boz cücələrlə məşhur oğrubaşı qara pişiyin ölüm dirim savaşı … · redaktor Şəfəq...

33
B oz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı (nağıl)

Upload: others

Post on 08-Oct-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Boz Cücələrlə

Məşhur Oğrubaşı

Qara Pişiyin

ölüm-dirim savaşı

(nağıl)

Page 2: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Redaktor

Şəfəq Nasir

yazıçı-publisist, fəlsəfə doktoru

Rəssam

Afər Mehdiyeva

Qəşəm İsabəyli

Boz Cücələrlə Məşhur Oğrubaşı

Qara Pişiyin ölüm-dirim savaşı

(nağıl)

Bakı – Şirvannəşr – 2015

32 səh.

Ötən il yazıçı Q.İsabəyli “Cin” nağıl-povestinə görə İsveçrədə dünya-

nın 57 uşaq yazıçısı sırasında Beynəlxalq Andersen Fəxri Diplomuna layiq

görülüb. Bizi Avropa ədəbi dəyərlərinə yaxınlaşdıran, Azərbaycan uşaq

ədəbiyyatında hadisə sayılacaq bu uğurun sahibi hələ ötən əsrin doxsa-

nıncı illərində “Əkil-Bəkil” poemasıyla Azərbaycan Yazıçılar İttifaqı,

“Dövlətnəşrkom” və Respublika Komsomolunun birgə təsis etdiyi “İlin

ən yaxşı uşaq kitabı” mükafatını da almışdı. Həmin mükafatı şəhidlərin

abidəsinə yardım fonduna keçirən müəllif indi sizin görüşünüzə “Boz

Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı” adlı son də-

rəcə maraqlı, orijinal və folklora yaxın bədii dillə yazılmış nağılıyla gəlib.

ISBN – 978-9952-8176-9-0

© Q.İsabəyli, 2015

Page 3: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

əyətin ağac-uğacı vardı, kol-kosu vardı, ot-əncəri

vardı. Ağac-uğaca quşlar düşürdü, kol-kosa kəpənəklər qo-

nurdu, ot-əncər də üç xoruzla bir toyuğun idi.

Xoruzların üçü də bir rəngdəydi – al qırmızı. Toyuğun

isə təkbaşına üç rəngi vardı; ağ-appağ, qap-qara, bom-boz.

Ağ-appaq – tüklərinin rəngiydi, qap-qara – gözlərinin rəngiy-

di, bom-boz da – lap aşağı əzalarının, yəni ayaqlarının rən-

giydi. Hələ başqa-başqa fərqləri də vardı toyuqla xoruzların.

Xoruzlar dən yeməyi bilirdi, su içməyi bilirdi, eşənək

atmağı bilirdi... Bir də kefləri duranda qanadlarını şappılda-

dıb, banlamağı. Bu banlamağın da özlərindən başqa heç kimə

faydası olmazdı; hirsləri, acıqları çıxırdı canlarından. Yoxsa

bir-birini didib-dağıdıb, qızıl qana bulayardılar.

Page 4: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Gəl ki, yumurtlayan da toyuq olardı, kürt düşən də to-

yuq olardı, bala çıxaran da. Bütün ili doğub-yağmaqla ömrü-

nü üzən toyuq, yaz yetişən kimi, bir topa yumurtanı altına

basıb, nə az, nə azacıq, düz 21 gün köksü üstə düşüb qalardı;

ağzı dinib-danışmaqdan, qarnı yemək-içməkdən olar, səsi kal-

laşar, deyingən arvadlar kimi hirsə-hikkəyə dolardı. Beş gün-

dən bir, bir həftədən bir çığıra-çığıra atılıb yerindən qalxar,

cumub bir qurtum su içər, bir dimdik dən götürər, yenidən

qayıdıb yıxılarda yumurtaların üstünə.

Elə bilirsiniz ana olmaq asandı! Dünyaya bir övlad

gətirincə kirpikləriylə od götürür analar. Vay odur ki, min bir

əzabla dünyaya gələn övlad özü öz qədrini bilməyə!

Günlər ötər, bir də görərdin toyuğun kal səsinə nazik,

cingiltili səslər qarışıb. Baxardın ki, ağ-appaq tüklərin yan-yö-

rəsində sap-sarı, qap-qara, bom-boz balaca-bapbalaca başlar

oynaşır. Toyuq da həmin gündən hörmətə minərdi; adının

baş hərfi böyüyər, qabağına da soyadı düşərdi; – “Anac To-

yuq”.

Page 5: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 6: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

nac Toyuq 11 bala çıxartmışdı; 4-ü tüklərinə ox-

şayırdı – ağ-appağ, 5-i gözlərinə oxşayırdı – qap-qara, 2-si də

ayaqlarına – bom-boz. Nə qədər ki, cücələr balacaydı,

analarıyla durub-oturar, yeyib-içər, gəzib-qayıdardılar. Beş

addım aralı düşsəydilər Anac Toyuq tüklərini pırpızladıb,

dimdiyini yerə döyərdi:

–Qırt... qırt... qırt... yəni, hansı cəhənnəmdəsiniz?!

–Cik... cik... cik... yəni, nə cəhənnəm, ay ana, kolun altın-

dayıq!

–Orda nə itiniz azıb?!

–Ay ana, yaxşı-yaxşı bax, it nə gəzir burda?!

–Ay axmaqlar, nə burnunuzun suyunu axıdırsınız orda,

demək istəyirəm!

–Cücü gəzirik!

–Hansı cücəni gəzirsiniz?

Page 7: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–“Cücə” yox ey, ay ana, qocalmısan, deyəsən, qulaqların

da eşitmir, “cücü” – hopp... taq-taq... – dimdiklərini bir-birinə

döyərdilər.

–Bura gəlin!

O dəqiqə də cücələr sanılı qoz kimi çığırışa-çığırışa qaçıb

gəlib Anac Toyuğun böyrünə sığınardılar.

Cücələr saatba-saat böyüyürdülər. Böyüdükcə də dəcəl-

ləşirdilər. Dəcəllik də pis şey deyilmiş, demə. Məşhur davakar

Heyratı Xoruzun sözüdü: “Cücəliyi dəcəl olmayanın qocalığı

tənbəl olar!”.

Dəcəllik dedim, qoy onda sözümü axıracan deyim; Anac

Toyuğun doqquz balası bir yana idi, ikisi bir yana. Bu ikilər bir

az da uzağa gedib, olmuşdular özbaşına. Analarını, qardaş-

bacılarını qoyub, hırıldaşa-hırıldaşa, dırıldaşa-dırıldaşa, cırıl-

daşa-cırıldaşa qaçıb, ilim-ilim itərdilər; yem gəzərdilər, su gə-

zərdilər... hətta kəpənəyin dalıyca düşüb, qurd-quşun ağzına-

can gedib çıxmaları da vardı. Anac Toyuq da axtarıb onları

tapmayanda, hirslə dimdiyini yerə döyərdi:

–Qırt... qırt... qırt...

Handan-hana “özbaşınalar”ın həyətin ayağından səsi

gələrdi:

–Cik... cik... cik...

–Uy da-a-a-d... bunlar hara gedib!? – Doqquz bala baş-

başa verib, analarına sığınardı.

Page 8: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 9: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Anac Toyuq səsini atardı başına:

–Qırt... qırt... qırt... Tez olun, yanıma gəlin!

–Cik... cik... cik... Qoymazsan azad nəfəs alaq?!

–Burda azad nəfəs yoxdu?!

–Orda sən varsan!

–Bıy, başıma xeyir! Nəfəsi əlinizdən almışam, ay balala-

rım?!

–Almısan ki, deyirik də!

–Bəs indiyəcən sizin ciyərlərinizə gedən nəfəs deyildi?!

–Zəhər getsəydi ondan yaxşıydı!

–Bıy, başıma xeyir!

–Ay ana, axşam hinə girən kimi, alırsan bizi altına, bur-

numuzu çölə çıxarırıq ki, görək bu dünyada nə var, nə yox. O

dəqiqə qanadlarının ucuyla basırsan başımızdan. Bəsdi! Biz də

azad yaşamaq istəyirik.

–Gəlin çatın mənim yaşıma, sonra nə qədər istəyirsiniz

azad yaşayın da!

–Sənin yaşına çataq?! Deməzsən ki, aldatdım?!

–Niyə aldadıram ki?!

–Ay ana, maşallah, ayaqlarımız var? Var! Qanadlarımız

var? Var! Dimdiyimiz də şiş kimi. Azadlıq üçün bunlardan da

başqa şey lazımdı?!

–Bəsdi, “Azadlıq! Azadlıq!” cikkildədiniz! Siz nə qanır-

sınız azadlıq nədi?!

Page 10: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Bizi qanadlarının altına alma, yanına çağırma, dənləmə,

danlama! Budur azadlıq!

–Hələ dimdiyiniz bərkiməyib, dənlənməlisiniz. Hələ

ağlınız yerində deyil, danlanmalısınız, hələ ayaqlarınız zəifdi,

yanımda olmalısınız. Güzgüdə baxmısınız özünüzə?!

–Nə olub ki, bizə, ayıb olmasın?!

–Baxın görün, nə boydasınız!

–Cücə boyda?!

–Ay cücə boyda olan cücələr, bilirsinizmi sizin nə qədər

böyük-böyük düşmənləriniz var?!

–“Böyük-böyük” düşmənlərimiz kimdi?!

–Birincisi – Yağış!

–Yağış?! Hinin içi sağ olsun!

–İkincisi – Külək.

–Külək?! Divarın dibi sağ olsun!

–Üçüncüsü – Günəş.

–Günəş?! Ağacın kölgəsi sağ olsun!

–Dördüncüsü... Nə olsa yaxşıdı?!

–Nə olsa yaxşıdı?!

– Soyuq.

–Soyuq?! Anamızın qanadları sağ olsun!

–Ay sizin sarı dimdiklərinizə qurban olum! Nə durmu-

sunuz, gəlin də!

–Hələ soyuq deyil axı!

Page 11: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Ay balalarım, sizin bunlardan da qorxulu düşməniniz

var! Demək istəmirdim ki, diksinərsiniz!

–Kimdi?!

–Kimdi?! Məşhur Oğrubaşı Qara Pişik!

–Qara Pişik?! – Cücələr başladı lovğalanmağa. – Qələt

eləyir Qara Pişik, başını da daşa döyür! Atılıb gözlərini didə-

rik.

–Yavaş atılın, birdən, ağzına girərsiniz.

–Ağzına girərik?! Cik... cik... cik... Girmərik ha, girmə-

rik!.. Girmərik ha, girmərik!.. Cik... cik... cik... Nə qorxaq anadı

bu! Nə qorxaq anadı bu! – Cücələrin səsi yavaş-yavaş uzaq-

laşıb, həyətin ayaq tərəfində itdi.

Anac Toyuq başını dik tutub, qanadlarını qabardıb, ha

çağırdı, ha bağırdı, öz səsindən başqa səs eşitmədi...

Page 12: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

nac Toyuq qaranlıq düşənəcən gözlədi.

–Allah iraq eləsin, Tülkü iyimizi alsa, gəlib bizi diri-diri

yeyər, balalarım! Tərpəndik! – Qaça-qaça gedib girdilər hinə.

Qapını da arxadan bərk-bərk bağladılar. – Açın görüm, televi-

zorda nə var. – Anac Toyuqla balaları təzəcə “Cırtdan” filminə

baxırdılar, birdən ekran qaranlıqlaşdı.

–Ay bala, dur gör xoruzların işığı yanır?

Qara cücələr pəncərəyə tərəf qaçdılar:

–Cik...cik... yanır, ay ana, lap gur yanır!

Yenidən televizorun ekranı işıqlandı. Bu dəfə aparıcıydı:

–Diqqət! Diqqət! Bu gün axşam, saat doqquzun yarısında

Kür çayının qırağında, Xəlsə bağında analarından ayrı düş-

müş bir cüt boz cücə axtarışda olan məşhur Oğrubaşı Qara

Pişiyə rast gəlib...

Page 13: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 14: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Anac Toyuq qanadlarını başına-gözünə çırpdı:

–Ay balalarım! Vay, balalarım!

–Ay ana, sən Allah vay-şüvən salma, qoy görək nə deyir!

– cücələr yer-yerdən civildəşdilər.

–Qara Pişik, – diktor nəfəsini dərib yenidən başladı, – cü-

cələri yemək üçün dişlərini qıcırdır... Əziz tamaşaçılar, yaxşı

olar kameramıza düşən bu hadisəni özünüz müşahidə edə-

siniz: “Qara Pişik sağ ayağını irəli, sol pəncəsini belinə qoyub,

bığlarını oynatmağa başladı:

–Hə-ə-ə... cənab sarıdimdiklər! İncimədiniz ki, sözüm-

dən?!

–Nə söz?!

–“Sarıdimdik” dedim axı sizə!

–Biz sarıdimdik-marıdimdik deyilik, aç gözlərini, yaxşı-

yaxşı bax, biz boz cücələrik! Özü də heç “cənab-mənab” da

olmaq istəmirik!

–Aha-a... Nə deyirəm ki, siz deyən olsun! Görürəm ya-

man cırtqozsunuz!

–Biz bilmərik cırtqoz nədi...

–Yaxşı şeydi...

–Yaxşıdı, pisdi, bizə lazım deyil, özünə götür!

–Myo... myo... myooo... – Qara Pişik başını dala atıb,

bərk-bərk güldü.

–Niyə hırıldayırsan dərsdən qaçan avara uşaqlar kimi?!

Page 15: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Oyununuz olsun, cənab boz cücələr!

–Demədik ki, sənə “cənab-mənab” deyilik?!

–Vallah, sizin üzünüzdə şeytan tükü var! Ha çalışıram

hirslənim, basım sizi diri-diri yeyim, hirsim tutmur ki, tutmur!

–Xox! Qorxduq!

–Myo... myo... myo...

–Gənə də hırıldayır ey... A balam, çıxıb yolunla getsənə!

Nə vermisən bizə, ala bilmirsən?! – Cücələr xorla ciyildəşdilər.

–Heç nə verməmişəm, heç vermək fikrim də yoxdu! Am-

ma... almaq iştahına düşmüşəm!

–Qarğadili danışma! “Almaq” nədi, “iştah” nədi?!

–“Almaq”, “iştah” o deməkdi ki, əlim-ayağım dəymə-

miş, qanadlarınızı bükün, asta-asta gəlin girin ağzıma, hərəni-

zi salım bir orduma, çeynəyim, çeynəyim, dilim-ağzım dada

gəlsin!

–Yavaş çeynə, tüklənmişik, ilişib boğazında qalarıq!

–Aha-a-a! Mənim yazıq qulaqlarım nə eşidir?!

–Nə lazımdırsa, onu da eşidir, heç yazıq-mazıq da deyil!

–Nə igid cənablarsınız!

–Demədik sənə biz “cənab-mənab” deyilik?!

–Olmayın! Olmayın! Ey məndən qorxmayan boz cücələr!

–Biz heç anamızdan qorxmuruq, sən kimsən ki, səndən

qorxaq?!

–Ananız deməyib mən kiməm?!

Page 16: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Uzun danışma, kimsən, özün de!

–Myo... myo... myo... cəsarətiniz xoşuma gəlir. Qorxuram

adımı desəm, ürəyiniz gedə!

–Bu boyda cəmdəyi var, qorxur, a!

–Mən sizə görə qorxuram, ətcəbalalar!

–Bizim dərdimiz sənə qalmayıb!

–Onda deyəcəm, a...

–Çərlətdi ey, bizi! Dilin tökülsün!

–Myo... myo... myo... – Pişik bərk-bərk güldü.

–Buna bax ey, gənə də sırtıq uşaqlar kimi hırıldayır!

–Məşhur Oğrubaşı Qara Pişik haqqında eşitmisiniz?!

–Lap tutaq ki, eşitmişik!

–O, mənəm!

–Qara Plişik sən-sə-ə-n?!

Pişik əl atdı bığlarına:

–Bəli, dünyalarca məşhur Oğrubaşı Qara Pişik sizin qar-

şınızda durub, hazırlaşır ki, sümüklərinizi dişlərinin altında

suxarı kimi xırt-xırt xırtıldatsın!

–Ay aman, ürəyimiz düşdü! Bu, nə danışır?! Deməli,

məşhur Oğrubaşı Qara Pişik sənsən?! – Cücələr dik-dik ona

baxdılar.

–Bəlkə... elə bilirdiniz siçanam, hə; ciiiii?!...

Cücələr birdən dala çəkilib, başlarını dik qaldırdılar:

–Qara Pişik olmursan, siçan ol, siçan olmursan, Qara

Page 17: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 18: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Pişik ol!

Qara Pişik belini dombaldıb, quyruğunu qabardıb, dilini

çıxarıb, Boz Cücələrin ətrafında dolandırdı:

–Hə...ə...ə... kələm dolmaları, deyəsən qarnınıza ağrı dü-

şüb, əkilməyə hazırlaşırsınız?! Hoppadan udaram ha, sizi...

–Demədik ki, yavaş ud, boğazında qalarıq! – Bayaq cücə-

lər irəli sıçrayıb Qara Pişiyin göz bəbəyindən vurdular.

–Oy, ana-a-a-a, gözüm töküldü!.. –Pişik pəncələrini göz-

lərinə aparanda əlinin yeli cücələri tutdu.

–Ciii... ciii... – qol-qanadı qırılan cücələr ağzı üstə düşüb,

çapalamağa başladılar. Bu vaxtı yaxınlıqdan keçən polis nəfər-

ləri hay-küyü eşidib, hadisə yerinə gəldilər. Cəld Qara Pişiyin

qollarını bağlayıb, basdılar maşına. Cücələri də “Təcili yar-

dım”la xəstəxanaya yolladılar. İndi boz cücələrlə Qara Pişik

reanimasiyada yatır. Həkimlərin dediyinə görə cücələr uzağı

bir həftəyə evə buraxılacaq. Amma Qara Pişiyin durumu

yaxşı deyil. Əziz tamaşaçılar, bizi izləyin! Allah amanında!”.

–Şükür Allaha! Şükür Allaha! – Anac Toyuq yerindən

durub, dən kisəsinin ağzını açdı. – Bura gəlin, balalarım, bura

gəlin, hərəniz bir dimdik arpa götürün, aparıb atın eşiyə, sər-

çə-sığırçın gəlib yesin.

–Niyə, ay ana, hayıfdı axı?! –Cücələr ağız-ağıza verdilər.

–Boz cücələrimin başının sədəqəsi olsun, ay balalarım!

Page 19: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

əcəllər dəcəli Boz Cücələr böyüyüb Boz Beçə ol-

muşdular. Başa düşmüşdülər ki, onlar ətdi, özü də yumşaq

ətdi, yeməli ətdi, ləzzətli ətdi. Kim istəməz ki, ağzı dada gəl-

məsin?! Allah da elə bil acıqla ət yeyənləri otyeyəndən çox ya-

radıb. Odur ki, Boz Beçələr hələm-hələm həyətdən uzaq düş-

məzdilər. Lakin bir dəfə qonşuları Çil Xoruzla Kəkilli Fərə on-

ları qonaq çağırmışdı. Təzəcə küçəyə çıxmışdılar ki, diksinib,

bir-birinə sığınıb dayandılar. Qara Pişik el yolunun qırağında

oturub, düz onlara tərəf baxırdı. Özü də gözlərində qara ey-

nək vardı. Amma Qara Pişik onlara bir kəlmə də olsun söz

demirdi, elə baxa-baxa qalmışdı.

Boz Beçələr bir xeyli gözlədilər, gördülər Pişiyin səsi

çıxmır. Dimdik-dimdiyə verib, başladılar pıçıldaşmağa. Sonra

boyunlarını şax tutub, üz çevirdilər Qara Pişiyə:

Page 20: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Salam, dünyalarca Məşhur Oğrubaşı Qara Pişik!

–Myooo... myooo... ooo...– Qara Pişik acı-acı güldü.

Sonra da öz-özünə danışırmış kimi, – keçdi o günlər... alov ki-

mi parlayıb keçdi... O xoşbəxtlik bir də qayıtmayacaq. İndi

mənim rəngimdən və adımdan başqa heç bir məşhurluğum

qalmayıb. Vaxtı ilə rəngim cəsarətimdən xəbər verirdi, hünə-

rimdən xəbər verirdi, amma indi uğursuzluq nişanəsi olub.

Məni görənlər dolanıb kənardan keçir. Qorxurlar, onlara bəd-

bəxtlik gətirəm!

–Sizə nə olub ki, cənab Qara Pişik?! – Boz Beçələr bir-

birinə baxdılar.

–Məgər görmürsünüz?!

–Nəyi?!

–Artıq mən dünya işığına həsrət qalmışam!

–Həəəə?!

–Siz kimsiniz, ey mənə “salamatlıq” arzulayan xeyirxah-

lar?!

–Biz sizə “salam” demişik, cənab Qara Pişik!

–Salam elə “salamatlıq” deməkdi!

–Hə-ə-ə... – Boz Beçələr çiyinlərini çəkdilər, – elə bilirdik,

sözdü bu!

–Əlbəttə sözdü! Amma Allahın adından deyilən sözdü.

Kimsiniz, tanımadım axı sizi?!

–Biz... biz... – Bir-birinə baxdılar. – Biz... Boz Beçələrik!

Page 21: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Boz Beçələr... Boz Be-çə-lər... Bo-oz... Be-çəə... Yox, yadı-

ma sala bilmirəm. Yəqin huşum-başım da korlanıb.

–Ey məşhur Oğrubaşı...

–Sizə demədim ki, bəs mən Qara Pişikdən başqa bir şey

deyiləm indi?! Dilənməkdən və yeməkdən ayrı əlimdən heç

nə gəlmir?!

–Siz boz cücələri tanıyırdınız?!

–Əlbəttə... Əlbəttə... Elə igidləri tanımamaqmı olar?! Bax-

mayaraq ki, məni onlar kor eləyib, amma üstümüzdə Allah

var, gərək haqqı danışaq, halal olsun onları böyüdən Anac

Toyuğa! –Beçələr dimdiklərini aşağı salıb, bir xeyli dinmədi-

lər.–Niyə susursunuz?! Demədiniz axı kimsiniz?!

–Günahkarıq, cənab Qara Pişik!

–“Günahkarıq”?!.. Bu, sizin adınızdı?!

–Xeyr! Xeyr! Adımız deyil, özümüzdən danışırıq ki,

günah eləmişik, taxsırımız böyükdü!!

–Mən sizin adınızı soruşuram! Günahkarsınızsa, bunun

adınıza nə dəxli?!

–Həmin boz cücələr ki, siz tanıyırdınız, ha...

–Siz-si-niz?!

–Sən Allah, bağışlayın da bizi!

–O döyüşkən, qorxmaz cücələr sizsiniz?! Maşallah! Ma-

şallah! Kaş sizi görə biləydim! Belə çıxır ki, atalar elə mənim

korluğumu nəzərdə tutub deyibmiş, igidin adını eşit, üzünü

Page 22: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

görmə!

–Böyümüşük, Qara Pişik, böyümüşük, cücəlikdən çıxıb,

olmuşuq xoruz-beçə. İndi Boz Beçə deyirlər bizə.

–Ah! – Qara Pişik əlini alnına apardı. – Gözlərim kor

olandan hər şeyi qaranlıq görürəm; elə bilirəm, hər şey sükut-

dadı, heç nə böyümür.

–Bağışlayın bizi, Qara Pişik, Allah xatirinə, bizi bağışla-

yın!

–Bağışlayın?! Nə bağışlayın?! Sizi onsuz da Allah bağış-

layıb. Məni kor etməsəydiniz, mən sizi yeyəcəkdim! Qurba-

nolduğum sizə qıymadı!

–Necə dolanırsınız?! Axı heç kim öz ayağı ilə gəlib sizə

yem olmaq istəməz!

–Papağımı qoymuşam qabağıma, kim nə atır, onunla da

günümü keçirirəm. Həftələrlə ac qaldığım da olur.

–Bir yerə getmirsiniz ki?!

–Haram var, hara gedəm?!

–Bu dəqiqə! Bu dəqiqə!– Boz Beçələr cəld geri dönüb, qa-

ça-qaça gedib girdilər həyətə. Yeriyə-yüyürə atılıb düşdülər

mətbəxə. Nənə tavada ət qızardırdı. – Bizə də ver!

–Bıy, dən qurtarıb, nədi?!

–Qara Pişiyə aparacağıq. Bilirsən də, o indi kordu, gün-

lərlə ac qalır!

Nənə boşqaba bir tikə çörək, iki parça da bişmiş ət qoyub,

Page 23: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 24: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

verdi onlara. Ətin xoş qoxusu Boz Beçələri iştaha saldı; burun-

larını qırışdırıb, göz-gözə durdular:

–Bəlkə bir-iki dimdik vuraq!

Sonra da özlərini danladılar:

–Qarnımıza şiş batsın, doymur da yeməkdən! Getdik. –

Boz Beçələr əllərində boşqab geri qayıdanda o dəqiqə Qara

Pişik burnunu dik tutub, dərindən nəfəs aldı:

–Oxx-ayy! Bu, nə bişmişdi, bu, nə ətdi, bu, nə ətrdi?! Xoş

halına! Xoş halına!

–Kimə alqış eləyirsiniz, Qara Pişik?!

–Heç... ət qoxusu dəydi burnuma. Yəqin aclıqdan qara

basır məni!

–Bu, qaraqbasma deyil!

–Bəs nədi?!

–Həqiqət.

–Həqiqət nə deməkdi?!

–Sənə ət gətirmişik.

–Hə-ə-ə?!..

–Buyurun!

–Allah sizin gözlərinizi işıqdan qoymasın! Bura verin!

Lap ağzımın suyu axıb qoynuma-qoltuğuma dolmuşdu.

Boz Beçələr ehtiyatı da əldən vermədilər; uzun bir ağac

tapıb, boşqabı basıb düz Qara Pişiyin pəncəsinə dəyənə qədər

itələdilər. Sonra da xorla banladılar:

Page 25: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

–Nuş olsun, cənab Qara Pişik, nuş olsun!

Qara Pişik sağ pəncəsini qoydu boşqabın üstünə:

–İndi bilirsiniz, mənim əzizlərim, yadıma nə düşdü?

–Nə?

–İlk görüşümüzdə mən sizi tez-tez hirsləndirirdim, xatı-

rınıza gəlirmi?!

–Əlbəttə! Əlbəttə! Kəlməbaşı bizə “cənab” deyirdiniz?!

Biz də etiraz eləyirdik!

–Əhsən yaddaşınıza, əhsən! İndi isə mən sizə etiraz elə-

mək istəyirəm...

–Nə etiraz?!

–Day mənə “cənab” deməyin!

–Niyə?! Axı siz “cənab” olmağa daha çox layiqsiniz!

–Bəlkə də siz deyəndi, amma artıq mən “cənab” sözünü

üstümə götürə bilmirəm! Onun yükü çox ağırdı. Hər kəs o

yükə çiyin verə bilməz! O cümlədən mən!

–Niyə?!

–Xahiş edirəm, mənə hörmətiniz varsa, bu sözü dilinizə

almayın! – Sonra Qara Pişik bir əliylə qabdan yapışıb, o biriylə

əti götürüb, atdı ağzına. Bir xeyli diliylə astarını üzünə, üzünü

astarına çevirib, başladı çeynəməyə; çeynədi-çeynədi, handan-

hana uddu. – Oxx-ayy... ağzım dada gəldi! Allah sizin gözləri-

nizi işıqdan qoymasın!

Boz Beçələr yazıq-yazıq bir-birinə baxıb, dimdiklərini

Page 26: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

yerə dikdilər.

Qara Pişik xırda tikələrlə əti dişləyir, çeynəyib-çeynəyib,

udur, xeyli vaxt diliylə dodaqlarını yalayır, yenidən bir diş-

dəm alırdı.

–Niyə tez-tez yemirsiniz, Qara Pişik?!

–Onda ki, gözlərim görürdü, hər addımbaşı əlimə ət dü-

şürdü, ağına-bozuna baxmadan təpişdirirdim qarnıma. Açığı

deyirəm, nə dadını bilirdim, nə ləzzətini, amma o qədər yeyir-

dim ki, gəlib dirənib dururdu boğaımda. Düz səhərəcən nısıl-

dayırdım. Korluq mənə çox şeyi öyrətdi. Demə, heç nədə, xü-

susən də yeməkdə tələsimək lazım deyilmiş. Yemək, alimlər

deyir, yaşamaq üçündü. Biz qarnımızla yarışa girməməliyik!

Amma indi ayda-ildə bir dəfə yesəm, aldığım ləzzət günlərlə

bəs edir mənə. Ona görə asta yeyirəm ki, dadını bilim. – Qara

Pişik hər tikəni udandan sonra Boz Beçələrə dua eləyirdi:

“Allah sizin gözlərinizi işıqdan qoymasın!”.

Bu yandan da Boz Beçələr içlərini çəkir, çiyinləri atılıb-

düşür, yanaqları boyu göz yaşları axıb tökülürdü. Ağlayıb,

ürəklərini boşaldandan sonra dimdiklərini qanadlarına silib,

bir qədər pıçıldaşıb, üz çevirdilər Qara Pişiyə:

–Qara Pişik! – Pişik özündə-sözündə deyildi; mızıldaya-

mızıldaya ət tikəsini yalayır, didir, çeynəyirdi. Boz Beçələr isə

inadla onu çağırırdı.– Ay Qara Pişik! Ay Qara Pişik! – Bir xeyli

vaxtdan sonra Pişik udqunub, başını Boz Beçələrə tərəf

Page 27: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

çevirdi. – Qara Pişik!

–Buyurun!

–Səhərdən sizi çağırırıq!

–Allah ehtiyacın üzünü qara eləsin! Korluq zamanımdan

ilk dəfədi ki, rahat yemək düşüb əlimə. Bütün hissim-həyəca-

nım dişimdə-dodağımda cəmlənib, kar olmuşam. Bağışlayın,

siz Allah!

–Allah bağışlasın!

–Eşidirəm.

–Olar bir söz soruşaq?!

–Əlbəttə olar.

–Nə əcəb həkimə getmirsiniz?!

–Yaralı yerimə toxundunuz. Bayaq demədim axı. Siz mə-

nim gözlərimdən vuranda, apardılar xəstəxanaya, sağaldıb,

sonra həbs edəcəkdilər. Oğru dostlarım xəbər tutub, gecəylə

məni qaçırtdılar. Özüm də başısoyuqluq elədim, aylarla həki-

mə getmədim!

–Niyə?!

–Mənim də, Allahdan gizli deyil, sizdən niyə gizlin ol-

sun, beş-on minim vardı, kor olandan sonra arvadım götürüb

qaçdı, qaldım tək-tənha!

–Bəs uşaqlarınız?!

–Eh! Dərdimi təzələdiniz! Ay Allahın xeyirxah bəndələri,

nanəcib arvaddan nəcib uşaqmı doğular?! Onlar da məni atıb,

Page 28: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

analarını tutdular!

–Fikir eləmə, Qara Pişik, nə qədər ki, canımız sağdı, səni

ac qoymayacağıq! Ümüdsiz olma!

–Allah sizin gözlərinizi işıqdan qoymasın! Elə məni

ümiddi saxlayan! Bir də ki, siz cavansınız, həyatın isti-soyuğu-

na düşməmisiniz, inamlı olun, ancaq hamıya inanmayın.

–Çox sağ olun məsləhətinizə görə! – Boz Beçələr qığıldaş-

dılar.

–Əzizlərim, elə bir zamana yetişmişik ki, heç kimə etibar

eləməli deyil! Mən də gizlində bir qədər pul vermişdim kiçik

bacıma, dar günümə saxlasın! Gənə də bacı! O günü həkimə

aparmışdı məni...

Boz Beçələr səbrsizliklə qanadlarını bir-birinə çırpdılar:

–Nə dedi həkim, Qara Pişik, nə dedi həkim?!

–Sağ olsun, düz bir saat məni müayinə elədi. Dedi, düz-

dü, gecikmisən, amma hələ də gec deyil, ey məşhur Oğrubaşı

Qara Pişik... İnanın, belə də dedi, sənin gözlərin açılacaq!

–Ura! Ura! Ura! Allaha şükür! Allaha şükür! Az qala ürə-

yimiz partlayırdı, ay Qara Pişik, sənin fikrindən! – Boz Beçələr

qanadlarını bir-birinə çırpa-çırpa banlayıb, bir xeyli atılıb düş-

dülər.

–Az qalıb, inşallah, gələn ay əməliyyata girəcəm! – Qara

Pişik gülümsəyib, yenidən tikəni ağzına apardı; mızıldaya-

mızıldaya əti didişdirir, bir parça qoparıb dişinə salır, asta-asta

Page 29: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 30: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

çeynəyir, sonra udurdu.

–Qara Pişik, ay Qara Pişik, deyirik, bu dünyada ətyeyən

olmasaydı, nə yaxşı olardı!

Qara Pişiyin isə başı yeməyə qarışdığından Boz Beçələri

eşitmirdi; dişləriylə yağlı ətin dadını çıxarırdı.

Page 31: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm
Page 32: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm

Çapa imzalanıb 20.01.2015

Formatı 60 x 90 1/16

Fiziki çap vərəqi 2

Sayı 1000

----------------------------------------

Bakı-1021, Badamdar qəs.

Seyran Məmmədov küç. 6, mən. 8

Tel: 492-92-27, 050 316 23 40

------------------------------------

Qəşəm İsabəyli

Boz Cücələrlə Məşhur Oğrubaşı

Qara Pişiyin ölüm-dirim savaşı

(nağıl).

Bakı – Şirvannəşr – 2015

Page 33: Boz Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin ölüm dirim savaşı … · Redaktor Şəfəq Nasir yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva Qəşəm