azərbaycan respublikasında a ə maınqayırmanın … onilliklərdə bu təmayül daha da...

51
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi

Upload: duongdiep

Post on 24-Mar-2018

233 views

Category:

Documents


3 download

TRANSCRIPT

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın

inkişafına dair Strateji Yol Xəritəsi

2

Mündəricat

1. QISA XÜLASƏ ......................................................................................................... 3

2. QLOBAL TRENDLƏR .............................................................................................. 5

3. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ ............................................................................ 8

3.1. Ağır sənaye və maşınqayırma sektorunun mövcud vəziyyəti ................................ 8

3.2. Ağır sənaye və maşınqayırma sektorunun GZİT təhlili ..........................................13

4. STRATEJİ BAXIŞ .................................................................................................. 14

4.1. 2020-ci ilədək strateji baxış ......................................................................................14

4.2. 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış ................................................14

4.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış ..........................................................15

5. HƏDƏF İNDİKATORLARI .......................................................................................... 16

6. STRATEJİ MƏQSƏDLƏR ...................................................................................... 16

7. STRATEJİ HƏDƏFLƏR ......................................................................................... 17

7.1. Strateji hədəf 1. Mövcud aktivlərin optimallaşdırılması .........................................17 7.1.1. Prioritet 1.1. Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması ............................................ 17 7.1.2. Prioritet 1.2. Enerjidən istifadədə optimal səmərəliliyə nail olunması ....................................... 21 7.1.3. Prioritet 1.3. Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması ....................... 23

7.2. Strateji hədəf 2. Rəqabətədavamlı sektorun yaradılması .......................................26 7.2.1. Prioritet 2.1. Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması ......... 26 7.2.2. Prioritet 2.2. İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi .................................................. 28 7.2.3. Prioritet 2.3. Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi ................ 33 7.2.4. Prioritet 2.4. Xidmət sektorunun inkişaf etdirilməsi ................................................................... 35

7.3. Strateji hədəf 3. Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın

həyata keçirilməsi................................................................................................................36 7.3.1. Prioritet 3.1. Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi ....... 36 7.3.2. Prioritet 3.2. Beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşmanın təmin

edilməsi ............................................................................................................................................... 40

8. MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ ................................................................ 43

9. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ ..................................................... 44

10. TƏDBİRLƏR PLANI ............................................................................................... 46

3

1. QISA XÜLASƏ

Əsas müddəaları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı son on ildə sürətlə inkişaf etmiş, iqtisadiyyatın diversifikasiyası neft amilindən asılılığı azaltmış, iqtisadi artımda qeyri-neft sektorunun payı yüksəlmişdir. 2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının dinamik inkişafını və insan kapitalından səmərəli istifadəni təmin etmək istiqamətində islahatların daha da dərinləşdirilməsini zəruri etmişdir.

Bununla əlaqədar, ölkə iqtisadiyyatının prioritet sektorlarının, beynəlxalq məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın tətbiqi və müvafiq sahələr üzrə spesifik təkliflərin hazırlanması üçün ardıcıl işlər görülmüşdür. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra – Strateji Yol Xəritəsi) Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icrası məqsədilə hazırlanmışdır.

Strateji Yol Xəritəsi hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş məqsəd və vəzifələr nəzərə alınmışdır.

Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016–2020-ci illər ərzində Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilmişdir:

mövcud aktivlərin optimallaşdırılması;

rəqabətədavamlı sektorun yaradılması;

maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. Mövcud aktivlərin optimallaşdırılması hədəfi çərçivəsində ağır sənaye və

maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılması, enerji istehlakında optimal səmərəliliyin təmin edilməsi, aktivlərin və mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması üzrə tədbirlər nəzərdə tutulur. Rəqabətədavamlı sektorun yaradılması hədəfi regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin, habelə bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi

4

fəaliyyətlərini əhatə edir. Sonuncu uçüncü hədəf çərçivəsində isə alternativ maliyyələşmə vasitələrinin rolu açıqlanır, beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşma ilə bağlı prioritetlər göstərilir.

2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu təsirin əldə olunması üçün dövlət-özəl resursları hesabına 2,9 milyard manat investisiya qoyuluşu tələb edilir.

Strateji Yol Xəritəsində dəqiq icra və monitorinq mexanizmləri verilmişdir. Strateji Yol Xəritəsinin Tədbirlər Planı tədbirlərin adı, əsas və digər icraçılar, nəticə indikatorları və konkret icra müddətləri göstərilməklə tərtib edilmişdir. Bununla yanaşı, Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər və gözlənilən nəticələr aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 1. Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər üzrə tələb olunan investisiya məbləği və gözlənilən nəticələr

№ Prioritetin adı

Real ÜDM-ə təsiri

(milyon manatla, 2020)

Məşğulluq (tam ştatlı

işçilər, 2020)

İnvestisiya (milyon

manatla)

1.1. Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması

250 - 20

1.3. Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması

45 2000 280

2.1. Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması

15 - -

2.2. İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi

145 5700 330

2.3. Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi

1000 - 2000

3.1. Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi

105 - 270

Qeyd 1. Bu cədvəldə yalnız 2020-ci ildə real ÜDM-də 10 milyon manatdan çox

artma və ya 100-dən çox iş yerinin açılmasına şərait yaradan prioritetlər göstərilmişdir. Digər prioritetlər nəzərdə tutulan nəticələrin əldə olunmasında dəstəkləyici rola malikdir.

Qeyd 2. Bu rəqəmlər prioritetlərin təsirləri barədə müəyyən təsəvvür yaratmaq məqsədilə verilmişdir. Tədbirlərin icrası zamanı hər bir prioritet üzrə hərtərəfli təhlillərin aparılması və rəqəmlərin dəqiqləşdirilməsi zəruridir.

5

2. QLOBAL TRENDLƏR

Son illər dünya iqtisadiyyatında sənayenin rolu yenidən artmaqdadır. Bu artım həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə şamil edilir. Ümumilikdə qeyd olunmalıdır ki, iqtisadi sektorlar arasında sənaye öz strukturunun mürəkkəbliyi ilə səciyyələnir. Müxtəlif beynəlxalq təsnifatlara əsasən, sənaye kompleksinə 300-dən artıq sahə və altsahə daxildir. Sənayenin dünya iqtisadiyyatında payı təqribən 30 faizdir və dünya üzrə enerji istehlakının 40 faizi bu sahənin payına düşür. BMT-nin Sənaye İnkişafı Təşkilatının hesablamaları sənaye emalında məşğul iqtisadi fəal əhalinin təxminən 12 faiz olduğunu göstərir. Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, dünyada sənayedə işləyənlərin sayı son 15 ildə 200 milyon nəfərdən çox artmışdır.

Dünya sənayesi strukturunda əsas meyarlardan biri bölgünün istehsal vasitələri və son istehlak üzrə aparılmasıdır. Ağır sənaye və maşınqayırma, əsas etibarilə özündə istehsal vasitələrinin istehsalını birləşdirən sahələri əhatə edir. Son onilliklərdə həm ümumi sənayedə, həm də onun ağır sənaye və maşınqayırma sahəsində maraqlı meyillər müşahidə olunur. Belə ki, hazırda mədən sənayesinin ümumi sənayedə payı azalır, elmi-texniki yeniliklərin tətbiqi nəticəsində əlavə dəyər zəncirində elmtutumlu məhsulların rolu artır, coğrafi strukturda inkişafda olan ölkələrin əhəmiyyəti yüksəlir, inkişaf etmiş ölkələrdə isə daxili relokasiya və sırf yüksək texnologiyaların istehsalı üzrə ixtisaslaşma istiqamətində dəyişikliklər baş verir.

Ayrı-ayrı ölkələrin sənaye strukturunun diversifikasiyası müxtəlif amillərdən, o cümlədən keyfiyyətli əmək qüvvəsinin mövcudluğundan, daxili bazarın həcmindən, elmi-texniki yeniliklərin mənimsənilməsi səviyyəsindən birbaşa asılıdır. ABŞ, Çin, Yaponiya, Almaniya, Rusiya sənaye istehsalına görə ən böyük ölkələr sırasındadır. Bununla yanaşı, Asiya ölkələrinin dünya sənayesində mövqeləri son 20 ildə güclənməkdədir. Lakin sənaye strukturunun diversifikasiya səviyyəsinə baxdıqda, sənaye məhsullarının bütün diapazonunu mənimsəmiş ölkələr olaraq ABŞ, Yaponiya və Almaniyanın adları çəkilir. Qərbi Avropanın inkişaf etmiş digər ölkələri rəqabət qabiliyyətinin təmin edilməsi üçün daha dar ixtisaslaşmaya meyillidirlər.

Sənaye inqilabı dövründən ağır sənaye və maşınqayırma sənaye strukturunda dominant mövqeyə sahibdir. Son onilliklərdə bu təmayül daha da güclənmişdir, belə ki, elmi-texniki yeniliklərin böyük hissəsi məhz bu sahələrdə tətbiq olunur. Digər tərəfdən, mədən sənayesinin payının azalması ilə emal sektorunda maşınqayırma və kimya sənayelərinin rolu xüsusilə artmışdır. Ağır sənaye və maşınqayırma sahəsini səciyyələndirən amil bu sahədə texnoloji diapazonun (aşağı texnologiyalardan orta və yüksək texnologiyalara doğru) tam şəkildə təmsil olunmasıdır.

MDB regionuna gəldikdə, ağır sənaye və maşınqayırma sahəsinin bu ölkələrdə ənənəvi və tarixən formalaşmış strukturu mövcuddur. Burada qara və əlvan metallurgiya, kimya sənayesi, aerokosmik sənaye, hərbi sənaye, məişət cihazlarının istehsalı, elektrik, energetika və nəqliyyat avadanlıqlarının, kənd təsərrüfatı texnikasının istehsalı kimi sahələri qeyd etmək mümkündür. Eyni zamanda, elektronika və robot avadanlıqlarının istehsalı kimi elmtutumlu istiqamətlər üzrə dünya səviyyəsindən geridə qalan MDB ölkələrinin idxal strukturunda maşın və avadanlıq nomenklaturası böyük yer tutur.

Beləliklə, dünyada maşınqayırmanın əhəmiyyətinin davamlı şəkildə artması ilə əlaqədar olaraq, sözügedən sahə dünya emal sənayesində mərkəzi yer tutmaqdadır. Bu sektor daxilində elektronika və elektrik avadanlığı istehsalı ən sürətlə inkişaf edən sahə olmaqla, həmin avadanlıqlarda istehsal olunan məhsullar əlavə dəyər

6

yaradılmasına görə ön sıradadır. Həmçinin, nəqliyyat maşınqayırması, cihazqayırma və aerokosmik sənaye xüsusi əhəmiyyətə malikdir. Maşınqayırma iqtisadiyyatda multiplikasiya effekti yaratdığı üçün bu sahənin inkişafı digər qonşu sahələrin də həmahəng inkişafı ilə müşayiət olunur.

Sənaye sahələri arasında maşınqayırma ixtisaslı əmək tutumluluğu ilə də seçilir. Əmək resurslarının cəlb olunması baxımından cihazqayırma, elektrik avadanlıqlarının istehsalı, aerokosmik sənaye və nüvə sənayesi maşınqayırması kimi sahələr xüsusilə seçilir. Bu səbəbdən də, maşınqayırma mərkəzləri qurularkən ixtisaslı əmək qüvvəsinin, sənaye mədəniyyətinin, elmi tədqiqat mərkəzlərinin mövcudluğu diqqətlə araşdırılmalıdır. Beynəlxalq təcrübədə xammal bazasına yaxınlıq daha az əhəmiyyətlidir və yalnız ağır maşınqayırmanın bəzi altsahələrində bu meyar rəhbər tutulur. Eyni zamanda, xammal strukturunda qara metallurgiyanın həcminin azalması, əlvan metallurgiya və neft-kimya istehsalının isə artması trendi formalaşır.

Əsas məhsullara baxdıqda, müxtəlif dəzgahların istehsalı üzrə Yaponiya, Almaniya, ABŞ, İtaliya və Çin, avtomobil istehsalı üzrə isə ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə və Cənubi Koreya əsas istehsalçılar sayılır. Kənd təsərrüfatı texnikası üzrə isə Rusiya, Yaponiya, Hindistan, ABŞ, Belarus kimi ölkələr ixtisaslaşmışdır. Məişət texnikası, o cümlədən televizor istehsalı daha çox Çin, Cənubi Koreya, ABŞ, Braziliya, Malayziya, Yaponiya, Sinqapur və Türkiyə kimi ölkələrdə cəmləşmişdir. Ən iri gəmiqayırma mərkəzləri Cənubi Koreya, Yaponiya, Almaniya, Braziliya, Tayvan və Çində yerləşir. Sahə üzrə əlavə dəyərin yüksək payı ilə seçilən elektronika və elektrik avadanlığı istehsalçıları isə ABŞ, Yaponiya, Almaniya, Çin, Cənubi Koreya, Tayvan, Niderland, Rusiya və İngiltərədə daha çox təmsil olunurlar. Aerokosmik sənaye elm və texnologiyaların yüksək inkişaf etdiyi ölkələrdə – ABŞ, Fransa, Almaniya, Rusiya, İngiltərə və Niderlandda cəmləşir.

Göründüyü kimi, mühüm məhsul növləri üzrə əsas istehsalçı ölkələr məhdud sayda olduğu halda, yuxarıda qeyd olunan ölkələr müxtəlif fəaliyyət qruplarında yer alır. Bununla yanaşı, gəmiqayırma sektorunda istehsalçıların nisbi diversifikasiyasını və inkişaf etməkdə olan ölkələrin payının artmasını xüsusilə qeyd etmək lazımdır.

Sahə üzrə tanınmış ekspert və analitiklərin rəyinə görə, ağır sənaye və maşınqayırma sektoru yeni sənaye inqilabı ərəfəsindədir. Almaniyada yeni mərhələyə “Sənaye 4.0” adı verilmişdir. Bu proses Yaponiyada hələ keçən əsrin 70-ci illərində yaranmış mexatronika fenomeninin məntiqi davamı hesab olunur. Hesablayıcı proqram təminatının, elektron qurğuların, kommunikasiya texnologiyalarının, fiziki avadanlıq və dəzgahların, həmçinin insan amilinin birgə sistem şəklində fəaliyyəti nəticəsində “ağıllı” zavod və fabriklər yaranır, “3D çap” (“3D printing”) və modul texnologiyaları əsasında mürəkkəb məhsullar istehsal olunur. Son 15 ildə ABŞ, Almaniya, Çin, Yaponiya və Cənubi Koreyada bu istiqamətdə tədqiqatlara ayrılan vəsaitin həcmi artmaqdadır. İnkişaf etmiş ölkələrdə əlavə dəyər zəncirinin böyük hissəsi elmi tədqiqatlar və elmtutumlu məhsullar seqmentində cəmləşdiyi halda, inkişafda olan ölkələrdə ucuz enerji, təbii resurslar və əmək qüvvəsinin təsiri daha böyükdür.

Dünya təcrübəsində ağır sənaye və maşınqayırma sahəsinə dövlət dəstəyi tədbirləri tariflər, fiskal imtiyazlar və subsidiyalar vasitəsilə tənzimləyici qismində, kredit bazarlarına təsir göstərən münasib maliyyələşdirici qismində, birbaşa istehsalçı və ya təşviqedici qismində və strateji altsahələrdə dövlət satınalmaları vasitəsilə istehlakçı qismində özünü büruzə verir.

Dəstək tədbirlərinin başlıca məqsədi, bir qayda olaraq, sənaye müəssisələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi və satış bazarlarının, o cümlədən beynəlxalq satış bazarlarının təmin edilməsidir. İnvestisiyaların, beynəlxalq ticarətin təşviqi, insan

7

resurslarının inkişafı, infrastrukturun qurulması, xüsusi iqtisadi zonaların, sənaye parklarının və klasterlərinin yaradılması, sektoral yanaşmalar, müasir texnologiyaların transferi kimi spesifik dəstək tədbirləri əksər ölkələrdə yerli şəraitdən asılı olaraq bu və ya digər formada istifadə edilir. İxrac modelinə əsaslanan ölkələrdə metallurgiya, avtomobil istehsalı və maşınqayırmada ixtisaslaşma-kooperasiya əlaqələri mürəkkəbləşdikcə insan kapitalının təşviqi tədbirləri zərurətə çevrilir.

8

3. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

3.1. Ağır sənaye və maşınqayırma sektorunun mövcud vəziyyəti

Tarixi ənənələr

Azərbaycan sənayesi və onun tərkib hissəsi olan ağır sənaye və maşınqayırma zəngin ənənələrə malikdir. Bakıda sənaye üsulu ilə neft istehsalına ilk dəfə 1848-ci ildə başlanmış, dünyanın ilk neftayırma zavodu 1859-cu ildə Azərbaycanda tikilmişdir. Dünyada ilk dəfə 1871-ci ildə neft istehsalında quyu nasosundan, 1877-ci ildə isə neft məhsullarının daşınması üçün tankerlərdən istifadə olunması, 1905-ci ildə neft hasilatında kompressorların tətbiqi, 1924-cü ildə neft quyularının qazma maşınları vasitəsilə qazılması və 1949-cu ildə dənizdə neft yataqlarından neftin hasil olunması məhz ölkəmizə aid tarixi hadisələrdir.

1911–1913-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, habelə çoxsaylı mexanika və metal emalı müəssisəsi fəaliyyət göstərirdi. İlkin mərhələdə xaricdən idxal olunan avadanlıq Nobel qardaşlarının, Rotşildin, Tağıyevin, Muxtarovun emalatxanalarında təmir edilirdi ki, bu emalatxanalar da gələcək maşınqayırma kompleksinin əsasını təşkil etdi. İkinci Dünya müharibəsi illərində keçmiş SSRİ-nin sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında silah və hərbi texnika üçün ehtiyat hissələr istehsal edilirdi. Bakının neftçıxarma və neft emalı müəssisələri SSRİ-nin hərbi ehtiyaclarının 70 faizini qarşılayırdı. 1 Həmçinin keçmiş Sovet İttifaqının neftçıxarma sənayesinin avadanlıq ehtiyacının böyük hissəsini Azərbaycan neft maşınqayırması müəssisələri təmin edirdi.

1926–1930-cu illərdə keçmiş SSRİ-də ilk dəfə olaraq buruq sularından yod alınması üsullarının işlənib hazırlanması nəticəsində Neftçala yod-brom (1931), Suraxanı (1931) və Ramana (1932) yod zavodları işə salınaraq, ölkədə yod-brom sənayesinin əsası qoyulmuşdur. 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri-kimya, boru-prokat, sintetik kauçuk, alüminium, superfosfat zavodları istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.

Azərbaycanda ötən əsrin son onilliklərində geniş vüsət alan sənayeləşmə siyasəti isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Həmin illərdə ölkə sənayesinə investisiyalar artırılmış, böyük sənaye mərkəzləri istifadəyə verilmiş, sənaye kadrlarının yetişdirilməsi üçün ardıcıl tədbirlər görülmüşdür. Neft-mədən avadanlıqları, elektrik mühərrikləri, güc transformatorları, luminessent elektrik lampaları, elektrotermik və elektroqaynaq avadanlıqları, məişət texnikası, soyuducu, kondisioner, avtobus və yük maşınları, aşağı və yüksəkgərginlikli aparatlar, müxtəlif cihazlar istehsal edən müəssisələrin məhsulları 35 ölkəyə ixrac edilirdi. 2 Azərbaycanın dəniz neftçıxarma sənayesində böyük rol oynamış və sonralar “Əsrin müqaviləsi”nə əsasən həyata keçirilən bütün neft layihələrinə fəal cəlb olunmuş Heydər Əliyev adına Bakı Dərin Dəniz Özülləri Zavodu da məhz həmin dövrdə istismara verilmişdir.

1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya əsaslanan və yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Məhz EP-300 qurğusu sayəsində Etilen-Polietilen Zavodu hazırda dünya bazarında tələbatın böyük olduğu

1 Mənbə: “SOCAR Plus” internet səhifəsi (www.socarplus.az)

2 Mənbə: Azərbaycanın Sənaye Portalı (www.senaye.gov.az)

9

yüksəkkeyfiyyətli polietilen istehsal edir. Bu gün həmin qurğu respublikamızda kimya kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır.

1995-ci ildən ölkə sənayesi dirçəliş dövrünü yaşamağa başlamışdır. Bu illərdə düşünülmüş neft-qaz strategiyası nəticəsində 20-dən çox ölkənin 30-dan artıq şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalanmışdır. Qlobal əhəmiyyətinə görə Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri böyük önəm kəsb edir. Neft-qaz sahəsinə yönəldilən investisiyalar neft maşınqayırması sahəsi ilə yanaşı, sənayenin digər sahələrinin də canlanmasına şərait yaratmışdır.

Yeni sənaye siyasətinin çərçivəsi

2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sənayenin yeni inkişaf dövrü başlanmışdır. Bu dövrdə neft-qaz sektorundan əldə edilən gəlirlərin bir hissəsi sənayenin müxtəlif sahələrinin inkişafına yönəldilmiş, regionlarda sənaye strukturunun optimallaşdırılması üçün dövlət proqramları tərtib edilmiş, enerji təminatının həlli istiqamətində mühüm işlər görülmüş, ümumi infrastrukturun yaxşılaşdırılması, yeni istehsal obyektlərinin açılması üçün çoxsaylı layihələr icra edilmişdir. Sənayenin inkişafında ölkədə yaradılan əlverişli biznes mühitinin, həmçinin sahibkarlığın tənzimlənməsi sahəsində mühüm qərarların böyük rolu olmuşdur. Son illərdə sahibkarlığın inkişafı sahəsində görülən dövlət dəstəyi tədbirləri sayəsində 2015-ci ildə özəl sektorun ÜDM-də payı 81,2 faiz olmuşdur. Sahibkarlıq subyektlərinin sayı 677 mindən, o cümlədən hüquqi şəxslərin sayı isə 100 mindən çox olmuşdur.3

Görülən işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2014-cü il “Sənaye ili” elan olunmuş, sənayenin inkişafı üzrə tədbirlər planı icra edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Düşünülmüş dövlət siyasətinin reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da sənayenin bütün sahələrinin inkişafına şərait yaratmışdır. Son on ildə sənayenin həcmi iki dəfəyə yaxın artmışdır ki, bu da əsasən qeyri-neft sənayesi hesabına baş vermişdir. Belə ki, son illərdə qeyri-neft sənayesinin artım tempi davamlı olaraq ümumi sənayenin artım tempini üstələyir. Dünya iqtisadi böhranının davam etdiyi 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faizlik artım nümayiş etdirmişdir.4 Qeyri-neft sənayesinə daxil olan metallurgiya və maşınqayırma sahələrində də son on ildə ciddi irəliləyiş müşahidə olunmuşdur. Belə ki, bu dövrdə maşınqayırma sənayesində məhsul istehsalı 15 dəfəyə yaxın artmış, sahənin qeyri-neft emal sənayesində payı 21,5 faizə çatmışdır. 5 Təkcə 2015-ci ildə maşınqayırma sənayesi sahələrinin istehsal etdikləri məhsul və xidmətlər iki dəfə çoxalmışdır. Bu artımda maşınqayırma kompleksinin vacib sahəsi hesab olunan maşın və avadanlıq quraşdırılması və təmirinin, habelə elektrik avadanlıqları istehsalının böyük rolu vardır.

Ötən illər ərzində sənaye strukturunda tədricən optimallaşdırma prosesləri getmiş, mədənçıxarma sektorunun payı azalmış, emal sektorunun payı isə artmışdır. 2015-ci ildə əsas kapitala yönəldilmiş vəsait 16 milyard manata çatmış, onun 53 faizi sənayeyə yatırılmışdır. Görülmüş tədbirlər nəticəsində sənayedə çalışan işçilərin sayı

3 Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

4 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

5 Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

10

187,1 min nəfəri ötmüş, sənayedə orta aylıq əməkhaqqı isə ölkə üzrə orta aylıq əməkhaqqını təxminən iki dəfə üstələyərək 809,3 manata çatmışdır.6

Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri, əsasən, Bakı və Sumqayıt şəhərlərində və ətraf rayonlarda cəmləşmişdir (şəkil 1). Bununla yanaşı, ötən dövr ərzində ölkənin digər əraziləri də ağır sənaye və maşınqayırmanın müəyyən növləri üzrə ixtisaslaşmışdır.

Şəkil 1. Azərbaycanda ağır sənaye və maşınqayırma şirkətlərinin yerləşmə coğrafiyası və məşğulluq səviyyəsi

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Metallurgiya və maşınqayırma

Azərbaycan Respublikasında yerləşən və ehtiyatları təsdiq olunmuş dəmir filizi yataqları Daşkəsən rayonunun hüdudlarında təmərküzləşmişdir. Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı təqribən 250 milyon tondur. Bu yataqların bazasında layihə gücü ildə 3,0 milyon ton xam filiz olan Azərbaycan Dağ-Mədən Kombinatı fəaliyyət göstərirdi. Əvvəllər hazır məhsulun tərkibində dəmirin miqdarı 60,5 faiz olan konsentrat Rustavi Metallurgiya Zavoduna, “Gürcüstankömür” İstehsalat Birliyinə və Bakı Ağırlaşdırıcılar Zavoduna göndərilirdi.7

Son illər “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə işləyən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamı ilə özəlləşdirməyə açıq elan edilmişdir. Özəlləşdirmə nəticəsində idarəetmə və istehsal proseslərinin təkmilləşdirilməsi və strateji investorların (o cümlədən xarici investorların) cəlb olunması gözlənilir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı ilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Polad İstehsalı

6 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

7 Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

11

Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Sərəncamla dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsi, tikintisi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan iqtisadiyyatında mühüm yer tutan ağır sənaye və maşınqayırma sektoru, 2015-ci ilin məlumatlarına əsasən, 1 milyard 160 milyon manatlıq istehsal həcminə malik 258-dən çox təsərrüfat subyektindən ibarətdir və burada 21,1 min işçi çalışır. Azərbaycanda neft maşınqayırması məhsullarının böyük hissəsi “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələrdə istehsal olunur. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli 649 nömrəli Sərəncamı ilə yaradılmışdır. Cəmiyyət 100-ə yaxın çeşiddə və 600-dən artıq növ və ölçüdə maşın və avadanlıqlar, alət və ehtiyat hissələri istehsal edir. Kompleksə 9 zavod və 4 elmi tədqiqat institutu daxildir.8

Yeni istehsalat obyektləri və perspektivlər

Sənayenin strukturunun və regional əhatəsinin diversifikasiyası baxımından ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi üçün son illərdə ciddi işlər görülmüşdür. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Alüminium Zavodunun, o cümlədən Gəncə Alüminium Yarımfabrikatı Zavodunun, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının, Qaradağ Sement Zavodunun, Sumqayıt Karbamid Zavodunun, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodlarının, Naxçıvan Avtomobil Zavodunun, ATEF şirkətlər qrupunun İriqabaritli Transformatorlar Zavodunun, “Norm” Sement Zavodunun, Sumqayıt Plastik Emal Zavodunun, Mingəçevir Elektron Avadanlıqlar Zavodunun, polad boru, günəş panellər və metal konstruksiyalar müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisələrdir.

Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq və peşə hazırlığı xidmətlərinin göstərilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər zəruri infrastruktur obyektlərinin qurulması istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən parkın ərazisində “Polimer” layihəsinin reallaşdırılması son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən iri layihə hesab olunur. Bundan əlavə, parkın ərazisində xüsusi təyinatlı iri diametrli qofralı polietilen boru, polad boru, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqlar istehsalı, “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı, respublikada ilk dəfə bitki mühafizəsi vasitələri – pestisidlər istehsalı üzrə müəssisələr rezident statusunda fəaliyyətə başlamışdır.

Balaxanı Sənaye Parkında təkrar emal üzrə müəssisələr qeydiyyatdan keçmiş, Qaradağ Sənaye Parkında müasir gəmiqayırma kompleksi istifadəyə verilmişdir. Yüksək Texnologiyalar Parkına elmtutumlu və innovativ istehsalların cəlb olunması ilə bağlı işlər görülməkdədir. Neftçala Sənaye Məhəlləsində İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə avtomobil istehsalı istiqamətində fəaliyyətə başlanılmışdır. Pirallahı Sənaye Parkında ölkə üçün yeni sayılan əczaçılıq sənayesi üzrə istehsal qurğularının tikilməsi planlaşdırılır. Mingəçevir Sənaye Parkında və Masallı Sənaye Məhəlləsində yüngül sənaye və digər sahələrdə çalışan yerli sahibkarlara lazımi şəraitin yaradılması, infrastrukturun qurulması üçün hazırlıq işləri görülür.

8 Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

12

Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması üçün ölkənin maşınqayırma potensialından istifadə edilməklə, 50-ə yaxın yeni istehsal sahəsi yaradılmışdır.9

Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsinin gələcəkdə də inkişafı üçün münbit şərait mövcuddur. İxtisaslı kadr potensialı, yenilənən infrastruktur, işləyən institutlar və yaxşılaşan biznes mühiti sahənin gələcəyinin əsas təminatıdır. Ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 2016-cı ildə qəbul edimiş sənədlər və görülmüş tədbirlər sənaye sahəsinə investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, metallurgiya, maşınqayırma, kimya sənayesi sahələrinə investisiya yatıraraq yeni istehsal obyektləri quran fiziki və hüquqi şəxslər geniş vergi və gömrük güzəştlərindən faydalana bilərlər. Qeyd olunan tədbirlər ölkənin ağır sənaye və maşınqayırma sektorunun inkişafına əhəmiyyətli təsir edəcəkdir. Ağır sənaye və maşınqayırmanın dayanıqlı inkişafını təmin etmək üçün bundan sonra da metallurgiya və neft-kimya sahələri baza məhsullarının təchizatçıları olaraq diqqətdə saxlanılacaq, maşınqayırma kompleksində yeni, əlavə dəyəri yüksək olan məhsulların mənimsənilməsi və keyfiyyət standartlarının yaxşılaşdırılması məqsədilə tədbirlər görüləcəkdir.

9

Mənbə: “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət

Proqramı”

13

3.2. Ağır sənaye və maşınqayırma sektorunun GZİT təhlili

Güclü tərəflər Zəif tərəflər

sənaye bazasının və ənənələrin mövcud olması;

işçi heyətin texniki bacarıqlarının olması;

mədən sənayesi və metallurgiya üçün xammal bazasının mövcud olması;

əməkhaqlarının orta rentabelliliyi təmin edən səviyyədə olması.

aşağı texniki heyətin az olması;

əmək məhsuldarlığının yüksək olmaması;

maliyyə çatışmazlığı, avadanlıqların köhnə olması;

marketinq, satış, paylama xidmətlərinin aşağı səviyyədə olması;

müəssisələrdə müasir biznes modelinin qurulmaması;

məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğun olmaması;

innovativ fəaliyyətlərin az olması.

İmkanlar Təhlükələr

ağır sənaye və maşınqayırma sektoruna dövlət dəstəyinin olması;

gənclərin sayının çox olması;

böyük regional bazarlara yaxınlığın olması;

biznes fəaliyyəti üçün ümumi infrastrukturun mövcudluğu;

biznes fəaliyyəti üçün güzəştlərin mövcudluğu.

xarici maliyyə bazarlarına çıxış ilə bağlı çətinliklərin olması;

ölkənin dünya sənayesində gedən proseslərdən və yeni tələblərdən geridə qalması;

ətraf mühitin qorunması ilə bağlı artan tələblərin olması;

idxal məhsulları ilə rəqabətin güclü olması;

idxal olunan xammaldan asılılıq və ölkədə mövcud olmayan xammala idxal rüsumlarının tətbiqi.

14

4. STRATEJİ BAXIŞ

4.1. 2020-ci ilədək strateji baxış

2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır.

Strateji baxışın şərhi

Bu Strateji Yol Xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye və maşınqayırma sektorunda prioritet kimi götürüləcəkdir: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı.

Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaqdır. Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaqdır.

Strateji Yol Xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.

4.2. 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış aşağı və orta dəyər məhsulları seqmentinin əksər hissəsində dəyər zəncirinin yerli imkanlar hesabına formalaşdırılması, ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycan Respublikasının regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsidir.

Uzunmüddətli baxışın şərhi

Ortamüddətli perspektivdə ağır sənaye və maşınqayırma sənayesində nəzərdə tutulan tərəqqiyə nail olmaq üçün 2025-ci ilədək sənaye sahəsində aktivlərin və təbii resursların tam şəkildə istismarı təmin ediləcək, müəssisələrdə səmərəli iş təcrübəsinin tətbiqi tam həcmdə həyata keçiriləcəkdir. Dəyər zəncirinin bütün mərhələlərində məhsul istehsalında boşluqların aradan qaldırılması ölkənin təbii sərvətlərindən səmərəli istifadə üçün başlıca amil olacaqdır. Azərbaycanda fəaliyyət göstərən müəssisələr səmərəlilik nöqteyi-nəzərindən qonşu ölkələr üçün model müəssisə kimi çıxış edəcəkdir.

Səmərəli iş təcrübələrinin və bacarıqların tətbiqi sahəsində 2025-ci ilədək planlaşdırılan hədəflərə nail olmaqla, ölkədə ortamüddətli perspektivdə təlim mərkəzlərinin və peşə təhsili müəssisələrinin sənaye müəssisələri ilə əlaqələndirilmiş fəaliyyəti təmin ediləcəkdir.

15

İdxaldan asılılıq ciddi şəkildə azaldılacaq, dəyər zəncirinin aşağı və orta dəyər gətirən hissələrində tələbat yerli məhsullar hesabına ödəniləcəkdir. Eyni zamanda, 2025-ci ilə qədər dəyər zəncirinin daha yüksək gəlir gətirən hissələrində bəzi seçilmiş mallara tələbatın yerli məhsullar hesabına tam ödənilməsi məqsəd kimi müəyyən edilmişdir. Bu məqsədlə, yüksək dəyər məhsullarının fokus qrupları müəyyənləşdiriləcək və müvafiq istiqamətdə yerli istehsal gücləri yaradılacaqdır. Bundan başqa, regional tələbatın yüksək olduğu maşın və avadanlıq komponentlərinin istehsalına şərait yaradılacaqdır. Azərbaycan ağır sənaye və maşınqayırma sahəsinin dəyər zəncirində, xüsusilə də neft-qaz sektorunda iştirakını təmin etməklə regional istehsalçıya çevriləcəkdir. Yerli müəssisələr daxili və regional bazarda maliyyə baxımından gücləndikcə və təcrübə topladıqca, 2025-ci ildən sonrakı dövrdə həmin məhsulların digər regional bazarlara ixracı imkanlarını əldə edəcəklər. Müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq edilməklə, 2025-ci ilə qədər investisiya üçün daha əlverişli mühitin yaradılmasına nail olunacaqdır. Əsas prioritet özəl sektorun sənayedə iştirakının artırılması olacaqdır.

4.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır.

Hədəf baxışın şərhi

Uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda dəyər zəncirinin ən yüksək seqmentlərində çalışan şirkətlər Azərbaycanda fəaliyyət göstərəcəklər.

Bu məqsədə nail olmaq üçün xarici investisiyaların dəstəklənməsi ilə yanaşı, sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə zəruri maliyyə və texnologiya dəstəyinin göstərilməsi siyasəti davam etdiriləcəkdir. Qlobal dəyər zəncirində iştirak üçün ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının dörd istiqaməti müəyyənləşdiriləcəkdir: kapital və digər maliyyə stimulları veriləcək, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək, yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək, müxtəlif vergi güzəştləri tətbiq ediləcəkdir.

Yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurstutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçid təmin olunacaqdır.

Yuxarıda qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksəkixtisaslı işçi qüvvəsinin hazırlanması təmin ediləcəkdir. Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksəksəviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcəkdir.

16

5. HƏDƏF İNDİKATORLARI

Ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsində müəyyən edilmiş doqquz prioritetin həyata keçirilməsi nəticəsində:

Azərbaycanın real ÜDM-i 2020-ci ildə 1 milyard 560 milyon manat artacaq;

sənayedə 7700 daimi yeni iş yeri yaradılacaqdır. Bu dövrdə dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır

sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcəkdir. 2020-ci ilədək bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş ilkin aralıq hədəflər aşağıdakı kimi müəyyən edilmişdir:

ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;

məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;

2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə nail olunması;

yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;

ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi;

kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz azaldılması;

qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azaldılması.

6. STRATEJİ MƏQSƏDLƏR

Sənaye strukturunun təkmilləşdirilməsi, ağır sənaye və maşınqayırma sektorunun potensialının genişləndirilməsi;

əhalinin iqtisadi rifah halının qeyri-neft sənaye sahələrində məşğulluğun artırılması hesabına gücləndirilməsi;

mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi;

maşınqayırma məhsullarının idxal payının azaldılması və ixrac edilən məhsulların həcminin artırılması ilə ölkənin tədiyə balansının yaxşılaşdırılması;

ağır sənaye və maşınqayırmada, mövcud sahələrlə yanaşı, yeni və əlavə dəyəri daha yüksək olan istehsal istiqamətlərinin yaradılması;

istehsal olunan məhsulların dəyər zəncirində yerli komponentlərin payının artırılması;

ağır sənaye və maşınqayırma sahəsində yerli və xarici investisiyaların cəlb edilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi;

beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq standart və prosedurların sənayedə daha geniş tətbiqi;

qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi, yerli müəssisələrdə

innovativ fəaliyyətin dəstəklənməsi.

17

7. STRATEJİ HƏDƏFLƏR

7.1. Strateji hədəf 1. Mövcud aktivlərin optimallaşdırılması

Mövcud aktivlərin optimallaşdırılması məqsədilə aşağıdakı istiqamətlərə diqqət yönəldiləcəkdir: sektorun məhsuldarlığının və səmərəliliyinin artırılması; enerji istehlakında optimal səmərəliliyə nail olunması; aktivlərin və mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması və bu reyestrdən maksimum istifadənin təmin edilməsi.

7.1.1. Prioritet 1.1. Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması

Əsaslandırma

Azərbaycanın mövcud ağır sənaye və maşınqayırma aktivlərinin məhsuldarlığının artırılması üçün geniş imkanlar vardır. Əksər dünya ölkələrinin ağır sənaye və maşınqayırma müəssisələri istehsal prosesində səmərəliliyi və digər əsas göstəriciləri yaxşılaşdırmaq məqsədilə az xərc tələb edən təcrübələrin tətbiqinə üstünlük verir. Qlobal təcrübə göstərir ki, minimum xərc tələb edən təcrübələrin tətbiqi məhsuldarlığa birbaşa təsir edərək 20 faiz artıma imkan verir.

Hazırda, aşağıdakı amillərə görə sənaye istehsalı digər oxşar ölkələrin (istər region daxilində, istərsə də regiondan kənarda) standartları ilə müqayisədə geridə qalır: sənayedə dövlətin mülkiyyət payının nisbətən yüksək olması, tələb olunan kreditlərə çıxış imkanlarının aşağı olması, yeni maşın və avadanlıqlardan, müasir texnologiyalardan daha geniş istifadəyə ehtiyacın olması.

Azərbaycanda ağır sənaye və maşınqayırma aktivləri üzərində dövlətin mülkiyyət payı digər ölkələrlə müqayisədə yüksəkdir (şəkil 2). Beynəlxalq təcrübəyə əsasən, dövlətin mülkiyyət payı yüksək olduqda, ixtisaslı kadrları artırmaq, yeni texnologiyalara investisiya yatırmaq, eləcə də idarəçilik və iş proseslərini təkmilləşdirmək üçün imkanlar məhdudlaşır, nəticə etibarilə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyəti aşağı düşür. Dövlət mülkiyyətində olan təsərrüfat subyektlərində məhsuldarlığın aşağı olması məhsulların rəqabətədavamlılığını əngəlləyir, təşkilati və kommersiya hədəflərinin reallaşdırılmasını çətinləşdirir və dəyər zəncirinin son mərhələsində (“daunstrim”) – son məhsulun hazırlanması və satış məqsədilə təqdim olunması mərhələsində təsərrüfat subyektlərinin xərclərinin artmasına səbəb olur. Bundan başqa, dövlət mülkiyyətində olan müəssisələrlə müqayisədə özəl təsərrüfat subyektlərində bürokratik işləmlər daha aşağı səviyyədə olduğundan, özəlləşdirmə şirkətlərə müasir dövrdə xüsusilə zəruri olan çeviklik və sürətlilik gətirir.

18

Şəkil 2. Azərbaycanda müəyyən sektorlarda dövlət mülkiyyətinin səviyyəsi (faizlə)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2014-cü ilə olan məlumatlar)

Dünya İqtisadi Forumunun 2015–2016-cı illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan biznes kreditlərinə çıxış imkanlarına görə 131 ölkə arasında 79-cu yerdə qərar tutmuşdur (şəkil 3). Azərbaycanda kredit və maliyyə mənbələrinə çıxışın asanlaşdırılması ağır sənaye və maşınqayırma müəssisələrində aşağıdakı vasitələrin tətbiqi ilə məhsuldarlığın artırılmasına səbəb ola bilər: xərcləri azaltmaq məqsədilə istehsalatda istifadə olunan texnologiya və infrastrukturun yeniləri ilə əvəzlənməsi, müvafiq ixtisas və bacarıqlara malik işçilərin işə götürülməsi, işdə qəbulu və inkişafının təmin edilməsi, daha yüksək əlavə dəyər gətirən məhsulların istehsalına investisiya qoyulması və marketinq bacarıqlarının əldə olunması, bazara çıxış, bacarıqların ötürülməsi, səylərin birləşdirilməsi.

Şəkil 3. Bir sıra dünya ölkələrinin biznes kreditlərinə çıxış imkanları üzrə reytinqi (131 ölkə üzrə)

Mənbə: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı

19

Bundan əlavə, qeyd edilən hesabata görə, Azərbaycanda ümumi texnoloji hazırlıq səviyyəsi davamlı şəkildə artmaqdadır (şəkil 4). Bununla belə, gələcəkdə texnoloji bacarıqlar səviyyəsinin təmin edilməsi üçün xarici investisiyaların cəlb olunması və beynəlxalq bazarlarda ölkənin biznes imicinin formalaşdırılması istiqamətində tədbirlər gücləndirilməlidir.

Şəkil 4. Azərbaycanda şirkətlər tərəfindən texnologiyaların mənimsənilməsi səviyyəsi

Mənbə: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı

Qənaətli metodlar haqqında məlumatlılıq və belə metodların tətbiqi Azərbaycanın ağır sənaye və maşınqayırma sektorunda məhsuldarlığın xeyli artmasına kömək edə bilər. Aparılmış təhlillər nəticəsində ağır sənaye və maşınqayırma sektorunda səmərəli metodların tətbiqinə dair məlumatlılıq səviyyəsinin genişləndirilməsi məqsədəmüvafiq hesab olunur. Qənaətli iş metodları şirkətləri təkmilləşdirmələr aparmaq üçün imkanlar axtarmağa həvəsləndirir. Məsələn, qabaqcıl ölkələrin təcrübəsində istehsal prosesində çatışmayan cəhətlərin sxemli təsviri və avadanlıqların yeniləri ilə əvəzlənməsi müddətinin mümkün qədər azaldılması üçün yeni texnologiyanın tətbiqi (“SMED” metodu) təhlilinin aparılması geniş yayılmışdır.

Eyni zamanda, müəssisələrdə mövcud iş təcrübəsinin təhlili istehsal prosesində şəffaflıq prinsipinin də daha geniş tətbiq olunmasını zəruri edir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, ölkə üzrə şirkətlər arasında əlaqələndirmənin də səviyyəsi artırılmalıdır.

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, avadanlığın məhsuldarlığının, eləcə də itkilərin baş verdiyi sahələrin qiymətləndirilməsi, texniki qulluğa sərf olunan birbaşa

20

vaxtın izlənilməsi, habelə maşın və avadanlıqların qeyri-işlək vəziyyətdə qalma müddətinin azaldılması zəruridir.

Aparılmış ilkin təhlillər göstərir ki, qısa müddətdə Azərbaycanda sənayedə idarəçilik sistemlərinin, xüsusilə davamlı inkişaf və ixtisaslı kadrların cəlb edilməsi məsələlərinin təkmilləşdirilməsi üçün böyük potensial vardır.

Görüləcək tədbirlər

Tədbir 1.1.1: Qənaətli istehsal metodları üzrə təhlil aparılması

Beynəlxalq məsləhətçilər cəlb edilməklə qənaətli istehsal metodları təhlil ediləcək, ən yaxşı beynəlxalq nümunələrin öyrənilməsi üçün təlim səfərləri təşkil ediləcək, müvafiq xarici tərəfdaşlarla ikitərəfli işgüzar əlaqələr qurulacaq, aidiyyəti dövlət orqanlarının və pilot sənaye müəssisələrinin nümayəndələri ilə birgə qənaətli istehsal metodları üzrə müzakirələrin aparılması məqsədilə seminarlar keçiriləcək, mütəmadi qaydada analitik nəşrlər və təşviq sənədləri çap ediləcəkdir. Qənaətli istehsal metodlarının tətbiqini stimullaşdırmaq üçün mövcud normativ sənədlərə və qanunvericiliyə yenidən baxılacaqdır.

Tədbir 1.1.2: Özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi

Qənaətli istehsal metodlarının əyani təbliği üçün beynəlxalq idarəetmə və keyfiyyətə nəzarət sistemlərini mənimsəməklə, seçilmiş pilot sahədə model müəssisənin yaradılması dəstəklənəcəkdir. Ağır sənaye və maşınqayırma sektorunda fəaliyyət göstərən müəssisələrin model müəssisəyə çıxışı, istehsal proseslərində əlaqələndirmə təmin ediləcəkdir. Müəssisə yaradılarkən beynəlxalq model müəssisə nümunələri rəhbər tutulacaq, müəssisənin hansı sektorda fəaliyyət göstərəcəyi dəqiqləşdiriləcəkdir. Müəssisə yaradıldıqdan və istismara verildikdən sonra aidiyyəti qurum tərəfindən davamlı monitorinq həyata keçiriləcəkdir.

Tədbir 1.1.3: Sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması

Sənaye müəssisələrinin və aidiyyəti dövlət orqanlarının iştirakı ilə yerli bazarda ehtiyaclara uyğun təhsil proqramları (kurikulumlar), ixtisaslar üzrə peşə təhsili proqramları hazırlanacaqdır. Peşə təhsili müəssisələri və ixtisaslaşmış təlim mərkəzlərinin sənaye müəssisələrinin ehtiyaclarını tam təmin etmələri üçün maddi-texniki bazalarının təkmilləşdirilməsi və bazar subyektləri arasında əlaqələndirmənin yaxşılaşdırılması istiqamətində səylər davam etdiriləcək, beynəlxalq təcrübədə ikili peşə təhsili sistemi (“dual study”) kimi tanınan, xüsusilə Almaniyada geniş yayılmış təhsil-iş metodunun tətbiqi imkanlarına baxılacaqdır.

Tədbir 1.1.4: Elmi tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi

Müəssisələrdə elmi-texniki tədqiqatları, araşdırmaları və innovativ fəaliyyəti dəstəkləmək üçün milli innovasiya sisteminin yaradılması və milli tədqiqatların praktiki tətbiqi istiqamətində işlər davam etdiriləcək, uğurları ilə seçilən müəssisələrə innovasiya qrantlarının verilməsi məsələsi nəzərdən keçiriləcəkdir.

Tədbir 1.1.5: Sahəvi assosiasiyaların yaradılmasının dəstəklənməsi və müntəzəm fəaliyyətinin təmin edilməsi

Ağır sənaye və maşınqayırmada müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, ortaq problemlərin daha səmərəli müəyyənləşdirilməsi və həlli yollarının

21

hazırlanması, resurslara qənaət, xarici bazarlarda qarşılıqlı yardım, birgə fəaliyyət və digər ümumi işlərin görülməsi üçün sahəvi assosiasiyaların yaradılması dəstəklənəcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Qənaətli istehsal metodlarının tətbiqi ilə sənayedə optimal istehsal təcrübəsinin həyata keçirilməsi vüsət alacaq, əmək məhsuldarlığı əsas istehsalat göstəricilərindən birinə çevrilərək diqqət mərkəzində olacaqdır. Bu sahədə beynəlxalq əməkdaşlıq güclənəcək və ən yaxşı nümunələrdən istifadə ediləcəkdir.

Bu prioritetin tətbiqi nəticəsində 2020-ci ildə real ÜDM-in 250 milyon manat artacağı proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

ağır sənaye və maşınqayırma sahəsində əmək məhsuldarlığının müvafiq

sahələrdə 20 faizədək artırılması;

məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması.

Tələb edilən investisiya

Prioritet çərçivəsində həyata keçiriləcək tədbirlər (məsələn, təlimlərin və xarici ölkələrə səfərlərin təşkili, beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması) ilə bağlı investisiya tələbinin 20 milyon manat həcmində olacağı proqnozlaşdırılır.

Gözlənilən risklər

Prioritet çərçivəsində əsas risklərə müəssisələrin qeyd olunan tədbirlərin iş prosesində tətbiqinə lazımi səviyyədə istək göstərməməsi, təlim və konsaltinq xidmətləri üçün vəsait çatışmazlığı aiddir.

7.1.2. Prioritet 1.2. Enerjidən istifadədə optimal səmərəliliyə nail olunması

Əsaslandırma

Regionda ən rəqabətədavamlı enerji qiymətlərinin Azərbaycanda olması ağır sənaye və maşınqayırma sektoru üçün geniş imkanlar açır. Əlavə investisiya qoyuluşuna ehtiyac yaratmadan Azərbaycanın enerji sektorunun idarə edilməsi üçün ən uyğun metod pik saatlarda enerjinin düzgün idarə olunmasının və proqnozlaşdırılmasının təmin edilməsidir. Mövcud vəziyyətin təhlili göstərir ki, enerji istehsalının pik və qeyri-pik saatlar üzrə idarə edilməsi prosesi optimal səviyyədə deyildir.

2015-ci ildə Azərbaycanda sənaye sektorunda (enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi müəssisələrində, dağ-mədən filizi əsasında poladəritmə müəssisələrində) elektrik enerjisinin qiyməti bir kilovat-saat üçün 3,1 qəpik təşkil etmişdir. Digər region ölkələrində bu göstərici orta hesabla 2-3 dəfə yüksəkdir. Azərbaycanın ağır sənaye və maşınqayırma sektorunun elektrik enerjisindən intensiv istifadə olunan müəssisələrində enerji qiymətlərinin strukturu ilə bağlı bir sıra nəzərə alınmalı amillər vardır. Tariflər müəssisənin istehsal qabiliyyətinin bölüşdürülməsi əsasında müəyyən edildikdə, daha ədalətli qiymətlərin formalaşması mümkün olur. Çünki qiymət həmin müəssisənin işləməsi üçün tələb olunan ümumi istehsal gücü

22

əsasında müəyyən edilir. Qeyd edilməlidir ki, tariflərə yenidən baxılmasında məqsəd qiymətləri artırmaq deyil, enerji istehsalçısı və istehlakçılarının qeyri-pik saatlarda yaranan imkanlardan daha səmərəli istifadə etməsi, pik və qeyri-pik saatlar üzrə çevik və diferensiallaşdırılmış qiymətlərin tətbiqi imkanlarını araşdırmaqdır.

Bununla əlaqədar, zavodlarda pik saatlarda elektrik enerjisinin idarə olunması metodu tətbiq edilə bilər. Bu metoda əsasən, məsələn, zavodlar əlavə endirimlər qarşılığında istehsal dövrünü pik saatlardan qeyri-pik saatlara dəyişə bilərlər. İşin bu formada təşkili qarşılıqlı fayda gətirəcəkdir ki, bu da elektrik enerjisi infrastrukturuna sərf olunan maliyyə xərclərinin xeyli azaldılmasına imkan verəcəkdir.

Beynəlxalq təcrübədə sənaye müəssisələri ilə elektrik təchizatı müəssisələri arasında istehsal gücünün birgə planlaşdırılması xərclərin azaldılmasına imkan verir. Bundan başqa, istehsal gücünün birgə planlaşdırılması zamanı istehsal qabiliyyətinin bölüşdürülməsi prinsipi tətbiq edilir ki, bu da enerjidən istifadə tariflərində az artıma səbəb olur.

Görüləcək tədbirlər

Tədbir 1.2.1: Enerji balansının optimallaşdırılması, tələb və təklifin uzlaşdırılması

Enerji bazarının əsas istehsalçı və istehlakçıları ilə birgə müzakirələr nəticəsində bu sahədə proqnozlaşdırma və planlaşdırma fəaliyyəti beynəlxalq təcrübə əsasında təkmilləşdiriləcək, mövcud tarif siyasətinin potensial inkişaf istiqamətləri müəyyənləşdiriləcək, o cümlədən pik və qeyri-pik saatlar üzrə diferensial yanaşmaların tətbiqi imkanlarına baxılacaqdır. Bununla yanaşı, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, istehsal-istehlak potensiallarının əvvəlcədən birgə planlaşdırılması üçün dəstəkverici tədbirlər görüləcəkdir. Bu məqsədlə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyətin əlaqələndirilməsi təşkil ediləcəkdir.

Tədbir 1.2.2: Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması

Sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə təkliflər hazırlanacaqdır.

Tədbir 1.2.3: Strateji müəssisələr üçün güzəştli tariflərin müəyyənləşdirilməsi

Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaqdır.

Tədbir 1.2.4: Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi

Sənaye müəssisələri arasında enerjiqənaətli istehsal metodları təbliğ ediləcək, ən yaxşı beynəlxalq nümunələri əks etdirən çap məhsulları hazırlanacaq, bazar iştirakçıları ilə bu mövzuda sektorlar üzrə mütəmadi görüşlər və təlimlər keçiriləcəkdir.

Tədbir 1.2.5: Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi

Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

23

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritet üzrə nəzərdə tutulan tədbirlər sənaye müəssisələrinin enerji istehlakı davranışlarına müsbət təsir edəcək, səmərəli istehlak metodlarının yayılmasına şərait yaradacaqdır. Lakin tədbirin icrasının ilkin dövründə istehlak olunan ümumi enerji səviyyəsində ciddi dəyişiklik gözlənilmir.

Əsas icra göstəriciləri:

yeni enerji balansının hazırlanması;

strateji müəssisələrin siyahısının hazırlanması;

pik və qeyri-pik saatlar üzrə enerji istehlakının bərabər formada paylanılması;

enerji istehsalçısı və istehlakçısı olan müəssisələrdən ibarət əlaqələndirmə

qrupunun yaradılması.

Tələb edilən investisiya

Bu prioritetin icrası üçün böyük həcmli maliyyə vəsaiti tələb edilmir.

Gözlənilən risklər

Prioritet çərçivəsində başlıca risklərə beynəlxalq enerji bazarlarında əsas xammal qiymətlərinin dəyişkənliyi, səmərəli enerji istehlakı metodlarının tətbiqində mövcud olan texniki çətinliklər, istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin aşağı səviyyədə olması daxildir.

7.1.3. Prioritet 1.3. Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması

Əsaslandırma

Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsində təsərrüfat fəaliyyətinə tam həcmdə cəlb olunmayan aktivlərdən (müəssisələrdən) və təbii resurslardan maksimum istifadəni şərtləndirən birinci amil mərkəzləşdirilmiş reyestrin yaradılmasıdır. Hazırda bəzi aktivlərlə bağlı məlumatlar mövcud olsa da, ümumi məlumat sistemi mövcud deyildir.

Ağır sənaye və maşınqayırma sektoruna aid müəssisələrin böyük hissəsi köhnəlmiş avadanlıqlar və istehsal proseslərinin vaxtında yenilənməməsi səbəbindən beynəlxalq standartlara cavab vermir. Bu müəssisələrdə texnologiya və materiallara investisiya qoyuluşunun məhdud səviyyədə olması onların idxal malları ilə rəqabət imkanlarını zəiflətmişdir. Beləliklə, müəssisələrin gücü, mövcud aktivləri, məhsul portfeli, istehsal həcmi və tətbiq etdikləri texnologiyalar barədə mövcud məlumatlar təkmilləşdirilməlidir. Mərkəzləşdirilmiş reyestrin əsas üstünlüyü ölkədə mövcud potensial və istifadə edilməyən imkanlar barədə aydın təsəvvür formalaşdırmaqla, iqtisadi tənzimləmə qərarlarının səmərəliliyinin artırılmasına və ölkə iqtisadiyyatının inkişaf planlarının müəyyənləşdirilməsi zamanı bütün amillərin nəzərə alınmasına şərait yaratmaqdan ibarətdir.

Beynəlxalq təcrübəyə əsasən, aktivlərin sistemləşdirilməsinə və sonrakı istifadəsinə dair qərarların qəbulu rəqabətqabiliyyətlilik və tələb olunan investisiya tutumu meyarları nəzərə alınmaqla aparılır (şəkil 5). Canlandırma fəaliyyəti, ilk növbədə, rəqabət qabiliyyəti yüksək olan və az investisiya tələb edən müəssisələrə şamil ediləcəkdir. Rəqabət qabiliyyəti aşağı olan və ciddi investisiya tələb edən aktivlərin isə təyinatının dəyişdirilməsi imkanları nəzərdən keçiriləcəkdir.

Potensial qiymətləndirmə sahələrinə resursların mövcudluğu, yerli istehlakın

24

həcmi, əmək xərcləri, enerjidən istifadə xərcləri, eləcə də digər ölkələr ilə müqayisədə hədəf bazarlarda tətbiq olunan tariflər və razılaşmalar (məsələn, azad ticarət zonaları və idxal proteksionizmi) daxildir. Bundan başqa, potensial meyarlara canlandırma tədbirinin nəticəvermə müddəti, yerli istehlakın həcmi və miqyası, eləcə də regiondakı ölkələrin idxal və iqtisadi artım səviyyəsi də daxildir.

Şəkil 5. İstifadə olunmayan aktivlərin rəqabətlilik, tələbat və investisiya tələbi baxımından qiymətləndirilməsi

Görüləcək tədbirlər

Tədbir 1.3.1: Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması

Müxtəlif dövlət qurumlarının məlumat bazalarının təhlili və inteqrasiyası, obyektlərə yerində baxış, sorğu və müsahibələr, çarpaz (qarşılıqlı) yoxlamalar nəticəsində tam gücü ilə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi elektron reyestri yaradılacaqdır. Cavabdeh orqan reyestrin saxlanılmasını və mütəmadi yenilənməsini təmin edəcəkdir.

Tədbir 1.3.2: Mərkəzi reyestrə daxil olan aktivlərin və təbii resursların qiymətləndirilməsi

Yetərli səviyyədə istifadə olunmayan aktivlər rəqabətqabiliyyətlilik və investisiya ehtiyacları üzrə təhlil ediləcəkdir. Bu zaman yerli bazarın həcmi, yerli xammalın mövcudluğu, hədəf malların yerli və regional qiymətləri, tarif və gömrük rüsumları diqqətə alınacaqdır. İlkin mərhələdə yerli bazarlarda və region ölkələrinin bazarlarında rəqabət imkanları yüksək qiymətləndirilən aktivlər müəyyənləşdiriləcək, sanasiya tədbirlərinə tələb olunan investisiya həcmləri hesablanacaq, həmçinin ölkənin təbii

25

resurslar bazası (neft-qaz sektoru istisna olmaqla) təhlil edilərək, qara və əlvan metallurgiya, ağır maşınqayırma sahələri üçün istehsalın xammal tələbatının yerli xammal hesabına təminatı sahəsində mövcud olan, lakin istifadə edilməyən imkanlar yenidən qiymətləndiriləcəkdir.

Tədbir 1.3.3: Canlandırma fəaliyyətinin həyata keçirilməsi

Potensial rəqabət qabiliyyəti yüksək hesab edilən aktivlər (müəssisələr) üzrə texniki-iqtisadi və maliyyə əsaslandırmaları aparılaraq sektora və ümumi iqtisadiyyata təsirlər hesablanacaq, müəssisələrin yenidən işə salınması üçün özəlləşdirmə, borcların restrukturizasiyası, yenidən təşkilolunma, strateji investorun cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, xarici kapitalla birgə müəssisələrin yaradılması, təcrübəli beynəlxalq operatorun idarəetməsinə verilməsi və s. kimi müxtəlif vasitələrdən istifadə olunacaqdır:.

Tədbir 1.3.4: Aktivlərin təyinatının dəyişdirilməsi

Potensial rəqabət qabiliyyəti aşağı, tələb olunan investisiya həcmləri isə yüksək qiymətləndirilən aktivlərin (müəssisələrin) təyinatının dəyişdirilməsi və sonrakı istifadəsinə, həmçinin aktivlərin təyinatının dəyişdirilməsi mexanizminin sadələşdirilməsi və daha çevik olması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair müvafiq təkliflər hazırlanacaqdır.

Gözlənilən nəticə və nəticə indikatorları

Mərkəzi reyestrin yaradılmasının iqtisadiyyata əsas təsiri resurların tam istifadə olunması üçün şəraitin yaradılmasından ibarət olacaqdır. Aktivlərin canlandırılması və təyinatının dəyişdirilməsi fəaliyyətinin 2020-ci ildə real ÜDM-i 45 milyon manat artıracağı və 2000-dən artıq iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

mərkəzi reyestr və əlaqələndirilmiş məlumat bazalarının fəaliyyətə başlaması;

fəaliyyət göstərməyən ən azı 5 müəssisənin 2020-ci ilədək yenidən işə salınması;

rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsi.

Tələb edilən investisiya

Canlandırma və təyinatın dəyişdirilməsi məqsədilə 2020-ci ilədək 280 milyon manat investisiya vəsaitinin tələb ediləcəyi proqnozlaşdırılır.

Gözlənilən risklər

Müxtəlif dövlət orqanlarının məlumat bazalarının texniki vəziyyətinin aşağı olması və məlumatların dolğun olmaması, canlandırma və təyinatın dəyişdirilməsi üçün tələb edilən maliyyə vəsaitinin çatışmazlığı əsas risk faktorlarındandır.

26

7.2. Strateji hədəf 2. Rəqabətədavamlı sektorun yaradılması

Ağır sənaye və maşınqayırma sektorunda vertikal inteqrasiya yanaşmasının tətbiqi gəlirlərin artırılmasından idxaldan asılılığın azaldılmasına qədər bir çox iqtisadi faydalarla nəticələnəcəkdir. Həm yerli tələbatın ödənilməsi, həm də regional baxımdan potensialı olan mal və xidmətlərin istehsalı diqqətdə saxlanılacaqdır.

7.2.1. Prioritet 2.1. Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması

Əsaslandırma

Hazırda beynəlxalq təmayüllərlə müqayisədə, Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsində mövcud olan imkanlarının reallaşdırılması üçün daha intensiv tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir. Nəzərə alınmalıdır ki, qabaqcıl ölkələr artıq yeni “Sənaye 4.0” mərhələsinə daxil olmuşlar. Bu sahəyə investisiya qoyuluşunun daha da artırılması, texnoloji avadanlıq və istehsal proseslərinin yenilənməsi, əmək məhsuldarlığının artırılması, həmçinin ümumi satışda innovativ məhsulların payının beynəlxalq göstəricilər səviyyəsinə qaldırılması aktualdır.

Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsi regional dəyər zəncirlərində qismən iştirak etdiyinə görə, regional bazarlara ixrac həcmi yüksək deyildir. Ölkənin ilk növbədə dəyər zəncirinin hansı seqmentlərinə inteqrasiya edilməsini müəyyənləşdirərkən bazarın cəlbediciliyi, rəqabətədavamlılıq və rentabellilik kimi amillər rəhbər tutulmalıdır. Digər tərəfdən, ölkə sənayesinin mövcud potensialı, qeyd olunan malları qısa zamanda istehsal edəbilmə imkanları nəzərə alınmalıdır.

Dəyər zəncirində iştirak üçün regional tələb həcmi və rəqabətqabiliyyətliliyi yüksək olan sektorlar üzərində mərkəzləşmə, beynəlxalq təcrübəyə əsasən, daha münasib strategiya hesab edilir. Əlavə dəyəri yüksək hesab edilən premium mallara ölkənin yerləşdiyi region nöqteyi-nəzərindən xüsusi növ polad, maşın və avtomobil, ehtiyat hissələr, yarımfabrikatlar, nəqliyyat avadanlıqları, kompressorlar, nasos, kran, klapan hissələri kimi malları aid etmək mümkündür. Bu məhsulların böyük həcmdə keyfiyyətli istehsalı üçün ölkə sənayesində mövcud potensial qiymətləndiriləcək və müvafiq tədbirlər nəzərdən keçiriləcəkdir

Azərbaycanda regional tələbin və rəqabətədavamlılıq səviyyəsinin yüksək olduğu sektorlar qlobal dəyər zəncirində regiona fokuslaşmaqla iştirak etmək imkanına malikdir. Rəqabətədavamlı məhsul istehsal etmək üçün diqqət, ilk növbədə, çox tələb olunan spesifik məhsulların (məsələn, xüsusi növ polad) və spesifik yarımfabrikatların (məsələn, maşınqayırma və avtomobil hissələrinin) dəyər zəncirində iştirakına yönəldilə bilər. Nəqliyyat maşınqayırması və digər ağır sənaye məhsullarına regionda (məsələn, Rusiyada, Türkiyədə, Gürcüstanda, Qazaxıstanda və s.) böyük tələbat vardır.

27

Şəkil 6: Regional təlabat yanaşmasına əsasən, qlobal tədqiqat və inkişafyönümlü məhsulların dəyər zəncirindəki iştirakı (milyard ABŞ dolları ilə)

1. Ağır sənaye və maşınqayırma sektorları üzrə Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstanın

cəmi idxalı (2014) 2. Regionda ağır sənaye və maşınqayırma üzrə ümumi idxalın cəmi +80 faiz təşkil edən 100 məhsul 3. Bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının

istehsalına dair Strateji Yol Xəritəsi”ndə daha ətraflı bəhs edilmişdir.

Mənbə: Malların ticarətinə dair BMT-nin məlumat bazası

Əlbəttə ki, qlobal elmi tədqiqat məhsullarının dəyər zəncirində iştirak üçün də imkanlar vardır (şəkil 6). Burada əsas prioritet Azərbaycanın qlobal dəyər zəncirinə inteqrasiyasının təmin edilməsi və bu zaman əsas diqqətin yarımfabrikatların və hazır məhsulların, o cümlədən nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin istehsalına yönəldilməsidir. Eyni zamanda, region ölkələrinə ixrac məqsədləri üçün yerli istehsalın miqyası genişləndirilə bilər ki, buna da, ilk növbədə, güclü yerli təsərrüfat subyektlərinin formalaşdırılması vasitəsilə başlana bilər. Uzunmüddətli perspektivdə qlobal miqyaslı elmi tədqiqat məhsullarının istehsalı həyata keçirilə bilər.

Regiona fokuslaşmaqla qlobal dəyər zəncirində iştirak yüksək gəlirgətirmə potensialına malik məhsulların ixrac olunduğu bazarların davamlı şəkildə nəzərdən keçirilməsi və istehsal mərkəzləri yarada biləcək birbaşa xarici investisiyaların cəlb edilməsi yolu ilə təmin oluna bilər. Bu proses ağır sənaye və maşınqayırma sektorunda artıq qlobal dəyər zəncirinə inteqrasiya olunmuş şirkətlərin stimullaşdırılması yolu ilə dəstəklənə bilər (şəkil 6).

Görüləcək tədbirlər

Tədbir 2.1.1: Regional bazarlara ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması

Daxili imkanların və regional bazarın təhlili nəticəsində, əsaslandırmada sözügedən mallar daxil olmaqla, ölkədə istehsal edilə biləcək, əlavə dəyər zəncirində

28

nisbətən yüksək yer tutan və regional rəqabət qabiliyyətinə malik malların ümumi siyahısı hazırlanacaqdır. Hazırlanmış siyahı üzrə Azərbaycanda rəqabətli şəkildə istehsal edilə biləcək məhsullar (məsələn, yerli xammal hesabına və yüksək texnologiya tələb etmədən istehsal oluna bilən məhsullar) müəyyənləşdiriləcəkdir. Bu növ məhsullara nümunə kimi boruları, klapanları, nasosları və kompressorları göstərmək olar. Bundan əlavə, regiondakı böyük topdansatış şirkətləri və onların şərtləri (məsələn, nəqliyyat, keyfiyyət tələbləri, qiymətlər və s.) nəzərə alınmaqla, məhsulların ölkə daxilində istehsalı potensialının daha yaxşı müəyyənləşdirilməsi təmin ediləcəkdir.

Növbəti mərhələdə texniki-iqtisadi və maliyyə əsaslandırmalarının aparılması nəticəsində ümumi siyahıdan istehsalı qısa zaman ərzində mümkün olan və nisbətən az investisiya tələb edən məhsul istiqamətləri seçiləcək, rentabellilik və investisiya ehtiyacları üzrə cədvəllər hazırlanacaqdır.

Tədbir 2.1.2: Seçilmiş sahələrə investisiyaların cəlb olunması

Seçilmiş yerli malların istehsalı üçün tələb olunan investisiya və maliyyələşmə vasitələrinin yerli və xarici investorlar tərəfindən təmin olunması müvafiq qurum tərəfindən əlaqələndiriləcək, investorlar üçün təklif ediləcək stimullaşdırıcı şərtlər və digər dövlət dəstəyi tədbirləri, o cümlədən güzəştli kredit və nizamnamə kapitalında iştirak variantları nəzərdən keçiriləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Qeyd olunan tədbirlərin icrası nəticəsində 2020-ci ildə real ÜDM-in 15 milyon manat artacağı proqnozlaşdırılır.

Əsas icra göstəricisi:

ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların

keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli

istehsal ilə əvəz edilməsi.

Tələb edilən investisiya

Bu tədbirlərin icrası üçün hər hansı investisiya qoyuluşu tələb olunmayacaqdır.

Gözlənilən risklər

Regional bazarlarda tələbatın dəyişməsi, seçilmiş mal qrupları üzrə regional qiymətlərdə dəyişikliklərin olması.

7.2.2. Prioritet 2.2. İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi

Əsaslandırma

Azərbaycanda yerli tələbata əsaslanan yanaşma işlənib hazırlanmaqla əsas diqqət yarımfabrikatların (aralıq məhsulların) və son istehlak məhsullarının istehsalına yönəldiləcəkdir. Statistik məlumatlara əsasən, 2014-cü ildə ağır sənaye və maşınqayırma məhsulları üzrə 4 milyard 300 milyon manat həcmində yerli tələbat idxal hesabına təmin edilmişdir. Daha ətraflı təhlil predmeti olacaq məhsullara aşağıdakıları misal göstərmək olar: qızıl, maşın hissələri, nasos və kompressorlar, borular üçün klapan və digər cihazlar, boru və borucuqlar, yayma məmulatları (prokatlar), elektrik maşın və avadanlıqları, onların hissələri (şəkil 7).

29

İdxalın yerli istehsalla əvəzlənməsi yerli rəqabətədavamlı şirkətlərə dəyər zəncirinə şaquli inteqrasiya üçün tələb olunan investisiya yatırımlarını həyata keçirə bilmələrindən ötrü kreditlərin verilməsi, məhsul portfelinin tərkibinin genişləndirilməsi, şaquli inteqrasiya məqsədilə seçilmiş sektorlara mütəxəssislərin cəlb edilməsinə maliyyə vəsaitinin ayrılması, yerli istehsala xarici birbaşa investisiyaların cəlb edilməsi yolu ilə təmin olunacaqdır.

Azərbaycanın dəyər zəncirində iştirakına dəstək ola biləcək digər tədbirlərə məhsullar və sektorlar üzrə hərtərəfli qiymətləndirmə aparılması, seçilmiş ilkin pilot sektorların və layihələrin müəyyən edilməsi, kreditlərin restrukturizasiyası və ya stimullaşdırılması məqsədilə maliyyə mexanizmlərinin təklif olunması, ixtisaslı kadrların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi (məsələn, iş vizası tələblərinin azaldılması) aid ola bilər.

Şəkil 7. Ağır sənaye və maşınqayırma sahəsində aralıq və son məhsulların istehsalı və idxalın yerli məhsulla əvəzlənməsi (milyon manatla)

1. Azərbaycanda ağır sənaye və maşınqayırma idxalının 80 faizini təşkil edən məhsullar (ümumi idxal dəyəri

təxminən 4,3 milyard manat olmaqla). Faktiki rəqəmlər ABŞ dolları ilə verilmiş və 2014-cü il üzrə Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsindən (1 ABŞ dolları = 0.78 manat) istifadə olunmuşdur

Mənbə: Malların ticarətinə dair BMT-nin məlumat bazası

2014-cü ildə Azərbaycan təxminən 800 milyon ABŞ dolları dəyərində sənaye maşın və avadanlıqları idxal etmişdir (şəkil 8). Neft-qaz və kənd təsərrüfatı kimi sahələrdə maşın və avadanlıqlara tələbatı ödəmək üçün ölkədə istehsal olunan məhsulların keyfiyyətinin artırılması, sənayedə yeni texnologiya və elmi tədqiqat araşdırmaları istiqamətində məqsədyönlü tədbirlər görüləcəkdir.

30

Şəkil 8. Azərbaycanda 2014-cü il üzrə idxal olunan maşın və avadanlıqların strukturu və həcmi (milyon ABŞ dolları ilə)

Mənbə: Malların ticarətinə dair BMT-nin məlumat bazası

Azərbaycanda ağır sənaye və maşınqayırma müəssisələri idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi baxımından güclü imkanlara malikdir. Bu baxımdan “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 1046 nömrəli Fərmanı yerli maşınqayırma məhsullarına tələbatın artmasına ciddi təsir göstərəcəkdir.

Bununla belə, 2015-ci ildə ölkəyə idxal olunan bütün mal və məhsulların təqribən 57 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri olmuşdur. 10 Həmçinin, neft maşınqayırması ilə əlaqədar avadanlıq, modul və komponentlərin əksər hissəsi idxal edilir.

Tikinti materialları, tikinti maşın və avadanlığı, mədən maşın və avadanlığı, sintetik materiallar və rezin emalı avadanlığı, nasos və kompressorlar, metal emalı avadanlığı, tekstil istehsalı avadanlığı, çap maşınları, yeyinti və qablaşdırma avadanlığı, ağac emalı avadanlığı, mal və material yükləmə avadanlığı ölkəyə idxal edilən maşın və avadanlıqların strukturunda üstünlük təşkil edir. Qeyd olunan qrupdan tikinti materialları, tikinti maşın və avadanlığı, mədən maşın və avadanlığı, nasos və kompressorlar, mal və material yükləmə avadanlığı və ya onların tərkib hissələrinin və komponentlərinin yerli istehsalla əvəz edilməsi ilkin mərhələdə daha perspektivli görünür.

Maşınqayırma məhsulları üzrə ölkənin idxal və ixrac strukturuna birgə baxdıqda isə əlavə olaraq buldozer, ekskavator və digər yol tikintisi maşın və avadanlıqları, kənd

10

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

31

təsərrüfatı maşın və avadanlıqları, yeyinti sənayesi avadanlıqları, elektrik avadanlıqları, dəmir yolu lokomotiv və vaqonları idxalının ortamüddətli perspektivdə əvəz edilməsi mümkündür.

Avtomobil, traktor və yükdaşıyan maşınların yerli istehsalı əsasən yığımla məhdudlaşır. Perspektivdə isə yalnız maşın mühərriklərinin, transmissiya mexanizmlərinin idxalı saxlanıla, qalan hissələr isə yerli bazardan təchiz oluna bilər.

Ölkə iqtisadiyyatında əhəmiyyətli payını, eləcə də ağır sənaye və maşınqayırma məhsullarından asılılığını nəzərə alaraq, təhlil edilmiş mal kateqoriyaları üzrə dörd sektor – mədənçıxarma (ilk növbədə neft-qaz sektoru), kənd təsərrüfatı, dövlətin nəzarətində olan təbii inhisarlar və müdafiə sənayesi – 2020-ci ilədək olan dövrdə ağır sənaye və maşınqayırmada istehsalın lokomotivi qismində çıxış edə bilər.

Hazırda neft və qaz sənayesinin dəyər zəncirində xeyli ağır sənaye və maşınqayırma məhsulundan istifadə olunur (şəkil 9). Onlardan bəzilərinin, məsələn, buruq, nasos, kompressor, daşıma və emal üçün maşın və avadanlıqların Azərbaycanda istehsal olunmasına baxmayaraq, neft-qaz sektorunun dəyər zəncirinin bütün seqmentlərində yerli istehsalın iştirakının genişləndirilməsi üçün potensial mövcuddur. Elektrik maşın və avadanlıqları istehsalı sahəsində də oxşar vəziyyət mövcuddur. Ötürücü və paylama sisteminin təşkilində Azərbaycanın müəyyən maşın və avadanlıqları iştirak edir, lakin elektrik enerjisinin istehsalı və pərakəndə satış mərhələlərində də ölkənin milli maşın və avadanlıqla iştirak potensialı vardır.

Şəkil 9. Azərbaycanda maşınqayırma məhsullarından neft-qaz dəyər zəncirində istifadə potensialı

Bununla belə, ölkədə inkişaf etmiş neft-qaz sektoru kimi iri təchizatçının olmasına baxmayaraq, maşınqayırma sektorunun daha da inkişafı üçün potensial imkanlar mövcuddur. Ölkənin neft-qaz sahəsində fəaliyyət göstərən transmilli şirkətlərin yerli

32

maşınqayırma məhsullarının istehsalçıları ilə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara və bununla da təchizat tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə birgə əməkdaşlıq səylərini və əlaqələndirməni həyata keçirməsi bu sahədə olan məsələlərin həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Yerli məhsulların imici və sifarişçilər arasında tanınması da yeni tələblər nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, yerli müəssisələrin əksəriyyəti yüksək texnoloji həll tələb edən kompleks avadanlıq istehsalını da yetərli səviyyədə mənimsəməlidirlər.

Azərbaycanın kənd təsərrüfatında irəliləyişə nail olmaq üçün əsas vasitə ölkənin ixracında emal olunmamış məhsulların çəkisini azaltmaq və emal olunmuş məhsul ixracına keçməkdən ibarətdir. Digər tərəfdən, 2015-ci ildə Azərbaycanın kənd təsərrüfatı idxalının təxminən 54,5 faizini emal olunmuş məhsullar (süd, kərə yağı, heyvan və bitki mənşəli piylər və yağlar, şəkər, tütün və tütün məmulatları) təşkil etmişdir. 11 Bu göstəriciyə görə Azərbaycan bir sıra region ölkələrindən geri qalır. Ölkənin kənd təsərrüfatı və aqrar-sənaye seqmentində emal və dərin emal olunmuş məhsulların faizi artdıqca, yerli maşınqayırma sektoru üçün sahə müəssisələrindən yeni sifariş imkanları yaranacaqdır. Maşınqayırma sənayesi ilə qarşılıqlı bağlılıq həm məhsuldarlığın artırılması, həm də kənd təsərrüfatında emal olunmuş məhsulların istehsalına keçid istiqamətində irəliləmək baxımından çox əhəmiyyətlidir.

Görüləcək tədbirlər

Tədbir 2.2.1: İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyən edilməsi

Ölkəyə daha çox idxal olunan ağır sənaye və maşınqayırma məhsullarının siyahısı tərtib olunaraq təhlil ediləcək və bu siyahı üzrə Azərbaycanda mənfəətli şəkildə istehsal oluna biləcək məhsullar müəyyən olunacaqdır. Müəyyən olunmuş məhsullar üzrə təhlillər aparılaraq, həmin sahəyə yerli və xarici investorların cəlb edilməsi ilə bağlı addımlar atılacaqdır.

Tədbir 2.2.2: Milli kontentin normativ bazasının gücləndirilməsi

Əsaslandırmada verilmiş mal qrupları nəzərə alınaraq, yerli maşınqayırma müəssisələrinin məhsullarından istifadə səviyyəsinin artırılması üçün mövcud qanunvericiliyə yenidən baxılacaq, satınalmalar haqqında qanunun yeni layihəsində milli kontentlə bağlı müddəalar daha təfsilatlı və dəqiq veriləcəkdir. Ölkədə mövcud olmayan və son məhsulun yaradılmasında vacib rol oynayan xammal növlərinə tətbiq edilən idxal rüsumlarına yenidən baxılacaqdır. Bəzi neft maşınqayırması məhsullarının təchizatında idxal payına kvotaların tətbiq olunması məsələsi araşdırılacaqdır.

Tədbir 2.2.3: Maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qrupların yaradılması və fəaliyyətinin təmin edilməsi

Təchizat ilə istehsal planları arasında əlaqələndirməni gücləndirmək, satınalan təşkilatlar üçün yerli müəssisələrin istehsal edə biləcəyi konkret mal və avadanlıqları müəyyənləşdirmək, məhsulların keyfiyyət standartlarını və müvafiq tənzimləyici reqlamentləri qarşılıqlı dəqiqləşdirmək və sahəvi araşdırmalar aparmaq məqsədilə mədənçıxarma, təbii inhisarlar, müdafiə sənayesi və kənd təsərrüfatında fəaliyyət göstərən iri sifarişçi təşkilatları, sənaye müəssisələrini və müvafiq dövlət orqanlarını

11

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

33

əhatə edən işçi qruplar yaradılacaqdır. Azərbaycanda fəaliyyət göstərən iri transmilli şirkətlərin nümayəndələri işçi qrupların tərkibinə dəvət olunacaqlar. Bu tədbir üzrə müəyyən olunmuş əlaqələndirici dövlət orqanı işçi qrupların təşkil olunması, iclaslarının mütəmadi keçirilməsi, yekun qərarların icrası üçün lazımi tədbirlərin görülməsini təmin edəcəkdir. İşçi qruplara yardım məqsədilə beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycana dəvət olunması, şirkətlər üçün ekspertlər panelinin formalaşdırılması məsələlərinə baxılacaqdır.

Tədbir 2.2.4: Neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması

Ölkəyə idxal olunan əsas neft maşınqayırması avadanlıqlarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan daha kompleks avadanlıqların istehsalı üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələrək növbəti addımlar planlaşdırılacaqdır.

Tədbir 2.2.5: Müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması

Ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələn növbəti addımlar planlaşdırılacaqdır.

Gözlənilən nəticə və nəticə indikatorları

Qeyd edilən tədbirlərin tam həcmdə icrasının 2020-ci ildə real ÜDM-in 145 milyon manat artmasına və 5700 yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz

azaldılması;

qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı

payının 45 faizə qədər azaldılması;

idxal olunmuş qara metal məhsullarının həcminin 20 faizinin yerli istehsalla əvəz

edilməsi.

Tələb edilən investisiya

Prioritet çərçivəsində nəzərdə tutulan tədbirlərin əhatə dairəsini nəzərə alaraq, 2020-ci ilədək 330 milyon manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır.

Gözlənilən risklər

İdxal edilən mal və avadanlıqların qiymətində gözlənilməz azalmaların olması, dempinq siyasəti, ölkədə fəaliyyət göstərən transmilli şirkətlərin yeni təchizat siyasətini dəstəkləməməsi əsas risk yaradan faktorlardandır.

7.2.3. Prioritet 2.3. Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi

Əsaslandırma

Obyektiv səbəblərə görə Azərbaycanda mədənçıxarma sektorunun böyük hissəsini xam neft və təbii qazın hasilatı təşkil edir. Dağ-mədən sənayesində metal

34

filizlərinin hasilatı son illərdə stabil artmaqdadır. 2015-ci ildə müşahidə edilən pozitiv dinamika sahənin hələ istifadə olunmayan potensialının mövcudluğundan xəbər verir. Bununla belə, 2016-cı ilin əvvəllərindən metal filizlərinin hasilatında müəyyən durğunluq hiss edilməkdədir. Dünya iqtisadiyyatında baş verən proseslər, regional tələbatda qeyri-sabitlik ölkə iqtisadiyyatının inkişafına təsirsiz ötüşmür. Təxminən eyni təmayülü metallurgiya sənayesinə də aid etmək mümkündür.

Hazırda ölkənin metallurgiya və hazır məmulat istehsalı müəssisələrində əsasən çuqun və poladtökmə məhsulları–katankalar, polad borular, armatur, soyuq formalı profillər istehsal olunur. Neft-qaz boruları, xüsusi növ polad, hamar və uzun yayma məmulatlar (prokat) istehsalı əlavə dəyərin yaradılması baxımından cəlbedici görünür. Prokat istehsalı ilə bağlı tam istifadə olunmamış imkanların mövcudluğu aşkar edilmişdir. Bir sıra müəssisələrdə polad prokatı istehsalı qurğuları ilin əksər hissəsində istifadəsiz qalır. Bundan əlavə, alüminium, qızıl və qızıl məmulatı istehsalında potensialın kifayət qədər yüksək olduğu hesab olunur.

Görüləcək tədbirlər

Tədbir 2.3.1: Qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsi

Ölkənin təbii resurslar bazasından optimal istifadə edilməsi məqsədilə beynəlxalq dağ-mədən və metallurgiya şirkətləri ilə əməkdaşlıq intensivləşdiriləcək, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdırılacaqdır. Dəmir konsentratı yuvarının istehsal həcmləri artırılacaqdır. Qara metallurgiyanın emal mərhələlərini əhatə edəcək müəssisələr şəbəkəsinin yaradılması təşviq ediləcəkdir: metallizləşdirilmiş dəmir istehsalı, elektrik poladəritmə, polad təbəqələr istehsalı və sair.

Tədbir 2.3.2: Əlvan metallurgiyanın inkişaf etdirilməsi

Yerli xammal bazasının hərtərəfli qiymətləndirilməsi nəticəsində ilkin mərhələdə yerli alunit və boksitlərdən, həmçinin neft sənayesinin (anod blokları) imkanlarından yararlanmaqla alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına qarşılanması məsələsinə baxılacaqdır. Alüminiumdan son məhsul istehsal edəcək emal müəssisələrinin yenidən qurulması üçün tədbirlər görüləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Göstərilmiş tədbirlərin yerinə yetirilməsi 2020-ci ilədək ölkənin dağ-mədən və metallurgiya sektorunda yerli xammal potensialından tam istifadə olunmasına, polad və alüminiuma yerli tələbatın qarşılanmasına, həmçinin artan istehsal səbəbindən maşınqayırma sektoruna sifarişlərin çoxalmasına şərait yaradacaqdır. Bu prioritetin 2020-ci ildə real ÜDM-ə gözlənilən təsirinin 1 milyard manat olacağı proqnozlaşdırılır (təsirin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir). Əlvan metallurgiyanın ÜDM-ə təsirinin hesablanması təbii ehtiyatların həcminin və keyfiyyətinin, həmçinin alunitdən alüminium almaq üçün texnologiyanın qiymətləndirilməsi aparıldıqdan sonra həyata keçiriləcəkdir.

Əsas icra göstəriciləri:

qara metallurgiyanın yerli xammal bazasından tam istifadənin təmin olunması;

yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;

maşınqayırma sektoruna sifarişlərin çoxalması.

35

Tələb edilən investisiya

Prioritetlər çərçivəsində tədbirlərin əhatə dairəsi nəzərə alınaraq, dəmir filizi kompleksinin və emal müəssisələrinin tikilməsi üçün 2020-ci ilədək 2 milyard manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır. Lakin müəyyən əlavə nəticələrin əldə edilməsi planları hesabına bu məbləğ arta bilər (investisiya tələbinin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir).

Gözlənilən risklər

Qara metallurgiyanın emal mərhələlərini əhatə edəcək müəssisələr şəbəkəsinin yaradılmaması və alüminiumdan son məhsul istehsal edəcək emal müəssisələrinin yenidən qurulmaması, həmçinin Azərbaycanda alunit ehtiyatlarının həcminin müəyyən edilməsi və alüminium istehsalı üçün səmərəli texnologiyanın mövcud olmaması əsas risk yaradan faktorlardandır.

7.2.4. Prioritet 2.4. Xidmət sektorunun inkişaf etdirilməsi

Əsaslandırma

Azərbaycanda ağır sənaye və maşınqayırma sektorunda kifayət qədər inkişaf etmiş xidmət müəssisələri fəaliyyət göstərir. Xidmət müəssisələri mədən sənayesində və maşınqayırma sahəsində maşın və avadanlıqların quraşdırılması və təmiri seqmentində cəmlənmişdir. Mədən sənayesində xidmətlər ümumi mədən sənayesinin istehsalat həcminin təqribən 10 faizini təşkil edir. 12 Burada cəmləşən müəssisələrin əksəriyyəti neft və qaz hasilatı ilə bağlı qazma xidməti göstərən müəssisələrdir. Dağ-mədən sənayesi və karxana işləri ilə əlaqədar yardımçı xidmətlər göstərən müəssisələrin iş həcmi aşağı səviyyədədir.

Digər tərəfdən, maşın və avadanlıqların quraşdırılması və təmiri müəssisələri maşınqayırma kompleksində əhəmiyyətli yer tutur. Belə ki, bu sahə emal sektorunda məhsul buraxılışına görə üçüncü yerdədir. Ağır sənaye və maşınqayırmada xidmət müəssisələrinin inkişaf etdirilməsi ölkənin gələcək hədəflərinə, daha innovativ fəaliyyətin təşviqinə və xidmətlərin ixracına başlanmasına imkan verəcəkdir.

Görüləcək tədbirlər

Tədbir 2.4.1: Dağ-mədən sənayesində xidmətlərin təşviqi

Ölkənin dağ-mədən sektorunda iş zamanı yerli müəssisələr tərəfindən yardımçı xidmətlər göstərilməsinin artırılması məqsədilə bu sahədə yerli güclərin yaradılması və beynəlxalq mədən və metallurgiya şirkətləri ilə birgə layihələrin icrası zamanı yerli xidmətlərdən istifadə olunması təşviq ediləcəkdir.

Tədbir 2.4.2: Xidmətlərin ixracı imkanlarının genişləndirilməsinin təşviqi

Maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində fəaliyyət göstərən müəssisələrin regional bazara yönəlməsi, region ölkələrinin ehtiyaclarının qarşılanmasında iştirakın artırılması, ölkənin tədricən regional quraşdırma və təmir mərkəzinə çevrilməsi ilə əlaqədar təkliflər hazırlanacaqdır.

Gözlənilən nəticə və nəticə indikatorları

Qeyd olunan tədbirlərin icrası 2020-ci ildə ölkənin ağır sənaye və maşınqayırma sektorunda yeni və daha innovativ fəaliyyət növlərinin meydana çıxmasına şərait

12

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

36

yaradacaqdır. Bu prioritetin 2020-ci ildə real ÜDM-ə təsiri 2-ci strateji hədəfə daxil olan digər prioritetlərin gözlənilən nəticələrində dolayı təsir kimi artıq öz əksini tapmışdır.

Əsas icra göstəricisi:

dağ-mədən sektorunda yeni xidmət müəssisələrinin qeydiyyatdan keçməsi.

Tələb edilən investisiya

Xidmət sənayesinin inkişafı üçün digər prioritetlərdə əks olunanlardan əlavə investisiya tələb olunmur.

Gözlənilən risklər

Regional bazarlarda tələbin dəyişməsi, ölkədə fəaliyyət göstərən mədən və metallurgiya şirkətlərinin ölkədən kənarda fəaliyyət göstərən müəssisələrin xidmətlərindən istifadə siyasətini dəstəkləməsi.

7.3. Strateji hədəf 3. Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi

Gələcək illərdə inkişafın əldə olunması üçün iki əsas şərtin yerinə yetirilməsi vacibdir: alternativ maliyyə vəsaitinin və bilik transferinin daha sistematik qaydada həyata keçirilməsi; beynəlxalq standartlar və idarəetmə prosedurları ilə uyğunluğun daha da artırılması.

7.3.1. Prioritet 3.1. Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi

Əsaslandırma

Hazırda Azərbaycanda dövlət investisiyaları ümumi investisiya qoyuluşunun yarısından çoxunu təşkil edir. Aşağıda göstərilən ölkələrlə müqayisədə Azərbaycanda dövlət investisiyalarının payı kifayət qədər çoxdur (şəkil 10). Birbaşa xarici investisiyalar, dövlət-özəl tərəfdaşlığı dövlət sektorunun investisiyalarda payının azaldılmasında mühüm rol oynayır.

37

Şəkil 10. Digər ölkələrlə müqayisədə Azərbaycanda investisiya qoyuluşlarının mənbəyi

1. Qeyd etmək lazımdır ki, əsaslı kapital qoyuluşunda əsas kapitala yönəldilməmiş birbaşa xarici investisiya

axınları nəzərə alınmamışdır. 2. Dövlət-özəl investisiya bölgüsü 2014-cü il üzrə təsdiq edilmiş büdcə sənədinə uyğun olaraq, 30-70 faiz

nisbətində qəbul edilir.

Mənbə: Dünya Bankının İnkişaf Göstəriciləri

Birbaşa xarici investisiyaların (BXİ) cəlbi üzrə ölkədə BXİ üçün mövcud ekosistemin qiymətləndirilməsinin dörd əsas ölçüsü nəzərə alınmalıdır: iqtisadi əsaslar, BXİ üçün biznes mühitinin əlverişliliyi, normativ tənzimləmənin keyfiyyəti və qanunun aliliyi (şəkil 11).

Azərbaycan Milken İnstitutunun Qlobal İmkanlar İndeksində 2009-cu ildən əhəmiyyətli irəliləyişə nail olmuşdur. Belə ki, ölkə 2009-cu ildə 78-ci pillədən 2015-ci ildə 58-ci pilləyə qədər irəliləmişdir.

Şəkil 11. Azərbaycanda BXİ-nin cəlb edilməsi potensialının təkmilləşdirilməsi

Mənbə: Milken İnstitutu, Qlobal İmkanlar İndeksi

38

Hazırda Azərbaycanın ağır sənaye və maşınqayırma sektoruna BXİ qoyuluşu xüsusilə yerli investisiyaların səviyyəsi ilə müqayisədə məhduddur. 2014-cü ildə ÜDM-də BXİ-nin payı 25 faiz təşkil etmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni göstərici Gürcüstanda 74 faiz, Qazaxıstanda 61 faiz, Türkmənistanda 55 faiz, Ukraynada isə 49 faiz olmuşdur. Azərbaycana BXİ qoyuluşunun 95 faizi neft və qaz sektoruna yönəldilmişdir.13

Strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyəti yalnız maliyyə gəlirlərinin artması ilə məhdudlaşmır, eyni zamanda, zəruri idarəçilik bacarıqlarının və biznes biliklərinin əldə olunması, idarəetmə hədəflərinin uzunmüddətli dövr üçün təyin olunması, innovativ sənaye təcrübələrinin qazanılması və layihənin risklərinin strateji tərəfdaşla bölüşdürülməsini də əhatə edir. Strateji tərəfdaşlıq münasibətlərinin qurulması üçün investor şirkətdən sənaye sektorunda geniş təcrübə tələb olunur. Bununla belə, dövlət və özəl sektor arasında tərəfdaşlığın qurulmasında müvəffəqiyyət mövcud beynəlxalq standartların mənimsənilməsindən xeyli asılı olacaqdır (şəkil 12)

Şəkil 12. Azərbaycanda strateji tərəfdaşlıq və dövlət-özəl tərəfdaşlığı üzrə təkmilləşdirmə istiqamətləri

Mənbə: Avropa Yenidənqurma və İnkişaf Bankı

Həmçinin, alternativ maliyyələşmənin və bilik və bacarıqların cəlb olunmasında xarici investisiyaların qorunması, tənzimləyici qurumların şəffaflığı, logistika və ümumi infrastrukturun dövlət tərəfindən təmin edilməsi kimi amillər vacib rol oynayacaqdır.

“Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamı birbaşa xarici investisiyaların cəlb olunması, yerli

13

Mənbə: BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı

39

istehsalçılar ilə xarici iş adamlarının əlaqələndirilməsi, həmçinin, mövcud məlumat bazalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və nəticə etibarilə, yerli istehsalın tanıdılmasının yeni səviyyəyə qaldırılması istiqamətində mühüm proqram sənədlərindən biri olacaqdır.

Görüləcək tədbirlər

Tədbir 3.1.1: İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi

Mövcud investisiya mühiti və potensial imkanlar hərtərəfli təhlil edilərək, Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazası çərçivəsində alternativ maliyyələşməyə açıq sənaye layihələrindən ibarət platformanın hazırlanması nəzərdən keçiriləcəkdir. Bazaya daxil ediləcək layihələr, bu Strateji Yol Xəritəsinin daha əvvəlki prioritetlərində qeyd olunmuş aktivlər və təbii resursların reyestri, regional ixrac və idxalın əvəzlənməsi üzrə mal və məhsul siyahıları nəzərə alınmaqla, paralel şəkildə hazırlanacaqdır. Bazaya həmçinin digər sahələr, əlaqəli infrastruktur – logistika üzrə flaqman təşəbbüslər də daxil ediləcəkdir. Layihə tarixçəsində gözlənilən investisiya həcmi, təklif edilən investisiya sxemi (BXİ, dövlət-özəl tərəfdaşlığı və s.) və investisiya ilə əlaqədar digər ilkin tələblər qeyd olunacaqdır. Layihələrin beynəlxalq investor və donorlara təqdim edilməsi, davamlı tanıdılması və təşviqi istiqamətində ardıcıl tədbirlər görüləcəkdir.

Tədbir 3.1.2: İnvestisiya mühitinin yaxşılaşdırılması

İnvestisiya mühitinin yaxşılaşdırılması, biznes proseslərini tənzimləyən prosedurların sadələşdirilməsi, xarici investisiyalar üçün əngəl yaradan inzibati maneələrin aradan qaldırılması və təminat sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi istiqamətində tədbirlər davam etdiriləcək, beynəlxalq reytinqlər çərçivəsində əməkdaşlıq gücləndiriləcəkdir. Bununla əlaqədar olaraq, müəssisələrin əsas şəbəkələrə (qaz, su, elektrik enerjisi) qoşulması, tikintiyə icazə alınması, istehsal üçün torpaqların ayrılması kimi prosedurların sadələşdirilməsinə xüsusi diqqət yönəldiləcəkdir.

Tədbir 3.1.3: Yeni maliyyələşmə mexanizmlərinin tətbiq edilməsi

Beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, “mələk investorlar”ın (“angel investor”), etimad fondlarının (“trust fund”) innovasiyayönümlü maşınqayırmada tətbiqi istiqamətində təkliflər hazırlanacaqdır.

Tədbir 3.1.4: Sənaye müəssisələri üçün zəruri infrastrukturun təmin edilməsi

Ağır sənaye və maşınqayırma müəssisələrinin infrastruktur ehtiyaclarının operativ təmin edilməsi üçün dövlət tərəfindən ümumi infrastrukturun yaradılması işləri davam etdiriləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Prioritet çərçivəsində nəzərdə tutulmuş fəaliyyətin tam həcmdə icra edilməsinin 2020-ci ildə real ÜDM-in 105 milyon manat artımına səbəb olacağı və yeni iş yerlərinin açılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

investisiya məlumat bankının onlayn rejimdə fəaliyyətə başlaması;

40

ölkə iqtisadiyyatına xarici investisiyaların yatırılması dinamikasında yüksəliş

trendi;

ilk özəl kapital fondlarının (private equity fund) yaradılması.

Tələb edilən investisiya

Maliyyə vəsaitlərinə çıxış imkanının artırılması hesabına 2020-ci ilədək sektor üzrə 270 milyon manat əlavə investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır.

Gözlənilən risklər

Beynəlxalq maliyyə bazarlarında likvidlik çatışmazlığı, investorların öz vəsaitlərini inkişaf etməkdə olan ölkələrdən daha gəlirli hesab edilən bazarlara istiqamətləndirməsi əsas risk yaradan faktorlardandır.

7.3.2. Prioritet 3.2. Beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşmanın təmin edilməsi

Əsaslandırma

Azərbaycanın ağır sənaye və maşınqayırma sektorunda mövcud standartların və idarəçilik prosedurlarının təkmilləşdirilməsinə ehtiyac duyulur. Hazırda ölkədə ümumilikdə 22 minə yaxın standart mövcuddur.14 Mövcud yerli normativ hüquqi bazanı yerli, beynəlxalq və spesifik sənaye standartları kateqoriyalarına ayırmaq mümkündür. Standartları və onlara əməl olunmasını sadələşdirmək, eləcə də şəffaflığı artırmaq məqsədilə mövcud təşəbbüslərin daha da inkişaf etdirilməsi zəruridir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi altında bir sıra dövlət qurumları, o cümlədən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti, Dövlət Akkreditasiya Xidməti, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Təcrübə-Sınaq Xidməti (AzTEST) ağır sənaye və maşınqayırma sektorunda standartların tətbiqini təmin edirlər. Sahə üzrə aparılan araşdırmalar göstərir ki, Azərbaycanın beynəlxalq standartlara uyğunlaşması vəziyyətinin daha da təkmilləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Görüləcək işlər standartlar haqqında məlumatlılıq səviyyəsinin və şəffaflığın artırılması istiqamətində mövcud prosedurların təkmilləşdirilmələrini özündə ehtiva edəcəkdir. Belə ki, dövlət standartları ilə bağlı hazırda onlayn internet səhifəsi fəaliyyət göstərir, lakin səhifənin naviqasiya strukturunda (xəritəsində) və məzmununda təkmilləşdirmələrin aparılmasına ehtiyac vardır. Bundan əlavə, səhifədə mövcud 22 min standartdan yalnız 900-ü haqqında məlumat yerləşdirilmişdir.15 Eyni zamanda, ölkənin metrologiya sisteminin inkişaf etdirilməsi üçün də müvafiq tədbirlər görülür. Əsas məqsəd milli metrologiya sistemini Avropa İttifaqının mövcud sisteminə və beynəlxalq standartlara, qabaqcıl təcrübəyə uyğun inkişaf etdirməklə, ölkənin dünya bazarlarına çıxışına dəstək verməkdir.

14

Mənbə: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu 15

Mənbə: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu

41

Görüləcək tədbirlər

Tədbir 3.2.1: Beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşmanın təmin edilməsi

Milli standart və prosedurların müasir beynəlxalq təcrübəyə uyğunluğunu artırmaq üçün bir sıra tədbirlər görüləcəkdir: sənaye sahəsində standartların sayı, məzmunu (texniki şərtləri) və əldəolunma prosedurları təkmilləşdiriləcək, “könüllülük” prinsipi təşviq ediləcək, məcburi sertifikatlaşdırmaya aid məhsulların siyahısı azaldılacaq və siyahıya hər il yenidən baxılacaq, texniki tənzimləmə, istehsal reqlamentlərinin, keyfiyyətə nəzarət sistemlərinin müasir tələblərə uyğunlaşdırılması üçün tədbirlər görüləcək, standartlaşdırma sahəsində akkreditə olunmuş hüquqi şəxslərin sayı artırılacaq, məcburi yoxlamaların sayı risklərin idarəedilməsi metodologiyasına əsasən azaldılacaq və bu sahədə şəffaflıq artırılacaqdır. Dövlət və özəl təlim mərkəzlərində standartlaşdırma prosesinin bütün seqmentləri üzrə bazar iştirakçıları üçün pulsuz təlimlərin təşkili dəstəklənəcəkdir.

Tədbir 3.2.2: Sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması

Sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması üçün səylər gücləndiriləcək, idarəetmə sistemləri standartlarının, korporativ idarəetmə standartlarının tətbiqi sahələr üzrə genişləndiriləcəkdir. Müəssisələrdə satış, marketinq, satışdan sonra qulluq və müştəri sorğularına operativ cavab departamentlərinin beynəlxalq təcrübəyə uyğun yenidən təşkil edilməsi işlərinin dəstəklənməsi istiqamətində təhlillər aparılacaqdır.

Tədbir 3.2.3: Şəffaflığın artırılması və onlayn resursların məzmununun gücləndirilməsi

Dövlət orqanlarının mövcud onlayn resursları və internet səhifələri təkmilləşdiriləcək, açıq istifadədə olan məlumat bazalarının məzmununun zənginləşdirilməsi, texniki mənimsəmə səviyyəsinin yaxşılaşdırılması, əhatə olunan mövzuların bazar iştirakçılarının praktiki istifadəsi yönümündə qurulması, standartlaşdırma üzrə onlayn xidmətlərin geniş tətbiqi istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Tədbir 3.2.4: Sənaye müəssisələrində milli brendlərin yaradılmasının təşviq edilməsi

Keyfiyyət, müştəri məmnunluğu, müsbət emosional imic kimi meyarları nəzərdə tutan sənaye brendləri indeksinin hazırlanması və onun əsasında “ilin brendləri”nin müəyyən edilməsi, milli brendlərin xarici ölkələrdə tanıdılması üçün tədbirlər görüləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Beynəlxalq standartlara və idarəetmə sisteminə uyğunlaşma istiqamətində görülən tədbirlər ümumi iqtisadi səmərəliliyə müsbət təsir göstərməklə, sənaye müəssisələrinin beynəlxalq inteqrasiyasını və yeni bazarlara çıxışını asanlaşdıracaqdır.

Əsas icra göstəriciləri:

məcburi sertifikatlaşdırma və yoxlamaların sayının azaldılması;

42

sənaye müəssisələrinin beynəlxalq fəaliyyətinin, o cümlədən ixrac imkanlarının

artması.

Tələb edilən investisiya

İnvestisiya tələbinin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir.

Gözlənilən risklər

Standartlaşdırma sahəsində liberallaşdırma, məcburi sertifikatlaşdırma və yoxlamaların sayının azaldılmasından sui-istifadə hallarının olması əsas risk yaradan faktorlardandır.

43

8. MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 2,9 milyard manat investisiya tələb olunur.

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

dövlət büdcəsi;

büdcədənkənar fondlar;

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;

Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti;

yerli büdcələr;

mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların

vəsaitləri;

birbaşa xarici investisiyalar;

ölkə bank sisteminin kreditləri və qrantlar;

beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə

yardımları;

maliyyə bazarlarının alətləri;

qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitinin müəyyən edilmiş prioritet hədəflər üçün, ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədi ilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaqdır. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası və özəl sektorun, müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.

44

9. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

Strateji Yol Xəritəsinin icrası

Koordinasiya və rəhbərlik: Qərarların qəbul edilməsinin sürətləndirilməsi, hesabatlılığın aydın müəyyən edilməsi və əlavə icra qabiliyyətinin formalaşdırılması üçün müvafiq koordinasiya və rəhbərlik təmin ediləcəkdir.

• Strateji Yol Xəritəsi üçün yüksək siyasi səviyyədə qərarların qəbul edilməsinin sürətləndirilməsi mexanizmi yaradılacaqdır. Bu mexanizm qərarları qəbul edən şəxslər üçün digər əsas iştirakçılar tərəfindən proqramın tətbiq olunmasına lazımi rəhbərliyin təmin edilməsinə imkan verəcəkdir. Tətbiqin prioritetləri və konkret hədəflərlə bağlı qərarlar bu mexanizm vasitəsilə qəbul ediləcəkdir.

• Əsas icraçı təşkilat tədbirin vaxtında və mahiyyəti üzrə həyata keçirilməsi üçün ona aid hər bir prioritet və tədbir üzrə məsul şəxslər təyin edəcəkdir. Həmçinin, tədbirlər planında qeyd olunan digər qurumların iştirakı ilə prioritet üzrə məsul qurumların rəhbərliyi altında işçi qruplar yaradılacaqdır. İşçi qrupların hesabat toplantıları əsas icraçı təşkilatın rəhbərliyi ilə rüblük əsasda keçiriləcəkdir. İclaslarda rüb ərzində görülmüş işlər və növbəti dövr üçün nəzərdə tutulmuş fəaliyyətlər müzakirə ediləcəkdir. İşçi qruplar illik iş proqramı əsasında fəaliyyət göstərəcəklər. İşçi qrupun gündəlik iş rejimi və tapşırıqların bölgüsü məsul şəxs tərəfindən aparılacaqdır. Bir qayda olaraq, qrupun cari görüşləri məsul şəxsin təklifi ilə əsas icraçı təşkilatda keçiriləcəkdir. Əsas icraçı təşkilat işçi qrupun maneəsiz fəaliyyətini təmin etmək üçün zəruri şəraiti yaradacaq, tələb olunduqda kənar ekspertlərin texniki dəstəyindən yararlanmaq üçün addımlar atacaqdır.

• Strateji Yol Xəritəsinin icra olunmasına nəzarətin aparılması, yaranan problemlərin həll olunması və ya qurumlar arasında əlaqələndirmənin düzgün təşkili məqsədilə müvafiq koordinasiya qurumu (“delivery unit”) müəyyən ediləcəkdir. Qurumun əsas işi tədbirlərin effektiv icrası məqsədi ilə zəruri qurumlar, proseslər və texnologiyalar arasında koordinasiyanın təşkili olacaqdır. Tədbirlər planı üzrə işçi qrupların ahəngdar işi, rüblük hesabatların ümumiləşdirilməsi və illik hesabatın hazırlanması koordinasiya qurumu tərəfindən tənzimlənəcəkdir. Bundan əlavə, həmin qurum digər qurumlar tərəfindən tələb olunan maliyyə və insan resurslarının təşkil olunmasının təmin edilməsinə və zəruri hallarda əlavə resursların təqdim edilməsinə nəzarət edəcəkdir.

Strateji uyğunlaşdırma və maliyyələşdirmə: Resurslardan səmərəsiz istifadənin və hədəflər arasında yarana biləcək ziddiyyətlərin qarşısının alınmasına imkan verən səmərəli icra prosesinə nail olunması məqsədi ilə Strateji Yol Xəritəsi sektorlar üzrə digər planlara və mövcud büdcələrə tam inteqrasiya olunacaqdır.

• Aidiyyəti dövlət qurumlarının təklifləri əsasında bütün müvafiq strateji sənədlər Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq və zəruri hallarda, mövcud qurumların funksiyaları hədəflərə müvafiq qaydada yenidən formalaşdırılacaqdır. Bu uyğunlaşdırma işlərinə şəffaf, ölçüləbilən tətbiq hədəfləri daxil ediləcək, bu barədə ictimaiyyətə məlumat veriləcək və prosesin izlənilməsində bu hədəflərdən istifadə olunacaqdır.

• İcraya rəhbərlik olunması, eləcə də tələb olunan resurslara və gözlənilən nəticələrə münasibətdə şəffaflığın təmin edilməsi üçün bütün prioritetlər üzrə

45

təqdim olunan tədbirlərə əsaslanan detallı icra planları işlənib hazırlanacaqdır. Təyin olunmuş aparıcı qurum icra planının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla yanaşı, planın tətbiq olunmasına bütün əsas qurumları və özəl sektoru cəlb edəcəkdir.

Maraqlı tərəflərin səfərbər edilməsi: Həm dövlət, həm də qeyri-dövlət sektorundan yerli və beynəlxalq tərəfdaşlar Strateji Yol Xəritəsinin icrası prosesinə cəlb olunacaqdır.

• Əsas strateji tərəfdaşların müəyyən olunması və cəlb edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir. Hər bir prioritetin uğurla tətbiq olunması üçün çoxsaylı təşkilatların və maraqlı tərəflərin cəlb olunması tələb olunur. Hədəflərin uyğunlaşdırılması və lazımi əlaqələndirmənin təmin edilməsi məqsədi ilə, özəl sektor, dövlət müəssisələri və beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq maliyyə təşkilatları kimi kritik beynəlxalq tərəfdaşlarla işləmək üçün məşvərətçi şuralar və işçi komitələr yaradılacaqdır.

• Strateji Yol Xəritəsinin geniş şəkildə dəstəklənməsi üçün vətəndaş cəmiyyəti və beyin mərkəzləri səfərbər ediləcək və cəlb olunacaqdır. Bundan əlavə, fəal kommunikasiya, şəffaflıq və cəlbolunma dövlət və özəl sektorun, eləcə də bütövlükdə cəmiyyətin və digər maraqlı tərəflərin səfərbər edilməsinə kömək edəcəkdir.

Strateji Yol Xəritəsinin monitorinqi və qiymətləndirilməsi

Tələb olunan alətlər, proseslər və sairə vasitəsilə icranın uğurla həyata keçirilməsini təmin etmək üçün Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirilməsi həyata keçiriləcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritet üzrə gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır. Monitorinq və qiymətləndirmə beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar əsasında aparılacaqdır.

İşçi qrupların illik iş proqramları koordinasiya qurumu ilə razılaşdırılaraq, əsas icraçı təşkilat tərəfindən təsdiqlənəcəkdir. İşçi qrupların rüblük iclasları koordinasiya qurumunun nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Rüb üzrə görülmüş işlərə dair hesabat əsas icraçı təşkilat tərəfindən işçi qrupun rüblük iclasından ən azı 10 gün əwəl koordinasiya qurumuna təqdim ediləcəkdir. Koordinasiya qurumu qeyd olunmuş hesabatın hərtərəfli təhlilini və qiymətləndirilməsini, həmçinin işçi qrupun rüblük iclasında baş tutmuş müzakirələri nəzərə alaraq, iclasın keçirilmə tarixindən 10 gün müddətində rüblük monitorinqin nəticələrini və növbəti dövr üçün tövsiyələri əsas icraçı təşkilata təqdim edəcəkdir. Koordinasiya qurumu və əsas icraçı təşkilat monitorinq nəticələrinin və tövsiyələrin işçi qrupun gündəlik fəaliyyətində nəzərə alınması üçün tədbirlər görəcəkdir.

46

10. TƏDBİRLƏR PLANI

№ Tədbirin adı Əsas icraçı Digər icraçılar Nəticə indikatorları İcra müddəti

Strateji hədəf 1. Mövcud aktivlərin optimallaşdırılması

1.1. Sektorda məhsuldarlığın və səmərəliliyin artırılması

1.1.1. Qənaətli istehsal metodları üzrə təhlil aparılması

İqtisadiyyat Nazirliyi

Tarif Şurası, Vergilər Nazirliyi,

Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak

Məsələləri Dövlət Komitəsi,

"Azneftkimyamaş" ASC, APİK, "Daşkəsən

Filizsaflaşdırma" ASC

2020-ci ildə real ÜDM-in 250 milyon manat artması;

ağır sənaye sahəsində əmək məhsuldarlığının müvafiq sahələrdə 20 faizədək artması;

məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azalması.

2017-2020

1.1.2. Özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi

İqtisadiyyat Nazirliyi

Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi

2017

1.1.3. Sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması

Təhsil Nazirliyi

İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi

2017-2020

1.1.4. Elmi tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi

Azərbaycan Milli Elmlər

Akademiyası

İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi

2017-2020

47

1.1.5.

Sahəvi assosiasiyaların yaradılmasının dəstəklənməsi və müntəzəm fəaliyyətinin təmin edilməsi

İqtisadiyyat Nazirliyi

2017-2018

1.2. Enerjidən istifadədə optimal səmərəliliyə nail olunması

1.2.1. Enerji balansının optimallaşdırılması, tələb və təklifin uzlaşdırılması

Tarif Şurası

Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, “Azərenerji” ASC,

“Azərişıq” ASC

yeni enerji balansının hazırlanması;

strateji müəssisələrin siyahısının hazırlanması;

pik və qeyri-pik saatlar üzrə enerji istehlakının bərabər formada paylanması;

enerji istehsalçısı və istehlakçı olan müəssisələrdən ibarət əlaqələndirmə qrupunun yaradılması.

2017-2020

1.2.2. Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması

Tarif Şurası Energetika Nazirliyi,

Azərenerji ASC, İqtisadiyyat Nazirliyi

2017-2020

1.2.3. Strateji müəssisələr üçün güzəştli tariflərin müəyyənləşdirilməsi

Tarif Şurası İqtisadiyyat Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi

2017-2020

1.2.4. Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Tarif Şurası

2017-2020

1.2.5.

Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi

Tarif Şurası İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi

2017-2020

1.3. Aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması

1.3.1. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması

Əmlak Məsələləri Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər

2020-ci ildə real ÜDM-in 45 milyon manat artması;

2020-ci ildə 2000-dən artıq yeni iş

2017

48

Nazirliyi yerinin yaradılması;

mərkəzi reyestr və əlaqələndirilmiş məlumat bazalarının fəaliyyətə başlaması;

fəaliyyət göstərməyən ən azı 5 müəssisənin 2020-ci ilədək yenidən işə salınması;

rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsi.

1.3.2. Mərkəzi reyestrə daxil olan aktivlərin və təbii resursların qiymətləndirilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

İqtisadiyyat Nazirliyi 2018-2020

1.3.3. Canlandırma fəaliyyətinin həyata keçirilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi

2018-2020

1.3.4. Aktivlərin təyinatının dəyişdirilməsi

Nazirlər Kabineti

Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi,

İqtisadiyyat Nazirliyi

2018-2020

Strateji hədəf 2. Rəqabətədavamlı sektorun yaradılması

2.1. Regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması

2.1.1.

Regional bazarlara ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması

İqtisadiyyat Nazirliyi

Dövlət Gömrük Komitəsi,

AZPROMO

2020-ci ildə real ÜDM-in 15 milyon manat artması;

ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsullarının keyfiyyətindən

2017

49

2.1.2. Seçilmiş sahələrə investisiyaların cəlb olunması

İqtisadiyyat Nazirliyi

AZPROMO

əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli istehsal ilə əvəz edilməsi.

2017-2020

2.2. İdxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi

2.2.1. İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların müəyyən edilməsi

İqtisadiyyat Nazirliyi

2020-ci ildə real ÜDM-in 145 milyon manat artması;

2020-ci ildə 5700 yeni iş yerinin yaradılması;

kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz azalması;

qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azalması;

idxal olunmuş qara metal məhsullarının həcminin 20 faizinin yerli istehsalla əvəz edilməsi.

2017

2.2.2. Milli kontentin normativ bazasının gücləndirilməsi

İqtisadiyyat Nazirliyi

Ədliyyə Nazirliyi, Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi

2017-2020

2.2.3.

Maşın və avadanlıq, qoşqu və yarımqoşqular, elektrik avadanlığı və digər nəqliyyat vasitələri istehsalı üzrə sahəvi işçi qrupların yaradılması və fəaliyyətinin təmin edilməsi

İqtisadiyyat Nazirliyi

2017

2.2.4. Neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması

İqtisadiyyat Nazirliyi

Dövlət Neft Şirkəti 2017-2018

2.2.5. Müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması

Müdafiə Sənayesi Nazirliyi

2017-2018

50

2.3. Dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi

2.3.1. Qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi 2020-ci ildə real

ÜDM-in 1 milyard manat artması;

qara metallurgiyanın yerli xammal bazasından tam istifadənin təmin olunması;

yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;

maşınqayırma sektoruna sifarişlərin çoxalması.

2017-2020

2.3.2. Əlvan metallurgiyanın inkişaf etdirilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi 2017-2020

2.3.3.

Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirməyə açıq elan edilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

2016 icra edilib

2.4. Xidmət sektorunun inkişaf etdirilməsi

2.4.1. Dağ-mədən sənayesində xidmətlərin təşviqi

İqtisadiyyat Nazirliyi

APİK

dağ-mədən sektorunda yeni xidmət müəssisələrinin qeydiyyatdan keçməsi

2017-2020

2.4.2. Xidmətlərin ixracı imkanlarının genişləndirilməsinin təşviqi

İqtisadiyyat Nazirliyi

Dövlət Gömrük Komitəsi

2017

Strateji hədəf 3. Maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi

3.1. Alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübələrin ötürülməsi

3.1.1. İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi

İqtisadi İslahatların Təhlili

və Kommunikasiya

Mərkəzi

İqtisadiyyat Nazirliyi, AZPROMO

2020-ci ildə real ÜDM-in 105 milyon manat artması;

2017-2020

51

3.1.2. İnvestisiya mühitinin yaxşılaşdırılması

İqtisadiyyat Nazirliyi

Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük

Komitəsi, “Azərenerji” ASC,

Azəriqaz İB

investisiya məlumat bankının onlayn rejimdə fəaliyyətə başlaması;

ölkə iqtisadiyyatına xarici investisiyaların yatırılması dinamikasında yüksəliş trendi;

ilk özəl kapital fondlarının (private equity fund) yaradılması.

2017-2020

3.1.3. Yeni maliyyələşmə mexanizmlərinin tətbiq edilməsi

İqtisadiyyat Nazirliyi

2017-2020

3.1.4. Sənaye müəssisələri üçün zəruri infrastrukturun təmin edilməsi

İqtisadiyyat Nazirliyi

2017-2020

3.2. Beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşmanın təmin edilməsi

3.2.1. Beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşmanın təmin edilməsi

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsi

İqtisadiyyat Nazirliyi

məcburi sertifikatlaşdırma və yoxlamaların sayında azalma;

sənaye müəssisələrinin beynəlxalq fəaliyyətinin, o cümlədən ixrac imkanlarının artması.

2017

3.2.2. Sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması

İqtisadiyyat Nazirliyi

2017-2018

3.2.3. Şəffaflığın artırılması və onlayn resursların məzmununun gücləndirilməsi

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsi

2017-2020

3.2.4. Sənaye müəssisələrində milli brendlərin yaradılmasının təşviq edilməsi

İqtisadiyyat Nazirliyi

Müəllif Hüquqları Agentliyi,

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsi

2017-2020