azərbaycan respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

286
AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının R Ə Y İ BAKI 2015

Upload: haduong

Post on 11-Jan-2017

282 views

Category:

Documents


19 download

TRANSCRIPT

Page 1: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI

"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında"

Azərbaycan Respublikasının Qanun layihəsinə

Azərbaycan Respublikası Hesablama Palatasının

R Ə Y İ

BAKI – 2015

Page 2: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

2

MÜNDƏRİCAT

Azərbaycan Respublikasının dövlət büdcəsi

Ümumi müddəalar

4

I Bölmə. 2016-cı ilin icmal büdcə layihəsinin təhlili 6

1.1. İcmal büdcə layihəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi

şərait

6

1.1.1. Dünya üzrə makroiqtisadi meyllər 6

1.1.2. Azərbaycaniqtisadiyyatının əsas makroiqtisadi göstəricilərinin təhlili 22

1.2. Dövlət büdcəsi layihəsinin əsas göstəriciləri 29

1.3. İcmal büdcə layihəsinin əsas göstəriciləri 58

II Bölmə. Dövlət büdcəsinin gəlirləri 60

2.1. Vergi gəlirləri 60

2.2. Digər gəlirlər 94

III Bölmə. Dövlət büdcəsinin xərcləri 104

3.1. Ümumi dövlət xidməti ilə bağlı xərclər 104

3.2. Sosialyönümlü sahələrdə xərclərin strukturu və əsas istiqamətləri 115

3.2.1. Elm, təhsil, səhiyyə və mədəniyyət xərcləri 115

3.2.2. Sosial müdafiə və sosial təminat xərcləri 170

3.3. Müdafiə və hüquq-mühafizə ilə bağlı xərclər 187

3.3.1. Müdafiə xərcləri 187

3.3.2. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 191

3.4. İqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrlə bağlı

xərclər

197

3.4.1. Mənzil-kommunal xərcləri 198

3.4.2. Yanacaq və enerji xərcləri 213

3.4.3. Kənd təsərrüfatı xərcləri 215

3.4.4. İnvestisiya xərcləri 231

3.4.5. Nəqliyyat və rabitə xərcləri 245

3.4.6. İqtisadi fəaliyyət xərcləri 252

3.4.7. Əsas bölmələrə aid edilməyən xidmətlərlə bağlı xərclər 261

IV Bölmə. Dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi 269

4.1. Dövlət borcunun və dövlət borclanma limitinin strukturu 269

4.2. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrinin əsas

istiqamətləri

275

V Bölmə. Nəticələr və tövsiyələr 278

Page 3: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

3

Abbreviatura və akronimlər

AB ‒Avropa Birliyi

AMB ‒Avropa Mərkəzi Bankı

ARDNŞ ‒Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

ARDNF‒ Azərbaycan Respublikası Dövlət Neft Fondu

BVF ‒Beynəlxalq Valyuta Fondu

BRICS ‒ B (Brazil), R (Russia), I (India), C (China), S (South Africa Republic)

DNF – Dövlət Neft Fondu

DSMF‒ Dövlət Sosial Müdafiə Fondu

DSK‒ Dövlət Statistika Komitəsi

DB ‒Dünya Bankı

MB ‒Mərkəzi Bank

MDB ‒Müstəqil Dövlətlər Birliyi

OPEC‒Organization of the Petroleum Exporting Countries

İƏİT‒ İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı

ÜDM ‒Ümumi Daxili Məhsul

PWC‒ PriceWaterhouseCoopers

FES ‒Federal Ehtiyat Sistemi

ƏDV ‒Əlavə Dəyər Vergisi

Page 4: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

4

Ümumi müddəalar

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası

Hesablama Palatasının Rəyi “Hesablama Palatası haqqında” Azərbaycan

Respublikası Qanununun 2-ci və Hesablama Palatasının Daxili Nizamnaməsinin

12-ci maddələrinin tələblərinə, həmçinin “Dövlət büdcəsi və büdcədənkənar dövlət

fondlarının büdcələri haqqında Azərbaycan Respublikasının Qanun layihələrinə

Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması

və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

Rəyin hazırlanmasında Azərbaycan Respublikasının 2015-ci və 2016-cı illər

üçün “Büdcə zərfi”nə daxil olan materiallardan, Azərbaycan Respublikası Vergilər

Nazirliyinin və Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatlarından,

Hesablama Palatası (bundan sonra Palata) tərəfindən həyata keçirilən nəzarət

tədbirlərinin, həmçinin, büdcə təşkilatlarından Palataya daxil olan maliyyə və digər

hesabatlar əsasında aparılmış təhlillərin nəticələrindən, eyni zamanda, nüfuzlu

beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilmişdir.

Rəyin hazırlanması zamanı Palata tərəfindən “Büdcə zərfi”nə daxil olan

sənəd və materialların, habelə, təqdim edilmiş ümumi büdcə layihəsinin “Büdcə

sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib

olunmasına, dövlət büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi

mühitin araşdırılmasına, layihədə nəzərdə tutulan dövlət büdcəsinin gəlir və xərc

göstəricilərinin strateji sənədlərə və prioritet vəzifələrə uyğunluğunun təhlilinə,

habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasında müəyyən olunmuş

məqsəd və hədəflər nəzərə alınmaqla büdcənin strukturunun, eləcə də, kəsirin

maliyyələşmə mənbələrinin təhlilinə xüsusi diqqət yetirilmişdir.

Qeyd etmək lazımdır ki, “Büdcə zərfi”ndə növbəti ilin dövlət büdcəsinin

layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan

Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun hazırlanmış, zərfin

Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim

edilməsi zamanı göstərilən Qanunun 13-cü maddəsinin tələbləri gözlənilmişdir.

Page 5: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

5

Rəyin hazırlanması zamanı yuxarıda qeyd edilmiş mənbələr üzrə

məlumatlardan istifadə etməklə statistik təhlil metodları, o cümlədən, müqayisə,

meyllərin təhlili, retrospektiv yanaşma və s. tətbiq edilmişdir.

Palata tərəfindən məlumatların təhlili və həyata keçirilmiş nəzarət tədbirləri

əsasında hazırlamış təkliflər Rəyin müvafiq bölmələrində fərqli (maili) şriftlə

təqdim edilmişdir.

Rəy aşağıdakı bölmələr üzrə tərtib edilmişdir:

“Ümumi müddəalar” bölməsində Rəyin hazırlanması zamanı istifadə edilən

məlumat mənbələri, habelə, Rəyin strukturu barədə icmal məlumat verilmişdir.

I Bölmədə növbəti ildə dövlət büdcəsi layihəsinin əsas parametrlərini

şərtləndirən makroiqtisadi göstəricilərin, dünya üzrə makroiqtisadi meyllərin,

beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin, sosial-iqtisadi göstəricilərin

təhlili, makro-fiskal çərçivədə dövlət büdcəsinin əsas göstəricilərinin, dövlət

büdcəsinin gəlir və xərclərinin ümumi təhlili aparılmışdır.

II Bölmədə dövlət büdcəsi gəlirlərinin növbəti il üçün müəyyən edilmiş

proqnoz göstəriciləri vergi və digər gəlir mənbələri, tədiyyə və mülkiyyət növləri

üzrə təhlil edilmişdir.

III Bölmədə dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının

bölmələri, köməkçi bölmələri və bəzi hallarda isə paraqrafları səviyyəsində dövlət

idarəetmə orqanları və güc strukturları, sosialyönümlü sahələr, iqtisadiyyatın real

sektoru və iqtisadi fəaliyyətin digər sahələri, habelə təsdiq edilmiş proqram və

layihələr üzrə xərclərin strukturu və əsas istiqamətlərinin təhlili aparılmışdır.

IV Bölmədə dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi, o

cümlədən, dövlət borcunun və dövlət borclanma limitinin strukturu, dövlət büdcəsi

kəsirinin maliyyələşdirilməsi mənbələrinin əsas istiqamətləri təhlil olunmuşdur.

V Bölmədə makroiqtisadi şərait, dövlət büdcəsinin gəlir və xərcləri, dövlət

borcu, həmçinin, icmal büdcə üzrə aparılmış təhlillər əsasında Palatanın nəticə və

tövsiyələri ümumiləşdirilmişdir.

Page 6: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

6

I Bölmə. 2016-cı ilin dövlət büdcəsi layihəsinin təhlili

1.1. Büdcə layihəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şərait

1.1.1. Dünya üzrə makroiqtisadi meyllər

2015-ci ilin ötən dövrü müxtəlif istiqamətli iqtisadi və siyasi proseslər, bu

proseslərin doğurduğu ehtimal olunan və gözlənilməz nəticələr, həmçinin bütün bu

proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə

xarakterizə oluna bilər. Qeyd edilən amillər isə ayrı-ayrılıqda və kompleks şəkildə

dünya ölkələrinin iqtisadi inkişafına təsirsiz olmamışdır.

Beynəlxalq Valyuta Fondunun (BVF) cari ilin iyul ayında nəşr edilən

“Dünya İqtisadi İcmalı” ilə bağlı hesabatında 2013-2014-cü illərdədünya

iqtisadiyyatı üzrə real artım templərinin sabit qaldığı qeyd edilmiş, inkişaf etməkdə

olan dövlətlər üzrə artımın zəifləməsi fonunda cari ilin sonuna dünya üzrə

gözlənilən artımın isə ötən illə müqayisədə 0,1 faiz bəndi azalacağı ehtimal

olunmuşdur (Cədvəl 1). İqtisadi inkişafın gözlənilən azalma tempi, ilk növbədə,

neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi ilə izah edilmişdir.

Cədvəl 1.Dünya üzrə real artım templəri, əvvəlki illə müqayisədə, %-lə

2013 2014 2015 2016

Dünya üzrə 3,4 3,4 3,3 3,8

İnkişaf etmiş ölkələr 1,4 1,8 2,1 2,4

İnkişaf etməkdə olan

ölkələr

5,0 4,6 4,2 4,7

Avrozona -0,4 0,8 1,5 1,7

ABŞ 2,2 2,4 2,5 3,0

Fransa 0,7 0,2 1,2 1,5

Almaniya 0,2 1,6 1,6 1,7

Yaponiya 1,6 -0,1 0,8 1,2

Birləşmiş Krallıq 1,7 2,9 2,4 2,2

Kanada 2,0 2,4 1,5 2,1

İtaliya -1,7 -0,4 0,7 1,2

MDB 2,2 1,0 -2,2 1,2

BRICS 4,2 3,4 2,3 3,4

Braziliya 2,7 0,1 -1,5 0,7

Rusiya 1,3 0,6 -3,4 0,2

Hindistan 6,9 7,3 7,5 7,5

Page 7: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

7

Çin 7,7 7,4 6,8 6,3

CAR 2,2 1,5 2,0 2,1 Mənbə: http://www.imf.org/external/pubs/ft/weo/2015/update/02/pdf/0715.pdf

Müxtəlif hesabat və təhlillərin araşdırılması cari şəraitdə formalaşmış

makroiqtisadi şəraiti xarakterizə edən müxtəlif amilləri qeyd etmək imkanı verir.

İlk olaraq monetar siyasətin yumşaldılması ilə bağlı addımları göstərmək olar.

Belə ki, 2011-ci ildə frankın möhkəmlənməsi səbəbindən İsveçrə Mərkəzi Bankı

öz valyutasını avroya “bağlamışdı”. 2015-ci ilin yanvarın 15-də isə bu siyasətdən

imtina edilməsi cari ilin əvvəlində maliyyə bazarlarında ciddi volatillik yaratmışdı.

Əgər İsveçrə frankı avroya bağlı idisə, Polşa zlotu və Macarıstan forinti, öz

növbəsində, franka bağlılığı frankın avroya “köklənməsi rejimi”ndən imtina etməsi

səbəbindən bir neçə gün ərzində bir sıra maliyyə institutlarının iflasa uğraması,

hətta Polşada həmin valyutada ipoteka götürmüş vətəndaşlar üçün ipoteka üzrə

ödənişlərin dəyərsizləşməsinə səbəb olmuşdur.

İsveçrə frankı hazırda dünya ölkələrində Mərkəzi Banklar tərəfindən

konsolidasiya edilmiş valyuta ehtiyatları, həmçinin, dünya üzrə suveren fondlara

toplanan vəsaitlərin strukturunda ehtiyat valyutalardan biridir. Məhz bu səbəbdən

həmin valyuta üzrə cari ilin əvvəlində qəbul edilmiş qərar maliyyə bazarları

tərəfindən kifayət qədər ciddi qarşılanmış, İsveçrə Mərkəzi Bankının atdığı bu

addım Türkiyə və Danimarka Mərkəzi Banklarının monetar alətlərdən istifadədə

fəallığının artması ilə müşahidə edilmişdir. Belə ki, hər iki dövlətdə mərkəzi bank

depozit dərəcəsini aşağı salmış, Türkiyədə REPO1 üzrə dərəcə 8,25%-dən 7,75%-

dək, fevral ayından isə 7,5%-dək azaldılmışdır.

Avstraliya Mərkəzi bankı uçot dərəcəsini cari ilin fevral ayında 2,5%-dən

2,25%-dək, may ayında isə 2,0%-dək, Çin Xalq Bankı isə cari ilin iyun ayında uçot

dərəcəsini 5,1%-dən 4,85%-dək, avqust ayında 4,6%-dək azaltmışdır.

Bütün bu tədbirlərin fonunda davamlı olaraq ABŞ dolları möhkəmlənməyə

başlamış, dolların kursu 1981-ci ildən hazırkı dövrədək digər valyutalara nisbətdə

ən yüksək səviyyədə qərarlaşmışdır.

ABŞ dollarının möhkəmlənməsi isə bir neçə səbəblə bağlı olmuşdur. Birinci,

əsas, səbəb dünya maliyyə bazarlarında müşahidə edilən volatillik fonunda

1REPO - mərkəzi bank tərəfindən qiymətli kağızların digər banka sonradan geri almaq şərti ilə

satışıdır. 2www.bloomberg.com

3 Rusiya Federasiyasının Mərkəzi Bankı sonuncu dəfə 2014-cü ilin 16 dekabr tarixində

Page 8: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

8

investorların daha çox etibar edəcəyi əsas əmtəə rolunu məhz ABŞ dollarının

oynamasıdır.

Digər tərəfdən, ABŞ iqtisadiyyatının son illərdə böhrandan öncəki, həmçinin

böhran dövrü ilə müqayisədə artması ciddi rol oynayır və inamı artırır. Belə ki,

2006-cı ildə 1,8% artım, 2007-ci və 2008-ci illərdə müvafiq olaraq 0,3% və 2,8%

azalma müşahidə olunmuşdursa, sistemli böhrana keçmiş 2014-cü ilin qlobal

böhran dövründə ABŞ iqtisadiyyatının inkişaf tempi 2,4% təşkil etmişdir.

Üçüncü səbəb, hazırda dünyada müşahidə edilən “valyuta müharibələri”dir.

Digər ölkələr öz valyutalarını ABŞ dollarına nisbətdə ucuzlaşdırmaqla ixracı

stimullaşdırmağa çalışır.

ABŞ Federal Ehtiyat Sistemi (FES) cari ilin may ayında ölkədə

iqtisadiyyatın canlanması və inflyasiya üzrə müəyyən edilən 2%-lik hədəfə nail

olunacağı təqdirdə uçot dərəcəsinin qaldırılacağı ehtimalı ilə bağlı çıxış etmiş və

sonuncu dəfə belə bir addım yalnız 2006-cı ildə atılmışdır2.

Qeyd edilən şəraitdə Avropa İttifaqı da adekvat tədbirlərə əl atmışdır. Belə

ki, cari ilin yanvar ayından başlayaraq Avropa Mərkəzi Bankı (AMB) tərəfindən

hər ay təqribən 60 mlrd. avro həcmində həm suveren, həm də korporativ istiqrazlar

alınması davam etdirilir. AMB-nin bu addımı atmasında məqsəd iqtisadi artımın

təmin edilməsində monetar alətlərin rolunu artırmaqla yanaşı deflyasiyanın

qarşısının alınmasıdır. İxracın ucuzlaşması üçün avronun qiymətinin digər

valyutalarla müqayisədə aşağı düşməsi son bir ildə Avrozonaya üzv dövlətlərin 2www.bloomberg.com

HAŞİYƏ 1. EHTİYAT VALYUTALAR

Dünyanın bir çox mərkəzi bankları və suveren fondlar öz aktivlərini ABŞ dolları və avro ilə

yanaşı digər valyutalarda (Avstraliya dolları, Kanada dolları, İsveçrə frankı, İngilis funt

sterlinqi, Yapon yeni və s.) da saxlayırlar. Bu valyutaların qeyd edilən iki valyuta ilə

müqayisədə payı yüksək olmasa da sistemli böhran digər ehtiyat valyutalara olan mövqeyi bir

qədər dəyişdi [Резервные валюты: факторы становления и роль в мировой экономике, С.

Наркевич П. Трунин. 2012]

Valyutanın ehtiyat valyuta olmasının bir neçə şərti vardır. Bu şərtlər uzun illər ABŞ Federal

Ehtiyat Sisteminin (Mərkəzi Bank) rəhbəri işləmiş Alen Qrinspen tərəfindən müəyyən

edilmişdir.

1.Həmin valyuta üzrə etibarlılıq dərəcəsi və risklərin minimal olması.

2.Emitent ölkənin dünya bazarında payı və ölkənin miqyası.

3.Daxili maliyyə bazarının inkişafı və “dərinliyi”.

4.Tarixi amilin olması. Tarixi proseslərin nəticəsi olaraq bir neçə valyutaya inam

formalaşmışdır.

Page 9: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

9

həm dövlət rəsmiləri, həm də biznes sferası üçün mühüm addım hesab edilir. Cari

ildə keçirilən iclaslarda AMB uçot dərəcəsini əvvəlki nisbətdə ‒ 0,05% saxlamağı

qərara almışdır, bununla belə, avronun daha sürətli ucuzlaşması müşahidə

olunmuşdur. Belə ki, 2015-ci ilin ilk 5 ayında avro ABŞ dolları ilə müqayisədə

6%-ə qədər ucuzlaşmışdır.

Ötən ilin sonlarından əhəmiyyətli şəkildə zəifləmiş rus rublu cari ildə də

dəyərsizləşməkdə davam etmiş, bank sektorunda ciddi vəsait çatışmazlığı

(likvidlik) yaranmışdır. İnflyasiya riskinin iqtisadi artım tempinin azalması

riskindən aşağı olması ilə əlaqədar olaraq, Rusiya Federasiyası3 30 yanvar

tarixində uçot dərəcəsini 17%-dən 15%-dək, mart ayında 15%-dən 14%-dək, aprel

ayının 30-da 12,5%-dək, iyun ayının 15-də 11,5%-dək, iyul ayının 31-də isə

11,0%-dək endirmişdir.

Likvidlik problemini aradan qaldırmaq məqsədilə Rusiya hökuməti böhranın

nəticələrinin aradan qaldırılması üçün valyuta ehtiyatlarının 500 mlrd. rubl

məbləğində hissəsini sataraq 150 bankda yerləşdirmişdir.

MDB-yə üzv olan digər dövlətlərdə də devalvasiya prosesləri müşahidə

olunmuşdur. Ötən ilin əvvəlində tengenin 20% nisbətində devalvasiyası addımını

atmış Qazaxıstan Mərkəzi Bankı cari ilin avqustunda müəyyən etdiyi valyuta

dəhlizindən də imtina edərək üzən valyuta rejiminə keçmişdir ki, bu da ölkə

valyutasının dəyərsizləşməsi səbəbi ilə bağlı olmuşdur.

Valyuta kurslarında volatillik son nəticədə, xüsusilə Avropada (İsveç,

Niderland, İspaniya, Portuqaliya, İtaliya, Birləşmiş Krallıq), insanları öz

vəsaitlərini digər əmtəələrə yönəltməsinə sövq etmiş, bu isə ötən ilin 4-cü rübündə

kommersiya əmlakına qoyulan pulun həcminin 78 mlrd. ABŞ dolları olmaqla

əvvəlki illə müqayisədə 49,0% artımı ilə nəticələnmişdir.

Müşahidə edilən makroiqtisadi proseslər ölkələr üzrə strateji valyuta

ehtiyatlarının həcminə də təsirsiz ötüşməmişdir.Rusiya Federasiyasının Mərkəzi

Bankının rəsmi internet səhifəsinə istinadən qeyd edə bilərik ki, ötən il ərzində

valyuta ehtiyatlarının həcmi 122 mlrd. ABŞ dollarıməbləğində azalmış, cari ildə bu

proses davam etməklə yanvar-iyun aylarında itki əlavə 26,5 mlrd. ABŞ dolları

təşkil etmişdir. 2009-cu illə müqayisədə isə bu ölkənin ehtiyatları 2012-ci ilədək

3 Rusiya Federasiyasının Mərkəzi Bankı sonuncu dəfə 2014-cü ilin 16 dekabr tarixində

devalvasiyanın tənzimlənməsi və inflyasiya təhdidlərinin qarşısının alınması uçun uçot

dərəcəsini 10,5%-dən 17%-dək qaldırmışdı

Page 10: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

10

artım, sonrakı 3 ildə isə azalma ilə xarakterizə olunur və 2015-ci il ilin 6 ayı üçün

Rusiya Federasiyasının valyuta ehtiyatları maksimum göstəricinin müşahidə

olunduğu 2012-ci illə müqayisədə 175,4 mlrd. ABŞ dolları və ya 32,64%

azalmışdır (Şəkil 1) .

Şəkil 1

Rusiya Federasiyasının strateji valyuta ehtiyatları, mlrd. ABŞ dolları ilə

Mənbə:http://www.cbr.ru/hd_base/default.aspx?PrtId=mrrf_7d

Qazaxıstan Respublikasında da eyni göstərici üzrə cari ilin 6 ayının

yekunlarına görə ötən ilin sonu ilə müqayisədə 4% azalma müşahidə edilmişdir

(Şəkil 2).

Şəkil 2

Qazaxıstan Respublikasının strateji valyuta ehtiyatları, mlrd. ABŞ dolları ilə

Mənbə:http://www.nationalbank.kz/

Son 10 ildə makroiqtisadi müstəvidə əsas diqqəti çəkən problemlərdən biri

dünya bazarlarında neftin qiyməti üzrə müşahidə olunan əhəmiyyətli dəyişiklikdir.

441,0

480,7

498,0

537,4

510,5

388,5

362

0,0 100,0 200,0 300,0 400,0 500,0 600,0

2009

2010

2011

2012

2013

2014

2015 iyun

47,4

59,3

72,9

86,2

95,5

102,5

97,9

0 20 40 60 80 100 120

2009

2010

2011

2012

2013

2014

2015 iyun

Page 11: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

11

Cari il ərzində “Brent” markalı neftin qiyməti 42-69 ABŞ dolları nisbətində

dəyişmişdir. Avqustun 25-də isə sonuncu dəfə 2009-cu ilin mart ayında müşahidə

edilən 42,3 ABŞ dolları həddində qərarlaşmışdır. Qeyd edək ki, neftin son

dövrlərdə ən aşağı qiyməti 42-44 ABŞ dolları nisbətində olmaqla yalnız avqust

ayında formalaşmışdır.

Əhəmiyyətli enerji daşıyıcısı olması və bir sıra ölkələrin iqtisadiyyatında

vacib rol oynaması neftin qiymətini həmişə diqqət mərkəzində saxlayıb. Müasir

dövrdə müşahidə olunan proseslər fonunda isə bir sıra beynəlxalq təşkilatlar və

analitiklər tərəfindən neftin dünya bazarında qiyməti ilə bağlı müxtəlif proqnozlar

təqdim edilmişdir.

Ötən ilin avqust ayından başlayaraq neftin qiymətinin dünya bazarlarında

azalması bir sıra ölkələrdə maliyyə itkilərinə səbəb olmuşdur. Bu əsasdan da, istər

iqtisadiyyatı təbii resursdan asılı, istərsə də neft idxalatçısı olan ölkələr üçün

qarşıdakı dövrdə neftin qiymətinin hansı səviyyədə olacağı ilə bağlı proqnozlar

əhəmiyyətli olması ilə yanaşı ciddi müzakirə predmetinə çevrilmişdir. Məhz bu

səbəbdən, müxtəlif beynəlxalq qurumların və agentliklərin proqnozları, xüsusilə

diqqət çəkir (Cədvəl 2).

Cədvəl 2. 2015-2016-cı illərdə “Brent” markalı neftin dünya bazarlarında qiymətinin

proqnozu, ABŞ dolları ilə Təşkilat 2015 2016

1 ABŞ-ın Enerji İnformasiya Administrasiyası, yanvar 55,8 75,0

ABŞ-ın Enerji İnformasiya Administrasiyası, iyul 54,4 59,4

2 “Fitch” reytinq agentliyi 55,0 65,0

3 “Morgan Stanley” şirkəti 43,0 48,0

4 “Goldman Sachs” şirkəti, yanvar 50,4 70,0

“Goldman Sachs” şirkəti, sentyabr 53,7 49,5

5 “BofA Merrill Lynch” şirkəti 52,0 58,0

6 “OPEC” kartelı 53,9

7 Dünya Bankı 57,0 61,0

8 Avropa Mərkəzi Bankı 55,3 56,1

ORTA GÖSTƏRİCİ 53,0 56,7

Mənbə: EIA, “Short energy outlook”, January 2015,

EIA, “Short energy outlook”, August 2015,

http://s06.static-shell.com/content/dam/shell-

new/local/corporate/corporate/downloads/quarterly-results/2014/q4/q4-2014-analyst-

presentation-slides.pdf

http://www.cnbc.com/id/102247766#.

http://www.reuters.com/article/2015/01/12/us-research-goldmansachs-crude-

dUSKBN0KL0RR20150112

http://www.reuters.com/article/2015/01/15/oil-price-baml-idUSL3N0UU4G520150115

http://siteresources.worldbank.org/INTPROSPECTS/Resources/334934-

1304428586133/GEP2015c_commodity_Jul2015.pdf

Page 12: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

12

http://www.ecb.europa.eu/pub/pdf/other/ecbstaffprojections201509.en.pdf?bbba938760343e037f

45c05f0354fc6e

http://www.fxstreet.com/news/forex-news/article.aspx?storyid=b42cfdaf-798e-4392-b8ba-

87a6e053f4a5 Cədvəl 2-dən də göründüyü kimi, 2015-ci il üçün neftin orta qiyməti

müxtəlif mənbələrə görə 43-57 ABŞ dolları, 2016-cı il üçün isə 48-75 ABŞ dolları

çərçivəsində proqnozlaşdırılır.

Ümumiləşdirmə aparsaq, neftin qiymətinin orta müddətli dövrdə ciddi

şəkildə artmayacağını qeyd etmək olar. Son illərin təcrübəsi göstərir ki, neftin

qiyməti ilə bağlı istənilən proqnoz subyektiv fikir və mülahizə olaraq qəbul

edilməlidir.

Neftin qiymətlərində azalma meyli, çıxarılması daha böyük resurs tələb edən

qaya (şist) neftinin hasilatı prosesinin də ləngiməsinə səbəb olur. Belə ki, böyük

hissəsi ABŞ-da toplanmış bu neft növünün çıxarılması üçün xam neftin dünya

əmtəə birjalarında qiyməti orta hesabla 80 ABŞ dolları təşkil etməlidir4. Qiymətin

80 ABŞ dollarından aşağı olmasının ABŞ-da fəaliyyət göstərən 10 ən böyük qaya

nefti hasil edən şirkətlərdən 8-i üçün iflasla nəticələnə biləcəyini də nəzərə alsaq,

bu qiymət həddi belə qaya (şist) neft hasilatının artımı üçün tam qənaətbəxş hesab

edilə bilməz.

Müşahidə edilən prosesləri nəzərə alsaq neftin dünya bazarlarında qiymətinə

təsir göstərən amilləri aşağıdakı kimi qruplaşdırmaq olar. İlk olaraq qeyd edək ki,

OPEK dünya neft ixracının 40%-nə sahibdir, bu baxımdan da kartelin cari ilin 5

iyun tarixində Vyanada keçirilən növbəti iclasının yekunları neftin qiymətinə ciddi

təsiredici faktor kimi qəbul edilməlidir. OPEK həmin iclasda neft hasilatının

dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.

OPEK, eyni zamanda, 31 avqust tarixində neftin qiymətləri ilə bağlı bir

qədər fərqli fikirlə çıxış etmişdir. Belə ki, hasilatın həcminin dəyişdirilməməsi ilə

bağlı qərarına rəğmən, qiymətlərin tənzimlənməsi ilə bağlı OPEK-ə üzv olmayan

dövlətlərlə görüşə hazır olduğunu bildirmiş və bu, nəticədə neftin qiymətlərinin

artımına müsbət təsir göstərmişdir.

İkincisi, qeyd edək ki, dünya bazarında neftin qiymətinə təsir edə biləcək

tərəflərdən biri olan İran İslam Respublikasının dünya neft bazarlarına təkrar çıxışı

yalnız gələn ilin ortasından ehtimal olunur. Bu isə, öz növbəsində, neft təklifini

artırmaqla qiymətlərin bir qədər də azalmasını şərtləndirə bilər.

4http://www.sberbank.ru/common/img/uploaded/analytics/2014/Oil_dec14.pdf

Page 13: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

13

Üçüncüsü, ABŞ-ın neft ehtiyatlarının həcminin dəyişməsi haqqında

məlumatlarını müntəzəm olaraq elan etməsi də, öz növbəsində, neftin qiymətinə

təsirsiz ötüşmür.

1973-cü il dünya enerji böhranından sonra ABŞ ölkənin enerji

təhlükəsizliyinin təmin olunması üçün 1975-ci ildə neft ehtiyatlarının yaradılması

barədə qərar qəbul etmişdir. Neft ehtiyatlarının maksimal həcmi 727 mln. barel

olmaqla 90 günlük enerji tələbini ödəmək məqsədini daşıyır. Son illərdə daha çox

fors-major (qasırğa, digər təbii fəlakət və s.) halların nəticəsində ABŞ hökuməti bu

ehtiyatların az bir qismindən istifadə etmişdir.

Dördüncü amil kimi, neftin dünya üzrə əsas idxalatçısı Çin Xalq

Respublikasının dünya bazarına təsiri qeyd edilməlidir və bu təsir son dövrlərdə bir

qədər zəifləmişdir. Əhali sayının artması fonunda enerji daşıyıcılarına olan tələbin

yüksəlməsi və Çinin neft ehtiyatları formalaşdırması təcrübəsinə keçməsi bu

ölkənin neft bazarına təsirini gücləndirsə də, son illərdə əvvəlki dövrlərlə

müqayisədə Çin iqtisadiyyatının real artım templərinin zəifləməsi, maliyyə

bazarlarında geriləmə və valyutanın devalvasiyası neftə olan tələbi də azaltmışdır.

Yunanıstan iqtisadiyyatında böhranın davam etməsi Avrozona üçün ciddi

riskə səbəb olmaqla yanaşı ayrı-ayrı üzv dövlətlərin və ümumən Avropa

iqtisadiyyatının inkişafına ciddi təhdid ola bilər ki, bu, dünya bazarlarında neftin

qiymətinə təsir göstərən növbəti amil olaraq qeyd edilməlidir.

Sonuncu amil, ABŞ-ın Federal Ehtiyat Sisteminin cari ilin sentyabr ayında

uçot dərəcəsinin azaldılması ilə bağlı ehtimal olunan qərarıdır. Bununla belə, cari

ilin sentyabr ayının 16-17 tarixlərində keçirilmiş iclasda uçot dərəcəsinin sabit

saxlanılması ilə bağlı qərar qəbul edilmişdir.

Neftin qiymətində müşahidə edilən volatillik təbii resursla zəngin ölkələrdə

fiskal idarəetmə modellərinə təkrarən nəzər salmaq zərurətini ön plana çəkir (Şəkil

3).

Page 14: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

14

Şəkil 3

İqtisadiyyatı təbii resursla zəngin ölkələrdə fiskal idarəetmə şərtləri

•25% nisbətində yığım müəyyən edilir

•Dəyişməz real xərclər prinsipi müəyyən edilir

•Qeyri-neft büdcə kəsirinin (DNF-nin gəlirləri çıxılmaqla) qeyri-neft ÜDM-nə faiz nisbəti təyin edilib

Azərbaycan Respublikası

•Dəyiməz real gəlir prinsipi - Milli Rifah Fondundan götürülən transfertin ÜDM-ə 3,7% nisbətində müəyyən edilib

•Qeyri-neft büdcə kəsirinin ÜDM-ə 4,7% nisbəti qanunvericilikdə təsbit edilib

Rusiya Federasiyası

•Dəyiməz real gəlir prinsipi - Hər il Milli Fonddan 8 mlrd.ABŞ dolları nisbətində transfert istifadə edilə bilər

•Milli Fondda ÜDM-in 20% nisbətində yığım müəyyən edilir. Əgər yığım bu nisbətdən aşağı olarsa o zaman transfertin məbləği azaldılır

Qazaxıstan Respublikası

•Norveç Pensiya Fondunun (hazırda neft fondu belə adlanır) yalnız idarəetmədən əldə edilən vəsaitləri istifadə edilir (yığım prinsipi)

•Qeyri-neft büdcə kəsiri Pensiya Fondunun aktivlərinin 4% nisbətini aşmamalıdır

Norveç

•Meksikada neftin orta ixrac qiyməti (25% xüsusi çəki ilə son 10 ilin qiyməti, 50% xüsusi çəki ilə qısa müddətli fyüçers qiyməti, 0,84 əmsalına vurulmaqla, 25% xüsusi çəki ilə orta müddətli fyüçers qiyməti xüsusi çəki ilə) müəyyən edilir. Yəni neftin orta qiyməti nominal deyil real dəyərdə müəyyən edilir

Meksika

Page 15: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

15

Qeyd edildiyi kimi, neftin qiymətinin düşməsi səbəbindən müşahidə edilən

qlobal iqtisadi dəyişikliklərin fiskal müstəvidə əsas fəsadları iqtisadiyyatı təbii

resursla zəngin dövlətlərdə maliyyə itkilərinə səbəb olmuşdur. Bu, həmin

dövlətlərin neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına formalaşan suveren

fondlarının aktivlərinin həcminin də ilin əvvəli ilə müqayisədə azalmasında

göstərmişdir5. Misal üçün, Norveçin Pensiya Fondu (Hazırda Neft Fondu belə

adlanır) aktivlərinin həcmi ötən ilin yekununa görə 893 mlrd. ABŞ dolları təşkil

edirdisə hazırda bu məbləğ 882 mlrd. ABŞ dolları təşkil edir6. Səudiyyə

Ərəbistanının SAMA Foreign Holdings şirkəti üzrə cari ilin əvvəlinə aktivlərin

həcmi 757,2 mlrd. ABŞ dolları təşkil etdiyi halda hazırda bu, 671,8 mlrd. ABŞ

dollarına bərabərdir7. Deməli, müvafiq olaraq hər iki fond üzrə itkilər 11 mlrd. və

85,4 mlrd. ABŞ dolları təşkil etmişdir.Səudiyyə Ərəbistanı üzrə rəqəmin daha

böyük olması həmin dövlətin büdcəsində neft sektorundan daxilolmaların

həcminin 90% və cari ildə neftin qiymətinin büdcədə 100 ABŞ dolları nisbətində

proqnozlaşdırılması ilə bağlıdır.

Norveçdə isə, Şəkil 3-də göstərildiyi kimi, dövlət büdcəsində yalnız suveren

fonda toplanan vəsaitlərin idarəetməsindən əldə edilən gəlirlərin istifadə edilməsi

ilə əlaqədardır. Həmçinin, hər iki fond aktivlərinin həcminə görə Norveç 1-ci,

Səudiyyə Ərəbistanı 4-cü yerdə qərarlaşmaqla dünya üzrə ilk 5-likdə yer alır.

Neftin qiymətindəki volatillik fonunda cari ilin 24 avqust tarixində dünya

üzrə bir çox ölkələrin maliyyə bazarlarında ciddi təlatümlər müşahidə edilmişdir.

Bu təlatümlər bir çox ekspertlər tərəfindən yeni böhranın başlanması və ya sistemli

böhranın növbəti, daha ciddi fəsadlara səbəb olacaq yeni dalğası kimi

dəyərləndirilmişdir.

Çinin “Shanghai Composite” indeksi 8,49% azalma ilə diqqəti çəkmişdir ki,

bu, 27 fevral 2007-ci il tarixdən hazırkı dövrədək müşahidə edilən ən böyük - son

2,5 ay ərzində 38% olmaqla - azalmadır.

Honkonqun “Hang Seng” indeksi 5,17%, Yaponiyanın “Nikkei 225” indeksi

4,61%, Cənubi Koreyanın “Kospi” indeksi 2,5% azalmış, Asiya bazarlarının

ardınca Avstraliyanın “S&P/ASX 200” indeksi 4,09% səviyyəsində geriləmişdir.

5Hazırda dünyada 77 suveren fond mövcuddur. Bu fondların böyük əksəriyyəti neft-qaz sektorundan

formalaşan gəlirlər hesabına formalaşmışdır. 6http://www.swfinstitute.org/sovereign-wealth-fund-rankings/

7http://www.swfinstitute.org/sovereign-wealth-fund-rankings/

Page 16: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

16

Rusiyanın “MMVB” indeksi eyni tarixdə 1,9%, “RTS” indeksi isə 4,16%

azalmış, 1 ABŞ dolları 71 rubl, 1 Avro isə 82 rubla çatmışdır.

Böyük Britaniyanın “FTSE 100” indeksi üzrə 2013-cü ildən hazırkı

tarixədək 4,5% olmaqla, Almaniyanın “DAX” indeksi üzrə 2011-ci ilin noyabr

tarixindən 2015-ci ilin avqustun 24-dək olan dövrdə 5,0% olmaqla, Fransanın

“CAC” indeksi üzrə 2011-ci ilin noyabrı ilə 2015-ci ilin avqustu tarixləri arasında

5,6% olmaqla ən böyük azalma müşahidə edilmişdir. İspaniyanın “IBEX” indeksi

də 5,6% geriləmişdir.

Bütün bunların davamı ABŞ maliyyə bazarlarında da müşahidə edilmiş, son

4 il ərzində ən böyük azalma məhz 24 avqust tarixində qeydə alınmış, ABŞ-ın

“Dow Jones” indeksi 3,6%, “S&P 500” indeksi 3,9%, “NASDAQ” indeksi 3,8%

geriləmişdir.

Beləliklə, yalnız bir gün ərzində neftin qiymətində müşahidə edilən

əhəmiyyətli azalma dünya maliyyə bazarlarının gedən proseslərə kifayət qədər

həssas olduğunu sübut etmişdir.

Son illərdə neftlə yanaşı qızılın qiymətində də ciddi azalma müşahidə

edilməkdədir. Cari ildə azalmanı şərtləndirən əsas səbəblərdən biri Çin Xalq

Respublikasının qızıl ehtiyatları haqda məlumatları açıqlaması ilə bağlı olmuş və

2009-cu ildən bəri ilk dəfə faktiki qızıl ehtiyatlarının həcmini açıqlaması dünya

qızıl bazarı üçün “şok” effekti yaratmışdır. Belə ki, investorlar ÇXR-in qızıl

ehtiyatlarının həcminin 3510 ton təşkil etdiyini ehtimal edirdilər və faktiki olaraq

isə həmin ehtiyatların 1658 ton olması bu əmtəəyə marağın azalması ilə

nəticələnmişdir. Lakin bir faktı da qeyd etmək lazımdır ki, son illərdə ÇXR

Hindistanla birlikdə dünya bazarlarında daha çox qızıl alan dövlətlər hesab edilsə

də, dünyada qızıl ehtiyatlarına görə liderlik ABŞ-a (8133,5 ton) məxsusdur.

Qızılın qiymətinin son illərdə kəskin şəkildə azalmasına baxmayaraq

qarşıdakı dövrdə bu qiymətli metala Asiya ölkələri tərəfindən tələbin 2030-cu ilə

qədər iki dəfə artması ehtimal edilir. Alternativ valyuta kimi (xüsusilə, “valyuta

müharibələri” fonunda) qızılın seçilməsi, bir sıra ölkələrin (Hindistan) tarixən

qızıla verdiyi əhəmiyyət və nəhayət son illərə qədər dünya əmtəə bazarlarında

qızılın qiymətinin kəskin artımı nəticəsində yaranan “süni tələb”, təbii ki, qızılın

qiymətində əhəmiyyətli artımın gözlənildiyini qeyd etmək imkanı verir və

qiymətin hazırkı 1 unsiyaya görə 1100 ABŞ dollarından 2000, 2400 və 3200 ABŞ

dollarına qədər yüksələcəyi ilə bağlı müxtəlif proqnozlar irəli sürülür.

Page 17: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

17

Qeyd olunanlarla yanaşı, son dövrlərdə dünya ölkələrinin fiskal siyasətinin

prioritetləri də diqqətdə saxlanılmalıdır. ABŞ Konqresinin Büdcə və Menecment

Ofisinin verdiyi məlumatlara görə, qarşıdakı dövrdə dövlət borcunun həcminin

azalması və bu meylin 2025-ci ilə qədər davam etməsi gözlənilir. Federal büdcə

kəsirinin ÜDM-ə faiz nisbəti isə ötən ilin yekunlarına görə 2,8% nisbətində

olmaqla 2016-2020-ci illərdə də bu nisbəti aşmaması proqnozlaşdırılır8.

Yunanıstanın Avrozonadan çıxmaq təhlükəsi cari ilin əvvəlindən daha da

yüksəlmişdir. Belə ki, borcun ÜDM-in 177%-ni keçməsi nəticəsində fiskal

dayanıqsızlığın artması, digər tərəfdən işsizliyin 50%-lik nisbətə yaxınlaşması

səbəbindən cari ilin iyun ayının 30-da Yunanıstan defolt vəziyyətini elan

etmişdir.Sosial gərginliyin artması fonunda iyul ayında kreditorlarla razılığa

gəlinməsi növbəti kredit tranşının açılması ilə nəticələnsə də, bu proses ölkədə

daha “sərt fiskal addımlar”la müşayiət olunmaqdadır. Bu addımlara enerji

sektorunda özəlləşdirmənin aparılması, pensiya islahatlarının həyata keçirilməsi,

bir sıra sahələrdə (xidmət sektoru və kənd təsərrüfatı) ƏDV-nin dərəcəsinin

əhəmiyyətli şəkildə artırılması və s. aid edilə bilər.

Sistemli böhranın şərtləndirdiyi iqtisadi zərurətlərdən biri dövlət büdcəsi

xərclərinin strukturunun optimallaşdırılması və onun büdcə riskləri nəzərə

alınmaqla proqnozlaşdırılmasıdır. Bu addım, ilk növbədə, fiskal konsolidasiya

(qənaət) tədbirləri çərçivəsində reallaşdırılır. Bu, əsasən dövlət qulluqçularının

əmək haqlarının azaldılması, malların alınması və xidmətlərin haqqının ödənilməsi

bölməsi üzrə xərclərin optimallaşdırılması, fiskal yükün desentralizasiyası (başqa

sözlə, fiskal federalizm9 çərçivəsində səlahiyyət bölgüsü) və daha çox cari

xərclərin azaldılması ilə həyata keçirilir. Qeyd edilənlər investisiya xərclərinin

artırılaraq cari xərclərin azaldılması prinsipinə əsaslanır ki, bu da son nəticədə

iqtisadi inkişafı stimullaşdırmaq və məşğulluğu təmin etmək məqsədi daşıyır.

Neftin qiymətinin aşağı meyli bir sıra ölkələri fiskal konsolidasiya tədbirləri

həyata keçirtməyə məcbur etmişdir. Bu ölkələr sırasında Rusiya Federasiyası və

Qazaxıstan Respublikasını da göstərmək olar. Hər iki ölkə orta hesabla büdcə

xərclərinin proqnozlaşdırılan həcminin azaldılması ilə bağlı addımlara əl ataraq,

Rusiya Federasiyasında 15%, Qazaxıstan Respublikasında 10% nisbətində fiskal

qənaət tədbirləri həyata keçirmişdir.

8http://www.whitehouse.gov/sites/default/files/omb/budget/fy2016/assets/budget.pdf

9 Büdcə sisteminin həlqələri arasında sosial-iqtisadi münasibətlər sistemidir.

Page 18: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

18

2008-2009-cu illərdə baş verən maliyyə və iqtisadi böhranınadək beynəlxalq

təcrübədə dövlət büdcəsinin cari və kapital büdcəyə bölgüsü təcrübəsi geniş

yayılmışdır. Bu bölgü bir çox hallarda dövlətin əsaslı vəsait qoyuluşu və ya kapital

büdcəsi, həmçinin sosial öhdəliklərini təmin edəcək xərclərin maliyyələşdirilməsi

məqsədi ilə formalaşdırılan büdcə cari xərclərinin ödənilməsi məqsədini daşıyırdı.

Dövlətin kapital büdcəsinin formalaşdırılması zamanı bir sıra ölkələrdə

(Birləşmiş Krallıq, Almaniya Federativ Respublikası və s.) həmin büdcənin əsas

gəlir mənbəyi kimi dövlət borcu müəyyən edilirdi. Bu təcrübə “qızıl qayda”

(golden rule) adlanırdı. Hazırda müşahidə edilən sistemli böhranın ikinci və

üçüncü mərhələsi zamanı bu qaydadan imtina edilmişdir. Belə ki, dövlətin əsaslı

vəsait qoyuluşu xərclərinin dövlət borclanması vasitəsilə maliyyələşməsi borc

dayanıqsızlığının artması fonunda təhlükəli addım hesab olunmuşdur.

Cari və əsaslı xərclər üzrə konkret nisbətin təyin edilməsi iqtisadi şəraitdən

asılı olaraq müəyyən olunur. Adətən böhran dövründə dövlət siyasətini cari

xərcləri azaltmaqla yanaşı iqtisadi artımı və məşğulluğu təmin etmək məqsədini

güdən kapital xərclərin artırılması istiqamətində qururlar. Daha bir məqam gənc

dövlətlərdə ilkin mərhələdə fəal investisiya siyasətinin formalaşdırılması zərurəti

ilə bağlıdır.

Fiskal siyasətin formalaşması və müvəffəqiyyəti gələcək perspektivlərin

nəzərə alınmasını zəruri edir. Bu istiqamətdə ölkədə gözlənilən ömrün uzunluğu

göstəricisi və yaşlı əhalinin xüsusi çəkisi xüsusilə əhəmiyyətlidir. Belə ki, əhalinin

“qocalma” sürəti yaşlı və cavan əhali arasında tarazlığın pozulmasına səbəb ola

bilər. Bu isə əlavə sosial xərclər tələb etməklə yanaşı, istehsalda məşğul əhalinin

sayının azalmasına gətirib çıxarar.

BMT tərəfindən cari ilin avqust ayında hazırlanan “Dünya əhalisinin

perspektivləri” adlı hesabata görə hazırda dünyada gözlənilən ömrün daha uzun

olması səbəbindən 10 ən daha yaşlı əhalisi olan dövlətlərin siyahısına Yaponiya

liderlik edir (Cədvəl 3).

Yaponiyada hazırda dövlət borcunun ÜDM-ə faiz nisbətinin 246,4% təşkil

etdiyini nəzərə alsaq, qarşıdakı 15 ildə sürətli qocalma fonunda bu ölkədə pensiya

xərclərinin artması səbəbindən büdcənin fiskal yükünün və dövlət borclanmasının

daha da sürətlə artacağını ehtimal etmək olar.

Page 19: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

19

Cədvəl 3. 2015 və 2030-cü illərdə dünya üzrə əhalinin yaşlanma nisbəti

2015 2030

1 Yaponiya 1 Yaponiya

2 Almaniya 2 İtaliya

3 Martinika 3 Portuqaliya

4 İtaliya 4 İspaniya

5 Portuqaliya 5 Yunanıstan

6 Yunanıstan 6 Çin Xalq Respublikası

7 Bolqarıstan 7 Almaniya

8 Avstriya 8 Qeyri-spesefik ərazilər

9 Çin Xalq Respublikası 9 Sloveniya

10 İspaniya 10 Koreya Respublikası

Mənbə:http://esa.un.org/unpd/wpp/Publications/Files/Key_Findings_WPP_2015.pdf

Hazırda Avropada ciddi fiskal problemlərlə üzləşən İtaliya (dövlət borcunun

ÜDM-ə faiz nisbəti 132,1%), Portuqaliya (130,2%), İspaniya (97,7%) və

Yunanıstan (177,2%) sürətli qocalma fonunda qarşıdakı 15 ildə pensiya yaşının

artırılması ilə bağlı addımlar atmalı və bu səbəbdən də ciddi struktur islahatları

aparmalı olacağını gözləmək olar. Belə ki, sərt fiskal islahatlar apararaq dövlət

borclanmasını və büdcə kəsirini azaltmağa çalışan dövlətlərdə yaşlı əhalinin xüsusi

çəkisinin artması hökuməti yeni maliyyə mənbələri axtarmaq və ya pensiya yaşının

qaldırılması zərurəti ilə üz-üzə qoyacaq.

BVF-nin cari ilin aprel ayında nəşr edilən “Fiskal icmal”ında yuxarıda qeyd

edilən dövlətlərin 2030-cü ilə pensiya və səhiyyə xərcləri üzrə yaranacaq əlavə

maliyyələşməyə olan tələbinin həcmi (hər bir ölkə üzrə ÜDM-in bir neçə faizi

həddində) müəyyən edilmişdir.

Son illərdə müşahidə edilən proseslər fonunda dünya üzrə məşğulluğun

səviyyəsinin azalması da diqqəti cəlb edir və beynəlxalq ekspertlər tərəfindən bu

təhdidin qarşıdakı ildə də davam edəcəyi fərz olunur.

Avrozonada cari ilin may ayı üzrə elan edilən işsizlik göstəricisi 11,1%

təşkil etmiş və bu, son 3 ildə ən aşağı göstərici olsa da, Avrozonaya üzv olan 19

dövlət üzrə orta rəqəmdir. Ayrı-ayrı ölkələr üzrə bu göstərici 4,7%-25,7% arasında

dəyişir. Xüsusilə gənclər arasında yoxsulluq daha kəskin problem olaraq

qalmaqdadır. Belə ki, bu göstərici 50,0% səviyyəsində qiymətləndirilmişdir.

Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “Qlobal risklər-2015”

hesabatında dünyada ehtimal edilən 5 əsas riskdən biri kimi struktur işsizlik

səviyyəsinin yüksəlməsi qeyd edilmişdir.

Page 20: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

20

Müşahidə edilən böhran və qeyd edilən problemlər vergi inzibatçılığının

gücləndirilməsi ilə bağlı addımları diqqət mərkəzinə çıxarır. Vergi inzibatçılığının

səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv

ölkələr üçün kifayət qədər aktual problem olaraq qalır.

Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübədə ayrı-ayrı vergilər

arasında ƏDV üzrə fəaliyyət xüsusilə diqqəti çəkir. Hazırda ƏDV İƏİT-ə üzv

dövlətlərin böyük əksəriyyətində tətbiq edilir və vergitutma ilə bağlı işlərin daha

rasional təşkil edilməsi bu əsasdan aktualdır.

Məhz ƏDV-nin, güzəşt və azadolmaların sayının çoxluğu, diferensial vergi

dərəcəsinin tətbiqi və s. səbəblərdən vergi yayınmalarına daha geniş yer açan

tədiyyə növü olduğunu nəzərə alaraq, dünyanın bir çox dövlətləri ƏDV üzrə vergi

inzibatçılığının səmərəliliyinin ölçülməsini diqqətdə saxlayırlar.

Bu əsasda müxtəlif ölkələrdə ƏDV üzrə vergi inzibatçılığı işinin təşkili

təcrübəsinin nəticələrinin qiymətləndirilməsini nəzərdən keçirək. Mövcud

məlumatların təhlili göstərir ki, vergi inzibatçılığı üzrə ən yüksək səmərəlilik

əmsalı Çin Xalq Respublikasına məxsusdur (Cədvəl 4).

Azərbaycan üzrə tərəfimizdən aparılan hesablamaların nəticəsi ölkəmizdə ƏDV

üzrə vergi inzibatçılığı ilə bağlı fəaliyyətin yaxşı təşkil olduğu qənaətinə gəlməyə

əsas verir.

Digər göstərici (vergitutma potensialı ilə müqayisədə ödənilən faktiki

verginin məbləği),vergi boşluqları ilə bağlı qeyd edək ki, Birləşmiş Krallıqda

2002-2007-ci illərdə ƏDV üzrə itkinin həcmi vergitutma bazasının 12-16%

HAŞİYƏ 2. MAKROQİTİSADİ HƏDƏFLƏR

Bir qayda olaraq makroqitisadiyyat (istər nəzəriyyədə, istərsə də praktikada) 3 əsas problemin

həllinə hədəflənir. Bu problemlər sırasına inflyasiya, iqtisadi artım və məşğulluq (və ya

işsizliyin aradan qaldırması) aiddir. İqtisadi siyasətlə bağlı qərar qəbul edən tərəflər ölkədə bu

problemlərin bir və ya bir neçəsini hədəf kimi müəyyən edirlər.

Qeyd olunan problemlərdən biri işsizliyin aradan qaldırılması və ya məşğulluğun təmin

edilməsidir. İşsizliyin bir neçə forması vardır. Bu formalardan biri struktur işsizlikdir. Struktur

işsizlik texnoloji inkişaf və tələbin artımı nəticəsində baş verən dəyişikliklərlə bağlıdır. Misal

üçün, bir sektorda işdən azad edilən işçi başqa bir sektorda özünə iş tapa bilmir.

Page 21: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

21

nisbətində hesablanmışdır10

. Avropa Birliyi üzrə bu itkilərin həcmi 2012-ci ildə

(orta göstərici olaraq) 16% həddində müəyyən edilmişdir11

.

Cədvəl 4. Ayrı-ayrı ölkələrdə ƏDV-nin vergi inzibatçılığı üzrə səmərəliliyi əmsalı AZƏRBAYCAN RESPUBLİKASI*** 0,51

Danimarka 0,59

Çin Xalq Respublikası 0,68

Koreya 0,61

Fransa 0,45

Macarıstan 0,49

Latviya 0,49

Litva 0,50

Rumıniya 0,50

Rusiya Federasiyası 0,49

Türkiyə 0,37

Almaniya Federativ Respublikası 0,50

İtaliya 0,39

***Azərbaycan üzrə qiymətləndirmə Palata tərəfindən aparılmışdır.

Vergi boşluqlarının ölçülməsi ilə bağlı beynəlxalq təcrübədə çoxsaylı

nümunələrin12

hazırlandığını və bu nümunələrin fiskal hesabatlılığın tərkib

elementi olaraq hər il tərtib edildiyini nəzərə alaraq büdcə zərfinə daxil edilən

sənədlər sırasında bu indikatorun (ayrı-ayrı vergilər üzrə) həcmi və strukturu

barədə məlumatların davamlı olaraq verilməsi büdcə parametrlərinin

makroiqtisadi şəraitinin ölçülməsi baxımından əhəmiyyətli olardı.

Dövlət borclanması probleminin aktuallaşması fonunda dövlətin fiskal

mövqeyi strateji valyuta ehtiyatlarının ÜDM-ə faiz nisbəti ilə dövlət borcunun

ÜDM-ə faiz nisbəti arasındakı fərq göstəricisi ilə qiymətləndirilir. Azərbaycan da

daxil olmaqla bir neçə ölkə üzrə bu nisbət aşağıdakı cədvəldə verilmişdir (Cədvəl

5).

Cədvəl 5. 2014-cü ildə ölkələr üzrə dövlətin fiskal mövqeyi

10

Качество администрирования НДС в странах ОЭСР и России. Реформирование

российской системы взимания налога, М.Казакова, А. Кнобель, И. Соколов; под ред.

Синельникова-Мурылева С.Г.; - М. : ИЭПП, 2010., Научные труды / Ин-т экономики

переходного периода; № 134P 11

2012 Update Report to the Study to quantify and analyse the VAT Gap in the EU-27 Member

States, 2014 12

http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&news=109

Page 22: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

22

AZƏRBAYCAN RESPUBLİKASI 56,5

Rusiya Federasiyası 3,0

Qazaxıstan Respublikası 33,3

Türkiyə Cümhuriyyəti -17,1

Polşa -34,8

Göründüyü kimi, ötən ilin yekunu üzrə Azərbaycan dövlətinin fiskal

mövqeyi Rusiya Federasiyası və Qazaxıstan Respublikası, hətta Türkiyə

Cümhuriyyəti ilə müqayisədə daha yüksəkdir.

1.1.2.Azərbaycan iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərinin

təhlili

“Büdcə zərfi”nə daxil olan məlumatlara əsasən 2016-cı ildə ÜDM-in həcmi

57 735,1 mln. manat həcmində, real artım tempi isə 1,8% nisbətində

proqnozlaşdırılmışdır.

BVF-nin cari ilin may ayında dərc etdiyi “Orta Asiya və Cənubi Qafqaz”

adlı nəşrində Azərbaycan üzrə qarşıdakı ildə real orta artım tempinin 2,5%

nisbətində proqnozlaşdırıldığı vurğulanır (Cədvəl 6).

Cədvəl 6. MDB və Gürcüstan üzrə real artım tempinin proqnozu, %-lə

HAŞIYƏ 3. STRATEJİ VALYUTA EHTİYATLARININ MƏQSƏDİ VƏ

STRUKTURU

Bir qayda olaraq strateji valyuta ehtiyatları Mərkəzi Bank tərəfindən formalaşdırılır.

Lakin, bir sıra hallarda (misal üçün, iqtisadiyyatı təbii resursla zəngin ölkələrdə) bu

ehtiyatların strukturunda digər dövlət institutlarının (təbii resursdan əldə edilən gəlirlər

hesabına formalaşan suveren fondlar və pensiya fondları) aktivləri də yer alır.

1.Mərkəzi Bankın aktivləri valyuta konvertasiyası nəticəsində formalaşır. “Təhlükəsizlik

yastığı” məqsədi daşıyır. Ən azı 3 aylıq idxalı əvəz etməsi tələb kimi müəyyən edilir.

2.(Digər aktivlər) Suveren Fondların (o cümlədən, Neft, Mis Fondu) aktivləri valyuta

ehtiyatlarının tərkibində yer alır. Eynilə “fors-major” hallar üçün nəzərdə tutulmaqla

yanaşı ölkədə sosial iqtisadi problemlərin həllinə yönəldilə bilər.

Page 23: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

23

2015 2016

Azərbaycan 0,6 2,5

Gürcüstan 2,0 3,0

Ermənistan -1,0 0,0

Qırğızıstan 1,7 3,4

Qazaxıstan 2,0 3,1

Tacikistan 3,0 4,1

Özbəkistan 6,2 6,5

Türkmənistan 9,0 9,2

Mənbə:http://www.imf.org/external/russian/pubs/ft/reo/mcd/2015/cca0515r.pdf

Qeyd edək ki, “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf konsepsiyasında

hər il qeyri-neft ÜDM-nin real artım tempinin 7% səviyyəsində saxlanılması əsas

hədəflərdən biri kimi müəyyən edilmişdir. Konsepsiyanın icrasına başlanıldığı

2013-cü, həmçinin 2014-cü illərdə müvafiq olaraq qeyri-neft ÜDM-nin real artım

tempi 10,0% və 7,0% təşkil etmişdir. 2015-ci il üzrə də bu hədəfə nail olunması

proqnozlaşdırılmışdır (Cədvəl 7). “Büdcə zərfi”nə daxil edilmiş məlumatlara görə

isə, 2015-ci ilin sonuna gözlənilən artımın 5,9%, qarşıdakı il üzrə isə 3,4% təşkil

edəcəyi göstərilir ki, bu da cari və 2016-cı il üzrə qeyd edilən hədəfə çatmaqda

risklərin nəzərə alındığını göstərir.

Cədvəl 7. ÜDM-in neft və qeyri-neft sektoru üzrə proqnoz göstəriciləri

Mənbə: Büdcə zərfi

Göstəricilər Ölçü

vahidi

Hesabat Proqnoz Gözlənilən Proqnoz

2014 2015 2015 2016 2017 2018 2019

ÜDM bazar

qiymətləri ilə

mln AZN 58977,8 59842,2 57151,7 57735,1 60190,4 63143,2 67511,7

real artım

tempi

% 2,8 4,4 3,3 1,8 2,6 3,6 5,0

deflyator % -1,4 -2,9 -6,2 -0,8 1,6 1,2 1,8

Neft sektoru,

ÜDM, bazar

qiymətləri ilə

mln AZN 23009,2 20372,5 17829,0 16285,3 15940,5 16103,2 17348,5

real artım

tempi

% -2,9 -1,5 -0,6 -1,7 -2,4 0,3 4,9

deflyator % -5,1 -10,9 -22,0 -7,1 0,3 0,7 2,7

payı

(ÜDM-də)

% 39,0 34,0 31,2 28,2 26,5 25,5 25,7

Qeyri-neft

sektoru,

ÜDM, bazar

qiymətləri ilə

mln AZN 35968,6 39469,7 39322,7 41449,8 44249,9 47040,0 50163,2

real artım

tempi

% 7,0 8,2 5,9 3,4 4,6 4,8 5,0

deflyator % 1,2 1,8 3,3 2,0 2,1 1,4 1,5

payı

(ÜDM-də)

% 61,0 66,0 68,8 71,8 73,5 74,5 74,3

Page 24: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

24

Rəyə təqdim edilmiş məlumatların təhlili qeyri-neft sektoru üzrə real artım

templərinin əvvəlki dövrlərlə müqayisədə azalması fonunda ÜDM-də payının

artacağının proqnozlaşdırıldığını göstərir.

ÜDM-in sahə strukturunun təhlili proqnozlaşdırılan dövrdə bir neçə sahə

üzrə əlavə dəyərin həcminin artacağını göstərir. Bu sahələr arasında əhalinin böyük

hissəsinin məşğul olduğu aqrar sektorda real artım tempi 5,5% (2014-cü ildə (-

2,6%) azalma) nəzərdə tutulmuşdur (Cədvəl 8).

Cədvəl 8. ÜDM-in sahə strukturunun təhlili

Göstəricilər Ölçü

vahidi

Hesabat Proqnoz Gözlənilən Proqnoz

2014 2015 2015 2016 2017 2018 2019

Kənd, meşə və

balıqçılıq təsərrüfatı

ÜDM-də

payı, %

5,3 5,5 6,0 6,5 6,7 6,9 6,9

əlavə dəyər mln AZN 3111,0 3284,8 3420,8 3727,7 4050,1 4371,6 4652,8

real artım tempi % -2,6 3,5 5,3 5,5 5,6 5,6 4,3

deflyator % 2,3 2,3 4,4 3,3 2,8 2,3 2,1

Sənaye ÜDM-də

payı, %

41,5 37,3 34,4 32,0 30,5 29,9 30,4

əlavə dəyər mln AZN 24470,5 22343,6 19661,5 18448,0 18384,2 18908,8 20491,1

real artım tempi % -1,7 -0,9 0,7 0,04 -0,5 2,4 5,9

deflyator % -5,9 -9,7 -20,2 -6,2 0,1 0,4 2,4

Neft və qaz sənayesi ÜDM-də

payı, %

36,7 32,1 28,7 25,7 23,9 22,9 23,1

əlavə dəyər mln AZN 21619,0 19184,4 16423,8 14848,4 14394,5 14455,5 15574,7

real artım tempi % -2,9 -2,1 -0,6 -1,7 -2,7 0,3 4,9

deflyator % -6,4 -11,3 -23,6 -8,0 -0,3 0,1 2,7

Qeyri-neft sənayesi ÜDM-də

payı, %

4,8 5,3 5,7 6,2 6,6 7,1 7,3

əlavə dəyər mln AZN 2851,5 3159,2 3237,7 3599,5 3989,7 4453,3 4916,4

real artım tempi % 9,0 7,6 10,6 9,0 8,9 10,0 8,9

deflyator % -1,8 1,3 2,7 2,0 1,8 1,5 1,4

Tikinti ÜDM-də

payı, %

12,5 15,2 14,5 14,1 14,1 13,9 13,6

əlavə dəyər mln AZN 7397,1 9089,2 8290,1 8167,4 8465,2 8755,4 9209,5

real artım tempi % 9,1 10,7 7,3 -4,6 0,8 1,1 3,1

deflyator % 0,4 2,3 4,4 3,3 2,8 2,3 2,1

Xidmətlərin istehsalı ÜDM-də

payı, %

33,4 34,9 37,5 39,7 40,7 41,2 40,9

əlavə dəyər mln AZN 19678,7 20889,2 21412,2 22926,5 24486,2 25986,7 27645,6

real artım tempi % 7,4 8,1 4,6 4,8 5,0 5,0 5,1

deflyator % 1,8 2,0 4,0 2,1 1,7 1,0 1,2

Ticarət, nəqliyyat

vasitələrinin təmiri

ÜDM-də

payı, %

7,9 8,9 9,0 9,8 10,2 10,6 10,7

əlavə dəyər mln AZN 4645,9 5307,5 5131,1 5642,3 6162,5 6674,2 7245,3

real artım tempi % 10,0 12,5 5,7 6,5 6,2 5,9 6,4

deflyator % 1,8 2,3 4,4 3,3 2,8 2,3 2,1

Turistlərin

yerləşdirilməsi və ictimai

iaşə

ÜDM-də

payı, %

2,2 2,8 2,7 3,2 3,6 3,9 4,1

əlavə dəyər mln AZN 1277,7 1657,6 1544,1 1827,1 2155,3 2446,0 2740,9

real artım tempi % 18,2 26,3 15,7 14,6 14,7 11,0 9,8

deflyator % 1,1 2,3 4,4 3,3 2,8 2,3 2,1

Nəqliyyat və anbar ÜDM-də 4,5 5,6 4,9 5,2 5,3 5,4 5,4

Page 25: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

25

təsərrüfatı payı, %

əlavə dəyər mln AZN 2653,1 3325,1 2806,1 2984,8 3201,7 3417,5 3637,4

real artım tempi % 4,7 7,5 1,3 3,0 4,3 4,4 4,3

deflyator % -1,4 2,3 4,4 3,3 2,8 2,3 2,1

İnformasiya və rabitə ÜDM-də

payı, %

1,8 1,9 2,0 2,2 2,2 2,3 2,2

əlavə dəyər mln AZN 1067,6 1144,0 1130,9 1262,7 1344,6 1435,8 1503,4

real artım tempi % 15,1 12,1 9,8 13,5 11,2 10,0 9,8

deflyator % -8,3 -2,0 -2,0 -2,0 -2,0 -2,0 -2,0

Sosial və digər sahələrdə

yaradılmış əlavə dəyər

ÜDM-də

payı, %

17,0 15,8 18,9 19,4 19,3 19,0 18,5

əlavə dəyər mln AZN 10034,3 9455,0 10800,0 11209,6 11622,1 12013,2 12518,6

real artım tempi % 4,9 3,0 3,1 2,2 2,4 3,1 3,1

deflyator % 4,1 2,2 4,4 1,5 1,2 0,3 1,1

Məhsula və idxala xalis

vergilər

ÜDM-də

payı, %

7,3 7,1 7,6 7,7 8,0 8,1 8,2

əlavə dəyər mln AZN 4320,5 4235,5 4367,2 4465,6 4804,7 5120,7 5512,7

real artım tempi % 5,0 8,5 3,7 2,9 5,5 4,7 5,0

deflyator % 6,1 -1,9 -2,6 -0,7 2,0 1,8 2,5

Mənbə: Büdcə zərfi

ÜDM-in sahə strukturu üzrə təhlili neft-qaz sənayesi üzrə artım templərinin

zəiflədiyini və ilbəil neft sektorunun payının ÜDM-də azaldığını göstərir. Bu,

əsasən iki səbəblə bağlıdır. Ən əsas səbəb 2011-ci ildən hazırkı dövrədək neft

hasilatının azalmasıdır (Şəkil 4)

Şəkil 4

Neft hasilatı, min ton

Mənbə: Dövlət Statistika Komitəsi və Büdcə zərfinə daxil olan məlumatlar

15381

15549

22214

32268

42598

44514

50416

50838

45626

43375

43457

42076

41234

40745

0 10000 20000 30000 40000 50000 60000

2003

2004

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016

Page 26: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

26

İkincisi, yuxarıda da qeyd edildiyi kimi, neftin dünya bazarlarında

qiymətinin qarşıdakı ildə 50 ABŞ dolları nisbətində proqnozlaşdırılmasıdır.

Cari ilin fevral ayının 21-də Mərkəzi Bank tərəfindən həyata keçirilən

manatın devalvasiyası valyutanın 33,8% nisbətdə dəyərsizləşməsini

şərtləndirmişdir. Devalvasiyanın əsas məqsədi kimi son illərdə dünya bazarlarında

baş verən iqtisadi təlatümlər fonunda ixracın stimullaşdırılması, bu əsasda tədiyə

balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlılığını

təmin edilməsi göstərilmişdir.

Qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit

faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta

biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin

optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə

Heyəti 13 iyul 2015-ci il tarixindən uçot dərəcəsinin 3,5%-dən 3%-ə endirilməsi

barədə qərar qəbul etmişdir13

.

İlin əvvəlində milli valyutanın devalvasiyası MDB-yə üzv digər dövlətlərdə

də müşahidə edilmişdir. Belə ki, cari ildə Türkmənistan, ötən və cari ildə

Qazaxıstan bu addımı atmış, Gürcüstan Mərkəzi Bankı cari ilin fevral ayından

avqust ayınadək uçot dərəcəsini 3,75%-dən 5,5%-dək yüksəltmişdir.

Makroiqtisadi şərait nəzərə alınmaqla inflyasiyaqarşıdakı ildə 3,3%

nisbətində proqnozlaşdırılmışdır.

Cari ildə dünya bazarlarında ayrı-ayrı (Çin, Malayziya, Rusiya, Türkiyə və

s.) ölkələrdə gedən devalvasiya, avrozonada davam edən çoxsaylı fiskal problemlər

(Yunanıstan), neftin qiymətlərindəki müşahidə edilən volatillik fonunda strateji

valyuta ehtiyatlarının həcmində azalma baş vermişdir. Cari ilin 8 ayının yekununa

görə strateji valyuta ehtiyatlarının həcmi Mərkəzi Bank üzrə 7315,4 mln. ABŞ

dolları14

, 6 ayının yekununa görə15

Dövlət Neft Fondu üzrə 35783,3 mln. ABŞ

dolları16

təşkil etməklə ümumi məbləğ 43098,7 mln. ABŞ dollarına bərabər

olmuşdur ki, bu da ötən ilin yekununa görə 18% azdır

“Büdcə zərfi”nə daxil olan məlumatlara əsasən 2016-cı ildə əhalinin

gəlirləri əvvəlki illə müqayisədə 1,2% artacaqdır (Cədvəl 9). Eyni dövr üzrə əhali

xərclərinin real artım tempi 0,6% təşkil edəcəkdir.

13

http://www.cbar.az/releases/2015/07/10/on-changes-to-refinancing-rate/ 14

http://www.cbar.az/infoblocks/money_reserve_usd 15

Dövlət Neft Fondu üzrə rəqəmlər rüblük olaraq təqdim edilir 16

http://www.oilfund.az/az_AZ/hesabat-arxivi/rublukh/2015_1/2015_1_2/

Page 27: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

27

Cədvəl 9. Əhalinin gəlir və xərcləri

2013 2014 2015

Gözlənilən

2016 2017 2018 2019

1. Gəlirlər 37562,0 39360,7 41901,8 43784,3 45749,2 47759,4 49889,7

real artım tempi, %-lə 6,5 3,4 1,9 1,2 1,6 2,1 2,4

2. Xərclər 28021,2 31268,2 33118,4 34389,1 35851,1 37402,8 39019,2

real artım tempi, %-lə 11,0 10,1 1,4 0,6 1,4 2,0 2,2

Mənbə: Büdcə zərfi

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ildə olduğu kimi qarşıdakı

illərdə də 6% nisbətində artım müşahidə ediləcəyi proqnozlaşdırılmışdır (Şəkil 5).

Şəkil 5

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi, mln. manatla

Mənbə: Büdcə zərfi

Cari ilin 7 ayında DSK-nın məlumatların görə xarici ticarət dövriyyəsi 15

mlrd. 953,3 mln. ABŞ dolları təşkil etmişdir. Dövlət Gömrük Komitəsinin verdiyi

məlumatlara görə isə həmin göstəricinin həcmi 12,8 mlrd. ABŞ dolları təşkil

etmişdir17

. DSK üzrə verilən məlumatlara əsasən cari ilin yanvar-iyul ayları üzrə

xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2%, DGK

üzrə isə 4% artmışdır (Cədvəl 10).

17

http://www.stat.gov.az/source/trade/

6527,3

7016,4

7749,2

8521,2

9306,8

10079,7

10942,1

0,0 2000,0 4000,0 6000,0 8000,0 10000,0 12000,0

2013

2014

2015

2016

2017

2018

2019

Page 28: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

28

Cədvəl 10. Xarici ticarət əlaqələrinin 2015-ci ilin yanvar-iyul aylarında dinamikası,

mln. ABŞ dolları

Xarici ticarət

dövriyyəsi

İdxal İxrac Ticarət balansı

Cəmi

Statistika məlumatı18

15 953,3 5 305,4 10 647,9 5342,5

Gömrük məlumatı 19

12 777,9 5 305,4 7 472,5 2167,1

Mənbə: http://www.stat.gov.az/macroeconomy/

Təqdim edilmiş məlumatlara əsasən tədiyyə balansı üzrə qarşıdakı ildə

malların ixracının həcmi 15757,2 mln. ABŞ dolları, idxalı isə 8196,5 mln. ABŞ

dolları nisbətində proqnozlaşdırılmışdır. Verilən proqnozlar 2016-cı ildə də ölkə

üzrə malların idxal və ixrac əməliyyatları arasındakı müsbət saldonun (7560,7 mln.

ABŞ dolları) müşahidə olunacağını göstərir.

Tədiyyə balansının cari əməliyyatlar balansı üzrə BVF ölkəmiz üçün 8,2%

artımı proqnozlaşdırılmışdır (Cədvəl 11).

Cədvəl 11. Bir sıra ölkələrdə cari əməliyyatlar balansının saldosunun ÜDM-ə nisbəti, %-lə

2013 2014 2015 2016

Təbii resursla zəngin dövlətlər:

Azərbaycan 17 15,3 5,3 8,2

Qazaxıstan 0.5 1.6 -4,1 -3,1

Türkmənistan -7,3 -5,9 -11,1 -6,7

Rusiya Federasiyası 1,7 3,3 3,7 3,5

Çili -3,6 -1,1 -0,8 0,0

İndoneziya -3,1 -3,0 -2,1 -2,2

Norveç 10,0 8,5 6,9 6,9

Turkiyə -7,9 -5,8 -5,2 -4,9

Gürcüstan -5,7 -9,6 -11,5 -12,0

ABŞ -2,4 -2,4 -2,6 -3,0

Avrozona 2,8 3,4 3,9 4,1

İƏİT üzrə orta -0,1 0,0 0,1 0,1

Mənbə: http://www.oecd.org/eco/outlook/economicoutlookannextables.htm

http://www.imf.org/external/russian/pubs/ft/reo/mcd/2015/cca0515r.pdf

BVF və İƏİT tərəfindən hazırlanmış proqnozlarda iqtisadiyyatı təbii resursla

zəngin bir sıra ölkələrdə həm neftin qiyməti, həm də hasilatın azalması səbəbindən

18

Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında

rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə

alınmaqla. 19

Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac

tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə

ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız

rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.

Page 29: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

29

cari əməliyyatlar balansında saldonun ÜDM-ə faiz nisbətinin azalacağı

proqnozlaşdırlmışdır. Lakin BVF-nin Azərbaycan üzrə proqnozu cari ildə azalma

ilə verilsə də qarşıdakı ildə cari ilin gözlənilən rəqəmi ilə müqayisədə artımla

proqnozlaşdırılmışdır. Azərbaycanın əsas ticarət partnyorları üzrə götürdükdə

Türkiyədə mənfi saldonun azalacağı, Gürcüstanda isə əksinə artacağı qeyd olunur.

“Büdcə zərfi”nə daxil olan məlumatlara əsasən tədiyə balansı üzrə cari ildə

gözlənilən malların ixracının həcmi 2014-cü ilin eyni göstəricisi ilə müqayisədə

39,2% azalma ilə proqnozlaşdırılmışdır (Şəkil 6).

Şəkil 6

Malların ixracının dinamikası, mln. ABŞ dolları

Mənbə: Büdcə zərfi

1.2. Dövlət büdcəsinin layihəsinin əsas göstəriciləri

“Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən

edilmiş maliyyə dayanıqlılığı baxımından optimal makrofiskal çərçivənin

formalaşdırılması hədəfi gəlir və xərclərin ÜDM-ə faiz nisbətinin

optimallaşdırılmasını şərtləndirmişdir. Bu əsasda, dövlət büdcəsinin gəlir və

xərclərinin ÜDM-ə faiz nisbəti qarşıdakı ildə müvafiq olaraq 25,2% və 28,2%

nisbətində proqnozlaşdırılmışdır.

1.2.1 .Dövlət büdcəsinin gəlirlərinin təhlili

31776,4

28259,6

17193,4

15757,2

15420,8

15732,0

17524,9

0,0 5000,0 10000,0 15000,0 20000,0 25000,0 30000,0 35000,0

2013

2014

2015

2016

2017

2018

2019

Page 30: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

30

Növbəti ildə dövlət büdcəsinin gəlirləri üzrə əsas diqqət qeyri-neft

sektorunun inkişafının daha da stimullaşdırılması ilə qeyri-neft gəlirlərinin büdcə

gəlirlərində xüsusi çəkisinin artırılmasına, Dövlət Neft Fondundan dövlət

büdcəsinə transfertin azaldılması istiqamətində siyasətin davam etdirilməsinə,

vergi və gömrük intizamının gücləndirilməsinə, habelə vergi qanunvericiliyinin

təkmilləşdirilməsinə, o cümlədən əvvəlki illərdən qalmış vergi borclarının dövlət

büdcəsinə ödənilməsinə, bəzi vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi

güzəştlərinə yenidən baxılmasına, vergi daxilolmaların yığım əmsalının

artırılmasına və s. istiqamətlərə yönəldiləcəkdir.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsində (Maddə 1) dövlət büdcəsinin

gəlirləri 14566,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2014-cü ilin

icra göstəricisi ilə müqayisədə 3834,6 mln. manat və ya 20,8% az, 2015-ci ilin

proqnoz göstərici ilə müqayisədə 4872,0 mln. manat və ya 25,1% az, cari ilin

sonuna gözlənilən icra ilə müqayisədə 2514,0 mln. manat və ya 14,7% azdır.

“Büdcə zərfi”nə daxil olan məlumatlarda proqnozlaşdırma zamanı xam neftin

dünya bazarlarında qiyməti hazırkı konyunktura nəzərə alınmaqla 50 ABŞ dolları

nisbətində müəyyən edildiyi qeyd olunmuşdur.

Ümumiyyətlə, istər iqtisadi, istərsə də siyasi amillərin təsiri altında

formalaşan neftin qiyməti təbii resursla zəngin dövlətləri öz fiskal siyasətlərinə

müvafiq düzəlişlər etməsini şərtləndirmişdir. Belə ki, son iki ilin dövlət büdcəsi

layihəsinin hazırlanması zamanı istər OPEK-ə üzv dövlətlər, istərsə də digər neft

ixracatçıları makro-fiskal çərçivənin formalaşdırılması baxımından daha ehtiyatlı

davranmışdır (Cədvəl 12).

Cədvəl 12.Dövlət büdcəsində neftin proqnozlaşdırılan qiyməti, ABŞ dolları ilə

Neftin qiyməti 2015 2016

Türkmənistan 50

Qazaxıstan 50 40

Küveyt OPEK 55 45

Qatar OPEK 55

BƏƏ OPEK 80

Azərbaycan Respublikası 90 50

İraq OPEK 95 45

Rusiya Federasiyası 96 50

Page 31: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

31

Oman 100

Səudiyyə Ərəbistanı20

OPEK 103/100/80

İndoneziya 105/60 60

İran 40 50

Mənbə: https://imfdirect.files.wordpress.com/2014/12/oil-9.jpg

Cədvəl 12-dən də göründüyü kimi, neftin qiymətindəki volatillik qarşıdakı

dövrdə də makroiqtisadi çərçivənin formalaşdırılmasında təbii resurslarla zəngin

dövlətlər üzrə müxtəlif yanaşmaları mövcuddur.

Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsi, ilk növbədə, təbii

resursla zəngin dövlətlərin büdcəsində əhəmiyyətli dəyişiklərə səbəb olmuşdur. Bu

sırada ilk növbədə qeyd edilən itkilər Səudiyyə Ərəbistanının büdcəsi üzrə

müşahidə edilir21

. Səudiyyə Ərəbistanı üzrə dövlət büdcəsi kəsirinin ÜDM-ə faiz

nisbətinin 20%-ə çatması, Norveçdə isə dövlət büdcəsi profisitinin 6,1%-dən 3,8%-

dək azalması proqnozlaşdırılır. Ümumiyyətlə, təbii resursla zəngin dövlətlərin

2015-ci il üzrə dövlət büdcəsində neftin dünya bazarlarında qiymətinin 50 ABŞ

dollarından yüksək olduğu təqdirdə balanslaşdırılması mümkün hesab edilirdi.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu ölkələrin heçdə hamısı uzunmüddətli

fiskal fəzaya malik deyil. Bu şəraitdə fiskal fəza rolunu suveren fondlara toplanmış

aktivlər təşkil edir. Misal üçün, İran, İraq, Oman, Bəhreyn kimi dövlətlərdə fiskal

fəzanın həcminin az olması baxımından büdcə itkilərinin böyük olacağı ehtimal

edilir.

Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 25,2%

təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, 2017-2019-cu illərdə dövlət büdcəsinin

gəlirlərinin ÜDM-ə nisbəti müvafiq olaraq 22,0%, 23,6% və 21,9% səviyyəsində

proqnozlaşdırılmışdır.

2016-cı ildə dövlət büdcəsinin mədaxil mənbələri (Maddə 2) üzrə 2015-ci

illə müqayisədə əsas artımlar səhmlərində dövlətin payı olan müəssisələrdən alınan

dividendlər üzrə 2800,0 min manat, xarici dövlətlərin hökumətlərinə verilmiş

kreditlər üzrə daxilolmalar üzrə 11502,0 min manat, yol vergisi üzrə 19400,0 min

manat, sadələşdirilmiş vergi üzrə 25000,0 min manat, hüquqi şəxslərin əmlak

vergisi üzrə 11200,0 min manat, sair daxilolmalar üzrə 6698,0 min manat, əsas

azalmalar isə Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri

20

Qeyd edək ki, Səudiyyə Ərəbistanı neftin 2015-ci il üzrə proqnozunu ilkin olaraq 103 ABŞ

dolları, sonra 100 ABŞ dolları 26 dekabr 2014-cü il tarixdə isə 80 ABŞ dolları nisbətində

götürmüşdür 21

https://www.imf.org/external/Russian/pubs/ft/reo/mcd/2015/mreo0115r.pdf

Page 32: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

32

tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla)

ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 77000,0 min

manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 389400,0 min manat, əlavə

dəyər vergisi üzrə 10000,0 min manat, Dövlət Neft Fondundan daxilolmalar üzrə

4388000,0 min manat (gözlənilən icra ilə müqayisədə isə 2130000,0 min manat)

proqnozlaşdırılmışdır (Cədvəl 13).

Cədvəl 13. 2014-2016-cı illər üzrə dövlət büdcəsi gəlirlərinin strukturu

min manatla

ra

№si

Göstəricilər 2015-ci il

proqnoz

2015-ci il

gözlənilən icra

2016-cı il

proqnoz

2015-ci ilin proqnozu ilə 2015-ci ilin gözlənilən icrası

ilə

fərq faiz fərq faiz

Gəlirlər 19438 000,00 17 080 000,00 14 566 000,00 -4 872 000,00 74,9 -2 514 000,00 85,3

1 Fiziki şəxslərin gəlir

vergisi

982 000,00 982 000,00 957 000,00 -25 000,00 97,5 -25 000,00 97,5

2 Hüquqi şəxslərin

mənfəət (gəlir) vergisi

2 211 000,00 2 111 000,00 1 821 600,00 -389 400,00 82,4 -289 400,00 86,3

3 Hüquqi şəxslərin torpaq

vergisi

48 000,00 48 000,00 50 000,00 2 000,00 104,2 2 000,00 104,2

4 Hüquqi şəxslərin əmlak

vergisi

148 000,00 148 000,00 159 200,00 11 200,00 107,6 11 200,00 107,6

5 Əlavə dəyər vergisi 3 456 000,00 3 456 000,00 3 446 000,00 -10 000,00 99,7 -10 000,00 99,7

6 Sadələşdirilmiş vergi 145 000,00 145 000,00 170 000,00 25 000,00 117,2 25 000,00 117,2

7 Aksiz 684 000,00 684 000,00 637 000,00 -47 000,00 93,1 -47 000,00 93,1

8 Yol vergisi 67 600,00 67 601,00 87 000,00 19 400,00 128,7 19 399,00 128,7

9 Mədən vergisi 116 000,00 116 000,00 107 200,00 -8 800,00 92,4 -8 800,00 92,4

10 Gömrük rüsumları 348 400,00 348 400,00 348 000,00 -400 99,9 -400 99,9

11 Azərbaycan

Respublikasında istehsal

edilən və qiymətləri

tənzimlənən məhsulların

kontrakt (satış) qiyməti

ilə (ixrac xərcləri

çıxılmaqla) ölkədaxili

topdansatış qiyməti

arasındakı fərqdən

daxilolmalar

195 000,00 195 000,00 118 000,00 -77 000,00 60,5 -77 000,00 60,5

12 Büdcə təşkilatlarının

ödənişli xidmətlərindən

daxilolmalar

300 000,00 300 000,00 305 000,00 5 000,00 101,7 5 000,00 101,7

13 Xarici dövlətlərin

hökumətlərinə verilmiş

kreditlər üzrə

daxilolmalar

14 051,00 14 051,00 25 553,00 11 502,00 181,9 11 502,00 181,9

14 Səhmlərində dövlətin

payı olan müəssisələrdən

alınan dividendlər

2 490,00 2 490,00 5 290,00 2 800,00 212,4 2 800,00 212,4

15 Dövlət Neft Fondundan

daxilolmalar

10 388 000,00 8 130 000,00 6 000 000,00 -4 388 000,00 57,8 -2 130 000,00 73,8

Page 33: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

33

16 Dövlət əmlakının,

özəlləşdirilən dövlət

müəssisə və

obyektlərinin altındakı

torpaqların icarəyə

verilməsindən

daxilolmalar

7 000,00 7 000,00 7 000,00 0 100 0 100

17 Dövlət mülkiyyətində

olan torpaqların icarəyə

verilməsindən

daxilolmalar

6 000,00 6 000,00 6 000,00 0 100 0 100

18 Aksiz markaların

satışından daxilolmalar

3 000,00 3 000,00 3 000,00 0 100 0 100

19 Dövlət rüsumu 115 000,00 115 000,00 105 000,00 -10 000,00 91,3 -10 000,00 91,3

20 “Dövlət zəmanəti ilə

alınan borcların Təminat

Fondu”na bərpa edilməsi

üzrə daxilolmalar

0 0

21 Sair vergi daxilolmaları 180000 180000 180000 0 100 0 100

22 Sair daxilolmalar 21459 21458 28157 6698 131,2 6699 131,2

Dövlət Neft Fondundan transfert 6000,0 mln. manat məbləğində

proqnozlaşdırılmışdır ki, bu da 2014-2015-ci illərin müvafiq göstəricilərindən

3337,0 mln. manat və 4388,0 mln. manat azdır.

Beynəlxalq təcrübədə makroiqtisadi təhlillərin aparılması zamanı vergi

sisteminin əsas parametrlərinin təhlilində bir neçə əsas vergi daxilolması- fiziki

şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və Əlavə Dəyər Vergisi

üzrə təhlillər aparılır. Aparılan təhlillər zamanı istifadə edilən göstərici hər 3 vergi

növü üzrə büdcəyə daxilolmaların ÜDM-ə faiz nisbətidir.

Azərbaycan üzrə bu, 2016-cı ildə proqnozlaşdırılmış ƏDV üzrə 6,0%, gəlir

vergisi üzrə 1,7% və mənfəət vergisi üzrə 3,1% təşkil edəcəkdir. ƏDV üzrə

beynəlxalq təcrübədə bu göstərici ÜDM-in 6-10% nisbətindədir22

. mənfəət vergisi

üzrə 1,1-5,4%23

, gəlir vergisi üzrə isə bu, 2,4-24% 24

nisbətində dəyişir. 3 əsas

vergi üzrə aparılan müqayisə Azərbaycanda bu indikatorların ÜDM-ə faiz

nisbətinin uyğun səviyyədə olduğunu göstərir.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində xüsusi çəkisinə görə əsas

daxilolmaların Dövlət Neft Fondundan - 41,2%, ƏDV - 23,7%, hüquqi şəxslərin

mənfəət (gəlir) vergisi -12,5%, fiziki şəxslərin gəlir vergisi - 6,6% təşkil edəcəyi

gözlənilir ki, 2015-ci il üçün həmin göstəricilər müvafiq olaraq 53,4%, 17,8%,

11,4%, 5,1% nəzərdə tutulmuşdur. Göründüyü kimi, DNF-dən daxilolmaların 22

http://ec.europa.eu/taxation_customs/resources/documents/common/publications/studies/vat-gap.pdf 23

www.oecd.org 24

http://www.oecd-ilibrary.org/taxation/taxes-on-personal-income_20758510-table4

Page 34: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

34

xüsusi çəkisində 2015-ci illə müqayisədə 2016-cı ildə azalma gözlənilsə də, digər

qeyd olunmuş mənbələr üzrə xüsusi çəki göstəricilərinin də artımı

proqnozlaşdırılmışdır.

Eyni zamanda, Rəyə təqdim edilmiş sənədlərdə, ötən illərdən fərqli olaraq

qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirlərin (təsnifat

kodu 142300) tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən

daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da

proqnozlaşdırılmışdır. Ötən illərdə müəyyən məbləğdə icrası təmin edilsə də,

“Büdcə zərfi”nə məqsədli büdcə fondlarından daxilolmalar üzrə proqnozların tərtib

olunmaması bu istiqamətdə fəaliyyətin səmərəliliyi ilə bağlı fikir söyləmək imkanı

vermirdi. Qeyd edilənləri nəzərə alaraq, büdcə gəlirlərinin daha detallı təqdim

edilməsini müsbət addım hesab edirik. Eyni zamanda, qanun layihəsində büdcə

gəlirlərinin tərkibində müvafiq dəyişikliklərin tətbiq edilməsini təklif edirik.

Dövlət büdcəsinin 2016-cı il üçün gəlirlərinin tərkibində büdcə

təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların xüsusi çəkisinin 2,1% təşkil

edəcəyi nəzərdə tutulmuşdur. Bu mənbə üzrə daxilolmalar 2014-cü ilin icra

göstəricisi ilə müqayisədə 97738,3 min manat və ya 47,2% çox, 2015-ci ilin

proqnoz və gözlənilən göstəriciləri ilə müqayisədə 1,7% çox olmaqla 305000,0

min manat məbləğində proqnozlaşdırılmışdır. “Büdcə zərfi”nə daxil olan

məlumatların təhlili göstərir ki, həmin məbləğ 302050,0 min manat məbləğində

büdcə təşkilatlarının ödənişli xidmətlərindən və 2950,0 min manat məbləğində

məqsədli büdcə fondlarının daxilolmalarından formalaşdırılmışdır.

Əvvəlki illərdə bu mənbə üzrə gəlirlərin icra səviyyəsinin aşağı olduğunu,

həmçinin Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri zamanı

ödənişli xidmətlər üzrə daxilolmaların yığılması istiqamətində, xüsusilə, ali təhsil

məktəblərində bir sıra nöqsanların mövcudluğunu, eyni zamanda, göstərilən

ödənişli xidmətlərin siyahısının mümkün genişləndirilməsi, bəzi xidmətlərin

tariflərinin müasir tələblərə uyğun yenidən müəyyənləşdirilməsi ilə bağlı

təkliflərini də nəzərə alaraq,büdcə təşkilatlarının ödənişli xidmətlərindən

daxilolmaların artırılması istiqamətində əlavə potensialın olduğunu qeyd edə

bilərik.

Rəyə təqdim edilmiş Qanun layihəsində “Avtomobil Yolları” Məqsədli

Büdcə Fondu 2015-ci il üçün təsdiq edilmiş məbləğə bərabər olmaqla 290000,0

min manat məbləğində nəzərdə tutulmuşdur (Maddə 3). Məlumatlar Fondun

Page 35: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

35

mədaxil mənbələrinin dəyişməz qaldığını, lakin bu mənbələr üzrə

proqnozlaşdırılmış vəsaitlərin həcminin fərqli olduğunu göstərir (Şəkil 7).

Şəkil 7

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri, min manatla

Göründüyü kimi, yol vergisi, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq

edilən gömrük rüsumu və nəqliyyat vasitələrinin, o cümlədən, motonəqliyyat

vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün

tutulan dövlət rüsumu üzrə daxilolmalarda artım (müvafiq olaraq 28,7%, 23,0% və

6,9%), idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, Azərbaycan

Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən

icazənin verilməsi üçün tutulan dövlət rüsumu və Azərbaycan Respublikasının

dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait üzrə

daxilolmalarda azalma (20,4%, 7,4% və 26,6%) nəzərdə tutulmuş, mülkiyyətində

və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını

həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergilərdən

daxilolmaların məbləği isə 2015-ci ilin müvafiq göstəricisinə bərabər olmaqla

proqnozlaşdırılmışdır.

Rəyə təqdim edilmiş Qanun layihəsində Azərbaycan Respublikasının 2016-

cı il dövlət büdcəsinə vergi daxilolmalarının Azərbaycan Respublikasının Vergi

0,00 20 000,00 40 000,00 60 000,00 80 000,00 100 000,00

yol vergisi

mülkiyyətində və ya istifadəsində olan

avtonəqliyyat vasitələri ilə sərnişin və yük

daşımalarını həyata keçirən şəxslər …

idxal olunan minik avtomobillərinə tətbiq

edilən aksizlər

idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq

edilən gömrük rüsumu

nəqliyyat vasitələrinin, o cümlədən

motonəqliyyat vasitələrinin, qoşquların və

yarımqoşquların texniki baxışdan …

Azərbaycan Respublikasının dövlət

büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən

ayrılan vəsait

2016

2015

Page 36: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

36

Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanılması

(Maddə 4), Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən

məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı

xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət

büdcəsinə 30 faiz həcmində yığım tutulduğu və bu yığımların vergi ödəyicisinin

vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının

ödənilməsinə aid edilmədiyi (Maddə 5)qeyd olunmuşdur və hər iki maddə ilə

nəzərdə tutulmuş fəaliyyət dövlət gəlirlərinin, o cümlədən, vergi gəlirlərinin

səmərəli və vaxtında daxil olmasını təmin etmək məqsədini daşıyır.

Həmçinin, Qanun layihəsinin 6-cı və 7-ci maddələri gəlirlərin, o cümlədən,

məqsədli büdcə fondlarının və yerli gəlirlərin mənbələrinin şəffaf olaraq təmin

olunmasına xidmət edir.

Cari ilin may ayında “Azərbaycan Respublikasının Mərkəzi Bankı”

haqqında Qanunda bankın kapital çatışmazlığının ödənilməsi mexanizmlərinin

təkmilləşdirilməsi məqsədilə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Mərkəzi

Bankın kapital çatışmazlığı əsasən balansında olan xarici valyuta və qızılın

yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərərin Bankın öz kapitalı

hesabına ödənilə bilməməsi hallarında baş verə bilir. Bu əsasda,

yenidənqiymətləndirmə nəticəsində yaranan fərq daim dəyişən olduğundan qanuna

edilən dəyişiklik zərər halında kapital çatışmazlığının aradan qaldırılmasını zərərin

əmələ gəldiyi maliyyə ilindən sonra bir il təxirə salınmaqla dövlətin vəsaiti

hesabına bərpasını nəzərdə tutur.

Eyni zamanda, dəyişiklik çatışmazlığın bərpa mexanizmini

dəqiqləşdirməklə Mərkəzi Bankın kapital çatışmazlığının dövlətin buraxdığı

qiymətli kağızlarla ödənilməsini müəyyən edir.

Həmçinin, qeyd etmək istərdik ki, Qanunun 12.2-ci maddəsinə görə “Kapital

ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor

rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət

büdcəsinə köçürülür”.

Qeyd edilənləri nəzərə alaraq, növbəti il üçün dövlət büdcəsi haqqında

qanunda bu vəsaitlərlə bağlı maddənin əlavə olunmasını, sonrakı illərdə isə

mövcud təcrübəyə əsaslanılaraq proqnozların tərtib edilməsini məqsədəmüvafiq

hesab edirik.

Page 37: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

37

1.2.2. Dövlət büdcəsinin xərclərinin təhlili

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev

cari ilin sentyabr ayında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin

hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlətin əsas maliyyə sənədinin

tərtibi və icrası ilə bağlı əsas prioritetləri müəyyənləşdirərək qeyd etmişdir:

“Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız

icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir

ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq

bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial

siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.

“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara görə, son illərin dövlət

büdcələrindən fərqli olaraq növbəti ilin büdcəsi investisiyayönlü büdcədən daha

çox sosialyönlü büdcəyə çevirilməsi ilə fərqlənir ki, bu da, öz növbəsində növbəti

ilin büdcə xərcləri üzrə əsas prioritet istiqamətlər olaraq xərclərin

optimallaşdırılmasını, cari və əsaslı xərclərin strukturunun, səmərəliliyinin və

ünvanlılığının artırılmasını, sosial siyasətin davam etdirilməsini, o cümlədən,

əhalinin rifahının və yaşayış səviyyəsinin, həssas sosial qrupların sosial-məişət

şəraitinin yaxşılaşdırılmasını və sosial layihələr üzrə dövlət proqramları üçün

maliyyə təminatının nəzərə alınmasını, ölkənin müdafiə qabiliyyətinin və

təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatının aparıcı sahələrinin,

sənayenin, regionların sosial-iqtisadi inkişafının, dövlətin borc və öhdəliklərinin

yerinə yetirilməsini nəzərdə tutulur.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin xərcləri 16264,0

mln. manat məbləğində olmaqla (Maddə 1) 2014-cü ilin icra göstəricisi ilə

müqayisədə 2445,0 mln. manat və ya 13,1%, 2015-ci ilin müvafiq göstəricisi ilə

müqayisədə 4836,0 mln. manat və ya 22,9%, ilin sonuna gözlənilən icra ilə

müqayisədə isə 1466,0 mln. manat və ya 8,3% az proqnozlaşdırılmışdır.

Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin

28,2% olması proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə

müqayisədə 7,1 faiz bəndi azdır.

Page 38: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

38

Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə 4 bölməsində 2016-cı il

üçün proqnozlaşdırılmış vəsaitin ÜDM-ə faiz nisbəti 2015-ci illə müqayisədə

dəyişməz qalmışdır (Cədvəl 14).

Cədvəl 14. 2014-2016-cı illər üzrə dövlət büdcəsinin funksional təsnifat üzrə bölmələrin

ÜDM-ə faiz nisbəti və dövlət büdcəsində xüsusi çəkisi (faizlə)

sıra

№-si Bölmələrin adı 2014-cü il icra 2015-ci il

proqnoz

2015-ci il

gözlənilən icra

2016-cı il

proqnoz

2016-cı illə müqayisə

ÜDM-

ə faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

ÜDM-

ə faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

ÜDM-

ə faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

ÜDM-

ə faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

2014-cü illə 2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözlənilən icrası

ilə

ÜDM-ə

faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

ÜDM-

ə faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

ÜDM-

ə faiz

nisbəti

Dövlət

büdcə

sində

xüsusi

çəki

1 Ümumi dövlət

xidmətləri

2,4 7,6 3,4 9,7 3,5 11,3 4,2 14,9 1,8 7,2 0,8 5,2 0,7 3,5

2 Müdafiə 2,6 8,1 3,0 8,4 3,0 9,7 3,2 11,3 0,6 3,2 0,2 2,9 0,2 1,6

3 Məhkəmə

hakimiyyəti,

hüquq-mühafizə

və prokurorluq

1,9 5,9 2,1 5,8 2,1 6,7 2,0 7,0 0,1 1,1 -0,1 1,2 -0,1 0,3

4 Təhsil 2,6 8,3 2,9 8,1 2,9 9,3 3,0 10,5 0,3 2,2 0,1 2,4 0,1 1,2

5 Səhiyyə 1,1 3,6 1,3 3,7 1,3 4,3 1,3 4,6 0,2 1,0 0,0 0,9 0,0 0,3

6 Sosial müdafiə

və sosial

təminat

3,3 10,5 3,4 9,7 3,5 11,3 3,3 11,7 -0,1 1,1 -0,1 2,0 -0,2 0,4

7 Mədəniyyət,

incəsənət,

informasiya,

bədən tərbiyəsi və

digər

kateqoriyalara aid

edilməyən sahədə

fəaliyyət

0,5 1,6 0,6 1,6 0,6 1,9 1,1 4,0 0,6 2,4 0,5 2,4 0,5 2,1

8 Mənzil və

kommunal

təsərrüfatı

0,7 2,2 0,7 2,1 0,7 2,4 0,7 2,6 0,0 0,3 0,0 0,5 0,0 0,2

9 Yanacaq və

enerji

0,0 0,0 0,0 0,0 0,0 0,04 0,0 0,0 0,0 0,0 0,0 0,0 0,0 0,0

10 Kənd təsərrüfatı,

meşə təsərrüfatı,

balıqçılıq,

ovçuluq və ətraf

mühitin

mühafizəsi

0,9 2,7 1,0 2,8 1,0 3,3 1,0 3,7 0,2 1,0 0,0 0,8 0,0 0,4

11 Sənaye, tikinti və

faydalı qazıntılar,

o cümlədən

10,6 33,6 11,6 32,9 7,5 24,2 6,2 22,0 -4,4 -11,6 -5,4 -10,9 -1,3 -2,1

dövlət əsaslı

vəsait qoyuluşu

10,6 33,4 11,6 32,8 7,5 24,0 6,2 21,9 -4,5 -11,6 -5,4 -11,0 -1,3 -2,2

12 Nəqliyyat və

rabitə

0,1 0,5 0,2 0,6 0,2 0,7 0,2 0,7 0,0 0,2 0,0 0,1 0,0 0,0

13 İqtisadi

fəaliyyət

0,5 1,6 0,6 1,6 0,6 1,9 0,4 1,6 -0,1 -0,1 -0,1 -0,1 -0,1 -0,3

Page 39: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

39

14 Əsas bölmələrə

aid edilməyən

xidmətlər, o

cümlədən

4,4 13,8 4,5 12,8 4,0 13,0 1,6 5,5 -2,8 -8,3 -3,0 -7,3 -2,5 -7,5

dövlət büdcəsinin

ehtiyat fondu

0,6 1,8 0,6 1,6 0,4 1,4 0,2 0,6 -0,4 -1,2 -0,4 -1,0 -0,3 -0,8

Növbəti ildə funksional təsnifatın əksər bölmələrinin 2015-ci illə

müqayisədə dövlət büdcəsinin ümumi xərclərində paylarının artması gözlənilir.

Bu artma “Ümumi dövlət xidmətləri” bölməsində 5,2 faiz bəndi, “Müdafiə”

bölməsində 2,9 faiz bəndi, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və

prokurorluq” bölməsində 1,2 faiz bəndi, “Təhsil” bölməsində 2,4 faiz bəndi,

“Səhiyyə” bölməsində 0,9 faiz bəndi, “Kənd təsərrüfatı, meşə təsərrüfatı,

balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsində 0,8 faiz bəndi, “Sosial

müdafiə və sosial təminat” bölməsində 2,0 faiz bəndi, “Mədəniyyət, incəsənət,

informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə

fəaliyyət” bölməsində isə 2,4 faiz bəndi, “Mənzil və kommunal təsərrüfatı”

bölməsində 0,5 faiz bəndi, “Nəqliyyat və rabitə” bölməsində 0,1 faiz bəndi təşkil

edəcəkdir. “Yanacaq və enerji” bölməsinin xüsusi çəkisi əvvəlki il səviyyəsində

olmaqla dəyişməmiş, digər bölmələrin xüsusi çəkilərində isə azalmaların olması

gözlənilir. Bu azalmalar “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 10,9

faiz bəndi, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində 7,3 faiz bəndi

və “İqtisadi fəaliyyət” bölməsində isə 0,1 faiz bəndi təşkil edəcəkdir.

Xüsusi çəkisi yüksək olan bölmələr arasında sənaye, tikinti və faydalı

qazıntılar 22,0%, ümumi dövlət xidmətləri 14,9%, sosial müdafiə və sosial təminat

11,7%, müdafiə 11,3%, təhsilin payı 10,5% nisbətində proqnozlaşdırılmışdır.

Dövlət büdcəsi xərclərinin funksional təsnifatı üzrə (Maddə 8) 2015-ci ilin

proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə artımlar “Ümumi dövlət

xidmətləri” bölməsində 369,9 mln. manat və ya 18,1%, “Müdafiə” bölməsində

59,3 mln. manat və ya 3,3%, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi

və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində 304,4 mln.

manat və ya 87,4%, “Təhsil” bölməsində 2,3 mln. manat və ya 0,1%, “Kənd

təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi”

bölməsində 0,4 mln. manat və ya 0,1%, azalmalar isə “Sənaye, tikinti və faydalı

qazıntılar” bölməsində 3372,8 mln. manat və ya 48,5%, “Əsas bölmələrə aid

edilməyən xidmətlər” bölməsində 1800,7 mln. manat və ya 66,8%, “Səhiyyə”

bölməsində 32,8 mln. manat və ya 4,2%, “İqtisadi fəaliyyət” bölməsində 91,3 mln.

Page 40: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

40

manat və ya 26,4%, “Nəqliyyat və rabitə” bölməsində 13,5 mln. manat və ya

10,6%, “Yanacaq və enerji” bölməsində 2,0 mln. manat və ya 25,8%, “Sosial

müdafiə və sosial təminat” bölməsində 144,0 mln. manat və ya 7,1%, “Mənzil və

kommunal təsərrüfatı” bölməsində 27,0 mln. manat və ya 6,1%, “Məhkəmə

hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsində 88,3 mln. manat və ya

7,2% səviyyəsində nəzərdə tutulmuşdur (Cədvəl 15).

Cədvəl 15. 2014-2016-cı illərdə funksional təsnifat üzrə dövlət büdcəsi xərclərinin

strukturu, min manat

sıra

№-si Bölmələrin adı 2014-cü il

icra

2015-ci il

proqnoz

2015-ci il

gözlənilən

icra

2016-cı il

proqnoz

2016-cı illə müqayisə

2014-cü ilin icrası ilə 2015-ci ilin proqnozu

ilə

2015-ci ilin

gözlənilən icrası ilə

fərq faiz fərq faiz fərq faiz

1. Ümumi dövlət xidmətləri 1425478,4 2 046 976,7 2 008 223,8 2 416 862,5 991384,1 169,5 369 885,8 118,1 408 638,7 120,3

2. Müdafiə 1516088,2 1 778 529,0 1 724 114,0 1 837 821,2 321733,0 121,2 59 292,2 103,3 113 707,2 106,6

3. Məhkəmə hakimiyyəti,

hüquq- mühafizə və

prokurorluq

1103554,4 1 227 080,3 1 190 006,3 1 138 758,3 35203,9 103,2 -88 322,0 92,8 -51 248,0 95,7

4. Təhsil 1553864,9 1 711 180,4 1 653 721,3 1 713 513,1 159648,2 110,3 2 332,7 100,1 59 791,8 103,6

5. Səhiyyə 665312,0 777 668,4 762 484,2 744 855,8 79543,8 112,0 -32 812,6 95,8 -17 628,4 97,7

6. Sosial müdafiə və sosial

təminat

1971168,9 2 040 534,8 1 999 724,1 1 896 554,7 -74614,2 96,2 -143 980,1 92,9 -103 169,4 94,8

7. Mədəniyyət, incəsənət,

informasiya, bədən

tərbiyəsi və digər

kateqoriyalara aid

edilməyən sahədə

fəaliyyət

294045,9 348 317,1 335 777,6 652 748,6 358702,7 222,0 304 431,5 187,4 316 971,0 194,4

8. Mənzil və kommunal

təsərrüfatı

417118,2 443 775,8 417 419,2 416 763,9 -354,3 99,9 -27 011,9 93,9 -655,3 99,8

9 Yanacaq və enerji 2145,1 7 625,7 7 511,3 5 654,9 3509,8 2,6

dəfə

-1 970,8 74,2 -1 856,4 75,3

10 Kənd təsərrüfatı, meşə

təsərrüfatı, balıqçılıq,

ovçuluq və ətraf mühitin

mühafizəsi

504760,4 596 152,1 587 209,8 596 599,2 91838,8 118,2 447,1 100,1 9 389,4 101,6

11 Sənaye, tikinti və faydalı

qazıntılar, o cümlədən,

6278461,4 6 951 624,6 4 282 417,2 3 578 856,0 -2699605,4 57,0 -3 372 768,6 51,5 -703 561,2 83,6

dövlət əsaslı vəsait

qoyuluşu

6256706,7 6 930 000,0 4 263 776,1 3 554 800,0 -2701906,7 56,8 -3 375 200,0 51,3 -708 976,1 83,4

12 Nəqliyyat və rabitə 88226,3 128 335,7 126 282,4 114 787,5 26561,2 130,1 -13 548,2 89,4 -11 494,9 90,9

13 İqtisadi fəaliyyət 307999,6 345 280,2 332 504,8 254 000,0 -53999,6 82,5 -91 280,2 73,6 -78 504,8 76,4

14 Əsas bölmələrə aid

edilməyən xidmətlər, o

cümlədən,

2580776,2 2 696 919,2 2 302 649,3 896 224,3 -1684551,9 34,7 -1 800 694,9 33,2 -1 406 425,0 38,9

dövlət büdcəsinin ehtiyat

fondu

330854,3 343 000,0 243 000,0 100 000,0 -230854,3 30,2 -243 000,0 29,2 -143 000,0 41,2

CƏMİ : 18709000,0 21100000,0 17730045,3 16264000,0 -2445000,0 86,9 -4 836 000,0 77,1 -1 466 045,3 91,7

Page 41: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

41

Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətlərini sosial siyasətin

reallaşdırılması, real sektora dəstək, dövlət sərhədlərinin və ictimai asayişin

qorunması ilə bağlı və digər tədbirlər üzrə qruplaşdırsaq, 2014-2016-cı illərin

müvafiq dövlət büdcəsi xərclərində nəzərdə tutulmuş və ya icra edilmiş vəsaitlərin

məbləği aşağıdakı cədvəldə göstərilmişdir (Cədvəl 16).

Cədvəl 16. Dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətləri üzrə xərclər

min manatla

sıra

№-si

Xərclərin istiqamətləri 2014-cü il

icra

2015-ci il

proqnoz

2015-ci il

gözlənilən

icra

2016-cı il

proqnoz

1 Sosial siyasətin həyata keçirilməsi ilə bağlı

xərclər

4608581,1 5028158 4898553,5 5139394

2 Real sektorun inkişafı ilə bağlı xərclər 7598711,1 8472794,1 5753344,7 4966661,5

3 Müdafiə və hüquq-mühafizə ilə bağlı xərclər 2619642,6 3005609,3 2914120,3 2976579,5

4 Digər fəaliyyətlərlə bağlı xərclər 3882065,2 4593438,6 4164026,8 3181365

Ayrı-ayrı istiqamətlər üzrə geniş təhlilin Rəyin müvafiq bölmələrində təqdim

edildiyini nəzərə alaraq funksional təsnifatın bir sıra bölmə və köməkçi bölmələri

ilə bağlı aşağıdakı məqamları qeyd etmək olar.

Ümumi dövlət xidmətləri üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin

məbləği cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 20,3% çoxdur. Bu

xərclərin ÜDM-ə nisbəti 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,8 faiz

bəndi çox olmaqla 4,2% səviyyəsində proqnozlaşdırılmışdır.

Bölmənin xərclərində 2015-ci ilin gözlənilən icra göstəriciləri ilə

müqayisədə “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə

orqanlarının saxlanılması” və “Dövlət borcu üzrə xidmətlər” köməkçı bölmələri

üzrə ümumilikdə artım tempinin 38,3% səviyyəsində proqnozlaşdırılması digər

köməkçi bölmələr üzrə azalmaların nəzərdə tutulması fonunda bölmə üzrə

xərclərin növbəti ildə 20,3% artımını şərtləndirəcək.

Qeyd edək ki, bölmə üzrə xərclərin tərkibində dövlət borcu üzrə xidmətlərin

ödənilməsi ilə bağlı nəzərdə tutulmuş vəsaitin 2015-ci ilin sonuna gözlənilən icra

ilə müqayisədə 64,3% artımla nəzərdə tutulması ümumi dövlət xidmətləri üzrə

xərclərin strukturunda həmin xərclərin xüsusi çəkisinin də 13,8 faiz bəndi artaraq

51,7%-ə çatmasına səbəb olacaqdır. Dövlət borcu üzrə xidmətlərlə bağlı xərclərin

proqnozlaşdırılmış artımı bölmə üzrə nəzərdə tutulmuş artımdan 19,6% çoxdur.

Page 42: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

42

Qeyd edilməli digər məqam “Faizlər üzrə ödənişlər” bölməsinin 2016-cı ildə

nisbətən az nəzərdə tutulması fonunda Dünya Bankının kreditləri üzrə xərclərin

25,9%, Mərkəzi Bank üzrə xərclərin isə 188,9 dəfə çox nəzərdə tutulmasıdır.

Bölmə üzrə müşahidə edilən nəzərəçarpacaq artımlardan biri də beynəlxalq

təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərin 64,1%, həmçinin bank xərclərinin

33,7% artımıdır.

Ümumi dövlət xidmətləri bölməsi üzrə “Qeyri-maliyyə aktivlərinin

alınması” ilə bağlı xərclərdə isə nəzərəçarpacaq azalma nəzərdə tutulmuşdur. Belə

ki, 2016-cı il üçün proqnozlaşdırılan məbləğ 2015-ci ilin sonuna gözlənilən icra

məbləğindən 2,2 dəfə azdır.

2016-cı il dövlət büdcəsinin tərkibində elm xərclərinə 131,7 mln. manat

məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da ümumi dövlət xidməti ilə bağlı

xərclərin 5,4% həcmindədir. 2016-cı ildə azalma fundamental elm sahəsində

malların alınması və qeyri-maliyyə aktivləri ilə bağlı xərclərdə, eyni zamanda,

büdcədənkənar xərclərdə proqnozlaşdırılmışdır.

Təhsil xərcləri ilə bağlı dövlət büdcəsində 2016-cı ildə 1713,5 mln. manat

vəsait və ya cari ilin gözlənilən icrası ilə müqayisədə 3,6% artım

proqnozlaşdırılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu

xərclərin ÜDM-ə faiz nisbətinin 3,1%-dən çox olacağı (2015-ci ilin

proqnozlaşdırılan büdcəsi ilə eyni nisbətdə, 2014-cü ilin icrası ilə müqayisədə 0,2

faiz bəndi az) gözlənilir.

Bölmə üzrə xərclərin tərkibində, ötən illərdə olduğu kimi, ümumi təhsillə

bağlı xərclərin xüsusi çəkisi çox yüksək olacaq. Ümumiyyətlə, qeyd edək ki, təhsil

xərclərinin tərkibində funksional istiqamətlər üzrə xərclərin xüsusi çəkisi sabit

saxlanılır. 2016-cı ilin təhsil xərclərində artım əmək haqqı xərcləri ilə bağlı

nəzərdə tutulmuşdur.

Təhlil göstərir ki, bu xərclərdə son illərlə müqayisədə ilk dəfə “Subsidiyalar

və cari transfertlər” üzrə 18,5 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur.

Həmin vəsaitin “Texniki peşə məktəbləri və liseylər” köməkçi bölməsində digər

müəssisə və tədbirlər bloku üzrə icra ediləcəyi gözlənilir.

Növbəti ildən başlayaraq yerli xərclərdən maliyyələşən 26 internat

məktəbinin Təhsil Nazirliyinin tabeliyinə verilməsinin nəzərdə tutulması ilə

əlaqədar olaraq bu köməkçi bölmə üzrə ərzaq məhsullarının alınması xərcləri

Page 43: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

43

“Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsində

proqnozlaşdırılmışdır.

Səhiyyə xərcləri üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin məbləği

744,9 mln. manat təşkil edir. Bu xərclərin dövlət əsaslı vəsait qoyuluşu da nəzərə

alınmaqla ÜDM-ə faiz nisbətinin 2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə

müqayisədə 0,3 faiz bəndi, 2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az

olmaqla 1,3%-dən çox olacağı nəzərdə tutulmuşdur.

Bu xərclərin əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, eyni zamanda

dərman, sarğı ləvazimatları və materialların alınması ilə bağlı xərclər istisna

olmaqla qalan xərclərdə azalmanın nəzərdə tutulması bölmə üzrə xərclərin 2015-ci

illə müqayisədə 2,3% az proqnozlaşdırılmasına səbəb olmuşdur. Dərman, sarğı

ləvazimatları və materialların alınması ilə bağlı xərclərin səhiyyə xərclərində

xüsusi çəkisinin 25,8%-ə çatacağı proqnozlaşdırılır.

Sosial müdafiə və sosial təminat xərcləri ilə bağlı 2016-cı ilin dövlət

büdcəsinin layihəsində 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 5,2% az

olmaqla 1896,6 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Dövlət əsaslı

vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 3,3%-dən

çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 0,2 faiz bəndi,

2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az)gözlənilir. Qeyd olunmalıdır

ki, bu xərclərin tərkibində iqtisadi təsnifatın digər xərclər və qeyri-maliyyə

aktivlərinin alınması ilə bağlı proqnozlaşdırılmış vəsaitin nəzərəçarpacaq azalma

tempi digər istiqamətlər üzrə xərclərin artım meylinə baxmayaraq bölmədə cəmi

xərclərin azalması ilə nəticələnmişdir. Xüsusilə digər xərclərin 14,3 dəfə azalması

bu istiqamətdə daha təsirli olacaq. Belə ki, digər xərclərin 2016-cı ildə məbləğinin

129,4 mln. manat az olacağı proqnozlaşdırılmışdır ki, bu da sosial müdafiə və

sosial təminat xərcləri üzrə proqnozlaşdırılmış azalmanın məbləğindən 26,2 mln.

manat çoxdur.

Sosial müdafiə və sosial təminat xərcləri ilə bağlı qeyd edilməli digər

məqam bu istiqamətdə iqtisadi təsnifatın “Subsidiya və cari transfertlər” bölməsi

üzrə vəsaitin nəzərdə tutulmasıdır. Belə ki, həmin istiqamətdə son dövrlərdə ilk

dəfə olaraq 1,7 mln. manat vəsait proqnozlaşdırılmış, həmin vəsaitin də 2016-cı

ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən qeyri-hökumət təşkilatların üzrə

icra ediləcəyi gözlənilir.

Page 44: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

44

Mənzil və kommunal təsərrüfatı ilə bağlı xərclər ümumi büdcə üzrə

azalma nəzərdə tutulmuş bölmələrdən biridir. Belə ki, 2016-cı ildə bu istiqamətdə

416,8 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur və bu, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə 0,2% azdır. Mənzil və kommunal təsərrüfatı üzrə

xərclərin strukturunda ilk dəfə olaraq əməyin ödənişi ilə bağlı xərclər nəzərdə

tutulmuşdur və bu məqsədlə 6899,5 min manat vəsaitin Azərbaycan

Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən abadlaşdırma,

tullantıların yığılması və təmizlənməsi ilə bağlı fəaliyyət üzrə icra ediləcəyi

gözlənilir.

Layihədə əməyin ödənişi ilə bağlı xərclərin ilk dəfə nəzərdə tutulduğu ikinci

funksional bölmə yanacaq və enerji ilə bağlı bölməsidir. Qeyd edək ki, Palata

tərəfindən dövlət büdcəsinin layihəsi ilə bağlı hazırlanan rəylərdə bu bölmə üzrə

xərclərin yalnız digər xərclərdə nəzərdə tutulduğu əsas götürülərək səmərəlilik və

nəzarətin gücləndirilməsi baxımından daha detallı təqdim edilməsi ilə bağlı

təkliflər təqdim edilmişdir. Bu baxımdan, həm digər xərclərin nəzərəçarpacaq

dərəcədə azaldılması (2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 2,1 dəfə), həm

də xərclərin tərkibində təkmilləşdirmənin aparılması müsbət qiymətləndirilir.

Ümumilikdə isə, yanacaq və enerji xərclərinə 2016-cı ildə 5654,9 min manat

və ya 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 24,7% az vəsait nəzərdə

tutulmuş, həmin xərclərin tərkibində bank xərcləri ilk dəfə olaraq 9456,0 manat

məbləğində proqnozlaşdırılmışdır.

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin

mühafizəsi ilə bağlı xərclər növbəti ildə 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə 1,6% çox və ya 596,6 mln. manat məbləğində proqnozlaşdırılmışdır.

Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə faiz

nisbətinin 1,2%-dən çox olacağı (2015-ci ilin proqnozlaşdırılan büdcəsi ilə

müqayisədə 0,2 faiz bəndi azdır) nəzərdə tutulmuşdur.

Bu bölmənin tərkibində ən böyük artım təqaüdlər və sosial müavinətlərlə

bağlı xərclərdə nəzərdə tutulmuşdur -18,4%.

Qeyd olunmalıdır ki, ötən illərlə müqayisədə maddi-texniki təminatın

möhkəmləndirilməsi ilə bağlı xərclərin tərkibində cari təmir xərcləri növbəti ildə

nəzərdə tutulmamış, sair xərclər isə həmin məbləğ qədər artırılmışdır.

Page 45: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

45

Sənaye, tikinti və faydalı qazıntılar bölməsi üzrə 2016-cı ilin dövlət

büdcəsinin layihəsində 3578,9 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur

və bu, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 16,4% azdır.

Sənaye köməkçi bölməsi üzrədövlət əsaslı vəsait qoyuluşu da nəzərə

alınmaqla bu xərclərin ÜDM-ə faiz nisbətinin 2,4%-dən çox olacağı gözlənilir.

Faydalı qazıntılar üzrədövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla bu

xərclərin ÜDM-ə faiz nisbətinin 0,1%-dən çox olacağı gözlənilir.

Qeyd edək ki, bu bölmə üzrə də, ilk dəfə olaraq, əməyin ödənişi ilə bağlı

xərclər nəzərdə tutulmuşdur. 2016-cı ildə bu məqsədlə 2813,1 min manat vəsaitin

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən

mineral yanacaq istisna olmaqla, mineral ehtiyatların hasilatı ilə bağlı tədbirlərə

yönəldilməsi nəzərdə tutulmuşdur.

İqtisadi təsnifat üzrə isə “Qeyri-maliyyə aktivlərinin alınması” ilə xərclərin

cari ilin gözlənilən icrası ilə müqayisədə 16,6% az nəzərdə tutulması ümumi bölmə

üzrə xərclərin də az proqnozlaşdırılmasının əsas səbəbidir, belə ki, məhz bu xərclər

“Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə cəmi xərclərin 99,0%-dən də

çoxunu təşkil edir. Geoloji kəşfiyyat xidmətləri haqqının ödənilməsi ilə bağlı

xərclərin cari ilin gözlənilən icrası ilə müqayisədə 21,4% az nəzərdə tutulması da

ümumi bölmə üzrə xərclərin azalmasına kiçik təsirə malikdir. Qeyd edilməlidir ki,

bank xərcləri bu bölmə üzrə son illərdə ilk dəfə olmaqla 21120,0 manat

məbləğində proqnozlaşdırılmışdır.

“Büdcə zərfi”nə daxil olan məlumatlara görə investisiya xərclərinin

həcmində qarşıdakı ildə əvvəlki dövrlə müqayisədə azalma müşahidə ediləcəyi

proqnozlaşdırılmışdır (Cədvəl 17). Azalmanın əsas səbəbi daxili investisiyalar üzrə

proqnozun azaldılmasıdır.

Cədvəl 17. Əsas kapitala daxili və xarici investisiyalar

milyon manatla

№ Göstəricilər hesabat Proqnoz Gözlənilən Proqnoz

2014 2015 2015 2016 2017 2018 2019

1. Əsas kapitala cəmi

investisiyalar

17618,6 19800,9 19721,8 18842,9 16781,8 15918,8 14648,7

real artım tempi -1,7 5,0 9,2 -6,3 -12,3 -6,2 -8,9

2. Daxili/Xarici

2.1. Daxili investisiya 12715,0 14405,3 12092,0 10892,2 10494,2 10997,3 10492,1

real artım tempi -3,9 6,1 -6,2 -10,8 -4,5 4,1 -5,2

2.2. Xarici investisiya 4903,6 5395,6 7629,8 7950,8 6287,6 4921,5 4156,6

real artım tempi 4,5 2,1 49,0 0,9 -23,1 -23,5 -17,2

3. Neft/Qeyri-neft

3.1. Neft və qaz sektoru 5959,4 5754,2 7773,6 8006,7 6081,8 4716,4 3989,6

Page 46: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

46

3.2. Digər sahələr 11659,2 14046,8 11948,1 10836,2 10700,0 11202,4 10659,1

4. Dövlət/Qeyri-dövlət

4.1. Dövlət 9126,7 11117,3 9744,9 7869,4 7004,5 7751,5 6380,9

4.2. Qeyri-dövlət 8491,9 8683,6 9976,9 10973,5 9777,2 8167,3 8267,8

Mənbə: İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təqdim edilmiş 2015-2017 və 2016-2019-cu

illər üzrə əsas kapitala daxili və xarici investisiyalar üzrə verilən proqnoz göstəriciləriəsasında

tərtib edilmişdir

Qeyd edək ki, 2016-cı ildə xarici kreditlər üzrə vəsaitlər əsaslı vəsait

qoyuluşlarına daxil edilmişdir və bu məqsədlə bütün layihələr üzrə cəmi 1578,0

min manat nəzərdə tutulmuşdur.

Təhlil göstərir ki, xarici kreditlər, dövlət büdcəsi və DNF-nun vəsaiti

hesabına 2016-cı ildə yalnız keçid layihələrinin maliyyələşdirilməsi nəzərdə

tutulmuş, yeni layihələrin başlanılması proqnozlaşdırılmamışdır.

Layihələrin sayına gəldikdə isə, 2016-cı ildə 373 keçid layihəsi üçün vəsait

nəzərdə tutulmuş və onlar arasında DNF-in vəsaiti hesabına yalnız 4 layihə

maliyyələşdiriləcəkdir. Dövlət büdcəsinin vəsaiti hesabına bütün layihələrin

90,1%-nin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Nəqliyyat və rabitə ilə bağlı xərclərə 2016-cı ilin dövlət büdcəsi layihəsində

114,8 mln. manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin gözlənilən

icrası ilə müqayisədə 9,1% azdır. Qeyd edək ki, bölmə üzrə xərclərin strukturunda

fərqli məqam əməyin ödənişi ilə bağlı xərclərin, həmçinin bank xərclərinin

(14227,0 manat) ilk dəfə olaraq proqnozlaşdırılması, malların (işlərin və

xidmətlərin) satın alınması ilə bağlı xərclərin isə nəzərdə tutulmamasıdır.

2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

tərəfindən əməyin ödənişi ilə bağlı 2242,6 min manat məbləğində vəsaitin icra

ediləcəyi gözlənilir.

2016-cı ilin dövlət büdcəsi layihəsində iqtisadi fəaliyyət bölməsi üzrə 2015-

ci ilin gözlənilən icrası ilə müqayisədə 23,6% az və ya 254,0 mln. manat

məbləğində vəsait proqnozlaşdırılmışdır. Təhlil göstərir ki, bu istiqamət üzrə

xərclərin tərkibində subsidiya və cari transfertlər, həmçinin qrantlar və digər

ödənişlər 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə müvafiq olaraq 67,9% və

61,7% az nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, subsidiya və

cari transfertlərin formalaşdığı məhsula görə ödənişlərlə bağlı xərclər 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə 8,7 dəfə az olmaqla daha böyük azalma meylinə

malikdirsə, maliyyə təşkilatları ilə bağlı ödənişlərin cari ilin sonuna gözlənilən icra

məbləğinə nisbətən 3,6 dəfə artacağı proqnozlaşdırılmışdır.

Page 47: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

47

Məhsula görə ödənişlərlə bağlı xərclər bölmənin tərkibində maliyyə

sağlamlaşdırılması tədbirləri, o cümlədən, nəzarət zərfi dövlətə məxsus olan

müəssisələrin nizamnamə kapitalının artırılması, həmin müəssisələrin fəaliyyəti ilə

əlaqədar zərərin ödənilməsi də daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi,

təcrübə və tətbiqi tədqiqatlar və ekspertlərin cəlb edilməsi məqsədilə nəzərdə

tutulmuş vəsaitlərin tərkibində azaldılmış, maliyyə təşkilatları ilə bağlı ödənişlərin

artımı isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

tərəfindən bu məqsədlə icra ediləcək vəsaitlərin artımı ilə izah olunur.

Qeyd olunmalı digər məqamlar isə iqtisadi fəaliyyət bölməsi xərclərində

digər xərclərin, o cümlədən, sair xərclərin, demək olar ki, 2,2 dəfə artımının

nəzərdə tutulması, həmçinin, ötən illərlə müqayisədə maliyyə aktivləri üzrə

əməliyyatlarla bağlı xərclərin proqnozlaşdırılmamasıdır.

Növbəti ildə bu bölmə üzrə xərclərin tərkibində qeyri-maliyyə aktivlərinin

alınması ilə bağlı xərclərin 58,9 dəfə artımla proqnozlaşdırılması diqqəti çəkən

xüsusiyyətdir. Qeyd edək ki, maliyyə sağlamlaşdırılması tədbirləri, o cümlədən

nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin nizamnamə kapitalının artırılması,

həmin müəssisələrin fəaliyyəti ilə əlaqədar zərərin ödənilməsi də daxil olmaqla

bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və tətbiqi tədqiqatlar və ekspertlərin cəlb

edilməsi məqsədilə nəzərdə tutulmuş vəsaitlərin tərkibində digər maşın və

avadanlıqların alınması ilə bağlı xərclər 136,0 dəfə artımla nəzərdə tutulmuşdur.

2016-cı ilin dövlət büdcəsində ən böyük azalma əsas bölmələrə aid

edilməyən xidmətlər üzrə xərclərdə proqnozlaşdırılmışdır. Belə ki, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə həmin xərclərə 61,1% az olmaqla 896,2 mln.

manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Xərclərin tərkibində ötən illərdə

nəzərəçarpacaq dərəcədə böyük xüsusi çəkiyə malik (2015-ci ilin gözlənilən icra

məbləğində 55,6%) qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı vəsait 2016-cı ildə

32,0 dəfə azaldılaraq xüsusi çəkisi4,5% səviyyəsində proqnozlaşdırılmışdır.

Həmçinin, böyük çəkiyə malik digər xərclərin azaldılması bölmə üzrə azalmanı

izah edən amillərdir. Belə ki, qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı cari ilin

sonuna 1281,1 mln. manat məbləğində vəsaitin icra ediləcəyi gözlənilirsə, növbəti

ildə bu məqsədlə cəmi 40000,0 min manat vəsait nəzərdə tutulmuş, digər xərclərin

məbləği isə müvafiq olaraq 28,9% az proqnozlaşdırılmışdır. Bölmə üzrə malların

(işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin tərkibində mətbəə

xərclərinə 5,9 dəfə çox vəsait nəzərdə tutulmuşdur. Bu xərclərin artımı 2015-ci

Page 48: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

48

ildən fərqli olaraq biometrik pasportların hazırlanması ilə bağlı 2016-cı ildə 41,0

mln. manat məbləğində vəsaitin nəzərdə tutulmasıdır.

Qeyd edək ki, bu bölmədə ötən illərdən fərqli olaraq 2016-cı ildə

Sahibkarlığa Kömək Milli Fondu üzrə xərclər proqnozlaşdırılmamışdır.

2016-cı ilin dövlət büdcəsinin layihəsində xərclərin iqtisadi təsnifat üzrə

strukturunda cari illə müqayisədə “Əməyin ödənişi” bölməsinin xüsusi çəkisinin

5,9 faiz bəndi (yaxud 71,3 mln. manat və ya 2,1%), “Malların (işlərin və

xidmətlərin) satın alınması” bölməsinin xüsusi çəkisinin 5,4 faiz bəndi (yaxud 57,6

mln. manat və ya 1,8%) və “Öhdəliklər üzrə maliyyə əməliyyatları” bölməsinin

xüsusi çəkisinin 3,8 faiz bəndi (yaxud 474,4 mln. manat və ya 92,1%) artması

nəzərdə tutulmuşdur (Cədvəl 18). Layihədə “Maliyyə aktivləri üzrə əməliyyatlar”

bölməsinin cari illə müqayisədə xüsusi çəkisi dəyişilməz saxlanılsa da, bu bölmədə

nəzərdə tutulmuş xərclərin ümumi həcmi cari ilin müvafiq göstəricisi ilə

müqayisədə 30,2 mln. manat və ya 30,1% azalacaqdır. Xüsusi çəki göstəricisinə

görə əsas azalma “Qeyri-maliyyə aktivlərinin alınması”bölməsində 15,5 faiz bəndi

(4611,4 mln. manat və ya 53,7%) təşkil edəcəkdir. Azalmanın səbəbi əsasən bu

bölmənin “digər maşın və avadanlıqlar” və “digər tikililərin inşası” maddələrində

xərclərin azalmasıdır.

Cədvəl 18. 2014-2016-cı illərdə iqtisadi təsnifat üzrə dövlət büdcəsi xərclərinin strukturu

min manatla

Bölmə, köməkçi

bölmə və paraqrafın

adı

2014-cü il 2015-ci il 2015-ci il 2016-cı il 2016-cı illə müqayisə

sıra

№- 2014-cü illə 2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözlənilən

icrası ilə

si icra ümumi

xərc də

bölmənin

xüsusi

çəkisi, %-

proqnoz ümumi

xərc də

bölmənin

xüsusi

çəkisi, %-

gözlənilən

icra

ümumi

xərc də

bölmənin

xüsusi

çəkisi, %-

proqnoz ümumi

xərc də

bölmənin

xüsusi

çəkisi, %-

fərq xüsusi

çəki

%-lə

fərq xüsusi

çəki

%-lə

fərq xüsusi

çəki

%-lə

1 Əməyin ödənişi 3167162,2 16,9 3452387,0 16,4 3354287,9 18,9 3523653,3 22,3 356491,1 5,4 71266,3 5,9 169365,4 3,4

-əmək haqqı 2619550,5 2842606,2 2761807,2 2911558,8 292008,3 68952,6 149751,6

2 Malların (işlərin və

xidmətlərin) satın

alınması

2647801,6 14,2 3147086,0 14,9 3052116,9 17,2 3204717,3 20,3 556915,7 6,1 57631,3 5,4 152600,4 3,1

- kommunal və

kommunikasiya

xidmətlərinin ödənilməsi, o

cümlədən:

440850,4 390427,9 381538,0 410491,5 -30358,9 20063,6 28953,5

-elektrik enerjisi 163619,7 181281,7 177497,2 180074,2 16454,5 -1207,5 2577,0

-qaz 30363,4 34748,2 33825,3 34006,3 3642,9 -741,9 181,0

-su 34005,4 36714,2 35700,0 35245,0 1239,6 -1469,2 -455,0

Page 49: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

49

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi xərclərinin 2015-ci ilin gözlənilən

icra göstəricisi ilə müqayisədə 1466,0 mln. manat az nəzərdə tutulması əməyin

ödənişi, malların (işlərin və xidmətlərin) satın alınması, faizlər üzrə ödənişlər,

təqaüdlər və sosial müavinətlər və öhdəliklər üzrə əməliyyatlarla bağlı xərclərin

ümumilikdə 829630,8 min manat artımı, subsidiyalar və cari transfertlər, qrantlar

və digər ödənişlər, digər xərclər, qeyri-maliyyə aktivlərinin alınması və maliyyə

-istehlak mallarının

və materialların

alınması, o cümlədən:

1310931,8 1705020,6 1655036,4 1801923,9 490992,1 96903,3 146887,5

-dərman 177491,4 209303,0 204413,9 207752,0 30260,6 -1551,0 3338,1

-ərzaq 279808,9 319733,1 309960,1 309328,7 29519,8 -10404,4 -631,4

-digər istehlak malları-nın və

materialların

alınması

771074,4 1083068,2 1050547,0 1202711,3 431636,9 119643,1 152164,3

-idarənin saxlanılması

480020,9 575648,8 568508,5 581048,0 101027,1 5399,2 12539,5

3 Faizlər üzrə

ödənişlər

84178,0 0,4 259247,2 1,2 254062,2 1,4 257172,9 1,6 172994,9 1,2 -2074,3 0,4 3110,7 0,2

4 Subsidiyalar və

cari transfertlər

682906,1 3,7 815676,3 3,9 803684,6 4,5 738067,8 4,7 55161,7 1,0 -77608,5 0,8 -65616,8 0,1

-qeyri-maliyyə

dövlət təşkilatları

üzrə ödənişlər

235754,8 296365,6 287671,4 201388,3 -34366,5 -94977,3 -86283,1

-maliyyə təşkilatları

üzrə ödənişlər

447151,3 519310,7 516013,1 536679,5 89528,2 17368,8 20666,4

5 Qrantlar və digər

ödənişlər

224046,8 1,2 217939,0 1,0 210760,0 1,2 116967,1 0,7 -107079,7 -0,5 -100971,9 -0,3 -93792,9 -0,4

-üzvlük haqqı 18952,3 52739,0 51479,9 52767,1 33814,8 28,1 1287,2

6 Təqaüdlər və sosial

müavinətlər

1853418,9 9,9 1844960,1 8,7 1807269,0 10,2 1827121,6 11,6 -26297,3 1,7 -17838,5 2,8 19852,6 1,4

-digər təqaüdlər,

müavinətlər və transfertlər

1658783,8 1637868,8 1604348,0 1616682,8 -42101,0 0,0 -21186,0 0,0 12334,8

7 Digər xərclər 2001651,1 10,7 2157071,2 10,2 1802297,5 10,2 1557778,6 9,9 -443872,5 -0,8 -599292,6 -0,4 -244518,9 -0,3

-sair xərclər 1416792,9 1726561,8 1537254,0 1377716,1 -39076,8 -348845,7 -159537,9

-əsaslı xərclər 233977,2 220891,7 216717,1 123429,1 -110548,1 -97462,6 -93288,0

8 Qeyri-maliyyə

aktivlərinin

alınması

7692396,4 41,1 8590374,9 40,7 5843016,7 33,0 3979013,6 25,2 -3713382,8 -15,9 -4611361,3 -15,5 -1864003,1 -7,8

-digər tikililərin

inşası

6213999,1 6930000,0 32,8 4261000,0 24,0 3554800,0 22,5 -2659199,1 -3375200,0 -706200,0

-digər maşın və

avadanlıqlar

1391003,0 1493557,0 7,1 1468373,8 8,3 407587,1 2,6 -983415,9 -1085969,9 -1060786,7

9 Maliyyə aktivləri

üzrə əməliyyatlar

60752,8 0,3 100150,2 0,5 97744,6 0,6 70000,0 0,4 9247,2 0,1 -30150,2 0,0 -27744,6 -0,1

10 Öhdəliklər üzrə

maliyyə

əməliyyatları

294686,1 1,6 515108,2 2,4 504806,1 2,8 989507,8 6,3 694821,7 4,7 474399,6 3,8 484701,7 3,4

CƏMİ : 18709000,0 21100000,0 17730045,5 16264000,0 -2445000,0 -4836000,0 -1466045,5

Page 50: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

50

aktivləri üzrə əməliyyatlar üzrə xərclərin ümumilikdə 2295676,3 min manat

azaldılması hesabına proqnozlaşdırılmışdır.

Xərclərin iqtisadi təsnifatı üzrə təhlil göstərir ki, “Faizlər üzrə ödənişlər”

bölməsində Beynəlxalq Valyuta Fondunun krediti üzrə, “Qeyri-maliyyə

aktivlərinin alınması” bölməsində yaşayış və qeyri-yaşayış binalarının tikintisi,

digər tikililərin alınması ilə bağlı, həmçinin, “Torpaq” paraqrafı üzrə, “Maliyyə

aktivləri üzrə əməliyyatlar” bölməsində isə dövlət tərəfindən verilən ssudalar üzrə

2016-cı ildə 2015-ci ildən fərqli olaraq vəsait nəzərdə tutulmamışdır. “Dövlət

zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafında isə 2015-ci

il üçün vəsait nəzərdə tutulsa da, ilin sonuna icranın gözlənilmədiyini və 2016-cı

ildə bu istiqamətdə vəsait proqnozlaşdırılmadığını qeyd etməliyik.

İqtisadi təsnifatın paraqraflar səviyyəsində təhlili 2016-cı ildə vəsaitinin

nəzərdə tutulduğu paraqraflardan 23-ündə artım tempi proqnozlaşdırıldığını

göstərir. Cari ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə 2016-cl ildə

ən yüksək artım tempi “Faizlər üzrə ödənişlər” bölməsinin “Mərkəzi Bank üzrə”

paraqrafında 188,9 dəfə, “Öhdəliklər üzrə maliyyə əməliyyatları” bölməsinin ölkə

daxilindi buraxılmış qiymətli kağızlar üzrə əməliyyatlara 5,0 dəfə və “Malların

(işlərin və xidmətlərin) satın alınması” bölməsinin mətbəə ilə bağlı xərclərə 2,0

dəfə olmaqla proqnozlaşdırılmışdır. Mütləq ifadədə isə ən böyük artım 279,4 mln.

manat məbləğində olmaqla “Öhdəliklər üzrə əməliyyatlar” bölməsindən dövlət

tərəfindən xaricdən alınan uzunmüddətli və qısamüddətli ssudalar üzrə

əməliyyatlarla bağlı nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilmiş ən yüksək

göstəriciyə malik 3 paraqraf istisna olmaqla artım templi digər paraqraflar üzrə

2016-cı ildə 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə orta hesabla 15,9% artım

proqnozlaşdırılmışıdır.

2015-ci illə müqayisədə 2016-cı ildə vəsaitin nəzərdə tutulmadığı paraqraflar

istisna olmaqla ən çox azalma “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsinin

digər əsas vəsaitlərlə bağlı xərclərində 54,3 dəfə və həmin bölmənin “nəqliyyat

vasitələrinin alınması ilə bağlı 3,6 dəfə azalma olmaqla proqnozlaşdırılmışdır. Eyni

zamanda, qeyd edək ki, ikinci paraqraf üzrə mütləq ifadədə 1075,8 mln. manat

məbləğində ən böyük azalma nəzərdə tutulmuşdur.

Maddələr səviyyəsində təhlil isə qeyri-maddi aktivlər üzrə xərclərin 210,7

dəfə, topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi üzrə xərclərin

78,2 dəfə və sair əsaslı təmirlə bağlı xərclərin 25,5 dəfə azaldıldığını, ölkə

Page 51: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

51

daxilində buraxılmış uzunmüddətli qiymətli kağızlar üzrə xərclərin 19,2 dəfə

artırıldığını göstərir.

2016-cı ildə əməyin ödənişi ilə bağlı 3523,7 mln. manat məbləğində vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin ilkin proqnozu ilə müqayisədə 2,1%,

ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə isə 5,0% artım deməkdir.

Əməyin ödənişi ilə bağlı xərclərin 82,6%-ni əmək haqqı, 17,4%-ni isə əmək

haqqına üstəliklər təşkil edəcəkdir.

“Büdcə zərfi”nə daxil olan məlumatların təhlili göstərir ki, büdcə

xərclərinin funksional təsnifat üzrə strukturunda 2016-cı ildə 4 bölmədə - mənzil

və kommunal təsərrüfatı, yanacaq və enerji, sənaye, tikinti və faydalı qazıntılar,

həmçinin nəqliyyat və rabitə bölmələrində ilk dəfə olaraq əməyin ödənişi ilə bağlı

ümumilikdə 14004,8 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu,

əməyin ödənişi ilə bağlı cəmi xərclərin 0,4%-ni təşkil edir və həmin vəsaitin

49,3%-i mənzil və kommunal təsərrüfatı bölməsindən icra ediləcəkdir.

Ümumiyyətlə isə, əməyin ödənişi ilə bağlı xərclərin funksional bölmələr üzrə

bölgüsündə təhsil bölməsinin xüsusi çəkisi daha böyükdür – 31,7%.

Malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin

tərkibində ən böyük xüsusi çəki istehlak mallarının alınmasına aid olacağı

proqnozlaşdırılmışdır.

Malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə proqnozlaşdırılmış

vəsaitin tərkibində ən çox azalma ezamiyyə ilə bağlı xərclərdə nəzərdə

tutulmuşdur.

Eyni zamanda, yalnız 2 bölmədə, yanacaq və enerji, həmçinin nəqliyyat və

rabitə bölmələrində bu istiqamətdə xərclər nəzərdə tutulmamışdır.

Malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin tərkibində

ən yüksək xüsusi çəki göstəricisi “İstehlak mallarının və materiallarının alınması”

köməkçi bölməsinə aid olacaq – 56,2%. Bu istiqamətdə 2016-cı ildə cari ilin

gözlənilən icrası ilə müqayisədə 8,9% çox olmaqla 1801,9 mln. manat vəsait

proqnozlaşdırılmışdır.

“Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsində ikinci ən

böyük paya malik olan idarənin saxlanılması ilə bağlı xərclərin tərkibində cəmi 2

maddə üzrə artım nəzərdə tutulmuşdur ki, mətbəə xərcləri 2016-cı ildə cari ilin

gözlənilən yekunu ilə müqayisədə 2 dəfə çox proqnozlaşdırılmışdır. Ümumiyyətlə,

bu xərclər bölmə üzrə xərclərdə ən böyük artım tempinə malik olacaq

Page 52: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

52

Bölmə üzrə nəzərəçarpacaq azalma sair xidmətlərin haqqının ödənilməsi

xərcləri üzrə 10,0%, həmin xərclərin tərkibində isə topoqrafiya-geodeziya axtarış

xidmətləri haqqının ödənilməsi üzrə 78,2 dəfə olmaqla nəzərdə tutulmuşdur.

2016-cı ildə ezamiyyə ilə bağlı xərclərə 49110,3 min manat vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2015-ci ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə

10,1% azdır.

İqtisadi təsnifatın faizlər üzrə ödənişlərlə bağlı xərclərinin 2016-cı il dövlət

büdcəsinin xərclərində yalnız ümumi dövlət xidməti bölməsindən icra edilməsi

gözlənilir. Rəyə təqdim edilmiş məlumatların təhlili göstərir ki, faizlər üzrə

ödənişlərin tərkibində qeyri-rezidentlər üzrə ödənişlər 20,7 mln. manat azalma,

dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər isə 23,8 mln.

manat artımla proqnozlaşdırılmışdır.

Cari ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların

təhlili 2015-ci ilin 8 ayı üzrə bu xərclərin ilin sonuna gözlənilən icra göstəricisinin

30,8%-ni təşkil etdiyini göstərir.

2016-cı ilin dövlət büdcəsində subsidiya və cari transfertlərin daha çox

ümumi dövlət xidmətləri bölməsində icra olunması nəzərdə tutulmuşdur. Qeyd

edək ki, təhsil və sosial müdafiə və sosial təminat xərclərində növbəti ildə ilk dəfə

olaraq subsidiya və cari transfertlərlə bağlı vəsait proqnozlaşdırılmışdır.

Təhlil göstərir ki, subsidiya və cari transfertlərin növbəti ildə azalması,

əsasən, məhsula görə ödənişlərin az nəzərdə tutulması ilə bağlıdır. 2016-cı ildə bu

xərclərin 50,5%-nin “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər

kateqoriyalara aid edilməyən sahədə fəaliyyət”, 20,9%-inin isə “Mənzil və

kommunal təsərrüfatı” bölmələrindən icra ediləcəyi proqnozlaşdırılmışdır.

Subsidiya və cari transfertlərlə bağlı xərclərin 72,7%-nin maliyyə təşkilatları

üzrə ödənişlərə yönəldilməsi proqnozlaşdırılmışdır. Həmin xərclərin də əsas hissəsi

- 54,0%-inin “Ümumi dövlət xidmətləri” bölməsindən, 37,0%-nin isə “Kənd

təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi”

bölməsindən icra olunacağı nəzərdə tutulmuşdur.

Eyni zamanda, qeyd edək ki, 2015-ci ilin 8 ayı üzrə dövlət büdcəsindən

subsidiya və cari transfertlərin ödənilməsi məqsədilə icra edilmiş vəsait ilin sonuna

gözlənilən məbləğin cəmi 27,6%-ni təşkil edir.

Növbəti ildə qrantlar və digər ödənişlərlə bağlı xərclərin, əsasən, ümumi

dövlət xidmətləri, iqtisadi fəaliyyət və əsas bölmələrə aid edilməyən xidmətlər

Page 53: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

53

bölmələrindən icra edilməsi proqnozlaşdırılır. Bu istiqamətdə xərclər, əsasən, ilk

iki bölmədən, müvafiq olaraq, 48,9%, 50,4% və 0,6% olmaqla nəzərdə

tutulmuşdur. Qeyd edək ki, “Müdafiə” və “Mədəniyyət, incəsənət, informasiya,

bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət”

bölmələrində cəmi 17100,0 manat vəsait proqnozlaşdırılmışdır ki, bu da cəmi

qrantlar və digər ödənişlərlə bağlı cəmi xərclərin 0,1%-i deməkdir.

Təqaüdlər və sosial müavinətlərlə bağlı xərclərin, ötən illərdə olduğu

kimi, daha çox sosial müdafiə və sosial təminat xərcləri bölməsindən icra edilməsi

gözlənilir.

İqtisadi təsnifat üzrə digər xərclər dövlət büdcəsi xərclərinin bütün

funksional təsnifat bölmələrində və ən yüksək 32,4% xüsusi çəki ilə əsas bölmələrə

aid edilməyən digər fəaliyyətlə bağlı xərclərdə icra ediləcək. Ötən illərdə olduğu

kimi, 2016-cı ildə də digər xərclərin əksər hissəsi (növbəti ildə 88,4%-i) sair

xərclər (282100) maddəsində nəzərdə tutulmuşdur.

Qeyd edək ki, məlumatların təhlili sair xərclərin büdcə xərclərində xüsusi

çəkisinin azalma meylli olduğunu göstərir. Belə ki, 2016-cı il üçün bu xərclər

2015-ci ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə 10,4% az nəzərdə

tutulmuşdur. Həmçinin Rəyə təqdim edilmiş məlumatların təhlili göstərir ki, sair

xərclərin azalma tempi tədbirlər bloku üzrə nəzərdə tutulmuş məbləğlə müqayisədə

qurumlar üzrə daha yüksəkdir. Palatanın ötən illər üçün müvafiq rəylərində də

qeyd edildiyi kimi, sair xərclərin ildən ilə daha da azaldılması büdcə xərclərinin

şəffaflaşdırılması baxımından müsbət meyldir və hesab edirik ki, bu istiqamətdə

gələcəkdə də tədbirlərin davam etdirilməsi əhəmiyyətlidir.

Digər xərclərlə bağlı qeyd olunmalı başqa bir məqam dövlət zəmanəti ilə

alınan borcların Təminat Fondunun xərcləri ilə bağlıdır. Belə ki, Rəyə təqdim

edilmiş məlumatların təhlili bu məqsədlə növbəti ildə vəsaitin nəzərdə

tutulmadığını göstərir. Eyni zamanda, 2015-ci ilin dövlət büdcəsində müvafiq

qaydada bu istiqamətdə vəsait təsdiq edilsə də, “Büdcə zərfi”nə görə, cari ilin

sonuna vəsaitin, ümumiyyətlə, icra olunmaması gözlənilir.

Qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı 2016-cı ilin dövlət

büdcəsində yalnız 3 bölmədə - “Mənzil və kommunal təsərrüfatı”, “Yanacaq və

enerji” və “Nəqliyyat və rabitə” bölmələrində vəsait nəzərdə tutulmamışdır.

Növbəti ildə bu istiqamətdə xərclərin 89,3%-i sənaye, tikinti və faydalı qazıntılar

bölməsində proqnozlaşdırılmışdır.

Page 54: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

54

Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə strukturunda maliyyə aktivləri üzrə

əməliyyatlar və öhdəliklər üzrə maliyyə əməliyyatları yalnız ümumi dövlət

xidmətləri bölməsində nəzərdə tutulmuşdur. Qeyd edək ki, maliyyə aktivləri üzrə

əməliyyatlarla bağlı xərclər, həmçinin, iqtisadi fəaliyyət bölməsi üzrə də icra

edilmişdir.

Qeyd edək ki, cari ilin ötən dövründə maliyyə aktivləri üzrə əməliyyatlarla

bağlı icra edilmiş xərclər ilin sonuna gözlənilən məbləğin 35,1%-ni, öhdəliklər

üzrə maliyyə əməliyyatları ilə bağlı xərclər isə 55,0%-ni təşkil edir.

Məlumatların təhlili göstərir ki, 2016-cı ildə sosialyönümlü xərclərə 5867,9

mln. manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin faktiki icra göstəricisi

ilə müqayisədə 390,0 mln. manat və ya 7,1%, cari ilin proqnoz göstəriciləri ilə

müqayisədə isə 0,7% çoxdur. Bu xərclərin 2016-cı ildə xüsusi çəkisinin 2015-ci

illə müqayisədə 8,6 faiz bəndi artaraq 36,1%-ə çatacağı gözlənilir.

Sosialyönlü xərclərin tərkibində əməyin ödənişi, dərman, sarğı ləvazimatları

və materiallarının alınması, ərzaq məhsullarının alınması və təqaüdlər və sosial

müavinətlərin dövlət büdcəsində xüsusi çəkisinin artımı proqnozlaşdırılmışdır

(Şəkil 8).

Şəkil 8

Sosialyönlü xərclərin büdcə xərclərində xüsusi çəkisi, %-lə

Sosialyönlü xərclərin tərkibində ən böyük xüsusi çəkinin əməyin ödənişi, ən

kiçik xüsusi çəkinin isə dərman, sarğı ləvazimatları və materiallarının alınması ilə

bağlı xərclərə aid olması gözlənilir. Qeyd edək ki, dərman alışının Azərbaycan

18,9

1,2 1,7

10,2

21,7

1,3 1,9

11,3

0,0

5,0

10,0

15,0

20,0

25,0

Əməyin ödənişi Dərman, sarğı

ləvazimatları və

materiallarının alınması

Ərzaq məhsullarının

alınması

Təqaüdlər və sosial

müavinətlər

2015

2016

Page 55: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

55

Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə

həyata keçirilməsi növbəti ildə büdcə vəsaitlərinin səmərəli istifadə olunmasına və

tibb müəssisələri üzrə dərman qiymətlərində müşahidə olunan fərqlərin aradan

qaldırılmasına xidmət etmiş olacaq.

Artım templərinin təhlili 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 2016-

cı ildə sosialyönlü xərclərin tərkibində əməyin ödənişi ilə bağlı xərclərin daha

böyük göstəriciyə (5,0%) malik olacağını göstərir. Qeyd edək ki, bu xərclərin

tərkibində yalnız ərzaq məhsullarının alınması ilə bağlı xərclərdə 0,2% azalma

proqnozlaşdırılmışdır.

Fikrimizcə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda ərzaq

məhsullarının qiymətinin yuxarı həddinin müəyyən olunması istiqamətində

tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiqdir.

2016-cı il dövlət büdcəsinin xərclərinin 62,6%-i və ya 10188,3 mln.

manatının cari (cari illə müqayisədə 769,5 mln. manat və ya 7,0% az), 29,7%-i və

ya 4826,0mln. manatının əsaslı (cari illə müqayisədə 4540,0 mln. manat və ya

48,5% az), 7,7%-i ə və ya 1249,7 mln. manatının dövlət borcuna xidmətlə bağlı

xərclərə (cari illə müqayisədə 473,5 mln. manat və ya 61,0% çox) yönəldilməsi

nəzərdə tutulmuşdur (Şəkil 9).

Şəkil 9

İqtisadi təsnifat üzrə dövlət büdcəsinin xərclərinin strukturu, %-lə

Regionların inkişafına dəstək baxımından dövlət büdcəsinin tərkib hissəsi

olan yerli gəlirlər 2016-cı il dövlət büdcəsində 766,3 mln. manat (Maddə 1)

62,6%

29,7%

7,7%

cari xərclər

əsaslı xərclər

dövlət borcuna xidmətlə bağlı

xərclər

Page 56: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

56

proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə

68,2 mln. manat və ya 8,2% azdır.

2016-cı ildə dövlət büdcəsinin yerli xərcləri 2015-ci ilin müvafiq

göstəricisindən 112,7 mln. manat və ya 6,8% az olmaqla 1541,3 mln. manat

məbləğində (Maddə 1) nəzərdə tutulmuşdur.

2016-cı ilin dövlət büdcəsində şəhər və rayonlar üzrə gəlirlər 6602,0 mln.

manat, xərcləri 1538,3 mln. manat məbləğində nəzərdə tutulmuşdur (Maddə 10)

ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 510,0 mln. manat və

112,7 mln. manat azdır. Azalma, həmçinin, gəlirlərin yerli xərclərdən artıq olan və

mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləğində də nəzərdə

tutulmuşdur. Belə ki, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə növbəti ildə

461,8 mln. manat az olmaqla 5730,6 mln. manat məbləğində proqnozlaşdırılmışdır

(Maddə 10).

Qanun layihəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna 108,0

mln. manat məbləğində (Maddə 10) vəsait nəzərdə tutulmuşdur ki, bu da 2015-ci

ilin müvafiq göstəricisindən 22,7% çoxdur.

Növbəti ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin

mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləği

cari illə müqayisədə 44506,5 min manat az və ya 774905,5 min manat

proqnozlaşdırılmışdır (Maddə 10). Həmin məbləğin yerli xərclərin tərkibində

xüsusi çəkisi 50,4% təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 44,5 mln. manat

və yaxud 5,4% azdır. 2015-ci illə müqayisədə respublikanın əksər şəhər və

rayonları üzrə mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiyaların məbləği 2016-

cı ilin büdcə layihəsində azalma ilə nəzərdə tutulmuşdur. Əsas azalmalar 2015-ci

illə müqayisədə Gəncə şəhəri üzrə 31,6%, Beyləqan rayonu üzrə 18,2%, Göyçay

və Qəbələ rayonları üzrə 13,8%, əsas artımlar isə Xaçmaz rayonu üzrə 23,6%,

Quba rayonu üzrə 11,6%, Qubadlı rayonu üzrə 4,5%, Şəki şəhəri üzrə 3,8% və

Qusar rayonu üzrə 3,4% təşkil edəcəkdir.

Qanun layihəsində şəhər və rayonların dövlət büdcəsindən maliyyələşdirilən

büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirləri isə 2015-ci ilin müvafiq

göstəricisinə bərabər olmaqla 2970,0 mln. manat məbləğində (Maddə 10) nəzərdə

tutulmuşdur.

2016-cı il dövlət büdcəsinin layihəsində müəyyən edilmiş yerli xərclərin

maliyyələşdirilməsi məqsədi ilə şəhər və rayonların gəlirləri, həmçinin, yerli gəlir

Page 57: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

57

və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin

etmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəhər və rayonlara

ayrılması nəzərdə tutulmuş vəsaitin həddinin xərclərinin 10 faizindən çox

olmamaqla sabit saxlanılması (Maddə 11), fikrimizcə, regionların iqtisadi

inkişafının təmin edilməsi məqsədilə təşəbbüslərin dəstəklənməsinə xidmət edir.

Dövlətin sosial funksiayalarının təmin edilməsi məqsədilə, hər il olduğu

kimi, 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə olunan xərc

maddələrinin ilk növbədə, digər xərc maddələrinin isə dövlət büdcəsinin gəlirləri

və kəsirinin maliyyələşdirilmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı

olaraq maliyyələşdirilməsi nəzərdə tutulmuşdur (Maddə 14).

1.2.3. Dövlət borcu və dövlət büdcəsinin kəsiri

Növbəti ildə dövlət daxili və xarici borcları üzrə ödənişlər, müvafiq olaraq

301064,6 min manat və 948670,5 min manat məbləğində (Maddə 12) nəzərdə

tutulmuşdur ki, bu da 2015-ci ilin uyğun göstəricilərindən 4,1 dəfə və 1,3 dəfə

çoxdur. Daxili borcun məbləğinin daha sürətli artımı bu məbləğin ümumi borcun

tərkibində xüsusi çəkisinin 14,7 faiz bəndi artaraq 24,1%-ə çatmasına səbəb

olmuşdur.

Rəyə təqdim edilmiş qanun layihəsində, dövlət borcunun müəyyən edilmiş

cəmi məbləğində əsas borc üzrə ödənişlərə 991,9 mln. manat, faiz ödənişlərinə isə

257,9 mln. manat vəsait nəzərdə tutulmuşdur. 2015-ci ilin müvafiq göstəriciləri ilə

müqayisə etsək, xarici dövlət borcu üzrə faiz ödənişləri 2016-cı ildə 25,4 mln.

manat az proqnozlaşdırılmışdır.

“Büdcə zərfi”nə daxil olan məlumatlara görə, 2016-cı ildə daxili dövlət

borclanmasının yuxarı həddi (limiti) 2500,0 mln. manat, xarici dövlət

borclanmasının yuxarı həddi (limiti) 1500,0 mln. manat məbləğində (Maddə 13)

nəzərdə tutulmuşdur.

2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi cari ilin proqnoz

göstəricisi ilə müqayisədə 36,0 mln. manat çox olmaqla 1698,0 mln. manat

məbləğində (Maddə 15), dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti isə 2,9% nəzərdə

tutulur.

Dövlət büdcəsi kəsirinin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq

son illərdə büdcə-vergi siyasətində müəyyən edilən əsas hədəflərdəndir. Bu əsasda

Page 58: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

58

dünya iqtisadiyyatındakı vəziyyət nəzərə alınaraq ÜDM-in 3%-dən artıq

olmamaqla proqnozlaşdırılan büdcə kəsirinin həcmi qoyulan vəzifəyə uyğundur.

2016-cı il üzrə dövlət büdcəsi kəsirinin dövlət büdcəsi gəlirlərinə nisbəti

11,7%-ə bərabər olacaqdır. 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə bunun,

3,8%, 2015-ci ilin proqnozu üzrə isə 8,6% təşkil edəcəyi nəzərdə tutulmuşdur. Bu

indikatorun hesablanmasında məqsəd qarşıdakı ildə büdcə gəlirləri vasitəsilə

dövlət borcunun maliyyələşdirilməsi imkanlarının ölçülməsidir. Bu nisbətin 2017-

2019-cu illərdə müvafiq olaraq 10,3%, 5,7% və 3,9% nisbətində, başqa sözlə,

azalacağı proqnozlaşdırılmışdır.

Rəyə təqdim edilmiş sənədlərin təhlili 2016-cı ildə Azərbaycan Respublikası

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının

2016-cı il icmal büdcəsinin kəsiri 9898,0 mln. manat (Maddə 17) nəzərdə

tutulmuşdur. Bu məbləğ 2015-ci ilin müvafiq göstəricindən 5541,8 mln. manat

azdır.

1.3. İcmal büdcənin əsas göstəriciləri

2016-cı il icmal büdcə gəlirlərinin həcmi 16720,1 mln. manat və ya əvvəlki

ilə nisbətən 3996,7mln. manat (19,3%) az proqnozlaşdırılır. İcmal büdcənin

xərcləri isə 19906,5 mln. manat (Maddə 16) və ya əvvəlki ilə müqayisədə 6004,4

mln. manat (23,2%) az nəzərdə tutulmuşdur.

Müvafiq olaraq icmal büdcənin gəlir və xərclərinin ÜDM-ə faiz nisbəti 28,9%

və 34,5% müəyyən edilmişdir (Cədvəl 19).

Cədvəl 19. İqtisadiyyatı təbii resursla zəngin dövlətlərdə 2016-cı il üzrə proqnozlaşdırılan

icmal büdcənin gəlir və xərclərinin ÜDM-ə faiz nisbəti

Gəlirlər Xərclər

Azərbaycan 28,9 34,5

Qazaxıstan 22,1 24,0

Malayziya 23,3 26,1

Çili 24,5 26,4

İndoneziya 15,7 17,8

Peru 21,2 22,6

Venesuela 21,1 41,4

Nigeriya 9,2 10,9

Mənbə:BVF-nin Fiskal icmal bülleteni, iyul, 2015

Page 59: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

59

Cədvəldən göründüyü kimi, iqtisadiyyatı təbii resursla zəngin dövlətlərin

böyük əksəriyyətində icmal büdcə göstəricilərinin ÜDM-ə faiz nisbəti 10-28%

nisbətində dəyişir (Cədvəl 20).

Cədvəl 20. MDB dövlətlərində təbii resursdan əldə edilən gəlirlər hesabına formalaşan

fondlar haqqında məlumat (sentyabr 2015)

Fondun adı Təsis

edildiyi

vaxt

Aktivlərin

həcmi, mlrd.

ABŞ dolları

2015-ci ilin

gözlənilən

ÜDM-nə faiz

nisbəti

1 Azərbaycan

Respublikası Dövlət Neft Fondu 1999 35,7 65,6

2 Qazaxıstan

Respublikası Qazaxıstan Milli Fondu 2000 74,2 35,0

3 Rusiya

Federasiyası Rusiya Ehtiyat Fondu* 2008 70,9 6,4

4 Rusiya

Federasiyası Rusiya Milli Rifah Fondu* 2008 74,5 6,0

Rusiya Federasiyası üzrə cəmi 145,4 12,4

Mənbə: http://www.swfinstitute.org/fund-rankings/

*2003-cü ildə Stabilləşmə Fondu olaraq yaradılmış 1 yanvar 2008-ci ildən bu fondun bazasında

iki fond təsis edilmişdir.

Cədvəldən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Fondunun

aktivlərinin ÜDM-ə faiz ifadəsində həcmi MDB-yə üzv digər dövlətlərlə

müqayisədə daha yüksəkdir.

İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikasının Dövlət

Sosial Müdafiə Fondunun gəlirləri 3078570,1 min manat həcmində

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin müvafiq icra göstəricisindən

181721,1 min manat və ya 6,3%, 2015-ci il üzrə proqnoz göstəricisindən isə

22284,4 min manat və ya 0,7% çoxdur. Növbəti ildə Fondun xərcləri 2014-cü ilin

icra göstəricisindən 209173,51 min manat və ya 7,3%, 2015-ci ilin proqnoz

göstəricisindən isə 22284,30 min manat və ya 0,7% çox olmaqla 3078570,00 min

manat səviyyəsində nəzərdə tutulmuşdur. Bir çox makrofiskal göstəricilərin

azalma ilə proqnozlaşdırılması fonunda DSMF-in gəlirlərinin artım dinamikası,

həmçinin, xərclərində əsas payın əhaliyə ödənişlərlə bağlı olması gəlir əldə etmək

qabiliyyəti məhdud olan və ya olmayan vətəndaşların sosial müdafiəsinin

dövlətin diqqət mərkəzində olduğunu bir daha qeyd etmək imkanı verir.

Page 60: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

60

II Bölmə. Dövlət büdcəsinin gəlirləri

2.1. Vergi gəlirlərinin strukturu

Dünya ümumi daxili məhsul istehsalının əsas hissəsini təmin edən dövlətlər

tərəfindən istər beynəlxalq, istərsə də regional iqtisadi münasibətlər üzrə

prioritetlərin faydalılıq baxımından deyil, qlobal və lokal siyasi maraqlar

müstəvisində reallaşdırılması strateji məhsulların qiymətlərinin kəskin və qeyri-

adekvat dəyişkənliyinə səbəb olmuşdur. Qiymətlərin bazar prinsiplərinə uyğun

olmayan təzyiqlər nəticəsində kəskin dəyişkənliyi, eyni zamanda iqtisadi

göstəricilərin növbəti il üçün proqnozlaşdırılması mərhələsində geosiyasi qeyri-

müəyyənliyin nəzərə alınmasını zəruri etsə də, qısa müddətli perspektiv üçün belə

proqnozların etibarlılıq səviyyəsini aşağı sala bilər.

Sosial-iqtisadi inkişafın maliyyə təminatı olan dövlət büdcəsinin gəlirlərinin

növbəti il üçün layihəsinin iqtisadi təhlükəsizlik baxımından neft (xam mal)

sektorundan asılılığının azaldılması başlıca hədəf kimi müəyyən edilməlidir ki, bu

yanaşma da 2016-cı ilin büdcə layihəsində daha çox nəzərə alınmışdır. Bu

məqsədlə maliyyə siyasətinin həyata keçirilməsi üçün 2016-cı ildə büdcə-vergi

siyasəti gəlirlər üzrə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin

artırılması, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə

transfertin tədricən azaldılması, mövcud qanunvericiliyə dəyişikliklər edilməklə

sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi və vergi ödəyicilərinə vergi

ödənilməsi qaydaları üzrə seçim hüququnun verilməsi, vergi və gömrük ödənişləri

üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması

və yaxud ləğv edilməsi, nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı

olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması,

dövlət büdcəsinə hesablanmış vergilərin daxilolmalarının yığım faizinin

artırılması, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmaların

artırılması istiqamətində təsirli tədbirlərin görməsi, dövlət torpaqlarının icarəyə

verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması

nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi gəlirlərinin

proqnozlaşdırılması prosesində bu istiqamətlər prioritet olaraq müəyyən

edilmişdir.

Page 61: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

61

Bununla yanaşı, Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmələr

onu da deməyə əsas verir ki, iqtisadi və sosial inkişaf konsepsiyası çərçivəsində

makroiqtisadi göstəricilərin yalnız qısa müddətli dövr üçün proqnozlaşdırılması

daha aktual yanaşma kimi nəzərdən keçirilə bilər.

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət

büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əlavə olunmuş

büdcə-vergi siyasətinin əsas istiqamətlərində qeyd edilmiş bəzi istiqamətlər, o

cümlədən 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərdən

daxilolmaların yığım əmsalının və dövlət torpaqlarının icarəyə verilməsindən əldə

olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması təmin edilməmiş, 2015-

ci ilin 6 ayı ərzində ümumilikdə vergi borcları 23,8% artmış, dövlət

mülkiyyətində olan torpaqlarının icarəyə verilməsindən daxilolmalar üzrə 2015-ci

ilin 7 aylıq proqnozu 2014-cü ilin müvafiq dövrünün proqnozundan 27,6% az

olmasına baxmayaraq, cəmi 76,5% icra olunmuşdur. Dövlət büdcəsinin mədaxil

mənbələri üzrə dövrün əvvəlinə borc və dövr ərzində hesablanmış məbləğlər

barədə məlumatların “Büdcə zərfi”nə daxil edilməsi hər bir istiqamət üzrə

daxilolma əmsalının müəyyən olunmasında müsbət addım olar.

Növbəti ilin dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihəsinə Rəy “Büdcə

zərfi”nə daxil edilmiş məlumatlarla yanaşı Azərbaycan Respublikası Vergilər

Nazirliyi tərəfindən təqdim edilən “Vergi orqanları tərəfindən büdcəyə təmin

edilən büdcə gəlirləri barədə hesabat”lara (Forma 3 ARV), Dövlət Statistika

Komitəsinin məlumatlarına, həmçinin dövlət büdcəsinin gəlirlərinin hesablanması

və büdcəyə ödənilməsini tənzimləyən Azərbaycan Respublikasının Vergi

Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa

dəyişikliklərin layihələrinə əsaslanmaqla hazırlanmışdır.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirləri

14 566 000,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin

icrasından 20,8% və ya 3834565,2 min manat, 2015-ci ilin gözlənilən icrasından

isə 14,7% və ya 2 514 000,0 min manat azdır (Cədvəl 21).

Page 62: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

62

Cədvəl 21. Dövlət büdcəsinin gəlirlərinin proqnoz və icra göstəricilərinin əsas tədiyyə

növləri səviyyəsində dinamikası milyon manatla

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il üzrə

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrasına nisbətən

2015-ci ilin

proqn.nisbətən

2015-ci ilin

gözl.icr.nisbətən

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

Dövlət büdcəsinin

gəlirləri

18 384,0 18 400,6 100,1 19 438,0 17 080,0 87,9 14 566,0 79,2 -3 834,6 74,9 -4 872,0 85,3 -2 514,0

fiziki şəxslərin gəlir

vergisi

882,0 980,3 111,2 982,0 982,0 100,0 957,0 97,6 -23,3 97,5 -25,0 97,5 -25,0

hüquqi şəxslərin

mənfəət (gəlir) vergisi

2 217,0 2 302,5 103,9 2 211,0 2 111,0 95,5 1 821,6 79,1 -480,9 82,4 -389,4 86,3 -289,4

əlavə dəyər vergisi 3 209,0 3 119,6 97,2 3 456,0 3 456,0 100,0 3 446,0 110,5 326,4 99,7 -10,0 99,7 -10,0

sadələşdirilmiş vergi 130,0 153,4 118,0 145,0 145,0 100,0 170,0 110,8 16,6 117,2 25,0 117,2 25,0

aksiz vergisi 874,5 797,3 91,2 684,0 684,0 100,0 637,0 79,9 -160,3 93,1 -47,0 93,1 -47,0

hüquqi şəxslərin əmlak

vergisi

132,0 141,3 107,0 148,0 148,0 100,0 159,2 112,7 17,9 107,6 11,2 107,6 11,2

hüquqi şəxslərin

torpaq vergisi

48,0 35,4 73,7 48,0 48,0 100,0 50,0 141,2 14,6 104,2 2,0 104,2 2,0

mədən vergisi 116,0 116,2 100,1 116,0 116,0 100,0 107,2 92,3 -9,0 92,4 -8,8 92,4 -8,8

yol vergisi 69,5 39,2 56,4 67,6 67,6 100,0 87,0 222,0 47,8 128,7 19,4 128,7 19,4

dövlət rüsumu 123,0 111,1 90,3 115,0 115,0 100,0 105,0 94,5 -6,1 91,3 -10,0 91,3 -10,0

Azərb.Resp. ist.edilən

və qiymətləri tənz-n

məhs.kontrakt (satış)

qiyməti ilə (ixrac

xərcləri çıxılmaqla)

ölkədaxili topdansatış

qiyməti arasındakı

fərqdən yığımlar

313,0 313,2 100,1 195,0 195,0 100,0 118,0 37,7 -195,2 60,5 -77,0 60,5 -77,0

gömrük rüsumları 330,0 365,9 110,9 348,4 348,4 100,0 348,0 95,1 -17,9 99,9 -0,4 99,9 -0,4

Azərb.Resp. Dövlət

Neft Fondundan

daxilolmalar

9 337,0 9 337,0 100,0 10 388,0 8 130,0 78,3 6 000,0 64,3 -3 337,0 57,8 -4 388,0 73,8 -2 130,0

Digər gəlirlər 603,0 588,2 97,5 534,0 534,0 100,0 560,0 95,2 -28,2 104,9 26,0 104,9 26,0

Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi səbəbindən neft

gəlirlərinin azalması növbəti ildə hasilatın pay bölgüsü sazişləri üzrə mənfəət

vergisindən daxilolmaların 2014-cü ilin faktiki icrasından 2,2 dəfə, 2015-ci ilin

gözlənilən icrasından isə 18,3%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

(SOCAR) üzrə dövlət büdcəsinə daxilolmaların 2014-cü ilin icrası ilə müqayisədə

24,7%, 2015-ci ilin proqnozu və gözlənilən icrası ilə müqayisədə 14,0%,eləcə də,

Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin az proqnozlaşdırılmasını

şərtləndirmişdir. Bu amillərin təsirinin nəticəsi olaraq 2016-cı il dövlət büdcəsinin

gəlirləri2015-ci ilin proqnozu ilə müqayisədə 4872000,00 min manat və ya 25,1%

az nəzərdə tutulmuşdur.

2016-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin 46,5%-ni (6776000,0 min

manat) qeyri-neft sahələrindən gəlirlərin təşkil edəcəyi proqnozlaşdırılmışdır ki, bu

da 2014-cü ilin faktiki icrasından 12,5 faiz bəndi, 2015-ci ilin proqnozundan 11,8

faiz bəndi çoxdur. Dövlət büdcəsinin neft gəlirləri isə növbəti il üçün 7790000,0

min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrasından

35,9% (4366608,0 min manat), 2015-ci ilin proqnozundan isə 38,6% (4898000,0

min manat) azdır.

Page 63: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

63

Qeyd etmək lazımdır ki, növbəti il üzrə dövlət büdcəsinin neft sektorundan

gəlirlərinin hesablanması zamanı xam neftin 1 barelinin qiyməti 50,0 ABŞ dolları

və manatın ABŞ dollarına məzənnəsi 1,05 manat səviyyəsində qəbul edilmişdir.

2016-cı il üçün dövlət büdcəsinin ümumi gəlirlərinin ÜDM-ə nisbəti 25,2%,

qeyri-neft gəlirlərinin ÜDM-nə nisbəti 11,7%,qeyri-neft gəlirlərinin qeyri-neft

ÜDM-ə nisbəti isə 16,3% səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin

gözlənilən müvafiq göstəriciləri ilə müqayisədə uyğun olaraq 4,7 faiz bəndi, 0,3

faiz bəndi və 1,1 faiz bəndi azdır(Şəkil 10).

Şəkil 10

ÜDM-ə nisbətdə xüsusi çəkilərin illər üzrə dinamikası, %-lə

Qeyri-neft gəlirlərinin ÜDM-ə, eləcə də qeyri-neft gəlirlərinin qeyri-neft

ÜDM-ə nisbətinin dinamikasına təsir edən əsas amillərdən biri ÜDM-in tərkibində

güzəştli vergi rejimi tətbiq olunan sahələrin davamlı olaraq genişləndirilməsi

şəraitində qanunvericiliyə əsasən vergidən azad olunan vergitutma bazalarının

artmasıdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim

olunmuş hesabatlara əsasən fiziki şəxslərin gəlir vergisi, ölkə ərazisində mal, iş və

xidmətlərə görə əlavə dəyər vergisi üzrə vergidən azad olunan, eləcə də, əlavə

dəyər vergisinə “0” (sıfır) dərəcə ilə cəlb olunan vergitutma bazalarının ümumi

həcmi əvvəlki illə müqayisədə 2014-cü ildə isə 8,4% artaraq 14712799,7 min

manat olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, vergilər üzrə güzəşt və

azadolmaların səmərəliliyinin qiymətləndirilməsi “Azərbaycan Respublikasının

2016-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf Konsepsiyası”nda vergi

31,6 33,5

31,2 29,9

25,2

8,5 9,0 10,6

12,0 11,7

15,8 15,7 17,4 17,4 16,3

2012-ci il icra 2013-cü il icra 2014-cü il icra 2015-ci il gözlənilən 2016-cı il proqnoz

layihəsi dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti

dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ÜDM-ə nisbəti

dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti

Page 64: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

64

siyasətinin 2016-2019-cu illəri əhatə edən əsas istiqamət və prioritetləri siyahısına

daxil edilmişdir.

“Büdcə zərfi”nə əsasən 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,7

milyard manat təşkil edəcəyi gözlənilir. Növbəti il üçün qeyri-neft ÜDM-i 41,5

mlrd. manat həcmində proqnozlaşdırılmaqla cari illə müqayisədə 3,4% real artım

tempi, neft sektorunda isə 16,2 mlrd. manat müəyyən edilməklə 1,7% azalma

nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına

əsasən cari ilin yanvar-iyul aylarında ÜDM-in həcmi ötən ilin müvafiq dövrü ilə

müqayisədə 105,6%, o cümlədən, neft sektoru üzrə 101,0%, qeyri-neft sektoru üzrə

109,% artmışdır.

Cari illə müqayisədə 2016-cı ildə UDM-in neft sektoru üzrə 1,7% azalması,

qeyri neft sektoru üzrə 3,4% real artımı gözlənilir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına

əsasən 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə

əmtəə bazarında pərakəndə ticarət dövriyyəsi 11,3% artaraq 15896,5 mln. manat,

ictimai iaşə xidmətləri 16,7% artaraq 644,9 mln. manata, əhaliyə göstərilən pullu

xidmətlərin həcmi 6,2% artaraq 4424,4 mln. manat, əhalinin nominal gəlirləri 5,9%

artaraq 26700,0 mln. manat, eləcə də orta aylıq əmək haqqının məbləği (yanvar-

avqust ayları üzrə) 4,1% artaraq 458,9 manat təşkil etmişdir. Eyni zamanda, 2015-

ci ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri üzrə illik proqnoza

48,2%, Dövlət Neft Fondundan transfert üzrə proqnoz və icra nəzərə alınmadan isə

49,5% səviyyəsində əməl edilmişdir. 2015-ci il üzrə təsdiq edilmiş illik

proqnozlara qarşı dövlət büdcəsinin əsas mənbələrdən daxilolmaları Azərbaycan

Respublikasının Vergilər Nazirliyi üzrə 4565375,8 min manat və ya 64,2%,

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1023915,5 min manat

və ya 64,4%, Azərbaycan Respublikasının Dövlət Neft Fondu üzrə 4900000,0 min

manat və ya 47,2%, digər mənbələr üzrə isə 177000,0 min manat və ya 51,1%

təşkil etmişdir.

2015-ci illə müqayisədə 2016-cı il üzrə dövlət əsaslı vəsait qoyuluşu

xərclərinin 3375200,0 min manat azalma ilə proqnozlaşdırılması bilavasitə vergi

və digər icbari ödənişlər şəklində dövlət büdcəsinin xüsusilə qeyri-neft

sahələrindən gəlirləri üzrə proqnozlarının azalmasını şərtləndir ən əsas amillərdən

biridir.

Page 65: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

65

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsi ilə dövlət büdcəsinin

mərkəzləşdirilmiş gəlirlərinin 13799654,5min manat,yerli gəlirlərinin isə

766345,5min manat məbləğində nəzərdə tutulmuşdur. Əsasən neft sahələrindən

dövlət büdcəsinə daxilolmaların azalması mərkəzləşdirilmiş gəlirlərin həcminə də

təsir göstərmişdir. Belə ki, proqnoz göstəricilərinə əsasən dövlət büdcəsinin

mərkəzləşdirilmiş gəlirləri 2014-cü ilin icrasına nisbətən 3804815,4min manat və

ya 21,6%, 2015-ci ilin proqnozu ilə müqayisədə 4 803 807,5 min manat və ya

25,8%, gözlənilən icrası ilə müqayisədə isə 2445807,5min manat və ya 15,1%

aznəzərdə tutulmuşdur.

Əvvəlki illə müayisədə növbəti il üçün yerli gəlirlərin həcmi Bakı, Gəncə və

Naftalan şəhərləri, Xızı, Qobustan, Beyləqan, Qəbələ, Ağcabədi, Daşkəsən,

Gədəbəy və Tovuz rayonları istisna olmaqla, bütün şəhər və rayonlar səviyyəsində

azalma ilə proqnozlaşdırılmışdır. 2015-ci ilin proqnozu ilə müqayisədə daha çox

azalma Mingəçevir (10,7%) və Şəki (12,4%) şəhərləri, Quba (23,0%), Qusar

(19,2%), Xaçmaz (17,7%), Astara (11,7%), Ağdaş (13,9%), Kürdəmir (10,7%)

rayonları üzrə nəzərdə tutulmuşdur.

Regionların gəlir potensialının formalaşmasının təmin edilməsində əsas

mənbə olan qeyri-neft sektorunda ÜDM-in cari ilin gözlənilən icrası ilə

müqayisədə növbəti ildə 2,1 mlrd. manat artımla proqnozlaşdırıldığına, Dövlət

Statistika Komitəsinin məlumatına əsasən 2015-ci ilin 1-ci yarısında, Bakı şəhəri

istisna olmaqla, rayonlar üzrə məhsul buraxılışının fiziki həcm indeksi

ümumilikdə 1,2%, o cümlədən, sənaye üzrə 1,3%, kənd təsərrüfatı üzrə 7,6%, mal

və xidmətlərin faktiki qiymətlərlə buraxılışı 9,3%, avtomobil nəqliyyatı ilə yük

daşınması 4,3%, sərnişin daşınması 5,6% (sərnişin və yük daşınması üzrə artım

ayrılıqda bütün rayonlar üzrə olmuşdur), rabitə xidmətləri 3,4% (artım Daşkəsən,

Ucar və İmişli rayonları istisna olmaqla ayrılıqda bütün rayonlar üzrə olmuşdur),

pərakəndə ticarət dövriyyəsi 12,0%, iaşə dövriyyəsi 10,2%(artım ayrılıqda bütün

rayonlar üzrə olmuşdur), məişət xidməti və pullu xidmətlərin həcmi 8,4% (artım

ayrılıqda bütün rayonlar üzrə olmuşdur) artmasına və “Azərbaycan

Respublikasının 2014-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası

Qanununa əsasən şəhər və rayonların ərazisində fəaliyyət göstərən və

mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən

hesablanmış vergilərin 2014-cü ildən bütünlüklə şəhər və rayonların yerli

Page 66: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

66

gəlirlərinə aid edildiyinə baxmayaraq növbəti ildə əksər rayonlar üzrə gəlirlər cari

ilə nisbətən, Quba, Qusar, Xaçmaz, Şabran və Şamaxı rayonları üzrə gəlirlərin

həcmi isə 2013-cü ilin (şəhər və rayonların ərazisində fəaliyyət göstərən və

mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən

hesablanmış vergilərin bütünlüklə şəhər və rayonların yerli gəlirlərinə aid edildiyi

ildən əvvəlki ilin) icra göstəricisindən də az proqnozlaşdırılmışdır.

2016-cı ildə 7 şəhər və rayon (Bakı, Sumqayıt, Mingəçevir, Naftalan və

Şirvan şəhərləri, eləcə də Abşeron və İmişli rayonları) üzrə yerli xərclərin tam

həcmdə yerli gəlirlərin hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Belə ki,

2016-cı ildə Naftalan şəhərinin də yerli xərclərinin tam həcmdə yerli gəlirlər

hesabına maliyyələşdirilməsi proqnozlaşdırılmışdır.

“Büdcə zərfi”nə daxil edilmiş məlumatların təhlili iqtisadi aktivliyin və

müvafiq olaraq yerli gəlirlərin şəhər və rayonlar üzrə adambaşına düşən həcmi

arasındakı fərqlərin, əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsinin

proqnoz göstəricilərində də müşahidə olunduğunu göstərir. Şəhərlər üzrə (Bakı

şəhəri istisna olmaqla) bu göstərici 73,1 manatla (Lənkəran şəhəri) 398,9 manat

(Naftalan şəhəri) arasında, rayonlar üzrə 27,5 manatla (Lerik rayonu) 166,9 manat

(İmişli rayonu) arasında dəyişir.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə və əlavə olunmuş müvafiq

sənədlərə əsasən növbəti il üçün proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirlərinin

45,3%-i Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 10,9%-i Azərbaycan

Respublikasının Dövlət Gömrük Komitəsi, 41,2%-i Dövlət Neft Fondu, 2,6%-i isə

digər mənbələr üzrə nəzərdə tutulmuşdur (Şəkil 11).

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının 2014-cü il dövlət

büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əlavə olunmuş

Azərbaycan Respublikasının 2014-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin

layihəsi üzrə gəlir və xərclərin funksional təsnifat səviyyəsində göstəriciləri və

kəsiri barədə məlumatlara əsasən Dövlət Neft Fondundan daxilolmaların mütləq

həcminin 2014-cü ildən sonrakı illərdə azalması nəzərdə tutulmuşdur.Qlobal

səviyyədə müşahidə olunan şərtlər çərçivəsində həmin proqnozlara yenidən

baxılaraq 2016-cı il üzrə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin

məbləği 6000000,0 min manat məbləğində müəyyən edilmişdir ki, bu da 2015-ci

ilin proqnozundan 4388000,0 min manat və ya 42,2%, gözlənilən icrasından

Page 67: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

67

2130000,0 min manat, yaxud 26,2% azdır. Dövlət Neft Fondundan transfertin cari

ilə nisbətən növbəti ildə azalma ilə proqnozlaşdırılması dövlət büdcəsinin

tərkibində digər gəlir mənbələrinin xüsusi çəkilərinin artmasına təsir edən əsas

səbəbdir.

Şəkil 11

Dövlət büdcəsinin gəlirlərinin əsas mənbələr üzrə strukturunun dinamikası, %-lə

Dövlət Neft Fondundan daxilolmalar nəzərə alınmadıqda cari ilə nisbətən

2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin tərkibində Azərbaycan Respublikasının

Vergilər Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin xüsusi çəkisinin 1,5 faiz

bəndi azalaraq 77,1%-ə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin

xətti ilə təmin olunan gəlirlərin xüsusi çəkisinin isə 0,4 faiz bəndi artaraq 18,6%-a

çatması proqnozlaşdırılmışdır.

2016-cı il ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən

dövlət büdcəsinə təmin ediləcək gəlirlər 6602000,0 min manat məbləğində

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 511671,0 min

manat (7,2%), 2015-ci ilin proqnozu ilə müqayisədə 510000,0 min manat (7,2%)

azdır.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təmin

ediləcək gəlirlər üzrə proqnoz isə 1590000,0 min manat məbləğində müəyyən

edilmişdir ki, bu da 2014-cü ilin icrasına nisbətən 80000,0 min manat, yaxud

5,3%, 2015-ci ilin proqnozu və gözlənilən icrası səviyyəsindədir.

2014-cü il icra 2015-ci il gözlənilən 2016-cı il proqnoz layihəsi

38,7 41,1 45,3

8,2 9,3 10,9

50,7 47,6

41,2

2,4 2,0 2,6

Vergilər Nazirliyi Dövlət Gömrük Komitəsi Dövlət Neft Fondundan daxilolmalar Digər mənbələr

Page 68: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

68

Vergilər Nazirliyinin 2015-ci ilin 6 ayı üzrə hesabat məlumatları nəzərə

alınaraq qeyd etmək lazımdır ki, vergi ödəyicilərinin vergi və digər icbari

ödənişləri üzrə dövlət büdcəsinə olan borclarının ümumi həcmi 01 yanvar 2015-ci

il tarixə 2149508,2 min manat (o cümlədən, verginin əsas məbləği üzrə 1197169,4

min manat, maliyyə sanksiyaları üzrə 200450,7min manat, faizlər üzrə 751888,1

min manat) olmaqla, hesabat dövrü ərzində 512281,2 min manat artmış (o

cümlədən, verginin əsas məbləği üzrə 420625,5 min manat, maliyyə sanksiyaları

üzrə 13000,4 min manat, faizlər üzrə 78655,2 min manat) və 01 iyul 2015-ci il

tarixə 2661789,4 min manat (o cümlədən, verginin əsas məbləği üzrə 1617794,9

min manat, maliyyə sanksiyaları üzrə 213451,1 min manat, faizlər üzrə 830543,3

min manat) təşkil etmişdir. 01 iyul 2015-ci il tarixə dövlət büdcəsinə olan ümumi

borcların 50,3%-i dövlət mülkiyyətində olan vergi ödəyicilərinin, 41,0%-i xüsusi

mülkiyyətdə olan vergi ödəyicilərinin, 8,7%-i isə digər mülkiyyət mənsubiyyətinə

(xarici, birgə, bələdiyyə) aid edilən vergi ödəyicilərinin payına düşmüşdür.

2015-ci ilin büdcə zərfində vergi daxilolmalarının yığım əmsalının

artırılması büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən

edilmişdir. Bununla belə, ümumi borc məbləği 512281,2 min manat (23,8%)

artaraq 01 iyul 2015-ci il tarixə 2661789,4 min manata (o cümlədən, verginin əsas

məbləği üzrə 1617794,9 min manata, maliyyə sanksiyaları üzrə 213451,1 min

manata, faizlər üzrə 830543,3 min manata) çatmışdır.

Qeyd etmək lazımdır ki, Palatanın müvafiq rəylərində də göstərildiyi kimi,

bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsindən istifadə

edərək yığım əmsalının növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsində əks

etdirilməsi daha məqsədəuyğun olardı.

Növbəti il üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə

müəyyən edilən proqnozun 72,9%-i qeyri-neft sektorunun payına düşür ki, bu da

2014-cü ilin icra göstəricisindən 12,4faiz bəndi, 2015-ci ilin gözlənilən icrasından

5,2 faiz bəndi yüksəkdir.

Eyni zamanda, 2014-cü ilin icrasından 12,4 faiz bəndi, 2015-ci ilin

gözlənilən icrasından 3,0 faiz bəndi aşağı olmaqla neft sektorundan daxilolmaların

xüsusi çəkisinin 27,1% olacağı nəzərdə tutulmuşdur (Şəkil 12).

Page 69: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

69

Şəkil 12

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan

gəlirlərin əsas mənbələr üzrə strukturunun dinamikası, %-lə

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin

tərkibində neft sektoru üzrə 2016-cı il üçün müəyyən edilmiş proqnoz

məbləğ1790000,0 min manat təşkil etməklə 2014-cü ilin icrasından 1017100,0 min

manat və ya 36,2%, 2015-ci ilin proqnozundan 510000,0 min manat və ya 22,2%,

gözlənilən icrasından isə 322000,0 min manat və ya 15,2% azdır. Azalma həm

neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət

vergisi, həm də Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər

ödənişlər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) üzrə nəzərdə tutulmuşdur.

Növbəti il üçün daxilolmanın proqnozu neft-qaz sahəsində hasilatın pay bölgüsü

sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə 500000,0 min manat (2015-ci

ilin proqnozundan 300000,0 min manat və ya 37,5%, gözlənilən icrasından isə

112000,0 min manat və ya 18,3% az), Dövlət Neft Şirkəti üzrə isə (fiziki şəxslərin

gəlir vergisi istisna olmaqla) 1290000,0 min manat (2015-ci ilin proqnozundan və

gözlənilən icrasından 300000.0 min manat və ya 14,0% az) müəyyən edilmişdir.

Ölkə iqtisadiyyatının neft sektorunu səciyyələndirən əsas

göstəricilərindinamikası bilavasitə qeyd olunan mənbədən büdcə daxilolmalarının

həcminin də azalmasını şərtləndirir. Belə ki, Dövlət Statistika Komitəsinin

məlumatlarına əsasən əvvəlki ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-avqust

aylarında təbii qaz hasilatı 5,7% azalaraq 19095,0 mln. m3, xam neft (qaz

kondensatı daxil olmaqla) hasilatı 2,6% azalaraq 27915,4 min ton olmuşdur.

Komitənin məlumatlarına əsasən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari

ilin yanvar-iyul aylarında aviasiya və digər məqsədlər üçün ağ neft ixracı 13,8%,

2014-cü il icra 2015-ci il gözlənilən 2016-cı il proqnoz layihəsi

60,5

69,9 71,5

24,1 21,4 20,5 15,4

8,7 8,0

Qeyri-neft sahələrindən vergi və vergi olmayan daxilolmalar Dövlət Neft Şirkəti üzrə konsolidə edilmiş vergilər və digər ödənişlər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) Neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi

Page 70: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

70

maye qaz ixracı 18,5% azalmış, qazoyl ixracı 1,8 dəfə artmış, gömrük məlumatına

əsasən təbii qaz ixracı 907,0 mln. m3

təşkil etməklə 27,7%,xam neft ixracı 13637,7

min ton təşkil etməklə 1,1% azalmış, statistik məlumata (ARDNŞ və ABƏŞ-in

məlumatına) əsasən təbii qaz ixracı 5080,0 mln.m3 təşkil etməklə 12,7% artmış,

xam neft ixracı 20736,0 min ton təşkil etməklə 2,2% azalmışdır.

Həmçinin, qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının 2016-cı il

və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası”nda neft sektoru üzrə

ÜDM-in, o cümlədən, neft və qaz sənayesi üzrə ümumilikdə əlavə dəyərin, eləcə

də neft və qaz ixracının həcminin azalması (qısa müddətli perspektivdə) nəzərdə

tutulmuşdur.

Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirlərinin dayanıqlı artımı, son

illər ərzində olduğu kimi, 2016-cı il üzrə müəyyən edilmiş Azərbaycan

Respublikasının Vergilər Nazirliyi üzrə təmin olunan gəlirlərin proqnoz

göstəricilərinin tərkibində daha aydın şəkildə müşahidə olunur. Nazirlik xətti ilə

növbəti il ərzində qeyri-neft sahələrindən dövlət büdcəsinə təmin olunan gəlirlər

4812000,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin

icrası ilə müqayisədə 505429,0min manat və ya 11,7%çox, 2015-ci ilin proqnozu

ilə eyni səviyyədə, gözlənilən icrası ilə müqayisədə isə 88000,0 min manat və ya

1,8% azdır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən əvvəlki ilin analoji

dövrü ilə müqayisədə cari ilin yanvar-avqust ayları ərzində ölkə iqtisadiyyatının

qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 7,3% artaraq 24628,4 mln. manata, o

cümlədən tikinti sahəsi üzrə 8,4% artaraq 4831,2 mln. manata, ticarət, nəqliyyat

vasitələrinin təmiri xidmətləri sahəsi üzrə 11,3% artaraq 3565,7 mln. manata,

turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsi üzrə 16,7% artaraq

1003,8 mln. manata, nəqliyyat və anbar təsərrüfatı xidmətləri sahəsi üzrə 0,2%

artaraq 2103,7 mln. manata, informasiya və rabitə xidmətləri sahəsi üzrə 10,8%

artaraq 709,8 mln. manata, sosial və digər xidmət sahələri üzrə 3,8% artaraq

6187,3 mln. manata çatmışdır.

“Büdcə zərfi”nə daxil olan məlumatlarda növbəti il ərzində ölkənin iqtisadi

vəziyyəti, əsasən, qeyri-neft sahələri üzrə makroiqtisadi göstəricilərin, o

cümlədən ümumi məhsul buraxılışının və yaradılan əlavə dəyərin davamlı artımı

ilə xarakterizə edilmişdir. Belə ki, cari ilin gözlənilən göstəriciləri ilə müqayisədə

2016-cı ildə qeyri-neft ÜDM3,4% artımla və ya 41,5 mlrd. manat

Page 71: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

71

proqnozlaşdırılmışdır. Qeyri-neft ÜDM-in tərkibində qanunvericiliklə vergilərə

cəlb olunan sahə kimi xidmət sahəsində əlavə dəyərin daha yüksək artımı

(39,8%) nəzərdə tutulmuşdur.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin

“Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2 fevral 2015-ci il

tarixli,“Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 26 fevral 2015-ci il

tarixli, “Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 26

fevral 2015-ci il tarixli və “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 03

iyun 2015-ci il tarixli Sərəncamlarına əsasən salınacaq sənaye və texnologiyalar

parkları qeyri-neft sənayesinin inkişafına və rəqabət qabiliyyətli məhsul

istehsalına təkan verəcəkdir.

Eyni zamanda, 2016-cı ildə əsas kapitala yönəldiləcək 18,8 mlrd. manat

investisiyaların 10,8 mlrd. manatının (57,4%-nin) qeyri-neft sektoruna

yönəldilməsi nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və

sosial inkişaf konsepsiyası”nda vergi siyasətinin 2016-2019-cu illəri əhatə edən

əsas istiqamət və prioritetləri çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuş

tədbirlər sırasında passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçilməsi,

vergilər üzrə güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi, nağdsız

ödənişlərin stimullaşdırılması, onun xüsusi çəkisinin mərhələlərlə artırılması,

nağd ödənişlərə nəzarət tədbirlərinin gücləndirilməsi, vergi inzibatçılığının

səmərəliliyinin artırılması, vergi nəzarətinin təkmilləşdirilməsi, elektron auditin

tətbiqi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət

daşıyır ki, bu tədbirlərin reallaşdırılması Azərbaycan Respublikasının Vergilər

Nazirliyi tərəfindən təmin olunması nəzərdə tutulan gəlir potensialının maksimum

dərəcədə dövlət büdcəsində səfərbər olunmasına müsbət təsir göstərə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi

üzrə 2015-ci il üçün 7112000,0 min manat məbləğində müəyyən edilmiş proqnoz

yanvar-avqust aylarında 4565375,8 min manat və ya 64,2% səviyyəsində yerinə

yetirilərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 279525,2

min manat və ya 5,8% az vəsait cəlb olunmuşdur.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə uyğun olaraq dövlət büdcəsinin

vergi gəlirləri (büdcə gəlirlərinin təsnifatının 1.1.1-ci, 1.1.3-cü, 1.1.4-cü, eləcə də

Page 72: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

72

1.4.3-cü (qismən) köməkçi bölmələri səviyyəsində daxilolmalar nəzərdə tutulur)

7615000,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin

icrasına nisbətən 214624,1 min manat və ya 2,7%, 2015-cı ilin gözlənilən icrasına

nisbətən 322600,0 min manat və ya 4,1% azdır. 2016-cı ildə vergi gəlirlərinin

ÜDM-ə nisbəti 13,2%, dövlət büdcəsinin ümumi gəlirlərinin tərkibində xüsusi

çəkisi 52,3% təşkil etməsi nəzərdə tutulmuşdur. Vergi gəlirlərinin Dövlət Neft

Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin tərkibində

xüsusi çəkisi isə növbəti il üçün 88,9% səviyyəsində nəzərdə tutulmuşdur ki, bu da

2014-cü ilin icra göstəricisindən 2,5 faiz bəndi, 2015-ci ilin proqnozundan 0,1 faiz

bəndi, gözlənilən icrasından isə 0,2 faiz bəndi çoxdur.

Növbəti il üçün nəzərdə tutulmuş vergi gəlirlərinin proqnozlaşdırılmasına və

icrasına təsir edən amillər sırasında 01.07.2015-ci il tarixə Vergilər Nazirliyi üzrə

ümumilikdə dövlət büdcəsinə 2661789,4 min manat borcun və 1650823,9 manat

artıq ödəmə məbləğinin olduğunu göstərmək olar.

2016-cı ilin dövlət büdcəsinin layihəsinə əsasən fiziki şəxslərin gəlir vergisi

üzrə proqnoz 957000,0 min manat məbləğində müəyyən edilmişdir ki, bu da 2014-

cü ilin icrasına nisbətən 23344,2 min manat və ya 2,4%, 2015-ci ilin proqnozuna

və gözlənilən icrasına nisbətən 25000,0 min manat və ya 2,5% azdır. Azalma

muzdlu işlə əlaqədar gəlirlərindən gəlir vergisi, o cümlədən, büdcə təşkilatlarında

işləyənlərin muzdlu işlə əlaqədar əldə edilən gəlirləri üzrə nəzərdə tutulmuşdur.

Ümumilikdə, muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi üzrə daxilolma 2014-cü

ilin icrası ilə müqayisədə 25268,2 min manat yaxud 2,7%, 2015-ci ilin gözlənilən

icrası ilə müqayisədə 26877,0 min manat yaxud 2,8% az, muzdlu işə aid olmayan

fəaliyyətdən gəlir vergisi üzrə daxilolma 2014-cü ilin icrası ilə müqayisədə 246,8

min manat yaxud 1,7%, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 221,6 min

manat yaxud 1,5% çox proqnozlaşdırılmışdır.

Növbəti ildə fiziki şəxslərin gəlir vergisi üzrə nəzərdə tutulmuş daxilolmanın

həcminin dövlət büdcəsinin gəlirlərinin (Dövlət Neft Fondundan daxilolmalar

nəzərə alınmadan) 6,6%-ni, Vergilər Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin

isə 14,5%-ni təşkil etməsi proqnozlaşdırılmışdır. Bu vergi növü üzrə proqnozun,

əsasən, fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlirlərindən gəlir vergisi hesabına

təmin olunması nəzərdə tutulmuşdur (Cədvəl 22).

Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən 2015-ci ilin

8ayı ərzində fiziki şəxslərin gəlir vergisi üzrə illik proqnoza 71,8% (o

Page 73: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

73

cümlədən,muzdlu işlə əlaqədar gəlirlərdən vergi üzrə 71,8%, muzdlu işə aid

olmayan fəaliyyətdən gəlir vergisi üzrə 73,2%) əməl olunmuşdur.

Cədvəl 22. Fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası

milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

111 100 fiziki şəxslərin

gəlir vergisi

882,0 980,3 111,2 982,0 982,0 100,0 957,0 97,6 -23,3 97,5 -25,0 97,5 -25,0

111 110 muzdlu işlə

əlaqədar gəlirdən

855,5 952,5 111,3 952,5 954,1 100,2 927,2 97,3 -25,3 97,3 -25,3 97,2 -26,9

111 111 muzdlu işlə

əlaqədar əldə

edilən gəlirlər üzrə

350,5 466,6 133,1 390,2 467,4 119,8 450,0 96,4 -16,6 115,3 59,8 96,3 -17,4

111 112 hasilatın pay

bölgüsü sazişləri

üzrə podratçı və

xarici subpodratçı

təşkilatlarda

muzdlu işlə

əlaqədar əldə

edilən gəlirlər üzrə

270,0 252,8 93,6 300,6 253,2 84,2 250,9 99,2 -1,9 83,5 -49,7 99,1 -2,3

111 113 büdcə

təşkilatlarında

işləyənlərin

muzdlu işlə

əlaqədar əldə

edilən gəlirləri

üzrə

235,0 233,1 99,2 261,6 233,5 89,2 226,3 97,1 -6,8 86,5 -35,3 96,9 -7,2

111 120 muzdlu işə aid

olmayan fəaliyyət

üzrə gəlirdən

14,5 14,9 102,8 16,1 14,9 92,5 15,2 101,7 0,2 93,9 -1,0 101,5 0,2

111 121 muzdlu işə aid

olmayan

fəaliyyətdən əldə

edilən gəlirlər üzrə

10,0 9,8 98,1 11,1 9,8 88,3 10,0 101,9 0,2 89,8 -1,1 101,8 0,2

111 122 hasilatın pay

bölgüsü sazişləri

üzrə podratçı və

xarici subpodratçı

təşkilatlarda

muzdlu işlə

əlaqədar olmayan

gəlirlər üzrə

4,5 5,1 113,3 5,0 5,1 101,9 5,2 101,1 0,1 102,9 0,1 101,0 0,0

111 130 fiziki şəxslərin

digər gəlirlərindən

12,0 13,0 108,0 13,4 13,0 97,2 14,6 112,9 1,7 109,6 1,3 112,8 1,7

Fiziki şəxslərin gəlir vergisinin vergitutma bazasına təsir edən

göstəricilərdən, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2015-ci ilin 6

ayı ərzində ölkədə 60,6 min yeni, o cümlədən 48,0 min daimi iş yerinin

açılmasını, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək

haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0% artaraq 417,6 manat təşkil

etməsini göstərmək olar.

Eyni zamanda, Azərbaycan Respublikasının 2016-cı il və sonrakı üç il üzrə

iqtisadi və sosial inkişaf konsepsiyasında bu mənbədən büdcə daxilolmalarının

artmasına təsir göstərən faktor kimi, məşğulluq sahəsində qeyri-formal

məşğulluğun qarşısının alınmasın, sahibkarlığın, kiçik və orta biznesin

inkişafının, eləcə də, fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi

həvəsləndirilməsinin təmin edilməsini, iqtisadiyyatın inkişafından asılı olaraq

minimum əmək haqqının mərhələli artımının həyata keçirilməsini, qeyri-neft

Page 74: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

74

sektorunda, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət sahələrinin

inkişafı hesabına yeni iş yerlərinin yaradılmasını, əmək bazarının tələblərini

nəzərə alaraq rəqabət qabiliyyətli ixtisaslar üzrə kadrların hazırlanması

istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsini və mövcud iqtisadi

şəraitdə əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin edən digər tədbirlərin

həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmək lazımdır.

2016-cı ildə fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlirlərindən

daxilolmalara təsir edəcək amillər kimi “Büdcə zərfi”nə daxil edilmiş

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”

Azərbaycan Respublikasının Qanununun layihəsində nəzərdə tutulmuş əsas iş

yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə

edilən aylıq və illik gəlirindən vergi tutularkən güzəşt tətbiq edilən fiziki

şəxslərin dairəsinin genişlənməsini (ölkə üzrə yaşayış minimumunun 1 misli

məbləğində güzəşt tətbiq olunan aylıq əmək haqqının 250 manatdan 2500

manata, 12 misli məbləğində güzəşt tətbiq olunan illik gəlirin 3000 manatdan

30000 manata çatdırılması), vergi ödəyicisinin əsas yaşayış yeri olduğu

daşınmaz əmlakın təqdim edilməsindən gəlirindən vergi güzəşti tətbiq olunması

üçün müddətin 3 ildən 10 ilə artırılmasını, iqtisadi inkişafın gözlənilən

parametrlərini, o cümlədən növbəti ildə əmək haqqının daha yüksək olduğu neft

sektoru üzrə ÜDM-in həcminin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu

xərclərinin azalmasını, eləcə də “Dövlət rüsumu haqqında” Azərbaycan

Respublikası Qanununda nəzərdə tutulmuş dəyişikliyə əsasən xidmətlərə və

hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25%-nin həmin xidmətləri və

hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatının yaxşılaşdırılmasına

yönəldilməsi nəticəsində büdcə təşkilatlarında çalışanlardan tutulan vergilərin

artmasına təsirini göstərmək olar.

Növbəti ilin dövlət büdcəsinin layihəsində hüquqi şəxslərin mənfəət (gəlir)

vergisi üzrə 1821600,0 min manat daxilolma nəzərdə tutulmuşdur ki, bu da 2014-

cü ilin icrası ilə müqayisədə 480879,1min manat və ya 20,9%, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə 289400,0 min manat və ya 13,7% azdır. Bu vergi

növü üzrə növbəti il üçün nəzərdə tutulan proqnoz Dövlət Neft Fondundan

daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 21,3%-ni, Vergilər

Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin isə 27,6%-nitəşkil edir (Cədvəl 23).

Page 75: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

75

Cədvəl 23. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə proqnoz və icra göstəricilərinin

dinamikası milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

111 200 hüquqi şəxslərin

mənfəət vergisi

2 217,0 2 302,5 103,9 2 211,0 2 111,0 95,5 1 821,6 79,1 -480,9 82,4 -389,4 86,3 -289,4

111 210 rezidentlər üzrə 765,0 572,0 74,8 810,9 810,9 100,0 669,7 117,1 97,7 82,6 -141,2 82,6 -141,2

111 220 qeyri-rezidentlər

üzrə

130,0 265,0 203,8 148,8 236,8 159,1 210,7 79,5 -54,3 141,6 61,9 89,0 -26,1

111 230 hasilatın pay

bölgüsü sazişləri

üzrə podratçı

tərəflər üzrə

977,0 1 107,5 113,4 800,0 612,0 76,5 500,0 45,1 -607,5 62,5 -300,0 81,7 -112,0

111 240 hasilatın pay

bölgüsü sazişləri

üzrə xarici

subpodratçı

tərəflər üzrə

155,0 136,7 88,2 180,0 180,0 100,0 175,0 128,0 38,3 97,2 -5,0 97,2 -5,0

111 250 dividentlərdən,

faizlərdən,

icarədən və

royaltidən əldə

olunan gəlir və

mənbəyi

Az.Resp.ərazisində

olan digər gəlirlər

üzrə

190,0 221,4 116,5 271,3 271,3 100,0 266,2 120,3 44,8 98,1 -5,1 98,1 -5,1

Azalma 2014-cü ilin icrası ilə müqayisədə qeyri-rezident müəssisələrin

Azərbaycan Respublikasında daimi nümayəndəliyi ilə bağlı olan gəlirlərdən vergi

və hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi, 2015-ci

ilin gözlənilən icrası ilə müqayisədə isə bütün mənbələr üzrə

proqnozlaşdırılmışdır.

01 aprel 2015-ci il tarixə mənfəət vergisi üzrə borc 645166,8 min manat, o

cümlədən, dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə 521309,5 min manat

(borcun 80,8%-i) olmuşdur. Ümumi borcun 77,6%-i, dövlət mülkiyyətində olan

vergi ödəyiciləri üzrə borcun 96,0%-i “Azərenerji” ASC-nin payına düşür.

Rezident müəssisələrin mənfəət vergisi üzrə dövlət büdcəsinə 669693,2 min

manat vəsaitin daxil olması nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından

97712,0 min manat və ya 17,1% çox, 2015-ci ilin proqnozundan və gözlənilən

icrasından 141200,8 min manat və ya 17,4% azdır.

Qeyd etmək lazımdır ki, bu mənbə üzrə illik proqnozun icrası səviyyəsi

2013-cü ildə 59,2%, 2014-cü ildə 74,8%, 2015-ci ilin yanvar-avqust aylarında illik

proqnoz üzrə 66,2%, 8 aylıq proqnoz üzrə 102,3% təşkil etmişdir. 2015-ci ilin 8

ayı ərzində bu mənbə üzrə daxil olmuş vəsait 2016-cı il üzrə proqnozun 80,3%-i

qədərdir.

Page 76: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

76

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən regional vergi

orqanlarında aparılmış nəzarət tədbirlərinin nəticələri bəzi hüquqi şəxslərin

mənfəət vergisi ödəyiciləri üzrə orta rentabellik səviyyəsinin (vergiyə cəlb olunan

mənfəətin ümumi gəlirdə xüsusi çəkisinin), əsasən, subyektiv səbəblərdən eyni

vergi ödəyicisində ardıcıl bir neçə vergi dövründə aşağı (1,0% və daha aşağı)

olması halları aşkarlanmışdır. Hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 01 mart 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş və mənfəətin

(gəlirin) şərti rentabellik norması tətbiq edilməklə hesablanmasını tənzimləyən

“Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün

olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tətbiq

dairəsinin genişləndirilməsi məqsədəuyğundur.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin strukturuna nəzər saldıqda

hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisinin davamlı

azalmasını görmək olar ki, bu da bilavasitə Rəydə artıq qeyd edildiyi kimi, əvvəlki

və cari illərə nisbətən növbəti illərdə dünya bazarında xam neftin qiymətinin, neft

sektoru üzrə əlavə dəyərin və ixracın həcminin aşağı düşməsi ilə əlaqədardır. Bu

mənbədən daxilolmalar üzrə 2016-cı il üçün nəzərdə tutulmuş 500000,0 min manat

məbləğində proqnoz 2014-cü ilin icrasından 607508,0 min manat (54,9%), 2015-ci

ilin proqnozundan 300000,0 min manat (37,5%), gözlənilən icrasından isə

112000,0 min manat (18,3%) azdır.

Qeyd etmək lazımdır ki, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı

tərəflərin mənfəət vergisi üzrə daxilolmaların proqnozu 2012-ci ildən başlayaraq

azalsa da faktiki daxilolmalar proqnozdan 2012-ci ildə 121484,8 min manat

(9,5%), 2013-cü ildə 272850,9 min manat (23,7%),2014-cü ildə 130508,0 min

manat (8,2%) çox olmuş, cari ilin yanvar-avqust aylarında bu mənbədən büdcəyə

508451,9 min manat və ya illik proqnozun 63,6%-i qədər vəsait daxil olmuşdur ki,

bu da 2016-cı il üzrə illik proqnozdan 8451,9 min manat (1,7%) çoxdur.

2016-cı il üçün hüquqi şəxslərin mənfəət vergisi proqnozunun 210706,5,0

min manatını (11,8%-ni) qeyri-rezident müəssisələrin Azərbaycan Respublikasında

daimi nümayəndəliyi ilə bağlı olan gəlirlərdən verginin payına düşür ki, bu da

2014-cü ilin icrasından 54254,3 min manat (20,5%), 2015-ci ilin gözlənilən

icrasından 26092,5 min manat (11,0%) azdır. Bu mənbə üzrə proqnoz 2013-cü ildə

162,2%, 2014-cü ildə 2,04 dəfə icra olunmuş, 2015-ci ilin yanvar-avqust aylarında

isə büdcəyə illik proqnozun 90,3%-i qədər, 8 aylıq proqnozun isə 139,5%-i qədər

Page 77: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

77

vəsait daxil olmuşdur.Ardıcıl olaraq bir neçə il ərzində proqnoz və icra arasındakı

belə fərqlər bu mənbə üzrə gəlirlərin proqnozunun dəqiqləşdirilməsinə ehtiyac

olduğunu deməyə əsas verir.

2015-ci ilin yanvar-avqust aylarında hüquqi şəxslərin mənfəət (gəlir)

vergisi üzrə müəyyən edilmiş illik proqnoza 66,2% əməl olunmasına baxmayaraq

təqdim edilmiş məlumatlarda 2015-ci il üzrə gözlənilən icra proqnozdan

100000,0 min manat az göstərilmişdir. 2015-ci ilin 8 ayında illik proqnozlar

qeyri-rezident müəssisələrin Azərbaycan Respublikasında daimi nümayəndəliyi ilə

bağlı olan gəlirlərdən vergi üzrə 134347,1 min manat və ya 90,3%, hasilatın pay

bölgüsü sazişləri üzrə podratçı tərəflər üzrə 508451,9 min manat və ya 63,6%,

hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçı tərəflər üzrə 142941,6 min

manat və ya 79,4%, dividentlərdən, faizlərdən, icarədən və royaltidən əldə olunan

gəlir və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlər üzrə

190952,6 min manat və ya 70,4% icra olunmuşdur.

Qeyd olunanlar hüquqi şəxslərin mənfəət vergisindən daxilolmalar üzrə

əlavə mənbələrin olduğunu və vergi orqanları tərəfindən həmin vergi

ödəyicilərində vergi nəzarətinin gücləndirilməsinin zəruriliyini deməyə əsas verir.

Dövlət büdcəsinin layihəsinə əsasən 2016-cı ildə əlavə dəyər vergisi üzrə

ümumi daxilolmaların proqnozu 3446000,0 min manat məbləğində nəzərdə

tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 326422,0 min manat və ya

10,5% çox, 2015-ci ilin proqnozu və gözlənilən icrası ilə müqayisədə isə 10000,0

min manat və ya 0,3% azdır. Bu vergi növü üzrə növbəti il üçün nəzərdə tutulmuş

məbləğ Dövlət Neft Fondundan daxilolmalar istisna olmaqla dövlət büdcəsinin

gəlirlərinin 40,2%-ni təşkil edir.

Əlavə dəyər vergisi üzrə 2016-cı il üçün proqnozlaşdırılmış məbləğin

67,5%-i Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 32,5%-i isə Dövlət

Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin payına

düşməklə 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə Vergilər Nazirliyi üzrə

azalma ilə, Dövlət Gömrük Komitəsi üzrə artımla proqnozlaşdırılmışdır (Cədvəl

24).

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən Azərbaycan

Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi üzrə proqnoz

növbəti il üçün 2326000,0 min manat məbləğində müəyyən edilmişdir ki, bu da

2014-cü ilin icrasından 277382,6min manat və ya 13,5% çox, 2015-ci ilin

Page 78: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

78

proqnozundan və gözlənilən icrasından 26000,0min manat və ya 1,1% azdır. 2016-

cı il üzrə proqnoz,Dövlət Neft Fondundan daxilolmalar istisna olmaqla, dövlət

büdcəsinin gəlirlərinin 27,2%-nə, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə

təmin olunan gəlirlərin 35,2%-nə bərabərdir.

Cədvəl 24. Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə təmin edilən əlavə

dəyər vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə

növləri

2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

2016-cı

ilin

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 110 Azərb.Resp-da

mal, iş və

xidmətlərə

görə əlavə

dəyər vergisi

2 139,0 2

048,6

95,8 2 352,0 2 352,0 100,0 2 326,0 113,5 277,4 98,9 -26,0 98,9 -26,0

114 111 Azərbaycan

Respublikasında

iş və xidmətlərə

görə ödənilən

rezidentin əlavə

dəyər vergisi

2 018,4 1

921,6

95,2 2 219,4 2 206,2 99,4 2 171,9 113,0 250,2 97,9 -47,5 98,4 -34,3

114 112 Azərbaycan

Respublikasında

iş və xidmətlərə

görə ödənilən

qeyri rezidentin

əlavə dəyər

vergisi

120,6 127,0 105,3 132,6 145,8 109,9 154,1 121,4 27,2 116,2 21,5 105,7 8,3

Cari ilin yanvar-avqust ayları ərzində bu tədiyyə növü üzrə dövlət büdcəsinə

daxil olmuş vəsaitin həcmi 1315013,5 min manat olmaqla illik proqnozun 55,9%-

ni təşkil etmişdir.

Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə 2016-cı il üçün

əlavə dəyər vergisinin məbləği proqnozlaşdırılmış ÜDM-in 4%-i səviyyəsində

nəzərdə tutulmuşdur ki, bu da 2014-cü və 2015-ci ilin göstəricilərindən müvafiq

olaraq 0,4 faiz bəndi və 0,1 faiz bəndi çoxdur.

Qeyd etmək lazımdır ki, iqtisadiyyatın əsas makroiqtisadi göstəricilərindən

olan və Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər

vergisinin vergitutma bazasının makroiqtisadi şəraitini formalaşdıran istehlak

bazarının ümumilikdə və strukturu ilə bağlı zəruri göstəricilərin “Büdcə zərfi”ndə

əks etdirilməsi məqsədəmüvafiqdir

Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş ƏDV-nin hesablanmasına dair

haqq-hesab cədvəlində yalnız 2013-cü və 2014-cü illər üzrə faktiki göstəricilər

Page 79: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

79

əks etdirilmiş, 2015-ci ilin gözlənilən, 2016-cı il və sonrakı dövrlər üzrə proqnoz

məlumatlar əks etdirilməmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycan

Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisinin vergitutma

bazasını formalaşdıran əsas göstəricilər üzrə 2015-ci ilin yanvar-avqust aylarında

əhəmiyyətli artım olmuşdur. O cümlədən ötən ilin müvafiq dövrü ilə müqayisədə

əsas kapitala 1,7% çox, 10550,1 mln. manat vəsait qoyulmuş, 2,3% çox (17,6 mlrd.

manatlıq) sənaye məhsulu istehsal edilmiş, nəqliyyat sektorunda yük daşınması

0,7%, sərnişin daşınması 3,6%, pərakəndə ticarət dövriyyəsi 11,3%, informasiya və

rabitə xidmətlərinin həcmi 10,8%, digər pullu xidmətlər 3,8% artmışdır.

Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən 01 aprel 2015-

ci il tarixə əlavə dəyər vergisi üzrə borc 477721,3 min manat təşkil etmişdir.

Borcun 340526,6 min manatı, yaxud 71,3%-i xüsusi mülkiyyətdə olan vergi

ödəyiciləri üzrə yaranmışdır.

Qeyd olunanlar, eləcə də,iqtisadiyyatın müxtəlif sahələrinə vergi ödənişləri

üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması

və yaxud ləğv edilməsinin, eləcə də, dövlət büdcəsinə hesablanmış vergilərin

daxilolmalarının yığım faizinin artırılmasının 2016-cı ilin büdcə vergi siyasətinin

istiqamətləri kimi müəyyən edilməsi bu mənbə üzrə əlavə potensialın yaranacağını

deməyə əsas verir.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən

Azərbaycan Respublikasının ərazisinə malların idxalına əlavə dəyər vergisi üzrə

2016-cı il üçün proqnoz 1120000,0 min manat məbləğində müəyyən edilmişdir ki,

bu da 2014-cü ilin icrasından 49039,4min manat və ya 4,6%, 2015-ci ilin

gözlənilən icrasından isə 16000,0 min manat və ya 1,4% çoxdur. Bu mənbə üzrə

növbəti il üçün nəzərdə tutulmuş məbləğ Dövlət Neft Fondundan daxilolmalar

istisna olmaqla dövlət büdcəsinin gəlirlərinin 13,0%-ni, komitə xətti ilə dövlət

büdcəsinə təmin olunan gəlirlərin isə 70,4%-ni təşkil edəcək (Cədvəl 25).

Azərbaycan Respublikasının ərazisinə malların idxalına əlavə dəyər vergisi

üzrə 2015-ci ilin yanvar-avqust ayları ərzində 684609,1 min manat məbləğində

(illik proqnozun 62,0 %-i qədər) vəsait daxil olmuş, Dövlət Statistika Komitəsinin

məlumatına əsasən yanvar-avqust ayları ərzində idxalın həcmi ötən ilin müvafiq

dövrü ilə müqayisədə 27,1% artaraq 5305,4 mln. ABŞ dolları təşkil etmişdir.

Page 80: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

80

Cədvəl 25. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən

əlavə dəyər vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə

növləri

2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 120 malların

idxalına əlavə

dəyər vergisi

1 070,0 1 071,0 100,1 1 104,0 1 104,0 100,0 1 120,0 104,6 49,0 101,4 16,0 101,4 16,0

Qeyd olunan makroiqtisadi şərait dövlət büdcəsinin bu mənbədən gəlirləri

üzrə növbəti ilin proqnozunun tam həcmdə reallaşdırılmasına əminlik yaradır.

2015-ci ilin dövlət büdcəsinin layihəsində sadələşdirilmiş vergi üzrə

proqnoz 170000,0 min manat məbləğində müəyyən edilmişdir ki, bu da 2014-cü

ilin icrasına nisbətən 16604,6 min manat və ya 10,8%, 2015-ci ilin proqnozuna və

gözlənilən icrasına nisbətən isə 25000,0 min manat və ya 17,2% çoxdur. Bu vergi

növü üzrə növbəti il üçün nəzərdə tutulmuş daxilolmanın həcmi Dövlət Neft

Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 2,1%-ni,

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin isə 2,7%-ni

təşkil edir (Cədvəl 26).

Cədvəl 26. Sadələşdirilmiş vergi üzrə proqnoz və icra göstəricilərinin dinamikası

milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 300 sadələşdirilmiş

vergi

130,0 153,4 118,0 145,0 145,0 100,0 170,0 110,8 16,6 117,2 25,0 117,2 25,0

114 310 hüquqi şəxslər

tərəfindən ödənilən

68,9 62,3 90,5 76,9 76,9 100,0 87,5 140,4 25,2 113,8 10,6 113,8 10,6

114 311 mülkiyyətdə və ya

istifadədə olan

avtonəqliyyat

vasitələri ilə sərnişin

və yük daşıyan

hüquqi şəxslər üzrə

6,5 3,1 47,2 6,1 6,1 100,0 5,5 180,3 2,4 90,8 -0,6 90,8 -0,6

114 312 mənzil tikintisi

fəaliyyəti üzrə

hüquqi şəxslər üzrə

16,0 21,2 132,6 19,5 19,5 100,0 30,0 141,4 8,8 153,8 10,5 153,8 10,5

114 313 digər hüquqi şəxslər

üzrə

46,4 38,1 82,0 51,3 51,3 100,0 52,0 136,6 13,9 101,4 0,7 101,4 0,7

114 320 fiziki şəxslər

tərəfindən ödənilən

61,1 91,1 149,0 68,1 68,1 100,0 82,5 90,6 -8,6 121,1 14,4 121,1 14,4

114 321 mülkiyyətdə və ya

istifadədə olan

avtonəqliyyat

vasitələri ilə sərnişin

və yük daşıyan fiziki

şəxslər üzrə

3,5 2,4 68,6 3,9 3,9 100,0 4,5 185,7 2,1 114,2 0,6 114,2 0,6

114 322 mənzil tikintisi

fəaliyyəti üzrə fiziki

şəxslər üzrə

0,1 0,3 497,6 0,1 0,1 100,0 1,2 391,9 0,9 1

748,9

1,1 1

748,9

1,1

114 323 digər fiziki şəxslər

üzrə

57,5 88,3 153,6 64,1 64,1 100,0 76,8 87,0 -11,5 119,8 12,7 119,8 12,7

Page 81: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

81

2015-ci ilin yanvar-avqust ayları ərzində bu vergi növü üzrə dövlət

büdcəsinə illik proqnozun 87,6%-i səviyyəsində, başqa sözlə 126995,0 min manat

məbləğində vəsait daxil olmuşdur. Vergilər Nazirliyinin məlumatına əsasən 01

aprel 2015-ci il tarixə sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə olan borcun

məbləği 11469,4 min manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə

olan borc məbləğindən 2,0 dəfə artıqdır. Borcun 89,6%-i xüsusi mülkiyyətdə olan

vergi ödəyicilərinin payına düşmüşdür. Vergilər Nazirliyi tərəfindən təqdim

edilmiş məlumatda həmçinin göstərilmişdir ki, fəaliyyət göstərən sadələşmiş vergi

ödəyicilərinin sayı 01 yanvar 2015-ci il tarixə 215426, 01 aprel 2015-ci il tarixə

155384 olmuşdur. Bir vergi ödəyicisinə düşən dövlət büdcəsinə ödənilmiş

sadələşmiş verginin illik məbləği 2014-cü ildə 712,0 manat təşkil etmiş, 01 aprel

2015-ci il tarixə fəaliyyət göstərən bir vergi ödəyicisinə düşən illik proqnoz və

gözlənilən icra 1094,06 manat təşkil edir. Son illərdə həyata keçirilmiş tədbirlər

bu tədiyyə növü üzrə daxilolmaların davamlı artımını təmin etmişdir.

Qeyd olunanlar, regional sahibkarlığın maliyyə təminatının

təkmilləşdirilməsi, kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının daha

da artırılmasının, kiçik və orta sahibkarların ixrac imkanlarının genişləndirilməsi

üçün tədbirlərin davam etdirilməsinin “Azərbaycan Respublikasının 2016-cı il və

gələn üç il üzrə iqtisadi və sosial inkişaf Konsepsiyası”nda sahibkarlığın inkişafı

sahəsində dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilməsi,

sadələşdirilmiş vergi üzrə vergitutma bazasını formalaşdıran əsas sahələr,

xüsusilə pərakəndə ticarət, ictimai iaşə və əhaliyə pullu xidmət göstərən sahələr

üzrə cari ilin yanvar-iyul ayları ərzində əvvəlki hesabat dövrü ilə müqayisədə

əhəmiyyətli artım, eləcə də qeyri-neft ÜDM-in cari ilin yanvar-avqust aylarında

7,3% artması və növbəti il üzrə cari ilə nisbətən 3,4% real artımla

proqnozlaşdırılması,cari ilin 8 ayında bu tədiyə növü üzrə illik proqnozun 87,6%

səviyyəsində icra edilməsi, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi

haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahata əsasən

2016-cı ildə xidmətlərdə əlavə dəyərin artımının daha yüksək (39,8%)

qiymətləndirilməsi, eləcə də Vergi Məcəlləsində sadələşdirilmiş verginin

vergitutma bazasının əhəmiyyətli dərəcədə artırılmasını və bir sıra mənbələr üzrə

vergi dərəcələrinin artırılmasını nəzərdə tutan dəyişikliklərin edilməsini nəzərdə

tutulan qanun layihəsinin “Büdcə zərfi”nə əlavə edilməsi sadələşdirilmiş verginin

növbəti il üzrə proqnozlaşdırılmasında potensialın mövcud olduğunu göstərir.

Page 82: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

82

2016-cı ilin dövlət büdcəsi layihəsində aksiz vergisi üzrə proqnoz 2014-cü

ilin icrasından 160328,9 min manat və ya 20,1%, 2015-ci ilin proqnozundan və

gözlənilən icrasından isə 47000,0 min manat və ya 6,9% az olmaqla 637000,0 min

manat məbləğində müəyyən edilmişdir. Nəzərdə tutulmuş məbləğ Dövlət Neft

Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 12,3%

səviyyəsindədir. Proqnozun 532000,0 min manatının və ya 83,5%-nin Vergilər

Nazirliyinin, 105000,0 min manatının və ya 16,5%-nin isə Dövlət Gömrük

Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilməsi nəzərdə tutulmuşdur.

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilən

Azərbaycan Respublikasında istehsal olunan məhsullar üzrə aksiz vergisinin

növbəti il üçün proqnozu 532000,0 min manat təşkil edir ki, bu da 2014-cü ilin

icrasına nisbətən 208292,9min manat və ya 28,1%, 2015-ci ilin proqnozuna və

gözlənilən icrasına nisbətən isə 32000,0 min manat və ya 5,7% azdır (Cədvəl 27).

Cədvəl 27. Azərbaycan Respublikasında istehsal olunan məhsullar üzrə aksiz vergisinin

proqnoz və icra göstəricilərinin dinamikası milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 510 Azərb.Resp-da

istehsal olunan

məhsullar üzrə

aksiz vergisi

784,5 740,3 94,4 564,0 564,0 100,0 532,0 71,9 -208,3 94,3 -32,0 94,3 -32,0

114 511 neft məhsulları

üzrə

765,6 717,8 93,8 494,0 494,0 100,0 488,0 68,0 -229,8 98,8 -6,0 98,8 -6,0

114 512 etil (yeyinti) spirti

üzrə

0,3 0,0 0,0 0,5 0,5 100,0 2,4 2,4 510,6 1,9 510,6 1,9

114 513 pivə üzrə 8,9 13,6 152,6 28,6 28,6 100,0 9,5 69,9 -4,1 33,2 -19,1 33,2 -19,1

114 514 spirtli içkilərin

bütün digər növləri

üzrə

7,1 5,1 72,0 33,0 33,0 100,0 18,9 371,5 13,8 57,3 -14,1 57,3 -14,1

114 515 tütün məmulatları

üzrə

2,6 3,1 115,9 7,9 7,9 100,0 13,2 429,8 10,1 167,1 5,3 167,1 5,3

114 516 sair məhsullar üzrə 0,7 0,0 -0,7 0,0 0,0

2015-ci ilin proqnoz və gözlənilən icrası ilə müqayisədə azalma neft

məhsulları üzrə 6000,0 min manat və ya 1,2%, pivə üzrə 19130,0 min manat və ya

33,2%, spirtli içkilərin bütün digər növləri üzrə 14100,0 min manat və ya 57,3%

səviyyəsində proqnozlaşdırılmışdır.

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasında istehsal

olunan məhsullara aksiz vergisi üzrə daxilolma 374332,1 min manat təşkil etməklə

illik proqnozun 66,4%-nə bərabər olmuşdur. Aksiz vergisi üzrə 2015-ci il üçün

proqnozların 2014-cü ilin proqnozuna nisbətən pivə üzrə 3,2 dəfə, spirtli içkilərin

Page 83: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

83

bütün digər növləri üzrə 4,6 dəfə, tütün məmulatları üzrə 3,0 dəfə kəskin artımla

müəyyənləşdirildiyi “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi

haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının

Rəyində xüsusi vurğulanmışdır.

Neft məhsullarına tətbiq edilən aksiz vergisindən daxilolma üzrə proqnoz

2014-cü ilin icrasından 229811,6 min manat və ya 32,0%, 2015-ci ilin

proqnozundan və gözlənilən icrasından 6000,0 min manat və ya 1,2% az olmaqla

488000,0 min manat müəyyən edilmişdir. 2015-ci ilin 8 ayında bu mənbə üzrə illik

proqnoza 69,4% əməl olunmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən əvvəlki ilin analoji

dövrünə nisbətən 2015-ci ilin yanvar-avqust ayları ərzində neft məhsullarının

istehsal həcmi 1,8% artmışdır. Natural ifadədə kimya sənayesində istifadə üçün

benzin istehsalı 4,4% artaraq 128,4 min ton, ağ neftin istehsalı 0,8% artaraq 454,9

min ton, yanacaq mazutu istehsalı 14,2% artaraq 194,2 min ton, dizel yanacağının

istehsalı 5,9% artaraq 1924,7 min ton, avtomobil benzininin istehsalı 2,3%

azalaraq 788,7 min ton, neft bitumunun istehsalı 34,2% azalaraq 109,9 min ton

təşkil etmişdir. Qeyd olunanları, eləcə də 2016-cı ildə neft sektoru üzrə ÜDM-in

1,7% azalma ilə proqnozlaşdırıldığını və ölkə daxilində istehlak olunan neft

məhsullarının qiymətlərində və tətbiq olunan aksiz dərəcələrində dəyişiklik olması

ehtimalının olmadığı nəzərə alınaraq neft məhsullarına tətbiq edilən aksiz

vergisindən daxilolma üzrə proqnozun artırılması üçün potensialın mövcud

olduğunu qeyd etmək imkanı verir.

Eyni zamanda, qeyd etmək lazımdır ki, makroiqtisadi göstəricilər üzrə

ÜDM-in istehsal strukturunda növbəti il üçün neft məhsullarının ümumi

buraxılışının azalması nəzərdə tutulur.

Etil (yeyinti) spirti üzrə aksiz vergisindən daxilolmanın həcmi 2400,0 min

manat nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin proqnoz və gözlənilən icra

göstəricindən 1930,0 min manat və ya 5,1 dəfə çoxdur.

2015-ci ilin 8 ayında bu mənbə üzrə dövlət büdcəsinə 782,4 min manat

vəsait daxil olmuş, müəyyən edilmiş 470,0 min manat məbləğində illik proqnoz

166,5 % icra olunmuşdur.

2016-cı ildə pivə üzrə aksiz vergisindən daxilolma 2014-cü ilin faktiki

icrasından 4097,6 min manat və ya 30,1%, 2015-ci ilin proqnozundan və

Page 84: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

84

gözlənilən daxilolmasından 19130,0 min manat və ya 3,0 dəfə az olmaqla 9500,0

min manat məbləğində proqnozlaşdırılmışdır.

Qeyd olunmalıdır ki, 2016-cı il üzrə müəyyən edilmiş proqnoz dövlət

büdcəsinin gəlirlərinin icrası vəziyyəti barədə Maliyyə Nazirliyi tərəfindən təqdim

edilmiş operativ məlumata əsasən 2015-ci ilin yanvar-avqust aylarında həmin

mənbə üzrə daxilolmadan (11567,0 min manatdan) 2067,0 min manat azdır.

Vergi Məcəlləsi ilə pivənin hər litrinə müəyyən edilmiş aksiz dərəcəsinin

2014-cü ildə 0,08 manat olduğunu nəzərə alsaq 2014-cü ildə bu mənbə üzrə dövlət

büdcəsinə daxil olmuş 13597,6 min manat aksiz vergisinin vergitutma bazası

16997,0 min dkl. təşkil edir. Dövlət Statistika Komitəsinin2014-cü il üzrə sosial

iqtisadi inkişaf bülletenində 2014-cü ildə 5246,3 min dkl., o cümlədən, yanvar-iyul

aylarında 3284,7 min dkl. pivə istehsal edildiyi göstərilmişdir.

Dövlət büdcəsinin gəlirlərinin icrası vəziyyəti barədə Maliyyə Nazirliyi

tərəfindən təqdim edilmiş operativ məlumata əsasən 2015-ci ilin yanvar-avqust

ayları ərzində pivə üzrə aksiz vergisindən 11567,0 min manat (2016-cı il üzrə

müəyyən edilmiş proqnozdan 21,8% çox) vəsait daxil olmuşdur. Vergi Məcəlləsinə

əsasən 2015-ci ildə pivənin hər litrinə aksiz dərəcəsinin 0,2 manat (2014-cü

ildəkinə nisbətən 2,5 dəfə çox) olduğunu nəzərə alsaq, 2015-ci ilin yanvar-avqust

ayları ərzində pivə üzrə aksiz vergisindən daxil olmuş 11567,0 min manatın

vergitutma bazası 5783,5 min dkl. təşkil etdiyini qeyd edə bilərik. Dövlət Statistika

Komitəsinin məlumatına əsasən 01 yanvar 2015-ci il tarixə pivə üzrə hazır məhsul

qalığı 197,5 min dkl. olmuş, 2015-ci ilin yanvar-iyul aylarında 2658,6 min dkl.

pivə istehsal edilmişdir. Qeyd olunan uyğunsuzluqlar bir sıra mənbələr üzrə

daxilolmaların proqnozunun əsaslandırılmasını tələb edir.

Spirtli içkilərin bütün digər növləri üzrə proqnoz 2014-cü ilin icrasından

13812,4 min manat və ya 2,7 dəfə çox, 2015-ci ilin proqnozundan və gözlənilən

icrasından isə 14100,0 min manat və ya 42,7% az olmaqla 18900,0 min manat

müəyyən edilmişdir.

2015-ci ilin yanvar-avqust aylarında bu mənbə üzrə dövlət büdcəsinə 9909,8

min manat vəsait daxil olmuşdur. Eləcə də, Dövlət Statistika Komitəsinin

məlumatına əsasən cari ilin 7 ayında spirtli içkilərin bütün digər növləri üzrə

istehsal həcmi növbəti ildə bu mənbə üzrə proqnozun icra olunacağını deməyə əsas

verir.

Page 85: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

85

Tütün məmulatlarından aksiz vergisi üzrə proqnoz 2014-cü ilin icrasından

10128,6 min manat və ya 3,3 dəfə çox, 2015-ci ilin proqnozundan və gözlənilən

icrasından isə 5300,0 min manat və ya 67,1% az olmaqla 13200,0 min manat

müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin 7

ayında aksiz vergisinə cəlb olunan tütün məmulatları üzrə istehsal həcmi növbəti

ildə bu mənbə üzrə proqnozun icrasında çətinliyin olmayacağını deməyə əsas

verir.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolması təmin edilən Azərbaycan

Respublikasına malların idxalına görə aksiz vergisinin növbəti il üçün proqnozu

105000,0 min manat məbləğində müəyyən edilmişdir ki, bu da 2014-cü ilin

icrasından 47964,1min manat və ya 54,3% çox, 2015-ci ilin proqnozundan və

gözlənilən icrasından isə 15000,0 min manat və ya 12,5% azdır. Bu mənbədən

daxilolmaların Komitənin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin

tərkibində xüsusi çəkisi 7,2% səviyyəsində nəzərdə tutulmuşdur (Cədvəl 28).

Cədvəl 28. Azərbaycan Respublikasına malların idxalına görə aksiz vergisinin proqnoz və

icra göstəricilərinin dinamikası milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

Proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 520 malların idxalına

aksiz vergisi

90,0 57,0 63,4 120,0 120,0 100,0 105,0 184,1 48,0 87,5 -15,0 87,5 -15,0

114 521 neft məhsulları

üzrə

1,1 6,5 577,1 9,2 9,2 100,0 6,5 99,9 0,0 71,0 -2,7 71,0 -2,7

114 522 etil (yeyinti) spirti

üzrə

1,5 0,5 36,2 0,7 0,7 100,0 1,0 178,5 0,4 137,8 0,3 137,8 0,3

114 523 pivə üzrə 2,3 0,4 17,1 2,6 2,6 100,0 4,0 1

015,2

3,6 152,2 1,4 152,2 1,4

114 524 spirtli içkilərin

bütün digər növləri

üzrə

7,6 2,5 32,5 10,2 10,2 100,0 9,0 366,2 6,5 88,1 -1,2 88,1 -1,2

114 525 tütün məmulatları

üzrə

21,2 18,2 85,9 34,4 34,4 100,0 32,0 176,0 13,8 93,1 -2,4 93,1 -2,4

114 526 minik

avtomobilləri üzrə

55,4 28,8 52,1 56,5 56,5 100,0 45,0 156,0 16,2 79,6 -11,5 79,6 -11,5

114 527 idxal edilən qızıla,

ondan hazırlanmış

zərgərlik və digər

məişət

məmulatlarına

tətbiq olunan

aksizlər

1,5 1,5 1,5 1,5

114 528 idxal edilən emal

olunmuş,

çeşidlənmiş,

çərçivəyə salınmış

və bərkidilmiş

almaza tətbiq

olunan aksizlər

6,0 6,0 6,0 6,0

114 529 sair məhsullar üzrə 0,9 0,1 8,8 6,4 6,4 100,0 0,0 -0,1 0,0 -6,4 0,0 -6,4

Page 86: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

86

2016-cı ildə Azərbaycan Respublikasına malların idxalına görə aksiz

vergisinin proqnozu 2014-cü ilin faktiki icrası ilə müqayisədə neft məhsullarına və

sair məhsullara, aksiz istisna olmaqla, digər mənbələr üzrə artıq, 2015-ci ilin

proqnozu və gözlənilən icrası ilə müqayisədə isə etil (yeyinti) spirti və pivə istisna

olmaqla, digər məhsullar üzrə az müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, cari

ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasına malların idxalına

görə aksiz vergisi üzrə daxilolma, ümumilikdə, 57033,2 min manat məbləğində

icra olunmuşdur ki, bu da 2015-ci il üzrə illik proqnozun 47,5 %-nə bərabər

olmaqla 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 17444,6 min manat, yaxud

35,0% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2015-ci ilin yanvar-iyun

aylarında idxalın həcmi 4698,6 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü

ilə müqayisədə 12,6% artmışdır.

Neft məhsullarının idxalı üzrə aksizin növbəti il üçün proqnozu 6527,0 min

manat müəyyən edilmişdir ki, bu da 2014-cü ilin icrasından 5,6 min manat və ya

0,1 %, 2015-ci ilin proqnozundan və gözlənilən icrasından 2667,9 min manat və ya

29,0% azdır. 2015-ci ilin yanvar-avqust ayları ərzində bu mənbə üzrə dövlət

büdcəsinə illik proqnozun 35,5%-i qədər vəsait daxil olmuşdur.

Etil (yeyinti) spirti üzrə daxilolma 2014-cü ilin icrasından 427,9 min manat

və ya 78,5 %, 2015-ci ilin proqnozundan və gözlənilən icrasından 267,0 min manat

və ya 37,8% çox olmaqla 973,0 min manat proqnozlaşdırılmışdır. Bu mənbədən

2015-ci ilin yanvar- avqust ayları ərzində daxilolma 676,5 min manat olmaqla illik

proqnozun 95,8%-i qədərdir.

Pivənin idxalından aksiz vergisi üzrə daxilolmanın proqnozu 2014-cü ilin

icrasından 3606,0 min manat və ya 9,2 dəfə, 2015-ci ilin proqnozundan və

gözlənilən icrasından 1372,2 min manat və ya 52,2% çox olmaqla 4000,0 min

manat müəyyən edilmişdir.2015-ci ilin yanvar-avqust ayları ərzində bu mənbə

üzrə dövlət büdcəsinə illik proqnozun 65,5%-i qədər vəsait daxil olmuşdur.

Spirtli içkilərin bütün digər növlərinin idxalından aksiz vergisi 9000,0 min

manat müəyyən edilmişdir ki, bu da 2014-cü ilin icrasından 6542,1 min manat və

ya 2,7 dəfə çox, 2015-ci ilin proqnozundan və gözlənilən icrasından 1212,0 min

manat və ya 11,9% azdır.2015-ci ilin yanvar-avqust ayları ərzində bu mənbə üzrə

dövlət büdcəsinə illik proqnozun 45,7%-i qədər vəsait daxil olmuşdur.

Page 87: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

87

İdxal olunan tütün məmulatları üzrə aksiz vergisindən daxilolma 2014-cü

ilin icrasından 13818,0 min manat və ya 76,0% çox, 2015-ci ilin proqnozundan və

gözlənilən icrasından 2374,5 min manat və ya 6,9% az olmaqla 32000,0 min manat

müəyyən edilmişdir. 2015-ci ilin yanvar-avqust ayları ərzində bu mənbə üzrə

dövlət büdcəsinə 26215,0 min manat və illik proqnozun 76,3%-i qədər vəsait daxil

olmuşdur.

İdxal olunan avtomobillərə tətbiq olunan aksiz vergisi üzrə proqnoz 2014-cü

ilin icrası ilə müqayisədə 16157,7 min manat və ya 56,0% çox, 2015-ci ilin

proqnozu və gözlənilən icrası ilə müqayisədə isə 11500,0 min manat və ya 20,4

min manat az olmaqla 45000,0 min manat müəyyən edilmişdir.

Minik avtomobillərinin idxalına tətbiq edilən aksiz vergisi üzrə daxilolmanın

həcmi cari ilin yanvar-avqust ayları ərzində 20426,9 min manat olmaqla illik

proqnozun 36,2%-ni təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin yanvar-iyul ayları

ərzində əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin idxalı 49,9%

azalmışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi

haqqında 30 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə

idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları,

emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz aksizli

malların siyahısına daxil edilmişdir.

İdxal olunan, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət

məmulatlarına tətbiq olunan aksiz vergisi üzrə proqnoz 1500,0 min manat, emal

olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza tətbiq olunan

aksiz vergisi üzrə proqnoz isə 6000,0 min manat müəyyən edilmişdir.

İdxal olunan platinə tətbiq olunan aksiz vergisi üzrə, eləcə də sair məhsullar

üzrə aksiz vergisindən daxilolma proqnozlaşdırılmamışdır.

Təhlillər göstərir ki, həm Azərbaycan Respublikasında istehsal olunan,

həm də idxal olunan aksizli məhsullar üzrə aksiz vergisi proqnozlarının müəyyən

edilməsində vergitutma bazaları, xüsusilə istehsal və idxal həcmləri üzrə ötən

illərin faktiki göstəricilərinin nəzərə alınması məqsədəmüvafiqdir.

2016-cı ilin dövlət büdcəsinin layihəsində hüquqi şəxslərin əmlak vergisi

üzrə 159200,0 min manat məbləğində daxilolma nəzərdə tutulmuşdur ki, bu da

2014-cü ilin icrasına nisbətən 17924,3 min manat və ya 12,7%, 2015-ci ilin

Page 88: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

88

proqnozuna və gözlənilən icrasına nisbətən isə 11200,0 min manat və ya 7,6%

çoxdur. Bu vergi növü üzrə növbəti il üçün nəzərdə tutulan proqnoz Dövlət Neft

Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 2,0%-ni,

Vergilər Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin isə2,5%-ni təşkil edir (Cədvəl

29).

Cədvəl 29. Hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası

milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

113 200 hüquqi

şəxslərin

əmlak vergisi

132,0 141,3 107,0 148,0 148,0 100,0 159,2 112,7 17,9 107,6 11,2 107,6 11,2

2015-ci ilin yanvar-avqust ayları ərzində hüquqi şəxslərin əmlak vergisi üzrə

96714,3 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu da illik proqnozun

65,3%-i səviyyəsindədir. Vergilər Nazirliyinin məlumatına əsasən 01 aprel 2015-ci

il tarixə bu vergi növü üzrə dövlət büdcəsinə olan borcun məbləği 34132,1 min

manat təşkil etmiş, 2014-cü ildə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 12,4%

artaraq 18346,1 mln. manata bərabər olmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən hüquqi şəxslərin əmlak

vergisinin vergitutma bazasını formalaşdıran əsas makroiqtisadi göstərici olan əsas

kapitala yönəldilən investisiya qoyuluşlarının həcmi 2015-ci ilin yanvar-avqust

ayları ərzində 10550,1 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq

dövrünə nisbətən 1,7% çoxdur.

Ötən illərdə investisiya qoyuluşlarının davamlı artım dinamikası hüquqi

şəxslərin əmlak vergisi proqnozunun əvvəlki illərdə olduğu kimi, növbəti il ərzində

də tam həcmdə yerinə yetirilməsinə real zəmin yaradır.

2016-cı ilin dövlət büdcəsinin layihəsində hüquqi şəxslərin torpaq vergisi

üzrə proqnoz 2014-cü ilin icrası ilə müqayisədə 14600,1 min manat və ya 41,2%,

2015-ci ilin proqnozu və gözlənilən icrası ilə müqayisədə 2000,0 min manat və

ya 4,2% artıq olmaqla 50000,0 min manat nəzərdə tutulmuşdur. Bu vergi növü

üzrə növbəti il üçün nəzərdə tutulan proqnoz Dövlət Neft Fondundan daxilolmalar

nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 0,6%-ni, Vergilər Nazirliyinin

xətti ilə təmin olunan gəlirlərin isə 0,8%-ni təşkil edir (Cədvəl 30).

Page 89: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

89

Cədvəl 30. Hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası

milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

113 100 hüquqi şəxslərin

torpaq vergisi

48,0 35,4 73,7 48,0 48,0 100,0 50,0 141,2 14,6 104,2 2,0 104,2 2,0

113 110 sənaye, tikinti,

nəqliyyat, rabitə,

ticarət, məişət

xidməti və digər

xüsusi təyinatlı

torpaqlara görə

rezident və qeyri-

rezident müəssisələr

üzrə

47,8 35,2 73,6 47,8 47,8 100,0 49,8 141,5 14,6 104,2 2,0 104,2 2,0

113 120 kənd təsərrüfatı

təyinatlı torpaqlara

görə rezident və

qeyri-rezident

müəssisələr üzrə

0,2 0,2 106,9 0,2 0,2 100,0 0,2 93,5 0,0 100,0 0,0 100,0 0,0

113 150 yaşayış fodlarının,

həyətyani sahələrin

və bağ sahələrinin

torpaqlarına görə

0,0 0,0 4,3 0,0 0,0 100,0 0,0 0,0 0,0 0,0 0,0 0,0

2015-ci ilin yanvar-avqust ayları ərzində hüquqi şəxslərin torpaq vergisi

üzrə dövlət büdcəsinə 31109,9 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu

da illik proqnozun 64,9%-ni təşkil etmişdir.

01 yanvar 2015-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası

Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 sentyabr 2014-cü il tarixli

Azərbaycan Respublikasının Qanunu ilə torpaq vergisi ödəyicilərinin

mülkiyyətində və ya istifadəsində olan, bu mənbə üzrə daxilolmaların 99,5%-ni

təşkil edən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət və digər xüsusi təyinatlı

torpaqların, eləcə də yaşayış fondları, həyətyanı sahələrin torpaqları və

vətəndaşların bağ sahələrinin tutduğu torpaqların 10000m2(1 hektardan) yuxarı

olan hissəsinin hər 100 m2vergi dərəcəsinin 2 dəfə artırılmasına,01 aprel 2015-ci il

tarixə torpaq vergisi üzrə dövlət büdcəsinə10156,1 min manat borcun olmasına,

cari ildə dövlət büdcəsinə 49958,2 min manat vergi hesablanmasına baxmayaraq

2016-cı il üzrə müəyyən edilmiş proqnoz 2014-cü ilin icrasından cəmi 41,2%,

2015-ci ilin proqnozundan və gözlənilən icrasından isə cəmi 4,2% çoxdur.

Eyni zamanda, qeyd olunmalıdır ki, 2015-ci ilin dövlət büdcəsi haqqında

qanun layihəsinə əlavə olunmuş məlumatlarda torpaq vergisinin vergitutma

bazasını təşkil edən hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq

sahələrinin 2014-cü il üzrə gözlənilən həcmi kənd təsərrüfatı üçün istifadə olunan

torpaq sahələri üzrə 153947,1 ha, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət

xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və

Page 90: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

90

vətəndaşların bağ sahələri üzrə isə 383146567,2m2

göstərilmişdir. 2016-cı ilin

dövlət büdcəsi haqqında Qanun layihəsinə əlavə olunmuş məlumatlara əsasən

torpaq sahələrinin 2014-cü il üzrə faktiki həcmi kənd təsərrüfatı üçün istifadə

olunan torpaq sahələri üzrə 161135,6 ha, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-

məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı

və vətəndaşların bağ sahələri üzrə isə gözlənildiyindən 16,6% çox olmaqla

446894040,2 m2 olmuşdur.

Qeyd olunanlar 2016-cı ildə torpaq vergisi üzrə proqnozdan artıq vəsaitin

dövlət büdcəsinə yığılması üçün real potensial mənbə rolunu oynadığı göstərir.

2016-cı ilin dövlət büdcəsinin layihəsində mədən vergisi üzrə daxilolma

2014-cü ilin icrasından 8962,3 min manat və ya 7,7%, 2015-ci ilin proqnozundan

və gözlənilən icrasından isə 8800,0 min manat və ya 7,6% az olmaqla 107200,0

min manat proqnozlaşdırılmışdır. Bu vergi növü üzrə növbəti il üçün nəzərdə

tutulan proqnoz Dövlət Neft Fondundan daxilolmalar nəzərə alınmadan dövlət

büdcəsinin gəlirlərinin 1,3%-ni, Vergilər Nazirliyinin xətti ilə təmin olunan

gəlirlərin isə 1,7%-ni təşkil edir (Cədvəl 31).

Cədvəl 31. Mədən vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası

milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 900 mədən vergisi 116,0 116,2 100,1 116,0 116,0 100,0 107,2 92,3 -9,0 92,4 -8,8 92,4 -8,8

114 910 xam neft üzrə 74,1 76,7 103,5 74,5 74,5 100,0 74,9 97,7 -1,8 100,5 0,4 100,5 0,4

114 920 təbii qaz üzrə 36,8 35,9 97,7 36,5 36,5 100,0 28,3 78,7 -7,6 77,5 -8,2 77,5 -8,2

114 930 filiz faydalı

qazıntıları üzrə

0,0 0,0 35,0 0,0 0,0 100,0 0,0 340,1 0,0 119,0 0,0 119,0 0,0

114 940 qeyri-filiz faydalı

qazıntıları üzrə

0,5 0,6 120,9 0,5 0,5 100,0 0,8 124,1 0,1 150,0 0,3 150,0 0,3

114 950 mineral sular üzrə 0,1 0,1 195,2 0,1 0,1 100,0 0,2 109,8 0,0 214,3 0,1 214,3 0,1

114 960 yerli əhəmiyyətli

tikinti materialları

0,0 0,0 0,0

114 970 sair məhsullar üzrə 4,5 2,8 61,4 4,4 4,4 100,0 3,1 111,5 0,3 69,9 -1,3 69,9 -1,3

Xam neft üzrə mədən vergisindən daxilolmanın proqnozu 74900,0 min

manat olmaqla 2014-cü ilin icrasından 1802,0 min manat və ya 2,3% az, 2015-ci

ilin proqnozu və gözlənilən icrasından 400,0 min manat və ya 0,5% çox, təbii qaz

üzrə daxilolmanın proqnozu isə 28300,0 min manat olmaqla 2014-cü ilin

icrasından 7641,0 min manat və ya 21,3%, 2015-ci ilin proqnozu və gözlənilən

icrasından 8200,0 min manat və ya 22,5% az müəyyən edilmişdir.

Page 91: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

91

2015-ci ilin yanvar-avqust ayları ərzində mədən vergisindən ümumilikdə

dövlət büdcəsinə 77693,3 min manat və ya illik proqnozun 67,0%-i qədər, o

cümlədən, xam neft üzrə mədən vergisindən 49181,4 min manat (illik proqnozun

66,0%-i), təbii qaz üzrə mədən vergisindən 26044,1 min manat (illik proqnozun

71,4%-i), qeyri-filiz faydalı qazıntıları üzrə 496,6 min manat (illik proqnozun

99,3%-i), mineral sular üzrə mədən vergisindən 125,1 min manat (illik proqnozun

178,7%-i) məbləğində vəsait daxil olmuşdur. Vergilər Nazirliyinin məlumatına

əsasən 01 aprel 2015-ci il tarixə bu vergi növü üzrə dövlət büdcəsinə olan borcun

məbləği 231,4 min manat təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının 2016-cı il və gələn

üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası”nda Dövlət Neft Şirkəti üzrə neft

və qaz hasilatının 2015-ci il üçün gözlənilən və 2016-cı il üçün proqnoz həcmləri

barədə məlumatlar əks etdirilməmişdir. Dövlət Statistika Komitəsinin məlumatına

əsasən isə 2015-ci ilin yanvar- iyul ayları ərzində 2014-cü ilin müvafiq dövrünə

nisbətən neft və qaz hasilatının həcmi 1,6% azalmışdır.Mədən vergisi üzrə

proqnozun 96,3%-ni təşkil edən neft-qaz məhsullarının əsas vergitutma bazası

rolunu oynadığı nəzərə alınmaqla növbəti il üçün nəzərdə tutulmuş müvafiq

hasilat həcmləri barədə məlumatların rəyə təqdim olunmuş sənədlərə əlavə

edilməsi məqsədəmüvafiqdir.

“Büdcə zərfi”nə əlavə edilmiş “Azərbaycan Respublikasının Vergi

Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası

Qanununun layihəsində mədən vergisinə cəlb olunan, o cümlədən, yerli

əhəmiyyətli tikinti materiallarına aid edilməyən qeyri-filiz faydalı qazıntıları üzrə

vergi dərəcələrinin 2 dəfə, mişar daşı üzrə 4 dəfə, duz, qiymətli və yarımqiymətli

bəzək daşları üzrə 1,5 dəfə, mineral sular üzrə 1,66 dəfə artırılması nəzərdə

tutulur. Büdcə layihəsində 2014-cü ilin faktiki və 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisindən daxilolmanın

24,3%, mineral sular üzrə mədən vergisindən daxilolmanın isə 10,0% artırılması

nəzərdə tutulur. İstehsal həcmlərinin dəyişməyəcəyi halda həmin mənbələrdən

daxilolmanın artımı vergi dərəcələrinin artımına uyğun olmalıdır. Qeyd olunanlar

nəzərə alınmaqla qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisindən

daxilolmanın artım potensialının olduğunu qeyd edə bilərik.

2016-cı ilin dövlət büdcəsinin layihəsində yol vergisi üzrə proqnoz 87000,0

min manat, o cümlədən, Azərbaycan Respublikasında istehsal edilərək daxili

Page 92: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

92

istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi 70000,0 min manat,

Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi 971,1 min

manat, xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol

vergisi 16028,9 min manat məbləğində nəzərdə tutulmuşdur. Ümumi proqnoz

2014-cü ilin icrasından 47817,1 və ya 22,0% çox, 2015-ci ilin gözlənilən

icrasından 19399,0 min manat və ya 28,7% çoxdur. Bu tədiyə növü üzrə növbəti il

üçün nəzərdə tutulan proqnoz Dövlət Neft Fondundan daxilolmalar nəzərə

alınmadan dövlət büdcəsinin gəlirlərinin 1,4%-ni təşkil edir (Cədvəl 32).

Cədvəl 32. Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə təmin edilən yol vergisi

üzrə proqnoz və icra göstəricilərinin dinamikası milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 710 Azərb.Resp-nın

avtonəqliyyat

vasitələri sahibləri

tərəfindən ödənilən

yol vergisi

49,5 22,3 45,1

114 710 Azərb.Resp-nın

ərazisində istehsal

edilərək, daxili

istehlaka yönəldilən

(topdan satılan)

yanacağa yol vergisi

50,0 50,0 100,0 70,0 140,0 20,0 140,0 20,0

114 711 hüquqi şəxslər

tərəfindən ödənilən

yol vergisi

49,5 5,3 10,6

114 711 avtomobil benzininə

yol vergisi

50,0 50,0 100,0 35,2 70,4 -14,8 70,4 -14,8

114 712 fiziki şəxslər

tərəfindən ödənilən

yol vergisi

0,0 17,0

114 712 dizel yanacağına yol

vergisi

30,9 30,9 30,9

114 713 maye qaza yol vergisi 3,8 3,8 3,8

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi

haqqında Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli Qanunu ilə

Azərbaycan Respublikasında istehsal edilərək daxili istehlaka yönəldilən (topdan

satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini,

dizel yanacağı və maye qaz, eləcə də, Azərbaycan Respublikasının ərazisinə daxil

olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb

olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma

obyektidir.

Page 93: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

93

Növbəti il üçün müəyyən edilmiş proqnozun 80,5%-i Vergilər Nazirliyinin,

19,5%-i isə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin olunan

yol vergisinin payına düşür (Cədvəl 33).

2015-ci ilin yanvar-avqust aylarında daxil olmuş yol vergisi 51943,9 min

manat olmuşdur.

Cədvəl 33. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən

yol vergisi üzrə proqnoz və icra göstəricilərinin dinamikası, milyon manatla

büdcə

gəlirlərinin

təsnifat

kodları

Tədiyyə növləri 2014-cü il 2015-ci il 2016-cı il

proqnoz icra icra

faizi

proqnoz gözlənilən

icra

müqayisə,

%-lə

proqnoz

layihəsi

müqayisə

2014-cü ilin

icrası ilə

2015-ci ilin

proqnozu ilə

2015-ci ilin

gözl.icrası ilə

%-

məbləğlə %-

məbləğlə %-

məbləğlə

114 720 Azərb.Resp-nın

ərazisinə idxal

olunan yanacağa

yol vergisi

1,0 1,0 1,0

114 721 avtomobil benzininə

yol vergisi

0,9 0,9 0,9

114 722 dizel yanacağına yol

vergisi

0,0 0,0 0,0

114 730 xarici dövl.

avto/nəql. vasitələri

sahibləri

tərəfindən ödənilən

yol vergisi

20,0 16,9 84,3 17,6 17,6 100,0 16,0 95,0 -0,8 91,1 -1,6 91,1 -1,6

Növbəti ildə sair vergi daxilolmaları üzrə 180000,0 min manat vəsait

nəzərdə tutulmuşdur ki, həmin məbləğ cari ilin sonuna gözlənilən icra göstəricisinə

bərabərdir.

Həmin məbləğin 178500,0 min manatını vergi orqanlarının xətti ilə

toplanan vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar təşkil edir ki, bu

da 2014-cü ilin icrasından 51020,6 min manat və ya 40,0% çox olmaqla 2015-ci

ilin proqnozu və gözlənilən icrası səviyyəsindədir. Bu mənbədən daxilolmanın

proqnozu Vergilər Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin 2,7%-ni təşkil edir.

2015-ci ilin 8 ayında vergi qanunvericiliyinin pozulmasına görə daxilolmaların

illik proqnozu 58,4% icra olunaraq büdcəyə 105060,9 min manat vəsait daxil

olmuşdur.

Proqnozun 80000,0 min manatı və ya 44,8%-ini hüquqi şəxslərin mənfəət

(gəlir) vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar təşkil edir ki, bu da

2014-cü ilin icrasından 14,8 dəfə, 2015-ci ilin gözlənilən icrasından 10,5 dəfə

çoxdur.

Page 94: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

94

Sadələşdirilmiş vergi üzrə maliyyə sanksiyalarından daxilolmalar 2014-cü

ilin icrasından 5,4 dəfə, 2015-ci ilin gözlənilən icrasından 3,8 dəfə çox olmaqla

10000,0 min manat proqnozlaşdırılmışdır.

Digər vergi və daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmaların

proqnozu 2014-cü ilin icrasından 4,2 dəfə, 2015-ci ilin gözlənilən icrasından 5,9

dəfə az olmaqla 18832,0 min manat müəyyən edilmişdir.

2015-ci ilin 8 ayında büdcəyə hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə

maliyyə sanksiyalarından daxilolmalardan 8608,7 min manat, sadələşdirilmiş vergi

üzrə maliyyə sanksiyalarından daxilolmalardan 7656,7 min manat, digər vergi və

daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmalardan 53595,1 min manat

vəsaitin ödənildiyini nəzərə alaraq bu mənbələr üzrə proqnozların

əsaslandırılmadığını demək olar.

Sair vergi daxilolmalarının tərkibində 1500,0 min manat vəsait vergi

qanunvericiliyinin pozulmasına görə inzibati cərimələr üzrə nəzərdə tutulmuşdur

ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən 950,6 min manat çox olmaqla cari

ilin gözlənilən icra göstəricisinə bərabərdir.

2.2. Digər gəlirlər

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin digər

gəlirləriümumilikdə 6951000,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki,

bu da 2014-cü ilin icrasına nisbətən 3764418,8 min manat və ya 35,1%, 2015-ci

ilin gözlənilən icrasına nisbətən 2371400,0 min manat və ya 25,4% azdır.

Qeyd edək ki, digər gəlirlərin strukturu 2014-cü illə müqayisədə 2015-ci

ildən başlayaraq bir qədər dəyişdirilmişdir. Bunu nəzərə alaraq, 2014-cü il dövlət

büdcəsinin digər gəlirləri cari il və 2016-cı il üçün bu gəlirlərin strukturuna

uyğunlaşdırılmışdır.

Digər gəlirlərin tərkibində Dövlət Neft Fondundan daxilolmalar daha

böyük paya malikdir. Bu mənbə üzrə də 2016-cı il üçün təklif olunan proqnoz

2014-cü ilin icrasına nisbətən 3337000,0 min manat və ya 35,7%, 2015-ci ilin

gözlənilən icrasına nisbətən isə 2130000,0 min manat və ya 26,2% azdır (Cədvəl

34).

Page 95: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

95

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin olunan gömrük rüsumları üzrə

növbəti il üçün proqnoz 348000,0 min manat məbləğində nəzərdə tutulmuşdur ki,

bu da 2014-cü ilin icrasından 17170,8 min manat və ya 4,7%, 2015-ci ilin

gözlənilən icrasından 400 min manat və ya 0,1% azdır. Bu tədiyə növü üzrə

növbəti il üçün nəzərdə tutulan proqnoz Dövlət Neft Fondundan daxilolmalar

nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 4,1%-ni, Gömrük Komitəsinin

xətti ilə təmin olunan gəlirlərin isə 21,9%-ni təşkil edəcəkdir.

Cədvəl 34. 2014-2016-cı illərdə dövlət büdcəsi daxilolmalarının tərkibində digər gəlirlərinin

strukturu, min manatla Sıra

№si

Göstəricilər 2015-ci il proqnoz 2015-ci il

gözlənilən

icra

2016-cı il

proqnoz

2016-cı il üzrə müqayisə

2015-ci ilin proqnozu ilə 2015-ci ilin gözlənilən

icrası ilə

fərq faiz fərq faiz

1 Gömrük rüsumları 348 400,0 348 400,0 348 000,0 -400,0 99,9 -400,0 99,9

2 Azərbaycan Respublikasında

istehsal edilən və qiymətləri

tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə

(ixrac xərcləri çıxılmaqla)

ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar

195 000,0 195 000,0 118 000,0 -77 000,0 60,5 -77 000,0 60,5

3 Büdcə təşkilatlarının ödənişli

xidmətlərindən daxilolmalar

300 000,0 300 000,0 305 000,0 5 000,0 101,7 5 000,0 101,7

4 Xarici dövlətlərin

hökumətlərinə verilmiş kreditlər

üzrə daxilolmalar

14 051,0 14 051,0 25 553,0 11 502,0 181,9 11 502,0 181,9

5 Səhmlərində dövlətin payı olan

müəssisələrdən alınan

dividendlər

2 490,0 2 490,0 5 290,0 2 800,0 212,4 2 800,0 212,4

6 Dövlət Neft Fondundan

daxilolmalar

10 388 000,0 8 130 000,0 6 000 000,0 -4 388 000,0 57,8 -2 130 000,0 73,8

7 Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və

obyektlərinin altındakı

torpaqların icarəyə verilməsindən daxilolmalar

7 000,0 7 000,0 7 000,0 0,0 100,0 0,0 100,0

8 Dövlət mülkiyyətində olan

torpaqların icarəyə verilməsindən daxilolmalar

6 000,0 6 000,0 6 000,0 0,0 100,0 0,0 100,0

9 Aksiz markaların satışından

daxilolmalar

3 000,0 3 000,0 3 000,0 0,0 100,0 0,0 100,0

10 Dövlət rüsumu 115 000,0 115 000,0 105 000,0 -10 000,0 91,3 -10 000,0 91,3

11 “Dövlət zəmanəti ilə alınan

borcların Təminat Fondu”na

bərpa edilməsi üzrə daxilolmalar

0,0 0,0

12 Sair daxilolmalar 21459 21458 28 157,0 6 698,0 131,2 6 699,0 131,2

2016-cı ilin dövlət büdcəsinin qanun layihəsinə əsasən Azərbaycan

Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt

(satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti

arasındakı fərqdən daxilolmalar üzrə proqnoz 118000,0 min manat məbləğində

müəyyən edilmişdir ki, bu da 2014-cü ilin icrasından 195240,5 min manat və ya

62,3%, 2015-ci ilin gözlənilən icrasından isə 77000,0 min manat və ya 39,5%

Page 96: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

96

azdır. Bu tədiyə növü üzrə növbəti il üçün nəzərdə tutulan proqnoz Dövlət Neft

Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 1,4%-ni,

Vergilər Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin isə 1,8%-ni təşkil edir.

2015-ci ilin yanvar-avqust aylarında bu mənbə üzrə daxilolma 132067,2

min manat olmaqla illik proqnozun 67,7%-ni təşkil etmişdir.

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsində Azərbaycan Respublikasında

istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların

kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış

qiyməti arasındakı fərqdən dövlət büdcəsinə yığımın dərəcəsi 30 faiz həcmində

müəyyən edilmiş və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə

sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 305000,0 min

manat məbləğində proqnozlaşdırılmışdır. Bu məbləğ 2015-ci ilin gözlənilən icra

göstəricisindən 1,7% çoxdur.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2016-cı ilin dövlət

büdcəsinin layihəsində 25553,0 min manat nəzərdə tutulmuşdur ki, bu 2014-cü ilin

icra göstəricisindən 19035,1 min manat və ya 3,9 dəfə, 2015-ci ilin proqnoz

göstəricisindən isə 11502,0 min manat və ya 81,9% çoxdur. Təqdim olunmuş

məlumatlara əsasən bu mənbə üzrə cari ilin 8 aylıq icrası müəyyən olunmuş

proqnozun cəmi 38,1%-ni (5352,2 min manat) təşkil etmişdir.Bu mənbə üzrə 2016-

cı ildə nəzərdə tutulmuş ödəniş məbləğləri Serbiya dövləti üzrə 24,3 milyon manat,

Gürcüstan dövləti üzrə isə 1,2 milyon manat müəyyən edilmişdir.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət

maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan

ibarətdir.

Bu mənbə üzrə daxilolmalar 2016-cı ilin dövlət büdcəsinin layihəsində

5290,0 min manat nəzərdə tutulmuşdur ki, bu 2014-cü ilin müvafiq icra

göstəricisindən 5020,0 min manat və ya 19,6 dəfə, 2015-ci ilin proqnoz

göstəricisindən isə 2800,0 min manat və ya 2,1 dəfə çoxdur.

2015-ci ilin 8 aylıq icra göstəricilərinə əsasən səhmlərində dövlətin payı olan

müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 500,0 min manat daxil

olmuşdur ki, bu məbləğ də “Azər-Türk Bank” ASC tərəfindən ödənilmişdir

(Cədvəl 35).

Page 97: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

97

Cədvəl 35. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət

büdcəsi gəlirləri ilə bağlı məlumat, min manatla Sıra

№- si

Dövlət büdcəsi

gəlirlərinin mədaxil mənbələri

2014-cü il

fakt

2015-ci il

proqnoz

2016-cı

il layihə

2016-cı ilin

layihəsinin 2014-cü

ilin faktı ilə

müqayisəsi

2016-cı ilin

layihəsinin 2015-ci

ilin proqnozu ilə

müqayisəsi

fərq faiz fərq faiz 1 Səhmlərində dövlətin payı olan

müəssisələrdənalınan dividendlər cəmi,o

cümlədən

270,0 2490,0 5290,0 5020,0 19,6 dəfə

çox

2800,0 2,1 dəfə

çox

1.1 “Aqrarkredit” QSC BoKT 270,0 130,0 140,0 130,0 51,9 10,0 107,7

1.2 “Azər-Türk Bank” ASC 0,0 500,0 3290,0 3290,0 - 2790,0 6,6 dəfə

çox

1.3 “Azərlotereya” ASC 0,0 1860,0 1860,0 1860,0 - 0,0 100,0

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən

daxilolmalardan 2016-cı il üçün nəzərdə tutulmuş məbləğ 2015-ci ilin müvafiq

proqnozu ilə müqayisədə “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı üzrə

10,0 min manat və ya 7,7%, “Azər-Türk Bank” ASC üzrə 2790,0 min manat və ya

6,6 dəfə çox olmaqla proqnozlaşdırılmış, “Azərlotereya” ASC üzrə 2016-cı il üçün

nəzərdə tutulmuş dividendlərin məbləği (1860,0 min manat) 2015-ci ilin müvafiq

proqnozu ilə eyni səviyyədə nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu mənbə üzrə

2016-cı ildə nəzərdə tutulmuş daxilolmaların artımının da “Azər-Türk Bank” ASC

tərəfindən dövlət büdcəsinə ödəniləcək dividend məbləğinin artımı ilə bağlı olması

gözlənilir.

Eyni zamanda, bir daha qeyd etmək olar ki, cari və əvvəlki illərin dövlət

büdcəsi layihələrinə təqdim etdiyimiz Rəylərdə olduğu kimi, “Aqrarkredit” QSC

Bank olmayan Kredit Təşkilatı və “Azərlotereya” ASC üzrə dövlət büdcəsinə

ödənilməsi nəzərdə tutulan dividendlər həmin illərin proqnozlaşdırılan maliyyə

nəticələrinə görə hesablansa da, faktiki olaraq əvvəlki maliyyə illərinin yekunlarına

görə ödənilərək dövlət büdcəsində növbəti maliyyə ilinin müvafiq icra

göstəricilərində əks olunur. Qeyd etmək lazımdır ki, 2014-cü il üzrə

“Azərlotereya” ASC-nin illik maliyyə hesabatlarına əsasən xalis mənfəəti 1977,5

min manat, “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının maliyyə

hesabatına əsasən xalis mənfəəti 238,8 min manat təşkil etmişdir.

Qeyd olunanları nəzərə alaraq, hər iki Cəmiyyət üzrə dövlət büdcəsinə

ödənilməli olan proqnoz məbləğlərin vaxtında icra olunmasının təmin edilməsinə

nəzarətin artırılması və aidiyyəti üzrə məsələnin onların Ali idarəetmə orqanları

qarşısında qaldırmaqla müvafiq tədbirlərin görülməsi Hesablama Palatası

tərəfindən məqsədəuyğun hesab olunur.

“Büdcə zərfi”nə daxil olan məlumatlara görə, 2016-cı il üçün büdcə - vergi

siyasətinin əsas istiqamətlərində nizamnamə fondunda və yaxud səhmlərində

Page 98: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

98

dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə

dividendlərin alınması üzrə tədbirlərin də reallaşdırılması nəzərdə tutulmuşdur.

Qeyd etmək olar ki, 01.07.2015-ci il tarixinə özəlləşdirmə prosesində yaradılmış və

hazırda səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus 206 səhmdar cəmiyyət

mövcud olmuşdur ki, onların ümumilikdə nizamnamə kapitalı 215,4 milyon manat,

dövlətə məxsus payların (səhmləri) həcmi 148,0 min manat təşkil etmişdir. Həmin

cəmiyyətlər tərəfindən dövlət büdcəsinə 2014-cü ildə cəmi 50,3 min manat, 2015-

ci ilin 6 ayı ərzində 23,9 min manat dividendlər ödənilmiş, bu vəsaitlər

özəlləşdirmədən əldə edilən vəsaitlərə daxil edilmişdir. Eyni zamanda, 01.07.2015-

ci il tarixinə dövlət müəssisələrinin iştirakı ilə yaradılmış və nizamnamə

kapitalında dövlətin payı olan 68 birgə müəssisə mövcud olmuşdur ki, onların

ümumilikdə 748,0 milyon manat həcmində nizamnamə kapitalında dövlətin payı

598,3 milyon manat təşkil etmişdir. Göründüyü kimi, bu istiqamətdə gəlirlərin

artırılma potensialının mövcudluğunu qeyd etmək olar.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı

torpaqların icarəyə verilməsindən daxilolmalar 2016-cı ilin dövlət büdcəsi

layihəsində 7000,0 min manat məbləğində nəzərdə tutulmuşdur ki, bu, 2014-cü ilin

müvafiq icra göstəricisindən 347,3 min manat və ya 4,7% az, 2015-ci ilin müvafiq

proqnozuna bərabərdir. 2015-ci ilin 8 aylıq icra göstəricisinə əsasən bu mənbə üzrə

daxilolmalar 5316,9 min manat (illik tapşırığın 76,0%-i) təşkil etmişdir.

Bu mənbə üzrə daxilolmalar dövlət büdcəsindən maliyyələşdirilən müəssisə

və təşkilatlarda, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və

təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən, habelə

özəlləşdirilən dövlət müəssisə və obyektlərin altındakı torpaqların icarəyə

verilməsindən toplanan icarə haqqından ibarətdir. Azərbaycan Respublikasının

2016-cı il dövlət büdcəsi gəlirlərinin müvafiq təsnifatın paraqrafları səviyyəsində

layihəsinə əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda

daşınmaz dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı 260,0 min manat,

kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda

daşınmaz dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı 2046,5 min manat,

özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə

verilməsindən icarə haqqı 4693,5 min manat nəzərdə tutulmuşdur. Bu proqnozlar

2014-cü il üzrə müvafiq icra göstəriciləri ilə müqayisədə uyğun olaraq 118,7 min

manat və ya 1,8 dəfə çox, 378,4 min manat və ya 15,6% az və 87,6 min manat və

Page 99: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

99

ya 1,8% azdır, 2015-ci il üzrə dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və

təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı üzrə

gözlənilən icra məbləğinə bərabərdir, kommersiya prinsipləri əsasında fəaliyyət

göstərən müəssisə və təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə

verilməsindən icarə haqqı üzrə gözlənilən icra məbləğindən 2000,0 min manat və

ya 44,0 dəfə çoxdur, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı

torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə isə 2000,0 min manat və ya

29,9% azdır.

Qeyd etmək olar ki, Rəyə təqdim edilmiş məlumatlarda kommersiya

prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz dövlət

əmlakının icarəyə verilməsindən icarə haqqı üzrə 2015-ci ildə gözlənilən icra 46,5

min manat məbləğində göstərilsə də, 2015-ci il dövlət büdcəsinin icrası üzrə daxil

olan cari (operativ) hesabatlarda həmin maddə üzrə icra 01.07.2015-ci il tarixə

1544,9 min manat, 01.08.2015-ci il tarixə 1781,7 min manat , 01.09.2015-ci il

tarixə isə 2007,9 min manat kimi göstərilmişdir.

Məlumat üçün bildiririk ki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə

və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə

qalıq borcları 2015-ci ilin əvvəlinə 2127,9 min manat, 01.07.2015-ci il tarixə

2370,7 min manat təşkil edir ki, bunun 1600,5 min manatı qeyri-yaşayış

sahələrinin, 289,7 min manatı isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin

altındakı torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə çatacaq vəsaitlər

üzrədir. Cari ilin 6 ayı ərzində icarə haqqı üzrə qalıq borcların 242,7 min manat

artması, əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı

torpaqların, habelə, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və

təşkilatlar üzrə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə edilən icarə

haqqı üzrə olmuşdur.

Qeyd edilənlər bu mənbə üzrə proqnoz hesablamalarında, əvvəllər də

göstərildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il 284

nömrəli Fərmanına əsasən daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə

əsasında icarəyə verilməsinin daha geniş tətbiq olunması, həmçinin,Nazirlər

Kabinetinin 29 noyabr 2007-ci il tarixli 191 nömrəli qərarı ilə icarə haqqı

tariflərinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün

icarə haqqının minimum məbləği” kimi nəzərə alınması, zənnimizcə, müəyyən

Page 100: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

100

ehtiyat potensialının da nəzərə alınmasını, həmçinin, həmin potensialın

reallaşdırılması məqsədilə müvafiq tədbirlərin görülməsini şərtləndirir.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

2016-cı ilin dövlət büdcəsi layihəsində 6000,0 min manat məbləğində nəzərdə

tutulmuşdur ki, bu, 2014-cü ilin müvafiq icra göstəricisi ilə müqayisədə 1720,7

min manat və ya 40,2% çox, 2015-ci ilin müvafiq proqnozu ilə eyni səviyyədə

nəzərdə tutulmuşdur. 2015-ci ilin 8 aylıq icra göstəricisinə əsasən bu mənbə üzrə

daxilolmalar 2802,8 min manat və ya müəyyən edilmiş proqnozun 46,7%

həcmində olmuşdur.

“Büdcə zərfi”nə daxil edilmiş müvafiq sənədlərdə maliyyə siyasətinin

həyata keçirilməsi üçün 2016-cı il üçün büdcə - vergi siyasətinin əsas istiqamətləri

dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə

daxilolma əmsalının artırılması üzrə tədbirlərin də reallaşdırılması nəzərdə tutulur.

Təhlil göstərir ki, əvvəlki illərdə bu mənbə üzrə icra göstəriciləri çox aşağı

olmuşdur. Son dövrlər bu sahədə aparılan islahatların məntiqi nəticəsi kimi

mövcud və hazırlanmaqda olan yeni məlumat bazasının təhlili dövlət torpaqlarının

icarəyə verilməsindən əldə olunan gəlirlərin dövlət büdcəsinə daxilolma əmsalının

artırılması imkanlarının və dövlət mülkiyyətində olan torpaqların istifadəyə və

icarəyə verilməsi üçün əlavə ehtiyatların (sərbəst torpaqların) mövcudluğunu qeyd

etməyə əsas verir.

Aksiz markalarının satışından daxilolmalar üzrə növbəti il üçün proqnoz

məbləği 3000,0 min manat təşkil edir ki, bu da 2014-cü ilin icrasına nisbətən 982,6

min manat və ya 48,7% çox, 2015-ci ilin proqnozuna və gözlənilən icrasına

bərabərdir ki, bu da aksizli malların istehsalında ciddi artımın müşahidə olunması

və bir sıra malların, xüsusilə, pivə istehsalının azalması ilə əlaqələndirmək olar.

2016-cı il üçün dövlət rüsumu üzrə proqnoz 105000,0 min manat

məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından 6151,8 min

manat və ya 5,5%, 2015-ci ilin gözlənilən icrasından isə 10000,0 min manat və ya

8,7% azdır. Bu tədiyyə növü üzrə növbəti il üçün nəzərdə tutulan proqnoz Dövlət

Neft Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin

1,2%-ni, Vergilər Nazirliyinin xətti ilə təmin olunan gəlirlərin isə 1,6%-ni təşkil

edir.

Dövlət rüsumu üzrə proqnozlar büdcə gəlirlərinin təsnifatının, demək olar

ki, bütün yarımmaddələri səviyyəsində nəzərdə tutulmuşdur.

Page 101: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

101

2015-ci ilin yanvar-avqust aylarında dövlət rüsumu üzrə daxilolma 64801,4

min manat olmaqla illik proqnozun 56,3%-ni təşkil etmişdir.

Azalmaları, “Büdcə zərfi”nə əlavə edilmiş “Dövlət rüsumu haqqında”

Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan

Respublikası Qanununun layihəsində xidmətlərə və hüquqi hərəkətlərə görə

ödənilən dövlət rüsumunun 25%-nin həmin xidmətləri və hüquqi hərəkətləri həyata

keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu

ödənilən orqanların xüsusi hesabına göçürüləcəyi ilə izah etmək olar.

2015-ci ildə olduğu kimi, 2016-cı il üçün dövlət büdcəsi ilə bağlı Qanun

layihəsində büdcədən verilmiş kreditlər üzrə daxilolmalar və Azərbaycan

Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə

daxilolmalar ayrıca mədaxil mənbəyi kimi göstərilməmiş, vahid xəzinə hesabının

qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar da ayrıca

mədaxil mənbəyi kimi göstərilməyərək sair vergi daxilolmalarına aid edilmişdir.

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar“Mülkiyyətdən gəlirlər”

köməkçi bölməsinin “Dövlət qeyri-maliyyə təşkilatlarından alınmış büdcə

ssudaları üzrə alınan faizlər” yarımmaddəsində verilərək 2016-cı ildə 12062,0 min

manat nəzərdə tutulmuşdur ki, bu 2014-cü ilin müvafiq icra göstəricisindən

10067,7 min manat və ya 6,0 dəfə, 2015-ci ilin proqnoz göstəricisindən 5346,0 min

manat və ya 79,6% çoxdur. Bu mənbə üzrə nəzərdə tutulmuş daxilolmalar əsasən

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (9,7 milyon manat) və

“Azərkosmos” ASC-yə (2,3 milyon manat) aid olmuşdur. 2015-ci ilin 6 aylıq icra

göstəricisinə əsasən bu mənbə üzrə daxilolmalar 802,3 min manat olmuşdur ki, bu

da illik proqnozun (6716,0 min manat) cəmi 11,1%-ni təşkil etmişdir.

Eyni zamanda, tərəfimizdən aparılan təhlil işlərinin nəticələri kimi qeyd

etmək istərdik ki, bu mənbə üzrə daxilolmaları həyata keçirən təşkilatların büdcə

qarşısında öhdəliyi ilə yanaşı digər öhdəlikləridə vardır ki, bu da ötən illərin icra

göstəricilərinin aşağı səviyyədə olması ilə nəticələnmişdir.

Bütün bunlar isə, öz növbəsində, 2016-cı il üzrə nəzərdə tutulmuş proqnoz

məbləğinin aşağı səviyyədə icra olunması ehtimalını artırır ki, bu baxımdan da

“Alınmış büdcə ssudaları üzrə alınan faizlər” üzrə daxilolma mənbəyinin konkret

olaraq dövlət büdcəsindən və Təminat Fondundan verilmiş kredit və borc

müqavilələri (ödəniş qrafikləri tərtib olunmaqla) əsasında formalaşması həmin

Page 102: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

102

mənbənin büdcə layihəsində ayrıca mədaxil mənbəyi kimi göstərilməsinin

vacibliyini bir daha artırmışdır.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından

alınmış kreditlər üzrə daxilolmalar “Dövlət maliyyə təşkilatlarından kreditlərin

istifadəsinə görə təkrar borc sazişləri əsasında alınan faizlər” yarımmaddəsində

verilərək 2016-cı ildə 2694,0 min manat nəzərdə tutulmuşdur ki, bu, 2014-cü ilin

müvafiq icra göstəricisindən 499,6 min manat və ya 22,8%, 2015-ci ilin proqnoz

göstəricisindən isə 294,0 min manat və ya 12,3% çoxdur. Qeyd etmək olar ki,

müvafiq daxilolmaların mənbəyi 2016-cı ildə dəyişməz olaraq əvvəlki illərdəki

kimi nəzərdə tutulmuşdur (əsasən Mərkəzi Bank, “Kapital Bank” ASC, Kənd

Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və s.). 2015-ci ilin 6 aylıq icra

göstəricilərinə əsasən bu mənbə üzrə daxilolmalar 190,8 min manat daxil olmuşdur

ki, bu da illik proqnozun 7,1%-ni təşkil etmişdir.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun

layihəsində, 2015-ci ildə olduğu kimi, Azərbaycan Respublikasının dövlət

zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar dövlət

büdcəsi gəlirlərinin sair daxilolmalarına daxil edildiyindən “Dövlət zəmanəti ilə

alınan borcların Təminat Fondu”nun formalaşmasının mədaxil mənbələrində

göstərilməmişdir.

Təqdim olunmuş məlumatlara əsasən, dövlət büdcəsinin mərkəzləşdirilmiş

xərclərindən Təminat Fonduna vəsaitin ayrılması nəzərdə tutulmamışdır. Eyni

zamanda, qeyd etmək lazımdır ki, Fondun formalaşmasının digər mədaxil

mənbələri sair daxilolmalara aid edilsə də, heç bir vəsait nəzərdə tutulmamışdır.

Bununla yanaşı qeyd etmək olar ki, 2015-ci il dövlət büdcəsinin icrası üzrə 8

aylıq hesabatda “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun

daxilolmaları ilin əvvəlindən 5584,2 min manat məbləğində göstərilmişdir.

Tərəfimizdən aparılmış təhlil işlərinin nəticələri üzrə qeyd etmək olar ki,

dövlət zəmanəti ilə kredit alan bir sıra icraçı təşkilatların qeyri-qənaətbəxş maliyyə

vəziyyətləri ilə bağlı dövlət zəmanəti ilə cəlb etdiyi borclara xidmət xərclərini

ödəyə bilməməsi ilə əlaqədar olaraq həmin vəsaitlər Təminat Fondundan

beynəlxalq öhdəliyin yerinə yetirilməsinə yönəldilmişdir.

Bu zaman bir sıra hallarda təkrar müqavilələr bağlansa da, bəzi hallarda

Təminat Fonduna vəsaitin bərpa olunması ilə bağlı təkrar müqavilələrin

bağlanmaması halları da müşahidə olunmuşdur.

Page 103: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

103

Hesablama Palatasının cari ilin dövlət büdcəsi ilə bağlı Qanun layihəsinə

təqdim etdiyi Rəydə də qeyd olunduğu kimi, dövlət zəmanəti ilə kredit alan bir sıra

icraçı təşkilatların beynəlxalq öhdəliklərini vaxtında yerinəyetirə bilməməsi ilə

əlaqədar büdcədə əlavə xərclərin nəzərdə tutulmasını nəzərə alaraq, Təminat

Fondundan verilmiş vəsaitlər üzrə təkrar müqavilələrin bağlanması və onlara

müvafiq ödəniş qrafiki tərtib etməklə Fonda bərpası istiqamətində zəruri işlərin

gücləndirilməsi və qeyd olunan mənbənin dövlət büdcəsinin gəlirlər hissəsində

ayrıca mədaxil mənbəyi kimi (Təminat Fondunun formalaşmasının mədaxil

mənbələri) yer almasının məqsədəuyğunluğunu qeyd edirik.

Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə

verilməsindən daxilolmalar 2016-cı il dövlət büdcəsi layihəsində 2678,0 min

manat nəzərdə tutulmuşdur ki, bu 2014-cü ilin müvafiq icra göstəricisindən 2928,7

min manat və ya 2,1 dəfə az, 2015-ci ilin proqnoz göstəricisindən isə 665,0 min

manat və ya 19,9% azdır (Cədvəl 36).

Cədvəl 36. Vahid xəzinə hesabının qalığı və onun idarəetməyə verilməsindən

daxilolmaların dinamikası, min manatla

№ Göstəricilər Tarix (il)

01.01.2013 01.01.2014 01.01.2015 01.01.2016

1 2 3 4 5 6

1 Vahid xəzinə hesabının ilin əvvəlinə qalığı (sərbəst

qalıq)

464989,9 960408,1 1728622,3 0,0

2 Sərbəst qalığın növbəti il ərzində idarəetməyə

verilməsindən

Daxilolmalar

4596,6 5606,7 3343,0 2678,0

3 Sərbəst qalığın idarəetməyə verilməsindən

daxilolmalarınilin əvvəlinə həmin qalığa

nisbəti, faizlə

0,99 0,58 0,19 -

Qeyd olunan mənbə üzrə müvafiq məlumatlar (hesablamalar) təqdim

edilməmişdir. Eyni zamanda, qeyd etmək ki, cari ilin ötən dövründə vahid xəzinə

hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən dövlət büdcəsinə

3779,2 min manat vəsait daxil olmuşdur ki, bu da 2015-ci il üçün nəzərdə tutulmuş

məbləğin 113,0%-nə bərabərdir.

2016-cı ildə sair cərimə və sanksiyalar üzrə 10723,0 min manat vəsaitin

daxil olacağı proqnozlaşdırılmışdır. Bu məbləğ 2014-cü ilin müvafiq

göstəricisindən 5,2 mln. manat az, 2015-ci ilin gözlənilən icrasından isə 2,6 mln.

manat çoxdur. Bu istiqamət üzrə 2015-ci ilin 8 ayında il üçün təsdiq edilmiş

vəsaitin 56,1%-i qədər və ya 12038,1 min manat vəsait dövlət büdcəsinə daxil

olmuşdur.

Page 104: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

104

III Bölmə. Dövlət büdcəsinin xərcləri

3.1. Ümumi dövlət xidməti sahəsində xərclərin strukturu və əsas

istiqamətləri

“Büdcə zərfi”nə daxil edilmiş məlumatlar dövlət idarəçiliyinin çevik və

işlək mexanizmlər əsasında qurulması, ölkənin müdafiə qabiliyyətinin və

təhlükəsizliyinin təmin edilməsi, dövlətin borc və öhdəliklərinin yerinə yetirilməsi

və digər dövlət tədbirləri üçün zəruri maliyyə təminatının nəzərə alındığını

göstərir.

2015-ci il 8 sentyabr tarixində iqtisadi məsələlərə və 2016-cı ilin dövlət

büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etmişdir:

“İdarəetmə sahəsində islahatlar dərinləşməlidir”.

Son illərdə olduğu kimi, növbəti ildə də, dövlət xərcləri üzrə struktur

islahatların davam etdirilməsi, dövlət qurumlarının fəaliyyətində müasir prinsiplər

əsasında sistemli islahatların həyata keçirilməsi, iqtisadi islahatlar və struktur

dəyişikliyi, iqtisadi islahatların sürətlə və səmərəli həyata keçirilməsi dövlət

idarəçiliyi sahəsində, dövlət siyasətinin prioritetlərindən biri olacaqdır.

Ölkə başçısının müəyyən etdiyi prioritetlərin icrası məqsədilə 2016-cı ilin

dövlət büdcəsi xərclərinin funksional təsnifatın “Ümumi dövlət xidmətləri”

bölməsi üzrə 2416862,5 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da dövlət

büdcəsinin ümumi xərclərinin 14,9%-ni təşkil edəcəkdir (Şəkil 13).

Şəkil 13

“Ümumi dövlət xidmətləri” bölməsi üzrə xərclərin proqnoz və icra göstəricilərinin

dinamikası (min manatla)

Göründüyü kimi, növbəti ildə bölmə üzrə xərclər əvvəlki iki illə müqayisədə

artımla, o cümlədən, 2014-cü ilin faktiki və 2015-ci il üzrə gözlənilən icra

0,0

500 000,0

1 000 000,0

1 500 000,0

2 000 000,0

2 500 000,0

2014-cü il 2015-ci il 2016-ci il

1 9

97

54

1,6

20

46

976,7

24

16

862,5

1 4

25

47

8,4

2 0

08

22

3,8

Təyinat İcra Gözlənilən icra

Page 105: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

105

göstəriciləri ilə müqayisədə 991,4 mln. manat və ya 69,5% və 408,6 mln. manat və

ya 20,3% çox nəzərdə tutulmuşdur. Cari ilin 8 ayı üzrə dövlət büdcəsinin icrası ilə

bağlı təqdim edilmiş hesabatlar üzrə təhlil bölmə üzrə 100958,4 min manat vəsaitin

icra edildiyini göstərir ki, bu məbləğ də 2015-ci il üçün təsdiq olunmuş göstəricinin

49,3%-idir.

2014-2016-cı illərdə bölmə xərclərinin funksional təsnifat üzrə təhlili

“Dövlət borcu üzrə xidmətlər” köməkçi bölməsinin xüsusi çəkisinin

nəzərəçarpacaq dərəcədə artacağını göstərir (Cədvəl 37).

Cədvəl 37. 2016-cı ilin dövlət büdcəsi layihəsində “Ümumi dövlət xidmətləri” bölməsi üzrə

vəsaitlərin bölgüsünün 2014-2015-ci illərlə müqayisəsi.

min manatla

Funksional təsnifat

üzrə bölmə və

köməkçi bölmələrin

adları

2014-cü il (icra) 2015-ci il

(gözlənilən icra)

2015-ci il

proqnoz

2016-cı il (layihə) Fərq

Məbləğ Dövlət

büdcəsi

ndə

xüsusi

çəkisi

Məbləğ Dövlət

büdcəsi

ndə

xüsusi

çəkisi

Məbləğ Dövlət

büdcəsi

ndə

xüsusi

çəkisi

Məbləğ Dövlət

büdcəsi

ndə

xüsusi

çəkisi

2014-cü il (icra) ilə 2015-ci il

(gözlənilən icra)

ilə

Məbləğ Faiz Məbləğ Faiz

“Ümumi dövlət

xidmətləri” böl-

məsi, o cümlədən

köməkçi bölmələr

üzrə

1425478.4 7,6 2008223.8 11,3 2046976.7 9,7 2416862.5 14,9 991384.1 169.5 408638.7 120.3

Qanunvericilik və

icra hakimiyyəti,

yerli

özünüidarəetmə

orqanlarının

saxlanılması

xərcləri

449695.5 2,4 531769.1 3,0 544845.3 2,6 538323.2 3,3 88627.7 119.7 6554.1 101.2

Beynəlxalq fəaliyyət

və beynəlxalq

təşkilatlara üzvlük

haqqı

134158.4 0,7 205363.8 1,2 210413.7 1,0 193300.0 1,2 59141.6 144.1 -12063.7 94.1

Elm xərcləri 124189.3 0,7 146846.3 0,8 150457.3 0,7 131721.7 0,8 7532.5 106.1 -15124.6 89.7

Başqa

kateqoriyalara aid

edilməyən ümumi

dövlət xidmətləri

49608.8 0,3 60666.5 0,3 62158.3 0,3 16232.4 0,1 -33376.4 32.7 -44434.1 26.8

Dövlət borcu üzrə

xidmətlər

378935.3 2,0 760678.1 4,3 776202.1 3,7 1249735.1 7,7 870799.8 3.3

dəfə

489057.0 164.3

Büdcələr arasında

transfertlər

288891.1 1,5 302900.0 1,7 302900.0 1,4 287550.0 1,8 -1341.1 99.5 -15350.0 94.9

Bölmə üzrə ümumi vəsaitin 22,3%-i və ya 538323,2 min manatı

qanunvericilik və icra hakimiyyəti orqanlarının aparatının saxlanılması xərcləri,

idarəçilik sisteminin təkmilləşdirilməsi, yeni yaradılmış icra orqanlarının

fəaliyyətinin və maddi-texniki bazasının genişləndirilməsi, bəzi təşkilatlarda ştat

Page 106: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

106

sayının artması və yenidən komplektləşdirilməsi məqsədi ilə“Qanunvericilik və

icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması”köməkçi

bölməsinə yönəldiləcəkdir. Bu vəsaitlərin bölmədə xüsusi çəkisi 2014-cü ilin

faktiki icra və 2015-ci ilin sonuna gözlənilən icra göstəriciləri ilə müqayisədə 9,2

faiz bəndi və 4,2 faiz bəndi az, mütləq ifadədə isə müvafiq olaraq 88627,7 min

manat və 6554,1 min manat çoxdur. Bununla yanaşı dövlət büdcəsi xərclərinin

icrasına dair təqdim edilmiş 8 aylıq hesabata əsasən bu köməkçi bölmə üzrə

263463,0 min manat və ya il üçün təsdiq edilmiş məbləğin 48,4%-i icra

olunmuşdur.

2016-cı ilin büdcə layihəsində “Qanunvericilik və icra hakimiyyəti, yerli

özünüidarəetmə orqanlarının saxlanılması” köməkçi bölməsinin dövlət büdcəsində

xüsusi çəkisinin 3,3%, “Ümumi dövlət xidmətləri” bölməsi xərclərindəki xüsusi

çəkisinin isə 22,3% olacağı proqnozlaşdırlmışdır. 2015-ci ilin müvafiq göstəricisi

ilə müqayisədə bu, uyğun olaraq 0,7 faiz bəndi çox və 4,3 faiz bəndi azdır.

Köməkçi bölmə üzrə proqnozlaşdırılmış vəsaitlərin paraqraflar səviyyəsində

müqayisəsi xərclərin 58,5%-nin mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı

olduğunu göstərir (Şəkil 14)

Şəkil 14

2016-cı ilin dövlət büdcəsində "Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə

orqanlarının saxlanılması" köməkçi bölməsinin strukturu

-0,10

0,00

0,10

0,20

0,30

0,40

0,50

0,60

Qanunvericilik

orqanları

Ali və yuxarı

icra hakimiyyəti

orqanları

Mərkəzi icra

hakimiyyəti

orqanları

Yerli icra

hakimiyyəti

orqanları

Digər mərkəzi

təşkilatlar

4,22%

15,60%

58,46%

21,67%

0,05%

Page 107: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

107

“Qanunvericilik orqanları”paraqrafı üzrə köməkçi bölmədə nəzərdə tutulmuş

vəsaitin 4,2%-i həcmində və ya 22746,0 min manat vəsait nəzərdə tutulmuşdur ki,

bu da 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 70,1 min manat və ya

0,3% çox, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 489,7 min manat və ya

2,1 faiz azdır. Bu paraqraf üzrə proqnozlaşdırılmış xərclərin strukturunda

sosialyönümlü xərclər (əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər) üstünlük

təşkil edir ki, bu məqsədlə 16412,84 min manat və ya ümumi xərclərin 72,15%-i

həcmində vəsaitin yönəldilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, aparatın saxlanılması xərclərinin tərkib hissəsi olan malların

(işlərin və xidmətlərin) satın alınmasına 5367,11 min manat və ya ümumi xərclərin

23,6%-i, digər xərclərə 746,0 min manat və ya xərclərin 3,28%-i və qeyri-maliyyə

aktivlərinin alınmasına isə 220,0 min manat və ya xərclərin 0,97%-i həcmində

vəsait proqnozlaşdırılmışdır.

“Ali və yuxarı icra hakimiyyəti orqanları” paraqrafı üzrə köməkçi bölmədə

nəzərdə tutulmuş vəsaitin 15,6%-i həcmində və ya 83969,3 min manat vəsait

nəzərdə tutulmuşdur. Bu, 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə

4705,4 min manat və ya 5,9% çox, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə

375,6 min manat və ya 0,4% azdır. Paraqraf üzrə də nəzərdə tutulmuş xərclərin

strukturunda müdafiə olunan xərclərin üstünlük təşkil edəcəyi

proqnozlaşdırılmışdır. Belə ki, paraqraf üzrə xərclərin 49614,1 min manatı və ya

59,09%-inin əməyin və 277,4 min manatı və ya 0,33%-inin təqaüdlər və sosial

müavinətlərin ödənişinə yönəldilməsi nəzərdə tutulmuşdur.

“Ali və yuxarı icra hakimiyyəti orqanları” paraqrafı üzrə malların (işlərin və

xidmətlərin) satın alınmasına 14588,38 min manat və ya 17,37%, digər xərclərə

18836,39 min manat və ya 22,43%, qeyri-maliyyə aktivlərinin alınmasına 653,0

min manat və ya 0,78% vəsait proqnozlaşdırılmışdır.

“Mərkəzi icra hakimiyyəti orqanları”paraqrafı üzrə dövlət büdcəsi

layihəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, struktur islahatlarının davam

etdirilməsi, bəzi təşkilatlarda ştat sayının artması, yenidən komplektləşdirilməsi,

maddi-texniki təminatın möhkəmləndirilməsi üzrə büdcədənkənar vəsaitlər də

nəzərə alınmaqla,314704,6 min manat və ya köməkçi bölmənin 58,5%-i həcmində

vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin faktiki icra göstəricisi ilə

müqayisədə 50225,1 min manat və ya 19,0% və 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə isə 6145,8 min manat və ya 2,0% çoxdur. Proqnozlaşdırılmış vəsaitin

Page 108: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

108

48,2%-i və ya 151697,1 min manatı əməyin ödənişinə, 0,4%-i və ya 1132,5 min

manatı təqaüdlər və sosial müavinətlərə, 40,0%-i və ya 125988,5 min manatı

malların (işlərin və xidmətlərin) satın alınmasına, 10,0%-i və ya 31342,2 min

manatı isə iqtisadi təsnifatın digər xərclərinə, 1,4%-i və ya 4544,2 min manatı

qeyri-maliyyə aktivlərinin alınmasına yönəldiləcəkdir.

Təqdim olunmuş büdcə layihəsində bu paraqraf üzrə nəzərdə tutulmuş

314704,6 min manat məbləğində vəsaitin 211798,6 min manatının mərkəzi icra

hakimiyyəti orqanlarının aparatının saxlanılması xərclərinə, 23006,0 min

manatının birdəfəlik təyinatlı xərclərə, 79900,0 min manatının dövlət büdcəsindən

maliyyələşən təşkilatların büdcədənkənar xərclərinə yönəldilməsi

proqnozlaşdırılmışdır.

Növbəti ildə mərkəzi icra hakimiyyəti orqanlarının aparatının saxlanılması

xərclərinə nəzərdə tutulmuş 211798,6 min manat vəsaitin icrasının 67 kredit

sərəncamçısı, o cümlədən 105751,4 min manatının 14 nazirlik, 36131,4 min

manatının 9 komitə, 26614,5 min manatının 7 agentlik, 21808,7 min manatının

19 xidmət, 21492,6 min manatının isə 18 digər orqanlar (komissiya, idarə,

administrasiya və s.) tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti”, “Azərbaycan

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət

İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi” yaradılmış və həmin fərman

əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

aparatının və Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi

851 ştat vahidi, o cümlədən Dövlət Komitəsinin aparatı işçilərinin say həddi 245

ştat vahidi, ərazi bölmələrinin işçilərinin say həddi 345 ştat vahidi, Azərbaycan

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın

Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Azərbaycan

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın

Kadastrı və Ünvan Reyestri Xidməti aparatının işçilərinin say həddi 65 ştat vahidi,

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında

Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi aparatının

işçilərinin say həddi 55 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri

Page 109: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

109

Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının

işçilərinin say həddi 61 ştat vahidi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli Fərmanı

ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan

Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında işçilərinin say həddi 23

ştat vahidi olmaqla “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”

yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2014-cü il

tarixliSərəncamı iləAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və

Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Respublika Toxum

Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə

Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının

əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki

Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılmış və

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq

Xidmətinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Baytarlıq Nəzarəti Xidməti adlandırılması ilə yanaşı Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat

vahidi, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780 ştat vahidi, Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti

Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti

Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və

Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi

40 ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının

işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi

aparatının işçilərinin say həddi 7 ştat vahidi, onun tabeliyində olan rayon (şəhər)

dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi

müəyyən edilmişdir.

Page 110: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

110

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2015-ci il tarixli

219 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya

Xidmətinin tabeliyində “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət

Reabilitasiya Müəssisəsi” yaradılmış və bir sıra dövlət orqanlarında Azərbaycan

Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin

müvafiq Fərman, Sərəncam və Qərarları ilə ştat sayı artırılmış və qeyd

edilənFərman, Sərəncam və Qərarların icrası ilə əlaqədarxərclər 2016-cı il dövlət

büdcəsi layihəsinə daxil edilmişdir.

“Mərkəzi icra hakimiyyəti orqanları”paraqrafı üzrə xərclərin strukturunda,

əvvəlki illərdə olduğu kimi, vəsaitin böyük hissəsi, başqa sözlə, 25107,8 min

manat Vergilər Nazirliyinə, 16730,7 min manat Maliyyə Nazirliyinə, 13098,0 min

manat Xarici İşlər Nazirliyinə, 12175,2 min manat Kənd Təsərrüfatı Nazirliyinə,

7677,2 min manat Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 15769,4 min manat

Dövlət Statistika Komitəsinə, 8076,4 min manat Əmlak Məsələləri Dövlət

Komitəsinə, 19306,7 min manat Azərbaycan Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət Agentliyinə nəzərdə

tutulmuşdur.

Qeyd edilənlərlə yanaşı, aparılmış islahatlar nəticəsində Azərbaycan

Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanına əsasən

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi səbəbindən Komitənin

saxlanılması xərcləri 2016-cı ilin dövlət büdcəsi layihəsindən çıxarılmışdır.

2016-cı ilin büdcə layihəsində birdəfəlik təyinatlı xərclərə köməkçi bölmə üzrə

xərclərin 4,3%-i və ya cəmi 23006,0 min manat həcmində, o cümlədən mərkəzi

icra hakimiyyəti orqanlarının maddi-texniki təminatın möhkəmləndirilməsi üçün

10000,0 min manat (2014-cü ilin faktiki icrası ilə müqayisədə 4607,4 min manat

çox, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 254,5 min manat az), icra

hakimiyyəti orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsinə 13006,0 min

manat (2014-cü ildə vəsait nəzərdə tutulmamış, 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə 9871,3 min manat az) vəsait nəzərdə tutulmuşdur. Təhlil

“Qanunvericilik və icra hakimiyyəti orqanlarının təşkilati strukturun

təkmilləşdirilməsi ilə bağlı xərclər” və “Maddi-texniki təminatın

möhkəmləndirilməsi ilə bağlı xərclər” fəsillərində xərclərin azalma ilə nəzərdə

tutulduğunu göstərir.

Page 111: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

111

2016-cı ilin büdcə layihəsindəbüdcədənkənar xərclərə 81350,5 min manat

və ya köməkçi bölmə üzrə xərclərin 15,1%-i həcmində, o cümlədən mərkəzi icra

hakimiyyəti orqanları üzrə 79900,0 min manat (2014-cü ilin faktiki icra göstəricisi

ilə müqayisədə 26302,8 min manat, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə

4376,6 min manat çox), yerli icra hakimiyyəti orqanları üzrə 1450,5 min manat

(2014-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 514,1 min manat, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə 34,8 min manat çox) ayrıca sətirlə vəsait nəzərdə

tutulmuşdur.

“Yerli icra hakimiyyəti orqanları”paraqrafı üzrə ümumilikdə (dövlət

büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri nəzərə alınmaqla)

köməkçi bölmədə nəzərdə tutulmuş vəsaitin 21,7%-i həcmində və ya 116652,6 min

manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin faktiki icrası ilə

müqayisədə 33496,4 min manat və ya 40,3%, 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə isə 1267,7 min manat və ya 1,1% çoxdur. Qeyd edək ki, 2014-cü ildə

“Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə nəzərdə tutulmuş birdəfəlik

təyinatlı xərclərdən yerli icra hakimiyyəti orqanlarına maddi-texniki təminatın

yaxşılaşdırılmasına 267,0 min manat və əmək haqqı və pensiya təminatına 28916,9

min manat, cəmi 29183,9 min manat vəsait xərc edilmişdir ki, bu da dövlət büdcəsi

xərclərində mərkəzləşdirilmiş xərclər üzrə uçota alındığı üçün müqayisədə nəzərə

alınmamışdır. Bu paraqraf üzrə nəzərdə tutulmuş xərclərin strukturunda əməyin

ödənişi xərcləri (85,6%) üstünlük təşkil edir.

“Digər mərkəzi təşkilatların saxlanılması” paraqrafından maliyyələşən

Mükafat Komissiyası üzrə ötən illərdə olduğu kimi növbəti ilin büdcə layihəsində

də iqtisadi təsnifatın “Digər xərclər” bölməsi üzrə 250,8 min manat məbləğində

vəsait proqnozlaşdırılmışdır.

“Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının

saxlanılması”köməkçi bölməsi üzrə proqnozlaşdırılan xərclərin iqtisadi təsnifat

üzrə təhlili əməyin ödənişi ilə bağlı xərclərin ən böyük xüsusi çəkiyə malik

olduğunu göstərir (Şəkil 15).

Page 112: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

112

Şəkil 15

2014-2016-cı illər üzrə "Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə

orqanları" köməkçi bölməsi üzrə vəsaitlərin iqtisadi təsnifata uyğun olaraq bölgüsü

İqtisadi təsnifata uyğun olaraq 2016-cı ilin büdcə layihəsində köməkçi

bölmə üzrə nəzərdə tutulmuş vəsaitin tərkibi əsasən əmək tutumlu olmaqla bu

istiqamətə köməkçi bölmə xərclərinin 58,97%-i (2014-cü ilin faktiki icra

göstəricisi ilə müqayisədə 2,88 faiz bəndi az, 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə 2,01 faiz bəndi çox) və ya 317461,4 min manat məbləğdə vəsaitin

ayrılması nəzərdə tutulmuşdur ki, bu da müvafiq illərlə müqayisədə 39319,6 min

manat və 14587,3 min manat çoxdur.

Köməkçi bölmədə “Digər xərclər”ə 53129,3 min manat həcmində vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin faktiki icra göstəricisindən 29259,3

min manat az, 2015-ci ilin gözlənilən icra göstəricisindən 1026,0 min manat

çoxdur. Növbəti illərlə müqayisədə azalmanın əsas səbəblərindən biri mərkəzi icra

hakimiyyəti orqanları üzrə inzibati və idarəetmə obyektlərinə əsaslı təmir

xərclərinin nəzərdə tutulmamasıdır.

Növbəti ildə “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə

orqanlarının saxlanılması”köməkçi bölməsində “Sair xərclər” paraqrafı üzrə

43132,9 min manat vəsait proqnozlaşdırılmışdır.

Köməkçi bölmə üzrə nəzərdə tutulmuş xərclərin 159312,4 min manatı və ya

29,59%-inin malların (işlərin və xidmətlərin) satın alınmasına, 6123,9 min manatı

və ya 1,14%-inin qeyri-maliyyə aktivlərinin alınması xərclərinə, 2296,2 min

Əməyin ödənişi Malların (işlərin və

xidmətlərin) satın

alınması

Təqaüdlər və

sosial müavinətlər

Digər xərclər Qeyri-maliyyə

aktivlərinin

alınması

61,85%

16,55% 0,50% 18,32% 2,78%

56,96%

29,53% 0,59% 9,80% 3,12%

58,97%

29,59%

0,43% 9,87% 1,14%

2014-cü il (icra)

2015-ci il (gözlənilən icra)

2016-cı il (layihə)

Page 113: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

113

manatı və ya 0,43%-inin təqaüdlər və sosial müavinətlərə yönəldilməsi nəzərdə

tutulmuşdur.

“Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı” köməkçi

bölməsiüzrə “Ümumi dövlət xidmətləri” bölməsi xərclərinin 8,0%-i həcmində və

ya cari ilin müvafiq göstəricindən 2,3 faiz bəndi az olmaqla nəzərdə tutulmuşdur.

Köməkçi bölmə üzrə 2016-cı ildə 193300,0 min manat vəsait proqnozlaşdırılmışdır

ki, bu da 2014-cü ilin faktiki icrası ilə müqayisədə 59141,6 min manat (44,1%)

çox, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 12063,7 min manat (5,9%) azdır.

Cari ili ötən dövründə köməkçi bölmə üzrə 103834,1 min manat və ya təsdiq

edilmiş illik məbləğin 49,3%-i qədər vəsait icra edilmişdir.

Qeyd olunan xərclərin tərkibində Azərbaycan Respublikasının xaricdə olan

73 diplomatik nümayəndəlik və konsulluğunun saxlanılması xərcləri 71300,0 min

manat, yəni 2014-cü ilin faktiki icrası ilə müqayisədə 16481,1 min manat (30,1%)

çox, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 14288,2 min manat (25,1%)

artımla proqnozlaşdırılmışdır. 2016-cı il üçün bu vəsaitin artımla nəzərdə

tutulmasının səbəbi Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən

diplomatik nümayəndəliklərinin 2016-cı ildə saxlanılması xərclərinin tərtibi

zamanı manatın məzənnəsinin digər valyutalara nisbətən aşağı düşməsi nəticəsində

cari ilin dövlət büdcəsində diplomatik nümayəndəlik və konsulluqların

saxlanılması üçün nəzərdə tutulan vəsaitin manat ekvivalentinə nisbətən hazırkı

məzənnəyə uyğun olaraq hazırlanması ilə yanaşı yeni yaradılmış Azərbaycan

Respublikasının Əlcəzair Demokratik Respublikasındakı Səfirliyin saxlanılması

üçün əlavə vəsaitin nəzərə alınmasıdır.

İqtisadi təsnifata uyğun olaraq Azərbaycan Respublikasının xaricdə olan 73

diplomatik nümayəndəlik və konsulluğunun saxlanılması xərclərinin 34798,5 min

manatı və ya 48,8%-i əməyin ödənişinə, 12702,4 min manatı və ya 17,8%-i

malların (işlərin və xidmətlərin) satın alınmasına, 23623,8 min manatı və ya

33,1%-i digər xərclərə, 175,3 min manatı və ya 0,3%-i qeyri-maliyyə aktivlərinin

alınması ilə bağlı nəzərdə tutulmuşdur.

“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara görə, 2016-cı ildə beynəlxalq

maliyyə-kredit təşkilatlarında Azərbaycana məxsus səhm kapitalının və ictimai-

siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 32000,0 min manat, (Asiya

İnkişaf Bankı (ADB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), İslam İnkişaf

Bankı (IDB) Qrupu, İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı

Page 114: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

114

(ECOBANK), Asiya İnfrastuktur və Yenidənqurma Bankı (AİİB), BMT-nin

Katibliyi, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Dünya Ərzaq

Proqramı (UNWFP), İslаm Əməkdaşlıq Təşkilatı (OİC) və оnun qurumlаrı,

Müstəqil Dövlətlər Birliyi (CIS) təşkilatları, Аvrоpа Şurаsı və оnun qurumlаrı

(EC), Аvrоpаdа Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (OSCE), Аvrоpаdа

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE) Parlament Аssаmblеyаsı,

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Katibliyi, Türkdilli

Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibliyi, “Xəzər dənizinin dəniz ətraf

mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası (Tehran Konvensiyası),

Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq

Təbiəti Mühafizə İttifaqı, Ümumdünya Poçt İttifaqı və s.) və Azərbaycan

Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün

90000,0 min manat vəsait proqnozlaşdırılmışdır. Digər beynəlxalq fəaliyyətin

təmin edilməsi məqsədilə nəzərdə tutulmuş vəsaitin 70000,0 min manatını əvvəlki

illərdən fərqli olaraq Azərbaycan Respublikası tərəfindən xarici dövlətlərə verilən

(Serbiya Respublikasına) kreditlə bağlı xərclər və 20000,0 min manatını isə digər

beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcəkdir.

“Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri”köməkçi

bölməsinin xərcləri növbəti ildə 16232,4 min manat və ya bölmə xərclərinin 0,7%-i

həcmində nəzərdə tutulmuşdur. Bu köməkçi bölmə üzrə nəzərdə tutulmuş vəsaitin

13753,2 min manatı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, o

cümlədən, 7617,8 min manatının (46,9%) Dairə seçki komissiyalarının və

katibliyin saxlanılmasına, 6135,4 min manatının (37,8%) seçici siyahılarının

dəqiqləşdirilməsi ilə bağlı xərclərinə, 2479,2 min manatının (15,3%) isə

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən statistika

sistemində islahatların aparılması ilə bağlı xərclərin maliyyələşdirilməsinə

yönəldilməsi proqnozlaşdırılır. Qeyd edək ki, köməkçi bölmə üzrə 2015-ci ilin

ötən dövründə il üçün təsdiq edilmiş məbləğin 42,2%-i qədər və ya 26257,9 min

manat vəsait icra edilmişdir.

“Büdcələr arasında transfertlər” köməkçi bölməsinin xərclərinə287550,0

min manat və ya “Ümumi dövlət xidmətləri” bölməsi xərclərinin 11,9%-i

həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin faktiki icrası ilə

müqayisədə 1341,1 min manat və ya 0,5%, 2015-ci ilin gözlənilən icrası ilə

müqayisədə 15350,0 min manat və ya 5,1% azdır. 2015-ci ilin 8 ayı ərazində bu

Page 115: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

115

köməkçi bölmə üzrə 198891,9 min manat vəsait icra edilmişdir ki, bu da il üçün

təsdiq edilmiş məbləğin 65,7%-inə bərabərdir. Bu köməkçi bölmənin növbəti ilin

dövlət büdcəsi xərclərində xüsusi çəkisinin 1,8% olacağı proqnozlaşdırılmışdır ki,

bu da cari ilin müvafiq göstəricisindən 0,4 faiz bəndi çoxdur.

Bu vəsaitin 98,2%-i və ya 282350,0 min manatı Naxçıvan Muxtar

Respublikasına ayrılan dotasiya, 1,8%-i və ya 5200,0 min manatı isə bələdiyyələrə

dövlət dəstəyini təmin etmək məqsədilə nəzərdə tutulmuşdur.

“Elm” köməkçi bölməsinin xərclərinə 131721,7 min manat və ya “Ümumi

dövlət xidmətləri” bölməsi xərclərinin isə 5,5%-i həcmində vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2014-cü ilin faktiki icrası ilə müqayisədə 7532,5 min manat

və ya 6,1% çox və 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 15124,6 min

manat və ya 10,3% azdır.

“Dövlət borcu üzrə xidmətlər” köməkçi bölməsinə dövlətin daxili və xarici

borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında

yerinə yetirilməsi üçün 1249735,1 min manat nəzərdə tutulmuşdur ki, bu da 2014-

cü ilin faktiki icrası ilə müqayisədə 870799,8 min manat və ya 3,3 dəfə, 2015-ci

ilin gözlənilən icrası isə 489057,0 min manat və ya 64,3 faiz çoxdur. Bu xərclərin

xüsusi çəkisinin “Ümumi dövlət xidmətləri” bölməsinin xərclərinin 51,9%-i qədər

olacağı proqnozlaşdırılımışdır.

“Elm” və “Dövlət borcu üzrə xidmətlər” köməkçi bölmələri üzrə ətraflı təhlil

Rəyin aidiyyəti bölmələrində təqdim edilmişdir.

3.2. Sosialyönümlü sahələrdə xərclərin strukturu və əsas istiqamətləri

3.2.1. Elm, təhsil, səhiyyə və mədəniyyət xərcləri

Respublikamızda ardıcıl olaraq həyata keçirilən məqsədyönlü sosial-iqtisadi

siyasət nəticəsində dövlət büdcəsi xərclərində sosialyönümlü xərclərin

strukturunda elmin maliyyələşdirilməsinə xüsusi önəm verilir ki, bu da elm

sahələrinin, o cümlədən, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasına və

onların nəticələrinin tətbiqinə, müsabiqə əsasında elmi layihələrin

maliyyələşdirilməsinə, elmi-tədqiqat institutlarının müasir laboratoriya

avadanlıqları ilə təchiz edilməsinə əlverişli şərait yaratmaqla ölkəmizdə elmi

potensialın sürətli inkişafına təkan rolunu oynamaqdadır.

Page 116: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

116

2016-cı ilin dövlət büdcəsi layihəsində “Elm” köməkçi bölməsi üzrə

131721,8 min manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icra

göstəricisindən 7532,5 min manat və ya 6,1% çox, 2015-ci ilin müvafiq göstəricisi

ilə müqayisədə isə 18735,5 min manat və ya 12,5% azdır. Xərclərin azalmasına

büdcə xərclərinin inzibati təsnifatı üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə

bağlı vəsaitlərin və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar

xərclərinin, “Əmək haqqı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlər”ə

ayrılan vəsaitin, iqtisadi təsnifat üzrə isə malların, işlərin və xidmətlərin satın

alınması, digər xərclər və qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin

azalması təsir göstərmişdir. Dövlət büdcəsindən maliyyələşən təşkilatların

büdcədənkənar xərcləri nəzərə alınmadan “Elm” köməkçi bölməsi üzrə xərclər

2016-cı il üçün 126921,8 min manat və ya ümumilikdə köməkçi bölmə üzrə

xərclərin 96,4% olmaqla proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icra

göstəricisi ilə müqayisədə 4398,3 min manat çox, 2015-ci ilin proqnozu ilə

müqayisədə 9625,5 min manat, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə

6348,4 min manat azdır.

2016-cı ilin dövlət büdcəsi xərclərində elm xərclərinin xüsusi çəkisinin

2014-cü ilin icra və 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 0,1 faiz bəndi

çox olacağı nəzərdə tutulmuşdur (Cədvəl 38).

Cədvəl 38. 2014-2016-cı illərdə elm xərclərinin müqayisəsi

min manat

Köməkçi bölmə / Paraqraf 2014-cü il

(icra)

2015-ci il

(proqnoz)

2015-ci il

(gözlənilən

icra)

2016-cı il

(layihə)

2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

Elm 124 189,3 150 457,3 146 846,3 131 721,8 7 532,5 -18 735,5

Fundamental elm 115 709,3 140 838,9 137 458,7 122 529,8 6 820,5 -18 309,1

Ümumdövlət xidmətləri

üzrə tətbiqi tədqiqatlar

8 480,0 9 618,4 9 387,6 9 192,0 712,0 -426,4

Cədvəldən göründüyü kimi, elm xərclərinin 122529,8 min manatının və ya

93,0%-nin fundamental elmə, 9192,0min manatının və ya 7,0%-nin isə

ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlara yönəldilməsi nəzərdə tutulmuşdur.

Elm xərclərinin iqtisadi təsnifat üzrə bölgüsündə əməyin ödənişi ilə bağlı

xərclərin üstünlük təşkil edəcəyi proqnozlaşdırılmışdır (Cədvəl 39).

Page 117: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

117

Cədvəl 39. “Elm” köməkçi bölməsinin iqtisadi təsnifat üzrə xərclərinin 2014-2016-cı illər

üzrə müqayisəsi

min manat Xərc bölməsi 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016

layihə

2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Əməyin ödənişi 64 174,7 68 421,3 66 779,2 68 543,3 52,0 4 368,6 6,8 122,0 0,2

Malların (işlərin və xidmətlərin) satın

alınması

27 931,0 45 477,3 44 385,9 33 606,9 25,5 5 675,9 20,3 -11 870,4 -26,1

Subsidiyalar və cari transfertlər 8 843,2 8 491,5 8 287,7 8 431,5 6,4 -411,7 -4,7 -60,0 -0,7

Təqaüdlər və sosial müavinətlər 1 254,8 1 613,9 1 575,2 1 611,2 1,2 356,4 28,4 -2,7 -0,2

Digər xərclər 11 202,3 14 995,4 14 635,5 13 299,0 10,1 2 096,8 18,7 -1 696,3 -11,3

Qeyri-maliyyə aktivlərinin alınması 10 783,3 11 457,9 11 182,9 6 229,8 4,7 -4 553,5 -42,2 -5 228,1 -45,6

İqtisadi təsnifat üzrə xərclərin təhlili ümumilikdə “Elm” köməkçi bölməsi

üzrə 2016-cı il üçün xərclərin 2015-ci ilə nisbətən az proqnozlaşdırılması fonunda

əməyin ödənişi xərclərinin artımla nəzərdə tutulduğunu göstərir. Belə ki, büdcə

layihəsində əməyin ödənişi xərcləri köməkçi bölmə üzrə ümumi xərclərin 52,0%-

ni təşkil etməklə 2015-ci ilin müvafiq göstəricisini 6,5 faiz bəndi üstələyir. “Elm”

köməkçi bölməsindəki baş kredit sərəncamçıları üzrə isə əməyin ödənişi

xərclərinin xüsusi çəkisi müxtəlif səviyyələrdə proqnozlaşdırılmışdır (Cədvəl 40).

Cədvəl 40. 2014-2016-cı illərdə “Elm” köməkçi bölməsi üzrə əməyin ödənişi xərclərinin

xüsusi çəkiləri, faizlə Təşkilatlar 2014 icra 2015

proqnoz

2016

layihə

“Elm” köməkçi bölməsi 51,7 45,5 52,0

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi

72,0 75,1 80,2

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 85,0 78,3 78,5

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 66,6 68,3 71,1

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 66,9 65,8 70,0

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 65,5 65,6 68,9

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent

üzrə Dövlət Komitəsi

44,8 60,8 65,2

Milli Elmlər Akademiyanın Seysmologiya Mərkəzi - - 63,8

Azərbaycan Milli Elmlər Akademiyası 59,0 59,2 61,7

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 59,9 59,7 61,2

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 53,4 52,0 53,4

"Azərbaycan Milli Ensiklopediyası" Elm Mərkəzi 44,8 43,6 44,7

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar 43,3 37,7 39,4

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 29,2 31,6 32,9

Əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikasının Dövlət

Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti

Page 118: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

118

yanında Bilik fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin

İnkişafı Fondu üzrə bütün xərclər “Digər xərclər” və ya “Subsidiyalar və cari

transfertlər” bölmələri üzrə proqnozlaşdırılmışdır.

Növbəti ilin büdcə layihəsində elm xərcləri üzrə nəzərdə tutulan vəsaitin

33606,9 min manatı malların, iş və xidmətlərin satın alınması məqsədilə

proqnozlaşdırılmışdır.

Bu xərclərin də 43,3%-i və ya 14566,9 min manatı istehlak mallarının və

materiallarının alınmasına nəzərdə tutulmuşdur. Bu da 2015-ci ilin proqnoz

göstəriciləri ilə müqayisədə müvafiq olaraq 11870,4 min manat və ya 26,1%,

10963,1 min manat və ya 42,9% azdır.

“Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsinin xərclərinin elm

xərclərində xüsusi çəkisinin 25,5%-ni təşkil etməsi nəzərdə tutulmuşdur ki, bu da

2014-cü ilin icra göstəricisi ilə müqayisədə 3,0 faiz bəndi çox, 2015-ci ilin

proqnozu və gözlənilən icrası ilə müqayisədə isə 4,7 faiz bəndi azdır.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri

nəzərə alınmadan isə “Elm” köməkçi bölməsi üzrə xərclərin tərkibində “Malların

(işlərin və xidmətlərin) satın alınması” bölməsinin xərclərinin 2016-cı il üzrə

proqnozu 28806,9 min manat və ya büdcədənkənar xərclər nəzərə alınmadan

köməkçi bölmə üzrə xərclərin 22,7%-ni təşkil edəcəkdir. Bu da büdcədənkənar

xərclər nəzərə alınmadan 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 881,6 min

manat çox, 2015-ci ilin proqnozu ilə müqayisədə 2760,4 min manat, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə isə 2002,8 min manat azdır.

Malların, iş və xidmətlərin satın alınması məqsədilə proqnozlaşdırılmış

xərclərin tərkibində “Elmi-tədqiqat xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə

1780,0 min manat nəzərdə tutulmuşdur ki, bu da köməkçi bölmə üzrə xərclərin

1,4% səviyyəsindədir. Paraqraf üzrə vəsaitin 1150,0 min manatı və ya 64,6%-i

Azərbaycan Milli Elmlər Akademiyası, 380,0 min manatı və ya 21,3%-i

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, qalan 250,0 min manatı və ya

14,1%-i isə 7 kredit sərəncamçısı üzrə proqnozlaşdırılmışdır.

“Elm” köməkçi bölməsində “Əmək haqqı sisteminin təkmilləşdirilməsi və

digər sosial tədbirlər” blokunda 501,6 min manat məbləğində vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 4461,6 min manat və

ya 89,9% azdır.

Page 119: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

119

Növbəti ilin büdcə layihəsində “Elm” köməkçi bölməsinə ayrılacaq xərclərin

icrasının “Fundamental elm” paraqrafında 13, “Ümumdövlət xidmətləri üzrə

tətbiqi tədqiqatlar” paraqrafında 3 olmaqla 16 baş kredit sərəncamçısı tərəfindən

həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu da cari ilin göstəricindən 1 vahid

çoxdur. Belə ki, ilk dəfə olaraq Milli Elmlər Akademiyasının Respublika

Seysmoloji Xidmət Mərkəzinə ayrıca sətirdə vəsait proqnozlaşdırılmışdır.

Köməkçi bölmə üzrə proqnozlaşdırılmış xərclərin 87,5%-i 6 təşkilatın, o

cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı, Ədliyyə və

Müdafiə Sənayesi nazirlikləri, Azərbaycan Respublikası Prezidenti yanında Elmin

İnkişafı Fondu və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin payına düşəcək

(Cədvəl 41).

Cədvəl 41. 2014-2016-cı illərdə elm xərclərinin inzibati təsnifat üzrə strukturu

min manatla

№ Təşkilat 2014

icra

2015

proqnoz

2015

gözlənilən

icra

2016

layihə

Xüsus

i

çəkisi

2015-ci ilin

proqnozu ilə

müqayisə

2014-cü ilin

icrası ilə

müqayisə

Məbləğ Faiz Məbləğ Faiz

1 Azərbaycan Milli Elmlər

Akademiyası

80 905,8 85 381,6 83 332,5 79 517,7 60,4 -5 863,9 -6,9 -1 388,0 -1,7

2 Kənd Təsərrüfatı Nazirliyi 10 303,8 11 442,9 11 168,2 11 365,1 8,6 -77,8 -0,7 1 061,3 10,3

3 AR Prezidenti yanında Elmin

İnkişafı Fondu

7 960,5 7 585,7 7 403,6 7 525,5 5,7 -60,2 -0,8 -435,0 -5,5

4 Azərbaycan Respublikasının Milli

Arxiv İdarəsi

3944,0 5 123,4 5 000,4 4 849,6 3,7 -273,8 -5,3 905,6 23

5 Dövlət büdcəsindən maliyyələşən

təşkilatların büdcədənkənar xərcləri

1 665,8 13 910,0 13 576,2 4 800,0 3,6 -9 110,0 -65,5 3 134,2 188,1

6 Maddi-texniki təminatın möhkəm-

ləndirilməsi ilə bağlı xərclər

1 951,1 4 915,7 4 797,7 4 514,4 3,4 -401,3 -8,2 2 563,3 131,4

7 Ədliyyə Nazirliyi 3 333,3 4 350,5 4 246,1 4 178,7 3,2 -171,8 -3,9 845,4 25,4

8 Müdafiə Sənayesi Nazirliyi 3 887,8 4 203,2 4 102,3 4 001,3 3,0 -201,9 -4,8 113,5 2,9

9 Digər müəssisə və təşkilatlar 10237,2 13 544,4 13 219,3 10 969,5 8,3 -2 574,9 -19,0 -732,3 -7,2

Azərbaycan Milli Elmlər Akademiyası üzrə 2016-cı il üçün

proqnozlaşdırılmış 79517,7 min manat vəsaitin 49028,7 min manatı və ya 61,7%-i

əməyin ödənişi, 19679,4 min manatı və ya 24,8%-i malların, işlərin və xidmətlərin

satın alınması, 4371,2 min manatı və ya 5,5%-i qeyri-maliyyə aktivlərinin

alınması, 947,8 min manatı və ya 1,2%-i təqaüdlər və sosial müavinətlər və 5490,6

min manatı və ya 6,9%-i isə digər xərclər üzrə nəzərdə tutulmuşdur ki, bu da 2015-

ci ilin gözlənilən icra göstəricisinə nisbətən müvafiq olaraq 278,8 min manat (və ya

0,6%), 2423,6 min manat (və ya 11,%), 1866,9 min manat (və ya 29,9%), 19,0 min

manat (və ya 2,0%) və 735,2 min manat (və ya 15,5%) azdır.

Page 120: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

120

Azərbaycan Milli Elmlər Akademiyası üzrə əməyin ödənişi xərclərinin 65,0

min manatının ştatdankənar işçilərin əmək haqqı, 5066,7 min manatının əməyin

ödənişi ilə bağlı sair pul ödənişləri, 8916,9 min manatının isə əmək haqqına üstəlik

xərclərinə yönəldilməsi nəzərdə tutulmuşdur.

Hesablama Palatası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının

tabeçiliyində olan elm müəssisələrində aparılmış audit tədbirlərinin nəticələrini

nəzərə almaqla qeyd etmək lazımdır ki, əməyin ödənişi bölməsi üzrə xərclərin

proqnozlaşdırılması işçilərin əməyin ödənişi üzrə tarif dərəcələrinin Azərbaycan

Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “Bütün

sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu

Kitabçası”nın və “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin

Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələblərinə, həmçinin, boş vəzifələrin

əmək funksiyalarının yerinə yetirilməsinə görə ödənişlərin Azərbaycan

Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilməsi büdcə

ilində ayrılacaq vəsaitin müəyyən olunmuş normalar çərçivəsində istifadəsinə

şərait yaradar.

Büdcə layihəsində Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə

tutulmuş xərclərdə latın qrafikalı kitabların çap edilməsi ilə bağlı xərclərə 3511,2

min manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin proqnoz göstəricisi

ilə müqayisədə 1504,8 min manat və ya 30,0%, gözlənilən icradan isə 1384,4 min

manat və ya 28,3% azdır. Qeyd etmək lazımdır ki, 2013-2015-ci illərdə bu

məqsədlərə dövlət büdcəsindən 15048,0 min manat vəsait proqnozlaşdırılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına əsasən növbəti ildə

ayrılacaq vəsait latın qrafikası ilə kitab çapı üzrə lüğətlər və ensiklopediyalar,

Azərbaycan klassik ədəbiyyatı, Azərbaycan klassik poeziyasından digər dillərə

tərcümələr və dünya poeziyasından Azərbaycan dilinə tərcümələr, memarlıq, teatr,

musiqi sənəti, rəssamlıq və heykəltəraşlıq üzrə, digər ədəbiyyat əsərlərinin nəşri və

çap işlərinin görülməsinə sərf ediləcəkdir.

Layihədə, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat

institutlarının müasir laboratoriya avadanlıqları ilə təchizatına 1003,2 min manat

vəsait ayrılması təklif edilmişdir ki, bu da 2015-ci ildə ayrılması nəzərdə tutulmuş

vəsaitin 50%-i həcmində, gözlənilən icradan isə 955,0 min manat azdır.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin büdcə layihəsində ilk dəfə olaraq

fundamental elm paraqrafında Milli Elmlər Akademiyasının Respublika

Page 121: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

121

Seysmoloji Xidmət Mərkəzinə ayrıca sətirdə 2335,4 min manat vəsaitin ayrılması

təklif olunmuşdur ki, bu vəsaitin də 1491,1 min manatı və ya 63,9%-i əməyin

ödənişi, 810,1 min manatı və ya 34,7%-i malların, işlərin və xidmətlərin satın

alınması, 20,0 min manatı və ya 0,9%-i qeyri-maliyyə aktivlərinin alınması, 3,8

min manatı və ya 0,2%-i təqaüdlər və sosial müavinətlər və 10,5 min manatı və ya

0,5%-i isə digər xərclər üzrə nəzərdə tutulmuşdur. Respublika Seysmoloji Xidmət

Mərkəzi üzrə nəzərdə tutulan xərclərin ayrıca sətirdə verilməsi həmin məbləğ

həcmində Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitin azaldılması ilə

nəticələnmişdir.

Layihədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 2016-cı

ildə 11365,1 min manat (elm xərclərinin 8,6%-i) vəsaitin ayrılması

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 1061,3 min

manat və ya 10,3% çox, 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 77,8

min manat və ya 0,7% azdır. Bu vəsaitin 6959,7min manatı və ya 61,2%-i əməyin

ödənişi, 2202,3 min manatı və ya 19,4%-i malların, işlərin və xidmətlərin satın

alınması, 930,0 min manatı və ya 8,2%-i subsidiyalar və cari transfertlər, 125,3

min manatı və ya 1,1%-i təqaüdlər və sosial müavinətlər, 334,3 min manatı və ya

2,9%-i digər xərclər, 813,6 min manatı və ya 7,2%-i isə qeyri-maliyyə aktivlərinin

alınması xərcləri üzrə nəzərdə tutulmuşdur. “Aqrar sahədə idarəetmənin

təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər

haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152

nömrəli Fərmanının 2.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan

Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının

strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər

Kabineti 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərar ilə Azərbaycan Aqrar Elm

Mərkəzi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar və

İnformasiya Məsləhət Mərkəzi adlandırılmış, Nazirliyin tabeliyindəki bir sıra elmi-

tədqiqat institutlarının birləşdirilməsi və ya tabeliliyinin dəyişdirilməsi nəticəsində

onların sayı 13-dən 8-ə endirilmiş, eyni zamanda funksiyalarında müşahidə olunan

paralellik aradan qaldırılmışdır.

Qeyd olunan qərarın icrası ilə əlaqədar aparılmış struktur dəyişikliyi

nəticəsində institutlarda işçilərin sayı orta hesabla 20% ixtisar edilmişdir. Bu da öz

növbəsində 2016-cı il büdcə proqnozunda cari ilə nisbətən vəsaitin azalmasına öz

təsirini göstərmişdir. İnstitutların birləşdirilməsi və ştat vahidlərinin ixtisar

Page 122: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

122

edilməsi “dəftərxana və təsərrüfat xərcləri”, “ölkədaxili ezamiyyələr”, “digər

nəqliyyat xidmətləri” “ərzaq məhsullarının alınması”, “digər maşın və

avadanlıqlar”, “istehsalat obyektlərinin əsaslı təmiri” və digər paraqraf və

maddələr üzrə ayrılacaq vəsaitin azalmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 2016-cı ildə 4849,6 min

manat (elm xərclərinin 3,7%-i) vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki, bu da

2014-cü ilin icrası ilə müqayisədə 905,6 min manat və ya 23% çox, 2015-ci ilin

proqnoz göstəricisi ilə müqayisədə isə 273,8 min manat və ya 5,3% azdır. Bu

vəsaitin 1595,1 min manatı və ya 32,9%-i əməyin ödənişi, 2336,5 min manatı və

ya 48,2%-i malların, işlərin və xidmətlərin satın alınması, 59,6 min manatı və ya

1,2%-i təqaüdlər və sosial müavinətlər, 198,9 min manatı və ya 4,1%-i digər

xərclər, 659,6 min manatı və ya 13,6 %-i isə qeyri-maliyyə aktivlərinin alınması

xərcləri üzrə nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2016-cı ildə 2014-cü ilin

icrası ilə müqayisədə 845,4 min manat və ya 25,4% çox, 2015-ci ilin proqnoz

göstəricisi ilə müqayisədə isə 171,8 min manat və ya 3,9% az olmaqla 4178,7 min

manat (elm xərclərinin 3,2%-i) məbləğində vəsaitin ayrılması

proqnozlaşdırılmışdır. Bu vəsaitin 2969,3 min manatı və ya 71,1%-i əməyin

ödənişi, 662,3 min manatı və ya 15,9%-i malların, işlərin və xidmətlərin satın

alınması, 333,8 min manatı və ya 8,0%-i təqaüdlər və sosial müavinətlər, 63,3 min

manatı və ya 1,5%-i digər xərclər, 150,0 min manatı və ya 3,6 %-i isə qeyri-

maliyyə aktivlərinin alınması xərcləri üzrə nəzərdə tutulmuşdur.

Büdcə layihəsində elm müəssisələrinin maddi-texniki təminatının

möhkəmləndirilməsi üzrə xərclərə 4514,4 min manat (elm xərclərinin 3,4%-i)

vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə müvafiq

olaraq 2563,3 min manat və ya 131,4% çox, 2015-ci ilin proqnoz göstəricisi ilə

müqayisədə isə müvafiq olaraq 401,3 min manat və ya 8,2% azdır. Nəzərdə

tutulmuş azalma son illərdə bu məqsədlərə ayrılmış vəsait hesabına elmi

institutların maddi-texniki təminatının möhkəmləndirilməsi ilə əlaqədar bəzi

avadanlıqların alınması işlərinin başa çatması ilə əlaqədardır. Növbəti ildə

ayrılacaq məbləğin 4500,0 min manatının sair xərclər paraqrafı üzrə istifadəsi

təklif edilmişdir.

Layihədə elm müəssisələri üzrə büdcədənkənar xərclər 4800,0 min manat

məbləğində və ya köməkçi bölmə üzrə xərclərin 3,6%-i həcmində nəzərdə

Page 123: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

123

tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 3314,2 min manat və ya

2,8 dəfə çox, 2015-ci ilin göstəricisindən isə 9110,0 min manat və ya 65,5% azdır.

Bu vəsait bütünlüklə “Malların, işlərin və xidmətlərin satın alınması” paraqrafı

üzrə proqnozlaşdırılmışdır.

Büdcədənkənar xərclərin tərkibində Azərbaycan Milli Elmlər Akademiyası

üzrə 2016-cı ilin proqnozu 3000,0 min manat və ya ümumi xərclərin 62,5%-ni

təşkil edir ki, bu da cari ilin proqnozu ilə eynidir. Lakin, təqdim edilmiş maliyyə

hesabatlarının təhlili göstərir ki, 2014-cü ilin bu xərclərin faktiki icrası isə 866,3

min manat və ya 36,7%, 2015-ci ilin 6 ayı üzrə isə cəmi 460,4 min manat və ya

2014-cü il üçün təsdiq edilmiş məbləğin 15,4%-i qədər olmuşdur. AMEA-nın

institutları üzrə büdcədənkənar daxilolmalar əsasən elmi-tədqiqat və digər xidmət

haqlarından formalaşır.

Hesablama Palatası AMEA-nın elm müəssisələrində apardığı audit

tədbirlərinin nəticələrinə əsaslanaraq bildirir ki, bir çox institutlar əsasən büdcə

vəsaiti hesabına maliyyələşdirilməsi ilə kifayətlənərək öz fəaliyyətlərində

təsərrüfathesablı müqavilələrin bağlanmasına və əlavə vəsait əldə edilməsinə az

yer ayırır ki, bu da həmin müəssisələrin büdcədənkənar daxilolmalarına və

xərclərinə mənfi təsir göstərir. Bununla əlaqədar, hesab edirik ki, AMEA-nın elm

müəssisələrində büdcədənkənar gəlirlərin artırılması istiqamətində işlərin

gücləndirilməsi, sifarişlər əsasında tətbiqi tədqiqatların aparılması, perspektiv

layihələrə yerli və xarici qrantların cəlb olunması elm müəssisələrinin fəaliyyətini

stimullaşdırmaqla yanaşı, Azərbaycan elminin praktiki nailiyyətlərindən

faydalanmağa imkan verəcəkdir.

2016-cı ilin büdcə layihəsində Azərbaycan Respublikasının Prezidenti

yanında Elmin İnkişafı Fonduna 7525,5 min manat vəsait proqnozlaşdırılmışdır ki,

bu da elm xərclərinin 5,7%-ni təşkil etməklə 2015-ci ilin proqnozuna nisbətən 60,2

min manat və ya 0,8% az, gözlənilən icradan isə 121,9 min manat və ya 1,6%

çoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun

təqdim etdiyi məlumata əsasən aparılan işlərin davamı olaraq 2016-cı ildə də

böyük maliyyə həcmli kompleks elmi-tədqiqat proqramları layihələri ilə elmin

müxtəlif sahə və istiqamətlərinin davamlı inkişafını və multidisiplinar tədqiqatların

dəstəklənməsinin, qısa müddət ərzində əhəmiyyətli elmi nəticələr alınmasına şərait

yaradılmasının, maddi-texniki bazanın (cihaz, avadanlıq və qurğular) modern

səviyyədə yenilənməsini, xaricdə aparıcı təşkilatlarda bu cihazlarla işləyə biləcək

Page 124: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

124

milli kadr hazırlığının maliyyələşdirilməsi ilə yanaşı Elmin İnkişafı Fondu 2016-cı

il üçün əsas qrant müsabiqəsi, Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi,

“Şuşa qrantı” müsabiqəsi, “Universitet qrantı” müsabiqəsi, “İlin ən yaxşı alimi”,

“Mobillik qrantı” müsabiqələri, 3-cü Azərbaycan-Belarus beynəlxalq qrant

müsabiqəsi, 1-ci Azərbaycan-Fransa beynəlxalq qrant müsabiqəsi və 1-ci

Azərbaycan-Türkiyə beynəlxalq qrant müsabiqəsinin keçirilməsini planlaşdırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il

sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı

işlərinə həsr edilmiş müşavirədə gələn ilin büdcəsinin sosial yönümlü tədbirlərə

xüsusi diqqət yetirilməsini, sosial-iqtisadi həyatın bütün aspektləri üzrə zəruri

tədbirlərin həyata keçirilməsi məqsədilə vəsaitlərin nəzərdə tutulmasını əsas

prioritetlər olaraq müəyyən etmişdir. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlardan

da elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maliyyə təminatı ölkə

rəhbərliyinin müəyyən etdiyi vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə

əsaslanmışdır.

Təhsil xərcləri

Respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi, təhsildə

idarəetmənin təkmilləşdirilməsi, təhsil sistemində yeni maliyyələşmə

mexanizmlərinin həyata keçirilməsi, təhsil sisteminin informasiyalaşdırılması,

təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, habelə, dərslik və

dərs vəsaitləri ilə təmin edilməsi, kadr hazırlığının əmək bazarının tələblərinə

uyğun qurulması sahəsində nailiyyətlərin əldə olunması bilavasitə ölkəmizin

inkişafına istiqamətləndirilmiş sosial-iqtisadi siyasətin tərkib hissəsidir.

Təhsilin inkişafı üzrə qəbul edilmiş strategiyların, eləcə də, dövlət

proqramları və layihələrin həyata keçirilməsi isə ölkə rəhbərliyinin təhsilin

keyfiyyətinin yüksəldilməsi və onun inkişafını təmin etmək məqsədilə həyata

keçirdiyi məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.

2016-cı ilin dövlət büdcəsi layihəsində “Təhsil”bölməsinə 1713513,1 min

manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından 159648,2 min

manat və ya 10,3%, 2015-ci ilin müvafiq göstəricisindən isə 2332,7 min manat və

ya 0,1% çoxdur. Bölmə üzrə nəzərdə tutulmuş vəsaitin məbləği dövlət büdcəsi

xərclərinin 10,5%-ni təşkil edəcəkdir (Cədvəl 42).

Page 125: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

125

Cədvəl 42. 2014-2016-cı illərdə “Təhsil” bölməsi üzrə xərclərin müqayisəsi

min manatla

Sahələrin adları 2014-cü il

(icra)

2015-ci il

(proqnoz)

2015-ci il

(gözlənilən

icra)

2016-cı il

(layihə)

2014-cü ilin

icrası ilə

müqayisə

2015-ci ilin

proqnozu ilə

müqayisə

Məbləğ Fai

z

Məbləğ Faiz

Təhsil 1 553 864,9 1 711 180,4 1 653 721,3 1 713 513,1 159 648,2 10,3 2 332,7 0,1

Məktəbəqədər təhsil 152 186,3 165 575,4 159 614,7 157 372,4 5 186,1 3,4 -8 203,0 -5,0

Ümumi təhsil 866 800,0 898 254,0 871 306,4 940 134,6 73 334,6 8,5 41 880,6 4,7

İlk peşə-ixtisas təhsili 29 649,0 34 287,4 33 464,5 33 724,9 4 075,9 13,7 -562,5 -1,6

Orta ixtisas təhsili 37 785,8 44 646,7 42 860,8 43 563,7 5 778,0 15,3 -1 082,9 -2,4

Ali təhsil 160 612,0 39 215,7 38 431,3 37 235,6 -123 376,4 -

76,8

-1 980,1 -5,0

Əlavə təhsil 3 436,6 3 472,4 3 343,9 3 574,2 137,6 4,0 101,8 2,9

Təhsil sahəsində digər

müəssisə və tədbirlər

303 395,3 525 728,5 504 699,6 497 907,7 194 512,4 64,1 -27 820,8 -5,3

Cədvəldən göründüyü kimi, büdcə layihəsində “Təhsil” bölməsi, əsasən,

“Ümumi təhsil” köməkçi bölməsi üzrə 41880,6 min manat artımla, “Məktəbəqədər

təhsil” və “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölmələrində isə,

müvafiq olaraq, 8203,0 min manat və 27820,8 min manat azalma ilə nəzərdə

tutulmuşdur. Bu artma və azalmaların iqtisadi təsnifat üzrə bölgüsü və səbəbləri

növbəti səhifələrdə köməkçi bölmələrin izahında verilmişdir.

“Təhsil” bölməsi xərclərinin iqtisadi təsnifat üzrə bölgüsü əməyin ödənişi ilə

bağlı xərclərin ən böyük xüsusi çəkiyə malik olduğunu göstərir (Cədvəl 43).

Cədvəl 43. “Təhsil” bölməsinin iqtisadi təsnifat üzrə xərclərinin 2014-2016-cı illərlə

müqayisəsi

min manatla

Xərc maddəsinin adı 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası

ilə müqayisə

2015-in

proqnozu ilə

müqayisə

layihə xüsus

i çəki

Məbləğ Faiz Məbləğ Faiz

Təhsil 1 553 864,9 1 711 180,4 1 653 721,3 1 713 513,1 159 648,2 10,3 2 332,7 0,1

Əməyin ödənişi 1 008 659,3 1 047 897,2 1 014 721,8 1 118 507,6 65,3 109 848,3 10,9 70 610,4 6,7

Malların (işlərin və

xidmətlərin) satın alınması

231 397,3 251 388,0 242 378,4 236 224,9 13,8 4 827,6 2,1 -15 163,1 -6,0

Subsidiyalar və cari

transfertlər

0,0 0,0 0,0 18 500,0 1,1 18 500,0 - 18 500,0 -

Təqaüdlər və sosial

müavinətlər

60 775,9 37 029,5 35 811,4 33 069,4 1,9 -27 706,5 -45,6 -3 960,1 -10,7

Digər xərclər 208 767,1 337 594,6 324 942,3 277490,1 16,2 68 723,0 32,9 -60 104,5 -17,8

Qeyri-maliyyə aktivlərinin

alınması

44 265,3 37 271,1 35 867,4 29 721,1 1,7 -14 544,1 -32,9 -7 550,0 -20,3

“Təhsil” bölməsində 2015-ci il üçün proqnoz göstəriciləri ilə müqayisədə

iqtisadi təsnifat üzrə köməkçi bölmələrdə ümumilikdə 86798,9 min manat

məbləğində azalma və 89131,6 min manat məbləğində artım proqnozlaşdırılmışdır.

Page 126: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

126

“Əməyin ödənişi” xərclərinə bölmə üzrə xərclərin 65,3%-i həcmində

olmaqla, 1118507,6 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da

2014-cü ilin icrası ilə müqayisədə 109484,3 min manat və ya 10,9%, 2015-ci ilin

proqnoz göstəricisinə nisbətən 70610,4 min manat və ya 6,7% çoxdur.

“Digər xərclər” bölməsi üzrə 277490,1 min manat və ya “Təhsil” bölməsi

üzrə xərclərin 16,2%-i həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu isə

2014-cü ilin icra göstəricisi ilə müqayisədə 68723,0 min manat və ya 32,9% çox,

2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 60104,5 min manat və ya 17,8%

azdır. Digər xərclərin 263095,8 min manatı və ya 94,8%-i “Sair xərclər”

paraqrafında proqnozlaşdırılmışdır. Həmçinin, ilk dəfə olaraq “Subsidiyalar və cari

transfertlər” bölməsi üzrə 18500,0 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da

“Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsi üzrə Azərbaycan

Respublikası Təhsil Nazirliyinə nəzərdə tutulmuşdur. Qeyd edək, “Təhsil”

bölməsinin inzibati təsnifat üzrə xərclərində bu qurumun xüsusi çəkisinin 68,3%

olacağı proqnozlaşdırılmışdır (Cədvəl 44).

Cədvəl 44. 2014-2016-cı illərdə “Təhsil” bölməsinin inzibati təsnifat üzrə xərclərinin

müqayisəsi

min manatla

№ Bölmə / təşkilat 2014 icra 2015

proqnoz

2015

gözlənilə

n icra

2016

layihə

Xüs

usi

çəki

si

2014-cü ilin

icrası ilə

müqayisə

2015-ci ilin

proqnozu ilə

müqayisə

Məbləğ Faiz Məbləğ Faiz

- Təhsil 1 553 864,9 1 711 180,4 1 653

721,3

1 713 513,1 159 648,2 10,3 2 332,7 0,1

1 Azərbaycan Respublikasının

Təhsil Nazirliyi

1 085 701,2 1 110 718,7 1 075

776,1

1 170 017,6 68,28 84 316,5 7,8 59 298,9 5,3

2 Dövlət sifarişi ilə ali təhsilin

maliyyələşdirilməsi, təhsil

sahəsində islahatlar və digər

tədbirlər ilə bağlı xərclər

30 078,0 252 695,5 242 587,7 207 421,6 12,11 177 343,6 589,6 -45 273,9 -17,9

3 Yerli icra hakimiyyəti orqanları 150 661,1 169 534,7 163 415,6 161 028,0 9,40 10 366,9 6,9 -8 506,7 -5,0

4 Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

68 615,8 74 249,0 71 359,2 73 347,6 4,28 4 731,8 6,9 -901,4 -1,2

5 Dövlət büdcəsindən

maliyyələşən təşkilatların

büdcədənkənar xərcləri

14 556,5 19 378,5 18 603,4 22 490,5 1,31 7 934,0 54,5 3 112,0 16,1

6 "ADA" Universiteti 12 191,6 17 556,0 17 204,9 17 556,0 1,02 5 364,4 44,0 0,0 0,0

7 Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyi

10 123,3 11 046,8 10 604,9 9 975,1 0,58 -148,1 -1,5 -1 071,6 -9,7

8 M.V.Lomonosov adına Moskva

Dövlət Universitetinin Bakı

Filialı

6 989,9 8 014,6 7 854,3 8 014,6 0,47 1 024,6 14,7 0,0 0,0

9 Azərbaycan Respublikasının

Səhiyyə Nazirliyi

6 302,4 7 696,6 7 424,0 7 673,5 0,45 1 371,1 21,8 -23,1 -0,3

10 Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət

Komissiyası

4 873,8 5 673,7 5 446,8 5 061,8 0,30 188,0 3,9 -611,9 -10,8

Page 127: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

127

11 Azərbaycan Respublikası Daxili

İşlər Nazirliyinin Daxili

Qoşunlarının Baş İdarəsi

3 597,0 4 596,1 4 412,3 4 686,6 0,27 1 089,6 30,3 90,4 2,0

12 Azərbaycan Respublikasının

Fövqəladə Hallar Nazirliyi

3 829,1 3 887,3 3 731,8 4 263,5 0,25 434,4 11,3 376,2 9,7

13 Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi

4 203,3 4 521,6 4 378,7 4 250,0 0,25 46,7 1,1 -271,6 -6,0

14 İ.M. Seçenov adına Moskva

Dövlət Tibb Universitetinin

Bakı filialı

0,0 0,0 0,0 4 012,8 0,23 4 012,8 - 4 012,8 -

15 Maddi-texniki təminatın

möhkəmləndirilməsi və əsaslı

təmir

0,0 6 520,8 6 260,0 4 012,8 0,23 4 012,8 - -2 508,0 -38,5

16 Digər müəssisə və təşkilatlar 152 142,1 15 090,6 14 661,8 9 701,1 0,57 -142441,0 -93,6 -5 389,5 -35,7

Azərbaycan Respublikası Təhsil Nazirliyinə proqnozlaşdırılmış 1170017,6

min manat məbləğində vəsaitin 707413,9 min manatı və ya 60,5%-i yerli

xərclərdən, 462603,7 min manatı və ya 39,5%-i isə mərkəzləşdirilmiş xərclərdən

ibarət olması nəzərdə tutulmuşdur. Bu da 2015-ci ilin proqnozu ilə müqayisədə

yerli xərclər üzrə 28091,9 min manat və ya 3,8% azalma, mərkəzləşdirilmiş xərclər

üzrə isə 87390,8 min manat və ya 23,3% artım deməkdir.

Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının 2016-cı il və

sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası”nın 5.5.3-cü bəndinə

əsasən təhsil sahəsində büdcə idarəçiliyinin səmərəliliyinin artırılması və əks-

mərkəzləşdirmənin gücləndirilməsi, təhsilin keyfiyyətinin və əhalinin təhsil almaq

imkanlarının daha da genişləndirilməsi təhsil sahəsində qarşıda duran əsas

məqsədlərdən biri kimi müəyyən edilmişdir.

Ayrılacaq vəsaitin 938649,4 min manatı və ya 80,2%-i “Ümumi təhsil”,

30791,1 min manatı və ya 2,6%-i “İlk peşə ixtisas təhsili”, 34500,4 min manatı və

ya 2,9%-i “Orta-ixtisas təhsili”, 664,3 min manatı və ya 0,1% -i “Ali təhsil”,

1865,6 min manatı və ya 0,2%-i “Əlavə təhsil”, 163546,9 min manatı və ya 14,0%-

i “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölmələri üzrə nəzərdə

tutulmuşdur. Növbəti ilə ayrılacaq vəsaitin iqtisadi təsnifat üzrə 940366,7 min

manatı və ya 80,4%-i “Əməyin ödənişi”, 121943,7 min manatı və ya 10,4%-i

“Malların (işlərin və xidmətlərin) satın alınması”, 18500,0 min manatı və ya 1,6%-

i “Subsidiyalar və cari transfertlər”, 29537,0 min manatı və ya 2,5%-i “Təqaüdlər

və sosial müavinətlər”, 35610,0 min manatı və ya 3,0%-i “Digər xərclər”, 24060,3

min manatı və ya 2,1%-i isə “Qeyri-maliyyə aktivlərinin alınması” paraqrafı üzrə

proqnozlaşdırılmışdır.

Növbəti ilin büdcə layihəsində “Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə

157372,4 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da bölmə üzrə

Page 128: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

128

xərclərdə 9,2% təşkil etməklə 2014-cü ilin icrası ilə müqayisədə 5186,1 min manat

və ya 3,4% çox, 2015-ci ilin proqnoz göstəricisindən isə 8203,0 min manat və ya

5,0% azdır. Layihədə “Məktəbəqədər təhsil” paraqrafında proqnozlaşdırılmış

vəsait tam məbləğdə yerli icra hakimiyyəti orqanları, o cümlədən, 2144,5 min

manatı sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri ilə bağlı xərclər

üzrə nəzərdə tutulmuşdur.

“Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə nəzərdə tutulan vəsaitin

iqtisadi təsnifat üzrə bölgüsü Cədvəl 45-də verilmişdir.

Cədvəl 45. 2014-2016-cı illərdə “Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə vəsaitin

iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manat

Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Məktəbəqədər təhsil 152 186,3 165 575,4 159 614,7 157 372,4 9,2 5 186,1 3,4 -8 203,0 -5,0

Əməyin ödənişi 65 747,7 69 327,6 66 831,8 68 875,7 43,8 3 128,0 4,8 -451,9 -0,7

Malların (işlərin və xidmətlərin) satın alınması

73 366,2 81 071,3 78 152,7 76 651,2 48,7 3 285,0 4,5 -4 420,1 -5,5

Təqaüdlər və sosial müavinətlər 337,3 761,5 734,1 624,1 0,4 286,8 85,0 -137,4 -18,0

Digər xərclər 7 856,8 9 254,1 8 920,9 7 352,8 4,7 -504,0 -6,4 -1 901,2 -20,5

Sair xərclər 5 843,2 5 875,9 5 664,4 4 668,3 -1 174,9 -20,1 -1 207,6 -20,6

Qeyri-maliyyə aktivlərinin alınması 4 878,3 5 161,0 4 975,2 3 868,6 2,5 -1 009,7 -20,7 -1 292,4 -25,0

Göründüyü kimi, köməkçi bölmə üzrə cari illə müqayisədə azalma əsasən

“Malların (işlərin və xidmətlərin) satın alınması”, “Digər xərclər”, “Qeyri-maliyyə

aktivlərinin alınması” bölmələri üzrə olacaqdır. “Malların (işlərin və xidmətlərin)

satın alınması” bölməsindəki azalmanın 1903,0 min manatı və ya 43,1%-i

“İdarənin saxlanılması”, 2194,7 min manatı və ya 49,7%-i “İstehlak mallarının və

materiallarının alınması” köməkçi bölmələri üzrə nəzərdə tutulmuşdur.

“Məktəbəqədər təhsil” paraqrafı üzrə yerli icra hakimiyyəti orqanlarına 2015-

ci ildə nəzərdə tutulmuş vəsaitin 51317,7 min manatını ərzaq xərcləri təşkil

etmişdir. Hesablama Palatasının keçirdiyi audit tədbirləri, eləcə də, Palataya daxil

olan hesabat məlumatlarının təhlili göstərir ki, 2015-ci ildə respublikanın

məktəbəqədər təhsil müəssisələrində 1 uşaq/günə düşən ərzaq xərcinin proqnoz

göstəriciləri müxtəlifdir, o cümlədən, Bakı şəhəri – 3,79 manat, Gəncə şəhəri –

1,10 manat, Lənkəran şəhəri – 1,04 manat, Şəki şəhəri – 1,17 manat, Cəlilabad

rayonu – 1,40 manat, Göyçay rayonu – 1,20 manat, Masallı rayonu – 1,19 manat,

Qazax rayonu – 1,05 manat, Quba rayonu – 1,04 manat, Sabirabad rayonu – 1,34

Page 129: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

129

manat, Xaçmaz rayonu – 1,52 manat, Şəmkir rayonu – 1,00 manat, Zaqatala

rayonu – 1,06 manat.

Büdcə layihəsində “Ümumi təhsil” köməkçi bölməsi üzrə xərclərə növbəti

ildə 940134,6 min manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası

ilə müqayisədə 73334,6 min manat və ya 8,5% və 2015-ci ilin müvafiq

göstəricisinə nisbətən 41880,6 min manat və ya 4,7% çoxdur. Köməkçi bölmənin

bölmə üzrə xərclərdəki xüsusi çəkisi 54,9% təşkil edəcəkdir. Proqnozlaşdırılmış

vəsaitin əsasən əməyin ödənilməsi xərcləri üçün nəzərdə tutulmuşdur (Cədvəl 46).

Cədvəl 46. 2014-2016-cı illərdə “Ümumi təhsil” köməkçi bölməsi üzrə nəzərdə tutulan

vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manat Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Ümumi təhsil 866 800,0 898 254,0 871 306,4 940 134,6 54,9 73 334,6 8,5 41 880,6 4,7

Əməyin ödənişi 783 105,8 807 748,6 783 516,2 863 648,3 91,9 80 542,5 10,3 55 899,7 6,9

Malların (işlərin və xidmətlərin) satın

alınması 63 031,7 65 447,3 63 483,9 51 763,6 5,5 -11 268,0 -17,9 -13 683,7 -20,9

Ərzaq məhsullarının alınması 2 806,5 2 795,3 2 711,5 0,0 -2 806,5 -100,0 -2 795,3 -100,0

Təqaüdlər və sosial müavinətlər 5 165,0 8 659,0 8 399,3 8 480,1 0,9 3 315,1 64,2 -178,9 -2,1

Digər xərclər 9 305,7 10 169,7 9 864,6 12 102,5 1,3 2 796,8 30,1 1 932,7 19,0

Sair xərclər 6 976,3 7 238,9 7 021,7 9 063,4 2 087,2 29,9 1 824,5 25,2

Qeyri-maliyyə aktivlərinin alınması 6 191,9 6 229,3 6 042,5 4 140,1 0,4 -2 051,8 -33,1 -2 089,2 -33,5

Növbəti ildən başlayaraq 26 internat tipli təhsil müəssisəsinin (Gəncə

şəhəri üzrə - 3 müəssisə, Lənkəran şəhəri üzrə 2 müəssisə, Sumqayıt şəhəri üzrə-3

müəssisə, Quba rayonu üzrə-2 müəssisə, Mingəçevir, ,Şəki, Ağdaş, Balakən,

Bərdə, Biləsuvar, Zaqatala, Goranboy, Göyçay, Lerik, Neftçala, Salyan, Siyəzən,

Tovuz, Füzuli, Şamaxı üzrə hər birində 1 müəssisə) saxlanılması xərclərinin yerli

xərclərdən çıxarılaraq Təhsil Nazirliyinin mərkəzləşdirilmiş xərclərində nəzərdə

tutulması ilə əlaqədar olaraq “Ümumi təhsil" köməkçi bölməsi üzrə ərzaq

məhsullarının alınması xərcləri “Təhsil sahəsində digər müəssisə və tədbirlər”

köməkçi bölməsində proqnozlaşdırılmışdır.

Layihədə “İlk peşə-ixtisas təhsili” köməkçi bölməsi üzrə 33724,9 min manat

vəsait proqnozlaşdırılmışdır. Bu məbləğ bölmə üzrə nəzərdə tutulmuş xərclərin

2,0%-ni təşkil etməklə 2014-cü ilin icrası ilə müqayisədə 4075,9 min manat və ya

13,7% çox, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə isə 562,5 min manat və

ya 1,6% azdır.

Page 130: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

130

Köməkçi bölmə üzrə nəzərdə tutulmuş vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü

ilk peşə-ixtisas təhsili ilə bağlı xərclərdə də əməyin ödənişi ilə bağlı xərclərin

böyük paya malik olacağını göstərir (Cədvəl 47).

Cədvəl 47. 2014-2016-cı illərdə “İlk peşə-ixtisas təhsili” köməkçi bölməsi üzrə nəzərdə

tutulan vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manat Təsnifat 2014

icra

2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

İlk peşə-ixtisas təhsili 29 649,0 34 287,4 33 464,5 33 724,9 2,0 4 075,9 13,7 -562,5 -1,6

Əməyin ödənişi 17 963,5 20 107,5 19 624,9 20 132,0 59,7 2 168,5 12,1 24,4 0,1

Malların (işlərin və xidmətlərin) satın

alınması 2 347,1 3 336,4 3 256,3 3 010,7 8,9 663,6 28,3 -325,7 -9,8

Ərzaq məhsullarının alınması 895,8 950,0 927,2 950,0 54,2 6,1 0,0 0,0

Təqaüdlər və sosial müavinətlər 9 138,8 10 508,6 10 256,4 10 289,7 30,5 1 150,8 12,6 -219,0 -2,1

Digər xərclər 139,9 235,4 229,7 214,6 0,6 74,7 53,4 -20,8 -8,8

Sair xərclər 39,8 45,0 43,9 28,0 -11,8 -29,7 -17,0 -37,8

Qeyri-maliyyə aktivlərinin alınması 59,7 99,5 97,1 78,0 0,2 18,3 30,6 -21,5 -21,6

2016-cı ilin büdcə layihəsində “Orta ixtisas təhsili” köməkçi bölməsi üzrə

43563,7 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da “Təhsil” bölməsi üzrə

nəzərdə tutulmuş ümumi xərclərin 2,5%-ni təşkil edir və bu xərclər 2014-cü ilin

icrası ilə müqayisədə 5778,0 min manat və ya 15,3% çox, cari ilin proqnoz

göstəricisi ilə müqayisədə isə 1082,9 min manat və ya 2,4% azdır.

Köməkçi bölmə üzrə nəzərdə tutulmuş vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü

qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin 0,3% olmaqla ən kiçik və

əməyin ödənişi ilə bağlı xərclərin isə 70,7% olmaqla ən böyük xüsusi çəkiyə malik

olacağını göstərir.

Növbəti ilin büdcə layihəsində dövlət sifarişi ilə bağlı proqnozlaşdırılmış

vəsait istisna olmaqla“Ali təhsil” köməkçi bölməsi üzrə 37235,6 min manat vəsait

nəzərdə tutulmuşdur. Bu da “Təhsil” bölməsi üzrə nəzərdə tutulmuş ümumi

xərclərin 2,2%-ni təşkil etməklə 2014-cü ilin icrası ilə müqayisədə 123376,4 min

manat və ya 76,8%, cari ilin müvafiq göstəricisi ilə müqayisədə isə 1980,1 min

manat və ya 5,0% azdır.

2016-cı il üçün köməkçi bölmə üzrə xərclərdə ilk dəfə olaraq yeni

yaradılmış İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının

maliyyələşdirilməsi üçün 4012,8 min manat vəsait nəzərdə tutulmuşdur. Həmçinin,

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2008,4 min manat

vəsait nəzərdə tutulmuş, cari ildə olduğu kimi, bu vəsaitin 144,5 min manatı və ya

Page 131: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

131

7,2%-i “Gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi” üzrə

proqnozlaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasına dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və

qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə

bağlı xərclərə cari illə müqayisədə 63,7 min manat və ya 19,9% az olmaqla 256,2

min manat vəsait proqnozlaşdırılmışdır. Hesablama Palatası “Təhsil haqqında”

Azərbaycan Respublikası Qanununun 24-cü (“Əlavə təhsil”) maddəsinin

tələblərinə uyğun olaraq, ixtisaslaşdırma və yenidənhazırlama xərclərinin “Ali

təhsil” köməkçi bölməsində deyil, “Əlavə təhsil” köməkçi bölməsində

proqnozlaşdırılmasını məqsədəuyğun hesab edir.

Köməkçi bölmə üzrə nəzərdə tutulmuş vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü

2016-cı ildə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin 2015-ci ilin

müvafiq göstəricisi ilə müqayisədə ən böyük azalma tempi ilə nəzərdə tutulduğunu

göstərir (Cədvəl 48).

Cədvəl 48. 2014-2016-cı illərdə “Ali təhsil” köməkçi bölməsi üzrə nəzərdə tutulan vəsaitin

iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manat Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in

proqnozu ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Ali təhsil 160 612,0 39 215,7 38 431,3 37 235,6 2,2 -123 376,4 -76,8 -1 980,1 -5,0

Əməyin ödənişi 2 376,2 2 938,7 2 880,0 2 847,2 7,6 471,1 19,8 -91,5 -3,1

Malların (işlərin və xidmətlərin) satın

alınması 436,0 653,9 640,8 580,7 1,6 144,7 33,2 -73,2 -11,2

Təqaüdlər və sosial müavinətlər 35 085,5 256,2 251,0 236,2 0,6 -34 849,4 -99,3 -20,0 -7,8

Digər xərclər 122 579,1 35 238,9 34 534,1 33 471,5 89,9 -89 107,6 -72,7 -1 767,4 -5,0

Sair xərclər 121 934,0 34 943,8 34 244,9 33 092,7 -88 841,3 -72,9 -1 851,1 -5,3

Qeyri-maliyyə aktivlərinin alınması 135,2 128,0 125,4 100,0 0,3 -35,2 -26,0 -28,0 -21,9

“Ali təhsil” köməkçi bölməsi üzrə proqnozlaşdırılmış azalma əsasən iqtisadi

təsnifat üzrə “Təqaüdlər və sosial müavinətlər” və “Digər xərclər” bölmələrində

nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasına nisbətən, müvafiq olaraq

34849,4 min manat və ya 99,3%, 89107,6 min manat və ya 72,7% az təşkil edir.

2015-ci ilin proqnoz göstəricilərinə nisbətən isə müvafiq olaraq 20,0 min manat və

ya 7,8 %, 1767,4 min manat və ya 5,0% azdır.

Növbəti ilin büdcə layihəsində “Əlavə təhsil” köməkçi bölməsi üzrə 3574,2

min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da “Təhsil” bölməsi üzrə nəzərdə

Page 132: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

132

tutulmuş ümumi xərclərin 0,2%-i deməkdir. Bu xərclər 2014-cü ilin icrası ilə

müqayisədə 137,6 min manat və ya 4,0%, cari ilin müvafiq göstəricisi ilə

müqayisədə isə 101,8 min manat və ya 2,9% çoxdur.

Köməkçi bölmə üzrə nəzərdə tutulmuş vəsaitin iqtisadi təsnifat üzrə

bölgüsündə azalma yalnız malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı

xərclərdə 4,4% olmaqla azalma proqnozlaşdırılmışdır (Cədvəl 49).

Cədvəl 49. 2014-2016-cı illərdə “Əlavə təhsil” köməkçi bölməsi üzrə nəzərdə tutulan

vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manat

Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in

proqnozu ilə

müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Əlavə təhsil 3 436,6 3 472,4 3 343,9 3 574,2 0,2 137,6 4,0 101,8 2,9

Əməyin ödənişi 1 824,7 1 741,1 1 676,7 1 742,5 48,8 -82,2 -4,5 1,5 0,1

Malların (işlərin və xidmətlərin) satın

alınması 145,6 230,1 221,5 220,1 6,2 74,5 51,2 -10,0 -4,4

Təqaüdlər və sosial müavinətlər 49,8 79,6 76,7 79,6 2,2 29,8 59,9 0,0 0,0

Digər xərclər 1 413,5 1 417,1 1 364,7 1 527,4 42,7 114,0 8,1 110,3 7,8

Sair xərclər 1 395,0 1 395,0 1 343,4 1 505,0 110,0 7,9 110,0 7,9

Qeyri-maliyyə aktivlərinin alınması 3,0 4,5 4,3 4,5 0,1 1,5 50,0 0,0 0,0

Büdcə layihəsində “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi

bölməsi üzrə 497907,7 min manat və ya bölmə üzrə xərclərin 29,1%-i həcmində

vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 194512,4

min manat və ya 64,1% çox, 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə

27821,1 min manat və ya 5,3% azdır. Köməkçi bölməyə ayrılması nəzərdə tutulan

vəsaitin 99002,5 min manatı və ya 19,9%-i məktəbdənkənar təhsil müəssisələri,

3013,6 min manatı və ya 0,6%-i uşaq evləri, 6249,3 min manatı və ya 1,3%-i

mərkəzləşdirilmiş mühasibatlıq, 389642,3 min manatı və ya 78,3%-i digər

müəssisə və tədbirlər paraqrafı üzrə proqnozlaşdırılmışdır.Qeyd olunduğu kimi,

köməkçi bölmədə ayrılması nəzərdə tutulmuş vəsaitin 99002,5 min manatı

məktəbdənkənar təhsil müəssisələrinin payına düşür ki, bunun da 30911,0 min

manatının və ya 31,2%-nin Azərbaycan Respublikası Təhsil Nazirliyi, 68091,6 min

manatının və ya 68,8%-nin Azərbaycan Respublikası Mədəniyyət və Turizm

Nazirliyinin tabeliyində olan yerli icra hakiiyyəti orqanları tərəfindən istifadəsi

proqnozlaşdırılmışdır. Bu vəsaitin müvafiq olaraq 23372,7 min manatı və ya

75,6%-i və 63967,6 min manatı və ya 93,9%-i əməyin ödənişi xərcləri ilə bağlı

olacaqdır.

Page 133: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

133

“Təhsil” bölməsində “Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi,

təhsil sahəsində islahatlar və digər tədbirlərlə bağlı xərclər” blokunda 2014-cü ilin

icrası ilə müqayisədə 177343,6 min manat və ya 6,9 dəfə çox, 2015-ci ilin

proqnozu ilə müqayisədə 45273,9 min manat və ya 17,9% və 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə isə 35166,1 min manat və ya 14,5% az olmaqla

207421,6 min manat məbləğində vəsait proqnozlaşdırılmışdır. Bu xərclər “Təhsil”

bölməsi xərclərinin 12,1%-ni təşkil edəcəkdir. Təqdim edilmiş məlumatlara əsasən,

həmin vəsaitin 140448,0 min manatını bakalavriat və magistratura pillələri üzrə

dövlət sifarişi ilə təhsil alanlara düşən xərclər, yerdə qalan hissəsini isə

respublikanın 12 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan,

bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək

haqlarının artımı üçün xərclər və yeni uşaq bağçalarının fəaliyyətə başlaması və

digər zəruri tədbirlərlə əlaqədar xərclər təşkil edəcəyi nəzərdə tutulmuşdur

“Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, təhsil sahəsində islahatlar

və digər tədbirlərlə bağlı xərclər” blokunda proqnozlaşdırılmış vəsaitin 14238,8

min manatı və ya 6,9%-i “Əməyin ödənişi”, 193182,8 min manatı və ya 93,1%-i

isə “Digər xərclər” bölməsi üzrə nəzərdə tutulmuşdur.

Qeyd edək ki, təhsil alan tələbələrin dinamikasında artım müşahidə edilir.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən dövlət sifarişi

əsasında və dövlət hesabına təhsil alanların sayı 2012/2013-cü tədris ilində 51462

nəfər, 2013/2014-cü tədris ilində 51369 nəfər, 2014/2015-ci tədris ilində isə 53053

nəfər olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci

il 28 avqust tarixli 232s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Növbəti 2013/2014-

cü və sonrakı 2014/2015-ci–2016/2017-ci tədris illəri üçün ali təhsil

müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə ayrı-ayrı ixtisaslar üzrə

dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu”na əsasən 2015/2016-cı tədris ilində

bakalavr səviyyəsi üzrə 11598, magistratura səviyyəsi üzrə 2621 nəfər dövlət

sifarişi ilə tələbə qəbulu nəzərdə tutulmuşdur.

Köməkçi bölmə üzrə nəzərdə tutulmuş vəsaitin iqtisadi təsnifat üzrə təhlili

son illərlə müqayisədə ilk dəfə olaraq subsidiya və cari transfertlərlə bağlı xərclərin

nəzərdə tutulduğunu göstərir (Cədvəl 50).

Page 134: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

134

Cədvəl 50. 2014-2016-cı illərdə “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi

bölməsi üzrə nəzərdə tutulan vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manat

Təsnifat 2014 icra 2015 proqnoz

2015 gözlənilən

icra

2016 layihə 2014-ün icrası ilə müqayisə

2015-in proqnozu ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Təhsil sahəsində digər müəssisə və

tədbirlər 303 395,3 525 728,8 504 699,6 497 907,7 29,1 194 512,4 64,1 -27 821,1 -5,3

Əməyin ödənişi 110 811,6 115 225,8 110 616,8 130 454,0 26,2 19 642,4 17,7 15 228,2 13,2

Malların (işlərin və xidmətlərin) satın

alınması 90 414,5 98 426,2 94 489,1 101 902,7 20,5 11 488,3 12,7 3 476,6 3,5

Ərzaq məhsullarının alınması 12 904,7 13 346,4 12 812,5 15 934,6 3 029,9 23,5 2 588,2 19,4

İnventar və avadanlığın alınması 46 636,5 47 864,8 45 950,2 50 160,5 3 524,0 7,6 2 295,7 4,8

Subsidiyalar və cari transfertlər 0,0 0,0 0,0 18 500,0 3,7 18 500,0 - 18 500,0 -

Təqaüdlər və sosial müavinətlər 2 133,6 5 650,5 5 424,5 3 152,5 0,6 1 018,9 47,8 -2 498,0 -44,2

Digər xərclər 67 154,8 280 910,0 269 673,6 222 481,0 44,7 155 326,2 3,3

dəfə

-58 429,0 -20,8

Sair xərclər 51 807,3 267 984,1 257 264,7 214 698,3 162 891,0 314,4 -53 285,8 -19,9

Qeyri-maliyyə aktivlərinin alınması 32 880,8 25 516,3 24 495,6 21 417,4 4,3 -11 463,5 -34,9 -4 098,9 -16,1

Cədvəldən göründüyü kimi, cari illə müqayisədə köməkçi bölmə üzrə

“Əməyin ödənişi” xərcləri 15228,2 min manat artımla nəzərdə tutulmuşdur ki, bu

da ümumilikdə “Təhsil” bölməsi üzrə əməyin ödənişi xərclərinin artımının 21,6%-

ni təşkil edir. İlk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin

xərclərində proqnozlaşdırılmış “Subsidiyalar və cari transfertlər” bölməsində

18500,0 min manat vəsait Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19

yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi

ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı xərcləri

əhatə edəcəkdir. “Digər xərclər” bölməsində nəzərdə tutulmuş 58450,2 min manat

azalma, əsasən, yuxarıda qeyd edilən “Dövlət sifarişi ilə ali təhsilin

maliyyələşdirilməsi, təhsil sahəsində islahatlar və digər tədbirlərlə bağlı xərclər”

bloku üzrə xərclərin azaldılması ilə əlaqədardır.

Cari və ötən ilin dövlət büdcəsi haqqında qanun layihələrinə rəylərdə

Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 25 iyun tarixli 120 nömrəli “Ali təhsil müəssisələrində yeni

maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Qərarına uyğun olaraq

dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqı kimi ali təhsil müəssisələrinə

ödənilən vəsaitlə tələbələrə ödənilən təqaüd məbləğlərinin ayrı sətirlərdə

proqnozlaşdırılmasının şəffaflığın təmin edilməsi baxımından müsbət hal ola

biləcəyi bildirilmişdir. Lakin 2016-cı ilin dövlət büdcəsi layihəsində də həmin

Page 135: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

135

xərclər bir sətirlə proqnozlaşdırılmışdır. Həmçinin, ali təhsil müəssisələrində

təhsilin adambaşına maliyyələşdirməsi üzrə vəsaitlər “Ali təhsil” köməkçi

bölməsində deyil, “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi

bölməsinin “Digər müəssisə və tədbirlər” paraqrafında verilmişdir. Qeyd

olunanları nəzərə alaraq, büdcə təsnifatı və proqnozlaşdırmanın şəffaflığı

baxımından əvvəlki illərdə bu istiqamətdə Hesablama Palatası tərəfindən

təkliflərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik.

Layihədə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar

xərcləri 22490,5 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu vəsait

“Təhsil” bölməsi xərclərinin 1,3%-ni təşkil etmişdir. Bu, 2014-cü ilin icrası ilə

müqayisədə 7934,0 min manat və ya 54,5%, 2015-ci ilin proqnozu ilə müqayisədə

isə 3112,0 min manat və ya 16,1% çoxdur. Həmin vəsaitin də 22205,0 min manatı

və ya 98,7%-i “Digər alışlar və xidmətlər” yarımmaddəsində, 285,5 min manatı və

ya 1,3%-i isə “Sair xərclər” paraqrafında nəzərdə tutulmuşdur. Maddi-texniki

təminatın möhkəmləndirilməsi və əsaslı təmirlə bağlı xərclər 2016-cı il üçün

4012,8 min manat məbləğində və “Təhsil” bölməsi xərclərinin 0,2%-i səviyyəsində

proqnozlaşdırılmışdır ki, bu da öz növbəsində 2015-ci ilin müvafiq göstəricisi ilə

müqayisədə 2508,0 min manat və ya 38,5% azdır.

Təqdim olunmuş məlumatlarda “Təhsil” bölməsi üzrə 11 dövlət proqramı

və tədbirlərə bölmə üzrə xərclərin 2,4%-ni təşkil etməklə, ümumilikdə, 41751,6

min manat məbləğində vəsaitin nəzərdə tutulduğu qeyd olunmuşdur ki, bu da

2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1802,5 min manat və ya 4,1% az,

2014-cü ilin icra göstəricisi ilə müqayisədə isə 7515,6 min manat və ya 18,0%

çoxdur. Cari illə müqayisədə azalma, əsasən, “Sosial-mədəni və məişət təyinatlı

obyektlərin əsaslı təmiri” bloku üzrə nəzərdə tutulmuşdur. Digər proqram və

tədbirlər üzrə ayrılacaq vəsaitlərin məbləği 2015-ci ilin göstəricilərinə bərabər

olmaqla proqnozlaşdırılmışdır.

2014-2016-cı illərdə dövlət büdcəsində “Təhsil” bölməsi üzrə xərclərin və

bu xərclərdə dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə nəzərdə

tutulmuş vəsaitlərin məbləği və xüsusi çəkisi Cədvəl-51-də əks etdirilmişdir.

Page 136: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

136

Cədvəl 51. 2014-2016-cı illərdə “Təhsil” bölməsi üzrə icrası nəzərdə tutulan dövlət

proqramları və tədbirlər barədə məlumat

min manat

Proqram və tədbirlər 2014

proqnoz

2015

proqnoz

2016 2014-cü illə

müqayisədə fərq

2015-ci illə

müqayisədə fərq

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Proqramlar üzrə cəmi 43 192,7 43 554,10 41 751,6 2,4 -1 441,1 -3,3 -1 802,5 -4,1

Respublikanın ümumtəhsil

məktəblərində oxuyan şagirdlərin

pulsuz dərsliklərlə təmin olunması

8 025,6 8 527,2 8 527,2 20,4 501,6 6,3 0,0 0,0

Azərbaycan Respublikasında təhsil

sisteminin informasiyalaşdırılması ilə

bağlı xərclər

16 783,8 18 790,2 18 790,2 45,0 2 006,4 12,0 0,0 0,0

Azərbaycan Respublikasında xüsusi

qayğıya ehtiyacı olan (sağlamlıq

imkanları məhdud) uşaqların təhsilinin

təşkili üzrə tədbirlərin maliyyə təminatı

ilə bağlı xərclər

257,8 257,8 257,8 0,6 0,0 0,0 0,0 0,0

"Azərbaycan Respublikasında dövlət

uşaq müəssisələrindən uşaqların ailələrə

verilməsi (De-institusionalizasiya) və

alternativ qayğı Dövlət Proqramı

(2006-2015-ci illər)"nın maliyyə

təminatı ilə bağlı xərclər

1 477,7 862,8 862,8 2,1 -614,9 -41,6 0,0 0,0

"SOS Uşaq Kəndləri - Azərbaycan"

Assosiasiyası üzrə tədbirlər

852,1 1 097,3 1 223,9 2,9 371,8 43,6 126,6 11,5

Gənc istedadlar üçün xüsusi təqaüdlərin

ödənilməsi ilə bağlı xərclər

151,7 180,6 180,6 0,4 28,9 19,1 0,0 0,0

Ən yaxşı ümumtəhsil məktəbi və ən

yaxşı müəllim mükafatı

1 003,2 1 003,2 1 003,2 2,4 0,0 0,0 0,0 0,0

Ümumtəhsil məktəblərinə tədris

laboratoriya (fizika, kimya, biologiya)

avadanlıqlarının alınması üçün

4 514,4 4 514,4 4 514,4 10,8 0,0 0,0 0,0 0,0

Kitab alınması ilə bağlı xərclər 501,6 301,0 301,0 0,7 -200,6 -40,0 0,0 0,0

Azərbaycan Respublikasının bəzi xarici

ölkələrdəki səfirliklərində təhsil

məsələləri üzrə müşavirlərin fəaliyyəti

ilə bağlı xərclər

702,2 702,2 702,2 1,7 0,0 0,0 0,0 0,0

Sosial-mədəni və məişət təyinatlı

obyektlərin əsaslı təmiri

7 317,5 7 317,5 5 388,4 12,9 -1 929,1 -26,4 -1 929,1 -26,4

2016-cı ilin büdcə layihəsində Respublikanın ümumtəhsil məktəblərinin

şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması

xərcləri üzrə 8527,2 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da təhsil

sahəsində dövlət proqramları və tədbirləri üzrə xərclərin 20,4%-ni təşkil etməklə,

2014-cü illə müqayisədə 501,6 min manat və ya 6,3% çox, 2015-ci illə müqayisədə

eynidir. Bu vəsait hesabına Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən

2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX sinifləri

üçün 224 adda təxminən 6465010 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin

çapı planlaşdırılır.

Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması ilə

bağlı xərclərə 18790,2 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da təhsil

sahəsində dövlət proqramları və tədbirləri üzrə xərclərin 45,0%-ni təşkil etməklə,

Page 137: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

137

2014-cü illə müqayisədə 2006,4 min manat və ya 12,0% çox, 2015-ci ilin

göstəricinə bərabərdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim

edilmiş məlumatlara görə təhsil sisteminin informasiyalaşdırılması çərçivəsində

2016-cı ildə təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki

bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal

avadanlıqlarla təminat işinin yaxşılaşdırılması, ümumi təhsil müəssisələrində hər

bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunması,

təhsil müəssisələrində quraşdırılmış kompüter, şəbəkə avadanlığının və proqram

təminatının fasiləsiz işlək vəziyyətdə saxlanması üçün texniki dəstək xidmətlərinin

göstərilməsi, intranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışın təmin

olunması, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, kadr

potensialının gücləndirilməsi və digər tədbirlərin aparılması planlaşdırılır.

Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq

imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə tədbirlərin maliyyə təminatı ilə

bağlı xərclərə, son iki ildə olduğu kimi, 257,8 min manat vəsait nəzərdə

tutulmuşdur ki, bu da təhsil sahəsində dövlət proqramları və tədbirləri üzrə

xərclərin 0,6%-ni təşkil etməklə, 2014-2015-ci illərlə müqayisədə eynidir. Qeyd

olunan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin

tabeliyindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin

tələbata uyğun olaraq müvafiq mal, iş və xidmətlərlə təmin olunması nəzərdə

tutulur.

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların

ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin

maliyyə təminatı ilə bağlı xərclər 2016-cı ilin dövlət büdcəsi layihəsində 862,8 min

manat və ya təhsil üzrə dövlət proqramları və tədbirlərə nəzərdə tutulmuş xərclərin

2,1%-ni təşkil etməklə, 2014-cü illə müqayisədə 614,9 min manat və ya 41,6% az,

2015-ci illə müqayisədə eynidir. Proqramın icra olunduğu 2006-2015-ci illər

ərzində ümumilikdə 8245,6 min manat vəsait proqnozlaşdırılmış və icra edilmişdir.

Qeyd olunan tədbirlər çərçivəsində 2016-cı ildə mövcud qanunvericiliyin

təkmilləşdirilməsi, ilin sonunda illik hesabat konfransının keçirilməsi, 2009-2016-

cı illər ərzində transformasiyası nəzərdə tutulan müəssisələrin tipinin

dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, transformasiya olunacaq

müəssisələrin ayrı-ayrılıqda fəaliyyət planının, ailə tipli kiçik qrup evində yaşayan

uşaqlar üçün fərdi qayğı planının, eləcə də, işçi heyətinin və şagirdlərin

Page 138: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

138

transformasiya prosesinə hazırlanması, sosial iş üzrə kadrların hazırlanması

sahəsində dövlət uşaq müəssisələrində çalışan işçilərin ixtisasının dəyişdirilməsi ilə

bağlı tədbirlərin həyata keçirilməsi, himayədar ailələrin seçilməsi və onlarla

təlimlərin keçirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə

qaytarılması ilə bağlı tədbirlərin və bununla əlaqədar olaraq digər işlərin görülməsi

nəzərdə tutulmuşdur.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin

maliyyələşdirilməsi üçün 1223,9 min manat təklif olunmuşdur ki, bu da təhsil üzrə

dövlət proqramları və tədbirlərlə bağlı nəzərdə tutulmuş xərclərin 2,9%-ni təşkil

etməklə, 2014-cü illə müqayisədə 371,8 min manat və ya 43,6%, 2015-ci illə

müqayisədə 126,6 min manat və ya 11,5% çoxdur. Hər il olduğu kimi, 2016-cı ildə

də Assosiasiya üzrə, əsasən, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş,

həmçinin, böhran vəziyyətində, öz ailələrini itirmək riski altında olan uşaqların

qayğısına qalmaq, onların ailə mühitində yaşamasını təmin etmək, onları müstəqil

həyata hazırlamaq, bu uşaqlara öz gələcəklərini formalaşdırmaqda köməklik

göstərmək, yetkinlik yaşına çatmış gənclərin isə iş və yaşayış yeri ilə təmin

olunmasına yardım etmək və bu uşaqların öz mədəni mühitlərində cəmiyyətin fəal

üzvü kimi formalaşdırılması tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclərə 180,6

min manat vəsait proqnozlaşdırılması təklif olunmuşdur ki, bu da təhsil üzrə dövlət

proqramları və tədbirlərlə bağlı nəzərdə tutulmuş xərclərin 0,4%-ni təşkil etməklə,

2014-cü illə müqayisədə 28,9 min manat və ya 19,1% çox, 2015-ci ilin

göstəricisinə bərabərdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qeyd

olunan tədbir üzrə xərclər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman

və Sərəncamlarına əsasən adları “Qızıl Kitaba” yazılmış və aylıq 300 manat

məbləğində xüsusi təqaüdə layiq görülmüş gənc istedadlara təqaüdlərin ödənilməsi

üçün nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin tabeliyində olan təhsil

müəssisələrində təhsil alan və bu təqaüdü alan gənc istedadların sayı 42 nəfər təşkil

edir və növbəti ildə onların sayının 50 nəfər olacağı proqnozlaşdırılır.

“Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatı” ilə bağlı

xərclərə 1003,2 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki iki ilin

proqnozuna bərabər olmaqla, təhsil üzrə dövlət proqramları və tədbirlərlə bağlı

nəzərdə tutulmuş xərclərin 2,4%-ni təşkil edir. 2016-cı ildə mövcud qaydalara

əsasən müəyyənləşdiriləcək 50 ən yaxşı ümumi təhsil məktəbinin hər birinə

Page 139: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

139

10000,0 manat, 100 ən yaxşı müəllimin hər birinə isə 5000,0 manat məbləğində

mükafatın verilməsi nəzərdə tutulur.

Ümumtəhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya)

avadanlıqlarının alınması üçün cari illə eyni məbləğdə, yəni 4514,4 min manat

vəsait nəzərdə tutulmuşdur. Bu məqsədlə proqnozlaşdırılmış vəsait təhsil sahəsində

dövlət proqramları və tədbirlərlə bağlı nəzərdə tutulmuş ümumi xərclərin 10,8%-ni

təşkil etməklə, 2014-2015-ci illərlə müqayisədə eynidir. Bu xərclər çərçivəsində

2016-cı ildə respublikanın 100 ümumi təhsil müəssisəsi üçün ümumilikdə müasir

tipli 300 laboratoriya avadanlıqlarının alınması nəzərdə tutulur.

Kitab alınması ilə bağlı xərclərə, əvvəlki ildə olduğu kimi, 301,0 min manat

vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki, bu vəsait də təhsil sahəsində dövlət

proqramları və tədbirlərlə bağlı nəzərdə tutulmuş xərclərin 0,7%-ni təşkil etməklə,

2014-cü illə müqayisədə 200,6 min manat və ya 40,0% az, 2015-ci ilin müvafiq

göstəricinə bərabərdir. Qeyd olunan xərclər respublikanın təhsil müəssisələrinin

kitabxanalarına müxtəlif kitabların alınması üçün nəzərdə tutulmuşdur.

Layihədə Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində

təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclərə, cari ildə nəzərdə

tutulduğu kimi, 702,2 min manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki, bu

vəsait də təhsil sahəsində dövlət proqramları və tədbirlərlə bağlı nəzərdə tutulmuş

xərclərin 1,7%-ni təşkil etməklə, 2014-2015-ci illərlə müqayisədə eynidir. Qeyd

olunan xərclərə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan

Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə

müşavir vəzifəsinin təsis edilməsi haqqında” 2012-ci il 14 mart tarixli 2093

nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının 5 xarici ölkədəki

səfirliyində təhsil məsələləri üzrə təsis olunmuş müşavirlərin fəaliyyəti ilə bağlı

proqnozlaşdırılan xərclər daxildir. Hazırda 5 ölkədən yalnız birində, Azərbaycan

Respublikasının Türkiyə Respublikasındakı səfirliyində müşavir fəaliyyət göstərir.

Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri xərclərinə 5388,4

min manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki, bu da təhsil sahəsində

dövlət proqramları və tədbirlərlə bağlı nəzərdə tutulmuş xərclərin 12,9%-ni təşkil

etməklə, 2014-2015-ci illərlə müqayisədə 1929,1 min manat və ya 26,4% azdır.

“Təhsil” bölməsi üzrə 3 dövlət proqramının, Azərbaycan Respublikasında

dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)

və alternativ qayğı Dövlət Proqramı, Azərbaycan Respublikasında təhsil sisteminin

Page 140: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

140

informasiyalaşdırılması və Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı

olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili proqramının icra

müddətinin bitməsinə baxmayaraq, 2016-cı ilin büdcə layihəsində həmin

məqsədlərə tədbirlər adı ilə vəsaitin ayrılması təklif edilmişdir. Bununla əlaqədar

olaraq, Hesablama Palatası əvvəlki illərin büdcə layihələrinə verdiyi rəylərdə

təhsil sahəsində maliyyələşdirilməsi davam etdirilən dövlət proqramları və

tədbirlərin müddətlərinin uzadılmasını və bundan sonra həmin proqram və

tədbirlərin maliyyələşdirilməsinin həyata keçirilməsini təklif etmişdir ki, bu da, öz

növbəsində, həmin proqram və tədbirlərdə qarşıya qoyulmuş vəzifələrin müəyyən

olunmuş müddətlərdə icrasının və onların icrasından gözlənilən nəticələrin

qiymətləndirilməsinə şərait yaratmış olar.

“Büdcə zərfi”ndə “Təhsil” bölməsi üzrə proqnozlaşdırılmış vəsait təhsil

sahəsində cari fəaliyyətin maliyyə təminatı ilə yanaşı, təhsil sistemində aparılan

islahatların müvəffəqiyyətlə davam etdirilməsinə zəmin yaradacaqdır.

Səhiyyə xərcləri

Azərbaycanın iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə

yanaşı, səhiyyə sisteminin təkmilləşdirilməsinə diqqət və qayğının, ardıcıl

həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu sahədə əhaliyə göstərilən

xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmış, səhiyyənin maliyyələşdirilməsi,

qanunvericilik bazasının gücləndirilməsi və idarə olunmasının

təkmilləşdirilməsi, ilkin tibbi sanitariya yardımının yaxşılaşdırılması,

farmakologiya və tibbi təhsil sahəsində islahatların aparılması istiqamətində

mühüm işlər görülmüşdür. Ölkə rəhbərliyi tərəfindən daim diqqət

mərkəzində olan bu sahə növbəti ildə də prioritet istiqamət kimi dövlət

büdcəsində nəzərə alınmışdır.

2016-cı ilin dövlət büdcəsi layihəsində “Səhiyyə” bölməsinə 744855,8 min

manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə

79543,8 min manat və ya 12,0% çox, 2015-ci ilin müvafiq proqnoz göstəricisi ilə

müqayisədə isə 32812,6 min manat və ya 4,2% azdır. Xərclərin azalmasına,

əsasən,bölmənin “Səhiyyə sahəsinə aid edilən digər xidmətlər” köməkçi bölməsinə

aid edilən “Səhiyyə sahəsində islahatlar” üzrə xərclərin, iqtisadi təsnifat üzrə isə

Page 141: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

141

malların, iş və xidmətlərin satınalınması, digər xərclərin və qeyri-maliyyə

aktivlərinin alınması bölmələri üzrə xərclərin azalması təsir göstərmişdir.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərindəki xüsusi çəkisi 2014-cü ilin

icrası ilə müqayisədə 1,0 faiz bəndi, cari illə müqayisədə isə 0,9 faiz bəndi artaraq

2016-cı ildə 4,6% təşkil edəcəkdir.

Funksional təsnifat üzrə "Səhiyyə" bölməsində nəzərdə tutulmuş xərclərin

14,5%-i “Poliklinikalar və ambulatoriyalar” köməkçi bölməsinin, 47,4%-i

“Xəstəxanalar” köməkçi bölməsinin, 0,9%-i “Səhiyyə sahəsində digər xidmətlər”

köməkçi bölməsinin, 0,7%-i “Səhiyyə sahəsində tətbiqi tədqiqatlar” köməkçi

bölməsinin, 36,5%-i “Səhiyyə sahəsinə aid edilən digər xidmətlər” köməkçi

bölməsi üzrə proqnozlaşdırılmışdır. 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə

2016-cı il üçün bölmə tərkibində ən böyük azalma “Səhiyyə sahəsinə aid edilən

digər xidmətlər” köməkçi bölməsi üzrə nəzərdə tutulmuşdur (Cədvəl 52).

Cədvəl 52. 2014-2016-cı illərdə funksional təsnifat üzrə “Səhiyyə” bölməsində nəzərdə

tutulmuş xərclərin müqayisəsi

min manat

Sahələrin adları 2014-cü il

(icra)

2015-ci il

(proqnoz)

2015-ci il

(gözlənilən

icra)

2016-cı il

(layihə)

2014-cü ilin icrası

ilə müqayisə

2015-ci ilin

proqnozu ilə

müqayisə

Məbləğ Faiz Məbləğ Faiz

Səhiyyə 665 312,0 777 668,4 762 484,2 744 855,8 79 543,8 12,0 -32 812,6 -4,2

Poliklinikalar və

ambulatoriyalar

103 798,3 110 099,7 108 117,9 108 294,9 4 496,7 4,3 -1 804,7 -1,6

Xəstəxanalar 348 627,6 359 005,7 352 543,6 352 704,9 4 077,3 1,2 -6 300,8 -1,8

Səhiyyə sahəsində digər

xidmətlər

6 022,2 7 085,1 6 957,6 6 770,1 747,9 12,4 -315,0 -4,4

Səhiyyə sahəsində tətbiqi

tədqiqatlar

3 999,0 4 947,4 4 858,3 4 945,6 946,6 23,7 -1,8 -0,0

Səhiyyə sahəsinə aid edilən

digər xidmətlər

202 865,0 296 530,5 290 006,9 272 140,3 69 275,3 34,1 -24 390,2 -8,2

Növbəti il üçün “Səhiyyə” bölməsinin “Poliklinikalar və ambulatoriyalar”

köməkçi bölməsində bölmə üzrə xərclərin 14,5%-i həcmində vəsait

proqnozlaşdırılmışdır. Bu köməkçi bölmədə xərclərin 88,4%-ni əməyin ödənişi

xərcləri təşkil edəcəkdir (Cədvəl 53).

Cədvəl 53. 2014-2016-cı illərdə “Poliklinikalar və ambulatoriyalar” köməkçi bölməsi üzrə

xərclərin iqtisadi təsnifat üzrə bölgüsü müqayisəsi

min manat Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Poliklinikalar və ambulatoriyalar 103 798,3 110 099,7 108 117,9 108 294,9 14,5 4 496,7 4,3 -1 804,7 -1,6

Əməyin ödənişi 88 815,9 95 539,9 93 820,2 95 730,9 88,4 6 915,0 7,8 190,9 0,2

Page 142: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

142

Malların (işlərin və xidmətlərin) satın

alınması

12 142,7 11 298,6 11 095,2 9 943,1 9,2 -2 199,6 -18,1 -1 355,4 -12,0

Dərman, sarğı ləvazimatları və materiallarının alınması

1 838,4 180,0 176,8 160,0 -1 678,4 -91,3 -20,0 -11,1

Təqaüdlər və sosial müavinətlər 458,3 720,0 707,1 734,1 0,7 275,7 60,2 14,0 1,9

Digər xərclər 560,5 729,6 716,5 679,6 0,6 119,1 21,3 -50,0 -6,9

Sair xərclər 278,4 337,4 331,3 295,2 16,7 6,0 -42,2 -12,5

Qeyri-maliyyə aktivlərinin alınması 1 820,8 1 811,5 1 778,9 1 207,2 1,1 -613,6 -33,7 -604,3 -33,4

Növbəti büdcə ilində “Xəstəxanalar” köməkçi bölməsi üzrə 352704,9 min

manat və ya bölmə üzrə xərclərin 47,4%-i həcmində vəsait proqnozlaşdırılmışdır

ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 4077,3 min manat və ya 1,2% çox,

2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 6300,8 min manat və ya 1,8%

azdır. Bu köməkçi bölmədə xərclərin 65,4%-i əməyin ödənişinə, 27,4%-i malların

(işlərin və xidmətlərin) alınmasına yönəldilməklə xərclərin böyük hissəsini əhatə

edəcəkdir (Cədvəl 54).

Cədvəl 54. 2016-cı ildə “Xəstəxanalar” köməkçi bölməsi üzrə nəzərdə tutulan vəsaitin

iqtisadi təsnifat üzrə bölgüsü və 2014-2015-ci illərlə müqayisəsi

min manat

Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in proqnozu

ilə müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Xəstəxanalar 348 627,6 359 005,7 352 543,6 352 704,9 47,4 4 077,3 1,2 -6 300,8 -1,8

Əməyin ödənişi 210 848,5 230 388,8 226 241,8 230 722,1 65,4 19 873,7 9,4 333,4 0,1

Malların (işlərin və xidmətlərin) satın

alınması

113 255,6 101 722,0 99 891,0 96 593,8 27,4 -16 661,9 -14,7 -5 128,2 -5,0

Dərman, sarğı ləvazimatları və materiallarının alınması

37 978,6 34 450,0 33 829,9 34 387,5 -3 591,2 -9,5 -62,5 -0,2

Ərzaq məhsullarının alınması 21 968,7 10 149,4 9 966,7 10 121,9 -11 846,7 -53,9 -27,5 -0,3

İnventar və avadanlığın alınması 11 486,2 11 209,9 11 008,1 8 468,0 -3 018,2 -26,3 -2 741,9 -24,5

Təqaüdlər və sosial müavinətlər 651,1 1 142,8 1 122,2 1 195,0 0,3 543,9 83,5 52,2 4,6

Digər xərclər 16 081,7 17 373,9 17 061,2 16 996,7 4,8 915,0 5,7 -377,2 -2,2

Sair xərclər 15 335,9 16 255,2 15 962,6 15 901,6 565,8 3,7 -353,6 -2,2

Qeyri-maliyyə aktivlərinin alınması 7 790,7 8 378,3 8 227,5 7 197,3 2,0 -593,4 -7,6 -1 181,0 -14,1

2016-cı ilin büdcə layihəsində “Səhiyyə sahəsində digər xidmətlər” köməkçi

bölməsinə 2014-cü ilin icrası ilə müqayisədə müvafiq olaraq 747,9 min manat və

ya 12,4% çox, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 315,0 min manat və

ya 4,4% az olmaqla 6770,1 min manat və ya bölmə üzrə xərclərin 0,9%-i həcmində

vəsait nəzərdə tutulmuşdur. Bu köməkçi bölmədə əməyin ödənişi və malların

(işlərin və xidmətlərin) alınması ümumi xərclərin 58,3%-ni əhatə edəcəkdir.

“Səhiyyə sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsi üzrə 4945,6 min

manat vəsait proqnozlaşdırılmışdır. Bu, 2014-cü ilin icrası ilə müqayisədə müvafiq

Page 143: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

143

olaraq 946,6 min manat və ya 23,7% çox, 2015-ci ilin proqnoz göstəricisi ilə

müqayisədə 1,8 min manat azdır. Bu köməkçi bölmədə ümumi xərclərin 86,5%-ni

əməyin ödənişi üzrə xərclər təşkil edəcəkdir. Təhlil göstərir ki, köməkçi bölmənin

iqtisadi təsnifat üzrə tərkibində 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə

xərclər eyni səviyyədə saxlanılmışdır.

“Səhiyyə sahəsinə aid edilən digər xidmətlər” köməkçi bölməsi üzrə

272140,3 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə

müqayisədə müvafiq olaraq 69275,3 min manat və ya 34,1% çox, 2015-ci ilin

proqnoz göstəricisi ilə müqayisədə isə 24390,2 min manat və ya 8,2% azdır. Bu

köməkçi bölmədə, əsasən, dövlət proqram və tədbirləri üzrə dərman, sarğı

ləvazimatları və materiallarının alınması xərcləri üstünlük təşkil edir ki, bu da

köməkçi bölmə üzrə xərclərin 58,0%-ni təşkil edəcəkdir.

Səhiyyə sahəsinə aid edilən digər xidmətlər köməkçi bölməsi üzrə xərclərin

iqtisadi təsnifat üzrə bölgüsü Cədvəl 55-də göstərilmişdir.

Cədvəl 55. 2016-cı ildə “Səhiyyə sahəsinə aid edilən digər xidmətlər” köməkçi bölməsi üzrə

nəzərdə tutulan vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü və 2014-2015-ci illərlə müqayisəsi

min manat Təsnifat 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası

ilə müqayisə

2015-in

proqnozu ilə

müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Səhiyyə sahəsinə aid edilən digər

xidmətlər

202 865,0 296 530,5 290 006,9 272 140,3 36,5 69 275,3 34,1 -24

390,2

-8,2

Əməyin ödənişi 25 899,1 28 347,3 27 723,6 29 146,6 10,7 3 247,5 12,5 799,3 2,8

Malların (işlərin və xidmətlərin)

satın alınması

140 066,9 194 722,5 190 438,6 193 981,6 71,3 53 914,7 38,5 -740,8 -0,4

Dərman, sarğı ləvazimatları və

materiallarının alınması

122 185,7 158 425,4 154 940,1 157 825,4 35 639,7 29,2 -600,0 -0,4

Ərzaq məhsullarının alınması 1 332,9 12 408,9 12 135,9 11 768,3 10 435,4 782,9 -640,5 -5,2

İnventar və avadanlığın alınması 7 792,2 14 337,4 14 022,0 13 572,3 5 780,1 74,2 -765,1 -5,3

Təqaüdlər və sosial müavinətlər 1 004,1 1 358,3 1 328,4 1 496,3 0,5 492,1 49,0 138,0 10,2

Digər xərclər 16 473,9 52 882,5 51 719,1 31 241,5 11,5 14 767,7 89,6 -21

641,0

-40,9

Sair xərclər 10 390,3 45 762,3 44 755,5 27 336,5 16 946,2 163,1 -18

425,8

-40,3

Qeyri-maliyyə aktivlərinin

alınması

19 421,1 19 220,0 18 797,1 16 274,3 6,0 -3 146,8 -16,2 -2 945,7 -51,8

2016-cı ildə “Səhiyyə” bölməsi üzrə xərclərin 362407,8 min manatı və ya

48,7%-i əməyin ödənişi üzrə proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə

müqayisədə 31001,7 min manat və ya 9,4%, 2015-ci ilin müvafiq göstəricisi ilə

müqayisədə isə 1319,6 min manat və ya 0,4%, gözlənilən icrası ilə müqayisədə isə

7932,7 min manat və ya 2,2% çoxdur (Cədvəl 56).

Page 144: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

144

Cədvəl 56. 2014-2016-cı illərdə “Səhiyyə” bölməsinin iqtisadi təsnifat üzrə xərclərinin

müqayisəsi

min manat

Qeyd etmək lazımdır ki, növbəti ildə əməyin ödənişi ilə bağlı sair pul

ödənişləri üzrə 11399,5 min manat vəsait nəzərdə tutulmuşdur. Bu göstərici 2015-

ci ilin müvafiq göstəricisi ilə müqayisədə 96,5 min manat və ya 0,9 faiz, gözlənilən

icrası ilə müqayisədə isə 314,2 min manat və ya 2,8% çoxdur və bu vəsaitin 5200,9

min manatı və ya 45,6%-i “Xəstəxanalar” köməkçi bölməsinin payına düşür.

Hesablama Palatasının apardığı audit tədbirləri zamanı müəyyən edilmişdir

ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının

büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin,

növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2004-cü il tarixli 2

№-li Qərarı əsas götürülməklə Bakı şəhərində fəaliyyət göstərən bir sıra səhiyyə

müəssisələrinin rəhbərlərinin müvafiq əmrləri ilə idarəetmə aparatının, təsərrüfat

xidməti işçilərinin və bəzi tibb işçilərinin əmək haqqına 50-100% həcmində əlavə

ödənişlər, əsasən, xərclər smetasının ştatda olan işçilərin əmək haqqı fondunda

yaranmış qənaət hesabına həyata keçirilmişdir. Belə ki, həmin tibb müəssisələrində

proqnoz layihələri hazırlanarkən ştatda olan işçilərin əmək haqqı fondunda artıq

vəsait proqnozlaşdırılması icra prosesində əmək haqqı üzrə qənaət məbləğinin

formalaşmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, Bakı

şəhərində fəaliyyət göstərən tibb müəssisələri üzrə əməyin ödənişi xərclərinin

proqnozlaşdırılması zamanı real tələbatın nəzərə alınması bu xərclərin

optimallaşdırılması və səmərəli istifadə istiqamətlərinin müəyyən edilməsi

məqsədəmüvafiqdir.

Xərc maddəsinin adı 2014 icra 2015 proqnoz

2015 gözlənilən

icra

2016 2014-ün icrası ilə müqayisə

2015-in proqnozu ilə müqayisə

layihə xüsusi çəki

Məbləğ Faiz Məbləğ Faiz

Əməyin ödənişi 331 406,1 361 088,2 354 475,2 362 407,8 48,7 31 001,7 9,4 1 319,6 0,4

Malların (işlərin və xidmətlərin) satın

alınması

267 795,3 310 620,8 304 250,8 302 416,3 40,6 34 621,1 12,9 -8 204,5 -2,6

Dərman, sarğı ləvazimatları və

materiallarının alınması

162 021,0 193 055,4 188 946,7 192 372,9 63,6 30 351,9 18,7 -682,5 -0,4

Ərzaq məhsullarının alınması 23 326,1 22 580,9 22 124,8 21 912,8 7,2 -1 413,2 -6,1 -668,0 -3,0

İnventar və avadanlığın alınması 22 602,8 29 227,0 28 643,6 24 467,1 8,1 1 864,3 8,2 -4 759,9 -16,3

Təqaüdlər və sosial müavinətlər 2 148,9 3 322,0 3 256,7 3 522,1 0,5 1 373,2 63,9 200,1 6,0

Digər xərclər 34 118,1 72 212,4 70 701,1 50 513,4 6,8 16 395,3 48,1 -21 699,0 -30,0

Sair xərclər 26 060,8 62 442,8 61 135,8 43 619,4 5,9 17 558,5 67,4 -18 823,4 -30,1

Qeyri-maliyyə aktivlərinin alınması 29 843,8 30 425,0 29 800,5 25 996,2 3,5 -3 847,5 -12,9 -4 428,8 -14,6

Page 145: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

145

Növbəti büdcə ilində bölmədə malların (işlərin və xidmətlərin) satın alınması

üzrə xərclərə 302416,3 min manat və ya 40,6% vəsait proqnozlaşdırılmışdır ki, bu

da 2014-cü ilin icrası ilə müqayisədə 34621,1 min manat və ya 12,9% çox, 2015-ci

ilin proqnozu ilə müqayisədə isə 8204,5 min manat və ya 2,6% azdır. Malların

(işlərin və xidmətlərin) satın alınması üzrə nəzərdə tutulmuş vəsaitin 192372,9 min

manatı və ya 63,6%-i dərman, sarğı ləvazimatları və materiallarının alınmasına

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 30351,9 min

manat və ya 18,7%çox, 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə

682,5min manat və ya 0,4% azdır.

Ərzaq məhsullarının alınması üzrə “Səhiyyə” bölməsində 21912,8 min

manat və ya 7,2% vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə

müqayisədə 1413,2min manat və ya 6,1% az, 2015-ci ilin proqnoz göstəricisi ilə

müqayisədə isə 668,0min manat və ya 3,0%azdır. Məlumatların təhlili göstərir ki,

ərzaq xərclərinin 10121,9min manatı və ya 46,2%-i“Xəstəxanalar” köməkçi

bölməsi, 11768,3min manatı və ya53,7%-iisə “Səhiyyə sahəsinə aid edilən digər

xidmətlər” köməkçi bölməsi üzrə proqnozlaşdırılmışdır.

Hesablama Palatasına səhiyyə müəssisələri üzrə daxil olan məlumatların

təhlili və Palata tərəfindən aparılmış audit tədbirlərinin nəticələri göstərir ki, 1

çarpayı/günə görə ərzaq xərcinin 2014-cü il icra və 2015-ci il proqnoz göstəriciləri

ayrı-ayrı rayon (şəhər) xəstəxanaları üzrə fərqli olmuşdur. Belə ki, müvafiq olaraq

Balakən rayonu üçün 1,03 və 0,99 manat, Bərdə rayonu üçün 1,91 və 1,80 manat,

Goranboy rayonu üçün 0,70 və 0,70 manat, Göygöl rayonu üçün 3,50 və 2,33

manat, Lənkəran şəhəri üçün 1,38 və 1,38 manat, Mingəçevir şəhəri üçün 1,24 və

1,24 manat, Qazax rayonu üçün 2,43 və 2,43 manat, Quba rayonu üçün 4,25 və

4,25 manat, Sabirabad rayonu üçün 3,07 və 2,82 manat təşkil etmişdir.

2016-cı ildə səhiyyə xərclərinin tərkibində dərman, sarğı ləvazimatları və

materiallarının alınması xərcləri 192372,9 min manat və ya bölmə üzrə xərclərdə

xüsusi çəkisi 25,8% təşkil edəcəyi nəzərdə tutulmuşdur. Həmin məbləğin

34387,5min manatı və ya17,9%-i“Xəstəxanalar” köməkçi bölməsinin, 157825,4

minmanatı və ya82,0%-i isə “Səhiyyə sahəsinə aid edilən digər xidmətlər”

köməkçi bölməsinin payına düşəcəkdir. Dərman, sarğı ləvazimatları və

materiallarının alınması xərclərinin 127100,0 min manatı və ya 66,1%-i dövlət

proqram və tədbirləri üzrə istifadə olunacaqdır.

Page 146: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

146

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci ilin birinci

yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr

olunan iclasında ölkə rəhbərliyinin dərman preparatlarının qiymətlərinin

tənzimlənməsi barədə tapşırığının icrası olaraq Azərbaycan Respublikası Nazirlər

Kabinetinin “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin

tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na

uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən

“Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında

çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları”

təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına

alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil

edilmiş dərman vasitələrinin topdan və ya pərakəndə satış qiymətləri Azərbaycan

Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə

həyata keçirilir. Bu tədbirlərin görülməsi dərman qiymətlərinin süni artırılmasının

qarşısını almaq və Bakı şəhəri ilə respublikanın regionları arasında tibb

müəssisələrinə fərqli qiymətlərlə dərman alışına son qoymaqla büdcə vəsaitlərinin

səmərəli istifadə olunmasına təminat yaradılmasına səbəb olacaqdır.

Məlumatların təhlili göstərir ki, respublikada xəstəxana və ambulator-

poliklinika müəssisələrinin sayı son illərdə artmaqdadır. Belə ki, Dövlət Statistika

Komitəsinin məlumatlarına görə, 2013-2015-ci illərdə ölkədə, müvafiq olaraq,

539, 553 və 566 xəstəxana və 1725, 1744 və 1746 ambulator-poliklinika

müəssisəsi fəaliyyət göstərmişdir.

2016-cı ilin dövlət büdcəsinin layihəsində “Səhiyyə” bölməsi üzrə

proqnozlaşdırılmış vəsaitin 83,0%-i Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

üzrə proqnozlaşdırılmışdır (Cədvəl 57).

Cədvəl 57. 2014-2016-cı illərdə “Səhiyyə” bölməsinin inzibati təsnifat üzrə xərclərinin

müqayisəsi

min manat № Bölmə / təşkilat 2014

icra

2015

proqnoz

2015

gözlənilən

icra

2016

layihə

Xüsusi

çəkisi

2015-ci ilin

proqnozu ilə

müqayisə

2014-cü ilin

icrası ilə

müqayisə

Məbləğ Faiz Məbləğ Faiz

1 Azərbaycan Respublikasının Səhiyyə

Nazirliyi

563

071,5

628 668,5 616 465,2 618

174,2

83,0 -10 494,3 -1,7 55 102,7 9,8

2 Azərbaycan Respublikası Səhiyyə

Nazirliyinin Onkolojı Elmi mərkəzi

39 218,2 42 923,0 42 150,4 42 920,7 5,8 -2,4 0,0 3 702,4 9,4

3 "Azərbaycan Dəmir Yolları" Qapalı

Səhmdar Cəmiyyəti

13 391,4 14 848,6 14 581,3 14 485,4 1,9 -363,2 -2,4 1 094,0 8,2

Page 147: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

147

4 Səhiyyə sahəsində islahatlar 0,0 33 831,4 33 087,1 13 041,6 1,8 -20 789,8 -61,5 13 041,6 -

5 Azərbaycan Respublikası

Prezidentinin Xüsusi Tibb Xidməti

8 733,2 10 719,9 10 506,8 11 475,8 1,5 755,9 7,1 2 742,6 31,4

6 Azərbaycan Respublikasının Daxili

İşlər Nazirliyi

9 890,9 11 022,9 10 780,4 9 347,7 1,3 -1 675,2 -15,2 -543,2 -5,5

7 Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin Penitensiar xidməti

8 031,8 8 925,7 8 729,3 7 857,8 1,1 -1 067,9 -12,0 -174,0 -2,2

8 Dövlət büdcəsindən maliyyələşən

təşkilatların büdcədənkənar xərcləri

3 177,1 5 674,0 5 549,2 6 120,0 0,8 446,0 7,9 2 942,9 92,6

9 Digər müəssisə və təşkilatlar 19 797,9 21 054,4 20 634,5 21 432,6 2,9 378,3 1,8 1 634,8 8,3

2016-cı ilin dövlət büdcəsi layihəsində “Səhiyyə” bölməsi üzrə xərclərin

tərkibində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və onun tabeçiliyində

olan tibb müəssisələr üzrə ümumilikdə, 618174,2 min manat nəzərdə tutulmuşdu.

Bu göstərici 2014-cü ilin icrası ilə müqayisədə 55102,7 min manat və ya 9,8%,

2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 1709,0 min manat və ya 0,3% çoxdur.

Növbəti ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və onun

tabeçiliyində olan tibb müəssisələrinin xərclərinin 106326,0 min manatı və ya

bölmə üzrə xərclərin 14,3%-i “Poliklinikalar və ambulatoriyalar” köməkçi

bölməsində, 286053,5 min manat və ya bölmə üzrə xərclərin 38,4%-i

“Xəstəxanalar” köməkçi bölməsində, 2609,7 min manat və ya bölmə üzrə xərclərin

0,3%-i “Səhiyyə sahəsində digər xidmətlər” köməkçi bölməsində, 3701,5 min

manat və ya bölmə üzrə xərclərin 0,5%-i “Səhiyyə sahəsində tətbiqi tədqiqatlar”

köməkçi bölməsində, 219483,5 min manat və ya bölmə üzrə xərclərin 29,5%-i isə

“Səhiyyə sahəsinə aid edilən digər xidmətlər” köməkçi bölməsində nəzərdə

tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və onun tabeliyində olan

tibb müəssisələri üzrə xərclərin 404414,2 min manatı və ya 65,4%-i dövlət

büdcəsinin mərkəzləşdirilmiş xərcləri, 213760,0 min manatı və ya 34,6%-i isə yerli

xərcləri üzrə proqnozlaşdırılmışdr. Bu göstəricilər 2015-ci ilin proqnoz

göstəriciləri ilə müqayisədə 872,8 min manat və ya 0,2% və 9621,5 min manat və

ya 4,3% azdır. Xərclərin azalması iqtisadi təsnifat üzrə, əsasən, malların, iş və

xidmətlərin satınalınması, digər xərclərin və qeyri-maliyyə aktivlərinin alınması

bölmələri üzrə xərclərin azalması ilə əlaqədardır.

2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və onun

tabeçiliyində olan tibb müəssisələri üzrə nəzərdə tutulmuş vəsaitin 329662,7 min

manatını və ya 53,3%-ni “Əməyin ödənişi” bölməsinə, 243527,5 min manatını və

ya 39,4%-ni “Malların (işlərin və xidmətlərin) satın alınması” (o cümlədən,

153343,0 min manatını və ya 24,8%-ni “Dərman sarğı ləvazimatları və

materiallarının alınması” paraqrafına), 3082,7 min manatını və ya 0,5%-ni

Page 148: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

148

“Təqaüdlər və sosial müavinətlər” bölməsinə, 22860,0 min manatını və ya 3,7%-ni

“Digər xərclər” bölməsinə, 19041,2 min manatını və ya 3,1%-ni isə “Qeyri-

maliyyə aktivlərinin alınması” bölməsinə aid xərclərdə proqnozlaşdırılmışdır. Bu

xərclərin tərkibində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi

Neftçilər Xəstəxanasının maliyyələşdirilməsinə yönəldilmiş maliyyə yardımı

9028,8 min manat təşkil edəcəkdir ki, bu da 2015-ci ilin gözlənilən icrasından

162,5 min manat və ya 1,8% çoxdur.

“Səhiyyə” bölməsi üzrə xərclərin tərkibində Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin Onkoloji Elmi Mərkəzinin xərcləri 42920,6 min manat və ya

5,8% təşkil edəcəkdir. Bu göstərici 2014-cü ilin icrası ilə müqayisədə 3702,4 min

manat və ya 9,4%, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 770,3 min

manat və ya 1,8% çoxdur. Mərkəz üzrə təklif olunan məbləğin 3541,2 min manatı

və ya 8,2%-i “Əməyin ödənişi” bölməsi, 36738,9 min manatı və ya 85,6%-i

“Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsi (o cümlədən, 33000,0

min manatı və ya 76,9%-i “Dərman, sarğı ləvazimatları və materiallarının

alınması” paraqrafına), 36,2 min manatı və ya 0,1%-i “Təqaüdlər və sosial

müavinətlər” bölməsi, 406,3 min manatı və ya 0,9%-ni “Digər xərclər” bölməsi,

2198,0 min manatı və ya 5,1%-ni isə “Qeyri-maliyyə aktivlərinin alınması”

bölməsi üzrə proqnozlaşdırılmışdır. Bu isə 2014-cü ilin icrası ilə müqayisədə

müvafiq olaraq 268,1 min manat və ya 8,2%, 3501,1 min manat və ya 10,5% (o

cümlədən, 2853,6 min manat və ya 9,5%), 28,6 min manat və ya 3,8 dəfə, 110,0

min manat və ya 37,1% çox, 205,4 min manat və ya 8,5% az, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə isə 63,7 min manat və ya 1,8%, 891,9 min manat

və ya 2,5% (o cümlədən, 594,0 min manat və ya 1,8%) çox, 3,8 min manat və ya

9,5% , 3,1 min manat və ya 0,8%, 178,4 min manat və ya 7,5% azdır. Azərbaycan

Respublikası Səhiyyə Nazirliyinin Onkoloji Elmi Mərkəzi üzrə xərclərin tərkibində

əsasən dövlət proqram və tədbirləri üzrə dərman, sarğı ləvazimatları və

materiallarının alınması xərcləri üstünlük təşkil edəcək ki, bu da həmin xərclərin

xüsusi çəkisinin yüksək olmasına təsir göstərmişdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə xərclər

ümumilikdə 14485,4 min manat və ya 1,9% proqnozlaşdırılmışdır. Bu göstərici

2014-cü ilin icrası ilə müqayisədə 1094,0 min manat və ya 8,2%, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə isə 1,0 min manat çoxdur.

Page 149: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

149

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin

xərclərinin 1968,9 min manatı və ya bölmə üzrə xərclərin 0,3%-i “Poliklinikalar və

ambulatoriyalar” köməkçi bölməsində, 8356,1 min manat və ya bölmə üzrə

xərclərin 1,1%-i “Xəstəxanalar” köməkçi bölməsində, 4160,4 min manat və ya

bölmə üzrə xərclərin 0,6%-i isə “Səhiyyə sahəsində digər xidmətlər” köməkçi

bölməsində nəzərdə tutulmuşdur.

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə

nəzərdə tutulmuş məbləğin 8738,6 min manatı və ya 60,3%-i “Əməyin ödənişi”,

2844,9 min manatı və ya 19,6%-i “Malların (işlərin və xidmətlərin) satın

alınması”, 42,6 min manatı və ya 0,3%-i “Təqaüdlər və sosial müavinətlər”, 1537,8

min manatı və ya 10,6%-i “Digər xərclər”, 1321,5 min manatı və ya 9,1%-i isə

“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrədir, bu isə 2014-cü ilin icrası ilə

müqayisədə müvafiq olaraq 642,4 min manat və ya 7,9% çox, 633,6 min manat və

ya 18,2% az, 560,7 min manat və ya 57,4% çox, 20,8 min manat və ya 95,4% çox,

503,8 min manat və ya 61,6% çox, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə

müvafiq olaraq 274,3 min manat və ya 3,2% çox, 149,1 min manat və ya 5,0% az,

6,1 min manat və ya 0,4% az, 3,4 min manat və ya 8,7% çox, və 0,3 min manat

çoxdur.

2016-cı ilin dövlət büdcəsi layihəsində “Səhiyyə” bölməsi üzrə xərclərin

tərkibində 9347,7 min manat və ya 1,3%-i həcmində vəsaitin Daxili İşlər Nazirliyi,

7857,8 min manat və ya 1,1%-i həcmində vəsaitin Ədliyyə Nazirliyinin Penitensiar

Xidməti, 5699,4 min manat və ya 1,5%-i həcmində vəsaitin Azərbaycan

Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, 2617,2 min manat və ya 0,4%-i

həcmində vəsaitin Fövqəladə Hallar Nazirliyi, 2541,8 min manat və ya 0,3%-i

həcmində vəsaitin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi, 1418,6

min manat və ya 0,2%-i həcmində vəsaitin Dövlət Gömrük Komitəsi tərəfindən

icra edilməsi nəzərdə tutulmuşdur.

“Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri”nə

6120,0 min manat və ya bölmə üzrə xərclərin 0,8%-i həcmində vəsait nəzərdə

tutulmuşdur. Səhiyyə müəssisələrinin büdcədənkənar xərcləri ayrıca sətirlə

göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 446,0 min

manat və ya 7,9% çoxdur.

Bununla yanaşı, layihədə bölmə üzrə xərclərdə “Maddi-texniki təminatın

möhkəmləndirilməsi və əsaslı təmir” xərcləri, 2015-ci ilin müvafiq göstəricisi ilə

Page 150: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

150

eyni olmaqla, 4012,8 min manat və ya bölmə üzrə xərclərin 0,5%-i həcmində

nəzərdə tutulmuşdur.

Səhiyyə bölməsi üzrə xərclərin tərkibində “Səhiyyə sahəsində islahatlar”

üzrə 13041,6 min manat və ya bölmə üzrə xərclərin 1,8%-i məbləğində vəsaitin

ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin gözlənilən icrasından 20045,5

min manat və ya 60,6% azdır.

Hər il olduğu kimi, 2016-cı il büdcə layihəsində də səhiyyə xərclərinin

proqramlı proqnozlaşdırılmasına xüsusi önəm verilmişdir. Belə ki, 2016-cı ilin

büdcə layihəsində “Səhiyyə” bölməsi üzrə 12 dövlət proqramı və tədbirlər

maliyyələşdirilməsi üçün ümumilikdə 151582,1 min manat vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 680,0 min

manat və ya 0,4% az, 2014-cü ilin icra göstəricisi ilə müqayisədə isə 38265,1 min

manat və ya 25,2% çoxdur (Cədvəl 58). Proqram və tədbirlərə ayrılacaq xərclərin

“Səhiyyə” bölməsi üzrə xərclərdə xüsusi çəkisi 20,3% və ya cari ilin proqnozu ilə

müqayisədə 0,6 faiz bəndi çoxdur. Bu sahə üzrə proqram və tədbirlərə ayrılan

vəsaitlərin iqtisadi təsnifat üzrə əməyin ödənişinə 2889,3 min manat, malların (iş

və xidmətlərin) satın alınmasına 133598,0 min manat (o cümlədən, dərman, sarğı

ləvazimatları və materialların alınmasına 127100,0 min manat), təqaüdlər və sosial

müavinətlər üzrə xərclərə 517,8 min manat, digər xərclərə 5639,0 min manat və

qeyri-maliyyə aktivlərinin alınmasına (digər maşın və avadanlıqların alınmasına)

8938,0 min manat məbləğində vəsaitin istifadəsi nəzərdə tutulmuşdur.

Cədvəl 58. 2014-2016-cı illərdə “Səhiyyə” bölməsi üzrə icrası nəzərdə tutulan dövlət

proqramları və tədbirlərə dair məlumat

min manat 2014

proqnoz

2015

proqnoz

2016 2014-cü illə

müqayisədə fərq

2015-ci illə

müqayisədə fərq

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Proqram və tədbirlər 149 561,6 152 262,1 151 582,1 20,4 2 020,5 1,4 -680,0 -0,4

Azərbaycan Respublikasında xərçəng

xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclər

38 925,8 42 208,3 42 207,5 5,7 3 281,7 8,4 -0,8 0,0

Hemofiliya və talassemiya irsi qan

xəstəlikləri üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər

21 167,5 21 769,4 20 716,3 2,8 -451,2 -2,1 -1 053,1 -4,8

Şəkərli diabet üzrə tədbirlərin maliyyə

təminatı ilə bağlı xərclər

33 742,6 35 757,1 40 078,0 5,4 6 335,4 18,8 4 320,9 12,1

Qanın, qan komponentlərinin və qan

xidmətinin inkişafına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər

1 605,1 1 966,3 1 705,4 0,2 100,3 6,2 -260,9 -13,3

Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərin

maliyyə təminatı ilə bağlı xərclər

27 788,6 26 524,6 25 019,8 3,4 -2 768,8 -10,0 -1 504,8 -5,7

Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin

4 514,4 3 009,6 3 009,6 0,4 -1 504,8 -33,3 0,0 0,0

Page 151: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

151

maliyyə təminatı ilə bağlı xərclər

Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının maliyyə təminatı ilə

bağlı xərclər

2 006,4 4 363,9 3 912,5 0,5 1 906,1 95,0 -451,4 -10,3

Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə ilə

bağlı xərclər

3 009,6 3 109,9 2 608,3 0,4 -401,3 -13,3 -501,6 -16,1

Vərəmlə mübarizə üzrə Tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər ilə bağlı xərclər

3 009,6 1 504,8 1 203,8 0,2 -1 805,8 -60,0 -301,0 -20,0

Dağınıq skleroz xəstəliyinə tutulmuş

şəxslərin müalicə tədbirləri ilə bağlı xərclər

5 016,0 3 310,6 3 310,6 0,4 -1 705,4 -34,0 0,0 0,0

Sosial-mədəni və məişət təyinatlı obyektlərin

əsaslı təmiri ilə bağlı xərclər

3 760,0 3 721,6 2 794,7 0,4 -965,3 -25,7 -926,9 -24,9

Uşaqların icbari dispanserizasiyası ilə bağlı xərclər

5 016,0 5 016,0 5 016,0 0,7 0,0 0,0 0,0 0,0

Növbəti büdcə ilində “Səhiyyə” bölməsində dövlət proqramları və tədbirlər

üzrə xərclər aşağıdakı kimi proqnozlaşdırılmışdır:

Azərbaycan Respublikasında xərçəng xəstəliyi ilə milli mübarizə

tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclərə 42207,5 min manat vəsait

proqnozlaşdırılmışdır ki, bu da səhiyyə üzrə dövlət proqramları və tədbirlərlə bağlı

xərclərin 27,8%-ni təşkil edir. 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə bu

xərclərə ayrılan vəsait 0,8 min manat azdır. İqtisadi təsnifata əsasən bu xərclərdə

əməyin ödənişi üzrə 2889,3 min manat, malların (iş və xidmətlərin) satın alınması

üzrə 36703,4 min manat (o cümlədən, dərman, sarğı ləvazimatları və materialların

alınmasına 33000,0 min manat), təqaüdlər və sosial müavinətlər üzrə 17,8 min

manat, digər xərclər üzrə 399,0 min manat və qeyri-maliyyə aktivlərinin alınması

üzrə 2198,0 min manat vəsait nəzərdə tutulmuşdur. Növbəti ildə də, aparılan işlərin

davamı olaraq, respublikada onkoloji xəstələrin dispanserizasiyasının, xəstələrə

göstəriləcək davamlı tibbi yardımın, xəstəliklərin azaldılmasına yönəldilmiş

profilaktik tədbirlərin, maddi-texniki bazanın, müalicə-diaqnostika və yüksək

effektli dərman vasitələrinin təchizatının gücləndirilməsi tədbirlərinin həyata

keçirilməsi nəzərdə tutulmuşdur.

Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərin maliyyə

təminatı ilə bağlı xərclərə 2016-cı ilin dövlət büdcəsi layihəsində 20716,3 min

manat vəsait proqnozlaşdırılmışdır. Bu səhiyyə proqramları üzrə nəzərdə tutulmuş

vəsaitin 13,6%-ni təşkil edir və 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə

1053,1 min manat və ya 4,8% az deməkdir. Büdcə xərclərinin iqtisadi təsnifatına

əsasən proqram üzrə xərclərin 20000,0 min manatı “Dərman, sarğı ləvazimatları və

materiallarının alınması”, 16,3 min manatı “Bank xərcləri” paraqrafı, 700,0 min

manatı isə “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə

proqnozlaşdırılmışdır. Növbəti ildə aparılacaq tədbirlər çərçivəsində respublikada

Page 152: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

152

hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası üçün faktor preparatları ilə

müalicənin və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqi, hemofiliyalı

xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan

qaldırılması məqsədi ilə artroskopik sinovektomiya, eləcə də, oynaqların müasir

endoprotezlərlə əvəz olunması əməliyyatlarının təşkili, hemofiliya üzrə

mütəxəssislərin hazırlanması və bu kimi digər işlərin həyata keçirilməsi nəzərdə

tutulmuşdur.

Şəkərli diabet üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 2016-cı

ilin dövlət büdcəsində 40078,0 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur

ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 4320,9 min manat və ya

12,1% çox olmaqla, dövlət proqramları üzrə nəzərdə tutulmuş vəsaitin 26,4%-ni

təşkil edir. Büdcə xərclərinin iqtisadi təsnifatına əsasən vəsaitin 40000,0 min

manatı “Dərman, sarğı ləvazimatları və materiallarının alınması”, 78,0 min manatı

isə “Bank xərcləri” paraqrafı üzrə proqnozlaşdırılmışdır. Şəkərli diabet üzrə

tədbirləri, əsasən, şəkərli diabet xəstələrinin dərman preparatları və özünənəzarət

vasitələrlə təmin olunmasının monitorinqinin təmin edilməsi, şəkərli diabetin

fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri

şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstəliyinin kompensasiya

mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmış

hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, “Diabetik

pəncərə” kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq

və gənclər üçün yay düşərgələrinin təşkili , onların tibb işçiləri və tibbi ləvazimatla

təmin edilməsi və şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə

mütəxəssislərin hazırlanması, şəkərli diabet xəstələrinin vahid elektron registrinin

və məlumat bazasının təkmilləşdirilməsi və şəkərli diabetlə mübarizəyə dair

maarifləndirmə işinin gücləndirilməsinə istiqamətlənməsi nəzərdə tutulmuşdur.

Qanın, qan komponentlərinin və qan xidmətinin inkişafına dair tədbirlərin

maliyyə təminatı ilə bağlı xərclərə 2016-cı ilin dövlət büdcəsində 1705,4min manat

vəsait proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə

müqayisədə 260,9 min manat və ya 13,2% az, növbəti büdcə ili üçün səhiyyə

proqramları üzrə nəzərdə tutulmuş ümumi məbləğin 1,1%-ni təşkil edir. Büdcə

xərclərinin iqtisadi təsnifatına əsasən vəsaitin 900,0 min manatı “Dərman, sarğı

ləvazimatları və materiallarının alınması”, 5,4 min manatı “Bank xərcləri”

Page 153: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

153

paraqrafları, 800,0 min manatı isə “Digər maşın və avadanlıqlar” xərc maddəsi

üzrə proqnozlaşdırılmışdır.

Növbəti büdcə ilində qanın, qan komponentlərinin donorluğu və qan

xidmətinin inkişafı üzrə qan xidməti müəssisələrinin fəaliyyətinin

təkmilləşdirilməsi, o cümlədən, maddi-texniki bazalarının möhkəmləndirilməsi,

müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi, səyyar şəraitdə qan

tədarükünün həyata keçirilməsi məqsədilə Mərkəzi Qan Bankının və Regional

bölmələrinin avtonəqliyyat və avadanlıqla təmin edilməsi, tədarük edilən qanın

təhlükəsizliyini təmin edən müasir texnologiyaların (qan komponentlərinin

virusinaktivasiyası, donor qanının tam avtomatik müayinəsi, qan komponentlərinin

işığa salınması) tətbiq edilməsi, donor qanının infeksiyalara yoxlanılmasının,

Mərkəzi Qan Bankının regional bölmələrinin təşkil edilməsi, təbii fəlakət, qəza və

digər fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan və qanın komponentləri ilə

təminatı, qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin hazırlanması və

digər tədbirlər nəzərdə tutulmuşdur.

Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı

xərclərə 2016-cı ilin büdcə layihəsində 25019,8 min manat vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə

1504,8 min manat və ya 5,7% azdır. Bu vəsait növbəti büdcə ili üçün səhiyyə

proqramları üzrə nəzərdə tutulmuş ümumi vəsaitin 16,5%-ni təşkil edir. Büdcə

xərclərinin iqtisadi təsnifatına əsasən vəsaitin 23000,0 min manatı “Dərman, sarğı

ləvazimatları və materiallarının alınması”, 500,0 min manatı təqaüdlər və sosial

müavinətlər, 79,8 min manatı “Bank xərcləri” paraqrafları, 1440,0 min manatı isə

“Digər maşın və avadanlıqlar” xərc maddəsi üzrə nəzərdə tutulmuşdur. Səhiyyə

Nazirliyinin məlumatlarında 2016-cı ildə Xroniki böyrək çatışmazlığı üzrə

tədbirlər çərçivəsində böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında

aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən, dializ müalicəsi

ilə təmin edilməsi, böyrəklərin xroniki xəstəlikləri zamanı müasir müalicə və

diaqnostika üsullarının həyata keçirilməsi (böyrəklərin biopsiyası, punksiyası,

periton dializi, innovasion dərman preparatlarının tətbiqi), xroniki böyrək

çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin tibbi-sosial

reabilitasiyasının həyata keçirilməsi. böyrəklərin xroniki xəstəliklərinin

profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması,

böyrəklərin xroniki xəstəlikləri üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans

Page 154: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

154

və simpoziumlarda iştirakının təmin edilməsi, xroniki böyrək çatışmazlığı olan

xəstələrin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi kimi

işlərin aparılması təklif edilmişdir.

Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin maliyyə

təminatı ilə bağlı xərclərə 2016-cı ilin dövlət büdcəsi layihəsində 2015-ci ilin

proqnoz göstəriciləri ilə müqayisədə dəyişməz olaraq 3009,6 min manat vəsait

nəzərdə tutulmuşdur. Proqnozlaşdırılmış vəsait növbəti büdcə ili üçün səhiyyə

proqramları üzrə nəzərdə tutulmuş ümumi vəsaitin 1,9%-ni təşkil edir. Büdcə

xərclərinin iqtisadi təsnifatına əsasən vəsaitin 3000,0 min manatı “Dərman, sarğı

ləvazimatları və materiallarının alınması”, 9,6 min manatı isə “Bank xərcləri”

paraqrafları üzrə proqnozlaşdırılmışdır. Yoluxucu xəstəliklərin

immunoprofilaktikasına dair tədbirlər üzrə respublikada uşaqların vaksinlə əhatə

səviyyəsinin 95%-dən az olmayaraq saxlanılması, profilaktik peyvənd təqvimində

poliomielitə qarşı üç valentli vaksinin iki valentli vaksinlə əvəz edilməsi, məqsədli

kontingent üçün immunizasiya xidmətlərinə olan geniş çıxışının təmin olunması-

peyvənd təqviminə uyğun olaraq vaksinlərin, özü məhv olan şprislərin, həlledici

şprislərin və immunlaşdırma zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi

üçün təhlükəsiz qutuların alınması, immunobioloji preparatların saxlanılması üçün

anbarlarda “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi

məqsədi ilə yeni soyuducuların alınması, ərazilərdə seçmə yolu ilə əhali qrupları

arasında peyvəndlə əhatə səviyyəsi üzrə qiymətləndirici sorğunun aparılması və

immunoprofilaktika sahəsində kadr hazırlığı kimi işlərin həyata keçirilməsi

nəzərdə tutulmuşdur.

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın

maliyyə təminatı ilə bağlı xərclərə 3912,5 min manat vəsait proqnozlaşdırılmışdır

ki, bu da 2016-cı ildə səhiyyə üzrə proqramlar üçün nəzərdə tutulmuş ümumi

vəsaitin 2,3%-ni təşkil etməklə, 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə

451,4 min manat və ya 10,3% azdır. Büdcə xərclərinin iqtisadi təsnifatına əsasən

proqram üzrə xərclərin 1500,0 min manatı “Dərman, sarğı ləvazimatları və

materiallarının alınması”, 12,4 min manatı “Bank xərcləri” paraqrafları, 2400,0

min manatı isə “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə

proqnozlaşdırılmışdır. 2016-cı ildə proqram çərçivəsində Respublikanın şəhər və

rayonlarında doğuşayardım xidməti göstərən tibb müəssisələrinin tibbi

avadanlıqlarla (o cümlədən, az çəkili yenidoğulmuşların reanimasiyası üçün) təchiz

Page 155: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

155

edilməsi (Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və rayon Mərkəzi

Xəstəxanalarının doğum şöbələri), antenatal yardım göstərən tibb müəssisələrinin

tibbi avadanlıq və cihazlarla təchizatının yaxşılaşdırılması, yenidoğulmuşlar

arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinənin

(skrininqlərin) aparılması, diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar

klinik protokolların və müvafiq təlimatların hazırlanması, doğuşayardım tibb

müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və

qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsi, hamilə qadınların

vahid elektron registrinin təkmilləşdirilməsi, tibbi təhsil sahəsində tədris

proqramlarının diridoğulmanın beynəlxalq meyarlarına uyğun olaraq

təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

2016-cı ilin büdcə layihəsində Azərbaycan Respublikasında HİV/AİDS-in

qarşısının alınması və onunla mübarizə ilə bağlı xərclərə 2608,3 min manat və ya

proqramlar üzrə nəzərdə tutulmuş vəsaitlərin 1,7%-i həcmində vəsait ayrılması

planlaşdırılmışdır, bu isə 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 501,6 min

manat və ya 16,1% az deməkdir. Büdcə xərclərinin iqtisadi təsnifatına əsasən

proqram üzrə xərclərin 2500,0 min manatı “Dərman, sarğı ləvazimatları və

materiallarının alınması”, 8,3 min manatı “Bank xərcləri” paraqrafları, 100,0 min

manatı isə “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə

proqnozlaşdırılmışdır. 2016-cı ildə tədbir çərçivəsində İnsan İmmunçatışmazlığı

Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromuna (İİV/QİÇS) qarşı mübarizə

tədbirlərinin koordinasiyası və sektorlararası əlaqələrin gücləndirilməsi, mübarizə

üzrə profilaktika, müalicə, qayğı və dəstək tədbirlərinin Ümumdünya Səhiyyə

Təşkilatının tövsiyələrinə uyğun təkmilləşdirilməsi, İİV-li şəxslərin vahid elektron

registri və məlumat bazasının yaradılması və digər elektron proqramları ilə

inteqrasiya edilməsi, İİV əleyhinə müəssisələrin maddi-texniki bazasının

gücləndirilməsi – İİV-in erkən aşkarlanması məqsədilə stasionar və səyyar

müayinə və məsləhət məntəqələr şəbəkəsinin genişləndirilməsi, İİV-lə mübarizə

aparan müəssisə və təşkilatların qoruyucu vasitələr və steril tibbi ləvazimatlarla

təmin edilməsi və digər tədbirlər əhatə olunacaqdır.

Layihədə vərəmlə mübarizə üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı

xərclərə 1203,8 min manat və ya səhiyyə üzrə dövlət proqramları üzrə nəzərdə

tutulmuş xərclərin 0,9%-i həcmində vəsait proqnozlaşdırılmışdır ki, bu da cari ilin

proqnoz göstəricisi ilə müqayisədə 301,0 min manat və ya 20,0% azdır. Büdcə

Page 156: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

156

xərclərinin iqtisadi təsnifatına əsasən bu məqsəd üçün ayrılmış vəsaitin 1200,0 min

manatı “Dərman, sarğı ləvazimatları və materiallarının alınması”, 3,8 min manatı

“Bank xərcləri” paraqrafları üzrə proqnozlaşdırılmışdır. Növbəti ildə vərəmlə

mübarizə üzrə tədbirlər, əsasən, vərəm xəstələrinin vahid elektron registrinin

təkmilləşdirilməsi, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının

gücləndirilməsi, o cümlədən: vərəmin diaqnostikasının gücləndirilməsi məqsədi ilə

laborator şəbəkəsinin genişləndirilməsi və müasir laborator avadanlığı ilə təchiz

edilməsi, laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchizatı,

laboratoriyaların havalandırması sistemlərinin təmiri və yenilənməsi, vərəm

xəstəliyinin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun

peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb

müəssisələrinin spesifik sınaq vasitələri ilə təmin edilməsi, vərəm əleyhinə tibb

müəssisələrinin dərman preparatları ilə davamlı təminatı, vərəm əleyhinə

müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə

tibbi personalın fərdi mühafizə vasitələri ilə təmin edilməsi, vərəm əleyhinə

müəssisələrin kadr potensialının gücləndirilməsindən ibarətdir.

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicə tədbirləri ilə bağlı

xərclərə 2016-cı ilin dövlət büdcəsində 2015-ci il səviyyəsində olmaqla, 3310,6

min manat və ya səhiyyə üzrə dövlət proqramları ilə bağlı xərclərin 2,2%-i

həcmində vəsait nəzərdə tutulmuşdur. Büdcə xərclərinin iqtisadi təsnifatına əsasən

bu vəsaitin 2000,0 min manatı “Dərman, sarğı ləvazimatları və materiallarının

alınması”, 10,6 min manatı “Bank xərcləri” paraqrafları, 1300,0 min manatı isə

“qeyri-maliyyə aktivlərinin alınması” xərc maddəsi üzrə proqnozlaşdırılmışdır.

Növbəti ildə bu xərclər üzrə dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyən

edilməsi məqsədi ilə tibb müəssisələrinin zəruri avadanlıq və reaktivlərlə, eləcə də,

dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin zəruri dərman preparatları ilə

davamlı təmin edilməsi, şəxslərin sanatoriya-kurort və bərpa müalicəsinin təşkili,

dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin

hazırlanması, onların peşə biliklərinin artırılması və dağınıq skleroz xəstəliyinin

profilaktikasına dair məlumatların kütləvi informasiya vasitələri ilə yayılması

tədbirləri nəzərdə tutulmuşdur.

2016-cı ilin dövlət büdcəsində, cari ildə olduğu kimi, “Uşaqların icbari

dispanserizasiyası ilə bağlı xərclər”ə 5016,0 min manat vəsait nəzərdə

tutulmuşdur ki, bu da dövlət proqramları üzrə xərclərin 3,3%-ni təşkil etməklə

Page 157: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

157

iqtisadi təsnifatın “Digər xərclər” bölməsi üzrə proqnozlaşdırılmışdır. Səhiyyə

Nazirliyinin məlumatına əsasən qeyd olunan tədbir çərçivəsində uşaqlara tibbi

xidmətlər göstərən ilkin səhiyyə müəssisələrinin lazımi avadanlıq, laborator və

tibbi ləvazimatlarla, eləcə də, kompüter texnikası, habelə tibbi müayinələrin

aparılması üçün təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələrin

müvafiq avadanlıqla təchiz edilməsi, xəstə və xəstələnmə riski olan uşaqlar üçün

sanatoriya-kurort və bərpa müalicəsinin təşkili, dispanserizasiya məqsədi ilə

aparılan tibbi müayinələr zamanı aşkar edilən xəstə uşaqların ixtisaslaşdırılmış tibb

müəssisələrində müalicəsinin təşkili, uşaqların dispanserizasiyasını həyata keçirən

ilkin səhiyyə işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə

keyfiyyət standartları və klinik protokollar əsasında təlimlərin keçirilməsi, uşaqlar

arasında xəstəliklərin profilaktikası və müalicəsi, fəsadlarla mübarizə sahəsində

beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq (yerli mütəxəssislərin xaricdə

təlim keçməsi), uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədilə əhali

arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzular üzrə

maarifləndirmə kampaniyalarının həyata keçirilməsi proqnozlaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, "Səhiyyə" bölməsi üzrə qəbul edilmiş 7 dövlət

proqramı və tədbirin icra müddəti 2015-ci ildə başa çatmış, lakin 2016-cı ilin

büdcə layihəsində həmin tədbirlərə məqsədli vəsait ayrılması

proqnozlaşdırılmışdır. Hesablama Palatası əvvəlki illərin büdcə layihələrinə

verdiyi rəylərdə maliyyələşdirilməsi davam etdirilən dövlət proqram və

tədbirlərinin müddətlərinin uzadılmasını və bundan sonra həmin proqram və

tədbirlərin maliyyələşdirilməsinin yalnız onların müddətlərinin uzadılmasından

sonra həyata keçirilməsini təklif etmişdir ki, bu da öz növbəsində həmin proqram

və tədbirlərdə qarşıya qoyulmuş vəzifələrin icrasının və onların nəticəliliyinin

qiymətləndirilməsinə şərait yaratmış olar.

Aparılmış təhlillərdən göründüyü kimi, son illərin dövlət büdcəsinin səhiyyə

xərclərinin tərkibində dövlət proqram və tədbirlərə ayrılan vəsaitin məbləğində

artım müşahidə olunmuş, lakin ayrı-ayrı xəstəliklərin göstəricilərinin dinamikası

müxtəlif olmuşdur. Belə ki, talassemiyalı xəstələrin sayı respublika üzrə 2012-ci

ildə əhalinin hər 100,0 min nəfərinə 5,3 nəfər, 2013-cü ildə 4,0 nəfər və 2014-cü

ildə 5,6 nəfər xəstə, şəkərli diabetə tutulan xəstələrin sayı 2012-ci ildə əhalinin hər

100,0 min nəfərinə 256,1 nəfər, 2013-cü ildə 260,1 nəfər və 2014-cü ildə 267,1

nəfər xəstə, vərəm xəstələrin sayı isə 2012-ci ildə əhalinin hər 100,0 min nəfərinə

Page 158: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

158

50,3 nəfər, 2013-cü ildə 48,7 nəfər və 2014-cü ildə isə 46,6 nəfər xəstə düşür.

(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin “Azərbaycanda

səhiyyə, sosial təminat və mənzil şəraiti” statistik məcmuəsi)

2016-cı ilin dövlət büdcə layihəsində “Səhiyyə” bölməsi üzrə dövlət

proqramlarının maliyyələşdirilməsi xərclərindən “İstehsalat, sosial-mədəni və

məişət təyinatlı obyektlərin əsaslı təmiri” xərclərinə 2794,7 min manat vəsait

nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 926,9 min

manat və ya 24,9% az olmaqla səhiyyə üzrə dövlət proqramları ilə bağlı xərclərin

1,8%-ni təşkil edir.

2016-cı il üzrə “Səhiyyə” bölməsi üzrə maliyyə təminatına təklif olunan

vəsaitin məbləği ölkəmizdə səhiyyənin inkişaf tendensiyasının davam

etdirilməsinə, əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşmasına, habelə,

səhiyyə sahəsində icra edilən dövlət proqram və tədbirlərin müvəffəqiyyətlə həyata

keçirilməsinə zəmin yaradacaqdır.

Mədəniyyət xərcləri

Ölkəmizin mədəniyyət, turizm və idman sahələrinin inkişafı, mədəni

irsimizin qorunub saxlanılması, mövcud turizm potensialının beynəlxalq

aləmdə tanıdılması, müasir turizm infrastrukturunun yaradılması, idmanın

inkişaf etdirilməsi sahələrində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Bu işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün növbəti ilin dövlət

büdcəsində bu sahələrə vəsaitin ayrılmasına xüsusi önəm verilmişdir.

Bu məqsədlə 2016-cı ilin büdcə layihəsində “Mədəniyyət, incəsənət,

informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə

fəaliyyət” bölməsində 652748,6 min manat vəsait proqnozlaşdırılmışdır ki, bu da

2014-cü ilin icrası ilə müqayisədə 358702,7 min manat və ya 2,2 dəfə, 2015-ci ilin

proqnozu ilə müqayisədə isə 304431,5 min manat və ya 87,4% çoxdur (Cədvəl 59).

Bölmə üzrə xərclərin 2016-cı il dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 2014-

cü ilin icra və 2015-ci ilin proqnoz göstəricilərindən 2,4 faiz bəndi çox olmaqla

4,0% təşkil edəcəkdir. Büdcə layihəsində ilk dəfə olaraq ayrıca sətirlə 324000,0

min manat məbləğində “Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və

digər təşkilati işlər” üzrə xərclər nəzərdə tutulmuşdur ki, ondan iqtisadi təsnifat

üzrə 172000,0 min manatı və ya 53,1%-i “Digər xərclər”, 152000,0 min manatı və

Page 159: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

159

ya 46,9%-i isə “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsində

proqnozlaşdırılmışdır. Bu xərclər funksional, iqtisadi və inzibati təsnifata əsasən

bölmə üzrə xərclərin əvvəlki illərlə müqayisəsində kəskin artma və azalmaların

əsas səbəbidir.

Cədvəl 59. 2014-2016-cı illərdə “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və

digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi xərclərinin funksional

təsnifat üzrəmüqayisəsi

min manat

Sahələrin adları 2014

icra

2015

proqnoz

2015

gözlənilən

icra

2016

layihə

Xüsusi

çəki

2014-cü ilin

icrası ilə

müqayisədə

2015-ci ilin

proqnozu ilə

müqayisədə

Məbləğ Faiz Məbləğ Faiz

Mədəniyyət, incəsənət,

informasiya, bədən tərbiyəsi

və digər kateqoriyalara aid

edilməyən sahədə fəaliyyət

294 045,9 348 317,1 335 777,6 652 748,6 - 358 702,7 122,0 304 431,5 87,4

Mədəniyyət və incəsənət

sahəsində fəaliyyət

130 191,3 149 216,4 143 844,5 140 941,3 21,6 10 750,0 8,3 -8 275,1 -5,5

Radio, televiziya və

nəşriyyat

66 016,6 66 498,5 64 104,6 66 916,4 10,3 899,9 1,4 417,9 0,6

Bədən tərbiyəsi, gənclər

siyasəti və turizm

45 479,3 47 961,9 46 235,3 359 285,0 55,0 313 805,7 690,0 311 323,0 649,1

Digər kateqoriyalara aid

edilməyən fəaliyyət

52 358,8 84 640,3 81 593,2 85 605,9 13,1 33 247,2 63,5 965,6 1,1

Cədvəldən göründüyü kimi, bölmə üzrə xərclərin 21,6%-i “Mədəniyyət və

incəsənət sahəsində fəaliyyət” köməkçi bölməsinin, 10,3%-i “Radio, televiziya və

nəşriyyat” köməkçi bölməsinin, 55,0%-i “Bədən tərbiyəsi, gənclər siyasəti və

turizm” köməkçi bölməsinin, 13,1%-i “Digər kateqoriyalara aid edilməyən

fəaliyyət” köməkçi bölməsinin payına düşəcəkdir. Cari ilin proqnoz göstəriciləri

ilə müqayisədə bölmə üzrə xərclərin “Bədən tərbiyəsi, gənclər siyasəti və turizm”

köməkçi bölməsi üzrə 7,5 dəfə, “Digər kateqoriyalara aid edilməyən fəaliyyət”

köməkçi bölməsi üzrə 1,1%, “Radio, televiziya və nəşriyyat” köməkçi bölməsi

üzrə 0,6% artım, “Mədəniyyət və incəsənət sahəsində fəaliyyət” köməkçi

bölməsinin məbləğində isə 5,5% azalma nəzərdə tutulmuşdur.

“Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara

aid edilməyən sahədə fəaliyyət” bölməsi xərclərinin iqtisadi təsnifat üzrə

müqayisəsiCədvəl 60-da göstərilmişdir.

Page 160: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

160

Cədvəl 60. 2016-cı il dövlət büdcəsi layihəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən

tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsinin iqtisadi

təsnifat üzrə xərclərinin 2014-2015-ci illərlə müqayisəsi

min manat Xərc maddələrinin adları 2014-cü

il (icra) 2015-ci il

(proqnoz) 2015

(gözlənilən

icra)

2016-cı il layihə 2014-cü illə

müqayisədə fərq 2015-ci ilin

proqnozu ilə

müqayisədə fərq

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Əməyin ödənişi 58 108,7 58 698,4 56 585,2 59 131,6 14,7 1 022,9 1,8 433,2 0,7

Malların (işlərin və xidmətlərin) satın

alınması

41 549,4 49 142,0 47 372,9 45 399,9 11,3 3 850,5 9,3 -3 742,1 -7,6

Subsidiyalar və cari transfertlər 90 808,4 95 133,8 91 709,0 97 091,4 24,1 6 283,0 6,9 1 957,6 2,1

Qeyri-maliyyə dövlət təşkilatları üzrə

ödənişlər

75 640,9 79 397,0 76 538,7 77 397,0 1 756,1 2,3 -2 000,0 -2,5

Maliyyə təşkilatları üzrə ödənişlər 15 167,6 15 736,8 15 170,3 19 694,4 4 526,9 29,8 3 957,6 25,1

Qrantlar və digər ödənişlər 4,2 9,0 8,7 9,0 0,002 4,8 113,6 0,0 0,0

Təqaüdlər və sosial müavinətlər 775,4 1 293,2 1 246,6 1 312,4 0,3 537,1 69,3 19,2 1,5

Digər xərclər 97 179,3 102 537,5 98 846,1 290 455,7 72,2 193 276,4 198,9 187 918,3 183,3

Sair xərclər 90 519,5 92 040,7 88 727,2 283 525,5 70,4 193 006,0 213,2 191 484,8 208,0

Qeyri-maliyyə aktivlərinin alınması 5 620,5 41 503,2 40 009,1 159 348,6 39,6 153 728,0 2 735,1 117 845,4 283,9

Göründüyü kimi, növbəti büdcə ilində cari illə müqayisədə iqtisadi təsnifatın

“Əməyin ödənişi” bölməsi üzrə 433,2 min manat və ya 0,7%, “Subsidiyalar və cari

transfertlər” bölməsi üzrə 1957,6 min manat və ya 2,1%, “Digər xərclər” bölməsi

üzrə 187918,3 min manat və ya 2,8 dəfə, “Qeyri-maliyyə aktivlərinin alınması”

bölməsi üzrə 117845,4 min manat və ya 3,8 dəfə artım nəzərdə tutulmuşdur.

“Digər xərclər” və “Qeyri-maliyyə aktivlərinin alınması” bölmələri üzrə kəskin

artım funksional təsnifatın “Bədən tərbiyəsi, gənclər siyasəti və turizm” köməkçi

bölməsində “Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati

işlər” üzrə xərclərin nəzərdə tutulması ilə əlaqədardır.

İqtisadi təsnifatın “Subsidiyalar və cari transfertlər” bölməsi üzrə nəzərdə

tutulmuş vəsaitlərdən 77397,0 min manatı və ya 79,7%-i qeyri-maliyyə dövlət

təşkilatları üzrə ödənişlərə, 19694,4 min manatı və ya 20,3%-i isə maliyyə

təşkilatları üzrə ödənişlərə proqnozlaşdırılmışdır. Cari illə müqayisədə qeyri-

maliyyə dövlət təşkilatları üzrə ödənişlərə ayrılacaq vəsaitin 2000,0 min manat

(2,5%) azalması müşahidə olunsa da, maliyyə təşkilatları üzrə ödənişlərə ayrılacaq

vəsaitlərin 3957,6 min manat (25,1%) artırılması nəzərdə tutulmuşdur. Bu artma və

azalmaların əsas səbəbi cari ildəkindən fərqli olaraq, qeyri-dövlət təşkilatlarına

verilən maliyyə yardımının və büdcə layihəsində ilk dəfə olaraq Azərbaycan

Respublikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin xərclərinin “Maliyyə

təşkilatları üzrə ödənişlər” paraqrafında proqnozlaşdırılmasıdır.

Page 161: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

161

Bölmə xərclərinin inzibati təsnifat üzrə 26 baş kredit sərəncamçısı və digər

tədbirlər üzrə bölünməsi təklif olunmuşdur (Cədvəl 61).

Cədvəl 61. 2014-2016-cı illərdə “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və

digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsinin inzibati təsnifat üzrə

xərclərinin müqayisəsi

min manat № Bölmə / təşkilat 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-cü illə

müqayisədə

fərq

2015-ci ilin

proqnozu ilə

müqayisədə fərq

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

1 Beynəlxalq idman tədbirlərinin

keçirilməsi, hazırlıq və digər

təşkilati işlər

0,0 0,0 0,0 324 000,0 49,6 324 000,0 - 324 000,0 -

2 Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

123 110,2 141 014,7 135 938,1 135 261,4 20,7 -5 753,3 -4,1 12 151,2 9,87

3 Maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir

0,0 0,0 0,0 48 354,2 7,4 48 354,2 - 48 354,2 -

4 "Azərbaycan Televiziya və Radio

Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti

37 639,9 37 720,3 36 362,4 37 720,3 5,8 0,0 0,0 80,4 0,21

5 Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi

37 484,1 40 171,4 38 725,3 27 492,1 4,2 -12 679,3 -31,6 -9 992,0 -26,66

6 Azərbaycan Respublikasının

İctimai Televiziya və Radio

Yayımları Şirkəti

16 519,3 16 552,8 15 956,9 16 552,8 2,5 0,0 0,0 33,5 0,20

7 Azərbaycan Dövlət Teleqraf

Agentliyi "AzərTAc"

6 401,2 6 660,8 6 421,0 7 082,8 1,1 421,9 6,3 681,5 10,65

8 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət

Təşkilatlarına Dövlət Dəstəyi

4 003,0 6 619,2 6 380,9 6 619,2 1,0 0,0 0,0 2 616,2 65,35

9 Azərbaycan Respublikası Nazirlər Kabinei yanında "İçərişəhər"

Dövlət Tarix-Memarlıq Qoruğu

İdarəsi

4 919,7 5 352,4 5 159,7 5 356,2 0,8 3,8 0,1 436,5 8,87

10 Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin

M.F. Axundov adına Milli Kitabxanası

4 071,4 5 215,4 5 027,7 5 165,1 0,8 -50,3 -1,0 1 093,7 26,86

11 Digər tədbirlər və təşkilatlar 59 897,0 89 010,0 85 805,7 39 144,5 6,0 -49 865,5 -56,0 -20 752,5 -34,65

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə ayrılacaq

vəsaitin 68406,9 min manatı və ya 50,6%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş,

66854,5 min manatı və ya 49,4%-i isə yerli xərclərə aid olması nəzərdə

tutulmuşdur. 2016-cı il üçün Mədəniyyət və Turizm Nazirliyinə proqnozlaşdırılmış

vəsaitin 1684,7 min manatı “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı

təmiri” ilə əlaqədar xərclərlə bağlı olacaq ki, bu da 2014-cü ilin müvafiq göstəricisi

ilə eyni, 2015-ci ilin proqnoz layihəsində nəzərdə tutulmuş vəsaitdən isə 585,2 min

manat və ya 25,8% azdır.

2016-cı ildə bölmə xərclərinin 27492,1 min manatı və ya 4,2%-i Azərbaycan

Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən icra edilməsi nəzərdə

tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 9992,0 min manat və ya

26,7%, 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə isə 12679,3 min manat və

ya 31,6% azdır. Azalmaya səbəb əvvəlki illərdə Nazirliyin xərclərinə aid edilən

Page 162: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

162

“Azərbaycan Gəncliyi (2011-2015-cı illər)” Dövlət Proqramınınmüddəti başa

çatdığı üçün həmin proqram üzrə vəsaitin nəzərdə tutulmamasıdır. Azərbaycan

Respublikası Gənclər və İdman Nazirliyinə ayrılacaq vəsaitin 21459,6 min manatı

və ya 78,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 6032,5 min manatı və ya

21,9%-i isə yerli xərclərə aid olması nəzərdə tutulmuşdur.

Bunlarla yanaşı, bölmə xərclərinin 37720,3 min manatı və ya 5,8%-nin

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nə ayrılması

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 80,4 min manat

və ya 0,2% çox, 2015-ci ilin müvafiq göstəricisinə bərabərdir. Azərbaycan

Televiziya və Radio Verilişləri QSC üzrə ayrılan xərclərin 14295,8 min manatı və

ya 37,9%-i “Əməyin ödənişi”, 12902,7 min manatı və ya 34,2%-i “Malların

(işlərin və xidmətlərin) satın alınması”, 55,0 min manatı və ya 0,1%-i “Təqaüdlər

və sosial müavinətlər”, 10322,6 min manatı və ya 27,4%-i “Digər xərclər” və

144,2 min manatı və ya 0,4%-i “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə

nəzərdə tutulmuşdur.

“Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara

aid edilməyən sahədə fəaliyyət” bölməsi xərclərinin 16552,8 min manatı və ya

2,5%-i Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (2014-cü ilin

icrası ilə müqayisədə 33,5 min manat və ya 0,2% çox, 2015-ci ilin proqnoz

göstəriciləri ilə eyni) payına düşəcəkdir. Azərbaycan İctimai Televiziya və Radio

Yayımı Şirkəti üzrə ayrılan xərclərin 7320,0 min manatı və ya 44,2%-i “Əməyin

ödənişi”, 3800,0 min manatı və ya 23,0%-i “Malların (işlərin və xidmətlərin) satın

alınması”, 1312,8 min manatı və ya 7,9%-i isə “Qrantlar və digər ödənişlər”, 59,0

min manatı və ya 0,4%-i “Təqaüdlər və sosial müavinətlər”, 2600,0 min manatı və

ya 15,7%-i “Digər xərclər”, 1461,0 min manatı və ya 8,8%-i “Qeyri-maliyyə

aktivlərinin alınması” bölməsi üzrə nəzərdə tutulmuşdur.

Bölmə xərclərinin 5356,2 min manatı və ya 0,8%-nin Azərbaycan

Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq

Qoruğu İdarəsinə, 5165,1 min manatı və ya 0,8%-nin M.F.Axundov adına Milli

Kitabxanaya ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə

müqayisədə müvafiq olaraq 436,5 min manat və ya 8,9%, 1093,7 min manat və ya

26,9% çox, 2015-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə isə, müvafiq olaraq,

3,8 min manat və ya 0,1% çox, 50,3 min manat və ya 1,0% azdır.

Page 163: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

163

Bölməyə ayrılacaq vəsaitin 7082,8 min manatı və ya 1,1%-i “AzərTac”

Azərbaycan Dövlət İnformasiya Agentliyi, 4012,8 min manatı və ya 0,6%-i

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi

Fondu və 0,24%-i isə digər təşkilatlar (Azərbaycan Nəşriyyatı üzrə 0,15%, “Mir”

Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyi üzrə 0,08%, Radio və

Televiziya redaksiyalarının saxlanması ilə bağlı xərclər 0,004%) üzrə

proqnozlaşdırılmışdır.

Büdcə layihəsində nəzərdə tutulmuş vəsaitin 6619,2 min manatı və ya 1,0%-

i Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurası, 3511,2 min manatı və ya 0,5%-i Heydər Əliyev Mərkəzi,

3438,3 min manatı və ya 0,5%-i qeyri-dövlət təşkilatlarına verilən maliyyə

yardımı, 2500,0 min manatı və ya 0,4%-i Siyasi partiyaların fəaliyyətinin

maliyyələşdirilməsi ilə bağlı xərclər və s. üzrə proqnozlaşdırılmışdır.

Eyni zamanda, bölmənin xərclərindən, cari ildə olduğu kimi, Azərbaycan

Respublikası Prezidenti yanında Gənclər Fonduna 4779,0 min manat (bölmə

xərclərinin 0,7%-i) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət

Komitəsinə 1003,2 min manat (0,2%-i), həmçinin, Azərbaycan Respublikası

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə 1827,7 min manat (0,3%-i), Bakı

Beynəlxalq Multikulturalizm Mərkəzinə 1116,9 min manat (0,2%-i) vəsait nəzərdə

tutulmuşdur.

Bununla yanaşı, 2015-ci ildə olduğu kimi, növbəti ildə də “Mədəniyyət,

incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən

sahələrdə islahatlar” blokunda bölmə xərclərinin 4012,8 min manat və ya 0,6%-i

(cari illə müqayisədə 6123,5 min manat və ya 60,4% az) təklif olunmuşdur.

Layihədə “Mədəniyyət və incəsənət sahəsində fəaliyyət” köməkçi bölməsi

üzrə 140941,3 min manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin

müvafiq göstəricisi ilə müqayisədə 8275,1 min manat və ya 5,5% az, 2014-cü ilin

icrası ilə müqayisədə isə 10750,0 min manat və ya 8,3% çoxdur.

Proqnozlaşdırılmış vəsaitin 33847,6 min manatı və ya 24,0%-i “Kitabxanalar”

paraqrafı, 19649,5 min manatı və ya 13,9%-i “Muzey və sərgilər” paraqrafı,

27860,4 min manatı və ya 19,8%-i “Saraylar və mədəniyyət evləri, klublar və

başqa tədbirlər” paraqrafı, 30179,5 min manatı və ya 21,4%-i “Teatr, filarmoniya,

musiqi kollektivləri, ansambllar və incəsənət kollektivləri” paraqrafı, 29404,2 min

manatı və ya 20,9%-i “Mədəniyyət və incəsənət sahəsində digər müəssisələr və

Page 164: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

164

mədəni tədbirlər” paraqrafı üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilməsi

nəzərdə tutulmuşdur. Bu isə 2014-cü ilin icrası ilə müqayisədə, müvafiq olaraq,

590,9 min manat və ya 1,7% az, 2262,9 min manat və ya 13,0% çox, 2373,1 min

manat və ya 7,8% az, 1913,5 min manat və ya 6,8%, 9537,5 min manat və ya

48,0% çox, 2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə isə, müvafiq olaraq,

2227,5 min manat və ya 6,2%, 227,9 min manat və ya 1,1%, 2070,8 min manat və

ya 6,9%, 188,9 min manat və ya 0,6%, 3560,0 min manat və ya 10,8% azdır.

Köməkçi bölmə üzrə proqnozlaşdırılan vəsaitlərin iqtisadi təsnifat üzrə

bölgüsü subsidiya və cari transfertlərlə bağlı xərclərin növbəti ildə nəzərdə

tutulmadığını, əməyin ödənişi və təqaüdlər və sosial müavinətlərlə xərclərin

müvafiq olaraq 0,4% və 1,5% artımla proqnozlaşdırıldığını, digər istiqamətlər üzrə

azalma nəzərdə tutulduğunu göstərir.

“Radio, televiziya və nəşriyyat” köməkçi bölməsi üzrə 66916,4 min manat

vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 899,9 min

manat və ya 1,4%, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə isə 417,9 min

manat və ya 0,6% çox təşkil edir. Proqnozlaşdırılmış vəsaitdən “Radio və

televiziya” paraqrafı üzrə 54817,7 min manat və ya 81,9%, “Nəşriyyatlar”

paraqrafı üzrə isə 12098,8 min manat və ya 18,1% vəsait nəzərdə tutulmuşdur.

Cari ilin müvafiq göstəriciləri ilə müqayisədə köməkçi bölmənin iqtisadi

təsnifat üzrə “Əməyin ödənişi” bölməsi üzrə 32,3 min manat və ya 1,0%,

“Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə 3,6 min manat və ya 7,1%, “Digər

xərclər” bölməsi üzrə 473,0 min manat və ya 31,2% artım, “Malların (işlərin və

xidmətlərin) satın alınması” bölməsi üzrə 25,1 min manat və ya 2,3%, “Qeyri-

maliyyə aktivlərinin alınması” bölməsi üzrə 65,9 min manat və ya 6,9% azalma

nəzərdə tutulmuşdur.

Büdcə layihəsində “Bədən tərbiyəsi, gənclər siyasəti və turizm” köməkçi

bölməsi üzrə 359285,0 min manat vəsait proqnozlaşdırılmışdır. Bu isə 2014-cü ilin

icrası ilə müqayisədə 313805,7 min manat və ya 7,9 dəfə, cari ilin proqnoz

göstəricisi ilə müqayisədə isə 311323,1 min manat və ya 7,5 dəfə çoxdur. Köməkçi

bölmə xərclərində “Bədən tərbiyəsi və idmanın təşkili” paraqrafına 340213,1 min

manat və ya 94,7%, “Gənclər siyasəti” paraqrafına 11525,4 min manat və ya 3,2%,

“Bədən tərbiyəsi, gənclər siyasəti və turizm üzrə digər tədbirlər” paraqrafına isə

7546,5 min manat və ya 2,1% vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2015-

Page 165: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

165

ci ilin proqnoz göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 323673,7 min manat

və ya 20,6 dəfə çox, 12350,8 min manat və ya 51,7% az və eyni məbləğ təşkil edir.

“Bədən tərbiyəsi, gənclər siyasəti və turizm” köməkçi bölməsi üzrə

xərclərin iqtisadi təsnifat üzrə təhlil digər xərclər üzrə14,0% səviyyəsində ən

böyük artım, qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərdə isə 12,2% ən

böyük azalma nəzərdə tutulduğunu göstərir (Cədvəl 62).

Cədvəl 62. 2014-2016-cı illərdə “Bədən tərbiyəsi, gənclər siyasəti və turizm” köməkçi

bölməsi üzrə nəzərdə tutulan vəsaitin iqtisadi təsnifat üzrə bölgüsü və müqayisəsi

min manatla

Təsnifat 2014

icra

2015

proqnoz

2015

gözlənilən

icra

2016 layihə 2014-ün icrası ilə

müqayisə

2015-in

proqnozu ilə

müqayisə

layihə xüsusi

çəki

Məbləğ Faiz Məbləğ Faiz

Bədən tərbiyəsi, gənclər siyasəti və

turizm

45 479,3 47 961,9 46 235,3 359 285,0 - 313 805,7 690,0 311 323,1 649,1

Əməyin ödənişi 2 349,6 2 782,9 2 682,7 2 795,3 0,8 445,7 19,0 12,4 0,4

Malların (işlərin və xidmətlərin)

satın alınması

1 564,5 1 784,8 1 720,5 1 654,9 0,5 90,4 5,8 -129,9 -7,3

Təqaüdlər və sosial müavinətlər 3,2 36,6 35,3 37,8 0,0 34,5 1 065,4 1,1 3,1

Digər xərclər 41 531,5 43 322,2 41 762,6 202 765,9 56,4 161 234,3 388,2 159 443,7 368,0

Sair xərclər 41 463,8 43 157,3 41 603,7 202 642,0 161 178,2 388,7 159 484,7 369,5

Qeyri-maliyyə aktivlərinin

alınması

30,4 35,5 34,2 152 031,2 42,3 152 000,7 - 151 995,7 -

“Digər kateqoriyalara aid edilməyən fəaliyyət” köməkçi bölməsi üzrə

85605,9 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrası ilə

müqayisədə 33247,1 min manat və ya 63,5%, 2015-ci ilin proqnoz göstəricisi ilə

müqayisədə isə 965,6 min manat və ya 1,1% çoxdur.

Köməkçi bölmə üzrə ayrılan xərclərin 1278,0 min manatı və ya 1,5%-i

“Əməyin ödənişi”, 4474,6 min manatı və ya 5,2%-i “Malların (işlərin və

xidmətlərin) satın alınması”, 15694,4 min manatı və ya 18,3%-i “Subsidiyalar və

cari transfertlər”, 64044,2 min manatı və ya 74,8%-i “Digər xərclər” və 106,0 min

manatı və ya 0,1%-i “Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə nəzərdə

tutulmuşdur ki, bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq

19,2%, 13,0%, 14,3%, 97,0% çox və 99,7% az, 2014-cü ilin icrası ilə müqayisədə

isə müvafiq olaraq 6,1 dəfə çox, 15,7% az, 39,4%, 80,2% və 2,9 dəfə çoxdur.

“Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər

kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində dövlət büdcəsindən

maliyyələşən təşkilatların büdcədənkənar xərclərinə 4838,0 min manat və ya

bölmə xərclərinin 0,7%-i səviyyəsində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2015-

Page 166: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

166

ci ilin proqnoz göstəricisi ilə müqayisədə 229,0 min manat və ya 5,0%, 2014-cü

ilin icrası ilə müqayisədə isə 1798,2 min manat və ya 59,1% çoxdur.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,

büdcə təşkilatlarının xərcləri müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri

nəzərə alınır. Hesablama Palatası tərəfindən aparılmış audit tədbirləri ilə

müəyyən olunmuşdur ki, əksər rayon Mədəniyyət və Turizm şöbələrində

büdcədənkənar daxilolmaların yığılması istiqamətində işlər təşkil edilməmişdir.Bu

da büdcədənkənar vəsaitlərin formalaşdırılmasına öz mənfi təsirini göstərir. Qeyd

edilənləri nəzərə alaraq, hesab edirik ki, respublikanın bölgələrində mədəniyyət

müəssisələrinin potensialından tam istifadə edilməklə onların büdcədənkənar

daxilolmaların artırılması istiqamətində fəaliyyətinin düzgün və məqsədyönlü

təşkil olunması bu müəssisələrin inkişafına xidmət etməklə yanaşı, əhaliyə müxtəlif

yönlü xidmətlərin göstərilməsini stimullaşdıracaqdır.

Qeyd edək ki, bölmə üzrə 7 dövlət proqramı və tədbirin maliyyə təminatına

2016-cı ilin dövlət büdcəsi layihəsində 30578,7 min manat və ya bölmə xərclərinin

4,7%-i həcmində vəsait proqnozlaşdırılmışdır. Bölmənin “Gənclər siyasəti”

köməkçi bölməsində “Azərbaycan Gəncliyi (2011-2015-ci illər)” Dövlət

Proqramının müddəti bitdiyi üçün həmin proqram üzrə vəsait planlaşdırılmamışdır

(Cədvəl 63).

Cədvəl 63. 2015-2016-cı illərdə “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və

digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə icrası nəzərdə tutulan

dövlət proqramları və tədbirlər barədə məlumat

min manat Proqram və tədbirlər 2014

(proqnoz) 2015

(proqnoz) 2016

(layihə) Xüsusi

çəki 2014-cü illə

müqayisədə fərq 2015-ci illə

müqayisədə fərq

Məbləğ Faiz Məbləğ Faiz

Proqram və tədbirlər üzrə cəmi 57 164,8 30 578,6 30 578,7 4,7 -7 974,4 -13,9 18 611,8 60,9

"Teatr, konsert müəssisələrində yaranmış zərərlərin

ödənilməsi üzrə xərclər

15 827,5 15 125,3 15 125,3 49,5 -702,2 -4,4 0,1 0,0

"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın maliyyə təminatı

ilə bağlı xərclər

6 520,8 6 520,8 6 520,8 21,3 0,0 0,0 0,0 0,0

Yeni musiqi alətlərinin alınması üçün 401,3 601,9 601,9 2,0 200,6 50,0 0,0 0,0

Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət

Proqramının tətbiqi ilə bağlı xərclər

4 012,8 4 715,0 4 715,0 15,4 702,2 17,5 0,0 0,0

Yaşlı və gənc nəsil yazıçılarının, rəssamlarının və bəstəkarlarının xüsusi təqaüd fondu

589,9 589,9 589,9 1,9 0,0 0,0 0,0 0,0

Azərbaycan Respublikası Mədəniyyət və Turizm

Nazirliyinin xarici ölkələrdə mədəniyyət

mərkəzlərinin saxlanılması xərcləri

2 006,4 2 243,3 2 243,3 7,3 236,9 11,8 0,0 0,0

İncəsənət xadimlərinə verilən mükafat 782,5 782,5 782,5 2,6 0,0 0,0 0,0 0,0

Page 167: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

167

Bu sahə üzrə proqram və tədbirlərə ayrılan vəsaitlərdən iqtisadi təsnifat üzrə

“Subsidiyalar və transfertlər” bölməsi üzrə 19840,3 min manat və ya 64,9%,

“Təqaüd və sosial müavinətlər” bölməsi üzrə 589,9 min manat və ya 1,9% və

“Digər xərclər” bölməsi üzrə 10148,5 min manat və ya 33,2% vəsaitin istifadəsi

nəzərdə tutulmuşdur.

“Teatr, filarmoniya, musiqi kollektivləri, ansambllar və incəsənət

kollektivləri” paraqrafı üzrə “Teatr, konsert müəssisələrində yaranmış zərərin

ödənilməsi üzrə” xərclərə, cari ildə olduğu kimi, 15125,2 min manat nəzərdə

tutulmuşdur ki, bu da mədəniyyət sahələri üzrə dövlət proqramları və tədbirləri

xərclərinin 49,5%-ni təşkil edir. İqtisadi təsnifat üzrə bu xərclərin 15077,0 min

manatı “Subsidiyalar və cari transfertlər”, 48,2 min manatı isə “Digər xərclər”

bölməsi üzrə nəzərdə tutulmuşdur.

Yaranmış zərərin ödənilməsi üzrə 30 teatr, konsert müəssisələrinə, o

cümlədən 23 teatra, 3 filarmoniyaya, Bakı Dövlət Sirkinə, Azərbaycan Dövlət

Mahnı teatrına, Azərbaycan Dövlət “Qaya” ansamblına, Azərbaycan Dövlət Nəfəs

Alətləri orkestrinə vəsaitin ayrılması planlaşdırılır.

“Teatr, filarmoniya, musiqi kollektivləri, ansambllar və incəsənət

kollektivləri” paraqrafı üzrə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə

inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 2015-ci ildə olduğu

kimi, 6520,8 min manat və ya dövlət proqramları və tədbirləri üçün nəzərdə

tutulmuş vəsaitin 21,3%-i həcmində vəsait proqnozlaşdırılmışdır. İqtisadi təsnifat

üzrə ayrılan vəsaitin 6500,0 manatı “Digər xərclər” bölməsi və 20,8 manatı isə

“Bank xərcləri” paraqrafı üzrə nəzərdə tutulmuşdur.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət

Proqramı” üzrə Mədəniyyət və Turizm Nazirliyinə ayrılması nəzərdə tutulan vəsait

hesabına“Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino

istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən

qurulması üçün işlərin aparılması, dövlət sifarişi ilə film istehsalı həcminin əvvəlki

illərdən az olmayaraq həyata keçirilməsi, habelə, 10-12 sənədli film, 2-3 cizgi

filminin istehsal olunması, yenidən qurulan kino obyektlərində müasir

texnologiyaların tətbiqi, Avropanın aparıcı xarici şirkətləri ilə sıx əlaqələrin

yaradılması məqsədilə kino mütəxəssislərinin xarici ölkələrə ezam edilməsi, yeni

filmlərimizin beynəlxalq kinofestivallarda iştirakı və ölkəmizdə beynəlxalq

festivalların təşkili işinin davam etdirilməsi, “Birgə film istehsalı haqqında”

Page 168: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

168

Avropa Konvensiyasına uyğun olaraq xarici kino şirkətləri ilə müştərək film

istehsalı işinin daha da genişləndirilməsi, “Azərbaycan kino ensiklopediyası”nın

çapa hazırlanmış I hissəsinin nəşr etdirilməsi, ölkədə nüsxəsi olmayan milli

filmlərin və digər kinomaterialların beynəlxalq mübadilə yolu ilə axtarılıb aşkar

olunması və surətlərinin Dövlət Film Fonduna daxil edilməsi işinin davam

etdirilməsi,milli kinoya aid kinomaterialların rəqəmli daşıyıcılara köçürülməsi

prosesinin davam etdirilməsi, kino müəssisələrinin hər birinin öz internet

saytlarının hazırlanması üzərində işlərin davam etdirilməsi planlaşdırılmışdır.

Yeni musiqi alətlərinin alınması məqsədilə, son iki ildə olduğu kimi, 601,9

min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da dövlət proqramları və tədbirlər

üçün nəzərdə tutulmuş xərclərin 2,0%-ni təşkil edir və 2015-ci ilin proqnoz

göstəriciləri ilə eynidir. İqtisadi təsnifat üzrə ayrılan vəsait “Digər xərclər”

bölməsində planlaşdırılmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparıcı

teatr və konsert müəssisələrinə musiqi alətlərinin alınması nəzərdə tutulmuşdur.

“Teatr, filarmoniya, musiqi kollektivləri, ansambllar və incəsənət

kollektivləri” paraqrafından “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət

Proqramının maliyyələşdirilməsinə 4715,0 min manat nəzərdə tutulmuşdur ki, bu

da 2015-ci ilin proqnoz göstəriciləri ilə eyni olmaqla mədəniyyət sahələri üzrə

dövlət proqramları və tədbirləri üçün xərclərin 15,4%-ni təşkil edir. İqtisadi

təsnifat üzrə ayrılan xərclər, əsasən, “Subsidiyalar və cari transfertlər” xərcləri üzrə

proqnozlaşdırılmışdır.

Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini

müəyyənləşdirən bu dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə

çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin

qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə

inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə

və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edir.

Ayrılması proqnozlaşdırılılmış vəsait dövlət proqramına uyğun olaraq,

əsasən, aşağıdakı tədbirlər üçün nəzərdə tutulmuşdur: teatr sahəsinin bütün janrları

və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə

təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək

layihələrin keçirilməsi, teatr binalarının müasir standartlar səviyyəsində təmiri və

maddi-texniki bazanın möhkəmləndirilməsi, teatr sahəsində müasir informasiya və

kommunikasiya texnologiyalarının tətbiq edilməsi, teatr mədəniyyətinin təbliğ

Page 169: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

169

olunması, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət sifarişi

əsasında 26 dövlət teatrında 50-dən çox yeni tamaşanın və konsert proqramlarının

hazırlanması, fəaliyyətdə olan teatrların nəzdində olan studiyaların fəaliyyəti üçün,

xaricdə qastrol və festivallarda iştirak, müasir dövrün teatr problemlərinə həsr

olunmuş beynəlxalq praktiki konfransın keçirilməsi və s. istiqamətində işlərin

yerinə yetirilməsi.

“Mədəniyyət və incəsənət sahəsində digər müəssisələr və tədbirlər”

paraqrafından “Yaşlı və gənc nəsil yazıçıların, rəssamların və bəstəkarların xüsusi

təqaüd fondu”nun xərclərinin maliyyələşdirilməsinə, cari ildə olduğu kimi, 589,9

min manat və ya dövlət proqramları və tədbirləri üçün nəzərdə tutulmuş vəsaitin

1,9%-i həcmində vəsait proqnozlaşdırılmışdır. Ayrılan xərclər iqtisadi təsnifatın

“Təqaüdlər və sosial müavinətlər” xərcləri üzrə nəzərdə tutulmuşdur. “Yaşlı və

gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün

xüsusi təqaüd fondu haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 avqust

2007-ci il tarixli 612 nömrəli Fərmanına uyğun olaraq Mədəniyyət və Turizm

Nazirliyi tərəfindən yazıçıların yaşlı nəslindən 130 nəfərə ayda 300,0 manat, gənc

nəslindən isə 50 nəfərə ayda 200,0 manat məbləğində təqaüd ödənilməsi

planlaşdırılır.

“Mədəniyyət və incəsənət sahəsində digər müəssisələr və tədbirlər”

paraqrafından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xarici

ölkələrdə mədəniyyət mərkəzlərinin saxlanılması xərclərinə dövlət proqramları və

tədbirləri üçün nəzərdə tutulmuş xərclərin 7,3%-i həcmində və 2015-ci ilin

proqnoz göstəriciləri ilə eyni olmaqla 2243,3 min manat məbləğində vəsait

proqnozlaşdırılmışdır. İqtisadi təsnifat üzrə ayrılan vəsait “Digər xərclər” bölməsi

üzrə nəzərdə tutulmuşdur.

Fransa, Avstriya və Özbəkistan Respublikalarında fəaliyyət göstərən

Azərbaycan səfirliklərinin nəzdində mədəniyyət mərkəzlərinin açılması

Azərbaycan dövlətinin tarixi, mədəniyyəti, dövlətçiliyi, adət və ənənələri,

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə və

xalqımıza qarşı təcavüzü barədə həqiqətlərin yayılması, regionlarda yaşayan

erməni diasporu və ermənipərəst qüvvələrin Azərbaycan əleyhinə təbliğatına qarşı

mübarizə məqsədi daşıyır.

“Sair tədbirlər” paraqrafında incəsənət xadimlərinə mükafat verilməsi üçün,

cari ildə olduğu kimi, 782,5 min manat nəzərdə tutulmuşdur ki, bu da dövlət

Page 170: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

170

proqramları və tədbirləri üzrə xərclərin 2,6%-ni təşkil edəcəkdir. İqtisadi təsnifat

üzrə ayrılan vəsait “Digər xərclər” bölməsi üzrə proqnozlaşdırılmışdır. Azərbaycan

Respublikası Prezidentinin “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası

Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” 28.05.2002-ci il tarixli, 707

nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının

verilməsi haqqında” 2015-ci il 06 may tarixli, 1214 nömrəli Sərəncamına əsasən

səhnə fəaliyyətinə görə 130 nəfər aparıcı incəsənət xadiminə 12 ay müddətində,

ayda 500 manat mükafatın ödənilməsi nəzərdə tutulmuşdur.

Göstərilən dövlət proqram və tədbirlərindən başqa, xarici populyar televiziya

şirkətləri vasitəsi ilə respublikamızın turizm imkanlarının təbliği ilə bağlı xərclərə

3009,6 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

“Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara

aid edilməyən sahədə fəaliyyət” bölməsinə ayrılmış vəsait Azərbaycan dövlətinin

mədəniyyətini, tarixi keçmişini və milli həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl,

davamlı və məqsədyönlü şəkildə çatdırılması, ölkəmizin dünya mədəniyyətinə

inteqrasiyası baxımından bu sahənin davamlı inkişaf etdirilməsi üçün zəruri

maliyyə təminatı olacaq.

3.2.2. Sosial müdafiə və sosial təminat xərcləri

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, həssas sosial qrupların sosial

rifahının gücləndirilməsi, sosial müdafiə və sosial təminat sisteminin

təkmilləşdirilməsi, sosial ödənişlərin məbləğinin və əhatə dairəsinin

genişləndirilməsi, səmərəli sosial müdafiə sisteminin inkişaf etdirilməsi ölkəmizdə

həyata keçirilən məqsədyönlü sosial siyasətin əsas istiqamətlərini təşkil edir.

2016-cı ilin dövlət büdcəsinin layihəsi üzrə göstəricilərin təhlili sosial

müdafiəyə daha çox ehtiyacı olan əhalinin həyat səviyyəsinin yüksəldilməsi və

onların rifahının yaxşılaşdırılması məsələlərinin dövlətin əsas prioritet istiqamətləri

olaraq növbəti ildə də diqqət mərkəzində saxlanıldığını göstərir. Son dövrdə dünya

iqtisadiyyatında baş verən qeyri-sabitlik, xüsusi ilə neft və neft məhsullarının

qiymətlərinin kəskin aşağı düşməsi və digər amillər nəticəsində növbəti ildə dövlət

büdcəsi xərclərinin 23,0% az proqnozlaşdırılması fonunda sosial müdafiə və sosial

təminat xərcləri cəmi 5,2% azalma ilə nəzərdə tutulmuşdur.

Page 171: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

171

Beləliklə, 2016-cı il üçün dövlət büdcəsi layihəsində “Sosial müdafiə və

sosial təminat” bölməsi üzrə 1896554,7 min manat vəsaitin xərclənməsi nəzərdə

tutulmuşdur. Bölmə üzrə proqnozlaşdırılmış vəsait 2014-cü ilin müvafiq icra

göstəricisindən 74614,2 min manat və ya 3,8%, 2015-ci ilin proqnoz

göstəricisindən 143980,1min manat və ya 7,1%, gözlənilən icra göstəricisindən isə

103169,4 min manat və ya 5,2% azdır.

“Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclər 2016-cı ildə ümumi

dövlət büdcəsi xərclərinin 11,7%-ni təşkil edəcək ki, bu da 2014-cü ilin icra, 2015-

ci ilin proqnoz və gözlənilən icra məbləğləri üzrə müvafiq göstəricilərdən uyğun

olaraq 1,2 faiz bəndi, 2,0 faiz bəndi və 0,4 faiz bəndi çoxdur (Səkil 16).

Şəkil 16

Sosial müdafiə və sosial təminat xərclərinin ümumi dövlət büdcəsi xərclərində xüsusi

çəkisi, faizlə

2016-cı ilin dövlət büdcəsi layihəsində “Sosial müdafiə və sosial təminat”

bölməsi üzrə xərclərin əsas hissəsi, yəni 98,1%-i və ya 1860773,4 min manatı

“Sosial müdafiə”, 1,9%-i və ya 35781,3 min manatı isə “Sosial təminat” köməkçi

bölmələri üzrə proqnozlaşdırılmışdır (Cədvəl 64 ).

Cədvəl 64. “Sosial müdafiə və sosial təminat” bölməsində xərclərin köməkçi bölmələr üzrə

strukturu və dinamikası Sosial

müdafiə

xərcləri, min

manatla

xüsusi

çəki,%-lə

Sosial təminat

xərcləri, min

manatla

xüsusi

çəki,%-lə

Sosial müdafiə və

sosial təminat

xərcləri cəmi, min

manatla

2014 icra 1946802,4 98,8 24366,6 1,2 1971168,9

2015 proqnoz 2006704,7 98,3 33830,0 1,7 2040534,8

2015 gözlənilən icra 1966570,6 98,3 33153,5 1,7 1999724,1

2016 proqnoz 1860773,4 98,1 35781,3 1,9 1896554,7

Cədvəldən də göründüyü kimi, bölmə üzrə vəsaitlərin əvvəlki illərə nisbətən

az nəzərdə tutulması “Sosial müdafiə” köməkçi bölməsi üzrə proqnozlaşdırılan

0,0 2,0 4,0 6,0 8,0 10,0 12,0

2014-ci il icra

2015-ci il proqnoz

2015-ci il gözlənilən

icra

2016-cı il proqnoz

10,5

9,7

11,3

11,7

Page 172: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

172

vəsaitlərin azalması ilə izah oluna bilər. Belə ki, həmin köməkçi bölmədə 2016-cı

il üçün proqnozlaşdırılmış vəsaitin məbləği 2014-cü ilin icra göstəricisinə nisbətən

4,4%, 2015-ci ilin proqnoz göstəricisinə nisbətən 7,3%, gözlənilən icra

göstəricisinə nisbətən isə 5,4% azdır.

Eyni zamanda, bölmədə payı cüzi (1,9%) olan “Sosial təminat” köməkçi

bölməsi üzrə vəsaitlərin məbləğinin, həmçinin, xüsusi çəkisinin illər üzrə artımla

nəzərdə tutulması müşahidə olunmaqdadır.

“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara, əsasən, əvvəlki illərdə olduğu

kimi,2016-cı ildə də “Sosial müdafiə” köməkçi bölməsi üzrə xərclər funksional

təsnifat üzrə “Əmək qabiliyyətinin itirilməsi” (köməkçi bölmə üzrə xərclərdə

xüsusi çəkisi- 0,14%), “Qocalıq” (0,001%), “Qəyyumluq” (0,013%), “Ailə və

uşaqların sosial müdafiəsi” (12,2%) və “Digər sosial müdafiə tədbirləri”(87,6%)

paraqraflarından, inzibati təsnifat üzrə müxtəlif qurumlar və tədbirlər üzrə

proqnozlaşdırılmışdır (Cədvəl 65).

Cədvəl 65.“Sosial müdafiə” köməkçi bölməsində xərclərin funksional və inzibati təsnifat

üzrə strukturu və dinamikası

min manatla

İstiqamətlər 2014 icra 2015

proqnoz

2015

gözlənilən icra

2016-cı il 2014-cü illə

müqayisədə fərq

2015-ci ilin proqnozla

müqayisədə fərq

2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə fərq

layihə xüsusi

çəki

məbləğ faiz məbləğ faiz məbləğ faiz

“Sosial müdafiə”

köməkçi bölməsi

1946802,3 2006704,7 1966570,6 1860773,4 100,0 -86028,9 95,6 -145931,3 92,7 -105797,2 94,6

o cümlədən,

paraqraflar üzrə

Əmək qabiliyyətinin itirilməsi (6.1.2)

2551,2 2560,2 2509,0 2560,2 0,1 9,0 100,4 0,0 100,0 51,2 102,0

o cümlədən, təşkilatlar üzrə

DSTX 2551,2 2560,2 2509,0 2560,2 100,0 9,0 100,4 0,0 100,0 51,2 102,0

Qocalıq (6.1.3) 18,8 23,5 23,0 22,1 0,001 3,3 117,6 -1,4 94,1 -0,9 96,1

o cümlədən, təşkilatlar

üzrə

DSTX 18,8 23,5 23,0 22,1 100,0 3,3 117,6 -1,4 94,1 -0,9 96,1

Qəyyumluq (6.1.4) 321,7 346,4 339,5 242,8 0,01 -78,9 75,5 -103,6 70,1 -96,7 71,5

o cümlədən, təşkilatlar

üzrə

DSTX 321,7 346,4 339,5 242,8 100,0 -78,9 75,5 -103,6 70,1 -96,7 71,5

Ailə və uşaqların sosial müdafiəsi

(6.1.5)

220170,9 232423,6 227775,1 227409,5 12,2 7238,6 103,3 -5014,1 97,8 -365,6 99,8

o cümlədən, təşkilatlar üzrə

AQUPDK 733,4 805,0 788,9 864,4 0,4 131,1 117,9 59,4 107,4 75,5 109,6

DSTX 217547,7 231618,6 226986,2 226545,1 99,6 8997,3 104,1 -5073,5 97,8 -441,1 99,8

Page 173: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

173

Ə/h və pens. təminatı

sisteminin

təkmilləşdirilməsi və digər sosial tədbirlərin

maliyyələşdirilməsi ilə

bağlı xərclər

1889,8

Digər sosial müdafiə tədbirləri (6.1.6)

1723739,7 1771351,1 1735924,0 1630538,8 87,6 -93200,9 94,6 -140812,3 92,1 -105385,2 93,9

o cümlədən, təşkilatlar

üzrə

QMKİDK 221790,1 224490,9 220001,1 224390,9 13,8 2600,8 101,2 -100,0 100,0 4389,8 102,0

AQUPDK 799,9 882,8 865,1 922,9 0,1 123,1 115,4 40,1 104,5 57,8 106,7

DSTX 251797,2 284847,1 279150,2 295193,0 18,1 43395,8 117,2 10345,8 103,6 16042,8 105,7

Ə/h və pens. təminatı

sisteminin

təkmilləşdirilməsi və digər sosial tədbirlərin

maliyyələşdirilməsi ilə

bağlı xərclər

25318,9

Kommunal,

kommunikasiya xidmətləri və digər

tədbirlər

82000,0

DSMF 1142033,6 1100000,0 1078000,0 1100000,0 67,5 -42033,6 96,3 0,0 100,0 22000,0 102,0

Pensiya təminatının yaxşılaşdırılması və

digər tədbirlər

161130,3 157907,6 10032,0 0,6 10032,0 -151098,3 6,2 -147875,6 6,4

“Sosial müdafiə” köməkçi bölməsində 2016-cı ildə “Əmək qabiliyyətinin

itirilməsi” paraqrafı vasitəsilə 2560,2 min manat vəsaitin istifadə olunması nəzərdə

tutulmuşdur ki, bu vəsaitin məbləği 2014-cü ilin icra və 2015-ci ilin proqnoz

göstəriciləri ilə demək olar ki, eynidir. Əvvəlki illərdə olduğu kimi, paraqraf üzrə

vəsaitlərin, əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti (bundan sonra - DSTX)

tərəfindən bir sıra kateqoriyalardan olan şəxslərə (əlillər, ahıllar, sağlamlıq

imkanları məhdud uşaqlar və s.) Nazirlik tərəfindən təsdiq edilmiş Proqram

əsasında əlamətdar günlərlə bağlı verilən birdəfəlik maddi yardımların

ödənilməsinə, onların ölkə daxilində və xaricində müalicəsinə, mədəni-kütləvi və

idman tədbirlərinin təşkilinə sərf edilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş

məlumatlara görə növbəti ildə xidmət göstəriləcək kontingentin sayında artım

nəzərdə proqnozlaşdırılmamışdır.

DSTX tərəfindən təqdim edilmiş maliyyə hesabatlarına görə cari ilin 6 ayı

ərzində bu paraqraf üzrə xərclərin icra səviyyəsi 49,2% olmuşdur ki, bu da proqnoz

göstəricilərinin tərtibi zamanı mövcud faktorların nəzərə alındığını göstərir.

“Qocalıq” paraqrafı üzrə növbəti ildə 2014-cü ilin icra göstəricindən 7,6%

çox, 2015-ci ilin proqnoz göstəricisindən isə 4,1% az olmaqla 22,1 min manat

vəsaitin xərclənməsi proqnozlaşdırılmışdır. Bu xərclər pensiya yaşına çatmasına

görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə

Page 174: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

174

malik olmayan dövlət qulluqçularına DSTX tərəfindən verilən ömürlük

müavinətlərin ödənilməsinə yönəlmişdir. Statistik məlumatlara görə həmin

kontingentin sayında illər üzrə 4-6% azalma müşahidə edilir ki, bu da 2016-cı il

üzrə proqnoz göstəricisinin azaldılmasını şərtləndirmişdir.Təqdim edilmiş müvafiq

maliyyə hesabatlarına əsasən 2015-ci ilin I yarımilliyində bu paraqraf üzrə cəmi

40,9% vəsait xərclənmişdir ki, bu da növ üzrə müavinət alan kontingentin

azalmaya meylli olduğunu bur daha təsdiq edir.

“Qəyyumluq” paraqrafı üzrə 2016-cı il üçün nəzərdə tutulmuş məbləğ 242,8

min manat təşkil edir ki, bu da 2014-cü ilin icra, 2015-ci ilin proqnoz göstəriciləri

ilə müqayisədə, müvafiq olaraq, 24,5% və 30,0% azdır. Qeyd edək ki, bu paraqraf

üzrə vəsaitlər DSTX tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən

məhrum olmuş uşaqların qəyyumlarına verilən aylıq müavinətlərin ödənilməsinə

sərf olunur. Son illər qanunvericilikdə aparılmış dəyişikliklər nəticəsində qeyd

olunan kateqoriyadan olan kontingentin sayının azalması müşahidə edilməkdədir.

Belə ki, təqdim edilmiş statistik məlumatların təhlili göstərir ki, hər il bu

kontingentin sayı orta hesabla 15-17% azalır. Bu baxımdan, növbəti ilin proqnoz

göstəricisinin də azaldılması bu istiqamətdə mövcud faktorların nəzərə alındığı

qeyd etmək imkanı verir.

2016-cı ildə“Ailə və uşaqların sosial müdafiəsi”paraqrafı üzrə 227409,5 min

manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. Bu vəsait 2014-cü ildə icra

edilmiş məbləğlə müqayisədə 7238,6 min manat və ya 3,3% çox olsa da, 2015-ci

ilin proqnoz göstəricisindən 5014,1 min manat və ya 2,2% az, gözlənilən icra

məbləği ilə isə, demək olar ki, eyni olmuşdur.

Paraqraf üzrə vəsaitlərin əsasən DSTX (226545,1 min manat və ya 99,6%)

və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsi (AQUPDK) tərəfindən (864,4 min manat və ya 0,4%) xərclənməsi

nəzərdə tutulmuşdur. 2015-ci ilin proqnoz göstəricilərinə nisbətən azaldılmış

məbləğin 99%-i DSTX-nın xərclərində nəzərdə tutulmuş azalma ilə əlaqəlidir.

DSTX tərəfindən istifadə ediləcək vəsaitin əsas hissəsi, yəni 224642,5 min

manatı (99,2%-i) təqaüdlər və sosial müavinətlərin ödənilməsi üçün nəzərdə

tutulmuşdur ki, bunun da 206200,0 min manatı ünvanlı dövlət sosial yardımlarının,

9127,9 min manatı aztəminatlı ailələrin uşaqlarına verilən aylıq müavinətlərin,

9301,3 min manatı uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin

Page 175: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

175

və 13,3 min manatı isə şəhid övladlarına ödənilən müavinətlərin ödənişinə sərf

ediləcəkdir.

Ünvanlı yardımların ödənişi üçün proqnozlaşdırılan vəsaitin məbləği 2014-

cü ilin icra göstəricisindən 4,1% çox, 2015-ci ilin proqnozuna bərabər, 2015-ci ilin

gözlənilən icra göstəricisindən isə 2,0% çoxdur. “Büdcə zərfi”nə daxil edilmiş

məlumatlara əsasən növbəti ildə yardımların verilməsi üçün ehtiyac meyarının

hazırkı həddə, yəni 105,0 manat həcmində saxlanılması nəzərdə tutulmuşdur ki, bu

da həmin istiqamətdə 2015-ci il üçün proqnozlaşdırılmış vəsaitlərin eyni səviyyədə

saxlanılmasına təsir edən əsas amil kimi qəbul oluna bilər.

Qeyd edək ki, 2015-ci ilin I yarımillik maliyyə hesabatlarına görə 95484,4

min manat vəsait icra edilmişdir ki, bu da il üçün təsdiq edilmiş məbləğin 47,01%-

inə bərabərdir.

Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyev

tərəfindən ünvanlı dövlət sosial yardımlarının verilmə mexanizminin

təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası olaraq həyata keçilrilən

tədbirlər Hesablama Palatası tərəfindən ötən illərdə aparılmış nəzarət tədbirlərində

bu istiqamətdə müəyyən etdiyi nöqsanların da aradan qaldırılmasına imkan

verəcək.

Aztəminatlı ailələrin uşaqlarına verilən müavinətlər üzrə vəsaitin 2016-cı il

üçün proqnozlaşdırılmış məbləği 2014-cü ilin icra göstəricisindən 5,1% çox, 2015-

ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən isə 30-32% az nəzərdə

tutulmuşdur. Bu azalmanın səbəbi bəzi kateqoriyadan olan aztəminatlı ailələrin

uşaqlarının müavinət hüququ verən yaş həddinin bitməsi ilə izah edilə bilər. Belə

ki, qanunvericiliyə görə müharibə, 20 Yanvar və Çernobıl əlillərinin uşaqlarına

sosial müavinət 18 yaşadək verilir. Xidmətin hesabatları da 2015-ci ilin I yarısında

bu istiqamətdə cəmi 40,5% vəsaitin xərcləndiyini göstərir.

2016-cı ildə paraqraf üzrə 864,4 min manat məbləğində vəsaitin Azərbaycan

Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK)

üzrə işçilərin əməyinin ödənişi və digər xərclərin maliyyələşdirilməsi üçün istifadə

olunması nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icra, 2015-ci ilin proqnoz və

gözlənilən icra göstəricilərindən müvafiq olaraq 131,0 min manat (17,9%), 59,4

min manat (7,4%) və 75,5 min manat (9,6%) çoxdur. Təhlil artım məbləğinin,

əsasən, “Malların (işlərin və xidmətlərin) satın alınması” xərc maddəsində (artımın

70-80%-i) nəzərdə tutulduğunu göstərir. Təqdim edilən məlumata görə növbəti ildə

Page 176: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

176

bu, Komitənin bir neçə regional Uşaq və Ailələrə Dəstək Mərkəzlərində cari təmir

işlərinin aparılması və kommunikasiya xətlərinin yenilənməsi zərurəti ilə bağlıdır.

Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də“Digər sosial müdafiə tədbirləri”

paraqrafı vasitəsilə “Sosial müdafiə” köməkçi bölməsində ən çox – 1630538,8 min

manat məbləğində vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. Həmin məbləğ 2014-

cü ilin icra, 2015-ci ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisədə,

müvafiq olaraq, 93200,9 min manat və ya 5,4%, 140812,3 min manat və ya 7,9%,

105385,2 min manat və ya 6,1% az olmaqla proqnozlaşdırılmışdır. “Sosial

müdafiə” köməkçi bölməsi üzrə növbəti il üzrə proqnoz göstəricilərinin əvvəlki

illərə nisbətən azaldılması da, əsasən, qeyd edilən paraqrafda nəzərdə tutulmuşdur.

Paraqraf üzrə xərclərin Azərbaycan Respublikası Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (paraqrafda xüsusi çəkisi 13,8%)

AQUPDK (0,06%), DSTX (18,1%) tərəfindən, habelə inzibati təsnifat üzrə Dövlət

Sosial Müdafiə Fonduna transfertlər (1100000,0 min manat və ya 67,5%), “Pensiya

təminatının yaxşılaşdırılması və digər tədbirlər” (10032,0 min manat və ya 0,6%),

istiqamətlərində həyata keçirilməsi proqnozlaşdırılmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

(QMKİDK) tərəfindən xərclənməsi nəzərdə tutulan 224390,9 min manat vəsait

2014-cü ildə icra edilmiş məbləğdən 1,2% çox, 2015-ci ilin proqnoz göstəricisi ilə

demək olar ki, eyni, gözlənilən icra göstəricisindən isə 2,0% çoxdur. Həmin

vəsaitin 120690,0 min manat məbləğinin və ya Komitə üzrə xərclərin 53,8%-nin

məcburi köçkünlərin yemək xərci üçün verilən aylıq müavinətlərin, 101584,8 min

manat məbləğinin və ya 43,8%-nin “Malların (işlərin və xidmətlərin) satın

alınması” bölməsi üzrə xərclərin, 1416,1 min manat məbləğinin və ya 0,6%-nin

“Digər xərclər”in, 700,0 min manat məbləğinin və ya 0,3%-nin isə “Qeyri-maliyyə

aktivlərinin alınması” xərclərinin ödənilməsinə sərf olunması nəzərə tutulur.

Əvvəlki illərdə büdcə vəsaitlərinin icrasına dair hesabatlara əsasən Komitə

tərəfindən paraqraf üzrə, “Digər xərclər” maddəsi istisna olmaqla, qalan maddələr

üzrə xərclərin, demək olar ki, tam məbləğdə icra edildiyini nəzərə alaraq 2016-cı il

üçün proqnozların 2015-ci ilin proqnozları səviyyəsində nəzərdə tutulması

proqnozların tərtibinə ehtiyatlı yanaşma kimi qiymətləndirilə bilər.

Eyni zamanda, “Digər xərclər” maddəsində “Bank xərcləri”nin əvvəlki

illərdə aşağı səviyyədə icra edilməsinin 2016-cı ilin proqnozunun tərtibi zamanı

nəzərə alınmadığı da qeyd edilməlidir. Belə ki, bank xərcləri üzrə icra səviyyəsi

Page 177: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

177

2013-cü ildə 39,1% (icra edilmiş məbləğ 497,0 min manat), 2014-cü ildə -73,8%

(487,2 min manat) olduğu halda, 2015-ci və 2016-cı illərdə həmin maddə üzrə eyni

- 716,1 min manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. Komitə tərəfindən

təqdim edilmiş maliyyə hesabatlarına əsasən 2015-ci ilin I yarımilliyində həmin

maddə üzrə faktiki xərc 234,7 min manat olmuşdur ki, bu da təsdiq olunmuş illik

məbləğin cəmi 32,8%-i deməkdir. Bundan əlavə, 2015-ci ildə paraqraf

çərçivəsində Komitə üzrə proqnozlaşdırılmış ümumi məbləğ 2014-cü ilin icra

göstəricisindən 1,2% çox olduğu halda, bank xərcləri üçün məbləğ 1,5 dəfə çox

nəzərdə tutulmuş, həmin məbləğ 2016-cı il üçün də eyni saxlanılmışdır.

Qeyd edək ki, Palata tərəfindən Komitədə aparılmış nəzarət tədbirləri

məcburi köçkünlərin kommunal xidmətlər üzrə adambaşına düşən istehlak

göstəricilərinin yerli əhali ilə müqayisədə dəfələrlə artıq olduğunu, büdcə

vəsaitləri hesabına qanunvericilikdə müəyyən edilmiş güzəştlə ödənilən xidmət

növləri sırasında nəzərdə tutulmadığı halda, məcburi köçkünlərin əkin sahələrinin

suvarılması üçün əlavə vəsaitlər ödənildiyini göstərmişdir. Bundan əlavə, əkin

sahələrinin suvarılması üçün vəsaitlər Azərbaycan Respublikası Tarif (qiymət)

Şurasının müvafiq qərarı ilə suvarma suyu üçün nəzərdə tutulmuş tariflə (1000 m3

suvarma suyu üçün 0,5 manat) deyil, fərqli tariflə hesablanmışdır. Bununla

əlaqədar, Palata tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq

təkliflər göndərilmişdir.

Paraqraf üzrə AQUPDK-nə 2016-cı il üçün 922,9 min manat vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2014-cü ilin icra, 2015-ci ilin proqnoz və gözlənilən icra

göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 123,0 min manat (15,4%), 40,1 min

manat (4,5%) və 57,8 min manat (6,7%) çoxdur. Təqdim edilmiş məlumata görə

proqnozlaşdırılmış vəsait AQUPDK-in fəaliyyət istiqamətlərinə uyğun olaraq şəhər

və rayonlarda keçirilən müxtəlif tədbirlərin maliyyələşməsi üçün nəzərdə

tutulmuşdur, qeyd olunan artım isə həmin tədbirlərin əhatə dairəsinin

genişləndirilməsi ilə əlaqədardır.

2016-cı ildə paraqraf çərçivəsində DSTX tərəfindən 295193,0 min manat

vəsaitin icra olunması nəzərdə tutulmuşdur. Bu vəsait 2014-cü ilin icra

göstəricisindən 17,2%, 2015-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən

isə, müvafiq olaraq, 3,6% və 5,8% çoxdur. 2016-cı il üzrə proqnozlaşdırılan həmin

vəsaitin 2317,9 min manatının və ya 0,8%-nin “Dəftərxana və təsərrüfat

xərcləri”nə, 291699,0 min manatının və ya 98,8%-nin “Təqaüdlər və sosial

Page 178: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

178

müavinətlər”ə, 1176,1 min manatının və ya 0,4%-nin isə “Bank xərcləri”nə

yönəldilməsi nəzərdə tutulmuşdur.

Göründüyü kimi, bölmə, eləcə də, paraqraf üzrə vəsaitlərin 2016-cı ildə

əvvəlki illərlə müqayisədə azaldılması fonunda DSTX-nə ayrılan və əsasən də,

təqaüd və müavinətlərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin məbləği

əksinə, artımla proqnozlaşdırılmışdır. Bu isə aztəminatlı ailələrin sosial

müdafiəsinin qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən

olduğunu bir daha təsdiq edir.

“Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitin

172491,5 min manatı və ya 59,1%-i “Dövlət sosial yardımı” maddəsindən yaşa,

əlilliyə, ailə başçısını itirməyə və sağlamlıq imkanlarının məhdudluğuna görə aylıq

sosial müavinətlərin, 85155,7 min manatı və ya 29,2%-i “Digər təqaüdlər”

maddəsindən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin, 28814,4 min

manatı və ya 9,9%-i “Kommunal güzəştlər” maddəsindən kommunal, nəqliyyat və

digər xidmətlər üzrə güzəştlərin əvəzinə müavinətlərin, 5237,4 min manatı və ya

1,8%-i “Digər müavinət və transfertlər” maddəsindən Çernobıl AES-də zərər

çəkmiş şəxslərə hər il müalicə üçün müavinətlərin, istehsalat qəzası və ya peşə

xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərə aylıq müavinətlərin, habelə,

penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə verilən birdəfəlik

pul müavinətlərinin ödənilməsinə sərf ediləcəkdir.

“Dövlət sosial yardımı” maddəsi üzrə müavinətlərin 2016-cı il üçün

proqnozlaşdırılan məbləği 2015-ci ilin proqnozuna nisbətən 5,0% artırılmışdır ki,

bu da həmin növ müavinət alan şəxslərin sayında baş verən təbii artımla bağlıdır.

Təqdim olunmuş məlumatlara görə 01.07.15 tarixə bu qəbildən olan müavinət

alanların sayı 01.01.15 tarixlə müqayisədə 2,1% artmışdır.

“Digər təqaüdlər” maddəsi üzrə Prezident təqaüdü alan şəxslərin sayında da

həmin dövrdə 3,6% artım qeydə alınmışdır ki, bu da 2014-cü ilin aprel ayından

başlayaraq I qrup əlillərə yeni növ təqaüdün təsis edilməsi ilə bağlı olmuşdur.

2016-cı il üçün bu istiqamətdə əvvəlki illə müqayisədə 5,0% artım nəzərə

tutulmasına bu amillərin təsir etdiyini qeyd etmək olar. 2015-ci ilin I yarımilliyi

üzrə təqdim edilmiş maliyyə hesabatları da “Dövlət sosial yardımı” və “Digər

təqaüdlər” maddələri üzrə xərclərin tam icra edildiyini göstərir.

Məlumatlara görə “Kommunal güzəştlər” maddəsi üzrə müavinət ödənilən

şəxslərin sayında cari ilin I yarımilliyi ərzində 1,1% azalma müşahidə edilmişdir.

Page 179: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

179

Maliyyə hesabatlarına görə də həmin dövrdə bu maddə üzrə xərclərin icra

səviyyəsi 47,9% olmuşdur. 2016-cı il üçün proqnozlaşdırılmış məbləğin də 2015-ci

ilə nisbətən 1,3% azalması nəzərdə tutulmuşdur. Məbləğin azalmasını, əsasən,

kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə müavinət alan

müharibə veteranlarının əmək pensiyası hüququnun yaranması ilə əlaqədar

müavinətin ödənişinin dayandırılması ilə izah etmək olar. Qeyd edilməlidir ki,

Palata tərəfindən aparılan nəzarət tədbirləri zamanı əmək pensiyası hüququ

yaranması səbəbindən sosial müavinət almaq hüququnu itirmiş müharibə

veteranlarına, eyni zamanda, əmək pensiyası və sosial müavinət ödənişi aparılması

halları müəyyən edilmişdir. Bu baxımdan, büdcədən artıq vəsait ödənişlərinin

qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə

Fondunun yerli orqanlarından əmək pensiyası alanların və rayon (şəhər) Əhalinin

Sosial Müdafiəsi Mərkəzlərindən sosial müavinət alan şəxslərin adlı siyahılarının

üzləşdirilməsi məqsədəmüvafiq hesab edilir.

Təqdim edilmiş məlumatlara görə cari ilin birinci yarısında “Digər müavinət

və transfertlər” maddəsi üzrə müavinət alan şəxslərin sayında 2,1% azalma baş

vermişdir. Bu isə əmək zədəsinə görə ödənc alan şəxslərin əmək zədəsini aldıqları

bir çox müəssisələrin özəlləşdirilməsinin başa çatdırılması səbəbindən

müavinətlərin verilməsinin dayandırılması ilə əlaqədardır. Növbəti ilin

proqnozlarının tərtibində də bu faktor nəzərə alınmış və 2015-ci illə müqayisədə

2,9% az vəsait proqnozlaşdırılmışdır.

2016-cı ildə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Sosial

Müdafiə Fonduna 1 100 000,0 min manat həcmində nəzərdə tutulmuş transfertlər

paraqraf üzrə xərclərdə ən böyük çəkiyə (67,5%) malik olmaqla, 2014-cü ilin icra

göstəricisindən 42033,6 min manat və ya 3,7% az, 2015-ci ilin proqnoz

göstəricisinə isə bərabərdir. Təqdim edilmiş məlumatlara görə dövlət büdcəsindən

transfertlər nəzərə alınmadan Fondun gəlirlərində artım müşahidə edilməkdədir.

Belə ki, 2014-cü ildə həmin gəlirlər 1754815,4 min manat olmuş, gəlirlər üzrə

2015-ci ilin gözlənilən icra göstəricisi 1956285,7 min manat, 2016-cı ilin proqnoz

göstəricisi isə 1978570,1 min manat həcmində nəzərdə tutulmuşdur. Bu baxımdan

transfertin həcminin 2015-ci ildə 2014-cü ilə nisbətən azalması və növbəti ildə

sabit saxlanılması gəlirlərin artması fonunda Fondun büdcəsinin dövlət büdcəsi

transfertlərindən asılılığının azaldılması tendensiyasının davam etdirilməsi və bu

Page 180: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

180

sahədə qəbul edilmiş strategiya və konsepsiyaların icrasına dövlətin maliyyə

dəstəyi kimi qiymətləndirilə bilər.

2016-cı ildə paraqraf üzrə “Pensiya təminatının yaxşılaşdırılması və digər

tədbirlər” istiqaməti üzrə 10032,0 min manat məbləğində vəsait

proqnozlaşdırılmışdır. Bu istiqamətdə vəsait 2014-cü ildə nəzərdə tutulmamış,

lakin 2015-cı ilin büdcə layihəsində 161130,3 min manat məbləğində

proqnozlaşdırılmışdır.

Göründüyü kimi, növbəti ildə həmin istiqamət üçün vəsaitin məbləği 2015-

ci ilin proqnoz göstəricisi ilə müqayisədə 16 dəfə və ya 151098,3 min manat az

olmaqla nəzərdə tutulmuşdur.“Sosial müdafiə” köməkçi bölməsi üzrə 2016-cı ilin

büdcə proqnozunda əvvəlki ilə nisbətən 145931,3 min manat və ya 7,3%

azaldılması, əsasən, “Pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlər”lə

bağlı xərclərin payına düşür.

Bundan əlavə, 2015-ci ildə “Pensiya təminatının yaxşılaşdırılması və digər

tədbirlər” üzrə vəsaitlərin 16,8%-i və ya 27033,6 min manatı funksional

istiqamətdə, yəni “Təqaüdlər və sosial müavinətlər” paraqrafının “Digər müavinət

və trasnfertlər” maddəsi üzrə, 82,9%-i və ya 134096,7 min manatı isə “Digər

xərclər” paraqrafının “Sair xərclər” maddəsi üzrə proqnozlaşdırılmışdır. 2016-cı

ildə isə proqnozlaşdırılan 10032,0 min manat vəsait, demək olar ki, tam olaraq

(99,7%-i) “Təqaüdlər və sosial müavinətlər” paraqrafının “Digər müavinət və

trasnfertlər” maddəsi üzrə nəzərdə tutulmuşdur.

“Sair xərclər” istiqaməti üzrə vəsaitlərin dəqiq təyinatının

göstərilməməsinin həmin xərclərin ətraflı təhlilin və qiymətləndirmənin

aparılmasına şərait yaratmadığı barədə Hesablama Palatasının əvvəlki rəylərində

də qeyd edilmişdir.

Beləliklə, 2016-cı ildə köməkçi bölmə üzrə vəsaitlərin 2015-ci ilin proqnoz

və gözlənilən icra göstəriciləri ilə müqayisədə daha konkret maddələr üzrə nəzərdə

tutulması şəffaflığın təmin edilməsi baxımından müsbət addım kimi

qiymətləndirilə bilər.

“Sosial təminat” köməkçi bölməsi üzrə xərclərin 2016-cı il üçün funksional

təsnifat üzrə “İşsizlik” (köməkçi bölmədə xüsusi çəkisi 4,6%), “Digər sosial

təminat xərcləri”(19,1%), “Əlillər ilə bağlı sosial təminat xərcləri” (74,2%) və

“Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” (2,1%) paraqraflarından müxtəlif

qurumlar və tədbirlər üzrə icra edilməsi nəzərdə tutulmuşdur (Cədvəl 66).

Page 181: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

181

Cədvəl 66.“Sosial təminat” köməkçi bölməsində xərclərin funksional və inzibati təsnifat

üzrə strukturu və dinamikası

min manatla

İstiqamətlər 2014 icra 2015

proqnoz

2015

gözlənilə

n icra

2016-cı il 2014-cü illə müqayisədə

fərq

2015-ci ilin

proqnozla

müqayisədə fərq

2015-ci ilin

gözlənilən icrası ilə

müqayisədə fərq

layihə xüsusi çəki

məbləğ faiz məbləğ faiz məbləğ faiz

“Sosial təminat” köməkçi bölməsi

24 366,6 33 830,0 33 153,5 35 781,4 100,0 11 414,8 146,8 1 951,4 105,8 2 627,9 107,9

o cümlədən, paraqraflar üzrə

İşsizlik (6.2.1.) 1 540,3 1 655,3 1 622,2 1 655,3 4,6 115,0 107,5 0,0 100,0 33,1 102,0

o cümlədən,

təşkilatlar üzrə

DMX 1 540,3 1 655,3 1 622,2 1 655,3 115,0 107,5 0,0 100,0 33,1 102,0

Digər sosial

müdafiə tədbirləri

(6.2.3.)

3 207,9 5 822,3 5 705,8 6 847,8 19,1 3 639,9 213,5 1 025,5 117,6 1 142,0 120,0

o cümlədən,

təşkilatlar üzrə

ƏƏSMN 3036,3 3026,8 2966,2 39,5 -2996,8 1,30 -2987,3 1,31 -2926,7 1,3

DSTX 2 006,4 2 006,4 2 006,4 2 006,4

AR keçmiş Prezidentinin və

onun ailə

üzvlərinin təminatı xərcləri

171,6 287,5 281,8 287,5 115,0 167,5 0,00 100,0 5,7 102,0

Maddi texniki

təminatın möhkəmləndiil-

məsi və əsaslı

təmir

2 508,0 2 457,8 4 012,8 4 012,8 1 504,8 1,6 dəfə 1 555,0 1,6 dəfə

XV Paralimpiya

Oyunlarının

keçirilməsi ilə bağlı xərclər

501,6 501,6 501,6 501,6

Əlillər ilə bağlı

sosial təminat tədbirləri (6.2.4)

19 043,1 25 681,4 25 167,9 26 533,6 74,2 7 490,5 139,3 852,2 103,3 1 365,7 105,4

o cümlədən,

təşkilatlar üzrə

ƏƏSMN 14582,3 20854,1 20437,1 1979,5 -12602,8 13,57 -18874,6 9,5 -18457,6 9,7

DTSERX 12772,1 12772,1 12772,1 12772,1

DSTX 3 464,0 4 827,3 4 730,8 11 782,0 8 318,0 340,13 6 954,7 2,4 dəfə 7 051,2 2,5 dəfə

Maddi texniki

təminatın

möhkəmləndiil-məsi və əsaslı

təmir

996,8

Əmək və əhalinin sosial müdafiəsi

tədbirləri (6.2.5.)

575,3 671,0 657,6 744,7 2,1 169,4 129,4 73,7 111,0 87,1 113,2

o cümlədən, təşkilatlar üzrə

ƏƏSMN 575,3 671,0 657,6 -575,3 0,0 -671,0 0,00 -657,6 0,0

DTSERX 744,7 744,7 744,7 744,7

“İşsizlik” paraqrafı üzrə növbəti ildə 1655,3 min manat vəsaitin istifadə

olunacağı proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə eyni,

2014-cü ilin icra, 2015-ci ilin gözlənilən icra göstəricilərindən, müvafiq olaraq,

Page 182: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

182

7,5% və 2,0% çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti vasitəsi ilə xərclənməsi

nəzərdə tutulmuş proqnoz məbləğinin 1650,0 min manatı və ya 99,7%-i iş

axtaranların və işsizlərin peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının

artırılması, ictimai işlərin təşkili, habelə, işsizlərin sosial müdafiəsi ilə bağlı digər

aktiv tədbirlər üzrə xərclərin ödənilməsinə yönəldiləcəkdir.

“Digər sosial təminat tədbirləri” paraqrafı üzrə növbəti ildə xərclənməsi

nəzərdə tutulan 6847,8 min manat vəsaitin məbləği 2014-cü ilin icra

göstəricisindən 2,1 dəfə, 2015-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən

isə, müvafiq olaraq, 17,6% və 20,0% çoxdur. Həmin vəsaitin inzibati təsnifat üzrə

ƏƏSMN (39,5 min manat) və DSTX (2006,4 min manat) tərəfindən, habelə,

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin

təminatı”(287,5 min manat), “Maddi-texniki təminatın möhkəmləndirilməsi və

əsaslı təmir” (4012,8 min manat) və “XV Paralimpiya Oyunlarının keçirilməsi”

(501,6 min manat) istiqamətlərində xərclənməsi nəzərdə tutulmuşdur.

Cədvəl 66-dan göründüyü kimi, ƏƏSMN üzrə xərclər 2015-ci ilin müvafiq

göstəricisi ilə müqayisədə 2987,3 min manat az, DSTX üzrə isə bu paraqrafda, ilk

dəfə olaraq, 2006,4 min manat məbləğində vəsaitin proqnozlaşdırılması ƏƏSMN

tərəfindən müharibə əlilləri üçün minik avtomobillərinin alınması ilə bağlı

tədbirlərin növbəti ildə DSTX tərəfindən həyata keçirilməsinin nəzərdə tutulması

ilə əlaqədardır. Təqdim edilmiş məlumatlara görə, indiyədək 5318 müharibə əlilinə

avtomobil verilmiş, 2014-cü ilin mart ayınadək avtomobil növbəsində olan bütün

müharibə əlilləri avtomobillə təmin edilmiş və cari ildə ayrılmış vəsait

çərçivəsində 400 avtomobilin verilməsi nəzərdə tutulur. 2016-cı ildə bu məqsədlər

üçün vəsaitin az nəzərdə tutulması da növbədə duran müharibə əlillərinin sayının

azalması ilə bağlıdır.

Növbəti ildə paraqraf üzrə xərclərin 2015-ci ilin proqnoz göstəricisi ilə

müqayisədə artımı, əsasən, “Maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı

təmir” istiqaməti üzrə xərclərin 1504,8 min manat və ya 60,0% artırılması,

həmçinin, ayrıca istiqamət kimi milli komandamızın XV Paralimpiya Oyunlarına

hazırlığı və iştirakı üçün 501,6 min manat vəsaitin nəzərdə tutulması ilə

əlaqədardır. Eyni zamanda, qeyd edilməlidir ki, 2015-ci ildən fərqli olaraq 2016-cı

ildə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir işləri üçün

nəzərdə tutulmuş vəsaitin 4000,0 min manatı və ya 99,7%-i “Sair xərclər” maddəsi

Page 183: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

183

üzrə proqnozlaşdırılmışdır. 2015-ci ildə bu istiqamətdə proqnozlaşdırılan 2508,0

min manat vəsaitin 1008,0 min manatı “Sosial-mədəni və məişət təyinatlı

obyektlərin əsaslı təmiri”, 1500,0 min manatı isə “Qeyri-maliyyə aktivlərinin

alınması” maddələri üzrə nəzərdə tutulmuşdur.

2016-cı ildə qeyd olunan xərclərin konkret tədbirlər üzrə

müəyyənləşdirilməsi şəffaflığın təmin edilməsində müsbət addım olardı.

Paraqraf üzrə növbəti ildə Azərbaycan Respublikasının keçmiş Prezidentinin

və onun ailə üzvlərinin təminatı xərcləri üzrə müəyyən edilmiş 287,5 min manat

vəsait 2015-ci ilin proqnoz göstəricisi ilə eyni məbləğdə saxlanılsa da, 2014-cü ildə

icra edilmiş müvafiq məbləğdən 1,7 dəfə çoxdur. 2013-cü ildən başlayaraq tətbiq

edilən bu xərclərin icra səviyyəsi 2013-cü və 2014-cü illərdə orta hesabla 57,0%

təşkil etmişdir. Bundan əlavə, 2014-cü ildə qeyd olunan istiqamətdə xərclər,

əsasən, “Təqaüdlər və sosial müavinətlər” (xərclənmiş vəsaitlərin 78,6%-i) və

“Sair xərclər” (21,3%-i) maddələri üzrə həyata keçirilmişdir. 2015-ci və 2016-cı

illərdə isə bütün müvafiq xərclər (99,7%),əsasən,“Sair xərclər”də nəzərdə

tutulmuşdur.

“Əlillər ilə bağlı sosial təminat tədbirləri” paraqrafı üzrə xərclər köməkçi

bölmədə ən yüksək (74,2%) çəkiyə malik olmaqla, 2016-cı ildə 26533,6 min manat

məbləğində proqnozlaşdırılmışdır. Bu məbləğ 2014-cü ilin icra göstəricisindən

39,3%, 2015-ci ilin proqnozundan 3,3%, gözlənilən icra göstəricisindən isə 5,4%

çox nəzərdə tutulmuşdur.

Növbəti ildə paraqraf üzrə vəsaitlərin ƏƏSMN (1979,5 min manat), həmin

Nazirliyin yanında Azərbaycan Respublikası Prezidentinin 16.03.2015-ci il tarixli

Fərmanı ilə yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

(12772,1 min manat) və DSTX (11782,0 min manat) tərəfindən istifadə edilməsi

nəzərdə tutulmuşdur.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERX) aparatı

Nazirliyin mövcud ştat vahidləri daxilində aparılmış struktur dəyişiklikləri

nəticəsində yaradılmış, Xidmətin aparatından və tabeçiliyində olan 38 Tibbi-Sosial

Ekspert Komissiyaları, 11 əlillərin bərpa mərkəzləri, Bakı Protez Ortopedik

Mərkəzi və onun Gəncə Filialından ibarətdir. Qeyd edilən dəyişikliklərin maliyyə

təminatının yaradılması, həmçinin əvvəlki illərdə Nazirlik tərəfindən bu paraqraf

çərçivəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən bir sıra xərc

istiqamətlərinin yeni yaradılmış Xidmətə və DSTX-ya verilməsi səbəblərindən

Page 184: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

184

Nazirlik üçün 2016-cı il üçün proqnozlaşdırılan xərclər 2015-ci ilin proqnoz

göstəricilərinə nisbətən 12602,8 min manat və ya 10,5 dəfə azaldılmış, DSTX üçün

nəzərdə tutulmuş xərclər 6954,7 min manat və ya 2,4 dəfə artırılmış, DTSERX-nə

isə 12772,1 min manat məbləğində vəsait proqnozlaşdırılmışdır.

Təqdim edilmiş məlumatlara görə DSTX üçün 2016-cı ildə vəsaitlərin

artımla nəzərdə tutulması əsasən Nazirlikdən mərkəzləşdirilmiş qaydada həyata

keçirilən blankların hazırlanması (“Mətbəə xərcləri” maddəsi üzrə- 250,0 min

manat), korporativ şəbəkənin istismarı (“Kommunal və kommunikasiya xidmətləri

ilə bağlı digər xərclər” maddəsi üzrə - 1500,0 min manat), əlillərin istirahəti və

müalicəsi üçün sanatoriya və kurort yollayışlarının alınması (“Digər müavinət və

transfertlər” maddəsi üzrə - 3500,0 min manat), həmçinin əlillərin reabilitasiyası

tədbirlərinin həyata keçirilməsi üçün sosial sifariş əsasında seçilmiş Qeyri-

hökümət təşkilatlarinin maliyyələşdirilməsi (“Maliyyə təşkilatları üzrə ödənişlər”

maddəsi üzrə 1700,0 min manat) xərclərinin 2016-cı ildən həmin Xidmətə

verilməsi ilə bağlı olmuşdur.

“Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” paraqrafı üzrə növbəti 2016-

cı il üçün nəzərdə tutulmuş 744,7 min manat vəsait 2014-cü ilin icra

göstəricisindən 169,4 min manat və ya 29,5%, 2016-cı ilin proqnoz göstəricisindən

isə 73,7 min manat və ya 11,0% çoxdur. Bu paraqraf üzrə vəsaitlər Tibbi-Sosial

Ekspert Komissiyalarının (TSEK) saxlanılmasına yönəldildiyi üçün ƏƏSMN-də

yuxarıda qeyd edilən struktur dəyişiklikləri ilə əlaqədar 2016-cı ildə vəsaitlər

DTSERX üçün nəzərdə tutulmuşdur.

2015-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə nəzərdə tutulmuş artım

əsasən TSEK-lərə inventar və avadanlıqların (artım -63,5 min manat) və digər

maşın və avadanlıqların (10,0 min manat) alınması xərcləri ilə əlaqədardır.

2016-cı ildə “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclər iqtisadi

təsnifatın “Əməyin ödənişi”, “Malların (işlərin və xidmətlərin) alınması”,

“Maliyyə təşkilatları üzrə ödənişlər”, “Təqaüdlər və sosial müavinətlər”, “Digər

xərclər” və “Qeyri-maliyyə aktivlərinin alınması” bölmələri üzrə həyata

keçiriləcəkdir (Cədvəl 67).

Cədvəl 67 .“Sosial müdafiə və sosial təminat” bölməsində xərclərin iqtisadi təsnifat üzrə

strukturu və dinamikası

min manat

Page 185: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

185

İstiqamətlər 2014 icra 2015

proqnoz

2015

gözlənilən

icra

2016 2014-cü illə

müqayisədə fərq

2015-ci ilin proqnozla

müqayisədə fərq

2015-ci ilin gözlənilən

icrası ilə müqayisədə

fərq

layihə xüsusi

çəki

məbləğ faiz məbləğ faiz məbləğ faiz

Sosial müdafiə

və sosial təminat

1971168,9 2040534,8 1999724,1 1896554,7 100,0 -74614,2 -3,8 -143980,1 -7,1 -103169,4 -5,2

Əməyin

ödənişi

4034,5 4928,7 4830,1 4930,4 0,3 895,9 22,2 1,7 0,0 100,3 2,1

Malların

(işlərin və xidmətlərin)

alınması

194346,8 116283,1 113957,5 115042,8 6,1 -79304,0 -40,8 -1240,3 -1,1 1085,3 1,0

Maliyyə

təşkilatları

üzrə ödənişlər

1700,0 0,1 1700,0 1700,0 1700,0

Təqaüdlər və

sosial

müavinətlər

1765154,6 1773924,4 1738445,9 1762859,7 93,0 -2294,9 -0,1 -11064,7 -0,6 24413,8 1,4

Digər xərclər 6216,5 141925,6 139087,0 9702,2 0,5 3485,7 56,1 -132223,4 -93,2 -129384,8 -93,0

Qeyri-maliyyə

aktivlərinin alınması

1416,6 3473,0 3403,5 2319,5 0,1 902,9 63,7 -1153,5 -33,2 -1084,0 -31,8

Növbəti ildə əməyin ödənişi ilə bağlı 4930,4 min manat vəsaitin

xərclənməsi nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin proqnozu ilə demək olar ki,

eyni olmaqla, həmin istiqamətdə 2014-cü ilin icra göstəricisindən 22,2%, cari ildə

gözlənilən icra göstəricisindən isə 2,1% çoxdur. Təhlil göstərir ki, nəzərdə

tutulmuş artım dövlət sektorunda orta aylıq əmək haqqının 2016-cı il üçün nəzərdə

tutulan artım tempindən 1,2 faiz bəndi azdır.

“Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsində ümumi

vəsaitin 115042,8 min manatı və ya 6,1%-i nəzərdə tutulmuşdur. Təhlil bu

istiqamətdə nəzərdə tutulmuş xərclərin son 3 ildə azalma tendensiyasına malik

olduğunu göstərir. Belə ki, 2015-ci və 2016-cı illər üçün nəzərdə tutulmuş

vəsaitlərin azalma tempi əvvəlki illərə nisbətən, müvafiq olaraq, -40,8% və -1,1%

təşkil etmişdir.

Qeyd edilənlər, əvvəlki illərin dövlət büdcəsinin icrasına dair illik

hesabatlara Azərbaycan Respublikası Hesablama Palatasının rəylərində göstərildiyi

kimi, bu istiqamətdə icra səviyyəsinin aşağı olduğunun nəzərə alındığını, habelə

“Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclərdə vəsaitin daha çox

funksional sahələrə yönəldilməsi meylinin mövcud olduğunu deməyə əsas verir.

2016-cı ildə ilk dəfə olaraq iqtisadi təsnifat üzrə "Subsidiyalar və cari

transfertlər" bölməsinin "Maliyyə təşkilatları üzrə ödənişlər" paraqrafı üzrə 1700,0

Page 186: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

186

min manat vəsaitin DSTX tərəfindən əlillərin reabilitasiyası tədbirlərinin həyata

keçirilməsi üçün sosial sifariş əsasında seçilən qeyri-hökumət təşkilatlarının

maliyyələşdirilməsi üçün xərc edilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş

məlumatlara görə, həmin vəsait əvvəlki illərdə “Sosial təminat” köməkçi

bölməsinin “Əlillər ilə bağlı sosial təminat tədbirləri” paraqrafından “Sair xərclər”

maddəsi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi tərəfindən həmin məqsədlərə sərf edilirdi. Xərclərin təyinatının daha

dəqiq olmaqla proqnozlaşdırılması müsbət addım hesab edilməlidir.

2016-cı il üçün proqnozlaşdırılan 1700,0 min manat vəsait 2014-cü ilin

icra, 2015-ci ilin proqnoz göstəriciləri ilə demək olar ki, eynidir. “Sosial müdafiə

və sosial təminat” bölməsi üzrə vəsaitin 92,95%-i və ya 1762859,7 min manatı

iqtisadi təsnifat üzrə “Təqaüdlər və sosial müavinətlər” bölməsində nəzərdə

tutulmuşdur. Bu vəsaitin məbləği 2014-cü ilin icra və 2015-ci ilin proqnoz

göstəricilərindən müvafiq olaraq 0,1% və 0,6% az olmaqla, 2015-ci ilin gözlənilən

icra səviyyəsindən 1,4% çox proqnozlaşdırılmışdır. 2016-cı ildə dövlət büdcəsi

xərclərinin, o cümlədən bölmə üzrə xərclərin ümumilikdə azaldılması fonunda

bölmənin əsas hissəsini təşkil edən bu xərclərin əvvəlki illərlə eyni səviyyədə

saxlanılması əhalinin sosial müdafiəsinin təmin edilməsi və onların maddi rifahının

qorunmasının dövlət siyasətinin əsas prioriteti olması baxımından müsbət

addımdır.

“Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə xərclərdə isə “Digər

müavinətlər və transfertlər” maddəsi üzrə vəsaitlər ən böyük çəkiyə (59,6%) malik

olmaqla 1129374,7 min manat məbləğində proqnozlaşdırılmışdır ki, həmin

məbləğin də 1100000,0 min manatını və ya bu bölmə üzrə nəzərdə tutulan

xərclərin 62,4%-ni dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan

transfertlər təşkil etmişdir. Bu istiqamətdə nəzərdə tutulmuş vəsait 2015-ci ilin

proqnoz göstəricisi ilə eyni, 2014-cü ilin icra göstəricisindən isə 3,7% azdır.

Aztəminatlı ailələrin yoxsulluq səviyyəsinin azaldılmasına bilavasitə xidmət

göstərən ünvanlı dövlət sosial yardımlarının maliyyələşdirilməsi ilə bağlı xərclər

“Təqaüdlər və sosial müavinətlər” bölməsi xərclərinin 11,7%-ini təşkil etməklə

2016-cı il üçün 206200,0 min manat məbləğində nəzərdə tutulmuşdur. Bu isə,

2015-ci ilin proqnoz göstəricisinə bərabər olmaqla, 2014-cü ildə icra edilmiş

məbləğdən 4,1%, 2015-ci ilin gözlənilən icra göstəricisindən isə 2,0% çoxdur.

Page 187: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

187

2016-cı ildə “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə 9702,2 min

manat vəsaitin iqtisadi təsnifatın “Digər xərclər” bölməsi üzrə xərclənməsi

proqnozlaşdırılmışdır. Bu məbləğ 2014-cü ilin icra göstəricisindən 56,1% çox olsa

da, 2015-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən orta hesabla 14,5 dəfə

azdır. Azalma, əsasən, “Sair xərclər” (20,5 dəfə az) və “Əsaslı xərclər” (6,5 dəfə

az) paraqrafları hesabına olmuşdur. Qeyd edilənlər bu istiqamətdə

proqnozlaşmanın real tələbat nəzərə alınmadan aparılması və bu səbəbdən icra

səviyyəsinin çox aşağı olması barədə Palatanın əvvəlki illərdə dövlət büdcəsinin

icrasına və proqnozuna dair rəylərində qeyd edilən iradların nəzərə alınması

qənaətinə gəlməyə əsas verir.

“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə 2016-cı il üçün

nəzərdə tutulmuş 2319,5 min manat məbləğində xərclərdə də 2014-cü illə

müqayisədə 63,7% artım olmasına baxmayaraq, bu, 2015-ci ilin proqnoz və

gözlənilən icra göstəricilərindən 33,2% və 31,9% azdır. Həmin istiqamətdə 2015-ci

illə müqayisədə azalma, əsasən, “Maşın və avadanlıqlar” paraqrafı üzrə xərclərin

təqribən 25% azaldılması və “Qeyri-maddi aktivlər” paraqrafı üzrə vəsaitlərin isə,

ümumiyyətlə, nəzərdə tutulmaması ilə izah edilə bilər.

Ümumilikdə isə, 2016-cı il üçün nəzərdə tutulmuş xərclərin 2014-cü ilin

icra, 2015-ci ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisəli təhlili

“Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclərin daha çox aztəminatlı

ailələrə və əhalinin həssas təbəqəsinə sosial qayğının artırılması kimi funksional

tələblərə uyğun olması qənaətinə gəlməyə əsas verir.

3.3. Müdafiə və hüquq-mühafizə sahəsində xərclərin strukturu və əsas

istiqamətləri

3.3.1. Müdafiə xərcləri

Dünyada baş verən iqtisadi problemlərə baxmayaraq ölkə rəhbərliyinin

həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində hərbi təhlükəsizlik sisteminin

konseptual əsaslarını müəyyənləşdirən müdafiə sahəsində qarşıya qoyulmuş

kompleks tədbirlərin sistemli həyata keçirilməsi və ölkə üçün döyüş hazırlıqlı,

modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordunun yaradılması,

saxlanılması üçün növbəti ilin dövlət büdcəsində əhəmiyyətli dərəcədə maliyyə

təminatı nəzərdə tutulmuşdur. Bu səbəbdən də Azərbaycan güclü silahlı qüvvələrə

Page 188: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

188

malik olmaq üçün iqtisadi qüdrətinin artması ilə paralel şəkildə hərbi xərclərini də

artırır.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev

25 iyun 2015-ci il tarixdəQaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni

bazasının və “N” saylı hərbi hissənin açılışında bir daha vurğulamışdır ki,

Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Bu, bizim üçün prioritet

məsələdir. Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır,

aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır,

maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət

büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi

xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını

ödəyəcəyik. Son illər ərzində ordumuzun maddi-texniki bazası böyük

dərəcədə artmışdır.Bu sözlər ordu quruculuğunun ölkə başçısı tərəfindən xüsusi

diqqət yetirilən prioritet məsələ olduğunu bir daha təsdiq edir.

Növbəti ildə dövlət büdcəsindən “Müdafiə” bölməsinə ayrılan vəsaitlərin

həcmi əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artırılmaqla 1837821,3 min

manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin faktiki icra

göstəricisi və 2015-ci il üzrə nəzərdə tutulmuş gözlənilən icra ilə müqayisədə

müvafiq olaraq 321,7 mln. manat və 113,7 mln.manat çoxdur (Şəkil 17).

Şəkil 17

2014-2016-cı illərdə "Müdafiə" bölməsi üzrə proqnoz və icra göstəricilərinin dinamikası

(mln. manatla)

2016-cı ildə “Müdafiə” bölməsinin xərclərinə proqnozlaşdırılmış vəsait dövlət

büdcəsi xərclərinin 11,3%-i həcmində olacaq. Bu isə 2014-cü ilin faktiki

2014-cü il 2015-ci il 2016-cı il

1516,1

1724,1 1637,4

1778,5 1837,8

icra gözlənilən icra təyinat layihə

Page 189: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

189

icrasından 3,2 faiz bəndi, 2015-ci ilin gözlənilən icrasından isə 1,6 faiz bəndi

çoxdur.

Rəyə təqdim edilmiş məlumatlara görə, 2016-cı il üçün “Müdafiə” bölməsi

üzrə xərclərin funksional təsnifatında “Müdafiə qüvvələri” köməkçi bölməsi üzrə

1723483,0 min manat, Milli təhlükəsizlik” köməkçi bölməsi üzrə 108894,7 min

manat, “Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsi

üzrə 2422,0 min manat və “Digər kateqoriyalara aid edilməyənlər” köməkçi

bölməsi üzrə 3021,6 min manat vəsait proqnozlaşdırılmışdır. Bölmədə ən böyük

xüsusi çəki “Müdafiə qüvvələri” köməkçi bölməsi üzrə nəzərdə tutulmuşdur(Şəkil

18).

Şəkil 18

2014-2016-cı illərdə köməkçi bölmələr üzrə proqnozlaşdırılmış xərclərin xüsusi çəkisi

2016-cı ilin büdcə layihəsində “Müdafiə” bölməsi, habelə bu bölmənin

köməkçi bölmələri üzrə proqnozlaşdırılmış xərclərin 2014-cü ilin faktiki icrası və

2015-ci ilin gözlənilən icrası ilə müqayisəsi də “Müdafiə qüvvələri” köməkçi

bölməsinin artımla nəzərdə tutulduğunu göstərir (Cədvəl 68).

Cədvəl 68. 2013-2015-ci illərdə “Müdafiə” bölməsi və köməkçi bölmələri üzrə

proqnozlaşdırılmış xərclərin dinamikası. min manat

Digər kateqoriyalara aid edilməyən

xərclər

Müdafiə və təhlükəsizlik sahəsində

tədbiqi tədqiqatlar

Milli təhlükəsizlik

Müdafiə qüvvələri

0,2%

0,2%

7,5%

92,1%

0,2%

0,1%

6,8%

92,9%

0,2%

0,1%

5,9%

93,8%

2016-cı il (proqnoz)

2015-ci il (gözlənilən icra)

2014-cü il (icra)

Page 190: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

190

Dövlət büdcəsi,

bölmə və

köməkçi bölmələr

2014-cü il 2015-ci il 2016-cı il

büdcə

layihəsi

2016-cı ilin büdcə layihəsi ilə müqayisədə

icra təyinat gözlənilən

icra

proqnoz 2014-cü ilin icrası 2015-ci ilin təyinatı 2015-ci ilin

gözlənilən icrası

mütləq ifadədə

nisbi ifadədə

mütləq ifadədə

nisbi ifadədə

mütləq ifadədə

nisbi ifadədə

1 2 3 4 5 6 7 8 9 10 11

Dövlət büdcəsi

xərcləri

18709000,0 21100000,0 17730045,3 16264000,0 -2445000,0 -13,1 -4836000,0 -22,9 -1466045,3 -8,3

“Müdafiə” bölməsi,

1516088,2 1778529,0 1724113,9 1837821,3 321733,1 21,2 59292,3 3,3 113707,4 6,6

Dövlət büdcəsi xərcində xüsusi

çəkisi

8,1 8,4 9,7 11,3

Müdafiə qüvvələri

1396033,9 1651220,8 1601684,2 1723483,0 327449,1 23,5 72262,2 4,4 121798,8 7,6

Dövlət büdcəsi xərcində xüsusi

çəkisi

7,5 7,8 9,0 10,6

Milli təhlükəsizlik

114350,5 121089,3 116487,9 108894,7 -5455,8 -4,8 -12194,6 -10,1 -7593,2 -6,5

Dövlət büdcəsi

xərcində xüsusi

çəkisi

0,6 0,6 0,7 0,7

Müdafiə və təhlükəsizlik

sahəsində

tətbiqi

tədqiqatlar

2602,2 2831,1 2689,6 2422,0 -180,2 -6,9 -409,1 -14,5 -267,6 -9,9

Digər kateqoriyalara

aid

edilməyənlər

3001,6 3387,8 3252,2 3021,6 20,0 0,7 -366,2 -10,8 -230,6 -7,1

Cədvəldən göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsi xərclərinin 2014-cü

ilin xərclərinin faktiki icrası göstəricisi ilə müqayisədə 13,1%, 2015-ci ilin

gözlənilən icrası ilə müqayisədə isə 8,3% azalma ilə nəzərdə tutulsa da, “Müdafiə”

bölməsi üzrə artım tempi 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 21,2%,

2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 6,6% səviyyəsində

proqnozlaşdırılmışdır.

Ordu quruculuğuna ölkə rəhbərinin diqqət və qayğısının nəticəsi olaraq

dövlət büdcəsi layihəsində “Müdafiə” bölməsinin funksional təsnifat

strukturunda“Müdafiə qüvvələri”köməkçi bölməsinin xərclərinə 1723483,0 min

manat və ya dövlət büdcəsi xərclərinin 10,6%-i və bölmə üzrə xərclərin 93,8%-i

həcmində vəsait nəzərdə tutulmuşdur. Bu məbləğ 2014-cü il faktiki icra və 2015-ci

ilin gözlənilən icrası ilə müqayisədə müvafiq olaraq 327449,1 min manat və ya

23,5% və 121798,8 min manat və ya 7,6% çoxdur.

Page 191: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

191

Ölkənin milli təhlükəsizliyi baxımından müəyyən olunmuş vəzifələrin,

həmçinin maddi-texniki bazanın möhkəmləndirilməsi üçün“Milli

təhlükəsizlik”köməkçi bölməsininxərclərinə108894,7 min manat məbləğində vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin faktiki icra və 2015-ci ilin gözlənilən

icrası ilə müqayisədə müvafiq olaraq 5455,8 min manat və ya 4,8% və 7593,2

min manat və ya 6,5% azdır.

2016-cı ilin dövlət büdcəsində “Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi

tədqiqatlar” və “Digər kateqoriyalara aid edilməyənlər” köməkçi bölmələrinin

xərclərinə “Müdafiə” bölməsi üzrə müvafiq olaraq 2422,0 min manat və 3021,6

min manat vəsait nəzərdə tutulmuşdur

3.3.2.Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri

Növbəti ildə də ölkənin hüquq-mühafizə və məhkəmə sisteminin

saxlanılması, maddi-texniki təminatının gücləndirilməsi, bu sahələrdə çalışan

işçilərin sosial müdafiəsinin və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində

təşkilati və əməli tədbirlərin davam etdirilməsinin maliyyə mənbəyi kimi 2016-cı

ilin dövlət büdcəsi layihəsində “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və

prokurorluq”bölməsinin xərcləri üçün 1138758,3 min manat və ya dövlət büdcəsi

xərclərinin 7,0%-i səviyyəsində vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin

faktiki icra göstəricisindən 35203,9 min manat və ya 3,2% çox olmaqla 2015-ci

ilin gözlənilən icra göstəricisinin isə 95,7%-ni təşkil edir (Şəkil 18).

Büdcə layihəsində bölmə üzrə proqnozlaşdırılmış vəsaitin ən böyük hissəsi -

75,8%-i səviyyəsində vəsait funksional təsnifatın “Hüquq-mühafizə” köməkçi

bölməsi üzrə nəzərdə tutulmuşdur. “Məhkəmə hakimiyyəti”, “Prokurorluq” və

“Digər kateqoriyalara aid edilməyən xidmətlər” köməkçi bölmələri üzrə isə

müvafiq olaraq 4,6%, 5,1% və 14,5% həcmində vəsait proqnozlaşdırılmışdır.

Şəkil 18

2014-2016-cı illər üzrə Məhkəmə, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə proqnoz

və icra göstəriciləri, milyon manatla

Page 192: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

192

2016-cı il dövlət büdcə layihəsində “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə

və prokurorluq” bölməsi, habelə bu bölmənin köməkçi bölmələri üzrə

proqnozlaşdırılan xərclərin 2014-cü ilin icrası və 2015-ci ilin gözlənilən icrası ilə

müqayisəsi Cədvəl 69-da əks etdirilmişdir.

Cədvəl 69.“Məhkəmə, hüquq-mühafizə və prokurorluq” bölməsi üzrə 2014-cü ilin icra,

2015-ci ilin gözlənilən icra göstəricilərinin 2016-cı ilin layihəsi ilə müqayisəsi

min manatla

Bölmənin adı 2014-cü ilin

icrası

2015-ci ilin

təyinatı

2015-ci ilin

gözlənilən

icrası

2016-cı ilin

proqnozu

2016-cı ilin layihəsi ilə müqayisə

2014-cü ilin icrası 2015-ci il ilin təyinatı 2015-ci ilin gözlənilən icrası ilə

mütləq

ifadədə

nisbi

ifadədə

mütləq

ifadədə

nisbi

ifadədə

mütləq

ifadədə

nisbi

ifadədə

Dövlət büdcəsi 18709000,0 21100000,0 17730045,3 16264000,0 -2445000,0 -13,1 -4836000,0 -22,9 -1466045,3 -8,3

Məhkəmə

hakimiyyəti, hüquq-mühafizə

və prokurorluq

bölməsi

1103554,4 1227080,3 1190006,3 1138758,3 35203,9 3,2 -88322,0 -7,2 -51248,0 -4,3

Dövlət

büdcəsində

xüsusi çəkisi

5,9 5,8 6,7 7,0

Məhkəmə hakimiyyəti

47559,4 52317,1 50485,9 51928,1 4368,7 9,2 -389,0 -0,7 1442,2 2,9

Bölmədə xüsusi çəkisi

4,3 4,3 4,2 4,6

Hüquq-

mühafizə

883540,7 913902,0 886484,9 863261,2 -20279,5 -2,3 -50640,8 -5,5 -23223,7 -2,6

Bölmədə xüsusi çəkisi

80,1 74,5 74,5 75,8

Prokurorluq 53145,7 59566,1 57779,2 58493,0 5347,3 10,1 -1073,1 -1,8 713,8 1,2

1240,3 1227,1

1103,6

1190,1

1138,8

1000

1050

1100

1150

1200

1250

1300

2014-cü il 2015-ci il 2016-cı il

Təyinat

İcra

Göznəlilən icra

Layihə

Page 193: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

193

Bölmədə xüsusi

çəkisi

4,8 4,9 4,9 5,1

Digər

kateqoriyalara

aid edilməyən xərclər

119308,6 201295,1 195256,2 165076,0 45767,4 38,4 -36219,1 -18,0 -30180,2 -15,5

Bölmədə xüsusi çəkisi

10,8 16,4 16,4 14,5

2016-cı ilin büdcə layihəsində “Məhkəmə hakimiyyəti”köməkçi bölməsinə

51928,1 min manat, bölmə üzrə xərclərin 4,6%-i həcmində vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrası ilə müqayisədə 4368,7 min

manat və ya 9,2% və 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 1442,2 min

manat və ya 2,9% çoxdur.

2016-cı ildə məhkəmə hakimiyyəti orqanları üzrə nəzərdə tutulmuş ümumi

vəsaitin 4084,1 min manat və ya 7,8%-i Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin, 7063,7 min manat və ya 13,6%-i Azərbaycan Respublikası Ali

Məhkəmənin, 11200,8 min manat və ya 21,6%-i Azərbaycan Respublikası

Apellyasiya məhkəmələrinin saxlanılmasına, 29579,5 min manat və ya 57,0%

həcmində maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

tərəfindən həyata keçirilən məhkəmələrin saxlanılması üçün nəzərdə tutulmuşdur.

2015-ci ilin büdcə layihəsində “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və

prokurorluq” bölməsi üzrə xərclərdə “Hüquq-mühafizə”köməkçi bölməsi üzrə

bölmə xərclərinin 75,8%-i və 863261,2 min manat həcmində vəsait

proqnozlaşdırılmışdır. Bu da 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə

20279,5 min manat və ya 2,3% az və 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə

isə 23223,7 min manat və ya 2,6% azdır.

2015-ci ilin gözlənilən icrası ilə müqayisədə bölmə üzrə vəsaitin az nəzərdə

tutulmasının əsas səbəbi növbəti ildə Azərbaycan Respublikasının Daxili Işlər

Nazirliyi üzrə 12994,2 min manat (3,4%), Azərbaycan Respublikasının Dövlət

Feldyeger Xidməti üzrə 84,1 min manat (2,9%), Azərbaycan Respublikasının

Xüsusi Dövlət Mühafizə Xidməti üzrə 8863,5 min manat (10,6%), Azərbaycan

Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi üzrə 5590,9

min manat (3,6%), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar

Xidməti üzrə 540,0 min manat (0,7%) az vəsaitin nəzərdə tutulmasıdır.

Növbəti ilin dövlət büdcəsi layihəsində“Prokurorluq”köməkçi bölməsi üzrə

58493,0 min manat və ya bölmə üzrə nəzərdə tutulmuş xərclərin 5,1%-i həcmində

vəsait proqnozlaşdırılmışdır. Bu da büdcə xərclərinin inzibati təsnifatına uyğun

Page 194: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

194

olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan

Respublikasının Hərbi Prokurorluğu tərəfindən icra olunacaqdır.

“Prokurorluq”köməkçi bölməsi üzrə proqnozlaşdırılmış vəsaitin məbləği 2014-cü

ilin faktiki icra göstəricisindən 5347,3 min manat və ya 10,1% çox və 2015-ci ilin

gözlənilən icrasından isə 713,8 min manat və ya 1,2% çoxdur. Nəzərdə tutulmuş

vəsaitin 47470,0 min manatı (81,2%) Azərbaycan Respublikasının Baş

Prokurorluğu və 11023,0 min manatı (18,8%) Azərbaycan Respublikasının Hərbi

Prokurorluğu üzrə proqnozlaşdırılmışdır.

Büdcə layihəsində“Digər kateqoriyalara aid edilməyən xidmətlər” köməkçi

bölməsi xərclərinə 165076,0 min manat və ya bölmə üzrə xərclərin 14,5%-i

həcmində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından 45767,4

min manat və ya 38,4% çox, 2015-ci ilin gözlənilən icrasına nisbətən isə 30180,2

min manat və ya 15,5% azdır.

Köməkçi bölmə üzrə xərclərin 408,7 min manatı və ya 0,2%-i İşçi Qrupları

üzrə, o cümlədən, 123,6 min manatı və ya 0,07%-i Azərbaycan Respublikası

Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi

Qrupu üzrə (2014-cü ilin icrasına nisbətən 15,5 min manat və ya 14,4%, 2015-ci

ilin gözlənilən icrasından 3,7 min manat və ya 3,1% çox), 285,1 min manatı və ya

0,17%-i Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş

Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu üzrə (2014-cü ilin

icrasına nisbətən 34,2 min manat və ya 13,6%, 2015-ci ilin gözlənilən icrasından

8,6 min manat və ya 3,1% çox) nəzərdə tutulmuşdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə

162796,0 min manat (bölmə üzrə xərclərin 98,6%-i) həcmində vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrasına nisbətən 43851,9 min manat

və ya 36,9%, 2015-ci ilin gözlənilən icradan isə 12652,5 min manat və ya 8,4%

çoxdur.

Təhlil göstərir ki, növbəti ildə köməkçi bölmə üzrə proqnozlaşdırılmış

büdcədənkənar vəsaitlərin 97,9%-i və ya 159921,5 min manatı, o cümlədən

Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi üzrə 98071,5 min manat (2014-

cü ilin faktiki icrasına nisbətən 31,4%, 2015-ci ilin gözlənilən icrasına nisbətən

13,9% çox olmasına səbəb yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati

xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tutulan cərimələrdən

daxilolmaların proqnozunun müvafiq dövrlərə nisbətən yüksəlməsi və bunun da

Page 195: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

195

nəticəsində proporsional olaraq büdcədənkənar xərclərdə əməyin ödənişi

xərclərinin həcminin artmasıdır), Azərbaycan Respublikasının Dövlət Gömrük

Komitəsi üzrə 56000,0 min manat (2014-cü ilin faktiki icrasına nisbətən 34,2%,

2015-ci ilin gözlənilən icrasına nisbətən 12,0% çox proqnozlaşdırmaya da səbəb

Gömrük yığımından daxilolmaların artımla nəzərə alınması nəticəsində

büdcədənkənar xərclər artmışdır), Azərbaycan Respublikasının Daxili İşlər

Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi üzrə 50,0 min manat (2014-cü ilin

faktiki icrasına nisbətən 8,8 dəfə, 2015-ci ilin gözlənilən icrasına nisbətən 6,4%

çoxdur. 2016-cı ilin layihəsində nəzərdə tutulmuş vəsaitin 2014-cü ilin faktiki

icrası ilə müqayisədə əmələ gələn kəskin fərq onunla əlaqədardır ki,

büdcədənkənar gəlirlərdə daxilolmaların əsas hissəsini tenderdə iştirak haqlarından

toplanmış vəsait təşkil edir. Mövcud qanunvericiliyə görə, yəni “Dövlət

satınalmaları haqqında”Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə

əsasən tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox

olduqda fərq büdcədən maliyyələşdirilən təşkilatlar üzrə dövlət büdcəsinə

qaytarıldığı üçün icrada nəzərə alınmır. Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin Penitensiar Xidməti üzrə 1200,0 min manat (2014-cü ilin faktiki

icrasına nisbətən 67,6%, 2015-ci ilin gözlənilən icrasına nisbətən 1,7% çox),

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üzrə 3600,0 min manat

(2014-cü ilin icrasına nisbətən 33,9%, 2015-ci ilin gözlənilən icrasına nisbətən 1,3

dəfə çox olmuşdur ki, bu da İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə

uyğun olaraq miqrasiya qaydalarının pozulmasına görə tətbiq olunan 25% cərimə

daxilolmaları hesabına xidmətin əməkdaşlarına ödənilən əlavə əmək haqqı

xərclərinin həcminin artırılmasıdır), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

üzrə isə müvafiq illərlə müqayisədə eyni həcmdə, 1000,0 min manat həcmində

vəsait nəzərdə tutulmuşdur.

Bu xərclər üzrə proqnozlaşdırılmış vəsaitin 501,2 min manatı və ya 0,3%-i

“Maddi-texniki təminatın möhkəmləndirilməsi” ilə bağlı xərclərə və 1370,1 min

manatı və ya 0,8%-i “Əmək haqqı sisteminin təkmilləşdirilməsi və digər sosial

tədbirlər” ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulmuşdur.

“Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsi üzrə

xərclərin iqtisadi təsnifatı səviyyəsində aparılan təhlili göstərir ki, 2016-cı il üçün

büdcə layihəsində bölmə üzrə xərclərin 59,7%-i və ya 679358,6 min manatı

“Əməyin ödənişi” bölməsi üzrə nəzərdə tutulmuşdur. Bu isə 2014-cü ilin icrasına

Page 196: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

196

nisbətən 44957,9 min manat və ya 7,1%, 2015-ci ilin gözlənilən icrasına nisbətən

isə 25176,0 min manat və ya 3,8% çoxdur.

“Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsi üzrə 2014-cü ilin

icrasına nisbətən 150713,4 min manat və ya 60,9% çox, 2015-ci ilin gözlənilən

icrasına nisbətən isə 6556,6 min manat və ya 1,6% az olmaqla 398029,7 min manat

(35,0%) vəsait nəzərdə tutulmuşdur. Bu bölmə üzrə ayrılması nəzərdə tutulmuş

297239,9 min manat vəsaitin və ya 74,7%-i “İstehlak mallarının və materiallarının

alınması” köməkçi bölməsi üzrədir. Həmin məbləğ 2014-cü ilin icrası ilə

müqayisədə 2,1 dəfə, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 918,8 min

manat və ya 0,3% çoxdur.

“Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə 15555,1 min manat (1,4%)

vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasına nisbətən 1398,4 min

manat və ya 9,9% çox, 2015-ci ilin gözlənilən icrasına nisbətən isə 929,6 min

manat və ya 5,6% azdır.

“Digər xərclər” bölməsi üzrə 16512,9 min manat (1,5%) vəsait

proqnozlaşdırılmışdır. Bu isə 2014-cü ilin icrasına nisbətən 142026,3 min manat və

ya 89,6%, 2015-ci ilin gözlənilən icrasına nisbətən isə 25703,7 min manat və ya

60,9% azdır. Bölmə üzrə vəsaitin 15437,2 min manatı və ya 93,5% “Sair müxtəlif

xərclər” köməkçi bölməsi üzrə nəzərdə tutulmuşdur.

“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi üzrə 29302,0 min manat

(2,6%) vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasına nisbətən 19839,5

min manat və ya 40,4%, 2015-ci ilin gözlənilən icrasına nisbətən isə 43234,1 min

manat və ya 59,6% azdır. Bölmə üzrə vəsaitin 28502,9 min manat və ya 97,3%-i

“Əsas vəsaitlər” köməkçi bölməsi üzrə nəzərdə tutulmuşdur. Bölmə üzrə vəsaitin

799,1 min manatı və ya 2,7% “Qeyri-istehsal aktivləri”köməkçi bölməsi üzrə

proqnozlaşdırılmışdır.

2016-cı ilin büdcə layihəsində “Əməyin ödənişi” bölməsi istisna olunmaqla

digər bölmələr üzrə vəsaitlərin əvvəlki illərlə müqayisədə əsasən az olması hal

hazırkı şəraitdə büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasını təmin etməklə

yanaşı, sosial sahəyə daha çox diqqət ayrılmasına təminat yaradacaqdır.

3.4. İqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər

sahələrində xərclərin strukturu və əsas istiqamətləri

Page 197: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

197

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham

Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət, o cümlədən makroiqtisadi

sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, konservativ

xarici borclanma, eləcə də ölkə iqtisadiyyatının neft sektorundan asılılığının

azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi, biznes və investisiya

mühitinin davamlı olaraq yaxşılaşdırılması kimi tədbirlər məhz ölkənin maliyyə

dayanıqlığının təmin edilməsinə yönəldilmişdir.

Hazırda dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində iqtisadi

və maliyyə risklərinin neytrallaşdırılması, iqtisadi artımın dayanıqlı olması üçün ən

səmərəli vasitə real sektorun inkişafına davamlı dövlət dəstəyinin göstərilməsindən

ibarətdir. Bu məqsədlə məhdud resurslar çərçivəsində dövlət vəsaitlərinin daha

prioritet sahələrə yönəldilərək iqtisadiyyatın inkişafının davamlılığına nail

olunması olduqca vacib amildir.

Ölkənin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsində aparıcı

rol oynayan iqtisadiyyatın real sektoruna, o cümlədən yanacaq və enerji, sənaye və

tikinti, nəqliyyat və rabitə, mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı, meşə

təsərrüfatı, balıqçılıq və ovçuluq sahələrinə (investisiya xərcləri istisna olmaqla)

2016-cı ilin dövlət büdcəsinin layihəsində ümumilikdə 1157,9 mln. manat vəsait

nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin dövlət büdcəsinin müvafiq göstəricisi

ilə müqayisədə 123,9 milyon manat və ya 12,0% çox, 2015-ci ilin təsdiq olunmuş

dövlət büdcəsinin müvafiq göstəricisinə nisbətən 39,6 milyon manat və ya 3,3%

az, gözlənilən icrasına nisbətən isə 1,9 milyon manat və ya 0,2% azdır. 2016-cı ildə

bu xərclərin ÜDM-də xüsusi çəkisi 2,0%, ümumi büdcə xərclərində xüsusi çəkisi

isə 7,1% təşkil edəcəkdir ki, bu da 2014-cü ilin ÜDM-ə faiz nisbətindən 0,2 faiz

bəndi, ümumi büdcə xərclərində xüsusi çəkisindən 1,6 faiz bəndi çox, 2015-ci ilin

təsdiq olunmuş ÜDM-ə faiz nisbəti ilə eyni səviyyədə, ümumi büdcə xərclərində

xüsusi çəkisindən 1,4 faiz bəndi çox, gözlənilən ÜDM-də faiz nisbəti ilə eyni

səviyyədə, ümumi büdcə xərclərində xüsusi çəkisindən 0,6 faiz bəndi çoxdur.

2016-cı ildə investisiya xərcləri nəzərə alınmaqla iqtisadiyyatın real

sektoruna aid olan xərclər 2015-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə

3414,9 milyon manat azaldılaraq 4712,7 milyon manat məbləğində nəzərdə

tutulmuşdur. Həmin məbləğin ÜDM-ə faiz nisbəti 2015-ci ildəki 13,6%-ə qarşı

8,2%, ümumi büdcə xərclərində xüsusi çəkisi isə 38,5%-ə qarşı 29,0% təşkil

edəcəkdir. İqtisadiyyatın real sektoruna yönəldilən xərclərin ÜDM-ə faiz nisbətinin

Page 198: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

198

2015-ci ilə nisbətən 5,4 faiz bəndi, büdcə xərclərində xüsusi çəkisinin isə 9,5 faiz

bəndi azalması iqtisadi aktivliyə, o cümlədən məşğulluğa və investisiya

qoyuluşuna təsir göstərmə ehtimalı var.

Digər tərəfdən bir çox Avropa dövlətlərində və MDB məkanında iqtisadi

artım tempinin aşağı düşməsi ilə əlaqədar olaraq həmin ölkələrin dövlət

büdcəsindən milli iqtisadiyyatın maliyyələşdirilməsinə ayrılan vəsaitlərin ildən-ilə

azalması meylləri müşahidə edildiyi halda, Azərbaycanda bu istiqamətdə ötən illər

ərzində mühüm irəliləyişlər əldə edilmiş, investisiya xərcləri daxil olmaqla iqtisadi

xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi ilbəil artırılmış, zəruri

infrastrukturun formalaşdırılması istiqamətində intensiv işlər aparılmışdır.

İqtisadiyyatın real sektoruna və investisiyaya yönəldilən büdcə vəsaitləri iqtisadi

inkişafın sürətləndirilməsində dövlət büdcəsinin rolunu artırmaqla yanaşı, ölkə

iqtisadiyyatının dayanıqlı inkişafına təminat verir.

3.4.1. Mənzil və kommunal xərcləri

Mənzil və kommunal təsərrüfatı bilavasitə əhalinin həyat səviyyəsi ilə

əlaqədar olduğu üçün, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin

artırılmasına, abadlıq və quruculuq işlərinin uğurla davam etdirilməsinə ölkə

başçısı tərəfindən xüsusi diqqət göstərilir.

Bunun nəticəsidir ki, qlobal iqtisadi böhranın respublikanın iqtisadiyyatına

təsiri nəticəsində 2016-cı ilin dövlət büdcəsinin xərclərinin 2015-ci ilin təsdiq

olunmuş göstəricisinə nisbətən 22,9% azaldıldığı təqdirdə “Mənzil və kommunal

təsərrüfatı” xərcləri 6,1% azalma ilə nəzərdə tutulmuşdur. Son dövrlərdə ölkə

başçısının bu sahəyə diqqəti nəticəsində mənzil və kommunal infrastrukturunun

yaradılması və yenidən qurulmasına kifayət qədər vəsaitlər ayrılmışdır ki, bu da

sahənin normal fəaliyyətini təmin etməkdədir.

Təqdim olunan məlumatlara əsasən bölmə üzrə 2015-ci ilin 8 ayında

161803,1 min manat vəsait xərclənmişdir ki, bu da il üçün təsdiq edilmiş cəmi

məbləğin 36,5%-nə, ilin sonuna gözlənilən icra məbləğinin isə 38,8%-nə

bərabərdir. Qeyd olunan xərclərin icra faizinin aşağı olması növbəti il üçün həmin

bölmə üzrə xərclərin azaldılmasının əsaslandırılmasına zəmin yaratmışdır.

2016-cı ilin dövlət büdcə layihəsində “Mənzil və kommunal təsərrüfatı”

bölməsinə 416763,9 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da

Page 199: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

199

2014-cü ilin dövlət büdcəsinin icrasına nisbətən 354,3 min manat və ya 0,1%,

2015-ci ilintəsdiq edilmişgöstəricisindən 27011,9 min manat və ya 6,1%,

gözlənilən icrasından 655,3 min manat və ya 0,2% azdır.

Qeyd etmək lazımdır ki, 2015-ci ilin büdcəsinə nisbətən 2016-cı ilin büdcə

layihəsində “Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə 13062,0 min manat və ya

16,8% artım, “Kommunal təsərrüfatı” köməkçi bölməsi üzrə 37706,1 min manat və

ya 10,8%, “Su təsərrüfatı” köməkçi bölməsi üzrə 2367,9 min manat və ya 14,6%

azalma, “Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər” köməkçi

bölməsi üzrə 2015-ci il səviyyəsində, yəni 520,6 min manat vəsait nəzərdə

tutulmuşdur.

“Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə xərclərin əvvəlki ilə nisbətən

27011,9 min manat azalmasına baxmayaraq, bu xərclərin dövlət büdcəsinin ümumi

xərclərində xüsusi çəkisinin cari ildəki 2,1%-dən növbəti ildə 2,6%-ə qədər

artacağı proqnozlaşdırılmışdır. Bunun səbəbi yuxarıda qeyd edildiyi kimi, bölmə

xərclərinin azalmasının (6,1%) bütövlükdə dövlət büdcəsi xərclərinin cari ilə

nisbətən azalması (22,9%) ilə müqayisədə 16,8% bəndi az olmasıdır.

2016-cı ilin dövlət büdcəsində mənzil və kommunal təsərrüfatı xərcləri üçün

nəzərdə tutulan vəsaitin əvvəlki ilə nisbətən azaldılması, bu xərclərin strukturunun

təkmilləşdirilməsini, vəsaitlərin səmərəliliyinin və ünvanlılığının artırılması ilə

yanaşı, vəsaitlərdən qənaətlə istifadə edilməsi və görülən işlərin və xidmətlərin

keyfiyyətinin artırılmasını, habelə həyata keçirilən layihələrin nəticəliliyinin

artırılmasını zəruri edir.

2014-2016-cı illər üzrə mənzil və kommunal təsərrüfatı xərclərinin köməkçi

bölmələr üzrə tərkibi Cədvəl 70-də təqdim edilmişdir.

Cədvəl 70. Mənzil və kommunal təsərrüfatı xərclərinin köməkçi bölmələri üzrə həcmi

min manat

№ Bölmə, köməkçi bölmə və paraqrafların

adları

2014-cü il

icra

2015-ci il

dövlət

büdcəsi

2015-ci il

dövlət

büdcəsinin gözlənilən

icra

2016-cı ilin

dövlət

büdcəsinin layihəsi

2016-cı ilin büdcə layihəsinin

əvvəlki illərlə müqayisəsi

(%-lə)

2014-cü

ilin icrası

2015-ci

proqnozu

2015-ci

ilin gözlənilə

n icrası

Page 200: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

200

2016-cı ilin büdcə layihəsində “Mənzil və kommunal təsərrüfatı” bölməsinə

daxil olan köməkçi bölmələrin xüsusi çəki göstəricilərində də bəzi dəyişikliklər

nəzərdə tutulmuşdur. Belə ki, “Mənzil təsərrüfatı” köməkçi bölməsinin bölmədə

xüsusi çəkisi cari ilə nisbətən 4,3 faiz bəndi artaraq 21,8%, “Kommunal

təsərrüfatı” köməkçi bölməsinin xüsusi çəkisi 4,0 faiz bəndi azalaraq 74,8%, “Su

təsərrüfatı” köməkçi bölməsinin xüsusi çəkisi 0,3 faiz bəndi azalaraq 3,3% təşkil

edəcək, “Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər” köməkçi

bölməsinin xüsusi çəkisi isə (0,1%) dəyişməz qalacaqdır.

“Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə nəzərdə tutulmuş 90651,5 min

manat vəsaitin 12237,3 min manatı və ya 13,5%-i mənzil fondunun zərərinin

ödənilməsinə, 8414,3 min manatı və ya 9,3%-i mənzil fondunun əsaslı təmiri

xərclərinə, 70000,0 min manatı və ya 77,2%-i isə kommunal, kommunikasiya

xidmətləri və digər tədbirlər ilə bağlı xərclərin ödənilməsinə nəzərdə tutulmuşdur

8. Mənzil və kommunal təsərrüfatı xərcləri 417118,2 443775,8 417419,2 416763,9 99,9 93,9 99,8

8.1. “Mənzil təsərrüfatı” 97928,6 77589,5 76425,7 90651,5 92,6 116,8 118,6

8.1.1 Subsidiya və cari transfertlər 16235,9 16457,9 16211,0 12237,3 75,4 74,4 75,5

8.1.2 Mənzil fondunun əsaslı təmiri 11110,9 11131,6 10964,7 8414,3 75,7 75,6 76,7

8.1.3 Yaşayış məntəqələrinə aid olan kommunal

təyinatlı infrastrukturların bərpa və yenidınqurulması, abadlaşdırılması

20581,8 -

-

- - - -

8.1.4.

Kommunal, kommunikasiya xidmətləri və

digər tədbirlər

50000,0 50000,0 49250,0 70000,0 140,0 140,0 142,1

8.2 “Kommunal təsərrüfatı” 305084,3 349473,5 324531,4 311767,4 102,2 89,2 96,1

8.2.1 Abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi

266017,6 309185,3 284847,6 278917,6 104,8 90,2 97,9

8.2.1.1 Abadlaşdırma xidmətləri haqqının ödənilməsi

184856,8 190916,9 188053,3 149538,0 80,9 78,3 79,5

8.2.1.2 Əsaslı xərclər (yolların əsaslı təmiri) (bank

xərcləri ilə birlikdə)

53207,5 53277,2 52478,0 39279,7 73,8 73,7 74,8

8.2.1.3 Yaşayış məntəqələrinə aid olan kommunal

təyinatlı infrastrukturların bərpa və

yenidənqurulması, abadlaşdırılması ilə bağlı xərclər

27953,3 64991,2 44316,3 90000,0 3,2 d. 138,5 2,0 d.

8.2.2 “İstilik”(Subsidiya) 21561,4 22614,8 22275,5 18000,0 83,5 79,6 80,8

8.2.3 Küçələrin işıqlandırılması 17505,3 17673,4 17408,3 14849,8 84,8 84,0 85,3

8.3 “Su təsərrüfatı” 13589,5 16192,3 15949,4 13824,4 101,7 85,4 86,7

8.3.1 Çirkab sularının təmizləyici qurğularının

istismarı və xidməti ilə bağlı və su təchizatı qurğularının istismarı və xidməti üzrə

bələdiyyələrə göstərilən maliyyə yardımı ilə

bağlı xərclər

1589,5 2131,5 1607,0 1827,7 115,0 85,7 113,7

8.3.2 “Azərsu” ASC 10000,0 10000,0 9850,0 7436,0 74,3 74,3 75,5

8.3.3 Fövqəladə Hallar Nazirliyi 2000,0 4560,7 4492,3 4560,7 2,2 dəfə 100,0 101,5

8.4 “Mənzil və kommunal təsərrüfatı ilə bağlı

digər xidmətlər”

515,7 520,6 512,7 520,6 101,0 100,0 101,5

Page 201: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

201

ki, bu köməkçi bölmə üzrə xərclər 2015-ci ilin təsdiq olunmuş müvafiq

göstəricisindən 13062,0 min manat, gözlənilən icrasından isə 14225,5 min manat

çoxdur.

“Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə mənzil fondunun zərərin

ödənilməsinə və mənzil fondunun əsaslı təmiri xərclərinə nəzərdə tutulmuş

20651,6 min manat vəsait əsasən 2 kredit sərəncamçına mərkəzləşdirilmiş qaydada

o cümlədən, 400,0 min manatı mənzil fondunun əsaslı təmirinə görə Azərbaycan

Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə,

385,4 min manatı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

“İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinə (74,4 min manatı mənzil

fondunun zərərinin ödənilməsinə, 311,0 min manatı mənzil fondunun əsaslı

təmirinə) və 19866,1 min manatı Yerli İcra Hakimiyyəti orqanlarına (12162,9 min

manatı mənzil fondunun zərərinin ödənilməsinə, 7703,3 min manatı mənzil

fondunun əsaslı təmirinə) yönəldiləcəkdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət

Tarix-Memarlıq Qoruğu İdarəsindən alınmış məlumata görə “Mənzil təsərrüfatı”

köməkçi bölməsinin “Mənzillə bağlı digər tədbirlər” paraqrafının “Məhsula görə

ödənişlər” iqtisadi təsnifatı üzrə İdarə üzrə 74,4 min manat əməyin ödənişinə,

“Mənzil fondunun əsaslı təmiri” iqtisadi təsnifatı üzrə 311,0 min manat mənzillərin

təmirinə (2530 m2 dam örtüyü, 220 m

2 tavan, 235 m

2 döşəmə, 240 m

2 qapı-

pəncərə, 1400 m2 suvaq, 325 m

2 rəng işləri) nəzərdə tutulmuşdur.

Yerli İcra Hakimiyyəti Orqanlarına nəzərdə tutulmuş vəsaitin 61,2%-i

mənzil fondu üzrə zərərin ödənilməsinə, 38,8%-i isə mənzil fondunun əsaslı

təmirinə yönəldiləcəkdir. “Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə mənzil

fondunun zərərinin ödənilməsinə və mənzil fondunun əsaslı təmirinə nəzərdə

tutulmuş vəsaitin 62,9%-i (12493,5 min manat) respublikanın 2 şəhərinin, o

cümlədən Bakı- 50,5% (10024,8 min manat) və Sumqayıt- 12,4% (2468,7 min

manat) şəhərlərinin, 16,8%-i (3340,0 ) respublikanın 12 şəhər və rayonunun, o

cümlədən Mingəçevir- 3,5% (698,4 min manat), Gəncə - 2,1% (409,0 min manat),

Şəki - 1,7% (331,2 min manat), Lənkəran - 1,3% (257,1 min manat), Şamaxı -

1,3% (261,1 min manat), Şirvan - 0,6% (112,7 min manat), Abşeron – 2,3% (450,0

min manat), Yevlax - 0,6% (112,2 min manat), Xaçmaz - 1,6% (315,4 min manat),

Cəlilabad - 0,5% (107,2 min manat), Şəmkir - 1,4% (285,7 min manat)

Page 202: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

202

şəhərlərinin, 24,3%-i (4818,1 min manat) isə respublikanın digər şəhər və

rayonlarının payına düşəcəkdir.

Təhlil nəticəsində Yerli İcra Hakimiyyəti orqanlarına mənzil fondunun

zərərinin ödənilməsinə və mənzil fondunun əsaslı təmirinə yönəldiləcək 19866,1

min manat vəsaitin respublikanın iqtisadi rayonları üzrə hər min m2 düşən xərcə

görə müxtəlif olduğu müəyyən edilmişdir. Belə ki, statistik məlumatlara əsasən

Bakı şəhəri üzrə dövlət mülkiyyətində olan mənzil fondu 3794,1 min m2, layihədə

nəzərdə tutulan vəsait 10024,7 min manat və Abşeron iqtisadi rayonu üzrə dövlət

mülkiyyətində olan mənzil fondu 1126,6 min m2, layihədə nəzərdə tutulan vəsait

2967,6 min manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə dövlət mülkiyyətində olan

mənzil fondu 1037,9 min m2, layihədə nəzərdə tutulan vəsait 1542,8 min manat,

Lənkəran iqtisadi rayonu üzrə dövlət mülkiyyətində olan mənzil fondu 336,3 min

m2, layihədə nəzərdə tutulan vəsait 689,2 min manat, Quba-Xaçmaz iqtisadi

rayonu üzrə dövlət mülkiyyətində olan mənzil fondu 231,4 min m2, layihədə

nəzərdə tutulan vəsait 631,8 min manat, Aran iqtisadi rayonu üzrə dövlət

mülkiyyətində olan mənzil fondu 2073,5 min m2, layihədə nəzərdə tutulan vəsait

2099,2 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə dövlət mülkiyyətində olan

mənzil fondu 530,9 min m2, layihədə nəzərdə tutulan vəsait 313,2 min manat və

Dağlıq-Şirvan iqtisadi rayonu üzrə dövlət mülkiyyətində olan mənzil fondu 119,4

min m2, layihədə nəzərdə tutulan vəsait 524,3 min manatvə Şəki-Zaqatala iqtisadi

rayonu üzrə dövlət mülkiyyətində olan mənzil fondu 442,8 min m2, layihədə

nəzərdə tutulan vəsait 1120,5 min manat təşkil etmişdir.

Statistik məlumatlara əsasən respublika üzrə əhalinin hər nəfərinə düşən

ümumi və yaşayış sahəsi müvafiq olaraq 17,8 və 12,0 m2 olduğu halda, Bakı şəhəri

üzrə bu göstərici 17,4 və 11,6 m2, Abşeron iqtisadi rayonu üzrə 17,3 və 11,8 m

2,

Şəki-Zaqatala iqtisadi rayonu üzrə 19,2 və 12,9 m2, Lənkəran iqtisadi rayonu üzrə

18,1 və 13,2 m2, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 19,9 və 12,6 m

2, Yuxarı

Qarabağ iqtisadi rayonu üzrə 8,9 və 5,8 m2, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 18,5

və 13,4 m2,Şəki-Zaqatala iqtisadi rayonu üzrə 19,2 və 12,9 m

2 təşkil etmişdir.

Təhlil nəticəsində Yerli İcra Hakimiyyəti orqanlarına mənzil fondunun

zərərinin ödənilməsinə və mənzil fondunun əsaslı təmirinə yönəldiləcək 19866,1

min manat vəsaitin respublikanın rayon və şəhərləri üzrə hər min m2 düşən xərcə

görə müxtəlif olduğu müəyyən edilmişdir. Belə ki,statistik məlumatlara əsasənBakı

şəhəri üzrə hər min m2 dövlət mülkiyyətində olan mənzil fondu evlərinə düşən xərc

Page 203: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

203

2,64 min manat, Sumqayıtda 3,06 min manat, Mingəçevirdə 1,39 min manat,

Gəncədə 0,81 min manat, Şirvanda 0,66 min manat, Lənkəranda 1,82 min manat,

Abşeronda 1,85 min manat, Bərdədə 0,67 min manat, Biləsuvarda 0,41 min manat,

Zaqatalada 0,53 min manat, Kürdəmirdə 0,64 min manat, Neftçalada 0,93 min

manat təşkil etdiyi halda, Qaxda 8,11 min manat, Qazaxda 8,05 min manat,

Şamaxıda 8,1 min manat, Gədəbəydə 8,0 min manat, Lerikdə 7,55 min manat,

Yardımlıda 7,21 min manat, Astarada 5,06 min manat, Şəkidə 4,73 min manat,

Qəbələdə 4,54 min manat, Göyçayda 4,18 min manat, Samuxda 4,18 min manat,

Tovuzda 3,98 min manat nəzərdə tutulmuşdur.

Təhlil əsasında müəyyən edilmişdir ki, mənzil fondunun zərərinin

ödənilməsinin (subsidiya) düzgün müəyyən edilməsi üzrə müvafiq normativ

sənədin olmaması büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin təmin

edilməsinə, eyni zamanda nəzarət tədbirlərinin aparılmasına mənfi təsir göstərir.

Bununla əlaqədar olaraq, mənzil-kommunal təsərrüfatı müəssisələri üzrə zərərin

ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin

hazırlanması təklifi Palata tərəfindən aidiyyəti dövlət qurumlarına təqdim

edilmişdir. Hesablama Palatasının keçirdiyi audit tədbirləri nəticəsində müəssisə və

təşkilatlarda mənzil fondunun zərərinin əsassız artırılması hallarına rast gəlinmiş,

2016-cı ildə zərər məbləğinin 2015-ci ilin təsdiq olunmuş göstəricisi ilə

müqayisədə 4220,6 min manat və ya 25,6% azaldılması Hesablama Palatasının

əvvəlki illərin büdcələrinə verdiyi rəylərdə irəli sürdüyü təkliflərin nəzərə alınması

kimi dəyərləndirilir.

Lakin, mənzil fondunun əsaslı təmirinə ayrılan vəsaitlərin təhlili göstərir ki,

ayrı-ayrı rayon və şəhərlərdə əsaslı təmirə ehtiyacı olan dövlət mülkiyyətində

yaşayış binaları mövcuddur. Bununla əlaqədar olaraq, Hesablama Palatası mənzil

fondunun zərərinin azaldılmasını müsbət hal kimi qəbul etməklə yanaşı, 2016-cı

ilin büdcə layihəsində dövlət mənzil fondunun əsaslı təmirinə ayrılan vəsaitlərin

əvvəlki ilə nisbətən 2717,3 min manat və ya 24,4% azaldılması fonunda vəsaitlərin

səmərəli və qənaətli istifadəsinə nəzarətin gücləndirilməsini, həmçinin zərurilik

səviyyəsinin qiymətləndirilməsi yolu ilə istifadəsini məqsədəmüvafiq hesab edir.

Bakı şəhərinə “Mənzil təsərrüfatı” köməkçi bölməsindən nəzərdə tutulmuş

vəsaitin 8612,0 min manatı mənzil fondunun zərəri (subsidiya) üzrə ödənişlərə,

1412,7 min manatı isə mənzil fondunun əsaslı təmirinə yönəldiləcəkdir ki, bu da

2015-ci ilin gözlənilən icrasından müvafiq olaraq 2795,8 min manat və 458,7 min

Page 204: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

204

manat azdır. Eləcə də, mənzil fondunun zərəri (subsidiya) üzrə ödənişlərə və

mənzil fondunun əsaslı təmirinə Sumqayıt şəhəri üzrə müvafiq olaraq 1967,4 min

manat və 501,3 min manat (2015-ci ilin gözlənilən icrasından müvafiq olaraq

638,7 min manat və 162,7 min manat az), Mingəçevir şəhəri üzrə 401,7 min manat

və 296,7 min manat (2015-ci ilin gözlənilən icrasından müvafiq olaraq 129,1 min

manat və 97,2 min manat az), Gəncə şəhəri üzrə mənzil fondunun zərəri

(subsidiya) üzrə ödənişlərə vəsait nəzərdə tutulmadığı halda, mənzil fondunun

əsaslı təmirinə 409,0 min manat (2015-ci ilin gözlənilən icrasından 132,8 min

manat az), Şəki şəhəri üzrə 120,0 min manat və 211,2 min manat (2015-ci ilin

gözlənilən icrasından müvafiq olaraq 19,4 min manat və 68,5 min manat az),

Xaçmaz şəhəri üzrə 70,0 min manat və 245,4 min manat (2015-ci ilin gözlənilən

icrasından müvafiq olaraq 14,9 min manat və 79,6 min manat az), Şəmkir şəhəri

üzrə 55,7 min manat və 230,0 min manat (2015-ci ilin gözlənilən icrasından

müvafiq olaraq 3,4 min manat və 65,3 min manat az), Lənkəran şəhəri üzrə 42,0

min manat və 215,1 min manat (2015-ci ilin gözlənilən icrasından müvafiq olaraq

10,5 min manat və 69,9 min manat az) vəsait nəzərdə tutulmuşdur. Bakı şəhər

Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi məlumatlara görə

2016-cı ildə mənzil fondunun əsaslı təmiri üçün dövlət büdcəsindən ayrılması

nəzərdə tutulan vəsait hesabına Bakı şəhərində 32000,0 kv. metr dam örtüyünün, o

cümlədən 1900 kv. metr pilləkən qəfəsinin və keçid meydançasının əsaslı təmir

ediləcəyi, Sumqayıt şəhərində mənzil fondunun əsaslı təmirinə ayrılacaq vəsait

hesabına isə 26200,0 kv. metr binanın dam örtüyünün, 32300,0 kv. metr binanın

fasadının və 18000,0 kv. metr pilləkən qəfəslərinin təmir ediləcəyi nəzərdə tutulur.

Layihədə “Kommunal təsərrüfatı”köməkçi bölməsi üzrə xərclər 311767,4

min manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icra

göstəricisinə nisbətən 6683,1 min manat və ya 2,2% çox, 2015-ci ilin təsdiq

olunmuş müvafiq xərcindən 37706,1 min manat və ya 10,8%, gözlənilən

icrasından isə 12764,0 min manat və ya 3,9% azdır. “Kommunal təsərrüfatı”

köməkçi bölməsinə ayrılan vəsaitlər əsasən abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi, küçələrin işıqlandırılması və binaların istilik sistemlərinə xidmət

edilməsi ilə bağlı xərclərə nəzərdə tutulmuşdur (Cədvəl 71).

Page 205: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

205

Cədvəl 71. 2016-cı ildə “Kommunal təsərrüfatı” köməkçi bölməsi üzrə xərclərin təsnifatı,

min manat

№ Göstəricilər “Azəristilik

təchiz

at” ASC

“Qaçqınkom”

Ekologiya və Təbii Sərvətlər

Nazirliyi

YIH orqanları “Içərişəhər”DTMQI

Dənizkənarı Bulvar

Idarəsi

Dövlət Bayrağı

Meydanı

Kompleksi

“Təmiz Şəhər”ASC

Mərkəzlləşdirilmiş

xərclər

Əmlak Məsələləri

üzrə

Dövlət komitəsi

Cəmi

1 Abadlaşdırm,

tullantıların yığılması və

təmizlənməsi

- 3000 7428,5 147184,8 1769,4 5539,5 2312,3 20923,7 90000 759,4 278917,6

1.1

Abadlaşdırma xidmətləri

haqqının

ödənilməsi

- 2800 7428,5 108318,8 1555,8 5539,5 2312,3 20923,7 - 759,4 149638

1.

2

Yolların

əsaslı təmiri

- 200 - 38866 213,6 - - - - - 39279,6

1.3

Yaşayış məntəqə-sinə

aid olan kom-

l təyinatlı infrast-ın

bərpa və

yenidən-sı, abadlaşd-sı

ilə bağlı

xərclər

- - - - - - - - 90000 - 90000

2. “İstilik” 18

00

0

- - - - - - - - - 18000

3. `Küçə işıqlan-sı

- 50 - 13805,4 322,9 360,5 311 - - - 14849,8

Cəmi 18

00

0

3050 7428,5 160990,2 2092,3 5900 2623,3 20923,7 90000 759,4 311767,4

Cədvəldən göründüyü kimi, “Kommunal təsərrüfatı” köməkçi bölməsi üzrə

nəzərdə tutulmuş 311767,4 min manat vəsaitin 278917,6 min manatı və ya 89,5%-i

“Abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi” paraqrafı üzrə xərclərin

ödənilməsinə, 18000,0 min manatı və ya 5,8%-i “Azəristiliktəchizat” ASC-yə

subsidiya və cari transfertlərə görə, 14849,8 min manatı və ya 4,8%-i mərkəzi və

yerli icra hakimiyyəti orqanlarına “Küçələrin işıqlandırılması” məqsədilə

proqnozlaşdırılmışdır.

“Abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi” paraqrafı üzrə

xərclərin ödənilməsinə nəzərdə tutulmuş 278917,6 min manat vəsaitin 149638,0

min manatı və ya 53,6%-i “Abadlaşdırma xidmətləri haqqının ödənilməsinə”,

39279,6 min manatı və ya 14,1%-i əsalı xərclərə (yolların əsaslı təmirinə), 90000,0

min manatı və ya 32,3%-i Yaşayış məntəqəsinə aid olan kommunal təyinatlı

infrastrukturların bərpa və yenidənqurulması, abadlaşdırılması ilə bağlı xərclərə

yönəldiləcəyi nəzərdə tutulmuşdur.

Page 206: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

206

Yerli İcra Hakimiyyəti orqanlarına “Abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi” paraqrafı üzrə xərclərin ödənilməsinə 147184,8 min manat vəsait

nəzərdə tutulmuşdur ki (108318,8 min manatı abadlaşdırma və sair müxtəlif

xərclərin ödənilməsinə, 38866,0 min manatı yolların əsaslı təmirinə), bu da 2014-

cü ilin icra göstəricisinə nisbətən 45681,6 min manat və ya 23,7%, 2015-ci ilin

təsdiq olunmuş müvafiq xərcindən 49054,0 min manat və ya 24,0%, gözlənilən

icrasından isə 46110,4 min manat və ya 23,9% azdır.

Mərkəzləşdirilmiş xərclər üzrə “Abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi” paraqrafı üzrə xərclərin ödənilməsinə 131782,8 min manat vəsait

ayrılması nəzərdə tutulmuşdur ki, bunun 90000,0 min manatı Yaşayış məntəqəsinə

aid olan kommunal təyinatlı infrastrukturların bərpa və yenidənqurulması,

abadlaşdırılması ilə bağlı xərclərə, 41782,8 min manatı mərkəzi icra hakimiyyəti

orqanlarına, o cümlədən Azərbaycan Respublikası Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3050,0 min manat, Azərbaycan

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 7428,5 min manat,

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 1769,4 min manat, “Təmiz

Şəhər” ASC-yə 20923,7 min manat, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə

2312,3 min manat, Dənizkənarı Bulvar İdarəsinə 5539,5 min manat, Azərbaycan

Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 759,4 min manat

(Radiolokasiya stansiyasının əmlak kompleksinin mühafizəsi və saxlanması ilə

bağlı xərclər) vəsait ayrılması nəzərdə tutulmuşdur.

“Kommunal təsərrüfatı” köməkçi bölməsi üzrə layihədə nəzərdə tutulmuş

vəsaitdən “Azəristiliktəchizat” ASC-yə subsidiya və cari transfertlər üzrə

ödənişlərə 18000,0 min manat və ya cari ilin təsdiq olunmuş göstəricinə nisbətən

4614,8 min manat az, Azərbaycan Respublikası Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3050,0 min manat (abadlaşdırma və sair

müxtəlif xərclərin ödənilməsinə 2800,0 min manat, yolların əsaslı təmirinə 200,0

min manat, küçələrin işıqlandırılmasına 50,0 min manat) və ya cari ilə nisbətən

464,3 min manat az, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər

Nazirliyinə abadlaşdırma xidmətləri haqqının ödənilməsinə görə 7428,5 min manat

və ya cari ilə nisbətən 960,5 min manat az, “İçərişəhər” Dövlət Tarix-Memarlıq

Qoruğu İdarəsinə 2092,3 min manat (abadlaşdırma və sair müxtəlif xərclərin

ödənilməsinə 1555,8 min manat, yolların əsaslı təmirinə 213,6 min manat,

küçələrin işıqlandırılmasına 322,9 min manat) və ya cari ilə nisbətən 586,9 min

Page 207: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

207

manat az, “Təmiz Şəhər” ASC-yə abadlaşdırma və sair müxtəlif xərclərin

ödənilməsinə 20923,7 min manat və ya cari ilə nisbətən 4862,2 min manat az,

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə 2623,3 min manat (abadlaşdırma və

sair müxtəlif xərclərin ödənilməsinə 2312,3 min manat, küçələrin

işıqlandırılmasına 311,0 min manat) və ya cari ilə nisbətən 916,6 min manat az

vəsait ayrılmasına baxmayaraq, yaşayış məntəqəsinə aid olan kommunal təyinatlı

infrastrukturların bərpa və yenidənqurulması, abadlaşdırılması ilə bağlı xərcləri

90000,0 min manat və ya cari ilə nisbətən 25008,8 min manat, Dənizkənarı Bulvar

İdarəsinə 5900,0 min manat (abadlaşdırma və sair müxtəlif xərclərin ödənilməsinə

5539,5 min manat, küçələrin işıqlandırılmasına 360,5 min manat) və ya cari ilə

nisbətən 1433,2 min manat çox, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə

Dövlət Komitəsinə abadlaşdırma və sair müxtəlif xərclərin ödənilməsinə 759,4 min

manat və ya cari ilə nisbətən eyni səviyyədə vəsait ayrılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-dən alınan məlumata

əsasən, 2016-cı il büdcə layihəsində ASC-yə ayrılacaq 7428,5 min manat min

manat vəsaitin 4533,4 min manatı əməyin ödənişinə, 29,5 min manatı dəftərxana

və təsərrüfat, 15,5 min manatı ezamiyyə xərcinə, 9,5 min manatı bank, 350,0 min

manatı digər alışlara (ağac, gül, kimyəvi dərman, gübrə), 924,0 min manatı

yanacaq və sürtgü materiallarına, 290,0 min manatı digər nəqliyyat xidmətlərinə,

410,0 min manatı avadanlıq və nəqliyyat vasitələrinin, 856,0 min manatı su və

elektrik enerjisi haqqının, 10,3 min manatı sair xərclərə ödənilməsi nəzərdə

tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar

İdarəsindən alınan məlumata əsasən, 2016-cı il büdcə layihəsində İdarəyə ayrılacaq

5900,0 min manat vəsaitin 3425,6 min manatı əməyin ödənişinə, 2446,5 min

manatı malların (iş və xidmətlərin) satın alınmasına, 4,7 min manatı müavinətlərə,

9,6 min manatı sair xərclərə, 9,1 min manatı bank xərclərinə, 4,5 min manatı digər

maşın və avadanlıqların alınmasına nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət

Tarix-Memarlıq Qoruğu İdarəsindən alınan məlumatlara əsasən “Kommunal

təsərrüfatı” köməkçi bölməsinin “Abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi” paraqrafının “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi”

iqtisadi təsnifatı üzrə 203,0 min manatı əməyin ödənişinə, 285,0 min manatı əsas

Page 208: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

208

vəsaitlərin, 25,0 min manatı iş alətlərinin və 18,0 min manatı xüsusi geyimlərin

alınmasına, 140,0 min manatı nəqliyyat vasitələrinin saxlanmasına, 444,4 min

manatı abadlaşdırma və təmir xidmətlərinin göstərilməsinə, 435,0 min manatı

yaşıllaşdırma işlərinin aparılmasına, 5,3 min manatı bank xidmətinə, “Yolların

əsaslı təmiri” iqtisadi təsnifatı üzrə 213,6 min manat İçərişəhər ərazisində 710 p/m

su, 609 p/m kanalizasiya, 500 p/m rabitə xətlərinin və 1250 m2 yol örtüyünün

yenisi ilə əvəz olunması üçün nəzərdə tutulmuşdur. Eləcə də, “Kommunal

təsərrüfatı” köməkçi bölməsinin “Küçələrin işıqlandırılması” paraqrafının

“Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” iqtisadi təsnifatı üzrə 38,0 min

manatı əməyin ödənişinə, 60,0 min manatı iş alətləri və ehtiyat hissələrinin, 150,3

min manatı avadanlıqların alınmasına, 73,6 min manatı enerji xərclərinə, 1,0 min

manatı bank xidmətinə yönəldiləcəyi proqnozlaşdırılmışdır.

Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı

Departamentindən alınan məlumata əsasən, 2016-cı il büdcə layihəsində

Departamentə 64297,6 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu vəsaitin

13350,8 min manatı “Mənzil təsərrüfatı” köməkçi bölməsinə (10750,8 min manatı

mənzil fondu üzrə zərərin ödənilməsinə, 2600,0 min manatı mənzil fondunun

əsaslı təmirinə), 50946,8 min manatı “Kommunal təsərrüfatı” köməkçi bölməsinə

(o cümlədən 35750,0 min manatı “Abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi”nə, 5000,0 min manatı “Yolların əsaslı təmiri”nə, 10196,8 min

manatı “Küçələrin işıqlandırılması”na) nəzərdə tutulmuşdur.

“Təmiz şəhər” ASC-dən alınan məlumata əsasən, 2016-cı il büdcə

layihəsində ayrılacaq 20923,7 min manat vəsaitin 8000,0 min manatı ASC üzrə,

12923,7 min manatı Bakı Məişət Tullantılarının Yandırılması zavodunun

(BMTYZ) saxlanma xərclərinə yönəldiləcəkdir.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyindən alınan

məlumata əsasən, 2016-cı il büdcə layihəsində Bakı şəhərinə “Kommunal

təsərrüfatı” köməkçi bölməsi üzrə ayrılacaq 71037,9 min manat vəsaitin 16000,0

min manatının “Abadlaşdırma, tullantıların yığılması və təmizlənməsi” paraqrafı

üzrə Birliyə ayrılması nəzərdə tutulmuşdur.

Köməkçi bölmə daxilində “Abadlaşdırma, tullantıların yığılması və

təmizlənməsi” paraqrafı üzrə layihədə nəzərdə tutulan vəsaitin 39279,7 min manatı

yolların əsaslı təmirinə ayrılacaqdır ki, bu da 2014-cü ilin icrasına nisbətən

13927,8 min manat və ya 26,2 % və 2015-ci ilin müvafiq göstəricisindən 13997,5

Page 209: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

209

min manat və ya 26,3% azdır. Bu məbləğin 38866,0 min manatı və ya 98,9%-i

Yerli İcra Hakimiyyəti Orqanlarına şəhər və qəsəbədaxili yolların əsaslı təmirinə,

200,0 min manatı və ya 0,5%-i Azərbaycan Respublikası Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqın və məcburi köçkün

şəhərciklərində yolların əsaslı təmirinə, 213,6 min manatı və ya 0,5%-i isə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə İçərişəhərin məhəllədaxili

yollarının əsaslı təmirinə yönəldiləcəkdir.

Layihədə Yerli İcra Hakimiyyəti Orqanlarına yolların əsaslı təmirinə nəzərdə

tutulmuş 38866,0 min manat vəsaitin 22543,8 min manatı və ya 58,0%-i

respublikanın 21 şəhər və rayonunun, 42,0%-i isə respublikanın digər şəhər və

rayonlarının daxili yollarının əsaslı təmirinə yönəldiləcəkdir.

Respublikanın şəhər və rayonlarında parkların, küçələrin, istirahət

mərkəzlərinin, tarixi və mədəni abidələrin fasadlarının, habelə yeni yaradılan və

abadlaşdırılan obyektlərin işıqlandırılması ilə əlaqədar olaraq köməkçi bölmə

daxilində küçələrin işıqlandırılmasına 14849,8 min manat vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icra göstəricisindən 2655,5 min manat

(15,2%) və 2015-ci ilin büdcəsinə nisbətən 2823,6 min manat (16,0%) azdır. Bu

vəsaitin 50,0 min manatı (0,3%) Azərbaycan Respublikası Qaçqınların və Məcburi

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, 13805,4 min manatı (93,0%) Yerli İcra

Hakimiyyəti Orqanlarına, 322,9 min manatı (2,2%) “İçərişəhər” Dövlət Tarix-

Memarlıq Qoruğu İdarəsinə, 360,5 min manatı (2,4%) Dənizkənarı Bulvar

İdarəsinə, 311,0 min manatı (2,1%) Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə

proqnozlaşdırılmışdır. Azalma əsasən Yerli İcra Hakimiyyəti Orqanlarına ayrılan

işıqlandırma xərclərinin əvvəlki ilə nisbətən 2688,7 min manat azaldılması

hesabınadır.

Layihədə Yerli İcra Hakimiyyəti Orqanlarına küçələrin işıqlandırılmasına

ayrılması nəzərdə tutulmuş 13805,4 min manat vəsaitin 11730,2 min manatı və ya

85,0%-i respublikanın 21 şəhər və rayonunun,15,0%-i isə respublikanın digər

rayon və şəhərlərinin küçələrinin işıqlandırılmasına yönəldiləcəkdir. Təhlil göstərir

ki, bəzi şəhər və rayonlar üzrə işıqlandırılan küçələrin sahələrinin və işıq

nöqtələrinin sayının müxtəlif olmasına baxmayaraq bir neçə rayon və şəhər üzrə, o

cümlədən, Şamaxı, Yardımlı, Abşeron, Xaçmaz, Qax, Sabirabad, Quba, İsmayıllı

və Göyçay şəhərlərinə təxminən eyni məbləğdə, Yerli İcra Hakimiyyəti

Orqanlarına küçələrin işıqlandırılmasına ayrılması nəzərdə tutulmuş 13805,4 min

Page 210: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

210

manat vəsaitin hər bir rayon və şəhər üzrə təxminən 0,7 %-i həcmində vəsait

nəzərdə tutulmuşdur.

Hesablama Palatasının apardığı audit tədbirləri nəticəsində işıqlandırma

xərcləri üzrə tələbatdan artıq vəsaitin alınması, artıq xərcə yol verilməsi halları

aşkar edilmiş və vəsaitlərin reallığa uyğun səmərəli istifadə edilməsi

məqsədəuyğun hesab olunmuşdur. Bu səbəbdən işıqlandırma xərclərinin büdcə

layihəsində azaldılması müsbət hal hesab edilə bilər.

Köməkçi bölmə daxilində “İstilik” paraqrafı üzrə “Azəristiliktəchizat” ASC-

yə istilik sistemində yaranan zərərin ödənilməsinə 18000,0 min manat vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin büdcəsinin icrasına nisbətən 3561,4

min manat (16,5%), 2015-ci ilə nisbətən isə 4614,8 min manat və ya 20,4%, 2015-

ci ilin gözlənilən icrasına nisbətən 4275,5 min manat və ya 19,2% azdır.

“Azəristiliktəchizat” ASC-dən alınmış məlumata əsasən dövlət büdcəsindən

ayrılmış vəsaitin 4301,5 min manatı qaz, 18,2 min manatı mazut, 11,9 min manatı

dizel yanacağı, 738,6 min manatı elektrik enerjisi, 464,3 min manatı su və

kanalizasiya, 79,4 min manatı alınan məhsula, 855,8 min manatı əmək haqqına,

1882,7 min manatı DSMF-yə, 124,4 min manatı icbari sığortaya, 790,7 min manatı

təmir xərclərinə, 1030,5 min manatı digər xərclərə (o cümlədən ezamiyyə,

nəqliyyat, bank, vergi və sair xərclər) yönəldiləcəkdir.

Əvvəlki illərdə Hesablama Palatasının apardığı audit tədbirlərinin

nəticələrinə əsasən istilik təchizatı sektorunun 2016-2019-cu illər ərzində

mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsini təmin

etmək üçün xidmət haqları üzrə ödənişlərin təkmilləşdirilməsi, sayğaclaşdırmanın

tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi, ekoloji cəhətdən təmiz və daha

qənaətli müasir istilik sistemlərinin qurulması, istiliyin ötürülməsi prosesində baş

verən itkilərin həcminin azaldılması istiqamətində zəruri tədbirlərin həyata

keçirilməsi labüd hesab olunmuşdur ki, bu da növbəti illərdə istilik sistemində

yaranan zərərin ödənilməsinə ayrılan vəsaitin həcminə təsir göstərəcəkdir.

“Kommunal təsərrüfatı” köməkçi bölməsindən bütün paraqraflar üzrə Yerli

İcra Hakimiyyəti Orqanlarına nəzərdə tutulmuş 160990,2 min manat vəsait 2014-

cü ilin icrasına nisbətən 48299,2 min manat və ya 23,1%, 2015-ci ilin büdcə

layihəsinə nisbətən 51742,7 min manat və ya 24,3%, 2015-ci ilin gözlənilən

icrasına nisbətən 48550,7 min manat və ya 23,2% azdır. Bu vəsaitin 92535,5 min

manatı və ya 57,5%-i respublikanın 4 şəhərinin, o cümlədən 71037,9 min manatı

Page 211: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

211

Bakı, 7117,0 min manatı Sumqayıt, 5826,2 min manatı Mingəçevir, 8554,4 min

manatı Gəncə şəhərlərinin, 68454,7 min manatı və ya 42,5%-i isə digər şəhər və

rayonların payına düşəcək.

“Kommunal təsərrüfatı” köməkçi bölməsi üzrə ayrılan vəsaitlərin statistik

məlumatlara əsasən hesablanmış adambaşına və ərazinin hər kv. km.-ə düşən

məbləği 2016-cı ildə respublika üzrə müvafiq olaraq 32,5 manat və 3,6 min manat

təşkil edəcəkdir.Növbəti ildə əhalinin hər nəfərinə düşən kommunal təsərrüfatı

xərcləri Mingəçevir şəhəri üzrə 57,34 manat - respublika üzrə orta göstəricidən

yüksək, Qax şəhəri üzrə 29,90 manat,Bakı şəhəri üzrə 29,53 manat Gəncə şəhəri

üzrə 26,04 manat, Şamaxı şəhəri üzrə 22,48 manat, Şirvan şəhəri üzrə 21,5 manat,

Sumqayıt şəhəri üzrə 21,37 manat, Yevlax şəhəri üzrə 14,2 manat, Xaçmaz şəhəri

üzrə 13,1 manat, Abşeron şəhəri üzrə 13,58 manat, Şəki şəhəri üzrə 8,3 manat,

Lənkəran şəhəri üzrə 6,86 manat, Şəmkir şəhəri üzrə 9,72 manat, Göygöl şəhəri

üzrə 22,49 manat, Göyçay şəhəri üzrə 12,76 manat, Gədəbəy şəhəri üzrə 14,52

manat, İsmayıllı şəhəri üzrə 18,68 manat, Ağsu şəhəri üzrə 19,13 manat, Quba

şəhəri üzrə 10,96 manat təşkil etməklə orta göstəricidən aşağı olacaqdır.

Ərazinin hər kv. km.-ə düşən kommunal təsərrüfatı xərcləri Sumqayıt şəhəri

üzrə 7,91 min manat, Gəncə şəhəri üzrə 7,78 min manat, Mingəçevir şəhəri üzrə

4,16 min manat olmaqla respublika üzrə orta göstəricidən (3,6 min manat) yüksək,

digər şəhər və rayonlarda, o cümlədən Şirvan şəhəri üzrə 2,55 min manat, Bakı

şəhəri üzrə 3,04 min manat, Abşeron şəhəri üzrə 2,51 min manat, Ağsu şəhəri üzrə

1,43 min manat, Qax şəhəri üzrə 1,11 min manat, Quba şəhəri üzrə 0,69 min

manat, İsmayıllı şəhəri üzrə 0,76 min manat, Xaçmaz şəhəri üzrə 2,12 min manat,

Şamaxı şəhəri üzrə 1,34 min manat, Şəmkir şəhəri üzrə 1,21 min manat, Abşeron

şəhəri üzrə 1,40 min manat, Lənkəran şəhəri üzrə 0,98 min manat, Yevlax şəhəri

üzrə 1,20 min manat, Şəki şəhəri üzrə 0,62 min manat, Lerik şəhəri üzrə 1,16 min

manat təşkil etməklə orta göstəricidən aşağı olacaqdır.

Azərbaycan Respublikasının 2016-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial

inkişaf konsepsiyasına əsasənölkənin mənzil-kommunal təsərrüfatının inkişafı,

mənzil fondunun idarə edilməsi üzrə davamlı sistemin yaradılması, istismarı və

saxlanılması səviyyəsinin yüksəldilməsi məqsədilə 2016-2019-cu illərdə həyata

keçiriləcək siyasətin əsas istiqamətləri - mənzil-kommunal təsərrüfatı sahələrində

islahatların sürətləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi, sosial təyinatlı

mənzillərin (evlərin) sayının artırılması və əhalinin həssas qruplarının bu

Page 212: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

212

mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılması, dövlət mənzil fondunun

özəlləşdirilməsinin sürətləndirilməsi, çoxmənzilli binalarda (evlərdə) binanın idarə

edilməsi üsullarının seçilməsinin təmin edilməsi, mənzil-kommunal təsərrüfatı

sahələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin daha da

yüksəldilməsi, xidmətlərin tariflərinin, istehlakçıların hüquqlarının müdafiəsi

sisteminin təkmilləşdirilməsi, islahatların aparılmasının dəstəklənməsi məqsədilə

sahəyə maliyyə dəstəyinin təmin edilməsi və sair tədbirlərdən ibarətdir.

2016-cı ilin dövlət büdcəsi layihəsində “Su təsərrüfatı” köməkçi bölməsi

üzrə nəzərdə tutulmuş 13824,4 min manat vəsaitin 2014-cü il büdcəsinin icrasına

nisbətən 234,9 min manat və ya 1,7% çox olmasına baxmayaraq, cari illə proqnoz

göstəricisindən 2367,9 min manat və ya 14,6%, 2015-ci ilin gözlənilən icra

göstəricisindən 2125,0 min manat və ya 13,3% azdır. Bu vəsaitin 577,7 min manatı

və ya 4,2%-i (cari il səviyyəsində) subsidiya və cari transfertlərə görə Azərbaycan

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 4560,7 min manatı və ya

33,0%-i (cari il səviyyəsində) Azərbaycan Respublikası Fövqəladə Hallar

Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əhəmiyyətli

su anbarlarının istismarının lazımi səviyyədə təşkili və onların işlək vəziyyətdə

saxlanılması, habelə Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədi ilə işçilərinin

əmək haqqı və digər sosial ödənişlərin ödənilməsinə, 1250,0 min manatı və ya

9,0%-i (cari il səviyyəsindən 196,2 min manat çox) Su təchizatı qurğularının

istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı

xərclərə, 7436,0 min manatı və ya 53,8%-i (cari il səviyyəsindən 2564,0 min manat

az) “Azərsu” ASC-yə istehsalat obyektlərinin əsaslı təmiri ilə bağlı xərclərə

ayrılması nəzərdə tutulmuşdur ki, bu da əhalinin su təchizatının yaxşılaşdırılması

və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülən işlərə, o

cümlədən müvafiq dövlət proqramlarına uyğun olaraq su təchizatı, su

şəbəkələrində, magistral su xətlərində, su mənbələrində, su anbarlarında, nasos

stansiyalarında, kanalizasiya şəbəkələrində və təmizləyici qurğularda əsaslı təmir

və bərpa işlərinin aparılmasına yönəldiləcəkdir.

“Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər” köməkçi

bölməsi üzrə 2016-cı ilin dövlət büdcəsi layihəsində Bakı şəhər icra hakimiyyətinə

(İnzibati xidmət obyektləri üzrə) sair xərclər maddəsi üzrə 520,6 min manat

məbləğində (cari il səviyyəsində) vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki,

2014-cü il büdcəsinin icrasına nisbətən 4,9 min manat və ya 0,9% çox olmasına

Page 213: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

213

baxmayaraq, cari illə müqayisədə eyni, 2015-ci ilin gözlənilən icrasına nisbətən

7,9 min manat və ya 1,5% çoxdur.

3.4.2.Yanacaq və enerji xərcləri

Son illər enerji təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə ekoloji

problemlərin həllinə müsbət təsir edən və maliyyə resurslarının sərfi baxımından

əlverişli olan alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin

genişləndirilməsinə diqqət artırılmışdır. Həmin tədbirlərin davamı olaraq,

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli Fərmanına

əsasən Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan

səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini,

alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu

sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi

icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Alternativ və Bərpa

Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yenidən təşkil edilmişdir. Belə ki,

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti

“Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılaraq Azərbaycan

Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət

Agentliyinin tabeliyinə verilmişdir.

Təqdim olunan məlumatlara əsasən dövlət büdcəsinin “Yanacaq və enerji”

bölməsi üzrə 2015-ci ilin 8 ay ərzində 2242,8 min manat məbləğində vəsait icra

edilmişdir. Bu məbləğ il üçün təsdiq edilmiş cəmi məbləğin 29,4%-nə, ilin sonuna

gözlənilən məbləğin isə 29,9%-nə bərabərdir. Bu xərclərin gözlənilən aşağı

səviyyəsi növbəti il üçün həmin bölmə üzrə xərclərin azaldılmasının

əsaslandırılmasına zəmin yaratmışdır.

“Yanacaq və enerji xərcləri”bölməsi üzrə 2016-cı ilin dövlət büdcəsi

layihəsində 5654,9 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin

icrasına nisbətən 3509,8 min manat və ya 2,6 dəfə çox, 2015-ci ilin təsdiq olunmuş

göstəricisinin 74,2%-i, cari ilin gözlənilən icrasının isə 75,3%-i həcmindədir.

Bölmə üzrə xərclərin cari ilə nisbətən azalmasının əsas səbəbi 2015-ci ildə

“Yanacaq kompleksi” köməkçi bölməsi üzrə ilk dəfə olaraq Azərbaycan

Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə nəzərdə tutulmuş

3505,7 min manat vəsaitin büdcə layihəsində nəzərdə tutulmamasıdır.

Page 214: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

214

Növbəti il üzrə dövlət büdcəsi layihəsində “Yanacaq və enerji xərcləri”

bölməsi xərclərinin dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi 0,03%

nəzərdə tutulmuşdur. Bu göstərici 2014-cü illə müqayisədə 0,02 faiz bəndi çox,

2015-ci ilin təsdiq olunmuş və gözlənilən icra göstəriciləri ilə eynidir.

2016-cı ilin dövlət büdcəsi layihəsində “Yanacaq və enerji xərcləri”bölməsi

üzrə nəzərdə tutulmuş 5654,9 min manat vəsait “Enerji kompleksi” köməkçi

bölməsi üzrə layihələndirilmişdir ki, ondan 2954,9 min manatı və ya 52,3%-i

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə

Dövlət Agentliyinə, 2700,0 min manatı və ya 47,7%-i isə “Kommunal,

kommunikasiya xidmətləri və digər tədbirlər” ilə bağlı xərclərin

maliyyələşdirilməsinə nəzərdə tutulmuşdur.

Büdcə layihəsində Agentliklə bağlı vəsaitin 2049,6 min manatı və ya 69,4%-i

əməyin ödənişinə, 905,3 min manatı (o cümlədən, 895,9 min manatı sair xərclərə,

9,5 min manatı bank xərclərinə) və ya 30,3%-i digər xərclərə yönəldilməsi

proqnozlaşdırılmışdır. Agentlik üzrə nəzərdə tutulmuş vəsaitin 30,6%-nin “digər

xərclər” bölməsinin “sair xərclər” paraqrafı üzrə proqnozlaşdırılması ətraflı

təhlillərin aparılmasına, dövlət vəsaitlərindən qənaət və səmərəlilik prinsipləri

əsasında istifadə edilməsinə dair qiymətləndirmə aparılmasına imkan vermir.

Eləcə də, “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər

haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2013-cü il tarixli 810

nömrəli Fərmanının 10.3-cü bəndi ilə “Azalternativenerji” Məhdud Məsuliyyətli

Cəmiyyətinin ilkin mərhələdə saxlanılması üçün dövlət büdcəsindən zəruri

maliyyə vəsaitinin ayrılması tapşırılmışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq,büdcə layihəsinin “Yanacaq və enerji

xərcləri”bölməsi üzrə vəsaitlərin konkret tədbirlər üzrə açıqlanmasını, vəsaitlərin

daha çox funksional istiqamətlərə yönəldilməsi ilə bağlı fəaliyyətin

gücləndirilməsini və adıçəkilən Cəmiyyətin mərhələlərlə özünümaliyyələşdirmə

prinsipi əsasında fəaliyyətinin təşkili təklif olunur.

3.4.3. Kənd təsərrüfatı xərcləri

İqtisadiyyatın diversifikasiyasının və ərzaq təhlükəsizliyinin gücləndirilməsi,

regionların tarazlı inkişafı, məşğulluğun və qeyri-neft sektorunda ixrac

potensialının artırılması Azərbaycan Respublikasının Prezidenti Möhtərəm

Page 215: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

215

cənab İlham Əliyev tərəfindən iqtisadi siyasətin strateji hədəfləri kimi müəyyən

edilmiş və bu hədəflərə nail olunmasında aqrar sahənin inkişaf etdirilməsi

müstəsna rol oynayır.

Bununla yanaşı, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması

tədbirlərinin gücləndirilməsi, neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft

sektorunun inkişafına yönəldilməsi baxımından kənd təsərrüfatı sektorunun və

infrastrukturunun intensiv inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin

gücləndirilməsi, kənd təsərrüfatı istehsalçılarının stimullaşdırılması iqtisadi

siyasətin ən vacib və prioritet istiqamətlərindən biridir.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli

Sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan

edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının

yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan

Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev demişdir: “Kənd

təsərrüfatı” ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin

təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi

inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim

əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi

bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi

təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu

gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi

hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci

mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki,

Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün

komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş hazır

məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk

növbədə, əlbəttə ki, biz sənaye, yəni emal müəssisələrini yaradırdıq. Biz indi

əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq

təhlükəsizliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki,

ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.”

Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilən yanacaq və

motor yağlarına görə verilən güzəştin həcminin artırılması və təkrar (aralıq) əkinin

həyata keçirilməsinin stimullaşdırılması məqsədi ilə Azərbaycan Respublikası

Page 216: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

216

Prezidentinin 15 aprel 2015-ci il tarixli 1175 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı

məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik

əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət

büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25% artırılmış, istehsalçılara

əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə

verilən yardımın, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər

tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar

(aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilməsi müəyyən

olunmuşdur.

Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su

təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması

və investisiya qoyuluşlarının stimullaşdırılması məqsədi ilə Azərbaycan

Respublikası Prezidentinin 16 aprel 2015-ci il tarixli Sərəncamı ilə “Aqrolizinq”

ASC tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan

suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi

həcmində güzəşt müəyyən edilmişdir.

Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması,

yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu

sahəyə marağın gücləndirilməsi üçün “Heyvandarlığın cins tərkibinin

yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 19 avqust 2015-ci il tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə

alınmış hər baş buzova görə heyvan sahibinə 100,0 manat həcmində subsidiya

müəyyənləşdirilmişdir.

Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2015-ci

il tarixli 283 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının

istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor

yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına

yardımların verilməsi Qaydaları” ilə yanacaq və motor yağlarına, habelə buğda və

çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsi

mexanizmi əsaslı surətdə təkmilləşdirilərək, şəffaflıq artırılmış, o cümlədən

ünvanlılıq təmin edilmiş, prosedurlar sadələşdirilmiş və operativlik təmin olunmuş

və bu dəyişikliklər kənd təsərrüfatında nəticəliliyin yüksəldilməsinə müsbət təsir

göstərəcəkdir.

Page 217: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

217

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların

sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası

Prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanının icrasına uyğun olaraq rayonlar

üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət

dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq

mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli

əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması istiqamətində işlər aparılmış

və növbəti illərdə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur.

Təqdim olunan məlumatlara əsasən dövlət büdcəsinin mədaxil proqnozunun

2015-ci ilin 8 ayı ərzində 100,4% icra edilməsinə və xərclərin tam həcmdə

maliyyələşdirilməsi üçün resursların mövcudluğuna baxmayaraq, dövlət

büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin

mühafizəsi” bölməsi üzrə xərclərinin 2015-ci ilin 8 aylıq proqnozu 76,1% və

yaxud dövlət büdcəsinin ümumi xərclərinin icra faizindən 1,0% az icra edilməklə,

mütləq ifadədə əvvəlki ilin analoji dövrünün müvafiq xərci ilə müqayisədə 83,5

milyon manat az olmuşdur.

Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun

modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə

sistemli və kompleks yanaşmanı təmin etmək, eləcə də maliyyə resurslarını

səmərəli şəkildə cəlb etmək kimi vəzifələr dövlət büdcəsi və digər mənbələr

hesabına aqrar sektorun möhkəm maliyyə təminatının yaradılmasını tələb edir ki,

bu da növbəti ilin büdcə layihəsində əsasən nəzərə alınmışdır.

Qlobal iqtisadi proseslər zəminində xam neftin qiymətinin dünya

bazarlarında kəskin azalmasına, ölkənin gəlirlərinə mənfi təsir göstərməsinə və

növbəti ildə dövlət büdcəsinin ümumi xərclərinin 22,9% azalmasının nəzərdə

tutulmasına baxmayaraq, qeyri-neft sektorunun inkişafında və ərzaq

təhlükəsizliyinin gücləndirilməsində xüsusi rolu olan kənd təsərrüfatına ayrılan

vəsait növbəti ildə azaldılmamışdır.

Belə ki, 2016-cı ilin dövlət büdcəsi layihəsində “Kənd təsərrüfatı, meşə

təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə

596599,2 min manat, yaxud 2014-cü ilin icrasından 91838,7 min manat və ya

18,2%, 2015-ci ilin təsdiq olunmuş xərclərindən 447,1 min manat və ya 0,1%,

Page 218: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

218

gözlənilən icrasından isə 9389,4 min manat və ya 1,6% çox vəsait nəzərdə

tutulmuşdur.

Bölmə üzrə xərclərin 2016-cı ilin dövlət büdcəsinin ümumi xərclərində

xüsusi çəkisi 3,7% proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin müvafiq

göstəricisindən 1,0 faiz bəndi, 2015-ci ilin təsdiq olunmuş müvafiq göstəricisindən

0,9 faiz bəndi və gözlənilən icrasından 0,4 faiz bəndi çoxdur.

Büdcə layihəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və

ətraf mühitin mühafizəsi üzrə xərclərin bölmə, köməkçi bölmə və paraqraflar

səviyyəsində təhlili kənd təsərrüfatı tədbirləri ilə bağlı xərclərin cari ilin sonuna

gözlənilən icra göstəricisi ilə müqayisədə nəzərəçarpacaq artımla

proqnozlaşdırıldığını göstərir (Cədvəl 72).

Cədvəl 72. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin

mühafizəsi üzrə xərclərin müqayisəsi

min manat

Sıra sayı Bölmə, köməkçi bölmə və

paraqrafların adları

2014-cü il

icra

2015-ci

ilin təsdiq

olunmuş

dövlət

büdcəsi

2015-ci

dövlət

büdcəsinin

gözlənilən

icrası

2016-cı ilin

dövlət

büdcəsinin

layihəsi

2016-cı ilin büdcə layihəsinin

əvvəlki illərlə müqayisəsi %-lə

2014-cü

ilin

icrası

2015-ci

ilin

təsdiq

olunmuş

büdcəsi

2015-ci

ilin

gözlənilən

icrası

10 Kənd təsərrüfatı, meşə

təsərrüfatı, balıqçılıq,

ovçuluq və ətraf mühitin

mühafizəsi

504760,4 596152,1 587209,8 596599,2 118,2 100,1 101,6

10.1 Kənd Təsərrüfatı 479873,9 568688,7 560158,4 570384,8 118,9 100,3 101,8

10.1.1 Kənd təsərrüfatı tədbirləri 155002,7 219389,0 216098,1 240013,2 154,8 109,4 111,1

10.1.1.1 Azərbaycan Respublikası

Prezidentinin

Administrasiyası

0 1575,2 0 0 0,0 0,0 0,0

10.1.1.2 Maliyyə Nazirliyi 23,2 1000,0 985,0 1000,0 43,1

dəfə

100,0 101,5

10.1.1.3 Kənd Təsərrüfatı Nazirliyi 13584,4 14016,9 13806,7 11135,6 82,0 79,4 80,7

10.1.1.3.1 Kənd təsərrüfatı tədbirləri 4600,9 5005,1 4930 2123,7 46,2 42,4 43,1

10.1.1.4 Dövlət Fitosanitar Nəzarəti

Xidməti

3572,8 4036,2 3975,7 3922,3 109,8 97,2 98,7

10.1.1.5 Dövlət Torpaq və

Xəritəçəkmə Komitəsi

15829,5 15829,6 15592,1 0 0,0 0,0 0,0

10.1.1.5.1 Geoloji kəşfiyyat xidmətləri

haqqının ödənilməsi

10393,7 10393,7 10237,8 0 0,0 0,0 0,0

10.1.1.5.2 Topoqrafiya-geodeziya

axtarış xidmətləri haqqının

ödənilməsi

5435,8 5435,9 5354,3 0 0,0 0,0 0,0

Page 219: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

219

10.1.1.5* Azərbaycan

Respublikasının Əmlak

Məsələləri Dövlət Komitəsi

0,0 0,0 0,0 15266,0 0,0 0,0 0,0

10.1.1.6 “2008-2015-ci illərdə

Azərbaycan

Respublikasında əhalinin

ərzaq məhsulları ilə etibarlı

təminatına dair dövlət

Proqramı”nın

maliyyələşdirilməsi

130976,4 186200,0 183407,0 186200,0 142,2 100,0 101,5

10.1.1.7 Kənd təsərrüfatı, meşə

təsərrüfatı, balıqçılıq,

ovçuluq və ətraf mühitin

mühafizəsi sahəsində

islahatlarla bağlı xərclər

0 5742,9 7208,3 30000,0 0,0 5,2 d 4,2 d

10.1.1.8 Azərbaycan

Respublikasının Kənd

Təsərrüfatı Nazirliyi

yanında Bitki Sortlarının

Qeydiyyatı və toxum

Nəzarəti üzrə Dövlət

Xidməti

0 0 0 1501,2 0,0 0,0 0,0

10.1.2 Kənd təsərrüfatı

məhsullarının qiymətlərinin

sabitləşdirilməsi

8979,0 9000,0 8865,0 9000,0 100,2 100,0 101,5

10.1.3 Meliorasiya 288671,3 310951,1 306286,8 290386,6 100,6 93,4 94,8

10.1.3.1 Meliorasiya və Su

Təsərrüfatı ASC

238675,8 260951,1 257036,8 240386,6 100,7 92,1 93,5

10.1.3.2 Maddi-texniki təminatının

möhkəmləndirilməsi ilə

bağlı xərclər

49995,5 50000,0 49250,0 50000,0 100,0 100,0 101,5

10.1.4 Baytarlıq 22078,8 22788,2 22446,4 22068,2 100,0 96,8 98,3

10.1.4.1 Dövlət Baytarlıq Nəzarəti

Xidməti

22078,8 22788,2 22446,4 22068,2 100,0 96,8 98,3

10.1.5 Kənd təsərrüfatı ilə bağlı

digər tədbirlər

5142,1 6560,4 6462,0 8916,8 173,4 135,9 138,0

10.1.5.1 Dövlət büdcəsindən

maliyyələşən təşkilatların

büdcədənkənar xərcləri

5137,5 6548,5 6450,3 8905 173,3 136,0 138,1

10.1.5.2 Kənd təsərrüfatı ilə bağlı

digər tədbirlər

4,6 11,9 11,7 11,8 256,5 99,2 100,9

10.2 Meşə təsərrüfatı 11341,3 12057,2 11876,3 11603,4 102,3 96,2 97,7

10.2.1 Ekologiya və Təbii

Sərvətlər Nazirliyi

11341,3 12057,2 11876,3 11603,4 102,3 96,2 97,7

10.2.1.1 Meşələrin bərpası 11341,3 12057,2 11876,3 11603,4 102,3 96,2 97,7

10.3 Balıqçılıq və ovçuluq 2765,7 2980,1 2935,4 2650,8 95,8 89,0 90,3

10.3.1 Ekologiya və Təbii

Sərvətlər Nazirliyi

2765,7 2980,1 2935,4 2650,8 95,8 89,0 90,3

10.3.1 Balıq artırma və balıq

mühafizəsi

2765,7 2980,1 2935,4 2650,8 95,8 89,0 90,3

10.4 Ətraf mühitin mühafizəsi 4116,0 4535,1 4467,1 4423,1 107,5 97,5 99,0

10.4.1 Ekologiya və Təbii

Sərvətlər Nazirliyi

4116,0 4535,1 4467,1 4423,1 107,5 97,5 99,0

10.4.1.1 Bioloji zənginliyin

qorunması və landşaftın

mühafizəsi

4116,0 4535,1 4467,1 4423,1 107,5 97,5 99,0

Page 220: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

220

10.5 Hidrometeorologiya

tədbirləri

6663,5 7891,0 7772,6 7537,1 113,1 95,5 97,0

10.5.1 Ekologiya və Təbii

Sərvətlər Nazirliyi

6663,5 7891,0 7772,6 7537,1 113,1 95,5 97,0

2016-cı ilin dövlət büdcəsi layihəsində “Kənd təsərrüfatı, meşə təsərrüfatı,

balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə nəzərdə tutulmuş

596599,2 min manat vəsaitin 95,6%-i “Kənd təsərrüfatı”, 2,0%-i “Meşə

təsərrüfatı”, 0,4%-i “Balıqçılıq və ovçuluq”, 0,7%-i “Ətraf mühitin mühafizəsi”,

1,3%-i “Hidrometeorologiya tədbirləri” köməkçi bölmələri üzrə

proqnozlaşdırılmışdır.

Cədvəl 72-dən göründüyü kimi, “Balıqçılıq və ovçuluq” köməkçi bölməsi

istisna olmaqla, digər köməkçi bölmələr 2014-cü ilin müvafiq icra göstəricilərinə

nisbətən artımla, “Kənd təsərrüfatı” köməkçi bölməsi üzrə isə həm 2014-cü ilin

icra göstəricilərinə, həm də cari ilin müvafiq göstəricilərinə nisbətən artımla

proqnozlaşdırılmışdır.

“Kənd təsərrüfatı” köməkçi bölməsi üzrə nəzərdə tutulmuş 570384,8 min

manat vəsaitin cari ilin müvafiq göstəricisi ilə müqayisədə 0,3%, gözlənilən icrası

ilə müqayisədə isə 1,8% artırılması beynəlxalq təcrübəyə uyğun aqrar sektorun

intensiv və səmərəli inkişafının stimullaşdırılması üçün dövlət dəstəyi tədbirlərinin

davam etdirilməsi ilə əlaqədardır.

Köməkçi bölmə üzrə nəzərdə tutulan 570384,8 min manat vəsaitin 240013,2

min manatı və ya 42,1%-i “Kənd təsərrüfatı tədbirləri” paraqrafına, 9000,0 min

manatı və ya 1,6%-i “Kənd təsərrüfatı məhsullarının qiymətlərinin

sabitləşdirilməsi” paraqrafına, 290386,6 min manatı və ya 50,9%-i “Meliorasiya”

paraqrafına, 22068,2 min manatı və ya 3,9%-i “Baytarlıq” paraqrafına, 8916,8 min

manatı və ya 1,5%-i “Kənd təsərrüfatı ilə bağlı digər tədbirlər” paraqrafına

xərclənməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “Kənd təsərrüfatı tədbirləri” paraqrafı üzrə növbəti il üçün

nəzərdə tutulmuş 240013,2 min manat vəsaitin 1000,0 min manatı və ya 0,4%-i

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Azərbaycan Respublikası Nazirlər

Kabinetinin “Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı

əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti

hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında” 04 mart 2004-cü iltarixli

22 nömrəli Qərarı ilə müəyyən edilmiş hissəsinin (sığorta haqqının 50 faizi

həcmində) ödənilməsinə, 2123,7 min manatı və ya 0,9%-i kənd təsərrüfatı

Page 221: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

221

tədbirləri üzrə xərclərlə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinə (“Büdcə zərfi”ndə Kənd Təsərrüfatı Nazirliyinə 11135,5 min manat

vəsait nəzərdə tutulmuşdur ki, ondan 2123,7 min manatı “Kənd təsərrüfatı

tədbirləri” paraqrafı üzrə, 9000,0 min manatı “Kənd təsərrüfatı məhsullarının

qiymətlərinin sabitləşdirilməsi” paraqrafı üzrə və 11,8 min manatı “Kənd

təsərrüfatı ilə bağlı digər tədbirlər” paraqrafı üzrə xərclər təşkil edir), 3922,3 min

manatı və ya 1,6%-i Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, 15266,0 min manatı və ya 6,4%-i

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixli 453 nömrəli

Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin ləğv edilərək onun müəyyən funksiyalarının Azərbaycan Respublikası

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilməsi səbəbindən Komitəyə, 1501,2

min manatı və ya 0,6%-i Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

yanında yeni yaradılmış Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə

Dövlət Xidmətinə 186200,0 min manatı və ya 77,6%-i “Azərbaycan

Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər üzrə

xərclər”ə və 30000,0 min manatı və ya 12,5%-i “Kənd təsərrüfatı, meşə təsərrüfatı,

balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlarla bağlı

xərclər”ə yönəldilməsi proqnozlaşdırılır.

Büdcə layihəsində “Kənd təsərrüfatı tədbirləri” paraqrafı üzrə Kənd

Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin

maliyyələşdirilməsinə 3922,3 min manat və ya 2014-cü ilin icrasının 109,8%,

2015-ci ilin təsdiq olunmuş göstəricisinin 97,2%-i, gözlənilən icrasının 98,7%-i

həcmində vəsait proqnozlaşdırılmışdır. 2014-cü ilin icrası ilə müqayisədə artım

əsasən əməyin ödənişi üzrə 12,8%, malların (işlərin və xidmətlərin) satınalınması

üzrə 32,9%, təqaüdlər və sosial müavinətlər üzrə 4,1 dəfə və digər xərclər üzrə

11,1% artırılması hesabına nəzərdə tutulmuşdur.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinə ayrılan vəsaitlərin 2007,3 min

manatını (51,2%-i) əməyin ödənişi xərcləri, 1438,8 min manatını (36,7%-i)

malların (işlərin və xidmətlərin) satın alınması (o cümlədən 600,0 min manat

(15,3%) dərman, sarğı ləvazimatları və materialların alınması, 65,0 min manatı

(1,7%) cari təmir xərcləri), 10,0 min manatını (0,3%-i) inzibati və idarəetmə

obyektlərinin əsaslı təmiri, 404,1 min manatını (10,3%-i) maşın və avadanlıqların

alınması, 62,1 min manatını (1,5%-i) digər xərclər təşkil edəcəkdir.

Page 222: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

222

Azərbaycan Respublikası Hesablama Palatasının əvvəlki illərdə təqdim

etdiyi təkliflərə uyğun xidmətlərin xüsusiyyətləri nəzərə alınmaqla 2014-cü ildə

hüquqi və fiziki şəxslərin vəsaiti hesabına dövlət fitosanitar xidmətlərinin

tariflərinin yenidən təsdiq edilməsi nəticə etibarilə büdcədənkənar vəsaitlərin

artmasına imkan verəcəkdir.

Torpaq bazarının təşkil edilməsi, inzibati ərazi vahidi daxilində xüsusi

mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi üçün tədbirlər

görülməsi, bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən

torpaq sahələrindən səmərəli istifadə edilməsində, torpaqların mühafizəsinin və

keyfiyyətinin yaxşılaşdırılmasında, torpaq sahəsi üzərində öhdəlik, məhdudiyyət və

servitutların yerinə yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət

edilməsinin təmin edilməsi işlərinin aparılması üçün Azərbaycan Respublikası

Əmlak Məsələləri Dövlət Komitəsinə 15266,0 min manat vəsait nəzərdə

tutulmuşdur.

Hesablama Palatası tərəfindən aparılmış audit tədbirlərinin nəticəsinə

uyğun olaraq, dövlət sifarişi üzrə görülən yerquruluşu işlərinin dəyərinin yuxarı

orqan tərəfindən təsdiq edilməsi, dövlət tapşırığı və sifarişi üzrə yerquruluşu və

xəritəçəkmə işlərinin təsdiq edilmiş iş növlərinin bölgüləri əsasında

(dürüstləşmələr aparılmadan) görülməsi istiqamətində tədbirlərin həyata

keçirilməsi, həmçinin, bu işlərin idarəedilməsinin təkmilləşdirilməsi məqsədəuyğun

hesab edilmişdir.

“Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə

bağlı tədbirlər üzrə xərclər”ə nəzərdə tutulmuş 186200,0 min manat vəsait (“2008-

2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı

təminatına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi ilə bağlı xərclər) 2014-cü

ilin icrası ilə müqayisədə 55223,6 min manat və yaxud 42,2% çox, 2015-ci ilin

təsdiq olunmuş xərci ilə müqayisədə eyni səviyyədə, gözlənilən icrasına nisbətən

isə 2793,0 min manat və ya 1,5% çoxdur. Bu xərclərin sabit saxlanılması kənd

təsərrüfatı sahəsinə dövlət dəstəyinin davamlı olaraq həyata keçirilməsi ilə

bağlıdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi

ilkin məlumata görə bu vəsaitin 69000,0 min manatı və ya 37,06%-i kənd

təsərrüfatı məhsullarının istehsalçılarının 2016-cı ilin məhsul istehsalı üçün istifadə

etdikləri yanacağın və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin

ödənilməsinə, 66510,0 min manatı və ya 35,7%-i güzəştlə satılacaq mineral

Page 223: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

223

gübrələrin dəyərinin orta hesabla 70,0 faizinin ödənilməsinə, 20120,0 min manatı

və ya 10,8%-i buğda və çəltik istehsalçılarına əlavə dövlət yardımının verilməsinə,

27000,0 min manatı və ya 14,5%-i “Aqrolizinq” ASC tərəfindən yeni alınan,

lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, lizinqə götürülmüş və satılmış

müasir suvarma avadanlıqları və sistemlərinə və dövlət vəsaiti hesabına idxal

olunan damazlıq heyvanlara güzəştlərin tətbiqi ilə əlaqədar xərclərə, 3500,0 min

manatı və ya 1,9%-i “Elektron kənd təsərrüfatı” informasiya sisteminin qurulması

və avadanlıqlarla təchiz edilməsi xərclərinin ödənilməsinə, 70,0 min manatı və

0,04%-i əkin sahəsinin becərilməsi, buğda və çəltik səpini üçün verilən yardımların

alınmasında istifadə edilən blankların və ərizə formalarının, habelə, digər mətbəə

məhsullarının çap olunması xərclərinə yönəldiləcəkdir.

Büdcə layihəsində nəzərdə tutulmuş “Kənd təsərrüfatı, meşə təsərrüfatı,

balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlarla bağlı

xərclər”in 14570,0 min manatı və ya 48,6%-inin geoloji-kəşfiyyat xidmətləri

haqqının ödənilməsinə, 11030,0 min manatı və ya 36,8%-inin maliyyə təşkilatları

üzrə ödənişlərə, 4400,0 min manatı və ya 14,6%-inin sair xərclərə yönəldilməsi

proqnozlaşdırılmışdır.

2016-cı ilin büdcə layihəsində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti

orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik

edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il

tarixli Sərəncamı ilə yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki

Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti üzrə 1501,2 min

manat vəsait nəzərdə tutulmuşdur ki, bu da kənd təsərrüfatı bitkilərinin yeni

sortlarının ekspertizasının keçirilməsinə, sınaq və qeydiyyatının aparılmasına,

mühafizəsinə, toxumluq əkinlərin aprobasiyasının təşkil edilməsinə, “Toxumçuluq

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada

toxumların sertifikatlaşdırılmasına və digər tədbirlərə yönəldiləcəkdir. Bu vəsaitin

1025,7 min manatı və ya 68,3%-inin əməyin ödənişinə, 348,3 min manatı və ya

23,2%-inin malların (işlərin və xidmətlərin) satınalınmasına, 101,1 min manatı və

ya 6,7%-inin qeyri-maliyyə aktivlərinin alınmasına və 26,1 min manatı və ya

1,8%-inin digər istiqamətlərə yönəldilməsi proqnozlaşdırılmışdır.

Page 224: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

224

2016-cı ilin dövlət büdcəsi layihəsində “Kənd təsərrüfatı məhsullarının

qiymətlərinin sabitləşdirilməsi” paraqrafı üzrə xərclərə 9000,0 min manat vəsait

nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə bərabər, cari

ilin gözlənilən icrasına nisbətən isə 135,0 min manat və ya 1,5% çoxdur. Həmin

vəsait, əsasən, toxumçuluq və tingçilik təsərrüfatlarının fəaliyyətinin

genişləndirilməsi, yüksək reproduksiyalı toxumların istehsalının stimullaşdırılması,

taxıl istehsalçılarının yüksək məhsuldar toxumla təmin olunma səviyyəsinin

yüksəldilməsinə yönəldiləcəkdir.

Hesablama Palatasının əvvəlki illərdə həyata keçirtdiyi audit tədbirlərinin

nəticələrinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il

25 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik

təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiya toxumlara və tinglərə görə

dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın

təkmilləşdirilməsini məqsədəuyğun hesab etmişdir.

Hesablama Palatasının apardığı təhlillər göstərir ki, son illərdə dövlət

büdcəsində kənd təsərrüfatı əmlakının sığortalanmasının stimullaşdırılması ilə

əlaqədar sığorta haqqının 50%-nin ödənilməsi məqsədi ilə vəsaitlər nəzərdə tutulsa

da, bu vəsait aşağı səviyyədə icra edilir. Belə ki, 2012-ci ildə bu məqsəd üçün

dövlət büdcəsində nəzərdə tutulmuş 750,0 min manatdan cəmi 35,1 min manatı və

ya 4,7%-i, 2013-cü ildə nəzərdə tutulmuş 1000,0 min manatdan cəmi 19,6 min

manatı və ya 2,0%-i, 2014-cü ildə nəzərdə tutulmuş 1000,0 min manatdan cəmi

23,2 min manatı və ya 2,3%-i istifadə edilmişdir. Son dövrlərdə bu sahədə

görülmüş tədbirlər nəticəsində cari ildə nəzərdə tutulmuş 1000,0 min manat

vəsaitin 985,0 min manatının və ya 98,5%-nın icrası gözlənilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması

məqsədilə ölkədə kənd təsərrüfatında sığortanın tətbiqinin genişləndirilməsinə

olan ehtiyacın ödənilməsi üçün kənd təsərrüfatına xidmət edən və bu sahədə

ixtisaslaşan sığorta təşkilatlarının yaradılması istiqamətində tədbirlərin həyata

keçirilməsi, sığorta üzrə sənədləşmənin sadələşdirilməsi, sığorta haqlarının dövlət

tərəfindən ödənilən hissəsinin artırılması (xüsusilə strateji məhsullar üzrə), bu

sahədə maarifləndirmənin gücləndirilməsi məqsədəmüvafiq hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham

Əliyevin çıxışlarında meliorasiya üzrə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyi

bildirilmiş və kənd təsərrüfatında məhsuldarlığın artırılmasında sahələrin

Page 225: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

225

suvarma suyu ilə təmin edilməsinin və bütövlükdə, əkinə yararlı torpaqların

artırılmasında, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsində

meliorasiya fəaliyyətinin gücləndirilməsi mühüm vəzifə kimi qarşıya

qoyulmuşdur. Qeyd edilən məsələlərin maliyyələşdirilməsi üçün dövlət

büdcəsinin “Meliorasiya” paraqrafı üzrə 290386,6 min manat vəsait

proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrasının 100,6%-i, cari ilin təsdiq

olunmuş göstəricisinin 93,4%-i, gözlənilən icrasının 94,8%-i səviyyəsindədir. Bu

vəsaitin 240386,6 min manatı və ya 82,8%-i Azərbaycan Meliorasiya və Su

Təsərrüfatı ASC-yə (cari ilin təsdiq olunmuş göstəricinin 92,1%-i, gözlənilən

icrasının 93,5%-i həcmində) respublikada meliorasiya sisteminin saxlanılması və

istismarı xərclərinə, 50000,0 min manatı və ya 17,2%-i (cari illə eyni səviyyədə)

2014-2015-ci illərin büdcəsində bu paraqraf üzrə nəzərdə tutulmuş vəsaitin

hesabına yerinə yetirilən müvafiq işlərin davam etdirilməsi və 2016-cı ildə digər

meliorasiya tədbirlərinin yerinə yetirilməsi işlərinə, o cümlədən çayların mövcud

torpaq mühafizə bəndlərində möhkəmləndirmə və bərpa işlərinə, meliorasiya

obyektlərində bərpa və əsaslı təmir işlərinə, Cəmiyyətin təşkilatlarının maddi-

texniki təminatının möhkəmləndirilməsi xərclərinə yönəldiləcəkdir.

Büdcə layihəsində “Meliorasiya” paraqrafı üzrə vəsaitin nisbətən azalması

kontekstində qeyd etmək lazımdır ki, son illər ərzində həm dövlət büdcəsindən,

həm də Dövlət Neft Fondundan bu sahəyə zəruri vəsait ayrılmış və infrastruktur

təminatı formalaşdırılmışdır.

Dövlət Neft Fondunun vəsaiti hesabına “Samur-Abşeron suvarma sisteminin

yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik

stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon m3 olan Taxtakörpü su

anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının

tikintisi müvəffəqiyyətlə başa çatdırılmışdır. 2014-cü ilin fevralın 5-də regionların

sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan konfransda

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev

Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən

rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq vermişdir.

Qeyd olunan tapşırığın icrası ilə əlaqədar “Azərbaycan Meliorasiya və Su

Təsərrüfatı” ASC-nin sifarişi ilə Türkiyənin “Təməlsu” məsləhətçi şirkətinin

hazırladığı, “Evrascon” ASC və “Körpü-Bina-Tikinti” MMC tərəfindən icra

olunan layihələrə əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması”

Page 226: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

226

layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən

rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30

min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilmişdir.

2015-ci ilin sentyabr ayında Şabran rayonu ərazisində inşa olunan

Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-

Ceyranbatan su kanalının açılış mərasimində Azərbaycan Respublikasının

Prezidenti Möhtərəm cənab İlham Əliyev demişdir: “Kənd təsərrüfatının

inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır və əlbəttə ki,

Azərbaycan gələcək illərdə ərzaq məhsullarına olan tələbatı tam şəkildə özü

təmin edəcəkdir. Biz artıq buna yaxınlaşmışıq. Bu da tarixi nailiyyət

olacaqdır və ondan sonra biz daha çox ixrac haqqında düşünməliyik. Artıq

biz düşünürük, yeni bazarlara çıxmaq üçün addımlar atılır və beləliklə, kənd

təsərrüfatı Azərbaycanda sürətlə inkişaf edəcəkdir. Beləliklə, Taxtakörpü su

anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması

nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə

edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır. Bu layihələrin icrası, eyni

zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz

daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri

Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su

ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni

kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir

məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə

çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir

ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su

təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir

ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır.”

2016-cı ildə meliorasiya tədbirləri üzrə cari ilin təsdiq olunmuş göstəricisi və

gözlənilən icrası ilə müqayisədə istismar xərclərində proqnozlaşdırılan azalma

qeyri-maliyyə aktivlərinin alınması və digər xərclərlə əlaqədardır (Cədvəl 73).

Page 227: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

227

Cədvəl 73. Meliorasiya tədbirləri üzrə bəzi xərc maddələrinin müqayisəsi

min manat

№ İqtisadi təsnifat üzrə

xərclər

2014-cü

ilin

icrası

2015-ci

ilin

təsdiq

olunmuş

büdcəsi

2015-ci

ilin

gözlənilən

icrası

2016-cı

il büdcə

layihəsi

2016-cı ilin büdcə

layihəsinin əvvəlki illərlə

müqayisəsi %-lə

2014-cü

ilin

icrası

2015-ci

ilin

təsdiq

olunmuş

büdcəsi

2015-ci

ilin

gözlənilən

icrası

1 Əməyin ödənişi 55740,3 56260,3 55416,4 56259,6 100,9 100 101,5

2 Malların (işlərin və

xidmətlərin) satın

alınması

131974,8 153640,2 151335,6 153558 116,4 99,9 101,5

3 Təqaüdlər və sosial

müavinətlər

82,3 114,4 112,6 120,9 146,9 105,7 107,4

4 Digər xərclər 19081,4 19099,8 18813,3 15403,1 80,7 80,6 81,9

5 Qeyri -maliyyə

aktivlərinin alınması

31796,9 31836,4 31358,9 15045 47,3 47,3 48

Maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər nəzərə

alınmaqla meliorasiya tədbirlərinə ayrılan 290386,6 min manat xərcin 56259,6 min

manatı və ya 19,4%-i əməyin ödənişi, 153558,0 min manatı və ya 52,9%-i malların

(işlərin və xidmətlərin) satın alınması, 120,9 min manatı və ya 0,04%-i təqaüdlər

və sosial müavinətlər, 15403,1 min manatı və ya 5,3%-i digər xərclər, 15045,0 min

manatı və ya 5,2%-i qeyri-maliyyə aktivlərinin alınması və 50000,0 min manatı və

ya 17,2%-i maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə nəzərdə

tutulmuşdur.

Hesablama Palatası tərəfindən aparılmış audit tədbirlərinin nəticələrinə

əsasən suvarma sisteminin saxlanılması xərclərinin dövlət büdcəsindən

maliyyələşdirildiyini, suyun bölüşdürülməsi və istifadəsi zamanı itkilərə yol

verilməsinin, son nəticədə, büdcə vəsaitlərinin səmərəliliyini aşağı saldığını nəzərə

alaraq, suvarma suyundan qənaətlə istifadənin tənzimlənməsi məqsədilə suvarma

sistemlərində su itkilərinin (o cümlədən, təbii itkilərin) müəyyənləşdirilməsi

qaydalarını əks etdirən normativ hüquqi aktın hazırlanması məqsədəuyğun hesab

edilmişdir.

Büdcə layihəsində “Baytarlıq” paraqrafı üzrə 22068,2 min manat vəsait

nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icra göstəricisi ilə eyni səviyyədə

(100,0%), cari ilin təsdiq olunmuş göstəricinin 96,8%-i, gözlənilən icrasının

98,3%-i həcmindədir. Baytarlıq xərclərinin proqnoz göstəricilərinin ümumi

Page 228: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

228

məbləğində əməyin ödənişi xərcləri 58,4% (12886,0 min manat), nəqliyyat

xidmətləri haqqının ödənilməsi xərcləri 1,9% (429,4 min manat), kommunal və

kommunikasiya xidmətlərinin ödənilməsi xərcləri 1,7% (372,9 min manat),

dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərcləri 27,5% (6064,5

min manat), digər xərclər isə ümumilikdə 10,5% (2315,4 min manat) olmaqla

nəzərdə tutulmuşdur.

Büdcə layihəsində “Kənd təsərrüfatı ilə bağlı digər tədbirlər” paraqrafı üzrə

8916,8 min manat vəsait proqnozlaşdırılmışdır. Bu vəsait 2014-cü ilin icrası ilə

müqayisədə 3774,7 min manat və ya 73,4%, 2015-ci ilin təsdiq olunmuş

göstəricisinə nisbətən 2356,4 min manat və ya 35,9%, gözlənilən icrasına nisbətən

isə 2454,8 min manat və ya 38,0% çoxdur. Həmin vəsaitin 8905,0 min manatı və

ya 99,9%-inin dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar

xərcləri üzrə, 11,8 min manatı və ya 0,1%-inin isə digər xərclərə yönəldilməsi

proqnozlaşdırılır.

Büdcə layihəsində dövlət büdcəsindən maliyyələşən təşkilatların

büdcədənkənar xərcləri üzrə nəzərdə tutulmuş 8905,0 min manat məbləğində

vəsait tam həcmdə malların (işlərin və xidmətlərin) satınalınması, o cümlədən,

digər alışlar və xidmətlər xərc yarımmaddəsi üzrə proqnozlaşdırılmışdır ki, bu da

2014-cü ilin icra göstəricisinə nisbətən 3767,5 min manat və ya 73,3%, 2015-ci ilin

təsdiq olunmuş göstəricisinə nisbətən 2356,5 min manat və ya 36,0%, gözlənilən

icrasına nisbətən isə 2454,7 min manat və ya 38,1% çoxdur.

Hesablama Palatasının audit tədbirlərinin nəticələrinə əsaslanaraq verdiyi

rəylərdə qeyd olunduğu kimi, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları

üzrə potensial imkanların mövcudluğu onların bu sahədən əlavə vəsait cəlb

etmələrinə və dövlət büdcəsindən asılılığının azaldılmasına imkanlar yaradır.

Buna uyğun olaraq, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və

ətraf mühitin mühafizəsi” bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar

daxilolmalarının artırılması müsbət qiymətləndirilməklə, bu istiqamətdə fəaliyyətin

genişləndirilməsini və vəsaitin səmərəli xərclənməsi üzrə əlavə tədbirlərin

görülməsini zəruri hesab edirik.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət

proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının

Prezidenti Möhtərəm cənab İlham Əliyev, əvvəlki çıxışlarında olduğu kimi,

ekoloji məsələləri yenə də ön plana çəkmişdir: “Regionlarda, ümumiyyətlə,

Page 229: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

229

ekoloji vəziyyət yaxşıdır. Biz ekoloji tədbirlərin görülməsi üçün daha çox

diqqəti Bakıya yönəldirik, bu da təbiidir. Bölgələrdə yaxşıdır, amma bu, daim

diqqət mərkəzində olmalıdır.”

2016-cı ilin büdcə layihəsində “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq,

ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə 596599,2 min manat vəsaitin

26214,4 min manatı və ya 4,4%-i Azərbaycan Respublikası Ekologiya və Təbii

Sərvətlər Nazirliyi üzrə nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin təsdiq olunmuş

müvafiq göstəricisindən 4,4%, gözlənilən icrasından isə 3,1% azdır.

Büdcə layihəsində “Meşə təsərrüfatı” köməkçi bölməsi üzrə 11603,4 min

manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasının 102,3%-ni, 2015-

ci ilin təsdiq olunmuş göstəricisinin 96,2%-ni, gözlənilən icrasının 97,7%-ni təşkil

edir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Meşələrin İnkişafı Departamentinin tərkibində fəaliyyət göstərən yerli strukturlarda

əməyin ödənişi xərcləri üzrə 9340,3 min manat (2014-cü ilin icra göstəricisinin

101,0%-i, 2015-ci ilin təsdiq olunmuş göstəricisinin 98,5%-i, gözlənilən icrası ilə

eyni səviyyədə), malların (işlərin və xidmətlərin) satın alınması xərcləri üzrə

2178,7 min manat (2014-cü ilin icra göstəricisinin 132,5%-i, 2015-ci ilin təsdiq

olunmuş göstəricisinin 95,0%-i, gözlənilən icra göstəricisinin isə 96,5%-i),

təqaüdlər və sosial müavinətlər üzrə isə 23,9 min manat (2014-cü ilin icra

göstəricisinin 151,0%-i, 2015-ci ilin təsdiq olunmuş göstəricisinin 106,7%-i,

gözlənilən icra göstəricisinin isə 108,3%-i), digər xərclər üzrə 52,9 min manat

(2014-cü ilin icra göstəricisinin 117,8%-i, 2015-ci ilin təsdiq olunmuş

göstəricisinin 103,9%-i, gözlənilən icra göstəricisinin isə 105,5%-i), qeyri-maliyyə

aktivlərinin alınması üzrə 7,5 min manat (2014-cü ilin icra göstəricisinin 3,7%-i,

2015-ci ilin təsdiq olunmuş göstəricisinin 3,6%-i, gözlənilən icra göstəricisinin isə

3,7%-i) vəsait nəzərdə tutulmuşdur. Bu sahəyə ayrılan büdcə xərclərinin 80,5%-ni

əməyin ödənişi (2015-ci ilin təsdiq olunmuş göstəricisi – 78,7%-i, gözlənilən icra

göstəricisi – 78,6%), digər xərclər isə müvafiq dövrlər üzrə 19,5%, 21,3% və

21,4% təşkil edəcəkdir.

Büdcə layihəsində “Balıqçılıq və ovçuluq” köməkçi bölməsi üzrə xərclərə

2014-cü ilin icra göstəricisinin 95,8%-i, cari ilin təsdiq olunmuş göstəricisinin

89,0%-i, gözlənilən icra göstəricisinin 90,3%-i həcmində olmaqla 2650,8 min

manat vəsait nəzərdə tutulmuşdur. Bu xərclərin əməyin ödənişinə 1490,6 min

Page 230: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

230

manat və ya 56,2%, malların (işlərin və xidmətlərin) satın alınmasına 949,9 min

manat və ya 35,8%, təqaüdlər və sosial müavinətlərə 14,3 min manat və ya 0,5%,

digər xərclərə 152,0 min manat və ya 5,7% və qeyri-maliyyə aktivlərinin

alınmasına 44,0 min manat və ya 1,8% vəsaitin yönəldilməsi proqnozlaşdırmışdır.

2016-cı ildə “Ətraf mühitin mühafizəsi” köməkçi bölməsi üzrə xərclər

4423,1 min manat olmaqla “Bioloji zənginliyin qorunması və landşaftın

mühafizəsi” paraqrafı üzrə nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icra

göstəricisinin 107,5%-ni, cari ilin təsdiq olunmuş göstəricisinin 97,5%-ni,

gözlənilən icrasının isə 99,0%-ni təşkil edir.

Xüsusilə son dövrlərdə respublikamızda ekoloji tədbirlərə diqqət ildən-ilə

artırılır. Köməkçi bölmənin bioloji zənginliyin qorunması və landşaftın mühafizəsi

xərcləri əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Ətraf Mühitin Mühafizəsi Departamentinə daxil olan qurumlarda əməyin ödənişinə

3655,7 min manat və ya 82,7%, malların (işlərin və xidmətlərin) satın alınmasına

690,2 min manat və ya 15,6%, təqaüdlər və sosial müavinətlərə 12,1 min manat və

ya 0,3%, digər xərclərə 32,3 min manat və ya 0,7%, qeyri-maliyyə aktivlərinin

alınmasına isə 32,7 min manat və ya 0,7% vəsait proqnozlaşdırılmışdır.

Ekologiya üzrə layihələrin reallaşmasına ayrılan vəsaitlər nəzərə alınmaqla

ətraf mühitin mühafizəsi xərclərinin büdcə xərclərində xüsusi çəkisi MDB

dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur ki, bu da ölkəmizdə ekoloji

problemlərin həll edilməsinə xüsusi önəm verilməsinin nəticəsidir.

Büdcə layihəsində “Hidrometeorologiya tədbirləri” köməkçi bölməsi üzrə

xərclər 7537,1 min manat proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrasına

nisbətən 13,1% çox, eləcə də 2015-ci ilin təsdiq olunmuş göstəricisinin 95,5%-i,

gözlənilən icrasının isə 97,0%-i həcmindədir. Bu köməkçi bölmə üzrə əməyin

ödənişi xərclərinə 6278,4 min manat və ya 2014-cü ilin icrasına nisbətən 960,1 min

manat, 2015-ci ilin gözlənilən icrasına nisbətən 68,5 min manat çox, malların

(işlərin və xidmətlərin) satın alınması xərclərinə 1029,1 min manat və ya 2014-cü

ilin icrasına nisbətən 16,2 min manat çox, 2015-ci ilin gözlənilən icrasına nisbətən

isə 197,5 min manat az, qeyri-maliyyə aktivlərinin alınması xərclərinə 167,8 min

manat və ya 2014-cü ilin icrasına nisbətən 94,5 min manat, 2015-ci ilin gözlənilən

icrasına nisbətən 91,1 min manat az, digər istiqamətlər üzrə xərclərə isə 61,8 min

manat və ya 2014-cü ilin icrasına nisbətən 8,2 min manat, 2015-ci ilin gözlənilən

icrasına nisbətən 1143,3 min manat az vəsait nəzərdə tutulmuşdur.

Page 231: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

231

Hesablama Palatasının apardığı audit tədbirləri nəticəsində müəyyən

edilmişdir ki, büdcədənkənar vəsaitlər üzrə “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət

Fondu” və “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu” üzrə

gəlirlərin artırılması üçün potensial imkanlar mövcuddur və bu imkanlardan tam

istifadə edilməsi büdcə vəsaitlərinə qənaət edilməsinə səbəb ola bilər. Eləcə də,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları üzrə büdcədənkənar

vəsaitlərin formalaşdırılması və istifadəsi sahəsində normativ hüquqi aktların

müasir dövrün tələblərinə uyğun təkmilləşdirilərək yenidən hazırlanmasına ehtiyac

vardır.

3.4.4.İnvestisiya xərcləri

Fəal investisiya siyasəti ölkə iqtisadiyyatının potensialını müəyyən etməklə

vətəndaşların həyat səviyyəsinin yüksəlməsində vacib fiskal alətlərdən hesab

olunur. Ölkənin uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin

olunmasında, ayrı-ayrı təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin

yüksəlidilməsində dövlət tərəfindən həyata keçirilən investisiya qoyuluşlarının

həcmi və formaları mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci

yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə

həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti Möhtərəm

cənab İlham Əliyev yekun nitqində vurğulamışdır: “Dövlət investisiya

proqramı icra edilir. Bu proqram çox konkret xarakter daşıyır. İnvestisiya

proqramı ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm

vasitədir”.

Ölkə rəhbərinin müəyyən etdiyi vəzifələrin icrasının təmin edilməsi üçün

daxili maliyyə ehtiyatlarının daha çox cəlb olunması, regionların inkişafına, sosial

və infrastruktur obyektlərin tikintisinə və bərpasına üstünlüyün verilməsi,

vəsaitdən istifadənin səmərəliliyinin artırılması istiqamətində investisiya

xərclərinin strukturunun təkmilləşdirilməsinin davam etdirilməsi qarşıda duran

vəzifələrdəndir.

“Büdcə zərfi”nə daxil olan sənədlərdə dövlət investisiyaları sahəsində

siyasətin əsas istiqamətləri kimi investisiya layihələrinin orta və uzun müddətli

dövlət proqramları ilə müəyyən olunmuş sosial-iqtisadi inkişaf məqsədlərinə və

prioritetlərinə uyğunlaşdırılması, investisiyaların qeyri-neft sektorunun və

Page 232: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

232

regionların inkişafına yönəldilməsi, regional investisiya siyasətinin müasir inkişaf

tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi, ölkədə investisiya fəaliyyətinin

sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan

investisiyaların üstünlüyünün təmin edilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin

təmin olunması, investisiyalarının nanotexnologiyalara əsaslanan və atmosferə

buraxılan tullantıların tərkibində karbonlu birləşmələrin miqdarının azaldılmasını

nəzərdə tutan istehsal sahələrinə üstünlük verilməsi, dövlət investisiyalarının elm

tutumlu layihələrə yönəldilməsi müəyyən edilmişdir.

Təhlil göstərir ki, müvafiq dövlət proqramlarının və tədbirlərin ortamüddətli

büdcə xərcləri ilə əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi, dövlət əsaslı

vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılan obyektlərin fəaliyyətə

başlamaları ilə bağlı tələb olunan xərclər ortamüddətli büdcə xərclərində nəzərə

alınmışdır.

Dövlət investisiya siyasətində müəyyən olunan prioritet istiqamətlərə 2016-cı

ildə dövlət büdcəsindən əsaslı xərclərə 4826,0 mln. manat və ya ümumi xərclərin

29,7%-i qədər vəsaitin yönəldilməsi nəzərdə tutulmuşdur.Əsaslı xərclərin əsas

hissəsi dövlət büdcəsi xərclərinin “Sənaye, tikinti və faydalı qazıntılar”bölməsi

üzrə proqnozlaşdırılmışdır.

İnvestisiya qoyuluşlarının 2016-cı ildə də ilk növbədə tamamlanması

nəzərdə tutulmuş infrastruktur layihələrin, sosial-mədəni təyinatlı müəssisələrin

tikintisinə və yenidən qurulmasına, bərpasına, əsas vəsaitlərin alınmasına, ölkənin

müdafiə, milli təhlükəsizlik və digər tədbirləri üzrə əsaslı işlərin görülməsinə, bir

sıra sosial proqramlar üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsinə

yönəldilməsi nəzərdə tutulmuşdur.

“Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində nəzərdə tutulmuş vəsaitlər

ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır və bu baxımdan, rəyə təqdim

edilmiş sənədlərdə göstərildiyi kimi, vəsaitlərin zəruri sahələrə yönəldilərək daha

səmərəli istifadə olunması dövlət investisiya siyasətinin əsas istiqamətlərindən biri

hesab olunur.

Təqdim olunmuş qanun layihəsinin “Sənaye, tikinti və faydalı qazıntılar”

bölməsində 3578,9 mln. manat vəsait nəzərdə tutulur ki, bu da proqnozlaşdırılmış

ÜDM-in 6,2%-nə, dövlət büdcəsi xərclərinin isə 22,0%-nə bərabərdir. Bu bölmə

üzrə 2016-cı il üçün nəzərdə tutulmuş vəsaitin əsas hissəsi, ötən illərdə olduğu

kimi, “Tikinti” köməkçi bölməsi üzrə proqnozlaşdırılmışdır (Cədvəl 74).

Page 233: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

233

Cədvəl 74. Dövlət büdcəsindən “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinə

yönəldilən xərclər haqqında məlumat milyon manat

№ Sahələrin adı (funksional

təsnifata əsasən)

2014-cü il 2015-ci il

2016-cı il

İcra Xərcin

ümumi

məbləğə

nisbətən %-

Proqnoz Xərcin

ümumi

məbləğə

nisbətən %-

gözlənilən

icra

Layihə Xərcin ümumi

məbləğinə

nisbətən %- lə

Sənaye, Tikinti və Faydalı

qazıntılar xərclərin-cəmi

6278,5 100,0 6951,6 100,0 6272,7 3578,9 100,0

1 Sənaye 2,0 0,3 2,0 0,3 2,0 - -

“Azərbaycan Polad İstehsalı

Kompleksi” QSC

2,0 2,0 2,0 - -

2 Tikinti 6259,5 99,7 6932,8 99,73 6253,6 3558,1 99,42

Dövlət əsaslı vəsait qoyuluşu 5258,5 6930,0 99,96 6250,8 3554,8 99,90

Bakı şəhərində I Avropa Oyun

larının keçirilməsi üçün idman

infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə

bağlı xərclər

998,2 - -

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura

Komitəsi

2,8 2,8 2,8 1,8

Müfəssəl ərazi planlaşdırılması sənədlərinin hazırlanması

- - - 1,5

3 Faydalı qazıntılar 17,0 0,27 16,9 0,24 17,1 20,8 0,58

Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər

Nazirliyi

7,6 7,5 7,7 6,6

Azərbaycan Respublikası Ərazilərin Minalardan

Təmizlənməsi üzrə Milli Agentliyi

9,2 9,2 9,2 9,2

Kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər ilə

bağlı xərclər

0,2 0,2 0,2 5,0

Cədvəldən göründüyü kimi, 2016-cı il üçün “Sənaye, tikinti və faydalı

qazıntılar” bölməsində nəzərdə tutulmuş vəsaitin 3558,1 mln. manatının “Tikinti”,

20,8 mln. manatının “Faydalı qazıntılar” köməkçi bölmələrinin xərcləri üzrə

istifadə olunması proqnozlaşdırılır.

“Tikinti” köməkçi bölməsi üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin

1,8 mln. manatı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura

Komitəsi tərəfindən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə

sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na, Azərbaycan Respublikasının

Şəhərsalma və Tikinti Məcəlləsinə, “Standartlaşdırma haqqında” Azərbaycan

Respublikasının Qanununa, şəhərsalma fəaliyyətini tənzimləyən norma və

qaydaların təkmilləşdirilməsi haqqında və Azərbaycan Respublikasının dövlət

Page 234: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

234

şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid

sistemlə aparılması və kadastr xidmətinin təşkili qaydası barədə Azərbaycan

Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq dövlət sifarişi

əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərin tərtibi, şəhərlərin Baş

planının (Xaçmaz, Ağcabədi, Salyan, Göyçay, Şəmkir) tərtib edilməsi, dövlət

şəhərsalma kadastrının yaradılması istiqamətində işlərin yerinə yetirilməsinə

yönəldiləcəkdir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun

olaraq “Tikinti” köməkçi bölməsi üzrə ilk dəfə olaraq yerli icra hakimiyyəti

orqanları tərəfindən müfəssəl ərazi planlaşdırılması sənədlərinin hazırlanması

məqsədi ilə 1,5 mln. manat vəsait nəzərdə tutulmuşdur.

Palata Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə

uyğun ölkənin təbii-iqlim şəraiti, mütərəqqi texnologiyalar və yerli tikinti

materiallarının istifadəsi nəzərə alınmaqla tikinti normaları və qaydalarının (əsasən

tikinti obyektlərinin qiymətləndirilməsi üzrə) təkmilləşdirilməsi üzrə işlərin

sürətləndirilməsini zəruri hesab edir.

“Faydalı qazıntılar” köməkçi bölməsi üzrə 2016-cı il üçün

proqnozlaşdırılmış 20,8 mln. manat vəsaitin 6,6 mln. manatı Azərbaycan

Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, 9,2 mln. manatı

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli

Agentliyi tərəfindən istifadə olunması, 5,0 mln. manatın isə kommunal,

kommunikasiya xidmətləri və digər tədbirlər ilə bağlı xərclərin ödənilməsi üçün

nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

tərəfindən növbəti il üçün nəzərdə tutulmuş 6,6 mln. manat vəsait hesabına dövlət

sifarişində müəyyən edilən regional geoloji, geofiziki, hidrogeoloji və mühəndis-

geoloji planaalma, qara, əlvan, nəcibvə radioaktivmetallara geoloji axtarışı, qeyri-

filiz xammalı və tikinti materiallarına geoloji axtarış və axtarış-qiymətləndirmə,

hidrogeoloji, mühəndis-geoloji və geoekoloji işlər üzrə ekzogen geoloji proseslərin

öyrənilməsi, yeraltı şirin,termal və sənaye suların axtarışı işlərinə, zəlzələlərin

proqnozlaşdırılması üzrəAzərbaycan Respublikası ərazisinin seysmohidro-

geodeformasiya sahələrində kompleks monitorinq işlərinin davam etdirilməsinə,

mərkəzləşdirilmiş qaydada xüsusi geoloji təyinatlı əsas vəsaitlərin

komplektləşdirilmə məmulatlarının və xüsusi materialların alınması, saxlanılması,

Page 235: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

235

yerin təkinin geoloji quruluşu, orada olan faydalı qazıntılar, dağ-mədən şəraiti,

xəritələrdə və digər materiallarda olan informasiyanın toplanması, saxlanılması və

sistemləşdirilməsi işlərinə yönəldilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli

Agentliyi üzrə 2016-cı il üçün proqnozlaşdırılmış vəsaitin 1,4 mln. manatı

“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi” layihəsində

Azərbaycan tərəfinin payına, 5,2 mln. manatı “Regionların Sosial-İqtisadi İnkişafı

üzrə Dövlət Proqramı” üzrə Azərbaycan Respublikasının 10 rayonunda təhlükəli

ərazilərin minalardan və Partlamamış hərbi sursatdan (PHS) təmizlənməsinə, 2,6

mln. manatı Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsinin 3 km-də yerləşmiş

keçmiş SSRİ Silahlı Qüvvələrinin sursat anbarının partladılmasında çirklənmiş

ərazilərin təmizlənməsinə, Abşeron rayonu Xancan qış otlaq sahəsinin PHS-lərdən

təmizlənməsinə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin keçdiyi Samux ərazisində

aparılan əməliyyatlara, Xocavənd və Gəncə Nizami Hərbi Təlim bazasının

ərazisində aparılan əməliyyatlara, həmçinin Ağstafa rayonu Ceyrançöl

əməliyyatları üçün üçüncü mərhələnin başlanması məqsədi ilə (birinci hissə)

Azərbaycan hökumətinin NATO/NAMSA ilə birgə əməkdaşlığı çərçivəsində

həyata keçirilən layihə üzrə istifadə olunması nəzərdə tutulmuşdur.

“Büdcə zərfi”nə daxil edilən “2016-2019-cu illər üzrə Dövlət İnvestisiya

Proqramının istiqamətlər üzrə bölgüsü” sənədində 2016-cı ili əhatə edən

investisiya layihələrinin maliyyə mənbələri üzrə təhlilinə əsasən cəmi vəsaitlərin

36,7%-i Azərbaycan Respublikası Dövlət Neft Fondunun payına düşdüyünü deyə

bilərik.

2016-2019-cu illər üçün Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə

bölgüsünə dair layihə sənədinə əsasən bütün mənbələr hesabına 2016-cı ildə

infrastruktur layihələrə 5376,8 mln. manat, sosialyönümlü layihələrə 245,4 mln.

manat, institusional layihələrə 0,6 mln. manat, müdafiə və hüquq-mühafizə

orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə 41,8 mln. manat, ərazilərin

bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması məqsədilə

layihələrə 2,0 mln. manat, digər layihələrə 22,3 mln. manat vəsaitin yönəldilməsi

nəzərdə tutulmuşdur. Bundan başqa, ehtiyat qismində nəzərdə tutulan

bölüşdürülməmiş vəsaitin məbləği 16,3 mln. manat proqnozlaşdırılmışdır (Cədvəl

75).

Page 236: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

236

Cədvəl 75.2016-cı ildə Dövlət İnvestisiya Proqramına daxil olan investisiya layihələrinin

sahələr üzrə proqnozlaşdırılan vəsaitlərin həcmi və mənbəyi barədə məlumat milyon manatla

İstiqamətlər Dövlət əsaslı vəsait

qoyuluşu Dövlət Neft Fondu

həcmi xüsusi

çəkisi

həcmi xüsusi

çəkisi

İnfrastruktur layihələri 3326,4 93,6 2050,4 95,3

Nəqliyyat 1028,2 30,9 137,6 6,7

Kommunal infrastruktur 743,9 22,4 0,0

Su ehtiyatları və irriqasiya 47,0 1,4 90,0 4,4

Energetika və Sənaye 1399,6 42,1 1822,8 88,9

Ekologiya 31,4 0,9 0,0

Kənd təsərrüfatı 76,3 2,3 0,0

Sosial yönümlü layihələr 145,4 4,1 100,0 4,7

Ümumtəhsil məktəblərinin və peşə liseylərinin təmiri

və tikintisi

64,5 44,5 0,0

Respublikanın ali təhsil müəssisələrinin təmiri və

tikintisi, eləcə də digər elm xərcləri

2,1 1,4 0,0

Respublikanın rayon və şəhərlərində səhiyyə

obyektlərinin təmiri və tikintisi

29,1 20,0 0,0

Respublikanın rayon və şəhərlərində əlil və şəhid

ailələri üçün yaşayış evlərinin tikintisi

0,1 0,1 0,0

Mədəniyyət obyektlərinin tikintisi, bərpası və

yenidən qurulması

32,8 22,5 0,0

İdman obyektlərinin tikintisi 3,2 2,2 0,0

Qaçqınların və məcburi köçkünlərin sosial-yaşayış

şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin

5,3 3,6 100,0 100,0

Digər sosial 8,3 5,7 0,0

İnstitusional layihələr 0,6 0,0 0,0

Müdafiə və hüquq-mühafizə orqanları 41,7 1,2 0,0

Ərazilərin bərpası, yenidən qurulması və fövqəladə

halların aradan qaldırılması yönümlü layihələr

2,0 0,1 0,0

Digər layihələr 22,3 0,6 Ehtiyat 16,4 0,4 CƏMİ 3554,8 100,0 2150,4 100,0

Dövlət büdcəsi 16264,0 Dövlət büdcəsində xüsusi çəkisi 21,9

Cədvəldə verilən məlumatlardan göründüyü kimi, Dövlət İnvestisiya

Proqramının icrası məqsədilə proqnozlaşdırılmış vəsaitin 94,2%-nin infrastruktur

təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Hal-

hazırda formalaşan infrastruktur əhalinin maddi rifah halının yaxşılaşdırılmasına,

Azərbaycanda sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, son nəticədə,

istehsal olunan məhsulun maya dəyərinin aşağı düşməsinə də müsbət təsir edir.

Page 237: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

237

Dövlət İnvestisiya Proqramının məlumatlarına əsasən, bütün mənbələr

hesabına infrastruktur təyinatlı layihələr üzrə nəzərdə tutulmuş vəsaitin 21,7 %-

inin nəqliyyat, 13,8 %-inin kommunal sektoruna, 2,5%-inin su ehtiyatları və

irriqasiya sahəsinə, 59,9%-i energetika və sənaye sektoruna, 0,6%-inin ekoloji

tədbirlərin həllinə və 1,4%-inin kənd təsərrüfatının inkişafına yönəldilməsi nəzərdə

tutulmuşdur.

Ölkənin dinamik sosial-iqtisadi inkişafı, öz növbəsində, nəqliyyat

infrastrukturunun yenidən qurulmasını, tranzit ölkə kimi mövcud imkanlardan

səmərəli istifadə edilməsini, nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir.

Bütün mənbələr hesabına növbəti ildənəqliyyat sektorunun inkişafına 1165,8 mln.

manat vəsaitin yönəldilməsi proqnozlaşdırılmışdır. Həmin vəsaitin əsasən

nəqliyyat sisteminin davamlı inkişaf etdirilməsinə, yol-kommunikasiya

kompleksində müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafına, ölkə ərazisində

beynəlxalq və tranzit dəhliz və ölkənin regionlararası, şəhər və rayondaxili yol-

nəqliyyat infrastrukturunun inkişafına, Azərbaycan ərazisindən keçən nəqliyyat-

kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına

uyğun modernləşdirilməsi və müasirləşdirilməsi əsasında milli nəqliyyat-yol

sisteminin dünya kommunikasiya məkanına inteqrasiyasına, Xəzər dənizində

etibarlı multimodal nəqliyyat sisteminin yaradılması, liman, dəniz ticarət

donanması və dəmir yollarında güzəştli tariflər əsasında cəlbedici loqistik

sxemlərin və ən qısa transkontinental marşrutların tərtib edilməsi və tətbiqinə,

limanlarda xüsusi iqtisadi zonaların yaradılmasına yönəldilməsi nəzərdə

tutulmuşdur.

Avropa-Qafqaz-Asiya (TRASEKA) dəhlizinin Bakı-Qazax-Gürcüstan ilə

dövlət sərhədi magistralı və “Şimal-Cənub” dəhlizinin Rusiya Federasiyasının

dövlət sərhədi, Bakı-İran İslam Respublikasının dövlət sərhədi magistralı I texniki

dərəcəli yol standartlarına əsasən yenidən qurularaq, yerüstü yol infrastrukturunun

buraxılma və daşıma qabiliyyətinin artırılması üçün imkan yaradacaqdır.

TRASEKA dəhlizinin Azərbaycan hissəsində beynəlxalq yük axınlarının

artırılması, hazırda regionun digər ölkələri ərazisindən nəql olunan yüklərin

ölkəmizin dəmir yolu və dəmir yolu-dəniz marşrutlarına cəlb edilməsi məqsədilə

yaxın gələcəkdə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti istismara buraxılacaqdır.

Bu xətt Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsini yaratmaqla

istifadəyə verilmiş İstanbul (Bosfor) boğazında sualtı dəmir yolu tuneli

Page 238: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

238

(“Mərmərə” layihəsi) ilə Qara Dəniz və Xəzəryanı ölkələrin və qonşu dövlətlərin

Avropa Dəmir Yolu Şəbəkəsinə qoşulmasını təmin edəcəkdir.

“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara görə, əvvəlki illərdə olduğu kimi,

növbəti ildə də əhali tərəfindən daha çox istifadə edilən metro nəqliyyatına diqqət

yetiriləcək, Bakı Metropoliteninin metro xətlərinin şəhərin ən ucqar ərazilərinə

çatdırılması və sərnişinlərin bu nəqliyyata olan tələbatının tam ödənilməsi,

göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və bu məqsədlə vaqon parkının

vaxtında cari və əsaslı təmirinin aparılması, istismar müddəti başa çatmış qurğu və

avadanlıqların yeniləşdirilməsi həyata keçiriləcəkdir.

Bununla yanaşı, dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına

həyata keçirilən “Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I

texniki dərəcəyə təkmilləşdirilməsi, Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil

yolunun qurulması və 4 zolağa genişləndirilməsi”, “Bakı-Şamaxı-Yevlax

avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidənqurulması”, “Ələt-Astara-

İran İslam Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun yenidənqurulması”,

“Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi”, “Yol şəbəkəsinin İnkişafı

Proqramı üzrə Ağstafa-Poylu avtomobil yolu üzərində 4 ədəd körpünün tikintisi”,

“Avtomobil yollarının təmiri və bərpası” (Bəhramtəpə-Biləsuvar a/y) layihələrinin

maliyyələşdirilməsi də nəzərdə tutulmuşdur.

Nəqliyyat kompleksinin sürətli inkişafı, yol-kommunikasiya sahələrinə

investisiyalar cəlb olunmaqla, iri infrastruktur layihələrinin həyata keçirilməsi yük

və sərnişin daşımalarının, xüsusilə, tranzit axınlarının artırılması nəticəsində

beynəlxalq ticarətin genişləndirilməsi ilə əmtəə mübadiləsinin artması hesabına

ölkənin dünya iqtisadi məkanına sürətli inteqrasiyası təmin ediləcək.

Respublika üzrə kommunal infrastruktur sahələrin inkişafı, son illər yeni

tikilən yaşayış və məişət obyektlərinin sayının əhəmiyyətli dərəcədə artması,

istehlakçıların fasiləsiz və keyfiyyətli kommunal xidmətlərlə təmin olunması

məqsədilə həyata keçirilən iqtisadi və sosial siyasətə uyğun olaraq kommunal

təsərrüfatının ayrı-ayrı sahələri üzrə islahatların davam etdirilməsi üçün kommunal

infrastruktursahələrinə 2016-cı ildə 743,9 mln. manat vəsaitin ayrılması

proqnozlaşdırılmışdır.

Həmin vəsait hesabına ölkənin qaz təsərrüfatının dinamik inkişafı,

regionların və yeni salınmış yaşayış məntəqələrinin qaz təchizatının

yaxşılaşdırılması, əvvəllər qazlaşdırılmayan yaşayış məntəqələrinə qazın çəkilişi,

Page 239: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

239

ölkə ərazisində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasıvə

yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, istehsalçıların su

təminatı sahəsində müasir texnologiyaların tətbiqinin dəstəklənməsi, çirkab

sularının utilizasiyası sisteminin təkmilləşdirilməsi, “2014-2016-cı illərdə Bakı

şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda

2016-cı ildə nəzərdə tutulmuş mövcud istilik məntəqələrinin bərpası,

modernləşdirilməsi və yenidənqurulması, müasir tələblərə cavab verən yeni tipli

qazanxanaların tikintisi,dünya ölkələrinin təcrübəsini nəzərə almaqla istilik

təchizatı üzrə normaların və standartların təkmilləşdirilməsi, ölkənin

elektroenergetika sistemində itkilərin minimuma endirilməsi məqsədilə ötürücü

xətlərin və paylayıcı şəbəkələrin avadanlıqlarının modernləşdirilməsi, alternativ

enerji mənbələrindən istifadə edilməsi hesabına generasiya güclərinin artırılması,

istehlakçıların elektrik enerjisi ilə təminatı sahəsində müasir texnologiyaların

tətbiqi nəzərdə tutulur.

Həmçinin, proqnozlaşdırılmış vəsait hesabına “Açıq Kommunal

İnfrastruktur Proqramı-II”, “Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya”,

“Milli su təchizatı və kanalizasiya xidmətləri – II”, “Şəhər su təchizatı və

kanalizasiya investisiya proqramı”, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya

sisteminin yenidən qurulması”, “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” kimi

investisiya layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Su ehtiyatları və irriqasiyasektoruna 2016-cı ildə nəzərdə tutulan 137,0 mln.

manat vəsait hesabına “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” və

“Naxçıvanda selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşməsi və

genişlənməsi” layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin

ölkənin torpaq resurslarından səmərəli istifadəni təmin etmək, torpaqların

eroziyaya uğramasının və meliorativ cəhətdən pisləşmənin qarşısını almaq, onların

məhsuldarlığını artırmaq məqsədilə yaradılacaq iri fermer təsərrüfatları üçün

meliorasiya və irriqasiya infrastrukturunun təmin edilməsi, səhralaşmış və

yarımsəhralaşmış otlaq və əkin sahələrinin ətrafında qoruyucu meşə zolaqlarının

salınması, şoranlaşmış, çirklənmiş torpaqların təmizlənməsi, meliorasiyası və

rekultivasiyasının, torpağın münbitliyinin bərpası və artırılması istiqamətində

tədbirlər, eyni zamanda, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi

üçün kənd təsərrüfatı bitkilərinin və ərazilərin (regionların) xüsusiyyətlərini nəzərə

Page 240: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

240

almaqla müasir tələblərə cavab verən suvarma rejiminin müəyyən olunması

istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Bütün mənbələr hesabına energetika və sənayesektoruna 2016-cı ildə 3222,4

mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu vəsait əsasən “Azərbaycan

Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət

Proqramı”na uyğun olaraq sənayenin modernləşdirilməsi və strukturunun

təkmilləşdirilməsinə, Cənub Qaz Dəhlizi (CQD) layihəsində Azərbaycan

Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsinə, qeyri-

neft sənayesinin ixrac potensialının artırılmasına, enerjidən səmərəli istifadə edən,

yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının

genişləndirilməsinə, elmtutumlu və innovativ istehsalın genişləndirilməsinə

yönəldilməklə, rəqabətədavamlı sənaye məhsullarının istehsalının təşkil edilməsi,

istehsal müəssisələrinin müasir tələblərə cavab verən texnologiya ilə təminatı,

bölgələrdə yerli xammala əsaslanan yeni müəssisələrin yaradılması, sənaye

müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi, iqtisadi rayonlar üzrə

sənaye şəhərcikləri infrastrukturunun genişləndirilməsi, xüsusən, yerli təbii

resurslara və kənd təsərrüfatı məhsulların emalına əsaslanan müəssisələrin

yaradılması, Azərbaycan Polad İstehsalı Kompleksində dəmir filizi hasilatından

polad istehsalınadək istehsal prosesinin qurulması və istifadəyə verilməsi

istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Energetika sənayesinin inkişafı və onun səmərəliliyinin artırılması

məqsədilə ölkənin enerji sistemində yeni güclərin yaradılması işlərinin davam

etdirilməsi, yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi, stansiyalarda və

enerji ötürmə sistemində yenidənqurma işlərinin davam etdirilməsi, alternativ

enerji qurğu və avadanlıqlarının istehsalının genişləndirilməsi nəticəsində

alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, enerji

istehsalında və ötürmədə texniki və texnoloji itkilərin azaldılması istiqamətində

işlər davam etdiriləcək.

Ekologiya sektoruna 2016-cı ildə nəzərdə tutulan 31,4 mln. manat vəsaitin

Azərbaycan Respublikasında həyata keçirilən ekoloji siyasətin əsas məqsədinə

uyğun olaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə

mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan

səmərəli istifadə edilməsi ilə bağlı davamlı inkişafın təmin edilməsi üçün sənaye

müəssisələrinin “yaşıl iqtisadiyyat” prinsipi əsasında fəaliyyət göstərməsinə nail

Page 241: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

241

olunmasına, mövcud ekoloji sistemlərin qorunmasına, təbii ehtiyatlardan səmərəli

istifadəyə, magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınmasına,

əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatına, Xəzər dənizinin

çirklənmədən mühafizənsə, Abşeron yarımadasında çirklənmiş ərazilərin, o

cümlədən, göllərin ekoloji bərpasına, “Bərk məişət tullantılarının vahid idarəçiliyi”

layihəsinə, ətraf mühitin qorunması istiqamətində tədbirlərin davam etdirilməsinə

yönəldilməsi nəzərdə tutulur.

Aqrar sahənin davamlı inkişafının dəstəklənməsi üçün kənd təsərrüfatı

sektoruna 2016-cı ilin büdcə layihəsində dövlət əsaslı vəsait qoyuluşu üçün

nəzərdə tutulmuş vəsaitdən 76,3 mln. manatı regionlarda Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələrinin inzibati-laboratoriya binalarının

tikintisinin başa çatdırılmasına, Azərbaycan Respublikası Prezidentinin müvafiq

Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf

Konsepsiyası üzrə müəyyən edilmiş hədəflərə çatmaq üçün 2016-2019-cu illərdə

yeni heyvandarlıq və südçülük kompleksləri, damazlıq və quşçuluq təsərrüfatları,

kənd təsərrüfatı məhsullarının saxlanması və emalı infrastrukturunun inkişafına,

elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə,

“Azərbaycanda kənd yerlərinin kompleks inkişafı”, “II Kənd İnvestisiya” və

“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihələrinə

yönəldilməsi proqnozlaşdırılmışdır.

Dövlət İnvestisiya Proqramının məlumatlarına əsasən bütün mənbələr

hesabına sosial təyinatlı layihələrə yönəldilən vəsaitin 27,1%-inin ümumtəhsil

məktəblərinin və peşə liseylərinin, ali təhsil müəssisələrinin təmiri və tikintisi,

eləcə də digər elm xərclərinə, 11,9%-inin səhiyyə obyektlərinin təmiri və

tikintisinə, 13,4%-inin mədəniyyət obyektlərinin tikintisi, bərpası və

yenidənqurulmasına, 1,3%-i idman obyektlərinin tikintisinə, 42,9%-inin qaçqınlar

və məcburi köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair

tədbirlərin maliyyələşdirilməsinə, 3,4%-inin isə digər sosial layihələrin icrasına

yönəldilməsi nəzərdə tutulmuşdur.

Ali təhsil müəssisələri üçün universitet şəhərciklərinin və müvafiq

texnoparkların yaradılması, təhsil sahəsində informasiya texnologiyalarının

tətbiqinin genişləndirilməsi, təhsilin bütün pillələrində maddi-texniki bazanın

gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması və məktəb kitabxanalarının

fəaliyyətinin təkmilləşdirilməsi, əsaslı təmir və avadanlıqla təminat işinin davam

Page 242: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

242

etdirilməsi, yeni məktəb binalarının və əlavə korpusların tikintisi, mövcud

məktəblərin təmiri nəticəsində çoxnövbəliliyin ləğvi, “Təhsil sektorunun inkişafı –

II” və “Peşə Tədris Mərkəzinin Yaradılması” layihələrinin

maliyyələşdirilməsi,məktəblərin istilik sisteminin əsaslı təmiri və bərpa edilməsi

məqsədilə 2016-cı ildə təhsil və elm sahəsi üzrə 66,6 mln. manat vəsait

proqnozlaşdırılmışdır.

2016-cı ildə səhiyyə sahəsinə dövlət əsaslı vəsait qoyuluşundan 29,1 mln.

manat vəsait proqnozlaşdırılmışdır. Bu vəsait, əsasən, tibbi-profilaktika

tədbirlərinin əhatəliliyinin genişləndirilməsi və ilkin tibbi-sanitar xidmətin

səviyyəsinin yüksəldilməsi hesabına xəstəliklərin qarşısının alınması məqsədi ilə

respublikanın rayon və şəhərlərində xəstəxanaların və ambulator-poliklinika

yardımı göstərən müəssisələrin sayının artırılmasına, sanatoriya-kurort müəssisələ-

rinin və səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması

məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasına, rayonlarda yeni səhiyyə

müəssisələrinin inşası və təmir-tikinti işlərinin aparılmasına və bu kimi səhiyyə

obyektlərinin təmiri və tikintisinə yönəldiləcəkdir.

Sosial-təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin

yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı işlər

2016-cı ildə də davam etdiriləcəkdir. Bu məqsədlə növbəti ildə dövlət əsaslı vəsait

qoyuluşundan respublikanın rayon və şəhərlərində əlil və şəhid ailələri üçün

yaşayış evlərinin tikintisiüçün 122,0 min manat vəsait proqnozlaşdırılmışdır.

Muzeylərin əsaslı təmiri və tikintisi, onların maddi-texniki bazasının

gücləndirilməsi, yeni muzeylərin yaradılması işlərinin davam etdirilməsi, yeni

dislokasiya xəritəsi əsasında regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və

tikintisi, yenidən qurulması və modernləşdirilməsi məqsədi ilə mədəniyyət

obyektlərinin tikintisi, bərpası və yenidənqurulmasına dövlət əsaslı vəsait

qoyuluşundan2016-cı ildə 32,8 mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasının 2016-cı il və sonrakı üç il üzrə iqtisadi və

sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə müəyyən edilmiş idman

siyasətinə uyğun olaraq növbəti illərdə də təhsil müəssisələrində və yaşayış

yerlərində bədən tərbiyəsi və idmanın infrastrukturunun inkişaf etdirilməsi,

regionlarda əhalinin say nisbətinə uyğun olaraq bədən tərbiyəsi və idman

obyektlərinin, o cümlədən, yaşayış yerlərində idman şəhərciklərinin inşası, eləcə

də, bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişafı və gücləndirilməsi,

Page 243: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

243

idman təşkilatlarının bütün idman qurğularının müasir idman avadanlıqları ilə

təchizi, ölkədə fəaliyyət göstərən bütün respublika idman federasiyaları, idman

klubları, uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə

ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması, idman təşkilatlarının bütün

idman qurğularının müasir idman avadanlıqları ilə təchizi məqsədilə 2016-cı ildə

idman obyektlərinin tikintisinə dövlət əsaslı vəsait qoyuluşundan 3,2 mln. manat

vəsait proqnozlaşdırılmışdır.

Qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılışdarılmasına dair

tədbirlərin maliyyələşdirilməsinə növbəti ildə “Məcburi köçkünlərin yaşayış şəraiti

və gəlir imkanlarının dəstəklənməsi layihəsi”ndə Azərbaycan tərəfinin payının

maliyyələşdirilməsinə 5,3 mln. manat vəsaitin ayrılması, həmçinin, Azərbaycan

Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Azərbaycan

Respublikası Dövlət Neft Fondundan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi

köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin

yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə və “Məcburi Köçkünlərin

Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsində Azərbaycan

tərəfinin maliyyələşdirilməsinə 2016-cı ildə 100,0 mln. manat vəsaitin ayrılması

nəzərdə tutulmuşdur. Digər sosial yönümlü layihələrə isə dövlət əsaslı vəsait

qoyuluşundan 8,3 mln. manat vəsait proqnozlaşdırılmışdır.

“Müdafiə və hüquq-mühafizə orqanları”istiqaməti üzrəbütün

mənbələrhesabınaproqnozlaşdırılmış 41,7mln. manat məbləğində vəsaitin bu

sahənin maddi-texniki bazasının gücləndirilməsinə, Azərbaycan Respublikasının

Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin,

məhkəmə və prokurorluq orqanlarının, Azərbaycan Respublikasının Dövlət Sərhəd

Xidmətinin və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin

obyektlərində tikinti, təmir və yenidənqurma işlərinin aparılmasının

maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.

2016-cı ildə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsünə dair

layihə sənədinə əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına ərazilərin bərpası,

yenidənqurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələr

üzrə proqnozlaşdırılmış 2,0 mln. manat vəsaitin hərbi təcavüz nəticəsində zərər

çəkmiş evlərin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması və bərpa

Page 244: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

244

işlərinə başlanılmasına və cəbhə zonalarında yerləşən kəndlərin bərpası

istiqamətində istifadə olunması nəzərdə tutulmuşdur.

2016-cü ilin büdcə layihəsində digər təyinatlı layihələr üzrə mərkəzi və yerli

icra hakimiyyəti orqanlarının inzibati binalarının tikintisi və əsaslı təmiri, xarici

ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər üçün inzibati binaların və

torpaqların alınması, rabitə və kommunikasiya sahəsinin inkişafının dəstəklənməsi,

sahənin gələcək inkişafı üçün islahatların aparılmasının effektiv mexanizminin

formalaşdırılması və qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi,

abadlıq işləri ilə əlaqədar əhalinin və obyektlərin köçürülməsi ilə bağlı xərclərin və

“Mütərəqqi Ədliyyə Xidmətləri” layihəsinin maliyyələşdirilməsi üçün 22,3 mln.

manat vəsait proqnozlaşdırılmışdır.

Dövlət İnvestisiya Proqramı üzrə proqnozlaşdırılmış layihələrə dair təqdim

olunan məlumatlara əsasən 2016-cı ildə dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə

tutulmuş vəsait hesabına 336 keçid layihənin maliyyələşdirilməsi və infrastruktur

təyinatlı layihələr üzrə 22, sosial təyinatlı layihələr üzrə 38, müdafiə və hüquq-

mühafizə orqanları ilə bağlı layihələr üzrə 6 və digər təyinatlı layihələr üzrə 3

obyekt olmaqla 69 obyektin təhvil veriləcəyi nəzərdə tutulur. Növbəti ildə proqram

təyinatlı investisiya layihələrinə vəsaitin tam həcmdə, başqa sözlə 1976,8 mln.

manat məbləğində vəsaitin yönəldilməsi gözlənilir.

2016-cı ildə xarici kreditlər hesabına 33 keçid layihələrin o cümlədən

infrastruktur təyinatlı layihələr üzrə 26 (78,8%), sosial təyinatlı layihələr üzrə 4

(12,1%), müdafiə və hüquq-mühafizə orqanları ilə bağlı layihələr üzrə 1(3,0%) və

digər təyinatlı layihələr üzrə 2(6,1%) layihənin maliyyələşdirilməsi və 8 obyektin

təhvil veriləcəyi nəzərdə tutulmuşdur. Xarici kreditlər hesabına həm say etibarilə

(26 ədəd və ya 78,8%), həm də ayrılan vəsaitin həcmi baxımından (1539,0 mln.

manat və ya 97,4%) infrastruktur təyinatlı layihələrin üstünlük təşkil edəcəyi

gözlənilir. Növbəti ildə proqram təyinatlı investisiya layihələrinə 1578,0 mln.

manat vəsaitin yönəldildilməsi proqnozlaşdırılmışdır.

Dövlət Neft Fondundan Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan

infrastruktur təyinatlı layihələrə 2050,4 mln. manat (3 layihə üzrə) və sosial

təyinatlı layihələrə 100,0 mln. manat (1 layihə üzrə) olmaqla, ümumilikdə 2150,4

mln .manat vəsaitin yönəldilməsi nəzərdə tutulmuşdur.

Bütün mənbələr üzrə investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi

ortamüddətli dövr üçün Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf

Page 245: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

245

strategiyasının tərkib hissəsidir. İnvestisiya fəaliyyəti sahəsində 2016-2019-cu

illərdə xarici investorlar üçün hüquqi təminatın daha da genişləndirilməsi,

investisiyaların qeyri-neft sektoru, elm tutumlu və innovativ sahələrə cəlb

edilməsinin təşviqi,xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı

tədbirlərin daha da sürətləndirilməsi və ixracyönümlü sahələrə yönləndirilməsi

gözlənilir.

Ölkəmizdə həyata keçirilən səmərəli investisiya siyasəti və ötən illərdə

yaradılmış iqtisadi potensial respublikanın iqtisadi potensialının

gücləndirilməsində, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində,

enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasında, regionlar arasında

mövcud olan differensiasiyanın minimuma endirilməsində, infrastruktur

təminatının daha da yaxşılaşdırılmasında, o cümlədən əhalinin keyfiyyətli

kommunal xidmətlərlə təminatı səviyyəsinin yüksəldilməsində, davamlı sosial-

iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaqdır.

3.4.5. Nəqliyyat və rabitə xərcləri

Nəqliyyat və rabitə iqtisadiyyatın müxtəlif sahələri arasında əlaqələndirici

rola malik olduğundan, bu sektor iqtisadiyyatın inkişafına təkan verən mühüm

infrastruktur sahəsi kimi müstəsna əhəmiyyətə malikdir.

Son illərdə ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, nəqliyyat və

rabitə sektorunda da davamlı inkişafa nail olunmuş, bu sahəyə böyük həcmdə

investisiyalar yönəldilmiş, iri miqyaslı transmilli layihələr həyata keçirilmiş,

qabaqcıl texnika və texnologiyalar tətbiq edilmiş, Azərbaycanın dünya

iqtisadiyyatına inteqrasiya etməsinə, xarici iqtisadi əlaqələrin davamlı inkişafı

nəticəsində nəqliyyat və rabitə vasitələrinin beynəlxalq standartlara uyğun yenidən

qurulmasına, rabitə və telekommunikasiyalar sahəsində potensial imkanların

reallaşdırılmasına, kosmik sənayenin inkişafı istiqamətində “Azərspase-1”

telekommunikasiya peykinin fəaliyyətinin genişləndirilməsinə və Yer səthini

müşahidə edən “Azersky” telekommunikasiya peykinin orbitə çıxarılmasına və

uğurlu istifadəsinə nail olunmuşdur. Dövlət tərəfindən yetərli dəstəyin məntiqi

nəticəsi olaraq nəqliyyat və rabitə sahəsinin rəqabət qabiliyyətinin və keyfiyyət

göstəricilərinin artırılması bu sahənin iqtisadi inkişafa təkanverici rolunun

artmasına gətirib çıxarmışdır.

Page 246: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

246

Təqdim olunan məlumatlara əsasən dövlət büdcəsinin “Nəqliyyat və rabitə”

bölməsi üzrə xərcləri 2015-ci ilin 8 ay ərzində il üçün təsdiq edilmiş cəmi

məbləğin 39,6%-i qədər və ya 50784,9 min manat məbləğində icra edilmişdir.

Qeyd olunan xərclərin icra faizinin aşağı olması növbəti il üçün həmin bölmə üzrə

xərclərin azaldılmasının əsaslandırılmasına zəmin yaratmışdır.

2016-cı ilin büdcə layihəsində “Nəqliyyat və rabitə” bölməsi üzrə114787,5

min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasına

nisbətən 26561,2 min manat və ya 30,1% çox, 2015-ci ilin gözlənilən icrasına

nisbətən 11494,9 min manat və ya 9,1%, cari ilin təsdiq olunmuş büdcəsinə

nisbətən 13548,2 min manat və ya 10,6% azdır. Bu xərclərin dövlət büdcəsi

xərclərində xüsusi çəkisi 0,7% təşkil edəcəyi nəzərdə tutulmuşdur.

Layihə üzrə nəqliyyat və rabitə xərclərinin cari ilin təsdiq olunmuş

büdcəsinə nisbətən 13548,2 min manat və ya 10,6% azaldılması “Nəqliyyat”

köməkçi bölməsi üzrə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə ayrılan

vəsaitlərin 2623,7 min manat və ya 7,9%, Azərbaycan Respublikası Rabitə və

Yüksək Texnologiyalar Nazirliyinə ayrılan vəsaitlərin 1249,9 min manat və ya

25,7% azaldılması, həmçinin “Azərkosmos” ASC-yə büdcədən vəsaitin

ayrılmaması ilə əlaqədardır.

2016-cı ilin dövlət büdcəsinin layihəsində nəqliyyat və rabitə xərclərinin

tərkibində nəqliyyat xərcləri ilə müqayisədə rabitə xərclərinin cari ilin büdcəsinin

müvafiq göstəricisi ilə müqayisədə daha az nəzərdə tutulması bu köməkçi

bölmənin xüsusi çəkisinin aşağı düşməsi ilə nəticələnmişdir. Belə ki, “Nəqliyyat və

rabitə” bölməsi üzrə nəzərdə tutulmuş 114787,5 min manat vəsaitin 83174,6 min

manatı və ya 72,5%-i (cari ildə 66,9%) “Nəqliyyat” köməkçi bölməsi, 31612,9 min

manatı və ya 27,5%-i (cari ildə 33,1%) isə “Rabitə” köməkçi bölməsi üzrə xərclərə

yönəldiləcəkdir (Cədvəl 76).

Cədvəl 76. Nəqliyyat və rabitə xərclərinin illər üzrə müqayisəsi

min manat

N Bölmə, köməkçi bölmə və

paraqrafların adları

2014-cü

ilin icrası

2015-ci ilin

təsdiq

olunmuş dövlət

büdcəsi

2015-ci ilin

dövlət

büdcəsnin gözlənilən

icrası

2016-cı ilin

dövlət büd-

cəsinin layihəsi

2016-cı ilin büdcə layihəsinin əvvəlki

illərlə müqayisəsi, %-lə

2014-cü

ilin icrası

2015-ci ilin

təsdiq olunmuş

büdcəsi

2015-ci ilin

gözlənilən icrası

1 Nəqliyyat və rabitə 88226,3 128335,7 126282,4 114787,5 130,1 89,4 90,9

Page 247: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

247

Son illərdə Azərbaycan Respublikasında nəqliyyatın inkişafı daim diqqət

mərkəzində olmuş, dövlət investisiya proqramı, dövlət büdcəsinin “Nəqliyyat və

rabitə” köməkçi bölməsindən və digər mənbələrdən ayrılan vəsait hesabına

nəqliyyat vasitələrinin parkları genişləndirilmiş, yol-nəqliyyat sistemi yenidən

qurulmuşdur ki, bu da tranzit, beynəlxalq və milli sərnişin və yükdaşımalarının

əhəmiyyətli şəkildə artmasına şərait yaratmışdır.

Nəqliyyatın ölkənin sosial-iqtisadi inkişafında rolu və bu istiqamətdə

aparılan islahatların məntiqi nəticəsi olaraq 2016-cı ilin layihəsində “Nəqliyyat”

köməkçi bölməsinə 83174,6 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-

cü ilin icrasına nisbətən 2770,8 min manat və ya 3,5% çox, cari ilin gözlənilən

icrası ilə müqayisədə 1250,9 min manat və ya 1,5%, həmçinin, cari ilin təsdiq

olunmuş büdcəsinə nisbətən 2623,7 min manat və ya 3,1%, azdır.

“Nəqliyyat” köməkçi bölməsi tərkibinə daxil olan dəmir yol nəqliyyatı (Baki

Metropoliteni), hava nəqliyyatı (Azərbaycan Hava Yolları QSC) və Azərbaycan

Respublikası Dövlət Dəniz Administrasiyasına ayrılan xərclər əvvəlki ilə nisbətən

dəyişməz qalmış, azalma əsasən avtomobil yolları və avtomobil nəqliyyatı üzrə

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə ayrılacaq vəsait üzrə (2623,7 min

manat) olmuşdur.

Bu köməkçi bölmə üzrə proqnozlaşdırılmış vəsaitin 30706,0 min manatı və

ya 36,9%-inin avtomobil yolları və avtomobil nəqliyyatına, 37998,2 min manatı və

1.1 Nəqliyyat 80403,8 85798,3 84425,5 83174,6 103,4 96,9 98,5

1.1.1. Azərbaycan Respublikasının Nəqliyyat

Nazirliyi

32498,8 33329,7 32796,4 30706,0 94,5 92,1 93,6

1.1.1.1

Avtomobil yolları və avtomobil nəqliyyatı

32498,8 33329,7 32796,4 30706,0 94,5 92,1 93,6

1.1.2. Dəmiryolu nəqliyyatı

(Bakı Metropoliteni)

36026,1 37998,2 37390,2 37998,2 105,5 100,0 101,6

1.1.3 Hava nəqliyyatı (“Azal”) 10010,0 10010,0 9849,8 10010,0 100,0 100,0 101,6

1.1.4 Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası

1868,9 4460,4 4389,1 4460,4 2,4 dəfə 100,0 101,6

2 Rabitə 7822,4 42537,4 41856,8 31612,9 4 dəfə 74,3 75,5

2.1 Rabitə və Yüksək Texnologiyalar

Nazirliyi

3857,2 4862,8 4785,0 3612,9 93,7 74,3 75,5

2.2 Rabitə,informasiya,kommunikasiya

sahələrində islahatların aparılması və digər tədbirlərlə bağlı xərclər

0 32365,5 31847,7 28000,0 - 86,5 87,9

2.3 “Azərkosmos”ASC 3965,3 5309,1 5224,1 - 0,0 0,0 0,0

Page 248: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

248

ya 45,7%-inin dəmir yol nəqliyyatına, 10010,0 min manatı və ya 12,0%-inin hava

nəqliyyatına, 4460,4 min manatı və ya 5,4%-inin Azərbaycan Respublikası Dövlət

Dəniz Administrasiyasına ayrılacağı nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən alınan məlumata

əsasən köməkçi bölmənin tərkibində avtomobil yolları və avtomobil nəqliyyatı

xərcləri üzrə nəzərdə tutulmuş 30706,0 min manat (2014-cü ilə nisbətən 5,5% və

2015-ci ilə nisbətən 6,4% az) vəsaitin 25021,0 min manatı və ya 81,5%-i

“Azəryolservis” ASC-nin tərkibinə daxil olan Bakı şəhərinin və digər avtomobil

yollarının, yol təsərrüfatı obyektlərinin, terminalların, vağzal, depo, körpü və

dayanacaqların saxlanılmasına, cari və əsaslı təmir işlərinin yerinə yetirilməsinə

çəkilən xərclərin, 2500,0 min manatı və ya 8,1%-i Bakı şəhərində Nəqliyyat

Əməliyyatlarının İntellektual İdarə Edilməsi Mərkəzinin saxlanılması ilə bağlı

xərclərin, 3080,0 manatı və ya 10,0%-i avtomobil nəqliyyatı fəaliyyətinin

tənzimlənməsi ilə bağlı xərclərin və 105,0 min manatı və ya 0,4%-i “Azərbaycan

Respublikasında rəqəmsal taxoqrafların tətbiqinə dair Tədbirlər Planı”nında

nəzərdə tutulmuş müddəaların icrası ilə bağlı xərclərin maliyyələşdirilməsinə

yönəldiləcəkdir.

İctimai nəqliyyatda metropolitenin rolunu və sosial əhəmiyyətini nəzərə

alaraq, bu sahədə tariflərin tənzimlənməsi nəticəsində Bakı Metropolitenində

yaranan zərərin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi növbəti

ildə də davam etdiriləcəkdir. Belə ki, 2016-cı ildə Bakı Metropolitenində

sərnişindaşımada istismar xərcləri üzrə yaranacaq zərərin ödənilməsi üçün 37998,2

min manat məbləğində vəsait ayrılacağı nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin

icrasına nisbətən 1972,1 min manat və ya 5,5%, 2015-ci ilin gözlənilən icrasına

nisbətən 608,0 min manat və ya 1,6% çoxdur. 2016-cı ilin büdcəsində Bakı

Metropolitenində yaranan zərərin dövlət büdcəsinin vəsaitləri hesabına

maliyyələşdirilməsi 2015-ci ilin təsdiq olunmuş büdcəsi həddində

proqnozlaşdırılmışdır.

Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər

tutulan şəxslərin MDB ölkələrinə gedişi və Naxçıvan Muxtar Respublikasına

həyata keçirilən aviareyslər üzrə aviabiletlərin güzəştli qiymətlərlə satışından hava

nəqliyyatının sərnişin daşımalarında yaranan zərərin ödənilməsi üçün “Hava

nəqliyyatı” paraqrafı üzrə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar

Cəmiyyətinə 10010,0 min manat subsidiya ayrılacağı nəzərdə tutulmuşdur ki, bu

Page 249: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

249

da 2014-cü və 2015-ci illərin müvafiq göstəriciləri səviyyəsindədir. 2016-cı ildə

dövlət büdcəsi xərclərinin cari ilə nisbətən 22,9% azaldılmasına baxmayaraq,

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılacaq subsidiyanın

dəyişməz saxlanılması (azaldılmaması) bu məsələnin sosialyönümlü olması ilə

əlaqədar aviabiletlərin güzəştli qiymətlərlə satışının zəruriliyi ilə bağlı olmuşdur.

2016-cı ildə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına

4460,4 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin

icrasına nisbətən 2,4 dəfə və ya 2585,4 min manat çox, 2015-ci ilin müvafiq

göstəricisinə bərabərdir. Büdcə xərclərinin növbəti il üçün azaldılması fonunda bu

xərclərin cari il səviyyəsində proqnozlaşdırılması, Dövlət Dəniz

Administrasiyasının Nəqliyyat və Texniki Təminat İdarəsinin balansında olan

gəmilərdə tərsanə təmiri, detalların dəyişdirilməsi və suüstü (su səthində) təmir

işlərinin aparılması və idarənin davamlı şəkildə institusional olaraq

təşkilatlanmasının davam etməsinin zəruriliyi ilə əlaqədardır.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından alınmış

məlumatlara görə Nəqliyyat və Texniki-Təminat İdarəsi üzrə 2016-cı il üçün

nəzərdə tutulmuş 1875,0 min manat xərclərin 566,7 min manatının əməyin

ödənişinə, 21,0 min manatının dəftərxana və təsərrüfat malları və dezinfeksiya

xərclərinə, 98,5 min manatının idarənin xərclərinə (xüsusi kimyəvi maddələrin –

Gəmilərin təmizlik vasitələri və xidmətlərinə), 380,0 min manatının cari təmirə,

590,0 min manatının yanacaq və sürtgü yağlarının alınmasına, 22,0 min manatının

digər nəqliyyat xidmətləri haqqının ödənilməsinə, 5,5 min manatının kommunal və

rabitə xidmətləri haqqının ödənilməsinə, 15,0 min manatının yumşaq inventar,

yataq ləvazimatları və xüsusi geyimlərin alınmasına, 22,0 min manatının ərzaq

məhsullarının alınmasına, 69,5 min manatının icarə və muzdlu xidmətləri və

motorlu qayıq xidməti məsrəflərinə (o cümlədən agent xidmətinə), 35,0 min

manatının digər maşın və avadanlığın alınmasına, qalan 49,8 min manatının digər

istiqamətlərə yönəldiləcəyi proqnozlaşdırılır. Eləcə də, Dövlət Dəniz

Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi

Mərkəzinin saxlanılması üçün növbəti il üzrə proqnozlaşdırılmış 2585,4 min manat

xərclərin 2119,2 min manatının əməyin ödənişinə, 22,0 min manatının dəftərxana

və təsərrüfat xərclərinə, 41,0 min manatının ezamiyyə xərclərinə, 160,0 min

manatının yanacaq və sürtgü materiallarının alınmasına, 48,0 min manatının

kommunal və kommunikasiya xidməti xərclərinə, 10,4 min manatının yumşaq

Page 250: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

250

inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınmasına, 22,0 min manatının

inventarın alınmasına, 59,0 min manatının icarə və muzdlu xidmətlərin haqqının

ödənilməsinə, 34,9 min manatının sair xərclərə, 37,0 min manatının digər maşın və

avadanlıqların alınmasına, qalan 31,9 min manatının digər istiqamətlərə

yönəldiləcəyi nəzərdə tutulmuşdur.

Rabitə - iqtisadiyyatın real sektorunun ayrılmaz hissəsi olmaqla ölkə

ərazisində istehsal-xidmət təsərrüfat kompleksi kimi iqtisadi və sosial sahələrin

bütün mərhələlərində dövlət orqanları, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə və

digər sahələrdə, fiziki və hüquqi şəxslərin elektron, poçt, rabitə və sair tələbatı

ödəyir və müxtəlif sahələrə xas olan müxtəlif xarakterli informasiyaların

verilməsini və ötürülməsini təmin edir.

Ölkənin poçt, telekommunikasiya və rabitənin digər sahələrində fəaliyyətini

uğurla davam etdirən rabitə müəssisələri tərəfindən göstərilən rabitə xidmətlərinin

həcmi artmaqda davam etmiş, mobil, internet, sürətli poçt və s. bu kimi yeni

xidmət növləri yaradılmış, rabitənin infrastrukturunda innovasiya prosesləri

genişləndirilmiş, yeni bir sahə - informasiya və kommunikasiya texnologiyaları

(İKT) sahəsi formalaşdırılmış, rabitə və informasiya–kommunikasiya

texnologiyaları iqtisadi həyatın bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə

sürətlə nüfuz edərək ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə

çevrilmişdir.

Son illərdə informasiya texnologiyalarının geniş tətbiq olunması

istiqamətində həyata keçirilən iqtisadi siyasətin reallaşdırılmasını təmin etmək

üçün büdcə və büdcədənkənar vəsaitlər hesabına sahənin inkişafı üçün zəruri

vəsaitlər ayrılmışdır. 2016-cı ilin dövlət büdcəsinin layihəsində “Rabitə” köməkçi

bölməsi üzrə 31612,9 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin

icrasına nisbətən 23790,5 min manat və ya 4 dəfə çox, cari ilin gözlənilən icrasına

nisbətən 10243,9 min manat və ya 24,5% və cari ilin təsdiq olunmuş büdcəsinə

nisbətən 10924,5 min manat və ya 25,7% azdır.

"Rabitə" köməkçi bölməsi üzrə xərclərin cari ilə nisbətən 10924,5 min

manat azaldılması Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar

Nazirliyi üzrə 1249,9 min manat, "Rabitə, informasiya, kommunikasiya sahələrində

islahatların aparılması və digər tədbirlərlə bağlı xərclər islahatların aparılması

xərcləri" üzrə 4365,5 min manat azaldılması və “Azərkosmos”un büdcədən

maliyyələşməsinin dayandırılması ilə əlaqədardır.

Page 251: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

251

Layihə üzrə “Rabitə” köməkçi bölməsinə nəzərdə tutulmuş vəsaitin 3612,9

min manatı və ya 11,4%-i Azərbaycan Respublikası Rabitə və Yüksək

Texnologiyalar Nazirliyinə, 28000,0 min manatı və ya 88,6%-i isə rabitə,

informasiya, kommunikasiya sahələrində islahatların aparılması və digər

tədbirlərlə bağlı xərclərə, o cümlədən, dövlət və yerli özünüidarəetmə orqanlarında

informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, rəsmi internet

saytlarının təkmilləşdirilməsi, rəqabət qabiliyyətli və ixracyönümlü informasiya-

kommunikasiya texnologiyaları potensialının gücləndirilməsi, milli

telekommunikasiya, poçt infrastrukturunun və bir sıra elektron xidmətlərin inkişaf

etdirilməsi işlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən

alınan məlumata əsasən növbəti il üçün proqnozlaşdırılmış vəsaitin 710,0 min

manatı və ya 19,7%-i xüsusi yayım avadanlıqlarının istismarı ilə bağlı xərclərin,

2786,9 min manatı və ya 77,1%-i universal poçt xidmətlərinin göstərilməsinə görə

yaranan zərərin ödənilməsinə, 116,0 min manatı və ya 3,2%-i dövlət informasiya

ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin Dövlət Reyestri

şöbəsinin saxlanması ilə bağlı xərclərin ödənilməsinə nəzərdə tutulmuşdur.

“Azərkosmos” ASC-nin təsis edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin 3 may 2010-cu il tarixli 885 N-li Sərəncamında “Azərkosmos” ASC-

nin saxlanma xərclərinin telekommunikasiya peyki orbitə çıxarılanadək dövlət

büdcəsinin vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulduğundan və

“Azerspace-1” telekommunikasiya peyki 2013-cü ilin fevral ayında və “Azersky”

telekommunikasiya peyki 2014-cü ilin dekabr ayında orbitə çıxarılaraq istismara

qəbul edilməsi nəticəsində 2016-cı ilin dövlət büdcəsinin layihəsində

“Azərkosmos” ASC-yə dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə

tutulmamışdır.

Ölkənin stabil sosial-iqtisadi inkişafının davamlılığına dəstək verən zəruri

infrastruktur olaraq nəqliyyat və rabitənin mövcud potensialının

möhkəmləndirilməsinə və bu sahə ilə bağlı elmi yeniliklərə əsaslanan beynəlxalq

təcrübənin tətbiqinə nail olmaq üçün “Nəqliyyat və rabitə” bölməsi üzrə 2016-cı

ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulan vəsaitlərdən səmərəli,

məqsədyönlü və qənaətlə istifadə edilməsi zəruridir.

Page 252: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

252

3.4.6. İqtisadi fəaliyyət xərcləri

İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr

edilmiş müşavirədə Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab

İlham Əliyev dünyada baş verən dərin iqtisadi və maliyyə böhranını təhlil edərək,

ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə

qorumağın və iqtisadi inkişafı təmin etməyin vacibliyini vurğulamışdır. Bu

vəziyyətdən çıxış yollarından biri kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft

sektorunun inkişaf etdirilməsi ön plana çəkilmişdir. Bunları nəzərə alaraq, 2016-cı

ilin dövlət büdcəsinin layihəsində iqtisadi inkişafın əsas prioritetlərindən olan aqrar

sektora dövlət qayğısının gücləndirilməsi, kənd təsərrüfatının aparıcı sahələrinin

inkişaf etdirilməsi və bu sahəyə dövlət büdcəsindən subsidiyaların verilməsi,

əhalinin əsas ərzaq məhsulları ilə təmin edilməsinin təşkili, aztəminatlı gənc

ailələrin mənzilə tələbatının ödənilməsi, informasiya texnologiyalarının inkişafı,

müəssisələrin maliyyə sağlamlaşdırılması tədbirlərinin davam etdirilməsi və digər

dövlət tədbirləri üçün maliyyə imkanlarının yaradılması nəzərə alınmışdır.

Dünya iqtisadiyyatında müşahidə edilən sistemli böhranın ölkə

iqtisadiyyatına göstərdiyi təsirlər nəzərə alınaraq, “İqtisadi fəaliyyət” bölməsi

üzrə 2016-cı ilin dövlət büdcəsinin layihəsində 254000,0 min manat məbləğində

vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin icrasından 53999,6 min manat

və ya 17,5%, 2015-ci ilin gözlənilən icrasından 78504,8 min manat və ya 23,6% və

2015-ci ilin təsdiq olunmuş büdcəsindən 91280,2 min manat və ya 26,4% azdır.

(Cədvəl 77).

Cədvəl 77.“İqtisadi fəaliyyət” bölməsi xərclərinin köməkçi bölmə və paraqraflar üzrə

bölgüsü min manat

№ Bölmə, köməkçi bölmə

vəparaqrafların adları 2014-cü il

icra 2015-ci

ilin təsdiq

olunmuş

büdcəsi

2015-ci il

gözlənilən

icra

2016-cı il

büdcə

layihəsi

2016-cı ilin büdcə layihəsinin əvvəlki

illərlə müqayisəsi

2014-cü

ilin icrası

2015-ci ilin

təsdiq

olunmuş

büdcəsi

2015ci ilin

gözlənilən

icrası

1. İqtisadi fəaliyyət 307999,6 345280,2 332504,8 254000,0 82,5 73,6 76,4

1.1 İqtisadi və kommersiya

fəaliyyəti

242383,6 207250,0 199581,8 116000,0 47,9 55,9 58,1

1.1.1. İqtisadiyyat və Sənaye Nazirliyi 150000,0 100000,0 96300,0 0,0 0,0 0,0 0,0

I.1.2 Kənd Təsərrüfatı Nazirliyi

yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin

İdarə Edilməsi üzrə Dövlət

Xidməti

5000,0 5000,0 4815,0 5000,0 100,0 100,0 103,8

Page 253: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

253

1.1.3 Əmlak Məsələləri Dövlət

Komitəsi

7480,1 7250,0 6981,8 25000,0 3,3 dəfə 3,4 dəfə 3,6 dəfə

1.1.4 “Aqrolizinq” ASC 35000,0 40000,0 38520,0 32000,0 91,4 80,0 83,1

1.1.5 Azərbaycan Respublikasının

Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu

40000,0 50000,0 48150,0 50000,0 125,0 100,0 103,8

1.1.6 Rabitə və Yüksək Texnolo-

giyalar Nazirliyinin tabeliyində İnformasiya Texnolo-

giyalarının İnkişafı Dövlət

Fondu

4903,5 5000,0 4815,0 4000,0 81,6 80,0 83,1

1.2. İqtisadi fəaliyyətin digər

sahələri

63616,0 135750,2 132923 138000,0 216,9 101,7 103,8

1.2.1 İqtisadiyyat və Sənaye Nazirliyi 148,8 150,2 144,6 0,0 0,0 0,0 0,0

1.2.2 Əmlak Məsələləri Dövlət

Komitəsi.

0,0 1000,0 963,0 1000,0 - 100,0 103,8

I.2.3 Maliyyə sağlamlaşdırılması

tədbirləri, o cümlədən nəzarət zərfi dövlətə məxsus olan

müəssisələrin nizamnamə

kapitalının artırılması, həmin müəssisələrin fəaliyyəti ilə

əlaqədar zərərin ödənilməsi də

daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və

tətbiqi təhqiqatlar və

ekspertlərin cəlb edilməsi

63467,2 114600,0 112555,4 117000,0 184,3 102,1 103,9

1.2.4 Xarici qrantlar hesabına həyata

keçirilən layihələr ilə bağlı

xərclər

- 20000,0 19260,0 20000,0 - 100,0 103,8

1. 3 İqtisadi fəaliyyət sahələri üzrə

təcrübə və tətbiqi tədqiqatlar

2000,0 2280,0 0,0 0,0 0,0 0,0 0,0

1.3.1 Maliyyə Nazirliyi 2000,0 2280,0 0,0 0,0 0,0 0,0 0,0

2016-cı ilin büdcə layihəsində “İqtisadi fəaliyyət” bölməsinin xərclərinin

dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi 1,6% nəzərdə tutulmuşdur ki,

bu da 2014-cü ilin icrası ilə müqayisədə 0,1 faiz bəndi az olmasına baxmayaraq

2015-ci ilin təsdiq olunmuş büdcəsindəki xüsusi çəkisi ilə eyni səviyyədə

olmuşdur.

2016-cı ilin büdcə layihəsində bölmə üzrə xərclərin cari ilin təsdiq olunmuş

büdcəsinə nisbətən 91280,2 min manat azaldılmasının əsas səbəbi “İqtisadi və

kommersiya fəaliyyəti” köməkçi bölməsi üzrə xərclərin cari ilin təsdiq edilmiş

büdcəsinə nisbətən 91250,0 min manat az və “İqtisadi fəaliyyətin digər sahələri”

köməkçi bölməsi üzrə xərclərin isə 2249,8 min manat çox nəzərdə tutulması,

həmçinin “İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar” köməkçi

bölməsi üzrə xərclərin nəzərdə tutulmamasıdır.

Növbəti ilə “İqtisadi fəaliyyət” bölməsi üzrə xərclərin 116000,0 min manatı

və ya 45,7%-i “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi və 138000,0

min manatı və ya 54,3%-i “İqtisadi fəaliyyətin digər sahələri” köməkçi bölməsi

Page 254: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

254

üzrə proqnozlaşdırılmışdır. Bu bölmənin “İqtisadi fəaliyyət sahələri üzrə təcrübə

və tətbiqi tədqiqatlar” köməkçi bölməsi üzrə cari il üçün təsdiq olunmuş 2280,0

min manat məbləğində vəsaitin icrası təmin edilməmiş və 2016-cı ilə bu məqsədə

vəsait proqnozlaşdırılmamışdır.

Büdcə layihəsində “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi

üzrə nəzərdə tutulan 116000,0 min manat vəsaitin 5000,0 min manatı və ya 4,3%-i

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı

Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə, 25000,0 min

manatı və ya 21,6%-i Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət

Komitəsinə, 32000,0 min manatı və ya 27,6%-i “Aqrolizinq”ASC-yə, 50000,0 min

manatı və ya 43,1%-i Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində

Azərbaycan İpoteka Fonduna, 4000,0 min manatı və ya 3,4%-i Azərbaycan

Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna nəzərdə tutulmuşdur.

Qeyri-neft sektorunun əsas şaxələrindən biri olan kənd təsərrüfatının

inkişafı, xüsusilə lizinq əməliyyatlarının genişləndirilməsi hesabına və güzəşt

tətbiq edilməsi yolu ilə bu sahədə fəaliyyət göstərən əhali, sahibkarlar və

fermerlərin dəstəklənməsi 2016-cı ildə də davam etdiriləcəkdir. Bu məqsədlə

2016-cı ilin dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə 32000,0 min manat vəsait

ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından 3000,0 min manat

və ya 8,6%, 2015-ci ilin gözlənilən icrasından 6520,0 min manat və ya 16,9% və

2015-ci ilin təsdiq olunmuş büdcəsindən 8000,0 min manat və ya 20,0% azdır.

2016-cı ildə “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi üzrə

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan vəsait kənd təsərrüfatı

texnikasının və mineral gübrələrin alınmasına yönəldiləcəkdir.

“Aqrolizinq” ASC-yə müxtəlif mənbələrdən vəsaitlərin ayrılması və bu

sahədə güclü maliyyə təminatının yaradılması kənd təsərrüfatının inkişafı ilə bağlı

ölkədə aparılan iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı üzrə

siyasətin tərkib hissəsidir.

“Aqrolizinq” ASC-yə dövlət büdcəsinin müvafiq bölmələrindən ayrılan

vəsait hesabına alınmış texnikanın kənd təsərrüfatı məhsulları istehsalçılarına

lizinq yolu ilə verilməsi və müəyyən müddətdən sonra vəsaitlərin ASC-yə

qaytarılması nəzərə alınarsa, büdcə vəsaitləri və təkrar dövriyyə hesabına bu

sahənin etibarlı maliyyə təminatı artıq yaradılmışdır.

Page 255: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

255

Hesablama Palatası tərəfindənəvvəlki illərdəhəyata keçirilən nəzarət

tədbirlərinin nəticəsi olaraq, bəzi təkliflərin, o cümlədən, kənd təsərrüfatı texnikası

və texnoloji avadanlıqların lizinqə verilməsi qaydalarında kənd təsərrüfatı

məhsullarının istehsalçılarının (lizinq alanın) xeyrinə müvafiq dəyişikliklərin

edilməsi, kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların lizinqə verilməsi

qaydalarında lizinq alanın ödəmə qabiliyyətini nəzərə alan şərtlərin daxil edilməsi,

lizinq əməliyyatlarına dair daxili nəzarət sisteminin qurulmasının təmin edilməsi,

Filiallar tərəfindən kənd təsərrüfatı istehsalçılarına aqroservis xidmətləri

göstərilməsini tənzimləyən vahid normanın hazırlanması məsələlərinə dair zəruri

tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Son dövrlər kənd təsərrüfatı texnikasının lizinqə verilməsi qaydalarında bir

sıra mühüm dəyişikliklər edilmiş, o cümlədən, lizinq alanlara əhəmiyyətli güzəştlər

verilmişdir. Belə ki, 2014-cü ildən başlayaraq kənd təsərrüfatı məhsullarının

istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə

götürülmüş, alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasına onların ilkin

dəyərinin 40%-dən yuxarı olmamaq şərtilə, yeni lizinqə götürüləcək və satın

alınacaq kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20%-i ödənildikdə, onların

ilkin dəyərinin 40%-i həcmində güzəşt tətbiq edilmiş, 2015-ci ildən etibarən bu

güzəşt lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və

avadanlığına da şamil edilmiş, habelə, mineral gübrələrin güzəştli satılması təkrar

(aralıq) əkinlərinə də şamil edilmişdir.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə

kreditlərin verilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə

Dövlət Xidmətinə 5000,0 min manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da

2014-cü ilin icrası və 2015-ci ilin təsdiq olunmuş büdcəsi həddində, 2015-ci ilin

gözlənilən icrasından 185,0 min manat və ya 3,8% çox proqnozlaşdırılmışdır.

2016-cı ilin büdcə layihəsində “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi

bölməsi üzrə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar

Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna

4000,0 min manat məbləğində vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur ki, bu da

2014-cü ilin icrasından 903,5 min manat və ya 18,4%, 2015-ci ilin gözlənilən

icrasından 815,0 min manat və ya 16,9% və 2015-ci ilin təsdiq olunmuş

büdcəsindən 1000,0 min manat və ya 20,0% azdır.

Page 256: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

256

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş əsas

hədəflərə çatmaq üçün 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı hesabına

ÜDM-in 2 dəfə artırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT)

sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının

gücləndirilməsi, cəmiyyətin İKT məhsullarına olan tələbatının ödənilməsini

qarşıya məqsəd qoyulmuşdur. Bu baxımdan Azərbaycan Respublikası

Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmış

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna informasiya

texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə

yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərin təşkili məqsədilə 2016-cı

ilin büdcə layihəsində “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi üzrə

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna proqnozlaşdırılan 4000,0

min manat məbləğində vəsaitin 500,0 min manatı və ya 12,5%-i İKT sahəsində

sahibkarlığın inkişafı məqsədilə sahibkarlıq subyektlərinə qrant

maliyyələşdirilməsinə və 3500,0 min manatı və ya 87,5%-i İKT sahəsində

fəaliyyət göstərən sahibkarların güzəştli kreditlə təmin olunmasına nəzərdə

tutulmuşdur.

2016-cı ilin büdcə layihəsində “İqtisadi fəaliyyət” bölməsinin “İqtisadi

fəaliyyətin digər sahələri” köməkçi bölməsi üzrə 138000,0 min manat məbləğində

vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından 74384,0

min manat və ya 2,2 dəfə , 2015-ci ilin gözlənilən icrasından 5077,0 min manat və

ya 3,8% və 2015-ci ilin təsdiq olunmuş büdcəsindən 2249,8 min manat və ya 1,7%

çoxdur.

2016-cı ilin büdcə layihəsində “İqtisadi fəaliyyətin digər sahələri” köməkçi

bölməsi üzrə xərclərin cari ilin təsdiq olunmuş büdcəsinə nisbətən 2249,8 min

manat artmasının səbəbi dövlət müəssisələrinin zərərinin ödənilməsi və maliyyə

sağlamlaşdırılması tədbirləri ilə bağlı xərclərin 2015-ci ilin təsdiq edilmiş

büdcəsinə nisbətən 2400,0 min manat artırılması və Azərbaycan Respublikası

İqtisadiyyat və Sənaye Nazirliyinə 2015-ci ildə nəzərdə tutulmuş 150,2 min manat

vəsaitin növbəti ilə proqnozlaşdırılmaması ilə əlaqədar olmuşdur. Dövlət

müəssisələrinin zərərinin ödənilməsi və maliyyə sağlamlaşdırılması tədbirləri ilə

bağlı xərclərin maliyyələşdirilməsinə son illər kifayət qədər vəsaitlər ayrılmışdır.

Page 257: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

257

Təkcə 2014-cü ildə bu sahəyə 63467,2 min manat vəsait yönəldilmiş, 2015-ci ildə

isə 114600,0 min manat vəsait nəzərdə tutulmuşdur.

2016-cı ilin büdcə layihəsində “İqtisadi fəaliyyətin digər sahələri” köməkçi

bölməsi üzrə ayrılacaq vəsaitin 1000,0 min manatı və ya 0,7%-i Azərbaycan

Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, 117000,0 min manatı və ya

84,8%-i dövlət müəssisələrinin zərərinin ödənilməsi və maliyyə sağlamlaşdırılması

tədbirləri ilə bağlı xərclərin ödənilməsinə və 20000,0 min manatı və ya 14,5%-i

xarici qrantlar hesabına həyata keçirilən layihələr ilə bağlı xərclərin ödənilməsinə

yönəldiləcəyi proqnozlaşdırılmışdır.

Layihədə Əmlak Məsələləri Dövlət Komitəsinə Azərbaycan Respublikasında

ünvan reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin yaradılması üçün

1000,0 min manat vəsaitin ayrılacağı proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin

təsdiq olunmuş büdcəsi həddindədir (2014-cü ildə bu məqsədə vəsait

ayrılmamışdır).

2016-cı ilin büdcə layihəsində dövlət müəssisələrinin fəaliyyəti ilə əlaqədar

zərərin və digər öhdəliklərin tənzimlənməsi və maliyyə sağlamlaşdırılması

tədbirləri ilə bağlı xərclərüzrə nəzərdə tutulmuş 117000,0 min manat vəsaitin,

əsasən, nəzarət zərfi dövlətə məxsus olan bəzi müəssisələrin nizamnamə

kapitalının artırılmasına, həmin müəssisələrin fəaliyyəti ilə əlaqədar zərərin

ödənilməsi də daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və tətbiqi

tədqiqatlar və ekspertlərin cəlb edilməsinə yönəldiləcəyi proqnozlaşdırılmışdır ki,

bu da 2014-cü ilin icrasından 53532,8 min manat və ya 84,3%, 2015-ci ilin

gözlənilən icrasından 4444,6 min manat və ya 3,9% və 2015-ci ilin təsdiq olunmuş

büdcəsindən 2400,0 min manat və ya 2,1% çoxdur.

Dövlət büdcəsinin layihəsində xarici qrantlar hesabına həyata keçirilən

layihələrlə bağlı xərclərəayrılacaq 20000,0 min manat vəsait cari ilin gözlənilən

icrasından 740,0 min manat çoxdur. Bu məqsədlə ayrılan vəsait 2015-ci ilin təsdiq

olunmuş büdcəsi həddindədir (2014-cü ildə bu məqsədə vəsait ayrılmayıb).

Köməkçi bölmə ilə bağlı qeyd edək ki, növbəti ilin dövlət büdcəsində

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində

Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 2002-ci ildən ilk dəfə olaraq

vəsaitlərin ayrılması nəzərdə tutulmamışdır. Ölkədə sahibkarlığın inkişaf

etdirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi xərclərinin

maliyyələşdirilməsi üçün dövlət büdcəsindən SKMF-a 2002-2014-cü illər ərzində

Page 258: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

258

832222,3 min manat vəsait ayrılmış, bununla yanaşı Fonda qaytarılmış kredit

vəsaitləri, faizlər, digər ödənişlər və daxilolmalar 685799,9 min manat təşkil

etmişdir. 2015-ci il dövlət büdcəsində SKMF-ə 100000,0 min manat məbləğində

vəsaitin ayrılması nəzərdə tutulmuşdur və ilin sonuna 96300,0 min manat

məbləğində icra gözlənilir. Cari ilin 6 ayı ərzində SKMF-ə dövlət büdcəsindən

47820,0 min manat vəsait ayrılmış, Fonda qaytarılmış kredit vəsaitləri, faizlər,

digər ödənişlər və daxilolmalar 75440,0 min manat təşkil etmişdir. Ümumilikdə,

01.07.2015-ci il tarixinə SKMF-in vəsaiti hesabına müvəkkil kredit təşkilatları

tərəfindən sahibkarlara kreditlərin verilməsi üçün 1602211,8 min manat istifadə

olunmuşdur ki, kreditləşmənin 873010,7 min manatı dövlət büdcəsi vəsaiti

hesabına, 729201,1 min manatı qaytarılmış kredit vəsaitləri və faizlər hesabına

aparılmışdır.

Əvvəlki illərin dövlət büdcəsi və onların icrası haqqında qanun layihələrinə

Hesablama Palatasının rəylərində Fondun mövcud kredit portfelinin istifadəsi

nəticəsində əldə edilən qaytarılmaların məbləği növbəti illərdə sahibkarlara

güzəştli kreditlərin verilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət

büdcəsindən ayrıla bilən vəsaitlərin həcmi ilə müqayisə oluna biləcək səviyyəyə

çatdığı qeyd edilmişdir.Bu baxımdan da, 2016-cı il dövlət büdcəsi layihəsində

SKMF-ə dövlət büdcəsindən əlavə vəsaitin nəzərdə tutulmamasını vəsaitlərin

məqsədyönlü istifadəsi istiqamətində müsbət addım kimi qiymətləndirmək olar.

Bununla yanaşı, Palata tərəfindən həyata keçirilmiş təhlillərə əsasən,

SKMF-n kredit portfelinin kifayət qədər böyük həcmli olması (istifadə olunmuş

kredit məbləği 1602211,8 min manat) fonunda Fondun vəsaitlərinin təyinatına

uyğun istifadə olunması məqsədilə istər Fond, istərsə də müvəkkil kredit

təşkilatları tərəfindən keçiriləcək monitorinqlərin nəticəlilik baxımından

keyfiyyətinin və əhatəliliyinin artırılması istiqamətində zəruri tədbirlərin

gücləndirilməsinin məqsədəuyğunluğunu bildiririk.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə

kreditlərin verilməsi məqsədilə “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi

bölməsinin “Digər fəaliyyət” paraqrafı üzrə 2016-cı il üçün Azərbaycan

Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və

Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə 2014-cü ilin müvafiq icra və

2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə eyni məbləğdə olmaqla 5000,0

min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Fermerlərə

Page 259: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

259

kreditlərin verilməsi ilə bağlı Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə

Edilməsi üzrə Dövlət Xidmətindən təqdim olunmuş məlumata əsasən 2015-ci il

üçün proqnozlaşdırılmış 5000,0 min manat vəsaitdən 01.09.2015-ci il tarixə

3718,0 min manat vəsait ayrılmış, həmin məbləğin 2269,5 min manatı güzəştli

kreditlərin verilməsinə istifadə olunmuşdur. Xəzinə hesabında qalan 1448,5 min

manat məbləğində vəsaitin də güzəştli kreditlərin verilməsinə istifadə olunması

nəzərdə tutulmuşdur.

Təqdim olunan məlumatlara əsasən, 2015-ci ilin əvvəlindən 01.09.2015-ci

il tarixədək Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə

Dövlət Xidmətinin vəsaiti hesabına verilmiş güzəştli kreditlərin məbləği

ümumilikdə 11281,0 min manat təşkil etmişdir ki, həmin məbləğin də 2269,5 min

manatını dövlət büdcəsindən ayrılmış vəsait, 9011,5 min manatını isə əsas borc

üzrə qaytarılmalar və faiz ödənişlərindən əldə edilən vəsaitlər təşkil etmişdir.

Qeyd etmək olar ki, güzəştli kreditlərin verilməsi məqsədilə dövlət büdcəsindən

2007-2015-ci illər ərzində ümumilikdə 66000,0 min manat vəsait ayrılmış və

bundan 01.09.2015-ci il tarixə 61535,5 min manatı istifadə edilmişdir. Verilmiş

kredit vəsaitlərinin 2015-ci ildə 311,0 min manatını (2,76%-ni) mikro, 133,0 min

manatını (1,18%-ni) kiçik, 480,0 min manatını (4,26%-ni) orta və 10357,0 min

manatını (91,80%-ni) böyük həcmli kreditlər təşkil etmişdir.

Aparılan təhlillər göstərir ki, son dövrdə kənd təsərrüfatının inkişafını

sürətləndirmək, aqrar sektorda mövcud olan problemlərin aradan qaldırılması,

onun potensial imkanlarının genişləndirilməsi üçün dövlət dəstəyi ilə ölkənin

maliyyə resurslarından istifadə etməklə bir çox tədbirlər həyata keçirilir ki, bunun

nəticəsi olaraq bu sahədə inkişaf meylləri müşahidə olunmaqdadır.

Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə

məsləhətçilərinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının

təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və mülkiyyət

hüquqlarının qorunması ilə bağlı xərclər üçün köməkçi bölmədə Azərbaycan

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə,özəlləşdirmə haqqında

mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, özəlləşdirmədən

proqnozlaşdırılan daxilolmaların 25,0%-ni təşkil edən 25000,0 min manat

məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, həmin paraqraf

üzrə 2014-cü ildə faktiki icra 7480,1 min manat təşkil etmiş, 2015-ci ildə isə

7250,0 min manat vəsaitin ayrılması proqnozlaşdırılmış, ilin sonuna isə 6981,8

Page 260: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

260

min manat məbləğində vəsaitin istifadəsi gözlənilir. Təhlil göstərir ki, cari və

əvvəlki ilə nisbətən nəzərdə tutulmuş artım büdcə kəsirinin maliyyləşməsində

özəlləşdirmədən daxilolmaların həcminin artırılması ilə bağlı olmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka

Fonduna(AİF) “İqtisadi fəaliyyət” bölməsinin “İqtisadi və kommersiya fəaliyyəti”

köməkçi bölməsinin “Digər fəaliyyət” paraqrafı üzrə 2016-cı ildə 50000,0 min

manat məbləğində vəsaitin ayrılması proqnozlaşdırılmışdır. Həmin bölmə üzrə AİF

tərəfindən 2014-cü ildə 40000,0 min manat məbləğində vəsait icra edilmiş, 2015-ci

ildə isə 50000,0 min manat məbləğində vəsait ayrılmış və ilin sonuna icra

məbləğinin 48150,0 min manat təşkil edəcəyi gözlənilir.

İpotekaya dəstək olaraq dövlət büdcəsindən ayrılan vəsaitin 2014-2015-ci

illərdə olduğu kimi, 2016-cı ildə də AİF-in nizamnamə kapitalının artırılmasına

yönəldilməsi nəzərdə tutulmuşdur.

Son illərdə dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulmuş vəsaitin

artımı nəticəsində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fondda 2015-ci

ilin sonuna 266,0 milyon manat, 2016-cı ildə dövlət büdcəsindən ayrılması

proqnozlaşdırılan vəsait də nəzərə alınmaqla növbəti ilin sonuna 316,0 milyon

manat vəsait ehtiyatının yaranması gözlənilir.

Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də ipoteka kreditləşməsinin

inkişafının əsas istiqamətini dövlət büdcəsi vəsaitləri hesabına sosial ipotekanın

tətbiqinin genişləndirilməsi təşkil edir. Eyni zamanda, kommersiya xarakterli

ipoteka kreditləri ilə müqayisədə AİF-in vəsaiti hesabına verilən adi kreditlərin

əhalinin geniş təbəqələri üçün daha əlverişli olması ilə əlaqədar həmin kreditlərə

tələbat yüksək səviyyədə qalmaqda davam edir.

Belə ki, Azərbaycan İpoteka Fondu tərəfindən 2014-cü ildə ümumilikdə

97059,1 min manat məbləğində kreditlər, o cümlədən 54981,3 min manat

məbləğində adi kreditlər (56,6%), 42077,8 min manat məbləğində isə güzəştli

kreditlər (43,4%-i) yenidən maliyyələşdirilmişdir. 2014-cü ilin sonuna ödənilmiş

əsas borc üzrə qaytarılmalar, faizlər və cəlb olunmuş vəsaitlərin istifadə edilməsi

də nəzərə alınmaqla, AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri

üzrə əsas borc üzrə qalıq məbləği 454374,7 min manata çatmışdır.

Əvvəlki illərdə olduğu kimi, dövlət maliyyə vəsaitlərindən asılılığı azaltmaq

məqsədi ilə kənar vəsaitlərin cəlb olunması istiqamətlərindən İpoteka Fondunun

qiymətli kağızlar bazarında fəal iştirakının təzahürü kimi emissiya olunan

Page 261: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

261

istiqrazların yerləşdirilməsi, dövlət istiqrazlarının alınması, kommersiya

banklarında depozitlərin yerləşdirilməsini də qeyd etmək olar.

“İqtisadi fəaliyyət” bölməsinin “İqtisadi fəaliyyətin digər sahələri” köməkçi

bölməsi üzrə 2016-cı il üçün proqnozlaşdırılmış 138000,0 min manatın 1000,0 min

manatı və ya 0,7%-i Əmlak Məsələləri Dövlət Komitəsinə (sair xərclərə), 117000,0

min manatı və ya 84,8%-i Maliyyə Nazirliyinə (maliyyə sağlamlaşdırılması

tədbirləri, o cümlədən nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin nizamnamə

kapitalının artırılması, həmin müəssisələrin fəaliyyəti ilə əlaqədar zərərin

ödənilməsi də daxil olmaqla bəzi öhdəliklərin tənzimlənməsi, təcrübə və tətbiqi

tədqiqatlar və ekspertlərin cəlb edilməsi üçün), 20000,0 min manatı və ya 14,5%-i

Xarici qrantlar hesabına həyata keçirilən layihələrlə bağlı xərclərə (İqtisadiyyat və

Sənaye Nazirliyinin əlaqələndiriciliyi ilə müxtəlif istiqamətlər üzrə nazirliklərə

Avropa Birliyi qrantı hesabına aparılan xərclərin maliyyələşdirilməsinə)

yönəldiləcəkdir.

“İqtisadi fəaliyyət” bölməsinin“İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və

tətbiqi tədqiqatlar” köməkçi bölməsi üzrə Azərbaycan Respublikası Maliyyə

Nazirliyinə 2014-cü ildə 2000,0 min manat, 2015-ci ildə 2280,0 min manat vəsait

nəzərdə tutulduğu halda 2016-cı ilin büdcə layihəsində bu bölməyə vəsait

proqnozlaşdırılmamışdır ki, bu da qeyd edilən sahədə müvafiq işlərin başa

çatdırılması ilə bağlıdır.

3.4.7. Əsas bölmələrə aid edilməyən xidmətlərlə bağlı xərclər

2016-cı ilin dövlət büdcəsinin layihəsində əvvəlcədən dövlət büdcəsində

nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi, baş verməsi

ehtimal olunan təbii fəlakətlərin və hadisələrin, fövqəladə halların nəticələrinin

aradan qaldırılması və digər zəruri tədbirlərin maliyyələşdirilməsi ilə bağlı

xərclərin, həmçinin məqsədli büdcə fondları, Azərbaycan Respublikası Prezident

Administrasiyası, nazirliklər və yerli icra hakimiyyəti orqanları üzrə əsas

bölmələrdə nəzərdə tutulmayan (aid olmayan) xərclərin, dövlət büdcəsindən

maliyyələşən təşkilatların büdcədənkənar xərclərinin, beynəlxalq və respublika

səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin, yerli xərclərdə nəzərdə

tutulmayan zəruri sosial-iqtisadi və digər təyinatlı tədbirlərin maliyyələşdirilməsi

Page 262: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

262

ilə bağlı xərclərin, dövlət maddi və material ehtiyatlarının yaradılması ilə bağlı

xərclərin və əsas bölmələrə aid olmayan digər xərclərin də maliyyələşdirilməsi

üçün vəsait nəzərdə tutulmuşdur.

“Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə xərcləri 2015-ci ilin

8 ayı ərzində il üçün təsdiq edilmiş cəmi məbləğin 25,7%-i qədər və ya 693700,0

min manat məbləğində icra edilmişdir. Qeyd olunan xərclərin icra faizinin aşağı

olması növbəti il üçün həmin bölmə üzrə xərclərin azaldılmasının

əsaslandırılmasına zəmin yaratmışdır.

2016-cı ilin dövlət büdcəsinin layihəsində “Əsas bölmələrə aid edilməyən

xidmətlər”bölməsi üzrə 896224,3 min manat məbləğində vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2014-cü ilin icrasından 1684551,9 min manat və ya 65,3%,

2015-ci ilin gözlənilən icrasından 1406425,0 min manat və ya 61,1% və 2015-ci

ilin təsdiq olunmuş büdcəsindən 1801744,9 min manat və ya 66,8% azdır (Cədvəl

78).

Cədvəl 78. “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi xərclərinin illər üzrə bölgüsü

min manatla

№ Bölmə, köməkçi bölmə və

paraqrafların adları

2014-cü il

icra

2015-ci

ilin təsdiq

olunmuş

dövlət

büdcəsi

2015-ci il

gözlənilən

icra

2016-cı

ilin

büdcə

layihəsi

2016-cı ilin büdcə layihəsinin

əvvəlki illərlə müqayisəsi

2014-cü

ilin icrası

2015-ci

ilin

təsdiq

olunmuş

büdcəsi

2015-ci

ilin

gözlənilən

icrası

I Əsas bölmələrə aid edilməyən

xidmətlər

2580776,2 2697969,2 2302649,3 896224,3 34,7 33,2 38,9

I.1 Ehtiyat fondları 697040,6 725000,0 575000,0 385000,0 55,2 53,1 67,0

I.1.1 Azərbaycan Respublikası

Prezidentinin Administrasiyası

366186,3 382000,0 332000,0 285000,0 77,8 74,6 85,8

I.1.2 Azərbaycan Respublikası Nazirlər

Kabineti

330854,3 343000,0 243000,0 100000,0 30,2 29,2 41,2

I.2 Məqsədli büdcə fondları 524815,0 450000,0 290000,0 290000,0 55,3 64,4 100,0

I.2.1 “Avtomobil yolları” Məqsədli

Büdcə Fondu

214000,0 290000,0 290000,0 290000,0 135,5 100,0 100,0

I.2.2 “Dövlət zəmanəti ilə alınan

borcların Təminat Fondu”

310815,0 160000,0 0 0 0,0 0,0 0,0

I.3 Əsas bölmələrə aid olmayan sair

xərclər

1358920,6 1522969,2 1437649,3 221224,3 16,3 14,5 15,4

I.3.1 Azərbaycan Respublikası

Prezidentinin Administrasiyası

593,7 732,3 721,3 612,0 103,1 83,6 84,8

I.3.2 İqtisadiyyat və Sənaye Nazirliyi 5810,4 25,0 24,7 41025,0 7,1 dəfə 1641

dəfə

1661 dəfə

I.3.3 Maliyyə Nazirliyi 20168,8 29916,1 28062,0 20416,0 101,2 68,2 72,8

Page 263: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

263

I.3.4 Yerli İcra Hakimiyyəti Orqanları 912,8 1795,8 1768,8 2012,2 2,2 dəfə 112,1 113,8

I.3.5 Bakı şəhər İcra Hakimiyyətinin

tabeliyində olan Xarici Əlaqələr və

İnvestisiya Proqramları Departamenti

454,0 456,8 449,9 456,8 100,6 100,0 101,5

I.3.6 Səfərbərlik ehtiyatları anbarları 94,0 118,6 116,8 119,6 127,3 100,8 102,4

I.3.7 Ehtiyat idarəetmə məntəqələri 27,6 36,1 35,5 35,9 130,1 99,4 101,1

I.3.8 Dövlət büdcəsindən maliyyələşən

təşkilatların büdcədənkənar xərcləri

1674,2 4982,0 4907,3 4300,0 2,6 dəfə 86,3 87,6

I.3.9 Fövqəladə halların nəticələrinin

aradan qaldırılması ilə bağlı xərclər

25000,0 25000,0 24625,0 25000,0 100,0 100,0 101,5

I.3.10 Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı

xərclər

32980,8 60000,0 59100,0 26000,0 78,8 43,3 44,0

1.3.11 Yerli xərclərdə nəzərdə tutulmayan zəruri sosial- iqtisadi və digər

təyinatlı tədbirlərin

maliyyələşdirilməsi ilə bağlı xərclər

11518,0 11744,8 11568,7 11646,8 101,1 99,2 100,7

1.3.12 Kommunal,kommunikasiya

xidmətləri və digər tədbirlər

- 12000,0 - 12000,0 - 100,0 -

I.3.13 Dövlət maddi və material

ehtiyatlarının yaradılması ilə bağlı

xərclər

- 5600,0 5516,0 5600,0 - 100,0 101,5

I.3.14 Xüsusi müdafiə təy. layihələr və

tədbirlər üzrə xərclər

1171999,2 1270561,8 1251503,4 - - - -

I.3.15 Dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının,

dövlətə məxsus əmlakın və dövlət

büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat

vasitələrinin icbari sığortası ilə bağlı

xərclər

7714,6 20000,0 19700,0 2000,0 25,9 10,0 10,2

1.3.16 Sosial-iqtisadi və digər zəruri

tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər

79972,5 80000,0 29550,0 70000,0 87,5 87,5 236,9

“Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə nəzərdə tutulmuş

vəsaitin 2015-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 1801744,9 min manat

azaldılması “Ehtiyat fondları” köməkçi bölməsinə ayrılacaq vəsaitlərin 340000,0

min manat və ya 46,9%, “Məqsədli büdcə fondları” köməkçi bölməsinə ayrılacaq

vəsaitlərin 160000,0 min manat və ya 35,6% və “Əsas bölmələrə aid olmayan sair

xərclər” köməkçi bölməsinə ayrılacaq vəsaitlərin 1301744,9 min manat və ya 6,9

dəfə az nəzərdə tutulması səbəbindəndir.

Növbəti il üçün bölmə üzrə vəsaitin az nəzərdə tutulması nəticəsində bu xərclərin

dövlət büdcəsinin layihəsində xüsusi çəkisi 2015-ci ildəki 12,8%-dən 2016-cı ildə

5,5%-ə qədər azalacaqdır.

“Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə nəzərdə tutulmuş

896224,3 min manat məbləğində vəsaitin 385000,0 min manatı və ya 43,0%-i “Ehtiyat

Page 264: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

264

Fondları” (2015-ci ilin büdcəsində 26,9%), 290000,0 min manatı və ya 32,3%-i

“Məqsədli Büdcə Fondları” (2015-ci ilin büdcəsində 16,7%), 221224,3 min manatı və

ya 24,7%-i isə “Əsas bölmələrə aid olmayan sair xərclər” (2015-ci ilin büdcəsində

56,4%) köməkçi bölmələri üzrə proqnozlaşdırılmışdır.

Təbii fəlakətlərin və hadisələrin, fövqəladə halların nəticələrinin aradan

qaldırılması və 2016-cı ilin dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmayan

digər zəruri tədbirlərin maliyyə təminatı üçün “Büdcə sistemi haqqında”

Azərbaycan Respublikası Qanununun 6.2-ci və 6.3-cü maddələrinin tələblərinə

əsasən Büdcə layihəsində “Ehtiyat Fondları” köməkçi bölməsi üzrə 385000,0 min

manat, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün

gəlirlərin 2,6%-i həcmində və ya 285000,0 min manat (köməkçi bölmədə xüsusi

çəkisi 74,0%) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin (dövlət

büdcəsinin) Ehtiyat Fondu üçün gəlirlərin 0,7%-i həcmində və ya 100000,0 min

manat (köməkçi bölmədə xüsusi çəkisi 26,0%) vəsait nəzərdə tutulmuşdur ki, bu

da “Büdcə sisitemi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci və 6.3-cü

maddələrinin tələblərinə tam uyğundur.

Büdcə layihəsində “Ehtiyat Fondları” köməkçi bölməsi üzrə nəzərdə

tutulmuş vəsait 2015-ci ilin büdcəsinin müvafiq göstəricisinə nisbətən 340000,0

min manat və ya 46,9% azdır. Bu azalma Azərbaycan Respublikası Prezidentinin

Ehtiyat Fondunun 2015-ci ilin təsdiq olunmuş büdcəsinə (382000,0 min manat)

nisbətən 97000,0 min manat və ya 25,4%, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin (dövlət büdcəsinin) Ehtiyat Fondunun 2015-ci ilin təsdiq olunmuş

büdcəsinə (343000,0 min manat) nisbətən 243000,0 min manat və ya 70,8%

azaldılması ilə əlaqədar olmuşdur.

Layihədə “Məqsədli Büdcə Fondları” köməkçi bölməsi üzrə büdcədən

290000,0 min manat vəsait ayrılacağı nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin

icrasına nisbətən 234815,0 min manat və ya 44,7% və 2015-ci ilin təsdiq olunmuş

büdcə göstəricisinə nisbətən 160000,0 min manat və ya 35,6% az, lakin 2015-ci

ilin gözlənilən icra göstəricisi ilə eynidir. Həmçinin, bu köməkçi bölmə üzrə

ayrılacaq vəsait dövlət büdcəsinin ümumi xərclərinin 1,8%-ni (2015-ci ildə 2,1%),

bölmə üzrə xərclərin isə 32,4%-ni (2015-ci ildə 16,7%) təşkil edəcəkdir.

2016-cı ilin dövlət büdcəsinin layihəsində “Məqsədli Büdcə Fondları”

köməkçi bölməsi üzrə nəzərdə tutulmuş vəsait Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş

Page 265: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

265

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi

istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və

istismarı üçün xərclənməsi Qaydaları”na uyğun olaraq yol-nəqliyyat sahəsinin

inkişafının sürətləndirilməsinə, avtomobil yolları şəbəkəsinin səmərəli istismarına

və qənaətbəxş vəziyyətdə saxlanılmasına yönəldiləcəkdir.

Qlobal iqtisadi tənəzzülün ölkə iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir

şəraitdə mövcud yol-nəqliyyat qovşaqlarının yenidən qurulması və yeni yolların

tikintisi sahəsində genişmiqyaslı işlərin görülməsi, avtomobil yolları şəbəkəsinin

istismarı və qənaətbəxş vəziyyətdə saxlanılmasının təmin edilməsinin zəruriliyi ilə

əlaqədar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu paraqrafı üzrə 2016-cı il

üçün proqnozlaşdırılan vəsait 2015-ci ilin səviyyəsində saxlanılaraq

azaldılmamışdır.

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu paraqrafı üzrə avtomobil yolları

şəbəkəsinin səmərəli istismarı və qənaətbəxş vəziyyətdə saxlanmasına ayrılması

proqnozlaşdırılmış 290000,0 min manat vəsaitin 55300,0 min manatı və ya 19,1%-

i 2016-cı ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılacaq vəsait

hesabına, 87000,0 min manatı və ya 30%-i yol vergisi, 10000,0 min manatı və ya

3,4%-i mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin

və yükdaşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş

vergi, 45000,0 min manatı və ya 15,5%-i idxal olunan minik avtomobillərinə tətbiq

edilən aksizlər, 64700,0 min manatı və ya 22,3%-i idxal olunan nəqliyyat

vasitələrinə tətbiq edilən gömrük rüsumu, 12500,0 min manatı və ya 4,3%-i

Azərbaycan Respublikasının ərazisində avtomobil daşımalarını tənzimləyən

icazənin verilməsi üçün tutulan dövlət rüsumu, 15500,0 min manatı və ya 5,4%-i

nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və

yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu hesabına

maliyyələşdiriləcəyi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun yol vergisi,

mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və

yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi,

idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan

avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan

Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin

verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o

Page 266: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

266

cümlədən,motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki

baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu kimi ayrıca mədaxil mənbələri

mövcud olmaqla yanaşı, həmin Fonda dövlət büdcəsinin mərkəzləşdirilmiş

gəlirlərindən birbaşa vəsait ayrılır.

Yol sektorunun idarəetmə sisteminin təkmilləşdirilməsi çərçivəsində dövlət

sifarişi əsasında yolların istismarı və saxlanması sahəsində rəqabət mühitinin

yaradılması avtomobil yollarının istismarı və saxlanmasına ayrılan büdcə

vəsaitinin istifadəsinin səmərəliliyinin artırılmasına və bu sahədə göstərilən

xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə gətirib çıxara bilər.

“Əsas bölmələrə aid olmayan sair xərclər” köməkçi bölməsininxərcləri

221224,3 min manat nəzərdə tutulmuşdur ki, bu da dövlət büdcəsinin ümumi

xərclərinin 1,4%-ni, bölmə üzrə xərclərin isə 24,7%-ni təşkil edir. Bu köməkçi

bölmənin xərcləri 2015-ci ilin təsdiq olunmuş müvafiq göstəricisinə nisbətən

1301744,9 min manat və ya 6,9 dəfə az proqnozlaşdırılmışdır.

Köməkçi bölmə üzrə büdcə layihəsində nəzərdə tutulmuş vəsaitin 2015-ci

ilin təsdiq olunmuş büdcəsinə nisbətən 1301744,9 min manat azalmasının səbəbi,

əsasən, xüsusi təyinatlı layihələr və tədbirlər üzrə xərclərin (2015-ci ildə

1270561,8 min manat təsdiq edilmişdir) nəzərdə tutulmaması, həmçinin, bu

köməkçi bölmədən ayrılacaq vəsaitlərin 2015-ci ilin büdcə göstəricilərinə nisbətən

Azərbaycan Respublikası Maliyyə Nazirliyi üzrə 9500,1 min manat və ya 31,8%,

dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə 682,0

min manat və ya 13,7%, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi

ilə bağlı xərclər üzrə 34000,0 min manat və ya 56,7%, sosial-iqtisadi və digər

zəruri tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər üzrə 10000,0 min manat və

ya 12,5% azaldılmasıdır. Bununla yanaşı, köməkçi bölmənin bəzi xərcləri üzrə, o

cümlədən, yerli icra hakimiyyəti orqanları üzrə ayrılacaq vəsait 2015-ci ilin

büdcəsinə nisbətən 216,4 min manat və ya 12,1%, İqtisadiyyat və Sənaye Nazirliyi

üzrə 41000,0 min manat və ya 1641 dəfə artırılmışdır.

“Əsas bölmələrə aid olmayan sair xərclər” köməkçi bölməsi üzrə büdcə

layihəsində nəzərdə tutulan vəsaitin 612,0 min manatı və ya 0,3%-i Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasına, 41025,0 min manatı və ya 18,5%-i

(o cümlədən, 41000,0 min manatı“Azərbaycan Respublikasında yeni nəsil

şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamının

Page 267: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

267

icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət

vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron

xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə və 25,0 min manatı

lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclərə) Azərbaycan Respublikası

İqtisadiyyat və Sənaye Nazirliyinə, 20416,0 min manatı və ya 9,2%-i Azərbaycan

Respublikası Maliyyə Nazirliyinə, 2012,2 min manatı və ya 0,9%-i Yerli İcra

Hakimiyyəti Orqanlarına, 456,8 min manatı və ya 0,2%-i Bakı şəhər İcra

Hakimiyyətinin tabeliyində olan Xarici Əlaqələr və İnvestisiya Proqramları

Departamentinə aid müxtəlif xərclərə, 119,6 min manatı və ya 0,1%-i Səfərbərlik

ehtiyatları anbarlarına, 35,9 min manatı və ya 0,02%-i Ehtiyat idarəetmə

məntəqələrinə, 4300,0 min manatı və ya 1,9%-i dövlət büdcəsindən maliyyələşən

təşkilatların büdcədənkənar xərclərinə, 25000,0 min manatı və ya 11,3 %-i

fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclərə, 26000,0 min

manatı və ya 11,8%-i beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə

bağlı xərclərə, 11646,8 min manatı və ya 5,3 %-i yerli xərclərdə nəzərdə

tutulmayan zəruri sosial-iqtisadi və digər təyinatlı tədbirlərin maliyyələşdirilməsi

ilə bağlı xərclərə, 12000,0 min manatı və ya 5,4%-i kommunal, kommunikasiya

xidmətləri və digər tədbirlərlə bağlı xərclərə, 5600,0 min manatı və ya 2,5%-i

dövlət maddi və material ehtiyatlarının yaradılması ilə bağlı xərclərə, 2000,0 min

manatı və ya 0,9 %-i dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının,

dövlətə məxsus əmlakının və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus

nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclərə, 70000,0 min manatı və ya

31,6%-i sosial-iqtisadi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi ilə bağlı

xərclərə yönəldilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş

gəlirlərindən “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na vəsaitlərin

ayrılması nəzərdə tutulmamışdır. Qeyd edək ki, Təminat Fonduna 2014-cü il

dövlət büdcəsindən 310815,0 min manat yönəldilmiş, 2015-ci il dövlət büdcəsində

160000,0 min manat məbləğində vəsaitin ayrılması proqnozlaşdırılmışdır, ilin

sonuna isə icra gözlənilmir. Ümumilikdə 2007-2014-cü illər ərzində dövlət

büdcəsindən və Fondun gəlirləri hesab edilən digər mənbələrdən təqribən 1631,8

mln. manat vəsait Fonda ödənilmişdir.

Valyuta konvertasiyası üzrə xərclər üçün 2016-cı ilin dövlət büdcəsi

layihəsində 4000,0 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu 2014-

Page 268: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

268

cü ilin müvafiq icra göstəricisindən (17142,3 min manat proqnoza qarşı 353,6 min

manat icra) 11,3 dəfə çox, 2015-ci ilin proqnoz göstəricisindən isə (12163,1 min

manat) 3,0 dəfə az səviyyədə olan bir məbləğdir. Bu xərclər üzrə icra 2015-ci ildə

10575,3 min manat məbləğində gözlənilir.

Bildirmək istərdik ki, qeyd olunan xərc istiqamətində valyuta konvertasiyası

üzrə xərclər yalnız “Digər xərclər” bölməsində sair xərclər üzrə nəzərdə tutulur və

təhlil son illərdə həmin xərclərin icra səviyyəsinin aşağı olduğunu göstərir. Bu

baxımdan növbəti il üçün bu xərclərin nəzərəçarpacaq dərəcədə az nəzərdə

tutulması tərəfimizdən müsbət qiymətləndirilsə də, 2016-cı il üzrə məbləğin ötən

illərin faktiki icra məbləğlərinə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edirik.

Eyni zamanda, şəffaflığın təmin olunması məqsədilə valyuta konvertasiyası üzrə

xərclərin nəzərdə tutulmuş icra istiqamətlərinin daha detallı təqdim edilməsini

təklif edirik.

Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması

ilə bağlı xərclər ilə bağlı2016-cı ildə 750,8 min manat məbləğində vəsait nəzərdə

tutulmuşdur ki, bu da 2014-cü ilin müvafiq icra göstəricisindən 537,0 min manat

və ya 3,5 dəfə çoxdur və 2015-ci ilin proqnoz göstəricisinə bərabərdir.

Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə

2016-cı ildə 26000,0 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Həmin

məbləğ 2014-cü ilin müvafiq icra göstəricisindən 6980,8 min manat və ya 21,2%,

2015-ci ilin proqnoz göstəricisindən isə 34000,0 min manat və ya 2,3 dəfə azdır.

Bu istiqamət üzrə vəsaitlərin ilkin bölgüsü ilə bağlı məlumatların “Büdcə zərfi”nə

daxil edilməsi məqsədəmüvafiqdir.

Page 269: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

269

IV Bölmə. Dövlət borcunun və büdcə kəsirinin

maliyyələşdirilməsi

4.1. Dövlət borcunun və dövlət borclanma limitinin strukturu

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2016-cı

ilin dövlət büdcəsi layihəsində 1249735,1 min manat məbləğində nəzərdə

tutulmuşdur. Həmin məbləğin 2016-cı il dövlət büdcəsinin gəlirlərinin təqribən

8,6%-ni, xərclərinin isə 7,7%-ni təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da dövlət

borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin büdcənin gəlirlərinə və

xərclərinə nisbətinin beynəlxalq təcrübədə qəbul edilmiş yuxarı həddindən (10%)

müvafiq olaraq 1,4 faiz bəndi və 2,3 faiz bəndi aşağıdır.

2016-cı il üçün xarici dövlət borcu üzrə ödənişlər 948670,5 min manat

məbləğində proqnozlaşdırılmışdır ki, bu da dövlət borcuna xidmətlə bağlı xərclərin

ümumi məbləğinin 75,9%-ni, dövlət büdcəsi gəlirlərinin 6,7%-ni, dövlət büdcəsi

xərclərinin 6,0%-ni təşkil edir. Xarici dövlət borcu üzrə ödənişlər 2014-cü ildə

697229,6 min manat (həmin ilin dövlət borcuna xidmətlə bağlı xərclərdə xüsusi

çəkisi 89,3%) məbləğində, 2015-ci ildə 702963,6 min manat (həmin ilin dövlət

borcuna xidmətlə bağlı xərclərdə xüsusi çəkisi 90,6%) məbləğində

proqnozlaşdırılmışdır.

Daxili dövlət borcu üzrə ödənişlər 2016-cı il üçün 301064,6 min manat

məbləğində nəzərdə tutulmuşdur ki, bu, dövlət borcuna xidmətlə bağlı xərclərin

ümumi məbləğinin 24,1%-ni, dövlət büdcəsi gəlirlərinin 2,1%-ni, dövlət büdcəsi

xərclərinin 1,9%-ni təşkil edəcək. Həmin ödənişlər 2014-cü ildə 83272,5 min

manat (dövlət borcuna xidmətlə bağlı xərclərin ümumi məbləğində xüsusi çəkisi

10,7%) məbləğində, 2015-ci ildə 73238,5 min manat (dövlət borcuna xidmətlə

bağlı xərclərin ümumi məbləğində xüsusi çəkisi 9,4%) məbləğində

proqnozlaşdırılmışdır.

Beləliklə, dövlət borcunun 2015-2016-cı illərdə proqnozlaşdırılan xidmət

xərclərinin təhlilinə əsasən qeyd etmək olar ki, bu istiqamətə yönəldilən vəsaitin

həcmi 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 473532,9 min manat

artmışdır. Müvafiq artım xarici borca xidmət xərci üzrə 35,0% (245706,9 min

manat), daxili borca xidmət xərci üzrə isə 4,1 dəfə (227826,1 min manat) təşkil

Page 270: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

270

etmişdir. Artım ikinci istiqamətlə bağlı xərclərin xüsusi çəkisinin də yüksəlməsini

şərtləndirmişdir (Şəkil 19).

Şəkil 19

Qeyd olunduğu kimi, xarici dövlət borcu üzrə ödənişlər 2016-cı ilin dövlət

büdcəsi gəlirlərinin 6,5%-ni, dövlət büdcəsi xərclərinin 5,8%-ni təşkil edəcək. Eyni

zamanda, xarici dövlət borcu üzrə ödənişlər 01.07.2015-ci il tarixə mövcud olan

kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsaitin təqribən 9,2%-ni və

faktiki istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərin 14,3%-ni təşkil

etməkdədir.

Dövlət büdcəsinin layihəsi üzrə təqdim edilən məlumatlara əsasən, 2016-cı

ildə xarici dövlət borcu üzrə ödənişlərin 214233,6 min manat məbləğini (xüsusi

çəkisi 22,6%) faiz ödənişləri, 734436,9 min manat məbləğini (xüsusi çəkisi 77,4%)

əsas borc üzrə ödənişlər təşkil edəcək. 2015-ci ilin dövlət büdcəsi üzrə xarici

dövlət borcu üzrə proqnozlaşdırılmış ödənişlərin ümumi məbləğində faiz ödənişləri

239670,5 min manat (xüsusi çəkisi 34,1%), əsas borc üzrə ödənişlər isə 463293,1

min manat (xüsusi çəkisi 65,9%) nəzərdə tutulmuşdur (Cədvəl 79).

“Büdcə zərfi”nə daxil edilmiş məlumatlara görə, 2016-cı ilin dövlət büdcəsi

layihəsində xarici dövlət borcuna xidmət xərclərində əsas borc üzrə ödənişlərin

artımı əsasən cari ilin fevral ayında manatın kursunun devalvasiya olunması ilə

əlaqədar olmuşdur.

73238,5; 9%

702963,6; 91%

2015-ci ildə dövlət borcuna

xidmətlə bağlı proqnozlaşdırılmış

ödənişlərin strukturu

Daxili borc üzrə Xarici borc üzrə

301064,6; 24%

948670,5; 76%

2016-cı ildə dövlət borcuna xidmətlə

bağlı proqnozlaşdırılmış ödənişlərin

strukturu

Daxili borc üzrə Xarici borc üzrə

Page 271: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

271

Cədvəl 79. Xarici dövlət borcu üzrə ödənişlərin ödəniş növləri üzrə 2015-ci və 2016-cı

illərdə proqnozlaşdırılan strukturu min manat

Sıra

№-

si

İllər Faiz ödənişləri Əsas borc üzrə

ödənişlər

Cəmi

Məbləğ Xüsusi

çəki

%

Məbləğ Xüsusi

çəki

%

Məbləğ %

1 2015-ci il

proqnoz

239670,5 34,1 463293,1 65,9 702963,6 100,0

2 2016-cı il

proqnoz

214233,6 22,6 734436,9 77,4 948670,5 100,0

Yuxarıda qeyd olunanları, xarici borc dayanıqlılığı göstəricisinin dövlət

borcuna və borc öhdəliklərinə xidmətlə bağlı illik ödənişlərin dövlət büdcəsi

gəlirlərinə nisbətinin yuxarı həddinə (10,0%) yaxınlaşması və təqdim edilmiş

məlumatlarda da qeyd edildiyi kimi, bir sıra icraçı təşkilatlarının beynəlxalq

öhdəliyi ödəməsində problemlər yaranması, fikrimizcə, borc yükünün mümkün

olan risklərinin qiymətləndirilməsini tələb edir ki, bu da dövlət zəmanəti ilə kredit

almış icraçı təşkilatların borc siyasətinə vaxtında təsir və müdaxilələrin edilməsini

şərtləndirir.

2016-cı ilin dövlət büdcəsinin layihəsi üzrə daxili dövlət borcu üzrə

ödənişlər 301064,6 min manat məbləğində, başqa sözlə, 2015-ci ilin müvafiq

proqnoz göstəricisindən 227826,1 min manat və ya 4,1 dəfə çox olmaqla

proqnozlaşdırılmışdır.

Təqdim olunmuş məlumatlara əsasən, 2016-cı ildə daxili dövlət borcu ilə

bağlı ödənişlər üzrə məbləğin 43623,6 min manatı (xüsusi çəkisi 14,5%) faiz

ödənişləri, 257440,9 min manatı (xüsusi çəkisi 85,5%) isə əsas borc üzrə ödənişləri

kimi nəzərdə tutulmuşdur. 2015-ci ilin dövlət büdcəsində daxili dövlət borcu üzrə

proqnozlaşdırılmış ödənişlərin ümumi məbləğində faiz ödənişləri 20201,6 min

manat (xüsusi çəkisi 27,6%), əsas borc üzrə ödənişləri isə 53037,0 min manat

(xüsusi çəkisi 72,4%) təşkil etmişdir.

2016-cı il dövlət büdcəsinin layihəsi üzrə daxili dövlət borcu üzrə faiz

ödənişləri 2015-ci ilin müvafiq proqnoz göstəricisindən 23422,0 min manat və ya

2,2 dəfə, əsas borc üzrə ödənişlər isə 204404,0 min manat və ya 4,9 dəfə çox

olmaqla proqnozlaşdırılmışdır.

Page 272: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

272

Yaranma mənbəyi üzrə daxili dövlət borcu üzrə ödənişlər dövlət

istiqrazlarının yerləşdirilməsi və Mərkəzi Bankdan alınmış kreditlər üzrə

xərclərdən ibarətdir. Təqdim olunmuş məlumatlara əsasən, daxili dövlət borcu üzrə

xidmət xərclərində əhəmiyyətli artım müşahidə olunmuşdur ki, bu da özünü həm

əsas borc, həm də faiz ödənişlərində büruzə vermişdir.

Qeyd olunan xərc maddəsi üzrə artımın əsas səbəbi kimi, təqdim edilmiş

sənədlərdə göstərildiyi kimi, dövlət zəmanəti ilə kredit alan icraçı təşkilatların

(“Azəraluminum” ASC, “Azerenerji” ASC və “Azal” QSC) öhdəliyini vaxtında

yerinə yetirə bilməməsi ilə əlaqədar olmuşdur ki, bu daxili dövlət borcunun

reyestrində şərti öhdəliklər kimi yer almışdır.

Təqdim olunmuş məlumatlara əsasən, 2016-cı ilin daxili dövlət borcunun

xidmət xərclərinin tərkibində 20020,0 min manat məbləğində dövlət istiqrazlarının

ödənişi və yerləşdirilməsi ilə bağlı xərclər (xüsusi çəkisi 6,6%), 13144,1 min

manat məbləğində isə Mərkəzi Bankdan alınmış kreditlər üzrə xərclər (xüsusi

çəkisi 4,4%) proqnozlaşdırılmışdır. Bundan başqa, təqdim olunmuş layihədə ilk

dəfə olaraq daxili dövlət borcuna xidmət xərclərinin tərkibində ayrıca olaraq

267900,6 min manat məbləğində (xüsusi çəkisi 89,0%) dövlət daxili borclarının

ödənilməsi ilə bağlı xərclər göstərilmişdir ki, bunun 33433,1 min manatını Mərkəzi

Bank üzrə faizlər üzrə ödənişlər, 267,7 min manatını bank xərcləri, 234199,8 min

manatını əsas borc üzrə ödənişlər (səhmlər istisna olmaqla qiymətli kağızlar üzrə

uzunmüddətli daxili öhdəliklər üzrə maliyyə əməliyyatları) təşkil etmişdir.

Qeyd olunan məbləğlər, əsasən, daxili dövlət borcu sayılan şərti öhdəliklərin

bir sıra icraçı təşkilatlar üzrə vaxtında ödəniş apara bilməsi ilə əlaqədar izah etmək

olar.

Eyni zamanda, qeyd etmək istərdik ki, daxili dövlət borcunun xidmət

xərclərinə nəzər saldıqda, xüsusilə, dövlət istiqrazları üzrə son illərdə nəzərdə

tutulmuş proqnozlara qarşı icra faizinin aşağı səviyyədə olması müşahidə

olunur.Belə ki, cari ilin 6 aylıq icra göstəricilərinə əsasən dövlət istiqrazlarının

emissiyası həyata keçirilməmişdir.

Bütün bunlar isə öz növbəsində, Hesablama Palatasının ötən illər üzrə

rəylərində də qeyd edildiyi kimi, fiskal siyasətin əsas istiqamətlərinin

qiymətləndirilməsinə təsirsiz ötüşmədiyi kimi, büdcə kəsirinin maliyyələşmə

strukturunun təkmilləşdirilməsinin aktuallığını və dövlət borclanmasının maliyyə

Page 273: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

273

planlaşması əsasında borclanma prinsiplərinə uyğun həyata keçirilməsini

şərtləndirir.

Dövlət büdcəsinin layihəsində 2016-cı il üçün Azərbaycan Respublikasının

daxili dövlət borcunun yuxarı həddi (limiti) 2500,0 milyon manat, xarici dövlət

borcunun yuxarı həddi (limiti) 1500,0 milyon manat müəyyən edilmişdir (Cədvəl

80). Daxili dövlət borclanması, əsasən, dövlət zəmanətlərinin verilməsi və daxili

bazarda dövlət istiqrazlarının emissiyası, xarici dövlət borclanmasında isə

beynəlxalq maliyyə kredit təşkilatları ilə kredit sazişlərinin bağlanması nəzərdə

tutulmuşdur. Qeyd olunan limitlərin müəyyənləşdirilməsi üzrə məlumatlar və

hesablamalar təqdim edilməmişdir.

Cədvəl 80. 2014-2016-cı illər üzrə daxili və xarici dövlət borclanma limitlərinin yuxarı

hədlərinin dinamikası

milyon manat Göstəricilər 2014 2015 2016

Məbləğ Məbləğ Fərq Dəyişmə

faizi

Məbləğ Fərq Dəyişmə

faizi

Daxili borclanma limiti 1200,0 1500,0 300,0 +25,0% 2500,0 1000,0 +66,7%

Xarici borclanma limiti 2000,0 1500,0 -500,0 -25,0% 1500,0 0,0 0,0%

2016-cı il üçün proqnozlaşdırılan daxili və xarici dövlət borclanma limitinin

yuxarı həddinin əvvəlki illərin təsdiq olunmuş göstəriciləri ilə müqayisəsindən

görünür ki, daxili borclanma limitinin yuxarı həddi 2014-cü illə müqayisədə

1300,0 mln. manat, 2015-ci illə müqayisədə 1000,0 mln. manat artımla, xarici

dövlət borcunun yuxarı həddi isə 2014-cü illə müqayisədə 500,0 mln. manat

azalma ilə, 2015-ci illə müqayisədə isə eyni səviyyədə nəzərdə tutulmuşdur.

Fikrimizcə, beynəlxalq maliyyə institutları tərəfindən qlobal iqtisadi artım

proqnozunun növbəti dəfə aşağı salınması hazırda beynəlxalq iqtisadi və maliyyə

durumunda mövcud olan mürəkkəbliyi bir daha təsdiq edir ki, bu da, şübhəsiz,

ölkəmizə təsirsiz ötüşməmişdir. Belə ki, qlobal iqtisadi proseslər ölkənin valyuta

daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalmasına səbəb

olmuşdur.Bu amillər isə, ötən illərdə də qeyd etdiyimiz kimi, təqdim olunmuş

layihədə borclanma limitlərinin çoxsaylı iqtisadi göstəricilər dəsti kimi

müəyyənləşdirməklə təqdim edilməsini zəruri edir.

Xarici dövlət borcunun 01.07.2015-ci il tarixə kredit sazişləri üzrə cəlb

olunması nəzərdə tutulan məbləği 10372,4 milyon ABŞ dolları təşkil etmişdir ki,

Page 274: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

274

bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 317,2 milyon ABŞ dolları və ya

3,2% çoxdur.

2015-ci ilin 01 iyul tarixinə imzalanmış sazişlər əsasında istifadə olunmuş

kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği

isə 6621,2 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə

müqayisədə 261,5 milyon ABŞ dolları və ya 4,1% çoxdur.

Qeyd etmək lazımdır ki, xarici dövlət borcunun tərkibi, əsasən, beynəlxalq

investorların qiymətli kağızları (1250,0 milyon ABŞ dolları) və digər beynəlxalq

maliyyə-kredit təşkilatları üzrə kreditlərdən (5371,2 milyon ABŞ dolları)

formalaşdırılmışdır. Xarici dövlət borcunun icraçıları isə, əsasən, Azərbaycan

Respublikasının Maliyyə Nazirliyindən və bir sıra Komitələr, Agentliklər və ASC-

lər müəyyən edilmişdir.

Həmin tarixə imzalanmışsazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici

dövlət borcu 2015-ci il üçün proqnozlaşdırılan ÜDM-in 12,2%-ni təşkil etmiş,

adam başına düşən xarici dövlət borcunun həcmi isə 686,5 ABŞ dolları olmuşdur

ki, 01.07.2014-cü il tarixə müvafiq göstərici ilə müqayisədə 2,9% artmışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, təqdim olunmuş məlumatlara əsasən,

faktiki xarici borcun 5585,7 milyon ABŞ dolları Hökumət tərəfindən cəlb edilmiş

kreditlər üzrə, 1035,5 milyon ABŞ dolları isə xarici dövlət borcu hesab edilən şərti

öhdəliklər üzrə olmuşdur.

Qeyd olunanlar və borclanma həcminin ilbəil artımı, həmçinin, dövlət

zəmanətləri ilə kredit alan icraçı təşkilatların bir hissəsinin öz öhdəliyini yerinə

yetirə bilməməsi səbəbindən dövlət büdcəsində əlavə xərclərin nəzərə alınması,

borca xidmət xərclərinin bir sıra iqtisadi parametrlərə təsirsiz ötüşməməsi, bir sıra

borc öhdəliklərinin isə öz üzərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsi

riskindən asılı olaraq dövlət zəmanətli borc yüklərinin bir hissəsinin borcun

reyestrindən çıxarılması, bir hissəsinin isə şərti öhdəlik kimi qəbul edilməsi,

monetar-fiskal idarəetmə sisteminin əhəmiyyətli inkişaf etdirilməsi xüsusi diqqət

mərkəzində olmaqla yanaşı uzunmüddətli borc dayanıqlılığının təmin edilməsi

üçün borclanma risklərinin idarə edilməsi sisteminin və dövlət borclanma

strategiyasının hazırlanmasını şərtləndirmişdir.

2015-ci ilin 01 iyul tarixinə dövlətin daxili borcu 1810,5 milyon manat təşkil

etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 357,0 milyon manat və

ya 24,6% çoxdur. Təqdim edilmiş məlumatlara əsasən artımın əsas səbəbi kimi

Page 275: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

275

əsasən daxili dövlət borcu sayılan şərti öhdəliklərin məbləğinin artması

göstərilmişdir.

Qeyd etmək lazımdır ki, daxili dövlət borcu dövlət istiqrazlarından, dövlət

büdcəsindən xidmət edilən kreditlərdən və daxili dövlət borcu sayılan şərti

öhdəliklərdən formalaşdırılmışdır. Borcun tərkibinə nəzər salsaq, dövlət

istiqrazlarının ötən il 47,9 milyon manat və ya 25,4% azalaraq 140,5 milyon manat

olduğunu, Mərkəzi Bankda yerləşdirilmiş qiymətli kağızların 13,0 milyon manat

və 3,7% azalaraq 334,1 milyon manat olduğunu, dövlət büdcəsindən xidmət edilən

kreditlərin 37,1 milyon manat və ya 24,1% artaraq 190,8 mln. manat olduğunuvə

daxili dövlət borcu sayılan şərti öhdəliklərin isə 1145,2 milyon manat olduğunu

müəyyən etmək olar. Qeyd etmək lazımdır ki, şərti öhdəliklərin ötən ilə nisbətən

381,0 milyon manat artması, əsasən, dövlət zəmanəti ilə kredit alan (daxili) bir sıra

təşkilatlarla (“Azəraluminum” ASC və “Azal” QSC) bağlı olmuşdur.

Palatanın cari il üçün dövlət büdcəsinin layihəsi ilə Rəyində də göstərildiyi

kimi, borc yükünün məqbul və idarəolunan səviyyədə saxlanılması məqsədilə

dövlət zəmanəti ilə kredit almış icraçı təşkilatların borc siyasətinə vaxtında təsir və

müdaxilələrin edilməsi, habelə, borc dayanıqlılığının proqnozlaşdırılmasının

keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini

qeyd etməliyik.

4.2. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrinin əsas

istiqamətləri

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı

həddi 1698,0 milyon manat məbləğində müəyyən edilmişdir. Qeyd edək ki, Qanun

layihəsində kəsirin maliyyələşmə mənbəyi olaraq özəlləşdirmədən, xarici və daxili

borclanmadan daxilolmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət

büdcəsinin vahid xəzinə hesabının qalığı göstərilmişdir. Lakin, “Büdcə zərfi”nə

daxil edilmiş “Azərbaycan Respublikasının 2016-cı il və sonrakı üç il üçün icmal

büdcəsinin layihəsi”ndə daxili və xarici borclanmadan daxilolmalar və vahid

xəzinə hesabının qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi

nəzərdə tutulmamışdır.

Page 276: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

276

Yuxarıda qeyd olunan mənbələrin əvəzinə isə 2016-cı il dövlət büdcəsi

kəsirinin maliyyələşdirmə strukturuna “xarici kreditlər hesabına maliyyələşən

layihələr üzrə daxilolmalar” mənbəyi əlavə edilmişdir.

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2014-cü ildə 2,9% təşkil etmişdir.

Bu göstəricinin 2015-ci ildə 2,8%, 2016-cı ildə isə 2,9% təşkil edəcəyi nəzərdə

tutulmuşdur.

Dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 2016-cı ilin dövlət

büdcəsi layihəsində 100000,0 min manat məbləğində nəzərdə tutulmuşdur ki, bu

da 2014-cü ilin müvafiq icra göstəricisindən 67786,9 min manat və ya 3,1 dəfə,

2015-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən isə 71000,0 min manat və

ya 3,4 dəfə çoxdur. Qeyd etmək lazımdır ki, özəlləşdirmədən daxilolmaların

həcminin ötən illərə nisbətən təqribən 3,4 dəfə artımla proqnozlaşması barədə

müvafiq məlumatlar (hesablamalar, izahatlar) təqdim edilməmişdir.

Əvvəlki illərin dövlət büdcələrinin layihəsinə Hesablama Palatasının

rəylərində özəlləşdirmədən daxilolmalar üzrə illik proqnozlaşdırılan və təsdiq

olunan məbləğlərin ayrı-ayrı özəlləşdirmə (satış) üsulları və özəlləşdirilən əmlak

növləri üzrə bölgüsünün aparılması, habelə, dövlət büdcəsi layihəsinin tərtibi

prosesində təqdim olunan büdcə layihələrində müvafiq məbləğlərin yeni satış və

əvvəlki illərdən qalıq borcları nəzərə alınmaqla göstərilməsinin vacibliyi

bildirilmişdir.

Belə ki, özəlləşdirmədən daxilolmalar üzrə qalıq borcları 2014-cü ilin

əvvəlinə 2650,1 min manat, 2015-ci ilin əvvəlinə 2218,4 min manat, 2015-ci ilin

01 iyul tarixinə isə 2216,4 min manat təşkil etmişdir. Əvvəlki tarixlərdə olduğu

kimi, son tarixə də həmin qalıqların əksər hissəsi özəlləşdirilən dövlət müəssisə və

obyektlərinin altındakı torpaq sahələrinin satışından əldə edilən vəsaitlər üzrə

olmuşdur.

Eyni zamanda, qeyd etmək olar ki, 01.07.2015-ci il tarixə özəlləşdirmə

prosesində müxtəlif sahələr üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin sərəncamına verilmiş və hazırda özəlləşdirilməmiş 863 dövlət

müəssisə və obyektlərinin balans üzrə əsas vəsaitlərinin dəyəri 30361,0 min manat,

özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış və tam özəlləşdirilməmiş 190

səhmdar cəmiyyətləri üzrə nizamnamə kapitalında dövlətə məxsus payın

(səhmlərin) həcmi 79409,1 min manat təşkil etmişdir. Həmçinin, 01.07.2015-ci il

Page 277: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

277

tarixə ƏMDK-nın sərəncamında sayı 680 ədəd, sahəsi 10010,2 min kv.m. təşkil

edən icarə müqaviləsi olan torpaq sahələri mövcud olmuşdur.

Xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə daxilolmalarüzrə

daxilolmalar 2016-cı ilin dövlət büdcəsi layihəsində 1578, 0 milyon manat nəzərdə

tutulmuşdur.

Qeyd etmək lazımdır ki, xarici dövlət borclanmasının yuxarı həddinin

(limiti) təqdim olunmuş qanun layihəsində 1500,0 milyon manat olması büdcə

kəsirinin xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə daxilolmalar

mənbəyini şərtləndirmişdir ki, bu da növbəti ildə borclanma yükünün və borca

xidmət xərclərinin artımı ilə izah oluna bilər.

Ümumilikdə isə bir daha qeyd etmək istərdik ki, həyata keçirilən layihələrə

dövlət zəmanəti ilə kredit vəsaitləri cəlb etmiş icraçı təşkilatların öz üzərinə düşən

öhdəliklərini yerinə yetirib-yetirməmək riskindən asılı olaraq dövlət zəmanətli borc

öhdəliyinin müəyyən hissəsinin şərti öhdəlik kimi qəbul edilməsi, müəyyən

hissəsinin isə uçotdan çıxarılması və şərti öhdəliklərin dövrü olaraq artma

meylləri borc yükünün mütəmadi təhlilini və mümkün olan risklərin real

qiymətləndirilməsini şərtləndirir.

Xarici qrantlar. 2016-cı ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi

mənbələrindən biri kimi 20000,0 min manat həcmində Avropa Birliyinin qrantı

nəzərdə tutulmuşdur ki, bu 2014-cü və 2015-ci illərin müvafiq proqnoz

göstəricilərinə bərabərdir. Ötən illərdə olduğu kimi, 2016-cı il dövlət büdcəsi

layihəsində də Avropa Birliyinin qrantı hesabına həyata keçirilən layihələrlə bağlı

xərclər “İqtisadi fəaliyyət” bölməsinin “İqtisadi fəaliyyətin digər sahələri” köməkçi

bölməsində əks olunmuş, təyinatı sair xərclər kimi müəyyənləşdirilmişdir. Qeyd

etmək olar ki, bu mənbə üzrə 2014-cü ildə icra olmamış, 2015-ci ildə tam həcmdə,

yəni 20000,0 min manat məbləğində icra olunması gözlənilir.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikası Qanununun layihəsində 2016-cı ilin 01 yanvar tarixinə

dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı dövlət büdcəsi kəsirinin

maliyyələşdirilməsi mənbələrindən biri kimi müəyyən edilsə də, Azərbaycan

Respublikasının 2016-cı il və sonrakı üç il üçün icmal büdcəsinin layihəsində

həmin mənbə üzrə nəzərdə tutulan məbləğ göstərilməmişdir.

Page 278: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

278

V BÖLMƏ. NƏTİCƏLƏR VƏ TÖVSİYYƏLƏR

Beləliklə, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan

Respublikasının Qanun layihəsinə və “Büdcə zərfi”nə dair hazırlanmış Rəyi üzrə

əldə edilmiş nəticələri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsi uyğun olaraq dövlət büdcəsinin

gəlirləri 2014-cü ilin icrasından 20,8% və ya 3834,6 mln. manat, 2015-cü ilin

gözlənilən icrasından isə 14,7% və ya 2514,0 mln. manat az olmaqla 14566,0

mln. manat məbləğində proqnozlaşdırılmışdır. Növbəti ildə dövlət büdcəsinin

gəlirlərinin ÜDM-ə nisbətinin 25,2% olması nəzərdə tutulmuşdur ki, bu da 2015-ci

ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə 4,7 faiz bəndi azdır.

2. “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə uyğun olaraq dövlət büdcəsinin

vergi gəlirləri 7615,0 mln. manat, digər gəlirləri ümumilikdə 6951,0 mln. manat

məbləğində proqnozlaşdırılmışdır. Vergi gəlirlərinin nəzərdə tutulmuş məbləği

2014-cü ilin icrasına nisbətən 214,6 mln. manat və ya 2,7%, 2015-ci ilin

gözlənilən icrasına nisbətən 322,6 mln. manat və ya 4,1% az, digər gəlirlərin

məbləğinin isə 2014-cü ilin icrasına nisbətən 3764,4 mln. manat və ya 35,1%,

2015-cü ilin gözlənilən icrasına nisbətən isə 2371,4 mln. manat və ya 25,4%

azdır.

3. Digər gəlirlərin tərkibində Dövlət Neft Fondundan daxilolmalar daha

böyük paya malikdir. Bu mənbə üzrə də 2016-ci il üçün təklif olunan proqnoz

2014-cü ilin icrasına nisbətən 3337,0 mln. manat və ya 35,7%, 2015-cü ilin

gözlənilən icrasına nisbətən isə 2130,0 mln. manat və ya 26,2% azdır.

4. Qeyri-neft sektorunda ÜDM-in, rayonlar üzrə məhsul buraxılışının fiziki

həcm indeksinin, xidmətlərin proqnozlaşdırılan artımı, həmçinin şəhər və

rayonların ərazisində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi

uçotunda olan vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin 2014-cü ildən

şəhər və rayonların yerli gəlirlərinə aid edildiyinə baxmayaraq əvvəlki illə

müqayisədə növbəti il üçün yerli gəlirlərin həcmi Bakı, Gəncə və Naftalan

şəhərləri, Xızı, Qobustan, Beyləqan, Qəbələ, Ağcabədi, Daşkəsən, Gədəbəy və

Tovuz rayonları istisna olmaqla, bütün şəhər və rayonlar səviyyəsində azalma ilə

Page 279: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

279

proqnozlaşdırılmışdır. 2015-ci ilin proqnozu ilə müqayisədə daha çox azalma

Mingəçevir (10,7%) və Şəki (12,4%) şəhərləri, Quba (23,0%), Qusar (19,2%),

Xaçmaz (17,7%), Astara (11,7%), Ağdaş (13,9%), Kürdəmir (10,7%) rayonları

üzrə nəzərdə tutulmuşdur.

5. 2016-cı ildə 7 şəhər və rayon (Bakı, Sumqayıt, Mingəçevir, Naftalan və

Şirvan şəhərləri, eləcə də Abşeron və İmişli rayonları) üzrə yerli xərclərin tam

həcmdə yerli gəlirlərin hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Belə ki,

2016-cı ildə Naftalan şəhərinin də yerli xərclərinin tam həcmdə yerli gəlirlərin

hesabına maliyyələşdirilməsi proqnozlaşdırılmışdır.

6. “Büdcə zərfi”nə daxil edilmiş məlumatların təhlili iqtisadi aktivliyin və

müvafiq olaraq yerli gəlirlərin şəhər və rayonlar üzrə adambaşına düşən həcmi

arasındakı fərqlərin əvvəlki illərdə olduğu kimi 2016-ci ilin dövlət büdcəsinin

proqnoz göstəricilərində də müşahidə olunduğunu göstərir. Şəhərlər üzrə (Bakı

şəhəri istisna olmaqla) bu göstərici 73,1 manatla (Lənkəran şəhəri) 398,9 manat

(Naftalan şəhəri) arasında, rayonlar üzrə 27,5 manatla (Lerik rayonu) 166,9 manat

(İmişli rayonu) arasında dəyişir.

7. 2016-cı ildə “Büdcə zərfi”nə, əvvəlki illərdən fərqli olaraq,

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”

Azərbaycan Respublikasının Qanununun layihəsi də daxil edilmişdir.

8. Ötən illərdən fərqli olaraq qeyri-kommersiya təşkilatlarının kommersiya

fəaliyyətindən gəlirlərin (təsnifat kodu 142300) tərkibində büdcə təşkilatlarının

ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından

daxilolmalar da proqnozlaşdırılmışdır.

9. Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə

verilməsindən daxilolmalar 2016-cı il dövlət büdcəsi layihəsində 2678,0 min

manat nəzərdə tutulmuşdur ki, bu da qalığın məbləğinin artımı ilə tərs

mütənasibdir. Cari ilin ötən dövründə bu istiqamət üzrə dövlət büdcəsinə 3779,2

min manat vəsait daxil olmuşdur ki, bu da 2015-ci il üçün nəzərdə tutulmuş

məbləğin 113,0%-nə, növbəti ilə proqnozlaşdırılmış məbləğin isə 141,1%-ə

bərabərdir.

10. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin xərcləri 16264,0

mln. manat məbləğində olmaqla 2014-cü ilin icra göstəricisi ilə müqayisədə

2445,0 mln. manat və ya 13,1%, 2015-cü ilin müvafiq göstəricisi ilə müqayisədə

Page 280: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

280

4836,0 mln. manat və ya 22,9%, ilin sonuna gözlənilən icra ilə müqayisədə isə

1466,0 mln. manat və ya 8,3% az proqnozlaşdırılmışdır. Növbəti il üçün dövlət

büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 28,2% olması

proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,1

faiz bəndi azdır.

11. Dövlət büdcəsində xüsusi çəkisi yüksək olan bölmələr arasında sənaye,

tikinti və faydalı qazıntılar 22,0%, ümumi dövlət xidmətləri 14,9%, sosial müdafiə

və sosial təminat 11,7%, müdafiə 11,3%, təhsilin payı 10,5% nisbətində

proqnozlaşdırılır.

12. 2016-ci ilin dövlət büdcəsi xərclərinin 2015-ci ilin gözlənilən icra

göstəricisi ilə müqayisədə 1466,0 mln. manat az nəzərdə tutulması əməyin ödənişi,

malların (işlərin və xidmətlərin) satın alınması, faizlər üzrə ödənişlər, təqaüdlər və

sosial müavinətlər və öhdəliklər üzrə əməliyyatlarla bağlı xərclərin ümumilikdə

829,6 mln. manat artımı, subsidiyalar və cari transfertlər, qrantlar və digər

ödənişlər, digər xərclər, qeyri-maliyyə aktivlərinin alınması və maliyyə aktivləri

üzrə əməliyyatlar üzrə xərclərin ümumilikdə 2295,7 mln. manat azaldılması

hesabına proqnozlaşdırılmışdır.

13. Xərclərin iqtisadi təsnifatı üzrə strukturunda Beynəlxalq Valyuta

Fonunun krediti üzrə, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, digər tikililərin,

həmçinin torpaqların alınması ilə bağlı və dövlət tərəfindən verilən ssudalar üzrə

2016-cı ildə vəsait nəzərdə tutulmamışdır. “Dövlət zəmanəti ilə alınan borcların

Təminat Fondunun xərcləri” paraqrafında isə 2015-ci il üçün vəsait nəzərdə tutulsa

da, ilin sonuna icranın gözlənilmədiyi və 2016-cı ildə bu istiqamətdə vəsait

proqnozlaşdırılmadığını qeyd etməliyik. Cari ilin 8 ayı üzrə məlumatların təhlili bu

Fond üzrə ilin əvvəlindən 5584,2 min manat vəsaitin dövlət büdcəsinə daxil

olduğunu göstərir.

14. İqtisadi təsnifatın paraqraflar səviyyəsində strukturunda cari ilin sonuna

gözlənilən icra göstəricisi ilə müqayisədə 2016-cl ildə ən yüksək artım tempi

Mərkəzi Bank üzrə buraxılmış istiqraz vərəqələrinin dəyəri üzrə xərclərdə 188,9

dəfə, ölkə daxilində buraxılmış qiymətli kağızlar üzrə əməliyyatlarla bağlı

xərclərdə 5,0 dəfə və mətbəə ilə bağlı xərclərdə 2,0 dəfə olmaqla

proqnozlaşdırılmışdır. Mütləq ifadədə isə ən böyük artım 279,4 mln. manat

məbləğində olmaqla bölməsindən dövlət tərəfindən xaricdən alınan uzunmüddətli

və qısamüddətli ssudalar üzrə əməliyyatlarla bağlı xərclərdə nəzərdə tutulmuşdur.

Page 281: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

281

15. “Büdcə zərfi”nə daxil olan məlumatların təhlili göstərir ki, büdcə

xərclərinin funksional təsnifat üzrə strukturunda 2016-cı ildə 4 bölmədə - mənzil

və kommunal təsərrüfatı, yanacaq və enerji, sənaye, tikinti və faydalı qazıntılar,

həmçinin nəqliyyat və rabitə bölmələrində ilk dəfə olaraq əməyin ödənişi ilə bağlı

ümumilikdə 14004,8 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur.

16. 2016-cı ilin dövlət büdcəsində təhsil və sosial müdafiə və sosial təminat

xərclərində növbəti ildə ilk dəfə olaraq subsidiya və cari transfertlərlə bağlı

ümumilikdə 20,2 mln. manat məbləğində vəsait proqnozlaşdırılmışdır.

17. 2016-ci il üçün sair xərclər 2015-ci ilin sonuna gözlənilən icra

göstəricisi ilə müqayisədə 10,4% az nəzərdə tutulmuşdur.

18. Sosialyönlü xərclərin tərkibində əməyin ödənişi ilə bağlı xərclərin

dövlət büdcəsi xərclərində xüsusi çəkisinin cari illə müqayisədə 2,8 faiz bəndi

artaraq 21,7%-ə, dərman, sarğı ləvazimatları və materiallarının alınması ilə bağlı

xərclərin 0,1 faiz bəndi artaraq 1,3%-ə, ərzaq məhsullarının alınması ilə bağlı

xərclərin xüsusi çəkisini 0,2 faiz bəndi artaraq 1,9%-ə və təqaüdlər və sosial

müavinətlərin xüsusi çəkisinin isə 1,1 faiz bəndi artaraq 11,3%-ə çatacağı artımı

proqnozlaşdırılmışdır.

19. 2016-cı il dövlət büdcəsinin xərclərinin 62,6%-i və ya 10188,3 mln.

manat cari, 29,7%-i və ya 4826,0 mln. manat əsaslı, 7,7%-i ə və ya 1249,7 mln.

manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulmuşdur .

20. 2015-ci ildə dövlət büdcəsinin yerli xərcləri 2015-ci ilin müvafiq

göstəricisindən 112,7 mln. manat və ya 6,8% az olmaqla 1541,3 mln. manat

məbləğində nəzərdə tutulmuşdur.

21. Növbəti ildən başlayaraq yerli xərclərdən maliyyələşən 26 internat

məktəbinin Təhsil Nazirliyinin tabeliyinə verilməsinin nəzərdə tutulması ilə

əlaqədar olaraq bu köməkçi bölmə üzrə ərzaq məhsullarının alınması xərcləri

“Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsində

proqnozlaşdırılmışdır.

22. 2016-cı ildə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Sosial

Müdafiə Fonduna 1100,0 mln. manat həcmində nəzərdə tutulmuş transfertlər

paraqraf üzrə xərclərdə ən böyük çəkiyə (67,5%) malik olmaqla, 2014-cü ilin icra

göstəricisindən 42033,6 min manat və ya 3,7% az, 2015-ci ilin proqnoz

göstəricisinə isə bərabərdir. Bu transfertin məbləğinin 2016-cı il üçün

proqnozlaşdırılmış ÜDM-ə nisbəti 1,9% təşkil etməsi gözlənilir.

Page 282: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

282

23. İqtisadiyyatın real sektoruna, o cümlədən yanacaq və enerji, sənaye və

tikinti, nəqliyyat və rabitə, mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı, meşə

təsərrüfatı, balıqçılıq və ovçuluq sahələrinə (investisiya xərcləri istisna olmaqla)

2016-cı ilin dövlət büdcəsinin layihəsində ümumilikdə 1157,9 mln. manat vəsait

nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin dövlət büdcəsinin müvafiq göstəricisi

ilə müqayisədə 123,9 milyon manat və ya 12,0% çox, 2015-ci ilin gözlənilən

icrasına nisbətən isə 1,9 milyon manat və ya 0,2% azdır. 2016-cı ildə bu xərclərin

ÜDM-də xüsusi çəkisi 2,0%, ümumi büdcə xərclərində xüsusi çəkisi isə 7,1%

təşkil edəcəkdir.

24. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun mövcud kredit

portfelinin istifadəsi nəticəsində əldə edilən qaytarılmaların məbləğinin növbəti

illərdə sahibkarlara güzəştli kreditlərin verilməsi xərclərinin maliyyələşdirilməsi

üçün dövlət büdcəsindən ayrıla bilən vəsaitlərin həcmi ilə müqayisə oluna biləcək

səviyyəyə çatması 2016-cı il dövlət büdcəsi layihəsində SKMF-ə dövlət

büdcəsindən əlavə vəsaitin ayrılmamasının əsaslılığı üçün yetərli amillərdən biri

kimi qiymətləndirilmişdir.

25. Dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 2016-cı ilin

dövlət büdcəsi layihəsində 100,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki,

bu da 2014-cü ilin müvafiq icra göstəricisindən 67786,9 min manat və ya 3,1 dəfə,

2015-cü ilin proqnoz və gözlənilən icra göstəricisindən isə 71000,0 min manat və

ya 3,4 dəfə çoxdur.

26. Valyuta konvertasiyası üzrə xərclər üçün 2016-cı ilin dövlət büdcəsi

layihəsində 2014-cü ilin müvafiq icra göstəricisindən (17142,3 min manat

proqnoza qarşı 353,6 min manat icra) 11,3 dəfə çox, 2015-ci ilin proqnoz

göstəricisindən isə (12163,1 min manat) 3,0 dəfə az olmaqla 4000,0 min manat

məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu xərclər üzrə icra 2015-ci ilin sonuna

10575,3 min manat məbləğində gözlənilir.

27. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2016-

cı ilin dövlət büdcəsi layihəsində 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə

473,5 mln. manat çox olmaqla 1249,7 mln. manat məbləğində nəzərdə

tutulmuşdur. Həmin məbləğ 2016-cı il dövlət büdcəsinin gəlirlərinin təqribən

8,6%-ni, xərclərinin isə 7,7%-ni təşkil edəcəyi proqnozlaşdırılmışdır ki, bu da

dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin büdcənin

gəlirlərinə və xərclərinə nisbətinin beynəlxalq təcrübədə qəbul edilmiş yuxarı

Page 283: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

283

həddən (10%) aşağıdır. Növbəti ildə bu xərclər üzrə ümumi artımı xarici borca

xidmət üzrə 35,0% (245706,9 min manat), daxili borca xidmət xərci üzrə isə 4,1

dəfə (227826,1 min manat) artım formalaşdırmışdır.

28. 2016-cı ildə əvvəlki illərdən fərqli olaraq xarici kreditlər üzrə vəsaitlər

əsaslı vəsait qoyuluşlarına aid edilmişdir və bu məqsədlə cəmi 1578,0 min manat

nəzərdə tutulmuşdur.

29. 2016-cı ilin Dövlət İnvestisiya Proqramında yalnız keçid layihələrinin

maliyyələşdirilməsi nəzərdə tutulmuş, yeni layihələrin başlanılması

proqnozlaşdırılmamışdır. Layihələrin sayına gəldikdə isə, 2016-cı ildə 373 keçid

layihəsi üçün vəsait nəzərdə tutulmuş və onlar arasında DNF-in vəsaiti hesabına

yalnız 4 layihə maliyyələşdiriləcəkdir.

Rəy üzrə əldə olunmuş, o cümlədən yuxarıda qeyd olunan nəticələri

ümumiləşdirərək Azərbaycann Respublikası Hesablama Palatasının tövsiyələri

aşağıda təqdim edilmişdir:

1. Hesablama Palatası bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan

ölkələrin təcrübəsindən istifadə edərək yığım əmsalının, bir sətirlə verilən xərclərin

(əsaslı vəsait qoyuluşu, beynəlxalq və respublika səviyyəli tədbirlər və s.) ilkin

bölgüsünün, yeni, kəskin azalma və kəskin artımla nəzərdə tutulmuş xərclərlə bağlı

məlumatların, vahid xəzinə hesabının ilin əvvəlinə qalığının (sərbəst qalıq)

istifadəsi, o cümlədən, banklarda yerləşdirilmiş depozitlər üzrə məlumatların,

Dövlət Zəmanəti ilə Alınan Borcların Təminat Fondunun vəsaitlərinin istifadəsi ilə

bağlı məlumatların, icra edilən və qəbul edilməsi gözlənilən dövlət proqramları

üzrə müvafiq məlumatların növbəti illərin “Büdcə zərf”nə daxil edilməsini

məqsədəmüvafiq hesab edir.

2. Dövlət büdcəsinin gəlirləri ilə bağlı “Büdcə zərfi”nə təqdim edilmiş

məlumatların, həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, o

cümlədən Dövlət Statistika Komitəsinin hesabatlarının təhlili əsasında bir sıra

tədiyyə növləri üzrə gəlirlərin artırılması potensialının mövcud olduğunu qeyd

etməklə, bu istiqamətdə proqnozlaşdırma ilə bağlı fəaliyyətin və vergi

inzibatçılığının möhkəmləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi,

tədiyyə növləri üzrə borc və artıq ödəmələrin nəzərə alınması məqsədəmüvafiqdir.

3. Hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart

2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş və mənfəətin (gəlirin) şərti rentabellik

norması tətbiq edilməklə hesablanmasını tənzimləyən “Vergi ödəyicisinin əldə

Page 284: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

284

etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda

mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tətbiq dairəsinin genişləndirilməsi

məqsədəuyğundur.

4. Ötən illərdən fərqli olaraq qeyri-kommersiya təşkilatlarının kommersiya

fəaliyyətindən gəlirlərin tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən

daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da

proqnozlaşdırıldığını nəzərə alaraq Qanun layihəsində həmin gəlir növü üzrə

müvafiq dəyişikliklərin olunması təklif edilir.

5. “Alınmış büdcə ssudaları üzrə alınan faizlər” üzrə daxilolma

mənbəyinin konkret olaraq dövlət büdcəsindən və Təminat Fondundan verilmiş

kredit və borc müqavilələri (ödəniş qrafikləri tərtib olunmaqla) əsasında

formalaşması, həmin mənbənin büdcə layihəsində ayrıca mədaxil mənbəyi kimi

göstərilməsi məqsədəmüvafiqdir.

6. Dövlət zəmanəti ilə kredit alan bir sıra icraçı təşkilatların beynəlxalq

öhdəliklərini vaxtında yerinə-yetirə bilməməsi ilə əlaqədar büdcədə əlavə xərclərin

nəzərdə tutulmasını nəzərə alaraq, Təminat Fondundan verilmiş vəsaitlər üzrə

təkrar müqavilələrin bağlanması və onlara müvafiq ödəniş qrafiki tərtib etməklə

Fonda bərpası istiqamətində zəruri işlərin gücləndirilməsi və qeyd olunan

mənbənin dövlət büdcəsinin gəlirlər hissəsində ayrıca mədaxil mənbəyi kimi

(Təminat Fondunun formalaşmasının mədaxil mənbələri) yer alması zəruridir.

7. Daxili dövlət borcu sayılan şərti öhdəliklərin ilbəil artımı, dövlət

istiqrazlarının emissiya edilməməsi fiskal siyasətin əsas istiqamətlərinin

qiymətləndirilməsinə təsirsiz ötüşmədiyi kimi, büdcə kəsirinin maliyyələşmə

strukturunun təkmilləşdirilməsinin aktuallığını və dövlət borclanmasının maliyyə

planlaşması əsasında borclanma prinsiplərinə uyğun həyata keçirilməsini

şərtləndirir.

8. Ölkə iqtisadiyyatının sabit inkişafının təmin edilməsi və investisiya

fəaliyyəti üçün geniş imkanların qorunması məqsədilə dövlət büdcəsinin cari

xərclərinin qeyri-neft sahəsi üzrə daxilolmaların həcmi məbləğində müəyyən

edilməsi məqsədəmüvafiq hesab edilir.

9. Cari ilin may ayında “Azərbaycan Respublikasının Mərkəzi Bankı”

haqqında Qanunun 12.2-ci maddəsinə görə “Kapital ehtiyatları formalaşdırıldıqdan

və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra

reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.” Qeyd

Page 285: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

285

edilənləri nəzərə alaraq, növbəti il üçün dövlət büdcəsi haqqında qanunda bu

vəsaitlərlə bağlı maddənin əlavə olunmasını, sonrakı illərdə isə mövcud təcrübəyə

əsaslanılaraq proqnozların tərtib edilməsini məqsədəmüvafiq hesab edirik.

10. “Təhsil” bölməsi üzrə 3, "Səhiyyə" bölməsi üzrə 7 dövlət proqramının

icra müddətinin bitməsinə baxmayaraq, 2016-cı ilin büdcə layihəsində həmin

məqsədlərə tədbirlər adı ilə vəsait proqnozlaşdırıldığını nəzərə alaraq, Hesablama

Palatası əvvəlki illərin büdcə layihələrinə verdiyi rəylərdə olduğu kimi,

maliyyələşdirilməsi davam etdirilən dövlət proqram və tədbirlərinin müddətlərinin

uzadılmasını və bundan sonra həmin proqram və tədbirlərin maliyyələşdirilməsinin

onların müddətlərinin uzadılmasından sonra həyata keçirilməsini, eyni zamanda

həmin proqramlar üzrə müəyyən edilmiş məqsədlərə nail olunma səviyyəsinin

qiysmətləndirilməsi, büdcə vəsaitlərinin səmərəli icra edilməsinin təmin olunması

məqsədilə nəticə indikatorlarının hazırlanmasını təklif edir.

11. Respublikanın bölgələrində dövlət müəssisələrinin inkişafının və

əhaliyə müxtəlif xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə həmin

müəssisələrin potensialından tam istifadə edilməsi, eyni zamanda onların

büdcədənkənar daxilolmaların artırılması istiqamətində fəaliyyətinin düzgün və

məqsədyönlü təşkil olunması məqsədəmüvafiqdir.

12. Hesablama Palatası məcburi köçkünlərin əkin sahələrinin suvarılması

üçün əlavə vəsaitlərin ödənilməsi, həmçinin əkin sahələrinin suvarılması üçün

vəsaitlərin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə

təsdiq edilmiş tariflərdən fərqli olan tariflərlə hesablanılması faktlarının 2016-cı il

və növbəti illər üçün proqnoz məbləğlərində nəzərə alınmasını zəruri hesab edir.

13. Büdcədənkənar vəsaitlər üzrə “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət

Fondu” və “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu” üzrə

gəlirlərin artırılması üçün potensial imkanlardan tam istifadə edilməsi, eləcə də,

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq

qurumları üzrə büdcədənkənar vəsaitlərin formalaşdırılması və istifadəsi sahəsində

normativ hüquqi aktların müasir dövrün tələblərinə uyğun təkmilləşdirilərək

yenidən hazırlanması məqsədəmüvafiqdir.

14. Valyuta konvertasiyası üzrə xərclərin ötən illər üzrə icra səviyyəsinin

aşağı olduğunu nəzərə alaraq, 2016-cı il üzrə məbləğin ötən illərin faktiki icra

məbləğlərinə uyğunlaşdırılmasını, eyni zamanda, şəffaflığın təmin olunması

Page 286: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında

286

məqsədilə valyuta konvertasiyası üzrə xərclərin nəzərdə tutulmuş icra

istiqamətlərinin daha detallı təqdim edilməsini məqsədəuyğun hesab edirik.

15. Xarici borc dayanıqlılığı göstəricisinin dövlət borcuna və borc

öhdəliklərinə xidmətlə bağlı illik ödənişlərin dövlət büdcəsi gəlirlərinə nisbətinin

yuxarı həddinə (10,0%) yaxınlaşması və təqdim edilmiş məlumatlarda da qeyd

edildiyi kimi, bir sıra icraçı təşkilatlarının beynəlxalq öhdəliyi ödəməsində

problemlər yaranması, borc yükünün mümkün olan risklərinin

qiymətləndirilməsini, o cümlədən dövlət zəmanəti ilə kredit almış icraçı

təşkilatların borc siyasətinə vaxtında təsir və müdaxilələrin vasitələrinin tətbiqini

təklif edirik.

Rəy Hesablama Palatası Kollegiyasının 28 sentyabr 2015-ci il tarixli Q-

140 nömrəli Qərarı ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev

tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan

Respublikasının Qanun layihəsinin “Büdcə sistemi haqqında” Azərbaycan

Respublikasının Qanununa və digər qanunvericilik aktlarının tələblərinə

uyğun hazırlanması və təqdim edilməsi nəzərə alınaraq Hesablama Palatası

tərəfindən Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində

müzakirə edilməsi tövsiyə edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI

HESABLAMA PALATASININ

SƏDRİ V.GÜLMƏMMƏDOV