wikipedia book sure

56
Ramil Süleymanov, Ayaz Abuşov Surə Mehdiyeva, Nailə Həsənova, Vəfa Məmmədova Vəfa Vəliyeva, Venera Əfəndiyeva

Upload: sure-mehdiyeva

Post on 31-Jul-2015

151 views

Category:

Documents


9 download

TRANSCRIPT

Page 1: Wikipedia book sure

Ramil Süleymanov, Ayaz Abuşov Surə Mehdiyeva, Nailə Həsənova, Vəfa Məmmədova Vəfa Vəliyeva, Venera Əfəndiyeva

Bakı 2013

Page 2: Wikipedia book sure

u elektron vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər

Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə İsmayıllı

rayon 1 nömrəli məktəbin musiqi müəllimi Surə Mehdiyevanın “Gənclərlə

Vikipediyada Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması” layihəsi

çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə

dəstəyi ilə hazırlanmışdır. Biz əminik ki, gənclər üçün hazırladığı bu vəsait gənclərimizin

Qarabağ problemini düzgün şəkildə dünya ictimayyətinə çatdırılmasına yardımçı olacaq.

B

Surə Mehdiyeva-Layihənin rəhbəri

Müəlliflər: 1. Surə Mehdiyeva- Layihənin rəhbəri2. Ramil Süleymanov- Karyera və İKT üzrə peşəkar eksper, Demokratik Gənclər

İctimai Birliyinin direktoru3. Ayaz Abuşov- Karyera və İKT üzrə peşəkar eksper, Demokratik Gənclər İctimai

Birliyinin direktor müavini4. Nailə Həsənova-Bakı şəhər 55 nömrəli tam orta məltəbin fransız dili müəllimi, insan

hüquqları, İKT üzrə ekspert5. Vəfa Məmmədova-Bakı şəhər 155 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,

Vikipediya və Flash Texnologiyalar üzrə ekspert/təlimçi 6. Vəfa Vəliyeva- “İntel” Gələcək üçün Təhsil, İKT-nin təhsildə tətbiqi üzrə

təlimçi/ekpert7. Venera Əfəndiyeva – Kurikulum, İKT-nin təhsildə tətbiqi və Yeni Mediya üzrə

təlimçi/ekspert

Nəşriyyat:

“Farkhadov Studio” MMC

Tiraj -100 ədəd

Page 3: Wikipedia book sure

GİRİŞ

Mütəxəssislər qeyd edir ki, hazırda Google Maps, Google Earth-də və digər internet

məkanlarında Azərbaycan haqqında informasiya və şəkillər Ermənistanla müqayisədə

azdır. Bunun da nəticəsində internet xəritələrində gah Azərbaycan ərazisi təhrif edilir,

Qarabağ, eləcə də Naxçıvan Ermənistanın tərkib hissəsi kimi göstərilir. Bundan başqa

bəzən tarixi coğrafi toponimlərin adları dəyişdirilir.

Ermənilər tərəfindən Azərbaycanın coğrafi adlarını əks etdirən domen adları alınır,

bu səhifələrdə təxribat xarakterli materiallar yerləşdirilir, Azərbaycan dövlət adamları

təhqir edilir, on-line ensiklopediyalarda Azərbaycan haqqında olan informasiyalar

məqsədli şəkildə dəyişdirilir, saytlara xaker hücumu təşkil olunur. 

Keçək vikipediyaya. Vikipediya açıq on-line ensiklopediya olduğundan burda

qeydiyyatdan keçən hər kəs məqalə yerləşdirə və ya şərh edə bilər. Azərbaycan

vikipediyasında demək olar ki, hər gün erməni vandalizmi baş verir. Sonuncuların əsas

məqsədi Azərbaycan həqiqətlərini inkar edərək xalqı təhqir etməkdir. Azərbaycan dilində

vikipediyada təxminən 29 minə yaxın məqalə var. Erməni dilində isə 4 minə yaxın məqalə

yerləşdirilib. Ermənilər ən çox rus və ingilis dillərində materiallar yerləşdirməkdə

maraqlıdır. Çünki erməni əlifbasını oxuyan çoxazdır. “Azərbaycanda ziyalılar

ümumiyyətlə internetdə aktiv deyillər, qalsın ki, vikipediyada. Rusiya, Ukrayna, Belarus,

Ermənistan kimi ölkələrlə müqayisə etdikdə vəziyyət tam aydınlaşır. Onlarda vikipediya

stolüstü kitabdır, bildikləri mövzuları, yazdıqları məqalələri vikipediya ilə paylaşırlar. Bu

həm də elmin inkişafına və mütəxəssislərin yaranmasına təkan verir. Azərbaycan üçün

indiki şəraitdə tarix, ədəbiyyat, siyasət mövzusu çox aktualdır. Ermənistan bu sahədə

internetdə daha çox aktivdir. Rus, ingilis vikipediyasını açanda erməni siyasətini, ”tarixini"

təbliğ edən materiallar gəlir. Onlar hər hansı bir kitabı, məqaləni nəşr etməzdən əvvəl

Page 4: Wikipedia book sure

internetdə yayırlar, vikipediyaya atırlar. Azərbaycan haqqında axtarış verəndə öncə

ermənilərin yazdığı məqalə gəlir.

Bu da xarici istifadəçi üçün mənbədir, onun Azərbaycan haqqında fikirləri də buna əsasən

formalaşır". Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə hesab edir

ki, ermənilər Qarabağ müharibəsində həmişə informasiya müharibəsinə üstünlük veriblər:

“Ermənilər müasir texnologiyalardan istifadə edərək öz çirkin əməllərini həyata keçirir. Bu

baxımdan bizim vətəndaşlar internetdə, sosial şəbəkələrdə aktiv olmalıdır”. Azərbaycanda

erməni dilində sayt - informasiya savaşında yeni həmlə Bu il martın 1-dən etibarən

Azərbaycanda armenia.az adlı sayt fəaliyyət göstərir. Saytın qurucusu Elnur Baimov şəxsi

imkanları hesabına armeni.az-ı yaradarkən qarşısına cəmi bir məqsəd qoyduğunu deyir:

“Bilirsiniz ki, erməni KİV-i özlərinə sərf edən, əlverişli informasiyaları yayır, ictimai rəyi

istədikləri kimi formalaşdırır. Bizsə onların etmədiyi bir şeyi etdik - onların öz dilində

onlara Azərbaycan gerçəklərini çatdırdıq. Bu sayt Ermənistanda, eləcə də dünyanın digər

nöqtələrində yaşayan ermənilər, habelə Dağlıq Qarabağda yaşayan ermənilər üçün nəzərdə

tutulub. Onlar bu sayt vasitəsilə qərəzsiz, obyektiv informasiya ilə tanış ola bilirlər”.

Elnur Baimov deyir ki, saytın işçiləri erməni dilini mükəmməl səviyyədə bilən

azərbaycanlı mütəxəssislərdir. Onun sözlərinə görə, artıq sayt Ermənistanda kifayət qədər

tanınıb və yüksək reytinqə malikdir. E.Baimov sayta gündəlik 3000 oxucunun müraciət

etdiyini və onların 90 faizinin Ermənistanda yaşayan ermənilərdən ibarət olduğunu dedi:

“Hətta erməni oxucular da təəccüblənir ki, Azərbaycanda erməni ədəbi dilini bu cür yüksək

səviyyədə bilən mütəxəssislər var. Bu, bir təbliğat vasitəsidir. Ermənilər mübarizəni

söyməklə, təhqir etməklə aparırlar. Biz isə əksinə, informasiya müharibəsində effektli

silahdan istifadə edirik. Bu həm də azərbaycanlıların bu məsələdə daha tolerant olmasının

göstəricisidir”. E.Baimovun sözlərinə görə, sayta yerləşdirilən xəbərlərə birbaşa özü

nəzarət edir. Bu səbəbdən də orada Azərbaycanın əleyhinə olan, ona başaşağılığı gətirəcək

heç bir informasiyanın yayımından söhbət gedə bilməz. “10 illik media təcrübəm var,

informasiya siyasətini necə qurmaq lazım gəldiyini bilirəm” - deyən E.Baimovun sözlərinə

Page 5: Wikipedia book sure

görə, saytın xəbərlərindən erməni mətbuatı tez-tez istifadə edir: “Daha çox iqtisadiyyat

xəbərlərindən yararlanırlar. Bundan başqa, Ermənistan müxalifəti, ”Azadlıq" radiosunun

Ermənistan bürosu da bizim xəbərlərə istinad edir".

Page 6: Wikipedia book sure

İNFORMASİYA MÜHARİBƏSİ

İnformasiya müharibəsi  – informasiya üstünlüyü əldə etmək üçün öz informasiyasının

informasiyaya və informasiya sistemlərinə əsaslanmış proseslərinin qorunması ilə eyni

zamanda, informasiyaya, informasiyaya əsaslanmış proseslərə və informasiya sistemlərinə

zərər yetirməkdən ibarət fəaliyyətdir.Yaxın gələcəkdə düşmən üzərində üstünlük

informasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində

düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə

əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar

ərəfəsində vuruşan tərəflər bir birinin Silahlı Qüvvələrinin şəxsi heyətinin, həmçinin

əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə

üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf

etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu

təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını

hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından

fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata

keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur.

Hərbi analitiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox

vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj,

hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq,

şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi

formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi

də vacib məqamlardan sayılır. Bu da xüsusi silahların , diversiya qruplarının və xakerlərin

köməyi ilə həyata keçirilir.

«Kontaktsız müharibə» adlandırılan informasiya müharibələrinin əmələ gəlməsini

informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlayırlar. 1940-cı illərdən tədricən

tətbiqinə başlanan informasiya müharibələrinə tam keçidin 2010-cu ildə başa çatacağı

Page 7: Wikipedia book sure

proqnozlaşdırılır. Ekspertlərin fikrincə, informasiya tədricən təminedici üsuldan çıxaraq

döyüş növünə çevrilir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların

alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və

müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bu

baxımdan da analitiklər informasiya mübarizələrini iki hissəyə ayırırlar;

1. İnformasiyadan müdafiə - öz məlumatlarının və informasiya strukturlarının düşmən

təsirlərindən müdafiəsi. Bura informasiyaların strateji maskalanması, informasiya

infrastrukturunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s

daxildir.

2. İnformasiya zərbəsi - düşmənin informasiya infrastrukturunun tam məhv edilməsi və

düşmənə öz qüvvəsindən istifadə imkanı verməmək. Burada zərbə vasitəsi kimi

strateji maskalanma, dezinformasiya, radioelektron mübarizə, informasiya

bazalarının məhvi, düşmənin kompüter şəbəkəsinə hücum, informasiya bazalarına

zərbələr və s daxildir. Bu sırada düşmənin elektron informasiya bazalarının

kiberməhvi isə xüsusi önəm daşıyır. Qeyd edək ki, hazırkı dövrdə internet vasitəsi

ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik

təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür.

İnformasiya müharibəsi insanların şüuru uğrunda savaşdır, burada silah yox, qələm söz

sahibidir. Düzgün qurulub aparılan informasiya müharibəsi ilə hərbi qələbəni məğlubiyyətə

və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar.

Page 8: Wikipedia book sure

Elektron İnformasiya Müharibəsi

İnformasiyanın sahibi, dünyanın sahibidir...

İnformasiya müharibəsi kimi bizə məlum olan anlam, özündə məlumatın toplanması,

saxlanması, emalı və yayımlanması kimi İnformatikanın əsasları olsalar da, əsasən

dövlətin, ölkənin, millətin informasiya təhlükəsizlik məsələlərinə xidmət edir. Bu gənc

dövlətlər üçün daha aktualdır. Çünki belə dövlətlər ölkə daxilində müxtəlif məsələləri

(mədəni, etnik, dini və s.) tam həll etməyiblər. Bunların həlli istiqamətində atılan addımlar

isə uyğun olaraq ölkə xaricindən yönəlmiş, müxtəlif geosiyasi məqsədlərə xidmət edən

Elektron İnformasiya Müharibəsi(EİM) elementlərinin müqaviməti ilə üzləşir. Bir çox

mühüm ümummilli layihələr bu səbəbdən ya realizə oluna bilmir, ya da təhrif olunmuş

şəkildə realizə olunur. Bu isə gənc dövlətin müstəqillik istiqamətində inkişafına ciddi

maneə və təhlükədir.Son 50 il ərzində EİM digər ənənəvi informasiya müharibəsi

elementlərini kölgədə qoymuşdur. Vaxtilə kitab, qəzet, jurnal kimi kağız informasyia

daşıyıcıları indi demək olar ki, İnformasiya Müharibəsi elementləri kimi öz əhəmiyyətini

itirib. Yüzmin tirajla çap olunan bu kağız məmulatların effektiv təsir imkanları çox azdır.

Bu informasiya vasitələri yalnız məhdud sahələrə yayımlanmaqla yanaşı əsasən ölkə daxili

üçün nəzərdə tutulub. Bunu nəzərə alan bir çox xarici ölkələr kağız məmulatların elektron

variantlarını yaratmışlar və bu sahədə ciddi işlər gedir.

Məsələn ABŞ-ın elə bir qəzeti yoxdur ki, onun internet səhifəsi olmasın. 

Televiziya peyk rabitəsi vasitəsilə artıq qlobal informasiya vasitəsinə çevrilməklə yanaşı

artıq EİM-in əsas elementlərindən biri olmuşdur. Amma bu sahənin kifayət qədər ciddi

problemləri var. Yerli xarakterli televiziya və radio yalnız daxili istehlakçıya yönəlib və

EİM-də çəkiysi çüzidir. Kompüter texnologiyaların geniş inkişafı – xüsusilə qlobal

informasiya şəbəkələrinin yaradılması (xüsusilə İnternetin) EİM sahəsində ciddi

Page 9: Wikipedia book sure

dəyişikliklər etdi. İndi məhz qlobal şəbəkələr vasitəsilə yayımlanan informasiya EİM-in

əsasın təşkil edir.

EİM sahəsində dünya təcrübəsi

Bəşər tarixi informasiya müharibəsi tarixidir...

İnformasiya müharibəsinin vacibliyinin nə qədər vacib olduğunun sübuta ehtiyac yoxdur.

Əgər diqqətlə məlumatlar araşdırılsa bəşər tarixi informasiya müharibəsi tarixidir. Yəni

yalnız bu sahədə qələbə əsl qələbə hesab oluna bilər. Zor gücünə əldə olunmuş qələbə

müvəqqəti xarakter daşıyır və gec-tez məğlubiyyətə çevrilir. Qılınc gücünə dünyanı ələ

keçirmiş fatehlərin imperiyaları haqda yalnız məlumatlar qalmışdır. Qılınc və ictimai şüuru

dəyişən informasiya müharibəsinin əsasın təşkil edən ideolgiyanın birgə fəaliyyəti uzun

müddətli qələbələrə yol açmışdır.Dünyanın bir çox ölkələri bu həqiqətə əsaslanaraq öz

dövlətlərinin/ölkələrinin/millətlərinin informasiya təhlükəsizliyini təmin etmişlər EİM

sahəsində kifayət qədər güclü olan dövlət iqtisadi/hərbi cəhətcə özündən qat-qat güclü olan

dövləti/ölkəni/milləti diz üstə çökdürə bilər. Bu imkanlar son illərdə daha da güclənmişdir.

EİM-in tətbiqi ilə 50 il bundan qabaq həlli mürəkəb olan bir çox məsələləri çox asanlıqla

həll etmək olur. Demək olar ki, dünya dövlətlərində müxtəlif institutların elektron

vasitələrə qoşulması tamamlanmış və ya tamamlanmaq üzrədir. Bu dövlətin idarəedilməsi

sahəsində müəyyən üstünlüklər versədə, eyni zamanda təhlükəsizlik nöqteyi nəzərdən

problemlər yaradıb. Əhalinin elektron vasitələrin istifadəçisinə çevrilməsi prosesi artan

xətlə gedir və yaxın vaxtlarda öz apogeyinə çatacaq.

Hal-hazırda EİM-in tətbiq sahələrinin bəziləri:

geosiyasi maraqları olan dövlətlərlə mücadilə sahəsi;

ölkə vətəndaşlarının informasiya təminatı sahəsi;

müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi;

Page 10: Wikipedia book sure

beynəlxalq iqtisadi/siyasi/hərbi/mədəni layihələrə təsir sahəsi.

Bu sahələr özlərində bir çox məsələləri saxlayır. Bu məqalə ümumi xarakter daşıdığı

üçün, biz bunların yalnız birini “müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi”ni

bir qədər araşdıraq. Fikirlərimizi daha aydın izah etmək üçün ABŞ-ın İraqla bağlı apardığı

EİM-in bəzi görünən elementlərini nəzərdən keçirək:

İraq müharibəsi vaxtı İraq rejiminin Avropa və Amerikadan aldığı bir çox yüksək

elektron silahlar yararsız vəziyyətə düşdü və istifadəyə yaramadı. Məsələn,

Fransanın “Miraj” təyarələri havaya qalxmaqdan “boyun qaçırdılar”...

Birinci İraq müharibəsindən dərhal sonra İraqla bağlı informasiya və dezinformasiya

dünya KİV-nin aparıcı mövzusu oldu. İraq rejimi dünya ictimaiyyətinə anti-

demokratik, anti-humanist kimi təqdim olunmaqla yanaşı, İraqın hərbi potensialı

haqda (nüvə, kimyəvi, bioloji silahları və bu silahların daşıyıcılar haqda) bir çox

hallarda dezinformasiya xarakterli məlumatlar kağız və elektron KİV-lərin aparcı

mövzusuna çevrildi.

Bu məlumatların inandırıcı olması üçün ABŞ özünün müxtəlif strateji-analitik

mərkəzlərindən geniş istifadə etdilər. Bu mərkəzlərin səyləri nəticəsində həqiqətə

uyğun olmayan məlumatlar həqiqət donu geydi.

KİV-də (əsasən elektron KİV-də) gedən EİM İraq rejiminin məhvinin zəruriliyi ilə

bağlı  ictimai sifariş yaratdı. Bu sifarişin təkrar emal olunub, sünü şəkildə

yayımlanması ictimai sifarişi daha da gücləndirdi.

İraq rejiminin bütün gizli bank hesabları ABŞ-ın hakerləri tərəfindən müəyyən

olundu. Bu gizli hesablar haqda məlumatlar məxfi olmasına baxmayaraq, bu

hesablar və ordakı maliyyə dövriyyələri haqda ələ keçirildi. Müharibə ərəfəsində bu

hesablar donduruldu və ya təxrib olundu.

Page 11: Wikipedia book sure

İraq rejiminin diplomatik yazışmaları, sənədləri, gizli layihələri və s. uyğun olaraq

nəzarətə götürüldü. Bu məlumatlar müharibə ərəfəsində və sonra ABŞ

hərbi/kəşfiyyat/diversiya qrupları tərəfindən geniş istifadə olundu.

İraqda etnik, dini/məzhəbi qarşıdurmanın əsası məhz müharibədən xeyli əvvəl

başlamışdı. Düşmən mövqedə duran etnik, dini/məzhəbi psevdo-iraq resursları

yaradıldı, və ya mövcud olanlar maliyyələşdirildi. İraq cəmiyyətinin ciddi şəkildə

parçalanma prosesi məhz belə elektron vasitələrin yaranmasından sonra daha da

gücləndi. ABŞ bu sahələrə maliyyə ayırmalarını heç gizlətmirdi.

Bununla yanaşı ABŞ-ın İraq əleyhinə apardığı EİM-nin görünməyən elementlərinin olması

mümkündür. ABŞ İraqı EİM sahəsində tam məğlub edəndən sonra, öz hərbi

əməliyyatlarına başladı.  Bunlar EİM-in nə qədər ciddi bir məsələ olduğunu göstərmək

üçün kifayətdir. EİM-in çox ucuz başa gəlməsi hətta kiçik və iqtisadi/siyasi cəhətcə zəif bir

dövlətin ciddi EİM layihəsinin realizə etməsinə imkan verir. Bu layihənin realizasiya üçün

ən əsas problem - mütəxəssis problemidir. Azərbaycanın bu sahədə kifayət qədər

kadrlarının olmasını nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycan EİM layihəsini

tam realizə etmək iqtidarındadır.

Şimali Azərbaycan uzun illər SSRİ-nin tərkibində olduğu üçün onun İnformasiya

müdafiəsini sovet dövləti təmin edirdi. SSRİ-nin dağılması (ABŞ EİM sahəsində SSRİ-yə

tam qələbə çalandan sonra), Azərbaycanın müstəqillik əldə edəndən sonra EİM böyük bir

problem kimi irəli çıxdı. Azərbaycan  1988-ci ildən erməni təcavüzünə məruz qalmışdır.

Vətənimizin böyük bir hissəsi işğal olunmuş, on minlərlə vətəndaşımız vəhşicəsinə

öldürülmüş, şikəst olmuşdur. Milli tarixi abidələrimiz məhv edilmiş, iqtisadiyyatımıza

çoxmilyardlı ziyanlar vurulmuşdur. Keçən bu dövrdə Azərbaycan öz haqq səsini dünyaya

çatdıra bilməmişdir. Bu yaxınlarda Naxçıvanda erməni abidələr ilə bağlı Avropa

Məhkəməsinin çıxartdığı qərar tragi-komik, heç bir sağlam düşüncəyə sığmayan,

paradoksal hal daşıdığı bizim hamımıza məlumdur. Bu bizim EİM sahəsində ciddi

Page 12: Wikipedia book sure

geriliyimizin ölçüsü kimi götürülə bilər. Xocalıdakı sadist üsullarla şəhid edilmiş

vətəndaşlarımızı dünyaya erməni genosidi kimi təqdim edilməsini heç kommentariyə

etmək olmur. Azərbaycan dövlətinin EİM sahəsində zəruri olan addımları atmamağı

nəticəsində biz indi çox ciddi problemlərlə üzləşmişik. Torpaqları gec-tez azad etməliyik.

2-ci Qarabağ savaşının başlaması gündəmdədir. Bu vətən müharibəsinin tam qələbəsi

yalnız EİM-də tam qələbədən sonra ola bilər. Azərbaycanın EİM sahəsində müəyyən

irəliləyişləri olsa da, bu zəruri tələbi ödəmir.  EİM sahəsində bu günə qədər görülmüş

işlərin böyük qismi əsasən fərdi xarakter daşıyıb. Azərbaycan vətənpərvərləri öz gücləri

daxilində bu EİM sahəsində müəyyən işlər görmüşlər. Erməni təbliğat maşınının

zərərsizləşdirməsi istiqamətində bu vətənpərvərlərin yaratdıqları İnternet resurslar

müəyyən rol oynamışlar və bu istiqamətdə Azərbaycana xidmətlərini davam etməkdədirlər.

Dövlət və cəmiyyətin maliyyə və mənəvi dəstəyini almayan Azərbaycan internet resursları

fəaliyyətlərində ciddi problemlərlə üzləşirlər. Domen və hostinqin saxlanması illik xərclər

100$ və daha yuxarı olur. Bəzi hallarda Azərbaycan vətənpərvərləri bu xərclərin

öhdəsindən belə gələ bilmirlər. Misal üçün http://armenianlies.com (erməni yalanları)

saytına baxmaq olar. Bu saytın domen/hostinq xərcləri ödənmədiyi üçün satışa çıxarılmış

və ermənilər tərəfindən alınmışdır. İndi orda ləyaqətsiz məlumatlar yerləşdirilir. Mən

burada bu resursların yaradılması, aparılması üzrə xərclərin adını çəkmirəm. Çünki

Azərbaycana xidmət edən həqiqi vətənpərvər zəhmətinin müqabilində haqq istəmir. Birinci

olaraq ona Azərbaycan resursunun domen/hostinq xərclərində yardım etmək kifayətdir.

Son illər Azərbaycan dövlət strukturlarının EİM-in ayrı-ayrı elementlərinə maraqları

artmışdır. Amma bu sahədə bu strukturların fəaliyyəti daha çox ekstensiv xarakter daşıyır.

Erməni terroru və təcavüzü  ilə bağlı yüksək zövqlə tərtib olunmuş kitabların, SD-disklərin

buraxılması dövlət strukturlarının son vaxtlar gördüyü əsas işlərdəndir... Amma bu ənənəvi

üsullarla, hətta bu üsullara  1000 dəfə artıq mailiyə vəsaitlər buraxılsa belə - nəticədə ciddi

fərq etməyəcək. Bu İM-in ekstensiv formasıdır və tezliklə belə üsullardan əl çəkmək

lazımdır. Peyklə yayımlanan televiziya sahəsində də işlər qənaətbəxş deyil. ANS

Page 13: Wikipedia book sure

televiziyasından başqa Azərbaycan tele-şirkətləri imkanlarından istifadə etmirlər. Ölkənin

içərsinə və xaricinə daha çox əyləncə xarakteri daşıyan verilişlər yayımlanır. Elə bil 20%

torpağımız işğal olunmayıb, insanlarımız cəbhə xəttində şəhid edilmir, ümumiyyətlə

erməni təcavüzü yoxdur? Özlərini özəl tele-şirkət bilən televiziya sahiblərinin yadına

salmaq istəyirik ki, onlar birinci növbədə Azərbaycanlıdırlar və Azərbaycanın maraqları

onların fəaliyyətinin ana xətti olmalıdır. Yoxsa bu tele-şirkətlərin əsas fəaliyyəti xalqın

əxlaqının pozulmasına yardım etmək və millətimizi manqurtlaşdırmaqdır? Son vaxtlar

digər tele-şirkətlərdə müəyyən işlər görülməyə başlayıblar, amma bu çox azdır –

fəaliyyətlərini genişləndirmələri zəruridir. Peyk imkanlı tele-şirkətlər qlobal yayım

xarakter daşıdığı üçün, EİM-lə bağlı zəruri dövlət nəzarəti mexanizminin yaradılmasına

ehtiyac var.

EİM-lə bağlı zəruri layihələrin hazırlanması və yerinə yetirilməsi vaxtı çoxdan çatıb. İlk

növbədə EİM sahəsində strateji layihələrin hazırlanması və bu işlərə ümumi rəhbərlyi öz

üzərinə götürəcək yeni dövlət strukturunun tezliklə yaradılması və fəaliyyəti zəruridir.

Yaradılması vacib olan dövlət strukturu aşağıdakı sahələrdə:

geosiyasi maraqları olan dövlətlərlə mücadilə sahəsi;

ölkə vətəndaşlarının informasiya təminatı sahəsi;

müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi;

beynəlxalq iqtisadi/siyasi/hərbi/mədəni layihələrə təsir sahəsi.

fəaliyyət göstərməlidir. Amma belə strukturun təcili  yaradılması üçün ölkə Prezidentinin

şəxsən bu işi nəzarətə götürməsi vacibdir. Əks təqdirdə EİM layihəsi dövlətin bürokratik

aparatında itə-bata düşəcək ya da konyektur maraqlar əsasında həll olunacaq. Bu isə

Azərbaycanın real EİM əldə etmək imkanlarını sıfıra bərabər edəcək. Dünyada mövcud

təcrübəni araşdırsaq onun 2 müstəvidə: dövlət və ictimai müstəvilərdə fəaliyyətini görə

bilərik. EİM-ə nəzarət edəcək dövlət strukturu hər iki müstəvidə vahid layihələrin

Page 14: Wikipedia book sure

hazırlanması, yerinə yetirilməsinə nəzarətlə yanaşı, vətənpərvər mövqedən çıxış edən fiziki

və hüquqi şəxslərə maddi/texniki yardım etmək məqsədilə yaradılmalıdır.

Bu strukturu yaradarkən kadrların seçilməsi məsələsi önə çəkilməlidir. Korporativ

maraqlar əsasında yaradılmış struktur Azərbaycan üçün çox vacib olan bir məsələyə deyil,

tamam başqa məqsədlərə xidmət edə bilər. Müstəqillik əldə edəndən sonra keçən illərdə

ölkədə baş verən bir çox hadisələr bunu deməyə əsas verir.

Azərbaycan və Bermud Üçbucağı

Ölkəmiz  savaşın düz ortasındadır, Azərbaycana qarşı üç cəbhədən aktiv informasiya

müharibəsi gedir - Ermənistan, İran və Rusiyadan. Bunların içərisində ən aktivi Ermənistan

cəbhəsidir, Rusiya tərəfdən olan informasiya atəşinin böyük hissəsi də məhz ermənilərdən

qidalanır.

1980-ci illərin sonlarından erməni diasporu, sonra Ermənistan dövləti, son vaxtlar isə ayrı-

ayrı erməni vətəndaşları da bizə qarşı informasiya müharibəsi aparır. Bu müharibənin iki

məqsədi var. Onları şərti olaraq maksimum və minimum məqsədlər adlandırmaq olar.

Maksimum məqsəd

Bu məqsədə işğal olunmuş torpaqları qaytarmamağın ermənilərin haqqı olduğunu dünya

ictimaiyyətinin beyninə yeritmək, Qarabağ müharibəsində Azərbaycanın təcavüzkar,

Ermənistanın isə qurban olduğunu təbliğ və qəbul etdirmək, Naxçıvana və Azərbaycanın

başqa torpaqlarına iddialara haqq qazandırmaq və onları “tarixi faktlarla” əsaslandırmaq

daxildir.

Page 15: Wikipedia book sure

Başqa hədəflər də var: Xocalıda soyqırımı ermənilərin deyil, azərbaycanlıların törətdiyi

barədə dezinformasiyalar yaymaq, bunu Avropa, ABŞ və Azərbaycanın müttəfiqi olan

ölkələrdə geniş təbliğ və qəbul etdirmək.

Müxtəlif xarici qeyri-hökumət təşkilatları və fondlar vasitəsilə Azərbaycanda təslimçi

ruhlu, pasifist, milli mənliyini dərk etməmiş insanları tapmaq, maliyyələşdirmək və

təşkilatlandırmaq da hədəflərə daxildir. Azərbaycan rəhbərliyi münaqişəni müharibə yolu

ilə həll etməyə qalxsa, həmin adamlar “5-ci kolon” rolu oynayacaq. Atəşkəs dövründə isə

onlar təslimçi əhval-ruhiyyə yaratmalı, Azərbaycan cəmiyyətinə Qarabağın birdəfəlik

itirildiyi fikrini aşılamalıdırlar.

Minimum məqsəd

Minimum məqsədin hədəfləri bunlardır:

- Azərbaycan dövlətinin, KİV-lərinin və ayrı-ayrı fəal vətəndaşların erməni cinayətlərini

ifşa edən, Ermənistanın təcavüzkar olduğunu sübuta yetirən məlumatlar yaymasının

qarşısını almaq, bu mümkün olmadıqda həmin məlumatları yayan adamlara qarşı böhtan və

qaralama kampaniyası aparmaq (bura həmçinin Azərbaycanın lehinə məlumat yayan xarici

jurnalistlər, politoloqlar və elm adamları daxildir);

- Qarabağın erməni torpağı olduğunu “sübut” etmək, beynəlxalq ictimaiyyətə

Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu

fikrini aşılamaq. Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil

dövlət kimi təqdim etmək və tanıtmaq, bu yolla müharibənin Qarabağla Azərbaycan

arasında qetdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın

təcavüzündən qorumaqla məşğul olduğunu aşılamaq.

Page 16: Wikipedia book sure

Müharibə üsulları

Bu məqsədlərə çatmaq üçün də ermənilər müxtəlif üsullardan istifadə edirlər. Bura açıq-

aşkar yalan və dezinformasiya xarakterli xəbərlər ötürmək, yalanla doğrunun qarışdırıldığı

xəbərlər yaymaq, montaj edilmiş fotoşəkillərdən və videomateriallardan istifadə, pullu

xidmət göstərən əcnəbi müəlliflərdən istifadə və digər oxşar vasitələr daxildir.

Öz təbliğatlarını yaymaq üçün ermənilər son bir neçə ildə ənənəvi vasitələrlə (qəzet, jurnal,

kitab, televiziya) yanaşı, internetdən də geniş istifadə edirlər. Burada erməni təbliğatı

uğurlar əldə edə bilib. Avropa, ABŞ və Rusiyada yaşayan ermənilər və ermənipərəst

şəxslər bu işdə aktiv iştrak edirlər. Əfsuslar olsun ki, Azərbaycan tərəfi bu məsələdə

ermənilərdən xeyli geri qalır. Əlbəttə, son dövrdə bu istiqamətdə müəyyən addımlar atılır,

amma bu addımlar bəzi obyektiv və subyektiv səbəblərə görə gözlənilən nəticəni vermir.

Azərbaycan tərəfdən təbliğatın zəif, qeyri-professional və sistemsiz təşkil olunması da

ermənilərin xeyrinə olmaqla yanaşı bizim diplomatlarımızın və hələ yaranmaqda olan

diasporumuzun işini xeyli çətinləşdirir. Erməni tərəfi öz təbliğatı üçün internetdə şərti

olaraq pulsuz olan resurslardan geniş istifadə edir. Bunlar bloqlar, məşhur xarici KİV-lərin

forumu, “Youtube” saytı və “Vikipediya”dır. Bütün bu resurslar çox böyük təsir gücünə və

imkanlara malikdir. Avropa, Amerika, eləcə də Rusiyada ənənəvi KİV-lərlə ciddi rəqabətə

girmiş bloqlar bu gün ənənəvi KİV-lərin həm auditoriyasına, həm də reklam gəlirlərinə

şərik çıxıb. İnsanlar bloqlarda yazılana KİV-lərdə yazılandan daha çox etibar edir (xüsusən

Qərbdə). Ermənilərə məxsus “erməni məsələsi” və Qarabağdan yazan minlərlə populyar

bloqun olmasına baxmayaraq bu mövzuda yazan azərbaycanlı bloqçuların sayı heç 100-ə

çatmır. Ermənilər bloqların necə effektiv təbliğat vasitəsi olduğunu çoxdan anlayıb və

tətbiq etməyə başlayıblar, hətta Ermənistanda və Qarabağda bu məqsədlə yerli internet

istifadəçilərinə treninqlər keçilir, onlara “Ermənistan və Qarabağ barədə həqiqəti” necə

yazmalı olduqlarını öyrədirlər. Bu işdə onlara Ermənistanın dövlət orqanları yaxından

kömək göstərir (həmçinin xüsusi xidmət orqanları).

Page 17: Wikipedia book sure

Bloqlar öz əhəmiyyətini 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən hərbi

münaqişə zamanı da göstərdi. Həmin vaxt Gürcüstan KİV-lərinin faktiki hamısının internet

saytları sıradan çıxdığından gürcü bloqçular media funksiyasını öz üzərlərinə götürməli

oldular, hətta internet saytı işləməyən Xarici İşlər Nazirliyi də məlumatları bloqlarda

yerləşdirməyə başladı. Digər vacib istiqamət isə “Vikipediya”dır. Bu resursdan da

qonşularımız öz təbliğatlarını yaymaq üçün istifadə edirlər. “Vikipediya”nın əhəmiyyəti

ondan ibarətdir ki, bu resurs beynəlxalq elektron ensiklopediyadır, hər gün müxtəlif

ölkələrdən milyonlarla adam bu və ya digər informasiyanı əldə etmək üçün bu resursdan

istifadə edir. Bu insanların içərisində jurnalistlər, dövlət strukturlarının nümayəndələri də

var. Bizim orada zəif təmsil olunmamız ermənilərə və ermənipərəst əcnəbilərə fəaliyyətləri

üçün geniş imkan verir.

Bizim resurslar

Azərbaycan dövlət orqanlarının internetdə olan informasiya resursları barədə də fikirlərimi

bölüşmək istərdim. Ölkə prezidentinin, Milli Məclisin, Xarici İşlər Nazirliyinin rəsmi

saytlarında xəbərlər mütəmadi yenilənir, keyfiyyətli foto və video materiallar yerləşdirilir

ki, bu da çox vacibdir. Ancaq təəssüf ki, Müdafiə Nazirliyinin hələ də rəsmi internet saytı

yoxdur və bu da yalnız təəssüf və təəccüb doğurur. Yaranmış vəziyyətdə biz nəinki

əlimizdə olan resurslardan səmərəli istifadə etməliyik, həm də yeni resursların yaradılması,

lazım gəldikdə satın alınması (xarici ölkələrdə) barədə ciddi düşünməliyik. Vəziyyət

bizdən və ilk növbədə dövlətimizdən qeyri-ənənəvi yanaşma və qeyri-ənənəvi üsulların

tətbiqini tələb edir.

Vikipediyada Qarabağ həqiqətləri

“Qədim dövrlərə aid Ermənistanla bağlı Wikipediyada satışa çıxarılan kitablar dərhal

istifadəçilərin diqqətini cəlb edir. Biz hansı kitablarımızı bu saytda təqdim edirik?! Halbuki

biz qədim Albaniyanın, Azərbaycanın tarixini dolğun şəkildə bu saytda yerləşdirməklə

Page 18: Wikipedia book sure

Azərbaycanın qədim mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə nail ola bilərik. Bu

gün təbliğat, ilk növbədə, virtual dünyada təşkil edilməlidir. Wikipediya kimi nəhəng

ensiklopediyaların fəaliyyəti Xarici İşlər Nazirliyinin müvafiq bölmələrinin daimi nəzarəti

altında olmalıdır. Ermənilər tərəfindən sayta daxil edilən yanlış məlumat dərhal bizim

mütəxəssislər tərəfindən obyektiv şəkildə işlənməli, buna çevik reaksiya verilməlidir”.

Page 19: Wikipedia book sure

VİKİ TEXNOOGİYASI QLOBAL İNFORMASİYA “MÜBADİLƏÇİSİ” KİMİ

“Viki texnologiyası” dedikdə “sürətli düzəliş texnologiyası” başa düşülür. Bəzən Viki

texnologiyasını “canlı sənədlər texnologiyası” da adlandırırlar. Bir çox istifadəçilər “Wiki”

sözünün “what I know is” ifadəsindən alındığını hesab edirlər ki, bunun da mənası “mən nə

bilirəm” mənasını verir. Bu ifadə Viki texnologiyasının mənasını təyin edir: hər hansı

biliyə malik olan istifadəçi, informasiyanı veb-saytda

çap etməklə bu biliyi başqaları ilə bölüşdürür.

Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə

Oreqonanın Portlend şəhərində yaşayan Vord

Kenninqem (26 may 1949) (Ward Cunningham)

tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa

veb-brauzerdən redaktə olunması üçün nəzərdə

tutulmuşdur.

Vikipediyanın yaradıcıları – Cimmi Uels (Jimmy Wales) və Larry Sanger 15 yanvar,

2001-ci ildə il əvvəl tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən

insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq

qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya az sonra dünyanın ən

məşhur 25 İnternet saytı sırasına daxil olmuşdur.

Viklpediya uşaqların informasiya nəzəriyyəsi, proqramlaşdırma, riyazi məntiq,

proqramlaşdırma dilləri, əməliyyat sistemi, virtual yaddaş mexanizmi, multimedia,

kompyuterdə hesablamalar, intellektual fəaliyyətin avtomatlaşdırılması, informasiyanın

ötürülməsi və kompyuter şəbəkələri, İnternetin tarixi, müəlliflik hüququ, hakerlər,

kompyuter cinayətkarlığı, informasiya müharibələri, və s. haqqında zəngin biliklər əldə edə

bilməsi üçün dəyərli mənbədir.

Viki havay dilində “daha tez” deməkdir. Havay aeroportunda sərnişinləri avtobuslara

çağıran sürücülərin “viki-viki” deyə adamları tələsdirmələri ezamiyyətini orada keçirən

Page 20: Wikipedia book sure

Kenniqemin nəzərindən qaçmamış və yaratdığı texnologiyanı “Viki texnologiyası”

adlandırmaq qərarına gəlmişdir.

Bunun üçün o əvvəlcə Apple Hypercad proqramından istifadə etmişdir. Hər dəfə

səhifələrdəki mətn redaktə olunarkən, bütün versiyaların xüsusi verilənlər bazasında (VB)

saxlanılması proqramın əsas funksiyasını təşkil edir. Belə ki, istənilən versiyanın VB-dan

çağırılaraq yenidən tez bir zamanda veb-səhifədə bərpa olunması Viki texnologiyasının

əsas prinsipidir.

Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən

çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə

olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr aparmaq, VB,

faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.

Viki texnologiyasını təyin edən əsas şərtlər:

– veb-səhifələrdəki informasiyaların veb-brauzerdə birbaşa dəyişdirilmə imkanının

olması və bütün versiyalarin serverdə yadda saxlanılması;

– hiperistinadların generasiyasının avtomatlaşdırılması və veb-səhifələr arasında

onların aktuallığının dəstəklənməsi;

– mətnlər üçün HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;

– düzəlişlər tarixcəsinin olması – viki-məqalələrin yarandığı andan başlayaraq

istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması;

– hər kəs tərəfindən veb-məqalələrin redaktə oluna bilməsi.

Məqalələrin istifadəçilər tərəfindən idarə

oluna bilməsi ideyası müxtəlif on-line

ensiklopediyaların yaradılması üçün çox

uyğundur. İnternetdə Viki

Xüsusiyyətləri

Page 21: Wikipedia book sure

texnologiyası ilə işləyən müxtəlif

ensiklopediyalar mövcuddur (Cədvəl

1.). Layihələr

Absurdopediya

http://www.absurdopedia.wikia.com

«Ensiklopediya Absurd» –

məqalələrdəki informasiyalar təhrif

olunmuş, parodiyalar şəklindədirlər.

Everything2

http://everything2.com/

İnsan biliyinin bütün sahələrindən

informasiyaları toplayan veb-sayt və on-

line cəmiyyətdir.

Vikibilik

http://www.wikiznanie.ru

BSD (Berkeley Software Distribution)

lisenziya ilə işləyən on-line

ensiklopediyadır. Ensiklopediya rus

dilindədir.

Scholarpedia

http://www.scholarpedia.org

Ensiklopediyaya yalnız elmi məqalələrin

daxil edilməsinə icazə verilir.

Encarta

http://encarta.msn.com

Kompüterin multimediya

komponentlərindən istifadə edən ilk

elektron ensiklopediyadır.

Page 22: Wikipedia book sure

Citizendium

http://www.en.citizendium.org

İstifadəçilər tərəfindən daxil edilmiş

məqalələr mütəxəssislər tərəfindən

yoxlanılır.

Open Encyclopedia Project

http://www.open-site.org

İstifadəçilər arasında “Open-Site”

adlanan bu ensiklopediya könüllülər

tərəfindən zənginləşdirilir.

İntellipediya

http://www.odni.gov

Viki texnologiyası əsasında işləyən

bağlı ensiklopediyadır. ABŞ-nın 16

xüsusi xidmət orqanlarını birləşdirir.

Wookieepedia

http://starwars.wikia.com

Fantastik filmlərin on-line

ensiklopediyasıdır.

Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini,

İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını,

redaktə olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr

aparmaq, VB, faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.

Viki texnologiyasını təyin edən əsas şərtlər veb-səhifələrdəki informasiyaların veb-

brouzerdə birbaşa dəyişdirilmə imkanının olması və dəstəklənməsi; mətnlər üçün

HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;düzəlişlər tarixcəsinin

olması – viki-məqalələrin yarandığı andan başlayaraq istənilən dəyişikliyə baxmaq və

bərpa etmək imkanının olması;

hər kəs tərəfindən veb-məqalələrin redaktə oluna bilməsi və s.

Vikipediya (ing. Wikipedia) - İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox

dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılmışdır.

Page 23: Wikipedia book sure

Yarandığı dövrdən, yəni, 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə

sayı durmadan artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır.

Azərbaycanca Vikipediya

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya

fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq on-line ensiklopediyası kimi də baxmaq

olar. Vikipediya ensiklopediyasında məqalələrin sayı artmaqdadır. Təəssüflər olsun ki,

cavan ensiklopediyamız üzərində çalışmalara çox az azərbaycanlı cəlb olunduğundan, o,

əsasən türk qardaşlarımız və güney azərbaycanlı soydaşlarımız tərəfindən qurulur. Məhz

bu səbəbdən (və bizim passivliyimizdən) saytda çoxlu qrammatik və sintaktik səhvlərə,

türk və fars sözlərinə rast gəlmək olar. Yenə də, bizim Vikipediya üzərində işlədikləri və

təməlini qoyduqları üçün hər birinə dərin təşəkkurümü bildirmək istərdim. Lakin bu işin ən

qorxulu tərəfi dey Bu yaxınlarda Azərbaycan Vikipediyasında “Son dəyişikliklər”

bölümündə “İrəvan” və “Ermənistan” sözlərinin yaradıldığı diqqətimi cəlb etdi. Bu

dəyişikliklər qeydiyyatdan keçmiş üzv tərəfindən deyil, naməlum şəxs tərəfindən

edilmişdi. Məqalələr neytral görünməyə çalışsa da erməni mənşəli olduğu aşkardır.

Müəllifin İP addresinin (195.250.64.76) ermənistana mənsub olduğu məndə qalan

şübhələri də yox etdi. Bəli, ermənilər bizim ensiklopediyamıza azərbaycan və onun tarixi

haqda saxta məlumat daxil edərək növbəti dəfə dezinformasiya yaradırlar. Görünür

Azərbaycanda yaxşı təhsil aldıqlarından ermənilər bu məqalələri səlis və düzgün

Azərbaycan dilində yazırlar. Hər bir səhifə üzərində edilən bütün dəyişikliklər “Səhifə

keçmişi” bölümündə qeyd edilir. Bu imkandan istifadə edib yuxarıdakı faktın təsdiqini tapa

bilərsiniz.

Page 24: Wikipedia book sure

Mən Necə Yardım Edə Bilərəm?

Zəngin Azərbaycanımızın şəhər və rayonları, şair və yazıçıları, mətbəxi, geyimləri

və s. haqda dürüst məlumatınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq,

durmadan Azərbaycan Vikipediyasına əlavələr edin! Bunun üçün sadəcə qeydiyyatdan

keçmək kifayətdir. Lakin bununla kifayətlənməmək lazımdır. Vikipediya bugün dünyada

güvənilən və çox populyar informasiya mənbəyi kimi tanınır. Tələbələr, jurnalistlər və

digər araşdırmaçılar internetdə məlumat axtarışında məhz bu resursa üstünlük verirlər.

Bunun üçün bizim Azərbaycan dilindəki Vikipediyanı qurmaqla yanaşı, İnglis, Fransız,

Rus, Alman, İspan və digər dillərdə olan Vikipediyalara da əlavələr etməmiz, Azərbaycan

və onun ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətlərin dünyaya çatdırılması yolunda

vacib addımlardandır.

Məqalələrin Yaradılması

Vikipediyada məqalələrin yazılması olduqca asandır və HTML səhifələrindən fərqli

olaraq xüsusi biliklər tələb etmir. Mündəricatın yaradılması, keçid və şəkillərin əlavə

edilməsi, şablonlar və diğər funksiyalar avtomatlaşdırıldığından məqalələri qısa müddət

ərzində asanlıqla yaratmaq mümkündür. Təsadüfi deyil ki Havaililərin dilində wiki

(wihiwihi) sözü “tez”, “cəld” mənasını daşıyır.Hər zaman neytral nəzər nöqtəsindən çıxış

edərək yazın və yazdığınız məqalələrin mənbəyini göstərin. Bu idarəçilərin və

oxuyucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını

alacaq.WikipediyadaƏdəbiyyat,astranomiya,bioligiya,coğrafiya,fəlsəfə,hərb,hüquq,idman,i

slam,kimya,kino şəxslər,tarix və türk dilləri haqqında istənilən məlumatı əldə etmək olar

Biliklərimizi Paylaşaraq...

Prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də imzaladığı Azərbaycan Milli

Ensiklopediyasının nəşri haqda sərəncama baxmayaraq, bu gün ensiklopediyanın heç bir

Page 25: Wikipedia book sure

cildinə də satışda rast gəlmək mümkün deyil. İnanıram ki, azad ensiklopediyaya əlavə

ediləcək hər bir kiçik məlumat onu dinamik, pulsuz və Elmlər Akademiyasının hazırladığı

ensiklopediyadan daha populyar edəcək. İnformasiyanı azad paylaşmaq prinsipini hələ

Tim Berners-Lee tərəfindən 1989-cu ildə veb texnologiya (World Wide Web) yaradılarkən

nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən ilk yaradılan səyyar (browser) həm veb

səhifələrini göstərmə həm də onları redaktə etmə imkanına malik idi. Lakin sonrakı

dövürdə internetin daha çox elektron kommersiya istiqamətində inkişaf etməsi veb

mediyasını ilkin fəlsəfəsindən uzaqlaşdır. Tim Berners-Linin özünün də etiraf etdiyi kimi,

2005-ci il ideyasının həyata keçdiyi il kimi yadda qaldı. Belə ki, məhz bu il fikirlərini və

biliklərini paylaşmaq arzusunda olan milyonlarla yaradıcı insan bloglar, vikilər və

podcastlər vasitəsilə internetdə tsunami meydana gətirmişdir. Yazdığım bu məqalə də

episentri uzaqda olan bu tsunaminin bizə gəlib çatan kiçik bir dalğasıdır.

Vikimənbə(Wikisourse), Vikilüğət(Wikitionary), Vikikitab(Wikibooks), Vikisitat

(Wikiquote) istiqamətləri.

Ana_Sehife_Wikipedia.htm Vikimedia_Fondu.htm

Vikipediyanın yaradıcıları – Cimmi Uels (Jimmy Wales) və Larri Senger Larry

Sanger 15 yanvar, 2001-ci ildə il əvvəl tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini

paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet

ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və

Vikipediya az sonra dünyanın ən məşhur 25 İnternet saytı sırasına daxil olmuşdur.

Wikipedia (Azərbaycanca Vikipediya) qeyri-hökümət təşkilatı olan Vikimedia Fondu

tərəfindən yaradılan İnternet ensiklopediyadır. Vikipediyanı Britannika kimi digər internet

ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet

istifadəçisinin onu redaktə edə bilməsidir. Ensiklopediyanın əsas tələbi yazılan

Page 26: Wikipedia book sure

məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən (NPOV – Neutral Point Of

View) çıxış etməsidir.

Page 28: Wikipedia book sure

1. VikiLüğət

(http://www.wikiionary.org/

wiki/)

2. VikiSitat

(http://www.wikiquote.org/w

iki/)

3. VikiKitablar

(http://www.wikibooks.org/

wiki/)

4. VikiMənbə

(http://wikisource.org/wiki/)

5. VikiAnbar

http://commons.wikimedia.org/wiki/)

6. VikiNövlər, http://www.wikispecies.wikimedia.org/wiki/)

7. VikiXəbərlər (http://www.wikinews.org/wiki/)

8. VikiVersitet (http://en.wikiversity.org/wiki/)

9.Meta-Viki (http://meta.wikimedia.org)

Adı   URL ünvanı  Yarandığı

tarix  

Wikipedia www.wikipedia.org2001-01-

15

Wiktionary www.wiktionary.org2002-12-

12

Wikibooks www.wikibooks.org2003-07-

10

Wikiquote www.wikiquote.org2003-07-

10

Wikisource www.wikisource.org2003-11-

24

Wikimedia

Commonscommons.wikimedia.org

2004-09-

07

Wikimedia

Incubatorincubator.wikimedia.org

2006-06-

02

Wikispecies species.wikimedia.org2004-09-

13

Wikinews www.wikinews.org2004-12-

03

Wikiversity www.wikiversity.org2006-08-

15

Page 29: Wikipedia book sure

VİKİPEDİYA SƏHİFƏSİNDƏ REDAKTƏ EDİLMƏSİ

Vikipediya:Məqalələrin redaktə qaydaları:

Vikipediya, açıq ensiklopediya

Vikipediya fəlsəfəsinin əsasında hər kəsin yeni məqalə yaradacağı və əvvəlkiləri

redaktə edə biləcəyi azad bir ensiklopediya durur. Azərbaycan Vikipediyası da bu

fəlsəfəni əsas tutur. Ona görə də Vikipediyanı zənginləşdirmək və onu redaktə etmək

istəyən hər bir kəsin redaktə qaydaları ilə tanış olması zəruridir. Redaktə qaydaları

çox sadədir :

Tanışlıq

Əksər Vikipediya məqalələrini redaktə etmək elə də çətin deyil. Sadəcə məqalələrin

yuxarı hissələrində olan "Redaktə" düyməsini basın. Bu, Sizi yeni bir səhifəyə -

məqalənin redaktə səhifəsinə istiqamətləndirəcək. Əgər Siz sadəcə sınaq yazısı

yazmaq istəyirsinizsə, lütfən bunu "Qaralama dəftəri"ndə edin, məqalələrə müdaxilə

etməyin. Məsləhətdir ki, redaktədən sonra etdiyiniz dəyişikliklərin qısa məzmununu

altdakı qutuda yazasınız. Etdiyiniz dəyişikliklərin yaddaşa düşmədən necə

görünəcəyini bilmək istəyirsinizsə Sınaq göstərişi düyməsindən istifadə edə bilərsiniz.

Həmçinin etdiyiniz dəyişikliklər olan versiyanı və əvvəlki versiyaları müqayisə etmək

üçün Dəyişiklikləri göstər düyməsindən istifadə edin. Bu mərhələləri keçdikdən sonra

(bu Sizdən asılıdır, istəsəniz dərhal dəyişiklikləri saxlaya bilərsiniz) cəsarətli olun

və "Səhifəni qeyd et" düyməsini basın. Sizin dəyişiklikləriniz ani olaraq qeyd edilir və

Vikipediyanın digər istifadəçilərinin istifadəsinə verilir.Məqalələrdə həmçinin

müzakirə səhifəsi olur. Müzakirə səhifələrində adətən Vikipediyanın digər

iştirakçılarının bu məqalə haqqında yazışmaları, mübahisələri öz əksini tapır. Siz də

Page 30: Wikipedia book sure

bu yazışmalarda iştirak edə və ya hər hansısa bir məsələni müzakirəyə çıxara

bilərsiniz. Bundan ötrü "+" düyməsini basıb yeni sektor yarada və ya "Redaktə"

düyməsini basmaqla adi məqalə kimi redaktə edə bilərsiniz.

Bir məsələni də bilməniz vacibdir. Müzakirə, məktublaşma və bəzi bir neçə əlavə

viki-proyektlər zamanı imzanızı qeyd edin (bunun üçün İmza və Tarix düyməsindən

istifadə olunur) . Çünki, Siz həmin səhifələrdə öz şəxsi, subyektiv fikrinizi

bildirirsiniz və yazılmış sözün kimə aid olduğunu bilmək digər istifadəçilər üçün

vacibdir. Lakin, bu qayda ensiklopedik məqalə səhifələrinə aid edilmir. Edilmiş hər

bir dəyişiklik Tarixçə-yə qeyd edilir.

Kiçik Redaqtələr

Kiçik redaktələr əsasən bu hallar hesab olunur : mətnin kompyuterə yığımı zamanı

edilən səhvlərin düzəldilməs;, məzmuna dəyişiklik etmədən mətndəki şəklini

dəyişilməsi və s. Əgər redaktə edən onun etdiyi dəyişikliklərin heç bir zaman

müzakirə mövzusu olmayacağına inanırsa, o, kiçik redaktə yazısının qarşısından işarə

qoya bilər.

Səhifə İzləmə

Əgər yaratdığınız və ya redaktə etdiyiniz məqalələrə edilən dəyişiklik Sizi

maraqlandırırsa onda Bu səhifəni izlə yazısının qarşısından işarə qoyun. İzlədiyiniz

səhifələr Sizin üçün ayrıca səhifədə göstəriləcək, həmçinin Son dəyişikliklərdə həmin

məqalələrin adları qalın mətnlə yazılacaq.

Viki Qeydlər

Keçidlər, İmzalar və Abzaslar

Alınan Nəticə Yazılan Mətn

Yazını bölümlərə və ya başlıqlara ayırmaq üçün

istifadə edilir:== Başlıq ==

Page 31: Wikipedia book sure

Başlıq

Alt başlıq

Alt alt başlıq

=== Alt başlıq ===

==== Alt alt başlıq ====

Siyahıları asanlıqla yarada bilərsiniz

Bunun üçün hər bir sətirin önünə ulduz əlavə

edin

ulduzların sayı siyahıdakı dərinliyi

müəyyən edir

* Siyahıları asanlıqla

yarada bilərsiniz

* Bunun üçün hər bir sətrin

önünə ulduz əlavə edin

** ulduzların sayı

siyahıdakı dərinliyi

müəyyən edir

1. Həmçinin nömrələnmiş siyahılar yarada

bilərisiniz

1. struktur üçün idealdır

2. və asanlıqla yaradlılr

# Həmçinin nömrələnmiş

siyahılar yarada bilərisiniz

## struktur üçün idealdır

## və asanlıqla yaradılır

Horizontal bölgü xətti üçün

simvolundan istifadə edin

Horizontal bölgü xətti üçün

----

simvolundan istifadə edin

İmzanızı əlavə etmək üçün:

Rustam

İmza və vaxtı əlavə etmək üçün:

İmzanızı əlavə etmək üçün:

İmza və vaxtı əlavə etmək

Page 32: Wikipedia book sure

Rustam 00:48, Yan 27, 2006 (AZT)

Yalnız vaxtı əlavə etmək üçün:

00:48, Yan 27, 2006 (AZT)

üçün:

Yalnız vaxtı əlavə etmək

üçün:

Tarix formatları:

1. 20 yanvar, 1990

2. 20 yanvar 1990

Tarix formatları:

# [[yanvar 20]], [[1990]]

# [[20 yanvar]] [[1990]]

Azərbaycanın paytaxtı Bakı şəhəridirAzərbaycanın paytaxtı

[[Bakı]] şəhəridir

Bakı şəhəri Azərbaycanın paytaxtıdır

Bakı şəhəri

[[Azərbaycan]]ın

paytaxtıdır

Bir sözün bir neçə yazılış forması ola bilər. O zaman

onları bir yerə yönəltmək zərurəti yaranır.

"ABŞ" başlıqlı məqaləni "Amerika Birləşmiş

Ştatları" başlıqlı məqaləyə yönləndirmək üçün,

birincini sağdakı mətn ilə əvəz edin.

#REDIRECT [[Amerika

Birləşmiş Ştatları]]

Başqa dildə mövcud olan eyni başlıqlı məqaləyə

keçid əlavə etmək üçün aşağıdakı keçid növündən

istifadə edin:

[[ar:باكو]]

[[en:Baku]]

Page 33: Wikipedia book sure

[[dilin kodu:Başlıq]] [[ru:Баку]]

Məqaləni bu və ya digər kategoriyaya aid etmək üçün

sağdakı nümunədən istifədə edin.[[Kateqoriya:Azərbaycan]]

Məqalədə bu və ya digər kategoriyaya keçid əlavə

etmək üçün sağdakı nümunədən istifədə edin.[[:Kateqoriya:Azərbaycan]]

Xarici, qeyri-viki keçidlərini əlavə etməyin üç yolu:

1.

2. Görünən keçid: http://az.wikipedia.org (tərcih

olunmur)

3. Adsız keçid: [1] (yalnız mətnin daxilində)

4. Adlı keçid: Vikipediya

#Görünən keçid:

http://az.wikipedia.org

(tərcih olunmur)

#Adsız keçid:

[http://az.wikipedia.org ]

(yalnız mətnin daxilində)

#Adlı keçid:

[http://az.wikipedia.org

Vikipediya]

Şəkillər

Alınan Nəticə Yazılan Mətn

Şəkil:

Şəkil:

[[Şəkil:Wikipedia-logo-az.png]]

Page 34: Wikipedia book sure

Sağ tərəfdə yerləşən və

başlığı olan şəkil:

Vikipediya Ensiklopediyası

Sağ tərəfdə yerləşən və başlığı olan şəkil:

[[Şəkil:Wikipedia-logo-az.png|frame|right|Vikipediya

Ensiklopediyası]]

Sol tərəfdə yerləşən və

başlığı olan şəkil:

Vikipediya Ensiklopediyası

Sol tərəfdə yerləşən və başlığı olan şəkil:

[[Şəkil:Wikipedia-logo-az.png|frame|left|Vikipediya

Ensiklopediyası]]

Şəkil 30 pikselədək

kiçildildi: Şəkil 30 pikselədək kiçildildi:

[[Şəkil:Wikipedia-logo-az.png|30px]]

Yazının formatlaşdırılması

Alınan nəticə Yazılan mətn

kursiv mətnlər

qalın mətnlər

qalın mətn və kursiv mətn birlikdə

''kursiv mətnlər''<br />

'''qalın mətnlər'''<br />

Page 35: Wikipedia book sure

Bu işarələr ikqat və ya üçqat apostroflardır,

dırnaq deyildir.'''''qalın mətn və kursiv mətn

birlikdə'''''.

Texniki terminlər üçün eyniölçülü yazılar.<tt>Texniki terminlər üçün</tt>

eyniölçülü yazılar.

Siz həmçinin kiçik tekstlərdən başlıqlar üçün

istifadə edə bilərsiniz.Siz həmçinin <small>kiçik

tekstlərdən</small> başlıqlar üçün

istifadə edə bilərsiniz.

Siz silinmiş materialın üzərindən yeni materialın

altından xətt çəkə bilərsiniz.Siz <strike>silinmiş materialın

üzərindən</strike> və ya <u>yeni

materialın altından</u> xətt çəkə

bilərsiniz.

Siz həmçinin xüsusi simvollardanda istifadə edə

bilərsiniz

Bax Vikipediya:Xüsusi simvollar

Alt indeks: x2

Üst indeks: x2 və ya x²

İkinci üsuldan siz ümumi hallarda istifadə edə

bilərsiniz, lakin bəzi hallarda (məsələn, ölçü

vahidləri üçün) məhz bu üsuldan istifadə etmək

lazımdır ki, bəzi Brauzerlər (Browser) onu oxuya

bilsinlər.:

ε0 = 8.85 × 10−12

Alt indeks: x<sub>2</sub>

Üst indeks: x<sup>2</sup> və

yax&sup2;

&epsilon;<sub>0</sub> =

8.85 &times;

10<sup>&minus;12</sup>

C&sup2; / J m.

Page 36: Wikipedia book sure

C² / J m.

Mürəkkəb formullar:

  

Bax Vikipediya:Formullar

<math>\sum_{n=0}^\infty \

frac{x^n}{n!}</math>

Məqalələrə şərhlərin yazılması:

Səhifədə görsənmir

Redaktələr zamanı yazıla bilər.

<!-- Şərh -->

Vikipediyanın Çatışmayan Cəhətləri

Wikipediyanın bəzi çatışmayan tərəfləridə mövcuddur, bu saytı bütövlükdə insan

zəkasının sistemləşdirilmiş şərhi adlandırmaq olmaz. Beləki, saytın daimi məqsədi

sistemə qətirilmiş materiallar toplusudur. Bu da bəzən dezinformasiyaya səbəb olur.

Bu cür informasiyalardan yararlanmış şağirdlər düzgün istiqamətlənməmiş olurlar.

Təəssüflər olsun ki,elektron ensiklopediyamız üzərində çalışmalara çox az

azərbaycanlı cəlb olunduğundan, o, əsasən türk və güney azərbaycanlı soydaşlarımız

tərəfindən qurulur. Məhz bu səbəbdən (və bizim passivliyimizdən) saytda çoxlu

qrammatik və sintaktik səhvlərə, türk və fars sözlərinə rast gəlmək olar. Verilmiş

problemlərə görə vikiediyadan götürülmüş məlumatların dəqiqliyinin araşdırılmasına

ehtiyac duyulur.

Page 37: Wikipedia book sure

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR:

1. Müəllimlər üçün Sosial Servislər kitabı- Osman Gündüz,Ramil Süleymanov

(Bakı 2012)

2. Vikipediyada Qarabağ Həqiqətlərinin Dünya İctimayyətinə Düzgün çatdırılması

Yolları kitabı (Bakı 2010) Ramil Süleymanov, Ayaz Abuşov

3. Biz və Sosial Servislər kitabı (Bakı 2013) Ramil Süleymanov, Ayaz Abuşov

4. İnformasiya müharibəsi (Vikipediya)

5. Elektron İnformasiya Müharibəsi (EİM):problemlər və perspektivlər –Etibar

Axundov

6. İNFORMASİYA MÜHARİBƏSİ TEXNOLOGİYALARININ ANALİZİ VƏ

TƏSNİFATI - Ələkbərova İ.Y. AMEA İnformasiya Texnologiyaları İnstitutu,

Bakı, Azərbaycan [email protected]

7. İNFORMASİYA MÜHARİBƏSİNİN AKTUALLIĞI VƏ ONUN SOSİAL-

PSİXOLOJİ TƏHLİLİ  - Elvin Bəhruz oğlu Talışınski AMEA Şərqşünaslıq

İnstitutunun dissertantı, Avrasiya İnzibati Elmlər Akademiyasının üzvü

8. Strategic Information Warfare- NANCY SNOW