İnformasİya – kommunkasİya texnologİyalari …
Post on 12-Nov-2021
42 Views
Preview:
TRANSCRIPT
MÖVZU 1
İNFORMASİYA – KOMMUNKASİYA TEXNOLOGİYALARI FƏNNININ
PREDMETI
PLAN:
1.1.İnformasiya- kommunikasiya texnologiyalarının mahiyyəti və fənninin predmeti
1.2.İqtisadiyyatın idarə olunmasında informatikanın rolu və yeri
1.3.İnformaiya cəmiyyəti
1.4.Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları
1.5.Alqoritm anlayışı
1.1. İnformasiya- kommunikasiya texnologiyalarının mahiyyəti və predmeti
“İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın –
informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən
oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət
elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə,
təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.
İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret
texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir.
Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır:
Sistem texnikası;
hesablama sistemləri nəzəriyyəsi;
proqramlaşdırma texnologiyaları;
verilənlər bazası nəzəriyyəsi;
erqonomika;
dizayn və informasiya – texnoloji profilli digər elmlər.
İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan
fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insan-
maşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə
və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir.
XX əsrin sonlarında inkişaf etmiş ölkələrin ictimai həyatında müəyyənedici rol
oynamağa başlayan iqtisadi hadisə aşkar şəkildə təyin olundu. Bu hadisə rifah (nemət)
istehsalında yaradıcı əməyin dominant rolundan ibarətdir. Yaradıcılıq adı altında insanın heyvan
və ya maşın tərəfindən həyata keçirilə bilməyən istənilən ali fəaliyyəti başa düşülür. Yaradıcı
fəaliyyətin məhsulu sənaye əsri üçün xarakterik olan maddi məhsul deyil, informasiya
məhsuludur. Beləliklə, müasir cəmiyyətdə yeni iqtisadi dominant köhnəni əvəz edir.
2
Hər bir sahədə oldugu kimi İKT sahəsinin də özunəməxsus bazarı olur.Əgər bir sahədə
məhsul və xidmətlərin istehsalı baş verirsə həmin sahə ilə bağlı bazar da formalaşır.Həmin bazar
sadəcə olaraq mövcud olmur, o eyni zamanda müəyyən iqtisadi keyfiyyətlərə sahib olaraq bazara
məhsul çıxaran sahənin inkişafina birbaşa təsir edir.
Deməli, İKT sahəsində informasiya məhsullarının mövcudluğu informasiya bazarının
yaranmasına səbəb olur. İnformasiya bazarı dedikdə informasiya əmtəəsinin istehsalı, mübdiləsi,
istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətlərin
məcmusu başa düşülür. İnformasiya bazarında informasiya deyil, informasiya fəaliyyətinin
məhsulları satılır və dövr edilir.
İnformasiya məhsulu isə elə bir məhsuldur ki,o təkcə ayrı-ayrı istehlakçılar üçün deyil,
bütün bəşər cəmiyyəti üçün də mühüm əhəmiyytə malikdir.
Nəzəri baxımdan informasiya bazarının mahiyyətini dəqiq anlaya bilmək üçün
informasiya məhsulları haqqında təssəvür olmalıdır.
İnformasiya texnologiyalarının inkişafı üçün yeni texniki vasitələrin,kompterlərin,
kompüter texnologiyası və telekommunikasiya vasitələrinin, proqramların yaranması və get –
gede de daha geniş məkanda yayılmasına səbəb olur. Lakin bu vasitə və texnologiyalar dünyanın
bütün ölkələrində hazırlanmır və istehsal edilmlir. Eyni zamanda istehsalçı ölkılır daxilində də
informasiya kommunikasiyalarının vasitə və proqramları müxtəlif şirkətlər tərəfindən istehsal
edilir. Bunun nəticəsindədə İKT və vasitələrinin , proqram təminayı məhsullarının istər-istəməz
alınıb-satılması zərurəti yaranır. Beləliklə də, informasiya məhsulları , onların növ müxtəlifliyi
ortaya çıxır.
İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub,yayılma və
realizasiya üçün təyin olunmuş sənədlər,informasiya massivləri,verilənlər bazası və
xidmətləridir.
İnformasiya məhsulu istifadəçinin tələbinə uyğun hazırlanan və mal formasında təqdim
edilən, sənədləşdirilən informasiyadır. İnformasiya məhsullarına proqram məhsulları, verilənlər
bazası və digər informasiyalar aiddir.
İnformasiya məhsulları çox vacib, lakin unikal olmayan xüsusiyyətə malikdir. Belə ki,
informasiya məhsulunun ilkin nüxsələrinin qiyməti sonrakı nüxsələrə görə cox yüksəkdir. Bu
xüsusiyyət yalnız informasiya məhsullarına deyil yolların tikintisi, telekommunikasiya
şəbəkələrinin qurulması, ümumiyyətlə texniki infrastrukturun qurulmasında və faydalı
qazıntıların axtarılması prosesində özünü göstərir.
3
Elmi - texniki tərəqqinin naliyyətləri əsasında əldə olunan məhsulların alqı-satqı
prosesi elmi- texniki məhsullar bazarını formalaşdırır. ETT maddi istehsalın və cəmiyyətin
tələbatının genişlənməsi və mürəkkəbliyi ilə bilavasitə baglıdır.
İqtisadiyyatda ETT və ETİ anlayışları fərqləndirilir. ETT-dən fərqli olaraq ETİ
istehsalın elmi əsaslarla ikişafının keyfiyyətcə və köklü surətdə həyata keçrilməsini xarakterizə
edir.
Hər bir ölkənin ETT onun elmi- texniki potensialı ilə şərtlənir.Elmi – texniki potensiala
aşğıdakılar aid edilir:
1.Kadr potensialı- alimlər, mühəndislər, elmi peadaqoji kadr hazırlığı ilə məşgul olan
işçilər, fəhlələr və s. daxildir.
2. Maddi – texniki resurslar- elmi tədqiqat və bu tipli digər işlərin həyata keçirilməsi,
təkmilləşdirilmiş texnika və texnologiyaların nümunələrinin hazırlanması məqsədi ilə mövcud və
nəzərdə tutulan əsas və dövriyyə fondları daxildir.
3.İnformasiya potensialı- elmi tədqiqat fəaliyyətinin və onun nailiyyətlərinin
istehsalda istifadəsinə haz ırlıq prosesinin informasiya təminatı üçün zəruri olan müxtəlif
informasiya daşıyıcılarında yıgılmış məlumatların məcmusunu xarakterizə edir.
4. Təşkilati, iqtisadi və idarəetmə potensialı- elm və texnikanın birgə fəaliyyətini
ümumiləşdirən üsul və vasitələrin məcmusundan ibarətdir.
ETT-nin səmərəliliyi 3 istiqamətdə hesablanır: iqtisadi,texnoloji və sosial.
1.Iqtisadi səmərəlilik- müxtəlif elmi- texniki yeniliklərin istehsalın nəticəsinə təsirini
müəyyənləşdirməyə imkan verir. Elmi – texniki yeniliklərin mühüm istiqamətlərindən
olan yeni texnikanın istehsalata tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi
konkret olaraq əmək sərfinin azaldılması, ümumi xərclərin tərkibində texnikanın
istismar xərclərinin azaldılması, işə sərf olunan vaxtın azaldılması və əmək şəraitinin
yaxşılaşdırılması kimi göstəricilərdən istifadə olunur.
1. Texnoloji səmərəlilik- yeni texnika və texnologiyaların texniki- iqtisadi
göstəricilərinin yaxşılaşdırılması və təkmillşdrilməsini xarakteizə edir.
2. Sosioloji səmərəlilik- elmi – texniki yeniliklərin işçilərin həyat və əmək şəraitinə
təsirini müəyyənləşdirməklə istifadə olunur.
Cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç
mərhələləyə bölürlər:
aqrar cəmiyyət
sənaye cəmiyyəti
informasiya ( postsənaye) cəmiyyəti
4
Sənayeyə qədər cəmiyyət insanın təbiyyətlə qarşılıqlı təsiri üzərində təşkil olunmuşdur:
resurslar hasiledici sənaye sahələri tərəfindən təmin olunur, cəmiyyət isə azalan vergi və aşağı
məhsuldarlıq qanunlarına tabe olur. Sənaye cəmiyyəti-insanın yeniləşmiş təbiətlə qarşılıqlı
təsiridir. Bu qarşılıqlı təsir insanla maşının qarşılıqlı münasibətlərinə əsaslanır və enerjinin təbii
ətraf mühitin texniki mühitə keçməsi üçün istifadə olunması prosesinə əsaslanır.
Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı
şəraiti əmələ gəlməli idi.Bu şərait XX əsrdə yarandı. Artıq və lazımsız olan çoxlu miqdarda
informasiya yarandı.İnformasiya cəmiyyətinə keçid isə müxtəlif sahələrdə informasiyanın
ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə eilməsi ilə başlandı.Bu proses
informasiyalaşdırma adlanır.
Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına
uyğun informasiya almaq imkanı verir. Son dövrlərə kimi "informasiyalaşdırma" sözü əvəzinə
"kompüterləşdirmə" sozündən istifadə olunurdu. Lakin "kompüterləşdirmə" sözünün mənası
kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırılması isə
kompüterləşdirməyə nisbətən daha geniş anlayışdır. Beləki, bu gun texniki vasitlər deyil,sosial-
texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə
informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır.
1.2. İqtisadiyyatın idarə olunmasında informatikanın rolu və yeri
İnformatika sözü 1960- cı ildə ilk dəfə fransızlar tərəfindən elmə daxil edilmişdir və
mənası informasiyanın avtomatik emalı deməkdir, yəni "informatique + avtomatique" sözlərinin
birləşməsindən götürülüb. İngilis dilli dövlətlərdə Computer Scienee – hesablama texnikası
haqqında elm deməkdir. İnformatikanın əsasını 2 elm təşkil edir: kibernetika və sənədləşdirmə.
Sənədləşdirmə XIX əsrin 30-40 –cı illərdə istehsal münasibətlərində burjua inqilabının inkişafı
ilə əlaqədar olaraq yaranmışdır. XX əsrin 20-30 – cu illərdə öz çiçəklənmə dövrünü keçirmişdir.
Kibernetika isə (idarə etmədə sunilik) 1948- ci ildə amerikalı riyaziyyatçı Nobert Vinner
tərəfindən elmə daxil edilib. XIX əsrdə fransız fiziki Andre Mari Amper kibernetika sözünü öz
elmi işlərində istifadə etmişdir. Səbəbi : o bütün elmlərin vahid sistemli klasifikasiya məsələləri
ilə məşğul olarkən belə bir nəticəyə gəlmişdir ki, bütün fənnlərinin əsasını idarəetmə elementləri
təşkil edir və onlar arasında qarşılıqlı əlaqə vardır. Buna baxmayaraq kibernetika və informatika
bir- birindən fərqlənir: informatika-aparat proqram vasitələri əsasında informasiyanın emalı ilə
məşğul olur. Kiernetika – informasiyanılı yaxınlamalarda idarə etmə obyektinin qurulması.
İnformatika kompüter texmiologiyasına əsaslanır və onsuz mövcud deyildir. Kibernetika isə öz
– özlüyündə yaranır, obyektləri idarə etmək üçün müxtəlif model yaradılır və kompüter
5
texmiologiyasına əsaslanır. İnformatika geniş mənada kompüter və telekomunal əlaqə vasitələri
ilə informasiyanın yığılması, ötürülməsi, saxlanması və emalı üçün mühəndis elmi – texniki
sahələrlə bağlı olan insan fəaliyyətinin bütün sahələrini əhatə edir. İnformatika dar mənada 3
əlaqəli hissədən ibarətdir :
1) Texniki təminat ;
2) Proqram təminatı ;
3) Alqoritmik təminat.
İnformatikanın əsas funksiyası – informasiyanın yenidən dəyişdirilməsi (formasının
dəyişdirməsi) və işlənməsi üçün istifadə olunan metod və vasitələrindən, həmçinin onlardan
istifadə etməklə informasiyanın yenidən dəyişdirilməsinin texnoloji proseslərinin qurulmasından
ibarətdir.
İnformatikanın məsələsi dedikdə :
1) ixtiyari təbiətli informasiyalı proseslərin tətbiqi
2) İnformasiyalı texnikanın yenidən işlənməsi; informasiyalı proseslərin tətbiqi zamanı
alınan nəticələr əsasında informasiya emalı üçün yeni texnologiyalarln yaradılması
3) İctimai həyatın bütün sahələrində hesablama texnikası və texnologiyasından istifadə
etməklə müxtəlif tipli məsələlərin (problemlərin) həll edilməsi.
İnformatika kompleks elmi – texniki fənndir və ixtiyari sahələrdə meydana çıxan
problemləri kompüter texmiologiyasının köməyi ilə həll edilməsinə yönəlibdir.
İnformatikanın fəaliyyət dairəsi “kompyuter haqqında” elm olmaqdan daha genişdir.
Akademik B.M. Qluşkovun və B.S. Mikaleviçin fikrinə görə informatika kompyuterləşdirilmiş
informasiya sistemlərinin fəaliyyətinin layihələndirilməsinin işlənməsinin, yaradılmasının,
səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün
aspektlərini öyrənən kompleks elmdir.
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür
tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə
qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli
üçün tələb olunan zəruri informasiyaları kompyüter vasitəsilə ala bilmələri sahəsində texniki
bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı
İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə
olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas
məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin
fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya
6
kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin
texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır
Müxtəlif iqtisadi və digər məsələlərin həlli çoxsaylı amillərin təsirinin kəmiyyətcə
qiymətləndirilməsini, nisbətlərin proqnozlaşdırılmasını və s. nəzərdə tutur. Bu isə hesablama
tenikası vasitələrinin və riyazi aparatın köməyi ilə həyata keçirilə bilər.
İnformatika bir elm sahəsi kimi, informasiyanın quruluşu, ümumi xassələri, yaradılması,
saxlanılması, axtarışı, çevrilməsi, ötürülməsi və istifadəsinin-insan fəaliyyətinin müxtəlif
sahələrindəki qanunauyğunluq və üsullarını tədqiq edir.
İnformatika – informasiyanın çevrilməsi haqqında elm olub, hesablama texnikasının
istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir.
İqtisadi informatika iqtisadi informasiyanın çevrilməsi qanunauyğunluqlarını, bu çevrilmələrin
texniki- texnoloji və digər vasitələrini, insan- maşın sistemlərindəki çoxcəhətli münasibətləri
öyrənir.
İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:
1. İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya,
informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya
təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri).
2. Nəzəri və riyazi informatika (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul
edilməsi, riyazi və məntuqu aparat).
3. Süni intellekt nəzəriyyəsi (İntellektual və psixi proseslərin modelləşdirilməsi ekspert
sistemləri, obrazların tanınması, intellektual robortar).
4. Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və
proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, komputer sistemlə ri
və şəbəkələri).
5. Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox
elm sahələrində-iqtisadiyyatda, texnikada, hərbi işlərdə, hüquqi sahədə yaranan məsələlər).
1.3.İnformasiya cəmiyyəti
Klassik yanaşmada iqtisadiyyat aqrar, sənaye və xidmət sferası sahələrinə bölünür.
Hazırki dövrdə isə bu üç klassik sektora sürətlə inkişaf edən yeni bir sektor “intellekt
iqtisadiyyatı” və ya “bilik iqtisadiyyatı” sektoru əlavə olunmuşdur. Bu günkü intellektuallaşmış
avtomatika şəraitində artıq informasiyanın emalı deyil, yeni informasiyanın yaradılması və onun
kollektiv istifadəsi ön plana çəkilir. Məhz bu səbəbdən də artıq “əl əməyi peşələri”ndən
“intellektual peşələr”ə keçid baş verir. Belə şəraitdə dünya iqtisadiyyatının əsas alətləri
kompüterlər və onlarla əlaqədar olan İKT avadanlıq və ləvazimatları olur ki, bu alətlərə də əsas
7
xammalı İnternet, korporativ şəbəkələr və biliklər bazalarından verilir. Eyni zamanda biliklər
sənayesi və informasiya texnologiyaları öz iqtisadi bölmələrinin hüdudlarını aşaraq müasir
iqtisadiyyatın ən perspektivli istiqamətlərinin hərəkətvericisi, əlaqələndiricisi rolunu oynayır.
Analitiklərin fikrinə görə XXI əsr yeni “Mindcraft” (“ağıl peşəsi”, “intellekt peşəsi”)
əsri olacaq ki, bu da insan şəxsiyyəti ilə İKT-larına əsaslanan intellektual texnologiyaların
vəhdətidir. Bu isə iqtisadi inkişafın dinamik yüksəlişinin informasiyanın yaradılması, ondan
istifadənin ən mütərəqqi üsullarının işlənib hazırlanması, tətbiqi, bu proseslərin həyata
keçirilməsi məqsədilə yeni texnologiya və vasitələrin yaradılmasını tələb edir. Bu tələbatın
özündən də aydın olur ki, yeni əsrin iqtisadiyyatı həm xammalın vasitə, həm də vasitənin
xammal yaratdığı qarşılıqlı sistemin vəhdətindən ibarətdir.
Müasir informasiyalaşmış iqtisadiyyatın inkişafının dinamikasının tədqiqi bəşər
inkişafının müxtəlif mərhələlərində baş vermiş informasiya inqilablarının öyrənilməsini və
onların inkişaf mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya inqilablarının
öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və cəmiyyətin informasiya və ona xidmət edən
texnologiyaların, eləcə də bunların qarşılıqlı təsirindən törənən təkan və sıçrayışların dinamik
təhlilinə imkan yaradır. Digər tərəfdən isə informasiya və informasiya texnologiyalarının
bəşəriyyətin inkişafındakı əvəzolunmaz rolunu sübuta yetirir
Göründüyü kimi bəşəriyyətin inkişafında bir mərhələdən digərinə keçid informasiya,
onun yaranması və istifadəsi mənbəə və vasitələri ilə müəyyənləşmişdir. Aqrar cəmiyyətdə əsas
rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Sənayeləşmiş cəmiyyətdə enerji mübadiləsi önə çıxır ki, enerjinin yerdəyişməsinə də daha az
vaxt tələb olunur. Bu isə cəmiyyətin daha dinamik inkişafına şərait yaratmışdır
Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət adlansa da bir çox
mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam
informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki inqilabın baş
verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin inkişafının informasiyalaşma mərhələsinə
daxil olması ilə xarakterizə olunur. Bu mərhələ postsənayeləşmə dövrü adlandırılır. Cəmiyyətin
keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır ki, onun da məğzi praktiki olaraq bütün sferalarda
informasiya və onun ən yüksək forması olan elmi biliklərin mənimsənilməsi və geniş miqyaslı
istifadəsindən ibarətdir.
Hər bir inkişaf mərhələsi istehsal qüvvələrinin özünəməxsus strukturuna malik olur. Hər
növbəti mərhələdə isə əvvəlkində mövcud olan struktura yeni ona aid tərkib hissələri əlavə edilir.
Belə ki, aqrar cəmiyyətdə istehsalın texnoloji vasitələr strukturuna insanın fiziki imkanları, əl
alətləri, təbii faktorlar aiddir. Sənayeləşmiş cəmiyyətdə bu struktura maşınlar və elektroenrji
8
əlavə edildi. İnformasiyalaşmış cəmiyyətdə isə mövcud struktura yeni komponentlər olan insan
biliyi, informasiya texnologiyaları və informasiya əlavə olunur.
Postsənaye dövrünün əsas xüsusiyyəti informasiyadan istifadənin həyatın müxtəlif
sahələrində geniş istifadədir. XX əsrin 50-ci illərindən başlayaraq EHM-larının yaradılması,
proqram təminatlarının işlənməsi ilkin dövrdə xırda idarəetmə məsələlərində istifadə olunurdu.
Lakin tezliklə daha güclü EHM-larından istifadə etməklə idarəetmə, maliyyə, bank, elmi-
tədqiqat işlərində informasiya,onun elementləri. informasiya texnologiyalarından istifadə geniş
vüsət aldı. Artıq informasiya yalnız sənaye və idarəetmədə deyil, bütün həyati sahələrdə tətbiq
ediməyə başlandı. İnformasiyadan istifadə, onun emalı və istifadəsinin yeni vasitələrinin, üsul və
texnologiyalarının işlənib hazırlanması, yeni iqtisadi sahə olan informasiya iqtisadiyyatını
yaratdı.
İnformasiyalaşmış cəmiyyətin belə bölünməsi bir çox səbəblərdən irəli gəlmişdir. Bu
səbəblərə dünya ölkələrinin müxtəlif inkişaf səviyyələri. texniki təminatda fərqlər, cəmiyyətin
informasiya resurslarından istifadə qabliyyəti və imkanları. Informasiya texnologiyalarının
inkişaf səviyyəsi və əhalinin bu sahəyə aid vasitələrlə təmini və s. Qeyd etmək lazımdır ki,
hazırki dövrdə postsənaye mərhələsində olan ölkələrin sayı daha çoxdur. Yalnız dünyanın bir
sıra inkişaf etmiş ölkələri, ABŞ-ları, Yaponiya, Qərbi Avropa ölkələri informasiyalaşmış
cəmiyyətin qurulmasının yuxarı mərhələsindədir. Başqa tərəfdən dünyanın əksər ölkələrində
İnternetin, kompüterdən istifadənin aşağı səviyyəsi, dövlət idarəetməsi və hakimiyyətin idarə
edilməsində olan çatışmamazlıqlar informasiyalaşmış cəmiyyətə keçidi ləngidir.
Postsənaye mərhələsinin inkişaf edərək tam informasiyalaşmış cəmiyyətə keçidinin əsas
şərtlərindən biri, informasiya texnologiyaları sahəsi mütəxəssislə-rinin daha çox olması, bilyin
ön cərgəyə çəkilməsi, demokratik cəmiyyətin formalaşması, insan amilinin yaradıcılığına və
elmi qabliyyətinə görə qiymətlən-dirilərək irəli çəkilməsidir. Postsənaye cəmiyyətində
informasiyanın həlledici rolu artdıqca. əldə olunan nəticələrdə onun payı çoxaldıqca, yeni
məhsulun və sahələrin yaradılmasının, tədqiqi və qiymətləndirilməsinin məhz informasiya.
Verilənlər və biliklərə nəzərən aparılması sonda informasiyalaşmış cəmiyyətin bərqərar olmasına
şərait yaradacaq.
İnformasiyalaşmış cəmiyyətin xarakterik xüsusiyyəti onun informasiya mü-badiləsinə
əsaslanmasıdır. Müasir telekommunikasiya vasitələrindən istifadə edil-diyindən bu cür mübadilə
daha qısa müddətdə həyata keçirilir. Yaranmaqda olan informasiyalaşmış cəmiyyətin əsasını
informasiya resursları təşkil edir. İn-formasiyalaşmış cəmiyyətin ilkin mərhələsininin vacib
xüsusiyyətləri aşağıdakı-lardır:
- intellektual xidmətlərdən istifadə önə çəkilir;
9
- yeni intellektual texnologiyalar yaradılır;
- nemətlərin çatışmamazlığını informasiya və vaxt çatışmamazlığı əvəz edir;
- iqtisadiyyat informasiyalaşdırılmış kimi xarakterizə oluna bilər.
İnformasiya cəmiyyəti – vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli
özünüidarəetmə orqanlarının hüquqlarının reallaşdırılması və informasiya tələbatlarının
ödənilməsi üçün təşkil edilmiş sosial-iqtisadi və elmi – texniki prosesdir.
İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadçılar müxtəlif meyar-lardan istifadə
edirlər: texnoloji, iqtisadi, əmək, məkan, istehlak və kreativ. Onları ətraflı nəzərdən keçirək.
1. Texnoloji meyar. Yeni texnologiyalar informasiya cəmiyyətinin yaranması əlaməti
kimi qəbul olunur. Kabel və peyk televiziyası, kompüter şəbəkələri, fərdi kompüterlər, yeni ofis
texnologiyaları və s. nəzərdə tutulur. Fərz edilir ki, texnoloji yeniliklərin bu həcmi sosial
yenidənqurmaya gətirib çıxarmalıdır, çünki onun cəmiyyətə təsiri çox böyükdür. Yaponiyada
1975 – ci ildən rabitə və telekommunikasiya nazirliyi telefon danışıqları və informasiyanın
çatdırılması vasi-tələrinin həcminin ölçülməsi üçün mürəkkəb hesablama texnikasından istifadə
edir.
2. İqtisadi meyar informasiyanın iqtisadi dəyərinin artımının uçotunu nə-zərdə tutur.
Ümumi (xərci çıxılmamış gəlirin hamısı) daxili məhsulda (ÜDM) in-formasiya biznesinin
payının artımı informasiya cəmiyyəti istiqamətində hərəkət kimi izah olunur.
İqtisadi meyarı ilk istifadə edənlərdən biri Frits Mahlup olmuşdur. O, təh-sili, hüququ,
nəşriyyat işini, kütləvi informasiya vasitələrini və kompüterlər isteh-salını informasiya sahələrinə
aid etmişdir. Mark Porat iqtisadiyyatın birinci və ikin-ci sektorları arasında fərqi irəli sürdü.
Birinci sektor bilavasitə bazar dəyərini ya-ratdığından, ona dəqiq iqtisadi qiymət vermək olur.
İkinci sektorla bunu etmək daha çətindir, baxmayaraq ki, o, iqtisadiyyat üçün çox əhəmiyyətlidir,
belə ki, özündə şirkət və dövlət təsisatları daxilindəki informasiya fəaliyyətini əks etdirir
(məsələn, şirkətlərdə personalın hissələri).
İnformasiya cəmiyyətinin tərifindəki iqtisadi meyar Herbert Şillerin işlərində nəzəri
cəhətdən əsaslandırılmışdır. O, belə nəticəyə gəlmişdir ki, infor-masiya və kommunikasiya ilə
bağlı istənilən innovasiyaya münasibətdə həlledici rol bazara məxsusdur: informasiya əmtəəyə
çevrilməlidir, yəni informasiyanın əldə edilməsi daha çox yalnız kommersiya əsasında mümkün
olacaq. Bu cür yanaşmada informasiya daha çox digər əmtəələrə bənzədiləcək. Şiller iddia edirdi
ki, bazar prinsipləri (daha çox gəlirin maksimumlaşdırılmasına cəhd edilməsi) informasiya
mühitində eynilə bütövlükdə kapitalist cəmiyyətində olduğu kimi işləyir. Bu prin-sipə uyğun
olaraq yaradılan informasiyanın keyfiyyəti və kəmiyyəti onun satı-şından yüksək gəlir əldə
etmək imkanının olmasından birbaşa asılıdır. Buradan be-lə nəticəyə gəlmək olar ki, bazarın
10
göstərdiyi təzyiq özünü daha çox hansı növ informasiyanı, kimin üçün və hansı şəraitdə istehsal
etmək lazımdır? məsələsinin həllində göstərir.
3. Əmək meyarı. Burada əhalinin məşğulluğunun strukturu və bu strukturun dəyişmə
tendensiyaları nəzərdən keçirilir. Fərz olunur ki, cəmiyyət öz inkişafının informasiya
mərhələsinə məşğul əhalinin əksəriyyətinin informasiya sferasında işlədiyi zaman daxil olur. Bu
cür yanaşma informasiyanın qeyri – fiziki əmək üçün “xammal” olması ilə əsaslandırılır.
Məşğulluq sferasındakı dəyişikliklərdə informasiya texnologiyalarının təsiri deyil,
informasiyanın transformasiya imkanlarının rolu daha çox nəzərə çarpır. Müasir iqtisadiyyatın
hərəkətverici qüvvəsi insanlardır və informasiyanı yaratmaq və ondan istifadə etmək məhz
onların əsas qabiliyyətidir.
Əmək meyarı özünün nəzəri əsasını Deniel Bellin işlərində tapmışdır. O, cəmiyyət
quruculuğunun istənilən mərhələsində bütünlüklə və tamamilə əməyin dominantlıq edən tipi ilə
müəyyənləşən tipologiyasını təklif edirdi. Bellə görə, əmək fəaliyyətinin ən geniş yayılmış növü
bu və ya digər cəmiyyətin başlıca əlamətidir. O, hesab edirdi ki, əgər sənayeyəqədərki
cəmiyyətdə kənd təsərrüfatı əməyi, sənaye cəmiyyətində isə, manufakturalardakı əmək ən geniş
yayılmış əmək idisə, postindustrial cəmiyyətdə başlıca rolu xidmətlər sferasında məşğulluq
oynayır. Bell oxşar dəyişiklikləri əmək məhsuldarlığının yüksəlməsi ilə izah edirdi. Belə ki,
məhsuldarlığın artımı ilə cəmiyyət müəllimlərin sayını, xəstəxanaların miqdarını və s. artıra
bilər. Sənaye nə qədər çox sərvət yaradırsa, bir o qədər daha çox xidmətlər göstərilə bilər və
sənaye bir o qədər çox işçiləri xidmətlər sferasına buraxar. Xidmətlər sferasında əməyin
avtomatlaşdırılması xüsusilə çətin olduğundan, onun işçilərinin sayı sənaye əməyinin
məhsuldarlığının artımı qədər çoxalacaq. Buna görə də, məşğulluğun əhəmiyyətli dərəcədə
azalmasından qorxmaq lazım deyil.
4. Məkan meyarı coğrafi prinsipə əsaslanır. Burada əsas diqqət müxtəlif yerləri
birləşdirilən və buna görə də, ictimai həyatın məkan – zaman aspektlərinə dərin təsir göstərə
bilən informasiya şəbəkələrinə yönəlir. Bu cür yanaşma zamanı müasir cəmiyyət informasiya –
şəbəkə cəmiyyəti kimi nəzərdən keçirilir.
Manuel Kastelsin informasional kapitalizm adlandırdığı kapitalizmin yeni forması
informasiya şəbəkələrindən həm bilavasitə istehsalda işlərin görülməsi üçün, həm də bütün
dünya üzrə marketinqin aparılması üçün istifadə edir. Şəbəkə cəmiyyətində işgüzar aktivlik real
zamanda məkan məhdudiyyətləri olmadan baş verir ki, bunu da inkişaf etmiş informasiya –
kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Nəhəng transmilli
korporasiyalarda bürokratiya öz yerini şəbəkələrdə bütün dünya üzrə saziş bağlamaqla işləyən və
özünəbənzərlərlə müvəqqəti işlədiyi şirkətə nisbətən daha çox bağlı olan informasiya işçilərinə
11
verir. Korporasiya öz səlahiyyətlərini, əsasında desentralizasiya, iştirak və koordinasiya
prinsipləri duran, təşkilati özünü-proqramlaşdırma və özünüidarəetmə vahidlərinə verir.
Rəqabətin qloballaşması böyük korporasiyanı müxtəlifcinsli şəbəkələr toruna çevirir. Kastels
hesab etmirdi ki, qlobal informasiya şəbəkələri milli dövlətlərin zəifləməsi deməkdir. Ona görə
ki, qloballaşma tendensiyalarına baxmayaraq, bu prosesin bütün iştirakçılarının maksimal
uyğunlaşmasına tələbat mövcuddur.
5. İstehlak meyarı müasir dünyada rifah istehlakı getdikcə daha əhəmiyyətli dərəcədə
informasiya fəaliyyəti ilə ifadə olunur. Bu hadisə istehlakın informasiyalaşması adını almışdır.
Məsələn, geyimin informasiya əhəmiyyətinin daim artması insana öz imicini yaratmağa və
bununla da, digər insanlara informasiya ötürməyə kömək edir. Əgər əsrlər boyu əksəriyyətin
geyiminə çevrilmiş kəndli köynəyi az əhəmiyyət kəsb edirdisə, müasir cəmiyyətdə ucuz və dəbə
uyğun geyimin əldə olunma imkanı insana ətrafındakılara özünün müəyyən sosial qrupa, mədəni
baxışlara, şəxsi keyfiyyətlərə və s. aid olması haqqında informasiya vermək imkanı verir və
bununla da, ona şəxsiyyətlərarası qarşılıqlı təsir üçün əlavə imkanlar açır.
6. Kreativ meyar. Fərz olunur ki, informasiya iqtisadiyyatı ictimai həyatda ali, yaradıcı
fəaliyyətin dominantlığı ilə xarakterizə olunur (ingiliscə creative – yaradıcı deməkdir). Zaman
vahidlərində ifadə olunmuş yaradıcı fəaliyyətin məcmu həcmi informasiya iqtisadiyyatının
yetkinlik səviyyəsini əks etdirir.
Kreativ meyar özünün nəzəri əsasını iqtisad elmində ilk dəfə olaraq yaradıcılığı iqtisadi
inkişafın əsas amili qismində nəzərdən keçirən avstro – amerikan iqtisadçısı Yozef Şumpeterin
işlərində tapmışdır. Şumpeterə görə, sahibkarın uğuru ilk növbədə onun “yeni kombinasiyalar”,
yəni, öz unikallığı hesabına yaradıcısına gəlir gətirə bilən spesifik informasiya məhsulları
yaratmaq qabiliyyətindən asılıdır. Müəyyən zaman keçəndən sonra yeni ideyanın rəqiblər
tərəfindən mənimsənilməsi nəticəsində onun müəllifinin gəliri kəskin surətdə azalır və o,
yaradıcılığı davam etdirmək məcburiyyətində qalır. Beləliklə, yaradıcılıq sahibkarın həyat
fəaliyyətinin ayrılmaz elementinə çevrilir.
Beləliklə, mövcud iqtisadiyyatın nüvəsini informasiya məhsulları və xidmət-lərinin
istehsal və istehlak obyektlərinə çevrilməsi təşkil edir. Hazırda dünya ölkə-lərinin əksəriyyəti
informasiyalaşmış cəmiyyətin ilkin mərhələsindədir. Lakin ABŞ və Yaponiya kimi dövlətlərin
nümunəsində informasiyalaşmış cəmiyyətin inkişaf dinamikasını izləmək olar. İlkin nəticə ondan
ibarət olur ki, bu ölkələrdə informasi-ya texnologiyalarına qoyulan sərmayələr ildən-ilə artır.
İnformasiyalaşməş cəmiyyətdə istehsalla məşğul olan müəssisələrin fəaliyyəti prosesi
köklü surətdə dəyişir. Bir tərəfdən istehsalın və ümumilikdə müəssisələrin inkişafında
informasiya texnologiyalarının rolu artır, digər tərəfdən isə idarəetmə sistemi, insanını istehsal
12
funksiyası dəyişir. İnformasiyalaşmış cəmiyyətdə informasiya və şəbəkə texnologiyaları
insanları informasiya toplanması kimi mühafizəkar əməkdən azad edərək, onların müxtəlif
sahələrdə verilənlərin intellektual təhlili ilə məşğul olmasına və sifarişçilərə yüksək səviyyədə
xidmət göstəməyə şərait yaradır. Bu səbəbdən də müəssisələr arasınada əlaqələrin yaradılması,
məhsulların satılması, satılmış məhsulların çatdırılması və yeni tələbatların öyrənilərək keyfiyyət
göstəricilərinin təkmilləşdirilməsi, istehsalın ümumi səviyyəsinin, iqtisadiyyatın artan tempinin
təmin edilməsi yüksək sürətlə yerinə yetirilir.
İnkişaf etmiş ölkələrin iqtisadiyyatının araşdırılması nəticəsində müəyyən edilmişdir ki,
müasir informasiya cəmiyyətinin vəziyyəti aşağıdakı kimi xarakterizə edilə bilər:
- cəmiyyətin inkişafında mərkəzi yeri bilik tutur:
- müəssisələrin fəaliyyətində biliklər əsasında yüksək templə yeni intellektual
texnologiyalar yaradılır və tətbiq edilir:
- intellektual texnologiyaların inkişaf tempinə uyğun olaraq lazımı biliklərə malik
insanların sayı artır;
- hakimiyyət meritokratiyaya, yəni yüksək təhsilli peşəkarlara keçir;
-mövcud informasiyalaşmış cəmiyyətin iqtisadiyyatı informasiya iqtisadiyyatı kimi
xarakterizə olunur;
- əməyin xarakteri dəyişir: məşğulluğa primitiv nəzarət tələbatı yoxa çıxır- əvəzinə
nəticələr üzrə nəzarət yaranır. Bu zaman isə işçinin daima idarədə olması tələbatı da yox olur.
Bəzi hallarda fiziki ofislərə (idarələrə) ehtiyac qalmır. Onları məntiqi və ya virtual ofislər əvəz
edir;
- daha çox insan yaradıcı əməklə məşğul olmaq imkanı əldə edir.
1.4.Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları
İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir hesablama texnikası
vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz. İdarəetmə informasiyasının dönmədən artan
həcmi öz növbəsində müvafiq işçilərin informasiya yükünün artmasına səbəb olur və işlənmənin
avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsinin zəruri edir.
İstehsalın ıdarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun
tədqiqinin ümumi metodlarına əsaslanır. Bu zaman informasiya üç aspekdə tədqiq edilir .
Praqmatik,semantik,sintaksis
İnformasiyaya praqmatik aspektdə baxıldıqda, idarəetmə prosesində qərarların
qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən
edilir.
13
İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərin yaradılması zamanı
informasiyanın praqmatik aspekdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və
kafilik dərəcəsini, faydalı informasiyanın həcmini , faydasız sənədlər külliyatının miqdarını və.s
müəyyənləşdirməyə imkan verir. İnformasiya həcmini, işlənmə,saxlanma, verilmə tezliklərini
və.s bilməklə informasiyanın işlənməsinin texniki vasitələrini hesablamaq olar.
İnformasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin vəziyyətini
əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü
vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.İnformasiyaya semantik baxış iqtisadi
göstəricilərin, obyektlərin təsnifatına. qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və
beləliklə də, idarəetmədə baş verən hadisələrin, faktların, proseslərin və.s tam öyrənilməsinə
imkan verir.
İnformasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu, mənası və
istifadəedilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər
kəmiyyətcə müəyyənləşdirilir. İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun maşında
işlənməsi texnologiyasının səmərəli seçilməsi və layihələndirilməsinə, maşın daşıyıcılarının,
onların maketlərinin səmərəli qurulmasına imkan verir.
İnformasiyaya hər hansı aspektdə baxılmasından asılı olmayaraq onun başlıca cəhəti
qeyri-müəyyənliyi ləğv etməsidir.
İdarəetmə prosesində əsas məsələ hər hansı mümkün vəziyyətlər çoxluğundan müəyyən
bir vəziyyətin seçilməsi aktıdır. Seçmə isə qeyri-müəyyənliklə (entropiya ilə) hüdudlanır və
uyğun olaraq müəyyən miqdarda informasiya alınması ilə nəticələnir. Buradan aydın olur ki,
informasiya ilə entropiya arasında mühüm əlaqə vardır. Görkəmli alim Klod Şennon
informasiyanı məhz bu nöqteyi-nəzərdən izah edir: “informasiya seçmənin qeyri-müəyyənliyini
ləğv etməklə onu müəyyənləşdirir”.
Müasir informasiya nəzəriyyəsinin banisi, amerikalı alimi Klod Şennon tərəfindən təklif
olunmuş informasiya ölçüsü (sintaksis) hazırda çox geniş yayılmışdır. Klod Şennona görə
informasiya ölçüsü baş vermiş və ya verəcək hadisələrin qeyri-müəyyənliyinin ölçüsü ilə
əlaqədardır. Qeyri-müəyyənliyin ölçüsü entropiyadır.
Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək olarsa, entropiya bir o qədər böyük olur.
Lakin sistem nə qədər nizamlı və mütəşəkkil olarsa və onun vəziyyəti haqqında doğru mühakimə
yürütmək imkanı böyüyərsə, onda entropiya bir o qədər azalır.
Beləliklə, idarəetmə (informasiyanın alınması, saxlanması, təhlili prosesi) sistemdəki
entropiyanı azaltmağa xidmət edir. Buna görə də seçmə və idarəetmə aktı həm təsadüfi, həm də
məqsədyönlü ola bilər. İdarəetmə aktı məqsədyönlüdürsə, bu “qərar qəbul edilməsi” adlanır.
14
İnformasiyanın sintaksis ölçüsü məsələsində ilkin və uğurlu yanaşma Şennona müəyəssər
olmuşdur.
Norbert Vinerə görə entropiya-sistemdəki xaos, intizamsızlıq ölçüsüdürsə,
informasiyanın miqdarı isə intizamlılıq, sahmanlıq ölçüsüdür. Bu mənada entropiyaya
informasiya çatışmamazlığı ölçüsü kimi baxmaq olar. İnformasiya isə mənfi entropiya mənası
daşıyır. Buna görə informasiyanı Z.Brillyüen “neqentropiya” (mənfi entropiya) prinsipi
mövqeyində izah edir. “Neqentropiya” prinsipi informasiya ilə entropiya birləşdirir və sübut edir
ki, bunları bir-birindən təcrid edərək öyrənmək mahiyyətcə düzgün deyildir.
Beləliklə, idarəetmə (informasiyanın alınması, saxlanması, işlənilməsi prosesi)
sistemdəki entropiyanı azaltmağa xidmət edir. buna görə də seçmə idarəetmə aktı-həm təsadüfi,
həm də məqsədə yönəldilmiş ola bilər. Idarəetmə aktı məqsədə yönəldilirsə, bu “qərar qəbul
edilməsi” adlanır.
Bütövlükdə idarəetmə prosesi həm müəssisə və ya onun quruluş bölməsinə xətti
(məsələn inzibati) rəhbərlik şəklində, həm də funksional rəhbərlik (məsələn, maddi-texnik
təminat, mühasibat uçotu, nəzarət, iqtisadi təhlil və s.) vasitəsilə həyata keçirilir. Ona görə də
informasiya sisteminin funksional əlamət üzrə quruluşu idarəetmə funksiyaları sistemini
reallaşdıran funksional altsistemlər adlandırılan ayrı-ayrı hissələri özündə birləşdirir. Funksional
əlamət altsisteminin təminatını, onun hansı fəaliyyət dairəsinə aid edilməsini, hansı əsas
məqsədləri, vəzifələri və funksiyaları yerinə yetirməsini müəyyən edir.
Funksional altsistemlər xeyli dərəcədə informasiya sisteminin tətbiq sahəsindən asılıdır.
Obyektin xüsusiyyətindən asılı olaraq funksional altsistemlərinin sayı on addan çox ola
bilər.
Bəzi funksional altsistemlər informasiya sistemlərinin tətbiq sahəsinin müxtəlifliyinə
baxmayaraq eyni qaydada adlandırılsa da, onlar daxili məzmununa görə müxtəlif obyektlərdə
bir-birindən xeyli fərqlənir (məsələn, mühasibat uçotu və hesabat funksional altsistemi bütün
obyektlərdə mövcud olur). Hər bir funksional altsistemin spesifik xüsusiyyətləri altsistemin
tərkibinə daxil olan funksional məsələlərdə özünü göstərir. Bununla yanaşı yeni informasiya
texnologiyalarının meydana gəlməsi “məsələ” anlayışının daha geniş mənada baxılmasını, yəni
ona bilavasitə istehsal prosesinin gedişinə idarəedici təsirlərin göstərməsi, yaxud qərarların qəbul
edilməsi üçün idarəedici heyətə zəruri informasiyanın verilməsini təmin edən iqtisadi
informasiyanın işlənməsinin bitmiş kompleks kimi baxılmasını şərtləndirir.
Beləliklə, məsələyə məlumatların işlənməsi sisteminin elementi kimi deyil, bütövlükdə
idarəetmə sisteminin bir elementi kimi baxılmalıdır. Idarəetmənin funksional altsistemlərinin
tərkibinə daxil olan funksional məsələlərin seçilməsi bir qayda olaraq idarəetmənin aşağıdakı
15
bazalarına uyğun şəkildə aparmalıdır: planlaşdırma; uçot; nəzarət və iqtisadi təhlil; tənzimləmə
icra.
1.5.Alqoritm anlayışı.
Alqoritm – qoyulmuş məsələnin həllinə aparıb çıxaran sonlu sayda əməllər
ardıcıllığıdır.`
Alqoritm son nəticəni almaq üçün ilkin verilənlər üzərində aparılan sonlu
sayda əmrlər ardıcıllığıdır.
“Alqoritm” sözü IX əsrdə yaşamış qədim Şərqin böyük riyaziyyatçısı Məhəmməd
İbn Musa Əl-Xarəzminin adı ilə bağlıdır. O, ilk dəfə onluq say sistemində verilmiş ədədlər
üzərində əməllərin dörd qaydasını vermişdir. Elə indi də həmin qaydalardan istifadə edilir.
Həmin qaydalar alqoritmlər adlandırılmışdır.
Alqoritmin dörd verilmə üsulu mövcuddur. Bunlar nəqli, qrafik, operator və
proqram üsuludur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və yazılış
qaydalarından istifadə olunur. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə blok-
sxemlərdən* istifadə olunur. Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə alqoritmik
dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur.
Alqoritmin təsvir üsulları:
1 Nəqli üsul (izah etməklə) Məsələnin həlli alqoritmi sözlə müəyyən edilir,
2 Qrafik şəkildə (şərti işarələrlə) – yəni blok – sxem* qurulur,
3 Proqram (alqoritmik dil). hər hansı alqoritmik dildə proqram qurulur.
Blok-sxem* əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıllığıdır.
Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:
-prosesin başlanğıcı və sonu bloku;
- hesablama bloku;
- verilənlərin klaviaturadan daxil edilməsi bloku;
-şərti və ya məntiqi blok;
16
- Dövr bloku;
- alt proqram bloku;
- çap bloku.
Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla prosesin
gedişatı istiqamətində birləşdirilir.
Proqramlaşdırma dilləri. Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll
olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda
istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd
edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin köməyi ilə həyata
keçirilir.
Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə
tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma
dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur.
Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə
proqramlaşdırma dilləri deyilir.
Alqoritm, xassələri, verilmə üsulları, növləri
Məsələnin həlli zamanı ilkin və aralıq verilənlərin emalı prosesini birqiymətli təyin edən
yazılışların ardıcıllığına alqoritm deyilir.
Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var.
Bunlardan birincisi müəyyənlik xassəsidir. Müəyyənlik dedikdə alqoritm elə tərtib
olunmalıdır ki, onun təsvir etdiyi proses tamlığı ilə aydın olmalıdır.
İkinci xassə alqoritmin diskretlik xassəsidir. Yəni, hər bir alqoritm ayrı-ayrılıqda yerinə
yetirilə bilən addımlardan ibarət olmalıdır.
Alqoritmin üçüncü xassəsi onun nəticəvilik xassəsidir. Belə ki, hər bir alqoritm son
nəticənin alınmasını təmin etməlidir.
Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni, tərtib olunan hər bir alqoritm
eyni qəbildən olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olmalıdır.
Alqoritmlərin üç növü var: xətti, budaqlanan və dövri alqoritmlərdir.
Xətti strukturlu alqoritmlər – çox sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl
əməliyyatlardan ibarət olur və həmin əməliyyatlar yazılış ardıcıllığı ilə də yerinə yetirilir. Xətti
alqoritmləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
Bu sxemdə istiqamətlənmiş parçalar alqoritmin bütün mərhələlərinin yazılış ardıcıllığı
ilə bir-birinin ardınca bir xətt üzrə icra olunduğunu göstərir. Belə alqoritmlərin blok sxeminə
xətti sxem deyilir.
17
Xətti alqoritmlərin blok sxemini aşağıdakı kimi görmək olar.
Budaqlanan strukturlu alqoritmlərin tərkibində bir və ya birneçə mırhılə ola bilər. Bu
mərhələdə müəyyən kəmiyyətlərin (məsələn, başlanığıc verilənlər, aralıq nəticələr və s.) hər
hansı bir şərti ödəyib ödəmədiyi yoxlanılır və bundan asılı olaraq uyğun hesablama istiqaməti
seçilir. Yəni, nəzərdə tutulan şərt ödənilirsə, hesablama prosesi bir istiqamətdə, əks halda isə
başqa istiqamətdə aparılır. Budaqlanmanı sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
Bu sxemdə istiqamətlənmiş parçalar ardıcıllığı müəyyən andan sonra iki istiqamətdə
davam edir. Yəni, alqoritm üzrə aparılan hesablama prosesi müəyyən addımdan sonra
əvvəlcədən məlum olan iki istiqamətdən biri ilə gedəcək. Belə alqoritmlərin blok sxeminə
budaqlanan alqoritm deyilir.
Budaqlanan alqoritmlərin blok sxemini aşağıdakı kimi qurmaq olar.
Başlaniğic
Verilənlərin daxil
edilməsi
Hesablama
əməliyyatı
Nəticələrin çapı
Son
Başlaniğ
Verilənləri
n daxil
Hesablama əməliyyatı
Nəticələrin
Son
ŞəHə Yox
I II
18
Dövri alqoritmik strukturlar. Təcrübədə rast gəlinən bir çox məsələlərin həllində
alqoritmin bu və ya digər mərhəlsəinə uyğun olaraq aparılan hesablama prosesi müəyyən
dəyişənlərin konkret qiymətlərində bir neçə dəfə təkrarlanır. Hesablama prosesinin təkrarən
yerinə yetirilən hissəsinə dövr, hesablama prosesinin alqoritmi isə dövri alqoritm adlanır. Dövri
alqoritmlər sxematik olaraq ümumi şəkildə belə təsvir olunur:
Bu sxemdə göstərilən istiqamətlənmiş parçaların ardıcıl düzülüşü müəyyən hərəkətlər
istiqamətini təyin edir. Sxemdən göründüyü kimi müəyyən andan sonra düz xətt üzrə hərəkət
ardıcıllığı pozulur və dairəvi hərəkətə keçir. Başqa sözlə dövri proses yaranır. Belə prosesin
alqoritminə dövri strukturlu alqoritm, onun sxeminə isə dövri sxem deyilir.
Dövri alqoritmlərin blok – sxemini ümumi şəkildə aşağıdakı kimi qurmaq olar.
Məsələn:
Başlaniğic
Verilənlərin daxil
edilməsi
Hesablama əməliyyatı
Nəticələrin çapı
Son
Dövr
Hesablama əməliyyatı
19
MÖVZU 2.
INFORMASIYA –KOMMUNİKASİYA TEXNOLOGİYALARI
ANLAYIŞI
2.1. İnformasiya anlayışı.
2.2. İinformasiya-kommunikasiya texnologiyaları anlayışı
2.3. İinformasiya-kommunikasiya texnologiyalarının strukturu
2.4. İinformasiya-kommunikasiya texnologiyalarının çevrilməsi
prosedurları.
2.5. İnformasiyanın qiymətləndirilməsi
2.1. İnformasiya anlayışı
İnformasiya–latınca "informatio"sözündən götürülüb,mənası izah etmə,agah
etmə,ifadə etmə deməkdir.İnformasiyadan danışarkən ilk növbədə radio,televizor məlumatı,
qəzet, kitab, elmi jurnalın məzmunu, verilənlər bazası, kitabxana və biliklər,insanlar arası
ünsiyyət nəzərdə tutulur.
İnformasiya kitablarda,kitabxanalarda,verilənlər bazasında, vərəqdə və hesablama
maşınlarında saxlanır.
İnformasiya elektrik siqnallarının və radio dalğalarının köməyi ilə yazılı və şifahi
ötürülür,hissiyyat orqanları,elektrik qəbulediciləri –foto və video kameranın köməyi ilə
alınır.
Verilən və məlumat ayrı-ayrılıqda emal olunur,dəyişdirilir, sistemləşdirilir çeşidlənir
və bunun nəticəsində də yeni informasiya və yaxud yeni biliklər alınır.
İnformasiya latınca – " informatio" sözündən götürülmüş, obyekt, hadisə ,
fakt haqqında məlumat verilməsi, onların insan şüuru vasitəsilə dərk edilməsinə
imkan verən siqnalların məcmusundan ibarətdir. Siqnal – fəzada zonasına görə
maddi informasiya daşıyıcısıdır. Siqnal aşağıdakı modullardan ibarətd: mənbə,
ötrücü, rabitə kanalı, qəbuledici, ünvanlanan
İnformasiyanın mənbəyi – hər hansı məlumatlar çoxluğunu təşkil edir.
Məlumat diskret və ya kəsilməz ola bilər ( Sfetafor , Morze əlifbası)
İnformasiyanın mövcud olma formaları:
20
1. Staitik ( kitab , foto şəkil)
2. Dinamik ( rabitə kanalları ilə fəzada informasiyanın ötrülməsi
prosesləri)
İnformasiyanı 2 şəklə bölmək olar :
1. Bioloji
2. Sosial
Elmi informasiya – təbiətin,cəmiyyətin,təfəkkürün obyektiv
qanunauyğunluqlarını nisbətən tam özündə əks etdirən informasiyaya deyilir.Onu
qəbuletmə və istifadə sahələrinə görə siyasi, iqtisadi, texniki, elmi,fiziki və s.,təyin
olunmasına görə isə kütləvi və xüsusi informasiyalara bölürlər.
Təşkilatı iadərəetmə sistemlərində cəmiyyətin idarəedilməsi zamanı
iqtisadi informasiyaya,texniki obyektlərin idarəedilməsində isə texniki
informasiyaya üstünlük verilir.
İqtisadi informasiya özündə istehsal prosesi,bölgü,mübadilə və maddi
nemətlər və xidmətlərin istehlakı haqqında məlumatları əks etdirir.Bunula əlaqədar
olaraq iqtisadi informasiyaya ictimai istehsalla bağlı olduğundan onu bəzən
isrehsal informasiyası da adlandırırlar.
Statistik informasiya – dedikdə kütləvi hadisələrin və təzahürlərin
kəmiyyət xarakteriskalarını əks elətdirən sənədləşdirilmiş rəsmi məlumatlar başa
düşülür.
Sosial informasiya insanın praktiki fəaliyyəti ilə sıx surətdə bağlıdır, ona
görə də insanın fəaliyyət sahələrindən asılı olaraq müxtəlif tipləri mövcuddur :
hüquqi, elmi, iqtisadi, maliyyə , texnoloji, texniki, texniki və s. Sosial
informasiyanın aşağıdakı formaları vardır:
Tətbiq sahəsinə görə - kütləvi informasiya, hüquqi –informasiya, elmi –
texniki informasiya, siyasi informasiya, statistik informasiya, fövqəladə hallar
haqqında informasiya, şəxsiyyət haqqında informasiya;
İcazə rejiminə görə - açıq informasiya (məhdudiyyətsiz), məhdudiyyətli
21
informasiya, qapalı informasiya, dövlət sirli informasiya, kommersiya sirli
informasiya, xidməti məxfi informasiya;
Daşıyıcılarına görə informasiya – kağız üzərində, ekranda şəkil formasında,
EHM yaddaşında, rabitə kanalları vasitəsilə verilən informasiya və s.
Dinamik informasiya – sistemin xüsusi təyinatlı proqram
komponentlərinin köməyi ilə nəticədə əldə edilən informasiyadır. Dinamik
informasiya olaraq: kompaniyaya aid olan son məlumatları, malların və
xidmətlərin kataloqu, şəkil qalereyası, reklamını ve s. qəbul etmək olar.
Dinamik informasiyanı statik informasiya ilə eyni səhifədə yerləşdiyrmək
olar. Bir qayda olaraq statik informasiya dinamik informasiyadan əvvəl
yerləşdirilməlidir.
Bioloji informasiya- qeyri-bioloji informasiyalarla müqayisədə daha
mürəkkəbdir. Belə ki, bioloji informasiya təkcə fiziki və kimyəvi əsaslara malik
deyil, eyni zamanda genetik, psixoloji, sosial, davranış, lingvistika kimi
xüsusiyyətləri ilə də xarakterizə olunur. Qeyri-bioloji informasiyalardan fərqli
olaraq, Bioloji informasiyalar təyin olunduqda onların canlı aləmə aid olduğu
xüsusilə vurğulanır.
Bioloji informasiya ayrılıqda götürülmüş canlı orqanizmin həyat
fəaliyyətini təşkil edir.
İnformasiyanın əsas xassələri :
1.Onun müəyyən sistemlərlə sıx surətdə bağlı olması ;
2.Strukluğu ;
3.Dəyərliliyi ;
4. Mənası ;
İnformasiyanın strukturluğu dedikdə onu təşkil edən elementlər arasındakı
qarşılıqlı əlaqəni təyin etməsi başa düşülür.
Dəyərliliyi dedikdə onun məzmunluğu, müasirliyi, həqiqiliyi, operativliyi,
tamlığı, qiymətləndirilməsi başa düşülür.
Mənası informasiyanın məqsədini təyin etməyə kömək edir.
22
İnformasiyanın təsvir formaları :
1. Simvol, mətni
2. Qrafiki
3. Səsli
Geniş mənada informasiya qarşıya qoyulmuş məsələnin həllinə kömək edən,onu
dəyişdirən,ötürən və saxlayan obyektlərin – məlumat,biliklər toplusudur.
Fəlsəfi mənada informasiya real həyatın əksidir:hər hası bir real obyekt digər bir
real obyekt haqqında məlimatı özündə əks etdirir.Bunula da informasiya özünün əks etdirdiyi
təyin olunmuş obyektlə əlaqədardır.
Öz-özlüyündə informasiya həmçinin abstrakt riyazi məna kəsb edir.Eyni
zamanda informasiyanın özəl xüsusiyyətləri onu maddi aləmə yaxınlaşdırır.Deməli
informasiyanı almaq,yazmaq, ötürmək, silmək olar.
İnformasiya məlumat vasitəsilə ötürülür.
İnformasiya və məlumat arasındakı uyğunluq qarşılıqlı-birmənalı deyildir.
Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların içərisində heç bir
informasiya daşımayanı ola bilər. Əksinə, eyni bir məlumat onu qəbul edənin
maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi çatdırıla bilər. Məsələn,
təyyarənin qəzaya uğraması xəbəri həlak olanların qohumları üçün bir mənaya,
hava yolları şirkəti üçün isə başqa bir mənaya malikdir; eyni qəzet məqaləsindən
müxtəlif oxucular özlərinin maraq dairələrinə uyğun müxtəlif informasiya
götürürlər.
Beləliklə, müxtəliff cür interpretasiya (təfsir) olunan eyni məlumat müxtəlif
informasiya ötürə bilər. Mücərrəd olaraq demək olar ki, məlumatla (M)
informasiya (İ) arasında əlaqədə həlledici rolu interpretasiya qaydası (a) oynayır.
Bunu simvolik olaraq belə göstərmək olar:
1aM
Baxılan məlumat üçün unterpretasiya qaydası (a) adətən məlumatlar
çoxluğu üçün tətbiq edilən qaydaların xüsusi halı olur.
Beləliklə, məlumatın köməyi ilə biz konkret obyekt, subyekt, hadisə, mühüt
və s. haqqında bilik əldə edirik.
23
Məlumat vasitəsilə əldə edilən biliklər artırımına informasiya deyilir [3].
İnformasiyanın Şenon tərəfindən təklif edilmiş kəmiyyət baxımından təyini də elə
bu fikrə əsaslanır.
«Verilən» anlayışını belə bir mücərrəd situasiya ilə izah etmək olar. Fərz
edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında informasiyanı toplayıb,
müəyyən formada yaddaşda saxlayır. bu halda deyirlər ki, müşahidəçinin
yaddaşında obyektin vəziyyətini əks etdirən «verilənlər» var.
Beləliklə «verilənlər» saxlamaq, emal etmək və ötürmək üçün müəyyən
formada qeyd olunmuş məlumatdır. «Verilən» latınca «datum» (fakt) sözündən
yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər.
verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə
bilər. Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və
ya fikrin təsviri başa düşülür.
Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya
şəkil vasitəsi ilə) konkret daşıyıcıda (məsələn, daşda, kağızda) qeyd olunur. Zaman
keçdikcə verilənlərin təsvir üsulları və daşıyıcıları dəyişmişdir (məsələn, ibtidai
insanların mağara rəsmləri, daş üzərində qədim yunan yazıları, misirlilərin papirus
yarpağı üzərində yazıları və s.). Əksər hallarda verilənlərin təbii dildə kağız
üzərində qeyd olunur. Kompüterlərdə verilənlərin uzun müddətli daşıyıcısı kimi ən
çox maqnit daşıyıcılarından (lent, disk, baraban və s.) geniş istifadə olunur.
Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarda təyin olunur:
verilənin adı, qiyməti, tipi, strukturu.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. Verilənin qiyməti
isə əslində verilənin özünü xarakterizə edir. Çünki faktları bir-birindən ayırmaq
üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə
qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30
dərəcədir « ifadəsində «+30» verilənin qiyməti «hava temperaturu dərəcə ilə «
verilənin adıdır (semantikası). Müəyyən hallarda verilənlərlə onların semantikası
bir-birindən ayrı qeyd oluna bilər. Məsələn, qatarın hərəkətini ifadə edən cədvəldə
verilənlərin semantikası cədvəlin başlığında qeyd olunur. Verilənlər bazasında da
24
verilənlərlə onların semantikası əksər hallarda bir-birində ayrı saxlanır. Bu
verilənlərin axtarışını və onların emalını əlverişli surətdə təşkil etməyə imkan verir.
Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istifadə olunur.
Tipinə görə verilənləri 3 qrupa ayırırlar: hesabi (və ya rəqəm tipi), mətn (və ya
simvol tipli) və məntiqi verilənlər. Hesabi verilənlərdə qiymət rəqəmlə ifadə olunur
(məsələn, « boyu 174 sm»). Mətn tipli verilənlərdə qiymət mətn kəmiyyətləri ilə
(simvollarla) ifadə olunur (məsələn, « qırmızı rəngli»). Məntiqi verilənlərdə isə
qiymət məntiqi kəmiyyətlərlə ifadə olunur («məsələn, beşin çüt ədəd olması
yalandır»).
2.2. İinformasiya-kommunikasiya texnologiyaları anlayışı
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos»
(öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin
yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin
proseslərin özlərini ifadə edir.
Material istehsalı texnologiyasında materialın ilkin vəziyyəti
dəyişdirilməklə material məhsulu alınır (şəkil 1).
Şəkil 1 . Material istehsalı texnologiyası
Neft, qaz, faydalı qazıntılar və s. tipli material resurslan ilə yanaşı
informasiya da cəmiyyətin vacib resurslanndan biridir. Odur ki, informasiyanm
emalı prosesini də material resurslarmm emalı prosesinə analoji olaraq informasiya
texnologiyası adlandırırlar (şəkil 2).
Şəkil 2. İnformasiya texnologiyası
Beləliklə, informasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi
və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin,
Material
informasiya
texnologiyas
ı
Material resursları Material məhsulu
İnformasiya
texnologiyaları
Verilənlər Informasiya məhsulu
25
prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun)
alınması prosesidir.
Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin
tələblərinə cavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə
məqsəd insan tərəfındən təhlil edilmək və onun əsasında qərar qəbul etmək üçün
informasiya istehsalıdır.
Məlumdur ki, eyni material resurslarına müxtəlif texnologiyaları tətbiq
etməklə müxtəlif məmulat və məhsul almaq olar.Bu deyilən informasiyamn emalı
texnologiyasına da aiddir.
Müqayisə üçün cədvəl 1.1-də bu iki texnologiyanın əsas komponentləri
verilmişdir.
Cədvəl 1.
Material və informasiya texnologiyalannm əsas komponentləri
Sıra sayı Material texnologiyası Informasiya texnologiyası
1 Xammalın və materialların
yığılması və ya hazırlanması
Verilənlərin və ya ilkin
informsiyanın toplanması
2 Material məhsulun istehsalı
Verilənlərin emalı və nəticəvi
infomasiyanın almması
3 Istehsal məhsullarının isteh-
lakçıya çatdırılması
Nəticəvi informasiyanın istifadə-
çilərə çatdırılması
Cəmiyyətin informasiya resurslarından istifadə etməsi prosesinin vacib
tərkib hissəsi informasiya texnologiyası hesab olunur. İnformasiya texnologiyası
elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin
yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir
cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji
proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin
nəticəvi informasiyanın keyfiyyətinə ciddi təsir etmiş fərdi kompüter hesab olunur.
Fərdi kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya
26
vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni
mərhələyə çatdırdı. Bununla da «informasiya texnologiyası» söz birləşməsinə
«yeni» sözü əlavə olundu: yeni informasiya texnologiyası.
Yeni sözü bu texnologiyanın təkamüllüyünü yox, yeniliyini göstərir. Onun
tətbiqi o mənada yenilik aktı hesab olunur ki, o, təşkilatların və müəssisələrin
fəaliyyət növlərinin məzmununu əhəmiyyətli dərəcədə dəyişdirir. Yeni informasiya
texnologiyası anlayışına həmçinin informasiyanın müxtəlif vasitələrlə ötürülməsini
təmin edən kommunikasiya texnologiyaları da daxil edilir. Cədvəl 2-də yeni
informasiya texnologiyasımn əsas xüsusiyyətləri verilmişdir.
Cədvəl 2.
Yeni infonnasiya texnologiyasının əsas xüsusiyyətləri
Metodologiya Əsas əlamət Nəticə
İnformasiyanın emalı və
ötürülməsi üçün yeni vasi-tələr
İdarəetmə
texnologiyasına
qoşulmaq
Yeni
kommunikasiya
texnologiyası
Bütöv texnoloji sistemlər
Mütəxəssislərin
və menecerlərin
funksiyalannın
inteqrasiyası
İnformasiya
emalınm yeni
texnologiyası
İnformasiyanm
hazırlanması, ötürülməsi,
saxlanması və əks etdirilməsinin
məq-sədyönlü təşkili
Sosial mühitin
qanu-nauyğunluqlarının
nəzərə alınması
Idarəetmə üçün
qərarların qəbulunun
yeni texnologiyası
Yeni informasiya texnologiyası istifadəçilərlə «dostsayağı» interfeyslə
işləməyi təmin edən, fərdi kompüterlərdən və telekomminikasıya vasitələrindən
istifadə edən texnologiyadır.
Yeni informasiya texnologiyasının 3 əsas prinsipi aşağıdakılardır:
- kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
- proqram məhsullarımn inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı
əlaqələndirilməsi);
- həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi
prosesinin çevikliyi.
27
Material istehsalı texnologiyası müxtəlif texniki vasitələrlə (avadanlıq,
dəzgahlar, instrumentlər, konveyr xətləri və s.) reallaşır. Analoji olaraq
informasiya texnologiyası üçün də texniki vasitələr mövcuddur. İnformasiya
istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatmı yerinə
yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək
yeni kefıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Həmin
vasitələrə başqa sozlə informasiya texnologiyasının proqram instrumentarisi
deyilir. Proqram instrumentarisi istifadəçi tərəfındən qoyulan məqsədə nail
olmaqdan ötrü müəyyən tip kompüter üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə
proqram məhsulundan ibarətdir. İnstrumentari kimi fərdi kompüterlər üçün geniş
yayılmış aşağıdakı proqram məhsullarından istifadə edilə bilər: mətn prosessorları
və ya redaktorları, stolüstü nəşriyyat sistemləri, elektron cədvəllər, qrafik
redaktorlar, verilənlər bazalarının idarəetmə sistemləri, elektron yazı kitabçaları,
funksional təyinatlı (maliyyə, mühasibat, marketinq və s.) informasiya sistemləri,
İnternet bələdçiləri, ekspert sistemləri və s.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya
sistemləri ilə sıx bağlıdır. İlk baxışdan onların bir-birinə çox oxşarlığı təəssüratı
yaranır, əslində isə bu belə deyildir.
İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların,
mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan
prosesdir. İnformasiya texnologiyasmın əsas məqsədi ilkin informasiyanın
məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram
məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə
vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, «insan-kompüter»
tipli informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın
saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb,
istifadəçiyə çatdırılmasıdır.
28
İnformasiya sisteminin funksiyalarının reallaşdırılması ona yönəlmiş
informasiya texnologiyasını bilmədən mümkün deyil. İnformasiya texnologiyası
isə informasiya sistemindən kənar olaraq reallaşdırıla bilər.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində
informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha
geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin
təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla
istifadə olun-raasıdır.
Material istehsalı sahəsindi istifadə olunan norma, normativ, texnoloji
proses, texnoloji əməliyyat və s. kimi anlayışlardan informasiya texnologiyasında
da istifadə oluna bilər. Hər bir texnologiyada bu anlayışları müəyyənləşdirməkdən
əvvəl məqsədi təyin etmək lazımdır. Sonra isə qoyulan məqsədə çatmaq üçün
görüləsi işlərin hamısım strukturlaşdırmağa cəhd etmək və lazımi proqram
instrumentarisini seçmək lazımdır.
İnformasiya texnologiyasını aşağıda göstərilən əlamətlərə görə mərhələlərə
ayırırlar. Qeyd edək ki, göstərilən ayırmalar və illər müəyyən mənada şərti
xarakter daşıyır.
İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə:
1-ci mərhələ (1960-1970-ci illər)-hesablama mərkəzində kollektiv istifadə
rejimində verilənlərin emalı. İnformasiya texnologiyasının inkişafının əsas
istiqamətini insanın yerinə yetirdiyi atil əməliyyatların (əsasən hesablama tipli)
avtomatlaşdırılması təşkil edirdi.
2-ci mərhələ (1980-ci illərdən sonra) - strateji məsələlərin həllinə yönəlmiş
informasiya texnologiyalarının yaradılması.
Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə:
1-ci mərhələ (60-cı illərin sonuna qədər) - məhdud imkanlı aparat vasitələri
şəraitində böyük həcmli verilənlərin emalı problemi ilə xarakterizə olunur.
2-ci mərhələ (70-ci illərin sonuna qədər) - III nəsil kompüterlərin (IBM
360, EC seriyalı EHM və s.) geniş yayılması ilə əlaqələndirilir. Bu mərhələnin
problemi proqram təminatının aparat vasitələrinin inkişafından geri qalmasında idi.
29
3-cü mərhələ (80-cı illərin əvvəlindən) - kompüter qeyri-peşəkar
istifadəçilərin alətinə, informasiya sistemləri isə qərar qəbuletmənin təminatı
vasitəsinə çevrilir. Bu mərhələnin əsas problemi istifadəçilərin təlabatlarını
maksimum ödəmək və kom-püter mühiti ilə işləmək üçün əlverişli interfeys
yaratmaqdan ibarət idi.
4-cü mərhələ (90-cı illərin əvvəllərindən) - təşkilatlararası əlaqələrin və
informasiya sistemlərinin müasir texnologiyasının yaradılması. Bu mərhələnin
çoxlu problemləri var. Onlardan əsasları aşağıdakılardır:
- kompüter əlaqələri üçün razılaşmalarm, standartların və protokolların
hazırlanması;
- strateji informasiyaya müraciətin təşkili;
- informasiyanın mühafizəsinin və təhlükəsizliyinin təşkili.
Kompüter texnologiyasının verdiyi faydaya görə:
1-ci mərhələ (60-cı illərin əvvəllindən) - hesablama mərkəzlərinin
resurslarından kollektiv şəkildə istifadə etməklə atil əməliyyatların yerinə
yetirilməsi üçün informasiyanın səmərəli emalı ilə səciyyələnir. Bu mərhələdə əsas
problem psixoloji problem idi. İnformasiya sistemlərinin istifadəçiləri ilə onları
hazırlayanlar arasmda qarşılıqlı əlaqələr zəif idi. Bunun da nəticəsində elə
sistemlər qurulurdu ki, istifadəçi onları başa düşmürdü və ona görə də geniş
imkanlarına baxmayaraq, onlardan tam istifadə olunmurdu.
2-ci mərhələ (80-cı illərin əvvəlindən) - fərdi kompüterlərin yaranması ilə
bağlıdır. İnformasiya sistemlərinin qurulmasına yanaşma dəyişdi - onlar fərdi
istifadəçilər tərəfindən qərarların qəbulunun təminatına istiqamətləndilər. Sistemin
hazırlanmasmda istifadəçinin marağı artır, layihəçi ilə əlaqə yaradılır və hər iki
tərəfin bir-birini anlaması baş verir. Bu mərhələdə verilənlərin həm
mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş emalından istifadə olunur.
Sonuncu halda istifadəçilər iş yerlərində lokal bazalarla işləmək və lokal məsələləri
həll etmək imkanını əldə edirlər.
3-cü mərhələ (90-cı illərin əvvəlindən)- biznesdə strateji üstünlüyün analizi
ilə bağlıdır və paylanmış informasiya emalının telekommunikasiya
30
texnologiyalarına əsaslanır. İnformasiya sistemləri təkcə verilənlərin emalı
səmərəliliyini artırmaq üçün deyil, həm də idarəetmə heyətinə kömək etmək üçün
istifadə olunurlar.İnformasiya texnologiyaları rəqabətə davam gətirməkdə və
üstünlük qazanmaqda təşkilatlara kömək edirlər.
Texnologiyanın instrumentari növlərinə görə:
1-ci mərhələ (XIX əsrin ikinci yarısma qədər) - «əl» texnologiyası.
İnstumentari kimi qələm, kağız, mürəkkəb, kitab istifadə olunurdu.
Komminikasıya əl üsulu ilə poçt və ya kuryer vasitəsilə məktubların, paketlərin,
depeşlərin göndərilməsi ilə həyata keçirilirdi. Texnologiyanın əsas məqsədi
informasiyanı lazımi formada təsvir etmək idi.
2-ci mərhələ (XIX əsrin sonundan başlayaraq)- «mexaniki» texnologiya.
İnstrumentari kimi çap maşını, telefon, diktafon, daha təkmil vasitələrlə təmin
olunmuş poçt istifadə olunurdu. Texnologiyanın əsas məqsədi informasiyanı
lazımi formada daha əlverişli vasitələrlə istifadəçilərə çatdırmaq idi.
3-cü mərhələ (XX əsərin 60-cı illərinə qədər) - «elektrik» texnologiyası.
İnstrumentari kimi böyük kompüterlər, elektrik çap maşınları, kseroks, portativ
diktofanlar istifadə olunurdu. Bu mərhələdə texnologiyanın məqsədi də dəyişdi.
Əsas diqqət informasiyanın təsvir formasmdan məzmunun formalaşmasına
yönəldi.
4-cü mərhələ (70-ci illərin əvvəlindən) - «elektron» texnologiyası. Əsas
instrumentari kimi geniş spektrli baza və xüsusi proqram kompleksləri ilə təchiz
olunmuş böyük kompüterlər və onların əsasında qurulmuş avtomatlaşdırılmış
idarəetmə sistemləri və informasiya-axtarış sistemləri istifadə olunurdu. Texnolo-
giyanın ağırlıq mərkəzi ictimai həyatın müxtəlif sahələrinin idarəetmə mühitləri
üçün məzmunlu informasiyanın formalaşmasına və analitik işin təşkilinə daha çox
istiqamətləndi. Bir sıra obyektiv və subyektiv faktorlar informasiya
texnologiyasının yeni konsepsiyasmm qarşısında qoyulan məsələlərin həllinə
imkan vermədi. Lakin məzmunlu idarəetmə informasiyasının formalaşmasında
təcrübə qazanıldı və texnologiyanın yeni mərhələsinə keçid üçün professional,
psixoloji və sosial baza yaradıldı.
31
5-ci mərhələ (90-cı ildən başlayaraq)- «yeni» informasiya texnologiyası.
Əsas instrumentari kimi müxtəlif təyinatl geniş çeşidli proqram məhsulları ilə
təmin edilmiş fərdi kompüterlərdən istifadə olunur. Bu mərhələdə mütəxəssislər
tərəfindən qərar qəbuletmənin təminatı sistemlərinin qurulması ilə
avtomatlaşdırılmış idarəetmə sistemlərinin fərdiləşməsi prosesi baş verir. Bu cür
sistemlər idarəetmənin müxtəlif səviyyələri üçün məzmunlu analiz və intellekt
elementlərinə malik olub, fərdi kompü-terlərdə reallaşdırılır və
telekommunikasiyadan istifadə edirlər. Mikroprosessor bazasına keçidlə əlaqədar
olaraq, məişət, mədəniyyət və digər təyinatlı texniki vasitələr də əhəmiyyətli
dərəcədə dəyişilir. Müxtəlif sahələrdə lokal və qlobal kompüter şəbəkələrindən, o
cümlədən, İnternet şəbəkəsindən geniş istifadə olunu.
Mövcud olan informasiya texnologiyalarını 2 növə ayırmaq olar: 1)
verilənlərin emalı texnologiyası; 2) idarəetmənin informasiya təminatı
texnologiyası. Hər bir konkret texnologiya bu növlərdən birinə və ya hər ikisinə aid
edilə bilər.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal
üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış
məsələlərin həlli üçün nəzərdə tutulur. Bu texnologiyadan elm, təhsil, istehsalat və
digər sahələrdə təkrarlanmalarla yerinə yetirilən atil əməliyyatların
avtomatlaşdırılması məqsədilə heyətin əməli fəaliyyəti səviyyəsində istifadə edilir.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın
qərarqəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını
ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola
bilər.
Bu texnologiya idarəetmənin informasiya sistemi mühitində işləməyi
nəzərdə tutur və həll olunan məsələlərin zəif strukturlaşması hallarında istifadə
olunur.
İlkin iqtisadi informasiya istifadə olunma müddətində dəyişikliklərə məruz
qalır və bu dəyişmə müxtəlif informasiya elementlərində müxtəlif templərə malik
olur.Odur ki, informasiyanın sabitlik əlaməti üzrə təsnifatı mühüm əhəmiyyət kəsb
32
edir. Sabitlik əlaməti üzrə qruplaşdırmalar zamanı əlamətin əlavə olaraq
dəqiqləşdirilməsi tələb olunur. Belə ki, informasiyanın sabitliyi anlayışı birmənalı
qəbul edilmir. Sabitlik əlaməti kimi eyni informasiyanın iqtisadi məsələlərin
həllində təkrar iştirakı dərəcəsi, müəyyən dövr ərzində informasiyanın öz
qiymətini dəyişməz saxlaması, informasiyanın saxlanması müddəti və s. başa
düşülür.
İnformasiyanın dəyişkənliyi sərhədlərinin müəyyənləşdirilməsi tamamilə
şərtidir. Belə ki, indiyə qədər sabitlik əmsalı 0.85 yüksək olduqda informasiya
şərti-sabit hesab olunur.
İdarə olunan obyekt və idarəedici orqana münasibətdə informasiya-daxili
və xarici, giriş və çıxış informasiyası kimi qruplaşdırıla bilər. İqtisadi
informasiyanın giriş və çıxış informasiyasına ayrılması bir yerdən başqa yerə
verilməsi ilə əlaqədardırsa, daxili və xarici informasiyanın fərqləndirilməsi onun
yaranma mənbəyi, yarandığı yerlə əlaqədardır.
İnformasiya xarici və daxili xassəyə malikdir. Fəlsəfədən məlumdur ki,
daxili xassə orqanik olaraq obyektin özünə aiddir, “gizli” və özünü digər
obyektlərlə qarşılıqlı münasibətdə biruzə verir.
Xarici xassə isə obyektin digər obyektlərə qarşılıqlı münasibətlərini
xarakterizə edir. İstənilən informasiyanı – informasiya mənbəyi, informasiya
istifadəçisi və informasiyanı əks etdirən üç qarşılıqlı əlaqəli obyektə bölmək olar.
Bu isə onun əsas xarici xassələrini informasiyanın keyfiyyətini, tamlığını,
etibarlığını və s. ayırmağa imkan verir.
İnformasiyanın daxili xassəsi isə informasiyanın həcmi, özünəməxsusluğu
və s. ilə xarakterizə olunur.
2.3. İinformasiya-kommunikasiya texnologiyalarının strukturu
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya
elementlərinin müəyyən məcmusu başa düşülür. İnformasiyanın quruluş
elementlərinə ayrılmasında bir çox hallarda irerarxik prinsipə üstünlük verilir.Hər
33
hansı idarəetmə obyektinin (müəssisə, birlik, sahə, region və s.) ən yüksək
informasiya quruluş vahidi-informasiya sistemi sayılır.(Sistem dedikdə bir-biri ilə
əlaqədə olan obyektlər və ya müxtəlif cinsli elementlər cəmi başa düşülür.
Sistemlər tərkibinə və məqsədinə görə bir-birlərindən fərqlənirlər.) İnformasiya
sistemi qoyulmuş məqsədə çatmaq üçün informasiyanın saxlanılması, emalı və
verilməsində metod, vasitə və işçi heyətin qarşılıqlı fəaliyyətidir.
İqtisadi sistemlərdə idarəetmə obyektlərinin fəaliyyətlərinin bütün
cəhətləri, orada baş verən əməliyyatlar, proseslər öz əksini bütövlükdə informasiya
sistemində tapır. İnformasiya sistemi öz növbəsində daha aşağı səviyyəli quruluş
vahidlərinə ayrılır.
Artıq qeyd edildiyi kimi, müxtəlif hadisələri təsvir edən iqtisadi
informasiya mürəkkəb quruluşa malikdir.
İqtisadi informasiyanın ən aşağı səviyyəli və sadə quruluş vahidi, başqa
sözlə, bölünməz hissəsi rekvizit adlanır. Rekvizitlər obyektin vəziyyətini, yaxud
baş verən hadisələri əhəmiyyət və keyfiyyət cəhətdən xarakterizə edir.
Obyektin vəziyyətini keyfiyyət cəhətdən xarakterizə edən rekvizitlər
əlamət rekvizitləri,kəmiyyətcə xarakterizə edən rekvizitlər əsas rekvizitlər adını
almışdır.
Əlamət rekvizitlərinə misal olaraq müəssisə və təşkilatların adını, vergilərin
növünü və s. göstərmək olar. Əsas rekvizitlər yalnız konkret ədədlər şəklində ifadə
olunur. Məsələn, miqdar-cinsi ölçü vahidlərində, dəyər-manat qəpiklə, əmək
tutumu-norma saatla və adam-günlə ifadə edilir.
Rekvizitlər aşağıdakı əlamətlərə görə təsnifatlara ayrıla bilər:
Xassələrə görə: əsas və əlamət;
Əhəmiyyətə görə: zəruri və qeyri zəruri;
Stabilliyə görə: daimi və dəyişkən;
İndikasiya (təsvirə) görə: hərf, rəqəm, və hərf rəqəm;
Texnaloji prosesdə təyinatına görə: xüsusi, arayış və qruplaşdırıcı.
Ən yüksək səviyyəli informasiya quruluş vahidi olan informasiya sistemi
ilə ən aşağı səviyyəli quruluş vahidləri olan rekvizitlər arasında digər informasiya
34
quruluş elementləri mövcuddur. Həmin quruluş vahidlərinə göstəriciləri,
xəbərləri, massivləri aid etmək olar.
İqtisadi göstəricələr əsas və əlamət rekvizitlərinin məntiqi məcmusudur.
Göstəricilər iqtisadi prosesləri və əməliyyatları ziddiyyət və kəmiyyət baxımından
xarakterizə etməklə, onlar arasında əlaqə yaradır.
Göstəricilər bir əsas rekvizitdən və bir neçə əlamət rekvizitdən ibarətdir.
İqtisadi proseslərin təsvirində və xarakterizə olunmasında göstərici müstəsna rola
malik olduğuna görə, onu iqtisadi informasiyanın əsas quruluş vahidi hesab etmək
olar.
Göstəricilər xarakterizə etdikləri iqtisadi proseslərin müxtəlifliyi üzündən
müxtəlif və çoxsaylıdır. Bu isə onların bir sıra əlamətlər üzrə təsnifatlara
bölünməsi zərurətini meydana çıxarır. Müxtəlif əlamətlər üzrə göstəriciləri
aşağıdakı təsnifatlara ayırmaq olar:
Obyektin informasiya sisteminə münasibətinə görə: giriş və çıxış
göstəriciləri;
Daxil olma mənbələrinə görə:daxili və xarici;
İndikasiyaya görə: hərf, rəqəm, və hərf-rəqəm;
Stabilliyə görə: dəyişkən və daimi;
Əks olunma qaydasına görə: mütləq və nisbi;
İşin təşkilinə görə: emal edilən və emal edilməyən.
Göstəricilərin qaydaya salınmış məcmusu xəbərləri əmələ gətirir.
Müxtəlif məzmuna malik eyni formalı xəbərlər birləşərək informasiyanın yeni
quruluş vahidini –massivi yaradır.
İnformasiya sistemi öz tərkibində müstəqil quruluş vahidləri kimi idarə
etmə obyektinin funksiyalarına və quruluşuna uyğun olaraq bir sıra informasiya
altsistemlərini birləşdirir. Bu informasiya altsistemlərinin hər biri müəyyən
informasiya massivlərindən ibarətdir və onların tərkibi bu altsistemlərdə həll edilən
məsələlərdən asılıdır. EHM-də informasiya quruluşu tətbiq edilən xüsusi
qaydalardan asılıdır ki, bu da yeni informasiya vahidlərinin baytlar, maşın sözləri,
sahələri və s.yaranmasına səbəb olmuşdur.
35
Massivlər müxtəlif əlamətlərə görə birləşdikdə informasiya axını yaranır.
İnformasiya axınları isə birləşib informasiya sistemlərini təşkil edir.
İdarəetmə fəaliyyətinin müxtəlif sahələrində informasiyanın özünəməxsus
quruluş vahidlərindən istifadə edilməsi nəzərdə tutulur. Buna misal olaraq
mühasibat və statistika hesabatlarını, istehsal tapşırıqları formalarını, uçot
sənədlərini və s. göstərmək olar.
Müasir dövrdə iqtisadi informasiyanın əks etdirilməsində maşın
qrafikasının rolu da xeyli artmışdır. Insan-fərdi kompüterlərin ünsiyyətinin dialoq
rejimi tətbiq edilən zaman informasiyanın menyu-sütun, menyu-sətir, ekran cədvəli
adlanan yeni quruluş vahidləri də meydana gəlmişdir.
Dialoq rejimi insanın informasiya ilə iş prosesini imitasiya edir, lakin bu
zaman əməliyyatlar avtomatlaşdırılmış üsulla həyata keçirilir.
Iqtisadi informasiyanın avtomatlaşdırılmış işlənməsi sistemləri
yaradılarkən iqtisadi informasiyanın insanın imkanlarına uyğun quruluşundan
maşın quruluşuna və əksinə keçirilməsinin səmərəliliyini təmin edilməsi son
dərəcə vacibdir.
İnformasiyanın təşkili avtomatlaşdırılmış sistemlərin tələbləri nəzərə
alınmaqla müxtəlif prinsiplər və qaydalar əsasında yerinə yetirilir. Bu isə öz
növbəsində informasiyanın yeni quruluşunun meydana gəlməsinə səbəb olur və
nəticədə məlumat bazaları, informasiya fondu, məlumatlar kataloqu lüğəti
adlandırılan yeni quruluş vahidləri təşəkkül tapır. Avtomatlaşdırılmış sistemlərdə
tətbiq olunan proqramlaşdırma dillərindən asılı olaraq informasiyanın müvafiq
quruluş vahidləri- fayllar, cədvəllər yaranır.
2.4. İinformasiya-kommunikasiya texnologiyalarının çevrilməsi
prosedurları.
İstənilən iqtisadi məsələnin həllində istifadə olunan iqtisadi
informasiyaların avtomatlaşdırılmış çevrilmələrinin layihələndirilməsi
texnologiyası 4 mərhələdən ibarətdir:
36
Başlanğıc;
Hazırlıq;
Əsas;
Nəticə.
Texnoloji prosesin hər bir mərhələsindəki əməliyyatlarin tərkib və
strukturu, istifadə olunan Hesablama Texnologiyasından, rabitə vasitələrindən və
informasiyaların çevrilməsi texnologiyası qarşısına qoyulan tələbatdan asılı olaraq
müxtəlif ola bilər.
Şəkil 1.İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi
Təyinatına görə texnoloji əməliyyatlar: köməkçi, əsas və nəzarətçi olur.
İkinci qrupa “əsas” əməliyyatlar daxildir ki, bunlar verilənlərin
maşındaxili texnologiyaların köməyi ilə çevrilməsi əməliyyatlarıdır. Bunlar
nizamlamaq, korrektə etmək (düzəltmək), toplama (yığma) və məxsusi çevirmə
əməliyyatlarıdır.
Nizamlamaq – ixtiyarı şəkildə yerləşmiş verilənləri açar sözlərin mənasına
görə müəyyən ardıcıllıqla yerləşdirilir.
Korrektəolunma – verilənlərdən yaradılmış faylda düzəlişlər aparmaq və
onların üzərində çevrilmə aparmaq üçün aktual vəziyyətdə saxlamaq prosesidir.
Yığma –başlanğıc verilənləri formalaşdırmaq məqsədilə mövcud fayllara
vaxtaşıri yeni verilənlərin daxil edilməsi prosesi.
Çevirmə - başlanğıc informasiyanın son nəticəyə çevrilməsi üçün bütün
İdarəetmə
obyekti
(istifadəçi)
İnformasiyanın
toplanması prosesinin
həyata keçirilməsi
İnformasiyanın
mərhələsi ötürülməsi
Nəticələrin alınması
İnformasiyanın
ötürülməsi və ya
verilməsi
İnformasiyanın
saxlanması,
axtarışı, emalı
37
hesabi və məntiqi əməliyyatların yerinə yetirilməsi.
İnformasiyaların çevrilməsi üçün maşindaxili texnologiyaların müxtəlif
formaları mövcuddur. Ən geniş yayılmış formalar verilənlərin paket və dialoq
rejimləri sayılır.
Bəzi hallarda zaman baxımından məsələnin avtomatlaşdırılmış həlli
idarəolunan prosesin gedişatı ilə uyğunlaşdırılmalıdır. Ona görə də
informasiyaların çevrilməsinin təşkilinin, real zaman rejimində verilənlərin
çevrilməsi texnologiyası adı alması zərurəti yarandı.
İdarəetmə qərarlarının qəbul edliməsinə qədər iqtisadi informasiya
mürəkkəb çevrilmələrə məruz qalır. Həll olunan məsələlərin predmet sahəsi,
informasiya münasibətləri nə qədər müxtəlif olsa da, iqtisadi informasiyanın
çevrilməsinin ümumi mərhələlərə bölünməsi zəruridir.
İqtisadi informasiya bilavasitə istehsal prosesində (məhsullar və xidmətlər
istehsalı) yaranır və bu prosesin texniki – iqtisadi parametrlərini əks etdirir. İqtisadi
informasiya istehsal kommersiya proqramlarının icrasına, maddi, əmək və pul
vasitələrinin məsrəfləri üzərində nəzarəti həyata keçirməyə imkan verir.
Ötürülmə iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri
kimi nəzərdən keçirilməlidir. Hazırda bu mərhələ əsasən avtomatlaşdırma
elementlərinin qıtlığı ilə səciyyəvidir. Təbii ki, bu halda informasiyanın
avtomatlaşdırılmış işlənməsi imkanları xeyli məhdudlaşmış olur. Burada ən
prespektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılması,
“intellektual” terminalların tətbiq edilməsidir.
Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki
vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən
informasiyanın hansı miqyasda mübadilə edilməsi əsas götürülür. Belə ki, əgər
müəssisədaxili informasiya mübadiləsində naqil əlaqəsi, radio əlaqəsi və qismən
terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar)
informasiya mübadiləsində terminalların istifadəsinə üstünlük verilməlidir. Bu
zaman kollektiv istifadədə olan hesablama qurğularının yaradılması deməli
informasiyanın işlənməsinin çoxmaşınlı sisteminin tətbiqi üçün şərait yaranır.
38
İdarəolunan obyektin vəziyyətini xarakterizə edən iqtisadi informasiyanın
ümumi həcminin 80-85% -i emal olunur. İnformasiyanın çevrilməsinin bu
mərhələsi hazırda bilavasitə hesablama qurğularında həyata keçirilir.
İnformasiyanın emalının ümumi prosesini təşkil edən əməliyyatları üç
qrupa bölmək olar: texniki (giriş maşın daşıyıcılarının hazırlanması,
informasiyanın daxil və xaric edilməsi və s.) məntiqi və hesabi əməliyyatlar.
Həmin qrupların ümumi prosesdəki xüsusi çəkisi məsələlərin növündən asılı olur.
İnformasiyanın maşınla işlənməsi prosesində texniki əməliyyatlar –
hazırlıq, məntiqi və hesabi əməliyyatlar isə əsas əməliyyatlar sayılır.
İnformasiyanın işlənməsi prosesində texniki və hesabi əməliyyatların icrasına
nəzarət mühüm yer tutur. Belə ki, nəzarət əməliyyatlarının köməyi ilə
informasiyanın dürüstlüyü təmin olunur. Qeyd edək ki, nəzarət əməliyyatlar
əsasən maşın tərəfindən yerinə yetirilir.
Bilərəkdən yol verilən səhvlər demək olar ki, informatikadan daha çox digər
səhvlərin, bəzi hallarda hüququn predmetidir. Informasiyanın yaranması və
çevrilməsi prosesində bilmədən yol verilən səhvlərin qarşısını almaq üçün müvafiq
işçilərin ixtisası artırmalı, səmərəli həll üsulları işlənib hazırlanmalı, nəzarət
üsulları və informasiyanın işlənməsində, istifadə olunan texniki vasitələr
təkmilləşdirilməlidir.
Ümumiyyətlə, informasiyanın düzgünlüyünə nəzarət həmişə diqqət
mərkəzində olmalıdır, çünki, səhv informasiya bütün hallarda idarəetmənin
müxtəlif səviyyələrində idarə olunan obyekt, baş verən iqtisadi proseslər haqqında
sıhv təsəvvürlərə, yalnış idarəetmə qərarlarının qəbul edilməsinə, bir çox hallarda
isə cinayət xarakterli hərəkətlərə səbəb olur.
2.5. İnformasiyanın qiymətləndirilməsi.
Mürəkkəb idarəetmə sistemləri ancaq informasiya əsasında fəaliyyət
göstərir. Ona görə də informasiyanın ölçülməsi prosesi meydana çıxır. Tutaq ki, m
simvoldan n elementli sözlər müəyyən məlumatlar çoxluğunu (N) təşkil edir. Onda
39
bu çoxluğu təşkil edən sözlərin ümumi sayı N=mn şəklində olar. m=2, n=3 olarsa
N=23=8 olar.
Düsturdan göründüyü kimi məlumatların sayı onun elementləri ilə
eksponensial asılılıqla ifadə olunur.
1928-ci ildə Amerika alimi R.Xartli informasiyanın miqdarının müəyyən
olunması üçün aşağıdakı düsturu təklif edir:
l=loq2N
burada l-informasiyanın miqdarıdır.
Xartlinin verdiyi düstura əsasən ən kiçik informasiya vahidi qəbul
edilmişdir. Belə ki, n=1, m=2 olarsa l=loq2N=1loq22=1 (əgər m=1 olarsa l=0 olar).
Beləliklə l=loq22=1
1948-ci ildə Amerika alimi K.Şennon informasiyanın orta miqdarını
müəyyən etmək üçün aşağıdakı düsturu təklif etmişdir.
)log...loglog(log2222121
12 nn
n
iii
PPPPPPPPl
Burada P1,…Pn aparılan sınaqların sayıdır.
Əgər hadisə eyni ehtimallıdırsa P1=P2=Pn=1/N onda, P1,…Pn bərabərdirsə
onda onlar da 1/N bərabərdir.
İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun
təklifi ilə bit (ingilisjə binary digit (ikilik rəqəm) sözundən) qəbul edilmişdir. 8
bitimiz 1 bayta bərabərdir. Beləki 256 sivolluq klaviatura alfavitini kodlaşdırmağa
8 bayt kifayyətdir (256=28) Praktikada isə əsasən aşağıdakı daha böyük
informasiya ölçü vahidləri işlədilir:
1 Kb = 1024 bayt = 210
bayt; 1 Mb= 1024 Kb = 220
bayt; 1Qb=
1024 Mb = 230
bayt; 1Tb = 1024 Qb = 240
bayt; 1Pbayt = 1024 Tbayt=250
bayt.
İnformasiyanın işlənməsi zamanı informasiya vahidlərinə şərti işarələr
vermək zərurəti meydana gəlir. Bu şərti işarələrin məcmusu kod adlanır. Başqa
sözlə kod hər hansı çoxluqla qarşılıqlı-birmənalı şəkildə qurulmuş hər hansı
əlifbada olan sözlər çoxluğu, konbinasiyasıdır. Deməli, kodlaşdırma dedikdə
40
informasiyaya şərti işarələrin verilməsi başa düşülməlidir. Kodlaşdırma siqnalların
şəkil dəyişməsi kimi də başa düşülə bilər.
Kodlaşdırma informasiyanın avtomatlaşdırılmış işlənməsi prosesinin
sürətləndirilməsinə və asanlaşdırılmasına imkan verir. Belə ki, bu halda
informasiya elementlərinin çeşidlənməsi və qaydaya salınması, yadda saxlanılması,
axtarılması, işlənməsi və ötürülməsi prosesi əhəmiyyətli dərəcədə asanlaşır və tez
başa düşülür.
Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur:
- Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində
avtomatik qruplaşdırla bilsin;
- Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun;
- İşarələrin sayı məhdud olsun;
- Tərtibat da sadə, yadda qalan və aydın olsun;
- Nomenklaturanın genişləndirilməsi üçün ehtiyat nömrələr nəzərdə
tutulmuş olsun.
Kodlaşdırma prosesi sistemli yanaşmanı tələb edir, başqa sözlə proses
müəyyən sistemlər üzrə həyata keçirilməlidir. Kodlaşdırma sistemi informasiya
vahidlərinə müəyyən qaydada şərti işarələrin verilməsi sistemidir. Səviyyələr üzrə-
ölkə sahə yerli (lokal) və s. kimi kodlaşdırma sistemləri fərqləndirilir. Kodlaşdırma
sistemlərini təsnifləşdirmək üçün aşağıdakı əlamətlərdən istifadə oluna bilər:
-İşarələrin forması;
-İşarələrin sayı (bir işarəli, çox işarəli);
-Qurulma formaları (xətti,şahmat) və s.
Müxtəlif kodlaşdırma sistemlərinin uzlaşdırılmasından kombinələşdirilmiş
sistemlər qurula bilər.
EHM-lər üçün kod simvollarının standartlaşdırılması üçün ilk
təşəbbüs 1963-cü ildə edilmiş və ASCİİ-nin («aski» kimi tələffüz edilir) birinci
versiyası yaradılmışdır. Bu versiyada kod sisteminin çatışmamazlığı çox idi. Bu
standart teleqraf kodları əsasında hazırlanmışdır. 1968-ci ildə ASCİİ-nin ikinci
versiyası hazırlandı. Standartın tam adı belədir: Ameracan Standart Code for
41
İnformation İnterchange – Daxili informasiya mübadiləsi üçün standart ABŞ kodu.
Standart ABŞ Milli Standartlaşdırma İnstitutu (ANSİ- American National Standart
İnstitute) tərəfindən işlənmişdir. ASCII 2007-ci ilə qədər geniş surətdə istifadə
olunmuşdur.
ASCİİ-nin birinci 32 kodu (0-dan 31-ə qədər) çap işarələrilə
göstərilmir. Bu sahə xüsusi simvollarla yerləşdirmək üçün ayrılmışdır. Belə
simvollara aiddir:
- idarəedici kodlar (uzaq qurğuları (məs: printer) idarə etmək üçündür).
- formatlaşdırma kodları (məlumatın xüsusi tərtibatı üçüdür).
- ayrıcı kodlar (ötürülən verilənlər yığımını stuuktlaşdırmaq üçündür).
ASCİİ-dən başqa, SSRİ-də vaxtilə tətbiq edilən səkkiz dərəcəli (28=255)
kodlaşdırma sistemi (256 müxtəlif vəziyəti olan simvola bir bayt artırılır, iki
simvollu yazı yığımı (məsələn, rus və ingilis həriflərini paralel kodlaşdırmaq olar).
İngilis dili hissə cədvəlin aşağı hissəsində, yəni 0-dan 127-ə qədər, rus dili hissə
cədvəlin yuxarı hissəsində (128-dən 255-ə qədər) kodlanır. İSO-88-59 – slavyan
yazı işarələrinin kodlaşdırılması üçündür, xüsusilə İBM PC-larda az istifadə edilir;
Windows-1251 – Microsoft firması tərəfindən işlənmiş korporativ
standartdır, sənədlərlə işin avatomatlaşdırılması üçündür, əksər İBM PC
platformalarında tətbiq edilmişdir — Word, Excel, Access kimi proqramlarda
daha geniş istifadə olunur; KOİ-8R-1974-cü ildə SSRİ Dövlət Standartlaşdırma
Komitəsi tərəfindən təsdiq edilmişdir, UNİX əməliyyat sisteminin idarəsi altında
işləyən şəbəkə EHM-lərində istifadə edilir.
Unicode. ASCII standartında hər bir simvolun kodu yalnız bir baytdan
ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni
zamanda 65536 simvolun işlədilməsinə imkan verir. Unicode standartının tətbiqi
dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. 2007-ci ildən etibarən bütün
istehsalçılar ASCII standartından imtina edərək Unicode standartına keçmişdir.
Unicode - istənilən simvol üçün platformadan, proqramdan, dildən asılı
olmayan unikal bir koddur.
42
Mahiyyətinə görə kompüterlər yalnız rəqəmlərlə işləyə bilir. Kompüterlərin
yaddaşlarında hərfləri saxlamaq üçün hər bir hərfə (və ya simvola) müəyyən bir
ədəd qarşı qoyulur. Unicode yaranmamışdan əvvəl dünyada müxtəlif növ simvol
kodlaşdırmaları var idi. Lakin onlardan heç biri bütün simvolları əhatə edə
bilmirdi. Məsələn, Avropa Birliyi dillərinin əlifbalarına daxil olan hərflərin
kodlaşdırılması üçün müxtəlif kodlaşdırmalardan istifadə edilirdi. Hətta ayrıca bir
dili təyin etmək üçün də (məs. İngilis dilini) müəyyən bir standart kodlaşdırma
sistemi yox idi ki, o adi hərfləri, işarə simvollarını və texniki simvolları özündə
cəmləşdirsin. Bundan başqa, çox vaxt da bu kodlaşdırmalar arasında uyğunluq yox
idi.
Unicode-un tətbiqi bütün bu problemləri həll edir. Unicode sistemi dildən,
platformadan, proqramdan asılı olamayaraq istənilən simvola unikal bir kod
mənimsədir.
İqtisadi informasiyanı sabitlik baxımından dəyişən, şərti-sabit və sabit
informasiya növləri kimi qruplaşdırmaq olar. Bu zaman sabitlik əmsalı
anlayışından istifadə olunur. Sabitlik əmsalı müəyyən dövr ərzində mövcud sabit
informasiya vahidlərinin miqdarının ümumi informasiya vahidlərinin miqdarına
nisbəti kimi hesablanır.
İnformasiyanın kəmiyyət və keyfiyyət baxımından analizı, onun sabitlik,
mürəkkəblik, kütləvilik və informasiya sistemlərinin xidmətetmə qabiliyyətinin
analiz edilməsini nəzərdə tutur.
İnformasiyanin sabitliyə görə analizi sabitlik əmsalı düsturuna əsasınır:
h
tst
n
nK (1)
tn - t zaman müddətində nomenklaturada dəyişməyən mövqelərin sayı;
hn - nomenklaturada mövqelərin sayı.
Sabitlik əmsalının optimal qiyməti təqribən - 95.03stK .
İnformasiyanin mürəkkəbliyi mürəkkəblik, kütləvilik və dəyişmə
əmsallarının hesablanmasına əsaslanır.
a) mürəkkəblik əmsalı:
43
forma
inm
n
nK (2)
inn - işçi proqramın operator və ya komandalarının sayı;
forman - törəmə göstəricilərin formalarının sayı.
b) dəyişkənlik əmsalı:
n
bashtrans
n
nn (3)
bashn - hesablama üçün ilkin verilənlərin sayı;
nn - nəticə göstəricilərinin sayı.
c) kütləvilik əmsalı:
forma
uk
n
nK (4)
un - verilən hesablama üzrə göstəricilərin ümumi sayı;
forman - bu hesablamada forma göstəricilərinin ümumi sayı.
Kütləvilik əmsalı nə qədər böyük olarsa, informasiya proseslərinin
kompyuterləşdirilməsi bir o qədər sərfəlidir.
İnformasiyanın xidmətetmə qabiliyyəti aşağıdakı düsturla hesablanır:
perixq
T
shixishgirishumNK
),,(inf (5)
perT - informasiyanın çevrilməsi periodunun müddəti (gün, həftə, dekada,
ay, il).
44
MÖVZU 3
İNFORMASİYA – KOMMUNİKASİYA SİSTEMLƏRİ
3.1. Sistem anlayışı. Sistemin xassələri.
3.2. Sistemlərin təsnifatı.
3.3. İnformasiya sistemi. İnformasiya sistemlərinin təsnifatı.
3.4. İnformasiya sistemi–iqtisadi informatikanın əsas obyekti kimi.
3.5. İnformasiya-kommunukasiya texnologiyaları sistemlərinin quruluşu
3.1. Sistem anlayışı. Sistemin xassələri.
Dünyada heç bir hadisə və ya proses səbəbsiz baş vermir, nizamsız, qeyri-
qanuni fəaliyyət göstərmir. Dünya sistemdirsə, onu təşkil edən maddi proseslər də
sistemdir, burada aydın olur ki, bir sistem özündən daha böyük sistemin ya alt
sistemidir, ya da elementidir. Bir sistemin element olmaq etibarilə kiçik sistemlər
heç də bəsit deyillər. Onların da altsistemləri, elementləri vardır. Bütünlükdə
kainatın hələlik ən xırda tərkib hissəsi, maddi əsası sayılan mikrohissəciklərin də
mürəkkəb daxili quruluşu, alt sistemləri və elementləri vardır.
Kibernetik nöqteyi nəzərdən sistem-ayrı-ayrılıqda sərbəst olan, vahid bir
məqsədə xidmət edən və eyni təbiətli elementlərin məcmuudur. Başqa sözlə-sistem
dedikdə bir-birilə qarşılıqlı əlaqədə olan element və hissələrin nizamlı düzülüşü
nəzərdə tutulur.
Sistemin hər bir elementini müəyyən dəyişən kəmiyyətlə əlaqələndirmək
olur ki, bunlara da sistemin koordinatları deyilir. Əgər həmin dəyişikləri ölçmək
və konkret bir rəqəmlə ifadə etmək mümkün olarsa, onda uyğun sistemin
vəziyyətini müəyyən etmək olar. Sistemin öyrənilməsində bütün elementlər deyil,
ona xas olan elementlər tədqiq olunur. Həmin əsas elementlər isə qarşıya qoyulan
məqsəddən asılı olaraq müəyyənləşdirilir. Belə ki, hər hansı tədqiqatda əsas qəbul
olunan element, başqa tədqiqatlarda yardımçı element ola bilər.
Sistem dedikdə - müəyyən məqsədə nail olmaq üçün bir – biri ilə
əlaqələndirilmiş elementlər çoxluğu başa düşülür. Sistemin elementləri onları
45
səciyyələndirən xassələlərə malik olur. Bu xassələrin strukturu və növü vasitəsi ilə
sistemin elementlərinin bir – biri ilə oxşarlığı və ya fərqliliyi təyin edilir. Bununla
da elementlər arasında əlaqələr müəyyənləşdirilir.
Sistem - anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi
fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə
birləşdirir. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün
girişi və çıxışı kimi komponentləri var.
Sistemlər bir-birindən tərkibinə və yaradıldığı əsas məqsədlərə görə
fərqlənirlər. İnformatikada isə "sistem" anlayışı çox genişdir və bir çox mənalar
daşıyır. O, daha çox texniki vasitə və proqramlar toplusunda tətbiq olunur.
Kompyuterin aparat hissəsi də bir sistemdir. Həmçinin, konkret tətbiqi məsələlərin
həlli üçün istifadə edilən proqramlar, sənədləşmə fəaliyyətlərinin həyata
keçirilməsi üçün nəzərdə tutulmuş proqramlar toplusu da sistem adlanır.
Sistem
Sistemin elementləri
Sistemin əsas məqsədi
Firma İnsanlar, avadanlıq, materiallar,
binalar və s. Məhsul istehsalı
Kompyüter
Elektron və elektromexaniki
elementlər, əlaqə xətləri və s. Verilənlərin emalı
Telekommunikasiya sistemi
Komputerlər, modemlər, rabitə
kanallan, şəbəkə proqram təminatı
və s.
Informasiyanın ötürülməsi
Informasiya sistemi
Kompüterlər, kompüter şəbəkələri,
insanlar, informasiya, proqram və
linqvistik təminat
Professional
informasiyanm istehsalı
Sistemin elementlərini öyrənən və onlar arasında əlaqəni formalaşdıran
zaman, adətən sistemin “giriş” və “çıxışı” anlayışlarından istifadə edilir.
Sistemin girişi vasitəsilə xarici aləmdən (başqa elementlər vasitəsilə)
sistemə təsir edilir və çıxışı vasitəsilə xarici aləmə (başqa elementlərə) təsir edilir.
Sistemin elementində xarici təsiri xarakterizə edən kəmiyyət giriş dəyişənləri
46
(vəziyyəti) və çıxışın vəziyyətini əks etdirən kəmiyyət giriş dəyişənləri (vəziyyəti)
və çıxışın vəziyyətini əks etdirən kəmiyyət isə çıxış kəmiyyəti adlanır. Məsələn:
istehsal prosesini davam etdirmək üçün müəssisə giriş vasitəsilə xarici aləmdən
maddi ehtiyatlar-xammal, yanacaq, yarımfabrikatlar, avadanlıq və s. alır, çıxışı
vasitəsilə isə istehsal etdiyi məhsulu kənarlaşdırır (xarici aləmə təsir edir).
Qeyd etmək lazımdır ki, uzun müddət sistemin girişi (daxil olan xammalın,
avadanlığın miqdarı, çeşidi, müddəti) və çıxışı (satılacaq malın haraya, hansı
qaydada və nə zaman satılması və i.a.) dəqiq müəyyən edilə bilmirdi.
Kibernetikanın nailiyyətləri əsasında bu iş artıq müəyyən edilmək üzrədir.
Verilmiş sistemdə girişlərin və çıxışların vəziyyətini müəyyən ədədlərlə
ifadə etmək olar. Əgər sistem yalnız bir girişə və bir çıxışa malikdirsə, onda girişin
vəziyyətini x-lə, çıxışın vəziyyətini y-ilə ifadə edəcəyik. Belə sistemin blok-sxemi
aşağıdakı kimidir.
x y
Şəkil 1.
Giriş və çıxışın vəziyyətinin müəyyən edən ədədlər adətən həqiqi ədədlər
(skalyarlar) olur. Əgər bu vəziyyətlər keyfiyyət xarakteri daşıyırsa, daha doğrusu,
onlar hər hansı əlamətin mövcudluğu, yaxud yoxluğu ilə müəyyən edilirsə, onda bu
vəziyyətləri ifadə etmək üçün 0 və 1 rəqəmlərindən istifadə etmək kifayətdir ki,
bunlardan birinci həmin əlamətin yoxluğunu, ikinci isə girişdə və çıxışda bu
əlamətin mövcudluğunu göstərir.
Sistemin bir neçə girişi və bir neçə çıxışı ola bilər. Məsələn, aşağıdakı
şəkildə olduğu kimi:
x1 y1
x2 y2
Şəkil 2.
X3
47
Belə ki, hər bir girişin və hər bir çıxışın vəziyyəti bir ədədlə ifadə edilə
bilər. Belə halda bütün girişlər (m) və çıxışlar (n) aşağıdakı uyğun vektorlar
vasitəsilə müəyyən edilə bilər.
x=(x1, x2,....,xm);
y=(y1,y2,....yn);
Bu cür sistemlərin blok sxemini də bir girişli və bir çıxışlı sistemin (şəkil 1)
blok –sxemi kimi göstərmək olar. Lakin burada x və y ayrıca rəqəmləri deyil,
uyğun vektorları ifadə edəcəkdir.
Bundan başqa hər bir sistemin alt sistemə bölünmək imkanı da var. Bu
xüsusiyyəti onun analizini, yaradılamsını və istifadəsini asanlaşdırır.
Altsistem ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir.
Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə
xitmət edirlər. Odur ki, onlara təminedici altsistemlər deyilir. Həmin altsistemlərə
texniki, riyazi, proqram, informasiya, təşkilati və hüquqi təminat altsistemləri
aiddir.
3.2. Sistemlərin təsnifatı.
Sistem fəaliyyət göstətdikdə onun elementləri arasında qarşılıqlı əlaqə
yaranır.Əgər bu əlaqlər zamandan asılı deyilsə, onda sistemin elementləri arasında
əlaqə statik əlaqə adlanır. Əgər bu əlaqlər zamandan asılı olaraq dəyişirsə, onda -
dinamik əlaqə adlanır. Sistemi iki əlamətə görə təsnifləşdirmək olar: Fəaliyyət və
mürəkkəblik dərəcəsinə görə.
Fəaliyyət şərtlərinə görə determinə (müəyyən) və ehtimallı sistemlərə
ayrılr.
Determinə (müəyyən) olunmuş sistemlərdə sistemin elementləri və bu
elementlər arasındakı qarşılıqlı əlaqələr qabaqcadan müəyyən olunmuş qaydada
mövcud olur.
48
Ehtimallı sistemlərdə isə sistemin elementləri və arasındakı əlaqələr
elementlər arasındakı qarşılıqlı əlaqələr ehtimal xarakterli olduğuna görə bu
sistemlərin özlərini necə apacağı haqqında fikir söyləmək olmur.
Mürəkkəblik dərəcəsinə görə: sadə, mürəkkəb və çox mürəkkəb sistemlərə
bölünürlər.
Sadə sistemlər qarşılıqlı əlaqədə fəaliyyət ğöstərən az sayda elementlərdən
ibarət olub , sadə funksiyaları yerinə yetirir.
Mürəkkəb sistemlər qarşılıqlı əlaqədə fəaliyyət ğöstərən çoxsaylı
elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdirlər və daha mürəkkəb
funksiyaları yerinə yetirir.
Çox mürəkkəb mürəkkəb sistemlər elə sistemlərdir ki, onların vəziyyətini
bu və ya başqa səbəblərə görə tam şərh etmək mümkün olmur.
Sistemlər fasiləsiz (analoq sistem) və diskret (impuls) olur. Sistemin
fəaliyyət göstərdiyi müddət ərzində giriş siqnallarının təsiri fasiləsiz olarsa, onda
belə sistemə fasiləsiz sistem deyilir. Giriş siqnallarının təsiri ara bir olarsa, onda
belə sistemə diskret sistem deyilir.
Toplanan və emal olunan informasiya resurslarının xarakterinə görə
informasiya sistemləri 3 sinfə bölünür: sənədli, faktoqrafik və sənədli-faktoqrafik
sistemlər.
Sənədli sistemlər təbii dildə ifadə olunmuş müxtəlif sənədlərlə
(monoqrafiyalar, məqalələr, dövri nəşrlər, normativ və hüquqi sənədlər və s.)
işləmək üçün istifadə olunurlar. Sənədli sistemlərin tipik nümayəndəsi
informasiya-axtarış sistemləridir.
İnformasiya-axtarış sistemi- təbii dildə sənədlərin toplanması və müxtəlif
kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə
(korporasiya) səviyyəsində, həm də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin
toplanması, sistemləşdirilməsi və axtarışı üçün istifadə olunur.
Informasiya –işlənmə sistemlərinə iqtisadi informasiyanın çevrilməsi məsə-
lələrinin həllini təmin edən sistemlər daxildir.
49
Informasiya-axtarış sistemləri məlumatların axtarışı və təzələnməsi üzrə
məntiqi əməliyyatların yerinə yetirilməsinə istiqamətlənir. Informasiya-sorğu
sistemlərinin vasitəsilə yalnız axtarış əməliyyatlarının reallaşdırılması deyil, həm
də axtarış, nəticələrinin məntiqi işlənməsi, habelə cavabların formalaşdırılması
sorğular üzrə verilməsi həyata keçirilir.
Informasiya-məsləhətçi bir sistem kimi daha yüksək pillədə durur. Onların
vasitəsilə standart proqramlar üzrə istehsal –maliyyə fəaliyyətinin təhlili, idarəetmə
qərarlarının qəbul edilməsi üzrə nəticələrin və tövsiyələrin formalaşdırılması təmin
edilir. Informasiya sistemlərinin hər bir növü idarəetmənin texniki vasitələrinin
müəyyən növü idarəetmənin texniki vasitələrinin müəyyən səviyyəsinə əsaslanır.
Faktoqrafik informasiya sisteminin əsas funksional qovşağı verilənlər
bazasının idarəetmə sistemidir. Faktoqrafık sistemlərdən təkcə verilənlərin
saxlanması və axtarışı üçün deyil, həm də onların emalını tələb edən məsələlərin
həlli üçün istifadə olunur. Yerinə yetirdikləri funksiyalara görə faktoqrafık
sistemləri 3 qrupa bölmək olar: informasiya-arayış sistemləri, informasiya-
idarəetmə sistemləri və informasiya-məsləhət sistemləri.
İnformasiya-arayış sistemləri konkret tətbiq sahəsi üzrə istifadəçiləri
maraqlandıran suallara cavab-arayış vermək üçün istifadə olunurlar. İstifadəçilər
sistemə 2 cür sorğu ilə müraciət edə bilərlər: reqlamentli və ixtiyari.
Reqlamentli sorğunun məzmunu və verilmə tezliyi əvvəlcədən məlum olur
(planlaşdırılır). İxtiyari sorğularda isə bu cür müəyyənlik olmur.
Informasiya-idarəetmə sistemləri idarəetmə üçün qərarların qəbul
edilməsinin informasiya təminatı funksiyasını yerinə yetirirlər. Odur ki, bu
sistemlərə həmçinin qərarların qəbulunun informasiya təminatı (ingiliscə- Decision
Support System (DSS)) sistemləri də deyilir.
İnformasiya-məsləhət sistemləri insana (qərar qəbul edən şəxsə) qərarların
qəbul edilməsi ücün məsləhətlər verirlər, yəni mümkün variantları təklif edirlər.
Sistemin verdiyi məsləhətlər əsasında insan öz qərarını verir. Bu cür sistemlərin işi
biliklərə əsaslandığından onların intellektual səviyyələri yüksək olur.
50
Insanlar müəyyən ictimai-istehsal və iqtisadi münasibətlərdə olurlar. Ona
görə iqtisadi sistemlər məhsuldar qüvvələrlə istehsal münasibətlərinin vəhdətindən
təşkil edilir. Iqtisadi sistemlərin fəaliyyət göstərməsində istehsal vasitələri üzərində
mülkiyyət forması əsas rol oynayır. Bu, nəticə etibarilə iqtisadi sistemlərin
quruluşunu, fəaliyyət göstərməsi mexanizmini, məqsədini və inkişaf istiqamətlərini
müəyyən edir.
Iqtisadi sistem özlüyündə maddi və qeyri maddi istehsal sahələrini əhatə
edir. burada ictimai-siyasi amillər xarici təsir amili hesab olunur və onun
məqsədini müəyyənləşdirir. Məsələyə bu cür yanaşdıqda iqtisadiyyat, təbii
ehtiyatları maddi nemətlərə çevirən (sonradan cəmiyyət tərəfindən istehlak olunan)
mürəkkəb dinamik sistem kimi, öyrənilmə obyekti hesab olunur. Burada cəmiyyət
bir tərəfdən ictimai-istehsalın nəticələrinə əsasən maddi nemətlər tələb göstərən
istehlakçıların məcmunu, digər tərəfdən istehsalçıların ittifaqı kimi özünü biruzə
verir.
Ictimai tələblə onun ödənilməsi imkanı arasındakı fərq iqtisadi sistemlərin
inkişaf etdirməyi tələb edən əsas hərəkətverici göstərici hesab olunur. Çünki,
cəmiyyətin inkişafının əsas məqsədi istehlak komponentlərini fasiləsiz olaraq
genişləndirmək, onların bolluğunu təmin etmək və hər bir komponentin istehsalı
üçün canlı əməkdən, maddiləşmiş əməkdən və təbii ehtiyatlardan maksimum
qənaətlə istifadə etməkdir.
Ona görə də iqtisadi sistemlərin komponentlərinin sayı fasiləsiz genişlənir,
ictimai istehsal keyfiyyət və kəmiyyət cəhətdən inkişaf etdirilir və ictimai əmək
məhsuldarlığı durmadan artırılır.
Iqtisadiyyata xas olan əsas əlamətlərindən biri onun müxtəlif funksiyaları
yerinə yetirən külli miqdar elementlərin birləşməsində ibarət olan mürəkkəb
dinamik sistem olmasıdır. Bununla yanaşı, iqtisadi sistemlərin texniki və bioloji
böyük sistemlərdən fərqli olan bir sıra xüsusiyyətləri vardır. Bunlar
aşağıdakılardan ibarətdir:
51
1.Böyük iqtisadi sistemlər müəyyən bir məqsədə yönəldilir. Onun bütün
altsistemləri, elementləri eyni məqsədə, ümumi sistem qarşısında qoyulan
məqsədin yerinə yetirilməsinə xidmət edirlər.
2.İqtisadi sistemlərin mürəkkəbliyi. Bununla izah olunur ki, sistemin bir
hissəsində (altsistemlərində) dəyişilmə zəruriliyi, digər hissələrin də dəyişilməsi
zəruriliyini ortaya artır. Məsələn, süni lif və plasmas istehsalı texnologiyasının
dəyişilməsi və inkişafı nəinki kimya sənaye sahələri quruluşunun dəyişilməsinə
səbəb olmuş, hətta ictimai istehsalın və istehlakın quruluşuna böyük təsir
göstərmişdir.
Sistemin mürəkkəbliyinin başqa əlaməti onun altsistemləri və alt sistem
daxilində elementlər arasında külli miqdar əks-əlaqənin olmasıdır. Ictimai
istehsalda əks-əlaqəyə misal kapital qoyuluşu vasitəsilə yaradılan əlaqəni
göstərmək olar.
3.İqtisadi sistemlərdə baş verən proseslərin mexanikləşdirilməsi və
avtomatlaşdırılması. İctimai istehsalın ayrı-ayrı inkişaf mərhələlərində insan
aparıcı rol oynamış və indi də oynayır. Müasir şəraitdə “insan-maşın” sistemlərinin
yaradılmasında insanın rolu olduqca böyükdür.
4.İqtisadi sistemlərin fasiləsi inkişaf etdirilməsi. Elmi-texniki tərəqqi,
ictimai tələbin və əhalinin sayının artması, iqtisadi sistemlərin quruluşunun
dəyişilməsini, onun hissələri və elementləri arasında olan əlaqənin daha da
təkmilləşdirilməsini tələb edir. Ona görə də yeni istehsal müəssisələri və istehsal
sahələri meydana gəlir, istehsalın texnologiyası və istehlakın quruluşu əsaslı
surətdə dəyişilir. Köhnə istehsal müəssisələri sıradan çıxır.
5.İqtisadi sistemin elementlərinin və istehsal üsulunun bir-birini qarşılıqlı
əvəz etməsi.
Qarşılıqlı əvəz etmə geniş mənada, istehsal prosesində həlledici amil olan
canlı və maddiləşmiş əməyi və maddi ehtiyatlar məsarifini əhatə edir. Ona görə də
hər hansı məhsul, komponentlərin müəyyən nisbətində istehsal olunur.
Iqtisadi sistemlərə təbiət və cəmiyyət tərəfindən təsir olunur. Həmin xarici
təsirlər əsas etibarilə fasiləsiz deyil, təsadüfi xarakter daşıyır.
52
Beləliklə, bütün iqtisadi proseslərə təsadüfi amillər təsir edir, buna görə də
həmin sistemlərin gələcək istiqaməti müəyyən qədər qeyri-müəyyən olur. Belə
sistemlər, onların istiqamətini müəyyən qədər obyektiv təyin edən, ehtimal modeli
vasitəsilə xarakterizə olunur.
3.3. İnformasiya sistemi. İnformasiya sistemlərinin təsnifatı.
İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya
sistemləridir. Kompüterlərin və digər əlaqə vasitələrinin istifadə olunmasına
əsaslanan yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq bu anlayış
(informasiya sistemi anlayışı) geniş istifadə olunur.
İnformasiya sistemi - (İS) - aparat və proqram vasitələrinin, informasiya
resurslarının, həmçinin qərarın qəbul edilməsi və hazırlanmasını təmin etmək üçün
informasiya proseslərini yerinə yetirən idarəetmə servisinin yığımıdır.
Müasir anlamda "informasiya sistemi" məlumatın emal olunmasında
əsas texniki vasitə kimi fərdi kompyuterin istifadə olunmasını nəzərdə tutur. Böyük
təşkilatlarda informasiya sisteminin texniki bazasına fərdi kompyuterdən əlavə
MEYNFREYM, ya da Super EHM daxil oluna bilər.
İnformasiya sistemləri tətbiq sahəsinə aid informasiyaların
toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən
texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Bu sistem
müxtəlif istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan
tələbatının ödəyir. Onun yaranmasının səbəbi də budur. Informasiya sisteminin
ümumiləşdirilmiş strukturu altsistem adlanan bir neçə hissədən ibarətdir.
Riyazi təminat
Proqram təminatı
Texniki
təminat
İnformasiya
təminat
Hüquqi
təminat
Təşkilati
təminat
İnformasiya
sistemi
53
Şəkil . İnformasiya sisteminin ümumi strukturu.
Texniki təminat informasiya sisteminin işləməsinə xidmət edən texniki
vasitələr kompleksindən və həmcinin həmin vasitələr və texnoloji proseslər üçün
uyğun sənədlərdən ibarətdir. Texniki vasitələr kompleksinə aşağıdakılar daxildir.
-hər hansı modelə aid kompüterlər;
-informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks
etdirilməsi ücün qurğular;
-kommunikasiya vasitələri (informasiyanı ötürən və qəbul edən qurğular və
rabitə kanalları);
- təşkilati-texniki vasitələr;
-istismar materialları və s.
Sənədlərdə texniki vasitələrin ilkin seçimi, onların istismarının təşkili,
verilənlərin emalının texnologiyası, texnoloji təchizat kimi məsələlər öz əksini
tapır. Sənədləri şərti olaraq 3 qrupa bölmək olar:
- texniki təminata aid dövlət və sahə standartlarnı əhatə edən ümumsistem
sənədləri;
- texniki təminatın həyata keçirilməsinin bütün mərhələlərinə aid
metodikanı əhatə edən xüsusi sənədlər;
- texniki təminata aid hesabatların aparılmasında istifadə olunan normativ-
arayış sənədləri.
Riyazi və proqram təminatı. Riyazi və proqram təminatı İS-in məqsədlərini
və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal
fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar
toplusudur.
Riyazi təminat vasitələrinə aşağıdakılar aiddir:
- idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi vasitələri;
- tipik idarəetmə məsələləri;
- riyazi proqramlaşdırma, riyazi statistika, kütləvi xidmət, çoxluqlar və
qeyri-səlis çoxluqlar nəzəriyyələri və s.
54
Proqram təminatına ümumsistem və xüsusi proqram vasitələri və
həmçinin proqram sənədləri də aiddir.
Ümumsistem proqram təminatı kompüterin və əməliyyat sisteminin
funksional imkanlarım artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və
nəzarət funksiyalarını yerinə yetirən, informasiyanın təhlükəsizliyini təmin edən və
s. proqramlar kompleksindən ibarətdir.
Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması
üçün proqramlar kompleksindən ibarətdir. Bu kompleksə sistemin informasiya
bazasımn qurulması və idarə olunması, istifadəçilərin reqlamentli və ixtiyari
sorğularının emalı və çıxış informasiyasının (hesabatların) formalaşdırılması və s.
funksiyaları yerinə yetirən proqramlar daxildir.
İnformasiya təminatı altsisteminin vəzifəsi sistemi vaxtnda və lazımi
informasiya ilə təmin etməkdir. Bu altsisetm informasiyanın qəbul olunmuş
üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi,
müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər
bazalarmm qurulma metodologiyası əsasında yaradılır.
İnformasiya təminatının əsas vəzifələrindən biri göstərilən
çatışmazhqların aradan qaldırılmasıdır.
Təşkilati təminat informasiya sisteminin hazırlanması və istismarı
prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşıhqlı əlaqələrini
nizamlayan metodlar və vasitələr toplusudur.
Təşkilati təminat aşağıdakı funksiyaları yerinə yetirir:
- informasiya sistemi yaradılacaq müəssisənin idarəetmə sisteminin təhlili
və avtomatlaşdırılması tələb olunan məsələlərin müəyyənləşdirilməsi;
- informasiya sisteminin layihələndirilməsi üçün texniki tapşırığm
hazırlanması və onun texniki-iqtisadi səmərəliliyinin əsaslandırılması;
- idarəetmə sisteminin səmərəliliyinin artırılması məqsədilə müəssisənin
strukturuna və tərkibinə aid təkliflərin və məsələlərin həll metodologiyasının
işlənib hazırlanması;
55
- informasiya sisteminin fəaliyyətinə və inkişafına cavabdeh şəxslərin cəlb
edilməsi.
Hüquqi təminat dedikdə informasiya sisteminin yaradılması, hüquqi
statusu və fəaliyyəti ilə bağh hüquqi normalar toplusu başa düşülür. Həmin
normalar vasitəsilə informasiyanın alınması, çevrilməsi, istifadə edilməsi və
qorunması qaydaları nizamlanır.
Hüquqi təminatın əsas məqsədi qanuniliyi möhkəmlətməkdir.
Hüquqi təminatın tərkibinə qanunlar, fərmanlar, dövlət orqanlarının
sərəncamları, əmrlər, təlimatlar və nazirlər kabinetinin, nazirliklərin,
idarələrin, təşkilatların və yerli hakimiyyət orqanlarının normativ sənədləri
daxildir.
İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı
aşağıdakıları əhatə edir:
- informasiya sisteminin statusu;
- sistemin heyətinin hüquqları, vəzifələri və məsuliyyətləri;
- idarəetmə prosesinin ayrı-ayrı növlərinin hüquqi nizamnamələri;
- informasiyanın hazırlanması və istifadə edilməsi qaydaları və s.
3.4. İnformasiya sistemi–iqtisadi informatikanın əsas obyekti kimi.
Müəyyən qrup obyektlərin vəziyyətini əks etdirən informasiyanın formalaş-
ması, yığılması, saxlanması, axtarışı, işlənməsi və ötürülməsi proseslərini yerinə
yetirən sistemə informasiya sistemi deyilir.
Informasiya sisteminin yaradılmasında məqsəd istifadəçiləri lazımi
informasiya ilə təmin etməkdən ibarətdir. Informasiya sisteminə misal olaraq qeyd
kitabçasını, müxtəlif məlumat-arayış kitabçalarını, kartotekalarda təşkil olunmuş
biblioqrafik sistemləri göstərmək olar.
Informasiya sistemləri elementləri məzmunu və reallaşdırılması əlamətinə
görə idarəetmə sistemləri, o cümlədən iqtisadi, texniki, sosial, bioloji və s.
sistemlərə ayrılırlar. Idarəetmə sistemlərində idarəetmə obyektləri ilə qarşılıqlı
əlaqə yolu ilə idarəedici elementlərin reallaşdırılması həyata keçirilir.
56
Ümumi halda sistem anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir
tam kimi fəaliyyət göstərir. Bu sistem həm ayrılıqda, həm də hər hansı
avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər.
Birinci halda o, informasiya-sorğu sistemi kimi, əsasən, ayrı-ayrı şəxslərin
və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur.
İkinci halda isə informasiya sistemi istifadəçilərə informasiya-arayış
xidməti göstərməklə yanaşı, həmdə avtomatlaşdırılmış sistemin informasiya
təminatı alt sistemi rolunu oynayır.
Müxtəlif məqsədlər üçün nəzərdə tutulan informasiya sistemlərinin
fəaliyyətini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət olan sxem şəklində
təsvir etmək olar:
daxili və ya xarici mənbədən informasiyanın daxil edilməsi;
daxil olmuş informasiyanın emalı və münasib şəkildə nümayişi;
istehlakçılara nümayiş etmək və ya digər sistemə göndərilməsi üçün
informasiyanın çıxarılması;
əks əlaqə - həmin təşkilatın işçiləri tərəfindən giriş informasiyasının
düzəlişi üçün yenidən emal edilən informasiyadır.
İnformasiya sistemləri konkret hər hansı bir obyekt üçün yaradılır.
İnformasiya sistemləri bir çox cəhətlərinə görə qruplaşdırılır.
ƏL
Avtomatlaşmış səviyyəsi üzrə
Avtomatlaşdırma
Avtomatik
Tətbiq sferası üzrə
Inteqrasiyalaşmış
Təşkilat idarəetmə
İnformasiyanın xark.üzrə
Informasiya axtarış
Informasiya həlledici
İnformasiya sistemləri
57
Avtomatlaşdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən
(mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür.
1) Mexaniki olduqda bütün əməliyyatlar insanlar tərəfindən,
2) avtomatlaşdırılmış olduqda yarısı insan, yarısı EHM-lər tərəfindən,
3) avtomatik olduqda isə texniki vasitələrin köməyi ilə avtomatik olaraq
yerinə yetirilir.
İnformasiya texnologiyaları və sistemlərinin tətbiqi ilə həll olunan əsas
məsələlərə baxaq.
Mühasibat uçotu. Mühasibat uçotu informasiya texnologiyasının klassik
tətbiq sahələrindən biri olub, bu gün də daha çox reallaşdırılan məsələdir. Bu
onunla izah olur ki, mühasibin səhvi çox baha başa gələ bilər, kompüterdən istifadə
olunması isə bunun qarşısını alır.
Lakin bu sistemin qurulması çox zəhmət tələb edir. Bu onunla əlaqədardır
ki, yüksək iş etibarlığı və istismarının rahatlığı baxımından mühasibat uçotunun
avtomatlaşdırılması sisteminə yüksək tələblər qoyulur.
Bank sistemi. Hazırda həm dövlət, həm də özəl kommersiya banklarının
böyük əksəriyyətində avtomatlaşdırılmış informasiya sistemlərindən geniş istiafdə
olunur. İnformasiya sistemi bankın yerinə yetirdiyi bütün funksiyaları əhatə edə
bilər: depozit hesablarının və kredit əməliyyatların avtomatlaşdırılması, fiziki və
hüquqi müştərilər haqqında, onların hesabları və kredit almaları haqqında
verilənlər bazasının qurulması və s. Lakin burada informasiyanın təhlükəsizliyi
məsələsi yüksək səviyyədə həll olunmalıdır.
Maliyyə axınlarının idarə olunması. İnformasiya texnologiyalarının
maliyyə axınlarının idarə olunmasında tətbiqini əsaslandıran səbəb bu sahədə də
baş verə bilən səhvlərin yolverilməzliyidir.
58
Mal dövriyyəsinin, çeşidin və tədarükün idarə olunması. Mal
dövriyyəsinin, çeşidin və tədarükün təhlili prosesinin avtomatlaşdırılması
vəsaitlərin daima çatışmaması şəraitində müəssisənin gəlirlə işləməsinə və dinamik
inkişafına zəmin yaradır.
İstehsal proseslərinin idarə olunması. İstehsal proseslərinin idarə
olunması çox zəhmət tələb edən problemdir. Burada əsas məsələ istehsal
prosesinin planlaşdırılması və optimal idarə olunmasıdır. Bu məsələnin
avtomatlaşdırılmış həlli istehsal güclərini, sərfləri, bazarı və s. nəzərə almaqla
planlaşdırmanı düzgün aparmağa, istehsalın texniki hazırlağını yerinə yetirməyə,
istehsal proqramına və texnologiyaya uyğun məhsul istehsalı prosesini operativ
idarə etməyə imkanlar yaradır.
Texnoloji proseslərin idarə olunması. Texnoloji proseslərin idarə
olunmasında kompüter texnologiyasından uzun müddətdir (təxminən 70-ci illərdən
başlayaraq) istifadə olunur. Texnoloji proseslərin idarə olunmasında əsas problem
sistemin həqiqi zaman miqyasında (online) işinin təmin olımmasıdır.
Marketinqin idarə oluıunası. Marketinqin idərə olunması rəqib firmalar,
onların məhsullrı və qiymət siyasəti haqqmda verilənlərin toplanması və təhlili,
həmçinin optimal qiymət səviyyəsinin təyini, gəlirin proqnozlaşdırılması və reklam
kampaniyasmın planlaşdınlması üçün xarici mühitin parametrlərinin
modelləşdirilməsini əhatə edir
Sənəd dövriyyəsi. Sənəd dövriyyəsi istənilən müəssisənin fəaliyyətində çox
vacib proses hesab olunur. Uçot və hesabat sənədlərinin dövriyyəsi sisteminin
yaxşı təşkili müəssisədə cari istehsal fəaliyyətinin real gedişini əks etdirir və bu
prosesə idarəetmə orqanlarının operativ reaksiya verməsinə zəmin yaradır. Odur ki,
sənəd dövriyyəsinin avtomatlaşdırılması idarəetmənin səmərəliyini artırmağa
imkan verir.
Müəssisənin operativ idarə edilməsi. Korporativ informasiya sistemi
informasiya bazasında müəssisənin istehsal fəaliyyəti, funksional bölmələr və
onların yerinə yetirdikləri funksiyalar, istehsal sahələri, avadanhq, xammal,
59
materiallar, məhsullar, əmək və maliyyə resursları və s. haqqında informasiya
toplanır.
Operativ idarəetmə məqsədilə istifadə olunan informasiya sistemi biznes-
proseslərin avtomatlaşdırılması üçün müxtəlif proqram vasitələrinə malik olur. Bu
cür informasiya sistemlərindən çeviklik, adaptasiya və inkişaf imkanına malik
olmaq tələb edilir.
Firma haqqında informasiyanın təqdim edilməsi. İnternet/İntranet
texnologiyası korporativ serverlərin yaradılmasına və bununla da müəssisə
haqqında müxtəlif növ informasiyanın İnternetə çıxarılmasına imkan yaradır.
3.5.İnformasiya-kommunikasiya texnologiyaları sistemlərinin
quruluşu
İqtisadi informasiya sistemləri (İİS) növlərinin müxtəlifliyindən və tətbiq
edildikləri sahələrdən asılı olmayaraq özünün tərkibində aşağıdakı üç əsas
komponentlər yığımını birləşdirir:
- funksional komponentlər;
- məlumatların işlənməsi sisteminin komponentləri;
təşkilati komponentlər.
İqtisadi informasiya sisteminin quruluşunu sxematik olaraq aşağıdakı
şəkildə göstərmək olar:
60
Bununla yanaşı, idаrəetmə funksiyasının həyata keçirilməsi dedikdə,
müəyyən işgüzar nəticələrin əldə edilməsi məqsədilə bir və ya bir neçə işçi
tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan xüsusi daimi vəzifə borcları
(öhdəliklər) başa düşülməlidir.
İnformasiya sisteminin funksional komponentləri firma (müəssisə)
qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün zaman və məkan baxımından bir-
birilə qarşılıqlı əlaqədə yerinə yetirilən idarəetmə işlərinin tam yığımından
(kompleksindən), yəni idarəetmə funksiyalarının sistemindən ibarətdir. Həqiqətən
də mürəkkəb idarəetmə funksiyası bir sıra daha kiçik məsələlərə bölünməklə nəticə
etibarilə bilavasitə icraçılara çatdırılır. Bütövlükdə firma qarşısında qoyulmuş son
məqsədlərə nə dərəcədə nail olması məhz ayrı-ayrı işçilər tərəfindən bu və ya digər
tapşırığın necə yerinə yetirilməsindən asılıdır.
Bütövlükdə idarəetmə prosesi həm müəssisə və ya onun quruluş
bölməsində xətti (məsələn, inzibati) rəhbərlik şəklində, həm də funksional
rəhbərlik, məsələn, maddi-texniki təminat, mühasibat uçotu, nəzarət, iqtisadi təhlil
və s. vasitəsilə həyata keçirilir. Ona görə də informasiya sisteminin funksional
əlaməti üzrə quruluşu idarəetmə funksiyaları sistemini reallaşdıran funksional
altsistemlər adlandırılan ayrı-ayrı hissələri özündə birləşdirir. Funksional əlamət
altsistemin təyinatını, onun hansı fəaliyyət dairəsinə aid edilməsini, hansı əsas
məqsədləri, vəzifələri və funksiyaları yerinə yetirməsini müəyyən edir.
Funksional altsistemlər xeyli dərəcədə informasiya sisteminin tətbiq
sahəsindən asılıdır. Obyektin xüsusiyyətindən asılı olaraq funksional altsistemlərin
sayı on addan çox ola bilər. Müəssisənin informasiya sisteminin funksional
quruluşunu aşаğıdakı ümumiləşdirilmiş sxem şəklində göstərmək olar:
Bəzi funksional altsistemlər informasiya sistemlərinin tətbiq sahəsinin
müxtəlifliyinə baxmayaraq eyni qaydada adlandırılsa da, onlar daxili məzmununa
görə müxtəlif obyektlərdə bir-birindən xeyli fərqlənir (məsələn, mühasibat uçotu
və hesabat funksional altsistemi bütün obyektlərdə mövcud olur). Hər bir
funкsional altsistemin spesifik xüsusiyyətləri altsistemin tərkibinə daxil olan
funksional məsələlərdə özünü göstərir.
61
Beləliklə, məsələyə məlumatların işlənilməsi sisteminin elementi kimi
deyil, bütövlükdə idarəetmə sisteminin bir elementi kimi baxılmalıdır.
İdarəetmənin funksional altsistemlərinin tərkibinə daxil olan funksional
məsələlərin seçilməsi, bir qayda olaraq, idarəetmənin aşağıdakı fazalаrına uyğun
şəkildə aparılmalıdır: planlaşdırma; uçot; nəzarət və iqtisadi təhlil; tənzimləmə
(icra).
Planlaşdırma idarəetmənin elə bir funksiyаsıdır ki, onun vasitəsilə
idarəеtmə obyektinin gələcək fəaliyyətinin təşkil edilməsi üçün planların
formalaşdırılması təmin edilir. Bir qayda olaraq, 5-10 illik dövrü əhatə edən
perspektiv planlaşdırmanı, bir illik dövrü əhatə edin illik (texniki-iqtisadi)
planlaşdırmanı və gündəlik, həftəlik, on gunluk və aylıq dövrləri əhatə edən
planlaşdırmanı fərqləndirmək lazımdır.
Uçot, nəzаrət və iqtisadi təhlil funksiyaları müəyyən dövr üçün idarə
olunan obyektin vəziyyəti haqqında zəruri məlumatların alınmasını, plan
tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə faktiki məlumatların əldə
edilməsini, kənarlaşmaların səbəblərinin müəyyən edilməsini, vəziyyətin təhlil
edilərək qiymətləndirilməsini, istifadə edilməmiş ehtiyatların aşkara çıxarılmasını
və yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində təkliflər
hazırlanmasını təmin edir.
Tənzimləmə (icra) funksiyası isə obyektin fəaliyyətinin yaxşılaşdırılması
üçün idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsini nəzərdə tutur.
Funksional məsələlərin təhlili göstərir ki, mütərəqqi texniki vasitələrin və
informasiya texnologiyalarının tətbiqi şəraitində onların faktiki surətdə
reallaşdırılması müxtəlif variantlarla həyata keçirilə bilər. Yəni eyni bir məsələnin
həlli üçün müxtəlif iqtisadi-riyazi üsullardan, modellərdən, alqoritmlərdən və
proqram-texniki vasitələrdən istifadə edilir. Həmin variantların içərisindən konkret
məsələnin reallaşdırılması üçün daha əlverişli variant müəyyən edilərək seçilir.
Məlumatların işlənməsi sisteminin əsas funksiyası onun aşağıdakı tipik
əməliyyatlarının reallaşdırılmasından ibarətdir:
informasiyaların yığılması, qeyd edilməsi və maşın daşıyıcılarına
62
köçürülməsi;
informasiyanın saxlanma və işlənmə yerinə ötürülməsi;
informasiyanın коmpütеrə daxil edilməsi, ona nəzarət və məlumatların
kompüterin yaddaşında sistemli qaydada yerləşdirilməsi;
maşındaxili informasiya bazasının yaradılması və aparılması;
idarəetmə obyektinin funksional altsistemləri məsələlərinin həlli üçün
informasiyanın коmpütеrdə işlənməsi (məlumatların yığılması, çeşidlənməsi,
düzəlişlərin aparılması, seçilməsi, riyazi və məntiqi işlənməsi);
lokal və qlobal şəbəkələrdə hesablama prosesinin təşkili və idarə
edilməsi.
Məlumatların işlənmə sisteminin başlıca təyinatı müəssisənin qərarlar
qəbul edən müxtəlif idarəetmə orqanları mütəxəssislərinə zəruri informasiya-
hesablama xidmətləri göstərilməsindən ibarətdir.
Məlumatların işlənməsinin tipik əməliyyatlarının müəyyən edilməsi,
onların reallaşdırılması üçün xüsusi proqram-aparat komplekslərinin yaradılmasına
imkan verir. Məlumatların işlənməsi sistemləri aşağıdakı üç əsas rejimlərdən
birində fəaliyyət göstərə bilər: paket, interaktiv, real vaxt miqyası.
Paket rejimi üçün tapşırıqlar paketi yerinə yetirdikdən sonra məlumatların
işlənməsi nəticələrinin istifadəçilərə çatdırılması xarakterik hesab edilir. Paket
rejimində işləyən sistemlərə misal olaraq statistik hesabatların işlənməsi, vergi
orqanlarının, kassa-hesablaşma mərkəzlərinin, bankların və s. sistemlərini
göstərmək olar. Həmin işlənmə rejiminin başlıca qüsuru istifadəçinin
informasiyasının işləməsindən ayrı düşməsi hesab edirlər ki, bu da idarəetmə
qərarlarının qəbul edilməsinin operativliyini aşağı salır.
Interaktiv (dialoq) iş rejimində istifadəçi ilə sistem arasında informasiya
mübadiləsi bilavasitə həyata keçirilir. İstifadəçi sorğunun nəticəsini nəzərdən
keçirdikdən sonra qəbul edilmiş qərarı gələcəkdə işləmək üçün sistemə daxil edir.
Dialoq məsələlərə əmək, material, maliyyə və s. resurslardan istifadə edilməsinin
çoxvariantlı tipik dialoq məsələlərini aid etmək olar.
63
Real vaxt miqyası rejimində qlobal şəbəkələrdə məlumatların ötürülməsi və
işlənməsinin sürətlə gedən proseslərinin və fasiləsiz texnoloji proseslərin idarə
edilməsi üçün istifadə olunur.
Informasiya sisteminin təşkilati komponentlərinin müstəqil istiqamət kimi
müəyyən edilməsi sistemin uğurla fəaliyyət göstərməsində insan amilinin (işçi
heyətinin) xüsusi əhəmiyyət kəsb etməsi ilə şərtlənir. Yüksək dəyərə malik olan
məlumatların işlənmə sisteminin tətbiqindən əvvəl obyektin təşkilati quruluşunun,
Maşınoqraml
ar
Videoqram
lar
Birbaşa
idarəetmə
Məlumatların işlənməsinin
başqa sistem ilə əlaqəsi
Informasiyanın çıxarılması
Proqram-aparat kompleksləri Hesablama
prosesinin təşkili
(idarə edilməsi)
Informasiyanın EHM-də işlənməsi
Işlənmənin əməliyyat sistemi TPP
Maşındaxili informasiya bazasının yaradılması
aparılması
Məlumat bazalarının idarə edilməsi TPP
İnformasiyanın EHM-ə daxil edilməsi,
nəzarət, yerləşdirilməsi
Proqram-aparat kompleksləri
Informasiyanın yığılması, qeyd edilməsi və
maşın daşıyıcılarına köçürülməsi
Proqram-aparat kompleksləri
Maşındankənar informasiya bazası
TPP- hesablama
proseslərinin
təşkili
Alt
sisteminin
funksional
məsələləri
Funksional
TPP
64
quruluş bölmələrində yerinə yetirilən idarəetmə funksiyalarının təkmilləşdirilməsi-
nə imkan verən, hər bir quruluş bölməsində ştat cədvəli və işçilərin say tərkibini
müəyyən edən, məlumatların işlənmə sisteminin fəaliyyəti şəraitində idarəetmə
heyətin vəzifə təlimatlarının işlənib hazırlanmasında istifadə edilən üsul və
vasitələrin məcmusu başa düşülür.
İnformasiya sistemlərini tətbiq sahəsinə görə də təsnifləşdirirlər. Bu
cəhətinə görə informasiya sistemləri bir neçə sinifə bölünür:
elmi tədqiqatlar,
avtomatlaşdırılmış layihələndirmə,
texnoloji proseslərin idarə olunması,
təşkilati idarəetmə və s.
İnfоrmаsiyа sistеmlərinin tətbiqi müəssisə və təşкilаtlаrа bir çох
üstünlüкlər qаzаndırа bilər:
- idаrəеtmə məsələlərinin həllində riyаzi mеtоdlаr, intеllекtuаl sistеmlər və
s.-nin tətbiqi nəticəsində dаhа rаsiоnаl vаriаntlаrın аlınmаsı;
- işçilərin аvtоmаtlаşdırmа hеsаbınа yоrucu işdən аzаd еdilməsi;
- infоrmаsiyаnın еtibаrlılığının təmin еdilməsi;
- məlumаtlаrın каğız dаşıyıcılаrındаn infоrmаsiyа dаşıyıcılаrınа
кöçürülməsi коmpütеrdə infоrmаsiyа işlənməsinin dаhа rаsiоnаl təşкilinə və каğız
sənədlərinin аzаlmаsınа gətirib çıхаrır;
- infоrmаsiyа ахın struкturunun və firmаnın sənəd dövriyyəsi sistеminin
müкəmməlləşdirilməsi;
- əmtəə və xidmətlərin istehsal məsrəflərinin аzаlmаsı;
- istehlakçılаrа yeni xidmətlərin təqdimаtınа şərаit yаrаdır;
- yeni bazarların tapılmasına кöməк edir.
65
MÖVZU 4.
KOMPYÜTER TEXNİKASININ ƏSASLARI
Plan
4.1. Kompyüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri.
4.2. Fərdi kompyüterlərin ümumi quruluşu.
4.3. Sistem proqram təminatı.
4.4.TPP-lərin növləri.
4.5.Kompyüterdə informasiyanın təsviri.
4.1. Kompyüter texnikasının yaranma tarixi və inkişaf mərhələləri.
Verilənlərin avtomatik emalı üçün nəzərdə tutulan qurğular yığımı
Hesablama texnikası adlanır.Bir işçi sahəni təmin etmək üçün istifadə olunan
qurğular və proqramlar arasındakı əlaqəni yaradan konkret dəst Hesablama
sustemi adlanır. Hesablama susteminin mərkəzi hissəsi olaraq – kompüter
götürülür. Kompüter - verilənlərin avtomatik yaradılması,saxlanması,emalı və
ötrülməsi üçün təhkim olunan elektron qurğudur. Kompüter sözü – hesablama
əməllərini yerinə yetirən hesablayıçı qurğu deməkdir.İlk hesablayıcı qurğu
təxminən bizim eradan əvvəl İV minillikdə Asiyada yadılmışdır.Bu mexaniki
qurğu abak adlandırılmışdır.XVİ - XVİİ əsrdə abak təkmilləşərək Rusiyada öz
yeni – rus çötkəsi formafasını almışdır.
Eyni zamanda avtomatik hesablamaları yerinə yetirən qurğuya misal
olaraq saatı da (qum,su, mexaniki,elektrik,elektron) göstərmək olar.İlk
mexaniki saatın yaramnma yeri məlum deyildir, lakin ilk nümunələri keşişlərə
məxsusdur ( kilsə saatları ) .
İLK MEXANİKİ QURĞULAR
Dünyada ilk dəfə mexaniki saatların əsasında toplama əməlini yerinə
yetirmək üçün avtomatik qurğu yaradılmışdır.Bunu 1623 – cü ildə VİLHEM
ŞİKARD hazırlamışdır və məktublarda bu maşını cəmləyici saat
adlandırımışdır.1642 – ci ildə fransız mexaniki BLEZ PASKAL ( 1623-1662)
66
dünyada birinci mexaniki kalkulyatoru , daha kompakt cəmləyici qurğunu
yaratmışdır. 1673 – cü ildə alman riyaziyyatçısı və filosofu Q.V.Leybins (1646
- 1717) vurma və bölmə əməlini toplama və çıma əməlinin çoxsaylı
təkrarlanması nəticəsində alınan mexaniki kalkulyatoru yaratmışdır. Perfik
vərəqli lent vasitəsi ilə mexaniki qurğuların ideyası ilk dəfə 1804–cü ildə
JAKKARD-ın toxuculuq dəzgahında həyata keçirilmişdir ki, bundan sonra da
hesab əməllərinin proqramla idarə olunmasına bir addım qalırdı. Bu addım
görkəmli ingilis riyaziyyatçısı və ixtiraçısı CARL BEBBİC ( 1792- 1871 )
tərəfindən alınmışdır. Onun ANALTİK MAŞIN yaratmaq ideyası sağlığında
həyata keçməsinə baxmayaraq, onun çertyojları əsasında yaradılmış qurğular
reallaşdı.Bu maşının əsas xüsusiyyəti ondan ibarətdir ki , informasiyanın
əmrlərə və verilənlərə bölünməsi prinsipi reallaşmışdır. Analtik maşın 2 böyük
qrupa – anbar və dəyirmana malik olmalı idi.Verilənlər- anbarın mexaniki
yaddaşına dişli çarxın bloklarına qoşulma vasitəsi ilə daxil edilirdi, sonra isə
perfik qurğu vasitəsi ilə daxil edilmiş əmrlər dəyirmanda emal olunurdu.
Tədqiqatçılar Carl Bebbicin yaradıcılığında OQASTI ADA LAVLEYSİN
(1815- 1852 ) Analtik maşının proektinin yaradılmasında xüsusi rol oynadığını
qeyd edirdilər.Perfik kartlardan hesblama əməllərinin proqramlaşdırılmasında
istifadə olunması ideyası məhz ona məxsusdur. OQASTI ADA LAVLEYSİ
dünyada birinci proqramist adlandirmaq olar. Bu gün onun adı ilə məşhur
proqramlaşdırma dillərindən biri adlandırılmışdır.
İLK RİYAZİ QURĞULAR
Mexaniki qurğularda istifadə olunan ənənəvi 10 – luq say sustemi
anlayışı artıq hesablayıcı qurğular üşün əlverişli deyildi. İxtiyari ədədin 2-lik
kodlar şəklində təsviri QOTFRİD VİLHEM LEYBİNS tərəfindən 1666 – cı
ildə təklif olunmuşdur. Qeyd etmək lazımdır ki, 2 –lik sistemdən hesabi
qurğularda istifadə etməyin mümkün olmasideyası onu narahat edirdi.Lakin
mexaniki qurğularda buna ehtiyac olmadığına görə, özünün kalkulyatorunda
(1673-cü il) bundan istifadə etməmişdir.
67
XIX əsrin birinci yarısında ingilis alimi CORC BULL məntqdə,
eyni zamanda elmdə inqilabi dəyişiklik etdi. Təffəkür qanunları ilə məşğul
olarkən məntiqdə riyyaziyata yaxın olan formal işarələmələr və qaydalar tətbiq
etdi. Sonralar bu sustemi cəbru məntiq və ya bull cəbri adlandırdılar.Məntiqi
ifadənin formal nəticəsi 2 məntiqi qiymətdən biri olmalıdır : doğru və yaxud
yalan.Bulun ideyalarından hesablama texnikasının elektron baza əsasında
yaradılması zamanı iostifadə olundu.İlk əvvəl 2 əsas element: doğru və yaxud
yalan üzərində dayanırdılar.Sonralar isə və ( kəsişmə) , yaxud ( birləşmə) , yox
( çevrilmə ) və inkaredişi yaxud – istifadə olundu.
1941 – ci ildə alman mühəndisi KONRAD ÇÜZE XX əsrin texnikası və
Bebicin ideyaları əsasında yeni kompüter yaratmışdır.Sonralar isə 1943 – şü
ildə QOVARD EYKEN elektromaqnit releləri əsasında İBM firmalarının
birində MARK – 1 kompüterini yaratmışdır.MARK – 1 kompüteri telefon
stansiyalarında işləyən elektromaqnit releləri əasasında
yığılmışdır.Hesablamalar onluq say sistemində aparılırdı.
Kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə
başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1950-1959) – elektron lampalı kompüterlər. Onlardan əsasən
riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-
3, Minsk-1, M-20 və s.
II nəsil (1960-1969) – element bazası əsasən yarımkeçiricilərdən
ibarət olan elektron hesablama maşınları. Elektron lampalar yarımkeçirici
elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Onların funksional
imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1970-1985) – element bazalı mikroelektronika və inteqral
sxemlərdən ibarət olan kompüterlər. Bu nəsil kompüterlər çox yüksək
məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional
tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin
təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən
68
yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan
verməlidirlər.
IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral
sxem (BİJ, ÇBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu
nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK). Onların yaradılması prinsipcə
inqilabi mahiyyət kəsb edirdi.
V və sonraki nəsil – yeni və ən yeni elektron texnologiyalarına
əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək
məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional
tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin
təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən
yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan
verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər
real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə
əsaslanırlar.
Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə
görə onları qruplara bölürlər, yəni təsnif edirlər. Kompüterləri qabarit ölçülərinə və
məhsuldarlığa görə aşağıdakı siniflərə bölürlər.
Superkompüterlər
Böyük kompüterlər
Orta kompüterlər
Kiçik(mini) kompüterlər
Mikro kompüterlər
Tarixən ilk dəfə böyük kompüterlər yaranmışdır.Onlar ümumi vəzifəli
universal xarakter daşıyırlar.Onların element bazaları elektron lampalardan
başlayaraq yüksək səviyyədə inteqral sxemlərə qədər təkmilləşdirilmişdir.Böyük
kompüterlərin əsas vəzifəsi böyük həcmli informasiya massivlərinin saxlanması və
emalı ilə əlaqədar olan mürəkkəb hesablamaların və informasiya –məntiq
məsələlərin həllini təmin etməkdir.
69
Superkompyüterdə hesablamaların paralel aparılması, çox səviyyəli
iyerarxik yaddaş strukturlarından istifadə olunması, hədsiz işləmə surəti almağa
imkan verir. Superkompyüter – çox prosessorlu hesablama sistemidır. İlk
superkompyüter amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci
ildə yaradılmışdır. Kompyüterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü)
üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür.
Superkompyüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə
yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür.
Kompüter texnikasının inkişafının müəyyən mərhələsində (kompüterlərin
çeşidinin və imkanlarının məhdud olduğu vaxt) orta kompyüterlərin yaradılması
məqsədəuyğun idi. Bu kompüterlər böyük kompüterlərə nisbətən az imkanlara
malikdirlər. Lakin onlar nisbətən ucuzdurlar. Orta kompüterlərdən çox böyük
həcmli informasiya massivlərinin emalı və vaxt məhdudiyyəti tələb olunmayan
bütün sahələrdə istifadə oluna bilər.
Kicik kompyüterlər ölçülərinin və qiymətlərinin orta və böyük
kompüterlərə nisbətən kiçik olmasına baxmayaraq universal imkanlara malikdirlər.
Qiymətlər diapazonunun məhdudluğu (2-4 bayt), arxitekturada magistrallıq
prinsipindən istifadə olunması və istifadəçilərlə ünsiyyətin sadəliyi mini
kompüterlərin səciyyəvi xüsusiyyətləridir. Bu kompüterlər texnoloji proseslərin və
mürəkkəb avadanlıqların idarəetmə sistemlərində, avtomatlaşdırılmış
layihələndirmə və çevik istehsalat sistemlərində geniş tətbiq olunur.
Mikro kompüterlər .Böyük və çox böyük səviyyəli inteqral
mikrosxemlərin (BİS,ÇBİS) hazırlanması texnologiyası bir BİS və ya ÇBİS-də
prosessor yaratmağa imkan verdi. Bu cür qurğuya mikroprosessor deyilir.
Mikroprosessorun kəşfi mikro kompüterlər sinfinin yaranmasına səbəb oldu.
Kompyüterin arxitekturası dedikdə aparat-proqram vasitələrinin ümumi
prinsipləri, onların funksional imkanlarını təyin edən xarakteristikaları başa
düşülür. Kompyüterin strukturu müəyyən vəziyyətdə onun konkret tərkibini
(qurğular, bloklar, qovşaqlar) və onlar arasındakı əlaqələri təyin edir. Arxitektura
isə kompyüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini
70
təyin edir. İstifadəçi üçün kompyüterin hansı elementlərdə qurulması, əmrlərin
sxem və ya proqram vasitələri ilə yerinə yetirilməsi əhəmiyyət kəsb etmir.
Əhəmiyyət kəsb edən məsələlər bunlardır; kompyüterin bu və ya digər
xüsusiyyətləri istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, kompyüterin
tərkibinə daxil olan qurğuların xarakteristikaları bir-birilə necə əlaqələndirir və bu
xarakteristikalar kompyüterin ümumi xarakteristikaları necə təsir edir və s. Başqa
sözlə arxitektura kompyüterin layihələndirilməsinin, qurulmasının və proqram
təminatının ümumi problemlərini əks etdirir.
5-ci nəsil və indiki kompyüterlərin arxitekturası Con Fon Neyman
tərəfindən təklif edilən prinsiplərdən istifadə edilir, yəni kompyüterlər hələ ki,
Neyman arxitekturası ilə qurulur. Neyman arxitekturasının əsas prinsipləri
aşağıdakılardır:
1. Kompyüter proqramla idarə olunan avtomatdır, yəni kompyüterin
işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompyüterin işini idarə edir,
digər tərəfdən isə qoyulmuş məsələləri həll edir.
2. Kompyüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Həmin
yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni
əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilinər.
4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram
səviyyəsində aparılır. Məs: maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya
simvollar sətri olmasını proqram müəyyənləşdirir.
Kompüterin strukturu müəyyən səviyyədə onun konkret tərkibini
(qurğular, bloklar, qovşaqlar və s.) və onlar arasındakı əlaqələri təyin edir.
Neyman arxitekturalı hər bir kompüter iki hissədən – mərkəzi və periferiya
(xarici) – ibarət olur. Mərkəzi hissə hesab – məntiq qurğusundan (HMQ),
idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DYQ) ibarətdir.
Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir.
Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə - xaricetmə
qurğuları (DXQ) və idarəetmə pultu (İP) daxildir. Köhnə kompüterlərdə (I və II
71
nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə
əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin
tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterlərdə mərkəzi
hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat – proqram vasitəsilə
əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə
imkan verir.
Kompüterin əsas xarakteriskalarına işləmə sürəti, yaddaş tutumu,
hesablama dəqiqliyi, əmrlər sistemi, qiyməti və iş etibarlılığı daxildir.
Kompüterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə
əməliyyatların sayı ilə təyin olunur. Sadə əməliyyatlara toplama, göndərmə,
müqayisə və s. aiddir.
4.2. Fərdi kompyüterlərin ümumi quruluşu.
Fərdi kompüterlər fərdi istifadə üçün nəzərdə tutulmuş , asan idarə olunan
mikroprosessor adlanır. 1965 – ci ildə Digital Equipment firması ölçüsü soyuducu
boyda olan və qiyməıti 20000 $ olan ilk PDP – 8 mini kompüterini yaratmışlar.
1970 ci ildə İNTEL firmasının işçisi Marşian Edvard Xoff fərdi kompüterin
yaradılması işində ilk addım atdı. Belə ki, böyük EHM–lərin mərkəzi
prosessorunun funksiyalarına uyğun inteqral sxem düzəltdi. Mikroprosessor
dedikdə , bir və ya bir neçə yarimkeçirici kristalda yığılmış inteqral sxem başa
düşülür.Beləliklə,birinci mikroprosessor İNTEL – 4004 yaradıldı və 1970 – ci ildə
satışa buraxıldı.1975 – ci ildə isə İNTEL – 8080 mikroprosessorunun əsasında
birinci ALTAİR – 8080 kompüteri istehsal olundu. 1975 – ci ilin sonlarında POL
ALEN və BİLL QEYTS ( Microsoft firmasının əsasını qoyanlar ) ALTAİR
kompüteri üçün BASİC dilinin interperatorunu yaratdılar.
Fərdi kompüterlərin yaranma tarixi 1976 – çı il hesab olunur. Həmin il
amerukalı mütəxəssislər Stiv Voznyak və Stiven Cobs "APPLE " adlanan fərdi
kompüterini yaratdılar. Bir il sonra isə onlar "APPLE " adlı kpompüter firmasının
əsasını qoydular. Bütün bunlar İBM firmasını ( İNTERNASİONAL BUSİNESS
72
MASHİNES COPORATİON ) narahat edirdi və onlar 1979 – cu ildə İNTEL –
8080 16 mərtəbəli mikroprosessorunu yaratdılar. 1981 – ci ildən başlayaraq İBM
PC istehsal olunmağa başlandı.
1999 – cu ildən başlayaraq fərdi kompüterlərin sahələrində beynəlxalq
sertifikart standartı - PC 99 spefikasiyası fəaliyyət ğöstərməyə başlayır. Yeni
standart fərdi kompüterlərin növbəti kateqoriyalarını müəyyənləşdirir:
Consumer PC ( kütləvi FK )
Offise PC ( işçı FK )
Mobile PC ( portativ ( yığcam ) FK )
Worstation ( işçi stansiyası )
Entertaiment PC ( əyləncəli FK )
İBM – in tərkibinə klaviatura , displey , sistem bloku , mış daxildir.
Bundan əlavə bir sıra əlavə qurğuları – prunteri , skaneri , modemi , audio – platanı
və s. də qoşmaq olar.
Sustem bloku kompüterin əsas hissəsi hesab olunur. Sistem blokunun
daxilində ana plata , prosesssor, yaddaş qurğusu , FDD – elastik disk qurğusu ,
HDD - sərt disk qurğusu və s. komponentlər yerləşır.
Hesablama işlərini yerinə yetirən kompüterin əsas mikrosxeminə prosessor
deyilir.Bəzən prosessora ana platanın beyni də deyirlər və o , ana platanın
üzəruində yerləşir. Konstruktiv olaraq prosessor - oyuqlardan ibarətdir və əməli
yaddaşın oyuqlarından verilənlərin saxlanması ilə yanaşı dəyışdirilməsinə görə
fərqlənir. Prosessorun daxili oyuqlarına registr deyilir. Reqistr – dedikdə - ikilik
ədəd şəklində verilmiş informasıyanı müvəqqəti yadda saxlamaq üçün istifadə
olunan elektron sxem başa düşülür.
Prosessor kompüterin digər qurğuları ilə , ilk növbədə əməli yaddaşla bir
neçə qrup bələdçi ilə bağlıdır , buna şin deyilir. Üç əsas şin növü vardır:verilənlər
şini , ünvanlı şin , əmrlər, idarəetmələrin şini.
Bundan əlavə , PC – nin funksiyalarını yerinə yetirən xüsusi şinlər qrupu da
vardır : sistem şınləri , keş – yaddaş şinləri , əməli yaddaşda informasiya
mübadiləsi aparan şinlər , çıxış və gırış şınləri.
73
1978 – ci ildən başlayaraq müxtəlif modifikasiyalı prosessorlar buraxılıb. İlk
olaraq i8086 markalı prosessor 16 dərəcəli və 5 meqahers tezlikli idi . Sonralar isə
80286 , i386DX, i486DX, P55C(MMX),Pentiun 2, pentium 3 , Celeron , Pentiun
4 istehsal olundu.
İntel Pentium prosessorunda ünvanlı şin 32 – mərtəbəlidir, yəni 32 paralel
xətdən ibarətdir. Xətlərdən hər hansı birində gərginliyin olub olmamaslndan asılı
olaraq , xətlərdə 1 və ya 0 yerləşdirilir. 32 0–dan və 1 – dən ibarət birləşmələr 32
mərtəbəli ünvanə təşkil edir. Bu da ki , əməli yaddaşın oyuqlarından birini göstərir.
Verilənlər şını əməli yaddaşdan verilənlərin prosessorun regisrlərinə
köçürülməsi və tərsi baş verir. İntel Pentium prosessorları əsasında yığılan
kompüterlərdə verilənlər şını – 64 – mərtəbəlidir, yəni 64 xətdən ibarətdir və bir
dəfə emal üçün 8 bayt daxil olur. Prosessor verilənləri emal etmək üçün mütləq
əmrə malik olmalıdır. O, baytlarla nə etmək lazım olduğunu bilməlidir. Bu əmrlər
prosessora əməli yaddaşın o oblastlarından daxil olur ki, orada proqramlar
yerləşmiş olsun.Əmrlər bu baytlar şəklində göstərilir.Ən sadə əmrlər 1 bayt
şəklində, mürəkkəb əmrlər isə 2 ,3 və daha çox baytlar şəklində əks olunur. Müasir
prosessorlar üçün əmrlər şını 32 – mərtəbəlidir , lakin 64 və hətta 128 – mərtəbəli
də mümkündür.
İdarəedici şinlər vasitəsilə müxtəlif idarəedici siqnallar göndərilir. Bu
siqnallar prosessora nəzərən giriş və çıxış siqnalları ola bilər. Bu siqnallar vasitəsi
ilə yaddaşa yazma və oxuma , giriş – çıxış əməliyyatları idarə olunur.
Prosessorun verilənlər üzərində apardığı bütün mümkün olan əmrlərin
birləşməsi prosessorun əmrlər sistemi adlanır. 1000 – dən çox müxtəlif əmri olan
prosessor genişləndirilmiş əmrə malik sistem adlanır və buna CİSC ( Complex
İnstruction Set Computing ) deyilir. 80 – ci illərin ortalarında RİSC ( Reduced
İnstruction Set Computing ) – yığcam əmrə malik prosessorlar meydana gəldi.
CİSC - prosessorlarından universal hesablama sistemlərində , RİSC –
prosessorlarından isə ixtisaslaşdırılmış hesablama sistemlərində və yaxud eyni tipli
əməllərin yerinə yeturilmçəsinə yönəldilmiş qurğularda istifadə olunur. Bundan
74
əlavə MİSC ( Minimum İnstruction Set Computing ) – minimum əmrə malik və
çox böyük sürətlə işləyən prosessorlar yaradılır.
CİSC tipli mikroprosessora misal olaraq 80486 DX , 80586 (P5) , Pentium
Pro (P6) , Over Drive göstərmək olar. RİSC tipli mikroprosessora misal olaraq –
80860, 80960, 80870 , Power PC göstərmək olar.
Mikroprosessor bir və ya bir neçə yarımkeçirici kristalda yığılmış inteqral
sxemlər toplumudur. İlk mikroprosessor 1970-71-ci illərdə ABŞ-da yaradılmışdır.
Mikroprosessorun yaddaşla təchiz olunması mikro EHM-in yaranmasına gətirib
çıxartmışdır.
Məlum olduğu kimi sistem lövhəsində əsas yeri mikroprosessor tutur.
Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu,
prosessorun daxili əməli yaddaşı, registr, əməli yaddaş, keş-yaddaş və s. qurğular
daxildir.
Fiziki nöqteyi-nəzərdən mikroprosessor – Böyük İnteqral Sxemdir (BIS).
Böyük İnteqral Sxem üzərində qurulmuş mikroprosessor (MP) əsasən emal
və idarə qurğusudur. O, istənilən idarə və informasiya emalı sistemlərinin mərkəzi
hissəsini təşkil edir. Mikroprosessor bəzən mərkəzi prosessor da adlanır.
Prosessorun əsas parametrləri :
1. İş gərginliyi
2. Mərtəbə
3. Taktiki iş tezliyi
4. Keş – yaddaş
5. Taktiki tezliyin daxili vurma əmsalı
Prosessorun iş gərginliyini – ana plata təmin edir, ona görə də
prosessorun müxtəlif markalarına müxtəlif ana plata uyğundur.
X 86 prosessorun ilk buraxılışında gərginlik 5V- a bərabər idi , indi isə
2.2 V – a qədər endirilmişdir.
Prosessorun mərtəbəsi dedikdə - onun bir dəqiqədə öz registrlərində nə
qədər bitin qəbulu və emal edilməsi başa büşülür. İlk X86 prosessorları 16 –
75
mərtəbəli idi .80386 prosessorlarından başlayaraq onlar 32 – mərtəbəli
arxitekturaya malikdirlər.
Prosessora daxil olan taktların tezliyi nə qədər yüksək olarsa,o
müəyyən vaxt ərzində daha çox əmr yerinə yetirər , beləliklə də səmərəlilik o
qədər yüksələr. İlk X86 prosessorları 4.77 MHS tezliyinə malik idi , indi isə
bir saniyədə 500 milyon takta bərabərdir.( 500 MHS )
Prosessor taktiki siqnalları ana platadan alır: ana plata prosessordan
fərqli olaraq böyük bələdçilər yığımından və mikrosxemlərdən
ibarətdir.Fiziki səbəblərə görə ana plata prosessor kimi yüksək tezliklərlə
işləyə bilməz , onun limiti – 100 – 133 MHS. Prosessorda daha yüksək
tezliyi almaq üçün tezliyin 3 , 3.5, 4 , 4.5 , 5 və s. əmsallara daxili vurulması
baş verir.
KEŞ YADDAŞ
Prosessorun daxilində verilənlərin digər qurğulara, məsələn, əməli
yaddaşa nisbətən daha tez dəyişdirilməsi baş verir.Kompüterin
məhsuldarlığını artırmaq və əməli yaddaşa müraciəti azaltmaq üçün,
prosessorun daxilində bufer oblast – keş – yaddaş adlandırılan sahə
yaradılır.Əməli yaddaşla müqayisədəhəcmi çox da boyük olmur.Prosessor
verilən lazım olan kimi, ilk növbədə keş – yaddaşa müraciət edir və əgər
orada lazım olan verilən yoxdursa ,onda əməli yaddaşa müraciət olunur.Keş –
yaddaş bir neçə dərəcəyə (səviyyəyə) bölünür.1 – ci səviyyəli keş prosessorun
özünün yerinə yetirildiyi kristalda olur və 10 k bayt həcminə malik olur. 2 –
ci səviyyəli keş ya prosessorun kristalında , yaxud prosessorun yerləşdiyi
qovşaqda yerləşir, lakin ayrı kristalda yerinə yetirilir. Keş – yaddaşın 1 – ci
və 2 - ci səviyyəsi prosessorun nüvəsinə uyğun tezlikdə işləyir. 3 – cü
səviyyəli keş – yaddaşdan SRAM tipli cəldişli mikrosxemlərdə istifadə olunur
və prosessorun yaxınlığında ana – platada yerləşdirilir.Onun həcmi bit neçə
M bayt təşkil edə bilər, lakin o ana – platanın tezliyində işləyir.
Prosessoru istehsal edən firmalara misal olaraq
CYRİX,İBM,ADVANCED,MİKRO DEVİCES və s. göstərmək olar.
76
Ə M Ə L İ Y A D D A Ş
Əməli yaddaş ( RAM - Random Access Memory ) - verilənləri yadda
saxlamaq qabliyyətinə malik olan kristral oyuqlar massividir. Hərəkətin fiziki
prinsipi nöqteyi–nəzərindən dinamik ( D R A M ) və statik ( S R A M )
yaddaşa bölünür.
Dinamik ( D R A M ) yaddaş oyuğunu öz örtüyündə enerji yığmaq
qabliyyətinə malik olan mikroikondesator şəklində təsəvvur etmək olar. Bu daha
geniş yayılmış yaddaş növüdür. Bu növün çatışmayan çəhətləri : ilk növbədə
kondesatorların yığılması və boşalması zasmanı keçid prosessləri qaçılmazdır ,
yəni verilənlərin yazılması asta baş verir. II cəhəti isə , oyuqların enerjinin fəzada
daha sürətlə dağılması xassəsi ilə bağlıdır.
Statik yaddaş ( S R A M ) oyuğunu bir neçə tranzistordan ibarət elektronlu
mikroelement – triggerlər kimi təsəvvür etmək olar. Triggerdə vəziyyət ( qoşulmuş
\ çıxardılmış ) saxlanır , ona görə də yaddaşın bu daha böyük sürətə malikdir.
Dinamilk yaddaşın mikrosxemlərindən kompüterin əməli yaddaşında əsas kimi
istifadə olunur. Statik yaddaşın mikrosxemlərindən köməkçi yadaaş keyfiyyətində
istifadə olinur ( keş – yaddaş ) .
Yaddaşın hər bir oyuğunun ğz ünvanı var və ədədlə işarə olunur.Müasir
İNTEL Pentium və digər prosessorlarda 32 – mərtəbəli ünvanlaşdırma qəbul
edilib , asılı olmayan ünvanların sayı 322 olmalıdır. Bu o demək deyildir ki,
əməli yaddaş bu qədər aşağıdır( 4.3 Qbayt = 4249677296 ).Kompüterdə qurulmuş
əməlıi yaddaşın sahələrinin ölçüsü ana platanın mikroprosessorlu ( çıpset ) dəsti
vasitəsi ilə müəyyən olunur və bit neçə yüz Mbayt təşkil edir. Ünvanlaşdırılmış
oyüq 8 dənə ikilik oyuq saxlayır , bu da özlüyündə 1bayt deməkdir. Beləlilkə
yaddaşın ixtiyarı oyuğunun ünvanını 4 baytla işarə etmək olar. Kompüterdə əməli
yaddaş standart kiçik panellərdə yerləşdirilir, buna modul deyilir. Yaddaşın
konstruktiv modulunun 2 icrası var : bircərgəli (SİMM) və ikicərgəli (DİMM ) .
Əməli yaddaşın modulunun əsas xarakteristikası yaddaşın həcmi və vaxtın miqdarı
77
ilə müəyyən olunur. SİMM modullarının həcmi 4 , 8 , 16 , 32 Mbayt , DİMM
modullarının həcmi isə 16 , 32 , 64 , 128 Mbaytla təyin edilir. Vaxtın miqdarı
yaddaşın oyuqlarına müraciət üçün nə qədər vaxt lazım olduğunu müəyyənləşdirir.
Fərdi kompüterlər tip ölçülərinə görə aşağıdakı modellərə bölünür.
Stolüstü kompüterlər - daha geniş yayılmışdır. Onlar iş yerinin əsas aləti
hesab edilir, əlavə qurğuların qoşulması hesabına konfiqurasiyanın dəyişdirilməsi
mümkündür.
Portativ modellər əldə aparmaq üçün əlverişlidir. Portativ kompüterlərin
əsas fərqli xüsusiyyəti onların rabitə vasitəsi kimi istifadə edilməsidir. Onları
telefon şəbəkəsinə qoşaraq istənilən icraçı obyektlə və əlaqədar təşkilatın mərkəzi
kompüterləri ilə məlumat mübadiləsi aparmaq olar. Portativ kompüterlərin özləri
də “Laptop”, “Notebook”, “Palmtop” sinfinə bölünür. Portativ kompürterlər
hesablama məhsuldarlığına ğörə stolüstü kompüterlərdən geri qalmır və az elektrik
enerjisi tələb edir, akkumlyatorla uzun müddət işləyə bilir, ekranları
mayekristaldan hazırlanır.
Cib kompüterləri “intellektual qeyd dəftərçəsi ”funksiyasını yerinə
yetirir.Onlar operativ məlumatları mühafizə edir və onlara surətli müraciəti təmin
edir.Bəzi cib modelləri xüsusi qurulmuş proqram təminatına malikdir ki, buda
birbaşa (bilavasitə) işi yüngülləşdirir.
4.3. Sistem proqram təminatı
Proqram təminatı sistemini yerinə yetirdikləri funksiyalara görə iki hissəyə
bölmək olar:
sistem proqram təminatı
tətbiqi proqram təminatı
Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı
prosesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT
78
kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir
hissəsi də hesab edirlər. SPT- yə aşağıdakılar daxildir.
əməliyyat sistemləri
servis proqramları
proqramlaşdırma sistemləri
texniki xidmət proqramları
1. Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması və
aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir.
ƏS–ləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:
1. birməsələli (biristifadəçili)
2. çoxməsələli (çox istifadəçilili)
3. şəbəkə
Birməsələli ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi
üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması
tərəfindən yaradılan MS DOS – dur.
Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə
kollektiv istifadəni təmin edir. Bu tip ƏS – yə UNIX, OS/2, Windows 95/98/2000
və s. misal göstərmək olar.
Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır
və şəbəkənin bütün resuslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-yə
Novell Net Ware, Windows NT, Banyan Vines, İBM LAN, UNİX, Solaris və s.
misal göstərmək olar.
Servis proqramları
Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər
göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.Servis proqramlarını
təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalara görə aşağıdakı
qruplara bölmək olar:
örtük proqramlar
utilitlər
79
antivirus proqramlar.
Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq,
istifadəçiyə keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və
əməlyyatlarını dərindən bilməsindən azad edir. Bu örtük proqramlar faylların
sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə
yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş
qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.
Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə
imkanlar verirlər. Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
- Disklərə xidmət etmək (formatlaşdırma və s.)
- İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın
mümkünlüyü və s.
- fayl və kataloqlara xidmət etmək
- arxivlərin yaradılması və yeniləşdirilməsi
- kompüter resusları, disk sahəsi, proqramların ƏYQ – də paylanması
haqqında informasiyanın verilməsi
- müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı
- kompüteri viruslardan mühafizə
Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin
dianostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur,
lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir.
Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur:
- yerləşdiyi mühitə görə
- yerləşdiyi mühitə yoluxma üsuluna görə
- aktivləşmə üsuluna görə
- desktruktiv imkanlarına görə
- alqoritimin xüsusiyyətlərinə görə
Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və
silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqram adlanır. Antivirus
proqramların aşağıdakı tipləri mövcuddur:filtr və ya
80
keşikçi ,detektorlar, həkimlər və ya faqi, müfəttişlər,munizatorlar və ya
vaksinlər.
Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək
və nasazlıqları aşkar etmək üçündür.
Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları
vasitəsilə həyata keçirilir.Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının
işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir.
Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır
və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür.
Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan
proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin,
asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Drayver və rezident proqramlar. Drayver və rezident proqramlar MS-
DOS-un imkanlarını genişləndirir. Bu proqramlar istifadə edilən yeni qurğulara və
1Mbaytdan yuxarı yaddaşa müraciəti, genişlənməsi hesabına disklərlə daxiletmə-
xaricetmə əməliyyatlarının sürətini artırmağı, klaviaturadan azərbaycan, rus və s.
hərflərin daxil edilməsini və s. təmin edir.
Ümumiyyətlə, drayverlər (qurğuların işini təmin etmək üçün lazım olan
proqramlar) yazılan disk (həm Windows, həm də MS-DOS üçün drayverlər)
avadanlıqlar və ya qurğularla birlikdə satılır.
İstənilən ƏS-də iş zamanı tez-tez lazımlı informasiyanın rezerv nüsxəsini
yaratmaq lazım gəlir. Bunun üçün arxivator və sıxışdırma proqramları lazım olur.
Linux ƏS-nin xidmətləri komplektinə, bir qayda olaraq, bir neçə arxivator və
sıxışdırma proqramları daxildir. Lakin, Unix-əsaslı ƏS-ləri üçün de facto əsaslı
standartına əsasən tararxivator və gzip (GNU zip) sıxışdırma proqramı var.
Bundan başqa bir neçə arxivator və sıxışdırma proqramlarının adını qeyd etmək
olar: bzip2, zip və s.
Windows-da istifadə etdiyimiz .rar, .zip, .7zip və s. bu kimi arxiv fayllarını
Linuxda da istifadə etmək, həmin arxivlərdən faylları çıxarmaq və s. mümkündür.
81
4.4. TPP-lərin növləri.
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək
məqsədilə yaradılır və sistem proqramlarının idarəsi altında işləyir. Tətbiqi
proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin
avtomatlaşdırılması üçün çox güclü alətdir.
TPP – müəyyən olunmuş sinif məsələləri həlli üçün təyin olunmuş
kompleks proqramdır.TPP- lərinin aşağıdakı növləri var:
- ümumi təyinatlı (universal)
- üsulyönlü
- problemyönlü
- qlobal kompüter şəbəkələri
Ümumi təyinatlı Tətbiqi proqram paketləri.
Ümumi təyinatlı TTP – istifadəçinin funksional məsələlərinin və
informasiya sistemlərini hazırlanması və istismarının avtomatlaşdırılması üçün
təyin olunan universal proqram məhsuludur.Bu tip TPP-yə aşağıdakılar aiddir:
- mətn və qrafiki redaktorlar
- elektron cədvəllər
-verilənlər bazasının idarəetmə sistemləri (VBİS)
-inteqrallaşdırılmış paketlər
- Case – texnalogiyası
- ekspert və süni intellekt sistemləri
Redaktorlar. Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və
dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar adlanır. Redaktorlar öz
funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür.
82
Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən
aşağıdakı funksiyaları yerinə yetirir:
- mətnin fayla yazılması
- simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması
- orfoqrafiyanın yoxlanması
- mətnlərin müxtəlif şriftlərlə tərtibi
- mətnlərin lazımı formaya salınması
- başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi
- söz və ifadələrin axtarışı və əvəz olunması
- sadə şəkillərin mətnlərə daxil edilməsi
- mətnlərin çapı
Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft
Word, Word Perfect, LibreOffice, Multi Edit və s.
Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və
cədvəllərin emalı üçün tərtib olunub. Bu redaktorlar fiqur və şriftlərin ölçülərini
idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına
imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint,
Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.
Cədvəlin emalı üçün təyin olunan TPP – lər elektron cədvəllər adlanır.
Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır.
Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər
xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir.
Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3,
Quattro və s.
İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi
TPP – dən verilənlər bazasının idarəetmə sistemlərindən istifadə olunur.
Verilənlər bazası – diskdə saxlanılan, bir-birilə əlaqələndirilmiş və
mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.
Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil edilməsi,
onların təshihi (bazaya yazıların əlavə olunması, silinməsi, yeniləşdirilməsi) və
83
sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür. Verilənlərin təşkili
üsullarından asılı olaraq, aşağıdakı VBİS – lər mövcuddur:
- iyerarxik modelli VBİS
- şəbəkə modelli VBİS
- relyasiya modelli VBİS
İnteqrallaşdırılmış paketlər müxtəlif fuksiyaları yerinə yetirən proqram
komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış TPP –yə mətn
redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və kommunkasiyalı modullar
daxildir.
CASE – texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS)
yaradılmasında tətbiq olunur. CASE – texnologiyası altında İS – nin
hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin
analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və İS – nin istismarı
daxildir.
CASE – texnologiyasının instrumental vasitələri informasiya texnoligiyasının
bütün sahələrində tətbiq olunur.
Ekspert sisteminin əsasını qoyulan məsələnin həlli üçün istifadə olunan
formal qaydaları özündə cəmləşdirən biliklər bazası təşkil edir. Qaydalar adətən,
səbəb və nəticəni əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası
münasibətlər kimi təsvir olunur. Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq
üçün ekspert sisteminin örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda
tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert – Ease, tibbi diaqnostikada
istifadə olunan ES- in örtüyünə EMYCIN – ni misal göstərmək olar.
2.Üsulyönlü Tətbiqi proqram paketləri
Üsulyönlü TPP riyazi – iqtisadi məsələlərin müəyyən üsullarla həllini
reallaşdırır.
3. Problemyönlü TPP elə proqram məhsuluna deyilir ki, burada konkret bir
sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur. Problemyönlü TPP sənaye,
qeyri sənaye və xüsusi sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir.
4. Qlobal şəbəkələrin TPP – nin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə
84
paylanmış ümumi şəbəkə resuslarına, verilənlər bazasına müraciəti, məlumatların
ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Elektron poçtu,
telekonfrans, elektron elanlar lövhəsinin təşkili üçün, müxtəlif qlobal şəbəkələrə
informasiyanın gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram
paketlərindən istifadə olunur.
4.5. Kompyüterdə informasiyanın təsviri.
Kompyüterdə emal olunan verilənlərin əsas tipləri şagıdakılardir:
Tam ədədlər
Sabit nöqtəli ədədlər
Sürüşkən nöqtəli ədədlər
Simvol tipli verilənlər
Məntiqi verilənlər
Tam tip- müsbət və ya mənfi işarəli nöqtəsiz ədədlərdir.
Sabit nöqtəli ədədlər –tam hissəni kəsr hissədən ayıran nöqtənin yeri
əvvəlcədən müəyyən olunur.
Sürüşkən nöqtəli ədədlər – x=mqp – formasında təsvir olunur. Burada m-
ədədin mantissası,q –say isteminin əsası,p- tərtibidir.
Simvol tipli verilənlər – hərflərdən,xüsusi işarələrdən və s. ibarətdir
Məntiqi verilənlər – yalnız 2 qiymətdən birini alır (yalan və ya dogru).
Yalan→ 0, Dogru →1 qarşı qoyulur.
Say (hesablama) sistemi ədədlərin rəqəmlər adlanan məhdud simvollar
əlifbası vasitəsilə ifadə olunması üsuludur. Say sistemi kodlaşdırmanın bir
üsuludur. Müəyyən əlifba vasitəsilə müəyyən üsullarla yazılan sözə kod deyilir,
kodun alınma prosesinə isə kodlaşdırma deyilir.
Say sistemləri 2 cür olur: mövqeli və mövqesiz.
Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin) müəyyən
yığımı ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların
tutduğu yerdən (mövqedən) asılı olmur və hesab əməlləri mürəkkəb qaydalarla
85
aparılır. Bu say sistemlərinə 2500 min il bundan əvvəl Qədim Romada istifadə
olunan Rum say sistemini, Əlifba say sistemlərini misal göstərmək olar.
Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların,
təkliklərin cəmi şəklində yazırdılar.
Məsələn, 28 ədədi aşağıdakı kimi təsvir olunurdu:
XXVIII = 10 + 10 + 5 + 1 + 1 + 1
(iki onluq, bir beşlik və üç təklik)
Nisbətən müasir mövqesiz say sistemlərindən hesab olunan Əlifba say
sistemlərinə yunan, slavyan, fin və başqa say sistemləri aiddir.
Misal 1. XI – rum ədədini onluq say sisteminə çevirək:
XI = X + I = 10 + 1 = 11
Misal 2. XC – rum ədədini onluq say sisteminə çevirək.
XC = C – X = 100 – 10 = 90
Mövqeli say sistemləri ədədlərin təsvirindəki əyaniliyə və hesab
əməllərinin aparılmasındakı sadəliyə görə böyük üstünlüklərə malikdir. Bu say
sistemində ədədi təşkil edən rəqəmlərin qiymətləri onların ədəddəki mövqeləri ilə
təyin olunur. Məsələn: 333 ədədindəki 3 rəqəmlərinin qiymətləri fərqlidir. Soldan
birinci 3 üç yüzü, ikinci 3 otuzu, üçüncü isə üçü göstərir.
Mövqeli say sistemlərinin tipik nümayəndəsi bizim istifadə etdiyimiz onluq
say sistemidir. Bundan əlavə, informatikada digər mövqeli say sistemlərindən də
istifadə olunur.
Ədədlərin yazılışı üçün istifadə olunan simvolların (rəqəmlərin) sayına say
sisteminin əsası deyilir. Əsası q olan mövqeli say sistemindəki ixtiyari A ədədini
belə təsvir etmək olar:
m
m
n
n
n
nq qaqaqaqaqaqaA
...... 2
2
1
1
0
0
2
2
1
1 (1)
Burada qA – q əsaslı say sistemində verilən ədəd;
q – say sisteminin əsası;
ai – verilmiş say sisteminin əlifbasına daxil olan rəqəmlər ( qai );
86
n – tam hissədəki mərtəbələrin (rəqəmlərin) sayı;
m – kəsr hissədəki mərtəbələrin (rəqəmlərin) sayıdır.
Onluq say sisteminin (DECimal) əsası ondur, yəni burada ədədlərin
yazılışı üçün on rəqəmdən (0,1,2,3,4,5,6,7,8,9) istifadə olunur.
Say sisteminin əsası mötərizə içərisində indeks kimi göstərilir. qA ədədi
adi halda belə yazılır:
mnnq aaaaaaA ...,... 1121 (2)
Vergül işarəsi tam hissəni kəsr hissədən ayırır və mövqelərin (mərtəbələrin)
çəki qiymətlərinin hesablanmasının başlanğıcını təyin edir. Gündəlik həyatımızda
da biz məhz bu cür yazılışdan istifadə edirik.
İnformatikada əsası 2 olan ikilik və bu say sistemi ilə asan əlaqə yaratmağa
imkan verən 8-lik (23) və 16-lıq (2
4) say sistemlərindən istifadə olunur
İkilik say sistemində istənilən ədədi aşağıdakı kimi təsvir etmək olar:
m
m
n
n
n
n aaaaaaaA
2...2222...22 2
2
1
1
0
1
1
2
2
1
1
2 (3)
Burada ai – (0, 1) çoxluğuna daxil olan ədədlərdir.
Misal üçün, A2 = 1001,1 ikilik ədədini açıq şəkildə yazıb hesablama
aparsaq, bu ədədin onluq say sistemində təsvirini alacağıq:
A2 = 1·23 + 0·2
2 + 0·2
1 + 1·2
0 + 1·2
-1 = 8 + 1 + 0,5 = 9,510
Səkkizlik say sisteminin (OCTal) əsası 8-dir:
q = 8;
Əlifba: 0, 1, 2, 3 , 4, 5, 6, 7.
A8 = 7764,1 səkkizlik ədədini açıq şəkildə yazıb hesablama aparsaq, bu
ədədi onluq say sistemində təsvir etmiş olarıq:
A8 = 7·83 + 7·8
2 + 6·8
1 + 4·8
0 + 1·8
-1 = 3584 + 448 + 48 + 4 + 0,125 =
4084,12510
16-lıq say sistemi (HEXadecimal). Kompyüter üçün məqbul olan 2-lik say
sistemi bir tərəfdən ədədlərin yazılışının uzun olmasına görə, digər tərəfdən
istifadə vərdişi olmadığından insan üçün əlverişli deyil. Odur ki, 2-lik və 10-luq
say sistemləri arasında əlaqə yaratmaq məqsədilə kompyüter texnikasında 8-lik və
87
16-lıq say sistemlərindən istifadə olunur. Müasir kompyüterlərdə əsasən 16-lıq say
sistemi tətbiq olunur.
Onaltılıq say sisteminin əsası 16-dır. 16-lıq say sisteminin 0-dan 9-a qədər
rəqəmi onluq say sistemindən götürülmüş, qalan 6 rəqəm kimi (10-dan 15-ə qədər)
latın əlifbasını A-dan F-ə qədər hərfləri qəbul olunmuşdur.
Əsas: q = 16.
Əlifba: 0, 1, 2, 3 , 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F.
Onaltılıq say sistemində verilmiş 3AF16 ədədini açıq şəkildə belə yaza
bilərik:
3AF16 = 3·162 + 10·16
1 + 15·16
0 = 768 + 160 + 15 = 94310
Ədədlərin bir say sistemindən digərinə çevrilməsi
Kompyüter ikilik say sistemində işləyir, istifadəçilər üçün isə onluq və ya
onaltılıq say sistemləri əlverişlidir. Odur ki, ədədlərin bir say sistemindən digərinə
çevrilməsi lazım gəlir.
q əsaslı say sistemindəki A ədədinin p əsaslı say sisteminə çevrilməsi
(Aq→Ap) üçün əvəzetmə və say sisteminin əsasına bölmə-vurma qaydalarından
istifadə olunur.
Əvəzetmə qaydası (1) düsturu əsasında yerinə yetirilir və hesab əməllərinin
yeni say sistemində aparılmasını nəzərdə tutur. Ona görə də həmin qaydadan əsas
etibarilə ədədlərin qeyri-onluq say sistemlərindən (2-lik, 8-lik, 16-lıq) onluq say
sisteminə çevrilməsində istifadə olunur.
Misal 1. İkilik say sistemindəki x2=11011,1 ədədini onluq say sistemində
təsvir edək:
x10=1∙24 + 1∙2
3 + 0∙2
2 + 1∙2
1 + 1∙2
0 + 1∙2
-1 = 27,5
Misal 2. Səkkizlik say sistemindəki x8=21,7 ədədini onluq say sistemində
təsvir edək:
x10=2∙81 + 1∙8
0 + 7∙8
-1 =
8
717
Misal 3. Onaltılıq say sistemindəki x16=A1,8 ədədini onluq say sistemində
təsvir edək:
88
x10=10∙161 + 1∙16
0 + 8∙16
-1 =
16
8161 = 161,5
Bölmə-vurma qaydası hesab əməllərinin çevrilən ədədina aid olduğu q
əsaslı say sistemində aparılmasını nəzərdə tutduğundan, həmin qaydadan onluq
ədəd ədədlərin digər say sisteminə çevrilməsi üçün istifadə olunması əlverişlidi.
Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif
standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş
ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur.
Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar
qəbul edilmişdir:
1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər)
kompyüter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu
kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar
tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul
etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan
çəkilmişlər. Məsələn, bütün kompyüter sistemlərində 13 kodu mətn daxil edilərkən
abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir.
2. Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar
dünyadakı bütün kompyüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını
təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə
yerləşdirə bilər.
İstənilən dilin əsasını əlifba təşkil edir. Əlifba – istifadə edilən simvolların
sonlu çoxluğudur. Əlifba qaydası hər hansı əlifbanın simvollarından təşkil
olunmuş mətndə olan informasiyanın miqdarını hesablamağa imkan verir.
Əlifbada olan simvolların sayı əlifbanın qüvvəti adlanır. Məsələn,
azərbaycan əlifbasında 32, ingilis əlifbasında 26, onluq say sistemində 10, ikilik
say sistemində 2 simvol var.
Əlifbadakı hər bir simvol müəyyən informasiya daşıyır.
Əlifbanın bir simvolunun daşıdığı informasiyanın qiyməti – I aşağıdakı
düsturla hesablanır:
89
I=log2N
Burada N - əlifbanın qüvvətidir və onu aşağıdakı düsturla hesablamaq olar:
N=2I
Bildiyimiz kimi, kompyüter sistemində 256 simvolluq əlifbadan istifadə
edilir. Yəni ASCII cədvəlində 256 simvol olduğundan, N=256, I = log2256=8, I =
8 bit = 1 bayt. Yəni hər bir simvol yaddaşda 8 bit və ya 1 bayt yer tutur.
Qrafiki informasiyanın kodlaşdırılması
Kompyüter qrafikası ilə işləmək üçün əsasən iki tip proqramdan - rastr və
vektor tipli redaktorlardan istifadə edilir.
90
MÖVZU 5.
ƏMƏLİYYAT SİSTEMİ
Plan
5.1. Əməliyyat sistemi anlayışı.
5.2. Ms DOS əməliyyat sistemi.
5.3. Windows ƏS haqqında ümumi məlumat.
5.4. Windows 7 ƏS- nin təyinatı və əsas xüsusiyyətləri.
5.5. Windows 7 ƏS- nin pəncərələri ilə iş.
5.1. Əməliyyat sistemi anlayışı.
Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini
həyata keçirən texniki vasitələrin idarə olunmasıni təmin edən proqramlar
toplusundan ibarətdir. Kompüter işə salındıqda əməliyyat sistemi başqa
proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o, digər
proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda
kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların
təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter
avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil
edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların
istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır.
Əməliyyat sistemi sistem proqram təminatının əsasını təşkil edir.
Əməliyyat sistemi fərdi komputerlərin vacib elementlərindən biridir. Əməliyyat
sistemi məlumatın saxlanması və emalı idarə etməklə yanaşı istifadəçi üçün də
interfeysə malikdir.
Əməliyyat sisteminin köməyi ilə komputer və istifadəçi arasında dialoq
yaranır, əməli və sabit yaddaş qurğuları işə qoşulur, kompüter idarə olunur,
istənilən proqram işə düşür.
91
Başqa sözlə Əməliyyat sisteminin əsas funksiyası hesablama texnikasının
ehtiyatlarının (fiziki və məntiqi) və hesablama sistemləri proseslərinin idarə
edilməsidir. Fiziki ehtiyatlara əməli yaddaş, mikroprosessor, monitor, çap
qurğuları, maqnit və örtük disklər: məntiqi ehtiyatlara isə proqramlar, fayllar və s.
aiddir.
Qeyd etmək lazımdır ki, müxtəlif tip fərdi komputerdə müxtəlif quruluşlu
və cürbəcür imkanlara malik olan əməliyyat sistemləri işlədilir. Belə sistemlərin
saxlanılması və iş fəaliyyəti üçün müxtəlif ölçülü əməli yaddaş tələb olunur.
Əsas funksiyalar:
Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi,
Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması
qurğularının istifadəsinin mümkün edilməsi,
Kompüterin əməli yaddaşının idarə edilməsi,
Kompyuterin sabit yaddaşının idarə edilməsi,
İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması.
Əlavə funksiyalar:
Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi,
Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması,
Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin
qurulması(şəbəkə),
Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci
şəxsin əlnə keçməsinin qarşısının alınması.
Qoşulmaların idarə edilməsi
Əməliyyat sistemlərinin təsnifatı
Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili,
çoxistifadəçili;
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin
sayına görə: birməsələli, çoxməsələli;
prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
92
prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli,
32 – mərtəbəli, 64 – mərtəbəli;
interfeysin tipinə görə: əmrli və obyektyönlü;
informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt
miqyaslı;
resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
Əməliyyay sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya
(variant) adını alır. ƏS-nin versiyası 6.00, 3.11, 2.1 və.s şəklində işarə olunur.
Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı
rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya
nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.
Kompüter fayl sistemi yaddaşda hər növ informasiyanın yerləşdirmə
qaydalarını müəyyən edən bir strukturdur. Müasir əməliyyat sistemlərində 2 növ
fayl strukturu istifadə olunur: FAT32, NTFS. FAT32 fayl sistemi 32 bit
informasiya mübadiləsinə imkan yaradır və sürət baxımından daha sürətlidir.
NTFS sistemi isə WindowsNT sistemində istifadə olunur. Daha etibarlı və daha
sabitdir.
Məlumatın saxlandığı yerə və yaxud diskin adlandırılmış oblastına fayl
deyilir. Başqa sözlə, xarici yaddaşda yerləşən və müəyyən məntiqi strukturu olan
verilənlər fayl adlanır. Fayl hər hansı proqramlaşdırma dilində yazılmış proqram,
istənilən məzmunlu mətn, emal üçün nəzərdə tutulmuş ədədi dəyişənlər ola bilər.
Fayl ingilis sözü olub “sənəd” deməkdir. Hər bir sənəd kimi faylın öz adı var və
kompüter onu bu adla axtarır. Faylın adı iki hissədən ibarətdir: əsas hissə və
genişlənmə. Faylın genişlənməsi 3 simvoldan çox ola bilməz. Ad və genişlənmə
arasında nöqtə qoyulur. Genişlənmə faylın tipini göstərir. Misal üçün:
Readme.exe
Ad genişlənmə
Windows-da genişlənmə faylın adı qarşısında xüsusi nişanla göstərilir.
93
Fayl növləri: Kompüter faylları yaradıldığı və istifadə olunduğu
proqramlardan asılı olaraq aşağıdakı kateqoriyalara ayırmaq olar:
- Sistem faylları – Əməliyyat sisteminin və istifadə elədiyi daxili
fayllardır. Genişlənmələri -.sys, :ini, :dll, :com və s.
- Proqram faylları – Proqramları işlətmək üçün lazım olan daxili
fayllardıi. Genişlənmələri: :exe, :bat
- Sənədlər – mətn, şəkil, təqdimat(prezentasiya), elektron cədvəlləri,
musiqi, video, və digər fayllardan ibarətdir. Genişlənmələri – :doc, :bmp, :jpg,
:xls, :ppt, :wav, :wm2, :mp3, :mid, :gif, :swf və s.
Fayl struktur növləri:
Qovluq-faylların virtual olaraq qruplaşdırılması üçün və iyerarxik üsulunun
yaradılması üçün istifadə olunan quruluş növüdür. Başqa sözlə qovluq faylların
saxlandığı yerdir. Qovluğun atributları: gizli, sistem, arxiv, read onlu. Qovluqların
içində yaradılan qovluq alt qovluq adlanır.
Sənəd – kompüter istifadəçiləri tərəfindən yaradılmış, adətən tətbiqi
proqramlarla birlikdə istifadə olunan fayllardır.
Qısa yol (Şortcut, yarlık) – Özündə ancaq fayla(qovluğa) olan yol (faylın
ünvanı) haqında məlumatı saxlayan fayldır. Qısa yol ancaq aid olduğu fayl
strukturunun açılması üçün istifadə olunur.
Ünvan – (yol, Path(adress)) – kompüter yaddaşında yeri haqında məlumat
verən struktur quruluşudur. Məs: C:\Document and Settings\My
Dokuments\qr233\cv.doc
Ünvan göstərmə qaydaları:
1. Əsas kataloq(root) ilk olaraq göstərilir və :\işarəsi yazılır. Latın
hərfindən sonra “:” işarəsi diski göstərir.
2. “root”-dan sonra iç-içə ən üstdəkindən başlayaraq ən alt qovluğa
qədər “\” işarəsi ilə ayrılan qovluqlar yazılır.
3. Ən sonda faylın adı və genişlənməsi göstərilir.
94
5.2. Ms DOS əməliyyat sistemi.
DOS - sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə
tərcüməsi "Disk əməliyyat sistemi" deməkdir. DOS komputerlər üçün nəzərdə
tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub, əsas vəzifəsi disket və sabit
disk kimi saxlama mühitlərinin idarə edilməsidir. Komputerlərin digər
funksiyaları: qrafika, səsyazma, şəbəkədə gəzinmə, yaddaşa nəzarət, çoxlu
istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.
DOS ƏS İBM PC kompüterləri üçün 1981 – ci ildə yaradılmışdır.DOS
ƏS birməsələlidir və aşağıdakı xüsusuyyətlərə malikdir :
Istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyi ilə interfeys
həyata keçirilir;
Sistemin İBM tipli müxtəlif kompüterlərdə işlənməsini təmin
etmək üçün struktur modulluğu;
Sistemin işlənməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 k
bayt)
MS.DOS MODUL STRUKTURLARI
1. BİOS ( BASİC İNPUT / OUNPUT SYSTEM )
2. İO.SYS – genişləndirmə modulu
3. MS.DOS.SYS – ( BASİC MODULE )
4. COMMAND.COM
5. SB –sistemin yüklənməsi
6. Utilitlər, xarici əmrlər və drayverlər
7. DOS –un instrumental vasitələri
BİOS əmrlər yığımından ibarətdir və maşının dəstinə
daxildir,kompüterin yaddaşında daimi qalır.Yaddaşda daimi yerləşdiyinə
görə bəzən ona RİOS deyilir. RİOS – da aşağıdakılar yerləşir:
Maşının kompleks yoxlanışı,xüsusi halda ƏJQ
95
DOS fayllarının yığcam disk sistemindən sayılması ( İBM
BİO .com,İBM DOS.com, Command.com)
ƏS – nin yüklənməsi
Command.com ancaq istifadəçiyə məxsusdur.O, özündə daxili və
xarici rezident verilənləri saxlayır.İstifadəçiyə lazım olan müddət ərzində
maşının yaddaşında yerləşir.
DOS –un xarici əmrləri – ayrıca fayllar şəklində ƏS ilə qoyulur. Bu
proqramlar qulluqçu xarakterini daşıyır. Buna misal olaraq:disketlərin
yoxlanışı, formatlaşdırılması və s. göstərmək olar.
Drayver qurğuları ( yeni və yaxud da qeyri – standart ) – xüsusi
proqramlardır. ƏS – yüklənən zaman kompüterin yaddaşına yüklənir və
onların adları xüsusi CONFİG.SYS faylında yerləşdirilir. Belə sxem yeni
qurğuların əlavə edilməsi işini asandlaşdırır və bu zaman DOS sistemi
fayllarına heç bir zərər yetirmir.
MS DOS ƏS İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16
mərtəbəli mikroprossesorlar üzərində qurulmuş FK-larda istifadə edilir.
MS DOS ƏS kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə
proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə
yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt
disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata
keçirir.
MS DOS ƏS minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin
vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:
1. MS DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş
proqramlar arasında uzlaşma olmalıdır;
2. MS DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən
kompüterlər ilə işləmə imkanına malik olmalıdır.
96
Hazırda əməliyyatlar sistemindən geniş istifadə MS DOS ƏS-nin
əhəmiyyətini heçə endirmir. Belə ki,
- çoxlu sayda yaradıcı sahələrə aid MS DOS-da tərtib edilən proqramlar
müvəffəqiyyətlə istifadə edilir. Onların yenidən işlənməsinə və lazımi effektin
alınması həmişə mümkün deyil.
FAYLLAR ÜZƏRİNDƏ İŞ
Faylın tam adı [ disk aparıcısı :] [yol \] faylın adı
Əgər faylın adı göstərilmirsə,onda cari disk aparıcısı, əgər yol
göstərilmirsə,onda cari kataloq başa düşülür.Faylın tam adı hansı faylla işləməyi
təyin edir.
Fayllar üzərində iş dedikdə faylın ləğv edilməsi, yenidən adlandırılması,
köçrülməsi, diskdə axtarışı və s. başa düşülür.
Faylın yaradılması üçün :
Copy con faylın adı əmrindən istifadə olunur.
Faylın ləğv edilməsi üçün :
Del [ disk aparıcısı :] [yol \] faylın adı əmrindən istifadə olunur.
Faylın adında * və ? simvollarıdan istifadə etmək olar. Əgər Siz kataloqda
olan bütün faylları ləğv etmək istəyirsinisə , onda
del *.* əmrindən istifadə etməlisiniz və bu zaman DOS Sizdən soruşur :
ARE YOU SURE ( Y\N )? Faylin ləğvi üçün Y+ENTER , əmri ləğv etmək üçün
N+ENTER –dən istifadə etmək olar.
Faylın yenidən adlandırılması :
Ren [ disk aparıcısı :] [yol \] faylın adı faylın adı
I - adlandırılacaq faylların adları , II - faylın yeni adı
Faylların köçrülməsi :
Copy faylın adı [kataloqun adı]
Copy faylın adı faylın adı
Əgər II parametrdə faylın adı iştirak etmirsə , onda köçrülmə zamanı faylın
adı dəyişmir, əks halda faylın yeni adı göstərilir. Copy əmrində faylın adı yerinə
qurğu təminantından istifadə etmək olar.
97
Con – Consol ( klaviaturadan daxil etmək üçün , monitora çıxış üçün ),
PRN ( ancaq çıxış faylı kimi ).
Faylların diskdə axtarışı
Filefind faylın adı ( simvollar sətri ) ( rejimlər )
Əgər faylın adında onun hansı kataloqda yerləşməsi haqqında məlumat
yoxdurdsa, onda axtarış diskin bütün kataloqlarında aparılır.Əgə / C rejimi
göstərilibsə , onda axtarış cari kataliqda aparılır. Əgər faylın axtarışını hər hansı
kataloqda və onun bütün alt kataloqlarılnda apamaq lazımdırsa , onda /S
reyimindən istifadə olunur.
Ləgv edilmiş faylların bərpası:
Unerase ( faylın adı )
Faylın adında *və ? simvollarından istifadə etməık olar.Əgər faylın adı
göstərilmirsə , onda cari kataloqda olan bütün fayllar başa düşülür və bu
UNERASE proqramı vasitəsi ilə yerinə yetirilir.
Faylın ekranda əks olunması :
Type faylın adı
Bu əmri Ctrl + S vasitəsi ilə yerinə yetirmək olar.
Ekranın təmizlənməsi üçün CLS əmrindən istifadə olunur.
KATALOQLAR ÜZƏRİNDƏ İŞ
Cari disk aparıcısının adının dəyişdirilməsi üçün həmin disk aparıcısının
adı yazılmalı və ondan sonra : qoymalı,məsələn, A :
Cari kataloqun dəyisdirilməsi :
Cd [disk aparıcısı:] yol
Əgər disk aparıcısı göstərilibsə ,onda cari kataloq bu disk aparıcısında
yerləşir, əks halda cari disk aparıcısında.
Kataloqa baxış
Dir [disk aparıcısı:] [ yol\][faylın adı ][/ P][/W]
98
Hər bir faylın üçün Dir əmri onun adı , genişləndirilməsi, yaranma vaxtı,
saatı və s. haqqında məlumatı saxlayır.
/P – başlığın tam çıxarışını verir. Bu parametrin göstərilməsi zamanı DOS
ekran doldurulduqdan sonra istifadəçinin növbəti əmrini gözləyəcəkdir( yəni
növbəti keçməli ya yox ).
/W- kataloqdakı fayllar haqqında məlumatı saxlayır. Adətən hər bir sətirdə
5-5 olmaqla əks olunacaqdır.
Əgər disk aparıcısı və yol göstərilməyibsə, onda cari disk aparıcısı və
kataloq başa düşülür.
DİSK ÜZƏRİNDƏ ƏMƏLLƏR
Diskin formatlaşdırılması
Format disk aparıcısı :[/S ]
Diskdə nişanın qoyulması
Label disk aparıcısı
Diskin nişanı 11 simvoldan ibarət olur.
Qeyri – standart disklərin formatlaşdılrılması
Format [disk aparıcısı :]/T – yolların sayı/N – sektorların sayı[rejimlər]
Diskə yazılma gedən zaman yoxlama rejiminin qurulması və ləğv edilməsi
Verify on / verify off
Diskin yoxlanışı üçün
NDD [disk aparıcısı :]/Q- diskin məntiqi quruluşunun yoxlanması
NDD[ disk aparıcısı :]/G - fiziki qüsurların yoxlanması- Windows
ƏS və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan
qaldırılmasında MS DOS-dan istifadə edilir.
5.3. Windows ƏS haqqında ümumi məlumat.
Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti
yaratmaq məqsədilə meydana gəlmişdir. Bü əməliyyat sistemi yaranmamışdan
əvvəl istifadə edilən istənilən əməliyyat sistemi istifadəçidən kompüteri idarə edən
99
əmrlər dilinin birləşməsini tələb edirdi. Windows əməliyyat sisteminin yaranması
sistem mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. İstifadəçi üçün
çox sadə işləmə qaydalarına malik olan qrafiki interfeysin meydana gəlməsi
istifadəçini əmrlər strukturunu öyrənməkdən azad edir. 1990-cı ildən sonrakı
beşillikdə Windows əməliyyat sistemi kompüter dünyasının ona qarşı olan
münasibətini dəyişdirdi. İlk versiyalarında MS-DOS əməliyyat sisteminin qrafik
örtuyu kimi meydana çıxan bu yeni əməliyyat sistemi Windows-95, Windows-98,
Windows-2000, Windows NT (Network Technologies), Windows ME
(Millennium), Windows XP (eXPerience), Windows Vista (Volunteers In Service
To America) (2005-ci il), Windows 7 (2009-cu il), Windows 8 (2011-ci il) kimi
versiyalarında tam hüquqlu əməliyyat sistemi kimi özünün təsdiqini tapdı.
Windows əməliyyat sistemi bu gün fərdi kompüterlərdə ən çox istifadə
edilən bir sistemdir. Sistemin çox yayılmasının səbəbi imkanlarının genişliyi və
istifadəsi üçün rahat işləmə imkanı yaratması, yəni rahat qrafiki interfeysli,
çoxməsələli əməliyyat sistemidir.
Microsoft Windows 2000 Professional – stolüstü və mobil kompüterlər
üçün nəzərdə tutulan baza əməliyyat sistemidir;
Microsoft Windows Server – çoxməqsədli yeni nəsil şəbəkə əməliyyat
sistemidir. Əməliyyat sisteminin tərkibinə daxil olan çoxlu sayda İnternet və Web-
tətbiqi proqramların yaradılmasına imkan verir.
Microsoft Windows Advanced Server –server əməliyyat sistemi olmaqla
klasterli sistemlərin yaradılmasına və böyük tutumlu verilənlər bazasının səmərəli
quraşdırılmasına imkan verir.
Microsoft Windows Data Center Server – yeni, olduqca güclü server
əməliyyat sistemidir.
Yeri gəlmişkən qeyd edək ki, Window-ingiliscə pəncərə, Windows – isə
pəncərələr mənasındadır. Yəni ekranda müxtəlif əməliyyatlar yerinə yetirən çoxlu
sayda proqramları əks etdirən pəncərələr açmaq və rahat işləmək mümkündür.
Windows əməliyyat sistemi çoxməsələlik (multitasking -
multiməsələ) funksiyasına malik olub, eyni zamanda bir neçə proqram yerinə
100
yetirə bilir. Əməliyyat sistemi bu və ya digər proqramın tələbinə o qədər operativ
reaksiya verir ki, həmin proqramların eyni vaxtda işləməsi təsəvvürü yaranır.
Çoxməsələlik rejimi kooperativ və aradan götürmək kimi 2 cür
olur. Kooperativ çoxməsələlik rejimdə (cooperativ multitasking) əməliyyat sistemi
prosessor vaxtının paylanma problemi ilə məşğul olmur.
Çoxaxınlıq (multireading) o deməkdir ki, işləyən proqramlar (proseslər) hər
birisi sərbəst prosessor vaxtına malik bir neçə hissəyə bölünə bilirlər. Bunun
sayəsində proqram eyni zamanda bir-birilə əlaqəsi olmayan bir neçə əməliyyatları
yerinə yetirə bilir.
Aparat hissəsinə olan tələbat
WINDOWS XP yüklənərkən fərdi kompüter növbəti parametrlərə malik
olmalıdır:qrafiki videomonitora, kompakt-disklərin oxunması üçün (CD-ROM)
disk qurğusuna, WINDOWS yükləndikdən sonra bərk diskdə fəzanın azad
hisəsinin həcminin heç olmaza 1.5 Qbayt olması, taktiki tezlik -300 Mhz və
s.Əməliyyat sistemi kompakt – diskdən kifayət qədər sadə yolla yüklənir. Kompakt
– diskdən yükləmiş proqram əvvəlcə bərk diski yoxlayır,əgər səhv varsa
istifadəçiyə onları düzəltmək üçün bir neçə versiya təqdim edir:səhvi
kənarlaşdırmaq, düzəltməyə çalışmaq və s. Diskin yoxlanışından sonra yüklənməni
təsdiq edən başlıq ekranda əks olunur və prosess 30 – 60 dəqiqə davam edir.
WINDOWS-un yüklənməsi bir neçə senari əsasında baş verir: kompakt
yüklənmə, express-yüklənmə, seçilmiş yüklənmə. Kompakt yüklənmə zamanı
WINDOWS əməliyyat sistemi ən vacib komponetləri özündə əks etdirəcəkdir. Express yüklənmə zamanı daha tipik konfiqurasiya yaradılır. Seçilmiş yüklənmə
zamanı istifadəçi siyahıda olan komponentlərdən ancaq lazım olanı yükləyəcəkdir.
WINDOWS tədarükcü dəstinə çoxlu sayda standart proqramlar daxildir və bunlar
bütün mümkün olan servis və istifadəçi funksiyalarını özündə saxlayır.WINDOWS
XP Professional proqram təminatının yeni standartını təşkil etməklə,sadə
görünməmiş istismarı təmin etməklə korporativ səviyyənin məhsuldarlığını və
101
ehtibarlığını özündə birləşdirir.WINDOWS 2000 texnologiyasının sınanmış
fundamenti əsasında qurulmuş WINDOWS XP Professional sistemi Microsoft®
Windows®XP Home Edition-nun bütün imkanlarını özündə birləşdirir. Buraxılış
vaxtı azaldılıb,ofis proqramlarının iş stabilliyi əvvəlki əməliyyat sistemlərindən
ixtiyari birində olduğundan daha yüksəkdir.Bir neçə monitorun himayə edilməsi
çoxlu sayda verilənlərə və yaxud kompüterdə eyni vaxtda iki müxtəlif proqrama
baxmağa imkan verir. Microsoft ClearType™ texnologiyası ekranın
daxilindəkilərinin oxunaqlığını yüksəldir. Windows XP Professional – da
çoxdilliyin himayə edilməsi dünyanın hər bir ölkəsində istifadə edilməsinə şərait
yaradır.
WINDOWS XP – nin konsepsiyasına daxildir:
• NFTS arxitekturası;
• Çoxməsələləlik və çoxaxınlılıq;
• Qrafiki istifadəçi interfeysi ;
• Plug and Play texnologiyasına əsasən periferik qurğuların quraşdırılması;
• Virtual yaddaşdan istifadə olunması;
• Kommunikasiya proqram vasitələri ;
• Multimediya vasitələri.
Kommunikasiyanın proqram vasitələrinə aşağıdakılar daxildir:
• Direct Cable Connection proqramının köməyi ilə kabellər vasitəsi ilə
birləşmiş kompüterlər arasında verilənlərin ötrülməsini təmin etmək;
• Microsoft Exchange proqramı vasitəsi ilə lokal və qlobal şəbəlkələrdə
elektron poçtu təşkil etmək;
• Hyper Terminal proqram vasitəsi ilə uzaq məsafədə yerləşən kompüterlərlə
fayl mübadiləsini təşkil etmək və qlobal şəbəkəyə qoşulmaq ;
• Microsoft Fax proqramı vasitəsi ilə faks ötrülməsini təşkil etmək;
• Xüsusi ayrılmış server vasitəsi ilə kompüter şəbəkəsinə qoşulmaq
Obyektyönlü platforma
102
Proqram məhsullarının, o cümlədən Windows əməliyyat sisteminin
müasir işlənmə texnologiyası obyektyönlü proqramlaşdırma konsepsiyasına
əsaslanmışdır ki, burada proqram və verilənlərə vahid yanaşmaq prinsipi əsas
götürülür. Bu yanaşma özündə alqoritmləri və bu alqoritmlər tərəfindən emal
edilən verilənləri birləşdirən obyekt anlayışına əsaslanmışdır. Nəticədə, nəinki
proqramın işlənib-hazırlanması, həmçinin istifadəsinin işi də asanlaşır, çünki bu
interaktiv(dialoq) rejimində işləyən itstifadəçiyə əyani qrafiki alətlər və müxtəlif
köməkçi menyular təklif edilir
Virtual yaddaşdan istifadə. Bildiyimiz kimi, kompüterdə əsas problem
kimi əməli yaddaş tutumunun çatışmamazlığıdır ki, Windows 95 mühitində virtual
(həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir.
Virtual yaddaş, bildiyimiz kimi, məsələnin həlli üçün ayrılan virtual
fəzanın bir hissəsində yerləşir, qalan hissə isə disk yaddaşında yerləşir. Əgər
cari (aktiv) əlavənin işləməsi üçün əməli yaddaş kifayət etmirsə, o zaman bu anda
mikroprosessor tərəfindən istifadə edilməyən əlavə və ya onun bir hissəsi əməli
yaddaşdan çıxarılaraq diskə köçürülür. Bu boşalmış yerə avtiv əlavənin lazımi
fraqmenti yüklənir. Yaddaşdan çıxarılan əlavələrin birinə idarə verildikdə, o
yenidən əməli yaddaşa yüklənir. Bunun nəticəsində yaddaşda olan digər əlavə
yaddaşdan çıxarılır. Beləliklə, proqramlar disk və əməli yaddaş arasında dövr edir.
5.4. Windows 7 ƏS- nin təyinatı və əsas xüsusiyyətləri.
Windows əməliyyat sistemlərini əsasan iki qrupa bölmək olar:
- Fərdi kompüterdə istifadə üçün (Windows-un 3.1, 95, 98, 2000 və
Millenium variantı);
- Lokal və qlobal şəbəkədə istifadə üçün (Windows 3.11, Windows NT
Server and Workstation, Windows 2000 Professional).
Birincidən, adından bəlli olduğu kimi, lokal şəbəkə olmayan sahələrdə
istifadə edirlər. Bunlar üçün həddindən artıq tətbiqi proqramlar tərtib edilmişdir.
İkincidən isə lokal və qlobal şəbəkələrin qurulduğu yerlərdə istifadə edilir.
Windows-un üstün cəhətləri:
- proqramın xarici qurğulardan asılı olması
103
Windows və DOS arasında əsas fərq ondan ibarətdir ki, DOS proqramı
(DOS-a ehtiyac olmadan) kompüter avadanlığı (displey, klaviatura, printer və s.)
ilə birbaşa işləyə bilir. Windows mühitində işləyən proqramlar isə xarici qurğulara
Windows-un köməyi ilə müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret
xarici qurğularla uzlaşma problemini öz üzərinə götürdüyü üçün tədqiqatçırun
konkret xarici qurğularla birgə işləməsinin təmin olunması problemi aradan
götürülmüş olur. Odur ki, Windows proqramı konkret xarici qurğulardan asılı
olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq
Windows-la işləyə bilirlər.
DOS-dan fərqli olaraq Windows-da istənilən xarici qurğunu həmin
qurğunun drayveri vasitəsilə kompüterə qoşmaq mümkündür (DOS-da bu işləri
yerinə yetirmək üçün hər bir qurğunun qoşulma proqramını DOS-a sazlamaq tələb
olunur ki, bu da istifadəçi üçün müəyyən çətinliklər əmələ gətirir).
Windows-un təkmilləşdirilmiş xüsusiyyətiərindən biri multimedianın
saxlanmasıdır. Yəni Windows-un müəyyən qurğularına mikrofon, kompakt-disk
və ya MIDI sintezator, videokamera, səs ilə müşaiyyət olunan təsvirlər qoşmaq
mümkündür. Belə imkanların olması kompüterdən qeyri-ixtisasçıların da istifadə
etməsinə, təlim və oyun proqramlarının təşkilinə böyük imkanlar yaradır.
-əməli yaddaşın daha səmərəli istifadəsi
Əvvəlki proqramlara nisbətən əməli yaddaşla iş elə qurulur ki, istifadəçi
üçün yaddaş çatışmamazlığı problemi aradan qalxmış olur və əlavə olaraq:
- Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan
əməliyyatları sadələşdirir və əyani edir;
- Windows mühitində işləyən proqramların idarə olunmasının eyniliyi
proqramların əmrlər sistemini eyniləşdirir, yəni File, Edit, View və s. menyu
əmrləri demək olar ki, bütün proqramlar üçün eynidir;
-Plug and Play prinsipinin tətbiqi kompüterə qoşulan qurğuların tanınması
prosesini avtomatlaşdırır.
Windows-un çatışmayan çəhətləri
104
1.Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, müsbət cəhətləri əldə
etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır. Qrafik interfeys,
miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s. güclü
mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndirilməsini
tələb edir.
2.DOS-a nisbətən istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir.
Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək üçün Windows-dan 1.5-
2 dəfə tez işləyir.
3. Windows əslində çoxməsələli sistem deyil:
a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows
proqramlarından asılı olur;
b) Əməli və disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq,
Windows 3-4 sayda proqramı eyni vaxtda həll edə bilmir;
4. İstənilən proqramın xarici qurğularla işləməsi birbaşa Windows-da
həyata keçirilir, bəzi hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün
bu hal qəbuledilməzdir.
Kompüter işə düşən kimi avtomatik olaraq Windows əməliyyatlar sistemi
yüklənir. Ekranda sistemin işçi stolu görünür. Standart vəziyyətdə işçi stolun
aşağıdakı elementləri mövcuddur. Ekranın aşağı sol küncündə “Start” (Пуск)
düyməsi yerləşir. Bu düymə vasitəsilə sistemə aid olan müxtəlif proqramları,
sənədləri yükləmək, proqramların icrasını həyata keçirmək, sənədləri yükləmək,
tapşırıqları müəyyənləşdirmək mümkündür. İşçi stolun sağ aşağı küncündə cari
vaxtı göstərən panel və dilin müəyyən edilməsi paneli yerləşir. Qeyd edək ki,
göstəricini müəyyən qısa müddətdə vaxtın üzərində saxlasaq ekrana cari tarix də
verilir.
Windows sisteminin əsas obyektləri: fayl, qovluq, qısayol(shortcut).
Obyekt-fayl. Fayl dedikdə məntiqi əlaqəli verilənlər və proqramlar toplusu
olmaqla xarici yaddaçda müəyyən ada malik sahə başa düşülür.
Fayl sistemi – konkret fayla daxil olma imkanını yaradır və yeni fayl
yazıldığı halda boş yer tutmağa icazə verir. Windows-98-də FAT16, FAT32 (Fale
105
Allocation Table-disk sahəsində klasterlərin vəziyyətini təsvir edən cədvəl)
sistemlərindən istifadə edilir. Bu sistem fayllarda saxlanılan informasiyanın fiziki
diskə yazmaq sxemini təyin edir. “Свойства” əmrini seçməklə Faylın aşağıdakı
xüsusiyyətlərinə baxaq:
– faylın tipi;
– faylın disk sahəsindəki həcmini göstərən ölçüsü;
– faylın yarandığı tarix və vaxt;
– faylda aparılan sonuncu dəyişikliyin tarixi və vaxtı;
– faylın atributları (arxiv faylı, ancaq oxumaq üçün fayl, gizlədilmiş
fayl, sistem faylı.
Fayl üzərində əməliyyatlar aşağıdakılardır:
fayl yaratmaq; açmaq; arxivləşdirmək; köçürmək; kəsmək; silmək;
ad dəyişmək; faylın xüsusi nişanını yaratmaq.
Obyekt – qovluq. Windows fayl sisteminin digər vacib obyekti qovluqdur.
Windows qovluğu kargüzarlıq işində sənədlərin saxlanıldığı adi qovluq rolunu
oynayır. Bunun vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir.
Qovluğun da xassələrini öyrənmək üçün “Свойства” əmrini seçməklə
aşağıdakıları müəyyən edə bilərik:
Qovluğun adı və qovluğun standart nişanı; Obyektin tipi; Qovluğun
yerləşdiyi və ona müraciət yolunu göstərən digər qovluğun adı; Faylların və
qovluqların həcmlərinin cəmini göstərən digər qovluğun adı; Qovluqda
saxlanılan altqovluqlar və faylların miqdarı; Faylın yaranma tarixi və vaxtı.
Qovluğun atributları: ancaq oxumaq üçün, arxiv üçün, gizli, sistem.
Windows əməliyyatlar sistemində fayl və qovluqlarla işləmə qaydalarını
nəzərdən keçirək. İstənilən qurğuda yeni qovluğun yaradılması üçün «Мой
компьютер» -də qurğunu seçib, «Файл» menyusunu açırıq. Həmin menyunun
«Создать» əmrini verərək, ekranda yeni yaranan qovluq işarəsinin altındakı
«Новая папка» sözünü silərək həmin yerə qovluğun adını yazırıq Enter
düyməsini basmaqla yeni qovluğu yaratmış oluruq. Windows sisteminin əsas
komponentləri: işçi stol (desktop), baş menyu (start), tapşırıqlar paneli (taskbar)
106
Windows sisteminin İşçi Stolunun əsas elementləri: «Мой компьютер»,
«Корзина», «İnternet Explorer” və digərləridir. Bu elementlərin siyahısı
istifadəçi istəyindən asılı olaraq artırıla da bilər. Əsas elementlərin təyinatları
aşağıdakılardır.
«Мой компьютер» elementinin əsas vəzifəsi kompüterə daxil olan
qurğuların xarakteristikalarının verilməsi, onların məzmununa baxılması, fayllar və
qovluqlarla işin təşkili.
«Корзина» elementinin vəzifəsi istifadədən müvəqqəti uzaqlaşdırılmış
faylların yerləşdiyi yaddaş hissəsinin həcminin müəyyən edilməsi, onun
məzmununa baxılması. Lazım gəldikdə oradakı faylın bərpa olunması, faylların
ləğvi ilə əlaqədar parametrlərin müəyyən edilməsi və s. daxildir.
“İnternet Explorer”in əsas vəzifəsi İnternetdə bələdçilik funksiyasının
yerinə yetirilməsi və onunla əlaqədar meydana çıxan məsələlərin həllidir.
«Мой компьютер» elementin əmrləri aşağıdakılardır:
Открыть – kompüterə daxil olan qurğuların, daha doğrusu yaddaş
qurğularının siyahısı verilir.
Проводник – kompüter qurğuları, onların məzmunu ilə işləməni
asanlaşdıran bələdçidən istifadəyə şərait yaradır.
Найти – hər hansı əlamətə görə fayl, fayllar qrupunun və qovluğun
axtarılıb tapılması;
Управление – idarəetmə ilə əlaqədar əməliyyatların yerinə yetirilməsini
təmin edir. Burada müxtəlif yaddaş qurğuları, xidmət və əlavələrlə, eləcə də
xidməti jurnallardakı məlumatlarla işləmə təmin edilir;
Подключить (Отключить) системный диск - şəbəkə diskinin işə
qoşulması və işdən xaric edilməsini təmin edir;
Создать ярлык - «Мой компьютер» elementinə uyğun yeni yarlığı
yaradaraq ekrana verir;
Переименовать - «Мой компьютер» elementinin adını istifadəçi
dəyişərək istənilən adla əvəz edir;
Удалить – elementi ekrandan silir (ləğv edir);
107
Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında
məlumatları ekrana verir.
«Корзина» elementin əmrləri aşağıdakılardır:
Открыть – bu əmrin verilməsi ilə ekrana elementin məzmunu, yəni, fayl
və qovluqların adlarının siyahısı verilir;
Проводник – elementə daxil olan fayl və qovluqlar onların məzmunu ilə
işləməni asanlaşdıran bələdçidən istifadəyə şərait yaradır.
Очистить корзину –«Корзина»-da olan bütün faylları silərək ləğv edir;
Создать ярлык - «Корзина» elementinə uyğun yeni yarlığı yaradaraq
ekrana verir;
Свойство – elementə aid olan xarakteristik xüsusiyyətlər haqqında
məlumatları ekrana verir.
Windows əməliyyatlar sistemində fayl və qovluqların axtarılıb tapılması
məqsədilə «Мой компьютер» elemintinin Найти əmrindən və ya hər bir yaddaş
qurğusu seçildikdən sonra açılmış pəncərənin yuxarı hissəsindəki paneldə olan
Поиск əmrindən istifadə oluna bilər. Eyni zamanda axtarış məqsədilə «Пуск»
düyməsini basdıqda açılan pəncərədəki Найти əmrindən də istifadə etmək olar.
Bu əmrlərdən hər hansı biri verildikdən sonra ekranda yeni pəncərə açılır. Bu
pəncərənin sol tərəfindəki rejimlərdən Файлы и папки rejimini seçərək düyməni
basırıq. Yeni açılan pəncərədə tələb olunan parametrləri veririk. Bu parametrlərə
fayl və ya papkanın adı, əgər ad bilinmirsə onun adının əlaməti, sonuncu
dəyişiklik olan tarix, ölçüsü, ölçü dəqiq bilinmirsə onu təqribi göstərilən qaydalara
uyğun ( 1Mb-dən kiçik, 1Mb-dən böyük, Kb-la) vermək olar.
Windows əməliyyatlar sisteminin «Мой компьютер» elementinin
«Открыть» və ya «Проводник» əmrlərindən birinin köməyi ilə açılan yeni
pəncərədən qurğular, proqramlar və digər imkanlarla işləməni təmin edən, onları
müəyyənləşdirməyə və istəkdən asılı olaraq dəyişməyə imkan verən «Панель
управления» (İdarəetmə paneli) əmrindən istifadə olunur. Bu əmr seçilərək
verildikdən sonra ekranda müxtəlif elementlərin adları göstərilir.
108
İdarəetmə panelinin daha çox istifadə edilən əmrləri və onların iş
prinsipləri aşağıdakı kimidir:
Klaviatura və MOUSE-la işləmənin nizamlanması məqsədilə sistemin
İdarəetmə panelinin uyğun olaraq «Клавиатура» və «Мышь» əmrlərindən
istifadə edilir.
Dil və ona uyğun standartların müəyyən edilməsi məqsədilə İdarəetmə
panelinin «Языки и стандарты» əmri istifadə edilir.
Kompüterə qoşulan yeni qurğunun nizamlanması məqsədilə İdarəetmə
panelinin «Установка и удаления оборудoваний» əmrindən istifadə edilir.
Əmr verildikdən sonra açılan yeni pəncərədə yeni qurğunun avtomatik axtarılması
və ya istifadəçi tərəfindən axtarılacağı soruşulur.
Faylların mühafizəsi məqsədilə müxtəlif üsullardan istifadə oluna bilər.
Bundan əlavə kompüterin də xarici müdaxilədən qorunması mühüm əhəmiyyətə
malikdir. Faylların mühafizəsi məqsədilə parollardan və faylın müxtəlif atributlarla
( ancaq oxumaq üçün, gizli) verilməsindən istifadə edilir. Sistemin İdarəetmə
panelinin “Брандмауер Windowsа» əmri ilə bunu etmək mümkündür. Məhz bu
əmrdə mühafizə rejiminin verilməsi, mühafizənin şərtləri müəyyənləşdirilir.
Windows əməliyyatlar sistemində müxtəlif şriftlərin əlavəsi və lazım
olmayanların ləğvi mümkündür. Hər hansı yeni şrifti əlavə etmək və ya ləğv etmək
məqsədilə İdarəetmə panelinin «Шрифты» əmrindən istifadə edilir. Bu əmr
verildikdən sonra açılan pənsərədə artıq qovluqda olan şriftlərin siyahısı verilir. Bu
siyahıdan ləğv olunacaq istənilən şrift faylını seçildikdən sonra ya kontekst
menyunun ya da File menyusunun Удалить əmrini verməklə onu silmək olar.
Əgər istifadəçi yeni şrift əlavə etmək istəyirsə File menyusunun «Установить
шрифт» əmrini verir.
Windows əməliyyatlar sistemində vaxt və tarixin nizamlanması üçün
İdarəetmə panelinin «Дата и время» əmri istifadə edilir.
Vaxt və tarixin verilməsi qaydası bu əmrdən başqa həm də İdarəetmə
panelinin «Языки и стандарты» dil və uyğun standartlar əmrinin təyinatından
asılıdır.
109
Windows əməliyyatlar sistemində çap qurğularının – printerlərin
nizamlanması məqsədilə İdarəetmə panelinin «Принтеры и факсы» əmrindən
istifadə olunur.
Yeni proqramların əlavə olunması və ya ləğvi məqsədilə İdarəetmə
panelini açdıqdan sonra ekrana verilən siyahıdan «Установка и удаление
программ» bəndini seçərək, ok düyməsini basmaq lazımdır.
Idarəetmə panelində olan «Экран» bəndindən istifadə etməklə işçi stolun
mövzusunu, ekranda əks olunan təsviri, kompüterdə istifadəçi uzun zaman
işləmədikdə uyğun parametrləri və həmin müddətdə ekrana veriləcək təsviri
dəyişmək olar.
İdarəetmə panelinin «Специальные возможности» elementlərinin
köməyi ilə istifadəçi çatışmamazlıqları olanlar üçün qurğuların parametrlərini
(klaviaturanın, ekranın, MOUS-un və s) və işləmə rejimlərini dəyişə və yenidən
müəyyənləşdirə bilər.
Windows 7- də adı menyu ilə yanaşı, məşhur Aero interfeysinin bir hissəsi
olan Aero Pick adlı üçölçülü “dəyişdiricilər” də meydana gəlmişdir Bu interfeys
növünə Win və Tab klavişlərinin kombinasiyaları vasitəsilə keçmək olur. Bu
funksiyanı Microsoftun əməkdaşları Linux əməliyyat sistemindən götürmüşlər. Bu
interfeys növü ilə İşçi masada açılmış pəncərələrdən birindən o birisinə çox
asanlıqla keçmək olur. Windows 7- də ekranda açılmış bütün pəncərələri bükməklə
ekrandan götürərək İşçi stolu təmizləmək üçün ya Win və probel klavişlərinin
kombinasiyalarını istifadə etmək, ya da sadəcə siçanın köməyilə ekranın aşağı sağ
küncündə yerləşən xüsusi parçaya sıxmaq lazımdır. Burada da Aero Pick
xüsusiyyəti vardır, xüsusi parçanın üzərinə sadəcə kursoru gətirdikdə, onda İşçi
stolun ekranı üzə çıxıraq görsənir. Bu zaman siçanın düyməsini sıxdıqda
pəncərələrin hamısı bükülərək İşçi stoldan yox olurlar.
5.5. Windows 7 ƏS- nin pəncərələri ilə iş.
Yeni qrafiki istifadəçi interfeysin əsasını yaxşı təşkil olunmuş pəncərələr
sistemi təşkil edir. Pəncərə - monitorun ekranında haşiyələnmiş düzbucaqlı
110
oblastdır,burada,sənədlər,məlumatlar yerləşir.Pəncərə o zaman fəal olur
ki,istifadəçi verilmiş anda onunla işləmiş olsun. Pəncərənin bir neçə tipi var:
tətbiqi proqramlar pəncərəsi, sənəd pəncərəsi, dialoq pəncərəsi.Məlumat
sisteminin pəncərəsi də dialoq pəncərəsinin digər bir növü oldugundan ,o da tipik
pəncərəyə aiddir. Lakin orada müxtəlif arayış bölmələrinə tez keçmək üçün
hiperistinaddan istifadə etmək imkanı nəzərdə tutulmuşdur.
Tətbiqi proqramlar və sənədlər pəncərəsi
İxtiyari tətbiqi proqramlar pəncərəsinin standart elementlərinə
aşağıdakılar daxildir:
• İşçi sahə - burada yaradılan sənəd yerləşir.Bu sənəd həm ekranı tuta bilər,
həm də nişan halına salına bilər;
• Idarəedici (əsas) menyu;
• Funksional təyinatına görə ,birləşdirilmiş qrup əmrlərdən ibarət əsas
menyudan aşağıda yerləşən menyu;
• Alətlər paneli;
• Pəncərənin başlığı;
• Sistem menyusunun pəncərəsi- bunun vasitəsi ilə pəncərələr ölçüsünü və
onun yerini dəyişdirən əmrlərin çağrılması;
• Sistem menyusunun əmrləri:bükmə,genişləndirmə,bağlama düymələri;
• Sətrin vəziyyəti- tətbiqi proqramların işləməsi rejimi haqqında məlumatı əks
etdirir.
Sənəd pəncərəsi tətbiqi proqramlar pəncərəsinin daxilində qurulur.Öz
quruluşuna görə tətbiqi proqramlar pəncərəsini xatırladır.Bura daxildir:
• Işçi sahə- burada tətbiqi proqramların köməyi ilə sənəd yaradılır;
• Sənəd pəncərəsinin başlığı- burada onun adı əks olunur;
• Sistem menyusunun düymələri .
DİALOQ PƏNCƏRƏSİ
Bu pəncərə vasitəsi ilə əməliyyat sistemi və tətbiqi proqramın parametrləri
sazlanır, həmçinin iş prosesi zamanı lazım olan məlumatlar ekrana çıxardılır.Bura
daxildir:
111
• Əmrlər düyməsi.Düzbucaqlı şəklində olur və onlar üzərində yazılmış əmrləri
yerinə yetirmək üçündür;
• Seçilmə düyməsi.Dairə şəklində olur və mümkün olan variantlardan birinin
seçilməsinə şərait yaradır;
• Çevricilər (bayraqlar)- Kvadrat formasında olub,istənilən rejimi qoşmaq və
yaxud qoşmamaq üçün istifadə olunur;
• Siyahılar sahəsi;
• Mətn sahəsi – rəqəm verilənləri və ya mətnin daxil edilməsi ;
• İlkin baxış pəncərəsi- burada obyekt – sənəd əks olunur.
Windows 7- də sistemin tənzimlənməsi vasitələrinə tez daxil olmaq üçün
bir neçə qayda vardır. Onlardan biri Start (Пуск (Başlat)) menyusunda yerləşən
Приступая к работе (İşə Başlama) menyusunu, bölməsini seçməkdir. Burada siz
Windows 7- ni tənzimləyən ən sadə alətləri əldə edə bilərsiniz. Burada aşağıdakı
bölmələr vardır. Персонализация (Personalization (Windows-u Fərdiləşdir)) (İşçi
masanın xarici görünüşünün dəyişdirilməsi), digər kompüterdən faylların
köçürülməsi, informasiyanın ehtiyyat nüsxələrinin yaradılması, Ev qrupunun
yaradılması, həmçinin sizin verilənlərin təhlükəsizliyini və sistemin mühafizəsini
təmin edən vasitələr. Lakin sistemin əsas tənzimlənmələri isə Панель управления
(Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir. Bu panelə
daxil olmaq üçün həm Start (Пуск (Başlat)) menyusunun sağ hissəsindəki
paneldən, həm də Компьютер (Computer (Kompüter)) qovluğundan istifadə
etmək olur. Bu idarə etmə panelindən çox tez tez istifadə olunduğundan onun
nişanını İşçi masada məsələlər paneleində də yerləşdirmək olur. Bunun üçün Start
(Пуск (Başlat)) menyusunun sağ hissəsindəki paneldən Панель управления
(Control Panel (İdarəetmə Paneli)) nişanının üzərinə qoyub, sonra siçanın sağ
düyməsini sıxıb açılmış pəncərədən isə, Отображать на рабочем столе (Show
on Desktop (İş masasında Göstər)) əmrini seçmək lazımdır.
İdarəetmə panelinin ümumi görünüşü sadə və kompaktdır. Burada onlarla
müxtəlif nişanlar vardır. Windows- un yaradıcıları isə həmin nişanları
qruplaşdıraraq müəyyən qrup halında vermişdir. Burada aşağıdakı qruplar vardır.
112
Система и безопасность (System and Security (Sistem və
təhlükəsizlik)). Bu bölmə birbaşa sizin kompüterə aiddir. Bu bölməni siçanla
açdıqda, siz kompüterin tənzimləmə vasitələrini, Windows- un problemlərini
(sistemin müdafiəsini, yenilənməsini, ehtiyyat nüsxə- ləmələrin idarə edilməsini)
həll etmək üçün əsas alətləri əldə edə bilərsiniz, həmçinin Sistemin əsas idarə etmə
mərkəzinə daxil ola bilərsiniz. Bir sözlə, kompüterlə müəyyən problem yarananda
buradan istifadə etmək lazımdır.
Сеть и Интернет (Network and Internet (Şəbəkə və İnternet)). İnternetə
və ya sizin lokal şəbəkəyə daxil olmanı idarə edir.
Оборудование и звук (Hadware and Sound (Avadanlıq və səs)). Burada
səsə üstünlük verilməsinə baxmayaraq, həmdə monitorun, videoplatanın, siçanın
və printerin parametrlərinidə nizamlaya bilərsiniz. Burada həm də sistemi işə salan
zaman işə düşən proqramların “pult idarə etməsidə” yerləşir.
Программы (Programs (Proqramlar)). Burada proqramların, həmçinin
Windows- un öz komponentlərinin quraşdırılmasını və yox edilməsini, qacetlərlər
panelini və müxtəlif faylları ifa etmək üçün bir qayda olaraq quraşdırılmış
proqramların tənzimləməsini həyata keçirmək olur.
Учетные записи пользователей (User Accounts and Family Safety
(İstifadəçi hesabları və Ailəvi təhlükəsizlik)). Burada Windows 7 əməliyyat
sisteminin çox istifadəçili rejimdə işləməsini və onun istifadəçi konfiqurasiyalarını
idarəetməyi tənzimləmək olur.
Оформление и персонализация (Appearance and Personalization
(Görünüş və Fərdiləşdirmə)). Burada İşçi masanın və onun elementlərinin, Start
(Başlat) menyusunun və qovluqların xassələrinin, şriftlərin idarə olunmasının, bir
sözlə burada Windows- un xarici görünüşlə bağlı olan hər şeyin tənzimlənməsi
vasitələri yerləşir.
Часы, язык и регион (Clock, Language and Region (Saat, Dil və
Region)). Burada sistemin dil parametrləri ilə, vaxtla, klaviaturanın yerləşməsi ilə
bağlı olan regional tənzimləmə vasitələri yerləşir.
113
Специальные возможности (Ease of Access (Müraciətin Asanlığı)).
Burada əməliyyat sisteminin görməsi zəif olan, hərəkət imkanları məhdud olan və
s. istifadəçilər üçün tənzimlənməsi vasitələri yerləşir.
Панель управления (Control Panel (İdarəetmə Paneli))- nın belə
görünüşünün hər bir kateqoriyası dərhal bir neçə əməliyyatın yerinə yetirilməsi
imkanını verir. Lakin Windows- un əvvəlki versiyalarında işləmiş təcrübəli
istifadəçilər Панел управления (Control Panel)- nın başqa gorunuşünə– klassik
görünüşünə üstünlük verirlər. Burada heç bir kateqoriyaya rast gəlinmir, hər bir
«idarəetmə vasitəsi» ayrı-ayrı nişanlarla işarə olunmuşdur. Control panel (Панел
управления (İdarəetmə Paneli))-nı «klassik» rejimə keçirtmək üçün onun
pəncərəsinin yuxarı sağ küncündə yerləşən bölmədə
Просмотр (View by (Baxış)→ Значки (Icons (Piktoqramlar)) əmrini
seçmək lazımdır.
İdarəetmə panelində Windows- un standart nişanlarından başqa sistemdə
işlədikcə, zaman keçdikcə digər nişanlar da meydana gələ bilər, məsələn, bəzi
proqramları və qurğuları idarə etmə nişanları ola bilər. Məsələn, videoplataların
drayverlərini quraşdırandan sonra, İdarəetmə panelində NVİDİA simvollu ayrıca
nişan meydana gəlir.
Панел управления (Control Panel (İdarəetmə Paneli)- nın klassik
görünüşünə daxil olan bəzi əsas bölmələr aşağıdakılardır.
Дата/время (Date and Time (Tarix və Vaxt)- dəqiq vaxtı, zamanı və
həftənin günlərinin quraşdırılması.
Клавиатура (Keyboard (Klaviatura)- klaviaturanın işlədiyi dillərin
tənzimlənməsi, klavişlərə sıxdıqda kompüterin göstərdiyi sürət və s.
114
MÖVZU 6.
MƏTN PROSESSORLARI
Plan:
6.1. Mətn prosessorları haqqında ümumi məlumat.
6.2. Ms WORD 2010 mətn redaktoru.
6.3. Ms WORD 2010 istifadəçi interfeysi.
6.4. Mətnlər üzərində iş. Mürəkkəb sənədlər.
6.5. Sənədin tərtibatı.
6.1. Mətn prosessorları haqqında ümumi məlumat.
Əksər hallarda kağız və elektron sənədlər müxtəlif formatlı sənədlərdən
ibarət olur.Yəni hərf,rəqəm,durğu işarələri və s. ilə yığılmış sözlərdən ibarət olan
bloklardan təşkil olunur.
Adətən,bir çox sənədlərin tərtibində onların formatlaşdırılmasıl tələb
olunduğu halda,digərləri üçün bu lazım olmur.Buna görə yaradılan bəzi
proqramlarda mətnin yalnız daxil edilməsi və redaktə edilməsi nəzərdə tutulur.Bu
cür proqramlar mətn redaktorları adlanır. Digər proqramlar isə əlavə olaraq
mətnin formatlaşdırılmasına imkan verir ki, bunlara da mətn prosessorları deyilir.
WİNDOWS əməliyyat sisteminə standart Notepad, Write mətn redaktoru
və sadə Word Pad mətn prosessoru daxildir.Bir çox mətn prosessorları üçün
ümumi olan anlayışlarla tanış olaq.
Windows ƏS-nə standart Notepad (Блокнот), Write mətn redaktoru və
sadə Wordpad mətn prosessoru daxildir. Windows sistemində formatlaşdırılmamış
mətn faylının genişlənməsi .txt, Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş
istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, 2010,
2013 Leksikon 9.0, AmiPro 3.1 və s. misal göstərmək olar.
Bir çox mətn prosessorları üçün ümumi olan anlayışlara baxaq:
Simvol – sənəd mətnin minimal elementidir.
115
Abzas – Word proqramında abzas dedikdə, abzasın sonu işarəsi (¶) ilə
qurtaran mətn fraqmenti başa düşülür. Abzasın sonu Enter düyməsinin basılması
ilə daxil edilir.
Kolontitul – bütün səhifələrdə təkrar olunan səhifə sərlövhələridir.
Səhifə sərlövhələri səhifənin yuxarısında və aşağısında ola bilər.
Şərh (Qeyd) – əsas mətndən xaricdə yerləşən və mətnin hər hansı
sözünə və ya cümləsinə verilən izahatdır.
Bölmə – sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz
parametrlərinin və kolontitullarını təyin etmək mümkündür. Bölmələrin sərhədləri
ayırıcılarla qeyd olunur.
WYSIWYG (What You See Is What You Get – nə görürsənsə, o da
çap olunur) rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə,
o cür də çap olunur.
Microsoft Word – güclü mətn redaktoru olub istənilən mürəkkəb
sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram
hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan
proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların
köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları,
hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word
proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn
redaktorları deyilir (Notepad (Блокнот), WordPad).
Müxtəlif tipli verilənlərə malik sənəd heç də adi sənəddən fərqlənmir. Bu
sənədə mürəkkəb və ya inteqrasia olunmuş sənəd deyilir.Mətn prosessorlarında
yaradılan sənədlərə müxtəlif obyektləri, məsələn,cədvəlləri,şəkilləri,diaqramları
daxil etmək mümkündür.Mətn prosessorlarında bu obyektlərin yaradılması və
redaktəsi mühitindən çıxmadan həyata keçirilir.Bu zaman nəinki xüsusi
vasitələrdən,həm də WINDOWS – un digər tətbiqi proqram vasitələrindən də
istifadə oluna bilər.Bu zaman OLE texnologiyasından istifadə olunur.Obyekt
dedikdə şəkil, diaqram,cədvəl və digər elementlər başa düşülür.Müasir OLE2.0
texnologiyası (OLE-klient) mətn prosessoru mühitində sənədlərin yaradılmasında
116
digər proqramların (OLE–server) verilənlərdən və funksional imkanlardan istifadə
etməyə imkan verir.OLE 2.0 texnologiyası Write, Word (OLE-klient) və
Excel,Paint,Power Point (OLE– server) proqramlarında istifadə olunur.
Əlaqələndirmədə obyekt yalnız OLE–server fayllarda saxlanılır.Amma redaktə
olunan obyektin təsviri və ya çapı lazım olduqda ekrana çağrılır.Bunula da sənədin
yerləşdirilməsində tələb olunan fayl üçün xarici yaddaşa qənaət olunur.
Quraşdırmada isə obyekt mətn prosessorunun sənəd faylının özündə
yerləşir.Obyektin quraşdırılmasından sonra OLE – server faylı saxlanıla və ya
silinə bilər.Əgər OLE – server faylının saxlanılması və obyektin üzərində hər hansı
bir dəyişiklik tələb olunarsa,onda bu dəyişikliyi etmək üçün əlaqənin yaradılması
yerinə yetirilir.Obyektin quraşdırılması və əlaqələndirilməsi ya bufer
mübadiləsindən istifadə etməklə,ya da OLE–server faylının spesifikasiyasını
göstərmək yolu ilə həyata keçrilə bilər.Bundan başqa OLE–obyektini drag and
drop (götürüb apaqmaq və qoymaq) texnikasının köməyi ilə bir tətbiqi proqram
pəncərəsindən (OLE-server) digər proqram pəncərəsinə (OLE– klient) keçirtmək
mümkündür.Verilənlərin mübadiləsində mouse vasitəsilə də surət çıxartmaq,
dəyişdirmək mümkündür.
Versiyaları
Microsoft Windows üçün:
1989 — Word for Windows 1.0 for Windows 2.x, code-named "Opus"
1990 — Word for Windows 1.1 for Windows 3.0, code-named "Bill
the Cat"
1990 — Word for Windows 1.1a for Windows 3.1
1991 — Word for Windows 2.0, code-named "Spaceman Spiff"
1993 — Word for Windows 6.0, code named "T3"
1997 — Word 97 (version 8.0) included in Office 97
1999 — Word 2000 (version 9.0) included in Office 2000
2001 — Word 2002 (version 10) included in Office XP
2003 — Word 2003 ("Microsoft Office Word 2003") – Office 2003
2007 - Word 2007 ("Microsoft Office Word 2007") – Office 2007
117
2010 - Word 2010 ("Microsoft Office Word 2010") – Office 2010
2013 - Word 2013 ("Microsoft Office Word 2013") – Office 2013
Misrosoft Word- ün 80– ci illərdə yaradılmış ilkin versiyası MS DOS ƏS –
nə uyğundur.Qrafik imkanlara malik olmayan Misrosoft Word 5.0 versiyası sənəd
verilənlərini redaktə etməyə,yaratmağa,çap etməyə imkan verirdi.Bildiyimiz kimi,
MS DOS ƏS qrafik sistem deyildir,eyni zamanda verilmiş proqram versiyası
WYSIWYG sisteminə əsaslanmırdı,yəni ekran təsviri çap təsvirinə baxmağa imkan
yaratmırdı,sənədin formatlaşdırılması bir növ "kortəbii" şəkildə aparılırdı.Bununla
belə sənədə "təbii" şəkildə baxmaq mümükn idi.O,xüsisi ilkin baxmaq rejimində
işləyirdi (preview), bu rejim müasir proqram versiyalarında da saxlanıb,lakin elə
bir həlledici əhəmiyyət kəsb etmir.
Word 5.0 mətn prosessorunun digərlərindən üstünlüyü ondan ibarətdir
ki,mətnə qrafiki obyektləri daxil etmək imkanını verməsidir.WYSIWYG prinsipi
ilk dəfə Misrosoft Word for WINDOWS (Word 6.0) proqramlarında istifadə
olunmuşdur.Bu prinsipə görə sənədlərin formatlaşdırılması sadələşdi və görünəkli
oldu.
Proqramın növbəti versiyası Misrosoft Word 95 (Word 7.0) adlanır.O,
WINDOWS 95 – in qrafiki ƏS –nə yönəldilmişdir.Bu versiyanın üstünlüyü ondan
ibarətdir ki,bundanm sonra mətn prosessoruna ayrı əlavə kimi baxılmılrdı.Böyük
Misrosoft Office paketlərinə bir neçə əlavələr daxil edilmişdir (hər bir yeni versiya
yaranan zaman bu paket genişlənir).O,sistemdə mərkəzi yer tutrur,qurulmuş
əlavələr arasında verilənlərin ötrülməsini təmin edir.7 –ci versiyanın daha bir üstün
cəhəti – qurulmuş mətnlər arasında qarşılıqlı əlaqənin təmin olunmasıdır.
Misrosoft Office 97 – nin paketinə daxil olan Misrosoft Word 97–nin 8-
ci versiyası gündəlik ofis işi üçün az praktiki dəyişiliklər etdi.Məsələn,UNİCODE
şriftlərindən istifadə olunması əlavələr arasında dəyişdirilmə işini
çətinləşdirirdi.Mətn sənədlərinin tərtibi üçün bu versiyada istifadə olunan əlavə
imkanlar elektron sənədlərin hazırlanmasında praktiki cəhətdən çox
əhəmiyyətlidir. Sənədlərin HTML və PDF elektron fomatlarında saxlanması axıra
qədər işlənməmişdir və Web – dizaynerlərin təcrübəsinə daxil edilməmişdir.
118
Bu versiyadan başlayaraq Misrosoft Word mətn prosessoruna müəllif
fəaliyyətinin avtomatlaşdırılmış imkanı kimi baxıldı (authoring system).Bu
proqramdan istifadə edərkən obyakti tam müəyyən etmək lazımdır:nəşr edilmiş
sənəd yoxsa elektron sənəd.Müxtəlif tip sənədlər üçün müxtəlif üsullardan istifadə
olunur.Tam uyğun olmayan üsullardan istifadə olunması sənədlərlə növbəti iş
mərhələsini çətinləşdirir.Nəticədə,elektron sənədlərin işlənməsi üçün Word 97 –ni
Web redaktoru əvəz etmədi.
Misrosoft Office 2000 paketinə daxil olan sonuncu mətn prosessoru
Misrosoft Word 2000-ni (Word 9.0) göstərmək olar.Əvvəlki versiyalarda olan
çatışmamazlıqlar aradan qaldırıldı;idarəemə sistemi yaxşılaşdırıldı;şəəbkə iş rejimi
daxil edildi.
6.2. Ms WORD 2010 mətn redaktoru.
Misrosoft Word 2000 prosessorunun işçi pəncərəsi:menyu sətri,alətlər
paneli,işçi sahə,sətrin vəziyyəti,daxil edilmiş indikatorlar.
6 –cı versiyadan başlayaraq Misrosoft Word sənədlərin saxlanması üçün bir
neçə rejimi özündə saxlayır :
Adi rejimdə - sənədin əsas məzmunu saxlanılır.Bu rejim sənədin ilkin
emalı zamanı,eyni zamanda bütün hallarda,əsas hissə xarici görünüşdən yüksək
məna kəsb etdikdə işləmək üçün çox əlverişlidir.Bu rejimdə iri həcmli sənədlərin
üzərində əməliyyarlar daha tez yerinə yetirilir.
Web sənəd rejimində ekran təsviri çar təsviri ilə üst – üstə düşmür.Bu
WYSIWYG prinsipindən uzaqlaşma deməkdir,lakin bu Word Wide Web – də
elektron nəşrləri üçün xarakterikdir,çünki qabaqcadan sənədlərin hansı avadanlıqda
əks olunacağı və hansı üsul ilə baxılacağı məlum deyildir.Elekrton sənədlər üçün
çap səhifələrinin parametrlərinin olması əhəmiyyətli deyildir,ona görə də bu
rejimdən elektron sənədlərin nəşrində istifadə olunur.
Nişan rejimində - sənədin ekran təsviri çap təsvirinə tamamilə
uyğundur.Bu rejim çapa hazırlanmış sənədlər üçün çox rahatdır.
119
Struktur rejimində- artırılmış sənəd ayrılmış şəkildə əks olunur.Bu
rejimdən o zamasn istifadə olunur ki,sənədinm hazırlanması məzmunun plan
əsasında qurulmasından başlanır.Bu onunla fərqlənir ki,alətlər panelində onun
daxil olması zamanı avtomatik olaraq köməkçi Struktura paneli açılır.Yuxarıda
göstərilən 4 rejimdən birinin seçilməsi düymələr və yaxud Vid menyu əmri ilə
yerinə yetrilir. Vid menyundan eyni zamanda xüsusi təsvir (V rejim) – sənədin
sxemi bölməsini də ayırmaq olar.əlavə edilmiş pəncərə 2 işçi paneldən ibarətdir:sol
paneldə - sənədin strukturu,sağ paneldə isə - sənədin özü əks olunur.Bu rejimdən
sənədin yaradılması zamanı deyil,ancq sənədlərə baxmaq üçün istifadə etmək çox
əlverişlidir.Fayl menyusunda sənədə baxmaq üçün 2 rejim vardır:Fayl ►Web-
səhifədə İlkin baxış,ancaq çap edilmiş sənədlər üçün - Fayl ► İlkin baxış.
Birinci halda yaradılmış sənəd Web- səhifə kimi broyzerin ekranında əks
olunur,ikinci halda isə sənəd xüsusi pəncərədə əks olunur.
Misrosoft Word 2000-nin alətlər panelinə aşağıdakılar daxildir:standart,
formatlaşdırma,Visal Basic, Avtomətn,şəkil çəkmək, haşiyələr, təsvirin qurulması,
dəyişdirmə buferi,verilənlər bazası,Web–komponentlər,idarəetmə elementləri.
Alətlər paneli- Вид (View) menyusunda yerləşir.
Menyu sətri – idarəetmə elementi kimi proqramın bütün funksional
imkanlarından istifadə etməyə əsas verir.Menyu sətrindən açılmış menyu
avtomatik qurulmuş funksional xassəyə malikdir (avtonastroyka).Menyu sətrinin
bölmələri iki cür açılır:I halda qıcaldılmış menyu açılır,əgər lazım olan idarəetmə
elementi orada yoxdursa,onda maus vasitəsilə genişləndirilmiş menyu açılır.
Müasir mətn prosessorları 3 tip sənədlərlə işləməyə imkan verir:
I – bir işçi qrup tərəfindən yaradılmış və çap edilmiş sənədlər,bunlara
nəşrə hazır sənədlər deyilir.
II tip - elektron sənədlərdir.Belə sənədlər fayl şəklində sifarişçiyə
verilir.Elektron sənədlər tam hazır olunmuş sayılmır.Sifarişçi onu yenidən redaktə
edə bilər və öz sənədlərin hazırlanmasında da onun elementlərindən istifadə edə
bilər.
120
III tip- Web – sənədlərdir.Nəzərə alınır ki,onlar belə bir keyfiyyətdə
həmişəlik qalacaqdır. Web- sənədlərdə - rəngin idarə olunması böyük əhəmiyyət
kəsb edir.
Misrosoft Word prosessorunda mətnlər üzərində işə aşağıdakılar
daxildir:sənədin yaradılması,mətnin daxil edilməsi,mətnin redaktə edilməsi,
sənədin saxlanması,sənədin çapı,mətnin formatlaşdırılması.
Word mətn prosessorunda yeni sənədin yaradılması üçün 2 üsul var:1)
hazır şablon əsasında; 2)mövcud olan sənədin əsasında.İkinci hal çox sadədir,lakin
birinci hal metodiki cəhətdən effektlidir.
Mövcud olan sənəd əsasında sənədin yaradılması üçün hazır sənəd açılır
(Fayl►Açmaq) və onu yeni adla saxlayırlar (Fayl►Neçə saxlamalı).Sonra onda
olan bütün məzmununu ayırırlar və "Delete" ilə onu ləğv edirlər,bundan sonra boş
sənəd alınır,öz xüsusi adı olur və əvvəlki sənəd tərəfindən yaradılmış bütün daxil
edilənləri özündə saxlayır.Sadə olmasına baxnayaraq çox effektli variant
deyildir.Belə bir faylın yaradılması zamanı qiymətli faylı ləğv etmək olar.
Hazır şablon əsasında yeni sənədin yaradılması: Fayl►Yaratmaq dialoq
pəncərəsi açılır (Faylın yaradılması) dəyişdirici acar qoşulur,(Sənədi yaratmalı) və
şablonu seçilir.Susma rejimində Yaradılmış sənəd – Sənəd 1 adını alır.Onu düzgün
adla saxlamaq məqsədəuyğundur.Bunun üçün uyğun qovluq seçməli və
Fayl►Neçə saxlamalı əmrini vermək lazımdır.
Sənədin saxlanması üçün dialoq pəncərəsi digər pəncərələrdən
fərqlənir.O,nəinki qovluqda saxlamağa,eyni zamanda digər qovluqda saxlanması
üçün şərait yaradır.
Saxlama (Сохранение) pəncərəsinin sol hissəsində 5 düymə var:
Jurnal – məntiqi qovluq.Əgər sənədi sonuncu dəfə işlədilmiş qovluqların
birində saxlamaq istəyiriksə,bu çox rahatdır.
Mənin sənədlərim – müxtəlif sənədləri saxlamaq üçün ənənəvi qovluq.
İşçi stol – adətən,bu stolu təmiz saxlamaq məsləhətdir.Tez-tez istifadə
olunan sənədi burada saxlamaq məsləhətdir.
121
Seçilmiş - Web- səhifələrin saxlanması üçün istifadəçiyə lazım olan xüsusi
məntiqi qovluq.Bundan mətn sənədlərinin saxlanması üçün istifadə etmək
məqsədəuyğundur.
Web- qovluqlar. Web strukturunda saxlanılan xüsusi qovluqlar.
Mətnin redaktə olunması üçün xüsusi vasitələr:Simvolların daxil edilməsi
və dəyişdirilməsi rejimi.Daxil edilmiş rejimdə daxil edilən mətn mövcud olan
mətni "aralıyır",dəyişdirilmiş rejimdə isə simvollar mətndəki əvvəlki simvollarla
qarışdırılır.Mətnin yoxlanması üçün cari iş rejimi."Замена" redaktoru vasitəsi ilə
həyata keçilir.Yoxlanış rejiminin qurulması Правка(Düzəliş) dialoq pəncərəsində
yerinə yazılır (Serviz►Parametri►Pravka).Tezaruz – sinonimlərin mənasını izah
edən lüğətdir. Serviz►Dil►Tezarus.
Mətn prosessrunda yazılışın yoxlanışı üçün 2 rejimdən istifadə olunur:
avtomatik və əmri (qrammatik və orfoqrafik).
Mətnin formatlaşdırılması: şriftin seçilməsi və dəyişdirilməsi,şrftin
ölçüsünün müəyyənləşdirilməsi,şriftinin rənginin seçilməsi,sənədin çapa
hazırlanması, bərabərləşdirmə metodu, abzasların parametrlərinin
seçilməsi,səhifələrin nömrələnməsinin idarə olunması.
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, mətn
prosessorları ilə mətn redaktoru arasında fərq vardır:mətn prosessoru nəinki mətni
daxil etməyə,redaktə etməyə,eyni zamanda formatlaşdırmağa kömək edir. Bura
qrafikləri,cədvəlləri,digər obyektləri daxil etmək olar, əlavə olaraq isə
formatlaşdırma prosesslərinin avtomatlaşdırılması üsulları daxildir.
Redaktorun əsas üstünlükləri aşağıdakılardır:
- İnformasiyanın effektiv emalı və analizi;
- İnformasiyanın müxtəlif görünüşdə əks etdirilməsi və
formatlaşdırılması vasitələri;
- Çapetmə imkanlarının zənginliyi;
- Sənəd üzərində işləmə və verilənlərin birgə istifadə etmə imkanları;
- Digər proqramlarla qarşılıqlı inteqrasiya;
122
- Internet şəbəkəsi vasitəsilə İnformasiya mübadiləsi.
Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir.
Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün Start (Пуск)
düyməsi basılır və Programs (Программы) menyusundan Microsoft Word seçilir.
Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların
əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər
paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda
olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur.
Beləliklə, Microsoft Word 2010 mətn prosessorunu yükləmək üçün
mövcud olan müxtəlif üsulların aşağıdakı dördündən ixtiyari birini seçmək olar:
1. Start\All prgrams\Microsoft Office\ Microsoft Word 2010 (Пуск\Все
программы\ Microsoft Office\ Microsoft Word 2010, Başlat\Bütün proqramlar\
Microsoft Office\Microsoft Word 2010) əmri icra olunur;
2. Taskbar (Панел задач/Tapşırıq paneli) panelində Microsoft Word
2010 proqramına uyğun düymə kliklənir;
3. Desktop (Рабочий стол/ İş masası) – da Microsoft Word 2010
prosessorunun qısayol piktoqramı və ya Ms Word sənədlərindən biri üzərində
mausun sol düyməsi ikiqat kliklənir;
4. Disk və qovluq açılır və Microsoft Word 2010 sənədlərininn biri
üzərində mausun sol düyməsi ikiqat kliklənir.Bu halda həmin sənədin açılması ilə
prosessor yüklənir.
6.3. Ms WORD 2010 istifadəçi interfeysi.
Bir sözlə biz proqramın interfeysinə aid yeni elementlərə keçid alaq və
onun haqqında qısada olsa ətraflı tanış olaq. Bunun üçün Microsoft Word
2010 proqramının pəncərəsini ekran boyu kiçildək. Bunun üçün proqramın başlıq
zolağı üzərində yerləşən Развернуть düyməsini sıxaq. Məlumdur ki, hər bir
proqramı idarə edən üç düymə vardır. Birinci bağlamaq-закрыть- close adlanan
düymə var. Bu düymə proqramı bağlayır. Digər düymə ən böyütmə və ən kiçiltmə-
Развернуть proqram pəncərəsi ekran boyu böyüdür və ya kiçildir. Digər düymə
123
isə bükmək-свернутьproqramın pəncərəsini tapşırıqlar panelinə doğru bükür.
Proqramın və proqramda açılmış sənədin adı başlıq zolağının mərkəzində
görsənir. Microsoft Word 2007 proqramında olduğu kimi Microsoft Word
2010 proqramında da панели быстрого доступa-ani işə salma paneli var. Bu
panel başlıq zolağının yuxarı sol küncündə yerləşdirilir. Bu panel bir sıra sadə
əməliyyatları yerinə yetirmək üçün düymələrlə təçhiz olunub. Bunlardan yadda
saxlamaq, yeni sənəd yaratmaq, əməliyyatı təkzib və təkrar etmək, sənədi
proqrama çağırmaq və s. bu kimi əmrləri göstərmək olar. İlk növbədə
düymənin ani işə salma panelinə əlavə olunmasını öyrənək. Hər hansı
bir düymənin ani işə salma panelinə əlavə olunması üçün həmin panelin sağ aşağı
küncündə olan Настройка панели быстрого доступа ( ani işə salma panelinin
ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan Правописание sətri seçilir.
Gördüyumüz kimi orfoqrafik və qrammatik səhvləri yoxlayan düymə ani işə salma
panelinə əlavə olunur. Bu panelin sol tərəfində isə Microsoft Word 2010 simgəsi
yerləşir. Başlıq zolağının aşağı hissəsində Fayl (Файл) menyusu və lentlər
mövcuddur. Bu menyu Microsoft Word 2007 proqramında Office düyməsi ilə
əvəzlənmişdi. Microsoft Word 2010 proqramında isə artıq menyu şəklində
istifadəçiyə təklif olunur.
Microsoft Word 2007 proqramında olduğu kimi Microsoft Word
2010 proqramında da lentlər mövcuddur. Lentlərin üzərində müxtəlif adlar yazılır.
Bir lentdən digərinə keçid üçün istər siçanın göstəricisindən, istərsə də
klaviaturadakı TAB düyməsindən istifadə edə bilərik. Hər bir lent müxtəlif alətlər
toplanan Qruplardan (bölmələrdən) təşkil olunub.Bu da son nəticədə istifadəçinin
işini rahatlaşdırmaq üçündür.
Lentlərin aşağı hissəsində proqrama məxsus olan xətkeş vardır.
Bütün mətn redaktorlarında olduğu kimi Microsoft Word 2010
proqramında pəncərənin əsas hissəsini redaktə olunacaq mətn sahəsi tutur. Boş
vərəq A4 formatındadır. Yanıb-sönən şaquli xətt isə kursor adlanır. Kursor
klaviaturadan daxil ediləcək simvolun mövqeyini göstərir. Proqramın sağ tərəfində
vərəq boyu hərəkət üçün şaquli (vərəqin istiqaməti dəyişildikdə üfüqi formada
124
görsənir) sürüşdürmə zolağı görsənir. Onun köməyi ilə səhifənin aşağısına nəzarət
etmək olur. Proqramın aşağı hissəsində vəziyyət sətri vardır. Onun
üzərində Microsoft Word 2010 proqramının mətn haqqında məlumatları görsənir.
Microsoft Word proqramının digər versiyalarından fərqli olaraq
Microsoft Word 2010 proqramında vəziyyət sətrində bir sıra yeniliklər baş
vermişdir. Belə ki, sənədə baxış rejimləri və sənədin miqyası ilə bağlı düymələr
artıq vəziyyət sətrində yerləşdirilmişdir. Beləliklə biz Microsoft Word
2010 proqramının interfeysinin elementləri ilə tanış olduq.
Alətlər paneli
MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə
qruplara bölünüb panellərə düzülüblər. Məs., mətnin parametrlərini dəyişən
düymələr "Formatting" panelindən istifadə edilir.
Panellərin sol kənarında yerləşən ikiqat vertikal xətt sıranın yerini
dəyişmək üçün istifadə olunur. Lazım olmayan paneli ekrandan götürmək üçün
"View" menyusundan "Toolbars" siyahısından panelin adını seçin. Lazım olan
paneli ekrana çıxarmaq üçün də həmin əməliyyat yerinə yetirilir.
Panellər müxtəlif məqsədlər üçün istifadə olunur:
Standard – bütün proqramlar üçün panel.
Drawing – şəkillərlə işləmək üçün panel.
WordArt – WordArt obyektinin parametrlərini dəyişən düymələr
paneli.
Tables and Borders – cədvəl üçün istifadə olunan alətlər paneli və s.
Mətnin seçilmiş hissəsinin surətinin çıxarılması və yerinin
dəyişdirilməsi
Bəzən sənədlə işləyərkən eyni sözlərdən tez-tez istifadə edilir. Həmin
sözləri təkrar etməmək üçün həmin ifadənin surətini çıxartmaq lazımdır. Bunu
üçün «Standar alətlər» lövhəsindən Копировать düyməsini sıxmaq
və Правка menyusundan Копировать (Ctrl+C) əmrini vermək lazımdır.
Mətndə lazımi hissəni seçdikdən sonra Копировать əmrini verək.Bu zaman
125
həmin informasiya bufer yaddaşa köçürüləcəkdir. Kursoru mətni yerləşdirmək
istədiyimiz yerdə yerləşdirib «Standar alətlər» lövhəsindən Вставить düyməsini
və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır. Həmin
qayda mətnin seçilmiş hissəsinin yerini dəyişmək olar. Bu zaman isə «Standar
alətlər» lövhəsindən Вырезать düyməsini və
ya Правка menyusundan Вырезать (Ctrl+X) əmrini vermək daha sonra «Standar
alətlər» lövhəsindən Вставить düyməsini və
ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır.
Bəzən sənəddə müxtəlif sözlərdən tez-tez istifadə edilir. Ancaq Word-də
axırıncı seçilmiş informasiya əvvəl seçilmiş informasiyanı silir. Bunun qarşısını
almaq üçün Правка menyusundan Буфер обмена Оffice adlı əmrdən istifadə
edilir.Bu əmri verdikdə Word səhifəsinin sağ tərəfində Буфер обмена pəncərə
açılır. Bufer yaddaşa ötürülmüş hər hansı bir informasiya həmin pəncərədə
yerləşəcəkdir. Həmin obyektlərdən hər hansı birinin üzərində mouse-un sol
düyməsini bir dəfə sıxaq. Həmin informasiya Word səhifəsində yerləşəcəkdir
(kursor yerləşən yerdə). Bu pəncərəyə 24 ədəd obyekt yerləşdirmək mümkündür.
Mətndə hər hansı bir ifadəni tapmaq və ya başqası ilə əvəz etmək
Mətndə hər hansı bir ifadəni (informasiyanı) tapmaq
üçün Правка menyusundan Найти (Ctrl+F) əmrini vermək lazımdır. Açılan
pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü yazıb Найти
далее düyməsini sıxsaq həmin sözü tapmış oluruq. Mətndəki hər hansı bir ifadəni
başqası ilə əvəz etmək üçün isə Правка menyusundan Заменить (Ctrl+H) əmrini
vermək lazımdır. Açılan pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü
yazaq. Заменить на sahəsində yeni sözü daxil edək. Əgər Заменить düyməsini
sıxsaq mətndəki həmin sözü tapacaq. Təkrar bu düyməni sıxsaq həmin söz yenisi
ilə əvəz olunacaqdır. Əgər Заменить все düyməsini sıxsaq bütöv mətindəki
həmin sözləri yenisi ilə əvəz edəcəkdir.
Mətndəki hər hansı obyektə tez keçid almaq
Mətndəki hər hansı obyektə tez keçid
almaq Правка menyusundan Перейти (Ctrl+G) əmrini vermək lazımdır. Açılan
126
pəncərədə объект перехода sahəsində obyekti qeyd edək. Введите
номер sahəsində obyektin sıra nömrəsini daxil
edib Перейти düyməsini sıxsaq, kursor həmin
obyektə yerləşəcəkdir.
Hər hansı mətn fraqmentini yerini dəyişdirmə və ya köçürməzdən əvvəl
mütləq seçmək lazımdır. Köçürmə və yerdəyişdirmə əməliyyatları müxtəlif
üsullarla yerinə yetirilə bilər. Bu üsullardan biri Drag and Drop texnologiyasıdır.
Bu texnologiya əsasında seçilmiş mətn fraqmentinin yeridəyişməsi və ya
köçürülməsi aşağıdakı qaydada yerinə yetirilir.
Mausun göstəricisini fraqment özərinə gətirib sol döyməsi basılı
şəkildə saxlanılır.
Sol döymənin basılmış vəziyyətdə saxlanılaraq maus hərəkət
edirilir.Belə ki, yerdəyişmə zamanı mausun göstəricisi ilə yanaşı kursor da yerini
dəyişəcəkdir.
Fraqmentin yerdəyişəcəyi mövqedə mausun sol düyməsi buraxılır.
Seçilmiş fraqmentin köçürülməsi zamanı əvvəlcə Ctrl düyməsi basılı
şəkildə saxlanılır və sonra yerdəyişmə əməlliyatı ardıcıllıqla icra edilir.
Fraqmentin klasik qaydada yerdəyişmə və ya köçürməsini müxtəlif
vasitələrlə (kontekst menyu, klaviatura və Lentin alətləri ilə) yerinə yetirmək olar.
Kontekst menyu ilə bu əməliyyatların yerinə yetirilməsi qaydası belədir:
Seçilmiş fraqmentin üzərində mausun sağ düyməsi ilə kontekst
menyusu açılır;
Əməlliyatın köşürmə və ya yerdəyişmə olmasından asılı olaraq Cut
(Вырезать-Kəs) və ya Copy (Капировать-Köçür) əmrləri icra olunur;
Kursor fraqmentin yerləşdiriləcəyi mövqeyə gətirilir və kontekst
menyu təkrar açılır;
Paste (Всавить- Əlavə et) əmri icra edilir.
Klaviatura vasitısilə yerdəyişmə və ya köçürmənin icrası zamanı uyğun
əmrlər əvəzinə aşağıdakı düymələr kombinasiyasından istifadə edilir.
Cut (Вырезать-Kəs) – Ctrl+X;
127
Copy (Капировать-Köçür) - Ctrl+C;
Paste (Всавить- Əlavə et) - Ctrl+V.
6.4. Mətinlər üzərində iş. Mürəkkəb sənədlər.
Microsoft Word 2010 mətn prosessorunun geniş şəkildə istifadə
olunmasının səbəblərindən biri də qrafik obyektlərin və sxemlərin
mətnlərləbirlikdə istifadə imkanlarıdır. Müxtəlif şəkillərdən, qrafiklərdən, diaqram
və sxemlərdən istifadə sənədin şərhini və asan başa düşülməsini təmin edir.
Şəkillərin, ClipArt obyektlərinin, fiqurların, SmartArt sxemlərin,
diaqramların və ekranın ani görünüşünün şəklini mətn sənədinə əlavə etmək üçün
lentin İnsert (Вставка/ Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent
qrupundan istifadə edilir.
Bu lent qrupundakı Pikture (Рисунок/Şəkil) düyməsinin kliklənməsi ilə
kompyuter disklərindəki fayllarda saxlanılan şəkilləri mətnə yerləşdirmə əmrlərini
həyata keçirmək olar.
Sənədin tərtibatında istifadə olunan maraqlı vasitələrdən biri də mətndə
yerləşdirilə bilən, rəngli fiqur-sxemlərə malik SmartArt dəstidir. Bu dəstə daxil
olan sxemlərin sənədə əlavə edilməsi İnsert (Вставка/Əlavə et) tabının
İllustrations (Иллюстрации/Şəkil) lent qrupunun SmartArt düyməsinə
kliklənməsi ilə açılan Choose a SmartArt Graphic (Выбор рисунка
SmartArt/SmartArt Şəkli Çək) dialoq pəncərəsi vasitəsilə yerinə yetirilir.
Links (Ссылки/Əlaqələr) lent qrupu.
Microsoft Word 2010 mətn prosessorunda sənədin müxtəlif sahələri
arasında və ya başqa sənədlərlə əalaqələrini yaratmaq üçün lentin İnsert (Вставка/
Əlavə et) tabının Links (Ссылки/Əlaqələr) lent qrupunun əmrlərindən istifadə
edilir.
Links (Ссылки/Əlaqələr) lent qrupunun əlaqələri Hyperlimk
(Гиперссылка /Hiperəlaqə), Bookmark (Закладка/Əlfəcin) və Cross-
128
reference (Перекрестная ссылка/Çarpaz-istinad). Belə ki, Web-səhifə, şəkil,
e-poçt ünvanı və ya proqrama yönəlmiş əlaqələr Hyperlin
(Гиперссылка/Hiperəlaqə) vasitəsilə yaradılır.
Word-sənədlərlə işləyərkən mətnin bir yerindən digərinə, həmin sənəddən
başqa bir Word-sənədə, eləcə də, Office proqramlarının istinilən birində yaradılmiş
sənədə, yaxud istənilən Web-sənədə bir andaca keçidlər etmək kompüter
istifadıçiləri üçün çox vacib əməliyyatlarıdır. Belə ki, hiperəlaqə müxtəlif
sənədlərlə əlaqəli şəkildə əməliyyatlarım aparılmasını təmin edən bir vasitədir.
Yuxarıda göstərildiyi kimi Hiperəlaqələr Word, Excel, Access və Power
Point sənədləri arasında keçidlərdə istifadə edilə bilər. Bundan başqa standart
Wor-sənədlər daxilində yerdəyişmə əməliyyatları üçün də hiperəlaqələr işlədilə
bilər. Əgər hiperəlaqə başqa tip sənəd göstərirsə, onda o sənəd yaradıldığı
proqramın pəncərəsində açılır.
Beləliklə, Word-sənədə hiperəlaqə yerləşdirmək üçün aşağıdakı
əməliyyatlar ardıcıllığı icra olunur:
1. Kursor sənəddə hiperəlaqə yerləşdiriləcək mövqedə saxlanılır və ya mətn
fraqmenti, yaxud obyekt seçilir;
2. İnsert (Вставка/ Əlavə et) tabının Links (Ссылки/Əlaqələr) lent
qrupunun Hyperlink (Гиперссылка/Hiperəlaqə) əmri və ya konkret menyunun
eyni adlı əmri icra olunur. Bu halda İnsert Hyperlink (Вставка
Гиперссылки/Hiperəlaqə Əlavə et) adlı dialoq pəncərəsi ekrana çıxır;
3. Bu pəncərənin yuxarısındakı Text to Display (Текст/Mətni göstər)
sətrindən hiperəlaqə əka olunacaq mətnin daxil edilməsi;
4. açılmış siyahıdan əlaqə yaradılan faylın adı seçilir və ya
Adress(Адрес/Ünvan) sətrindən faylın adı yazılır;
5. OK düyməsi kliklənir. Nəticədə, Word-sənəddə nəzərdə tutulan
hiperəlaqə yaradılmış olur.
İllustrations (Иллюстрации/Şəkil)
Microsoft Word mətn prosessorunun geniş şəkildə istifadə olunmasının
səbəblərindən biri də qrafik obyektlərin və sxemlərin mətnlərlə birlikdə istifadə
129
imkanlarıdır. Müxtəlif şəkillərdən, qrafiklərdən, diaqram və sxemlərdən istifadə
sənədin şərhini və asan başa düşülməsini təmin edir.
Şəkillərin, ClipArt obyektlərinin, fiqurların, SmartArt sxemlərin,
diaqramların və ekranın ani görünüşünün şəklini mətn sənədinə əlavə etmək üçün
İnsert (Вставка/ Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent
qrupundan istifadə edilir.
Bu lent qrupundakı Picture (Рисунок/Şəkil) düyməsinin kliklənməsi ilə
kompüter disklərindəki fayllarda saxlanılan şəkilləri mətnə yerləşdirmə əmrlərini
həyata keçirmək olar. Məsələn, sərt diskdəki fayldan müəyyən şəkili sənədə əlavə
etmək üçün Picture (Рисунок/Şəkil) əmri icra olunur. Bu halda İnsert Picture
(Вставка Рисунка/Şəkil Əlavə et) adlı dialoq pəncərəsi ekrana çıxır. Açılmış
pəncərədən istifadə edərək axtarılan şəkil faylı tapılır və onun üzərində mausun sol
düyməsi ikiqat kliklənir, ya da həmin fayl seçilir və İnsert (Вставка/ Əlavə et)
düyməsi kliklənir. Nəticədə tələb olunan qrafik təsvir sənədə əlavə edilmiş olur.
Sənədin tərtibatında istifadə olunan maraqlı vasitələrdən biri də mətndə
yerləşdirilə bilən, rəngli fiqur-sxemlərə malik smartArt dəstidir. Bu dəstə daxil
olan sxemlərin sənədə əlavə edilməsi İnsert (Вставка/ Əlavə et) tabının
İllustrations (Иллюстрации/Şəkil) lent qrupunun SmartArt düyməsinin
kliklənməsi ilə açılan Choose a SmartArt Graphic (Выбор рисунка
SmartArt/SmartArt Şəkli Çək) dialoq pəncərəsi vasitəsilə yerinə yetirilir.
WordArt sənədə dekorativ mətnin əlavə edilməsi üçün nəzərdə
tutlmuşdur. Bu mənada o, Word 2010 prosessorunda bir sıta qrafik əməliyyatların
aparılması üçün geniş imkanlar yaradan çox mühüm vasitədir. WordArt
obyektləri ölçülərinin dəyişdirilməsi mümkün olan, müxtəlif istiqamətlərdə
fırladıla (döndərilə) bilən, Word-sənəd səhifələrində sürüşdürülərək yerləşdirilən,
səhifələrdə qrafik obyektlər kimi yerləşdirilən stilləşdirilmiş və xüsusi effektlər
verilməklə formalaşdırılmış mətn elementləridir.
Beləliklə, mətnə WordArt obyekti yerləşdirmək üçün aşağıdakı
əməliyyatlar ardıcıllığı icra edilməlidir:
130
-Lentin İnsert (Вставка/ Əlavə et) tabının Text (Текст/Mətn) lent
qrupundan WordArt əmri icra olunur. Bu halda WordArt qalereyasından seçim
imkanları əyani şəkildə ekrana çıxır;
-Bu qrupda yazı formalarının mümkün variantları əks olunur;
-Nəzərdə tutulan WordArt mətni daxil edilir;
-WordArt qalereyasından təqdim olunan yazı üslublarından biri seçilir və
onun üzərində mausun sol düyməsi kliklənir.
Sənədə lentin İnsert (Вставка/ Əlavə et) tabının İllustrator
(Иллюстрации/Şəkil) və Text (Текст/Mətn) lent qruplarından hər hansı obyekt
əlavə edilən kimi ya avtomatik olaraq, ya da həmin obyekt qeyd olunan kimi əlavə
olaraq Format (Формат/Format) kontekst tabı meydana gəlir və aktivləşir. Bu isə
həmin obyektin formatının dəyişdirilməsinə xidmət edir. Seçilmiş obyektin
növündən asılı olaraq lent üzərində Drawing Tools/Format (Средства
Рисования/Формат, Rəsmçəkmə Alətləri/Format) və ya Picture Tools/Format
(Работа с рисунками/Формат, Şəkil Alətləri/Format) kontekst tabları gəlir.
Bunlar bir-birindən qismən fərqlənir.
Belə ki, Drawing Tools/Format (Средства Рисования/Формат,
Rəsmçəkmə Alətləri/Format) kontekst tabı fiqurların əlavə edilməsi üçün-İnsert
Shapes (Вставка фигур/Fiqurlar Əlavə et), seçilmiş fiqurun daxilinin, konturunun,
effektinin üslublarını dəyişmək üçün- Shape Styles (Стили фигур/Fiqur
üslubları), seçilmiş WordArt obyektinin üslublarını dəyişmək üçün WordArt
Styles (Стили фигур WordArt/ WordArt üslubları), mətn qutusundakı və ya fiqur
daxilindəki mətnin istiqamətini təyin edən- Text (Текст/Mətn), seçilmiş
obyektlərin mətnə nəzarən və ya bir-birinə nəzərən nizamlanmasını, onların
qruplaşmasını və dönmə formalarının nizamlanmasını Arrange
(Упорядочить/Nizamla) və obyektin uzunluq və en ölçülərini təyin edəт-Size
(Размер/Ölçü) lent qrupuna Picture Tools/Format (Работа с
рисунками/Формат/Şəkil Alətləri/Format) kontekst tabı isə seçilmiş şəklin fon
rəngini nizamlayan-Adjust (Изменение/Nizamla), seçilmiş şəklin sərhədlərinin,
131
effetinin, düzən formasının üslublarını tənzimləyən- Picture Styles (Стили
рисунков/Şəkil üslubları), seçilmiş şəklin mətnə nəzərən və ya bir-birinə nəzərən
nizamlanması, onların qruplaşmasını və dönmə formalarının nizamlanmasını-
Arrange (Упорядочить/Nizamla), seçilmiş şəklin uzunluq və en ölçülərini, onun
kənarlarından kəsilmələrini təyin edən-Size (Размер/Ölçü) lent qrupuna malikdir.
Word 2010 proqramında sənədlərə müxtəlif düsturların əlavə edilməsi üçün
əlavə modul-Microsoft Equations 3.0 quraşdırılmışdır. Elm, iqtisadi mətnlərin
tərtibatı zamanı düsturları daxil edilməsinə mütəmadi olaraq tələbat yaranır. Word
2010 mətn prosessorunda düsturların yaradılması və işlənməsi üçün yeni vasitələr
təklif olunmuşdur.
Word 2010 mətn prosessorunda sənədə düsturların daxil edilməsini 2 üsulla
həyata keçirmək olar: Microsoft Equations 3.0 proqram modulu vasitəsilə və
Microsoft Equations modulundan istifadə etmədən.
Birinci üsulda Microsoft Equations obyektini ənədə əlavə etmək üçün
aşağıdakı addımlar icra olunur:
1. Lentin İnsert (Вставка/ Əlavə et) tabının Text (Текст/Mətn) lent
qrupundakı Object (Объект/Obyekt) düyməsinin kliklənməsi zamanı açılan
siyahıdakı eyni adlı əmr icra olunur;
2. Açılan Object (Объект/Obyekt) pəncərəsinin Create New
(Создать/Yenisini yarat) pəncərə əlavəsinin Object Type (Тип объекта/Obyekt
tipi) siyahısından Microsoft Equations 3.0 elementinin seçilməsi və OK
düyməsinin kliklənməsi yerinə yetirilir;
3. Düsturları daxil etmək üçün alətləri saxlayan Equations pəncərəsi
açılacaqdır;
4. OK düyməsinin kliklənməsi ilə ekranda equations alətlər paneli əks
olunur.
Bu alətlər panelinin düymələrindən istifadə edərək düstur üçün açılmış
sahəyə düstur əlavə edilir.
İkinci üsulda isə Word 2010 proqramının öz vasitələrilə düsturu sənədə
daxil etmək olar: bunun üçün İnsert (Вставка/ Əlavə et) tabının Symbols
132
(Символы/Simvollar) lent qrupundakı Equations (Формула/Düstur) əmr
düyməsindən istifadə olunur.
6.5. Sənədin tərtibatı.
Word 2010 proqramında sənədə baxış rejimləri
Microsoft Office Word 2010 proqramı ekranda sənədə baxmaq üçün bir
neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm
etməyə imkan verir. Bir baxış rejimindən digərinə keçmək üçün Word
2010 proqramı bir sıra üsullar təklif edir.İlk növbədə Görünüş (Вид) lenti üzərində
olan düymələri araşdıraq. Bunun üçün siçanın göstəricisini Görünüş (Вид) lenti
üzərinə yaxınlaşdıraq və bir dəfə vuraq. Beləliklə açılmış lentin sol kənarına diqqət
yetirək. Burada режимы просмотра документа adlanan bir bölməni
görürük.Göründüyü kimi Word 2010 proqramı sənədə baxmaq üçün beş rejim
təklif edir. Bu rejimlərə həmçinin vəziyyət sətrində olan düymələrin köməyi ilə
keçmək olar. Bu rejimlərin hər birini izah edək.
Birinci rejim Черновик - Qaralama adlanır. Bu rejim Word
2003 proqramında Adi rejim sayılırdı. Word 2010 proqramında isə bu rejimin
adı Черновик -Qaralama rejimidir. Bu rejim sənədin məzmununda fikri cəm
etməyə imkan verir. Sənəddə sadə redaktə işlərinin aparılması üçündür. Həmçinin
sənəd bu rejimdə görsənərsə, onda sənəddə bir sıra elementlər ( məsələn, yuxarı və
aşağı səhifə başlıqları) görsənməyəcək.
İkinci rejim Структура-Struktur adlanır. Bu rejimdə sənədin strukturu
görsənir. Bu rejim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini
göstərir. Abzaslar qalın nöqtələr şəklində görünür. Onun üzərində siçanın
göstəricisini bir dəfə vurmaqla verilmiş mətnin abzasını seçmiş oluruq. Rejimdən
çıxış üçün Закрыть режим структуры düyməsi vurulur. Nəticədə sənəd çap
rejiminə qayıtmış olur.
Üçüncü rejim Веб-документ-Vebin formatlaşdırılması adlanır. Bu
rejim sənədin veb səhifəsində necə görünəcəyi haqqında ətraflı təsəvvür yaradır.
133
Əgər biz sənədimizi veb səhifə üçün hazırlayırıqsa, onda bu rejimdən istifadə
etmək məsləhətlidir.
Dördüncü rejim Режим чтения-Oxunuş rejimi sayılır. Bu
rejim Microsoft Office Word 2007 proqramından başlayaraq istifadəçiyə təklif
olunur. Bu rejim cari anda aktiv olan sənədi oxumaq üçün kitab formasında
göstərir. Məlumdur ki, hər bir rejimi tənzimləmək üçün alətlər paneli mövcuddur.
Nümunə olaraq Режим чтения-Oxunuş rejiminin alətlər panelinin yuxarı sağ
küncünə bərkidilmiş Параметры просмотра düyməsi üzərinə vurub rejim
üzərində müəyyən tənzimləmə əməliyyatları aparmaq olar. Bu rejimdən çıxış üçün
alətlər panelinə bərkidilmiş Закрыть düyməsi vurulur.
Beşinci rejim Разметка страницы-səhifənin formatlaşdırılması rejimi
adlanır. Bu rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə
imkan verir. Qeyd etmək lazımdır ki, adətən sənədlər məhz bu rejimdə daxil olur.
Bu rejimdə sənəd çap zamanı görünəcəyi formada olur. Rejimlər haqqında onu
qeyd etmək istəyirəm ki, hər bir rejimin özünə məxsus görünüş forması və
xüsusiyyəti vardır. Sənədimiz hansı rejimdə yaddaşa verilirsə təkrar müraciət
zamanı da həmin rejim də ekrana çağrılır.
Sənədi çap etməzdən əvvəl həmin sənədi Sənədə çapdan əvvəl
baxış (Print Preview) rejiminin köməyi ilə gözdən keçirmək tövsiyyə olunur.
Sənədə çapdan əvvəl baxış (Print Preview) düyməsini basın və sənədinizin necə
görünəcəyinə baxın. Bağlamaq (Close) düyməsini basmaqla işçi sahəsinə geri
qayıtmaq olar.
Fayl menyusundan Çap (Print) əmrini seçin. Açılmış dialoq
pəncərəsində Səhifələri (Pages) qeyd edin və 1-5 diapazonunu
göstərin. Surətlərin sayı (Number of copies) sahəsində 2 daxil
edin. Xüsusiyyətlər (Poperties) düyməsini basmaqla A4 farmatlı vərəq seçin.
Beləliklə OK-i basdıqdan sonra 1-dən 5-ə qədər vərəqlər 2 nüsxədə çap ediləcək.
Səhifənin parametrləri ilə işləmək üçün Fayl "File" menyusunda Səhifənin
parametrləri (Page setup) əmrini seçin. Yaranmış dialoq
134
pəncərəsinin Səhifə (Page) səhifəsində Kitab (Portrait) istiqamətini qeyd edin
və Vərəqin ölçüsü (Paper size) sahəsində A4 formatını seçin.
Növbəti Haşiyəyə (Margins) səhifəsinə keçin. Yuxarı sahə (Top) üçün 2
sm, Aşağı sahə (Bottom) üçün 2 sm, Sol sahə (Left) üçün 2,5 sm, Sağ sahə (Right)
üçün 1 sm müəyyən edin.
WORD 2010 –da “Tezaurus” –dedikdə qohum və sinonim sözlərdən təşkil
olunmuş lüğət başa düşülür. Ms WORD - də bu lüğət bir neçə dil üçün təşkil
olunub. Uyğun sözü seçmək bəzən xeyli vaxt aparır, lakin “Tezaurus” bu işə az
vaxt sərf etməklə mətinlərin redaktəolunma prosesini tezləşdirir.
Microsoft Word 2010 proqramında Cədvəl qurmaq üçün bir neçə üsuldan
istifadə etmək olar. İnsert menyusunda yerləşən Table düyməsi məhz cədvəl
yaratmaq üçün istifadə olunan alətləri özündə cəmləşdirir. Burada gördüyünüz
kimi boş xanələr göstərilir. Şaquli və üfiqi vəziyyətdə Sütun və sətirlərin sayını
təyin edərək siz cədvəl yarada bilərsiniz.
Və yaxud da başqa bir üsul, Həmin pəncərədə yerləşən. Draw Table
düyməsini sıxaraq. Bu düyməni basdıqdan sonra mausun göstəricisi ox deyil,
qələm şəkilinə düşür. Bu qələm ilə əvvəlcə cədvəlin konturu çəkilir (yəni sadəcə
olaraq bir düzbucaqlı), sonra isə sütun və sətirlərə bölünür.
Нарисовать таблицу (Draw Table) – Таблицы и границы
(Tables and Borders) panelindən istifadə edərək cədvəl çəkmək üçündür.
Вставить (Insert) menyunun bölmələrinə uyğun olaraq cədvəl
(Таблица (Table)), sətir (Строки (Rows)), sütun (Столбцы (Columns)) və
xana (Ячейки (Cells)) daxil etmək üçün istifadə edilir. Alətlər paneli vasitəsilə
cədvəl daxil etmək üçün düyməsindən, Excel cədvəli daxil etmək üçün isə
düyməsindən istifadə olunur.
Удалить (Delete) – menyunun bölmələrinə uyğun olaraq cədvəl
(Таблица (Table)), sətir (Строки (Rows)), sütun (Столбцы (Columns)) və
xanaların (Ячейки (Cells)) silinməsi üçün istifadə edilir.
135
Qeyd edək ki, cədvəlin içindəki məlumatların silinməsi üçün klaviaturadan
Del, sətir, sütun, xana və cədvəlin silinməsi üçün isə onları qeyd edib, Backspace
düyməsini basmaq lazımdır.
Выделить (Select) kursorun olduğu sətrin, sütunun, xananın, cədvəlin
seçilməsi üçün nəzərdə tutulmuşdur.
Объединить ячейки (Merge Cells) əmri cədvəlin qeyd olunmuş bir
neçə xanasını birləşdirmək üçündür.
Разбить ячейки (Split Cells) əmri cədvəlin qeyd olunmuş bir və ya
bir neçə xanasını bir neçə xanaya bölmək üçündür.
Разбить таблицу (Split Table) cədvəlin iki cədvələ bölünməsini
təmin edir.
Автоформат таблицы (Table Autoformat) – hazır cədvəl
formatlarının cədvələ tətbiq edilməsi üçündür.
Автоподбор (Autofit) – cədvəldəki informasiyaya görə cədvəlin
sütunlarının eni, pəncərənin eninə görə cədvəlin eni, sətir və sütunların ölçülərinin
eyniləşdirilməsi və s. aiddir.
Заголовки (Heading Rows Repeat) – çoxsəhifəli cədvəllərdə birinci
sətir başlıq kimi seçilir və başlıq bütün səhifələrdə cədvəlin birinci sətri kimi əks
olunur.
Преобразовать (Convert) – cədvəli mətnə, mətni isə cədvələ
keçirmək üçün istifadə edilir.
Сортировка (Sort) – cədvəldəki informasiyanı sütun boyu əlifba
sırasına görə, artma və azalmaya görə çeşidləməyə imkan verir.
Формула (Formula) əmrini yerinə yetirməklə açılan dialoq
pəncərəsində müxtəlif funksiya və düsturları daxil edərək hesablamalar aparmaq
mümkündür.
Отображать/Скрыть сетку (Show/Hide Gridlines) – cədvəlin
çapda görünməsi nəzərdə tutulmayan xətlərini gizlətməyə və ya ekranda əks
etdirməyə imkan verir.
136
Свойства таблицы (Table Properties) – cədvəlin sətir və
sütunlarının ölçülərini əl ilə daxil etmək, mövqeyini təmin etmək və s. bu kimi
parametrlərini təyin etmək üçün istifadə olunur.
MÖVZU 7
MS EXCEL 2010 - ELEKTRON CƏDVƏL
7.1. Microsoft Excel elektron cədvəl prosessorunun yaranma və inkişaf
tarixi.
7.2. Excel 2010-da Lent (Ribbon) istifadəçi interfeysi.
7.3. Excel 2010 elektron cədvəlinin komponentləri.
7.4. Verilənlərin daxil edilməsi və redaktəsi.
7.5. Excel 2010-un əsas funksiyaları.
7.1. Microsoft Excel elektron cədvəl prosessorunun yaranma və inkişaf
tarixi.
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların
aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin
yaradılmasına və verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri
cədvəl prosessorları adlanır. Cədvəl prosessoru ən mürəkkəb strukturlu istənilən
cədvəli hazırlamağa imkan verir. Bu paketlərdən ən geniş yayılanı və istifadə
olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil
edilmiş Microsoft Excel proqramıdır.
İlk elektron cədvəl "Visicalc" adı ilə 17 Oktyabr 1979-cu ildə
yaradılması Daniel Briklinin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Visicalc-ın
yaradılmasında çoxlu əmək sərf edən Robert Frenkstona tərəfindən olsa da,
proyektin ideyası Daniel Briklinə məxsus idi. O zaman yaddaşın həcmi 16 kb idi.
137
80-ci illərdə elektron cədvəl proqramları faktiki olaraq proqram təminatı
kateqoriyasının liderinə çevrilmişdi. Artıq 1986-cı ilin payızında elektron cədvəlin
7 milyondan çoxu istifadəçilərin əlində idi. Visicalc-ın əvəzinə yeni elektron
prosessor olan "Lotus 1-2-3” Mitçe Keypor tərəfindən işlənildi.
1987-ci ildə Briklin Trellix adlanan birinci kompaniyasını təşkil etdi və
növbəti il özünün birinci məhsulu olan Trellix 1.0 –nı buraxdı. Bu məhsul
interaktiv sənədlərin tərtibini təşkil etmək üçün nəzərdə tutulmuşdu.
1987-ci ilin sonunda Windows üçün original versiya "Excel 2” meydana
gəldi. Macintosh üçün birinci versiyanın hazırlanmasına qədər bu versiya "Excel
2” adını daşıdı. O vaxtlar Windows hələ geniş yayılmamışdı. Ona görə də excel
operativ Windows əməliyyat sistemi versiyasını müşayiət etdi.
1990-cı ildə Mirosoft kompaniyası Windows üçün "Excel 3”ü yaratdılar.
Bu versiya daha mükəmməl alətləri və görüntüsü ilə diqqəti cəlb edirdi. "Excel 3”-
də alətlər paneli, rəsm çəkmək imkanları, işçi kitabın strukturu, sazlamalar,
üçölçülü diaqramlar, sənədlərin birgə redaktə edilməsi funksiyaları və digər çoxlu
funksiyaları özündə cəmləşdirirdi.
1992-nin yazında "Excel 4” işıq üzü gördü. Bu versiyanın meydana
çıxması "Windows”un məşhurluğunun artmasına əhəmiyyətli dərəcədə təsir
göstərdi. Bu versiya istifadə imkanları və rahatlıq baxımından daha sadə və
əlverişli idi.
1994-də "Excel 5" bazara çıxarıldı. Bu versiya kəmiyyətcə daha çox geniş
imkanlara malik idi. Çoxsəhifəli işçi kitab və yeni makrodil Visual Basic for
Application (VBA) artıq bu versiyada mövcud idi. Digər əvvəlki versiyalar kimi
bu versiya da geniş kütlənin rəğbətini qazanmışdı.
Microsoft Excel və Microsoft Word proqramları çoxsaylı oxşar cəhətlərə
malikdirlər. Bir çox əsas əməliyyatların yerinə yetirilməsi (sənədləri yaradılması,
açılması, bağlanması, qrafik obyektlərlə iş və s.) oxşar, bəzi hallarda eyni
qaydalarla həyata keçirilir. Bu, hər iki proqramın MS Office paketinə daxil olması
ilə izah oluna bilər.
138
Microsoft Excel 2010 elektron cədvəl prosessoru müxtəlif funksiyalardan
(mətni, məntiqi, riyazi, maliyyə, statisik və s.) istifadə edərək hesabatların
hazırlanmasını, məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını,
verilənlərin nizamlanmasını, verilənlərə süzgəcləri (filtirlərin) tətbiq edilməsini,
forma və hesabat cədvəllərinin tərtibini, verilənlərin siyahılar şəklində (verilənlər
bazası) tərtibatını, verilənlərin konsolidasiyasını (bir neçə cədvəlin verilənlərinin
bir cədvəldə birləşməsini), düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını,
verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin mühafizəsini, bir və ya bir
neçə xananın (cell/ячейка), cədvəlin özünün və ya iş kitabının mühafizəsini
həyata keçirən prosesləri həyata keçirir.
Excel 2010 cədvəl prosessoru göstərilənlərdən başqa, mətn prosessorunun
ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə.
diaqramların quraşdırılması, avtomatik əvəzetmə və orfoqrafiyanın yoxlanılması,
üslub və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər
tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. xidmət imkanlarından ibarətdir.
Excel 2010 proqramının sənədi Book (Книга/Kitab) və ya Workbook
(Рабочая книга/İş dəftəri) adlanır.
EXCEL riyazi, iqtisadi, ictimai, fiziki və s. məsələlərin həlli üçün istifadə
olunan Microsoft proqramlar paketinə daxil olan proqramlar toplusudur. Elmi –
texniki hesablamalarda Excel-in əhəmiyyətli rolu vardır. Bu istiqamətdə Excel-in
əsas təyinatı aşağıdakılardır.
1.Böyük verilənlər kütləsi üzərində eyni tipli informasiyaların aparılması.
2.Yekun hesablamaların avtomatlaşdırılması.
3.Parametrlərin qiymətlərinin seçilməsi yolu ilə məsələlərin
həlli,düsturların tabulyasiyası.
4.Eksperiment nəticələrinin emalı.
5.Parametrlərin optimal qiymətlərinin aparılması.
6.Cədvəl tipli sənədlərin hazırlanması.
Excel-in əsas anlayışları bunlardır:
139
Elektron cədvəl adi cədvəllərin və qrafiklərin kompüter ekvivalentidir.
Cədvəlin xanalarında mətn, tarix, düstur və rəqəmlər yazılır. Xana sütun və
sətirlərin kəsişdiyi sahədir. Buna yuva da deyirlər.
Xananın ünvanı sütunun adını və sətrin nömrəsini təyin edir.
İsnad-xanaların ünvanlarını göstərmək üsuludur.(formasıdır)
Xana bloku-ardıcıl xanalar qrupudur.
EXCEL proqram pəncərəsinin elementləri :
Microsoft Excel proqramı ilə işə başlamaq üçün Пуск (Start) menyusunun
Программы (Programs) hissəsindən Microsoft Excel sətrini seçin.
Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir:
1. Pəncərənin başlığı (sərlövhə sətri)
2. Menyu sətri (Menu bar, Строка меню)
3. Alətlər paneli (Standard, Стандартные)
4. Formatlaşdırma paneli (Formatting, Форматирование)
5. Düstur sətri (Formula bar, Строка формул)
6. İşçi sahə – sənəd pəncərəsi
7. İşçi vərəqlərin yarlıkları (Sheet tabs, Ярлычки листов)
8. Cari vəziyyət sətri (Status bar, Строка состояния)
nişanı (piktoqramı) üzərində mausun sol düyməsini vurduqda proqramın
sistem menyusu açılır.
1) Proqram pəncərəsinin ölçüsünü bərpa etmək
2) Proqram pəncərəsinin yerini dəyişmək
3) Proqram pəncərəsinin ölçüsünü dəyişmək
4) Proqram pəncərəsini bükmək
5) Proqram pəncərəsinin ölçüsünü maksimuma
çatdırmaq
6) Proqram pəncərəsini bağlamaq
Excel 2010 proqramının özü və aktiv kitabı (sənədi) displey ekranında
iki ada malik olan başlıqla verilmiş pəncərələrlə açılır (Microsoft Excel və Book1).
Odur ki, Excel 2010 cədvəl prosessorunda bir neçə kitab pəncərəsi açılmış olduqda
140
onların bağlanması, yaxud prosessorun öz pəncərəsinin bağlanılması üçün
pəncərə başlıqlarının sağında yuxarı küncündə yerləşən X - Close
(Закрыть/Bağla) düyməsi kliklənir.
Excel 2010 proqramı icra olunan kimi proqram pəncərəsi ekranda əks
olunur. Bu halda hər hansı fayl açılmış olarsa, onda bu fayl Excel proqramı
pəncərəsinin işçi sahəsində əks olunur.
Faylları yaddaşa yazmaq. İstədiyiniz işçi kitabdakı məlumatlar müvəqqəti
olaraq komputerin əməli yaddaşında saxlanılır.Exceldən çıxarkən və ya iş
prosesində məlumatların daimi saxlanması üçün işçi kitabı komputerin sabit
yaddaşına (diskə) və ya disketə yazaraq fayl şəklində saxlamaq lazımdır.Bunun
üçün elə başlanğıcda və ya müəyyən işləri gördükdən sonra məlumatları yaddaşda
saxlamaq üçün File (fayl) menyusundan Save (yaddaşa yaz) əmrini seçin.İşçi kitabı
ilk dəfə yaddaşa yazdığınız üçün Save As (yeni adla yaddaşa yaz) dialoq pəncərəsi
açılacaqdır.
Excel 2010 cədvəl prosessoru pəncərəsinin əsas elementlərini qisaca
şərh edək:
Pəncərənin yuxarı sərhəddində Title bar (Заголовок/Başlıq) paneli
yerləşir. Bu paneldə proqramın adı əks olunur. Başlıq panelinin solunda açılan
proqramın piktoqramı və Quick Access Toolbar (Панель быстрого
доступа/Cəld Müraciət Paneli) paneli, sağ tərəfdə isə pəncərənin idarəetmə
düymələri yerləşir.Proqram pəncərəsinin sağ yuxarı küncündə ekranı idarə edən
və sistem menyusunun 4 əmrini yerinə yetirən 4 düymə yerləşir.
1) - bükmək; 2) - böyütmək; 3) - bərpa etmək; 4)
- bağlamaq.
Başlıq penelinin altında Microsoft Excel 2010 cədvəl prosessorunun
optimal və yığcam şəkildə Ribbon (Лента/Lent) interfeysi yerləşir. Lent tablardan
ibarət olur. Tabın adları Lentin üzərində yerləşir. Tabın sırasında sağda yerləşən -
141
Minimize the Ribbon (Ctrl+F1) (Скрытие ленты/Lenti kiçilt) düyməsi Lentin
proqram pəncərəsində gizlədilməsini və ya əksinə görünməsini, ?-Microsoft Excel
Help (F1) (Справка:Microsoft Excel/Mcrosoft Excel Kömək) isə istifadəçiyə
zəruri yardım sualını Excel Help diaolq pəncərəsindən daxil edərək ona lazım olan
informasiyanı əldə etməyi təmin edir.
Ribbon (Лента/Lent) interfeysinin aşağısında aktiv xananın ünvanını əks
etdirən Name Box (Имя/Ad qutusu), İnsert Functions (Вставить
функцию/Funksiya Əlavə et) düyməsi və bu xanaya daxil edilmiş verilənləri,
düsturları özündə əks etdirən Formula bar (Строка формул/Düstur sətri)
yerləşir. Onun aşağısında isə elektron cədvəlin məzmununu əks etdirən fayl
pəncərəsi və işçi sahəsi, işçi sahənin sağında və aşağısında mətnin istənilən
sahəsinə keçidi və sənədin məzmununun pəncərədə əks olunmasını təmin edən
uyğun olaraq Vertical scroll bar (Вертикальная полоса прокрутки/Şaquli
sürüşdürmə zolağı) və Horizontal scroll bar (Горизонтальная полоса
прокрутки/Üfiqi sürüşdürmə zolağı) zolaqları əks olunur.
7.2. Excel 2010-da Lent (Ribbon) istifadəçi interfeysi.
Microsoft Office (14) paketini fərqləndirən başlıca xüsusiyyət yeni
istifadəçi interfeysinin Ribbon (Лента/Lent) tətbiq olunmasıdır.
Excel 2010 proqram pəncərəsindəki Ribbon (Лента/Lent) interfeysinin
tabları iki qrupa bölünür: Main Tab (Əsas tablar/Основные вкладки) və Tool
bars (Alət tabları/Вкладки инструментов). Əsas tablar Home (Ev/Главная),
İnsert (Əlavə et/Вставка), Page Layout (Səhifə Düzəni/Разметка страницы),
Formulas (Düsturlar/Формулы), Data(Veriənlər/Данные), Review
(İcmal/Рецензирование), View (Görünüş/Вид) aiddir və Developer (İşləyib
Hazırlayan/Разработчик), Add-İns (Qoşmalar/Надстройки), Bakground
Removal (Fonun Silinməsi/Удаление Фона) bunlara əlavə olaraq standart halda
lent üzərində əks olunmayan tablardır. Alət tabları isə sonradan yaranan tablar
olmaqla əsas tablardan sonra əks olunur və bu tablara Contextual Ribbon Tabs
142
(Kontekst Lent Tabları/Контекстные Вкладки Ленты) da deyilir. Belə lent
tablarına Design (Tərtibat/Конструктор), Layout (Düzən/Макет), Format
(Format/Формат), Analyze (Təhlil etmək/Анализировать) aid edilir ki, bunlar
elektron cədvələ Chart Tools (Diaqram Alələri/Работа с диаграммами),
Drawing Tools (Rəsmçəkmə Alətləri/Средства Рисования), Header and Footer
Tools (Yuxarı və aşağı Sərlövhə alətləri/Работа с колонтитулами),
PivotChart Tools (PivotChart Alətləri/работа со сводными диаграммами) və
s. obyektlərin əlavə edilməsi zamanı yaranır.
Excel- də işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur:
Excel - in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls olan fayl
şəklində yadda saxlanılır. İşçi kitab yaradıldıqda və ya açıldıqda o ayrıca bir
pəncərə şəklində təsvir olunur. Hər bir kitab işçi vərəqələrdən təşkil olunmuşdur.
Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması
üçün nəzərdə tutulub. Hər bir vərəqə sətir və sütunlardan təşkil olunur. Sətirlər 1,
2, 3, ... və sütunlar A, B, C, ... kimi işarələnir.
Exceldə verilənlərin təsvir formalarından asılı olaraq vərəqələrin aşağıdakı
tipləri mövcuddur:
- cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;
- diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi;
- cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin
saxlanılması üçün makroslar vərəqi.
Excel kitabdakı vərəqlərin sayını artırıb, azaltmağa imkan verir. Bir
qayda olaraq bir vərəqdə bir cədvəl yaradılır.
Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik
struktur vahididir. Hər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya
formatlaşdırma parametrləri şəklində saxlayır. verilənlərin daxil edilməsi ilə Excel
verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar siyahısını təyin edir.
Xanalar öz tərkibinə görə ilkin ( təsir edən) və asılı olmaqla iki hissəyə bölünür.
Asılı xanalarda düstur yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad edir.
Asılı xanaların qiymətləri cədvəlin təsir edən xanalarının tərkibində təyin olunur.
143
Göstəricinin köməyilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər
hansı bir xananın hündürlüyünü və ya enini dəyişmək üçün buna uyğun sətrin
hündürlüyünü və ya enini dəyişmək lazımdır.
Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçün
nəzərdə tutulub. Xanalar ünvanının yaradılmasının iki üsulu mövcuddur:
1. Cədvəl sütununun hərflərinin və sətrin nömrəsinin Qarşısında $
simvolunun yazılması mütləq ünvanlaşdırmanı göstərir. Məs., B$2, $K$ və s. .
Exseldə bu üsul susmaya görə istifadə olunur. və “A1” stili adlanır. Onu qeyd
edək ki, bunun üçün sətir və sütunun ünvanları ayrılıqda mütləq halda göstərilə
bilər. Burada mümkün olan hallar aşağıdakı kimidir:
- $А4 yazılışı onun ancaq sütun ünvanını dəyişməz edir;
- А$4 yazılışı onun ancaq sətir ünvanını dəyişməz edir;
- $А$4 yazılışı onun sütun və sətir ünvanını dəyişməz edir.
2. R və C hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi
göstərilir. Sətir və sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki,
bu da nisbi ünvanlaşdırmanı göstərir. Məs., R4C7 – 4-cü sətir ilə 7-ci
sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4
ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. Ünvanların bu üsulla
yazılışı “R1C1” stili adlanır.
Xananın göstəricisi – cədvəlin aktiv xanasını seçən çərçivədir.
Göstəricinin yeri maus və ya idarəedici klavişlərin köməyilə dəyişilir.
Formatlaşdırma – bir və ya bir neçə xanalara yazılan verilənləri əks
etdirmək üçün parametrlərin təyinidir. Bu parametrə şriftin növü və ölçüsü,
çərçivə, rəng, xananın qiymətinin tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun
əmrləri, kontekst menyu və ya alətlər panelinin düymələrinin köməyilə təyin edilir.
Xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən əvvəl və sonra yerinə
yetirilə bilər.
Stil – formatlaşdırma parametrlərinin çoxluğudur. Stilin adını göstərməklə
onu seçilmiş xanaya tətbiq etmək olar.
Formatlaşdırma panelinin altında Düstur sətri yerləşir:
144
Bu sətirdə seçilmiş oyuğun ünvanı və oyuğun tərkibi göst
Cari anda yalnız işiniz üçün vacib olan alətlər panelini ekranda saxlamaq,
istifadəsizləri isə ekrandan götürmək lazımdır. Bunun üçün Настройка панели
быстрого доступа panelində yerləşən əmrlərdən istifadə etmək lazımdır.
Настройка панели быстрого доступа panelinin düyməsi proqramı
açarkən pəncərə başlığının sol tərəfində əks olunur.
Paneli əvvəlki yerinə qaytarmaq üçün isə Настройка панели быстрого
доступа panelindən Разместить над лентой əmrini seçilir. Bu əməliyyatlar
kontekst menyu vasitəsilə də yerinə yetrilir.
Microdoft Excel elektron cədvəl prosessoruna malik olan özünəməxsus
panellərdən biri Formula Bar (Düstur Sətri/Строка формул) adanır. Bir qayda
olaq Formula Bar (Düstur Sətri/Строка формул) Excel 2010 proqram
pəncərəsində lent interfeysinin aşağı hissəsində yerləşir.
Elektron cədvələ funksiyaların daxil edilməsi Formula Bar (Düstur
Sətri/Строка формул) düstur sətrindəki x düyməsilə də təmin edilir.
7.3. Excel 2010 elektron cədvəlinin komponentləri.
Excel 2010 elektron cədvəl proqramında bir sıra komponentlərdən istifadə
edilir. Bu komponentlərdən bəziləri Excel-in əsas komponentləridir. Əsas
komponentlərə Workbook (Книга/İç kitabı), Column (Столбец/Sütun), Sheet
(Лист/Vərəq), Row (Строка/Sətr) və Cell (Ячейка/Xana) aid edilir. Bnlardan
bəzilərinin üzərində dayanaq.
Excel 2010 proqramında yaradılmıç bir fayl Workbook (Книга/İç kitabı)
adlanır. odur ki, Excel proqram pəncərəsinin başlıq sətrində Microsoft Excel, fayl
pəncərəsinin başlıq sətrində isə Book (Книга/Kitab1) adı görünür. Faylı yaddaşda
saxlayana qədər bu faylın adı Book1 (Книга1/Kitab1) qalır. Fayl yaddaşa
yazılanda verilmiş eyni ad bu adı əvəz edir.
145
Excel 2010 elektron cədvəl proqramında eyni vaxtda bir neçə iş kitabı
(fayl) açmaq və paralel olaraq işləmək olur.
Excel 2010 proqramında hər hansı bir faylı açarkən, iç-içə yerləşmiş iki
pəncərə görünür. Bunlardan biri proqram pəncərəsini, digər isə iş kitabı
pəncərəsini əks etdirir.
Excel 2010 elektron cədvəl proqramında hər bir iş kitabı (fayl) iş
vərəqlərindən (Worksheet) ibarət olur. İş vərəqləri iş kitablarını təmsil edən
pəncərənin aşağı hissəsində yan-yana yerləşir və üzərində Sheet1(Лист1/Vərəq1),
Sheet2(Лист2/Vərəq2),.... və s. yazılmış düymələr kimi görünür.
Exceldə işçi səhifədə zövqə uyğunlaşdırmağın müxtəlif yolları vardır.Bu
məqsədlə hücrələri müxtəlif formada rəngləyə və ya naxışlaya bilərsiniz.
Rəngləmə və naxışlama əməliyyatları format Cells (hücrələri formatla)
dialoq pəncərəsinin Patters (naxışlar) səhifədəki uyğun parametrləri seçməklə
yerinə yetirə bilərsiniz.
Excel 2010 proqramında funksiyalar kateqoriyasına lent interfeysinin
Formulas (Düsturlar/Формулы) tabının Function Library (Funksiyalar
kitabxanası/Библиотека функций) lent qrupunun düymələrindən istifadə
etməklə, bəzilərinə isə Home (Ev/Главная) tabının Editing
(Redaktə/Редактирование) lent qrupunun (AutoSum/Avtocəm) düyməsini
kliklədikdə açılan siyahıdan da daxil olmaq olar.
Microsoft Excel 2010-da funksiyalar aşağıdakı kateqoriyalara
bölünmüşdür:
Financial (Maliyyə/Финансовые);
Date and Time (Tarix və Vaxt/Дата и время);
Math and Trig (Riyazi və Triqonometrik/Математические);
Statistical (Statistik/Статистические);
Lookup and Reference (Axtarış İstinad/Ссылки и массивы);
Database (Verilənlər bazası/Работа с базой данных);
Text (Mətn/Текст);
146
Logical (Məntiqi/Логические);
İnformation (İnformasiya/Проверка свойств и значений);
Engineerig (Layihələndirmə/Инженерные);
Cube (Kub/Аналитические).
Funksi iki hissədən ibarətdir: funksiyanın adı və arqumentləri.
Funksiyanın bir və ya bir neçə arqumenti ola bilər, lakin elə hal ola bilər ki,
arqumentə ehtiyac olmaz.
Arqumentlərin özü də düstur və funksiya ola bilər Bu qayda ilə bir-birinə
daxil olan funksiyalar ardıcıllığını almaq olar. Excel 2010 cədvəl prosessoru 64
səviyyədə belə daxil olmalara icazə verir.
İş kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana
yerləşmiş və üzərilərində Sheet1 (Лист1-Vərəqə1), Sheet2 (Лист2-Vərəqə2), ... və
s. yazılmış düymələr görəcəksiniz (şəkil 1.). Bu düymələrdən hər biri bir iş
vərəqinə uyğundur.
İş səhifələri yığımı iş kitabı təşkil edir. Excel XP - də görəcəyiniz işlər,
başqa sözlə, hazırlayacağınız cədvəllər ümumilikdə yalnız bir səhifədə
görünməyəcək sayda və ölçüdə ola bilər. Deyək ki, bir müəssisə rəhbəri kimi
müəssisənizin mədaxil və məxaricini ayrı-ayrı aylar və illər üzrə izləmək
istəyirsiniz. Bu zaman nə edərsiniz? Bunun üçün standart bir mədaxil/məxaric
cədvəli hazırlayıb, onu standart forma kimi qəbul edərək aylar üzrə çoxalda
bilərsiniz. Bu halda 12 ədəd cədvəliniz olacaqdır. Təbii ki, bu 12 cədvəli eyni anda
masaüstündə görmək mümkün deyildir. Əgər bu cədvəllərin hamısını bir səhifəyə
yerləşdirsəniz, bu halda aylar üzrə məlumatları görə bilmək üçün səhifə üzərində
gəzişməli olacaqsınız (ekranda əks olunan məlumatları hərəkət etdirməklə) və bu
da xeyli vaxtınızı aparacaqdır. Bu zaman daha sadə yol seçə bilərsiniz. Hər aya aid
olan cədvəli ayrı iş vərəqinə yerləşdirməklə, 12 iş vərəqindən ibarət iş vərəqi təşkil
147
etmiş olursunuz. Son olaraq illik cədvəl də tərtib edə bilərsiniz. İş kitabının
pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını da (Yanvar, Fevral,
Mart, ..., Dekabr, İllik adlarını) dəyişdirə bilərsiniz.
Beləliklə bir cədvəldən, yəni, bir aydan digərinə keçməyiniz, ya da illik
cədvəli görməyiniz daha da asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün
aya uyğun gələn iş vərəqi düyməsini sıxmağınız kifayətdir (Bir iş kitabında 255 iş
vərəqi yarada bilərsiniz). Bir iş kitabında susma pinsipinə görə 3 iş vərəqi olur.
Əgər düsturların tətbiq edilmə imkanı olmasaydı, cədvəlləri mətn
redaktorlarından biri, məsələn,Word proqramı vasitəsilə də yararmaq olardı. Excel-
i cədvəl prosessoru edən və ona üstünlük verən cəhət elə onun düsturlarının və
güclü funksiyalar ustasının olmasıdır.
Xanaya düstur daxil edərkən mütləq = işarəsini yazmaq lazımdır.
Excel-də hesablamalar aşağıdakı ardıcıllıqla həyata keçrilir.
əvvəlcə mötərizə daxilindəki əməliyyatlar icra olunur.
vurma və bölmə əməliyyatları toplama və çıxmadan əvvəl icra olunur.
eyni səviyyəli əməliyyatlar soldan-sağa doğru icra olunur.
Riyazi və triqonometrik funksiyalar
Excel-də çoxlu sayda funksiyalardan istifadə edilir.Funksiyaları işə salmaq
üçün Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить
функцию əmri seçilir.
Pəncərənin Категория çərçivəsində aparılan hesablama əməliyyatından
asılı olaraq lazım olan bölmə seçilir.Bu zaman Выберите функцию –sahəsində
seçilən bölməyə aid olan funksiyaların siyahısı veriləcəkdir.Bu siyahıdan lazım
olan funksiya seçilir və ОК düyməsi sıxılır.
Qeyd edək ki, Мастер функций- шаг1 из 2 dialoq pəncərəsinin digər
rejimlərinə keçmək üçün Далее və Назад düymələrindən istifadə edilir. Готово
düyməsi işi başa çatdıraraq Мастер функций шаг1 из 2 -dialoq pəncərəsini
bağlayır.
148
Excel proqramında müxtəlif hesablamaları aparmaq üçün çoxlu sayda
riyazi funksiyalardan istifadə edilir.Aşağıda ən çox istifadə olunan riyazi
funksiyalardan bir neçəsinin izahı verilmişdir.
Корень – funksiyası ədədin kvadrat kökünü hesablayır.Bu funksiyanın
formatı aşağıdakı kimidir.
= Корень (Число)
Burada:
Корень –funksiyanın adı
Число – isə kvadrat kökü hesablanacaq ədədi və ya onun ünvanını
göstərir.
Statistik funksiyalar
Excel- də statistik göstəricilərin emal edilməsi üçün bir çox funksiyalar
nəzərdə tutulmuşdur. Statistik funksiyalarla işləmək üçün Формулы menyusunun
Библиотека функций bölməsindəki Вставить функцию əmrnini seçin. Мастер
функций- шаг1 из 2 dialoq pəncərəsindən Статистические kateqoriyasını seçin.
Bu bölmədə kifayət qədər funksiya vardır. Əyani olaraq bir neçə nümunəni
nəzərdən keçirək.
Ранг funksiyası –hər hansı bir ədədin ədədlər qrupu içərisində artan və ya
azalan qaydada neçənci olmasını müəyyən edir.
7.4. Verilənlərin daxil edilməsi və redaktəsi.
İndi də məlumatların xanaya necə daxil edilməsi ilə tanış olaq. Exceldə
məlumatları müxtəlif yollarla daxil etmək olar. İş prosesində xanaya məlumat daxil
etməkdən başqa bir neçə xanaya eyni məlumatı bir anda daxil edə və ya bir
məlumat sırasını yarada bilərsiniz.
Əgər Exceldə hazırladığınız sənədlər başqaları tərəfindən də istifadə
ediləcəksə, bu sənədlərin asan başa düşülən və istifadə edilən formada olması
lazımdır.
149
Məlumatları daxil etməzdən əvvəl məlumatın daxil ediləcəyi xananı
aktivləşdirməniz lazımdır. Xananı aktivləşdirdikdən (seçdikdən) sonra, sanki düz
yazı yazırmış kimi, klaviatura düymələrindən istifadə edərək məlumatları daxil edə
bilərsiniz. Bir xanaya məlumatı daxil edərkən yazdıqlarınızı həm xananın
içərisində, həm də formul çubuğunda görəcəksiniz.
Bir neçə xanaya eyni məlumatı daxil etmək üçün əvvəl məlumatın
daxil ediləcəyi xanaları seçin, məlumatı yazın və [Ctrl+Enter] düymələrini sıxın.
Əgər daxil edilən mətn xanaya yerləşmirsə, mətnin davamı qonşu boş
xanalara keçir. Mətnin daxil edilməsinin sonunu bildirmək üçün Enter düyməsi
sıxılır. Əgər ədədin ölçüsü xananın ölçüsündən böyükdürsə, onda xanada xE+x
formatında simvollar görsənir.
Xanaya düstur daxil etmək üçün əvvəlcə = işarəsi yazılır. Arxasınca
düsturun özü yazılır.
Məsələn, A3 xanasında =A1+A2 düsturu yazılsa,onda həmin xanada
A1vəA2 xanalarında olan ədədlərin cəmi görsənəcəkdir.Xanaya informasiya daxil
etməyə başlayan kimi, orada əvvəlcədən olan məlumatlar silinir.
Xananın tərkibini aşağıdakı üsullarla redaktə etmək olar.
1.Mouse-un (Siçan) sol düyməsini xananın üzərində iki qat sıxmaqla.
2.Xana üzərində F2 düyməsini sıxmaqla.
3.Kursoru düstur sətrinə gətirmək və orada redaktə etməklə.
Xananın tərkibini silmək üçün, həmin xananı qeyd edib Delete düyməsini
sıxmaq, yaxud Главная menyusunun Редактирование bölməsindən Очистить
əmrini seçmək lazımdır. Bu zaman ekrana siyahı açılır.
Əgər daha əvvəl Word və ya oxşar yazı proqramlarında işləmisinizsə, stil
anlayışı sizə tanışdır. Özünüz təyin etdiyiniz formatlaşdırma formalarını bir stil
adı altında saxlaya bilər və istədiyiniz zaman bu stili işçi səhifənin hər hansı bir
yerinə tətbiq edə bilərsiniz. Əgər AutoFormat (Avtomatik formatla) əməliyyatı və
ya Format Painter ( format boyayıcı) düyməsindən istifadə etmək kifayət etmirsə,
stillərdən İstifadə edin. Format menyusundakı Style (stil) əmrindən və ya alətlər
150
panelindəki uyğun düymədən istifadə edərək bu tip əməliyyatları yerinə yetirə
bilərsiniz. Hazırda stillərdən də faydalana bilərsiniz.
Düstur – cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə
yetirilməsi üçün riyazi yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapozon,
hesablama ardıcıllığını dəyişmək üçün istifadə olunan mötərizələrdən təşkil olunur.
düstur bərabərlik və riyazi operatorlarla başlayır və cədvəlin xanasına yazılır.
düsturların yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu qiymət
avtomatik olaraq düsturun yerləşdiyi xanaya yazılır.
Məs., =SUMM(A1:A12)/$C$3+400
Burada SUMM – funksiyanın adı, A1, A12, $C$3 – istinad, A1:A12
xanalar diapozonu ( massiv), 400 isə sabitdir.
Düsturlarda +, -, *, /, % ( faizin qiymətinin təyini), ^ ( qüvvətə yüksəltmə)
hesabi operatorlarından, =, <, >, <=, >=, <> müqayisə operatorlarından və mətn
verilənlərini birləşdirən & operatorundan istifadə olunur.
Cədvəllərdə müəyyən verilənlərin hər hansı bir parametrdən asılı olaraq
dəyişmə dinamikasını əyana şəkildə göstərmək üçün diaqramlardan istifadə edirlər.
Diaqramlar elektron cədvəldəki məlumatların qrafik formada görünməsinə şərait
yaradır. Məlumatlar cədvəllərdə dəyişdikcə diaqramlar da onlara uyğun dəyişir.
Excel cədvəl prosessorunda qrafik və diaqramların qurulması üçün əvvəlcə
verilənlər cədvəli yaradılır. Təbii ki, diaqram qurmazdan əvvəl işçi vərəqdə
diaqramları yaradacaq göstəriciləri seçmək lazımdır.
Excel 2010 elektron cədvəl prosessorunda 11 diaqram tipi (Chart Type)
və bu tiplərə uyğun 73 alt tipi (Chart Sub-Type) vardır.
Excel 2010-da aşağıdakı diaqram tipləri vardır:
Column (Гистограмма/Sütun)- sütunu diaqram əlavə
edir. Sütunlu diaqramlar kateqoriyalar üzrə qiymətlərin müqayissəsi
üçün istifadə edilir;
Line (График/Xətt)- Xətti diaqram əlavə edir. Zaman
daxilində inkişaf meyllərini göstərmək üçün istifadə edilir;
151
Pie (Круговая/Dairəvi)- Dairəvi diaqramlar əlavə edir.
Dairəvi diqramlar hər bir qiymətin ümumi yekundakı qiymətlərini
göstərir.
Bar (Линейчатая/Zolaq)- Zolaqlı diaqram əlavə edir.
Zolaqlı diaqramlar bir neçə qiymətin müqayisəsi üçün ən yaxşı diaqram
tipidir.
Area (С областями/Sahə)- Diaqram sahəsi əlavə edir.
Diaqram sahələri müəyyən zaman müddətində bir neçə verilənlər dəsti
arasında fərqləri vurğulayır. Bu tip diaqramlarda məlumatların
dəyişməsini öz ölçülərində deyil, digər məlumatlarla qarşılaşdırılaraq
görmək olar.
XY Scatter (Точечная/XY Paylanma)- Bu
diaqramlarda məlumatların rəqəmlərdən ibarət olması zəruridir.
Stock (Биржевая/Birja)- Sənədlərin bağlanma
qiymətlərini izləməyin ən yaxşı yolu bu tip diaqramdan istifadə
etməkdir.
Surface (Поверхность/Səth)- Bu diaqram tipində
məlumatlar müəyyən səviyyələrə görə müxtəlif səthlərə ayrılır. Hər
səth müəyyən rənglərlə təsvir olunur.
Doughnut (Кольцевая/Dairəvi)- Bu tip diaqramlar
dairəvi (Pie) diaqramlara oxşayır və eyni məqsəd üçün istifadə edilir. Bu
tipli diaqramlarda bir neçə məlumat sırası göstərmək olar.
Bubble (Пузырьковая/Qabarcıq)- Bu diaqram tipində
məlumatların müəyyən yumru şəkilli qabarcıqlar şəklində göstərilməsi
üçün istifadə edilir.
Radar (Лепестковая/Radar)- Xətti diaqramlara
oxşayan bu tip diaqramlar məlumat sırasının bütün qiymətini müqayisə
etmək üçün istifadə edilir.
Excel 2010 cədvəl prosessorunda diaqramlar hazırlamaq üçün
Lent (Ribbon) interfeysinin İnsert (Əlavə et) tabının Charts
152
(Diaqramlar) lent qrupunun düymələrindən və ya həmin qrupun sağ
küncündəki Create Chart (Diaqram yarat) dialoq Pəncərəsini işə
salan düyməsindən istifadə edilir.
Diaqramın yaradılması üçün aşağıdakı addımlar ardıcıllığı icra
olunur:
1. Əvvəlcə diaqram vasitəsi ilə təqdim olunacaq verilənlər
cədvəli diapazonu seçilir;
2. Charts (Diaqramlar) lent qrupunda lazımı diaqram tipinə
uyğun düymə kliklənir;
3. Bu tipin müxtəlif variantlarının yerləşdiyi palitra açılacaqdır.
Mausun göstəricisinin istənilən variant üzərində saxlanılması onun
xüsusiyyətlərinin ekranda göstərilməsinə səbəb olacaqdır;
4. Təklif olunan variantlar qaneedici olmadıqda palitraların hər
birində olan All Chart Types (Bütün diaqram tipləri) əmrinin icrası
və ya lent qrupunun aşağı sağ küncündəki Create Charts (Diaqram
yarat) dialoq pəncərəsinin işə salan düyməsinin kliklənmə ilə açılan
İnsert Chart (Diaqram Əlavə Et) pəncərəsindən istifadə olunur;
5. Nəticədə, verilənlərin yerləşdiyi iş vərəqində parametrləri
susmaya görə təyin olunmuş diaqram yaranacaqdır.
Qrafik və ya diаqram alındıqdan sonra onun elementləri üzərində dəyişiklik
etmək mümkündür. Bunun üçün həmin elementi aktivləşdiririk, sonra isə mausun
sağ düyməsini basmaqla açılan pəncərədən kontekst menyudan istifadə edərək
redaktə və ya yeni düzəlişlər həyata keçirilir.
Excel fayllarını çap etməzdən əvvəl işçi səhifə parametrlərini təyin etmək
lazımdır. Bütün səhifə parametrləri Page Layout (Səhifə Düzəni/Разметка
страницы) tabının köməyi ilə həyata keçirilir. Açılan Dialoq pəncərəsində
parametrlər seçilir və OK düyməsi kliklənir.
153
7.5. Excel 2010-un əsas funksiyaları.
Excel 2010 elektron cədvəlinin əsas funksiyaları (Math and Trig: ABS,
FACT, POWER? PRODUCT, SUM. Statistical: AVERAGE, COUNT, COUNTA,
COUNTIF, MAX, MIN. Text: LEFT, RIGHT, LEN. Logical: IF, TRUE, FALSE,
AND, OR, NOT) və onlardan istifadə qaydaları.
Microsoft Excel proqramında funksiyalardan istifadə bir çox məsələlərin
həllini asanlaşdırmağa və sürətləndirməyə imkan verir. Funksiyaların köməyi ilə
böyük və mürəkkəb düsturları sadə və aydın ifadələrə çevirmək olur. Bu səbəbdən
Microsoft Excel 2010 cədvəl prosessorunun ən çox istifadə olunan funksiyalarına
baxaq:
RİYAZI FUNKSİYALAR. ABS funksiyası ədədin mütləq qiymətini, yəni
işarəsiz qiymətini qaytarır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
ABS (Number);ABS (Число);
burada number- mütləq qiymətini tapmaq istədiyiniz həqiqi ədəddir.
FACT (ФАКТР) funksiyası ədədin faktorialının hesablayır, yəni 1-dən
verilmiş ədəd qədər olan bütün natural ədədlərin haılını tapır. Bu funksiyanın
formatı aşağıdakı kimidir:
FACT (Number);(ФАКТР) (Число);
burada number- faktorialını tapmaq istədiyiniz mənfi olmayan ədəddir.
POWER (СТЕПЕНЬ) funksiyası qüvvətə yüksəldilmiş ədədi qaytarır. Bu
funksiyanın formatı aşağıdakı kimidir:
POWER (number, power); СТЕПЕНЬ (число, степень);
burada number- qüvvətə yüksəldiləcək əsası, power isə qüvvəti bildirir.
Qüvvətə yüksəltmə əməliyyatı "^" işarəsi ilə işarə edilir. Bu zaman qüvvəti
bildirən ədəd əsas ədədlə eyni səviyyədə yerləşir.
PRODUCT (произвед) funksiyası arqument kimi verilən number1,
(number2), ... ədədlərinin hasilini hesablayır. Bu funksiyanın formatı aşağıdakı
kimidir:
154
PRODUCT (number1, (number2), ...); (ПРОИЗВЕД) (число1, число2,
...);
burada number1, number2, ...- hasili hesablanmalı olan ədəd, məntiqi
qiymət və ya mətn şəklində verilən ədədlərdir. Bu ədədlərin sayı 1-dən 255-ə
qədər ola bilər.
SUM (СУММ) funksiyası verilmiş xanalar diapazonundakı ədədlərin
cəmini tapır. Bu funksiyanın formatı aşağıdakı kimidir:
SUM (number1, (number2), ..., number N); СУММ (число1, число2, ...,
числоN)
burada number 1,number 2,..., number N- cəmlənən ədədlərdir.
STATİSTİK FUNKSİYALAR. Excel-də statistik göstəriciləri emal etmək
üçün bir çox funksiyalar nəzərdə tutulmuşdur. Statistik funksiyalara işləmək üçün
Formulas (Düsturlar/Формулы) tabına Function Library(Funksiyalar
kitabxanası/Библиотека функций) lent qrupunu ya İnsert Function (Fnksiya
Əlavə Et/Вставить Функцию) əmrinin köməyi ilə ekranda açılan eyni adlı
dialoq pəncərəsindəki Statictical (Statistik/Статистические) kateqoriyasından
ya da həmin lent qrupundakı More Functions (Əlavə Funksiyalar/Другие
Функции) siyahısınan Statictical (Statistik/Статистические) kateqoriyasından
istifadə edilir.
AVERAGE(СРЗНАЧ) funksiyası verilmiş xanalar diapazonundan
ədədlərin orta qiymətini tapır. Funksiyanın formatı aşağıdakı kimidir:
AVERAGE (number 1, number 2, ..., number N);СРЗНАЧ (число1,
число2, ...,)
burada number 1, number 2, ..., number N-orta qiyməti tapılacaq
ədədlərdir.
COUNT (СЧЕТ) funksiyası verilmiş xanalar diapazonunda ədədlərin
sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kımıdır:
COUNT (value 1, value 2, ...); СЧЕТ (значение 1, значение 2, ...)
155
COUNTA (СЧЕТ3) funksiyası verilmiş xanalar diapazonunda ədədlərin,
mətnləri, mətn formasında verilmiş tarix və saatın sayını tapmaq üçün istifadə
edilir. Funksiyanın formatı aşağıdakı kimidir:
COUNTA(value 1, value 2, ...); СЧЕТ3 (значение 1, значение 2, ...)
COUNTİF (СЧЕТЕСЛИ) funksiyası verilmiş xanalar diapazonunda
müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün istifadə edilir. Funksiyanın
formatı aşağıdakı kimidir:
COUNTİF (range, criteria) . СЧЕТЕСЛИ ( диапазон, критерий).
Burada arqumentlər:
Range (диапазон)-boş olmayan xanaların sayının hesablandığı diapazon;
Criteria(критерий)- verilənlərin seçilməsi üçün şərt.
MAX (МАКС) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər
arasında maksimum qiyməti tapır. Funksiyanın formatı aşağıdakı kimidir:
MAX (number1, number2,..., number N).
MİN (МИН) funksiyası verilmiş xanalar diapazonundakı ədədlər arasından
minimum qiyməti tapır. Bu funksiyanın formatı belədir:
MİN (number1, number2,... Number N)
MƏTN FUNKSİYALARI. Mətn funksiyaları elekton cədvəl xanalarında
olan mətn tipli verilənlərin üzərində əməliyyatlar aparmağa xidmət edir.
LEFT (ЛЕВСИМВ)- funksiyası qeyd olunmuş mətni xanada soldan təyin
edilmiş ədədə uyğun simvolların fraqmentini seçmək üçün istifadə edilir.
Funksiyanın formatı aşağıdakı kimidir:
LEFT (text, num_chars). ЛЕВСИМВ (текст, количество_знаков)
Burada arqumetlər:
text (текст)- seçilmiş mətni xananın ünvanını;
num_chars (количество_знаков)- mətnin sol kənarından seçiləcək
simvolların sayın təyin edir.
LEN (Длстр) funksiyası qeyd olunmuş mətni xanada olan simvolların
sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aşağıdakı kimidir:
LEN (text)
156
ДЛСТР (текст)
Burada arqument:
text (текст)- seçilmiş mətni xananın ünvanıdır.
MƏNTIQ FUNKSIYALARI. Məntiq funksiyaları məntiqi şərti verməyə və
dəyişməyə, həmçinin qoyulmuş şərtdən asılı olaraq bu və ya digər əməlləri yerinə
yetirməyə imkan verir.
İF (ЕСЛИ/ƏGƏR) funksiyası. Bu funksiyanı seçərkən aşağıdakı dialoq
pəncərəsi açılır.
İF (logical_test, value_if_true,value_if_false)
ЕСЛИ (лог_выражение, значение_если_истина, ...) Logical_test
(лог_выражение) sətrində məsələnin şərti daxil edilir. Value_if_true
(значение_если_истина) sətrində, cavab doğru olan haldakı qiymət,
Value_if_false (значение_если_ложь) sətrinə isə cavab yalan olduğu haldakı
qiymət daxil edilir.
TRUE (ИСТИНА/DOĞRU) funksiyası şərtin TRUE məntiqi qiymətini
əks etdirir. Bu funksiyanın arqumenti yoxdur. Düsturun nəticəsi ədəd deyil, TRUE
olur.
FALSE (ЛОЖЬ/YALAN) funksiyası şərtin FALSE məntiqi qiymətini əks
etdirir. Bu funksiyanın arqumenti yoxdur. Düsturun nəticəsi ədəd deyil, FALSE
olur.
AND (И/VƏ) funksiyası bütün arqumentlərin TRUE olduğunu yoxlayır və
əgər bütün arqumentlər TRUE-dursa TRUE əks olunur. Bu funksiyanın formatı
belədir:
AND (logical1, (logical2), ...)
OR (ИЛИ/YAXUD) funksiyası arqumentlərdən heç olmasa birinin TRUE
olduğunu yoxlayır və TRUE və ya FALSE olduğunu əks etdirir. Yalnız bütün
arqumentlər FALSE olduqda FALSE qiymətini əks etdirir. Bu funksiyanın
yazılışı aşağıdakı kimidir:
OR (logical1, logical2, ...)
157
NOT (НЕ/YOX) funksiyası məntiqi qiymətlər FALSE, TRUE-ya və ya
TRUE-nun FALSE-a dəyişir. Bu funksiyanın sintaksisi belədir:
NOT (logical)
MALİYYƏ FUNKSİYALARI investisiya qoyuluşlarını qiymətləndirmək,
vəsaitlər dövrüyyəsi, avadanlıqların amortizasiyası və digər maliyyə
hesablamalarında tətbiq edilir. Maliyyə funksiyalarının bir neçəsi ilə tanış olaq.
1. FV() funksiyası müəyyən dövrü ödənişlər etməklə (ayda, ildə və s.)
hər hansı dövrdən sonra nə qədər vəsait əldə olunacağını hesablayır. Funksiyanın
formatı aşağıdakı kimidir:
2. SLN() funksiyası avadanlığın amortizasiyasını (köhnəlmə dərəcəsini)
hesablayır.
3. SVD() funksiyası illər üzrə amortizasiya məbləğini hesablamaq üçün
istifadə olunur.
158
MÖVZU 8.
MS POWER POINT 2010 – TƏQDIMATLARIN HAZIRLANMASI
Plan
8.1. Microsoft Power Point elektron təqdimat proqramının təyinatı və əsas
xüsusiyyətləri.
8.2. PowerPoint 2010 proqram pəncərəsi və onun əsas komponentləri.
8.3. Elektron təqdimat və slaydlar
8.4. Slayda mətnlərin daxil edilməsi
8.5. Təqdimatın görünüş rejimləri.
8.1. Microsoft Power Point elektron təqdimat proqramının təyinatı və
əsas xüsusiyyətləri.
Microsoft Power Point 2010 proqramı Microsoft Office paketinə daxil
olan tətbiqi proqramlardan biridir. Paket dedikdə bir-biri ilə qarşılıqlı əlaqəda olan
və müəyyən əməliyyat sistemi üçün yaradılmış proqramlar dəsti nəzərdə tutulur.
Power Point 2010- elektron təqdimatların (prezentasiyaların) hazırlanması və
nümayiş etdirilməsi üçün proqramdır. Elektron təqdimatlar isə slaydlar yığımıdır.
Yəni MS Power Point proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin
ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Hər bir slaydda mətn
yığmaq, şəkil, diaqram, cədvəl və ya Power Point Art obyekti yerləşdirmək və
multimediya vasitələrindən geniş istifadə etmək mümkündür.
Power Point proqramında yeni fayl yaratdıqda açılan dialoq pəncərəsində
slaydın müxtəlif növləri (maketləri) təklif olunur. Lazım olan maketi seçmək
lazımdır. Maket seçildikdən sonra lazım olan atributlar (şəkil, mətn, başlıq) daxil
edilir. Slayd hazır olandan sonra dizayn işləri aparılır. Yəni mətnin formatlanması,
slaydın fon rənginin təyin edilməsi, istifadə olunan şəkillərin ölçüsünü
dəyişdirmək, sayını çoxaltmaq, animasiya effektləri vermək, və s. Power Point
proqramında yaradılan sənədə 4 rejimdə baxmaq olur:
159
1. Slayd rejimində
2. struktur rejimində
3. Slaydların toplantısı (sort) rejimində
4. qeydlər səhifəsi rejimində
Hər rejimin özünün düyməsi var və onlar ekranın sağ aşağı tərəfində
yerləşir. Bundan əlavə həmin əmrlər baş menyunun View kateqoriyasına daxildir.
Başqa proqramlarda olduğu kimi slaydların üzərində standart əməliyyatlar
aparmaq mümkündür: Slayddan slayda keçmək, slaydı pozmaq, yeni slayd açmaq
və s.
Slaydlara baxılma rejimi. Adi rejim
PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq
mümkündür. Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə
başlamaq üçün təqdimat pəncərəsinin aşağısında yerləşən düymədən birini sıxmaq
lazımdır.
Slayd rejimi ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.
Struktur rejimi slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.
Slaydları nizamlama rejimi bu rejimdə slaydların ardıcıl
nizamlanmasına baxmaq olar.
Adi rejim slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.
Slaydların nümayişi hazır təqdimatın nümayişi üçün nəzərdə
tutulmuşdur.
160
Rejimi dəyişmək üçün menyunun əmrlərindən də istifadə etmək olar.
.
Slayd rejimində təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə
obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil etmək olar.
Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə
zolağından, növbəti slayd və əvvəlki slayd düymələrindən, yaxud klaviaturada
yerləşən Page Down və Page Up düymələrindən istifadə etmək olar.
Struktur Rejimi düyməsini sıxmaqla rejimi dəyişin. Struktur rejimi Adi
rejimə bənzəyir, lakin burada struktur sahəsinə çox, slayd sahəsinə isə az yer
verilir. Bu rejim əsasən mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdur. Sol
tərəfdə, struktur sahəsində slaydların sıralanmış işarələri və obyekt sahələrində
yazılmış mətn yerləşir.
Nizamlama rejimində slaydların ardıcıl yerləşdirilməsinə baxmaq, bir neçə
slaydla eyni zamanda işləmək olar. Bu rejimdə slaydların dizaynının eyni olub-
olmadığını yoxlamaq, lazım gəldikdə slaydların fonunu, rəngini dəyişmək,
slaydların yerlərini dəyişmək, slaydları bir təqdimatdan başqasına keçirmək və s.
əməliyyatlar aparmaq olar.
Nizamlama rejiminə keçmək üçün menyusundan
Nizamlama rejiminə keçin. Bu zaman Formatlaşdırma alətlər
lövhəsi yeni bir lövhə ilə əvəz olunur
Power Point 2010 proqramını yükləmək üçün Word 2010 və Excel 2010
proqramlarında olduğu kimi Windows 7 əməliyyat sistemini Start (Пуск/Başlat)
əsas menyusundakı ALL Programs (Все программы/Bütün proqramlar) alt
menyusundakı Microsoft Office qovluğundan, Taskbar (Панель задач/Tapşırıq
paneli) üzərində yerləşdirilmiş müvafiq düymədən istifadə edilir. Bununla yanaşı,
proqramı onun Desktop (Рабочий стол/İş masası) üzərindəki Shortcut
161
(Ярлык/Qısayol) piktoqramından və ya Power Point 2010 proqram faylının
piktoqramından istifadə etməklə yükləmək də əlverişli olur.
8.2. PowerPoint 2010 proqram pəncərəsi və onun əsas komponentləri.
Bütün baxılan halların hamısında Power Point 2010 təqdimat
proqramının pəncərəsi açılır.
Cəld müraciət paneli Başlıq sətri Lent tərtibatı Lent
Lentin qrupları Lentin gizlədilməsi Kömək Bağla
Əgər Power Point 2010 elektron təqdimat proqramı konkret Power
Point faylını göstərmədən yüklənibsə, onda bir qayda olaraq, avtomatik şəkildə
Presentation (Презентация/1Prezentasiya1)- yəni boş təqdimat adlı faylla
birlikdə Power Point pəncərəsi açılır. Açılmış pəncərə Power Point ilə işləmək
üçün bir növ "giriş qapısı" rolunu oynayır, çünki pəncərə elementləri Power Point
2010 proqramının bütün imkanlarını, əmrlər sistemini özündə əks etdirir.
162
Microsoft Power Point 2010 proqramının işçi pəncərəsinin əsas
elementləri.
Müxtəlif Office proqramları pəncərəsinin hamısında eyni standart
elementlət əks olunur və bu, müxtəlif proqramlarla işləyərkən istifadəçinin işini
asanlaşdırır. Belə ki, bu vasitələrin həm görünüşü, həm funksiyaları, həm də
istifadə qaydası müxtəlif Office proqramlarının hamısında eynidir.
Pəncərənin yuxarı sərhəddində Title Bar (Строка заголовка/Başlıq
sətri) yerləşir. Bu sətirdə açılmış faylın adı və proqramın adı əks olunur. Başlıq
sətrinin solunda sistem menyusunun düyməsi (bu düymə adətən açılan fayl
obyektinin piktoqramı şəklində olur) və Quick Access Toolbar (Панель
быстрого доступа/Cəld Müraciət Paneli), sağ tərəfdə isə pəncərənin idarəetmə
düymələri yerləşir.
Başlıq sətrinin altında daha optimal və yığcam interfeys olan Ribbon
(Лента/Lent) yerləşir ki, bu da müvafiq lent tablardan ibarət olur. Tabların adları
Lentin üzərində yerləşir. Tablarn sağında yerləşən ^ -Minimize the Ribbon
(Ctrl+F1) (Свернуть ленту/Lenti kiçilt) düyməsi Lentin proqram pəncərəsində
gizlədilməsini və ya əksinə görünməsini, ?- Microsoft Power Point 2010 Help
(F1) (Справка Power Point 2010/ Power Point 2010 Kömək) düyməsi isə
istifadəçiyə zəruri sualı Power Point Help (Помощь/Kömək) dialoq
pəncərəsindən daxil edərək ona lazım olan məlumatı əldə etməyi təmin edir.
Ribbon (Лента/Lent) interfeysinin aşağısında slaydın yuxarı və sol
kənarlarında göstərilən Ruler (Линейка/Xətkeş) aləti, sonra slaydın məzmununu
əks etdirən Working area (Рабочая область/İşçi sahə) proqramı pəncərəsinin
aşağı hissəsində isə Satus Bar (Строка состояния/Vəziyyət sətri) əks olunur.
Susmaya görə Power Point 2010 proqramı Normal (Нормал/Normal)
görünüş rejimində açılır. Açılan pəncərənin solunda Slides\Outline
(Слайды\Структуры/ Slaydlar\Struktur) tabları, mərkəzində Current Slide
(Активный слайд/Cari slayd) sahəsi, aşağısında isə Notes (Заметки/Qeydlər)
sahəsi görünür. Slides (Слайды/ Slaydlar) tabında təqdimatın bütün slaydlarının
163
eskizləri yerləşir, Outline (Структура/Struktur) tabında isə slaydların mətn
strukturu göstərilir.
Normal (Нормал/Normal) görünüş rejimi, eyni zamanda, slaydın
göstərilməsini, onun strukturuna baxmaq və slayda aid qeydləri görməyə imkan
verir.
Power Point 2010 proqramı Ribbon (Лента/Lent) istifadəçi interfeysi ilə
idarə olunur.
Power Point 2010 elektron təqdimat proqramının pəncərəsində lentin
tabları soldan sağa yerləşir. Lentin tabları Main Tabs (Основные вкладки/Əsas
tablar) və Tool Bars (Вкладки инструментов/Alət tabları) olmaqla əsasən iki
hissəyə ayrılır. Əsas tablar bunlardır: Home (Главная/Ev), İnsert (Вставка/Əlavə
et), Design (Дизайн/Tərtibat), Transitions (Переходы/Keçidlər), Animation
(Анимация/Animasiyalar), Slide Show (Показ слайдов/Slayd Göstərilməsi),
Review (Рецензирование/İcmal), View (Вид/Görünüş). Alət tabları isə soldan
yaranan tablara deyilir. Belə tablar bəzən Contextual Ribbon Tabs (Контекстные
вкладк Ленты/Kontekst Lent Tabları).
Lent interfeysindəki səkkiz tabın hər birində onun adına uyğun qəbul
edilmiş xüsusi düymələr (əmrlər) yerləşir.
Ribbon (Лента/Lent) interfeysində hər bir tab müəyyən sinif
məsələlərinin həlli üçün nəzərfə tutlmuş lent qrupuna malikdir. Lent qrupları bir-
birindən şaquli xətlərlə göstərilən Separator (Разделитель/Ayrıcılar)-la ayrılır.
Fayl tabında PowerPoint proqram faylının yerinə yetirə biləcəyi standart
əməliyyatlar yığımı var:
• Сведения, • Сохранить или Сохранить как (Save as); • Закрыть
(Close) и открывать по команде Открыть (Open), • Последние (Recent) •
Создать (New); • Печать (Print) • Сохранить и отправить (Save and send).
Home (Главная/Ev) tabı obyektlərin: slaydların, bölmələrin, mətnlərin,
şəkillərin, xətlərin, müxtəlif həndəsi fiqurların yaranması və formatlaşdırılması
elementlərini daşıyır.
164
İnsert (Вставка/Əlavə et) tabı bütün zəruri obyektlərin yerləşdirilməsini
idarə edən elementlərə malikdir ki, bu obyektlərin prezentasiyalarda olması
məruzəçinin çıxışını maraqlı, auditoriyanın mövzunu daha yaxşı başa düşməsinə
zəmin yaradır.
Design (Дизайн/Tərtibat) tabı təqdimatın ümumi konsepsiyasının işlənib
hazırlanması üşün nəzərdə tutulub: uyğun ümumi stilin, slaydlar üçün rənglərin,
kompozisiyaların seşilməsi,
Animation (Анимация/Animasiyalar) tabındakı elementlər təqdim edilən
işi daha canlı və dolğun edir.
Transitions (Переходы/Keçidlər) tabında slaydlararası keçidlərə diqqəti
cəlbedə biləcək effektləri verən instrumentlər daxildir.
Təqdimatı slayd-film kimi təqdim etmək üçün PowerPoint
proqramının əlavə imkanlarından istifadə edə bilərik.
Adətən təqdimatın nümayişi zamanı slaydlar mausun düyməsini sıxmaqla
sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların keçidini təşkil etməklə
nümayişi daha maraqlı, baxımlı etmək olar.
menyusundan əmrini seçin.
Açılan dialoq pəncərəsindən lazım olanları qeyd edirik.
sətrini
işarələyin və yanındakı sahədə 1yazın.
Beləliklə hər slayd 1saniyə nümayiş
etdirildikdən sonra avtomatik olaraq başqa
slaydla əvəz olunacaq.
Slaydların keçidini səslə müşayət etdirmək
165
üçün siyahısından
variantını seçin.
Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək üçün
düyməsini basın, sonra keçin növbəti slayda və onun parametrlərini göstərin. Bu
əməliyyatları slaydların hamısı üçün yerinə yetirmək lazımdır.
düyməsi ilə göstərdiyimiz keçid parametrlərini
təqdimatın bütün slaydlarına tətbiq edə bilərik.
Slaydların nümayişinə başlamaq üçün Slaydların əmrini seçin.
Slide Show (Показ слайдов/Slayd Göstərilməsi) tabinin elementləri hazır
təqdimatlara genişekranlı formatda baxmağa imkan yaradır.
Review (Рецензирование/İcmal) tabı təqdimata rəy vermək və
dəyişikliklər aparmaq üçün malik olduğu elementləri idarə edir.
View (Вид/Görünüş) tab komandalarının köməyi ilə təqdimatlara baxış
rejimlərini dəyişmək və eyni zamanda bir neşə təqdimata baxmaq olar.
İlk baxışda gözə dəyməyən, lakin iş prosesində istifadə olunması nəzərdə
tutulan düymə və əmrlərin tam siyahısını Customize the Ribbon (Настройка
Лента/Lenti Fəriləşdir) əmrinin yerinə yetirilməsi ilə açılan PowerPoint Option
(Параметры PowerPoin/PowerPoint Seçimləri) dialoq pəncərəsində müşahidə
etmək olar.
İstifadəçi interfeysinin faydalı elementlərindən biri də Quick Access
Toolbars (Панель быстрого доступа/Cəld Müraciət Paneli) panelidir. Bu panel
PowerPoint 2010 proqram pəncərəsində Lentin yuxarı hissəsində yerləşir. Paneldə
istifadəçinin hansı tab ilə işlənməsindən asılı olmayaraq görünən və istənilən
zaman istifadə oluna bilən alətlər yerləşir. İlkin olaraq paneldə ancaq Save
(Сохранить/Saxla), Undo (Отменить/Qaytar), Redo (Повторить/Təkrar)
düymələri yerləşir.
166
Səhifənin parametrləri
Təqdimatın slaydları kağız yaxud şəffaf pilyonka üzərində çap edilə
bilər, HTML formatında qorunub saxlana bilər yaxud elektron slayd-film şəklində
nümayiş etdirilə bilər.
Təqdimatın çapdan çıxarılmasının üstünlüyü ondan ibarətdir ki, onu
kompüterdən asılı olmayaraq nümayiş etdirmək olar. Təqdimatı çapa verməzdən
əvvəl səhifənin parametrlərini nəzərdən keçirmək məsləhət görülür. PowerPoint-in
səhifə üçün seçdiyi standart parametrləri adətən şəffaf pilenka çap etmək üçün və
elektron slayd film üçün yararlı hesab etmək olar.
Slaydın parametrlərini nəzərdən keçirmək üçün menyusundan
əmrini seçin. Açılan dialoq pəncərəsində
Slaydın Ölçüsü açılan siyahıdan standart ölçülərdən birini
seçmək yaxud istədiyiniz ölçüləri : eni və hündürlüyü seçmək olar.
Təqdimat başqa bir təqdimatın ardı olarsa birinci slaydın sayını
göstərməklə slaydların saylarını dəyişmək olar.
Slaydların, qeydlərin və strukturun çap edilməsi üçün səhifəni müxtəlif
istiqamətlərdə istifadə etmək olar.
Adətən slaydların çapı üçün istiqamət bölməsində
Albom, başqa sənədlər üçün isə Kitab istiqaməti seçilir.
167
Slaydların, qeydlərin və strukturun çap edilməsi
Təqdimatı çap etmək üçün menyusundan əmrini
seçin. Açılan siyahıdan çap olunmalı sənədin növünü seçin.
bölməsində çap edilməli slaydlar
göstərilir. təqdimata daxil olan slaydların hamısının,
ekrandakı yaxud Nizamlama Rejimində seçilmiş, slaydın çap edilməsini təmin
edir.
Bir neçə slaydın çap edilməsi üçün seçəndən sonra çap olunmalı
slaydların sayları göstərilməlidir. Nəhayət qeyd edilmiş slaydları çap
etmək üçün OK düyməsini sıxın.
8.3. Elektron təqdimat və slaydlar
Microsoft Power Point 2010 -da təqdimatın hazırlanması aşağıdakı
addımlar formasında təsvir etmək olar:
168
1. Auditoriya və qarşıya qoyulan məqsədin təyini.
2. Təqdimat üsulunun seçilməsi.
3. Təqdimatın dinləyiciyə çatdırılma üsulunun seçilməsi.
4. Tərtibat və şablonun seçilməsi.
5. Slaydların məzmununun hazırlanması.
6. Vizual təəssüratın yaradılması.
7. Multimediya effeklərinin yaradılması.
8. Paylanma materiallarının hazırlanması.
9. Hazırlıq mərhələlərinin yoxlanması və praktik sınaqdan keçirilməsi
(Təqdimat məşq edilməsi).
10. Təqdimatın keçirilməsi.
11. Nəticələrin təhlili.
Təqdimat auditoriyaya aşağıdakı üsullardan birini seçməklə çatdirmaq
olar:
-Məruzəçinin iştirakı ilə keçirilən təqdimat;
-Məruzəçinin iştirakı olmadan keçirilən təqdimat;
-İnteraktiv təqdimat.
İştirakçı Power Point 2010 proqramını və ya Power Point Viewer
utilitini işə salmaqla təqdimata baxa bilər. Əgər HTML (Hypertext Mark-up
language) formatına çevirsək, bu təqdimatdan İnternet şəbəkəsinə qoşulanlar da
istifadə edə bilərlər.
PowerPoint da təqdimatların tərtibinin bir neçə üsulları var:
• boş səhifədən yeni təqdimatın hazırlanması;
• mövcud sənədə əsasən təqdimatın hazırlanması;
• PowerPoint- dakı hazır tərtibat şablonlardan istifadə etməklə təqdimatın
hazırlanması;
• prezentasiyanın tərtibində və ya üzərində işləyərkən hazır slaydlardan
istifadə etməklə.
Yeni təqdimatın yaradılması:
1. Fayl Создать (New);
169
2. Новая презентация (Blank presentation) Создать (Yaratmaq).
Pəncərənin mərkəzində
• slaydın başlığı (заголовок слайда);
• slaydın altbaşlığı (подзаголовок слайда)
sözləri yazılmış iki işçi elementi özündə saxlayan yeni slayd açılır.
Bu slayd yeni təqdimatın titul slaydı hesab olunur.
Power Point 2010 proqramında təqdimatın bir neçə formada nümayiş
imkanları nəzərdə tutulmuşdur. Bunlar aşağıdakıkardır:
1. Power Point 2010 slaydlarının kompüterdə nümayiş etdirilməsi. Bu
halda kompüter ekranı kifayət qədər böyük olmalıdır.
2. Slaydların Veb şəbəkədə nümayiş etdirilməsi. Nümayişi bu üsulla
nəzərdə tutulmuş təqdimat faylı Veb formatda saxlanılmalı və Veb şəbəkədə
yerləşdirilməlidir.
3. Slaydların CD-dən göstərilməsi. Təqdimat Power Point Viewer utiliteli
və CD-yə yazılmışsa, onu avtomatik olaraq kompüterdə nümayiş etdirmək olur.
4. Təqdimatın 35 mm-lik slaydlara yazılaraq nümayiş etdirilməsi.
5. Slaydların maqnit lentlərində çap edilərək diaproyektorlarda
göstərilməsi üsulu.
6. Çap olunmuş slaydlardan istifadə edərək təqdimatın keçirilməsi üsulu.
Power Point 2010 proqramında müxtəlif məzmunlu təqdimatların
hazırlanması üçün kifayət qədər şablon və dizaynlar nəzərdə tutulmuşdur.
Power Point 2010 proqramında bütün şablonlar iki növə bölünür:
təqdimat şablonları və tərtibat şablonları. Təqdimat şablonları özündə müxtəlif
kateqoriyaya uyğun təqdimatların mövzusuna yaxın mətnlər əks etdirir.
Təqdimat şablonundan fərqli olaraq, tərtibat şablonu şriftlərin,
rənglərin, qrafik obyektlərin dizayn kombinasiyalarının tərtibatından ibarət olan bir
prosesdir. Tərtibat şablonunda həmçinin istənilən vaxt təqdimatın tərtibatında
dəyişiklik etmək olar.
Tərtibat dizaynı seçilərkən auditoriya və təqdimatın məzmunu nəzərə
alinmalıdır. Bununla bağlı aşağıdakı tövsiyələrə nəzərə almaq yerinə düşərdi:
170
Təqdimat slaydları ekran proyektorlarında, kompüterlərdə
göstərilsə, ekran fonunun qara, hərflərin isə rəngli olması daha yaxşı effekti
verir;
Ekran üçün asan, oxunaqlı şrift seçilməlidir, Məsələn: Arial;
Auditoriya ekrandan uzaqdırsa, şriftlərin ölçüsü buna müvafiq
seçilməlidir;
Çalışmaq lazımdır ki, bütün slaydlar eyni stildə və eyni rəng
çalarlarında hazırlansın.
Ənənəvi olaraq mətnin slaydlara Normal (Обычный/Normal) rejimdə
daxil edilməsinə üstünlük verilir. Təqdimatın məzmunu üzərində iş təkcə slaydlara
mətnin daxil edilməsi ilə bitmir, bura diaqramlar, şəkillər və digər proqram
obyektləri daxil ola bilər.
Power Point 2010 -da səmərəli təqdimatın hazırlanmasının növbəti
mərhələsi multimediya effektlərinin slaydlara əlavə edilməsidir. Sərbəst
(avtomatik) aparılan təqdimatın canlı və diqqət çəkən olması üçün səs effektlərinin
verilməsi çox vacibdir. Animasiya effektləri də auditoriyanın diqqətini cəlb edən
amillərdəndir.
8.4. Slayda mətnlərin daxil edilməsi
Mətnləri slayda mətn obyektlərini əks etdirən qırıq xətlərlə çərçivələnmiş
sahələrə yazmaqla daxil edillər. Microsoft Power Point 2010 elektron təqdimat
proqramında da seçilmiş mətn obyektləri üzərində redaktə, formatlaşdırma kimi
ümumi xarakterli əməliyyatların aparılması lentin Home (Главная/Ev) tabının
qruplarındakı düymələrlə həyata keçirilir.
Lentin Home (Главная/Ev) tabı Power Point 2010 elektron təqdimat
proqramındda Slides (Слайды/Slaydlar) qrupunda başqa Clipboard (Буфер
обмена/Mübadilə buferi), Font (Шрифт/Şrift), Paragraph (Абзац/Abzas),
Drawing (Рисование/Şəkilçəkmə), Editing (Редактированиу/Redaktə) kimi
Ribbon (Лента/Lent) qruplarına təşkil olunur.
171
Daxil edilmiş mətnin şrift parametrləri dedikdə onun forması, ölçüs və
atributları nəzərdə tutulur. Bu xüsusiyyətlər Font (Şrift) qrupunun elementləri ilə
tənzimlənir.
1. Font Face (Шрифт/Şrift) (Ctrl+Shift+F)- cari şriftin dəyişilməsini
təmin edir.
2. Font Size (Размер шрифта/Şriftin ölçüsü) (Ctrl+Shift+P)- cari şriftin
ölçüsünün dəyişməyini təmin edir.
3. Grow Font (Увеличить размер/Şriftin ölçüsü artır) (Ctrl+>)- Şriftin
ölçüsünü böyüdür.
4. Shrink Font (Уменьшить шрифт/Şriftin ölçüsünü azalt) (Ctrl+<)-
Şriftin ölçüsünü kiçildir.
5. Clear Formatting (Очистить форматирование/Bütün formatlamaları
ləğv et).
6. Bold (Жирный/Qalın) (Ctrl+B).
7. İtalic (Курсив/Kursiv) (Ctrl+İ).
8. Underline (Подчеркнутый/Altından xətli) (Ctrl+U).
9. Shadow (Тень текста/Mətn kölgəsi).
10. Strikethrough (Зачеркнутый/Üstü xətli).
11. Charachter Spacing (Межзнаковый нтервал/Simvollararası Aralıq).
12. Change Case (Регистр/Reqistri dəyiş)- (Shift+F3)
13. Font Color (Цвет шрифта/Şrift rəngi).
14. Font (Шрифт/Şrift) (Ctrl+D)- Font (Шрифт/Şrift) dialoq pəncərəsini
açır.
Hər şeydən əvvəl qeyd edək ki, istənilən formatlaşdırma əməliyyatı yalnız
mətnin nəzərdə tutulan hissəsi seçildikdən sonra aparıla bilər. Mətn fraqmentini
seçib 14 dialoq pəncərəsini açan düyməni kliklədikdə Font (Şrift) adlı dialoq
pəncərəsi ekrana çıxır. Bu dialoq pəncərəsi formatlaşdırılma əməliyyatı üçün
nəzərdə tutulan bütün parametrlərin dəyişdirilməsinə imkan verir.
Təqdimatın mövzusuna uyğun seçilmiş qrafik obyektlər, şəkillər, sözsüz ki,
onu daha effektli və cəlbedici edir. Belə ki, Power Point- imkan verir ki, asanlıqla
172
və tez bir zamanda şəkilləri formatlaşdırmaq mümkündür, onların rəngini,
xüsusiyyətlərini, effektlərini dəyişmək olar.
Təqdimat zamanı obyektlərin nəzərə çatması, hərəkət etməsi, rənginin
dəyişməsi və s. olması üçün slaydlara xüsusi annimasiyalar tətbiq etmək
lazımdır.
Obyektlərə annimasiyanın tətbiq edilməsi üçün atılan addımlar:
1. Annimasiya tətbiq olunacaq obyekt seçilir;
2. Annimasiya Стили анимации (Animations Styles) effektlər
kolleksiyasının görünüşü;
3. Вход (Entrance) Выцветание (Fade);
4. Seçilmiş effekti mausun düyməsini klikləməklə obyektə tətbiq edin .
Başqa obyektlər kimi mətn də slayd üzərində bir obyekt kimi
yerləşdirilir. Rejim dəyişmə lövhəsinin düyməsindən istifadə
edərək Slayd rejiminə keçin. Ekranda təqdimatın birinci slaydı görünür.
Yeni slayd hər zaman cari slayddan sonra yerləşdirilir. Biz növbəti
slaydı əlavə etməliyik. Açılmış pəncərədə boş slaydın üzərində mausun
düyməsini iki dəfə sıxın. Obyekt sahələrinə bölünməmiş boş slayd
açılır. Slaydda mətn yerləşdirmək üçün menyusunun
əmrini seçin.
173
Mausla mətn sahəsinin çərçivəsini çəkin. İçində hər hansı bir
mətni yazırıq. Mətni mərkəzdən yazmaq üçün, fonun ölçüsünü və
rəngini seçmək üçün Format panelinin düymələrindən istifadə edin
Siyahı üçün işarələr seçmək istəyirsinizsə, onda ya siyahını
bütövlüklə seçin, seçilmiş mətnin üzərində mausun sağ düyməsini sıxın,
kontekst menyudan Siyahı əmrini seçin
və yaxud da menyusundan əmrini seçə bilərsiniz.
174
Açılan dialoq pəncərəsindən istənilən işarəni seçə bilərsiniz.
İşarə kimi istənilən şriftin simvolları, hətta şəkil də istifadə
edilə bilər. Şəkil seçmək üçün Şəkil düyməsini sıxın və təklif
olunan şəkillərdən birini seçin, yaxud istədiyiniz şəkil faylını seçin.
8.5. Təqdimatın görünüş rejimləri.
Показ слайдов (Slide Show) rejiminə keçid vəziyyətlər sətrindəki
düymələrin köməyi ilə keçmək olur. Verilən rejimdən çıxmaq üçün mausun
sağ düyməsini basın və kontekst menyudan Завершить показ слайдов
(End Show) komandasını seçin və klaviaturanın üzərindəki Esc düyməsini
basın.
PowerPoint proqramında slaydlara baxmaq üçün müxtəlif rejimlər
mövcuddur: PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq
mümkündür.
175
Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün
təqdimat pəncərəsinin aşağısında yerləşən 5 düymədən birini sıxmaq lazımdır.
Slayd rejimi (Slides) - ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə
tutulub.
Struktur rejimi (Outline) - slaydların mətni üzərində işləmək üçün nəzərdə
tutulub.
Slaydları nizamlama rejimi (Slide Sorter) - bu rejimdə slaydların ardıcıl
yerləşdirilmiş minatürlərinə baxmaq olar.
Adi rejim (Normal View ) - slayd, struktur və qeyd rejimlərini özündə
cəmləşdirir.
Slaydların nümayişi (Slide Show) - hazır təqdimatın nümayişi üçün nəzərdə
tutulmuşdur.
Rejimi dəyişmək üçün menyunun Görünüş (View) bəndinin əmrlərindən də
istifadə etmək olar .
Təqdimat auditoriyaya aşağıdakı üsullardan birini seçməklə çatdirmaq olar:
-Məruzəçinin iştirakı ilə keçirilən təqdimat;
-Məruzəçinin iştirakı olmadan keçirilən təqdimat;
-İnteraktiv təqdimat.
Təqdimatı slayd-film kimi təqdim etmək üçün PowerPoint
proqramının əlavə imkanlarından istifadə edə bilərik.
Adətən təqdimatın nümayişi zamanı slaydlar mausun düyməsini
sıxmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların keçidini
təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar.
menyusundan əmrini seçin.
Açılan dialoq pəncərəsindən lazım olanları qeyd edirik.
sətrini
işarələyin və yanındakı sahədə 1yazın.
Beləliklə hər slayd 1saniyə nümayiş
176
etdirildikdən sonra avtomatik olaraq başqa
slaydla əvəz olunacaq.
Slaydların keçidini səslə müşayət etdirmək
üçün siyahısından
variantını seçin.
Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək
üçün düyməsini basın, sonra keçin növbəti slayda və onun
parametrlərini göstərin. Bu əməliyyatları slaydların hamısı üçün yerinə
yetirmək lazımdır.
düyməsi ilə göstərdiyimiz keçid
parametrlərini təqdimatın bütün slaydlarına tətbiq edə bilərik.
Slaydların nümayişinə başlamaq üçün Slaydların
əmrini seçin.
177
MÖVZU 9.
MS ACCESS – VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMİ
Plan
9.1. Verilənlər bazası (VB) anlayışı.
9.2. Verilənlər bazasının modelləri.
9.3.Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS), onların funksiyaları
və növləri.
9.4.Microsoft Access proqramının təyinatı.
9.5. Access 2010-un obyektləri.
9.1. Verilənlər bazası (VB) anlayışı.
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət
növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün
verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
Tərif. VB - informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin
edən xüsusi formatlı fayldır. “Faylın formatı” termini kompüter faylında saxlanılan
verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur.
Verilənlər bazası eyni yerdə saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və
müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan
məlumatlar yığımıdır. Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən
predmet sahəsinə aid olur.
Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır:
- bazada verilənlərin təkrarlanması minimum olmalıdır;
- verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün
ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;
- sonrakı mərhələlərdə verilənlər bazasının tətbiq sahəsinin
genişləndirilməsi üçün verilənlər strukturlaşdırılmalıdır.
Bir qayda olaraq müasir kompüterlərdə bir neçə müxtəlif verilənlər bazası
yaradılır. Lazım gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər
178
bir-biri ilə əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə
sistemlərə verilənlər bazasını idarəetmə sistemi deyilir.
Verilənlər bazasının təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə
olunur. Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi
verilənlər bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.
Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara
aşağıdakılar aid edilir:
- verilənlərin daxili strukturunun saxlanılması;
- verilənlərin təkrarlanmasının minimuma endirilməsi;
- verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;
- verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi;
- verilənlərin birgə idarə edilməsi;
- verilənlərin məhsuldarlığı;
- verilənlərin tamlığı və s.
Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif
funksiyalara malik ola bilər. Verilənlər bazasınun müxtəlif vəzifələri müxtəlif
istifadəçilər tərəfindən istifadə olunması ilə müəyyən olunur.
İnformasiya sistemi (İS) tətbiq sahəsinə aid informasiyanın toplanmasını,
saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram,
linqvistik və metodoloji vasitələr kompleksidir. Texniki vasitələrə kompüterdən
əlavə, informasiyanın ötürülməsi, qeyd edilməsi və əks etdirilməsi üçün vasitələr
də daxildir. İnformasiya sistemi müəyyən mövzu sahəsi çərçivəsində müxtəlif
istifadəçilərin informasiyaya olan təlabatını ödəmək üçün yaradılır.
İnformasiya sistemi ayrılıqda və ya hər hansı avtomatlaşdırılmış sistemin
tərkibində layihə edilə bilər. Birinci halda o informasiya-sorğu sistemi kimi əsasən
ayrı-ayrı şəxslərin və ya kolektivin informasiya tələblərini ödəmək üçün istifadə
olunur. İkinci halda isə, İS istifadəçilərə informasiya arayış xidməti göstərməklə
yanaşı, avtomatlaşdırılmış sistemin (məsələn, avtomatlaşdırılmış idarəetmə
sisteminin) informasiya təminatı altsistemi rolunu oynayır.
179
İS vasitəsilə istifadəçilərin informasiya təlabatlarının təminində iki cəhəti
nəzərə almaq lazımdır:
1) Tətbiq sahəsinin sərhədlərinin təyini və informasiya modelinin tam və
dəqiq əks etdirilməsi. Baxılan tətbiq sahəsi çərçivəsində İS istifadəçiləri
lazımi informasiya ilə təmin etməlidir.
2) İstifadəçilərin sorğularına tam və dəqiq cavab verən İS-nin
yaradılması.
Bunun üçün sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların
tələblərinə uyğun və əlverişli formada cavab verilməlidir.
Tipinə, məzmununa və verilmə tezliyinə görə sorğuları iki qrupa ayırmaq
olar: reqlamentli (daimi) və ixtiyari (fərdi). Reqlamentli sorğuların tipi, məzmunu
və bəzən də verilmə tezliyi əvvəlcədən müəyyən olur və uzun müddət ərzində
dəyişməyir. İxtiyari sorğularda isə bu cür müəyyənlik olmur.
İS – nin həm reqlamentli, həm də ixtiyari sorğulara cavab verməsi tətbiq
sahəsinin sərhədlərinin təyininə, informasiya modelinin yaradılması və proqram
təminatına xüsusi yanaşmağı tələb edir. Əgər İS təkcə reqlamentli sorğulara xidmət
etsəydi, onda tətbiq sahəsinin sərhədlərinin təyini və sistemin layihələndirilməsi
sorğuların təhlili əsasında aparıla bilərdi, yəni layihələndirməni “istifadəçilərin
sorğularına görə” prinsipi ilə yerinə yetirmək olardı. İxtiyari sorğulara da xidmət
edilməsi və sistemin çevikliyi tələbi həmin prinsipi həyata keçirməyə imkan
vermir. Bu halda layihələndirməni “həqiqi aləmə görə” prinsipi ilə aparırlar.
Ekspertlərin köməyilə sistemin çevikliyini və inkişafını nəzərə almaqla mövzu
sahəsininin sərhədləri, informasiya obyektlərinin tərkibi, onların xassələri,
aralarındakı əlaqələr təyin edilir və sonra sistem layihələndirilir. Bu prinsip ixtiyari
sorğularla mövzu sahəsi arasındakı uyğunluğa əsaslanır. İS-nin layihələndirilməsi
hər iki prinsipdən istifadə oluna bilər. “Həqiqi aləmə görə” prinsipi əsas sayılır,
“sorğulara görə” prinsipi isə mövzu sahəsinin dəqiqləşdirilməsində istifadə olunur.
Verdikləri sorğuların və tələb etdikləri informasiyanın təsvir formasına
görə istifadəçiləri iki qrupa bölmək olar: istifadəçi-proqramlar və istifadəçi şəxslər.
İstifadəçi – proqramlar (tətbiqi proqramlar) İS-ə formasına və məzmununa görə
180
reqlamentləşdirilmiş sorğulara müraciət edirlər. Alınan informasiya həmin
proqramlar tərəfindən uyğun surət ilə emal olunur.
İstifadəçi – şəxslər İS-ə həm reqlamentli, həm də ixtiyari sorğularla
müraciət edə bilərlər. İs-dən alınan informasiya istifadəçiyə əlverişli formada
(mətn, izahlı cədvəl və ya qrafik şəklində) çatdırılmalıdır. Bu qrupa daxil olan
istifadəçiləri 2 kateqoriyaya ayırmaq olar: hazırlıqlı istifadəçilər və hazırlıqsız
istifadəçilər. Hazırlıqlı istifadəçilər adətən kompüter texnologiyasını bilən
mütəxəssislər və ya proqramçılar olur və onlar İS ilə sorğu dilində əlaqə yaradılır.
Hazırlıqsız istifadəçilər istifadəçi-şəxslərin ən geniş hissəsini təşkil edirlər. Çox
vaxt İS elə bu qrup istifadəçilərə xidmət etmək üçün yaradılır. Buna görə də onlar
həm də sonuncu istifadəçilər adlanırlar. İstifadəçilərin bu qrupuna idarəedici və
xidmətedici personal, öz sahələri üzrə mütəxəssislər və s. aiddir. Onlar sistemlə
əsasən dizloq rejimində təbii (və ya məhdud təbii) dildə və ya menyu dili vasitəsilə
əlaqə yaradırlar.
Beləliklə, İS çoxlu sayda müxtəlif istifadəçilərə xidmət edir. Odur ki, bütün
sorğuların vahid terminalogiyaya uyğunlaşdırılması üçün verilənlər lüğəti
yaradılır. Bundan əlavə, sorğuların emalının optimal prosedurunu qurmaq üçün
onların ekvivalent qrammatik çevrilməsi üsullarından istifadə olunur. İstifadəçiləri
bu və ya digər informasiya müraciətinin mümkünlüyünü xarakterizə edən
səlahiyyət səviyyələrinə görə də fərqləndirirlər. Bunun üçün İS-də səlahiyyətsiz
istifadəçilərin informasiya mürciətini məhdudlaşdıran vasitələr də nəzərə
alınmalıdır.
İstifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 cür dildən istifadə olunur:
sorğu dili, menyu dili və təbii dil.
Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə yaxın, lakin
ciddi formal qaydalarla qurulan dildə ifadə olunur. Bir çox hallarda bu dildə
verilənlər üzərində əməliyyat aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər
sorğu dillərinin standartlaşdırılması sahəsində işlər görülür. Bu iş beynəlxalq
miqyasda geniş tətbiq tapan SQL dilinin əsasında aparılır. 1999-cu ildə bu dilin
181
təkmilləşdirilmiş variantı SQL3 relyasiya modeli verilənlər bazaları əsasında
qurulmuş İS-də standart dil kimi qəbul olunmuşdur. Sorğu dilinin imkanları geniş
olduğundan, ondan həm reqlamentli, həm də ixtiyari sorğuları ifadə etmək üçün
istifadə oluna bilər. Lakin bu dildə işləmək istifadəçilərdən xüsusi hazırlıq tələb
edir.
Hazırlıqsız istifadəçilər üçün İS ilə ən əlverişli ünsiyyət vasitəsi menyu
dilidir. Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin
sorğuların emalı üçün hazırlanır. İstifadəçi yuxarı səviyyədən başlayaraq sonuncu
səviyyəyədək seçmə prinsipi ilə informasiya tələbini sistemə çatdırır.
Menyu dili istifadəçilər üçün sadə və əlverişli olmasına baxmayaraq
ixtiyari sorğuların emalı üçün yaramır. Belə hallarda menyu dili təbii dilin
elementləri ilə zənginləşdirilir.
Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi,
eyni fikrlərin müxtəlif ifadə üsulları, vahid terminologiyanın olmaması və s. onun
reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyədək İS-də ünsiyyət
vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll olunmamamışdır.
İntellektual interfeysin yaradılmasını nəzərdə tutan bu sahədə geniş elmi-tədqiqat
işləri aparılır və bugünkü nailiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsinə
uyğun məhdudlaşdırılmış variantından istifadə olunur.
9.2. Verilənlər bazasının modelləri.
Verilənlər bazasının idarəetmə sistemi elə qurulmalıdır ki,
verilənlərdən məhsuldar istifadə edilsin. Verilənlərin məntiqi təşkili proqram
vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini müəyyən edir.
Verilənlər modeli bir-birilə qarşılıqlı əlaqədə olan verilənlərin
strukturları və bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan
ibarətdir. Modelin növü və onda istifadə edilən verilənlərin quruluş tipi verilənlərin
təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir
informasiyanın yerləşdirilməsi üçün verilənlərin müxtəlif modellərindən istifadə
edilir. Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll
182
edilən məsələlərin mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə
müəyyən edilir.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
- iyerarxik;
- şəbəkə;
- relyasion.
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı
səviyyəli yalnız bir obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət
bir qayda olaraq digər obyektə tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən
həyata keçirilir (Şəkil 1). Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə
obyektə tabe ola bilər. Bu modellər arasındakı fərq onların sxemlərindən də aydın
görünür. Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda
isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərin quruluşu özünəməxsus
xüsusiyyətlərə və adlara malik olur (Şəkil 2).
Şəkil 1. VB-nin iyerarxik strukturu. Şəkil 2. VB-nin şəbəkə
strukturu.
Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli
olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl
formasında təqdim edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.
2
21 22 23
1 3 1 2
3 4 5
6 7 8
9 10
11
183
Verilənlərin relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan
ibarətdir. Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr
cədvəl münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə
müəyyən edilir.
Relyasiya modelində cədvəl verilənlərin quruluşunun əsas növü hesab
edilir. Onun quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir
sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola
bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərin müəyyən bır
elementinə uyğun gəlir və o verilənlərin sadə quruluşundan ibarətdir.
Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı
əlaqədə olan, normalaşdırılmış münasibətlərin məcmusu relyasiya verilənlər
bazasını formalaşdırır. Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri
onun quruluşunu müəyyən etməlidir. Burada cədvəlinin tərkibinin müəyyən
edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verilməsi nəzərdə tutulur.
Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri. Relyasiya
strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan
informasiyanı ifadə edirlər.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların
sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və
onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş
yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB
administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
Verilənlər bazasının yaradılması
Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif
mərhələdən ibarətdir:
layihələndirmə mərhələsi;
istismar vəə ya istifadəçi mərhələsi.
184
Sahələrin xüsusiyyətləri:
- hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin
uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən
olunur.
- hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə
malik ola bilməz.
- hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də
həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz,
amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif
sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır.
Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
Sahələrin tipləri.
- mətn sahələr mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur.
Mətn sahənin bir məhdudiyyəti var, onun ölçüsü 256-dan çox ola bilməz, yəni
orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
- ədədi sahələr rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət
edir. Ədədi sahələr müxtəlif olurlar-tam ədədlərin daxil edilməsi üçün sahələr və
onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan
başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
- tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə
olunur.
- xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun
məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul
sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul
vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti
ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.
- müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi
kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan
sahə OLE obyekt sahəsi adlanır.
185
- əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO
sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu
verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi
yerə göstərici qoyulur.
- ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi
görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə
sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
Sadə verilənlər bazası. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə
etmədən də yaratmaq olar.
Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər
informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi
verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada
daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu
sayda cədvəllərdən ibarət olurlar.
9.3.Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS), onların
funksiyaları və növləri.
VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi
və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə
səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram
vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın
yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının
səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul
edildiyi səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə
yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır.
186
Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurğularında
verilənlər bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti
və onların işlənməsini təmin edən universal proqram vasitəsidir.
Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından çoxməqsədli
qaydada istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş
dialoq vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər
bazasının idarəetmə sistemini son istifadəçi üçün ən əlverişli vasitəyə çevirir.
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur
elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər
hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli
cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik,
şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir
ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion
strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən
münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə
əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək
göstəricilərə malik olması ilə əlaqədardır.
VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və
istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt
(Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə
istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda
istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL
SERVER11.
2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni
idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir.
Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə
187
olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server
6.0.
3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə
olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir.
Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri:
NetWare SQL 3/0, Gupta SQL-Base Server.
4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar,
stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün
istifadə olunurlar.
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki
yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə
baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi
üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni
(və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə
kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu
sahələr üzrə seçməni yerinə yetirir.
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə
verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir.
Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə
iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik
mənimsədilir.
Aşağıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində
“Əməkdaşlar haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı
tamamlayan cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.
Əməkdaşlar haqqında məlumat cədvəli Cədvəl 1.
№
kod
Soyadı adı Atanın adı Doğulduğu
tarix
Ailə
vəziyyəti
Xaricdə olması
188
001 Ağayeva Gülnar Fikrət 01.02.71 ailəli olub
002 Bayramov Nicat Həmid 05.04.75 ailəli olub
003 Məmmədov Anar Hüseyn 20.12.78 subay olmayıb
… ….. … … …. … …
Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl Cədvəl 2
Əməkdaş
ın kodu
Soyadı adı Atanın
adı
Doğulduğu
tarix
Qohumluq
əlaqəsi
Məşğuliyyəti
001 Ağayev Nadir Camal 03.04.66 həyat yoldaşı mühəndis
001 Ağayev Nicat Nadir 05.04.95 oğlu şagird
001 Ağayev Lalə Nadir 20.12.97 qızı şagird
002
…
Bayramova
…
Vüsalə
…
Yusif
…
15.06.79
…
həyat yoldaşı müəllimə
…
Əməkdaşın xaricdə olması barədə cədvəl Cədvəl 3.
Əməkdaşın
kodu
Ölkələr tarix Məqsəd Hesabat
001 Almaniya 03.04.90 Səyahət -
001 Fransa 05.04.95 ezamiyyət +
001 Türkiyə 20.12.97 ezamiyyət +
002
…
Türkiyə
…
15.06.99
…
səyahət -
Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən
modelə və verilənlərin quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən
çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur. Verilənlər bazasını idarəetmə
sistemi bir sıra xassələrə malikdir:
- modelin müxtəlif obyektlərində verilənlərin təkrarlanması;
- verilənlərin bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin
sadələşdirilməsi;
- verilənlərin uyğunluğu və birinin digərini inkar etməməsi;
- verilənlər bazasının tamlığı və bütövlüyü;
- verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;
- verilənlər bazasında verilənlərin ixtiyari seçilməsi;
- verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;
189
- qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya
istifadəçilər səhv etdikdə belə verilənlərin mühafizəsi və bərpasının mümkünlüyü
və s.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə
sisteminin seçilməsi bir sıra amillərlə bağlıdır:
- mövcud texniki və baza proqram təminatı, onların konfiqurasiyası, əməli
və disk yaddaşı;
- istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;
- verilənlər modelinin növü;
- predmet sahəsinin xüsusiyyətləri;
- informasiya məntiqi modelinin quruluşu;
- verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin
olması;
- istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində
verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.
Verilənlər bazasının idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində
göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır.
Verilənlər bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər
bazasının yaradılması həyata keçirilir.
9.4. Microsoft Access proqramının təyinatı.
Microsoft Access verilənlər bazalarının yaradılması və idarə edilməsi
üçün nəzərdə tutulmuş bir proqramdır. O, müxtəlif növ informasiyanı toplamağa
və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını
təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar
hazırlamağa imkan verir.
Microsoft Access-i işə salmaq üçün mausun oxunu Start düyməsinin
üstünə gətirib sol düyməni sıxın. Açılan menyuda Programs sətirini, sonra isə
Microsoft Access sətirini seçin və mausun sol düyməsini sıxın.
190
Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi,
Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə
verilənlər bazasının adı yazılır. Başlığın altında tablardan ibarət Lent (Ribbon), bu
sətrin altında isə alətlər lövhələri yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən
əməliyyatlar, Lent tablarının müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.
Access 2010-da verilənləri emal etmək üçün SQL strukturlaşdırılmış
sorğular dilindən istifadə edilir. SQL-dan istifadə etməklə konkret məsələni həll
etmək üçün bir və ya bir neçə cədvəldən lazım olan informasiyanı seçmək olar.
Access verilənlərin emalı məsələsini kifayət qədər sadələşdirir.
Microsoft Office-in digər proqramlarından fərqli olaraq Access 2010
proqramı yükləndikdə ekranda heç bir yeni sənəd pəncərəsi açılmır. Odur ki, yeni
verilənlər bazasının yaradılması məqsədi ilə proqram yükləndikdə File tabının
New (Yeni) kateqoriyası aktivləşir və istifadəçidən yeni baza faylının yaradılması
və ya yaddaşda mövcud olan Access proqramının fayllarının açılması gözlənilir.
Access 2010 verilənlər bazasında susmaya görə yeni faylın adı
Database1 kimi qəbul olunur.
Access 2010 proqram pəncərəsinin sol kənarında proqram obyektləri
əks olunur. Buradakı All Access Objects (Bütün Access Obyektləri) düyməsini
klikləmələ açılmış siyahıdan obyektlərin tipinə, dəyişiklik və yaranma tarixinə
görə, cədvəl və əlaqələndirmə görünüşlərinə görə göstərilməsini təmin edir. Bu
siyahıda obyektlərin süzgəcə görə də görünməsini tənzimləmək olar.
Access proqram pəncərəsinin aşağı hissəsində göstərilən Status Bar
(Vəziyyət sətri) panelin sağ kənarında bazanın görünüş rejimləri əks olunur.
Access 2010 proqram pəncərəsində istifadəçi interfeysi Ribbon (Lent)
tətbiq olunmuşdur.
Lentin tabları Main Tabs (Əsas tablar) və Tool Bars (Alət tabları)
olmaqla 2 hissəyə ayrılır. Əsas tablara Home (Ev), Create (Yarat), External Data
(Xarici Verilənlər) və Database Tools (Verilənlər bazası ilə iş), seçilmiş
obyektdən asılı olaraq sonradan yaranan kontekst (alət) tablarına isə Design
191
(Tərtiat), Arrange (Nizamla), Format (Format), Fields (Sahələr), Table (Cədvəl)
və s. aid edilir.
Lent interfeysdəki tabların hər birində onun adına uyğun qəbul edilmiş
xüsusi düymələr (əmrlər) qrupu yerləşir.
Verilənlərlə iş zamanı tez-tez rast gələn əməliyyatların yerinə
yetirilməsinə xidmət edən və düymələr Ribbon (Lent) interfeysinin Home (Ev)
tabındakı lent qruplarında yeləşdirilmişdir.
View (Görünüş)- bazanın obyektlərinin görünüş rejimini
dəyişdirir.
Clipboard (Mübadilə Buferi)- mübadilə buferi ilə işi təmin
edir.
Sort and Filter (Sıralama və Süzgəc)- cədvəldə, sorğuda və
formada verilənlərin sıralanması və süzgəcdən keçirilməsi əməliyyatlarını
həyata keçirir.
Records (Yazılar)- yazıların təzələnməsi, yaradılması,
saxlanılması, silinməsi və s. yazılarla əməliyyatların icrasını təmin edir.
Find (Tap)- verilənlərin axtarışı, əvəzlənməsi və verilənlərlə
keçid əməliyyatlarını icra edir.
Text Formatting (Mətn Formatlaşdırılması)- verilənlərin mətn
formatını dəyişir.
Cədvəllərin, sorğuların, formaların, hesabatların, makroslar və
modulların müxtəlif rejimlərdə fərqli üsullarla yaradılmaını təmin edən əmr və
düymələr lentin Create (Yarat) tabında yerləşdirilmişdir.
Müxtəlif proqramların verilənlərin bazaya idxalı və bazadan
verilənlərin müxtəlif proqramlara ixracı əməliyyatlarının həyata keçirilməsini MS
Access proqramında lentin External Data (Xarici Verilənlər) qrupunun
elementləri həyata keçirir.
192
Verilənlər bazasında emal xarakterli əməliyyatlarının yerinə
yetirilməsi üçün nəzərdə tutulmuş əmrlər lentin Database Tools (Verilənlər bazası
ilə iş) tabının elementləri sayılır.
Verilənlərin tipləri
Sahələr- verilənlər bazasında obyektin və ya prosesin bir parametrinin
qiymətinin saxlanılması üçün ən sadə elementdir.
Sahədə verilənlər müxtəlif tiplərlə xarakterizə olunur.
Verilənlərin tipləri. Sahədə mövcud olan verilənlər əsasən 9 tipə
təsvir edilir: Text (Mətn), Number (Ədədi), Memo (Xidməti yazı), Currency
(Pul), Autonumber (Sayğac), Yes/No (Məntiqi), Data/Time (Tarix/Vaxt),
Hyperlink (Hiperəlaqə), OLE (OLE obyekt sahəsi).
Yeni faylın yaradılması. Verilənlər bazasının əsas obyekti cədvəl olduğu
üçün onun yaradılması və sazlanmasına xüsusi diqqət yetirmək lazımdır.
Cədvəllərdə təkcə lazımi sahələrin verilməsi, onların tiplərinin və açarların
göstərilməsi deyil, həmçinin sahələrin baza ilə işləmək üçün çox lazımlı ola
biləcək xüsusiyyətlərinin düxgün verilməsi də əhəmiyyətlidir.
Access 2010 cədvəlinin əsas xarakteristikaları:
Cədvəlin adının uzunluğu 64 simvoldan çox ola bilməz;
Cədvəldə 255-ə qədər sahə ola bilər;
MEMO sahələrindən və OLE obyektlərindən başqa biryazıda
4000-ə qədər simvol ola bilər;
Eyni zamanda bazada 2048-ə qədər cədvəl açmaq olar;
Bazada cədvəlin ölçüsü 2 Giqabayta qədər ola bilər.
Access 2010 proqramında cədvəlin yaradılmasının aşağıdakı üsuları
vardır:
Verilənlərin daxil edilməsi ilə yeni cədvəlin yaradılması;
Şablondan istifadə etməklə yeni cədvəlin yaradılması;
SharePoint siyahısından cədvəli bazaya idxalı və ya
birləşdirilməsi;
193
Cədvəl tərtibatının köməyi ilə yeni cədvəlin yaradılması.
9.5. Access 2010-un obyektləri.
VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-
in obyektləri bunlardır:
1. Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu
cədvəllərdə saxlanılır.
2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır.
Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu
emal olunurlar.
Sorğular verilənlər bazasından tələb olunan informasiyanın əldə olunmasını
və bazanın dəyişdirilməsini təmin edir. Sorğular öz növbəsində digər sorğunun ,
formanın və hesabatın informasiya mənbəyi ola bilər. MS Access-də sorğuların
yaradılması üçün usta, konstruktor-qrafiki QBE,SQL rejimləri nəzərdə
tutulmuşdur. Aşağıdakı sorğu növlərini yaratmaq mümkündür.
1.Seçim
2.Dəyişdirici
3.Parametrik
4.Kəsişən
5.SQL sorğuları
3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış
keçirməyə imkan verən obyektdir.
Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə
olub,təyinatından asılı olaraq База данных informasiyanın rahat daxil olmasını
,redaktəsini ,informasiyanın vizual görünüşünü təmin edir və idarəetmə
funksiyasını yerinə yetirir
Formalar cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər.
194
1.Forma bir deyil, bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə
edilməsini və informasiya daxil olmasını təmin edə bilər.
2. İdarəetmə elementlərinin , informasiyanın tam şəkildə görünüşü üçün,
rahat daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir.
3.Bir sıra informasiyaların OLE- obyektlərin , o cümlədən şəkillər,video və
animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.
4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib
şəkildə printerə və ya ekrana çıxarılır.
Hesabatlar verilənlər bazasındakı informasiya əsasında yaradılmış və çap
üçün nəzərdə tutulmuş sənədlərdir. Yeni Hesabat yaratmaq üçün ilk növbədə База
данных pəncərəsinin Hesabatlar bölməsinin Создать düyməsini sıx База данных
pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxmaq, açılan pəncərədə
hesabat yaradılması rejimlərindən birini və informasiya mənbəyini seçib OK
düyməsini sıxmaq lazımdır.Yeni hesabatın yaradılması üçün aşağıdakı rejimlər
nəzərdə tutulmuşdur.
Конструктор
Мастер отчета
Автоотчет: ленточный
Автоотчет: в столбец
Почтовые наклейки
Мастер диаграмм
5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə
olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda
qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram
proseduralarıdır.
Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar
isə VB-də olan informasiyanı ifadə edirlər.
1. Sahələrin xüsusiyyətləri
195
Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin
uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə
müəyyən olunur.
Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyni adlı
sahəyə malik ola bilməz.
Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-
də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq
olmaz, amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır.
Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompyuterin işinə mane
olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
1. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən
asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
Mətn sahələr - mətn tipli verilənlərin saxlanılması üçün istifadə
olunur. Mətn sahənin bir məhdudiyyəti var - orada saxlanılan verilən 256
simvoldan artıq ola bilməz.
Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə
xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün
sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin
uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər
sayı da verilməlidir.
Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə
olunur.
Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə
pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin
pul sahəsində onlarla işləmək daha münasibdir.
Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi
kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan
sahə OLE obyekt sahəsi adlanır.
Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO
sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu
196
verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin
yerləşdiyi yerə göstərici qoyulur.
Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi
görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə
sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
197
MÖVZU 10.
KOMPÜTER ŞƏBƏKƏLƏRİ.
LOKAL VƏ QLOBAL ŞƏBƏKƏLƏR. İNTERNET
PLAN
10.1.Kompüter şəbəkələrinin təyinatı və təsnifatı.
10.2. Lokal şəbəkələrin topologiyaları.
10.3.Lokal şəbəkədə istifadə olunan qurgular
10.4. Qlobal kompüter şəbəkəsi.
10.5. İnternet xidmətləri.
10.1. Kompüter şəbəkələrinin təyinatı və təsnifatı
İki və daha artıq kompüterin fiziki cəhətdən birləşməsi kompüter
şəbəkələrini əmələ gətirir.Ümumi halda, kompüter şəbəkələrinin yaradılması üçün
xüsusi aparat təminatı (şəbəkə avadanlığı) və xüsusi proqram təminatı (şəbəkə
proqram vasitələri) olmalıdır. İki kompüterin sadə birləşməsi birbaşa birləşmə
adlanır. Windows ƏS – də işləyən zaman kompüterlərin birbaşa birləşməsi zamanı
nə xüsusi aparat təminatı , nə də proqram təminatına ehtiyac var. Bu halda aparat
vasitələri olaraq giriş/çıxış portlarından (liman) , proqram təminatı vasitəsi olaraq
ƏS–nın tərkibində olan xüsusi vasitələrdən istifadə olunur (Start.Proqramlar.
Standartlar. Əlaqə. Birbaşa kabel birləşməsi ).
Kompüter şəbəkələrinin yaradılması zamanı əsas məsələ, avadanlığın
elektriki və mexaniki xassələrinin uyğunluğunun təmin olunması və verilənlərin
formatı və kodlaşdırılması sisteminə görə məlumat təminatının uyğunluğunun
təmin olunmasıdır. Bu məsələnin həlli standartlaşdırma sahəsinə aiddir və OSİ
(Model of Open System İnterconnections – açıq sistemlərin qarşılıqlı əlaqəsi
modeli) modeli adlanır. Bu model İSO(İntermational Standarts Orqanization)
Beynəlxalq Standartlaşdırma İnstitutunun texniki təklifləri əasasında
hazırlanmışdır.
198
OSİ /İSO modelinə əsasən kompüter şəbəkələrinin arxitekturasına yeddi
təbəqə baxılır. Ən yuxarı təbəqə - tətbiqidir. Bu təbəqə istifadəçi hesablama sistemi
ilə qarşılıqlı əlaqədə olur. Ən aşağı təbəqə - fizikidir. O, qurğular arasındakı
siqnalların ötürülməsini təmin edir. Bu yeddi təbəqə arasında uyğunlaşma xüsusi
standartlar vasitəsi ilə həyata keçrilir. Buna protokol deyilir. Onlar şəbəkənin
komponentləri ilə aparatın qarşılıqlı əlaqələrinin xarakterini (aparat protokolu) və
proqram və verilənlər arasında qarşılıqlı əlaqələrin (proqram protokolları)
xarakterini təyin edir.
Beynəxalq Standartlaşdırma İnstitutunun İSO sisteminin təklifləri əsasında
kompüter şəbəkəsinə 7 təbəqədə baxılır. Bu təklifə əsasən , İSO/OSİ modelində
müxtəlif qitələrdə yerləşən istifadəçilər arasında verilənlərin ötürülməsi aşağıdakı
şəkildə baş verir:
1. Tətbiqi təbəqə( APPLİCATİON LAYER). İstifadəçiyə xüsusu
əlavələrin köməyi ilə sənəd yaradır(məlumat, şəkil və s.). Bu təbəqədə 3 əsas
funksiya yerinə yetrilir: faylın ötrulməsi və idarəsi , tapşırıqların ötrülməsi və
emalı, vurtual texniki xidmət.
2. Təqdimetmə səviyyəsi ( PRESENTATİON LAYER ). Tətbiqi
saviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötrülən informasiyanın
çevrilmə (şifrələmək , sıxmaq , şifri aydınlaşdırmaq) üsullarını göstərir.
3. Seans təbəqə (SESSİON LAYER) .İtifadəçini kompüteri lokal və ya
qlobal şəbəkə ilə qarşılıqlı əlaqədə olur. Bu 7 təbəqənin protokolları istifadəçinin
"efirə çıxışı " hüququnu yoxlayır və sənədi nəqliyyat təbəqəsinin protokollarına
ötürür.
4. Nəqliyyat təbəqəsi (TRANSPORT LAYER). Bu təbəqənin əsas
funksiyası şəbəkə paketlərindən ibarət məlumatların lazımı yerə çatdırılmasından
ibarətdir.
5. Şəbəkə səviyyəsi (NETWORK LAYER). Verilənlərin şəbəkədə
ötürülməsi təmin olunur. Burada mümkün marşutlardan birinin seçilməsi
(şəbəkənin yükü), giriş verilənlərin idarə olunması, paketlərin buferdə
yerləşdirilməsi və s. məsələlər həll edilir.
199
6. Kanal səviyyəsi (DATA LİNK LAYER). Bu təbəqə fiziki təbəqədə
dövür edən siqnalları şəbəkə təbəqəsindən alınmış uyğun verilənlərə modullaşdırır.
Kanal səviyyəsinin obyektləri arasında verilənlər mübadiləsi 3 üsuldan biri vasitəsi
ilə apara bilər:
dupleks – eyni zamanda hər iki istiqamətdə
yarımdupleks – müxtəlif vaxtlarda hər iki istiqamətdə
simpleks – yalnız bir istiqamətdə.
7. Fiziki səviyyə (PHYSİCAL LAYER). Burada nə sənəd , nə paket , nə
da bayt vardır – ancaq bit olur. Fiziki səviyyənin standartları ya X.21 , ya X.21 bit
təlimatlarını təyin edir. Bu təlimatlar vasitəsi ilə funksional və prosedur
xarakterstikaları təyin olunur ki, bunlar vasitəsi ilə fiziki birləşmələrin akivləşməsi,
dəstəklənməsi və deaktivləşməsi həyata keçrilir. Məlumat alan istifadəçinin
kompüterində isə proses tərsinə gedir.
Protokollardan istifadə olunmasına görə şəbəkələri 3 yerə bölmək olar :
Lokal (LAN – Local Area Nerwork), Qlobal (WAN – Wide Area Network),
Regional.
Lokal kompüter şəbəkələri yaxın məsafədə yerləşən istifadəçilərin
kompüterləri arasında sürətli informasiya mübadiləsini təmin edir. Lokal
şəbəkə həm kiçik bir ofisi, həm də bir neçə hektar sahəsi olan böyük bir
zavodu əhatə edə bilər.Onun köməyi ilə verilənlərin uzaqdan daxil edilməsi,
ümumi resurslardan birgə istifadə edilməsi, faylların ötürülməsi, məsələlərin
məsafədən daxil edilməsi və həlli, elektron poçtu, paylanmış sistemlərin
yaradılması və s. kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal
şəbəkədə verilənlər əlaqə xətləri ilə 10 km məsafəyə qədər ötrülə bilər.
Regional şəbəkələr uzaq məsafədə yerləşmiş binaların, idarələrin,
müəssisələrin və digər təşkilatların kompüterləri arasında qurulur və şəhər,
rayon və ya qəsəbə hüdudları daxilində olur.
Qlobal kompüter şəbəkələri (WAN - Wide Area Network) həm
lokal, həm də digər telekommunikasiya şəbəkələrini və qurğularını özündə
200
birləşdirir və ölkələri, qitələri, bütün dünyanı əhatə edir. Bəzən müxtəlif
texniki, proqram və informasiya prinsipləri əsasında qurulmuş şəbəkələr
birləşməsinə koorporativ şəbəkə də deyilir.
Bütün kompüter şəbəkələri 2 funksiya ilə təyin olunur :
Şəbəkənin aparat və proqram ehtiyatlarından birgə
istifadə olunmanın təmin olunması;
Verilənlər ehtiyatına birgə daxil olunmanın təmin
olunması;
10.2. LOKAL ŞƏBƏKƏLƏRİN TOPOLOGİYALARI
Lokal şəbəkələr əsasən peşəkar fəaliyyətinə görə işi bilavasitə bu şəbəkə ilə
bağlı məhdud istifadəçi dairəsinə xidmət edir. Lokal şəbəkə çərçivəsində bir layihə
üzərində çalışan əməkdaşlar işçi qrupu adlanır. Bir lokal şəbəkə çərçivəsində bir
neçə işçi qrupu fəaliyyət göstərə bilər. İşçi qrupunun iştirakçılarında şəbəkənin
resurslarından istifadə etmək hüququ müxtəlif ola bilər. İstifadə hüququnun
iştirakçılara verilməsi və ya məhdudiyyət qaydaları şəbəkə siyasəti adlanır. Şəbəkə
siyasəti, ümumiyyətlə şəbəkənin idarə edilməsidir. Şəbəkə iştirakçılarının işinin
təşkilini idarə edən şəxs sistem administratoru adlandırılır.
Lokal şəbəkələr aşağıdakı parametrlərlə xarakterizə olunur:
şəbəkənin əhatə dairəsi - lokal şəbəkənin əhatə etdiyi sahənin ölçüləri
olub verilənləri nəql edən mühitin ümumi uzunluqlarının cəmi ilə ifadə edilir;
ötürmə sürəti - vahid vaxt ərzində ötürülən informasiya vahidlərinin sayı;
gecikdirmə vaxtı - informasiya ötürülməsinə sifariş ilə onun qəbul edilməsinə
başlanması arasındakı vaxt;
etibarlılıq - imtinaların başvermə ehtimalı və onların bərpası ilə təyin
edilən kəmiyyət;
inkişaf imkanı - şəbəkəyə heç bir dəyişiklik etmədən, maneəsiz əlavə
abonentlərlərin qoşulması;
qiyməti - şəbəkənin texniki və proqram təminatlarının ümumi dəyəri.
201
Lokal şəbəkələrin əlaqə kanallarında ən çox burulmuş cütlük, koaksial və
optik lifli kabellərdən istifadə edirlər.
Şəbəkə elementlərinin şəbəkəyə qoşulma konfiqurasiyasına topologiya
deyilir. Bu topologiya şəbəkənin bir sıra vacib elementlərini xarakteristikalarını,
o cümlədən etibarlı işləməsini,məhsuldarlığını, dəyərini,mühafizəsini təyin
edir. Şəbəkə topologiyalarını 3 yerə ayırmaq olar:
Şin
Ulduz
Halqa
Şin topologiyasında işçi stansiyalar şəbəkə adapteri vasitəsilə bir
ümumi magistral şinə (monokanala) birləşdirilir. Digər şəbəkə qurğuları eyni
cür monokanala qoşulur. Bu zaman informasiya ötürücü işçi stansiyadan
şəbəkənin bütün işçi stansiyalarının adapterlərinə daxil olur, lakin hansı
stansiyaya ünvanlanıbsa onun adapteri tərəfindən qəbul edilir. Əlavə ləvazimat
tələb olunmadığından və az kabel sərf olunduğundan şin topologiyasının
strukturu sadə və səmərəlidir, ancaq kabel sisteminin nasazlığına həssasdır.
Belə ki, əgər kabel bir yerdən zədələnsə onda bütün şəbəkə üçün problem
yaranır. Şin topologiyası onlarla kompüteri bir-birinə birləşdirdiyindən
kompüterlərin eyni vaxtda informasiya ötürmək istəməsi ehtimalı meydana
çıxır. Bu isə yolverilməzdir. Belə vəziyyəti aradan qaldırmaq üçün əlaqə xəttinə
vaxt bölgüsü ilə müraciət, aparıcı tezliyə nəzarət və münaqişəni aşkar edən
təsadüfi müraciət, səlahiyətlərin ötürülməsi kimi müxtəlif üsullardan istifadə
edilir.
Vaxt bölgüsü ilə müraciət zamanı şəbəkədə elektron dispetçeri yaradılır ki,
bu da növbə ilə hər bir abonent kompüterinə müəyyən vaxt intervalından sonra
(məs. 0,1 san) icazə siqnalı verir. İcazə siqnalı alan kompüter bir və ya bir neçə
paket informasiya ötürə bilər. Burada zaman intervalları bütün kompüterlərə
ardıcıl olaraq verilir. Bu zaman ən az gözləmə vaxtı seçən stansiya birinci
olaraq öz paketini ötürür.
202
Aparıcı tezliyə nəzarət və münaqişəni aşkar edən təsadüfi müraciət
vaxtı stansiyalar bütün vaxt ərzində monokanala qulaq asaraq hal-hazırda hər
hansı bir abunentin informasiya mübadiləsi edib etmədiyini müəyyən edirlər.
Əgər monokanal boş olarsa istənilən stansiya öz paketini ötürə bilər.
Təsadüfi müraciət üsulu daha sadə olur və informasiya ötürmək üçün
stansiyalara heç bir icazə lazım gəlmir. Ona görə də bu üsul etibarlı sayılır və
daha geniş yayılmışdır. Çatışmamazlığı isə ondan ibarətdir ki, paketlərin tez
çatdırılmasına təminat verilmir.
Səlahiyyətlərin ötürülməsi üsulunun mahiyyəti ondan ibarətdir ki,
şəbəkəyə icazə paketi daxil edilir. Bu paket bir stansiyadan o birisinə növbə ilə
ötürülür. İcazəni qəbul edən stansiya paketlərin sayı qədər informasiya ötürə
bilər. Sonra həmin stansiya icazəni digər stansiyaya ötürür. Bu üsulun üstün
cəhəti ondan ibarətdir ki, hər bir abunent üçün müəyyən vaxt daxilində
informasiyanı ötürməyə təminat verilir. Çatışmayan cəhəti isə icazələrin idarə
olunmasının çətinlik törətməsidir, belə ki, təsadüfən icazə paketi itərsə şəbəkə
öz fəaliyyətini dayandırır. Yaxud şəbəkədə iki və daha artıq icazə meydana gələ
bilər ki, bu da xaos yaradır və şəbəkənin işini dayandırır.
Ulduz topologiya bütün şəbəkəni özündə birləşdirən aktiv mərkəzi
kompüterə (serverə) və ya başqa şəbəkə qurğusuna malikdir.İşçi stansiyalar
aktiv mərkəzə konsentrator (hub) vasitəsilə qoşulurlar. Konsentrator bir işçi
stansiyadan ötürülən informasiyanı şəbəkənin bir və ya qalan bütün
kompüterlərinə nəql edə bilər. Şəbəkənin işləkliyi aktiv mərkəzin etibarlığından
çox asılıdır.
Ulduz topologiyanın şin topologiyasından üstünlüyü yüksək
etibarlığıdır. Bir kompüterlə əlaqə kəsildikdə və ya kabellə bağlı istənilən
uğursuzluq o kompüterlə ola bilər ki, hansına ki,o qoşulub. Ancaq
konsentratorun sıradan çıxması bütün şəbəkənin işini dayandıra bilər. Bütün
bunlardan başqa konsentrator administrator tərəfindən qadağa qoyulmuş
informasiyanın şəbəkə qovşağından daxil olamasına mane ola bilər.
Çatışmazlığı əlavə konsentrator qoyulduğundan bir qədər baha başa gəlməsidir.
203
Halqa topologiyada verilənlər bir kompüterdən digərinə bir
istiqamətdə nəql olunur. Kompüter verilənləri özünə aid olduğunu tanıyarsa
onda onların surətini buferə köçürür. Halqa topologiyada verilənlər tam
dövriyyə etdikdən sonra yenidən mənbə qovşağa qayıdır. Ona görə də bu
qovşaq verilənlərin adresata çatmağına nəzarət edə bilir. Halqa topologiyanın
bu xüsusiyyətindən şəbəkənin işləkliyi, korrekt işləməyən qovşaqları təyin
etmək üçün istifadə edilir. Halqa topologiyalı şəbəkə fiziki xətlərdən və
təkrarlayıcılardan təşkil olunur. Hər bir təkrarlayıcıya şəbəkə adapteri qoşulur
və təkrarlayıcı kadırı saxlayarkən şəbəkə adapteri onda olan başlığı oxuyaraq bu
kadrın ona aid olub – olmamasını müəyyən edir. Üstünlüyü sadə realizasiyası,
çatışmazlığı isə aşağı etibarlığıdır. Əgər halqanın hər hansı bir hissəsi sıradan
çıxarsa onda bütün şəbəkə işini dayandırır. Bu çatışmamazlığı aradan
qaldırmaq üçün şəbəkədə iki həlqədən istifadə edilir və ya da kommutator
vasitəsilə qırılmış yeri şəbəkədən kənar edirlər.
10.3. Lokal şəbəkədə istifadə olunan qurğular
1. Konsentrator (Concentrator). İnformasiyanı bir və ya bir neçə şaxələrə
nəql edə bilən bu qurğu müstəqil topologiyalı şəbəkələrin yaradılmasında
əlverişlidir. Qoşulan kabellərin sayına, növünə və uzunluğuna görə fərqlənən
müxtəlif tipli konsentratorlar istehsal olunur. Onlar birləşdirilmiş seqmentləri
avtomatik idarə edə bilər (nasazlıq və xətdə qırıq müəyyən edəndə onları ayıra və
ya qoşa bilər). Konsentrator çox saylı girişi ilə ulduz topologiyada mərkəzi
birləşmə nöqtəsi rolunu oynayır. Konsentratorun ənənəvi adı ilə bərabər hab (ing.
Hab - mərkəz) termini də işlədilir.
2. Kommutator (Switch). Kommutatorlar portlar arasında paketlərin
yüksəksürətli kommutasiyasını təmin edir. Kommutator portuna qoşulan hər bir
qurğuya (server, kompüter və ya konsentrator) şəbəkənin bütün buraxma zolağını
təqdim edir. Bu məhsuldarlığı artırır və şəbəkənin cavab vermə vaxtını qısaldır.
Kommutator portdan qəbul etdiyi paketi MAC adresi (Media Access Control)
bildiyi üçün düz adresata göndərir (necə ki, poçtalyon poçt adresinə əsasən hara
204
məktub çatdırmağı bilir). Bunun də nəticəsində trafik qısalır və ümumi keçirtmə
qabiliyyəti yüksəlir.
3. Təkrarlayıcı (rereater). Təkrarlayıcılar şəbəkədə siqnalların gücləndirən
və bərpa edən, onların uzunluğunun artmasına xidmət edən qurğudur. Bu qurğunun
köməyi ilə şin topologiyalı şəbəkənin bir neçə seqmetini birləşdirməklə ümumi
ölçüsünü genişləndirmək olar.
4. Körpü (bridge). Körpülər əsasən bir qədər fiziki müxtəlifliyi olan
identik şəbəkələri birləşdirmək üçündür.
5. Şlüz (gateway). Şlüzlər müxtəlif protokollarla işləyən bir neçə lokal
şəbəkəni birləşdirmək üçündür. Şlüz şəbəkədə protokoların, o cümlədən məlumatın
bir formatdan digərinə və ya bir kodlaşdırma sistemindən digərinə dəyişdirilməsi
rolunu oynayır. O, həm kompüter proqrammı, həm də xüsusi kompüter (şlüz
serveri) şəkilində ola bilər. Axırıncı halda kompüter şlüz rolundan başqa işçi
stansiyaya məxsus digər funksiyaları yerinə yetirə bilər.
6. Brandmauer. Brandmauerlər şəbəkə təhlükəsizliyini təmin etmək üçün
lokal şəbəkə ilə qlobal şəbəkə arasında qurulur. Onlar verilənlərin şəbəkəlar arası
qanunsuz yerdəyişməsinin qarşısını alan xüsusi kompüter və ya proqram ola bilər.
7. Marşrutlaşdırıcı (router). Marşrutlaşdırıcılar şəbəkədə əlaqəni yaradır.
Bu qurğular kifayət qədər mürəkkəb xidmət səviyyəsini təmin edir. Belə ki, onlar
başqa şəbəkəyə ünvanlanmış xəbərin ötürülməsi üçün ən yaxşı marşrut seçmək,
verilənlər axınının bərabər ölçüdə paylaşdırılması yolu ilə şəbəkədə gərginliyin
tarazlaşdırılmasını idarə etmək, verilənləri qorumaq, ötürülmüş verilənləri
buferləşdirmək və müxtəlif protokol dəyişdirilməsi kimi intellektual funksiyaları
yerinə yetirə bilər. Marşrutlaşdırıcıların bu kefiyyətləri iri təşkilatların baza
şəbəkələrini quranda xüsusilə vacibdir.
8. Modemlər və faks modemlər. Modemlər istifadəçilərə informasya
mübadiləsi etmək və internetə qoşulmaq üçün adi telefon xəttindən istifadə etməyə
imkan verir. Modem telefon xətti ilə verilən rəqəmli siqnalları analdoq siqnallara
çevirir və həm də əksinə edir. Faks-modemlər modemlərdən fərqli olaraq özünün
standartlarından istifadə edərək verilənlərin sürətli ötürülməsini yalınız bir
205
istiqamətə təmin edirlər. Onlar informasiyanın nəqlini qəbulundan daha yaxşı
bacarırlar. Hal-hazırda kombinasiya edilmiş modemlər (modem/faks-modem)
istehsal edilir.
9. Şəbəkə kontrollerləri (şəbəkə adapteri və ya şəbəkə platası).
Kompüterin şəbəkəyə qoşulması üçün ona şəbəkə kontrolleri quraşdırılmalıdır.
Şəbəkə kontrolleri kompüterə informasiyanı şəbəkədən almaq və ötürmək imkanı
verir. Şəbəkə kontrollerləri bir-birlərindən qoşulan kabellərin növlərinə, işlədilən
şəbəkə protokollarına, qoşulduqları şinlərin (İSA, PSİ, VESA və s.) formalarına,
sürətlərinə və digər keyfiyyətlərinə görə fərqlənirlər.
10. İşçi stansiya. İşçi stansiyalar öz diskli əməliyyat sisteminin idarəsi
altında işləyən kompüterlərdir. Adi kompüterdən fərqli olaraq şəbəkə platasına və
kabel vasitəsilə şəbəkə ilə fiziki əlaqəyə malikdir. İşçi stansiya serverlə, digər işçi
stansiyalar və şəbəkənin müxtəlif qurğuları ilə informasiya mübadiləsi etmək üçün
gərək şəbəkə əməliyyat sisteminə və ya şəbəkə əməliyyat sistemindən istifadə
etmədikdə şəbəkə örtüyü adlanan xüsusi proqrama malik olmalıdırlar. Şəbəkə
örtüyü işçi stansiyaya serverdə saxlanılan fayllardan və proqramlardan öz diskində
yerləşənlər kimi asanlıqla istifadə etməyə şərait yaradır.
Lokal şəbəkənin tipləri
Kompüterlərin birləşmə sxeminə görə lokal şəbəkələr əsasən üç tipə
bölünürlər:
bir rütbəli (peer-to-peer - bir-birinə tay);
bir ayrılmış serverli şəbəkə (sifarişçi/server)
bir - neçə ayrılmış serverli şəbəkə.
Bir rütbəli şəbəkədə hər bir kompüterin qoşulduğu digər kompüterlərin
istəniləni ilə əlaqə yaratmaq imkanı var. Faktiki olaraq şəbəkədə kompüterlərin hər
biri həm sifarişçi, həm də server rolunu oynaya bilər. Bir rütbəli şəbəkə adətən 3-4
kompüteri olan kiçik ofislərdə və ya böyük təşkilatların bölmələrində qurulur və
üstünlüyü ondadır ki, kompüterlərdən birini server təyin etmək zərurəti meydana
çıxmır, istənilən kompüterə qoşulmuş hər hansı bir qurğudan digər kompüterlər də
206
istifadə edə bilir, həm də bu cür şəbəkə ucuz başa gəlir. Windows əməliyyat
sistemində bir rütbəli şəbəkə üçün xüsusi aparat və proqram təminatı tələb
olunmur. Çünki bu halda kompüterin standart daxili və xarici portları aparat
təminatı, əməliyyat sisteminin daxilində olan xüsusi vasitələr isə proqram təminatı
rolunu oynayır. Çatışmazlığına isə ötürülən informasiyanın aşağı təhlükəsizliyi,
şəbəkəyə nəzarətin zəif olması, qoşulan kompüterlərin sayı artdıqca şəbəkənin iş
sürətinin ləngiməsini göstərmək olar.
Sifarişçi server şəbəkədə kompüterlərdən biri ümumi istifadə (server)
üçün ayrılır, qalan kompüterlər isə sifarişçi (işçi stansiya) rolunu oynayır. Server
kompüterlərin operativ yaddaşı, sərt diskinin tutumluğu, prosessorunun sürəti
sifarişçi kompüterlərin parametrlərindən çox olmalıdır. Belə tələb ondan irəli gəlir
ki, server eyni vaxtda bir neçə kompüterdən gələn sorğunu işləyir və öz resurslarını
bütün işçi stansiyalara təqdim edir. Ən vacib informasiyalar serverdə toplandığı
üçün çox vaxt o, ayrı mühafizə edilən otaqda yerləşdirilir. Serverə xüsusi şəbəkə
əməliyyat sistemi yüklənilir, məsələn Novell NetWare, Windows NT Server və ya
Windows 2000 Server.Verilənlərin yüksək sürətlə emal edilməsini, informasiyanın
mühazifəsini və məxfiliyini təmin edən etibarlı sisteminin olması sifarişçi/server
şəbəkənin üstünlükləridir. Çatışmazlığı isə baha başa gəlməsidir.
Ayrılmış serverli şəbəkələrdə serverləri təyinatına görə fayl serveri, çap
serveri, poçt serveri, firewall və proksi server, web-serveri və digər serverlərə
bölmək olar.
Müraciət metoduna əsasən şəbəkə qurulmasının növləri.
Müraciət metodu: fiziki səviyyədə şəbəkənin qovşaqlarını birləşdirən,
verilənlərin ötürülmə kanalından istifadəni müəyyən edən qaydalar toplusudur.
Lokal şəbəkədə ən geniş yayılmış müraciət metodları aşağıdakılardır:
1. Ethernet
2. Token Ring
3. ARCNet (Attached Resource Computer Network - qoşulmuş kompüter
şəbəkə resursları)
207
Bu metodların hər biri müvafiq şəbəkə platası (adapter) vasitəsilə həyata
keçirilir.
Ethenet. Ethenet 1970-ci ildə Xerox korporasiyasının Palo Alto
Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış, sonradan 1978-ci ildə Xerox
Corporation, Intel Corporation və Digital Equipment Corporation tərəfindən
standartlaşdırılmışdır. Ethenet EEE 802.3 spesifikasiyası üçün əsas oldu. Hal-
hazırda Ethenet və EEE 802.3 lokal hesablama şəbəkələrinin geniş yayılmış
protokollarıdır və onlar oxşar texnologiyalar kimi müəyyən edilib. Hər iki
standart daşıyıcıya kontrol etməklə çoxsaylı müraciət və münaqişənin aşkar
edilməsi (CSMA/CD - carrier-sense multiple access/collision detection)
metodundan istifadə edir. Bu metoda görə bütün stansiyalar bir mühitdə
qarşılıqlı əlaqədə olurlar. Belə mühitdə hər zaman anında yalnız bir stansiya
informasiya ötürə, qalanlar isə qəbul edə bilər. Əgər iki stansiya eyni vaxtda
informasiya ötürməyə cəhd edirsə bu zaman ötürülənlər toqquşur və hər iki
stansiya müəyyən təsadüfi vaxtdan sonra yenidən nəqlə çalışırlar. Ethenet
şəbəkədə şin topologiyasından istifadə olunur. Ona görə də stansiyalar bir
ümumi qarşılıqlı əlaqə kanalından istifadə edirlər. Ethenetdə verilənlərin
adresata çatıb-çatmadığına zəmanət verilmir. Misal üçün əgər adresat qovşaq
söndürülübsə onda göndərilən paket yolda itə bilər və göndərənin isə bundan
xəbəri olmaya bilər. Ethenet istifadəçilərin sayı artıqca şəbəkənin iş effektivliyi
azalır. Belə olan halda azsaylı istifadəçilərə xidmət edən seqmentlərin sayını
artırmaq məsləhət görülür. Verilənlərin ötürülmə sürəti 10 Mbit/s-dir.
Token Ring. Bu standart İBM firması tərəfindən hazırlanıb. Ötürücü
mühit kimi ekranlanmış və ekranlanmamış burulmuş cütlük və optik lifli
kabellərindən istifadə edilir.Verilənlərin ötürülmə sürəti 4 Mbit/s və ya 16
Mbit/s-dir. Stansiyanın ötürücü mühitə daxil olmasını idarə edən metod kimi
markerli halqa (Token Ring) metodundan istifadə olunur. Bu metoda görə
marker adlanan bitlərin xüsusi ardıcıllığı eyni istiqamətdə dövr edən fasiləsiz
halqa əmələ gətirir. Markerlər hər işçi stansiyadan ötərək halqa boyu nəql
olunur. İşçi stansiyaya ötürüləcək informasiyaya malik olduqda markerə
208
verilənlərin kadrlarını əlavə edə bilər. Əks halda o, sadəcə olaraq markeri digər
stansiyaya ötürür. Bu metodun əsas xüsusiyyətləri:
qurğular şəbəkəyə halqa topologiyasına əsasən qoşulur;
şəbəkəyə qoşulan qurğulur yalnız ötürmək icazəsi aldıqdan
sonra verilənləri ötürmək hüququ qazanır;
şəbəkədə belə hüquqa istənilən vaxt yalnız bir stansiya malik
olur.
Token Rinqdə üç əsas paket tipi təyin edilib:
Verilənlər / idarəetmə paketi (Data/Command Frame);
marker (Token);
Dayandırmaq paketi (Abort).
Verilənlər/idarəetmə paketi. Onun köməyi ilə verilənlərin ötürülməsi və
şəbəkə işini idarə edən əmrlər yerinə yetirilir.
Marker. Stansiya verilənlərin ötürülməsinə yalnız paketi aldıqdan sonra
başlaya bilər. Bir halqada bir marker və müvafiq olaraq verilənlərin ötürülməsi
hüququna malik bir stansiya ola bilər.
Dayandırmaq paketi. Belə paketin göndərilməsi bütün ötürülmələrin
dayandırılması adlanır.
ARCNet. ARCNet lokal şəbəkənin sadə, ucuz, etibarlı və kifayət qədər
qıvraq arxitekturasıdır. 1977-ci ildə Datapoint korporasiyası tərəfindən hazırlanıb.
Sonradan SMS (Standard Microsistem Corporation) korporasiyası Arcnetə
lisenziya əldə etmiş və ARCNet şəbəkəsi üçün lazım olan ləvazimatları işləyib
hazırlamağa və istehsal etməyə başlamışdır. Ötürücü mühit kimi ekranlanmış və
ekranlanmamış burulmuş cütlük, koaksial və optik lifli kabellərdən istifadə edilir.
Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ARCNet şəbəkəyə qurğuların
qoşulmasında şin və ulduz topologiyalarının xüsusiyyətlərindən istifadə edilir.
Stansiyanın ötürücü mühitə daxil olmasını idarə edən metod kimi markerli şin
(Token Bus) metodundan istifadə olunur. Bu metoda görə:
şəbəkəyə qoşulan bütün qurğulur ötürmək hüququna icazə alır;
209
şəbəkədə belə hüquqa istənilən vaxt yalnız bir stansiya malik olur;
bir stansiya ilə ötürülən verilənlər şəbəkənin bütün stansiyaları üçün
açıqdır.
Arcnet şəbəkədə 5 paket tipi müəyyən edilib:
Paket ITT (Information to Transmit) - ötürməyə dəvət. Bu paket idarəni
şəbəkənin bir qovşağından digərinə verir. Paketi qəbul edən stansiya verilənləri
ötürmək hüququ qazanır.
Paket FBE (Free Buffer Enquiries) - verilənlərin qəbuluna hazır olmaq
sorğusu. Bu paketlə şəbəkənin verilənlərin qəbuluna hazırlığı yoxlanılır.
Verilənlər paketi. Bu paketin köməyi ilə verilənlər ötürülür;
Paket ASK (Acknowledgments) - qəbulu təsdiqləyir. Verilənlərin
qəbuluna hazır olmaq və ya verilənlər paketinin səhfsiz qəbul edildiyini təsdiqləyir,
daha doğrusu FBE və verilənlər paketinə cavab verir;
Paket NAK (Negative Acknowledgments) - qəbula hazır olmamaq.
10.4. Qlobal kompüter şəbəkəsi
İnternet – dar mənada şəbəkənin birləşməsi adlanır. Daha geniş mənada
isə Beynəlxalq kompüter şəbəkəsi adlanır.İnternetə fiziki mənada bir neçə milyon
kompüterin birləşməsi kimi baxmaq olar. Daha yaxşı olardı ki, İnternetə-
məlumat fəzası kimi baxılsın. İnternetə - kompüterlərin birbaşa birləşməsi kimi
baxmaq olmaz, çünki o özlüyündə elə bir fəza təşkil edir ki, orada bilavasitə
verilənlərin kəsilməz dövr etməsi baş verir.
Məlumatın kompüter vasitəsi ilə ötürülməsi və qəbul edilməsi hələ 50 –
ci illərdə laboratoriya şəraitində tətbiq olunmuşdur. 60 –cı illərin sonunuda ABŞ
–in Müdafiə nazirliyinin (DARPA – Defense Advanced Research Project
Ageney) prespektiv işləmə agentliyinin vəsaiti hesabına I milli şəbəkə yaradıldı.
O, ARPANET adını almışdır. Bu bir neçə elmi, tədqiqat və təhsil sahələrini əhatə
edirdi.
210
İnternetin əsas yaranma tarixi 1983 – cü il hesab olunur. Bu TCP\İP
protikollarının yaranma tarixi ilə bağlıdır. TCP\İP – bu bir dənə şəbəkə
protokolundan ibarət olmayıb, müxtəlif təbəqələrdə yerləşən iki protokoldan
ibarətdir. TCP protokolu – nəqliyyat təbəqəli protokoldur və məlumatın necə
ötürülməsini təmin edir. İP protokolu- ünvanlıdır. O, şəbəkə təbəqəsinə aiddir və
ötürülmənin hara getməsini təmin edir.
TCP/IPailəsi
TCP/IP birgə iş üçün nəzərdə tutulmuş şəbəkə protokolları ailəsidir.
Onun tərkibinə bir neçə komponent daxildir:
• İP (İnternet Protocol – Şəbəkələrarası protokol) – paketlərin bir
kompüterdən digərinə daşınmasını təmin edir.
• ICMP (Internet Control Message Protocol – İnternetdə məlumatların
idarə olunması protokolu) – səhvlər haqqında, köməkçi marşrut üzrə tələbatlar və
xəbərlərin alınması haqqında məlumatlar da daxil olmaqla İP protokolunu tanıyır;
• ARP (Address Resolution Protocol – Ünvanların çevrilməsi
protokolu) - İP-ünvanları aparat ünvanlara çevirir;
• UDP (User Datagram Protocol – İstifadəçinin deytaqramlarının
ötürülmə protokolu ) və TCP (Transfer Control Protocol - Ötürmələrin idarə
olunması protokolu) göstərilmiş kompüterdə verilənlərin konkret əlavələrə
çatdırılmasını təmin edir.
Deytaqram – birləşmə tələb etməyən protokollarla ötürülən paketlərdir.
İnternetə qoşulma üsulları
• Dial-Up bağlantı.
• Birbaşa xətt vasitəsilə bağlantı.
• Sürətli və genişzolaqlı bağlantılar.
• Simsiz İnternet bağlantısı.
• Mobil rabitə və İnternet.
WAP –texnologiya
Bluetooth texnologiyası
GPRS (General Packet Radio Service) –
211
Mobil telefon vasitəsilə İnternet bağlantısı
CDMA (Code Division Multiple Access) -
Mobil rabitə texnologiyası
• Peyk İnterneti.
İnternetdə ünvanlama sistemi
• Rəqəmsal İP - ünvan (İP – Internetwork Protocol);
• domen ünvan.
İP-ünvan şəbəkənin və kompüterin şəbəkədəki nömrəsini özündə
saxlayır. Hər bir şəbəkənin ünvanı İnternetin NİC (Net Information Centre) Şəbəkə
informasiya mərkəzi tərəfindən verilir.
Rəqəmsal ünvan 32 bit uzunluğa malikdir. Ədədi ünvan 32 bit uzunluğa
malikdir. Bu ünvan 0-dan 255-ə qədər istənilən 4 ədəddən ibarət olur. Şəbəkənin
ölçüsündən asılı olaraq İP-ünvanlar A,B və C kimi üç sinfə bölünür.
İP-ünvanla kompüterin şəbəkə ünvanı arasındakı uyğunluğa əsaslanan
siyahı genişləndiyindən Şəbəkənin zonalara bölünməsi zərurəti yarandı. Hər bir
zonada ünvanlara xidmət üçün bir mərkəz ayrıldı. Bu zonalar domenlər adını aldı,
onlara uyğun ünvanlar isə domen ünvanlar adlandırıldı. İnternet ünvanlama
sistemində müəyyən coğrafi regionları təmsil edən domenlər iki hərfdən (məsələn,
Fransa – fr, Kanada – ca, ABŞ – us), mövzu əlamətlərinə görə bölünmüş domenlər
isə üç hərfdən ibarət olur.
İstifadəçinin kompüterinin şəbəkədə geydiyyata alındığı ad onun İnternet
ünvanı adlanır. İstifadəçinin adının ardınca @ işarəsi işlədilir.
Misal. İnternetə goşulmuş tutor.sptu.edu adlı kompüterdə Nazrin adı altında
qeydiyyata düşmüş istifadəçinin ünvanı bu şəkildə olacaqdır:
Nazrin@ tutor.sptu.edu
10.5. İnternetin xidmətləri (qulluğu, vəzifələri)
İnternetin işi haqqında danışdıqda – bu zaman söhbət tam İnternetdən
getmir, ancaq onun bir və ya bir neçə vəzifəsindən gedir. Müxtəlif xidmətlər –
212
müxtəlif protokollara malikdir. Buna tətbiqi proqramlar deyilir. İnternetin
vəzifələrinə aşağıdakılar daxildir:
1. Terminal rejim. Keçmişdə bu rejimdən daha çox riyazi
hesablamaların aparılması zamanı istifadə olunurdu. Müasir zamanda isə
Telnet protokollarından texniki obyektlərin distansion(məsafə) idarə
olunmasında istifadə olunur, məsələn teleskoplarla, videokameralarla, sənaye
robotları ilə işləyən zaman istifadə olunur.
2. Elektron poçt (E – mail ) Poçt xidməti iki tətbiqi proqram
əasaında qurulub: SMTP və POP3. SMTP vasitəsi ilə kompüterdən serverə
məlumatın göndərilməsi baş verir. POP3 vasitəsi ilə daxil olan məlumatların
qəbul edilməsi baş verir. İnternetdə E – mailin təmin olunması üçün xüsusi
poçt serveri vardır.
3. Siyahıların göndərilməsi (Mail list) Bu xüsusi mətni serverdir ,
təyin olunmuş mətnlər üzrə məlumatı toplayır və abunəçilərə göndərilməni
təmin edir. Göndərilən siyahıların mövzusu müxtəlif ola bilər, məsələn,
xarici dilin öyrənilməsi ilə bağlı olan suallar, hesablama texnikasının proqram
və asparat vasitəsi ilə bağlı olan yeni məlumatlar.
4. Telekonfransların xidməti (Usenet) Bu xidmət növü elektron
poçtun göndərilməsinin dövrü təkrar edilməsinə oxşayır, lakin, bu zaman
məlumat bir müxbirə deyil, böyük müxbirlər qrupuna göndərilir (belə
qruplara telekonfranslar və yaxud xəbərlər qrupu deyilir).
5. Faylların ötürülməsi xidməti (File Transfer Protocol) –
faylların ötürülməsi və qəbul edilməsi İnternet – qulluqda ən keyfiyyətli
vəzifədir. FTP xidmətinin beynəlxalq şəbəkədə öz serveri var və burada
verilənlərin arxivi saxlanır. FTP pr otokolu eyni zamanda iki TCP - server və
müştəri birləşməsi ilə işləyir, biri vasitəsi ilə verilənlərin ötürülməsi baş verir,
ikinci birləşmə isə idarəedici rolunu oynayır.
6. İRC xidməti (İnternet Realy Chat) – yəni real vaxt xidməti bir
neçə adamla eyni vaxtda ünsiyyəti təmin edir. Telekonferensiya xidmətindən
fərqi ondadır ki, bütün dünyada açılmış mətnin müzakirəsi iştirakçılar
213
arasında İRC sisteminin bir kanalında baş verir, bu zaman ancaq bir neçə
adam iştirak edə bilər. Hər bir istifadəçi özünün xüsusi kanalını yarada bilər
və ora "müzakirə" üçün iştirakçıları dəvət edə bilər və yaxud hazırda açıq
olan kanala qoşula bilər.
7. İCQ. Hal – hazırkı vaxtda İnternetə qoşulmuş insanın İP –
ünvanın axtarışını təşkil edir. Bu qulluğun adı – I SEEK YOU –Mən səni
axtarıram adlanır. Bu qulluqdan istifadə üçün onun mərkəzi serverində
qeydiyyatda olmaq lazımdır. (http://www/icq.com) və UİN ( Universal
Internet Number ) fərdi nömrəsini almaq lazımdır.
8. World Wide Web (WWW) xidməti. Müasir İnterrnetiin ən
məşhur xidmətidir. WWW – vahid məlumat fəzasıdır, bu öz növbəsində,
Web- serverdə saxlanılan, bir – biri ilə bağlı olan yüz milyonlarla elektron
sənədlərdən ibarətdir. Web fəzanı təşkil edən ayrı – ayrı sənədlər Web –
səhifələr adlanır. Mövzular cəhətdən birləşən Web səhifələri Web- qovşaq
adlandırırlar ( daha geniş mənada Web – sayt və yaxud sayt). Web-
səhifələrin adı sənədlərdən fərqi ondan ibarətdir ki, onlar konkret daşıyıcı ilə
bağlı olmayan rəsmi şəklə salınır (formalaşır). Məsələn, vərəqdə çap olunacaq
hazır sənəd çap vərəqinin parametrlərindən, enindən, hündürlüyündən və
sahələrin ölçüsündən asılıdır. Web– sənədlərə isə qabaqcadan məlum
olmayan kompüterin ekranında baxmaq olar. Bu zaman istufadəçinin işlədiyi
kompüterin nə ekranının ölçüsü, nə rəngin parametrləri, nə qrafik genişlənmə,
nə də əməliyyat sistemi məlum ola bilər. Ona görə də Web- sənədlər "bərk
formatlaşmaya " malik deyillər. Rəsmi şəklə salınma bilavasitə istifadəçinin
kompüterində əks olunma zamanı baş verir. Web- səhifələrə baxmqa üçün
istifadə olunan proqramlara – broyzerlər deyilir. Broyzer – sənədin ekranda
əks olunmasını təmin edir.
9. DNS xidməti. Biz İnternetin protokollarından danışan zaman,
qeyd etdik ki, İnternetdə ixtiyari kompüterin və yaxud da ixtiyari lokal
şəbəkənin ünvanı dörd bayt vasitəsi ilə ifadə oluna bilər, məsələn,
214
195.28.132.97. Digər tərəfdən isə qeyd etdik ki, hər bir kompüter xüsusi
domen ada malikdir, məsələn,www.abcdef.com
Burada burada heç bir zidiyyət yoxdur, bu eyni bir şəbəkə
kompüterinin ünvanın yazılışıdır. İnsana İP – ünvanlarının rəqəmlərlə yazılışı ilə
işləmək çətinlik törədir, ona görədə məzmuna uyğun adla işləməyə daha çox
üstünlük verir.
215
MÖVZU 11.
INFORMASIYA-KOMMUNIKASIYANIN IŞLƏNMƏ
TEXNOLOGIYALARI
Plan
11.1. Texnologiya anlayışı. İnformasiya texnologiyaları
11.2. İnformasiya-kommunikasiya texnologiyalarının komponentləri.
11.3. İnformasiya –kommunikasiya texnologiyalarının qurulma prinsipləri.
11.4. İnformasiya- kommunikasiya texnologiyalarının inkişaf mərhələləri.
11.5. Avtomatlaşdırılmış iş yerləri
11.1. Texnologiya anlayışı. İnformasiya texnologiyaları
Son illərdə «Kompyuter texnologiyası» və "İnformasiya texnologiyası"
terminlərindən geniş istifadə olunur. «Texnologiya» yunan sözü olub (techne
(bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal
proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu
deməkdir. Cəmiyyətin informasiya resurslarından istifadə etməsi prosesinin vacib
tərkib hissəsi informasiya texnologiyası hesab olunur. İnformasiya texnologiyası
elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin
yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Cəmiyyətin
informasiya resurslarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi
informasiya texnologiyası hesab olunur. İnformasiya texnologiyası elmi-texniki
tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə
təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə
informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin
işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticəvi
informasiyanın keyfiyyətinə ciddi təsir etmiş fərdi kompüter hesab olunur. Fərdi
kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən
istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı.
Bununla da «informasiya texnologiyası» söz birləşməsinə «yeni» sözü əlavə
olundu: yeni informasiya texnologiyası.
216
Yeni sözü bu texnologiyanın təkamüllüyünü yox, yeniliyini göstərir. Onun
tətbiqi o mənada yenilik aktı hesab olunur ki, o, təşkilatların və müəssisələrin
fəaliyyət növlərinin məzmununu əhəmiyyətli dərəcədə dəyişdirir. Yeni informasiya
texnologiyası anlayışına həmçinin informasiyanın müxtəlif vasitələrlə ötürülməsini
təmin edən kommunikasiya texnologiyaları da daxil edilir.
Material istehsalı texnologiyası müxtəlif texniki vasitələrlə (avadanlıq,
dəzgahlar, instrumentlər, konveyr xətləri və s.) reallaşır. Analoji olaraq
informasiya texnologiyası üçün də texniki vasitələr mövcuddur. İnformasiya
istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatmı yerinə
yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək
yeni kefıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Həmin
vasitələrə başqa sozlə informasiya texnologiyasının proqram instrumentarisi
deyilir. Proqram instrumentarisi istifadəçi tərəfındən qoyulan məqsədə nail
olmaqdan ötrü müəyyən tip kompüter üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə
proqram məhsulundan ibarətdir. İnstrumentari kimi fərdi kompüterlər üçün geniş
yayılmış aşağıdakı proqram məhsullarından istifadə edilə bilər: mətn prosessorları
və ya redaktorları, stolüstü nəşriyyat sistemləri, elektron cədvəllər, qrafik
redaktorlar, verilənlər bazalarının idarəetmə sistemləri, elektron yazı kitabçaları,
funksional təyinatlı (maliyyə, mühasibat, marketinq və s.) informasiya sistemləri,
İnternet bələdçiləri, ekspert sistemləri və s.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya
sistemləri ilə sıx bağlıdır. İlk baxışdan onların bir-birinə çox oxşarlığı təəssüratı
yaranır, əslində isə bu belə deyildir.
İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların,
mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan
prosesdir. İnformasiya texnologiyasmın əsas məqsədi ilkin informasiyanın
məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram
məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə
vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, «insan-kompüter»
217
tipli informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın
saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb,
istifadəçiyə çatdırılmasıdır.
İnformasiya sisteminin funksiyalarının reallaşdırılması ona yönəlmiş
informasiya texnologiyasını bilmədən mümkün deyil. İnformasiya texnologiyası
isə informasiya sistemindən kənar olaraq reallaşdırıla bilər.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində
informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha
geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin
təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla
istifadə olunmasıdır.
Material istehsalı sahəsindi istifadə olunan norma, normativ, texnoloji
proses, texnoloji əməliyyat və s. kimi anlayışlardan informasiya texnologiyasında
da istifadə oluna bilər. Hər bir texnologiyada bu anlayışları müəyyənləşdirməkdən
əvvəl məqsədi təyin etmək lazımdır. Sonra isə qoyulan məqsədə çatmaq üçün
görüləsi işlərin hamsını strukturlaşdırmağa cəhd etmək və lazımi proqram
instrumentarisini seçmək lazımdır.
Kompüter əsasında reallaşdırılan informasiya texnologiyasının inkişafına
bir neçə baxış mövcuddur. Bu baxışlar müxtəlif bölgü əlamətləri ilə təyin edilir.
Aşağıda nəzərdən keçirilən baxışlar üçün ümumi cəhət ondan ibarətdir ki, fərdi
kompüterlərin yaranması ilə informasiya texnologiyasının inkişafında yeni mərhələ
başlandı və insanın həm peşə fəaliyyətində, həm də məişətdə informasiya
təlabatlarını ödəmək mümkün oldu.
İnformasiya texnologiyasını aşağıda göstərilən əlamətlərə görə mərhələlərə
ayırırlar. Qeyd edək ki, göstərilən ayırmalar və illər müəyyən mənada şərti xarakter
daşıyır.
İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə
obyekti kimi müəyyən edilir. İnformasiyaya formal olaraq məzmun cəhətdən
baxıldıqda o, işlənməyə, emala məruz qalır. Belə olan halda informasiya
proseslərinin girişində olan məlumatlar “xammal” rolunu, çıxışındakı məlumatlar
218
isə “hazır məhsul” rolunu oynayır.
İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının
tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından
istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab
olunur.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün
üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin
vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin
tələblərinə çavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə
məqsəd insan tərəfindən analiz edilmək və onun əsasında qərar qebul etmek ücün
informasiya istehsalıdır.
Məlumdur ki, eyni material resurslarına müxtəlif texnologiyaları tətbiq
etməklə müxtəlif məmulat və məhsul almaq olar. Bu deyilən informasiyanın emalı
texnologiyasına da aiddir.
Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki,
bunlar da aşağıdakılardır:
- kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
- proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı
əlaqələndirilməsi);
- həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin
çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi
təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin
informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya
sistemləri ilə sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin,
əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan
ibarət olan prosesdir. İnformasiya sistemi kompüterlərdən, kompüter
şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan,
219
müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi,
informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması,
sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə
çatdırılmasıdır.
İnformasiya sistemi (İS) müəyyən sahədə məsələlərin həllini təmin edən
qərarların qəbul edilməsi üçün informasiyamn toplanması, saxlanması, axtarışı,
emalı və istifadəçilərə çatdırılmasını təmin etmək məqsədilə texniki, proqram,
linqvistik, metodloji və təşkilatı vasitələrdən ibarət kompleksdir.
Müasir informasiya sistemlərində informasiyanın emalı üçün əsas texniki
vasitə kimi fərdi kompüterdən istifadə edilir. Böyük təşkilatlarda və firmalarda
texniki vasitələrə fərdi kompüterlə yanaşı, meynfreym və super kompüter də daxil
edilə bilər. Paylanmış informasiya sistemlərində texniki təminat funksiyalarını
kompüter şəbəkələri yerinə yetirirlər.
11.2.İnformasiya texnologiyalarının komponentləri.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində
informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha
geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin
təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla
istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas
növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımı ilkin verilənlərə malik olan, emal
üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış
məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya
texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu
hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
220
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi
təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını
ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola
bilər.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla
yerinə yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq
araşdırıldıqdan sonra əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu
məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar
əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış
nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına göndərilir.
Bu texnologiya idarəetmənin informasiya sistemi mühitində işləməyi
nəzərdə tutur və həll olunan məsələlərin zəif strukturlaşması hallarında istifadə
olunur. İdarəetmənin informasiya sistemi təşkilatın müxtəlif funksional
bölmələrinin və ya idarəetmə səviyyələrinin oxşar informasiya təlabatlarını
ödəmək üçün daha əlverişlidir.
İnformasiya sisteminin işini anlamaq üçün onun həll etdiyi problemin
mahiyyətini və həmçinin hansı təşkilatı proseslərə qoşulduğunu bilmək lazımdır.
Məsələn, qərarların qəbulunun təminatı üçün qurulan informasiya sisteminin
imkanlarını təyin edəndə aşağıdakıları nəzərə almaq lazımdır:
- həll olunan idarəetmə məsələlərinin strukturlaşdırılması;
- firmanın idarə edilməsi iyerarxiyasının hansı səviyyəsində qərar
qəbuletmə aparılır;
- həll olunan məsələlərin hansı funksional bölmələrə aid olması;
- istifadə olunan informasiya texnologiyasının növü.
Son illər idarəetmə sahəsində «qərar qəbuletmə» anlayışından və onunla
əlaqəli qərar qəbuletmə sistemləri, metodları və vasitələri anlayışlarından çox
istifadə olunur.
Qarar qəbuletmə situasiyanın analizinə, məqsədin təyin edilməsinə və bu
məqsədə nail olma proqramına əsaslanaraq idarə olunan obyektə məqsədyönlü
təsiretmə aktıdır.
221
İstənilən təşkilatın idarəetmə strukturu 3 səviyyədən ibarət olur: operativ,
funkisonal və strateji.
İdarəetme səviyyəsi (idarəetmə fəaliyyətinin növü) həll olunan məsələlərin
mürəkkəbliyi ilə təyin olunur. Məsələ mürəkkəbləşdikcə onun həll üçün idarəetmə
səviyyəsi də yüksək olmalıdır.
İdarəetmənin operativ səviyyəsi dəfələrlə təkrarlanan məsələlərin və
əməliyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini
təmin edir..
Funksional (taktiki) səviyyədə operativ səviyyədə hazırlanan
informasiyanın analizini tələb edən məsələlər həll olunur. Həll olunan məsələlərin
həcmi azalır, lakin mürəkkəbliyi artır.
Strateji idarəetmə təşkilatın üzunmüddətli strateji məqsədlərinə nail
olmasına yönələn idarəetmə qərarlarının hazırlanmasını təmin edir.
Süni intellekt – Elmi sahəsi keçən əsrin 50-ci illərində kibernetika,
linqivistika, psixologiya və proqramlaşdırmanın qovşağında yaranmışdır.
Süni intellektin yaranmasının əsas məqsədi əvvəllər ənənəvi olaraq
insanlar tərəfindən həll olunan məsələlərin maşınlar tərəfindən həll olunmasını
təmin edilməsi olmuşdur və bu problem bəşəriyyət qarşısında duran mürəkkəb
elmi-praktik problemlərdən biridir.
Süni intellektin köməyi ilə sübut olundu ki, Ehm-lər müəyyən şərtlər
daxilində insan fəaliyyətinə aid olan riyazi nəzəriyyəni isbat etmək, şer
bəstələmək, tərcümə işləri, mürəkkəb informasiya axtarışı və s. yerinə yetirmək
imkanına malikdir.
Süni intellekt sahəsində mütəxəssislər qarşısında aşağıdakı problematik
məsələlərin tədqiqini qoymuşdur.
Nəzəriyyələrin isbat olunması; oyunların icrası məsələsi; musuqi,
poeziya, rəssamlıq sahələrində yaradıcılıq məsələləri; məntiqi nəticələr; avtomatik
tərcümə; danışığın sintezi və tanınması; Ehm – lə təbii dildə danışmaq; təsvirlərin
tanınması; robotika; ekspert sistemləri; neyron şəbəkələri; mühəndis biliyi,
222
məqsədyönlü hərəkətin planlaşdırılması; öyrənmə və özünü öyrətmə; özünü təşkil
etmə; 5-ci və 6-cı nəsil EHM- in nəzəri əsasının işlənməsi və s.
Bütün bu məsələlər bir- biri ilə əlaqədardır və bu məsələlər sistemin
intellektual sistemlərin köməyi ilə həll olunur. Ən yaxşı intellektual sistem insanın
özüdür.
Ekspert sistemlərinin informasiya texnologiyaları
Xarakteri və təyinatı. Kompyuter informasiya sistemlərinin inkişafı
sıralarında ən irəlidə gedən ekspert sistemləridir. Bu sistemlərin təşkili süni
intellektə əsaslanaraq qurulur. Ekspert sistemləri ekspertlərin təcrübə bilikləri ilə
kifayət qədər təmin olunduqlarına görə, bu sistemlər menecer və ixtisasçıya
müəyyən problemi həll etmək üçün məsləhətçi ola bilərlər.
Exspert sistemləri texnologiyasından istifadə etməyin əsas ideyası,
ekspertdən onun biliklərini almaq, onları maşının yaddaşına yükləmək və sərurət
yarandıqda onlardan istifadə etməkdir. Ekspert sistemləri informasiya
texnologiyalarında istifadə olunan əsas komponentlər bunlardır: istifadəçi
interfeysi, biliklər bazası, interpretator, sistemin yaranma modulu.
11.3.İnformasiya texnologiyalarının qurulma prinsipləri.
İdarəetmənin informasiya təminatını ödəmək üçün avtomatlaşdırılmış
idarəetmə sistemi və yaxud avtomatlaşdırılmış informasiya sistemi yaradıla bilər.
Avtomatlaşdırılmış idarəetmə sistemi müəssisənin, təşkilatın, firmanın idarə
edilməsində üzə çıxan məsələləri həll etmək və ya qərar qəbul etmək məqsədilə
yaradılır. Burada, əsasən texniki vasitələrdən, kompüterlərdən və kadrlardan
istifadə olunur. Belə sistemlərdə adamlar sistemin elementi kimi çıxış edirlər, yəni
adamların iştirakı zəruridir. Avtomatlaşdırılmış informasiya sistemlərində
informasiyanın toplanması, saxlanması, işlənməsi və verilməsi ayrı-ayrı sahələr
üzrə və yaxud ümumi məqsədə xidmət üçün yaradıla bilər.
İdarəetmədə istifadə olunan informasiyaları əsasən aşağıdakı mənbələrdən
223
əldə etmək olar:
-İnformasiya büroları.
-Mətbuat, kütləvi informasiya vasitələri.
-Ticarət - sənaye palatası.
-Statistika komitəsi.
-Standartlaşdırma və metrologiya komitəsi.
-İqtisadi İnkişaf nazirliyi.
-Banklar.
-Xidmət və konsaltinq (məsləhət) firmaları və s.
Bunlardan başqa digər mənbələr də vardır. Lakin, məhdudiyyət qoyulur.
Buna misal Gömrük Komitəsini göstərə bilərik. Hal-hazırda bizim ancaq xammal
xaricə çıxarılır, hazır məhsul isə çox az çıxarılır ki, bunların haqqında məlumat
almaq çox çətindir.
İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə təmin olunmasını təşkil
edən vasitə olub, bütün idarə sisteminin bölmələrinə lazım olan dəqiq məlumatların
vaxtında verilməsinə imkan verir. İnformasiya sistemi aşağıdakı elementləri
özündə əks etdirir:
-İnformasiyanın toplanması.
-İnformasiya dövriyyəsinin təşkili.
-İnformasiyanın saxlanması və aktuallaşdırılması.
-İnformasiya sisteminin texniki təminatı.
-İnformasiya sisteminin riyazi (proqram) təminatı.
-İnformasiyanın verilməsi.
İnformasiya sistemləri sadə və mürəkkəb quruluşlarda hazırlana bilərlər.
Sadə informasiya sistemləri əsasən müəssisədaxili bölmələr üçün nəzərdə tutulur
və informasiyanın toplanması, saxlanması, verilməsi prosesləri insanlar tərəfindən
əl ilə həyata keçirilir. Mürəkkəb informasiya sistemləri isə bütün əməliyyatların
avtomatlaşdırılmış qaydada icrası və tətbiqi ilə bağlıdır. Bu halda, ilkin
informasiyadan tutmuş hesabat sənədlərinin alınmasınadək bütün işlərin icrası
texniki vasitələrin köməkliyi ilə və avtomatlaşdırılmış qaydada həyata keçirilir.
224
İnformasiya sisteminin təşkili üzrə mövcud olan bütün variantları müxtəlif
həlqələr üzrə təsnif etmək olar ki, onların da hər biri onun bu və ya digər
xüsusiyyətini açıb göstərir:
1. İdarəetmənin müxtəlif səviyyələrinə görə - informasiya toplanması
dərəcəsini, mərkəzləşdirilən və qeyri-mərkəzləşdirilən sistem kimi ayırmaq olar.
2. Əhatə dairəsinə görə – informasiya sistemi kompleks və lokal sistemlərə
bölünür. Lokal sistemi məlumatları ayrı-ayrı problem və ya idarəetmə funksiyaları
üzrə istiqamətləndirir. Kompleks sistemi isə idarəetmə prosesində bütün
məlumatların olunmasını tələb edir.
3. Təyinatına görə – istehsalat informasiya sistemi və elmi-texniki
informasiya sistemləri fərqləndirilir.
4. İnformasiya sisteminin mürəkkəblik dərəcəsinə görə - sadə və mürəkkəb
informasiya sistemləri ayrılırlar.
5. İnformasiyanın işlənməsinin avtomatlaşdırılması və mexanikləşdirilməsi
səviyyəsinə görə - əl ilə işlənən, mexanikləşdirilmiş və avtomatlaşdırılmış
sistemlər mövcuddur.
İnformasiya sistemlərinin işlənməsinin və tətbiq edilməsinin ən mühüm
üstünlüklərindən biri, informasiyanın toplanması və işlənməsində operativliyi
təmin etməklə yanaşı, həm də çoxvariantlı idarəetmə qərarlarının hazırlanması
üçün imkan yaratmasıdır. Nə bir menecer bu sistemin köməyi ilə müxtəlif qərar
variantlarından ən əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir.
Müəssisə insanlar arasındakı struktur tipli əlaqələrin qurulmasından ibarət
olduğu üçün, onun effektiv fəaliyyəti kommunikasiyanın keyfiyyətindən asılıdır.
Aydındır ki, insanlar arasında kommunikasiya dəqiq olmazsa, onlar ümumi
məqsədə çatmaq üçün bir qərara gələ bilməzlər. Kommunikasiya prosesində
informasiya təkcə düşünülmüş qərarların qəbul edilməsi üçün yox, həm də onların
yerinə yetirilməsi üçün ötürülür. Əgər rəhbər öz qərarlarının əsasını tabeçiliyində
olanlara çatdıra bilirsə, bu onların müvəffəqiyyətlə yerinə yetirilməsi ehtimalını
artırır. Təşkilatın işçiləri yaxşı gördükləri işə görə hansı mükafatın veriləcəyini
bilmirlərsə, onlar ruhlanmayacaqlar və işi yaxşı görməyəcəklər. Kommunikasiya
225
nəzarət aparılmasında da, yardımçı funksiya kimi çox vacibdir.
Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox, həmçinin
müəssisənin bölmələri arasında, digər müəssisələrlə, bazarla, partnyorlar və
rəqiblərlə və digər iştirakçılarla qarşılıqlı əlaqələrin qurulması və istifadə olunması
kimi başa düşülməlidir.
Kommunikasiya prosesində dörd əsas mərhələni fərqləndirmək olar:
1. İnformasiyanın toplanması, işlənməsi və hazırlanması;
2. İnformasiyanın kodlaşdırılması və göndərilməsi;
3. İnformasiya kanalı və ötürmə vasitələri;
4. İnformasiyanın alınması və kodun açılması
Bu mərhələlərdən əlavə, alınmış informasiyanın dürüstlüyünü
müəyyən etmək üçün “əks əlaqə”“ qurmaq yolu ilə eyni proses əksinə aparılır.
Əgər bu halda alınmış informasiya birincisi ilə eyni olarsa o, düzgün informasiya
kimi qəbul olunur və sonrakı araşdırmalar üçün əsas götürülür.
11.4.İnformasiya texnologiyalarının inkişaf mərhələləri.
Kompüter əsasında reallaşdırılan informasiya texnologiyasının inkişafına
bir neçə baxış mövcuddur. Bu baxışlar müxtəlif bölgü əlamətləri ilə təyin edilir.
Aşağıda nəzərdən keçirilən baxışlar üçün ümumi cəhət ondan ibarətdir ki, fərdi
kompüterlərin yaranması ilə informasiya texnologiyasının inkişafında yeni
mərhələ başlandı və insanın həm peşə fəaliyyətində, həm də məişətdə informasiya
təlabatlarını ödəmək mümkün oldu.
İnformasiya texnologiyasını aşağıda göstərilən əlamətlərə görə
mərhələlərə ayırırlar. Qeyd edək ki, göstərilən ayırmalar və illər müəyyən mənada
şərti xarakter daşıyır.
İnformasiya emalı proseslərinin və məsələlərinin növünə görə:
1-ci mərhələ (1960-1970-ci illər)-hesablama mərkəzində kollektiv istifadə
rejimində verilənlərin emalı. İnformasiya texnologiyasının inkişafının əsas
istiqamətini insanın yerinə yetirdiyi əməliyyatların (əsasən hesablama tipli)
avtomatlaşdırılması təşkil edirdi.
226
2-ci mərhələ (1980-ci illərdən sonra) - strateji məsələlərin həllinə yönəlmiş
informasiya texnologiyalarının yaradılması.
Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə:
1-ci mərhələ (60-cı illərin sonuna qədər) - məhdud imkanlı aparat
vasitələri şəraitində böyük həcmli verilənlərin emalı problemi ilə xarakterizə
olunur.
2-ci mərhələ (70-ci illərin sonuna qədər) - III nəsil kompüterlərin (IBM
360, EC seriyalı EHM və s.) geniş yayılması ilə əlaqələndirilir. Bu mərhələnin
problemi proqram təminatının aparat vasitələrinin inkişafından geri qalmasında
idi.
3-cü mərhələ (80-cı illərin əvvəlindən) - kompüter qeyri-peşəkar
istifadəçilərin alətinə, informasiya sistemləri isə qərar qəbuletmənin təminatı
vasitəsinə çevrilir. Bu mərhələnin əsas problemi istifadəçilərin təlabatlarını
maksimum ödəmək və kompüter mühiti ilə işləmək üçün əlverişli interfeys
yaratmaqdan ibarət idi.
4-cü mərhələ (90-cı illərin əvvəllərindən) - təşkilatlararası əlaqələrin və
informasiya sistemlərinin müasir texnologiyasının yaradılması. Bu mərhələnin
çoxlu problemləri var. Onlardan əsasları aşağıdakılardır:
- kompüter əlaqələri üçün razılaşmalarm, standartların və protokolların
hazırlanması;
- strateji informasiyaya müraciətin təşkili;
- informasiyanın mühafizəsinin və təhlükəsizliyinin təşkili.
Kompüter texnologiyasının verdiyi faydaya görə:
1-ci mərhələ (60-cı illərin əvvəllindən) - hesablama mərkəzlərinin
resurslarından kollektiv şəkildə istifadə etməklə əməliyyatların yerinə yetirilməsi
üçün informasiyanın səmərəli emalı ilə səciyyələnir. Bu mərhələdə əsas problem
psixoloji problem idi.
2-ci mərhələ (80-cı illərin əvvəlindən) - fərdi kompüterlərin yaranması ilə
bağlıdır. Bu mərhələdə verilənlərin həm mərkəzləşdirilmiş, həm də
mərkəzləşdirilməmiş emalından istifadə olunur. Sonuncu halda istifadəçilər iş
227
yerlərində lokal bazalarla işləmək və lokal məsələləri həll etmək imkanını əldə
edirlər.
3-cü mərhələ (90-cı illərin əvvəlindən)- biznesdə strateji üstünlüyün analizi
ilə bağlıdır və paylanmış informasiya emalının telekommunikasiya
texnologiyalarına əsaslanır.
Texnologiyanın instrumentari növlərinə görə:
1-ci mərhələ (XIX əsrin ikinci yarısına qədər) - «əl» texnologiyası.
İnstrumentari kimi qələm, kağız, mürəkkəb, kitab istifadə olunurdu.
Komminikasıya əl üsulu ilə poçt və ya kuryer vasitəsilə məktubların, paketlərin
göndərilməsi ilə həyata keçirilirdi. Texnologiyanın əsas məqsədi informasiyanı
lazımi formada təsvir etmək idi.
2-ci mərhələ (XIX əsrin sonundan başlayaraq)- «mexaniki» texnologiya.
İnstrumentari kimi çap maşını, telefon, diktafon, daha təkmil vasitələrlə təmin
olunmuş poçt istifadə olunurdu. Texnologiyanın əsas məqsədi informasiyanı
lazımı formada daha əlverişli vasitələrlə istifadəçilərə çatdırmaq idi.
3-cü mərhələ (XX əsərin 60-cı illərinə qədər) - «elektrik» texnologiyası.
İnstrumentari kimi böyük kompüterlər, elektrik çap maşınları, kseroks, portativ
diktofanlar istifadə olunurdu. Bu mərhələdə texnologiyanın məqsədi də dəyişdi.
Əsas diqqət informasiyanın təsvir formasından məzmunun formalaşmasına
yönəldi.
4-cü mərhələ (70-ci illərin əvvəlindən) - «elektron» texnologiyası. Əsas
instrumentari kimi geniş spektrli baza və xüsusi proqram kompleksləri ilə təchiz
olunmuş böyük kompüterlər və onların əsasında qurulmuş avtomatlaşdırılmış
idarəetmə sistemləri və informasiya axtarış sistemləri istifadə olunurdu.
5-ci mərhələ (90-cı ildən başlayaraq)- «yeni» informasiya texnologiyası.
Əsas instrumentari kimi müxtəlif təyinatlı geniş çeşidli proqram məhsulları ilə
təmin edilmiş fərdi kompüterlərdən istifadə olunur. Bu mərhələdə mütəxəssislər
tərəfindən qərar qəbuletmənin təminatı sistemlərinin qurulması ilə
avtomatlaşdırılmış idarəetmə sistemlərinin fərdiləşməsi prosesi baş verir.
228
Dövlət strukturunun idarəedilməsinin informasiyalaşdırılması –
istifadəçiləri informasiya ilə təmin etmək üçün nəzərdə tutulmuş konsepsiyalar,
üsullar və vasitələrdən təşkil olunmuş sistemdir.
İnformasiya təminatı sistemi- informasiya resursları, təşkilati-funksional,
funksional, proqram, texniki, texnoloji, hüquqi, kadr və maliyyə cəhətdən təmin
olunmuş, informasiyanın yığılması, emal edilməsi, saxlanması və istifadəçilərə
verilməsi üçün nəzərdə tutulmuşdur.
Qloballaşma dedikdə planetin bütün ölkələrinə qərb inkişaf modelinin
yayılması başa düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal)
dünya qaydasının nəzəri cəhətdən əsaslandırılmasına xidmət edir.
Ən sadə və antik mənasıyla qloballaşma iqtisadi mənada sərmayənin dünya
üzərində dövranının tək-tək ölkələr səviyyəsində deyil, dünya səviyyəsində
yaradılan qlobal bir bazar üzərində gəzməsi mənasını verər. Fərqli bir şərh etsək
kapitalizmin sənaye baxımından genişləməsinə və kütləvi informasiya vasitələrinin
yayılması ilə iqtisadi, mədəni və siyasi səviyyədə dünyada cəmiyyətlərin iç-içə
girməsi olaraq qəbul edilməkdədir.
Əvvəllər rabitə və informasiya texnologiyaları ayrı-ayrılıqda inkişaf
etdirilirdisə, son illər “konvergensiya” termininə informatika və
telekommunikasiyanın təkamülü kontekstində tez-tez rast gəlinir. Bu termin özündə
şəbəkələrin və xidmətlərin inkişafı və inteqrasiyasını, texnologiyaların
yeniləşdirilməsi proseslərini nəzərə almaqla telekommunikasiya sahəsində baş verən
bütün dəyişiklikləri ehtiva edir. Rabitə sahəsinə informasiya texnologiyalarının
konvergensiyası üzrə hərəkətverici qüvvə telekommunikasiya xidmətlərinin inkişafı
hesab olunur. İnformasiya texnologiyaları üzrə konvergensiya müxtəlif elektron
vasitələrin uyğunlaşdırılması hesabına onların qarşılıqlı əlaqələrini və sürətli
inkişafını təmin edir. Bu texnologiyaların rabitə şəbəkələrinə tətbiqi sayəsində səs,
sənəd və təsvir mübadilələrinin konvergensiyası çoxxidmətli telekommunikasiya
şəbəkələrinin inkişafına səbəb olmuşdur.
11.5. Avtomatlaşdırılmış iş yerləri
229
Hazırki dövrdə iqtisadi informasiyanın işlənməsində avtomatlaşdırılmış
iş yerləri (AİY) geniş tətbiq edilir. Avtomatlaşdırılmış iş yeri (AİY)-
avtomatlaşdırılmış informasiya sistemləri, avtomatlaşdırılmış idarəetmə sistemləri
ilə istifadəçi arasında qarşılıqlı əlaqələrin informasiya, texniki, riyazi-proqram və
təşkilati-hüquqi üsul, vasitə və prosedurları yığımıdır.
AİY-nin yaradılması zamanı əsas prinsiplərdən biri onun iqtisadi
obyektlərin idarəedilməsində dəyişən şəraitə adaptasiya olunmasıdır. İş yerindən
inzibatçıya çatdırılan məlumatlar informasiyalı, gerçək, tam və operativ olmalıdır.
Avtomatlaşdırılmış iş yerlərindən inzibatçıya göndərilən verilənləri dərketmə
baxımından tam aydın olmalı və qərarların qəbul edilməsi və planlaşdırmaya tam
yararlı şəkildə təsvir edilməlidir. Bu mənada AİY-nin yaradılması zamanı onların
məntiqi quruluş və tərkibinə xüsusi diqqət yetirilməlidir. Müasir AİY intellektual
sistemlərin ideologiyalarına istinad etməli, avtomatlaşdırılmış layihələndirmə
prinsipləri ilə qurulmalıdır.
Hər bir müəssisədə AİY rejimində istifadəçi ilə kompüter arasında dialoq
menyu prinsipində qurulur. Müəssisədə həll olunan məsələlərin xarakterindən asılı
olaraq menyuya aşağıdakı iş rejimlərini təmin edən müxtəlif proqramlar daxil
edilir: kompüterin nizamlanması, linqvistik vasitələrin daxil edilməsi, sənədlərin
növü, redaktə, servis, kömək.
Yeni texnologiya şəraitində informasiya təminatı funksiyasını yerinə
yetirən avtomatlaşdırılmış informasiya sistemi aparıcı mövqeyə malikdir.
Avtomatlaşdırılmış informasiya sistemi öz aparıcı mövqeyini reallaşdırmaq
üçün informasiya modelinə əsaslanmalıdır. İnformasiya modeli isə predmet
sahəsini informasiya sistemində əks etdirir. Qeyd etmək lazımdır ki, informasiya
modeli yalnız vəziyyəti deyil, həmçinin dəyişmələri də izləməyə imkan verməlidir.
Odur ki, avtomatlaşdırılmış informasiya sistemi informasiyanın saxlanması ilə
bərabər, onun təzələnməsini, süni verilənlərin daxil edilməsini, daxili
yerdəyişmələrin aparılmasını təmin etmək imkanına malik olur.
İstənilən idarəetmə sistemi, məlum olduğu kimi idarə olunan obyekt
haqqında kifayət qədər məlumat olmadan səmərəli fəaliyyət göstərə bilməz.
230
İdarəetmə sistemində avtomatlaşdırma prosesi informasiya resuslarının tərkibinin
həmin prosesə uyğunluğu dərəcəsində asılıdır.
İdarəetmə sistemində istifadəçinin tələblərinə, başqa sözlə bu
tələblərin ifadə olunduğu sorğulara uyğun olaraq müxtəlif növ və quruluşa malik
məlumatlar toplanmalıdır. İnformasiya sistemi çevik olmalıdır. Belə ki. burada
məlumatların saxlanmasının və quruluş dəyişikliklərinin səmərəliliyi təmin
olunmalıdır.
Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar 3
səviyyədə təsvir olunur: xarici (istifadəçi səviyyəsində), məntiqi (konseptual
səviyyə) və fiziki(yaddaş səviyyəsində). Hər səviyyədə uyğun verilənlərin modeli
yaradılır.
Xarici model (XM) istifadəçinin verilənləri necə görməsi deməkdir. Başqa
sözlə, xarici model istifadəçinin VB-dən tələb etdiyi verilənlərin strukturunu və
tərkibini əks etdirir. Xarici modelə başqa sözlə altsxem də deyilir. İstifadəçilərin
informasiya tələbləri müxtəlif olduğundan, altsxemlərin sayı və strukturları
müxtəlif olur. Xarici model istifadəçinin ünsiyyət dili vasitəsilə sistemə verdiyi
sorğuya görə formalaşdırılır.
Məntiqi model (MM) verilənlərin mücərrəd təsvirini əks etdirir. Bu
təsvirdə VB-yə daxil edilən bütün verilənlərin xarakteriskaları və onlar arasındakı
əlaqələr əks etdirilir. Məntiqi model VB-nin əsası sayılır. Ona başqa adla
konseptual model (KM) deyilir. Məntiqi model verilənlərin strukturunu və onlar
arasındakı əlaqələri əks etdirən sxem vasitəsilə ifadə olunur.
Fiziki model (FM) verilənlərin kompüterin xarici yaddaşında necə təşkil
olunmasını
əks etdirir. Bu modeldə VB-nin daxili (maşın) sxemi təsvir edilir. Həmin
sxemdə xarici yaddaşın xarakteriskaları, fiziki yazıların formatları, indekslər,
kataloqlar və s. haqqında məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki
modelə uyğun saxlanır.
Xarici, məntiqi və fiziki modellər verilənlər bazasının idarəetmə sistemi
vasitəsilə bir-biri ilə əlaqələndirilir.
231
Hazırki dövrdə istənilən müəssisədə avtomatlaşdırılmış iş yerlərinin tətbiqi
məhz avtomatlaşdırılmış funksiyaların yerinə yetirilməsi ilə ümumi fəaliyyətin
daha səmərəli təşkilinə, mövcud resurslardan daha yüksək səviyyədə istifadəyə
imkan yaradır. Müəssisələrdə AİY fəaliyyəti müxtəlif aspektlərinin
avtomatlaşdırılmasını həyata keçirir və aşağıdakıları təmin edir:
- informasiya emalına sərf olunan əməyin azaldılması;
- alınan informasiyanın istifadəsinin operativliyinin yüksəldilməsi;
- iş yerində alınan informasiyanın gerçəkliyi və keyfiyyətinə
məsuliyyətin yüksəldilməsi.
AİY informasiyanın emalı və alınmasının həm avtonom, həm də şəbəkə
rejimində yerinə yetirilə bilər. Nəticə informasiya icmal analitik materiallar və
qrafiklər kimi alına bilər.
AİY-də aşağıdakı funksiyalar reallaşdırılır:
- ilkin sənədlərdən verilənlərin kompüterə daxil edilməsi;
- daxil edilən verilənlərə nəzarət;
- informasiyanın korrektirovkası;
- mətn, cədvəl, qrafik və multimediya informasiyalarının emalı;
- verilmiş düsturlar üzrə verilənlərin hesablanması;
- verilənlərin toplanması və müəyyən olunmuş dövr üçün onların
saxlanması;
- sorğular üzrə informasiyanın alınması üçün ilkin informasiyanın
məntiqi-riyazi emalı;
- alınmış nəticələrin displeyə, maqnit daşıyıcılarına, printerlərə və s.
verilməsinə uyğun icmal hesabatlar;
- müəssisənin xüsusiyyətləri və göstəricilər üzrə verilənlərin
qruplaşdırılması;
- emal prosesinin müxtəlif mərhələlərində verilənlərin emalı və
nəticələrin təqdimatı;
- müəssisənin maliyyə-iqtisadi vəziyyəti üzrə qrafik və dioqramların
qurulması;
232
- əlaqə kanalları vasitəsilə abonentlərə verilənlərin ötürülməsi.
Hər bir müəssisədə AİY rejimində istifadəçi ilə kompüter arasında dialoq
menyu prinsipində qurulur. Müəssisədə həll olunan məsələlərin xarakterindən asılı
olaraq menyuya aşağıdakı iş rejimlərini təmin edən müxtəlif proqramlar daxil
edilir: kompüterin nizamlanması, linqvistik vasitələrin daxil edilməsi, sənədlərin
növü, redaktə, servis, kömək.
AİY eyni zamanda yekun sənədlərin tərtibini də yerinə yetirir. Belə
sənədlərə yekun hesabatlar, ilkin sənədlər əsasında çıxarılmış müəyyən dövr üçün
hesabatlar. Qeyd edək ki, bu hesabat və sənədlər istifadəçinin tələbatına uyğun
göstəricilərə əsasən tərtib edilir.
Qeyd olunduğu kimi AİY müəssisəyə aid verilənləri müəyyən əlamətlərə
görə qruplaşdıra bilər. Bu əlamətlər həm kəmiyyət, həm də keyfiyyət əlamətləri ola
bilər.
AİY-nin tətbiqi ilə müəssisədə nəticə sənədlər kimi yekun sənədlər,
qrafiklər və elektron cədvəllər alına bilər. Yekun sənədlərin qurulmasının ümumi
alqoritmi aşağıdakı kimidir:
- ilkin hesabat sənədlərindən ardıcıl olaraq verilənlər seçilir;
- verilmiş düsturlardan istifadə etməklə seçilmiş verilənlərin emalı
həyata keçirilir;
- verilənlərin qruplaşma növü müəyyənləşdirilir;
- yekun verilənlər tərtib edilir;
Qrafiklər istifadəçi istəyindən asılı olaraq histoqram, xətti qrafiklər, dairəvi
və s. kimi qurula bilər.
AİY-də elektron cədvəllərin yaradılması üçün aşağıdakı imkanlar
mövcuddur:
- yeni cədvəlin yaradılması;
- köhnə cədvəl üzərində dəyişikliklərin aparılması ilə yeni cədvəllərin
qurulması;
233
- eyni bir ilkin sənəd üçün müxtəlif cədvəllərin qurulması. Bu halda
eyni sənəddən götürülmüş məlumatlara uyğun verilənlərin qiyməti dəyişilməz
saxlanılır.
Elektron cədvəllərin yaradılması zamanı cədvəl xanalarındakı ilkin
məlumatların yoxlanılaraq düzgün daxil edilməsi, cədvəl sütunlarının yerləşməsi
ardıcıllığının məqsədəuyğunluğu, hesabat düsturlarının məntiqi mənasının
saxlanılması, cədvəlin mütəhərrikliyinin təmin olunması şərtlərinə ciddi riayət
olunmalıdır.
AİY-nin işinin təşkili aşağıdakı mərhələləri özündə birləşdirən iqtisadi
informasiyanın emalının sistem texnologiyasının tətbiqinə əsaslanır:
- lazımi hesabatlar və informasiyaya nəzarət üsullarından itifadə
etməklə ilkin sənədlər əsasında elektron cədvəllərin qurulması;
- yaradılmış elektron cədvəllərdən istifadə etməklə aralıq
mərhələlərdə icmal sənədlərin yaradılması;
- lokal verilənlər bazasının yaradılması;
- hazırlanmış icmal sənədlərin, analitik qeydlərin və nəticələrin yuxarı
səviyyələrə ötürülməsi;
- ötürülmüş nəticə və sənədlərin təhlilinə uyğun olaraq yuxarı
səviyyədən göndərilmiş tələb və şərtlərə uyğun sorğuların təmini məqsədilə
dəyişiklik və əlavələrin edilməsi;
Qeyd edək ki, müasir dövrdə müəssisənin iqtisadi göstəricilərinin
yaxşılaşdırılması, həm idarəetmədə, həm də istehsalın təşkilində yüksək nəticələrin
əldə olunması üçün telekommunikasiya texnologiyalarından da geniş istifadə
edilir.
Telekommunikasiya texnologiyaları içərisində müasir informasiya və
kompüter şəbəkələri daha geniş istifadə edilir. Şəbəkə texnologiyalarının tətbiqi
idarəetmənin avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsinə, müəssisənin müxtəlif
bölmə və strukturlarının əlaqələndirilməsinə, eyni verilənlər bazasından müxtəlif
bölmələrin istifadə etməsinə imkan yaradır. Ümumilikdə şəbəkə texnologiyalarının
tətbiqi aşağıdakıları təmin edir:
234
- paylanmış informasiya saxlanması yerlərinin qurulması;
- informasiya emalı ilə bağlı həll olunan məsələlərin siyahısı
genişlənir;
- müasir kompüterlərin tətbiqi ilə iqtisadi informasiyanın emalının
daha etibarlı həyata keçirilməsi;
- informasiya ilə bağlı qarşılıqlı əlaqələrin yaradılması və inkişafında
yeni istiqamətlərin yaranması;
- informasiya emalının dəyərinin aşağı düşməsi.
İqtisadi informasiyanın işlənməsinin avtomatlaşdırılmasında tətbiq olunan
şəbəkə texnologiyaları aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
- şəbəkənin açıqlığı-yəni şəbəkəyə istənilən vaxt tələbata uyğun
olaraq yeni qurğu və vasitələrin, eləcə də istifadəçilərin qoşula bilməsi imkanı;
- resurs tutmluluğu-şəbəkənin texniki və aparat təminatı elə olmalıdır
ki, bu şəbəkə vasitəsilə lazım olduqda istənilən tutuma malik informasiyanı
saxlamaq mümkün olsun;
- dinamiklik-istifadəçi sorğusuna ən qısa müddətdə cavab verə bilmək
imkanı;
- erqonomiklik-kompüterlə olan interfeysin genişləndirilməsi
imkanları, istifadəçinin geniş informasiya təminatı üzrə servis funksiyalarına malik
olması və buna uyğun informasiya mühitinin yaradılması;
- avtonomluq- müxtəlif səviyyələrdə şəbəkənin nisbi asılı olmadan
işləyə bilməsi;
- adaptivlik- şəbəkə konfiqurasiyasının və sistemə olan tələbatın
dəyişməsinə uyğun olaraq texniki və proqram vasitələrinin qarşılıqlı əlaqə və
uyğunluğunun təmini;
- özü-özünün təşkili-verilənlərin icazəsiz müdaxilədən mühafizəsi,
qəza hallarında iş qabliyyətinin bərpa olunması, ötürülən informasiyanın yüksək
gerçəkliyi və məqsədəuyğunluğunun təmin olunması.
Qeyd etmək lazımdır ki, şəbəkə texnologiyaları dedikdə həm lokal, həm də
qlobal şəbəkələrdən istifadə nəzərdə tutulur. Lokal kompüter şəbəkələrindən
235
adətən müəssisədaxili idarəetmə və istehsalın təşkilində, ayrı-ayrı bölmə və
sexlərin əlaqələndirilməsində istifadə edilirsə, qlobal şəbəkənin imkanlarından
müəssisə ilə digər müəssisələr, banklar, satış müəssisələri, müxtəlif əhəmiyyətli
yerli və beynəlxalq təcrübə və məlumatların əldə olunmasında istifaəd edilir.
Müasir kompüter texnologiyalarının inkişafı və şəbəkələrin malik olduqları
üstünlüklər, bu sahədə yeni-yeni texniki və proqram vasitələrinin yaradılması bu
istiqamətin geniş perspektivlərə malik olmasını göstərir.
236
MÖVZU 12.
İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI
SİSTEMLƏRİNİN TƏŞKİLATİ-TEXNİKİ BAZASI
Plan
12.1. Təşkilati- texniki baza anlayışı
12.2. Texnoloji proses anlayışı
12.3.İqtisadi informasiya təminatının quruluş elementləri
12.4. Maşındaxili informasiya bazası
12.5.Təşkilatı-iqtisadi idarəetmə sistemlərində ofis fəaliyyəti
12.1. Təşkilati- texniki baza anlayışı
Avtomatlaşdırılmış idarəetmə və informasiyanın işlənmə sistemlərinin
yaradılması və fəaliyyəti hər şeydən əvvəl onun təşkilati-texniki bazası ilə bağlıdır.
Avtomatlaşdırılmış sistemlərin təşkilati-texniki bazası dedikdə, müxtəlif
informasiya prosedurlarının yerinə yetirilməsi üçün istifadə edilən, müəyyən
tərkibə, istismar formalarına və üsullarına malik olan hesablama texnikası və digər
vasitələrin məcmusu, başqa sözlə texniki vasitələr kompleksi (TVK) başa düşülür.
Avtomatlaşdırılmış sistemlərin TVK-nın tərkibinin müəyyən
edilməsinə, əlaqələndirilməsinə xüsusi diqqət yetirillər.
Yerinə yetirdikləri informasiya prosedurları və funksional təyinatına
görə informasiyanın işləmə texnologiyasının texniki bazasının tərkibinə daxil olan
bütün vasitələr aşağıdakı növlərə ayrılır: məlumatları yığan, qeyd edən və ötürən
vasitələr, məlumatları maşın daşıyıcılarında hazırlayan texniki vasitələr,
informasiyanı bilavasitə işləyən texniki vasitələr (fərdi EHM-lər, kompüterlər);
təşkilat texnikası vasitələri.
Hər bir qrupa daxil olan texniki vasitələrin avtomatlaşdırılmış
sistemdə öz təyinatı və yeri vardır. Birinci qupu təşkil edən vasitələr məlumatları
237
yığmaq, qeyd etmək, onları işləmə mərkəzinə və istifadə yerlərinə ötürmək
üçündür.
İkinci qrupu təşkil edən məlumatları maşın daşıyıcılarında hazırlayan
texniki vasitələr məlumatların düzgünlüyünə nəzarəti; onların şifrlərinin açılması,
sistemləşdirilməsi, seçilməsi və qruplaşdırılmasını, yenidən alınmasını və s. təmin
edir.
Üçüncü qrupu təşkil edən informasiyanı bilavasitə işləyən hesablayıcı
maşınlar təşkilati-texniki bazanın əsasını təşkli edir və özünün tərkibində ən sadə
kompüterlərdən başlamış müasir güclü EHM-ləri, hesablayıcı sistemlər, çoxmaşınlı
hesablama kompleksləri və şəbəkələrini də birləşdirir.
Dördüncü qrupu təşkil edən vasitələr və qurğular idarə işçiləri üçün
əlverişli əmək şəraitinin yaradılmasını təmin edən aşağıdakı təşkilat-texnikası
vasitələrini özündə birləşdirir; məlumatların yığılması, saxlanılması, axtarışı və əks
etdirilməsi vasitələri, qurğuları), sənədlərin formatlaşdırılması və işlənməsi
vasitləri, surət çıxaran, informasiyanı çoxaldan və mikrofilmlərə çəkən vasitələr,
digər xüsusi cihazlar və qurğular.
İqtisadi informasiyanın avtomatlaşdırılmış işlənmə sistemlərinin
təşkilati-texniki bazasında periferiya texnikası vasitələrinin xüsusi yeri vardır. Bu
texniki vasitələrə identifikatorları dərk edən və maşına daxiledən qurğular, fakt və
hadisələri, təsərrüfat əməliyyatlarını ölşmək və hesablamaq üçün qurğular, pul-
hesablaşma əməliyyatlarını avtomatlaşdıran qurğular, müxtəlif istehsal
qeydediciləri və s. aiddir. İdentifikatorların dərk edilməsi və maşına daxil edilməsi
proseslərinin avtomatlaşdırılması üsullarını nəzərdən keçirərkən daha geniş
yayılmış ştrix kodlaşdırma və kodların maqnit yazılışı üsullarına xüsusi diqqət
yetirmək lazımdır.
Hazırda priferiya texnikası vasitələri kimi elektron kassa aparatlarından
və banknotları hesablayan cihazlardan da geniş istifadə edilir.
Elektron kassa aparatları kassa əməliyyatlarının sürətini artırmaq və
məlumatların dəqiqliyini təmin etməklə yanaşı, malların hərəkətinin uçot sistemini
əsaslı surətdə təkmilləşdirməyə imkan verir. Elektron kassa aparatları kassir
238
əməyinin yüksək səviyyədə avtomatlaşdırılması üçün, alıcılara xidmətin
səviyyəsinin yüksəldilməsi və yekun məlumatların rabitə kanallarına və texniki-
informasiya daşıyıcılarına çıxarılması üçün əlverişli şərait yaradır.
12.2. Texnoloji proses anlayışı
Texnoloji prosesin mərhələsi dedikdə, onun nisbətən müstəqil, məntiqi
bitkinliyi, məkan və ya zaman məhdudluğu ilə xarakterizə olunan hissəsi başa
düşülür.
İnformasiyanın işlənməsi texnoloji prosesinin quruluşuna tipik
yanaşmaqla, onun ilkin, hazırlıq və əsas mərhələlərə ayırmaq olar. Texnoloji
prosesin bütün mərhələlərində informasiyanın işlənməsinin gerçəkliyini və
dolğunluğunu təmin etmək məqsədi ilə çoxlu nəzarət əməliyyatları yerinə yetirilir.
İnformasiyanın məzmununa və çevrilmə ardıcıllığına görə aşağıdakı
texnoloji əməliyyatları fərqləndirmək lazımdır: informasiyanın yığılması, qeyd
edilməsi, ötürülməsi, qəbulu, maşın daşıyıcılarında əks etdirilməsi, saxlanması və
axtarışı, riyazi və məntiqi işlənməsi, nəticə informasiyasının alınması, çıxış
sənədlərinin buraxılışı, onların istifadəçilərə çatdırılması.
Texnoloji prosesdəki roluna görə iş əməliyyatlarını nəzarət
əməliyyatlarından fərqləndirmək lazımdır.
Əgər iş əməliyyatları son nəticələrin alınmasını təmin edirsə, nəzarət
əməliyyatları onların etibarlığını təmin edir. Hər iki əməliyyatın yüksək səviyyədə
avtomatlaşdırılması daha məqsədəuyğun sayılır.
Texnoloji proseslərin layihələndirilməsi və təşkilində onların
reallaşdırılması rejimlərinin düzgün seçilməsinə, onlara istinad edilməsinə xüsusi
diqqət yetirilməlidir.
Dialoq rejimi bilavasitə istifadəçi ilə EHM-in birgə fəaliyyətinə əsaslanır
və bu zaman hesablama sistemi ilə qarşılıqlı fəaliyyət istifadəçinin iş tempindən
asılı olur.
239
Dialoq rejiminin iki növünü fərqləndirirlər: passiv dialoq rejimi və fəal
rejim. Pssiv dialoq zamanı istifadəçi xəbər-sorğu göndərir. Bunun müqabilində
EHM xəbər-cavab verir. İnformasiyanın işlənməsinin passiv dialoq rejimində
xəbər-cavablar hesablayıcı sistemin təşəbbüsü əsasında da göndərilə bilər.
İnformasiyanın işlənməsinin fəal dialoq rejimində məlumatlar həm
istifadəçi və həm də maşın tərəfindən göndərilir, başqa sözlə fəal informasiya
mübadiləsi baş verir.
Hazırda istifadə olunan dialoq işlənmə rejimləri xəbərlərin formal dildə
verilməsi ilə fərqlənir. Odur ki, dialoq rejimində təbii insan dilindən hələlik istifadə
olunmur.
İnformasiyanın işlənməsinin dialoq rejiminin təşkili zamanı
informasiyanın işlənməsinin dialoq proqramı yaradılır. Bu proqram terminaldan
göndərilmiş informasiyanı oxuyur və ilkin terminala da xəbər göndərir.
Dialoq rejimi texnologiyası insan-maşın sisteminin konkret məsələ həlli
prosesində imkanlarının optima istifadəsini təmin etməlidir.
Paket işləmə rejimində istifadəçilər bilavasitə EHM-lərlə ünsiyyətdə
olmurlar.
Həll edilən məsələlər vaxt, oxşarlıq və digər əlamətlərə görə bir paketdə
birləşdirilir, bu da EHM-lər üçün tapşırıq şəklində formalaşır. Operativ olmayan
məsələlərin həlli zamanı informasiyanın paket rejimində işlənməsi
məqsədəuyğundur.
Paket rejimi rabitə kanallarından istifadə etməklə hesablayıcı sistemə
müraciət şəraitində də tətbiq edilə bilər.
İnteraktiv rejim ikitərəfli informasiya axınına əsalanır. Bu rejimddə
reqlamentlərə riayət tələbləri daha yumşaqdır və interaktiv rejimi reqlamentli və
ixtiyari rejimlər arasında duran variant hesab etmək olur.
İnformasiyanın işlənməsinin vaxt bölgüsü rejimi- hesablama sisteminin
öz resurslarını istifadəçilər qrupu üzrə növbəli ayırmaq qabiliyyətini nəərdə tutur.
Bu rejimdə istifadəçilərə növbəli qaydada informasiya-hesablama xidmətlərinin
göstərilməsi müvafiq proqram təminatına əsaslanır.
240
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal
üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış
məsələlərin həlli üçün nəzərdə tutulur. Bu texnologiyadan elm, təhsil, istehsalat və
digər sahələrdə təkrarlanmalarla yerinə yetirilən atil əməliyyatların
avtomatlaşdırılması məqsədilə heyətin əməli fəaliyyəti səviyyəsində istifadə edilir.
Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi idarə
heyətinin əmək məhsuldarhğını artırır, onu atil əməliyyatlardan azad edir və bəzi
hallarda işçilərin sayını azaldır.
Əməli fəaliyyət səviyyəsində aşağıdakı məsələlər həll olunur:
- təşkilatın (firmanın, şirkətin, bankın və s.) yerinə yetirdiyi əməliyyatlar
haqqında verilənlərin emalı;
- təşkilatdakı işlərin vəziyyəti haqqında vaxtaşırı nəzarət hesabatlarının
hazırlanması. Məsələn, nəğd vəsaitlərin balansına nəzarət üçün banka daxil olan və
xaric olan nəğd vəsaitlər haqqında gündəlik hesabat;
- bütün mümkün olan cari sorğulara cavab almaq və onları kağız sənədlər
və ya hesabatlar formasmda tərtib etmək. Məsələn, müəyyən vəzifəni tutmaq üçün
namizədlərə qoyulan tələblər haqqında verilənlərin alınması məqsədilə kadrlar üzrə
verilənlər bazasına sorğu.
Bu texnologiyanı fərqləndirən xüsusiyyətlər aşağıdakılardır:
- verilənlərin emalı üzrə təşkilata lazım olan məsələlərin həlli. Qanuna görə
hər bir təşkilat özünün fəaliyyəti haqqında verilənlərə malik olmalı və onları
saxlamalıdır. Həmin verilənlərdən təşkilatın informasiya dəstəklənməsi vasitəsi
kimi istifadə olunur. Odur ki, müasir şəraitdə hər bir təşkilatda verilənlərin emalı
sistemi olmalı və uyğun informasiya texnologiyası işlənib hazırlanmalıdır;
- alqoritmləşdirilə bilən yaxşı strukturlaşdırılmış məsələlərin həlli;
- emalın standart prosedurlarının yerinə yetirilməsi. Mövcud standartlar
verilənlərin emalının tipik prosedurlarını təyin edir və bütün təşkilatlardan onlara
riayət edilməsini tələb edir;
- işlərin əsas hissəsinin insanın minimal iştirakı ilə avtomatlaşdırılmış
rejimdə yerinə yetirilməsi;
241
- detallaşdırılmış verilənlərdən istifadə edilməsi. Təşkilatın fəaliyyəti
haqqında yazılar təftiş aparmağa imkan verən təşkilati xarakterli
olmalıdır.Yoxlanma prosesində təşkilatın fəaliyyəti yoxlanma dövrünün
əvvəlindən sonuna və sonundan əvvəlinə qədər təftiş olunur;
- hadisələrin xronologiyasına üstünlük verilir;
- problemlərin həllinə digər səviyyələrdən mütəxəssislərin cəlb edilməsinə
az ehtiyac olur.
Verilənlərin emalı texnologiyasının əsas komponentləri şəkil 3-də
verilmişdir. Bu komponentlərə qısaca baxaq.
Verilənlərin toplanması. Təşkilatın fəaliyyəti (məhsul istehsalı, xidmət
göstərilməsi) ərəfəsində onun hər bir əməliyyatı uyğun verilənlərin qeydiyyatı ilə
müşayiət olunur. Xarici mühitlə (sifarişzilərlə, kənar təşkilatlarla və s.) aparılan
əməliyyatlar da bu sıraya daxildir.
Verilənlərin emalı. Daxil olunan verilənlərdən təşkilatın fəaliyyətini əks
etdirən informasiya almaq üçün aşağıdakı tipik əməliyyatlardan istifadə olunur:
-ümumiləşdirmə və ya qruplaşdırma. Verilənlər, onların aid olduğu
obyektlərə (sexlərə, qurğulara, şöbələrə, işçilərə və s.) görə qruplara ayrılır;
- aqreqatlaşdırma və ya birləşdirmə. Obyektin oxşar xassəlrini əks etdirən
verilənlər bir yerə yığılır;
- nizamlama (çeşidləmə). Verilənlərin müəyyən əlamətə görə sıraya
düzülməsi (məsələn, simvol qiymətlərin əlifba, ədədi qiymətlərin azalma və ya
artma qaydası ilə düzülməsi);
- seçmə. Müəyyən əlamətlərə görə verilənlərin seçilməsi;
- hesablama. Verilənlərin cəmlənməsi, hasili və ya müəyyən üsul və ya
düsturla onlar üzərində hesab və ya məntiq əməliyyatlarının aparılması.
Verilenlərin saxlanması. Əməli fəaliyyət səviyyəsində toplanan və emal
olunan bir çox verilənləri sonrakı istifadələr üçün bu və ya digər səviyyədə
saxlamaq lazım gəlir. Bu məqsədlə verilənlər bazası yaradılır.
Hesabatların (sənədlərin) hazırlanması. Verilənlərin emalı texnologiyasında
son məhsul kimi təşkilatın rəhbərliyi, işçiləri və həmçinin xarici təşkilatlar üçün
242
hesabatlar və ya sənədlər hazırlanır. Sənədlər həm vaxtaşırı, həm ayın, kvartalın və
ilin sonunda, həm də təşkilatın apardığı əməliyyatlarla əlaqədar olaraq sorğulara
görə hazırlana bilər.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın
qərarqəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını
ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola
bilər.
Bu texnologiya idarəetmənin informasiya sistemi mühitində işləməyi
nəzərdə tutur və həll olunan məsələlərin zəif strukturlaşması hallarında istifadə
olunur. İdarəetmənin informasiya sistemi təşkilatın müxtəlif funksional
bölmələrinin və ya idarəetmə səviyyələrinin oxşar informasiya təlabatlarını
ödəmək üçün daha əlverişlidir. İnformasiya sisteminin təqdim etdiyi informasiya
təşkilatm keçmişi, bu günü və ehtimal olunan gələcəyi haqqında məlumat ola bilər.
Həmin informasiya müntəzəm və ya xüsusi idarəetmə hesabatları şəklində verilə
bilər.
Təşkilatm fəaliyyətinə nəzarət səviyyəsində qərarların qəbul edilməsi üçün
informasiya ümumiləşdirilmiş şəkildə verilməlidir ki, verilənlərin dəyişmə meylini
pozmadan kənaraçıxmaların səbəblərini və qəbul olunan qərarlan izləmək mümkün
olsun. Bu mərhələdə verilənlərin emalı üzrə aşağıdakı məsələlər həll olunur:
- idarə olunan obyektin planlaşdırılmış vəziyyətinin qiymətləndirilməsi;
-planlaşdırılmış vəziyyətdən kənara çıxmaların qiymətləndirilməsi;
- kənara çıxmaların səbəblərinin aşkarlanması;
- mümkün qərarlarm səbəblərinin aşkarlanması;
-mümkün qərarların və hərəkətlərin qiymətləndirilməsi.
Giriş informasiyası əməliyyat səviyyəsindəki verilənlərin emalı
sistemindən daxil olur. Çıxış informasiyası qərar qəbul etmək üçün əlverişli
formada təsvir olunan (qrafik, cədvəl, mətn və s.) hesabatlardır. Uyğun proqram
təminatı vasitəsilə verilənlər bazasından götürülən verilənlər müntəzəm və (və ya)
xüsusi hesabatlara çevrilir və qərar qəbul edən mütəxəssislərə (menecerlərə)
243
çatdırılır. Göstərilən informasiyanın alınması üçün verilənlər bazası iki cür
verilənlərdən ibarət olmalıdır:
1) müəssənin apardığı əməliyyatların qiymətləndirilməsi əsasında toplanan
verilənlər;
2) idarəetmə obyektinin(müəssisənin və ya onun funksional bölmələrinin)
planlaşdırılmış vəziyyətini təyin edən planlar, standartlar, büdcələr və digər
normativ sənədlər.
İstənilən təşkilatın idarəetmə strukturu 3 səviyyədən ibarət olur: operativ,
funkisonal və strateji.
İdarəetme səviyyəsi (idarəetmə fəaliyyətinin növü) həll olunan məsələlərin
mürəkkəbliyi ilə təyin olunur. Məsələ mürəkkəbləşdikcə onun həll üçün idarəetmə
səviyyəsi də yüksək olmalıdır. Həlli dərhal (operativ) tələb olunan sadə məsələlər
daha çox yaranır, odur ki, onlar üçün idarəetmə səviyyəsi daha aşağı olmalıdır. Bu
səviyyədə operativ qərarlar qəbul edilir. İdarəetmədə həmçinin qəbuledilən
qərarların reallaşdırılma dinamikası nəzərə alınmalıdır. Bu da idarəetməyə vaxt
amili nöqteyi-nəzərindən baxmağı tələb edir.
İdarəetmənin operativ səviyyəsi dəfələrlə təkrarlanan məsələlərin və
əməliyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini
təmin edir. Bu səviyyədə həm yerinə yetirilən əməliyyatların həcmi, həm də
idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur. Situasiyanm
dəyişməsinə cəld reaksiya verilməsi tələb olunduğundan, idarəetmənin bu
səviyyəsi operativ adlanır. Operativ idarəetmə səviyyəsində həll olunan
məsələlərin böyük hissəsini uçot və nəzarət məsələləri təşkil edirlər. Məsələn,
istehsal olunan və satılan məhsulun uçotu, xammalın və materialların sərfinin
uçotu, mühasibat uçotu, məhsulun keyfiyyətinə nəzarat və s.
Funksional (taktiki) səviyyədə operativ səviyyədə hazırlanan
informasiyanın analizini tələb edən məsələlər həll olunur. Həll olunan məsələlərin
həcmi azalır, lakin mürəkkəbliyi artır. Analizə, dərk etməyə, çatmayan məlumatın
toplanmasına əlavə vaxt tələb olunduğundan, bəzən lazımi nəticəni operativ almaq
mümkün olmur. İdarəetmə, informasiyanın daxilolma anından qərarların qəbuluna
244
və onların reallaşdırılmasına qədər və həmçinin reallaşdırma anından onlara
reaksiya verilənə qədər sərf olunan vaxtla əlaqəli olur.
Strateji idarəetmə təşkilatın üzünmüddətli strateji məqsədlərinə nail
olmasına yönələn idarəetmə qərarlarmm hazırlanmasını təmin edir. Qəbul edilən
qərarların nəticələri uzun müddət keçdikdən sonra özlərini biruzə verdiklərindən,
bu səviyyədə strateji planlaşdırma böyük əhəmiyyət kəsb edir. Odur ki,
idarəetmənin bu səviyyəsini çox vaxt strateji və ya uzunmüddətli planlaşdırma
adlandırırlar. Bu səviyyədə qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər
keçəndən sonra təsdiq oluna bilər. İdarəetmə qərarlarının qəbulunda məsuliyyət
təkcə riyazi və xüsusi aparatın köməyilə aparılan analizin nəticələri ilə deyil,
menecerlərin professional intuisiyaları ilə də təyin olunur.
Göstərilən səviyyələrdə idarəetmə funksiyarım müxtəlif peşə dərəcələrinə
malik olan mütəxəssislər və menecerlər yerinə yetirirlər. Onlar öz sahələri üzrə həll
olunası problemləri, məsələləri və fıınksiyaları təyin etmək üçün informasiya
sisteminin layihələndirilməsi və tətbiqi mərhələlərində fəal iştirak etməlidirlər.
Qeyd etmək lazımdır ki, İS özü-özlüyündə gəlir gətirmir, lakin gəlirin
alınmasına imkan yaradır. O baha başa gələ bilər və əgər, onun strukturu və
istifadə olunma strategiyası ətraflı ölçülüb-biçilməyibsə, xeyirsiz ola bilər. İS-in
tətbiqi istifadəçiləri, idarəetmə heyətini vaxtında və lazımi informasiya ilə təmin
edə bilirsə, idarəetmənin keyfiyyəti artır, firmanın işi yaxşılaşır və bu da son
nəticədə iqtisadi səmərəyə gətirir. İşçilərin funksiyaları avtomatlaşdırıldığından,
onların sayını azaltmaq olar. Odur ki, İS tətbiq edilən firma və təşkilatlarda
rəhbərlik bu amili nəzərə almalı, sosial və psixoloji siyasəti düzgün seçməlidir.
İnformasiya-axtarış sistemi təbii dildə sənədlərin toplanması və müxtəlif
kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə
(korporasiya) səviyyəsində, həm də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin
toplanması, sistemləşdirilməsi və axtarışı üçün istifadə olunur.
Sənəd dövriyyəsi sistemləri müəssisə (korporasiya) daxilində sənədlərin
dövriyyəsini avtomatlaşdırmaq üçün istifadə olunur. Müəssisənin bütün funksional
bölmələrinin kompüterləşdirilməsi şəraitində kompüterlərin şəbəkəsini yaratmaqla
245
və sənədlərin elektron variantlarından istifadə etməklə, onların dövriyyəsini tam
avtomatlaşdırmaq olur.
Kargüzarlığın avtomatlaşdırılması sistemləri də müəssisədə İnternet
platforması ilə qurulan kompüter şəbəkəsinin fəaliyyət göstərdiyi şəraitdə
rəhbərliyin, funksional bölmələrin və işçilərin xidməti və şəxsi işlərini əhatə edən
kargüzarlığın elektron sənədlərdən və elektron poçtdan istifadə edilməsilə tam
avtomatlaşdırılmasına imkan verir.
Faktoqrafik sistemlər kompüterdə verilənlərdən ibarət olan yazılar
formasında saxlanan faktiki məlumatlarla əməliyyat aparırlar. Faktoqrafik
informasiya sisteminin əsas funksional qovşağı verilənlər bazasının idarəetmə
sistemidir. Faktoqraik sistemlərdən təkcə verilənlərin saxlanması və axtarışı üçün
deyil, həm də onların emalını tələb edən məsələlərin həlli üçün istifadə olunur.
Yerinə yetirdikləri funksiyalara görə faktoqrafık sistemləri 3 qrupa bölmək olar:
informasiya-arayış sistemləri, informasiya-idarəetmə sistemləri və informasiya-
məsləhət sistemləri.
İnformasiya-arayış sistemləri konkret tətbiq sahəsi üzrə istifadəçiləri
maraqlandıran suallara cavab-arayış vermək üçün istifadə olunurlar. İstifadəçilər
sistemə 2 cür sorğu ilə müraciət edə bilərlər: reqlamentli və ixtiyari. Reqlamentli
sorğunun məzmunu və verilmə tezliyi əvvəlcədən məlum olur (planlaşdırılır).
İxtiyari sorğularda isə bu cür müəyyənlik olmur. Sistem sorğuya uyğun cavabları
ya lazımi verilənlərin tapılıb istifadəçiyə çatdırılması ilə, ya da tapılan verilənlərin
üzərində müəyyən əməliyyatlar aparmaqla onların emalı nəticəsi kimi verir.
Informasiya-idarəetmə sistemləri idarəetmə üçün qərarların qəbul
edilməsinin informasiya təminatı funksiyasını yerinə yetirirlər. Odur ki, bu
sistemlərə həmçinin qərarların qəbulunun informasiya təminatı (ingiliscə- Decision
Support System (DSS)) sistemləri də deyilir. Bu sistemlər də istifadəçilərin həm
reqlamentli, həm də ixtiyari sorğularına cavabları təmin etməlidirlər. Müəssisənin
idarə edilməsində sistemə verilən reqlamentli sorğular əslində funkional
bölmələrdə (plan, təchizat, satış, mühasibat və s.) həll olunan planlaşdırma, uçot,
nəzarət və s. tipli məsələlərin həlli deməkdir.
246
İnformasiya-məsləhət sistemləri insana (qərar qəbul edən şəxsə) qərarların
qəbul edilməsi ücün məsləhətlər verirlər, yəni mümkün variantları təklif edirlər.
Sistemin verdiyi məsləhətlər əsasında insan öz qərarını verir. Bu cür sistemlərin işi
biliklərə əsaslandığından onların intellektual səviyyələri yüksək olur. İnformasiya-
məsləhət sistemlərinin tipik nümayəndəsi ekspert sistemləridir.
Sənədli-faktoqrafik sistemlər həm sənədlərin, həm də faktoqrafik
informasiyanın toplanıb saxlanmasını, axtarışını və lazım gəldikdə emalını yerinə
yetirə bilirlər. Bu cür sistemlərə başqa sözlə inteqrallaşdırılmış sistemlər deyilir.
İnteqrallaşdırılmış sistemlər mövcud informasiya sistemləri içərisində ən
mürəkkəbi hesab olunur. Əslində inteqrallaşdırılmış sistem uyğun olaraq sənədlərlə
və faktoqrafik informasiya (verilənlər) ilə işləyən 2 hissədən (altsistemdən) ibarət
olur.
Sənədli-faktoqrafik sistemlərin inkişaf etmiş variantlarında konkret mövzu
sahəsinə aid sənədlərdən faktoqrafik informasiyanın çıxarılması prosesi aparılır.
İngiliscə bu prosesə data mining deyilir. Bu tip sistemlərin daha mükəmməl
variantlarında sənədlərdən verilənlərlə yanaşı, biliklər də alınır (knowledge
discovery).
İnformasiya sistemlərini təşkil üsullarına və ya arxitekturaya görə də
siniflərə bölürlər.
Texniki təminat informasiya sisteminin işləməsinə xidmət edən texniki
vasitələr kompleksindən və həmcinin həmin vasitələr və texnoloji proseslər üçün
uyğun sənədlərdən ibarətdir. Texniki vasitələr kompleksinə aşağıdakılar daxildir.
-hər hansı modelə aid kompüterlər;
-informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks
etdirilməsi ücün qurğular;
-kommunikasiya vasitələri (informasiyanı ötürən və qəbul edən qurğular və
rabitə kanalları);
- təşkilati-texniki vasitələr;
-istismar materialları və s.
247
Sənədlərdə texniki vasitələrin ilkin seçimi, onların istismarının təşkili,
verilənlərin emalının texnologiyası, texnoloji təchizat kimi məsələlər öz əksini
tapır. Sənədləri şərti olaraq 3 qrupa bölmək olar:
- texniki təminata aid dövlət və sahə standartlarnı əhatə edən ümumsistem
sənədləri;
- texniki təminatın həyata keçirilməsinin bütün mərhələlərinə aid
metodikanı əhatə edən xüsusi sənədlər;
- texniki təminata aid hesabatların aparılmasında istifadə olunan normativ-
arayış sənədləri.
Texniki təminatın təşkilində əsasən 2 formadan istifadə olunur:
mərkəzləşdirilmiş və qismən və ya tam mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş
texniki təminat böyük kompüterlərdən və hesablama mərkəzlərindən istifadə
olunmasma əsaslanır. Mərkəzləşdirilməmiş texniki təminatda isə funksional
altsistemlərin bilavasitə istifadəçilərin iş yerlərində quraşdırılmış fərdi kompü-
terlərdə reallaşdırılması nəzərdə tutulur.
Daha təkmil və müasir yol texniki təminatın kompüter şəbəkələri bazasında
qismən mərkəzləşdirilməmiş formada təşkilidir. Bu halda İS-in texniki təminatı
bütün funksional altsistemlər üçün ümumi xarakter daşıyan verilənlər bazalarım
saxlayan böyük kompüterdən (meyn-freymdən) və ayrı-ayrı funksional
altsistemlərdə quraşdırılmış və onlara aid verilənlərin saxlanması və emalı üçün
istifadə olunan fərdi kompüterlərdən və kommunikasiya vasitələrindən ibarət olur.
12.3.İqtisadi informasiya təminatının quruluş elementləri
İnformasiya təminatının əsas fuksiyası istifadəçinin məsələlərinin həll
edilməsi üçün zəruri məlumatların hamısının maşın daşıcıyalırında etibarlı
saxlanmasının və onların bu məlumatlara müraciətinin əlverişliyinin təmin
olunmasından ibarətdir.
248
İnformasiya təminatı məlumat massivləri və informasiya axınlarının,
onların işlənməsi əməliyyatlarının lüzumsuz təkrarlanmalarını aradan qaldırmaq,
istifadə istifadə edilən məlumatların müqayisəliyini artırmağa imkan verir.
Avtomatlaşdırılmış sistemlərin və kompüter texnologiyalarının informasiya
təminatı iki hissəyə- maşındankənar və maşındaxili informasiya təminatına
ayrılır.
Bu onunla bağlıdır ki, idarəetmə obyektlərinin təsviri, orada baş verən
proseslər və hadisələr haqqındakı ilkin məlumatlar maşından kənarda mövcud olur.
Bu qayda olaraq maşından kənar sferada olan sənədlərdə cari proseslər haqqındakı
bütün uçot və operativ xarakterli məlumatlar, eləcə də normativ-arayış xarakterli
ilkin informasiya qeyd edilir.
Maşındankənar informasiya təminatı özünün tərkibində maşından kənar
informasiya bazasını, bu informasiya bazasının təşkili və aparılması vasitələrini
birləşdirir. Mşındankənar informasiya bazası konkret bir sahəyə aid olan normativ-
arayış, plan və ya şərti-sabit informasiyanı, eləcə də operativ-uçot informasiyasını
əhatə edir.
Məlumat kitabçalarında müəyyən öv obyektlərin siyahısı verilir. Onun
cədvəl şəklində olan hissələrində hər bir sətir üzrə obyektin kodu, adı və digər
xarakteristikalar göstərilir.
Nomenklatura-qiymət kitabçaları təqribən hamin formada olub, obyektlərin
(müəssisə, sex, anbar və s.) bütün nomenklaturası üzrə ölçü vahidləri və bir vahidin
qiymətini əks etdirir.
Təşkilati-sərəncam sənədləri özündə əsasnamələri, nizamnamələri,
normativ-aktları, protokolları, qərarları, sərəncamları, əmrləri və s. birləşdirir.
Plan göstəricilərinin yerinə yetirilməi haqqındakı məlumatlar plan-
qrafiklərdə, hesabatlarda statistik məcmuətdə əks etdirilir.
Normativ-arayış informasiyasının dəyişməsi haqqında məlumat
informasiya bzalarında düzəlişlər etmək, onu aktual vəziyyətdə saxlamaq üçündür.
Bütün sənədlər adları, forma və məzmunu, quruluşu ilə xarakterizə olunur.
Sənədlər müəyyən edilmiş qaydada doldurulur və rəsmiləşdirilir.
249
Başlıq hissədə formanın kodu, sənədin adı və nömrəsi, doldurulma tarixi və
digər ümumi xarakterli məlumatlar verilir.
Məzmun hissəsi isə rekvizitlərin adlarını və onların qiymətləri üçün
ayrılmış yeri göstərir.
Normativ-arayış sənədləri şərti-sabit informasiya növünə aiddir və müxtəlif
reqlamentləşdirici normativləri, faiz dərəcələrini, hebelə uzun müddət qiymətini
dəyişmədən istifadə edilən sair məlumatları əks etdirir. Normativ arayış sənədləri
göstəricilərin təkrarlanmasını aradan qaldırmaqla arayış informasiya bazasını
formalaşdırır.
12.4. Maşındaxili informasiya bazası
Maşındaxili sferada ilkin yüklənmə zamanı məlumatları daxil edilməsi
üçün sənədlərin hazırlanmasına dair, eləcə də normativ-arayış informasiyasında
sonrakı düzəlişlər zamanı müvafiq təlimatların işlənib hazırlanması lazım gəlir.
Məlumatların daxil edilməsi və ilkin işlənməsi texnologiyası hazırlanarkən
maşındaxili informasiya bazasının ilkin yüklənməsi üçün, eləcə də operativ (uçot)
informasiyasının daxil edilməsi üçün zəruri olan sənədlər ayrılmalıdır.
Təlimatlarda informasiya bzasının aktual vəziyyətdə saxlanması üçün baş verən
dəyişikliklər haqqında verilən məlumatın müvafiq sənəd formasının müəyyən
edilməsi, hazırlanması qaydası və işlənməyə verilmə dövrliyi də göstərilməlidir.
Maşındaxili informasiya bazası elə məlumatlar bazasıdır ki, onun quruluşu
kokret mövzu sahəsinə aid bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan məlumatların
modelini, habelə maşın daşıyıcılarında saxlanılan, bir-birilə qarşılıqlı əlaqədə
olmayan ayrı-ayrı giriş, çıxış və arralıq məlumat massivlərini əks etdirir.
Maşındaxili informasiya bazası normativ-arayış informasiya
sənədlərindən, plan sənədlərindən, operativ uçot sənədlərindən və s.
maşındankənar sferadan daxil olan məlumatları özündə birləşdirir.
250
Maşındaxili informasiya bazası massivlərin tərkibi və quruluşu, eləcə
də maşın daşıyıcılarında məlumatların təşkili və onlara müraciət üsulu ilə
xarakterizə edilir.
İnformasiya massivləri bir-birindən asılı olmayan ayrı-ayrı fayllar
şəklində təşkil edilə bilər (massivləri fayl təşkili) və ya bir-birilə qarşılıqlı əlaqədə
olan inteqrasiya edilmiş massivlər toplus kimi məlumatlar bazasının tərkibində
də ola bilər.
Böyük informasiya bazalarının fayl təşkilinin asılı olmayan
informasiya massivləri, bazadan əvvəlki işləmə mərhələsində bilavasitə sənədlər
əsasında formalaşdırılan ilkin massivlərdir. Belə massivlər yoxlanıldıqdan və
aşkara çıxarılan səhvlər aradan götürüldükdən sonra məlumatlar bazasına yüklənə
bilər.
İnformasiya massivlərinin fayl təşkili zamanı məlumatların aktual
vəziyyətdə saxlanması, onların gerçəkliyi və uyğunluğunun təmin edilməsi xeyli
çətinləşir. Aralıq və çıxış məlumatları bir qayda olaraq müvəqqəti massivlərdi və
onlar məlumatların işlənmə prosesində formalaşdırılır, lakin uzun müddət
saxlanılmır. Məlumat bazalarının idarə edilməsi sistemlərindən istifadə edilən
zaman bu massivlər məlumatlar bazasının müəyyən bir hissəsini təşkil edir.
Məlumat bazalarının, onların yaradılması və aparılmasının idarə
edilməsi üçün xüsusi səmərəli proqram vasitələrindən, yəni məumat bazalarının
idarə edilməsi sistemlərindən istifadə olunur.
Məlumat bazalarında məntiqi qarşılıqlı əlaqələr məlumatlar
modelinin tipinə uyğun və seçilmiş məlumatlar bazasının idarə edilməsi sisteminin
köməyi ilə (iyerarxik, şəbəkə, relyasiya) təşkil edilir.
Operativ , uçot məlumatları məsələnin həlli reqlamentinə uyğun
olaraq bu cür sənədlər daxil edilmə və işləmək üçün qəbul olunduqda məlumatlar
bazasına daxil edilir. Bu məlumatlar müəyyən dövr ərzində yığılır və dövr başa
çatdıqdan sonra onlar ümumiləşdirilir və işlənir.
Məlumatlar bazası bəzən bir fədi kompüterin istifadəçisinin öz inhisar
sərəncamında ola bilər. Bu zaman məlumatlar bazası yalnız bu fərdi kompüterin
251
dikində yerləşdirilir və informasiya bazasına eyni zamanda bir neçə istidfadəçinin
müraciəti təmin edilmir.
Maşındaxili informasiya bazasının təşkili və aparılması vasitələrinə
xüsusi diqqət yetirilməlidir. Buraya məlumat bazalarının və digər məlumat
massivlərinin daxil edilməsi, yaradılması və aparılmasının proqram vasitələri
aiddir.
12.5.Təşkilatı-iqtisadi idarəetmə sistemlərində ofis fəaliyyəti
Ofis anlayışınin maddi və təşkilati aspektləri var. Birinci halda yer və
avadanlıq, ikincidə isə idarəetmənin forma və strukturu nəzərdə tutulur.
Ofis sərbəst müəssisə kimi və ya hər hansı bir iri təşkilat strukturuna da aid
ola bilər. Ofisin iş xüsusiyyəti ondan ibarətdir ki, o yalnız informasiya xidmətləri
mənbəyi deyil, eyni zamanda qərarqəbuletmə və ya maddi resursların paylanması
mənbəyidir. Nəzərə alsaq ki, ofis ilk olaraq kliyentin tələblərini ödəmək üçün qərar
qəbul edir, onda deyə bilərik ki, ofis- informasiya resurslarını informasiya
məhsuluna çevirən informasiya müəssisəsidir.
Kompyuter və təşkilati texnikaların ofislərdə istifadəsi bir neçə mərhələdən
keçmişdir: ənənəvi ofis, istehsalat ofisi, elektron ofis.
Ənənəvi ofis- vəzifə borcları geniş olan az sayli işçi kollektividir. Belə
ofislərin əsas yerinə yetirdikləri işlər bunlardır: məlumatların hazırlanması, çap,
poçtla işləmək, kartotekalarin yaradılması, informasıyaların axtarışı, informasiya
fondlarının dəstəklənməsi, hesabatların aparılması, telefonla işgüzar danışıqların
aparılması.
Elektron ofis- kompyuter vasitələrinin və rabitə vasitələrinin ofis
fəaliyyətində geniş istifadə olunması konsepsiyasının, sözün əsl mənasında,
reallaşdırılmasıdır.
Elektron ofisin əsas funksiyaları: sənədlərin qəbulu, onlara nəzarət və
rəsmiləşdirilməsi; işçilərin sənədlərlə distant və birgə işləməsi, əlektron poçt;
verilənlərin fərdi işlənməsi; sənədlərin hazırlanması və sayının çoxaldılması; VB
252
arasında informasiyalar mübadiləsi; qərarqəbuletmədə informasiya dəstəyi; AİS ilə
iş; müşavirələrdə iştirak etmək və s.
253
MÖVZU 13.
TƏŞKILATI IDARƏETMƏDƏ INFORMASIYA -
KOMMUNİKASİYA TEXNOLOGIYALARI
13.1. Təşkilati idarəetmədə informasiya texnologiyalarının və informasya
sistemlərinin təsnifatı.
13.2. Korporativ sistemlərdə informasiya və informasya sistemləri.
13.3. Personalla idarəetmə məsələlərinin təşkilati-iqtisadi mahiyyəti.
13.4. Personalla idarəetmə məsələləri və İT bazasında onların həlli
13.5. Firmanın idarə olunmasının təşkilati-iqtisadi mahiyyəti.
13.1.Təşkilati idarəetmədə informasiya texnologiyalarının və
informasya sistemlərinin təsnifatı.
İT - iqtisadi obyektin idarəedici məsələlərinin həlli üçün
proqramaparat təminatı bazası əsasında informasiyanın yığımı, qeydiyyatı,
ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr
məcmusundan istifadə edən prosesdir.
Avtomatlaşdırılmış İT-nin əsas məqsədi - əsasında optimal idarəetmə
qərarlarının hazırlandığı ilkin verilənlərin yenidən işlənilməsi vasitəsilə
keyfiyyətcə yeni informasiyanın alınmasıdır.
İT yenidən işlənilən informasiyanın həcminin kifayət qədər artması ilə
onun emal müddətini qısaldır. İT elə bir prosesdir ki, İS-də dövr edən informasiya
üzərində əməliyyatların yerinə yetirilmə qaydalarından təşkil edilmişdir.
Müasir müəssisə və firmalar ayrı-ayrı tərkib hissələri əsas və dövriyyə
fondları, maddi və əmək resursları və s. olan, daima dəyişən və bir-birilə mürəkkəb
qarşılıqlı əlaqədə olan mürəkkəb təşkilatı sistemlərdir.
İdarəetmənin informasiya sistemi (İİS) informasiyanın emalı və idarəetmə
qərarlarının qəbulu üçün nəzərdə tutulmuş informasiyanın, iqtisadi-riyazi metod
və modellərin, texniki, proqram və digər vasitələrin məcmusudur. İİS strateji və
taktiki planlaşdırma, mühasibat uçotu və firmanın əməli idarə edilməsinin cari
məsələlərini həll edə bilməlidir.
254
İİS:
informasiyanın əməli yığımı, ötürülməsi və emalı hesabına qəbul
edilən qərarların əsaslandırılma dərəcəsini yüksəltməyə;
bazar iqtisadiyyatı şərtləri daxilində təşkilatın idarə edilməsi ilə
qərarların vaxtında qəbul edilməsinə;
vahid informasiya fondundan idarəetmənin bütün səviyyələrinin
rəhbərlərinə lazım olan informasiyanın vaxtlı-vaxtında təqdim olunması hesabına
idarəetmənin səmərəliliyinin artımına nail olunmasına;
müxtəlif strukturlarda və idarəetmənin bütün səviyyələrində qəbul
edilən qərarların razılaşdırılmasına;
iqtisadi obyektin cari vəziyyəti haqqında idarə edən personalın
informasiyalaşdırılması hesabına əməyin məhsuldarlığının artırılmasının təmin
olunmasına və s. imkan verir.
AİS-nin əsas təsnifat əlamətləri bunlardır:
dövlət idarəçiliyi sistemlərində səviyyə;
iqtisadi obyektin fəaliyyət sahəsi;
idarəetmə proseslərinin növləri;
informasiya proseslərinin avtomatlaşdırılma dərəcəsi.
Dövlət idarəçiliyi səviyyəsinə görə təsnifat əlamətinə uyğun olaraq AİS
federal, regional və bələdiyyə İS-yə bölünür.
Federal əhəmiyyətli İS inzibati idarəetmə aparatında informasiya xidməti
məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir.
Regional İS konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə
edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə
tutulmuşdur.
Bələdiyyə İS yerli özünü idarəetmə orqanlarında şəhərin sosial-iqtisadi
sahələrinin bəndlərinin işinə nəzarət və onun tənzimlənməsi, yerli büdcənin,
iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə
informasiya xidməti fəaliyyəti göstərir.
255
İqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli
müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir.
Bunlara sənaye və kənd təsərrüfatı, nəqliyyat, rabitə, bank İS və s. AİS - lər aiddir.
İdarəetmə proseslərinin növlərinə görə İS
texnoloji proseslərin idarə və
təşkilati-texnoloji proseslərin idarə olunması (çoxsəviyyəli ierarxik
sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya
sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə
birləşdirir) informasiya sistemlərinə bölünür.
İdarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün
nəzərdə tutulmuş təşkilati idarəetmə İS daha çox yayılmışdır. Bu sinifdən olan İS
həm sənaye firmalarının, həm də iqtisadi qeyri-sənaye obyektlərinin – xidmət
sahəsi müəssisələrinin informasiya sistemləri daxildir.
Belə sistemlərin əsas funksiyalarını əməli nəzarət və tənzimləmə,
əməli uçot və təhlil, perspektiv və əməli planlaşdırma, mühasibat uçotu, satış və
təchizatın idarə olunması və digər təşkilati məsələlərin həlli təşkil edir.
İnteqrasiya edilmiş İS firmanın bütün idarəetmə funksiyalarının
avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur və iqtiasadi obyektlərin
fəaliyyətinin bütün dövrünü: elmi-tədqiqat işi, layihələndirmə, hazırlanma, istehsal
və məhsulun satışından onun istismarının təhlilinə kimi olan dövrü əhatə edir.
Korporativ İS firmanın və ya korporasiyanın bütün idarəetmə
funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur.
Korporativ informasiya sistemləri (KİS) müəssisədə biznes-proseslərin və
eyni zamanda operativ və idarəetmə uçotunun avtomatlaşdırılmasını nəzərdə tutur.
KİS-lər avtomatlaşdırılacaq biznes-proseslərin miqyas və
mürəkkəbliyindən asılı olaraq müxtəlif ola bilərlər. Hazırda müxtəlif KİS
sistemləri mövcuddur: MRP, MRP II, ERP, CSRP. Bu sistemlər əslində iqtisadi
münasibətlərin mürəkəbləşməsi ilə əlaqədar yeni proseslərin avtomatlaşdırılması
256
ehtiyacının nəticəsi olaraq əvvəlkilərə yeni bölmələrin (modulların) əlavə edilməsi
şəklində inkişaf etmişdir.
MRP (Material Requirements Planning - Resurslara olan Tələbatın
Planlaşdırılması) - İstehsalda material resurslarının hərəkətinin idarə edilməsinə
imkan verir (70-ci illər).
MRP II (Manufacturing Resource Planning - İstehsal Resurslarının
Planlaşdırılması) - MRP sisteminə maliyyə planlaşdırılması, əks əlaqə və biznes-
proseslərin modelləşdirilməsi elementləri əlavə edilmişdir (80-ci illər)
ERP (Enterprise Resource Planning - Müəssisənin Resurslarının
Planlaşdırılması) - MRP II sisteminə maliyyə planlaşdırılması modulu əlavə
edilmişdir (90-cı illər).
CSRP (Customer Synchronized Resource Planning - İstehlakçılara
istiqamətlənərək Resurslarının Planlaşdırılması) - ERP sisteminin bütün
imkanlarına malikdir və eyni zamanda müştərilərlə geniş münasibətləri əhatə edir:
sifarişlərin sənədləşdirilməsi, texninki tapşırıqlar, sifarişçinin yerindəcə
dəstəklənməsi (90-cu illərin sonu).
Hazırda inkişaf edən ölkələrdə MRP II və ERP sistemlərinin tətbiqi daha
geniş yayılmışdır. Bu onunla bağlıdır ki, bu ölkələrdə hələ daxili biznes proseslər
avtomatlaşdırılmamışdır.
KİS-lərin tətbiqi imkanları genişdir. Onlar müxtəlif sahələrdə-K/t,
nəqliyyat, bank, tıcarət, istehsal və s. müvəffəqiyyətlə tətbiq olunur.
KİS-lərin tətbiqi müəssisələrə aşağıdakı nəticələrin əldə olunmasına səbəb
olur:
- İdarəetmə qərarlarının verilməsi üçün lazım olacaq informasiyaların
operativ və daha dəqiq əldə edilməsi imkanı
257
- Dəqiq planlaşdırmanın aparılması və faktiki nəticələrə daha yaxın
olan büdcələrin qurulması və yerinə yetirilməsinin izlənilməsi
- İstehsal tsiklinin 30-40 % aşağı salınması
- Anbar sahələrinin 25-30 % azaldılması
- Əmtəə-material ehtiyatlarının dövriliyinin 60-70 % artırılması
- Məhsulun çatdırılması ilə bağlı olan gecikmələrin 40-50 % aşagı
salınması
- Sığorta ehtiyyatlarının 30-40 % azaldılması
- İdarəetmə xərclərinin 25-30 % aşağı salınması və s.
İP avtomatlaşdırma səviyyəsinə görə İS növləri:
əl İS ;
avtomatlaşdırılmış İS .
avtomat İS.
AİS-nin əsas tərkib hissəsi İS-nin fəaliyyəti və inkişafı ilə əlaqədar
olan İT hesab edilir.
13.2. Korporativ sistemlərdə informasiya və informasya sistemləri.
İnformasiyanın sürətlə artığı müasir dövrümüzdə bəzi abreviatura və
terminlərlə tez-tez rast gəlirik. ECM (İng. Enterprise Content Management) son
zamanlar istifadə olunan daha bir abreviaturadır. Tərcüməsi – “Korporativ
İnformasiya Resurslarının İdarəetmə Sistemləri”.
ECM ilk növbədə proqram təminatıdır. Bu cür proqram təminatının əsas
mahiyyəti şirkətin bütün şöbələrini və biznes proseslərini vahid bir bazaya
cəmləyərək vahid bir sistem vasitəsilə idarə edilməsidir. Keçən məqalədə ERP
sistemlərinə də eyni tərifi vermişdik. Hər ikisi proqram təminatıdırsa və şirkətin
bütün biznes proseslərini əhatə edirsə bunlar eynidirmi və onları birləşdirmək
olarmı və ya ERP sistemlərində həmin işləri görmək olarmı və nəhayət, şirkətdə
artıq ERP sistemi varsa sənədlərlə işləmək üçün ikinci bir sistemə ehtiyac varmı?
258
ERP və ECM sistemləri arasındakı fərqlər.
Bu cür sistemlərin araşdırılması və standartlaşdırılması ilə məşğul
olan “AİİM” təşkilatının (İng. Association for Information and Image
Management – İnformasiya və Təsvirlərin İdarə Edilməsi Məsələləri üzrə
Assosiasiya) tərifinə görə ECM – şirkət daxilində informasiyanın yığılması, idarə
edilməsi, saxlanılması və istifadəçilərə çatdırılması üçün istifadə edilən
texnologiya, alət və üsulların toplusudur. Qeyd etmək lazımdır ki, son
zamanlar “AİİM” təşkilatı özünü “The Enterprise Content Management
Association” adlandırmağa başladı.
İnformasiya texnologiyaları bazarında ixtisaslaşan elmi-tədqiqat və
konsaltinq şirkəti olan “Gartner” ECM sistemlərinə aşağıdakı tərifini verir:
ECM termini korporativ informasiya resuslarının (kontentin) bütün
növlərini və hərəkət dövrünü əhatə edən strateji platforma və texnoloji
arxitekturasını əhatə edir. Strateji platforma baxımından ECM korporativ
informasiya resuslarını nəzarət altına alınmasında və bununla da məhsuldarlığı
artırılmasında, əməkdaşlığın təşviqində, uyğunluq tələblərinin təmin edilməsində,
biznes proseslərin yaxşılaşdırmasında və informasiyanın asan bölüşməsində
köməklik edə bilər. Texnoloji arxitektura baxımından ECM – platforma və ya ayrı
ayrılıqda satıla və istifadə edilə bilən bir neçə proqram təminatından ibarətdir.
“Gartner” öz hesabatlarında “ECM” abreviaturasını 2001-ci ildən istifadə
etməyə başladı.
İlk növbədə ECM abreviaturasının tərkib hissəsinə baxaq. “E”- “Enterpise”
– hər hansı bir müəssisə deməkdir. Bura xırda müəssisədən tutmuş iri xoldinq və
şirkətlər daxildir, çünki hər bir şirkət öz fəaliyyəti dövründə daim yeni informasiya
yaradır və informasiya çoxaldıqca onun səmərəli idarə edilməsi məsələsi gündəmə
gəlir. “C” – “Content” – bura müəssisə tərəfindən yaradılan bütün informasiya
resursları: sənədlər, video və audio fayllar, təsvirlər, elektron məktublar, mövcud
259
olan veb səhifələr və s. daxildir. “M”- “Management” – yuxarıda sadalanan
informasiya resursların idarə edilməsidir.
Həm ERP, həm də ECM sistemi çox böyük həcmli informasiya ilə işləyir.
Lakin həmin informasiyanın tərkib hissəsi və xarakteri fərqlidir. ERP sistemlərinin
əsasını yaxşı strukturlaşdırılmış informasiya təşkil edir. Sənədlər əsasən
strukturlaşdırılımış cədvəllərdə saxlanılır. ERP sistemində sənədin müəyyən
edilmiş forması və tərkibi vardır. ECM sistemlərində isə sənəd ilk növbədə
strukturu olmayan informasiyadır, yəni əksər hallarda onun tərkibi və forması
qabaqcadan məlum deyil. Bura mətn, şəkil, video, audio fayllar, elektron
məktublar və s. informasiya resursları daxildir. Burada sənədin atributları və
məlumatları, yəni strukturlaşdırılmış verilənlər, ikinci dərəcəlidir.
Həm ERP, həm də ECM sistemlərində sənəd və marşrut anlayışları vardır.
Hər iki sistemdə istifadəçilərin sənədlərlə birgə işləməsi nəzərdə tutulub. Lakin
birgə işin məqsədləri və vasitələri fərqlidir. ERP sistemlərində sənədlər əsasən
hesabatların hazırlanması üçün emal edilir. ECM sistemlərində isə sənədlərin emalı
ilk növbədə biliklərin və informasiyanın yığılması üçün nəzərdə tutulub. ERP
sistemlərində sənədin yaradılması, razılaşdırılması, onun ayrı-ayrı modullarda
göstərilməsi və təsdiqlənməsi mərhələləri vardır. ECM sistemlərində isə əsasən
sənədin yaradılması, razılaşdırması, elektron imza ilə imzalanması, qeydiyyata
alınması və arxivə silinməsi kimi sənəd dövriyyəsi vardır.
Sistemlərin istifadəçiləri də fərqlidir. ERP sistemlərinin istifadəçiləri
rəhbərlik, maliyyə işçiləri, anbardarlar, operatorlar, satıcılar və kadr işçiləridir.
ECM sistemlərində isə istifadəçilər sənədlərlə işləyən şirkətin bütün işçiləridir.
İnformasiya dedikdə, bizi əhatə edən maddi varlığın və ya hər hansı
ictimai, iqtisadi və sosial hadisənin keçmişi, indiki vəziyyəti və gələcəyi haqqında
xəbərlər çoxluğu başa düşülür.
İnformasiya sənədli və sənədsiz ola bilər. Sənədsiz informasiyaya telefon
və ya digər ötürücü qurğular vasitələri ilə verilən informasiyalar aiddir.
260
Lakin informasiyanın əsas daşıyıcısı sənəddir. Sənədləşdirilmiş
informasiya (sənəd) – maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsinə
imkan verən rekvizitlərə malik informasiyadır .
Digər bir tərifə görə sənəd qeyd edilmiş və zaman, məkan üzrə təyin
edilmiş informasiyaya malik material daşıyıcısıdır. Başqa sözlə, sənəd hər hansı
faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır.
Kargüzarlıq dedikdə, sənədlərin tərtib olunması, çap edilib çoxaldılması,
əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil
vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa
düşülür.
Hər hansı məsələ və hadisəyə həsr edilmiş sənəd çoxluğuna sənədləşdirmə
deyilir.
Elektron sənəd – informasiya sistemində istifadə üçün elektron formada
təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd [8].
Elektron sənəd dövriyyəsi – informasiya sistemində elektron sənədin
nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri [8].
Qeyd olunma vasitələrindən asılı olmayaraq bütün sənədlər beş böyük
qrupa bölünür:
Təşkilati-sərəncamverici sənədlər.
Maliyyə-hesabat əməliyyatları üzrə sənədlər.
Kommersiya sənədləri.
Kadr sənədləri.
Vətəndaşların ərizə, şikayət və təklifləri üzrə sənədlər.
Təşkilati-sərəncamverici sənədlər 3 qrupa bölünür:
Təşkilati sənədlər. Bu sənədlərə əsasnamə, nizamnamə, təlimat
və qaydalar
261
Sərəncamverici sənədlər. Bu sənədlərə qətnamə, sərəncamlar,
qərarlar, əsas fəaliyyət üzrə əmrlər və s.
Dünya praktikası göstərir ki, kiçik müəssisələr iri müəssisələrlə
müqayisədə bir sıra üstünlüklərə malikdir:
işdə çeviklik və əməlilik;
yerli şəraitə asan uyğunlaşma;
ideyaların daha tez reallaşmasının mümkünlüyü;
yalnız bir müəssisə daxilində məişət, maddi-texniki təchizat üzrə bütün
təsərrüfat proseslərinin inteqrasiyası.
Müasir bazar münasibətləri daxilində müəssisə və firmaların birləşdirildiyi
iri miqyaslı biznes geniş inkişaf edir. Bu firmalara korporasiyalar, təsərrüfat
assosiasiyaları, konsernlər, holdinq şirkətləri və s. aiddir. Belə birləşmələrin öl-
çüləri istehsalda və məhsul satışında yubanmaların aşağı salınması hesabına
fəaliyyətin səməliliyinin artırılmasına cəhdlə şərtlənir.
Korporasiyalar və birləşmələr sənaye, nəqliyyat, ticarət, kommunal xidməti
və s. sahələrdə fəaliyyət göstərir. Eyni zamanda banklar, sığorta şirkətləri, birjalar,
vergi sistemi və eyni struktura malik dövlət orqanları da mövcuddur.
İri müəssisələrdə idarəetmənin iki forması – mərkəzləşdirilmiş və
mərkəzləşdirilməmiş formaları mövcuddur.
Mərkəzləşdirilmiş idarəetmə olan təşkilatlar ciddi koordinasiyalı
strukturların içərisində funksiya və səlahiyyətlərin paylanması ilə xarakterizə
olunur.
Mərkəzləşdirilməmiş forma təşkilat daxilində strateji biznes vahidlərinin
ayrılması və ya öz büdcəsi olan fəaliyyətini sərbəst planlaşdıran gəlir mənbələri ilə
xarakterizə olunur. Bu halda bölmələrin idarəetmə aparatı kifayət qədər geniş
səlahiyyətlərə malik olur, istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinə, şirkətin
məhsulunun rəqabət qabiliyyətinə görə məsuliyyət daşıyır.
İdarəetmənin bu iki forması arasındakı əsas fərq avtomatlaşdırılmış İT –
nin təşkili ilə bağlıdır.
262
Mərkəzləşdirilmiş idarəetmə zamanı texnoloji informasiya resursları baş
müəssisələrdə korporativ verilənlərə ciddi məhdudiyyət qoyulmaqla cəmləşir.
Mərkəzləşdirilməmiş idarəetmə zamanı informasiyanın korporativ
verilənlər bankında cəmləşməsi ilə yanaşı hər bir filialın və ya bölmənin lokal
hesablama şəbəkəsi üçün informasiya seqmentləri ayrılır.
Korporativ hesablama şəbəkəsi informasiyanın ötürülməsi üçün bir
müəssisənin qarşılıqlı əlaqədə olan lokal hesablama şəbəkələrindən ibarət və
territorial cəmləşməyə malik paylanmış inteqrasiya edimiş sistemdir.
Korporativ hesablama şəbəkəsinin qurulması
iri müəssisələrin müxtəlif bölümlərinin mütəxəssislərinin
kommunikasiya resurslarına daxilolmasının reallaşmasını;
vahid mərkəzləşdirilmiş idarəetmə, informasiya – kommunikasiya
resurslarına texniki xidməti;
on-line və off-line rejimlərində strukturlaşdırılmış informasiyaya
daxilolmanı;
vahid elektron poçt xidmətinin və elektron sənəd dövriyyəsinin
təşkilini;
şəbəkənin normal fəaliyyətini pozmadan informasiya –
kommunikasiya xidmətlərinin keyfiyyətini və tərkibini möhkəmləndirməyə və
inkişaf etdirməyə imkan verən yeni aparat-proqram resurslarının tətbiqi üçün
daima inkişafda olan, təkmilləşən korporativ hesablama şəbəkəsinin qurulmasını
təmin edən funksional artımı təmin edir.
İdarənin (mərkəzi ofisin) işinin təşkili. Əsas məsələ firmanın ümumi
fəaliyyətinin rəhbərlik və inkişafının strateji planının hazırlanmasıdır.
Avtomatlaşdırılmış korporativ sistemin bu bloku idarənin işinin informasiya
təminatına əsaslanır. Bu blokda informasiya ilə işin əsas forması –
informasiyanın alınması və emalıdır, bunun da əsasında təşkilatın inkişafının stra-
teji istiqaməti işlənilir.
263
İqtisadi və maliyyə xidmətlərinin işinin təşkili. Bu blok təşkilatın maliyyə
müdiriyyətini və mühasibatın fəaliyyətini təmin edir. Maliyyə xidmətinin əsas
məsələləri – idarə üçün firmanın işinin ümumiləşdirilmiş mənzərəsini
formalaşdırmaq, təşkilatın fəaliyyətinin bütün maliyyə informasiyasını ümumiləş-
dirmək və informasiyanı firmanın rəhbər bəndlərinə çatdırmaqdır.
Hüquqi təminat. Əsas məsələ firmanın hüquqi və mülkiyyət
vəziyyətinin möhkəmləndirilməsidir. Bu modulda həyata keçirilən informasiyanın
emalı bazasında da aşağıdakı funksiyalar yerinə yetirilir:
təşkilatın normativ – hüquqi və arayış informasiya bazasının
yaradılması və daxil eidlməsi;
firmanın daxili fəaliyyətini reqlamentləşdirən sənədlərin hüquqi
ekspertizası və işlənilməsi
bağlanan müqavilələrin hüquqi ekspertizası və s.
Hüquqi informasiya hər şeydən əvvəl ən yüksək rəhbər bəndə çatdırılır,
təşkilatın bütün marağında olan xidmətləri tərəfindən istifadə olunur.
13.3. Personalla idarəetmə məsələlərinin təşkilati-iqtisadi mahiyyəti.
Personalla idarəetmə təşkilatın kadr siyasətinin reallaşma vasitəsidir.
“Kadr siyasəti” termini dedikdə firmanın strategiyasına uyğun olaraq
insan resursunu qayda və normalar sisteminə çevirən sistem başa düşülür.
Kadrlarla iş tədbirləri – seçim, ştat cədvəlinin təşkili, attestasiya, təlim,
irəliləyiş - əvvəlcədən planlaşdırılır və təşkilatın məqsəd və məsələlərinin ümumi
anlamı ilə uzlaşdırılır.
Kadr siyasətinin məqsədi – kadrların keyfiyyət tərkibinin və sayının
saxlanması, yenilənməsi proseslərinin optimal nisbətinin təminidir.
Kadr siyasəti
kadr siyasətinin ümumi prinsiplərinin işlənilməsini, onun
məqsədlərinin təyinini;
264
əmək resurslarına tələbatın planlaşdırılmasını, strukturun, ştatın,
təyinatın, ehtiyatın təşkili və yerləşdirilməsinin (təşkilati ştat siyasəti) formula
edilməsini;
kadr informasiyasının hərəkəti sistemlərinin (informasiya siyasəti)
təşkilini və onlara yardımını;
əməyin stimullaşdırılması sistemlərinin (maliyyə siyasəti) səmərəli
təmin olunmasını, vasitələrin paylanma prinsiplərini;
işçilərin inkişaf proqramının, peşəkar istiqamətləndirilməsinin və
adaptasiyasının təmin olunmasını, fərdi irəliləyişlərin, professional hazırlığın və
kvalifikasiyanın yüksəldilməsini (personalın inkişaf siyasətini);
fəaliyyətin nəticələrinin qiymətləndirilməsini, təşkilatın strategiyasının
kadr siyasətinə uyğunluğunun təhlilini, kadr işində problemlərin aşkar edilməsini,
kadr potensialının qiymətləndirilməsini nəzərdə tutur.
Müəssisə daxilində texnologiyalar və personalla idarəetmə metodları iki
əsas istiqamətə ayrılır:
1. kadr tərkibinin formalaşdırılması;
2. onun iş qabiliyyətinin dəstəklənməsi.
İnformasiya aspekti nöqteyi-nəzərindən bunları nəzərdən keçirək.
1. Kadr tərkibinin formalaşması təşkilatın strukturunun
layihələndirilməsi ilə başlayır. Məhz o, müəssisənin işinə insanların cəlb edilmə
dərəcəsini, işçi qruplarının və idarəedici əmrlərin formalaşdırılmasının tiplərini və
prinsiplərini, kommunikasiya şəbəkələrinin qurulmasının xüsusiyyətlərini təyin
edir.
Praktikada strukturlaşdırmanın müxtəlif tiplərindən – xətti, halqavari,
ierarxik və s. növlərindən istifadə olunur.
Təşkilat fəzası
ərazi (sexlər, şöbələr) üzrə,
funksional (fəaliyyət istiqaməti üzrə),
ierarxik (şöbə rəisi, zavod direktoru) olaraq paylana bilər.
265
İnformasiya strukturunun layihəsinin işlənilməsində daxili və xarici
mühitin parametrləri ilə əlaqədar aşağıdakı amillər nəzərə alınmalıdır:
təşkilatın fəaliyyət göstərdiyi infrastruktur;
iş texnologiyası və birgə fəaliyyətin tipi;
personalın və korporativ mədəniyyətin xüsusiyyətltəri;
mövcud prototiplər və özünü səmərəli göstərən analoji təşkilatların
təşkilati strukturları.
Təşkilatda ümumi planlaşdırma prosesinin bir hissəsini personala
tələbatın planlaşdırılması təşkil edir. Uğurlu kadr planlaşdırması:
işçilərin sayı və kvalifikasiyası;
lazımlı işçilərin necə cəlb edilməsi və ya izafi personaldan
istifadənin necə optimallaşdırılması;
daxili motivasiyaya və işçiərin bacarığına uyğun personaldan necə
istifadə edilməsi;
personalın inkişafı üçün şəraitin təmin olunması;
planlaşdırılmış tədbirlərə çəkilən xərclər
kimi bir sıra qiymətləndirmələri özündə saxlayan informasiyaya əsaslanır.
Bu cür qiymətləndirmələr regionda kadr vəziyyətini təhlil etməyə imkan verir.
2. Personalın iş qabiliyyətinin dəstəklənməsi metodlarına:
əməyin normalaşdırılmasına və onun məhsuldarlğının yüksəldilməsinə
istiqamətənmiş tədbirlər;
attestasiya (əməyin və personalın qiymətləndirilməsi);
kadr ehtiyatının formalaşdırılması;
əməyin stimullaşdırılması daxildir.
Əməyin normalaşdırılması üzrə fəaliyyət personalla idarəetmədə bir sıra
məqsədlər daşıyır:
istehsalın planlaşdırılması və personala tələbatın təmini;
əmək haqqına sərf edilən xərclər;
əməyin məhsuldarlığının dəyişilməsinin qiymətləndirilməsi.
266
Attestasiyanın əsas təyinatı əməyin qaytarılmasında (ödənilməsində)
ehtiyatların aşkar edilməsidir.
Attestasiya iki tərkib hissəsindən - əməyin qiymətləndirilməsindən və
personalın qiymətləndirilməsindən ibarətdir.
Əməyin qiymətləndirilməsi faktiki əməyin məzmununun, keyfiyyətinin və
həcminin əməyin planlaşdırılan nəticəsi ilə müqayisə olunmasına
istiqamətlənmişdir, bu nəticə müəssisənin iş proqramında, texnoloji xəritə və
planlarda təqdim olunur. Əməyin qiymətləndirilməsi əməyin keyfiyyətinin, kə-
miyyətinin və intensivliyinin qiymətləndirilməsinə imkan verir.
Personalın qiymətləndirilməsi işçinin məşğul olduğu sahədə hazırlıq
dərəcəsini öyrənməyə və həmçinin artım perspektivlərinin qiymətləndirilməsi üçün
onun potensial imkanlarının səviyyəsini aşkar etməyə imkan verir.
Attestasiyanın nəticələri kadr ehtiyatının - sistemli məqsədli kvalifikasiya
hazırlığını keçmiş, bu və ya digər ranqdan olan vəzifələr üzrə tələblərə cavab verən
və idarəedicilik qabiliyyətinə malik olan rəhbər və mütəxəssislər qrupunun forma-
laşmasının əsasıdır. Personalla idarəetmədə əməyin stimullaşdırılması
(ödənilməsi) mühüm rol oynayır. Əməyin ödənilməsinin strukturu
avtomatlaşdırılmış sistemdə uyğun informasiya blokunun strukturudur. Əmək
haqqının strukturu – baza stavkaları, mükafat ödənişləri və sosial proqramlardır.
Əmək haqqının hesablanması alqoritmləri mühasibat uçotu hesabat sistemlərinin
tərkibinə daxildir.
13.4. Personalla idarəetmə məsələləri və İT bazasında onların həlli
Sistem aşağıdakı funksiyaları həyata keçirir:
Vəzifə instruksiyalarının formalaşması yolu ilə ştat cədvəllərinin
planlaşdırılması.
Personalın uçotu (işçilər haqqında şəxsi verilənlər).
Yeni işçilərin seçimi və yerdəyişmə.
Əmək resurslarından istifadənin uçotu və planlaşdırılması.
267
Personalla hesablamalar (əmək haqqının ödənilməsi, yardım,
ödəmələrə nəzarət, hesabat verən şəxslər).
Hesabat məbləğlərinin və deponentlərin uçotu.
Sənədlərin idarə olunması.
Personallaşdırılmış təqaüd və vergi uçotu.
Ştat cədvəlinin planlaşdırılması
Bu altsistem planlaşdırılmış işlərin ştat vəzifə vahidləri arasında paylanma,
tələblərin, instruksiyaların və iş şərtlərinin formalaşma imkanına malikdir,
müəssisənin ştat cədvəlinin planlaşdırılması üçün nəzərdə tutulmuşdur.
Altsistem aşağıdakı məsələləri həll edir:
Müəssisənin təşkilati strukturunun formalaşması;
ştat vəzifələrinin yüklənməsinin planlaşdırılması;
vəzifə instruksiyalarının formalaşması;
ştat cədvəllərinin formalaşması.
Personalın tabeçilik strukturunda yerinə yetirilən işlərin təsviri onların
işlənilməsi üçün əsasdır. İş vahidi olaraq bir iş yerində bir işçi tərəfindən yerinə
yetirilən iş başa düşülür.
İş vahidinin təsvirinə aiddir:
İşçiyə qoyulmuş tətələblərin təyini;
çətinlik tutumunun hesablanması;
məsuliyyət subyektinin təyinatı;
instruksiyaların hazırlanması.
Planlaşdırılmış ştat cədvəli kadr altsisteminin cari ştat cədvəlinə
yüklənə bilər. Altsistemdə cari planlı ştat cədvəli, ştat vahidləri, işlərin növləri
üzrə zəruri zaman kəsiklərində müxtəlif hesabatlar formalaşdırmağa imkan verən
hesabatlar generatoru vardır. Ştat cədvəlindəki dəyişikliklər üzrə vəzifə
instruksiyaları formalaşır. Personala çəkilən xərclər maliyyə mənbəyi ilə müqayisə
olunaraq əks etdirilir.
Aşağıdakı sənədlərin formalaşması mümkündür:
268
Ştat vahidlərinin vəzifə öhdəçilikləri üzrə əmrlər;
işin növləri üzrə ştat vahidlərinin yüklənməsi haqqında hesabatlar.
İşçilər haqqında personal verilənlərinin yığımı
Altsistem aşağıdakı funksiyaları yerinə yetirmək üçün nəzərdə
tutulmuşdur:
müəssisənin işçiləri haqqında verilənlərlə iş;
müəssisə üzrə əmrlərin tərtibatı, saxlanması və çapı, istənilən işçiyə
görə əmrlərdən çıxarışların çapı;
ştat cədvəllərinin və ştat kartoçkalarının təşkili;
müəssisənin təşkilati strukturunun aparılması;
işçilərin vəzifə üzrə seçimi;
işçilərin tutduqları vəzifələrə uyğunluğunun təhlili;
kadrların dəyişilməsi və dəyişikliklərin aparılması üzrə ştat cədvəli
jurnallarının tutulması;
işçilərin seçimi üçün sorğuların formalaşması və saxlanması;
hesabatların, siyahıların və statistikanın formalaşması.
Altsistem arayış işini aparmağa, müxtəlif statistik verilənləri hazırlamağa
və sənəd dövriyyəsini formalaşdırmağa imkan verir.
Verilənlər bazasının konfiqurasiyası açıq sistem kimi fəaliyyət göstərir, bu
sistem istifadəçiyə müəssisənin işçiləri haqqında verilənlərin yığılması üçün lazım
olan istənilən sayda cədvəl və arayış kitabçalarını əlavə etməyə imkan verir.
Bir qayda olaraq dövrlər və ya əmrlərin tipləri üzrə mövcud əmrləri
seçmək və onlara baxmaq, eləcə də konkret işçiyə aid olan bütün əmrləri seçmək
imkanı nəzərdə tutulmuşdur. Əmrlər reyestri siyahı formasında çap edilir. Əmrin
formalaşması bir neçə ardıcıl mərhələdən keçir:
Əmrin layihəsinin hazırlanması və onun qeydiyyatı (nömrənin
verilməsi);
əmrin düzgünlüyünün yoxlanılması;
əmrin imzalanmasından sonra onun qeydiyyatı.
269
Əmrin qeydiyyatı işçinin kadrlar vərəqəsində, kadr yerdəyişmələri və ştat
cədvəli jurnalında avtomatik dəyişikliklərlə müşayiət olunur. İşə qəbul zamanı
işçinin verilmiş ştat vahidinə uyğunluğu yerinə yetirilir. Əmrlərin və personal kar-
toçkaların verilənləri üzrə çapa verilən sənədləri, məsələn, əmrlər, şəxsi vərəqlər,
siyahılar, statistik hesabatlar formalaşdırılır. Kadr kartoçkalarının, əmrlərin siyahısı
və ştat cədvəlinin verilənləri üzrə müxtəlif hesabatlar formalaşır.
Personalın peşə artımı
Altsistem yeni işçilərin yığımı, işdən çıxarılma səbəbləri və işçilərin
tələblərə uyğun kvalifikasiyası üzrə uyğunluğunun təhlili üçün nəzərdə
tutulmuşdur. Bütün təyinat və yerdəyişmə ştat cədvəlinə nəzərən yerinə
yetirilir. Hər bir ştat vahidi üçün işçilərin siyahısı formalaşır. Altsistemdə
aşağıdakı funksiyalar yerinə yetirilir:
Əmək resurslarından istifadənin planlaşdırılması
Altsistem uzunmüddətli və cari planlaşdırma məsələlərinin həlli, həmçinin
müəssisədə əmək resurslarından istifadəyə nəzarət üçün nəzərdə tutulmuşdur.
Minimal çətinlik tutumu ilə iş vaxtının planlaşdırılmasında istənilən dövr:
İşçilərin həftəlik iş qrafikləri;
istənilən mürəkkəblik dərəcəsi olan əvəzedici qrafiklər;
stoxastik təbiətli (məsələn, ayda bir dəfə üzgüçülüklə məşğul günü) iş
qrafikləri;
gündəlik iş vaxtının planlaşdırılmadığı sərbəst qrafiklər üçün planlı iş
qrafikləri təsvir edilir.
Altsistemdə planlı və faktiki məzuniyyət, xəstəlik vərəqləri, iş vaxtının
istifadəsi, yerinə yetirilmiş işlərin uçotu və əməyə görə əlavə mükafatlandırma
sənədlərinin jurnalları tutulur.
Təsdiq olunmuş iş qrafiki, növbəti məzuniyyət və ezamiyyətlərin planları,
bir işçi üçün işləmələr planı nəzərə alınmaqla sifarişlər, layihələr, məhsullar və
əməliyyatlar üzrə işçilərin plan tabelləri kimi sənədlər formalaşır.
İş vaxtından istifadənin uçotu
270
Uçot müdiriyyətin və işçilərin əmək razılaşmalarına əsaslanır. Bu
razılaşmalara görə işçilərin həftənin istifadə edilmiş günləri və gün ərzində saatları
üzrə ödənmə şərtləri, planlaşdırılmış vaxtın yenidən nəzərdən keçirilmə şərtləri və
növbəli iş danışılır, ştat cədvəli üzrə işlərin planlı paylanmasına diqqət yetirilir.
Faktiki olaraq sərf edilmiş vaxt tabel formasında qeyd olunur. Bir işçi üçün bir
neçə tabel tutmaq da olar. Verilənlərin tabelə bu və ya digər formada daxil edilmə
forması əmək razılaşması şərtlərindən və ya uçot texnologiyasından asılı olaraq
seçilir.
Personalla hesablar, təqaüd və vergi uçotu
Altsistem üç əsas bloku özündə saxlayır: əlavə ödəmələrin hesablanması,
hesabat verən şəxslərlə hesablamaların uçotu, təqaüd və vergi uçotu.
«Əməkhaqqının əlavə edilməsinin hesab bloku» işçilərin gəlirləri üzrə
əlavələrin, vergi və vergidən tutulmalar üzrə hesablamaların aparılmasına aid
bütün məsələlərin həlli üçün nəzərdə tutulmuşdur. Altsistem aşağıdakı
funksiyaları yerinə yetirir:
1. Əlavələrin cəminin hesablanması. Gəlirlər və məsrəflər üzrə
əlavələrin müxtəlif növlərindən istifadə edilə bilər.
2. İşçilərə kartotekaların ayrılması. Altsistemdə kartotekalar vardır:
vergi kartoçkaları, şəxsi kartoçkalar, hesab kartoçkaları, təqaüd kartoçkaları, stajın
uçotu, ödəmə sənədləri.
3. Hesabatların formalaşması. İşçilərin gəlirləri haqqında verilənlərin
vergi müfəttişliyinə ötürülməsi üçün hesablama vərəqləri, köçürmələr, ödəmə
sənədlərinin müxtəlif növləri üzrə hesabatlar formalaşır, təqaüd fonduna
köçürmələrin uçotu aparılır.
«Hesabat verən şəxslərlə hesablamaların uçotu» bloku nağd pullara və
işçilərin məsuliyyət daşıdıqları maddi dəyərlərə nəzarət üçün nəzərdə tutulmuşdur.
Hesabataltı məbləğin bağlanılmasında sistem avtomatik olaraq hesabataltı
məbləğ üzrə borcu hesablayır.
271
«Təqaüd və vergi uçotu» bloku işçilər haqqında şəxsləndirmiş
informasiyanın yığımı, uçotu və təhlili, onun Təqaüd fonduna və Dövlət vergi
xidməti orqanına ötürülməsi üçün nəzərdə tutulmuşdur.
13.5. Firmanın idarə olunmasının təşkilati-iqtisadi mahiyyəti.
Bazar münasibətlərinin müasir inkişafı dövründə idarəetmə fəaliyyəti
firmanın fəaliyyətinin ən mühüm amillərindən biridir. Bu fəaliyyət istehsalın
obyektiv tələblərinə və məhsulun realizasiyasına, məhsulun texniki-iqtisadi və
digər parametrlərinin formalaşmasında istehlakçının rolunun yüksəlməsinə və
təsərrüfat əlaqələrinin mürəkkəbləşməsinə uyğun olaraq daima təkmilləşir.
Bazar iqtisadiyyatı şərtlərində informasiya texnologiyaları firmanın ida-
rəetmə fəaliyyətinin əsasını təşkil edir.
Firmanın idarə olunmasının müasir informasiya texnologiyası optimal
idarəetmə qərarının qəbul edilməsi üçün iqtisadi obyektin informasiya sistemində
informasiya üzərində əməliyyatların yerinə yetirilməsinin dəqiq
reqlamentləşdirilmiş qaydalarından təşkil olunmuş prosesdir. Bu proses istənilən
müəssisənin əsas funksiyası - hazır məhsulun buraxılışı ilə əlaqədardır. Bu nöqteyi-
nəzərdən idarəetmə məsələləri içərisində firmanın təsərrüfat fəaliyyətinin
nəticələrindən gəlirin alınması mərkəzi yer tutur.
Firmanın məqsədi gəlirin alınması olan idarəetmə prosesini klassik sxem
şəklində göstərmək olar (şək. 1.).
272
Şək. 2.4.1. Firmanın idarəetmə sxemi
Bu sxemdən görünür ki, məqsəddən nəticəyə hərəkət prosesi çoxpilləlidir.
O, əldə edilmiş aralıq nəticələrdən asılı olaraq əməliyyatların ilkin planının əməli
təshihini tələb edir. İnformasiyanın yığımını, hazırlanmasını və emalını
avtomatlaşdıran sistemin olması müəssisənin fəaliyyətinin son uğurunu təyin edən
zəruri şərtlərdən biridir.
Firmanın idarə olunmasının yeni metodlarının tətbiq edilməsi yalnız bir sıra
təşkilati məsələlərin həllindən sonra mümkündür:
Sənəd dövriyyəsinin idarə olunması;
Personalla idarəetmə;
Mühasibat uçotu;
Təchizatın idarə olunması;
Satışın idarə olunması;
Maliyyənin idarə olunması.
Sənəd dövriyyəsinin idarə olunması. Hal-hazırda informasiyanın
əhəmiyyətli hissəsi firmaya daxil olur və burada kağız daşıyıcıları şəklində
saxlanır. Həm firmadaxili, həm də onun xarici əlaqələrinin təmini üçün sənəd
sellərinin idarə olunması məsələsi qarşıya çıxır. Hər bir avtomatlaşdırılmış iş
Təhlil
Firmanın
cari vəziy-
yətinin və
xarici
amillərin
təhlili
Son
məqsədlə-
rin təyini
(dəqiqləş-
dirilməsi)
Planlaşdırma
a Tədbirlər
planının
tərtibi
Əməli
təqvim
planının
tərtibi
Resurslara
tələbatın
təyini
Realizasiya
Əməli
təqvim-
planının
realizasi-
yası
Nəzarət
Alınmış
nəticələrə
əməli
nəzarət
273
yerində sənəd dövriyyəsi sistemində yerinə yetirilən əsas məsələləri formulə etmək
olar:
Rəhbərlik:
verilənlər bazasında informasiyaya baxış;
sərəncamların verilməsi və onların icrasına nəzarət.
Xidmətlər və bölümlər:
verilənlər bazasında informasiyaya baxış və onun redaktəsi;
hesabatların tərtibi;
xidməti məktubların hazırlanması;
daxil olan korrespondensiyanın hazırlanması.
Katiblik:
daxil olan korrespondensiyanın qeydiyyatı; çıxış korrespondensiyanın
qeydiyyatı və göndərilməsi;
verilənlər bazasına sənədlərin daxil edilməsi;
sənədlərin arxivə verilməsi.
Verilənlər bazasının administratoru:
informasiya sistemi istifadəçilərinin qeydiyyatı;
ayrı-ayrı verilənlər bazasına daxilolma hüququnun təyini;
sənədlərin arxivə verilməsi.
Sənəd dövriyyəsi sistemi istənilən formatlı mürəkkəb sənədlərin
mərkəzləşdirilmiş saxlanmasını həyata keçirməlidir.
Personalla idarəetmə. Kommersiya fəaliyyəti prosesində firmanın
istifadə etdiyi əsas resurslardan biri insan resurslarıdır. Buna görə də mühüm
məsələlərdən biri müəssisənin strukturunun onun ştat cədvəlinin, kadrlarının,
əməyin ödənilməsi üzrə personalla hesablamaların idarə olunmasıdır. Əməyin və
əmək haqqının uçotu sistemi firmanın bütün idarə olunma sistemində mühüm
yerlərdən birini tutur. O, aşağıdakı məsələlərin həllinə istiqamətlənmişdir:
işçilərin kartoçkalarının arxivinin yaradılması;
firmanın işçilərinin əmək haqlarının hesablanması;
274
işçilərin əmək haqları üzrə daimi məlumatların arxivə daxil edilməsi;
vergi orqanları üçün sənədlərin formalaşdırılması və s.
Mühasibat uçotu. Firmanın səmərəli idarə olunması və məsrəflərin
qiymətləndirilməsi üçün bütün mühasibat əməliyyatlarını real vaxt rejinində
aparmaq lazımdır:
bank əməliyyatlarının uçotu; kassa əməliyyatlarının və hesabataltı
şəxslərlə hesablamaların uçotu;
əsas vasitələrin uçotu;
maddi dəyərlərin uçotu və anbar uçotu;
ümumi uçot və tipik hesabat və s.
Təchizatın idarə olunması. Firmanın rentabelliliyinin yüksəldilməsi
üçün təchizat prosesini düzgün təşkil etmək vacibdir. Ona görə də menecer üçün
məhsulun alınmasında aşağıdakı məsələləri həll edən sistem lazımdır:
məhsulun daxil edilmə uçotu;
məhsulların buraxılması;
taranın uçotu;
inventarizasiya, uçot;
anbar uçotu və s.
Satışın idarə olunması. Realizasiya prosesi firmanın təsərrüfat
vasitələrinin dövriyyəsini tamamlayır. Gəlirin həcmi və rentabellilik səviyyəsi
bilavasitə realizasiyanın həcmindən asılıdır.
Maliyyənin idarə olunması. Firmanın pul vəsaitlərinin hərəkəti
kəsilməz proses olduğundan maliyyə direktoru üçün mənbələri təyin etməyə və pul
vasitələrinin istifadəsini qiymətləndirməyə, gəlir və itki haqqında, müxtəlif
qərarların firmanın maliyyə vəziyyətinin gələcəyinə təsirinin təhlili üçün ilkin
balans və hesabat hazırlamağa imkan verir.
275
MÖVZU 14.
İNTELLEKTUAL SİSTEMLƏR
14.1. Süni intellekt
14.2. Ekspert sistemləri
14.3.Ekspert sistemlərinin qurulmasının instrumental vasitələri.
14.4. Mühəndis biliklər
14.5. Ekspert oyunları
14.1. Süni intellekt
Süni intellekt anlayışı müəyyən mənada mücərrəd bir anlayışdır. Əgər bu
sahədə son otuz il ərzində görülmüş bütün işləri nəzərdən keçirsək görərik ki,
sadəcə olaraq insan özünə uyğun bir avadanlıq yaratmaq istəyir ki, o insanın
gördüyü müəyyən işləri daha az enerji və vaxt sərf etməklə həyata keçirsin. Keçən
əsrin 40-cı illərinin sonunda bu sahədə sənaye müəssisələrinin labaratoriyalarında
çalışan mütəxəssislərin fikri bir məqsədə: nəticə etibari ilə insan beyninin
fəaliyyətinin nəticəsinə daha çox yaxın olan süni intellekt yaratmağa yönəlmişdir.
Zaman keçdikcə daha “ağıllı” proqram təchizatları, məişət avadanlıqları meydana
gəlir və çox böyük sürətlə inkişaf edib təkmilləşdirilir. Belə ki, XXI əsrdə Süni
İntellektin inkişaf dinamikası İnternetin inkişaf dinamikasına yaxınlaşır.
Süni intellekt elmi araşdırmaların “qaynar xəttinə” çevrilir. Bu xəttdə
bir çox kibernetiklərin, linqvistlərin, psixoloqların, filosofların, riyaziyyatçıların və
mühəndislərin əməkləri cəmlənmişdir. Məhz burada, hesablama və robot, texnika
və texnalogiyaların inkişafı sahəsindəki nəaliyyətlərin gələcək həyatındakı rolu ilə
bağlı çox vacib məsələlər nəzərdən keçirilir.
İllər boyunca Süni İntellektin yaradılması sahəsində çalışan
mütəxəssislər bu sahənin nece çətin və İnformatikanın hüdudlarından çox
kənarlarda olan problemlərlə dolu bir sahə olduğunu anlamışdılar. Müəyyən
olunmuşdur ki, insan beyninin fəaliyyətini imitasiya edən süni intelektin
yaradılması üçün milyardlarla bir-biri ilə əlaqəli olan neyronların fəaliyyətini
anlamaq tələb olunur. Bununla bir çox tədqiqatçılar belə bir nəticəyə gəlmişdirlər
276
ki, müasir elmin qarşısında duran ən çətin məqsəd sadəcə insan beyninin süni
modeli yaratmaq yox insan beyninin fəaliyyətininin bir sıra funksional imkanlarını
araşdırmaq, onlar barəsində daha çox məlumatlar toplamaqdır. Bu da müəyyən
mənada psixalogiyanın nəzəri əsaslarına toxunur. Ümumiyyətlə, bir çox alimlər
onların əsas tədqiqat obyekti olan İntellektin konkret məğzinin açıqlanmasında
müxtəlif variantlara əsaslanırlar. Bir sıra alimlər intellektin çətin hesablamaları
aparmaq bacarığı ilə, digərləri ətraf mühitlə ünsiyyət vasitəsilə əlaqə yaratmaq, baş
verən hadisələri qəbul edib dərk etmək bacarığı ilə əlaqələndirirlər. Buna
baxmayaraq bir çox tədqiqatçılar 50-ci illərin görkəmli ingilis riyaziyyatçısı Alan
Tyurinqin hesablama texnaloqiyaları barəsində dediyi fikri ilə razılaşırlar:
“Kompyuteri süni intellekt kimi yalnız o halda zənn etmək olar ki, o qarşısında
duran insanı onun həqiqətən insan olmasına əmin edə bilsin”
Süni intellekt yeni elmi istiqamətlərdən biri kimi XX əsrin ikinci
yarısında hesablama texnikası, riyazi məntiq, proqramlaşdırma, psixologiya,
linqivistika, neyrofiziologiya və digər elmi sahələrin bazasında meydana gəlmişdi.
Beləliklə, suni intellekt müxtəlif profilli mütəxəssislərin peşə maraqlarını
birləşdirən fənlərarası tədqiqatlar nümunəsidir.
Bu ideyanı ilk dəfə Leybins (1646-1716) və Dekart (1596-1650) irəli
sürmüşlər.Onlar bütün elmlərin təsnifləndirilməsində vahid dildən istufadə
olunmasını təklif edirdilər.
Məşhur ingilis alimi Alan Tyurinq suni intellekt nəzəriyyəsinin
banilərindən biri sayılır. 1950-ci ildə özünün elə də böyük olmayan “Hesablayıcı
maşın və ağıl” məqaləsini çap etdirmişdi. Bu məqalə on ildən sonra “Maşın
fikirləşə bilərmi” adı ilə rus dilində çap edilmişdir. Məqalə bütövlükdə
kompyuterdə fikirləşmə qabiliyyəti olması sualına həsr edilmişdir. Bu problem
elmi tədqiqat üçün kompyuterin insanla düşünülmüş dialoq imkanlarının
“intellekttuallığını” qiymətləndirməyə imkan verən “Tyurinq Test” adı ilə təqdim
edilmişdir.
Suni intellektə aid edilə bilən ilk əməli təkliflər birinci hesablama maşınları
yaranandan sonra meydana gəlmişdi.
277
1954-cü ildə Amerika tədqiqatçısı A. Nyuell şahmat oyunları üçün proqram
yazmağı qərara aldı. Bu ideyaya C. Şou və Q. Saymonu da cəlb etdi.Onlar bu
proqramın nəzəri əsası kimi 1950- ci ildə informasiya nəzəriyyəsinin banisi Klod
Şenonun təklif etdiyi metoddan istifadə etmək qərarına gəldilər. Bu metodun dəqiq
formalaşmasını Alon Tyurinq əl ilə hesablama əsasında modelləşdirdi. Bu işə
görkəmli şahmatislərin oyun stillərini öyrənən A.Qroutun rəhbərliyi altında holland
psixoloqları qrupu da cəlb edildi. Iki ildən sonra bu kollektivin birgə işi nəticəsində
İLL1 proqramlaşdırma dili yaradıldı. 1956-cı ildə fikirlərin hesablanmasında
nəzəriyələrin avtomatik sübutu üçün nəzərdə tutulan ilk “Nəzəri-Məntiq”
proqramı yazıldı. Bu proqramı suni intellekt sahəsində ilk nailiyyət hesab etmək
olar. Bir ildən sonra 1957-ci ildə şahmat oyunları üçün NSS proqramının yayılması
başa çatdı. 1960-cı ildə bu alimlər dəstəsi NSS-də istifadə olunan prinsiplər
əsasında məsələləri universal həll edən GPS(General Problem Solver) proqramı
hazırladılar. Bu proqram qeyri müəyyən inteqralları hesablamaq, bir sıra çətin həll
edilən məsələləri həll etməyə imkan verirdi. Suni intellekt sahəsində əldə edilən bu
nəticələr hesablama sahəsində çalışan mütəxəsislərin diqqətini cəlb etdi. Riyazi
məsələlərin həlli və planimetriya üzrə nəzəriyələrin avtomatik sübut edən
proqramlar meydana gəldi.
1956-cı ildə ABŞ-ın Darmunt şəhərində konfrans suni intellektin
formalaşmasında mühüm rol oynadı. Bu konfransda informasiya nəzəriyyəsinin
banisi K. Şennon və gələcəkdə suni intellekt formalaşmasında böyük rol oynayan
M. Minski, C. Makkarti kimi alimlər iştirak edirdilər. Məhz bu konfransda ilk dəfə
“Suni intellekt termini” medana gəldi.
Hesablama texnikasının geniş tətbiq edildiyi SSR, ABŞ, Böyük Britaniya
və digər ölkələrdə tək ədədli məsələlərin həlli üçün çoxsaylı müxtəlif proqramlar
yaradılmışdı. Onların içərisində insana xas olan ayrı-ayrı yaradıcı prosesləri
kompüterdə imitasiya imkanın nümayiş etdirənlər də var idi. Əldə edilmiş təcrübə
ümumiləşdirmə və formalizasiya tələb edirdi. Dartmut konfransının nəticəsi olaraq
suni intellekt nəticəsində ilk kompleks layihə - “Suni intellekt üzrə tədqiqat
layihəsi” meydana gəldi. Bu layihə C. Makkarti rəhbərlik edirdi. Bu sahədə
278
çalışan alimlərə M. Minski, E. Feyqenbaum (ABŞ), D. Miçi (Böyük Britaniya), A.
A. Lyapunov ,V. M. Qluşkov (SSSR) və başqalarını göstərmək olar.1960-cı illərin
sonunda ilk oyun proqramları, bir sıra riyazi məsələlərin (giometriya, inteqral
hesablama) həlli və mətnin sadə analizi üçün sistemlər meydana gəldi.
1960-cı illər sonralar texnokratik romantizmi illəri adlandırldı. Bu dövrdə
bir çox alimlər hesab edirdilər ki, insan şüuru və suni intellekt problemi nəzəri
cəhətdən artıq həll edilmişdir. Ancaq bu belə deyildir.
1969-cu ildə Vaşinqtonda keçirilən suni intellektə dair birinci beynəlxalq
konfransda suni intellekt sahəsində bir sıra çətin problemlərin mövcud olduğu
qeyd edildi və intellektual sistemlər sahəsində tədqiqatların əsas nəzəri
istiqamətləri müəyyənləşdirildi. Suni intellekt nəzəriyyəsi müstəqil elm sahəsi kimi
qəbul edildi. Intellektual fəaliyyətin modellərinin yaranmasında iki əsas istiqamət
– neyrobionik (neyrokibernetika) və informasiya istiqaməti (“qara yeşik
kibernetikası”) – formalaşdı. Uzun müddət bu istiqamətlər müstəqil şəkildə inkişaf
etdirilirdi. Yalnız 1990-cı illərin sonunla bu hissələrin birləşdirilməsi
tendensiyaları nəzərə çapmağa başladı.
Neyrokibernetikanın əsas ideyasını aşağıdakı şəkildə formalaşdırmaq
mümkündür. Düşünmək qabiliyyətinə malik olan hər hansı “düşünən” cihaz
hansısa formada insan beyinin strukturunu təkrar etməlidir.
Informasiya istiqamətinin tərəfdaşları belə hesab edirdilər ki, suni
intellekt prinsipi etibarı ilə insan intellektinin sürəti ola bilməz, çünki insan beyni
istənilən intellektual sistemdən daha yaxşı və sürətlə işləyir. Buna görə də suni
intellekt sistemləri insan intellektini tamamilə əvəz etməli, eyni nəticələrin əldə
edilməsinə başqa vasitələrlə nail olmağa cəhd etməlidir. Toplanmış materialı
ümumiləşdirmək xarakteri daşıyan ilk nəşrlər meydana gəlməyə başladı. Bu cür
əsərləri yazan mütəxəsislər içərisində C. Makkarti, M. Minski, E. Feyqenbaun
(ABŞ), D. Miçi, (Böyük Britaniya), A. A. Lyapunov və V. M. Qluşkov (SSSR) var
idi. Sonrakı mərhələdə suni intellekt metodologiyasının inkişafına Q. S. Posbelov,
N. M. Amasov, D. A. Tosbelov, A. S. Narinyani, E. V. Popov (SSSR), R. Şenk, D.
279
Bobrov, P. Uinston, C. Sleql, N. Nilson, E. Xant, T. Vinoqrad (ABŞ), E. Sandalov
(İsveçrə), M. Somalviko (İtaliya) və başqaları da öz tövhələrini vermişlər.
Suni intellektin müstəqil istiqamət kimi formalaşması yolunda xeyli
çətinliklər də olmuşdur. Intellektual formaların yaradılması təcrübəsi qeyri-adi
vəziyyət yaratmışdı: belə proqramlar çoxaldıqca onların yaradılması prinsipləri
azalırdı. Məsələn, əgər bir neçə tədqiqatçı şaşki oyunları üçün səmərəli proqram
yaradaraq onun EHM-in yadaşına daxil etmişdirsə, domino oyunları üçün nəzərdə
tutulan intellektual proqramların yaradılması EHM maşınlarının yadaşında
saxlanılan şaşki proqramı bunu heç cürə asanlaşdırmırdı. EHM-in yaddaşının
mümkün qədər şox intellektual olmasına səbəb olmurdu. Bu maşınların yadaşında
saxlanılan proqramlar insan fəaliyyətini bütün sahələri üzrə biliklərin qorunduğu
nəhəng kitabxanaya bənzəyirdi, ancaq burada heç bir intellektdən söhbət gedə
bilməzdi. Aydın olurdu ki, eyni vaxtda EHM-lərdə qorunan proqramların sayını
artırılması yolu ilə onun intellektualığını yüksəltmək mümkün deyil.
Bu vəzziyət 70-ci illərin əvvələrində nəşr edilən suni intellektə aid
kitablarda yaxşı əks olunmuşdur. Ayrı-ayrı fəsillər müxtəlif tibbi məsələlərə həsr
olunmuş və onların hər biri bu məqsədə xidmət edən xüsusi proqramlar ilə həll
edilirdi. Ancaq bu dövrdən başlayaraq daha böyük sayda intellektual vəzifələri həll
etməyə imkan verən vahid universal qaydanın axtarış prosesinə başlandı.
Intellektual proqramlar hazırlamaqla məşğul olan mütəxəssislər təbii ki,
psixoloqlara müraciət etməli oldular. Intellektual fəaliyyətin modelləşdirilməsi
sahəsində görülən işlər öz əhəmiyyətini bir neçə on il qoruyub saxlayan ilk
psixoloji model 1911-ci ildə E. Torndayk tərəfindən ümumi formada yazılmış
məsələlərin labirint həlli modeli oldu. Bu modeldən irəli gələn təsəvvürlərə əsasən
məsələnin həlli prosesini labirinti keçməyə uyğunlaşdırmaq olar. Labirintin
başlanğıc meydançası məsələlərin verilmiş ilk göstəricilərinə uyğun gəlir, son
meydançaya aparıb çıxaran yollar isə məsələnin həllinin mümkün yollarını
müəyyən edir. Labirintin aralıq meydançalarının hər birində yolların seçilməsi bu
zaman mövcud çoxsaylı alternativli həllinin qəbul edilməsinə ekvivalentdir. Maşın
proqramlarında labirint üzrə belə hərəkət həlledici qaydalarla idarə olunan və hər
280
bir alternativ şəraitdə bu və ya digər seçimi həyata keçirməyə imkan verən axtarış
əməliyyatına uyğun gəlir.
Məhz belə model suni intellekt proqramlarına aid edilən ilk proqramlardan
birinin əsasında durmuşdur. Bu proqram XX əsrin 50-ci illərinin sonlarında ABŞ-
da proqramist A. Nyuell ilə psixoloq Q. Saymonun əməkdaşlığı nəticəsində
yaranmışdır. Bu proqram onun müəllifləri tərəfindən GPS (General Problem
Solver- məsələləri universal həll edən) adlandırmışdır. GPS-in əsasını xüsusi
“Məqsəd- Vasitə” cədvəli təşkil edir. Cədvəlin sətrlərində bütün məqsədlər
sadalnır. Sütünlarda isə hər bir həll zamanı istifadə olunan vasitələr göstərilir.
Cədvəlin dairələrindəki xüsusi qeydlər isə bu və ya digər məqsədə nail olmaq üçün
yararlı olan vasitələri göstərir. A. Nyuell və Q. Saymon hesab edirilər ki, bu qlobal
ideya bu və ya digər konkret vəzifələrin həlli xüsusiyyətlərini nəzərə alınmaqla
labirint üzrə hərəkətin çox addımlı planlaşdırılması bir çox intellektual vəzifələrin
həllinə imkan verər. Onlar iki cür modifikasiya təklif edirdilər: fikirlərin
hesablanmasında nəzəriyələrin sübutu və şahmat oyunları üçün. Labirint üzrə
hərəkət ideyası və ya bir neçə şəbəkə strukturu üzrə səmərəli axtarış bir çox
tədqiqatçıların diqqət mərkəzində olmuşdur. N. Nilsenun əsəri tamamilə labirint
modeli əsasında həllin axtarışı metoduna həsr olunmuşdu.
Əgər labirint modelin intellektual proqramları ilə məşğul olan
mütəxəssislərin diqqət mərkəzində olmuşdursa, psixologiyada ehtimal olunan
seçimin modeli və ona əsaslanan təlim modeli bu mütəxəssislərə böyük təsir
göstərməmişdir. Bu model yalnız riyazi psixologiya sahəsində çalışan
mütəxəsisslərin maraq dairəsində olmuşdur. Təlim modelində isə intellektual
sistemlər sahəsində əsasən məntiqi tibb modelinə üstünlük verilirdi. Bu zaman
məşhur sovet alimi M.Bonqardın şagirdlərinin yaratdığı “canlı” davranış
proqramından daha çox istifadə edilirdi. Ancaq labirint modeli də tənqidə məruz
qalırdı. Labirint modelini tənqid edən D.A. Pospelov əsərində fərziyyə modeli
adlanan yeni bir modeli təsvir etmişdir. Bu modelə əsasən məsələnin həlli üçün
verilmiş göstəricilər bir-biri ilə bağlı olmayan cəhətlərin bütövlüyünü əks
etdirmirdi. Onların arasında başlanğıc şəraitin strukturunu formalaşdıran müəyyən
281
münasibətlər mövcuddur. Məqsədli təsvirlər məqsədli şəraitin bir neçə strukturunu
formalaşdırır. Məsələnin həllinin axtarışı bu strukturlar arasında əlaqənin
qurulmasına və bir şəraitdən digərinə keçilməsi yollarının quraşdırılmasına gətirib
çıxardır.
60-cı illərin ortalarında SSSR-də fərziyyə modelinə əsaslanan idarəçilik
vəzifələrinin həlli metodlarının kompleksi meydana gəldi. Bu metodlar “şəraitdən
asılı olan idarəetmə” adını aldı. Bu metodun əsasında belə bir ideya durur ki, canlı
həyatda meydana çıxan istənilən şərait baza münasibətlərinin son nəticələri
əsasında təsvir oluna bilər. Qərarın qəbul edilməsinin əsas vəzifəsi mövcud şəraitin
siniflərindən birinə aid edilməsi hesab olunur və müəyyən nəticə əldə etməyə
imkan verir. Şəraitdən asılı olan idarəetmə metodu müasir dövrdə suni intellekt
işlərinin inkişafında mərkəzi ideya hesab olunur. Labirint və fərziyyə modeləri ilə
yanaşı insan psixologiyasında məsələlərin həllində asosiativ modelə də böyük
diqqət verilir. Bu modelə əsasən insana hər hansı bir məsələnin öyrədilməsi
ehtimal xarakteri daşıyan assesiativ əlaqənin formalaşması prosesində baş verir. Bu
modelin müxtəlif cəhətlərinin təsviri əsasında 60-cı illərin birinci yarısında Braun
və Q. Sayman (ABŞ) ERAM adını olan bir neçə proqram versiyası yaratdılar. Bu
modelə əsaslanan digər proqram, yəni tanış olmayan dilin assesiativ təlimi
proqramı SSSR-də M.Bonqardın qrupu tərəfindən yaradılmışdı və "KORA"
adlandırlmışdır. Faktiki olaraq süni sistemlərin təlimi modelinin müasir inkişafı
assosiativ model çərcivəsində baş verir. 60-cı illərin sonlarında yaradılmış
universal xarakter daşıyan bir proqram haqqında da danışmaq olar. Bu C. Sleyalı
və B. Konayverin yaratdığı MULTİPLE proqramıdır. Bu proqram özündə təlim
proqramı və məntiqi nəticə proqramını birləşdirirdi.
70-ci illərə qədər davam etmiş süni intellekt sahəsində axtarışların inkişafı
iki əsas istiqamət üzrə aparılıb. Birinci istiqamət tərəfdarları intellektual
sistemlərin yaradılması probleminə EHM-da həyata keçirilən xüsusi proqramların
yaradılması problemi kimi baxırdılar. Onları insanın bu və ya digər intellektual
məsələnin hansı üsulla həll etməsi deyil insanın əldə etdiyi nəticə ilə uyğun
gəlməsi maraqlandırırdı. Belə nöqteyi nəzəri məlumat xarakterli adlandırmaq
282
olar. Əlbəttə,bu nöqteyi nəzəri müdafiə edənlər insanda müvafiq proseslərin
öyrənilməsinin faydalılığını inkar etmirlər. Onlar bu və ya digər psixoloji modelləri
və ya müşahidələri intellektual proqramların yaradılmasında istifadə edirlər.
Modelləşdirilən informasiya proqramlarının düşünən subyektin neyro fizioloji
mexanizmlərdən ayrıca götürülməsi həmişə mütəxəssislərin tənqid hədəfinə
çevrilmişdi. Bu sahədə 1972-ci ildə nəşr olunmuş X. Dreyfuşun “Hesablayıcı
maşınlar nəyi bacarmırlar” əsəri diqqəti cəlb edir. Intellektual sistemlərin
yaradılmasında digər nöqteyi nəzəri neyro-bionik adlandırmaq olar. Bu təlimi
təbliğ edən müəlliflər hesab edirlər ki, düşüncə fenomeninin modelləşdirilməsi
üçün texniki vasitələrlə elə bir neyro fizioloji cihaz yaratmaq lazımdır ki, o canlı
təbiətdə şüuru doğuran şəraitə uyğun gəlsin. 50-ci illərin ortalarında əsasında
neyronlar modelinin dayandığı sadə qıcıqlandırıcı mexanizmlər modeli meydana
gəldi. Bu sadə mexanizmlər əsasında daha mürəkkəb davranış reaksiyalarını
modelləşdirilməsi mümkün idi. N. H. Amasovun rəhbərlik etdiyi alimlər qrupunun
yaratdığı avtomat cihaz tanış olmayan yerlərdə hərəkət etmək, yadda saxlamaq və
öyrənmək, orada hərəkət edən əşyaları qeydə almaq və onların təhlükəli və ya
təhlükəsiz olmasını müəyyənləşdirməyə imkan verirdi. 70-ci illərdə həyata
keçirilən şüur proseslərinin tətdqiqi mütəxəssislərin diqqətini beyinin asimetriyası
problemi cəlb etdi. Beyinin sağ və sol yarım kürələrinin xüsussiyyətlərinin aşkar
edilməsi belə bir fərziyyə söyləməyə imkan verdi ki, insanın intellektual
fəaliyyətində şərti olaraq sol tərəfli və sağ tərəfli adlanan iki düşünmə tipi bir-biri
ilə sıx bağlıdır. Sol tərəfli düşünmə tipi aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir:
onun malik olduğu informasiya ardıcılıqla təşkil olunmuş ayrı-ayrı informasiya
vahidlərindən ibarətdir. Bu informasiya üzərində əsas əməliyyat tipi simvolik
məntiqi xarakter daşıyır. Belə ki, onlar şüurun nəzarəti altında həyata keçirilir. Sağ
tərəfli düşüncə tipi isə başqa xüsussiyətlər ilə səciyyələnir. Onun malik olduğu
informasiya bölünməmiş vahid komplekslərdən təşkil olunmuşdur. Bu informasiya
vahidləri öz aralarında müxtəlif münasibətlərin sistemi ilə bağlanmışdır. EHM-dən
istifadə edilməsi sol tərəfli düşüncə tipinə aid xüsusiyyətləri özündə əks etdirir.
Süni intellektin bir elm kimi inkişafı EHM-in yaradılmasından sonra mümkün
283
olmuşdur. Elə həmin vaxtlarda Norbert Viner (1894-1964) yeni bir elmin,
kibernetika elminin əsasını qoydu. Süni intellektin bir elm kimi qəbulundan sonra
o iki istiqamətdə – neyrokibernetika və “qara qutu” kibernetikası istiqamətlərində
inkişaf etməyə başladı. Hal-hazırda isə bu iki istiqamətin yenidən bir vahid şəklinə
düşürülməsi tendendiyası müşahidə olunur.
Neyrokibernetikanın əsas ideyasını belə təsvir etmək olar: “Yeganə düşünə
bilən obyekt insan beynidir”. Neyrokibernetika beyinin quruluşuna oxşar aparatın
yaradılmasına yönəldildi. Fizioloqlar tərəfindən çoxdan təsbit olunmuşdur ki, insan
beyninin əsasını çoxlu miqdarda öz aralarında və əsəb hüceyrələri ilə qarşılıqlı
bağlı olan neyronlar təşkil edir. Buna görə də neyrokibernetikanın səyləri
neyronlara analoji olan sistemin yaradılmasına yönəldi. Belə sistemlərə neyron
şəbəkə və ya neyroşəbəkə adı verildi. Birinci neyron şəbəkələr 50-ci illərin sonu
amerikan alimlər Rozenblatt və Makkiqyuk tərəfindən hazırlanmışdır. Bu, insan
gözünü modelləşdirən və onu beyinlə əlaqələndirən sistemin yaradılmasına bir
cəhd idi. Kompüterin şüurunu, intellektini insan şüurundan fərqləndirmək üçün
süni intellekt adlandırmaq qəbul olunmuşdur. Süni intellekt insanın intellektual
fəaliyyətinə nüfuzu ilə səciyyələnən V nəsil kompüterlərin yaradılması ilə inkişaf
etdi. Bu nəsil kompüterlər təbii dili başa düşməlı, hər hansı gözlənilməz və qeyri-
müəyyən vəziyyət üçün qərar çıxara bilməli, yaddaşına əvvəlcədən yazılmış
biliklərlə kifayətlənməyərək yeni biliklər qazanmalı, öyrənmə, qavrama qabiliyyəti
olmalıdır.
Süni intellekt (Sİ) – müasir insanların düşüncə tərzini, onun
psixologiyasını, real intellektini modelləşdirən (imitasiya edən) və müasir EHM-
lərdə reallaşdırılan süni yaradılmış sistemdir.
Süni intellekt – Elmi sahəsi keçən əsrin 50-ci illərində kibernetika,
linqivistika, psixologiya və proqramlaşdırmanın qovşağında yaranmışdır.
Süni intellektin köməyi ilə sübut olundu ki, EHM-lər müəyyən şərtlər
daxilində insan fəaliyyətinə aid olan riyazi nəzəriyyəni isbat etmək, şer
bəstələmək, tərcümə işləri, mürəkkəb informasiya axtarışı və s. yerinə yetirmək
imkanına malikdir.
284
Süni intellekt sistemləri əsasən Hard computing texnologiyasl
əsasında qurulmuşdur. Bu kompüterlərin inkişafı əsasən onların funksional
imkanlarından, texniki xarakteristikalarından və mikroprosessorların qurulma
arxitekturasından asılıdır.
Maşın intellektinin səviyyəsini artırmaq üçün Soft Computing
strukturu daha perspektivlidir. Soft Computing-in əsas komponentləri qeyri-səlis
məntiq, neyron şəbəkələr nəzəriyyəsi və ehtimal mühakiməsidir.
İntellektual sistemlərdə informasiya emalının kompüterdə də insan
beynində olduğu kimi həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini
tənzimləyən sinir hüceyrələrinin – neyronların funksiyalarıni kompüterdə
modelləşdirən nəzəriyyə (neyron şəbəkələri nəzəriyyəsi) əsasında kompüterlərə
öyrənmə qabiliyyəti verən alqoritmlər yaradılır. Neyronların bir sıra funksiyalarını
yerinə yetirən inteqral sxemlər yaradılmışdır. Nəzəri hesablamalara görə optik
elementlər əsasında yaradılan kompüterlər saniyədə yüz trilyonlarla əməliyyat
yerinə yetirə bilər.
Bilik kəlməsi proqramlaşdırmada məlum olan verilənlə bağlıdır.
Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini
ümumiləşdirir, müəyyən əlamətlər üzrə sintezləşdirir, sistemləşdirir, təkrarlamanı
aradan qaldırır.
Məlumatlar – predmet sahəsində obyektləri, prosesləri, hadisələri,
həmçinin onların əlaqə və xassələrini əks etdirən ayrı-ayrı informasiya
elementləridir.
Bilikləri üç əsas sistemə ayırırlar:
1. Tam faktiki biliklər (insana məxsus qanunlar və faktorların toplusu)
2. Aktual biliklər (dünyaya məxsus sistemin universal və xüsusi metodlar
toplusu)
3. Praqmatik biliklər (axtarış istiqamətini müəyyən edən və alternativ
yolların seçilməsini təmin edən)
Başqa bir təsnifata görə biliklərin belə klassifikasiyası mümkündür:
285
1. Predmet sahəsnə aid olan biliklər: konkret obyektlərin, gerçəkliyin və
bunlara aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;
2. Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif
əməliyyatlar, metodlar, alqoritmlər və proqramlar;
3. Konseptual biliklər:
4. Struktur biliklər
Biliyin təsviri modelini şərti olaraq konseptual və empirik modelə bölmək
olar.
Bəzi problemləri həll etmək üçün konseptual model evristik metodun
köməyilə verilir. Çünki, konseptual yazılış bütün praktik hallar üçün tətbiqə qarant
verə bilməz. Konseptual model problemi tanımaq imkanı verir və onun analizinə
sərf olunan vaxtı qısaldır. Təcrübədə çox vaxt konseptual model empirik modelə
çevrilir və bir qayda olaraq yazılı xarakterə malik olur.
Biliyin təsvirinin məntiqi modeli. Bu model bir sıra məntiqi hesablama
formal sistemini özündə təsvir edir. Konkret sahə üçün bütün biliklər bu hesabi
formullar və ya çıxışlar qaydası şəklində yazılır. Formul şəklində yazılan
deklorativ biliyi, çıxış qaydaları prosedur biliyi təsvir etməyə imkan verir.
Biliklərin təsvir modeli ekspertlərdən alınmış biliklərin müəyyən
qaydalar formasında təqdim olunmasına xidmət edir. Çox hallarda biliyi deklorativ
və prosedur biliyə bölürlər.
Prosedur bilik fəaliyyətin ardıcıllığı ilə yazılır və onlardan məsələnin
həlli üçün istifadə edilir. Bu EHM üçün proqram, alqoritmlərin sözlə yazılması,
müəyyən məhsulun yığılması üçün təlimat və s. ola bilər.
Deklarativ bilik – prosedur olmayan bütün biliklərdir. Misal üçün
ensiklopediya və ya izahlı lüğət, məqalə, fizika, kimya və başqa elmlərdə
qanunların formaları və s.
İntellektual sistem – müəyyən məqsədə yönəldilmiş, fəaliyyətini vəziyyət və
proqnoza əsasən planlaşdıran, aləmin modeli əsasında həssas orqanlardan və
insanla intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı cari
286
informasiya və özünüöyrənmə yolu ilə aldığı biliyi və “genetik” biliyi istifadə
etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik sistemdir.
Sistem adətən
1. öyrənən və ya özünüöyrədən blok,
2. proqnoz blok,
3. xarici aləmlə əlaqə bloku,
4. məqsədi formalaşdıran blokdan təşkil olunur.
14.2. Ekspert sistemləri
Ekspert sistemi (ES) – müəyyən predmet sahəsində yüksək ixtisaslı
mütəxəssislərin elmi biliklərini və istehsalat təcrübələrini özündə toplayan, yayan
və onlardan nisbətən az ixtisas biliyi olanların istifadəsinə imkan yaradan
mürəkkəb proqram kompleksidir.
Hal – hazırda aşağıdakı ekspert sistemləri fərqləndirmək mümkündür:
1. İdentifikasiya ES - müşahidə olunan verilənlərlə bağlı
vəziyyətin təyini surətlərin, dilin, radarlardan alınan siqnalların tanınması
2. Diaqnostik ES - Müşahidə olunan sistemdə ola biləcək xətalar
əsasında nəticələrin çıxarılması. Xəstəliklərin diaqnozu, texniki
nasazlıqların müəyyən olunması
3. İdarəetmə ES - Cari vəziyyətlərin ardıcıl şərhi, təhlili və
idarəedici qərarın verilməsi. Dəmiryol, quru, hava, dəniz nəqliyyatlarının
idarə edilməsi
4. Layihələndirmə ES Verilmiş sənədlərə uyğun mürəkkəb
konfiqurasiyaların yaradılması. Verilmiş məhdudiyyətlər daxilində
predmetin prototipinin yaranması
5. Proqnoz ES - Verilmiş vəziyyətə görə ehtimal olunan
nəticələrin çıxarılması Havanın, hücum hərəkətinin təyin olunması,
demaqrafik, ticarət ehtimalları
287
6. Planlaşdırma ES - Obyekti müəyyən vəziyyətə gətirən
situasuyalar ardıcıllığı. Eksperimentlərin planlaşdırılması, robotun
hərəkətinin, obyekti müəyyən vəziyyətə gətirən situasiyalar ardıcıllığının
öyrənilməsi
7. Моnitorinq ES - Əvvəldən ortaya çıxmış kritik vəziyyətlərin
ardıcıl izlənməsi Əməliyyatdan sonra xəstənin halının izlənməsi, vəziyyətin
əsas parametrlərinin izlənməsi
8. Təhsilləndirmə ES - Ekspertlərin təhsil alanlara məsləhətləri,
tələbələrin biliklərinin yoxlanılması Öyrədici sistemlər.
Ekspert sistemlərinin təsnifatı.
Təlim sistemi kompüter vasitəsilə hər hansı predmeti (fənni) öyrənərkən
səhvləri düzəldir və düzgün cavabı göstərir; öyrənənin fənn sahəsində zəif
cəhətlərini təhlil edərək, onların aradan qaldırılması üçün vasitələr hazırlayır;
mənimsəmə dərəcəsindən asılı olaraq biliyin verilmə miqdarını, həcmini və
mürəkkəblik dərəcəsini təyin edir.
İnteqrrasiya səviyyəsinə görə hibrid (inteqral) sistemlər. Onlar
standart tətbiqi proqram zərflərini (məs., riyazi statistika, xətti proqramlaşdırma
və ya məlumat bazalarının idarəetmə sistemləri) aqreqatlaşdırır (uyğunlaşdırır) və
biliklərin manipulyasiyası üçün vasitə olan proqram komplekslərindən ibarətdir.
ES-lərin işlənməsində minimal səviyyədə 4 mütəxəssis iştirak edir:
ekspert, bilik mühəndisi, proqramçı, istifadəçi.
Bilik mühəndisi süni intellekt üzrə mütəxəssisdir. O, bilik bazası ilə
ekspert arasında bufer rolunu oynayır. Bilik mühəndisi koqnitoloq, mühəndis-
interpretator və analitik də adlandırılır.
ES-in ümumiləşdirilmiş strukturu aşağıdakı kimi göstərilə bilər:
İstifadəçi
interfeysi
Məntiqi nəticə
bloku
Bilik
bazasının intellektual
redaktoru
288
İstifadəçi interfeysi – sorğunun daxil edilməsi və cavabın alınması
prosesində istifadəçi ilə ES arasında dialoqu reallaşdıran proqram kompleksidir.
Məntiqi nəticə bloku - bilik bazasında olan məlumatlar əsasında ekspertin
fikirlərinin, düşüncələrinin gedişini modelləşdirən proqramdır.
Bilik bazası – ES – in özəyi olub, predmet sahəsində biliklər məcmusunun
ekspertə və istifadəçiyə aydın olan formada (təbii dilə yaxın dillərdə) maşın
informasiya daşıyıcılarına yazılmış kompleksidir. Biliklərin təbii dilə yaxın dildə
yazılması ilə yanaşı, maşındaxili təqdimat formaları da mövcud olur.
İzahedici altsistem – istifadəçinin aşağıdakı tip suallarına cavab verən
proqram kompleksidir: Bu və ya digər tövsiyyə necə alınmışdır? Nə üçün sistem
belə qərar qəbul etmişdir? Deyilən birinci sualda bilik bazasının bütün əlaqədar
fraqmentlərini göstərməklə fikrin alınmasının tam gedişi, ikinci sualda isə alınmış
nəticədən əvvəldə duran mühakiməyə isnad verilir.
Bilik bazasının intellektual redaktoru – bilik mühəndisinə dialoq
rejimində bilik bazası yaratmağa imkan verən proqramdır. Buraya qurulmuş
menyu sistemi, biliyin təqdimedilmə dilinin şablonu, “help” – rejim və baza ilə
işləməyi asanlaşdıran digər servis vasitələri daxildir.
ES – in işlənməsinə bilik mühəndisi rəhbərlik edir.
14.3.Ekspert sistemlərinin qurulmasının instrumental vasitələri.
Bilik bazası
İzahedici altsistem
289
ES-lərin işlənməsinin instrumental vasitələri yaradılmışdır. Onları 4
qrupa bölmək olar:
Ənənəvi proqramlaşdırma dilləri (C, C+, Basic, Small Talk, Fortran
və s.). Onıar əsasən ədədi alqoritmlər üçün hesablanmışdır, simvol və məntiqi
məlumatlarla işləmək imkanı az olduğuna görə proqramçıdan çox işləmək tələb
edir. Lakin bu dillər ənənəvi maşın arxitekturasına yaxşı uyğunlaşdırılmışdır.
1) Süni intellekt dilləri - ən geniş yayılanları Lisp və Proloqdur.
Onların universallığı ənənəvi proqramlaşdırma dillərindən aşağı səviyyədədir,
lakin simvol və məntiqi məlumatlarla işləmək üçün geniş imkanları vardır. Süni
intellekt dilləri əsasında xüsusi kompüterlər yaradılır (məs., Lisp - maşın). Bu
dillər ekspert sistemlərinin işlənməsində tətbiq edilmir.
2) Xüsusi proqram instrumentariləri - süni intellekt dillərinə nisbətən
daha yüksək səviyyədə ES-lərin işlənməsini təmin edir. Onlar əsasən Lisp dilinin
proqram xanası və üstlüyüdür. KEE (Knowledge Engineering Enviroument)? FRL
(Frame Representation Language), ARTS və s. bunlara misal ola bilər.
3) Örtüklər (Оболочки, shells) – örtük dedikdə bilik bazası olmayan
ES – in hazır versiyası nəzərdə tutulur. Məs., EMYSYN (Entry MYSİN, Пустой
MYSİN) real massivlə yüklənməmiş ES – dir. Örtüklər ES – lərin yaradılmasında
proqramlaşdırma proseslərini aradan qaldırır. Belə halda yalnız real məlumatlarla
bilik bazasını doldurmaq üçün predmet sahəsində işləyən mütəxəssis (ekspert)
tələb olunur. Kitabxana – informasiya xarakterli bilik bazaları üçün örtükləri
istifadə etmək çətindir. Çünki bir sıra prosesləri modelləşdirmək çox mürəkkəbdir
(məs., referatlaşdırma, biblioqrafik və analitik icmal tərtibi və s.).
ES-lərin işlənməsi texnologiyasını hazırda mütəxəssislər altı ardıcıl
məntiqi mərhələyə bölürlər:
1) problem sahəsinin və məsələlərin müəyyən edilməsi;
2) prototip sisteminin işlənməsi;
3) ES-in işlənməsinin sənaye istismarı səviyyəsinə çatdırılması;
4) ekspert sisteminin qiymətləndirilməsi;
290
5) sistemin əlaqələndirilməsi;
6) sistemin dəstəklənməsi.
Ekspert sistemləri – intellektual sistemlərin qərar qəbuletmənin
keyfiyyətinın ənənəvi olaraq ekspertizaların səviyyəsindən asılı olduğu sahələrdəki
yüksək ixtisaslı mütəxəssislərin təcrübəsinin tiraj olunmasına istiqamətlənən daha
geniş yayılmış sinfidir. Məsələn, səhiyyə, iqtisadiyyat, hərbi iş, hüquq elmləri.
Belə sistemlər əslində mühitin vəziyyətini qiymətləndirmək, hərəkətin istənilən və
real nəticələrinin parametrlərini müqayisə etmək, rasional qərarları qəbul etmək, və
ya onun nailiyyətlərinə imkan yaradan idarəetməni təkmilləşdirmək iqtidarında
olan bir neçə kompleks təhsili əks etdirir. Bununla belə qeyd etmək lazımdır ki,
ekspert sistemləri yalnız mütəxəssislərin empirik təcrübəsinin xüsusən vacib
olduğu spesifik “ekspert” sahələrdə səmərəlidir.
Dünyada ekspert sistemləri sahəsində təkmilləşmənin müasir vəziyyətini
mütəxəssislərin (iqtisadçılar, tibb işçiləri, müəllimlər, mühəndislər, hüquqşünaslar)
geniş təbəqəsi arasında daım artan marağın mərhələsi kimi xarakterizə etmək olar.
Axır illər bu maraq hələlik çox zəif maddi dayağa malikdir. Xüsusi ədəbiyyatın
aşkar çatmaması, simvol proseslərin və işçi stansiyaların olmaması, bu sahədə
tədqiqatların məhdud maliyyələşməsi müşahidə olunur. Belə sistemlərin işlənməsi
üçün proqram məhsullarınin ölkə bazarı da zəifdir.
Qeyri-səlist çoxluqlar nəzəriyyəsinin ilk tətbiqlərindən biri MYCİN tibbi
ekspert sisteminin zəmanətinin yekunu (nəticəsi) üçün yəqinlik əmsallarının
istifadəsi olmuşdur. Heç də təsadüfi deyil ki, səhiyyə sahəsi qeyri-səlist çoxluqlar
metodlarına əsaslanan ekspert sistemlərinin tətbiq edilməsi işində pionerdir
(təşəbbüsçüdür). Tibb sahəsi insan fəaliyyətinin o sahələrinə aiddir ki, orada
səhvlər sadəcə yolverilməzdir. Onlar burada sadəcə həyat və insan taleyində
durublar,(ardı yoxdur).
Yəqinlik əmsallarına əsaslanan nəticə metodu bir neçə evristik üsulları
istifadə edir və sonrakı sistemlərə təsir göstərən qeyri-səlist biliklərin emalına
(təkmilləşməsinə) nümunədir. İndiki vaxtda buna oxşar məsələlərin həlli üçün
məsələn FuzzyCLIPS, FuziCalc adlanan qeyri-səlist yekunun həyata keçirilməsinin
291
xüsusi proqram vasitələri istifadə olunur, hansılar ki, insan fəaliyyətinin müxtəlif
sferalarında qiymət hesablamalarının və proqnozların aparılması zamanı razılaşma
tapırlar. Beləliklə, bütün deyilənlər bizə fərz etməyə imkan verir ki, qeyri-səlist
çoxluqlar nəzəriyyəsi idarəetmənin və qərar qəbuletmənin intellektual sistemlərinin
yaranmasında birinci (ilk) yaxınlaşmadır, hansılarda ki, insanın düşünülmüş
fəaliyyətinin formalaşmasına və bu fəaliyyətin reallaşmasına əsasında qeyri-səlist
kontroller (nəzarətçi) prinsipi olan bəzi texniki qurğu şəklində cəhd olunub.
Ekspert sisteminə ötürülmüş bilikləri üç kateqoriyaya bölmək olar:
konseptual, faktual və alqoritmik biliklər.
Konseptual biliklər – bu bilik insan nitqində təcəssüm olunan anlayış
səviyyəsindədir və təbii ki, bu terminlərin arxasında ətraf mühitin obyektlərinin
sinifləri və xüsusiyyətləri durur. Konseptual bilik - əasən fundamental elmlər
sahəsidir, əgər nəzərə alsaq ki, düşüncə (idrak) materiyanın ali məhsulu olan
beyinin ali məhsuludur. Konseptual bilik biliyin daha ali (yüksək) təyinedici
kateqoriyasıdır, baxmayaraq ki, praktikada ilk baxışda biliyin digər kateqoriyaları
daha vacib görünə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, bu cür bilik, mexaniki
(maşın) emali üçün mümkün formada nadir halda təcəssüm olunur, bu səbəbdən də
əksər hallarda insan konseptual biliyin daşıyıcısı olaraq qalır.
Faktual və ya predmet bilik konkret obyektlərin keyfiyyət və miqdar
xarakteristikaları haqqında məlumatların məcmusudur. Onun əsasında konseptual
bilik durur. Məhz predmet biliyin kateqoriyası ilə “informasiya” və “verilənlər”
terminləri bağlıdır. Cinayət cəzasının təyin olunması sahəsində faktual verilənlər
çətin formalaşan kateqoriyalara aid edilirlər və qeyri-səlis riyaziyyatın
mexanizmləri ilə emal olunmalıdır.
Alqoritmik, prosedur bilik – bunu “bacarıq”, “texnologiya” sözləri ilə
adlandırmaq qəbul olunub. İstənilən ölçü işində alqoritmik bilik alqoritmlər,
proqramlar və altproqramlar şəklinda həyata keçirilə bilər, heç də hamısında deyil,
hansılarda ki, əldən-ələ verilə və müəllifin iştirakı olmadan istifadə oluna bilər.
Alqoritmik biliklərin təşkili və istifadəsi yenə də öz təməlində konseptual biliklərə
əsaslanır.
292
Konseptual biliklərin bilavasitə təqdimatı, daha dəqiq desək, biliyin bütün
üç kateqoriyasını həyata keçirən, amma konseptual bilikləri birinci plana ayıran və
onun intensiv istifadəsi əsasında işləyən sistemlər biliyin bazaları adlanır. Bilik
bazasının konseptual hissəsini predmet sahənin modeli adlandırırlar.
Düzgün olaraq, intellektual sistemlərin qurulması sahəsindəki
mütəxəssislər intellektual sistemlərinin qarşısında duran məqsəddən, bilik
bazasından asılı olaraq nəzərə çarpır (qeyd olunur), məsələ həllinin alqoritmləri və
idarəetmənin təkmilləşməsi məsələ həllinin xarakterindən asılı olaraq, müxtəlif
təsəvvürlərə (görüntülər) malik ola bilərlər. Buna uyğun olaraq, ekspert sistemlərin
bir neçə növünü fərqləndirirlər.
Belə sistemlərin birinci növü ciddi riyazi metodlara və optimallaşma
modellərinə əsaslanır.
İkinci növ - əsasən dolğun və etibarlı informasiyanın yoxluğu zamanı çətin
formalaşan məsələlərin həllinə yönəlib.
Üçüncü növün ekspert sistemləri hesabi – məntiq növünə aiddir. Bu növ
özündə sistemin deyilmiş ilk iki növünün optimallaşdırılmasının metodlarını və
modellərini birləşdirir. Hesabi – məntiq ekspert sistemində bilik bazası ekspertlərin
informasiyası ilə riyazi formullar şəklində təsviri birləşdirir, həm də uyğun olaraq,
həllin tapılmasının riyazi metodları qeyri-ciddi evristik metodlarla, bununla belə bu
və ya digər komponentin çəkisi predmet sahənin adekvat təsvir imkanları və həllin
tapılması üsulları ilə müəyyən olunur. Bütövlüklə, belə ekspert sisteminin fəaliyyət
prosesini növbəti formada təqdim etmək olar: lazımi informasiyanı almaq istəyən
subyekt istifadə olunan interfeys vasitəsilə ekspert sisteminə sorğu göndərir; həll
edən bilik bazasından istifadə edərək izahatın alt sistemlərinin köməyi ilə öz
mühakimələrinin gedişatını başa salaraq, istifadəçiyə uyğun zəmanəti generasiya
edir və verir.
14.4. Mühəndis biliklər
İntellektual informasiya texnologiyalarının mərkəzi problemi
mütəxəssislərin əlaqədar predmet sahəsində biliklərin alınması və kompüter
293
yaddaşında mühafizə edilməsidir. Aktual və səmərəli biliklərin kompüter
yaddaşında formallaşdırılmış əksini təmin edən metod, vasitə və texnologiyaları
araşdıran nisbi-müstəqil elm sahəsi kimi bilik mühəndisliyi keçən əsrin 80-ci
illərindən yaranmış və inkişaf etmişdir. Bilik mühəndisliyi biliyin əldə edilməsi,
təhlili və intellektual sistemlərdə reallaşdırılması problemlərini öyrənir.
Hazırda biliyin əldə edilməsinin 3 istiqaməti daha geniş yayılmışdır:
1) avtomatlaşdırılmış üsullar əsasında ekspertlə xüsusi proqramın
dialoqu nəticəsində bilik bazasının yaradılması. Bu üsulda biliyin strukturu
əvvəlcə proqramda təsvir edilir, lakin biliyin formallaşdırılmış strukturunu
əvvəlcədən işləmək tələb olunur. Üsul biliyin alınması və ya aşkarlanması
adlanır;
2) bilik mühəndisinin bilik mənbəyi ilə canlı əlaqəsi nəticəsində biliyin
əldə edilməsi və bilik bazasına proqramlaşdırılmış üsullarla daxil edilməsi. Bu üsul
biliyin seçilməsi adlandırılır;
3) biliyin əldə edilməsi, aşkarlanması üçün məlumat təhlilinin model,
metod və alqoritminin işlənməsi. Bu üsul biliyin formalaşdırılması adlanır. Üsul
ənənəvi olaraq bilik bazası sahəsində araşdırmaların ən perspektiv və fəal surətdə
inkişaf etdirilən istiqaməti hesab edilir.
Beləliklə, üç əsas strategiya müəyyənləşdirmək olar: biliyin alınması
(aşkarlanması), biliyin seçılməsi və biliyin formalaşdırılması.
Biliyin seçilməsi prosedurunun üç cəhəti fərqləndirilir: psixoloji,
linqvistik və qnesiliji cəhətlər.
Psixoloji cəhət biliyin alınmaında, seçilməsində əsasdır. Çünki bilik
mühəndisi ilə mütəxəssis – ekspert arasında qarşılıqlı əlaqənin müvəffəqiyyəti və
səmərəliliyi psixoloji amillərin istifadə dərəcəsindən çox asılıdır. Bundan başqa
dialoq prosesində əvvəllər ehtimal edilməyən yeni biliklər də aşkarlana bilər.
Müəyyən edilmişdir ki, canlı ünsiyyətdə də informasiya itirilməsi həddi çoxdur və
mərhələlərlə müəyyən edilərək informativlik əmsalı belədir:
ekspertin müəyyən məsələyə dair daxili fikir əmsalı –
100%;
294
həmin fikrin söz formasını alması həddi– 90%;
fikrin sözlə ifadəsi əmsalı – 80%;
fikrin dinlənilmə əmsalı – 70%;
fikrin başa düşülmə əmsalı – 60%;
deyilən fikrin bilik mühəndisinin hafizəsində qalma
əmsalı – 24%.
Hazırda psixoloji cəhətdən biliyin seçilməsinin üçdərəcəli struktur modeli
müəyyən edilir:
1) birbaşa əlaqə dərəcəsi;
2) prosedur dərəcəsi;
3) koqnitivlik dərəcəsi.
Bilik mühəndisinin dili üç komponentdən ibarətdir:
a) ekspertlə işləməyə hazırlıq dövründə əlaqədar ixtisas
ədəbiyyatından əldə edilən terminlər;
b) ümumielmi terminlər;
c) adi danışıq dili;
Ekspertin dilinin komponentləri bunlardır:
predmet sahəsində işlədilən termin və anlayışlar;
ümumielmi terminlər və adi danışıq dili;
neologizm, yəni ekspertin iş zamanı istifadə etdiyi peşəkar
jarqonlar.
Elmi biliklərin alınmasının, əldə edilməsinin daxili uyğunluq və ziddiyyətli
olmaması, sistemlilik, obyektivlik, tarixilik kimi meyarları da
müəyyənləşdirilmişdir ki, bu meyarların hər birinin öz xarakteristikası, mahiyyəti
və xüsusiyyətləri vardır.
14.5. Ekspert oyunları
Biliyin seçilməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir.
Ekspert oyunları üç metodun müəyyən elementlərini özündə birləşdirir:
295
1) mütəxəssis hazırlığında və modelləşdirmədə geniş istifadə edilən
işgüzar oyunlar;
2) diaqnostik oyunlar;
3) təlimdə daha çox istifadə edilən kompüter oyunları.
İşgüzar oyunların məqsədi müəyyən qrup iştirakçılarının hər hansı
fəaliyyətinin real mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-
tədqiqat xarakterli oyunlar fərqləndirilir.
Trenajor oyunları həqiqi təcrübi fəaliyyətə uyğun mənzərə yaratmağa və
eksperti real şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində (məs:
təyyarəçilərin, atom stansiyası operatorlarının, kosmonavtların, hərbi qulluqçuların
təlimi) daha geniş tətbiq olunur.
Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur:
1. mövqe oyunları (şahmat, dama və s);
2. dinamik oyunlar (hərəkər edən obyektə atəş açmaq, futbol və
s.);
3. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialoq oyunları;
4. təlim xarakterli oyunlar.
Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının
təhlilinə, sintezinə əsaslanır. Mətndə məna etibarı ilə iki cəhəti ayırmaq olar: -
müəllifin fikri, yəni onun model aləmi, oxucunun, yəni bilik mühəndisinin mütaliə
prosesində aldığı məna.
ES-lərin deyilən mərhələləri təcrübi olaraq həyata keçirildikdən sonra
müəyyən predmet sahəsində seçilmiş biliklərin strukturlaşdırılması məsələləri həll
edilməlidir. Strukturlaşdırma predmet sahəsnin qismən formal təsvir prosesidir.
Burada, predmet sahəsinin konseptual və funksional strukturunun işlənməsinə,
bilik bazasının formalaşdırılmasına və proqramla reallaşdırılmasına diqqət verilir.
Predmet sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin
və həmin obyektlər arasında qarşılıqlı əlaqələrin təsviridir.
Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi
mühakimələri və qəbul etdiyi qərarları əks etdirən modellərdir.
296
Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu
formallaşdırdıqdan sonra bilik mühəndisi proqramçı ilə birlikdə bilik bazasında
biliyin təqdimi üçün əlverişli proqramlaşdırma vasitələri müəyyən etməlidir. Belə
vasitələr isə ya translyatorlar, ya da örtüklər ola bilər.
297
MÖVZU 15.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN ƏSASLARI
Plan
1. İnformasiya təhlükəsizliyi
2. İnformasiya mühafizəsinin üsul və vasitələri
3. İnformasiya mühafizəsinin aparat-proqram üsulları
4. Verilənlər bazasının mühafizə üsulları
5. Kriptoqrafiya
15.1.İnformasiya təhlükəziliyi
Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb
olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca
əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın,
informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya
təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz
informasiya infrastrukturunun vəziyyətindən asılı olur.
İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və
aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal
şəbəkələr halında birləşməsi;
informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane
olmayan qlobal Internet şəbəkəsinin inkişafı;
minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram
vasitələrinin geniş yayılması.
İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən
infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya
süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən
298
infrastrukturun mühafizəliliyi nəzərdə tutulur. İnformasiyanın mühafizəsi –
informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir.
Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən informasiya eyni
zamanda cəmiyyətə müəyyən ziyanlarda vura bilər. Ona görə də, informasiyanın
cəmiyyətdə rolunu bilmək üçün ona iki aspektdən yanaşmaq lazımdır.
1. Mənfi-neqativ informasiyanın yayılmasının qarşısının alınması.
2. İnformasiyanın özünün qorunması.
İnformasiya və informasiya texnologiyaları hər bir ölkənin milli
təhlükəsizliyinin təmin olunması üçün mühüm vasitədir. İnformasiyalaşdırma
cəmiyyətdə müxtəlif neqativ halların yaranmasına səbəb oldu. Kompüter
cinayətkarlığı – qeyri-qanuni informasiya mənbələrinə daxil olmaq, viruslar
yaymaq, banklardan “elektron pul” oğurlamaq, parnoqrafiya, “elektron şpionluq”
kimi mənfi halların sürətlə yayılmasına başladı.
Hal-hazırda düzgün, keyfiyyətli informasiyaları seçmək və yalan
informasiyaların yayılmasının qarşısının alınması problemi yaranmışdır. Ona görə
də, şəxsiyyətin, dövlətin təhlükəsizliyini qorumaq üçün daha mükəmməl qanunlar
işlənib hazırlanmalıdır.
Təhlükəsizlik – şəxsiyyətin, cəmiyyətin, dövlətin daxili və xarici
təhlükələrdən qorunması kimi başa düşülür.
Şəxsiyyətin təhlükəsizliyi – onun hüquq və azadlıqlarının qorunmasıdır.
Cəmiyyətin təhlükəsizliyi – onun maddi və mənəvi dəyərlərinin
qorunmasıdır.
Dövlətin təhlükəsizliyi – onun konstitusion quruluşunun, suverenliyinin və
ərazi bütövlüyünün qorunmasıdır.Dövlət bu işləri, icra orqanları, məhkəmə
qanunverici orqanları vasitəsi ilə hayata keçirir.
İnformasiya təhlükəsizliyi – informasiya mühitində neqativ
informasiyalardan qorunmaqla inkişafın təmin olunmasıdır. İnformasiya
təhlükəsizliyi dövlətin müdafiə, ekoloji, iqtisadi təhlükəsizlik kimi formaları ilə
yanaşı durur. Ona görə də, informasiya həm hüquqi həm texniki tərəfdən müdafiə
olunmalıdır.
299
İnformasiya təhlükəsizliyi – həmçinin televiziya, radio, çap, şəbəkə vasitəsi
ilə cəmiyyət həyatında dövr edən neqativ informasiyalardan qorunmaqla da təmin
olunmalıdır. Bunun üçün hüquqi qanun bazaları da yaradılmalıdır. Bu qanunlarda
informasiyaların oğurlanması, itirilməsinin, dəyişdirilməsinin, qeyri-qanuni məhv
edilməsinin, surətinin götürülməsinin qarşısının alınmasının təmin edilməsi
maddələri əks olunmalıdır.
İnformasiyanın qorunması üçün müxtəlif üsullar mövcuddur. Müxtəlif
xidməti qurumlar və bu informasiyaları tam məxvliyini müəyyənləşdirməklə onun
təhlükəsizliyini təmin etməlidirlər.
Texniki tərəfdən informasiyanın qorunması EHM – lərin təhlükəsizliyinin
qorunması, açarların (parolların) qoyulması, kriptoqrafik müdafiə vasitələri ilə
həyata keçirilir. İnformasiya təhlükəsizliyi inkişaf etmiş dövlətlər tərəfindən
yüksək səviyyədə həyata keçirilir. Bu isə onların informasiya müharibəsində,
kommersiya məxviliklərində mühüm rol oynayır.
İnformasiya təhlükəsizliyi (en. Information Security, ru.
Информационная безопасность) - informasiya və ona xidmət edən
infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və
ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət
edən infrastrukturun mühafizəli olmasıdır.
İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini
və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
* şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal
şəbəkələr halında birləşməsi;
* informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane
olmayan qlobal İnternet şəbəkəsinin inkişafı;
* minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram
vasitələrinin geniş yayılması.
Hesablama sisteminin keyfiyyətli mühafizəsini təmin etmək üçün təkcə
onun yerləşdiyi binanın mühafizəsini təşkil etmək və proqram mühafizə vasitələri
qurmaq kifayət deyil. Hesablama sisteminin mühafızəsinin təşkilinə onun
300
strukturuna, həll olunan məsələlərə, mühafizənin məqsədinə və imkanlarına uyğun
kompleks yanaşma tələb olunur.
Mühafizə sistemini HS-in və onun informasiya-proqram təminatmm
yaradılmasına başlayarkən nəzərə almaq və həyat dövrünün bütün mərhələlərində
reallaşdırmaq lazımdır. Lakin praktikada bir sıra səbəblər üzündən mühafızə
sistemini HS və onun informasiya-proqram təminatı hazır olandan sonra
yaradırlar. Yaradılan muhafizə sistemi çoxsəviyyəli olmalı və mövcud vasitələr,
metodlar və tədbirlərin rasional təşkil edilmiş toplusundan ibarət olmalıdır.
Hesablama sistemi istifadəçilərin və xidmətçi heyətin səriştəsiz əməllərindən
mühafızə olunmalıdır.
Hesablama sisteminin səmərəli mühafızə mexanizminin qurulması ücün
aşağıdakılar tələb olunur:
- hesablama sisteminin mühafizəyə ehtiyacı olan zəif elementlərini təyin
etmək;
- həmin elementlər ücün təhlükələri təyin etmək;
- mühafizə sisteminə qoyulan tələbləri formalaşdırmaq;
- tələblərə cavab verən mühafızə vasitələrini və üsullarını seçmək.
Hesablama sisteminin təhlükəsizliyi bir və ya bir neçə potensial təhlükə
nəticəsində pozula bilər. Təhlükə dedikdə hesablama sistemində saxlanan və emal
olunan informasiyanın, o cümlədən, proqramların təhlükəsizliyinin pozulmasına
gətirən, qəsdən və ya təsadüfən baş verən əməliyyat başa düşülür.
Təhlükəsizliyin pozulmasının mümkün nəticələri aşağdakılar ola bilər:
- məxvi məlumatın ələ keçirilməsi;
- sistemin məhsuldarlığının azalması və ya sistemin bütövlükdə dayanması;
- əməliyyat sisteminin yüklənə bilməməsi;
- maddi ziyan;
- faciəli nəticələr.
15.2.İnformasiya mühafizəsinin üsul və vasitələri
301
İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin
olunmasına yönəlmiş tədbirlər kompleksidir.Təhlükə dedikdə sistemə
dağılma, verilənlərin üstünün açılması və ya dəyişdirilməsi, xidmətdən imtina
formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal, şərait, proses və
hadisələr nəzərdə tutulur.Təhlükələri müxtəlif siniflərə ayırmaq olar.
Meydana çıxma səbəblərinə görə təhlükələri təbii və süni xarakterli
təhlükələrə ayırırlar. Süni xarakterli təhlükələr də öz növbəsində
bilməyərəkdən və qəsdən törədilən təhlükələrə bölünür. Təsir məqsədlərinə
görə təhlükələrin üç əsas növü ayırd edilir:
* İnformasiyanın konfidensiallığının pozulmasına yönələn təhlükələr;
* İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr;
* Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DoS hücumlar, Denial of
Service - xidmətdən imtina).
Konfidensiallıq informasiyanın subyektiv müəyyən olunan xassəsidir.
Verilən informasiyaya müraciət icazəsi olan subyektlərin siyahısına
məhdudiyyət qoyulmasının zəruriliyini göstərir. Konfidensiallığın
pozulmasına yönələn təhlükələr məxfi və ya gizli informasiyanın üstünün
açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında informasiya ona
müraciət icazəsi olmayan şəxslərə məlum olur.
Bütövlük - informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir.
İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr onun
dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin
pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın bütövlüyü
bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən mühit tərəfindən
obyektiv təsirlər nəticəsində pozula bilər.
Əlyetənlik – yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini
almaq imkanıdır. Həmçinin əlyetənlik – daxil olan sorğulara xidmət üçün
onlara müraciət zəruri olduqda uyğun xidmətlərin həmişə hazır olmasıdır.
Əlyetənliyin pozulmasına yönələn təhlükələr elə şəraitin yaradılmasına
302
yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini
aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.
Siyasət – təşkilatın fəaliyyətinin müəyyən aspektlərini idarə etmək üçün
təsbit edilmiş qaydalar məcmusudur. Siyasət biznesin məqsədlərinin, hüquqi
tələblərin və ya təşkilatın korporativ normalarının təmin edilməsi üçün nə etmək
lazım olduğunu müəyyən edir.
İnformasiya təhlükəsizliyi siyasətinin işlənməsi müəssisənin informasiya
təhlükəsizliyi sisteminin təşkil edilməsində ilk tələblərdən biridir. İnformasiya
təhlükəsizliyi siyasətinin məqsədi rəhbərliyin informasiya təhlükəsizliyi üzrə
idarəçiliyini və dəstəyini biznesin tələblərinə, müvafiq qanunlara və normativlərə
uyğun olaraq təmin etməkdir. İnformasiya təhlükəsizliyi siyasəti müəyyən
resursların (məsələn, vacib kompyuter sistemlərinin və verilənlərin) mühafizəsinə
məqsədləri, məsuliyyəti və ümumi tələbləri təsvir edir, lakin özlüyündə təşkilatın
tələblərinin yerinə yetirilməsini təmin etməyə qabil deyil. İnformasiya
təhlükəsizliyi siyasəti təhlükəsizlik mexanizmləri və prosedurlar
(reqlamentlər) kompleksinin köməyi ilə realizə olunmalıdır.
Mühafızənin məqsədi hesablama sistemində informasiyanın
təhlükəsizliyinin təmini olduğundan, əsas problem təhlükələrin qarşısını
əvvəlcədən almaqdan ibarətdir.
Mümkün təhlükələrdən asılı olaraq mühafızənin 3 əsas məsələsini ayırmaq
olar:
-informasiyanı oğurlanmaqdan mühafizə etmək;
-informasiyanı itkilərdən mühafızə etmək;
-hesablama sistemini nasazlıqlardan və dayanmalardan mühafizə etmək.
303
İnformasiya mühafızəsinin üsullarını dörd sinfə ayırmaq olar: fizfki,
aparat, proqram və təşkilati üsullar.
Fiziki mühafizə- əsasən mühafızənin yuxarı səviyyələrində istifadə edilir
və kənar şəxslərin hesablama sisteminin yerləşdiyi əraziyə daxil olmalarının
qarşısını almaqla həyata keçirilir. Fiziki mühafizə ücün aşağıdakı vasitələrdən
istifadə edilir:
- hərəkət edən obyektləri müəyyənləşdirmək, onların ölçülərini, sürətlərini
və hərəkət istiqamətlərini təyin etmək üçün yüksək tezlikli, ultrasəs və infraqırmızı
aşkarlama sistemləri;
- işıq şüaları ilə kəsişməyə reaksiya göstərən lazer və optik sistemlər;
- qorunan obektlərin telesistemlər ilə müşahidə edilməsi;
- çox da böyük olmayan obektləri kabellə əhatə etməklə onlara yaxınlaşan
şaxslərə reaksiya verən kabel sistemləri;
-icazəsiz girişin qarşısmı almaq, müşahidə etmək və qulaq asmaq üçün qapı
və pəncərələrin mühafizə sistemi;
- qapı və darvazalar ücün mexaniki və elektron qıfıllar;
- şüalanmaları neytrallaşdıran sistemlər.
Aparat mühavizəsi - kompüterin tərkibindəki aparatura və ya xüsusi
qurğular vasitəsilə reallaşdırılır. Aparat mühafizə vasitələrinə əsasən prosessorların
və əsas yaddaşın, daxiletmə-xaricetmə qurgularının, rabitə kanalları vasitəsilə
verilənlərin ötürülməsi sistemlərinin, elektrik təminatı sistemlərinin, xarici yaddaş
qurğularının mühafizə vəsitələri aiddir.
Prosessorların aparat mühafızə vasitələri icra olunan proqramlardakı
əmrlərin mümkünlüyünə nəzarət edirlər. Yaddaşın mühafizə vasitələri
proqramların icrası zamanı əməli yaddaşdan birgə istifadə edilməsinə və yaddaşm
məhdudluğuna nəzarət edirlər. Daxiletmə-xaricetmə qurğularının mühafızə
vasitələrinə onlardan icazəsiz istifadə etməyi bloklaşdıran müxtəlif sxemlər aiddir.
Verilənlərin rabitə kanalları ilə ötürülməsinin mühafizəsi vasitələri informasiyanı
məxviləşdirən (şifrləyən) sxemlərdən ibarət olurlar.
304
Proqram mühafizə metodları - müxtəlif proqramlar vasitəsilə
reallaşdırılır. Həmin proqramlara aşağıdakılar aiddir:
-əməliyyat sistemlərinin proqramları;
-xidməti proqramlar;
-antivirus proqramları;
-instrumental sistem proqramları: VBİS, elektron cədvəllər, mətn
prosessorlan, proqramlaşdırma sistemləri və s.
-xüsusi mühafızə proqramları;
-hazır tətbiqi proqramlar.
İnformasiyanın təşkilatı mühafizəsi - təşkilatı-texniki tədbirlər,
informasiyanın mühafizəsi məsələlri üzrə qanunvericilik aktlannın yaradılması və
qəbul edilməsi, cəmiyyətdə informasiyanın istifadə edilməsi üzrə məntiqi-etik
normalann təsdiq edilməsi ilə reallaşdırılır.
İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma
tələb edir. Onun həlli üçün tədbirləri aşağıdakı səviyyələrə bölmək olar:
qanunvericilik tədbirləri;
inzibati tədbirlər;
təşkilati tədbirlər;
proqram-texniki tədbirlər.
Qanunvericilik tədbirləri müvafiq qanunları, normativ aktları, standartları
və s. əhatə edir. Təəssüflə qeyd etmək lazımdır ki, qanunvericilik bazası bütün
ölkələrdə praktikanın tələblərindən geri qalır. Qanunvericilik səviyyəsinin
funksiyalarına aid etmək olar:
İnformasiya təhlükəsizliyinin pozucularına qarşı neqativ münasibət
yaratmaq və onu dəstəkləmək;
İnformasiya təhlükəsizliyi probleminin vacibliyini hər zaman qeyd
etmək;
resursları tədqiqatların ən mühüm istiqamətlərində cəmləşdirmək;
təhsil fəaliyyətini koordinasiya etmək.
305
Qanunvericilik səviyyəsində hüquqi aktlar və standartlar xüsusi diqqətə
layiqdir. Standartların arasında «Narıncı kitab», X.800 tövsiyələri, ISO 15408
(«Ümumi meyarlar»), ISO 17799 standartları daha geniş yayılıb.
İnformasiya təhlükəsizliyi siyasəti – təşkilatda məxfi verilənlərin və
informasiya proseslərinin mühafizəsi üzrə qabaqlayıcı tədbirlər kompleksidir.
İnformasiya təhlükəsizliyi siyasətinin işlənməsinin əsas istiqamətləri
aşağıdakılardır:
1. Hansı verilənləri və hansı ciddiyyətlə mühafizə etmək lazım olduğunu
müəyyənləşdirmək;
2. Müəssisəyə informasiya aspektində kimin və nə həcmdə ziyan vura
biləcəyini müəyyənləşdirmək;
3. Risklərin hesablanması və onların qəbuledilən səviyyəyədək
azaldılması sxeminin müəyyən edilməsi;
4. Planlaşdırılan bütün texniki və inzibati tədbirlərin təsviri;
5. Baxılan proqramın iqtisadi qiymətinin hesablanması;
6. Müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunma və sənədləşdirmə;
7. Həyata keçirilmə.
Təşkilati tədbirlər informasiya mühafizəsinin səmərəli vasitələrindən biri
olmaqla yanaşı, qurulan bütün mühafizə sistemlərinin əsasını təşkil edir. Təşkilati
tədbirlər aşağıdakı mövzuları əhatə edir:
şəxsi heyətin idarəolunması;
fiziki mühafizə;
sistemin iş qabiliyyətinin saxlanması;
təhlükəsizlik rejiminin pozulmasına reaksiya;
bərpa işlərinin planlaşdırılması.
15.3. İNFORMASİYA MÜHAFİZƏSİNİN APARAT-PROQRAM
ÜSULLARI
306
Aparat-proqram vasitələri ilə müəyyən səviyyədə həm avadanlığm
mühafizəsi məsələlərini ( avadanlığı oğurlamaqdan, itkilərdən, nasazlıqlardan və
dayanmalardan qorumaq), həm də proqramların səhvlərdən mühafizəsi məsələsini
həll etmək olar. Mühafizə sistemində bu məsələlərin həlli aşağıdakı üsullarla təmin
edilir:
1) istifadəçilər və proqramlar tərəfindən resurslara icasəsiz müraciətlərin
qarşısının alınması;
2) müraciətin mümkünlüyü halında resurslardan icazəsiz istifadənin
qarşısının alınması;
3) resurslardan düzgün istifadə olunmamasının qarşısının alınması;
4) struktur, funksional və informasiya izafıliyinin tətbiqi;
5) aparat-proqram vasitələrinin yüksək keyfıyyətlə yaradılması.
Bu üsullara və onların yerinə yetirilməsi metodlarına daha ətraflı baxaq.
1. Resurslara icazəsiz müraciətiərin qarşısını almaq ücün istifadəçilər və
proqramlar tərəfındən sistemə müraciət cəhdlərinin qeydiyyatı sistemi və həmcinin
hesablama sisteminin təhlükəsizliyinə cavab verən şəxslərə bu barədə dərhal siqnal
verən vasitələr olmalıdır. Resurslara icazəsiz müraciət zamanı etibarlı qeydiyyat və
siqnal sisteminin olmaması və həmcinin hesablama sisteminə dolayı yollarm
olması sistemə qeyri-qanuni girməyə səbəb olur. Sistemə qoşulma hadisələrinin
qeydiyyatını aparmaq ücün, adətən, xüsusi jurnaldan və ya verilənlər bazasmdan
istifadə edilir. Biz aşağıdakı proqram–texniki tədbirləri nəzərdən keçirəcəyik:
identifikasiya və autentikasiya, icazələrin idarəolunması, protokollaşdırma və
audit, kriptoqrafiya, ekranlaşdırma. İdentifikasiya və autentikasiya. İdentifikasiya
(ingilis dilində identification) istifadəçiyə (və ya müəyyən istifadəçinin adından
fəaliyyət göstərən prosesə) özünü adlandırmağa (öz adını bildirməyə) imkan verir.
Autentikasiya (ingilis dilində authentication) vasitəsi ilə ikinci tərəf əmin
olur ki, subyekt doğrudan da özünü qələmə verdiyi şəxsdir. Autentikasiya sözünün
sinonimi kimi çox vaxt “həqiqiliyin yoxlanması” işlədilir. Subyekt aşağıdakı
mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər:
307
bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik
açar);
sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu);
özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni
özünün biometrik xarakteristikalarını).
Autentikasiyanın ən geniş yayılmış növü paroldur. Daxil edilmiş parol və
istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə
istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır.
Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik
olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların
kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını
artırmağa xeyli imkan verir:
texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır,
parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.)
parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı
dəyişdirilməsi;
parollar faylına icazənin məhdudlaşdırılması;
sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması;
istifadəçilərin təlimatlandırılması;
parol generasiya edən proqramların istifadəsi.
Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər autentikasiya
metodları istifadə olunduğu halda da tətbiq etmək məqsədə uyğundur. Biometrik
xarakteristikalara nəzarət qurğuları mürəkkəb və bahadırlar, buna görə də yalnız
təhlükəsizliyə yüksək tələblər olan təşkilatlarda istifadə olunurlar.
İcazə hüququna nəzarət proqram mühitinin müxtəlif komponentləri -
əməliyyat sisteminin nüvəsi, əlavə təhlükəsizlik vasitələri, verilənlər bazasını
idarəetmə sistemi, ara vasitəçi proqram təminatı (məsələn, tranzaksiyalar
monitoru) tərəfindən həyata keçirilir. Protokollaşdırma və audit. Protokollaşdırma
dedikdə informasiya sistemində baş verən hadisələr haqqında məlumatın qeyd
308
edilməsi və toplanması başa düşülür. Audit - toplanan informasiyanın analizidir.
Audit operativ (demək olar ki, real vaxtda) və ya dövri (məsələn, gündə bir dəfə)
aparıla bilər. Protokollaşdırma və auditin realizə olunması aşağıdakı məqsədləri
güdür:
istifadəçi və administratorların hesabat verməli olmasını təmin etmək;
informasiya təhlükəsizliyini pozma cəhdlərinin aşkar olunması;
problemlərin aşkar olunması və analizi üçün informasiyanın təqdim
olunması.
Ekranlaşdırma. Ekranlaşdırma vacib təhlükəsizlik mexanizmlərindən
biridir. Bu mexanizmin şəbəkələrarası ekran (ingilis termini firewall) adlanan
realizələri olduqca geniş yayılıb. Ekranlaşdırma məsələsinin qoyuluşu
aşağıdakından ibarətdir. Tutaq ki, iki informasiya sistemi var. Ekran - bir
çoxluqdan olan istifadəçilərin digər çoxluğun serverlərinə müraciətlərini
nizamlayan vasitədir. Ekran öz funksiyalarını iki sistem arasındakı bütün
informasiya axınına nəzarət etməklə yerinə yetirir.
Ən sadə halda ekran iki mexanizmdən ibarətdir, onlardan biri verilənlərin
yerdəyişməsini məhdudlaşdırır, digəri isə əksinə, bu yerdəyişməni həyata keçirir.
Ən ümümi halda ekranı (yarımşəffaf pərdəni) süzgəclər (filtrlər) ardıcıllığı kimi
təsəvvür etmək əlverişlidir. Süzgəclərdən hər biri verilənləri (tutub) saxlaya bilər,
və ya onları dərhal "digər tərəfə" "ata bilər". Bundan başqa, analizi davam
etdirmək üçün verilənləri növbəti süzgəcə ötürmək, adresatın adından verilənləri
emal edərək nəticəni göndərənə qaytarmaq olar. Çox vaxt ekranı 7-səviyyəli OSI
etalon modelinin üçüncü (şəbəkə), dördüncü (nəqliyyat) və ya yeddinci (tətbiqi)
səviyyələrində realizə edirlər. Birinci halda ekranlaşdırıcı marşrutizator, ikinci
halda - ekranlaşdırıcı nəqliyyat, üçüncü halda - ekranlaşdırıcı şlüz alınır. Hər bir
yanaşmanın öz üstünlükləri və nöqsanları var; hibrid ekranlara da rast gəlinir,
onlarda göstərilən yanaşmaların ən yaxşı cəhətlərini realizə etməyə çalışırlar.
2. Resursların icazəsiz istifadədən mühafizəsi icazəsiz müraciətdən
mühafizədə olduğu kimi, mühafizə olunan resurslara sorğuların qeydiyyatını və
309
icarəsiz istifadəyə cəhd göstərilmə zamanı siqnal verməyi tələb edir. Qeyd edək ki,
söhbət mühafizəsi çox vacib olan resurslardan gedir.
İnformasiya-proqram resurslarının icazəsiz istifadədən mühafızəsi
aşağıdakiları nəzərdə tutur: surət çıxarmaqdan mühafizə, proqramlara müdaxilə
etmədən mühafızə, verilənlərə baxışdan mühafızə, proqramları və verilənləri
dəyişdirmədən və silinmədən mühafizə.
Proqramı icazəsiz surətçıxarmadan mühafizə etmək üçün icra olunan
proqram kodunu tətbiq edilən avadanlığa bağlamaq olar. Onda proqramm surəti
digər kopüterdə işləməyəcək.
Proqramlara müdaxilə etmədən mühafizə proqramın mühafizə sisteminin
öyrənilməsinin mümkünsüzlüyünü və ya çətinliyini təmin etməlidir. Məsələn,
parol mühafızəsi olan proqrama qoşulmaq üçün bir neçə dəfə uğursuz cəhd
ğöstərildikdə, sonrakı cəhdləri bloklaşdırmaq və ya özünü ləğvetmə vasitələri
nəzərə almaq olar.
3. Resurslardan düzgün istifadə olunmamasının mühafizəsi adətən
əməliyyat sisteminin proqramları tərəfindən yerinə yetirilir. Bu funksiya
aşağıdakıları əhatə edir: müxtəlif proqramlar ücün ayrılmış əməli yaddaşm
sahələrinin bir-birindən təcrid edilməsi; xarici yaddaşın sistem sahələrinin
mühafızəsi; mərkəzi prosessorun əmrlərinin mümkünlüyünə nəzarət.
4. Hesablama sisteminin işindəki nasazlıqların və dayanmaların
nəticələrinin aradan qaldırılmasının və ya minimuma endirilməsinin mühüm
metodlardan biri struktur, funksional və informasiya izafiliyindən istifadə
edilməsidir.
5. Aparat-proqram vasitələrinin yüksək keyfiyyətə malik olmaları
informasiya mühafizəsinin vacib şərtlərindən biri sayılır. Sistemin fəaliyyəti
zamanı və həmcinin sistemdəki nasazlıqlar və dayanmalar üzündən informasiya
itkisinin bir çox səbəbi hesablama sisteminin layihələndirilməsi zamanı buraxılan
səhvlərlə və ya qeyri-dəqiqliklə bağlı olur.
İnformasiya mühafizəsi ücün mövcud proqram sistemlərindən ən
populyarları «Kerberos» və «Kobra» sistemləridir. «Kerberos» sistemi 80-ci
310
illərdə Massaçüset texnolgiya institutunda yaradılmış və istifadəçilərin
autentifikasiyası üçün nəzərdə tutulub. Sistem müxtəlif platformalarda işləyə bilər:
MS DOS, Windows, Machintosh, Sun OS, HP-UX, Next Step və s. Onunla
birlikdə «Security Dynamics» firmasınm «Secur İD» jetonu tətbiq edilə bilər.
«Kerberos» sistemində tətbiqlər kliyent-server tipli struktura malikdirlər. O,
üç serverdən ibarətdir: identifikasiya serveri, icazə verən server və administrativ
funksiyaları yerinə yetirən server. İcazəsiz müraciətlərdən mühafizə sahəsi hər
birinin öz serveri olan üç zonadan ibarət ola bilər.
Kobra» sıstemi MS DOS və Windows mühitlərində işləyir, geniş yayılmış
və səmərəli sistemlərdən biri sayılır. O, şəffaf mühafızə texnoloqiyasına əsaslamr,
belə ki, istifadəçi öz işində mühafızə vasitələrinin fəaliyyət göstərməsini hiss etmir
və narahatçılıq keçirmir.
«Kobra» sistemində şəffaf mühafızə dinamik şifrlənmə üsulunun köməyilə
qurulur. Xarici yaddaşa yazılan məxfi informasiya istifadəçinin parolundan asılı
olan açara görə avtomatik şifrlənir. Şifrlənən informasiyanın oxunması zamanı şifr
avtomatik olaraq açılır.
15.4.Verilənlər bazasının mühafizə üsulları
Verilənlər bazasının mühafızə vasitələri müxtəlif VBİS-lərdə bir-birindən
müəyyən dərəcədə fərqlənir. «Borland» və «Microsoft» fırmalarının hazırladıqları
VBİS-lərin analizi əsasında VB-nin mühafızə vasitələrini şərti olaraq 2 qrupa
bölürlər: əsas və əlavə.
Əsas mühafizə vasitələrinə aşağıdakılan aid etmək olar:
-parol mühafizəsi;
-verilənlərin və proqramların şifrlənməsi;
-VB obyektlərinə müraciət hüququnun təyin edilməsi;
-VB cədvəllərinin yazılarınnın və sahələrinin mühafızəsi.
Parol mühafızəsi VB-yə icazəsiz müraciətin sadə və səmərəli mühafızə
üsuludur. Parol istifadəçilər və ya VB administratoru tərəfındən təyin edilir.
Parollarm uçotunu və saxlanmasını VBİS yerinə yetirir. Adətən parollar VBİS-in
müəyyən sistem fayllarında şifrlənmiş şəkildə saxlanır. Odur ki, parolu sadə yolla
311
tapmaq və müəyyənləşdirmək mümkün deyil. Parolu daxil etdikdən sonra
istifadəçiyə mühafizə olunan VB ilə işləmək ücün bütün imkanlar verilir. VBİS-in
özünün parolla mühafızəsi böyük əhəmiyyət kəsb etmir.
Verilənlərin şifrlənməsi VBİS-in formatını bilən digər proqramların həmin
verilənləri oxuya bilməməsi üçün tətbiq edilir. Bu cür şifrlənmə o qədər səmərəli
olmur, çünki həmin VBİS vasitəsilə hər bir kəs VB-nin şifrini aça bilər. Əgər
şifrlənmə və şifrin açılması üçün parol tələb olunursa, onda düzgün parolu daxil
etməklə şifri açmaq olar. Bütün bu deyilənlər MS ACCESS sisteminə aiddir.
Proqramların ilkin mətnlərinin şifirlənməsi uyğun alqoritmlərin təsvirini
səlahiyyətsiz istifadəçilərdən qizlətməyə imkan verir.
VB obyetlərinə müraciət hüququnun təyin edilməsi VBİS-in əsas
resurslardan istifadə edilməsinə nəzarət məqsədilə aparılır. Müraciət hüquqi
obyektlər üzərində mümkün əməliyyatları təyin edir. Obyektin sahibkarı (obyekti
yaradan) və VB-nin administratoru bütün hüquqlara malik olurlar. Digər
istifadəçilərin müxtəlif obyektlərə müxtəlif səviyyəli mürəciət huquqi ola bilər.
Umumi halda cədvəllərə aşağıdakı müraciət hüquqları nəzərə alına bilər:
-verilənlərə baxış (oxumaq);
-verilənləri dəyişdirmək (redaktə etmək);
-yeni yazılan əlavə etmək ;
-verilənləri əlavə etmək və silmək;
-bütün əməliyyatlar, o cümlədən, cədvəlin strukturunun dəyişdirilməsi.
Mühafızə tədbirləri cədvəlin ayn-ayrı yazılarına və sahələ-rinə tətbiq edilə
bilər. Relasiya tipli VBİS-lərdə ayn-ayn yazılar xüsusi olaraq mühafızə edilmir,
baxmayaraq ki, bir çox hallarda buna ehtiyac ola bilər. Obyektyönlü VBİS-də ayrı-
ayrı yazılar ındentıfıkasıya oluna bildiyi üçün, müraciət hüququna nəzarət
olmalıdır.
Cədvəlin sahələrindəki verilənlərin mühafizəsi üçün müraciət hüququnun
aşağıdakı səviyyələrini ayırmaq olar:
- müraciətin tam qadağan edilməsi;
- ancaq oxumaq üçün;
312
- bütün əməliyyatlara (baxış, yeni qiymətlərin daxil edilməsi, silinmə və
dəyişdirilmə) icazə verilir.
Formalar üzərində iki əsas əməliyyat nəzərə alınır:
- işləmək üçün formanı çağırmaq;
- formanı yaratmaq (konstruktoru çağırmaq).
İstifadəçinin təsadüfən obyekti korlamaması ücün konstruktorun
çağrılmasına qadağanı hazır obektin ekran forması üçün qoymaq
məqsədəuyğundur. Ekran formasmın özündə də ayrı-ayrı elementlər mühafizə
oluna bilər. Məsələn, ilkin cədvəlin bəzi sahələri göstərilməyə və ya istifadəçidən
gizlədilə bilər, bəziləri isə baxış üçün açıq ola bilər.
Hesabatlar müəyyən mənada ekran formalarına oxşayırlar. Hesabatlarda da,
ekran formalarında olduğu kimi, onların yaradılması vasitələrinin çağrılmasına
qadağa qoyula bilər.
VBİS-in tətbiqində istifadə olunan proqramların mətnlərinə baxışın və
onların dəyişdirilməsinin qarşısını almaq üçün şifrlənmə ilə yanaşı parol
mühafızəsi tətbiq edilə bilər.
VB-nin əlavə mühafizə vasitələrinə o vasitələri aid edirlər ki, onlar
mühafizə vasitələri olmadıqlarına baxmayaraq, verilənlərm təhlükəsizlliyinə
bilavasitə təsir edirlər. Bu vasitələrə aşağıdakılan aid etmək olar:
- verilənlərin qiymətlərinin onların tiplərinə uyğunluğunu yoxlayan
vasitələr;
- daxil edilən verilənlərin etibarlığının artırılması vasitələri;
- cədvəllər arasındakı əlaqələrin tamlığının təmin edilməsi vasitələri;
- şəbəkədə VB obyektlərindən birgə istifadə edilməsinin təşkili vasitələri.
VB-ni redaktə edərkən istifadəçi təsadüfən sahəyə onun tipinə uyğun
olmayan qiymət daxil edə bilər. Məsələn, ədəd tipli sahəyə mətn tipli informasiya
daxil etməyə cəhd göstərilə bilər. Bu halda VBİS qiymətlərə nəzarət edən
vasitələrin köməyilə daxiletməni bloklaşdırır və səs siqnalı ilə, daxil edilən
simvollarının rəngini dəyişdirməklə və ya digər üsullarla istifadəçiyə səhv
haqqmda məlumat verir.
313
Daxil edilən verilənlərin etibarlığını (həqiqiqliyinin) artmlması vasitələri
emal edilən verilənlərin sematikası ilə bağlı daha dərin nəzarət üçün tətbiq edilir.
Cədvəllərin yaradılması zamanı onlar aşağıdakı imkanları təmin edirlər: minimal
və maksimal qiymətlər; susmaqla qəbul edilən qiymətlər; daxiletmənin
vacibliyinin tələb edilməsi; daxiletmə üçün şablonun verilməsi; daxil edilən
qiymətlərə nəzarət etmək üçün əlavə olaraq yoxlama cədvəlinin göstərilməsi .
İnformasiyanın həqiqiliyinə nəzarətin təşkilinin daha təkmil forması
saxlanan proseduraların yaradılmasıdır. Saxlanan proseduralar mexanizmi
serverdə yerləşdirən VB üçün tətbiq edilir. Saxlanan proseduralar verilənlər
üzərində müəyyən funksiyaların, o cümlədən, nəzarət ftmksiyalarının yerinə
yetirilməsi üçün proqramlardır. Proseduralar verilənlərlə birlikdə saxlanır və
lazım qəldikdə tətbiqi proqramlardan və ya VB-də hər hansı hadisə baş verdikdə
çağırır.
Bildiyimiz kimi, verilənlər bazasında saxlanan cədvəllər arasında VB-nin
konseptual sxeminə əsasən əlaqələr yaradılır. Əlaqələndirilən cədvəllərin məntiqi
tamlığının təmin edilməsi VBİS-in özü tərəfmdən yerinə yetirilir. Lakin VBİS-
lərin hamısı tam həcmdə bu funksiyanı yerinə yetirmirlər. Bu halda əlaqələrin
düzgünlüyünün məsuliyyətini tətbiqi proqram daşıyır. Cədvəllərarası əlaqələrin
tamlığına nəzarət üzrə VBİS-in mümkün əməllərinə konkret misalda baxaq. Fərz
edək ki, iki cədvəl arasında 1 :M əlaqəsi var, yəni əsas cədvəlin bir yazısına
köməkci cədvəlin bir neçə yazısı uyğun gəlir. Köməkçi cədvələ yazılar daxil
edildikdə sistem əsas cədvəlin əlaqə sahəsində uyğun qiymətin olmasına nəzarət
edir. Əgər daxil edilən qiymət əsas cədvəldə yoxdursa, VBİS yeni yazı ilə işi
müvəqqəti bloklaşdırır və qiyməti dəyişdirməyi və ya yazını bütövlükdə ləğv
etməyi təklif edir.
Köməkçi cədvəldəki yazıların ləğv edilməsi «problemsiz» aparılır , lakin
əsas cədvəlin yazıları haqqında bunu demək olmaz. Əsas cədvəlin yazısının
köməkçi cədvəlin bir neçə yazısı ilə əlaqəsi olan halda iki variant mümkündür: 1)
əgər heç olmasa bir tabeli yazı varsa əsas yazını ləğv etməmək (yazıları istifadəçi
silir); 2) əsas yazını və bütün tabeli yazıları ləğv etmək (kaskadvari silinmə).
314
Paylanmış verilənlər bazalarında eyni obyektlər üzərində müxtəlif
əməliyyatların aparılması, yəni obyektlərdən birgə istifadə edilməsi zamanı
toqquşmaların aradan qaldırılması problemi yaranır. Məsələn, lokal şəbəkədə
istifadəçilərdən biri VB-ni redaktə edir, digəri isə onun strukturunu dəyişdirmək
istəyir. Bu cür hallar üçün VBİS-də toqquşmaların qarşısını alan mexanizimlər
nəzərə alınmalıdır.
Adətən şəbəkədə eyni vaxtda bir neçə istifadəçi işləyəndə və ya bir
kompüterdə bir neçə tətbiqi proqram yerinə yetirildikdə bloklaşdırma tətbiq
olunur.
Bloklaşdırma VB-nin müxtəlif obyektlərinə və obyektlərin ayrı-ayrı
elementlərinə tətbiq edilə bilər. VB-nin obektlərinin bloklaşdırılmasına ən çox
ehtiyac eyni vaxtda obyektdən istifadə olunmasına və həmin obyektin
yaradılmasına cəhd göstərilməsi zamanı yaramr. VB-nin cədvəllərinə tətbiqdə isə
bloklaşdırma ayn-ayn yazılarla və ya sahələrlə işləyərkən aparıla bilər. Aşkar
bloklaşdırmalar əmrlər vasitəsilə istifadəçi və ya tətbiqi proqram tərəfindən tətbiq
edilir. Qeyri-aşkar bloklaşdırmaları isə mümkün toqquşmaları dəf etmək üçün
sistemin özü təşkil edir. Məsələn, informasiyanın redaktə edilməsi zamanı VB-nin
strukturunun dəyişdirilməsinə cəhd edildikdə verilənlərin redaktə edilməsi prosesi
qurtarana qədər VB-nin strukturunun dəyişdirilməsinə qadağa qoyulur.
15.5 Kriptoqrafiya. Elektron imza
Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən
əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir.
Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən
imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir.
«Kriptoqrafiya» sözü kryptos ('gizli') və graphos ('yazı') yunan
sözlərindən yaranmışdır. Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik
alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm –
məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu
konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik
çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir.
315
İlk kriptosistemlər artıq bizim eranın əvvəlində meydana çıxır. Məsələn,
məşhur Roma sərkərdəsi Yuli Sezar (e.ə. 100-44-cü illər) öz yazışmalarında indi
onun adını daşıyan şifrdən istifadə edirdi. Müasir ingilis əlifbasına tətbiqdə bu şifr
aşağıdakından ibarət idi. Adi əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin
sola üç hərf dövri sürüşmə ilə yazılırdı:
Simmetrik şifrləmənin əsas nöqsanı ondan ibarətdir ki, məxfi açar həm
göndərənə, həm də alana məlum olmalıdır. Bu bir tərəfdən məxfi açarların tam
məxfi kanalla göndərilməsi problemini yaradır. Digər tərəfdən alan tərəf şifrlənmiş
və deşifrlənmiş məlumatın varlığı əsasında bu məlumatı konkret göndərəndən
almasını sübut edə bilməz. Çünki belə məlumatı o özü də yarada bilər.
Asimmetrik kriptoqrafiyada iki açardan istifadə olunur. Onlardan biri - açıq
açar (sahibinin ünvanı ilə birlikdə nəşr oluna bilər) şifrləmə üçün istifadə olunur,
digəri - gizli açar (yalnız alana məlum) deşifrləmə üçün istifadə olunur. Rəqəmsal
imza alqoritmlərində gizli açar şifrləmə, açıq açar isə deşifrləmə üçün istifadə
edilir. Açıq açara görə uyğun gizli açarın tapılması çox böyük həcmdə
hesablamalar tələb edir, hesablama texnikasının hazırki inkişaf səviyyəsində bu
məsələ qeyri-mümkün hesab edilir.
Asimmetrik şifrləmə sisteminin istifadəsini illüstrasiya edir. Asimmetrik
şifrləmə alqoritmlərinə misal olaraq RSA, ElGamal, Şnorr və s. alqoritmlərini
göstərmək olar. Asimmetrik kriptoqrafiyanın əsas çatışmayan cəhəti sürətin aşağı
olmasıdır. Buna görə onlar simmetrik metodlarla birgə işlədilir. Məsələn, açarların
göndərilməsi məsələsini həll etmək üçün əvvəlcə məlumat təsadüfi açarla
simmetrik metodla şifrlənir, sonra həmin təsadüfi açarı alan tərəfin açıq asimmetrik
açarı ilə şifrləyirlər, bundan sonra məlumat və şifrlənmiş açar şəbəkə ilə ötürülür.
Asimmetrik metodlardan istifadə etdikdə, (istifadəçi, açıq açar) cütünün
həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün rəqəmsal sertifikatdan
istifadə edilir. Rəqəmsal sertifikat xüsusi sertifikasiya mərkəzləri tərəfindən verilir.
Rəqəmsal sertifikatda aşağıdakı verilənlər olur: sertifikatın seriya nömrəsi;
sertifikatın sahibinin adı; sertifikatın sahibinin açıq açarı; sertifikatın fəaliyyət
müddəti; elektron imza alqoritminin identifikatoru; sertifikasiya mərkəzinin adı və
316
s. Sertifikat onu verən sertifikasiya mərkəzinin rəqəmsal imzası ilə təsdiq edilir.
Bütövlüyə nəzarət üçün kriptoqrafik heş-funksiyalar istifadə edilir. Heş-funksiya
adətən müəyyən alqoritm şəklində realizə edilir, belə alqoritm ixtiyari uzunluqlu
məlumat üçün uzunluğu sabit heş-kod hesablamağa imkan verir. Praktikada 128 bit
və daha artıq uzunluqda heş-kod generasiya edən heş-funksiyalardan istifadə edilir.
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə
qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu
suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda,
kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter
şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər
üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi
rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı
jurnalın üz qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək
istəyirsə, sadəcə olaraq şefin kompüterinə jurnalın üz qabığını göndərir və danışıq
proqramı vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən
uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompüter
şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının üzlərini
kompüterdə görə və səslərini rahatca eşidə bilərlər.
Elektron imza
Elektron imza elektron formada olan verilənlər blokudur, digər verilənlərlə
(elektron sənəd, proqram faylları və s.) məntiqi əlaqəli olur və həmin verilənlərin
müəllifini birqiymətli identifikasiya etməyə imkan verir. Rəqəmsal imza elektron
imzanın növlərindən biridir, müəllifin identifikasiyasından savayı bir neçə əlavə
funksiyanı həyata keçirir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya
əsaslanır. Rəqəmsal imza konkret məlumata (mətnə, fayla və ya ixtiyari uzunluqlu
istənilən bitlər yığınına) əlavə olunan və aşağıdakı funksiyaları təmin etməyə
imkan verən sabit uzunluqlu informasiya blokudur:
məlumatın müəllifinin identifikasiyası və autentikasiyası;
məlumatın bütövlüyünə nəzarət;
317
məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət.
Məlumatın rəqəmsal imzası məlumatın özündən və imzalayanın gizli
açarından asılıdır. Rəqəmsal imza iki alqoritm ilə realizə edilir: rəqəmsal imzanın
yaradılması alqoritmi və rəqəmsal imzanın yoxlanılması alqoritmi. Rəqəmsal imza
alqoritmlərinə misal olaraq RSA, DSA, ECDSA, ElGamal, Şnorr, QOST R 34.10-
2001 və s. alqoritmlərini göstərmək olar. Rəqəmsal imzanın iş prinsipi. Açıq açarlı
kriptoqrafiya əsasında rəqəmsal imzanın iş prinsipinə baxaq. Tutaq ki, hər hansı A
istifadəçisi müəyyən məlumatı imzalamalıdır. Bunun üçün o, heş-funksiyanın
köməyi ilə bu məlumatın heş-kodunu hesablayır və onu özünün gizli açarı ilə
şifrləyir. Şifrlənmiş heş-kod məlumata əlavə edilir. Beləliklə, məlumatın rəqəmsal
imzası alınır.
Fiziki şəxsin əllə yazılmış imzasının analoqu olub, bağlı ERİ açarından
istifadə etməklə elektron verilənlərin kriptoqrafik dəyişmə nəticəsində simvollar
ardıcıllığı kimi təsvir edilir. Bağlı ERİ açarı açıq ERİ açar
istifadəçisinin informasiyanın tamlığını və dəyişməzliyini təyin etməyə şərait
yaradır.
Elektron imza dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron
imza anlayışı ümumi xarakter daşıyıb, insanların əl imzalarının rəqəmli
çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin rəqəmli
çeviricilərdən keçirilmiş və s. biometrik əlamətlərin elektron halda kimliklərinin
doğrulanmasını təmin edən vasitədir.
Gücləndirilmiş e-imzanın üstünlükləri:
gizlilik (confidentiality);
bütünlük (integrity);
tanınma (authentication);
Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation).
İnformasiya cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində elektron
imzadan istifadə olunması ilə əlaqədar fəaliyyətlər səlahiyyətli orqan vasitəsilə
hökumət tərəfindən tənzimlənir.
318
2003-cü ildə Avropa parlamentinin komissiyası Avropa Birliyində elektron
imzadan istifadə olunmasına dair vahid metodoloji və texnoloji yanaşma ilə
əlaqədar qərar dərc etmişdir. Həmin qərarda EESSI (Elektron imzanın
standartlaşdırılmasına dair Avropa təşəbbüsü) çərçivəsində CEN (Avropa
standartlaşdırma komitəsi) və ETSİ (Avropa telekommunikasiya standartları
institutu) tərəfindən işlənib hazırlanmış texniki standartların elektron imzanın
tətbiqində istifadə olunması təklif edilir
Standartlar:
CWA 14167-1 (mart 2003): elektron imza sertifikatlarının idarə
olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər – 1-ci Hissə:
Sistemin təhlükəsizliyinə dair tələblər;
CWA 14167-2 (mart 2002): elektron imza sertifikatlarının idarə
olunması üzrə etibarlı sistemlərin təhlükəsizliyinə dair tələblər – 2-ci Hissə:
elektron imzanın yaradılması üçün kriptoqrafik modul: imzanın təsdiqlənməsi ilə
məşğul olan qurumlar tərəfindən istifadə olunur – Müdafiə profili;
CWA 14169 (mart 2002): elektron imzanın yaradılması üçün
təhlükəsiz qurğular (kriptoqrafik açarların yaradılmasına, saxlanılmasına və
istifadəsinə dair tələblər daxil olmaqla).
Avropa ölkələrinin əksəriyyətində etibarlı (tam) şəhadətnamələrin
verilməsi ilə məşğul olan təsdiqləyici mərkəzlərə dair tələblər müəyyən olunur
(məhz bu sertifikatlardan istifadə olunması əllə qeyd edilmiş imzaların elektron
imzalarla eyni qüvvəyə malik olmasını və «Elektron imza və elektron sənəd
barədə» qanuna uyğun olmasını təmin edir).
Mərkəzlər elektron imzanın yaradılması üçün konkret bir ölkədə
yoxlanılmış və sertifikatlaşdırılmış proqram-texniki vasitələrdən istifadə edirlər.
top related