İnam, su və tezlik ilə müalicəbeylagan.cls.az/front/files/libraries/421/books/938018194.pdf ·...
Post on 25-Feb-2020
12 Views
Preview:
TRANSCRIPT
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
2
(Bölüm 1)
İnam - ən yaxşı dərmandır
Tarix boyunca insanlar ziyarətgahlardan, kitablardan,
tapınaqlardan, din adamlarından, üfürükçülərdən sağaldıcı bir
gücün olduğunu öyrəndilər. Bu qəribə gücün müəyyən şərtlər
altında çağrıla biləcəyinə və insanların çəkdiyi acıların
azalacağına, xəstəliklərin sağalacağına inanırdılar. Bütün
xalqların keçmişində bu inamı dəstəkləyən sübutlar vardır.
Dünyanın ilk zamanlarında xəstələri sağaltmaq gücündən, din
adamları və müqəddəs insanların istifadə edə bildiyinə
inanılırdı. Bu insanların ilahi güclərdən faydalandığı bilinirdi.
Xəstələri sağaltma vasitəsi və yöntəmləri bütün dünyada fərqli
idi. Ancaq yalvarmalar və qurbanlar çox yayqınlaşmışdı.
Müxtəlif törənlər hazırlanır, tilsimlərdən, üzüklərdən və
simvollardan istifadə edilirdi.
Misal üçün, qədim dövrlərdə din adamları xəstələrə dərmanlar
verir və onlar yatarkən hipnoz texnikalarından istifadə
edirdilər. Xəstəyə yuxuda Allahın onları ziyarət edəcəyi və
sağaldacağı söylənilirdi. Nəticədə xəstələrin sağaldığı
bilinirdi.
Qədim zamanlarda insanlar altşüurun gücünü sərbəst
buraxmaq və ondan istifadə etmək üçün bir çox vasitələrdən
istifadə edirdilər. Bu vasitələrin işə yaradığını bilirdilər amma
səbəbini və necə olduğunu bilmirdilər.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
3
Bu gün onların altşüura təlqin etdiklərini görə bilirik.
Rituallar, dərmanlar və simvollar insanların xəyal gücünə təsir
edirdi. Müalicə edən insanın israrlı təlqinləri nəticəsində
bunlar xəstənin altşüuru tərəfindən qəbul edilirdi. Sağalma işi
xəstənin və müalicə edənin altşüuru tərəfindən həyata
keçirilirdi.
Bütün dövrlərdə “üfürükçülər” tibbin çıxılmaz vəziyyətdə
qaldığı və xəstənin ümüdünü itirdiyi anda gözəl nəticələr əldə
etmişdir. Bu insanı düşünməyə vadar edir. Dünyanın hər
yerində bu üfrükçülər müalicəni nə cür həyata keçirirdilər?
Cavab budur: Xəstənin onlara olan inamı və sağaldıcı gücü
sərbəst buraxmasıdır.
Hər qitədə, hər ölkədə müalicələrin gerçəkləşdiyi şəfalı yerlər
var. Bəziləri dünyada məhşurdur, bəzilərini isə yaxınlarında
yaşayanlar bilir. Məhşur olsun, olmasın hər ziyarətgahda
sağalmalar eyni səbəblərlə, altşüurun gücləri sayəsində
gerçəkləşir.
Ölkəmizdə də həmçinin bir çox ziyarətgah fəaliyyət göstərir.
Bunlardan biri Naxçıvandakı Ashabi Kəyf’dir. Mən Özüm də
əslən Naxçıvanlı olduğum üçün bu ziyarətgahda dəfələrlə
olmuşam. Bura gələn ziyarətçilər adətən özləri ilə gətirdikləri
qurbanları kəsərlər. Hər gün bu müqəddəs yerdə onlarla
qurban kəsilir. Hətta qurban kəsimi üçün xüsusi yerlər təşkil
olunmuşdur. Oradakı insanların üzlərinə baxdıqda böyük bir
inamla dua etdiklərini görürsən. Bunların əksəriyyətinin
duaları qəbul olunmuş insanlardır. Muxtar Respublikada adət
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
4
halına gəlmiş bu ənənə kiminsə oğlunun əsgərlikdən sağ-
salamat dönməsi, kiminsə xəstəsinin şəfa tapması, kiminsə
övladının ali məktəbə qəbul olunması və s. Diləklər ilə həyata
keçrilir. Yalvarmalar və qurbanlar hər dövrdə olmuşdur. İndi
isə çox yayqındır. Hər il həcc ziyarətdində minlərlə qurban
kəsilir. Mən inam ilə dəstəklənən arzunun gücünə inanıram.
Bunu sınaqdan keçirmiş hər kəs, məni dəstəkləyə bilər.
Ölkəmizdəki şəfalı yerlərdən biri də Mirmöhsün ağa
ziyarətgahıdır. Yay aylarında Bilgəh çimərliyinə gedərkən yol
kənarında yerləşən bu ziyarətgahın insanlar tərəfindən dolub-
daşdığının dəfələrlə şahidi olmuşam. İlk dəfə bu ziyarətgah
haqqında illər öncə bir qohumumdan eşitmişdim. Şəfa tapmaq
üçün gedəcəkləri belə bir yerdən bəhs etmiş və məni də
müxtəlif əhvalatlar ilə inandıraraq özləri ilə aparmışlardı.
Doğrudur, heç bir xəstəliyim olmadığı üçün hər hansı bir dua
etmədim, sadəcə mənə maraqlı gəlirdi. Onların tanıdıqları bir
çox insan şəfa tapmışdı və özləri də bunu sınamışdı.
O zaman bu şəfa verici gücün səbəbini anlaya bilməsəm də,
bü gün apardığım araşdırmalar nəticəsində altşüurun
görünməyən güclərini kəşf etdim. Bir düşüncəyə inandığınız
zaman bu altşüur tərəfindən qəbul edilir. Bu cür düşüncələr
kainatın ekranında görünür və böyük bir güc qazanır.
Hər ölkədə ziyarətgahlar var. Dünyanın ən məhşur şəfalı
yerlərindən biri də Fransada Lourdes’dədir. Bu ziyarətgahın
arxivi sağalması möcüzə olaraq görülən xəstələrin
dosyalarıyla doludur. Bunlardan biri Martina Kartnerdir. O
kordu, görmə sinirləri çalışmaz hala gəlmişdi. Lourdesi
ziyarət etdikdən sonra yenidən görməyə başladı. Onu müayinə
edən doktorlar görmə sinirlərinin hələ çalışmadığını
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
5
desələrdə, o görürüdü. Bir ay sonra yenidən edilən
müayinədən sonra görmə mexanizmasının müalicə alıb
normala döndüyü aşkarlandı.
Məncə Martina Kartneri sağaldan şey tapınağın sularını
içdikdən sonra sağalacağına inanması idi. Bütün xəstəliklər
zehində başlayar və orada da sona çatar. Altşüurun sağaltma
prinsipi onun düşüncəsinə qarşılıq vermişdi. İnam, altşüurun
qəbul etdiyi düşüncədir. Qəbul edilən düşüncə avtomatik
olaraq həyata keçməyə başlayar. Şübhəsiz ki, Martina bu yerə
inamla getmişdi. Ürəyində sağalacağını hiss edirdi. Altşüur
buna qarşılıq verdi və sağaldıcı güclərini ortaya çıxardı. Nəyə
inanırsanız, o olur.
Bütün dünyada məhşur olan tapınaqlardan biri də
yaponiyadakı Diabitsu tapınağıdır. Bu tapınaqda əllərini
birləşdirərək, dərin düşüncəyə dalmış kimi başını aşağı dikən
Budda heykəlini minlərlə insan ziyarət edir. Onlardan bir
hissəsi heykələ şəfa tapmaq üçün, digər bir hissəsi isə tapdığı
şəfa üçün dua edir.
Bütün xəstəliklərin mənbəyi və nəticəsi zehindir. Zehin
kirliliyi olmasa xəstəlikllər ortaya çıxmaz. Tək bir sağaltma
vasitəsi vardır, o da inamdır. İstər oyaq olun istərsə də
yuxuda, altşüurunuz dincəlmədən vücudunuzun bütün
funksiyalarına nəzarət edər. Ağciyərləriniz icəri və bayıra
hava nasoslayar. Vücudunuzun fəaliyyətinin artıq məhsulu
olan karbondioksit çölə atılır və yerinə həyat üçün mühim
olan oksigen alınır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
6
Üzgünlük, narahatlıq, qorxu və stress ürəyin, ciyərlərin və
bağırsaqların normal funksiyalarına təsir edir. Tibb elmi
xəstəliklərin əsl səbəbinin stress olduğunun ciddiyyətinə yeni-
yeni yanaşmağa başlayır. Özünüzü fiziksəl və zehinsəl olaraq
narahat hiss etdiyinizdə, edə biləcəyiniz ən yaxşı şey özünüzü
sərbəst buraxmaq, gəvşəmək və düşüncə təkərlərini
yavaşladaraq durdurmaqdır.
Suyun içində axdığı borunun şəklini aldığı kimi, həyat
qaydaları da içinizdə axan düşüncələrin təbiətinə görə axar.
Altşüurunuzdakı şəfa verici varlığın içinizdə sağlamlıq, hüzur,
zevq və bolluq olaraq axdığını bilin. İçinizdə size
canlandıraraq, zənginləşdirərək və sizə ilham verərək axdığına
inanın. Bu şəkildə qarşılıq verəcəkdir. Nəyə inanırsanız, onu
yaşarsınız.
Sağlıq fikirini altşüura çatdırmanın bir başqa yolu, intizamlı
xəyal qurmadır. Fəlc keçirən bir insan xəyalında yeridiyini və
sağaldıqdan sonra edəcəyi hər şeyi canlandırırsa, bu inam
altşüur tərəfindən qəbul edilər, proqramlanaraq həyata
keçməyə başlayar. Bir aktyorun hər hansı bir filmdəki səhnəni
canlandırarkən, təkrar və təkrar məşq edərək özünü bu
səhnədəki hadisədə həqiqətən iştirak etdiyinə inandırdığı
kimi, sizin də rolunuzun inandırıcı olması üçün sayısız
təkrarlarla bu sujeti altşüurunuza qəbul etdirməlisiniz.
Unutmayın: təkrar biliyin anasaıdır. Məktəb vaxtı bir şeiri
əzbərləmək üçün onu neçə dəfə təkrarladığınızı xatırlayın.
Təkrar zamanı bir düşüncənin altşüur tərəfindən qəbul
olunması tələb olunur. Altşüur bu əmri dəvamlı yaddaşa həkk
edir və icra edir. Bu zaman zehin sinir rabitəsini təkrar bərpa
edərək fəlcliyi aradan qaldıra bilər. İnandığınız müddətcə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
7
istədiyiniz hər şeyi əldə edə bilərsiniz. Necə ki, hz. İsa
peyğəmbər buyurur: İstəyin və sizə veriləcəkdir.
Xəyal gücü və inamın gücü tərif edilə bilməz. Bunun ən yaxşı
misallarından biri oxuduğum bir əhvalatdır. Bir nəfərin atası
tüberkloz xəstəliyindən əziyyət çəkirmiş. Ağciyərləri möhkəm
xəstəymiş. Oğlu atasının öz-özünü yaxşılaşdırmasına kömək
etmək qərarına gəldi. O, atasının yanına gedib bir keşişlə
tanışdığını dedi. Həmin keşiş avropanın ən məhşur şəfalı
tapınaqlarından birində uzun müddət qaldıqdan sonar geri
dönmüşdü. Oradan gətirdiyi qədim bir üzük, ona toxunan
minlərlə xəstənin sağalmasına kömək etmişdi.
Oğlan keşişə atasının xəstəliyindən bəhs etmiş və üzüyü ona
borc verməsi üçün yalvarmışdı. Əgər üzüyü verərsə ona 500
dollar odəyəcəyinə söz vermişdi. Keşişdə razılaşmışdı. Oğlan
cibindən çıxardığı həmin o üzüyü atasına göstərdi. Atası
üzüyü görər-görməz tez onu oğlunun əlindən aldı. Sinəsinə
basaraq, səssizcə dua etdi və yuxuya getdi. Səhər yuxudan
oyanarkən sağalmışdı.
Bu cür sağalmalar hər hər dövrdə olmuşdur. Bu hekayənin ən
maraqlı tərəfi, oğlanın anlatdıqlarının tamamilə uydurma
olması idi. Haradansa tapdığı köhnə bir üzüyü atasına
götürmüş və keşiş hekayəsini uydurmuşdu. Atasını sağaldan
şey, o üzük deyildi. Onu yoğunlaşan xəyal gücü və
sağalacağına aid qəti düşüncəsi sağaltdı. Atası özünə oynanan
bu oyunu heç öyrənmədi. Öyrənsəydi xəstəliyi təkrarlana
bilərdi. İnamın torpağa əkilən bir toxuma bənzədiyini və ona
qulluq edilərsə böyüyəcəyini bilin. Fikri (toxumu) zehninizə
əkin, onu ümüd ilə sulayın və kübrələyin. Bu şəkildə nəticə
alacaqsınız.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
8
Altdüşüncəniz həyat kitabınızdır. Bu kitaba hansı düşüncələri,
inamları yazsanız, onları da yaşayarsınız. İçəridə nə
yazarsanız, bayırda onu yaşarsınız. İnsan bütün gün nə
düşünürsə odur. Başqa sözlə, altşüurunuza nə çatdırırsınız,
Kainatın ekranında da o ifadə edilir. Eyni həqiqət Moses,
Isaiah, Buda, Zoroas icr, Laotze və başqa kahinlər tərəfindən
də bildirilmişdir.
Neqativ, yıxıcı və pis düşünsəniz, bu düşüncələr ifadə
edilməsi və bir çıxış yolu tapması gərəkən yıxıcı duyğular
meydana çıxardır. Neqativ təbiətə sahib bu duyğular tez-tez
qəlb problemləri ilə ifadə edilir.
Mənimsədiyiniz neqativ fikirlərlə özünüzü incidirsiniz.
Qəzəb, qorxu, qısqançlıq və kin duyaraq özünüzü neçə dəfə
yaraladınız? Bunlar altşüurunuza girən zəhərlərdir.
Altşüurunuza həyat dolu düşüncələr yerləşdirin və orada olan
bütün mənfi fikirləri silin. Siz bunu etməyə dəvam etdikcə,
keçmiş silinəcək və artıq xatırlanmayacaqdır.
Qəzet və televizorda xəbərləri açın. Hər gün qorxu, narahatlıq,
sıxılma toxumları əkən sayısız hekayə eşidərsiniz. Əgər
bunları qəbul edər və mənimsərsəniz, bu qorxu, xəstəlik
düşüncələri həyat sevincinizi itirmənizə səbəb olar. Ancaq
bunları qəbul etmək məcburiyyətində deyilsiniz, önünüzdə
seçimlər var. Kanalı dəyişdirin, saytdan çıxın, insanların
neqativ təlqinlərinə diqqət edin.
Hamımız bunların acısını çəkmişik. Keçmişə dönüb
baxdığımızda hər kəsin altşüurumuza təlqin kampaniyasında
nə cür iştirak etdiyini xatırlaya bilərik. Sizə söylənən şeylər
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
9
üzərində düşünə bilər və bunların altında yatan mənanı
dəyərləndirə bilrəsiniz. Məqsəd qorxu təlqin edərək size idarə
etməkdən ibarətdir. Bu cür təlqinlərə evdə, iş yerində və hər
yerdə rastlamaq mümkündür. İnsanların çoxu sizin onların
istədiyi kimi düşünməyiniz, hiss etməyiniz və davranmanız
üçün təlqinlər edirlər. Özləri bunu bilərək və ya bilməyərək
etsələrdə, öz mənfəətləri üçün edərlər. Sizin üçün zərərli
olduğunu düşünməzlər.
Təlqin gücü
Düşüncəni təlqin etmək mümkündür. Təlqin gücü ilə
insanlarda sevgi, nifrət, inam, qorxu yaratmaq olar.
Doğulduğumuz gündən bəri təlqin bonbardumanına tutuluruq.
Bunlara nə cür qarşı gələcəyimizi bilmədiyimiz üçün qəbul
edir və təcrübələrimizə çeviririk. Fərqli insanlar eyni təlqinə
fərqli reaksiya verirlər. Bunun səbəbi insanların altşüurunda
müxtəlif inamların olmasıdır.
Təlqin vasitəsilə birinin beyninə bir düşüncə soxmaq olar. O
insanın altşüuru bu düşncəni qəbul etmək və ya rədd etmək
gücünə sahibdir. Hər kəsin içində özünə məxsus qorxuları,
inamları və fikirləri vardır. Bu daxili ünsürlər həyatımızı idarə
edir. Heç bir təlqinin tək başına bir gücü yoxdur. O öz gücünü
sizin onu qəbul etməyinizdən alır. Bu nöqtədə altşüur
gücləriniz təlqinin təbiətinə görə hərəkət edər.
Altşüurunuza sadəcə sizə hər tərəfdən xeyir verəcək,
sağaldacaq, qoruyacaq təlqinlər göndərməyə diqqət
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
10
etməlisiniz. Unutmayın: Altşüurunuz zarafatları anlamaz,
sadəcə sözünüzə qulaq asar.
Xəstələr təlqin yolu ilə hipnoz yuxusuna keçə bilərlər. Onlar
hipnoz trans halındaykən, təccübləndirici nəticələr əldə etmək
olar. Əsas odur ki, təbiətin güclərindən istifadə edə biləsən.
Zehin və bədən yuxu zamanı təsirlərə açıq vəziyyətə gəlir.
Bir dəfə bir adam soruşmuşdu:
“Necə ola bilər ki, bir din adamı məni sağaltsın? Mənə
xəstəlik deyə bir şeyin olmadığını söylədiyində, tək bir
kəlməsinə də inanmamışdım. Mənim ağlıma təhqir etdiyini
düşünmüşdüm. Amma sonunda sağaldım. Bu necə oldu?”
Bu adama söylədiyim kimi, açıqlama çox sadədir!
Sakinləşdrici sözlərlə təskin edilmiş xəstəyəvə, tam olaraq
passiv bir vəziyyətə keçməsi, o an heç danışmaması və heç bir
şey düşünməməsi söylənmişdi. Din adamı yarım saat yavaşca,
hüzur içində və heç ara vermədən xəstəyə mükəmməl bir
sağlamlığa, hüzura, uyuma və yaxşılığa qovuşacağını
təkrarlamışdı. Yarım saat sonar xəstə gözəl bir rahatlama hiss
etmiş və sağlamlığına qovuşmuşdu. Burada xəstənin müalicə
sırasındakı passivliyi nəticəsində altşüuru ilə bağlantı
qurulmuş və sağlamlığa aid təlqinlər edilmişdir. İki zehin o
anda uyum içində idi.
Əgər xəstə müalicə edənin sözlərinə qarşı şübhələrinin üzə
çıxmasına izin versəydi, din adamının təlkinləri ciddi şəkildə
əngəllənəcək ya da bəlki tamamilə təsirsiz olacaqdı. Ancaq
yuxu halında, şüurunun müqaviməti minimum dərəcəyə
endrilmişdi. Xəstənin altşüuru, din adamının təlqinlərinə
açıqdı. Uyum içində olduğu üçün sağalmışdı.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
11
Yaddaşın güclənməsinə yönəlik təlqin
“Bu gündən etibarən yaddaşım inkişaf edir. Hər an, hər yerdə
bilməm gərəkən hər şeyi xatırlayacam. Hər şeyi asanlıqla
ağlımda tutacam. Çox yaxında yaddaşım əvvəlkindən daha
yaxşı olacaq.”
İnam qanunu
Dünyanın bütün dinlərində fərqli inam növləri vardır. Həyatın
qanunu-inamdır. Özünüz, həyat və kainat haqqında nəyə
inanırsanız, başınıza o gələr. Müqəddəs kitablar inamdan söz
edərkən, bir ritual, törən ya da formuldakı inamdan deyil,
inamın özündən bəhs edərlər.
Zehin elimi mütəxəssisləri ya da din adamları zehinlərinin
onların istəklərinə qarşılıq verəcəyini bilirlər. Bir otağa girib
qapını bağlayar, zehinlərini sakitləşdirər, rahatlarlar. Özlərini
sərbəst buraxaraq, içlərindəki sağaldıcı varlığı düşünürlər.
Zehinlərinin qapısını xarici təsirlərə və görüntülərə
bağlayırlar. İstək və arzularını səssizcə altşüura çatdırırlar.
Həyatın qanunu –böyümə qanunudur. Bütün təbiət səssizcə
özünü böyüməylə ifadə edərək, bu qanuna şahidlik edir.
İnkişafın olduğu yerdə həyat, həyatın olduğu yerdə isə
sağlamlıq olmalıdır. Siz həqiqəti öyrəndikdən sonra, doğru
sizi sərbəst buraxacaqdır.
Möcüzələr istəməyi bildiyinzdə həyata keçir. İstəmək – zehinin şüur və şüuraltı hissələrinin uyqun
çalışmasıdır. Təcili vəziyyətdə, təhlükə, sıxıntı, xəstəlik,
qapının zilini çaldığında dualar ürəyimizdən və dodaqlarımızdan tökülməyə başlayır. Dualar əlbəttə sıxıntı
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
12
anlarında imdadımıza çatır. Ancaq görünməz güc olan duaları həyatımızın faydalı bir ünsürü halına gətirmək üçün niyə
sıxıntılı anları gözlüyürük? Arzularımız ürəkdən istədiyimiz
müddətcə qarşılıq verir. Sıxıntıları olan insanlar məntiqli
düşünməkdə və davranmaqda çətinlik çəkirlər. Dərdləri onları boğur; anlama bacarıqlarını əngəlliyir.
Bir insanın istəyinə qovuşmasına kömək edən tək şey inamdır. Şüuraltı və zehindəki şəkil düşüncəyə qarşılıq verdiyi zaman
arzu gerçəkləşir. Bu bütün dünyadakı dinlərin və ritualların
gizli sirri olan - inam qanunudur. Onların psixologiya həqiqətinin arxasında yatan gizli səbəbidir. Buddistlər,
Yəhudilər, Xristianlar və Müsəlmanlar inamları arasındakı
böyük fərqə nisbətən, dualarının qarşılığını alırlar. Bunun
səbəbi inam və şüuraltının gücüdür. Din, ritual, törən, qurban ya da bağışlamalarla əlaqəsi yoxdur.
Bu inam zehinsəl qəbul ilə əlaqədardır. İnsan düşündükcə,
hiss etdikcə və inandıqca zehinin və bədənin şərtləri ona görə müəyyənləşir.
Arzuların gerçəkləşməsi üçün zehinin necə çalışdığını bilmək
lazımdır. Zehinin iki cür işləmə mexanizması var: Şüur və şüuraltı. Şüur əmr verir, şüuraltı isə yerinə yetirir. Zehinin
prinsiplərini anlamaq üçün onun bir bağ, sizin isə bir bağban
olduğunuzu düşünün. Bütün gün boyu şüuraltınıza düşüncə toxumları əkir və onlara qulluq edirsiniz. Uğur və
uğursuzluqlarınız əldə etdiyiniz məhsulun keyfiyyətidir.
Hüzur, xöşbəxtlik, uğur, sağlamlıq əkməkmi istəyərsiniz
yoxsa xəstəlik, qorxu, uğursuzluq, şübhəmi əkərsiniz?
Ətrafınıza baxın! Harada yaşayırsınız yaşayın insanların
çoxunun ümumi dünyada yaşadığını görürsünüz. Düşüncələri
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
13
aydınlanmış insanlar isə daha çox daxili dünyaları ilə
məşğuldular. Onlar daxili dünyanın ətraf dünyanı yaratdığını
dərk etmiş aydınlanmışlardır. Düşüncələriniz, duyğularınız,
xəyallarınız təcrübələrinizin nizamlayıcı vasitələridir. Tək
yaradıcı güc daxili dünyadır. Ümumi dünyada qarşılaşdığınız
hər şey sizin tərəfinizdən, zehninizin daxili dünyasında bilərək
və ya bilməyərək yaradılmışdır.
Şüur və şüuraltı həqiqətini öyrəndikdən sonra bütün həyatınızı
dəyişdirə bilərsiniz. Həyatın şərtlərini dəyişdirmək
istiyirsinizsə səbəbini dəyişdirməlisiniz.
Çox insan vəziyyət və şərtləri, bu vəziyyət və şərtlər üzərində
dəyişməyə çalışır. Bu isə böyük bir zamn və əmək itkisidir.
Şərtlərin hansısa bir səbəbdən yarandığını görməzlər.
Kasıblıqdan və xəstəlikdən xilas olmaq istiyirsinizsə onun
səbəbini aradan qaldırmalısınız. Səbəb isə şüuraltınıza təlqin
etdiyiniz inam və düşüncələrdir. Şüuraltınızın sonsuz zəkası
ağlı, həyat gücünü və enerjinin axdığı sağlamlığı meydana
gətrir. Zehin qanunlarını istifadə etməyi öyrəndikdən sonra
həyatınızda xəstəlik əvəzinə sağlamlıq, yoxsulluq əvəzinə
bolluq, daxili çəkişmələr yerinə hüzur, qorxu yerinə inam və
güvən olacaq. Bundan böyük bir nemət ola bilər mi?
Şüuraltı tamamilə tərəfsizdir; bir vərdişi, dünyanın yaxşı ya da
pis olduğunu vecinə almaz. Bu səbəblə, şüuraltına düşən
mənfi düşüncələr gündəlik həyatımızda və
münasibətlərimizdə ifadə olunur. Başımıza gələn hər şeydə
bizim rolumuz var. Dünyanı və səhhətinizi dəyişdirmək
istiyirsinizsə zehininizi dəyişdirməlisiniz; daxildən xaricə
tərəf...
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
14
Ən böyük sirr, altşüurunuzda olan və möcüzələr yaradan
gücdür. Bura insanların ən son baxacaqları yerdir. Bu
səbəbdən çox insan bu sirri kəşf edə bilmir. Şüuraltınızın gizli
gücüylə əlaqə qurmağı və ortaya çıxarmağı öyrəndiyinizdə,
həyatınıza daha çox güc, zənginlik, sağlamlıq, xöşbəxtlik və
həzz qatacaqsınız.
Şüuraltının işləmə qaydası kimya, fizika və riyaziyyat
qaydalarından fərqli deyildir. Kimyəvi və fiziki güclərdən
istifadə etmək istiyirsinizsə bu sahələrdəki qaydaları
öyrənməlisiniz. Şüuraltınızın gücündən istifadə etmək
istiyirsinizsə, onun da qaydalarını öyrənməlisiniz.
Kimyadan öyrəndiyim ilk şeylərdən biri iki hidrogen və bir
oksigen atomu birləşdiyində su əldə edildiyi idi. Bir oksigen
atomu ilə bir karbon atomunu
Birləşdirdiyində isə zəhərli qaz olan karbon monoksit
meydana çıxır. Amma buna bir oksigen atomu daha əlavə
edildikdə əldə edilən karbon dioksit heyvanlar üçün zərərsiz,
bitkilrə üçün isə çox əhəmiyyətli bir qaz yaranır. Bunlar
qaydalardır.
Ümumi bir qaydanı nəzərə alaq. Su öz səviyyəsini özü
müəyyənləşdirir. Bu qayda dəyişməz. Qədim Misirlilər bu
qaydanı bilirdilər. Nəhəng pramidaların təməlini qüsursuz bir
şəkildə qoymaq üçün bu qaydadan faydalanırdılar.
Başqa bir qaydaya baxaq. Qızan maddə genişlənir. Bu
qaydalar dəyişməz. Altşüurun çıxardığı hər nəticə kainatın
ekranında şərt, təcrübə ya da hadisə olaraq ifadə edilir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
15
Təbiətlə əməkdaşlıq edərək insanlığa fayda verəcək sayısız
kəşflər edə bilərsiniz.
Yaşadığınız təcrübələr, hadisələr, içində olduğunuz şərtlər
düşüncələrinizə misal olaraq altşüurunuz tərəfindən yaradılır.
İnandığınız şey doğru və ya səhv də olsa nəticə əldə
edərsiniz.
Sağlam və uğurlu insanlar altşüurun qaydalarını çox yaxşı
bilirlər. Onların məqsədlərinə çatmağı təmin edən güc elə
budur. Şüurunuz altşüurun güclərindən faydalanmağınızı
əngəlləyir. Bu gücləri sərbəst buraxmaq üçün qorxu, şübhə,
narahatlıq, qısqanclıq və inamsızlıq hisslərini bəsləməkdən
imtina edin. Vücudunuz bir gəmi, şüurunuz isə bir gəmi
kapitanıdır. Orqanlarınız isə gəmi heyyətidir. Kapitan nə əmir
verərsə onun heyyəti bunu icra etmək məcburiyyətindədir.
Elə isə kapitan nə etdiyini yaxşı bilməlidir.
Mənfi bir ifadəni əsla dilinizə gətirməyin. Tez tərsinə çevirin.
Bu şəkildə həyatınızda möcüzələrin gerçəkləşdiyinin şahidi
olacaqsınız. Arzuladığınız şeylərin qarşılığını almaq üçün
daxili aləminizə diqqət edin. Bütün dövrlərin böyük
adamlarının ən böyük sirri, altşüurun gücləri ilə təmas qurmaq
və bunları ortaya çıxara bilmələri idi. Yatmaqdan qabaq
altşüurunuza “ saat beşdə yuxudan oyanmaq istiyirəm”
desəniz, sizi tam o saatda oyandıracaqdır.
Altşüurunuz bədəninizin inşaatçısıdır və sizi hər xəstəlikdən
sağalda bilər. Hər gecə sağlam olduğunuza inanaraq yatın;
sadiq xidmətkarınız sizə xidmət edəcəkdir. Həyatın qanunu –
inam qanunudur, inam zehininizdəki düşüncədir. Sizə zərər
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
16
verəcək ya da sizi incidəcək şeyləri düşünməyin.
Altşüurunuzun size sağaltma, gücləndirmə, zənginləşdirmə
güclərinə inanın.
Beyniniz sizi əsr alıb. Ya beyninizin içindəki zindanda
yaşayarsınız ya da neqativ düşüncələrinizdən xilas olub
həyatın dadını çıxararsınız. Düşüncələrinizi dəyişdirsəniz,
talehiniz dəyişər. Unutmayın: seçmə haqqınız var. Sevgini
seçin! Sağlamlığı seçin! Uğuru seçin!
Şüurun düşündüyü görünməyən fikiri, altşüur görünən fiziki
qarşılığına çevirir. Şüurdakı inanılan düşüncə yaradılmaq
üçün altşüura keçər. Altşüur bir fikri qəbul etdiyində bunu
uyqulamağa başlayar. Yaxşı və pis fikirlər üçün eyni çalışır.
Yaxşı şeylər düşünsəniz yaxşı şeylər, pis şeylər düşünsəniz
pis şeylər olar.
Altşüurunuz duyğularınızın olduğu həm yaradıcı həm də
yıxıcı yerdır. O yaddaş deposudur. Doğru bir şəkildə
düşünməyə başladığınızda zehinsəl hüzur və sağlam bir
bədənə sahib olarsınız. Etməniz gərəkən tək şey, altşüurunuza
arzuladığınız düşüncəni qəbul etdirməkdir. Bundan sonra
Altşüur qanunu arzuladığınız sağlamlıq, hüzur və zənginliyi
ortaya çıxaracaqdır.
Şüurunuz seçim edər və qərarlarını altşüura bildirər. Altşüur
isə qərarın düz və səhv olmasına baxmaz, onun vəzifəsi
əmirləri yerinə gətirməkdir. O yaxşı ya da pis bütün toxuları
qəbul edən bir torpaq yatağı kimidir. Bir düşüncəyə inandıqda
və ya onu tez-tez təkrar etdikdə altşüur bunu qəbul edər.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
17
Şüur- əmr edən, altşüur isə əmri yerinə gətirən mexanizmdir.
Şüur və şüuraltı beynin iki fərqli hissəsi deyil. Onlar bir
zehindəki iki fərqli fəaliyyət sahəsidir.
Şüur 5 duyğu vasitəsindən istifadə edərək məlumat toplayır və
bunu keçici yaddaşda dəyərləndirərək dəvamlı yaddaşa,
altşüura transfer edir. Altşüur özünü ən çox şüur yuxudaykən
göstərir. O görmə orqanından istifadə etmədən də görə bilir.
Teleportasiya və telepatiya bacarıqları var. Hər an hər yerdə
ola bilir və başqalarının düşüncələri ilə əlaqədə ola bilir.
Bədəninizdən ayrıla bilir, başqa məkanlarda olub, lazım olan
məlumatlarla geri dönə bilir. Başqalarının düşüncələrini
oxuya bilir.
Xəstəni dərmandan çox həkimin sözləri sağaldır.
Əgər fikir vermişsinizsə daima xəstəliklərdən və ağrılardan şikayət
edən xəstə bir insan, həkm müayinəsindən sonra özünü daha yaxşı hiss edir. Çünki gözləntiləri ya özünü doğruldur ya da həkim
tərəfindən rədd edilir. O ana qədər xəstə hər hansı bir ağrı
səbəbindən özündə hansısa bir xəstəliyin olduğundan şübhə etmişdi.
Baxmayaraq ki, ağrı sadəcə bir siqnaldır. Orqanizmdə nəyinsə
yolunda getmədiyini və verilən siqnalın diqqətə alınmaması
nəticəsində fəsadlar baş verəcəyinə yönəlik bir xəbərdarlıq. İnsan öz
orqanizmi ilə yaxşı tanış olsa, hər ağrı üçün həkimə müraciət etməz
və siqnalın verdiyi xəbərdarlığın səbəbini özü müəyyən edə bilər. Yeni aldığımız bir telefon və ya elektron bir cihazın işləmə
prinsipini böyük bir həvəslə tez bir zamanda öyrənirik. Amma
öz vücudumuzun işləmə mexanizmasını öyrənmək bizə maraqlı gəlmir. Sanki vücudumuz özü-özü ilə məşğul olmalı,
düşüncələrimiz isə öz işində olmalıdır. Bütün faciələrin əsl
səbəbidə məhz budur; düşüncələrin nəzarətsiz qalması.
Düşüncələr görünməyən güclərdir. Ya onlar səni idarə edər,
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
18
ya da sən onları. Hər hansı bir məqsədi olmayan bir beyin istədiyi düşüncələri yaradar və ya ətraf mühitdə yayılan
düşüncə dalğalarına qoşular. Bu zaman bizim sağlam və
uğurlu bir həyat arzu etməmiz mənasızdır. Bütün sirlər
düşüncələrin idarə edilməsi və beynin islah olunması ilə açılar.
Müayinə zamanı həkim sizə ciddi bir şeyiniz olmadığını dediyi zaman, özünüzdə rahatlıq hiss edir və sağlam
olduğunuza inanırsınız. Halbuki o ana qədər şübhə və
qorxunun yan təsirləri altında vücudunuzun tezliyi zəyifləyir, xəstəliklərin təsiri altına girirdi. İndi isə həkim sizi inandırdı,
xəstəxananı gümrah və sağlam bir yeriyiş ilə tərk etdiniz.
Əgər həkim sizə hər hansı bir ciddi xəstəliyin diaqnozunu
qoysaydı, bu zaman xəstəxanadan rəngi solmuş və xəstə addımlarla çıxardınız. Gördüyünüz kimi, inam beynin baş
kimyagəridir. İnamla dəstəklənən sağalma arzusu böyük bir
gücdür. Sizi sağlamlığa və uğura aparan bir güc.
Xəstənin düşüncəsində baş verənlər onun sağalması üçün
lazım olan açardır. Xəstəliyin gedişini əks istiqamətdə dəyişmək olar. Düşüncə gücündən istifadə etməklə insan
sağlamlığını geri çevirmək mümkündür. Bütün xəstəliklərin
təməl dəyişikləri və insanın özünü necə müalicə etməsi
haqqında danışmaq olar.
Bir araşdırmacı yazar olaraq 21 ildən bəri apardığım
təqdqiqatlar nəticəsində yüzlərlə mövzu aydınlanmışdır. Dünyanın müxtəlif ölkələrində; Moskva, Antalya, Yalta,
Könsberq kimi şəhərlərdə seminarlarımda iştirak edən
yüzlərlə insan inanılmaz nəticələr əldə etdi. Dinləyicilərim
arasında müxtəlif sahələrdə uğurlar qazanan oldu. İş adamları, idmançılar, incəsən xadimləri və s. Məni ən çox məmnun
edən təcrübə onlarla insanın mənim üsulum ilə müxtəlif
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
19
xəstəliklərdən sağalması oldu. İcazə verin sizə Ayhan Dəmiri təqdim edim. O sizə öz əhvalatını danışacaq:
" 35 yaşımda xəstəxanya yerləşdrildim və həkimlər mənə
müalicəsi mümkün olmaya ağır bir xəstəlik diaqnozu qoydular. Mən çox ümidsiz idim. Bir il daha yaşaya
biləcəyimi demişdilər. Bir neçə həftəni qəm-qüssə ilə
keçirdikdən sonra özüm özümü müalicə etmək qərarına gəldim.
Mən gündə iki dəfə 20 dəqiqəlik dua etməklə məşqul oldum. Xəyalımda vücudumu və xəstəliyimi canlandırdım. Hər
duada bu xəstəliyin azaldığını və sağaldığımı təsəvvür etdim.
Bütün bunlar sadəcə mənim düşüncəmdə baş verirdi. İstədiyim şeyi xəyal edə bilərdim. Mən xəstəliyimin immun
sistemim köməyi ilə necə sağaldığını xəyal edirdim. Və hər
dəfə vanna otağına gedərkən suyun altında “Bütün xəstəlilklərim və mənfi düşüncələrimdən təmizlənirəm” –
deyirdim. Daxilimdən bir səs bunların boş şeylər olduğunu və
sağalmayacağımı deyirdi. Mən isə yavaş-yavaş sağaldığımı düşünməyə dəvam edirdim. Özüm də buna inanana qədər hər
duamda: “ Hər gün özümü daha yaxşı hiss edirəm” deyirdim.
Bundan əlavə sağalma duyğularımı başqa yolla da möhkəmləndirməyə qərar verdim. Vücudumda nə zaman
ağrılar başlasa bunun səbəbinin xəstəliyin güclənməsi ilə
deyil, sağalmağın bir siqnalı olaraq qəbul edirdim. Ağrını xəstəliyə təsir edən və mənim vəziyyətimi yaxşılaşdıran bir
enerji olduğunu düşünürdüm.
Dəvamlı, hər gün vəziyyətimi yaxşılaşdırmaq üçün mən özümə hər mümkün üsulu xatırlatdım. Yediyim qidaların
mənə dəvamlı sağlamlıq gətirən enerji olduğunu özümə təlqin
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
20
etdim. Məni sevən insanları xatırladım və bu sevginin də sağlamlığı tezləşdirən bir güc olduğunu təsdiq etdim.
Özümü proqramlamağa başlamağımdan iki ay keçdi və
həkimə yoxlanışa getməm gərəkirdi. Həkim şokda idi: o xəstəlikdən heç bir iz tapa bilmədi”.
Bu yeganə hadisə deyil, bənzər üsuldan istifadə edərək sağlamlığı bərpa edən çoxlarla misal var.
1981-ci ildə amerika prezidenti Ronald Reyqan kiralıq bir qatil tərəfindən açılan güllə ilə ağciyərindən yaralandı.
Bu yetmiş yaşında biri üçün ciddi bir yaralanma idi. Reyqan
xəstəxanada bir jurnalistə verdiyi intervüdə belə deyirdi: “Mənim üçün narahat olmayın. Mən hər zaman tez sağalan bir
insanam”. Sağalmaq üçün nə qədər güclü bir inam! Nə cür bir
güc! Onun nə tez işə qayıtdığını xatırlayırsınızmı? Bir gün belə keçmədi!
İndi isə soruşmağa icazə verin: siz nəyə inanırsınız? Xəstəliklərin gücünə mi yoxsa düşüncənin gücünə mi? Bizim
gümanımız və gözləntilərimiz heyranedici bir şəkildə baş
vermə bacarığına sahibdir.
Heç bir təsirə malik olmayan, neytral bir dərman və ya
dərman bitkisini, xəstəyə verərək çox güclü sağaltma təsirinə
malik olduğunu söyləsəniz, dərman həqiqətən də o effekti verəcəkdir. Çünki siz neytral bir obyektə öz düşüncənizi
yerləşdirərək xəstəyə içirirsiniz. Xəstə aldığı məlumatı
inandığı istiqamətdə emal edir. Dərman baş ağrısına səbəb
olur deyilsə və xəstə də buna inanaraq dərmanı qəbul etsə, həqiqətən də başı ağrıyacaq.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
21
Xəstələndiyiniz zaman özünüzdə aşkar etdiyiniz ilk reaksiya –qorxu həyacanıdır. Münasibətiniz çox əhəmiyyətlidir. Şüur
qorxu ilə fəlc olur. Xəstəlik xəbəri nə qədər ciddi isə, qorxuda
bir o qədər çox olur. Həyacan və neqativ gözləntilərimiz
maddi xəstəliyə çevrilir. Xəstələnməkdən qorxan insanların xəstələnmə şansı daha çoxdur.
Stress və üzüntülü insanlar, xöşbəxt və qayğısız insanlara nisbətən daha tez xəstələndiyi sir deyil. Araşdırmalar göstərir
ki, xəsislik, həyacan, narahatlıq və qorxu immun sisteminin
fəaliyyətinə mane olur. Gülmək və sevinmək müalicə edir. Tibbi araşdırmalar nəticəsində məlum olmuşdur ki, gülən
insanın beynindən enkefalin və endorfin adlı iki hormon
ayrılır. Bu da ağrı, sıxıntı və əsəbi aradan qaldırır.
Hər il vücudumuzun bütün hüceyrələri yenilənir. Hər on iki
ayda bir yeni bir bədən inşa edərik. İl yeni başlarkən hansı
düşüncə toxumlarını əksəniz, bütün il boyu həmin məhsulu
biçərsiniz. Boşuna deməyiblər, ilə necə girərsən, o cür də
keçirərsən. Yenilənmiş hüceyrələr hansı düşüncələrlə
proqramlaşdırılırsa, bizə o istiqamətdə xidmət edər.
Unutmayın: Hüceyrələr həndəsi silsilə ilə çoxalır. Yanlış bir
düşüncə toxumu inanılmaz sürətlə şoxalaraq bütün
vücudumuzu əhatə edər. Orqanlarınızda xəstəlik əkməyin.
Uzaqdan müalicə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
22
Fərz edək ki, Kanada’da yaşayırsınız, Bakı’dakı ananızın çox
xəstə olduğunu öyrəndiniz. İlk qərarınız evdən və işdən
ayrılıb onun yanına getmək ola bilər. Amma ya bu mümkün
deyilsə? İnamınızın gücünü ananaızın sağalması üçün borc
verməzmisiniz? Ümüdünüzü kəsərmisiniz? Xeyir! Siz fiziki
olaraq yanında olmasanız da dualarınız ananıza çatardı.
Zehin qanunu sizə xidmət edir. Zehninizdə inamla
yaratdığınız sağlıq və uyum fikri altdüşncəniz tərəfində qəbul
edilərsə kainatın ekranında görünər və ananızın altşüurunda
hərəkətə keçər. Bu da onun sağalmasına kömək edər. Zehin
qaydasında zaman ya da məkan yoxdur. Harada olduğunuzun
mühim deyil. Müalicənin yaxından və ya uzaqdan olmasının
bir fərqi yoxdur. Müalicəniz, düşüncənin zehinli hərəkətidir.
Düşüncənizi aşağıdakı şəkildə göndərə bilərsiniz:
“Şəfa verici varlıq hal-hazırda anamın yanındadır. Anamın
vücudunun vəziyyəti onun düşüncəsinin əks olunmasıdır.
Eyniylə kölgənin aynada əks olunması kimi. Aynadakı
görüntünü dəyişmək üçün, onun əksini dəyişdirməm lazım
olduğunu bilirəm. İndi zehnimdə anam üçün şəfa gücünü əks
etdirirəm.
Anamın vücudunu və bütün orqanlarını yaradan sağaldıcı
varlıq, bu anda onun varlığının hər atomunu doyurur və
vücudunun hər hüceyrəsindən bir hüzur çayı axır. Həkimlər
ilahi bir şəkildə yönləndirilir. Anama toxunan hər kəs doğru
şeyi etməyə yönəldilir. Xəstəliyin təməl bir gərçəkliyinin
olmadığını bilirəm. Olsaydı heç kəs sağalmazdı. İndi əbədi
sevgi və həyat enerjisinə qoşuluram. Anamın vücudunda
sağlamlıq və hüzurun ifadə edildiyini bilir və bunu istiyirəm.”
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
23
Bunu hər gün bir neçə dəfə yatmadan öncə və oyandıqdan
sonra təkrarlayın. Çünki bu zaman şüur geri çəkilirkən, altşüur
özünü daha çox biruzə verir. Bu fakta yuxu zamanı şahid
oluruq. Yatmadan qabaq narahatlıqlarınız haqqında
danışmamağı və bunlara ad verməmənizi şiddətlə tövsiyyə
edirəm. Onların güc aldıqları tək şey sizin diqqətiniz və
qorxularınızdır. Zehin həkimi olun. Beləliklə, quru budaqların
ağacdan budanması kimi, sıxıntılarınız da həyatınızdan
budanacaqdır.
Digər tərəfdən, əgər dəvamlı ağrılarınız və simptomlarınıza
adlar verib və bunlar haqqında danışsanız, onlara sizin
üzərinizdə güc sahibi olma haqqı verərsiniz. Altşüurunuzun
sağaldıcı gücünü və enerjisini ortaya çıxaran kinetik hərəkəti
əngəllərsiniz. Zehin qanununa əsasən, beyninizdə
canlandırdıqlarınız həyata gəlir. Həyatın qanunu, inam
qanunudur. İnam zehindəki düşüncədir. Sizə zərər verən, sizi
incidən şeylərə inanmayın. Sağaltma, gücləndirmə,
zənginləşdirmə və sizə ilham vermə gücünə inanın. Əldə
etmək üçün inanaraq istəməniz lazımdır. Arzular düşüncədən
maddəyə çevrilər. Öncə zehində bir canlandırma olmadığı
müddətcə hərəkət etməz, çünki ona doğru irəliləyə biləcəyi bir
şey yoxdur.
Səssizcə Allahın sifətlərini düşünün. Məsələn, yaradan
qüsursuzdur, sonsuz sevgidir, sonsuz zehindir, çox güclüdür,
hər şeyi biləndir, mütləq uyumdur. Tərifsiz gözəllikdir.
Bunları səssizcə düşünürkən, şüurunuz ruhunuzun səviyyəsinə
yüksəlir. Allahın əbədi sevgi okeanının varlığında, narahat
edici hər şey təsirsiz hala gəlir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
24
Güc arxasındakı inama ya da duyğuya bağlıdır. Dünyanı
döndərən gücün bizim lehimizə hərəkət etdiyini və bizi
dəstəklədiyini dərk etsək, güvənimiz və inamımız artacaqdır.
Gücə-güc qatmağa çalışmalısınız. Heç bir zehinsəl zorlama,
basqı, mücadələ olmamalıdır. Zehinsəl gücün yüzdə doğsanı
ruhunzdadır, əgər bu möcüzəvi gücdən istifadə etməsəniz,
özünüzü şüurunuzun çox dar sərhədləri içində yaşamağa
məhkum edərsiniz. Ruhunuz heç dinlənməz, hər gün 24 saat
sizə kömək etməyə, size təhlükələrdən qorumağa çalışır.
Ruhunuz daima sonsuz elm ilə təmas halındadır. Daha gözəl
həyat üçün lazım olan məqsədlər, ilhamlar ruhunuzdan doğar.
Ən dərin inamlarınız məntiqli olaraq münaqişə
etmədiklərinizdir. Çünki bunların mənbəyi şüurunuz deyil,
ruhunuzdur. Ruhunuz sizinlə ilham vasitəsilə danışar. Sizə hər
zaman yüksəlmənizi, əngəlləri aşmanızı, inkişaf etmənizi
söyləyər. Şüur və ruh ayrılıqda və eyni zamanda çalışa bilər.
Məsələn, bir təhlükə anında şüur bunu anlayıb dəyərləndirənə
qədər, ruh insanın müdafiə sistemlərini işə salaraq təhlükədən
qoruya bilir.
Canlandırma qaydası
Bir fikri həyata keçirməyin ən asan yolu, bunu gözünüzdə
canlandırmaq, zehin gözünüzlə sanki həqiqətən varmış kimi
görə bilməkdir. Gözlərinizlə sadəcə bayır dünyada var olanı
görə bilərsiniz. Zehininizdəki hər hansı bir şəkil isə ümüd
etdikləriniz və görmədiklərinizin ifadəsidir. Xəyalınızda
yaratdığınız bir şey , vücudunuzun hər hansı bir hissəsi qədər
gerçəkdir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
25
Memarlar istədikləri növdə binanı ilk öncə gözlərində
canlandırarlar. Bu binanı hazırlayandan sonra olmasını
istədikləri kimi görərlər. “Bir rəsim minlərlə kəliməyə
bədəldir” deyə köhnə bir söz vardır. Altşüurun zehində tutulan
və inamla dəstəklənən hər rəsmi həyata keçirəcəyi gerçəyi
vurğulayır.
Zərərli bir vərdişdən xilas olma yolu
Hər hansı bir vərdişdən xilas olmağın yeganə yolu sadəcə
güclü bir iradəyə sahib olmaqdan ibarət deyil. Daha asan bir
yol var. Rahatlayın, bədəninizi sərbəst buraxın və hərəkətsiz
qalın. Yuxu halına keçin və bu haldaykən, səssizcə, təkərləmə
kimi bunu təkrarlayın:
“Bu vərdişdən tamamən xilas oldum. Zehnim uyum və hüzur
içində”
Hər səhər və gecə, beş ya da on dəqiqə bu sözləri yavaş-yavaş
səssizcə və sevgiylə təkrarlayın. Hər təkrarlamanızda
duyğusal dəyər böyüyəcəkdir. Neqativ fikir hiss etdiyinizdə,
daha yüksək səslə təkrarlayın. Beləliklə altşüurunuza fikri
qəbul etmə əmri verirsiniz və sağalma gerçəkləşir.
Tərəddüdlər, şübhələr arzunuzun gerçəkləşməsini əngəlləyər.
Öz-özünüzə “Keşkə sağalsaydım” ya da “ümüd edirəm işə
yarayar” deməyin. Sağlamlıq fikrinizi tam bir inamla
altşüurunuza həvalə edin. Sonra rahatlayın, özünüzü onun
gücünə buraxın. Vəziyyət və şərtlərə 2Bu da keçəcək” deyin.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
26
Altşüurunuzun gücündən faydalanmaq, bir əngəli aşmağa
bənzəməz. Daha çox çalışmaq, daha yaxşı nəticələr verməz.
İradə gücündən istifadə etməyin. Bunu yerinə, sonu və bunun
yaradacağı azadlıq halını gözünüzdə canlandırın. Zəkanızın
araya girməyə, problemi həll etmək üçün yollar tapmağa və
bu yolları altşüurunuza qəbul etdirməyə çalışdığını
görəcəksiniz.
“Uğursuzluğun öhdəsindən gəlmək üçün iradə gücümdən istifadə edəciyəm” düşüncəsi uğursuzluq düçüncəsini
gücləndirir. Zehinsəl çabalamaq, istənilən şeyin tərsini
yaradır. İradə gücünü artırmaq üzərində yoğunlaşmaq, gücsüzlük vəziyyətini vurğulamaqdır. Altşüur onu zorlayan
fikrə hər zaman daha çox qarşılıq verir. O münaqişə edən iki
təklifdən daha güclü olanı qəbul edir. İradə gücünüzdən
istifadə edərək fikrinizi altşüurunuza qəbul etdirməyə zorlamayın. Bu cür cəhdlər sizi uğursuzluğa məhkum edər. Bu
vəziyyətdə, arzularınız tərs dönə bilər. Azad düşüncəni seçin.
İntellektual problem həll etmə bacarıqlarınızı bir kənara
buraxın. Sadə, uşaq misalı, möcüzələr yaradan bir inamı
qorumağa çalışın. Gözünüzdə bu narahatlıqdan və
problemdən xilas olmuş halınızı canlandırın. Arxasında
olduğunuz azadlıq halının duyğusal həzzini xəyal edin. Ən
yaxşı yol. Asan yoldur.
Ayrıntılara və sıxıntılara ilişib qalmayın. Nəticənin nə
olacağını bilin. İstər səhhətinizlə, istər maddi vəziyyətinizlə,
istər münasibətlərlə əlaqədar olsun, məsələnin həllinin
xöşbəxtliyini hiss edin. Xəstəlikdən xilas olduqdan sonra nə
hiss etdiyinizi xatırlayın. Yəni fikrinizin sonuclandığını hiss
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
27
etməli, bunu gələcəkdə həyata keçirəcək deyil, indi həyata
keçdiyini görməlisiniz.
(Bölüm 2)
Suyun böyük sirri
“Mənim sıxıntılarımı və xəstəliklərimi təmizləsin”
düşüncəsiylə içilən su, bədəndə bu əmri yerinə gətirir. Su həyatın başlama nöqtəsini göstərir. Və insan bədənində ən
vacib maddədir. Su olmadan hiç bir canlı olmazdı. Su beyinlə
birləşdiyində məna qazanır. O zaman H20’dan çıxır. Və ona hansı dalğa uzunluğunu yükləsən o tezliyə bürünür. Malekul
qruluşu dəyişir, bədənə şəfa verir. Məsələn, beynimizdən
“Bütün şübhələrim, korxularım arınsın, bədənim bunlardan təmizlənsin” deyə keçirib, suyu içtiyimizdə, o mütləq şəfadır.
Çünki, sözlərlə suya tezlik yükləmiş olursunuz.
Düşündüyün anda beyin onu tanıyaraq bir dalğa uzunluğu yayır. Və sən suya doğru baxaraq bunları söylədiyində
yaddaşa alır. Bütün bunlar düşünülərək içildiyində, bədənin
ehtiyacı olan bir mexanizmə dönüşür. “Məni üzüntülərimdən təmizləsin” deyə içildiyində bədənə o şəkildə nəql olur və
əmri yerinə gətirir. Huzura qavuşmaq, dərdlərdən xilas olmaq
üçün öncə dərin bir nəfəs almaq, həyat enerjisini bədənə
axtarmaq sonra da bu düşüncələrlə suyu içərək şəfa tapmaq mümkündür. Mən uzun zamandır, bu uyqulamanı həyata
geçiriəm. Həm sağlıqda, həm də şəfada. İnsanların huzura
qavuşması üçün bədəni arındırmaq çox vacibdir. Bir insana şəfa olsun deyə tezlik yükləyərək verdiyimiz su, o insanın
bədənini təmizləyər. Suyla əlaqədar uyqulamalar müxtəlifdir.
Məsələn, sehirin təsirini azaldar, axıb getməsini təmin edər. Evə qoyulan bir kasa su, bütün otaqlardakı negativ enerjiləri
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
28
yox edər. Bədənə doğru bir şəkildə yükləndiyində şəfa vasitəsidir.
Düşüncələrinizi, niyyətlərinizi və arzularınızı bir kağız
stəkanın üstünə yazın. Bu “Sabah bütün problemlərimi həll edəcəyəm” kimi ola bilər. Bunu tam bir zehinsəl paklıq və
şükr ilə etdikdən sonra, suyun yarısını için və suyun
istəklərinizi kainata böyüdücü bir antena olaraq yaydığını bilərək yuxuya gedin. Bədəninizdəki içdiyiniz su sizin
niyətinizi daşıyır və hələ stəkandakı qalan su ilə əlaqədar
məsajınızı kainata göndərmənizə kömək edir. Onun qruluşu düşüncənizi həqiqətən dəyişdirir və bu elm tərəfindən sübut
olunub. Siz yatarkən, altşüur həm bədəninizdəki suyla həm də
stəkandakı suyla bağlantı qurmağa dəvam edər və sizin
diqqətinizi yönəltiyiniz şeyə görə qruluşunu dəyişdirər. Səhər oyandığınızda və stəkanda qalan suyu içdiyinizdə, tam olaraq
xəyallarınızı içmiş olacaqsınız! Bu, onları bütün varlığınızda
daha da güçlü əks etdirər. Bunu hər gecə edin və nələr olduğunu görün, möcüzələr qatlanır və sağlıq daha tez bir
şəkildə güçlənir. Su, insanların sahib olduğu ən gözəl, dəyişən
və düşüncədən təsirlənən fiziki maddədir. Su, varlığımızın hologramında təməl fiziki təzahürdür və əğər suyunuzu
sevsəniz, o da sizi sevər və yolunuzda sizə yardım edər. Su
canlı və hər şeyin fərqindədir.
Suya həyatın bütün anlarında xüsusi önəm verilir. Nə dadı, nə
rəngi, nə də ki, qoxusu olan su dünyanın ən böyük sərvətidir.
Su həyatın özüdür. Ona görə də deyirlər ki, canlı orqanizm canlı sudur. Su universal bir maddədir, həyat bu maddəsiz
mümkün deyildir. Su bütün canlıların vacib tərkib hissəsidir.
Bitkilər 90 faiz, insan bədəni isə təqribən 70 faiz sudan
ibarətdir. Fantast yazıçılardan biri deyib ki, insan özünü maye hesab edə bilər.
İnsan orqanizminin hər bir hüceyrəsi müxtəlif qida
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
29
maddələrindən ibarət su məhlulundan ibarətdir. Qanın tərkibi 92 faiz, böyrəklər 82 faizədək, beyin 85 faizədək, qaraciyər 69
faizədək, əzələlər 75 faiz, piy toxumaları 25 faiz, sümüklər 28
faizədək sudan ibarətdir. Körpələrin orqanizmində 86 faiz,
qocaların orqanizmində isə 50 faiz su olur. Orqanizmdə kifayət miqdarda suyun olması sağlam həyat tərzi üçün əsas
şərtlərdən biridir. Su insan bədənində gedən kimyəvi
reaksiyalarda fəal iştirak edir. Su hər bir toxumaya qida maddəsi gətirir, toksinləri, şlakları, duz artığını orqanizmdən
çıxarır, qan təzyiqinin aşağı düşməsinə yardım göstərir.
Kifayət qədər su içən adamın böyrəklərində daş əmələ gəlməsinin qarşısı alınır. Su oynaqları «yağlamaqla» onurğa
beyni üçün amortizator rolunu oynayır. Su bədən
temperaturunu tənzimləyir, dərinin elastikliyini qoruyur. Su
normal həzm prosesi üçün zəruridir. Maddələr mübadiləsində iştirak edən bu unikal maye piy toplanmasının qarşısını
almağa və çəkini azaltmağa imkan verir. Arıqlamaq istəyən
bəziləri düşünürlər ki, onların orqanizmləri suyu saxlayır və bu səbəbdən də az su içməyə çalışırlar. Halbuki su təbii
sidikqovucu vasitədir. Buna görə də çox su içilməsi
arıqlamağa kömək edir. Arıqlamaq istəyən hər bir kəs aclıq hiss edəndə yeməyə girişmək əvəzinə su içməklə iştahasını
küsdürə bilər və yüksək kalorili yemək yeməz.
Fransız xanımları qədd-qamətlərini qoruyub saxlamaq üçün
gün ərzində az-az mineral su içirlər. Orqanizmdə suyun optimal miqdarda qalmasına həmişə diqqət
yetirilməlidir.
Lazımi qədər su içməyən adamların orqanizminin normal həyat fəaliyyəti pozulur. Belələri tez yorulur, iş qabiliyyətini
itirir. Bu səbəbdən onların qida həzmi prosesi pozulur,
biokimyəvi reaksiyalarının gedişi yavaşıyır, qanın özlülüyü
(qatılığı) artır və nəticədə tromb əmələ gəlməsi üçün şərait yaranır, qan əmələ gəlməsi prosesi pozulur. Su olmadan
orqanizmin ətraf mühitlə istilik mübadiləsinin tənzimlənməsi
və bədənin temperaturunun sabit saxlanması baş tutmur.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
30
Beyin 80-85 faiz sudan ibarət olduğuna görə, onun nisbətən
susuzlaşması beyin hüceyrələrində güclü stress yaradır. Həm
bu səbəbdən, həm də mənfi düşüncələrin təsiri nəticəsində
əsəbləşən insana “el arasında bir stəkan su verin” deyərlər. Su həqiqətən də beyindəki stres alovunu söndürür.
Susuzlaşma orqanizmin mühüm funksiyalarına mənfi təsir
göstərir, onu (orqanizmi) zəiflətməklə müxtəlif xəstəliklər (astma, allergiya, yüksək arterial təzyiq, artıq çəki,
depressiya) törənməsinə səbəb olur. Alimlərin
hesablamalarına görə, hər bir adamın suya olan gündəlik ehtiyacı 1,2-1,5 litrdir. Amma son vaxtlar bəzi mütəxəssislər
hər bir normal adamın gündə 2 litr su içməsini məsləhət
görürlər.
Yoqlar da gündə 8-10 stəkan (təqribən 2 litr) təmiz su içməyin
tərəfdarıdırlar.
Alman alimləri müəyyən etmişlər ki, çox su və şirə içən tələbələr az su içən tələbələrə nisbətən daha dözümlü və
yaradıcılığa daha çox meyilli olurlar.
Ac qalan insan əgər su içərsə təqribən 50 gün yaşaya bilər. Susuz qalan ac adam isə 5 gündən sonra dünyasını dəyişir.
Elm sübut etmişdir ki, sıyığın tərkibində 80 faizədək, çörəyin
tərkibində təqribən 50 faiz, ətdə 58-67 faiz, tərəvəzdə və
meyvələrdə 90 faizədək su olur. Qaynanmış, təmizlənmiş, qaz vurulmuş su yox, mineral
maddələrlə zəngin su içənlərin beyni və bütün orqanizmi daha
yaxşı fəaliyyət göstərir. Qanın mikroskop altında tədqiqi sübut etmişdir ki, müasir xəstəliklərin bir çoxunun baş verməsi
səbəbi orqanizmin susuzlaşması (suyunun çəkilməsi) və
bunun da nəticəsində qanın tərkibinin korlanmasıdır.
Suyun yaddaşı var
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
31
Su ən yaxşı informasiya daşıyıcısıdır. Bu, onun böyük sirridir. Su yaddaşa malikdir. Onun dördüncü halı da kəşf edilmişdir.
Bu, suyun informasiya qəbul etmək, özündə saxlamaq və
ötürmək qabiliyyətidir. Su insanın fikrini, emosiyalarını,
sözlərini ötürmək iqtidarındadır.
Donaraq sonradan əriyən su öz yaddaşından həyatın baza proqramı istisna olmaqla, bütün informasiyanı silir.
Budaqda yarpaqların, çiçəkdə ləçəklərin düzülüşü, DNT
molekulları, Kainatın özü məhz bu proqram əsasında mümkün olmuşdur. Elə çıxır ki, bütün canlı varlıqlara inkişaf proqramı
su vasitəsilə ötürülür.
Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvi hələ XII əsrdə suyun yaddaşının olması barədə özünün "İskəndərnamə"
poemasında məlumat vermişdir. Sən demə, İskəndər
Zülqərneynin çox yekə qulaqları varmış. O, qulaqlarını xüsusi hazırlanmış qına salırmış. Qına salınmış qulaqlar kənardan
buynuz kimi görünürmüş. Padşahın bu sirrini ancaq onun
şəxsi dəlləyi bilirmiş. İskəndər dəlləyi ilə şərt kəsibmiş ki, əgər onun sirrini kimsə bilsə, dəllək həyatı ilə vidalaşmalı
olacaq. Günlərin birində İskəndər öz yaxınları ilə seyrə çıxan
zaman rastına gələn bir çobanın əlində ney olduğunu görüb
onun ney çalmasını istəyir. Çoban neyi çalanda ətrafa yayılan səsdən məlum olur ki, İskəndərin buynuzu (yekə qulaqları)
var. Padşah dərhal dəlləyi yanına çağırtdırıb bunun səbəbini
soruşanda o, belə deyib: «Ey yerin və göyün padşahı! Mən sirr saxlamaqdan çox əziyyət çəkirdim, onu kiməsə söyləməyə
cəsarət etmirdim. Nəhayət ki, dərdimi ovutmaq üçün çöllərə
düşdüm. Yoluma çıxan bir quyuya öz sirrimi danışdım, dedim
ki, İskəndərin buynuzu var». Bir çoban sürüsünü suvarmaq üçün quyu başına yaxınlaşarkən
orada bitmiş qarğı görmüş və qarğını kəsərək ney düzəltmişdi.
Dəlləyin suya söylədiyi sirr qarğıya bu yol ilə keçmişdi.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
32
Deməli, su canlı maddə olduğu üçün özündə informasiyanı saxlamış və sonra da qarğıya ötürmüşdü.
Bizim əsrimizdə yapon alimi Tokio Ümumi Problemlər
İnstitutunun prezidenti Masaru Emoto planetimizin bir çox yerində suları hərtərəfli tədqiq edəndən sonra belə bir qərara
gəlmişdir ki, su insanın psixi enerjisini — fikirlərini,
emosiyalarını, istənilən kənar informasiyanı — musiqini, duaları, danışıqları, hadisələri özünə hopdurmaq, uzun müddət
qoruyub saxlamaq və ötürmək qabiliyyətinə malikdir. Doktor
Emato şübhə etmir ki, su çox geniş maqnit dalğaları spektrinə reaksiya vermək qabiliyyətinə malik olduğu üçün bütün
kainatın fundamental xüsusiyyətlərini özündə əks etdirir.
Masaru Emoto suda olan informasiyanın necə görünməsini öyrənmək üçün dondurulmuş suyun 200-300 dəfə
böyüdülmüş kristallarını mənfi 5 dərəcə temperaturda
nəzərdən keçirmiş və ən xarakterik görünənlərin fotoşəkillərini çəkmişdir. O, su üçün Motsartın, Bethovenin,
Baxın melodiyalarını səsləndirdikdən sonra onu dondurmuş
və təsvirlər almışdı. Aydın olmuşdu ki, hər bir melodiyanın fərdi təsviri var. Bu klassik bəstəkarların musiqisini
«dinləyən» suyun dondurulduqdan sonrakı təsvirləri həmişə
yaraşıqlı, harmonik və son dərəcə simmetrik alınır. Coşqun
macar polkası kiçicik möhkəm ulduzcuqlara, Motsartın melodiyaları sivri şüaların incə krujevasına, almanların beşik
mahnıları başına batist parçadan ləçək bağlanmış rahat
körpənin çöhrəsinə çevrilir. «Ağır rok» kompozisiyaları «dinləyən» suyun kristalları
xaotik düzülüşü ilə yaşayış olmayan Ay səthinin kraterlərini
xatırladan görkəm alır.
Suyun strukturu dua oxunan zaman, kağıza yazı yazan zaman və bir sıra digər hallarda dəyişir. Müxtəlif dillərdə «Sağ ol»
dedikdə su öz gözəlliyi ilə insanı heyrətə gətirən simmetrik
çoxüzlü cismi xatırladır. Suya "şeytan" dedikdə suyun
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
33
fotoşəkli yara basmış dəri parçasına oxşayır. Ünvanına «mələk», «məhəbbət», «xoşbəxtlik» söylənmiş suyun
kristalları əsaslı şəkildə qəşəngləşir, «pislik», «müharibə»,
«qan», "ölüm" və sair bu kimi xoşagəlməz sözlər «eşidən»
suyun kristalları isə vahimə yaradan şəklə düşür. Yapon alimi Masaru qətiyyətlə deyir ki, Zəm-zəm suyunun
kristalları «Bismillahir-Rahmanir-Rahim» ilə başlanan duanı
«eşidən kimi» kristallarını dəyişərək gözəl bir görkəm alır. Emoto onu da deyir ki, Zəm-zəm suyu adi suda olmayan
xüsusiyyətlərinə görə fərqlənir. Bir damla Zəm-zəm suyu
1000 damla suya qatılanda adi su da Zəm-zəmin xassələrinə yiyələnir. Masaru Emotonun nanotexnologiya üsullarından
istifadə yolu ilə apardığı elmi tədqiqatlar həmin suyun
xassəsinin dəyişməsi ilə nəticələnməmişdir. Bunun səbəbi
indimizdə də qaranlıq qalmaqdadır. Doktor Emoto «Qurani Kərim»in mətninin yazılmış olduğu
audiokaseti suyun yaxınlığında səsləndirdikdə kristallar
paklığı göstərən simvollara (rəmzlərə) çevrilmişdir.
Kristalların oxunan Quran surələrindən sonra müxtəlif
formalar almasının səbəbi Qurandan enerji şəklində ayrılan vibrasiyalardır. Suyun atomları insanın fikirlərindən və
sözlərindən təsirlənmək keyfiyyətinə malikdir. İnsanın
vibrasiya xarakterli enerjisi, fikirləri, sitayişləri, duaları suyun
atomlarında iz qoyur. Oxunan dualar hər bir cismi gözəlləşdirir. Su da həmin cisimlərdən biridir. Suyun yaddaşı
gizli enerji növlərindən biridir. Bu enerji bədəninin 70 faizini
su təşkil edən insana duaların, fikirlərin, görüşlərin təsirini mümkün edir.
Emoto müəyyənləşdirmişdir ki, suyun kristal strukturu
klasterlərdən, yəni böyük miqdarda molekullar yığınından
ibarətdir. Klasterlər informasiya panelləri adlanan yaddaş oyuqlarından təşkil olunur. Bir molekulda 440-dək panel
olması müəyyənləşmişdir. Bu panellər kompüter yaddaşının,
bir növ, analoqudur. Su informasiyanı həmin oyuqlara yazır
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
34
və əgər müxtəlif təsirlərə məruz qalmasa, onu uzun müddət saxlaya bilir. Yazılmış informasiyanın keyfiyyətini
müəyyənləşdirmək üçün buz kristallarının fotoşəklini çəkmək
lazımdır. Kristalların forması qəbul edilmiş informasiyanın
emosional çalarından asılı olur. Söylənmiş xoş sözlər («səni sevirəm», "çox gözəlsən" və s.), yaxud dinlənilən harmonik
melodiyalar kristallarda simmetriya səviyyəsini yüksəldir.
Suya deyilmiş pis sözlər (məsələn, «sən karsan», «sən korsan», Hitler, müharibə, dağıntı və s.) onun kristallik
strukturunu eybəcərləşdirir. Doktor Emoto inanır ki, su
insanın şüurunu əks etdirir. Azərbaycanlılar suya, bir növ, canlı varlıq kimi baxırlar.
Xalqımız üçün su paklıq, xeyirxahlıq, həyat rəmzidir. Səfərə
çıxan pis adamın dalınca daş, yaxşı adamın arxasınca su
atırlar.
Qocalmaq – qurumaq prosesidir
Həyatımızın bütün prosesi quruma prosesidir. İnsan bədəni də
hər bir tərəvəz və meyvə kimi çox qaldıqda xarici görkəmini dəyişir, quruyur və qırışır. İnsan uzun müddət və bəxtəvər
yaşaması üçün xaricini yuduğu kimi, daxilini də yumalıdır.
Bunun üçün hər gün orqanizmini qaynadılmış su ilə yox,
təmiz su ilə təmizləməlidir. Sudan müntəzəm istifadə olunması təfəkkürü və beynin koordinasiya fəaliyyətini
yaxşılaşdırır. İnsan susuz olduğunu hiss edənə qədər də su
içməlidir. Ona görə ki, susuzluq refleksi özünü bir qədər gec də göstərə bilir.
İnsan orqanizmi bütöv bir «su təsərrüfatıdır». Çəkisi 60 kq
olan adam bilməlidir ki, həmin çəkinin 42 kiloqramı sudur.
İnsanın hər bir hərəkətində su işlənir. O, gözünü qırpanda su göz almacığını isladır. Udulan su qida borusunu nəmləndirir.
Hər dəfə nəfəs verəndə orqanizmdə su ehtityatı azalır. Belə
olduqda orqanizm «Su istəyirəm. Mənə su ver» siqnalını
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
35
canlandırır. İnsan bəzən bu siqnalı heç hiss etmir də. Yaş artdıqca insanın su yanğısı azalır. Yaşlılarda əzələlər zəifləyir.
Onlarda çox vaxt aydın təfəkkür qabiliyyəti azalır. Bunun
səbəbi əzələlərdə və beyində suyun çatışmamasıdır. Bir
çoxları özlərini «quru rejimə» alışdırmışlar. Onlar deyirlər ki, orqanizmlərinin tələb etdiyi qədər su içirlər. İş burasındadır
ki, daim maye defisitinə məruz qalan orqanizm, ola bilsin ki,
heç su tələb etməsin. Buna baxmayaraq yanğı oldu-olmadı, su içmək vacibdir.
Su təkcə maye deyildir, hüceyrələr üçün qida mühitidir. Su
Kainatda molekulyar hidrogendən sonra ən çox yayılmış molekulyar maddədir. Su ulduzların əmələ gəlməsində və
həyatın bioloji formalarının yaranması prosesində mühüm rol
oynayır. Suyun maye formasında varlığı canlı orqanizmlərin
inkişafı üçün mühüm şərtdir. Buna görə də Mars planetinin və digər planetlərin tədqiqi zamanı onlarda suyun olub-
olmamasını müəyyənləşdirmək üçün aparılan axtarışlar
mühüm əhəmiyyət kəsb edir.
Suyu dezinfeksiya etmək üçün istifadə edilən xlorun miqdarı
yolveriləndən çox olduqda suda xlor tərkibli toksik, mutagen və kanserogen maddələr əmələ gəlir.
Bütün fiziki həyatın sudan əmələ gəldiyini elm qəbul edir.
İnsan orqanizmi planetimizin kiçildilmiş inikasıdır, ona görə ki, insan orqanizminin də dörddə üç hissəsi sudan ibarətdir.
Su həm də çox universal mühitdir. İnsan qidasını təşkil edən
maddələrin böyük əksəriyyəti suda həll olur. Su olmasa,
insanın həzm prosesi pozular, orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda
həll olmuş vəziyyətdə insanın həzm sistemi tərəfindən "emal"
oluna bilir. Suyun insan həyatı üçün faydası, həm də onun
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
36
nisbi təmizliyi ilə şərtlənir. 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit (qırmızvı qan kürəiyi) məhv
olur, elə o qədəri də yaranır. Su özü ilə gətirdiyi "çirkab"
vasitəsilə qanı korlayır – orqanizmdə mutagen dəyişikliklər
yaradır və DNT-lərə (genlərə) yazılmış "genetik informasiya"nı dağıdır.
Möcüzəli molekul: su
Dünyamızın üçdə ikisi həyat üçün xüsusi olaraq seçilmiş bir
maye - su ilə örtülüdür. Yer üzündə yaşayan bütün canlıların
bədəni 50%-95% nisbətində sudan ibarətdir. Suyun qaynama nöqtəsinə yaxın istiliyə malik bulaqlarda yaşayan
bakteriyalardan tutmuş, əriməkdə olan buzların üzərindəki
bəzi yosunlara qədər suyun olduğu hər yerdə və hər
temperaturda həyat var. Yağışdan sonra yarpaqların üzərində qalan su damcılarında da minlərlə mikroskopik canlı yaşayır,
çoxalır və ölür.
Yer üzündəki həyatın təməli olan suyun yaranması, əslində,
çox çətin prosesdir. Gəlin, suyu əmələ gətirən maddələri - hidrogen və oksigeni bir qabın içinə doldurub, uzun müddət
orada saxlayaq. Bu qazlar yüz illərlə qabın içində qalsalar da,
birləşib su əmələ gətirməyəcəklər. Ya da, bu proses çox yavaş
gedər, məsələn, minlərlə ildən sonra qabın dibində bir az su yığıla bilər. Bunun səbəbi temperaturla bağlıdır - normal otaq
temperaturunda hidrogenlə oksigen çox ləng reaksiyaya girir.
Oksigen və hidrogen sərbəst halda H2 və O2 molekulları halında mövcud olur. Onların su əmələ gətirmək üçün bir-
birləri ilə reaksiyaya girmələri lazımdır. Reaksiya nəticəsində
hidrogen və oksigen molekullarını əmələ gətirən əlaqələr
zəifləyir və onların atomlarının əlaqəyə girməsinə əngəl qalmır. İstilik bu molekulların enerjisini və dolayısilə da
sürətlərini yüksəltdiyindən onların bir-birləri ilə toqquşaraq
reaksiyaya girmələri xeyli tezləşir. Ancaq hazırda Yer üzündə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
37
suyun yaranmasını təmin edəcək qədər yüksək temperatur yoxdur. Bu istilik Yer kürəsi yaranarkən olub və planetin
dörddə üçünü əhatə edən su da elə o zaman ortaya çıxıb. İndi
planetdə mövcud olan su buxarlanaraq atmosferə yüksəlir,
oradan da yağıntı halında yenidən yerə qayıdır. Yəni onun miqdarı dəyişmir, yalnız dövr edir.
Suyun möcüzəli cəhətləri Su bir çox qeyri-adi xüsusiyyətlərə sahibdir. Hər bir su molekulu hidrogen və oksigen atomlarının
birləşməsindən yaranıb. Biri yandırıcı, digəri isə yanıcı olan
iki qazın birləşərək suyu yaratması doğrudan da möcüzəvidir. İndi isə qısaca olaraq, kimyəvi cəhətdən suyun necə
yaranmasına baxaq. Suyun elektrik yükü sıfırdır, yəni
neytraldır. Ancaq hidrogen və oksigen atomlarının nisbi
kütlələrindən asılı olaraq su molekullarının oksigen tərəfi azca mənfi, hidrogen tərəfi isə azca müsbət yüklüdür. Çox su
molekulu eyni araya gələndə həmin cüzi müsbət və mənfi
yüklər bir-birlərini cəzb edərək, “hidrogen rabitəsi” adlanan çox özəl əlaqə əmələ gətirirlər. Hidrogen rabitəsi çox zəif
əlaqədir və ömrü də son dərəcə qısadır. Amma həmin
əlaqələrin biri qırılanda dərhal digəri yaranır. Beləliklə, su molekulları bir-birinə bağlanır, amma həmin əlaqələr çox zəif
olduğundan su maye halında olur
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
38
Hidrogen rabitəsinin suya qazandırdığı başqa bir xüsusiyyət isə bu mayenin temperatur dəyişmələrinə reaksiyasıdır.
Havanın temperaturu dərhal artsa da, su yavaş-yavaş isinir və
gec də soyuyur. Suyun bu xassəsi canlı aləm üçün son dərəcə
əhəmiyyətlidir. Məsələn, elə bizim öz vücudumuzda xeyli su var. Əgər o, havanın temperaturunun dəyişməsinə ani reaksiya
versəydi, bizim bədənimizin hərarəti də tez-tez və çox sürətlə
gah enər, gah da qalxardı. Təsəvvür edirsinizmi, bu zaman nələr baş verərdi?
Hidrogen rabitəsinin suya qazandırdığı bir başqa xüsusiyyət isə onun maye halında olarkən bərk hala nisbətən daha sıx
olmasıdır. Halbuki, Yer üzündəki maddələrin əksəriyyəti bərk
olarkən sıxlığı maye hala nisbətən daha yüksək olur. Bu
baxımdan su onların hamısından fərqlənir. Ona görə ki, hidrogen rabitəsi su molekullarını bir-birlərinə tam sıx
bağlamır və arada müəyyən boşluqlar qalır. Su maye halında
olanda hidrogen rabitələri qırıldığından oksigen atomları bir-birlərinə yaxınlaşır və nəticədə, sıxlıq daha da artır.
Bu hal, eyni zamanda, buzun sudan daha yüngül olmasına gətirib çıxarır. Normal halda, hansısa metalı əridib, içinə eyni
metalın parçalarını atsanız, onlar dərhal dibə çökəcək. Suda
isə fərqlidir. On minlərlə ton ağırlığında olan nəhəng
aysberqlər göbələk kimi suyun səthində üzürlər. Bəs suyun bu xassəsinin nə faydası var?
Sualı cavablandırmaq üçün çayları yada salaq. Havalar çox
soyuq olanda çayların hamısı yox, yalnız səthi donur. Su +4 C-də ən ağır halındadır. Bu dərəcəyə gəlib çatan su tez dibə
çökür. Suyun üst təbəqəsində isə buz təbəqəsi əmələ gəlir. Bu
təbəqənin altında qalan su axmağa davam edir. +4 C canlıların
yaşaya biləcəyi istilik olduğu üçün aşağı qatdakı canlılar həyatlarını normal şəkildə davam etdirirlər.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
39
Hamımızın bildiyi kimi, su 100 C istilikdə qaynayır və 0 C soyuqda donur.
Mayenin səthindəki molekullar içəriyə doğru gərilən tor
kimidirlər. Bu da mayelərin səthi gərilməsini təmin edir. Həmin gərilmənin sayəsində molekullar bir-birlərinə
yaxınlaşırlar ki, bunun da nəticəsində, suya qonmuş
ağcaqanadın ayaqları suyun içinə batmır. Ümumiyyətlə, suyun səth gərilməsi xüsusiyyəti bir çox sistemlər üçün həyati
əhəmiyyətə malikdir.
Suyun malekulu kütləcə 11,19% hidrogen və 88,81%
oksigendən ibarətdir. Lap bu yaxınlarda alimlər sensasiya
doğuran hipotez irəli sürmüşlər. Həmin hipotezə görə, kainat qanunları suda yazılmışdır. İlahi tənasüb adlanan qızıl nisbət
qar suyunun molekulunda aşkar edilmişdir.
Adi suda hidrogen atomları arasındakı bucaq 104 dərəcədir, qar suyunda isə həmin bucaq dəyişməz olaraq 108 dərəcəyə,
hidrogen rabitələrinin uzunluqlarının nisbəti 0,618-ə
bərabərdir. Bu, suyun xüsusi halıdır.
Bir çox kimyəvi maddələrdən fərqli olaraq temperatur
dəyişdikcə, suyun aqreqat halı (material forması) da dəyişir. Bu zaman onun bir çox xassəsi də dəyişir. Məsələn,
məlumdur ki, kimyəvi təmiz su müsbət 100 dərəcə (Selsi)
temperatura qədər qızdırılan zaman qaynayır və bu proses davam etdikcə, o, maye halından buxar halına keçir. Su
mayelərə xas olan xüsusiyyətlərini itirir və onun istilik tutumu
kəskin şəkildə aşağı düşür, həcmi isə artır. Sonradan,
soyuyarkən, su buxarı yenidən maye suya çevrilir. Amma belə su əvvəlkindən xeyli fərqli olur – buxar kondensatının
tərkibində demək olar, kənar qarışıqlar olmur. Buna nisbi
təmiz su deyilir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
40
Kimyəvi təmiz su 0 dərəcə (Selsi) temperaturda donaraq maye halından bərk hala, buz halına keçir. Bu proses istiliyin
ayrılması ilə baş verir (ekzotermik prosesdir).
Maraqlıdır ki, bu zaman suyun həcmi genişlənir, amma digər
bir çox maddə soyuyarkən sıxılır, onların həcmi azalır. Həm
də sıfır dərəcədən aşağı temperaturlara qədər soyudularkən buz halına keçmiş suyun həcmində müvafiq azalma (sıxılma)
müşahidə olunur. Belə suyun istilik tutumu maye suyun istilik
tutumu ilə müqayisədə xeyli yüksəkolur. Ümumiyyətlə, su – həyat üçün təhlükəsiz olan kimyəvi
birləşmələr arasında istilik tutumunun yüksək olması ilə
seçilir. Məhz suyun bu xassəsi sayəsində Yerin atmosferində
temperatur nisbi sabit qala bilir. Məsələn, gündüzlər Yerə çatan Günəş enerjisinin bir qismi yerin səthindən əks olunaraq
atmosferə istiqamətlənir. Bu enejinin böyük qismi atmosferdə
cəmləşən su buxarı tərəfindən udulur və gecə saatlarında (Günəş enejisi yerin səthinə çatmayan saatlarda) Yerin
səthində yaranan eneji balansını kompenssiya edir. Bu effekt
səhralarda müşahidə olunur. Məsələn, məlumdur ki, gündüzlər istidən yanan səhralarda, gecələr nabələd adamların
təsəvvür edə bilmədiyi həddə qədər soyuq olur. İnsan bədənin
temperaturunun sabit (36,5 dərəcə, Selsi) qalması da suyun
sayəsində mümkün olur.
Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər
bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə
donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər
maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin
tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda
qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
41
Əgər buz sudan ağır olsaydı, bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya
baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və
sudakı həyat məhv olardı. Donan su maye sudan daha çox yer
tutduğu üçün donan dənizlər əvvəlkinə nisbətən daha çox yer tutar və digər dənizlərin səviyyəsinin artaraq daşmasında
səbəb olardı.
Bununla yanaşı suyun ən ağır halının +4 °C-dəki kimi olması
həyat üçün mühüm əhəmiyyət kəsb edir. Dənizlərdə +4 °C
temperatura çatan su, ən ağır vəziyyətdə olduğundan dibə çökür. Buna görə səthi buz dağları ilə örtülən dənizlərin dibi
daima maye halındadır və canlıların yaşaya biləcəyi +4 °C-lik
temperaturdadır. Eyni şəkildə qış aylarında buz təbəqəsi ilə
örtülən göl və çayların da alt hissələri həyat üçün əlverişlidir.
Buludların ağırlığı
Buludlar inanılmaz dərəcədə ağırdırlar. Məsələn, "Kumulo-nimbus" növündən olan fırtına buludunda 300.000 ton
ağırlıqda su toplanmışdır.
Dünyada ən təmiz su Finlandiyadadır.
Bununla belə, su həm də xəstəlik daşıyıcısıdır. O, yalnız həyat
vermir, həm də onu alır: dünyada bütün xəstəliklərin 85%-i su vasitəsilə ötürülür. Hər il belə xəstəliklərdən 25 milyon insan
ölür.
Ən çox içməli su buzlaqlardadır.
Su pulsuz olduğu kimi, çox bahalı da ola bilər. Dünyada ən
bahalı su ABŞ-ın Los-Anceles şəhərində satılır. Burada istehsalçılar balanslaşdırılmış dada və ph dəyərinə malik
qiymətli mayeni Swarovski strazlı şüşə qablara doldururlar.
Belə suyun bir litri 90 ABŞ dollarına satılır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
42
Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır
ki, orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.
Yeganə bir maddədir ki, üç aqreqat hallarda ola bilir: bərk, maye, qaz. Bu birləşmənin çox güclü səthi gərilməsi var. O,
çox güclü həlledicidir.
Müxtəlif tədqiqatlar nəticəsində bir çox alimlər belə bir
nəticəyə gəlmişlər ki, insanlar ümumiyyətlə su haqqında heç
bir şey bilmir. Hələ XX əsrin ortalarınada Avropada bakterioloji silahların hazırlanması üçün işlər aparılırdı, boyuk
müəssisə çalışırdı. Həmin müəssisədə toplantı keçirilərkən,
iclasın gedişi zamanı bir neçə alim stolun üzərində olan
qrafinkadakı sudan içmişlər və iclasın gedişi zamanı həmin alimlərin vəziyyəti ağırlaşdığından təcili yardım çağırmalı
olmuşlar. Həmin alimləri hospitala yerləşdirirlər və onlara
zəhərlənmə diaqnozu qoyulur. Bəs onları zəhərləyən nə idi? Hamı təşviş içində idi. Xüsusilə qeyd etmək lazımdır ki,
alimlərdən nədən istifadə etdiklərini soruşanda onlar sudan
başqa heç bir qida qəbul etmədiklərini soyləmişlər. Buna görə də dərhal orada içilən suyu yoxladılar və aşkar olundu ki,
suyun tərkibində heç bir zəhərləyici qatqılar mövcud deyilmiş
və məlum olduğu kimi, kimyəvi quruluşu H2O-dan ibarətdir.
Hesabatlarında da qeyd etdilər ki, zəhərlənmə adi sudan baş vermişdir.
Bu hadisədən 20 il ötəndən sonra, belə bir mülahizə irəli sürülmüşdür ki, suyun özünün yaddaşı vardır. Bir neçə
ölkələrdə alimlərin apardığı tədqiqatların nəticəsində
müəyyən olunmuşdur ki, su ətrafda olan hər bir hadisəni öz
yaddaşına qəbul edir. Suya kifayət edir ki, hər hansı bir maddə ilə ona toxunduqda, o, həmin maddənin xassələrini daşısın...
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
43
Beləliklə, su haqqında müxtəlif təcrübə və elmi nailiyyətlər haqqında danışacağıq. Məsələn, elə bir antibiotik var ki,
müharibələrdə yaralılar üçün ondan istifadə edilirdi. Onun bir
damcısı kifayət edir ki, böyük yaralar sağalsın. Hətta ABŞ
prezidenti də həmin antibiotikdən istifadə edir. O, geniş toplantılardan sonra bununla əlini silir. Bu antibiotikin tərkibi
nədir? Bu antiboitikin tərkibi ancaq sudur. Belə bir sual ortaya
çıxır ki, su necə belə güclü təsirə malik ola bilər? Müassir cihazların köməyi ilə müəyyən edilmişdir ki, suyun hər bir
qəfəsində dörd yüz qırx min informasiya daşıycısı
mövcuddur, hansı ki, onların hər biri ətrafdakı hadisələrə reaksiya verir və yaddaşına yazır. Su yeganə molekuldur ki,
özündə o qədər informasiya daşıyır ki, onu kompüter
yaddaşına bərabər hesab etmək olar.
Alimlər belə qənaətə gəlmişlər ki, su müxtəlif informasiyanı
özünə cəlb etdikcə həmin xassəni özündə daşıyır. Bu halda da onun tərkibi dəyişmir. Suyun kristal qəfəsinin hansı quruluşda
olması onun xüsusiyyətlərindən aslıdır. Suyun hidrogen
rabitəsinə əsaslanaraq, bir neçə molekul birləşir və beləliklə, kristal qəfəslər əmələ gəlir. Həmin qəfəslərdə necə
informasiyanı qəbul etməyindən asılı olaraq, quruluş dəyişir.
Professor Konstantin Korotkov su haqqında danışarkən
demişdir: “Əgər keçmişə qayıdıb yadımıza salsaq ki, İsa peyğəmbər suyu şəraba çevirmişdir. Lakin suyun quruluşu
dəyişməmişdir”•. Öyrənilmişdir ki, mənfi və müsbət
emosiyalar da suya güclü təsir edir. Korotkovun laboratoriyasında suya aid bir çox tədqiqatlar aparılmışdır.
Xüsusilə də, insanların suya təsiri haqqında tədqiqatlar
aparmışlar. Həmin tədqiqat zamanı iştirak edən insanlar şüşə
qabın içərisində olan suya xoş emosiyalarla baxmış və xoş sözlər demişlər. Sonra isə tədqiqatçılar digər şüşə qabın
içərisində olan suya baxaraq ancaq fikirlərində qorxu hissi
keçirmiş və mənfi emosiyalarla təsir etmişlər. Həmin iki
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
44
qabdakı suyu sonra tədqiq edərək, müəyyən etmişlər ki, sevgi suyun energetikasını yüksəldir, ona yaxşı təsir göstərir. Lakin
aqressivlik isə suyun kristal qəfəsini dağıdır və onun
keyfiyyətlərini aşağı salır.
Digər labaratoriyalarda isə suyun yaddaşının olmasını başqa
formada tədqiq etmişlər. Bu halda suyun donması nəticəsində
onun yaddaşı aşkar olunmuşdur. Mikrodalğalı sobada qaynadılmış suyu tədqiq etmişlər və onun kristal qəfəsini
çəkmişlər.
Hətta əkin sahələrində belə tədqiqatlar aparılmışdır ki, yaxşı
sözlər deyilmiş suyu, xüsusi hazırlanmış suyu ilə əkin sahəsi
sulandıqda bitkilər tez inkişaf edir və yüksək məhsuldarlıqla
bərabər tamamilə fərqli əla növ məhsul almaq olur. Bu fərq digər əkin sahələri ilə müqayisədə 20% təşkil edir. Yenə də
qeyd etmək lazımdır ki, suyun tərkibi deyil, sadəcə onun
ancaq kristal qəfəsi dəyişmişdir.
İndiki zamanda alimlər ancaq o suala cavab verə bilər ki,
ancaq bu necə ola bilər. Lakin niyə sualına hələ cavab tapmaq mümkün deyil. İnsan yaşından asılı olmayaraq 70-80%
suadan ibarətdir. Gündəlik hər bir insan təqribi olaraq 2 litr su
qəbul edir. Hətta insan xaricdən də dəri vasitəsilə orqanizmə
su qəbul edir.
Bildiyimiz kimi, istifadə olunan məişət suları evlərə gələnədək müxtəlif mərhələlərdən keçir. Əgər müqayisə etsək
dağlardan axan bulaqlar, çaylar hamısı öz axarı ilə dolanaraq
axır. Onu evlərə gələn məişət sularının gəldiyi yollarla ilə
müqaisə etsək sərt döngələrdən keçərək bizim evlərə gəlir. Hər bir sərt döngələrdə qayda olaraq suyun quruluşu hər dəfə
dəyişir. Onların kristal qəfəsləri deformasiyaya uğrayır və
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
45
quruluşları müxtəlif şəkildə olur. Bu növ suların kristal qəfəslərində heç bir gözəllik aşkar edilməmişdir.
Digər tərəfdən, bizim yaşayış evlərimizdə su qızdırıcı
sistemlərində çox çirkli su axır və həmin evlərdə yaşayan insanların bütün enerjisini özündə cəmləyir.
Ümumiyyətlə, çirklənmiş sular, xüsusilə də evlərdən çıxan çirkli sular kimyəvi təmizlənməyə məruz qalır, filtrlərdən
keçir və yenə də bizim evlərə yönəldilir. Lakin biz bilməliyik
ki, həmin o kimyəvi təmizləmə məruz qalmalar onun yaddaşına yazılır.
Rusiyalı Keşiş Kiril su haqqında öz fikirlərini bildirmişdir. Bu haqda hətta Quranda və İncildə də danışılır. Hər birimizin
inam yeri olan dinlərə baxsaq görərik ki, vicudumuzu dini
yolla dəyişmək, emosiyalarımızı müsbətə yükləmək mümkündür . Məsələn, bilirik ki, xristianlarda müqəddəs xaç
suyu deyilən su var ki, bayramlarda bu su ilə insan üzərinə
çiləyərək xeyir dua verirlər. Uşaqları xaç suyuna salırlar. Bu həmin sudur ki, müxtəlif dualarla üzərinə oxunmuşdur. İslam
dinində isə namazdan əvvəl dəstəmaz alırlar. Dua edərək su
ilə əl, üz, qol və ayaqlar yuyulur və başa məs çəkilir. Həmin
dualar suyun qruluşunu tamamilə müsbət şəkildə dəyişir.Canlıların necə yaranmağından söhbət gedirsə məhz su
birinci yerdə durur. Quranda yazılmışdır ki, Allahın köməkliyi
ilə su insanın yaradılışında iştirak etmişdir. Bildiyimiz kimi, DNT-nin spiral şəkilli olmağı da su ilə bağlıdır. Müasir elm
sübut etmişdir ki, susuz heç bir DNT mövcud deyildir və
yarana bilməz. Hətta beyinin əsas hissəsi sudan ibarətdir.
İnsan beynində yaddaşı saxlayan da sudur. Əgər müəyyən informasiya daşıyan suyu insan bədəninə yeritsək insanın
xasiyyəti dəyişə bilər.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
46
Çinli xüsusi həkimlər qeyd etmişlər ki, biz su ilə müalicə etmirik. Ancaq insanın 80% sudan ibarət olduğu üçün
bədəndə müəyyən nöqtələri taparaq, onları döndərməklə
müalicə edirik. İnsan bədənənindəki suyun özünü
stabiləşdirməklə xəstəliklərə qalib gəlmək olar. İnsanların neqativ hadisələrə verdikləri reaksiyalar da məhz suyun
qruluşunun dəyişilməsi və yaddaşına həmin aqresivliyin həkk
olunması ilə əlaqədardır.
Çox maraqlıdır ki, suyun kristal qəfəsləri musiqiyə görə də
dəyişir. Su müxtəlif simfoniyalara görə də müxtəlif kristal qəfəslərlə malik olur.
Digər tərəfdən aşkar edilmişdir ki, radioaktiv silahdan istifadə
olunmuş yerlərdə su hövzələri və ya ərazidəki su anbarlarında suyun quruluşu dəyişir və radioaktiv dalğalar 1 aya qədər suda
təsir qüvvəsini saxlaya bilir. Bu partlayışın göydə və ya yerdə
olmasından asılı olmayaraq bütün əraziyə ciddi ziyan vurulur. Həmin ərazidə su anbarı isə tamamilə yararsız vəziyyətə
düşür. Radioaktiv dalğalar suyun kristal qəfəsinə, yəni
yaddaşına həkk olunur. Həmin anbarlardaki sudan istər insanlar, istərsədə müxtəlif canlılar istifadə etdikdə nəticədə
onlarda qorxulu, dəhşətli dəyişikliklər baş verir. Hətta alimlər
sübut etmişlər ki, belə çirkli sulardan istifadə edən insanlar
intihara da çox meyil edirlər.
Gəlin belə bir təcrübə aparaq. İçərisində düyü olan üç ədəd
şüşə qab götürək və onların üzərinə su əlavə edək, hər gün 1 ay ərzində hər üç stəkana yaxınlaşıb nöbə ilə 1-ci qaba
“sevirəm”•, 2-ci qaba “sənə nifrət edirəm”• deyək, 3-cü-yə
isə söz deməyək. Bir aydan sonra nəticəyə baxaq. 1-ci qabda
olan düyü böyüyüb çox yaxşı vəziyyətdə qalmışdır, 2-ci stəkanda olan düyü xarab olmuşdur, 3-cü qabadkı düyü isə
kiflənmişdir. Bəli, bu təcrübə onu göstərir ki, su yaddaşına
götürdüyü informasiya ilə təsir etmə imkanına malikdir. Hətta
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
47
evdə işığı söndürəndə belə su öz xassəsini dəyişir. Alimlər belə qənaətə gəlmişlər ki, hər hansı bir ölkə sakinlərinin bir-
birinə oxşamağı bir başa Suyun fotoqrafiq yaddaşının olması
ilə əlaqədardır.
Mövzumuzdan kənara çıxaraq, su və ya onun dəyərləri
haqqında digər bildiklərimi nəzərinizə çatdırmaq istərdim.
Əgər keçmiş zamanlara nəzər salsaq, müharibə vaxtı maye yanacaq qıt idi. Ona görə də, alimlər belə qərara gəlmişlər ki,
süni şəkildə maye yanacaq alınmalıdır. Bu zaman su və
kömürdən istifadə edərək maye yanacaq alınmışdır.
Son 15 il il ərzində başqa yanacağın alınması üçün Çinli Alim
Jan Kanguja öz laboratoriyasında dizel yanacağına 1% emulqator və 20% sudan istifadə etməklə maye yanacaq
almışdır. Bu qarışığı avtomobilin yanacaq çəninə əlavə
etməklə mühərrikin gücünü artırmış və yanacağın sərfini azaltmışdır. Hələ XIX əsrin əvvəllərindən məlum idi ki,
benzinin tərkibində cüzi miqdarda da su olmasa o yana
bilməz. Ümumiyyətlə, həm də məlumdur ki, hər bir yanmanın getməsi üçün az da olsa su olmalıdır.
Gülün və ya ağacın kiçik bir budağı suda müəyyən müddət
canlı olaraq qala bilir, hətta inkişaf edir. Buna misal, novruz bayramında su ilə buğdanın cücərdilməsi ola bilər. Ona görə
ki, suda bütün kimyəvi elementlər və qidalı maddələr həll
olmuşdur. Okean suyunda həll olan qidalı maddələr daha çoxdur. Onların əsas hissəsini müxtəlif tərkibli duzlar təşkil
edir. Okean sularında həll olmuş elementlərin 80%-ni
duzlardan ibarətdir. Onlar arasında natrium-xlor birinci yeri
tutur. Ona görə okean suyu acı-şordur. Maqnezium suya acılıq dadı verir. Dünya okeanında orta duzluluq 35%-dir, yəni 1 litr
okean suyunda 35 qram duz həll olmuşdur. (1 tonda 35 kq).
Okean suyunun duzluluğuna yağıntılar və buxarlanmanın
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
48
miqdarı, çay və buzlaq suları, okean cərəyanları təsir edir. Suyun səthindən şirin su buxarlanır. Ona görə buxarlanma
nəticəsində suyun duzluluğu artır. Daxili dənizlərdə çay suları
və buxarlanmanın nisbətindən asılı olaraq duzluluq müxtəlif
olur. Mərmərə dənizi(25%), Qara dəniz (18%), Azov dənizi(12%), Baltik dənizi(11%) dənizlərində duzluluq azdır.
Dünya okeanında ən çox duzluluq Qırmızı dənizdədir -42%.
Xəzər dənizində suyun orta duzluluğu 12%-ə yaxındır.
Suyun duzluluğu artdıqca onun donma temperaturu aşağı
düşür. Suyun fiziki-kimyəvi xassələrinə onun temperaturu, duzluluğu, şəffaflığı və səs dalğalarının suda yayılması aiddir.
Suyun 20 m dərinliyinə qədər temperatur əsasən eyni olur.
Suyun qarışması nəticəsində onun aşağı hissələri də qızır. İl
ərzində okeanın 1000 m-ə qədər olan üst hissəsi qızır. Ən isti okean- sakit okeandır- suyun orta temperaturu 19C dərəcə-dir.
Şimal buzlu okeanında suyun orta temperaturu 0,9 C-dir.
Okeanın dərinliyinə doğru temperatur aşağı düşür. 1000-2000 m-dən dərində okean suyunun temperaturu 2-3 C dərəcədən
çox olmur.
Okeanların dibində dərinliyi 5000 metrədən çox olan
çökəkliklər düzənliklər, dağlar və sıra dağlar mövcuddur.
Okeanlarda daimi və mövsümi küləklər, sualtı vulkanlar,
zəlzələlər, günəşin və ayın cazibə qüvvəsinin təsiri ilə sular daim hərəkət edir. Sualtı vulkan püskürmələri və zəlzələ
zamanı okeanlarda sunami dalğaları əmələ gəlir. Bu zaman
dağlalar zəlzələ mərkəzindən ətrafa doğru 400-800 km/saata qədər sürətlə yayılır. Sakit okean sahillərində sunami
dalğaları tez-tez əmələ gəlir. Son 30 ildə kuləklərin,
yağışların, daşqınların güclənməsi də müşahidə olunur. Bunu
suyun yaddaşında olan aqressivlik törədir. Bütün təbii fəlakətlər də bununla əlaqədardır. Lakin qeyd etmək lazımdır
ki, su quruluşundakı yaddaşı özü silə bilir və əvvəlki
vəziyyətinə qayıdır. Bu suyun buxarlanaraq buludlara
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
49
cevrilməsi və sonra yenidən yağış şəklində yerə yağması ilə, eləcə də donaraq baş verir.
Beləliklə də, demək olar ki, hər bir canlı öz əvvəlini suda tapır
və su ilə də sona yetir. Ona görə də, ətrafımıza müsbət
emosiyalarla, xüsusilə də sevgi və minnətdarlıq hissilə yanaşmalıyıq ki, öz daxilimiz, ətraf muhitimiz də gözəl olsun.
Suyun dipol xüsusiyyəti
Həyatın təməli olan su hidrogen rabitəsi nəticəsində əmələ
gəlib. Oksigenin molekulu iki oksigen
atomundan, hidrogenin molekulu isə iki hidrogen atomundan ibarətdir. Bunlar bəsit maddələrdir. Lakin hidrogeni oksigenlə
qarışdırıb qızdırsaq hidrogenin və oksigenin molekulları
əvvəlcə atomlara parçalanacaq, sonra isə birləşərək suyun molekullarını əmələ gətirəcək. Su isə mürəkkəb maddədir.
Su həm pozitiv həm də neqativ ola bilər. Buna səbəb suyun
dipol xüsusiyyətidir. Oksigen hidrogen atomlarına aid
elektronları aktiv şəkildə cəlb etdiyi üçün, hidrogen atomlarında kiçik bir müsbət yük meydana gəlir və oksigen
atomu bölgəsində kiçik bir mənfi yük meydana gəlir.
Buna görə hər bir su molekulası bir dipoldur və hidrogen əlaqələrini meydana gətirən digər su molekulları ilə qarşılıqlı
əlaqə yarada bilər. Su nisbətən yüksək qaynama nöqtəsinə,
əriməyə və buxarlanmağa malikdir.Hidrogen bağlarını
kəsmək üçün əlavə enerji sərf etmək lazımdır.
Suyun ionlaşması
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
50
Suyun əsas xüsusiyyətlərindən biri ionlaşmasıdır.İon- atom və atom qrupları tərəfindən artıq elektronlarının itirilməsi və ya
zəbt edilməsi nəticəsində əmələ gələn elektrik yükü daşıyan
hissəcik.
İonlaşma atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi
hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət
və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma,
cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin
təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların
konsentrasiyasının artmasından dəyişir.
Məsələn, meşə havasında oksigenin ionlaşma
dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə
artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək
mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların
sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ
qərənfili, maqnoliya, mimoza, araliya və evkalipti göstərmək olar.
Aeroionlar
Şəhərlərin havasında neqativ ionların miqdarı dağlıq ərazilərlə
müqayisədə 100 dəfə az olur. Havada olan aeroionlar həyat
üçün vacib komponentlərdən biridir. Bunlar azot, oksigen, karbon, hidrogen və ozon qazlarıdır. Atmosfer havasında
göstərilən komponentlərin yükləri neqativ və pozitiv olmaqla
iki yerə ayrılır. İnsanların normal yaşaması üçün yumşaq
neqativ aeroionlar, əsasən də oksigen ionu çox faydalıdır. Havada neqativ ionların miqdarı nə qədər çox olarsa, insan
sağlamlığına bir o qədər müsbət təsir edər. Təmiz meşə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
51
sahəsində bir kubsantimetr havada 700-1500 neqativ ion mövcuddur.
Mütəxəssislər bildirir ki, şəlalələrin yaxınlıqlarında və dəniz
sahillərində neqativ ionların sayı bir kubsantimetr havada 50–100 min arasında dəyişir. Bir çox istirahət məkanlarında
neqativ aeroionların miqdarı çox olduğu üçün orada dincələn
insanlar özlərini yaxşı hiss edirlər. Neqativ yüklü aeroionlar virus infeksiyaları, yuxarı tənəffüs yollarının xroniki
xəstəliklərinin, hipertonik, infarkt, bitişməyən yaralar, yanıq,
sinir sistemi, vərəm və mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı müsbət təsir edir. Onların miqdarının
azalması isə insanlarda xroniki, o cümlədən mərkəzi sinir
sistemi, ürək-damar sistemi və tənəffüs orqanları
xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır.
Dağlıq ərazilərə nəzərən şəhərlərin havasında oksigen və
neqativ ionların miqdarı 100 dəfə az olur. Qapalı yerlərdə isə pozitiv aeroionlar çoxluq təşkil edir, neqativlər isə praktiki
olaraq yox olur. Evlərdə, iş yerlərində olan televizorlar,
displey və kompüterlərin çalışması nəticəsində onlardan əmələ gələn elektromaqnit dalğaları ətraf mühiti şüalandıraraq
pozitiv yüklü aeroionlar yayır. Bundan əlavə, insan özü də
pozitiv yüklü aeroionların mənbəyi ola bilər. Nəticədə isə
insan üçün lazım olan neqativ yüklü aeroionların sayı sıfıra bərabər olur. İonlaşmayan aşağı tezlikli şüalanma nəticəsində
mərkəzi sinir sisteminin həyəcanlanması baş verir. Bundan
başqa, neqativ yüklü aeroionların çatışmazlığı başağrısı, depressiya, təngnəfəslik, yuxusuzluq, dəri və xərçəng
xəstəliyinə, hamilə qadınlarda isə qanaxmaya səbəb olur.
Avropa standartlarına görə, displey ətrafında bir kubmetr
havada neqativ yüklü aeroionların sayı 600-800 arasında dəyişməlidir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
52
Evdə olan hava ətrafdakına nisbətən 6-8 dəfə çirkli, 15 dəfə isə toksikidir. Ona görə də evlərdə neqativ yüklü aeroionlar
verə bilən cihazlardan istifadə edilməsi tövsiyə olunur.
Müxtəlif modifikasiyalı Çijevski çil-çıraqları, ionlaşdırıcılar
və ozonatorlar evin havasını kiçik dispersli tozcuqlardan təmizləyir. Bu isə allergiyadan əziyyət çəkənlərə müsbət təsir
edir.
(Bölüm 3)
Tezlik ilə müalicə
Nə istərsəniz onu deyil, Nəysəniz onu çəkərsiniz!
Həyatın sirri cazibə qüvvəsində gizlənib!
Elçin Eyvazalı
Kainatda insan daxil hər şey enerjidir. Enerji daima titrəşir və
tezlik yayır. Beləliklə var olan hər varlığın bir tezliyi var. İnsan bədəninin təbii titrəşmə səviyyəsi saniyədə 300
titrəşmədir.
Eyni zamanda bədənimizdəki hər orqanın, hər hüceyrənin də özünə mixsus bir tezliyi var. Fiziki ətrafımızdan gələn bütün
mənfi tezliklər hüceyrələrin funksiyasını pozur və tezliyini
aşağı salır. Etməmiz gərəkən tək şey hüceyrələrimizin tezliyini yüksəldərək həyatımızı mütamadi olaraq
yenilənməsini təmin etməkdən ibarətdir.
Bizi sağlam edən həyat gücümüzdür. Sahib olduğumuz enerjini təmizləyərək, balansı qorusaq həyat enerjimiz də
yüksələr. Həyat enerjisinə Çində və Japonyada "ki"
Hindistan və Tibet'də "prana" Sufizm də isə "Baraka" deyilir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
53
Həyat enerjisi zəyiflədiyi zaman xəstəliklər yaranır, bütövlükdə tükəndiyində isə varlıq ölür.
Tezlik necə yüksəldilir
Bu ən çox verilən suallardan biridir. Aşağıda bunu kateqoriya
şəklində yazmağa çalışacağam:
1. Aura təmizliyi 2. Pozitiv duyğular 3. Düşüncələr 4. Dualar 5. Su yaddaşı 6. Namaz 7. Ruh vəziyyəti.
İlk olaraq ruh vəziyyətimizi pozitivə çevirməliyik. Nifrət, narahatlıq, şübhə və qorxu kimi duyğular tezliyin aşağıda
olduğunun ən böyük misalıdır. Və tezliyi 12 mhz düşürür.
Bunun üçün özünüzə tez-tez özümü necə hiss edirəm deyə soruşa bilərsiniz…Hüzurlu, sakit, əsəbi, stresli? Özünüzə
dürüst davranın.
Bədəninizdəki tıxanmış enerjiləri azad edin
Fərqində olaraq ya da olmayaraq özümdə yaratdığım bütün maneələri ləğv edirəm. Fərqində olaraq ya da olmayaraq
özümə qoyduğum bütün blokları qaldırıram. Keçmişi,
keçmişimdəki hər kəsi və özümü sevgiylə bağışlayıram və
azad buraxıram.
Bunu qulağınızın eşidəcəyi bir şəkildə özünüzə inanaraq
söyləyin. İnsanları da mühakimə etməkdən əl çəkin. Hər kəs öz həyatını və öz seçdikləri ilə yaşıyır. Sevgi dolu, xoş
niyyətli ve şükür enerjisi içində olmağa çalışın, çünki bunlar
yüksək tezlikli düşüncə hallarıdır.
Ələlxüsus beyninizi özünüzə aid pis inam və düşüncələrlə
dolduraraq gəzdiyinizdə ətrafınıza dəvamlı mən dəyərsizəm
məsajı yayacağınız üçün doğru insanları dd çəkməniz
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
54
mümkün deyildir. Sevilmək istiyirsənizsə öncə özünüzdən nifrət etmekdən imtina edin.
Auranıza yapışmış neqativ enerjiləri təmizləmək.
Gün boyu ətrafdan dəvamlı neqativ enerjiyə məruz qalırırq.
Mütəmadi olaraq aura təmizliyi etmək lazımdır. Duşda bir qab
içinə biraz duz qoyub su ilə qarışdırın. Və başınızdan aşağı tökün. Əlavə olaraq adaçayı neqativ enerjini təmizləməyin ən
təsirli yollarından biridir.
Adaçayı titrəşimi çox yüksək bir bitkidir. Yandrıldığı yəni tüstüyə verildiyi məkanda bütün neqativ təsirləri sahədən
uzaqlaşdırır və enerjisi bədəninizi təmizləyər.
Neqativ enerjiləri bir qab içinə qoyulan duz ilə toplaya bilər və bunu mütləq 15 gündə- ən çox ayda bir dəfə suya tökərək
yenisini qoya bilərsiniz.
Yatağımız üzərimizdəki və ətrafımızdakı neqativ enerjini
əmən nöqtələrdən biridir. Xüsusən də yatağın altını tez-tez
tozdan təmizləmək və əşyalarla doldurmamak lazımdır. Yataq altına doldurulmuş əşyalar, xüsusən də köhnə əşyalar bütün
gecə sahib olduğu titrəşimi yayar. Vücudun enerji sahəsi
dəvamlı bu enerjilərlə boğuşur. Ertəsi gün bizə lazım olan
enerjini burada sərf edir.
Rənglərin enerjisi də çox vacibdir. Əksəriyyətiniz tünd
rənglərdən xoşlanırsınız. Dəvamlı qara və qəhvəyi rənglərdən istifadə etmək həyat enerjisini düşürə bilər. Çünki tünd
rənglərin tezliyi çox düşükdür.
Qızılgül qoxusunun tezliyi çox yüksəkdir 320 mhz. Ondan sonra məsləhət gördüyüm bir bitki lavantadır 118
mhz. Nanə 78 mhz. Bu bitkilərə toxunmaq, qoxlamaq, yağını
sürmək tezliyi artırır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
55
Musiqi! Havadakı titrəşimi, enerjini hərəkət etdirmək üçün
köməyi olan bir başqa şey musiqidir! Dinlədiyiniz mahnıların
tezliyinizə nə qədər təsir etdiyini bilirsiz? Çox təcrübə
etmişəm hər şey normalkən radioda çalan hüznlü bir mahnıyla birdən kədərlənirsən.. Elə o an hooop düşdü tezlik :)
Sadəcə sözlər deyil, musiqinin tempi xüsusi tezliklər yayır. Səs tezliklərinin təsiri indi deyil, çox uzun illər öncə kəşf
edilmişdi. Dəlixanalarda xəstələrin musiqi ilə müalicə
edildiyini eşitmişdiniz?
Və ən son olaraq tezliyi yüksəldən ən vacib şeylərdən biri də
namaz, dua və əsmaül-hüsnadır . Məsələn, ərəbcə çox zəngin
bir səs tezliyinə sahib olduğu üçün duaları ərəb dilində oxumağın çox təsiri var. Allahın adlarından biri olan Ya Rafi
enerjini yüksəldən əsmalardan biridir.
Çox önəmli bir kəşf isə tezliyi yüksək bir insanın ətrafındakı
insanlara təsir etdiyi məlumdur. Buna görə sevgini həqiqi mənada yaşayan bir insane yəni aşiq olan biri 750 min insanın
yaydığı düşük enerjini tarazılayır.
Yenə apardığım araşdırmalara görə tezlik səviyyəsi 200 'ün altında olan bir insan da eyni şəkildə ətrafındakı insanların
enerjisini də aşağıya çəkir!
Qısacası əgər tezliyinizi yüksək tutmaqda çətinlik çəkirsinizsə
enerjisi yüksək insanların yanında olmağa çalışın. Onların bu
işığı və enerjisi sizə də təsir edəcəkdir.
Yaydığınız tezliyə diqqət edin çünki; Nə istərsəniz onu deyil,
Nəysəniz onu çəkərsiniz!
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
56
Kollektiv güc
1952 –ci ildə Atlantik okeanında yerləşən bir adada elim
adamları meymunların bəslənməsi üçün kartof qoyurlar. Quma bulaşan kartoflar meymunların xoşuna getməsə də
yeyirlər.
Bir gün 18 aylıq bir meymun kartofu yuyaraq yeməyi öyrənir və bunu anasınada göstərir. Ondan görən digər meymunlarda
kartofları yuyaraq yeməyə başlayır və bu yeni davranış növü
sürətlə yayılır.
1958- ci ilin axırlarında maraqlı bir şey olur, adadaki bütün
meymunlar kartofları yuyaraq yeməyə başlayır.
Ancaq bundan da maraqlı olan bir şey var… bu adayla heç
bir əlaqəsi olmayan digər adalardakı meymunlar da kartofları
yuyaraq yeməyə başlayır.
Meymun fenomeni bunu göstərir. Bir düşüncə, müəyyən
sayda insanlar tərəfindən bilinib uyqulanırkən bir nəfərin bu
yola qatılması ilə bəlli bir sayıya çatır. Yəni o insanın əlavə enerjisiylə çevriliş yaranır!
Duke Üniversitetindən Doktor J. B. Rhine tərəfindən bu
təcrübə dəfələrlə təkrarlanır və nəticə hər dəfə eyni çıxır. Maraqlı deyil mi?
Əgər alışqanlığımızdan kənara çıxmasaq, daima eyni yerdə
qalıb eyni şeyləri etsək, nəticə də eyni olacaq.
Bəlkə də fərqində deyilik amma cəmiyyət olaraq bir-birimizə
enerjimizlə təsir edirik.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
57
Ətrafımızda 240 cm genişliyində bir enerji sahəmiz var.
Düşüncələrimizdən yayılan enerjiylə balon kimi ətrafda
gəzirik. Və yaydığımız bu enerji tezliyi başqaları ilə əlaqəyə
girməyə çalışır. Yəni bir düşüncəni dəvamlı ağlımızdan keçirdib dilləndirdiyimizdə ətrafımızda bu düşüncədən ibarət
bir maqnit sahə yaranır. Və bir müddət sonra bizimlə eyni
düşüncəyə sahib tezliyi tapıb ona bağlanır. Neqativ düşüncələrdə diqqət cəmləmək o düşüncəyə güc
qazandırmaqdan və bənzər düşüncələri çoxaltmaqdan başqa
bir şey deyil. Xöşbəxtlik bizim təbii halımızdır. Bizə kədər verib iztirab çəkdirən cadəcə mənfi düşüncələrimizdir.
Duyğularımızı pozitivə çevirək
Hisslərimiz bizə ait bir xəbərdarlıq mexanizmidır. Pis şeylər
düşündüyümüzdə kainat bizə pis şeylər düşünürsən. Diqqət!
Düşündüyün şeyi dəyişdir. neqativ tezlik yaddaşda. Tezliyi dəyişdir. Diqqət. Geriyə sayı başladı deyir.
Bir daha mənfi şeylər düşündüyünüzdə kainatın siqnalına
qulaq asın. O an sizə gələbiləcək gözəl şeyləri neqativ tezlikdə olduğunuz üçün əngəllədiyiniz andır. Dərhal pozitiv
düşüncələrə kanalı çevirin. Özünüzü yaxşı hiss etməyə
başladığınız an da yeni bir tezliyə keçdiyinizi anlayacaqsınız.
Özünüzü bədbəxt, əsəbi ya da qəmli hiss edirsənsə bunu asanlıqla dəyişdirə bilərsən. Mahnı söyləyərək, sevdiyin
birini düşünərək, gözəl xatirələri canlandıraraq, evcil bir
heyvanı sevərək, gül qoxlayaraq, ağaçlara toxunaraq… (Cazibə qanunu)
Duyğu vəziyyətinizi dərk edib özünüzə“bir dəqiqə” deyin.
“Diqqətt, tezliyim düşür bu mənim üçün yaxşı olmayacaq” və yuxarıda yazılanlardan birini uyqulayaraq hoop başqa bir
tezliyə keçə bilərsiniz.
Bu qədər asan bir şey…
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
58
“BİZ” deyə bir şey var həqiqətən də…
Kollektiv enerji gücünə çox inanıram. Bir şeyin olacağı yoxsa
da kollektiv düşüncə gücüylə oldura bilərsiniz. Bu səbəbdən
kollektiv ibadətlər və dualar edilir. Yaxşı, cəmiyyətə bu qədər Təsir edə biləriksə pozitiv düşünmək daha məntiqli deyil mi?
Heç bir qarşılaşma təsadüf deyildir
Qarşımıza çıxan hər kəsin həyatımızda bir vəzifəsi olduğunu və bizə bir şey öyrətdiyini bilməliyik. Kimiləri həyatımıza
qısa sürəli girər, kimisi ömür boyu hər zaman yanınızda olar.
Amma heç bir qarşılaşma təsadüfi deyildir. Və tanışdığımız
hər insan bizə özümüzü tanıtmaq, özümüzü kəşf etmək üçün bir fürsət daşıyır.
Yaşanmış pis hadisələrdən belə insan təcrübə qazanır. Sizə neqativ görünən şeylərin belə arxasında gizlənmiş bir dərs
vardır. "Blessing in disguise" deyə bir söz vardır... Qılıq
dəyişdirmiş nemət. Siz şər zənn etdiyiniz şey əslındə “ŞANS”dır!
İnsanın bilik səviyyəsi yüksəldikcə, o an üçün pis kimi
görünən hadisələrin gerçək mənalarını dərk etməyə başlayır. Bir şeyin olması üçün bəzən bir sürü şey olur.
Sən bütün bunları niyə yaşadığını sonradan öyrənirsən.
Nöqtələri birləşdirmədən böyük tablonu görmək mümkün deyil. Bəzən biri həyatınıza girər və onun orada olmasının
səbəbinin əslində keçirdiyiniz çətin dövrdə sizə kömək etmək
və bəlki də həyatınızı yaxşılığa doğru dəyişdirmək ya da sizə
bir dərs vermək olduğunu anlarsınız. İnsanlar doğrulardan çox səhvlərdən öyrənir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
59
Dəyişdirəməyəcəyin şeylər üçün enerjini ziyan etmə
Epiktetus'un tələbələrinə söylədiklərinə qulaq asın:
“Hər şeyin getməsi gərəktiyi kimi getdiyini bilməyi öyrənin.” Bu təslimiyyətdir. Ancaq təslimiyyət içində olduğunuzda da
hər şey sona çatmır. Həyat budur. Yenə testlər və
imtahanlarla qarşılaşacaqsınız. Sadəcə baxış bucağını dəyişdirdiyinizdə nəyin nə üçün
olduğunu artıq dərk edəcəksiniz.
Son olaraq keçmiş karma bağlarınızdan xilas olmaq və
bağışlanmaq üçün gözəl bir şey paylaşmaq istiyirəm:
“Həyatıma girib çıxan hər insanın mənim ehtiyacım olan bir müəllim olduğunu anladığımdan bəri, heç bir xəyal qırıqlığı
yaşamadan dərsimi alıb yoluma dəvam edirəm...
Onlara; həyatıma məna verdikləri üçün təşəkkür edirəm.”
Kainatın qanunlarını bilmək həyatımızın şərtlərini
dəyişdirmək üçün vacibdir
Yollarımız rastlaşdısa mütləq bir-birimizdən öyrənəcək bir
şeylərimiz var. Gərək tək tərəfli, gərək də qarşılıqlı olsun. Amma mütləq bir-birimizə bir şey öyrədərik.
"Aydınlanma zamanı gəldiyində bir əl yolu göstərəcək və
başqa bir əl də qapını açacaqdır" Shemuel Bensusan
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
60
İstər qəbul edin, istər etməyin qarşınıza çıxan heç kimsə boş yerə çıxmaz. Qarşımıza çıxan hər kəs yolumuzda irəliləmək
üçün ehtiyaç duyduğumuz insanlardır.
Biz də başqalarının yolunda ehtiyaç duyduğu insanlarıq. Bunun yaxçısı -pisi yoxdur, dərs dərsdir. Bəzən məhcub
edilirsiniz, bəzən başqaları üçün pis siz olursunuz. Bizi digər
bütün canlılardan ayıran xüsusiyyətimiz iradəmizdir. Azad iradəmizlə etdiyimiz seçimlərin nəticəsini yaşayırıq.
Allah hər kəsi öz seçiminə buraxmışdır. Zulüm etsən ona göre
qarşılığını alarsan, zülümə uğrasaq ona görə...
Bunu anlayan insan başına gələn şeylərdə əsla "niyə mən?"
deyə soruşmaz.
Aura bizim maqnit enerji sahəmizdir
Aura zəif olursa həm çox xəstələnir, həm də neqativ təsirlərə daha çox məruz qalınır…
İndi sizlərə auranı pozan, təsir edən şeylər haqqında bir neçə
şey paylaşmaq istiyirəm. Aura sizin ruh halınıza, duyğusal
vəziyyətinizə görə dəyişə bilir. Auranız sizin nə cür bir enerji yaydığınızı da göstərir. Məsələn çox uzun sürən bir əsəbilik
vəziyyəti auranızın zəyifləməsinə səbəb olur və ciddi mənada
təmizlənməyə ehtiyacınız ola bilər. Yəni gün keçdikcə zəifləyən aurada yırtıqlar əmələ gəlir və neqativ varlıqlara
açıq hala gəlir. Aura qaralır və insanları itən bir görünüşə
sahib olmağa başlayır.
Enerjimiz başqalarına, istifadə etdiyimiz əşyalarla keçər.
Bütün əşyalar onu istifadə edən insanın enerjisinə yüklənir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
61
Başqasının əşyasından istifadə edərəkən həmin insanın sahib olduğu məncillik, kin, nifrət, əsəb, kısqanclıq, fəsat və s.
neqativ enerji sizin auranız tərəfindən əmilir. Və sizin auranızı
pozar. Ya da əksinə, həmin insanda pozitiv enerji üstünlük
təşkil edirsə, bu zaman auranız yaxşılaşar.
Qısacası əşyalarında enerjisi, yaydığı bir tezlik vardır. Başqa
insanların paltarlarını geyərkən, bəzək əşyalarından istifadə edərkən diqqətli olun.
Yaşanılan məkanların, torpağın, divarın yaddaşı vardır. O sahədəki hər şeyi keyd edər. Bu əşyalara sizdə zamanında
neqativ enerji yükləmiş ola bilərsiniz. İstifadə etdiyiniz
xüsusən də sizdə pis xatirəsi olan heç bir əşyanı evinizdə
saxlamayın. Əgər olduğunuz məkanda hüzursuzluq hiss edirsənizsə, deməli o sahə ilə tezliyiniz uyqunlaşmamış və
neqativ enerji axışı var deməkdir.
Son zamanlarda uyqunlaşma adı altında bir enerji nəqli
modası çıxdı. Nə olduğunu bilmədiyiniz insanlara enerji
sahənizi açırsınız, heç də düz etmirsiniz. Çünki icazə verdiyiniz andan etibarən o insan xəstəlik də daxil bütün
duyğusal enerjisini sizə keçirir.
Biri haqqında qeybət! Biri haqqında qeybət etdiyiniz andan etibarən, sizinlə həmin insan arasında bir kanal yaranır və
sizdən ona pozitiv ondan sizə neqativ bir axım başlayır. Necə
pis bir alış-veriş!
Alt şüur əmirlərə uymağı sevir
Alt şüura necə bir həyat istədiyimizi indiki zaman feili ilə
söyləməmiz lazımdır. İstəmədiklərimizdən heç söz
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
62
etməməkdə fayda var. Çünki neqativ enerji tərs təsir yarada bilir. Bir insana qırmızı bir avtomobil düşünmə dediyinizdə
ağlına gələn ilk şey qırmızı bir avtomobil olur. Bunun kimi
“etmə, getmə və s” cümlələr sadece istəyi artırır. Bu səbəbdən
birinə “etmə” dediyimizdə əslində onun altşüuruna bilmədən “et” əmri veririk.
Bu dünyada hamımıza çatacaq qədər bolluq və bərəkət var. O zaman indi mən bu gündən etibarən həyatımı, sağlam,
hüzur, bolluq, bərəkət, sevgi, uğur içində keçirməyə niyyət
edirəm. Ruzimi sevgi ilə qəbul edirəm. Ehtiyacım olan hər
şey mənə ehtiyacım oldugu anda gəlir. Və mən sevgiylə şükr edərək qəbul edirəm. Şükürlər olsun!
Həyatınızı dəyişdirmək istiyirsinizsə ilk öncə sözlərinizi dəyişdirməklə başlayın
Bunun üçün aşağıdakı mətini hər gün öz-özünüzə təkrar edə bilərsiniz. Buna ən az 21 gün heç ara vermədən dəvam edin:
“Bilərək və ya bilməyərək dediyim və mənim ilərləməmə əngəl
olan bütün sözləri rədd edirəm” "Ətrafımdakılar haqqında bilərək ya da bilməyərək alt və üst
şüurumda yaratdığım bütün neqativ və gərəksiz kodları,
düşüncə proqramlarından imtina edirəm. Fərqində olaraq ya da olmayaraq özümdə yaratdığım bütün
əngəlləri və blokları qaldırıram.
Keçmişi, keçmişimdəki hər kəsi və özümü sevgiylə
bağışlayıram və sərbəst buraxıram."
Dünyanı dəyişdirmək istiyirsən ilk öncə sözlərini dəyişdir
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
63
Bir sözü tələffüz etmək bir düşüncəni oyandırmaqdır və onu
mövcud etməkdir. İnsan sözünün maqnit gücü, dünyadakı hər
təzahürün başlanğıcıdır. Biri tərəfindən söylənən söz eyniylə
onun adı kimi gələcək talehini müəyyən edir. Niyə? Çünki, bizim ruh özümüz (ağıl) bir düşüncə yaradır ya da çağırır, o
düşüncənin təmsilçisi bütün varlıq təzahürlərnin xəznəsi və
aynası olan astral axışın özünü çağırır.
Louise Hay “söz olaraq çölə çıxartdığım şeylərin təcrübə
olaraq mənə geri dönəcəyini kimsə mənə öyrətmədi” deyərək insanların sözləriylə həyatlarına necə təsir etdiklərinə diqqət
çəkməyə çalışır. Dediklərimizlə özümüzə bir növ sehir edirik.
Ağzımızdan çıxan hər söz bir anlaşma imzalamamıza səbəb
olur. Düşünmədən danışdığımız hər dəqiqə sonrakı günlərin təcrübəsini yaradır. Bu səbəbdən pis sözləri, həyata meydan
oxuyan cümlələri və başqalarını incidən sözləri lüğətinizdən
silin.
Sözlər ünsiyyət qurmaqdan başqa daha çox şeyə sahibdir.
Enerjiləri var. Tezlikləri var. Doğru sözlərdən istifadə etmək titrəşmə tezliyinizi də yüksəldəcəkdir. Özünüzü pozitiv
cümlələrlə güçləndirə bilər, bu an olduğunuz nöqtədən çox
daha yuxarıya daşıya bilərsiniz. Duyğusal münasibət
qurduğumuz, təcrübə yaşadığımız hər kəslə və hər şeylə aramızda görünməz bağlar yaranır. Bəzən bu bağlar bizi
aşağıya doğru çəkərək irəliləməyə qoymur.
Yadda saxlayın, Hamımızın var olan enerji sahəsi
ətrafımızdakı hər şeylə qarşılıqlı təsirdədir. Bu səbəbdən bəzi
insanlar evdə hər zaman eyni yerdə otururlar. Orada enerjisini
buraxdığı üçün o yerlə tezliyi uyqun gəlir və o yerdən başqa yerə oturmaz. Bir şeyə nə qədər çox toxunursanız o şey
üzərində təsiriniz o qədər çox olur. Bu da kainatın keyd etmə
mexanizmiylə olur. Neqativ bildiyiniz insanların heç bir
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
64
şeyini istifadə etməyin. Zibilə atın. Qıymadığınız bir şeysə mütləq üzərində enerji təmizliyi edin. Bütün əşyalar sahibinin
elektriyini yayar. İnsandakı neqativ və pozitiv bütün hallar o
əşyaya keçər.
Məsələn, zikir etdiyiniz təsbehlərinizi kimsəylə paylaşmayın.
Eyni şəkildə bir başqasına aid təsbehdən də istifadə etməyin.
Çünki o təsbeh sizə aid enerjini daşıyır və etdiyiniz bütün zikirlərin nuru orada qeyd olur. Bir başqası istifadə etdiyində
enerji axışı o təsbehdəki cazibə qüvvəsini pozar o da sizə təsir
edər!
Əşyalarla əlaqədar olaraq öncə enerjisini təmizləmək, sonra
öz tezliyinizə uyqunlaşdırmaq lazımdır. Enerjisi təmizlənmiş
əşyanızı əlinizə alıb gözlərinizi örtərək sevgi enerjinizi verdiyinizdə sürətli bir şəkildə uyqunlaşma həyata keçir.
Uyqunlamanı bilməsəniz də onsuzda sevdiyiniz şeylərlə uzun
müddət təmas etdiyinizdə təbii olaraq bu uyqunlama yaşanır.
Əgər aramızdakı münasibət sağlamsa problem yoxdur, yox
əgər bizə zərər verən, bizi aşağıya çəkən bir münasibət isə o insanlarla aramızdakı bizim görmədiyimiz amma
göbəyimizdən uzanaraq o insanın göbəyi ilə bağlanan o
bağları kəsməliyik. Çünki biz xortuma bənzəyən bir kanal ilə enerji alış-verişi edir, bir-birimizin enerjisini çəkərik.
Bizə zərər verən bağları kəsmək üçün aşağıdakıları
uyqulamaq lazımdır. Səssizliyə çəkilin. Gözlərinizi bağlayıb o insanın qarşınızda olduğunu xəyal edin.Və ona belə deyin:
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
65
".............. (Nöqtəli yerdə o insanın adını deyin) bütün zamanlarda bilərək ya da bilməyərək səbəb olduğum bütün
sıxıntılardan, etdiyim bütün səhflərdən və sənə qarşı olan
bütün neqativ duyğu və düşüncələrimə görə səndən özür
diliyirəm. Xahiş edirəm bunu qəbul et və məni sevgi ilə bağışla. Məndə səni sevgi ilə bağışlıyıram. Bu andan etibarən
səni özümdən, özümü isə səndən azad edirəm.
Hər ikimizin yolunu Allah’ın sevgisi ilə şəfalanmasını və nuru
ilə aydınlanmasını diləyirəm. Mənə öyrətdiyin hər şey üçün
sonsuz təşəkkür edirəm. Bundan belə sən öz yolunda azadsan, mən də öz yolumda azadam”
Bu uyqulama bağışlamağa niyyət etdiyiniz insanı tamamən
bağışlayana qədər hər gün dəvam edilməlidir. Bunu uyquladığınızda siz öz enerjinizi bərpa etdiyiniz kimi sizə
zərər verən bir münasibətdə olan adam isə həyatınızdan
çıxaraq uzaqlaşacaqdır.
Bəxtin gətirməməsi nədir?
El arasında tez-tez eşitdiyimiz “bəxtim gətirmir” sözü əslində
auranın zəif olmasından yaranan pis-neqativ enerjilərə açıq olmaqdan başqa bir şey deyildir. İnsan öz aurasını
qüvvətləndirmədikdə aurada bəzi yirtıqlar meydana gəlir və
bu yırtıqlardan neqativ enerjili varlıqlar enerji çəkməyə
başlayır. Bu halda ilk öncə auranın tədavi edilməsi və qüvvətləndirilməsi lazımdır.
Aura yırtıqlığını necə anlarıq
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
66
Fiziki mənada; birdən baş verən baş və göz ağrısı şəklində
özünü biruzə verir. Çox əsnəyər və özünü enerjisi çəkilmiş
kimi hiss edər. Yoğun bir enerji hücumuna məruz qaldığı
zaman vaxt itirmədən müdafiəyə keçmək lazımdır. Əslinda o an ilk yardım olaraq alınacaq tədbir duş almaqdır.
Göbək dəliyinizin olduğu yeri əlinizlə örtərək dua oxumağa başlayın. Tezliyi yüksəldən bitki qoyun.
Zehinsəl olaraq; insan artıq həyata qarşı ümüdünü itirmişdir. Tək qalmaq istiyir və heç kimlə görüşmək istəmir. Bədbəxdir.
Həyatında isə; hər şey tərs gedir. Olmasını gözlədiyi şeylər
həyata keçmir. Maddi mənəvi itkilər yaşıyır.
Auranı necə qüvvətləndirə bilərik?
İlk olaraq özümüzü neqativ ruh halından çıxarıb, tezliyimizi yüksəltməliyik. Sonra enerjisi yüksək, pozitiv insanların
yaxınlığında olmalıyıq. Pozitiv insanlarla bir yerdə olmağın
bizə nə köməyi olar deyə soruşa bilərsiniz. Tezliyi düşürən ya da yüksəltən ən mühim şeylərdən biri ətrafımızda olan
insanların enerjiləridir. Bunu əslində izah etməyə ehtiyac
yoxdur. Neqativ və pessimist insanların yanında həyat
enerjisinin necə düşdüyünü; çox sevincli həyat dolu birinin yanında isə enerjinizin necə yüksəldiyini dərk etmişsiniz. Bu
uyqulama size təbii olaraq o insanın rezonansına çıxarır.
Bunun tam tərsi də ola bilər. Çox pozitiv birinin enerjisi sizi
narahat edir, sıxır və dəvamlı dərdlərdən danışmaq
istiyirsəniz, hətta insanların pis olmaqrını istiyir bəlkə də
pislik etmək içinizdən gəlirsə... tezliyiniz həddindən artıq düşük və aşağı dərəcəli enerji varlıqları sizin bədəninizdən
istifadə edir ola bilər. Əgər özünüzü yüksək enerjili insanların
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
67
yanında yaxşı hiss edirsinizsə, o zaman sizə ən çox təsir edən sadəcə ətrafdakı şərtlərdir.
Həyat enerjisinin əksikliyi zamanı “Ya Hayy” əsmasını səsləndirərək tezliyi yüksltmək olar. " Ya Vedud" əsması
sevgi enerjisini yüksəldir. "Ya Vasi" əsmasıyla maddi
vəziyyət düzəldilə bilər.
“Allah’ım məni qoru, yüksəlt, şansı, talehi açıq qullarından
elə. Amin!” “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən sənə sığınıram.”
Ardınca… Ayətəl kürsi, Fəlak,Nas surələrini bir suya oxuyub
o sudan içmək və o suyu başınızdan aşağı tökərək duş ala
bilərsiniz. (enerjinizi yumaq mənasına gəlir.)
Başınıza bir şey gəlmə qorxusu
Kainatda iki cür enerji var: qorxu və sevgi. Əgər başınıza bir
şey gəlməsindən qorxursanızsa, ətrafa qorxu enerjisi
yayırsınız. Yaydığınız qoxu qədər təsirli bir enerji yayırsınız.
İnsan içində olduğu ruh halı nəysə o seviyyədə bir tezlik yayır. Yəni özünə ona oxşar təcrübələr çəkir … Hamısı bu
qədər!
Deyək ki, həyatınızda buna oxşar bir hadisə yaşadınız… Tez
dayanın və öz-özünüzə deyin, bunu mən harda və nə zamn
əkdim və indi bunu yaşııyıram? Tapsanız tez o anı
təmizləyin. Tapmasanız bunları mənim alt şüurum yaradır və bunlar mənim həqiqi duyğularım deyil, mən sevgini seçirəm
deyin.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
68
Gülmək hər dərdə dərmandır. Vücudun təbii xöşbəxtli hormonu olan endorfin salqılanmasına səbəb olur, Sinirləri
rahatladır, vücuda aerobika etdirir. Çünki vücudun üst
hissəsindəki əzələlərin, sinirlərin ve orqanların idman
etməsini təmin edir. Əsəb, gərginlik, narahatlıq kimi duyğulardan uzaqlaşdırır…
Xöşbəxt insanların ortaq sirri, əllərində olanın qiymətini bilmələridir. Əlindəkinin qiymətini bilmirsənsə, daha çox
istəməyin bir mənsı yoxdur, çünki o da səni xöşbəxt
etməyəcək. Daha da çox istəyəcəksən.
Ondan bundan nifrət edərək həyatınızı məhv etməyin. Nifrət
çox zəhərli bir duyğudur. Zəhəri siz içib başqasının ölməsini
gözləmək kimi bir şeydir bu. İntiqam almaq istəyini də bir kənara bıraxın. Ən gözəl intiqam, sevmədiyiniz insanı yox
hesab etməkdir inan mənə. Bağışlamaq sizə çətin gəlsə də o
insanı yox hesab edin… Maraqlanmayın. İntiqam enerji itirməkdən başqa bir şey deyil.
Enerjinin dəvamlı dəyişmə qanunu
Bütün insanlar öz həyat şərtlərini dəyişdirmə gücünə
sahibdirlər. Daha yüksək titrəşmələr daha düşük olanları dönüşdürür; Beləcə, hər birimiz kainatın qanunlarını
anlayaraq və prinsipləri dəyişməyə təsir edəcək şəkildə
uyqulayaraq həyatımızdakı enerjiləri dəyişdirə bilərik.
Kainatdakı hər şey siz də daxil olmaqla fərqli tezliklərdə
titrəyən saf enerjidir. Düşündüyümüz, söylədiyimiz,
inandığımız hər şey kainat və başqaları üzərində bənzər bir təsirə sahib olacaqdır. Hər şey digər hər şeyə bağlıdır. Hər səs,
şey və hətta düşüncənin özünə xas titrəşmə tezliyi vardır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
69
Düşüncələrimizi dəstəkləyən duyğulara və sözlərə diqqət etmeliyik.
Hər hadisənin (düşüncə daxil) bir qarşılığı və ya nəticəsi
vardır "əktiyimiz şeyi biçərik". Həyatımıza girən şeyləri, hadisələri və insanları əslində biz çəkərik. Düşüncələrimiz,
hisslərimiz, sözlərimiz və hərəkətlərimiz, bənzər enerjiləri
çəkən enerjilər yaradır. Buna görə neqativ enerjilər neqativ enerjiler çəkər və pozitiv enerjilər pozitiv enerjiləri çəkər.
Bütün duyğularınız, "şərtsiz sevgi"nin (eşq mənasında) duyğusal titrəşmələrin ən yüksək və "nifrət" in ən yoğun, və
ən üst olduğu titrəşmələrdir. Zehinsəl titrəşmələrinizi
izləyərək onlara nəzarət etməyi öyrənə
bilərsiniz. Titrəşmələrinizi bilərək düşüncələrinizi nifrətdən sevgiyə, qorxudan cəsarətə çevirə bilərsiniz.
Ritm qanunu
Ritm qanunu bizə bunu söyləyir: Hər şey dəyişkəndir.
Qanuna uyqun olaraq, bir nəticə nöqtəsi digər bir nöqtəyə
çatdığında, geriyə doğru sayım, hər hansı bir irəli hərəkətin tamamən tərsinə çevrildiyi zamana qədər fərq edilməz bir
şəkildə başlayar, daha sonra irəli hərəkət təkrar başlayar və
zaman təkrarlanır.
Qanunun sizi geri çəkməyə başladığını hiss ettiyinizdə
qorxuya düşüb cəsarətinizi qırmayın. Həyat sizi nə qədər geri
çəkmiş olursa olsun pozitiv olmağa çalışın. Çabalamalar uğursuzluqla qarşılaşsa belə, ritm qanunu sayəsində (əgər
iradənizi qırmasanız) yuxarı doğru hərəkət yenidən
başlayacaqdır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
70
Zaman içində, geriyə doğru hərəkətlər, öncəki geri
dönüşlərinizə görə daha az neqativ hala gəldikcə və özünüzü
daha da yüksəltdikçə, əzmkarlığınız mükafatlandrılacaqdır
.
Bənzər bənzəri çəkər
Kainatın qanununa əsasən hər şeyin qarşılığı vardır. Siz
kainata nə cür bir dalğa yaysanız sizə geri dönən tezlik də o cür olur. Bənzər bənzəri çəkər! Amma bəzən həyatda bir-
birinə hec bənzəməyən insanların bərabər olduqlarını görürük.
Bu nöqtədə fikirlər qarışır. Bunu isə Rahiblər belə izah edir.
"Fiziki dünyada zidd olanlar, ruhsal dünya da isə bənzərlər bir-birini çəkər." Zidd olanlar birləşərək bütünü əmələ gətirir.
Egər siz öz balansınızı qurmağı bacarmırsanızsa zidd
qütbünüz ilə sınanaraq hər hansı bir şəkildə bu balansı qurmağınız təmin olunacaqdır.
Ağaçların Enerjisi
Hər şeyin olduğu ki i ağacarın və hətta bütün bitkilərin
enerjisi var. Sizinlə və bütün kainatla əlaqələri var. Bunu
ruhsal hətta fiziki vəziyyətinizi yaxşılaşdırmaq məqsədilə istifadə etsəniz fayda görərsiniz. Məsələn, hindular enerjisi
düştüyündə şam ağacına bir müddət sarılar və enerjilərini
yüksəldərlərmiş. Niyə şam ağacı, çünki bu ağac 4 mövsüm
yarpağını tökməyən güçlü duruşu ilə həyatı təmsil edir. Aparılan araşdırmalar sadəcə toxunmanın deyil, ətrafınızda
olmasının belə müalicəvi əhəmiyyəti olduğu söylənir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
71
Ağaclar enerji istehsal edərək həyat enerjisini təmin edərlər. Siz onlara sarılaraq bağlantı qurduğunuzda bədənin enerjisini
bərpa edirsiniz. Hər ağacın eyni insanlar kimi özünə məxsus
enerjisi var. Bu səbəbdən hər ağac dəyişik təsirlər almaq üçün
qucaqlana bilər.
Nikola Teslanın o çox məşhur sözünü xatırlayın: “Əgər kainatın sirlərini kəşf etmək istiyirsənizsə enerji, tezlik
və titrəşmə ölçülərini öyrənməniz lazımdır.”
Ağaclar bir-birləri ilə kökləri vasitəsilə eyni internet şəbəkəsi
kimi bağlantı qurar və xəbərləşirlər. Yəni bütün kainat da
bizimlə bağlantıdadır. Onların danışma dili isə təbi ki
tezliklərdir! Hər şeyin titrəşmə sahib olduğu və bunu ətrafına yaydığını anlasaydıq, bizə də təsir edə biləcəyini təxmin
etmək çətin olmazdı. Ağaclardan bu qədər bəhs etmişkən indi
hansı ağacın nə üçün yaşxı gəldiyinə baxaq.
Söyüd ağacı yanında durduğunuzda baş ağrısını keçirir.
Şam ağacı enerjinizi təmizləyər, balanslaşdırar. Qaraağaç beyni sakitləşdirir.
Əncir ağacları ürəyi təmizliyir.
Küknar sümükləri gücləndirir (sağalmağı sürətləndirirmiş).
İhlamur, Adaçayı, kimi bitkilər isə havadakı mikrobu təmizliyir...
Ayın bizə təsiri
Ayın hər ay içərisində iki ayrı dövrü var. Biri dolunay digəri
isə yeni ay. Atalarımız ayın bioenerji dalğalarına önəm vermiş və günlük həyatlarında bütün işlərini ona görə proqramlamış
və davranmışlar. Bəlkə bu zamana qədər diqqətinizi
çəkməmişdir amma gözəllikdən, münasibətlərə, əkim-biçim
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
72
işlərindən hətta bəslənməyə qədər hər işdə ayın təsiri var. Hətta zehin xüsusunda yeni ay dövründə zehniniz daha pak və
açıq olur.
Yeni ay: Enerjinin pozitiv istiqamətdə artdığı dövrdür. Başlatmaq enerjisi daşıyır. Xəstəliklər asan şəfa tapır,
hüceyrələr çoxalır. Bitki əkilərsə gözəl inkişaf edər.
Dolunayda isə: enerji neqativ tərəfdə yüksək olur. Dolunay dövründə duyğular önə çıkıyor zəka olaraq isə
alqılamada bir az çətinlik hiss edə bilərsiniz.
Saç, dırnaq kəsim işlərinizi bu zamanda edə bilərsiniz.
Dolunayda biçilən otlar daha şəfalı olur. Ən çox məsləhət
gördüyüm şeylərdən biri də səssizlik orucu tutmaqdır. Ay
duyğuları alt üst etdiyindən balansı itirə bilər, ətrafımızdakı münasibətlərdə asanlıqla qırıcı ola bilərik. Daha sonra peşman
olacağımız axmaq hərəkətlər edə bilərik. Bəzən heç istəmədən
kiminsə xətrinə dəydiyinizi görmüşsünüz. Baxın, diqqət edin. Bu xüsusən dolunay dövrlərinə rast gəlir. Mən də bunu
öyrəndiyimdən bəri bu dövrlərdə özümü geri çəkirəm.
Dəvamlı özümə təsəlli verirəm sakit ol, keçəcək, hal-hazırda sən, sən deyilsən. Ən gözəli dua, zikir çalışmalarına
yönəlmək. Təbiətdə gəzintiyə çıxmaqdır.
Biz günəş, ay, su, torpaq və bitkilər vasitəsilə kosmik enerji alırıq. "Kosmik enerji "həyat enerjisidir. Dənizə girmək və
günəşlənmək əla aura təmizləyir. Torpağa əyağı yalın basmaq
vücuddakı neqativ enerjini atar.
Üzərik ilə evi tüstülətmək məkan temizliyi olar. Evinizdə çox
toz tutan əşyalara yer verməyin. Toz neqativ enerjiyi tutar.
İstifadə etməkdən xoşlanırsanızsa mütləq tez-tez yuyaraq və ya nəm əski ilə silərək ölü enerjilərdən təmizləyin. Eyni
zamanda ortalığın tezliyini ehtiyacınıza görə rəngləri seçərək
də ayarlaya bilərsəniz.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
73
Sarı - enerjini artırır və neqativ enerjini geri çevirir. Yaşıl - şəfa verir
Mavi – hüzur verir
Narıncı - sevgi enerjisi verir.
Ev insanın bədənidir
Ev insanın bədənidir! Evinə necə baxdığından, özünə necə
davrandığını görmək mümkündür. Şir yatdığı yerdən bəlli olar sözünü xatırlayın. Evinizdəki düzənsizlik və qarışıqlıq
həyatınıza problem və qarmaşıqlığı çəkər.
Kainatın kosmik enerjisini düzgün istifadə etməyi öyrənsək, həyatımızın hər sahəsində uğurlar əldə etmiş olarıq. Çünki
kosmik enerji həyatımızda düzgün axarsa hər şey yolunda
gedər, durğunlaşdıqda isə xəstəliklər və problemlər yaranar. Kosmik enerji 4 fərqli tərəfdən axır. Şərqdən elm enerjisi,
qərbdən yıxıcı enerji, şimaldan bəsləyici enerji, cənubdan isə
gücləndirici enerji axır. Bu səbəbdən namaz qılarkən üzümüzü qibləyə yəni cənuba tuturuq.
Əgər enerjilər düzgün axırsa bu sizə bolluq, şans, xöşbəxtlik
gətirəcək. Və evinizdə özünüzü rahat hiss edəcəksiniz. Yox əgər olduğunuz məkanda dəvamlı uğursuzluqlar, xəstəliklər
və problemlər altındasınızsa bu kosmik enerjinin düzgün
axmadığına işarədir. Enerjinin axışını düzəltmək üçün evinizdə mütamadi olaraq düzənə, təmizliyə və sadəliyə
diqqət etməlisiniz.
İstifadə etmədiyiniz xüsusilə də sizdə pis xatirəsi olan əşyanı evinizdə saxlamayın. Əşyalarında enerjisi, yaydığı bir tezlik
vardır. Yaşanan məkanların, torpağın, divarın yaddaşı vardır.
O ortamdakı hər şeyi keyd edər. Əğər olduğunuz ortamda
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
74
hüzursuzluq hissi varsa kəsinliklə o ortamla tezliyiniz uyuşmamış deməkdir.
Qırıq, çatlaq, xarab əşyalarınız varsa ya təmir edin ya da atın.
Tez-tez olduğunuz məkanı təmizləyin və düzənli tutun. Havasını dəyişərək kosmik enerjinin girməsinə rahat
axmasına icazə verin. Əşyalarınızı arada bir yerlərindən bir
santım belə olsa yerindən tərpədin. Yataq və divanların altını əşyalarla doldurmayın. Altlarındakı tozları silin. Şüşə əşyalar,
aynalar neqativ enerji tutar buna görə tez-tez təmizlənməsi
lazımdır. Mütləq evinizə bitki qoyun. Bu həm evinizin havasını həm də pis enerjisini təmizləyər. Quru və suni gül
evinizdə saxlamayın. Ölü enerjidir. İstifadə etmədiyiniz heç
bir əşyanı saxlamayın ki, yenisinə yer açılsın.
İstifadə etdiyiniz əşyalar bəlli bir aralıqla təmizlənməsi
gərəkir. Çünki əşyalarınız sizə pozitiv enerji verdikleri kimi
ətrafdakı neqativ enerjiləri əmər və doyqunluğa çatdıqdan sonra o neqativ enerjini geri yaymağa başlayarlar.
Elektromaqnetik kirlilik
Cib telefonları və bütün elektron cihazlardan yayılan
dalğalardan yaranan elektromaqnit kirlilik vücudda stres və
yorqunluğa yol açan elektrostatik yük toplanmasına səbəb olur. Hər axşam duş almaq bütün vücudu elektrik yükündən
xilas edər, insanı stres və yorğunluqdan təmizləyər.
Ətrafımızda bütün elektrik axımı daşıyan kabellər ilə elektrikli cihazlar, yüksək gərginlik xətlər, televizorlar, cip
telefonu və kompyuter kimi cihazların elektromaqnit dalğalar
yayır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
75
Stresə səbəb olan elektromaqnit kirliliyin ən böyük olumsuzluqlarından biri insanları tənbəlliyyə aparmasıdır.
Texnika istifadə edənlər bəzi tədbirlər alaraq elektromaqnit
kirliliyin zərərlərindən qoruna bilərlər. Bunun üçün elektrikli
cihazlardan mümkün olduğu qədər nəzarətlə istifadə etmək lazımdır. Günlük həyatda immuntet sistemini güçləndirici
qidalara üstünlük vermək lazımdır. Saçınızı fen əvəzinə təbii
yolla qurutmaq, cib telefonu yerinə kabelli telefon istifadə edərək evimizdəki elektromaqnit kirliliyi ən aza endirə bilərik.
Çılpaq ayaqla torpağa basmaq vəya hər hansı bir metala
toxunmaqla elektrik yükünü boşaltmaq mümkündür. Eyni zamanda metal kimi elektrik keçirən suyla təmasın da
elektrik yükünün boşalmasına kömək edir. Gün içində duş
almaq imkanı olmadığı zaman əlimizi suya tutmamız yəni
əllərimizi tez tez yumaq da vücudumuzdakı elektrostatik yükü boşaldar.
İnsan vücudunda elektrik istehsalı
Elektrik ən mühim həyat vasitələrindən biridir. Elektrik olmadan texnologi həyatımızı dəvam etdirməmiz mümkün
deyil. Ancaq bir çox insan elektrikdən istifadə edərkən, öz
vücudunun da eyni ilə elektronik cihazlar kimi elektriksiz
çalışamıyacağını bilməz vəya düşünməz. Halbuki vücudumuz qüsursuz bir elektrik istehsal və paylaşma şəbəkəsi ilə təchiz
olunmuşdur.
İnsan vücudu həyat funksiyalarını yerinə gətirə bilmək
üçün elektrokimyəvi bir enerji sistemi istifadə edir. Vücudumuzun elektriklə işləyən hissəsi sinir sistemidir.
Canlılardaki bu elektrik sistem, metallardakı elektrik
sistemlərindən çox daha artıq mənfəətə sahibdir. Bu
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
76
mənfəətlərin başında biyoloji sistemlərin öz özünü təmir edə bilməsi gəlir.
Ətrafımızda gördüyümüz hər şeyin təməli atomdur. Atomun
içində isə proton, neytron və elektron vardır. Proton ve neytron nüvədə yerləşir, elektronlar isə nüvə ətrafında
dəvamlı dönən hərəkətli zərrəciklərdir. Protonlar pozitiv,
elektronlar neqativ elektrik yüklü, neytron ise yüksüzdür. Atomdaki elektron və proton miqdarı bir-birinə bərabərdir. Bu
bərabərlik de atomun neytral vəziyyətdə olmasına səbəb olur.
Atom əlavə bir elektron qazandığında bu onu neqativ hala gətirir və tarazılıq pozulur. Atom bir elektron itirdiyində isə
bu dəfə də pozitiv yüklü olur. Bu tarazısızlıq elektron axımı
başlamasına yol açır və bu elektron axımı da ‘elektrik’ olaraq
tanınır. Trilyonlarla atomdan meydana gələn insan vücudu elektronların hərəkəti ilə meydana gələn enerjiylə çalışır.
Nəfəs almaq, qaçmaq, yemək yemək, danışmaq, hərəkət
etmək, qısaca həyatımıza aid nə varsa enerjiyə ehtiyac hiss
edir və enerji olmadan həyat fəaliyyətimizi sürdürə bilmərik. İnsanın həyatı boyunca vücudunda həyata keçən sayısız
hüceyrə fəaliyetinin təməlində daima elektrik vardır. Başqa
bir sözlə, vücutdakı bütün kimyəvi proseslər elektriklə olur.
Vücud, elektrik istehsalını özü həyata keçirir. Bu vəzifəni
vücudumuzdakı trilyonlarla hüceyrə daima birlikdə yerinə
gətirirlər. Kiçik bir batereya oxşayan hüceyrələr xarici ətrafı potasyum, daxili hissəsi isə sodyum mayesi ilə doludur.
Bütün hüceyrələrdə bir volt elekrik enerjisi vardır. Bütün
hüceyrələr bu potansiyal enerjilerini hüceyrə içindəki
fəaliyətlərinə sərf edirlər. Ancaq sinir və əzələ hüceyrələri digər hüceyrələrdən fərqli olaraq bu enerjini fizoloji vəzifələr
üçün də istifadə edirlər. Əzələ hüceyrələrində bu axım
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
77
sayəsində yığılma əmələ gələrkən, sinir hüceyrələrində bu axım xəbərdarlıq siqnalı verir.
Hüceyrə zəri üzərində sadəcə müəyyən ionların keçişinə izin
verən kanallar mövcutdur. Bu kanallar vasitəsilə ionlar hüceyrə içinə vəya xaricinə hərəkət edə bilir. Müsbət və mənfi
yüklü hissəciklərin hərəkəti ilə hüceyrə içi və xarici arasında
elektriksəl bir tarazısızlıq meydana gəlir. Hüceyrə içi və hüceyrə xarici mayelərdəki bu fərq, tarazılıq yaranana qədər
bir keçiş yaradır. İçərisini xaricdən ayıran hüceyrə zəri bəzi
ionların keçməsinə izin verirkən diyərlərinin keçişini əngelləyən yarımkeçrici xüsusiyyətindədir. Bu səbəbdən
hüceyrə elektriyə ehtiyac hiss etdiyində elektrik dövrəsini
tamamlamaq üçün bu kanallardan birini açır.
Bir hüceyrənin xaricindəki yük ilə içərisindəki yük arasındakı
fərq 50 milivoltdur. Washington Dövlət Üniversitetindən farmakoloq Prof. Steven M. Simasko’nun hesablamasına görə
vücutdakı trilyonlarla hüceyrənin istehsal etdiyi elektrik
toplanırsa əldə edəcəyimiz enerji, 40 watt’lıq bir elektrik lampasının aydınlatmasına bərabər bir enerjidir. Bəzi
hüceyrələr digərlərindən daha artıq elektrik istehsal edir.
Bunun miqdarı hüceyrələrin gördükləri işə və elektriyi nə
üçün istifadə etdiklərinə bağlıdır. Məsələn, sinir və ürək hüceyrələri daha çox elektrik istehsal edirlər, çünki sinir
hüceyrələrinin, məsajlarını uzaq məsafələrə göndərmələri
gərəkir. Bu səbəbdən həm özləri üçün həm də bu məsajları göndərmələri üçün daha çox enerjiyə ehtiyac var.
Statik Elektrik Nədir?
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
78
Yüksək sürətlə uçan təyyarələrin qanadlarının niyə miz olduğunu vəya tankerlərin niyə torpaqlama zinciri daşıdığı
marağınıza səbəb oldu mu? Ya da bəzi zamanlarda təmas
etdiyiniz cisimlərdə niyə elektrik vurduğunu? Elə isə statik
elektriyi gəlin daha yaxından incəliyək.
Yüklərin bir-birləriylə təsiri nəticəsində ortaya çıxan qüvvətə elektrostatik qüvvət vəya statik elektrik deyilir.
Statik Elektrik, təbiətdə bir-birindən fərqlı vəya
eyni, keçrici vəya dielektrik iki maddənin təmas etməsi və sonra ayrılması vəya sürtünmə zamanı, bu iki cisim arasında
pozitiv və neqativ elektronların sərbəst buraxılması və
işarələrinin dəyişməsi ilə yaranır. Statik yükün voltu çox
olmasına rəğmən, axımı çox zəyifdir.
Maddələr bir-birləriylə təmas halında olduğu müddətcə
aralarında təmas üzü boyunca elektron nəqli olur. İki
maddənin təmasının kəsilməsi halında aralarındakı sərhəd aradan qalxar və maddələrdən birində neqativ yük
artığı(neqativ yüklənmə) diyərində isə elektron azlığı (pozitiv
yüklənmə) meydana gəlir. Əmələ gələn bu iki ayrı yük bir-
birlərini çəkər və arada olan hava kimi dielektrik olan bir ortamda (qıvılcım) yaranaraq boşalır və yük fərqlərini
tarazılaşdırar.
Meydana gələn bu qıvılcımın şiddəti iki üst arasındaki
potansiyal fərq və keçiş ortamının müqavimətindən asılıdır.
Buna görə iki üst arasındakı təmas sürtünmə vasitəsilə olursa
elektrik boşalması daha çox olacaqdır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
79
Parlayıcı mayelər üçün böyük risk: Statik Elektrik
Parlayıcı maye daşıyan tankerlərdə hava ilə sürtünmənin
nəticəsində tankın içərisindəki mayenin çalxalanması
səbəbiylə də statik elektrik yükü toplanır. Yaranan bu statik elektrik yükün təhlükəli səviyyəyə çatmasına mane olmaq
məqsədilə topraqlama zinciri istifadə edilməsi məcburidir. Bu
zincir sayəsində yaranan statik elektrik torpağa ötrülür.
Təyyarə üzərindəki statik elektrik
Təyyarə üzərində elektrik 3 fərqli şəkildə meydan gəlir. Uçuş
zamanı ildırım düşməsi nəticəsində yaranan elektrik, təyyarə
qar, buz, dolu vəya toz buludu içindən keçərkən sürtünmə
təsirindən yaranan statik elektrik, elektronik cihazların əmələ gətirdiyi statik elektrik. Təyyarə üzərində yaranan bu statik
elektrik təyyarələrin qanad uclarında yerləşən miz metal
çıxıntılar sayəsində dağılır. Təyyarənin gövdəsində gəzən bu statik elektrik anlıq olaraq havaya bıraxılmasaydı, təyyarələr
yerə enərkən meydana gələbiləcək şiddətli elektrik
boşalmaları qəzaya səbəb olardı.
İnsan Vücudunda Statik Elektrik
Bu mövzuda ağıla ilk gələn quru və dielektrik xüsusiyyətdə olan saçlar ilə plastik daraq arasında statik elektrik yüklərinin
boşalaraq tarazılaşması nəticəsində ortaya çıxan çıtırtılardır.
Yada yunlu paltarlarımızı geyib çıxartarkən sürtünmədən yaranan elektriklənmədir. Bütün bunlarla bərabər biriylə
görüşdükdə vəya bir üstə doxunduğumuzda çarpılmamızda
tez-tez yaşanılan vəziyyətlər arasındadır. Elə bütün bunların
səbəbi statik elektriktir. İnsan vücudunda var olan elektrik xüsusilə əllərdə, üzdə, başda toplanmış halda olur. Təmas
vəya sürtünmə yoluyla bir cismə doxunduğumuzda
vücudumuz ilə cisim arasında bir yük keçişi olur. Neqativ
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
80
olaraq yüklənən vücudumuz ilə başqa bir cismə təmas etdiyimizdə ani bir şəkildə yük boşalması yaşanır. Üzərimizdə
minlərlə volt statik yük mövcud ikən, 350 Volt ilə sıradan
çıxan bir CMOS elektronik cihaza toxunduğumuzda cihaz
zərər görə bilər. Bunun səbəbi isə statik yükün anidən boşalmasıdır.
Bunları bilirdiniz?
- %10 ile %20 arasında bir nəm olan yerdə plastik qovluq
daşıyarkən 7.000 Volt’luq bir statik elektriklə yükləndiyinizi. - %10 ile %20 arasında bir nəm olan yerdə xalı üzərində
gəzərkən 35.000 Volt’luq bir statik elektrik əmələ gəldiyini.
-Stresli vəziyyətdə üzərinizdəki statik elektriyin daha da çox
olduğunu. - İnsan vücudunda elektrik istehsal edən və nöron olaraq
adlandırılan hüceyrələrin varlığını.
- Bəzi zamanlar ildırımların uzunluqlarının 9 km-ə yaxın olduğunu və ətrafındakı 15 km’lik sahədə təsirli olduqlarını.
- Dünyada ildırım vurması səbəbindən, qeydə keçmiş ən son
təyyarə qəzasının 1967’də ABŞ’da olduğunu bilirdiniz?
Statik elektriyin səbəbləri
Maddələr neytral atomlardan yaranır. Çünki, atomların
nüvəsindəki pozitiv yüklü protonlar ilə orbitlərindəki neqativ
yüklü elektronların sayı eynidir. İki maddə bir-birləri ilə təmasa keçdiyi zaman, elektronlar bir maddədən digər
maddəyə keçə bilir. Beləliklə bir maddə üzərində pozitiv yük,
digəri üzərində isə buna bərabər miqdarda neqativ yük
yaranır.
Məsələn, saça sürtülmüş bir balon, neqativ yüklənir və divara
yaxınlaşdığı zaman, divarda olan pozitiv yüklər ilə bir-birinə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
81
bağlanır və balon divara yapışaraq, yer çəkiminə qarşı asılı durur kimi görsənir.
Elektriklə yüklü bir cisim yüksüz bir cismə toxundurulduğu zaman, o cismi öz cinsindən olan elektrik ilə yükləyər.
Məsələn, neytral bir cismə (+) yüklü bir cisim toxundurulsa
hər ikisi də (+) yüklənər. Əgər yük miqdarları bərabərsə hər ikisi də neytral olar.
Sürtünən cisimlər arasında elektron keçişi olur və elektron
itirən (+), qazanan isə (-) yüklə yüklənir. Məsələn, sviterimizi
çıxardarkən saçımız ilə sviterimiz arasında sürtünmə olur və saçlarımız havaya qalxır.
Yun parça ilə plastik çubuq bir-birinə sürtüldüyündə yun
parça pozitiv, plastik çubuq isə neqativ yüklə yüklənir. Eyni şəkildə, ipək parça ilə şüşə çubuq bir-birinə sürtüldüyündə
ipək parça neqativ, şüşə çubuq isə pozitiv yüklə yüklənir.
Bunun səbəbi ipək parça ilə plastik çubuğun elektron almağa, yun parça ilə şüşə çubuğun isə elektron verməyə meyilli
olmasıdır. Elektronların ən çox 7 orbiti olur. Hər bir atom ən
son orbitindəki elektronların sayını 8-ə tamamlayaraq sabit
olmaq istəyir. Bu səbəbdən Ən son orbitində 5-dən çox elektron olan atomlar elektron almağa, 5-dən az elektronu
olan atom isə elektron verməyə meyillidir. Son orbitindəki az
sayıda elektronları verən atomlar isə bir aşağı qatdakı orbitindəki elektronları 8-ə tamamlamağa çalışır.
Cisimlər başqa bir cismə sürtülmədiyi və ya elektrik yüklü bir
cismə doxundurulmadığı halda da elektriklənə bilirlər. Plastik bir çubuğa kâğız parçaları yaxınlaşdırıldığında
kâğızları çəkmirsə çubuq yüksüzdür. Sonra yunlu parçaya
sürtülən bir plastik daraq çubuğa doxunmadan
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
82
yaxınlaşdırıldığında, çubuğun kâğız parçalarını çəktiyinə şahid oluruq. Daraqdakı (-) yüklər çubuqdakı (-) yükləri
itələyərək çubuğun bir ucunun (+)digər ucunun isə (-)
yüklənməsinə səbəb olur. Bu cür elektriklənməyə təsir ilə
elektriklənmə deyilir.
Böyük cisimlər, daha çox enerji depolayır. Bu, insan ilə təmas
etdiyində çox təhlükəli ola bilər ya da yanıcı gaz/toz ilə tutuşub qıvılcım yarada bilər.
İdırım – təbii statik boşalma
Buludların içərisində hidrometor adlandırılan parçacıqlar toqquşma
və sürtünmə nəticəsində yüklenir.
Bu zaman buludlar neqativ yük qazanır. Buludların altında
qalan torpaq isə əks yüklə, yəni
pozitiv olaraq yüklüdür. Buludla yer arasında olan dielektrik hava keçrici hala keçməyə başlayır və buludla yer arasındakı
potansiyal fərq artdıqca havanı dəlməsi asanlaşır. Havanın
dəlinməsiylə bulutdakı yüksək volt torpağa boşalır. Bu
boşalma 2.000 ilə 200.000 amper arası cərəyan axını yaradır. Kosmos kəşfində statik boşalma
Dünyadan kənarda həddindən çox az nəm olması səbəbilə çox böyük miqdarda statik yük toplanır. Bu statik yük toplanması,
böyük elektronik cihazlara sahib kosmos araşdırmalarında
istifadə olunan cihazlar üçün böyük bir təhlükə yaradır. Statik
elektriyin, Ay və Mars’da planları olan astronavtlar üçün təhlükəli olduğu düşünülür. Son dərəcə quru bir yer üzərində
yerimələri, böyük miqdarda yük toplanmasına səbəb ola bilər.
Geri dönüşdə kosmik gəmiyə minmək üçün giriş qapısını
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
83
açarkən böyük bir statik boşalmaya səbəb ola bilər, və bu hal həm astrnavtlara həm də həssas elektronik cihazlara zərər
verir.
Təbiətdəki sirr: elektrik
Hörümçək torları sahip olduğu elektrostatik təsir ilə ovlarını daha rahat tuta bilmələri, bal arılarının qanadlarını çırparkən
200 volta qədər elektrik yükü yaratmaları, və bunun sayəsində
neqativ yüklü çiçəklərdən polen çəkə bilmələri, balıqların elektrik enerjisini həyat fəaliyyətlərində istifadə etmələri və s.
Təbiətin heyran edici möcüzələrini sizin üçün hazırladım.
Hörümçək torlarının heyrət edici xüsusiyyəti
Hörümçəklərin torları üzərində aparılan araşdırmada, torların
yapışqan iplərinin elektrik yüklü cisimlərə qarşı həssas olduğunu və bu elektriyin cisim və ya canlılara doğru hərəkət
etdiyi öyrənildi. Scientific Reports jurnalında yayınlanan
araşdırmada uça bilən bir çox böcək növünün uçmaları sırasında böyük bir elektrik yükü yaratdığı kəşf olundu. Bal
arıları kimi bu böcəklərin uçarkən yaratdığı elektrik yükü ilə
hörümcək torları tərəfindən çəkilmələri və ov olmalarının
asanlaşdığı irəli sürüldü.
Bal Arıları 200 Voltluk Bir Elektrik Yükünə Sahibdir
Uçarkən elektrik yükü yaradan
böcək növlərinə isə ən yaxşı misal
olaraq bal arılarını göstərmək
olar. Bal arıları 200 volta qədər elektrik yükü yarada bilir və
bunun sayəsində neqativ yüklü
çiçəklərdən polen çəkə bilir. Daha öncə aparılan araşdırmalar
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
84
ilə arıların vızıldayaraq uçarkən vücudlarında elektriksəl bir yük topladıqları məlum oldu. Qanadlarını dəqiqədə 12.000
dəfə çırparaq qanat ətrafında vücudlarına uzanan bir
elektromaqnit sahə əmələ gətirən arılar şam bir qabıq
qruluşuna sahib olduqları üçün elektriy keçirməzlər. Dünyanın ən sürətli kompyuterindən biri saniyədə 16 milyard
iş görürkən, bal arısı eyni müddətdə 10 mikrowatt’dan daha az
enerji xərcləyərək 10 trilyonluq iş görür.
Balıqlar və Elektrik
Elektriyin var olduğu təbii həyat məkanlarından bir digəri isə
suyun altıdır. Balıqların, suda istehsal etdikləri elektrik
enerjisi həyatlarında böyük bir asanlıq meydana gətirir.
Xəbərləşmədə, dərk etmədə və ovlanmada elektrik enerjisindən böyük miqdarda istifadə edirlər. Yüksək elektrik
gücünə sahib elektrikli ilan balığı isə böyük maraq cəlb edir.
İlan balığının vücudunun böyük hissəsi yüksək gərginlik salan əzələlərə dönüşən elektrik orqanları (elektroplax) ilə
örtülüdür. Bu orqanlar, hər biri düşük gərginlik yaradan çox
sayıdakı elektrik meydana gətirən elementlərdən ibarətdir. Bir elektrikli ilan balığında 5.000 ilə 6.000 arasında elektroplax,
500 voltluq bir gərginlik, 500 wattlıq elektrik yarada bilir.
Bəzi balıqlar elektrikdən radar kimi istifadə edir
Təbiətdə yüksək elektrik yükləriylə silahlanmış balıqlardan
başqa iki ya da üç volt kimi çox düşük siqnallar yayan balıqlar da vardır. Ovlanma ya da müdafiə üçün yararlı olmayan bu
zəyıf siqnallar, balıqlar tərəfındən fərqli bir məqsəd üçün
istifadə edilir. Bu balıqlar ətrafa yaydıqları zəif elektrik
siqnallarını bir duyğu orqanı kimi istifadə edirlər. Bu cür balıqlar, yaydığı elektrik yükünü quyruğunda yerləşən xüsusi
bir orqanda yaradır. Daha sonra bu elektrik yükü, heyvanın
gövdəsinin arxa bölümünə dağılmış olan minlərlə dəlikdən
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
85
siqnallar şəklində yayılır. Siqnallar balığın ətrafındakı suda anlıq bir elektrik sahəsinin yaranmasına səbəb olur. Balığın
yaxınındakı cisimlər bu sahənin qruluşunun pozulmasına
səbəb olur. Balıq bu pozulmaların növlərinə görə ətrafdakı
cisimlərin böyüklüyü, keçriciliyi və hərəkəti haqqında məlumat sahibi olur. Balığın bədənində, ətrafdakı elektrik
sahəsinin dağılmasını bir radar kimi dəvamlı olaraq yoxlayan
elektriksel alıcılar vardır.
Elektrik və maqnit sahə nədir, necə yaranır ?
Elektromaqnit sahələrin insan sağlığına təsiri dediyimiz
zaman radiasiyadan bəhs etmədən olmaz. Bunun üçün
radiasiyanın nə olduğuna baxmaq lazımdır. Radiasiya sözü, maddə içinə yerləşə bilən şüalar üçün istifadə edilir.
Radiasiya - maddə içinə yerləşib atomları ionlaşdırması ya da ionlaşdırmamasına görə iki yerə ayrılır.
DC – 300 GHz arası iyonlaşdırmayan elektromaqnit
radiasiya, 300 GHz dan yuxarı iyonlaşdıran nüvə radiasiyası
mövcuddur. (neytron, proton, alfa…)
Biz burada iyonlaşdıramayan (elektron qoparamayan
radiasiadan) bəhs edəcəyəm.
Elektrik sahə
Elektrik sahə, bir elektrik yükünün başqa bir elektrik yükü
üzərində yaratdığı cəzb etmə ya da itələmə qüvvəsini ifadə edir. Hər elektrik yükü bir elektrik sahəsinə sahibdir.
Aparılan təcrübələrdə bir cihazın elektrik ilə bəslənmə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
86
gərginliyini yüksəltiyimizdə bunun nəticəsi olaraq elektrik sahəsi də yüksəlir.
Elektrik sahəsi ölçü vahidi [V/m] dir. Ölçü vahidindən də
anlaşıldığı kimi metrə başına düşən volt mənasını anlamaq çətin deyildir.
Bu mövzuda çoxumuzun bilmədiyi eyni zamanda anlayamadığı bir vəziyyətdən bəhs edəcəm. Məsələn,
evlərimizdəki TV’ lər stand-by vəziyyətindəykən, yəni
içindən elektrik axımı geçərkən bir elektrik sahəsi yaratdığını bilməmiz gərəkir. Həm sağlığımız həm də enerji qənaəti üçün
elektrikli cihazlarımızı stand-by vəziyyətində
buraxmamalıyıq.
Maqnit sahə
Maqnit sahələrə gəldiyimizdə isə yenə maqnit təsirinin əsas qaynağının elektrik yükləri olduğunu görürük. Necə meydana
gəldiyinə baxınca isə; elektrik yüklərinin yer dəyişdirməsi
nəticəsində meydana gəldiyini bilirik. Yəni qısaca elektrik axımının var olduğu hər yerdə maqnit sahə mövcutdur.
Elektrik axımı artdıqca maqnit sahə də artır. Məsafənin
artması isə həm elektrik sahəsinin, həm də maqnit sahəsinin təsirini azaldır.
Dünyamızın da öz-özünə yaratdığı bir sahə mövcuddur:
Normal havada statik (DC) elektrik sahə dəyəri 120-150 V/m
dəyərindədir.
Yağışlı və şimşəkli havalarda bu dəyər 10000 V/m‘yə
yüksələ bilir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
87
Yuxarıda anlatmağa çalışdığım, elektrik sahə və maqnit sahənin bir arada var olması elektromaqnit sahələri meydana
gətirir. Aparılan araşdırmalarda isə elektromaqnit sahədə
elektrik dalğaları və maqnit dalğaları dəvamlı olaraq yer
dəyidtirdiyi görülmüşdür. Elektromaqnit sahələrin ən vacib xüsusiyyətləri isə tezlik və dalğa uzunluğudur. Hamımızın da
bildiyi kimi tezlik yüksəldikcə dalğa uzunluğu azalır və buda
sahədə yayılan enerjinin yüksək olduğunun işarəsidir.
Gündəlik həyatımızda istifadə etdiyimiz; radio, TV, naqilsiz cihazlar, cib telefonları, radarlar, mikrovalnovka, elektrik
sobası və s. elektrik cihazları elektromaqnit radiasiya yayaraq
hüceyrələrimizin funksiyasını pozur.
Dünya sağlamlıq təşkilatının cib telefonları üçün müəyyən
etdiyi bir dəyər var. Uyqulamada olan "Elektromaqnit sahələr
layihəsi"də yer alan maximum dəyər 0.1 W/kg SAR olaraq müəyyənləşdirilmişdir. Buna baxmayaraq ölkəmizdə satılan
telefonlarda bu dəyərlər 1.11 w/kg SAR' a qədər
yüksəlməkdədir.
Elektrik sahəsinin varlığını vücudumuzda
necə hiss edə bilərik?
Əgər saçlarınız və vücudunuzdakı tüklər titriyirsə, cildinizdə
"üfülənmə" hissi və naxoş bir his varsa elektrik sahəsinin
təsirində olmaq ehtimalınız çox yüksəkdir. Bildiyimiz kimi bədənimiz elektriyi ötürmə xüsusiyyətinə sahibdir. Ancaq
məruz qaldığımız elektrik sahəsinin təsirləri insandan-insana
dəyişir. Bu tamamən genetik və həyat faktorlarına bağlıdır.
Məsələn, vücuddakı tük miqdarının çoxluğuna görə kişilər qadınlardan daha çox elektrik sahəsindən təsirlənir. Bu
səbəbdən heyvanların bu mövzudakı həssaslığı insanlardan
daha çoxdur. Ovucumuzun içində ölü dəri sayısının əlimizin
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
88
üstündən daha çox olduğundan həssaslıq ovuc içində daha azdır. Bu həssaslığın digər bir faktoru isə elektrik sahəsinin
yerləşməsidir. Məsələn; qollarımızı yuxarı qaldırdığımızda,
qolların və əllərin üstünə təsir eden elektrik sahəsini artırırıq.
İldırım antenalarının çalışma məntiqiylə bu məntiq eyni xüsusiyyət daşıyır.
Maqnit sahənin varlığını vücudumuzda necə hiss edə bilərik ?
Elektrik sahəyə məruz qaldığımızda fəsadlar keçici və ya az
səviyyədə olur. Ancaq eyni şeyi maqnit sahə üçün deyə bilmərik. Maqnit sahənin təsirləri insan vücudunda müalicəsi
çətin hətda mümkün olmayan xəsarətlər buraxa bilər.
Keçmişi incələdiyimizdə, insan sağlamlığı üçün təhlükəsi sübut edilmiş hər şey sonradan zərərlı olduğu elan edilmişdir.
Siqareti misal olaraq göstərə bilərik. Ticarət mənfəəti uğruna, illərlə sağlamlığa zərərli bir təsiri olmadığı söylənməsinə
baxmayaraq, bir müddət sonra birdən sağlamlığa zərərli
olduğunun açıqlaması çox qəribə deyilmi? Siqaretin kanserojen təsiri yaratdığına aid kəşflər 1960-cu ildə ortaya
atılmasına baxmayaraq 1990-da zərəri tam olaraq qəbul
edilmişdir. Mövzumuzla əlaqədar bir misal verməyə ehtiyac
varsa, bir cib telefonu istehsalı firması üçün araşdırma aparan Biofizik Rose Adey’ in araşdırma nəticələrini bəyənməyən
firma sahibləri, Adey’in çalışmaları üçün ayrılan vəsaiti kəsib,
araşdırmalarını dayandırmışlar.
Hal-hazırda istifadə etdiyimiz cib telefonlarının sağlamlığa
zərərli olmasıTermal kameralarla çəkilən görüntülərdə cib
telefonuyla danışmadan öncəki və sonrakə halları aşağıdakı şəkildə göstərilib. Cib telefonu ilə danışmaqdan sonrakı
vəziyyətdə qulaq və baş bölgəsindəki qırmızı rənglər
sağlamlıq üçün təhlükə yaradan neqativ təsirlərdir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
89
Cib telefonuna məruz qalmamış 15 dəqiqə cib telefonuna məruz bir başın istilik xəritəsi. qalmış bir başın istilik xəritəsi.
Yazının sonuna gəlirkən bəhs etməzsəm əksik qalacaq
dediyim başqa təhditlərdə var. Hal-hazırda diqqət çəkməsə də
Wi-Fi wireless sistemləri də bu neqativ təsirlər siyahısına daxildir.
Wi-Fi ilə əlaqədar sağlamlıq problemləri
Simsiz (naqilsiz) texnikadan
hər gün istifadə edirik. Ancaq,
bu texnika ilə əlaqədar sağlamlıq risklərini çox insane
bilmir. Böyüklərə nisbətən
uşaqlar radiyasiya qarşı daha həssasdır. Uşaqlar daha sürətlə
böyüdüyü üçün hüceyrələri daha sürətli bölünür və bu
səbəbdən daha çox hüceyrələri radiyasiya məruz qalır. Naqilsiz texnika gündəlik həyatın bir parçası halına gəlmişdir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
90
Cib telefonları gündəlik istifadə etdiyimiz simsiz texnikanın ən yayqın misalıdır.
Çox insan mikrovalnovka ya da cib telefonu istrifadəsinin
yan təsirlərinin fərqindədir. Ancaq Wi-Fi’ın da zərərlərindən xəbardarmısınız ? Wi-Fi cihazlarının radio tezlik ilə əlaqədar
bir çox zərərləri var. Bu gün bir çox ev, kafe, məktəb, ofis
kimi potansiyal təhlükəyə məruz qalmış Wi-Fi bağlantısı olan yerlər var. Demək olar ki, hər yerdə var olan Wi-Fi texnikası
səbəbilə meydana gələn sağlamlıq problemlərinin ortaya
çıxmasıyla bu vəziyyət diqqət cəlb etdi. Kabelsiz internet və ya radio tezlik kimi radiasiya yayan cihazlara məruz qalmağın
nəticəsi olaraq meydana gələn elektromaqnit həssaslıq deyə
bir vəziyyət bu gün söz mövzusudur.
Bir insanın 20 gün boyunca məruz qaldığı Wi-Fi radiasiya
miqdarı ilə cib telefonuyla 20 dəqiqə danışaraq məruz qaldığı
radiasiya miqdarı eynidir. Buna görə də cib telefonun Wi-Fi-dan daha çox radiasiya yaydığı məlum olur.
Elektromaqnit həssaslıq
Wi-Fi texnikası ilə elektromaqnit həssaslıq əlaqədardır.
Kanada’da məktəb şagirdlərində və Fransa Milli Kitabxanası
işçilərində Wi-Fi’ya məruz qalmaqdan şikayətlər görülmüşdür. Bir qadın doktor 60-Hz elektrik sahəsinə məruz
qaldığında, özünə elektromaqnit həssaslıq diaqnozu qoydu.
Baş ağrısı, əzələ səyirməsi və s. kimi bəlirtilər görülmüşdü.
Elektromaqnit həssaslıq kabelsiz texnika və ya elektrikli cihazlara məruz qalma nəticəsində baş ağrısı, baş dönməsi,
yuxusuzluq və ya ürək çırpıntısı kimi bəlirtilərin meydana
gəlməsidir. Bu vəziyyət Wi-Fi kimi qaynaqlardan, cib
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
91
telefonları, kabelsiz ev telefonları, elektrik xətti, manqnit sahələr, elekronik sayqaclar və s. elektronik cihazlar və
elektrik sahələrindən illərlə radiasiya məruz qalmaqdan irəli
gəlir. Elektromaqnit həssaslıq əksəriyyətimizin xəbərdar
olmadığı bir şey olsada gidərək böyüyən bir problemdir. Elektronik cihazlardan yayılan zərərli radiasiya məruz
qalmağı azaltmaq üçün bəzi addımlar atmalıyıq.
Radiasiya məruz qalmamaq üçün alınacaq tədbirlər?
Wi-Fi və digər elektronik cihazlardan aldığınız radiasiya miqdarını azaltmaq üçün bunları etməlisiniz.
-Cib telefonuyla birbaşa danışmaq yerinə bir qulaqlıq istifadə
edin. -Cib telefonu ilə uzun müddət danışmamağa çalışın.
-Cib telefonu ilə danışmaq yerinə məsajlaşmağı yoxlayın.
-Wi-Fi cihazınızı, telefonunuzu və digər elektronik cihazlarınızı 7/24 açıq buraxmamağa çalışın.
-Wi-Fi cihazından istifadə edərkən modemdən ən az 1 m
məsafə uzaqlıqda olduğunuzdan əmin olun. -Note book (diz üstü) kampyuterinizi qucağınızda deyil, masa
üzərinə qoyaraq istifadə edin.
Qısacası hər tərəfimiz elektromaqnit sahələr ilə əhatə olunub. Bu sahələrin təsirində qalmağın verdiyi zərərləri yuxarıda
anlatdım. İlk öncə özümüzün, sonra ailəmizin, hətda
nəvələrimizin sağlam fərdlər olması bizdən asılıdır.
Karbon və hidrogen möcüzəsi
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
92
Karbon və hidrogen atomlarından ibarət olan molekullar daha
maraqlı xassələrə malikdir. Hal-hazırda üç milyona qədər belə
molekul olsa da alimlər daim yenilərini kəşf edir və ya onları
süni surətdə alırlar. Bəs nə üçün yalnız iki növ atom bu qədər maddə, coxlu müxtəlif molekul əmələ gətirir? Ona görə ki ,
belə molekullar karbon və hidrogenin müxtəlif sayda
atomlarından təşkil oluna bilər.Əgər dörd hidrogen atomu bir karbon atomu ilə birləşsə metan qazı əmələ gələr. Bu qazdan
qaz plitələrindən istifadə olunur.Altı karbon atomu altı
hidrogen atomu ilə birləşdikdə isə benzol alınır.Molekullarda təkcə atomların sayı deyil, həm də onlarin necə yerləşməsi
vacibdir. Məsələn, butan və izobutan kimi iki müxtəlif maddə
mövcuddur.Onlar molekullarla eyni sayda atomlardan – dörd
karbon və on hidrogen atomundan təşkil olunmuşdur.Lakin bu atomlar butanda zəncirvarı düzülmüşdür, izobutanda isə sanki
üçbucaq şəkilli ulduzlar kimi yerləşir. Daha mürəkkəb
molekullar mövcuddur. Zülal, kauçuk, ağac və bir çox sintetik materialların molekulları yüzlərlə, hətta minlərlə atomdan
ibarətdir. Maddələrin xassələri, ilk növbədə, onların
molekullarının xassələrindən asılıdır. Əgər molekullar arasındakı rabitə zəifdirsə, onlardan ibarət maddə qaz halında
olacaqdır (məsələn,su buxarı). Onun molekulları sürətlə və
sərbəst hərəkət edir və yalnız təsadüfən bir – biri ilə toqquşur.
Su buxarını soyutduqda suyun molekulları yavaş hərəkət edəcək, bir –biri ilə birləşəcək və buxar mayeyə
çevriləcəkdir.Mayedə molekullar daha sıx yerləşir, lakin hər
halda onlar müəyyən qədər sərbəst hərəkət edə bilir.Əgər temperaturu 0°-dək azaltsaq , su donar və bərk kristal maddə -
buz əmələ gələr.Buzda isə suyun molekulları,demək olar
ki,ancaq öz yerində rəqs edə bilər. Molekullarda çoxlu
çevrilmələr baş verə bilir.Bu çevrilmələrə kimyəvi reaksiyalar deyirlər.Onların vasitəsilə yeni maddələr və materiallar almaq
mümkundür.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
93
İnsanın inkişaf mərhələləri
körpəlik | uşaqlıq | yeniyetməlik | yetkinlik | yaşlılıq körpəlik (0-3 yaş)
uşaqlıq (3-12 yaş)
yeniyetməlik (12-21 yaş) yetkinlik (21-65 yaş)
yaşlılıq (65 yaş və üzəri)
İnsan vücudunun komponentləri(60 kiloqramliq nümunə üzərindən)
Maddə Ağırlıq Atom % nisbəti
Oksigen 38.8 kg % 25.5
Karbon 10.9 kg % 9.5
Hidrogen 6.0 kg % 63.0
Azot 1.9 kg % 1.4
İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N
daha çox yayılmışdır. Bu dörd elementin orqanizmdə
atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.
Qoruyucu tavan: ozon
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
94
Nəfəs aldığımız hava, yəni atmosferin aşağı təbəqəsi, əsasən, oksigen qazından (O2) ibarətdir. Formulundan da göründüyü
kimi, oksigen qazının molekulları 2 atomdan yaranıb. Ancaq
oksigen molekulları bəzən üç atomdan da (O3) ibarət ola bilir.
Bu zaman həmin molekul artıq oksigen deyil, “ozon” adlanır. Eyni atomlardan ibarət olsalar da, oksigenlə ozonun arasında
çox böyük fərqlər var. Bu yerdə vacib bir məqama diqqət
yetirək: əgər iki oksigen atomu birləşərək oksigen qazı əmələ gətirirsə, onda üç oksigen atom birləşəndə niyə tamam fərqli
bir qaz - ozon yaranır? Say fərqli olsa da, birləşənlər hər bir
halda, oksigen atomlarıdır axı. Bəs niyə meydana iki ayrı qaz çıxır? Sualı cavablandırmazdan öncə bu iki qazın arasında
hansı fərqlərin olduğunu dəqiqləşdirək.
Oksigen qazı (O2) atmosferin aşağı təbəqələrində olur və Yer üzündəki bütün canlılar onunla nəfəs alır. Ozon (O3) isə
zəhərli və çox pis iyli qazdır, atmosferin ən üst təbəqələrində
olur. Əgər oksigenlə yox, ozonla nəfəs alsaydıq, indi heç birimiz yaşaya bilməzdik.
Amma atmosferin yuxarı qatlarında yerləşən Ozon da
dünyadakı canlıların həyatında son dərəcə önəmli rol oynayır. Bu qaz təxminən 20 km qalınlığı olan bir təbəqə şəklində
bütün Yer kürəsini əhatə edir. Beləcə, Günəşdən gələn işığın
canlı orqanizmlər üçün zərərli spektrlərinin Yerə çatmasını
əngəlləyir. Günəş işığının qırmızıdan o tərəfdə yerləşən spektrindəki şüalanma əgər olduğu kimi Yerə çatarsa,
planetdəki həyatı yox olmaq təhlükəsi ilə üz-üzə qoya bilər.
Buna görə də Ozon təbəqəsi Yer üçün bir növ qoruyucu zireh funksiyasını yerinə yetirir.
Xlor ozona necə zərər verir?
Xlor 3 oksigen atomundan əmələ gələn ozon molekulunu
parçalayır. Ayrılan iki oksigen atomu oksigen molekulunu
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
95
(O2) əmələ gətirir, tək qalan oksigen atomu isə xlorla birləşir və hipoxlorid yaranır. Hipoxlorid sərbəst qalan bir oksigen
atomuyla birləşib yenidən oksigen molekulu əmələ gətirir. Və
xlor atomu yenə də sərbəst qalır. Bu çevrilmələr nəticəsində
ozonun (O3) quruluşu tamamilə pozulur.
kosmik yumurta
Böyük partlayış (Big Bang) nəzəriyyəsinə əsasən kainat çox
kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya
çıxmışdır. “kosmik yumurta” adlanan bu kiçik həcmli nöqtə şiddətlə partlayıb, bu yolla maddələr yumurtanı yarıb çölə
çıxaraq, bütün kainatı əmələ gətiriblər. Bu səbəbdən
genişləməkdə olan kainat yumurta şəklini anımsadır.
“Big Bang” nəzəriyyəsi bəşəriyyətin kainatı tanımasına
yardımçı oldu. Partlayışdan sonra foton, qlüon, kvark, proton, elektron və neytron kimi kiçik zərrəciklər ətrafa səpələnir. Bu
zərrəciklər bir-birlərini cəlb etməyə başlayırlar. Bir proton və
bir neytron birləşərək ilki atom nüvəsini meydana gətirir. Bir
elektronla bir protonun birləşməsi nəticəsində isə ilk hidrogen atomu yaranır. Yaradılışı xüsusi möcüzə olan hidrogen
atomunun ardınca digər atomlar da yaranmağa başlayır.
Cazibə qüvvəsi(qravitasiya), elektromaqnit qüvvəsi və nüvə
qüvvələrinin təsiri nəticəsində Atomlar, yəni maddə sonra isə
zaman meydana gəlmişdir. Nüvə qüvvəsi sadəcə atomun
quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvəsi isə atomlar arasındakı əlaqəni və
dolayısilə bütün maddi obyektlərin arasındakı tarazlığı
tənzimləyir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
96
Günəşdə nüvə partlayışları
Günəşdə atomların nüvələri elektronlardan ayrıca hərəkət
edirlər. Belə sərbəst hərəkətli nüvələr bir-birilə toqquşan
zaman istilik-nüvə partlayışları baş verir. Bu partlayışlar böyük miqdarda enerjinin yaranmasına səbəb olur. Bu
enerjinin çoxu görünən işıq və elektromaqnit
dalğaları şəklində ulduzlararası boşluğa yayılır. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, belə
partlayışlar Günəşin dərinliklərində baş verir. Günəşin
daхilindəki temperaturun və təzyiqin yüksək olması nəticəsində, orada gedən proses hidrogen bombasında - nüvə
reaktorunda olan kimi baş verir. Günəşdə istilik-nüvə
reaksiyasının nəticəsində dörd ədəd hidrogen atomundan bir
ədəd helium atomu əmələ gəlir. Bu reaksiyanın nəticəsində külli miqdar istilik enerjisi və işıq şüalanması ayrılır.
Günəşdə ən geniş yayılmış element hidrogendir. Günəşin kütləsinin təхminən 80%-ni hidrogen, 20%-ni helium
elementi və ancaq 0,1%-ni isə digər elementlər təşkil edir .
Bu, Günəşdə alınan enerji mənbəyi kimi orada hidrogenin sintezindən heliumun alınması hipotezi ilə uyğun gəlir.
Hidrogenin nüvəsi bir müsbət yüklü protondan ibarət olur.
Adətən, eyni yüklər bir-birini dəf edirlər. Lakin yüksək temperaturda bu protonların hərəkət sürəti o qədər böyük olur
ki, onlar hətta bir-birinə bir-birini cəzb edə biləcək qədər
yaхınlaşa bilirlər. Bu zaman partlayış baş verir ki, bunun da nəticəsində külli miqdar istilik enerjisi ətrafa yayılır.
Elektronları orbitində saxlayan güc – Elektromaqnetizm
Hər cism öz quruluşuna görə müəyyən elektrik yükü daşıyır
və bu elektrik yükləri arasında bir qüvvə mövcuddur. Bu
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
97
qüvvə əks elektrik yüklü zərrəciklərin bir-birini cəzb etməsini, eyni yüklülərin isə əksinə, itələməsini təmin edir. Nəticədə,
atomun nüvəsindəki protonlarla ətrafında hərlənən elektronlar
arasında qarşılıqlı cazibə yaranır. Beləliklə, atomun əsas
elementləri olan nüvə və elektronlar bir yerdə qalır.
Kainatı nizamlayan qüvvə: cazibə qüvvəsi
Bu, bilavasitə hiss edə bildiyimiz tək qüvvə olduğuna baxmayaraq, haqqında çox az bilgiyə sahibik. Onun
intensivliyi digər qüvvələrə nisbətən daha az olsa da, çox
böyük kütlələrin bir-birlərini qarşılıqlı cəzb etməsinə imkan
yaradır. Kainatdakı qalaktikaların, ulduzların bir-birlərinin çevrəsində qalmalarının səbəbi bu qüvvədir. Yerin və digər
planetlərin Günəşin ətrafında müəyyən bir orbitdə dönə
bilmələri də həmçinin bu qüvvənin sayəsində mümkün olur. Onun sayəsində biz Yerdə addımlaya bilirik. Bu qüvvənin
dəyəri azalarsa, bütün kainat nizamını itirərək nəhəng və
dəhşətli xaosa çevrilər, insanlar Yer üzündən qoparaq fəza boşluğuna səpələnərlər. Qüvvə artarsa, yenə də eyni dəhşət
yaşanar: ulduzlar bir-birinə çırpılar, dünya Günəşə yapışar,
biz torpağın içinə girərik.
Elementlər
Bu günə qədər elmə 109 kimyəvi element məlumdur. Bütün
kainat, dünyamız, canlı-cansız bütün varlıqlar - nə varsa,
hamısı bu 109 elementin müxtəlif ölçü və şəkillərdə
birləşməsindən yaranıb. Bütün elementlər bir-birinə bənzər olan atomlardan yaranıb. Atomlar da öz növbəsində, eyni
zərrəciklərdən ibarətdir. Yaxşı, bir halda ki, bütün elementləri
əmələ gətirən atomlar eyni zərrəciklərdən ibarətdirlər, onda
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
98
həmin elementləri fərqli edən, maddəni sonsuz çeşidlərə salan nədir? Elementləri bir-birindən fərqləndirən amil atomların
nüvəsindəki protonların sayıdır. Ən yüngül element olan
hidrogen atomunda 1 proton, ikinci yerdə gələn helium
atomunda 2 proton, qızıl atomunda 79, oksigendə 8, dəmirdə 26 proton var. Qızılı dəmirdən, dəmiri oksigendən ayıran
özəllik də elə budur - atomlardakı protonların sayı. Nəfəs
aldığımız hava, vücudumuz, hansısa bitki və ya heyvan, kainatdakı planetlər, canlı-cansız, acı-şirin, duru-qatı... -
bunların hamısı təməldə proton-neytron-elektronlardan əmələ
gəlirlər. atomu əmələ gətirən proton və neytronlar özləri “kvark” və “qlüon” adlanan daha kiçik zərrəciklərdən
ibarətdir.
Elektronlar
Yer kürəsinin Günəşin ətrafında dövr edərkən eyni zamanda
öz oxu ətrafında dönməsi kimi, elektronlar da atom nüvəsinin
ətrafında hərəkət edirlər. Bu hərəkət də planetlər kimi, bir orbit boyu fasiləsiz şəkildə baş verir. Fəqət dünya ilə günəşin
miqyası ilə atomun miqyası çox fərqlidir. Əgər müqayisə
aparmaq istəsəniz, təsəvvür edin ki, atomu dünya boyda böyütsək, elektron sadəcə alma boyda olar. Ən güclü
mikroskopların belə göstərə bilməyəcəyi qədər kiçik bir
sahədə dönüb-dolaşan onlarla elektron atomun daxilində çox qarışıq hərəkət yaradır. Burada diqqət çəkən ən önəmli nöqtə
nüvəni elektrik yükündən toxunan bir zireh kimi örtən bu
elektronların atomun içində ən kiçik bir qəzaya belə yol
verməməkləridir. Nəzərə alın ki, atomun içində baş verə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
99
biləcək ən kiçik qəza onun üçün fəlakət olar. Amma qəza heç vaxt baş vermir; çünki bütün proseslər mükəmməl nizam və
qüsursuz sistemlə cərəyan edir. Nüvənin çevrəsində saniyədə
1000 km/san kimi ağlasığmaz sürətlə fasiləsiz olaraq dövr
edən elektronlar heç vaxt bir-birlərinə toxunmurlar. Aralarında heç bir fərq olmayan bu elektronların ayrı-ayrı
orbitlərlə hərəkət etmələri son dərəcə təəccüblüdür və ağıllı
planlaşdırmanın, hesablamanın mövcudluğundan xəbər verir.
Əgər onların kütlələri və sürətləri bir-birlərindən fərqli
olsaydı, nüvənin ətrafında fərqli orbitlərdə düzülmələri təbii qarşılana bilərdi. Necə ki, Günəş sistemindəki kütlələri və
sürətləri ilə fərqlənən planetlər bu ardıcıllıqla kiçikdən böyüyə
doğru düzülüblər və ayrı-ayrı orbitlərdə hərəkət edirlər.
Amma atomlardakı elektronların vəziyyəti artıq dediyimiz kimi, qətiyyən belə deyil.
Elektronlar neytron və protonlardan haradasa 2000 dəfə kiçik zərrəciklərdir. Atomda elektronların sayı protonların sayına
bərabər olur və hər elektron hər protonun daşıdığı müsbət (+)
yükə bərabər mənfi (-) yükə sahib olur. Nüvədəki müsbət (+) yükün cəmiylə elektronların mənfi (-) yükü bir-birlərini
tarazlaşdırır və atom neytral olur. Elektronların daşıdığı
elektrik yükü bəzi fiziki qanunlara uyğun olmalıdır. Belə ki,
eyni işarəyə malik yüklər bir-birlərini itələyir, əks işarələr isə cəzb edir. Buna görə də ilk baxışdan belə görünə bilər ki, eyni
yükə (-) malik olan elektronlar bir-birlərini itələyərək nüvənin
ətrafından dağılıb gedəcəklər. Ancaq belə olmur. Əgər elektronlar nüvənin ətrafından dağılsaydılar, bütün kainat
boşluqda dolaşan proton, neytron və elektronlardan ibarət
olardı.
Ancaq bu da baş vermir. Çünki elektronların bir az əvvəl
dediyimiz sürəti (1000 km/san), onların bir-birlərinə təsir
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
100
göstərdikləri itələmə qüvvəsi və nüvənin elektronları cəzb etmə gücü o qədər həssas şəkildə uyğunlaşdırılıb ki, arada çox
mükəmməl tarazlıq yaranır. Nəticədə, atomdakı sistem dağılıb
parçalanmadan qorunur. Alimlər illərlə Allah`ın yaratdığı bu
sistemi araşdıraraq sirrini tapmağa çalışsalar da, nəticədə, kəşf edilən faktlara sadəcə bəzi adlar verməklə kifa
yətləniblər: elektro-maqnit qüvvəsi, nüvə qüvvəsi, cazibə
qüvvəsi.
Bu günə qədər heç bir elm adamı atomdakı, dolayısilə,
kainatdakı qüvvələrin səbəbini, qaynağını və niyə bəlli durumlarda bəlli qüvvələrin ortaya çıxmasını izah edə
bilməyib. Elmin gördüyü iş sadəcə gerçəkləri kəşf edərək, ona
bəzi adlar verməkdən ibarətdir. Bu cür “ad qoymalar” elm
aləmində böyük tapıntı kimi dəyərlən dirilir. Halbuki, elm adamları kainatda yeni bir qanun
yaratmağa, yeni bir sistem qurmağa deyil sadəcə mövcud
olanları qavramağa çalışırlar. Gördükləri iş də, əsasən, Allah`ın kainatdakı saysız yaradılış möcüzələrindən hansınısa
tapıb, ona bir ad qoymaqdan ibarətdir. Allah`ın yaratdığı
üstün sistemin hansısa cəhətini təsbit edən bir alim müxtəlif elmi mükafatlara layiq görülür, məşhurlaşır, ad-san qazanır.
Halbuki, bu zaman əsl heyranlıq, heç şübhəsiz, o möcüzəni
yaradana - yəni Allah`a yönəlməlidir.
Elektronlar insanların xidmətində
Elektrik həyatımız üçün çox vacibdir. Onsuz heç bir şey edə bilmərik. Yemək yeyərkən, televizora baxarkən, yolda
gedərkən, hər zaman elektrikin təsirini hiss edir, ondan
faydalanırıq. Bir düyməni basırıq ətrafımız işıqlanır, digərini
basırıq elektrik cihazları çalışmağa başlayır... Elektrikin həyatımızın bütün sahələrində işlətdiyimiz bu halına “elektrik
cərəyanı” deyilir. Həmin cərəyanda axanlar isə kitabın
əvvəlindən bəri haqqında danışdığımız elektronlardır. Elektrik
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
101
cərəyanı mənfi (-) yüklü elektronların və ionların hərəkəti nəticəsində yaranan yük axımıdır. Gündəlik həyatmızda
işlətdiyimiz televizor, soyuducu kimi cihazlar 1-2 amper
elektrik tələb edirlər. Bəs bu ölçü nə deməkdir? Saniyədə 1
amper cərəyan - naqilin kəsiyindən saniyədə 6 milyard dəfə milyard elektronun keçməsi deməkdir. İldırım çaxarkən isə bu
say milyon dəfə daha artıq olur.
Elektronların orbiti Ən güclü mikroskopların belə görə
bilməyəcəyi qədər kiçik bir məkanda dövr edən onlarla
elektron, əvvəldə də dediyimiz kimi, atomun içində son dərəcə mürəkkəb trayektoriyalar əmələ gətirirlər. Ancaq bu
mürəkkəblik, eyni zamanda, ən sistemli şəhərin yol-hərəkət
qaydalarıyla müqayisə edilməyəcək dərəcədə nizamlıdır və
elektronlar heç vaxt bir-biri ilə toqquşmurlar. Çünki onların hər birinin ayrı orbiti var və bu orbitlər bir-birləri ilə
kəsişmirlər.
Atom nüvəsinin ətrafında 7 orbit var. Heç vaxt dəyişməyən bu
7 orbitdəki elektronların sayı belə bir riyazi formulla
müəyyənləşir: 2n2. Atomların hər bir orbitindəki elektronların maksimum sayı da bu formulla hesablanır (formuldakı “n”
hərfi orbitin nömrəsini göstərir). Kainatı əmələ gətirən sonsuz
sayda atomların elektron orbitlərinin heç bir çaşqınlıq
yaratmadan 2n2 formuluna uyğunlaşmaları ortada bir nizamın olduğunu göstərir.
Dalğa, yoxsa zərrəcik?
Elektronlar ilk dəfə kəşf ediləndə onların da eynən nüvənin
içindəki proton və neytronlar kimi zərrəciklər olduğunu
düşünürdülər. Ancaq sonradan aparılan təcrübələr elektronların da eynilə işıq zərrəcikləri fotonlar kimi dalğa
xüsusiyyətinə malik olduğunu üzə çıxardı. İşığın, məsələn,
suya atılmış bir daşın yaratdığı dalğalar kimi yayıldığı
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
102
bəllidir. Ancaq işıq bəzən özünü həm də maddi zərrəciklər kimi aparır, pəncərəyə dəyən yağış damlaları kimi kəsik-
kəsik, fasiləli zərbələr şəklində özünü göstərir. Buna görə də
deyirlər ki, işığın ikili təbiəti var; o, həm zərrəcik, həm də
dalğa xüsusiyyətinə sahibdir. Eyni ikili təbiət elektronda da müşahidə olunur.
Rənglər
Elektronlar yalnız müəyyən orbitlərdə hərəkət edirlər. Bu
orbitlərin 7 ədəd olduğunu artıq bilirik. Hər orbit müəyyən enerji səviyyəsinə malikdir. Bu enerji səviyyələri orbitlərin
nüvəyə yaxınlığı-uzaqlığı ilə müəyyənləşir. Orbit nüvəyə nə
qədər yaxındırsa, elektronun enerjisi o qədər az, nə qədər
uzaqdırsa, o qədər çox olur. Elektronların orbitlərinin hər birinin aşağı səviyyəsində alt orbitlər də var. Elektronlar
müntəzəm olaraq öz orbitləri ilə alt orbitin arasında hərəkət
edir
Amma bu özbaşına olmur, elektronların orbitlər arasında
“səyahət etməsi” üçün xaricdən enerji almaları lazımdır. Bu enerjinin qaynağı isə fotonlardır. Foton - ən sadə dillə desək -
işıq zərrəcikləridir. Kainatdakı ulduzların hamısı bir növ foton
mənbələridir. Dünyamız üçün ən önəmli qaynaq isə təbii ki,
Günəşdir. Fotonlar Günəşdən çıxaraq, saniyədə 300.000 km. sürətlə bütün fəzaya yayılırlar.
Günəşdən gələn həmin fotonlar Yer üzündəki maddələrin
atomları ilə toqquşanda elektronların bayaq dediyimiz
“səyahəti” başlayır. Onlar geriyə - öz orbitlərinə - dönəndə isə
gözümüzə gələn rəngi formalaşdıracaq fotonu təzədən xaricə göndərirlər.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
103
Günəşdən Yer üzünə gələn işıq foton dənəcikləri halında
yayılır. Bu foton dənəcikləri Yerdəki maddələrin atomları ilə
toqquşurlar. Fotonlar atomun daxilinə doğru çox da irəliləyə
bilmir. Orbitdəki elektronlarla toqquşur. Elektronlar onlara çırpılan bu fotonları udurlar. Elektronlar udduqları fotonların
da enerjisini aldıqları üçün daha yüksək enerji səviyyəsinə
uyğun orbitə keçirlər. Daha sonra bu elektronlar əvvəlki hallarına qayıtmaq istəyirlər. Öz orbitlərinə geri dönərkən
xaricə enerji yüklü bir foton göndərirlər. Bax, elektronlardan
əks olunan həmin fotonlar da elə cismin rəngini müəyyənləşdirir.
Bütün bu proseslərin nəticəsində bir cisimdən əks olunaraq gözümüzə gələn həmin işıq dənəcikləri (fotonlar) həmin
cismin rəngini yaradır. Öz işığı olmayan və Günəşdən aldığı
işığı yayan cismin rəngi həm aldığı işıq, həm də o işığı necə əks etdirməsi ilə bağlıdır. Bəyaz işıqla aydınlanan cisim
gözümüzə qırmızı görünürsə, bu, o deməkdir ki, həmin cisim
Günəşdən gələn işığın spektrlərinin böyük bir hissəsini udur, yalnız qırmızını əks etdirir. İndi isə, gəlin, izah edək ki,
burada “işığı udmaq” ifadəsini necə başa düşmək lazımdır
Öncə dediyimiz kimi, atomdakı hər bir orbitin altında bir alt
orbit (suborbit) var və elektronlar onların arasında səyahət
edirlər. Hər orbitin bəlli bir enerji səviyyəsi var və elektronlar yerləşdikləri orbitin enerji səviyyəsinə uyğun enerji daşıyırlar.
Orbitlər nüvədən uzaqlaşdıqca sahib olduqları enerjinin
miqdarı da artır. Əgər elektronun olduğu suborbitin
yuxarısındakı başqa bir suborbitdə boş yer varsa, elektron bir anlığa yoxa çıxır və dərhal üst enerji səviyyəli həmin yerdə
peyda olur. Ancaq elektronun bu hərəkəti edə bilməsi üçün
enerjisinin keçid aldığı alt orbitin enerji səviyyəsinə uyğun
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
104
gəlməsi lazımdır. Elektron da öz enerjisini Günəşdən gələn foton zərrəciklərini udaraq artırır.
Daha bir neçə nümunə ilə məsələni lap aydın izah edə bilərik. Bir Morfo (Morpho) kəpənəyi götürək. Kəpənəyin
vücudundakı piqmentlər Günəş işığının bütün spektrini
soraraq, bircə mavi rəngi buraxır. Bu rəngə uyğun foton zərrəcikləri gözümüzə çatanda oradakı duyğu reseptorları
beynimizə mavi rəngi kodlaşdıran elektrik siqnalları göndərir.
Və beyində mavi rəng yaranır.
Yəni cismin rəngi işıq qaynağından gələn işığın özəlliyi və
həmin cismin bu işığı necə əks etdirməsi ilə müəyyənləşir. Məsələn, paltarın rəngi Günəş işığında və mağazada baxanda
eyni cür görünmür. Beynimiz əgər cismin qara olduğunu dərk
edirsə, bu, o deməkdir ki, həmin cisim Günəşdən gələn işığın bütün spektrini udur xaricə heç bir zərrəcik (foton) buraxmır.
Eynilə, əgər cisim Günəşdən gələn işığın bütün spektrini əks
etdirirsə, heç bir spektri udmursa, onda beynimiz onu bə yaz kimi dərk edir. Bu yerdə aşağıdakı məqamlara xüsusilə diqqət
yetirmək lazımdır:
-Cismin rəngi işıq qaynağından gələn işığın xüsusiyyətinə bağlıdır
-Cismin rəngi öz atomlarındakı elektronların hərəkətinə, bu
elektronların işığın hansı spektrini udub, hansını əks etdirməsinə bağlıdır
-Cismin rəngi gözümüzə yetişən fotonu beynimizin necə dərk
etməsinə bağlıdır. İndi isə bir daha düşünək
Gözlə görülməyəcək qədər kiçik olan atomun nüvəsinin ətrafında inanılmaz sürətlə dönən elektronlar öz orbitlərindən
bir anda qeyb olaraq, suborbit adı verilən başqa bir məkanda
meydana çıxırlar. Bu keçid üçün suborbitdə boş yerin olması
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
105
da şərtdir. Elektronlar keçidin baş tutması üçün lazım olan enerjini təmin etmək məqsədilə fotonları udurlar. Sonra isə
yenidən əvvəlki orbitlərinə geri dönürlər. Bu hərəkət
əsnasında insan gözünün aldığı rəng əmələ gəlir. Sayları
sonsuza yaxın olan atomlar hər an heç durmadan bu hərəkətləri təkrarlayırlar. Nəticədə, biz rəngləri davamlı
olaraq görə biririk.
Məşhur elm adamı Lui Pasterin (Louis Pasteur) bununla bağlı
maraqlı bir fikri vardı: “Elmin azı insanı Allah`dan
uzaqlaşdırır, çoxu isə Onu doğru aparır”.
Atomu əmələ gətirən zərrəciklərin öz oxları ətrafında
fövqəladə bir sürətlə dönmələrinə fiziklər “spin” adı veriblər
(İngiliscə spin “fırlanma” deməkdir - tərc.). Spin hərəkəti kainatdakı bir çox sistemlərdə önəmli rol oynayır. Atomun
içindəki zərrəciklərdən tutmuş, fəzadakı ulduzlara qədər bütün
sistemlər bu hərəkət üzərində qurulublar.
Sizcə, ətrafınızda gördüyünüz şeyləri bir-birindən fərqli edən
nədir? Onların rəngləri, ölçüləri, qoxuları, dadları nəyə görə
ayrı-ayrıdır? Niyə bir maddə yumşaq ikən, digəri bərk,
üçüncüsü isə elastikdir? Bura qədər oxuduqlarınızdan bir nəticəyə gələrək: “Çünki atomları fərqlidir”, -deyə bilərsiniz.
Ancaq bu cavab kafi deyil. Çünki əgər bu fərqliliyin səbəbi
təkcə atomlar olsaydı, onda bir-birindən fərqli özəlliklərə sahib milyardlarla atom olardı. Amma həqiqətdə belə deyil.
Əksər maddələrin tərkibində eyni atomların olmasına
baxmayaraq, onlar fərqli xüsusiyyətlərə malikdir. Bunun da
səbəbi atomların əmələ gətirmək üçün öz aralarında qurduqları kimyəvi əlaqələrdir. Maddəyə gedən ilk pillə olan
atomlardan sonra ikinci pillə molekullardır. Molekullar
maddənin kimyəvi xüsusiyyətlərini təyin edən ən kiçik
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
106
birləşmələrdir. Onlar iki və ya daha çox atomdan, bəziləri isə minlərlə atom qrupundan ibarət olur. Atomlar molekulların
daxilində elektromaqnit cazibə qüvvəsinə əsaslanan kimyəvi
əlaqələrlə birləşirlər. Yəni bu əlaqələr atomların özlərinin
sahib olduqları elektrik yükü əsasında yaranır. Atomların elektrik yükü isə öncə dediyimiz kimi, yuxarı orbitlərə keçən
elektronların sayəsində əmələ gəlir. Molekulların müxtəlif
şəkildə bir araya gəlmələri nəticəsində də ətrafımızda gördüyümüz maddələr yaranır. Bu yerdə maddələrin
müxtəlifliyini əsası olan kimyəvi əlaqələr haqqında danışaq.
Kimyəvi əlaqələr Yuxarıda da deyildiyi kimi, kimyəvi
əlaqələr atomların xarici orbitlərindəki elektronların hərəkəti
nəticəsində yaranır. Hər atom əlavə elektron almaq və ya vermək yolu ilə ən yuxarı səviyyədəki sonuncu orbitindəki
elektronların sayını 8-ə tamamlamağa çalışır. Artıq bilirik ki,
həmin orbitdə maksimum 8 elektron olur. Buna görə də atomlar həmin orbiti doldurmaq üçün ya başqa atomlardan
əlavə elektron alır, ya da əgər oradakı elektronların sayı
azdırsa, bunları başqa atoma verərək həmin orbitin altındakı “dolu” səviyyəni ən üst qat halına gətirir. Dediyimiz kimi,
burada məqsəd odur ki, ən üst qatdakı orbitdə həmişə 8
elektron olsun. Atomların arasındakı bu elektron alış-verişi
kimyəvi əlaqənin əsasını təşkil edir. Bu prosesin nəticəsində atomların arasında 3 cür əlaqə yaranır. Bunlar ion, kovalent və
metal əlaqələridir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
107
İon rabitəsi Bu əlaqə ilə birləşən atomlar son orbitlərindəki atomlarının sayını 8- ə tamamlamaq üçün bir-birindən
elektron alır və ya verirlər. Sonuncu orbitdə 4-dən az
elektronu olan atomlar bunları başqasına verirlər, 4-dən çox elektronu olan atomlar isə başqasından əlavə elektron alırlar.
Bu əlaqə nəticəsində yaranan molekullar kristal (kubik)
quruluşa sahib olur. Hamımızın yaxşı tanıdığımız süfrə
duzunun (NaCl) molekulları bu rabitənin nəticəsində formalaşıb. Yaxşı, bəs atomlar niyə belə münasibətlərə
girirlər? Bu olmasaydı, nə baş verərdi?
Birinci sualın cavabı, yəni atomların nəyə görə belə
davrandıqları müasir elmə bəlli deyil. Atomların sonuncu
orbitində məhz 8 elektronun olmasını kim təsbit edib? Atomların özlərimi? Təbii ki, yox. Bu, o qədər dəqiq
hesabatdır ki, ağlı, şüuru və iradəsi olmayan varlıqlar onu heç
vaxt bacarmazlar. Bu rəqəm maddənin və dolayısilə, kainatın
yaranması üçün ilk pillə olan atomların birləşməsinin açarıdır. Əgər bu çox vacib prinsip olmasaydı və atomlar da ona əməl
etməsəydilər, maddə yaranmazdı. Halbuki, atomlar mövcud
edildikləri ilk andan etibarən bu işləri görərək, maddənin yaranması üçün qüsursuz xidmət göstərirlər.
Kovalent rabitə Atomların arasındakı əlaqələri incələyərkən
elm adamları maraqlı bir vəziyyətlə qarşılaşıblar. Belə ki, bəzi atomlar rabitə qurmaq üçün artıq izah etdiyimiz kimi, elektron
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
108
alış-verişinə girsələr də, bəziləri sonuncu orbitlərindəki elektronlardan ortaq istifadə etməyə qərar verirlər.
Araşdırmalar göstərib ki, həyatın mövcudluğu üçün vacib olan
əksər maddələrin molekulları məhz bu əlaqənin sayəsində
yaranır. Bu rabitəyə alimlər “kovalent rabitə” adı veriblər.
Kovalent rabitənin daha yaxşı anlaşılması üçün belə bir misal
göstərək. Öncə də dediyimiz kimi, atomların sonuncu orbitinə maksimum 2 elektron keçə bilir. Hidrogen atomu isə təkcə bir
elektrona sahibdir, amma dayanıqlı əlaqə qura bilmək üçün
elektronlarının sayını 2-yə qaldırmağa çalışır. Buna görə, özü
kimi ikinci bir hidrogen atomuyla kovalent rabitə qurur. Yəni bu zaman hər iki hidrogen atomu bir-birlərinin
elektronlarından özlərinin ikinci elektronu kimi yararlanırlar.
Beləliklə, H2 molekulu formalaşır. Metal rabitəsi Əgər çoxlu atom bir-birlərinin elektronlarına ortaq olarsa, bu dəfə “metal
rabitəsi” yaranır. Gündəlik həyatımızda ətrafımızda
gördüyümüz dəmir, mis, sink, alüminium və s. metallar məhz həmin “metal rabitəsi”nin hesabına formalaşır, gözlə görülür,
əllə tutulur... Atomların orbitlərindəki elektronların nəyə görə
belə davrandıqlarını elm adamları heç cür izah edə bilmirlər.
Halbuki, bütün aləm səbəbini bilmədiyimiz bu prosesin sayəsində var olur. Görəsən, bütün bu əlaqələrin sayəsində
neçə cür fərqli birləşmə əmələ gələ bilir?
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
109
Birləşmə Hər gün laboratoriyalarda yeni birləşmələr qurulur.
Hazırda elmə 2 milyon birləşmə bəllidir. Ən bəsit kimyəvi birləşmə hidrogen molekulu qədər kiçik olduğu halda,
milyonlarla atomdan formalaşan birləşmələr də mövcuddur.28
Bəs bir element maksimum neçə cür fərqli birləşmə əmələ
gətirə bilər? Sualın cavabı olduqca maraqlıdır. Çünki bir tərəfdən elə elementlər var ki, heç bir kimyəvi elementlərlə
birləşmirlər (təsirsiz qazlar). Digər tərəfdən isə 1.700.000
birləşmə əmələ gətirə bilən karbon atomu var. Əgər elmə bəlli olan birləşmələrin ümumi sayının 2 milyona yaxın olduğunu
xatırlatsaq, bəlli olar ki, 109 elementin 108-i 300.000 birləşmə
əmələ gətirir. Yalnız karbon atomu isə fövqəladə şəkildə 1.700.000 birləşmə formalaşdırır.
Kainatın xam maddələri və dövri cədvəl: təbiətdə tapılan 92
və laboratoriyalarda alınan 17 fərqli element, protonlarının saylarına uyğun olaraq bu cədvəldə yerləşdiriliblər. İlk
baxışda bu tablo müxtəlif hərf və rəqəmlərin yazıldığı
çərçivələr toplusunu xatırlatsa da, hazırda ətrafımızda nə varsa hamısı, o cümlədən bütün kainat onun içinə sığır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
110
Canlı həyatın təməl daşı - karbon atomu
Karbon canlılar üçün ən həyati elementdir. Çünki bütün canlı
maddələr karbonun çeşidli birləşmələrindən yaranıb. Bizlərin
varlığı üçün son dərəcə əhəmiyyətli olan karbon atomunun özəllikləri haqqında cild-cild kitablar yazsaq belə, onların
hamısını əhatə etmək mümkün deyil. Halbuki, kimya elmi
hələ də onun özəlliklərini tam kəşf edə bilməyib. Biz burada sadəcə karbonun bir neçə önəmli cəhətindən danışacağıq.
Hüceyrə membranından ağac qabığına, göz büllurundan
maralın buynuzlarına, yumurtanın ağından ilan zəhərinə qədər son dərəcə fərqli olan üzvi maddələrin hamısı karbon əsaslı
birləşmələrdən yaranır. Karbon hidrogen və oksigen
atomlarıyla müxtəlif həndəsi formalarda birləşərək, son
dərəcə fərqli maddələr əmələ gətirir. Amma bununla belə, karbonun təxminən 1,7 milyon birləşmə əmələ gətirə
bilməsinin səbəbi nədə-dir? Karbon atomlarının ən önəmli
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
111
xüsusiyyətlərindən biri də çox asan şəkildə zəncir qura bilmələridir. Ən qısa karbon atomu zənciri 2 atomdan ibarət
olur. Ən uzun zəncirə gəlincə, bu barədə konkret bir rəqəm
deyilməsə də, onun halqalarının sayının təxminən 70-ə
bərabər olduğu bildirilir. Karbon atomlarından sonra ikinci ən uzun zəncir qura bilən atomların cəmisi 6 halqa düzəldən
silisium olduğunu nəzərə alsaq, karbonun qeyriadi
xüsusiyyətləri bir daha aydınlaşır. Karbonun bu qədər çox halqalı zəncir qura bilməsinin səbəbi halqaların sadəcə düz
xətlə sıralanmamağındadır. Onun zəncirləri budaqlana və ya
çoxbucaqlı fiqurlar əmələ gətirə bilir. Aydındır ki, zəncirin məhz hansı şəkildə olması çox ciddi və önəmli məsələdir.
Məhz onların necə birləşməsindən asılı olaraq, karbon
atomları iki tamamilə ayrı-ayrı maddə əmələ gətirə bilir.
Beləliklə, karbon atomunun yuxarıda saydığımız özəllikləri ilə canlı həyat üçün çox vacib olan molekullar əmələ gəlir.
Dediyimiz kimi, karbonun bəzi birləşmələri sadəcə bir neçə
atomdan ibarət olduğu halda, bəziləri milyonlarla atomdan meydana gəlir. Bütün elementlərin arasında yalnız karbon
atomları bu cür iri həcmli və dayanıqlı birləşmələr qura bilir.
Məşhur kimyaçı Devid Börni (David Bernie) “Life” (Həyat) adlı kitabında bununla bağlı yazır:
Üç oxşar molekul Nəticə: çox fərqli üç maddə Molekullar
arasındakı bir neçə atomluq fərq çox böyük nəticələr verə bilir. Məsələn, aşağıdakı iki molekulun quruluşuna diqqətlə
baxın. Bir-birlərinə çox bənzəsələr də, karbon və hidrogen
atomlarının saylarında kiçik bir fərq var. Buna görə də bir-birlərinə tamam zidd olan iki maddə əmələ gəlir: C18H24O2
və C19H28O2 Bu molekulların nə olduğunu təxmin edə
bilirsinizmi? Birincisi, ostrogen, ikincisi isə testosterondur;
yəni birincisi qadınlıq, digəri kişilik hormonudur. Göründüyü kimi, bir neçə atomluq fərq də, nəticədə, son dərəcə ciddi
dəyişikliklərə səbəb ola bilir. İndi isə bu formula diqqətlə
baxın: C6H12O2 Sizcə, bu, nə ola bilər? Başqa bir
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
112
hormonmu? Xeyr, bu şəkər molekuludur. Bu nümunələr açıq-aşkar göstərir ki, eyni elementlərdən yaranan maddələr sadəcə
atomların sayına görə nə qədər fərqli ola bilirlər! Bir tərəfdə
cinsiyyəti əmələ gətirən hormonlar, digər tərəfdə isə əsas qida
maddəsi olan şəkər!
Çox dəyərli maddə olan almaz adi halda təbiətdə qrafit kimi
tapılan karbonun bir növüdür.
Karbon qazı, karbon 4 oksid, karbon dioksid. Kimyəvi
formulu CO2. Havadan ağırdır. Yanmaz və yanmanın
qarşısını alır. Zəhərli qaz deyil amma havada karbon qazının
normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək
hipoksiyaya səbəb olur. Karbon qazı, qazlı içkilərin
istehsalında, neft çıxarılmasında, PENSİLİN
İSTEHSALINDA, YANĞIN SÖNDÜRÜLMƏSİNDƏ
TƏTBİQ OLUNUR.
“Karbon çox fövqəladə elementdir. Əgər karbon və onun bu fövqəladə özəllikləri olmasaydı, dünyada həyat mümkün
olmazdı”. İngilis kimyaçısı Nevil Sicvik (Nevil Sidgwick) də
“Chemical Elements and Their Comrounds” (Kimyəvi elementlər və onların birləşmələri) adlı əsərində karbonun
canlılar üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayır:
“Karbon əmələ gətirdiyi birləşmələrin sayı və çeşidləri baxımından digər elementlərdən tamamilə fərqlidir. İndiyə
qədər karbonun milyon yarımdan çox fərqli birləşmə qurduğu
müəyyənləşib. Amma bu da karbonun gücü haqqında çox az bilgi verir, çünki karbon bütün canlı maddələrin təməlidir”.
Karbonun sadəcə hidrogenlə qurduğu müxtəlif əlaqələr
“hidrokarbonatlar” adlanan böyük bir ailəni əmələ gətirir. Bu ailəyə təbii qaz, neft, neftin müxtəlif fraksiyaları və s.
daxildir. Etilen və propilen kimi tanınan hidrokarbonatlar isə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
113
neft-kimya sənayesinin təməlidir. Bu sıraya benzol, toluol və s. kimi birləşmələr də daxildir. Pal-paltarımızı güvədən
qorumaq üçün şkaflara qoyduğumuz naftalin isə bir başqa
hidrokarbonatdır. Xlor və ya flüorla birləşən hidrokarbonatlar
anesteziya maddələrini, yanğınsöndürücüləri və soyuducularda işlədilən freon kimi fərqli maddələri əmələ
gətirir. Kimyaçı Nevil Sicvikin də dediyi kimi, sadəcə 6
proton, 6 neytron və 6 elektrondan ibarət olan bu atomun gücünü və imkanların tam dərk etmək imkansızdır. Eyni
zamanda, bu atomun canlı aləm üçün əhəmiyyətli olan hansısa
bir xüsusiyyəti təsadüfən qazandığını iddia etmək də absurddur. Qısası, bütün başqa varlıqlar kimi karbon atomu da
Allah tərəfindən qüsursuz və canlı aləmə tamamilə uyğun
şəkildə yaradılıb.
Yanaşı duran atomlar dərhal reaksiyaya girsəydilər, nə olardı?
Az öncə bütün kainatın 112 fərqli elementin atomlarının bir-
birləri ilə reaksiyaya girmələri nəticəsində yarandığını
demişdik. Amma burada diqqət yetirilməsi gərəkən çox incə və son dərəcə ciddi bir məqam var ki, o da reaksiyanın baş
tutması üçün uyğun şəraitin tələb olunmasıdır. Məsələn, hər
dəfə oksigenlə hidrogen bir araya gələndə su yaranmır. Ya da
dəmir hava ilə təmas edən kimi paslanmır. Əgər belə olsaydı, bərk və parlaq metal olan dəmir bir neçə saniyə içində dəmir-
oksid tozuna dönərdi. Əgər bir-birlərilə rastlaşan atomlar
istənilən şəraitdə dərhal reaksiyaya girsəydilər, hətta stula oturmağımız belə mümkün olmazdı, çünki vücudumuzu
əmələ gətirən atomlarla stulu əmələ gətirən atomlar bir-
birlərilə reaksiyaya girər və yarı insanyarı stul bir varlıq (!)
əmələ gələrdi. Şübhəsiz ki, belə bir dünyada canlı həyat heç vaxt mövcud olmazdı. Bəs bütün bunların baş verməsi necə
əngəllənir?
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
114
Məsələn, hidrogenlə oksigen normal otaq temperaturunda
olduqca ləng reaksiyaya girirlər, yəni otaq temperaturunda su
olduqca ləng yaranır. Amma temperatur artdıqca molekulların
və dolayısilə reaksiyanın da sürəti artır, yəni su daha tez əmələ gəlir. Ümumiyyətlə, atomların reaksiyaya girmələri
üçün lazım olan enerjinin miqdarı “aktivləşmə həddi” deilən
həddən yuxarı olmalıdır. Su misalından da göründüyü kimi, enerji yalnız müəyyən göstəricini keçdikdən sonra reaksiya
başlayır.
Təsəvvür edin ki, Yer üzündəki temperatur bir az daha yüksək
olsaydı, atomlar asanlıqla reaksiyaya girər və təbiətdəki
tarazlıq pozulardı. Temperatur az olsaydı, yenə də tarazlıq
qorunmazdı, çünki atomlar reaksiyaya girməzdilər. Demək, Yerin Günəşdən məsafəsi tamamilə canlıların yaşamasına
uyğun ölçüdədir. Amma məsələ bununla yekunlaşmır - Yer
oxunun meyilliyi, planetin kütləsi, səthinin sahəsi, atmosferindəki qazların nisbəti, təbii peyki Ay ilə olan məsafə
- bunların hamısı məhz Yer üzündəki həyatın davam etməsi
üçün ən uyğun şəkildə hesablanıb. Əlbəttə ki, bütün bu amillər qətiyyən təsadüf nəticəsində yarana bilməzdi, onları
canlı aləmin xüsusiyyətlərini, həyati ehtiyaclarını gözəl bilən
və üstün bir qüdrət sahibi olan Allah yaradıb. Bunu danmaq,
sadəcə olaraq, mümkün deyil. Əvvəldə də bildirdiyimiz kimi, bu məsələlərdə “niyə”, “necə”, “nə üçün” kimi sualların heç
bir anlamı yoxdur. Əslində, burada yalnız bircə sual
qoyulmalıdır: “Kim edib?”
Molekullar arasındakı əlaqə
Atomları bir-birinə bağlayan əlaqələr molekullar arasındakı
əlaqəyə nisbətən çox güclüdür. Bununla belə, həmin əlaqənin
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
115
sayəsində milyonlarla müxtəlif maddələr yaranır. Bəs molekullar maddəni əmələ gətirmək üçün necə birləşirlər?
Molekullar formalaşdıqdan sonra tarazlıq pozulmasın deyə
atomlar arasındakı elektron alış-verişi kəsilir. Bəs onları bir arada saxlayan nədir? Bu sualı cavablandırmağa çalışan
kimyaçılar müxtəlif nəzəriyyələr irəli sürüblər. Araşdırmalar
göstərir ki, molekullar onları təşkil edən atomların xüsusiyyətlərindən asılı olaraq, müxtəlif cür birləşə bilir.
“Canlıların kimyası” adlanan üzvi kimya üçün bu əlaqələr
daha önəmlidir. Çünki üzvi maddələri əmələ gətirən ən önəmli molekullar onun sayəsində ortaya çıxır. Məsələn,
zülallara baxaq. Canlı orqanizmlərin əsaslarından biri olan
zülalların mürəkkəb üçölçülü formaları məhz bu əlaqələrin
sayəsində meydana gəlir. Zülallar vücudumuzda çox əhəmiyyətli funksiyanı yerinə yetirmək üçün üç ölçülü
quruluşa sahibdirlər. Bu quruluş molekullar arasındakı zəif
rabitə nəticəsində meydana gəlir. Yəni canlıların yaranması üçün atomlar arasındakı güclü kimyəvi əlaqə ilə yanaşı,
molekullar arasında zəif kimyəvi əlaqənin olması da vacibdir.
Əlbəttə ki, bu əlaqənin gücü də müəyyən ölçüdə olmalıdır. Zülallar amin turşusu adı verilən molekulların birləşməsindən
yaranan daha iri molekullardır. Amin turşularını əmələ gətirən
atomlar kovalent rabitə ilə birləşirlər. Zəif molekulyar rabitə
isə bu amin turşularını üçölçülü formaya sahib olacaq şəkildə bir-birinə bağlayır. Zülallar ancaq müəyyən üçölçülü formada
mövcud olduqları halda canlı orqanzimlərdə lazımi
funksiyaları yerinə yetirə bilirlər. Demək, əgər zəif molekuylar əlaqə olmasaydı, nə zülallar, nə də canlı aləm
yaranardı. Bu cür zəif əlaqələrdən olan hidrogen rabitəsi də
həyatımızda çox böyük rol oynayır. Məsələn, həyatın təməli
olan su məhz hidrogen rabitəsi nəticəsində əmələ gəlib.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
116
Daddığımız və iylədiyimiz molekullar
Dad və iy bilmə insanın dünyasını gözəlləşdirən duyğulardır. Bu duyğulardan alınan zövq hələ lap qədim zamanlardan
insanın marağını və diqqətini çəksə də, onların, əslində,
molekulların təsiri ilə yarandığı yeni bəlli olub. “Dad” və “qoxu” dediyimiz anlayışlar, əslində, bir-birindən fərqli
molekulların duyğu orqanlarımıza təsirindən başqa bir şey
deyil. Məsələn, yeməklərin, içkilərin, ətrafda gördüyümüz müxtəlif meyvə və çiçəklərin qoxuları, əslində, uçucu
molekullardan ibarətdir. Atomlar canlı və cansız varlıqları
əmələ gətirməklə yanaşı, maddəyə ləzzət və gözəllik də
qatırlar. Bəs bu, necə baş verir?
Vanil qoxusu, gül ətri kimi uçucu molekullar burunun epiteli
adlandırılan hissəsindəki titrək tükcüklərdə yerləşən reseptorlara çatır və onlara təsir göstərir. Beynimiz bu təsiri
qoxu kimi qavrayır. 2-3 sm2-lik sahəsi olan qoxu
reseptorlarının bu günə qədər 7 fərqli növü aşkarlanıb. Onların hərəsi bir əsas qoxu növünü tuta bilir. Eyni şəkildə,
insan dilinin ön tərəfində də dörd cür fərqli kimyəvi reseptor
var. Onlar şor, şirin, turş və acı dadları duya bilir. Beynimiz
isə reseptorların uyğun siqnallarını dad və qoxu kimi dərk edir Hazırda dad və qoxunun necə meydana çıxması bəlli olsa da,
elm adamları niyə bəzi maddələrin çox, bəzilərininsə az
qoxuduğunu, bəzilərinin yaxşı, bəzilərininsə pis daddığını dəqiq izah edə bilmirlər. Gəlin düşünək: biz heç bir qoxu və
dadın mövcud olmadığı dünyada da yaşaya bilərdik. Halbuki,
qəhvəyi rəngli və özünəməxsus qoxusu olan torpaqdan
minlərlə xoş ətirli və ləzzəti meyvə, çeşidli rənglərdə, forma və ətirlərdə çiçəklər çıxır. Əgər ləzzət və qoxunun nə
olduğunu bilməsəydik, bütün bu gözəlliklərə sahib olmaq və
onlardan zövq almaq heç ağlımıza da gəlməzdi. Elə isə
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
117
atomlar bir yandan maddəni təşkil etmək üçün fövqəladə şəkildə bir araya gələrkən, nəyə görə digər yandan da dad və
qoxu yaratmağın qeydinə qalırlar? Axı dad və qoxunun olması
insanlar üçün lap vacib deyil. Amma buna baxmayaraq,
möhtəşəm bir sənət əsəri olan dünyamız çox gözəl yaradılıb.
Para-HYDROXYPHENOL-2-BUTANON və IONON Bu iki
molekul bir yerdə çox xoş ətrin yaranmasına səbəb olur. Məsələn, çiyələk ətrinin səbəbi butanondur. Təzəcə dərilən
meyvənin, həmçinin çəmənliyin ətri isə ionondan gəlir.
Ferilmetanetiol Bu molekul qəhvə ətrini yaradır. Qəhvənin
əsas tərkib hissəsi kofeindən ibarətdir. Qəhvənin rəngi
tərkibinə azot daxil olan üzvi maddələrin təsiri nəticəsində
meydana çıxır. Dad və ətir də elə onlardan gəlir.
Karotin Karotin ipək qurdları və hörümçəklər tərəfindən ifraz
edilən çox dəyərli, qatı mayedir. Bir-birinə ipək polipeptid zənciri ilə bağlanmış aminturşularından ibarətdir. Zəncirlər
bir-birinə hidrogen vasitəsilə bağlıdır və eynilə hörümçək
torunu xatırladır.
Əgər müqayisə etsək, Yer üzündəki bəzi canlılar sadəcə ot
yeyir, bəziləri isə müxtəlif maddələrlə qidalanırlar. Şübhəsiz ki, həmin qidaların nə xoş ətirləri, nə də ləzzətləri var, hətta
olsaydı belə, şüursuz canlılar onsuz da fərqinə
varmayacaqdılar. Bizlər də təbii olaraq onlar kimi qidalana bilərdik. Amma ömrümüzün sonuna qədər təkcə bir növ
yemək yeyərək və yalnız su içərək yaşayacağımız həyat nə
qədər bəsit və ləzzətsiz olardı, elə deyilmi? Buna görə, sonsuz
lütf və ikram sahibi olan Allah bütün başqa nemətlərlə yanaşı, bizə rəng və ətir kimi gözəllikləri də bəxş edib. Sadəcə bu iki
duyğunun olmaması insan həyatını xeyli dərəcədə
maraqsızlaşdırar və bayağılaşdırardı. Bütün bu gözəl
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
118
nemətlərin əvəzində isə insan yalnız Rəbbinə onun istədiyi kimi bir qul olmağa çalışmalıdır. Əgər belə edərsə, Rəbbi ona
əbədi gözəl həyat və bu dünyadakından qat-qat üstün nemətlər
bəxş edər. Yox, əgər əksi olarsa, yəni insan Allah`ın bu qədər
nemətlərinə qarşı nankorluq edərsə, şübhəsiz ki, bu davranışına layiq cəza alar. Rəbbimiz belə buyurur: “Yadınıza
salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür
etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən, şiddətlidir”. (İbrahim
surəsi, 7)
Maddəni necə duyuruq? Bura qədər oxuduqlarımız “maddə”
adlandırdığımız vasitənin heç də zənn etdiyimiz kimi
müəyyən rəngə, qoxuya və şəklə sahib bir bütün olmadığını
ortaya qoydu. Maddə saydığımız şeylər, yəni öz bədənimiz, otağımız, evimiz, hətta dünya və bütün kainat həqiqətdə bir
enerji topasından başqa bir şey deyil. Elə isə ətrafımızdakı bu
qədər şeyi gözlə görülən, əllə tutulan hala salan nədir?
Ətrafımızdakıları maddə olaraq duymağımızın səbəbi atomların orbitlərindəki elektronların fotonlarla toqquşmaları,
atomların bir-birlərini itələmələri və ya cəzb etmələridir.
Hazırda əlinizdə tutduğunuzu sandığınız kitaba həqiqətdə heç
toxunmursunuz belə... Əslində, əlinizin atomları kitabın atomlarını itələyir və bu itələmənin intensivliyinə görə sizdə
toxunma hissi yaranır. Çünki atomların quruluşundan bəhs
edərkən dediyimiz kimi, atomlar bir-birlərinə arada bir atom ölçüsü məsafə qalana qədər yaxınlaşa bilirlər. Üstəlik, bir-
birlərinə bu qədər yaxınlaşa bilənlər də ancaq reaksiyaya girən
atomlardır. Demək, hətta eyni maddənin atomları da bir-
birlərinə toxuna bilmirlərsə, biz əlimizdə tutduğumuz maddəyə heç yerli-dibli toxuna bilmərik. Hətta ona
maksimum yaxınlaşmağımız mümkün olsaydı belə, o zaman
həmin maddə ilə kimyəvi reaksiyaya girərdik. Bu situasiyada
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
119
da insanın və ya başqa canlıların öz həyatlarını davam etdirmələri qeyri-mümkün olardı. Əgər canlılar toxunduğu,
ayaqladığı, üzərində oturduğu maddələrlə reaksiyaya
girsəydilər, çox əcaib bir varlığa dönərdilər...
haradasa bir enerji topasını xatırladan atomlardan ibarət dünyada yaşayırıq.38 “Toxunuruq və tuturuq”, - dediyimiz
şeylərə də heç vaxt toxunmuruq. Bəs gördüyümüz,
duyduğumuz və ya qoxuladığımız maddələri nə dərəcədə dərk edirik? Onlar doğrudanmı bizim gördüyümüz, duyduğumuz
kimidirlər? Yox və qətiyyən yox! Elektronlardan və
molekullardan bəhs edərkən bu məsələni aydınlaşdırmışdıq. Bir də yada salaq: “Var”, - dediyimiz və gördüyümüz
maddəni, əslində, birbaşa görməyimiz mümkün deyil. Çünki
gördüyümüzü dediyimiz proses həqiqətdə Günəşdən və ya
başqa bir işıq qaynağından gələn işıq zərrəciklərinin (fotonların) maddə ilə toqquşması, bu maddənin də həmin
işığın bir qismini udması, qalanını da geri qaytarması
nəticəsində əks olunaraq gözümüzə gələn fotonların beynimizdə müəyyən obrazlar yaratmasıdır. Yəni
gördüyümüz maddə yalnız əks olunaraq bizim gözümüzə
gələn fotonların daşıdığı informasiyadan başqa bir şey deyil. Bəs bu fotonlar maddə ilə bağlı informasiyanın nə qədərini
bizə çatdırır? Bunu heç kim bilmir...
Bura qədər maddənin necə yoxdan var olmasından və onu əmələ gətirən atomlardan danışdıq. Və dedik ki, canlı-cansız
nə varsa hamısı atomlardan ibarətdir. Atomlar özləri cansız
varlıq olduqları üçün canlıları meydana gətirmələri son dərəcə heyrətamizdir. Təkamül təlimini qəbul edən alimlər bunu izah
etməkdə həmişə aciz qalırlar. Bir araya gələn daş parçalarının
canlı varlıq əmələ gətirmələri absurd olduğu kimi, cansız
atomların birləşərək, öz-özünə canlı varlıqlar yaratmaları da imkansızdır. Bir daş parçasını və kəpənəyi gözünüz önündə
canlandırın. Biri cansızdır, digəri canlı. Amma quruluşuna,
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
120
təməlinə baxanda hər ikisi atom adlanan eyni zərrəciklərdən yaranıb.
Cansız maddənin öz-özünə canlıya dönməyəcəyi ilə bağlı belə bir misal da çəkmək olar. Alüminium uça bilərmi? Təbii ki,
xeyr. Bəs alüminiumu plastik maddə və benzinlə qarışdırsaq
necə, uçarmı? Yenə də yox. Ancaq əgər bu maddələrdən bir təyyarə düzəltsək, o zaman uça bilər. Bəs həmin təyyarənin
uçması nəyin sayəsində mümkün oldu? Qanadlarınmı?
Mühərrikinmi? Pilotunmu? Xeyr, çünki onların heç biri özbaşına uça bilməzlər. Təyyarə uçmaq qabiliyyəti olmayan
ayrı-ayrı hissələrin müəyyən plan və layihə ilə xüsusi formada
birləşdirilməsinin nəticəsində uçur! Uçmaq qabiliyyəti nə
alüminiumdan, nə plastikdən, nə də benzindən gəlir. Düzdür, bu maddələrin xüsusiyyətləri vacibdir, ancaq məhz uçmaq
qabiliyyəti onların xüsusi layihə nəticəsində bir araya
gətirilməsi sayəsində qazanılır.
Canlı sistemlər də eynən bu cürdür. Canlı hüceyrəsi də cansız atomların xüsusi şəkildə bir araya gətirilməsi nəticəsində
yaranır. Canlı hüceyrələrin böyümə, çoxalma və buna bənzər
digər özəllikləri molekulların xüsusiyyətindən deyil, onların
mükəmməl şəkildə birləşdirilməsindən irəli gəlir. Bu isə Allah`ın ölüdən dirini yaratmasından başqa bir şey deyil:
Yuxarıda gördüyünüz plastik, alüminium, polad kimi
maddələr uça bilərmi? Xeyr. Onları bir araya yığsanız, yenə
də uça bilməzlər. Təyyarə isə bu maddələrin xüsusi şəkildə,
layihə və plan əsasında birləşdirilməsindən hazırlanıb. Uçmaq qabiliyyəti nə plastikdən, nə alüminiumdan, nə də poladdan
gəlir. Onların xüsusiyyətlərinin hər biri özlüyündə çox
əhəmiyyətlidirlər, amma məhz uçmaq üçün onlar şüurlu
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
121
layihə və plan əsasında birləşdirilməlidirlər. Canlı sistemlər də eynən belədir - canlı hüceyrə cansız atomların şüurlu şəkildə
və xüsusi şəkildə birləşdirilməsi nəticəsində yaranıb.
hüceyrələr xeyli mürəkkəb, kompleks orqanizmdirlər və
ancaq mükəmməl layihə əsasında yaradıla bilər. Ən əsası, bu
araşdırmalar cansız maddələrin qətiyyən öz-özünə canlı varlıq yarada bilməyəcəyini ortaya qoydu. Canlı ancaq canlıdan
yarana bilər. Bu, təcrübə yolu ilə də isbatlanıb.
Karbon əsasında yaranan üzvi molekullar necə canlandılar?
kainatın hər nöqtəsində yaradılış gerçəyi son dərəcə açıq
şəkildə göründüyünə və onun hər detalı qətiyyən təsadüf nəticəsində yarana bilməyəcək qədər mükəmməl olduğuna
DNT-nin mürəkkəb quruluşu DNT (Dezoksiribonuklein turşusu) hüceyrənin nüvəsində yerləşərək, insan orqanizminə
aid bütün informasiyanı özündə saxlayır. Bu informasiya o
qədər mürəkkəb şəkildə şifrlənib ki, ancaq 1940-cı illərdən sonra elm adamları ondan müəyyən qədər öyrənə biliblər.
DNT aid olduğu canlıya dair bütün informasiyaları daşımaqla
yanaşı, özü-özünü çoxalda bilir. Əgər atomlar sadəcə bir araya
gələrək molekulları yaradıblarsa, onda DNT molekulu bu bilgiləri haradan öyrənib və necə daşıyır, üstəlik, hələ çoxaldır
da? Bu suala cavab verən yoxdur. Zülallar isə canlıların
yarandığı əsas “material” olmaqla yanaşı, orqanizmin həyati funksiyalarının çoxunda aparıcı rol oynayırlar. Məsələn, qanın
tərkibindəki hemoqlobin zülalı orqanizmin hər yerinə oksigen
daşıyır, immun sistemimizdəki zülallar orqanizmə girən
mikrobları zərərsizləşdirir, bir başqa növ zülallar isə yediklərimizin həzm olunmasını təmin edir...
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
122
DNT-mizdə təxminən 50 min fərqli zülalın əmələ gəlməsini təmin edən proqramlar vardır. Zülallar, dediyimiz kimi,
canlıların yaşaması üçün böyük əhəmiyyətə malikdirlər və
onlardan tək birinin olmaması orqanizmin yaşamasını
imkansız edir. İri molekullar olan DNT-nin öz-özünə, təsadüf nəticəsində yaranması isə elm də göstərir ki, baş tuta bilməz.
DNT xüsusi şəkildə birləşən nukleotidlər, zülallar isə yenə də
xüsusi şəkildə birləşən amin turşuları silsiləsidir. Hər şey bir kənara, canlıların həyatının təməl daşı olan DNT və zülalların
təsadüf nəticəsində belə nizamlanmaları riyazi olaraq
mümkün deyil. Hesablamalar göstərir ki, hətta ən bəsit zülal molekulunun da təsadüf nəticəsində yaranması ehtimalı sıfıra
bərabərdir Bu riyazi imkansızlıqla yanaşı, həmin
molekulların təsadüfən yaranması kimyəvi cəhətdən də baş
tuta bilməz: əgər DNT və zülalların yaranması prosesi zaman və təbii şərait baxımından tənzimlənməsəydi, onlar sadəcə
olaraq bir-birləri ilə reaksiyaya girər (çünki bu iki maddə öz
aralarında reaksiyaya girməyə çox meyillidirlər) və heç biri indiki şəklində mövcud olmazdı. Nəticədə, DNT və zülallar
canlı varlıqları əmələ gətirmək yerinə müxtəlif maddələr
ortaya çıxarardılar.
Bütün kainatın, canlı-cansız hər şeyin əsası olan atomların maddəni necə fövqəladə bir şəkildə əmələ gətirdiklərini artıq
bilirik. Son dərəcə kiçik olan bu zərrəciklər bura qədər
gördüyümüz kimi, öz daxillərində çox mükəmməl bir quruluşa sahibdirlər. Ancaq atomun möcüzəvi cəhətləri
bununla bitmir, atom, eyni zamanda, içində çox möhtəşəm bir
enerji saxlayır. Atomun daxilində gizlənən bu güc o qədər
böyükdür ki, onun kəşfi ilə bəşəriyyət okeanları birləşdirən nəhəng kanallar aça, dağları dələ, süni iqlimlər yarada və daha
nələr-nələr edə bilir. Ancaq onu da vurğulamaq lazımdır ki,
atomun içində gizlənən bu güc bir yandan insanlara xidmət
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
123
etsə də, digər yandan bəşəriyyət üçün çox böyük təhlükə daşıyır. Məsələn, bu gücün pis məqsədlə işlədilməsi
nəticəsində II Dünya Müharibəsi zamanı Hirosima və
Naqasakidə on minlərlə insan bir neçə saniyədə həlak oldu.
Və ya 1986-cı ildə keçmiş SSRİ-nin Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza çox sayda insanın ölümü və
şikəst olması ilə nəticələndi. Amma bu məsələlərin
təfərrüatına keçməzdən öncə, gəlin, atomun gücünün nədən ibarət olduğunu və necə ortaya çıxdığını öyrənək.
Nüvədəki gizli güc
Kainatdakı təməl qüvvələrdən bəhs edərkən atom nüvəsinin
içindəki protonlarla neytronları bir-birinə bağlayan güclü nüvə qüvvəsindən danışmışdıq. “Nüvə enerjisi” deyilən möhtəşəm
güc nüvədəki bu qüvvənin aşkara çıxması nəticəsində yaranır.
Bu enerjinin böyüklüyü kimyəvi elementin növünə görə dəyişir. Çünki elementlərin nüvəsindəki proton və
neytronların sayı fərqlidir. Nüvə böyüdükcə və ondakı
protonlarla neytronların sayı artdıqca bu zərrəcikləri bir-birinə bağlayan qüvvə də şiddətlənir. Böyük bir nüvədəki protonlarla
neytronları birbirinə bağlayan bu qüvvəni aşkara çıxarmaq
son dərəcə çətindir. Çünki zərrəcikləri bir-birindən ayırdıqca,
onlar gərilmiş yay kimi daha da böyük qüvvətlə yaxınlaşmağa çalışır.
Bu qüvvənin təfərrüatlarını incələməzdən öncə bir məqamın
üzərində xüsusilə dayanmaq lazımdır: necə olur ki, o qədər böyük bir qüvvə son dərəcə kiçik məkana sığır? Bu, elə bir
qüvvədir ki, minlərlə alim uzun-uzadı araşdırmalar aparandan
sonra onu tapa biliblər. Onu “oyatmayanda” bu qüvvənin
kimsəyə zərəri yoxdur, amma insanın müdaxiləsi zamanı milyonları məhv edən bir gücə çevrilir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
124
Atomun nüvəsində yerləşən və milyonlarla insanın həyatını təhlükə altına ala biləcək bu qüvvə “fission” (nüvə
parçalanması) və “fusion” (nüvə birləşməsi) adlandırılan iki
texniki üsulla açığa çıxarıla bilir. İlk baxışda onların sadəcə
atomun nüvəsinə təsir etdikləri ağıla gəlsə də, əslində, bu prosesdə atomun bütün zərrəcikləri rol oynayır. Birinci
reaksiyada atomun nüvəsi parçalanır, ikincidə isə iki nüvə
birləşdirilir. Hər iki reaksiya zamanı çox nəhəng miqdarda enerji ayrılır.
Nüvə parçalanması (fission)
Bu reaksiya kainatdakı ən şiddətli qüvvə olan güclü nüvə
qüvvəsinin bütöv saxladığı atom nüvəsini parçalamaq üçün gerçəkləşdirilir. Bu zaman, adətən, urandan istifadə edirlər,
çünki uran atomu ən ağır atomlardan biridir, başqa sözlə,
nüvəsində çox miqdarda proton və neytron olur. Təcrübələr
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
125
zamanı alimlər uran nüvəsinin üzərinə çox böyük sürətlə neytron göndəriblər və ortaya olduqca maraqlı nəticələr çıxıb.
Uranın nüvəsi həmin neytronu udduqdan sonra çox dayanıqsız
hala düşüb. Belə ki, nüvədəki neytronlarla protonların
saylarında fərq yarandığından, onun daxili tarazlığı pozulub. Nəticədə, nüvə tarazlığı bərpa etmək üçün müəyyən miqdarda
enerji ayıraraq, hissələrə bölünməyə başlayır. Həmin enerjinin
təsiri ilə içindəki zərrəcikləri böyük sürətlə ətrafa “tullayır”. Təcrübə zamanı əldə edilən bu nəticələrdən sonra reaktor
adlandırılan xüsusi qurğularda neytronlar sürətləndirilərək
uranın üzərinə göndərilir. Özü də təbii ki, necə gəldi yox, çox incə hesablarla. Çünki həmin neytronun urana lazımi
nöqtədən və tələb olunan şərtlər daxilində toxunması lazımdır.
Uranın kütləsi, onun üzərinə göndərilən neytron topasının
həcmi, bu neytronların uranı hansı sürətlə və nə qədər “bombardman” edəcəkləri kimi məsələlər son dərəcə dəqiq
hesablanır. Bütün bu işlər görüləndən və uyğun mühit
hazırlanandan sonra hərəkət edən neytronlar nüvəyə düşəcək şəkildə uranın üzərinə göndərilir, onların cəmi bir atomun
nüvəsini iki hissəyə bölməsi kifayətdir. Çünki bölünmə
zamanı nüvədən iki və ya üç neytron çıxır, onlar isə ətrafdakı digər atomların nüvələrinə çırpılır, hər yeni bölünən nüvə də
birinci nüvə kimi davranır və beləliklə, zəncirvarı reaksiya
başlayır. Nəticədə, çoxlu uran nüvəsi parçalandığı üçün ortaya
fövqəladə dərəcədə böyük enerji çıxır. On minlərlə insanın ölümünə yol açan Hirosima və Naqasaki fəlakətlərinə bu nüvə
bölünməsi səbəb olmuşdu. II Dünya Müharibəsinin gedişində
1945-ci ildə Amerikanın Hirosimaya atdığı atom bombasının partlaması və sonrakı fəsadları nəticəsində təxminən 40000
insan məhv oldu. Amma nüvədən ayrılan bu enerji təkcə
insanın ölümünə səbəb olmur, o, həm böyük bir ərazini
xarabaya çevirir, həm də son dərəcə zərərli radiasiya yayır, bu radiasiyanın fəsadları isə nəsildən-nəslə keçərək, genetik və
fizioloji xəstəliklərə səbəb olur.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
126
Bəs bütün dünyamız, bütün atmosfer, ətrafımızdakı canlı-cansız hər nə varsa, hamısı atomlardan ibarətdirsə, bu cür
nüvə reaksiyaları niyə baş vermir? Çünki neytronlar elə
yaradılıb ki, əgər təbiətdə sərbəst şəkildə - yəni, heç bir
atomun nüvəsinə bağlı olmadan- dolaşdıqda “beta pozulması” adlanan proses nəticəsində məhv olur, buna görə də təbiətdə
sərbəst neytronlara rast gəlinmir. Nüvə reaksiyası yaratmaq
üçün lazım olan neytronlar isə xüsusi təcrübələr yoluyla əldə edilir. Və buradan da bir daha görünür ki, bütün kainatın
yaradıcısı olan Allah hər şeyi çox incə bir hesabla var edib.
Çünki əgər neytronlar sərbəst qalan kimi məhv olmasaydılar, dünyamız başdan-başa nüvə reaksiyalarının getdiyi bir
kürədən ibarət olardı. Allah atomu içindəki bu nəhəng güclə
birgə yaratmaqla yanaşı, həmin gücü də son dərəcə fövqəladə
şəkildə nəzarətdə saxlayır
Nüvə birləşməsi (fusion)
Bu reaksiya isə parçalanmanın əksinə olaraq, iki yüngül
nüvənin birləşərək daha ağır nüvə yaratmasından və bu zaman böyük miqdarda enerjinin ayrılmasından ibarətdir. Ancaq bu
eksperimenti keçirmək son dərəcə çətindir. Çünki nüvələr
müsbət elektrik yükü daşıdığından, birbirlərini şiddətli şəkildə
itələyirlər. Onların birləşməsini təmin etmək üçün həmin itələməni üstələyəcək bir qüvvə ilə yaxınlaşdırmaq lazımdır.
Bu zaman tələb olunan kinetik enerji (hərəkət enerjisi) 20-30
milyon dərəcəlik istiliyə bərabər dəyərdədir.46 Bu, o qədər qeyri-adi temperaturdur ki, birləşmə reaksiyasına girən heç bir
maddə ona dözə bilmir. Amma həmin reaksiya Günəşdə hər
an təbii şəkildə baş verir. Günəşdən gələn isti və işıq hidrogen
nüvələrinin birləşərək heliuma dönməsi zamanı ayrılan enerjinin sayəsində yaranır. Belə ki, birləşmə əsnasında yoxa
çıxan maddənin yerinə enerji əmələ gəlir. Günəş saniyədə 564
milyon ton hidrogeni 560 milyon ton heliuma çevirir. Qalan 4
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
127
milyon ton qaz isə enerjiyə dönür. Dünyada canlı aləmin varlığı üçün son dərəcə böyük əhəmiyyətə sahib olan Günəş
enerjisi milyonlarla ildir ki, bu cür meydana gəlir.
Nüvə birləşməsi (fusion) Bu reaksiya isə parçalanmanın
əksinə olaraq, iki yüngül nüvənin birləşərək daha ağır nüvə yaratmasından və bu zaman böyük miqdarda enerjinin
ayrılmasından ibarətdir. Ancaq bu eksperimenti keçirmək son
dərəcə çətindir. Çünki nüvələr müsbət elektrik yükü daşıdığından, birbirlərini şiddətli şəkildə itələyirlər. Onların
birləşməsini təmin etmək üçün həmin itələməni üstələyəcək
bir qüvvə ilə yaxınlaşdırmaq lazımdır. Bu zaman tələb olunan
kinetik enerji (hərəkət enerjisi) 20-30 milyon dərəcəlik istiliyə bərabər dəyərdədir.46 Bu, o qədər qeyri-adi temperaturdur ki,
birləşmə reaksiyasına girən heç bir maddə ona dözə bilmir.
Amma həmin reaksiya Günəşdə hər an təbii şəkildə baş verir. Günəşdən gələn isti və işıq hidrogen nüvələrinin birləşərək
heliuma dönməsi zamanı ayrılan enerjinin sayəsində yaranır.
Belə ki, birləşmə əsnasında yoxa çıxan maddənin yerinə enerji əmələ gəlir. Günəş saniyədə 564 milyon ton hidrogeni 560
milyon ton heliuma çevirir. Qalan 4 milyon ton qaz isə
enerjiyə dönür. Dünyada canlı aləmin varlığı üçün son dərəcə
böyük əhəmiyyətə sahib olan Günəş enerjisi milyonlarla ildir ki, bu cür meydana gəlir.
Nüvə birləşməsi isə parçalanmanın əksinə, iki yüngül atom
nüvəsini birləşdirərək, daha ağır bir atom nüvəsi yaratmağı və
bu zaman ayrılan enerjidən istifadə etməyi nəzərdə tutur.
Ulduzların daxilində məhz bu proses gedir. Beləcə, yeni nüvələr əmələ gəlir və ortaya enerji şəklində neytrino,
pozitron, neytron, proton və digər hissəciklər çıxır. Ulduzların
enerji qaynağı məhz bu nüvə reaksiyalarıdır.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
128
Partlayıcı kütlənin üzərinə göndərilən və orada ilk nüvəni
parçalayan elektron öncə də izah etdiyimiz kimi, zəncirvarı
reaksiyanın başlamasına səbəb olur. Yəni ilk parçalanan nüvədən xaricə dağılan neytronlar digər nüvələrlə toqquşaraq,
onları da parçalayır. Beləcə, bütün nüvələr çox sürətlə
parçalanır və partlayış baş verir. Neytronlar o qədər sürətlə hərəkət edirlər ki, bomba saniyənin milyonda biri ərzində
təxminən 1000 milyard kilokalorilik enerji buraxır. Bombanın
çevrildiyi qaz kütləsinin temperaturu bir neçə milyon dərəcəyə, qazın təzyiqi isə bir milyon atmosferə çatır.
Hidrogen bombası partlayanda ən böyük təhlükələrdən biri radioaktiv tozların nəfəs, həzm və dəri kanalları ilə orqanizmə
keçməsidir. Bu tozlar da həmçinin yuxarıda sadaladığımız
fəsadlara səbəb ola bilir. Bütün bunların səbəbi isə gözlə görə bilmədiyimiz atomlardadır. Lazım olanda həyatı yaradan
atomlar lazım olanda onu yox da edə bilir. Atomun bu
xüsusiyyəti bizlərə nə qədər aciz olduğumuzu və Allah`ın böyük üstünlüyünü açıq şəkildə göstərir.
Bizlər atomlardan əmələ gələn bir vücudla yaşayır, havadakı
atomlarla nəfəs alır, qidadakı atomları yeyir, su atomlarını
içirik. Gördüklərimiz isə gözümüzdəki atomların elektronlarının fotonlarla toqquşmasından başqa bir şey deyil.
Toxunaraq hiss etdiyimiz nə varsa, onlar da öz növbəsində
dərimizdəki atomların əşyaların atomlarını itələməsindən
ibarətdir...
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
129
Kimyəvi elementlərin müasir dövri cədvəli
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və
ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə
ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə
edilən hidrogen və oksigen elementdirlər.
Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin
atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və
atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana
gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan
uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər.
Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom
növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə
edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü
və atom örtüyündə eyni sayda elektron olan atomlardan
ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin
materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında
hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların
nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz
zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların
sayını, kütlə ədədi isə nuklonların sayını göstərir. Proton və neytron birlikdə nuklon adlanır.
Dövri sistem cədvəlini 1 mart 1869-cu ildə rus
alimi D.İ.Mendeleyev tərtib etmişdir. Həmin cədvəldə cəmi
63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin artması sırası ilə yerləşdirərək dövri qanunu belə
ifadə etmişdir: Kimyəvi elementlərin və onların əmələ
gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri atom
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
130
kütlələrinin artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi hallarda bu qanundan kənara çıxaraq elementlərin
cədvəldə yerini onların atom kütlələrinin artması ardıcıllığına
deyil, xassələrinin qanunauyğun dəyişməsinə görə müəyyən
etmişdir. Daha sonra 1913-cü ildə ingilis alimi Mozli müəyyən etmişdir ki, elementlərin xassələri onların atom
kütlələrinin artması ilə deyil, nüvələrinin yükü ilə bilavasitə
müəyyən olunur. Dövri qanunun müasir ifadəsi belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi birləşmələrin
forma və xassələri atom yükündən dövri surətdə asılıdır.
Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında yayılması miqdarının tədqiqi ilə
ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O, 50-yə qədər
elementin yer qabığında yayılmasını faizlə hesablamışdır.
D.İ.Mendeleyevin tərtib etdiyi dövri cədvəlin qısa variantı
Elementlər metallar, qeyri-metallar və təsirsiz qazlar olmaqla
üç əsas təsnifə bölünür. Dövri sistemdə yerləşən elementlər yuxarıdan aşağıya doğru qrupları, soldan sağa doğru isə
dövrləri təşkil edir. Cədvəldə 7 dövr, 8 qrup var. Hidrogen
atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi vəziyyətdə
düzülmüş elementlər ardıcıllığına dövr deyilir. Birinci üç dövr
kiçik dövr, qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir
sıradan, böyük dövrlər isə iki sıradan ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı
energetik səviyyələrin sayına bərabərdir. Qruplar və dövrlər
ayrılıqda müvafiq olaraq əsas və əlavə yarımqruplara, böyük və kiçik dövrlərə bölünür. Həm böyük, həm kiçik dövr
elementlərindən təşkil olunmuş qrupa əsas yarımqrup (A
qrupu) deyilir. Yalnız böyük dövr elementlərindən təşkil
olunmuş qrupa isə, əlavə yarımqrup (B qrupu) deyilir. Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu
metallara aiddir. I, II, III qrupların həm əsas, həm də əlavə
yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V, VI, VII
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
131
və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Dövri sistemdə əsas yarımqrupda yerləşən metallar
bor-astat (B-At) diaqonalından aşağıda yerləşir. Metalların
atomları xarici elektronlarını asan verir. Bu səbəbdən metallar
güclü reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər. Onların reduksiyaedicilik
xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır.
Aktivlik sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir: Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe,
Ni, Sn, Pb, H2, Cu, Hg, Ag, Au. Həmçinin metallar müxtəlif
xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji və s.) malikdir. Metalların istilik keçirməsi onların təbiətindən asılı olaraq
dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan
alınan ərintilərin istilik keçirməsi isə aşağı olur. Həmçinin
metallar elektrik keçirmə qabiliyyətinə də malikdir. Onların elektrik keçirməsi tərkib, temperatur və strukturundan asılı
olaraq dəyişir. Temperatur artdıqca elektrik keçiriciliyi azalır.
Temperatur azaldıqda isə əksinə, elektrik keçiriciliyi artır. Metalların hər birinin özünəməxsus ərimə temperaturu var.
Ən aşağı ərimə temperaturu olan metal Civə-dir. Civənin
ərimə temperaturu "−38.8290°C"-dir. Ən yüksək ərimə temperaturu olan metal isə Volfram-dır. Onun ərimə
temperaturu 3422 °C-dir. Qızdırıldıqda metalların bərk haldan
maye halına keçmə temperaturuna ərimə temperaturu deyilir.
Ərimə temperaturu 700 °C-dək olan metallara asanəriyən, 700 °C-dən yüksək olan metallara isə çətinəriyən metallar
deyilir.
Dövri sistemdə olan elementlərin 16-sı qeyri-metallara aiddir. Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik, ya da
elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal
parıltısı olmayan kövrək maddələrdir. Bor və silisium
yarımkeçirici xassəyə malikdir. Metallarla qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni özlərinə
elektron birləşdirir. Ən güclü oksidləşdirici element ftordur.
Ftorla qarşılıqlı təsirdə bütün elementlər oksidləşir, yəni
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
132
reduksiyaedici olur. Çünki, Ftor ən yüksək elektromənfiliyi olan elementdir. Elementlərin elektromənfilikləri azaldıqca
qeyri-metalların oksidləşdiricilik xassələri zəifləyir. Qeyri-
metallar oksigenlə turşu oksidləri əmələ gətirir. Elementlərin
dövri sistemində qeyri-metalların baş oksidlərinin xassələrinin dəyişməsi ümumi qaydaya əsasən soldan sağa doğru turşu
xassələri artır, yuxarıdan aşağıya doğru isə zəifləyir.
Təsirsiz qazlar dövri sistemdə VIII qrupun əsas yarımqrupunda yerləşir. Bu qazlar oxşar kimyəvi quruluşa
malik, çox aşağı kimyəvi reaktivliyi olan, qoxusuz, rəngsiz
biratomlu qazlardır. Həmçinin ərimə və qaynama temperaturu da aşağı olub, sadəcə 10 °C ilə fərqlənir. Bu elementləriən
sayı metallar və qeyri-metallara nisbətən çox azdır. Cəmi 6
təsirsiz qaz var, həmin qazlar
bunlardır: He, Ne, Ar, Kr, Xe, Rn. Elementlərin elektron formullarının yazılışı zamanı energetik
yarımsəviyyələrdəki elektronların sayı müvafiq hərfi
işarələrin üst indeksində göstərilir. Elektronların sayı eyni zamanda energetik səviyyə və yarımsəviyyələrdə
göstərildikdə s, p, d, f hərflərinin əvvəlində müvafiq olaraq
energetik səviyyənin nömrəsi yazılır.
Kimyəvi elementlərin miqrasiyası
Kimyəvi elementlərin miqrasiyası yer qabığında və onun səthində gedən geokimyəvi proseslər nəticəsində elementlərin
köçürülməsi və istənilən yerdəyişməsi (terrigen
komponentlərin mexaniki daşınması istisna olunmaqla). Kimyəvi elementin xassələrindən (atomunun quruluşu,
ölçüsü, valentliyi və b.) asılı olan daxili; temperatur, təzyiq və
mühitin tərkibi (qələvilik və ya turşluq, oksidləşmə-bərpaedici
şərait və b.) nisbətindən asılı olan xarici miqrasiya amillərinə ayrılır. Geokimyəvi şəraitdən asılı olaraq elementlərin
miqrasiya qabiliyyətinin dəyişməsinə baxmayaraq, çox
mütəhərrik, mütəhərrik və inert elementləri ayırmaq müm-
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
133
kündür. Burada elementin mütəhərrikliyi onun diffuziya əmsalının maksimal konsentrasiyaya hasili kimi başa düşülür.
Ən yüksək miqrasiya qabiliyyəti olan elementlər - Cl, Br, I, N,
B, Ra, Na; yüksək - K, Ca, Ge, U, Fe; orta - Al, Si, Mg, TR;
aşağı - Zr, Nb, Ta, Sb; ən aşağı - platin qrupu metallarıdır. Kimyəvi elementlərin miqrasiyası qabiliyyəti, kimyəvi
elementin ana süxurdan daşınma məsafəsi, onun
konsentrasiyasının azalma qradiyenti, müxtəlif mənşəli mineralların əmələ gəlməsində iştirakı, uçuculuğu və ya onun
birləşmələrinin həll olma qabiliyyəti ilə qiymətləndirilir.
Kimyəvi elementlərin miqrasiyası sərbəst atomlar (inert qazlar, civə buxarları), molekullar (azot, oksigen, su buxarları
və b.), sadə və kompleks ionlar (məhlul və ərintilər), nəhayət,
kolloid hissəciklər (kül, lil hissəcikləri və b.) şəklində, yəni
maye, qaz və bərk halda baş verir və kimyəvi elementlərin yenidən paylanması ilə nəticələnir. Kimyəvi elementlərin
miqrasiyası bütün geoloji proseslərdə baş verir və təbiətdə
maddələrin fasiləsiz dövranının əsasını təşkil edir.
Alov enerji mənbəyidir
Yanma dünyada ən əsas enerji mənbəyidir .Cismi qızdırdıqda
onu təşkil edən əksər molekulların sürəti və ara məsafələri
artır – cisim genişlənir. Cisim soyuduqda isə, əksinə,
molekulların sürəti zəifləyir. Molekullar arasındakı məsafələr azalır. Nəticədə cisim sıxılır və həcmi kiçilir.
Deməli, cisimlər istidən genişlənmə, soyuqdan
sıxılma xassələrinə malikdir. Müxtəlif maddələrin istidən genişlənməsi və soyuqdan
sıxılması fərqlidir. Qazların istidən genişlənməsi bərk
cisimlərin genişlənməsindən çox böyükdür (təqribən 1000
dəfə). Temperatur
Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət
temperatur adlanır. Molekulların hərəkət enerjiləri
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
134
temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və -273.15°C-də tamamilə
dayanırlar.
Bəzi maddələrin xüsusi istilik tutumu.
Cədvəlindən göründüyü kimi, suyun xüsusi istilik tutumu çox böyükdür. Ona görə də isti yay aylarında Xəzər dənizi böyük
miqdar istilik udaraq qızır. Nəticədə Xəzəryanı sahillərdə
hava nisbətən sərin olur. Qışda isə əksinə, dəniz suyu soyuyaraq ətrafa böyük miqdarda istilik verdiyindən
Xəzəryanı sahillərdə hava başqa yerlərə nisbətən mülayim
keçir.
xüsusi istilik tutumu yalnız maddənin növündən və aqreqat
halından asılıdır. Suyu istilik tutumu 4200 C/kq*K-dir,bu
Maddə c, C
kq · °C
Maddə c, C
kq · °C
Maddə c, C
kq · °C
Qızıl 130 Polad 500 Hava 1000
Civə 140 Çuqun 540 Bitki
yağı
1700
Qurğuşun 140 Daş 800 Su buxarı
2000
Qalay 230 Şüşə 840 Buz 2100
Gümüş 250 Mərmər 840 Kerosin 2100
Mis 400 Kərpic 880 Spirt 2500
Dəmir 460 Alüminium 920 Su 4200
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
135
göstərir ki,1kq suyu qızdırmaq üçün ona 4200 C istilik miqdarı vemək lazımdır.
Əgər iki müxtəlif temperatura malik cism bir-birinin
yaxınlığında yerləşiibsə onda onların arasında termodinamiki proses, yəni istilik mübadiləsi baş verir. Burada üç hal
mümkündür:
1.İstilikkeçirmə 2.Konveksiya 3.Şüalanma Temperatur termometr və ya temperatur datçiklərinin köməyi
ilə ölçülür. Ölçülən obyekt ilə termiki kontaktın yaradılmaısı
keçirmə, konveksiya və ya şüalanma yolu ilə kifayət qədər istilik ötürülməsini tələb edir. Ölçmə dəqiqliyi hava, istilik
balansı, istilikkeçirmə qabiliyyəti kimi parametrlərdən asılıdır.
Yanacağın yanması prosesi qısa müddət sürən ,maddənin molekullarına və atomlarına xaricdən istilik enerjisi vasitəsilə
parçalanması prosesidir.Yanacaq sadəcə təbiətdə deyil,bizim
orqanizmimizdə də baş verir.Fərqlisi isə odur ki, orqanizmimizdəki yanacaq bədənimizə daxil olan
karbohidratlar və ya zülallardır.
Bəzi yanacaq növlərinin xüsusi yanma istiliyi.
Yanacaq q, MC
kq
Yanacaq q, MC
kq
Yanacaq q, MC
kq
Bant 3,8 Spirt 28 Kerosin 41
Quru
odun
11 Daş
kömür
29 Dizel
yanacağı
43
Torf 11 Ağac kömür
31 Benzin 44
Şist
(yanar
15 Məişət
qazı
32 Propan 48
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
136
süxur)
Metanol 23 Mazut 40 Hidrogen 120
Maddənin aqreqat halları
Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz
və plazma.
maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit
saxlayır.Qazların xüsusi həcmi yoxdur,verilen bütün həcmi
tutur.
Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk
halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə
olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində
bərk maddələr müəyyən forma və həcmə malik olur.
Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk
maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif
olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız
hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları
arasınd aralıq yer tutur. Mayelər üçün müəyyən həcmin olması və formanın olmaması xarakterikdir.
Maye maddə buxarlanma, qaynama nəticəsində qaz halına
keçir. Bu halda hissəciklər arasındakı məsafə mayedə
olduğundan daha çox artaraq, onların öz ölçülərinə nisbətən bir neçə dəfə böyük olur. Buna əsasən hissəciklər arasındakı
qarşılıqlı təsir qüvvələri daha artıq zəifləyir. Bu halda isə
hissəciklər öz yerlərini sərbəst surətdə dəyişə bilir.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
137
Maddənin dördüncü halı da mövcuddur. Çox yüksək temperaturlarda maddələr ionlaşmış qaza - plazmaya çevrilir.
Maddənin "plazma" adlanan bu halını yerlərini fasiləsiz
dəyişən elektron, ion, atom və hətta nüvələrin qarışığı təşkil
edir. Temperaturu 10000-100000 0C-yə bərabər olan plazma "soyuq", 1000000 0C-yə qədər olan plazma isə "qaynar"
plazma adlanır. Axırıncı halda plazmada neytral atomlar
olmur. O yalnız elektron, ion və atom nüvələrinin qarışığından ibarət olur. Buna görə də, plazma elektroneytral olsa da, o,
elektron və ion keçiriciliyinə malik olur.
Qazlarda molekullararası məsafə böyükdür, bu səbəbdən
molekullararası qüvvələr daha zəif təsir göstərir. İtələmə
qüvvəsi cazibə qüvvəsini üstələyə bilmir, lakin molekulların
istilik enerjisi cazibə qüvvəsini üstələyə bilir. Temperatur istilik enerjisinin ölçüsür, beləliklə artan temperatur cazibə
qüvvəsinin təsirini azaldır. Buna zidd olaraq, itələmə
qüvvəsinin təsiri özəlliklə temperaturdan asılı deyil. Öz kütləsini artırmaq üçün bir qaz sıxışdırıldığında, cazibə
qüvvəsinin təsiri artır. Əgər bir qaz yetərincə sıx isə,
molekullar yayılsın deyə qarşılıqlı təsirlər istilik hərəkətini üstələmək üçün arta bilər. Həmçinin bir qaz qatı və ya maye
yaratmaq üçün sıxlaşdırıla bilər. Aşağı temperatur sıxlaşdırma
fazasının meydana gəlməsinə səbəb olur. Cazibə və itələmə
qüvvələri arasında sıx bir fazada balans vardır.
Kvant mexaniki nəzəriyyə
Atom və molekullar arasındakı molekullararası qüvvələr, yuxarıda qeyd olunduğu kimi daimi və ani dipollar arasında
yaranır. Bunun yerinə qarşılıqlı təsirin müxtəlif
növlərini hidrogen rabitəsi, Van der Vaals və dipol-dipol kimi
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
138
qarşılıqlı təsirləri açıqlamaq üçün daha təməl bir nəzəriyyə axtarıla bilər. Molekullara kvant mexaniki fikirlərin tətbiq
olunması və Rayleigh–Schrödinger nizamsızlıq nəzəriyyəsi bu
nöqtədə təsirli ola bilər. Molekullararası qarşılıqlı təsirlərin
kvant mexaniki açıqlaması olan kvant kimya metodları tətbiq olunduqda, bu qarşılıqlı təsirləri analiz etməklə istifadə edilə
bilən metodların düzülməsini təmin edir.
Bütün cisimlər ən xırda hissəciklərdən – atomlardan ibarətdir.
Daha dəqiq desək, təkcə atomlardan deyil, atom qruplarından.
Belə atom qruplarını molekul adlandırırlar. Axı, təbiətdə atom tikintidə inşaat materialı kimi bir şeydir. İnşaat materialının
bir neçə növündən: kərpicdən, taxtadan, tirdən, şalbandan
yüzlərlə müxtəlif evlər tikirlər. Təbiət və insan isə təxminən
90 növ atomdan yüz minlərlə müxtəlif maddələr düzəltmişlər.Hər bir maddədə atomlar müxtəlif qruplarda
birləşərək, müxtəlif molekullar əmələ gətirir. Hər maddənin
öz molekulları vardır. Onlardan bəziləri çox bəsitdir.Məsələn,oksigenin molekulu iki oksigen
atomundan, hidrogenin molekulu isə iki hidrogen atomundan
ibarətdir. Bunlar bəsit maddələrdir. Lakin hidrogeni oksigenlə qarışdırıb qızdırsaq hidrogenin və oksigenin molekulları
əvvəlcə atomlara parçalanacaq, sonra isə birləşərək suyun
molekullarını əmələ gətirəcək. Su isə mürəkkəb maddədir.
Su həm pozitiv həm də neqativ ola bilər. Buna səbəb suyun dipol xüsusiyyətidir. Oksigen hidrogen atomlarına aid
elektronları aktiv şəkildə cəlb etdiyi üçün, hidrogen
atomlarında kiçik bir müsbət yük meydana gəlir və oksigen atomu bölgəsində kiçik bir mənfi yük meydana gəlir.
Buna görə hər bir su molekulası bir dipoldur və hidrogen
əlaqələrini meydana gətirən digər su molekulları ilə qarşılıqlı
əlaqə yarada bilər. Su nisbətən yüksək qaynama nöqtəsinə, əriməyə və buxarlanmağa malikdir.Hidrogen bağlarını
kəsmək üçün əlavə enerji sərf etmək lazımdır, çünki.
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
139
Karbon və hidrogen atomlarından ibarət olan molekullar daha maraqlı xassələrə malikdir. Hal-hazırda üç milyona qədər belə
molekul olsa da alimlər daim yenilərini kəşf edir və ya onları
süni surətdə alırlar. Bəs nə üçün yalnız iki növ atom bu qədər
maddə, coxlu müxtəlif molekul əmələ gətirir? Ona görə ki , belə molekullar karbon və hidrogenin müxtəlif sayda
atomlarından təşkil oluna bilər.Əgər dörd hidrogen atomu bir
karbon atomu ilə birləşsə metan qazı əmələ gələr. Bu qazdan qaz plitələrindən istifadə olunur.Altı karbon atomu altı
hidrogen atomu ilə birləşdikdə isə benzol alınır.Molekullarda
təkcə atomların sayı deyil, həm də onlarin necə yerləşməsi vacibdir. Məsələn, butan və izobutan kimi iki müxtəlif maddə
mövcuddur.Onlar molekullarla eyni sayda atomlardan – dörd
karbon və on hidrogen atomundan təşkil olunmuşdur.Lakin bu
atomlar butanda zəncirvarı düzülmüşdür, izobutanda isə sanki üçbucaq şəkilli ulduzlar kimi yerləşir. Daha mürəkkəb
molekullar mövcuddur. Zülal, kauçuk, ağac və bir çox sintetik
materialların molekulları yüzlərlə, hətta minlərlə atomdan ibarətdir. Maddələrin xassələri, ilk növbədə, onların
molekullarının xassələrindən asılıdır. Əgər molekullar
arasındakı rabitə zəifdirsə, onlardan ibarət maddə qaz halında olacaqdır (məsələn,su buxarı). Onun molekulları sürətlə və
sərbəst hərəkət edir və yalnız təsadüfən bir – biri ilə
toqquşur.Su buxarını soyutduqda suyun molekulları yavaş
hərəkət edəcək, bir –biri ilə birləşəcək və buxar mayeyə çevriləcəkdir.Mayedə molekullar daha sıx yerləşir, lakin hər
halda onlar müəyyən qədər sərbəst hərəkət edə bilir.Əgər
temperaturu 0°-dək azaltsaq , su donar və bərk kristal maddə -buz əmələ gələr.Buzda isə suyun molekulları,demək olar
ki,ancaq öz yerində rəqs edə bilər. Molekullarda çoxlu
çevrilmələr baş verə bilir.Bu çevrilmələrə kimyəvi reaksiyalar
deyirlər.Onların vasitəsilə yeni maddələr və materiallar almaq mümkundür.
Radiasiya
İnam, su və tezlik ilə müalicə
Elçin Eyvazalı
140
Radiasiya – kimyəvi elementlərin nüvələrinin parçalanması
zamanı yaranan enerjinin alfa, beta, qama şüaları və
Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf
mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Ətraf mühitin təbii radiasiya fonu– kosmik
şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər
obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər
verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya
fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur.
Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal
olaraq dəyişir.
Radiasiya elektromaqnit dalğalar vasitəsilə enerjinin
yayılması, şüalanması prosesidir. Radiasiya dedikdə əsasən
ionlaşdırıcı radiasiya başa düşülür. Bir maddənin atom molekulunda neytronların sayı protonların sayından çoxdursa,
bu cür maddələr qərarsızlıq göstərir, tərkibindəki neytronlar
alfa, beta, qamma kimi şüalar yaymaqla parçalanırlar. Ətrafa bu şəkildə şüa saçan maddələrə radioaktiv maddələr deyilir.
Bir radium (226) 88 proton və 138 neytrondan ibarətdir. Bu
vəziyyətdə neytronların sayı protonlardan çox olduğu üçün atomun molekul quruluşu şüalanma üçün əlverişlidir. Buna
görə də radium molekulundan bir helium molekulu ayrılaraq
parçalanır, 86 proton və 136 neytrona sahib olan yeni element - radon yaranır. Radium molekulundan ayrılan 2 protonlu
helium molekulu isə alfa şüasına çevrilir.
top related