dost sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 243 (29508) 21 noyabr 2020-ci il, şənbə Azərbaycan xalqı müzəffər xalqdır! Azərbaycan Ordusu müzəffər ordudur! Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. – Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağ- damlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollar- la həll edilməsi bizim qanuni hüququ- muz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlı- nı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmış- dır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Komp- leksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. İndi isə Ağdam üçün yeni dövr baş- layır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də sa- lamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb. Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağın- tılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmaya- caq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaq- larına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar. Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayon- dur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur. Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağ- lı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı- Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam- Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommuni- kasiyalar açılacaq, o cümlədən, hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respub- likası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir. Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində müm- kün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaq- larda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücü- müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi. Ona görə onlar bu istehkam- ları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər. Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunma- sından danışırsınız. Amma biz bu- nun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qa- rabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün tor- paqlar bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi ki- tablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək. İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonu- nu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumla- rı bunu lentə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağı- mızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıt- dıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı. (ardı 2-ci səhifədə) Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident! Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalan- ması münasibətilə təbrik edirəm. Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın tarixi torpaqlarının geri qay- tarılmasını nəzərdə tutan bu sülh razılaş- masını ürəkdən alqışlayır. Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azərbaycana qaytarıl- ması və Ermənistanın silahlı qüvvələrini bir neçə həftə ərzində ətraf ərazilərdən çıxar- ması barədə xəbərdən məmnunuq. Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli davran- mağınız münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostla- rı olaraq bu münaqişə ilə bağlı təbliğat aparılması və Azərbaycanın haqlı mövqe- yinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha vurğulayırıq. Hörmətlə, Bob BLƏKMƏN, Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident! Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının 17-ci beynəlxalq top- lantısında yekdilliklə qəbul olunan müraciəti şəxsən öz adımdan, həmsədrimiz İsmail Serageldinin və Qəyyumlar Şurasının bütün üzvləri adından Zati-alinizə çatdırmaqdan şərəf hissi duyuram. Biz Ermənistanın beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin azad edilməsi münasibətilə Azərbaycan xalqı- na, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən əhəmiyyətli səylər nəticəsində qazandığınız inamlı qələbə, vəziyyətin sabitləşdirilməsi, eləcə də daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə Ermənistan və Rusiya Federasiya- sı ilə birgə üçtərəfli razılaşma imzalamağınız münasibətilə Azərbaycanı təbrik edirik. Son qarşıdurmalar zamanı baş verən insan tələfatı, həmçinin münaqişə zonasın- dan kənarda yerləşən tarixi Gəncə şəhərində qətlə yetirilmiş mülki şəxslər ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk. İşğal olun- muş əraziləri tərk edən ermənilər tərəfindən qəsdən törədilən dağıntıları və vandalizm aktlarını təəccüb və böyük narahatlıqla qarşılayırıq. Biz inanırıq ki, bu qeyri-insani hərəkətlərə və onların səbəb olduğu acına- caqlı nəticələrə baxmayaraq, Sizin müdrik və humanist rəhbərliyinizlə yenidənqurma, insanların öz doğma torpaqlarına qayıdışı, eləcə də sülhün və əmin-amanlığın bərpası ölkənizin gündəliyində duran əsas məsələ olacaq. 2020-ci ilin bu çətin dönəmində biz dünya ictimaiyyətinə bununla bağlı me- sajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil edir, məqalələr və onlayn bəyanatlar yayırıq. Biz beynəlxalq səviyyədə apardığımız təbliğat işlərimizi ən yüksəksəviyyəli təmaslarımızda da davam etdiririk, Nizami və Azərbaycan adını daim ən yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvləri adından Zati-alinizə möhkəm cansağlığı, dövlətinizə təhlükəsizlik və fira- vanlıq arzulayırıq. Dərin hörmətlə, Vayra Vike-FREYBERQA, 1999-2007-ci illərdə Latviyanın Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri! Qələbə günü və torpaqlarınızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və Sizi təbrik edirik. Dost Azərbaycan xalqına layiqli və firavan həyat arzulayırıq. Hörmətlə, Muxtar Mahmud əl-MUSƏVİ, İraq parlamentinin deputatı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusi- yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respub- likasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018- ci il 4 may tarixli 1134-VQD nömrəli Qanu- nunun icrası ilə əlaqədar qərara alıram: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 759 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 370) 2-ci hissəsi ləğv edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 noyabr 2020-ci il Prezident İlham Əliyevin xalqa müraciəti

Upload: others

Post on 08-Oct-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 243 (29508) 21 noyabr 2020-ci il, şənbə

Azərbaycan xalqı müzəffər xalqdır! Azərbaycan Ordusu müzəffər ordudur!

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir.

– Əziz həmvətənlər!Mən sizi Ağdam rayonunun

işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağ-damlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollar-la həll edilməsi bizim qanuni hüququ-muz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlı-nı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmış-dır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Komp-leksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik.

Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.

İndi isə Ağdam üçün yeni dövr baş-layır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də sa-lamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.

Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağın-tılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmaya-caq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaq-larına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar.

Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayon-dur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur.

Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağ-lı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim

göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommuni-kasiyalar açılacaq, o cümlədən, hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respub-likası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində müm-kün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaq-larda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücü-müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi.

Ona görə onlar bu istehkam-ları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi

şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər.

Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunma-sından danışırsınız. Amma biz bu-nun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qa-rabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün tor-paqlar bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi ki-tablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək.

İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonu-nu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumla-rı bunu lentə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağı-mızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıt-dıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı.

(ardı 2-ci səhifədə)

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!Böyük Britaniya-Azərbaycan

parlamentlərarası dostluq qrupunun sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalan-ması münasibətilə təbrik edirəm.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın tarixi torpaqlarının geri qay-tarılmasını nəzərdə tutan bu sülh razılaş-masını ürəkdən alqışlayır.

Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azərbaycana qaytarıl-ması və Ermənistanın silahlı qüvvələrini bir neçə həftə ərzində ətraf ərazilərdən çıxar-ması barədə xəbərdən məmnunuq.

Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli davran-mağınız münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostla-rı olaraq bu münaqişə ilə bağlı təbliğat aparılması və Azərbaycanın haqlı mövqe-yinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha vurğulayırıq.

Hörmətlə,Bob BLƏKMƏN,

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla

dostluq qrupunun sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının 17-ci beynəlxalq top-lantısında yekdilliklə qəbul olunan müraciəti şəxsən öz adımdan, həmsədrimiz İsmail Serageldinin və Qəyyumlar Şurasının bütün üzvləri adından Zati-alinizə çatdırmaqdan şərəf hissi duyuram.

Biz Ermənistanın beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin azad edilməsi münasibətilə Azərbaycan xalqı-na, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən əhəmiyyətli səylər nəticəsində qazandığınız inamlı qələbə, vəziyyətin sabitləşdirilməsi, eləcə də daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə Ermənistan və Rusiya Federasiya-sı ilə birgə üçtərəfli razılaşma imzalamağınız münasibətilə Azərbaycanı təbrik edirik.

Son qarşıdurmalar zamanı baş verən insan tələfatı, həmçinin münaqişə zonasın-dan kənarda yerləşən tarixi Gəncə şəhərində qətlə yetirilmiş mülki şəxslər ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk. İşğal olun-muş əraziləri tərk edən ermənilər tərəfindən qəsdən törədilən dağıntıları və vandalizm

aktlarını təəccüb və böyük narahatlıqla qarşılayırıq. Biz inanırıq ki, bu qeyri-insani hərəkətlərə və onların səbəb olduğu acına-caqlı nəticələrə baxmayaraq, Sizin müdrik və humanist rəhbərliyinizlə yenidənqurma, insanların öz doğma torpaqlarına qayıdışı, eləcə də sülhün və əmin-amanlığın bərpası ölkənizin gündəliyində duran əsas məsələ olacaq.

2020-ci ilin bu çətin dönəmində biz dünya ictimaiyyətinə bununla bağlı me-sajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil edir, məqalələr və onlayn bəyanatlar yayırıq. Biz beynəlxalq səviyyədə apardığımız təbliğat işlərimizi ən yüksəksəviyyəli təmaslarımızda da davam etdiririk, Nizami və Azərbaycan adını daim ən yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvləri adından Zati-alinizə möhkəm cansağlığı, dövlətinizə təhlükəsizlik və fira-vanlıq arzulayırıq.

Dərin hörmətlə,

Vayra Vike-FREYBERQA, 1999-2007-ci illərdə Latviyanın

Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri!

Qələbə günü və torpaqlarınızın işğaldan azad olunması münasibətilə

Azərbaycan xalqını və Sizi təbrik edirik.

Dost Azərbaycan xalqına layiqli və firavan həyat arzulayırıq.

Hörmətlə,

Muxtar Mahmud əl-MUSƏVİ, İraq parlamentinin deputatı

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli

580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli

759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1134-VQD nömrəli Qanu-nunun icrası ilə əlaqədar qərara alıram:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının

2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 759 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 370) 2-ci hissəsi ləğv edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

Prezident İlham Əliyevin xalqa müraciəti

Page 2: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə2Azərbaycan Prezidenti

İlham Əliyev xalqa müraciət edib(əvvəli 1-ci səhifədə)

Ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə, ya-xınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

Beləliklə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş mey-danında parlaq qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırıl-ması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş ve-rilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir.

Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edil-di?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində – 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzlu-ğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olun-du. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bun-dan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdı-rıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər

müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasın-dakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Alma-niya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günah-kardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. He-sab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borc-ludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar.

Mən nə üçün bu barədə da-nışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qon-şuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və nor-mal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq.

Biz onların şəhərlərini dağıtma-mışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıt-maq nə böyük problem idi. Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən, erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayır-lar. Əminəm, bu gün Dağlıq Qara-bağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir.

O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasi-ya mənbələrimiz var və bizim uğur-larımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə bur-nunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən, işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologi-yasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?

Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu

qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vu-ruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşa-ğıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuş-dular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soy-qırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaq-lar, 10 qatını və heç kim bizi durdura bilməz.

Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən, təsir imkanları. Amma bizim imkan-larımız yalnız əməkdaşlığa hesab-lanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz – energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşu-muza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bi-zim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Ru-siya bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat ver-di, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?

Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən.

Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağı-mızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovu-şan, Murov dağı, Şuşa döyüş mey-danında işğalçılardan azad edilib, o cümlədən, Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu, şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, hara-dasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan, Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsü-nüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan dikta-tor. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan, Avropa Parlamenti? Özünü guya dün-yanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşı-sında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmır-sınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu, susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə.

Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dün-yadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir. Güc və birlik. Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haq-lıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş mey-danında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, tor-paqlarımızı işğalçılardan azad etmişik.

Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma tor-paqlarına qaytaraq.

Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzula-yıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikası Prezidentinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”

Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə”

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 14 may tarixli 93 nömrəli, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və

əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 21 dekabr tarixli 190 nömrəli, “Patent haqqında”

Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan

Respublikasının 2013-cü il 22 noyabr tarixli 822- IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 27 dekabr tarixli 63 nömrəli və “Əmtəə

nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan

Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi

haqqında” 2013-cü il 27 dekabr tarixli 64 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 325) 2-ci hissəsi ləğv edilsin.

2. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 190 nömrəli Fərmanının (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 978) 2-ci hissəsi ləğv edilsin.

3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1530) 3-cü hissəsi ləğv edilsin.

4. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1531) 3-cü hissəsi ləğv edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi

münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir.

“Əziz həmvətənlər,Sizi Ağdam rayonunun işğaldan azad

edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

K.Ə.Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər

tutaraq qərara alıram:Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

Page 3: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə 3“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda

dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu

haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında

dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitu-

siyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:1.1. “Dövlət rüsumu haqqında”

Azərbaycan Respublikası Qanunu-nun 18.65.3-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1239) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3.2-ci yarımbənd ləğv edilsin;2.2. aşağıdakı məzmunda 1.3-1-ci

bənd əlavə edilsin:“1.3-1. “Dövlət rüsumu haqqında”

Azərbaycan Respublikası Qanunu-nun 33-5-ci maddəsinə uyğun olaraq, hər növbəti il üçün dövlət rüsumunun

məbləğlərinin, Azərbaycan Respubli-kasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsini cari il sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qa-nununun 11.16-cı maddəsində nəzərə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumu haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 177-VIQD nömrəli Qanu-nundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətlə,

Adilə Namazova – akademik, əməkdar elm xadimi,

Nərgiz AXUNDOVA - akademik,

Dilqəm TAĞIYEV – AMEA-nın vitse-prezidenti, Kataliz və

Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik,

Lətif Hüseynov – Avropa İnsan Hüquqları Məhkəməsinin

hakimi, hüquq elmləri doktoru, professor, Bəxtiyar Sadıqov –

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist,

Bəxtiyar Əliyev – Milli Məclisin Elm və təhsil komitəsinin

sədri, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri,

Ədalət MURADOV – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor,

Natiq Cavadov – Milli Aerokosmik Agentliyin baş direkto-ru, professor, Beynəlxalq və Azərbaycan

Mühəndislik Akademiyasının həqiqi üzvü, Həbib Həsənov –

Bakı Hərbi Məhkəməsinin sədri, Arif Babayev -

professor, xalq artisti, Milli Konservatori-yanın Muğam kafedrasının müdiri,

Mənsum İbrahimov – professor, xalq artisti,

Prezident mükafatçısı, Ramiz Quliyev –

xalq artisti, Dövlət mükafatı laureatı, Nazim Əliyev –

hüquq elmləri doktoru, Habil Qurbanov –

hüquq elmləri doktoru, professor, AMEA Həmkarlar Təşkilatının sədri,

Məhiş Əhmədov – iqtisad elmləri doktoru, professor,

Mürsəl Əliyev – texnika elmləri doktoru,

Şahin Rüstəmov - Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsi Aparatı rəhbərinin müavini, Baxşeyiş Əsgərov –

hüquq elmləri üzrə fəlsəfə doktoru , Fikrət Əliyev –

hakim, Çingiz İskəndərov –

hakim, Toğrul Rəhimov –

“Azərişıq” ASC sədrinin baş müşaviri, İlham Hüseynov –

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İxtiyar Hüseynli –

Azərbaycan Respublikasının Əməkdar jurnalisti,

Əvəz Mikayılov – rayon ağsaqqallar şurasının sədri,

Allahverən Əliyev - YAP Ağdam rayon təşkilatının sədri,

Aybəniz Cəfərova – ağbirçək ziyalı,

Gülnurə Muradova – Əməkdar müəllim,

Tünzalə Vəliməmmədova - Əməkdar müəllim,

Elmir Məmmədov – ağsaqqal,

Tapdıq Qaraşov – ağsaqqal,

Həmzə Əliyev – ağsaqqal,

Nizami Sadıqov – ağsaqqal,

Zülfü Qasımov - ağsaqqal,

Misirxan Misirxanov - ağsaqqal,

Marif Hüseynov – ağsaqqal,

Səlim Əzimov - ağsaqqal,

Mir Yusif Əliyev - ağsaqqal,

İlyas Bağırov - ağsaqqal həkim,

Hüseynalı Hüseynov – kimya elmləri namizədi,

Xudu Xudiyev – həkim,

Ceyran Əliyeva - xalçaçılıq müəssisəsinin direktoru,

Arzu Rəhimova - Qadınlar Şurasının sədri,

Elza İsayeva – Əməkdar müəllim,

Gülyaz Qurbanova - ağbirçək ziyalı,

Çimnaz Əliyeva - ağbirçək ziyalı,

Şahin Qasımov – ağsaqqal,

Rövşən Cavadov – psixologiya elmləri namizədi,

Təyyar Bayramov – Əməkdar artist,

Fehruz Məmmədov – Əməkdar artist,

Aygün Bayramova – Xalq artisti,

Nəzakət Teymurova – Xalq artisti,

Səbuhi İbayev – Əməkdar artist,

Elnur Zeynalov – Əməkdar artist,

Cabir Abdullayev – Əməkdar artist,

Mustafa Mustafayev – yazıçı-publisist,

Elza Qaybalıyeva – xanəndə.

Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Ali Baş Komandan!

Zati-alinizin rəhbərliyi ilə qar-daş Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik. Azərbaycanın ərazi bütövlüyü-nü təmin etmək üçün həyata keçir-diyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gətirdiyini qeyd etmək istəyirəm. Bö-yük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliyi-

nin təməli daha da möhkəmlənib.

Əziz Qardaşım, “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizə olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkənizə səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırıl-ması “Bir millətin iki diasporu olmaz” fikrinin bariz nümunəsi oldu.

Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadoludakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan

sonra da hər zaman olacağını bilməyinizi istəyirəm.

Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işğalçı erməni ordusunu qarşınızda diz çökdürdünüz. Bununla da “Qarabağ Azərbaycandır!” ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.

Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı- qardaşlarımızı qorusun!

Cənab Prezidentim, dərin hörmət və ehtiramla,

Binəli YILDIRIM Türkiyə Respublikasının sabiq Baş

naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.

Sizin əzmkarlığınız, ərazi bütöv-lüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət ha-

zırda Azərbaycanın müasir tarixini

müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olma-ğın əsas xüsusiyyətlərini – rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanın rumıniyalı dostu

olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Ramona Nikol MANESKU Rumıniyanın sabiq

xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü

Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan

Respublikasının 2012-ci il 29 may tarixli 372-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 6 iyul tarixli 670 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər

edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 6 iyul tarixli

671 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiya-

sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası-nın qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Patent haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi

barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 372-IVQD nömrəli Qanunu-nun tətbiqi haqqında” Azərbaycan Respubli-kası Prezidentinin 2012-ci il 6 iyul tarixli 670 nömrəli Fərmanının (Azərbaycan Respubli-kasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 679) 3-cü hissəsi ləğv edilsin.

2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29

may tarixli 373-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 671 nömrəli Fərmanının (Azərbaycan Respubli-kasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 680) 3-cü hissəsi ləğv edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 20 noyabr 2020-ci il

MDB dövlətlərinin Təhlükəsizlik şuraları katiblərinin toplantısında Azərbaycanın koronavirusla mübarizə və

digər sahələrdə uğurlu fəaliyyətindən danışılıb

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ramil Usubov tədbirdə çıxış edərək koronavirus infeksiyasının yayılması-na qarşı mübarizədə Azərbaycanda görülmüş işlər, o cümlədən bu sahədə ölkənin səhiyyə sistemi tərəfindən həyata keçirilmiş effektiv tədbirlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan koronavirus infeksiya-sının yayılmasına qarşı mübarizədə ilk günlərdən başlayaraq qlobal həmrəylik nümayiş etdirib, Ümum-dünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb, 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərib. Pandemi-ya dövründə ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində görülmüş tədbirlər barədə məlumat verilərkən ölkədə məşğulluğun təmin olunması

və səhiyyə üçün dövlət tərəfindən 1,5 milyard dollar məbləğində maliyyə vəsaitinin ayrıldığı, 5 milyon insanı əhatə edən sosial paketin reallaşdırıldı-ğı bildirilib.

Yoluxma hallarının sayında artım tempinin müşahidə olunduğunu qeyd edən R.Usubov cari il dekabrın 3-4-də pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessi-yasının keçirilməsi barədə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün bü-tün dünya dövlətləri tərəfindən müsbət qarşılandığını vurğulayıb.

Həmçinin tədbir iştirakçıları əhalinin infeksion xəstəliklərdən qorunması məqsədilə ölkədə biotəhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən preventiv tədbirlər barədə məlumatlandırılıb.

R.Usubov çıxışında Azərbaycanın rəqəmsal iqtisa-diyyat və innovasiyaların tətbiqi sahəsində fəaliyyəti, Avropa ilə Asiya arasında “Rəqəmsal İpək yolu”nun yaradılması məqsədilə Mərkəzi Asiya dövlətlərinin tele-kommunikasiya operatorları ilə əlaqələrin qurulması üzrə yeni layihə barədə məlumat verib.

Eyni zamanda, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasın-da mövcud olan siyasi dialoq, ölkəmizin bu dövlətlər üçün Avro-pa məkanına etibarlı körpü rolunu oynaması qeyd olunub.

Əfqanıstanda sülhün və təhlükəsizliyin qorunmasının bütün region üçün vacibliyini vur-ğulayan R.Usubov Azərbaycanın həmin dövlətlə iqtisadi, ticarət,

enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq həyata keçirməklə sabitli-yin qorunması işinə daim öz töhfəsini verdiyini bildirib.

İnformasiya təhlükəsizliyi məsələsinə toxunan R.Usubov müvafiq sahədə zəruri qanunvericilik bazası-nın formalaşdırıldığını, bu istiqamətdə ölkəmizin milli təhlükəsizliyinə yönələn təhdidlər haqqında məlumat verib.

O, işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycanın informasiya təcavüzünə məruz qaldığı-nı, mövcud vəziyyəti düzgün anlamağa imkan verməyən yalan məlumatların müxtəlif xarici kütləvi informasiya vasitələri və internet saytlar vasitəsilə ictimaiyyətə catdırıldığını qeyd edib.

Sonda qlobal çağırış və müasir təhdidlərə qarşı mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Rusiya, Belarus, Qazaxıs-tan, Moldova, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan Təhlükəsizlik şuralarının katibləri, eləcə də MDB İcraiyyə Komitəsinin sədri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi də iştirak ediblər.

Möhtərəm cənab Prezident!

Müzəffər sərkərdəlik məharətinizlə şanlı ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.

Siz iki əsr davam edən münaqişəyə, 30 ildən artıq sürən amansız ayrılığa ədalətli Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Şuşa-da dövlətçilik rəmzimiz olan Azərbaycan bayrağını ucaltmaqla isə artıq bütün Qarabağın sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya məğrurcasına bəyan etdiniz.

Cənab Müzəffər Ali Baş Komandan!Vətən müharibəsinin zəfərləri

silsiləsində Ağdam rayonunun da adının olması bütün ölkə ictimaiyyətinə hədsiz sevinc, iftixar yaşatdı. Biz ağdamlıların hisslərini isə sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra qüdrətli Ordumuzun Ağdam rayonunun işğal-dan azad edilmiş ərazilərinə daxil olması sakinlərimizin həyatlarının ən xoşbəxt, ən qürurlu günləri oldu.

Ağdamlılar hər zaman Heydər Əliyev dövlətçilik xəttinə – Prezident İlham Əliyevin siyasi kursuna sadiq olub-lar. Ulu öndərin böyük himayədarlığı sayəsində ötən əsrin 70-80-ci illərində Ağdam misli görünməyən inkişaf və quruculuq mərhələsi yaşadı. Heydər

Əliyev Ağdamı güclü, alınmaz qalaya çe-virdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz xaos və müharibəyə sürüklənəndə, ulu öndərin hakimiyyətə dəvət edilməsi məqsədilə ilk mitinqlərdən biri də məhz “Nicatı-mız, xilasımız yalnız Heydər Əliyevlədir” çağırışı ilə Ağdamda keçirildi.

Ədalətsiz müharibə başlanandan Ağdam sakinləri az qala yalın əllə, pri-mitiv silahlarla döyüşə atıldı, 6 mindən çox övladımız şəhid, minlərlə insanımız əlil oldu. Lakin dövlətimizin sahibsizliyi həm də düşmənlə üz-üzə qalan Ağda-mın himayəsiz qalmasına səbəb oldu. Təəssüf ki, ölkədəki məlum siyasi oyun-lardan, hərc-mərclikdən sui-istifadə edən təcavüzkar Ermənistan havadar-larının yardımı ilə Ağdamı – Qarabağın alınmaz saydığımız giriş qapısını işğal etdilər.

Ulu öndərin hakimiyyətə gəlişindən sonra artıq məcburi köçkün statusunda olan ağdamlılara böyük qayğı, dəstək göstərildi. Ağdamlılara Heydər Əliyev yenə də sahib çıxdı, onların üzləşdikləri problemlərin həllinə daim yardım göstərdi.

Ulu öndərimizin özü qədər inandı-ğı Sizə biz də inandıq, seçkilərdə daim yekdil dəstəyimizi nümayiş etdirdik. Siz də ümummilli liderin bu himayədarlıq ənənəsini təəssübkeşliklə davam etdirdi-niz. On minlərlə ağdamlı Sizin sayənizdə yeni salınmış şəhərciklərdə mənzillə, dövlətin müavinəti, sosial yardımları ilə

təmin olundu, daha güvənli həyat sürdü.Nəhayət, Siz bizi indi öz doğma ata-

baba yurdumuza, Ağdamımıza qayta-rırsınız!

Möhtərəm Prezident!Ağdam camaatının Sizə, həmçinin

dəyərli Mehriban xanım Əliyevaya olan məhəbbətini, ehtiramını ifadə etməyə söz də yetmir. Siz biz ağdamlıların həyatında artıq yeni bir mərhələnin – ən müqəddəs dövrün müəllifisiniz.

Sizin sərkərdəlik şücaətiniz, lider-lik bacarığınız, diplomatik istedadınız nəticəsində ağdamlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq.

Əminik, necə ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Ağdamı Azərbaycanın ən abad, ən rifahlı bölgəlindən birinə çevirmişdi, Siz də qısa müddətdə Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, ən abad mərkəzlərindən biri kimi yenidən yaradacaqsınız.

Hörmətli Prezident!Doğma yurdumuzu bizə zəfərlə

qaytardığınıza görə Ağdamın yüz minlərlə sakini adından Sizə və hörmətli Mehriban xanım Əliyevaya əbədi minnətdarlığımızı və borcumuzu bildi-ririk.

Ağdamlılar hər zaman Sizinlə, Heydər Əliyev dövlətçilik xətti ilə bir olublar, bundan sonra da bu yolla daim sədaqətlə, fədakarlıqla gedəcəklər.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ra-mil Usubov noyabrın 18-də Rusiya tərəfinin təşkilatçılığı ilə videokonfrans formatında keçirilən Müstəqil Dövlətlər

Birliyinin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin səkkizinci görüşündə iştirak edib.

Page 4: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

Biz – Yeni Azərbaycan Partiyası fəalları həm də ona görə məmnunuq ki, bu qələbənin əsas memarı siyasi təşkilatımızın yaradıcısı və ilk sədri olmuş ulu öndər Heydər Əliyev, icraçısı isə partiyamızın sədri, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Biz həm də ona görə fəxr edirik ki, azğın düşmənə qarşı döyüşən ordunun sıralarında YAP Gənclər Birliyinin fəalları kifayət qədər çoxdur.

Partiyamızın yaranmasının 28-ci ildönümü faşist Ermənistanı üzərindəki möhtəşəm qələbəmizin qeyd edildiyi günlərə düşür. Ona görə də bəzi xüsusi məqamları yada salmağa zərurət var. Birincisi, siyasi təşkilatımızın 2018-ci il fevralın 8-də keçirilmiş VI qurultayının qəbul etdiyi tarixi qərara əsasən, həmin ilin aprel ayında keçirilməsi planlaşdırılan prezident seçkilərində YAP sədri İlham Əliyevin namizədliyi irəli sürülmüşdü. İlham Əliyevin həmin seçkidə və iki il sonra dünya erməniliyi üzərində möhtəşəm qələbə qazanması sübut etdi ki, onun namizədliyini irəli sürənlər, sözün həqiqi mənasında, böyük uzaqgörənlik etmişlər.

Qeyd etmək istədiyimiz ikinci məqam isə Ermənistanın bu il sentyabrın 27-də daha çox ərazilərimizi işğal etmək məqsədi ilə start verdiyi qanlı döyüşlər zamanı ortaya çıxdı. Azərbaycan dövlətinin düşməni sülhə məcbur etmək üçün apardığı haqlı mübarizəsinin ilk günlərindəcə

məlum oldu ki, ölkədəki siyasi partiyaların 99 faizi möhtərəm Prezidentimizin ətrafında birləşərək, Azərbaycan Ordusunun ədalətli mübarizəsini dəstəkləmək qərarına gəlib.

Hamı bilir ki, Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, həm də regionun ən böyük siyasi təşkilatıdır. YAP elə bir mükəmməl nizamnamə əsasında fəaliyyət göstərir ki, həmin sənəd istənilən dar məqamda bütün xalqı bu siya-si təşkilat ətrafında birləşdirə bilər. Yeri gəlmişkən, biz bu qəbildən olan faktlarla ötən əsrin doxsanın-cı illərinin əvvəllərində də rastlaş-mışdıq. O zaman YAP-ın sıraları sürətlə genişləndiyinə görə ona ümumxalq partiyası da deyirdilər.

Həmin günləri xatırlatmaq üçün yada salınmalı məqamlar yüzlərlə olsa da, biz cəmi dörd fakta istinad etmək istəyirik. Birinci: Yeni

Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalıla-rının Heydər Əliyevə müraciəti (16 oktyabr 1992-ci il). İkinci: Nax-çıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə cavabı (24 oktyabr 1992-ci il ). Üçüncü: Yeni Azərbaycan Par-tiyasının təsis konfransı, Heydər Əliyevin partiya sədri seçilməsi (21 noyabr 1992-ci il). Dördüncü: Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi (18 dekabr 1992-ci il). Yəni bir ay-dan da az olan zaman çərçivəsində bu böyüklükdə siyasi təşkilatın təməli qoyulmuş, fəaliyyəti təmin edilmiş və cəmi yarım ildən sonra partiyanın sədri ölkə rəhbərliyinə gəlmişdir. Bütün bunların isə bir səbəbi var idi: xalqın maraqlarına və dövlətçiliyə xidmət amalı. Son-rakı proseslər isə bütün dünyanın gözü qabağındadır.

Hamı görür ki, YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, öz Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ide-yalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü si-yasi partiyadır. Ulu öndərin bu par-tiya üçün işləyib hazırladığı əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulma-sı, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanun-çuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin

həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yadımdadır, bu partiyanın ya-radılmasından sonra keçirilmiş ilk parlament seçkilərində – 1995-ci ilin noyabrında Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Mən bu məqamda partiya-nın birinci və hələlik sonuncu olan VI qurultaylarını da yığcam olaraq xatırlatmaq istərdim. Çünki həmin qurultayların hər ikisində “aqibət məsələsi” vardır. Belə ki, partiyanın 1999-cu ilin dekabrında keçirilən I qurulta-

yının qətnaməsində göstərilirdi: “Qurultay təsdiq edir ki, partiyanın yarandığı dövrdə onun proqramın-da və respublika əhalisinə ün-vanlanmış müraciətdə göstərildiyi kimi, Azərbaycan çox ağır si-yasi, iqtisadi, sosial və mənəvi böhran keçirmiş, dövlətçiliyimiz təhlükə qarşısında olmuşdur. Ölkədə milli və vətəndaş qarşı-durması, silahlı dəstələrin özba-şınalığı, ölkənin var-dövlətinin talan edilməsi dözülməz həddə çatmışdı. Vəziyyətin ağırlığı, çıxılmazlığı, həyatın qeyri-sabit-liyi gələcəyə ümidsizlik yaradır-dı. Mühüm dövlət vəzifələrinə cinayətkar dəstələrə havadarlıq edən şəxslərin irəli çəkilməsi nəticəsində ölkədə hökm sürən özbaşınalıq, mənəm-mənəmlik, xalqın istək və arzularına etinasız-lıq, ifrat millətçi və yarıtmaz milli siyasət nəticəsində, ölkədə baş alıb gedən separatçı hərəkatlar ölkəmizi 1993-cü ilin iyun fəlakəti

ilə qarşılaşdırmış və AXC-Müsavat hakimiyyətinin aqibətini həll etmiş-dir”.

Partiyanın 2018-ci ilin fevra-lında keçirilən VI qurultayında isə bu siyasi təşkilatın sədri İlham Əliyevin ölkədə keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülmüş və həmin qərar da işğalçı Ermənistanın aqibətini həll etmişdir.

Dövlət başçımız VI qurul-taydakı nitqində demişdir: “Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Parti-yamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamı-zın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər par-tiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Müasir tariximizdə əsaslı dönüş yaratmış siyasi təşkilat

1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiyanın

VI qurultayındakı nitqindən

Biz bu gün Azərbaycan dövlətinin, ordumuzun və xalqımızın birlikdə əldə etdiyi şanlı qələbənin sevincini yaşayı-rıq. Bu qələbə təkcə ölkəmizin gələcək həyatının daha da çiçəklənməsində deyil, həm də bütövlükdə regionin tərəqqisində mühüm rol oynayacaq. Bundan sonra Azərbaycanın səsi daha böyük auditori-yalara təsir etmək imkanına malik ola-caq. Bundan sonra Azərbaycan Ordusu dünyanın ən yaxşıları sırasında, daha mötəbər mərtəbələrdə yer tutacaq.

YAP-ın 28-ci ildönümünü qalib ölkənin vətəndaşları kimi qarşılayırıq

Belə bir vaxtda müstəqilliyimizin qoru-nub saxlanılması istiqamətində aparılan işlərin daha geniş vüsət alması və həyata keçirilməsinin zəruriliyi Heydər Əliyevin ətrafında birləşən böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə ulu öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, – deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadir-siniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən

olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Parti-yası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir...”

Belə çətin və məşəqqətli bir gündə yaranan YAP ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadı və partiyamızın sədri, ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrikliyi sayəsində müstəqilliyimiz məhv olmaqdan xilas edildi.

Yeni Azərbaycan Partiyasının yaran-masının 28-ci ildönümü çox əlamətdar bir dövrə – Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş qələbə müjdəli günə təsadüf edir. YAP sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu 30 illik işğala mərdliklə, cəsarətlə son qoyaraq, tarixi qələbə qazan-dı və dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il 10 noyabr tarixi xalqımızın yaddaşına qələbə günü kimi həkk olundu.

Xalqımız YAP-ın ildönümünü torpaqları-mızın işğaldan azad olunduğu, ərazi bütöv-lüyümüzün bərpa edildiyi bir vaxtda qeyd edir. Ona görə də qalib ölkənin vətəndaşları, dünya azərbaycanlıları bu fərəhli, sevincli günləri yaşadıqlarına görə, çox xoşbəxtdirlər. Müstəqillik tariximizə bu şanlı səhifəni yazdı-ğına görə, möhtərəm Prezidentimiz, Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevə borcluyuq və ona minnətdarıq.

Eldar İBRAHİMOV, Milli Məclisin İntizam komissiyasının

sədri, YAP İdarə Heyətinin üzvü

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək, ən çirkin vasitələrə belə əl atırdılar.

Bütün həyatını xalqına həsr edən, hər zaman onun səsinə səs verən ümummilli liderin rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. 1993-cü ilin iyununda dahi siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Ölkədə ictimai-siyasi sabitlik təmin edildikdən sonra Azərbaycanın çoxşaxəli inkişaf strategiyası müəyyənləşdirildi. Bu taleyüklü prosesdə ölkənin aparıcı siyasi qüvvəsi olaraq, YAP fəal şəkildə iştirak etdi. Partiyanın nüfuzu xalq arasında günbəgün artmağa başladı.

Xoşbəxtlikdən, ümummilli lide-rin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdi-rilir. Bu siyasət nəticəsində dünyanın nüfuzlu ölkələri sırasında yer alan Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənib.

Fəxrlə qeyd etmək istərdim ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəşəkkil inkişaf yolu keçən YAP-ın sıralarında hazırda 800 minə yaxın üzv var. Milli dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən

partiya ölkəmizdə siyasi sabitliyin, demokratik ənənələrin daha da güclənməsində mühüm rol oynayır.

Hesab edirəm ki, YAP təkcə Azərbaycan tarixində deyil, mü-asir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər. Belə ki, YAP mövcud olduğu 28 il ərzində faktiki olaraq ümumxalq partiyasına çevrilib. Belə uğurlu siyasi təşkilatlar bütün dünyada çox deyil.

YAP dünənin, bu günün, həm də gələcəyin partiyasıdır. Təsadüfi deyil ki, partiyanın sıralarında gənclərin sayı durmadan artmaqdadır. Bu, o deməkdir ki, partiya hələ gələcəkdə

də mühüm siyasi qüvvə olaraq qala-caq. Bu, çox qürurverici məqamdır.

Son günlər Azərbaycan xalqı öz şanlı tarixinin ən şərəfli günlərini yaşa-yır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma Qarabağı düşməndən azad edir. Azərbaycan xalqı sonsuz sevinc və fərəh içindədir.

Qarabağ cəbhəsində Azərbaycanın möhtəşəm uğurları xalqımızın möhtərəm Prezidenti-mizin ətrafında bir yumruq kimi sıx birləşməsi sayəsində mümkün olmuş-dur. Bu birliyi və həmrəyliyi heç bir qüvvə poza bilməz.

Ulu öndər Heydər Əliyev demiş-dir ki, Azərbaycan gələcəkdə bütün dünyaya Günəş kimi doğacaq. Bu böyük arzu və məram artıq reallığa çevrilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin lideri olduğu müstəqil Azərbaycan dövləti dünyanın ən güclü və nüfuzlu ölkələrindən biridir. Azərbaycan xalqı bundan sonsuz qürur duyur!

Azərbaycanın qazandığı möhtəşəm uğurlarında ölkənin aparıcı siyasi qüvvəsi olaraq, YAP-ın da xidmətləri danılmazdır. Zərrə qədər şübhə etmirəm ki, partiya bundan sonra da uzun illər boyu xalqımıza və milli dövlətçiliyimizə sədaqətlə xidmət edəcək.

Sadiq QURBANOV, Milli Məclisin Təbii ehtiyatlar,

energetika və ekologiya komitəsinin sədri

YAP bundan sonra da milli dövlətçiliyimizə sədaqətlə xidmət edəcək

Ölkəmizin ictimai-siyasi həyatında böyük xidmətləri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 28 il ötür. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin müasir tarixində də mühüm rol oynayır. Yəqin ki, çox-ları yaxşı xatırlayırlar ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qa-yıdışında görən vətənpərəvər ziyalılar 1992-ci ilin oktyabrında ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər.

Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il keçir. Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyəcanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılırdı. Təsis edilməsinin 28-ci ildönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı anlarında – işğal edilmiş

torpaqlarımızın azad edildiyi dövrdə qeyd edir. Yəqin ki, Yeni Azərbaycan Partiyasının builki ildönümü onun ən şərəfli, yaddaqalan ad günü olacaqdır. Partiyamızın yaradıcısı ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində total böhran içində boğulan, parçalan-maqda olan Azərbaycanı qurtulu-şa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımı-zın 30 illik işğalından xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir. Müasir Azərbaycanın həyatının ən

möhtəşəm anları, ən nəhəng uğur-ları və tarixi qələbələri onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlıdır. 1990-cı illərin əvvəllərində böhranların ağır məngənəsində boğulan Azərbaycanın çiçəklənən gənc dövlətə, məğlub ölkədən qalib ölkəyə çevrilməsi yaşa-dığımız və şahidi olduğumuz tarixin heyrətamiz inkişafıdır.

Yeni Azərbaycan Partiyası ecaz-kar siyasi taleyi olan təşkilat sayıla bilər və sayılmalıdır. Yaradılmasından cəmi 6 ay sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, ona rəhbərlik

etmiş iki dahi şəxsiyyətin – Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olub. Bu sırada xalqımı-zın tarixinin və taleyinin ən şərəfli hadisəsi – 30 illik işğaldan sonra doğma Qarabağın azad edilməsi xüsusi yer tutur. Torpaqlarımızın azad edilməsi ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin baş-lanğıcını qoyur. Bu, yeni imkanlar, yeni uğurlar, yeni zirvələr mərhələsi olacaq.

Yeni Azərbaycan Partiyasının yaradılmasının növbəti ildönümündə böyük hörmət və ehtiramla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edirəm. Əlamətdar gün və tarixi qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Eləcə də Yeni Azərbaycan Partiyasının ya-radılmasının 28-ci ildönümü və tarixi qələbələr münasibətilə partiyamızın bütün üzvlərini təbrik edirəm.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü

münasibətilə özünün rəsmi “Facebook” səhifəsində paylaşım edib. AZƏRTAC Əli Əhmədovun qeydlərini təqdim edir.

21 noyabr 2020-ci il, şənbə4

Page 5: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

Əslində, belə bir vəziyyətdə Ermənistan-Azərbaycan arasın-da müharibənin alovlanacağı gözlənilirdi. Həmçinin erməni hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, hərbi ritorika ilə çıxışı, hədə-qorxu gəlməsi də artıq danışıqlar prosesinin tükəndiyindən xəbər verirdi. Bununla əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə təxribatların qarşısının qətiyyətlə alınacağı barədə bir neçə dəfə xəbərdarlıq da etdi.

Polkovnik Şair Ramaldanov söhbət zamanı bildirdi ki, o zaman ermən silahlı birləşmələrinin hər hansı istiqamətdə təxribat törədəcəyi haqqında Azərbaycan Ordusunun dəqiq məlumatı var idi. Belə bir halın şübhə doğurma-ması isə onunla bağlı idi ki, işğalçı ordunun təxribatları, həmçinin yerdəyişməsi və bütün hərəkətləri silahlı qüvvələrimizin bölmələri

tərəfindən izlənilir və lazımi tədbirlər görülürdü. Bir sözlıə, əməliyyat şəraiti Azərbaycan Or-dusunun tam nəzarəti altında idi.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs reji-mini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğula-rından intensiv atəşə tutmaqla cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları, habelə obyektləri hədəf aldı, nəticədə ölən və yaralananlar oldu, eyni zamanda, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəydi. Şübhəsiz ki, belə şəraitdə Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ordumuz düşmənin növbəti hərbi təcavüzünün qarşı-sını almağa, əks-həmlə tədbirlərini həyata keçirməyə başladı.

Hərbi birləşmələrimiz 44 gün ərzində düşmənin komanda

məntəqələrinə güclü zərbələr endirməklə onun manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini sıradan çıxardı. Beləliklə, sentyab-rın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murov-dağ istiqamətlərində bir neçə stra-teji yüksəklik, Zəngilanda isə Bar-taz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılar-dan təmizləndi.

Azərbaycan böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi

hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimi-zin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qal-dırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı.

Beləliklə, Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı. Bununla da silahlı qüvvələrimiz dünya hərb tarixinə yeni bir səhifə yazmaqla nəyə qadir olduğunu beynəlxalq aləmə nümayiş etdirdi.

Şübhəsiz ki, 44 günlük möhtəşəm uğur son 17 ildə Azərbaycan Prezidenti, Ali Baş

Komandan İlham Əliyevin ordu qu-ruculuğuna verdiyi önəmin məntiqi nəticəsi idi. Yeri gəlmişkən, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə müasir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texni-kanın alınmasını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, silahlı qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdi.

Ordu quruculuğunda reallaşdı-rılan mühüm tədbirlərin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Or-dusu “Qlobal Atəş Gücü” (“Global Firepower”) indeksi üzrə 64-cü yerdə qərarlaşıb. Ermənistan ordusu isə bu siyahıda 111-ci yeri tutub. Məhz bu göstəricilər Azərbaycanın müharibədə qalib gəlməsini şərtləndirib.

“Global Firepower”ə görə, aktiv döyüş əməliyyatlarının başlandığı dövrdə Azərbaycanın hərbi qüvvələri 426 min nəfər təşkil edib. Ermənistanda isə bu göstərici 1,5 dəfə az – 245 min nəfər olub. Hava qüvvələri baxımından da Azərbaycan Ermənistanı 64-ə qarşı 147

təyyarə və helikopterlə iki dəfədən çox üstələyib.

Qələbənin əldə edilməsində isə ən önəmli amil silahlı qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti olub.

Bu gün tanınmış hərbi ekspertlər də işğal edilən ərazilərimizin azad edilməsi ilə başlanan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun XXI əsrdə müharibə aparılması nümunəsini yaratdığını təsdiqləyirlər. Bu barədə danışan tanınmış rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko de-yib: “Əminliklə bildirirəm ki, müasir silahlardan – pilotsuz uçuş apa-ratlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox

diqqətlə öyrənilir. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş əməliyyatlarında əsas hədəfin mülki əhali olmaması təqdir edilir.

Ümumiyyətlə, bu müharibədə Azərbaycanın yüksəkdəqiqlikli silahdan istifadəsi dinc insanlar arasında itkilərin sayını azaldıb. Bu baxımdan, Azərbaycan həm hərbi uğur qazanıb, həm də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların həyatını xilas edib. Bütün bunlar isə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə görə regionda ən yaxşı ordu olması qənaətini artıq formalaşdırıb”.

Hərbi ekspertin vurğula-dığı kimi, Azərbaycan döyüş əməliyyatları zamanı da haqqa, ədalətə söykənib, beynəlxalq konvensiyalara əsaslanıb. Belə ki, Ermənistan tərəfinin uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadın-ları və uşaqları raket və artilleriya

zərbələri ilə atəşə tutmasına baxmayaraq, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə alıb, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev döyüşlərin qızğın vaxtında Xankəndinin erməni sakinlərinə də müraciət ünvan-layaraq bildirdi ki, Azərbaycanın əsas hədəfi yalnız işğalçı ordu və onun döyüşçüləridir. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və onun infrastrukturlarına atəş açmayacaq. Mülki erməni əhalinin narahat olmasına heç bir əsas

yoxdur. Halbuki, bunun tam əksi olaraq, qeyd etdiyimiz kimi, təcavüzkar dinc əhalimizin yaşa-yış yerlərini, infrastrukturu ağır artilleriya atəşinə tutmaqdan belə çəkinmədi.

Sonda bir daha xatırladaq ki, Azərbaycan bu müharibədə öz ərazilərinin erməni tapdağı altında olduğu şəraitdə milli maraqlarını müdafiə edib. Təsavüzkar erməni ordusunun davamlı təxribat əməlləri qarşısında, sadəcə, susmaq, təmkinlilik mövqeyi göstərmək mümkün olmadı-ğından, Azərbaycan ona layiqli cavab verib, beynəlxalq hüquq normalarından, özünümüdafiə prinsiplərindən yararlanmaqla, ərazi bütövlüyünü bərpa edib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifə yazdı

İşğalçı Ermənistanın davamlı təxribatı nəticəsində sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı, 44 günlük savaşın sonunda ölkəmizin ərazi bütövlüyü gerçəkləşdi. Eyni zamanda, öz ərazisində beynəlxalq hüququ reallaşdıran Azərbaycan güc yolu ilə qəsbkarı BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi.

Xatırladaq ki, hələ müharibə başlayana kimi, erməni tərəf cəbhəboyu bütün istiqamətlərdə təxribatlar törədirdi. Ermənistan xarici işlər naziri Yaxın Şərqə səfəri və ora-da diaspor nümayəndələri ilə görüşlərindən sonra ter-ror dəstələrinin Qarabağa yerləşdirilməsinə başlandı. Bununla yanaşı, işğal olunan torpaqlarımızda qanunsuz məskunlaşma həyata keçirildi.

Ağdam şəhəri də, kəndlərimiz də tamamilə yenidən qurulacaq

– Mən də öz növbəmdə böyük diplomatik məharətinə və apardığı çox uğurlu xarici siyasətə görə cənab Prezidentimizi ürəkdən təbrik edirəm. Azərbaycanın bu gün döyüş meydanlarında gücünü göstərən qalib Milli Ordusu da məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə daha da möhkəmləndirilib, gücləndirilib, ən müasir hərbi texnika ilə təchiz olunub. Dünən liderimizin tarixi çıxışına çox diqqətlə qulaq asdım, hər bir kəlməsi ürəyimdən tikan çıxardı. Dövlət başçısı Ağdamın işğaldan azad olunmasının Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat nəticəsində baş tutduğunu qeyd etdi. Bu da, şübhəsiz ki, Azərbaycan rəhbərinin böyük siyasi, diplomatik fəaliyyətinin nəticəsidir. Ağdamın işğaldan azad edilməsi həm də şanlı ordumuzun qazandığı tarixi hərbi qələbə nəticəsində mümkün olub. Əgər ordumuz döyüş meydanlarında bir-birinin ardınca erməni terrorçularına qalib gəlməsəydi, Ermənistan digər torpaqlarımızdan çıxmayacaqdı.

Biz, ağdamlılar birmənalı şəkildə inanırıq ki, Azərbaycan Prezidentinin rəhbərliyi və qayğısı ilə azad olunmuş bütün rayon və kəndlərimiz tamamilə yenidən qurulacaq. Bunu xalqa müraciətində dövlət başçısı bir daha bildirdi. Dedi ki, indi Ağdam üçün yeni dövr başlayır. Dövlətin rayonun qurulması ilə bağlı böyük planları var:

“İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb…Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.

Prezident İlham Əliyev bəyan etdi ki, Ağdam şəhəri də bərpa ediləcək. Bunun üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.

Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı Prezidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat ayrıldığını bildirən dövlət başçısı əlavə etdi ki, eyni qayda ilə Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün də ardıcıl addımlar atılacaq. Prezidentin bu sözlərini xüsusilə qeyd etmək istəyirəm: “Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

Biz də ürəkdən inanırıq ki, vəhşi, barbar ermənilərin dağıdıb viran qoyduğu yurd yerlərimiz yenidən bərpa olunacaq və Azərbaycan xalqı öz evində rahat yaşamaq imkanı qazanacaqdır.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

D ünən Azərbaycanın daha bir rayonu– Ağdam Ermənistanın işğalından azad olundu. Artıq

Azərbaycanın üçrəngli bayrağı bu qədim şəhərimizdə və onun kəndlərində də dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə öz müraciətində Azərbaycan xalqını və ağdamlıları təbrik etdi. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi Ağdam sort sınaq məntəqəsinin müdiri, aqronom Çingiz Vəliyev bizə zəng edərək sevincini bölüşdü:

Tarixi qələbəmiz ədalətin təntənəsidir

Doğma torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, titanik səyləri və qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlər sayəsində işğaldan azad edildi. Xalqımız yaxşı bilir ki, azadlıq bəxş edilmir və döyüş meydanında tökülən qan

hesabına alınır. Cənab Prezidentin də qeyd etdiyi kimi, torpaqlarımızın hər qarışının yağı düşmənin tapdağından təmizlənməsi böyük fədakarlıqlar, şəhidlərimizin qanı hesabına başa gəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza tezliklə şəfa versin!

Biz hamımız şahid olduq ki, müharibənin dəhşəti Azərbaycan xalqını qətiyyən qorxutmadı. Əksinə, xalqımız bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşdi, ordumuza arxa durdu. Nəticədə uğurlu hərbi əməliyyatlarla tarixə qızıl hərflərlə yazılacaq qələbə çalındı.

Qələbə xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv edildi. Cənab Ali Baş Komandan İlham Əliyevi, qəhrəman əsgərlərimizi və xalqımızı böyük qələbə münasibətilə təbrik edir və bu çətin və şərəfli missiyada Azərbaycan xalqının yekdilliklə öz Prezidentinə arxa durduğunu görməkdən qürur duyuruq.

Qəzənfər KƏRİMOV, Şirvan Apelyasiya

Məhkəməsinin hakimi

Xalqımızın 30 illik intizarına, nəhayət ki, son qoyuldu. Bu şanlı qələbəmizin ölkəmizdə hər il noyabrın 22-də qeyd edilən ədliyyə işçilərinin peşə bayra-mı ərəfəsində qazanılması çox sevindiricidir. Ədliyyə işçiləri və məhkəmə əməkdaşları həmişə igid əsgərlərimizlə birlikdə olublar. Onların bir çoxu mənfur düşmənlərimizə qarşı aparılan Vətən müharibəsində, ön cəbhədə peşəkar hərbçilərimizlə çiyin-çiyinə döyüşüb.

21 noyabr 2020-ci il, şənbə 5

Page 6: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

Bu münasibətlə təbriklərini çatdı-ran Sahibə Qafarova əminliyini bildirib ki, biz tezliklə Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, işğalçılar tərəfindən da-ğıdılmış digər şəhərlərimizi, yaşayış yerlərimizi yenidən qurub-yaradaca-ğıq və tamamilə bərpa edəcəyik!

Milli Məclisin Sədri qeyd edib ki, noyabrın 10-da imzalanan Bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu Bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onla-rın ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil.

Spiker xatırladıb ki, Fransa rəhbərliyi Azərbaycanın öz torpaq-larını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində işğaldan azad etməsinə münasibətdə qərəzli yanaş-ma ortaya qoyur: “Bir müddət əvvəl isə Fransa Senatında təmsil olunan 5 ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülüb. Cari ilin oktyabr ayında Fransa parlamentinin Aşağı Palatasında bənzər qətnamənin irəli sürüldüyünü qeyd edən Sahibə Qa-farova onu da bildirib ki, bəzi fransız parlamentarilər hərbi əməliyyatların fəal mərhələsində qanunsuz ola-raq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdiriblər”.

Parlament rəhbəri deyib ki, sadalanan faktlar Fransanın siyasi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyduğunu təsdiq edir. Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qar-şı yönəlib. Bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupu-nun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır.

Sədr vurğulayıb ki, vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməli, məsuliyyətli və etibarlı davranışlarla müşayiət olunmalıdır. Vasitəçilər ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qərəzsiz, obyektiv və ədalətli olmalıdırlar. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə əks olunubdur.

Çıxışının yekununda Milli Məclisin Sədri Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin bu məsələyə diqqət yetirməsini vacib saydığını bildirib.

Aktual məsələ ətrafında müzakirələrdə deputatlar Səməd Seyidov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Sevil Mikayılova, Nigar Arpadarai, Fəzail Ağamalı, Arzu Nağıyev, Tural Gəncəliyev, Ceyhun

Məmmədov, Aydın Mirzəzadə, Zahid Oruc, Vahid Əhmədov çıxış edərək Fransanın tutduğu qərəzli mövqeyi tənqid ediblər. Əksər çıxışlarda vur-ğulanıb ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq neytrallığını qoruya bilməyən və işğalçı Ermənistanın tərəfini tutan Fransanın mandatının ləğv edilməsi üçün hüquqi prosedur-lara başlanılmalıdır.

Sonra iclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. İqtisa-di siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konsti-tusiya qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə) məsələni parlamentə təqdim edib. Bildirilib ki, Milli Məclis Azərbaycan Konstitu-siyasının 156-cı maddəsini rəhbər tutaraq adıçəkilən qanunun 19-cu maddəsində “əlillərin” sözünün “əlilliyi olan şəxslərin” sözləri ilə, “əlilin” sö-zünün isə “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilməsini qərara alıb.

Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsinə ikinci oxunuşda səs veriblər.

Plenar iclasda çıxış edən depu-tatlar Siyavuş Novruzov və Aydın Hüseynov noyabrın 21-də 28 yaşı tamam olan, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyi tarixindəki və qazanılan nailiyyətlərdəki rolundan söz açaraq YAP üzvlərinə təbriklərini və xoş arzu-larını çatdırıblar.

Milli Məclisdə gündəlikdəki iki mühüm qanun layihəsini – “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respub-likasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Qanun layihəsini (birinci oxunuş) təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət qurucu-luğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə bu müjdəni vermişdi. Azərbaycan Prezidenti bildirmişdi ki, “mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medal-lar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşu-nuza, Azərbaycan xalqının xoşuna gələcək”.

Əli Hüseynli vurğulayıb ki, təsis olunan yeni orden və medallar birmənalı şəkildə dövlətçilik atribut-larını, hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Azərbaycan Prezidenti tərəfindən isə yeni 2 orden – “Zəfər” və “Qarabağ”, 15 yeni medal təklif edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarovanın təşəbbüsü ilə

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin canlı yayımda xalqa müraciəti birbaşa olaraq Milli Məclisin plenar iclas za-lında yayımlanıb. Deputatlar müzəffər Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfərdən sonra imzalanan bəyanat çərçivəsində Ağdama daxil olması ilə əlaqədar Müzəffər Ali Baş Komandan xalqa müraciətini qürur hissi ilə, diqqətlə dinləyiblər.

Milli Məclisdə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və

medallarının təsis edilməsi və “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə əlaqədar qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Parlament işğaldan azad edilmiş rayonlarda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi barədə iki qanun layihəsini müzakirə edib. Plenar iclasda “Azərbaycan Respubli-kasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respubli-kasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələrini təqdim edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, hər iki məsələyə Toponimiya ko-missiyasında da baxılıb və müsbət dəyərləndirilib. Komitə sədri onu da vurğulayıb ki, torpaqlarımızın işğal altında qaldığı dövrdə erməni vandal-ları tərəfindən Azərbaycanda 403-dək tarixi-dini abidə dağıdılıb ki, onlardan 67-si məscid, 114-ü məbəd, 192-si isə ziyarətgahlardır.

Məlumat dinlənildikdən sonra qanun layihələri səsə qoyulub, Milli Məclis Quçşubaba kəndinin Baharlı, Tsakuri kəndinin Hünərli kəndi adlan-dırılmasına razılıq verib.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Res-publikasının Meşə Məcəlləsində, Tor-paq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə tor-paqlarının idarə edilməsi haqqın-da”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda parlamentin müzakirəsinə təqdim edib.

Deputatlar qanun layihəsini üçün-cü oxunuşda təsdiqləyiblər.

Sonra Azərbaycan Respublika-sının Əmək Məcəlləsində və Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quli-yev məlumat verib. Bildirib ki, təqdim olunan layihə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar olub uyğunlaşdır-ma xarakteri daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Plenar iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağ-lamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqın-da”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qa-nunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənilib.

Fikir mübadiləsində deputatlar Fəzail Ağamalı, Məlahət İbrahimqı-zı, Jalə Əliyeva, Siyavuş Novruzov vurğulayıblar ki, Vətən müharibəsində

Qələbənin qazanılmasında müstəsna və əvəzsiz rol oynayan, Azərbaycan xalqının ürəyində bu gün xilaskar və qəhrəman şəxsiyyət kimi yer tutan Ali Baş Komandanımızın da təltif olun-ması vacibdir. Deputatlar bu mənada daha bir ordenin təsis edilməsi barədə təkliflərini irəli sürüblər.

Sonra gündəlikdəki qanun layihəsi səsə qoyulub və üçüncü oxunuşda təsdiqlənib.

İclasda “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş)

təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qanuna edilən dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Parlament bu qanunu da üçüncü oxunuşda qəbul edib.

Daha sonra iclasda “Dövlət qul-luğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çı-xarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, birinci oxunuş-da olan təkliflərlə əlaqədar Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin iştirakı ilə geniş komitə iclası ke-çirilib. Dövlət qulluğu sisteminin təkmilləşməsini hədəfləyən təkliflər Dövlət İmtahan Mərkəzinə təqdim olunub, Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanarkən həmin təkliflər nəzərə alınacaq.

Fikir mübadiləsində deputatlar Kamilə Əliyeva və Fatma Yıldırım rəylərini bildiriblər. Qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Plenar iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” qanuna (birinci oxunuş) təklif edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Komitə sədri statistik məlumatlara istinadən plastik tullantıların ətraf mühitə vurduğu ziyan barədə geniş məlumat verdikdən sonra deputatlar Razi Nurullayev, Hicran Hüseynova, Fəzail Ağamalı, Əli Məsimli, Əli Hü-seynli rəy və təkliflərini bildiriblər.

Qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul olunub.

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxu-nuş) haqqında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənilib. Bildi-rilib ki, sənəd uyğunlaşdırma xarak-teri daşıyır və ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulub.

Deputatlar qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər.

İclasın yekununda “Azərbaycan Dövlət Neft və Sənaye Univer-sitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haq-qında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələyə baxılıb. Məlumat dinlənildikdən sonra deputat Aydın Mirzəzadə belə bir yubiley medalının təsis olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Sonra layihə səsə qoyulub və qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

AZƏRTAC

Milli Məclisin növbəti plenar iclası

Noyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın əvvəlində xanım spiker qeyd edib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusi-ya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanatla Ermənistan–Azərbaycan münaqişəsinə son qo-yuldu. Hazırda bu bəyanatın şərtləri yerinə yetirilməkdədir və bu gün bəyanata uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub.

� İşğaldan azad edilmiş Füzuli şəhərinə səfər edərək orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır fəsadları ilə tanış olan xarici jurnalistlər arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

Kanal ermənilərin Fü-zuli şəhərində törətdikləri vəhşiliklərlə bağlı reportaj yayımlayıb.

Reportajda qeyd edi-lir ki, Füzuli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və şəhər, demək olar, bütünlüklə xarabalığa çevrilib. On milərlə Füzuli sakini məcburi köçkünə çevrilmişdi.

Reportajda Füzuli sakinlərinin bir neçəsinin fikirlərinə də yer verilib. Onlar evlərinin, məscidlərinin ermənilər tərəfindən da-ğıdıldığını bildirirlər. Qeyd edilir ki, Füzulidəki ən qədim binalardan biri də 100-dən

çox yaşı olan teatr binası idi. İndi həmin bina tanınmaz haldadır.

Reportajda Ermənistanın Azərbaycana qarşı ağ fosfor tərkibli silahlardan istifadə etməsindən də bəhs olunur. Qeyd edilir ki, fosfor tərkibli silah insan orqanizmində ciddi fəsadlar yaradan və istifadəsi qadağan edilmiş silahdır. Azərbaycan rəsmiləri Ermənistanın bu silahdan mülki əhaliyə qarşı istifadə etdiyini bildirib.

Diqqətə çatdırılır ki, Füzulidəki Qorqan postunda yeraltı bunkerlər və səngərlər yerləşib. Geri çəkilməyə məcbur olan Ermənistan

silahlı qüvvələri silah-sursat-larını burada qoyub.

Reportajda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə artıq qurucu-luq işlərinə başlanıldığını bildirib. Füzulidən Şuşaya çəkiləcək yolun tikinti işlərinə başlanılıb. Dövlət başçı-sı ermənilərin törətdikləri əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini qeyd edib.

Müxbir deyir ki, bu şəhərdəki dağıntılara baxan-da burada vaxtilə on minlərlə insanın yaşadığını təsəvvürə gətirmək çox çətindir. Bu gün həmin sakinlər öz rayonları-na qayıtmağa hazırdırlar.

Süjetdə Azərbaycan Respublikası Prezidenti-nin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşıyır. Bu ərazilərdə qiymətləndirmə aparıldıqdan sonra Azərbaycan müva-fiq beynəlxalq təsisatlara, məhkəmələrə müraciət edəcək.

ICESCO-nun baş direktoru ilə onlayn görüş

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm

və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.

Görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıb. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və İslam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib. Deyib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə, İslam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir.

Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik etdi. O, ICESCO-nun bu məsələdə ilk günlərdən

bəyanat verərək, Azərbaycana tam dəstəyini ifadə etdiyini bildirib və eyni zamanda, bu sahədə əməkdaşlığa dair birgə iş planının hazırlanması-nın tərəfdarı olduğunu diqqətə çatdırıb. ICESCO ekspertlərinin sözügedən ərazilərdə araşdırma aparmaq üçün səfərinin təşkilinə də hazır oldu-ğu baş direktor tərəfindən ifadə olunub.

A.Kərimov Azərbaycan və ICESCO arasın-da artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs edib və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Anar Kərimov qeyd edib ki, hazır-da Azərbaycana qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kam-paniyasının aparıldığını və buna qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq, ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək vermiş və bundan sonra da bu dəstəyi əsirgəməyəcəkdir.

Görüşdə mədəni irsin qorunması, ya-radıcı sənayelərin inkişafı, “Bakı prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCES-CO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 452 Bakı şəhəri, 19 noyabr 2020-ci il

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya-sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il

1 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112; 2019, № 3, maddə 544; 2020, № 1, maddə 86) 4-cü hissəsində “məhkəmənin” sözü “cinayət prosesini həyata keçirən orqanın” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 453 Bakı şəhəri, 20 noyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya-sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 1999 , № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4, maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474,

№ 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli 407 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə “təcavüzü” sözündən sonra “, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı ( hücumu, zərbəsi)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

“Əl-Cəzirə” kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə

bağlı reportaj yayımlayıb

21 noyabr 2020-ci il, şənbə6

Page 7: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə 7

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qa-rabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.

Dövlətimizin başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni iş-ğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğ-radıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.

30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi, doğ-ma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi.

Cəsur Azərbaycan hərbçiləri düşmənin işğal altındakı ərazilərimizdə otuz ilə yaxın müddətdə qurduqları istehkamları, hərbi texnikasını və infrastruk-turunu, çoxsaylı canlı qüvvəsini darmadağın edərək torpaqları-mızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etdi. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edil-di, silahlı qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qu-badlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldıldı.

Ölkə Prezidentinin rəhbərliyi al-tında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qara-bağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. “Şuşasız bizim işimiz yarımçıq olar”, – deyən Ali Baş Komandan ulu babala-rımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək sanki ümummilli liderimizə bu barədə hesabat verən Prezi-dent Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladla-rımızın əziz xatirəsini Şəhidlər xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.

Nüfuzlu hərbi ekspertlər təsdiq edirlər ki, çətin keçilən relyefə malik olan və üç tərəfdən sıldırım qayalıqla əhatə olunan alınmaz qala Şuşa uğrunda Azərbaycan Ordusunun xüsusi şücaətlə həyata keçirdiyi döyüşlər müstəsna olmaqla dünya hərb tarixinə unikal əməliyyat kimi düşəcək, hərb elminə dair dərsliklərə salınacaq.

Şuşanın işğaldan qurtarılaraq üçrəngli bayrağımızın sancılma-sı Vətən müharibəsində dönüş nöqtəsi oldu, dövlətimizin başçısı düşməni təslim olmağa məcbur edərək Ermənistanın kapitulyasiya aktı olan birgə bəyanatla qalan digər torpaqlarımızın – Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qayta-rılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Bununla da dövlətimizin başçı-sı İlham Əliyev xalqımızın qəlbində milli qəhrəmana çevrilərək, onun adı tariximizə qızıl hərflərlə həkk olundu. Möhtərəm Prezidenti-miz görkəmli dövlət xadimi kimi müdrik siyasəti nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.

Danılmaz həqiqətdir ki, ölkəmizin şanlı qələbə qazan-masının təməlində Azərbaycan Prezidenti İlham Əliyevin 17 ildə həyata keçirdiyi uzaqgörən, düşünülmüş və müstəqil siyasəti dayanır. Dövlətimizin başçısı bu illər ərzində respublikamızın iqtisa-diyyatını gücləndirib, ordu qurucu-luğunu, müdafiə sənayesini inkişaf etdirərək Azərbaycan Ordusunu, Vətən müharibəsində bütün dün-yaya nümayiş etdirildiyi kimi, 5-ci nəsil müasir silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın ən güclü 50 ordusundan birinə çevirib.

Ölkənin bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunduğu, bütün xalqımı-zın böyük həmrəylik nümayiş etdirdiyi bu şərəfli dönəmdə Azərbaycan Prezidenti hər kəsin səbirsizliklə gözlədiyi və həyəcanla dinlədiyi xalqa müraciətlərində, dünyanın nüfuzlu mediaları-na müsahibələrində diplomatik məharəti ilə milli maraqlarımızı uğurla müdafiə etdi, yalan və feyk xəbərlər üzərində qurulan erməni təbliğatını tam ifşa etdi.

Bu dövrdə, həmçinin BMT-nin Təhlükəsizlik Şura-sında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılmış müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda,

hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin beynəlxalq hüquq normalarına sadiq qal-maqla Azərbaycanın haqlı möv-qeyinin müdafiəsində prinsipiallıq göstərərək dəstəyi ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzu-nun və hörmətinin əyani təzahürü oldu.

Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Bi-rinci vitse-prezidenti Mehriban xa-nım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya plat-formalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralıla-rımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.

Prezidentin və birinci xanımın işğaldan azad olunduqdan sonra Füzuli və Cəbrayıl şəhərlərinə, Xudafərin körpüsünə səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması xalqımızın o torpaqlara qayıdışının təntənəsi oldu. Bayra-ğımızı ucaldan dövlətimizin başçısı erməni vandallarının torpaqları-mızda törətdikləri vəhşiliklərə, o cümlədən bu günlərdə Kəlbəcər və Ağdam rayonlarının boşaldıl-ması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırıl-masına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi ilə bağlı mühüm mesajlar verdi.

Şübhəsiz ki, Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri onun beynəlxalq hüquqi məsuliyyətini doğurur və qeyd edilən cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını zəruri edir. Bunun-la əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılma-sı istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Belə ki, tərəfimizdən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya proku-rorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Or-qanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümum-

dünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanıb, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması, dədə-baba yurdla-rından didərgin salınması, xalqı-mıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanıb. Həmçinin bu günlərdə Avropa Şurası ədliyyə nazirlərinin videoformatda keçirilmiş konfran-sında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şu-rası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avro-pa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.

Müraciətlərdə və tədbirlərdə Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə pozması, silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şu-rasının, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların sənədlərinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərimizin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi, dövlət və xüsusi mülkiyyətin talan edilməsi, tarixi, mədəni və dini abidələrimizin dağıdılması və ya saxtalaşdırılması, məscidlərimizin təhqir olunması xüsusilə vurğula-nıb.

Qeyd olunub ki, çoxsaylı dinc insanların, o cümlədən, uşaq, qadın və ahılların həlak olma-sı, yaralanması, minlərlə mülki infrastruktura, həmçinin ədliyyə və məhkəmə binalarına ciddi ziyan dəyməsi ilə nəticələnən Ermənistanın qeyri-insani əməlləri beynəlxalq insan hüquqları və humanitar hüquq normalarının, xüsusilə 1949-cu il Cenevrə kon-vensiyalarının və onlara əlavə pro-tokollardan irəli gələn öhdəliklərin kobudcasına pozulması deməkdir. Bununla əlaqədar dünya dövlətləri və beynəlxalq təşkilatlar ədalət naminə bu məsələdə prinsipiallıq

göstərərək səslərini ucaltmalı-dırlar, çünki insanlıq əleyhinə və müharibə cinayətləri törədən Ermənistan beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməlidir.

İşğalçı Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlara başladığı andan qardaş Türkiyə Respubli-kasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla türk xalqı-nın Azərbaycanın yanında olduğu, yüksək səviyyəli rəsmi şəxslərin ölkəmizə dəstəkverici səfərlər etdi-yi, ədliyyə naziri Abdulhamit Gülün telefonla zəng edərək, həmçinin rəsmi müraciət ünvanlayaraq xalqı-mızın haqq davasında tərəddüdsüz dəstəyi və qələbə münasibətilə səmimi təbrik etməsi, twitter hesabı ilə ürək sözlərini söyləməsi xüsusilə vurğulanmalıdır.

Bu dövrdə, həmçinin ədliyyə işçiləri Birinci vitse-preziden-tin çağırışlarına fəal qoşularaq sosial şəbəkələrdə vətəndaş mövqeyindən çıxış etməklə ermənilərin yalan təbliğatının və dezinformasiyalarının qarşısı-nın alınması məqsədilə müxtəlif dillərdə çoxsaylı məlumatlar və digər materiallar paylaşıblar.

Bununla yanaşı, nazir-lik tərəfindən Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) yaradılıb.

Üç dildə (Azərbaycan, ingilis və rus) olan, daim yenilənən və in-teraktiv rejimdə fəaliyyət göstərən platformada Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu mediala-rına müsahibələri, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial çağırışları və çıxışları, dövlətimizin başçısının və birinci xanımın azad edilmiş rayonla-rımıza səfərləri və digər rəsmi xəbərlər, qanun və fərmanlar, tarixi sənədlər yerləşdirilib. Həmçinin burada zəfərlərimizə, Azərbaycan Bayrağının doğma torpaqlarımızda ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayo-nun tarixi, mədəni və dini abidələri barədə fotoqalereya, bu sahədə hüquqi maarifləndirməyə dair nazirliyin məlumatları mövcuddur. Digər saytlara da inteqrasiya olun-muş platformadan artıq minlərlə istifadəçi yararlanıb.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlətimizin başçısının tapşı-rıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və ope-rativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən

ibarət qərargah yaradılıb. Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanla-rın fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqan-larının qarşısında duran digər vəzifələr müəyyən edilib və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.

Qeyd edilməlidir ki, böyük inam və əzmlə Ali Baş Koman-danın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək məqsədilə könüllü olaraq öz əmək haqları fondundan Si-lahlı Qüvvələrə Yardım Fon-duna 1 milyon 600 min manat köçürüblər. Təbii ki, gündəlik dövlət qayğısı ilə əhatə olunan və ən yüksək səviyyədə təchiz edilən Azərbaycan Ordusu üçün edilən bu təşəbbüs hərbçilərimizlə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub. Peşə bay-ramı ərəfəsində işçilərimiz və hakimlər tərəfindən növbəti dəfə əməkhaqlarından 900 min manat-dan çox ianə edilib.

Həmçinin ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən, könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasın-da təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq zəruri tədbirlər görülür. Eyni zamanda, cəbhəboyu şəhər və rayonlarda təhlükəli və gərgin şəraitdə fəaliyyət göstərən işçilərə əlavə maddi dəstək göstərilib.

Vətən müharibəsində ordu-muzun uğuru, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı dövlətimizin başçısının xoş müjdəli xəbərləri, o cümlədən, twitter hesabı ilə xalqa çatdırdığı zəfərlər ədliyyə orqanlarında sevinc hissi ilə qarşılanıb. Bu münasibətlə nazirlikdə keçirilən tədbirlərdə torpaqlarımızın azad edilməsi böyük coşqu ilə qeyd olunub, ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.

Xalqımıza unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub, tarixi qələbələrimiz münasibətilə Azərbaycan Prezi-denti, Ali Baş Komandan İlham Əliyevə və respublikamızın

Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciətlər qəbul olu-nub, işğaldan azad olunmuş tor-paqlarımızın tezliklə dirçələcəyinə, bərpa-quruculuq və abadlıq işləri aparılaraq yenidən orada həyat qaynayacağına qəti əminlik vurğu-lanıb.

Bu il dövlətimiz təkcə döyüş meydanında deyil, həm də arxa cəbhədə digər təhlükəli düşmən-lə – bütün dünyanı bürüyən COVID-19 qlobal pandemiyası ilə mübarizə aparıb. Dövlətimizin başçısının və Birinci vitse-prezi-dentin rəhbərliyi ilə görülmüş qəti tədbirlər sayəsində Azərbaycan pandemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sıra-sındadır və bu bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilir.

Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqti-sadi-sosial yardım paketi təqdim edilib, sosial dəstək tədbirləri ölkə əhalisinin təqribən yarısını əhatə edib.

Ədliyyə Nazirliyi də pande-miyaya qarşı mübarizəyə fəal qoşulub. Belə ki, nazirlik tərəfindən koronavirusun qarşısının alınması ilə bağlı ədliyyə qurumlarında və məhkəmələrdə zəruri profilaktik və digər preventiv işlər aparılıb, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması məqsədilə nazirliyin internet saytı-nın və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırı-lıb, saytda yeni – “Vətəndaşlar üçün əlaqə”, “İnteraktiv əlaqə” və “KİV üçün əlaqə” bölmələri yaradılıb, innovasiyaların tətbiqi genişləndirilərək “Mobil notariat”ın funksionallığı yüksəldilib, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib.

Vətəndaşların müasir İKT-lərin köməyi ilə nazirlikdə videoqəbulu qaydası müəyyən edilib və müxtəlif bölgələrin, o cümlədən, Vətən müharibəsi dövründə cəbhəyə yaxın rayonların 250-dək sakini videoformatda qəbul edilib. Habelə nazirliyin icra xidməti tərəfindən borclu şəxslərə aliment və digər icra ödənişlərin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi təmin olunub.

Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılıb, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlətimizin başçı-sının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib.

(ardı 8-ci səhifədə)

Azərbaycan ədliyyəsi xalqımızın şanlı qələbəsi ilə qürur dolu günlər yaşayırÜmummilli lider Heydər Əliyevin bəxş etdiyi

22 noyabr – Ədliyyə Işçilərinin Peşə Bayra-mı günü bu il xalqımızın şanlı qələbəsi ilə

xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunur.

Fikrət MƏMMƏDOV,Azərbaycan Respublikasının ədliyyə naziri,Məhkəmə-Hüquq Şurasının sədri,I dərəcəli dövlət ədliyyə müşaviri

Page 8: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə8

(əvvəli 7-ci səhifədə)Məhkumların və təqsirləndirilən

şəxslərin həyat və sağlamlıqla-rının qorunması ciddi nəzarətdə saxlanılıb, dövlətimizin baş-çısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb, 2300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib, 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3200-dən artıq məhkumun cəza müddəti azal-dılıb, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karan-tin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil veriliblər.

Fəaliyyətin pandemiya şəraitində təşkilinə baxmayaraq, Azərbaycan ədliyyəsinin inkişafı üzrə tədbirlər də davam etdirilib, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı dövlətimizin başçısının göstəriş və tövsiyələrindən irəli gələn vəzifələr nazirliyin videoformatda keçirilən kollegiya iclaslarında, ölkənin bütün məhkəmələrini əhatə edən müşavirələrdə geniş müzakirə olunaraq ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısı-

nın alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçiri-lib, yüksək hazırlıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkilib, o cümlədən, nazirliyin və struktur qurumların, yüksək məhkəmələrin rəhbərliyi möhkəmləndirilib.

Bu ildə nazirlik tərəfindən 1600-dən çox qanunvericilik aktı layihəsi hazırlanıb, 2800-dən artıq normativ sənəd layihəsinə rəy verilib, 3,4 milyonadək notari-at hərəkəti rəsmiləşdirilib, 230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb.

Məhkəmə qərarlarının icrası, alternativ, o cümlədən, özəl icra institutunun tətbiqi üzrə tədbirlər davam etdirilib, bu sahədə zəruri təhlillər aparılıb və beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulub. Cari ildə 375 min icra sənədinin icrası təmin edilib, 610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə, vergi borcları ilə bağlı dövlət büdcəsinə ödətdirilib, ədalət mühakiməsi əleyhinə, o cümlədən, məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamam-lanıb.

Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 24 min rəy və arayış verilib, bələdiyyələrin 67 mindən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 7.600 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli pozuntularla bağlı 24

fakt üzrə materiallar prokurorluğa göndərilib.

Beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək cari ildə Səudiyyə Ərəbistanı, Bosniya və Herseqo-vina, Estoniya, Meksika, Bəhreyn, Misir və Əlcəzair ilə əməkdaşlığa dair sənədlərin razılaşdırılması işi aparılıb. Tərəfimizdən Vyetnamla ədliyyə sahəsində Sazişin imp-lementasiyası üzrə Əməkdaşlıq Proqramının, habelə Azərbaycan Hökuməti adından Beynəlxalq Qırımızı Xaç Komitəsi ilə quru-mun azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən, peni-tensiar müəssisələrə maneəsiz baş çəkməsinə səlahiyyət verən Sazişin müddətinin uzadılması ilə bağlı protokolun diplomatik kanal-lar vasitəsilə imzalanması həyata keçirilib.

Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə yeni kommersiya, habelə inzi-bati məhkəmələr yaradılaraq cari ildən fəaliyyətə başlayıb, yeni ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilib, dövlətimizin başçı-sı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni müasir binasının açılışı həyata keçirilib, yüksək texnologiyalı digər binala-rın, o cümlədən, Masallı Məhkəmə

Kompleksinin inşası başa çatdı-rılıb, Sumqayıt Məhkəmə Komp-leksinin və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin tikintisi isə yekunlaşmaq üzrədir.

Dövlətimizin başçısının tapşırığına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün əməli tədbirlər görülüb, bu sahədə Dünya Bankı ilə yeni razılaşma imzalanaraq icrasına başlanılıb.

Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən bu və mətbuatda mütəmadi işıqlandı-rılan digər məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatla-rın mühüm tərkib hissəsi olmaqla

dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür.

Peşə bayramı ilə əlaqədar nazirliyin rəhbərliyi və kolle-giya üzvləri Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin banisi, dahi öndər Heydər Əliyevə əbədi ehtiramlarını bildirir, Şəhidlər xiyabanında Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini yad edirlər.

Həmçinin ədliyyə orqanları və məhkəmələrdə Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə nəzər salına-raq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, nazirlikdə və struktur qu-rumlarda bu əlamətdar və tarixi hadisələrə həsr olunmuş filmlər,

foto və video-slaydlar nümayiş etdirilib, hərbçilərimizə sovqatlar tədarük olunub, yaralılara baş çəkilib, könüllü qanvermə aksiyası keçirilib.

Eyni zamanda, Azərbaycan ədliyyəsinin tarixinə dair nəfis şəkildə tərtib olunmuş kitab çap edilib. Kitabda ölkəmizdə ədliyyənin təşəkkülü, müasir hü-quq sistemimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə sisteminin və məhkəmə hakimiyyətinin formalaşmasına göstərilən xüsusi diqqət və qayğı, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyətin müasirləşdirilməsi və inkişafı barədə ətraflı məlumatlar əks olunub.

Fürsətdən istifadə edərək, dövlət bayramları ilə zəngin olan bu ayda qeyd etdiyimiz Şuşanın azad olunması günü və tarixi

qələbəmiz, habelə peşə bayra-mımız münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Peşə bayramlarını qələbə sevinci ilə qeyd edən və bu zəfər günlərini bizlərə yaşatdığına görə Azərbaycan Prezidentinə dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Eşq olsun Ali Baş Koman-dana! Qarabağ Azərbaycandır!

Azərbaycan ədliyyəsi xalqımızın şanlı qələbəsi ilə qürur dolu günlər yaşayır

Fransanın “Paris Match” jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır

Məqalədə Ermənistanın Bərdəyə raket hücumu nəticəsində şəhərdə yaranmış vəziyyət təsvir edilir.

Bərdə şəhərində raket zərbəsinin endirildiyi ərazidə olan fransalı jurnalist buranın qan çanağına döndüyünü, 21 mülki azərbaycanlının cəsədini gördü-yünü qeyd edir. O yazır ki, xilasedicilər yanmış maşınları aparırdılar. Ətrafdakı meyvə-tərəvəz mağazasının sahibi olan qadın indi həmin mağazanın yerində böyük bir çuxur yarandığını görəndə göz yaşlarına qərq oldu. Yaxınlıqdakı

ət mağazası da əsl qırğın səhnəsini xatırladırdı. Həlak olan mülki insanların xatirəsini yad etmək üçün bu yerlərə güllər düzülürdü.

Müəllif Azərbaycanda hər tərəfdə “Qarabağ bizimdir!” şüarını eşitdiyini və gördüyünü bildirir.

Fransalı jurnalist cəbhə bölgəsinə də getdiklərini, yolboyu zirehli, yanmış, mərmilərdən yararsız vəziyyətə düşmüş maşınları gördüyünü yazır.

Məqalədə qeyd edilir ki, 1993-cü ildə ermənilər azərbaycanlı əhalini yurd-larından didərgin salıb, hətta onların qəbiristanlıqlarını belə dağıdıblar. Müəllif yolda dağıdılmış, qəbirlərin yanında dayandıqlarını bildirir, onu müşayiət edən Samir adlı şəxsin bu acına-caqlı vəziyyətdən, hətta ermənilərin cəsədlərdən qızıl dişləri belə çıxarmaları haqqında məlumat verdiyini yazır.

“Azərbaycanlılar kilsələrə və qəbiristanlıqlara toxunmur”, – deyən Samir vurğuladı ki, bu ermənilər hara gedirlərsə, düşünürlər ki, ora onlara məxsusdur. Görəcəksiniz, Fransada ya-şayan ermənilər də bir gün deyəcəklər ki, ora onların ölkəsidir.

Müəllif yazır ki, birinci Qarabağ müharibəsi haqqında xatirələrini bölüşən insanlar həmin vaxt demək olar əliyalın vuruşduqlarını deyirlər. İndi isə Azərbaycanın inkişaf etdiyi, hərbi büdcəsini qat-qat artırdığı qeyd edilir.

Məqalədə, həmçinin Azərbaycanın öz torpaqlarını bir aydan artıq müddət ərzində azad etməsindən söhbət açılır. Azad edilmiş ərazilərdə artıq elektrik çəkilişinin həyata keçirildiyi, oralarda yeni həyatın başladığı diqqətə çatdırılır.

Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Fransanın “Paris Match” jurnalında dərc olunmuş məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından, Azərbaycanın şəhərlərinə raket hücumları etməsindən, mülki əhalini qətlə yetirməsindən bəhs olunur.

“Regional İnkişaf” İctimai Birliyi Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji

və humanitar terrorun dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

İctimai birlikdən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə bildirilir ki, dünya ictimaiyyəti tərəfindən ərazi bütövlüyü birmənalı olaraq tanınan Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistan 1 milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşamasına səbəb olmaqla, onların ya-şamaq və mülkiyyət hüququnu pozmuş, illərdir bu torpaqlarda mədəni və ekoloji terror törətməklə Azərbaycana maddi-mənəvi zərər vurmuşdur.

Birinci Qarabağ müharibəsi dövründə işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsi – tarixi və dini abidələri məhv edilmiş, sənət əsərləri ta-lan olunmuş, müxtəlif ölkələrdə hərraca çıxarılaraq satılmış, antik sikkələrin, qızıl və gümüş məmulatlarının, nadir və qiymətli daşların, xalçaların və əl işlərinin saxlandığı Kəlbəcər Tarix-Di-yarşünaslıq Muzeyi, Şuşa Tarix Muzeyi, Ağdamda yerləşən və dünyada yeganə

olan Çörək Muzeyi və Daş Abidələr Muzeyi dağıdılmışdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilmiş Zəngilan rayo-nundakı tarixi məscidin, Ağdam Cümə Məscidinin donuz tövləsi kimi istifadə edildiyi aşkar olunmuş, bu barədə müxtəlif xarici KİV-də məlumat yayım-lanmışdır.

Azərbaycanın işğal altında ol-muş 25 faiz meşə massivinə, həmin ərazilərdəki ekoloji mühitə, təbii sərvətlərə, bioloji müxtəlifliyə Ermənistan bu gün də qəsd etməkdə davam edir. Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixdə əldə edilmiş üçtərəfli razılaşma-ya əsasən, ermənilər qanunsuz olaraq məskunlaşdıqları əraziləri tərk edərkən ölkəmizin özünəməxsus ekosistemini məqsədli şəkildə məhv edir, ağacları

kütləvi şəkildə kəsir, evləri yandırır-lar. Şuşa şəhərinin meşə zolaqlarının zəhərli maddələrdən istifadə edilərək yandırılması təcavüzkar ölkənin qeyri-insani mahiyyətini bir daha nümayiş etdirir.

İndiyədək təqribi hesablamalara görə, ümumilikdə 1815 hektar meşə sahəsi məhv edilib. İşğalçı ölkənin təbiətə və ekologiyaya vurduğu zərər Ermənistanın 2002-ci ildən tərəfdaşı ol-duğu İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasının müddəaları ilə də qadağan edilir.

Müraciətdə, həmçinin Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, Tərtər, Naftalan, Bərdə, Ağcabədi, Ağdam, Xızı və Abşeron ra-yonlarında yaşayış məntəqələrinə raket zərbələri endirərək, mülki vətəndaşların həyatına son qoyması, yaşayış evlərinə, infrastruktura ciddi ziyan vurması barədə ətraflı məlumat verilib.

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət nəticəsində uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi cinayətlərin, xüsusilə ekoloji cinayətlərin, vandalizm aktlarının dayandırılmasına dəstək verilməsi ilə bağlı 40-dan çox beynəlxalq təşkilata müraciət ünvanlayaraq, baş verən hadisələrə laqeyd qalmamağa çağırıb.

BAŞ PROKURORLUQ: Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə aparması və terrorçuluq əməlləri ilə bağlı cinayət işi başlanıb

� Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən döyüşlərin son mərhələsində Azərbaycan Ordusu-nun rəşadəti nəticəsində geri çəkilən Ermənistan silahlı qüvvələri yeni metod-lardan istifadə edərək növbəti cinayət əməlləri törədib.

Araşdırmalarla müəyyənləşdirilib ki, 2020-ci il 8 oktyabr, 3, 4 və 8 no-yabr tarixlərində Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası-nın işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər "Silahlı münaqişələr

zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Kon-vensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin "Bioloji müxtəliflik haqqında" Kon-vensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq,

insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmisi ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yan-dırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və

aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bununla bağlı Baş Prokurorluqda ətraflı araşdırmalar aparılmaqla, no-yabrın 20-də faktla bağlı Azərbaycan

Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 214.2-ci (terrorçu-luq) və digər maddələri ilə cinayət işi başlanaraq istinta-qın aparılması Baş Proku-rorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri aparılmaqla müva-fiq sənədləşmə işləri aparılır və sübutlar toplanılır.

Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyənləşdirilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün mümkün olan bütün tədbirlər görüləcək.

Page 9: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə 9Dövlətimizin başçısı torpaq-

larımız düşməndən təmizləndiyi müddətdə daim xalqımızla bir yerdə oldu, insanlara hər kəndin, hər qəsəbənin, hər şəhərin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi müjdəsini verdi. Prezi-dent, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 20-də xalqa müraciəti də bunun bariz

ifadəsidir. Dövlətimizin başçısı bu müraciəti ilə xalqımıza Ağdam rayonunun yağı tapdağından xilası ilə bağlı xoş xəbər çatdırdı. Ölkə rəhbəri ağdamlıları təbrik edərək, dedi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaq-sınız”.

Prezident daha sonra Ağdam rayonunun işğaldan azad olun-masını noyabrın 10-da imzala-nan üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirdi: “Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışır-dıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapma-mışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüqu-qumuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.

Azərbaycan Prezidentinin vur-ğuladığı kimi, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində reallaşıb. Belə ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə torpaqlarımız-dan çıxmayacaqdı. Bunu deməyə

əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə –işğal altındakı torpaqlarda böyük vəsait hesabına istehkamlar qurulmuşdu. Bu isə Azərbaycan Ordusunun həmin ərazini yara bilməməsi məqsədi daşıyırdı. Amma düşmən hər zaman olduğu kimi, burada da yanılırdı, səhv edirdi. Bu, təcavüzkarın Azərbaycanın

gücünü düzgün hesablaya bilməməsi ilə bağlı idi: “Onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüz-dür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağda-mın işğaldan azad olunmasını tarixi hadisə kimi dəyərləndirdi, eyni zamanda, yağı tapdağındakı yaşayış sahələri arasında əhalinin sayına görə Ağdamın ən böyük rayon olduğunu, işğaldan əvvəl burada 143 min insan yaşadığını, hazırda isə sakinlərinin sayının 204 min nəfərə çatdığını vurğula-dı. Dövlətimizin başçısı, eyni za-manda, son illər ərzində Ağdamın Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salındığını və rayonun ərazisinə 93 min köçkünün yerləşdirildiyini diqqətə çatdırdı.

Bir daha qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş nazirinin noyabrın 10-da birgə imzaladığı bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə işğalçı ölkə tərəfindən tam boşaldı-

lıb və Silahlı Qüvvələrimiz əraziyə daxil olub.

Ölkə rəhbərinin vurğuladığı kimi, rayon ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılan müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Bu, bir neçə müdafiə xəttindən ibarət olub və müa-sir standartlar tətbiq edilməklə

hazırlanıb. Yeri gəlmişkən, bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki müm-kün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, həmçinin ordumuzun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitul-yasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Silahlı Qüvvələrimiz heç bir itki, şəhid vermədən, qan tökmədən Ağdam rayonuna daxil oldu. Şübhəsiz ki, bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması, eyni zamanda, Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq. Beləliklə, dövlətimizin başçısının gerçəkləşdirdiyi qətiyyətli müdrik siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bi-

rinci dönəmində Ağdam digər rayonlarımız kimi, daim qayğı ilə əhatələnib. Burada sosial-iqtisadi inkişaf hər zaman diqqətdə saxla-nılıb. Lakin 1993-cü il iyulun 23-də Ermənistan hərbi qüvvələrinin Ağ-dama hücumu nəticəsində şəhər yerlə yeksan edilib.

Ümummilli lider 1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə rayonun işğalına belə münasibət bildirmişdi: “Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz – ilk atışmalar, ilk qığıl-cım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəldilmişdi. Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qara-

bağda yaşayan ermənilər Ağda-mın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli ol-duqlarını da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal–Gülablı kəndinin işğal olunması, ondan sonra da, rayonun digər kəndlərinə hücumlar, Ağdama qar-şı yönəldilmiş təcavüzkar planlar, nəhayət, Ağdam şəhərinin işğalına gətirib çıxardı”.

Dahi şəxsiyyət siyasi hakimiyyətə qayıtdıqdan sonra ağ-damlıların, sözün əsl mənasında, himayədarı oldu. Ağdamlılarla keçirdiyi hər bir görüşündə onların dərdinə şərik çıxdı, dəyərli fikirlərini bölüşərək, onların gələcəyə inamla

baxmalarını tövsiyə etdi, dəyanətli insanlar olduqlarını vurğulayaraq, doğma yurdlarına qayıdacaqlarına inam hissi yaratdı.

Prezident İlham Əliyev də dövlət başçısı vəzifəsinə seçilən ilk gündən bəyan etdi ki, Azərbaycanın bir qarış torpağı belə düşmənə verilməyəcək, nə qədər ki, sülh danışıqları davam edir, çadırlarda, dəmir yol vaqonla-rında məskunlaşmış vətəndaşların ev və işlə təmin olunması problemi həllini tapacaq. Dövlətimizin baş-çısı verdiyi sözü – “Azərbaycanda bir çadır şəhərciyi belə, qalmaya-caq, onların hamısı ləğv ediləcək, əvəzində isə yeni, müasir stan-dartlara cavab verən qəsəbələr salınacaqdır. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin

təşkili, onların bütün problemlərinin həlli fəaliyyətimdə əsas istiqamət olacaq” – vədini tam həyata keçirməyə müvəffəq oldu.

Prezident İlham Əliyev 2004-cü ilin fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin salınması ilə bağ-lı sərəncam imzaladı. Sərəncama əsasən, Bərdə və Ağcabədi ra-yonlarındakı çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salındı, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları təmin edildi. Ölkə başçısının 2004-cü il iyulun 1-də təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yax-şılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, bu kateqo-riyalı insanların yeni mənzillərlə təmin olunması istiqamətindəki işlər mərkəzləşdirildi.

Ötən illər ərzində Ağdam

sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə geniş-miqyaslı tədbirlər həyata keçirilib. Dövlət başçısı cəbhə bölgəsinə vaxtaşırı etdiyi səfərlər zamanı ağ-damlıların sosial şəraitlərinin daha da yaxşılaşması istiqamətində müvafiq strukturlara müəyyən tapşırıqlar verib və onların icrasını diqqətdə saxlayıb.

Son illərdə Ağdam rayonu ərazisində kilometrlərlə yola asfalt örtük salınıb, subartezian quyu-lar qazılıb, Quzanlı, Təzəkənd, İmamqulubəyli kəndlərində məktəb binaları, Quzanlıda və Xındırıs-tanda uşaq bağçaları istifadəyə verilib.

Bir sözlə, ərazisinin dörddə üç hissəsi işğal altında olan Ağdam real çətinliklərə baxmayaraq, sosial-iqtisadi inkişafın sürətinə və miqyasına görə, digər rayonlar-dan heç də geri qalmayıb. Dövlət başçısının təşəbbüsü ilə rayonun Quzanlı qəsəbəsində Avropa stan-dartlarına cavab verən Olimpiya İdman Kompleksi istifadəyə verilib. Quzanlı qəsəbəsi düşmənlə təmas xəttində olsa da, burada mötəbər yarışlar keçirilib və hər bir yarışa insanların böyük ruh yüksəkliyi ilə qatılması bir daha ağdamlıların gələcəyə nikbin baxdıqlarından xəbər verib.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıs-tan kəndində yеrləşən Üzərlik Təpə

abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlu-nun türbəsi (XIX əsr), Şahbulaq qa-lası və s. tarixi memarlıq abidələri bu ərazinin əzəli yurd yerlərimiz olduğunu təsdiqləyir.

Həmin abidələrin əksəriyyəti işğal dövründə dağıdılıb. Bun-dan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim me-marlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.

Ağdamlıların yurda sevgisi, Vətənə məhəbbəti deməyə əsas verir ki, erməni vandalizminin, barbarlığının qurbanı olan rayon tezliklə abadlaşdırılacaq, əvvəlki dönəminə, gülüstan çağına qaytarılacaq, yenə də bəxtəvər günlər yaşanılacaq, yenə də iqtisadi- sosial sahələrdə yüksək göstəricilər əldə ediləcək.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycan Respublikasının Prezi-denti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiya-

sının Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusu-nun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə

yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə azan oxunub və cümə namazı qılınıb.

Azərbaycan Pakistanla enerji sektorunda investisiya imkanlarını müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzula-yan nazir Azərbaycan və Pakistan arasındakı möhkəm dostluq münasibətlərini qeyd edib, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ölkəmizin ərazi bü-tövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Səfir B.Haye, öz növbəsində, Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib, Pakistanın hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Səfir hərbi əməliyyatların dayandırılması barədə tərəflər arasında imzalanmış bəyanatı alqışladığını, bu sənədin bölgədə sabitliyə və inkişafa yol açacağı-na inamını vurğulayıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələlər nəzərdən keçirilib, enerji sektorunda investisiya imkanları və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Fövqəladə Hallar nazirliklərinin nümayəndələri Şuşada müzakirələr aparıblar

� Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev noyabrın 20-də Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyov ilə görüşüb.Azərbaycanın və Rusiyanın Fövqəladə

Hallar nazirliklərinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildi-rilib ki, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən

elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Bəzi kütləvi informasiya vasitələrində və sosial me-dia səhifələrində “WarGonzo” layihəsinin müəllifi, Rusiya Federasiyasının vətəndaşı Semyon Vladi-

miroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru, Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasa-rovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışma-yaraq, Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olma-sı və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Semyon Peqovun və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə milli düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan toplanmış materiallar Baş Prokurorluğunun İstintaq idarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə olunmaqla istintaq yolu ilə araşdırılması davam etdirilir.

Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Sem-yon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş olunub.

Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istinta-qın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Ağdamlılara mənim daim xüsusi hörmətim və qayğım olubdur. Hələ 70-ci illərdə mənim burada işlədiyim zaman Ağdama nə qədər çox diqqət göstərilmişdir. Ağdamda nə qədər böyük işlər görülmüşdür – həm şəhərin qurulması, yaradılma-sı, həm qəsəbələrin abadlaşdırılması, həm Ağdamın iqtisadiy-yatının inkişaf etdirilməsi baxımından. Ağdamın iqtisadiyyatı o illərdə çox yüksək sürətlə inkişaf edirdi. Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağda-mın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal işti-rak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir.

Heydər ƏLİYEV Ümummilli lider

Prezident İlham ƏLİYEV: İndi Ağdam üçün yeni dövr başlayır

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Vətən müharibəsi başa çatdı.

Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı ya-ğılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını riskə atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.

Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı

Azərbaycanın Baş Prokurorluğu “SolovyovLive” verilişində

ölkəmiz əleyhinə fikirlər səsləndirən şəxslərlə bağlı Rusiyanın müvafiq

qurumuna müraciət edib

Page 10: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə10

Azərbaycan Respublikasının Prezidenti xalqa müraciət edərək dedi: “Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və

ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq... Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır"!

Vətən müharibəsinin başladığı ilk gündən əsgərlərimizin böyük ruh yüksəkliyi ilə cəbhədə qanları, canları bahasına qazandıqları uğurlar hamını bir nəfər kimi ayağa qaldırdı. Dövlət-ordu-xalq birliyinin yaranması bizi bir məqsəd ətrafında birləşdirdi. İstək, qərar bir oldu: düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmək. Müzəffər ordumuz elə ilk günlərdən öz gücünü düşmənə göstərdi. İşğaldan azad olunmuş kəndlərimizin, şəhər və rayonlarımızın televiziyada nümayişinin əks-sədası hər kəsdə böyük ruh yüksəkliyi yaratdı. Xalqımız erməni vandallarının qədim abidələrimizi, məscidlərimizi, məzarlıqlarımızı dağıtdıqlarının acışını yaşasa da, əsgər və zabitlərimiz faşist xislətli erməni qəsbkarlarının cəzalarını döyüş meydanında verdilər. Şəhidlərimizin qanı yerdə qalmadı. Müharibənin davam etdiyi 44 gün ərzində cəngavər əsgər və zabitlərimiz işğalda olan kəndlərimizi, şəhər, rayon və qəsəbələrimizi erməni tapdağından təmizlədi, düşməni geri oturtdu, onların hərbi istehkamlarını darmadağın etdi. Bu müharibə bütün dünyanın diqqətində idi. Ermənistan rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin dəfələrlə tələb etdiyi siyasi müstəviyə, sülhə gəlmədi. Prezident İlham Əliyev müharibənin ilk günündən Ermənistan dövlətinə, erməni xalqına, bütün dünyaya bəyan edirdi ki, bu münaqişənin hərbi yolu var, lakin biz məsələni sülh yolu ilə nizama salmaq istəyirik. Bizim torpaqlarda oğullarınızı qırdırmayın... Lakin, faşist xislətli düşmən bu humanist yanaşmaya əməl etmədi. Nəticə isə göz qabağındadır. Həmrəyliyimiz, milli birliyimiz qələbəmizi reallaşdırdı. Cənab Prezidentin həm xalqa müraciətində qeyd etdiyi bir çox məsələlər, həm də xarici ölkələrin mətbuatına verdiyi müsahibələr dəqiq faktlara, tarixi sənədlərə, gerçək hadisələrə söykəndiyindən, eləcə də hazırkı vəziyyəti siyasi, diplomatik səviyyədə təhlil etdiyindən, hesab edirik ki, gələcəkdə tariximizin bu səhifəsini öyrənənlər mütləq bu çıxışların mətninə istinad edəcəklər. Bu müraciətlər və müsahibələr yeni tariximizin yazılmasında və tarixçi alimlərimiz tərəfindən ən ciddi siyasi sənəd olaraq təhlil olunmaqla, misilsiz əhəmiyyət kəsb edəcəkdir.

Burda hadisələrin arxada qalmış bir mənzərəsinə də diqqət çəkməyi zəruri hesab edirik. Ermənistan rəhbərliyi həmsədrlər tərəfindən üç dəfə yaradılan humanitar atəşkəsdən humanistcəsinə yararlanmadı. Fikirləşmək olardı ki, hər iki tərəf son dərəcə ümdə olan bu hisslərin ifadəsi olan sənədə həssaslıqla yanaşacaq, təmkin nümayiş etdirəcək. Azərbaycan tərəfi bütün dünyanın gözü qarşısında bu sənəddən irəli gələn müddəalara ehtiram göstərdi, beynəlxalq hüquq və prinsiplərə

riayət etdi. Ermənistan ordusu isə, müharibə zonasından uzaq olan şəhər və rayonlarımızı qadağan olunmuş raketlərdən, kasetli bombalardan atəşə tutdu.

Faşist xislətli erməninin son iki əsrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı faciəsi, kəndlərimizi, şəhərlərimizi yandırması, soydaşlarımızı qaçqınlıq, didərginlik taleyi yaşamağa məhkum etməsi, açıq-aşkar göstərir ki, humanizm onlara yaddır. Bu vandallar dünyaya sanki qəsb etmək, dağıtmaq, öldürmək, baş kəsmək üçün gəliblər. Bəs Ermənistan üçün bu atəşkəs qərarı hansı mənanı ifadə etdi? Həmin qərarın təsdiqindən heç iki saat ötməmiş Ermənistan ordusu bizim ikinci böyük şəhərimiz olan Gəncəni "Toçka-U" raketləri ilə atəşə tutdu. Bir neçə gündən sonra Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutdu. Ermənistan ordusunun bu hərəkətləri 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində qəbul edilmiş konvensiyalara ziddir. Belə ki, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə kömək göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Ermənistan ordusu Azərbaycanın dinc əhalisini hədəfə almaqla terror aktı, hərbi cinayət törətmişdir. Ermənistanın təxribatları nəticəsində sentyabr ayının 27-dən noyabrın 9-dək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər yaralanıb, 3350-yə yaxın yaşayış evi və 504 mülki obyekt yararsız vəziyyətə düşmüşdür.

Bəli, işğalçı dövlət humanitar atəşkəs qərarından sonra bir daha özünün iyrənc simasını göstərdi, hərb meydanında döyüşə bilmədiyindən mülki əhaliyə qarşı terror əməliyyatlarına keçdi. Düşmənin dağıdıcı əməlləri, işğalçılıq məqsədləri xalqımızı hiddətləndirdi. Savaşın ilk günündən "Qarabağ Azərbaycandır!" həqiqətini ucadan və qətiyyətlə səsləndirdik, bu reallığı döyüş meydanında qəhrəmanlığımızla, üstünlüyümüzlə işğalçılara göstərdik. Şuşanın işğaldan azad olunması - Qələbə xəbəri dünyaya yayıldı. Dünya Azərbaycan Ordusunun yenilməzliyini, gücünü gördü. Bu qələbə, bu zəfər xalqımızın Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşdiyini göstərdi. Bu ordumuzun bir mərkəzdən ağılla, siyasi uzaqgörənliklə idarə olunduğunu dünyaya nümayiş etdirdi. Prezidentin Azərbaycan xalqına verdiyi qələbə müjdəsinin doğurduğu hüdudsuz sevinc hissi, müraciətinin hər cümləsi bizi qürurlandırdı. Dünya Azərbaycanın bir dövlət olaraq gücünün bir daha fərqində oldu. Dünya Azərbaycan Respublikasının Prezidentinin siyasi, diplomatik hazırlığına, Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə olduğuna bir daha əmin oldu.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa aşağıdakı məzmunda müraciət etdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış

üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.

Azərbaycan Prezidenti qeyd etdi ki, "biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri,

Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır".

Bildirməyi zəruri hesab edirik ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov ilə Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül arasında telefon danışığı olmuşdur. Danışıq zamanı Abdulhamit Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulamışdır. Fikrət Məmmədov Türkiyə dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının qətiyyətli qardaşlıq mövqeyini vurğulayaraq Azərbaycanı birmənalı dəstəklədiyinə görə türkiyəli həmkarına dərin təşəkkürünü bildirib, bu dəstəyin "bir millət iki dövlət" kəlamının yalnız sözdə deyil, real əməllərlə həyata keçirilməsinin əyani təzahürü olduğunu qeyd etmişdir.

Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub. Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.

Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü kimi həmin təşkilatın Prezidentinə, Baş Katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə müraciət ünvanlamışdır. Müraciətdə cinayətkarlıqla mübarizədə ön sıralarda dayanan və dünya prokurorlarını birləşdirən yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyasına Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumat verilmişdir.

Noyabrın 9-da Yunanıstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində üzv dövlətlərin ədliyyə nazirlərinin "Ədliyyənin müstəqilliyi və qanunun aliliyi" mövzusunda videoformatda konfrans keçirilmişdir. Həmin konfransda çıxış edən Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədov Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini ifşa etmişdir.

Mən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi hərbi qələbəmiz münasibəti ilə bütün Azərbaycan xalqını, o cümlədən bütün ədliyyə işçilərini ürəkdən təbrik edirəm.

Daxil KƏRIMOV, Bakı şəhər 21 saylı Notariat ofisinin

notariusu

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmağa başlamış, nəticədə, mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdur. Bu hücumların qarşısının alınması məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.

Xalq-ordu birliyi sayəsində möhtəşəm qələbəyə nail olduq

Qələbə daha səmərəli fəaliyyət göstərməyimizə stimul verir

Təsadüfi deyil ki, son günlər həmkarlarımın ayrı-ayrı mətbu orqanlarda dərc edilən məqalələri, müsahibələri əzəli torpaqlarımızın azadlığına qovuşmasından doğan nikbin bir ovqata köklənib. Bu da təbiidir, çünki hamılıqla illərcə həsrətini çəkdiyimiz gün gəlib, Qarabağımızın hər yerində – Şuşada, Füzulidə, Hadrutda, Cəbrayılda, Zəngilanda Qubadlıda, Ağdamda, kənd və qəsəbələrimizdə, ən uca zirvələrdə artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır. Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları və əslində təcavüzkar Ermənistan üçün sırf kapitulyasiya sənədi olan məlum bəyanatın şərtlərinə görə, qarşıdakı günlərdə Kəlbəcər və Laçın da bizim nəzarətimizə keçəcək və Qarabağ torpaqlarında dövlətimizin yurisdiksiyası tam həcmdə bərpa ediləcək. 90-cı illərin əvvəllərində erməni quldur dəstələri tərəfindən törədilən total etnik təmizləmənin qurbanı olmuş azərbaycanlılar öz dədə-baba yurdlarına, doğma evlərinə qayıdacaqlar. Hazırda sülhməramlı qüvvələrin müvəqqəti nəzarətinə verilən ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi və ərazidən çıxarılması həyata keçirilir, torpaqları zəbt edən yad ünsürlər müəyyənləşdirilir və oradan uzaqlaşdırılırlar.

Böyük Qələbə, ilk növbədə, haqqın, ədalətin zəfəri, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpası və beynəlxalq hüququn təntənəsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, ordumuzun peşəkarlığı, düşmənə qarşı qanlı döyüşlərə atılmış qeyrətli əsgər, gizir və zabitlərimizin, vətən yolunda tərəddüd etmədən canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı sayəsində biz bu böyük xoşbəxtliyə qovuşmuşuq. Elə biz ədliyyə və məhkəmə işçiləri də Vətənin əsgərləriyik: qanunçuluğun keşiyində dayanmaqla xalqımıza sədaqətlə xidmət edir, vətəndaşlarımızın hüquqlarını qoruyuruq.

Bu əlamətdar günlərdə Azərbaycan ədliyyəsinin yüksəlişi üzrə ardıcıl olaraq görülən məqsədyönlü tədbirləri, habelə bu sistemin şərəfli tarixi və inkişaf dövrlərini xatırlayır, çox nikbin qənaətlərə gəlirik. 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq etmişdir və bir əsrdən artıqdır ki, ölkəmizin haqq-ədalət carçıları qanunun aliliyi məramını uğurla gerçəkləşdirirlər.

Əbədiyaşar liderimiz Heydər Əliyevin qayğısı ilə mükəmməl bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni nailiyyətlərə imza atır. Biz hər il peşə bayramı ərəfəsində yaddaqalan tədbirlər keçirir, sanballı işlərimizi, uğurlarımızı sərf-nəzər edirik. Ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilir, həmçinin erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilir. Bu dəfə isə onları qaçqın adının üstlərindən götürülməsi münasibətilə təbrik etməkdən, düşmən təcavüzündən qurtarmış ərazilərimizdə üçrəngli Azərbaycan bayraqlarının qaldırılmasından hədsiz qürur duymaqdayıq.

Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü müdrik daxili və xarici siyasət sayəsində ölkəmizin tərəqqisi davamlı səciyyə daşıyır, möhkəm sabitlik və təhlükəsizlik təmin edilib. Ədliyyə və məhkəmə sistemində aparılan islahatların uğur amili xüsusilə yüksəkdir. Azərbaycan ədliyyəsi sürətlə təkmilləşib, onun səlahiyyətləri daha da genişlənib, cəmiyyətdə yeri və rolu xeyli artıb. Qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında bu orqanların əməli fəaliyyəti danılmazdır.

Bizim bəxtimiz onda gətirib ki, ötən əsrin 90-cı illərində dünya şöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini real məhvolma təhlükəsindən xilas edib, ölkədəki qeyri-sabitliyin, siyasi

hərc-mərcliyin qarşısını alıb, qazandığımız müstəqilliyi əbədi, dönməz və sarsılmaz edib. Ulu öndərin əziz xatirəsinə ehtiramımız böyükdür. Möhtərəm Prezidentimiz İlham Əliyev isə ulu öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycanın qüdrətini durmadan artırıb. Vətən müharibəsinin aktiv fazasında, ayyarım ərzində doğma Qarabağımızın təcavüzkar Ermənistanın işğalından tamamilə azad edilməsi 17 illik gərgin siyasi-diplomatik səylərin, ordumuzun güclənərək dünyanın ən müasir, ən qabil və qadir ordusu kimi pərvəriş tapmasının nəticəsi, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.

Ali Baş Komandanın ötən illərdə və ikinci Qarabağ müharibəsində haqq işimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və düşmənin işğalçı siyasətinin alt-üst edilməsi yönümündə apardığı uğurlu diplomatik və təbliğati fəaliyyəti dünyada ictimai fikrin düzgün formalaşmasına xidmət etdi. Azərbaycan rəhbəri özünün qətiyyətli davranışları, dərin təhlilləri, gündəlik müsahibələri ilə düşmənin kimliyi barədə əsl həqiqətləri ard-arda ortaya qoydu. Ermənistanın zora, havadar köməyinə, cəzasızlıq arxayınçılığına əsaslanan hərbi-siyasi mahiyyətini, necə deyərlər, bənd-bənd dünyanın müzakirə predmetinə çevirə bildi. Tez-tez heç bir məntiqə söykənməyən gülünc bəyanatlar verən, özündən müştəbeh, hərdəmxəyal baş nazir Nikol Paşinyan və onun üzdəniraq hakimiyyət komandasının üzvləri bütün bunlardan elə ciddi dərs aldılar ki, çətin bir də özlərinə gəlib toparlana bilsinlər. Obrazlı şəkildə desək, cənab İlham Əliyev ikinci Qarabağ savaşı ilə nikolların hiyləgər, məkrli niyyətlərinə adi nöqtə deyil, böyük bir nida işarəsi qoydu. Qalib Azərbaycanın irəli sürdüyü şərtlər məğlub Ermənistan tərəfindən sözsüz və birmənalı qəbul edildi.

Bir hüquqşünas kimi qeyd etməyi vacib sayıram ki, dövlətimizin başçısı həmin günlərdə dünyanın aparıcı telekanallarına, qəzet və saytlara verdiyi müsahibələrdə beynəlxalq hüququ çox dərindən bildiyini, təcavüzkar Ermənistandakı, eləcə də müəyyən tapşırıqlarla köntöy və naqolay suallar verən bəzi xarici jurnalistlərin təmsil etdikləri ölkələrdəki haqsızlıqlardan hərtərəfli xəbərdar olduğunu dilə gətirərək onları susdurdu. Hər kəs dünyanın ikili siyasət üzərində bərqərar olduğuna bir daha inandı. Düşmən ölkənin yalan təbliğatına uyanlar, ona qahmar çıxanlar da eşidib bildilər ki, ermənilərin nə düz-əməlli milli tarixi, nə öyünməli halal vətəni, torpağı var, nə də mədəni keçmişi olub. Qapılarda sülənib gəzə-gəzə özünə gün ağlamaq, qaşına-qaşına ocaq başına keçmək, cürbəcür imitasiya oyunları çıxarmaq, kürəklərə xəyanət bıçağı saplamaq onların mənfur xislətindən irəli gəlir.

Azərbaycanın halal haqqı olan qələbəsi qarşı tərəfin özü haqqında uydurduğu “məğlubedilməzlik” mifini birdəfəlik heçə endirdi. Bu müharibədə biabırcasına uduzan düşmənin namərd əxlaqı bir daha özünü göstərdi. Döyüş meydanlarında, səngərlərdə Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxub qaçan, hərbi texnikasını və silah-sursatını atıb fərarilik edən dırnaqarası qəhrəmanlar müharibə qanunlarına zidd olaraq cəbhə xəttindən uzaq şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya topları ilə atəşə tutur, dinc əhalini hədəf seçirdilər. Acınacaqlı olsa da, dəqiq faktdır ki, sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan tərəfindən Azərbaycana 30 mindən artıq mərmi atılıb. 94 mülki şəxs qətlə yetirilib, 400-dən artıq şəxs yaralanıb. 28 abidə, 50 məktəb dağıdılıb. Amma bütün bunların düşmənə heç bir xeyri olmadı. Biabırçı məğlubiyyətdən qaça bilmədi, necə ki, törətdiyi vandalizm aktlarına, mülki obyektlərə, təbiətə vurduğu ziyana görə haqq divanından da qaça bilməyəcək.

Bu günlərdə Füzuli və Cəbrayıla səfər edən Prezident İlham Əliyev orada törədilmiş barbarlığın təfərrüatlarına da diqqəti cəlb edib. Bildirib ki, işğal edilmiş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıb, şəhərləri yerlə-yeksan edib, evləri, məktəbləri yandırıb, ağacları, elektrik xətlərini qırıb. “Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim

şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib” – deyən dövlətimizin başçısı ermənilərin 30 il ərzində ərazilərimizə vurulan ziyana, törədilən vandalizmə, vəhşiliyə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini bildirib.

Bizim qələbəmiz isə məhz mərdanə mübarizəmizin məntiqi nəticəsidir. İkinci Qarabağ müharibəsi Azərbaycanın şərəf tarixində yeni səhifələr açdı. Möhtərəm Prezidentimizin yeritdiyi düzgün strateji xətt qələbənin təmin olunmasına misilsiz töhfələrini verdi. Həm də səmərəsiz sülh danışıqlarının illərcə uzanmasına hansı dairələrin bilərəkdən göz yumduğuna, status-kvonun ermənilərlə yanaşı, daha kimlərin marağına xidmət etdiyinə aydınlıq gətirdi. Hər kəs şahidi oldu ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasının təmin edilməsində işğalçı Ermənistanla yanaşı, çoxları maraqlı deyilmiş...

Bu tarixi günlərdə xalqımıza qələbə sevinci bəxş edən Prezident İlham Əliyevə və xilaskar ordumuza bir daha minnətdarlıq edirik. Sonsuz qədirbilənlik duyğusu ilə bildiririk ki, faşist ideologiyalı Ermənistan rəhbərliyini həm döyüş meydanlarında, həm də danışıqlar masası arxasında diz çökməyə məcbur etmiş Müzəffər Ali Baş Komandanımız da, Vətən müdafiəçilərimiz də əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Düşmən ordusu darmadağın edilərək tam məğlub durumda geri çəkilməyə məcbur oldu. Beləliklə, 30 illik haqsızlığa, zülmə, məhrumiyyətlərə son qoyuldu, tarixi ədalət birdəfəlik bərpa edildi.

Peşə bayramımız, bax, belə unudulmaz günlərə təsadüf edir. Son illərdə ölkəmizdə məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmanda məhkəmələrin işinin müasir çağırışlara uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi qanuni tələb kimi rəsmiləşib. Məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması yönümündə verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Ötən dövr ərzində ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna önəmi olan dövlət sənədinin icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfiqurasiyanın şahidi oluruq. Digər mühüm istiqamət ədalətli məhkəmə araşdırılması hüququnu tam təmin edən məhkəmə ekspertizası fəaliyyətinə aiddir. Məhkəmələrdə baxılan bütün işlərin təkmil prosedurlar əsasında aparılması keyfiyyət göstəricilərinə müsbət təsir edəcəkdir.

Qeyd etmək xoşdur ki, işğaldan azad olunmuş ərazilərimizdə tezliklə ədliyyə və məhkəmə qurumları da öz peşə fəaliyyətlərini uğurla icra edəcəklər.

Böyük inamla bildirmək istəyirəm ki, hər birimiz bundan sonra da ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalacaq, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiq yardımçı olacağıq.

Ilqam HƏSƏNQULIYEV, Yardımlı Rayon Məhkəməsinin

sədri

Iyirmi ildir ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 22 noyabr Ədliyyə Işçilərinin Peşə Bayramı günü kimi qeyd olunur. Amma builki bayram bütün ədliyyə orqanlarında əvvəlkilərdən daha böyük ruh yüksəkliyi ilə keçirilir. Çünki bayram bayrama qarışıb. Artıq bir neçə gündür ki, xalqımız 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş doğma Qarabağımızın mənfur düşməndən təmizlənməsinin – Böyük Qələbəmizin və Böyük Qayıdışımızın sevincini yaşayır. Biz ədliyyə işçiləri də Vətən müharibəsində qazanılan qələbədən duyduğumuz fərəhi Müzəffər Ali Baş Komandanımızın və qəhrəman hərbçilərimizin peşə bayra-mımıza əvəzsiz hədiyyəsi, töhfəsi sayırıq.

Page 11: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə 11

Bərdə Suvarma Sistemləri İdarəsi “Mirzəxan 1 elektrik nasos stansiyasının əsaslı təmiri üçün material və ehtiyat hissələrinin” satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender 1 (bir) lot üzrə keçiriləcəkdir.Lot- 1.“Mirzəxan 1 elektrik nasos stan-

siyasının əsaslı təmiri üçün material və ehtiyat hissələrinin” satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Mahmudov Nəriman Əziz oğlu.

Ünvan-Bərdə şəhəri, Zöhrabbəyov küçəsi 10.

E-mail: [email protected] 0202082560.Maraqlananlar tenderin əsas

şərtlər toplusunu (əsas şərtlər toplu-su Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesa-ba 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-Bərdə SSİBank rekvizitləri-• H/h- AZ10C-

TRE00000000000002355101• VÖEN- 4000209121• Bank- Dövlət Xəzinədarlığı Agentliyi• VÖEN- 1401555071• Kod- 210005• M/h- AZ-

41NABZ01350100000000003944• S.W.İ.F.T: CTREAZ22Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qayda-da elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağı-dakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət

göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanla-rından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 11 dekabr 2020-ci il saat 10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 21 dekabr 2020-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmaya-caqdır.

Tender təklifi zərfləri 22 dekabr 2020-ci il saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

“Azərsu” ASC daxili vəsaiti hesabına ümumi isitmə və soyutma

sistemlərinin təmiri işlərinin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR Kotirovka sorğusunda iddiaçı kimi

iştirak etmək istəyənlər aşağıdakı ün-vana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Satınalmaların İdarə Olunması Departamenti rəisinin müavini (əlaqələndirici şəxs – Murad Abışevə, telefon- 431 47 67/1087 və Elvin Məlikliyə, 431 47 67/2253) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər im-zalanıb möhürlənmiş kotirovka təkliflərini 25 noyabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 26 noyabr 2020-ci il saat 12.00-da açılacaq-dır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı pro-sedurunda iştirak edə bilərlər.

Tender komissiyası

B I L D I R I Ş “Xalq qəzeti”nin 15 avqust

2020-ci il tarixli nömrəsində dərc edilmiş və 2020-ci il av-qustun 14-də etender.gov.az saytında yerləşdirilmiş 2020-ci ildə Azərbaycan Respub-likasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı yeni proq-ram təminatlarının yaradıl-ması, o cümlədən proqram

təminatı məhsullarının funk-sionallığının genişləndirilməsi və servis xidmətlərinin göstərilməsinin satın alınma-sına aid açıq tender elanı ilə əlaqədar “Dövlət satınalma-ları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən malgöndərənin sorğusuna ca-vab olaraq şərtlər toplusunda dəyişikliklər edilmişdir. Ona

görə də satınalmada iştirak üçün tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 10 dekabr 2020-ci il saat 15.00-a, tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 18 dekabr 2020-ci il saat 15.00-a, zərflərin açılışı tarixi və vaxtı isə 21 dekabr 2020-ci il saat 15.00-dək artırılmışdır.

B I L D I R I Ş Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm

Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təlimçilər üçün idman vasitələrinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender müsabiqəsində “GRAVİTY LTD” MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

B I L D I R I Ş Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm

Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsərrüfat mallarının satın alınması ilə əlaqədar keçirilmiş açıq tender müsabiqəsində “GRAVİTY LTD” MMC qalib şirkət elan olun-muş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

B I L D I R I Ş “Xalq qəzeti”nin 13 oktyabr 2020-ci il tarixli

nömrəsində “Azərsu” ASC-nin daxili vəsaiti hesabına “Bakı sukanal” idarəsinin balansında olan kanalizasiya və nasos stansiyalarında görüləcək təmir işlərinin satın alın-ması məqsədilə dərc edilmiş elektron satınalmada pod-ratçıların verdiyi qiymət təklifləri ehtimal edilən dəyərdən artıq alındığı üçün tender proseduru ləğv olunur.

Tender komissiyası

B I L D I R I Ş Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm

Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “www.shahdag.az” vebsaytına illik texniki baxış xidmətinin satın alınması üçün keçiril-miş kotirovka sorğusunda “Dreams.az” MMC qalib elan olunmuş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

B I L D I R I Ş Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm

Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hava və tüstü bacalarının təmizlənməsi xidmətinin satın alınması üçün keçirilmiş kotirovka sorğusun-da Azərbaycan Respublikasının “Yanğın” Texniki İstehsalat Mərkəzi qalib elan olunmuş və həmin mərkəzlə müvafiq satınalma müqaviləsi bağlanıl-mışdır.

B I L D I R I Ş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı

Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yerli qurumlar üçün dəftərxana və təsərrüfat malları-nın satın alınması ilə əlaqədar 2020-ci il sentyabrın 8-də keçirilmiş elektron açıq tenderdə “Euro Office Group” MMC qalib gəlmiş və həmin şirkətlə müqavilə bağlanılmışdır.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı

Səhmdar Cəmiyyətiyuyucu vasitələrin satın alınması

məqsədilə müsabiqə elan edirMüsabiqədə iştirak etmək istəyən şəxslər

www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il noyabrın 30-u saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1176.

Məhz bu səbəbdən operativ qərargah bir sıra məhdudiyyətlərin tətbiqinə qərar verib. Belə ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti 21 noyabrdan 28 dekabradək dayandırılır. Bundan başqa, şənbə və bazar günlərinə başqa məhdudiyyətlər də əlavə olaraq qəbul edilib. Deməli, bu həftədən, yəni 21 noyabrdan 28 dekabradək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır. Eyni zamanda, xüsusi karantin rejimi-nin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. Xatırladaq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır və maskasız vətəndaşların cərimələnməsi nəzərdə tutulur.

Operativ qərargahın brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyası-nın xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev bildirib ki, xəstəxanalarda yer sayının azalması narahatedicidir. Bu səbəbdən də 28 dekabr 2020-ci ilədək ölkə üzrə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib. Qeyd olunmalıdır ki, tibb sisteminin professionallığı sayəsində Si-lahlı Qüvvələrin şəxsi heyətində yoluxma baş verməyib. Bildirib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin tərkibinə daxil edilən hər kəs testdən keçirilir: "Tibbi personalın yükünün qarşısını almaq üçün məsuliyyət göstərməyimiz vacibdir. Yaralı əsgərlərimizin koronavirusa yoluxmasının qarşısını almaq da tibb sisteminin məsuliyyətidir".

Mütəxəssislər bildirirlər ki, hər gün virusa yeni yoluxan xəstələrin sayı artdığından, tibb müəssisələrində yüngül simptomlu COVID – 19 diaqnozu təsdiqlənmiş insanların müalicəsi aparılmır. Belə xəstələr ərazidə yaradılmış COVID məntəqələri ilə əlaqə saxlayır və

evdə müalicə alırlar. Bəzi insanlar isə virusun əlamətlərini hiss etsələr də, həkimə müraciət etmədən, eşitdikləri dərmanlarla müalicəyə başlayırlar. Operativ qərargahın brifinqində Hikmət Hacıyev bu barədə də danışdı. O, son günlərdə özünümüalicə hallarının sayının

artdığını, insanların son məqamda xəstəxanaya müraciət etdiklərini bildirib və deyib ki, bu da müalicənin gedişində çətinlik törədir və sağal-maya əngəl yaradır.

Acınacaqlı hal odur ki, Azərbaycanda da həkimlər ara-sında koronavirusa yoluxmalar davam edir. Bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, bütün dünyada risk qruplarından ilk yerdə olan həkimlərdir: “Çünki onlar bilavasitə xəstələrlə işləyirlər. Dünya statistikasında yoluxmaların 20 faizini məhz həkimlər təşkil edir. Biz də həkimlərin koronavirusa yo-luxmaması istiqamətində işlər apa-rırıq. Bütün tibb müəssisələrində yoluxmaları izləyirik. Yerində bununla bağlı lokal tədbirlər həyata keçirilir”. Y.Qarayeva təəssüflə bil-

dirib ki, amma buna baxmayaraq, həkimlərimizdən nəinki yoluxanlar, hətta həyatlarını itirənlər var. O, həmçinin deyib ki, yoluxmamaq üçün maskadan mütləq istifadə etməliyik, başqa əlacımız yox-dur: “Hələ bugünkü gündə hazır olan və tətbiqinə başlana biləcək

peyvəndlərdən söhbət getmir. Namizəd olan peyvəndlərin tətbiqinə isə gələn ilin aprelindən başlanılması gözlənir”.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qeb-reyesus “Moderna” şirkətinin istehsal etdiyi vaksinlərin effektiv-liyini müzakirə edərkən bildirib ki, koronavirus pandemiyasına son qoymaq üçün bir peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi, kütləvi testlərin apa-rılması və yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki tək çox vacibdir. KİV-də gedən məlumata görə, Amerikanın “Moderna” şirkətinin ekspertləri tərəfindən yaradılmış peyvəndin üçüncü, yəni sonuncu, klinik sınaq mərhələsi zamanı onun effektivliyinin 94,5 faiz təşkil etdiyi məlum olub. Sınaqlar zamanı 95

nəfərin koronavirusa yoluxma-sı səbəbindən onlara peyvənd əvəzinə plasebo təyin edilib. Xəstəliyi ağır formada keçirən 11 nəfərin hamısının nəzarət qrupun-da olan, yəni plasebo təyin olun-muş pasiyentlərdən ibarət olduğu bildirilir.

Xatırladaq ki, ötən həftə “ Pfizer” şirkəti “BioNTech” adlı alman firması ilə birgə hazırladığı vaksi-nin müsbət təsirə malik olduğunu bəyan etmişdi. Doktor Tedros, həmçinin deyib ki, klinik sınaqlar başa çatandan və vaksin bazara çıxarılandan sonra da, ona qarşı məhdudiyyət qoyulacaq. “Təklifə əvvəldən məhdudiyyət tətbiq ediləcək. Üstünlük ilk növbədə, tibb işçilərinə, qocalara və risk qrupuna daxil olan digər kateqori-yadan olanlara veriləcək. Bu, ölüm hallarının sayını azaltmağa və səhiyyə sistemini dəstəkləməyə im-kan verəcək. Lakin bundan sonra virusun yayılması üçün daha çox

imkanlar yaranacaq”, – deyə doktor Tedros bildirib.

O, ÜST-də vaksinlərin effektiv-liyi ilə bağlı xəbərləri “nikbinliklə” qəbul etdiyini və hazırda vəziyyətin bir çox ölkələrdə ürəkaçan olma-dığını qeyd edib. “Bəzi ölkələrdə xəstələrin sayının artması bizi çox

narahat edir. Avropada, Cənubi və Şimali Amerikada səhiyyə sistemləri və tibb işçiləri bu sahədə daha çox çalışırlar”, – deyə doktor Tedros vurğulayıb.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq Aydın Əliyev pan-demiyanın sürətləndiyi günlərdə hər kəsin əməl etməli olduğu qay-daları tərtib edib.

1. Qapalı məkanlarda maska geyinmək vacibdir!

2. Açıq məkanlarda maska geyinmək məsləhətdir!

3. Əllə görüşmək olmaz!4. Qucaqlaşmaq olmaz!5. Öpüşmək olmaz!

6. Yas yerlərinə getmək olmaz!7. Hərarətiniz varsa, bayıra

çıxmaq olmaz!8. Qızdırmanız varsa, poliklini-

kanın sahə həkiminə, effekt olmasa təcili yardıma zəng edin!

9. Qorxmayın, panik olmayın! Qorxu, panika və stress immun

sistemini zəiflədir!10. Özbaşına hər hansı

müalicə, sistem və dərman prepa-ratı qəbul etməyin!

11. Koronavirus xəstəliyi qorxu-lu deyil, qorxmayın!

12. Uşaqlar, yeniyetmələr və gənclər 99 faiz hallarda COVID–19 xəstəliyini yüngül keçirir.

13. Əgər şəkərli diabet xəstəliyiniz varsa, koronavirusun hər hansı əlamətini özünüzdə hiss edirsinizsə – qızdırma, halsızlıq, öskürək, boğaz ağrısı, iybilmə və dadbilmə hissinin pozulması və s. dərhal təcili yardıma müraciət edin!

14. Belə şikayətləriniz varsa, işə getməyin! Kimi isə yoluxdurub həyatına son qoya bilərsiniz, lütfən, başqalarını da düşünün!

15. Gün ərzində bir neçə dəfə əllərinizi etil spirti əsaslı dezin-fektantlarla dezinfeksiya edin və sabunlu su ilə yuyun!

16. Adi, şəffaf qoruyucu eynəklərdən istifadə edin.

17. Bu qaydalara əməl etməyən insanlara irad bildirin!

18. Bütün qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayaq!

Daha nə deyək, kimin, hansı tövsiyələrini vətəndaşlara çatdıraq ki, onlar özlərini virusa yoluxmaq-dan qorusunlar? COVID – 19 çağırılmamış, təhlükəli qonaqdır. Məqsədi bilinsə də, gəlişi bilinməz. Onun qarşısını almaq üçün ancaq qorunmaq lazımdır ki, bunun yolları barədə də yuxarıda yazdıq. Qalır: əməl etmək!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sağlamlığınız sizdən asılıdırCOVID–19-u unutmayın və qaydalara əməl edin!Azərbaycanda oktyabrın 10-dan sonrakı dövr

ərzində COVID – 19-a yeni yoluxma sayında 10 dəfə artım müşahidə edilir. Bunu Ümumdünya

Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Qış fəslinin gəlməsi ilə əlaqədar şimal yarımkürəsindəki bütün ölkələrdə virusa yoluxmada artımın müşahidə edildiyini deyən H.Harmancı qeyd edib ki, bu, dünya, eləcə də Azərbaycan üçün önəmli məsələdir: “Xəstəlik təhlükəsi hələ davam edir. Biz bunu eşitməkdən yorula bilərik, amma virus insanları yoluxdurmaqdan yorulmadı. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da vəziyyət ciddidir”.

Page 12: DOST sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıya çevrilibxalqqazeti.com/pdf/SAYT-21.pdf · 2020. 5. 20. · məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial

21 noyabr 2020-ci il, şənbə

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: "Xalq qəzeti"nin kompyuter mərkəzində yığılıb və səhifələnib, "Azərbaycan" nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

028261102606

40 qəpik

ABŞ

Dollar populyarlığını itirirÖtən ay dünya

birjasında avro beynəlxalq ödəniş üçün daha popul-yar valyuta olub.

Məlumata görə, avro bununla ilk dəfə 2013-cü ilin fev-ralından bu yana beynəlxalq ödəniş vasitəsi kimi dolları üstələyib. Belə ki, dünyada beynəlxalq ödənişlərin 37,8 faizinin avro, 37,6 faizinin isə dollarla həyata keçirildiyi bildirilib.

Məlumatı “Bloomberg” yayıb.

Almaniya

Merkelin açıqlaması Avropa İttifa-

qı (Aİ) ümid edir ki, koronavirusa qarşı hazırla-nan vaksin bu ilin sonunda, yaxud 2021-ci ilin əvvəllərində qeydiyyatdan keçiriləcək. Bunu Almani-

ya kansleri Angela Merkel açıqlayıb. Kansler bildirib ki, koronavirus əleyhinə peyvənd tam rəsmiləşdikdən sonra dünyada vaksinasiyaya başlanılacaq. O, peyvəndlə bağlı aparılan son işlərin ürəkaçan olduğunu söyləyib.

Xəbəri BBC verib.

Böyük Britaniya

Hərbi büdcə artırılır Böyük Britaniya

hərbi xərclərini son 30 ilin ən yüksək səviyyəsinə qaldırır. Hökumət tərəfindən müdafiə büdcəsinin qarşıdakı 4 ildə hər il, ən azı, 10 faiz artırılacağı açıqlanıb. Kosmos, kiber müdafiə və süni intellekt layihələrinə əlavə vəsaitlər ayrılacaq və yeni investisiyalar 40 min nəfərə iş imkanı yaradacaq.

Qeyd edilir ki, hazırda ölkənin illik hərbi büdcəsi 40 milyard funt-sterlinqdir.

Xəbəri “Euronews” verib.

Yeni qanun Böyük Britani-

yada 2030-cu ildən benzin və dizel yanacağı ilə işləyən avtomobillərə qadağa qoyulacaq. Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlama verib. O

deyib: “2030-cu ildən etibarən ölkədə benzin və dizellə işləyən avtomobillər və mikroavtobuslar satılmayacaq. Bunun üçün yeni qanun qəbul olunub”.

Bildirilir ki, bu qərar baş nazirin yaşıl sənaye inqilabı adlandırdığı planın bir hissəsidir. Yeni qanunun qəbul olmasında məqsəd ölkədə iqlim dəyişikliyi və nüvə sənayesində irəliləyiş əldə etməkdir. Planın həyata keçirilməsi üçün büdcədən 4 milyard funt-sterlinq vəsait ayrılıb.

Məlumatı “AutoCar” yayıb.

İtaliya

Rafael Leau zədələnib İtaliyanın “Mi-

lan” futbol klubunun hücumçusu Rafael Leau zədələnib. Bildirilir ki, 21 yaşlı hücumçu Portu-qaliya millisinin düşərgəsində sı-radan çıxıb. Onun, ən azı, 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, R.Leau bu mövsüm 10 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbəri “Futbol.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

ÂNoyabrın 21-də ÂBakıda və Abşeron yarımadasında

buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mü-layim cənub-şərq küləyi əsəcək. Gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.

ÂNaxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 7-12° isti olacaq.

ÂYuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo-calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8, gündüz 1-3° şaxta olacaq.

ÂQazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 6-10° isti olacaq.

ÂBalakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saat-larında duman olacaq. Qərb küləyi əsəcək,

ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

ÂMərkəzi-Aran: Mingəçevir, Yev-lax, Göyçay, Ağdaş, Kürdəmir, İmiş-li, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7, gündüz 8-12° isti olacaq.

ÂMasallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-7, gündüz 8-11, dağlarda gecə 0-3, gündüz 4-7° isti olacaq.

12

Asif Əsgərov Yusif İldırımzadəyə atası, yazıçı-jurnalist

ƏLİ İLDIRIMOĞLUNUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

“Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətov Hacıbala Abutalıbova qardaşı

OSMAN ABUTALIBOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

“Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətov Yusif İldırımzadəyə atası, əməkdar jurnalist

ƏLİ İLDIRIMOĞLUNUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

“Azərsu” ASC-nin rəhbərliyi və kollektivi səhmdar cəmiyyətin hüquq departamentinin rəisi Faiq Kazımova anası

ZÜBEYDƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi 16 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişova valideynləri

TELMAN MÜƏLLİMİN VƏ ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Pakistan Əfqanıstanda sülh yaradılması üçün səylərini davam etdirəcək

“Anadolu”nun verdiyi məlumata görə, İmran Xan deyib ki, Pakistan qonşu Əfqanıstanda sülh yara-dılmasında region ölkələri arasında hamıdan çox ma-raqlıdır: “Rəsmi İslamabad “Taliban”la ABŞ, daha sonra isə bu hərəkatla Əfqanıstan hökuməti arasında dialoqun inkişaf etdirilməsində vacib rol oynayıb. Əfqan xalqı on illərdən bəri davam edən zo-rakılıqdan çox əziyyət çəkib. Əfqanıstanla sərhəddəki ərazidə yaşayan tayfalarımız da terrorizmdən az zərər görməyib”.

Pakistanın Baş naziri qeyd edib ki, Əfqanıstan ərzisindəki terrorçuların hərəkətləri səbəbindən Pakistan milyardlarla rupi həcmində itkiyə məruz qalıb. Onun sözlərinə görə, sərhədin hər iki tərəfində yaşayan xalqlar sülh, mehri-ban münasibətlər və ticarət

əlaqələrinin qurulmasını istəyirlər: “Yaxın perspektivdə qarşılıqlı əlaqələrimiz daha da inkişaf edəcək”.

Qeyd edək ki, son illərdə Pakistan regionda terrorizmə qarşı mübarizə işinə ciddi töhfələr verir. Bu ölkə mərkəzi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İslam Ölkələri Antiterror Hərbi Koalisiyasının işində də

yaxından iştirak edir. Bu yaxınlarda İslamabad ko-alisiyanın qərargahına öz nümayəndəsini göndərib.

Səudiyyə Ərəbistanı Krallığının yaydığı rəsmi məlumata görə, İslamabad hərbi nümayəndəsi qərargahda təmsil olu-nan 24-cü İslam ölkəsidir. Pakistan mühüm müsəlman

dövlətlərindən biri kimi, gələcəkdə koalisiyanın fəaliyyətində daha yaxından iştirak etmək niyyətindədir. Qeyd edək ki, İslam Ölkələri Antiterror Hərbi Koalisiyası 2015-ci il dekabrın 15-də ya-radılıb. Koalisiyanın 44 rəsmi üzvü olsa da, onların bir çoxu, xüsusən, Afrika ölkələri qərargahda təmsil olunmur.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

SÜLEYMAN SOYLU: 2021-ci ilin sonuna qədər Türkiyədə PKK təhlükəsi aradan qaldırılacaq

Nazir ölkənin bir çox rayonlarında yaraqlıların sayının azaldığını bildirib

� Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bəyan edib ki, gələn ilin ortalarına qədər Türkiyə ərazisində PKK terror təşkilatı təhlükəsi aradan qaldırılacaq. Nazir özünün buna tamamilə əmin olduğunu vurğulayıb.

S.Soylu sonra qeyd edib ki, hazırda ölkə ərazisində PKK terrorçularının sayı 340-dən çox deyildir. Onun sözlərinə görə, yaraqlıların məqsədi Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaqdır. Onlar bu niyyətlərinə çatmaq üçün qanlı terror aktları törətməkdən çəkinmirlər.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bildirmişdi ki, PKK terror təşkilatının yaraqlıları 1984-cü ildən başlayaraq, 2020-ci ilin martına qədər saysız-hesabsız ağır terror aktları

törədiblər. Terrorçularla mübarizədə Türkiyənin təhlükəsizlik orqanlarının 7500 əməkdaşı və 6800 dinc sakin həlak olub.

Məlumdur ki, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib. Qeyd edək ki, rəsmi Ankara PKK ilə bağlı problemi sülh yolu ilə nizamlamaq üçün dəfələrlə cəhdlər edib. Lakin terrorçular 2015-ci ilin iyulundan hücumlarını bərpa edib.

Son illər PKK təşkilatı öz qanlı əməllərini törəmə qurumlarının üzərinə atmağa çalışır. Suriyadakı PKK-nın törəmə qurumları son iki ilə qədər PYD və YPG adları ilə fəaliyyət göstərirdilər. Hazırda terrorçular özlərini “Suriyanın demokratik qüvvələri” adlandırırlar. İranda isə PKK “Kürdistanın azad həyat partiyası” (PJAK) adı ilə fəaliyyət göstərir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

İslamabad Əfqanıstanda zorakılığın maksimum dərəcədə azaldılması və möhkəm sülhün bərqərar olması üçün öz səylərini göstərməkdə davam edəcək. Bu barədə Pakistan İslam Pespublikasının Baş naziri İmran Xan Kabildə Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə birgə keçirilmiş mətbuat konfransında bəyan edib.

Bildirilir ki, yeni strategiya çərçivəsində 2050-ci ildə Avropa İttifaqın-da 300 kilovat dəniz külək enerjisinin istifadə oluna-cağı gözlənilir. Məlumata görə, bunun üçün Portuqa-liya dənizlərində müəyyən imkanlar var.

Tədbirdə qeyd edilib ki, Avropa İttifaqının yeni strategiyası bütün Avropa sahillərinin bu enerjidən faydalanmasını təmin etməyi hədəfləyir və üzən turbinlərin tətbiqini dəstəkləyir.

Bildirilib ki, hazırda Av-ropada yalnız iki kiçik üzən

külək stansiyası var, bunlar-dan biri Portuqaliyanın Viana-du-Kaştelu dəniz limanında quraşdırılıb. Onun üzərində gücü 25 MVt olan üç turbin işləyir. 2022-ci ildə gücün 300 MVt-a, 2030-cu ildə isə 7 GVt-a qədər genişləndirilməsi gözlənilir.

Qeyd edilib ki, dəniz külək qurğularından 2050-ci ildə əldə olunacaq enerji Avro-pada bu istiqamətdə əldə edilə biləcək bütün gücün üçdəbirini təşkil edəcək.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

“Belta” agentliyinin məlumatına görə, Brüsseldə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans və enerji üzrə komissar Kadri Simson tərəfindən bərpa olunan dəniz enerji mənbələri üçün yeni Avropa strategiyası təqdim olunub.

Yeni Avropa strategiyası təqdim olunub

Portuqaliya Aİ-dən 10 milyon avro yardım alacaq

Agentlik yazır ki, bu vəsait Avropa Qırmızı Xaç Komissi-yası tərəfindən yeddi ölkədə koronavirusla mübarizə

məqsədilə testləşdirmə imkanlarını genişləndirmək üçün ayrılan 35,5 milyon avronun bir hissəsidir.

Bildirilir ki, diaqnostik testlər Portuqaliya, Avstriya, Almaniya, Yunanıstan, İtaliya, Malta və İspaniyada Milli Qırmızı Xaç cəmiyyətləri tərəfindən həyata keçiriləcək.

Qeyd edilir ki, Portuqali-

yada 243 mindən çox insan koronavirusa yoluxub, 3 min 701 nəfər bu xəstəlikdən vəfat edib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Euronews” agentliyinin yaydığı məlumata görə, Portuqaliya Qırmızı Xaç Cəmiyyəti (CVP) Avropa İttifaqından (Aİ) koronavirusla mübarizəyə dəstək proqramı çərçivəsində COVID – 19 infeksiyasına qarşı ekspres-testlər və tibbi ləvazimat alınması üçün 10 milyon avro yardım alacaq.

Həftəsonu neftin qiyməti � Dünya bazarında “qara qızıl”ın qiyməti

artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,48 faiz artaraq bir bareli 44,37 dollar olub.

Nyu-York Əmtəə Birjası-nın məlumatına görə, Texas sortu adlandı-rılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,31 faiz artaraq bir bareli 41,22, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,5 faiz artaraq bir vareli 45,10 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC+ dövlətləri hasilatı azalt-maq barədə razılaşmaya daha dəqiq əməl etsəydilər dünya bazarında “qara qızıl”ın qiyməti daha yüksək olardı.

Dünya bazarında “qara qızıl”ın qiymətinin artması neft hasil və ixrac edən dövlətlərin milli valyutasına da müsbət təsir göstərib və dollara nisbətdə onlar möhkəmləniblər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”