vii sİnİf azƏrbaycan tarİxİtarix.info/elaveler/azerbaycan tarixi-7 kitab.pdfməhsulun 1/3-dən...
Post on 25-Dec-2019
42 Views
Preview:
TRANSCRIPT
VII SİNİF
AZƏRBAYCAN TARİXİ
AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNDƏ
Azərbaycan III-V əsrlərdə
Azərbaycanda feodal münasibətlərinin yaranması
III-V əsrlərdə Azərbaycanda tədricən torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Belə ki,
dövlət torpaqları xidmət müqabilində hərbçilərə, dövlət işçilərinə paylanır və bəzən xüsusi xidməti olan şəxslərə
hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanmış belə torpaqlar mülk, həmin torpaq (mülk) sahibi mülkədar,
yəni feodal adlanırdı. Çox hallarda həmin adamlara
mülklə birlikdə onu becərən kəndlilər (əkinçilər) də
hədiyyə verilirdi. Feodalizm cəmiyyəti adı buradan
yaranmışdır.
III-V əsrlərdə - Azərbaycanda feodalizm
münasibətləri meydana gəldi. Azərbaycanda feodal
münasibətlərinin yaranması məhsuldar qüvvələrin
inkişafının nəticəsi idi.
Feodal münasibətlərinin inkişafı
VI əsrin əvvəllərində Azərbaycanda feodal
münasibətləri inkişaf edirdi. Kənd icmalarının
torpaqları feodalların əlinə keçirdi. Əkilib becərilməsi
çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı.
Torpaqsız qalan icma üzvləri asılı kəndlilərə
çevrilirdilər. V—VII əsrlərdə Albaniya və
Atropatenada feodal münasibətləri eyni cür inkişaf
edirdi.
Əhalinin sosial təbəqələri
Erəkən Orta srlərdə Azərbaycanda əhali müxtəlif sosial təbəqələrə bölünürdü. Feodalizm dövründə
cəmiyyətin əsas sinifləri kəndlilər və feodallar idi. Kəndlilərlə yanaşı sənətkar və tacirlər də vergi verənlər
təbəqəsinə daxil idi. Kahinlər, hərbçilər, mirzələr isə cəmiyyətin hakim təbəqəsi sayılırdı. Zərdüştlük dininin
hakim mövqe tutması kahinlərin də varlanmasına səbəb olmuşdu.
III-V əsrlərdə Azərbaycanda vergi verənlər təbəqəsi
Sasanilər dövründə torpaq mülkiyyət formaları, vergi və mükəlləfiyyətlər
Sasani ağalığı dövründə (III-VII əsrlərdə) Azərbaycanda iki əsas torpaq mülkiyyət forması mövcud idi:
• Dastakert – irsən keçən torpaq mülkiyyət forması idi. İri feodal və Zərdüşd dininin kahinlərinə
verilirdi.
• Xostak - şərti torpaq mülkiyyət forması idi. Xostaqın əsas sahibi xırda və orta feodallar idi. Belə
torpaqlar vassal xidməti müddətində dövlət tərəfindən müvəqqəti istifadə üçün verilirdi.
Kəndlilərin istismar edilməsinin əsas forması vergilərin ödənməsi və mükəlləfiyyətlərin icrası idi. Sasani
ağalığı dövründə Azərbaycanda (Atropatena və Albaniyada) iki vergi növü mövcud idi:
• Xaraq - məhsul vergisi idi. Məhsulun 1/3-dən 1/6-nə qədərini təşkil edirdi.
• Gezit - can vergisi idi. Sasani imperiyasının ərazisində yaşayan bütün əhalidən, xüsusilə xristianlardan
və sənətkarlardan ildə bir dəfə toplanılırdı.
sənətkarlar
kəndlilər
tacirlər
Kəndlilər vergi verməklə yanaşı, müəyyən mükəlləfiyyətlər də (dövlət mülkiyyətində olan körpülərin,
qalaların, yolların tikintisində və bərpasında iştirak etmək və.s) yerinə yetirirdilər
Kəndlilərin mükəlləfiyyətlər yerinə yetirməsi məcburi idi və bunun əvəzində onlara heç bir ödənc verilmirdi.
Sasani şahı I Xosrovun islahatları
Azərbaycanın cənub torpaqlarında - Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrovun
islahatları böyük təsir göstərdi. I Xosrov torpaq, vergi və inzibati islahatlar həyata keçirmişdi. I Xosrovun torpaq
islahatına əsasən sahibsiz torpaqlar hərbçilərə paylanıldı. I Xosrovun vergi islahatı keçirməkdə məqsədi vergi
sahəsindəki nöqsanları aradan qaldırmaq və ya vergi yığan məmurların özbaşınalığına son qoymaq idi. I
Xosrovun vergi islahatına əsasən:
Vergilərin toplanması nizama salındı və vergiyığan məmurların özbaşınalığına son qoyuldu.
Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər.
Bu islahatlar nəticəsində şərti torpaq mülkiyyəti genişləndi, xırda və orta torpaq sahiblərinin sayı artdı.
Azərbaycanda feodalizmin əsas xüsusiyyətləri
Azərbaycanda feodal münasibətlərinin inkişafı Avropadakı kimi feodalizmin ümumi qanunlarına
əsaslanırdı. Lakin Azərbaycanda yeni yaranmış feodal münasibətləri Qərbi Avropa ölkələrindən kəskin fərqlənirdi.
Azərbaycanda feodalizmin əsas xüsusiyyətlərindən biri təsərrüfatın natural forması idi. Kəndlilər özlərinin və
feodalın tələbatını ödəmək üçün müxtəlif ərzaq məhsulları, sənətkarlıq malları tədarük edir, bazara mal
çıxarmırdılar. Beləliklə, məhsul mübadiləsinə çox az hallarda ehtiyac duyulurdu. Natural təsərrüfat ayrı-ayrı
bölgələr arasında iqtisadi münasibətlərin yaranmasına mane olurdu.
Azərbaycanda feodal münasibətlərinin Qərbi Avropa ölkələrindən fərqli cəhətləri
Sasanilərin köçürmə siyasəti
Sasanilər dövləti ona tabe olan ərazilərə, o cümlədən Azərbaycanın şimal torpaqlarına farsdilli tayfalar
köçürdürdülər. Sasani şahlarının köçürmə siyasətində iki məqsəd var idi:
1. Etnik dayaq yaratmaq.
2. Hakimiyyətini güclənmək.
Lakin farsdilli tayfalar türk dilinin və mədəniyyətinin təsiri ilə çoxsaylı yerli türk tayfaları ilə qaynayıb-
qarışır, vahid xalqın formalaşmasında iştirak edirdilər.
Azərbaycanda
Qərbi Avropada
I. Azərbaycanda feodalizm cəmiyyəti tez yaranıb gec
süqut etmişdir. (III əsr - XIX əsrin ikinci yarısınadək).
II. Azərbaycanda kəndlilər feodaldan yalnız iqtisadi
cəhətdən asılı olub, şəxsən asılı (təhkimli) deyildilər.
III. Azərbaycanda fedalların şəxsi təsərrüfatı, yox idi.
Bunun əsas səbəbi süni suvarma tələb edən təsərrüfata
böyük xərc qoymaq lazım gəlməsi idi.
I. Qərbi Avropada feodalizm cəmiyyəti gec yaranıb tez
süqut etmişdir (V əsr - XVII əsrin sonlarınadək).
II. Qərbi Avropada kəndlilər feodaldan iqtisadi cəhətdən
və şəxsən asılı (təhkimli) idilər.
III. Qərbi Avropada feodalların şəxsi təsərrüfatı var idi.
III-VII əsrlərdə torpaq mülkiyyət
formaları
dastaker
t
xostakt
III-VII əsrlərdə vergi
növləri
xaraq
gezit
Azərbaycanın şimalına köçürülən fars mənşəli əhali tatlar adı ilə məlumdur. Onlar əsasən Azərbaycanın
şimalında Abşeron, Şamaxı, Dəvəçi, Quba bölgələrinə köçürülmüşdür. Azərbaycanın indiki Lahıc kəndində
yaşayanlar İranın Lahıc kəndindən köçürülmüş tatların nəsilləridir.
TERMİNLƏR
Dastakert Sasanilər dövlətində şərti torpaq mülkiyyəti.
Gezit Sasanilər dövlətində alınan can vergisi.
Feodal Torpaq mülkiyyətçisi, asılı kəndliləri istismar edən feod sahibi.
Feodalizm Əsas işçi qüvvəsinin əksəriyyətini təhkimli kəndlilər təşkil edən dövr; quldarlığı əvəz
etmişdir.
İslahat ictimai həyatın (təsisatın, qaydaların) hər hansı bir tərəfini dəyişdirmək, yeniləşdirmək.
Xostak Sasani imperiyasında, o cümlədən Albaniyada hakim zümrənin nümayəndələrinə xidməti
əvəzində dövlət tərəfindən müvəqqəti istifadə üçün verilən şərti torpaq mülkiyyəti.
Natural təsərrüfati İstehsalın məhsulunun satış məqsədi ilə deyil, şəxsi istifadə üçün nəzərdə tutulduğu
təsərrüfat növü
SUAL VƏ TAPŞIRIQLAR
1. Azərbaycanda feodal münasibətləri nə vaxt
yaranmışdı?
2. III-V əsrlərdə Azərbaycanda torpaq
sahibkarlığının hansı yeni səciyyəvi cəhətləri
meydana gəldi?
3. Şərti torpaq mülkiyyəti necə yarandı?
4. Kənd icmalarının torpaqları nə vaxt feodalların
əlinə keçirdi?
5. İcma üzvləri asılı kəndlilərə necə çevrilirdilər?
6. Azərbaycanda feodal münasibətlərinin
inkişafının səbəblərini nə idi?
7. Erəkən Orta srlərdə Azərbaycanda əhali hansı
sosial təbəqələrə bölünürdü?
8. Feodalizm dövründə cəmiyyətin əsas siniflərini
kimlər təşkil edirdi?
9. III-V əsrlərdə Azərbaycanda vergi verənlər
təbəqəsinə kimlər daxil idi?
10. Cəmiyyətin hakim təbəqəsi kimlər sayılırdı?
11. Kahinlərin varlanmasının səbəbi nə idi?
12. Sasani ağalığı dövründə Azərbaycanda hansı
torpaq mülkiyyət forması mövcud idi? Dastakert
və xostak nəyə deyilir?
13. Kəndlilərin istismar edilməsinin əsas forması nə
idi?
14. Sasani ağalığı dövründə əhalidən hansı vergilər
alınırdı?
15. Kəndlilər hansı mükəlləfiyyətləri yerinə
yetirirdilər?
16. Atropatenada feodal münasibətlərinin inkişafına
hansı Sasani şahının islahatları böyük təsir
göstərmişdi?
17. Sasani şahı I Xosrov hakimiyyəti dövründə hansı
islahatlar həyata keçirmişdi?
18. I Xosrovun torpaq islahatının mahiyyəti necə idi?
19. I Xosrovun vergi islahatı keçirməkdə məqsədi nə
idi?
20. I Xosrovun vergi islahatına əsasən kimlər can
vergisindən azad edildilər?
21. Vergilərin toplanması nizama salındı və vergiyığan
məmurların özbaşınalığına son qoyuldu.
22. I Xosrovun vergi islahatı nə ilə nəticələndi?
23. Azərbaycanda feodalizmin əsas xüsusiyyətləri
hansılar idi?
24. Nəyə görə natural təsərrüfat bölgələr arasında
iqtisadi münasibətlərə mane olurdu?
25. Azərbaycanda feodal münasibətlərinin Qərbi
Avropa ölkələrindən fərqli cəhətləri nə idi?
26. Sasanilər dövləti ona tabe olan ərazilərə əsasən
kimləri köçürürdülər?
27. Sasani şahlarının köçürmə siyasətində məqsəd nə
idi?
AZƏRBAYCAN XİLAFƏTİN TƏRKİBİNDƏ (VII ƏSR – IX ƏSRİN ORTALARI)
Azərbaycanın ərəblət tərəfindən işğalı
Ərəb işğalları ərəfəsində Azərbaycanda siyasi vəziyyət
VII əsrin əvvəllərində Albaniyada Mehranilər
sülaləsinin (Girdiman dövlətinin) hökmranlığı başlandı. Bu
sülalə hakimiyyəti əvvəllər Albaniyanın Girdiman vilayətində
(indiki Şəmkir-Qazax bölgəsində) qurulmuşdu. Sonralar
Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş,
mərkəzi isə Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur.
Mehranilər sülaləsinin banisi Mehran idi. Mehranın dövründə:
Türk mənşəli sabir tayfaları Girdiman vilayətində
məskunlaşdı.
Mehrəvan şəhəri salındı.
Ərəb işğalları ərəfəsində Azərbaycanda vəziyyət
Atropatena Albaniya
Sasanilərdən tam asılı vəziyyətdə idi
Sasani mərzbanları tərəfindən idarə olunurdu
İqtisadi və siyasi vəziyyət ağır idi
Ölkənin inkişaf ahəngi pozulmuşdu
Daxili müstəqilliyini saxlayırdı
Yerli hökmdarlar tərəfindən idarə olunurdu
İqtisadi və siyasi vəziyyət nisbətən yaxşı idi
Xəzərlərinn hücumlarına məruz qalırdı
Cavanşirin daxili və xarici siyasəti
Mehranilər sülaləsinin ən görkəmli dövlət xadimi, sərkərdə Cavanşir
olmuşdur. Cavanşir (642-681) ölkənin daxili sabitliyini təmin etməklə yanaşı,
uğurlu xarici siyasət yeridirdi. Cavanşirin xarici və daxili siyasətinin əsas
istiqamətləri aşağıdakılar idi:
Bizans və Xəzər dövlətləri ilə münasibətləri qaydaya salmaq.
Ölkədə dinc quruculuq işlərini həyata keçirmək.
Varaz Qriqor
(630-642)
Cəsur Vardan
(600-615)
Mehran
(570-590)
Cavanşir
(642-681)
Varaz Trdat
(681-705)
Albaniyada hakimiyyətdə olmuş sülalələr
“Arşakilər sülaləsi”
(I əsr - 510)
“Aranilər sülaləsi”
(e.ə II – e. I əsrlər)
“Mehranilər (Girdiman)
sülaləsi” (629-705)
Musa Kalankatlunun “Albaniya tarixi” əsərindən
Mehran Sasani şahı II Xosrovun atasının ölümündə təqsiri olduğu
üçün onun qəzəbindən qorxaraq İrandan qaçıb Albaniyanın Uti
vilayətinə gələrək xəzərlərlə birləşmək istəyirdi. II Xosrov bunun
qarşısını almaq üçün Mehranı bağışladı və onu Girdiman vilayətinin
hakimi kimi tanıdı. Mehran bundan sonra Girdiman vilayətində
onunla gələn ailələrlə birlikdə burada məskən saldılar
.
Cavanşirin dövründə paytaxt Bərdə şəhərinin abadlığına xüsusi diqqət
yetirilir, alimlər, şairlər hökmdar tərəfindən himayə edilirdi.
Ərəb qoşunlarının Cənubi Azərbaycana hücumu
VII əsrin 30-cu illərində ərəblərin Sasanilər dövlətinə hücumları başladı. Ərəb ordusu Sasani imperiyasına
hücum edərkən Sasani hökmdarı imperiyaya tabe olan ölkələrin hamısından, o cümlədən Albaniyadan ərəblərə qarşı
vuruşmaq üçün qoşun tələb etdi. Albaniya Sasani imperatorluğundan yarımasılı vəziyyətdə olduğu üçün Cavanşir
ərəblərə qarşı Sasanilərin tərəfində vuruşdu. Gənc sərkərdə Cavanşir döyüşlərdə igidliyi ilə fərqlənirdi. Lakin
apardığı mübarizənin öz ölkəsi üçün mənasız olduğunu görən Cavanşir vətəninə qayıtdı.
VII əsrin 40-cı illərində ərəb qoşunları Azərbaycana yürüşə başladılar. Azərbaycanın Sasani imperiyası
dağıldıqdan sonra ərəblər Azərbaycanın işğalını genişləndirdilər. Atropatenanın işğalı zamanı ərəblər Ərdəbildə
ciddi müqavimətlə rastlaşdılar. Burada da qələbə qazanan ərəblər şimala - Azərbaycan Albaniya dövlətinin ərazisinə
doğru irəlilədilər.
Bilmək maraqlıdır
Ağvan hökmdarı Cavanşirin hökmranlığı; iranlıların basılması
... ərəblər qalxanlarını birləşdirib İran qoşunlarını darmadağın etmək üçün özləri qabaqcadan hücuma keçdilər.
Albaniya sərkərdəsi Cavanşir öz igid döyüşçüləri ilə onların səfləri içərisinə soxulub düşmənlərdən ikisini yerə
sərdi, özü üç ağır yara aldı, atı isə dörd yerdən yaralandı. Düşmən onu ... Fərat çayınadək təqib etdi, o isə həmlələri
dəf edərək çayı üzüb keçdi. Onun üst-başı qan içində idi, ... Şaha Cavanşirin şücaətindən danışanda şah deyilənləri
qəbul edib əmr etdi ki, ona şah sarayında yer ayırıb yanına həkimlərini göndərsinlər.... bir qədər sağalandan sonra
Cavanşir şahın yanına gəldi... şah onun belinə mirvari ilə işlənmiş qızıl kəmər və qızıl saplı qılınc bağladı...
Cavanşirin Bizans imperiyası ilə yaxınlaşması
Albaniya Erkən Orta əsrlərdə Bizansın, xəzərlərin və ərəblətin hərbi yürüşünə məruz qaldı. Azərbaycan
əhalisi Sasanilərin əsarətindən azad olmamış yeni işğalçının - ərəblərin hücumuna məruz qaldı.
Ölkənin təhlükəsizliyini təmin etmək üçün atası Cavanşiri 642-ci ildə hökmdar taxtına oturtdu. Albaniya
tarixçi-salnaməçisi Musa Kalankatlmm yaz dığına görə, Cavanşir İberiya sərhədlərindən Hun keçidinə və Araz
çayına qədər ərazilərdə hökmranlıq etmişdir.
651-ci ildə ərəblər Sasani imperiyasının varlığına son qoydu. Bu zaman Cavanşir ərəb təhlükəsinə qarşı
Bizans imperatoru ilə ittifaqa girdi. Bizans imperatoru II Konstantinlə Cavanşir görüşdə ərələrə qarşı birgə
mübarizə yolları müzakirə edildi. Müttəfiqlər birlikdə ərəblərə qarşı müqavimət göstərmək qərarına gəldilər.
Cavanşirin xəzərlərlə mübarizəsi
Cənubda Azərbaycan Atropatena dövlətinin əraziləri ərəblər tərəfindən işğala məruz qaldığı bir vaxtda
şimaldan xəzərlərin Albaniyaya hücumları baş verdi. Yürüşlərin birində Cavanşirin qoşunları xəzərləri məğlub edib
ölkədən çıxara bildi. Lakin onların sonrakı yürüşləri daha güclü olduğundan Cavanşir Xəzər xaqanı ilə sülh bağladı
və xaqanın qızı ilə evləndi. Bu «nikah diplomatiyası ilə Albaniya hökmdarı ölkəsinin mənafeyini qorudu. Sülhün
şərtlərinə görə, Albaniya dövləti hər il xəzərlərə xərac verməli, bunun əvəzində isə bütün əsirlər və ələ keçirilmiş
mal-qara geri qaytarılmalı idi.
Cavanşirin diplomatik əlaqələr saxladığı dövlətlər
Cavanşirin Xəlifə ilə yaxınlaşması
VII əsrin 60-cı illərində Xilafətdə Əməvilər sülaləsi (661-750) hakimiyyətə gəldi. Əməvilər dövründə
ərəblər qonşu ölkələrə müharibələri gücləndirdilər. Xilafətdə hakimiyyət Əməvilər sülaləsinin əlinə keçdikdən
Bizans
Xəzərlər
Ərəblər
Sasanilər
sonra Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdi. Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdirməsinin
aşağıdakı amillərlə bağlı idi:
1. Albaniyanın müttəfiqi olan Bizansın ərəblərlə müharibədə xeyli zəifləməsi.
2. Albaniyanın təklikdə çoxsaylı ərəb qoşunları ilə döyüşdə uğur qazanmağın mümkünsüzlüyü.
3. Şimaldan xəzərlərin yürüşü, cənubdan isə iran feodallarının Albaniyaya hücumlarının artması.
Bu amilləri nəzərə alan Cavanşir Xilafətlə münasibətləri diplomatik yolla nizama salmağı qərara aldı. Bu
məqsədlə 667-ci və 670-ci ildə iki dəfə Dəməşq şəhərinə gedərək Ərəb xəlifəsi Müaviyə ilə görüşdü. Danışıqlar
uğurla nəticələndi. Belə ki, Cavanşirlə xəlifə arasında danışıqlar nəticəsində:
Xəlifə Azərbaycan Albaniya dövlətinin daxili müstəqilliyinə toxunmadı.
Albaniyada əhalidən alınan vergilərin üçdə bir hissəsi azaldıldı.
Xəlifənin Cavanşirə güzəştə getməsinin bir neçə səbəbi vardı. Həmin səbəblər aşağıdakılardır:
• Albaniyanın zəngin sərvətləri, hərbi-strateji və coğrafi mövqeyi.
• Cavanşirin şəxsi nüfuzu və dərin biliyi.
Albaniyanın müstəqilliyinə son qoyulması
Cavanşir uzaqgörən xarici siyasəti nəticəsində Şimali Azərbaycan - Albaniya Ərəb xilafətinin, Bizansın,
Sasanilərin və xəzərlərin işğallarından xilas oldu, ölkədə təsərrüfatın və mədəniyyətin inkişafına şərait yarandı.
Beləliklə, Cavanşir Albaniyanın daxili müstəqilliyini qoruyub saxlamağa nail oldu. Lakin müstəqilliyə can atan
bizanspərəst feodallar sui-qəsd təşkil edərək 681-ci ildə Cavanşiri qətlə yetirdilər. Onun varisləri isə Albaniyanın
müstəqilliyini qoruya bilmədilər. VIII əsrin əvvəllərində Cənubi Qafqazdakı Bizan tərəfdarlarını cəzalandırmaq
məqsədi ilə buraya ərəb qoşunu göndərildi. Həmin qoşunların bir hissəsi 705-ci ildə Albaniyaya yürüş etdi.
Ərəblərin Albaniyaya bu yürüşü nəticəsində:
İdarəçilik xəlifənin təyin etdiyi canişinə tapşırıldı.
Albaniyanın daxili müstəqilliyi ləğv edildi.
Albaniyanın idarə olunması xəlifənin canişininə tapşırıldı.
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti sona çatdı.
Albaniya dövləti süqut etdi.
Xəlifə Albaniyanın daxili müstəqilliyi ləğv etdi və Albaniya dövləti süqut etdi
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti sona çatdı
Albaniyanın idarə olunması xəlifənin canişininə tapşırıldı
VIII əsrin
əvvəlləri
Xəlifə Albaniya əhalisindən alınan vergiləri
üçdə bir qədər azaltdı
Xəlifə Albaniyanın daxili müstəqilliyinə
toxunmadı
Cavanşirin Xəlifə ilə görüçünün nəticəsi
Şimaldan xəzərlərin,
cənubdan isə sasani
feodallarının hücumları
Cavanşirin Xilafətə qarşı münasibətinin dəyişməsinin səbəbləri
Bizansın Xilafətlə müqayisədə çox
zəif olması, hətta özünü belə
müdafiə edə bilməməsi
Albaniyanın təklikdə çoxsaylı ərəb
qoşunları ilə döyüşdə uğur
qazanmağın mümkünsüzlüyü
Albaniya və Sasanilər tarixi üçün oxşar cəhətlər
Azərbaycan uğrunda xəzər-ərəb müharibələri
VII əsrdə ərəblərlə xəzər türkləri arasında müharibələr başladı. Bu müharibə Azərbaycan uğrunda gedirdi.
Müharibə VIII əsrdə daha da şiddətləndi. Ərəblər Azərbaycanda möhkəmləndikdən sonra daha mütəşəkkil
müharibəyə başladılar. Buna baxmayaraq, döyüşlərdə hərbi üstünlük gah xəzərlərin, gah da ərəblərin əlinə keçirdi.
Növbəti hücum zamanı xəzərlər ərəbləri sıxışdıraraq Ərdəbilə çatdılar. Xəzərlər Savalan dağı yaxınlığında
döyüşdə ərəb ordusuna qalib gəldikdən bir qədər sonra Diyarbəkiri və Mosulu ələ keçirdilər. Xəlifənin xəzərlərə
qarşı kömək üçün əlavə göndərdiyi ərəb ordusu Van gölü yaxınlığındakı Hilat şəhəri ətrafında döyüşdə ərəblər
çətinliklə də olsa xəzərlərin hücumunu dayandırdı və hərbi üstünlüyü ələ aldı, xəzərlər Azərbaycandan çıxarıldı. Bu
hadisədən sonra ərəblərlə sülh bağlayan xəzərlərin bir hissəsi İslam dinini qəbul etdi. Təqribən yüz ilə yaxın
davam edən bu müharibələr VIII əsrin sonlarında başa çatdı. Beləliklə, xəzər-ərəb müharibələri nəticəsində:
• Azərbaycan hədsiz dağıntılar və fəlakətlərə məruz qaldı.
• Ərəblərlə sülh bağlayan xəzərlərin bir hissəsi İslam dinini qəbul etdi
Xəzərlərlə ərəblər arasında baş vermiş döyüşlər
İslam dininin Azərbaycanda asanlıqla yayılmasının səbəbləri
Ərəblər xalqın mübarizə əzmini qırmaq üçün əhali ilə mülayim rəftar etməyə və lazım gəldikdə güzəştdə
getməyə məcbur olurdular.
Azərbaycan əhalisinin İslam dinini könüllü qəbul etməsinin səbəbləri bunlar idi:
• Xəlifənin göstərişlərinə əməl edilərək adamların şəxsiyyətinin və mülkiyyətinin qorunması
• Xalqın İslam dini zəminində səadət və əmin-amanlıq tapacaqlarına ümid bəsləməsi
• Başqa dinlərdən fərqli olaraq yeni dinin daha humanist, ümidverici və ədalətli olması
Hilat
Savalan
Xəzərlər parlaq qələbə qazandı. Bundan sonra xəzərlər döyüşü davam etdirərək Diyarbəkrə və Mosula çatdılar
Ərəblər xəzərlərin hücumunu çətinliklə dayandıra bildilər. Tərəflər
aralarında sülh bağlandı
Albaniya və
Sasanilər
Ərəblərə qarşı müharibə aparmışdılar
Dastagerd və xostaq torpaq mülkiyyəti mövcud idi
Feodali münasibətləri eyni dövrdə yarandı
Bizansın hücumlarına məruz qalmışdı
Ərəblər tərəfindən süquta uğradılmışdı
Əhalidən gezit və xaraq vergiləri alınırdı
VII əsrin əvvəllərində Albaniyada hakimiyyətə gəldi
Ərəblər sasanilərin ərazisinə hücum
edərkən sasanilərin müttəfiqi oldu
Sonralar hakimiyyəti bütün
Albaniyada yayıldı
Xəzərlərlə müharibə aparsa da nigah
vasitəsilə münasibətlər yaxşılaşdı
Bizans və Xilafətlə dostluq əlaqələri
saxlayırdı
Ərəblər tərəfindən hakimiyyətinə son
qoyuldu
Ən güclü hökmdarı
Cavanşir olmuşdur
Sülalənin banisi
Mehran olmuşdur
Mehranilər
sülaləsi
629-705-ci illərdə Albaniyada
hakimiyyətdə olmuşdu
Sülalənin əsasını sabir türləri təşkil
edirdi
• Əhalinin yadellilərin dağıdıcı basqınlarından, Bizans-Sasani müharibələrindən hədsiz dərəcədə
əziyyət çəkməsi və.s
Ərəblərin hücumu ərəfəsində Azərbaycanda müxtəlif dini etiqadlar mövcud olduğu üçün siyasi sabitlik
mümkün deyildi. Azərbaycan əhalisi isə yalnız vahid din ətrafında birləşərək siyasi sabitliyə və milli birliyə nail ola
bilərdi. Beləliklə, Azərbaycanda sabitlik bərqərar oldu. İslam dini Azərbaycanın cənub torpaqlarında, şimalda isə -
Muğanda, Mildə və digər bölgələrdə nisbətən sürətlə yayılırdı. Qədim türklərin təkallahlı dininin - Tanrıçılığın -
tək Tanrıya sitayişin güclü olduğu bu yerlərdə əhali İslamı rəğbətlə qarşılayırdı. Yoxsul təbəqədən olanlar İslamı
tərəddüdsüz və könüllü qəbul edirdilər.Lakin cənubda Ərdəbil, şimalda isə Bərdə şəhərinin əhalisi ərəblərə və
İslam dininə daha ciddi müqavimət göstərdi. Albaniyanın qərbində - xristian dininin nisbətən geniş yayıldığı bəzi
dağlıq və dağətəyi yerlərdə də İslam dininə müqavimət güclü idi yeni dinin yayılması prosesi ləng gedirdi.
Yoxsullar təbəqəsindən olanlar isə İslamı, demək olar ki, tərəddüdsüz və könüllü qəbul edirdilər.
İslam dininin Azərbaycanda yayılmasının əhəmiyyəti
Ərəb işğalları və İslam dini Azərbaycanda əvvəlki dinləri tam sıxışdırıb çıxara bilməsə də xalqın taleyində
misilsiz dönüş yaratdı. Belə ki, İslam dininin Azərbaycanda qəbul olunmasının aşağıdakı əhəmiyyətli nəticələri
oldu:
İqtisadi və siyasi sabitlik yarandı.
Təsərrüfatın canlanmasına və mədəniyyətinin inkişafına təkan verdi.
İslamaqədərki mədəniyyət məzmununu dəyişərək yeni keyfiyyət qazandı.
Türk tayfaları ilə qeyri-türk əhalinin qaynayıb-qarışması prosesi daha da sürətləndi.
Vahid Azərbaycan xalqının və Azərbaycan türk dilinin formalaşması prosesinə müsbət təsir göstərdi.
Dini birliyin yaranması vahid adət-ənənələrin formalaşmasına səbəb oldu.
Beləliklə, İslamın dəyərlərindən Azərbaycan xalqı da faydalandı. Azərbaycanın İslam dünyası ilə əlaqələri
genişləndi. Xalqımız ümumislam mədəniyyətinin və müsəlman
intibahının inkişafında mühüm rol oynadı.
Biz eşitmişik ki, qənimət — bu, müslimlərin
döyüşdə, silah vasitəsilə ələ keçirdikləri şeylərdir, pay isə
(sülhün) müqavilənin şərtlərinə görə aldıqları şeylərdir...
... Qənimətə gəldikdə isə onun beşdə bir hissəsi xüms
— Allaha ... məxsusdur — Allah onu (aşağıda) sadalananlara:
«həm elçisinə, həm qohumlarına, həm yetimlərə, həm
yoxsullara, həm də yolda qalanlara qaytarmışdır*.
İslam dininin nisbətən sürətlə yayıldığı ərazilər
Xəzər sahilləri
Kür və Araz çayları vadisi
İslam dini
Azərbaycanın cənub hissəsi
Mil və Muğan
Ərəblərin Azərbaycanı asanlıqla işğal etməsini asanlaşdıran amillər
İslam dininineni dinin
daha humanist və
ədalətli din olması
Əhali ilə mülayim
rəftar olunması
bəsləməsi
Dağıdıcı Sasani-
Bizans müharibələri
və ona son qoyulması
İnsanların şəxsiyyətinə
və mülkiyyətinə
toxunulmaması
TERMİNLƏR
Tolerant başqalarının fikrinə, düşüncə tərzinə, dinlərə və müxtəlif adət- ənənələrə dözümlü
yanaşmaq deməkdir
İberiya Cənub-qərbi Gürcüstanda tarixi vilayət
Hun keçidi Dərbənd keçidinin adlarından biri
XRONOLOGİYA
VII əsrin əvvəlləri Albaniyada Mehranilər sülaləsi hakimiyyətə gəldi.
629-705 “Mehranilər (Girdiman) sülaləsi”nin Albaniyada hakimiyyəti dövrü.
VII əsrin 30-cu illəri Ərəblərlə Sasanilər imperiyası arasında müharibələr başladı.
VII əsrin 40-cı illəri Ərəblər Cənubi Azərbaycanı – Atropatenanı işğal etdilər.
642-681 Cavanşirin Albaniyada hakimiyyəti dövrü.
651 Sasani imperiyasının süqut etməsi
654 Cavanşirin Bizans imperatoru II Konstantin ilə birinci dəfə görüşməsi
660 Cavanşirin Bizans imperatoru II Konstantin ilə ikinci dəfə görüşməsi
661-750 Xilafətdə Əməvilər sülaləsinin hakimiyyəti
667 Cavanşirin birinci dəfə Xilafətin paytaxtı Dəməşq şəhərinə gedərək xəlifə
Müaviyə ilə görüşməsi
670 Cavanşirin ikinci dəfə xəlifə Müaviyə ilə görüşməsi.
681 Albaniyada bizanspərəst feodalların sui-qəsdi nəticəsində Cavanşirin qətlə
yetrilməsi.
705 Ərəblərin Albaniyaya yürüş etməsi. Albaniya dövlətinin süqut etməsi və
Mehranilərin hakimiyyəti başa çatdı. Albaniyanın idarəsi xəlifənin canişinlərinə
tapşırıldı
VII-VIII əsrlər Ərəblərin xəzərlərlə Azərbaycan uğrunda yüz ilədək müharibə aparması.
VIII əsrin sonları Xəzər-ərəb müharibələri başa çatdı.
SUAL VƏ TAPŞIRIQLAR
VII əsrin əvvəllərində Albaniyada hası sülalənin
hökmranlığı başlandı?
Girdiman dövlətinin əsası nə zaman qoyuldu?
Mehranilərin hakimiyyəti hansı əraziləri əhatə
etmişdi?
Girdiman dövlətinin mərkəzi paytaxtı hansı şəhər
olmuşdur?
Mehranilər sülaləsinin mənşəyi nə idi?
Mehranilər sülaləsinin banisi kim idi?
Mehranın dövründə hansı hadisələr baş
vermişdi?
Mehranilər sülaləsinin ən görkəmli dövlət xadimi
kim olmuşdur?
Cavanşirin xarici və daxili siyasətinin əsas
istiqamətləri hansılar idi?
Cavanşirin dövründə Albaniyanın paytaxtı hansı
şəhər idi?
Ərəblər
və
Sasanilər
Azərbaycanı hakimiyyəti altına almışdılar
Albaniya ilə müttəfiqlik əlaqələri
saxlamışdılar
Bizans ilə müharibə aparmışdılar
Vergi islahatı həyata keçirmişdilər
Əhalidən can vergisi alırdılar
Köçürmə siyasəti həyata keçirmişdilər
Ərəblərlə Sasanilərin ümumi cəhətləri
Ərəb işğalları ərəfəsində Azərbaycanda
Atropatenada Albaniyada siyasi vəziyyət necə
idi?
Ərəblərin Sasanilər dövlətinə hücumları nə vaxt
başladı?
Ərəb ordusu Sasani imperiyasına hücum edərkən
Sasani hansı addımı atdı?
Cavanşir ərəblərə qarşı Sasanilərin tərəfində nə
üçün vuruşurdu?
Cavanşir ərəblərə qarşı Sasanilərin tərəfindən
vuruşmaqdan nə üçün imtina etdi?
Ərəb qoşunlarının Azərbaycana yürüşləri nə
vaxt başladı?
Ərəblər hansı hadisədən sonra Azərbaycanın
işğalını genişləndirdilər?
Atropatenanın işğalı zamanı ərəblər hansı
şəhərdə ciddi müqavimətlə rastlaşdılar?
Ərəblər hansı hadisədən sonra Albaniya
dövlətinin ərazisinə doğru irəlilədilər?
Albaniya Erkən Orta əsrlərdə kimlərin hərbi
yürüşünə məruz qalmışdı?
Azərbaycan əhalisi Sasanilərin əsarətindən azad
olmamış kimin hücumuna məruz qaldı?
Cavanşirin atası nə məqsədlə onu Albaniyada
hökmdar taxtına oturtdu?
Cavanşirin hakimiyyətə gəldiyi dövrdə ölkədə
vəziyyət necə idi?
Cavanşır neçənci illərdə hakimiyyətdə
olmuşdur?
Cavanşirin dövründə Albaniya dövlətinin
sərhədləri hansı torpaqları əhatə edirdi?
Ərəblər Sasani imperiyasının varlığına son
qoyduqdan sonra Cavanşir ərəb təhlükəsinə
qarşı hansı dövlətlə ittifaqa girdi?
Cavanşırin Bizans imperatoru II Konstantinlə
görüşünün hansı nəticəsi oldu?
Cənubda Azərbaycan Atropatena dövlətinin
əraziləri ərəblər tərəfindən işğala məruz qaldığı
bir vaxtda şimaldan Albaniyaya kimin hücumuna
məruz qaldı?
Cavanşır Albaniyanı xərərlərin hücumundan
necə xilas etdi?
Cavanşir ilə xərəzlər arasında imzalanan sülhün
şərtləri hasılar idi?
Cavanşir hansı dövlətlərlə diplomatik əlaqələr
saxlamışdı?
VII əsrin 60-cı illərində Xilafətdə hansı sülülə
hakimiyyətə gəldi?
Xilafətdə hakimiyyət Əməvilər sülaləsinin əlinə
keçdikdən sonra Cavanşirin Xilafətə qarşı
münasibətində hansı dəyişiklik baş verdi?
Cavanşirin Xilafətə qarşı münasibətini
dəyişdirməsi hansı amillərlə bağlı idi?
Cavanşiri Ərəb xilafəti ilə danışıqlara vadar
edən səbəblər hansılar idi?
Cavanşir Xilafətlə münasibətləri diplomatik
yolla nizama salmağı üçün hansı addımları atdı?
Cavanşirlə xəlifə arasında danışıqlar ın hansı
nəticələri oldu?
Xəlifənin Cavanşirə güzəştə getməsinin səbəbləri
hansılar idi?
Şimali Azərbaycan - Albaniya Ərəb xilafətinin,
Bizansın, Sasanilərin və xəzərlərin işğallarından
necə xilas oldu?
Cavanşirin varisləri dövründə Albaniyada
vəziyyət necə idi?
VIII əsrin əvvəllərində Xəlifənin Cənubi
Qafqazda qoşun göndərməkdə məqsədi nə idi?
705-ci ildə ərəblərin Albaniyaya yürüşünün
hansı nəticələri oldu?
Albaniyanın daxili müstəqilliyi ləğv edildikdən
sonra Albaniyanın idarəsi kimə tapşırıldı?
Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti
nə vaxt sona çatdı?
Albaniya və Sasanilər dövlətinin tarixi üçün
oxşar cəhətlər hansılardır?
Ərəblərlə xəzər türkləri arasında müharibələr nə
vaxt başladı?
VII-VIII əsrlərdə xəzər-ərəb müharibələri hansı
ölkə uğrunda gedirdi?
Ərəblər hansı hadisədən sonra xərərlərə qarşı
daha mütəşəkkil müharibəyə başladılar?
Xəzərlərlə ərəblər arasında baş vermiş Savalan
döyüşü nə ilə nəticələndi?
Xəzərlərlə ərəblər arasında hansı döyüşlər baş
vermişdi?
Savalan döyüşündən sonra hansı əraziləri ələ
keçirdilər?
Hansı hadisədən sonra ərəblər xərərlərlə
müharibədə hərbi üstünlüyü ələ aldı?
Ərəblərlə xəzərlər arasında bağlanmış sülhün
şərtləri hansılar idi?
Xəzər-ərəb müharibələri nə ilə nəticələndi?
Xəzər-ərəb müharibələrinin Azərbaycan üçün
hansı nətcələri oldu?
Ərəblərin Azərbaycanı asanlıqla işğal etməsini
səbəbi nə idi?
Ərəblər nə üçün əhali ilə mülayim rəftar etməyə
məcbur olurdular?
Azərbaycan əhalisinin İslam dinini könüllü qəbul
etməsinin səbəbləri hansılar idi?
Ərəblərin hücumu ərəfəsində Azərbaycanda nə
üçün siyasi sabitlik mümkün deyildi?
Azərbaycan əhalisinin İslam dinini qəbul
etməsinin hansı nəticələri oldu?
İslam dini Azərbaycanın hansı bölgələrində
nisbətən sürətlə yayılırdı?
Əhalinin İslamı rəğbətlə qarşılamasının səbəbi
nə idi?
İslamdan əvvəl Azərbaycanda yaşayan əhali
hansı dinlərə sitayiş edirdilər?
Nəyə görə İslam dini atəşpərəstlik dinini
sıxışdıra bildi?
Nə üçün Albaniyanın qərbində İslam dininə
müqavimət güclü idi və yeni dinin yayılması
prosesi ləng gedirdi?
Əhalinin hansı təbəqəsi İslam dinini
tərəddüdsüz və könüllü qəbul edirdilər?
İslam dininin Azərbaycanda yayılmasının hansı
əhəmiyyətli nəticələri oldu?
Türk xalqlarının mədəniyyətinin
formalaşmasında İslam dininin rolu nədən ibarət
idi?
Ərəblərlə Sasanilərin tarixi üçün ümumi cəhətlər
hansılardır?
Azərbaycanda ərəb əsarətinə qarşı Xürrəmilərin milli azadlıq hərəkatı
Əhalinin Xilafətdən narazılığının səbəbləri
VIII əsrin ortalarında Əməvilər sülaləsinin
siyasətinə qarşı xilafətin mərkəzində və asılı ölkələrdə
mübarizə kəskinləşdi. Azərbaycan əhalisinin yadelli
ağalara qarşı qəzəbi artdı. Azərbaycanda ərəb əsarətinə
qarşı çıxışların səbəbləri aşağıdakılar idi:
• Məmurların özbaşıqalığı.
• Xilafətin soyğunçu vergi siyasəti.
• Ərəb mənşəli əhalinin Azərbaycana
köçürülməsi.
• Yerli feodalların mülk və imtiyazlarının
məhdudlaşdırılması .
Yerli feodalların mülklərinin və imtiyazlarının
məhdudlaşdırılması onların da ərəblərdən üz
döndərməsinə səbəb olmuşdu.
Yerli feodalların ərəblərdən üz döndərməsinin səbəbləri
Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməyə başlaması
Ərəblərə qarşı azadlıq mübarizəsinin ən parlaq mərhələlərindən biri xürrəmilər* hərəkatıdır. Təqribən 60
ildən artıq mübarizə aparan xürrəmilər vətəni azad etməklə yanaşı, insanlar arasında bərabərliyə nail olmağa
çalışırdılar. Babəkin xürrəmilər hərəkatına başçılıq etməsi ilə xalq azadlıq hərəkatının yeni mərhələsi başladı.
Xürrəmilər hərəkatının mərkəzi Azərbaycan, Bəzz qalası isə əsas sığınacağı idi.
Xəlifənin Afşini xürrəmilərə qarşı sərkərdə təyin etməsi
Ərəblər çox çalışsalar da, xürrəmilərin zərbələrini dəf edə bilmirdilər. Xəlifə xürrəmilərə qarşı mübarizədə
qalib gəlmək üçün aşağıdakı tədbirləri həyata keçirdi:
• Külli miqdarda pul və hərbi qüvvəsini xürrəmilərə qarşı yönəltdi.
• Məşhur türk sərkərdəsi Afşin xürrəmilərə qarşı vuruşan ərəb ordusuna komandan təyin edildi.
Afşin Babəklə əsas döyüşə girməzdən əvvəl xürrəmilərə qarşı aşağıdakı taktiki tədbirlər həyata keçirdi:
• Öz iqamətgahını üsyançıların mərkəzinə yaxın olan Bərzəndə köçürdü
• Bərzəndlə Ərdəbil arasında yollar və qal alar bərpa edildi.
Mülk və imtiyazlarının
məhdudlaşdırılması
Vəzifələrindən uzaqlaşdırılması
Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi,
yerli xürrəmi təşkilatına başçılıq edən Cavidan bir dəfə qış
vaxtı Zəncanda qalaya qayıdarkən yolda qar fırtınasına
düşür. Onun dəstəsi sığınmaqdan ötrü Ərbədilin Bilalabad
kəndinə dönür və Babəkin ailəsi glidə qalmalı olurlar.
Burada Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. Buna
görə də o, Babəki özü olə bəzz qalasına aparı. Babək Bəzzdə
Cavidanın malikanəsini idarə etməyə başalyır. Cavidan
toqquşmaların birində həlak olandan sonra Babək onun
yerinə keçir və xürrəmilər icmasına rəhbərlik etməyə
başlayır
• Xürrəmi dəstələri arasına kəşfiyyatçılar göndərildi.
Afşinin gördüyü tədbirlər nəticəsində qüvvələr nisbəti ərəblərin xeyrinə
dəyişirdi. Afşin özünə lazım olan qədər məlumat topladıqdan sonra uzunsürən
döyüşlərdən yorulmuş xürrəmilərlə həlledici döyüşə başladı. Xürrəmilər də tədbirli
fəaliyyət göstərirdilər.Lakin azadlıq müharibəsinin illərlə uzanması və geniş əraziləri
əhatə etməsi ona rəhbərliyi çətinləşdirirdi. Ərəblərin güclənməsi və Afşinin
tədbirlərindən qorxuya düşən Babəkin müttəfiqi olan yerli iri feodallar ondan
uzaqlaşdı. Bununla belə, xürrəmilər mübarizə əzmini itirmirdilər. 836-cı ildə
Həşdadsər dağı yaxınlığındakı döyüşdə xürrəmilər Babəkin hərbi taktikası ilə hərəkət
edib ərəblər üzərində yenidən parlaq qələbə qazandılar. Düşmənin çoxlu canlı qüvvəsi
məhv edildi, xeyli silah, ərzaq və pul üsyançıların əlinə keçdi.
Bəzz qalasının tutulması. Xürrəmilər hərəkatının süqutu
837-ci ildə xəlifə Afşinin köməyinə iki böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Hazırlıq işləri başa
çatdıqdan sonra Afşinin qoşunu həmin ilin yayında Bəzz qalasına yaxınlaşaraq qalanı mühasirəyə aldı. Afşin döyüşə
başlamazdan əvvəl Babəkə sülh təklif etdi. Afşinin Babəkə sülh təklif etməkdə məqsədi Bizansa qarşı müharibədə
ondan istifadə etmək idi. Lakin Babək əqidəsindən dönmədi və sülh təklifini rədd etdi.
Tərəflər arasında son döyüş daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli bir vaxtda, 837-
ci il avqustun 26-da Bəzz qalası yaxınlığında başladı. Döyüş zamanı Bəzz qalasının divarlarını dağıtmaq üçün
mancanaqlardan istifadə edən ərəblər Bəzz qalasını çətinliklə ələ keçirdilər. Ələ keçirilən əsirlərin arasında
Babəkin ailə üzvləri və yaxın qohumları da vardı.
Babəkin ələ keçirilərək edam olunması
Bəzz qalasının süqutundan sonra Babək Azərbaycanın şimalına -
Arrana gəldi. Onun Arrana gəlməkdə məqsədi Bizans imperatorunun
yanına gedərək yeni qüvvə toplayıb müharibəni davam etdirmək idi.
Xəlifə Babəki ələ keçirmək üçün yeni üsula əl atdı. Hər yerə xəbər
yayıldı: — Kim Babəkin yerini bildirsə və ya onu tutub ərəblərə təhvil versə,
əvəzində ona 2 milyon dirhəm pul mükafatı veriləcək.
Hiyləgər və acgöz feodallardan biri Babəki öz mülkünə dəvət etdi,
sonra da xəyanət yolu ilə onu ərəblərə təhvil verdi. Babəki Afşinin
Bərzənddəki düşərgəsinə gətirdilər. Sonra onu Samirə şəhərinə apardılar.
Yola düşməzdən öncə Afşin Babəkin son arzusunu yerinə yetirdi. O, Bəzz
qalası ilə vidalaşdı. 838-ci ildə xəlifənin əmri ilə Babək edam edildi.
`
Xürrəmilər hərəkatının məğlubolma səbəbləri və əhəmiyyəti
Orta əsrlərin digər üsyanları kimi, xürrəmilər hərəkatı da məğlub oldu. Xürrəmilər hərəkatının məğlub
olmasının səbəbi aşağıdakı amillərlə bağlı idi:
1. Yerli əyanların hərəkatdan boyun qaçırması və feodalların xəyanəti.
2. Xəlifənin xürrəmilərə qarşı ən güclü türk sərkərdələrini və əsgərlərini döyüşə cəlb etməsi.
Azadlıq mübarizəsinin miqyası böyük idi. İllərlə davam edən müharibədə xürrəmilər Xilafətə saysız-hesabsız
maddi zərər vurmuşdu. Minlərlə ərəb əsgəri məhv edilmişdi. Onlar arasında Xilafətin ən məşhur sərkərdələri var idi.
Xürrəmilər hərəkatının böyük əhəmiyyəti var idi. Belə ki, Babəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı
nəticəsində
• Xürrəmilər hərəkatı Xilafətin əsarəti altında olan digər xalqların da azadlıq mübarizəsinə təkan verdi.
• Xilafət sarsıldı və əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi.
IX əsrin II yarısından etibarən Xilafətdən asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra müstəqil
yerli dövlətlər meydana gəldi.
Babəkin müttəfiqi Bizans
imperatoru II Konstantin (829-842)
TERMİNLƏR
Xürrəm şad, firavan deməkdir, pəhləvi dilində isə od, günəş mənasında işlənirdi
Mancanaq qala divarlarını dağıtmaq üçün daş, yanar maye atan qurğu
XRONOLOGİYA
778-838 Ərəb xilafətinə qarşı Xürrəmilər hərəkatı baş verdi.
816-837 Xürrəmilərin azadlıq müharibəsinə Babəkin başçılıq etməsi.
819 Xürrəmilərə qarşı xəlifənin ilk nizami ordu göndərməsi.
835 Afşinin Xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan təyin edilməsi.
836 Həşdadsər döyüşü.
837 Xəlifənin Afşinin köməyinə iki böyük ordu göndərməsi.
837 26 avqust Bəzz döyüşü.
838 14 mart Babəkin Samirə şəhərində edam olunması.
SUAL VƏ TAPŞIRIQLAR
Nə vaxtdan başlayaraq Xilafətin siyasətinə qarşı
mübarizə kəskinləşdi?
Azərbaycanda ərəb əsarətinə qarşı çıxışların
səbəbləri hansılar idi?
Yerli feodalların ərəblərdən üz döndərməsinin
səbəbi nə idi?
Ərəblərə qarşı Azərbaycanda azadlıq
mübarizəsinin ən yüksək zirvəsi hansı üsyan
olmuşdurr?
Xürrəmilər hərəkatı neçənci illərdə baş
vermişdi?
Xürrəmilər nəyə nail olmağa çalışırdılar?
«Babək» filmindən kadrlar (1979) Aktyor Rasim Balayev.
Səid Nəfisi Babəkin edam edilməsi
haqqında
Hicri ilinin 223-cü ilində (838-ci ildə) Babək
xürrəmidini xəlifə Mötəsimin yanına apardılar.
Babək Mötəsimin hücuruna yetişərkən
Mötəsim ona dedi: Ey Babək sən elə bir iş
gördün ki, heç kəs bunu görə bilməmişdir. İndi
də o qədər dözülməzsən ki, kimsə elə dözə
bilməmişdir. Babək dedi: Tezliklə mənin
dözümümü görəssən. Mötəsim hüzurunda onun
əllərinin və ayaqlarının kəsilməsini əmr etdi.
Əvvəlcə cəlladlar Babəkin sağ əlini sonar isə
sol əlini kəsməyə başladılar. Kəsilmiş əlindən
qan axmağa başladıqda Babək qanlı biləklərini
bütün üz-gözünə yaxdı.
Mötəsim dedi: ondan soruşun görək o, nə üçün belə etdi? Babəkdən soruşduqda dedi: …qorxuram qanım axıb,
üzüm sarala, camaat da elə təsəvvür edə ki, mənim üzümün sarılığı qanımın axmasından deyil, qorxudandır.
Üzümün saralmağını göstərməmək üçün onu qana boyadım. Mötəsim dedi: - Onun gördüyü işlər bağışlanmalı
olsaydı, elə bu üstünlüyünə görə yaşamağa layiq olardı.
Hansı hadisədən sonra Xürrəmilər hərəkatının
yeni mərhələsi başladı?
Xürrəmilər hərəkatının mərkəzi mərkəzi hara
idi?
Xəlifə xürrəmilərə qarşı mübarizədə qalib
gəlmək üçün hası tədbirləri həyata keçirdi?
Afşin Babəklə əsas döyüşə girməzdən əvvəl
xürrəmilərə qarşı hansı tədbirləri həyata
keçirdi?
Xürrəmilər hərəkatının gedişi zamanı hansı
hadisədən sonra qüvvələr nisbəti ərəblərin
xeyrinə dəyişirdi?
Ərəblərə qarşı mübarizədə Babəkin müttəfiqləri
kimlər idi?
Afşinin tədbirlərindən sonra Babəkin müttəfiqi
hansı addımı atdılar?
Xürrəmilərlə ərəblər arasında hansı döyüşlər
baş vermişdi?
Həşdadsər dağı yaxınlığındakı döyünün hansı
nəticələri oldu?
Afşin döyüşə başlamazdan əvvəl Babəkə sülh
təklif etdi. Afşinin Babəkə sülh təklif etməkdə
məqsədi Bizansa qarşı müharibədə ondan
istifadə etmək idi. Lakin Babək əqidəsindən
dönmədi və sülh təklifini rədd etdi.
Ərəblərlə Xürrəmilər arasınsa son döyüş nə vaxt
oldu?
Bəzz döyüşü nə ilə nəticələndi?
Ərəblər hansı yolla Bəzz qalasını ələ keçirdilər?
Bəzz qalasının süqutundan sonra Babək hansı
addım atdı?
Babəkin Arrana gəlməkdə məqsədi nə idi?
Xəlifə Babəki ələ keçirmək üçün hansı üsula əl
atdı?
Babə əsir düşərkən Afşindən hansı arzusunu
yerinə yetirilməsini xaiş etdi?
Babək nə vaxt və hansı şəhərdə edam olundu?
Babəklə Cavanşir arasında hansı oxşar və fərqli
cəhətlər var idi?
Xürrəmilər hərəkatı nə ilə nəticələndi?
Xürrəmilər hərəkatının məğlub olmasının səbəbi
hansı amillərlə bağlı idi?
Xürrəmilər hərəkatının hansı tarixi əhəmiyyəti və
ya nəticələri oldu?
AZƏRBAYCAN IX-XI ƏSRLƏRDƏ
Azərbaycanda ilk feodal dövlətlərin yaranması
Ərəb xilafətinin zəiflənməsi və Azərbaycanda müstəqil dövlətlərin yaranması
Xilafətə tabe olan ölkələrdə azadlıq müharibələri genişlənirdi. Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının
başlıca mərkəzlərindən idi. IX əsrdə Xilafət Babəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı nəticəsində zəifləmişdi.
Feodal münasibətlərinin möhkəmlənməsi nəticəsində iri feodalların mövqeyi güclənmiş, Xilafətin
ucqarlarında mərkəzə tabe olmaq istəməyən qüvvələrin sayı artmışdı. Daxili çəkişmələrin çoxalması da Xilafəti
zəiflədirdi. Ərəb canişinləri müstəqilliyə can atır, öz feodal dövlətlərini yaradırdılar. Bu dövrdə Azərbaycanda bir
sıra yerli feodal dövlətləri olan Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı.
Azərbaycanın qədim dövlətçilik ənənələri dirçəldi. Bu dövlətlərlə yanaşı, Şəki hakimliyi, Dərbənd və Tiflis
əmirlikləri kimi nisbətən kiçik dövlətlər də yaranmışdı. Beləliklə, IX əsrdə Xilafətin xeyli zəifləməsi və feodal
münasibətlərinin möhkəmlənməsi nəticəsində:
• İri feodalların mövqeyi qüvvətləndi
• Əyalət hakimlərinin müstəqilliyi artdı
• Milli azadlıq hərəkatları genişləndi
Bu dövlətlərin hamısında İslam dini rəsmi din olmuş, Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid
türk dili və türk-islam mədəniyyəti formalaşmışdı. IX-XI əsrlərdə yerli dövlətlərin yaranmasının aşağıdakı
əhəmiyyəti var idi:
• Azərbaycanın qədim dövlətçilik ənənələrinin dirçəldi .
• Türk və qeyri türk etnik qrupları qəsbkarlara qarşı vahid qüvvə halında birləşdi
• Bizans, erməni və gürcülərin Azərbaycan torpaqlarını ələ keçirmək planı puça çıxdı.
• Ümumi düşmənlərə qarşı mübarizədə xalq sıx birləşdi.
• Ölkədə etnik-siyasi birlik daha da möhkəmləndi.
• Slavyanlar Azərbaycanda möhkəmlənə bilmədilər
IX-IX əsrlər yaranmış Azərbaycanın ilk feodal dövlətləri
Xilafətin parçalanması
gedişində yaranan
dövlətlər
Şirvanşahlar
(861-1538)
Sacilər
(879-941)
Salarilər
(941-981)
Şəddadilər
(971-1054)
Rəvvadilər
(981-1054)
Şirvanşahlar dövləti (861-1538)
Şirvanşah Məzyədilər sülaləsinin Azərbaycanda möhkəmlənməsi
Şirvan Azərbaycanın şimal-şərqində
kiçik bir vilayət idi. Dərbənddən Kür çayına
doğru Xəzər dənizi sahillərindəki Azərbaycan
torpaqlarını əhatə edirdi. Ərəb
xilafətinin işğalından sonra, Şirvan ərazisi xəlifin
təyin etdiyi hakimlərin mülkünə çevrilmişdir.
Şirvanın birinci rəsmi hakimi Yəzid ibn Məzyəd
olmuşdur (O, Xəlifə Harun ər-Rəşidin
zamanında Cənubi Qafqaz vilayətinin, o cümlədən
Şirvanın hakimi təyin olunmuşdu). Yəzid ibn
Məzyəd ərəb mənşəli Şeybani qəbiləsindən idi. Bu
sülalə tarixi ədəbiyyatda Məzyədilər adlandırılır.
Yezid ibn Məzyəd öldükdən sonra növbə ilə onun
oğulları əvəz etdilər.
Şirvanşahlar dövlətinin yaranması.
Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid olmuşdur. O, Şirvanın birinci rəsmi hakimi Yəzid ibn
Məzyədin nəvəsi idi. Heysam ibn Xalidin (861-908) 861-ci ildə:
Şirvanı müstəqil elan etdi.
İlk dəfə Şirvanşah titulunu qəbul etdi.
Müstəqil Şirvanşahlar dövlətinin əsasını qoydu.
Şirvanşahlar dövlətinin ərazisi Dərbənddən Kür çayına qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.
Dövlətin ilk paytaxtı Şirvan şəhəri oldu. Azərbaycanda yaranmış müstəqil feodal dövlətləri içərisində Şirvanşahlar
dövləti uzun müddət öz müstəqilliyini qorumuşdur.
Xırda feodal mülklərinin Şirvanşahlar dövlətinə birləşdirilməsi
Şirvanşah Əbu Tahirin hakimiyyəti dövründə (917-948):
Şirvanşahlar dövlətinin müstəqilliyini daha da artdı və ərazisi genişləndi.
918-ci ildə qədim Şamaxını bərpa etdirib, Şirvanşahlar dövlətinin paytaxtını bura köçürtdü.
Sonralar da Azərbaycanın şimalındakı xırda feodal mülkləri Şirvan ətrafında birləşdirilməsi davam etdirildi.
Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif dövrlərdə Şəki, Beyləqan, Qəbələ, Bərdə, Şabran və hərbi-
strateji əhəmiyyətə malik Dərbənd əmirliyi Şirvanşahlar dövlətinə tabe edildi. Şirvanşahlar Dərbəndi ələ
keçirdikdən sonra şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirdilər. Lakin dövlətin sərhədləri siyasi
hadisələrlə əlaqədar tez-tez dəyişirdi.
IX əsrin sonu - X əsrin ortalarında Şirvanşahlar əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətindən asılı
vəziyyətdə olmuşdu. Lakin daxili idarəçilikdə müstəqilliyi qoruyan Məzyədilər həmin dövlətlərə yalnız xərac
ödəyirdilər.
Şirvanşahlar dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi
Səlcuq türklərinin Azərbaycana axınları zamanı Şirvanşahlar dövləti onlara 12 il uzunmüddətli müqavimət
göstərsə də bu heç bir nəticə vermədi. 1066-cı ildə Şirvanşahlar dövləti Səlcuqlar tərəfindən işğal edildi. Səlcuqlar
tərəfindən Şirvanşahlar dövlətinin işğal edilməsi nəticəsində:
• Şirvanşah I Fəribürz (1063— 1096) səlcuqlara tabe oldu.
• I Fəribürz şah titulundan məhrum edildi.
Lakin Şirvanşahlar dövləti süqut etmədi, daxili müstəqilliyini qoruyub saxladı.
Səlcuqların Şirvanı işğal etməsinin nəticələri
Şirvanşah III Mənuçöhrün hakimiyyəti . Gürcülərin Şirvana hücumları
Hər il Səlcuq imperatorluğuna xərac ödəyən Şirvanşahlar XII əsrin
əvvəllərində İraq Səlcuq sultanlığının zəifləməsindən istifadə edib, xarici
siyasətdə dəyişiklik edərək səlcuqlaran üz döndərdi. Belə ki, Şirvanşah III
Mənuçöhr (1120—1160) hakimiyyətə gələrkən:
• Səlcuqlara illik xəracı ödəməkdən imtina etdi.
• Xarici siyasətdə Gürcülərlə yaxınlaşdı.
Şirvanşah III Mənuçöhr Gürcüstan çarı IV Davidin qızı, şahzadə Tamarla
evlənmişdi. Buna rəğmən Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan
gürcü çarı IV David təcavüzkar siyasət yeridərək, tez-tez Şirvana dağıdıcı yürüşlər
edirdi. I Lakin IV Davidin ölümündən sonra Şirvana olan basqınlar dayandı.
Şirvanşahlar dövlətində sabitlik yarandı.
Şirvanşah I Axsitanın hakimiyyəti
1160-cı ildə Atabəy Şəmsəddin Eldənizin köməyi ilə hakimiyyətə gələn I Axsitan atası III Mənüçöhrdən
fərqli olaraq, onun yeritdiyi xarici siyasətdə dəyişiklik edərək Səlcuqlarla münasibətləri bərpa etdi və dostluq
münasibətini yaratdı. Şirvanşah I Axistanın hakimiyyəti (1160-1196) dövründə:
Şirvanşahların qüdrətini artırdı.
Gürcülər, Eldənizlər və Səlcuqlarla dinc münasibətlərini qoruyub saxladı.
Dərbənd hakimliyi yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı.
Dərbənd keçidi təmir edilərək möhkəmləndirildi.
Ölkə ərazisində çoxlu qalalar, qüllələr, sədlər tikildi
və bərpa edildi.
1175-ci ildə slavyan donanmasının hücumuna məruz
qalan Şirvanşahlar düşməni ölkədən qovdular.
1192-ci ildə Şamaxı zəlzələsindən sonra paytaxt
Bakıya köçürüldü.
I Axsitanın və varislərinin hakimiyyəti illərində
yaranmış siyasi sabitlik Şirvanşahlar dövlətində
iqtisadiyyatın, mədəniyyətin inkişafına səbəb oldu.
QEYD: 1175-ci ildə slavyan donanması Şirvana hücum
edərkən bu zaman gürcülər Şirvanşahlara hərbi kömək etmişdilər.
Şirvanşah I Axsitanın dostluq münasibətləri saxladığı dövlətlər
XI-XII əsrlərdə Şirvanşahlar dövlətinə hücum etmiş qüvvələr
Gürcüstan çarlığı Atabəylər dövləti Səlcuq sultanlığı
1066-cı il
Şirvanşahlar səlcuqlardan asılı
vəziyyətə düşdü
Səlcuqlar Azərbaycanın işğalını başa
çatdırdılar
Şirvanşahlar səlcuqlara tabe oldu
I Fəribürz şah titulundan məhrum edildi
Şirvanşah I Axsitan Bakı limanında, Oqtay Sadıxzadənin rəsm əsəri (Azərbaycan Tarix Muzeyi)
a) Şirvanşahlar dövlətinin
gümüş pulu dirhəm. X—
XI əsrlər. b) Mənuçöhr
dövrünə aid mis pul
a)
b)
Şirvanşah hökmdarları XI-XII əsrlərdə
Şirvanşah III Mənuçöhrdən miras qalmış Bakı qalası
Mərdəkandakı Dördkünc və Dairəviqalalar I Axsitanın hakimiyyəti dövründə inşa edilmişdir. Qız qalası isə
I Axsitanın zamanında əsaslı bərpa olunaraq müdafiə qurğusuna çevrilmişdi.
I Fəribürz (1063-1096) III Mənüçöhr (1120-1160) I Axistan (1160-1196)
• Şirvanşahlar səlcuqlara tabe oldu
• Şirvanşahlar səlcuqlardan asılı
vəziyyətə düşdü
• Bütün Azərbaycan torpaqlarının
Böyük Səlcuq imperatorluğunun
tərkibinə qatılması prosesi başa çatdı
• Şirvanşahlar səlcuqlarla ittifaqdan
çıxaraq onlardan üz döndərdi
• Şirvanlar Gürcüstan çarlığı ilə
yaxınlaşdı
• Gürcü çarı IV David Şirvana dağıdıcı
yürüşlər etdi
• Şirvanşahların qüdrətini artırdı
Şirvanşahlar dövləti qüvvətləndi,
• Dərbənd hakimliyi asılı vəziyyətə düşdü
• Səlcuqlar, Atabəylər və Gürcü çarlığı ilə
dostluq münasibətlərii quruldu
• Slavyan donanması darmadağın edildi
Şirvanşahlar
dövləti
Slavyanlar Gürcülər
Səlcuqlar
Qıpçaqlar
Sacilər dövləti (879-941)
Sacilər sülaləsinin mənşəyi
Ərəb əsarətinə qarşı mübarizə dövründə
Azərbaycanda yaranmış güclü feodal dövlətlərdən biri də
Sacilər dövləti idi. Azərbaycan Sacilər dövlətini türk
mənşəli sülalə olan Sacilər yaratmışdılar. Xilafətin
zəiflədiyi zaman türkmənşəli, «Afşin» titullu Sacilər
sülaləsinin nüfuzu artdı. Sacilər sülaləsinin banisi
Xilafətin sərkərdəsi Əbu Sac Divdad idi. Sacilər
sülalənin nümayəndələri Afşin ləqəbini daşıyırdı.
Sacilər Mərkəzi Asiyanın Əşrusən (Usruşana)
vilayətinin qədim türk nəsillərindən idilər. Ərəb
ordusunun bir çox məhşur sərkərdələri, o cümlədən
xürrəmilər hərəkatını yatırmaqda mühüm xidməti olan
Afşin Heydər ibn Kavus bu nəsildən idi.
Əbu Sac Divdaddan başqa Sacilər sülaləsinin
digər görkəmli nümayəndələri Məhəmməd ibn Əbu Sac,
Yusif ibn Əbu Sac və Deysəm olmuşdur.
Sacilər dövlətinin yaranması. Əbu Sac Divdadın hakimiyyəti (879-898)
879-cu ildə əsası qoyulmuş Sacilər dövlətinin banisi Əbu Sac Divdad olmuşdur.
Əbu Sac Divdad:
Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən idi
Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdur
Xilafətəə xidmət müqabilində Azərbaycan ərazisini mükafat olaraq almışdı.
Xidmətlərinə görə Xəlifə mülk olaraq Azərbaycanı Sacilərə vermişdir. Ərəb xilafəti
zəifləyərkən Əbu Sac Divdad Azərbaycanın cənub rayonlarında Sacilər dövlətinin əsasını qoydu. Sonralar
Sacilər bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlətdə birləşdirdilər. Sacilər Xilafətin xəzinəsinə ildə 120
min dinar xərac göndərsə də sonradan bu dayandırıldı.Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə
Ərdəbil şəhəri olmuşdu.
Sacilər Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərini dəfələrlə ağır
məğlubiyyətə uğradaraq, onları özündən asılı vəziyyətə salmışdı.
IX əsrin sonlarında hakimiyyətdə olmuş hökmdar Məhəmməd ibn Əbu Sacın adına pul kəsilirdi.
Şirvanşahlarla Sacilər dövləti arasında oxşar cəhətlər
Ərəb xilafətinin dağılması gedişində yaranmışdılar
IX əsrdə yaranmışdılar
Dərbənd səddini təmir etdirmişdilər
Gürcülərlə mübarizə aparmışdılar
Şirvanşahlar
və Sacilər
dövləti
Əbu Sac Divdad (879-
898)
Məhəmməd ibn əbu
Sac (898-900)
Yusif ibn əbu Sac
(900-920)
Deysəm
(920-941)
Sacilər sülaləsi
Yusif ibn Əbu Sacın hakimiyyəti (900-927)
Məhəmmədin ibn Əbu Sacın ölümündən sonra hakimiyyətə onun qardaşı Yusif ibn
Əbu Sac gəldi. Yusif ibn Əbu Sacın hakimiyyəti dövründə:
Sacilər dövləti müstəqil siyasət yeritdi və daha da qüvvətləndi.
912-ci ildən etibarən Xilafət xəzinəsinə xərac göndərilməsi tamamilə dayandırıldı.
Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər dəfələrlə
məğlubiyyətə uğradıldı.
Dəbili tutduqdan sonra Tiflisi ələ keçirərək. gürcü hakimləri Sacilər dövlətindən
asılı vəziyyətə düşdü
Şirvanşahlar dövlətini Sacilər özlərindən asılı vəziyyətə saldılar.
Ölkənin sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddi təmir etdirildi
Paytaxt Maragadan Ərdəbil şəhərinə köçürüldü.
Cənubda Həmədan və Zəncandan şimalda Dərbəndə qədər, qərbdə Ani və Dəbil, şərqdə Xəzər
dənizinədək uzanan bütün Azərbaycan torpaqları Sacilər dövlətinin ərazisinə birləşdirildi.
X əsrin əvvəllərində bütün Azərbaycan torpaqlarını əhatə edən Sacilər dövləti feodallar arasında gedən ara
müharibələri nəticəsində zəiflədi.
QEYD: Ərəb mənşəli sərkərdələr olması, X əsrdə yaşamaları və paytaxtların dəyişdirilməsi və Yusif Əbu
Sac ilə Şirvanşah Əbu Tahir üçün oxşar cəhət təşkil edir.
Sacilər dövlətinin süqutu
Xilafətin tənəzzülü nəticəsində Yaxın və Orta Şərqdə yaranmış siyasi hərc-mərclik şəraitində Sacilər dövləti
də uzun zaman davam gətirə bilmədi və sonuncu Saci hökmdarı Deysəmin Salarilər tərəfindən 941-ci ildə taxtdan
salınmasından sonra süquta uğradı.
Dirhəm. Saci hökmdarı Deysəmin hakimiyyəti dövrünə aid gümüş pul
Salarilər dövləti (941-981)
Salarilər dövlətinin yaranması və ərazisi
941-ci ildə meydana gələn Salarilər dövlətinin banisi
keçmiş Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd
(941-957) idi. Mərzban ibn Məhəmməd Azərbaycanın feodal
qrupları arasındakı çəkişmədən istifadə edərək 941-ci ildə
sonuncu Saci hökmdarı Deysəmə qalib gəlib Ərdəbil şəhərini
ələ keçirərək Sacilər dövlətinin varlığına son qoydu və Salarilər
dövlətini yaratdı.. Bu hadisədən sonra Sacilər dövləti yarandı.
Mərzban ibn Məhəmməd Salarilər sülaləsindən idi. Buna görə
dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır.
Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin
ərazisinə şimalda Dərbənd keçidi, cənubda Dəclə və Fərat
çaylarının yuxarı axarı, şərqdə Gilan daxil olmaqla Xəzər
sahilləri, qərbdə Şərqi Gürcüstan əraziləri daxil idi.
Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində
yenidən ticarət gəmiləri üzməyə başladı. Azərbaycan Yaxın və
Orta Şərqdə həm iqtisadi, həm də siyasi cəhətdən daha qüdrətli
bir ölkə kimi tanındı.
Mərzban ibn Məhəmmədin hakimiyyəti
Mərzban ibn Məhəmmədin hakimiyyəti (941-957)dövründə:
Şirvanşahlar dövləti asılı hala salındı və Dərbənd ələ keçirildi.
Azərbaycanın şimal- qərb torpaqları Salarilər dövlətindən asılı hala salındı.
Şərqi Gürcüstanı Salarilər dövlətinə tabe edildi.
Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı.
Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı.
Yenidən bütün Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi.
Dövlətin sərhədləri şimalda Dərbənd keçidi, cənubda Dəclə və Fərat çaylarının yuxarı axarına qədər
əraziləri əhatə edirdi.
Salarilər dövlətinin tənəzzülü
Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət
ugrunda mübarizə, feodal ara müharibələri başladı. Hakimiyyətə gələn Vəhsudan feodalları ələ alaraq öz tərəfinə
çəkir, bu yolla hakimiyyətini möhkəmləndirirdi. Vəhsudandan sonra hakimiyyətə İbrahim (962-981) gəldi. Salari
İbrahim hakimiyyəti dövründə:
Dövlətin əvvəlki nüfuzunu qoruya bilmədi və Salarilərin hakimiyyəti zəiflədi.
Yerli feodalları əldə saxlamaq üçün iqta torpaqları paylamaq siyasəti də səmərə vermədi.
Dövlətin ərazisində Şəddadilər dövləti yarandı və Gəncə və onun ətrafındakı torpaqlar itirildi.
Rəvvadilər nəslindən olanlar feodallar gücləndi və Salarilər dövlətinin süqutu sürətləndi.
981-ci ildə İbrahim ibn Mərzban taxtdan salındı və Salarilər dövləti Rəvvadilər tərəfindən süquta uğradıldı.
Mərzban ibn Məhəmməd
(941-957)
Vəhsudan
(957-962)
İbrahim inb Mərzban
(962-981)
Salarilər sülaləsi
Rəvvadilər dövləti (981-1054)
Rəvvadilər sülaləsinin mənşəyi
Rəvvadilər Azərbaycanda ərəb əsarətinə qarşı mübarizə aparıb müstəqilliyə can atan iri feodal nəsli idi. Bu
feodal sülaləsinin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın cənub
bölgələrinə çoxlu ərəb nəsilləri köçürülmüşdü. Onlardan biri də əzdilər nəslindən olan rəvvadilər idi. Onların bir
hissəsi Marağa, Təbriz, Qaradağ və Əhər bölgələrində köçürülmüş, yerli əhali ilə qaynayıb-qarışmışdılar.
VIII əsrin sonlarında rəvvadilər Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi əmirliyi yaratmışdılar.
Rəvvadilər dövlətinin yaranması. Əbülhica Rəvvadi
Salarilərin hakimiyyətinin zəiflədiyi bir dövrdə qüvvətlənən rəvvadilər nəsli yaranmış siyasi vəziyyətdən
istifadə edərək Rəvvadi Əbülhicanın başçılığı ilə 981-ci ildə sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanı
taxtdan salaraq ilk paytaxtı Ərdəbil şəhəri olan Rəvvadilər dövlətinin əsasını qoydu və yeni dövlətin banisi oldu.
Əbülhica Rəvvadi (981-988)
Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın cənub torpaqlarını qəti olaraq öz
hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa, Rəvvadilər Muğan hakimliyini də özlərindən asılı vəziyyətə
salmışdılar. Rəvvadilər dövlətinin ərazisinə Cənubi Azərbaycanı torpaqları və Muğan hakimliyi daxil idi.
Rəvvadilər dövlətinin paytaxtının Təbrizə köçürülməsi
Rəvvadilər dövlətinin paytaxtı əvvəl Ərdəbil olsa da sonradan Təbriz şəhərinə köçürüldü. Bununlada
Təbriz ilk dəfə olaraq paytaxt şəhərə çevrildi. Təbriz Rəvvadilərin hakimiyyəti illərində daha da böyüdü və
abadlaşdı. Təbriz şəhəri ticarət yollarının qovşağında yerləşdiyi üçün sürətlə inkişaf edirdi.
Oğuz tayfalarının Azərbaycana yeni axınları
Rəvvadilər ərəb mənşəli olsalar da, artıq türkləşmişdilər. Rəvvadilərin hakimiyyəti dövründə Azərbaycanda
yerli türk tayfalarının mövqeyi gücləndi. Hətta 1028-ci ildə Xorasandan köç etmiş yeni oğuz-türk nəsillərini
Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) Azərbaycanda məskunlaşmağa icazə vermişdi. Oğuz tayfalarının yeni
axını XI əsrin 20-ci illərində oğuz tayfalarının Azərbaycana yeni axınları nəticəsində Azərbaycanda yerli türk
tayfaları daha da möhkəmləndi. Sonralar da oğuz tayfalarının Azərbaycana yeni-yeni axınları baş verdi.
Rəvvadilər dövlətinin süqutu
Zaman keçdikcə Rəvvadilərin, eyni zamanda Şirvanşahlar və digər hakim sülalələrin hakimiyyəti zəiflədi.
Buna görə də Azərbaycan dövlətləri Səlcuq türklərinin yürüşlərinə qarşı dura bilmədilər. 1054-cü ildə Vəhsudan
səlcuqların hakimiyyətini tanıdı. Sonralar səlcuqlar Rəvvadilər dövlətinin varlığına tədricən son qoydular. Yalnız
Marağada Rəvvadi nəslindən olan Ağsunqurilər sülaləsi (1108-1227) hakimiyyətini qoruyub saxlaya bildi.
Ağsunquri hakimləri səlcuqlar dövründə atabəy rütbəsi daşımış, öz mülklərini monqol işğallarınadək qoruyub
saxlaya bilmişdilər. Lakin 1227-ci ildə Xarəzmşah Cəlaləddin Marağada Ağsunqurilər sülaləsinin varlığına son
qoydu.
Sacilər və
Salarilər
dövləti
Hər iki dövlətin paytaxtı Ərdəbil şəhəri olmuşdur
Ərazisləri şimalda Dərbənd keçidinədək uzanırdı
Cənubi Azərbaycan torpaqlarında yaranmışdılar
Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salmışdılar
Gürcüstanın bir hissəsini və erməniləri
özlərinə tabe etmişdilər
Bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişdilər
Rəvvadilərin Salarilər və Sirvanşahlarla oxşar cəhətləri
Şəddadilər dövləti (971-1054/55)
Şəddadilər dövlətinin yaranması
Şəddadilər dövləti Azərbaycanın şimalında, Kürlə
Araz çayları arasındakı ərazidə meydana gəlmişdir.
Şədaddilər əvvəllər Dəbil ətraflarında yaşayırdılar.
951-ci ildə Məhəmməd ibn Şəddad (951-979)
Salarilər dövlətinin zəifləməsindən istifadə edərək onların
tabeçiliyində olan Dəbil şəhərini ələ keçirib müstəqil
Dəbil əmirliyini yaratdı.
971-ci ildə isə Şəddadilər Gəncə şəhərini ələ
keçirərək Azərbaycan Şədaddilər dövlətinin əsasını
qoydu. Gəncə dövlətin paytaxtı oldu
Şəddadilər sülaləsinin nümayəndələri
Fəzl ibn Məhəmmədin hakimiyyəti (985-1030)
Fəzl ibn Məhəmmədin hakimiyyəti dövrünə aiddir:
• Şəddadilər dövləti və mərkəzi hakimiyyət qüvvətləndi.
• İtaət göstərməyən xırda feodallar mərkəzi hakimiyyətə tabe edildi.
• Gəncə ətrafındakı bütün xırda feodal mülkləri ləğv edildi
• Şədaddilərin ata-baba mülkləri olan Dəbil dövlətə birləşdirildi
• Gürcü feodallarına və xəzərlərə qarşı uğurla mübarizə aparıldı
• Şədaddilərlə Şirvanşahlar arasında yaxın əlaqələr və qohumluq münasibətləri yarandı
• Rəvvadilərlər və Tiflis əmirliyi ilə ilə iqtisadi və mədəni əlaqələr quruldu.
• Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfaları məskən saldı
• Araz çayı üzərində Xudafərin körpüsü (1027) salındı (Xudafərin körpüsünün inşası Azərbaycanın
şimal və cənub əraziləri arasında iqtisai və mədəni əlaqələrin genişlənməsində mühüm rol
oynamışdır).
Rəvvadilərin Salarilərlə oxşar cəhətləri Rəvvadilərin Sirvanşahlarla oxşar cəhətləri
Paytaxtlarından biri Ərdəbil şəhəri olmuşdu
Eyni əsrdə yaranmışdılar
Azərbaycanın ilk feodal dövlətlərindən idilər
Azərbaycanın cənubunda yaranmışdılar
Başqa dövlət dağılarkən yaranmışdılar
Yarım-müstəqil əmirlik yaratmışdılar
Ərəb mənşəli sülalə tərəfindən idarə olunurdu
Paytaxtını başqa şəhərə köçürmüşdülər
Səlcuqlardan asılı vəziyyətə düşmüşdülər
Məhəmməd ibn
Şəddad (951-956)
Əli Ləşkəri
(971-978)
Fəzl ibn Məhəmməd (985-
1030)
Əbulasrav Şavur
(1050-1067)
Şəddadilər dövlətini möhkəmləndirmək üçün Fəzl ibn Məhəmmədin həyata keçirdiyi tədbirlər
Şəddadilər dövlətinə oğuz axınlarının nəticələri
XI əsrin 30-cu illərində Şimali Azərbaycan torpaqlarında yeni oğuz tayfaları məskən saldı. Bu dövrdə
Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində:
• Şədaddilər dövlətinin hərbi qüdrəti daha da artdı.
• 1037-ci ildə Dəbili ələ keçirməyə çalışan Bizns-erməni qoşunlarına ağır zərbə vuruldu.
• 1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan
qaldırmaq cəhdi boşa çıxdı.
Əbüləsvar Şavurun hakimiyyəti (1049-1067)
Əbüləsvar Şavurun hakimiyyəti dövründə:
Şədaddilər dövləti daha da qüvvətləndi.
Gürcü və erməni feodallarına və onlara kömək edən Bizans imperiyasına qarşı mübarizə aparıldı.
Şəddadilər dövləti Səlcuq sultanı IToğruldan asılılığı qəbul edərək Gürcü, erməni və Bizansa qarşı birgə
mübarizə apardılar.
Gürcü çarı IV Baqrat, Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmaq məqsədi ilə alanlarla
ittifaq bağlanaraq (1062-ci ildə) onları Azərbaycana hücuma təhrik etdi
Gəncənin müdafiəsini möhkəmləndirmək məqsədilə iki mühüm tədbir həyata keçirdi:
Şəhərin ətrafına hasar və xəndəklər çəkdirdi.
1063-cü ildə usta İbrahim Osmanoğluya Gəncənin məşhur qala qapıları hazırltdı.
Əbüləsvar Şavurun mübarizə apardığı qüvvələr
Şəddadilərin Səlcuq türkləri ilə münasibətləri
Kiçik Asiyanın şərqində Bizans və erməni feodallarının birləşmiş hərbi qüvvələrinə qarşı vuruşan Şəddadi
qoşunlarının əsas zərbə qüvvəsi yerli türklər, sonralar isə daha qüvvətli müttəfiqi Səlcuq türkləri oldu.
Azərbaycanın qərb torpaqlarını (Ani və Dəbili) ələ keçirməyə çalışan erməni və gürcü feodalları Bizans
imperiyasına arxalanırdılar. Erməni – gürcü hakimləri və Bizans imperiyasının birləşmiş qüvvələrinə qarşı
Şəddadilər müxtəlif oğuz tayfaları ilə, o cümlədən səlcuq türkləri ilə əlbir hərəkət edirdilər. Bu da Azərbaycan
torpaqlarının erməni – gürcü və Bizans təcavüzündən qorunmasında mühüm rol oynamışdır.
Bizans
imperiyası
gürcülər
ermənilər
Daxili siyasətdə
İtaət göstərməyən xırda feodallar mərkəzi hakimiyyətə tabe
edildi, mərkəzi hakimiyyəti gücləndirildi
Xarici siyasətdə
Şirvanşahlar, Rəvvadilərlər və Tiflis əmirliyi ilə dostluq münasibətləri
saxlandı, Gürcü feodallarına və xəzərlərə qarşı uğurlu mübarizə aparıldı
Hərbi-strateji Araz çayı üzərində Xudafərin körpüsü inşa edildi
(1027-ci ildə)
Şəddadilərlə Rəvvadilər dövlətinin oxşar cəhətləri
Şədaddilər dövlətinin süqutu
Şəddadi hökmdarı Əbuləsrav Şavurun hakimiyyəti illərində Səlcuq sultanlarının Cənubi Qafqaza hücumu
baş verdi. Buradakı siyasi parçalanmadan və feodal ara müharibələrindən istifadə edən Səlcuqlar bir çox
vilayətləri özlərindən vassal asılılıqda olan mülklərə çevirdilər. 1054-cü ildə Səlcuq sultanı I Toğrul Rəvvadi
hökmdarı Vəhsudanı tabe etdikdən sonra, Şəddadi hökmdarı Əbuləsrav Şavur:
• Sultan I Toğrulun yanına gələrək, onun hakimiyyətini qəbul etdi.
• Bizansa qarşı döyüşlərdə I Toğrulla ittifaqa girərək onun müttəfiqinə çevrildi.
Zaman keçdikcə Səlcuqlar Şəddadilər dövlətinin müstəqilliyinə tədricən son qoydular.
Erkən feodal dövlətləri
Adı Banisi Paytaxtı Ərazisi
Şirvanşahlar Heysam ibn
Xalid
Şirvan, Şamaxı
Bakı
Azərbaycanın şimal-şərq torpaqları, Dərbənddən Kür çayına doğru
Xəzər dənizi sahillərindək ərazilər
Sacilər Əbu Sac
Divdad
Marağa
Ərdəbil
Şərqdən Xəzər dənizi, qərbdən İrəvan yanındakı Ani və Dəbil,
cənubda Zəncan və Şimalda Dərbəndə qədər ərazilər
Salarilər Mərzban ibn
Məhəmməd
Ərdəbil Şimalda Dərbənd, cənubda Dəclə və Fərat çaylarının yuxarı axarı,
şərqdə Gilan və Xəzər sahilləri, qərbdə Şərqi Gürcüstan ərazilər
Rəvvadilər Əbülhica
Rəvvadi
Ərdəbil
Təbriz
Bütün Cənubi Azərbaycanı torpaqları və Muğan hakimliyi
Şəddadilər
Əli Ləşkəri
Gəncə Azərbaycanın şimalında, Kürlə Araz çayları arası arasındakı
ərazilər
Şəddadilər və
Rəvvadilər
X əsrdə yaranmışdılar
Salarilər dövlətinin parçalanması
nəticəsində yaranmışdılar
Səlcuqlardan asılı vəziyyətə
düşmüşdülər
Ərazisində oğuz türkləri köçərək
məskunlaşmışdılar
Slavyanların Azərbaycana hücumları
Slavyanların Azərbaycana ilk hücumları
IX əsrin sonu -X əsrin əvvəllərində
Azərbaycana yadelli basqınlarının sayı artdı. Belə bir
şəraitdə yadelli basqınlarına qarşı mübarizə
çətinləşirdi. IX-XI əsrlərdə yadellilərin Azərbaycana
diqqətini cəlb edən əsas amil Azərbaycanin zəngin
sərvəti və əlverişli hərbi strateji mövqeyi idi. Bu
dövrdə Azərbaycanın yadelli basqınlarına qarşı
mübarizəsini aşağıdakı amillər çətinləşdirirdi:
• Ölkə ərazisində vahid dövlətin olmaması.
• Siyasi hərc-mərciliyin mövcud olması.
• Bizansın himayə etdiyi erməni-gürcü
feodallarının basqınları
• Azərbaycan hökmdarlarının dənizdə
qüvvətli donanma yaradılması qayğına qalmaması.
Ərəb xilafətinin dağılması slavyanların Xəzəryanı vilayətlərə hücum etmələrinə imkan yaratdı. Əvvəllər Don-
Volqa-Xəzər vasitəsilə Azərbaycanla və Azərbaycan torpaqlarından keçərək xilafətlə ticarət əlaqələri yaratmış
slavyanlar çox keçmədən Xəzəryanı vilayətlərə soyğunçuluq yürüşləri etməyə başladılar. Xəzər sahillərinə və
Azərbaycana yürüşlər edən slavyanlar ərəb mənbələrində vahid adla - “ruslar” kimi qeyd edilir. Çünki o vaxt
Kiyev knyazlarının hərbi drujinalarının üzvləri “rus” adlanırdı.
Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına ilk hücumları IX əsrin ikinci yarsında başladı və X
əsrin əvvəllərində daha da genişlənərək aramsız xarakter almağa başladı. Bu dövrdə Azərbaycanda mövcud olan
Şirvanşahlar və Salarilər dövlətləri slavyanların hücumlarına məruz qaldılar.
Bəhs olunan dövrdə Azərbaycan hökmdarlarının heç biri ölkəni Xəzər dənizi tərəfdən qorumaq barədə
düşünmürdü. Hərbi donanmanın olmaması Azərbaycan torpaqlarının yadelli hücumlarından qorunmasına mane
olurdu. Azərbaycanda qüdrətli dəniz dövlətinin olmaması qarətçi yürüşlərə imkanlar açırdı.
Yadellilərin Azərbaycana diqqətini cəlb edən əsas amillər
Slavyanların 914-cü il yürüşü
914-cü ildə slavyanların Xəzər sahillərinə əvvəlki yürüşlərdən daha dəhşətli hərbi yürüşü baş verdi. Böyük
və nizamlı hərbi dəstələrlə ərazilərimizə soxulan slavyanların hücumu əvvəlkindən fərqlənirdi. Belə ki, onlar bu dəfə
daha böyük donanma ilə yürüş etmişdilər. . Onlar hər birində 100 döyüşçü olan 500 gəmi ilə gəlmişdilər.
Slavyanlar Xəzər sahillərindən ələ keçiriləcək qənimətin yarısını Xəzər xaqanlığının ərazisindən keçib
gəldikləri üçün Xəzər xaqanına vəd etdilər. Vədə görə arxayın olan slavyanlar hücuma keçdilər. Slavyanların
914-cü il yürüşü nəticəsində slavyanlar:
IX
əsr
Azərbaycan torpaqları ilk dəfə vahid dövlət halında birləşdirildi
Azərbaycana slavyanların ilk hücumları başlandı
Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın
adına pul kəsildi
Heysam ibn Xalid Şirvanşah titulunu qəbul etdi
Ölkənin zəngin sərvətləri
Əlverişli hərbi strateji mövqeyi
• Abşeron sahilindəki ərazilərdə dəhşətli talanlar törətdilər.
• Pirallahı, Zirə, Zənbilə, Sarı və s. adalarda mökəmlənərək basqınlar edirdilər.
• Dinc əhaliyə divan tutdular. qadınlar və uşaqlar əsir götürüldü.
• Geri qayıdarkən külli miqdarda qənimət apardılar
Slavyanlar geri qayıdarkən ələ keçirdikləri qənimətin bir hissəsini şərtləşdikləri kimi, Xəzər xaqanına
göndərdilər. Lakin Xəzərin şimal sahillərində qarətdən qayıdan slavyan drujinaları təqribən 15 min nəfərlik
müsəlman-türk qoşunları qarşılaşdılar. Tərəflər arasında şiddətli döyüş baş verdi. Ərəb tarixçisi Məsudinin
məlumatına görə, “üç gün davam edən bu döyüşdə ruslar darmadağın edildi, onlardan ancaq kiçik bir dəstə
qaçıb, canını qurtara bildi”. Döyüşdə darmadağın edilən slavyanlar ölkədən qovuldular. 914-cü ildə slaviyanlar
Xəzər xaqanlığının müsəlman türkləri tərəfindən darmadağın edildikdən sonra:
• Slavyanların Azərbaycana hücumları bir qədər dayandı.
• 30 il rusların Azərbaycanın Xəzər sahillərinə yürüşləri təkrar olunma
Slavyanların 944-cü il yürüşü. Bərdə faciəsi
Otuz illik fasilədən sonra slavyanlar 944-cü ildə yenidən Xəzər sahillərinə hücum etdilər. Bu yürüşdə əvvəlki
yürüşlərdən fərqli olaraq slavyanların məqsədi «Arranın anası» kimi tanınan Bərdə şəhərini ələ keçirmək və
Azərbaycanda möhkəmlənmək idi. Bərdə Yaxın və Orta Şərqdə ən böyük ticarət və sənətkarlıq mərkəzlərindən
biri idi. Slavyanlar Qafqazın baş şəhəri, Bərdəni böyük qənimət mənbəyi hesab edirdilər.
Azərbaycan torpaqlarına hücum edən slavyanlar gəmilərlə əvvəlcə Kürün mənsəbinə doğru, oradan isə
Bərdəyə tərəf irəlilədilər. Ərəb tarixçilərinin verdiyi məlumata görə, onlar Bərdə yaxınlığında, Kür sahilində düşərgə
saldılar. Gəmiləri sahildə qoyaraq Bərdəyə hücum etdilər.
Slavyanların 944-cü ildə Bərdəyə yürüşü zamanı şəhər Salarilər dövlətinin tərkibində idi və Salari hökmdarı
Mərzban ibn Məhəmməd (941-957) idi. Bərdə hakimi az qüvvəsi olduğu üçün slavyanlara müqavimət göstərə
bilmədi və Bərdə slavyanların əlinə keçdi. Slavyanlar Bərdəyə daxil olduqdan sonra:
• Əhalini qılıncdan keçirdilər
• Şəhəri amansızcasına qarət etdilər
Bərdəni itaətdə saxlamağın mümkün olmayacağını yəqin edən ruslar onlardan tələb etdilər ki, gün ərzində
şəhərdən çıxıb getsinlər. Göstərilən müddət başa çatdıqdan sonra slavyanlar:
• Şəhərdən çıxa bilməyən Bərdə əhalisini yenidən qılıncdan keçirdilər
• Qalan əhalini məscidə toplayıb sağ qalmaq üçün adambaşına 20 dirhəm pul tələb etdilər
Bu dəhşətli faciə zamanı Bərdə əhalisinin təqribən 20 min nəfəri qətlə yetirilmişdir.
Bərdənin ağır günlərində Salari hökmdarı Mərzban ibn Məhəmməd 30 min nəfərlik qoşunla özünü yetirərək
şəhəri mühasirəyə aldı. Lakin, Mərzban ibn Məhəmməd düşmənə ağır zərbə vursa da, şəhəri ala bilmədi. Bu
zaman Mosul hakiminin Azərbaycanın cənub sərhədlərini pozaraq Xoy və Salması ələ keçirdiyi üçün Mərzban
ibn Məhəmməd Bərdənin müdafiəsini yarımçıq qoyaraq özünün əsas hərbi qüvvələri ilə Azərbaycanın cənubuna
hərəkət etməyə məcbur oldu. Salarilərin 4 min nəfərlik kiçik hərbi qüvvəsi isə Bərdənin mühasirəsini davam
etdirsələrdə bu heç bir nəticə vermədi. Lakin slavyanlar Bərdənin uzun müddət əllərində saxlaya bilmədilər. Bunun
əsas səbəbi aşağıdakı amillərlə bağlı idi:
• Əhalinin mübarizə əzmini qıra bilməməsi.
• Vaxt uzandıqca daha çox itki verməsi.
• Onlar arasında yoluxucu xəstəliklərin yayılması.
Bu səbəbdən slavyanlar gecə vaxtı qalanı yandırıb, şəhəri tərk etdilər və Kür sahilindəki gəmilərinə minib
ölkələrinə qayıtdılar. Slavyanların Bərdəyə 944-cü il yürüşünün isə aşağıdakı ağır nəticələri oldu:
• Bərdə şəhəri dağıldı və bundan sonra uzun müddət dirçələ bilmədi.
• Sənətkarlıq və ticarət tənəzzülə uğradı, şəhərdə pul kəsilməsi dayandırıldı.
• Məşhur Bərdə bazarı əvvəlki əhəmiyyətini itirdi.
• X əsrin ikinci yarısında yaranan Şəddadilər dövlətinin Gənəni özlərinə paytaxt seçməsi ilə Bərdə
diqqətdən və abadlıq işlərindən kənarda qaldı.
Nizami Gəncəvi «İsgəndərnamə» poemasında Bərdənin bu vəziyyətini aydın təsvir etmişdi.
Bərdə şəhərinin slavyanlar tərəfindən alınması.
Rəssam N.M.Koçerqin. 1947-ci il.
dic.academic.ru
Slavyanların 987-ci il yürüşü
Slavyanların Azərbaycana basqınları sonralar da davam etdi. X-XI əsrlərdə Azərbaycan hakimləri ümumi
düşmənə qarşı birləşmək əvəzinə, öz aralarındakı ixtilafları həll etmək üçün rus dəstələrini köməyə çağırır,
bununla ölkənin yadellilərin tapdağı altına düşməsinə şərait yaradırdılar. Məsələn, 987-ci ildə Dərbənd hakimi
əmir Maymun ibn Əhməd yerli əyanlara qarşı slavyanlardan kömək istədi. Hakimiyyətini möhkəmləndirdikdən
sonra o, yanında hətta slavyanlardan ibarət mühafizə dəstəsi (drujinalar) saxladı.
1032—1033-cü illərdə slavyanların Şirvana yenidən hücumu zamanı paytaxt Şamaxı ələ keçirildi. Lakin
Vətənin müdafiəsinə qalxan əhali mübarizə aparıb onları ölkədən qovdu.
Slavyanların Azərbaycana yürüşlərinin nəticələri
Tarixi Nəticəsi
914-cü il Müsəlman-türk qoşunları ilə döyüşdə darmadağın edildilər
944-cü il Bərdə şəhərini qarət edərək geri qayıtdılar
987-ci il Dərbənd hakimi əmir Maymun hakimiyyətini möhkəmləndirdi
1032-1033-cü il Yerli əhali tərəfindən ağır məğlubiyyətə uğradıldılar
Xronologiya
IX əsr Xilafətin zəifləməsi və Azərbaycanda ilk feodal dövlətlərin yaranması
859 Məhəmməd ibn Yezidin Gəncəni bərpa etdirərək iqamətgahını buraya köçürməsi
861 Heysam ibn Xalidin Şirvanı müstəqil elan edərək Şirvanşah titulunu qəbul etməsi
918 Şirvanşah Əbu Tahirin Şamaxını bərpa etdirərək paytaxtı buraya köçürməsi.
920 Şamaxının Sündü kəndində günbəzli məscid inşa olunması
IX-X əsrlər Naxçıvanda Əlincə qalasının inşa olunması
***
879-941 Sacilər dövlətinin mövcud olması
IX əsrin sonları Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın adına pul kəsilməsi
912 Yusif ibn Əbu Sacın Xilafət xəzinəsinə xərac göndərməyi dayandırması
941 Sacilər dövlətinin sonuncu hökmdarı Deysəmin Salarilər tərəfindən taxtdan salınması və Sacilər
dövlətinin süqut etməsi
941-981 Salarilər dövlətinin mövcud olması
***
VIII əsrin sonları Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi əmirliyinin yaranması
981 Əbülhica Rəvvadinin sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan salaraq Salarilər dövlətini
süquta uğratması və Rəvvadilər dövlətinin əsasının qoyulması
981-1054 Rəvvadilər dövlətinin mövcud olması
981-988 Əbulhica Rəvvadinin hakimiyyəti
1020-1059 Rəvvadi hökmdarı Vəhsudanın hakimiyyəti
X əsrin 20-ci illəri Oğuz tayfalarının Azərbaycana yeni axınlarının baş verməsi
1028 Vəhsudanın Xorasandan gələn oğuz ailələrinin Azərbaycana köçməsinə iczə verməsi
1054 Səlcuqların Rəvvadilər dövlətini özlərindən asılı vəziyyətə salması
1108-1227 Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin Marağada hakimiyyəti
***
951 Məhəmməd ibn Şəddadın Dəbil əmirliyini yaratması
971 Şəddadilərin Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoyması
971-1054 Şəddadilər dövlətinin mövcud olması
1027 Fəzl ibn Məhəmmədin Araz çayı üzərində Xudafərin körpüsünü inşa etdirməsi
XI əsrin 30-cu illəri Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində
Şədaddilərin hərbi qüdrətinin daha da artması
1037 Şəddadilərin Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vurması
1038 Bizans və gürcü feodallarının birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq
cəhdinin baş tutmaması
1054 Əbuləsrav Şavurun Səlcuq sultanı I Toğrulun hakimiyyətini qəbul etməsi
1063 İbrahim Osman oğlu tərəfindən Gəncənin qala qapılarının düzəldilməsi
***
IX əsrin sonları Slavyanların Azərbaycana ilk hücumlarının başlanması
X əsrin əvvəlləri Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına basqınlarının genişlənməsi və aramsız xarakter alması
914 Slavyanların Xəzərin Azərbaycan sahillərinə və Bakı ətrafına basqınlar etməsi. Lakin slavyanlar geri
qayıdarkən Xəzərin şimal sahillərində müsəlman-türk qoşunları arasında şiddətli döyüşdə darmadağın
edildilər.
944 Slavyanların Azərbaycana növbəti yürüşü. Bərdə faciəsinin baş verməsi
987 Dərbənd hakimi əmir Maymun ibn Əhmədin yerli əyanlara qarş mübarizədə slavyanları köməyə
çağırması
1032-1033 Şirvanın slavyanların növbəti hücumuna məruz qalması. Yürüş nəticəsində Şirvanşahların paytaxtı
Şamaxı şəhəri ələ keçirilərək qarət edildi
IX– XI əsrlərdə Azərbaycanda iqtisadi tərəqqi və dirçəliş
Təsərrüfat sahələrinin inkişafı
IX əsrdə Azərbaycanın xilafətin tabeliyindən çıxması nəticəsində:
• Yeni müstəqil dövlətlər yarandı
• Ölkədə iqtisadi inkişaf sürətləndi
• İstehsal ənənələri dirçəlməyə başladı
IX əsrin ikici yarısı – XI əsrin ortalarında aşağıdakı amillər Azərbaycanda iqtisadi inkişafın sürətlənməsinə
səbəb oldu:
• Azərbaycanın Xilafət zülmündən azad olması
• Müstəqil yerli dövlətlərin meydana gəlməsi
IX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda qədin və zəngin istehsal ənənələri dirçəlməyə başladı.
Azərbaycanda müxtəlif təsərrüfat ənənələrinin dirçəlməsi və tərəqqisinə müsbət təsir göstərən amillər bunlar idi:
• Ölkənin əlverişli iqlimi, münbit torpaqları və zəngin təbii sərvətləri
• Xalqın qədim istehsal və əkinçilik ənənələrinə malik olması
IX-XI əsrlərin ərəb coğrafiyaşünasları və tarixçilərinin məlumatları təsdiq edir ki, o zaman Azərbaycan
bütün Yaxın və Orta Şərqin, ümumiyyətlə, İslam dünyasının ən inkişaf etmiş ölkələrindən biri idi.
Kənd təsərrüfatı. Ticarət. Sənətkarlığın inkişafı
Xilafət dövründə və ondan çox əvvəllər olduğu kimi, Azərbaycan əhalisi oturaq həyat sürür, başlıca olaraq
kənd təsərrüfatı ilə məşğul olurdu. Əhali əkinçilik və bağçılıqla məşğul olurdu. Kotanla şumlanan torpaqlarda taxıl
və digər dənli bitkilər yetişdirilirdi.
Bu dövrdə ipəkçilik inkişaf etmişdi. Əhali Şəkidə, Şirvanda, Bərdə ətrafında, habelə ölkənin digər
ərazilərində ipəkqurdu yetişdirmək məqsədilə tut ağacı bağları salmışdı.
Balıqçılıq əhalinin qədim peşələrindən biri idi. İbn Havqəl yazır ki, Kür və Araz çaylarından tutulan balıq
Ərdəbil, Rey və İraqa göndərilirdi. İxrac olunan məhsullar sırasında balın və mumun olması isə arıçılığın ölkə
həyatında mühüm rol oynamasının göstəricisidir.
Bol sərvətlərlə zəngin ölkəmizdə ticarət üçün geniş imkanlar vardı. Dağlarda qızıl, gümüş, civə, qurğuşun və
başqa qiymətli metallar çıxarılırdı. Təbriz, Naxçıvan və Bakıda duz istehsal olunurdu. Bakıda həm də neft quyuları
vardı. Beynəlxalq ticarət yolunun üstündə yerləşən Azərbaycan şəhərləri məşhur ticarət mərkəzləri idi.
IX—XI əsrlərdə Azərbaycanda ipək, yun, pambıq və kətan parçalar istehsal olunurdu. Bəzz qalası ətrafından
çıxarılan qırmızı kvas parçaların boyanmasında istifadə olunurdu. Hətta bu boya İraq və Yəmənə də göndərilirdi.
Toxucuların qırmız böcəyindən hazırladıqları «qırmız» adlanan boya isə ərəb tarixçisi əl-İs-təxrinin yazdığına görə,
Bərdədən Hindistana və başqa yerlərə ixrac edilirdi.
Ərəb zülmünün devrilməsindən sonra Azərbaycanda iqtisadi
dirçəliş
İqtisadi
dirçəlişin
nəticələri
İqtisadi dirçəlişin səbəbi
Azərbaycanın Xilafət zülmündən azad
olması və müstəqil yerli dövlətlərin
meydana gəlməsi
İqtisadi tərəqqiyə müsbət təsir göstərən amillər
Əlverişli iqlim şəraiti, münbit torpaqlar
və zəngin sərvətləri, xalqın qədin
istehsal və əkinçilik ənənələrinə malik
olması
Daxili iqtisadi əlaqələr genişləndi, Sənətkarlığın kənd təsərrüfatından ayrılması prosesini daha da
sürətləndi, Azərbaycan şəhərlərinin xarici ölkələrlə ticarət əlaqələri daha da canlandı, sənətkarlıq
və ticarət mərkəzləri olan yeni şəhərlər meydana gəldi, Azərbaycan dünyanın çoxlu şəhərləri olan
ölkələrdən birinə çevrildi
Azərbaycanın orta əsr şəhərlərinin ümumi cəhətləri
Azərbaycanın orta əsr şəhərlərinin hamısı zahiri görünüşcə bir-birinə bənzəyirdi. Azərbaycanın orta əsr
şəhərlərinin ümumi cəhətləri aşağıdakılar idi:
• Karvan yolları üstündə və müdafiə üçün əlverişli olan təbii- coğrafi mövqedə salınırdı.
• Bir qayda olaraq, möhkəm qala divarları ilə əhatə olunurdu.
• Əhalisi sənətkarlıq, ticarət, əkinçilik və bağçılıqla məşğul olurdu.
• Quruluşuna görə iki hissədən (içəri şəhər, bayır şəhər) ibarət idi.
• Evlər və təsərrüfat binaları içəri şəhərdə, əkin-biçin yerləri isə qala divarının bayır hissəsində yerləşirdi.
• Şəhərlərin ən gur yeri, bir qayda olaraq, Cümə məscidi yaxınlığında yerləşən bazar meydanı idi.
Azərbaycanın orta əsr şəhərləri (IX-XI əsrlərdə)
Bu dövrdə Bərdə, Şabran, Təbriz, Ərdəbil, Dərbənd, Tiflis böyük şəhərlər sayılırdı. Ərəb səyyahları o
zamankı Azərbayanın şəhərləri içərisində Bərdənin rolunu xüsusi qeyd edirlər. İbn Havqəl Bərdəni Azərbaycanın
«başlıca şəhəri» adlandıraraq Bağdadla eyniləşdirmiş, şəhərin bazarından bəhs etmişdir. Ümumiyyətlə, IX-XI
əsrlərdə Bərdə şəhərinə aiddir:
• Bütün Cənubi Qafqazın siyasi, sənətkarlıq və ticarət mərkəzi idi.
• Arranın ən böyük şəhəri, Azərbaycanın daxil olduğu iqlimin Bağdadı adlandırılırdı.
• Bir müddət Salarilər dövlətinin tabeliyində olmuşdur.
• 944-cü ildə slavyanların basqınlarından sonra iqtisadi və siyasi mərkəz kimi tənəzzülə uğramışdı.
Arranın böyük şəhərlərindən biri də Dərbənd şəhəri idi. Dərbənd şəhərinə aiddir:
• Baş Qafqaz sıra dağları ilə Xəzər dənizi arasındakı dar keçiddə yerləşirdi.
• Azərbaycanın ən böyük liman-şəhəri və sənətkarlıq mərkəzi idi.
Ərəb müəlliflərinin məlumatına görə, çox səliqəli olan bu şəhərdə, hətta kanalizasiya sistemi də yaradılmışdı.
Bakı şəhərinə aiddir:
• Dərbənddən sonra ikinci liman şəhəri idi.
• Neft «bulaqları» onu qonşu ölkələrdə məşhurlaşdırmışdı.
Şamaxı şəhərinə aiddir:
• Paytaxt şəhəri idi (Şirvanşahlar dövlətinin ikinci paytaxtı idi).
• Şirvanın iqtisadi və siyasi mərkəzi rolunu oynuyurdu
• İpəyi bütün Azərbaycanda və bir sıra başqa ölkələrdə öz şöhrətini saxlayırdı.
Bəhs edilən dövrdə sürətlə tərəqqi edən Marağa, Ərdəbil və Təbriz şəhərləri paytaxta çevrilmişdilər.
Ərəb səyyahları Azərbaycan şəhərləri haqqında...
Bakuyə. Şirvan vilayətinin Dərbənd dairəsində şəhərdir. Burada «neft quyusu var. Onun icarə haqqı bir min
dirhəmə çatır, o quyunun yanında isə arası kəsilmədən, gecə-gündüz civə kimi qatı ağ neft püskürən başqa bir quyu
da var.». İnandığım tacirlərdən biri mənə danışırdı ki, orada özözünə həmişə yanan bir yer görmüşdür.
Yaqut al-Hamavi
Bab əl-Əbvab (Dərbənd) Təbəristan dənizi sahilindədir, ona Xəzər dənizi deyirlər. Bu şəhər Ərdəbildən iki kvadrat
mil böyükdür. Şəhərin çoxlu əkin yerləri var, ancaq meyvə ağacları azdır, meyvəni buraya başqa yerlərdən gətirirlər.
Şəhərin dağlardan üzüaşağı enən qala divarları var. Bu dağlarda elə bir yol yoxdur ki, onlar ilə müsəlman ölkələrinə
girə biləsən.
Yaqut al-Hamavi
Təbriz. Azərbaycanda ən çox tanınmış şəhər. Bu, çox adam yaşayan, kərpic və əhəngdən yaxşı hörülmüş divarları
olan gözəl şəhərdir. Şəhərdən çoxlu kiçik çaylar axır. O, bağlar içindədir, şəhərdə meyvə ucuzdur.
Yaqut al-Hamavi
QEYD: Ərəb səyyahları Azərbaycandan bəhs edərkən bir qayda olaraq, ölkənin Arazdan şimaldakı torpaqlarını,
yəni Arran adı ilə təqdim edirlər. Ərəblər Arranın ən böyük şəhərlərinin sırasında Bərdə və Dərbənddən sonra
Tiflisdən də bəhs edir, buranın “Azərbaycan hökmdarlarının idarə etdiyi dağlıq ölkə” olduğunu bildirirdilər.
Ərəb səyyahlarının fikrinə görə bu dövrdə Tiflis «suyu odsuz qızdırılan» müalicə hamamları ilə məşhur idi. Qala
divarları ilə əhatə olunan Tiflis, həm də ticarət mərkəzi kimi tanınırdı.
IX-XI əsrlərdə Arranın ən böyük şəhərləri
Kəndli qrupları
IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etməkdə idi. Bu dövrdə cəmiyyətin əsas
istehsalçısı qüvvəsi kəndlilər idi. IX-XI əsrlərdə Azərbaycan kəndliləri başlıca olaraq iki hissəyə bölünürdülər:
1. Uluc kəndlilər. Feodallardan asılı vəziyyətdə olan kəndlilər uluclar adlanırdı
2. Azad kəndlilər. Azad kəndlilər başlıca olaraq, dağ rayonlarında yaşayırdılar.
İstər azad kəndlilər, istərsə də uluclar dövlətə vergi ödəməyə borclu idilər.
IX-XI əsrlərdə Azərbaycanda kəndli qrupları
Vergi və mükəlləfiyyətlər
IX-XI əsrlərdə Azərbaycanda üç əsas vergi növü mövcud idi:
1. Zəkat (sədəqə) və xüms - müsəlman əhalisindən öz əmlakına görə alınan vergi idi
2. Cizyə - müsəlman olmayan əhalidən alınan can vergisi idi.
3. Üşr – torpaqdan istifadə müqabilində kəndlidən alınan onda bir vergisi idi.
Müstəqil dövlətlərin yaranması əhalinin vəziyyətini nisbətən yaxşılaşdırmışdı. Hakimiyyətdə olan sülalələrin
başçıları iri feodalları mərkəzi hakimiyyətə tabe etmək üçün tez-tez tədbirlər görməyə çalışırdılar. Məsələn, Saları
hökmdarı Mərzban ibn Məhəmməd “Qanunnamə” hazırlatmışdı. Mərzban ibn Məhəmmədin “Qanunnamə”
hazırlatmaqda məqsədi bunlar idi:
• Mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıran feodal hakimlərin əl-qolunu yığmaq
• Vergi sistemində qayda-qanun yaratmaq
Tədbir nəticəsində vergilərin toplanması və özbaşınalığın aradan qaldırılması ölkədə vəziyyəti bir müddət
yaxşılaşdırdı. Lakin vahid dövlətin olmaması, feodal hərc-mərcliyi, həmçinin bir-birini əvəz edən dövlətlərin
arasındakı mübarizə əhaliyə ciddi ziyan vururdu.
Torpaq mülkiyyəti formaları
IX—XI əsrlərdə torpaq üzərində mülkiyyətin bir neçə forması mövcud idi. Ərəb xilafətinin dağılmasından
sonra mövcud olan torpaq mülkiyyəti formalarında bəzi dəyişikliklər baş verdi. Ümumiyyətlə, IX-XI əsrlərdə
Azərbaycanda feodal torpaq mülkiyyətinin aşağıdakı növləri mövcud idi:
1. Mülk torpaqları
• Ən geniş yayılan torpaq mülkiyyət forması idi
• Ayrı- ayrı feodallara məxsus olub, irsən (nəsildən-nəsilə) keçirdi
• Mülk sahibi malik (məlik) və ya mülkədar adlanırdı
• Mülk sahibləri həmin torpaqları istədiyi zaman sata və bağışlaya bilərdi
• Mülk sahibi dövlətə torpaq vergisi verirdi
2. İqta torpaqları
• Dövlətə xidmət müqabilində verilirdi.
• Ərəblərdən qalma şərti torpaq mülkiyyəti idi.
3. Camaat (icma) torpaqları
• Əsasən, otlaqlar, örüşlər, meşələr, bataqlıqlardan, bəzən əkin yerlərindən ibarət olurdu
Azadlar
Uluclar
Bərdə Tiflis
Dərbənd
• Dövlətin mülkiyyətində idi.
5. Dövlət torpaqları - dövlətə məxsus olan və gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi.
6. Vəqf torpaqları - ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəssisələrinə, məscidlərə, mədrəsələrə
verilirdi. Vəqf torpaqlarında yaşayan kəndlilər vergini vəqf sahibinə və ya dini müəssisəyə verirdilər.
IX– XI əsrlərdə Azərbaycanda mədəni dirçəliş
Azərbaycan mədəniyyətinin inkişafı
IX-XI əsrlərdə iki mühüm amil Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır:
1. Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş.
2. Müstəqil dövlətlərin yaranması, iqtisadi tərəqqi.
Ərəb xilafətinin süqutundan sonra Azərbayaycanda başlamış siyasi oyanış (dirçəliş) sənətkarlıq və ticarətin
tərəqqi etməsinə, şəhərlərin inkişaf edərək mədəniyyət mərkəzlərinə çevrilməsinə və Azərbaycan mədəniyyətinin
daha yüksək nailiyyətlər əldə etməsinə şərait yaratdı.
Bu dövrdə əsas ünsiyyət dili - rəsmi dil ərəb dili idi. Təhsil ocaqları bu dilin öyrədilməsi ilə məşğul olurdu.
Azərbaycanda çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi.
İslamın türklər tərəfindən qəbulu türk-islam birliyini yaratdı. Vahid dinin qəbulu dövlətçiliyin inkişafına
müsbət təsir göstərərək onun yüksəlişinə səbəb oldu. Beləliklə, xalqın adət-ənənələri və mədəniyyəti islam dəyərləri
ilə birləşərək türk-islam mədəniyyətini formalaşdırdı.
Azərbaycanda İslam dininin yayılması elmin inkişafına təkan verdi. IX əsrdən başlayaraq təbiət elmlərinə
maraq artmağa başladı. Tibb elmi inkişaf edir, ölkədə yaxşı həkimlər yetişirdi. Astronomiya və göy cisimlərinə
maraq artırdı.
IX-IX əsrlərdə ərəb dilinin Azərbaycanda mövqeyi
IX-XI əsrlər Azərbaycanın intibah dövrünün memarlıq abidələri
Azərbaycanda İslam dilinin qərarlaşması memarlığın inkişafına öz təsirini göstərdi. İslam
mədəniyyətinə uyğun olaraq məscid və minarələr, saraylar inşa olunurdu.Bəhs edilən dövrdə Azərbaycanda
aşağıdakı tarixi abidlər inşa olunmuşdur:
• Naxçıvanda Əlincə qalası (IX-X əsr)
• Şamaxının Sündü kəndində günbəzli məscid (920-ci il)
• Araz çayı üzərində Xudafərin körpüsü (1027-ci il)
• Gəncədə qala qapıları (1063-cü il)
Ticarətin inkişafında mühüm rol oynayan karvansaralar beynəlxalq ticarət yolları üzərində inşa edilirdi.
Möhkəm tikili olan bu abidələr, həm də tacirlərin təhlükəsizliyini təmin edirdi.
QEYD: Ərəblər dövründə inşa olunan memarlıq abidəsi VIII əsrdə Şamaxıda inşa olunan Cümə məscididir.
IX-X əsrlərə aid memarlıq abidələri içərisində xüsusi yer tutan sahələr
bürclər (minarələr)
saraylar
saraylar məscidlər
Ərəb
dili
Rəsmi dövlət dili idi
Dini ibadətlər bu dildə icra olunurdu
Əsərlər bu dildə yazılırdı
Məktəb və mədrəsələrdə tədris bu dildə
aparılırdı
Xudafərin körpüsü Gəncə qala qapıları
• 1027-ci ildə Araz çayı üzərində salınmışdır
• Şədaddi hökmdarı Fəzl ibn Məhəmmədin (985-
1030) göstərişi ilə inşa edilmişdir
• 15 aşırımlı (tağlı) körpü tikilərkən təbii şəraitdən
məharətlə istifadə edilmişdir
• Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi
hərbi və siyasi baxımdan mühüm rol oynamışdır
• 1063-cü ildə İbrahim Osmanoğlu düzəldilmişdir
• Şəddadi hökmdarı Əbuləsvar Şavurun (1049-
1067) göstərişi ilə düzəltdirilmişdir
• 1139-cu il Gəncə zəlzələsi zamanı gürcülər
tərəfindən qənimət kimi Gürcüstana aparılmışdır
Əlincə qalası Sündü məscidi Xudafərin körpüsü Gəncə qala qapısı
«Kitabi-Dədə Qorqud» dastanı
Şifahi xalq ədəbiyyatının inkişafı bu dövrün mədəniyyətinin ən böyük uğurlarından biri idi. Azərbaycan
ədəbiyyatının ən qədim və zəngin tarixi abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanı buna parlaq nümunədir. Bu
dastan VII— IX əsrlərdə şifahi şəkildə el sənətkarlarının — ozanların dili ilə şimallı-cənublu bütün ölkə ərazisində
yayılmışdı. «Kitabi-Dədə Qorqud» dastanı türk dilində, ərəb əlifbası ilə yazıya alınmışdır. Bu dastan Azərbaycan
dilinin dünyanın ən qədim dillərindən biri olmasından xəbər verir. Çox sonralar isə Avropa kitabxanalarından
tapılan bu əsər Azərbaycana məxsus bir inci kimi dəyərləndirildi. Xalqımızın tarixən formalaşmış adət-ənənələri bu
əsərdə öz əksini tapmışdır. Dastanda Dərbənddən Diyarbəkirədək, Xəzərdən Trabzonadək geniş ərazilərdə baş verən
hadisələrdən bəhs edilir. Qarabağ, Göyçə götü, Naxçıvan, İrəvan elləri və başqa Azərbaycan torpaqlarının adı da
çəkilir. Bu dastan böyük türk dünyasının müştərək əsəri hesab olunur. Lakin onun Azərbaycan torpaqlarında
formalaşmasını, bizim xalqımıza məxsus olmasını sübut edən çoxsaylı və danılmaz dəlillər vardır. Oğuz bilicisi və
ağsaqqalı sayılan Dədə Qorqudun Azərbaycanda yaşaması, məzarının Dərbənddə olması bunu sübut edir. Eyni
zamanda dastandakı bütün yer adl arının Azərbaycana məxsusluğu, hadisələrin ölkəmizin ərazilərində cərəyan
etməsi bunu bir daha təsdiq edir. Elə buna görədir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə «Kitabi-Dədə
Qorqud» dastanlarının 1300 illiyi məhz bizim Vətənimizdə keçirilmişdir. Paytaxtımızın ən görkəmli yerində Dədə
Qorqud Parkı salınmış, məşhur Dədə Qorqud abidəsi ucaldılmışdır.
Türkün şirin dili Dədə Qorqudun dilində. Dastan baş qəhrəman olan sazlı-sözlü Dədə Qorqudun dili ilə
danışılır. O, oğuz igidlərinə nəsihət verir, yol göstərir. O, yuxunu «kiçik ölüm» sayaraq oğuzlara düşməndən
qorunmaq üçün ayıq-sayıq olmağı nəsihət edir. Oğuz türkləri üçün vətən müqəddəs idi. Buna görə də dastandakı
bütün hadisələrin sonunda oğuz igidləri nə qədər uzağa getsələr də, sonda öz yurd-yuvalarına dönürlər.
Öz aralarında nə qədər inciklik olursa-olsun oğuzlar birlik tələb olunan yerdə bütün kin-küdurəti
unudurdular. Əsasən də, yurd sevgisi onları incik qoya bilməzdi. Vətən sevgisi oğuz türklərini həmişə sıx
birləşdirirdi.
Dastanda oğuz tarixinin təsdiqi. Dastandan məlum olur ki, oğuz türkləri oturaq həyat sürür, taxılçılıq,
bağçılıq və bostançılıqla məşğul olurdular. Dastanda əmtəə-pul münasibətləri haqqında fikirlər də çoxdur. Boylarda
qızıl pul olan «altun axça»nın adına tez-tez rast gəlinir.
Ciddi hərbi intizama malik olan oğuzların başında «xanlar xanı» dururdu. Bütün məsələlərə hərbi məclisdə
baxılır, səfərə çıxmaq istəyən igidlər «xanlar xanı»ndan icazə alırdılar.
Azərbaycan İslamı qəbul etmiş ilk türk məskənlərindən biridir. İslamdan öncə Tanrıya sitayiş edən türk
xalqları bu dini tez qəbul etdilər. Onların Ulu Tanrıya - yəni tək Allaha sitayiş etməsi bunu asanlaşdırdı. Tezliklə
türklər İslamın təbliğatçısına çevrildilər. Dastanın ozan qəhrəmanı Dədə Qorqud Məhəmməd peyğəmbərin müasiri
idi. Hətta dastanda qeyd olunur ki, oğuz igidlərindən Peyğəmbəri görənlər də olmuşdu. Dastan qəhrəmanlarından
biri olan Dəli Domrul müqəddəs kitaba — «Qurani- Kərim»ə əl basıb and içir ki, düşmənə qarşı döyüşəcəkdir.
«Kitabi-Dədə Qorqud» Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı
abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan «Kitabi-Dədə
Qorqud»un iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. Bu
dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə
səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd,
Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və s. yerlərdə cərəyan edir.
«Kitabi-Dədə Qorqud»u yazıya köçürən şəxs Dədə Qorqudu bu
dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. «Kitabi-
Dədə Qorqud» yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və
s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. Soykökümüzü,
tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək
baxımından zəngin mənbə olan «Kitabi-Dədə Qorqud» yalnız
Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır.
HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XI ƏSRİN ORTALARI – XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ
Azərbaycan Səlcuqların hakimiyyəti dövründə
Səlcuq dövlətinin yaranması
Səlcuqlar oğuz türklərinin qınıq boyundan idilər. Bu tayfa öz adını Səlcuq
bəyin adından götürmüşdü. Qəznəvilərin işğalları dövründə səlcuqlar Xorasan
vilayətinə köçdülər. Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy qısa zamanda
səlcuqları birləşdirdilər. Səlcuqlar 1038-ci ildə Nişapur şəhərini paytaxt seçərək
Toğrul bəyin (1038-1063) başçılığı ilə dövlət yaratdılar. Toğrul bəy 1040-cı ildə
sultan elan olundu. Çox keçmədi ki səlcuqlar Mərv şəhərində toplanan qurultayda
Qərb və Şərq istiqamətlərində yeni torpaqlar tutmağı planlaşdırdılar. İran, Cənubi
Qafqaz və Bizansa qarşı hücuma keçmək qərarı alındı.
Azərbaycan torpaqlarının Səlcuq dövlətinin tərkibinə qatılması
XI əsrin ortalarında Səlcuq qoşunları Azərbaycana doğru yürüşə
başladılar. Çox keçmədən səlcuq qoşunu Xəzərin cənubundakı torpaqları
tutdular və Arrana daxil oldular. Səlcuqların yürüşü zamanı Azərbaycanda
aşağıdakı dövlətlər mövcud idi:
• Rəvvadilər dövləti – hakimiyətdə Vəhsudan (1020-1059) idi.
• Şəddadilər dövləti - hakimiyətdə Əbüləsvar Şavur (1050-1067) idi.
• Şirvanşahlar dövləti - hakimiyətdə I Fəribürz (1063-1096) idi.
1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizi tutdu və Rəvvadi hökmdarı Vəhsudan səlcuq
sultanına tabe olduğunu bildirdi. XI əsrin ortalarında Rəvvadilər səlcuqlar tərəfindən asılı vəziyyətə düşdükdən
sonra Şəddadilər dövləti də səlcuqlardan asılılığı qəbul etdi. Bundan sonra Sultan Toğrul Gəncəyə hücum etdi. Bu
zaman hakimiyyətdə olan Şəddadi hökmdarı Əbuləsvar Şavur da müqavimət göstərmədən səlcuqlara tabe oldu.
Rəvvadi hökmdarı Vəhsudan və Şəddadi hökmdarı Əbülüsvar Şavur səlcuqlarla razılığa gələrək Bizansa qarşı
ittifaq yaratdılar. Rəvvadi və Şəddadi hökmdarlarının səlcuqlarla birlikdə gəldiyi razılığa görə Bizans torpaqlarına
və onun təhriki ilə tez-tez Azərbaycan torpaqlarına hücum edən erməni-gürcü feodallarına qarşı birgə mübarizə
aparmaq üçün birgə mübarizə aparmaq qərara alındı.
Səlcuqların Azərbaycan torpaqlarını asanlıqla ələ keçirməsinin əsas səbəbi Ərəb xilafətinin tənəzzülündən
sonra ölkədə mövcud olan dövlətlərin siyasi dağınıqlıq dövrü keçirməsi idi.
XI əsrin 50-ci llərində səlcuqlardsn asılı vəziyyətə düşən Azərbaycan dövlətləri
Səlcuqların Şirvanşahlar dövlətini tabe etməsi
Səlcuq türkləri Şirvana da yürüş edərkən burada ciddi müqavimətlə qarşılaşdılar. Şirvanşahlar 12 il
müqavimət göstərdi. Lakin 1066-cı ildə səlcuqlar çox böyük çətinliklə Şirvanşahlar dövlətinin müqavimətini
qırdılar. Şirvanşahlar dövləti 1066-cı ildə Səlcuqlar tərəfindən işğal edildi. Səlcuqlar tərəfindən Şirvanşahlar
dövlətinin işğal edilməsi nəticəsində:
• Şirvanşahlar dövlətində hakimiyyətdə olan I Fəribürz səlcuqlara tabe oldu.
• I Fəribürz şah titulundan məhrum edildi.
• Şirvanşahlar səlcuqlardan asılı vəziyyətə düşdü.
• Bütün Azərbaycan torpaqlarının Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı.
QEYD: Səlcuqlara tabe olmaları, Rəvvadi hökmdarı Vəhsudan, Şəddadi hökmdarı Əbülüsvar Şavur və
Şirvanşah hökmdarı I Fəribürzun fəaliyyətində oxşarlıq təşkil edir.
Rəvvadilər Şəddadilər
Səlcuq bəy
Sultan I Toğrul
Səlcuqların Şirvanı işğal etməsinin nəticələri
Bizans, erməni və gürcü feodallarının qəsbikarlıq planlarının boşa çıxması
Səlcuq-oğuz türklərinin axınları dövründə Bizans imperiyasından, erməni və gürcü feodallarından ibarət
vahid xristian bloku yaranmışdı. Bu bloka qarşı mübarizənin taleyi Azərbaycan cəbhəsində həll olunurdu. Xilafət
parçalandığından Bizansa qarşı İslam dünyasının mübarizəsində əsas rol türklər həlledici hərbi-siyasi amilə
çevrildi. Bu amilin də əsas istinadgahı* Azərbaycan idi.
Səlcuq türklərinin soydaşları olan Azərbaycan türkləri və Cəbuni Qafqazın bütün müsəlman əhalisi Bizans,
erməni və gürcü feodallarının birləşmiş qüvvələrinin təcavüzünə qarşı mübarizə üçün səlcuqlara özlərinin
müttəfiqi kimi baxırdılar. Odurki, səlcuqlar Azərbaycanın şimal hissəsində möhkəmləndikdən sonra Bizans, erməni
və gürcü feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdu. Belə ki, Azərbaycanın şimalında möhkəmlənən
səlcuqlar burada Şəddadilər dövlətinin hərbi qüvvələri ilə birləşərək Bizans, erməni və gürcü feodallarının
birləşmiş qüvvələrinə qarşı ağır zərbə endirdilər.
Uzun müddət müxtəlif türk tayfaları Anadoluda möhkəmlənməyə çalışmışlar. Azərbaycan isə həmin
tayfalar üçün arxa cəbhə olmuşdur. Səlcuq türkləri də əsas hücum hədəfi kimi Bizans torpaqlarını seçmişdilər.
Səlcuqun nəvəsi Çağrı bəy kəşfiyyat yürüşünə çıxdı və Bizans qoşunlarına qalib gəldi. Səlcuqlar Van gölü
hövzəsini tutdular. Beləliklə, Naxçıvan və onun ətrafındakı Azərbaycan-türk torpaqlarının Bizans və erməni
feodallarının hücumuna qarşı təhlükəsizliyi təmin olundu.
Səlcuq sərkərdəsi Həsənin başçılığı ilə səlcuqlar Azərbaycanın cənub əyalətlərini ələ keçirdikdən sonra Şərqi
Anadoluda birgə hərbi əməliyyatlara başlayan Səlcuq – Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-də
Bizans və onun müttəfiqləri olan xristian blokuna (erməni və gürcü feodallarına ) qarşı ağır zərbə vurdular.
Bundan sonra Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu.
Səlcuq axınlarının Cənubi Qafqaz və Azərbaycan üçün nəticələri
Azərbaycan ən qədim zamanlardan türk tayfalarının yaşadığı ərazilərdən biridir. Bu ölkə digər türk tayfaları
ilə yanaşı, oğuz türklərinin də vətəni idi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda islam-türk etnik-siyasi amili
daha da qüvvətləndi. Səlcuq imperiyasının yaranması ümumdünya tarixinə, o cümlədən Azərbaycanda siyasi
hadisələrin gedişinə çox böyük təsir göstərdi. Xalqımızın taleyinin, tarixi müqəddəratının həllində, müstəqil
dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm rol oynadı. XI əsrdə Cənubi Qafqaz və Azərbaycana oğuz-
səlcuqtürklərinin axınları nəticəsində:
• Türk tayfalarının yeni dəstələri Azərbaycanda məskən saldılar
• Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri qaynayıb-qarışdılar.
• Azərbaycan xalqının formalaşması prosesi qəti olaraq başa çatdı.
• Azərbaycan İslam dünyasında türklüyün başlıca istinadgahına çevirildi.
• Türk - İslam amili Cənubi Qafqaz və Azərbaycanda qəti olaraq möhkəmləndi.
• Azərbaycan-oğuz-türk tayfaları Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik siyasi amilə çevirildi.
• Gürcü və ermənilərin Azərbaycanın qərb ərazilərinə yiyələnmək planlarının qarşısı alındı.
• Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı.
• Azərbaycanın Bizans imperiyası və onun müttəfiqləri tərəfindən işgal olunması təhlükəsi tamamilə
aradan qaldırıldı.
• Xristian blokuna qarşı mübarizə asanlaşdı, Bizans imperiyası və onun əlaltılarının qəsbikarlıq
planları puça çıxdı.
1066-cı il
Şirvanşahlar səlcuqlardan asılı
vəziyyətə düşdü
Səlcuqlar Azərbaycanın işğalını başa
çatdırdı
Şirvanşahlar səlcuqlara tabe oldu
I Fəribürz şah titulundan məhrum
edildi
Səlcuqlar dövründə torpaq mülkiyyət formaları
Səlcuq imperatorluğunun yaranması ilə Yaxın və Orta Şərqin, o cümlədən Azərbaycanın torpaq mülkiyyəti və
vergi sistemində bəzi dəyişikliklər baş verdi. Səlcuqlar dövründə iki torpaq mülkiyyət forması mövcud idi:
• İqta torpaqları
• Uc torpaqları
İqta torpaq mülkiyyəti forması Ərəb xilafəti dövründə meydana gəlsə də Səlcuqlar
dövründə müəyyən dəyişikliklərə məruz qalmışdı. Səlcuq sultanları mərkəzi hakimiyyət üçün
hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə hərbi xidmət əvəzində səlcuq əmirlərinə iqta
paylayırdılar. Səlcuq türklərinin axınları dövründə iqta Azərbaycanda, Yaxın və Orta Şərqdə
başlıca torpaq mülkiyyət formasına çevirildi. Zaman keçdikcə iqta irsən keçməyə başlayır,
mülk torpaqlarından elə də fərqlənmirdi.
Səlcuqlar dövründə meydana gələn torpaq mülkiyyət forması isə uc torpaqları idi. Uc
torpaqları – Səlcuq imperatorluğunun sərhədlərini qoruyan səlcuq sərkərdələrinə verilən
torpaqlara deyilirdi. İstər iqta, istərsə də uc torpaqları ölkəmizə yeni-yeni axınlar edən türk
tayfalarının bu ərazidə daimi məskunlaşmasına şərait yaradırdı.
Azərbaycan xalqının təşəkkülü (formalaşması) prosesi
Xalqının formalaşması üçün zəruri olan şərtlər
Hər bir xalqın formalaşması zəruri olan şərtlər yarandıqda mümkün olur. Həmin şərtlər bunlar idi:
1. Ərazi birliyi.
2. Dil birliyi.
3. Mədəniyyət birliyi.
4. İqtisadi əlaqələrin ümumiliyi.
5. Milli-mənəvi dəyərlərin eyni olması.
QEYD: Din birliyi bu şətlərə daxil deyildir.
Ərazi bütövlüyü. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri ərazi birliyidir. Azərbaycan
qədimdən geniş əraziyə malik idi. Ərəblər dövründə Azərbaycanda sərhədlər dəqiqləşdirildi. Bu dövrdə
Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şəhəri müəyyən edildi. Ümumiyyətlə tarixi
Azərbaycanın sərhədlərinə aşağıdakı ərazilər daxil idi:
• Şimalda - Qafqaz dağlarından Dərbənd ətrafı əraziləri əhatə edirdi.
• Cənubda - Həmədan-Zəncan Qəzvin bölgələri daxil olmaqla Qızılüzən çayını əhatə edirdi.
• Qərbdə Oğuz yurdu olan - İrəvan şəhəri daxil olmaqla indiki Ermənistan ərazisini əhatə edirdi.
• Şərqdə - Xəzər dənizinə, şimal-qərbdə - Tiflis şəhəri ilə birgə Şərqi Gürcüstanı (tarixi Borçalı
mahalını) əhatə edirdi.
Dil birliyi. Qədim tayfaların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri də dil sayılır. Dil qədim
tayfaların etnik mənşəyini sübut edən əsas amillərdən biridir. Xalqımızın və müasir Azərbaycan dilinin
formalaşmasında ölkəmizin ən qədim sakinləri olan çoxsaylı türk tayfalarının yüksək rolu olmuşdur. Azərbaycan
ərazisində məskunlaşmış tayfalar içərisində türk tayfaları üstünlük təşkil edirdi. Azərbaycan ərazisinin ən qədim
sakinləri: lullubilər, kutilər, turukkilər, hürrilər və başqaları tarixi hadisələrdə yaxından iştirak edirdilər. Qədim və
Orta Əsr mənbələrində Azərbaycanda yaşayan çoxsaylı türk tayfalarının da adları çəkilir. Onların içərisində
kimmerlər, iskitlər, saklar, hunlar, sabirlər, xəzərlər, oğuz və qıpçaq soyundan olan türk tayfaları və qeyri-türk
etnosları mühüm rol oynamışlar. Ayrı-ayrı tarixi dövrlərdə Əhəmənilər, Sasanilər və Xilafət tərəfindən ölkəmizə
köçürülmüş qeyri-türk əhali də xalqımızın tərkibinə daxil olmuşdur. Bugünkü Azərbaycan türkləri onların
varisləridir.
Sasani və Ərəb xilafəti dövründə Atropatena və Albaniya eyni imperiyaların tərkibinə daxil olmuşdu. Bu da
tayfaların ərazi və dil etibarilə birləşməsini zəruri edirdi.
Səlcuq canişinlərinin
Azərbaycanda
kəsdirdikləri mis pullar
Bildiyimiz kimi, orta əsrlər dövründə də Azərbaycana türk axınları davam etmişdir. Həmçinin köçürmə
siyasəti nəticəsində Azərbaycanda farslar və ərəblər məskunlaşdırıldı. Yerli əhali ilə qaynayıb-qarışdıqdan sonra
onlar öz dillərini itirirdilər.
Türk etnoslarının Azərbaycana etnik axınları
Azərbaycanda yaşayan tayfaları birləşdirən ümumi xüsusiyyətlər
Orta əsrlər dövründə Azərbaycan ərazisində yaşayan çoxsaylı tayfaları bir-birinə bağlayan bir çox ümumi cəhətlər
var idi. Həmin xüsusiyyətlər aşağıdakılardı:
• Birinci xüsusiyyət - tayfaların eyni ideologiyanın təsiri altında olması idi. Müxtəlif dövrlərdə bu tayfalar
bütpərəstliyin, Zərdüştliyin, xristianlığın və nəhayət, İslamın ayinlərini icra etməli olmuşdular.
• İkinci xüsusiyyət – tabe olduqları imperiyanın milli əsarətinə qarşı birlikdə mübarizə aparmışdılar.
• Üçüncü xüsusiyyət - yadelli istilaçıların hücumlarına qarşı birlikdə müqavimət göstərirdilər.
QEYD: IV-VII əsrlərdə Cənubi Qafqaz və bütünlükdə Azərbaycan əvvəlcə Sasani və Bizans
imperiyalarının, sonralar isə Xəzər xaqanlığı və Xilafətin maraq dairəsinə düşmüşdü. Bu zaman həmin tayfalar
işğalçılara birlikdə müqavimət göstərmişdilər.Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslamın
prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslam dininin təsir dairəsindən
kənarda qaldı.
Azərbaycan xalqının təşəkkülü prosesində İslam dininin rolu
Ərəb işğalının VII-VIII əsrlərdə mənfi tərəfləri ilə yanaşı, müsbət cəhətləri də vardı. Belə ki, xalqımızın
iqtisadi və mədəni inkişafında islam dininin mühüm rolu olmuşdur. Ümumiyyətlə ərəblərin işğalı və İslam dininin
Azərbaycan ərazisində yayılması nəticəsində:
• Əvvəlki müxtəlif dini baxışlar sıxışdırılıb sıradan çıxarıldı, İslam dini ölkədə hakim din oldu.
• Ölkəyə yadelli orduların hücumlarının qarşısı alındı, siyasi sabitlik yarandı.
• Təsərrüfatın canlanmasına və mədəniyyətin inkişafına zəmin yarandı.
• Ümumislam mədəniyyəti tərkibində Azərbaycan mədəniyyəti inkişaf etdi.
• Türk tayfalarınınölkədəki birliyi möhkəmləndi, türk dilinin təşəkkülü başa çatdı.
• İslamın dəyərlərindən Azərbaycan xalqı faydalandı, dini mübarizə sona yetdi.
• Azərbaycanın Xilafətə tabe olan ölkələrin xalqları ilə iqtisadi və mədəni əlaqələri genişləndi.
• Azərbaycan xalqının formalaşması üçün zəruri şərtlərin hamısı yarandı.
• Ünsiyyət dili olan Azərbaycan türk dilinin təşəkkülü prosesi başa çatdı.
• Azərbaycan ərazisində yaşayan türk və qeyri-türk tayfaları arasında vahid adət-ənənələr yaranıb
genişləndi onların qaynayıb-qarışma prosesini daha da sürətləndi.
QEYD: Ərəblərin VII—VIII əsrlərdə Azəribaycanı işğal etməsi bütpərəstliyi, atəşpərəstliyi tamamilə aradan
qaldırdı. Xristianlıq isə Şimali Azərbaycanın ucqar dağ və dağətəyi rayonlarında İslamla yanaşı əsas din kimi
qalmaqda idi.
E.ə VII əsrdə kimmer, iskit, sak tayfalarının
Azərbaycanda məskunlaşması
I-V əsrlərdə hun tayfalarının başçılığı ilə xəzər, sabir,
oğuz və.b tayfaların Azərbaycanda məskunlaşması
X-XI əsrlərdə Səlcuq türklərinin başçılığı ilə türk
tayfalarının Azərbaycanda məskunlaşması Üçüncü
etnik axın
Birinci
etnik axın
İkinci
etnik axın
Azərbaycan xalqının təşəkkülü prosesinin başa çatması
Xalqımızın təşəkkülü prosesi hələ eramızdan çox əvvəl başlanmış, Əhəməni işğalları dövründə də davam
etmişdi. Atropatena və Albaniya dövlətlərinin yaranması ilə bu proses sürətlənmiş, sasani, ərəb işğalları və İslam
dininin yayılması dövründə isə başa çatmaqda idi.
XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının yaranması Azərbaycanda tarixi hadisələrin gedişinə ciddi
təsir etdi. Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz tayfaları səlcuqlarla eyni soykökdən idilər.
Cənubi Qafqazın müsəlman əhalisi Bizans və erməni-gürcü təcavüzünə qarşı mübarizədə səlcuq türklərinə müttəfiq
kimi baxırdılar. Səlcuq türklərinin ölkəmizə axını xalqımızın formalaşması prosesini qəti olaraq başa çatdırdı.
Oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Xalqımızın dili ümumi ünsiyyət
vasitəsinə çevrildi.
Vahid Azərbaycan türk xalqının formalaşmasına müsbət təsir göstərən amillər
Dünyada Təqribi sayı 60 milyon göstərilən dünya azərbaycanlılarının 10
milyondan çoxu hazırda tarixi torpaqlarından kənarda yaşayır və Azərbaycan
diasporunu təşkil edir. Dünyanın 5 qitəsində yaşayan Azərbaycanlılar
Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox
məskunlaşıblar. Onların sayı Amerika Birləşmiş Ştatlarında bir milyona,
Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada
isə 27 min nəfərə çatır. Amerika qitəsində məskunlaşan azərbaycanlıların
əksəriyyəti İran ərazisindən gələn soydaşlarımızdır. Aərbaycan diasporunun
yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır.
Son zamanların statistik göstəricilərində azərbaycanlıların sayı Türkiyədə və
Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britayinyada yüz minlərlə, Norveçdə, Danimarkada,
İsveçdə, Macarıstanda, Fransada, İtilayada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada,
Portuqaliyada on mindən çox göstərilir. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların
sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən,
Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Hər il dekabr ayinin 31-də bütün Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü qeyd olunur. 1993-cü ildə Azərbaycan
Respublikası prezidentinin fərmanı ilə 31 dekabr dünya azərbaycanlıların həmrəylik günü elan edildi. Həmrəylik Günü bayramı
dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla
əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.
Azərbaycan
türk xalqı Səlcuq axınları nəticəsində türk tayfalarının yeni dəstələrinin
Azərbaycanda məskən salması
Ərəb xilafəti dövründə İslam dinini qəbul
olunması
Oğuz-səlcuq türkləri ilə Azərbaycan türklərinin qaynayıb qarışması
Atabəylər dövləti (1136-1225)
Atabəylər dövlətinin yaranması
Böyük Səlcuq imperiyasının parçalandığı
dövrdə yaranmış qüdrətli dövlətlərdən biri
Atabəylər dövləti (1136-1225) idi. Atabəylər
dövlətinin yaranması Eldənizlər sülaləsinin
banisi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlı
idi. Eldənizlər dövlətinin ərazisi əvvəllər Böyük
Səlcuq imperatorluğunun parçalandığı dövrdə
meydana gəlmiş və əsası Sultan II Mahmud
(1118-1131) tərəfindən qoyulmuş İraq Səlcuq
sultanlığının (1118-1194) tərkibində idi. İraq
Səlcuq sultanlığınən ərazisi İraqı, İranı və Kür
çayından cənubdakı Azərbaycan torpaqları da
daxil olmaqla Cənubi Qafqazın bir hissəsini
əhatə edirdi. Bu dövrdə Şəmsəddin Eldəniz Səlcuq
sarayında az vaxtda görkəmli dövlət xadimi kimi
şöhrət qazanmışdı. İraq Səlcuq sultanlığının
hökmdarı Sultan II Toğrulun (1132—1134) hakimiyyəti dövründə isə Eldəniz vəzifə pillələri ilə sürətlə irəli getdi.
Sultan Eldənizin xidmətlərini qiymətləndirdi, Eldənizə “əmir” titulu verdi və oğlu Arslan şahın atabəyi təyin etdi.
Bundan sonra Şəmsəddin Eldənizin nüfuzu daha da artdı.və onu əmir rütbəsinədək qaldırdı.
1136-cı ildə isə digər İraq Səlcuq hökmdarı Qiyasəddin Məsud (1134-1151) tərəfindən Eldəniz Arran
hakimi təyin olundu və Bərdəyə göndərildi. 1136-cı ildə Eldənizin Arran hakimi təyin olunlası ilə Azərbaycan
Atabəylər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizlər dövlətinin paytaxtı
Şəmsəddin Eldənizin (1136—1175) zamanında Naxçıvan şəhəri idi. Naxçıvan şəhərinin ən yüksək tərəqqi dövrü
məhz Eldənizin hakimiyyəti illərinə təsadüf edir. Eldənizlər dövlətinin ərazisi əvvəllər İraq Səlcuq sultanlığının
tərkibinə daxil idi. Şəmsəddin Eldəniz Arranla yanaşı, Azərbaycanın cənub bölgələrini, eləcə də Naxçıvanı müstəqil
idarə edirdi. O öz adından pul kəsdirmişdi. 1160-cı ildə İraq Səlcuq hökmdarı Süleyman Şahın (1159-1161)
dövründə “Böyük atabəy” titulu alan Şəmsəddin Eldəniz:
• Oğulluğu Arslan şahın (1161-1176) sultan elan edilməsinə nail oldu.
• Bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başladı.
• Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı İraq Səlcuq sultanının hacibi təyin etdi.
• Kiçik oğlu Qızıl Arslanı İraq Səlcuq sultanlığında ordunun ali baş komandanı təyin etdi.
• İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına keçərək, Azərbaycan sultanlığına çevrildi.
Şəmsəddin Eldənizin hakimiyyəti (1136-1175)
Şəmsəddin Eldəniz görkəmli sərkərdə və dövlət xadimi idi. Ümumiyyətlə, Şəmsəddin Eldənizin hakimiyyəti
dövründə:
Naxçıvan şəhəri Eldənizlər dövlətinin ilk paytaxtı oldu.
Gürcü torpaqları və Şirvanşahlar dövləti Eldənizlərdən asılı vəziyyətə düşdü.
Xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı vahid dövlətdə birləşdirdi.
Azərbaycan torpaqları, yenidən birləşdirildi.
Kənd təsərrüfatı, sənətkarlıq və ticarət canlandı, mədənioyanışı baş verdi.
İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına düşdü.
Atabəylər dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərində birinə çevrildi.
Şəmsəddin Eldəniz dövləti qorumaq üçün aşağıdakı tədbirləri gördü:
• İqta mülkləri almış əmirlərin hərbi qüvvələrindən əlavə, ona tabe olan güclü süvari ordusu yaratdı.
• Mərkəzi hakimiyyətə tabe olmayan əmirlər və iri feodallar itaətə cəlb olundu.
QEYD: Şirvanşahları özlərindən asılı vəziyyətə salamaları və Azərbaycanı vahid dövlət halında
birləşdirməsi Sacilər, Salarilər və Eldənizlər dövlətinin tarixi üçün oxşar cəhət təşkil edir.
Eldənizlər sülaləsi
Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti (1175-1186)
Şəmsəddin Eldənizdən sonra hakimiyyətə oğlu Məhəmməd Cahan Pəhlavan (1175-
1186) gəldi. Məhəmməd Cahan Pəhlavan hakimiyyəti dövründə:
Atabəylər dövləti daha da qüvvətləndi
Paytaxtı Naxçıvandan Həmədan şəhərinə köçürüldü (1175)
Təbrizi Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin əlindən aldı
Azərbaycanın idarəsini kiçik qardaşı Qızıl Arslana tapşırdı (Qızıl Arslanın
iqamətgahı Təbriz idi).
Müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı.
Mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. M.C.Pəhlavan
QEYD: Paytaxtlarının köçürülməsi , 1175-ci ildə Eldənizlərin, 1192-ci ildə isə Şirvanşahların tarixində aid
oxşar hadisə idi.
Qızıl Arslanın hakimiyyəti (1186-1191)
Məhəmməd Cahan Pəhlavandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan (1186-1191)
keçdi. Qızıl Arslan hakimiyyətə gələrkən ona qarşı saray müxalifəti yarandı. Bu
müxalifətin əsas məqsədi taxt-tacı ələ keçirmək idi. Qızıl Arslana qarşı aşağıdakı qüvvələr
birləşmişdilər:
1. Formal olaraq sultan titulu daşıyan III Toğrul.
2. Narazı Səlcuq əmirlərindən ibarət qrup.
3. Məhəmməd Cahan Pəhləvanın oğlu Qutluq İnanc.
Mühüm dövlət
vəzifələrinə ən yaxın
adamlarını təyin etdi
Təbrizi Ağsunqurilər
sülaləsinin əlindən
aldı
Müstəqilliyə can atan iri
Səlcuq əmirlərinin
müqavimətini qırdı
Məhəmməd Cahan Pəhlavanın dövləti möhkəmləndirmək üçün həyata keçirdiyi tədbirlər
Mərkəzi hakimiyyəti daha
da qüvvətləndirdi
Azərbaycanın idarəsini
Qızıl Arslana tapşırdı
Paytaxtı Naxçıvandan
Həmədan şəhərinə köçürdü
Şəmsədin Eldənizin “Böyük Atabəy” titulu
aldı
Şirvanşahlar dövlətində I Axistanın
hakimiyyəti ələ aldı
1160-cı ildə baş vermiş hadisələr
Ş.Eldəniz (1136-1175)
M.C.Pəhləvan (1175-1186)
Qızıl Arslan (1186-1191)
Əbu Bəkr (1191-1210)
Özbək (1210-1225)
Qızıl Arslan
Qızıl Arslan saray müxalifəti və Səlcuq əmirləri ilə münasibətləri sahmana salmaq üçün Qutluq İnancla
barışdı.
Lakin III Toğrulla Qızıl Arslan arasında münasibətlər bərpa olunmadı. III Toğrulla Qızıl Arslan arasında
dəfələrlə qanlı döyüşlər oldu. 1191-cı ildə III Toğrulla Qızıl Arslan arasında baş verən Həmədan döyüşü
nəticəsində:
• Qızıl Arslan parlaq qələbə qazandı.
• III Toğrulu oğlu Məlikşahla birlikdə əsir aldı.
1191-ci ildə Qızıl Arslan Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etdi. Qızıl Arslan özünü sultan elan
etməsi ilə, hələ Şəmsəddin Eldənizin vaxtından İraq Səlcuq sultanlığını idarə edən Azərbaycan atabəyləri formal
hakimiyyətə də yiyələndilər.
Qızıl Arslanın daxili siyasəti nəticəsində yaranmış siyasi sabitlik uzun sürmədi. Mərkəzi hakimiyyətin
qüvvətlənməsindən narazı olan iri feodallar Qızıl Arslanı sui-qəsd təşkil edərək onu öldürdülər (1191).
Eldənizlər dövlətinin paytaxtları
Əbu Bəkrin hakimiyyəti (1191-1210)
Qızıl Arslanın öldürülməsindən sonra Eldənizlər dövlətində mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara
müharibələri başlnadı. Azərbaycanda Məhəmməd Cahan Pəhləvanın oğlu Əbu Bəkr (1191—1210) taxt- tacı ələ
keçirdi. Əbu Bəkrin hakimiyyəti dövründə:
Mərkəzi hakimiyyət uğrunda ara müharibələri Eldənizlər dövlətinin tənəzzülünü sürətləndirdi.
Ara müharibələrindən istifadə edən Xarəzmşahlar, , Şirvanşahlar və gürcü feodalları fəallaşdı.
1194-cü ildə Şəmkir və Beyləqan vuruşması nəticəsində - Gürcüstan və Şirvanşahların birləşmiş
qoşunları Eldənizləri ağır məğlubiyyətə uğratdılar.
Nə qədər səy göstərilsə də ölkədə feodal hərc-mərciliyin qarşısını almaq mümkün olmadı.
Gürcü qoşunlarının Azərbaycana dağıdıcı basqınları oldu , gürcülər dəfələrlə hücum edərək Gəncə,
Dəbil, Mərənd, Təbriz, Miyanə və.b şəhərləri qarət etdilər.
Eldənizlər dövlətinə aid döyüşlər
Həmədan
( 1191-cı il)
Qızıl Arslan parlaq qələbə qazandı vəIII Toğrulu oğlu Məlikşahla
birlikdə əsir aldı
Gürcüstan və Şirvanşahların birləşmiş qoşunları Əbu Bəkri ağır
məğlubiyyətə uğratdılar Şəmkir və Beyləqan
(1194-cü il)
Naxçıvan Həmədan Təbriz
Qızıl Arslana qarşı birləşmiş qüvvələr
İnanc Xatın
Səlcuq əmirləri
III Toğrul
Qızıl Arslanın Sultan III Toğrulu məğlub edərək əsir
alması
Əbu Bəkrin dövründə Eldənizlər dövlətinin xarici təhlükəyə məruz qalması
Əbu Bəkrin hakimiyyəti dövründə Eldənizlər dövləti xarici təhlükəyə məruz qaldı. Xarəzmşahların
hücumundan bir qədər sonra Eldənizlər sarayındakı hərc-mərcilikdən Şirvanşahlar və gürcülər istifadə etdilər.
Şirvanşah I Axsitan və gürcü çariçası Tamar Əbu Bəkrə qarşı mübarizədə onun qardaşı Əmir Əmiran Ömərə kömək
etdilər. Tərəflər arasında 1194-cü ildə Şəmkir və Beyləqan vuruşması baş verdi. Şəmkir və Beyləqan vuruşması
nəticəsində - Gürcüstan və Şirvanşahların birləşmiş qoşunları Əbu Bəkri ağır məğlubiyyətə uğratdılar. Bundan
sonra Eldəniz şahzadəsi Əmir Əmiran Ömər və gürcülərin birləşmiş qüvvələri Gəncəni ələ keçirərək qarət etdilər.
Bundan sonra gürcü qoşunları Dəbili qarət etdi. Naxçıvanı isə mühasirəyə alsalar da, onu ələ keçirə bilmədilər.
Sonra Təbriz istiqamətində hücumu davam etdirən gürcü qoşunları Mərəndi talan edərək Təbrizi mühasirəyə
aldılar. Təbriz hakimi Zahidə Xatın (Məhəmməd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq
məhsulları verməklə Təbrizi gürcülərin təcavüzündən qurtardı. Miyanə şəhəri də xərac verərək gürcülərin
talandan xilas oldu. Lakin gürcü qoşunları geri çəkilərkən miyanəlilər üsyan qaldıraraq şəhərdə saxlanılan gürcü
qarnizonunu qırdılar. Buna cavab olaraq yenidən şəhərə hücum edən gürcü cəza dəstələri şəhər hakimini ailəsi ilə
birlikdə qılıncdan keçirdilər, sonra isə şəhəri qarət edib yandırdılar.
Əbu Bəkrin dövründə Eldənizlərə qarşı mübarizə aparan qüvvələr
Özbəyin hakimiyyəti (1210-1225)
Atabəy Özbəyin (1210-1225) hakimiyyəti dövründə:
Ölkədə daxili çəkişmələri daha da artdı
Azərbaycan gürcü və monqolların hücumuna məruz qaldı
Eldənizlər dövlətinin süqutu daha da sürətləndi
Xarəzmşahların hücumu ərəfəsində ona heç bir müqavimət göstərilmədi.
1225-ci ildə sonuncu Atabəy hökmdarı Özbək Azərbaycana yürüş edən Xarəzmşah Cəlaləddin tərəfindən
taxtdan salındı və Eldənizlər dövləti t süqut etdi.
Naxçıvanın çoxlu əhalisi və inkişaf etmiş sənətkarlıq sahələri vardı. Yerli sənətkarlar daxili və xarici bazar
üçün parça, xalça, keçə, çuxa, saxsı və taxta qablar, keramika məmulatı və həmçinin misdən, qiymətli metallardan
hazırlanmış məmulat istehsal edirdilər.
Şəhər atabəy Şəmsəddin Eldənizin hakimiyyəti dövründə, Azərbaycan Atabəyləri dövlətinin paytaxtlarından biri
olarkən, özünün ən böyük çiçəklənmə dövrünə çatmışdı.
Bütün müsəlman torpaqlarından məşhur şair və yazıçılar, alimlər, memarlar, rəssamlar Azərbaycana axıb gəlməyə
başlamışdılar. Atabəylərin ağıllı xarici siyasəti və getdikcə artan qüdrəti sayəsində XII yüzilliyin II yarısından
sonunadək olan dövr nisbətən dinc, xalqın yaradıcı əməklə məşğul olduğu dövr idi.
Əbu Bəkr
Xarəzmşahlar Şirvanşahlar
Səlcuqlar Gürcülər
Azərbaycan İntibah mədəniyyəti (XI-XII əsrlər)
İntibah mədəniyyətinin yaranması
IX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin tərəqqisi baş
verdi. Buna görə də IX-XII əsrlər Azərbaycan İntibah mədəniyyəti dövrü adlanır. IX
əsrin ortalarından etibarən müsəlman intibahı başlandı. İslam mədəniyyəti İslam
dinini qəbul etmiş xalqların yaratdıqları ortaq mədəniyyəti hesab olunur. Bəhs edilən
dövrdə Azərbaycan müsəlman intibah – mədəni oyanışın mərkəzlərindən biri idi.
Azərbaycan mütəfəkkirləri bu mədəniyyətin yaradılmasında fəal iştirak etmişdilər. XI
əsrin ortalarından başlayaraq Azərbaycanda maddi və mənəvi mədəniyyətin oyanışına
əlverişli şərait yaratmış amillər aşağıdakılar idi:
1. Ərəb xilafətinin tənəzzülü nəticəsində Azərbaycanda dövlət ənənələrinin
dirçəlməsi.
2. Siyasi müstəqilliklə başlayan mədəni oyanışın baş verməsi.
IX əsrin ortalarından başlayan Azərbaycan intibahı XII əsrə qədər yüksələn
xətlə davam etdi. Bu dövrdə mədəniyyətin bir çox sahələrində bu gün də
əhəmiyyətini itirməyən nümunələr yaradıldı.
Siyasi dirçəliş elmin inkişafına mühüm təkan verdi. Bütün Şərqdə məşhur olan
Gəncə, Bərdə, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və başqa şəhərlərdə mükəmməl
təhsil verən çoxlu mədrəsələr var idi. Məscidlərin yanında fəaliyyət göstərən ibtidai
məktəblərdə Quran dərsləri keçirilir, müxtəlif elm sahələrinə aid ilkin məlumatlar
verilirdi.
Elmin ayrı-ayrı sahələrinə maraq getdikcə artırdı. Mədrəsələrdə şəriət, məntiq,
şərq dilləri ilə yanaşı, müxtəlif təbiət elmləri də öyrədilirdi. Azərbaycan mədəniyyəti
ümumdünya mədəniyyətinin inkişafına müsbət təsir göstərirdi. Bu, Azərbaycanın
dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olması və coğrafi mövqeyi ilə
bağlı idi. Ölkəmizin alimləri təbabət, fəlsəfə, astronomiya, tarix və coğrafiya
sahəsində dünya elminin önündə gedirdilər.
İntibah mədəniyyətinin görkəmli nümayəndələri
XI—XII əsrlərdə ədəbiyyatda daha güclü oyanış baş verdi. Bu dövrdə şifahi
xalq ədəbiyyatının ən böyük nümunəsi «Kitabi-Dədə Qorqud» dastanı artıq bütün ölkə
ərazisində geniş yayılmışdı. IX—XI əsrlərdə yazıya alınan dastanın boyları oğuzların
yaşadıqları bütün ərazilərdə yayılmışdı. İntibah dövründə Azərbaycan türk dili bütün
ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevrildi. Hökmdarların saraylarında, iri
şəhərlərin ədəbi mühitində formalaşan yazılı ədəbiyyat, bir qayda olaraq, ərəb və fars
dillərində yaranırdı.
Azərbaycanda İntibah dövrünün görkəmli elm və ədəbiyyat xadimlərindən
aşağıdakıları qeyd etmək olar:
• Bəhmənyar Mərzban oğlu – dövrün görkəmli filosofu və İbn Sinanın
tələbəsi olmuşdu. Əsərləri bir-çox qərb və şərq dillərinə tərcümə
edilmişdir. Dünya fəlsəfi fikrin inkişafında da mühüm rol oynamışdır.
• Xətib Təbrizi - Bağdadda Nizamiyyə mədrəsəsində 40 il dərs demiş,
fəlsəfə, dil, ədəbiyyat, məntiq elmlərinə dair qiymətli əsərlər yaratmış,
bütün İslam dünyasında ədəbiyyatşünaslıq və dilçilik sahəsində
ensiklopedik biliyə malik ən görkəmli alimlərdən biri səviyyəsinə
yüksəlmişdir.
• Ömər Gəncəyi –filosof-şair, dilçi və ədəbiyyatşünas alim idi. Bağdadın
Nizamiyyə mədrəsəsində təhsil almışdı
Bəhmənyar
Qətran Təbrizi.
Rəssam E.Şahtaxtinskaya
Məhsəti Gəncəvi.
Rəssam G.Mustafayeva
Nizami Gəncəvi
Xaqani Şirvani. Şabran.
Müəllif Camal Rüstəmov
• Eynəlqüzzat Miyanəçi - XII əsrin görkəmli filosofu idi. Çox qiymətli
fəlsəfi əsərlər yaratmışdır.
• Fazil Şirvani – dövrünün görkəmli astronomu idi, bütün ömrünü səma
cisimlərinin öyrənilməsinə sərf etmiş, astronmiyaya dair bir sıra qiymətli
cədvəllər hazırlamışdı
• Qətran Təbrizi - İntibah ədəbiyyatının ilk görkəmli nümayəndələrindən
biri idi. Onun əsərləri XI əsr tariximizi öyrənmək üçün dəyərli mənbə
hesab olunur.
• Məhsəti Gəncəvi - Azərbaycan İntibah ədəbiyyatının ilk görkəmli
nümayəndələrindən biri idi. Onun rübailərinin çoxu sadə peşə adamlarına
həsr edilib.
• Əfzələddin Xaqani Şirvani - İntibah ədəbiyyatının ən görkəmli
şairlərindəndir. O, Azərbaycan ədəbiyyatı tarixində ilk poemanın
müəllifidir. Xaqaninin yaradıcılığı bütün Yaxın və Orta Şərq ədəbiyyatına
güclü təsir göstərmişdir.
• Nizami Gəncəvi (1141—1209) - Azərbaycan İntibah ədəbiyyatı
yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə çatmışdı. Onun yaradıcılığı
Şərq və dünya poeziyasının inkişafına güclü təkan verdi. Şairin ölməz
«Xəmsə»si xalqımıza dünya şöhrəti gətirdi. Nizaminin yaradıcılığı Qərbi
Avropa intibahını yüzillərlə qabaqlamışdır.
XI-XII əsrlərdə Azərbaycan memarlığı. İncəsənət. Bədii sənətkarlığın inkişafı
XI-XII əsrlərdə memarlıq sahəsində də intibah baş verdi. Azərbaycan memarlığına İslam dini yeni üslub
gətirdi – iri şəhərlərdə gözəl imarətlər, məscidlər, minarələr, türbələr, qalalar, bürclər ucaldıldı. XI əsrdə inşa
olunan Azərbaycanın intibah mədəniyyətinə aid tarixi abidələri aşağıdakılardır:
• Xudafərin körpüsü (1027)
• Gəncə qala qapıları (1063)
XII əsrdə inşa olunan Azərbaycanın intibah mədəniyyətinin memarlıq
abidələri isə bunlardır:
• Qız Qalası (Bakı)
• Mərdəkan qalası (Bakı)
• Gülüstan qalası (Şamaxı yaxınlığında)
• Buğurd qalası (Şamaxı yaxınlığında, Ağsu çayı sahilində)
Qeyd edilən memarlıq abidələri müdafiə tikililəri (qalaları) idi.
İntibah dövrü Azərbaycan memarlığının ən görkəmli nümayəndələri XII əsrdə
yaşamış Əcəmi Əbubəkr oğlu və Məsud Davud oğlu idi. Əcəmi Əbubəkr yaşağığı
Eldənizlər dövlətinin paytaxtı olan Naxçıvan şəhərində aşağıdakı nadir memarlıq
abidələrini tikmişdir:
• Cümə Məscidi.
• Qoşaminarə.
• Yusif İbn Küseyr türbəsi.
• Möminə xatun türbəsi.
• Eldənizlər sarayı.
Əcəmi Əbubəkr özündən əvvəlki memarlıq ənənələrini zənginləşdirmiş, riyazi hesablamalara əsaslanan
mürəkkəb memarlıq kompleksləri yaratmış, “mühəndislər şeyxi” ləqəbini qazanmış, özündən sonra Naxçıvan
memarlıq məktəbinin əsasını qoymuşdur. Əcəminin memarlıq sənəti Şərq memarlığına güclü təsir göstərmişdir.
XII əsrin memarlıq incilərindən biri Bakıdakı Qız qalası idi. Qalanın memarı Məsud Davud oğlu olmuşdur.
Müdafiə məqsədilə tikilən qalanın özünəməxsus xüsusiyyətləri var. Digər qalalar — Abşerondakı Mərdəkan,
Şirvandakı Gülüstan və Buğurd qalaları da İntibah dövrünün memarlıq xüsusiyyətlərini daşıyır.
Bakıda Nizami
Gəncəvinin abidəsi.
Müəllif Fuad
Əbdürrəhmanov
Əcəmi Naxçıvaninin
abidəsi. Naxçıvan.
Heykəltəraş Kamal
Ələkbərov
Azərbaycan ustaları nadir metal məmulatları hazırlamaqda da mahir idilər. Belə sənət incilərindən biri də
Gəncənin məşhur qala qapıları hesab olunur.
Qız qalası. Mərdəkan qalası
Gülüstan və Buğurd qalalarının qalıqları
Əcəmi Naxçıvaninin memarlıq abidələri. Cümə məscidi. Qoşaminarə. Yusif ibn Küseyr və Möminə Xatun türbəsi.
XRONOLOGİYA
1038-1157 Böyük Səlcuq imperatorluğunun mövcud olması
1038-ci il
1040-1063 Səlcuq sultanı I Toğrulun hakimiyyəti
1048 18 sentyabr Səlcuq – Azərbaycan türk qoşunlarının Bizans, erməni və gürcü feodallarını məğlub
etməsi
1054 Rəvvadilər və Şəddadilər dövlətinin Səlcuqlardan asılı vəziyyətə düşməsi
1055 Səlcuqların Bağdadı Abbasilər xilafətini özündən asılı vəziyyətə salması.
1066 Səlcuqların Şirvanşahlar dövlətini özlərinə tabe etməsi. Azərbaycan torpaqlarının Böyük
Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesinin başa çatması
1118-1194 İraq Səlcuq sultanlığının mövcud olması.
1136 Şəmsəddin Eldənizin Arran hakimi təyin edilməsi ilə Eldənizlər dövlətinin əsasının
qoyulması
1136-1225 Eldənizlər (Atabəylər) dövlətinin mövcud olması
1136-1175 Şəmsəddin Eldənizin hakimiyyəti.
1160 Şəmsəddin Eldənizin “Böyük atabəy” titulu alması.
1175-1186 Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti.
1175 Məhəmməd Cahan Pəhlavanın paytaxtı Naxçıvandan Həmədana köçürməsi
1186-1191 Atabəy Qızıl Arslanın hakimiyyəti
1190 Həmədan döyüşü. Qızıl Arslanın III Toğrul üzərində qələbə qazanması
1191 Qızıl Arslanın Xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etməsi. Atabəylərin sultan
titulunu ələ keçirməsi
1191-1210 Atabəy Əbu Bəkrin hakimiyyəti.
1194 Şəmkir və Beyləqan vuruşması. Gürcüstan və Şirvanşahların birləşmiş qoşunlarının Əbu
Bəkri məğlubiyyətə uğratması
1210-1225 Atabəy Özbəyin hakimiyyəti.
XI əsrin ortaları Azərbaycan xalqının formalaşmasının başa çatması. Azərbaycan türk dilinin bütün ölkə
ərazisində vahid ünsiyyət dilinə və ədəbi dilə çevrilməsi
XII əsr Memar Əcəmi tərəfindən Yusif İbn Küseyr və Möminə xatun türbəsinin, Qoşaminarə.
Cümə məscidi və Eldənizlər sarayının inşa edilməsi
XII əsr Azərbaycanın intibah memarlıq abidələri olan Qız Qalası, Mərdəkan qalası, Gülüstan
qalası və Buğurd qalasının inşa edilməsi
AZƏRBAYCAN XIII-XIV ƏSRLƏRDƏ. MONQOLLARIN AZƏRBAYCANDA
HAKİMİYYƏTİ
Monqolların Azərbaycana birinci yürüşü (1220-1222)
Monqol yürüşləri ərəfəsində siyasi vəziyyət
1206-cı ildə Çingiz xan (1207-1227)
tərəfindən Mərkəzi Asiyanın şərqində yaradılmış
Monqol dövləti ilk vaxtdan hərbi yürüşlərə başladı.
Monqol ordusu geniş əraziləri tutaraq Azərbaycana
doğru irəlilədi. XIII əsrin əvvəllərində monqol
yürüşləri ərəfəsində Azərbaycanda vəziyyət
aşağıdakı kimi idi:
Daxili və xarici vəziyyət gərgin idi, feodal
pərakəndəliyi höküm sürürdü.
Monqollara ciddi müqavimət göstərəcək vahid
mərkəzi dövlət yox idi.
Azərbaycan dövlətlərindən heç biri təhlükədən
qorumağa qadir deyildi.
Eldənizlər dövləti əvvəlki qüdrətini itirmişdi.
Monqol yürüşləri ərəfəsində Azərbaycanda
mövcud olan dövlətlər
Monqolların Azərbaycana birinci yürüşünün başlanması. Təbrizin müdafiəsi
1220-ci ildə Cəbə və Subutayın rəhbərliyi ilə monqol qoşunlarının Azərbaycan torpaqlarına birinci yürüşü
başladı. Monqolların birinci yürüşünün məqsədi kəşfiyyat xarakteri daşıyırdı.
Cəba və Sabutay əvvəl Zəncan, Ərdəbil və Sərab şəhərlərini tutaraq dağıtdıqdan sonra Təbrizə hücum
etdilər. Təbriz şəhəri möhkəm qala divarları ilə əhatə olunduğundan monqollar danışıqlar apardılar. Bu zaman
Eldəniz hökmdarı Özbək, Təbrizin müdafiəsinə arxayın olmadığı üçün monqollarla sazişə girərək Cəba ilə
Sabutayın yanına elçilər və xərac göndərdi. Beləliklə, Azərbaycana monqolların birinci yürüşü zamanı 1220-ci ildə
Təbriz şəhəri xərac verərək talan və qarətdən xilas oldu.
Monqollar Təbrizdən xərac aldıqdan sonra qışlamaq üçün
Muğana getdilər və buradan Gürcüstan istiqamətində hücum
etdilər. Monqolların Muğandan Gürcüstan istiqamətinə hücuma
keçməsinin səbəbi - gürcü çarı IV Georgi ilə Atabəy Özbəyin
monqollara qarşı hərbi ittifaq bağlandığ barədə məlumat
alması idi. Bu hücum nəticəsində gürcü çarı məğlubiyyətə
uğradıldı.
1221-ci ilin əvvəllərində Cəba və Sabutayın dəstələri
Gürcüstandan yenidən Azərbaycana qayıtdılar və ikinci dəfə
Təbrizə hücum etdilər. Bu zaman Təbriz hakimi olan Şəmsəddin Tuğyari monqollara xərac verərək şəhəri ikinci
dəfə qarətdən xilas etdi. Monqollar Təbrizdən xərac aldıqdan sonra Marağaya hücum etdilər.
Əhali monqollara ciddi müqavimət göstərdi. Lakin, monqolların Marağaya hücumu nəticəsində:
• Marağa şəhəri tutularaq qarət olundu
• Şəhər əhalisinə qanlı divan tutuldu
Eldənizlər Ağsunqurilər
Şirvanşahlar
Monqolların yürüşü zamanı
Qafar Seyfullayevin «Monqolların Şamaxıya hücumu»
Monqollar Marağadan sonra Ərdəbili işğal etdilər. Ərdəbili tutandan sonra isə üçüncü dəfə Təbriz üzərinə
hücum etdilər. Bu zaman:
• Atabəy Özbək Təbrizin müdafiəsini buraxaraq Naxçıvana qaçdı
• Şəhər hakimi Şəmsəddin Tuğyari əhalini monqollara qarşı mübarizəyə çağırdı
• Şəmsəddin Tuğyarinin başçılığı ilə əhali Təbrizin müdafiəsinə qalxdılar
• Təbriz hər tərəfdən möhkəmləndirildi və qala divarları təmir olundu
Cəba və Sabutay Təbrizin ciddi mübarizəyə hazır olduğunu gördüyü üçün açıq döyüşə girməkdən
çəkindilər və şəhərdən üçüncü dəfə xərac almaqla kifayətləndilər. Beləliklə, Təbriz şəhəri monqolların
birinci yürüşü zamanı üç dəfə xərac verərək dağıntıdan xilas oldu.
Monqolların Arrana və Şirvana hücumu (1222)
Cəba və Sabutay Beyləqan şəhərini işğal etdikdən sonra Gəncəyə tərəf irəlilədilər.
Gəncəlilərin şəhərin müdafiəsinə əvvəlcədən hazırlaşdığını bildiyi üçün monqol
sərkərdələri şəhərdən xərac almaqla kifayətləndilər Beləliklə, Azərbaycana birinci yürüşü
zamanı monqolların Gəncəyə hücumu nəticəsində şəhər xərac verərək talan və dağıntıdan
xilas oldu. Azərbaycana birinci yürüşü zamanı monqolların Gəncə və Təbriz şəhərlərini işğal
edə bilməməsinin əsas səbəbi bunlar idi:
• Hər iki şəhərin müdafiəsinin yaxşı təşkil olunması
• Hər iki şəhərin mübarizəyə hazır olması
Monqol qoşunları 1222-ci ildə Şirvana hücum etdilər. Monqollar Şirvana hücum
edərkən Şirvanşah hökmdarı qalaların birinə çəkildi. Şamaxı əhalisi isə düşmənə üç gün qəti
müqavimət göstərdi. Lakin sayca üstün olan monqolllar Şamaxını işğal etdildilər.
Azərbaycanın Beyləqan və Şamaxı şəhərləri düşmənə daha ciddi müqavimət göstərdikləri
üçün amansız qırğın və talana məruz qalmdılar.
Monqolların Şamaxıya hücumu haqqında geniş məlumat vermiş ərəb tarixçisi İbn əl-
Əsir Şamaxı şəhərinin əhalisi haqqında yazır ki, əhali “qılınca sarılmaq lazımdır, bizə
ölümdən qurtuluş yoxdur, döyüşmək və ölmək hər şeydən yaxşıdır” deyərək düşmənə
qəhrəmancasına müqavimət göstərdi.
Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf üz tutaraq Dərbənd keçidindən keçməklə ölkələrinə getməyi
qərara aldılar. Lakin Dərbənd keçidindən keçməyin çətinliyini bilən Cəba və Sabutay Dərbəndi tuta
bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər.
Monqolların birinci yürüşü zamanı ələ keçirə bilmədiyi Azərbaycan şəhərləri
Gəncə Təbriz Dərbənd
Monqolların
Azərbaycana
birinci yürüşü
Beyləqan və Şamaxı
şəhərləri düşmənə daha
ciddi müqavimət göstərdi
Gürcüstan iki dəfə
monqollar tərəfindən
tutuldu
Təbrizə və Gəncəyə hücum etsələr də işğal edə bilmədilər
Yürüşə monqol
sərkərdələri Cəba və
Sabutay rəhbərlik edirdi
Yürüş 1220-1222-ci illəri
əhatə edirdi
Azərbaycana ilk dəfə
1220-ci ildə yürüşə
başladılar
Yürüşün məqsədi kəşfiyyat
xarakteri daşıyırdı
“Tatarlar
(monqollar nəzərdə
tutulur) Beyləqanı
və onun ətrafını
qarət edib
dağıtdıqdan sonra
Gəncə şəhərinə tərəf
hərəkət etdilər.
Gəncə Arran
vilayətlərinin
mərkəzi idi. Ancaq
tatarlar şəhər
əhalisinin şücaətini
bildikləri üçün ora
yaxın gedə
bilmədilər. Adam
göndərib pul və
paltar istədilər.
Əhali onların
istədiklərini verdi.
Onlar da Gəncədən
çıxıb getdilər”.
İbn al-Əsir
Xarəzimşah Cəlaləddinin Azərbaycanda hakimiyyəti (1225-1231)
Xarəzimşah Cəlaləddinin Azərbaycana yürüşü
Monqollar ölkəni tərk etdikdən sonra 1225-ci ildə Xarəzimşah Cəlaləddin Azərbaycana yürüş etdi. Monqollar
Mərkəzi Asiyanı işğal etdikdən sonra hakimiyyətdən məhrum olmuş və torpaqlarını itirmiş Xarəzimşah Cəlaləddin
qonşu ölkələri, həmçinin İran və Azərbaycanı zəbt etmək qərarına gəldi. Xarəzimşah Cəlaləddinin öz torpaqlarını
müdafiə etmək əvəzinə İran və Azərbaycanı işğal etmək qərarına gəlməsinin səbəbi həmin ərazilərdə feodal
dağınıqlığının hökm sürməsi və müqavimət göstərə biləcək vahid qüvvənin olmaması idi.
Xarəzimşah Cəlaləddin Azərbaycana monqollar kimi cənubdan hücum etdi və Marağanı tutdu. Bundan
sonra o, Marağadan Təbrizə doğru yönəldi. Xarəzimşah Cəlaləddin
Təbrizə hücum edərkən:
• Atabəy Özbək Naxçıvana, Əlincə qalasına qaçdı
(bununla da Eldənizlər dövləti süqut etdi).
• Təbriz hakimi Şəmsəddin Tuğyarinin qardaşı
Nizaməddinin başçılığı ilə şəhər əhalisi Xarəzimşah
Cəlaləddinə qarşı mübarizəyə qalxdı.
Təbrizlilər 7 gün vuruşsalar da sonda müdafiəçilərinin
müqaviməti qırıldı və Cəlaləddinin Təbriz şəhərini ələ keçirdi.
Xarəzimşah Cəlaləddin Nizaməddin Tuğyarini Təbriz hakimi (rəisi) təyin etdi. Daha sonra Gəncə zəbt edildi.
Xarəzmşah Cəlaləddinin Azərbaycanda idarəçiliyinin qurulması
Xarəzimşah Cəlaləddin Azərbaycana yürüşü nəticəsində:
• Bütün Azərbaycan torpaqları Xarəzimşah Cəlaləddinin işğalı altına düşdü.
• Atabəylər dövlətinin varlığına son qoyuldu (1225 ).
• Marağada Ağsunqurilər sülaləsi süqut etdi (1227).
• Şirvanşahlar dövləti ildə Cəlaləddindən asılı vəziyyətə düşdü.
• Azərbaycan torpaqları 1225-1231-ci illərdə Cəlaləddinin idarəsinə keçdi.
Azərbaycan Xarəzimşah Cəlaləddin tərəfindən işğal edildikdən sonra:
• Gəncə şəhərini Xarəzimşah Cəlaləddinin iqamətgaha çevrildi.
• Azərbaycanın idarəsi Cəlaləddinin vəziri Şərəf əl-Mülkə tapşırıldı.
Usta Bəndər üsyanı. Azərbaycanda Xarəzmşahların hakimiyyətinin başa çatması
Cəlaləddinin siyasəti sadə xalqın və yerli feodal əyanların narazılığına və üsyana
gətirib çıxardı. Üsyanların əsas səbəblərindən biri Cəlaləddinin əhali üzərinə ağır vergi və
mükəlləfiyyətlər qoyması idi. Cəlaləddinin Azərbaycanda hakimiyyəti zamanı Təbriz şəhəri
üsyan qaldırdı. Təbrizdə qalxmış üsyan getdikcə bütün Azərbaycanı bürüdü.
Cəlaləddinə qarşı xalq hərəkatının ən yüksək zirvəsi 1231-ci ildə Gəncədə Bəndərin
başçılığı ilə üsyanı oldu. Xarəzmşah ordusuna hücum edən üsyançılar qanlı döyüşə çıxdılar.
Cəlaləddinin Gəncə üsyançıları üzərinə yürüşü nəticəsində:
• Cəlaləddin çətinliklə də olsa hiylə yolu ilə Gəncə üsyanını yatırdı.
• Üsyan başçıları, o cümlədən Bəndər edam olundu.
Təbriz və Gəncədən başqa, digər ərazilərdə də Cəlaləddinə qarşı üsyanlar geniş vüsət
aldı. Lakin Cəlaləddin digər ərazilərdə baş verən üsyanları yatıra bilmədi. Cəlaləddinə qarşı
Azərbaycanda baş vermiş üsyanların nəticəsi olaraq:
• Cəlaləddinin yaratdığı dövlətin möhkəm əsasa malik olmadığını göstərdi.
• Monqolların Azərbaycanı və ətraf əraziləri zəbt etmələri üçün əlverişli şərait
yarandı.
1231-ci ildə Monqolların Azərbaycana ikinci yürüşü zamanı Cəlaləddin Azərbaycanı tərk etdi və daha sonra
naməlum şəraitdə suiqəsd nəticəsində öldürüldü. Bununlada Azərbaycanda Xarəzmşahların hakimiyyəti başa çatdı.
Usta Bəndər
“Gəncə üsyanı
zamanı şəhər
hakiminin sarayı
dağıdıldı, Xarəzm
qarnizonu məhv
edildi.
Üsyançılarla
danışıqları heç bir
nəticə vermədi.
Nəticədə
Cəlaləddinlə
üsyançılar
arasında qanlı
döyüş baş
verdi...”.
Nəsəvi
Xarəzimşah Cəlaləddinin yürüşü
Monqolların Azərbaycana ikinci yürüşü (1231-1239)
Monqolların Azərbaycana ikinci yürüşünün başlanması
1231-ci ildə monqolların Azərbaycana ikinci yürüşü baş verdi. Monqolların Azərbaycana ikinci yürüşünə
Cormağun noyon başçılıq edirdi. Azərbaycandakı siyasi vəziyyət monqollara qəti müqavimət göstərməyə imkan
verməsə də, bir sıra şəhərlərdə onlara qarşı çıxışlar oldu. Monqolların Azərbaycana ikinci yürüşündə əsas məqsədi
Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Bu isə monqolların Azərbaycana ikinci yürüşünü
birinci yürüşdən fərqləndirirdi.
Əvvəlcə düşmənə ciddi müqavimət göstərən Marağa monqollar tərəfindən tutuldu. Sonra monqollar Təbrizi
mühasirəyə aldılar. Təbriz əyanları birinci yürüşdə olduğu kimi, yenə də monqollarla danışıqlar apardı. Danışıqlar
nəticəsində:
• Əhali monqollara xərac verməklə Təbriz dağıntılardan xilas oldu.
• Təbrizin bir-çox sənətkarları Monqolustanın paytaxtı Qaraqoruma göndərdilər.
Gəncə şəhəri də monqollara uzun müddət müqavimət göstərdi. Lakin Gəncə uzun mübarizədən sonra, 1235-
ci ildə monqollar tərəfindən işğal olundu. Beləliklə, monqolların Azərbaycana birinci yürüşü zamanı xərac verib
dağıntıdan xilas olan Gəncə şəhəri monqolların ikinci yürüşü zamanı ələ keçirildi. Monqolların Azərbaycana ikinci
yürüşü zamanı talan edə bilmədiyi şəhər yalnız Təbriz şəhəri oldu.
Monqollar Şəmkirdə də ciddi müqavimətə rast gəldilər. Lakin Şəmkir də tutuldu, əhali isə qılıncdan
keçirildi. Daha sonra monqollar Bakını da tutdular.
1239-cu ildə Dərbənd şəhərini tutulması ilə bütün Azərbaycanın monqollar tərəfindən istilası və
monqolların ikinci yürüşü başa çatdı.
Azərbaycanın Ali Monqol Xaqanlığının tərkibinə qatılması (1239-1256)
1231-1239-cu illərdə Azərbaycan və Cənubi Qafqazın monqollar tərəfindən işğal edilməsi nəticəsində
Monqollar Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmləndilər. Ali Monqol Xaqanlığının Azərbaycanda
hakimiyyəti (1239-1256) dövründə:
• Azərbaycan Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə edilirdi.
• Bütün yararlı torpaqlar köçəri monqol əyanlarının ixtiyarına keçdi.
• Yerli feodalların əksəriyyəti torpaq malikanələrindən məhrum edildi.
• Yerli feodallar torpaqdan istifadə emək üçün yarlıq adlanan xüsusi icazə sənədi almalı idilər.
Azərbaycanda Ali Monqol Xaqanlığı dövründə monqol canişinləri isə öz aralarında hakimiyyət uğrunda
mübarizə aparırdılar. Bu mübarizə canişinlərin hakimiyyətinin sona çatması ilə nəticələndi.
Monqolların
Azərbaycana
II yürüşü
1231-ci ildə baş verdi
Yürüşdə əsas məqsədi
Azərbaycanda möhkəmlənmək idi
Xərac verməklə Təbriz yenə də
dağıntılardan xilas oldu
Təbrizin bir-çox sənətkarları
Qaraqoruma aparıldı
1235-ci ildə Gəncə monqollar
tərəfindən işğal olundu
Yürüşə Cormağun noyonbaşçılıq
edirdi
1239-cu ildə Dərbəndin tutulması ilə bütün Azərbaycan
işğal olundu
Şəmkir və Gəncə monqollara ciddi
müqavimət göstərdi
Monqolların Azərbaycana üçüncü yürüşü. Hülakülər dövləti (1256-1357)
Monqolların Azərbaycana üçüncü yürüşü və onun nəticələri
Monqol sarayındakı çəkişmələrdən istifadə edən yerli feodalların müstəqillik meyli güclənirdi. Bununla
razılaşmayan monqol xaqanı növbəti yürüş üçün göstəriş verdi. Hülakü xanın başçılığı ilə monqollar 1253-cü ildə
Ön Asiyaya qoşun göndərdi. Beləliklə qonşu ölkələrə, həmçinin Azərbaycana monqolların üçüncü yürüşü başlandı.
Hülakü xanın başçılığ etdiyi monqolların üçüncü yürüşünün əsas məqsədi İranın, Ərəb-İraqının, Suriyanın və
başqa ölkələrin müstəqil hakimlərini itaətə gətirmək idi. Hülakü xan güclü hərbi qüvvə və iri köçəri feodalların
köməyi ilə bir çox yerli feodalları itaətə cəlb edə bildi. Beləliklə, monqolların qonşu ölkələrə və Azərbaycana
üçüncü yürüşü nəticəsində:
• Beşinci Monqol Ulusu adlanan Hülakü (Elxanilər) dövləti yarandı.
• 1256-cı ildə Azərbaycan tamamilə Hülakülər dövlətinin tərkibinə qatıldı.
• Azərbaycan bir əsrədək Hülakülər tərəfindən idarə olunmağa başlandı.
• 1258-ci ildə Bağdad tutuldu və Abbasilər xilafəti süqut etdi.
Hülakülər dövlətininn sərhədləri Amudərya çayından Aralıq dənizinə qədər, İran körfəzindən Dərbəndədək
əraziləri əhatə edirdi. Azərbaycan bu dövlətin ən inkişaf etmiş ərazisi idi. Marağam, Təbrizi və Sultaniyyəni, sonra
isə yenidən Təbrizi paytaxt seçən Hülakülər yayda Qarabağı, qışda isə Muğanı özlərinə iqamətgah edirdilər.
Hülakülərin dövründə (XIII-XIV əsrlərdə) Azərbaycan Azərbaycan ərazisi 250 min kvadratkilometr idi.
Hülaku dövlətinin paytaxtı olmuş Azərbaycan şəhərləri
Tarixi Başçıları Xarakteri Nəticələri
I Yürüş
(1220-1222)
Cəba və
Sabutay
Kəşfiyyat
Ölkənin iqtisadi, mədəni-ictimai sahələrinə ağır zərbə
vuruldu, feodal pərakəndəliyi daha da gücləndi
II Yürüş
(1231-1239)
Cormağun
noyon
Azərbaycanda
möhkəmlənmək
Bütün Azərbaycan monqollar tərəfindən işğal olundu
və Ali monqol xaqanının təyin etdiyi canişinlər
vasitəsilə idarə etməyə başlandı
III Yürüş
(1254-1256)
Hülakü xan
Müstəqil
hakimlərini itaətə
gətirmək
Azərbaycan tamamilə Hülakülər dövlətinin tərkibinə
qatıldı və bir əsrədək Hülakülər tərəfindən idarə
olunmağa başlandı
Təbriz
Sultaniyyə
Marağa
Hülakü xanın müstəqil hakimlərini itaətə
gətirmək üçün səfərə çıxması (Qədim şəkil)
1258-ci ildə Hülakü xanın Bağdada hücumu
(Qədim şəkil)
Hülakü xanın hakimiyyəti (1258-1265)
Elxanilər dövlətinin əsasını qoymuş və onun ilk hökmdarı olmuş Hülakü xanın
hakimiyyəti dövründə:
Köçəri feodallara arxalanaraq vilayətlərin idarəçiliyini və hərbi-siyasi işləri
əmirlərə həvalə etdi
Qısa vaxtda güclü və mərkəzləşmiş dövlət yaratdı.
Azərbaycanın şimal hissəsində şimal sərhədlərinin mühafizəsini
möhkəmləndirmək məqsədi ilə güclü monqol hərbi dəstələri məskunlaşdırıldı
Azərbaycan torpaqları uğrunda Hülakü və Qızıl Ordu arasında müharibələr
başlandı.
Qazan xanın hakimiyyəti (1295-1304)
Hülakü xanın ölümü hakimiyyət uğrunda gedən mübarizəni gücləndi. 1295-ci
ildə Qazan xan Qarabağda özünü padşah elan etdi. Uzunsürən mübarizədən sonra
Elxani taxtına çıxan Qazan xan (1295—1304) bu münaqişəyə son qoydu. Beləliklə
Hülakülər dövlətində hakimiyyət uğrunda gedən mübarizə Qazan xanın hakimiyyətə
gəlməsi ilə nəticələndi. Qazan xan hakimiyyətə gəldikdən sonra dərhal aşağıdakı
tədbirləri həyata keçirməyə başladı:
Ölkədə baş verən qiyamların hamısını yatırdı.
İslam dinini dövl ət dini elan edib özünə Mahmud təxəllüsünü götürdü.
Hülakü dövlətini iqtisadi böhrandan xilas etmək üçün islahatlar keçirdi.
Əbu Səidin hakimiyyəti (1316-1335)
Qazan xanın ölümündən sonra Hülakülər dövlətində mərkəzi hakimiyyət bir müddətdən sonra zəiflədi.
Qazan xandan sonra Hülakülər dövlətinin taxt-tacına onun qardaşı Məhəmməd Olcayut daha sonra isə Olcayutun
oğlu Əbu Səid (1316-1335) gəldi. Azyaşlı Əbu Səid dövlətin idarəsində yaxından iştirak edə bilmədiyi üçün
Məhəmməd Olcayut vəsiyyət etmişdir ki, dövlətin idarəsi Sulduz qəbiləsindən olan baş əmir Çobana həvalə
olunsun. Odur ki, Əbu Səid hakimiyyətə gəldikdən sonra Hülakü dövlətini Əmir Çoban idarə etməyə başladı. Onun
hakimiyyətdəki ağalığı digər feodal quruplarının narazılığına və mərkəzi hakimiyyətə qarşı çıxışlara səbəb oldu.
Ölkədə feodal çəkişmələri gücləndi. Əmir Çobana qarşı qiyamlar başladı. Artıq gənc yaşına çatmış Əbu Səid
qiyamları yatırmaq üçün şəxsən döyüşlərə girirdi və qiyamçılarıınn qoşunlarını məğlubiyyətə uğratdı. Buna görə ona
«Bahadır» ləqəbi verildi.
Bundan sonra Əbu Səid Əmir Çobana qarşı mübarizəyə başladı. Əbu Səidin Əmir Çobana qarşı mübarizəyə
başlamasının səbəbi bunlar idi:
1. Əmir Çoban və onun oğlanlarının dövlət idarəçiliyində yüksək mövqe tutması
2. dövlətin idarəsini bütövlükdə Əmir Çoban və onun oğlanlarının əlinə alması
Əbu Səid Əmir Çobana qarşı çıxan feodalları öz ətrafında birləşdirərək 1328-ci ildə əmir Çobanı və onun
oğlanlarından ikisini edam etdirdi. Lakin feodal şəkişmələri daha da gücləndi və səngimək bilmədi.
Çobanilərin Hülakü səltənətini ələ keçirməsi
1335-ci ildə Əbu Səid arvadı tərəfindən zəhərlənərək öldürüldü. Əbu Səidin ölümü ilə Hülakü dövləti
getdikcə tənəzzülə uğradı. Qızıl Ordu qoşunlarına ölkənin içərilərinə soxulmağa şərait yaratdı. Dövlətin süqutu
daxili və xarici qarşıdurmalar nəticəsində sürətləndi. Hakimiyyətə sahiblənmək uğrunda müxtəlif quruplar arasında .
«Hülakü səltənəti uğrunda» mübarizə qızışdı.
Əbu Səid hələ sağlığında əmir Çobanı və onun oğlanlarından ikisini edam etdirsə də, onun ölümündən sonra
Çobanilər Hülakülər dövlətinin zəifləməsindən istifadə edərək hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli
feodal qrupa çevrildilər. «Hülakü səltənəti uğrunda» Çobanilərlə yanaşı Cəlairilər və Şirvanşahlar da mübarizə
aparırdı. Bu mübarizədə nisbətən güclü olan çobanilər dövləti Hülakü şahzadələrinin adından idarə edirdilər. Lakin
Çobani əmirləri müstəqil, Hülakülərdən heç bir asılılığı olmayan dövlət qura bilmədilər. Hülakülər dövlətində
Hülakü xan
Qazan xanın İslam dinini
qəbul edib taxta çıxması
çobanilərin ağalığına və zülmünə qarşı üsyanlar baş verdi. Ağır həyat sürən əhalinin tez-tez keçirdiyi üsyanları
Çobanilər zorla yatırırdı.
Çobani zülmündən xilas olmağa çalıçan Azərbaycan əhalisi çıxış yolunu Qızıl Ordu xanı Canı bəyə müraciət
etməkdə gördü. 1357-ci ildə Canı bəy Təbrizə gələrək Çobanilərin hakimiyyətinə son qoydu. Hülakü dövləti süqut
etdi.
Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu arasında müharibələr
Hülakülər dövlətinin yarandığı ilk vaxtlarda, Hülakü xanın hakimiyyəti dövründən başlayaraq Hülakülərlə
Cuci nəslindən olan Qızıl Orda xanları arasında Azərbaycan ərazisi uğrunda müharibələr gedirdi. Çünki, Hülakülər
dövlətinin Qızıl Ordu xanları ilə Azərbaycanda mənafeyi toqquşurdu. Hülakülərlə Qızıl Orda xanları arasında gedən
müharibələrin əsas səbəbi Qızıl Ordu xanlarının Monqol dövlətinin yaradıcısı Çingiz xanın vəsiyyətinə görə,
Azərbaycan torpaqlarının Cuci ulusunun payına düşməsini iddia etməsi idi. Odur ki, Hülakülərinin
Azərbaycanda hökmranlığının başlananması ilə Qızıl Ordu xanları tez-tez bu ərazilərə hücumlar edirdilər. Hülakü
xan və ondan sonra gələn davamçıları isə bu yürüşləri dəf etməyə çalışırdılar.
Hülakülər dövləti Qızıl Ordunun ən böyük və dağıdıcı hücumuna 1335-ci və 1357-ci ildə məruz qaldı. 1335-
ci ildə Özbək xanın başçılıq etdiyi Qızıl orduların yeni hücumlarına məruz qaldı. Əbu Səid 60 min nəfərlik
qoşunla Arrana gələrək Qızıl Ordu xanı Özbək xanı məğlub edərək onu geri çəkilməyə məcbur etdi. Lakin Əbu
Səidin zəhərlənərək öldürülməsindən istifadə edən Özbək xan yenidən hücuma keçərək Kür çayına kimi irəlilədi.
Yeni taxta çıxan Arpa xan (1335-1336) Qızıl orduluları ölkədən qova bildi. 1335-ci ildə Özbək xanın qoşunugeri
çəkildilər, burada Şirvanda bütün silahlarını və əmlaklarını atdılar, təcili qaçmağa başladılar... Dərbəndə kimi
qaçdılar, oradan isə öz ölkələrinə getdilər» (Həmdullah Qəzvini).
Qızıl Ordu hökmdarı Canı bəyin Azərbaycana hücumu. Hülakü dövlətinin süqutu
1357-ci ildə Qızıl Ordu xanı Canı bəyin Azərbaycana yürüşü baş verdi. Canı
bəyin yürüşü nəticəsində:
• Təbrizə əhalisinin köməyi ilə Canı bəy hakimiyyəti ələ aldı
• Hülakülər dövləti süquta uğradı
• Azərbaycanda Qızıl Ordunun hakimiyyəti quruldu
• Azərbaycanda çobanilərin ağalığına son qoyuldu.
• Çobanilərin Hülakülər dövlətinin mühafizəsi uğrunda apardığı mübarizəyə
son qoyuldu.
Canı bəy öz ölkəsindəki gərgin vəziyyətlə əlaqədar olaraq oğlu Bərdi bəyi
Təbrizdə səltənətə qoyub, Qızıl Ordaya qayıtdı. Lakin Bərdi bəy atası Canı bəyin qəfil
ölümü ilə əlaqədar olaraq Təbrizdən getməli oldu. Beləliklə, Canı bəyin qəfil ölümü
Qızıl orduluların Azərbaycanı tərk etməsilə nəticələndi. Bu fürsətdən istifadə edən
Cəlairilər dövləti Azərbaycana hücum edərək ölkəni özünə tabe etdi.
XIII – XIV əsrlərdə Azərbaycan uğrunda müharibə aparan dövlətlər
Qızıl Ordu dövləti
Hülakü dövləti
Canı bəy
Qazan xanın islahatları
Qazan xanın islahatlar keçirməkdə məqsədi
Qazan xan Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün bir sıra islahatlar - torpaq, vergi,
məhkəmə, rabitə, ticarət və pul islahatları həyata keçirdi. Qazan xanın islahatlarının təşkilində və həyata
keçirilməsində vəzir, tarixçi alim və həkim Fəzlüllah Rəşidəddinin böyük rolu olmuşdu.
Qazan xanın həyata keçirdiyi islahatlar nəticəsində əhalinin vəziyyətini yaxşılaşdırdı, Hülakü dövlətində
iqtisadiyyat canlandı.
Torpaq islahatı
Qazan xanın torpaq islahatı Elxanilərə xidmət edən yerli əyanların mənafeyinin
təmin olunmasına istiqamətləndirilmişdir. Qazan xanın torpaq islahatının əsasını monqol
qoşun hissələrində xidmət edənlərə torpaq verilməsi təşkil edirdi. Qazan xanın torpaq
islahatı keçirməkdə məqsədi kənd təsərrüfatını inkişaf etdirmək, kəndliləri yaşadıqları
torpaqlarda oturaqlaşdırmaq idi. Çünki monqol işğalları nəticəsində məhsuldar Azərbaycan
torpaqları otlaqlara, köçəri maldarların örüş yerlərinə çevrilmişdi. Qazan xanın torpaq
islahatına əsasən:
• Monqol qoşun hissələrində xidmət edənlərə iqta torpağı verildi.
• İqta torpaqları satılıb-alına, bağışlana və ya başqa şəkildə digərinə verilə
bilməzdi.
• İqta sahibi öldükdən sonra hərbi işi kim davam etdirirdisə iqta da ona verilirdi.
Qazan xan istifadəsiz qalan bayrat torpaqlarının becərilməsi üçün də tədbirlər gördü.
Həmin tədbirlərə görə:
• Sahibsiz torpaqlar divanın tabeliyinə verildi.
• Onların istifadəsi üçün yeni sahibkarlar müəyyən edildi.
Qazan xan 1303-cü ildə verdiyi fərmanla iqta torpaqlarında yaşayan kəndlilərin bir
yerdən başqa yerə getməsi qadağan olundu. Bu fərmanla kəndlilər öz yaşayış yerlərinə
təhkim olunurdu.
Vergi islahatı
Qazan xanın vergi islahatına əsasən vergi toplanması sahəsində aşağıdakı dəyişikliklər edildi:
• Vergilərin növü, həcmi, toplama üsulu, vaxtı və.s məsələlərdə qayda qanun yaradıldı.
• Vergi verənlərin siyahısı tutuldu, qeyri qanuni vergilərin toplanması qadağan olundu.
• Əhalinin ödəyəcəyi vergilərin miqdarı lövhələrə həkk olunaraq baxımlı yerlərdə nümayiş etdirildi.
• Vergilərin nağd pulla və ya məhsulla toplanması və toplama vaxtı dəqiqləşdirildi.
Məhkəmə islahatı
Qazan xanın məhkəmə islahatı keçirməkdə məqsədi özbaşınalığın və rüşvətxorluğun qarşısını almaq idi.
Qazan xanın məhkəmə islahatına əsasən:
• 30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirdi.
• «Qazı» (din xadimi) vəzifəsinə ədalətli din xadimləri götürülürdü.
• Qazilərdən qanuna düzgün əməl edəcəkləri barədə iltizam alınırdı.
• cinayətkarların qanuni cəzalandırılmaları üçün tədbirlər görüldü.
Məhkəmə
Rabitə
Torpaq
Qazan xanın islahatları
Vergi
Ticarət
Monqol ağalığı
dövründə
Azərbaycanda
divan, iqta
torpaqları ilə
yanaşı incu və
bayrat torpaq
mülkiyyəti də geniş
yayılmışdı. İncu –
hökmüdar və xan
nəslinə məxsus
torpaqlar idi.
Bayrat isə
istifadəsiz qalıb,
sonradan monqol
feodallarının
himayəsinə keçmiş
torpaqlara
deyilirdi.
Lakin Qazan xanın məhkəmə islahatı yarımçıq qaldı və tam şəkildə həyata keçirə bilmədi.
Rabitə islahatı
Qazan xanın rabitə islahatına əsasən:
• Ticarət yollarında gömrük toplanması işi qaydaya salındı, yollarda karvansaralar tikildi.
• Əsas yollarda təxminən hər 20 km-dən bir rabitə dayanacaqları adlanan yamlar yaradıldı.
• Yamlara əmirlər təyin olundu, onların sərəncamına lazımi qədər qulluqçular, atlar və qoşqu verildi.
• Əmirlərə əhalidən rabitə işinə görə hər hansı bir vəsaitin alınması qadağan edildi.
• İki il müddətində həyata keçrilən bu islahat nəticəsində rabitə sistemi yaradıldı.
Ticarət islahatı
Qazan xan ticarətin inkişafını təmin etmək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirdi:
• Vahid pul, çəki və ölçü sistemi yaradıldı.
• Ticarət yollarında və bazarlarda gömrük toplanması işi qaydaya salındı.
• Ticarət mərkəzləri, yollarda karvansaralar tikildi.
• karvan yollarının qorunması üçün xüsusi dəstələr təşkil olundu.
Azərbaycanda monqol ağalığı dövründə vergi və
mükəlləfiyyətlərin miqdarı 40-dan artıq idi. Vergi sahəsində
özbaşınalıq hökm sürürdü. Eyni verginin təkrar toplanması
adi hal almışdır. Monqollar dövründə əhali əvvəlki vergilərlə
yanaşı monqolların təyin etdiyi tamğa və qopçur vergilərini də
ödəyirdi. Tamğa şəhər sənətkarları və tacirlərdən pulla
alınırdı. Qopçur vergisini isə əvvəllər köçəri maldarlar
ödəyirdilər. Lakin sonrlar can vergisinə çevrilərək şəhər və
kəndlərin otlaq sahəsinə də şamil edildi.
Monqollar vergi yığarkən
Azərbaycan torpaqlarının Cəlairilər dövlətinin hakimiyyəti altına düşməsi
Cəlairilər Hülakü xanın yürüşü dövründə Azərbaycana köçən monqol qəbiləsi idi. Cəlairilər tez bir vaxtda
qüvvətlənməyə başladılar. Hakimiyyətə sahiblənmək istəyi onların mübarizəsini daha da gücləndirirdi. Cəlairilər
Hülakü səltənətinə yiyələnmək uğrunda mübarizədə Çobanilərə məğlub olaraq Bağdada çəkildi və Şeyx Həsən
Cəlairinin (1340-1354) başçılığı ilə 1340-cı ildə
Bağdadda Cəlairilər dövlətini yaratdı.
1357-ci ildə Qızıl Ordu hökmdarı Canı bəy
Hülakülər dövlətinə son qoyub Azərbaycanda
hakimiyyəti ələ aldıqdan sonra idarəçiliyi oğlu
Bərdi bəyə tapşırdı. Bərdi bəy atasının ölüm
xəbərini eşidəndən sonra ölkəni tərk etməli oldu. Bu
zaman Cəlairilər dövlətində Şeyx Həsən Cəlairidən
sonra hakimiyyətə gəlmiş Şeyx Üveys (1354—
1374) bu fürsətdən istifadə edərək Azərbaycanı
dövlətinin tərkibinə qatmağa çalışdı. Bu məqsədlə
Şeyx Üveys 1358-1359-cu ildə Azərbaycana
hücum etdi. Şeyx Üveysin Azərbaycana yürüşü
nəticəsində:
Təbrizi tutdu və Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı.
Şirvan ərazisini tutaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı.
Beləliklə Şeyx Üveysin hakimiyyəti dövründə:
Şeyx Üveys hakimiyyəti dövründə:
Azərbaycana Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Şirvanşahlar dövləti Cəlairilərdən asılı vəziyyətə düşdü.
Paytaxt Bağdaddan Tərbizə köçürüldü.
Mərkəzi idarə sistemini möhkəmləndirdi.
Şeyx Üveysin ölümündən sonra hakimiyyəti idarə etmək Cəlairilər üçün çətinləşdi. Feodal pərakəndəliyi və
hakimiyyətə qarşı çıxışlar ölkəni zəiflətməyə başladı.
Şeyx Üveysdən sonra hakimiyyətə Sultan Hüseyn (1374-1382) gəldi. Sultan Hüseynin dövründə:
Ölkədə feodal fərakəndəliyi gücləndi.
Mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı.
Sultan Əhmədin (1382-1410) hakimiyyəti dövründə:
Cəlairilər dövlətində feodal ara müharibələri davam etdi
Ölkənin ictimai və siyasi həyatında elə də əhəmiyyətli dəyişiklik baş vermədi
II Şənbi-Qazan döyüşündə Qara Yusifə məğlub oldu
1410-cu ildə Cəlairilər dövləti, Qaraqoyunlu dövləti tərəfindən süquta uğradıldı
Belə bir vaxtda hakimiyyəti Sultan Əhməd (1382—1410) ələ keçirdi və taxt-tacına sahib oldu. Sultan
Əhməd vəziyyəti düzəltməyə çalışsa da, feodallar arasındakı mübarizə və ölkəyə olan işğalçı yürüşlər ona bu
istəyini reallaşdırmağa imkan vermədi. Beləliklə, Sultan Əhmədin hakimiyyəti dövründə:
Cəlairilər dövlətində feodal ara müharibələri davam etdi.
Ölkənin ictimai və siyasi həyatında elə də əhəmiyyətli dəyişiklik baş vermədi.
II Şənbi-Qazan döyüşündə Qara Yusifə məğlub oldu.
1410-cu ildə Cəlairilər dövləti, Qaraqoyunlu dövləti tərəfindən süquta uğradıldı.
Cəlairilər sülaləsi
Şeyx Həsən (1340-1354) 1340-cı ildə Bağdadda Cəlairilər dövlətini yaratdı
Şeyx Üveys (1354-1374) Təbrizi tutaraq Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı
Sultan Hüseyn (1374-1382) Ölkədə feodal fərakəndəliyi gücləndi
Sultan Əhməd (1382-1410) Ölkədə feodal ara müharibələri davam etdi
Toxtamış xan və Əmir Teymurun Azərbaycana yürüşləri. Əlincə qalasının müdafiəsi
XIV əsrin 80-cı illərində Azərbaycan Əmir Teymurun və Qızıl Ordu hökmdarı
Toxtamış xanın dağıdıcı yürüşlərinə məruz qaldı və onların mübarizə meydanına çevrildi.
1385-ci ildə Əmir Teymur qoşunu ilə Azərbaycana yürüş etsə də, burada çox qala
bilməyib geri qayıtdı. Əmir Teymur 1385-ci ildə Azərbaycana yürüş etdi. Lakin Mərkəzi
Asiyada baş vermiş hadisələrlə əlaqədar olaraq yürüşü yarımçıq qoyaraq geri qayıtdı. Bu
zaman Azərbaycan Cəlarilər dövlətinin tərkibində idi. Sultan Əhməd Əmir Teymurun yürüşü
zamanı ona qarşı müqavimət göstərə bilməyərək Bağdada qaçdı və ölkəni başsız qoydu.
Əmir Teymurun geri çəkilməsindən və Sultan Əhmədin Bağdada qaçmasından fürsət kimi
istifadə edən Qızıl Ordu xanı Toxtamış xan Azərbaycana yürüşə başladı. 1385-ci ildə
Toxtamış xanın Azərbaycana hücumu nəticəsində Təbriz və digər əraziləri zəbt edib çoxlu
qənimət ələ keçirərək öz ölkəsinə qayıtdı.
Azərbaycan 1386-cı ilin baharında Əmir Teymurun birinci - “üçillik yürüşü”nə
məruz qaldı. Bu yürüş zamanı Təbriz şəhəri tutuldu. Cəlairi əmirlərinin əsas hissəsi
Bağdada, bir qismi isə Əlincə qalasına qaçdı. Əmir Teymurun Azərbaycana “üçillik
yürüşü” nəticəsində, Əlincə qalası istisna olmaqla Naxçıvanadək bütün Azərbaycan
torpaqları onun tərəfindən tutuldu. 1386-cı ildə Teymur Qarabağda olan vaxt Şirvanşah I
İbrahim qiymətli hədiyyələrlə onun hüzuruna gedərək müqavimət göstərmədən ona itaət
etdiyini bildirdi və onunla ittifaq bağladı. Teymur Azərbaycan tutduqdan sonra onun
idarəsini oğlu Miranşaha tapşıraraq paytaxt Səmərqəndə geri döndü. Əmir Teymurun
Azərbaycanı asanlıqla işğal etməsinin səbəbi – ölkədə ona qarşı müqavimət göstərə biləcək
vahid dövlətin olmaması idi.
1392-ci ildə Əmir Teymur ikinci dəfə Azərbaycana yürüş edərək Təbrizə daxil oldu.
Bu zaman Cəlairi əmirləri Əlincə qalasına sığınmışdılar və Teymura tabe olmamışdılar.
Teymur Əlincəyə güclü qoşun göndərsə də qalanı tuta bilmədi. Teymur ikinci yürüşü zamanı
Gürcüstanı zəbt etdi və Şəki hakimi Seyid Əlini itaətə gətirdi. Beləliklə, Əmir Teymurun
Azərbaycana ikinci yürüşü nəticəsində də, Əlincə qalası istisna olmaqla bütün
Azərbaycanı Teymurilər zəbt etdi. Əmir Teymurun Əlincə qalasını uzun müddət tuta
bilməməsinin səbəbi qalanın strateji mövqedə yerləşməsi və yaxşı müdafiə olunması idi.
Odur ki, Əlincə qalası Cənubi Qafqazın, o cümlədən Azərbaycanın yerli feodallarının
Teymurilərə qarşı mübarizənin əsas dayağına çevrildi. Əlincə qalası 14 il mühasirədə
qalandan sonra zəiflədi və 1400-cü ildə süqut etdi. Qalanın süqutunun səbəbi müdafiəçilər
arasında birliyin olmaması idi. Azərbaycanda sonuncu istehkamı da fəth edən Teymur bir
müddət sonra geri qayıtdı.
Əmir Teymur 1405-ci ildə vəfat etdi. Bu zaman Azərbaycanın Şirvana qədər olan
əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. Əmir Teymurun ölüm
xəbəri Azərbaycanı ələ keçirmək uğrunda mübarizənin yenidən başlanmasına səbəb oldu.
Hakimiyyəti yenidən ələ almaq istəyən Cəlairilər və onların müttəfiqi olan Qaraqoyunlular
Təbrizə doğru irəlilədilər. Teymurilərin hakimiyyətini zəiflədən bu yürüşlər daha bir yeni
dövlətin yaranmasına imkanlar açdı.
Əmir Teymur
dəfələrlə Əlincə
qalasına dəfələrlə
yürüş etsədə, heç bir
qələbə qazana
bilməmişdir.
Əlincə qalasının
müdafiəsinə Sultan
Əhmədin oğlu Sultan
Tahir və Əmir Altun
başçılıq edirdi.
Qalanın belə ciddi
müdafiə olunmasının
səbəbi Cəlairilər
dövlətinin
xəzinəsinin burada
saxlanılması idi.
Dövrün tarixçisi İbn
Ərəbşahın yazdığına
görə Teymur
Azərbaycanda
olmadığı vaxtda
Sultan Tahir ilə Əmir
Altun arasında ciddi
münaqişə baş verdi.
Tahir ərzaq gətirmək
üçün getmiş Altunu
qalaya buraxmadı.
Ona görə də Əlincə
müdafiəçiləri
Tahirdən üz
döndərdilər. Belə
olduqda Tahir
acizliyini dərk
edərək xəzinəsini
götürüb yaxın
adamları ilə Bağdada
qaçdı və Əlincə
müdafiəsiz qaldı.
Teymur 1400-cü ildə
başsız qalmış Əlincə
qalasına gələrək
müqavimətsiz qalanı
tutur, onu seyr edir
və möhtəşəmliyinə
heyran qalır.
Əmir Teymur Toxtamış xanın Qızıl Ordu dövlətində hakimiyyətə
gəlməsinə kömək etməklə onu öz vassalına çevirmişdi. Lakin
Toxtamışın Teymurun himayəsi altında olan torpaqlara və
Azərbaycana hücum etməsi onlar arasında müharibəyə səbəb
olmuşdu. Əmir Teymur 1395-ci ildə Toxtamış xanı məğlubiyyətə
uğratdı. Bundan sonra Qızıl Ordu dövləti zəiflədi və bir daha
Teymurilərin hakimiyyəti altında olan ərazilərə yürüşləri kəsildi.
Toxtamış xan Əmir Teymur
Əmir Teymurun Azərbaycana yürüşləri
Birinci “üçillik” yürüş
(1386-1387) yürüşü
İkinci “beşillik” yürüş
(1392-1397)
Üçüncü yürüş
(1399)
• Təbriz şəhəri tutuldu
• Cəlairi əmirləri Bağdada, bir
qismi isə Əlincə qalasına qaçdı
• Əlincə qalası mühasirəyə alındı
• Yürüş nəticəsində, Əlincə qalası
istisna olmaqla bütün
Azərbaycan torpaqları tutuldu
• Əlincəyə güclü qoşun göndərsə
də qalanı tuta bilmədi
• Gürcüstanı zəbt etdi və Şəki
hakimi Seyid Əlini itaətə gətirdi
• Şirvanşah I İbrahim Teymurla
ittifaq bağladı
• Yürüş nəticəsində, Əlincə qalası
istisna olmaqla bütün
Azərbaycan torpaqları tutuldu
• Qarabağ feodal hakimləri, Şəki
hakimi Seyid Əhməd Şirvanşah I
İbrahimin himayədarlığı ilə
Teymurla ittifaq bağladı
• Əlincə qalası daxili çəkişmələr
nəticəsində Teymura tabe oldu
• Azərbaycan Teymurun tam
hakimiyyəti altına düşdü
XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarının tərkibində olduğu dövlətlətlər
Cəlaləddinin hakimiyəti
1225-1231
Azərbaycan
torpaqları
Ali Monqol xaqanlığı
Hülakü dövləti
1256-1357
1231-1256
1359-1410
fasilələrlə
1386-1408
fasilələrlə
Teymurilər dövləti
Cəlairilər dövləti
Şirvanşahlar dövləti və Şəki hakimliyi XIII-XIV əsrlərdə
Şirvanşahların Monqolların və Cəlaləddinin hücumuna məruz qalması
XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Şirvan monqolların birinci
yürüşünə məruz qaldı. Bu zaman monqol dəstələri Şirvanda qətil və qarətlər
törətdilər. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Azərbaycana, o cümlədən Şirvana
yürüş edərək tutdu. Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü zamanı
Şirvanşah III Fəribürz (1225-1243) Cəlaləddin ilə müqavilə bağlayaraq ona
xərac ödəyib, dövlətin daxili müstəqilliyini qoruya bildi.
1231-ci ildə ikinci yürüşü zamanı monqollar tədricən Şirvan ərazisinə daxil oldular. 1239-cu ildə Şirvan və
Dərbənd monqollar tərəfindən tutuldu.
Şirvanşahların Çobanilərin və Cəlairilərin hakimiyyəti altına düşməsi
Monqolların üçüncü yürüşü də Şirvanşahlar dövlətindən yan keçmədi. Beləlikə Şirvanşahlar dövləti üçüncü
yürüş nəticəsində yaranan Hülakülər dövlətinin tərkibinə qatıldı. Azərbaycanda çobani ağalığı dövründə
Şirvanşahlar əvvəlcə Çobani Əşrəfin ağalığını qəbul etməsə də sonradan Çobanilərin ağalığını tanıdı.
1359-cu illərdə Azərbaycan Cəlairilər dövləti tərəfindən istila olunduqdan sonra, Şirvanşahlar da bir müddət
Cəlairilərdən asılı vəziyyətdə qaldı. Cəlairilərin ağalığını qəbul edən Şirvanşah Kavus (1345-1372) öldükdən sonra
Şirvanşahlar dövlətini onun oğlu Hüşəng (1372-1382) idarə etdi.
XIV əsrin 80-ci illərində Şirvanşahlar dövlətinin daxili vəziyyəti ağırlaşdı. Şirvanşah Huşəngin zülmü xalqın
güzəranını pisləşdirdi. Nəinki sadə insanlarla yanaşı imtiyazlı təbəqələrin nümayəndələri də hökmdardan narazı
idilər. Narazılıq artaraq üsyana səbəb oldu. Üsyan nəticəsində Huşəng öldürüldü. Şirvan taxtı boş qaldı. 1382-ci
ildə Hüşəngin öldürülməsi ilə Şirvanşahlar dövlətində Kəsranilər sülaləsinin hakimiyyəti başa çatdı.
Dərbəndlilər sülaləsinin hakimiyyətə gəlməsi.
Huşəngin öldürülməsindən sonra Şirvan taxtı
boş qaldı Əyanlar məşvərətə yığışdılar. Qərara gəldilər
ki, Huşəngin əmisi oğlu Şeyx İbrahimi hökmdar
taxtına gətirsinlər. Bu zaman Şeyx İbrahim Şəkidəki
mülkündə sadə həyat tərzi keçirirdi. 1382-ci ildə Şeyx
I İbrahim Dərbəndi Şirvanşah elan olundu. Beləliklə,
Şirvan əyanları Dərbəndlər sülaləsinin nümayəndəsi
Şeyx İbrahim Dərbəndini - I İbrahim (1382-1317) adı
ilə taxta çıxardı. Onun babaları bir zamanlar Dərbənd
hakimi olduğundan I İbrahim və davamçıları tarixdə
Dərbəndilər kimi məşhurlaşdılar.
Dərbəndlilər sülaləsi 1382-1538-ci illərdə
Şirvanşahlar dövlətini idarə etdi. I İbrahim
Dərbəndlilər sülaləsinin ilk və ən görkəmli
nümayəndəsi idi.
II İbrahim
(1502-1524)
I Xəlilullah
(1417-1462)
II Xəlilullah
(1524-1535)
I İbrahim
(1282-1417)
Dərbəndilər sülaləsi
F. Yasar
(1462-1500)
Şahrux
(1535-1538)
III Fəribürzün adından
Şamaxıda kəşilmiş pul
I İbrahimin hakimiyyəti zamanı Şirvanşahların xarici təhlükəyə məruz qalması
I İbrahimin hakimiyyəti dövründə Şərq ölkələrində siyasi vəziyyət Əmir Teymurun yürüşləri ilə əlaqədar
olaraq kəskinləşdi. Şirvanşah I İbrahimin hakimiyyəti dövründə Şirvanşahlar dövləti iki təhlükə qaşısında qaldı:
1. Cənubdan hücum edən Əmir Teymurun yürüşləri.
2. Şimaldan Qızıl Ordu xanı Toxtamış xanın həmlələri.
Şirvanşah I İbrahim hər iki düşmənə qarşı birdən mübarizə aparmağın çətinliyini
dərk edərək ölkəsini qorumaq üçün Əmir Teymurun tərəfinə keçməyi üstün tutdu. Odur
ki, Əmir Teymurin Azərbaycana birinci yürüşü zamanı - 1386-cı ildə Teymur Qarabağda
olan vaxt onun hüzuruna gedərək müqavimət göstərmədən ona itaət etdiyini bildirdi və
onunla ittifaq bağladı. Şirvanşah I İbrahimin Teymurla bağladığı ittifaqa əsasən:
Əmir Teymur I İbrahimi Şirvan hakimi kimi tanındı.
Teymur şimal sərhədlərin mühafizəsini I İbrahimə tapşırıldı.
I İbrahim Teymurun Qızıl Ordu dövlətinə olan yürüşündə yaxından iştirak etdi.
I İbrahimin Əmir Teymurun tərəfinə keçməsinin səbəbi Qızıl Ordu xanı
Toxtamışın Şirvanşahlar üçün daha yaxın təhlükə olması, Əmir Teymurun isə
uzaqdan gəldiyinə görə Şirvanı idarə etmək üçün ona etibarlı bir adam lazım
olacağını düşünməsi idi.
Beləliklə, I İbrahimin Teymurla bağladığı ittifaq nəticəsində:
Şirvan Toxtamış xanın hücumlarından və digər yersiz qarətlərdən xilas
oldu.
I İbrahim Toxtamışa qarşı Əmir Teymurun simasında sadiq müttəfiq
qazandı.
Şirvanın siyasi və hərbi cəhətdən qüvvətlənməsinə imkan yarandı.
Ölkənin Şimal sərhədləri möhkəmləndi.
Şirvanşah I İbrahimin Azərbaycanı birləşdirmək cəhdləri
Teymurun ölümündən sonra (1405) Azərbaycanda siyasi vəziyyət dəyişdiyi
üçün Şirvanşah I İbrahim Teymurilərə qarşı aşağıdakı yeni siyasi xətt tutdu:
• Teymurilərə itaətdən çıxaraq onlara qarşı çıxdı.
• Azərbaycanı birləşdirmək siyasəti yeritdi.
1406-1410-cu illərdə Azərbaycan ərazisi Teymurilərin, Cəlarilərin və Qaraqoyunluların mübarizə
meydanına çevirildi. Teymurilərə qarşı xalq hətəkatı baş verdi. Şirvanşah I İbrahim Teymurilərə qarşı xalq
hərəkatından istifadə edərə aşağıdakı tədbirləri həyata keçirdi:
• Teymurilərə qarşı mübarizəyə qalxaraq, Gəncəni və Qarabağın xeyli hissəsini tutdu
• 1406-cı ildə Təbrizə daxil olaraq, qısa müddətə də olsa Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi.
QEYD: 1406-cı ildə Təbrizdə teymurilərə qarşı üsyan qalxdığı zaman üsyançılar kömək üçün Şirvanşah I
İbrahimə müraciət etdi. I İbrahim üsyançılara kömək etməq məqsədi ilə 1405-ci ilin mayında Təbrizə yürüş etdi.
Bu zaman əhali onu çox hörmətlə və öz hakimləri kimi qarşıladı. Beləliklə, I İbrahim, qısa müddətə də olsa
Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. Lakin tezliklə Təbrizi tərk edərək Şirvana qayıtdı. I İbrahimin
Təbrizi tərk etməsinin səbəbi Cəlairi Sultan Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusifin Təbriz şəhərinə
yaxınlaşması idi.
1406-1410-cu illərdə Azərbaycan ərazisi uğrunda mübarizə aparan qüvvələr
Qaraqoyunlular
Teymurilər
Cəlariləri
I İbrahim
Teymur Gürcüstan səfəri öncəsi
məşvərətdə. Bu səfərdə onu
Şirvanşah I İbrahim müşayət
etmişdir
Şəki hakimliyi XIII-XIV əsrlərdə
XIII əsrin əvvvəllərində Şəki hakimliyi Şirvanşahlar dövlətinin tabeliyində idi. Lakin monqol yürüşləri
nəticəsində Şəki hakimliyi Hülakülər dövlətinin tərkibinə
qatıldı. XIII-XIV əsrlərin qovşağında Şəkini Qarabağ,
Muğan və Arranla birlikdə Hülakülərin vəziri, tarixçi
Fəzlülah Rəşidəddinin oğlu Cəlal idarə edirdi.
XIV əsrin birinci yarısında, Hülakülər dövlətinin
tənəzzülə başladığı dövründə Şəki haimliyi:
Daxili müstəqilliyini bərpa etdi.
Hakimiyyətə Oyrat sülaləsi gəldi.
Ölkənin siyasi həyatında yaxından iştirak etdi.
Müstəqillik uğrunda mübarizə apardı.
Əmir Teymur ilk yürüşü zamanı Şəki hakimliyi üzərinə qoşun göndərdi. Ətraf ərazilər, eləcə də Şəkinin
dağlıq əraziləri qarət edildi. Şəki hakimliyi itaət altına alındı. Lakin Əmir Teymur Azərbaycanı tərk etdikdən sonra
Şəki hakimi Seydi Əli itaətdən boyun qaçırdı. Teymurun ikinci yürüşü zamanı o, Şəkini tərk etməli oldu. Teymurun
qoşunları Şəkini və ətraf əraziləri qarət edib dağıtdılar.
Seydi Əli Teymurilərə qarşı mübarizəni davam etdirdi. O, gürcü feodalları ilə ittifaqa girib Əlincəyə yola
düşdü. Əlincədə mühasirədə olan Cəlairilərə kömək edən müttəfiqlər Teymurilərə qalib gəldilər. Lakin Teymurilərin
Şəkiyə növbəti yürüşü zamanı Seydi Əli həlak oldu. Seyid Əlidən sonra onun oğlu Seyid Əhməd Şəki hakimi oldu
və atasının yeritdiyi siyasətdən fərqli olaraq Teymurilərlə yaxımlaşdı. Belə ki, Teymurun Azərbaycana üçüncü
yürüşü zamanı (1399) o, Şirvanşah I İbrahinin vasitəçiliyi ilə Teymurun hüzuruna qiymətli hədiyyələrlə Teymurun
yanına gedərək ona itaətini bildirdi. Əmir Teymur isə bunun qarşılığında:
• Seyid Əhmədi Şəki hakimi kimi tanıdı, ona xələt verdi
• Seyid Əhmədin atası Seyid Əlinin günahını bağışladı
Bundan sonra Şəki hakimliyi uzun müddət müstəqilliyini qoruyub saxlaya bildi.
XIII–XIV əsrlər Azərbaycan mədəniyyəti
Məktəb və mədrəsələr
İlk monqol yürüşləri Azərbaycanda mədəniyyətin inkişafına müəyyən zərbə vursa da, onun tərəqqisini
dayandıra bilmədi. Hülakülər dövründə ölkənin mədəni həyatı, təhsil, elm canlandı. Yadellilərin hücumları
xalqımızın yüksək mədəniyyətini məhv edə bilmədi. XIII—XIV əsrlərdə Azərbaycanda elmin bütün sahələrində
inkişaf baş verdi. XIII-XIV əsrlərdə Azərbaycanda təhsil sisteminin əsasını məktəb və mədrəsələr təşkil edirdi.
Məktəb təhsilinə aiddir:
• Əsasən ibtidai təhsil verən elmi müəssisə idi.
• Məktəblərdə şəriət dərsləri keçilir, Qurani-Kərimin qiraətlə oxunması öyrədilirdi.
Mədrəsə təhsilinə aiddir:
• Əsasən orta təhsil verən elmi müəssisə idi.
• Burada elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu.
Təbrizdə Rəbi Rəşid mədrəsəsinin açılması
Azərbaycanın inkişaf etmiş şəhərlərində mədrəsələr fəaliyyət göstərirdi. Həmin mədrəsələrdən biri XIV
əsrin əvvəllərində Təbrizin Rəbi Rəşid məhəlləsində açıldı. Ali mədrəsə rolu oynayan Rəbi Rəşid
mədrəsəsinə aiddir:
• Bağdadın Nizamiyyə mədrəsəsindən sonra Şərqdə yaradılmış ikinci ali təhsil müəssisəsi idi
• Fəzlüllah Rəşidəddin tərəfindən təsis edilmişdi.
• Burada yüzlərlə görkəmli alim dərs demiş, minlərlə tələbə təhsil almışdı.
• Mədrəsədə təbiət elmləri, fəlsəfə, təbabət, tarix, astronomiya, ilahiyyat elmləri tədris olunurdu.
F.Rəşiddədinin oğlu Xacə Sədəddinə yazdığı məktublardan da məlum olur ki, Təbriz ali mədrəsəsində
minlərlə tələbə təhsil almış və onların əksəriyyəti digər ölkələrdən gəlmişdi.
Rəşidəddinin abidəsi. İran “Came ət-təvarix” kitabından bir səhifə
Nəsirəddin Tusi. Marağa Rəsədxanası
Dövrün görkəmli Azərbaycan alimimlərindən biri Nəsirəddin Tusi (1201-1274) olmuşdur. Nəsirəddin
Tusiyə aiddir:
• Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdur
• Hülakülər dövlətinin maliyyə sisteminin tənzimlənməsində böyük rolu olmuşdur
• Həndəsənin inkişafına əsaslı şəkildə təsir göstərmiş “Evkilidin şərhi” əsərinin müəllifidir.
• Yaxın və Orta Şərqdə əxlaq dərsliyi kimi şöhrət qazanmış “Əxlaqi Nasiri” əsərini yazmışdır.
• “Zic Elxani” (Elxani cədvəlləri) əsərində planetlərin geosentirik orbitinin əsas elementləri verilmişdir.
• Marağada onun rəhrərliyi ilə rəsadxana tikilmişdi.
Marağa rəsədxanasına aiddir:
• 1259-cu ildə, Nəsirəddin Tusinin təşəbbüsü ilə tikilmişdir.
• Rəsədxanada 100-dən çox alim çalışırdı
Fəzlullah Rəşidəddin
Hülakülər dövlətinin vəziri,
həkim və tarixçisi olmuşdur.
Onun “Came ət-təvarix”
(Tarixlər toplusu) əsəri XIII-
XIV əsrlər tarixini
işıqlanmasında xüsusi yer
tutur. Əsərdə Hülakü xandan
Qazan xanın hakimiyyətinin
sonuna kimi olan dövr şərh
olunur.
QEYD: Fəzullah Rəşidəddin ilə Nəsrəddin Tusinin oxşar cəhəti onların ikisinin də dövrün görkəmli alim və dövlət
xadimləri olmasında idi.
Nəsirəddin Tusi. Rəssam Nəcəfqulu İsmayılov. Marağa rəsədxanası
XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatı
Bu dövrdə şairlər ədəbiyyat sahəsində əvvəlki ənənələri davam etdirirdilər. Şeirlər
təkcə fars və ərəb dillərində deyil, Azərbaycan dilində də yazılırdı. Azərbaycandilli klassik
poeziyanın ilk nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) olmuşdur. Onun ana dilində
yazılmış iki qəzəli məlumdur.
XIV əsrin sonlarında Azərbaycan ədəbiyyatında hürufilik adlı fəlsəfi cərəyan yarandı.
Bu cərəyanın banisi böyük Azərbaycan mütəfəkkir şairi Fəzlüllah Nəimi idi. Hürufilik
Azərbaycandan Türkiyə, İran, İraq, Suriya və digər şərq ölkələrinə yayıldı. XIV əsrdə
yaşayıb-yaratmış böyük şairimiz İmadəddin Nəsimi hürufiliyin görkəmli nümayəndəsi,
Fəzlüllah Nəiminin ən yaxın məsləkdaşı idi. Hürufilər ərəb hərflərinin ilahiliyinə, Allahın
iki təzahüründən birinin məhz hərflərdə olduğuna inanırdılar. Bu hərəkat Azərbaycanda
geniş yayılmış və ədəbiyyatda xüsusi yer tutmuşdu. Nəsimi hürufilik ideyalarını öz şeirləri ilə
təbliğ edirdi.
XIII əsrdə «Azərbaycan dili» ifadəsi işlənməyə başladı. Bu dövrdə lüğətlər yarandı.
Lüğətlərdə minlərlə Azərbaycan sözləri və terminləri izah olunurdu. Azərbaycan dilinin
qrammatikasına aid əsərlər yazılmağa başlandı. Dilçilik sahəsində Hinduşah Naxçıvani,
onun oğlu Məhəmməd Naxçıvani xüsusilə seçilirdilər.
Azərbaycan mütəfəkkiri Mahmud Şəbüstərinin fəlsəfə, məntiq, psixologiya, hüquq və
digər sahələri əhatə edən əsərləri bütün Şərqdə yüksək qiymətləndirilirdi.
İmadəddin Nəsiminin abidəsi. Bakı. Fəzlüllah Nəiminin məqbərəsi. Naxçıvan
İmaməddin Nəsimi
Mahmud Şəbüstəri
XIII-XIV əsrlərdə Azərbaycan memarlığı
Elxanilər dövrü orta əsr Azərbaycan memarlığı və şəhərsalma sənətinin inkişafında ən məhsuldar mərhələ
olmuşdur. XIII-XIV əsrdə Azərbaycanda iki yeni şəhər - Sultaniyyə və Xəzər dənizi yaxınlığında Qazan xan
tərəfindən Mahmudabad şəhəri salındı. Bu şəhərlərin salınmasında yerli memarlar yaxından iştirak etdilər.
XIII-XIV əsrlərdə Azərbaycanda memalıq daha da inkişaf etdi. Abşeron, Naxçıvan, Şirvan, Təbriz,
Abşeron memarları qiymətli sənət nümunələri yaratdılar.
XIII-XIV əsrlərdə Abşeron ərazisində aşağıdakı memarlıq abidələri - qalalar inşa edilmişdir:
• Nardaran qalası.
• Ramana qalası
• Mərdəkanda dairəvi qala.
• Mərdəkanda dördkünc qala.
XIII-XIV əsrlərdə Azərbaycanda Şərq memarlığına məxsus kubşəkilli, səkkizbucaqlı, qülləvari tikilmiş
türbələr meydana gəldi. Həmin türbələr aşağıdakılardı:
• Sultaniyyədə Olcayut Xudabəndə türbəsi.
• Bərdə türbəsi.
• Qarabağlar türbəsi - Beştağ .
• Naçıvanda Gülüstan türbəsi.
XIV əsrin əvvəllərində Təbrizdə inşa edilən Əlişah məscidi ölçülərinə görə, o zamankı müsəlman aləminin
ən möhtəşəm məscidi idi. Divarlarının qalınlığı 3 metr olan bu abidə təbrizlilərin dar günündə etibarlı sığınacaq yeri
olduğu üçün “Ərk qalası” adını almışdı.
XIII-XIV əsrlərdə Azərbaycanda yeni salınan şəhərlər
QALALAR
Nardaran qalası.Ramana qalası. Mərdəkanda dördkünc qala.
TÜRBƏLƏR
Olcayut Xudabəndə türbəsi. Bərdə türbəsi. Qarabağlar türbəsi – Beştağ. Gülüstan türbəsi.
Sultaniyyə
Mahmudabad
Təbrizin simvoluna çevrilən Əlişah məscidi (Ərk qalası) Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin
vəziri olmuş zəngin tacir Tacəddin Əlişahın göstərişi ilə tikilmişdir. Səttarxan, Bağırxan və digər Təbriz
mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası
ordusunun hücumundan xəsarət almışdır. Son zamanlar abidənin məhv olmaq təhlükəsi yaranmışdır.
Dünya muzeylərini bəzəyən sənət nümunələrimiz
XIII—XIV əsrlərdə Azərbaycanda incəsənət də inkişaf edirdi. Azərbaycan xalçaları dünya bazarlarında şöhrət
qazanmışdı. Xalçaçılıq sənəti ilə yanaşı, bədii miniatür sənəti də tərəqqi edirdi. Xalçaların ilmələrinə bəzək vuran
miniatür rəsmlər kitablara xüsusi gözəllik verirdi. Şərqin ən məşhur miniatür mərkəzlərindən biri Təbriz şəhəri idi.
Təbriz xalçaçılıq məktəbi bu dövrdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəyərək daha
yüksək səviyyəyə qalxdı. Təbriz xəttatlarının ərsəyə gətirdikləri əlyazma kitablar bu gün də dünya muzeylərində, o
cümlədən İstanbul şəhərindəki kitabxanalarda saxlanılır.
Təbriz metalişləmə sənəti sahəsində daha üstün mövqe tuturdu. Bunu aşağıdakı faktlar da sübut edir:
• 1319-cu ildə Yusif ibn Əhmədin hazırlaığı bədii kasa. Hal-hazırda London şəhərinin Viktoriya və
Albert muzeyində saxlanılır:
• 1399-cu ildə Əbdüləziz ibn Şərafəddin tərəfindən, Əmir Teymurun sifarişi ilə düzəldilən tiyan.
Hazırda Sank-Peterburq şəhərində saxlanılır.
XRONOLOGİYA
1220-1222 Cəba və Sabutayın rəhbərliyi ilə monqolların Azərbaycana kəşfiyyat xarakterli I yürüşü
1221 Monqolların Təbrizə və Gəncəyə uğursuz hücum etməsi
1222 Monqolların Şirvana hücumu
1225 Xarəzimşah Cəlaləddinin Azərbaycanı, o cümlədən Şirvanı tutması
1225-1231 Azərbaycanda Xarəzimşah Cəlaləddin dövlətinin mövcud olması
1225 Xarəzimşah Cəlaləddin tərəfindən Atabəylər dövlətinin varlığına son qoyulması
1231 Gəncədə Bəndər üsyanı.
1231 Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyətinin başa çatması
1231-1239 Cormağun noyonun başçılığı ilə monqolların Azərbaycana II yürüşü
1235 Gəncənin monqollar tərəfindən işğal olunması
1239 Monqolların Şirvanı və Dərbəndi ələ keçirməsi. Dərbənd şəhərinin tutulması ilə bütün
Azərbaycanın monqollar tərəfindən istilası və monqolların II yürüşü başa çatdı
1239-1256 Azərbaycanın Ali monqol xaqanlığının tərkibinə qatılması.
***
1256 Monqolların Azərbaycana III yürüşü. Monqolların III yürüşü nəticəsində Azərbaycanın Hülakülər
dövlətinin tərkibinə qatıldı
1256-1357 Beşinci Monqol Ulusu adlanan Hülakülər (Elxanilər) dövlətinin mövcud olması
1258 Bağdadın Hülakülər tərəfindən tutulması və Abbasilər xilafətinin süqut etməsi
1258-1265 Hülakü xanın hakimiyyəti
1259 Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasının tikilməsi
XIII əsrin 60-cı illəri Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu xanları arasında müharibələrin başlanması
1295 Qazan xanın Qarabağda padşah elan olunması
1295-1304 Qazan xanın hakimiyyəti.
1303 Qazan xanın fərmanıyla kəndlilərin bir yerdən başqa yerə getməsinin qadağan olunması.
XIV əsrin əvvəlləri Təbrizdə Əlişah məscidinin (“Ərk qalası”nın) inşa edilməsi
1304-1316 Məhəmməd Olcayut xanın hakimiyyəti.
1316-1335 Əbu Səidin hakimiyyəti
1328 Əbu Səidin əmir Çobanı və onun oğlanlarını edam etdirməsi
1335 Sultaniyyədə mərkəzi hakimiyyətə qarşı üsyan baş verməsi
1335 Hülakülər dövlətinin Qızıl orduların hücumuna məruz qalması.
1338 Azərbaycanın faktiki olaraq Çobanilərin əlinə keçməsi
1357 Qızıl Ordu hökmdarı Canı bəyin Azərbaycana yürüşü. Canı bəyin Azərbycana yürüşü nəticəsində
Təbriz tutuldu, Hülakülər dövləti süquta uğradı, Azərbaycanda Qızıl Ordunun bir illik hakimiyyəti
quruldu, Çobanilərin Hülakülər dövlətinin mühafizəsi uğrunda apardığı mübarizəyə son qoyuldu.
1357-1358 Azərbaycanda Qızıl orduluların bir illik hakimiyyəti
***
1340 Şeyx Həsən Cəlairinin Bağdadda Cəlairilər dövlətini yaratması
1340-1410 Cəlairilər dövlətinin mövcud olması
1340-1354 Şeyx Həsən Cəlairinin hakimiyyəti
1354-1374 Cəlairi Şeyx Üveysin hakimiyyəti.
1358 Cəlairilərin Azərbaycana yürüş edərək Təbrizi tutması
1358-1359 Azərbaycanın Cəlairilər dövləti tərəfindən işğal olunması
1374-1382 Cəlairi Sultan Hüseynin hakimiyyəti.
1382-1410 Cəlairi Sultan Əhmədin hakimiyyəti.
***
1385 Əmir Teymurun Azərbaycana daxil olması.
1385 sonları Toxtamış xanın Azərbaycana birinci yürüşü.
1386-1387 Əmir Teymurun Azərbaycana birinci “üçillik” yürüşü.
1392-1397 Əmir Teymurun Azərbaycana ikinci “beşillik” yürüşü.
1399 Əmir Teymurun Azərbaycana üçüncü yürüşü.
1399 Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırda Sank-Peterburq şəhərində
saxlanılan tiyanın düzəldilməsi
1400 Əlincə qalasının daxili çəkişmələr nəticəsində Teymura tabe olması
XIII-XIV əsrlər Fəzullah Rəşidəddin, Gəncəli Kirakos və Nizaməddin Şaminin tarix elminə, Z.Qəzvini, H.Qəzvini
və Əbdürrəşid Bakuvinin coğrafiya elminə, Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvaninin
dilçilik sahəsinə aid qiymətli əsərlər yazması
XIII-XIV əsrlər Sultaniyyədə Olcayut Xudabəndə türbəsi, Bərdə türbəsi, Qarabağlar türbəsi – Beştağ və Naçıvanda
Gülüstan türbəsinin inşa olunması.
XIV əsr Təbrizdə Rəbi Rəşid mədrəsəsinin açılması
***
1225-1243 Şirvanşah III Fəribürzün hakimiyyəti.
XIII-XIV əsrlərin qovşağı Şəki hakimliyinin tarixçi Fəzlülah Rəşidəddinin oğlu Cəlal tərəfindən idarə olunması
XIV əsrin 30-cu illəri Şəki hakimliyinin daxili müstəqilliyini bərpa etməsi və Oyrat sülaləsinin hakimiyyətə gəlməsi
1345-1372 Şirvanşah Kavusun hakimiyyəti.
1358 Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi
1372-1382 Şirvanşah Hüşəngin hakimiyyəti
1382 Hüşəngin öldürülməsi nəticəsində Şirvanda Kəsranilər sülaləsinin hakimiyyətinin başa çatması və
Dərbəndlilər sülaləsinin hakimiyyətə gəlməsi
1382-1538 Şirvanşahlar dövlətində Dərbəndlilər sülaləsinin hakimiyyəti dövrü
1382-1417 Şirvanşah I İbrahimin hakimiyyəti
1386 Şirvanşah I İbrahimin Əmir Teymurun vassal asılılığını qəbul etməsi
1387-1392 Şəki hakimi Seyid Əlinin Teymura itaətdən boyun qaçırması
1392-1395 Teymurun Şəki hakimi Seyid Əlini cəzalandırmaq məqsədilə Şəkiyə hücum etməsi
1395 Miranşahın Seyid Əlini itaətə gətirmək üçün Şəkiyə hücum etməsi
XIII-XIV əsrlər Abşeron ərazisində Nardaran, Ramana, Mərdəkanda dairəvi və dördkünc qalalarının inşa olunması
XIV əsrin sonları Şəki hakimlərinin müstəqillik uğrunda mübarizəsinin güclənməsi
Qaraqoyunlu sülaləsinin mənşəyi. Bayram Xoca
Azərbaycanın tarixində mühüm rol oynamış və xalqımızın təşəkkülündə yaxından iştirak etmiş tayfalardan
biri də qaraqoyunlular olmuşdur. Oğuz tayfalarından olan qaraqoyunlulara baharlılar başçılıq edirdilər.
Qaraqoyunlu tayfasının adı həmin tayfanın totemi sayılan «qara qoç»la bağlıdır. Tarixi mənbələrdə
qaraqoyunluların VI əsrin sonlarında Azərbaycanda məskunlaşması göstərilir. İlk oğuz-türk axınları zamanı
ölkəmizə gələn qaraqoyunlu tayfa birliyinin mərkəzi vilayəti Van gölündən şimalda Ərciş olmuşdu.
Monqol işğalları dövründə isə yerini dəyişməyə məcbur olan qaraqoyunlular Kiçik Asiyanın digər yerləri,
İraq və Suriyada məskunlaşmışdılar.
Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca (1375-1380) olmuşdur. Bayram Xoca:
Şərqi Anadoluda Qaraqoyunlu bəyliyini yaratmışdı.
Cəlairilərin sultanı Üveysin sarayında nüfuzlu əmirlərdən biri olmuşdu..
Qaraqoyunlu sülaləsi
Pirbudaq (1411)
Cahanşah (1435-1467)
Qara İsgəndər (1421-1435)
Qara Yusif (1389-1421)
Əbu Səid (1429-1431)
Həsənəli (1467-1468)
Bayram Xoca
Qara Məhəmməd (1380-1389)
Qaraqoyunlu
dövlətinin bayrağı
Qara Yusif
Qaraqoyunlu
dövrünə aid qoç
formasında daş,
İğdır
Qara Məhəmmədin hakimiyyəti (1380-1389)
Bayram Xoca savaşların birində öldürüldü və yerinə oğlu Qara Məhəmməd (1380-1389) keçdi. Qara
Məhəmmədin dövründə:
Qaraqoyunlu bəyliyi daha da gücləndirildi.
Cəlairilərlə yanaşı Ağqoyunlular və Əmir Teymura qarşı mübarizə apardı .
1387-ci ildə Çapaqçur döyüşündə Teymur üzərində inamlı qələbə qazandı.
Mərkəzi Van şəhəri olmaqla Qaraqoyunlu bəyliyinin əsası qoyuldu.
QEYD: 1387-ci ildə Əmir Teymur Qaraqoyunlular üzərinə qoşun göndərdi. Lakin Qara Məhəmməd Çapaqçur
döyüşündə onun qüvvələrini məğlub etdi. Bu uğursuzluqdan sonra Əmir Teymur geri - İrana dönməyə məcbur oldu.
Qara Ysifin hakimiyyətə gəlməsi (1389-1421). Teymurilərin Azərbaycandan qovulması
Qara Məhəmmədin ölümündən sonra oğlu Qara Yusif (1389-1421) hakimiyyət başına keçdi. Qara Yusifin
Qaraqoyunlu tayfa ittifaqına rəhbərlik etdiyi dövrdə atasının mübarizəsini davam etdirərək Van şəhərinə hücum
edən Teymurilərlə döyüşə girdi. Van döyüşündə Teymuri qoşunu Qaraqoyunluları məğlub edərək Vanı ələ
keçirdi. Teymurilər Van şəhərini tutaraq qarət etdikdən sonra Qara Yusif Cəlairilərlə yaxınlaşdı və müttəfiqlər
birlikdə Misirə doğru çəkildilər. Qara Yusiflə Sultan Əhmədin Misirə gəldiyini eşidən Teymur Misir hakimindən
onları həbs etməyi tələb etdi. Misir hakimi Teymurla münasibətləri pozmamaq xatirinə 1395-ci ildə müttəfiqləri
həbs edərək zindana atdırdı. Qara Yusif və Sultan Əhməd yalnız 1405-ci ildə, Teymurun ölümündən sonra onlar
həbsdən azad oldular və Azərbaycana yollandılar. Müttəfiqlər öz tərafdarlarını topladıqdan sonra: birgə mübarizəyə
başlayaraq:
1406-cı ildə Bağdadı ələ keçirərək Təbrizə doğru irəlilədilər.
1406-cı ildə I Şənbi-Qazan döyüşündə Teymuriləri məğlub etdilər.
1408-ci ildə Sərdrud döyüşündə Teymuriləri məğlub etdilər. Bununla Azərbaycanın cənubu
Qaraqoyunluların əlinə keçdi və Teymurilər işğal etdikləri Azərbaycan torpaqlarından qovuldular
Cəlairilər dövlətinin Azərbaycanda hakimiyyətinə son qoyulması. Qaraqoyunlu dövlətinin yaranması
Teymurilərin Azərbaycandan çıxarılmasınsan sonra, zaman keçdikcə Qara Yusiflə Sultan Əhməd arasındakı
münasibətlər pozuldu. Onlar arasında münasibətlərin pozulmasına səbəb olmuş əsas amillər aşağıdakılar idi:
• Qara Yusifin nüfuzunun artması.
• Qara Yusifin siyasi və hərbi uğurları.
Belə olduqa Sultan Əhməd Keçmiş müttəfiqi Qara Yusifin üzərinə - Təbrizə hücuma keçdi. 1410-cu ildə II
Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında qanlı döyüş baş verdi. Döyüş nəticəsində:
• Cəlairi qoşunu darmadağın edildi.
• Cəlairilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu.
• Sultan Əhməd döyüşdə əsir götürüldü və bir qədər sonra edam edildi.
• Cəlairilər dövləti süqut etdi və onun yerində Qaraqoyunlu dövləti yarandı
• Qara Yusif Azərbaycanda hakimiyyəti bütünlüklə ələ aldı.
Döyüşdən sonra Qara Yusif Azərbaycanda hakimiyyətin qanuni yolla Qaraqoyunlulara keçməsini
sənədləşdirmək üçün Sultan Əhməddən hakimiyyətdən əl çəkməsi haqqında yazılı sənəd aldı. Beləliklə, 1410-cu
ildə Azərbaycanın Kürdən cənubdakı torpaqları, Anadolunun şərq vilayətləri, İran və Ərəb İraqı daxil olmaqla
böyük bir ərazidə Qaraqoyunlu dövləti yarandı. Qaraqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri oldu.
1410-cu il
Cəlairilər dövləti süqut
etdi
Qaraqoyunlu dövləti
yarandı
II Şənbi-Qazan döyüşü
baş verdi
Sultan Əhməd Qara Yusif
tərəfindən öldürüldü
Cəlairilərin Azərbaycanda
hakimiyyətinə son qoyuldu
Pirbudağın sultan elan edilməsi
Qaraqoyunlu dövlətinin əsasını qoyduqdan sonra Qara Yusif özünü deyil oğlu Pirbudağı sultan elan edərək
onun adına pul kəsdirdi. Qara Yusifin məhz özünü deyil, oğlu Pirbudağı sultan etməsinin səbəbi bu idi ki, dövrün
ənənəsinə görə yalnız sultan nəslinə mənsub olanlar qanuni hökmdar elan olunurdular. Buna görə də Qara Yusif
hələ xeyli əvvəl Pirbudağı Sultan Əhmədə oğulluğa vermişdi. Pirbudaq qanuni hökmdar olsa dövlətdə yüksək ali
idarəçilik hüququ Qara Yusifdə qalırdı.
Qara Yusifin mərkəzləşmiş dövlət yaratmaq üçün həyata keçirdiyi tədbirlər
Qara Yusif hakimiyyəti dövründə mərkəzləşmiş dövlət yaratmaq üçün aşağıdakı
tədbirləri həyata keçirdi:
Feodal ara müharibələrinin qarşısını aldı.
Əyanları mərkəzi hakimiyyətlə hesablaşmağa məcbur etdi.
Bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyə çalışdı.
Təsərrüfatda müəyyən canlanma yaratdı
Lakin, Qara Yusif güclü mərkəzləşdirilmiş dövlət yarada bilməsi
Qara Yusifin Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salması
Qara Yusif qurduğu dövləti bir qədər möhkəmləndirdikdən sonra Qarabağa gələrək Şirvana qasid göndərib I
İbrahimin tabe olmasını tələb etdi. Qara Yusifin əsas diqqəti Şirvana yönəltməkdə məqsədi bütün Azərbaycan
torpaqlarını vahid dövlət halında birləşdirmək idi. Lakin Şirvanşah I İbrahim Şirvanşahların müstəqilliyini itirmək
istəmədiyi üçün Qara Yusifin tabe olmaq tələbini tələbi rədd etdi.
1412-ci ildə Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür
çayı sahilində döyüş baş verdi. Kür çayı sahilində baş verən döyüş nəticəsində:
• Qara Yusifin silahlı dəstələri qalib gəldi
• Şirvanşah I İbrahim və onun müttəfiqləri məğlub olaraq əsir
düşdülər.
Qara Yusif döyüşdən bir qədər sonra I İbrahimdən bac alaraq onu
azadlığa buraxdı. Beləliklə Şirvanşahlar Qaraqoyunlu dövlətindən
asılı vəziyyətə salındı.
1417-ci ildə Şirvanşah I İbrahim vəfat etdi və onun
Azərbaycanı birləşdirmək planı yarımçıq qaldı. I İbrahimin oğlu I
Xəlilullah (1417-1462) Şirvanda hakimiyyətə gəldikdən sonar
atasından fərqli olaraq Qaraqoyunlu dövlətinə qarşı aşağıdakı siyasəti
yeritdi:
• Qara Yusifin hakimiyyətini tanımaqdan imtina etdi.
• Qara Yusifə qarşı Teymuri hökmdarı Şahruxla
(1409-1447) ittifaqa girdi.
I İbrahimin birləşdirməcəhdlərinə qarşı çıxan qüvvələr
Qara Yusifə qarşı ittifaq bağlamış dövlətlər
Teymurilər
Cəlairilər
Qaraqoyunlular
Qara Yusif döyüşdə. 1412-ci il Kür sahili döyüşü,
rəsm əsəri. Milli Azərbaycan Tarix Muzeyi
Şirvanşahlar
Qara İsgəndərin hakimiyyəti (1421-1435)
Qara Yusifin qəflətən ölməsi Azərbaycanda siyasi vəziyyəti dəyişdi. I Xəlilullah Teymuri hökmdarı
Şahruxla Qaraqoyunlulara qarşı ittifaqa girərək onu Azərbaycana yürüş etməyə dəvət etdi. Döyüşlərin birində Qara
Yusif yaralandı və bir qədər sonra vəfat etdi.
Qara Yusif vəfat etdikdən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başladı. Şahrux Azərbaycanı tərk
etdikdən sonra Qaraqoyunlu taxtına Qara İsgəndər (1421-1435) çıxdı. Taxta çıxandan sonra İsgəndər
Şirvanşahlarla və Teymurilərlə mübarizə aparmağa başladı. 1421-ci ildə İsgəndərin ordusunu da məğlub edən
Şahrux bir müddət sonra Azərbaycanı tərk etdi. Şahrux Əmir Teymurdan fərqli olaraq zəbt etdiyi ərazilərdə daimi
möhkəmlənmir, yalnız xərac almaqla kifayətlənirdi.
Cahanşahın hakimiyyəti (1436—1467)
Şahruxla uzunsürən mübarizədən sonra Qaraqoyunlular yenə də məğlub edildilər, İsgəndər isə Anadoluya
qaçdı. Beləliklə İsgəndər hakimiyyətdən uzaqlaşdırıldı.İsgəndərdən sonra Şahruxun köməyi ilə Qaraqoyunlu taxtına
onun qardaşı Cahan şah (1436—1467) keçdi. Cahan şah hakimiyyəti dövründə Teymurilər və Şirvanşahlarla
dostluq münasibətləri yaratdı. Həmçinin, Cahan şah Teymurilərin vassal asılılığını (1436-1447) qəbul etdi. 1447-ci
ildə Cahanşah Şahruxun ölümündən sonra Teymurilərin vassal asılılığından çıxaraq müstəqil siyasət yeritdi.
Bundan sonra Cahan şah hərbi islahat keçirərək ordunu gücləndirdi.
Cahan şah nəinki Teymurilərin vassal asılılığına son qoydu, o həmçinin
Teymurilər dövlətində taxt-tac uğrunda mübarizədən istifadə edərək Teymurilər
üzərində bir-sıra əməliyyatlarda uğur qazandı:
• 1453-cü ildə İran İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir
hissəsini ələ keçirdi
• 1458-ci ildə Teymurilərin paytaxtı olan Herat şəhərini tutdu
• 1459-cu ildə Teymuri hökmdarı Əbu Səidlə Herat barışığı (sazişi)
imzalayaraq ondan təzminat aldı
Cahan şah hərbi səfərdə olduğu zaman onun Herat yürüşündən istifadə edən
oğlanları mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdığı üçün. o, Teymurilərlə
mübarizəni dayandıraraq Herat sazişini imzalayaraq Azərbaycana qayıtmağa məcbur
oldu. Teymurilərlə barışıq müqaviləsi bağlayıb təzminat almaqla Azərbaycana
qayıdan Cahan şah qiyamları yatırdı.
Teymuri Şahruxun Azərbaycana yürüşləri
Tarixi Nəticələri
1418-1420-ci
illər
Şahrux hər iki yürüşdə də meğlub olaraq geri çəkildi. Son döyüşdə Qara Yusif
yaralandı
1420-ci il
dekabr
Şahrux Qaraqoyunlular üzərində qələbə çaldı, Qara Yusifin oğlanları İsgəndər və İsfəndiyar
məğlub oldular
1427-ci il
Şahrux İsgəndər başda olmaqla Qaraqoyunlu qüvvələrini məğlubiyyətə uğratdı və Qara
Yusifin oğlu Əbu Səidi vassalı kimi Qaraqoyunlu taxtına çıxardaraq Azərbaycanı tərk etdi
1435-ci il
Qaraqoyunluları məğlub edildi, Cahanşah Teymurilərin vassalı kimi Qaraqoyunlu
dövlətinin hökmdarı elan edildi, Qaraqoyunlu dövləti Teymurilərin vassal asılılığına düşdü,
Cahan şah
Qaraqoyunlu dövlətinin süqutu
Cahanşah hərbi səfərdə olduğu zaman Azərbaycanda və İraqda Cahanşahın oğllanları qiyam qaldırdılar.
Buna görə də o, Teymurilərlə mübarizəni dayandıraraq Herat sazişini imzalamağa və Azərbaycana qayıtmağa
məcbur oldu. Cahanşah Azərbaycana gələrək qiyamları yatırdı. Lakin, Cahan şah Qaraqoyunlu dövlətində sabitlik
yaratmaq istəs də:
• Müdaxiləyə və ara müharibələrinə son qoya bilmədi.
• Feodal çəkilşələri və mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri artdı.
Bu amillər Qaraqoyunlu dövlətinin getdikcə zəifləməsinə səbəb oldu. Vəziyyətdən istifadə edən
Ağqoyunlular hakimiyyəti ələ keçirmək uğrunda mübarizədə daha da fəallaşdılar.
Azərbaycanı qüdrətli mərkəzləşmiş dövlətə çevirmək siyasəti yeridən Uzun Həsən 1467-ci ildə Muş döyüşündə
Qaraqoyunlu Cahan şahı məğlub etdi. 1468-ci ildə Ağqoyunlu Uzun Həsənin Qaraqoyunlular üzərində Tam qələbə
qazanaraq Tərbizi tutdu və Qaraqoyunlu dövləti süqut etdi.
Qaraqoyunlular tarixinə aid döyüşlər
Qaraqoyunlu
dövləti
Əsası Qara Yusif
tərəfindən qoyulmuşdur
Ağqoyunlular tərəfindən
süquta uğradılmışdı
Bir müddət Teymuriləri
vassal asılılığına
salmışdır
Bir müddət Teymurilərdən
vassal asılılığına
düşmüşdür
XV əsrdə yaranmışdı və mərkəzləşmiş dövlət
deyildir
Şirvanşahlar dövlətini
özündən asılı vəziyyətə
salmışdı
Dövlətin paytaxtı Təbriz
şəhəri olmuşdur
Ərazisi Şirvandan başqa qalan Arərbaycan
torpaqlarını əhatə edirdi
1387
1394
1408
1406
Çapaqçur
Bağdad
I Şənbi qazan
Sərdrud
Qara Məhəmməd Teymurun qüvvələri üzərində inamlı qələbə qazandı
Teymurilər Qaraqoyunlu və Cəlairiləri qüvvələrini məğlubiyyətə uğratdı
Qaraqoyunlu qüvvələri Teymurilərilərin Azərbaycandakı qoşinlarını məğlub
etdi
Qara Yusif Miranşahı məğlub edərək, Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoydu
1410 II Şənbi qazan
Qara Yusuf Sultan Əhmədi məğlub edərək Cəlairiləri Azərbaycandan qovdular
1412 Kür çayı sahili
döyüşü
Qaray Yusifin qələbə qazanaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə
saldı
1467 Muş döyüşü Uzun Həsən Cahanşahın başçılıq etdiyi qaraqoyunluların qüvvələrini məğlub
etdi
Ağqoyunlu tayfalarının mənşəyi və yaşadığı ərazilər
Xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz türklərindən olan ağqoyunlular əvvəllər Qafqaz dağları
ilə Araz çayı arasındakı Azərbaycan torpaqlarında yaşayırdılar. Erkən orta əsrlərdə Azərbaycanın cənubunda da
məskunlaşan ağqoyunlular Dəclə və Fərat çaylarına qədər olan ərazilərə, eləcə də Şərqi Anadoluya qədər
yayılmışdı. Sonralar onlar Diyarbəkirdə cəmləşmişdilər. Müxtəlif tədqiqatçılar tayfanın adını onların bayrağında
təsvir olunan ağ qoç ilə bağlayırlar. Ağqoyunlulara məxsus qoç formasında tapılan məzar daşları bunu sübut edir.
Ağqoyunluların siyasi birliyinin başçısı Bayandur tayfasindan olan Pəhləvan bəy olmuşdur. Mərkəzi Diyarbəkr
olan Ağqoyunlu bəyliyinin əsasını isə Qara Yuluq Osman bəy (1394-1434) qoymuşdu.
Ağqoyunlu Osmanlı münasibətlərinin gərginləşməsi. Trabzon məsələsi
1453-cü ildə Uzun Həsənin (1453-1478) Ağqoyunlu bəyliyinin başına keçməsi ilə Ağqoyunlular daha da
gücləndilər. Uzun Həsən vahid və qüdrətli Azərbaycan dövləti yaratmaq siyasəti yeridirdi. O, gələcək planlarını
həyata keçirmək üçün ilk addım olaraq Azərbaycanda hakimiyyətə gəlməsindən xeyli əvvəl Trabzon imperiyası
(1204-1461) ilə yaxınlaşıb dostluq və qohumluq əlaqələri yaratmış, .imperatorun qızı Feodora – Dəspinə xatın ilə
evlənmişdi. Bunun nəticəsində geniş ticarət əlaqələri quran Ağqoyunlular Trabzon vasitəsilə Qara dənizə əlverişli
çıxış yolu da əldə etmişdilər.
Bu dövrdə Qara dənizdə hegemonluq etmək istəyən Osmanlı
dövləti Ağqoyunlularm müttəfiqi olan Trabzonun işğalını planlaşdırdı.
Osmanlı sultanı II Mehmet (1451-1481) Ağqoyunlu Uzun Həsənlə
mübarizəyə Trabzon üzərinə yürüşlə başladı. Sülh yolunu əsas tutan
Uzun Həsən anasını müdrik və uzaqgörən qadın olan Sara Xatunu
danışıqlar üçün II Mehmetin hərbi düşərgəsinə yola saldı. O zaman
Sara Xatun bütün Şərqdə və Avropa ölkələrində tanınan yeganə
diplomat qadın idi.
II Mehmetlə Sara Xatunun görüşü
Ağqoyunlu dövlətinin
bayrağı
Qarabağdan
tapılmış qoç formalı
abidə
Ağqoyunluların Diyarbəkirdə inşa etdikləri qala
Qaynaqların məlumatına gərə, II Mehmet Sara Xatuni hörmətlə qarşılamış, diplomatik danışıqlar zamanı
onlar bir-birinə “ana”,”oğul” – deyə müraciət etmişdilər.
Uzun Həsən Sara xatunu sultan II Mehmetin düşərgəsinə göndərərkən onun qarşısına iki çətin vəzifə qoydu:
1. II Mehmeti mümkün qədər Trabzonu fəth etmək fikrindən döndərmək.
2. Osmanli sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmaq.
Uzun Həsənin Osmanlı ilə sülh bağlamağa can atmasının səbəbi Ağqoyunluların hələ kifayət qədər cüclü
olmaması idi.
Sara Xatun birinci məsələnin öhdəsindən bacarıqla gəldi. Lakin o, ikinci məsələ olan - Trabzonun işğalı
planından Sultan II Mehmeti daşındıra bilmədi. I Mehmet Trabzon üzərinə yeridi. 1461-ci ildə Trabzon Osmanlılar
tərəfindən tutuldu. Beləliklə, Osmanlılar tərəfindən Trabzonun fəth edilməsi nəticəsində:
• Ağqoyunlu dövləti müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdi.
• Qara dənizdə Ağqpyunluların mühüm ticarət mərkəzi süqut etdi
• Ağqoyunlu - Osmanlı münasibətləri yenidən kəskinləşdi.
itirdiyini görən Sara xatun öz gəlininin – Dəspinə xatunun Trabzon taxtına varislik huququnu irəli sürərək
Trabzon xəzinəsini sultanla bölüşdürdü. Bundan sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı.
Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə diplomatik əlaqələri
Azərbaycan tarixində orta əsrlərdə Avropa ilə ilk dəfə ən geniş diplomatik əlaqələr yaradan Ağqoyunlu
dövləti olmuşdur.
Avropa dövlətləri ilə münasibətləri davam etdirən Uzun Həsən Venesiya respublikası, Böyük Moskva
knyazlığı, Kipr krallığı, Rodos dövləti və başqa dövlətlərlə diplomatik əlaqələr yaratmışdı.
Uzun Həsənin Avropa ölkələri ilə geniş əlaqələr yaratmaqda əsas məqsədi aşağıdakılar idi:
1. Azərbaycanın beynəlxalq ticarət əlaqələrini və ipək ticarətini sahmana salmaq.
2. Ağqoyunlu dövlətinin ordusunu müasir odlu silahla təchiz etmək.
3. Osmanlıya qarşı birgə mübarizə aparmaq üçün müttəfiqlər tapmaq.
Ağqoyunlu sarayına Avropadan gələn elçilərin ardı-arası kəsilmirdi. Avropa dövlətlərinin əsas məqsədi isə
qüdrətli Osmanlı imperiyasına qarşı Ağqoyunlulardan istifadə etmək idi.
Ağqoyunlu dövlətinin daha geniş əlaqələr saxladığı Avropa ölkəsi Venesiya respublikası idi. 1472-ci ildə
Təbrizdə Venesiya hökuməti ilə Osmanlılara qarşı hərbi ittifaq bağlandı.
Rodos dövləti
Moskva knyazlığı
Kipr Krallığı
Uzun Həsənin diplomatik əlaqələr apardığı dövlətlər
Venesiya
Uzun Həsənin İtaliyalı rəssam
tərəfindən çəkilmiş portreti
Uzun Həsən ... 4 noyabr 1474-cü ildə öz qulamları vasitəsilə məni
İosafat Barbaro (I.Barbaro — 1471 — 1473-cü illərdə Uzun Həsənin
sarayında Venesiya səfiri olmuşdur) ilə birlikdə öz yanına çağırtdırdı. Onun
olduğu otağa daxil olub onu öz məmurları ilə birlikdə gördük. Mən ölkənin
adətinə uyğun olaraq, onun qarşısında təzim etdim, səfərimin məqsədini
(məqsəd Venesiya və Ağqoyunlu dövlətinin Türkiyəyə qarşı birgə
mübarizəsini təmin etmək idi) izah etdim... Sonra o mənə öz məmurlarının
yaxınlığında olan xalının üstündə oturmağı əmr etdi. Bunun ardınca bizə
oranın adətincə hazırlanmış çoxlu dadlı yeməli şeylər verdilər... Sonra biz
əlahəzrətlə xudahafizləşib öz mənzilimizə qayıtdıq.
Zahiri görünüşünə görə ona (Uzun Həsənə) təxminən 70 yaş vermək
olar. O, zarafat etməyi xoşlayır, çox ünsiyyətcildir...
Hündür boyludur, arıqtəhər və qırmızı sifətlidir...
Uzun Həsənin hakimiyyəti altında olan ölkə çox böyükdür. Təbriz
paytaxt və Uzun Həsənin iqamətgahıdır...
Uzun Həsənin Qaraqoyunlular, Teymurilər və Ərdəbil hakimliyi ilə münasibətləri
Ağqoyunlular Azərbaycanda möhkələnmək üçün Qaraqoyunlular və Teymurilərlə mübarizə aparmışdılar.
Azərbaycanı qüdrətli mərkəzləşmiş dövlətə çevirmək siyasəti yeridən Uzun Həsən 1467-ci ildə Muş döyüşündə
Qaraqoyunlu Cahan şahı məğlub etdi və 1468-ci ildə Təbriz paytaxt olmaqla geniş ərazili Agqoyunlu dövlətini
yaratdı. Çox qısa zamanda Kürdən cənubdakı Azərbaycan torpaqlarına, Şərqi Anadolu, İraq, Qərbi İran və
Şərqi Gürcüstana sahib olaraq dövləti imperiyaya çevirdi. Uzun Həsən hakimiyyəti dövründə Tiflis daxil olmaqla
Şimal-şərqi Gürcüstanı da ələ keçirdi.
1467-ci ildə Teymuri hökmdarı Əbu Səid (1460-1469) Muş döyüşündə Qaraqoyunlu hökmdarı Cahanşahın
ölümünü eşidən Ağqoyunlulara qarşı müharibəyə (1468-1469-cu illərdə) başladı. Mharibə nəricəsində Uzun Həsən
Teymuri Əbu Səidi məğlub etdi və Teymurilər dövlətini özündən asılı vəziyyətə saldı.
Mərkəzləşdirilmiş güclü Azərbaycan dövləti yaratmağa çalışan Uzun Həsən ölkədə odlu silahlar istehsalına
başlamaq istəyirdi. Bunun üçün qərb ölkələrinə müraciət etmişdi. Uzun Həsən uzaqgörən dövlət xadimi kimi
qızılbaş hərəkatının gücləndiyini görürdü. O, ölkədə dini parçalanmanın qarşısını almaq üçün bacısını Ərdəbil
hakimi olan Şeyx Cüneyd Səfəviyə, qızını isə onun oğlu Şeyx Heydər Səfəviyə vermişdi.
Xeyli mübarizədən sonra Uzun Həsən feodalları mərkəzi hakimiyyətə tabe etmək, dövlətin siyasi vəziyyətini
və xarici müdafiəsini möhkəmləndirmək məqsədi ilə isə aşağıdakı tədbirləri həyata keçirdi:
• Nizami ordu yaratdı
• Odlu silah istehsal etməyə təşəbbüs etdi
• Feodalların müqavimətini qırdı
• Feodal özbaşınalığına da son qoydu
Bütün bunlar imperiyanın güclənməsinə səbəb oldu.
Ağqoyunluların Osmanli müharibələri və onun nəticələri
Trabzon hadisəsi Osmanlı-Ağqoyunlu münasibətini pozdu. Osmanlı dövlətinə zərbə endirmək məqsədi ilə
özünə müttəfiq axtaran Uzun Həsən Avropa dövlətlərinə üz tutdu. Avropa dövlətləri ilə ticarət əlaqələrini Osmanlı
dövlətinin iştirakı olmadan qurdu. Uzun Həsən Osmanlılara qarşı mübarizədə aşağıdakı dövlətlərlə Osmanlılara
qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı:
1. Qaraman bəyliyini.
2. Kipr krallığını.
3. Rodos feodal dövlətini.
Avropa dövlətləri iki türk dövlətinin yaxınlaşmasını istəmir və onlar arasında ziddiyyət salmağa çalışırdı.
Osmanlı imperiyasının getdikcə güclənməsindən qorxuya düşən qərb ölkələri öz niyyətinə çatdı. Belə ki,
Ağqoyunlu-Osmanlı müharibəsi başlayarkən Venesiya və digər qərb dövlətləri müttəfiqlik borcunu yerinə
yetirmədilər və iki türk ölkəsini qarşı qarşıya qoydular.
Trabzonu fəth etdikdən bir qədər sonra II Mehmet Azərbaycanı ələ keçirmək üçün Ağqoyunlulara qarşı
müharibəyə başladı. Beləliklə Ağqoyunlu-Osmanlı müharibəsi başladı. 1473-cü il avqustun 1-də Malatiya
döyüşündə Ağqoyunlularla II Mehmetin qoşunları Malatyada üz-üzə gəldilər. Döyüş Ağqoyunluların qələbəsi ilə
nəticələndi. II Mehmet sülh təklif etsə də, Uzun Həsən onunla razılaşmadı. Malatya döyüşündən düz 10 gün sonra
Otluqbeli adlı yerdə rəqiblər arasında növbəti döyüş oldu. 1473-cü il avqustun 11-də Otluqbeli (Tercan)
döyüşündə Ağqoyunlular üstünlük təşkil etsələr də döyüş Osmanlların qələbəsi ilə başa çatdı. Otluqbeli
döyüşündə Ağqoyunluların məğlub olmasının əsas səbəbi Osmanlıların odlu silahla yaxşı təmin olunması idi.
Beləliklə, 1472-1473-cü illərdə Ağqoyunlu-Osmanlı müharibəsi
ümumtürk birliyi üçün mənfi nəticələri oldu. Müharibənin
Osmanlılar üçün nəticəsi belə oldu:
Osmanlı sultanı Cənubi Qafqazı və Azərbaycanı tuta bilmədi.
Osmanlıların Avropanın içərilərinə doğru yürüşü ləngidi.
Müharibənin Ağqoyunlular üçün nəticəsi isə aşağıdakı kimi oldu:
Ağqoyunlular müharibədə məğlub oldu və dövlətin
süqutu sürətləndi.
Malatiya döyüşü, rəsm əsəri (Milli
Azərbaycan dövlət Tarix muzeyi)
Uzun Həsənin vahid və mərkəzləşdirilmiş Azərbaycan
dövləti yaratmaq planı yarımçıq qaldı.
Ağqoyunlu dövlətinin daxilində hakimiyyət uğrunda
mübarizəni gücləndi.
Ölkədə bir sıra qiyamlar baş qaldırdı.
Ağqoyunlularla Osmanlılar arasında baş vermiş döyüşlər
Sultan Yaqubun hakimiyyəti (1478-1490)
Osmanlılarla müharibədə məğlubiyyət Ağqoyunlu dövlətinin daxilində hakimiyyət uğrunda mübarizəni
gücləndirdi. Ölkədə bir sıra qiyamlar baş qaldırdı. Uzun Həsən vəziyyəti sabitləşdirmək üçün hərbçilərə torpaqlar
payladı. 1478-ci ildə onun ölümü daxili ziddiyyətləri artırdı.
Uzun Həsəndən sonraonun oğlu Sultan Yaqub (1478-1490) hakimiyyətə gəldi. Yaqub Mirzə atasının
siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələri saxlamaqla yanaşı Sirvanşah Fərrux Yasarın qızı ilə evlənərək
bu əlaqələri daha da möhkəmləndirdi. Lakin Yaqub Mirzə atasının Səfəvilərin Ərdəbil hakimliyinə olan müsbət
meylini qoruyub saxlamadi. Bunun səbəbi getdikcə güclənən Ərdəbil hakimliyinin hakimiyyətini özü üçün təhlükə
hesab etməsi idi. Yaqub Mirzənin hakimiyyəti dövründə Səfəvilərin Ərdəbil hakimliyi ilə Ağqoyunlular arasında
ziddiyyətlər başladı. Şeyx Heydərin Şirvana və Dağıstana uğurlu yürüşləri qonşu dövlətləri Yaqub padşahı
qorxuya saldı. Buna görə də 1488-ci ildə Səfəvilər Şeyx Heydərin başçılığı ilə növbəti dəfə Şirvana yürüş edərkən
Yaqub Mirzə bu dəfə Şirvanşah I Xəlilullaha kömək etdi. Birləşmiş Ağqoyunlu və Şirvan qoşunları ilə qızılbaşlar
Yaqub Mirzə
(1478-1490)
Əlvənd Mirzə
(1497-1501)
Baysunqur
(1490-1492)
Rüstəm Mirzə
(1492-1497)
Gödək Əhməd
(1497)
Murad Mirzə
(1497-1503)
Uzun Həsəndən sonra Ağqoyunlu dövlətini idarə edən hökmdarlar
Şərqi Gürcüstanı Ağqoyunlu dövlətinə birləşdirdi
Paytaxtı Təbriz olan Ağqoyunlu dövlətinin əsasını qoydu
Sara xatun vasitəsilə Osmanlılarla diplomatik danışıqlar apardı
Osmanlılara qarşı Venesiya ilə hərbi ittifaq bağladı
Trabzon imperatoru və Səfəvilərlə qohumluq əlaqəsi qurdu
Şirazda Uğurlu Məhəmmədin üsyanını yatırtdı
Venesiya ilə Osmanlıya qarşı hərbi ittifaq yaratdı
Muş döyüşündə Qaraqoyunlu Cahanşahı məğlub etdi
Odlu silah əldə etmək üçün Avropa ölkələri ilə əlaqələr qurdu
Feodal özbaşınalığına qarşı Qanunnamə qəbul etdi,
nizami ordu yaratdı
Teymuri Əbu Səid ilə müharibədə onu
məğlub etdi
Malatiya, Otluqbeli döyüşlərində Osmanlılarla toqquşdu
Uzun Həsənin
hakimiyyəti
(1453-1478)
1473
1473 Malatiya
Otluqbeli
Ağqoyunlular qalib gəldilər
Ağqoyunlular məğlub oldular
Şahdağın ətyində döyüşə girdi (Ətraflı: Səfəvilərin ərdəbil hakimliyi mövzusuna bax). 1488-ci ildə baş vermiş
Şahdağ döyüşü nəticəsində:
• Qızılbaşlar məğlub oldu.
• Şeyx Heydər döyüşdə öldürüldü.
Rüstəm Mirzənin hakimiyyəti (1492-1497)
Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu sarayında hakimiyyət uğrunda mübarizə daha da şiddətləndi.
Sultan Yaqubun ölümündən sonra oğlu Baysunqur (1490-1492), daha sonra Rüstəm padşah (1492—1497) taxta
çıxdı. Rüstəm padşah hakimiyyətini möhkəmləndirmək üçün feodallara soyurqal adlanan torpaqlar paylamaqla
onların rəğbətini qazandı. Nəticədə iri köçmə feodallar qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaq
istəmədilər. Rüstəm Mirzə onlara qarşı mübarizədə Ərdəbil hakimliyinə Şeyx Heydərin böyük oğlu Sultanəlini
gətirərək onunla ittifaqa girdi.
Sonradan Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəm Mirzəni qorxuya saldı. Odur ki, Rüstəm
Mirzə 1494-cü ildə Ağqoyunluların keçşim müttəfiqi olan Səfəvilərin Ərdəbil hakimliyinə qarş qəst təşkil edərək
onların üstlərinə qoşun göndərdi. Tərəflər Ərdəbil yaxınlığında Şəməsi adlı yerdə döyüşə başladılar. Döyüş
başlamazdan əvvəl Sultanəli sufi əmirlərinin yığıncağını keçirdi. Yığıncaqda Sultanəli kiçik qardaşı İsmayılı
“Səfəviyyə” ordeninin başçısı təyin etdi və Ərdəbilə yola saldı. Özü isə düşmənlə döyüşə başladı. 1494-cü ildə baş
verən Şəməsi döyüşü nəticəsində:
• Qızılbaş qüvvələri məğlub oldu.
• Sultanəli döyüşdə öldürüldü.
Gödək Əhmədin hakimiyyəti (1497)
Əslində, Rüstəm padşah köçəri hərbçi feodal dəstələrinə torpaqlar verməkdə böyük səhv etmişdi. Ölkədəki
gərgin vəziyyətdən istifadə edən feodallar ona qarşı çıxıb müstəqil olmağa çalışırdılar.
Bu vəziyyətdən Osmanlı imperiyası da istifadə etdi. Belə ki, vaxtilə Uzun Həsənin atasına qarşı qiyam
qaldırmış oğlu Uğurlu Məhəmməd məğlub olduqdan sonra Osmanlı dövlətinə qaçdı. Osmanlı sultanı II Mehmet
Uğurlu Məhəmmədi İstanbulda təntənə ilə qarşılayaraq qızı Gövhərxan Sultanı ona ərə verdi. Bu nikahdan onların
Əhməd adlı bir oğlu oldu. Osmanlılar Gödək Əhmədi Ağqoyunluların qanuni varisi kimi qoşunla Azərbaycana
göndərdilər. Tarixdə Gödək Əhməd adı ilə tanınan bu Ağqoyunlu şahzadəsi 1497-ci ildə, Rüstəm padşahı məğlub
edərək Təbrizə daxil oldu və Ağqoyunlu taxtına əyləşdi.
Hakimiyyəti ələ keçirdikdən sonra Gödək Əhməd xalqa arxalanaraq aşağıdakı tədbirləri həyata keçirdi:
Dövləti möhkəmləndirməyə cəhd göstərdi.
Əhalinin vəziyyətinin yaxşılaşması üçün islahatlar keçirdi.
Şəriətdə olmayan iyirmiyədək vergi və mükəlləfiyyəti ləğv etdi.
Köçəri-hərbçi əyanların özbaşınalığının qarşısını almağa çalışdı.
Bu addımlar iri feodal əyanlarının mənafeyinə zidd idi. Nəticədə Gödək Əhmədə qarşı yönəlmiş feodal
qiyamları onun yeddi aylıq hakimiyyətinə son qoydu. Döyüşlərin birində Gödək Əhməd öldürüldü. Taxt-tac
uğrunda mübarizə yenidən qızışdı. Bu mübarizə ölkənin iki hissəyə parçalanmasına səbəb oldu.
Agqoyunlu dövlətini daxili çəkişmələr bürüdü
Şirvanşahlarla qohunluq əlaqələrini
daha da möhkəmləndirdi
Ərdəbil hakimliyinə olan müsbət meylini qoruyub saxlamadı
Təbrizdə Həşt-Behişt sarayını inşa
etdirdi
Ağqoyunlu dövlətində kəndli
çıxışı baş
verdi
Elm və maarifə qayğı
göstərildi
Şirvanla dostluq
əlaqələrini davam etdirdi
Sultan Yaqubun
hakimiyyəti
(1478-1490)
Ağqoyunlu dövlətinin parçalanması və süqutu
Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu taxtı uğruna iki varis - Murad Mirzə (1497-1503) və
Əlvənd Mirzə (1499-1501) mübarizəyə başladı. 1500-cü ildə Təbriz yaxınlığında Əbhər adlı yerdə Murad Mirzə
ilə Əlvənd Mirzə barşışaraq saziş imzaladılar. Tarixə Əbhər sazişi (1500) kimi düşən bu sülhün şərtlərinə əsasən
Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd Mirzə arasında iki yerə bölündü. Əbhər sülhü nəticəsində
Ağqoyunlu dövləti iki yerə parçalandı, hərbi qüdrəti sarsıldı, dövlətin süqutu sürətləndi.
1501-ci ilin ortalarinda Şərur döyüşündə Ərdəbil hakimi İsmayıl həlledici döyüşdə Əlvənd Mirzəni
məğlub etdi. Ağqoyunlu dövlətinin birinci qoluna son qoyuldu.
1503-cü il iyunun 21-də Almaqulağı döyüşündə İsmayıl Murad Mirzəni məğlub etdi. Beləliklə, Səfəvilər
dövləti tərəfindən Ağqoyunlu dövlətinin varlığına son qoyuldu.
QEYD: Qaraqounlu və Ağqoyunlu dövlətlərinin süqut etmələri səbəblərində oxşarlıq var idi. Belə ki, hər iki
dövlət, qonşu dövlətlərlə aparılan müharibələr, mərkəzi hakimiyyətin zəifləməsi və feodal ara müharibələri
nəticəsində süqut etmişdir.
Səfəvilərlə Ağqoyunlular arasında baş vermiş döyüşlər
1488
1494
1503
1501
Şahdağ döyüşü
Şəməsi döyüşü
Şərur döyüşü
Almaqulağı döyüşü
Qızılbaşlar məğlub oldu, Şeyx Heydər döyüşdə öldürüldü
Qızılbaş qüvvələri məğlub oldu,Sultanəli döyüşdə öldürüldü
Ərdəbil hakimi İsmayıl Mirzə Əlvənd Mirzəni məğlub etdi
Ərdəbil hakimi İsmayıl Mirzə Murad Mirzəni məğlub etdi
Əlvənd Mirzənin əlinə keçən ərazilər
Murad Mirzənin əlinə keçən ərazilər
Əbhər sazişi (1500-cü il)
(1500)
Kirman
Fars vilayəti
Bütün Ərəb-İraqi
Qarabağ
Diyarbəkr
Kürdən cənubdakı
Azərbaycan torpaqları
Oturaq əyanlara arxalanaraq köçəri
feodallara qarşı mübarizə apardı
Ara müharibələrinə son qoymağa
çalışdı
Vergi islahatı keçirdi, şəriətdə olmayan
20-dək vergini ləğv etdi
Mərkəzi hakimiyyəti
möhkəmləndirməyə çalışdı
Gödək
Əhmədin
hakimiyyəti
XV əsrdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı
Dövlət quruluşu və ordu
XV əsrdə Azərbaycanda Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mövcud olmuşdur.
Qaraqoyunluların və Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycan torpaqları paytaxt Təbrizdən idarə
olunurdu. Qaraqoyunlu və Ağqoyunlu dövlətinin hər ikisində də dövlətin başçısı padşah və ya sultan adlanırdı.
Ümumiyyətlə, XV əsr Azərbaycan dövlətlərində mərkəzi dövlət aparatında saray vəzifələrinin əhəmiyyətinə görə
ardıcıllığ belə idi:
1. Padşah.
2. Əmir ül-üməra .
3. Sədr-əzəm (Mövlana).
4. Baş vəzir (Sahibi divan).
Qaraqoyunlu və Ağqoyunlu dövlətində padşahdan sonra ikinci şəxs
Əmir ül-üməra (Əmirlər əmiri) adlanırdı.
Əmir-ül-üməraya aiddir:
• Ordunun baş komandanı (əmirlər əmiri) titulunu daşıyırdı
• Hakim sülalə üzvlərindən və ya məşhur əmirlərdən təyin olunurdu
Əmir ül-üməradan sonrakı yerdə Sədr-əzəm dayanırdı. Sədr-əzəmə aiddir:
• Mövlana (ağa) ləqəbini daşıyır, məhkəmə işlərini nizamlayırdı.
• Ruhanilərə, vəqf mülklərinə və dini müəssisələrə başçılıq edirdi.
Mərkəzi dövlət aparatında sonrakı yeri Baş vəzir tuturdu. Baş vəzirə aiddir:
• Şahın möhrdarı olub, sahibi divan adlanırdı
• Daxili nizibati və xarici işlərə, dövlət gəlirinin hesablanmasına və
maliyyə işlərinə baxırdı
Qoşunun ali rəislərinə əmir titulu verilirdi. Vaxtının çoxunu müharibələrdə
keçirən hökmdarlar döyüş zamanı zirehli geyim geyinirdilər. XV əsr Azərbayca
dövlətlərinin ordularında Avropa və Osmanlı dövlətlərinin orduları ilə
müqayisədə hərbi texnika zəif idi. Ox, nizə, qılınc, qalxan və toppuzla
silahlanan qoşun, əsasən, kəndli və sənətkarlardan toplanırdı. Orduda odlu
silah, top və tüfəng ilk dəfə Ağqoyunluların hakimiyyəti dövründə tətbiq
edilmişdi.
XV əsrdə mövcud olmuş Azərbaycan dövlətləri
Torpaq mülkiyyət formaları
XV əsrdə ənənəvi torpaq mülkiyyəti formaları olan dövlət (divani), xassə (sülalə), xüsusi irs (mülk) və
müsəlman ruhanilərinə mənsub vəqf torpaqlari qalmaqda idi. Bu dövrdə həmçinin Azərbaycanda feodal torpaq
sahibliyi formalarinda bəzi dəyişikliklər baş verdi. Belə ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətində qoşunun dayağı
olan hərbi əyanlara müvəqqəti istifadə olunan iqta əvəzinə irsən keşən soyurqal adlanan torpaq paylanılırdı. . İqta
Eldənizlər Hülakülər Ağqoyunlular Qaraqoyunlular Rəvvadilər
Paytaxtı Təbriz şəhəri olan dövlətlər
Qaraqoyunlu dövləti Ağqoyunlu dövləti Şirvanşahlar dövləti
Qaraqoyunlu və Ağqoyunlu
döyüşçülərinə aid silahlar
(Milli Azərbaycan Tarix Muzeyi)
ilə soyurqalın oxşar cəhəti dövlətə xidmət müqavilində verilmələri olsa da, onlar bir-birindən fərqlənirdi. Soyurqal
torpaq mülküyyətinin iqtadan fərqi aşağıdakılar idi:
Soyurqal irsən keçə bilərdi.
Soyurqal sahibləri vergi ödəmirdilər.
Beləliklə, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətində mövcud olan torpaq mülkiyyət formalarını belə
ümumiləşdirmək olar
• Divan - Dövl ətə məxsus olan torpaqlar idi.
• Xass - hakim sülalənin nümayəndələrinə aid idi.
• Mülk - yerli feodalların mülkiyyətində olan torpaqlar idi.
• Vəqf – dini idarələrə məxsus torpaqlar idi.
• Soyurqal – xidmət əvəzinə verilən və irsən keçən torpaqlar idi.
Vergi və mükəlləfiyyətlər
XV əsrdə Azərbaycanda kəndlilər və sənətkar xeyli vergi verir və mükəlləfiyyətlər icra edirdiler. Bu dövrdə
əhali əsasən aşağıdakı vergiləri ödəyirdilər:
• Malcəhət – məhsul vergisi idi.
• Bəhrə - sudan istifadə əvəzində alınırdı .
• Çobanbəyi – otlaq pulu idi.
• Can vergisi – xristian əhalisindən alınırdı.
• Tamga və bac– sənətkar və tacirlərin ödədiyi vergilər idi .
Vergi və mükəlləfiyyətlərin ağırlığı xalqı var-yoxdan çıxarırdı.
Uzun Həsənin “Qanunnamə” qəbul etməsi
Ağqoyunlu dövlətinin əsas gəlirlər mənbəyi və iqtisadi qüdrətinin əsas səbəbi aşağıdakılar idi:
• Ticarət yollarından keçən karvanlardan alınan tamğa və bac vergisi.
• Avropa ölkələri ilə ticarətdən alınan gəlirlər.
• Əhalidən toplanan vergilər.
Yaradılmış böyük bir imperiyanı idarə etmək güclü siyasət tələb edirdi. Əhalidən və tacirlərdən yığılan
vergilər Ağqoyunluların əsas gəlir mənbəyi sayılırdı. Vergilərin ağırlığından narazı qalan xalq tez-tez üsyanlar
edirdi. Uzun Həsənin hakimiyyəti dövründə aşağıdakı amillər Ağqoyunlu dövlətin iqtisadi əsasını sarsıdır və onun
siyasi nüfuzuna mənfi təsir göstərirdi:
• Şəhər və kənd əhalisi üzərinə ağır vergi və mükəlləfiyyətlər qoyulması.
• Azərbaycanın ayrı-ayrı mahallarında kəndli çıxışlarının baş verməsi.
Uzun Həsən xalqın narazılığını aradan qaldırmaq və imperiyanı möhkəmlətmək üçün islahatlar keçirərək
xüsusi «Qanunnamə» hazırlatdı. Tarixdə «Həsən padşahın Qanunnaməsi» kimi məşhur olan bu «Qanunnamə»yə
əsasən:
Kəndlilərin verəcəyi vergilərin miqdarı dəqiqləşdirildi.
Vergi yığılmasında baş verən özbaşınalıq aradan qaldırıldı.
Mərkəzləşmiş vergi sistemi tətbiq edildi.
Əsas vergi məhsulun 1/5 hissəsini təşkil edən malcəhət idi.
Uzun Həsənin hazırladığı «Qanunnamə» vergilərin toplanmasını nizamlayan əsas sənəd idi.
Amma bu qanunlar da xalqın vəziyyətini yüngülləşdirmədi. Vəziyyətin gərginliyi tez-tez kəndli çıxışları ilə
nəticələnirdi. Etirazlar, getdikcə artan qiyamlar dövləti zəiflədən amillərə çevrilirdi.
“Qanunnamə” qəbul etmiş Azərbaycan hökmdarları
Salari Mərzban İbn Məhəmməd
Ağqoyunlu Uzun Həsən
QEYD: Qaraqoyunlu və Ağqoyunlu dövlətləri müəyyən oxşar cəhətlərə malik idi. Lakin Qaraqoyunlu
dövləti Ağqoyunlu dövlətindən fərqli olaraq Osmanlılarla müharibə aparmamış, həmçinin Ağqoyunlular
kimi Avropa ölkələri ilə geniş diplomatik əlaqələr yaratmamışdı.
XV əsr Azərbaycan mədəniyyəti. Memarlıq abidələri
XV əsrdə bir-birini əvəz edən oğuz-türk mənşəli Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinnin yaranması
mədəniyyətin inkişafına geniş imkanlar açdı.
Görkəmli Azərbaycan hökmdarı Uzun Həsən quruculuq-abadlıq işlərinə xüsusi qayğı göstərir, görkəmli
alimləri himayə edirdi. Onun şəxsi kitabxanasında dövrün görkəmli alimləri tədqiqatlar aparırdılar. Hökmdarın
tapşırığı ilə oğuz türklərinin mükəmməl tarixi yaradılmışdı. XV əsrdə Azərbaycanın mədəni həyatında Qaraqoyunlu
hökmdarı, şair Cahan şah Həqiqinin də böyük xidməti olmuşdur.
XV əsrdə Azərbaycanda aşağıdakı memarlıq abidələri inşa olunmuşdur:
1. Bakıda Şirvanşahlar saray kompleksi
2. Təbrizdə “Həşt-behişt” saray kompleksi
3. Təbrizdə “Göy məscid”
4. Təbrizdə “Qeysəriyyə bazarı”
5. Həsən padşah camisi
XV əsrdə inşa edilmiş memarlıq abidələrindən biri Bakının mərkəzində, İçəri şəhərdə yerləşən Şirvanşahlar
saray kompleksidir. Şirvanşah I Xəlilullahın (1417-1462) dövründə tikilmişdi.
Bu kompleksə aid olan divanxana əsl memarlıq incisidir. Burada məhkəmə işlərinə baxılır, əyanların
yığıncaqları keçirilirdi. Şirvanşahlar saray kompleksində yazılardan ibarət olan “Bayıl daşları”nın bədii tərtibatı və
Şirvanşahlar dövlətinin qüdrətini, ictimai-iqtisadi inkişafını göstərən “Mərdəkan qalası tərtibatı” diqqəti cəlb edir.
Azərbaycanın XV əsr Qaraqoyunlular dövlətinə aid memarlıq abidəsi olan “Göy məscid” 1465-ci ildə
Qaraqoyunlu hökmdarı Cahanşahın tapşırığı ilə inşa edilmişdir. Məscid müəyyən
dövrlərdə zəlzələ nəticəsində xeyli dağıntılara məruz qalsa da hazırda əvvəlki görkəmini
bərba etmişdir.
XV əsr Ağqoyunlular dövlətinə aid memarlıq abidəsi isə 1483-cü ildə
Ağqoyunlu Yaqub padşahın Təbrizdə tikdirdiyi “Həşt-behişt” saray kompleksi idi.
“Həşt-behişt” saray kitabxanası, məscidi, min çarpayılıq şəfa evi, cıdır meydanı və
xiyabanı var idi. XV əsrdə Azərbaycanda incəsənətin musiqi və rəssamlıq sahələrində
bir çox irəlləyişlər baş vermişdir. XV əsrdə yaşamış görkəmli musiqiçis Əbdülqadir
Marağai idi. Bu dövrdə Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun
şagirdləri Əbdül, Müsavir və.b məşhur idilər.
Qaraqoyunlu
və Ağqoyunlu
dövlətləri
Əsasları XV əsrdə
qoyulmuşdur
Paytaxtları Təbriz
şəhəri olmuşdur
Azərbaycanın cənub
torpaqlarında
yaranmışdı
Əsasını türk – oğuz
mənşəli sülalələr
qoymuşdu
Hər ikisində hərbi
feodal əyanları
rəhbər rol oynayırdı
Dövləti padşah idarə
edirdi
Soyurqal torpaq
mülkiyyəti mövcud
olmuşdu
Teymurilərlə
mübarizə aparmışdılar
Əbdülqadir Marağayi
Bakıda Şirvanşahlar saray kompleksi
Təbrizdə “Göy məscid”
XRONOLOGİYA
1380-1389 Qara Məhəmmədin hakimiyyəti. Qaraqoyunlu tayfa ittifaqının yaranması
1387 Çapaqçur döyüşü. Qara Məhəmmədin Teymur üzərində qələbə qazanması
1389-1421 Qara Yusifin hakimiyyəti.
1392 Teymurilərin Van şəhərini tutaraq qarət etməsi
1394 Bağdad döyüşü. Teymurun qoşunlarının qaraqoyunlu və cəlairilərin birləşmiş qüvvələrini
məğlubiyyətə uğratması
1405 Əmir Teymurun Səmərqənddə vəfat etməsi. Qara Yusif və Sultan Əhmədin həbsdən çıxaraq
Teymurilərlə mübarizəni davam etdirməsi
1406-1410 Azərbaycan ərazisinin Teymurilərin, Cəlarilərin və Qaraqoyunluların mübarizə meydanına
çevrilməsi
1406 Təbrizdə Teymurilərə qarşı üsyan baş verməsi və Təbriz üsyançılarının kömək üçün Şirvanşah I
İbrahimə müraciət etməsi
1406 Şirvanşah I İbrahimin Təbrizə daxil olaraq qısa müddətə Azərbaycanı öz hakimiyyəti altında
birləşdirməsi
1406 I Şənbi Qazan döyüşü. Qaraqoyunlu qüvvələri Teymuri Əbubəkri məğlub etdi.
1408 Sərdurud döyüşü. Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu, Azərbaycanın cənub
torpaqları Qaraqoyunluların hakimiyyəti altına keçdi
1410 30 avqust II Şənbi-Qazan döyüşü. Cəlairilər dövlətinin varlığına və Azərbaycandakı hakimiyyətinə son
qoyuldu, Qaraqoyunlu dövləti yarandı
1410-1468 Qaraqoyunlu dövlətinin mövcud olması
1411 Qara Yusifin oğlu Pirbudağı sultan elan etməsi
1412 Kür çayı sahilində döyüş. Şirvanşahlar dövləti Qaraqoyunlu dövlətindən vassal asılılığına düşdü
1421-1436 Qaraqoyunlu Qara İsgəndərin hakimiyyəti.
1427 Qara İsgəndərin Şirvana hücum etməsi
1434 Qaraqoyunlu İsgəndərin Şirvana ikinci dəfə hücum edərək Şamaxını dağıtması
1436-1467 Qaraqoyunlu Cahanşahın hakimiyyəti
1436 Qaraqoyunlu dövlətinin Teymurilərin vassal asılılığına düşməsi
1447 Teymuri Şahruxun vəfat etməsi və Cahanşahın Teymurilərin vassal asılılığından çıxaraq müstəqil
siyasət yeritməyə başlaması
1453 Cahanşahın İran İraqını, Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirməsi
1457 Cahanşahın Şahruxun oğlunu məğlub edərək Cürcanı və Xorasanı tutması
1458 Cahanşahın Teymurilərin mərkəzi Herat şəhərini tutması
1459 Cahanşahla Teymuri hökmdarı Əbu Səid arasında Herat barışığı imzalanması. Herat barışığına
əsasən Teymurilər Qaraqoyunlu dövlətindən vassal asılılığına düşdü və təzminat ödəməli oldu
1465 Cahanşah tərəfindən Təbrizdə “Göy məscid”in inşa edlməsi
1467 Muş döyüşü. Döyüş qaraqoyunluların məğlubiyyəti ilə nəticələndi, Cahanşah döyüşdə öldürüldü və
Bağdada qədər olan ərazilər ağqoyunluların əlinə keçdi
1468 Ağqoyunlu Uzun Həsənin Cənubi Azərbaycanı və Qarabağı ələ kecirməsi. Qaraqoyunlu dövlətinin
süqut etməsi
***
1370-1388 Ağqoyunlu tayfalarının siyasi birliyinin başçısı Pəhləvan bəyin hakimiyyəti.
1394-1434 Qara Yuluq Osman bəyin hakimiyyəti Ağqoyunlu bəyliyinin əsasını qoyulması
1453 16 yanvar Uzun Həsənin Diyarbəkrdə ....................... qüvvələrini məğlub etməsi
1453-1478 Uzun Həsənin hakimiyyəti.
1461 Osmanlıların Trabzonu fəth etməsi.
1468 Uzun Həsənin Cənubi Azərbaycanı və Qarabağı ələ kecirməsi. Ağqoyunlu dövlətinin əsasının
qoyulması
1468-1501/1503 Ağqoyunlu dövlətinin mövcud olması
1468 Teymuri hökmdarı Əbu Səidin Ağqoyunlulara qarşı müharibəyə başlaması
1468-1469 Teymuri Əbu Səidin Azərbaycana hücumu. Uzun Həsənin Teymuri Əbu Səidin qoşunlarını məğlub
etməsi
1472-1473 Ağqoyunlu-Osmanlı müharibəsi
1473 1 avqust Malatiya döyüşü. Ağqoyunluların osmanlıları məğlub etməsi
1473 11 avqust Otluqbeli döyüşü. Osmanlıların ağqoyunluları məğlub etməsi
1474 aprel Venetsiya diplomatı İosaft Barbaronu Ağqoyunlu sarayına gəlməsi
1474 may Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmmədin Şirazda mərkəzi hakimiyyətə qarşı qiyam
qaldırması
1474-1477 Uzun Həsənin Gürcüstana yürüş etməsi. Tiflis də daxil omaqla Şərqi Gürcüstan Ağqoyunlu
dövlətinin hakimiyyəti altına düşdü
1478-1490 Sultan Yaqubun hakimiyyəti.
1483 Sultan Yaqub tərəfindən Təbrizdə “Həşt-behşit” saray kompleksinin inşa edilməsi
1490-1492 Baysunqurun hakimiyyəti
1492-1497 Rüstəm Mirzənin hakimiyyəti
1497 əvvəlləri Gödək Əhmədin Təbrizə gələrək Ağqoyunlu dövlətində hakimiyyəti ələ alması.
1497 Ağqoyunlu dövlətində ikihakimiyyətliliyin yaranması
1497-1501 Yaqub Mirzənin hakimiyyəti
1497-1503 Murad Mirzənin hakimiyyəti
1500 Əbhər sazişi. Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd Mirzə arasında iki yerə bölündü,
bütün
1501 Şərur döyüşü. İsmayil Mirzənin başçılığı ilə qızılbaşların Ağqoyunlu Əlvənd Mirzəni məğlub
edərək Ağqoyunluların birinci qolunu süquta uğratması
1503 Almaqulağı döyüşü. İsmayil Mirzənin başçılığı ilə qızılbaşların Ağqoyunlu Murad Mirzəni məğlub
edərək Ağqoyunluların ikinci qolunu və Ağqoyunlu dövlətinisüquta uğratması
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
Səfəvilər dövlətinin yaranması və imperatorluğa vevrilməsi
Səfəvilərin Ərdəbil hakimliyi dövrü
XIII əsrdə Ərdəbildə kəndliləri və sənətkarları birləşdirən Sufi dərviş ordeni yarandı. Dərviş ordeni — el-el,
oba-oba gəzib İslamın şiə (İslamda məzhəb) təriqətini təbliğ edən ruhani təşkilatıdır. Səfəvi sülaləsinin yüksəlişi
monqol ağalığı dövrünə təsadüf edir.
Ordenin yaradıcısı Azərbaycanın qədim türk nəsillərindən olan Şeyx Səfiəddin idi. Özlərinə inamı artıran Səfəvi
şeyxləri mövqelərini getdikcə gücləndirirdilər. Səfəvi sufi dərviş təriqəti ilk vaxtlar əsasən Ərdəbil və onun ətraf
yerlərində yayılır və bu yerlərin əhalisi Səfəvilərin müridləri sayılırdılar. Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini
öz tərəfinə çəkməklə, hakimiyyət uğrunda mübarizəsini gücləndirdilər.
XV əsrin ortalarından etibarən Səfəvilər daha fəal siyasət yeritməyə başladılar. Xalq təfəkkürü yenə də
coşqun gərginlik içərisində çırpınırdı. Şiə ideyaları yenidən ortaya çıxmışdı: xalq həsrətində olduğu xilaskar —
Mehdi, yaxud İmam intizarı ilə yaşayırdı. Kiçik Asiyada güclü təşviqat aparılırdı. Dərviş dəstələri ölkəni gəzib
dolaşır, əhalini həyəcana salırdı. Bu dövrdə Səfəvi təriqətinin başçısı Şeyx Cüneydin başçılığı ilə Səfəvilər Şirvan
və Dağıstana yürüşlər etməyə başladılar. Lakin ilk yürüş uğuesuzluqla nəticələndi. Səfəvilər məğlub olaraq Ərdəbilə
qayıtdılar. Şeyx Cüneyddən sonra onun yerinə oğlu Şeyx Heydər (1460-1488) keçdi.
Şeyx Heydər hakimiyyətə gəldikdən sonra:
• Səfəvilərin Ərdəbil hakimliyinin sərhədlərini genişləndirdi.
• Ağqoyunlularla münasibəti daha da möhkəmlətmək üçün dayısı Uzun
Həsənin qızı Aləmşah xatunla evləndi. Uzun Həsən onu böyük təntənə
ilə Ərdəbildə taxta oturtdu.
• Səfəvi tərəfdarları başlarına imamların şərəfinə 12 qırmızı zolaqlı çalma
qoyurdular. Ona görə onlara qızılbaşlar da deyirdilər.
Uzun Həsənin vəfatından sonra Ağqoyunlu taxtına çıxan Yaqub padşah (Yaqub
Mirzə) da Səfəvilərlə müttəfiqlik və qohumluq münasibətlərini davam etdirdi. Şeyx
Şah İsmayıl
(1501-1524)
1502-1524-cü illərdə
Səfəvilər dövlətinin
bayrağı
Səfəvilər dövlətinin
gerbi
Şeyx Səfi
Heydər Sultan Yaqubun razılığı ilə Şirvana və Dağıstana iki dəfə yürüş etmişdi. Bu yürüş
nəticəsində qızılbaşlar xeyli qənimət və əsirlə geri qayıtdılar.
Şeyx Heydərin iki dəfə Şirvana və Dağıstana uğurlu yürüşləri qonşu dövlətləri və dayısı Yaqub padşahı
qorxuya saldı. Buna görə də 1488-ci ildə Səfəvilər (Şeyx Heydər) üçüncü dəfə Şirvana yürüş edərkən Yaqub Mirzə
bu dəfə əksinə olaraq Şirvanşah I Xəlilullaha kömək etdi. Birləşmiş Ağqoyunlu və Şirvan qoşunları ilə qızılbaşlar
Şahdağın ətyində döyüşə girdi. 1488-ci ildə baş verən Şahdağ döyüşü nəticəsində:
• Qızılbaşlar məğlub oldu.
• Şeyx Heydər döyüşdə öldürüldü.
Beləliklə XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı.
Ağqoyunluların Səfəvilərlə qohumluq münasibətləri
Səfəvilər dövlətinin yaranması ərəfəsində Azərbaycanda siyasi vəziyyət
XV əsrin sonlarında Azərbaycanda Şirvanşahlar, Ağqoyunlular və ondan asılı vəziyyətdə olan Səfəvilərin
Ərdəbil hakimliyi mövcud idi.
XV əsrin sonu XVI əsrin əvvəllərində Ağqoyunlu dövlətinin tənəzzülünün başlaması onun ərazisində feodal
pərakəndəliyinə, yerli hakimlərin müstəqillik iddiası ilə çıxış etməsinə səbəb oldu. XV əsrin sonlarında
Azərbaycanın müxtəlif bölgələrində baş vermiş çəkişmələr, feodal pərakəndəliyi və Səfəvi Şeyxlərini nüfuzunun
artmasına və güclənməsinə şərait yaratdı.
Azərbaycan XVI
əsrin sonu XVI
əsrin əvvəllərində
Şirvanşahlar və
Ağqoyunlular dövləti
mövcud idi
Vahid dövlətin yaranması
üçün əlverişli şərait
yaranmışdı
Ağqoyunlu dövləti
tamamilə dağılmaq
ərəfəsində idi
Məhsuldar
qüvvələrin inkişafı
ləngiyirdi
Ağqoyunlu şahzadələri
arasında ara
müharibələri gedirdi
Kənd təsərrüfatı və
sənətkarlıq tənəzzül
edirdi
Şəhər və kəndlilərin
vəziyyəti
ağırlaşmışdı
Feodal pərakəndəliyi,
feodal hakimlərinin
özbaşınalığı hökm sürürdü
Sultanəli
Şeyx Heydər
Aləmşah xatın
İbrahim İsmayıl
Uzun Həsən
Şeyx Səfiəddin
(1252-1334)
Şeyx Cüneyd
(1447-1460)
Şeyx Cəfər
(1449-1470)
Şeyx Sultanəli
(1488-1494)
Şeyx İsmayıl (1494-1501)
Səfəvi ordeninin görkəmli nümayəndələri
Şeyx Heydər
(1460-1488)
1499-1500-cü illərdə şahzadə İsmayılın yürüşləri. Şamaxının və Bakının tutulması
1499-cu ildə Ərdəbil şeyxlərinin varisi hesab olunan, Lahicanda yerli hakimin sarayında gizlədilmiş
Ərdəbilli Şeyx Heydərin oğlu gənc İsmayıl və onun tərəfdarları olan qızılbaşlar çıxış etmək üçün əlverişli məqamın
yetişdiyini anlayaraq Ərdəbildən Ərzincan bölgəsinə gəldilər. Ərzincanda keçirilən müşavirədə parçalanmış
Azərbaycanı birləşdirmək üçün əvvəlcə Şirvanı tabe etməyi qərarlaşdırdılar.
1500-cü ilin payızında İsmayıl Ərzincandan Şirvana doğru hərəkətə başladı. İsmayılın ilk növbədə Tərbizə
deyil, Şirvana yürüş etməsinin səbəbi aşağıdakı amillər idi:
• Təbrizə hücum etməklə üç rəqiblə Ağqoyunlu Murad Mirzə və Əlvənd Mirzə ilə, həmçinin onları
müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı.
• Səfəvilər ara müharibələrindən istifadə etməklə Şirvanşahları hissə-hissə əzmək fikrində idilər.
1500-ci ilin payızında qizilbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil oldu. Bu zaman Şirvanşah I
Fərrux Yasar (1465-1500) Qəbələyə qaçdı. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq çoxlu
qənimət əldə edirlər.
Fərrux Yasar qoşun toplayaraq Cabanı düzündə səfəvilərlə həlledici döyüşə girdi. 1500-cü ilin payızında
baş vermiş Cabanı döyüşü nəticəsində:
• Qızılbaşlar Şirvanşahları məğlub etdilər, Fərrux Yasar öldürüldü.
• Şirvanşahlar dövlətinin xəzinəsinin bir hissəsi ələ keçirildi.
Bundan sonra qızılbaşlar Bakını ələ keçirməyi qərara aldılar. Qızılbaşların
Bakını ələ keçirməsinə xüsusi əhəmiyyət verməsinin səbəbləri bunlar idi:
• Şirvanşahların xəzinəsinin bir hissəsi Bakıda yerləşirdi.
• Bakı bütün Cənubi Qafqazın ticarət və sənətkarlıq mərkəzi idi.
1501-ci ilin yazında Bakı mühasirəyə alındı. İsmayılın təslim olmaq
təklifinə rədd cavabı verildi Lakin Səfəvilər sonda şəhəri tutdular. Qızılbaşlar
Şirvanşahların bütün xəzinəsini ələ keçirdilər. Bu zaman qızılbaşl ara başçılıq edən
gənc İsmayıl Ağqoyunlu Əlvənd padşahın Təbrizdən yürüşə başlaması xəbərini
aldı. Odur ki, İsmayıl Bakını tutduqdan sonra tezliklə cənuba doğru yürüş etdi.
1501-ci ilin yayında Şərur düzündə Ağqoyunlu Əlvənd padşahla həlledici döyüş
oldu. Şərur döyüşü nəticəsində:
• Səfəvilər Ağqoyunluların birinci qolunu məğlub etdilər.
• Əlvənd Mirzə döyüş meydanından Ərzincana qaçdı.
İsmayılın özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması
Şərur döyüşündə qazanılar qələbədən sonra, 1501-ci ilin payızında İsmayıl
böyük təntənə ilə Təbrizə daxil oldu. İsmayıl Təbrizə daxil olan kimi:
• Azərbaycanın taxt-tacına yiyələndi və özünü şah elan etdi.
• Adına məsciddə xütbə oxutduraraq pullar zərb etdirdi.
Beləliklə, paytaxtı Təbriz olmaqla türk mənşəli mərkəzləşmiş Səfəvilər
dövlətinin (1501-1736) əsası qoyuldu. Səfəvilər dövləti dövlət idi. Səfəvilər
dövləti yaranarkən Azərbaycan torpaqlarının ərzisini (şimalda Şirvan,
Qarabağ, Naxçıvan, Muğan və cənubda Qızılüzən çayına qədərki Cənubi
Azərbaycan torpaqlarını) əhatə edirdi.
Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını...
Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni, İsmayılın Babası Şeyx Cüneydin və atsı Şeyx
Heydərin qatili olan Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı. Beləliklə Səfəvilər 1500-cü ilin
axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. Bundan
sonra Şamaxıya daxil oldu. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. İsmayıl uzun çəkməyən
mühasirədən sonra 1501-ci ilin baharındaBakını aldı. Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış
hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin
tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir.
Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-
tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.
Cabani döyüşü (XVI əsrin
əvvəllərinə aid minüatur)
I Şah İsmayılın adına zərb
edilmiş gümüş pul
I Şah İsmayılın hərbi yürüşləri davam etdirməsi. Səfəvilər dövlətinin imperatorluğa çevrilməsi
I Şah İsmayıl özünü babası Uzun Həsənin qanuni varisi hesab edərək Səfəvilər dövlətini Ağqoyunlu
sərhədləri daxilində bərpa etməyə can atırdı. Bu zaman Səfəvilər dövləti üçün əsas təhlükə olan Ağqoyunluların
ikinci qolunun başçısı Muzad Mirzə Həmədanda qoşu toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşdı.
Belə olduqda I Şah İsmayıl Təbrizdən çıxaraq , 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında,
Almaqulağı adlı yerdə ağqoyunlularla döyüşə girdi. 1503-cü ildə qızılbaşlarla Ağqoyunlular arasında baş vermiş
Həmədan döyüşü nəticəsində:
• Qızılbaşlar Ağqoyunlular üzərində parlaq qələbə qazandılar.
• Ağqoyunlular sayca çox olsalarda məğlub oldular, Murad Mirzə Şiraza qaçdı.
• Ağqoyunlu dövlətinin ikimci qolu və Ağqoyunlu dövləti süqut etdi
• Şah İsmayıl Xorasan istisna olmaqla bütün İranı da özünə tabe etdi.
• Tarixi Azərbaycan torpaqlarının böyük hissəsi mərkəzi hakimiyyət ətrafında birləşdirildi.
Qələbədən sonra Şah İsmayıl Səfəvilərin qələbə yürüşləri davam etdirərək 1503-cü ildə İsfahan, Kaşan və
Qum şəhərlərini, 1504-cü ildə isə Yəzdə və Kirmanı 1506-1508-ci illərdə Diyarbəkir, Hilat, Bitlis, Ərçiş və
Bağdadla birlikdə bütün İraqi Ərəbi ələ keçirdi. Beləliklə, Səfəvilər dövləti şərqdə Şeybanilər dövləti, qərbdə
Osmanlı imperatorluğu ilə həmsərhədd oldu.
1510-cu ildə Şah İsmayıl Şeybanilər üzərinə də yürüş edib qalib gəldi və Herat, Mərv, Bəlx şəhərləri daxil
olmaqla Xorasan vilayətini ələ keçirdi
I Şah İsmayıl Şeybanilər üzərində qələbə qazandıqdan sonra Anadoluya dönərək Ağqoyunlular dövründə
Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatiyanı
tabe edərək Təbrizə döndü. Beləliklə, Şəfəvilər dövləti şərqdə Amudərya çayından qərbdə Fərata qədər geniş ərazini
əhatə edən imperatorluğa çevrildi.
I Şah İsmayıl ilə özbək hökmdarı Şeybani xan düşmən münasibətdə
idilər. I Şah İsmayılla Şeybani xan arasındakı düşmən münasibətin əsas
səbəbi Xorasanı ələ keçirmək uğrunda mübarizə idi. Şah İsmayıl 1510-cu
ildə qoşunla Xorasana doğru hərəkət edərək Şeybani xanın üzərinə
hücum etdi. 1510-cu il, dekabrın 1-də tərəflər arasında Mərv döyüşü baş
verdi. Mərv döyüşü nəticəsində I Şah İsmayıl taktiki tədbir və hərbi hiylə
işlədərək qalib gəldi, özbək qoşunu məğlub oldu və Şeybani xan
öldürüldü, Şah İsmayıl Herat, Mərv, Bəlx şəhərləri daxil olmaqla
Xorasan vilayətini ələ keçirdi. Amudəryadan Fərat çayınadək ərazilər
Şah İsmayılın əlinə keçdi, Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətinə
və imperatorluğa çevrildi
Səfəvilərin Avropa dövlətləri ilə əlaqələri
Səfəvilərin Avropa dövlətləri ilə qarşılıqlı münasibətlər qurmuşdular. Şah
İsmayıl babası Uzun Həsən kimi Qərblə əlaqələri genişləndirdi. Qərb ölkələrinin isə
Osmanlı və Səfəvilər dövlətləri arasındakı münasibətlərə belə yanaşırdılar: Hər iki
dövləti bir biri ilə toqquşdurub onları zəiflətməyə və onlar arasındakı
münasibətləri daim müharibə həddinə çatdırmağa çalışırdılar.
Şah İsmayıl Uzun həsən kimi Aralıq dənizi vasitəsilə odlu silah əldə etməyə
təşəbbüş göstərirdi. Lakin Aralıq dənizi vasitəsilə qərbdən odlu silahlar almaq
planının baş tutmayacağını hiss edən Şah I İsmayıl Portuqaliya ilə əlaqəyə girib
İran (Hörmüz) körfəzi və Hind okeanı vasitəsilə qərbdən silah və artilleriya
mütəxəsisləri gətirməyə çalışdı. Lakin, Şah I İsmayıl qərbdən odlu silah və
artilleriya mütəxəsisləri almaq məqsədi ilə Portuqaliyanın İran körfəzində
möhkəmlənməsinə mane olmadı.
Şah İsmayılla Şeybani xan
arasında döyüş (qədim minətur)
Şah İsmayılın XVI əsrdə
Florensiyalı rəssam
tərəfindən çəkilmiş
portreti (Uffitsi muzeyi.
Florensiya. İtaliya)
Qərb diplomatiyası Uzun Həsən zamanında olduğu kimi yaranmış vəziyyətdən öz mənafeyinə istifadə etdi:
Bundan istifadə edən Portuqaliya donanması Hörmüzü ələ keçirib Səfəvilərin Hind okeanına çıxış yolunu bağladı.
Bu Səfəvi dövləti üçün ağır nəticə verdi. Şah I İsmayılın bu səhvini I Şah Abbas 100 ildən sonra düzəltdi.
Səfəvi-Osmanlı müharibələrinin başlanması
Səfəvi - Osmanlı münasibətlərinin səbəbləri. Osmanlıların Şərq siyasəti
XVI əsrin əvvəllərində Osmanlıların Azərbaycanı ələ keçirmək istəyi Səfəvi-Osmanlı münasibətlərinin
müharibə həddinə çatdırdı. Osmanlının Azərbaycanı tutmaq planı sultan II Mehmet və II Bəyazidin dövründə baş
tutmamışdı. Səfəvilər dövləti yaranarkən Sultan II Bəyazid (1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başlamağa
cəsarət etməyərək onun müstəqilliyini tanımalı oldu. Bəyazidin dövründə iki ölkə arasında münasibətlər normal
oldu.Lakin, Osmanlı dövləti niyətindən əl çəkmədi. II Bəyazidin oğlu Sultan Səlim (1512-1520) hakimiyyətə
gəldikdən sonra Osmanlılar dövlətinin qızılbaşlara qarşı münasibəti dəyişdi və Səfəvilərə qarşı müharibə etmək
fikrini qətiləşdirdi.
I Səfəvi Osmanlı müharibəsinin başlanması. Sultan Səlimin Azərbaycana yürüşü
1514-cü ilin avqustunda Sultan Səlim 100 minlik qoşunla Azərbaycan sərhədlərini keçərək Səfəvi dövləti
üzərinə hücum etdi. Şah I İsmayıl isə Osmanlıları Çaldıran düzündə qarşıladı. 1514-cü il avqustun 23-də Çaldıran
düzündə Səfəvilərlə Osmanlılar arasında həlledici döyüş oldu. Döyüş nəticəsində:
• Osmanlılar Səfəvilər üzərində qələbə qazandı.
• Səfəvilər xeyli itki verdi, Şah İsmayıl yaralandı və mühasirəni qıraraq
ölkənin içərilərinə çəkildi
• Sultan Səlim Şah İsmayılı təqib edərək Təbrizi ələ keçirdi
I Səlim Təbrizi tutduqdan Şah İsmayılın hücumundan ehtiyat etdiyi üçün
tezliklə tərk etdi və İstanbula qayıtdı. Çaldıran döyüşünün nəticəsi olaraq Səfəvilər
Şərqi Anadolunu və Şimali İraqı itirdi və bu ərazilər Osmanlı dövlətinin əlinə keçdi.
Bağdad da daxil olmaqla Ərəb İraqı isə Səfəvilərdə qaldı.
Sultan Səlim üçün böyük zəfər sayılan Çaldıran döyüşü, əslində Türk dünyasının ümumi faciəsi, qərb
diplomatiyasının isə strateji qələbəsi idi. Malatiya və Otluqbeli döyüşləri kimi, Çaldıran döyüşündə də qərb
diplomatiyasının müəyyən rolu olmuşdu.
Şah İsmayılın dəbilqəsi
(Topqapı Muzeyi. İstanbul)
Üç gün keçən Çaldıran döyüşündə Şah İsmayılın qoşunu Sultan Səlimin
Sayca çox olan qoşununa məğlub oldu. Qızılbaşlar top-tüfəngin
qarşısında davam gətirə bilmədilər. Tarixdə belə bir hadisə olub. Şah
İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri
kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki
yerə bölünür. Çaldıran döyüşündən xeyli sonra Sultan Səlim Şah
İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı
Sultana göndərir. Sultan Səlim saray əyanlarını yığır və onların gözü
qarşısında bir neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha
məktubunda deyir : "Sən məni aldadırsan , bu həmin qılınc deyil.". Şah
İsmayıl cavab məktubunda ona belə cavab verir : "Qılınc həmin qılıncdı,
qol o qol deyil.
.
Şah İsmayıln döyüşləri
I Təhmasibin taxta çıxması. Səfəvilər dövlətinin daxili vəziyyəti
1524-cü ildə Şah İsmayıl vəfat etdi. I Şah İsmayılın ölümündən sonra onun
kiçikyaşlı oğlu I Təhmasib (1524-1576) taxta çıxdı. Təhmasibin hakimiyyətinin
ilk illərində Səfəvilər dövlətində daxili-siyasi vəziyyət aşağıdakı kimi idi:
• Feodallar arasında çəkişmələr başladı.
• Qızılbaş əmirləri mərkəzi hakimiyyətdən boyun qaçırmağa başladı.
Təhmasibin azyaşlı olmasından istifadə edən bir çox əmirlər mərkəzi
hakimiyyətə qarşı çıxdılar. Osmanlı dövləti isə bu vəziyyətdən istifadə etməkdə
idi.
1500
1501
1510
1503
Cabanı döyüşü
Şərur döyüşü
Həmədan döyüşü
Mərv döyüşü
I Şah İsmayıl Şirvanşah I Xəlulullahı məğlub etdi
I Şah İsmayıl Ağqoyunlu Əlvənd Mirzəni məğlub etdi
I Şah İsmayıl Ağqoyunlu dövlətinin varlığına son qoydu
I Şah İsmayıl Şeybani xanı məğlub edərək Xorasanı ələ keçirdi
1514
Çaldıran döyüşü
Səfəvilər Şərqi Anadolu və Şimali İraqı itirildi
Şirvanşahlar dövlətini məğlub edildi
Ağqoyunluların varlığına son oyuldu
İran körfəzi portuqaliyalılar tərəfindən
tutuldu
Azərbaycan dili dövlət dili səviyyəsinədək
yüksəldildi
Çaldıran döyülərində Səfəvilər məğlub
oldu
Xorasan vilayətini ələ keçirildi
Şeybanilər dövləti məğlub edildi
Təbriz yenidən
paytaxt şəhəri oldu
Səfəvilər dövləti
imperatorluğa çevrildi
Sultan Səlim Azərbaycana yürüş etdi
I Şah İsmayılın
hakimiyyəti
Şah I Təhmasib
Səfəvi hökmdarları (XVI əsr – XVII əsrin birinci yarısı)
Sultanı I Süleyman Qanuninin Azərbaycana yürüşləri. Amasiya sülhü
Səfəvilər dövlətində mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən
Osmanlılar yenidən Səfəvilərlə müharibəyə başladılar. Çünki, Sultan I Səlimin
dövründə Osmanlıların Azərbaycanı zəbt etmək planı baş tutmamışdı.
Sultan I Süleyman Qanuninin (1520—1566) hakimiyyəti dövründə Osmanlılar dörd
dəfə Azərbaycana yürüş etdilər. Yürüşlər zamanı Azərbaycan xeyli dağıntılara
məruz qaldı. Sultan Süleymanın Azərbaycana yürüşləri zamanı Osmanlıların
hücumuna mane olmaq məqsədi ilə I Təhmasib aşağıdakı hərbi-strateji tədbirləri
həyata keçirdi:
• Düşmən əlinə keçməmək üçün ot-ələfə od vuruldu, mal-qara məhv
edildi.
• Yürüş edilən ərazidə yaşayan əhali ölkənin içərilərinə köçürüldü.
• Osmanlıların əlinə keçməsin deyə ot-ələf, malqara, yollar, bulaqlar
məhv edildi.
• Paytaxt Təbrizdən Qəzvinə köçürüldü.
• Osmanlılara meyilli əmirləri itaətə məcbur etdi.
• Ordu yenidən təşkil edildi.
1552-ci ildə I Təhmasibin başçılığı ilə Səfəvi ordusu müdafiə taktikasından
imtina edərək müdafiədən fəal hücum əməliyyatlarına başladı. Bu hücumlar
nəticəsində Səfəvi qoşunu Osmanlı ərazilərinə yürüş edib xeyli qənimətlə geriyə
döndü.
Sultan I Süleymanın Azərbaycana dördüncü yürüşü də uğursuzluqla nəticələndi.
Azərbaycanı işğal etmək cəhdinin boşa çıxdığını görən Sultan I Süleyman
Səfəvilərlə sülh danışıqlarına başlamağa məcbur oldu. 1555-ci il mayın 29-da
Səfəvilərlə Osmanlılar arasında Amasiyada sülh müqaviləsi bağlandı. Amasiya
sülhünün şərtlərinə əsasən:
1. Qərbi Gürcüstan, Osmanlıların ixtiyarına keçdi
2. Gürcüstanın Şərq vilayətləri Səfəvilərin ixtiyarına keçdi
Amasiyada sülhünün imzalanması ilə Səfəvi – Osmanlı müharibələrinin
birinci mərhələsi (1514-1555) başa çatdı.
II Şah İsmayıl (1576-1578)
I Şah Təhmasib
(1524-1576)
I Şah Səfi
(1629-1642)
I Şah İsmayıl
(1501-1524)
I Şah Abbas
(1587-1629)
M. Xudabəndə (1578-1587)
Sultan I Süleymanın
Azərbaycana yürüşünü təsvir
edən minüətur
Şah I Təhmasib. naməlum
italyan rəssamı, XVI əsr
Uffizi qalereyası, Florensiya
I Şah Təhmasibin dəbilqəsi.
Sultan Süleymanın yürüşləri
zamanı Təbrizdən İstanbula
aparılmışdı
(Topqapı Muzeyi)
Sultan I Süleyman Qanuninin Azərbaycana yürüşləri
I Şah Təhmasibin Şirvanşahlar dövlətinin varlığına son qoyması
Şirvanşah II İbrahim (1502-1524) və II Xəlilullahın (1524-1535) dövründə Şirvanşahlar dövləti
Səfəvilərdən asılı vəziyyətdə idi. II Xəlilullahın ölümündən sonra Şirvan əyanları Şahruxu taxta çıxartdılar.
Şahruxun (1535-1538) dövründə:
Şahruxun cəncliyindən istifadə edən Şirvan əmirlərinin özbaşınalığı həddini aşdı
Hakimiyyət Şirvan əyanlarının əlində cəmləşdi
Şirvan əmirlərinin özbaşınalığı əhalinin narazılığına səbəb oldu
Şirvanda üsyanlar baş verdi.
Bu qarışıqlıqdan istifadə edən I Təhmasib Şirvanı işğal etmək məqsədilə 1538-ci ildə ora qoşun yeritdi.
Beləliklə, I Təhmasibin qüvvələrinin Şirvana ilk yürüşü nəticəsində:
• Şirvan Səfəvilər tərəfindən yenidən zəbt edildi.
• Sonuncu Şirvanşah hökmdarı Şahrux Təbrizə aparılaraq edam edildi.
• Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvilər dövlətinin əyalətinə çevrildi.
• I Təhmasibin qardaşı Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edildi.
• Şirvanşahların və yerli əyanların əmlakı müsadirə olundu.
• Azərbaycanın ən uzunömürlü feodal olan Şirvanşahlar dövlətinin varlığına son qoyuldu.
Şəkinin Səfəvilər dövlətinə birləşdirilməsi
Şəki hakimliyinin Səfəvilər dövlətinə birləşdirilməsi də I Təhmasibin hakimiyyəti dövrünə təsadüf edir.
Dərviş Məhəmməd xanın dövründə (1524-1551) Şəki hakimliyi ilə Səfəvilər dövləti arasındakı münasibətlər
pisləşmişdir. 1538-ci ildə Şah I Təhmasib Şirvana yürüşü zamanı Şəki hakimi Dərviş Məhəmməd xan Şirvanşah
Şahruxun köməyinə gəlmişdir. Osmanlı sultanı I Süleymanın Azərbaycandan çəkilməsindən sonra I Təhmasib Şəki
xanını cəzalandırmaq məqsədi ilə ora qoşun göndərdi.
1551-ci ildə isə Şah I Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq məqsədi ilə Ərəşdə gəlib Şəki hakimi
Dərviş Məhəmməd xanın yanına qasid göndərdi və Şəki hakimliyi itaətə dəvət olundu. Lakin Şəki hakimi Dərviş
Məhəmməd xanın rədd cavabı Şah I Təhmasibin Şəki üzərinə hücuma balanmasına səbəb oldu.
Beləliklə, 1551-ci ildə Səfəvi qoşununun Şəkiyə yürüşü nəticəsində:
• Şəki uğrunda mübarizə Səfəvilərin qələbəsi ilə başa çatdı.
• Şəki vilayəti Səfəvilərin tabeliyinə keçdi.
• Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı.
Səfəvilərin Şəkini tutulması ilə Sacilər, Salarilər, Eldənizlərdən sonra Azərbaycan torpaqları yenidən vahid
bir dövlət halında birləşdirildi. Lakin onlardan fərqli olaraq, Səfəvilər dövləti uzunömürlü mərkəzləşdirilmiş
Azərbaycan dövləti idi. XVI əsrdə Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi ölkənin həm iqtisadi,
həm də mədəni hayatına müsbət təsir etdi.
I yürüş
II yürüş
IV yürüş
III yürüş
1534-cü il
1535-ci il
1548-ci il
1554-cü il
Azərbaycanın xeyli hissəsi və Təbriz şəhəri Osmanlılar tərəfindən
tutulsa da elə həmin ildə osmanlılar Azərbaycanı tərk etdilər
Osmanlılar Təbriz şəhərini ələ keçirsə də aclıq və səfalət onları bu
dəfə də Azərbaycanı tərk etməyə məcbur etdi
Təbriz yenə də tutulsa da, Osmanlılar Azərbaycanda möhkəmlənə
bilmədilər və geri çəkildilər
Naxçıvan şəhəri tutuldu, lakin ciddi ərzaq qıtlığı hiss edən Osmanlı qoşunu Ərzuruma doğru geri çəkildi
XVI əsrdə Səfəvilər dövlətinin ictimai-iqtisadi həyatı. Mədəniyyət
Səfəvilər dövlətinin siyasi quruluşu və idarəetmə sistemi
Səfəvilər dövləti Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ənənələrini davam etdirirdi. Şah I İsmayılın
daxili siyasətinin əsas istiqamətlərindən birini mərkəzləşmiş dövlət yaratmaq ideyası təşkil edirdi. Səfəvilər dövləti
dövrün mənbələrində Qızılbaş adı ilə tanınırdı.
Səfəvilər dövlətinin idarəetmə quruluşu aşağıdakı kimi idi:
Şah - dövlətin başında durur, qeyri məhdud hakimiyyətə malik idi.
Vəkil –şahdan sonra ikinci şəxs, şahın dünyəvi və dini işlərdə tamhüquqlu müavini idi.
Ali məclis - Şahın yanında fəaliyyət göstərən məsləhətçi (məşvərətçi) orqan idi
Əmir-ül-üməra - Səfəvilər dövlətində ordunun baş komandanı, başçısı idi.
Qorçubaşı - Şahın əsası Azərbaycan tayfalarının döyüşçülərindən ibarət olan və çərik adlanan xüsusi
hərbi dəstəsinə rəhbərlik edirdi. Dövlətin hərbi qüvvələrinin əsasını Azərbaycan türklərindən ibarət
xüsusi hərbi dəstələr və şaha tabe olan əlavə daimi qoşun təşkil edirdi.
Vəzir - maliyyə işlərini idarə edir, dövlətin mədaxil və məxaricə nəzarət edirdi.
Sədr – dini idarələrə başçılıq edirdi.
Qazi – şəriət əsasında məhkəmə işlərini həyata keçirirdi.
Səfəvilər dövrünün idarəçilik sistemi Qaraqoyunlu və Ağqoyunlu idarəçilik sistemi arasında oxşar və fərqli
cəhətlərə malik idi. Oxşar cəhətlər:
• Hər üç dövlətdə ordunun baş komandanı vəzifəsini əmir-ül-üməra daşıyırdı.
• Hər üç dövlətdə maliyyə əməliyyatlarına vəzir başçılıq edirdi.
• Hər üç dövlətdə dini işlərə sədr başçılıq edirdi.
• Hər üç dövlətdə məhkəmə işləri şəriət qaydalarına əsaslanırdı.
Fərqli cəhətlər:
• Səfəvilər dövlətində dövləti şah, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində isə padşah idarə edirdi.
• Səfəvilər dövlətində ikinci şəxs vəkil, Qaraqoyunlu və Ağqoyunlu dövlətində isə əmir-ül-üməra sayılırdı.
Ali məclis
Şah
Vəkil
Əmir-ül-üməra
Qazi
Qorçubaşı
Sədr
Vəzir
Kəntxuda
Naib
Kələntər
Bəylərbəyi
Darğa
Əlqas Mirzə Şirvan bəylərbəyi təyin edildi
Səfəvilər dövlətinin paytaxtı Qəzvinə
köçürüldü
Azərbaycan I Sultan Süleymanın
yürüşlərinə məruz qaldı
Mərkəzi hakimiyyət qüvvətləndi
Azərbaycan torpaqları vahid dövlət
halında birləşdirildi
Səfəvilər Osmanlı ərazisinə hücum etdilər
Osmanlıların Azərbaycanı tutmaq siyasəti
baş tutmadı
Şirvanşahlar dövləti
süqut etdi
Şəki hakimliyinə son
qoyuldu
I Səfəvi-Osmanlı müharibəsi Amasiya sülhü ilə başa çatdı
Şah Təhmasibin hakimiyyəti
Səfəvilər dövlətinin inzibati quruluşu
XVI əsrdə Səfəvilər dövləti bəylərbəyililiklərə, onlar da
mahallara, mahallar isə şəhər və kəndlərə bölünürdü. XVI
əsrin birinci yarısında Azərbaycan ərazisi inzibati cəhətdən
üç bəylərbəyiliyə bölünürdü:
1. Şirvan bəylərbəyiliyi (mərkəzi Şamaxı şəhəri).
2. Qarabağ bəylərbəyiliyi (mərkəzi Gəncə şəhəri).
3. Təbriz bəylərbəyiliyi.
Səfəvilər dövlətində mahalları bəylərbəyiliklər
tərəfindən təyin edilmiş naiblər, kəndləri kəntxudalar,
şəhərləri isə kələntərlər idarə edirdilər. Şəhərlərdə asayişin
qorunmasına darğa başçılıq edirdi və kələntərə tabe idi.
Torpaq mülkiyyəti formaları. Vergi və mükəlləfiyyətlər
XVI əsrdə Səfəvilər dövründə əvvəllər olduğu kimi əsas torpaq mülkiyyət formaları (divani, xassə, vəqf,
mülk və.s) qalırdı. Bu dövrdə də Səfəvi dövlətində torpaq mülkiyyət formalarında elə də ciddi dəyişiklik baş
vermədi. Sadəcə bu dövrdə tiyul torpaq mülkiyyəti meydana gəldi. Səfəvi şahları soyurqal əvəzinə dövlətə xidmət
müqabilində tiyul verilirdi. İlk Səfəvi şahları mərkəzləşdirmə siyasəti yürüdərək irsi soyurqal torpaq sahibliyini
məhdudlaşdırılmasına çalışır və torpaq mülkiyyətinin yeni forması olan - tiyul torpaqları paylayırdılar. Tiyul torpaq
mülkiyyətinə aid xüsusiyyətlər bunlar idi:
Torpaq sahibliyinin şərti forması idi.
Yalnız şahın icazəsi ilə iris olaraq keçə bilərdi.
Vergi sistemi də, demək olar ki, olduğu kimi qalırdı. Belə ki, kəndlilər torpaq sahibinə otlaqlardan istifadə
əvəzində çobanbəyi, bağlar üçün bağbaşı və.s vergilər verirdilər.
XVI əsr Azərbaycan mədəniyyəti
XVI əsrin başlanğıcında Azərbaycan Səfəvi dövlətinin yaranması ilə əlaqədar xalqın mədəniyyəti də xeyli
inkişaf etdi. Azərbaycan-türk hökmdarlarının elmə, təhsilə, mədəniyyətə qayğısı bu inkişafı təmin etdi.
Səfəvilər dövründə də məktəb və mədrəsələrin fəaliyyəti təhsilin inkişafını təmin edirdi. Azərbaycanın bir
sıra şəhərlərində çoxlu mədrəsə-məktəb var idi. Təhsillə bərabər, elm inkişaf edirdi.
Bu dövrdə astronomiya elminin inkişafına müəyyən maraq vardı. Elm və incəsənətə xüsusi qayğı göstərən I
Şah ismayıl Marağa rəsədxanasını bərpa etdirmiş, riyaziyyatçı və astronom Qiyasəddin Mənsuru Marağaya
göndərmişdi.
XVI əsrdə elmin inkişafı fəlsəfə və tarixin öyrənilməsinə geniş imkanlar açmışdı. Məhəmməd Füzuli -
əsərlərindəki dərin fəlsəfi fikirlərə görə öz dövründə dünya poeziyasının zirvəsini fəth etdi. Onun fəlsəfi fikirləri
“Mətlə-ül-etiqad” (“Etiqadın mənşəyi”) əsərində öz əksini tapmışdır.
XVI əsrin görkəmli Azərbaycan tarixçilərindən isə aşağıdakıları qeyd etmək olar:
Həsən bəy Rumlu - Şah I Təhmasibin sarayında qulluq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur.
Onun "Əhsən ət-təvarix" ('Tarixlərin ən yaxşısı") əsərinin dövrümüzə qədər gəlib çatmış IX-X cildləri
Azərbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuşdur.
İsgəndər bəy Münsi - gəncliyində Səfəvi sarayında divan katiblərindən biri, sonralar Şah I Abbasın
tarixçisi olmuş "Tarixi aləm arayi Abbasi" ("Abbasın dünyanı bəzəyən tarixi") əsərini yazmışdır.
Əsərdə Səfəvi dövləti və qonşu ölkələrin tarixi barədə maraqlı məlumatlar vermişdir.
Səfəvilər dövlətinin yaranmasının böyük əhəmiyyəti var idi. Belə ki onların dövründə Azərbaycan dili dövlət
dili səviyyəsinədək yüksəldildi. Belə ki, Şah I İsmayılın dövründə Azərbaycan dili dövlət dili elan edildi. Səfəvi
hökmdarlarının müdrik siyasəti nəticəsində bu dövrdə fars dilində yazmaq ənənəsi öz yerini Azərbaycan dilinə
verdi. Azərbaycan dilində də şeirlər yazılır, şeir məclisləri keçirilirdi. XVI əsrdə Azərbaycan dilinin böyük Səfəvi
imperatorluğunun dövlət dilinə çevrilməsi Azərbaycan dilinin daha da inkişafına səbəb oldu.
Azərbaycan bəylərbəyilikləri
XVI əsrdə Şah İsmayılın sarayında ədəbi məclis fəaliyyət göstərirdi. Belə
məclislərdə dövrün böyük şairləri toplaşırdı. Şah I İsmayıl «Xətai» təxəllüsü ilə
Azərbaycan dilində şeirlər yazmış, divan bağlamışdı. Azərbaycan poeziyasında ilk dəfə
olaraq məhz o, şeirini nikbin misralarla bitirmişdir. Şah İsmayıl Xətai «Qurani-
Kərim»in bilicisi olmaqla yanaşı, musiqi alətində ifa etməyi də bacarırdı.
Səfəvilər dövründə Azərbaycanda çoxsaylı ictimai binalar, karvansaralar,
hamamlar, ovdanlar, körpülər, məqbərələr və məscidlər tikilmişdir. Ümumiyyətlə,
XVI əsr Səfəvilər dövrünün memarlıq abidələri bunlar idi:
Ərdəbildə Şeyx Səfi məqbərəsi.
Qusar Rayonunda Şeyx Cüneyd məqbərəsi.
Bakının Şərq darvazaları.
Naxçıvanda Əlincə çayı üzərində körpü.
Bəhs olunan dövrdə Azərbaycanda kitabxanaçılıq işi də tərəqqi etmişdi. XVI
əsrdə Təbrizdə Şah İsmayıl tərəfindən böyük bir kitabxana açılmışdır.Görkəmli rəssam
Kəmaləddin Behzad Şah I İsmayıl tərəfindən Təbrizdəki saray kitabxanasına rəis təyin
edilmişdi. Ölkədə xəttatlıq da inkişaf etmişdi. Bu dövrdə kitab nəşrinin olmaması,
əsərlərin xəttatlar vasitəsilə yazılması xəttatlıq sənətinin inkişafına səbəb olurdu.
XVI əsrin əvvəlindən etibarən Təbriz şəhəri bədii miniatür ustaları geniş şöhrət
qazanmışdılar. XVI əsr Təbriz miniatür məktəbinin görkəmli nümayəndələrindən biri,
bədii müniatür ustası Sultan Məhəmməd olmuşdur. Onun miniatürləri Sankt-
Peterbur, London, Leypsiq, Venetsiya muzeylərində mühafizə olunur və saxlanılır.
XVI əsrdə Azərbaycan musiqi mədəniyyəti də inkişaf etmişdir. Bu dövrün ən
məşhur xanəndəsi Hafiz Lələ idi. Onun Azərbaycan musiqisinin inkişafında xüsusi rol
oynamışdır. Həmin dövrün görkəmli nümayəndəsi XV əsrin sonları və XVI əsrdə Aşıq
Qurbaninin dildən-dilə gəzən dastanları indi də aşıqlar tərəfindən yüksək
qiymətləndirilir.
Məhəmməd Füzuli
Aşıq Dirili Qurban
a) Kəmaləddin
Behzad. Həzrəti
Yusifin yoldan
çıxarılması. Miniətür.
1488-ci il. Qahirə
Milli kitabxanası
b) Sultan
Məhəmmədin
Nizaminin
«Xəmsə»sinə çəkdiyi
miniatür Sultan
Səncər və
qarı(London,Britaniya muzeyi)
a) b)
Şeyx Səfi xalçası. “Viktoriya və Albert” muzeyi (London)
Təbriz xalçaçılıq məktəbinin şah əsəri olan Şeyx Səfi xalçası 1539-cu ildə I Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün
toxunmuşdur. Şeyx Səfi xalçası hazırda Londonun Viktoriya və Albert Muzeyində saxlanılır.Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi
56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. XIX əsrdə ingilislər tərəfindən pulla
alınıb Böyük Britaniyaya aparılmışdır. Xalçada Zəngin rəng çalarları vəhdət təşkil edir. Xalının mərkəzində yerləşən qönçə
Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş
şüalarını əks etdirir. Xalçanın ətrafdakı saysız hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə xalçanın təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nüsxə Azərbaycan Müasir
İncəsənət Muzeyində nümayiş etdirilir.
Azərbaycanın ən görkəmli memarlıq abidələrindən biri olan və Ərdəbil şəhərinin simvolu hesab olunan Şeyx Səfi türbəsi daş
kürsülük üzərində yüksələn qülləvari türbədir. Türbənin gövdəsi və günbəzin üstü firuzəyi kaşı çəkilmiş qırmızı kərpiclə naxış
şəklində örtülmüşdür. Fasadın qalan hissəsi məsciddən daha çox yaşayış binasını xatırladır. Məqbərədə vaxtilə qiymətli saxsı
qablar və kitablar saxlanılırmış. Binanın içərisi kaşı ilə zəngin bəzədilmişdir (bu əşyaların əksəriyyəti 1828-ci ildə ruslar
tərəfindən qarət edilərək Dövlət Ermitajına aparılıb və indi orada sərgilənməkdədir). İkinci şəkildə gördüyünüz Şeyx Şəsi
türbəsinin ətrafında yaradılan kompleks Yaxın Şərqdə olan ən böyük ziyarətgahlardandır. Kompleks, memarlıq quruluşunun
yüksək bədii xüsusiyyətləri ilə bərabər, kaşıdan düzəldilmiş nəbati ornamentlərinin və daxili tərtibatının zənginliyi ilə də
müstəsna bir abidədir
Qusar rayonunun Həzrə kəndindəki Şeyx
Cüneyd türbəsi XVI
əsrdə Azərbaycanda tikilən
və Səfəvilərin yadigarı olan abidələrdən
biridir. Şeyx Cüneyd Şah İsmayıl
Xətainin babası idi. O, XV əsrdə Şirvana etdiyi
hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən
öldürülmüş və Həzrə kəndində dəfn
edilmişdir. Səfəvilər Şirvanda hakimiyyəti ələ
aldıqdan sonra, 1544-cü
ildə Həzrə kəndindəki məzar üzərində türbə
tikdirilmişdir.
Şeyx Cüneyd məqbərəsi
Şeyx Səfi məqbərəsi
XRONOLOGİYA
XIII əsrin sonları Səfəvilərin Ərdəbil hakimliyinin yaranması
1252-1334 Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaqın dövrü
1447-1460 Şeyx Cüneydin Ərdəbil hakimliyi dövrü
XV əsrin ortaları Səfəvilərin daha fəal siyasət yeritməyə başlaması
1460 Şeyx Cüneydin Şirvana və Dağıstana yürüşü. Samur çayı yaxınlığında döyüş.
1460-1488 Şeyx Heydərin Ərdəbil hakimliyi dövrü.
1483 Şeyx Heydərin Şirvana və Dağıstana birinci yürüşü.
1487 Şeyx Heydərin Şirvana və Dağıstana ikinci yürüşü.
1488 Şeyx Heydərin Şirvana üçüncü yürüşü. Şahdağ döyüşü.
1488-1494 Şeyx Sultanəlinin Ərdəbil hakimliyi dövrü
1494-1501 Şahzadə İsmayılın Ərdəbil hakimliyi dövrü
1499 Şahzadə İsmayılın Lahicanı tərk edərək, Ərdəbilə gəlməsi
1500 payızı Şahzadə İsmayılın Ərzincandan Şirvana yürüşü. Qızılbaşların heç bir müqavimətə rast gəlmədən
Şamaxını tutması
1500 Cabanı döyüşü.
1501 yazı Səfəvilərin Bakı qalasını ələ keçirməsi
1501 Şərur döyüşü. Ağqoyunlu dövlətinin birinci qolun süqut etdi, Əlvənd Mirzə isə məğlub oldu
1501 payızı Şahzadə İsmayılın Təbrizə daxil olaraq özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin
yaranması
1501-1736 Səfəvilər dövlətinin mövcud olması
1501-1524 Şah I İsmayılın hakimiyyəti
1503 Almaqulağı döyüşü., Murad Mirzə məğlub oldu Ağqoyunlu dövlətinin ikinci qolu və Ağqoyunlu
dövləti süqut etdi
1503 Şah I İsmayılın İsfahan, Qum və Kaşan şəhərlərini ələ keçirməsi
1504 Şah I İsmayılın Yəzdə və Kirmanı ələ keçirməsi
1506-1508 Şah I İsmayılın Diyarbəkri, Hilatı, Bitlisi, Ərçişi və Bağdadla birlikdə İraqi Ərəbi ələ keçirməsi
1510 Şah İsmayılın Xorasana, Şeybani xanın üzərinə hücum etməsi. Xorasan vilayətini ələ keçirdi
1512 Şah I İsmayılın Qaraman və Malatiyanı ələ keçirməsi
1514 Sultan Səlimin Azərbaycana yürüş etməsi
1514-1555 I Səfəvi-Osmanlı müharibəsi dövrü
1514 23 avqust Çaldıran döyüşü.
1515 Portuqaliya hərbi-dəniz qüvvələrinin Hörmüz (İran) körfəzini işğal etməsi
1524-1576 Şah I Təhmasibin hakimiyyəti.
1534 Osmanlı sultanı I Süleyman Qanuninin Azərbaycana birinci yürüşü.
1535 Sultan I Süleymanın Azərbaycana ikinci yürüşü.
1535-1538 Şirvanşah Şahruxun hakimiyyəti.
1538 I Təhmasibin əmri ilə qızılbaşların Şirvana yürüşü. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu,
Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvilər dövlətinin əyalətinə çevrildi, Əlqas Mirzə Şirvana
ilk bəylərbəyi təyin edildi
1548 Sultan I Süleymanın Azərbaycana üçüncü yürüşü
1551 Səfəvi qoşununun Şəkiyə yürüşü. Şəki vilayəti Səfəvilərin tabeliyinə keçdi. Azərbaycan
torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı
1554 Şah I Təhmasibin osmanlılara qarşı müdafiədən fəal hücum əməliyyatlarına keçməsi.
1554 Sultan I Süleymanın Azərbaycana dördüncü yürüşü
1555 29-may I Səfəvi-Osmanlı müharibəsinin başa çatması. Amasiya sülhü
XVI əsrə aid olan və Naxçıvanda yerləşən
Əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su
səthindən 5 m hündürlükdə, qabariti 2 m
olan tarixi bir körpüdür. Həmin körpüdən
Ərəfsə və Ləkətan kənd sakinləri bu gün
də istifadə edirlər. Körpü tikilərkən
dayaqların möhkəmliyinə xüsusi fikir
verilmişdir. Ovulmanın qarşısını almaq
məqsədilə körpü üçün çay vadisinin
əsasən düz və dar keçidini seçmişlər.
Körpünün bir dayağı hündür qayaya,
digər dayağı sahildəki özülə birləşir.
Şeyx Cüneyd məqbərəsi Əlincə çayı üzərində körpü
XV əsr Ərdəbildə Şeyx Səfi, Qusar Rayonunda Şeyx Cüneyd məqbərəsinin, Bakının Şərq
darvazalarının, Naxçıvanda Əlincə çayı üzərində körpünün inşa edilməsi
top related