axmaq yazar - cızma qara

48
1

Upload: axmaq-yazar

Post on 30-Mar-2016

286 views

Category:

Documents


0 download

DESCRIPTION

Axmaq Yazar - Cızma Qara

TRANSCRIPT

Page 1: Axmaq Yazar - Cızma Qara

1

Page 2: Axmaq Yazar - Cızma Qara

2

Baba Süleymanlı (Axmaq Yazar)

Cızma – Qara Bakı – 2012

Page 3: Axmaq Yazar - Cızma Qara

3

Design by Axmaq Yazar Redaktor: Axmaq Yazar

Baba Süleymanlı. “Cızma – Qara” Bakı, 2012. “Cızma – Qara” Baba Süleymanlı-nın (Axmaq Yazar) seçmə yazılarından hazırlanan kitabdır. Kitab satıĢ üçün nəzərdə tutulmayıb. Ġnternetdən e-book Ģəklində pulsuz paylanacaq. Ətraflı məlumatı rəsmi səhifələrdən ala bilərsiniz. facebook.com/axmaq.yazar facebook.com/nicolasolaxayalquzaq © Axmaq Yazar, 2012.

Page 4: Axmaq Yazar - Cızma Qara

4

"Axmaq Yazar"ın əhvalatı. Ġlk dəfə yazı yazarkən, qəlbim dolurdu və ağlamaq isdəyirdim. Sevgilisi ölən bir sərçə kimi ağlamaq istəyirdim. Çünki həyatdan yazırdım və 11 yaĢımda çəkdiyim acını inamıramki, 25 yaĢındaki, "müasirəm" deyən insan çəksin. Ondan sonra geyimim dəyiĢdi, həyatım dəyiĢdi, dünyam dəyiĢdi və içimdə yeni bir dünya yarandı. Adını "Axmaq Yazar"ın dünyası qoydum. Yazdım, yazdım, yazdım və doymadığımı hiss edib, artırmağa baĢladım. Artıq dahada dərinləĢirdi sətirlər. Gözəl Ģeylər yazmağı düĢünmürdüm. Sadəcə yazdıqca gözəlləĢirdi. Çünki, öz axmaq dünyam, bu axmaq dünyadan daha gozəl idi mənim üçün. Hərkəs sevgidən düĢünərkən, mən sevgidən yazırdım. Deyirlərhaa "sevgini yaĢamayan insan, sevgidən yaza bilməz" boĢ Ģeydi. Ġnanma hər nağıla! Çünki, kimin dediyi bəlli deyil. Mən bir qız sevmədən yazdım, yazdıqca xəyalımdaki gozəli sevdim. Sonra birdə sevib birdə yazdım. Bəzən ayrıldım, bəzən öldü, bəzən təzdən dirildi. Ona görədə, axmaq dünyam, “gözəl dünya” idi. Hər qaydanı özüm qoyurdum. Ġstədiyimi dirildib, istədiyimi öldürürdüm. Böyüdükcə hərkəs geyimimə gülürdü. Çünki böyüdükcə dahada qəliz geyinirdim. Əslində isə, normal bir geyim idi. Hətda, məktəbdə direktorlarlada davam düĢüb və məktəbdən qovmaq belə istəyiblər. Çünki, verdiyim cavab ağır və düz olurdu mənim fikrimcə və "doğru söz acı olur". Bilmirəm bu sözü hansı atamız deyib, amma həmin kiĢini hər gün dahada çox istəməyə baĢlayıram...

Page 5: Axmaq Yazar - Cızma Qara

5

ĠmiĢ Biri yox imiĢ, heç o biridə yox imiĢ. Əslində, heç bir Ģey yox imiĢ. Sadəcə bir “heçlik” var imiĢ. Sonra bir partlama olub və “dünya” yaranıb imiĢ. Sonrada “Adəm” babamız yaranıb imiĢ və artıq biri var imiĢ. Bir müddət sonra “Həvva” nənəmizdə gəlib və artıq, o biridə varimiĢ. Sonra, getdikcə çoxalma baĢ verib və indiki hər Ģey, yavaĢ-yavaĢ yaranıb imiĢ. Dinlər yaranıb və dünyanı bölüb imiĢ. Sonrada, o dinləri qoruyan adamlar yaranıb imiĢ və dinlər dahada bölünüb imiĢ. Sonra pul yaranıb imiĢ, savaĢdar çıxıb imiĢ. Ġnsanlar ölüb imiĢ. Ağaclar belə ağlayır imiĢ. Sonra kasıblar və varlılarda var imiĢ. Bir birləri ilə düĢmən olublar imiĢ. Kasıblar aclıqdan, varlılar sevincdən ölür imiĢ. Kasıblar suda, varlılar pulda boğulur imiĢ. Sonra, dünya formalaĢıb və uca-uca binalar tikilib imiĢ. “Varlı-kasıb” söhbət i isə həmiĢə qalıb imiĢ. Telefon yaranıb imiĢ, kompyuter yaranıb imiĢ, televizor yaranıb imiĢ, paltar yuyan maĢınlar yaranıb imiĢ, buzxanalar yaranıb imiĢ. Beləliklə, lazım olan, hər Ģey var olub imiĢ və var olan “hər Ģey” yenidən “heçlik” -ə dönmək istəyir imiĢ...

Page 6: Axmaq Yazar - Cızma Qara

6

...! Hər gün biraz daha sərtləĢir qələmin ucu. KobudlaĢır sətirlər. Alçalır insanlar və ağlayır. ÖyrəĢdirib sonra boğdular bizi “göz yaĢ”larının içində. Bayrağını sevdirib, adına nifrət elətdirdilər “Azərbaycan”ın. Sevgi “Darvin”in əksinə gedir. MeymunlaĢdırır insanları yavaĢ-yavaĢ. Həyat, mənası tapılmadğı üçün, mənasız olan bir Ģeydi. Ölüm, qaranlıqdan qaranlığa keçid yaradan incə cizginin üzərindəki, balaca bir iĢıqdı və mən keçəndə söndürəcəm o iĢığı. “Mən”i məndən alan insanların, “mənlik”ini sındırmaq üçün. XoĢbəxtlikmi? O da yoxdu artıq. Hər səhər evdən çıxarkən, anamın, heç vaxt olmuyacağını bilə-bilə dediyi, hər axĢam evə qayıdarkən, olmadığını bilə-bilə anama dediyim sözdən ibarətdi “xoĢbəxtlik”. Hər yazının sonluğu kimi, bu da eyni bitəcək. Üç nöqtə və bir nida ilə. Davamını bilmədiyim hekayənin, davamı gələndə …

Page 7: Axmaq Yazar - Cızma Qara

7

Axmaq Ağzım burnum qan içində idi. Divara söykənə-söykənə və asta-asta irəliləyirdim. Mədəmdən dubinka zərbəsi aldığıma görə, əlimlə mədəmi tutub, belimi də biraz aĢağı büküb, yolun qırağı ilə evə gəlirdim. ġöbə məndən geridə qalmıĢdı və dönüb arxaya baxdım. Ağzıma yığılmıĢ qanı tüpürüb, yenidən evə tərəf irəliləməyə baĢladım. Evə çatarkən, anam bilməsin deyə tez əl-üzümü yuyub, əlimə dəsmal aldım və evə qalxdım. ĠĢıqlar yanmırdı. Anam Ģam iĢığında, eynəyini taxıb, divanda oturaraq nəsə toxuyurdu. Evə girəndə, məndən nəsə incimiĢ kimi, eynəyinin qırağından 2, 3 saniyəlik tərs-tərs baxdı və yenidən əlini iĢlətməyə davam etdi. Otağımdan bir kitab götürüb, təzə Ģam yandırdım və anamın olduğu otaqda, stolun üstündə oxumağa baĢladım. Biraz keçmiĢdiki, öz-özümə danıĢmağa baĢladım: " Polisdən gəlirəm və məni yaxĢıca döyüblər. Sən deyirdin ha... bax elə də oldu. Yazdığım yazıya görə idi. Öz istədiklərimi yazdığıma görə. Qanundan kənara çıxmadan, doğruları yazdığıma görə. Biraz sərt yazdığıma və çox oxunduğuna görə. Özü də bilirsən ilk sual nə idi? Adım və soyadım. Tanımasınlar deyənə, "Axmaq Yazar" dedim. Bax elə onda bir yumruq vurdular. Atamın adını soruĢdular, yenə "Axmaq" dedim. Onda da bir yumruq vurdular və məni "axmaq oğlu axmaq" deyə çağırdılar. Biraz keçəndən sonra, sorğuya baĢladılar. Daha doğrusu təhdidə. - Birdə elə Ģeylər yazmayacaqsan !!! - Necə Ģeylər? - Dövlətin əleyhinə. - Mən dövlətin əleyhinə heç nə yazmamıĢam. - Bəs yazdıqların nə idi? - Doğrular. - Bəs onlar kimə qarĢı idi ə... axmaq oğlu axmaq? - Yalanlara. - Bura bax. Birdə görsək, sənin burdan sağın çıxmayacaq. - Lap yaxĢı. - Ölmək istəyirsən? - 40 il zəlalətdə yaĢamaqdansa, 1 gün azad yaĢayaram. - Bura baxee... baĢımıza alim kəsilmisən? eĢidirsən? Sən öl. ailəvi

Page 8: Axmaq Yazar - Cızma Qara

8

bu torpaqdan yoxa çıxardarıq. - Ölüm onsuz da olacaq. Bu gün, ya sabah olduğunun mənim üçün fərqi yoxdur. - Bu ölkədən nə istiyirsən? - Bizim ölkədən. - Sizin hardan oldu ala? aton prezident zaddı? - Sən "biz"imsən, "biz"imsən, durduqca bədəndə can, YaĢa- yaĢa çox yaĢa, ey Ģanlı Azərbaycan!!! Bu söhbətdən sonra, dözə bilməyib məni döyməyə baĢladı. Səsimi də çıxartmadm. Çünki, sabah yenidən yazsam da, bir gündə olsa, yenidən azad olacam." Anam, sakitcə mənə baxdı və ayağa durub yanıma gəldi. Ağlayaraq danıĢmağa baĢladı? - Bəsdi axmaqlıq elədin! - "Axmaqlıq" əslində "axmaqsızlıq", "axmaqsızlıq"da "axmaqlıq" deməkdi. "Həyat"ın "ölüm", "ölüm"ündə "həyat" sözləri ilə səhv salındığı kimi, Sanki, mənim sözlərimi dinləmirmiĢ və saymırmıĢ kimi, öz cümləsinə qaldığı yerdən davam etdi. - Artıq evlənməyinin vaxtı çatıb, mən də gəlin görmək istəyirəm. - Mən artıq evlənmiĢəm. Anam mat qalıb, biraz susduqdan sonra soruĢdu: - Kiminlə? - Kitablarla. Özünü saxlaya bilməyib, hönkürtü ilə ağladı və mənə yazığı gəlirmiĢ kimi, birdə inad elədi. - Bəsdi daha belə yaĢadın!!! Artıq insan kimi yaĢamağı öyrən!!! - Azərbaycanda, insan kimi yaĢamaq istəyəni, heyvan kimi öldürürlər...

Page 9: Axmaq Yazar - Cızma Qara

9

Təkrar Bir gün, sakitcə qapıvı açacaq külək. Evdə kitab oxuyarkən, sərinlik gətirəcək bədənivə. Sonra çıxacaqsan çölə. Gözlərimdən axan yaĢ, buludlardan üzərivə damlayacaq xəbərsizcə. Ġndiyədək, qəfəsdə olduğuvu hiss edəcəksən birdən. Ətrafıva baxıb, dünyanın necə dəyiĢdiyini görəcəksən. Əvvəlcə gülümsəyəcəksən öz-özüvə. Sonra, gözlərindən süzülən yaĢlar görünəcək yavaĢ-yavaĢ. Ġnsanlara baxıb, güləcəksən. YuyulmuĢ beyini, yenidən təmirə aparmaq istəyəcəksən. Axtaracaqsan hər yeri. Gəzəcəksən bütün dünyanı. Sevəcəksən bütün ölkələri və Azərbaycana nifrət edəcəksən yavaĢ-yavaĢ... Artıq, azadlığın qollarında gəzəcəksən. Tam istədiyin kimi. Öldürəcəklər səni hər gün sevdiklərin, gizlin gələn zənglərdə. Darıxdıracaq səni artıq yalnızlıq. Hər gülüĢdə, sevdiyin qız yadıva düĢəcək. Hər zarafatda, dostların. Yenidən axtaracaqsan Azərbaycanı. Hər nə qədər pis olsada, o qədər yaxĢı görünəcək gözündə. Yenidən baĢa dönəcəksən. Həyatın təkrarlanacaq, külək sakitcə qapıvı açacaq, çıxacaqsan çölə və darıxacaqsan. Sakitcə gəzintiyə çıxacaqsan “sakitlik”lə. Əllərindən tutub, çıxardacaq bir binanın baĢına. Özüvü atıb, qurtulmaq istəyəcəksən. Amma, bacarmayacaqsan səndə mənim kimi. Orda sənə baxıb gülən birini görsən, təəccüblənmə. Mənəm. Hər gün sənin kimi təkrarlanır hər Ģey və hər gün, özümə gülən birini görürəm burda... Bir gün, sakitcə qapıvı açacaq külək. Evdə kitab oxuyarkən, sərinlik gətirəcək bədənivə. Sonra çıxacaqsan çölə. Gözlərimdən axan yaĢ, buludlardan üzərivə damlayacaq xəbərsizcə...

Page 10: Axmaq Yazar - Cızma Qara

10

Həyat - YaxĢı, bəs sizcə , həyat nəyə bənzəyir? - Bir dəlidən, bu sualı soruĢmaq, biraz dəlicəsinə oldu doktur. - Niyədə elə olsunki? Çox bəsit və sadə sualdı. - Bəs sizcə nəyə bənzəyir? - Məncə həyat filmdi, bizdə aktyorlar. - Xeyr! - Niyə? - Yəni, mənim fikrimcə belə deyil. Siz davam edin. - Mənim sözüm, bura qədər idi. Ġndi siz nəyə görə belə olmadığını, düĢündüyüvüzu danıĢın. Çox maraqlı gəldi. - Çünki, aktyorlar verilən ssenarini oynayırlar. Amma, biz hər an öz ssenarimizi dəyiĢə bilərik. Həmdə əgər həyat film olsaydı, hər birinin sonu, eyni bitməzdi. - Mən qatılmıram. Amma, sizində fikrivizi öyrənməyi çox istiyərdim. - Məncə, həyat “Bank”a oxĢayır. - Bank? - Bəli “Bank”. Bildiyimiz, Kapital bank, Beynalxalq bank və s. - Nə səbəbə? - Məncə, həyat bankdı və Tanrıda həmin bankın müdürü. Ömürlərimizi və bədənlərimizi, bizə kreditə verib və bizdə yaĢayaraq, borcumuzu ödəyirik. - Bəs onda, birisi intihar edən zaman, borcunu yarıda saxlamıĢ olmurmu? - Xeyr! Icazənizlə davam edim. - Buyurun, buyurun. - Ruhlarımız, əvvəl azad yaĢayırdı. Sonra, indiki həyatdakı kimi, ac gözlük ediblər və, bir bədən istəyiblər. Sənədləri imzalamıĢıq və, indidə borcumuzu ödəyirik. Ruhumuzu, bir bədənin içinə dustaq eləmiĢik. Əgər kimsə, bundan imtina eləsə, yəni sizin dediyiviz kimi intihar eləsə, bilmirəm nə olacaq. Amma, Müdür, hər zaman bizdən üst vəzifədə olur... - Maraqlıdı. DüĢüncələriviz, düĢündürücüdü, amma, deyəsən birazda, dəlixanada yatmalı olacaqsınız...

Page 11: Axmaq Yazar - Cızma Qara

11

Qaytar Geri. Bugünkü mən, dünənki “sən”imi düĢünür və dünənki “sən”dən, sırağagünkü “mən”imi istəyirəm. Qaytar geri!!! Uçurumun kənarında, öskürəyimə səbəb olmuĢ, ilk siqaretimin tamı var ağzımda. Getmir!!! Ġlk siqaret və ciyərlərimdəki sənin sübutu. Ġlk öpüĢüvü xatırlatdı damağımla seviĢən siqaret. Bugünmü gələcəkti? Yoxsa gələcəkmi bugün? Təqvimidə unutmuĢam artıq. Fəsillərin adları ilə, qarıĢdırıram adlarıvı. Səncə normaldımı bu? “sənsizlik” acısı çəkən hər kəslə, yanımdaymıĢsan kimi davranıram. Qaralıram!!! Hər gün, dırnaqlarıvın lakı qədər. Saralıram!!! Hər gün, saçlarıvın teli qədər….

Page 12: Axmaq Yazar - Cızma Qara

12

Qara BoĢluq Kiçik hekayələrlə doldururam qəlbimdəki qara boĢluqları. BaĢqa bir dünya sanılan göy üzündəki "qara boĢluq" kimi olmamıĢ ürəyim, O kiçik nöqtələr, böyüyb "əli, qolu bağlı" kölələr kimi olmasın deyə. Ürəyim boĢ qala bilsin deyə yazıram kəlimələrimi, heçvaxt boĢalmasa belə. Hər hərifin "hər insan" qədər dəyəri var sanki qəlbimdə. Yazarkən axan tərimdə, "yeni dünyaya gəlmiĢ körpə"nin göz yaĢları var sanki. Mürəkkəbsiz bir qələmlə yazacam sətirlərimi. Yada diyircəyi olmayan bir qələmlə. Bəlkə onda, əllərim heçnə yazmadığını görüb, bezər yazmaqdan. Bəlkə onda, qəlbim heçnə yazmadığını hiss edib əl çəkər artıq dolmaqdan ...

Page 13: Axmaq Yazar - Cızma Qara

13

Yalan Hal hazırda, qələmim və gözlərin cinsi əlaqədədi. Mürəkkəbi beynivə axıdıram və yaxında yeni fikirlər doğacaq. Bilirəm, səndə oxumaq istəyirsən. Hər gördüyün kitabı almaq, içinə dalmaq istəyirsənki, biraz bu dünyadan uzaqlaĢasan. Və oxuduqca, nifrət eləyirsən dünyaya. Onsuzda xeyri yoxdu. Virusu axıtdılar damarıva. Hər gün biraz daha irəliləyəcək. Kim kitab virusunu, sənə vurubsa, söyəcəksən hər gün onu. Artıq bezəcəksən oxumaqdan, amma, yenədə oxuyacaqsan və oxuduqca, Markez kimi, sənində Hüzünlü fahiĢələrin doğulacaq, səndə fahiĢə sevəcəksən artıq. Çünki, cındır bir dost kimidi həyat. Nə edirsən et, arxandan sırtıq- sırtıq güləcək. Boynuma alıram, məndə cındıram. Hər yerdə “yaxĢı oğlan” söhbəti eliyən, yaxĢı dostlarım olmadığı üçün. Boynuma alıram, kiĢi deyiləm. Çünki, cibimdə pulum yoxdu. Günlük, anamın verdiyi yol puluynan dolanıram. Boynuma alıram mən 2 üzdüyəm. Çünki, pislərnən yaxĢı davrana bilmərəm. Boynuma alıram mən qeyrətsizəm. Əgər, ağzı burnu su içində, gözü qız dalında ola-ola, məniynən “qeyrət” söhbəti eliyən oğlanlar qeyrətlidisə. Və boynuma alıram heyvanam. Çünki insan olmağı özüm seçməmiĢdim. Səndə boynuva alki, mənim kimisən. RazılaĢmasanda, heç olmasa yalandan boynuva al. Çünki, əgər belə düĢünmürsənsə, çox yalan danıĢmısan. Çünki, elə yalanlarnan böyümüsən. Çünki, dünyada yalandı. Çünki, bu yazdıqlarımda yalandı… P.S öz doğrularıvı, özün tap… P.S.S onsuzda düzələn deyilik… P.S.S.S …

Page 14: Axmaq Yazar - Cızma Qara

14

Və Öldüm Ölümü hiss etmisən heç ? Mən hiss etmiĢəm. Əllərini tutub, gözlərinə baxarkən, istiliyində cəhənnəmi, gözəlliyində cənnəti gördüm. Və öldüm. Müsəlmanın “Allah”ı, Xıristianın “Ġsa”nı tərif etdiyi kimi tərif edirdim səni. Aciz idim. “kafir” deyənə, “kafirəm” deyirdim. Və gedirdim sonu “cəhənnəm” olan yolu. Ġndi ölmüĢəm. Nə sən varsan, nədə sənsizlik. Hər kəsin tərif etdiyi kimi, qaranlıq deyil buralar. Sadəcə, iĢıq düĢmür. Heç vaxt ağlıma gəlməyən Ģey, baĢıma gəldi. Gözlərivi unutmuĢam. Bekarçılıqdan, elədiyim cızma qaralarda sadəcə, göz yaĢıvın tərifi düzdü. Sənə toxunduğum gün, “sənsizlik”dən uzaqlaĢdığım gündü. Sənsizlik isə, heç bir zaman əlimi buraxmır. Ġndi sənin tutduğun kimi...

Page 15: Axmaq Yazar - Cızma Qara

15

...! (2) Bəzən, küsürəm səndən. Bəzəndə, sevirəm güyaki. Bəzən, günəĢim Ģərqdə, bəzəndə, qərbdə doğur güyaki. Ġnanma!!! Yalanların içində, qaranlığa addım atan sarsağam. Güyaki, sevgilim hər zaman məni sevəcəkdi. Güyaki, heçvaxt ölmüyəcəm. Özünü ALLAHlaĢdıran insanların dünyasında. QuĢlar “cəh-cəh” vurur, ölüm “pəh-pəh” vurur, həyat “təh-təh” vurur, dilim “qəh..-qəh..” vurur, yazdıqlarımı oxuduqca. Həyat, bu qədər bəsit bəndlərin, cümlələrində anladılacaq qədər,

Page 16: Axmaq Yazar - Cızma Qara

16

mənasızdı. Sadəcə, ölmək üçün yaĢayırıq. Daldıqca düĢündükcə getdikcə döndükcə söydükcə öldükdə belə söyməyə layiq olacaq qədər, acımasızdı həyat!!! Sonluq, hər zaman eynidi ...!

Page 17: Axmaq Yazar - Cızma Qara

17

Yalançı Yalançının evi yandı, hamı inandı, amma, heçkəs gəlmədi!!! Çünki, rəsmini çəkdiyim evi yandırmıĢdım. Damarlarımı kəsdim, qanımı içdim. PiĢik aldım, Ģeytan əmiyə qurban kəsdim. Damarlarımı, əslində “əsgərlilk”ə görə kəsmiĢdim. Həmdə risovkalıq üçün. Emo qızların xoĢları gəlir. PiĢiyidə əslində, ġeytan üçün kəsmirdim. Prosta, dadı maraqlı gəlmiĢdi. Həmdə dedim cəhənnəm üçün, savab qazanım. Ona görədə, guya, Ģeytana qurban kəsdim. Oda axmaqdı. Sırazı inandı. O qədər yalan danıĢmıĢamki, heçkəs, sevmir artıq məni. Əslində, heçvaxt, yalan danıĢmamıĢam!!! Ġndi, danıĢdığım qədər....

Page 18: Axmaq Yazar - Cızma Qara

18

Mən “Dünən axĢam Bakıda maĢın qəzası baĢ verdi və 4 ölü var. Bunların arasında ən çox dəyər verdiyimiz insanlardan biri olan “Axmaq Yazar”ıda itirdik. ALLAH rəhmət eləsin!!!” Nədi inandın? Yalan danıĢıram sənə. Sevmə məni!!! Ġstəmə!!! Mən artıq ölüyəm. Oxuma yazılarımı artıq. Oxuma!!! Mən iki üzlünün biriyəm. Mən axmaqam. Sənidə pis yola çəkəcəm. Oxuma demirəm?!! Maraqlı nə vare oxuyursan? Elə gərək belə getsin sətirlərim? Deyəndə oxuma demək oxumada!!! Bəlkə Ģəxsi nəsə yazmıĢam. Nə isə özün bilərsən gəl oxu. Amma eĢidəcəklərinə cavabdeh deyiləm. Mən, heçdə təsəvvür elədiyin kimi, yaraĢıqlı biri deyiləm. Kök, sarı saç, yaraĢıqsız, beyinsiz və axmaqam. Yazdıqlarımla, yaĢam tərzim bir deyil. Qumarbazın biriyəm. Tanıdıqlarımın, yarısından çoxu nifrət eləyir mənə. Olduğum kimi olmağımı qəbul eləmirlər. Nədi? Elə bilirdin yaxĢı oğlanam həə? Bax ona göədə bunu yazıram. Ən çox qorxduğum Ģeyləri yazıb, canımı qurtarmaq üçün. Artıq bezdirib məni yazdıqlarımı oxuyarkən aĢiq olub, görərkən “aaa...”ıldıyan qızların ciy-ciy səsləri. Yatağıma girmək istəyib, qabağıma çıxan qızların göz-qaĢ eləməsi. Bax indidə deyirəm sora xətrivizə dəyməsin. Tüpürüm bütün məni, mən kimi sevmiyənlərin üzünə... Görürsən? Maraqlı heçnə yoxdu. Yalandan boĢ-boĢ oxuyub, vaxtıvı xərclədin və belə mənasız Ģeylərə baĢ qoĢduğun üçün çox sağol. Amma, mən sənə əvvəlcədən xəbərdarlıq eləmiĢdim...

Page 19: Axmaq Yazar - Cızma Qara

19

Nifrət Sənə nifrət eləyirəm. Sənə nifrət eləməyimədə nifrət eləyirəm. Həyata nifrət eləyirəm. Həyata nifrət eləməyimədə nifrət eləyirəm. Belə sevgi ancaq nağıllarda olursa, mən nağıllar aləmində yaĢayıram, və buna görə, özümədə nifrət eləyirəm.

Page 20: Axmaq Yazar - Cızma Qara

20

Gedirəm! Gedirəm! Ayağlarımın qırıldığı yerə qədər. Gedirəm! Qaranlığın, söndüyü yerə qədər. Gedirəm! Ümidlərin öldüyü yerə qədər. Gedirəm! “Mən”in döndüyü yerə qədər. Gedirəm! RastlaĢdığım, hər bir kəsə “döz” deməyə. Sonra, “Ölüm” dayanacağı, Əzraili gözləməyə. Özüm dözə bilməsəmdə, Artıq sevə bilməsəmdə, Gedirəm “iĢıq” tərəfə, Yolun sonun bilməsəmdə...

Page 21: Axmaq Yazar - Cızma Qara

21

Sevgin Bağlar Gözlərimdən axan hər damla, Sənlə birgə, ovcuma damlar. Səndə birgə mənimlə ağla, Yada hər sözümdə, mənə biraz bağlan ! Dura bilməzdi önümdə dağlar. Sevgim sadəcə, önündə çağlar. Ağlım danıĢır bəsdi saxla, Dilimi sadəcə sevgin bağlar...

Page 22: Axmaq Yazar - Cızma Qara

22

Dəyərsiz UĢaq ikən, “alma oğurluğu”na getdiyimiz kimidi həyatım. Qoca babalar dalımımızca düĢürdü. Ġndi, sanki məndə səni oğurlamıĢam, həyat dalımca düĢür. Amma nəsə, "həyat baba" güclüdü. Dalımca düĢməkdən əl çəkmir. Qoymurki, rahat səni alım ondan. ELə bilirdim yalandı sevgi, amma yalandısa, bu qədər acı çəkməzdim hər halda. "Özunu qayalara çırpıb, sıçrayan dalğalar" kimiyəm. Həran özümü "sən"ə çırpıb, sətirlərə sıçrayıram. "ĠĢıq lampası" kimi, dəyərsizəm məndə. Ancaq lazım olduqda iĢlədirlər, lazım olmadıqda isə, sadəcə qaranlıq bir tində özümü, özümə təslim edirlər. Amma bilmirlərki, mən özümü "sən"ə, səndə məni "qələm"lə, "vərəq"ə təslim etmisən.

Page 23: Axmaq Yazar - Cızma Qara

23

Qəlbim onsuzda “O”nundu. Bugündə sənsiz uçdum, Sənin olduğun xəyallara. Bugündə arzular puçdu, Ümid bir tək qalanlara, Qəlbim onsuzda “O”nundu Nə dua edim yaradana? “Ox” batıbdı qanadıma. Əlim yoxdu əl açmağa, Qəlbim onsuzda “O”nundu. Yəqinki, bu son yolumdu. Yadaki, sonun sonudu. Sonra, yenidən baĢlanqıc, Qəlbim onsuzda “O”nundu. Dərdim olmayıb heç zaman, “ölüm”, onsuzda olacaq. Bədən torpağa dalacaq. Sonra yenidən baĢlanqıc, Qəlbim onsuzda “O”nundu.

Page 24: Axmaq Yazar - Cızma Qara

24

Bu Sabah Bu sabah, "axĢam"ı gördüm. Darıxmamaq üçün, məni istəyirdi, məndə onu. Bəzi Ģeylər , mənim əlimdə deyil. Ġlk öncə isə, zaman !

Page 25: Axmaq Yazar - Cızma Qara

25

Sən (Hekayə)

Page 26: Axmaq Yazar - Cızma Qara

26

I FƏSĠL Havanın isti olmağına baxmayaraq, otaq sərin idi. Birazda “sən” qoxuyurdu. Ətraf dağınıq idi. Səndən sonra, hər zaman olduğu kimi. Gözlərimi tam açmamıĢdımki, qarĢımda bulannıq bir Ģəkildə, “sən” rəsmi peyda oldu. Söhbət elədik biraz. Sonra, anamım hər zamanki “BabuĢ, dur dərsə get” cümləsini eĢitdim və yaĢadığımı hiss etdim biran. Səndən baĢqada bir həyatımın olduğunu hiss etdim. Durdum yemək yedim və oda sən dadıyırdı. Gülməyee, yalan demirəm. Elə bilirsən səni aldadıram? Öləcəyimi bilsəm belə, sənə yalan danıĢmaram. Sonra, getdim dərsə. HəmiĢəkindən fərqli olaraq, maraqsız idi bu gün. Arxada tək oturmuĢdum və deyəsən, yenə yanımda sən var idin. Deyəsən dəli olurdum. Zəng vuruldu və, dostumu gözdəmədən, təkcə çıxdım çölə.

Page 27: Axmaq Yazar - Cızma Qara

27

II FƏSĠL Dönmək Bu gün, həmiĢəki kimi dərsdən evə qayıdırdım. Bir müddət dayanacaqda gözlədikdən sonra, marĢrut gəldi və mindim. Arxa boĢ olduğu üçün keçdim ən arxaya və pəncərə tərəfdə oturdum. Bugün həmiĢəkindən fərqli olaraq, yanım boĢ qalmıĢdı. Ġlk öncə fikir verməsəmdə, sonra birdən gözüm boĢ olan oturacaqa sataĢdı və diqqətlə ora baxırdım. DüĢündüyüm bilirsən nə idi? "sən". Həə.. doğru deyirəm vALLAH, sən idin. BaĢqası ola bilməzdi. Yanımda olmağını istədim nəsə. Gülümsədim. Hamıda mənə baxıb, nə üçün gülümsədiyimi bilmədikləri halda, gülümsəyirdi. Birdən könlüm səni elə çox istədiki, dedim "kaĢ yanımda olasan". Hamıda eĢitdi deyəsən. Birdən çönüb mənə baxdılar. Mənsə yenə gülümsədim. Yanımda olmağın mümkün olmasa da, qəlbimdə idin və birdən o oturacaqda səni gördüm. Sonra yuxu olduğunu anlayıb, tez durdum ayağa. Dayanacaqdan keçmiĢdi və tez saxladıb düĢdüm. Sumkanı çiynimə atıb, yolun qırağı ilə evə qayıdırdım. Yenə səni istədim. Ayaqqabılarıvın ucundan, alnıvın, saçınla bitiĢən nöqtəsinə qədər sənə baxmaq istədim. Sonra saçlarıva... Öpmək istədim səni. Ġlk öncə dodaqlarından öpmək istədim. Sonra yanağından, qulağından, burnundan. Birindən öpmək istədim amma qərar verə bilmədim. Birdən gözlərindən öpmək istədim deyəsən. Bilmirəm niyə? amma iliĢib qaldı gözüm gözündə. Artıq tam qərarlıydım gözlərindən öpəcəkdim, amma, səbəbini bilmirdim. Həə... deyəsən tapdım. Yox!!! yenə yanılmıĢam. Yəqin, ona görə gözlərindən öpmək istəyirəmki, eĢqin kor elədiyi gözümün yerinə keçiblər. Öyrənmək istədim səndən hər Ģeyi. Bir uĢaq kimi. Addımlarımı, sənin addımınla atmaq istədim, əlimdən tutub, tanımadığın küçələrdə məni gəzdirməyivi istədim. Ağlamaq istədim amma gözümdən yaĢ gəlmədi. Əlimi sinəmə atdım və ordada heç nə hiss eləmədim. Döyüntü yox idi. Sonra yadıma düĢdü ki, səndə qalıb. Dönmək istədim "sən"ə. Daha doğrusu, "sən"lə dönmək istədim. Həyata, sənlə dönmək istədim. "Sən"ə sənlə dönmək istədim.

Page 28: Axmaq Yazar - Cızma Qara

28

Sevgiyə sənlə dönmək istədim. "ümid"ə sənlə dönmək istədim. Qaranlıqdan, sənlə dönmək istədim. ĠĢıqlığa sənlə dönmək istədim. "Yalan"a sənlə dönmək istədim. Yada "doğru"ya. Evə sənlə dönmək istədim. "UĢaqlığ"a sənlə dönmək istədim. BÜTÜN BUNLARI DÜġÜNDÜM VƏ ÖLMƏK ĠSTƏDĠM, AMMA, BACARA BĠLMƏDĠM. ÇÜNKĠ, SƏN YOXDUYDUN VƏ MƏN TORPAĞADA SƏNLƏ DÖNMƏK ĠSTƏDĠM.

Page 29: Axmaq Yazar - Cızma Qara

29

III FƏSĠL Evə çatanda, səliqəsiz idi. Heç kəs yığıĢdırmamıĢdı otağımı. Divardaki, rəsmivə sataĢdı gözüm. Ġstəməsəmdə doldu birdən. Otağın mərkəzindəcə, sumkamı yerə atıb və olduğum yerdəcə yıxıldım yerə. Ağladım təklikdə. Divara söykənib, yerdən əlimə keçən ilk kitabı götürdüm. Adı belə idi “Frederik Beqbeder – Məhəbbət üç il yaĢayır”. Ġlk rastıma gələn cümlə 45-ci səhifədəki “niyə sən belə qanı qarasan?” cümləsi oldu. Sanki, sənsizlik mənimlə oyun oynayırdı. Hər an unudmaq istədiyimdə, yadıma salırdı səni. Durdum oturdum kompyuterin qabağında və “Google Chrome”-u açdım. Google-də axdarıĢ verib, “sən” yüklədim qəlbimə. Biraz baxdıqdan sonra, atdım zibilliyə. Lazım olanda çıxarda bilim deyə. Heykəlivi tikdirmək qərarına gəlmiĢəm, düz otağımın mərkəzinə. Prosta, anam icazə vermir. Həə birdə xəbərin olsun. “Sənsizlik” ölkəsinində, prezdenti seçdilər məni. Xalqımnan aramız yaxĢıdı. Hamısı səni görmək istəyir. Səni necə, təsəvvür eliyim, bilmirəm. Amma, söz vermiĢəmki, olar üçün birdənə yazı yada Ģeir yazacam.

Page 30: Axmaq Yazar - Cızma Qara

30

IV FƏSĠL Qərara gəlmiĢdim artıq. Bugün, söz verdiyim yazını yada Ģeiri yazmalıydım. Ġlk öncə nədən yazacağım barədə düĢündüm. Sonra heç düĢünmədən qaralamağa baĢladım vərəqi. Tez-tez qara salırdım sətirlərdə. Sonda bir təhər topluyub, yazdıqlarımı oxumağa baĢladım. Çünki, nə yazdığımı heç özümdə bilmirdim. “ Nədən yazım bu gün? Nədən yazım bu gün? Səndənmi ya sənsizlikdənmi? Gücdənmi yoxsa gücsüzlükdənmi? Tərslikdən buludlarında tərsdiyi tutub bugün. Atdığı su damcıları, pəncərəmi döyür. Məndə böyümək yox, balacalaĢmaq istəyirəm. Amma hayıfki, Benjamin Button-da sadəcə bir film qəhramandı. Dəli olmaq istəyirəm Don Kixot kimi. Yada Sanço kimi, özümü dəliliyə vurmaq istəyirəm. Ölmək istəyirəm. Özümü, ölümün qaranlığına atmaq istəyirəm. Qaranlığın səssizliyinə. Səssizliyin gözlərinə baxmaq istəyirəm. Gözlərin dərinliyinə. Dərinliyə dalmaq istəyirəm daldıqcada azmaq. “Kamyu” kimi məndə yadlaĢmıĢam özümə. Palkovnik kimi, mənədə məktub yoxdur artıq. Hər gün ümidsizcə “ümid” qəbirstanlığına gedirəm. Basdırdığım ümidlərimə baxıb ağlayıram səssizcə. Və ümidsizcə. Bu gün səndə yoxuydun yanımda. Çıxıb getmiĢdin və daha bir “ümid”imi basdırdım. Bir Ģeyidə öyrənmiĢəm artıq. Heç vaxt gözləməməyi və ümid etməməyi. Atam ölərkən anamın ağladığı kimi, məndə ümidlərim öldükcə ağlayıram. Sən getdikdən sonra, arzularımada qadağa qoyulub. Ən böyük arzumdu artıq bir Ģey arzulamaq. Ən çox ağrıdanda bilirsən nədi? “sənə heçvaxt yalan demərəm” dediyin yalan. Qaranlığımında iĢıqlarını söndürürlər artıq. Qaranlıq, dahada qaranlıqlaĢır sən hər gəlib getdikcə. Ölüm dahada qorxunc olur sənsizliyi düĢününcə. “Yalan” torbasına, zibil kimi at mənidə. BaĢqa zibillərlə, dostlaĢa bilim deyə. Ġstədiyivi bacarmısan. Qəlbim və beynim əlində kukladı artıq. Əlimdə, “sənsizlik”in dərmanı olaraq, 1 qutu “sənsizlik” qalıb. Oda bitir artıq...

Page 31: Axmaq Yazar - Cızma Qara

31

Ölərkən, bir dəstə gül alıb, qəbrimə gələrsən. Ağlayarsan üstümdə. Məndə sənə baxıb ağlayacam. Görürsən? Halım nə qədər acınacaqlı olsada, sənin qarĢında o qədər acizəm. Sənə olan sözlərim, çoxdu əslində. Yazdıqca davamı gələcək. Sadəcə, bilməyivi istədiyim, bir Ģey daha var. Sən sevginin mənasını bilməzkən, mən, sevginin mənasını, səndə tapdım...”

Page 32: Axmaq Yazar - Cızma Qara

32

V FƏSĠL Oxuyub qurtardıqdan sonra, xoĢuma gəlmədi yazdığım yazı. Daha dərin hiss etdirməli idim sözlərimi. Və Ģeir yazmağa baĢladım. “Yenədə Getdin Bax!!! Görürsən? Yenədə getdin. Dediyim kimi. Və sevdiyin kimi. Əllərimi, əllərinlə tutarkən, içində hiss etdiyin, "alçaq" sevgi kimi. Doğru olan, bir tək sən deyilmiĢsən həyatımda. Bir tək gözlərindən axan yaĢın, əksində deyilmiĢ dünya. Bir tək, dodaqlarıvın istisində deyilmiĢ hava. Bir tək, yanaqlarıvın soyuqluğunda gizlənmirmiĢ günəĢ. Ovcuvun içindəki cizgilər kimi, qatmaqrıĢıqdı yollar. Əvvəl, sənə dediyim kimi, heçdə saçlarıvın teli kimi, düz deyilmiĢ. Və bax. Otağıma səpələnmiĢ, içki ĢüĢələri qədər, nifrətim var artıq sənə. Hər bir ĢüĢə daha artıqca, qatlanır nifrət. Yox olur sevgi! Ölümü hiss edən yazıq kimi, yazıram səni. Çünki, ölümüm oldun və gedirsən. “Nifrət”ividə apar özünlə. Bir gün öləndə, yastığa büküb, yanımda basdırarsan. Sonra özüvüdə basdırarsan yanımda. Diri diri!!! Çünki, mən səni diri ikən sevdim və ölərkəndə sevirəm...”

Page 33: Axmaq Yazar - Cızma Qara

33

VI FƏSĠL Hər bir Ģeydə, “sən”i hiss edirəm artıq. Hər cümləmdə “səni sevirəm”lə baĢlamaq istəyir artıq. QarĢımdaki rəsminlə yox, önümdəki, “sən”imlə danıĢmaq istəyirəm. Unutmaq istəyirəm səni bir dəfəlik. Hər yerdə, səni görürəm. Ġçdiyim suda, sanki sən axır qəlbimə. Yediyim yeməklərin dadında sən varsan. Gözlərimin yaĢında sən varsan. Səni azdırmaq istədim hər an içimdə. Elə bir yerki, birdə yolu tapıb çıxa bilməyəcəyin bir yerdə. Sonra bir Ģeyin fərqinə vardım. Sən, “mən”imin, “mən”iymiĢsən. Sənsiz, havanın yolu, suyun tamı, yeməyin dadı, həyatın mənası, olmurmuĢ.

Page 34: Axmaq Yazar - Cızma Qara

34

VII FƏSĠL Hər yazımın sonunda düĢünürəm birdə yazmıyacam amma yenədə yazıram. Hər dəfədə eyni cümlə ilə baĢlayır fəsillər. Əllərimə axmıĢ, qələmin mürəkgəbi kimisən. Silmək istədikcə yayılırsan. “Ġlk”ləri sevdiyin üçün, hər dəqiqənin birinci saniyəsini, hər saatın, birinci dəqiqəsini, hər günün, birinci saatını, hər həftənin, birinci gününü, hər ayın, birinci həftəsini və hər ilin birinci ayını gözləyirəm bəlkə dönərsən deyə. Artıq qərara aldımki, səni pisləməyəcəm. Amma, səndə bunu oxuyanda, səni necə sevdiyimi bilərsən yəqinki. Birdə, sənin bir kəlməvi eĢitmək üçün, hər Ģeyimi verərdim bir vaxtlar və indi oxuyacağın yazını, o vaxtlar yazmıĢdım “sən”ə. “ Sevgilim... Sevgilim... Qəlbinlə, qəlbim arasındakı düsturu, Nyüton belə, hesablaya bilməz. Arazamızdaki məsafənin yollarını, gözlərim çəkib. "Sevgin"lə, "sevgi" arasında, Baba dağı qədər məsafə var. Bir tək, iĢarət barmağımla yazmağa gücüm çatmırdı və sən gəlib, baĢ barmağım oldun. Yazmağıma dayaq oldun. Dənizdəki balıqlar belə, mənim səni sevdiyim qədər, dənizi sevə bilməyiblər deyənə, sənə olan sevgimi qısqanırlar. BaĢqa birinin acısını çəkərkən, ən böyük köməyim oldun. Hər kəs acısını və soyuqluğunu, içki içərək keçirdirdi, mənsə "sən" içirdim. Ürəyimdən keçib, ciyərlərimə daxil olaraq, isidirdin bütün bədənimi, günəĢin, Dubayı isitdiyi kimi. Hərkəs beynini siqaret çəkərək dumanlandırırsa, mən "sən" çəkərək dumanlanıram sənlə olan dünyamda. Vərəqlərdə bəs eləmir səni yazmağa. Mürəkkəbsiz qələmlə yazıram hissimi, qoyduğum izlərdə tapıram əksivi. Səni anlatdığım o sətirləri. Qəlbimin pəncərələrinin, birinin qırağındaki kiçik boĢluqdan daxil oldu Ģüan. Bütün qəlbimi isitdi getdikcə. Ġstəmirəmki, bu hisslərim yarımçıq olsun, nə vaxtsa bitsin. Ġstəmirəm səni qaranlıqlarımda gəzdirim. Yazdığım bu tək mövzuda, "ay"ıda günəĢ edirəm sənin üçün. Qoy parıldasın səninlə mənim aramızdaki məsafədə. Bir birimizin kölgəsi düĢsün mərkəzə. Heç olmasa, xəyallarla, kölgələrdə görüĢək ikimiz birgə. Yalnız, sən və mən. "Ġkimiz" deyə

Page 35: Axmaq Yazar - Cızma Qara

35

bilək artıq bir birimizə, üçüncü bir Ģəxsə ehtiyac duymadan. Açıb danıĢaq bütün yaĢadıqlarımızı, bir birimizi gözləyərkən çəkdiyimiz həsrətləri. "KaĢki"lərlə, "bəlkə"ləridə unudaq artıq. "Səni sevirəm"lərlə baĢlayaq yeni dünyamıza. Ġsdəsən günəĢində əlindən tutub apararıq özümüzlə. Gördün istidi, günəĢidə donduraram sənin üçün. Ondan sonra qaranlıq olsa, göy qurĢağınıda qaçıb gətirərəm sənin üçün, həyatın rənglənsin deyə. Təki bir dəfə, səndə mənə "sevgilim" deyəsən deyə...”

Page 36: Axmaq Yazar - Cızma Qara

36

2011 2011-ci ildə yazılmıĢ ilk yazılar (Arxivdən)

Page 37: Axmaq Yazar - Cızma Qara

37

Gicbəsər Gicbəsər kimi, yenədə gic-gic Ģeylərdən yazıram. Bu dəfə tamam fərqli Ģəkildə yazıram. Kompyuternən. Əlimdədə qələm yoxdu. Sadəcə klavyanın düymələri və birdə beynimdən keçən axmaq düĢüncələr. Səndə oxumağa məcbur deyilsən. Çünki bu mənim Ģəxsi düĢüncələrimdi, birdən bəyənməyib söyədə bilərsən. Həmdə maraqsız Ģeylərdən yazıram. Misal üçün: Qara rəngi heçvaxt sevməmiĢəm. Bilmirəm nəyə görə? amma sevməmiĢəm. Bəlkədə kimsə ölərkən, hər kəsin qara geyindiyi üçün. Əslində bunuda baĢa düĢmürəm. Bir insan öləndə niyə sevdikləri və yaxınları ağlayır? Halbuki ölməzdən əvvəl xoĢ günlər keçirdiblər. Məncə bunları yada salıb sevinmək lazımdı. Çünki, ölüm son deyil və bəlkədə gözümüzü yumduğumuz anda yuxudan oyanırıq. Ġzlədiyimiz filmlər kimi. Film yatarkən baĢlayır və sonda yatdığı yerə gəlib yenidən yatanda oyanır. Qəribədir elə deyilmi? DüĢün . Ġndi mənim bunları yazmağım, sənin bunları oxumağın, oxuyarkən "ya gicbəsərin biri olduğumu, ya ağıllı olduğumu, yada sadəcə bəsit bir düĢüncələr və xəyallarla yaĢadığımı" düĢünməyin, hamısı bir yuxudu. Gerçəkdə yoxdu. Bəlkədə var? Bəlkədə elə biz hamımız öz dunyamızı yaratdıq? Hamımız bir tanrıyıq və bu kiçik dünyamızı yaratdıqki, içində xoĢbəxt olaq? amma yox!!! bu Yaradanımıza qarĢı hörmətsizlik olar. Əgər, özümüz Tanrı olsaydıq, öz sevdiklərimizi özümüzdən almazdıq, həmdəki bizə bəxĢ edilən bu dünyanı, içindəki insanları, heyvanları, səsləri, ağacları, qələmləri və indi ağlıma gəlməyən bir çox Ģeyləri biz necə yarada bilərik? Mutləq hər Ģeyin Birtək yaradanı vardır. Nəysə, mövzunu dəyiĢək. Görürsənmi? yazdıqlarım sadəcə boĢ Ģeylərdi. Öz xəyallarımdandı. Misal üçün: UĢaq ikən baxdığım göy üzünü "dəniz" sanardım. Elə bilirdimki, bizim üstümüzdədə bir dünya var və bizdə onların üzdükləri, əyləndikləri bir dənizin altında bir dünyada yaĢayırıq. Bəlkə, doğurdanda hansısa dünyanın altında bir dünyada yaĢayırıq və bəlkədə öldüyünü sandığımız sevdiklərimiz, indi elə o dünyada oyanıb öz sevdikləriylədi? Bizimdə sevdiyimizi sandığımız insanlar, əslində heç tanımadığımız biriləridi. Nə bilim, anamız, atamız, bacımız, qardaĢlarımız, müəllimələr, tələbələr, hamısı heç tanımadığımız biriləridi və bizdə oyanarkən (yəni ölərkən) onları heç xatırlamayacayıq, lakin, hardasa görəndə tanıĢ gələcək. Bəlkədə, heç Azərbaycanda yox, baĢqa bir ölkədə yaĢayırıq? Adını bilmədiyimiz bir dünyanın, adını bilmədiyimiz bir

Page 38: Axmaq Yazar - Cızma Qara

38

ölkəsində. Elə bir dünyaki, adlarımızda tamam baĢqadı. Nə bilim vALLAH qəribədi amma mən uĢaq ikən göyə baxanda bunları təsəvvür edirdim, çoxda sevinirdim. Üzdə gülüĢ yaranırdı birdə anama düĢündüklərimi söyləmək həyəcanı. Təbiiki o bunun sadəcə xəyal olduğunu düĢünüb, fikir vermirdi (bizim dilimizlə desək yola verirdi). Dərdi isə sadəcə, axĢam iĢdən evə gələcək atamın yeməyini hazırlamaq, paltarları yumaq və bizdərə baxmaq idi. Təbiiki mən uĢaq ikən. Düzdü indi atam rəhmətə gedib (bəlkədə yuxudan oyanıb, heç bizi tanımırda) anamında ona yemək biĢirmək dərdi yoxdu amma fikir verirəmki, bəzən onun üçün çox darıxır. Paltar yumaqdaki MaĢALLAH indiki dövürdə, hər Ģey hazır olur. Elə texnalogiyalar çıxıbki, heçnəyə əl vumaq lazım deyil. Biraz nənəm kimi danıĢdım amma eybi yoxdu. Bizdəki böyümüĢük özümüz özümüzə baxa bilirik. Lakin, yenədə ona ehtiyacımız çox böyükdü. Qorxuramki bir gün, hansısa sevdiyim ölər və hansısa bir yuxudan oyanar. Mən göyə baxarkən, mənidə xatırlamaz. Sadəcə boĢ bir yuxu olduğunu düĢünüb yola verər. Bax ona görədə indidə göy üzünə həmiĢə məhəttəl qalmıĢam. Bəlkədə elə futbolda ilk dəfə tutduğum komandada rənginə görə olub. Düzdü o biraz tünd göy idi amma göy idi :). Görürəm baĢıvı ağrıtdım, nəysə sağol və özüvə yaxĢı bax. Birdə bir Ģeyi yazmadan qurtarmıyım. "Sevgilim, əgər özüvü mənim gözlərimdən görsəydin, necə bir dünya olduğuvu bilərdin". Bunu niyə yazdımee...? Elə deyirəm qurtarım amma qutarammıram. Nəysə sağolun... Deyirəm bəlkə bir Ģeydə deyim ? amma yox !!! bu dəfə zarafat üçün dedim...

Page 39: Axmaq Yazar - Cızma Qara

39

Xırdalan XIRDALAN... Bax bu Ģəhəri sevirəm. Daha doğrusu sevirdim, amma, indi çox dəyiĢibee nəsə buralar, ata. Əvvəllər dərsə gedərkən, özümü elə xoĢ hiss edərdimki, bu kücələri gəzdiyim üçün. Amma, indi bütün Ģəhər dəyiĢilib. O qaçdığımız məhəllələrdə, yeni binalar ucaldılıb, ata, əgər yenidən dirilib buraları görsən, səndə məhəttəl qalarsan. Bilirsən nə olub ata? bilirsən niyə çox kovrəlirəm? çünki, səndən sonra, düz 11 il burda böyüdüm. Yoxluğunda, bu küçələr mənə dayaq oldu, bu Ģəhər mənə dayaq oldu. Bu Ģəhərin neçə küçəsində, öz ataları ilə oynayarkən gəzən uĢaqları gördüyümdə, axıtdığım göz yaĢlarının izləri var. Daha doğrusu var idi, amma, bu namussuz Xırdalan aldı hamısını əlimdən. Məktəbə gedərkən, uĢaqların oynayarkən, sevinclərini bir birlərinə bildirmək üçün, çıxartdığı səslərdə, öz uĢaqlığımı tapıram. Sənin olduğun o vaxtları. Ġndi gecələr çıxırsan, gəzirsən Ģəhəri amma isinməkdənsə soyuyursan sanki. Sanki, Ģəhər özü məni qəzəbləndiriki, gəlib nəsə yazım. Kiməsə məktub yazım. Kimisə söyüm, biyabır eliyib, nifrətimi ona töküm. Amma olmuree ALLAH haqqı ata. Bilirsən niyə olmur? Çünki, hamısı mənim böyüdüyüm yerlərdə böyüyüb. Hamısı ilə, bir xatirəm vardır mutləq bu Ģəhərdə. Hətda tanımadıqlarım olsa belə. Məndə neynimiki, ata? elə birdənə bu vərəqlərə sığıĢdırıram özümü. DüĢünürəmki, nəvaxtsa bəlkə yorulacam yazmaqdan, bəlkə məndə bezəcəm yazmaqdan, görəsən onda mən neyniyəcəm? amma sonrada sual yaranırki, görəsən yorulacam yazmaqdan? görəsən bir gün bezəcəm məndə?.. Bəyəm yazmaqnan nə olurki? uzaq baĢı 1, 2 tanıĢ oxuyur, 1, 2 saat təsirində qaldıqdan sonrada qırağa tulluyur kitabı. Sənsə elə bilirsənki, bütün dünya səni oxudu. Düzdüyee, ata, məqsədim bütün dünyanın, mənim kitabımı oxuması deyil onsuzda bilirəmki, öləcəyik və oxuyucularda öləcək. Sonrada bütün yazılar yaddan çıxacaq. Məndən sonra, o qədər güclü yazarlar gələcəkki, biz yaddan çıxacayıq. Ona görədə, nəsə ağır gəlire yazmaq ata. Bu Ģəhərdən yazmaqdan zəhləm gedir, amma, mən yazmıram axı, əllərimin hakimiyyəti məndə deyil. Özüm idarə edə bilmirəm öz əllərimi. Həə ata... nə danıĢım sənin üçün? bu Ģəhər dedyim kimi, yorucudu. Sanki sən yaĢayarkən olan Xırdalan, öz balasını doğdu və özü öldü. Balası isə, vəfasızdı, heçnəyin qədrini bilmir. Arada məhlədə, o

Page 40: Axmaq Yazar - Cızma Qara

40

köhnəlmiĢ, artıq rəngi getmiĢ binaların, xırda məhlələrin, soyuq Ģəhərin, boz küçələrində gəzirəm rahatdaĢmaq üçün. Amma nəsə yoruluram, ata, çox yoruluram. Birgun, inĢALLAH, məndə gələcəm yanıva. Onda daha çox dərdləĢərik, sənə hər Ģeyi danıĢaram. Bütün həyatımı, bütün həyat ssenarisini danıĢaram. Hələliksə çox sağolki, məni dinləyib, dərdimə Ģərik oldun ...

Page 41: Axmaq Yazar - Cızma Qara

41

Ana Bilirəm bu həyat sənidə sıxır ana. Gəl gedək buralaran. Əlimnən tut apar məni buralardan. UĢaq ikən olduğu kimi, qucağında yataram, isti nəfəsinlə qızdırarsan əllərimi, tumarlıyarsan saçlarımı. UĢaq kimi davranarsan mənimlə. Səni hirsdəndirəndə, yeməyimi yeməyəndə döyərsən məni. Gizlincə uĢaqlarnan kompyuterə gedəndə, gəlib apararsan və sonra, əl qaldıra bilmirsən deyənə ağlamayıb, gücün çatana qədər döyərsən məni. Yadındadı o günlər ana? Mənim yadımdadı. Ən çox qayıtmaq istədiyim vaxtlardı o vaxtlar. Ġndi bu Ģəhər mənidə sıxıb ana. Bu həyat, mənidə çox yorub. Ġçdəkiləri hardan biləcəksənki? Mən sadəcə gözündə, Ģən və zarafatcıl bir uĢaqam. Səni anladığımı hardan biləcəksənki? Mən yaramaz, sözə baxmayan və avara bir oğulam gözündə. Ver əlivi gedək ana!!! bu Ģəhərin, boz küçələrindən gedək. Alçaq insanlardan və bəzi saxta "qohumam" deyənlərdən qaçaq. Arada məndə ataya hirslənirəm bizi qoyub getdiyi üçün, amma, "qədər" deyib keçirəm üstündən. Elə bilirsən baĢa düĢmürəm ana? elə bilirsən axmağam? elə bilirsən bütün xəyallarım yalandı? iĢləmək istəmirəm? özüm pul qazanmaq istəmirəm? səni özüm saxlamaq istəmirəm? elə düĢünürsən ana? Həə bilirəm elə düĢünürsən. Sən cavab verməsəndə olar, amma, bunlar hamısı doğrudu. Sən sevgivi içdə gizlətdiyin üçün böyük, mən sırtıx-sırtıx üzdə görsətdiyim üçün dəyərsizdi. Gəl gedək ana!!! həyata baĢqa pəncərələrdən baxaq. Burda qoyduğumuz, sevdiklərimizidə düĢünməyək. Mən və sən olaq. Ağlayanda, səninlə birgə ağlayım, içimə atmayım. Səmimi insanlarla dost olaq. Kiməsə görə tanınmayaq, özümüzə görə tanınaq. Hörmətidə özümüz qazanaq. Kiməsə görə, bizə hörmət qoymasınlar. Özümüzün baxçamız olsun, o çox sevdiyin güllərdən əkək sənin üçün. Sonra baxaq olara payız gəlib, solana kimi. Çıxaq gəzək Ģəhəri əl-ələ. Yorulanda gedək evimizə, ən çox sevdiyin "çay" içək. Öləndədə birgə ölək. Qoy hamı, baxıb ibrət alsın cəsətlərimizdən. Ağlasınlar dalımızca. Vursunlar dizlərinə. Silsinlər bitməyən göz yaĢlarını. Biz göydən baxıb, heç kədərlənmərikdə. Çünki artıq "yaĢamıĢıq" deyə biləcəkdik ana. Bəlkədə adımıza romanlar, povestlər yazılacaqdı, amma, biz yaĢıyacaqdıq hələdə... Gəl gedək ana, gəl gedək...

Page 42: Axmaq Yazar - Cızma Qara

42

Bilirsən necədi? Bilirsən necədi? yox!!! hardan biləcəksən? axı hələ heçnə yazmamıĢam. Dünya, sanki futbol meydançasıdı, həyatdakki hakim. Mən nəsə bir səhf elədim və hakim mənə qırmızı kart göstərdi. Axı nə edəsən? hakim qərarı bir dəfə verir. Özüvü cır, dağıt, yenədə fikirindən dönən deyil. Ġndi mən stadiondan kənarda, sadəcə oyuna baxıram. Bilirsiz bu necədi? yox! Çünki, yenədə heçnə yazamamıĢam. Bax indi yazıram. Oyuna kənardan baxmaq, həyata təyyarədən baxmaq kimidi. Yadaki, qoy baĢqa yolnan baĢa salım. Kasıb insan, pəncərədən çölə baxarkən həyətı gözəl görür, amma, çöldən pəncərəyə baxanda, bütün dərdləri yadına düĢür. Bax məndədə elə bir Ģeydi bu dəyqə. Qırmızı kartın müddəti 3 oyun idi, amma, mən 17 ildiki dünyadan kənaram. Bəlkədə, artıq mən oyundayam, amma, o biri oyunçular qırmızı alıb, meydandan çıxıblar? həə... bax bu daha düzgün gələ bilər. Amma, nəbilime? nəsə baĢım qarıĢdı. Əsas oduki, mən özümü heçkəsdə görə bilmirəm. Biraz oxuduğum kitabları bitirmək həyacanı, birazda, oxumadığım kitabları oxumaq həyəcanı ilə yaĢayıram. Hər qaranlıqdan iĢıqlığa çıxmaq isdəyirəm, amma, qaranlıqda mənlə birgə gəlir deyənə, iĢıqlığı görə bilmirəm. Artıq əllərimdə ancaq bu mövzulardan yazır nəsə. Yazmaqdan heçvaxt yorulmur. O qədər yazmıĢamki, barmağımın əzələləri bərkiyib daĢ kimi olub. Bir pəhləvanı, 2 barmağımla, yıxa biləcək gücdə hiss edirəm özümü.

Page 43: Axmaq Yazar - Cızma Qara

43

P.S P.S. Mən bu sözləri yazarkən, sən bu sözləri oxuyarkən, "ONLAR" gözəl dağüstü parkın qara torpağında yatarkən, sən gözəl evivin gözəl yatağında yat!!! Mənsə, bacardığımı elədim. Əlimdən gələn yazmaq idi yazdım, yazdıqcada qocaldım. Səsini çatdıra bilməyən Ģəhidin, sözü olmağa çalıĢdım. SƏNSƏ HƏLƏDƏ YAT!!! Ölməz olan Ģəhidləridə öldürdü "sevgili xalqım" dediyim xalqım. Sadəcə, 1, 2 qocanın ümüdü ilə can verir "bu xalq"!!!

Page 44: Axmaq Yazar - Cızma Qara

44

Ortağımsan "Ġstəmədiyim Ģeylər üçün, məni zorluyan qadın!!! Bir gün, istəmədiyin Ģey üçün səni zorluyacam və bunu, ağlıma heç kəs soxmuyub" desəm, mənə inanma. Çünki, hamısı səni düĢünərkən gələn fikirlərdi və ortağımsan !!!

Page 45: Axmaq Yazar - Cızma Qara

45

Aforizmlər 1. "Nə etmək istədiklərin" əsas deyil. Əsəs nə etdiyindi. Sən, əsasları qoy bir kənara və istədiklərivi et. 2. Qəlblər Xırdalanın 2 gündən bir sökülüb təzdən Ģumlanan asfaltı kimi saxtalaĢıb. 3. Xalqımı sevirəm, amma, millətimin markasını sevmirəm... 4. Həyatı qaralamağa ehtiyac yoxdur. Çünki, qara löhvə onsuzda qaralanmayacaq. Fərqli fırça və rənglərlə ləkələmək, ən ideal variantdı. Yazılraı oxuyub qaranlığa düĢüb, özüvüzü pessimizm-ə yaxın hiss eləməyin. Yəni yazıların qaranlığını boĢ verin. Çünki onlar ağ vərəqlərdə yazılır. 5. Hər bir insan bir gün anlayacaqki, "ən yaxın dost" kimi gördüyü insanın gözündə, sadəcə "uzaq bir yoldaĢ"dı... 6. "Dünən"in xəstədisə, "bu gün"üvə dərman ver, sağalt yada həkimə aparki, “sabah”ın sağalsın. 7. Sevgi yaĢayarkən, həyat oxuyarkən gözəldir... Ġmza – Axmaq Yazar

Page 46: Axmaq Yazar - Cızma Qara

46

SON

Page 47: Axmaq Yazar - Cızma Qara

47

Mündəricat

1. ĠmiĢ............................................................................................................5 2. “...!”...........................................................................................................6 3. Axmaq........................................................................................................7 4. Təkrar........................................................................................................9 5. Həyat........................................................................................................10 6. Qaytar Geri...............................................................................................11 7. Qara BoĢluq.............................................................................................12 8. Yalan..........................................................................................................13 9. Və Öldüm..................................................................................................14 10. ...! (2)................................................................................................15 11. Yalançı.............................................................................................17 12. Mən..................................................................................................18 13. Nifrət...............................................................................................19 14. Gedirəm...........................................................................................20 15. Sevgin Bağlar..................................................................................21 16. Dəyərsiz...........................................................................................22 17. Qəlbim Onsuzda “O”nundu............................................................23 18. Bu Sabah.........................................................................................24 19. Sən (Hekayə)....................................................................................25 20. Gicbəsər..........................................................................................37 21. Xırdalan...........................................................................................39 22. Ana..................................................................................................41 23. Bilirsən necədi?..............................................................................42 24. P.S..................................................................................................43 25. Ortağımsan.....................................................................................44 26. Aforizmlər.......................................................................................45

Page 48: Axmaq Yazar - Cızma Qara

48