HESABAT – 21-30 DEKABR 2018
BAKI - 2018
1
Mündəricat
Yarmarkanın keçirilməsinin əsasları ....................................................................... 2
Yarmarkanın keçirilməsində məqsəd ..................................................................... 3
Yarmarkanın keçirilməsi ilə əldə edilən nailiyyətlər ............................................... 4
Təcrübədə .............................................................................................................. 4
İctimaiyyətlə əlaqələr və əhalinin məlumatlandırılması ......................................... 5
Yarmarkanın işləmə proseduru .............................................................................. 6
Yarmarkada satışda olan məhsullar ....................................................................... 7
Məhsula satış qiymətinin təyin edilməsi ................................................................ 8
Yarmarkanın iş qrafiki ............................................................................................ 9
Kommunikasiya, sanitariya və təmir-bərpa işləri .................................................... 9
Yarmarkanın təchizatı .......................................................................................... 10
Fermer kartı ......................................................................................................... 13
Mühafizə xidməti ................................................................................................. 14
Statistik tədqiqat .................................................................................................. 14
Aparılan statistik təhlillər: .................................................................................... 14
2
Yarmarkanın keçirilməsinin əsasları
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və əhalinin
ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsulları bazarının
təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 16 yanvar 2014-cü il tarixli,
221 nömrəli sərəncam imzalanmışdır. Bundan başqa, Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair
Strateji Yol Xəritəsi”ndə “Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun
inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması” strateji hədəf
müəyyən olmuşdur.
Göstərilən sərəncam və fərmanlardan irəli gələn məsələlərin icrası
məqsədilə Bakı şəhərində keçirilən “Kənddən Şəhərə” yarmarkası müasir
standartlara uyğun və qapalı şəraitdə qurulmuş, əhali və fermerlər üçün əlverişli
ticarət mühiti yaradılmışdır.
3
Yarmarkanın keçirilməsində məqsəd
Ölkədə ərzaq təhlükəsizliyi məsələlərinin təmin olunması, qiymət
sabitliyinin qorunub saxlanması məqsədilə şəhərin mərkəzində kənd təsərrüfatı
məhsullarının satışı ilə bağlı “Kənddən Şəhərə” yarmarkası təşkil olunmuşdur.
Yarmarkanın keçirilməsində əsas məqsəd Respublikada yaranan süni
qiymət artımının qarşısını almaq, vətəndaşların müxtəlif çeşidli ərzaq
məhsullarına olan tələbatını aşağı qiymətlərlə əldə etməsinə dəstək olmaqdır.
Eyni zamanda, sözügedən yarmarkada fermerə öz məhsulunu özünün satış
etməsinə şərait yaradaraq onlara dəstək göstərilir.
4
Yarmarkanın keçirilməsi ilə əldə edilən nailiyyətlər
- Əhalinin aztəminatlı təbəqəsinin bu yarmarkalarda ucuz qiymətə ərzaq
məhsulları əldə edə bilməsini təmin etmək;
- Fermerləri kənd təsərrüfatı məhsulları istehsal etməyə stimullaşdırmaq;
- Fermerlərə məhsullarının satışını həyata keçirmək üçün şəraitin
yaradılması;
- İstehlakçıların seçim imkanlarının artırılmasına xidmət edən yarmarkanın
təşkili ilə süni qiymət artımının qarşısının alınması;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyilə keyfiyyətsiz və insan
sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması;
- Məhsulun keyfiyyətini yüksəltmək, kənd təsərrüfatı məhsulları
istehsalçılarının sərbəst rəqabətini səmərəli təşkil etmək;
Təcrübədə Paytaxt Bakının mərkəzi küçələrindən olan Nizami küçəsi 154C ünvanında
qapalı şəraitdə kənd təsərrüfatı məhsullarının satışı üçün şərait yaradılmışdır.
Yarmarkanın sahəsi 700 m2 olmuşdur. Ümumilikdə yarmarkada 104
piştaxta yerləşdirilmişdir.
5
İctimaiyyətlə əlaqələr və əhalinin məlumatlandırılması
Müasir formada yarmarkanın keçirilməsi və ünvanı barədə Bakı şəhərinin
əhalisi məlumatlandırılmışdır. Belə ki, bu barədə televiziyada xüsusi
buraxılışların göstərilməsi, qəzetlərdə (“Azərbaycan” qəzeti, “Xalq” qəzeti,
“Respublika” qəzeti, “Vergilər” qəzeti) dərc olunması və internet saytlarında
(www.qafqazinfo.az, www.azvision.az, www.azertag.az, www.oxu.az və s.)
məlumatların yerləşdirilməsi təmin olunmuşdur.
Sözügedən yarmarkanın açılış mərasiminin, yaradılan şəraitin və s.
professional şəkildə foto və video çəkilişi təşkil olunmuşdur.
6
Yarmarkanın işləmə proseduru:
Yarmarkada satışı aşağıdakı subyektlər həyata keçirir:
- Kəndli
- Fermer
- Şirkət
Yarmarkada iştirak etmək istəyən subyektlər agrotrade.gov.az saytı vasitəsilə
onlayn qeydiyyatdan keçə, Dövlət Aqrar Ticarət Şirkətinin zəng mərkəzinə
müraciət edə və ya Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf
Mərkəzlərinə müraciət edə bilərdilər.
Şəxsin qeydiyyatdan keçməsi üçün şəxsiyyət vəsiqəsi, satış edəcəyi
məhsullar haqqında detallı məlumat, və əkin etdiyi sahənin çıxarışı tələb olunur.
Püşkatma əsasında şəxslərin yarmarkadakı yerləri təyin olunur. Yarmarkanın
keçirildiyi müddət ərzində şəxs yarmarkaya gəlir, təyin olunmuş piştaxtada
məhsullarını yerləşdirir və satışını həyata keçirir.
Yarmarka müddəti ərzində bütün satıcılar Dövlət Aqrar Ticarət Şirkəti
tərəfindən tərəzilər və xalatlarla təmin olunmuşdur.
7
Yarmarkada satışda olan məhsullar
- Ət və ət məhsulları
- Süd və süd məhsulları
- Meyvə
- Tərəvəz
- Toyuq və toyuq məhsulları
- Quru meyvələr
- Bal və digər arı məhsulları
“Kənddən Şəhərə” yarmarkasına fermerlər tərəfindən 20 tondan artıq
meyvə-tərəvəz və süd məhsulları (pendir, kərə yağı, motal pendiri), 4 tondan artıq
bal və arı məhsulları, 2 tona yaxın ət (mal əti, kənd çolpası, hind toyuğu) məhsulları
çıxarılmışdır. Tərəfimizdən keçirilən sorğu əsasında məlum olmuşdur ki, meyvə-
tərəvəz məhsullarının 80%-i, ət məhsullarının demək olar ki, hamısı, bal və arıçılıq
məhsullarının isə 13%-i satılmışdır. Bəzi fermerlər isə yarmarkanın ilk 5
günlüyündə gətirdikləri məhsullarının hamısının satışını təşkil edə bilmişlər.
8
Məhsula satış qiymətinin təyin edilməsi
Qiymətlər kənd təsərrüfatı mallarının satıcısı olan fermerlərin birbaşa özü
tərəfindən təyin olunur. Əgər təyin olunan qiymət bazar qiymətindən yuxarıdırsa
bu zaman müdaxilə olunur və qiymətlər bazar qiymətindən aşağı qiymətə
uyğunlaşdırılır.
9
Yarmarkanın iş qrafiki
“Kənddən Şəhərə yarmarkası” 21-30 dekabr 2018-ci il tarixində hər gün saat
08.00-dan 21.00-a qədər fəaliyyət göstərmişdir.
Kommunikasiya, sanitariya və təmir-bərpa işləri
Yarmarka ərazisində pulsuz sanitar qovşaqları yerləşdirilmişdir. Hər hansı
nasazlıq yarandığı təqdirdə yarmarka üçün ayrılmış işçi qrupu yerindəcə
müdaxilə edir.
Hər gün yarmarka bağlandıqdan sonra daxilində təmizlik işləri aparılır.
Yarmarka keçirildiyi müddətdə hər gün inventarların təhlükəsizliyinə və təmizlik
işlərinə tam nəzarət edilir.
10
Yarmarkanın təchizatı
Yarmarkanın labaratoriya ilə təmin olunması
Müasir formada təşkil olunan “Kənddən Şəhərə” yarmarkasında
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının və
laboratoriyalarının növbətçiliyi təmin olunmuşdur.
11
Satıcıların xalatlarla təmin olunması
“Kənddən Şəhərə” yarmarkasında satıcılar yaşıl rəngli üzərində Kənddən
Şəhərə logosu olan xalatlarla təmin olunmuşdur. Bunun üçün 100 ədəd xalat
sifariş olunmuş və satıcılara paylanmışdır.
Tərəzilər ilə təminat
Alıcıların rahatçılığını təmin etmək məqsədilə ticarət qaydalarına uyğun olaraq
yarmarkada bütün satıcılar tərəzilərlə təmin olunmuşdur.
Qiymət lövhələrilə təminat
Qiymətlərə nəzarət etmək, süni qiymət artımının qarşısını almaq üçün qiymət
lövhələri quraşdırılmışdır.
12
Elektrik və istiliklə təminat
Yarmarkada işıqlandırma sistemi quraşdırılmış, elektrik enerjisi ilə təmin
olunmuşdur. Bundan başqa yarmarkada temperaturun tənzimlənməsi üçün
havalandırma sistemi də quraşdırılmışdır.
Tullantı qabları ilə təminat
Alıcılar və satıcıların rahatçılığını və sanitar norma və qaydaları təmin etmək
məqsədilə yarmarka 4 ədəd böyük tullantı qabı ilə təmin olunmuşdur.
Yarmarkada əlavə olaraq satıcılara tullantıları yığmaq üçün paket və zibil
yeşikləri, mallarını ticarət qaydalarına uyğun yerləşdirmək və alıcılara təqdim
etmək üçün piştaxtalar, sanitar qovşağı və ictimai-iaşə yerləri təqdim edilmişdir.
13
Fermer kartı
Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə kənd
təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə
yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə
ödənilir. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı
tutulmur.
Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu verilir, alqı-satqı prosesinin
qeydiyyatı aparılır. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq
təmin olunur.
Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan
verirk, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdırır.
Yarmarka zamanı 7 fermerə fermer kartı verilmişdir.
14
Mühafizə xidməti
Yarmarka günü iş qrafiki bitdikdən sonra bütün yarmarka məhsulları və
avadanlıqlar gecə işləyən mühafizə qrupu tərəfindən qorunur.
Statistik tədqiqat
Yarmarka günü boyunca Aqrar İnkişaf Könüllüləri tərəfindən alıcılardan rəy
sorğusu keçirilmişdir. Bundan əlavə satılan məhsulların da qeydiyyatı
aparılmışdır.
Aparılan statistik təhlillər:
- Satılan məhsula görə
- Satışda fərqlənən rayona görə
- Satışdan əldə edilən gəlirə görə
- Vətəndaş məmnuniyyətinə görə
15