eu floods directive ab-nin dasqınlar...

14
EU Floods Directive AB-nin Dasqınlar Üzrə Direktivi Translation from English İngilis dilindən tərcümə EU Project Trans-Boundary River Management Phase II for the Kura River basin Avropa Birliyinin Transsərhəd Su İdarəçiliyi Layihəsi- Kür Çayı hövzəsi üzrə İİ faza (TASIS/2007/134-398) This project is funded by the European Union and implemented by Eptisa & Grontmij-CarlBro consortium Layihə Avropa Birliyi tərəfindən maliyələşdirilir və onu Eptisa və Qrontmij- KarlBro consortiumu icra edir

Upload: others

Post on 21-Feb-2020

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

EU Floods Directive AB-nin Dasqınlar Üzrə Direktivi

Translation from Englishİngilis dilindən tərcümə

EU Project Trans-Boundary River Management Phase II for the Kura River basin

Avropa Birliyinin Transsərhəd Su İdarəçiliyi Layihəsi- Kür Çayı hövzəsi üzrə İİ faza(TASIS/2007/134-398)

This project is funded by the European Union and implemented by

Eptisa & Grontmij-CarlBro consortium

Layihə Avropa Birliyi tərəfindən maliyələşdirilir və onu Eptisa və Qrontmij- KarlBro consortiumu icra edir

ÖN SÖZ Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Əməkdaşlıq üçün prioritet sahələr Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən 2007-2013 cü illər üzrə Ölkə Strategiyası Sənədində Avropa Qonşuluq və Partnyorluq Instrumentinə müvafiq olaraq razılaşdırılıb, Qarşılıqlı surətdə razılaşdırılmış AB/Azərbaycan Fəaliyyət Planı Beynəlxalq və Avropa norma və prinsiplərinə uyğun şəkildə birgə müəyyənləşdirilən prioritetləri icra etməkdə Azərbaycanın səylərin göstərir. Plan su idarəedilməsi də daxil olmaqla əsas ətraf-mühit sektorları üçün prioritet fəaliyyəti müəyyən edib. Avropa Birliyində ətraf-mühit qanunvericiliyinin ən mühüm sahələrindən biri yeni Daşqın Direktividir. Daşqın Direktivi Su Çərçivəsi Direktivi ilə əlaqəli şəkildə daşqın riskinin idarə edilməsi və çay hövzələrinin idarəedilməsi planlarının, o cümlədən bu planların hazırlanmasında ictimaiyyətin iştirakının əlaqələndirilməsi yolu ilə icra edilir. Hazırlanmış bütün risk qiymətləndirmələri, xəritələr və planlar, ictimaiyyət üçün açıq olacaqdır. Avropa İttifaqı üzvləri ümumi çay hövzələrində, o cümlədən üçüncü qrup ölkələrlə daşqın riskinin idarəedilməsi sahəsində özlərinin birgə təcrübələrini tətbiq edəcəklər və qonşu ölkələrdə daşqın riskini artıra biləcək fəaliyyətlərdən çəkinəcəklər. AB üzvləri və qonşu ölkələr uzunmüddətli inkişafı, o cümlədən iqlim dəyişmələrini, həm də daşqın riskinin idarəedilməsi tsiklındakı dayanıqlı torpaq istifadəsi təcrübəsini nəzərə alacaqlar. Bu, AB Daşqın Direktivinin Azərbaycan dilində ilk nəşridir. Biz ümid edirik ki, bu, Azərbaycanda qərar qəbul edənlərə daşqın riskinin idarə edilməsinə Avropa yanaşmasını daha yaxşı başa düşməsində kömək edəcək və bu yanaşmanın Azərbaycan qanunvericilinə və iş təcrübəsinə inteqrasiyasını asanlaşdıracaq. Bu nəşr Avropa Birliyinin maliyyələşdirdiyi Trans-sərhəd Su İdarəeçiliyi - Kür çayı hövzəsi üzrə İİ Fazaç regional layihəsinə müvafiq olaraq hazırlanır (TACIS/2007/134-398). Layihənin partnyoru Azərbaycanda ətraf-mühit və su idarəedilməsi siyasətlərini müəyyən edən aparıcı hökumət orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. İyun 2009 Bakı

Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Eptisa & Grontmij-CarlBro konsorsiumu tərəfindən icra edilir.

PREFACE Azerbaijan is looking for enhanced cooperation with the European Union. The priority areas for cooperation have been agreed by the Azerbaijan Government and the European Commission in the country Strategy Paper for 2007-2013 under the European Neighbourhood and Partnership Instrument. The mutually agreed EU/Azerbaijan Action Plan shows Azerbaijan’s commitment to implement jointly agreed priorities in compliance with international and European norms and principles. The plan identified priority actions for key environmental sectors including water management.

In the European Union one the most important pieces of environmental legislation is the new Floods Directive. The Floods Directive in implemented in coordination with the Water Framework Directive through coordination of flood risk management plans and river basin management plans and through coordination of the public participation in the preparation of these plans. All risk assessments, maps and plans prepared shall be made available to the public. Europen Union members shall coordinate their flood risk management practices in shared river basins, including with third counties, and shall avoid taking measures that would increase the flood risk in neighbouring countries. EU members and neighbouring countries shall take into consideration long term developments, including climate change, as well as sustainable land use practices in the flood risk management cycle.

This is the first publication of the EU Floods Directive in Azeri language. We hope it will help Azerbaijan’s decision makers to better understand the European approach to flood risk management and will facilitate integration of this approach into legislation and practices in Azerbaijan. The publication is prepared under the European Union funded regional project Trans-boundary River Management Phase II for the Kura River basin (TACIS/2007/134-398). The project partner is Ministry of Ecology and Natural Resources, the leading government body in setting environmental and water management policies in Azerbaijan. June 2009 Baku

The project is funded by the European Union and implemented by Eptisa & Grontmij-CarlBro consortium

AB – Daşqınlara dair Direktivi Giriş Daşqın risklərinin qiymətləndirilməsi və idarəedilməsi üzrə 2007/60/AK saylı Direktiv 26 Noyabr 2007-ci ildə qüvvəyə mindi. Bu Direktiv indi Üzv Ölkələrdən bütün su axınlarının və sahil xətlərinin daşqın riski altında olub-olmamasını qiymətləndirməyi, bu ərazilərdə daşqınların miqyasını və risk altında olan insanları və əmlakı xəritələşdirmək və bu riski azaltmaq üçün müvafiq və əlaqələndirilmiş tədbirlər görməyi tələb edir. Bununla da Direktiv həm də bu informasiyanı əldə etməkdə və planlaşdırma prosesində fikir bildirməkdə ictimaiyyətin hüquqlarını gücləndirir.

Direktiv 18/01/2006 tarixində Avropa Kommissiyası tərəfindən təklif edilmişdir və sonda 6 Noyabr 2007-ci ildə Rəsmi Jurnalda nəşr edilmişdir. Bunun məqsədi daşqının insanların sağlamlığı, mədəni irs və iqtisadi fəaliyyət qarşısında yaratdığı riski azaltmaq və idarə etməkdir. Direktiv tələb edir ki, Üzv Ölkələr ilk öncə daşqın riski altında olan çay hövzələrini və əlaqəli sahil əraziləri müəyyən etmək üçün 2011-ci ilədək ilkin qiymətləndirməni yerinə yetirsinlər. Bu kimi zonalar üçün onlar sonra 2013-cü ilədək daşqın riski xəritələrini tərtib etməli və 2015-ci ilədək daşqınların qarşısının alınmasına, onlardan mühafizəyə və müvafiq hazırlığa yönələcək. Direktiv bütün AB ərazisi boyu həm daxili həm də bütün sahil sularına aiddir.

Direktiv Su Çərçivə Direktivinə uyğun şəkildə daşqın riskinin idarəedilməsi və çay hövzələrinin idarəedilməsi planlarının və bu planların hazırlanmasında ictimaiyyətin iştirakının əlaqələndirilməsinə əsasən icra ediəcəkdir. Hazırlanmış bütün risk qiymətləndirmələri, xəritələr və planlar, ictimaiyyət üçün açıq olacaqdır.

Avropa İttifaqı üzvləri, üçüncü qrup ölkələr də daxil olmaqla birgə sahib olduqları çay hövzələrində özlərinin daşqın riskinin idarəedilməsi təcrübələrini əlaqələndirəcək və qonşu ölkələrdə daşqın riskini artıra biləcək tədbirlərdən imtina edəcəklər. Üzv Ölkələr bu Direktivdə nəzərdə tutulan edilmiş uzun müddətli inkişafı, o cümlədən iqlim dəyişmələrini, həm də daşqın riskinin idarəedilməsi prosesində torpaqdan dayanıqlı istifadə təcrübəsini nəzərə alacaqlar.

İlkin məlumatlar

1998 və 2004 cü illər arasında, Avropa 100-ə yaxın əsas dağıdıcı daşqınlardan, o cümlədən 2002-ci ildə Dunay və Elba çayları boyu olan daşqınlardan əziyyət çəkirdi. Sonradan 2005-ci ildə baş verən bir neçə dəhşətli daşqınla razılaşdırılmış fəaliyyətə olan ehtiyac artdı. 1998-ci ildən bəri Avropada daşqınlar 700 nəfərin ölümünə, yarım milyon insanın başqa yerə köçürülməsinə və azı 25 milyard €-luq sığortalanmış iqtisadi itkiyə səbəb olub.

Fəlakəttörədici daşqınlar həyatı təhlükə altında qoyur, fəlakətə və həm də iqtisadi itkilərə səbəb olur. Daşqın təbii hadisədir, amma düzgün tədbirlər görməklə biz onların ehtimalını və təsirlərini azalda bilərik. İqtisadi və sosial ziyandan başqa daşqınlar həm də ətraf-mühitə də təsir edir, məsələn, külli miqdarda zəhərli kimyəvi maddələr tutan qurğuları su basdıqda və ya bataqlıq sahələr məhv edildikdə. Üzümüzə gələn onilliklərdə Avropada daşqın riskinin artacağı və iqtisadi ziyanın daha çox olacağı gözlənilir.

Direktivin Tələbləri

İndi Daşqın Direktivi qüvvəyə mindiyindən Direktivin icrasına başlanılıb və ya müvafiq vaxt cədvəli aydın şəkildə müəyyənləşdirilib. Bütün növ daşqınlara (çay, göl, güclü daşqın, şəhər daşqınları, sahil daşqınları, o cümlədən, sunami və tufan dalğa qasırğalar), tətbiq edilən Direktiv, bütün AB ərazisində Üzv Ölkələrdən daşqın riskinin idarəedilməsinə aşağıdakı üç mərhələdən ibarət proses kimi yanaşma tələb edir:

1. Üzv Ölkələr 2011-ci ilə qədər əsas potensial təhlükəli daşqın riskinin olduğu yerləri müəyyən etmək üçün çay hövzələri və əlaqədar sahil zonalarında daşqın riskinin ilkin qiymətləndirməsinə başlayacaq.

2. Daşqınların ziyan vurma riskinin real mövcud olduğu yerlər üçün onlar 2013-cü ilə qədər daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələri hazırlamalıdırlar. Bu xəritələr suyun gözlənilən səviyyəsi də göstərilməklə, daşqınların baş verməsi orta ehtimallı olan (ən azı 100 ildə bir dəfə) və həm də ekstremal, yaxud az ehtimallı daşqınların baş verəcəyi əraziləri müəyyən edəcək. Risk altında olan ərazilər kimi tanınmış ərazilərdə potensial risk altında olan sakinlərin sayı, iqtisadi fəaliyyət və ətraf-mühitə dəyə biləcək potensial ziyan göstəriləcəkdir.

3. Sonda, 2015-ci ilə qədər bu zonalar üçün daşqın riskinin idarəedilməsi planları tərtib edilməlidir. Bu planlar daşqın ehtimalını və onun potensial nəticələrini azaltmağa yönələn tədbirlərin daxil edilməsi üçündür. Onlar daşqın riskinin idarəedilməsi tsiklının bütün fazalarını göstərəcək, amma xüsusən qarşısının alınması (məsələn, hal-hazırda olan və gələcək daşqınameylli ərazilərdə evlərin və sənayenin qurulmasının aradan qaldırılması və ya gələcək tikililərin daşqın riskinə uyğunlaşdırılması ilə daşqınlar tərəfindən vurulan ziyanın qarşısının alınması), mühafizə olunma (bərpa edilən daşqın düzənliklərdə və bataqlıq ərazilər kimi xüsusi yerlərdə daşqınların ola bilmə ehtimalının və/və ya daşqınların təsirinin azaldılmasına dair tədbirlər görməklə) və hazırlıq (məsələn, daşqın hadisəsi zamanı nə etmək barədə ictimaiyyəəti təlimatlarla təmin etməklə) fazalarına xüsusi diqqət verəcəklər. Daşqının təbiətini nəzərə alaraq kömək məqsədilə Üzv Ölkələrə vəzifələr və tədbirlər üzrə yüksək imkanlar verilir.

Hər 6 ildən bir bu addımların Su Çərçivə Direktivinin (SÇD) icra tsikli ilə uyğunlaşdırılmış və sinxronlaşdırılmış tsiklda nəzərdən keçirilməsi lazımdır. Birinci mərhələ 2009-cu ilə qədər hesabat formatlarının hazırlanması və 2010-cu ilin yazınadək səlahiyyətli orqanların müəyyən edilməsindən ibarətdir.

22.12.2010 tarixindən əvvəl bütün mövcud olan daşqın riskinin idarəedilməsi vasitələrindən istifadə Direktivin xüsusi təminatına daxil olur (maddə 13, ÇD). Mövcud daşqın xəritələri üzrə təcrübələr Avropa Daşqın Atlasında vardır (“Avropada Daşqınların xəritəyə alınması üzrə Məlumat kitabı”-nın bir hissəsi. Tezliklə!

İcranı dəstəkləmək üçün strategiya

Direktivin icrasını dəstəkləmək üçün Ümumi İcra Strategiyasına əsasən Daşqınlar üzrə İşçi Qrupu yaradılmışdır. Daşqınlar üzrə İşçi Qrupunun 2008-2009cu illər üzrə iş proqramı 3 əsas pilləyə yönəlib:

• Daşqın Direktivinin İcrası: Hesabat formatlarının işlənilməsi • Su Çərçivə Direktivi: Daşqın Direktivi ilə birgə icraedilməyə doğru • Daşqın riskinin idarəedilməsi sahəsindəməlumatların mübadiləsi

Hesabat formatlarının hazırlanması Direktivin tələblərinə cavab verir və bu hesabatın water.europa.eu –da mövcud olan ASİS (Avropa üçün Su informasiya Sistemi) vasitəsilə aparılması nəzərdə tutulur. Digər Direktivlərlə (SÇD, Şəhər Tullantı Suları, Yuyunma Suları) bağlı isə ASİS-ə hal-hazırda verilmiş hesabat nümunələri ASİS viewer-də mövcuddur.

İnformasiya mübadiləsinin rolu, o cümlədən bu məlumat dəyişikliyinin bəzi nəticələri bu saytda mövcuddur. Sonrakı məlumat mübadiləsi üçün seçilmiş mövzular bunlardır: dayanıqlı torpaq istifadəsi təcrübələri, iqlim dəyişmələri, daşqının əvvəlcədən xəbər verilməsi/qəfl daşqınlar, daşqınların xəritələşdirilməsi, daşqın risklərinin əvvəlcədən qiymətləndirilməsi və çay hövzəsinin inteqrasiyalı idarəedilməsi/Su Çərçivə Direktivinə link. Bunlar əhəmiyyətli mövzulara aid edilirlər.

Birliyin digər vasitə və təşəbbüslərinə link

Daşqın risklərinin idarəedilməsi iqlim dəyişmələr adaptasiyasının mühüm komponentidir və Direktiv tələb edir ki, üzv Ölkələr öz xüsusi ehtiyaclarından asılı olaraq daşqın riskinin qiymətləndirilməsi zamanı iqlim dəyişmələrini nəzərə alsınlar.

Birliyin qanunvericilyinin digər hissələri Daşqın Direktivinin icrası ilə sıx əlaqəlidir, xüsusən də:

• Su siyasəti sahəsində birliyin fəaliyyəti üçün çərçivənin yaradılmasına dair Şuranın 23 Oktyabr 2000-ci il və Avropa Parlamentinin 2000/60/AK saylı Direktivi (Su Çərçivə Direktivi)

• Avropa Birliyinin Həmrəylik Fondunu (EUSF) müəyyən edən Şuranın 11 Noyabr 2002-ci il tarixli (AK) No 2012/2002 saylı nizamnaməsi

• Mülki müdafiəyə yardım sahəsində gücləndirilmiş əməkdaşlığa Şura tərəfindən yardım mexanizmini müəyyən edən 23 Oktyabr 2001 ci il Euratom, 2001/792/AK saylı Şura qərarı (Mülki müdafiə Mexanizmi)

• İnteqrasiyalı formada çirklənmənin qarşısının alınması və ona nəzarətə dair 24 Sentyabr 1996-cı il 96/61/AK Şura Direktivi (IPPC Direktivi)

• Ətraf-mühit üzrə müəyyən ictimai və özəl layihələrin təsirlərinin qiymətləndirilməsi üzrə 27 İyun 1985-ci il 85/337/EAK Şura Direktivi (ƏTQ Direktivi)

• Zərərli maddələr daxil olan əsas qəza risklərinin idarə edilməsi üzrə 9 Dekabr 1996-cı il 96/82/AK saylı Şura Direktivi,

• Müəyyən plan və proqramların ətraf-mühitə təsirinin qiymətləndirilməsi üzrə 27 İyun 2001-ci il Şura və Avropa Parlamentinin 2001/42/AK saylı Direktivi (Dəniz Direktivi)

• Ətraf mühitə dair məlumatların əldə edilməsi və ictimaiyyətin iştirakı üzrə Aarhus Konvensiyası və bununla əlaqədar Birlik qanunvericiliyi.

6.11.2007                 AZ                        Avropa Birliyinin Rəsmi Jurnalı L 288/27  

Direktivlər Daşqın risklərinin qiymətləndirilməsi və İdarəedilməsi üzrə Avropa Parlamenti və

Şurasının 23 Oktyabr 2007-ci il tarixli

2007/60/AK saylı Direktivi

(Avropa İqtisadi Ərazisinə uyğun mətn)

AVROPA PARLAMENTI VƏ AVROPA BIRLIYININ ŞURASI,

Avropa Birliyini yaradan sazişə xüsusən də bu sazişin 175 (1)7-ci Maddəsinə istinad edərək,

Kommisiyadan edilmiş təklifi nəzərə alaraq,

Avropa İqtisadi və Sosial Komitəsinin Rəyini (1) nəzərə alaraq,

Sazişin (2) 251-ci Maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq hesab edir ki,

Nəzərə alaq ki:

(1) Daşqınlar bədbəxtliyə, insanların köçürülməsi və ətraf-mühitə ziyan dəyməsinə səbəb ola bilən, iqtisadi inkişafa ciddi əngəl ola bilən və Şuranın iqtisadi fəaliyyətini sarsıda bilən potensiala malikdir.

(2) Daşqınlar elə təbii hadisədir ki, onların qarşısını almaq olmur. Lakin, bəzi insan fəaliyyətləri (məsələn, subasarlarda insanların məskunlaşmasının və təsərrüfat sahələrinin artması və torpaq istifadəsi səbəbindən təbii su saxlamanın azaldılması) və iqlim dəyişikliyi daşqın hadisələrinin baş vermə ehtimalının və mənfi təsirinin artmasına səbəb olur.

(3) Daşqınlarla əlaqədar arzuolunmaz hadisələrin baş vermə

riskini, xüsusən də insan sağlamlığı və həyatı, ətraf mühit, mədəni irs, təsərrüfat fəaliyyəti və infrastruktura mənfi təsir riskini azaltmaq mümkündür və arzuolunandır.

(1) OJ C 195, 18.8.2006, səh. 37. (2) Avropa Parlamentinin Rəyi 13 İyun 2006 (OJ C 300 E, 9.12.2006, səh. 123). Şuranın Ümumi Mövqeyi 23 Noyabr 2006 (OJ C 311 E, 19.12.2006, səh. 10) və Avropa Parlamentinin 25 April 2007 tarixli Rəyi. 18 September 2007 tarixli Şura Qərarı.

(4) Su siyasəti(3) sahəsində birliyin fəaliyyəti üçün çərçivənin yaradılmasına dair Şuranın 23 Oktyabr 2000-ci il və Avropa Parlamentinin 2000/60/AK saylı Direktivi tələb edir ki, yaxşı kimyəvi və ekoloji vəziyyətə nail olmaq üçün hər bir çay hövzəsi rayonu üçün çay hövzəsinin idarəedilməsi planı hazırlanmalıdır və bu, daşqınların təsirini azaltmağa kömək edəcək. Lakin, daşqın riskinin azaldılması bu Direktivin əsas məqsədlərinə daxil deyil, nə də ki, bu, iqlim dəyişikliyinin nəticəsi olan gələcək daşqın riskini dəyişməsini nəzərə almır.

(5) Kommissiyanın Avropa Parlamentinə 12 Iyul 2004-cü

ilə olan Kommitəyə, Şuraya, Avropa İqtisadi və Sosial Komitəsinə və `Daşqın riskinin idarəedilməsi – Daşqının qarşısının alınması, daşqından qorunma və azaldılması` üzrə Regionlar Komitəsinə müraciəti Birlik səviyyəsində daşqın riskinin idarəedilməsinə dair yanaşma və təhlillərini müəyyən edir və bildirir ki, Birlik səviyyəsində razılaşdırılmış və əlaqəli fəaliyyət daha səmərəli olur və bütünlükdə daşqından qorunmanın səviyyəsini yaxşılaşdırır.

(6) Daşqının qarşısının effektiv alınması və daşqınların

azaldılması Üzv Ölkələr arasındakı razılaşmadan əlavə üçüncü qrup ölkələr ilə də əməkdaşlıq tələb edir. Bu, 2000/60/AK Direktivinə və 95/308/AK(4) saylı Şura Qərarı və həmin qərarın tətbiqinə dair sazişlərlə təsdiqlənmiş beynəlxalq göllərin və sərhəd su axınlarının istifadəsi və qorunması üzrə Birləşmiş Millətlər Konvensiyasında müəyyən edilən daşqın riskinin idarəedilməsinin beynəlxalq prinsiplərinə müvafiqdir.

(7) 2001/792/AK saylı Şuranın, mülki müdafiə sahəsində

gücləndirilmiş əməkdaşlığa yardım etmək üçün Birlik mexanizmi yaradan 23 Oktyabr 2001 tarixli qərarı, öz növbəsində fövqaladə hallarda, o cümlədən daşqınlar zamanı Üzv Ölkələrdən dəstək və yardımı səfərbər edir. Mülki müdafiə təsirə məruz qalmış əhalinin tələblərinə tam uyğun cavab verə bilər və hazırlıq və möhkəmliyi yaxşılaşdıra bilər.

(3) No 2455/2001/AK (OJ L 331, 15.12.2001, səh. 1)Qərarı tərəfindən düzəlişlər edilmiş Direktiv OJ L 327, 22.12.2000, səh. 1.. (4) OJ L 186, 5.8.1995, səh. 42. (5) OJ L 297, 15.11.2001, səh. 7.

 

L 288/28                 AZ                                             Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007                                           

 

(8) Avropa Birliyinin Həmrəylik Fondunun(1) 11 Noyabr 2002 tarixli 2012/2002 saylı Şura Qaydalarına əsasən böyük fəlakət hadisəsi zamanı insanlara, təbii zonalara, rayonlara və ölkələrə mümkün qədər normal şərtlərə qayıtmağa kömək etmək üçün sürətli maliyyə yardımı vermək mümkündür. Lakin Fond fövqaladə hallardan əvvəlki fazalar üçün deyil, yalnız fövqaladə proses zamanı müdaxilə edə bilər.

(9) Su və torpaq istifadəsinə dair hazırlanan siyasətlərdə Üzv

Ölkələr və Birlik bu kimi siyasətlərin daşqın riskinə və daşqın riskinin idarəedilməsinə ola biləcək potensial təsirlərini nəzərə almalıdırlar.

(10) Birliyin ərazisi boyu müxtəlif daşqın növləri baş verir,

məsələn, çay daşqınları, leysan daşqınları, şəhər daşqınları və sahil ərazilərinə dənizdən gələn daşqınlar. Daşqın hadisələrindən dəyən ziyan da Birlyin ölkə və regionları üzrə müxtəlif ola bilər. Beləliklə, daşqın risklərinin idarəedilməsi üzrə məqsədlər Üzv Ölkələrin özləri tərəfindən təyin edilməlidir və yerli və regional vəziyyətə əsaslanmalıdır.

(11) Birlik daxilində müəyyən ərazilərdə, məsələn, insanların

seyrək məskunlaşdığı, yaxud məskunlaşmadığı ərazilərdə və ya məhdud təsərrüfat mülkiyyətlərinin və ya ekoloji dəyəri az olan yerlərdə daşqın riski o qədər də ciddi hesab edilməyə bilər. Hər bir çay hövzəsi rayonunda və ya idarəetmə vahidində daşqın riski və sonrakı fəaliyyətin zəruriliyi-yəni daşqının azaldılması potensialı- qiymətləndirilməlidir.

(12) İnformasiya üçün səmərəli alətin mövcud olması, həm də

prioritetlərin müəyyənləşdirilməsi və daşqın riskinin idarəedilməsinə dair sonrakı texniki, maliyyə və siyasi qərarlar üçün qiymətli əsasın olması üçün müxtəlif daşqın senariləri üzrə daşanların mənfi təsirləri, o cümlədən daşqınların nəticəsi olan ətraf-mühit çirklənməsinin potensial mənbələri barədə məlumatı göstətən daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələrinin hazırlanmasını təmin etmək lazımdır. Bu kontekstdə, Üzv Ölkələr daşqın riskinin artmasına təsir edən fəaliyyətləri qiymətləndirməlidirlər.

(13) Aid olan ərazidə daşqınların mənfi təsirlərinin azaldılması

və onlardan yan keçmə nöqteyi nəzərdən daşqın riskinin idarəedilməsi planları ilə təmin etmək müvafiq olardı. Daşqın hadisələrinin səbəb və nəticələri Birliyin ölkə və regionları üzrə dəyişir. Buna görə də daşqın riskinin idarəedilməsi planları əhatə etdiyi ərazilərin yerli xüsusiyyətlərini nəzərə almalıdırlar və həmin ərazilərin ehtiyac və prioritetlərinə əsaslanaraq çay hövzəsi rayonu daxilində müvafiq əlaqələndirməni təmin etməklə və Birliyin qanunvericiliyində müəyyən edilmiş ətraf-mühit məqsədlərinə nailolmağa kömək etməklə həll edilməy ollarını müəyyən etməlidirlər.

(1) OJ L 311, 14.11.2002, səh. 3.

Xüsusən də, tədbirlər əlaqələndirilənə və əlaqəli Üzv Ölkələr arasında razılaşdırılmış həll tapılmayana qədər Üzv Ölkə digər Üzv Ölkələrdə daşqın riskini əhəmiyyətli dərəcədə artıra bilən fəaliyyətlə məşğul olmaqdan və belə tədbirlər görməkdən çəkinməlidirlər.

(14) Daşqın riskinin idarəedilməsi planları qarşısını alma

tədbirləri, qoruma və hazırlıq görülməsinə yönəlməlidirlər. Çaylara daha çox yer vermək məqsədilə onlar subasarların fəaliyyətini və bərpasını mümkün qədər təmin etməklə yanaşı, həm də insan sağlamlığına, ətraf-mühitə, mədəni irsə və təsərrüfat fəaliyyətinə dəyən ziyanı azaltmaq və onun qarşısını almaq üçün tədbirləri də nəzərə almalıdırlar. Daşqın riskinin idarəedilməsi planlarının elementləri mütəmmadi olaraq nəzərdən keçirilməlidir və lazım olduqda daşqınların yaranmasına iqlim dəyişkənliyinin ola biləcək təsirini nəzərə alaraq yenilənməlidirlər.

(15) Daşqın riskinin idarəedilməsi kontekstində həmrəylik prinsipi çox mühümdür. Buna görə də su axınları boyu daşqın riskinin idarəedilməsinə gəldikdə görüləcək tədbirlər ümumi fayda üçün birlikdə qərarlaşdırılanda Üzv Ölkələr məsuliyyətin ədalətli şəkildə bölüşdürülməsi yollarını axtarmağa çalışmalıdırlar.

(16) İkiqat işin qarşısını almaq üçün Üzv Ölkələrin mövcud ilkin daşqın riskinin qiymətləndirmələrindən, daşqın təhlükəsi və daşqın riskinin idarə edilməsi xəritələrindən bu Direktivin məqsədlərinə nail olmaq və onun tələblərinə cavab vermək üçün istifadə etmək hüququ olmalıdır.

(17) 2000/60/AK saylı Direktivə əsasən çay hövzəsinin idarəedilməsi planları və bu direktiv üzrə daşqın risklərinin idarəedilməsi planlarının hazırlanması çay hövzəsinin inteqrasiyalı idarəedilməsinin elementləridir. Buna görə də bu iki proses 2000/60/AK saylı Direktivin ətraf-mühit məqsədləri ilə hesablaşaraq, 2000/60/AK saylı Direktivə və bu Direktivə əsasən idarəetmə vahidləri və səlahiyyətli orqanların müxtəlif olma mümkünlüyü olsa belə resursların səmərəli və məqsədyönlü istifadəsini təmin edərək birgə fəaliyyət və ümumi maraq üçün qarşılıqlı potensialdan istifadə etməlidir.

(18) Üzv Ölkələr öz qiymətləndirmələrini, xəritə və planlarını daşqın riskinin idarəedilməsi sahəsində az xərcə əsaslanan `ən yaxşı təcrübə` və `mövcud ən yaxşı texnologiya` ya müvafiq aparmalıdırlar.

6.11.2007                     AZ                                         Avropa Birliyinin Rəsmi Jurnalı L 288/29   

 

(19) Su obyektlərinin müxtəlif növ davamlı insan fəaliyyəti üçün çox-məqsədli istifadə (məsələn, daşqın riskinin idarəolunması, ekologiya, naviqasiya və hidroenerji)və bu istifadənin su obyektlərinə təsiri hallarında 2000/60/AK Direktivi, o cümlədən onun 4-cü Maddəsi `yaxşı vəziyyət` və ya `pisləşməmə` məqsədlərindən mümkün yayınmalar da daxil olmaqla bu kimi istifadə və təsirlərin ünvanlanması üçün aydın və şəffaf prosesi müəyyən edir. 2000/60/AK saylı Direktiv Maddə 9-dakı xərclərin bərpasını nəzərə alır.

(20) Bu Direktivin icrası üçün lazım olan tədbirlər Kommissiyada(1) təyin edilmiş icra funksiyalarına dair orqanların tapşırığı üçün prosedurlar hazırlayan 28 İyun 1999 tarixli 1999/468/AK saylı Şura Qərarına uyğun olaraq qəbul edilməlidir.

(21) Xüsusən də, elmi və texniki tərəqqi üçün Əlavəni qəbul

etməyə Kommissiyanın hüququ olmalıdır. Həmin tədbirlər ümumi olduğu üçün və bu Direktivin qeyri-əsas elementlərini dəqiqləşdirmək üçün hazırlandığından onlar 1999/468/AK Qərarının 5a Maddəsində nəzərdə tutulmuş prosedurlarına uyğun olaraq qəbul edilməlidirlər.

(22) Bu Direktiv əsas hüquqları təmin edir və Avropa Birliyinin Fundamental Hüquqlarının Nizamnaməsi tərəfindən xüsusilə tanınmış prinsiplərə əməl edir. Xüsusən də bu, Avropa İttifaqının Fundamental Hüquqlarının Nizamnaməsinin 37-ci Maddəsində müəyyən edilmiş davamlı inkişaf prinsiplərinə uyğun olaraq ətraf-mühitin qorunmasının yüksək səviyyəsinə dair Birlik siyasətlərinə qatılmağa kömək etməyə çalışır.

(23) Bu Direktivin məqsədinə, yəni daşqın ziyanı riskinin azaldılması üçün görüləcək tədbirlər üçün çərçivənin yaradılmasına, Üzv Ölkələr lazımi səviyyədə nail ola bilmədiyindən və bu məqsədə fəaliyyətin miqyası və təsiri cəhətdən Birlik səviyyəsində daha yaxşı nail olmaq olduğundan, Birlik Müqavilənin 5-ci Maddəsində müəyyən edilmiş köməkçi prinsiplərə uyğun olaraq ölçülər qəbul edə bilər. Həmin Maddədə müəyyənləşdirilmiş mütənasiblik prinsipinə uyğun olaraq, bu Direktiv həmin məqsədə nail olmaq üçün lazım olan sərhəddən kənarlaşmır.

(24) Mütənasiblik və tabeçilik prinsiplərinə və müqaviləyə əlavə edilən mütənasiblik və əlavəlik prinsiplərinin tətbiqi üzrə Protokola müvafiq olaraq və Üzv Ölkələrin mövcud bacarıqlarını nəzərə alaraq, nəzərəçarpan qeyri-sabitlik yerli və regional səviyyələrdə. xüsusən də, təşkilati və səlahiyyətli orqanlarla bağlı uyğunlaşma olmalıdır.

(1) 2006/512/AK (OJ L 200, 22.7.2006, səh. 11).Qərarı tərəfindən düzəlişlər edilmiş Direktiv OJ L 184, 17.7.1999, səh. 23.

(25) Daha yaxşı qanun hazırlanması(2) üzrə İnterinstitutsional Sazişin 34-cü bəndinə müvafiq olaraq Üzv Ölkələr özləri üçün və Birliyin maraqlarına uyğun olaraq bu Direktivlə keçid tədbirləri arasındakı korrelasiyanı təsvir edən cədvəllərini hazırlamaqda və onları ictimaiyyət üçün açıq etməkdə maraqlıdırlar.

BU DİREKTİVİ QƏBUL EDİBLƏR:

Fəsil I

Ümumi Göstərişlər

Maddə I Bu Direktivin məqsədi Birlik ərazisində daşqınlarınlarla əlaqədar insan sağlamlığı, ətraf-mühit, mədəni irs və təsərrüfat fəaliyyətinə olan mənfi təsiirin azaldılmasına yönəldilmiş daşqın risklərinin idarəedilməsi və qiymətləndirilməsi üzrə çərçivə hazırlamaqdır.

Maddə 2

2000/60/AK saylı Direktivin 2-ci Maddəsində verilən `çay`, `çay hövzəsi`, `sub-hövzə` və `çay hövzəsi rayonu` kimi anlayışlara əlavə olaraq bu Direktivin məqsədinə əsasən aşağıdakı anlayışlar tətbiq ediləcək: 1. `daşqın` adi halda su ilə örtülü olmayan torpaqların

müvəqqəti olaraq su ilə örtülməsi deməkdir. Buraya çay daşqınları, dağlardan gələn sel, Aralıq dənizi su axınları və sahil ərazilərdə dəniz dən gələn daşqınlar daxildir və kanalizasiya sistemlərindən çıxa biləcək daşqınlar istisna edilə bilər;

2. `daşqın riski` daşqın hadisəsinin baş vermə ehtimalının

və onun insan sağlamlığına, ətra-mühit, mədəni irs və təsərrüfat fəaliyyətinə ola biləcək mənfi təsirlərinin birləşməsi deməkdir.

Məddə 3

1. Bu Direktivin məqsədinə əsasən Üzv Ölkələr 2000/60/AK Direktivinin 3(1), (2), (3),(5), (6) Maddələrinə müvafiq olaraq hazırlanmış təsnifatdan istifadə edəcəklər.

2. Lakin, bu Direktivin icrası üçün Üzv Ölkələr

aşağıdakıları edə bilərlər: (a) 2000/60/AK saylı direktivin 3(2) Maddəsinə müvafiq

olaraq təyin edilmiş səlahiyyətli orqanlardan fərqli orqanları təyin etmək

(b) Müəyyən sahil ərazilərini və ya xüsusi çay hövzələrini

ayırmaq və onları 2000/60/AK Direktivinin 3(1) Maddəsinə müvafiq olaaraq təyin edilmiş idarəetmə vahidlərindən fərqli vahidlərə aid etmək.

(2) OJ C 321, 31.12.2003, səh. 1.

L 288/30                 AZ                                                       Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007                      

 

Bu hallarda, Üzv Ölkələr 26 May 2010-cu ilə qədər 2000/60/AK saylı Direktivə olan Əlavə I-ə aid məlumatları Kommissiyaya ötürməlidir. Bu məqsədlə, səlahiyyətli orqanlara və çay hövzəsi rayonlarına istənilən istinadetmə bu Maddədə verilmiş səlahiyyətli orqanlar və idarəetmə vahidinə istinad kimi qəbul ediləcəkdir. Üzv Ölkələr Komissiyanı bu maddəyə müvafiq olaraq təmin edilmiş məlumatlarda hər hansı dəyişikliklər olduqda bu barədə 3 ay müddətində məlumatlandıracaq.

FƏSİL II

DAŞQIN RİSKİNİN İLKİN QİYMƏTLƏNDİRİLMƏSİ

Maddə 4 1. Üzv Ölkələr hər bir çay hövzəsi rayonu və ya Maddə

3(2)-də sözügedən idarəetmə vahidi və ya onların ərazisində yerləşən beynəlxalq çay hövzəsi rayonunun bir hissəsi üçün bu Maddənin 2-ci bəndinə uyğun olaraq daşqın riskinin ilkin qiymətləndirilməsinə başlayacaq.

2. Uzun müddətli gedişə dair, xüsusən də iqlim

dəyişmələrinin daşqının yaranmasına təsirinə dair məlumatlara və tədqiqatlar barədə əldə edilən informasiyaya əsaslanaraq potensial riskləri qiymətləndirmək məqsədilə daşqın riskinin ilkin qiymətləndirilməsini təmin etmək üçün təşəbbüs göstərəcək. Qiymətləndirmə ən azı aşağıdakılardan ibarət olmalıdır:

(a) çay hövzələrinin, sub-hövzələrin sərhədləri və

torpaqdan istifadəni və topoqrafiyanı göstərən sahilboyu ərazilər də daxil olmaqla çay hövzəsi rayonunun müvafiq miqyaslı xəritələri;

(b) əvvəllər baş vermiş və gələcəkdə yenə də baş verə bilən isan sağlamlığına, ətraf-mühitə, mədəni irsə və təsərrüfat fəaliyyətinə çox mənfi təsir göstərmiş daşqınların təsviri, o cümlədən onların daşqın həddi və daşınma marşrutu və onların səbəb olduğu mənfi təsirlərinin baş verməsi ehtimalının təsviri;

(c) keşmişdə baş vermiş əhəmiyyətli daşqınların təsviri, burada gələcək oxşar hadisələrin mənfi təsirləri baxımından təhlili; və Üzv Ölkələrin xüsusi tələblərindən asılı olaraq buraya daxil ediləcək:

(d) Topoqrafiya, su axınlarının vəziyyəti və onların hidroloji geomorfoloji xarakteristikaları, o cümlədən subasarların təbii saxlama əraziləri kimi daxil edilməsi, insanlar tərəfindən hazırlanmış mövcud daşqından müdafiə infrastrukturlarının səmərəliliyi, məskunlaşmış ərazilərin vəziyyəti, aktiv təsərrüfat əraziləri və iqlim dəyişmələrinin daşqınların baş verməsinə təsiri də daxil olmaqla uzun-müddətli inkişaf da nəzərə

almaqlagələcək daşqınların isan sağlamlığına, ətraf-mühitə, mədəni irsə və təsərrüfat fəaliyyətinə ola biləcək mənfi təsirlərin qiymətləndirilməsi.

3. Digər Üzv Ölkələrlə bölüşdürülmüş beynəlxalq çay

hövzələri rayonlarında və ya 3(2) Maddəsində verilmiş idarəetmə vahidlərində Üzv Ölkələr müvafiq səlahiyyətli orqanlar arasında müvafiq məlumat mübadiləsinin baş verməsini təmin edəcək.

4. Üzv Ölkələr daşqın riskinin əvvəlcədən

qiymətləndirilməsini 22 Dekabr 2011-ci ilə kimi tamamlayacaq.

Maddə 5

1. Maddə 4-də verildiyi kimi daşqın riskinin əvvəlcədən qiymətləndirilməsi əsasında, Üzv Ölkələr Maddə 3(2)(b)-də verilmiş hər bir çay hövzəsi rayonu və ya idarəetmə vahidi üçün və ya əraziləri daxilində yerləşən beynəlxalq çay hövzəsi rayonunun hissəsi üçün həmin əraziləri güclü daşqın riskinin olduğu və ya daşqınların baş verəcəyi ehtimal olunan ərazi kimi müəyyənləşdirir.

2. 1-ci bəndə əsasən beynəlxalq çay hövzəsi rayonu

hesab edilən və ya Maddə 3(2)(b)-yə əsasən idarə etmə vahidi olan digər Üzv Ölkələr ilə bölüşdürülmüş beynəlxalq aid olan ərazilər əlaqələndirilmiş şəkildə Üzv Ölkələr arasında baxılacaq.

FƏSİL III

DAŞQIN TƏHLÜKƏSİ VƏ DAŞQIN RİSKİ NİN XƏRİTƏLƏRİ

Maddə 6 1. 3(2)(b) Maddəsinin 1-ci bəndində verilmiş çay hövzəsi

rayonu və ya idarəetmə vahidi səviyyəsində Üzv Ölkələr Maddə 5(1)-ə əsasən ərazilər üçün ən uyğun miqyasda müəyyənləşdirilmiş daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələri hazırlayacaqlar.

2. Maddə 5-ə əsasən müəyyənləşdirilmiş digər Üzv

Ölkələr ilə bölüşdürülmüş ərazilər üçün daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələrinin hazırlanması uyğun Üzv Ölkələr arasında ilkin informasiya mübadiləsi elementi olacaq.

3. Daşqın təhlükəsi olan ərazilər aşağıdakı ssenariyə

uyğun şəkildə baş verə biləcək daşqınların olduğu coğrafi əraziləri əhatə edəcək:

(a) az ehtimala malik olan daşqınlar və ya qorxulu hadisələrin ssenariləri,

(b) orta ehtimallı daşqın ssenariləri (təkrarlanma dövrü

təxminən ≥ 100 il); (c) müvafiq yerlərdə baş vermə ehtimalı yüksək olan

daşqınlar,

6.11.2007                 AZ                                             Avropa Birliyinin Rəsmi Jurnalı L 288/31  

 

4. 3-cü bənddə istinad edilmiş hər ssenari üçün aşağıdakı elementlər göstəriləcək:

(a) daşqın həddi; (b) müvafiq olaraq su dərinliyi və ya su səviyyəsi; (c) uyğun olan yerlərdə suyun sürəti və ya müvafiq su

axımı. 5. Daşqın riski xəritələri 3-cü bənddə verilmiş daşqın

ssenariləri ilə əlaqədar ola biləcək mənfi nəticələri aşağıdakı formada əsasən ifadə edəcək:

(a) Potensial təsirə məruz qalmış sakinlərin sayı; (b) Potensial təsirə məruz qalmış ərazilərin təsərrüfat

fəaliyyətinin növü; (c) daşqın baş verdiyi halda gözlənilməz çirklənməyə

səbəb ola biləcək və çirklənmənin kompleks qarşısını alma və nəzarətə(1) dair 24 Sentyabr 1996-cı il tarixli Şura Direktivinə edilmiş Əlavə I-də verilmiş qurğular və 2000/60/AK Direktivə edilmiş Əlavə IV (1)(i), (iii) və (v)-də müəyyən olunmuş potensial təsirə məruz qalmış ərazilər;

(d) ötürülən yüksək çöküntü və süxur qırıntıları ilə dolu

tərkibə malik daşqınların ola biləcəyi ərazilərin müəyyənləşdirilməsi və çirklənmənin digər mühüm mənbələri barədə məlumatlar kimi Üzv Ölkələrin lazımlı hesab etdikləri digər məlumatlar.

6. Üzv Ölkələr qorunmanın yaxşı səviyyədə qorunan

sahil ərazilərdə daşqın təhlükəsi xəritələrinin hazırlanmasını yalnız 3(a) bəndində verilmiş ssenariyə əsasən aparılacağına qərar verə bilərlər.

7. Üzv Ölkələr yeraltı sulardan olan daşqınlar üçün

daşqın təhlükəsi xəritələrinin hazırlanmasını 3(a) bəndində verilmiş ssenariyə əsasən aparılacağına qərar verə bilərlər.

8. Üzv Ölkələr daşqın təhlükəsi xəritələrinin və daşqın

riski xəritələrinin 22 dekabr 2013-cü ilə qədər tamamlanmasını təmin edəcəklər.

FƏSİL IV DAŞQIN RİSKİNİN İDARƏEDİLMƏSİ PLANLARI

Maddə 7

1. Maddə 6-da verilmiş xəritələrin əsasında Üzv Ölkələr Maddə 5(1)-də müəyyənləşdirilmiş ərazilər

(1) Avropa Şurasının və Parlamentin (AK) No 166/2006 (OJ L 33, 4.2.2006, səh. 1).Əsasnaməsi tərəfindən son olaraq düzəldilmiş Direktiv OJ L 257, 10.10.1996, səh. 26.

və 13(1)(b) Maddəsində əhatə olunmuş ərazilər üçün bu Maddənin 2 və 3-cü bəndlərinə uyğun olaraq Maddə 3(2)(b)-də verilmiş çay hövzəsi rayonu və ya idarəetmə vahidi səviyyəsində uyğunlaşdırılmış daşqın riskinin idarəedilməsi planı hazırlayacaqlar.

2. Üzv Ölkələr 5(1) Maddəsində göstərilmiş və 13(1)(b)

Maddəsinin əhatə etdiyi ərazilər üçün daşqınların insanların sağlamlığı, ətraf-mühit, mədəni irs və təsərrüfat fəaliyyətinə mənfi təsirini azaltmağa və lazım heab edildikdə, qeyri-struktiv təşəbbüslər və ya daşqının baş vermə ehtimalının azalması üzrə diqqəti cəmləşdirərək daşqın riskinin idarəedilməsi üçün müvafiq məqsədlər hazırlayacaqlar.

3. Daşqın riskinin idarəedilməsi planına 2-ci bəndə uyğun

olaraq qoyulmuş məqsədlərə nail olmaq üçün tədbirlər və Əlavənin A Hissəsində müəyyənləşdirilmiş komponentlər daxil olacaq.

Daşqın risklərinin idarəedilməsi planları xərclər və gəlirlər, daşqın həddi və daşqının hərəkət istiqaməti və daşqın suyunu saxlama potensialı olan ərazilər, məsələn, təbii subasarlar, 2000/60/AK Direktivinin 4-cü Maddəsinin ətraf-mühitlə bağlı məqsədləri, torpaq və suyun idarəedilməsi, məkani planlaşdırma, torpaq istifadəsi, təbiətin qorunub-saxlanması, naviqasiya və liman infrastrukturu kimi mühüm aspektləri nəzərə alacaq. Daşqın riskinin idarəedilməsi planları xüsusi çay hövzələri və ya sub-hövzələri nəzərə alaraq daşqının qarşısını alma, ondan qorunma, ona hazırlıq, o cümlədən daşqının qabaqcadan bilinməsi və ilkin xəbərdarlıq sistemləri üzrə diqqəti cəmləşdirilərək daşqın risklərinin idarəedilməsinin bütün aspektlərinə istinad edəcəklər. Daşqın riskinin idarəedilməsi planlarına həm də davamlı torpaq istifadəsi təcrübələrinin dəstəklənməsi, suyun saxlanmasının yaxşılaşdırılması, həm də daşqın hadisəsi hallarında müəyyən ərazilərdə daşqınların tənzimlənməsinin yaxşılaşdırılması daxildir.

4. Həmrəylik naminə, tədbirlər Maddə 8-in çərçivəsində

Üzv Ölkələr arasında uyğunlaşdırılmayana və razılaşdırılmış həll yolu tapılmayana qədər bir ölkədə təsis edilmiş daşqın risklərinin idarəedilməsi planlarına təsirinə və həddinə görə digər ölkələrin həmin çay hövzəsində və ya sub-hövzəsində aşağı və ya yuxarı axınlarda daşqın risklərini əhəmiyyətli dərəcədə artıran tədbirlər daxil edilməyəcək.

5. Üzv Ölkələr 22 Dekabr 2015-ci ilə qədər daşqın riskinin

idarəedilməsi planlarının tamamlanmasını və nəşr edilməsini təmin edəcəklər.

Maddə 8 1. Maddə 3(2)(b)-də verilmiş tamamilə öz ərazi daxilinə

düşən çay hövzəsi rayonları və ya idarəetmə vahidləri üçün Üzv Ölkələr vahid daşqın riskinin idarəedilməsi planı və ya çay hövzəsi rayonunda uyğunlaşdırılmış daşqın riskinin idarəedilməsi planlarının yaradılmasını təmin edəcək.

L 288/32                 AZ                                             Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007                                        

 

2. 3(2)(b) Maddəsinə aid olan beynəlxalq çay hövzəsi rayonu və ya idarəetmə vahidi, tamamilə Birliyin daxilinə düşdükdə, Üzv Ölkələr vahid beynəlxalq daşqın riskinin idarəedilməsi planı və ya çay hövzəsi rayonunda uyğunlaşdırılmış daşqın riskinin idarəedilməsi planlarının hazırlanması məqsədilə əlaqələndirməni təmin edəcək. Bu kimi planlar hazırlanmayan yerlərdə Üzv Ölkələr imkan daxilində beynəlxalq çay hövzəsi rayonu səviyyəsində uyğunlaşdırılacaq və onun öz ərazilərinə düşən beynəlxalq çay hövzəsi rayonunun daşqın riskinin idarəedilməsi planlarını hazırlayacaqlar.

3. 3(2)(b) Maddəsinə aid olan beynəlxalq çay hövzəsi rayonu və ya idarəetmə vahidinin Birliyinin sərhədlərindən kənara çıxdığı yerlərdə Üzv Ölkələr beynəlxalq çay hövzəsi rayonu səviyyəsində beynəlxalq daşqın riskinin idarəedilməsi planı və ya çay hövzəsi rayonunda uyğunlaşdırılmış daşqın riskinin idarəedilməsi planlarını hazırlamağa cəhd edəcəklər; bu mümkün olmayan yerlərdə bənd 2 ərazi daxilinə düşən beynəlxalq çay hövzəsinin hissələri üçün tətbiq ediləcək.

4. Sub-hövzəni bölən ölkələr lazım olanda beynəlxalq

sub-hövzələr səviyyəsində uyğunlaşdırılmış daha təfərrüatlı daşqın risklərinin idarəedilməsi planları 2 və 3-cü bəndlərə aid olan daşqın riskinin idarəedilməsi planlarına əlavə ediləcək.

5. Üzv Ölkələr öz sularının daşqın riskinin idarəedilməsinə təsir edən problemi müəyyən edirsə və əgər bu problem həmin Üzv Ölkə tərəfindən həll edilə bilməzsə, o, problem barədə Kommissiyaya və digər əlaqəli Üzv Ölkəyə məlumat verəcək problemi nAKə həll etmək mümkün olduğu barədə təkliflər verə və çıxış edə bilər.

Kommissiya Üzv Ölkələr tərəfindən olan istənilən hesabata və zəmanətə altı ay müddətində cavab verməlidir.

FƏSİL V

2000/60/AK SAYLI DİREKTİVİ İLƏ ƏLAQƏLƏNDİRMƏ, İCTİMAİ İNFORMASİYA VƏ

KONSULTASİYA

Maddə 9

Üzv Ölkələr 2000/60/AK Direktivinin 4-cü Maddəsində verilmiş ətraf-mühitlə bağlı məqsədləri nəzərə alaraq və onun səmərəliliyin artırılması, informasiya mübadiləsi və birgə nailiyyətlərə nail olmağa dair bəndlərinin tətbiqi üçün mövcud imkanlara diqqətini cəmləşdirərək, bu Direktivin və 2000/60/AK saylı Direktivin tətbiqini əlaqələndirmək üçün müvafiq addımlar atacaq. Xüsusən də: 1. ilkin daşqın təhlükəsi xəritələrinin və daşqın riski

xəritələrinin yaradılması və onların sonrakı təhlili bu direktivin 6 və 14-cü Maddələrinə əsaslanaraq elə aparılacaq ki, onlarda saxlanılan informasiya 2000/60/AK Direktivində təqdim olunmuş informasiyaya uyğun olsun. Bu Direktivlər əlaqələndiriləcək və onlar 2000/60/AK saylı Direktivin 5(2)-ci maddəsində nəzərdə tutulmuş təhlillərə uyğun şəkildə aparılacaq;

2. bu direktivin 7 və 14-cü maddələrinə əsaslanaraq ilkin daşqın təhlükəsi xəritələrinin və daşqın riski xəritələrinin yaradılması və onların sonrakı təhlili 2000/60/AK saylı Direktivin 13(7)-ci Maddəsində nəzərdə tutulan çay hövzəsi idarəetmə planlarının təhlili ilə uyğun şəkildə aparılacaq və ola bilsin ki, onlarla birləşdiriləcək;

3. Bu Direktivin 10-cu Maddəsinə əsasən bütün maraqlı

tərəflərin aktiv şəkildə cəlb edilməsi müvafiq olaraq 2000/60/AK Direktivinin 14-cü Maddəsinə əsasən tərəflərin aktiv şəkildə cəlb edilməsinə əlaqələndiriləcək.

Maddə 10

1. Birlliyin müvafiq qanunvericiliyinə müvafiq olaraq Üzv

Ölkələr daşqın riskinin əvvəlcədən qiymətləndirilməsini, daşqın təhlükəsi xəritələrini, daşqın riski xəritələrini və daşqın risklərinin idarəedilməsi planını ictimaiyyət üçün açıq edəcəklər.

2. Üzv Ölkələr maraqlı tərəflərin Fəsil IV-ə aid olan daşqın

riskinin idarəedilməsi planlarının yaradıılması, təhlili və yenilənməsinə aktiv şəkildə cəlb edilməsini artıracaq.

FƏSİL VI

İCRA TƏDBİRLƏRİ VƏ DÜZƏLİŞLƏR

Maddə 11

1. Kommissiya 12(2) Maddəsindəki tənzimləmə prosedurlarına uyğun olaraq məlumatın, o cümlədən statistik və kartoqrafik məlumatların emalı və Kommissiyaya ötürülməsi məqsədilə texniki formatlar qəbul edə bilər. Texniki formatlar mövcud standartları, eləcə də Birliyin müvafiq aktına əsasən yaradılmış formatları nəzərə alaraq Maddə 4(4), 6(8) və 7(5)-də göstərilmiş tarixdən iki il öncədən qəbul edilməlidir.

2. Kommissiya təhlil və yeniləmə üçün müddəti nəzərə

alaraq Əlavəni elmi və texniki tərəqqiyə uyğunlaşdıra bilər.

Direktivin qeyri-zəruri elementlərini düzəltmək üçün hazırlanan bu tədbirlər 12(3) Maddəsinə aid olan yoxlama tədbirləri olan tənzimləyici prosedurlara uyğun olaraq qəbul ediləcək.

Maddə 12

1. Kommissiyaya 2000/60/AK saylı Direktivin 21-ci

Maddəsinə əsasən yaradılmış komitə tərəfindən kömək ediləcək.

2. Bu bəndə istinad edildikdə 1999/468/AK saylı Qərarın

5və 7-ci Maddələri Maddə 8-i nəzərə alaraq tətbiq ediləcək.

1999/468/AK saylı Qərarın 5(6) Maddəsində verilən müddət 3 ay ərzində müəyyənləşdiriləcək.

6.11.2007                   AZ                                     Avropa Birliyinin Rəsmi Jurnalı L 288/33   

 

3. Bu bəndə istinad edildikdə 1999/468/AK saylı Qərarın 5a(1)- (4) və 7-ci Maddələri Maddə 8-i nəzərə alaraq tətbiq ediləcək.

FƏSİL VII

MÜVƏQQƏTİ TƏDBİRLƏR

Maddə 13

1. Üzv Ölkələr o çay hövzələri, sub-hövzələr və ya sahilboyu ərazilər üçün Maddə 4-ə aid olan daşqın riskinin əvvəlcədən qiymətləndirilməsini təmin etməmək qərarı verə bilər, harada ki onlar ya:

(a) artıq riskin qiymətləndirilməsinin 22 Dekabr 2010-cu ilə qədər yekunlaşdırılmasını öhdəsinə götürüblər ki, ya əhəmiyyətli dərəcədə potensial daşqın riski mövcuddur ya da 5(1) Maddəsinə aid ərazilər arasında tanınmasına aparıcı ola bilməsi hesab oluna bilər, yaxud

(b) 22 Dekabr 2010-cu ilə qədər Direktivin müvafiq göstərişinə uyğun olaraq daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələri hazırlamağa qərar veriblər.

2. Xəritələr Maddə 6-nın tələblərinə uyğun olan

məlumatları təmin etdikdə, Üzv Ölkələr daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələrinin istifadəsinin 22 Dekabr 2010-cu ilə qədər bitirilməsinə qərar verə bilər.

3. Planların tərkibi Maddə 7-də müəyyənləşdirilmiş

tələblərlə eyni olarsa, Üzv Ölkələr daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələrinin istifadəsinin 22 Dekabr 2010-cu ilə qədər bitirilməsinə qərar verə bilər

4. 1,2 və 3-cü bəndlər Maddə 14-ə zərərsiz şəkildə

tətbiq ediləcək.

FƏSİL VIII

TƏHLİLLƏR, HESABATLAR VƏ YEKUN QƏRARLAR

Maddə14

1. Daşqın riskinin əvvəlcədən qiymətləndirilməsi və ya 13(1) Maddəsinə aid qiymətləndirmə və qərarlar təhlil ediləcək və lazım olarsa, 22 Dekabr 2018-ci ilə qədər uyğun olaraq hər altı ildən bir yenilənəcək.

2. Daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələri təhlil ediləcək və lazım olarsa, 22 Dekabr 2019-ci ilə qədər uyğun olaraq hər altı ildən bir yenilənəcək.

3. Daşqın riskinin idarəedilməsi planı təhlil ediləcək

və lazım olarsa, Əlavənin B hissəsindəki komponentlər də daxil olmaqla 22 Dekabr 2021-ci ilə qədər uyğun olaraq hər altı ildən bir yenilənəcək.

4. İqlim dəyişmələrinin daşqının baş verməsinə

ehtimal olunan təsiri 1 və 3-cü bəndlərə aid olan təhlillərdə nəzərə alınacaq.

Maddə 15 1. Üzv Ölkələr Maddə 4, 6 və 7 yə aid olan daşqın

riskinin əvvəlcədən qiymətləndirilməsi, daşqın təhlükəsi xəritələri,daşqın riski xəritələri və daşqın riskinin idarəedilməsi planları, həm də onların təhlili lazım olan yerlərdə onların Kommissiya üçün 4(4), 6(8), 7(5) və 14-cü Maddələrdə müvafiq olaraq göstərilən tarixlərdən sonra 3 ay ərzində yenilənməsini təmin edəcəklər.

2. Üzv Ölkələr 13(1), (2) və (3) Maddələrinə uyğun

olaraq verilmiş qərarlar barədə Kommissiyanı məlumatlandıracaqlar və 4(4), 6(8) və 7(5)-ci Maddələrində uyğun olaraq göstərilmiş tarixlərə qədər müvafiq məlumatı təqdim edəcəklər.

Maddə 16

Kommissiya 22 Dekabr 2018-ci ilə qədər müvafiq olaraq hər altı ildən bir bu Direktivin icrası üzrə hesabatı Avropa Parlamentinə və Şuraya təqdim edəcək. Bu hesabatın hazırlanmasında iqlim dəyişikliyinin təsirləri nəzərə alınacaq.

Maddə 17 1. Üzv Ölkələr bu Direktivə tabe olan qanunları,

əsasnamələri və administrativ qərarları 26 Noyabr 2009-cu ilə qədər qüvvəyə mindirəcək. Onlar Kommissiyanı dərhal məlumatlandıracaqlar.

Onlar Üzv Ölkələr tərəfindən qəbul edildikdə bu tədbirlər bu Direktivə istinad edəcək və ya onlar rəsmi surətdə nəşr olunduqda bu kimi araşdırmalarla müşahidə ediləcəklər. Belə araşdırmaların aparılması üsulları Üzv Ölkələr tərəfindən müəyyənləşdiriləcək.

2. Üzv Ölkələr bu Direktivdə əhatə olunmuş sahədə

qəbul etdikləri milli qanunun əsas göstərişlərinin mətnini Kommissiyaya verəcəklər.

Maddə 18

Bu Direktiv Avropa Birliyinin Rəsmi Jurnalında nəşr olunmasının 20-ci günündə qüvvəyə minəcək.

Maddə 19

Bu Direktiv Üzv Ölkələrə ünvanlanıb. Strasburqda edilib, 23 October 2007. Avropa Parlamenti üçün Şura üçün Prezident Prezident H.‐G. PÖTTERING                                  M. LOBO ANTUNES ____

L 288/34                      AZ                                  Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007   

 

ƏLAVƏ

A. Daşqın risklərinin idarəedilməsi planları

I. İlkin daşqın riskinin idarəedilməsi planının komponentləri:

1. Fəsil II-də tələb olunana müvafiq olaraq, daşqın riskinin əvvəlcədən qiymətləndirilməsinin nəticələri, hansı ki, 3(2)(b) Maddəsinə aid hövzəsi rayonunun, yaxud idarəetmə vahidinin icmal xəritəsi formasında göstərilmişdir, burada ərazilər Maddə 5(1)-ə müvafiq olaraq ayrılmışdır və bu daşqın riskinin idarəedilməsi planının əsas mövzusudur;

2. fəsil III-ə əsasən və ya artıq Maddə 13-ə müvafiq olaraq hazırlanmış daşqın təhlükəsi xəritələri və daşqın riski xəritələri və o xəritələrdən çıxarıla biləcək nəticələr;

3. 7(2) Maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş daşqın riskinin idarəedilməsinin uyğun vəzifələrinin təsviri;

4. daşqın riskinin idarə olunmasının müvafiq məqsədlərinə nail olmaq üçün görüləcək tədbirlərin icmalı və ardıcıllığı, o cümlədən Maddə 7-yə müvafiq olaraq görülmüş və Birliyin digər aktlarına, o cümlədən ətraf-mühit(1) üzrə müəyyən ictimai və özəl layihələrin təsirlərinin qiymətləndirilməsi üzrə 27 İyun 1985-ci il tarixli 85/337/EAK saylı və təhlükəli maddələrin(2) də daxil olduğu başlıca qəza təhlükələrinə nəzarət üzrə 9 Dekabr 1996-ci il tarixli 96/82/AK saylı Şura Direktivlərinə, ətraf-mühit(3) üzrə müəyyən plan və proqramların təsirinin qiymətləndirilməsi üzrə Avropa Parlamentinin 2001/42/AK saylı və Şuranın 27 İyun 2001 tarixli Direktivinə və 2000/60/AK Direktivinə əsasən daşqınla əlaqədar tədbirlər ;

5. ortaq hövzələr və sub-hövzələr üçün müvafiq Üzv Ölkələr tərəfindən müəyyənləşdirilmiş metodologiyanın və transmilli təsirlərə malik olan tədbirlərin qiymətləndirilməsində istifadə olunan xərc-mənfəət analizlərinin təsviri.

II. Planın icrasının təsviri:

1. planın yerinə yetirilməsində ardıcıllığın və irəliləyişlərin yoxlanılması üsullarının təsviri;

2. görülmüş ictimai məlumatlandırma və konsultasiya tədbirlərinin xülasəsi ;

3. səlahiyyətli orqanların siyahısı və müvafiq olaraq, istənilən beynəlxalq çay hövzəsi rayonu daxilində uyğunlaşma prosesinin və 2000/60/AK saylı Direktiv ilə koordinasiya prosesinin təsviri .

B. Daşqın riskinin idarəedilməsi planlarının sonrakı yenilənmə elementləri:

1. Maddə 14-ə müvafiq olaraq aparılmış təhlillərin yekunu da daxil olmaqla, daşqın riskinin idarəedilməsi planının əvvəlki versiyasının nəşrindən sonra olan hər hansı dəyişikliklər və ya yeniliklər; 2. Maddə 7(2)-yə aid məqsədlərə nail olmaq üçün edilmiş irəliləyişlərin qiymətləndirilməsi; 3. icrası planlaşdırılmış, lakin hələ başlanmamış daşqın riskinin idarəedilməsi planının əvvəlki versiyasında əvvəlcədən görülmüş istənilən tədbirlərin təsviri və izahı 4. daşqın riskinin idarəedilməsi planının əvvəlki versiyasının nəşrindən sonrakı hər hansı əlavə tədbirlərin təsviri.

(1) Avropa Parlamenti və Şura nın 2003/35/AK Direktivi tərəfindən son olaraq düzəldilmiş DirektivOJ L 175, 5.7.1985, səh. 40. (OJ L 156,

25.6.2003, səh. 17). (2) Avropa Parlamenti və Şura nın 2003/105/AK Direktivi tərəfindən son olaraq düzəldilmiş Direktiv OJ L 10, 14.1.1997, səh. 13. (OJ L 345,

31.12.2003, səh. 97). (3) OJ L 197, 21.7.2001, səh. 30.