xalqın demokratik diktatorluğu rejiminin iqtidardakı adı və Çinin siyasi təşkilatlanma formasıdır. Əvvəlki dərslərimizdə qərb ölkələri modellərində gördüyümüz hakimiyyətin bölünməsi prinsipi ilə var olan parlamentar rejim Çində mövcud deyil. Çin konstitusiyasında ən ali və ən səlahiyyətli dövlət orqanı kimi Xalq Məclisi göstərilir. 18 yaşını tamamlamış hər bir çinli xalq təmsilçilərini seçmə və seçilmə hüququna sahib olur. Çində sadəcə bir Xalq Məclisi yoxdur, bir çox, müxtəlif səviyyəli xalq məclisi mövcuddur. Məsələn rayon, mahal, vilayət, ölkə xalq məclisi ki, bu da ən üst səviyyədir və Milli Xalq Məclisi adlanır. Rayon və mahal xalq məclislərinə xalq təmsilçilərini birbaşa xalq seçir. Vilayət xalq məclisinə xalq təmsilçiləri dolaylı seçki ilə seçilirlər. Milli Xalq Məclisinə isə əyalət, muxtar əyalət, böyük şəhərlər və orduda keçirilən seçkilərlə xalq təmsilçiləri seçilir. Bütün səviyyədəki xalq məclisləri 5 il müddətinə fəaliyyət göstərir və ildə bir dəfə toplanırlar. Çində 23 vilayət və 3 muxtar vilayət var.

Xalq Məclislərində, bütün səviyyələrdəki, icraedici orqanların illik iş hesabatları dinlənilir və müvafiq qərarlar verilir. İclasların keçirilmədiyi yəni Xalq Məclislərinin qapalı olduğu dövrdə

Page 100: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

100onların səlahiyyətlərini XM Daimi Komitələri həyata keçirir. Məsələn Milli Xalq Məclisi Daimi Komitəsi konstitusiyanın maddələrini şərh etmək, konstitusiyanın tətbiqinə nəzarət, müəyyən məsələlərdə qanun çıxarmaq və ya qanunlara dəyişiklik etmək, Milli Xalq Məclisi Rəyasət Heyəti qarşısında məsuliyyət daşımaq kimi səlahiyyətləri var.

Çox partiyalı əməkdaşlıq və siyasi şura sistemi

Çin Kommunist Partiyasının (ÇKP) liderlik etdiyi çox partiyalı əməkdaşlıq və siyasi şura sistemi Çinin özünəməxsus bir sistemidir. İqtidardakı ÇKP ilə birlikdə 8 demokratik partiya daha fəaliyyət göstərir. Bu partiyalar ÇKP-ndan çox daha əvvəl mövcud olmuş partiyalardır və hal-hazırda ÇKP-nın liderliyini dəstəkləyirlər. Bunu bir növ tarixi ənənə də adlandırmaq mümkündür. Çünki bu partiyalar ÇKP-nın liderliyində uzun mübarizə yolu keçmiş partiyalardır. Bu partiyalar öz daxili təşkilatlanmalarını istədikləri kimi qura bilmə hüququna sahibdirlər, lakin siyasi fəaliyyətləri konstitusiya ilə məhdudlaşdırılıb. Bu partiyalar müxalifət partiyaları deyil, əməkdaşlıq partiyalarıdır. Yəni dövlətin qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətində iştirak etmək hüququna sahibdirlər.

ÇKP xalqın həyatı ilə birbaşa bağlı olan mövzular kimi mühüm qərarlar almamışdan əvvəl həmişə demoktrat partiyalarla və partiyasız demokratlarla məsləhətləşir, daha sonra qəti qərar alır. İcraedici orqanlara nəzarətin daha səmərəli həyata keçirilməsi üçün demokrat partiya üzvləri və partiyasız demokratlara xalq məclisləri və.s bu kimi orqanlarda vəzifə verilir. Bu qəbildən olan şəxslər məhkəmə və icra orqanlara yüksək vəzifəyə də təyin olunurlar.

Konstitusiyaya görə Milli Xalq Məclisi prezident, Milli Xalq Məclisi Daimi Komitəsinin sədrini seçir. Başnazir və nazirlər də bu qurum tərəfindən təyin olunur. MXM-nin bu seçdiyi və təyin etdiyi vəzifələrdən azad etmək hüququ da var.

ÇXR əsas etibarı ilə keçmiş SSRİ-nın idarəetmə prinsipini mənimsəmişdir. Həqiqiq mənada hakimiyyətin bölünməsi prinsipi mövcud deyil. Ölkədə Çin Kommunist Partiyasının faktiki hakimiyyəti mövcuddur. Belə bir şəraitdə isə həqiqi mənada qanunverici, icraedici və məhkəmə hakimiyyətinin ayrılığından və sərbəstliyindən danışmaq çətindir. ÇKP Mərkəzi Komitəsi Siyasi Bürosunun 7 üzvü var. Partiyanın baş katibi həm də bu qurumun sədridir. Ölkəni bu qurum idarə edir.

Çin müstəqil və sülhsevər xarici siyasət kursunu mənimsəmişdir. Əsas hədəflərini isə ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, islahat və dünyaya inteqrasiya, müasirləşmək, daxili əlverişli iqtisadi inkişaf üçün şərait yaratmaq, müştərək inkişaf kimi prinsiplərlə açıqlamışdır. Daim müstəqillik prinsipinə bağlı qalmaq, hər hansı bir siyasi-hərbi ittifaqa qoşulmamaq, hərbi blok qurmamaq, silahlanma yarışında iştirak etməmək və hərbi ekspansiya siyasəti yeritməmək də ÇXR-nın xarici siyasətinə daxil olan amillərdəndir.

İQTİSADİYYAT

Böyük bir sənaye inqilabı dövrünü tamamlamaqda olan Çin hal-hazırda sürətli iqtisadi böyüməyə sahib ölkələrdən biridir. 1978-ci ilə qədər ölkədə dövlət mülkiyyti daha çox idi. Bu tarixdən sonra isə özəl mülkiyyətin payı sürətlə artamğa başlamışdı. 1978-ci ildə Çin “mərkəzi

Page 101: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

101planlı iqtisadiyyat”dan əl çəkmişdi. Bu tarixdən sonra Çin iqtisadiyyatı hər il təqribən 10% böyümüşdü. Xüsusən də Honq-Konqun Çən birləşməsi buradakı təşbbüskarlıq, kapital, təcrübə, bilik və bacarıq kimi amillər bu əyalətə yaxın olan bölgələrdə iqtisadi inkişaf tempini artırmışdı. Ümumiyyətlə Çinin sahilyanı vilayətləri, ölkənin şərq regionu daha sürətli və dinamik inkişaf tempinə malikdir. Lakin Çində hələ də dövlət mülkiyyəti kifayət qədər əhəmiyyətli yer tutur. Ölkədəki iqtisadi qurumların yarya yaxını ya dövlət mülkiyyətindədir, ya da dövlətlə müştərək, yəni yarı dövlət yarı özəl qurumlardır. Sahibi Çin dövləti olan “kollektiv şirkətlər” özəl sektorla daha sıx əməkdaşlıq etməyə meylidirlər. Çin nəhəng xarici ticarət potensiyalına sahibdir. Xarici ticarətin ÜDM içindəki yeri Rusiya, Hindistan kimi qonşu dövlətlərə nisbətən Çində daha yüksəkdir. Çin öz kommunist ənənəsinə sadiq qalaraq sərbəst bazar iqtisadiyyatına alternativ olaraq “sosialist bazar iqtisadiyyatı”nı mənimsəsə də özünün özəl, kollektiv və xarici kapitalın işlətdiyi şirkətləri ilə güclü iqtisadi dinamiklərə sahibdir. 1995-ci ildə “Xarici Ticarət Haqqında” qanunun qəbul edilməsi Çinin sənaye və ticarət dövriyyəsində mühüm artışlarla müşahidə olunmuşdur. 1990-cı illərdə (MOFTEC) Xarici Ticarət və İqtisadi Əməkdaşlıq Nazirliyi yaradılmışdı.

Təbii sərvətləri

Çin təbii sərvətlərlə zəngin ölkədir. Dəmir, fosfat, molibden, titan kimi təqribən 17 filiz növündəki ehtiyatlarına görə Çin dünya liderlərindən biridir. Çin xüsusən də kosmik texnologiyalarda və elektronik cihazlar sənayesində istifadə olunan bəzi zəngin metalların ixracatçısıdır. Çin hidroelektrik güc potensialı və kömür ehtiyatlarına görə də dünyada birinci yeri tutur. Lakin istehlak edilən kömürün keyfiyyəti çox aşağıdır. Çinin ən mühüm problemlərindən biri getdikcə artan enerji tələbini təmin etməkdə çətinlik çəkməsidir.

Hal-hazırda istehsal edilən enerjinin 70% kömürdən əldə edilir. Çin neft idxalatçısıdır. Ölkənin cənubunda təbii qaz yataqları var, lakin azdır və işlədilə biləcək səviyyəyə gətirilməmişdir. Sürətli sənayeləşmə ətraf mühitin çirklənməsi problemini də bərabərində gətirib. Mühüm problemlərdən biri də su problemidir. Son vaxtlar sənayedə istifadə olunan suya tələbat 2 qat, məişətdə istifadə olunana isə 35% artdığı üçün gələcəkdə bu problemin daha ciddi hal alacağı aşkardır.

İnfrastruktur

Çində infrastruktur iqtisadi inkişaf tempinə cavab verə biləcək səviyyədə deyil. Bugünkü nəqliyyat infrastrukturu tələbin ancaq 60%-nə cavab verə bilir. Limanlar və dəmiryolları isə müasir tələblərə cavab vermir. Havayolları nəqliyyatı yüksək texnologiya, mütəxəssis və bir sıra cəhətlərinə görə dünya standardlarından geri qalır. Enerji qıtlığı xüsusilə də sənaye sahəsində özünü biruzə verir.

Kənd təsərrüfatı

Kənd təsərrüfatı Çin iqtisadiyyatında mühüm yer tutur. 2004-cü il göstəricilərinə görə kənd təsərrüfatı sektorunun Çinin ÜDM-undakı payı 15,2% olmuşdur. Ölkədə məşğul əhalinin 47% kənd təsərrüfatı sektorunda işləyir. Kollektiv təsərrüfatdan özəl mülkiyyətə keçilən 1978-2001-ci illərdə kənd təsərrüfatında məhsuldarlıq 5 dəfə artmışdır. Lakin kənd təsərrüfatı getdikcə gəlirli

Page 102: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

102sahələrdən biri olmaqdan çıxır. Bunun xüsusilə şəhərlərdə adambaşına düşən gəlirin artması şəraitində gələcəkdə daha ciddi problemə çevriləcəyi gözlənilir.

Çinin 9,5 milyon km2-lik ərazisinin cəmi 10%-ində kənd təsərrüfatı məhsulları becərilir. Əsasən düyü, buğda, şəkər qamışı və bəzi tropikal məhsullar becərilir. 1994-1995-ci illərdə Çin ilk dəfə taxıl idxal etmişdi. Tələb bu templə artsa 2010-cu ildə Çinin taxıla olan ehtiyacını ödəyə biləcək ölkə tapılmayacaq. Lakin Çinin kənd təsərrüfatı məhsulları sarıdan çətinliyi müvəqqətidir deyə bilərik. Çünki kənd təsərrüfatı sahəsində aparılacaq islahatlar, infrastrukturun yenidən qurulması və.s bu kimi tədbirlərlə məhsuldarlıq artırıla bilər və Çinin taxıla olan ehtiyacında idxalatın payını 5%-ə qədər azaltmaq mümkündür. Çünki ölkə istər coğrafi, istərsə də əhali baxımından bunun üçün tam əlverişlidir.

Sənaye

1993-2002-ci illərdə Çinin sənaye sektoru illik təqribi 11,4% böyümüşdür. Bu artışın böyük bir qismini kiçik və orta biznes qrumları gerçəkləşdirmişdilər. Çin sənayesinin inkişafında xarici kapitalın da böyük rolu olmuşdur.

Metallurgiya, filizçıxarma, avtomobil, təyyarə, ağır maşınqayırma, dəzgahqayırma, kosmik sənaye, turbinlər, elektrik və elektronik cihazqayırma, rabitə texnologiyaları Çinin başlıca sənaye sahələridir. Ölkədə işlədilən mədənlərin 60%-i dövlətə aiddir. Çin qiymətli metalların istehsal və istehlakına görə də dünyadakı ilk yerlərdən birini tutur. Çin dünyanın 5-ci ən böyük qızıl istehsalçısıdır. Daxili Monqolstan muxtar vilayəti vanadium, titan, germanium, polikristalin və silikon kimi nadir metal yataqları ilə zəngindir. Bunlar vanadyum, titanyum, germanyum, galliyum, polikristalin ve silicon’dur. Bu ender madenler çoğunlukla Iç Moğolistan Özerk Bölgesi’nden çıkarılmaktadır. Məlum olduğu kimi 2008-ci il olimpiyadası Pekində keçiriləcək. Şəhər böyük dəyişikliyə uğramışdır. Çin hökuməti bu məqsədlə 22 milyard dollarlıq investisiya qoymuşdur.

Page 103: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

103

Mövzu 12. Rusiya Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat

Dövlətin adı Rusya Federasiyası (Российская Федерация)

Ərazisi (dünyada 1-ci) 17.075.400 km² (0,5% daxili sular) Əhalisi (2006) 142.2 milyon (8,3 nəfər/1 km²), (əhalinin 73%

şəhərlərdə, 27% kəndlərdə yaşayır. kişilər 67,6 milyon, qadınlar: 77,6 milyon)

Uzunömürlülük 64,9 il, (kişilərdə 58 il, qadınlarda 72 il) ÜDM 1,450 trilyon $ Adambaşına milli gəlir 9,800 $ Dövlət quruluşu Federativ respublika Böykük şəhərləri Moskva (paytaxt-10,4 milyon), St.Petersburg

(4,7 milyon), Novosibirsk (1,4), Nijniy Novqorod (1,3), Yekaterinburq (1,3), Samara (1,2), Omsk (1,1), Kazan (1,1), Çelyabinsk (1,1), Rostov-na-Donu (1,1), Ufa (1,0), Volqaqrad (1,0), Perm (1,0). Ölkədə 1.097 şəhər, 24.427 kənd var.

İnzibati idarə Rusiya Federasiyası 7 federal dairədən ibarətdir. 21 respublika, 6 ölkə (kray), 49 vilayət (oblast), 2 federal statusa milik şəhər,1 muxtar rayon, 10 muxtar dairə (okruq).

İşsizlik 7,9 % (5,7 milyon nəfər) Etnik profil Ölkədə 176 etnik qrup yaşayır. 79,82 % (115

868 500) Rus, 3,83% (5 558 000) tatar, 2,03 % (2 943 500) ukraynalı, 1,15% (1 673 800) başqurd, 1,13% (1 637 200) çuvaş, 0,94% (1 361 000) çeçen, 0,78% (1 130 200), erməni, 0,56% (814 700) belarus, 0,43% (621 500) azerbaycanlı, 9,33% digərləri.

Din Xristianların böyük əksəriyyəti pravoslav, 20 milyondan çox müsəlman. Katolik, yəhudi, budist və s. din mənsubları da var.

Xarici borc 110 milyard $ Valyuta ehtiyatları 117 milyard $ (2004) İllik infilyasiya (2003) 12%

Page 104: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

104

Çaylar Lena (4.400 km), İrtış (4.248 km), Ob (3.650 km), Volqa (3.531 km), Yenisey (3.487 km), Amur (2.824 km)

Göllər Baykal (31.500 km2), Ladoqa (18.100 km2), Oneqa (9.690 km2)

Dənizlər və okeanlara çıxışları

Şimal Buzlu Okeanı (Barents dənizi, Ağ d., Karsk d., Laptevlər d., şərqi Sibir d., Çukot d.), Sakit okean (Berinq, Oxotsk, Yapon dənizləri), Atlantik okeanı (Baltik, Azov və Qaradəniz).

Adalar Novaya Zemlya 82,6 min m2, Saxalin 76,4 min m2, Severnaya Zemlya adaları.

Ən hündür zirvəsi Elbrus (6542 m.). Quru sərhədlərinin cəmi uzunluğu

37 min 653 km

SİYASİ SİSTEMİ

Prezident

Konstitusiyaya görə Rusiya Federasiyası (RF) bərabərhüquqlu 21 respublika, 6 ölkə (kray), 49 vilayət (oblast), 2 federal statusa milik şəhər,1 muxtar rayon, 10 muxtar dairədən (okruq) ibarətdir. Ölkədə, daha çox ABŞ-ınki ilə müqayisə edilə biləcək, həm qanunverici, həm də icraedici hakimiyyətin fövqündə dayanan bir prezidentlik sistemi mövcuddur. Prezident xalq tərəfindən 4 il müddətinə seçilir. Eyni şəxs ən çox 2 dəfə prezident postuna seçilə bilər. RF-nın ilk prezidenti Boris Yeltsin (1991-1999) olmuşdur. Sonra Vladimir Putin (2000-2008), ondan sonra da Dmitri Medvedyev (2008-) bu vəzifəni icra etmişdirlər. Toxunulmazlıq hüququna malik olan RF prezidenti başnaziri təyin etmək, nazirlər kabinetinin iclaslarına sədrlik etmək, hökuməti istefaya göndərmək, ali məhkəmə və nəzarət orqanlarının rəhbərlərini vəzifəyə təyin və azad etmək, Dumanı buraxmaq kimi səlahiyyətlərə də malikdir. Ölkənin xarici siyasətinin müəyyənləşdirən və beynəlxalq müqavilələri imzalayan da prezidentdir. RF prezidenti ölkənin silahlı qüvvələrinin ali baş komandanıdır.

Qanunverici hakimiyyət

RF-nın parlamenti olan Federal Məclis15 (Федеральное Собрание) ölkənin təmsil və qanunverici orqanıdır. FM iki palatadan ibarətdir: Federasiya Soveti (Совет Федерации/üst palata) və Dövlət Duması (alt palata). Federasiya Sovetinə RF-na daxil olan hər federal vahiddən iki nəfər üzv olur. Bunlardan biri həmin federal vahidin təmisçi məclisindən, digəri isə icraedici orqanından olur. Lakin son vaxtlar bu qurumun, böyük əhəmiyyət kəsb etməməsi səbəbiylə, ləğv ediləcəyi və yeniə Dövlət Şurası adlanan bir qurumun yaradılacağı ilə bağlı fikirlər səslənir.

15 Ətraflı məlumat üçün bu veb səhifəyə müraciət edə bilərsiniz: http://www.garant.ru/main/10003000-005.htm

Page 105: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

105Dövlət Dumasına isə 4 ildə bir dəfə ümumxalq səsverməsi ilə seçkilər keçirilir. Dumada

450 parlamentari iştirak edir. Bu millətvəkilləri müstəqil və ya partiya üzvü ola bilərlər. Dumada Vahid Rusiya (Единая Россия), Kommunist partiyası (Коммунистическая партия Российской Федерации), Yabloko (Партия «Яблоко»), Liberal Demokrat (Либерально-демократическая партия России) kimi siyasi partiyalar daha çox millətvəkili ilə təmsil olunurlar. Rusiyada onlarla irili-xırdalı siyasi partiya fəaliyyət göstərir.

Bir şəxsin eyni zamanda həm Federasiya Soveti həm də Dövlət Dumasının üzvü olması qadağandır. Dövlət Dumasının millətvəkilləri digər seçkili orqanların və yerli özünüidarəetmə orqanlarının üzvü olmamalıdırlar. FM daimi fəaliyyət göstərir. Dövlət Duması və Federasiya Soveti ayrı-ayrılıqda iclas keçirirlər. DD daha çox qanun layihələrinin müzakirəsi və qəbulu, FS isə məsləhət və təmsilçilik vəzifələrinin yerinə yetirir.

İcraedici hakimiyyət

Rusiyadakı ən ali icraedici orqan RF hökumətidir. RF hökuməti başnazir, başnazirin müavinləri və federal nazirlərdən ibarətdir. Baznazir prezident tərəfindən DD-nın təsdiqi ilə təyin edilir. Başnazir təyindən sonrakı 1 həftə ərzində yeni nazirlər kabinetini prezidentə təqdim etməlidir.

Məhkəmə hakimiyyəti

RF-nda Konstitusiya məhkəməsi, Apelyasiya məhkəməsi, Kassasiya məhkəməsi, büdcə xərclərinə nəzarət kimi məhkəmə və icra sahəsində huquqlara sahib məhkəmə orqanları fəaliyyət göstərir. Federal vahidlər yerli büdcəyə malik olmaq, vergi təyin etmək və.s bu kimi səlahiyyətlərə sahibdirlər.

Xarici siyasət

Vaxtilə dünyanın iki “super„ dövlətindən birinin vətəndaşı olmaq SSRİ vətəndaşlarında, xüsusilə də ruslarda xüsusi bir psixologiya və qürur hissi yaratmışdı. Buna görə də SSRİ-nin dağılması ruslarda ağır psixoloji travma və ruh düşkünlüyü ilə müşayət olunmuşdu. Rus intellektuallarının mühüm bir qismi, xüsusilə də ali bürokratiya „velikorus“ ideyasının əsla gerçəkləşməyəcəyinə inanmaq istəmir, yeni iqtidardan „rusiyanın hələ də dünyanın ən güclü ölkələrindən biri olduğunu“ hamıya sübut etməsini gözləyirdilər.

Lakin iqtisadi problemlər və beynəlxalq siyasətdəki reallıq Rusiyanın yenidən dünyanın güclü dövlətlərindən birinə çevrilə bilməsi üçün həll etməli olduğu çox sayıda „ev tapşırığı“nın olduğunu göstərdi. Bundan başqa başda ABŞ olmaqla qərb dövlətləri Rusiyanın „SSRİ kimi olmaq“ arzusunun qarşısın ciddi cəhdlə alırdılar. Yeltsin 1990-cı illərin əvvəllərində iqtidarının dəstəklənməsi arzusu ilə qərblə əlaqələrini müsbət müstəvidə inkişaf etdirsə də 1994-cü ildən sonra „velikorus“ intonasiyasını xatırladan tərzdə çıxışlar etməyə başladı. Moskva nə qərblə əlaqələrin müsbət inkişafından nə də şovinist istəklərdən əl çəkə bilirdi.

Qərbyönlü Andrey Kozıryevdən sonra xarici işlər naziri postunu tutan Yevqeniy Primakov „çoxqütblü dünya“ siyasətinin xarici siyasətdəki əsas prioritetlərdən birinə çevrilməsi üçün çalışmışdı. Rusiya ABŞ ilə yanaşı Aİ, Yaponiya, Çin, Hindistan və digər regional güclərlə

Page 106: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

106əməkdaşlığını gücləndirməyə başlamışdı. 2004-cü ilin may ayında V. Putin çıxışlarından birində Rusiyanın əsas beynəlxalq əlaqələrini sadalamışdı: MDB, Aİ, ABŞ, Çin, Hindistan və Yaponiya.

1991-ci ilin son ayında qurulan MDB-nin daxilində bir-birndən fərqlə müxtəlif bloklaşmalar var. Rusiyanın “ən yaxın qonşusu” adlandıra biləcəyimiz, hətta vahid dövlətdə birləşmək fikirlərin müzakirə edildiyi Belarusla yanaşı MDB daxilində Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanla yaxın siyasi əlaqələri var.

2003-cü ilin aprelinde bu altı ölkə, bəzi dairələrin “2-cü Varşava paktı” adlandırdıqları hərbi əməkdaşlıq, müdafiə bloku yaradıldı. Həmin ilin mayında isə RF, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olduqları „Şanxay Əməkdaşlıq Təşkilatı“ quruldu.

Rusiyanı, bütün daxili və xarici problemlərinə baxmayaraq, beynəlxalq siyasi arenada mühüm fiqurlardan birinə çevirən bir çox amil var. Hər şeydən əvvəl Rusiya ərazisinə görə dünyanın ən böyük ölkəsidir. Bu isə, zəngin karbohidrat ehtiyatlarına malik olması ilə birlikdə onun geostratejik əhəmiyyətini artırır. Rusiya dünyanın ikinci böyük nüvə dövlətidir. 1994-cü ildən etibarən iqtisadi cəhətdən inkişaf etmiş 7 ölkə ilə birlikdə G-8-in üzvüdür.

Bütün bunların fərqində olan ABŞ Rusiya ilə əlaqələrini daim normal səviyyədə saxlamağa üstünlük verir. Xüsusilə də 11 sentyabr hadisələrindən sonra Rusiyanın MDB və Orta Şərq coğrafiyasındakı tarixi rolunu nəzərə alaraq Rusiya ilə zidd mövqelərdə dayanmamaq siyasətini güdür. Lakin bu iki ölkə arasıda mübarizənin olmadığını ifadə etmir. Hətta vaxtaşırı olaraq biz iki ölkə rəsmilərinin söz duelinə çıxdıqlarının da şahidi oluruq. Siyasi rəqabətdə hələ ki, üstünlük ABŞ-ndadır. Rusiya MDB sahəsində, xüsusilə də Qafqazlarda ABŞ-la girişdiyi nüfuz mübarizəsində məğlub olmuşdu. Bunun ən bariz nümunələrindən biri NATO-nun 2004-cü ildə Rusiya sərhədlərinə qədər genişlənməsi olmuşdur.

Xarici ticarətdə Aİ ölkələri Rusiyanın əsas partnyorlarından biridir. Rusiya ixracatının Aİ ölkələrinə düşən payı 35%-dir. Lakin Çeçenistandakı haqsız müharibə, dövlət terroru, mətbuat və ifadə azadlığı, Pribaltikada rusların hüquqlarının qorunması, Dünya Ticarət Təşkilatına üzvlük kimi məsələlər Aİ ilə Moskva arasındakı əlaqələrin vaxtaşırı kəskinləşməsinə səbəb olur. Rusiyanın Aİ ölkələrini xüsusən də qış aylarında enerji şantajına məruz qoyması haqqında yuxarıda danışmışdıq. Ümumiyyətlə Moskvanın beynəlxalq və regional siyasi məsələlərdə Aİ-dan daha çox Vaşinqtonla ortaq dil tapa bildiyini deyə bilərik. Buna yanaşı Moskvanın son dövrlərdə Paris və Berlin əlaqələrində inkişaf müşahidə olunur.

İQTİSADİYYAT

Rusiya dünyanın ən zəngin ölkələrindən biridir. Dünyadakı mövcud xammal, enerji və bioloji mənbələrin 35% Rusiya ərazisindədir. Ölkə dünyadakı aliminium, platin, nikel, uran kimi stretejik xammal mənbəlrinin yarısına sahibdir. Dünyadakı əkinə yararlı torpaqların təqribən 17,5%, qeyri-tropik meşə sahələrinin isə 46% Rusiyanın payına düşür.

Rusiya enerji ixracatına görə dünyada 7-ci yeri tutur. Dünyada istehsal olunan neftin 13%, təbii qazın 32%, kömürün 11%, dəmirin 26%, qurğuşunun 10%, sinkin 15% Rusiyanın payına düşür. Rusiyanın milli sərvətinin 85%-ni təbii sərvətlər təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu nisbət 10% keçmir.

Page 107: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

107RF Təbii Sərvətlər Nazirliyinin 2004-cü ilin yanvarında açıqladığı rəqəmlərə görə Rusiya

dünyada nikel, gümüş, volfram və almaz16 ehtiyatlarına görə dünyada 1-ci, platin və titan ehtiyatları baxımından 2-ci, dəmir filizi, molibden, kobalt ehtiyatlarına görə 3-cü, sink ehtiyatlarına görə 4-cü yeri tutur.

Nefin qiymətinin sürətlə artması 1998-ci ildə lağır iqtisadi böhran keçirən Rusiya üçün göydəndüşmə olmuşdu. Belə ki, son illərdə ölkə sürətlə inkişaf edir, infilyasiya azalır, xarici ticarət balansı yüksəlir, büdcə kəsir verməməklə yanaşı hətta artıq çıxarır, xarici borclar vaxtında ödənir, valyuta ehtiyatları artır və s.

İqtisadi inkişaf böyük ölçüdə neft və qaz ixracatından aslıdır. Rusiyanın ixracatının 60%-i enerjinin payına düşür. Rusiya 2004-cü ildə neft və qaz ixracatının ÜDM-dakı payının 9% olduğunu açıqlasa da həmin il Dünya Bankı bunu təkzib etmiş və bu rəqəmin ən az 25% olduğunu bildirmişdi.

2003-cü ildə Rusiyanın xarici ticarət həcmi sıçrama ilə artmış, 25% artışla 191,1 milyard $ çatmışdı. İxracat 25,3% artışla 133,7 milyard $ çatan ixracat, təqribən eyni nisbətdə artaraq 57,4 milyard $ olmuş idxalatdan 76,3 milyard $ daha çox idi. 2005-ci il rəsmi rəqəmlərinə görə isə ixracat 241,3 milyard $, idxalat isə 98,5 milyard $ olmuşdu.

2003-cü il göstəricilərinə görə RF-nın xarici ticarət partnyorları sırası ilə belə olmuşdur: Almaniya (16,8 milyard $; artış %28,5) Hollandiya (11,6 milyard $; %65,1), İtaliya (10,8 milyard $; %35,6), Çin (10,7 milyard $; %33,3), ABŞ (6,7 milyard; %23,1), Türkiyə (5,9 milyard; %46,2), Finlandiya (5,9 milyard; %29,5).

Rusiya ixracatının 2/3-ni neft, neft məhsulları və təbii qaz təşkil edir. Bundan başqa qara və əlvan metallar, mühərriklər, mühərrik detalları və kimyəvi maddələr də ixrac edilən əsas əmtəələrdəndir. İdxal etdiyi malların başında isə metallar, mühərriklər, elektri və elektronik cihazlar, yüngül sənaye məhsulları və ərzaq maddələri gəlir. Rusiyaya əmtəə və xidmət ixrac edən əsas ölkələr Almaniya, Belarus, Ukrayna, Çin, ABŞ və İtaliyadır.

Rusiyanın əsas gəlir mənbələrindən biri də silah satışlarından əldə edilən gəlirlərdir. 2003-cü ildə Rusiya silah satışından 5,4 milyard $ gəlir əldə etmişdi. Bu isə bir ildə 0,6 milyard artış demək idi. 2002-ci ildə bu rəqəm 4,8 milyard $ olmuşdu. İxrac etdiyi müdafiə sənayesi mallarının 70% hava, 15% dəniz, 8% quru qoşunlarına, 7% isə hava hücumundan müdafiəyə aid silah və ləvazımatdır. Rusiya silah satışına görə dünyada 2-ci yeri tutur17.

Bütün bunlara baxmayaraq Rusiya hələ də dünyanın ən kasıb ölkələrindən biridir. Rusiyanın ən varlı adamları Kremldə oturan iri dövlət məmurları və oliqarxlardır. Yoxsulluq Rusiyanın ən ciddi problemlərindən biridir. Ölkə əhalisinin 40% özünü yoxsul hesab edir, özünü varlı hesab edənlərin nisbəti isə 7%-dir. Rəsmi rəqəmlərə görə 2004-cü ildə əhalinin 18,7%, yəni 26,7 milyon insan yoxsulluq həddinin altında yaşayırdı.

16 Rusiyanın almaz ehtiyatları bütün dünya ölkələrininkinin cəmindən daha çoxdur. 17 Dünyada silah satışının 40% ABŞ, 19% Rusiya, 18,5% Đngiltərə və 7% Fransanın payına düşür.

Page 108: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

108Belə bir şəraitdə dünyanın ən varlı adamları arasında Rusiya vətəndaşlarının adının

yazılması da bu ölkənin başqa bir mühüm cəhətidir. Dollar milyarderlərinin sayına görə Rusiya, ABŞ və Almaniyadan sonra dünyada 3-cü yeri tutur. Forbes jurnalının 2004-cü il fevral ayı statistikasına görə Rusiyada 36 dollar milyarderi yaşayırdı. Bunların 33-ü Moskvada yaşayır. Bu da Moskvanı ən çox dollar milyarderi yaşayan şəhərə çevirib. Bu milyarderlərin mənşəcə yəhudi olması isə işin başqa bir maraqlı tərəfidir. Sırada Mixail Xodorkovskiy (“Yukos”un həbsdəki prezidenti, 15,2 milyard $) birinci, Roman Abramoviç (Sibneft, 12,5 milyard $) ikinci, Viktor Vekselberq (Sual Holdinq, 5,9 milyard $) isə üçüncüdür. Rusiya milyarderlərinin sərvətinin cəmi Rusiya ÜDM-nun 1/4-nə bərabərdir.

Ölkədə gəlir bölgüsündəki ədalətsizlik dəhşətverici həddədir. Əhalinin ən varlı 10%-lik qismi bütün gəlirlərin 35%-ni əllərində saxlayırlar. Ən yoxsul 10 % isə cəmi 2,5 %-ni. Yəni aradakı fərq 14 dəfədir. Qərbi Avropa ölkələrində bu fərq maksimum 7 dəfədir. 2003-cü ildə əhalinin gəlirləri 13%, olqarxların gəliri isə 240% artmışdır. Uçrumun belə qorxunc həddə olmasının əsas səbəblərindən birisi də SSRİ-nin dağılma prosesi və ondan sonrakı proseslərdə özəlləşdirmənin düzgün aparılmaması, daha doğrusu qeyri-qanuni aparlıması olmuşdur. Ən azından rusiyalılar belə düşünürlər. Əhalinini 77% aparılmış özəlləşdirmədən narazıdır.

Dünyanın ən böyük 2 min şirkəti arasına daxil olmuş Rusiya şirkətləri bunlardır: Qazprom (87-ci), Lukoil (184), RAO YeEs (199), Yuko (213), Surqutneftqaz (294), Sberbank (381), Sibneft (478), Norilskiy Nikel (587), Tatneft (884), Severstal (1451), Beeline GSM (1820) ve AvtoVAZ / Lada (1942). Avropanın ən böyük 500 şirkəti arasındakı rus şirkətləri isə bunlardır: Qazprom 84, Lukoil 126, RAO YeEs 133, Yukos 164, Surqutnefteqaz 264, Sberbank 294, Tatneft 313, Norilski Nikel 322, AvtoVaz 360, Sibneft 380 və Transneft 454.

Dövlət səhiyyə, təhsil xidmətlərinin verilməsi, eləcə də dövlət sektorunda işləyənlərin maaşlarının ödənilməsi kimi məsələlərdə ciddi problemlərlə üz-üzədir. 2004-cü ildə orta əmək haqqı 250 $, orta təqaüd isə 75 $ səviyyəsində olmuşdur. İşsizlik də Rusiyanın ən çətin problemlərindən biridir. Rəsmi statistikaya görə əhalinin 70%-i “qeyri-insani şəraitə malik mənzillərdə” yaşayır. Putinin seçkiqabağı “indi əhalinin 10% yaşadığı şəraitdə 2010-cu ildə əhalinin 1/3-i yaşayacaq” vəədinin söz verilmiş vaxtda gerçəkləşməsi mümkün deyil.

Ölkədə əhalinin təbii artımı azalır, aşağı səviyyəli səhiyyə xidməti, xəstəliklər, içgi və narkotiklərin istifadəsinin artması nəticəsində ölümlər artır. Son bir neçə il ərzində Rusiyanın əhalisi 750-800 min nəfər azalmışdır. Bu millətin genefondunun gələcəyi və gələcəkdə iş qüvvəsi baxımından təhlükəlidir. Bugün əhalisinə görə dünyanın 7-ci ölkəsi olan Rusiyanın XXI əsrin ortalarında əhalisinin azalaraq 100 milyona enməsi gözlənilir. Hal-hazırda hər işləyən insana 1,6 təqaüdçü düşür, 30 il sonra isə bu rəqəmin 1=1 olması gözlənilir. Nikahlar azalır, boşanmalar çoxalır, nikahsız birlikdə yaşamaların sayı artır. 2003-cü ilin ilk on ayında 855,5 min nikah, 715,7 min boşanma qeydə alınmışdır. Ailələrdə uşaqların sayı ya 1-dir ya da yoxdur. Rəsmi statistikaya görə illik spirt istehlakı adambaşına 14 litrdir. Bu adambaşına (yarımlitrlik) 70 şüşə alkaqollu içgi deməkdir. Yəni hər bir vətəndaşa illik 96 qram alkaqollu içgi düşür. Rusiyada ölümlərin 1/3-i (təqribən 500 min) alkaqollu içgi səbəbiylə baş verir. Ölkədə 4 milyondan çox narkotik maddə istifadəçisi, 1 milyondan artıq QİÇS (AIDS) xəstəsi var. QİÇS xəstələrinin 8 minə yaxını uşaqlardır.

Page 109: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

109Hər il 3500 vətəndaş bu xəstəlik səbəbiylə ölür. 4 milyondan çox küçə uşağı var. Rusiya mütəşəkkil cinayətkarlığa görə də dünyada ilk yerlərdən birini tutur. 2003-cü ildə ölkədə 2 milyon 750 minə qədər cinayət hadisəsi qeydə alınmışdır. Statistikaya görə Rusiyada dəqiqədə 5 cinayət hadisəsi baş verir. Ən çox oğurluq və qarət kimi cinayətlər törədilir. Korrupsiya və rüşvətxorluq hallarına görə Rusiya dünyanın 133 ölkəsi arasında 86-cıyerdədir18.

18 http://www.transparency.org. Bu sıralamada ölkəmizin tutduğu yer də ürəkaçan deyil. Bax: http://www.transparency-az.org

Page 110: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

110

Mövzu 13.

Türkiyə SİYASİ SİSTEM

Türkiyə Respublikası (TR) konstitusiyası hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq hakimiyyəti qanunverici, icraedici və məhkəmə orqanları arasında bölmüş, hər birinin vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. TR unitar dövlətdir. Ölkə vilayətlərə (il), qəzalara (ilçe), nahiyələrə (bucak) və kəndlərə (köy) bölünür.

Qanunverici hakimiyyət

Türkiyə Böyük Millət Məclisinə (TBMM) 550 millətvəkili seçilir. TBMM-nə seçkilər 5 ildə bir keçirilir. TBMM 5 illik müddət tamam olmadan növbədənkənar seçki elan edə bilər. Prezidentin də konstitusiyada göstərilən bir sıra səbəblərdən ötrü növbədənkənar parlament seçkisi elan edə bilər. Müharibə vəziyyətində TBMM növbəti seçkiləri 1 il müddətinə gecikdirə bilər. Seçkilərin təşkili və nəticələrin elanı Ali Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) səhaliyyətlərinə daxildir. ASK appelyasiya və kassasiya məhkələrinin üzvlərindən ibarət olur. 18 yaşını tamamlamış hər bir Türkiyə vətəndaşı səsvermə hüququna, 30 yaşını tamamlayan və ən az ibtidai məktəbi bitirmiş hər bir vətəndaş da seçilmə hüququna sahibdir. TBMM-nin millətvəkkiləri xalqı təmsil edirlər və seçiləndən sonra konstitusiyada qeyd olunuş and mətnini oxuyaraq and içirlər. Millətvəkilləri toxunulmazlıq hüququna sahibdirlər. Cinayət başında yaxalanmadıqları müddətcə haqqlarında iş açıla və iddia qaldırıla bilməz. Bu da Məclis Baş Komissiyası tərəfindən toxunulmazlıqları ləğv ediləndən sonra edilə bilər. Millətvəkilləri hər hansı bir siyasi partiyanın üzvü və ya bitərəf, müstəqil olaraq seçilə bilərlər. Sıravi vətəndaşlar TBMM-nin ərizə komissiyasına şikayət ərizəsi ilə müraciət edə bilər. TBMM-nin konstitusiyada göstərilən xüsusi vəzifə və səlahiyyətləri ilə yanaşı qanun qəbul etmək, dəyişdirmək, ləğv etmək, nazirlər kabineti və ya ayrı-ayrılıqda nazirlərin fəaliyyətinə nəzarət etmək, müəyyən mövzularda nazirlər kabinetinə qanun hökmündə qərarnamə çıxarmaq səlahiyyəti vermək, büdcəni təsdiqləmək kimi səlahiyyətləri var. Pul çap edilməsi, müharibə, fövqəladə vəziyyət elan edilməsi, beynəlxalq müqavilələri təsdiq (ratification) etmək, əvf və özəl əvf elan etmək, məhkəmələrdə çıxan ölüm hökmlərinin icrasına izn vermək kimi səlahiyyətlər də TBMM-nə verilmişdir. TBMM-də quruluşundan (23 aprel 1920) 1961-ci ilə qədər 7478, 1961,1982, 1999-cu illər arasında 4744 qanun layihəsi qəbul edilmişdir. Qəbul edilmiş 28 qanunla nazirlər kabinetinə səlahiyyət verilmiş və buna əsasən nazirlər kabineti 573 qanun hökmündə qərarnamə qəbul etmişdi. İcraedici Hakimiyyət

İH-in başında prezident və nazirlər kabineti dayanır. Konstitusiyanın icraedici hakimiyyətə aid olan qismində bütün icraedici orqanların adları qeyd edilmişdi. Beləcə konstitusiyada adları və təşkilatlanma formaları haqqında qeydlər olan bu qurumlar “konstitusyon qurumlar” statusu qazanmışdılar. Məsələn ali məktəblər, peşə qurumları, Radio-Televiziya şurası, Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu, Diyanət işləri başqanlığı və s.

Page 111: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

111Prezident

Prezident Türkiyə respublikasının başçısıdır. Bu statusu ilə prezident TR-sını və Türk millətinin birliyini təmsil edir. TR-nın prezidenti TBMM tərəfindən, qırx yaşını tamamlamış, ali təhsilli millətvəkili və ya millətvəkili ola bilməsi üçün heç bir maneə olmayan TR vətəndaşları arasından, gizli səsvermə ilə və TBMM üzvlərinin 2/3-sinin iştirakı ilə 7 il müddətinə seçilir. Vəzifəyə başladığı vaxtdan etibarən üzvü olduğu siyasi partiya ilə əlaqəsini kəsməli, partiya sıralarından istefa etməlidir. Eyni zamanda millətvəkilliyi vəzifəsindən də avtomatik olaraq uzaqlaşmış olur. Eyni şəxs bu vəzifəyə iki dəfə seçilə bilməz. Seçiləndən sonra konstitusiyada qeyd olunuş and mətnini oxuyaraq and içir. Prezident TBMM-nin növbədənkənar iclasını çağıra bilər. Qəbul edilmiş qanunları təsdiq etmək, veto qoymaq, yenidən müzakirə üçün TBMM-nə göndərmək, konstitusiyaya edilmiş dəyişikləri referandumda səsə qoymaq, qanun hökmündə qərarnamə çıxarmaq, ali məktəblərin rektorlarını təyin etmək, Konstitusiya Məhkəməsinə müraciət etmək, ali məhkəmə orqanlarının üzvləri təyin etmək kimi səlahiyyətlərə sahibdir. Prezident başnaziri seçərək kabinetini qurmağa tapşırmaq səlahiyyətinə, təşkil edilmiş nazirlər kabinetini təsdiq etmək səlahiyyətinə sahibdir. Dövlət Nəzarət Komissiyası (Devlet Denetleme Kurulu) və prezident baş katibliyi prezidentin fəaliyyətlərinin hüquqa uyğunluğuna nəzarət edən təşkilatdır.

Nazirlər Kabineti

NK başnazir və nazirlərdən ibarətdir. Başnazir prezident tərəfindən millətvəkilləri arasından bu vəzifəyə təyin edilir. Nazirlər millətvəkilləri və ya millətvəkili seçilməsi üçün heç bir hüquqi maneə olmayan TR vətəndaşları arasından başnazir tərəfindən seçilir və prezident tərəfindən təyin olunurlar. Eyniylə başnazirin təklifi ilə prezident tərəfinən vəzifəsindən azad edilirlər. NK tərtib və təşkil ediləndən sonra hökumətin proqramı TBMM-ndə oxunur və etimadnamə üçün səsvermə aparılır. Etimadnamə alan hökumət vəzifəyə başlayır. Konstitusiyanın NK ilə bağlı qismində milli müdafiə məsələlərinə də yer verilmişdir. Bu sahədə səlahyyət sahibi qurumlar Başkomandanlıq, Ali Baş Qərargah və Milli Təhlükəsizlik Şurasıdır (Milli Güvenlik Kurulu). MTŞ (MGK) prezidentin sədrliyi ilə başnazir, ali baş qərargah rəisi (genelkurmay başkanı), milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, quru, dəniz və hava qüvvələri komandanları və jandarma baş komandanından ibarət olur.

Məhkəmə Hakimiyyəti

Türkiyədə məhkəmə hakimiyyəti müstəqil məhkəmələr və ali məhkəmə orqanlarının əlindədir. Konstitusiyanın bu mövzu ilə bağlı qismində TR-nın hüquq dövləti olma xüsusiyyətinin məhkəmələrin və hakimlərin müstəqilliyi, heç bir şəxs və qurumdan asılı olmamaları üzərində qurulduğu vurğulanır. Bu prinsip vətəndaşların hüquq və azadlıqlarının zəmanətçisidir.

Məhkəmə prosesləri açıq aparılır. Bəzi istisna hallarda məhkəmənin qapalı keçirilməsinə qərar verilə bilər. Konstitusiyaya görə məhkəmələr üç qismə ayrılmışdır: ədliyyə məhkəmələri, idari məhkəmələr və xüsusi məhkəmələr. Özəl məhkəmələrə hərbi məhkəmələr və dövlət təhlükəsizlik məhkəmələri daxildir (Devlet Güvenlik Mahkemeleri/DGM). Konstitusiya Məhkəməsi, Appelyasiya Məhkəməsi, Kassasiya Məhkəməsi, Hərbi Appelyasiya Məhkəməsi ən ali

Page 112: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

112məhkəmə orqanlarıdır. Bundan başqa Hakimlər və Prokurorlar Ali Şurası və büdcə xərclərinə nərazət qurumları da var.

Page 113: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

113

Mövzu 14. İran

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat

Dövlətin adı İran İslam Respublikası Ərazisi 1.648.000 km2, (dünyada 17-ci ölkə) əkinə yararlı: 10 %. Ən hündür

nöqtəsi Daməvənd dağı 5,671 m. Ən alçaq nöqtəsi Xəzər dənizində 28 m.

Əhalisi (2002) 66,622,704. 0-14 yaş: 31,6%, 15-64 yaş: 63.7%, 65 yaş və yuxarı: 4.7%. Təbii artım tempi: 0.77%. Uzunömürlülük: cəmi 70 yaş, Kişilərdə: 69; Qadınlarda 78. Əhalinin 72.1% savadlıdır.

Böyük şəhərləri Tehran (paytaxt) 13 mln, Məşhed 2.9 mln, İsfahan 2.2 mln,Təbriz: 2.1 mln, Şiraz 2 mln, Urumiyə 1.3 mln

Etnik təşəkkül %51 Farslar, %24 Azərbaycan türkləri, %8 Geylaki-Mazandəranilər, %7 Kürdlər, %3 Ərəblər, %2 Türkmənlər, %2 Bəluclar, %2 Lurlar və %1 digər etnik.

İnziabit vahidlər (ostan-vilayətlər)

Ərdəbil, qərbi Azərbaycan, şərqi Azərbaycan, Zəncan, Çahar Məhəll və Bəxtiyari (cənubi Azərbaycan torpaqları), Buşəhr, İsfahan, Fars, Gilan, Gülüstan, Həmədan, Hürmüzgan, İlam, Kerman, Kermanşah, Xorasan, Xuzistan, Kuhkiluyeh və Buyər Əhməd, Kürdüstan, Luristan, Mərkəzi, Mazandəran, Qəzvin, Qum, Səmnan, Sistan və Bəlucistan, Tehran, Yəzd.

Qonşuları Quru sərhədlərinin cəmi uzunluğu 5440 km. Əfqanstan 936 km, Ermənistan 35 km,Azərbaycan Resp. 611 km, İraq 1458 km, Pakistan 909 km, Türkiyə 499 km, Türkmenistan 922 km. Xəzər dənizi sahili uzunluğu 2440 km.

Təbii sərvətləri Neft, təbii qaz, kömür, xrom, mis, dəmir, qurğuşun, manqan, sink. Din Əhalinin 99% müsəlman. 1% digər. Şiə 89%, Sünni 9%. Rəsmi

məzhəb 12 imam şiəliyi. ÜDM (2006) 610.4 milyard $. 11,2 % kənd təs. 41,7% sənaye, xidmət sekt. 47,1%

bunlar 2001-ci il statistikasına görədir. 1996-cı il hesabatına görə isə əhalinin 56% yoxsulluq həddinin altında yaşamışdır. 2002-ci il göstəricilərinə görə isə əhalinin 40% yoxsulluq həddinin altında yaşayır.

Adambaşına milli gəlir (2006)

8,900 $

İşsizlik (2002) 15% İnfilyasiya (2002) 15,8% İxracat (2001) 63.18 milyard $. Neft 85 %, quru və yaş meyvə, dəmir, kimya

sənayesi məhsulları. Yaponiya 20,5%, İtaliya 7%, BƏƏ 5,9%, Fransa

Page 114: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

114

4,7%, Çin 4,1%. İdxalat (2001) 45.48 milyard $, sənaye məmulatları, ərzaq, hərbi ləvazimat,

mexanika sənayesi məhsulları. Almaniya 11%, İtaliya 8.3%, Çin 6.1 %, Yaponiya 5.3 %, BƏƏ 5 %.

Xarci Borc 14,8 milyard $ Büdcə Gəlirləri: 104.6 milyard $ . Xərcləri: 100.6 milyard $

SİYASİ SİSTEM

İranın konstitusiyası 1979-cu ilin fevralında baş vermiş inqilabdan sonrakı dövrdə hazırlanmış və 15 noyabrda bitirilmişdi. Həmin ilin dekabrında ictimaiyyətə təqdim edilmişdi. Maraqlıdır ki, bu konstitusiya layihəsi 99,5% “bəli” toplayaraq qüvvəyə minmişdir. 1989-cu ildə Ruhullah Xomeyninin ölümündən sonra konstitusiyaya müəyyən düzəlişlər edilmişdi. İran konstitusiyası 177 maddədən ibarətdir.

Vəlayəti-Fəqih Vəlayəti-Fəqih nəzəriyyəsi 1960-cı illərdə R. Xomeyni tərəfindən irəli sürülmüşdür. Müəllifi bu nəzəriyyəni şiə məzhəbinin ideoloji təməlləri üzərində qurmuşdu. R. Xomeyni Vəlayəti-Fəqih vasitəsiylə şiə məzhəbinin siyasi sistemə adaptasiya edilməsini həyata keçirmişdi. Bu nəzəriyyəyə əslində şiəlikdəki “imamət” nəzəriyyəsinin müasir formasıdır da demək olar. Şiələr belə hesab edirlər ki, “imamət” nəzəriyyəsi Qur’anda bəyan edilmişdir. Peyğəmbərin vəfatından sonra müsəlmanları idarə etmək imamların vəzifə və səlahiyyətləri daxilində olmuşdur. Hər hansı bir iqtidarın məşru, yəni qanuni hesab edilə bilməsi üçün ya şəxsən imam tərəfindən ya da onun təsdiqi ilə həyata keçirilməsi lazımdır. Vəlayəti-Fəqih (VF) nəzəriyyəsini R. Xomeyni ilk dəfə 1960-cı illərdə İraqın Nəcəf şəhərindəki şiə təlim mərkəzlərində dərs deyərkən dilə gətirmişdi. Nəzəriyyəyə görə peyğəmbərlər və imamlara aid olan “vəlayət” (mütləq avtoritet) fəqihlər, daha doğrusu şiə din xadimləri üçün də məqbuldur. 1979-cu ildə R. Xomeyni bu nəzəriyyəsinin konstitusiyada öz əksini tapmasını təmin etmişdi.

İran konstitusiyasının 5-ci maddəsinə görə “12-ci imamın qeybdə olması səbəbiylə iqtidar və imamlıq səlahiyyəti ədalətli, mömin, dövrün tələblərini bilən, cəsur, bacarıqlı, tədbirli din xadiminin öhdəsində olmalıdır”. İran siyasi sisteminə görə VF liderdir. Konstitusiyanın 57-ci maddəsinə görə “İİR-da hegemon qüvvələr; qanunverici, icraedici, məhkəmə hakimiyyəti VF-in nəzarətindədir”. VF-in vəzifə və səlahiyyətləri aşağıdakı kimidir:

-İİR-nın daxili və xarici kursunu müəyyən etmək.

-Alınmış qərarların icrasına nəzarəti həyata keçirmək.

-Referandum elan etmək.

- Silahlı qüvvələrin ali baş komandanı.

- Səfərbərlik, müharibə və sülh elan etmək.

Page 115: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

115- Nəzarət Şurasının din xadimi üzvlərini təyin etmək.

- Ali məhkəmənin hakimini təyin etmək.

- Ordunun baş qərargah rəisini təyin etmək.

- Ali Milli Müdafiə Şurasını qurmaq.

- Yüksək rütbəli hərbiçiləri vəzifəyə təyin etmək. (qoşun komandanları və.s)

- Xalq tərəfindən seçilmiş prezidentin vəzifəyə başlaya bilməsi üçün prezidentliyini təsdiq etmək.

- Prezidenti vəzifəsindən azad etmək. (parlamentin etimadsızlıq qərarından sonra)

- Radyo və Televiziya Ali Şurasına nəzarət etmək.

- Məsləhət Şurasının üzvlərini təyin etmək.

- İri şəhərlərdəki cümə namazı imamları VF-ə bağlıdır. Bu imamlar şəhərin siyasi və ictimai həyatında mühüm fiqurlardır.

- Yoxsullar və Veteranlar Fonduna nəzarət.

- Şəhidlər fonduna nəzarət.

- İmdad Komitəsinə nəzarət. Və.s.

Göründüyü kimi iranlıların 1979-cu ildə şahı devirməsindən sonra İranda elə də çox şey dəyişməyib. Taclı kralı tacsız kral əvəz edib. Hətta bəzi monarxiyalarda kralların belə bu qədər səlahiyyəti yoxdur. Bu mütləq hakimiyyət, hakimiyyətin qəti paylaşılmaması deməkdir.

Prezident

İran 1979-cu ilə qədər monarxiya idi, bu tarixdən sonra isə respublikadır. Konstitusiyaya görə ali dini rəhbərdən (VF) sonra prezidentlik ölkədəki ən ali vəzifədir. Konstitusiya uyğunluq, güclər ayrılığının ahəngdarlığını təmin etmək, icraedici hakimiyyətə rəhbərlik etmək kimi işlər prezidentin vəzifə və səlahiyyətlərinə aiddir. Prezidentlik müddəti 4 ildir. Eyni şəxsin ard arda seçilmə hüququ var. Prezident19 ümumxalq səsverməsi ilə seçilir. Konstitusiyaya görə İran prezidenti “iranlı, İran vətandaşı, tədbirli, iradəli, mötəbər, mömin, İİR əsas tezislərinə inanan” bir şəxs olmalıdır. Nazirlər kabineti formal olaraq prezidentə bağlıdır. Lakin daha çox VF qarşısında məsuliyyət daşıyırlar. Bu posta seçilən şəxs ali dini lider və Nəzarət Şurası tərəfindən təsdiqlənəndən sonra vəzifəsinin icrasına başlayır. Təsdiqləməklə yanaşı bu qurumların prezidenti vəzifəsindən azad etmə hüququ da var. Belə olan halda xalqın iradəsinin bir o qədər əhəmiyyət

19

1979-cu il fevral inqilabından sonra Abdullah Bənisədr prezident olmuşdur. Ruhani ailəsindən çıxmışdı, atası molla idi. Tehran Universitetində ilahiyyat, Parisdə isə iqtisad fakultəsindən məzun olmuş A. Bənisədr R. Xomeyniyə yaxın bir şəxs idi. Đnqilab Şurası ilə yola gedə bilməyən A. Bənisədr 1981-ci ildə vəzifəsindən azad edilmişdi. Daha sonra Fransaya qaçan A. Bənisədr orada jurnalistika fəaliyyəti ilə məşğul olmuşdu. A. Bənisədrdən sonra 1981-ci ildə Məhəmməd Əli Rəcayi prezident olmuşdu. M. Ə. Rəcayi Xalqın Mücahidləri təşkilatı tərəfindən bombalanaraq öldürülmüşdü. 1981-ci ildə M.Ə.Rəcayidən sonra hal-hazırda VF, ali dini lider olan Seyyid Əli Xamnəyi Đran prezidenti olmuşdur. S.Ə.Xamnəyi R. Xomeyninin tələbəsi olmuşdur.

Page 116: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

116kəsb etmədiyi məlum olur. Amma iranlılar hər halda saxtakarlıq etmir, bunu qanuni formaya salırlar. İranda qanunverici hakimiyyət parlamentə aiddir. Prezident və nazirlər parlament qarşısında hesabat verirlər. Parlamentdə 290 üzv olur. Bu say əhalinin sayına görə arta bilər. 4 ildə bir parlament seçkiləri keçirilir.

Nəzarət Şurası

Adından da məlum olduğu kimi bu şura nəzarət şurasıdır. Əsas vəzifəsi parlamentdə alınan qərarların, qəbul edilən qanun layihələrinin dinə uyğun olub olmamasına nəzarət etməkdir. Bu şuranın 12 üzvü olur. Bunlardan 6-sını VF təyin edir. Bu şəxslər dövrün tələb və problemlərini bilən din xadimlərindən olur. Digər 6 nəfəri isə Ali Məhkəmə Şurası tərəfindən parlamentə təqdim olunur və parlament tərəfindən seçilirlər. Parlamentin bütün qərarları NŞ-na göndərilir. NŞ 10 gün ərzində öz qərarını bəyan edir. 10 ərzində hər hansı bir qərar bəyan edilməsə parlamentin qərarı qüvvəyə minmiş sayılır. Parlamentin qərarının dinə zidd hesab edilməsi üçün ilk VF-in təyin etdiyi 6 nəfərin, konstitusiyaya zidd hesab edilməsi üçün isə 12 üzvün arasında səs çoxluğuna ehtiyac var. Burada bir ziddiyətin olduğunu qeyd etmək lazımdır. Əgər din və konstitusiyaya zidd olması ayrı-ayrı məfhumlar olaraq səsə qoyulursa, buradan belə bir nəticə çıxır ki, ölkənin konstitusiyası dinə ziddir. Əgər belə olmasaydı hər hansı bir qərarın ayrı-ayrılıqda dinə və konstitusiyaya zidd olmasını səsə qoymağa ehtiyac olmazdı.

NŞ-nın digər vəzifələri isə bunlardır: prezident və parlament seçkiləri də daxil olmaqla bütün seçki və peferandumlara nəzarət etmək. Yəni NŞ prezident və millətvəkilliyinə namizədlərin seçkilərdə iştirak edib etməyəcəyi qərarını verir.

Məsləhət Şurası

1987-ci ildə Xomeyninin fərmanı ilə qurulmuşdur. MŞ-nın əsas vəzifəsi hakimiyyət orqanları arasındakı anlaşmazlıq və ziddiyətləi aradan qaldırmaqdır. Bu şuranın üzvlərinin sayı müxtəlif olur və VF tərəfindən təyin edilirlər. Qanuna görə MŞ-sədri prezident olmalıdır. Lakin 1997-ci ildə Xatəmi prezident seçiləndə Rəfsəncani MŞ sədrliyindən istefa etməyərək vəzifəsinə davam etmişdi.

Milli Təhlükəsizlik Şurası

MTŞ-nın əsas vəzifəsi İslam inqilabını qorumaq, milli mənafelərin təmin olunmasına çalışmaq, ölkənin ərazi bütövlüyü və milli hegemoniyanı təmin etməkdir. VF-in müəyyən etdiyi dixili və xarici siyasi kurs istiqamətində ölkənin təhlükəsizliyini və milli müdafiə siyasətini müəyyənləşdirmək, siyasi, ictimai, iqtisadi, mədəni və kəşfiyyat fəaliyyətləri ölkənin təhlükəsizlik siyasətinə uyğunlaşdırmaq, xarici və daxili təhlükələrə qarşı ölkənin maddi və mənəvi imkanlarından istifadə etmək kimi işlər də MTŞ-nın vəzifə və səlahiyyətlərinə daxildir.

Məhkəmə Hakimiyyəti

İran məhkəmə sistemi dini prinsiplərə uyğun qurulmuşdur. Məhkəmə orqanlarındakı yüksək vəzifələrə VF təyin və fəaliyyətlərinə nəzarət edir. Ali məhkəmə orqanları dinə uyğun qanun layihələri hazırlayır və daha aşağı ranqdakı hakimləri təyin edirlər. İranda hakimlərin vəzifə müddəti 5 ildir. İranda məhkəmə icraedici orqandan aslı deyil və VF-in nəzarətindədir.

Page 117: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

117Ali Məhkəmə qanunların icrasına, məhkəmə orqanları arasındakı ahəngdarlığa və Ali

Ədliyyə Şurasının qərarlarının icrasına nəzarət edir. İranda xalq məhkəmələri, inqilab məhkəmələri, xüsusi dini məhkəmələr və mətbuat məhkəmələri də fəaliyyət göstərir.

Siyasi Partiyalar

İranda siyasi partiyaların fəaliyyəti aşağıdakı əsas şərtlərə uyğunlaşdırılmışdır: ölkənin istiqlaliyyətinə xələl gətirməmək, ölkənin ali mənafelərini zədələməmək, əcnəbi vətəndaşlar və səfirliklərlə əlaqədə olmamaq, əcnəbilərdən maddi dəstək almamaq, dini prinsipləri tapdalamamaq, silahlı fəaliyyət göstərməmək. Partiyaların qeydiyyat və fəaliyyətlərinə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. 2000-ci ildə İranda 112 siyasi partiya fəaliyyət göstərmişdi. Bunlardan ölkənin siyasi həyatında mühüm rol oynayanları bunlardır: Mübariz Mollalar Cəmiyyəti, Birləşmiş İslam Cəmiyyəti, İran İslami İştirak Cəbhəsi, İslam İnqilabı Mücahidləri Təşkilatı.

İQTİSADİYYAT

İran iqtisadiyyatı neft ixracatına əsaslanan iqtisadiyyatdır. İqtisadi fəaliyyətlərin mühüm bir qismi dövlətin nəzarəti altındadır. Özəl sektorda kənd təsərrüfatı, kiçik və orta biznes və xidmətlər daxildir. İranda iqtisadi sahədə islahatlar davam edir.

Son illərdə neftin qiymətinin artması ölkəyə 60 milyard $ qazandırmışdır. Bununla belə infilyasiya, işsizlik kimi problemləri əsaslı şəkildə həll etmək mümkün olmamışdır. Xidmət sektorunun gələcəkdə ölkə iqtisadiyyatının lokomotivi olacağı proqnozlaşdırılır. Lakin hal-hazırda bu sektorda sabit inkişaf müşahidə edilmir. İran büdcəsinin böyük bir qismini müdafiə sənayesinə ayırır.

Kənd Təsərrüfatı

Kənd təsərrüfatı, əkinçilik və maldarlıq ölkə iqtisadiyyatının aparıcı sahəsidir. İranın 2/3 çöl və dağlıq olduğu üçün əkinə yararlı ərazilər azdır. İşləyən əhalinin 1/3 kənd təsərrüfatı sahəsində məşğuldur. Digər ölkələrlə müqayisədə İranda kənd təsərrüfatında işləyən əhali əkilən torpaqlara görə çoxdur. Son illərdə müasir texnologiyalar və üsullardan istifadə etməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq mümkün olmuşdur. Kənd təsərrüfatının ən böyük problemi quraqlıq, susuzluqdur. Əsas kənd təsərrüfatı zonaları Xəzər dənizi sahilləri, körfəz və Hind okeanı sahilləri və mərkəzi əyalətlərdəki vadilərdir. Əsasən buğda, arpa, düyü, tütün, çay, pambıq və şəkər çuğunduru becərilir. İstehsal edilən çay daxili tələbatı təmin edir. Toxuculuq sənayesi inkişaf etdikcə pambıqçılıq da inkişaf etmişdir. İran özünün quru meyvələri, xurması və narıngisi ilə də məşhurdur. Fıstıq, narıngi və xurma ixrac edilən başlıca kənd təsərrüfatı məhsullarıdır.

Ölkədə dağlıq və düzənlik ərazilərin çoxluğu köçəri maldarlığın inkişafı üçün əlverişlidir. İranda 50 milyon baş qoyun, 26 milyon baş keçi, 8,5 milyon baş qara mal və 145 min baş dəvə var. Dənizkənarı regionlarda balıqçılıq da inkişaf etmişdir.

Sənaye

İran sənayesi özünün inkişaf mərhələsindədir. Ən iri sənaye obyektləri Abadan şəhəri və ətrafındakı ərazidə yerləşir. Bu region neft yataqları ilə zəngindər. Buradakı obyektlərin böyük əksəriyyəti də neft sənayesinə aiddir. Tehran, Təbriz və İsfahan başlıca sənaye mərkəzləridir.

Page 118: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

118Avtomobil sənayesi yeni qurulmuş olub daxili tələbatı az təmin edə biləcək səviyyədədir. Neft, neftkimya, tekstil, inşaat sənayesi, müdafiə sənayesi, yüngül, yeyinti, şüşə istehsalı, tütün məhsulları, gübrə, məişət malları və.s İran sənayesinin başlıca sahələridir. İran sənətkarlığın inkişaf etdiyi ölkələrdən biridir. Xüsusilə xalçaçılıq inkişaf etmişdir.

İranda neft, qaz, kömür (Elburz dağları), xrom, mis (Kermanşah regionu), dəmir, qurğuşun, manqan, sink və.s maddələr çıxarılır. İran neft hasilatında dünyadakı ilk yerlərdən birini tutur. Əsas neft yataqları Abadanda yerləşir. Bəndər Buşir əsas neft ixrac limanıdır. Tehran, Kermanşah, Şiraz, İsfahan və Təbrizdə iri neftayırma müəssisələri fəaliyyət göstərir.

Zaqros dağları ətəkləri və Xuzistanda da mühüm neft yataqları var. İran nefti uzun illər boyu ingilislər tərəfindən istismar olunmuş və 1951-ci ildə milliləşdirilmişdir. Lakin milliləşdirmənin böyük faydası olmamışdır. BP və Shellin qurduğu „Neft Konsorsiumu“ ölkədəki neft yataqlarının böyük bir qismini öz əlində saxlayaraq uzun illər istismar etmişdilər. Hesablamalara görə mövcud neft ehtiyatı 20 il sonra ancaq daxili tələbatı təmin edə biləcək səviyyəyə enəcəkdir. Neftin bitməsi sənayesi inkişaf etməmiş bu ölkəni gələcəkdə çətin günlərin gözlədiyi mənasını ifadə edir.

Enerji Sektoru

Elektrik

İstehsalı: 155.7 milyardd kws (2004)

İstehlakı: 145.1 milyardd kws (2004)

İxracatı: 1.837 milyardd kws (2004)

İdxalatı: 2.17 milyardd kws (2004)

Neft

İstehsalı: 3.979 milyon barrel/günd. (2005)

İstehlakı: 1.51 milyon barrel/günd. (2004)

İxracatı: 2.5 milyon barrel/günd. (2004)

İdxalatı: Bilinmir.

Ehtiyatları: 132.5 milyard barrel (2006)

Təbii qaz

İstehsalı: 83.9 milyard m3 (2004)

İstehlakı: 85.54 milyard m3 (2004)

İxracatı: 3.56 milyard m3 (2004)

İdxalatı: 5.2 milyard m3 (2004)

Ehtiyatları: 26.62 trilyon m3 (2005)

Page 119: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

119

Mövzu 15. Cənubi Koreya

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat.

Ölkənin rəsmi adı

Koreya Respublikası. (Taehan-min'guk)

İdarə Forması Prezident üsul-idarəsi. 9 əyalət və 2 metropol

Ərazisi 99.601 km2

Əhalisi (2005) 48,3 milyon. Kişilər 50,8%, qadınlır 49,2%. 0-14 yaş:18.3%, 15-64 yaş:72.1%, 65 yaş və yuxarı: 9.6%.

Böyük şəhərləri Seul (paytaxt-10,3 mln), Pusan (3,8 mln), İnçeon (2,6 mln), Daequ (2,5 milyon), Daejeon(1,4 mln), Qvanqju (1,4 milyon)

ÜDM (2006) 892,3 milyard $. Kənd təs. 3%, sənaye 45%, xidmət 52%. Yoxsulluq həddindən aşağı əhali 15%

Adambaşına milli gəlir 24,500 $ Uzunömürlülük Kişilər 73,8 yaş, qadınlar 80,9 yaş Din (1995) 26.3% xristian (19.7% protestant və 6.6 %

katolik), 23.2 % budist, 1.3% digər. 49.3% dinsiz.

Savadlılıq 92% İşsizlik 3,3% İnfilyasiya 2,2% İxracat 320 milyard $ İdxalat 295 milyard $ Qonşuları Cənubi Koreyanın cəmi 238 km quru

sərhəddi var və yenganə quru qonşusu Koreya Xalq Demokratik Respublikasıdır.

Büdcə Gəlirlər: 200 milyard $, xərclər: 201 milyard $

Koreya m.ə. 3000 ilə qədər enən tarixi köklərə malik bir ölkədir. Uzun müddət Çin əsarətində qalmış, çinlilərin təsiri ilə budizm bu ölkədə yayılmışdı. VII əsrdən XX əsrə qədər müxtəlif monrax sülalələri tərəfindən idarə olunmuşdu. 1910-cu ildə Yaponiya Koreyanı işğal etmişdi. Yapon işğalı 1945-ci ilə qədər davam etmişdi. Yaponiyanın II dünya müharibəsində məğlub olmasından sonra ölkənin cənubu ABŞ-nın, şimalı isə SSRİ-nin əlinə keçdi. Bununla da

Page 120: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

120cənubda amerikanpərəst demokratik rejim, şimalda isə kommunist rejim qurulmuşdu. 25 iyun 1950-ci ildə Sovet hərbiçilərinin komandanlığı altında kommunist Koreya ordusu cənubu Koreyanı işğal etdi. Bu hadisədən sonra BMT-nin qərarı ilə koalisiya qüvvələri cənubi Koreyanı azad etmək üçün hərəkətə keçdi. 3 il davam edən müharibə 27 iyul 1953-cü ildə atəşkəs müqaviləsinin bağlanması ilə nəticələndi. 38-ci paralel cənubi və şimali Koreya dövlətləri arasında sərhəd oldu. Müharibədən sonra cənubi Koreyada prezident üsul-idarəsinə əsaslanan demokratik respublika quruldu.

Ölkənin cəbub və qərb sahilləri çox girintili çıxıntılıdır. Sahilləri çox sayıda ada və yarımadalarla əhatə olunmuşdur. Pusan və İnçon şəhərləri ölkənin mühüm limanlarına sahibdir. Ölkənin şərqi dağlıqdır, qərb hissəsi isə düzənlik, ovalıq və alçaq təpəliklərdən ibarətdir. Dağlıq ərazisi çox da yüksək deyildir. Ən uca zirvəsi 1916 m olan Çiri-San dağıdır.

Koreya qış aylarında küləkli və soyuq iqlimə malik olur. Qış aylarında qar az yağır, yağış isə demək olar ki, yağmır. Lakin ölkə soyuq küləklərin təsiri altında qalır. Bahar aylarında isə ölkə Sakit okeandan əsən muson küləklərinin təsiri altında olur. Yay və payız aylarında tez-tez tufanlar olur. Koreyada yay ayları əsasən yağışlı keçir. Maksimal soyuq -25°C, isti isə 38°C –dir. Koreya bir vaxtlar öz meşələri ilə məşhur olsa da plansız istehlak, yanğınlar və müharibə səbiylə ölkədə demək olar ki, meşə qalmamışdı. Hal-hazırda meşə massivlərinin salınması dövələt proqramı ilə davam etdirilir. Ölkə təbii sərvətlər baxımından kasıbdır. Koreya etnik və dil baxımından homogen bir ölkədir. Ölkədə sadəcə az sayıda çinli yaşayır. Əksəriyyət koreyalıdır. ABŞ və Kanarada çox sayıda koreyalı yaşayır. ABŞ-da 1 milyona yaxın koreyalı yaşayır. 1960-cı illərdə kənddən şəhərə köç dalğası olmuşdur. Əhalinin təbii artımı illər keçdikcə azalır. 1950-ci illərdə 3% ikən indi bu rəqəm 0,3%-dir. Bunun əsas səbəbi rifah səviyyəsinin yüksəlməsi nəticəsində insanların daha az uşaq sahibi olmaq istəməsidir. Buna baxmayaraq Koreya ərazisinə görə əhalisi çox olan bir ölkədir. 1 km2 480 adam düşür. Təbii artımın düşməsində dövlətin də marağı olmuşdur. Əhalinin 85% şəhərlərdə yaşayır. Bugün Koreya immiqrantların can atdıqları ölkələrdən birinə çevrilmişdir. Qərb təsiri ölkədə missioner fəaliyyətlərini artırmış və bugün Koreyada əhalinin 26.3% xristiandır. Bu isə ölkədə mədəniyyət və mentalitet fərqliliyini artıraraq bərabərində bir sıra ictimai problemi gətirmişdi. 6-12 yaş arası təhsil pulsuz və məcburidir. Cənubi Koreyada 197 universitet və 222 kollec fəaliyyət göstərir.

SİYASİ SİSTEM

Qanunverici hakimiyyətə malik olan Koreya parlamentinin 299 üzvü olur. Millətvəkilləri 4 il müddətinə ümumxalq səsverməsi ilə seçilirlər. Prezidentin parlamenti buraxma səlahiyyəti var.

Koreya respublikasında prezident üsul-idarəsi mövcuddur. 1972-ci ildə konstitusiyaya edilmiş dəyişikliklə icraedici hakimiyyət Milli Konfrans tərəfindən prezidentə verilmişdir. Prezident xalq tərəfindən 5 il müddətinə seçilir. İcraedici hakimiyyət tamamilə prezidentə tabedir. Siyasi statusa malik şəxslər (partiya üzvü və ya millətvəkili) əgər prezidentliyə namizədliklərini verəcəklərsə bundan ən az 1 il əvvəl bu istefa edərək bu siyasi statuslarını tərk etməlidirlər.

Başnazirliyə namizəd prezident tərəfindən göstərilir. Bu şəxs parlament daxilindən də ola bilər. Namizədliyin irəli sürülməsindən sonrakı 20 gün ərzində parlament iclas tərtib edərək bu

Page 121: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

121təklifi səsə qoymalıdır. Bu iclasda millətvəkillərinin ən az yarısının iştirakı tələb olunur və səs çoxluğu ilə başnazir seçilir. Başnazirin vəzifə və səlahiyyətləri məhduddur. Əsas finksiyası prezidentlə parlament arasında əlaqələrin tərtib edilməsidir.

İQTİSADİYYAT

2002 2003 2004 2005 2006

ÜDM (milyard $) 546,9 608,1 680,5 787,6 892,3

ÜDM böyümə %-i 7,0 3,1 4,7 4,0 5,1

İnfilyasiya (istehlak)

2,8 3,5 3,6 2,8 2,7

İxracat mlrd.$ 163,4 197,3 257,7 289,0 320,2

İdxalat mlrd.$ 148,6 175,3 220,1 255,5 295,6

1960-cı illərin əvvələrində müharəbdən təzə çıxmış, kasıb bir aqrar ölkəsi olan cənubi Koreya bugün dünyada və uzaq şərqdə sosial və iqtisadi baxımdan əldə etdiyi uğurlarla nümunəvi ölkələrdən biridir. Müxtəlif vaxtlarda dalğalı irəliləmələr qeyd olunsa da 1962-1990-cı illərdə cənubi Koreyanın ÜDM-u illik təqribən 9% böyümüşdü.

Cənubi Koreyanın inkişafının ən mühüm göstəricisi ixracat sahəsindəki böyük uğurudur. 2004-cü ildə bu ölkə dünyanın 12-ci ən böyük ixracatçı ölkəsi olmuşdur. 1998-ci ildə uzaq şərqdə baş vermiş iqtisadi böhranın öhdəsindən gələrək qısa müddət sonra özünün iqtisadi böyümə tempini əvvəlkindən də yuxarı səviyyəyə qaldıra bilmişdi.

Enerji

G. Kore enerəi tüketiminde dışarıya bağımlı durumdadır. Ülkenin sınırlı iç kaynaklarıyla birlikte çok yüksek nüfusu ve gelişmiş sanayisi enerəiye olan ihtiyacı artırmaktadır. Cənubi Koreya enerji baxımından asılı ölkədir. Ölkənin enerji mənbələri çox az, çox əhalisi və inkişaf etmiş sənayesi ilə isə enerjiyə tələbatı çoxdur. Koreyanın idxalatında neft ilk yerlərdən birini tutur. Xüsusilə də ölkədə avtomobillərin sayının artması neftdən aslılığı artırır. Hökumət alternativ enerji mənbələrindən istifadəyə təşviq edir. Xüsusi ilə də elektrik enerjisinin istehsalı üçün nüvə və su elektrik stansiyalarının gücünün artırılması planlaşdırılır. 2003-cü ildə ölkədə 18 nüvə enerjisi stansiyası fəaliyyət göstərirdi və 8 inşa edilirdi. Koreya elektrikin 80%-ni nüvə enerjisindən alır. Bu səviyyə Fransada 80%, Yaponiyada 35%, ABŞ-da isə 20%-dir. Koreya maye qaz idxalatında dünyada 2-ci yerdədir. Bu ehtiyacının böyük bir qismini İndoneziya və Malaziyadan təmin edir. 1998-2003-cü illərdə maye qaza olan tələbatda illik orta 10% artış olmuşdur.

Page 122: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

122İnfrastruktur

Koreyada nəqliyyat infrastukturu çox inkişaf etmişdir. Dəmiryolları başda olmaqla quru və dəniz nəqliyyatında böyük irəliləmə qeyd edilmişdi. Ölkədaxili yükdaşımalarda quruyollarından istifadə ilk yeri tutur. Şəhərdaxili sərnişin nəqliyyatında metro, tramvay kimi relsli sistem əsas yeri tutur (25%). Son illərdə ölkədaxili dəmiryolu nəqliyyatı zəifləmişdir. Asfalt quruyollarının uzunluğu: 83,400 km (2002), dəmiryolları: 3,129 km, su yolları: 1,609 km, havalimanlının sayı 103. 1980-ci illərə qədər ölkədə şəxsi avtomobillərin sayı az idi. Lakin bu tarixdən sonra, xüsusilə də son illərdə fərdi avtomobillərin alımında artış müşahidə olunmuşdur. 2003-cü ildə Koreyada 10,3 milyon minik avtomobili, 3 milyon yük maşını və 1,2 milyon avtobus var idi. Bununla belə Koreya digər inkişaf etmiş ölkələrlə müqayisədə avtomobillərin əhalinin sayına olan nisbəti yüksək deyil. 1000 adama 170 nəqliyyat vasitəsi düşür.

Telefon abunəçilərinin sayında yüksək artış qeydə alınmışdı. 1973-cü ildə 1000 nəfərə 22 telefon abunəçisi düşərkən 2004-cü ildə bu rəqəm 1000-nəfərə 480 olmuşdur (22,9 milyon abunəçi). Eyni ilin göstəricilərinə görə hər 100 mənzildən 75-ində internet istifadəçisi, hər 100 evdən 80-ində isə mobil telefon istifadəçisi olmuşdur.

Kənd Təsərrüfatı

Ölkənin kənd təsərrüfatında kiçik ailə şirkətləri (fermer təsərrüfatları) əsas yeri tutur. II dünya müharibəsindən sonra həyata keçirilən torpaq islahatında torpaqsızlığın qarşısını almaq üçün torpaq mülkiyyəti limitləri üzərə qəti qaydalar tətbiq edilmişdi. Düyü becərilməsi kənd təsərrüfatında xüsusi yer tutur.

Emal Sənayesi

Sənayeləşmə 1962-ci ildə prezident Park Çunqhi tərəfindən həyata keçirilən ilk beş illik inkişaf planı ilə başlamışdı. 1963-1978-ci illərdə emal sənayesində illik orta 17% artım müşahidə olunmuşdu. Avtomobil, elektrik və elektronik cihaz, məişət texnikası kimi sənaye sahələri yüksək inkişaf etmişdir

İdxalat və İxracat

İdxal enerjidən asılılıq Koreya iqtisadiyyatının ən nəzərəçarpan xüsusiyyətidir. İstehlak edilən enerjinin təqribən 95% idxal edilir. 1979-cu ildə bu nisbət 73%, 1989-cu ildə isə 89% olmuşdur. Xam neft idxalı üçün çəkilən xərc 2005-ci ildə 42,7 milyard $ olmuşdur ki, bu da həmin ilki yekun idxalatın 16,4%-ni təşkil etmişdir. Xam neft əsasən Səudiyyə Ərəbistanı, İran, Kuveyt və İndoneziyadan idxal edilir.

Yaxın dövrlərə qədər ixracatda lider olan hazır geyim, ayaqqabı kimi yüngül sənaye mallarının ixracatında artıq durğunluq dövrü başlamışdır. Bunun bir çox səbəbləri var. Hər şeydən əvvəl Koreya artıq əvvəlki kimi ucuz işçi qüvvəsinin olduğu ölkələrdən deyildir, bu isə rəqabət qabiliyyətini zəiflədir. Həyat standartının, rifahın artması bu faktoru aradan qaldırmışdır. Yüngül sənaye sektoru fabriklərini şərqi Asiya ölkələrinə daşımağı daha məqsədəuyğun görmüşdürlər. Müasir Koreya sənayesi yüksək mühəndislik və texnologiya məhsullarının istehsal və ixracatına üstünlük verir. Bu sahələrdə ölkə sənayesinin rəqabət qabiliyyəti daha yüksəkdir.

Page 123: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

123Məsələn Samsung elektronik öz sahəsində dünya liderlərindən biridir. Motorola və Sony ilə rəqabət apara biləcək səviyyəyə gəlmişdir. Minik avtomobillərinin istehsalını və ixracatı sahəsində də belədir. Koreya avtomobil sənayesi yüksək keyfiyyətli məhsulları ilə dünya bazarında öz yerini möhkəmləndirə bilmişdir. Rabitə texnologiyaları və mobil telefon istehsalında da Koreya 2004-cü ildə ABŞ-ın altıncı ən böyük tədarükçü ölkəsinə çevrilmiş və bu sahədə İngiltərəni ötüb keçmişdi. Regionda əsasən Yapon firmalarının əlində olan bu sektorda koreyalı firmalar öz paylarını artırırlar.

Page 124: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

124

Mövzu 16. Səudiyyə Ərəbistanı

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat. Ölkənin rəsmi adı Səudiyyə Ərəbistanı Məlikliyi (Krallığı) Ərazisi 2.15 milyon km2. (dünyada 14-cü) Əhalisi 24,22 milyon (2003). Təbii artım tempi 6%. 1

km 11,2 nəfər Şəhərləri Riyad (paytaxt-2,777 mln), Ciddə 2,1 mln,

Məkkə 966 min, Mədinə 608 min, Dammam 482 min, Taif 416 min.

İqlimi Quru və isti iqlim şəraitinə malikdir. Qış ayları ilıq keçir. Maksimum isti 440C, maksimum soyuq 90C. ən çox yağış yağan ay aprel.

Ən hündür zirvəsi Razih dağı 3657 m Savadlılıq 22% ÜDM 214 milyard $ (2003) ÜDM artış tempi 14% Adambaşına milli gəlir

14000 $

İdxalat (2004) 39.5 milyard $ İxracat (2004) 107 milyard $ İnfilyasiya (istehlakçı) 0,4%

SİYASİ SİSTEM

Səudiyyə Ərəbistanı Məlikliyi (krallığı) 1932-ci ildə Əbdüləziz ibn Səud tərəfindən qurulmuşdur. İdarəetməyə dair konstitusiya 1992-ci ildə qüvvəyə minmişdir və bununla da Səudiyyə Ərəbistanı (SƏ) yazılı konstitusiya mətninə sahib olmuşdu. SƏ-nın qanunvericiliyi Qur’ani-Kərim və İslam peyğəmbərinin sunnəsinə, yəni sözləri və fəaliyyətlərini ifadə edən hədislərə əsaslanır. Konstitusiyada məlikliyin20 (krallığın), taxtın varisliyi kimi mövzulara yer verilir. Yəni kimdən sonra kimin kral ola biləcəyi ilə bağlı qaydalar qeyd edilmişdir. Hakimiyyətdə olan kral SƏ-nın qurucusu olan kral Əbdüləzizin nəslindən olan kişi övladlardan birini vəliəhdə şəhzadə elan etmə hüququna sahibdir. Vəliəhd şəhzadə hakimiyyətdəki kralın, ölüm və ya başqa bir səbəblə, hakimiyyətdən getməsindən sonra SƏ-nın kralı olur. Konstitusiya qanunvericiliyin əsası olan Qur’an-i Kərim və Sunnəyə zidd olan hər hansı bir qanun layihəsinin təklif və müzakirə edilməsini belə qadağan edir.

1953-cü ildə, qurucu kralın ölümündən sonra, Nazirlər Şurası qurulmuşdur. NŞ həm qanunverici, həm də icraedici hakimiyyəti öz əlində cəmləşdirmişdir. Nazirləri kral təyin edir və

20 Burada “məlik” sözü yerinə ana dilimizdə daha çox yayğınlıq qazanmış “kral” sözündən istifadə edəcəyik.

Page 125: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

125nazirlər kral qarşısında cavabdehdirlər. Kral NŞ-nın aldığı qərara 30 gün ərzində veto qoyma hüququna sahibdir. Bu müddət ərzində veto qoyulmayan qanun layihəsi qüvvəyə minmiş hesab olunur. NŞ-nın yanında Məsləhət Şurası fəaliyyət göstərir. MŞ-nın üzvlərinin sayı müxtəlif vaxtlarda dəyişir. Ümumiyyətlə MŞ-da 60-120 arası üzv olur. MŞ-nın üzvlərini kral təyin edir. Bu üzvlər sabiq yüksək ranqlı bürokratlar, universitet müəllimləri, biznesmenlər və din xadimlərindən ibarət olur. NŞ hazırladığı qanun layihələri ilə əlaqədar olaraq MŞ-nın məsləhətlərinə müraciət edir. SƏ krallığı 13 vilayətə ayrılmışdır. Hər bir vilayət kralın təyin etdiyi vali tərəfindən idarə olunur. Bu valilərin hər birinin yanında da bir MŞ fəaliyyət göstərir. Bundan başqa SƏ-da 178 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrin vəzifə və səlahiyyətlərinə şəhər planlaması, sosial xidmətlər və s. bu kimi şeylər daxildir. Bələdiyyə rəisləri və məclis üzvlərini həmin bələdiyyənin ərazisində yaşayan xalq seçir.

İQTİSADİYYAT

Kənd təsərrüfatının ÜDM-dəki payı 5-6%-dir. Buna meşə təsərrüfatı və balıqçılıq da daxildir. Kənd təsərrüfatı SƏ iqtisadiyyatının inkişaf etməkdə olan sektorudur. 2003-cü ildə bu sektorda işlə təmin olunanların nisbəti 7,8%-dir. Dövlətin bu sektora qayğı göstərdiyi müşahidə edilməkdədir. Ölkənin əkinə yararlı ərazisi bütün ərazisinin 2%-nə bərabərdir. Bu da əsasən ölkənin ən çox yağıntı düşən cənubi-qərb rayonlarıdır. Dövlət yeni torpaq islahatı aparmaqdadır. 3 milyon ha-dan çox ərazi özəl şəxsələrə və firmalara paylanmışdır. 1980-ci illərdə SƏ taxıl və süd məhsulları sahəsində özü özünü təmin edə bilirdi. Hətta ərazisinin böyük bir qismi səhra olan bu ölkə mühüm buğda ixracatçılarından biri olmuşdu. Lakin sonrakı illərdə bu sahədə atılan səhv addımlar, dövlət fondlarını başqa sektorlara istiqamətləndirilməsi illik buğda istehsalını 4 milyon tondan 2,4 milyon tona düşməsinə səbəb olmuşdu. Buna baxmayaraq süd və meyvə istehsalı artımş, istehsal olunan bütün 25% ixrac edilməyə başlanmışdı.

Neft Sənayesi

SƏ heç şübhəsiz dünyada özünün neft ehtiyatları və neft ixracı ilə məşhurdur. Hətta SƏ bu sektorda dünya lideridir. 2000-ci il statistikasına görə SƏ 264,3 milyard barrel neft ehtiyatına sahibdir. Bu isə dünyadakı neft ehtiyatının 25%-nə bərabərdir. Neft hasilatı hazırki templə davam etsə ölkənin 86 illik neft ehtiyatı var. SƏ OPEC-in ən iri neft istehsalçısıdır. OPEC ölkələrinin hasil etdikləri neftin 26,8% SƏ payına düşür. 2004-cü ildə ölkədə günlük 9,02 milyon barrel neft hasil edilmişdir. Neft ehtiyatları və hasilatı zonası ölkənin şərqində yerləşir. Burada 4 böyük neft bölgəsi var. Bunlardan Ğauvar dünyanın ən zəngin (70 milyard barrel) neft yatağıdır. Digərləri isə Səfaniyyə, Əbqaiq və Bərri adlanır. Ölkədə hasil edilən neftin 85%, ehtiyatların isə 45% bu dörd bölgənin payına düşür. Küveyt ilə SƏ arasındakı “neytral zona” adlanan rombvari ərazidəki ehtiyatlarda da SƏ-nın payı vardır (5 milyard barrel). Bundan başqa ölkədə hasil edilən neftin maya dəyəri də dünya standartı ilə müqayisədə çox aşağıdır. Dünyada 1 barrel neftin hasilatı təqribən 5$ başa gəlirsə, SƏ bu rəqəm 1 barrel/1,5 $-dır.

“Saudi Aramco” krallığın bütün neft hasilatının sahibidir. Bu şirkət dövlətə aiddir. Bir vaxtlar fəaliyyət göstərimiş “Arabian American Oil Company”nin yerini tutmuşdur. 1973-1980-ci illərdə bu şirkətin bütün mükiyyəti Saudi Aramco-nun ixtiyarına keçmişdir. 2000-ci ilə qədər “Arabian Oil Company” (AOC) və Getty Oil Company də Saudi Aramco ilə birlikdə fəaliyyət göstərmişdir. Lakin AOC-un fəaliyyəti 2000-ci ildə dayandırılmışdır. Körfəz və orta şərqin digər

Page 126: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

126neft istehsalçısı ölkələrindən fərqli olaraq, BƏƏ kimi, SƏ da xarici kapital üçün ölkədə “açıq qapı” siyasəti güdmüşdür. Bu isə iqtisadiyyatda canlanma və cari kapital dövriyyəsinin artmasına səbəb olmuşdur. SƏ 1973-cü ildəki neft embarqosuna liderlik etmişdi. Bir müddət neft qiymətlərindəki dalğalanmanın qarşısını almaq üçün rəsmi satış tarif sistemi tətbiq olunmuşdur. Lakin 1998-ci ildə SƏ bu sistemi ləğv etimişdi.

SƏ 2003-cü il göstəricilərinə görə 6,75 milyard m3 təbii qaz ehtiyatına sahibdir. Həmin ilə ölkənin təbii qaz istehsalı 60,1 milyard m3 olmuşdur. Neft və qazla yanaşı SƏ qızıl, dəmir filizi, mis, fosfat, gümüş, uran, boksid, kömür, qurğuşun, sink kimi təbii sərvətlərlə də zingindir.

Emal Sənayesi

SƏ qeyri-neft sektorunun inkişafı üçün qəbul etdiyi 5 illik planı uğurla həyata keçirə bilmişdir. Dövlət qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. 2003-cü ildə emal sənayesinin ÜDM-dakı payı 7% çatmışdı. Ticarət Nazirliyinin rəqəmlərinə görə 2004-cü ilin əvvəllərində ölkədə 3583 fabrik işləmişdir. Fabriklərin mühüm bir hissəsi neft-kimya sənayesi sahəsində, buna bağlı olaraq plastik əşya istehsalı sahəsində fəaliyyət göstərmişdir. Bununla yanaşı metallurgiya, keramika, inşaat materialları, hazır geyim, yeyinti sənayesi sahələrində fəaliyyət göstərən fabirklərin sayı da az deyil.

Başqa bir qeyri-neft sektoru olaraq inşaat sektorunda nəzərəçarpacaq irəliləmə var. 2003-cü ildə bu sektorun ÜDM-dakı payı 5,8%, işlətəminatda isə 14,6% olmuşdur. Bu sektorda işləyənlərin əksəriyyəti SƏ vətəndaşları deyil. Əhalinin mənzillə təminatı, xüsusilə də köçəri və yarı köçəri əhalinin (bədəvilər) oturaq həyata keçməsində dövlətin marağı var. Çünki bu həm işgücünün artmasına, həm də əhaliyə təhsil və səhiyyə kimi xidmətlərin verilməsində böyük rol oynayacaqdır. SƏ dövləti inşaat sektoruna 1999-cu ildə 58 milyard $ fond ayırmışdı və 500 mindən çox mənzil tikilib istifadəyə verilmişdi.

SƏ fəaliyyət göstərən 11 ticarət bankından 4-ü (the National Commercial Bank/NCB; Riyadh Bank; Al Rajhi Banking; Investment Company) dövlətindir. Bütün banklar İslam dininin maliyyə-bank işinə dair prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Faizsiz bankçılıq SƏ inkişaf etmişdir. Deutsche Bank of Germany, BNP Paribas Bank of France və J.P.Morgan Chase Bank of the US kimi əcnəbi banklar da öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmışdırlar. Ölkədə kredit üzrə ixtisaslaşmış 5 maliyyə qurumu fəaliyyət göstərir. Bunlardan “Saudi Development Fund” və “Saudi Industrial Development Fund” ən böyükləridir və özəl sektora orta və uzun müddətli kreditlərin verilməsi ilə məşğuldur.

SƏ turizm dedikdə hər şeydən əvvəl ağıla həcc ziyarəti gəlir. Məlum olduğu kimi İslamın və müsəlmanların iki müqəddəs ziyarət yeri SƏ yerləşir. Bunlar Məkkədəki Kəbə və Mədinədəki Peyğəmbər Məscididir (Məscidi-Nəbəvi). 2004-cü ildə SƏ 8,2 milyon turistin gəldiyi açıqlanmışdır. Bunun mühüm bir qismini həcc və umrə ziyarəti üçün gələnlər təşkil edir. Belə böyük bir rəqəm əlbəttə ki, ölkədə turizm və otelçilik sektorunun inkişafına təkan vermişdir. 2005-ci ildə sadəcə həcc ziyarəti üçün gələnlərin sayı 2 milyonu keçmişdir.

Ticarət

ABŞ SƏ-ın ən mühüm ticarət partnyorudur. 1984-1985-ci illərdə Yaponiya ABŞ-ı keçmişdi. Bu ABŞ $-nın gücləndiyi dövrə təsadüf edir. ABŞ yeyinti sənayesi məhsulları, maşınqayırma və

Page 127: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

127nəqliyyat sahəsində SƏ əmtəə ixrac edən ölkədir. Müdafiə sənayesi mallarının da böyük bir qismi ABŞ-dan idxal edilir. Neftin ucuz olduğu dövrlərdə ABŞ-ın ticari payı daha yüksək idi. Neftin bahalaşmağa başladığı dövrdə isə SƏ-nın ABŞ-la ticarətdəki payı artmışdır. Hal-hazırda isə bu nisbət bərabərləşmişdir. Rəqəmlərlə ifadə etsək 1998-ci ildə SƏ ixracatı 6,4 milyar $, ABŞ-dan idxalatı isə 9 milyard $ idi. 2000-ci ildə isə ABŞ-a ixracat 13 milyard $, ABŞ-dan idxalat isə 7,6 milyard $ olmuşdur.

İdxalat Cəmi

% İxracat Cəmi %

ABŞ 9,5 ABŞ 21 Yaponiya 7,7 Yaponiya 15,6 Almaniya 7,4 C. Koreya 9,8 İngiltərə 6,2 Çin 5,6 Çin 4,4 Sinqapur 4,6 Fransa 4,1 Hollandiya 3,5

İxracat Payı (%)

İdxalat Payı (%)

Xam neft və məhsulları 88,4 Metal, dəzgah və ehtiyat hissələri

21,8

Neft-kimya və plastik əşya 4,6 Ərzaq məhsulları 16,2 İnşaat materialları 1,3 Kimyəvi maddələr 13,7 Re-export Bilinmir Tekstil və geyim 5,4 Kənd təs, heyvandarlıq məhs.

0,9 Dəri, ağac və qiymətli daşlar 2,0

Page 128: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

128

Mövzu 17. Pakistan və Hindistan

Daxili və xarici siyasəti. Əhali və ictimai həyat. Təbii sərvətləri. İqtisaiyyat. İdxalat və ixracat.

Pakistan

Ölkənin rəsmi adı Pakistan İslam Respublikası İdarəetmə Prezident üsul-idarəsi Ərazisi 803,940 km², Ən yüksək nöqtəsi K2 dağı 8611 m, ən

alçaq nöqtəsi Hind okeanında 0 m. Əkinə yararlı: 27%, meşəlik 6%, otlaqlar 5%, 62% dağlıq və digər.

Sərhədlərinin uzunluğu Quru sərhədləri cəmi: 6774 km, Əfqanıstan 2430 km, Çin 523 km, Hindistan 2,912 km, İran 909 km. Sahil zolağı: 1,046 km

Əhalisi (bütün rəqəmlər 2001 aiddir)

163,985,373. 1 km2/211 nəfər. Təbii artım tempi 3%. Doğum nisbəti 1 qadına 4,4 uşaq. Uşaq ölümləri 1000/80. Ən böyük şəhəri Kəraçi: 5 208 132.

Uzunömürlülük 61 yaş. Kişilərdə 60 yaş. Qadınlardı 62 yaş Etnik Pəncabi, Sindi, Peştun (Patan), Beluc, Mühacir Din Müslüman 97%, xristian, hindu və.s 3% Dillər Pəncabi %48, sindi %12, siraiki %10, peştun %8, urdu

(rəsmi dil) %8, Beluci %3, hind %2, brahu %1, ingiliscə, buruşak və digər %8

Savadlılırq 44,5%, kişlərdə 57%, qadınlarda 32% ÜDM 282 milyard $ (ÜDM artım tempi 4,8%). Kənd təs.

25%, sənaye 25%, xidmət 50 %. Adambaşına milli gəlir 2628 $ İnfilyasiya (istehlakçı) 5,4% İxracat 8.6 milyard $ İdxalat 9.6 milyard $ Xarici borc 38 milyard $

Pakistan 1947-ci ildə ingilis müstəmləkəsi olan Hindistandan qanlı milli azadlıq mübarizəsi nəticəsində ayrılaraq 14 avqust 1947-ci ildə qurulmuşdur. Daha sonrakı dövrdə ökənin şərq vilayəti Pakistandan ayrılaraq Banqladeş adlı dövlət qurulmuşdu. Pakistan paytaxt İslamabad və ətrafı xaricində 5 ştat və 17 mahaldan ibarətdir. Pəncab (paytaxtı Lahor), Sind (Kəraçi), Patanistan (Peşavər), Belucistan (Kəta), Azad Kəşmir (qərbi Kəşmir).1956-cı ildə Pakistanda respublika elan edildi. İki il sonra general Eyyub xan hərbi çevrilişlə hakimiyyəti ələ keçirdi. İki dəfə prezident seçilərək 1969-cu ilə qədər ölkəyə rəhbərlik etdi. Onun istefasından sonra ölkədə qiyam qalxdı. General Ağa Məhəmməd Yəhya xan hakimiyyəti zəbt edərək qarışıqlıqlara son qoydu. Pakistan bugünə qədər hərbiçilərin vaxtaşırı hakimiyyəti zəbt etdiyi bir ölkədir.

Page 129: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

129Pakistanın iqlimi ümumiyyətlə isti və qurudur. Dağlıq ərazilərdə hündürlüyə görə

tempratur dəyişir. Yüksək dağlıq ərazidə qütb iqliminə belə rast gəlmək olar. İstilik isə Hind okeanı sahillərində 460C qədər artır. Himalay dağlarına yağıntı çox düşür. Bu regionda meşəlik ərazilər də çoxdur. Pakistanın flora və faunası çox zəngindir. Pakistan təbii sərvətlərlə zəngin ölkə deyildir. Təbii qaz və dəmir filizi xaricində məhdud miqdarda kömür, neft, xrom və s. yataqları var.

SİYASİ SİSTEM

Pakistan 5 vilayət və 17 qəbilə mahallarından ibarət federal İslam respublikasıdır. Ölkədə 2 palatalı parlament fəaliyyət göstərir. 87 üzvü olan Senat və 237 millətvəkili olan Milli Məclis. Milli Məclisin üzvləri ümumxalq səsverməsi ilə seçilir. Senat üzvlərini isə əyalət məcləsləri seçirlər. Hər iki palata 5 il müddətinə seçilirlər. Prezidenti iki palata və əyalət məclislərinin üzvləri 5 il müddətinə seçirlər. Prezident eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır və fövqəladə səlahiyyətlərə sahibdir.

Pakistan daim qonşusu Hindistan tərəfindən hədə və təcavüzə məruz qalan bir ölkədir. Bu iki ölkə arasındakı problem Pakistanın qurulması ilə başlamışdır. Hindlilər ölkədəki müsəlmanların müstəqil dövlət qurmalarına etiraz edirdilər. Hal-hazırda iki ölkə arasındakı ən ciddi problem Kəşmir məsələsidir. Kəşmirin bir hissəsi “Azad Kəşmir” adı ilə Pakistana bağlıdır. Mühüm bir hissəsi isə Hindistanın işğalı altındadır. İşğal altındakı Kəşmirdə əhalinin 80% müsəlmandır. BMT-nin Kəşmir xalqının referandumla öz müqəddəratını həll etməsi barədə qərarına Hindistan əməl etməmişdir. Pakistan nüvə silahına malik yenganə müsəlman ölkəsidir. Başda ABŞ olmaqla qərb dünyası Pakistanın nüvə silahından ciddi “narahatlıq” hissi keçirir. Amma nədənsə Hindistanın nüvə silahı dünya ictimaiyyətini qəti narahat etmir.

Pakistanda Əbul Əla Məvdudinin qurduğu Camaati-İslami özünə xeyli tərəfdar toplaya bilmişdir. Əsas məqsədləri Pakistanda İslami bir nizam qurmaqdır. Bu təşkilat prinsip etibarı ilə Misirdəki “Müsəlman Qardaşlar” (İxvani-Müslimin) təşkilatına çox oxşayır, lakin onun bir qolu deyildir. Camaati-İslami daha çox universitet tələbələri arasında özünə tərəfdar tapmışdır və bu təşkilat təhsil işinə xüsusi əhəmiyyət vermişdir. Bir digər gücül hərəkat isə “Təbliğ Camaatı”dır. Təbliğ Camaatının əsas tərəfdarları savadsız xalqdır. Bu hərəkat əsasən zahidanə həyata səsləyən bir hərəkat kimi tanınmışdır. Xalq kütlələrini siyasi və ictimai həyatdan uzaq qalmağa çağıran Təbilğ Camaatı öz tərəfdarlarını ümumxalq səsvermələrində iştirak etməməyə çağırır. Bu isə daha çox Butto ailə partiyasının işinə yarayır.

İQTİSADİYYAT

Pakistan iqtisadiyyatında kənd təsərrüfatın mühüm yer tutur. İşləyən əhalinin yarıdan çoxu bu sektorda məşğuldur. Əkilən sahələrin 50%-ndə düyü və buğda becərilir. Bundan başqa arpa, qarğıdalı, pambıq, darı, çay, tütün, şəkərqamışı və.s ən çox becərilən bitkilərdir. Pakistan sənayesi hal-hazırda orta səviyyəlidir və yaxın dövrlərdə inkişaf mərhələsinə başlamışdır. Tekstil sənayesi daha çox inkişaf edir. Pambıq, mahlıc emalı müəssisələri ölkə sənayesində mühüm yer tutur. Toxuculuq və tekstil sənayesi də bunun paralelində inkişaf edir. Yeni kəşf edilən təbii qaz

Page 130: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

130yataqlarının işlədilməyə başlanması da sənaye sektorunun inkişafına təkan vermişdir. Ən böyük ticarət partnyorları S. Ərəbistanı, Yaponiya, ABŞ, Küveyt, Çin və Türkiyədir. Pambıq və pambıq parça, yun parça, düyü, dəri və.s yüngül sənaye məhsulları əsas ixrac mallarıdır. Son dövrlərdə Pakistanla Aİ ölkələri və İndoneziya arasında da ticarət əlaqələri genişlənmişdir. Pakistan iqtisadiyyatı dünyada 26-cı yerdədir.

Havayolları yüksək inkişaf etsə də quru və dəmiryolu nəqliyyatının inkişafı orta səviyyədədir. Dəmiryollarının ümumi uzunluğu 12.620 km, quru yollarının ümumi uzunluğu isə 110 128 km-dir. Pakistanın öz gücü ilə əldə etdiyi nüvə reaktoru 1962-ci ildə fəaliyyətə başlamışdır.

Hindistan

Ölkənin rəsmi adı Hindistan Respublikası İdarəetmə Parlamentar federal respublika Ərazisi 3,287,590 km², Ən yüksək nöqtəsi Kançenjunqa 8598

m, ən alçaq nöqtəsi Hind okeanında 0 m. Əkinə yararlı: 48.83%.

Sərhədlərinin uzunluğu Quru sərhədləri cəmi: 14103 km, Banqladeş 4053 km, Butan 605 km, Birma 1463 km, Çin 3380 km, Nepal 1690 km, Pakistan 2912 km. Sahil zolağı: 7000 km

Əhalisi (2006) 163,985,373. 1 km2/211 nəfər. Təbii artım tempi 1,38%. Doğum nisbəti 1 qadına 2,73 uşaq. Uşaq ölümləri 1000/55.

Uzunömürlülük Kişilərdə 63 yaş. Qadınlardı 65 yaş Etnik Hindu 72%, dravidan 25, monqol və digər 3% Din Hindu 81.3%, Müsəlman 12%, xristian 2.3%, digər

4.4% Dillər Ölkədə 15-dən çox dildə danışılır. Hindu, urdu,

ingilis, tamili, benqali, marati bunların ən əsaslarıdır. Savadlılırq 59,5%, kişlərdə 70%, qadınlarda 48% ÜDM (2006) 658 milyard $ (ÜDM artım tempi 8,5%). Kənd təs.

20%, sənaye 20%, xidmət 60 %. Adambaşına milli gəlir (2006)

797 $

İnfilyasiya (istehlakçı) 5,3% İxracat 98,1 milyard $ İdxalat 149,7 milyard $ Xarici borc 132 milyard $

SİYASİ SİSTEM

Hind Federalizmi

Page 131: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

131Hindistan 28 ştat və 7 mahalın birləşməsi nəticəsində meydana gələn federal

respublikadır. Hindistan parlamentar respublikadır. İcraedici hakimiyyətin başında başnazir və onun rəhbərlik etdiyi nazirlər şurası dayanır. Konstitusiyaya görə nazirlər şurası eyni zamanda prezidentin məsləhət şurasıdır. Nazirlər kabineti Lok Sabha (Xalq Məclisi) qarşısında cavabdehdir. Ştatları prezidentin təmsilçisi olan valilər (qubernatorlar) idarə edirlər. Lakin bütün ştatlarda əsas icraedici hakimiyyət başnazirə tabedir. Hər bir ştatda seçilmişlər məclisi fəaliyyət göstərir. Parlamentlə ştat məclisinin vəzifə və səlahiyyətlərinin bölgüsü konstitusiyaya görə müəyyən edilir. Konstitusiyanı sadəcə parlament dəyişə və ya əlavə edə bilər.

İcraedici Hakimiyyət/Prezident

Prezident seçki heyəti tərəfindən seçilir. Bu heyəti isə ştatların parlamentləri və Qanun Məclisləri tərəfindən seçilmiş üzvlər təşkil edirlər. Prezidentin vəzifə müddəti 5 ildir. Prezidentin ümumi səfərbərlik elan etmə haqqı var. Ştatlardan hər hansı birində idarəetmə ilə əlaqədar ciddi problem müşahidə olunanda prezident həmin ştatın idarəsini öz üzərinə götürə bilər. Nazirlər Şurası geniş səlahiyyətlərə malik bir qurumdur. NŞ-nın üzvləri başnazir, nazirlər və nazir müavinlərindən ibarət olur. Başnazir nazirlər şurasının idarəetmə ilə bağlı bütün qərar və təkliflərinin prezidentə çatdırır.

Qanunverici Hakimiyyət

Hindistan parlamenti iki palatadan Rajya Sabha və Lok Sabhadan ibarətdir. Bütün qanun layihələri hər iki məclisdə də müzakirə edilir. Büdcə-maliyyə məsələlərində Lok Sabhaya daha çox səlahiyyət verilmişdir. Rajya Sabhanın 245 üzvü olur. Bunların 233-ü ştatları və federal mahalları təmsil edirlər. 12 üzv isə prezident tərəfindən təyin edilir. RS-nın üzvləri ştatların Qanun Məclislərinin üzvləri tərəfindən seçilir. Lok Sabha üzvləri isə ümumxalq səsverməsi ilə seçilirlər. LS-nın 545 üzvü olur. Hər hansı bir fövqəladə hadisə baş vermədiyi təqdirdə LS seçkilərdən sonra 5 il müddətinə fəaliyyətini davam etdirir. Hindistanda saysız hesabsız siyasi partiyalar var. partiyaların bir qismi federal bir qismi isə ştat partiyalarıdır. Bharatiya Janata Partiyası, Janata Dal p-sı, Hindistan Kommunist p-sı, Hindistan Kommunist Marksist p-sı ölkənin ən məşhur partiyalarıdır.

Məhkəmə Hakimiyyəti

Appelyasiya Məhkəməsi Hindistanın ən böyük məhkəmə orqanıdır. Fövqəladə səlahiyyətlərə malikdir. Bu məhkəmənin baş hakimi və 25 nəfərlik hakimlər heyəti prezident tərəfindən təyin edilir. Hindistanda 18 ali məhkəmə var. Bundan başqa ölkədə cəza məhkəmələr, 1-ci və 2-ci sülh məhkəmələri fəaliyyət göstərir. Bundan başqa “Lok Adalat” adlanan və əsas işi məhkəmə orqanları arasındakı anlaşmazlıqları yoluna qoymaq olan bir ədli qurum da fəaliyyət göstərir.

İQTİSADİYYAT

1945-ci ildə istiqlaliyyətini elan dəndən sonra Hindistan iqtisadiyyatında planlı və sütətli inkişaf müşahidə olunmuşdur. Lakin sürətlə artan əhali rifah səviyyəsinin yüksəlməsinə imkan verməmiş və adambaşına milli gəlir daim aşağı səviyyədə qalmışdır. Hindistanda işləyən əhalinin 80% kənd təsərrüfatı, 10% sənaye sahəsində məşğuldur.

Page 132: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

132Sənaye

Milli gəlirin 1/5 emal sənayesi və mədən işlətməçilindən əldə edilir. Neft və kimya məhsulları daxili tələbatı qismən ödəyir. İllik polad istehsalı 9,5 milyon, dəmir istehsalı 40 milyon tondur. Hindistanın Damador vadisində 5 milyard ton kömür ehtiyatı, Assam ştatında 5 milyon ton neft ehtiyatı var. İllik orta kömür hasilatı 123 milyon ton, neft hasilatı isə 19 milyon tondur. Hindistan əlvan metal yataqları baxımından zəngin ölkədir. Ölkədə alüminium, xrom, qalay, sink, qurğuşun, mis və qızıl çıxarılır.

Bombey və ətrafında pambıqtəmizləmə və toxuculuq sənayesi müəssisələri yerləşir. Maşınqayırma, lokomotiv, vaqon, gəmi ləvazimatı və avtomobil sənayesi də inkişaf etmişdir. Dünyadakı ən zəngin uran yataqlarına sahib ölkələrdən biri olaraq Hindistanda nüvə enerjisi reaktorları da mövcuddur. İllik elektrik enerjisi istehsalı 112 milyard kvs-dır. Hindistanın iri sənaye mərkəzləri arasında Bombey, Əhmədabad, Mədrəs, Dehli, Naqpur, Bhopol, Manharpur kimi şəhərlərin adlarını çəkmək olar.

Kənd Təsərrüfatı

Xalqın 3/4-ü kənd təsərrüfatı ilə məşğuldur. Hindistan torpaqlarının yarısı əkilib becərilir. Əkilən torpaqların 80%-də taxıl becərilir. Malabar və Kromandel sahillərində düyü, şəkərqamışı becərilir. Hindistan çay, mərcimək, fıstıq, noxud istehsalında dünyada birinci, soğan, şəkərqamışı, düyü, hindçətənəsi istehsalında isə ikinci yeri tutur. Uzun sahil zolağı və zəngin daxili sulara malik olmasına baxmayaraq Hindistanda balıqçılıq zəif inkişaf etmişdir. İllik sadəcə 2 milyon ton balıq ovlanır. Hindistan iri buynuzlu malqara üçün cənnətdir desək hər halda mübaliğə olmaz. Bütpərəst hindlilərin ətini yemədikləri inək, öküz və camışlar bu ölkədə xeyli çoxdur. Əhali bu yevanların südünü istehlak edir və yük daşımaq üçün istifadə edirlər. 22%-i meşə olan ölkədə meşəçilik sektoru inkişaf etməkdədir.

Ticarət

Hindistanın əsas ticarət partnyorları ABŞ, Aİ ölkələri, Yaponiyadır. Tekstil, əlvan metallar, çay, kənd təsərrüfatı məhsulları, pambıq, hindçətənəsi əsas ixrac məhsullarıdır. Qida maddələri, dəzgah və ehtiyat hissələri, sənaye xammalı, motorlu nəqliyyat vasitələri və buğda əsas idxal maddələridir. Ölkənin ixracatının 17%, idxalatının isə 23% ABŞ-nın payına düşür.

Dəniz nəqliyyatı inkişaf etmişdir. Ölkədə 8 iri, 150 kiçik liman var. Dəmiryolu nəqliyyatında dünyanın dördüncü ölkəsidir. Dəmiryollarının cəmi uzunluğu 61810 km, quru yollarının 1772000 km. Ölkədə 95 havalimanı var. Hindistanda yüksək xidmət verən havayolu şirkətləri fəaliyyət göstərir.

milyon $ 2000 2001 2002 2003 2004 2005 İxracat 43 132 44 612 50 701 56 689 77 939 98 128 İdxalat 55 311 51 985 57 098 70 457 105 901 149 788

Page 133: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

133

Balans -12 179 -7 283 -6 397 -13 768 -27 962 -51 660

Əsas ixrac malları (2005)

Milyard $ Əsas idxal malları (2005) Milyard $

Mühəndislik məhsulları 20.9 Neft və kimya məhsulları 26.2 Tekstil və hazır geyim 15.6 İnvestisiya əmtəəsi 13.8 Qiymətli daşlar 15.1 Elektronik cihazlar 9.9 Neft və kimya məhsulları

11.2 Qızıl və gümüş 8.4

Ərzaq xammalı 9.9 Qiymətli daşlar 6.9 Əsas ixracat ölkəsi % Əsas idxalat ölkəsi % ABŞ 19.1 Çin 7.3 Çin 9.4 ABŞ 6.5 BƏƏ 8.4 Belçika 5.2 İngiltərə 4.9 Sinqapur 4.8

Page 134: Dunya Olkelerinin Siyasi Cografiyasi Muhazireler

134