mannheim guidebook for azerbaijani students

4
Əgər iştirakçısı olduğun proqram səni Mannheimdə olacağın müddət ərzində müvəqqəti yaşayış yeri ilə təmin etmirsə, aşağıdakı bağlantılardan istifadə etməklə müvəqqəti mənzilini özün tapa bilərsən. www.wg-gesucht.de www.studenten-wg.de Xərcləri minimum endirmək... Müvəqqəti yaşayacağın ünvanı internet üzərindən axtarıb tapmaq mümkündür. Aylıq şəhər daxili transport kar almaq üçün Mannheim`da tarif qiymə 58 euroya bərabərdir. Lakin sən eyni bile tələbələr üçün olanını avtomat aparatlardan əldə edə bilərsən. Belə olan halda şəxsdən əlavə servis (xidmət) pulu alınmır (bu halda ISIC – Internaonal Student Identy Card`ının olması gərəklidir). Uniklinikumda edəcəyin naharlarda sənə tələbələrə olan qiymən tətbiq edilməsi üçün öncədən student canteen card alman gərəklidir. Həmin kart bir dəfə alınır və ilk dəfə pul yüklədikdə (pul yükləmə cihazı canteenin girişində yerləşir) 5 euro deposit qoyursan, hansi ki, universitetdəki qısa/uzunmüddətli təhsilin bikdə karnı geri təqdim etdiyin zaman daxilindəki istənilən məbləği və 5 euro depozini geri ala bilərsən. Bunlardan əlavə avropa ölkələrində (eləcə də bütün dünya ölkələrində) tələbələr üçün güzəştlərdən faydalana bilərsən. ISIC karta edilən güzəştlərlə www.isic.org sayndan daha ətraflı məlumat ala bilərsən. Azərbaycanda bu kar əldə etmək üçün özünlə 2 ədəd 3x4 foto, tələbə bile, şəxsiyyət vəsiqəsi və 9 AZN götürüb Nizami küçəsi 91/1 ünvanına yollan. Yerindəcə beynəlxalq tələbə karnı al və tələbə endiriminin dadını çıxar :) Mannheimda Həyat (tələbə) Frankfurt hava limanı Mannheimə gedilərkən adətən Frankfurt hava limanı istifadə olunur. Frankfurtdan Mannheimə olan məsafə 89.2 km’dir. Frankfurt hava limanı sizi öz böyüklüyü ilə heyrətə sala bilər. Avropada 3’cü, dünyada 9’cu ən çox istifadə edilən hava limanıdır. Hava limanında daxili nəqliyyatla gediləbilən 2 terminal var. 3’cü terminal tikilir. Ev axtaraq? Axtaraq! Sən mübadilə tələbəsisən və ya Tələbə mübadiləsində iştirakçı Səhifə 1

Upload: narmin-abbasova

Post on 30-Mar-2016

231 views

Category:

Documents


3 download

DESCRIPTION

Mannheim Guideline - especially for medical students

TRANSCRIPT

Page 1: Mannheim guidebook for Azerbaijani students

Əgər iştirakçısı olduğun

proqram səni Mannheimdə

olacağın müddət ərzində

müvəqqəti yaşayış yeri ilə

təmin etmirsə, aşağıdakı

bağlantılardan istifadə

etməklə müvəqqəti mənzilini

özün tapa bilərsən.

www.wg-gesucht.de

www.studenten-wg.de

Xərcləri minimum endirmək...

Müvəqqəti yaşayacağın ünvanı internet üzərindən axtarıb tapmaq mümkündür.

Aylıq şəhər daxili transport kartı almaq üçün Mannheim`da tarif qiyməti 58 euroya

bərabərdir. Lakin sən eyni bileti tələbələr üçün olanını avtomat aparatlardan əldə edə

bilərsən. Belə olan halda şəxsdən əlavə servis (xidmət) pulu alınmır (bu halda ISIC –

International Student Identity Card`ının olması gərəklidir).

Uniklinikumda edəcəyin naharlarda sənə tələbələrə olan qiymətin tətbiq edilməsi üçün

öncədən student canteen card alman gərəklidir. Həmin kart bir dəfə alınır və ilk dəfə pul

yüklədikdə (pul yükləmə cihazı canteenin girişində yerləşir) 5 euro deposit qoyursan,

hansi ki, universitetdəki qısa/uzunmüddətli təhsilin bittikdə kartını geri təqdim etdiyin

zaman daxilindəki istənilən məbləği və 5 euro depozitini geri ala bilərsən.

Bunlardan əlavə avropa ölkələrində (eləcə də bütün dünya ölkələrində) tələbələr üçün

güzəştlərdən faydalana bilərsən. ISIC karta edilən güzəştlərlə www.isic.org saytından

daha ətraflı məlumat ala bilərsən.

Azərbaycanda bu kartı əldə etmək üçün özünlə 2 ədəd 3x4 foto, tələbə bileti, şəxsiyyət

vəsiqəsi və 9 AZN götürüb Nizami küçəsi 91/1 ünvanına yollan. Yerindəcə beynəlxalq

tələbə kartını al və tələbə endiriminin dadını çıxar :)

Mannheimda Həyat (tələbə)

Frankfurt hava limanı

Mannheimə gedilərkən

adətən Frankfurt hava

limanı istifadə olunur.

Frankfurtdan

Mannheimə olan

məsafə 89.2 km’dir.

Frankfurt hava limanı

sizi öz böyüklüyü ilə

heyrətə sala bilər.

Avropada 3’cü,

dünyada 9’cu ən çox

istifadə edilən hava

limanıdır.

Hava limanında daxili

nəqliyyatla gediləbilən

2 terminal var. 3’cü

terminal tikilir.

Ev axtaraq? Axtaraq! Sən mübadilə tələbəsisən

və ya

Tələbə mübadiləsində iştirakçı

Səhifə 1

Page 2: Mannheim guidebook for Azerbaijani students

Şəkillərdə

UMM’in

xəritəsi və

xəritəsnin

açıqlaması ve-

rilmişdir.

Şəkillər yüksək

keyfiyyətdə

yerləşdirilib.

Yaxınlaşdırmaq-

la xəritədən

istifadə edə

bilərsiniz.

www.umm.de

Səhifə 2

Bir tibb tələbəsinin yeri klinikadır?!

Mannheim

paytaxt

Ştuttgartdan

sonra Baden

Württembergdə

2’ci ən böyük

şəhərdir. Əhali

sayı

300000’dən

artıqdır.

Heidelberg Universiteti Mannheim Tibb fakultəsi

Page 3: Mannheim guidebook for Azerbaijani students

Halal qida—Mannheim türklərin sıx məskunlaşdığı

şəhər olduğu üçün burada halal qida tapmaq problem

olmur. İstər alış-veriş zamanı, istərsə də restoranda

yemək sifariş edərkən buna diqqət edə bilərsən.

Bizə tanış mətbəx—türk qida mağazaları ilə yanaşı,

bu şəhərdə sadəcə rus qida məhsullarının satıldığı

mağaza da vardır.

Ekoloji təmiz məhsullar—Mannheim şəhər

mərkəzinə yaxın yerləşən bazar meydanında

(Marktplatze) hər həftənin cüt günləri səhər

saatlarında ətraf kəndlərdən gətirilən kənd təsərrüfatı

məhsullarının satışı olur.

Əlavələr:

Ə Y L Ə N C Ə

Sonra Almaniyanı gəz:

Gəzməyə məktəb

dərsliklərindən bizə çox

tanış olan Heidelberg’dən

başla. Bu tarixi şəhərə

qatarla cəmi 16 dəq. vaxt

sərf etməklə çata bilərsən.

Bəs uşaqlıq filmimizdəki o

məşhur ifadənin şəhərinə

getmək necə? İstərdinmi?

Elə isə yol Baden

Baden`ədir.

Adikolonun vətəni və

sevgililər körpüsünü

görmək istəsən Köln’ə üz

tutmalısan.

Bəs Almaniyanın paytaxtı

Berlin`i görmədən olarmı?

Daha sonra qonşu ölkələr:

Doğru zamanda doğru seçimi

et. Qışda İsveçrənin, yazda

Fransanın dadını çıxar.

www.touring.de

Öncə Mannheimi kəşf et:

Luisenparkda bir həftəsonu

keçirmək tövsiyyə olunur :)

Heç rəsədxanada olmusu-

nuz? Bunu Mannheimdə

reallaşdırmağa nə

deyirsən?

Piyada gəzintiyə çıxmaq və

sivilizasiya paytaxtını addım

addım gəzməyə varsan?

İlk Mercedes maşınını, Was-

serturmu, Rosengardeni

görmüsənmi?

Lindenhof’da at çapmaq

sənə maraqlı gəlir?

Milli teatrda tamaşa izlə.

Mərkəz kinoteatrda hər

çərşənbə günü ingilis

dilində film izlə.

Mannheim müasir

incəsənət muzeyini görmən

gərəkir.

Mannheim

şəhərinin əsas

simvolu

Wasserturm’dur.

İkinci dünya

müharibəsindən

heç bir zədə

almadan çıxan bu

abidə həmin

dövrdə əhalini

içməli su ilə təmin

edib.

Wasserturm—su

anbarı anlamına

gəlir.

Səhifə 3

Asudə vaxtını dəyərləndir

Holiday park

www.holidaypark.de

Page 4: Mannheim guidebook for Azerbaijani students

www,azermds.org

www.etibb.org

[email protected]

[email protected]

twitter.com/#!/azermds

www.facebook.com/groups/azermds

Bu kitabça Mannheimə gələcək tələbələrə ilkin məlumat vermək məqsədi ilə hazırlanmışdır. Kitabçada tələbəyə bilavasitə (sən) müraciət olunur.

Səhifə 4 Qeyd: hər şəhərdən alınabiləcək ən yaxşı hədiyyə post kartdır.