abŞ tƏhsİllİ azƏrbaycan mƏzunlari İctİmaİ bİrlİyİ v aze.pdf · vasitə silə...

37
5/ 2013 ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ YENİ DÜZÜMLÜ KLAVİATURA “GOOGLE” ŞİRKÄTİNİN MÄHSULLAR ÜZRÄ MENECERİ DİVON LANLA MÜSAHİBÄ DÜNYANI GÄZİN! FÄRİD İSMAYILZADÄNİN UĞUR FORMULASI AZÄRBAYCANDA MÄNZİL İMKANLARI: ÄLÇATANLIĞI NECÄ TÄMİN ETMÄLİ? İQTİSADİ RAYONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA BAXIŞ

Upload: others

Post on 05-Jul-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

5/2013

ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

YENİ DÜZÜMLÜ KLAVİATURA

“GOOGLE” ŞİRKÄTİNİN MÄHSULLAR ÜZRÄMENECERİ DİVON LANLA MÜSAHİBÄ

DÜNYANI GÄZİN!

FÄRİD İSMAYILZADÄNİN UĞUR FORMULASI

AZÄRBAYCANDA MÄNZİL İMKANLARI:ÄLÇATANLIĞI NECÄ TÄMİN ETMÄLİ?

İQTİSADİ RAYONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA BAXIŞ

Page 2: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 3: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

5/2013

Əziz Dostlar!

Sizi “Context”in yeni nöm‑rəsində salamlayıram. Bu buraxılışbir sıra dəyişikliklərlə zəngindir.

Məqsədimiz cəmiyyətimiz üçünçalışan ABŞ təhsilli məzunların ef‑fektiv platformasını yaratmaqdır.“CONTEXT” jurnalının əsasfəaliyyəti də bu məqsədə yönəl ‑mişdir. Ümid edirəm ki, sizə təqdimetdiyimiz müsahibələr və məqalələrürəyinizcə olacaqdır.

Hörmətlə,Aynurə Piriyeva,

“ABŞ Təhsilli Azərbaycan Məzunları”

İctimai Birliyinin (AAA) sədri

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi(AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təh‑sil mübadilə proqramlarının məzunlarını birləşdirənqeyri‑hökumət təşkilatıdır. AAA 2003‑cü ilin oktyabrın ‑da bir qrup azərbaycanlı məzunun bir araya gələrək özbilik və bacarıqları ilə inkişaf edən Azərbaycana köməketmək məqsədilə yaratdıqları birlikdir.

Birliyi ABŞ Dövlət Departamenti və USAID tərə ‑findən maliyyələşdirilən müxtəlif mübadilə proqram‑larını təmsil edən 13 məzundan ibarət heyət idarə edir.Birliyin sədri iki il müddətinə seçki yolu ilə müəyyən‑ləşir.

2012‑2014‑cü illər üçün Birliyin sədri Aynurə Piriyevaseçilib.

Hazırda AAA “Azərbaycan Biznes Keys Müsabiqəsi”,“Bakı Hüquq Jurnalı”, “Context” jurnalı, “Uğurhekayəm...” və s. kimi layihələr həyata keçirir.

Website: http://aaa.org.az/

//www.facebook.com/AzerbaijaniAlumniAssociation@AAA_Azerbaijan

1CONTEXT |

ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

Page 4: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

“Context” jurnalı

“Context” jurnalı ABŞ‑ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə çap olunan “ABŞTəhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin (AAA) rəsmi nəşridir. Dərgi 2010‑cu ildən işıq üzü görür. Jurnalın əsas məqsədi məzunların öz bilik və təcrübələrinidaha böyük auditoriya ilə paylaşması, hökumət, vətəndaş cəmiyyəti və elmi icti‑maiyyət də daxil olmaqla, müxtəlif maraqlı tərəflərə öz fikir və tövsiyələriniçatdır maq imkanı yaratmaqdır. Eyni zamanda jurnalvasitə silə Azərbaycanda və xaricdə olan gənctələbələr, elm xadimləri və təcrübəçilərə imkanyaradılır ki, Azərbaycanın bu günü vəsabahına dair fikirlərini geniş au‑ditoriya ilə bölüşsünlər.

“Context” rüblük jur‑naldır və hər sayı 1000tirajla ingilis və Azərbay‑can dillərində çap olunur.Jur nal pulsuzdur və dövlətqurum ları, beynəlxalq və yerlitəşkilatlar, məzunlar, kitabxanalar,biznes dairələri və təhsil institutlarıarasında paylanılır.

HAQQIMIZDA

Baş redaktor:Nigar Məmmədova

Koordinator: Rövşən Nəcəfov

Redaktorlar:Rəna Kərimova(azərbaycan dili)

Kesi Bauven(ingilis dili)

Redaksiya heyəti:Fuad ƏliyevVüsal XanlarovEmin HüseynzadəYusif AxundovPərvanə BayramovaAytəkin ƏsgərovaVüqar AllahverdiyevFuad CəfərliHökümə Babayeva

Art-dizaynerİman Hüseynov

FotoqrafSəriyyə Məlikova

© AAA. Müəlliflərin mövqeyiAAA-nın mövqeyi ilə üst-üstədüşməyə bilər.

AAA-nın ofis ünvanıAZ1065, Azərbaycan, Bakışəhəri,C.Cabbarlı küç. 40,“Kaspian” Biznes Mərkəzi

Tel.: (+994 12) 437 13 46(+994 12) 437 14 95

E-mail: [email protected]

Rüblük jurnal

www.aaa.org.az2

5/2013ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

Page 5: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

4

İQTİSADİ RAYONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA BAXIŞ

FÄRİD İSMAYILZADÄNİN UĞUR FORMULASI YENİ DÜZÜMLÜ

KLAVİATURA

səh.19

səh.6

səh.28

REDAKTORDAN

“GOOGLE” ŞİRKÄTİNİN MÄHSULLAR ÜZRÄMENECERİ DİVON LANLA MÜSAHİBÄ

MÄZUNLARIMIZ

AAA LAYİHÄLÄR

20

24

32

14

5/2013

3CONTEXT |

AZÄRBAYCANDA MÄNZİL İMKANLARI:ÄLÇATANLIĞI NECÄ TÄMİN ETMÄLİ?

səh.10

DÜNYANI GÄZİN!

Page 6: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

REDAKTORDAN

www.aaa.org.az4

Əziz Oxucular!

Sizə "Context" jurnalının rəngarəng və yeniliklərlə zənginbahar sayını təqdim etməkdən məmnuniyyət hissi duyuram.Bahar ‑ yeni başlanğıc, yenilik və müsbət əhval‑ruhiyyəninmüjdəsçisidir. Məhz bu baxımdan jurnalımızın növbəti sayınıda maraqlı yeniliklərlə bol etmişik.

Artıq "Context"i sizə iki dildə təqdim edirik ‑ Azərbaycan vəingilis dilində. Məqsədimiz jurnalın daha geniş auditoriyanıəhatə etməsi və dil baryeri olmadan maraqlanan insanlarınondan bəhrələnməsini təmin etməkdir.

Hər zaman olduğu kimi, jurnalın bu sayında da müxtəlifmövzuları əhatə edən bir neçə məqaləni sizə təqdim edirik.Həmçinin təkcə məqalələrlə deyil, eyni zamanda bizim məzun‑larımızla da tanış olmaq imkanınız yaranacaq. “ABŞ TəhsilliAzərbaycan Məzunları” İctimai Birliyinin (AAA) həyatakeçirdiyi müxtəlif tədbir və layihələrlə də yaxından tanış ola‑caqsınız.

Beləliklə, "Context" jurnalının bahar buraxılışında siz Azər‑baycanda onlayn ödəmə sistemləri sahəsində bir çox uğurlaraimza atmış məzunumuz Fərid İsmayılzadə ilə apardığımızmaraqlı müsahibə ilə tanış olmaq və dünyanın çox hissəsinəsəyahət etmiş məzunumuz Maqsudun maraqlı səyahətmacəraları və onun məsləhətlərindən faydalanmaq imkanı əldəedəcəksiniz. Bundan əlavə, müxtəlif proqramların məzunlarıbarədə və AAA‑nın həyata keçirdiyi ən uğurlu layihələr və təd‑birlər haqqında məlumat alacaqsınız.

Ümid edirəm, "Context" jurnalının bu buraxılışı Sizə xoşbahar əhval‑ruhiyyəsi gətirəcək və faydalı məlumatlar əldə et‑məyə yardım edəcəkdir.

Səmimiyyətlə,Nigar Məmmədova,Baş redaktor

Page 7: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 8: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

www.aaa.org.az6

FƏRİD İSMAYILZADƏNİN

UĞUR FORMULASI

‑ Fərid bəy, mümkünsə, özünüz barədə qısaməlumat verərdiniz...

‑ 1984‑cü il yanvarın 1‑də Şəkidə dünyayagəlmişəm. Amma sonradan Bakıda yaşamışam. 5yaşımda ilk dəfə məktəbə Şəkinin Kiçik Dəhnəkəndində getdim. Amma cəmi 1 həftə oxudum. O vaxtvalideynlərim nədənsə orada oxumağımı istəyirdilər,sonra isə fikirlərini dəyişdilər. Belə ki, sonradan mənBakının Xətai rayonundakı 263 nömrəli məktəbdə təh‑silimi davam etdirməli oldum. aƏslində orda da çoxoxumadım, 5‑ci sinifdən Azərbaycan Universitetininnəzdində İngilis dili gimnaziyasında oxumuşam. 15yaşımda həmin gimnaziyanı bitirib Bakı Dövlət Uni‑versitetinə daxil oldum. Amma daha sonra oradanTürkiyənin Bilkənt Universitetinə transfer oldum.2003‑cü ildə oranı bitirdikdən sonra 2005‑ci ilədəkABŞ‑ın San Jose State Universitetində post‑bakalavrdərəcəsi üzrə təhsil aldım. San Josedə yaşayarkən ox‑umaqdan əlavə, AİESEC tələbə təşkilatında aktiv üzvidim. Ona görə də AİESEC ABŞ‑ın vitse‑prezidentiolanda 2005‑2006‑cı illərdə ‑ Nyu‑Yorkda yaşadım.2006‑cı ilin sonları, 2007‑ci ilin əvvəllərində isə Azər‑baycana qayıtmağa qərar verdim. Buna səbəbölkədəki inkişaf, İKT sektorun vəziyyəti və həmölkəmə hə özümə xeyir verəcəyimi bilməyim idi.Əvvəl “Silverkey Technologies” adlı amerikan şirkə‑tinin nümayəndəsi kimi gəldim. Sonra isə“Goldenpay” şirkətini, hesab.az portalını və bu yaxınlardadaha bir neçə sirkəti yaratdım.

‑ Orta məktəbi tez bitirməyinizin səbəbi nə idi?‑ Buna səbəb sinifdən‑sinfə keçməyim idi. Əvvəl 3‑

cü sinifdən 5‑ə, sonra isə 8‑ci sinifdən 10‑a keçdim. Elə

oldu ki, bizim sinifdə oxuyan uşaqları sinifdən‑sinfəkeçirdilər və əvəzində bizə daha ağır dərs yüküverdilər. Beləcə məktəbi tez qurtardım.

‑ Bakı Dövlət Universitetində təhsil almaqdanniyə imtina etdiniz?

‑ Səbəb təhsilin səviyyəsinin məni qane etməməsiidi. Bir də universitetdə bir neçə dəfə xoşagəlməzhadisələr olmuşdu.

‑ Haqqınızda araşdırma apararkən qarşıma beləbir məlumat çıxmışdı ki, AIESEC‑in Azərbaycanagətirilməsində sizin rolunuz olub...

‑ AİESEC Azərbaycanın əsasını Bəxtiyar Hacıyevqoyub. Sadəcə onun Azərbaycanda yaradılması təşəb‑büsünü mən vermişəm. AİESEC Azərbaycanın yaran‑masına o zaman Gənclər Nazirliyi çox dəstək verdi.Təhsil Nazirliyi də həmçinin. O zaman mən sadəcəuzaqdan kömək etməyə çalışırdım.

‑ İndi əlaqələriniz hansı formadadır?‑ Hazırda AIESEC müstəqil şəkildə fəaliyyət

göstərən bir qurumdur. Onlar özlərini çox işıqlandır‑mırlar, amma fəaliyyətləri, doğrudan da, təqdirəlayiq ‑dir. Mən isə AIESEC Azərbaycanın Məsləhət Şurasınınsədriyəm.

‑ Siz həm Azərbaycanda, həm Türkiyədə, həm dəABŞ‑da təhsil almısınız. Hər birində fərqli təhsilmodelləri var. Bu üç təhsil sisteminin fərqlərinədədir?

‑ Mən Azərbaycanda təhsil alanda Sovet modeli ki‑fayət qədər geniş tətbiq olunurdu. O vaxt ölkəyə in‑ternet yeni‑yeni gəlməyə başlamışdı. Ölkədə ilk e‑poçtaçanlardan biri mən idim. Yadımdadır ki, bir çox qrupyoldaşlarıma elektron ünvanı mən açmışdım. Dərs‑likdəki mövzulara uyğun olaraq internetdənməlumatlar toplayırdıq. Müəllimlər isə dərs zamanıdaha çox köhnə materiallardan istifadə edirdilər. Ovaxt internetə çıxışı olan bir adam kimi onların mate‑riallarına baxırdım və gülməyim gəlirdi. İkinci məsələisə o idi ki, Azərbaycanda həmişə nəyin səhv, nəyindüz olduğunu öyrədirlər. Bu düzləri və səhvləri özbaxışlarına görə müəyyənləşdirirlər. Mən isə bunudoğru hesab eləmirəm. Bundan başqa, müəllim‑tələbəmünasibətlərinin şəxsi simpatiya üzərində qurul‑duğunu müşahidə edirdim. Müəllimin kimdənsə xoşu

QONAĞIMIZ

Page 9: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

gələrdisə, onu irəli çəkirdi. Türkiyədə isə, demək olarki, belə hallar yox idi. Türkiyə təhsili ABŞ təhsil sis‑teminə çox yaxındır. Mənim təhsil aldığım BilkəntUniversiteti amerikanlar tərəfindən yaradılıb, uzunmüddət universiteti idarə edənlər də amerikanlar ol‑muşdu. Düzdür, mənim təhsil aldığım dövrdə univer‑siteti türklər idarə etsə də, burada ABŞ təhsil sistemiəsas idi. Yetərincə azadlıq var idi. Sənə bu doğrudur,bu səhvdir deyilmirdi. İmkanlar yaradılırdı, oxuyur‑dun, doğruları, səhvləri özün müəyyənləşdirirdin.Daha gənc, başqa ölkələrdə təhsil almış, insanlarınfikirlərinə hörmət edən müəllimlər dərs deyirdilər.Neqativ hallar yox idi və mən inanmıram ki, nə vaxtsaBilkənt Universitetinin tarixində belə bir hal olub.Amma orada oxumaq çox çətin idi. Hətta deyərdimki, ABŞ‑da oxumaqdan da çətin idi.

ABŞ təhsil sistemi isə tamam fərqlidir. Orada düzvə səhv yoxdur, orada sənin göstərdiyin nəticələr var.Təbii ki, hamımız bilirik 2+2=4 edir. Ancaq belə dəqiqolmayan məsələlərdə mobillik, interaktivlik, səningəldiyin nəticələrə hörmət var. Orada müəllimlər dəfərqlidir. Məsələn, mənim marketinq müəllimimdünyada ən böyük şirkətlərdən olan “General Elec‑tronics”‑in vitse‑prezidenti idi. Bundan başqa, təhsildəpraktiklik var idi. Həmçinin universitetdə ictimaifəaliyyətləri çox yüksək qiymətləndirirdilər.

‑ Türkiyədə və ABŞ‑da təhsil almısınız və yəqinki, bu ölkələrdə təhsil almaq üçün seçim zamanıdünyanın bir çox universitetlərini araşdırmısınız.Bu sahədə təcrübənizin olduğunu deyə bilərik.Sizcə, Azərbaycan təhsili ilə bağlı yuxarıda qeyd et‑diyiniz problemləri aradan qaldırmaq üçün hansıölkənin təhsil modeli bizə daha çox uyğun olardı?

‑ Bu, çox çətin sualdır, mənim sahəmdən də bir azuzaqdır. Buna mənim həyat yoldaşım Raminə xanımdaha yaxşı cavab verə bilər. Öz təcrübəmdən onu deyəbilərəm ki, mən ölkəyə qayıdandan sonra bir müddətAzərbaycan Dövlət İqtisad Universitetində dərsdeməyə başladım. Orada ilk olaraq, bir məsələnimüşahidə etdim ki, tələbələrdə inanılmaz dərəcədətənbəllik var. Onlara hər hansı bir tapşırıq veriləndə,“müəllim, çatdıra bilmərik, müəllim, imtahanlarımızvar” deyə bəhanələr gətirməyə cəhd edirdilər. İkincisi,onu müşahidə etdim ki, təhsil sistemi bəlli bir çərçivəüzərində qurulub. Yəni bilinən bir material var vədərslər ancaq onlara əsasən keçirilir. Çox istərdim ki,Azərbaycan təhsil sistemində tələbələrin öz fikirləriolsun. Üçüncüsü, bizim təhsil sistemində əsas prob‑lem təcrübəyə az yer verilməsidir. Məsələn, hər ilyayda təcrübələr təşkil olunmalıdır və buna daha çoxüstünlük veril məlidir. Mübadilə proqramlarında işti‑rak artırılmalıdır. Neqativ hallar aradan qaldırıl‑malıdır.

7CONTEXT |

5/2013

Page 10: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

www.aaa.org.az8

‑ Ölkəyə qayıtdıqdan sonra ənənəvi olmayan birsahə üzrə ‑ onlayn ödəmə sistemləri sahəsində işqurdunuz. Bu, bir növ ölkəmiz üçün yenilik idi. Busahədə Azərbaycan əhalisi ilə işləmək çətin deyil ki?

‑ Müəyyən problemlər olur və bu, zamanladüzələn məsələdir. İnsanlar alışacaqlar. Düzdür, bir azçətin prosesdir, ancaq mən deyə bilərəm ki, 3‑4 iləvvələ nisbətən elektron ödəmələrin həcmi hər il 10dəfə artır.

‑ Fərid bəy, Azərbaycanda öz sahəsi üzrə uğurqazanan gənclərdən hesab olunursunuz. Bu uğu‑runuzun bir cədvəli, metodu, resepti varmı?

‑ Məncə, bunu əldə etmək çox rahatdır – nəyisəistəyirsənsə, onu əldə edə biləcəyinə inanmalısan.İstəyib və buna inandıqdan sonra ona uyğun işlərgörürsən və belə olan halda həmişə alınır. Bu, təkcəkaryerada belə deyil. Bu, sağlamlıqda da, şəxsi hə ‑yatda da belədir. Məsələn, mən 17 yaşım olanda artıqdüşünürdüm ki, missiyam nədən ibarətdir, nə üçünvaram? Amma bir çox məsələlər də məndə dep ressivəhval‑ruhiyyə yaradırdı. Niyə yaşayıram, bütün bun‑ların mənası nədir və ya mən standart həyat yaşamağaməcburammı? Çünki bizdə bir həyat standartı var:doğul, oxu, işlə, ailə qur, uşağın olsun, uşağı oxut,uşağın toyunu gör, qocal və öl… Amma mən özümüçün qərar çıxartdım ki, bunlar da olsun, ancaq əsasməsələ insanlıq üçün nəsə etməkdir. Mən özüm elməçox inanan insanam. Yəni, məncə, hər bir insanın mis‑siyası maksimum bilik əldə etməkdir. Qərara aldım ki,elə bir iş görməliyəm ki, o, mənim ölkəmə xeyirversin. Mən bir gün ölkəmdə olmaya bilərəm və hansıki, bu, həm maddi baxımdan, həm də yaşayışsəviyyəsi baxımından mənə sərf edir, ancaqgördüyüm iş ölkəmə həmişə xeyir verəcək. Mənim bugün Azərbaycanda olmağımın tək səbəbi gördüyümişin ölkəmdə şəffaflıq yaratması, ölkəmin inkişafınatəkan verməsidir. Qarşıma məqsəd qoymuşam ki,ölkəmdə nağdsız ödənişlər, şəffaflıq olması, neqativhalların azalması, internetin isə təkcə tanışlıq məkanıolmaması üçün əlimdən gələni edim…

‑ Ailəniz barədə danışmağınızı istərdik...‑ Adətən ailəmlə bağlı ictimaiyyət arasında danış‑

mağı xoşlamıram. Amma onu deyə bilərəm ki, birqızım var. Yoldaşım Raminə də ABŞ Təhsilli Məzun‑lardandır. Onunla 2008‑ci ildə, noyabr ayının 25‑dəməhz AAA‑in təşkil etdiyi bir tədbirdə tanış olmuşuq.Bir il sevgili olduq, sonra nişanlandıq. Daha sonraRaminə ABŞ‑a təhsil almağa getdi. 2 il orada yaşadı vəmən 2‑3 aydan bir onun yanına gedirdim,görüşürdük. Sonra qayıtdı, indi ABŞ Səfirliyindəişləyir.

QONAĞIMIZ

Page 11: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

‑ Karyeranızda ailənizin rolu olubmu? Söhbəthəm valideynlərinizdən, həm də yeni qurduğunuzailədən gedir...

‑ Atamla anamın Azərbaycandakı karyeramda roluböyük olub. Xaricdə olanda isə tək idim və özüm‑özümü idarə edirdim və ora daha çox öyrəşmişdim.Azərbaycana qayıdanda mədəniyyət şoku yaşadım.Məsələn, bir çox gördüklərinlə razılaşa bilmirsən,həyat tərzinə uyğunlaşa bilmirsən və s. Əlbəttə, bumüddət ərzində ailə dəstəyi çox vacibdir. Xüsusən dəşirkətin qurulması zamanı valideynlərimin maddidəstəyi böyük rol oynadı. Son 1 ilə yaxındır ki, şirkət‑dən mənə bəlli bir məvacib gəlir. 1 il əvvələ qədər isəata və anamın hesabına dolanırdım. Bir çoxməsələlərdə mənə dəstək olurdular. Qurduğum ailəyəgəlincə isə yoldaşım Raminə karyeranın vacibliyiniçox yaxşı başa düşür. Bu səbəbdən Raminə ilə buməsələlərdə problem yaşamırıq. Amma o istəyir ki,ailəyə daha çox vaxt ayırım, həftəsonları evdə olum,evə vaxtında gedim və s. Mən də çalışıram ki, bu bal‑ansı qaytarım, ancaq hələ tam nail ola bilmirəm.

‑ “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimaiBirliyinin fəaliyyəti ilə əlaqələriniz hansı for‑madadır?

‑ Hazırda heç bir rəsmi bağlantım yoxdur. İlk

əlaqələrim AAA‑in o vaxtkı rəhbəri ilə dostluğum, advə soyadımızın demək olar ki, eyni olması – Fərid vəFariz İsmayılzadə – idi. Bir gün AAA‑in futbol turniriidi. Turnirdə mənim komandamla Farizin komandasıqarşı‑qarşıya gəlirdi. Mərcə gəlmişdik ki, uduzan ko‑mandanın oyunçusu adını dəyişəcək və o vaxt mənimkomandam uduzmuşdu. O mərcə görə, indi mənimadım Baladadaş olmalı idi (gülür). O zamandan aktivolmağa başladım, AAA‑in tədbirlərinə qatıldım. Ovaxt mən müstəqil təhsil almışdım, hansısa proqramlagetməmişdim və tam AAA üzvü hesab olunmurdum.Sonralar mən İVLP ilə ABŞ‑a getdim və rəsmi üzvoldum. Hazırda da hər zaman dəstək olmağaçalışıram. İndi bir futbol günümüz var və orada oy‑nayanlar məhz AAA‑da olduğumuz dövrdə futbol oy‑nadığımız uşaqlardır. Hər bazar günü saat 9‑datoplaşıb həmin dostlarla futbol oynayırıq.

Bu yaxınlarda AAA rəhbərliyi ilə dəgörüşmüşdüm. Bəzi məqamlarla bağlı fikirmübadiləmiz oldu və düşünürəm ki, fəaliyyət dahauğurlu ola bilər. Mən təklif etdim ki, bir gün şəhərdənkənarda yığışaq, fikir mübadiləsi aparaq və konkretmissiya müəyyənləşdirək.

Pərviz ƏzimovIVLP proqramının məzunu

5/2013

Page 12: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

Sosializmdə mənzil ehtiyacı, onun təminatı, idarəolunması və bu sistemin istismarı və saxlanmasıözünəməxsus idi. Bir tərəfdən özəl mülkiyyətinmövcud olmaması, digər tərəfdən isə kooperativmənzil mülkiyyətinin mövcudluğu qarışıq bir sistemyaratmışdı və bu, mənzil ehtiyacının ödənilməsinəxidmət edirdi. 1940‑cı illərdən inkişaf etmiş ölkələrdəvə post‑sosialist məkanında start götürmüş sosialmənzil və ipoteka yüz milyonlarla insanın yaşayışşəraitini dəyişərək yeni yaşayış standartlarını gündə‑lik həyat tərzinə çevirib.

Azərbaycanda mənzil tikintisi, daha dəqiq desək,sosial mənzil layihəsi start nöqtəsini 1954‑cü ildəkiXruşovun SSRİ‑də mənzil tikintisinin sürət lən ‑dirilməsi ilə bağlı məlum qərarından sonra başlayıb.Keçmiş SSRİ‑də 75 milyona yaxın insanın mənzilşəraitinin yaxşılaşdırılmasına imkan vermiş bu pro‑

qram sonrakı illərdə də davam etdirilmiş və 1990‑cıillərədək, yəni Sovet İttifaqının dağılmasına qədərmövcud olmuşdur. Sosial mənzil ölkənin ümumimənzil fonduna əhəmiyyətli dərəcədə təsir göstərmişdavamlı bir dövlət proqramı sayılıb və bu səbəbdəndə hazırda Azərbaycandakı mənzil fondununtəxminən 87%‑ni 1950‑80‑ci illərdə tikilmiş mənzillərtəşkil edir1. 2006‑cı ildə Dövlət Statistika Komitəsinindərc etdiyi məlumatlarda 1990‑cı ildən sonra tikilmişmənzillərin ümumi mənzil fondundakı payının 5,3%olduğu göstərilirdi. Beləliklə, son illər ərzində Azər‑baycanda mənzil tikintisinin, xüsusilə də əlçatan vəsosial mənzil layihələrinin mövcud olmaması mənzilehtiyacının ödənilməsində böyük bir boşluğunyarandığını ortaya çıxarmışdır.

Tədqiqatçılar Mərkəzi və Şərqi Avropada mənzilproblemini tədqiq edərkən əsas diqqəti özəl‑

AZƏRBAYCANDA MƏNZİLİMKANLARI: ƏLÇATANLIĞI

NECƏ TƏMİN ETMƏLİ?

Azərbaycan üçün mənzil ehtiyacının ödənilməsi son onilliklər ərzində daha da aktuallaş‑mağa başlayıb. Artan əhali tempi, urbanizasiya və mənzil imkanlarınıngenişlənməsi mənzilə olan tələbatı son 10 il ərzində daim artırır və daşınmaz əmlak bazarının bu seqmenti yüksək mənfəətli sayılır. Buna baxmayaraq, mənzil ehtiyacınınödənilməsi və mənzil sayının məhdud olması onu əlçatanlıqdan uzaq edir. Bu məqalədə əsas mövzu olaraq,ölkədəki mənzil və gələcək illərdəkiehtiyac meyarlarının müəyyən olunmasından danışılır.

DAŞINMAZ ƏMLAK

www.aaa.org.az10

Fuad Cəfərli

2010‑2011‑ci illərdə H.Humphrey təqaüd proqramı ilə Massaçuses Texnologiya

İnstitutunda şəhər və regional planlaşdırmasıixtisası üzrə 1 illik təhsil almışdır.

Page 13: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

ləşdirmənin bir neçə il sonra yaratdığı problemlərəçəkirlər2. Onlara görə, “burax getsin” (“giveaway”)adlı mənzil özəlləşdirməsinin yaratdığı dalğavari ef‑fekt nəticə etibarilə bazar iqtisadiyyatının yenicə for‑malaşmağa başladığı post‑sosialist məkanındadaşınmaz əmlak bazarına xeyli vəsaitin daxil olmasıilə onun kapitallaşmasına yol açıb. Özəlləşdirməhərəkatı dövlətə məxsus mənzil fondunun böyük birhissəsinin özününküləşdirməsinə səbəb olub, belə ki,sovet dövründə özünün mülkiyyəti olmayan insan‑lara simvolik qiymətlərlə verilən mənzillər onlardamüəyyən sahibkarlıq hissi yaratmışdı. Bununla da,özəlləşdirilmiş mənzil bazarı, həm də kommersiyavə ticarətin də daxil olduğu daşınmaz əmlakbazarında ciddi qiymət effekti verməyə başlamışdı.və artıq 2000‑ci illərin əvvəllərində bir çox post‑sosialist ölkələrində kapital bazarının əsas işti‑rakçılarından biri olmuşdular. Mənzilə artan tələbat,həm də onun qiymətinə təsir edərək tamamilənəzarətsiz bir mexanizmə çevrilmiş və onlarınqiymətləndirilməsi indikatorları və metodologiyasınıçətinləşdirmişdir. Digər tərəfdən isə, regionölkələrində urbanizasiya prosesi dayanmış və geriyədoğru hərəkət başlamışdır. Azərbaycanda mənzilfondunun özəlləşdirilməsi və bazarın liberallaş‑masına 1995‑ci ildən sonra başlanıb. 1993‑cü ildəqəbul olunmuş “Mənzil Fondunun Özəlləşdirilməsihaqqında” Qanundan əvvəl mənzil özəlləşdi ‑rilməsinin sadə prosedurası var idi ‑ kimsə nominalqiyməti ilə mənzili özəlləşdirə bilərdi. Könüllü birproses olan özəlləşdirmə mənzilin kapital mənbəyiolması səbəbindən sürətlənib və artıq 2009‑cu ildəDövlət Statistika Komitəsinin məlumatına görə,ölkənin ümumi mənzil fondunun 85%‑i özəl‑ləşdirilmişdi, digər qalan hissədə isə çox cüziməbləğlə sosial kirayə statusundan istifadə edirdilər.

Azərbaycan mənzil fondu yeni və köhnə əmlak‑dan ibarətdir. Mövcud mənzil fondu inşası ilə əlaqə‑dar şərti olaraq, aşağıdakı tarix dövrlərlə əhatəolunur:

• Əsasən, şəhərlərin tarixi mərkəzlərində Sovethakimiyyəti öncəsi tikililər.

• İkinci Dünya müharibəsindən əvvəl tikilmiş(1920‑1944) mənzillər;

• İkinci Dünya müharibəsindən sonra tikilmişevlər. Zavod üsulu ilə hazır materiallardan tikilmişevlər 1960‑cı illərə aiddir. Bir çox yeni rayonlar bu bi‑nalar ilə planlanmış və inşa edilmişdir;

• Azərbaycan müstəqillik qazandıqdan sonramənzil tikintisinin sürəti aşağı düşmüş və əsasən,kottec tipli yaşayış evlərinin – fərdi evlərin tikintisiyayılmışdır. Yalnız 2000‑ci illərdən başlayaraq koope ‑

rativçilik hərəkatı nəticəsində çoxmənzilli yaşayışevlərinin tikintisi yenidən sürətlənmişdir3.

Son məlumatlara görə, Azərbaycanda mənzilfondu hazırda 109 milyon kv.m‑dən çoxdur. Azər‑baycan mənzil fondunun böyük bir hissəsi köh‑nəlmiş vəziyyətdədir, buna baxmayaraq, ölkənindaşınmaz əmlak bazarında mənzil tələbi mövcudtələbatı ötüb keçir. 1990‑cı illərdən indiyə qədər, xü‑susilə də 2000‑ci illərdə mənzil tikintisinin sürətlən‑məsinə baxmayaraq, mənzil ehtiyacının ödənilməsivə bazarın böyük tələbatını ört‑basdır etməyəyönəlmiş spekulyativ yüksək qiymətlər vasitəsilətələbatın qarşısının alınmasına cəhd olunur. 1990‑cıildən 2011‑ci ilə qədər ölkədə 486,7 min mənzil isti‑fadəyə verilib və bu mənzillərdən 189,8 mini vətən‑daşların şəxsi vəsaiti hesabına tikilib. 1990‑2011‑ciillərdə ölkə üzrə 13,5 milyon kv.m mənzil sahəsi isti‑fadəyə verilib, bunun da 8,944 milyon kv.m hissəsivətəndaşların şəxsi hesabına tikilib. Başqa tərəfdənisə ölkə üzrə orta mənzil sahəsinin həcmi müvafiqolaraq, dövlət və vətəndaşların şəxsi vəsaiti hesabınauyğun olaraq, 2011‑ci il üçün 126,1 və 145,2 kv.mtəşkil edir. Digər bir tərəfdən isə əhalinin hər 1000nəfərinə düşən mənzil 1990‑cı ildəki 4.9 göstəricidən1.8‑ə enib. Müvafiq olaraq isə, hər 100 nəfərə düşənmənzil sahəsi 404 kv.m‑dən 225 kv.m‑ə qədər aşağıdüşüb.

Bununla bərabər, planlaşdırma sənədlərində yeralan mənzil tikintisi müddəaları da yerinə yeti ‑rilməyib. Məsələn, Bakı şəhərində mənzil sahəsiningenişləndirilməsi ilə bağlı planlaşdırma müddəalarıhəyata keçməmiş qalıb. 1987‑ci ildə qəbul olunmuşBakının Baş İnkişaf Planının adambaşına düşənmənzil sahəsinin mütəmadi olaraq artırılmasınınəzərdə tutan müddəası bu göstəricinin 2000‑ci il‑lərdə 24 kv.m‑ə qədər artırılmasını nəzərdə tuturdu.Qeyd etmək lazımdır ki, hazırda ölkədə adambaşınadüşən mənzil sahəsinin həcmi inkişaf etmiş ölkələrləmüqayisədə xeyli aşağıdır – təxminən 12,5 kv.m.İnkişaf etmiş ölkələrdə adambaşına düşən mənzilsahəsinin 34 kv.m olduğunu nəzərə alsaq, hələlik ra‑sional mənzil ehtiyacının ödənilməsi üçün ölkəninolduqca aşağı göstəricilərə malik olduğunun şahidioluruq. Buna baxmayaraq, 2000‑2011‑ci illərdə tikilənyeni mənzillərdə ailə başına düşən bu həcmtəxminən 145 kv.m təşkil edir.

Faktiki olaraq, rəqəmlər Azərbaycanda mənziltikintisinin sürətlə aşağı düşdüyünü və əvəzindəonun əlçatanlığının daha da çətinləşdiyini göstərir.2009‑cu ildə Avropanın ən sürətli urbanizasiyayaməruz qalmış şəhəri sayılan və alternativ statistikayaəsasən 3 milyon 298 min (2012‑ci il üçün aparılmış

11CONTEXT |

5/2013

Page 14: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

alternativ hesabatlar ‑ müəl.)nəfərin yaşadığı Bakıdamənzil tələbinin hazırda və gələcək illərdəkiödənilməsi ilə bağlı müzakirələr açıq qalır.

Ölkədə mənzil ehtiyacının ödənilməsi ilə bağlıdigər bir problem təxminən mövcud mənzil fon‑dunun köhnəlməyə və istismardan çıxmağa başla‑ması, onların təcili yenilənməsi və yenidənqurmaişlərinin aparılmasıdır. Gələcək illərdə əsasfəaliyyətin və gücün yenidənqurma üçün yönələcəyişübhə doğurmur – belə olan halda yeni mənzilsahələrinin tikintisi və xüsusi proqramların yaradıl‑ması vacibdir.

1990‑cı illərdən sonra Azərbaycanda mənzil təmi‑natı ilə bağlı olaraq, hər hansı bir dövlət proqramı vəya siyasət sənədi hazırlanmayıb. İndiyə qədər mənziltikintisi və ehtiyacın ödənilməsinin böyük ək‑səriyyəti özəl investisiyalar hesabına baş verib:

1. Kooperativ mənzil. Kooperativ mənzil tikintisiüzrə podratçı şirkətlə bağlanan müqavilə əsasındabirdəfəlik və ya hissə‑hisə ödənilən formada həyatakeçirilən maliyyələşmə ilə vətəndaşların şəxsi vəsaitihesabına yaradılan mənzil;

2. Fərdi ev tikintisi. Yerli idarəetmə orqanları,bələdiyyələr tərəfindən verilən sərəncam əsasındaayrılan torpaq sahəsində və qeyri‑qanuni olaraq zəbtedilmiş ərazilərdə aparılan fərdi ev tikintisi;

3. Xüsusi proqram üzrə tikilən mənzil. Bir sıradövlət orqanlarının sifarişi əsasında xüsusi təzmi‑natlı qruplar üçün maliyyələşdirilən mənzil tikintisi.Məsələn, şəhid ailələri və Qarabağ müharibəsi əlil‑ləri, məcbur köçkünlər üçün Dövlət Neft Fondutərəfindən ayrılan vəsait hesabına tikilən mənzillər,müxtəlif qurumların öz əməkdaşları üçün tikdiklərimənzil sahələri və s.

4. Tikinti investisiyaları. Tikinti‑investisiyaşirkətlərinin inşa etdikləri yaşayış kompleksləri;

5. İpoteka kreditləri. İpoteka krediti hesabınamaliyyələşmə.

Göründüyü kimi, mənzil siyasətininəsasını təşkil edən sosial mənzil vəəlçatan mənzil üçün xüsusi proqramlarhələ də gündəlikdə deyil və statis‑tikadan da göründüyü kimi, kiçikhəcmli və çox vaxt lokal olan tikinti

layihələri mənzil ehtiyaclarını ödəmək iqtidarındadeyil.

Mənzil tikintisi daşınmaz əmlak bazarınınimkanının genişləndirilməsi, biznes imkanlarınınyaradılması və ümumilikdə, iqtisadiyyata multip‑likativ effektiv təsirini göstərir. Uzun illər ərzindəpərakəndə aparılmış mənzil tikintisi son illərdə birqədər təkmilləşərək tikinti investisiyaları formasınakeçməyə başlayıb. Mənzil tikintisinin imkanlarımüxtəlif səviyyələrdə araşdırılır. Məsələn, Azərbay‑can İpoteka Fondu gələcək illər üçün kommersiyaipotekalarının həcminin artırılmasını planlaşdırır.Buna səbəb isə hazırda ölkə üzrə 250 min nəfərailənin öz mənzil şəraitini yaxşılaşdırmaq istəyidir.Bu məqsədlər üçün əlavə 14 milyon kvadratmetrmənzilin tikintisi lazımdır və ipoteka bazarınıntəxmin olunan həcmini 8,5 milyard ABŞ dollarıtəşkil edir4. Göründüyü kimi, ehtiyaclar, həm də iqti‑sadi fürsətlərin açılmasıdır və belə olan haldamənzillə bağlı kompleks tədbirlər işləməkmümkündür.

Ümumilikdə, Azərbaycanda mənzil təminatı iləbağlı ümummilli proqramın yaradılmasına vəgələcək illərdəki daşınmaz əmlak bazarınıgenişləndirmək üçün strateji bir araşdırma aparıl‑masına ehtiyac var. Sosial mənzil layihəsindən başqa,subsidiya olunmayan və daha çox orta və aşağıgəlirli əhali qrupları üçün nəzərdə tutulan mənziltikintisinə start verilməsi şəhərləşmə və məskun‑laşma kimi problemlərin həll olunmasında da əsasfaktordur. Bu gün çox da səslənə bilməyən mənzilçağırışları tufandan öncəki sakitliyi xatırladır: çoxgüman ki, bazarın tələbləri yaxın illərdə mənzilləbağlı genişmiqyaslı bir hərəkata start verəcək.

www.aaa.org.az12

1 A http://www.stat.gov.az/

2 Jozef, Hegedus and Ivan, Tosics: Rent reform – Issues for the Countries of East‑ern Europe and Newly Independent States, Housing Studies, Vol.12, No. 5,1998

3 UNECE,2009

4 Azerbaijan Mortgage Fund under the Central Bank of Azerbaijan. Azerbaijanhousing finance system. STRATEGIC OVERVIEW.

İSTİNADLAR

1. UN‑HABITAT: Harmonious Cities State of the World Cities 2008/2009,2008,Oxford

2. Jozef Hegedus and Ivan Tosics: Rentreform – Issues for the Countries ofEastern Europe and Newly Independent States, Housing Studies, Vol.12,No. 5, 1998

3. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları www.stat.gov.azUNECE, 20094. Azerbaijan Mortgage Fund under the Central Bank of Azerbaijan. Azer‑baijan housing finance system. STRATEGIC OVERVIEW.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR

DAŞINMAZ ƏMLAK

Page 15: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 16: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

İQTİSADİ RAYONLARIN SOSİAL‑İQTİSADİ

İNKİŞAFINA BAXIŞAzərbaycan Respublikası Prezidentinin 14 aprel

2009‑cu il fərmanına uyğun olaraq, “Azərbaycan Re‑spublikasının regionlarının 2009‑2013‑cü illərdə sosial‑iqtisadi inkişafı üzrə Dövlət Proqramı” təsdiqedilmişdir. Həmin proqramın əsas məqsədi və ideyasıölkədə qeyri‑neft sektorunun inkişafının sürət lən ‑dirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı re‑gional və davamlı sosial‑iqtisadi inkişafı, əhalininhəyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təminetməkdir. Bütün bu kimi tədbirləri həyata keçirməkləAzərbaycan regionları ilə paytaxt Bakı arasında olansosial‑iqtisadi inkişaf fərqinin bir qədər azalması real‑lığa çevrilə bilər. Bu proqramın uğurlu reallaşdırılmasıregionlardakı əhalinin paytaxta axınının qarşını da alabilər. Nəticədə, paytaxtın “yüklənməsi”azalar.

Qarşıdakı paraqraflarda regionların sosial‑iqtisadiinkişafı üzrə dövlət proqramları dövründə yeddi iqti‑sadi rayon üzrə araşdırmanın ümumiləşdirilmişnəticələri yer alıb. Gəncə‑Qazax, Aran, Quba‑Xaçmaz,Şəki‑Zaqatala, Dağlıq‑Şirvan, Lənkəran və Naxçıvan(bundan sonra yeddi iqtisadi rayon üzrə) iqtisadirayon larının əsas sosial‑iqtisadi göstəriciləri, görülmüşbir sıra işlər və digər indikatorlar ümumiləşdirilərəkstatistik rəqəmlər şəkilində analiz ediləcək. Qeydedilməlidir ki, sosial‑iqtisadi inkişaf proqramlarınınəhatə dairəsini nəzərə alaraq, Yuxarı Qarabağ və Kəl‑bəcər‑Laçın iqtisadi rayonları üzrə analitik və statistikgöstəricilər məqalədə yer almayıb. Belə ki, həminrayon lar hazırda işğal altındadır. Əlavə olaraq, məqaləregionları analiz etdiyindən, Abşeron iqtisadi rayo ‑nunun sosial‑iqtisadi rəqəmləri araşdırmada yer al‑mamışdır.

Yeddi iqtisadi rayon üzrə ümumiləşdirilmiş statistik vəanalitik araşdırmaya keçməzdən əvvəl Cədvəl 1‑də qeyd

olu nan müvafiq rayonların 2011‑ci ildə qeydə alınmış bir sırasosial və iqtisadi göstəricilərini təqdim edə bilərik.

Cədvəl 1: İqtisadi rayonların 2011‑ci il üzrə bir sırasosial‑iqtisadi göstəriciləri

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

Ümumilikdə regionların sosial‑iqtisadi inkişafıçərçivəsində bütün iqtisadi rayonlar üzrə həyata keçiri ‑lən əsas sosial‑iqtisadi tədbirlərin istiqamətləri Cədvəl2‑də öz əksini tapıb.

Regionların sosial‑iqtisadi inkişafı üzrə Dövlət Pro‑qramları üzrə reallaşdırılan layihələrin icraçıları bilava ‑sitə dövlət orqanları və nazirliklərdir. HəmçininNaxçıvan iqtisadi rayonunda isə icraçı bilavasitəNaxçıvan Respublikasının Nazirlər Kabinetidir. Ümu‑milikdə regionlar üzrə görülən layihələri və həminlayi hələri reallaşdıran dövlət orqanlarının adlarıyuxarıdakı cədvəldə yer almışdır. Həmçinin busiyahıya regionlarda həmin layihələri bilavasitə real‑laşdıran yerli icra orqanlarını əlavə etmək olar.

www.aaa.org.az14

PRİZMA

Abdulla Əlixanov

Maliyyə İqtisadiyyatı üzrə magistraturaLund Universiteti, İsveç.

G nc -

Qazax

Aran Quba-

Xaçmaz

ki-

Zaqatala

Da lıq-

irvan

L nk ran Naxçıvan

razisi, min kv. km 12.4 21.4 6.96 8.96 6.06 6.07 5.5

hali, min n f r 1216 1887 505 511.7 295.9 868.1 427.2

T bii artım min

n f r

9325 31446 7668 6953 4659 13807 8379

hali sıxlı ı,1-km2 101 56 73 56 49 142 77

Yeni i yerl ri 17432 20083 5078 5376 4419 9087 8069

Nominal m k haqqı,

manat

234 234 261 213 225 216 343

Kapitala

investisiyalar, mln.

man.

753 1188 583.1 746.2 147.8 222.8 982.3

S naye istehsalı,

mln. man.

322 817 79.6 73.1 13.1 65.4 799.5

K nd t s rrüfatı

yı ımı, mln. ton

1 420 2069 633 720 255 6478 377

Page 17: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

Cədvəl 2: İqtisadi rayonlar üzrə əsas reallaşdırılanproqramların istiqamətləri1:

Mənbə: “Regionların sosial‑iqtisadi inkişafı” 2009‑2013‑cü illər(2012).səh.315‑318

Regionların sosial‑iqtisadi durumu statistik rəqəmlərlə

İstər ölkə üzrə, istərsə də ayrı‑ayrı iqtisadi region‑larda əhalinin artımı illər keçdikcə yüksəlməkdədir.Aparılan araşdırmada yeddi iqtisadi rayon üzrə əhaliartımı 77 578 nəfər olmaqla 2010‑cu illə müqayisədə17% çoxluq təşkil edib (Qrafik 1). Ümumilikdə qeydolunan yeddi rayon üzrə əhalinin təbii artımı ölkə üzrə2010 və 2011‑ci illərdə müvafiq olaraq, 58% və 63%təşkil edib.

Qrafik 1: Təbii artım və ölkə üzrə nominal əməkhaqqı (2009‑2011)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

Əhalinin təbii artımı ən çox Lənkəran iqtisadi ra ‑yonunda qeydə alınsa da, ümumilikdə əhalinin ənyüksək təbii artımı məhz Abşeron iqtisadi rayonu vəBakı şəhərinə təsadüf etmişdir. Həmçinin əhali artımıregionlar və ölkə üzrə əhalinin sayını çoxaltmaqlayanaşı, əlavə qida, xidmət və digər məhsullara olantələbatı da artırmaqdadır.

Regionların sosial‑iqtisadi inkişafı üzrə dövlət pro‑qramlarının reallaşdırıldığı 2009‑2011‑ci illərdə iqtisadirayonlar üzrə işsizlik göstəricisi də azalıb. Statistikməlumatlara görə, yeni açılmış iş yerləri 2011‑ci ildə36980 yer təşkil edərək 2010‑cu ildə açılan yeni iş yer‑ləri ilə müqayisədə 14% artıq olub. Açılan yeni iş yer‑lərinin tərkibində daimi iş yerləri 2009‑2011‑ci illərdəorta hesabla 60% təşkil edib. (Qrafik 2). Qeyd etməklazımdır ki, qeyd olunan yeni iş yerləri yalnız region‑ların sosial iqtisadi inkişafı çərçivəsində reallaşdırılanlayihələr və fəaliyyət çərçivəsində yaradılmışdır. Ümu‑milikdə isə yeni işlərin daha da çox olması gözlənilir.

Qrafik 2: Əmək bazarı: İşsizlik və məşğulluq in‑dikatorları (2007‑2011‑ci illər)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

2009 və 2011‑ci illər ərzində araşdırma aparılanyeddi iqtisadi rayonda əsas kapitala qoyulmuş in‑vestisiyalar müvafiq olaraq, 40% və 60% artıb.Bütövlükdə həmin dövrlərdə investisiyaların cəmi ortahesabla 29% yeddi iqtisadi rayonda cəmlənib (Qrafik3). Bu göstərici də Abşeron iqtisadi rayonunun in‑vestisiyalarının, əsasən, həmin iqtisadi rayonda cəm‑ləşdirilməsini əks etdirir.

O da qeyd edilməlidir ki, sözügedən dövrdə in‑vestisiyaların orta hesabla 81%‑i məhz tikinti‑quraşdırma işlərinə istiqamətləndirilmişdir (Qrafik 3).Tikinti‑quraşdırma işlərinin investisiya xərclərinindaxilində yüksək səviyyədə olması normal hesabedilməlidir.

Lakin həyata keçirilən proqramların və işlərintəsvirinə nəzər saldıqda aydın olur ki, tikinti‑quraşdırma işləri üzrə xərclər daha çox istehsal prose ‑sinin yaradılması və uzunmüddətli dövr ərzində işyerlərinin artırılması istiqamətində deyil, daha çoxqeyri‑istehsal sahələrinə xərclənib. İnvestisiyaların iqti‑

15CONTEXT |

5/2013

D st kl n n t dbir: craçı: Müdd t:

S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri:

Heyvandarlıq, bitkiçilik v k nd t s rrüfatı

sah l rinin inki afının d st kl nm si

K nd T s rrüfatı Nazirliyi 2009-2013

S naye istehsalı v emal sah l rinin

geni l ndirilm si

qtisadi nki af Nazirliyi v

K nd T s rrüfatı Nazirliyi

2009-2013

Rayonlarda sah baytarlıq m nt q l rinin

tikintisi

K nd T s rrüfatı Nazirliyi 2009-2013

Yol t s rrüfatı v n qliyyat t dbirl ri

Avtomobil yollarının t miri, tikilm si v yenid n

qurulması

N qliyyat Nazirliyi 2010-2013

Elektrik enerjisi, istilik v qaz t chizatı

Yarım stansiyaların in ası, elektrik x tl rinin

birl dirilm si v hava x tl rinin tikintisi

“Az renerji” ASC 2009

20 meqavat olan kiçik su elektrik stansiyalarının

tikintisi

“Az renerji” ASC 2009-2012

M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri

Regional planla ma sxeml rinin yaradılması h rsalma v Arxitektura

Komit si

2010-2012

Qaraba müharib si lill rinin v hid

ail l rinin m nzil raitinin yax ıla dırılması

m k v halinin Sosial

Müdafi si Nazirliyi

2009-2013

Meliorasiya v irriqasiya t dbirl ri

Çaylarda mühafiz t dbirl rinin aparılması Az rbaycan Meliorasiya v Su

T chizatı ASC

2010-2013

imal çaylarında su götürm v n qletm

qur ularının tikintisi

Az rbaycan Meliorasiya v Su

T chizatı ASC

2010-2012

Dig r sah l r üzr d st kl n n t dbirl r

Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri Ekologiya v T bii S rv tl r

Nazirliyi

2009-2013

qtisadi rayonların qaz t minatının

yax ıla dırılması v yeni ya ayı massivl rinin

qazla dırılması:

Az rbaycan Respublikası

Dövl t Neft irk ti (ARDN )

2009-2012

qtisadi rayonun t hsil mü ssisl rinin saslı

t miri v yeni m kt b binalarının tikintisi

T hsil Nazirliyi 2009-2013

qtisadi rayonlar üzr s hiyy mü ssis l rinin

t miri, avadanlıqların t chizi v yenid n tikintisi

S hiyy Nazirliyi 2009-2013

qtisadi rayonlarda s hiyy v t hsil

mü ssisl rinin istilik t chizatı sisteminin b rpası

“Az ristilikt chizat” ASC 2011-2013

qtisadi rayonların k nd poçt öb l rinin tikintisi

v yayım proqramlarının keyfiyy tinin

yax ıla dırılması. ATS-l rin EATS-l rl v z

edilm si

Rabit v nformasiya

Texnologiyaları Nazirliyi

2010-2012

qtisadi rayonlar üzr h r v rayonların su

t chizatının v kanalizasiya sisteminin qurulması

“Az rsu” ASC 2009-2011

-10,000.020,000.030,000.040,000.050,000.060,000.070,000.080,000.090,000.0

0 0 0 0 0 0 0 0 0

min

nf

r

Natura

58,855.0

298

2009al increase (thoou person)

65,855.0

331.

2010 A

5

Average Nomin

77,578.0

364.2

2011nal Wages, ma

050101520253035404550

nat

0005000500050005000

man

at

-

10,000

20,000

30,000

40,000

50,000

60,000

70,000 58,935

16

2,007 Yeni a

48,62

6,907

2,açılmı i yerl

23

30

11,001

008 ri siz

0,440

9,950

2,009 lik, n f r

32,307

8,08

2,010 Daima i ye

36,980

85

2,01erl rinin ç kisi

8,081

0%

20%

40%

60%

80%

100%

1 (%-l )

%

%

%

%

%

Page 18: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

Cədvəl 5: Digər sosial‑iqtisadi göstəricilər (İİN,2012‑ci ilin məlumatına əsasən)

Mənbə: İqtisadi İnkişaf Nazirliyi, 2012 (1 Yanvar 2013‑cü il tarixinə əsasən)

www.aaa.org.az16

sadi rayonlara istiqamətləndirilməsi nəticəsində isti‑fadəyə verilmiş əsas fondlarda artım qeydə alınıb.

Qrafik 3: Əsas kapitala qoyulan investisiyalar,min manat (2007‑2011‑ci illər üzrə)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

İqtisadi rayonların sənaye məhsulunun (iş və xid‑mətlərin həcmi) artımı 2010 və 2011‑ci illərdə müvafiqolaraq, 26% və 41% artım ilə xarakterizə edilir. 2009‑cuildə qeydə alınan neqativ artım, əsasən, bütün rayon‑larda qeydə alınıb və bu göstəricini Qlobal MaliyyəBöhranının təsiri ilə xarakterizə etmək mümkündür(Cədvəl 3).

Cədvəl 3: Sənaye istehsalının dinamikası, mln.manat (2007‑2011‑ci illər üzrə)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

2010 və 2011‑ci illərdə müsbət artım tempinin ol‑masına baxmayaraq, sənaye məhsullarının cəmi 5‑6%‑iaraşdırılan iqtisadi rayonlarda qeydə alınıb. HalbukiAbşeron iqtisadi rayonu və Bakı şəhəri ölkə üzrə sə‑naye məhsulunun 94‑95%‑ni özündə ehtiva edir.

Yeddi iqtisadi rayon üzrə istehsal olunan heyvan‑darlıq məhsullarını kəsilmiş ət məhsulları, süd və yu‑murta təşkil etməkdədir. Odur ki, həmin məhsullarınhamısının istehsalı 2009‑2011‑ci illərdə müsbət tempdəartmışdır. Daha dəqiq desək, təkcə 2011‑ci ildə ət, südvə yumurta istehsalı 2010‑cu illə müqayisədə müvafiqolaraq, 8%, 5% və 3% artıb (Qrafik 5). Ümumiyyətlə,artım göstəricisinin çox yüksək olmaması iqtisadirayon lar üzrə heyvandarlıq məhsullarının istehsalının,əsasən, daxili və ümumilikdə respublika üzrə tələ‑batını ödəmək istiqamətində olması “siqnal”ını verəbilər.

Qrafik 5: Əsas heyvandarlıq məhsullarının di‑namikası (2007‑2011‑ci illər üzrə)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

Yeddi rayon üzrə kənd təsərrüfat məhsullarınınyığımı müvafiq olaraq, aşağıdakı sahələrdən əldəedilib2: taxıl, pambıq, şəkər çuğunduru, dən üçüngünəbaxan, kartof, tərəvəz, bostan məhsulları, üzüm,meyvə‑giləmeyvə. İqtisadi rayonlar üzrə kənd təsərrü‑fatı məhsullarının yığımı 2010‑cu ildə 2009‑cu illəmüqayisə 8% azalıb. Lakin 2011‑ci ildə 2010‑cu illəmüqayisədə kənd təsərrüfatı məhsullarının yığımı14.2% artıb. Ümumilikdə yeddi rayon ölkə üzrəümumi kənd təsərrüfatı məhsullarının 96‑97%‑ni təşkiledir (Qrafik 6). Həmçinin ölkədə sentner/hektar üzrəməhsuldarlıq 2010 və 2011‑ci illərdə müvafiq olaraq,4% və 7% artıb.

Qrafik 6: Kənd təsərrüfatı məhsullarının yığım di‑namikası (2009‑2011‑ci illər üzrə).

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ‑ Azər‑baycan regionları (2012) və Azərbaycanın statistik göstəriciləri (2012)

Ye

Ölk üzrmanat) qtisadi r

s naye mmanat) S naye is( vv lki i

qtisadi rölk s na

eddi iqtisadi

s naye m h

rayon üzr ism hsullarının

stehsalının aril nisb t n fa

rayonun s naayesind ç ki

rayon üzr

hsulu (mln.

tehsal olunah cmi (mln.

rtım dinamikaizl )

aye m hsullasi (%-l )

20

22 5

n .

1 1

kası 1.

arının 5.

007 20

500,0 29 8

126,5 1 3

00 2

01 4.5

008 20

800,0 22 6

350,1 1 1

20 - 1

53 4.9

09 201

600,0 28 00

108,2 1 401

18 26

90 5.0

10 2011

00,0 35 000

1,5 1 976

6 41

1 5.65

0,0

6,2

158,61

1,

11.0

234,138.0

636,512.0

2007

164,560.0

1,270,26

0 72

2008

t (k silmi

166,08

5.0 1,

6,954.0

ç kid , ton)

88.0

,315,641.0

752,550.0

2009

Süd (ton)

181,281.0

1,404,16

0 80

2010

Yumurta, m

195,5

68.0 1

07,096.0

min d d

589.0

1,478,206.0

834,707.

2011

.0

1,000,00

2,000,003,000,004,000,005,000,006,000,007,000,00

min

ton

-00.0

00.0 00.0 00.0 00.0 00.0 00.0 5,967,014.0

0.90

2009Ümumi yı ım

5

K nd T s

m, min ton

5,484,215.0

0.96

2010

rrüfatı m hs

Ölk üz

6,1

ullarının yı ı

zr ümumi yı

123,077.0

0.97

2011

ımda ç kisi,

0.86 0.88

0.90 0.92 0.94 0.96 0.98 1.00

%-i

l

(%-l )

%il

qtisadi rayonlar üzr G nc -

Qazax

Aran Quba-

Xaçmaz

ki-

Zaqatala

Da lıq

irvan

L nk ran Naxçıvan

saslı t mir olunmu yollar

(km)

115.3 211 85.9 10.9 63.2 23,6 139,4

Yeni v saslı t mir

olunmu t hsil mü ssis l ri

46 66 27 34 12 22 18

Yeni tikilmi s hiyy

mü ssis l ri

2 12 3 4 2 3 15

lil v hid ail l ri üçün

tikilmi ya ayı binaları

2 2 4 1 2 2 1

Yaradılmı yeni

mü ssis l rin sayı

309 690 106 249 60 256 7241

Sahibkarlı a Köm k Milli

Fondu üzr :

Verilmi güz tli

kreditl rin m bl i

(mln.manat)

16,1 66,7 24,6 23.8 4 6,3 13,4

Maliyy l dirilmi

layih l rinin sayı

404 1034 179 144 160 189 -

PRİZMA

500,001,000,001,500,002,000,002,500,003,000,003,500,004,000,004,500,005,000,00

1,187,1

-00.0 00.0 00.0 00.0 00.0 00.0 00.0 00.0 00.0 00.0

20

178.1

2,324,150.16

007 200

57.7 1,823,98

0.23

08 200

80.4

2,555,570.24

09 201

77.8

4,064,019

0.26

0 2011

9.1 0.32

0%

5%

10%

15%

20%

25%

30%

35%

1

sas kapitanvestitsiya

(min manat

o cüml d n, nti-qura dıi l rinÖlk üzr investityalada ç kisi (%

ala alar t)

tikirma

arın%-l )

Page 19: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

17CONTEXT |

5/2013

Əlavə olaraq, İqtisadi İnkişaf Nazirliynin 2012‑ciilin yanvar ayında ilin sonuna kimi təqdim etdiyiaraşdırmada hər yeddi iqtisadi rayona görə aşağıdakıdigər sosial‑iqtisadi göstəricilər də qeydə alınıb.

Yekun şərhlər:2009‑2011‑ci illərdə araşdırmada yer alan yeddi iqti‑

sadi rayon üzrə sosial‑iqtisadi göstəriciləri analiz et‑dikdən və ümumilikdə, regionların inkişafınayönəldilmiş dövlət proqramlarının icrasına nəzərsaldıqdan sonra bir sıra istiqamətlər üzə ümu‑miləşdirilmiş yekun şərhləri aşağıdakı şəkildə for‑malaşdırmaq olar:

‑ Regionların sosial‑iqtisadi inkişafı üzrə DövlətProqramları üzrə reallaşdırılan layihələrin icraçılarıbilavasitə dövlət orqanları və nazirliklərdir. Layihə vətədbirlər üzrə İqtisadi İnkişaf Nazirliyinin statistikhesabatlarında, demək olar ki, əksər layihələr üzrəmaliyyə hesabatlarının təqdim edilməsinin təkmil‑ləşdirilməsinə ehtiyac var.

‑ Reallaşdırılan layihələr bilavasitə infrastrukturuninkişaf etdiriləməsinə, belə ki, yeni yolların çəkilməsi ‑nə, binaların və digər tikintilərin aparılmasına, elek‑trik, su, qaz və rabitə təchizatının yaxşılaşdırılmasına,təhsil və tibb müəssisələrinin bərpası və avadanlıqlarlatəchizatına yönəldilib.

‑ Bütün regionlar üzrə yeni açılmış iş yerlərinin sayıartım dinamikası və işsizliyin azalması ilə xarakterizəolunub. Lakin qeyd etmək yerinə düşər ki, araşdır‑mada qeyd olunan işsizlik üzrə statistik məlumatlarməhz status almış işsizləri əhatə edib.

‑ Nominal əmək haqqı göstəricisi istər ölkə vəistərsə də regionlar üzrə artıb. Bu artımın əsas inflya ‑siya amillərini nəzərə aldıqda real əmək haqqıartımının dəyişməsində kiçik irəliləyiş olub. Misalolaraq, ölkə üzrə istehlak qiymətləri indeksi (İQİ) 2011‑ci ildə 7.9% olub (CBAR, 2012)

‑ İqtisadi rayonlarda sənaye məhsulunun is‑tehsalının artımı müsbət olsa da, onun ölkə üzrə çəkisiregionlarda dəyişməyib. Belə ki, sənaye istehsalınınhəcminin 90‑94%‑i məhz Bakı şəhəri və Abşeron iqti‑sadi rayonunda cəmlənib.

‑ Əsas kapitala qoyulan investisiyaların həcmisürətlə artıb və istifadəyə verilən əsas fondların miq‑darı çoxalıb. Xüsusilə, tikinti‑quraşdırma işlərinin in‑vestisiya xərclərinin daxilində yüksək səviyyədə(85‑95%) təşkil etməkdədir. Lakin tikinti‑quraşdırmaişləri üzrə xərclər daha çox istehsal prosesinin yaradıl‑ması və uzunmüddətli dövrdə iş yerlərinin artırılmasıistiqamətində aparılması daha məqsədəuyğun hesabedilməlidir. Bu məqsədlə regionların inkişafının ikincimərhələsində daha çox qeyri‑istehsal sahələrinə is‑tiqamətləndirilən xərclərlə müqayisədə sənayesahələrinin yaradılması, məhsulun (iş və xidmətlərin)istehsalı və artımının sürətləndirilməsi məqsədə ‑uyğundur.

‑ Hesabatlarda məlum olur ki, regionlarda sənayeməhsullarının yarıya qədəri dövlət sektorlarında is‑tehsal olunur. Qeyri‑dövlət sektorunun sənaye məhsu‑lunda azalmasının davam etməsi, yeni biznessahələrinin yaradılmasının və biznes mühitinin olma‑ması “siqnal”ını verməsinin qarşısını almaq məqsədiləönəmli tədbirlər irəli sürülməlidir.

‑ Ümumilikdə, bütün iqtisadi rayonlar üzrə kəndtəsərrüfatı (bitkiçilik) məhsullarının yığımında məh‑suldarlıq və ümumi məhsul yığımı artıb. Bu artımgələcəkdə kənd təsərrüfatının inkişafının daha dasürətləndirilməsinə və bu sahədə daha çox intensivformaya keçməsinə dəstək ola bilər.

‑ İqtisadi rayonlar üzrə heyvandarlıq məhsullarınınistehsalı ötən illərlə müqayisədə qismən artıb. Bugöstəricinin, əsasən, tələbatı qarşılamağa is‑tiqamətləndirilməsini deməyə əsas verir.

Xülasə:Məqalə 2009‑2013‑cu illər üçün Azərbaycan region‑

larının sosial‑iqtisadi inkişaf proqramlarını və region‑larda həyata keçirilmiş layihələri analiz edir. Buməqsədlə yeddi iqtisadi rayonun – Aran, Gəncə‑Qazax,Quba‑Xaçmaz, Şəki‑Zaqatala, Dağlıq‑Şirvan, Lənkəranvə Naxçıvan iqtisadi rayonlarının – əsas sosial‑iqtisadigöstəriciləri statistik olaraq analiz edilib. Araşdırmadaha çox statistik rəqəmlərə əsaslanıb və məqaləninson hissəsində şərhlər və əlavələr yer alıb.

Açar sözlər: İqtisadi rayon, sosial‑iqtisadi inkişaf,regionlar

1 Bu tədbirlərin siyahısı “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi‑ Azərbaycan regionları” (2012) hesabat kitabından əldə edilib.

2 Qeyd edək ki, qrafikdəki ümumi yığım məhz qeyd olunan kənd təsərrüfatıməhsullarına uyğun hesablanıb. Buraya tütün istehsalı daxil edilməyib. Tütünistehsalının regionlar üzrə yığım nəticəsi yoxdur.

3 Tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş obyektlərin sayı

QEYDLƏR1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2012), “Region‑ların sosial‑iqtisadi inkişafı 2009‑2013‑cü illər”, (2012), “Səda” Nəşriyyatı

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2012), “Azərbay‑can regionları” 2012, “Səda” Nəşriyyatı

3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2012), “Azərbay‑canın statistik göstəriciləri”, 2012, “Səda” Nəşriyyatı İSBN 5‑86874‑363‑6

4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, 2012” “Region‑ların sosial‑iqtisadi‑inkişafı üzrə hesabatlar”, veb səhifəsi. “<http://econ‑omy.gov.az>”

5. Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2012 “ Əsas makro iqtisadigöstəricilər”, Cədvəl, 1.1 veb səhifə: “<http://www.cbar.az>”

İSTİNAD SİYAHISI

Page 20: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

Hazırda Azərbaycan milli klaviaturasının olmadığınagörə, kompüter klaviaturasında informasiya yığımı ikivariantda aparılır:

‑ Widely spread layout of Azerbaijani letters based onrussian keyboard Azərbaycan hərflərinin rus klaviatu ‑ra sına əsaslanan çox yayılmış düzülüş variantı;

‑ Relevantly less popular layout of Azerbaijani lettersbased on English keyboardAzərbaycan hərflərinin ingilisklaviaturasına əsaslanan nisbətən az yayılmış düzülüşvariantı;

Uzun illər Azərbaycan hərflərinin vahid klavia ‑turasının olmaması istifadəçiləri bu variantlardan isti‑fadəyə məcbur edib və onlarda bu variantlardan hərhansı birinə kifayət qədər dayanıqlı vərdişlərin yaran‑masına səbəb olub. Kompüterdə Azərbaycan şriftlərininsistem klaviatura vasitələrinin olmaması vəziyyəti dahada mürəkkəbləşdirir. Belə hallarda çıxış yolu kimi latınşriftlərindən istifadə edilməsi məsləhət görülür və çatış‑mayan hərflər (ə, ş, ğ, ö, ü, ç, ı) latın hərflərinin ikili, üçlübirləşmələri ilə əvəz etmək təklif olunur. Əlbəttə, bu,narahatlıq yaradır. Digər tərəfdən, Azərbaycan hər‑flərinin klaviatura düzülüşünün (rus və ingilis) şəklininolmaması da istifadəçi üçün adi bir mətni yığmaqdaciddi çətinlik yaradır. İnformasiya‑kommunikasiyatexno logiyalarının tətbiqinin səmərəliliyinin yük‑səldilməsi hər bir ölkənin milli xüsusiyyətlərini nəzərəalan əlavə texniki proqram vasitələrinin hazırlanıb isti‑fadəyə veril məsi ilə sıx bağlıdır. Klaviatura infor‑masiyanın daxil edilməsinin əsas vasitəsi olmaqlakompüter texnikasının insan fəaliyyətinin müxtəlifsahələrində xüsusi rol oynayır. Azərbaycanın milliklaviaturasının hazırlandığını deyən AMEA‑nın müxbirüzvü Asəf Hacıyev yeni klaviaturanın vizual görünüşcəhazırda istifadə etdiyimiz klaviaturalardan fərqlən‑məyəcəyini, sadəcə hərflərin Azərbaycan əlifbasındakıkimi düzüləcəyini bildirib.

A.Hacıyev bildirir ki, tarixdə yaradılan ilk klaviatura

ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşın‑larının əsasında yaradılıb. Çap maşınlarında isə tez‑tezrast gəlinən hərflər arasında məsafə qoyulub ki, çapmaşınlarında problem yaşanmasın. Amma bunu kom‑püter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünkiyazının sürətinin artması və əlin yorulmaması üçün tez‑tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Yeniyaradılan klaviatura buna hesablanıb. Az enerji itirməkləmaksimum sürət əldə etmək yeni klaviaturanın başlıcaprinsiplərindən biridir. O bildirir ki, yeni klaviaturanınlayihəsi üçün patent də alınıb. “Windows” sisteminədaxil edilməsi üçün “Microsoft” şirkətinə müraciət olu ‑nub”, ‑ deyə o bildirdi.

“Multimedia” İnformasiya Texnologiyaları və Sis‑temləri Mərkəzinin direktoru, Azərbaycan İnternet Foru‑munun prezidenti Osman Gündüz də deyir ki, hazırkıklaviatura düzümü elmi cəhəttən əsaslandırılmış düzümdeyil: “Ən çox təkrarlanan hərflər çeçələ barmağın al‑tında olmalıdır. Hazırkı düzümdə belə şeylər nəzərəalınmayıb. Məsələyə ən çox təkrarlanan hərf, ya da hərfbirləşmələri baxımından yanaşanda yeni klaviaturadüzümünə ehtiyac yarandığı üzə çıxır”.

Ancaq Gündüz hesab edir ki, indiki klaviaturanı daolduğu kimi saxlamaq lazımdır: “Artıq indiki düzülüşoturuşub. Bunu heç bir vəchlə dəyişmək olmaz. Başqaölklərdə də müxtəlif klaviatura düzümü var. Alternativdüzümün olması çox önəmlidir. Biz hazırda bu sistemləyazırıq. Böyüyən nəsil isə yeni düzümlə yazacaq”.

O, yeni klaviaturalarda hər iki düzülüşün nəzərəalınmasının önəmli olduğunu bildirdi.

İnformasiya texnologiyaları üzrə ekspert Vahid Qası‑mov da qeyd edir ki, hazırkı düzümün saxlanması vacib‑dir: “Hamı artıq bu hərf düzülüşünə öyrəşib, yenidənnəsə dəyişdirmək, insanlarda ancaq çaşqınlıq yaradar.Hərçənd, məsələn, Türkiyədə belə bir presedent var ki,orada həm Q, həm də F hərf düzümlü klaviaturalar eynizamanda istifadə olunur”.

Yeni düzümlü KLAVİATURA

www.aaa.org.az18

Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

İKT XƏBƏR

Page 21: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 22: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

‑ Özünüz barədə məlumat verin...‑ Mən İsrailin kommersiya mərkəzində – Təl‑Əvivdə

böyümüşəm. Gənc kompüter həvəskarı kimi artıq onyaşımda proqram hazırlamağa başlamışdım.Texnologiyanın İsrail iqtisadiyyatında önəmli rol oynadığınıgörüb öz şirkətimi açdım. Dörd illik sahibkarlıq fəaliyyə‑timdən sonra Birləşmiş Ştatlarda Pensilvaniya UniversitetininVarton Biznes Məktəbində təhsil aldım. Universitetdə oxu ‑du ğum zaman şirkətimi idarə edəndə yol verdiyim bütünsəhvləri öyrəndim. Vaxt keçdikcə texnologiya sənayesindənusandım. Mən 80‑cı illərdə texnologiya ilə məşğul olanda o,inqilabi, yeni və həyəcanverici idi. Lakin 2000‑ci illərdə artıqəsas istiqamət idi. Mən eyni şeylərdən bezmişdim.Cəmiyyətə xeyir verə biləcək işlər məni daha çox maraq‑landırır, nəinki daha bir yeni texnologiyanın yaradılması...Nəticədə, “Google”‑un Afrikadakı fəaliyyətinə qoşuldum.Dörd il Afrikada, 25 ölkədə gözəl komanda ilə birgə internetiinkişaf etdirməyə çalışdım. Bu gün digər regionlarda, xü‑susən də Avrasiyanın inkişaf etməkdə olan ölkələrindəfəaliyyətimi genişləndirmişəm. Son vaxtlar Azərbaycanla vəQafqaz regionunun digər ölkələri ilə maraqlanmağabaşlamışam.

‑ Azərbaycanla bağlı planlarınız nədir? Buradatəmsilçilik və ya bunun kimi böyük bir şöbə açmağıplanlaşdırırsınız?

– Bu, Azərbaycana ilk gəlişimdir və səfərimdən zövqaldım: gözəl ölkədir və çox istiqanlı xalqdır. Səfərin məqsədiölkə haqqında öyrənməkdir, ona görə hələ hansı planlarınolacağını bilmirəm. Mən bütün Azərbaycanın internetə yaxşıçıxış imkanlarını təmin etmək üçün yerli texnologiyaşirkətləri, universitetlər və tələbələrlə fəaliyyəti artıracağımızaümid edirəm. Üç gün ərzində öyrəndiyimə görə, bütün təh‑silli insanların internetə tam çıxışı var və ondan gün ərzindəistifadə edirlər. Lakin kənd ərazilərində yaşayan azərbaycan‑lıların yarısından çoxunun internetə çıxışı yaxşı deyil. Həttaşəhərdə yaşayan yaşlı nəslin nümayəndələrinin bəzilərinininternetə çıxışı yoxdur. Azərbaycanlıların çoxu internetəçıxışını daha da yaxşılaşdıra bilər və biz hamımız bilirik ki,informasiya inqilabı, həqiqətən, insanların həyatını dəyişir.

Əlbəttə ki, biz yeganə və ya ən mühüm oyunçu deyilik. Ənmühüm oyunçular Azərbaycanın yerli şirkətləridir. Biz on‑ların fəaliyyəti üçün necə töhfə verə biləcəyimizi görməkistəyirik.

‑ Sirr deyilsə, “Google”‑dan yeni sürprizlər varmı?Məsələn, yeni məhsul...

‑ Bizim siyasətimiz məhsulları onlar hazır olmadan öncəelan etməməkdən ibarətdir. Onu deyə bilərəm ki, hazırdabizdə olan bir çox şeylər Azərbaycanda yaxşı təmin olunmur.Ümid edirəm ki, vaxt keçdikcə biz onların çoxunu digərölkələrdə olduğu kimi, Azərbaycan dilində də təminedəcəyik. Bu, vaxt aparan prosesdir.

‑ Azərbaycana səfərinizdən razı qaldınızmı? Dahabir səfər gözlənilirmi?

‑ Bəli, əslində, mən çox sevinirəm. Bakıda “Google İnkişafQrupu” (“Google Developer Group”‑ GDG) – “Google”‑abilavasitə olaraq bağlı olmayan partnyor təşkilat – mövcud‑dur. Elvin və Kamran bu təşkilatın üzvləridir. Onların va‑sitəsilə mən bir çox insanlarla və müxtəlif təşkilatlarlagörüşdüm. Bunlar dövlət strukturlarında və universitetlərdəçalışan insanlar, tələbələr, proqram şirkətləri və Azərbaycandili üzrə ixtisaslaşmış şirkətlər idi. Mən o mənadaməqsədimə nail olmuşam ki, artıq Azərbaycan haqqında ki‑fayət qədər anlayışım var və burada nə edə biləcəyimizibilirəm. Biz burada etmədiyimiz, lakin etməli olduğumuzboşluqları gördük. Mən “Google” texnologiyası iləmaraqlanan hər kəsi GDG‑yə qoşulmağa çağırıram. Onlarıninternet səhifəsi belədir: www.gdg‑baku.org

‑ Azərbaycanda və ətraf regionlarda “start up”laradəstək planları varmı?

‑ Bildiyiniz kimi, “Google” bütün dünyada tələbatımızauyğun olaraq, “start up”lara investisiya qoyub və nəticə dəvar. Biz harada yerləşməsindən asılı olmayaraq, texnologiyavə innovasiyayla maraqlanırıq.

‑ Maraqlı müsahibəyə görə təşəkkür edirik.‑ Təşəkkür edirəm!

“Google” şirkətinin məhsullar üzrəmeneceri Divon Lanla müsahibə

www.aaa.org.az20

MÜSAHİBƏ

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi (AAA) hərzaman məzunları maraqlı insanlarla görüşdürməyə çalışır. Bu kontekstəməzunlar bu dəfə “Google” şirkətinin məhsullar üzrə meneceri DivonLanla görüşdülər. Məzunlar çox maraqlı suallar soruşdular və görüşvaxtının az olduğundan şikayətləndilər. Onların böyük marağını nəzərəalaraq, Divonla müsahibə etmək qərarına gəldik. Müsahibə zamanıməzunların görüşdə soruşa bilmədikləri suallara da cavab tapdıq...

Page 23: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 24: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

4

5

123

‑ Üç sözlə özünüzü təsvir edin!‑ Prinsipial, məqsədyönlü, məsuliyyətli

‑ Sizin üçün uğurun üç əsas şərti nədir?‑ Dəqiq qoyulmuş məqsəd, dözümlülük, çalışqan‑

lıq

‑ Amerikaya getməmişdən əvvəl və qayıtdıqdansonra özünüzü necə müqayisə edərdiniz? Nələr də ‑yişdi?

‑ Amerika mənim bütün həyatımı dəyişdi. MənSumqayıt şəhərinin orta məktəbində təhsil alan,gələcəklə bağlı hər hansı planları olmayan adi bir şa‑gird idim. Tamam fərqli bir cəmiyyətdə yaşamaqhəyat da nə istədiyimi müəyyənləşdirməyimə köməketdi. Mən güclü, müstəqil və yetkin bir insan ol‑muşam. Ümumiyyətlə, ABŞ‑da keçirdiyim bir ilgələcəyim üçün böyük bir addım idi və bu addımməni bura gətirib çıxarıb.

‑ Hazırda nə ilə məşğulsunuz?‑ Sosial fəaliyyətlə məşğul oluram, Qərb Univer‑

sitetinin 3‑cü kurs tələbəsiyəm, Beynəlxalq Təhsil üzrəAmerika Şurasında FLEX proqramında məzunlarınkoordinatoru vəzifəsində çalışıram.

‑ İctimai fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?‑ FLEX proqramında məzunların koordinatoru

kimi çalışmağa başladıqdan sonra yalnız sosial tədbir‑lərdə iştirak etmirəm, həmçinin belə fəaliyyətləriözüm təşkil edirəm. Hər ay məzunlarımla birgə müx‑təlif tədbirlər və ictimai fəaliyyətlər həyata keçiririk.Biz pulsuz danışıq klubları, müxtəlif ianə aksiyaları(bu, kitablar, paltarlar və hətta qan vermə aksiyası olabilər) və s. təşkil edirik. Fəaliyyətlərimiz bütünlükləkönüllü şəkildə olur və məqsədimiz cəmiyyətimizininkişafına və yaxşılaşmasına töhfə verməkdir.

www.aaa.org.az22

MƏZUNLARIMIZ

Kristina Stepnova

“Gələcəyin Liderləri” Mübadilə proqramı (FLEX)/2009‑2010

Qızlar üçün La Pietra Havay Məktəbi

Page 25: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

4

5

123

23CONTEXT |

‑ Üç sözlə özünüzü təsvir edin! ‑ Sevgi, ədalət, mübarizə

‑ Sizin üçün uğurun üç əsas şərti nədir? ‑ Qətiyyət, zəhmətkeşlik, pozitivlik

‑ Amerikaya getməmişdən əvvəl və qayıtdıq‑dan sonra özünüzü necə müqayisə edərdiniz?Nələr də yişdi?

‑ Amerika mənə insanları sevməyi, mən‑subiyyətindən asılı olmayaq, hər kəsi anlamağaçalışmağı, başqasına aid olan məsələlərə müda ‑xilə etməməyi, insanların hər cür azadlığına hör‑mətlə yanaşmağı, həyatda həddini bilməyiöyrətdi. Amerikadan sonra daha təşəbbüskaroldum. Həm də dərk etdim ki, dünyadaöyrənilməli və kəşf edilməli çoxsaylı

mədəniyyətlər mövcuddur.

‑ Hazırda nə ilə məşğulsunuz?‑ Hərbiçiyəm, hazırda ədliyyə leytenantı rüt‑

bəsində hərbi hüquqşünas vəzifəsində çalışıram.

‑ İctimai fəaliyyətiniz haqqında nə deyəbilərsiniz?

‑ Amerikada təhsil alıb vətənimə döndükdənsonra ictimai maraqlara xidmət edən bir sıralayi hələr hə yata keçirdim. Mənim hədəf qrupumvalideyn himayəsindən məhrum olmuşlar,aztəminatlı ailələrdən olan uşaqlar və təbii ki,qayğıya ehtiyacı olan yaşlı insanlar idi. Bununlayanaşı, Amerikada öyrəndiyim və qəbul etdiyimbir sıra dəyərlərin təbliği ilə bağlı paytaxtda vəregionlarda çoxlu təlimlər keçdim.

Tural Əhməd

UGRAD/ 2004‑2005Bakalavr, Kanyonlar Kolleci

5/2013

Page 26: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

123

4

5

www.aaa.org.az24

MƏZUNLARIMIZ

‑ Üç sözlə özünüzü təsvir edin! ‑ Məsuliyyətli, dözümlü , çalışqan

‑ Sizin üçün uğurun üç əsas şərti nədir? ‑ İnam, məsuliyyət, özünə inam

‑ Amerikaya getməmişdən əvvəl və qayıtdıqdan sonraözünüzü necə müqayisə edərdiniz? Nələr də yişdi?

‑ Gələcək perspektivlərə inamım az idi, həyattəcrübəm az idi, auditoriya qarşısında çıxışlardançəkinirdim. Qayıtdıqdan sonra özümdə güc, inam,mübarizlik, təşkilatlarla sıx əlaqə qurmaq bacarığı hissetdim.

‑ Hazırda nə ilə məşğulsunuz? ‑ Məktəbdə müəllimə işləyirəm və AAA təş kilatının

fəal üzvüyəm.

‑ İctimai fəaliyyətiniz haqqında nə deyə bilərsiniz? ‑ AAA‑da müəllimlərin ixtisasartırma kursu və yeni

kurikkulum təlimləri, uşaqlar üçün “Enjoy English Club& Fun English Club” təşkil edirəm. Dəyirmi masalar,müzakirələr keçirirəm.

Dilarə Bünyatova

TEA/2003Kaliforniya Dövlət Universitetindətəlim

Page 27: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

‑ Üç sözlə özünüzü təsvir edin! ‑ Baza təhsilim fizikdir. Bu sahədə 1987‑ci ildə

elmlər namizədi dərəcəsi də almışam. Amma son20 ildə ictimai‑siyasi fəaliyyət sahəsinə keçərəkAzərbaycan cəmiyyətinin liberallaşmasına vəölkəmizdə dayanıqlı vətəndaş cəmiyyəti qurul‑masına kömək edə biləcək layihələr həyatakeçirirəm.

‑ Sizin üçün uğurun üç əsas şərti nədir?‑ Öz bilik və bacarıqlarının səviyyəsini

olduğu kimi (nə yuxarı, nə də aşağı)qiymətləndirə bilmək;

‑ Qarşıya aydın və realistik məqsəd qoyabilmək;

‑ Başqalarının uğuruna sevinə bilmək.

‑ Amerikaya getməmişdən əvvəl və qayıtdıq‑dan sonra özünüzü necə müqayisə edərdiniz?Nələr də yişdi?

‑ Mən bu suala ABŞ‑a ilk səfərim (1996 –Müasir Tədqiqatlar proqramı) kontekstindəcavab verəcəyəm.

Sovet təhsili və “tərbiyəsi” görmüş bir adamkimi məndə belə təsəvvür var idi ki, kapitalistcəmiyyətində hər bir fərdi yalnız öz şəxsi işlərimaraqlandırır və o, yalnız öz problemlərininhəllinə çalışır – cəmiyyətin ümumi problemləribütövlükdə dövlət strukturlarının maraqdairəsindədir. Ona görə də Birləşmiş Ştatlara get‑məzdən əvvəl əmin idim ki, mənim ictimai sek‑torda fəaliyyətim xüsusi fədakarlıqdır. Amma

Amerikaya gedib o cəmiyyətə yaxından bələdolandan sonra ictimai fəaliyyətimi hər bir vətən‑daşın etməli olduğu adi bir iş kimi qəbul etməyəbaşladım.

‑ Hazırda nə ilə məşğulsunuz?‑ Hazırda 2004‑cü ildə təsis etdiyim “Kamil

Vətəndaş”Maarifləndirmə Mərkəzi İctimai Bir‑liyinin sədriyəm. Bu QHT regionumuzda kifayətqədər yüksək nüfuza malikdir. Təşkilatın əsasmissiyası Azərbaycanın Qərb regionunda açıqcəmiyyət ideyalarını yaymaqdan və ölkəmizdəvətəndaş cəmiyyəti quruculuğuna töhfə ver‑məkdən ibarətdir. Son illərdə müəllifi olduğumvə uğurla həyata keçirdiyim layihələrin əsashədəf qrupu gənclərdir. Nəticə olaraq, yüz lərləgənc liberal dəyərlər barədə maariflənmiş, icti‑mai fəaliyyətə cəlb olunmuş və liderlik key‑fiyyətləri əldə etmişlər. Bundan başqa, 100‑dənartıq gəncin müxtəlif təqaüd proqramlarının qali ‑bi kimi ABŞ‑da təhsil almasına yardımçı ol‑muşam.

‑ İctimai fəaliyyətiniz haqqında nə deyəbilərsiniz?

‑ Əsas işim elə ictimai sahəyə aid olduğundanbu suala yuxarıda cavab vermişəm. Əlavə olaraq,onu deyə bilərəm ki, bu işi cəmiyyət üçün faydalıhesab edirəm və bu sahədə əldə etdiyim uğurlarmənə bir fizik kimi karyeramı davam etdirəbilməməyimdən yaranan peşmançılığı unutdu‑rub.

4

5

1

2

3

25CONTEXT |

5/2013

Həsən Hüseynli

Fulbrayt tədqiqat proqramı/2006Baltimor Merilend Universitetinədəvət olunmuş elmi işçi

Page 28: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

4

5

12

3

www.aaa.org.az26

MƏZUNLARIMIZ

‑ Üç sözlə özünüzü təsvir edin!‑ Səmimi, özünə güvənən və israrlı

‑ Sizinüçün uğurun üç əsas şərti nədir?‑ Mən belə hesab edirəm ki, uğurlu olmağın yol‑

ları həyatda hər gördüyünüz işdə yüksək həvəs,zəhmət və inamın olmasıdır. Bu, bir insanın həmşəxsi, həm də peşəkar həyatı üçün keçərlidir.

‑ Amerikaya getməmişdən əvvəl və qayıtdıqdansonra özünüzü necə müqayisə edərdiniz? Nələr də ‑yişdi?

‑ Əslində ABŞ‑da iki il təhsil almağım məni köklüsurətdə dəyişmədi, belə ki, 2007‑ci ildə mən ABŞDövlət Departamentinin “Edmund Muskie”Təqaüd proqramını aldıqda artıq dünyayamüəyyən baxışı olan bir şəxs idim. Ancaq butəcrübə mənə həyatda sahib olduqlarımıqiymətləndirməyi və gələcəkdə daha da təkmil‑ləşmək istəyimi artırdı. Dəyişən isə daha yaradıcıdüşünməyim, daha səbirli olmağım və bərabərimkanlara inamımın artmasıdır.

‑ Hazırda nə ilə məşğulsunuz?‑ Azərbaycan Diplomatik Akademiyası Fon‑

dunun (Azərbaycan) prezidenti kimi fəaliyyətgöstərirəm. Mən bu işlə sadiq həmkarlarım ilə birgə

həm ölkədə, həm də ölkə xaricində AzərbaycanDiplomatik Akademiyası və özəl sektor ilə stratejipartnyorluqların qurulmasında öz töhfəmi verirəm.

ADA daim Azərbaycanda təhsilə yenilik gətirən,dərəcə proqramları (bakalavr, magistr) vasitəsiləgələcək liderləri hazırlayan və ixtisasartırma pro‑qramları vasitəsilə özəl və dövlət sektorundanpeşəkarları inkişaf etdirən beynəlxalq münasibətlərvə biznes məktəbidir. Azərbaycanda bu inno‑vasiyada iştirak etmək və yeni partnyorluq strate‑giyalarının üzərində işləyərək bu işə töhfə verməkhazırda mənim üçün möhtəşəm bir təcrübədir.

‑ İctimai fəaliyyətiniz haqqında nə deyəbilərsiniz?

‑ Artıq uzun illərdir ki, yaşadığımız cəmiyyətədəstək vermək mənim maraqlarımdan biridir. Əsasişimdən başqa, vaxt tapdıqda Azərbaycanda müx‑təlif təşkilatların bacarıqlarının artırılması vasitəsiləcəmiyyətin inkişafına çalışıram. Bacarıqların artırıl‑ması çərçivəsində mən məişətdaxili zorakılıq, gen‑der problemləri, yoxsulluq, təhsil və ətraf mühitkimi sosial problemlərlə məşğul olan yerli təşkilat‑larla işləyirəm. Öz bilik və bacarıqlarımı digərləri iləbölüşmək və nəticələri dərhal görmək mənə çoxxoşdur.

Natiq Hacıyev

“Edmund S. Muskie” Proqramı, 2007‑2009Münaqişələrin Transformasiyası (İnkişaf) üzrəmagistr dərəcəsi – Mədəniyyətlərarası xidmət,“Liderlik və Menecment” proqramıSIT Graduate Institute Vermont, ABŞ

Page 29: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 30: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

Mən sayca 70‑ci ölkəmə səyahət etməyə hazırlaşıram– İordaniyaya. Yolum zəngin tarixi və müqayisəolun‑maz arxitekturasına görə dünyanın möcüzələrindənhesab olunan İordaniyanın qədim şəhəri Pet rayadır.Halbuki, Harrison Fordun baş rol oynadığı “İndianaCons və son Səlib yürüşü” filmindən sonra məşhurlaşanölkə səyahətçilərin təklikdə səyahət etməsi üçünarzuolun maz sayılan yerlərin siyahısında ön yerlərdənbirini tutur. Bundan əlavə, hazırda region özü turizmüçün olduqca təhlükəli zonadır. Lakin bütün bu xəbər‑darlıqlar və həyəcan siqnalları məni dünyanın bu gözəlirsinə səyahət etməkdən və onun hər bir santimetrinihəyəcanla, həvəslə və maraqla kəşf etməkdən saxlayabilməz. Mən regionun ən ucuz hava yolları ilə uça‑cağam, şəhərdən kənarda qalacağam və bəli, mənərəbcə danışa bilmirəm. Əlbəttə, təhlükəsiz səyahətin ənbaşlıca prinsiplərinə qarşı hərəkət etdiyimi bilirəm, lakinartıq onu da bilirəm ki, bu, mənim ən yaddaqalansəyahətlərimdən olacaq. Əslində bütün səfərlərimdənbelə bir nəticə çıxarmışam ki, səyahətdən mümkünqədər zövq almaq üçün “OLMAZ”ları da etməklazımdır.

TƏK SƏYAHƏT ETMƏYİNDünyada bir çox yerlər və zonalar var ki, onları tək

səyahət etmək tövsiyə olunmur. Biz qrupla səyahətedəndə tək səyahət etdiyimizdən daha çox yerlər kəşfedirik. Tək olanda istər‑istəməz fikrimizi cəmiyyətə

yönəldirik və məkanı bütünlüklə müşahidə etmək vəzəngin təəssürat ala bilmək üçün ətrafa və sakinlərədiqqət yetiririk. Mən solo səfərlərim zamanı çox yaxşıinsanlarla görüşmüşəm və onlarla gözəl dostluq müna‑sibəti qurmuşam. Məsələn, Seol metrosunda yolu soruş‑maq üçün yaxınlaşdığım yerli sakin Hyun‑Voo həmingün təkcə mənə şəhəri kəşf etməyə kömək etmədi, həmdə biz dost olduq və bu da sonradan Cənubi Koreyanındigər şəhərlərinə birlikdə həyata keçirilən səyahətlərlədavam etdi. Yerli sakinlər hər zaman onların ölkəsinətək gələn səyahətçilərə qucaq açırlar (hərdən yazıqlarıgəlir). Mən dəfələrlə yerli sakinlər tərəfindən onlarınevlərinə ailələri ilə birlikdə yeməyə və ya ictimai pivə ‑xanada içki içməyə dəvət olunmuşam. Kolomboda Ban‑duka adlı tuk‑tuk (həmçinin rikşa deyilən ictimaitaksilər) sürücüsü ilə şəhər ekskursiyası və onunla dost‑laşmamız həmin axşam ailə şam yeməyinə və növbətigün Şri‑Lankada onun ailəsi ilə birlikdə Tamil Tigerinseçkilərdə iştirakına qarşı küçədə keçirilən etiraza qoşul‑mağıma gətirib çıxardı.

Tək səyahət etməyin mənim üçün ən xoş tərəfiistədiyim kimi əylənmək, səyahət təcrübəsi toplamaq vəproblemləri həll kreativ yolla etmək bacarıqlarını for‑malaşdırmaqdır. Banqkokda harada olduğumu vəqaldığım mehmanxananın adını xatırlamamağım vəoranı tapmaq üçün Siam dilini bilməməyim üzləşdiyimən çətin vəziyyətlərdən idi. Solo səyahət edərkən özün‑özünü əyləndirirsən və bu əyləncəyə dəvətsiz toy

www.aaa.org.az28

DÜNYANI GƏZİN!

Maqsud Məmməd

John Hopkins Universiteti, Beynəlxalq Münasibətlər üzrə

magistratura

SƏYAHƏT

Page 31: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

mərasiminə getmək də daxildir. Dəvətsiz və hətta aktivolaraq, Sinqapurda hind toyunda, Texasda ərəb, Nyu‑Yorkda yəhudi, Venesuelada mayyalıların toyunda vəİndoneziyada çinlilərin toyunda iştirakım, həqiqətən,unudulmaz səyahət təcrübəsi olub.

KÜÇƏDƏ YEMƏK YEMƏYİNSəyahət məsləhətləri siyahısında ən tanınmış

OLMAZ – küçədə yemək yeməməkdir. Həyatımboyunca müxtəlif yeməklərin dadına baxmışam, lakinən dadlı və ləzzətlisi küçə satıcılarından aldığım yemək‑lər olub. Beləliklə, mən səyahətçilərə gigiyena tədbir‑lərini də nəzərə almaq şərtilə küçədə satılan yeməklərindadına baxmağı tövsiyə edirəm. Küçədə satılan yemək‑

lər əslində ən təhlükəsiz qida hesab oluna bilər, çünkiyemək gözünüzün qarşısında təzə komponentlərdənhazırlanır. Hətta küçədə satılan qidalar ən orijinalyeməklərdir, çünki onlar mehmanxana restoranlarındaolduğu kimi kütləvi şəkildə deyil, ancaq onu sifariş edənbir nəfər üçün hazırlanır. Küçədə satılan yeməklər yerlisakinlərin qəbul etdikləri qidadır, halbuki restoranlardayeməyin komponentlərini turistlərin ağız dadına uyğundəyişirlər. Hanoyada küçədə dadına baxdığım fo ad‑lanan Vyetnam şorbası qədər ləzzətli yeməyi heç biryerdə yeməmişəm. Ən dadlı samosanı Mumbaidə; tan‑doori toyuğunu Aruşada; vafliləri Bruqda və em‑

panadanı Boqotada küçə satıcılarından alıb yemişəm. Küçədə yemək yerli sakinlərlə əlaqə yaratmağa da

imkan verir. Ümumi masanın ətrafında yastı plastiktaburetlərdə oturaraq maraqlı söhbət edə bilirsən. Bu,digər insanlarla dialoq qurmaq və yeni dostlar qazan‑maq üçün çox gözəl üsuldur. Ümumilikdə, LatınAmerikanın geo‑siyasi məsələləri barədə dərin biliyi Ve‑nesuela, Kolumbiya, Peru, Ekvador, Panamanın axşambazarlarında və Yaxın Şərqdəki siyasi‑dini münaqişəninkökü haqqında Yəmən, Küveyt, Türkiyə və Misirinçayxanalarında öyrəndim, hansıları ki Con HopkinsUniversitetində əldə etdiyim Beynəlxalq Münasibətlərmagistr təhsili zamanı dərslərimdə keçməmişdim.

Küçədə yemək təkcə orijinal yeməklərin dadına bax‑

mağa deyil, həmçinin səyahət etdiyimiz cəmiyyətə töhfəverməyə imkan yaradır. Yerli kiçik “mom‑and‑pop” ad‑lanan restoranlardan yemək alarkən biz bilavasitə on‑ların gündəlik həyatına maddi kömək etmiş oluruq.

KİÇİK, TANIMADIĞIN KÜÇƏLƏRDƏ GƏZMƏKOLMAZ (xüsusilə gecələr)

Bir şəhərin görməli yerlərini gəzdikdən sonraşəhərin ritmini duymaq və yerli sakinlərin həyat tərziniyaşamaq üçün ən gözəl üsul xəritəni mehmanxanadaqoymaq və şəhərdə itməkdir. Geniş səyahət təcrübəməəsaslanaraq hər bir səyahətçiyə səfər etdikləri şəhərinkiçik, yad və gözdən uzaq yerləşən küçələrində gəzməyi

29CONTEXT |

5/2013

Page 32: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

www.aaa.org.az30

SƏYAHƏT

məsləhət görürəm. Mən kənarda yerləşən küçələrdəitərək əsl İstanbulu, Tunisi, Buenos‑Ayresi, Barselonanı,Romanı, Katmandunu, Yeni Dehlini, Kuala Lumpuruvə başqalarını görmüşəm, hansı ki bunları heç birsəyahət agentliyi təklif edə bilməz. Praqa, Tallin, Vilnüs,Udaipur, Zənzibar adaları, Stokholm, Lissabon vəHonk‑Konq kimi müəyyən şəhərlər var ki, günəş batan‑dan sonra kəşf edilməlidir. Gecələr bu şəhərlərə xüsusiçalarlar əlavə olunur, bütün səyahət təcrübəni zəngin‑ləşdirir, hansı ki bu fərqlilikləri gün ərzində müşahidəetmək mümkün deyil. Axşam gəzintisi zamanı arzu ‑olunmaz təcrübələrdən uzaq olmaq üçün isə ən yaxşısıdiqqəti cəlb etməyən sadə geyimdə olmaq, gözəl işıq‑

landırılmış küçələrdə gəzməkdir.Sonda, səyahət zamanı belə bir “məşhur” ETMƏK

LAZIMDIR tövsiyəsini xatırlayaq: “Ölmədən öncə ənçox görməli 10 yer” siyahısı və ya digər məsləhətlərə oqədər də önəm vermək lazım deyil. Həmin siyahılar vətövsiyələr adətən bir nəfərin müəyyən yer haqqındaolan şəxsi təcrübəsindən irəli gəlir, halbuki bu təcrübəinsandan‑insana fərqlənir. Öz siyahını müəyyən‑ləşdirmək çox vacibdir, çünki seçdiyiniz yer sizinmaraqlarınızı, arzularınızı və şəxsiyyətinizi əks etdirirvə biz səyahət edərkən kim olduğumuzu, nə istədi ‑

yimizi və harada olmaq istədiyimizi kəşf edirik. Atamlaolan son telefon danışığım bu prinsipə daha yaxşı riayətetməyimə kömək etdi. O, oğlunun səyahət etdiyi yerlərhaqqında lovğalana bilmədiyindən şikayətlənirdi: “Məndostumun oğlunun Cenevrəyə, Londona və Parisə səfəretdiyini eşidirəm, lakin utanıram deyim ki, mənimoğlum Banqladeşdədir, Tanzaniyadadır, Şri‑Lankadadır,Kolumbiyadadır”. Bu, insanların səyahət yerləriniseçdiyi zaman nəyi nəzərdə tutduqlarını göstərənümumu misaldır. Əslində, heç bir gözləntilər olmadanvə ya heç kəsin tövsiyəsi olmadan səyahət etdiyim yer‑lər ən gözəl səfərlərimdən olub. Buna Reykyaviki, İs‑landiyanı, Vaduzu, Lixtenşteyni, Təbrizi, İranı,San‑Xuanı, Puerto‑Rikonu və Fransanın Nitsasını, misalgətirə bilərəm.

Səyahət etdikcə başa düşürəm ki, dünyamız onuöyrənmək üçün bütün səyləri göstərməli olduğumuzinanılmaz dərəcədə gözəl yerdir. Səyahət etmək təkcəşəxsi maarifçilik üçün gözəl deyil, həmçinin dünyanı 1km və ya 10000 km uzaqda bolüşdüyümüz müxtəlifmədəniyyətləri, ənənələri, dinləri, cəmiyyətləri və ic‑maları qiymətləndirmək üçün bir üsuldur. Biz səyahə‑timiz zamanı gördüklərimizin hamısını heç də yaddasaxlaya bilmərik, lakin nəticədə biz gördüklərimizdəndə çox şeyi xatırlayacağıq, çünki o xatirələr həyatımızatəsir edir və onu formalaşdırır.

Page 33: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 34: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

www.aaa.org.az32

AAA davamlı olaraq məzunlara və ictimaiyyətə töhfə verən çoxsaylı uğurlu layihələr hə ‑yata keçirir. Onlardan ən uğurlularından biri “Azərbaycan Biznes Keys” müsabiqəsidir.

“Azərbaycan Biznes Keys” müsabiqəsi Azərbaycan gənclərinə real biznes keysləri istifadəetməklə biliklərini dərinləşdirərək və təcrübə qazanaraq həm yerli, həm də beynəlxalqşirkətləri daxil edən biznes mühitinə liderlər hazırlamaq üçün unikal imkan yaradır. Azər‑baycan universitetlərində biznes təhsilində nəzəriyyəyə verilən üstünlüyü və real təcrübəninvacibliyini nəzərə alaraq, MBA Sahibkarlıq Korpusu Könüllüləri ilk dəfə bu layihəyə 2002‑ci ildə rəhbərlik etdilər və “Azərbaycan Biznes Keys” müsabiqəsinin keçirilməsi üçün AAA‑ya xüsusi hüquq verildi. “Azərbaycan Biznes Keys” müsabiqəsində iştirak edən tələbələrbiznes keys analitik bacarıqlarını genişləndirirlər və şirkətlərin yüksək səviyyəli təmsilçiləriləgörüşürlər və bu da onların bu şirkətlər tərəfindən işə götürülməsi üçün imkanları artırır.

“Biz bir qurum olaraq bu növ tədbirləri, xüsusən də gənclərin təhsil iləbağlı təşəbbüsləri dəstəkləyirik.”.

Fərid Axundov, İdarə Heyətinin sədri, “Paşa Bank”

“Biz inanırıq ki, bu, gənc nəslin Qərb və yerli şirkətlərdə real iş həyatına hazırolması üçün gözəl təcrübədir”.

Hüseyn Məmmədov, Vitse‑prezident, “BP Azərbaycan”

“Bu, müxtəlif universitetlərdən ən yaxşı tələbələri tapan, onları əsaslıkeyslərlə üz‑üzə qoyan, biznes biliklərini, həmçinin prezentasiya bacarıqlarınıyaxşılaşdıran və onları Azərbaycanın gənc biznes liderləri olmaları üçün hazır‑layan gözəl və çoxşaxəli təşkilatdır”.

Kaan Baral, Baş menecer, “Procter & Gamble”

“Mən burada təkcə Bakı universitetlərinin yox, hətta regionlardakı univer‑sitetlərin tələbələrinin böyük marağını gördüm, onlar gəlirlər, yüksək səviyyədəiştirak edirlər və gözəl prezentasiyalar təqdim edirlər”.

Kiril Qaburici, Baş İcraçı Direktor, “Azercell”

AAA LAYİHƏLƏR

“Azərbaycan Biznes Keys” müsabiqəsi

Proqram direktoru Suleyman Hüseynzadə

Page 35: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə

“Mənim Təhsilim, Mənim Gələcəyim!”

kampaniyası

Azərbaycan Respublikasının Prezidentiyanında Gənclər Fondu 2‑ci qrant müsa ‑biqəsi çərçivəsində “ABŞ Təhsilli Azərbay‑can Məzunları” İctimai Birliyi (AAA) iləqrant müqaviləsi imzalamışdır.

Kampaniyanın rəhbəri – Rövşən Nəcəfov

E‑mail: [email protected]

Tel.: (+994 50) 526 13 13

https://www.facebook.com/myeduaz

https://twitter.com/myeduaz

“Bir oğlana təhsil verməklə təh‑silli bir insan qazanırsınız, bir qıza

təhsil verməklə isə təhsilli bir ailə...”

Zeynalabdin Tağıyev

THE US-EDUCATED AZERBAIJAN ALUMNI ASSOCIATION

www.myedu.az

CONTEXT | 33CONTEXT |

5/2013

Page 36: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə
Page 37: ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ V AZE.pdf · vasitə silə Azərbaycanda və xaricdə olan gənc tələbələr, elm xadimləri və təcrübəçilərə