budce 111213

76
AZƏRBAYCANIN BÜDCƏ SİSTEMİ 2014-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN ANALİZİ 11.12.2013

Upload: fuezuli-aliyev

Post on 14-Jul-2015

954 views

Category:

Documents


5 download

TRANSCRIPT

Page 1: Budce 111213

AZƏRBAYCANIN BÜDCƏ SİSTEMİ

2014-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN ANALİZİ

11.12.2013

Page 2: Budce 111213

AZƏRBAYCANIN BÜDCƏ SISTEMI VƏ 2014-CÜ IL

DÖVLƏT BÜDCƏSININ ANALIZI

Elçin SÜLEYMANOV

Qafqaz Universiteti

Maliyyə Kafedrası[email protected]

https://qafqaz.academia.edu/Elchin

https://www.researchgate.net/profile/Elchin_Suleymanov/

http://fi.qu.edu.az/az/staff/elsuleymanov/

http://my.indexcopernicus.com/elchin

http://papers.ssrn.com/sol3/cf_dev/AbsByAuth.cfm?per_id=1806406

http://scholar.google.com/citations?user=oFHXIcEAAAAJ&hl=en

http://academic.research.microsoft.com/Author/49477910

Page 3: Budce 111213

Büdcənin İqtisadi Mahiyyəti

Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta, torba

mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi

leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur.

Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və

özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə

və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və

istifadə olunması üçün əsas maliyyə sənədidir.

Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət

hakimiyyəti və bələdiyyə orqanlarına onların fəaliyyətini yerinə yetirməyə

imkan verir. Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən

ölkədə vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin və

Ümumdaxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul

vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın

dövlət tərəfindən tənzimlənməsini həyata keçirir.

Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul

münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks

etdirir.

Page 4: Budce 111213

Büdcə Nədir?• Büdcə -ölkənin sosial-iqtisadi

inkişafı və dövlətə məxsus əsas

funksiyaların yerinə yetirilməsi

üçün lazım olan pul vəsaitinin

yığılmasını və istifadəsini əks etdirən əsas maliyyə sənədidir

Page 5: Budce 111213

DÖVLƏT BÜDCƏSİNİN MƏQSƏDİ

• ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;

• iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;

• mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.

• ölkənin iqtisadi,sosial və digər strateji programlarının və problemlərinin həlli

Page 6: Budce 111213

büdcə sisteminin vahidliyi;

büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü;

müxtəlif səviyyəli büdcələrin müstəqilliyi;

büdcənin balanslaşdırılması;

büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının həmin

büdcələrdə tam əks etdirilməsi;

büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi;

büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi

aşkarlıq;

büdcənin həqiqiliyi;

büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri.

Page 7: Budce 111213

Büdcələrin tənzimləyici gəlirləri - bu dövlət büdcəsinin yerli (bələdiyyə)

büdcələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında

təyin olunmuş maliyyə vəsaitidir.

Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının

büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək

məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün

dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli

büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş

müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.

Subsidiya – dövlət büdcəsindən digər Naxçıvan Muxtar Respublikasının

büdcəsinə, yerli büdcələrə büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən

maliyyə vəsaitidir.

Büdcə ssudası – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının

büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə

təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən

maliyyə vəsaitidir.

Page 8: Budce 111213

Büdcələrarası Münasibətlərin Prinsipləri

Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli (bələdiyyə) büdcələrin

Azərbaycan Respublikasının dövlət büdcəsi ilə münasibətlərinin eyniliyi.

Azərbaycan Respublikasının büdcə hüququnun, Naxçıvan Muxtar

Respublikasının büdcə hüququnun və yerli (bələdiyyə) büdcələri

hüquqlarının eyniliyi;

Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində tənzimləyici

gəlirlərin bölgüsü;

Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində gəlirlərin bölgüsü;

Page 9: Budce 111213

Yerli Büdcələrin Xüsusi Və Tənzimləyici Gəlirlərinin

Ümumi Sxemi

Yerli (bələdiyyə) büdcələri

Yerli (bələdiyyə) büdcələri Yerli (bələdiyyə) büdcələri

Müvafiq büdcələrin

vergi gəlirləri.

Müvafiq büdcələrin

vergi gəlirləri.

Dövlət

vergilərindən

ayırmalar

Məqsədli

büdcə

fondlarından

vəsaitlər

Yuxarı

büdcələrdən

dotasiya,

subvensiya və

subsidiya

Qarşılıqlı

hesablaşma

qaydasında

yuxarı

büdcələrdən

daxilolmalar

Rüsum,

yığım,

ödənişlər və

haqlar

Page 10: Budce 111213

«Vergi Məcəlləsi»ndə göstərilmiş dövlət vergiləri (fiziki

şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, ƏDV,

aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin

torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi);

gömrük rüsumları və digər gömrük ödənişləri;

dövlət rüsumları.

Page 11: Budce 111213

dövlət mülkiyyətində olan əmlakın istifadəsindən alınan gəlir,

Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının

səlahiyyəti çərçivəsində olan büdcə təşkilatları tərəfindən

göstərilən pullu xidmətlərdən gəlir;

mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlir;

inzibati tədiyyələr və rüsumlar;

cərimələr və sanksiyalar üzrə daxilolmalar;

-vergi olmayan sair daxilolmalar.

Page 12: Budce 111213

Büdcənin xüsusi gəlirlərinə qeyri-vergi gəlirləri aiddir:

dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz

edilməsindən gəlirlər;

Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli

özünüidarəetmə orqanları, həmçinin müvafiq orqanların tabeçiliyində olan

büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki-hüquqi,

inzibati və cinayət məsuliyyəti, o cümlədən cərimələr, müsadirələr,

kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər; həmçinin

Azərbaycan Respublikasının bütün səviyyələrdə olan dövlət hakimiyyəti

orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan vəsaitlər və icbari

qaydada götürülən məbləğlər;

Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəli büdcələrindən

maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər;

digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.

Page 13: Budce 111213

Büdcə Haqqında Qanun Layihəsinin Əsas

XarakteristikasıDövlət büdcəsi layihəsinin tərtibi prossesi növbəti büdcə ilinə 11 ay qalmış

başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə

təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Dövlət büdcəsinin formalaşdırılımasının birinci mərhələsində Azərbaycan

Respublikasının hökuməti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən

iqtisadiyyatın vəziyyətini əks etdirən makroiqtisadi göstəriciləri əsasında

növbəti maliyyə ilinə Azərbaycan Respublikasının iqtisadiyyatının fəaliyyət

proqnoz - planı işlənib hazırlanır.

Proqnoz-plan əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

növbəti maliyyə ilinə dövlət büdcəsinin gəlirlər və xərclər üzrə əsas

göstəricilərinin layihələrini hazırlayır. Azərbaycan Respublikası dövlət

büdcəsi xərclərinin funksional təsnifatına uyğun olaraq növbəti maliyyə ili

üçün dövlət büdcəsi xərclərinin bölgüsünü müəyyəe edir.

Page 14: Budce 111213

Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Hesablama

Palatasının, Mərkəzi seçki komissiyasının, Mərkəzi icra hakimiyyəti orqanlarının

fəaliyyətinin tə'min edilməsi;

məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyəti;

dövlət əhəmiyyətli beynəlxalq fəaliyyətin həyata keçirilməsi;

milli müdafiə və dövlətin milli təhlükəsizliyinin tə'min edilməsi, hərbi-sənaye

kompleksinin fəaliyyəti;

dövlət mülkiyyətinin saxlanılması;

Azərbaycan Respublikasının dövlət borcunun ləğv edilməsi;

seçkilərin və referendumların keçirilməsi;

dövlət investisiya proqramının həyata keçirilməsi;

sənaye sahələrinin dövlət tə'minatı;

elmi-tədqiqat işlərinin aparılması;

ətraf mühitin mühafizəsi;

fövqəladə halların nəticələrinin aradan qaldırılması;

bazar infrastrukturunun inkişafı;

kütləvi informasiya vasitələrinin işinin təşkili;

yerli büdcələrə maliyyə yardımı;

dövlət, bələdiyyə strukturularının səlahiyətləri çərçivəsində digər xərclər və s.

Page 15: Budce 111213

Büdcə təsnifatın

Büdcə təsnifatının məzmunu

Büdcə xərclərinin iqtisadi təsnifatı

Büdcə xərclərinin funksional təsnifatı

Büdcə gəlirinin təsnifatı

Büdcə təsnifatının tərkib elementləri

Page 16: Budce 111213

Büdcə təsnifatının məzmunu

Tərkibinə, mənbəyinə, istifadə istiqamətinə və digər təyinatlarına görə büdcənin

gəlirləri və xərcləri müxtəlifdir.

Büdcə təsnifatının strukturu və tərkibi Azərbaycan Respublikasının

qanunvericiliyinə əsasən müəyyən edilir.

Büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını və icrasını tənzimləyən

sənədlərdən biri də Azərbaycan Respublikasının Vahid Büdcə təsnifatıdır.

Azərbaycan Respublikasının büdcə təsnifatı Azərbaycan Respublikasının büdcə

sisteminin bütün səviyyəli büdcələrinin gəlirlərinin və xərclərinin, həmçinin bu

büdcələrin kəsirlərinin maliyyələşdirmə mənbələrinin qruplaşdırılması ilə müəyyən

edilir və Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin

tərtib edilməsində və icrasında, onun göstəricilərinin müqayisə edilməsində istifadə

olunur. Büdcə təsnifatı bütün büdcə idarə və təşkilatları üçün vacibdir və Azərbaycan

Respublikasının büdcə qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun qurulur.

Page 17: Budce 111213

Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan

mühüm tələbdir.

Müxtəlif səviyyəli büdcə sistemlərinin müstəqilliyi şəraitində təsnifat bütün büdcə

növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büdcə

göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.

Gəlirlərin və xərclərin detallaşdırılması, qruplaşdırılması büdcəyə daxil olan

göstəricilərin yoxlanmasını asanlaşdırır, daxilolmalann dinamik inkişafını, müxtəlif

gəlirlərin və xərclərin xüsusi çəkisini və ya hər hansı bir ehtiyacın, təlabatın ödənilməsini

müəyyən edir.

Təsnifat smetaların və büdcələrin məcmusuna şərait yaradır, onların iqtisadi təhlilini

asanlaşdırır, vəsaitlərin vaxtında büdcədə cəmlənməsinə, onlardan məqsədli istifadəsinə

nəzarəti sadələşdirir. Büdcənin icrası haqqında hesabat üzrə gəlir və xərclərin

müqayisəsinə şərait yaradır, maliyyə intizamına riayət edilməsinə, vəsaitlərin qənaətlə

istifadəsinə, maliyyə planlarının yerinə yetirilməsinə nəzarətə imkan verir.

Plan və hesabat göstəricilərinin müqayisəsi və təhlili büdcə fondlarının yaradılması və

istifadəsi haqqında əsaslı nəticə çıxarmağa, təklif verməyə və pul vəsaitlərinin iqtisadi və

sosial inkişafın əsas istiqamətlərinə yönəldilməsinə imkan verir.

Büdcə təsnifatı elementləri üzrə qruplaşdırılmış göstəricilərdən bacarıqla istifadə

edilməsi büdcə vəsaitlərinin real hərəkətini görməyə imkan verir və bu iqtisadi və sosial

proseslərin gedişinə fəal təsir göstərir.

Page 18: Budce 111213

Büdcə təsnifatının tərkib elementləri.

Büdcə təsnifatının tərkibi araşdırılmazdan əvvəl onun yaranma tarixinə nəzər

salmaq lazımdır.

Hələ XIX əsrin əvvəllərində rus iqtisadçısı M.Speranskiy özünün "Maliyyə

planı"nda xərclərin təsnifatını yaratmışdır.

Dövlət xərclərinin ixtisar edilməsi bu qaydalara əsaslanırdı: zəruri xərcləri

saxlamaq, faydalıları sonraya saxlamaq, artıq xərcləri isə kənara qoymaq. Əlbəttə,

bu prinsip I Aleksandrın hökmranlığı dövründə Rusiyada büdcə kəsirinin büdcə

xərclərində 85%-ə çatdığı bir şərait üçün nəzərdə tutulmuşdur.

Page 19: Budce 111213

idarəetmə növünə görə. Yə'ni burada idarəetmə orqanına xərclərin

nəzərdə tutulduğu göstərilir. Belə bölgü inzibati mənsubiyyətinə uyğun olaraq maliyyə

vəsaitlərinin bölgüsünü nəzərdə tutur.

zərurilik səviyyəsinə görə. Bu halda xərclər zəruri, faydalı, artıq,

faydasız xərclərə bölünür. Faydalı xərclər o zaman zəruri olar ki, onlar xalq

təsərrüfatı sahələrinin inkişafına sərf edilmiş olsun.

xərclərin məkanlığına görə. Burada xərclərin ümumdövlət və yerli

əhəmiyyətli olması nəzərdə tutulur. Ümumdövlət xərcləri dövlət büdcəsindən, yerli

əhəmiyyətli xərclər isə yerli büdcələrdən maliyyələşdirilməlidir.

xərclərin müddətliyidir. Bu xərclər adi və fövqəladə xərclərə

bölünür. Heç bir adi xərc fövqəladə xərclərə kifayət edə bilməz. Fövqəladə hallar üçün

nəzərdə tutulan vəsaitlər hazırda ehtiyat fondundan ödənilir.

sabitlik. Xərclərin ümumi həcmi daimi və dəyişkən ola bilər.

Xərclər təsnifatını yaradarkən M.Speranskiy bü bölgünü 5 meyara ayırmışdır:

Beşinci meyar-

Dördüncü meyar -

Üçüncü meyar -

İkinci meyar -

Birinci meyar -

Page 20: Budce 111213

Büdcə gəlirinin təsnifatı

Büdcə gəlırininin təsnifatı - büdcə sisteminə daxil olan büdcə gəlirinin

qruplaşmasıdır. Büdcə gəlirləri 4 kateqoriyadan ibarəldir: Vergilərdən

daxilolmalar (1.1), sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər

(1.4). Bıı kateqoriyalardan asılı olaraq büdcə gəlirlərinin təsnifatı dörd

səviyyədən: bölmə, yarımbölmə, maddə və yarımmaddədən ibarətdir.

Page 21: Budce 111213

Büdcə xərclərinin funksional təsnifatı

Büdcə xərclərinin funksional təsnifatı büdcə funksiyalar üzrə xərclərinin

qruplaşmasından ibarətdir. Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf

səviyyəsində nəzərdə tutulmaqla birirnci rəqəmi bölməni, ikinci rəqəmi köməkçi

bölməni, üçüncü rəqəmi isə paraqrafı göstərir.

Funsional təsnifatın bölmə, köməkçi bölmə və paraqrafları.

«ÜMUMİ DÖVLƏT XİDMƏTLƏRİ» bölməsi «1.1.0. Qanunvericilik və icra

hakimiyyəti, yerli özünüidarəetmə orqanları», «1.2.0. Beynəlxalq təşkilatlara

üzvlük haqqı», 1.3.0. Xarici iqtisadi yardım», «1.4.0. Elm», «1.5.0. Başqa

kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri», «1.6.0. Dövlət borcu üzrə

xidmətlər» və 1.7.0. «Büdcələr arasında trasfertlər» köməkçi bölmələrindən

ibarətdir.

«MÜDAFİƏ» bölməsi «2.1.0. Müdafiə qüvvələri», «2.2.0. Milli təhlükəsizlik»,

«2.3.0. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar» və «2.4.0. Digər

kateqoriyalara aid edilməyənlər» köməkçi bölmələrindən ibarətdir.

Page 22: Budce 111213

«MƏHKƏMƏ HAKİMİYYƏTİ, HÜQUQ-MÜHAFİZƏ VƏ

PROKURORLUQ» bölməsi «3.1.0. Məhkəmə hakimiyyəti», «3.2.0. Hüquq-

mühafizə», «3.3.0. Prokurorluq», «3.4.0. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə

və prokurorluq sahəsində tətbiqi tədqiqatlar» və «3.5.0. Digər kateqoriyalara aid

edilməyən xidmətlər» köməkçi bölmələrindən ibarətdir.

«TƏHSİL» bölməsi dövlət tərəfindən təhsilə, fərdi və kollektiv əsaslarla

şagird və tələbələrə göstərilən xidmətlərə çəkilən xərcləri özündə birləşdirir. Təhsil

sahəsində kollektiv xidmətlər, dövlət siyasətinin müəyyənləşdirilməsi və müvafiq

proqramların işlənib hazırlanması, təhsil müəssisələrinin fəaliyyətinin

tənzimlənməsi, təhsil sahəsində fəaliyyətlə və göstərilən xidmətlərlə əlaqədar

təcrübə və əsaslı tədqiqatlarla bağlı görülən işlər bu bölmənin xərclərinə daxildir.

Bu bölmə «4.1.0. Məktəbəqədər və ibtidai təhsil», «4.2.0. Natamam və orta təhsil»,

«4.3.0. İnternat və xüsusi məktəblər», «4.4.0. Texniki-peşə məktəbləri liseylər»,

«4.5.0. Ali təhsil», «4.6.0. Təhsil sahəsində tətbiqi tədqiqatlar» və «4.7.0. Təhsil

sahəsində digər xidmətlər» köməkçi bölmələrindən ibarətdir.

Page 23: Budce 111213

Büdcə xərclərinin iqtisadi təsnifatı

Büdcə xərclərinin iqtisadi təsnifatı əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr

tərəfindən aprılan ödənişlərdən ibarətdir. Büdcə xərclərinin iqtisadi təsnifatı

bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrdən ibarətdir. İqtisadi

təsnifat 2 və 3 rəqəmləri ilə başlanılmaqla, 6 rəqəmli koddan ibarətdir. Kodun

birinci rəqəmi iqtisadi təsnifatı, ikinsi rəqəm bölməni, üçüncü rəqəm köməkçi

bölməni, dördüncü rəqəm paraqrafı, beşinci rəqəm maddəni, altıncı rəqəm isə

yarımmaddəni göstərir.«Əməyin ödənişi» bölməsinin xərclərinə «211000. Əmək

haqqı» və «212000. Əmək haqqına üstəlik» köməkçi bölmələrinin xərcləri daxil

edilir.

«Malların (işlərin və xidmətlərin) satın alınması» bölməsinə «221000.

İdarənin saxlanılması», «222000. Ezamiyyə xərcləri», «223000.

Nəqliyyatxidmətləri haqqında ödənilməsi», «224000. Kommunal və

kommunikasiya xidmətlərinin ödənilməsi», «225000. İstehlak mallarının və

materiallarının alınması»və «226000. Sair xidmətlərin haqqının ödənilməsi»,

«225000. İstehlak mallarının və materiallarının alınması» və «226000. Sair

cxidmətlərin haqqının ödənilməsi» köməkçi bölmələrinin xərcləri daxildir və s.

Page 24: Budce 111213

Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi - büdcə layihəsinin tərtibi

prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və yerli

idarəetmə orqanları üzərinə qoyulmuş funksiyaların dövlət və yerli

özünüidarəetmənin iqtisadi və sosial pronozlaşdırılmasında nəzərdə tutulan

tədbirlərin maliyyə tə'minatının həyata keçirilməsi məqsədilə büdcədə

mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.

Büdcə layihəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının, Naxçıvan

Muxtar Respublikasının, bələdiyyələrin və iqtisadiyyatın müxtəlif sahələrinin sosial-

iqtisadi inkişaf proqnozları işlənib hazırlanır. İcra hakimiyyəti orqanlarında büdcə

layihəsinin işlənməsi üçün əsas sayılan icmal maliyyə balansı hazırlanır.

Büdcə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq

orqanlardan və hüquqi şəxslərdən lazımi məlumatlar alınmalıdır.

Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar bunlardır:

Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır:

İnzibati-ərazi vahidinin sosial-iqtisadi inkişaf proqnozu son hesabat ilində həmin

ərazinin sosial-iqtisadi inkişafı haqqında mə'lumatlar, baza ilinin sonuna qədər

ərazinin sosial-iqtisadi inkişaf proqnozu və planlaşdırılan maliyyə ilinə iqtisadiyyatın

və sosial sahənin inkişaf meylləri əsasında işlənib hazırlanır.

Büdcə layihəsinin tərtibi

Page 25: Budce 111213

Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində mərkəzi icra hakimiyyəti

orqanları tərəfindən büdcə vəsaitinin büdcə təsnifatına uyğun olaraq bölüşdürülməsi,

həmçinin büdcə vəsainin sərəncamçılar arasında ünvanlı maliyyələşdirilməsi nəzərdə

tutulur.

Azərbaycan Respublikasının hökuməti Azərbaycan Respublikasının müvafiq icra

hakimiyyəti orqanları tərəfindən növbəti maliyyə ili üçün təqdim edilmsiş sosial-

iqtisadi inkişaf proqnozunun və büdcə layihəsinin əsas göstəricilərinin uyğunluğunu

müəyyən edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondları büdcələrinin

layihələrini, növbəti maliyyə ili və orta müddətli perspektivüçün büdcə-maliyyə

siyasətini xarakterizə edən digər sənədləri və materialları dəqiqləşdirir və təyin

olunmuş qaydada Milli Məclisə təqdim edilməkdən örrü qanun layihəsini bəyənir.

Azərbaycan Respublikasının hökuməti növbəti maliyə ilinə dövlət büdcəsi haqqında

qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları Azərbaycan

Respublikasının Prezidentinə təqdim edir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb

Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

Page 26: Budce 111213

qüvvədə olan mövcud vergi qanunvericiliyi;

minimum maliyyə tə'minatı normativləri.

dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin

normativləri;

Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrə verəcəyi

xərclərin növü və həcmi;

Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrə verəcəyi

maliyyə yardımının nəzərdə tutulan həcmi;

büdcə sisteminin müxtəlif səviyyələrinin tənzimləyici normativləri;

Page 27: Budce 111213

Azərbaycan Respublikasının Prezidentinin büdcə göndərişinə;

növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və ya

bələdiyyə bölməsinin inkişaf planına.

növbəti maliyyə ilinə müvafiq ərazinin büdcə və vergi siyasətinin əsas

istiqamətlərinə;

növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin sosial-iqtisadi inkişaf

proqnozuna;

Page 28: Budce 111213

büdcə gəlirlərinin ümumi həcmi;

inflyasiyanın səviyyəsi (qiymətlərin artım sür'əti).

növbəti maliyyə ilinə ÜDM-un həcmi və növbəti maliyyə ilində ÜDM-

un artım sür'əti;

büdcə kəsiri.

büdcə xərclərinin ümumi həcmi;

Büdcə layihəsinin tərtib edilməsi üçün ilkin makroiqtisadi göstəricilər

bunlardır:

Page 29: Budce 111213

Dövlət büdcəsi

vəsaitinin büdcədən

maliyyələşən təşkilatlar

arasında bölüşdürülməsi

üçün büdcə layihəsini

mərkəzi icra hakimiyyəti

orqanlarına göndərir;

Növbəti maliyyə ilinə və

Azərbaycan Respublikasının

qanunvericiliyi ilə müəyyən

edilən orta müddətli

perspektivə Azərbaycan

Respublikası hökumətinin

Naxçıvan Muxtar Respublikası

icra hakimiyyəti orqanına

münasibətini bildirir.

Page 30: Budce 111213

cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat;

növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi

haqqında qanun layihəsi;

Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf

konsepsiyası və proqnoz göstəriciləri;

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan

məqsədli proqramlar;

büdcə və vergi siyasətinin əsas istiqamətləri;

Azərbaycan Respublikasının inzibati ərazisi üzrə icmal maliyyə balansı;

dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının büdcələri

haqqında qanun layihələri;

büdcə təsnifatına uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin

gəlirlərinin və xərclərinin məbləği;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

Page 31: Budce 111213

Azərbaycan Respublikası hökuməti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında

qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları oktyabrın 1-dək

Azərbaycan Respublikası Prezidentinə təqdim edir.

Azərbaycan Respublikası Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında

qanun layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onları oktyarın

15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə balı aşaöıdakı sənədlər müvafiq icra

hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim

edilir:

Azərbaycan Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi

haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə aşağıdakı qanun layihələrini

göndərir:

Milli Bank cari ilin oktyabrın 1-dək növbəti maliyyə ilinə vahid dövlət pul-kredit

siyasətinin əsas istiqamətlərinin layihəsini Milli Məclisə təqdim edir. Bu layihə

həmçinin Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası

hökumətinə göndərilir.

Büdcə layihəsinə baxılması və təsdiq edilməsi.

Page 32: Budce 111213

Azərbaycan Respublikasının Prezidenti dövlət büdcəsi haqqında qanuna

dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim edir.

Dövlət büdcəsi haqqında qanuna dəyişikliklər və əlavələr edilməsi dövlət büdcəsinin

əsas xarakteristikasının dəyişdirilməsi və tənzimləyici gəlirlərin Azərbaycan

Respublikası büdcə sisteminin müxtəlif səviyyəli büdcələri arasında bölüşdürülməsi,

həmçinin dövlət büdcəsi xərclərinin funksional və təşkilatlar üzrə təsnifatının

bölmələri üzrə bölüşdürülməsi səbəb ola bilər.

Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun

layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin Daxili

Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Milli Məclisə təqdim edilmiş növbəti il üçün dövlət büdcəsi haqqında qanun

layihəsini Milli Məclisin sədri Milli Məclisin İqtisadi siyasət daimi komissiyasına

göndərir və layihəyə baxılması müddətini müəyyən edir.

Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda ( ) baxılır.

Milli Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul

etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan

Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq

edilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla aşağıdakı əsas göstəricilər

təsdiq olunur:

1 2 3

Page 33: Budce 111213

növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun

layihəsinə dair izahat;

Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;

Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadə

və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;

büdcə-vergi siyasətinin əsas istiqamətləri;

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan

məqsədli proqramlar;

büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların

paraqrafları səviyyəsində gəlirlərin və xərclərin laüihəsi;

dövlət borcları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat;

növbəti il üzrə icmal büdcənin layihəsi;

Page 34: Budce 111213

qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi

tərəfindən təsdiq olanması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili

üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun

layihələri;

növbəti büdcə ili üzrə gəlirləri ötən ilin faktiki və cari gözlənilən nəticələri

ilə, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə

müqayisəsi;

funksional, iqtisadi və təşkilati təsnifatlar paraqrafları səviyyəsində cari

ilin dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti;

cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;

büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

keçən büdcə ilində, faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə

mənbələri barədə hesabat;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

Page 35: Budce 111213

Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında

qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi;

Azərbaycan Respublikasının büdcədənkənar fondlarının büdcələri

haqqında qanun layihələri.

Page 36: Budce 111213

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin birinci

oxunuşunda Milli Məclis Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının

konsepsiyası və proqnozunu, büdcələrarası qarşılıqlı münasibətlərin əsas

prinsiplərini, dövlət büdcəsi kəsirinin ödənilməsi üçün xarici maliyyələşdirmə

mənbələrini araşdırır. Eyni zamanda dövlət büdcəsinin göstəriciləri, o cümlədən

büdcə gəlirlərinin bölmələr, qruplar və yarımqruplar üzrə təsnifatı, dövlət

büdcəsinin gəlirlərinin və rüsumlarının büdcə subyektləri arasında bölgüsü, dövlət

büdcəsi kəsirinin ölçüsü və növbəti il üçün dövlət büdcəsi xərclərindəki xüsusi

çəkisi, büdcə kəsirinin örtülməsi mənbələri və ümumilikdə, dövlət büdcəsinin

xərclərinin ümumi həcmi təhlil edilir.

Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclis aşağıdakı

qərarlardan birini qəbul edir:

layihə birinci oxunuşda qəbul edilsin və söylənmiş təkliflər və iradlar

nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol

qaydasında qəbul edilir);

layihə qəbul edilsin.

layihə qəbul edilməsin;

1

2

3

Page 37: Budce 111213

Azərbaycan Respublikası Milli Məclisinin daxili Nizamnaməsinin 18-ci

maddəsinə əsasən qanun layihəsinin ikinci oxunuşunda müzakirəsi aparıcı daimi

komissiyanın nümayəndəsinin mə’ruzəsi ilə başlanır. Mə’ruzəçi daimi komissiyada

layihəyə baxılmasının nəticələri haqqında mə’lumat verir.

Layihənin ikinci oxunuşunda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün

çıxışı ilə başlanır.

İkinci oxunuşda dövlət büdcəsi xərclərinin ümumi məbləği çərçivəsində dövlət

büdcəsinin funksional təsnifatı üzrə xərclərin bölgüsü, Azərbaycan Respublikası

subyektlərinə maliyyə yardımının həcmi (dotasiya), cari xərclər büdcəsi, dövlət

məqsədli proqramlarının maliyyələşdirilməsi xərcləri, Azərbaycan Respublikasının

dövlət xarici borclanması proqramı, Azərbaycan Respublikasının xarici dövlətlərə

dövlət kreditinin verilməsi, gəlirlərin və xərclərin rüblər üzrə bölgüsü, dövlət

büdcəsinin kəsiri və bir sıra digər məsələlər müzakirə edilir.

Page 38: Budce 111213

• ölkənin bütün regionlarından yığılan vergilər

və rüsumlar hesabına formalaşır

• ölkənin iqtisadi həyatını tənzimləyir

• ölkənin iqtisadi aktivliyə,iqtisadi artım və

konyekturaya təsir edə bilər.

Page 39: Budce 111213

AZƏRBAYCANIN BÜDCƏ SİSTEMİ

• 2002-ci ildə qəbul olunmuş qanunla tənzimlənir;

• Dövlət büdcəsindən, NMR büdcəsindən vəyerli büdcədən ibarətdir;

• Büdcə ili = 01.01 - 31.12

Page 40: Budce 111213

Azərbaycan Respublikası Büdcə Sistemi

Azərbaycan Respublikasının Büdcə Sistemi

Azərbaycan Respublikasının Dövlət Büdcəsi

Respublika büdcəsi

NMR-nın Büdcəsi

NMR Büdcəsi Yerli Büdcələr

Yerli Büdcələr

Bələdiyyə büdcələri

Kənd BələdiyyəBüdcələri

QəsəbəBələdiyyəBüdcələri

Page 41: Budce 111213

Dövlət Büdcəsinin Tərkibi

• Vergilərdən daxilolmalar;

• Vergi olmayan gəlirlər;

• Əsaslı gəlirlər;

• Rəsmi qaydada alınan vəsaitlər(transfertlər)

Page 42: Budce 111213

BÜDCƏ GƏLİRLƏRİ

• Fiziki şəxslərin gəlir vergisi

• Hüququ şəxslərin (şirkətlərin) mənfəət vergisi

• Əlavə Dəyər Vergisi(ƏDV)

• Aksizlər

• Hüquqi şəxslərin əmlak vergisi

• Hüquqi şəxslərin torpaq vergisi

• Yol vergisi

• Mədən vergisi

• Sadələşdirilmiş vergi

• Gömrük rüsumları

• Dövlət rüsumu

• Özəlləşdirmədən daxilolmalar

• Dövlət neft fondundan köçürülən vəsaitlər (transferlər)

Page 43: Budce 111213

Dövlət Büdcəsinin

Gəlirlərində Vergilərin Xüsusi ÇəkisiGöstəricilər 2008 2009 2010 2011 2012 2013

Gəlirlər7392,5

(5637.5)

12177

(6315.3)

10015

(4600.5)

12061

(4914)

18220.3

(4776)

19154

(6863)

Fiziki şəxslərin

gəlir vergisi750 900 680 690 722 783

Mənfəət vergisi 2280 2214 1096 1210 1780 2279

Əlavə dəyər vergisi 1725 2295 1876 2122 1423 2768

Aksiz vergisi 450 485 552 495 454 594

Əmlak vergisi 110 135 101 102 120 116

Torpaq vergisi 30 35 35 35 28 31

Mədən vergisi 137 137 130 129 125 121

Yol vergisi 29,5 36,3 40,5 36 28 54

Sadələşdirilmiş

vergi63 78 90 95 96 117

Page 44: Budce 111213

Illər

ARDNF-dən

dövlət büdcəsinə

transfertlər

(milyon AZN)

Artım

dinamikası

(%)

Büdcədə

payı

(%)

ARDNF – in

xərclərində

payı (%)

2003 100 - 8,2 41

2004 130 30 8,6 77

2005 150 15,4 7,2 70

2006 585 290 15,6 59,6

2007 585 0 9,7 55,1

2008 110 88 35,3 88,5

2009 4915 346,8 40,4 92,8

2010 5915 20,3 51,4 90,5

2011 6480 9,6 53,7 94,9

2012 9905 52,8 60,3 98

2013 11350 14,5 59,2 -

ARDNF TRANSFERTLƏR

Page 45: Budce 111213

2014-CÜ IL DÖVLƏT BÜDCƏSI• Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 384 mln.

manat, xərcləri isə 20 063 mln. manat həcmində proqnozlaşdırılır.Büdcədə 1 679 mln. manat həcmində kəsir nəzərdə tutulur. Bu ilinproqnoz göstəricilərinə nisbətən büdcə gəlirlərinin 4,0% azalacağı,xərclərin 1,1%, kəsirin isə 2,4 dəfə artacağı gözlənilir.

• Büdcə gəlirlərinin strukturunda• 9,337 mlrd. manatı Dövlət Neft Fondundan transferlər,• 7,102 mlrd. manatı Vergilər Nazirliyi,• 1,510 mlrd. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə,• 0,4 mlrd. manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən

daxilolmalar,• qalanı isə sair daxilolmaların payına düşür.• dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 34, 3 faizini təşkil

etməklə 20 063,0 mln. manat həcmində proqnozlaşdırılır.• büdcə gəlirlərinin 9 milyard manatını və ya ümumi büdcə daxilolmalarının

50,8 faizini Dövlət Neft Fondundan transfertlər təşkil edəcək. 38,6 faiziVergilər Nazirliyinin, 8,2 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmalarınpayına düşəcək.

Page 46: Budce 111213

2014-CÜ IL DÖVLƏT BÜDCƏSI

• Büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur.

• Xərclərin tərkibində isə əsas yeri sənaye və tikintixərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsaitqoyuluşu (6,260 mlrd. manat), sosial müdafiə və sosialtəminat (2,072 mlrd. manat), ümumi dövlət xidmətləri(1,997 mlrd. manat), təhsil (1,653 mlrd. manat), müdafiə (1,637 mlrd. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər(1,240 mlrd. manat) tutur.

Page 47: Budce 111213

2014-CÜ IL DÖVLƏT BÜDCƏSI

• Azərbaycan Respublikasının 2014-cü il icmalbüdcəsinin xərclərinin yuxarı həddininməbləği 24 443 890,2 min manat müəyyənedilmişdir.

• Azərbaycan Respublikası Dövlət NeftFondunun gəlirləri nəzərə alınmadan,Azərbaycan Respublikasının 2014-cü il icmalbüdcəsinin kəsiri 14 084 994,8 min manatməbləğində müəyyən edilmişdir.

Page 48: Budce 111213
Page 49: Budce 111213
Page 50: Budce 111213
Page 51: Budce 111213
Page 52: Budce 111213
Page 53: Budce 111213
Page 54: Budce 111213
Page 55: Budce 111213
Page 56: Budce 111213

• MALIYYƏ MUXTARIYYƏTINƏ MALIK DÖVLƏT ALI TƏHSIL MÜƏSSISƏ-LƏRININ 2013-CI ILDƏ DÖVLƏT

BÜDCƏSINDƏN ALDIĞI VƏSAITLƏRIN MƏBLƏĞI

• Dövlət Neft Akademiyası – 6,639 milyon manat;• Dövlət Aqrar Universiteti – 2,855 milyon manat;• Bakı Dövlət Universiteti – 9,121 milyon manat;• Dövlət Tibb Universiteti – 10,863 milyon manat;• Dövlət İqtisadi Universiteti – 6,343 milyon manat;• Prezident yanında Dövlət İdarəçilik Akademiyası - 1,304milyon manat;• XİN-in Dövlət Diplomatik Akademiyası – 5,533 milyonmanat;• Moskva Dövlət Universitetinin Bakı Filialı – 4,924 milyonmanat.

Page 57: Budce 111213
Page 58: Budce 111213
Page 59: Budce 111213
Page 60: Budce 111213
Page 61: Budce 111213
Page 62: Budce 111213
Page 63: Budce 111213
Page 64: Budce 111213
Page 65: Budce 111213
Page 66: Budce 111213

XARİCİ BORC (UDM 8 %)

AZƏRBAYCANIN 2013.İL ETİBARİYLƏ XARİCİ DÖVLƏT BORCU VƏ ONUN ÜDM-Ə NİSBƏTi

Page 67: Budce 111213

XARİCİ BORC

Page 68: Budce 111213

XARİCİ BORC

1 Yanvar 2012-ci İl Tarixə İmzalanmış Kredit Sazişlərinin DonorlarÜzrə Strukturu, Mln. ABŞ Dolları

Page 69: Budce 111213

XARİCİ BORC

Xarici Dövlət Borcunun Strukturu 1 Yanvar 2013-ci İl Tarixinə

Page 70: Budce 111213

XARİCİ BORC

1 Oktyabr 2013 cu İl Tarixınə Qədər İmzalanmış Xarici KreditlərinÖdənmə Müddəti Üzrə Borcunun Müddət Strukturu, Milyon ABŞ Dolları

Page 71: Budce 111213

Kölgə iqtisadiyyatı nədir?

Gizli iqtisadiyyat

Yeraltı iqtisadiyyatı

Qara iqtisadiyyat

İllegal iqtisadiyyat

Qeyri-rəsmi iqtisadiyyat

Marjinal iqtisadiyyat

İkinci iqtisadiyyat

Page 72: Budce 111213

Vergi siyasətinin məqsədi.

• büdcə gəlirlərini təmin etmək

• ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək

• əlverişli investisiya mühiti yaratmaq

• sahibkarlıq fəaliyyətini stimullaşdırmaq

Page 73: Budce 111213

VERGİ SİYASƏTİNİN ƏSAS

MƏQSƏDİ

Vergi dərəcələrinin aşağı salmaq

Vergitutma bazasını genişləndimək

Vergi yükünün ədalətli tarazlığını qorumaq

İqtisadiyyata investisiya qoyulmasını

stimullaşdırmaq

Sahibkarlıq fəaliyyətinin inkişafı üçün şəffaf

mühit yaratmaq

Əhalinin sosial rifah halını yüksəldirmək

Page 74: Budce 111213

• 1995-ci ildən başlayaraq iqtisadiyyatın bütün sahələrində dirçəliş özünü büruzə verdi.

1. dövlət əmlakının özəlləşdirilməsi prosesinin başlanması,

2. vergi sistemində islahatların aparılması,

3. ölkə iqtisdiyyatına xarici investisiyaların cəlb edilməsi vəonların qorunmasına təminat verilməsi,

4. sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması

Page 75: Budce 111213

Təkliflər

• Büdçə xərclərinin effektivliyinin artırılması• Qeyri neft sektorunun inkişafına dəstəyin

artırılması• Büdçənin təyinatlılığına ictimai nəzarətin

artırılması• Neft Fondu və Mərkəzi Bankın 50 milyara çatan

rezervinin rasyonal və iqtisadi əsaslarla rentabellivə risksiz layihələrə yönləndirilməsi

• Kölgə iqtisadiyyatının azaldılması• və s

Page 76: Budce 111213

TƏŞƏKKÜRLƏR !